date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-04
1,000
Deputat oğlunun rayonda toy etməsinin səbəbləri – Təfsilat
82 saylı Ağcabədi seçki dairəsindən Milli Məclisə seçilən Tahir Rzayev oğluna toy edib. Toy noyabrın 3-də Ağcabədidə təşkil olunub. Deputatın paytaxtın şadlıq saraylarından birində yox, rayonda toy məclisi qurdurması toyda iştirak edən çoxsaylı qonaqlar tərəfindən məmnunluqla qarşılansa da, müəyyən suallar doğurub. Qeyd edək ki, T.Rzayevin oğlu Ağcabədi rayonu icra başçısının müavininin qızı ilə evlənib ("Aznews.az"). "Axar.az"-ın əldə etdiyi məlumata görə, Tahir Rzayevin toyu rayonda keçirməsinə səbəb millət vəkilinin oğlunun kinci dəfə ailə həyatı qurmasıdır. T.Rzayevin oğlunun birinci evliliyi "Doktor Davud" klinikasının sahibi Davud həkimin qızı ilə olub. Gənclər arasında bu toy 3 il əvvəl "Sarı gəlin" restoranında baş tutub.
2013-11-04
1,001
“Rus Marşı”nda insident: qafqazlılar döyülür, həbslər var
Bu gün paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bir çox şəhərlərində keçirilən "Rus Marşı"nda incident yaşanıb. Moskvada yaşayan soydaşlarımızın "Axar.az"a bildirdiyinə görə, küçələrdə yürüş edən aksiya iştirakçıları millətçi şüarlar səsləndirib, "Orxan Zeynalov olayını" xatırlatmaqla miqrantlara, xüsusilə azərbaycanlılara qarşı nifrət ifadə edən sözlərdən istifadə ediblər. Rusiyada yaşayan soydaşlarımız bu barədə social şəbəkələrdə də məlumat yayıblar və aqressivləşmiş millətçilərdən ehtiyat etdikləri üçün, bu gün küçəyə çıxmadıqlarını bildiriblər. Qeyd edək ki, "Rus Marşı"nın iştirakçıları arasında "nasist şüarları səsləndirdiklərinə, maska istifadə etdiklərinə, ictimai asayişi pozduqlarına və qadağan olunmuş işarələri plakatlarda çəkdiklərinə görə" polislər tərəfindən saxlanılıb. Rusiya mətbuatının yaydığı xəbərə görə, saxlanılanların sayı 30 nəfərdən çoxdur. Polisin millətçilərə qarşı müdaxiləsindən sonra qaçanlar da olub. Hazırda yürüş başa çatıb və konsert gedir. Konsertdə minə yaxın adam var. Bu arada "Yağış" telekanalının "Twitter"ində "Lyublino" metrosunun yaxınlığında qafqazlıları döyürlər. Qeyd edək ki, tək Moskva yox, eləcə də Volqoqradda sırf sosial- siyasi məsələlərə aid şüarlar səsləndirəcəklərinə söz vermələrinə baxmayaraq, marşda "Rusiya ruslar üçün!" və hətta daha radikal zorakılığa çağıran şüarlar səsləndirilib, Volqoqradda olan bütün məscidləri bağlamağı tələb ediblər. Digər bir tələb isə miqrantları ölkədən çıxarıb, viza rejiminə keçmək olub. Volqoqradda tutulan 2 nəfər artıq buraxılıb.
2013-11-04
1,002
Məmurlarımız harda müalicə olunur?
Bir insan dünyasını dəyişəndə adətən o adamın vəfat etməsinə, cavandırsa, həyatının yarıda qalmasına təəssüflənirik. Amma unuduruq ki, ölüm təkcə bir insanın həyatını kəsmir, onun ətrafında formalaşmış dünya, arzular, xəyallar, gələcəklə bağlı qurulan planlar ölür. Bir övladın ölməsi ilə ananın onunla bağlı qurduğu xəyallar, ana, ata ölürsə, övladın xəyalları, arzuları əngəllənir. Bir insanı öldürmək təkcə onu deyil, onun ətrafında formalaşan dünyanı öldürməkdir. Bir müddət öncə Azərbaycan mediası həkimlərin səhlənkarlığı, savadsızlığı ucbatından həyatını itirən tənqidçi Elnarə Tofiqqızının dünyasını dəyişməsi, tanınmış jurnalist Afət Telmanqızının ailəsində baş verən faciə ilə sarsıldı. Təbii ki, yüzlərlə adam eyni səbəb üzündən dünyasını dəyişir, amma bu faktlar mediada əksini tapmır. Qəssabdan daha artıq qəssab Azərbaycan səhiyyəsinin durumu, həkimlərin savadı haqqında uzun-uzadı danışmağa gərək görmürəm. Görünən kəndə nə bələdçi... O kəndsə bütünlükdə Azərbaycandır... ...Və o görünən "kənddə" bir qəssabın satdığı ətdən yüz qram kəsməsi ilə cərrahiyyə stolundakı həkimin vicdandan yoxsul olmasına eyni yanaşma var. Bir çox həkimsə qəssabdan daha artıq qəssabdır. Qatili, birini təsadüfən öldürəni mühakimə edirik, amma savadsız olduğunu bilə-bilə ona pənah gətirən bir xəstəni soyuqqanlılıqla və pul üçün öldürən həkimi yox! Qatili cəzalandırıb həbsxanaya salırıq, xəstəni öldürən həkimsə işindən belə kənarlaşdırılmır. Beləcə, ona başqalarını da öldürmək şansı yaradılır. Qatili hakim qanunlarla ittiham edir... Həkimisə nə dövlət, nə də toplum ittiham etməkdə maraqlıdır.. Çünki hər ikisinin vicdanında ləkə var... Məmurların xarici həkim sevdası... Zənginlər, məmurlar xəstələndikdə Türkiyəyə və Qərbə üz tutur. Demək ki, onların həkimlərin savadsızlığından hər hansı bir bəla görəcəkləri ilə bağlı rahatsızlığı yoxdur. Yəqin ki, elə bu üzdən həkimlərin savadsızlığı ucbatından dünyasını dəyişən insanların faciəsindən yazan qəzetləri laqeydliklə büküb bir kənara atırlar. Maraqlıdır, başqasını demirik, görəsən Səhiyyə naziri Oktay Şirəliyev sağlamlığında bir problem yarananda harada müalicə olunur? Bu haqda Səhiyyə nazirliyindən heç nə öyrənmək mümkün deyil. Azərbaycan xəstəxanalarının bir çoxu şəfa deyil, cəfa ocaqlarıdır.
2013-11-04
1,003
Bu gün - İran ABŞ səfirliyinə hücum edib
4 noyabr 1979-cu ildə yaşları 14-25 arası olan bir milyon iranlı Amerikanın İrandakı səfirliyinə hücum ediblər. Hücumun səbəbi Amerikanın devrilmiş şahı İrana təhvil verməməsi olaraq göstərilib. Ancaq əsində iranlı gənclərin məqsədi səfirlik basqını ilə ölkələrindəki Amerika təsirinə son vermək və Ayətullah Xamneyinin gəlişini dünyaya çatdırmaq idi. 66 nəfər səfirlik əməkdaşının 444 gün mühasirədə qalmasından sonra Amerika İranla bütün əlaqələrini kəsib.
2013-11-04
1,004
İlham Əliyev Minsk qrupunu qəbul etdi
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. "Axar.az" məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2013-11-04
1,005
İlham Əliyev Qanunu dəyişdi
"Axar.az" Prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısı bu gün "Dövlət rüsumu haqqında" Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb. Prezidentin təsdiqindən sonra "Dövlət rüsumu haqqında" qanunun 1. 2.0.4-cü maddəsindən və 14-cü maddənin adından "Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi" sözləri çıxarılıb, 14.12-ci maddə isə ləğv edilib.
2013-11-04
1,006
Vasif Talıbov da Bayraq Meydanı tikdi – Özəl/Fotolar
Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən tikintisinə başlanılan Bayraq Meydanı artıq tamamlanmaq üzrədir. "Axar.az"ın məlumatına görə, Bayraq Meydanı Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınıb. Podratçı "Dizayn" MMC-nin şirkətidir. Meydanda ilkin mərhələdə 5 hektardan artıq ərazidə torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında səkkizguşəli bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Bayraq Muzeyi üçün inşa olunan binanın ətrafı səkkizguşəli ulduzu birləşdirən klassik üslublu sütunlarla bəzədilib, yerə üzlük mərmər və qranit lövhələr döşənib. Muzey binasının ətrafında dizayn işləri aparılıb, ətrafda abadlıq işləri görülüb, işıqlandırma sistemləri quraşdırılıb. Bayraq Meydanının yaxınlığında salınan Fəxri Xiyabanda torpaq işləri görülüb, 10-dan çox terras yaradılıb. Xəbərdə bildirilir ki, Bayraq Meydanının tikintisində son tamamlama işləri aparılır. Meydanın 9 noyabrda, Bayraq Günündə açılması planlaşdırılır. Açılışda Prezident İlham Əliyevin də iştirakı gözlənilir.
2013-11-04
1,007
Azərbaycan klubunun formasında erməni bayrağı? - Foto
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Azəryol" voleybol klubu idman həvəskarlarını təəccübləndirib. Təmsilçimiz öz formasında Ermənistan bayrağının rənglərinin əks olunması ilə diqqəti celb edib. Zolaqlar Ermenistan bayrağında olan ardıcıllıqla düzülüb (1news.az/sport).
2013-11-04
1,008
Səfər Əbiyevin oğulunun toy karvanı - Video
Dünən keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace" şadlıq sarayında toyu olub. "Kanal Azəri" bu toyun gəlin karvanından video-görüntü yayıb. Videodan maşın karvanında 20 "Gelenvagen" avtomobilinin hərəkət etdiyi diqqət çəkib. Videonu təqdim edirik.
2013-11-04
1,009
Seçki dövründə düşünülmüş şəkildə susduq
Dünya şöhrətli alim, akademik Rafiq Əliyevin çoxdandır gözə dəyməməsi onun haqda bəzi söz-söhbətlərə yol açdı. Bir zamanlar Ziyalılar Forumunda təmsil olunduğu üçün və daha çox tənqidi fikirlər səsləndirdiyinə görə rəhbəri olduğu ADNA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasından uzaqlaşdırıldığı iddia edilən görkəmli alimin susqunluğunun seçkilər dövrünü əhatə etməsi bu söz-söhbətlərin daha geniş vüsət almasına yol açdı. Bu məsələlərə aydınlıq gətirməkçün akademiklə əlaqə yaratdıq. Jurnalistlərin təxribatına uymayacağam! Rafiq Əliyev əvvəlcə bəzi jurnalistləri onun ətrafında qalmaqal yaratmaq cəhdində suçladı: - Bəziləri deyir ki, Rafiq müəllim xəstələnib və ya xaricdədir. Düzdür, təxminən iki ay müddətində vətəndən uzaq oldum. Xaricdə olmağım işlərlə əlaqədar idi, amma indi Bakıda və yerimdəyəm (gülür.- İ.V). Görünməməyimə gəlincə, belə cavab verək: mənə elə gəlir ki, dünyada görükürəm. Amma Azərbaycanda bəzi jurnalistlər var ki, məni qalmaqallı situasiyalara daxil etmək istəyirlər. Onu da deyim ki, jurnalist dostlarım çoxdur, ona görə sözü vicdanlı, qərəzsiz jurnalistlərə aid etmirəm. Mənim bir fikrim var ki, "bu günün qəhrəmanları sınmayan jurnalistlərdi". Amma bəzi jurnalistlərin məni qalmaqala çəkmək cəhdləri alınmayacaq, çünki onların təxribatlarına uymayacağam. S300 raketlərini Rafiq Əliyevin aspirantı ixtira edib Dostum Ramiz Rövşənin də, mənim də sərbəst fikirlərimiz var. Yəni ola bilməz ki, biz sərbəst düşünək, istədiyimiz kimi hərəkət edək? Bəzən deyirlər ki, niyə yoxdurlar? Niyə filan yerə cavab, reaksiya vermədilər? Lazım olanda reaksiya veririk, məsələn, bu yaxınlarda mətbuatda, televiziyada da, bir rus alimi haqda material verdilər. Həmin alim - S300, S400, S500 icad edən və Rusiya raket hücumundan müdafiə sisteminin rəhbəri olan Aşurbəylidir. Mən də o saat reaksiya verdim ki, bu Aşurbəyli Azərbaycanın elm adamıdır və Rafiq Əliyevin aspirantı olub, laboratoriyasında böyümüş bir adamdır. Amma o jurnalistlər belə reaksiyanı sevmir, onlar istəyir ki, mütləq gedib kimisə söyəsən, kimisə dəstəkləyəsən. Onlar anlamırlar ki, hər kəsin öz fikri ola bilər və buna görə də həmin insanı "topa tutmaq" lazım deyil. Biz qalmaqalda, sensasiyada yoxuq! Mən siyasətdə olmamışam! Akademik həmçinin indiyə qədər siyasətdə olmadığını da bildirdi və cəmiyyətdə haqsızlığa qarşı müxalif olduğunu da qeyd etdi: - İctimai fikrə təsir etmək gücünə malik olmaq, bacardığımız qədər ictimai fikri durultmaq - biz ancaq bu məsələlər üzərində dayanmışdıq. Biz daha əvvəldən demişdik ki, siyasi iddiamız yoxdur və siyasətin içində olmayacağıq. Bu baxımdan Ziyalılar Forumu ilə Milli Şura arasında heç bir bağlılıq yoxdur. Ola bilər ki, bizim içimizdən kimlərsə siyasətə qatıldı. Amma bizim mövqeyimiz daha əvvəldən bəlli idi. Onu da qeyd edim ki, mən son üç ayda yalnız ilk dəfədir sizə danışıram. Xaricdə olanda haqqımda bir yazı çıxmışdı, tam səmimi deyirəm, mən o jurnalistə heç bir açıqlama verməmişəm. Özü də yazıb ki, "Rafiq Əliyev siyasətdən getdi". Bu yazı "Yeni Müsavat"da, "Azadlıq"da və digər mətbu orqanlarda işıq üzü gördü. O dəqiqə Ramiz Rövşənin şeiri yadıma düşdü: "Gedək biz olmayan yerə". Axı biz olmayan yerdən necə gedə bilərik? Bax, onu anlamadım. Mən siyasətdə olmamışam. Birinci gündən demişəm ki, ziyalının funksiyası başqadır. Düzdür, ziyalı hansısa bir vaxtda siyasətlə məşğul ola bilər, ancaq mən, Ramiz Rövşən və bəzi dostlarımız siyasətlə məşğul olmaq fikrində deyilik. Buna baxmayaraq, ziyalı mövqeymizdə qalırıq, müxalifət yox, müxalifik! Mən müxalifəm və ən birincisi, özümə qarşı müxalifəm. Bundan sonra ictimaiyyətdə, həyatda olan eybəcərliklərə müxalifəm. Əxlaqın eroziyaya uğramasına, ailə institutunun dağılmasına, insan haqlarının pozulmasına və başqa neqativ hadisələrə müxalifəm. Bir ziyalı kimi mənim mövqeyim budur! Bundan sonra Ziyalılar Forumu da öz işini davam etdirəcək və biz öz sözümüzü deyəcəyik. Seçki dövründə düşünülmüş şəkildə susduq Akademik sonda seçkilər dövründə Ziyalılar Forumunun susqunluğuna da aydınlıq gətirdi: - Seçkilər ərəfəsində Ziyalılar Forumunun susqunluğu düşünülmüş addım idi. Biz siyasətə qoşulmamaq iddiası baxımından pauza verdik və seçki dövründə susduq. Mənim də öncədən orda olmamaq qərarım var idi. Amma orda bizim dostlarımız, dəyərli ziyalılarımız yer almışdı. Lakin mən - Rafiq Əliyev əvvəldən üzərimə düşən ziyalı funksiyasını yerinə yetirmək fikrindəydim və buna da nail oldum. Qeyd: nə qədər qəribə təsadüf də olsa bildirək ki, bu gün Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasından xaric edilməsinin bir ili tamam oldu.
2013-11-04
1,010
Mehriban Əliyeva Canfranko Ravazi ilə görüşdü- FOTO
Noyabrın 4-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb. Kardinal Canfranko Ravazini Heydər Əliyev Fondunda salamlayan Azərbaycanın birinci xanımı onu Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib. Mehriban Əliyeva son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirib. Birinci xanım Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirib. Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu demişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu diqqətə çatdırıb. İkinci dəfədir Heydər Əliyev Fondunda olmaqdan məmnunluq ifadə edən Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Azərbaycanın birinci xanımına təşəkkürünü bildirib. Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu bildirib. Canfranko Ravazi ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirib.
2013-11-04
1,011
İtlər bir-birlərini quyruğundan anlayırmış
İtaliyadakı Trento Universitetində edilən bir araşdırmada itlərin bir-birlərini quyruq hərəkətlərinə görə anladıqları aydın olub. Daha əvvəlki araşdırmalarda itlərin xoşbəxt olduqlarında quyruqlarını özlərindən sağa doğru yellətdikləri, gərgin olduqlarında da sola doğru yellətdikləri aydın olub. Araşdırmanı edən sinir sistemi mütəxəssisi professor Corcia Georgio Vallortiqara, insan beyninin sol və sağ tərəfinin müsbət, ya da mənfi duyğuların ortaya çıxmasında fərqli rol oynadıqlarını bildirir. Eynilə insanlarda olduğu kimi itlərdə də beynin sağ tərəfinin sol tərəfə hərəkətlərdən, sol tərəfinin də sağ tərəfə hərəkətlərdən məsul olduğunu və beynin iki yarımkürəsinin duyğularda fərqli rollar oynadığını söyləyir. Araşdırmaçılar itlərin həmcinslərinin quyruq hərəkətlərinə necə reaksiya verdiyini görmək üçün bəzi testlər aparıb. Araşdırmaçılar tapıntılarının it sahibləri, baytarlar və təlimçilərə itlərin duyğularını daha yaxşı anlamalarında köməkçi olacağını söyləyirlər. Qeyd edək ki, dünyada itlərin sayına görə ABŞ və Fransa liderdir
2013-11-04
1,012
Onlar son dəfə nə yemişdilər…
Dünya tarixində önəmli bir yerə sahib olan, həmin ana öz damğasını vuran simaların ölümlərindən əvvəl son dəfə yediyi yeməklərin adı müəyyən olunub. Bəlli olub ki, menyüdə həm mükəmməl, həm də sıradan yeməklər var imiş. "Axar.az" Türkiyə mətbuatına istinadən məşhurların ən son yedikləri yeməklərin adını sizə təqdim edir. *** İraqın keçmiş prezidenti Səddam Hüseynin sonuncu yeməyi toyuq və ballı plov olub. *** 30 aprel 1945–ci ildə ailəsi ilə birlikdə intihar edən Adolf Hitlerin son yeməyi tomatlı makaron olmuşdu. *** Məhşur aktyor Ceyms Den ölümündən əvvəl yalnız bir stəkan süd içib. *** Rus dövlət adamı Qriqori Rasputin 1916-cı ildə həyatını itirərkən son yeməyi ballı piroq, qara çörək, "kanəpə" və Madeira şərabından ibarətdir. *** Aktyor Britani Mörfi ən sevimli yeməyi olan Tailand mətbəxindən qəlyanaltı və enerjili içki olan limon suyu içib. *** General Corc Armstronq Kaster Birləşmiş Dövlətlər Ordusunun zabiti idi. O, 1876-cı ildə qırmızıdərili bir qəbilə ilə döyüşərkən həyatını itirmişdi. Casterin son yeməyində süfrədə qızarmış lobya, qızarmış yabanı qarğıdalı və qır toyuğu vardı. *** ABŞ pianoçusu və müğənni Libereys 1987-ci ildə 67 yaşındaykən həyatını itirmişdi. O, ölməzdən əvvəl son yeməyində buğda unudan hazırlanmış şirniyyat yemişdi. *** Məşhur aktyor Con Beluşi 1982-ci ildə, gənc yaşında (33 yaş) dünyasını dəyişib. Aktyor ölmədən əvvəl son dəfə mərcimək şorbası içmişdi. *** Amerika Vətəndaş Müharibəsində Konfederasiya Ordusunun komandirliyini edən Robert E. Li, 1870-ci ildə Virciniada ölmüşdü. Li son yeməyində bifşteks şorbasıyla birlikdə "Brandi" içmişdi. *** Alen Ginsberq Döyüş əleyhdarı şəxsiyyətiylə bilinən amerikalı şair 1997-ci ildə vəfat edib. Ginsberq ölmədən əvvəlki son payında balıq şorbası içmişdi. *** Hindistan Müstəqillik Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi 1948-ci ildə 78 yaşındaykən həyatını itirməzdən az əvvəlki nahar süfrəsində bişirilmiş tərəvəzlər, portağal, keçi südü, zəncəfil, limon, kərəyağı və aloe suyu vardı.
2013-11-04
1,014
Efiopiyada vampirlər qəbiləsi varmış
Efiopiyanın Omo Vilayətində yaşayan Bodi qəbiləsi əcaib ənənələriylə hər kəsin diqqətini çəkir. Belə ki, qəbilənin adətinə görə Efiopiyadakı yarı köçəri Bodi qəbiləsi kök adam yarışması üçün qeyri-adi üsuldan istifadə edir. Onlar öncə kənddən xüsusi gənclər seçir və 6 ay boyunca həmin gənclər arasında kökəlmə yarışması gedir. Gənclər maksimum dərəcədə kökəlmək üçün əllərindən gələni edirlər. Ən maraqlı olan isə odur ki, onlar bu müddət ərzində inək qanı və süd ilə bəslənirlər. Fransız fotoqraf Erik Lafforci bu maraqlı ənənəni fotolarla əks etdirib. Maraqlı ənənələri olan Bodi qəbiləsinin kişiləri çılpaq bədənlərini ağ rəngə boyayır, ağır boyunbağılar taxırlar. "Kael" mərasimi adlandırılan gün gəldiyində gənclər kəndə dönür və ən kök gənc mükafatladırılır.
2013-11-04
1,015
Korlar üçün möcüzəvi eynək icad edildi
Oksford elm adamı korlar üçün çox funksiyalı smart eynək icad edib. Kor hesab edilən bir çox insan işıq və hərəkəti hiss edə bilir. İnkişaf etmiş cihaz da bu özəllikləri istifadə etmək üçün nəzərdə tutulub. Alimin sözlərinə görə, bu eynək nəinki zəif görənlərin rast gəldiyi maneələri müəyyən edir, həmçinin avtobus dayanacağı, qapı və ya şəxsi əşyaları tanımaq üçün də yararlıdır. Smart eynəyə obyektlərə qədər olan məsafəni müəyyənləşdirmək üçün kamera və projektor, həmçinin kompas daxildir. Alim Hiks öz işindəki yeniliyə görə Kral Cəmiyyəti tərəfindən mükafatlandırılıb. Alim aldığı mükafatı da elm üçün xərcləmək qərarına gəlib. Belə ki, hazırda o, cihazın mətn oxuya bilməsi üzərində işləyir.
2013-11-04
1,016
Castin Biberə butulka hücumu
Dünyaca məşhur müğənni Castin Biberə hücum edilib. Müğənni konsert zamanı qeyri-adi halla qarşı-qarşıya qalıb. Belə ki, o, səhnədə olarkən dinləyicilərdən biri ona su şüşəsi atıb. Sao Paulo şəhərində verdiyi konsertdə atılan şüşənin müğənninin əlinə dəyməsindən sonra konsert yarımçıq qalıb. Səhnədə dəri gödəkcədə olan müğənni qarşılaşdığı vəziyyət qarşısında aciz qalıb. Qeyd edək ki, atılan şüşənin ardınca, müğənniyə növbəti butulkalar atılıb. Biber mətbuata açıqlamasında: "Bu, heç yaxşı olmadı. Mənə niyə şüşə atdıqlarını anlamadım. Amma hər şeyə rəğmən sizləri sevirəm",- dedikdən sonra yenidən səhnəyə çıxıb və konsertinə davam edib.
2013-11-05
1,018
Qəhvə qaraciyər xərçəngi riskini azaldır
Yeni bir araşdırmaya görə, gündə 3 fincan qəhvə içməklə qaraciyəri xərçəng xəstəliyindən qorumaq olar. ABŞ Qastroentoloji Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeni bir araşdırmaya görə, qəhvə ən çox rast gəlinən qaraciyər xərçəngi növü olan "hepatoselülər karsinoma" (HCC) riskini azaldır. Araşdırmaya görə, dünyada ən çox rast gəlinən və tez ölümlə nəticələnən xərçəng növü olan qaraciyər xərçənginə qarşı qəhvənin risk azaldan təsiri var.
2013-11-05
1,019
Qız tələbələrin oğlanlarla bir evdə qalması yasaqlandı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan universitetlərdəki yataqxanaların çatışmazlıqlarından danışarkən, "qız, oğlan tələbələr eyni evdə qala bilməzlər. Bununla bağlı təlimat vermişik, yoxlama aparılacaq", - deyib. Partiyasının "Qızılcahamam" düşərgəsinin son günündə danışan Ərdoğan bir çox mövzu ilə əlaqədar universitet tələbələrinin yataqxana problemlərinə də toxunaraq qəribə bir yoxlama aparacaqlarından söz açıb: "Dənizli şəhərində şahidi olduq. Yataqxana çatışmazlığı ilə bərabər, bir çox problemlər var. Universitet tələbəsi gənc qız oğlan tələbə ilə bərabər bir evdə qalır. Buna nəzarət edən yoxdur. Bu bizim mühafizəkar-demokrat əqidəmizə ziddir. İcra hakiminə əmr verdik. Bunun yoxlaması aparılacaq".
2013-11-05
1,020
“Rusiyada qazandıqlarımı öz ölkəmdə itirdim...”
Saday Şəkərlinin reallaşan arzusu olmayıb - Saday bəy, indiyədək hansı arzularınız gerçəkləşməmiş qalıb? - Mənim onsuz da reallaşan arzum olmayıb. Sadəcə olaraq, yaxşı təhsil almışam, kitablarım nəşr olunub, şükürlər olsun, babayam… - İlk kitabınızdan nələri xatırlayırsınız? - İlk kitabım Rusiyada çıxıb, "Məhəbbət ağacı", daha sonra "Torpağa oğul sözü". "Torpağa oğul sözü" kitabını çox sevirəm. - Bəs, torpağa oğul sözünü deyə bildinizmi? - Danışmağa, üz tutmağa, dərdləşməyə bir göyümüz, bir də yerimiz var. Mən torpağa sözümü hələ deyirəm… Torpağa dediklərimiz tükənəndə biz artıq bu dünyada olmayacağıq. - Rusiyada sizin kitablarınız nəşr olunurdu, demək olar ki, hər şey yaxşı gedirdi. Hansı arzularınız gerçəkləşmədi ki, onu Azərbaycanda görmək üçün oranı tərk etdiniz? - Ölkəmə qayıtmağıma səbəb atamın yetim qoyub getdiyi ailəmə sahib çıxmağım idi. Orda hər şey qaydasında gedirdi. Bütün xərclərimi Yazıçılar İttifaqı ödəyirdi. - Onda belə deyək: atanızın ölümü sizi Rusiyada hansı arzularınızı yarımçıq qoymağa məcbur etdi? - Mən orda qazandıqlarımı öz ölkəmdə itirdim. İlk olaraq orda mənə verilən mənzildən imtina etdim, kitablarımın nəşri dalbadal planlaşdırılmışdı - onlar yarımçıq qaldı. Daha sonra Saratovda, Moskvada, ilk kitabımdan sonra sosialist ölkələrində tərcümə olundum, xaricdən diqqət daha çox idi. Hər şeyi özümlə gətirdiyim Azərbaycan quyusunda boğdum. - Ölkəyə qayıtdıqdan sonra nə ilə məşğul oldunuz? - İlk olaraq, burda yalnız bir insan kimi atamın əmanətlərini - bacılarımı köçürtdüm, qardaşlarıma toy etdim. Özüm ailə qurdum. Bir tikə çörək əsiri olaraq uzun müddət şeirdən uzaqlaşdım, Azərbaycanda bir şair kimi heç bir dəyər görmədim. - Hansı dəyərlərdən məhrum olundunuz? - Anar müəllim 10 il məni Yazıçılar Birliyinə üzv olmağa qoymadı. O, mənim həyatımın üstündən xətt çəkən ilk azərbaycanlıdır. - Yeganə gerçəkləşməyən arzunuz Yazıçılar Birliyinə üzv olmaq idi? - Xeyr, təbii ki… Bilirsiz, AYB şair düzəltmir, sadəcə, həmin dövr üçün vacib amillərdən biriydi, iki şeiri çıxan mənzil alıb işlərini rahat görürdü, lakin mənim kimilər həm kirayə haqqı barədə düşünmək, həm axşam balalarını sevindirmək, həm də şeir yazmaq məcburiyyətindəydi… - İkinci dəfə ölkəni tərk etməyinizin səbəbi bu idi? - İki dəfə köçüb getmişəm ölkədən. Deyəsən, üçüncü və sonuncu dəfə ayrılacağam bu allahsız məmləkətdən... - Yenə nə isə arzulayırsınızmı? - Arzular bitmir, saysız-hesabsızdır. Heyf ki, görmək nəsib olmadı.
2013-11-05
1,021
Sarıkökün möcüzəvi faydaları
Araşdırmalara görə, sarıkök iltihablara qarşı təsirli ədviyyatlardan biri sayılır. Revmatizm xəstəliyinin müalicəsində yaxşı təsirə malikdir. Sarıkök eyni zamanda xərçəng xəstəliyinin qarşısını almaq üçün yardımçı vasitələrdən biri sayılır. Xərçəng hüceyrələrinin yayılmasını önləyir və bədənin mutasiyalı hüceyrələrini yox edir. Sarıkökü xörək və salatlarınızda istifadə edə bilərsiniz.
2013-11-04
1,022
Azərbaycan "Uşaq Eurovision"una qatılacaq
Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) noyabrın 30-da Kiyevdə keçiriləcək "Uşaq Eurovision-2013" müsabiqəsinin iştirakçısı olan ölkələrin siyahısını açıqlayıb. Bu ilki müsabiqədə San-Marino ilk dəfə çıxış edəcəkr, Malta və Makedoniya isə müsabiqəyə qayıdacaq. Müsabiqədə ümumilikdə 12 ölkə iştirak edəcək: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan. San-Marino müsabiqədə ilk dəfədir ki, iştirak edir, Malta və Makedoniya isə təkrar yarışmaya qatılıb. Ukrayna artıq ikinci dəfə bu müsabiqəyə ev sahibliyi edəcək. Müsabiqə "Ukrayna" Milli İncəsənət Sarayında təşkil olunacaqdır. Qeyd edək ki, Azərbaycan ilk dəfə bu müsabiqədə 2012-ci ildə iştirak edib. Ömər Sultanov və Suada Ələkbərova dueti "Girls & Boys" (Dünya sənindir) mahnısı ilə müsabiqədə 11-ci yer tutub.
2013-11-04
1,023
Məşhur Boğaziçi Körpüsü bağlanacaq
Qolf əfsanəsi Tiger Vuds Asiyadan Avropaya tarixi qolf zərbəsini həyata keçirəcəyi üçün məşhur Boğaziçi Körpüsü noyabrın 5-i, saat 14:00-dan 14:28-ə qədər maşınlar üçün bağlanacaq. "Axar.az"ın məlumatına görə, istanbullular üçün bundan daha pis xəbər Boğaziçi körpüsünün ümumilikdə 5 saat bağlanmasıdır. Bu müddətdə əsas nəqliyyat vasitəsi sayılan Metrobusun işləməyəcəyi sakinləri ciddi narahat edib. Xatırladaq ki, bir neçə gün öncə bu məşhur körpünün köhnəldiyi səbəbindən dağıldığı, 50 metr yüksəklikdən daş parçaların töküldüyü haqqında da məlumat yayılmışdı.
2013-11-04
1,024
Ürək parçalayan Urmu gölü - Fotosessiya
.
2013-11-05
1,025
Yoxluğun içində həmişə varsan
Sevginin zirvəsi Rafiq Əliyevə (və sevgisini itirən hər kəsə…) Yaraları sağaldan zaman SƏNin yoxluğunu unutdura bilmədi. SƏNsizliyi sağalda bilmədi. Bir günlük xatirəni bir gecəyə danışıb qurtara bilmirdik. İndi bir gecəyə 40 illik xatirəni özüm-özümə danışıram. Öz-özünə danışmaq qədər sürətli heç nə yoxmuş bu sürət zamanında. *** Bir ildir əlim evimin zənginə qalxmır. Üzümə heç kimin açmadığı qapının çalınan zənginə özüm gedirəm. Gələn qonaqlar da daha əvvəlki kimi səslü-küylü olmurlar. Özünəməxsus sükut, səssizlik aparıb dəhlizin nəvazişli şirinliyini. Otağın boşluğunu duyan çaynik də dəyişib səsini. Divara hopan səslər gecələr olanları, olmuşları yuxuma danışır ahəstə bir səslə. Düz bir ildir evin hər tərəfindən-gah otaqdan, gah mətbəxdən mənə zillənir baxışların: - Ac deyilsən? - Çay içmisənmi? - Sənə soyuq deyil ki? - Gecələr üstünü yaxşı ört. - Bayırda yaman soyuqdur, əynini qalın gey... Hər yerdə, hər zaman SƏN varsan. Məni darıxdıran və məni darıxmağa qoymayan SƏN. Gecələr "yuxun şirin olsun" dediyim SƏNə, "əbədi yuxun şirin olsun" deyirəm bir ildir. Xəyalların, xatirələrin yola verdiyi bu bir ildə alışa bilmədim SƏNsizliyə. Bu evin hər yerində SƏN varsan. Güzgülər hələ də SƏNi göstərir. Siluetin baxır güzgüdən: - O biri köynəyi gey. - Bu qalstuk sənə yaman yaraşır. - Şərfini vur... *** Səfərə çıxıram. Dönub arxaya boylanıram. Qapı elə mən örtən qapıdır. Pilləkanlər də qupquru…
2013-11-05
1,026
Şamaxı yolunda qəza: xəsarət var
Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində "Ford" markalı 90 VJ 603 nömrə nişanlı avtomaşınla qarşıdan gələn 99 BU 341 nəmrə nişanlı "Mersedes" toqquşub. Rayon Polis İdarəsindən "Axar.az"a daxil olan məlumata görə, qəza nəticəsində "Ford" avtomobilinin sürücüsü Əbdürrəhman Qasımov ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Hadisə yerində DYP əməkdaşları araşdırma aparırlar.
2013-11-05
1,027
Prezidentin inauqurasiyasına 70 ölkə dəvətlidir
Gürcüstanın yeni prezidentinin inauqurasiyası paytaxtdakı keçmiş parlament binasının arxasında keçiriləcək. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Gürcüstan xarici işlər naziri Maya Pancikidze deyib. Onun sözlərinə görə, mərasim üçün bu yerin seçilməsində məqsəd Rustaveli və ona bitişik küçələrin bağlanmamasıdır. Nazir qeyd edib ki, inauqurasiya mərasimi prezident seçkiləri kimi Avropa standartlarına uyğun keçiriləcək. Mərasimdə iştirak etmək üçün 70 tərəfdaş ölkəyə dəvət göndərilib. Lakin Rusiya nümayəndə heyətinə dəvət göndərilməyib. Pancikidze bildirib ki, mərasimə Mixail Saakaşvii, Eduard Şevardnadze və Gürcüstan parlamentinin bütün üzvləri dəvət olunacaq. Xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, tədbir sadə olacaq və ən başlıcası, baha başa gəlməyəcək. "Mərasimdə aviasiya, ağır texnika olmayacaq, yalnız Gürcüstan Müdafiə Nazirliyinin şəxsi heyəti iştirak edəcək. Tədbirdə Gürcüstanın himni səslənəcək və dövlət bayrağı qaldırılacaq". Pancikidze qeyd edib ki, inauqurasiyada prezident and içəcək, sonra o, Qəhrəmanlar meydanına gedib Gürcüstan uğrunda həlak olan qəhrəmanların xatirəsini yad edəcək, ardınca Rustaveli teatrında konsert təşkil olunacaq. Sonda prezident xarici qonaqları qəbul edəcək. İnauqurasiya mərasimi noyabrın 17-də saat 13.00-da başlayacaq.
2013-11-05
1,028
İki min vergidən yayınma faktı - Bir ayda
Oktyabr ayı ərzində vergidən bu və ya digər formada yayınma hallarının qarşısını almaq üçün aparılan yoxlamalar zamanı 2035 vergi ödəyicisinin qanunvericiliyi pozduğu aşkarlanıb. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, 1223 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 336 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edildiyi, ticarət, iaşə və digər xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 238 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib. Həmçinin 133 vergi ödəyicisi tərəfindən 166 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 75 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 279 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.
2013-11-05
1,029
Azərbaycan bir pillə gerilədi
Ötən ay üçün Azərbaycanda İnternetin orta sürətinə dair reytinq açıqlanıb. "Ookla" şirkətinin "Netldex" reytinqinə əsasən, Azərbaycanda trafikin orta sürəti oktyabr ayı ərzində 4,56 Mbit/s təşkil edib. "Axar.az"ın məlumatına görə, nəticələr 360 minə yaxın İP ünvanın testləri əsasında əldə edilib. Ümumi nəticəyə görə dünya üzrə reytinq cədvəlində Azərbaycan bir pillə geriləyib və 118-ci yerdə qərarlaşıb. Xatırladaq ki, reytinqdə ilk üçlüyü Honkonq (66.45 Mbit/s), Lüksemburq (55.36 Mbit/s) və Sinqapur (52.33 Mbit/s) bölüşür.
2013-11-05
1,030
Rusiyada şovinizm artır: daha bir qətl
Son günlərdə Orxan Zeynalov hadisəsini bəhanə gətirilməklə Rusiya miqrantlara təzyiqi ikiqat artırıb: istər qanuni - yeni qanunların Dumada işlənməsi, istər qeyri-qanuni – neofaşist millətçilərin qətl və qayda pozuntuları yolları ilə. Beləliklə, dünən Peterburqda daha bir miqrant - Özbəkistan vətəndaşı "Rıbatskoe" metrosunda millətçilər tərəfindən qətlə yetirilib. Onun bədənində bir neçə bıçaq izi tapılıb. Xəbəri "Fontanka.ru" saytı yayıb. Dünən yeganə baş verən insident bu olmayıb. Millətçilər həmçinin metro-stansiyalarda 40-a yaxın "qara"ya hücum ediblər. Buna baxmayaraq, döyülənlər şikayət yazmaqdan imtina edib. Metroda törədilən vəhşilikdən sonra yaxınlıqda yerləşən bazarda slavyan görkəmli olmayan satıcıların mallarını talan ediblər.
2013-11-05
1,031
Vidadi İsgəndərliyə ağır itki
Hüquq müdafiəçisi Vidadi İsgəndərliyə ağır itki üz verib. "Axar.az" xəbər verir ki, hüquq müdafiəçisinin qardaşı Qalib İsgəndərli bu gecə dünyasını dəyişib. V.İsgəndərlidən aldığımız məlumata görə, dəfn mərasimi bu gün günorta, saat 14:00-da olacaq və mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılacaq. Hüzr mərasimi isə K.Əzizbəyov-95 ünvanında ("Beşmətrəbə" yaxınlığında) keçiriləcək. Allah rəhmət eləsin!
2013-11-05
1,032
AMM-dən Rusiya hadisələri ilə bağlı BƏYANAT
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi Rusiyada azərbaycanlılara qarşı son zaman baş verən olaylarla bağlı bəyanat yayıb. Bəyanatda son günlər daha bir azərbaycanlının millətçilər tərəfindən döyülməsi, eyni zamanda Moskva şəhərində "Rus Marşı" adı altında millətçilərin mitinqinin keçirilməsinə münasibət yer alıb: "Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir. Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduğunu bildirir və müvafiq dövlət qurumlarını Azərbaycan Respublikasından kənarda yaşayan ölkə vətəndaşlarının müdafiəsi üçün öz öhdəliklərinə uyğun davranmağa çağırır". AMM hesab edir ki, problemin tez bir zamanda həll olunması üçün Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların müdafiəsinin təmin olunması, onlara müvafiq sənədlərin alınmasında yardım edilməsi, Rusiya miqrasiya qanunvericiliyi barədə onlara ətraflı məlumat verilməsi, Rusiya Federasiyasında məskunalşan vətəndaşlarımızla baglı baş verənlər haqqında daha ətraflı məlumatların əldə edilməsi məqsədilə pulsuz xidmət göstərən "Qaynar xətt"in yaradılmasını təşkil etməlidir: "AMM həmin layihənin həyata keçirilməsi üçün Azərbaycan hökümətinə dəstək verməyə, "Qaynar Xətt"i işçilərlə təmin etməyə hazır olduğunu bildirir. AMM dünyada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarını, həmçinin beynəlxalq təşkilatları Rusiyada baş verən milli ayrı-seçkiliyə şərait yaradan hadisələri diqqət mərkəzində saxlamağa və Rusiya hakimiyyət nümayəndələrini azərbaycanlılara qarşı aparılan bu qeyri-qanuni münasibətlərə son qoyulması üçün tədbirlər görməyə çağırır".
2013-11-05
1,033
Azərbaycanlının “O Ses Türkiyə”də möhtəşəm çıxışı - Video
Türkiyənin özəl telekanallarından birində keçirilən "O Ses Türkiyə" müsabiqəsində növbəti dəfə Azərbaycan əsilli müğənni iştirak edib. Təbriz şəhərindən olan Cəlal Tahiri "Sən gəlməz oldun" mahnısı ilə münsiflər heyətini heyran qoyub. 31 yaşlı müsabiqə iştirakçısı Cəlal Tahiri yarışa tanınmış müğənni Ebru Gündeşlə davam edəcək ("Anspress").
2013-11-05
1,034
Rusiya miqrant qəbuluna kvota tətbiq elədi
Rusiyanın Baş naziri Medvedev "Ölkənin xarici işçilərə tələbatının təyin edilməsi və 2014-cü il üçün müxtəlif kvotaların təsdiqlənməsi" haqda sərəncam imzalayıb. Sənədə görə, Rusiyanın 1 milyon 631 min 586 nəfər miqrantın ölkəyə cəlb olunmasında marağı var. Xarici işçilərə tələbat prioritet peşə ixtisas qruplarına müvafiq olaraq müəyyən edilir. 2014-cü il üçün xarici vətəndaşlara 357 min 894 viza, əmək fəaliyyəti məqsədi ilə 1 milyon 631 min 586 iş izni kvotası təsdiqlənib.
2013-11-05
1,035
Murad Köhnəqalanın can sirdaşından inanılmaz etiraflar
Layihəmizin adı yadınıza "əsgər ailəsi" ifadəsini salırsa, özünüz bilərsiniz – istəyirsiniz aralarında bənzətmə axtarın, istəyirsiniz yox. Bizim məqsədimiz hər dəfə bir sənət adamının ailəsi ilə söhbətləşib, bəzən sevdiyimiz, bəzən ikrah etdiyimiz sənətkarların bir də öz ailə-uşağı, doğması, sevgilisi tərəfindən necə göründüyünü sizə çatdırmaqdı. "Şair ailəsi" yoluna Murad Köhnəqalanın ailəsindən başladıq. Həyat yoldaşı Zərəngiz xanım, övladları – Mustafa və Zeynəblə Murad bəy haqqında söhbətləşdik. Onu da deyək ki, Murad bəyi yola gətirib razılığını alınca, çox çəkdi… Nə də ola, söhbət şair ailəsindən gedir. Nə isə, yaxşısı, buyurun... Şəxsən Anar özü! Murad bəyin ailəsi 1997-ci ildən Şüvəlan qəsəbəsində yerləşən S.Vurğun adına Yaradıcılıq Evində yaşayır. 1996-dan Tovuz rayonundan Bakıya gələn ailə Bakının müxtəlif yerlərində kirayədə qalıb və dostların evində yaşayıb. Bir il sonra bu evi onlara Azərbaycan Yazıçılar Birliyinin o vaxtkı və indiki sədri Anar AYB-nin adından şəxsən özü verib. Qəsəbədəki vaxtilə yaradıcı adamlar üçün tikilmiş Yaradıcılıq Evində hazırda cəmi iki yazar yaşayır: İsa Şuşalı və Murad Köhnəqala. Murad bəyin ailəsi bu binadan bir az aralıda balaca həyəti olan evdə yaşayır. Üç balaca otaqlı evin mətbəxi, şəraiti o birilərdən çox da fərqlənmir. Kasıb şair ailəsi bizi çox gözəl qarşıladı. Xoş auralı gözəl ailənin ocağında özmüzü lüks şəraitli evdə hiss elədik. Həmən gün Murad bəy Tovuz rayonundaydı. Əvvəl süfrəni Tovuz mətbəxinin gözəl nemətləriylə bəzəyən Zərəngiz xanım, daha sonra da bizi kəklikotulu çaya qonaq etdi. Atamın hekayələrini, şeirlərini çox da oxumuram 14 yaşın içində olan Mustafanın gözəl rəssamlıq qabiliyyəti var. 5-6 ildir ki, rəsm çəkməklə məşğuldur. Orta məktəbdə rəsm müəlliməsi Elnarə xanım olub, sonra da tanınmış rəssam Tura xanım. Əsasən portret, qablar, meyvə - natürmortlar çəkməyi, akvarellə işləməyi sevir. Eyni zamanda, futbolla da maraqlanır. Mustafa atasının hekayələrini, şeirlərini çox oxumadığını deyir. Rəssamlıqla hobbi kimi deyil, peşəkar şəkildə məşğul olmaq istəyir. Atasının çəkdiyi rəsmləri də bəyənir. Bircə uşaq həkimi olma Zeynəb 11-ci sinif şagirdidir. Məşğələyə getmir, dərsləriylə evdə məşğul olur. Həkim olmaq istəyir. Cərrah, qadın, can həkimi, fərq etməz, təkcə uşaq həkimi olmaq istəmir. Bu qərara bir uşaq həkiminin sözündən sonra gəlib. Elçin əmi sağ olanda... Zeynəb atasının yazılarına çox şərh gəldiyinə görə onun çox oxunduğunu düşünür. Müəllimlərindən bir neçəsinin, özəlliklə sinif rəhbərinin atasının yazılarını izlədiyini, televizora çıxanda iştirak etdiyi verilişləri qaçırmadığını söyləyir: - Atamın köşələrini, "Lent.az"da gedən "Sadə insan" layihəsini izləyirəm. Əvvəllər özüm də şeirlər, hekayələr yazırdım, amma indi daha çox dərslərimə fikir verirəm, ona görə vaxt olmur yazmağa. Uşaqlıqda yazırdım, dəqiq yadımda deyil, deyəsən, atam da oxuyurdu yazdıqlarımı. Bir şeirimi özü dərc eləmişdi. Elçin əmiyə (Elçin Səlcuq – red.) həsr elədiyim şeiri. Onu Elçin əmi sağ olanda yazıb özünə göndərmişdim. Evə gəlib Elçin əminin ad günü olduğunu dedi, elə atam yemək yeyəndə yazdım, heç bir saat olmadı bəlkə. Atamı tanıyanlar var, amma oxuyanlar yoxdur Problemlərimi, fikirlərimi hər iki valideynimlə bölüşürəm adətən, atamla da ata-qız münasibətindən daha çox dost münasibətimiz var, məncə... Məktəbdə müəllimlərim, sinif yoldaşlarım, dostlarım arasında atamı tanıyanlar var, amma oxuyanlar yoxdur, çox azdır. Atamın şeirlərini, yazılarını demək olar ki, təbliğ etmirəm, onlara təsir etmək istəmirəm, könüllü oxusalar, daha yaxşı olar. Atam işlərinə daha çox vaxt ayırır, evdə olmur, mən daha çox anamın dedikləriylə oturub-dururam. Sentyabrın 8-i ad günüm idi, heç zəng də vurmadı Öz istədikləriklərimi eləyə bilirəmsə azadam məncə. Çox fikirləşməmişəm azadlıq barədə, çünki Azadlığı çox fikirləşənlər məhbuslardı, mən də məhbus deyiləm. Evimizə atamın dostlarından Aqşin Yenisey, Nəsimi Nəbizadə tez-tez gəlir, rəhmətlik Elçin Səlcuq da tez-tez gəlib-gedərdi... Ən çox Nəsimi əmi. Ad günləri, xüsusi günlər atamın yadında çox da qalmır. Məsələn, sentyabrın 8-i ad günüm idi. Heç zəng də vurmadı, yəqin, unudub... Amma pul kolleksiyam var mənim, ora əlavə etməkçün pullar almışdı, xarici ölkələrdən gətirtmişdi. Atam kimi yazıçı, jurnalist olmaq istərdim, amma həkimlik uşaqlıq arzumdu... Atamın siyasi fikirlərinə, əqidəsinə münasibətim bəzən müsbət, bəzən mənfi olur. Ancaq demək olar ki, fikirlərimiz üst-üstə düşür. Dərslərim çox olur, sosial şəbəkələrdən istifadə etmirəm. Atamla dost deyiləm Mustafa: - Mən "Facebook"da varam. Ancaq atamla dost deyiləm orda. Səbəbini soruşmayın... Ayağının altı öpüləsi atalar var Zərəngiz xanım: - Anam biz uşaq olanda ölüb, 1986-cı ildə, atam ondan sonra heç vaxt evlənməyib. Hələ bir dəfə olmayıb ki, atamız bizi utandıra - səhvi, ya bir yanlışı ola. Bir dəfə olsun deməyib ki, övladlarım, sizinçün ömrümü, cavanlığı verdim. Deyir, mənim övladlarımın yanında olmadığım gün qara torpaqda olduğum gündü. Ata-ana olmaq çox çətin bir şeydi. Deyirlər, cənnət anaların ayağı altındadı, amma ayağının altı öpüləsi atalar var, şəxsən mənim atam elə atadır. Uşaqlarına bir şey olanda, boğazından su da keçməzdi atamın. Mən elə ata görmüşəm. Uşaqlarımın da elə atası olsun... istəyərdim... Kim desə ki, evliliyimdə xoşbəxt oldum, inanma İstər yazar ol, istər alim ol: kim olursan-ol, əsas ata olmaqdı. Mən yazarlığı yox, ata olmağı üstün tutardım. Söhbət təkcə Muraddan getmir, ümumiyyətlə deyirəm bunu. Məsələn, Muradın atam kimi bir ata olmağını istəyərdim. Kim desə ki, evliliyimdə xoşbəxt oldum, inanma. Problem bütün ailələrdə var. Hələ uşağın varsa sorumluluğun daha çoxdu. Kim olursa olsun, nə olursa olsun, Murad Köhnəqala uşaqlarımın atasıdır... Murad uşaqların ilk dəfə yeriməyini, dil açmasını, hamısını günbəgün təqvimdə işləmişdi. Amma indi o qədər də diqqətcil deyil. Yazarlıq-filan ikinci dərəcəlidir Evimiz həmişə qonaq-qaralı olub. Gecənin beşində də qonaqlarımın gələcəyinə görə evdə hazırlıqlı oluram adətən. Uşaqlıqdan da evimiz gəl-getli olub. Ədəbi-əxlaqı elə anamdan görüb-götürmüşəm. Rəhmətlik anam həmişə deyərdi ki, bir qadının ailəsinə, ərinə verdiyi dəyər onun dostlarına, ailəsinə elədiyi hörmətdi, sayğıdı. Muradı düşündüyümdən deyil, birincisi, insan olduğumdandır. Quranda da deyir, qonağa hörmət elə, yaxşı qarşıla, yedirt-içirt, gedəndə yola sal. Mən həmişə deyirəm, insan olmaq önəmlidi, yazarlıq-filan ikinci dərəcəlidir. Əsas olan, əli öpüləcək ata-ana olmaqdır. Muradın qohumlarla münasibəti yaxşlı deyil, amma çox pis də deyil. Belə də... Muradın xarakterinə uyğundu. Qardaşlarım çox ədəblidir. Qardaş-bacılarım ona qarşı çox sayğılıdılar. Murad öz qardaş-bacısından çox, mənimkilərin yanına ürəklə gedər. Dünyaya bir də gəlsəydim, əsla bir yazıçıyla evlənməzdim Yeri gələndə qürur da duymuşam Muradın yaradıcılığıyla, yazılarıyla, uşaqları böyüdərkən, "baxın haa, siz yazıçı övladısınız, oturuşunuza-duruşunuza fikir verin", - demişəm. Amma biz fərqli dünyaların insanlarıyıq. Murad öz tipində insanla evlənsə, bəlkə daha fərqli olardı. Elə mən də. Çünki tam ayrı cür böyüdülmüşük. Mənim yetişdiyim tərz başqadı, o, başqa dünyanın insanıdı. Yəni, elə bil ki, iki fərqli ölkənin insanını bir araya gətiribsiniz. Çox fərqli bir həyatdı: yenidən dünyaya gəlsəydim, özümə uyğun bir insanla evlənərdim. Dünyaya bir də gəlsəydim, əsla bir yazıçıyla evlənməzdim. Mənim həyatım bir dastandı. Çox çətinliklər görmüşəm. Amma bilirəm ki, hər çətinliyə rəğmən, insan olub qalmaq, yaşamaq olur. Muradla içib-çəkmədiyinə görə evlənmişdim Çox içir Murad, heç xoşlamadığım bir şeydi bu. Mən onunla evlənəndə dedilər, nə içki içir, nə siqaret çəkir. Ona görə evləndim. Özü də bilir... Quranda haram olan bir şeydi içki. Mən Quranı türkcədən oxumuşam. Ailəmizdə də çox içən yoxdu, qardaşımın biri az içir, o biri bir az içəndi. Gözəl ailələri var, azca içməkləri heç nəyə mane olub problem yaratmır. Ədəblə yazan hər kəs gözəldi Qızım da arada şeir, hekayə yazır. İstəyərəm yazar olsun, yəni problem yaratmaram. Ədəb-ərkanla yazan hər kəs gözəldi - yazıçı da, ekrana çıxıb veriliş aparan da, qonaq olan da. Bilirsən, birincisi, özünə hörmətdi bu, özünə dəyər verirsən. Mən özümə hörmət eləməsəm, heç kim mənə hörmət eləməz. Oğlum bir dəfə mənə dedi ki, ana, mənə elə gəlir, ətrafda hər kəs sənə görə bizə hörmət edir. Üç gün oturub düşündüm bunu, dedim, Allah, görən mən olmasam, bunlar necə olarmış? Uşaqlarımı yaxşı yetişdirmişəm. Özüm də uşaqlıqdan fərqli insan olmağa çalışmışam, yaxşı mənada. Ətrafda ancaq öz tipim olan insanlarla ünsiyyət qurmağa çalışıram. Xeyirlə şər heç vaxt yoldaş olmur, ya onun kimi olmalısan, ya da uzaqlaşmalısan. Murad mən istədiyim kimi adam deyil Murad ət yeməklərini, sulu yeməkləri daha çox sevir. Amma evə çox da diqqətli deyil, yəni, konkret deyim, mənim istədiyim kimi adam deyil. Uşaqların bütün problemləriylə mən maraqlanmışam, mən eləmişəm. Bilir ki, mən eləyirəm, arxayındı. Düzdü e, Allah canını sağ eləsin, elə yerlər var ki, özü gedib həll eləyir. Uşaqlar balaca olanda həkimə-filan aparırdı, o heç. Qul haqqını yemək olmaz, o qazanır, yeyirlər. Heç yerdə işləmirəm mən, o olmasa, başqa heç yerdən gəlirimiz yoxdu. İntəhası, fərqli dünyaların insanıyıq da. Muradı heç kimin ayağına vermərəm! Ta başından bəri görürdüm ki, biz ayrı-ayrı dünyaların adamlarıyıq. Amma ayrılmaq barədə heç vaxt düşünməmişəm. Mən bir dəfə evlənib ölənə qədər elə getməyi düşünmüşəm həmişə. Dedim, ola bilər, çalışsam, onu daha yaxşı insana çevirərəm. Hərənin özünə görə şəxsiyyəti var, heç kimin şəxsiyyətini tapdalamaq istəmərəm. Amma mənim arzuladığım insan deyil. Murad nə qədər çətinliyə düşsə də, onu qoruyan insanam, heç kimin ayağına vermərəm. Yazılarını da bilirəm, hər balaca detalını da bilirəm... Sıxıntımı, problemimi də içimdə gəzdirirəm həmişə. Heç kimin ağzıyla evlənməyin Murad müxalif fikirli olduğuna görə uşaqlarçün, özümçün də əlbəttə, həmişə narahat olmuşam. Ömrü boyu atam da, ailəm də narahat olub. Atam ömrü boyu bizi, ən çox da məni düşünərək yaşayıb. Cavansız, sizə bir məsləhət verim. Heç kimin ağzıyla evlənməyin, arayın, axtarın, özünüz maraqlanın, ailəsini, tərbiyəsini öyrənin. Ata-anası çox önəmlidi insanın. Rəhmətlik anam həmişə, "Küllükdən qoy başını, yerində izi qalsın" deyərdi. Yəni, əsli-nəcabəti olan yerdən evlənin. Dünyada ən böyük xəzinəm böyüdüyüm ailəm, bir də övladlarımdı. Qonşuların Murad bəyə münasibəti pis deyil, belə də... Heç kim göründüyü kimi deyil. Mövlananın belə bir sözü var, deyir, "Mən nə insanlar gördüm, üstündə əlbisə yoxdu, nə əlbisələr gördüm, içində insan yoxdu..." Tanışlıq və evlilik... Kəndimizdə tanış olmuşuq Muradla, xalam qızının yoldaşıyla (biz ona kürəkən deyirik) ailəvi dostdu onlar, qayınatam-filan. Rəhmətlik qaynım vardı - Fikrət, onunla daha yaxın dost idi. Onun vasitəsilə tanış olmuşuq, qismət deyək... Tovuzdanıq hər ikimiz, amma başqa kəndlərdən. Qayınatamın xalası oğlu bizim kənddə uşaq həkimi idi. Qardaşımla qonşudular, yaxşı münasibətlərimiz vardı, Muradgillə qohum olduqların sonradan bildik. Qardaşıma görə ona da qardaşımız qədər hörmət edirdik. Çox araşdırmadan qaçdım Muradla Mən uşaqlığımdan dəqiq yuxular görənəm. Hələ qız vaxtı gecə yuxuda gördüm ki, xalam qızının yoldaşıyla bizə adam gəlib, başqa bir dostu da var yanında, eynən bu adamdı da. Səhərisi gəldi bunlar. Qardaşım gəldi, oturdular. Murad, bir dostu, bir də bizim kürəkən. 23 yaşım vardı onda. Namuslu, qeyrətli qız axtara-axtara gəlib bizə çıxmışdılar. Arada gözaltı baxırdı. Dedilər, çəkmir, içmir. Nifrət etdiyimi deməyim, amma ən xoşlamadığm şeydi içki. Bir neçə gün sonra xalam qızı gəldi, onunla danışdıq, bacım dedi, get. Xalam oğlu Elxan yaxşı adamdı, o vaxtlar dinə meyilliydi. Ona o qədər güvənirdik ki, çox araşdırmadan qaçdım Muradla. Anam 15 yaşım olanda rəhmətə getmişdi, öz ümidimizə qalmışdıq. Məni qaçırdıb, elə Tovuza, bizə birinci dəfə birlikdə gəldiyi dostugilə aparmışdı. Qismət deyək... Bakıda bir neçə il Eyvaz Əlləzoğlunun evində yaşamışıq Sonra toyumuz oldu. Elə toyun həftəsində Bakıya gəldik. Siftə gəlib Muradın Yaşar adlı bir dostunun evində qaldıq. Bakıda da "kampaniya" kimi, 60 nəfərlik-filan toyumuz oldu. 1996-cı ilin iyulun 27-sində orda olub, avqustun 21-i, ya 23-ü burda olub toyumuz. Ondan sonra rəhmətlik Eyvaz Əlləzoğlugil Gürcüstana köçəsi oldu, biz də onların Əhmədlidəki evlərində qalası. Üç illik idi əslində onların gedişi, sonra nə isə iki ilə döndülər. Onlar qayıdanda Zeynəbin yaşı olmuşdu artıq. Ad gününü təzəcə kənddə keçirib gəlmişdik. Hər iki uşaq Tovuzda olub. Sonra Umud Rəhimoğlunun evində iki-üç aya kimi qaldıq. Sonra Nərimanov tərəfdə kirayə qalmağa başladıq. Şəraitsiz, havasız, nəm yer idi, iki-üç ay da orda qaldıq. 97-ci ilin axırıydı, Zeynəb qucağımdaydı. Rəhmətlik dayımın köhnə, baxımsız həyət evi vardı Zığda, Zığın "kruq"unda, təmir eləyib ora köçdük. Bir müddət də orda qaldıq, sonra Mustafa oldu. Bayramlı kəndində olub Mustafa, doğuldu, 40-ı çıxdı, gəldik ora. Ordan da yükümüzü yığıb gəldik bura. Elə o vaxtdan bu evdəyik. Murad Köhnəqala mənimçün kimdir Soruşsanız, deyərəm: - Uşaqlarımın atası...
2013-11-05
1,036
Bakıda marşrut avtobusu qatarla toqquşdu - 6 yaralı
null
2013-11-05
1,037
Falçı Elşən: "İmam Cəfər Sadiqlə bu problemi çözməliyik"
Elə maşından təzəcə düşüb ofisə yaxınlaşırdıq ki, anamdan zəng gəldi. Telefonu açıb Mirişvari "salam-sağol"umdan vacib işim olduğunu anladı. - "Özüm zəng edəcəm" deyib-eləmə, hər dəfə deyirsən, amma etmirsən. Bu dəfə bacardı. Addımlarımı yavaşladıb dedim: - Baxıcıya gedirəm. Nə ərzi-dilin var, deyim. Ömür boyu məni baxıcılara inanmamaqda günahlandıran, hamının "əməl-kitab"la həyatını düzüb-qoşduğunu deyən, bu mənada məni əl-küt bilən, axır ki, "haqqın yolunu" tapmağımdan xoşnud olduğu telefondan belə bu qədər bəlli olan anam sevinərək qayıtdı: - Sən dədən goru, qardaşına da baxdır, gör, nə vaxt uşaqları olacax? (Xatırladım ki, qardaşım evlənəli iki ay deyil.) Həmişəki kimi, anamın bu müdhiş zəkasına dözəmməyib telefonu söndürdüm. Artıq tanınmış ekstrasens, efirdən gördüyümüz Elşən Məmmədovun ofisinə ("şəfa ocağı"na) çatmışdıq. "Zümrüd prodakşn" Yanındakı müştəri xanım çıxır. Biz giririk. İki-üç dəfə xüsusi ədayla alnını ovuşdurub, dərindən nəfəs alır. Başını bulayıb, az öncə çıxan qadına işarə ilə deyir: - Dəhşətdi. - Bir neçə dəfə belə təkrar edir: - Necə ağırdı!.. Söhbətin adamın aurasındanmı getdiyini soruşuram, başıyla təsdiq edir. Artıq daha öncə yanında olduğumuz falçıların evində görməyə alışdığımız diplomlardan burda da gözüm axtarır. Çox çəkmədən, masanın küncünə qoyulmuş biri gözümə sataşır. Mətbuatın 138 illiyi münasibət ilə "Zümrüd prodakşn" tərəfindən təltif olunub. Təbii ki, Azərbaycanda yaşadığımızı unutmadığımız üçün falçının belə bir əlamətdar gündə niyə diploma layiq görüldüyünə təəccüblənmirik. Var əcəl, var əcələmayallaq - Hə, bacı, eşidirəm. Doğum tariximi, adımı soruşub, ərəb əlifbası ilə qarşısındakı vərəqdə qeyd aparır. Ərəb əlifbasını bilməyimə baxmayaraq, nə qədər baş sındırsam da, qeydlərindən bir zad anlaya bilmirəm. Telefonuna zəng gəlir. Sabah saat beş üçün görüş təyin edir. - Kim desə ki, səndə cadu var, yalandı. Bir var nəfs bağlılığı, bir də var "periodik" bağlılıq. Biri sənə baxıb köks ötürsə, bu belə sənə mənfi təsir edir. Bu "periodik" bağlılıq ki var, bu mərhələni mutləq yaşamalısan. Zəng gəlir. "Beş dəqiqə sonra "Fantaziya hamamı"nın yanına gəl. Mənim telefonlarım "pasluşkadadı", qulaq asırlar, gəl, ətraflı danışaq. Heç nə lazım deyil, sənin saqlığın. Axşamacan". Anladğım qədəriylə bizi beş dəqiqəyə postalayacaq. - Var əcəl, var əcələmayallaq. Əcəl Allahdandı, əcələmayallaq bəndədən. Səndəki əcələmayallaqdı. Bal lazımdı ki, İmam Cəfər Sadiqlə bu problemin üstündə işləyək. Mən onlar kimi haqq vermirəm Deyirəm: - Bura gəlməzdən əvvəl məşhur baxıcıların bir neçəsinin yanına getdim. Həm çox pul istəyirlər, həm də elədikləri əməllər üçün heç bir zəmanət vermirlər. Ona görə gəldik sizin yanınıza. Xarizmatik üzünə bir az da müdriklik verən ağ və gur saçlarını əli ilə arxaya darayır. Qısa və koppuş barmaqlarındakı iri və rəngli daş-qaşlı üzükləri adamın gözünə girir. - Mən onların baş ekspertiyəm. Onlar şou göstərir, mən konkret iş görürəm. - Axı bəs ciddi adamlarla işlədiklərini, arxalarında Şeyxin, MTN-nin, DİN-in dayandığını deyirlər?! - Əşşi, onlar mənim adım gələndə qorxurlar. Yeganə "Banditizm"lə işləyir. Mirqafarla. Almaz bütün günü gəlib mənim yanımda gözünün suyunu tökür. Mənim adamım özüməm. Arxamda da özüm durmuşam. Onlar kimi kimlərəsə altı aydan bir on altı min haqq vermirəm. (Dəhşətə gəlmiş kimi oluruq) Ayda qapıma iki maşın qoyurlar - Siz onlardan fərqli olaraq, məni bütün problemlərimi yoluna qoyacağınıza əmin edə bilərsizmi? Bir də bəlkə sonra məndən elə məbləğ istədiniz ki, gücüm çatmadı?.. - Ay balam, ay bacım, mən sənə deyirəm ki, səndə cadu-madu yoxdu. Bunu sənə kim deyirsə, qələt edir. İstəyir bunu Toma (Tamilla Salamova) desin, istəyir Nadim… Mənə sənin pulun lazım deyil. Mən heç kimi burdan əliboş qaytarmamışam. Adam gəlib ki, burdan cibinə pul qoyub göndərmişəm. Mən böyüklərnən işləyirəm. Ayda qapıma iki maşın qoyurlar. Baxıram ki, sən dağdan dərəyə enmiş adamsan. İndi gərək sən pulun içində itəydin. Yaxşı perispektiv var səndə, amma bağlılığın buna icazə vermir. Bu gün mən işləyərəm, sabah gəlib götürərsiz. Bir şərtlə ki, evinizə xeyrinizə dair də olsa heç bir dua aparmayasınız. Ayaq dıqnağı, bir çəngə saç… Gələsi olsanız, ayaq dırnaqlarınızı, bir də saçınızdan bir az kəsib dörd yol ayrıcında çiyninizin üstündən atarsız. Saç və dırnaqlarda ruh olmur. Sabah saat beşdə gəlin. Buranı tanıyırsız. Unutma, sənə bir şey qadağan olunub. "İnsanlara inam". Heç kimə inanma. Ürəyinə inan. O, həmişə sənə doğru yolu göstərir. - Gəlin, belə danışaq. İşlərimi yoluna qoymasanız, pul-zad verəsi deyiləm. Siz jurnalistsiz… Elə bil səsimi yazırsız - Adamlar məni ona görə çox istəyir ki, pul söhbəti eləmirəm. Qulpundan nə çıxır, onu ver. Sizin söhbət lap buna bənzədi ki, gedim bazara meyvə alıb gətirim, yeyim, xoşuma gəlsə, pulunu verərəm. Axı sizin işiniz üçün almam gərəkən şeylər var. İstəyirsiz, deyim, özünüz gedib alın. Nə lazımdı edəcəm, vaxt da qoyacam düzələcək. - Vergilisiz? - Bundan sənə nə? Mənim ixtiyarım yoxdu danışmağa. Siz jurnalistlər kimi danışırsız, elə bil səsimi də yazırsız. Gülürük. Üç ildi məni sınaqdan keçiriblər. Mən mövhumatçı adam deyiləm. BDU-nun tarixini bitirmişəm. Sonra şərqşünaslığı. Musiqi təhsilim var, ərəb-fars dillərini bilirəm. 13 yaşımdan vergiliyəm. Kitablar yazmışam. İstəsəniz, sizə də bağışlaya bilərəm. Bu jurnalist söhbətinin üstündə çox durmadığına görə, elə-belə "havaya atdığını" fikirləşirik. Səni salaram hipnoza!!! Zəng gəlir, danışır: - Eşidirsən, balam, mən məsələni həll elədim. İndi yanımda adamlar var, sonra danışarıq. Yenidən söhbətə qayıdır: - Sona xanım, saat beş üçün gəlin, nə istəsəniz, götürün. Pul sohbəti eləməyin. - Siz doğurdan da hər şeyi görürsünüzsə, axı bilməlisiniz ki, məndə ekstra hiss var. - Səni salaram hipnoza… Sadəcə, buna vaxtım yoxdu. - Heç nə edə bilməzsiniz. Məni qoruyan qüvvə var. - Hansı qüvvə qoruyur səni? Mən bilirəm səni nə gözləyir. Heyvan dərisinin "lüboy" hissəsindən… - Mən Allaha güvənirəm. Allah kimisə vuranda da, qoruyanda da kiminsə əli ilə edir. Allah buyurur ki, neynirsizsə, özünüz-özünüzə edirsiz. Pisliyi də, yaxşılığı da. Zəng gəlir. - Düzəldi? Kimliyinizlə pulu göndərdiz? Mən burda gözləyirəm. İkinci telefonuna zəng gəlir. O birini xətdə gözlədir. - Onun əlinin ölçüsündə heyvan dərisinin "luboy" hissəsindən verə bilərsiz. Əlini uzadıb çantamın üzərindəki detalı göstərir: - Bu işarə massonlarındı. Çalış, üzərində belə şeylər daşıma, uğursuzluq gətirir. Yol boyu maşında savaşdığımız üçün bayaqdan qaş-qabağını töküb oturan sürücümüz nəhayət yorulduğumu görüb, yumşalır və sükutunu pozur: - Bayaqdan dinləyirəm, sizdə zərrə qədər mövhumatçılıq, basıb-bağlamaq… ay nə bilim, cin belə gəldi, şeytan belə getdi-zad olmadığından sevdim sizi. Bəlkə mənə də bir baxasınız? Bu dəfə gələn zəngi söndürüb, alnını ovuşdurur. 40 yaşında Mehdi əz-Zəman olacam - Bəlkə məni özünüzə katibə götürəsiniz?! – görücümüzə deyirəm. - Bu qədər telefona cavab verməkdən ekstra hissləriniz tükənər. (Burda artıq dodağına qonan Freydist gülüşdü.) Tez özünü yığşdırıb ciddiyətə keçir. - İkiniz də səmimi adamlarsız. Sürücü tikanlarını çıxarır: - Mən səmimiyəm, bunu deyəmmərəm. - Yox əşi, mən Sonanı çözmüşəm artıq. Nəyi var, dilindədi. Ürəyi çox təmizdi. Əsil dostluq ediləsi xanımdı. – Sözünə bir az ara verib davam edir: - Bilirsiz, yanıma hər kateqoriyadan adamlar gəlir. O gün biri gəlib ki, bəs mən anadan olanda anam yatıb yuxuda görüb ki, 40 yaşında Mehdi əz-Zəman olacam. Dedim, get, bir il sonra gəl. Bir il sonra gələndə deyəcəm ki, artıq sənin 41 yaşın var. Nə oldu?.. Həbsxanaya İvan adıyla "Astra" siqareti, quru çay göndərirəm - Mən camaata yaxşı baxmasam, burda, Şahmat Akademiyasının qarşısında belə bir ofisi beş yüz manata kirayələyə bilməzdim. Bütün nazirliklər məni sınaqdan keçirib. Artıq əl içi, ayaq altı işləyirəm (yəqin ki, xiromantiya demək istəyir). Bu qədər gəlirlə kimlərəsə əl tutub–tutmadığın soruşuram. - Mənim külfətim var, iki bacım… dörd ailəyə baxıram. Bir nömrəli uşaq evinə yeddi ildi ki, ayaqqabı göndərirəm. Həbsxanaya "Astra" siqareti, quru çay göndrirəm. Özü də İvan adı ilə. - Dindarsız? Bu işləri o biri dünyanız üçün edirsiz, yoxsa necə? - O biri dünya üçün yox, sadəcə, fikirləşirəm ki, bir gün onların yerində mən də, mənim övladlarım da ola bilər. Zəng gəlir. Artıq yorulduğumdan nə danışdığına qulaq verə bilmirəm. Him-cimlə sürücüyə deyirəm ki, gedək. Deyəsən "Fantaziya"nın yanında çürüyən bədbəxti unudub. Mən sənə sübüt edəcəm ki, mistik qüvvələr var Telefonu bağlayıb deyir: - İnanc tibbi işdi. Axı biz təbabətlə paralel işləyirik. Dünən "Semaşko"da bir nəfər ölürdü. Tanımırdım e… əlini kəsirdilər. Üzərində işlədim, kəsmədilər, əlini tikdilər üstünə. Gülməyimi boğuram: - Siz tikdiz? - Yox, zəng elədim, düzüb-qoşdum, həkimlər kömək etdi. - Sona, bala, sabah gəl. Heç nəyə ehtiyac yoxdu. Mən sənin işlərini yoluna qoyacam. Və sənə sübut edəcəm ki, mistik qüvvələr var. Bunu da unutma: "könlü balıq istəyənin quyruğu suda gərək". Jurnalistlər mənim dostumdur Yerimizdən qalxıb minnətdarlıq edirik. Anidən soruşuram: - Mən kiməm? Bunu da mənim növbəti zarafatım kimi qəbul edib özü də zarafata keçir və qafiyə tutur: - Balaca bir həkiməm. - Elşən bəy, mən jurnalistəm. Təmkinini heç pozmur: - Lap yaxşı, jurnalistlər mənim dostumdu. Özüm də zamanında "Təbriz" qəzetinin redaktoru olmuşam. Sonacan, həmişə yanında olacam sənin. Danışdığımız kimi, sabah saat beşdə gəl.- Arxamızca sürücüyə səslənir: - Sən daş, dəmir, çəngəl, bıçaq, maşından ehtiyatlı ol… Qapıyacan yola salır. Arxadan məni çağırır, dönürəm: - Sona, sağ ol! Yorğunluqdan səsilə, sözüylə nəyə eyham vurduğunu tuta bilmirəm. P.S. Yolda yadıma düşür ki, hörmətli ekstrasensimizdən anama nəvə istəmədim. Eybi yox, o birilərindən alaram…
2013-11-05
1,038
Məşhurlar Vaqif Mustafayevə qarşı - Video
Telejurnalist İdris Cəfərovla "Space" telekanalının sədri Vaqif Mustafayev arasında baş verən qalmaqala tanınmış simalar da münasibət bildirib. "Yutub"da yayılan videoçarxda tanınmışlar - Eyyub Yaqubov, Abbas Bağırov, Eldar Qasımov və İlhamiyyə Rza İdris Cəfərovu "yüksək mədəniyyətli peşəkar" kimi təqdim etməklə, əslində, Vaqif Mustafayevə qarşı olduqlarını nümayiş etdiriblər.
2013-11-05
1,039
Çin Suriyaya 11 milyon dollarlıq yardım edib
Çinin BMT-dəki daimi təmsilçisi Jieyi Suriyadakı böhranın bir an əvvəl bitməsini istədəyini ifadə edərək, bu məqsədlə 11 milyon dollarlıq yardım etdiklərini söyləyib. BMT-nin Təhlükəsizlik Şurasına noyabr ayında sədrlik edən Çin, bu səbəblə mətbuat konfransı keçirib. Çinin BMT-dəki daimi üzvü Liu Jieyi ölkəsinin Suriya böhranı ilə əlaqədar mövqeyinin birmənalı olduğunu bildirib. Jieyi ölkəsinin Suriyadakı böhranın tez bir zamanda bitməsini istədiyindən dolayı 11 milyon dollarlıq yardım etdiklərini açıqlayıb. BMT-nin Təhlükəsizlik Şurasının daimi beş üzvündən biri olan Çin, Suriyadakı vətəndaş müharibəsini siyasi yolla həllini dəstəklədiyini vurğulayıb. Jieyi bu məqsədlə rəsmi Pekinin Cenevrə 2 Konfransını dəstkələdiyini qeyd edib. Cenevrə 2 Konfransının həyata keçə bilməsi üçün hər iki tərəfin müzakirəyə şərtsiz gəlmələrini müdafiə edən Jieyi vaxt itirmədən barış görüşmələrinin başlamasını istəyib.
2013-11-05
1,040
Saakaşvili Fransadan Tiflisə çağırıldı - İnauqurasiyaya
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisə dəvət olunub. "Axar.az" Gürcüstandakı mənbələrə istinadən xəbər verir ki, Saakaşvili həbs ediləcəyindən ehtiyat edir. Gürcüstan Xarici İşlər naziri Maia Pancikidze Mixail Saakaşvilini yeni prezident Qiorqi Marqvelaşvilinin andiçmə mərasiminə dəvət edib. Xarici İşlər naziri Saakaşvilinin ayın sonuna, yəni andiçmə gününə qədər- toxunulmazlığının olmasını bildirərək, onu mərasimdə iştirak etməyə çağırıb. Maia Pancikidze Mixail Saakaşvili ilə ilə birgə, keçmiş prezident Eduard Şevardnadzeni də inauqurasiya mərasiminə dəvət edib. Brüsselə səfər edən Mixail Saakaşvili hazırda Fransada səfərdədir. Özünün "feysbuk" səhifəsində olduğu yerlər haqqında yazan keçmiş prezident ölkəyə gələcəyi halda həbsindən ehtiyatlanır. Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili Saakaşvilinin həbs oluna biləcəyinə işarə vuran açıqlama verərkən belə deyib: "Əgər sabiq Baş nazir, sabiq Müdafiə naziri həbsxanadadırsa, digər sabiq Müdafiə naziri Fransada yaxalanıbsa, Tiflisin hazırki merinə qarşı 3 cinayət işi qaldırılıbsa, təbii ki, prezidentə də suallar olacaq. İstəmirəm ki, mənim prezidentim sorğu-sual edilsin, yaxud da həbsxanaya düşsün. Bu, ölkənin imici üçün heç də yaxşı deyil. Lakin prokurorluq və məhkəmə var, mən onların işinə qarışmıram".
2013-11-05
1,041
Yol qəzası qalmaqal yaratdı-Özəl: Foto/Video
Bu gün təxminən 10:10 radələrində Süleyman Sani Axundov küçəsində yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın fotoreportyorunun şahidi olduğu qəzada 90 SP 031 dövlət nömrə nişanlı "Hyundai" markalı avtobomillə 99 CB 081 dövlət nömrə nişanlı "Ford" markalı mini avtobus toqquşub. Baş vermiş hadisədə sürücülər bir-birilərini ittiham edirlər. "Hyundai" markalı avtomobilin sürücüsü İlkin adlı şəxs, "Ford" avtomobilinin sürücüsünün isə Ramin Nəsirov olduğu bildirilir. Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, ölən və yaralanan yoxdur.
2013-11-05
1,042
Almaniya Snoudenə sığınacaq verməkdən imtina etdi
Almaniya hökuməti MTA-nın eks-əməkdaşı Snoudenə siyası sığınacaq verməyə heç bir əsas olmadığını bildirib. Hökumətin rəsmi təmsilçisi Ş.Zaybert qeyd edib ki, rəhbərlik ABŞ-la sülh maraqları və əlaqələrin inkişaf etdirilməsini birinci planda görür. Lakin alman siyasətçilər MTA-nın alman vətəndaşlara qarşı aparılan əməliyyatların detallarını müzakirə edə bilmək məqsədi ilə Snoudenə ABŞ-a ekstradisiya təhlükəsi olmadan sığınacağın verilməsini yenidən intensiv şəkildə müzakirə edir.
2013-11-05
1,043
“Duman”ın konsertində Ərdoğana həqarət edildi
Türkiyənin ən nüfuzlu rok qruplarından sayılan "Duman"ın Bostançı Nümayiş Mərkəzində reallaşdırılan konsertində Türkiyənin Baş naziri R.T.Ərdoğanın əleyhinə şüarlar səsləndirilib. Belə ki, konsert zamanı fanatlar "Səhnəyə çıxmayan Tayyibçi olsun" şüarları səsləndiriblər. Bunun üzərinə qrup üzvləri tələm-tələsik səhnəyə çıxıb və tamaşaçılara bu şəkildə dəvət üçün "Bizi səhnəyə çağırdınız üçün çox təşəkkürlər" deyə bildirib.
2013-11-05
1,044
QHT rəhbərinə cinayət işi açıldı
"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İctimai Birliyini fəaliyyətindəki qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıb. "Axar.az" Baş Prokurorluğun rəsmi saytına istinadən bildirir ki, araşdırmada birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə İB-nin bank hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əssında ayrılmış 43.0 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və "Azərbaycan Universiteti" MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2013-11-05
1,045
Qolf ulduzu Boğaz körpüsünü bağlatdırır
Məşhur qolfçu Tiqer Vudz bu gün İstanbulda, Boğaziçi körpüsü üzərində tarixi vuruş edəcəyi üçün körpü 14:00-15:00 saatları arasında bağlanacaq. "Axar.az"ın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, dünən Boğaziçi körpüsünün 5 saatlığa bağlanacağı deyilmişdi. Ancaq gecəyarısı qərar dəyişib və körpünün bağlanmasının həm tək istiqamətli, həm də 1 saatlıq olacağı bildirilib. Boğaziçi körpüsü üzərində qolf əfsanəsi Tiqer Vudzun Asiya qitəsindən Avropa qitəsinə vuracağı tarixi vuruşa görə körpünün saat 11:00-16:00 arasında iki tərəfli bağlanacağı açıqlanmışdı. Ancaq İstanbul meri Hüseyn Avni Mutlu gecəyarısı "Tvitter" sosial şəbəkəsində belə bir tvit atıb: "Bu gün Boğaziçi körpüsü üzərində ediləcək nümayişə görə Asiyadan Avropaya keçid saat 14:00-15:00 arasında maksimum 1 saat tək istiqamətli bağlanacaq". Qolf əfsanəsi Tiqer Vudzun iki qitə arasında edəcəyi vuruş isə dünyanın ən məşhur mətbu orqanları tərəfindən yaxından izlənilir. Əfsanəvi idmançının bu vuruşuyla dünyanın ən əhəmiyyətli idman təşkilatlarından biri olan "Avropa tur"unun bir tərəfi Türkiyəyə gəlmiş olacaq.
2013-11-05
1,046
Yol terroru daha iki can aldı
FHN-in rəsmi saytı xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonu Marışlı kəndi ərazisində (Ələt-Astara yolunun 62-ci kilometrliyində) "Volkswagen" markalı mikroavtobus və "MAZ" markalı yük avtomobili toqquşub. Nəticədə tamamilə sıradan çıxmış "Volkswagen"in sürücüsü - 1944-cü il təvəllüdlü Abbasov Hüseyn İmaməli oğlu və sərnişin - Natella Quliyeva vəfat edib. Digər iki sərnişin və yük avtomobilinin sürücüsü isə xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalan H.Abbasovun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
2013-11-05
1,047
“Azəryol”dan “erməni bayrağı” ittihamına cavab gəldi
"Azəryol" voleybol klubunun formasındakı rəng qalmaqala səbəb olub. "1news.az" saytı "Azəryol"un formasında Ermənistan bayrağının həkk olunduğunu bildirib və buna görə klubu kəskin tənqid edib. Kluba qarşı yönəlmiş ittihama cavab olaraq "Azəryol"un nümayəndəsi Zöhrab Gözəlbəyli "Axar.az"a münasibət bildirib: "Tamamilə əsassız ittihamdır. Burda rənglər arasında fərq var, üstəlik bizim formamızda beş rəng var və sonuncu rəng boz rəngdir. Yəni bu, mənasız söhbətlərdir. Jurnalistlər sensasiya xatirinə belə mənasız məsələləri gündəmə gətirirlər. Onlar "Azəryol"un uğurları haqda məlumat vermirlər, amma belə mənasız söhbətlərə qaçırlar. "Azəryol" Azərbaycan voleybolunun inkişafı uğrunda çalışır və bizi bədnam düşmənlərimizə bənzətmək əsassızdır".
2013-11-05
1,048
Müdafiə Nazirliyində daha bir istefa
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb. "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
2013-11-05
1,049
Sumqayıt İcra Hakimiyyətinin qarşısında aksiya başladı
Sumqayıtın "Karvan" Ticarət Mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlardan xəbər var Həmin yanğında zərərçəkən sahibkarlardan biri Mehman Əhmədovun "Axar.az"a verdiyi məlumata görə, sahibkarlar bu saatlarda yenidən Sumqayıt şəhər İcra Hakimiyyətinin binası qarşısına yığışırlar. Sahibkarlar onlara dəymiş ziyanın, heç olmasa, yarısını ödənilməsini tələb edirlər. "Karvan" Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov da Sumqayıt şəhər İcra Hakimiyyəti binasını qarşısına gəlib. Xatırladaq ki, oktyabrın 19-u axşam saat 19:00 radələrində Sumqayıt şəhərindəki "Karvan" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib.
2013-11-05
1,050
Heydər Piriyev Heydər Əliyev məktəbinə rəis təyin olundu
General-mayor Heydər Priyev yenidən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə rəis vəzifəsinə təyin edilib. "Axar.az"ın hərbi jurnalist, istefada olan polkovnik-leytenant Üzeyr Cəfərova istinadən verdiyi məlumata görə, H.Piriyev bu vəzifəyə Naxçıvan Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsindən gətirilib. Ü.Cəfərov qeyd edib ki, məktəbin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifov işdən azad edilib.
2013-11-05
1,051
Baş nazir Muğam Teatrını ləğv etdi, Arif Qazıyev hədələdi
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycan Dövlət Muğam Teatrı ləğv edilib. Qərarda bildirilir ki, Mədəniyyət və Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklif nəzərə alınaraq, Baş nazir Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilir. Ləğv edilmiş Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına verilib. Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər. Teatrın direktoru Arif Qazıyev "Aznews.az"a bildirib ki, "Muğam teatrının nə özü var, nə də yurdu. İşçilərinin də bəziləri Mahnı Teatrına gediblər. Mən də ortalarda qaldım. Nazirin Muğam Teatrı ilə nə işi, görünür bu göstəriş ona daha yuxarılardan gəlib. Ayının min oyunu bir armudun başında olduğu kimi Teatrın da ləğv olunmasının bir səbəbi var. O da Muğam Teatrının lövbər saldığı karvansara. Məqsədə bizi həmin karvansaradan çıxartmaq idi. Yalandan dedilər ki, karvansara təmir olunsun, qayıdarsınız. Biz də teatrdan çıxdıq. Təmirdən sonra isə bizi teatra buraxmadılar". Arif Qazıyev onu da deyib ki, Muğam Teatrının ləğvi ilə bağlı nazirliyin rəsmi qərarı artıq elan olunub: "Nazirlikdə kollegiya iclası keçirilib. Müavinim getmişdi. Nazir müavini Ədalət Vəliyev çıxışında bildirib ki, daha Muğam Teatrı adında bir mədəniyyət ocağı yoxdur. Bu da son… Bu teatrın bağlanmasına görə, çox adamların başı ağrıyacaq".
2013-11-05
1,052
Nazir müavini vəzifədən getdi
Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir. Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.
2013-11-05
1,053
Asəf Quliyev Rəsul Quliyevlə partiya yaradır?
Seçkilər öncəsi AXCP-dən istefa vermiş keçmiş sədr müavini Asəf Quliyevlə ACP-nin keçmiş lideri Rəsul Quliyevin partiya yaradacağı haqda məlumat yayılıb. Asəf Quliyev "Axar.az"a açıqlamasında mətbuatda haqqında gedən xəbərə münasibət bildirdi: "Rəsul Quliyevin öz partiyası var idi, o fəal siyasətlə məşğul olmaq fikrindəydisə, partiyadan ayrılmazdı. Həm də eşitdiyimə görə o, siyasətdən birdəfəlik gedir. Yəni getməsə belə, mənim onunla partiya yaratmaq fikrim yoxdur. Özü də mən dəfələrlə demişəm ki, partiya yox, hərəkat yaradacağam".
2013-11-05
1,054
SOS: Dünyada yaşamaq çox ağırlaşacaq
Yaxın onillikdə Dünyada yaşam şərtləri qlobal iqlim dəyişikliklərinə görə kəskin şəkildə pisləşəcək. Bu həyəcanverici proqnozlar Dövlətlərarası ekspertlər qrupunun İqlimin dəyişməsi ilə bağlı məruzəsində verilib. Amerikalı jurnalistlər bu sənədin layihəsi ilə tanış olma imkanı əldə ediblər. Alimlərin fikrincə XXI əsrdə daşqın, meşə yanğını, epidemiya və aclıq artacaq. Bundan ən çox özünü müdafiə edə bilməyən kasıb ölkələr ziyan çəkəcək və qlobal istiləşməyə müqavimət göstərə bilməyəcək. Yaşam üçün yararlı ərazilərin azalması hərbi münaqişələrə səbəb olacaq, şirin su üstündə mübarizə güclənəcək. Sənədin layihəsi BMT-nin üzv ölkələrinə göndərilib. Gözlənilir ki, ekspertlər sənədə əlavə və dəyişikliklər edəcək və son variant mart ayında dərc olunacaq.
2013-11-05
1,055
7 uşaq anası küçədə bıçaqlandı
Türkiyənin İğdır şəhərindəki İbrahim Bozyel prospektində ailə münaqişəsi zəminində 7 uşaq anası olan qadın bıçaqlanıb. Həyat yoldaşını küçədə, ərtafdakıların gözü qarşısında bıçaqlayan ər həbs edilib. Hadisə ilə bağlı istintaq aparılır.
2013-11-05
1,056
Əli Həsənov: “Azərbaycanlıların taleyindən narahatıq”
null
2013-11-05
1,057
Sabir nazir müavini: “Zakir Həsənov onları uzaqlaşdırmalıdır”
Azərbaycanın müdafiə nazirinin şəxsi heyətlə iş üzrə sabiq müavini, 1999-cu ildən ehtiyyatda olan polkovnik Mehman Səlimov prezident İlham Əliyevin sərəncamı ilə Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunması və onun yerinə Zakir Həsənovun təyin edilməsi məsələsinə münasibət bildirib. Sabiq nazir müavini "Publika.az"a söyləyib ki, yeni Müdafiə naziri peşəkar hərbiçidir, Almaniyada nümunəvi kurs keçib: "Mən onu ilk dəfə Sərhəd Qoşunlarında olan vaxt görmüşəm. Zakir Həsənov müxtəlif pillələr keçib. Onun Daxili Qoşunlarda yaratdığı yüksək nizam-intizam və qayda-qanun hər kəsə bəllidir. Hesab edirəm ki, əgər Zakir Həsənov indiki kimi kadr islahatlarını sonadək apara və bir neçə əsas adamı da oradan uzaqlaşdıra bilsə, o zaman orduda yüksək nizam-intizam yarada biləcək. Amma hazırda Müdafiə Nazirliyində bəzi adamlar var ki, Zakir Həsənovun işinə əngəl törədə bilər. Zakir Həsənovun ətrafında ona əngəl yara bilən adamlar var. İlk növbədə həmin adamlar kənarlaşdırılmalıdır. Orduda "filankəsin adamı" məsələsi olmamalıdır, vicdanlı və peşəkar hərbiçilər önə çəkilməlidir. Ordunun siyasi bağlılığı olmamalıdır. Azərbaycanda Ali Baş Komandan var və hər kəs Ali Baş Komandanın qərarlarını tərəddütsüz icra etməlidir. Türkiyə Silahlı Qüvvələrini də nümunə kimi götürmək olar. Çünki Türkiyə Silahlı Qüvvələrində əmr verildisə, o, kiminsə həyatı bahasına olsa belə icra edilir. Əmr gəldisə, burada cavabdeh əmr verən olur və bütün məsuliyyəti də əmr verən daşıyır. Digərləri əmri icra etməlidir".
2013-11-05
1,058
Hüseynqulu Bağırov Gəncədə qəbul keçirəcək
"Axar.az" "AzərTac"a istinadən xəbər verir ki, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov noyabrın 15-də saat 10:00-da Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Ağstafa rayonlarının sakinləri iştirak edəcəklər.
2013-11-05
1,059
Yol terroru 4 gündə 12 can aldı - Statistika
Axar.Az Daxili İşlər Nazirliyindən (DİN) verilən xroniki məlumatlara əsasən xəbər verir ki, noyabr ayının geridə qalan 4 günü ərzində respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalarda 12 nəfər dünyasını dəyişib. Bundan başqa 43 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qeyd etmək lazımdır ki, son günlər sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzalar yenidən çoxalıb. Ölüm halları qeydə alınmasa da yaralıların sayı çoxdur. Hazırda baş vermiş bütün faktlarla bağlı araşdırma aparılır.
2013-11-05
1,061
Nəcməddin Sadıqovun oğluna vəzifə verildi
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general -polkovnik Nəcməddin Sadıqovun oğluna vəzifə verilib. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun oğlu Məmməd Sadıqov Vergilər nazirinin əmri ilə Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsinə təyin olunub. Ona həmçinin vergi polkovnik-leytenantı rütbəsi verilib.
2013-11-05
1,062
Azərbaycan kitabları Türkiyədə
İstanbulda keçirilən 36-cı beynəlxalq kitab sərgisinə azərbaycanlı yazıçılar da qatılıb. Noyabrın 9-da bitən kitab sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində "Hədəf Kursları"nın baş direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazar Şəmil Sadiq və "Hədəf Kursları" Nizami filialının direktoru Emin Sadıqov iştirak edib. Sərgidə "NTV yayınları", "Doğan, Ötüken, "YKY", "Alfa", "Mandalin", "Kapı", "Can", "Timaş", "Bilfem", "Final", "Körfez" və digər daha onlarla nəşriyyatın stendləri çıxış edib. 12 salondan ibarət olan sərgidə kitablarla yanaşı qəzetlər üçün də xüsusi yer ayrılıb. Sərginin fəxri qonağı Çin Xalq Respublikası olduğu üçün, Çin nümayəndəliyinə xüsusi bir salonun ayrıldığı bildirilir. Bizim ölkədən olan nümayəndə heyətinin tərkibində isə Aqil Abbas, Anar, Rəfael Hüseynov, Qənirə Paşayeva, mədəniyyət nazirinin müavini Vaqif Əliyev və İstanbuldakı konsulumuz iştirakçı olub. Hədəf Kurslarının baş direktorunun "Axar.az"a dediyinə görə, Azərbaycan stendinin önündə Qənirə Paşayeva, Aqil Abbas və Şəmil Sadiqin imza mərasimləri olub. Ən böyük izdiham isə Ahmet Umudun imza zalında yaşanıb. Burada 500-dən çox insan yazarın imzası üçün növbəyə düzülüb. Qeyd edək ki, sərgi noyabrın 2-dən 9-na kimi Türkiyədə fəaliyyət göstərən TÜYAP Sərgi Mərkəzində baş tutub.
2013-11-05
1,063
Şoumen ölüm xəbərini yalanladı: “Bağışlayın, ölməmişəm”
Azərbaycanın tanınmış şoumeni Kamran Həsənlinin ölüm xəbəri yayılıb. Xəbəri dəqiqləşdirmək üçün özü ilə əlaqə saxlamağa çalışdıq. Telefonu yarıyuxulu səslə şoumen özü açdı, cavabı da peşəsinə uyğun yumoristik oldu: - Bağışlayın xanım, çox üzr istəyirəm, ölməmişəm. Xəbərin mənbəyini özünün də bilmədiyini, evə səhər saat altıda gəlib yatdığını, elə indicə sözügedən xəbərlə bağlı gələn zənglərdən sonra oyandığını bildirdi.
2013-11-05
1,064
“Prezident seçkisilə bağlı mövqeyimiz ortadadır”
Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlının ötən gün yazdığı və geniş ictimai reaksiya doğuran məqaləsində seçkilərin nəticələri ilə bağlı mövqe də bildirib. Xalq şairi yazıb ki: "Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib". Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyası bu il oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı heç bir açıqlama yaymayıb və münasibət bildirməyib. Buna baxmayaraq, Sabir Rüstəmxanlı əslində bu sözlərlə hətta seçki günü VHP-nin seçkilərin nəticələrini tanıdığını təsdiqləmiş olur. Məlumat üçün deyək ki, VHP-ni MSK-da Almaz Qəhrəmanlı təmsil edir. Dairələrdə partiyanın 56, məntəqə seçki komissiyalarında isə 500-dən çox təmsilçisi var. Həm MSK-da, həm də dairə və məntəqələrdə partiyanı təmsil edən bütün nümayəndələr – heç bir istisna olmadan - seçkinin nəticələri ilə bağlı protokolu imzalayıblar, başqa sözlə desək, seçkinin şəffaf və demokratik keçirildiyini öz imzaları ilə təsdiqləyiblər. Yazısından anlaşılan bu məntiqlə bağlı Sabir rüstəmxanlı "Axar.az"a bildirdi ki, seçkilərin yekunu ilə bağlı protokolun imzalanması, əslində, nəticələrin tanınması anlamına gəlir: "Əslində, partiyanın mövqeyi dairə və məntəqələrdə həlledici səs hüquqlu nümayəndələrinin müşahidəsi və rəyi ilə formalaşır. Xüsusilə öz namizədi ilə seçkidə iştirak etməyən VHP kimi partiyanın. Bu baxımdan Vətəndaş Həmrəyliyi Partiyası seçkilərin nəticələrini rəsmən və açıq formada tanıyır". Sabir Rüstəmxanlı onu da bildirdi ki, Prezident İlham Əliyevin andiçmə mərasimində də iştirak edib.
2013-11-05
1,065
Baş nazirin açıqlaması ölkəni ayağa qaldırdı - Foto
Ötən gün Baş nazir Rəcəb Tayyib Ərdoğanın "qız və oğlan tələbələrin eyni evdə qala bilməz, bununla bağlı təlimat vermişik, yoxlama aparılacaq", - deməsi tələbələr tərəfindən etirazla qarşılanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tələbələr Nazirliyin qarşısında yerləşən "Kafka Café"dən "Tayyib, sakit ol və əlindəki ayranı yerə burax" plakatı asıblar. Bundan sonra polis etirazçılara hücum edib və 5 nəfər polis bölməsinə aparılıb.
2013-11-05
1,066
“Məsuliyyəti anastezioloqun boynuna atmaq istəyirlər”
"Bu işdə hər hansı razılaşdırmaya gedən müstəntiq və ya prokurorun cəzalandırılmasını tələb edəcəyəm". "Axar.az"ın xəbərinə görə, bunu Modern.az-a jurnalist Anar Niftəliyev deyib. Sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı bildirib ki, onda olan məlumata görə, əməliyyatda iştirak edən 3 həkimdən yalnız biri – anestezioloq özünə vəkil tutub. "Ekspertizanın yekun rəyində göstərilən nəfəs çatışmazlığı məsələsi ayın sonunda aydınlaşdırılacaq və həkimlərin nə qədər təqsirkar olduğu müəyyən olunacaq. Özlüyümdə yekun rəydən narazı deyiləm. Burada birbaşa həkim məsuliyyətsizliyi və səhlənkarlığı bir daha təsdiqlənib. Bütün analizlər ümumiləşdirilib komission rəyə təqdim edildi. Ümid edirəm ki, komission rəydə də ədalət gözləniləcək həkimlərin məsuliyyəti göstəriləcək. Məni narahat edən bir çox məsələ var ki, hazırda onları dəqiqləşdirirəm. Məsələn, əməliyyatda iştirak edən 3 həkimdən yalnız biri özünə vəkil tutub. Vəkil bildirib ki, digər iki həkim hansısa formada öz problemlərini həll ediblər. Yəni bütün məsuliyyəti anastezioloqun boynuna atmaq istəyirlər. Faktı dəqiqləşdirməkdən ötrü araşdırmalara başlamışam. Təbii ki, araşdırmalarım tamamlanan kimi bunlar öz təsdiqini taparsa, cinayət işinin Nəsimi rayon Prokurorluğundan alınıb Bakı şəhər Prokurorluğuna, ya da Baş Prokurorluğuna verilməsini istəyəcəyəm". Ailəsinə itki üz vermiş teleaparıcı Afət Telmanqızı da deyir ki, qardaşının həyat yoldaşı Pərvinə Hüseynovanın ölümünə həkim səhlənkarlığı səbəb olub. A.Telmanqızı artıq müvafiq orqanlara müraciət etdiyini bildirir. "Amma müraciətimizə hələ ki, heç bir cavab verilməyib. İndi onlardan cavab gözləyirik".
2013-11-05
1,067
General Heydər Piriyevin əvəzinə yeni təyinat
Azərbaycan Ordusunda daha bir təyinat olub. "Axar.az"ın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Bakıda yerləşən "N" saylı hərbi hissənin komandiri, polkovnik Hikmət Həsənov Naxçıvan korpusuna qərargah rəisi vəzifəsinə təyinat alıb (APA). Buna qədər Naxçıvan korpusunun qərargah rəisi vəzifəsində general-mayor Heydər Piriyev çalışıb. H.Piriyev Z.Həsənovun əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.
2013-11-05
1,068
Həbsxana həyatından maraqlı kitab - Foto
"Zero" nəşriyyatında çap olunan kitabda uzun illər Penitensiar Xidmətin əməkdaşı olaraq çalışmış müəllifin cəzaçəkmə müəssisənin həyatına dair əhvalatlarla bağlı hekayələri, qadın cəza evindən bəhs edən "Həbsxana bənövşəsi" adlı pyesi və bir müsahibəsi yer alıb. Müəllif kitaba yazdığı ön sözə bu sözlərlə başlayır: "Mən sizə cəzaçəkmə yerləri, həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində "dünyanın", dövlət içərisində "mini dövlətin" özünəməxsus xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm. Bu kitab qısa desəm, Penitensiar sahəyə aid son illərdə yazdığım kiçik həcmli yazılarımın hesabatıdır".". Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı "Akademiya" Kitab Mərkəzindən, "Akademkitab"dan. "Yeraltı", "Bukinist", "Kitab Klubu" və "28 may" metrosunun ətrafındakı mağazalardan 2 manata əldə etmək mümkündür.
2013-11-05
1,069
Həkim terroru... Kim nə düşünür?
Azərbaycanda həkimlərə güvənmək olarmı? Hər bir insan sağlamlığını qorumağa, bir dəfə gəldiyi həyatı istədiyi kimi yaşamağa çalışır. Amma nə yazıq ki, yaşadığımız ömür bəzən xəstəliklər, problemlərlə o qədər yüklənir ki, onu istədiyimiz kimi yaşaya bilmirik. Təbii ki, səhhətimizdə problem yaranandan ilk müraciət etdiyimiz həkimlər olur. Həkim olmaq, insanların can güvənliyini təmin etmək, onların sənə dikilmiş ümid dolu baxışlarını boşa çıxarmamaq üçün çalışmaq təbii ki, böyük məsuliyyətdir. Amma nə yazıq ki, Azərbaycanda həkim adını daşıyan hər kəs bu məsuliyyəti hiss etmir. Bəlkə də hər şeydə güzəştə getmək olar, amma ölkədə təhsil və səhiyyədə güzəştə getmək, olan problemləri görməzdən gəlmək o ölkənin indisi və gələcəyini məhv etməkdir. Bu üzdən də Azərbaycan səhiyyəsində baş alıb gedən problemlərin, həm savadsızlıq, həm də vicdansızlıq insanların faciəsinə səbəb olduğundan həkim terrorunun qarşısını almaq üçün məncə hər kəs əlini daşın altına qoymalıdır. Çünki söhbət hamının üzləşə biləcəyi faciədən, qarşılaşacağı vicdansızlıqdan gedir. Təbii ki, bütün ölkələrdə hansısa xəstə əməliyyat zamanı dünyasını dəyişə bilər, ya da müalicə effekt verməyə bilər. Amma Azərbaycanda durum bir qədər fərqlidir, çünki bizdə həkimlərin üzündən dünyasını dəyişənlərin faciəsi təsadüfdən doğmur. Nə baş verir, insanların həkimlərimizə niyə inamı yoxdur? Niyə Azərbaycan İran sərhədi İrana nicat tapmaq üçün az qala yürüş edən insanlarla qaynayır?! Bu suallara cavab almaq üçün bir necə şəxsə müraciət etdik və onların həkimlərimizə nə qədər güvəndiyini öyrənmək istədik. Əkrəm Əylisli özü-özünü müalicə edir Yazar Əkrəm Əylisli ümumiyyətlə həkimlərə güvənmir, çünki yazara görə hər bir insan özü-özünün həkimi olmalıdır. Yazar bildirdi ki, yazılan dərmanların çox olması elə adamı xəstə edir, ona gərə də o xəstələndikdə daha çox bildiyi üsullarla özünü müalicə edir. Yayılan xəbərlərə gəlincə, Ə.Əylisli onları bir az şişirdilmiş hesab edir və düşünür ki, araşdırmaya ehtiyac var. Rəşad Məcidə görə xaricə getməyə ehtiyac yoxdur Rəşad Məcidsə hesab edir ki, xəstə həkimlə söhbət etdikdən sonra onun səviyyəsini müəyyən edə bilər və təbii ki, savadsız həkimlər də yox deyil. Yazara görə indi ölkədə bütün müasir avadanlıqlar olduğundan xaricə getməyə ehtiyac yoxdur. Savadına güvəndiyi bir necə həkimin adını çəkən müsahibimiz onu da bildirdi ki, indi səhiyyədə əsas problemlərdən biri qiymətlərin baha olmasıdır. Gözəl Bayramlı bir neçə dəfə səhv etdiyini deyir AXCP sədrinin müavini Gözəl Bayramlıya gəlincə o etiraf edir ki, hətta özü də bir necə dəfə səhv edib. Gözəl xanım qeyd edir ki, müəyyən səbəblər həkimlərə olan inamın azalmasına səbəb olub: "Mən özüm də bir neçə dəfə səhvə yol vermişəm. Həkimlərin hansı üsullarla yaşamağın yolunu tapdıqlarını bilmək çox təəccüblüdür. Onlar bəzən yanlarına gələn xəstəni başqa tanış dostlarının yanlarına göndərib deyirlər ki, sənin xəstəliyinin çarəsi bu həkimdədir. Hansı ki, o həkim özü də bilir ki, xəstəni yanına göndərdiyi həkim yalnız ondan gəlir kimi istifadə edəcək. Bu cür hallarla çox qarşılaşmışam. O üzdən daha çox təbii üsullarla müalicələrə üstünlük verirəm. Mənə elə gəlir xaricdə təhsil alıb gələn həkimlərimiz daha uğurlu müalicə üsullarından istifadə edirlər. Çünki orada təhsil sistemi daha uğurludur. Zahid Orucun fikirləri Əkrəm bəylə üst-üstə düşür Zahid Oruca görə, biz gündəlik monitorinqlər keçirsək, görərik ki, həkimlərə kifayət qədər müraciət edən, pənah gətirən insanlar var. Amma etiraf etmək lazımdır ki, sovet dövründə formalaşan həkimlərin əksəriyyəti öz bildiklərinə qapanıb qalıblar. Onlar yeni müasir texnologiyalarla ayaqlaşa bilmirlər. Buna görə də bizim aparıcı, peşəkar həkimlərə ehtiyacımız var. Səhiyyəyə nə qədər vəsait qoyulursa-qoyulsun əgər gələn həkimlər öz əməklərinə, peşələrinə inam göstərməyəcəklərsə, həmin avadanlıqlar heç vaxt öz funksiyasını yüksək səviyyədə həyata keçirməyəcək. Biz tələbələrin xaricə göndərilməsi və kadr kimi yetişdirilməsində maraqlı olmalıyıq. Adətən biz problemləri daha çox qabardırıq, amma şəfa tapan insanlar haqqında heç danışmırıq. Məncə, həkimlərimizi bu qədər savadsız olaraq təqdim etməyə ehtiyac yoxdur. Sonda Z. Oruc bildirdi ki, o, səhhətində problem yarananda yerli həkimlərə müraciət edir. Həkimlər özləri necə, həmkarlarına inanırmı? Mərkəzi Klinik xəstəxananın kardioloqu Firdovsi İbrahimlinin fikirlərini aldıq. Bəlli oldu ki, o həmkarlarına inanır. Firdovsi həkim bildirdi ki, əvvəllər bu sahədə boşluq var idi. Amma indi kifayət qədər yaxşı yerli həkimlərimiz var. Mən və bütün ailə üzvlərim hər zaman yerli həkimlərə müraciət edirik. Azərbaycan tibbi təhsil sistemində artıq Avropa ilə müqayisədə heç də fərqli deyil. İnsanların ortalama yaş müddətini götürdüyü zaman biz Şərqi Avropa ilə ortalama bir yerlərdəyək. Bu baradə yaş həddində azalma müşahidə olunmur. O ki qaldı əməliyyatlara, burada xüsusi boşluq var. Bu təkcə ölkədə deyil, bütün dünyanı əhatə edən bir problemdir. Avropanın mərkəzində də bu say kifayət qədər özünü göstərir. Mən isə hər zaman yerli həkimlərə müraciət etmişəm.
2013-11-05
1,071
Heydər Piriyev nədən Hərbi Məktəbə qaytarıldı - Faktlar
Azərbaycan Milli Ordusunun general-mayoru Heydər Piriyev peşəkar zabitdir, Bakıda yerləşən hərbi birləşmələrdən birinin qərargah rəisi olub. 2001-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi vəzifəsinə təyinat alıb, 2009-cu ildə isə çıxarılaraq, Altay Mehdiyevin yerinə Naxçıvan hərbi birləşməsinin qərargah rəisi təyin edilib; Naxçıvan hərbi birləşməsinin komandir müavini-qərargah rəisi general-mayor Altay Mehdiyev isə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi (komandan əvəzi) vəzifəsinə keçirilib. Azərbaycan sülhməramlılarının xidmət keçdiyi hərbi hissə komandanı Mirzəli Yusifov da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qərargah rəisi gətirilməklə, Ali Məktəbin rəis əvəzi olub. İndi isə yenidən dəyişiklik edildi: general Heydər Piriyev əvvəlki postuna qaytarıldı, Mirzəli Yusifov isə həm əvəzedicilikdən, həm də Ali Məktəbin qərargah rəisliyindən azad edildi. Hərbi mənbələrin bildirdiyinə görə, Naxçıvan hərbi birləşməsinin komandanı, məşhur general Kərəm Mustafayevə müavin-qərargah rəisi təyin edilən Heydər Piriyev vəzifəsinin öhdəsindən layiqincə gəlib və rəisi ilə aralarında normal münasibətlər olub. Lakin H.Piriyevin rəisinin qardaşı Nemət Mustafayevlə zaman-zaman problemlər yaşadığı, hətta bir müddət Bakıya qayıtdığı və işə çıxmadığı vaxtaşırı olaraq medianın gündəmini zəbt edib. Maraqlıdır ki, eyni gündə Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov da işdən çıxmaq üçün raport yazdı. Mənbənin məlumatına görə, yeni nazir, xüsusi avtoriteta malik olan və peşəkar zabit sayılan hazırkı Müdafiə naziri Zakir Həsənov yalnız peşəkar zabitlərlə işləməkdə qərarlıdır. Ç.Məmmədov isə daha çox "qərargah məmuru" kimi peşəkarlaşmış şəxsdir. Qeyd olunur ki, əslən Naxçıvandan olan və Vasif Talıbova qohumluq əlaqələri ilə bağlanan general Çingiz Məmmədovun istefası əbəs deyil: o, işsiz qalmayacaq.
2013-11-05
1,072
Jurnalisti vuran şəxsin atası “Axar.az”a danışdı
Noyabrın 1-də səhər saatlarında "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamovu Xocahəsən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda 1 saylı Klinik Xəstəxananın reansimasiya şöbəsində yatan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya yollandıq. Vəziyyəti həddən artıq ağırdır Həkim Şöhrət Verdiyevin məlumatına görə, həmkarımızın vəziyyəti həddən artıq ağırdır: "Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. Reanimasiyada vəziyyəti həddən artıq ağır olaraq qalır". Ailəvi əlaqələrimiz davam edəcək Sahibin qardaşları Aqil və Sabir İslamovların dediklərinə görə, onu xəstəxanaya avtomobillə vuran şəxsin özü çatdırıb və ailəsi bütün xərcləri öz boynuna götürüb: "Hadisədi, olub. Sahibi Lətifin özü (vuran şəxs) xəstəxanaya çatdırıb. Atası bütün xərcləri öz boyuna götürüb. Dörd gündür buradadırlar. Heç bir şikayətimiz yoxdur. Allahın işidir. Təki Sahib sağalsın. İndən belə ailəvi əlaqələrimiz davam edəcək". Sahibin yaxınlarını çox axtardıq Özünü Lətifin qohumu kimi təqdim edən Fuad adlı şəxs bildirdi ki, xəstənin sağalması üçün Allaha dua edirik: "And olsun Allaha, elə mehribanlaşmışıq ki, heç qohum belə mehriban olmur. Hadisədi də olub. Zamanı geri gətirmək mümkün deyil. Sahibi xəstəxanaya yerləşdirəndə 3-4 dəfə nümayəndə göndərdik ki, yaxınlarını tapsınlar. Axırda özləri gəlib çıxdılar. Nə lazımdır etmişik və edəcəyik". Qəzetlər yazır ki, guya vuran adam itkin düşüb Lətifin atası Yaşar Məmmədovun dediyinə görə, Lətif qorxudan xəstə düşüb: "Bir qəzadı olub da. Lətifin özü də hadisənin təsirindən hələ çıxmayıb. Qorxub, xəstə yatır. Qəzetlər yazır ki, guya vuran adam itkin düşüb-filan. Mən vuran adamın atasıyam. Buradayam və bütün xərcləri öz boynuma götürmüşəm".
2013-11-05
1,073
Üzeyir Cəfərov Səfər Əbiyevin müdafiəsinə qalxdı
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyakın keçmiş Müdafiə naziri general-leytenant Səfər Əbiyevə yönəli ittihamları birmənalı qarşılanmayıb. Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, hər şeydən öncə general Vasyak dövlət dilimizdə danışmağı bacarmalıdır: "Necə olur ki, Yaponiyanın səfiri bir neçə illik Azərbaycanda işlədiyi müddətdə bu dili öyrənir, ancaq hörmətli generalımız, Azərbaycan vətəndaşı və bu qədər böyük vəzifə sahibi dövlət dilini bilmir?" Ü.Cəfərov Aleksandr Vasyakın karyerasından da danışdı və onu döyüş görmüş peşəkar zabit saydığını dedi: "Ancaq onun peşəkar zabit olması hərbi nizamnaməni pozmasına səbəb ola bilməz. Onun keçmiş Müdafiə naziri Səfər Əbiyev haqqında elə ifadələr işlətməsi hərbi qaydaları və nizamnaməni kobud şəkildə pozmaqdır. Mən Səfər Əbiyev tərəfindən ən çox ziyan görmüş adamlardanam. Ancaq haqsızlığı deməliyəm. Vasyak general-mayor rütbəsi ilə özündən rütbəcə 2 pillə yuxarıda dayanan Səfər Əbiyev haqqında o cür fikirlər səsləndirməklə, hərbidəki subardinasiya qaydalarını kobud şəkildə pozdu". Üzeyir Cəfərli Aleksandr Vasyak haqqında ölçü götürülməsi üçün Müdafiə nazirinə müraciət edəcəyini də dedi: "Səfər Əbiyev Azərbaycan Silahlı qüvvələrindən xaric edilməyib və general-polkovnik rütbəsi ilə xidmət edir. Bu isə o deməkdir ki, general-mayor Vasyak ona tabedir. Səfər Əbiyev Aleksandr Vasyakı qeyri-qanuni olaraq Müdafiə Nazirliyi hesabına müalicə etdirib. İnsanlıq tərəfindən mən bunu başa düşürəm, ancaq buna külli miqdarda pul xərclənib. 10 il bu adam qeyri-xidmətdə olduğu zaman məvacib alıb. Vəzifəyə qoyulan kimi ona yaxşılıq edən keçmiş nazir haqqında o cür fikirlər səsləndirməyə başlayır? Səfər Əbiyev Ali Baş Komandanın sərəncamında olan generaldır, ona olan tənqidlər heç bir halda təhqir səviyyəsinə enməməlidir".
2013-11-05
1,074
Bir neçə ölkə Günəş işığından məhrum oldu – Fotolar
Dünən bir neçə ölkə Günəş işığından məhrum olub. "Axar.az" xəbər verir ki, sonuncu dəfə 159 il öncə - 1854-cü ildə müşahidə edilən tam Günəş tutulması dünən Şimali Amerikadan Afrikaya qədər bir neçə ölkədə yenidən qeydə alınıb. Günəş tutulmalarının fərqli olmasının səbəbi Ayın Yerə olan uzaqlığının sabit olmamasıdır. Məsafə atrdıqca daha kiçik, azaldıqca isə daha böyük görünən Ayın böyüklüyü Günəş tutulmalarında daha aydın üzə çıxır. Əgər Ay Yer ilə Günəşin arasına keçərsə, o zaman tam tutulma gerçəkləşir. Tutulma zamanı görünən işartı isə Günəşin kənara saçan şüalarıdır. Məlumat üçün bildirək ki, növbəti tam Günəş tutulması 160 il sonra – 2173-cü ildə baş verəcək.
2013-11-05
1,075
Barak Obama məqalə yazdı
"İnsanlar rənginə, dininə və ya cinsi seçiminə görə işdən çıxarıla bilməz" Amerika prezidenti Barak Obama "Haffinqton Post" qəzetində çap olunan məqaləsində insanların rəngi, dini və ya cinsi seçimlərinə görə işdən çıxarılmamalı olduğunu yazıb. Hər kəsin bərabər yaradıldığını vurğulayan Obama, "Qanun qarşısında hər bir Amerikalı bərabər hüquqa malikdir",- deyib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Obama öz imzasıyla nəşr etdiyi məqaləsində belə ayrı-seçkiliklərin ABŞ-da yaşanmamalı olduğunu vurğulayıb. 2013-cü il olmasına baxmayaraq, insanların cinsi orientasiyaları səbəbindən işdən çıxarıldığına diqqət çəkən Obama, "Bu dəhşəti səhvdir. Dayandırılması lazımdır. Çünki, ABŞ-da kim olduğun və kimi sevdiyin işdən çıxarılmağına səbəb ola bilməz",- deyib. Obama məqaləsində Konqresə çağırış edib ki, "Məşğulluqda Ayrı-seçkilik Etməmə Qanunu"nu (ENDA) qəbul etsinlər. Qlobal iqtisadiyyatda rəqabətin davam etdirilə bilməsi üçün hər kəsin çox işləməsinin lazım olduğunu bildirən Obama, "Buna görə Senata və eyni şəkildə Nümayəndələr Məclisinə ENDA-ya "hə" səsini verməyə çağırıram",- deyib. ABŞ prezidenti yaşanan ayrı-seçkiliyin beləcə qarşısının alına biləcəyini vurğulayıb. Obama rəhbərliyi ENDA olaraq tanınan "Məşğulluqda Ayrı-seçkilik Etməmə Qanunu" ilə xüsusilə cinsi seçimlərinə görə adamların işdən çıxarılmasına mane olmağı hədəfləyir. Ancaq Nümayəndələr Məclisinin əksəriyyətini əlində saxlayan Respublikaçı Partiyanın böyük qismi hələ də qanun təklifinə qarşı çıxır.
2013-11-05
1,077
Asiyadan Avropaya tarixi zərbə - Foto
Dünya tərəfindən məşhur golfçu Tiger Vuds, Boğaziçi Körpüsündə Asiya qitəsindən Avropa qitəsinə tarixi zərbəni endirib. "Axar.az" xəbər verir ki, Antalyada 7-10 Noyabr tarixlərində təşkil ediləcək. PGA Avropa Dövrü final yarışının 3-cü mərhələsinin "Turkish Airlines Open 2013" Qolf Turniri üçün Türkiyədə olan dünya 1 nömrəsi Vuds, qolf çubuğunu, iki qitəni birləşdirən körpü üzərində Asiyadan Avropaya yelləyərək, tarixi bir vuruş reallaşdırıb. Avropadan Asiyaya keçiş nöqtəsi olan Boğaziçi körpüsündə həyata keçirilən bu tarixi vuruş çox sayda media qurumları tərəfindən müşahidə edilib.
2013-11-05
1,078
Sülhəddin Əkbərdən xəbərdarlıq!
Rəsul Quliyevin ACP-dən gedişindən sonra partiya daxilində ACP liderinə yaxın şəxslərin istefası başladı. Quliyevin ardından ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərova da partiyanı tərk etdilər. Bundan sonra mətbuatda Rəsul Quliyevin ACP-ni parçalaması yönündə xəbərlər dolaşdı. Hətta partiya sədri Sülhəddin Əkbərin siyasi məsələlər üzrə sədr müavini Vaqif Mahmudovun da ACP-dən getdiyi bildirildi. ACP ətrafında yaranmış situasiya ilə bağlı partiya sədri Sülhəddin Əkbər "Axar.az"a açıqlamasında partiya barəsində mətbuatda gedən məlumatların düşünülmüş şəxslər tərəfindən yayıldığını bildirdi: "Rəsul Quliyev partiyadan gedəndən sonra tərəfdarlarına ACP ətrafında sıx birləşməyi təklif etdi. Ona görə Rəsul bəyin partiyanı dağıtmaq istəməyi haqda yayılan xəbərlər tamamilə yalandır və həqiqəti əks etdirmir. Bundan başqa Vaqif Mahmudov da istefa verməyib və indi də ACP-də işini icra edir. Qaldı mən bu məlumatların hansı mənbədən yayıldığını çox yaxşı bilirəm və onlara xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Bu dəllallar istəklərinə nail ola bilməyəcək".
2013-11-05
1,079
Nyu-York sakinləri bu gün şəhər merini seçir
Nyu-Yorkun sakinləri bu gün şəhərin merini seçmək üçün seçki məntəqələrinə gəlirlər. ABŞ-ın ən iri meqapolisinin rəhbəri vəzifəsinə əsas iddiaçılar Demokratlar Partiyasından namizəd, məşhur vəkil Bill de Blazio, eləcə də respublikaçı Cozef Lota hesab olunur. Müşahidəçilər qeyd edirlər ki, hazırda de Blazionun qələbəyə daha çox şansı vardır. O, 2010-cu ildən şəhərdə ən vacib vəzifələrdən birini - meqapolisin ictimai müdafiəçisi vəzifəsini tutur. Amerikanın "Uoll-strit cornal" qəzetinin və En-bi-si teleşirkətinin apardığı son sorğuların nəticələrinə görə, seçicilərin 65 faizi de Blazioya səs verməyə hazırdır. Bill de Blazionun proqramının əsas bəndlərindən birini meqapolisin ən varlı sakinləri üçün vergilərin qaldırılması təşkil edir. Şəhər meri dörd illiyə seçilir və bir dəfə yenidən seçilə bilər. Nyu-York ənənəvi olaraq Demokratlar Partiyasının daha çox dəstəkləndiyi Amerika şəhərlərindən hesab edilir. Bununla yanaşı, son illər şəhərin meri vəzifəsini respublikaçı-siyasətçilər və ya müstəqil namizədlər tutmuşlar. Demokratlar isə 1989-cu ildən öz namizədlərinin seçilməsinə nail ola bilməyiblər. Meqapolisin illik büdcəsi ABŞ-da ən böyük büdcədir və təxminən 50 milyard dollar təşkil edir. Hazırda mer vəzifəsini tutan Blumberqin məvacibi ildə təxminən 225 min dollar təşkil edir. ("AzərTac")
2013-11-05
1,080
10 aylıq uşağın videosu 21 milyondan çox izlənildi - Video
Videodakı uşaq-Mari Lin Leru cəmi 10 aylığındadır. O anasının onun üçün oxuduğu mahnının sözlərindən təsirlənərək ağlamağa başlayır. Mahnı bitəndən sonra isə anası körpəsinə bunun, sadəcə, mahnı olduğunu söyləyir. Qeyd edək ki, bu videonu oktyabrın 18-i uşağın atası Alen Leru "yutub"a yükləyib. Nəticə isə özünü çox gözlətməyib. Videoya baxış sayı artıq 21 milyondan çoxdur.
2013-11-05
1,082
Hitlerin qeyri-adi şəkilləri tapıldı
Hələ də şəxsiyyəti ətrafında sirlər dolaşan Hitlerin yeni fotoları tapılıb. Bu fotoşəkillər fotoqraf Henrix Hofman tərəfindən çəkilib. Fotolarda Hitler rok mahnısına klip çəkilişlərində iştirak edirmiş kimi görünsə də, əslində, adi çıxışlarından birini edir. Henrix Hofman bu şəkilləri Hitlerə göstərdiyində o, şəkillərin dərhal məhv edilməsini əmr edib. Ancaq fotoqraf canı bahasına bu qəribə fotoları saxlamağı bacarıb. 88 ildən sonra üzə çıxan şəkillər diktatorun xəstə düşüncə tərzinə sahib olduğunu bir daha sübut edir.
2013-11-05
1,083
Sirli şəhərlər - Foto
Dünyanın keçmişini və sirrini özündə saxlayan bir çox sirli şəhərlər var ki, bu şəhərlərlə əlaqədar bir çox hekayələr söylənsə də, kimsə işin əslini tam olaraq bilmir. "Axar.az" olaraq o məşhur şəhərləri sizə təqdim edirik.
2013-11-05
1,084
Paris metrosunun danışan stansiyaları
Parisdə çoxlu gülməli küçə, yer və metro stansiyalarının adları var. Qəribə layihələrdən birinə də fotoqraf Janol Apen imza atıb. O, Parisin metro-stansiyalarının adlarına uyğun olaraq səhnələr quraşdırıb. Məsələn, "Argentina" adlanan stansiyada rəqqaslar tanqo ifa edirlər. "Şimal vağzalı"nda quraşdırılan kişi heykəlisə sanki indi şimaldan gələn birini xatırladır. Bu səhnələrdən maraqlı şəkilləri təqdim edirik.
2013-11-05
1,085
Hər il görüşüb şəkil çəkdirirlər - Fotosessiya
1975-ci ildə Nikolas Nikson adlı fotoqraf xanımı olan Bebe ilə 3 bacısının şəklini çəkir. Sadə, amma romantik şəkil bacıların və fotoqrafın çox xoşuna gəlir və onlar söz verir ki, dünyanın harasında olurlar olsunlar, hər il görüşüb ailə fotosu çəkdirəcəklər. 36 il keçməsinə baxmayaraq, onlar hər il sözlərinin üstündə dururlar. Bu işində Nikson iki sarsılmaz şərtə riayət edir. Birincisi, bacılar bütün şəkillərdə eyni sıralamada kiçikdən böyüyə dururlar: Lori, Hezer, Bebe, Mimi. İkincisi, hər il o yalnız bir şəkli çap edir. İllər, həyat tərzi, dəb, saç düzümləri dəyişsə də, möhkəm ailə bağı eyni qalır. 36 il sonra Nikson dünyaya "Braun bacıları" ("The Brown Sisters") adlı foto-layihəsini təqdim edir. Layihə dünyanın bir sıra məşhur muzeylərində sərgiyə qoyulur, Braun bacıları isə tarixə düşür.
2013-11-05
1,086
"Happy End”lə bitməsini arzuladığımız 5 film - Fotolar
Elə çox sevdiyimiz filmlər var ki, filmin sonunda əsas qəhrəmanlarımız ya ayrılır, ya da ikisindən biri ölür. Biz o filmlərə olduğu kimi baxıb, sevsək də, etiraf edək ki, hamımızın ürəyindən filmin sonunun "Happy End"lə - xoş sonluqla bitməsi keçib. Eyni filmə hər dəfə baxanda ürəyimizdən, "Kaş ki, Təhminə ölməyəydi, kaş Cek okeanda boğulmayaydı..." kimi fikirlər az keçməyib... Sizə xoş sonluqla bitməsini arzuladığımız 5 filmi təqdim edirik. 1. Pet O'Konorun çəkdiyi, büdcəsi $40.000.000, premyerası 11 fevral 2001-ci ildə olan Şirin Noyabr (Sweet November) filmi siyahıda birincidir. Sara (Şarliz Teron) kişilərin yaxşı xüsusiyyətlərini ortaya çıxaran cazibədar bir xanımdır. Nelson (Kianu Rivz) isə Saranı görənə qədər, sadəcə, hesabları ilə maraqlanan, işdən başqa bir şey düşünməyən bir kişi. Bir-birlərindən təsirlənirlər, ancaq tam olaraq bağlanmağa hazır olmadıqları üçün çox da öyrəşməyəcəkləri qədər münasibətə başlayırlar. Cəmi bir aydan sonra hərəsi öz yoluna gedəcəkdi. Ümid yox, təzyiq yox, əlaqə yoxdur. İkisinin də nəzərə almadığı bircə şey vardı: eşq... Çılğınca yaşanan eşq, Saranın gizlətməyə çalışdığı xəstəlik və ayrılığa gətirib çıxaran vaxtsız ölüm... 2.Sonunun "Happy End"lə bitməsi istənilən ikinci film "Nyu Yorkda payız"dır (Autumn in New York). Baş rollarını Riçard Gir və Vaynona Rayderin paylaşdığı "Nyu Yorkda payız" 2000-ci ildə Con Çenin çəkdiyi, ABŞ istehsalı olan 103 dəqiqəlil romantik-darm filmidir. Film, yaşlanmaqda olan şorgöz Vil Kinlə gənc, amma ölümcül xəstəliyə tutulmuş Şarlotta Fildinqin eşqindən bəhs edir. Vil Şarlottayla keçirdiyi bir gecədən sonra Şarlottadan ona bağlanmamağı xahiş edir. Amma sonra hər şey dəyişir, Vil Şarlottaya aşiq olur. Şarlotta isə ona güvənmir. Daha sonra yaşanan ehiraslı sevginin ardından soyuq ölüm və ayrılıq gəlir… 3.Azərbaycan filmləri arasında çox sevdiyimiz iki film var ki, təsadüfdən yoxsa zərurətdəndir, hər ikisinin də baş rolunu gözəl aktyorumuz Fəxrəddin Manafov oynayıb. Hər ikisinin də sonunun "Happy End"lə bitməsini istədiyimiz bu filmləri üçüncü sırada görürəm. Rasim Ocağovun çəkdiyi bu filmlər: "Təhminə" və "Ölsəm bağışla"dır. "Ölsəm bağışla" filmi məhəbbət və ölüm haqqındadır. Yusif (Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız - Gülya (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı o, ölümündən bir qədər əvvəl sevilib-sevirdi... Ssenari müəllifi Anar olan "Təhminə" filmində isə hamımızın bildiyi kimi söhbət Zaurla (Fəxrəddin Manafov) Təhminənin (Meral Konrat) uğursuz məhəbbət tarixçəsindən gedir. 4.Beşinci sırada görülən sonu kədərli bitən film "Titanik"dir. Bu film Ceyms Kameronun rejissorluğu, ssenaristliyi ilə 1997-ci ildə çəkilən epik-romantik filmdir. Filmin sujeti hamımıza məlumdur, baş rolları Leonardo Di Kaprio (Cek) və Keyt Vinslet (Roz) oynayır. Cek qısa müddətdə yaranan böyük sevgisi uğrunda canını fəda edir. 5.Çox sevilən filmlərdən biri İran kinematoqrafiyasının məhsulu olan "Uzun gecə" filmidir. Baş rolları Ququş və Səid Kəngəraninin oynadığı filmin rejissoru Pərviz Səyyaddır. Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir. Biz bəlkə də bu filmləri elə tragik sonla bitdiyi üçün sevirik. Hollivud filmlərinin dəbdə olduğu, demək olar baxdığımız bütün filmlərin "Happy End"lə bitdiyi dövrdə belə filmlər bizə gerçək həyatın ən yaxın olan üzünü göstərir. Həyat filminizin "Happy End"lə bitməsi arzusuyla…
2013-11-06
1,087
Noyabr ayında necə qidalanmaq lazımdır?
Sağlam bəslənmək üçün hər mövsümdə özünəməxsus qida rasionundan istifadə etmək lazımdır. Qışda vücudumuzun möhkəm olması üçün mütəxəssislər buğlama, duzlu balıq, gül kələm, ispanaq, sarımsaq, balqabaq, meyvələrdən qreypfrut, portağal, kivi, almadan istifadə etməyi məsləhət görür.
2013-11-06
1,088
Azərbaycanda 250 min manatlıq saat taxan kimdir?
Topqapı sarayında xanımların taxdığı zinət əşyaları indi də Avropanı fəth edir. Məşhur ləl-cəvahirat firması "Çopard" yeni Osmanlı kolleksiyası hazırlayır. Firmanın başçısı Karolina Şeyfel "2014 Kann Film Festivalı" üçün hazırladığı Osmanlı kolleksiyasında heyran qaldığı motivlərə də yer verəcək. Hollivud ulduzları və məşhur adamların markası olan "Çopard", Osmanlı motivlərini Kann Film Festivalında nümayiş etdirəcək. O bunun üçün hətta Topqapı sarayını ziyarət etdi Karolina Şeyfel ziyarət etdiyi Topqapı Sarayını çox bəyəndiyini və zövq aldığını söyləyib. Xüsusi ilə çiçək motivləri və firuzəyi rənginin onu ovsunladığını ifadə edən Şeyfel 1998-ci ildən bəri Kann Film Festivalına sponsorluq etdiklərini, hər il "Qırmızı xalı" kolleksiyası hazırladıqlarını, 2014-cü il kolleksiyasında Osmanlı motivlərindən də istifadə edəcəklərini bildirib. Eyni zamanda markanın dizayn qrupuna başçılıq edən Şeyfel Türkiyədə 30 il fəaliyyət göstərdiklərini, xüsusən saat və ləl-cəvahiratda yaxşı biznes qura bildiklərindən danışıb. Türkiyədə 25 min dollarlıq saata müştərilər var Şeyfel Türkiyədə "Çopard" markasının saatlarını 5 min dollardan, ləl-cəvahiratı isə 1500 min dollardan başlayaraq satışa çıxardığını söyləyib. "Biz burada 250 min dollarlıq saatları, 300 min dollarlıq ləl-cəvahiratı rahatlıqla satırıq". Xatırladaq ki, Bill Klinton, Hillari Klinton, Putin, Helmut Kol, Angela Merkel, Monakonun şahzadəsi, Şarliz Teron, Uma Turman, Keyt Blanşet kimi məşhurlar bu markadan alış-veriş edirlər. Yəqin ki, "Çopard" markasının Azərbaycandan olan müştəriləri də az deyil. Amma bu tip alış-verişləri gizlin etməyi sevən azərbaycanlılar haqqında məlumat almaq mümkün olmur.
2013-11-06
1,089
Su “smartkart”ına ödəniş asanlaşdı
"Azərsu" ASC 2015-ci ilədək bütün ölkə boyu "smart kart" tipli su sayğaclarının quraşdırılmasını başa çatdıracaq. Bunu "Axar.az"a açıqlamasında Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, təkcə bu il 128 min 900-ə yaxın yeni sayğac quraşdırılıb. Bunun böyük bir hissəsi paytaxtın payına düşür. Qeyd edək ki, "smart kart" tipli su sayğaclarının qurulması prosesi ötən ildən başlanılıb və indiyədək 170 mindən artıq yeni tipli sayğac quraşdırılıb. Bunun 150 mindən çoxu Bakı sakinlərinə aiddir. Elə narazılıqların çoxu da onlardan gəldi. Su sayğacına aid olan kartı yükləmək üçün sakinlərə rayon su idarələrinə getmək tələb olunurdu. Aylarla davam edən bu problem isə nəhayət həllini tapıb. Artıq "smartkart"lara paytaxtdakı metro çıxışlarında, supermarketlərdə və s. yerlərdə quraşdırılan 500-dən artıq "Milli Ödəmə Nöqtələri"ndə ödəniş həyata keçirmək mümkündür. Lakin hələlik bu, Bakıdakı bütün aparatlara aid deyil. A.Cəbrayıllı yaxın vaxtlarda paytaxtın, eləcə də digər regionların bütün ödəmə nöqtələrinin bu prosesə qoşulacagını bildirdi.
2013-11-06
1,090
Yazı makinasında çəkilən şəkillər - Video
Kompüterlərin, ağıllı telefonların, planşetlərin dünyasında yazı makinaları tozlu rəflərdə qalır, unudulub gedirlər. Ancaq makinalar Keira Ratbonun gündəlik həyatının bir parçasıdır. "Axar.az" "BBC Türkçe"yə istinadən xəbər verir ki, Ratbon makinalardan yazı yazmaq üçün deyil, vizual sənət əsərləri yaratmaq, şəkil çəkmək üçün istifadə edir. Ratbonun makinada çəkdiyi şəkillər, kiçik fiqurlardan böyük mənzərə şəkillərinə qədər müxtəlif mövzuludur. Keira Ratbon bir gün makina başına oturanda sözlərlə izah edəcək bir şey tapa bilməyəndə bu texnikanı inkişaf etdirdiyini bildirib.
2013-11-05
1,091
Erməni qadın Gürcüstana narkotik keçirərkən yaxalandı
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonu ərazisindəki Sadaxlı nəzarət-keçid məntəqəsində Ermənistan vətəndaşı olan qadın saxlanılıb. "Axar.az"ın xəbərinə görə, axtarış zamanı onun gödəkçəsinin və körpə uşağının şalvarının cibindən 51 qram marixuana tapılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
2013-11-05
1,092
Fərhad Əliyevin qardaşı oğlu qəza törətdi - ölən var
Fərhad Əliyevin qardaşı oğlu insan ölümü ilə nəticələn avtoqəza törədib. Bir neçə gün öncə sabiq İqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı oğlu Cəlilabad rayon mərkəzində Bakı-Astara yolu üstündə idarə etdiyi "Niva"sı "Jiquli 07" markalı maşını vurub. Qəzaya yüksək sürət səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən "Niva" yola çıxmaq istəyən "07" markalı jiqulini vurub. Nəticədə "07" markalı jiqulini idarə edən Ülvi adlı şəxs aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb. Əldə etdiyimiz məlumata görə, Fərhad və Rafiq Əliyevlər azadlığa çıxandan sonra bu nəsildə ikinci faciədir ki, baş verib. Birinci hadisə Əliyevlər qardaşları azadlığa çıxandan sonra onların şərəfinə verilən ziyafətdən sonra F.Əliyevlərin bacısı oğlu öz avtomobili ilə Cəlilabad rayonu Alar kəndində yol-nəqliyyat qəzasə törədib. Bu qəza nəticəsində F.Əliyevlərin bacısı oğlu dünyasını dəyişib. ("Avropa.info")
2013-11-06
1,093
Çempionlar Liqası: IV tur, nəticələr - Yenilənib
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib. II dövrənin ilk oyun günündə A, B, C və D qruplarında növbəti matçlar keçirilib. "Axar.az"ın xəbərinə görə, azarkeşlərimiz üçün böyük maraq kəsb edən qarşılaşma B qrupunda keçirilib. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə "Kopenhagen"in qonağı olub. İlk oyunda rəqib üzərində asan qələbə qazanan Roberto Mançininin yetirmələri bu matça məğlub olub. Qrupdakı digər oyunda isə məğlubiyyət üzü görməyən Madrid "Real"ı İtaliyada "Yuventus"la üz-üzə gəlib. Turində keçirilən oyun bərabərliklə nəticələnibb A qrupu "Şaxtyor" (Ukrayna) 0- 0 "Bayer" (Almaniya) "Real Sosyedad" (İspaniya) 0-0 "Mançester Yunayted" (İngiltərə) Qırmızı vərəqə: Fellaini, 90. B qrupu "Yuventus" (İtaliya) 2-2 "Real" (İspaniya) Qol: Vidal, 42. (pen), Liorente Ronaldo, 52 Beyl 60, "Kopenhagen" (Danimarka) 1- 0"Qalatasaray" (Türkiyə) Qol: 6, Braaten C qrupu PSJ (Fransa) 1-1 "Anderlext" (Belçika) Qol: İbrahimovic 60, Ziuv 58 "Olimpiakos" (Yunanıstan) 1- 0"Benfika" (Portuqaliya) Qol: 13, Manolas D qrupu "Mançester Siti" (İngiltərə) 5- 2 MOİK (Rusiya) Qol: Aqüero, 3 (pen.), 20, 30, 51,90 Neqredo, Dumbia 45+1, 72 "Viktoriya" (Çexiya) 0- 1 "Bavariya" (Almaniya) Qol: Mandzukiç Qeyd edək ki, "Axar.az" olaraq oyunların gedişatını anbaan onlayn oxucularımıza təqdim etdik
2013-11-05
1,094
Putin: Skinhedlər ya axmaqdırlar, ya da təxribatçı (VİDEO)
null
2013-11-05
1,095
Taleh Heydərov biznes forum-keçirdi
null
2013-11-06
1,096
Kamal Abdulla Bayraq Gününü qeyd etdi
Noyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. "Axar.az"ın xəbərinə görə, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mİşşenko və bu ali məktəbdə İstehsalat təcrübəsini başa çatdırmış ukraynalı tələbələr də iştirak edib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla toplaşanları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, bu dövlət bayramının Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilməsindən məmnunluğunu bildirib. A.Mişşenko belə gözəl gündə həmvətənləri və azərbaycanlı gənclərlə birlikdə olduğundan şərəf duyduğunu bildirib. Səfir Poltava İqtisadiyyat və Ticarət Universiteti tələbələrinin BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox səmərəli başa vurmalarından məmnunluğunu bildirib, universitetlərarası əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Daha sonra səfir və rektor ukraynalı tələbələrə təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar təqdim edib. BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin "Slavyanoçka" ifaçılar qrupunun Ukrayna dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa etdikləri musiqi nömrələri, milli rəqslər böyük marağa səbəb olub. Ukraynalı gənclərin Azərbaycan dilində oxuduqları "Azərbaycan" mahnısı alqışlarla qarşılanıb.
2013-11-06
1,097
Erməni komandanlığının şok etirafı
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Arsrun Ovannisyan bu gün İrəvanda verdiyi açıqlama ilə Qarabağ müharibəsinin bir sıra gerçəklərini etiraf edib. "Axar.az"ın "Anspress"ə istinadən verdiyi məlumata görə, Arsrun Ovannisyan deyib: "Ermənistan Qarabağdakı mümkün hərbi əməliyyatlara Rusiyanı cəlb etməyə ehtiyac duymur. Ermənistan Silahlı Qüvvələrinin imkanları istənilən qarşıdurma və istənilən döyüş tapşırığının yerinə yetirilməsi üçün yetərincədir". Bununla da erməni məmur Qarabağda döyüş əməliyyatlarının məhz Ermənistan tərəfindən aparıldığını və Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etmək səlahiyyətinin də Ermənistanın əlində olduğunu etiraf edir. İndiyə kimi isə Ermənistan tərəfi Qarabağdakı müharibənin Ermənistan tərəfindən aparıldığını təkzib edirdi, işğalın Dağlıq Qarabağdakı erməni birləşmələri tərəfindən gerçəkləşdirilməsini vurğulayırdılar. Lakin bununla belə Arsrun Ovannisyan Qarabağ müharibəsində Rusiyaya araxalandıqlarını da gizlətmir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin 4-cü maddəsini yada salır. Yəni onun fikrincə, Rusiya həmin maddə əsasında Azərbaycan ərazisinə müdaxilə edə bilər. Həmin bənddə deyilir: "Öz fəaliyyətində Təşkilat ona üzv olmayan dövlətlərlə əməkdaşlıq edə bilər". Yəni ermənilərin cılız və başıpozuq bir orduları olduğu halda, belə ürəkli danışmasının sirri açılır. Qarabağda istənilən müharibə başlanan kimi ermənilən Rusiyanın qapısında yataraq Qarabağ müharibəsinə qarışmasını istəyəcəklər.
2013-11-06
1,098
Baş nazir Finlandiyaya getdi - FOTO
null
2013-11-06
1,099
Rusiya miqrantları "ağıllı kameralar"la ələyəcək
Rusiya prezident Vladimir Putin Federal Miqrasiya Xidmətinə xarici vətəndaşları şəkillərinə görə tanımaq üçün "ağıllı kamera" və mobil proqramlardan istifadə etməyi tövsiyyə edib. İdeya isə İnternet texnologiyalarının təqdim edildiyi tədbirlərin birində "Re Action" şirkətinin rəhbəri Aleksandr Xaninin təklifindən yaranıb. Şirkətinin proqramını Federal Miqrasiya Xidmətinə təklif edib. Bu layihə Putini maraqlandırıb. "Bunu MDB ölkələri arasında viza rejimi olmasa, tətbiq etmək olar. Viza yoxdu, ehtiyac yoxdu. Amma bu cür texnika insan haqqında məlumat verə biləcəksə, çox effektiv ola bilər", - deyə Putin bildirib. Putin Miqrasiya Xidmətinə proqramlardan mümkün istifadəyə dair təkliflər hazırlamağı tapşırıb.
2013-11-06
1,100
AŞPA Azərbaycandakı seçkiləri müzakirə edir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın Monitorinq və Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-də Parisə səfərə yola düşüblər. Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, iclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri və s. mövzular müzakirə olunacaq. Milli Məclisin deputatları tədbirlərdə Azərbaycanın mövqeyini ifadə edəcəklər. Səfər noyabrın 8-də başa çatacaq.
2013-11-06
1,101
Banandan zəhərli həşarat çıxdı
Cənubi Londonda yaşayan Taylor ailəsi heç gözləmədikləri hadisə ilə qarşılaşıblar. Bazardan alıb gətirdikləri bananı yeyərkən içindən qara, qurda bənzər böcəklərin evə töküldüyünü görən ailə şoka düşüb. Taylor ailəsi iddia edir ki, bananı alarkən üzərində qara nöqtələr varmış. Amma onlar bu nöqtələri bananın köhnə olması kimi anlasalar da, sən demə, həmin nöqtələr tam başqa şeydən xəbər verib. Ailə böcəklərdən bir neçəsinin fotosunu ekspertizaya təqdim edib. "Axar.az"-ın xarici mətbuata istinadən verdiyi xəbərdə bildirilir ki, aparılan araşdırmadan sonra bananın içindən çıxan qurdabənzər böcəklərin Ginnesin Rekordlar Kitabına düşən Braziliya mənşəli hörümçəklər olduğu bildirilir. Ekspertiza nümayəndələri həmin ərazidə dezinfeksiya işləri aparmaq üçün ailəni evdən uzaqlaşdırıb. Qeyd edək ki, həmin hörümçəklərin zəhəri insanı 2 saat ərzində öldürmək gücünə sahibdir.
2013-11-06
1,102
İngilis hakimin qərarı etirazlara səbəb oldu
Çempionlar liqasında "Qalatasaray"ın "Kopenhagen" ilə qarşılaşmasından sonra Türkiyə mətbuatı oyunu idarə edən ingilis hakimin "Qalatasaray" lehinə penalti qərarını verməməsinə geniş yer verib. "Axar.az"ın xəbərinə görə, oyunun 14-cü dəqiqəsində mübahisəli epizod yaşandı. Brumanın qapı ağzına örtdüyü top rəqib oyunçu Siqurdssonun əlinə dəydi. Bu epizoddan sonra sarı-qırmızılı futbolçular baş hakim Martin Atkinsondan penalti qərarı gözləsələr də İngilis hakim davam qərarı verdi. Bu qərara cim-bomlu azarkeşlər də kəskin etirazlarını bildirdilər.
2013-11-06
1,103
Zəlimxan Yaqub: “Onlar gəncliyimi əlimdən alıb”
İndi məndə biclik var - Özünüzü necə təqdim edirsiz? - Mən özümü heç vaxt təqdim eləmirəm, söhbətim, həmin insana münasibətim özü təqdimatdır. - Yaqubov Zəlimxanla Zəlimxan Yaqub arasında hansı fərqlər var? - Fərq çoxdur. Gənclik illərində təcrübə az olur. O vaxtı elə dövr idi ki, söyüdə də palıd deyirdik. Gənclik, ehtiras, çılğınlıq - bunlar insanı uçuruma da apara bilər, necə ki aparır. Mənim də gəncliyimlə bu günümün fərqi təcrübədədir, hər yaşın öz dövrü, hər dövrün də öz yaşı var. "Çərşənbə günündə çeşmə başında, Gözüm bir alagöz xanıma düşdü". Bunları deməyə insana iyirmi beş yaş kifayət edir. "Ayaq getdi, əl gətirdi, diş yedi, Baxmaqdan savayı gözə nə qaldı?!" - bu sözləri deməkçün isə doxsan il yaşamalısan. İndi məndə ağıl var, biclik var, dünyanı həqiqi mənada görmək var, ancaq gənclik illərindəki o coşqunluq, çılğınlıq, dəliqanlılıq yoxdur. Sağlamlığımı itirdim, amma… - Həyatdakı uğurlarınıza nələri qurban vermək məcburiyyətində qalmısız? - Təbii ki, bu uğurlar elə-belə gəlməyib, onlar mənim gəncliyimi, sağlamlığımı əlimdən alıb. Həyatda nəyi qazanmalısansa, ondan artığını itirməsən, istədiyini əldə edə bilməzsən. Sağlamlığımı itirmişəm, amma yaddaşım yerindədir, çünki uşaqlığımdan yaddaşımı kitablarla, biliklərlə tərbiyə eləmişəm. Hazırda da mən bir kitab oxuyuram və artıq bitirmək üzrəyəm. - Hansı kitabı oxuyursunuz? - Məmməd Arazla bağlı bir kitabdır, həmin kitabda bütün Azərbaycan şairlərinin fikirləri yazılıb. - Gənclərdən kimisə oxuyursuzmu? - Əlbəttə... Gəncliyi oxumasan, gəncliyi öyrənməsən, kamillik əldə edə bilməzsən. Gənclik bizim keçmişimizdir, mən də gənc olmuşam, öyrənə-öyrənə gəlmişəm. Günahlarım çox olub - Günahınız çox olub? - Elədiyim səhvlər, günahlar çox olub, o səhvləri, o günahları ki mən eləməyə bilərdim, eləmişəm. İndi düşünürəm ki, elədiyim günahları ayağımın altına yığsalar, başım göyə ucalar. Elədiyi xətaları dərk edən adam böyük adamdır. Mənim ölümüm belə olacaq… - Kənardan Zəlimxan Yaqub çox güclü görünür… - Mən çox güclü adamam. Çox çətinliklər, çox pisliklər görmüşəm, amma o çətinliklərdən keçmişəm və bu günə gəlib çatmışam. Çünki güclü düşmənlərə qalib gəlməkçün özün də gərək güclü olasan. Mən özümü həm də ona görə güclü hesab edirəm ki, hal-hazırda kəskin ağrılarım var, amma siz bunu hiss etmirsiz. Çünki öz dərdimi, problemimi qarşımdakı insana hiss etdirməməyə çalışıram; sevincimi, gözəlliyimi insanlara paylayaram, dərdimi özümə saxlayaram. Ölməyimi də belə təsəvvür edirəm: səhnədə şeir oxuyuram və şeir oxuya-oxuya birdən-birə səhnədən gedirəm, yaddaşlarda necə varamsa, elə qalmaq istəyirəm. Gərək torpağa layiqli can aparasan. Baş ömrü yaşamışam… - Elə bir şeir varmı ki, atdığınız hər addımda dilinizə gəlir, unuda bilmirsiz? - Bir şeirim var - "Yaşamışam" adlı, onu heç vaxt unuda bilmirəm, pis və yaxşı günümdə yadıma düşür. Məni ömrün yolunda çox ölümlər haqladı, Nə əqidəm sarsıldı, nə inamım laxladı. Çətin gündə qollarım torpağı qucaqladı, Ayaqda sürünmədim, baş ömrü yaşamışam...
2013-11-06
1,104
Parkda insanların gözü qarşısında qadını ikiyə böldü – Video
"Yutub"da yayılan bu videoya qısa müddətdə milyonlar baxıb: Sehrbaz günün-günorta çağı, heç bir texniki dəstək olmadan iki insanı parkdakı skamyaların üzərinə uzadır və ikiyə bölür. Hadisəni lentə alan tamaşaçılar və hipnoz altında "bölünən" qadın və kişi dəhşətli anlar yaşayırlar. Medianın da diqqətini çəkən bu şok videonu təqdim edirik:
2013-11-06
1,105
Bu gün telejurnalistlərin peşə bayramıdır
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. "ANSPRESS" xəbər verir ki, 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına da başlanıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.