date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-02 | 897 | Türkiyə ilə Belarus vizasız rejimə keçdi | Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu, "Conrad" Oteldə Belarus Xarici İşlər naziri Vladimir Makey ilə keçirdiyi mətbuat konfransında həmkarı ilə görüşməsindən məmnunluq ifadə edib. Davudoğlu eyni zamanda bundan sonra hər iki ölkənin vətəndaşlarının vizasız gediş-gəlişini təmin edən razılaşmanın əldə olunmasından razı qaldığını dilə gətirib. Türkiyədə Belarus Mədəniyyət günlərinin keçiriləcəyini qeyd edən nazir vizasız gediş-gəliş qərarının önümüzdəki günlərdə öz təsdiqinin tam tapacağı bildirib. Bəs görəsən Azərbaycanla Türkiyə arasında uzun zamandan bəri öz həllini tapmayan vizasız gediş-gəliş nə vaxt baş tutacaq? Bu sualla Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə müraciət etdik. Nazirliyin rəsmisi bildirdi ki, hazırda bu mövzuda geniş araşdırmalar aparılır. Bu cür məsələlərin nə vaxt yekunlaşacağı isə hələ məlum deyil: "Bu məsələlər texnikidir. Buna görə də biz hazırda mütəxəssislərlə danışıqlar aparırıq. Hər iki ölkə vizasız gediş-gəlişin tərəfdarıdır. Amma bunun nə vaxt hazır olacağı haqqında dəqiq məlumat yoxdur". |
2013-11-01 | 898 | Qara qələmdən çıxan möhtəşəm sənət əsərləri | İtalyan aktyoru Franko Klun sadə qara qələmlə insanı heyrətə salan şəkillər çəkir. Bəzi filmlərdə gördüyünüz, gerçək foto rəsmlərindən heç bir fərqi olmayan bu əsərlərdən bir necə nümunəni təqdim edirik. |
2013-11-01 | 899 | Pivə həvəskarlarına xoş xəbər | Pivə çoxlarının sevdiyi içki növüdür. Bu içkini ilin bütün fəsillərində dadmaq mümkündür. Lakin pivə həvəskarları pivənin kökəlmə prosesini sürətləndirdiyinə görə çox vaxt özlərinə müəyyən məhdudiyyətlər qoymağa məcbur olurlar. Amma bunun da çarəsi tapılıb. Artıq pivə həvəskarları kökəlmələrinə görə narahat olmaya bilərlər. Belə ki, Meksikada yerli pivə bişirənlər arıqlamaq üçün "pəhrizli" pivə istehsal ediblər. Pivə bişirənlər bir neçə il təcrübə aparandan sonra "aqava" şirəsinin və mayanın ideal nisbətini tapmağa müvəffəq olublar. Bildirək ki, içki dadına görə tekilanı xatırladır. Lakin bu içki bir neçə dəfə az kalori təşkil edir və unikal mikroelementlər, artıq yaranan yağın yanmasına kömək edir. Meksikalılar bu pəhrizli pivəni, artıq qiymətləndiriblər və bu onların çox xoşuna gəlib. Pəhrizli pivənin müəllifləri bu pivənin istehsalını və satış nöqtələrinin sayını artırıblar. |
2013-11-02 | 900 | Laylalar həm də ağrıkəsici imiş | İngiltərənin "Great Ormond Street Hospital" xəstəxanasının apardığı araşdırmadan bəlli olub ki, anaların övladları üçün oxuduğu laylalar həm də ağrikəsicidir. Hospitalın apardığı 20 illik araşdırmada musiqinin insana müsbət təsiri haqqında kifayət qədər məlumatlar olsa da, bu barədə bilgi yox idi. Bildirilir ki, ana laylaları ilə yatan körpələr ayaq açdıqda heç bir ağrı və çətinliklərlə qarşılaşmırlar. Araşdırma nəticəsində maraqlı fakt ortaya çıxıb. 37 körpə arasında aparılarn müşahidədən bəlli olub ki, ürək xəstəsi olan bu köpələrin üz cizgiləri layladan sonra yumşalıb və qəlb ritmləri normasına düşüb. Araşdırmanın nəticələri "Psychology of Music" jurnalında dərc olunub. |
2013-11-02 | 901 | Azərbaycanda şalvarı ilk dəfə mən geyinmişəm | Azərbaycan kinosunda öz yeri olan, amma son dövrlər daha çox maddi çətinliklər və səhhətində olan problemlərlə gündəmdə gələn aktrisa Nuriyyə Əhmədova ilə onun kirayədə yaşadığı evdə görüşüb-söhbətləşdik. Amma kirayədə yaşadığına görə utanmır, eyni zamanda dövlətin onu evlə təmin edəcəyinə də ümidini itirmir. - Hardan hara gəldiniz, Nuriyyə xanım? - Həmişə özümü bu sənətdə görmək istəyirdim, amma aktrisa kimi yox, müğənni olmaq istəyirdim. Anam bu istəyimə etiraz edirdi. O, məni başqa sahədə görmək istəyirdi, atam isə tam əksini deyirdi. Musiqili Komediya Teatrına da müğənni kimi gəldim. 1968-ci ildə məktəbi təzə bitirmişdim. İlk işim elə ora oldu. "Məmmədəli kurorta gedir" adında tamaşa hazırlanırdı. Həmin tamaşanın musiqisi Tofiq Bakıxanova aid idi. O, məni tamaşada kiçik bir rola dəvət etdi və rol uğurlu alındı. Bundan sonar Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov məni teatra qəbul etdilər. Həyat təsadüflərdən ibarətdir. Bu kiçik roldan sonra mən düz 15 il orda işlədim. - Müğənni ola bilmədiyinizə görə məyus deyilsiniz? - Mən heç vaxt təəssüf eləmirəm. Müğənni olmadımsa, bu, son demək deyil. Çünki boğazımdakı zoba görə səsimdə problem olacağını bilirdim. Zobdan qurtulmaq üçün əməliyyata girməli idim. Amma mən əməliyyata getmədim, qorxdum. Sonda səsimdə dəyişiklik oldu. Müğənni olmadığıma görə heç də peşman deyiləm. Oxuyanlarımız onsuz da çoxdur, amma aktyor, aktirisa çox azdır. Gələnlər də böyük çətinliklərə görə bu sahədə qala bilir. Teatra gələndə mənim ali təhsilim yox idi - Bir gün tamaşalarımın birində İncəsənət Universitetinin müəllimi yaxınlaşıb dedi ki, siz nə əcəb universitetə girmirsiniz? Adil İsgəndərov yeni kino fakültəsi açmışdı. Mən də özümü sınadım. Getdim, imtahan verdim, alınarkən heç özüm də inanmadım. Çünki gözləmirdim. Deyirlər ki, bizdə demokratiyadır... - Sizin sənətə gəldiyiniz vaxtlarda bu sahədə xanımlar indiki kimi çox deyildi. Bu sizə çətinliklər yaratmadı ki? - Hər şeyin başlanğıcı çətin olur. Mənim də sənətə atılmağım belə bir zamana təsadüf etdi. Biz sənətə gələndə hər şey çox çətin idi. Düz deyirsiniz, o vaxt çox az sayda qızlar bu sahəyə gəlirdi. Mən çətinliyə baxmadan irəliləyə bildim. Amma indi vəziyyət fərqlidir. Kifayət qədər qızlar bu sənətə gəlir. Hətta indi bu axının qarşısını almaq olmur… - Nuriyyə xanım, Avropada sizin kimi peşəkar aktirisalar milyonlara sahibdirlər, amma bizdə tam fərqlidir. Sizcə bizdə alınmır, ya başqa səbəb var? - O, quruluşdan asılıdır. Onların quruluşu bəllidir. Amma bizdə hələ də nə olduğu bilinmir. Bəzən mənə deyirlər ki, bizdə demokratiyadır. Amma mən bu fikirlərlə razı deyiləm. Bizdə yalnız biznes var. Xaricdə aktyorluq təsadüfidir. Orada əyyaşlar da filmə çəkilib, məşhur ola bilər. Amma bizdə yox. Sponsor tapanda efir olmur, efir olanda sponsor Mən və həmkarlarım tez-tez belə çıxışlar edirik ki, imkanlı şəxslər, sahibkarlar sənətə qiymət versinlər. Heç olmasa bir az maliyyə buraxsınlar. Təbii ki, bu sahəyə dövlət az-çox maddi dəstək edir. Mən inanmıram ki, xaricdə hansısa aktyor ya aktrisa məktəb görüb. Sadəcə, rejissorun xoşuna gəlib, rola uyğun olub, oynayıb. Bizdə hələ indi-indi filmin alışı, satışı inkişaf edir. Amma onlar o vaxtdan bu sahədən gəlir əldə etməyin yollarını bilirlər. Bizdə isə sponsor tapanda efir olmur, efir olanda sponsor... - Məşğul olduğunuz işlə maddi ehtiyaclarınızı ödəyə bilirsizin? - Yaşayan yaşayıb, qazanan qazanıb. Amma təbii ki, qazananların bir əmması var. O qazancların qarşısında nə qədər nida, nə qədər sual işarəsi və nöqtələr dayanır. Xaricdə bir filmə çəkiləndə böyük məbləğ qarşısında müqavilə bağlayırlar. Bildirirlər ki, bu müddət ərzində heç bir film və ya seriala çəkilməyəcəklər. Əlbəttə, belə olanda o sabah villa da, maşın da alacaq, daha nələr nələr... Bizdə aktyorlara verilən pul çox azdır. Yeni çəkildiyim serialdan ("Mamaça") üç aydır heç nə almıram. Gənclər bu cür vəziyyətə dözmür, amma biz hər çətinliyə dözürük. Prezidentə evlə bağlı müraciət etmişəm, cavab verilməyib Hazırda kirayədə qalıram. Bunu deməkdən heç vaxt utanmamışam. Bilirsiniz, seriallar elə bizim maddi ehtiyaclarımızı ödəmək üçündür. Amma mən maddi olaraq çox şey qazanmamışam. Hazırda kirayədə qalıram. Nolsun ki? Mən səhnə ilə yaşayıram. O mənə həyat verir. Prezidentimizə bir-neçə dəfə mənə ev verməsi ilə bağlı müraciət etmişəm. Amma hələ ki, cavab yoxdur. Bilirəm ki, ona o məktubu versələr, çoxdan məni evlə təmin edərdi. Pulsuz oynadığım rollar da olur Bəzən təklif olunan rollarda filmin büdcəsi az olur, amma mənim rol xoşuma gələndə heç nəyə baxmadan pulsuz oynayıram. Biz bu gün varıq, sabah yox… Amma gənclər kinonun, serialın gələcəyidir. Ona görə də onlara maksimum dərəcədə kömək etməliyik. - Sizin adınız gəldiyində ilk göz önünə gələn "Həm ziyarət, həm ticarət" filmindəki obrazınız olur. Sizcə, nəyə görə bu obraz tamaşaçılara daha yaxındır? - Çünki mən hər obrazımı oynayanda içimdəki Nuriyyədən birini qoyuram. Təkcə o filmdə yox, həm də "Bəxt üzüyü"ndəki obrazım heç kəsin yadından çıxmır. Baxmayaraq ki, orda çox kiçik rol almışdım. - Necə etmək lazımdır ki, Azərbaycan filmləri xaricdə uğur qazansın? - O vaxt bizdə "Direktor kartina" var idi. Filmin bütün məsuliyyəti onun üzərinə düşürdü, bütün inzibati işləri o təşkil edirdi. Amma indi kino sahəsində mən o işlə məşğul olanı görmürəm. Ancaq kifayət qədər filmlərimiz var ki, onlar yayımlanır. Məsələn, bu yaxınlarda çəkildiyim "Yoxlanma" filmi mükafat gətirdi Azərbaycana. Təkcə o deyil, "Sahilsiz gecə" filmi də böyük uğur qazanıb. O film hələ də Hollandiyada göstərilir. Gərək film çəkərkən rejissorlar onun təkcə ölkədə yox, həm də dünyada göstərilə bilməsini düşünsünlər. Bir Zeynəb xanım, bir də Nuriyə xanım heç dəyişmədi - Heç vaxt saç düzümünüzdə, imicinizdə dəyişiklik etməmisiniz. Bundan sonra gözlənilirmi? - Heç vaxt dəyişməyəcəm. Mən aktrisayam, onu müğənnilər edə bilər. Axı tamaşaçının gözündə belə görünmüşəm. Tamaşaçı məni bu cür xatırlayır. Mən istəyirəm elə bu tərzdə də yaşlanım. Hərdən mənə deyirlər ki, bir Zeynəb xanım, bir də Nuriyə xanım heç dəyişmədi. (Gülür) Məni məktəb vaxtlarımdan da belə tanıyırlar. Məncə, sənətə gələn hər bir kəs öz imicini qorumalı, xarici görkəminə diqqət etməlidir. Mən hər zaman qidalanmama diqqət edirəm, heç vaxt saat 6-dan sonra yemək yemirəm. İnsan gərək nəfsini saxlamağı bacarsın. Azərbaycanda ilk şalvar geyinən mən olmuşam… O vaxt şəhərdə hər kəs şalvar geyinə bilmirdi. Amma mən geyindim. Maraqlıdır ki, o vaxt bizimkilərdən çox əcnəbilər-ruslar mənim şalvarıma irad tuturdular. Mən heç onlara əhəmiyyət vermirdim. Artıq şalvara münasibət normaldır. Amma bəzən xanımlarımız özlərinə uyğun geyimlər seçmirlər. Lasin geyinən qadınları görəndə ətim tökülür Ətlər qat-qat sallanır, amma lasin geyinirlər. Təkcə qadınlar yox, həm də kişilər özlərinə uyğun geyinmirlər. Zaman gələcək dar lasinlər, qeyri-adi saç düzümləri unudulacaq. Amma insanın gözəl imici heç vaxt unudulmayacaq. Mən sənətə özümü gətirdim, hamı da məni Nuriyyə kimi qəbul etdi. Vəfa Zeynalova erotik səhnəyə çəkilib - Azərbaycanda erotik səhnələr niyə qəbul olunmur? - Mən də filmlərdə açıq-saçıq, erotik səhnələri sevmirəm. Bəlkə də bu mentalitetimizlə bağlıdır. Bu yaxınlarda mənə dedilər ki, Vəfa Zeynalova erotik səhnəyə çəkilib. Mən də dedim ki, o, sənətkardır. Bunu deməzdən öncə bir şəhərə çıxın, görün qızlarımız necə geyinir?! - Oynamaq istədiyiniz, amma sizə qismət olmayan rol olub? Mən heç vaxt baş rol arzusunda olmamışam - Rol mənim arxamca qaçıb. Çünki mən bilmişəm ki, məndə həmişə rol olacaq. Uyğun rol özü gəlib məni tapib. İndiki gənclər filmə çəkiləndə ilk verdikləri sual bu olur ki, "mən baş rolda oynayacam?". Amma anlamırlar ki, hansı rolu oynamasından asılı olmayaraq verilən rolu yaxşı oynadıqda o həmişə yaddaşlara həkk olur. Mən filmə ailə kimi yanaşıram. Bizdə aktyorlar sənətdə qocalmır. Çox az aktyor var ki, qocalanda səhnədə qala bilir. Gərək insanda obraz, tərz olsun. Bizdə kameranı başa düşən yoxdur Hər zaman istəmişəm ki, kamera mənə işləsin. Sovetin vaxtında bir kamera var idi, amma o səndən istədiyini ala bilirdi. Amma indi 4-5, hətta 10 kamera işləyir, amma kadrı tuta bilmirlər. Məncə, hələ bizdə kameranı başa düşən yoxdur. Xaricdə ən eybəcər aktrisanı kinoda gözəl kimi təqdim edirlər, amma bizdə gözəlimizi eybəcər kimi ortaya çıxarırlar. Mən xarici festivallarda aktirisalarla üz-üzə gələndə onların nə qədər eybəcər olduqlarını gördüm. Amma onlar filmdə elə təqdim olunur ki, hər kəs onları dünya gözəli hesab edir. Çünki onlarda hər şey inkişaf edib. Nəinki stilistlər, hətta qrimçilər də mütəxəssisdirlər. Amma bizim qrimçilər gözəllərimizi də eybəcər hala salır. Mənim kinoda qalmağımın səbəbi üzümün kameraya düşməsi oldu. Mənim üz cizgilərimin sırf kino üçün yarandığını həmişə deyirdilər. İnsanda əsas gözdür, gözləri donuq oldusa, o aktrisa heç bir rol oynaya bilməz. - Peşmançılığınız varmı? - Mən heç vaxt ailə qurmaq istəmirdim. Çünki bilirdim ki, ailə qursam, müəyyən çətinliklər yaranacaq. Mənim sənətim elədir ki, gərək həyat yoldaşım məni maksimum anlasın. Təbii ki, məndə bunlar var idi. Amma övladımı itirdikdən sonra bütün qazandıqlarım bir anda məhv oldu. Həyat daim itirib tapmaq üçündür. Övlad itkisi çox ağırdır. İnsan daim nəyinsə əksik olduğunu hiss edir. Məni sənətim yaşadır, işləməsəm yaşaya bilmərəm. - Sağlamlığınız necədir? - Demək olar ki, hər yerimdə problem var. Xəstəliklərimi özüm müalicə edirəm. Zob, təziq, ürək o qədər xəstəliklərim var. Turş yeyən kimi qaraciyərim ağrıyır, buna görə də ardınca şirniyyat yemək məcburiyyətində qalıram. Qan dövranımda problem var. Əlbəttə, soyuq havada çəkilişlər olarsa, belə də olar. - Özünüzü digər aktrisalardan nə ilə fərqləndirirsiniz? - Mən film, kino sahəsinə təbiilik gətirdim. Bunu hər zaman mənə deyirlər. Filmdə, kinoda əsas reallıqdır. Təbii ki, başqa fərqləri tamaşaçılar verməlidir. |
2013-11-01 | 902 | Avstraliyada elmə məlum olmayan delfin aşkarlanıb | Alimlər bildirirlər ki, qozbel delfinlərin yeni növü Şimali Avstraliya sahillərində tapılıb. Tədqiqatın nəticələri "Molekulyar ekologiya" adlı elmi jurnalda nəşr edilib. Bioloqlar Hind və Sakit okeanda yaşayan yüzlərlə hörgüclü balinanın kəllə sümüyü və toxumalarını öyrənərək bu kəşfi ediblər. Bildirək ki, delfinin yeni aşkarlanmış növü hələ ki, rəsmi olaraq ad qazanmayıb. İndiyədək elm aləminə qozbel delfinlərin yalnız üç tanınmış növü məlumdur. Onlardan ikisinin nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Qozbel delfinlər əksər delfinlərdən fərqli olaraq bel üzgəcindən aşağıda yerləşən xarakterik uzun donqarı ilə seçilir. |
2013-11-02 | 903 | “Moda 2014” gəlinlik modelləri | 2014-cü ilə hələ bir müddət var, amma buna baxmayaraq, modelyerlər artıq gələn ilin gəlinlik modellərini təqdim edib. Daş-qaşlı, parlaq, əsasən tək çiyinli, tül parçadan olan, şahzadə və balıq modelli gəlinliklərin fotolarını təqdim edirik. |
2013-11-01 | 905 | Şeyx ermәni әsirlә görüşdü - VİDEO | Bu gün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu ilin avqustunda Qarabağda əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyana erməni katalikosu ikinci Qarageninin xahişilə baş çəkib. Görüşdə rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete iştirak edib. Dini liderlər hərbi əsirin saxlanma şəraiti və sağlıq durumu ilə maraqlanıblar. İnciqulyan və saxlanma yerinin rəsmiləri görüşə gələnlərə məlumat veriblər. Akop İnciqulyan vəziyyətinin yaxşı olduğunu və burada incidilmədiyini bildirib. Hərbi əsir Bütün Qafqazın Şeyxinə ermənilərin katalikosu ikinci Qaragenin yazdıqlarının əksinə olaraq, Azərbaycana guya azıb keçməsi barədə məlumatları təkzib edib. Hərbi əsir Azərbaycan tərəfə bilərəkdən keçdiyini qeyd edib. O, bunu Ermənistan ordusunda incidilməsi, tez-tez döyülməsi və işgəncələrə məruz qalması ilə izah edib. Əsir Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayevin sualına cavabında bildirib ki, onu əvvəl döyüb, sonra istirahət vaxtı iş dalınca göndəriblər, su içmək bəhanəsi ilə oranı tərk edərək Azərbaycan tərəfə keçib. Hərbi əsir Rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşeindən Ermənistana qaytarılmamasını xahiş edib. Ata və anasının orada işləmədiyini, dolanışığın və vəziyyətin yaxşı olmamasını bildirən əsir üçüncü ölkəyə göndərilməsi arzusunu çatdırıb. Dini liderlər onu da bildirib ki, hərbi əsirin saxlanma şəraiti və onunla rəftar beynəlxalq konvensiyalara uyğundur və bunu Akop İnciqulyanla görüşə gedərkən onun kabab yediyinin şahidi olublar. Dini liderlərin 2010-cu il bəyannaməsinə görə, Azərbaycanın və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər. Görüşdə Qırmızı Xaç Komitəsinin icazəsi olmadığına görə, jurnalistlərin iştirakına icazə verilməyib. ("Anspress.com") |
2013-11-01 | 906 | Bakıda hündürmərətəbli binada partlayış olub | Bu gün Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsi-15, mənzil 76 ünvanında partlayış baş verib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, partlayış çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilin hamamında qaz sızması nəticəsində baş verib. Nicat Bədəlova məxsus mənzildəki partlayış nəticəsində aynabəndin şüşələri və dəmir barmaqların bir qismi dağılaraq həyətə tökülüb. Mənzildə olan 1984-cü il təvəllüdlü Bədəlova Firuzə Tofiq qızı və 2010-cu il təvəllüdlü azyaşlı Bədəlova Zəhra Nicat qızı partlayışın təsirindən psixi sarsıntı keçirib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları zərərçəkmiş şəxslərə tibbi yardım göstərib. Hadisə yerində olan "Azəriqaz" QSC əməkdaşları binaya qazın verilməsini dayandırıb. Bundan sonra xilasedicilər mənzilə daxil olaraq eyvanın təhlükə yaradan pəncərələrini və dəmir barmaqlıqlarını kəsib zərərsizləşdiriblər. |
2013-11-02 | 907 | Pakistan taliblərinin lideri öldürüldü | Talibanın "Təhrik-e Taliban-e Pakistan" qruplaşmasının lideri Hakimulla Məsud öldürülüb. "Röyter"in məlumatına görə, ABŞ pilotsuz təyyarəsinin hücumu zamanı qruplaşma lideri həyatını itirib. Hücum zamanı daha 3 silahlının öldürüldüyü də ehtimal edilir. H.Məsudun noyabrın 2-də Şimali Vəziristanda dəfn ediləcəyi gözlənilir. Xatırladaq ki, terror qruplaşmasının liderinin öldürülməsi haqqında bir neçə dəfə məlumat yayılsa da, H.Məsud özü onları təkzib edib. "İTAR-TASS" isə xəbər verir ki, Pakistan Taliban Hərəkatı liderlərinin ölümünü təsdiqləyib. |
2013-11-02 | 908 | Atışma Los Ancelesdə 746 aviareysi təxirə saldı | Ötən gün Los Ancelesin beynəlxalq hava limanında baş verən atışma ucbatından 746 reys təxirə salınıb. Atışmanı hava limanının 3-cü terminalında yerli vaxtla 09:30-da 23 yaşlı Pol Entoni Çyançya başlayıb. O, Nəqliyyat Təhlükəsizlik İdarəsinin əməkdaşını öldürüb və daha iki nəfəri yaralayıb. Bəzi mənbələrə görə, Çyançyanın hava limanına silah gətirdiyi çantanın içində üzərində MTİ-nin əməkdaşlarını və donuzları öldürəcəyi haqda yazılar olan kağız tapılıb. Məlumat üçün bildirək ki, Los Anceles sərnişinlərin sayına görə ölkədə 3-cü hava limanıdır. Bu hava limanından reyslər Asiyanın cənub-şərqi, Avstraliya və Yeni Zellandiyaya olur. |
2013-11-02 | 909 | Lənkəranda ev yandı | Lənkəran rayonundan 5 km məsafədə yerləşən Göyşab kəndində yanğın hadisəsi baş verib. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-11-02 | 910 | Prezident İlham Əliyevdən yeni təyinatlar | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 rayonun birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytınna istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutan ölkə başçısı Ceyhun Rasim oğlu Əhmədovu Gədəbəy Rayon Məhkəməsinin sədri, Məhərrəm Ələkbər oğlu Allahverdiyevi Qazax Rayon Məhkəməsinin sədri, Hilal İsmayıl oğlu Xəlilov Masallı Rayon Məhkəməsinin sədri təyin edib. |
2013-11-02 | 911 | Zahid Oruc: “Gənclərə təhsil almağa imkan verilmir” | Artıq uzun müddətdir ki, ali təhsilin maqistratura pilləsinə daxil olanlara əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi gündəmdədir. Böyük əksəriyyət hesab edir ki, hərbi xidmətə çağırışla bağlı qanuna əlavə və dəyişiklik edilə və magistlara hərbi çağırışdan möhlət hüququ verilə bilər. Bəs, qanunu qəbul edəcək millət vəkilləri və ya mütəxəsislər nə düşünür? Bu, hərbidən azad etmə deyil "Qanun layihəsi maqistr dərəcəsi alanları hərbidən azad etməyi deyil, möhlət hüququnun bərpasını nəzərdə tutur". Bu sözləri "Axar.az"a millət vəkili Zahid Oruc dedi. Z.Oruc bildirdi ki, Elm haqqında qanun layihəsində maqistratura pilləsinə daxil olanların əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi əks olunub və Müdafiə Nazirliyi sistemində, ümumiyyətlə, silahlı qüvvələrdə baş vermiş son dəyişikliklər fonunda parlament və hökumətin birgə əməkdaşlığı nəticəsində layihə gerçəkləşəcək: "Ona görə ki, bir tərəfdən Azərbaycanda alimlərimiz kifayət qədər yuxarı yaşa malikdir. Çünki təhsilin yuxarı pilləsində qadınlar çoxluq təşkil edir və balans ciddi şəkildə pozulub". Millət vəkili bildirdi ki, bu narahatlığın bir səbəbi də həqiqi hərbi xidmətdən möhlət hüququnun olmaması ilə bağlıdır: "Bakalavır pilləsini bitirən oğlanlara maqistr dərəcəsini başa vurmağa imkan verilmir və orduya cəlb olunurlar. Bu halda isə onların böyük əksəriyyəti geri dönərkən elmdən uzaqlaşmış olurlar, təhsildə fasilələr onlara ziyan vurur. Bu üzdən maqistratura üçün belə bir hüquq tanınsa, bundan sonra onlar alim hüququnu qazanmaq üçün müdafiəyə buraxılarlar. O zamana kimi möhlət hüququnu qüvvədə saxlamaq olar. Alim adını qazananlar bütövlükdə ehtiyata keçirilməsi reallaşar, digərləri isə xidmətə cəlb olunarlar". Altı aylıq hərbi xidmət Təhsil eksperti Etibar Əliyev qeyd etdi ki, Bakalavrı bitirdikdən sonra məzunların yalnız 2-3%-i elmə daha çox maraq göstərir: "Maqistratura şəxsin elmi kadr kimi hazırlanması mərhələsidir. Ona görə də bu 2-3%-in ümumiyyətlə ordu sıralarına çağırılmaması daha yaxşı olar. Azərbaycanda 120 min şagirddən təxminən 30-32 mini tələbə adını qazanır. Digər 80 minə yaxın məzunun isə az bir qismi peşə təhsili alır. Yerdə qalan hissəsi ümumiyyətlə təhsil almaq istəmir. Təhsilini davam etdirmək istəyənlərin orduya cəlb edilməsi onların təhsilə olan marağını daha da azaldır. Maqistratura pilləsindən sonra 6 ay müddətinə onların ordu sıralarında xitmət etməsi barəsində qərar qəbul edilməsi Azərbaycan üçün faydalı olar". |
2013-11-02 | 912 | Suriyanı bombalayan kimdir: İsrail, yoxsa Türkiyə? | Xəbər verildiyi kimi, İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Latikiya şəhərində yerləşən hərbi bazalarından birini bombalayıb. ABŞ mənbələrindən alınan məlumata görə, bombardmanda məqsəd Suriyanın "Hizbullah" terror qruplaşmasına ötürmək istədiyi rus istehsalı olan raketləri məhv etmək olub. Ənənəvi olaraq İsraili höküməti hadisəyə heç bir şərh verməyib. Qeyd edək ki, bu il ərzində İsrail HHQ-si ən az 3 dəfə Suriyanın ərazisində olan bazalara hava hücumu edib. İsrail bildirib ki, Suriyada gedən vətəndaş müharibəsinə qarışmayacaq, lakin İsrail üçün təhlükəli ola biləcək silahı məhv edəcək. Söhbət Moskvanın Suriyaya verdiyi PVO S-300-dən gedir. Bu komplekslər İsrailin ərazisində olan hava qüvvələrini məhv edəcək gücdədir. Rusiya bu S-300-lərin Suriyaya verilməsini təkzib etsə də, israil daha çox kəşfiyyat materiallarına inandığını deyir. By arada isə daha maraqlı xəbər yayılıb. Suriya mediası Latikiyaya edilən hava hücumunu İsrailin deyil, Türkiyənin həyata keçirdiyini yazıb. İddiaya görə, bir müddət əvvəl Türkiyə qırıcısının vurulmasına cavab olaraq edilən bu bombardmanla Türkiyə qisas alıb. ABŞ Dövlət Departamenti isə bu iddianı təkzibləyib və bombardmanı İsrailin həyata keçirdiyini bəyan edib. Türkiyə rəsmiləri hələlik Suriya mediasının bu iddialarına cavab verməyib. |
2013-11-02 | 914 | Livanda 2 Almaniya vətəndaşı əsir götürülüb | Almaniyanın 2 vətəndaşı Livanın şərqində əsr düşüb. Livanın "National News" agentliyi bildirib ki, silahlı şəxslər avtomobillə Beyrutdan 30 km uzaqlıqda olan Bekaa dərəsində iki almana hücum edib və qaçırıb. Onlardan biri alman vətəndaşın birinin adına onlayn pul köçürməsi etmək istəyib, lakin uğursuz olduğu üçün cinayətkarlar əsirlərlə naməlum istiqamətdə qaçıblar. Daha sonra cinayətkarlar vətəndaşın dostlarından birinə zəng edib, əsiri geri qaytarmaq üçün pul tələb ediblər. |
2013-11-02 | 915 | Bu səhnə dünyanı heyrətə gətirdi - Fotosessiya | Çində 60 adam sahibsiz bir iti öldürmək üçün səfərbər olub. "Axar.az"ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Çinin böyük şəhərlərindən biri olan Şijiaxuanda yaşanan bu hadisə görənlərin qanını dondurub. Tibet Mastivi cinsindən olan sahibsiz itin bir adamı dişləməsi mühafizə və polislə bərabər, məhəllə sakinlərini də səfərbər edib. Tapança çıxaran polislərə bel və dəyənəklərlə "kömək edən" məhəllə sakinlərinin şəkillərinə baxdıqda, sözə ehtiyac qalmır. |
2013-11-02 | 916 | Azərbaycanda qızlar liderdir - Statistika | "Orta məktəblərdə müəllim heyətinin 93%-i qadınlardır". Bu statistikanı "Axar.az"a bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, təhsilin yuxarı pillələrində də qızlar oğlanlardan daha yüksək göstərici nümayiş etdirirlər: "Ali təhsil mərhələsində magistratura pilləsində təhsil alanların da 83%-i gənc qız, 17%-I oğlandır". Millət vəkili bu nisbətin qısa müddətdə aradan qaldırılması üçün gənc oğlanlara stimul verən müxtəlif imtiyazların yaradılacağını söylədi. |
2013-11-02 | 917 | Nicat Dağlar yenidən Almaniyaya gedir | "Yenidən müayinələrdən keçməliyəm ki, həkimlər müalicənin xəstəliyə hansı təsiri göstərdiyini dəqiqliklə müəyyən etsinlər" Leykoz xəstıliyindən müalicə olunan tanınmış jurnalist Nicat Dağlar noyabrın 6-da yenidən Almaniyaya yola düşür. Bu barədə əməkdaşımızla söhbətində N.Dağlar özü məlumat verib. Jurnalist bildirib ki, bu dəfə o, ikinci müalicə kursunu qəbul edəcək: "Bilirsiniz ki, birinci müalicə kursu iyul-avqust aylarına təsadüf etmişdi. Alman həkmlər müəyyənləşdirdiyi müalicə qrafikinə görə oktyabrın sonu, noyabrın əvvəli yenidən xəstəxanada olmalıyam. Bu müddət ərzində mən çox ağır dərmanlar qəbul etmişəm. Müalicəm bir gün də olsa dayanmayb. Almaniyada yenidən müayinələrdən keçməliyəm ki, həkimlər müalicənin xəstəliyə hansı təsiri göstərdiyini dəqiqliklə müəyyən etsinlər. Buna uyğun olaraq da müalicənin ikinci kursu üçün dərman preparatları müəyyənləşəcək və mən bir müddət alman həkimlərnin nəzarəti altında qalacam. Bundan başqa, qardaşımdan ilik analizi götürüləcək ki, gələcəkdə ehtiyac yaranarsa, o mənim potensial donorum kimi iştirak edə bilsin. N.Dağların sözlərinə görə, xəstəlik müalicəyə tabe olunur və o artıq özünü yaxşı hiss edir: "Mənim müalicəmin xərcləri prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşlanır. Bu müddət ərzində mən bir gün də olsa nəzarətdən kənar saxlanılmamışam. Bakıdakı qan xəstəlikləri institutunun həkimləri məni mütəmadi olaraq müayinələrdən keçirib, gərəkli dərman preparatları ilə təmin ediblər. Bir sözlə, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatələnmişəm və buna görə, prezident İlham Əliyevə bir daha öz təşəkkürümü bildirirəm. Hər halda bu bir reallıqdır ki, məhz dövlətin dəstəyi ilə bu xəstəliyi tamamilə yenməyə yaxınam. Sagolsunlar, mənim həytda qalmağım üçün hər şeyi etdilər və etməkdə də davam edirlər". Qeyd edək ki, N.Dağlar noyabrın 6-ı səhər saatlarında Frankfurta yola düşəcək. Oradan isə məşhur klinikalar şəhəri olan Bəd Vildungenə yollanacaq. |
2013-11-02 | 918 | İnsan olmaq... | Sevə bilmək və Sevdirə bilməkdir. Gülə bilmək və Güldürə bilməkdir. Alçalmamaq və Alcatmamaqdır. Heç vaxt yox cavabı almamaqdır. Nəyi, harda, kimdən, nə vaxt, necə istəməyi bilməkdir. Oxudugu kitabların niyə yazıldığını bilməkdir. Məglubiyyəti dadmadan Qalibiyyətdən həzz alınmayacağını anlamaqdır. Dərinliyini bilmədiyi quyuya girməkdir. Heç kimə, heç nəyə fikir verməmək,özünə və elədiklərinə diqqət etməkdir. Özünün, sevdiklərinin maddi, mənəvi və şəxsi təhlükəsizliyini təmin etməkdir. Ələ salınmamaq, ələ salmamaqdır. Anlamaq və anlatmaqdır. Öyrənmək və Öyrədə bilməkdir. Yaşamaq və Yaşatmaqdır. Düşünmək və Düşündürmək, Ruhdan düşməmək və Ruhdan salmamaqdır. Oxumaq və Oxutmaqdır. Həzz almaq və Həzz verməkdir. Gözəl görmək və gözəl görünməkdir. Qorxmamaq və Qorxutmamaqdır. Qısqanmamaq və Qısqandırmamaqdır. Dünyanın imtahan olduğunu bilmək və bildirməkdir. Özünü və dünyanı kəşf etməkdir. Məntiqi sevmək və sevdirməkdir. Aldanmamaq və aldatmamaqdır. İnanmaq və inandırmaqdır. İstifadə olunmamaq və istifadə etməməkdir. Güclü olmaq və Güclü etməkdir. Yaradıcı olmaq, yaradıcı insanları ilhamlandırmaqdır. Uşaqla uşaq, böyüklə böyük olmaqdır. Xoşbəxt olmaq ücün səbəb axtarmaqdır. Kimsəsiz tərk edilmiş məkanlara getmək, lazımsız əşyalara yenidən can verməkdir. Hər şeydə nikbinlik axtarmaq və tapmaqdır. Dərdlərə dərman olmaqdır. Yaxşılıq etməkdən zövq almaq və insanları yaxşılıq etməyə həvəsləndirməkdir. Çətin vəziyyətləri asanlaşdırmaqdır. Vicdanı unutmamaqdır. Özünü başqalarının, başqalarını öz yerinə qoymağı bacarmaqdır. Özünə və Sevdiklərinə vaxt ayırmaqdır. Öz zəiflərini etiraf etmək və onları mükəmmələşdirməkdir. Özünü tənqid edə bilmək və sevdiklərinin tənqidlərini qəbul edə bilməkdir. P.S. Keşkə, bir gün bütün bunları bacarsaq! |
2013-11-02 | 919 | İlin ən ağır qəzaları – Fotosesiya | "Axar.az" ilin ən dəhşətli yol qəzalarının fotosessiyasını təqdim edir və sürücülərimizi bir daha ehtiyatlı olmağa çağırırıq (Fotoların böyük əksətiyyəti Azərbaycanda baş verən qəzalardandır) |
2013-11-02 | 920 | Sabah Bakıda Günəş tutulması olacaq | "Axar.az"ın xəbərinə görə, bu barədə "APA"ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. O bildirib ki, saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq. X. Mikayılov qeyd edib ki, Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək: "Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək". |
2013-11-02 | 921 | Məşhur model bir anda kaftara döndü - Fotosessiya | Tanınmış model Heidi Klum "Cadugər bayramı" üçün özünü tanınmaz vəziyyətə saldı. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Avropada düzənlənən "Cadugər bayramı" bu dəfə də maraqlı obrazları ilə yadda qalıb. Ən yaddaqalan isə almaniyalı model Heidi Klumun "qoca cadugər" görüntüsündə tədbirə gəlməsidir. Qeyd edək ki, onun bu görünüşünü əldə etmək üçün üzərində iki vizajist işləyib. |
2013-11-02 | 922 | Əhməd Davudoğlu: “Suriyanı vurmadıq” | "Türkiyə Cümhuriyyəti heç bir zaman İsrail dövləti ilə hər hansı bir müsəlman ölkəsinə qarşı əməkdaşlıq etməyib. Bundan söhbət belə gedə bilməz. Bu şayələri yayanlar Türkiyənin qonşu ölkələrlə əlaqələrinə kölgə salmaq istəyən qüvvələrdir". Bu sözləri qardaş ölkənin Xarici İşlər naziri iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşü zamanı Türkiyənin İsraillə birgə Suriyanı bombalaması barədə şayiələrə münasibət bildirərkən deyib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu bildirib ki, bizim Suriya rejimi ilə problemimiz var: "Ancaq heç bir şəkildə Orta Şərqdə İsrail ilə hər hansı bir ortaq əməliyyat həyata keçirməyimiz müzakirə mövzusu olmayıb. Bu mövzuda xəbərlərin hamısı əsassızdır". Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı bir hərbi bazanı bombalamasının ardınca dünən bu bombardmanı Türkiyənin həyata keçirdiyi iddiaları səsləndi. |
2013-11-02 | 923 | Rusiyadakı azərbaycanlılara ciddi xəbərdarlıq edildi | Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrn 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. Bu barədə Modern.az-a Moskvadakı soydaşlarmız məlumat veriblər. Noyabrın 4-də Moskvada keçirləcək "Rus marşı"ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımza müraciət ediblər. Orxan Zeynalovla bağlı hadisədən sonra əsas hədəfə düşən azərbaycanlı miqrantlar rus millətçilərinin də iştirak edəcəyi bu marşla bağlı ciddi narahatlıq keçirir. "Hazırda bazarlarda, kafelərdə və digər yerlərdə işləyən azərbaycanlılar narahatlıq içərisindədirlər. Onlar son günlər Moskada baş qaldırmış milətçi dalğanın bu mitinqdə fəsadları verəcəyindən qorxurlar"-deyə soydaşımız vurğulayıb. Qeyd edək ki, Moskva höküməti "Rus marşı"nın keçirilməsi üçün rəsmən icazə verib. Toplantı noyabrın 4-də Lyublinoda keçirləcək. Yürüşdə 15 min adamın iştirak edəcəyi bildirlir. Rəsmi olaraq Xalq həmrəyliyi günü élan olunan 4 noyabrda ənənəvi olaraq ultramillətçi qruplar və partiyalar küçələrə çıxırlar. Bu dəfə də milətçilərin yürüşə qatılacağı bilirilir. Ultra- milətçi qrupun rəhbəri Demuşkin aksiyaya 30 mindən çox adamın qatılacağını deyib. V.Jirinovskinin sədri olduğu LDPR isə Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini élan edib. Həmin gün metronun "2 Oktyabr meydanı" stansiyasının qarşısında Romanovlar süləslinin 400 illiyi ilə bağlı aksiya təşkil olunacaq. |
2013-11-02 | 924 | "Qanun"da yoxlamalarla bağlı rəsmi açıqlama - Yenilənir | 12:05 Noyabrın 1-də Vergilər Nazirliyinin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən "Qanun" nəşriyyatına gedərək, yoxlamaya başlayıblar. Nazirliyin nümayəndələri nəşriyyatda olduğu müddətdə "Qanun"un əməkdaşlarının binaya daxil olmasına icazə verilməyib. "Aznews.az" saytının məlumatına görə, vergi müfəttişləri "Qanun"a məxsus bütün maliyyə sənədlərini özləri ilə aparıblar və nəticədə Nəşrlər Evi fəaliyyətini dayandırmağa məcbur olub. "Axar.az"ın "Qanun" nəşriyyatının əməkdaşlarından aldığı xəbərə görə isə heç bir sənəd təqdim etməyən iki nəfər vergi müfəttişi yoxlamaya gəldiklərini bildirərək, doğrudan da nəşriyyatın mühasibat sənədlərini özləri ilə aparıblar. Buna baxmayaraq, nəşriyyatın fəaliyyətini dayandırması üçün Vergilər nazirliyinin heç bir qərarı yoxdur və nəşriyyat hazırda fəaliyyətini davam etdirir. 12:55 Vergilər Nazirliyindən Qanun Nəşriyyatı ilə bağlı rəsmi- açıqlama Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin əməkdaşı "Qanun" Nəşriyyatında aparılan yoxlamalarla bağlı "Axar.az"ın suallarını cavablandırdı. Şöbəsinin əməkdaşı Şahin Məmmədov nəşriyyatda aparılan yoxlamaları təsdiqlədi: "Noyabr ayının 1-də Vergilər Naziriliyinin göstərişi ilə Bakı şəhər Vergilər Departamenti tərəfindən "Qanun" Nəşriyyatında yoxlamalar başlayıb. Aparılan yoxlamalar vergi qanunvericiliyinə və onun tələbinə əməl olunması vəziyətinin araşdırılması ilə bağlıdır. Yoxlama başa çatdıqdan sonra bu barədə ətraflı və izahlı məlumat yayacağıq". Analitik İnformasiya şöbəsinin əməkdaşı nəşriyyatın fəaliyyətinin dayandırılması xəbərinə də aydınlıq gətirdi: "Bizdə belə bir məlumat yoxdur. Əgər fəaliyyəti dayandırılsaydı, məlumatımız olardı". |
2013-11-02 | 925 | Qafqazlılar Moskvada 5 nəfəri bıçaqladı | Moskvadakı kafelərdən birində qafqazlıların iştirakı ilə dava baş verib. "Axar.az" xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qafqazlı olduğu bildirilən həmin şəxslər 3 kafe əməkdaşını və 2 müştərini bıçaqlayıb. Polis şöbəsinə aparılan şəxslərlə bağlı hələlik məlumat verilmir. |
2013-11-02 | 926 | Peterburqda millətçiliyə etiraz aksiyası başladı - Foto | Rusiyada faşizmə, irqçiliyə qarşı etiraz aksiyası keçirilir. Bu saatlarda Rusiyanın şimal paytaxtında 10-cu dəfədir keçirilən "Nifrətə qarşı yürüş"də 200-ə yaxın adam iştirak edir. "Axar.az"ın Rusiyanın "Rosbalt.ru" saytına istinadən verdiyi xəbərə görə, yürüş iştirakçıları son dşvrlərdə Rusiyada millətçiliyin güclənməsinə etiraz edir, miqrantlara qarşı keçirilən aksiyalara qarşı "Faşizm keçməz!", "Rədd olsun faşizm, homofobiya, seksizm!", "Talansız, dağıntısız Rusiya uğrunda!" şüarlarını səsləndirirlər. |
2013-11-02 | 927 | Ermənistanı İran söndürüb - Rəsmi açıqlama | Bu gün yerli vaxtla təqribən 10:15-dən etibarən Ermənistanın bütün ərazisi elektrik enerjisiz qalıb. "Lent.az"ın məlumatına görə, bundan 10 dəqiqə sonra paytaxt İrəvanda işıq yanıb. Ermənistanın energetika naziri iclas çağırıb. Toplantı 2 saatdan çoxdur davam edir. Ölkənin regionları hələ də işıqsızdır. Ermənistanın Energetika Nazirliyi isə enerjinin kəsilməsinin səbəbini açıqlayıb. Bildirilib ki, enerji verilişini İran tərəfi dayandırıb. Sentyabrın 22-ə keçən gecə Metsamor Atom Stansiyası Ermənistanın energetika sistemindən çıxarılıb. Məqsəd illik planlı təmir olub. O vaxtdan Ermənistan əsas enerjini İranın yüksək voltlu naqilləri ilə alıb. Hazırda Ermənistanın 30 faiz hissəsində işıq yanıb. Qalan hissələrə də enerji verilişinin bərpası üzərində iş aparılır. Ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İrəvan işıqsız qaldığı müddətdə metro da işləməyib. Metroda qalan insanlar evakuasiya olunublar. |
2013-11-02 | 928 | Jurnalisti maşın vurub | Dünən itkin düşdüyü bildirilən "Avropa.info" saytının əməkdaşı Sahib İslamovu maşın vurub. "Axar.az"ın xəbərinə görə, jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə hərəkət edən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü jurnalisti Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. Hadisəni yaxınlıqda olan yaşlı bir kişi görüb və bu gün səhər saatlarında qohumlarına məlumat verib. Artıq qohumları onu tapıblar və hazırda jurnalistin vəziyyəti ağırdır. Qeyd edək ki, dünən səhər saat 8:00-da işə getmək üçün evdən çıxan Sahib İslamov redaksiyaya gəlməyib. Jurnalistin işə gəlmədiyini görən sayt rəhbərliyi onun mobil telefonuna zəng vurub. Telefona cavab verən Sahib İslamovun ailə üzvləri jurnalistin işə getdiyini və işə gedərkən tələsdiyindən, mobil telefonunu unutduğunu bildiriblər. Gecə saatlarında "102" Xidmətinə zəng edən ailə üzvləri jurnalistin yoxa çıxdığı haqda məlumat veriblər ("Qafqazinfo"). |
2013-11-02 | 929 | Fahişəlik qadağan olundu, ölkə ayağa qalxdı | Fransada hökumətin müzakirəyə çıxardığı fahişəlik qadağası ilə əlaqədar qanun layihəsinə qarşı çıxan 343 kişi "Biclərin Manifesti" adlı bir kampaniyaya imza atıb. Türkiyə mətbuatının xəbərinə görə, 343 kişi arasında yazar Frederik Beqbeder və vəkil Riçard Malka kimi Fransanın tanınan isimləri var. Manifestdə "biz fahişəliyi deyil, azadlığı müdafiə edirik", "hər kəs cazibəsini satmaq hüququna malikdir, bundan istifadə edənləri cəzalandırmaq olmaz, fahişəmə toxunma" ifadələrinə yer verilib. |
2013-11-02 | 930 | Bin Ladeni satdığını iddia edən şəxs 25 milyon tələb edir | Miçiqan ştatından olan biznesmen ABŞ hakimiyyətinə terrorçu Usama bin Ladenin yerləşdiyi yer barədə ələ keçməsindən bir neçə il əvvəl məlumat verdiyini bəyan edib və 25 milyon dollar məbləğində mükafatı tələb edir. Biznesmenin hüquqşünası bu barədə məktubla müraciət edib. "Loevy & Loevy" hüquq şirkətinin FTB-nin direktoru Ceyms Komiyə ünvanladığı məktubda iddia edilir ki, Tom Li Pakistan kəşfiyyatının əməkdaşlarının birindən terrorçunun Abbotabad şəhərində gizləndiyi barədə bilgi aldığını bildirib. Bundan sonra məktubda, hələ 2003-cü ildə biznesmen ABŞ-ın hakim orqanlarına beynəlxalq terror təşkilatı "Al - Qaidə"nin liderinin sığınacağının koordinatlarını açıqladığı iddia edilir. Usama bin Ladenin ələ keçirilməsi üçün 25 milyon dollar məblğində pul mükafatı ABŞ dövlət departamentinin "Rewards for Justice" (Ədalət uğrunda mükafat) proqramı çərçivəsində təyin edilmişdi. Başinqtonun 11 sentyabr 2001-də ABŞ-da törədilən törədilən terrorda cavabdehliyi üzərinə qoyduğu "Əl-Qaidə" lideri Usama bin Laden, Amerikanın xüsusi təyinatlı hərbçiləri tərəfindən 2 may 2011-ci ildə Pakistanın şimalında yerləşən Abbotabad şəhərinin yaxınlığındakı evində öldürülmüşdü. Hakimiyyət həmin ilin mayın axırında bəyan etmişdi ki, əməliyyat radioelektron kəşfiyyatın ötürdüyü bilgilər əsasında həyata keçirildiyindən mükafat heç kimə çatmayacaq. ("Anspress.com") |
2013-11-02 | 931 | İlham Əliyev BP nümayəndə heyətini qəbul edib | Prezident İlham Əliyev noyabrın 2-də BP şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, BP şirkətinin icraçı direktoru Robert Dadli yenidən prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Görüşdə Azərbaycanla BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. |
2013-11-02 | 932 | Ərdoğana növbəti terror | Bu dəfə də qarşısı alındı Türkiyənin prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qatıldığı V İzmir Biznes Forumunun başlamasından üç gün əvvəl bir terrorçunun yaxalandığı bəyan edilib. Axtarışda olan "DHKP-C" terror təşkilatının üzvü Fərid Mutlu terror aktını həyata keçirmədən üç gün əvvəl İzmir şəhərinin Buca qəsəbəsində yaxalanıb. "DHKP-C" terror təşkilatının üzvü Fərid Mutlu Yunanıstanın "Lavrion" düşərgəsində silahla və bomba ilə davranış təlimi alıb və Türkiyəyə qeyri-qanuni yollarla daxil olub. |
2013-11-02 | 933 | Vasif Talıbovun sökdürdüyü bazardan – Fotossesiya | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə, Naxçıvan şəhərində yerləşən iki bazardan biri, "57 bazarı" sökülür. Məlumat üçün bildirək ki, bu bazarın Elşad Abdullayev olayı ilə tanınan və hazırda həbsdə olan iş adamı Arzu Kazımova və ölkənin güc strukturlarından birinin yüksək çinli məmuruna məxsus olduğu bildirilir (Ətraflı BURADA). Söküntü işləri gedən "57 bazarı"ndan fotoreportajı təqdim edirik. |
2013-11-02 | 934 | Xəzər Universiteti Azərbaycan üzrə birinci yerdədir | "Eduniversal Worldwide Biznes" Məktəbinin 2013-ci il üçün reytinq nəticələri açıqlanıb. 2013-cü il "Eduniversal" məktəbinin reytinq açıqlamasına görə, Xəzər Universitetinin İqtisadiyyat və Mmenecment fakültəsi dekanların tövsiyəsinə görə Azərbaycanda 1-ci yeri tutub ("Azərtac"). Qeyd edək ki, İqtisadiyyat və Menecment fakültəsi 2007-ci ildən dünyanın ilk 1000 biznes məktəbi sırasında yer alır. Fakültə uzun müddətdir ki, bakalavr və magistr proqramları təklif edir. Fakültənin məzunları Azərbaycan, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, ABŞ, Çin, Yaponiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Rusiyada özəl, dövlət və qeyri-kommersiya sektorunda əsas vəzifələrdə işləyirlər. |
2013-11-02 | 935 | Jurnalist Sahib İslamlı komadadır | "Avropa.info" saytının maşın vuran əməkdaşı Sahib İslamlı komadadır. Saytın baş redaktoru Ruslan Bəşirlinin sözlərinə görə, jurnalistin vəziyyəti ağırdır: "Vəziyyəti ağırdır, başından 3 yerdə sınıq var, eyni zamanda sağ qolu və ayağında da sınıq var. Hal-hazırda komadadı. Bu arada Mətbuat Şurasına da minnətdarlığımı bildirirəm. Səhər saatlarında xəstəxanaya zəng edib Sahibin durumu ilə maraqlanıblar və xəstəxana rəhbərliyindən ona xüsusi qayğı göstərməsini istəyiblər". Xatırladaq ki, dünən Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən Sahib İslamlını yüksək sürətlə hərəkət edən avtomobil vurub. Dərhal da qəza törədən avtomobil sürücüsü jurnalisti Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. |
2013-11-02 | 936 | Cəmil Həsənli: “Bu, YAP-ın haqqıdır” | YAP Cəmil Həsənlini məhkəməyə verəcək. Buna səbəb prezident seçkisindən öncəki debatlarda Milli Şuranın namizədi Cəmil Həsənlinin Prezident İlham Əliyev barədə dediyi fikirlərdir. YAP-dan olan millət vəkili Siyavuş Novruzov bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı prosesin getdiyini bildirib. Məsələ ilə bağlı Milli Şuranın namizədi Cəmil Həsənli də öz fikirlərini "Axar.az"a açıqladı. O, Siyavuş Novruzovun açıqlamasından narahat olmadığını bildirdi: "Məhkəməyə müraciət etmək hər kəsin hüququdur. YAP məni məhkəməyə vermək istəyirsə, buyursun. Mənim cavabım yalnız ondan sonra ola bilər". |
2013-11-02 | 937 | Tələbələr növbəti dəfə aksiyaya qalxdılar | Bu gün Azərbaycan Universitetində imtahanların test üsuluna keçirilməsi ilə əlaqədar tələbələr növbəti dəfə etiraz aksiyası keçiriblər. Məsələ ilə əlaqədar Azərbaycan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Akif Əlizadə ilə əlaqə saxladıq. "Tələbələrlə akt zalında görüşdük" Akif müəllimin dediyinə görə, tələbələrlə akt zalında görüşüblər: "Bayaq tələbələrlə akt zalında görüşdük. Tələblərini qeydə aldıq. İndi bununla bağlı rəhbərliklə bərabər təkliflər üzərində müzakirə aparacağıq və tələbələrlə ortaq məxrəcə gələcəyik". Xatırladaq ki, eyni tələblə dünən də aksiya keçirilmişdi (Ətraflı BURADA) |
2013-11-02 | 938 | Azərbaycana viza tətbiq olunarsa… - Rəsmi açıqlama | Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rus jurnalistlərə açıqlamasında iki ölkə arasında viza rejiminin mümkün tədbiqi barəsindəki sualı cavablayarkən, ölkəmizin buna hazır olduğunu bildirib. O, eyni zamanda Rusiyanın bu məsələni qaldıracağı təqdirdə Azərbaycan tərəfinin qısa zamanda baxıb qərar verəcəyini də qeyd edib. Viza rejiminin mümkün tədbiqi ilə bağlı "Axar.az"ın sualını Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev cavablandırdı: Bizim öz siyasətimiz var "İstər Rusiya, istərsə də başqa bir dövlət olsun, fərqi yoxdur, istənilən halda verilən təklifə Azərbaycan tərəfi baxıb, dəyərləndirəcək. Onu da deyim ki, Rusiyadan bizə belə bir təklif olunmayıbsa, hansısa nəticə barəsində danışmaq bir az qeyri-ciddi görünür. Qaldı ki Rusiyanın son günlər Azərbaycana təzyiqlər etdiyi barəsində gedən xəbərlərə, bunlar əsassızdır. Rusiya bizə heç bir təzyiq etmir. Bizim öz müstəqil siyasətimiz var və bu siyasəti öz maraqlarımıza uyğun yürüdürük". Viza tətbiqi Azərbaycan üçün təhlükədir Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, iki ölkə arasında viza rejimin tədbiqi Azərbaycan üçün təhlükə yaradacaq: "Viza rejiminin olması Azərbaycana xeyir verməz. Onu da qeyd edim ki, mənşə, bir də gedilən ölkə var. Mənşə ölkə Azərbaycandır və bunun tədbiqi bizim üçün təhlükədir. Rusiya gedilən ölkədir və Rusiyadan da bura çox az sayda insan gəlir. Amma viza rejimi fərqli, yəni bu sadələşdirilmiş də ola bilər. İstənilən halda viza rejimin tədbiqi ölkəmiz üçün ziyanlı olacaq. İnsanlarda belə bir düşüncə var ki, Rusiyayla viza rejimi tədbiq olunsa, ora getmək çətinləşəcək və nəticədə ölkədə sosial problemə gətirib çıxaracaq. Amma bunun sosial partlayışa səbəb olacağına inanmıram, çünki hökumətin əlində kifayət qədər vəsait var ki, bunu qarşısını ala bilsin. Polad Bülbüloğlu viza rejimi haqda danışanda da bunu nəzərdə tuturdu. Çünki başqa cür ola da bilməz: hökumət buna məcbur olacaq və əlində olan resusları sosial problemlərin həllinə yönəldəcək". |
2013-11-02 | 939 | İstanbulun Boğaziçi körpüsü dağılır | İstanbul Boğaziçi körpüsü baxımsızlıqdan tökülməyə başlayıb. Körpünün Ortaköy sütunundan düşən daş parçaları körpünün altından keçən insanlar və körpünün altındakı banklar üçün təhlükə yaradır. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, xüsusilə tıxacın sıx olduğu səhər və axşam saatlarında körpünün Ortaköy sütununun sol və sağ tərəfindəki hissələrindəki daş parçalarının tökülməsi təhlükəlidir. Təxminən 50 metr yüksəklikdən daş parçalarının düşməsi vətəndaşları narahat edir. |
2013-11-02 | 940 | Hakimin arvadına sataşsaydı, gedib o adamla şəkil çəkdirəcəkdi?.. | 10 saylı Cəzaçəkmə Müəssisəsi Dərnəgül şossesinin üstündə, Poladəritmə Zavodu ilə üz-üzə yerləşir. Vaxtı ilə bura İslah Əmək Müəssisəsi olub. Daxili İşlər Nazirliyinin tabeçiliyində idi. Sonralar – 1993-cü ildən, DİN-in tabeliyindən çıxarılaraq Ədliyyə nazirliyinə verildikdən sonra - bütün cəza "evləri" kimi, buranın da adı dəyişdirilərək Çəzaçəkmə Müəssisəsi oldu (biz "məhbəs" adıyla qısaldaq). İndi məhbəslərdə əvvəlki kimi istehsalat sahələri yoxdur. Əsasnamədə isə islah olunmanın 6 vasitəsi nəzərdə tutulur ki, burda da məhkumların əməyə cəlb olunması, peşə hazırlığı və peşə təhsili əsas yerlərdən birini tutur. İstehsalat sahələri ləğv edildikdən sonra isə məhbəslərin ərazisi demək olar ki, yarıya qədər azalıb. "Əldən alınan" ərazilərdə müxtəlif kommersiya obyektləri tikilib. Son vaxtlar Dərnəgül şossesinin genişləndirilməsi ucbatından 10 saylı məhbəs yol boyu hasarın içərisinə tərəf "sıxışdırılıb". Ad dəyişmələrə baxmayaraq, dustaq həmişə dustaq, cəza evi isə həmişə cəza evi kimi qalacaq. Məhrumiyyət, qadağa, möhkəm nizam-intizam və vaxtı ilə adına İslah Əmək Müəssisəsi deyilsə də, islah olunmamaq qorxusu. Həbsxananı daşa basmaq 2007-ci ilin iyul ayının 11-də 10 saylı məhbəsi tərk etdim. Köhnə "koterjanlar", elə həbsxana işçiləri də mənə tövsiyə etdilər ki, içəridə heç nəyimi saxlamayım. Hədiyyə etmədiyim əşyaları, geyim və yataq dəstlərini özümlə bayıra çıxarım. Belə bir qayda varmış: arxası qapıya doğru əyilib, yerdən kiçik bir daş götürməli, başımın üstündən arxaya, həbsxana qapılarına tərəf atmalıymışam ki, yolum bir də buralara düşməsin, nəyinsə arxasınca gözüm qalmasın. Deyilənlərə əməl etmişdim. Qeyd və şeir dəftərlərim, dustaq-sənətkarlara hazırlatdırdığım hədiyyəlik əşyalar (təsbeh, qəlyan, sandıqçalar, nərd və s.) istisna olmaqla. Qalan nəyim vardısa, "bedalaqa" (kasıb) dustaqlara hədiyyə etmişdim. Sadəcə ağır dəmir qapılar bir-bir arxamca bağlandıqdan sonra azadlığa ilk addımımdaca dostlarım məni "hopp" edib qucaqlarına almış, ayağımı yerdən üzüb düz maşına qədər beləcə aparmışdılar. Mən arxamda qalan məhbəsi "daşa basa" bilməmişdim. İndi bu gün yolum bu müəssisəyə düşəndə ilk olaraq bunu düşündüm. Məşhur yazıçının qohumu Müəsisədə əvvələr ümumi rejimli, cəmiyyət üçün o qədər də təhlükəli olmayan dustaqlar cəza çəkərdi. İndi isə buranın sakinləri ağır cəzalı məhkumlardı. Əvvəllər bir dustaqla ay ərzində 4 görüşə icazə verilərdisə, indi 2 dəfəyə qədər azaldılıb. Görüşə gələnlərin qeydiyyatı üçün ayrılmış ərazi də təzəlikcə hündür çəpərə alınıb. Qeydiyyat otağında tanış sifəti - Lətif kişini görəcəyimi zənn eləyirdim, yanılıbmışam. Azadlığa çıxandan sonra burda yatan münasib dustaqlara baş çəkmişdim, ərzaq göndərmişdim, Lətif kişi ilə də elə onda tanış olmuşduq. Buranın vaxtı ilə "sakini" olduğumu dedikdən sonara şəxsiyyət vəsiqəmə baxmışdı: - Hə, o sənsən, sənin yanına deputatalar gəlirdi, yazıçılar gəlirdi... Bir manatımı almışdı və dostlaşmışdıq. Məşhur bir yazıçının qohumu idi Lətif kişi. Amma indi onu Rasim adlı gənc leytenant əvəz eləyir. İstirahət günü olmadığı üçün qələbəlik deyildi. Hər kəsi, hər şeyi müşahidə etmək də asan idi. Lap yaxına gəldim, divara çiyin verərək leytenantın səliqəli xəttinə, hər bir nüansı diqqətlə nəzərdən keçirməsinə fikir verdim. Ənənəvi olaraq buraxılış vərəqələri doldurulur, dustağın və görüşə gələnlərin adları, gətirilən sovqatlarının çeşidi, miqdarı qeyd olunur, vərəqə imza atdırılır və göndərilir "içəri". Növbəmə hələ bir neçə adam qalıb. Bir çimdik həşişə görə adam tutarlar? Başı yaylıqla bərk bağlanmış bir xanım diqqətimi çəkir. Əlindəki sənədlərə xəlvəti nəzər salıram. İran İslam Respublikasının pasportu var əlində. Onun növbəsidir. Əlavə də iki qadın şəxsiyyət vəsiqəsini təqdim edir leytenanta. Yanlarında 5-6 yaşlı qıvrım, uzun saçlı, yaşıl gözlü qız usagı var. Bu qız bayrama hazırlaşmış kimidir. Sanki indicə əyləncəli bir məkana daxil olacağı anın sevincini yaşadır üzündə... O qədər xoşbəxt görünür ki! Bu xoş, sevinc dolu çöhrə ətrafa çilənir, həbsxananın qaramatından, zəhmindən əsər-əlamət qalmır. Söhbətə tuturam. - Atamın yanına gəlmişəm, atamı görəcəm indi, - deyir və bilirəm ki, uşaq da İran vətəndaşıdır. Adını soruşuram. Məryəmmiş: - Həzrəti Məryəmin adını veriblər mənə, qardaşımın adı isə Mehdidir. Atam İmam Sahib-əz-Zamanın adını qoyub. Qadınlar söhbətimizə qoşulur. Başı yaylıqlı xanım da gəlir. Adı Negin, soyadı Şah Nazariandır. - Ərim burdadır. Üç aydan bir gəlirəm. İran Astarasındanam, ərimin adı Məhəmməddir. Həşişnən tutulub. 80 qram olub maşınında, canı ağrıyırmış, həkimin kağızı var, unudub, götürməyib. Uzun yol gedib-gəlir, yuxu tutmasın, bədəninin ağrılarını götürsün deyə, hərdən bir çimdik qəbul edərdi. Bizdə belələrini tutmurlar, hökumətimiz onları müalicə edər, həkim məsləhəti ilə, üstündə tutulsa da heç nə deməzlər. Burdan da razıyıq. Rəisin, adına biz Seyid deyərik (10 saylı CÇM-in rəisi ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov), yanında da olmuşuq. Qanacaqlı adamdır. Yeməyindən, yatmağından nigaran deyilik. İstərdik evə tez gəlsin. 4 ildir burdadır. Hələ 4 ili də innən sonraya qalıb. Yaxşı olardı ki, onu İrana göndərəydilər. Orda da zindan var, cəzasını orda çəkərdi. Orda adamı tez buraxırlar bayıra, bayramlarda, mövlud günlərində "amnistiya" deyirsiz ha, ondan olur bizlərdə. - İran Səfirliyinin sizlərə hər-hansı bir köməyi dəyirmi? - Olmaz ki, dəyməsin. Səfirliyimiz burda yatan dustağımızın hamısına bayramlarda sovqat göndərər, onlarla maraqlanar, amma niyə İrana göndərməzlər, bunu bimərik ki! Görüşmək üçün pulu burda verirlər Qeydiyyat otağına gircək mənə yaxınlaşır: - Görüşə gəlmişəm, pulu burda verməliyəm? - Yox, burda pul verilmir, görüş pulsuzdu, sənədlərinizi ora verin, yazacaqlar. - Mənə dedilər ki, görüşəndə pul verməlisən. Goranboydan gəlib. İlk dəfədir ki, həbsxana qapısını döyür, görüşünə gəldiyi adam dələduzluğa görə həbs olunub. Artıq 4 ildir ki, cəzasını çəkir. Adını soruşuram. Demir. Ərimə görə gəldim bura, uşaqlarla tək qalmışam Gənc qadın iki azyaşlı qızla içəri daxil olur. Məsum, dərdli bir görünüşü var. Söhbətə çəkirəm. Məlum olur ki, Masallı rayonun Digah kəndindəndir. Adı Leyladır. - Həyat yoldaşım Məmmədov Kamal burdadır. Ona "peredaça" gətirmişəm. -Nəyə görə həbs olunub? - Dava etdiyinə görə. -Çoxdan tutulub? - Hələ bir ili tamam olmayıb. Dörd il "iş" kəsilib. Hiss edirəm ki, dərdlərini paylaşmağa ehtiyac duyur. Problemləri ilə maraqlanıram. - Çətindir.Yanına gedib-gəlmək olmur. Ona görə də rayondan bura köçdüm. Dedim bir qədər yaxında olum. Bununla təskinlik tapıram. Üç qızımız var. Dərzi işləyirəm. Xırdalanda kirayə tutduğum ev həm də iş yerimdir. Balalarımı saxlayıram, ayda iki dəfə yoldaşımın yanına gəlirəm. Uşaqlardan ikisi dərsə getməlidir. Balacamızı baxça yaşı çatıb. Nə məktəb, nə də baxça alınır. Adamı boynubükük görəndə heç salamını da almırlar. Yoldaşım da istəyir ki, uşaqlar oxusun. Rayonda İş tapmaq olmur, qohum-qardaş da öz hayındadır. Kasıbçılıq hamını xəcalətli edib… "Avropaya" qədər gedəcəm, dinc oturmayacam" Azər Qədirov Zərdab rayonundandır. Onun həbsxana qapısında siqareti siqaretə calamasına səbəb qardaşı Zaurdur. -Apelyasiya məhkəməsi "fıs" çıxdı. Hökmü qüvvədə saxladı. Qardaşıma 4 il veriblər. Maşınından 12 qram heroin tapılıb. Üzünə peşəkar şahidləri durğuzdular. Hamı da bilir ki, bu, belə deyil. Zaur hərbiçi imiş, 11 il Milli Orduda xidmət edib. - Tovuzda emənilərlə təmas xəttində yerləşən hərbi hissənin giziri idi. Həbsi isə sifarişlilidir. Dörd oğulu var. İndiyə qədər heç siqaret də çəkməyib… Amma narkotiklə həbs olundu. Boş şeydi, sadəcə o, çox şeyi bilirdi və bildiklərinə də bir neçə dəfə etiraz etmişdi. Onu başqa cür tuta bilmədilər. Ümüdümüz Ali Məhkəməyədir. Avropa Məhkəməsinə qədər gedəcəm, dinc oturmayacam. Hakim dedi, nəyin var, get gətir "Gədəbəyin gözəl Şınıxındanam!" Oğlu Vüqarın görüşünə gələn Pakizə Kərimova özünü belə təqdim etdi. - Oğluma 7 il "iş" kəsdilər. Yana-yana, göynəyə-göynəyə qaldım. Hələ də tüstülənirəm. Qardaş, belə işmi olar, belə nainsaflıqmı olar?.. Üç ili bu noyabrda tamam olacaq. Yoldaşı hamilə idi o tutlanda. İndi uşağının üç yaşı var, heç balasının üzünü də görməyib yazıq balam. Ev tikmişdi, yarımçıq qaldı. Sumqayıtda olurduq. Tutilmağının səəbini soruşuruq. - Qudurmuşun biri var, ciyəri yanmış əslən qubadlıdandır. Erməni köpəyoğlu elə bil balama qənim kəsilmək üçün onu qovub ordan. Həmin o gədə gəlinimə söz atıb. Gəlinim də yoldaşına deyib. Balam da gedib ki, adə, bu nə oğraşlıqdır? Sən necə baxarsan sənin arvadına sataşsalar? O da qayıdıb söyüb ki, mənim arvadıma söz deyəni belə-belə eləyərəm. Pis söyüb. Dava düşüb. Onun əlində bıçaq varmış, oğlum bıçağı alıb, yortub onun özünə. Burda nə var ki! Elə hər namusu olan belə edərdi də. Guya oğluma iş verən hakimin arvadına sataşsaydılar, gedib o adamla çay içər, şəkil çəkdirərdi? O da onu vurardı da. 500 manatın faizi Yaylığının ucu ilə alnının tərini silir: - 7 il çoxdur. Sumqayıtda Apellyasiya Məhkəməsinin hakimi var - Lətifə xanım. Dedi, sənin oğluna çox iş veriblər, düzüb-qoşarıq, salarıq işini aşağa. Get, nəyin var, gətir! 500 manat faizlə pul tapdım gətirdim. Baxdı, dedi ki, məni dolamısan, buna nə etmək olar? Sən demə, ili min manat imiş. 4000 verə bilsəydim, uşağın cəzası 3 ilə qədər enəcəkdi. İnan, hələ də o 500 manatın faizini verirəm, toplayıb qaytara bilməmişəm. Xudafizləşirəm. Bir vaxt daşa basmağı unutduğum həbsxana qapısının qarşısında kədər, ümüdsiz, yorğun, nigaran simalı insanları qoyub geri dönürəm. Bir vaxtlar mənim yanıma gələn doğmalarım gəlir gözlərimin qarşısına… |
2013-11-02 | 941 | Bakı film festivalı Jerar Depardiye ilə başlayır | Noyabrın 20-24-də I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib. 31 ölkədən 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer alıb. "Axar.az"ın məlumata əsasən, filmlər 20-23 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün təqdim edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro təqdim ediləcək. Qeyd edək ki, noyabrin 20-də Nizami Kino Mərkəzində keçiriləcək mətbuat konfransı ilə açıq elan olunacaq festivalda açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardiyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə noyabrın 23-də baş tutacaq. |
2013-11-02 | 942 | Körpəsini diri-diri basdırdı | Türkiyənin Kütahya şəhərinin Simav qəsəbəsində nikahdankənar doğulan körpəni qazdığı çuxurda basdırdığı iddia edilən qadın həbs olunub. İddiaya görə, keçən il işlədiyi tarlada nikahdankənar uşaq dünyaya gətirən 35 yaşlı Ö.Ç. körpəni qazdığı çuxurda basdırıb. Polisə ifadə verən Ö.Ç.-ya "qəsdən adam öldürmək" maddəsi ilə cinayət işi açılıb. |
2013-11-02 | 943 | Qumdan inanılmaz 16 heykəl - Fotosessiya | Dünyanın bir çox yerindən sənətçilər "Veston" qum heykəllər festivalında bir araya gəlib. Bu festivalda hər il bir mövzu seçilir və ona uyğun olaraq da heykəllər düzəldilir. Bu ilin mövzusu isə Hollivud olub. |
2013-11-02 | 945 | Moldovalı ombudsman media nümayəndələri ilə görüşdü | null |
2013-11-02 | 946 | Bakı festivallar şəhərinə dönür | Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "2+1" Eksperimental Teatr Festivalı keçirilir. İlk dəfə 2011-ci ildən keçirilməyə başlayan festival noyabrın 6-dək davam edəcək. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir. "Axar.az"ın Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, Tiflis Azərbaycan Dram Teatrının qonaq qismində dəvət olunduğu festivalda səkkiz kollektiv, doqquz tamaşa təmsil olunacaq. Festivala Gənc Tamaşaçılar Teatrının tamaşası ilə start verilib. Fərqlənən tamaşalar gələcəkdə beynəlxalq layihələrə təqdim olunacaq. Qeyd edək ki, Bakıda daha bir festivalın keçiriləcəyi gözlənilir. Belə ki, 20-24 noyabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib. |
2013-11-02 | 947 | Su insanı 10 yaş cavanlaşdırır | Müasir dövrdə hər bir qadını narahat edən problemlərdən biri də vaxtından əvvəl üzdə qırışların əmələ gəlməsidir. Bunun qarşısını almaq üçün xanımlarımız hər cür vasitəyə əl atırlar. Bəziləri cərrahiyyə əməliyyatı, bəziləri isə müxtəlif kosmetik müalicələrlə qırışların əmələ gəlməsinin qarşısını alır. Bundan sonra bunların heç birinə ehtiyac qalmayacaq. Artıq sübut olunub ki, gündəlik içdiyimiz su qırışların yaranmasının qarşısını alır. İngiltərə vətəndaşı Sara Smit sübut edib ki, 10 yaş cavanlaşmaq üçün heç bir əməliyyata və ya ağır kosmetik müalicələrə ehtiyac yoxdur. Hazırda Saranın 42 yaşı var. O hər gün 3 litr su qəbul etməklə orqanizminin 10 yaş cavanlaşmasına nail olub. Bildirək ki, qadın su pəhrizinə başlayanda cavanlaşmaq haqqında fikirləşməyib. Uzun müddət xroniki baş ağrılarından əziyyət çəkib. Sara bildirib ki, su içməyə başladıqdan iki ay sonra tamamilə başqa adama çevrilib. Dəri iltihabı keçib, göz altı kölgələr yox olub, üz dərisi isə gəncliyində olduğu kimi, hamar və elastik olub. Bunun üçün Sara yemək rejimini dəyişmək, hər hansı pəhrizlər saxlamaq məcburiyyətində qalmayıb. |
2013-11-02 | 948 | Baldır üzərində sənət əsəri - Fotosessiya | Gördüyünüz bu şəkilərdə insan baldırından rəsm tablosu kimi istifadə olunub. Baldır üzərində çəkilən bu şəkillər tablo üzərində çəkilən rəsmlərdən heç də geri qalmır. Rəsmlərdə insan qəzəbi, sevinci və mimikaları dəqiq təsvir olunub. Maraqlı şəkillər dünyada izlənmə rekordları qırıb. Həmin fotoları təqdim edirik. |
2013-11-02 | 949 | Öskürəyə qarşı ballı qəhvə... | İngiltərədə aparılan araşdırmaya görə, isti su, bal və qəhvəni qarışdırıb içmək öskürəyə kömək edir. Tənəffüs yollarında ortaya çıxan infeksiyanın və öskürəyin qarşısını almaq üçün qaynar suya qəhvə və balı qarışdırıb içdikdə, öskürəkdən xilas olmaq mümkündür. Uzun müddət keçməyən öskürəkdən şikayət edənlər üçün ballı qəhvə çox faydalıdır. Mütəxəssislərə görə, ballı qəhvəni gün ərzində 3 dəfə içmək vacibdir. |
2013-11-02 | 950 | Səyyad Əlizadə-Mehman Hüseynov davası qızışdı | "Əslində özünü yenə gündəmə gətirmək üçün bu cür çıxışlar edir. Ancaq mən ona elə də reaksiya verməyəcəm". Bu sözləri "Axar.az"a açıqlamasında tanınmış mikrobloger və "Sancaq prodakşn"ın direktoru Mehman Hüseynov Səyyad Əlizadənin televiziya kanalında onun haqqında dediklərinə münasibət bildirərkən söylədi: "Səyyad bu cür çıxışlar ilə nə qədər zəif və yaradıcılıqdan uzaq adam olduğunu bir daha göstərir. Görün, aylar öncə hazırldağım bir video-çarx ona nə qədər təsir edib ki, hələ də özünə gələ bilmir. Mədəniyyətdən danışan bir müğənni bir gəncin etdiyi "remiks"ə bu cür dözümsüzlük nümayiş etdirirsə, məncə, o, bundan sonra heç vaxt mədəniyyətdən danışmamalıdır". Xatırladaq ki, Mehman Hüseynov aylar öncə Səyyad Əlizadənin Metropaliten haqqında hazırladığı mahnısının klipinə düzəliş edərək, yeni çarx hazırlamışdı və bu, müğənninin etirazına səbəb olmuşdu. Səyyad Əlizadənin dünən televiziyalardan birinə verdiyi müsahibədə Mehman Hüseynov barədə yenidən xoşagəlməz fikirlər səsləndirməsi məsələni bir daha gündəmə gətirib. |
2013-11-02 | 951 | "Perajki" satan uşağın arzusu - Video | null |
2013-11-02 | 952 | Taliban özünə yeni lider seçdi | ABŞ pilotsuz təyyarəsinin hücumu zamanı öldürülən Pakistan Taliban hərəkatının (Təhrik-e Taliban-e Pakistan) lideri Hakimullah Məsudun yerinə terror qruplaşmasının ikinci siması Xan Səid seçilib. "Axar.az" xəbər verir ki, önəmli qaynaqlardan "Röyters"ə verilən məlumata görə, Taliban Şura Məclisi toplantında yeni lider seçilən Xan Səid ötən il Pakistanın şimal-qərbindəki bir həbsxanaya hücum nəticəsində 400 məhkumun qaçması əməliyyatına rəhbərlik edən şəxsdir. Qeyd edək ki, Məsudun ölümü Pakistan hakimiyyətinin taliblərlə başlamaq istədiyi danışıqlara da zərbə vurdu. Rəsmi Pakistan artıq sülh danışıqları aparacaq 3 nəfərlik heyəti yola salmağa da hazırlaşırdı. |
2013-11-02 | 953 | Rus məmuru azərbaycanlını döyüb öldürdü - VİDEO | Moskvada günün günorta çağı polis mayoru Azərbaycan vətəndaşını onlarla adamın gözü qarşısında döyərək öldürüb. "Axar.az" "Teref.info"ya istinadən xəbər verir ki, 56 yaşlı İfraim Liviyevi döyərək öldürən rus millətindən olan polis mayoru etdiyinə peşman deyil və dediyinə görə özünü qoruyurmuş. Lakin şahidlərin dediyinə görə, yaşlı adam olan İfraim Liviyev onu döyən adama heç bir müqavimət göstərməyib və hətta üzr belə istəyib. Lakin gözünü qan örtmüş pəhləvan cüssəli rus polis mayoru onu döyməklə doymayaraq onun başını bir necə dəfə trotuarın səkisinə vurub. |
2013-11-02 | 954 | Müdafiə Nazirliyindən güllələnən əsgərlə bağlı açıqlama | Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadənin yaralı vəziyyətdə tapılması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazirliyin mətbuat xitmədindən Trend ə verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır. Xatırladaq ki, bu olayı mətbuatda ilk olaraq biz yazmışıq və "Axar.az" Müdafiə Nazirliyinin münasibətini öyrənmək üçün bir neçə dəfə nazirliyin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayevlə əlaqə saxlamağa çalışıb. Lakin hər dəfə bir bəhanə ilə mayor Teymur Abdullayev açıqlama verməkdən imtina edib. C.Hüseynzadənin zabir və əsgərlər tərəfindən döyüldüyü, sonra isə güllələnərək kanala atılması barədə iddianı isə əsgərin valideynləri qaldırıblar (Bu linklərə daxil olmaqla olay barədə ətraflı məlumat ala bilərsiniz: "http://axar.az/news/850", "http://axar.az/news/877", "http://axar.az/news/884"). |
2013-11-03 | 955 | Səhl İbn Sunbatın xeyirxah nəvəsi | IX ƏSRİN ANADİLLİ ALBAN ABİDƏSİ VƏ ONUN DİLİ HAQQINDA Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkülü ilkin feodalizm dövrünün məhsuludur. "Kitabi-Dədə Qorqud"un son formalaşması bundan sonrakı dövrə - VI-VIII əsrlərə aiddir. Bu zəngin abidə Azərbaycan şifahi ədəbi dilinin qiymətli nümunəsidir. XII əsrdən bu tərəfə ədəbi dilimizin inkişaf yolunu əks etdirən zəngin material var. Arada olan boşluğu doldurmaq üçün illərdən bəri aparılan axtarışlar tədricən nəticə verir. Doktor Bəxtiyar Tuncayın axtarışları nəticəsində IX əsr Azərbaycan-alban dilinin zəngin və maraqlı bir nümunəsi əldə edilmişdir. Tarixi sənədlərdə Səhl ibn Sunbatın adına rast gəldikcə? həmişə məndə nifrət hissi baş qaldırıb. Babəki ələ verməsə idi, Babək Bizansdan kömək alıb ərəbləri Azərbaycandan geri oturtsa idi, bizim taleyimiz tamam başqa cür olardı. Ən azı? abidələrimiz qorunub saxlanmış olardı və biz 1-ci minilliyə dair ana dili - Azərbaycan türk dili ilə bağlı bu qədər məlumat qıtlığı ilə üzləşməzdik. Amma Sunbatın nəvəsi Qriqor Hammam xeyirxah işlər görüb - Frakiyalı Dionisinin qrammatikasını ana dilinə tərcümə edib, "Suallar və Cavablar" adlı traktat yazıb (856-865). Qriqorun adının qeyd edildiyi iki abidə tapılmışdır. B.Tuncay yazır: "Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq, Kambisenanı da idarə edirdi. O, qısa müddətə olsa da, ləğv edilmiş Alban dövlətini bərpa etmişdi". Bunu hələ öz dövründə Kalankatuklu Moisey də qeyd etmişdir: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Albaniya çarlığını bərpa etdi, necə ki Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam… bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər görürdü". B.Tuncay V.Qukasyanın "Azərbaycan dili tarixinin öyrənilməsində Zaqafqaziya mənbələrinin rolu" adlı məqaləsinə istinadən yazır ki, "…tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk hökmdarlar sülaləsi hesab edilən Aranşahlar nəslinə mənsub Qriqori Hamama adlı xristian bir bəy ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda (Şəki ətrafındakı geniş ərazilər) özünü Arran, yəni Albaniya xanı elan etmiş və dərhal da öz xanlığında xristian albanlar üçün məktəblər açdırmış və özü də həmin məktəblərdə uşaqlara tədris edilmək üçün alban dilinin qrammatikasına aid bir kitab da yazmışdır". B.Tuncay qeyd edir ki, A.S.Sumbatzadə və R.Göyüşovun təsdiq etdiyi kimi, "Frakiyalı Dionisinin "Qrammatika"sına bənzədilməklə, Aristotel və Platon ruhunda - qrammatika, ilahiyyat, fəlsəfə və təbiətşünaslıq biliklərini özündə əks etdirən lakonik sual-cavab formasında qələmə alınmış bu əsərin sonralar erməni "dilçi"ləri üçün həsəd və ilham mənbəyinə çevrildiyini, nəhayət, XVII əsrdə həmin əsərin əsasında, erməni dilinə tərcümə edilməklə, hay dilinin ilk qrammatika kitabının yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər". B.Tuncayın heyrətlə yazdığı kimi, həmin əsərin bir fraqmenti həm erməni dilində, həm də orijinalda - alban dilində bir möcüzə kimi dövrümüzə qədər gəlib çatmışdır. Söhbət Matenadaranda saxlanılan 3522 №-li əlyazmadan gedir. Mətn A.N.Qarkavetsin 2 cildlik "Qıpçaq yazılı irsi" (2002, 2007) kitablarının 2-ci cildindən götürülmüşdür. Əlyazma XVII əsrdə Lvovda alban əlifbası ilə yazılmışdır. B.Tuncay o dövrdə əlyazmanın üzünü köçürən şəxsin Avedik adlı bir alban olduğu qənaətindədir. Güman edilir ki, əlyazmanı erməni dilinə çevirən də, ona ön söz yazan da həmin bu Avedik olmuşdur. B.Tuncayın qeydlərindən aydın olur ki, albandilli abidənin (Qriqor Hamamın "Qrammatika" əsərindən dövrümüzə qədər qalmış fraqmentin) üzərində nə vaxtsa (ya Avedik, ya da ondan əvvəlki katiblər tərəfindən) əməliyyat aparılmış, yəni əlavələr edilmişdir. Lakin həmin əlavələri ayırd etmək, fərqləndirmək mümkündür. B.Tuncay fraqmenti internet saytına daxil edərkən əlavələri qara şriftlə fərqləndirmişdir. Beləliklə, indi əlimizdə 9-cu əsrə aid alban dilində orijinal mətn var. Mətn dialoq şəklində qurulmuşdur və dialoq replikalarının sayı 300-ə qədərdir. Replikalar əksərən bir sadə cümlədən, bəzən bir kəlmədən ibarətdir. Lakin həcm etibarilə iri - 10 sətirlik replikalar da var. Redaktə zamanı edilmiş əlavələr ümumi mətnin az bir hissəsini - 20-25 faizə qədərini əhatə edir. Əsər dövrün dil xüsusiyyətləri, elmi-fəlsəfi, təbii və dini görüşləri barədə kifayət qədər təsəvvür qazanmağa imkan verir. Əsərin dili və məzmunu ilə bağlı hörmətli oxucuların təsəvvür qazanmaları üçün bir sıra dialoqları nəzərdən keçirək. Fraqment aşağıdakı dialoqla başlanır: - Ne ata aytmax bilə belgilidir? - Ki, oğlu bar. - Kiminq neməsisen sen? - Atanınq. - Kiminq neməsimen? - Atanınq. - Kiminq neməsidir ol? - Atanınq. - Kiminq neməsidir bu? - Atanınq. - Kiminq neməsidir bular? - Atanınq. - Kiminq nemələridirlər alar? - Atanınq. - Xayda ettinq sen? - Tenqridə. - Kimgə umsandınq sen? - Tenqrigə. - Kiminq bilə yeberdinq sen? - Tenqri bile yeberdim men. - Kim bilə yeberdi bu? - Tenqri bilə yeberdi bu, ol. - Kim bile yeberirsen? - Tenqri bilə yeberi men, ya ata bilə. Dediyimiz kimi, əsər elmi, dini, fəlsəfi və təbiətşünaslıq bilikləri vermək zəminində qurulmuş qrammatika kitabıdır və müəllifin əsas məqsədi sual-cavab əsasında dilin qrammatik quruluşunu öyrətməkdir. Odur ki, müəllif ən asan yolu seçmiş, qrammatik quruluşun dialoq şəklində öyrədilməsi prinsipini əsas götürmüş, əsəri dialoq şəklində tərtib etmişdir. Mətnə diqqət edilsə, aydın olar ki, burada əsas məqsəd fikrin ayrı-ayrı şəxslər üzrə necə ifadə edildiyini öyrətməkdən ibarətdir. Müasir dilimizdən ciddi şəkildə fərqlənə biləcək quruluş elementi yoxdur. Zahirən birinci cümlə başa düşülmür. Amma başa düşüləndir. "Nə" sözü müasir dilimizdə işlətdiyimiz kimi, "necə, hansı" mənasındadır; ata - aydındır; "bilə" sözü qədim abidələrimizdə tez-tez işlənən "ilə" qoşmasıdır. Belgilidir - qədim abidələrdə tanınmaq, işarələnmək, bilinmək, seçilmək mənasındadır. "Aytmax" sözü "Dədə Qorqud"da az qala hər cümlədə özünü göstərən "demək, söyləmək" sözüdür. Cümlə hərfən: Necə (hansı) ata söylənməsi ilə seçilir, tanınır? - mənasındadır. Bütöv geniş cümlədir. Cavab cümləsi yarımçıq və konkret mənalıdır, cavab verən şəxs məlum olanı - baş cümləni (Ol ata aytmax bilə begilidir kim) ixtisar edir, yeni fikir ifadə edən budaq cümlə ilə kifayətlənir: Oğlu olan (ata şöhrətlidir, tanınır). Mətn ümumən daha çox qıpçaq mətni hesab olunur. Lakin mətndə "atanınq", "kiminq" sözlərindəki son "nq" səsləri oğuz tayfa dilinə də məxsusdur və burada, heç şübhəsiz, "nq" iki müstəqil səsdən ibarət olmayıb, burun "ŋ" səsidir və hazırda qərb qrupu şivələrimizdə geniş işlənməkdədir. Daha qədimlərə getdikcə oğuzlarla qıpçaqlar karluk və uyğurlarla birlikdə olmuş, dilləri bir kökdən tərcih olunmuşdur. Sonrakı dialoqda - Kiminq neməsisen sen? - cümləsində "neməsisen" sözü oxucunu düşündürə bilər. Bu sözün əsasında "nemə/nəmə" (5,126) sözü durur, abidələrdə "nə, hansı" mənasındadır. Cümlənin mənası çox təbiidir: Kimin nəyisən sən? - yəni kimin törəməsisən? Ona görə də cavab təbiidir: Atanınq (neməsimen). Sonra müəllif öyrətmək üçün xəbəri şəxslər üzrə dəyişir: Kiminq neməsimen? Kiminq neməsisen sen? Kiminq neməsidir ol? Kiminq neməmsidir bu? Kiminq neməsidir bular? Kiminq nemələridirlər alar? Nə qədər sadə və təbii qurulub! Həm də tam canlı danışıq dili əsasındadır. Xəbərlik şəkilçiləri əsasən formalaşıb. Ola bilər, birinci cümlədə (Kiminq neməsimen?) "men" sözü ayrı işlənib və xəbərlik şəkilçisi ixtisar edilib. 3-cü şəxsin cəmi də nəzərə alınıb. Mənsubiyyət və xəbərlik şəkilçiləri indiki kimidir: -si,-dir. 3-cü şəxsin cəmində - alar, bular sözlərində "n" samiti yoxdur. Halbuki Nəsimidə "anlar" şəklindədir. Hər iki forma şivə tələffüz formasıdır, canlı danışıqla bağlıdır. Dövrün danışıq dilində - anlautda "x" samiti işlək səsdir. Başlanğıc dialoqda atadan sonra göylərə üz tutulur. Xayda ettinq sen? - cümləsində "xayda" sözü sonralar x>h keçidi ilə "harda" şəklinə düşmüşdür; ettinq - edildin, yaradıldın mənasındadır: Harada yaradıldın, harada doğuldun? Cavab da aydın: göylərdə, Allah məkanında. Kimgə umsandınq sen? - cümləsində -ğa,-gə arxaik yönlük şəkilçisidir. "Umsanmaq" sözü isə hazırda işlətdiyimiz "ummaq" (ummaq, ümid etmək) sözüdür. Yalnız Tanrıya ümid etmək, bel bağlamaq olar: Tenqrigə. Ummaq və umsanmaq - tam eyni sözlər olmadığı üçün "umsanmaq" sözü əvəzliyi yönlük halda tələb edir: Kimgə umsandınq sen? Kiminq bilə yeberdinq sen? - cümləsində anlaşılmaz kimi görünən "yebərmək" sözü Dərbənd və Tabasaran şivələrində "yebərmağ" şəklində işlədilən "göndərmək" felidir. Soruşulur ki, kimin vasitəsilə göndərildin. Cavabda - Tenqri bile yeberdim men - deyilir, söz növ şəkilçili (göndərildim) deyil, bizim dediyimiz "doğuldum" sözü əvəzinə, türklərin işlətdiyi "doğdum" sözü kimidir. Lakin bir qədər sonra mətndə həmin söz növ şəkilçisi ilə də işlənmişdir. Müəllif xolmaq (istəmək, arzulamaq), yebermək (göndərmək), izdəmək (izləmək) feillərinin təsrifini vermişdir. Yebermək feli iki cür işlənmişdir: Kiminq bilə yeberdinq sen? Ol vaxt kimdən yeberildinq sen? Birinci halda cavab: Tenqri bilə yeberdim men; ikinci halda: Tenqridən yeberildim men - şəklindədir. Deməli, məchul növün şəkilçisi artıq mövcuddur. Onda birinci cümlənin mənası "Tanrı ilə gəldim mən", ikincidə isə "Tanrı vasitəsilə göndərildim mən" - şəklində başa düşülməlidir. Sonrakı cümlələrdə yebərmək felinin təsrifi verilmişdir: yeberdim men, yeberdinq sen, yeberdi ol. Hətta zaman məsələsinə də diqqət yetirilmişdir. Müəllif yalnız şühudi keçmişlə kifayətlənməmiş, indiki zaman şəkilçisi ilə də təsrifi davam etdirmişdir: Kim bilə yeberirsen? - Tenqri bile yeberirmen. Gələcək zaman da nəzərə alınmışdır: - Kim bilə yebersərsen? - Tenqri bile yebersərmen. Eyni cümlə forması başqa sözlərin iştirakı ilə də təkrar edilmişdir: - Kim bile bardınq sen? - Kim bile barıyırsen? - Kim bile barsarsen, ya getsərsen? Cavablar da dövrün dünyagörüşünə müvafiqdir: Tenqri ilə barıyırmen və ya: Tenqri bile. Ya ata bile getsərmen. Hətta sual-cavabda -sar,-sər şəkilçisindən başqa, hazırda işlətdiyimiz qəti gələcək şəkilçisi də görünməkdədir: - Kim bile ettinq anı? - Tenqri, ya oğul bile ettim bunu. - Kim bile etiyirsen? - Tenqri, ya Can bile etiyirmen, ya alıyırmen. - Kim bile etəcəksen? - Tenqrilix bile etecegim men, ya alsarmen. Dialoqlarda ata, oğul, can sözləri həm həqiqi, həm də məcazi mənadadır: Ata dedikdə Allah, oğul dedikdə İsa, can dedikdə müqəddəs ruh nəzərdə tutulur - Üç Üqnum. - Kimni xoldunq sen? - cümləsində istəmək, arzulamaq mənasında xolmak sözündən başqa, anlaşılmaz bir şey yoxdur. Bir də fərqli cəhət daha çox qıpçaq xüsusiyyəti olan "-nı" təsirlik hal şəkilçisindədir. "-ni" şəkilçisi bizim qədim abidələrdə, xüsusən Əlinin "Qisseyi-Yusif" əsərində işlək şəkilçi olmuşdur. Bunlarla yanaşı, cümlələrdə çox sadə, təbii müraciət vasitələri də vardır: Hali kimdən yeberildinq sen, xardaş? Tenqridən yeberildim men biyağalarım, canım. Xaysıdan yeberildin sen, dostum menim? Tenqridən yeberildim men, seyiklü atam menim. Kimni izdiyir ol? - Tenqrini izdiyir ol - cümlələrindəki " izdiyir " sözündə -la,lə şəkilçisinin assimilyativ forması - -dı,-di bu şəkilçinin bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir. Bundan sonra müəllif söhbəti çox təbii, həm də o günlərdə olduğu kimi, bu gün də zəruri olan bir sahəyə yönəltmişdir: - İşlərsen? - Heyə, işlərim. - İşlərsen? - İşləməm. - Nek işləməzsen? - İzdəməm işləməx. - Nek izdəməzsen? - Zera ki, bolmam. - Ne üçün bolmassen? - Anınq üçün bolmam, zera yoxtur xuvatlıxım. Ümumi zaman bildirən -r şəkilçisi həm təsdiq (işlərsən), həm inkar formada (işləməzsen), həm saitsiz, həm də saitlə eynən bugünkü vəziyyətdə işləkdir. Türki qəzet versə də əqlə ziya/ Mən onu almam əlimə mütləqa (Sabir). Birinci şəxs təkin şəkilçisi hələ qapalı saitli (-im), ikinci şəxs təkinki yarımqapalıdır (-sen). Qrammatika müəllifi burada artıq inkar formanı da öyrətməyə çalışır (-ma,-mə). Qədim abidələrin dilində "nə üçün, niyə" mənasında "nəkə" əvəzliyi var. Müəllif bizim üçün arxaik olan bu sözlə yanaşı, "nə üçün" əvəzliyindən də istifadə etmişdir. "Bəli" mənasında işlənmiş "heyə" sözü isə indiki "hə" sözünün əcdadıdır, Kürdəmir şivələrində indi də "heyə" şəklində işlənməkdədir. "Dədə Qorqud"da çağırış bildirən nida kimi hay/hey şəkillərində işlənmişdir. "İzdəməm" sözündə, əgər düz oxunubsa, keçən müddətdə "z" səsi karlaşmışdır. "Xuvatlıxım" sözü ərəb mənşəlidir, "qüvvəm" deməkdir. Müəllif getdikcə dialoqları məzmunca daha yaxşı əlaqələndirməyə çalışmışdır. "Yoxdur xuvatlıxım" ifadəsinə qarşı nikbinlik üçün Yaradana üz tutulur: - Kim yarattı seni? - Tenqri. - Kimin yaratılqanı sen? - Tenqrininq. - Kimgə umsundunq sen? - Tenqrigə. - Kiminq bilə xuvatlandınq sen? - Tenqri bilə. İsim və sifət düzəldən -qan,-ğan şəkilçisi indi də işləkdir. Amma indi olsa idi, ikinci dialoqun sual cümləsi "Sən kimin yaratdığısan?" (və ya: Səni kim yaratmışdır?) şəklində olardı. Sonrakı sual cümlələri: Sən kimə ümid bağladın? Kim ilə qüvvətləndin? - mənasında işlənmişdir və başa düşülmək üçün çətinlik törətmir. Qüvvəm yoxdur (yoxtur xuvatlıxım) - sözlərinin müqabilində sonrakı dialoqlarla Allaha tapınmaq lazım olduğunu öyrədir. Aşağıdakı dialoqlarda ataya məhəbbət tərbiyə edilir: - Kimin toğuşusu sen? - Atamınq menim. - Kimni xolarsen? - Atamnı menim. - Kimdən keldinq sen? - Atamdan menim. Ey ata, işit manqa da bir xoltxamnı menim. İndiki halda birinci cümlədə "sen" sözü ayrı yazılmaqla mübtəda vəzifəsindədir və cümlənin xəbəri sintaktik yol ilə ifadə olunmuşdur: Sen kimin toğuşusu? Amma güman ki, "sen" sözü şəxs şəkilçisi məqamındadır, cümlə "Kiminq toğuşususen?" - şəklindədir. "Manqa" sözü (mənə) müasir dildə "eşit" sözü ilə bu cür əlaqələnmir, təsirlik hal məqamındadır. Kimin doğuşususan sən? Kimi arzularsan? Kimdən gəldin (yəni səni kim yaratdı)? - suallarının cavabları da ataya məhəbbət təlqin edir. Son cavabda ataya müraciət də var: Ey ata, mənim də arzularımı eşit. Min ildən çox müddətdə nə dəyişilib? Görün dialoqlar nə qədər təbii və müasirdir: - Ne toğdunq sen? - Oğul. - Kimgə sen ata? - Oğluma menim. - Kimgə boldu atalıxınq seninq? - Oğlumda menim. - Kiminq bilə sensen? - Oğlum bilə menim. İndi "Sən nə doğdun?" - deyilməz. Biz belə demirik. Heç əslində sual belə qurulmur. Sual "Sənin nəyin oldu?" şəklində qurulur. Cümlə başa düşülsə də, indiki qədər təşəkkül etməyib. İkinci dialoq dil baxımından daha maraqlıdır: sual yönlük halın -gə şəkilçisi ilə verilir (Sən kimə atasan?), cavabda yönlük halın müasir -a şəkilçisi işlənir. Deməli, -gə arxaikləşməkdə, -a,-ə şəkilçisi inkişaf etməkdədir. O vaxtdır ki, mübtəda olduqda onu tamamlayan şəxs şəkilçisi olmaya da bilir: Kimgə sən ata? - Sən kimə ata? Kimgə boldu atalıxınq seninq? - cümləsi, aktuallaşma ilə bağlı konversiyanı nəzərə almasaq, sintaktik quruluş etibarilə tam müasirdir. Yalnız fonetik (nq), leksik (boldu) və morfoloji (-gə) ünsürlərində arxaikləşmə var: Sənin atalığın kimə oldu? Bunlar təkcə bu mətndə deyil, fraqmentin bütün hissələrində ən çox görünən arxaik elementlərdir. Sonrakı dialoq ilk növbədə belə başa düşülür: Sən kiminləsən? - Mən oğlumlayam. Lakin şəxs əvəzliklərinin xəbər vəzifəsində olması ("Kim ilə sənsən, Oğlum ilə mənəm") elə bir intonasiya doğurur ki, "Sən kiminlə varsan? - Mən oğlumla varam" - düşüncəsi ifadə olunur. - Kimdən ferahlanırsen sen? - Oğlumdan menim. - Nə bar seninq? - Canım bar menim. - Kimninqsen sen barlıxın? - Canımnınq menim barlıxı. - Kimdə xuvatlandınq sen? - Canımda. - Ne aytarsen canınqnı senin? - Tensizdir canım menim. - Kimdən yeberildinq sen? - Candan. - Kimlərni xolarsen? - Canlarnı. "Oğlumdan menim, canım minim" birləşmələri göstərir ki, uzlaşma-idarə əlaqəli bu cür birləşmələrin təşəkkül tarixi çox qədimdir, aktual nitq prosesində tərəflərin yeri asanlıqla dəyişə bilmişdir. Nə bar seninq? - tipli cümlələr keçən müddət ərzində bir qədər təkmilləşmişdir, lakin dilimizin şimal-şərq şivələrində yenə də bu cür işləndiyi hallar var. Cavab cümləsi indiki nəzərlə daha səlisdir: Mənim canım var. Kimninqsen sen barlıxın? - cümləsində müasir dil baxımından çatışmazlıq var: indi belə cümlələrdə "sen" sözü yiyəlik hal şəkilçisi tələb edir, "kimninqsen" sözü isə 3-cü şəxs üzrə səlisləşib: Kimninqdir senin barlıxın? Canımnınq menim barlıxı - cümləsindən görünür ki, uzlaşma-idarə əlaqəli birləşmələrin tarixi qədim olsa da, "menim barlıxı" tipli birləşməsində hələ uzlaşma hazırkı şimal-şərq şivələrində olduğu kimidir və tam sabitləşməyib. Can, müqəddəs ruh canlı sayıldığı üçün kim sualı verilir. Ne aytarsen canınqnı senin? - cümləsində uzlaşma tamdır: Senin canınqnı. Soruşulur ki, "Nə söylərsən sənin canını?" Yəni "Canın haqqında nə deyə bilərsən?" "Canım bədənsizdir" deyildikdə, yəqin ki, müqəddəs ruhun əbədiliyi, ölümsüzlüyü, müvəqqəti bədənə malik olduğu nəzərdə tutulur. - Kim bilə etildinq sen? - Tenqrilik bilə. - Kimni bildinq sən sanqa etüçi? - Tenqrilikni. - Kimdən etildinq sen? - Tenqriliktən. - Neçik inanırsen Tenqrini? - Üçlüx da bir. Dialoqların dini məzmunu var. Etildinq - bir az əvvəl dediyimiz kimi, edildin, yaradıldın mənasındadır. Sən kim ilə edildin? - dedikdə kimin vasitəsilə yox, qəlbində kim ola-ola yaradıldın duyğusu oyadılır. Cavab da səlisdir: Tanrılıqla, Tanrı ruhu ilə. "Etüçi" sözü də "etmək" sözü ilə -çi şəkilçisindən ibarət olub, edici, yaradıcı, yaradan mənasındadır: Sən sənə yaradan kimi bildin? Və ya: Yaradan sən sənə kimi bildin? Cavabda Tanrını demir, tanrılığı deyir, kökü, özülü nəzərə çarpdırır. Kimdən etildinq sen? - Tenqriliktən - dedikdə Tanrının bir zərrəsi olduğu nəzərdə tutulur. "Neçik" sözü abidələrdə "nəçük" şəklindədir, "necə" deməkdir: Tanrıya necə inanırsan? Lakin qədim yazılarımızda olduğu kimi, idarə əlaqəsində asılı tərəf yönlük əvəzinə təsirlik haldadır: Necə inanırsan Tanrını? Cavabda üçlük birlikdə nəzərdə tutulur - üçlük dini termindir - Üç Üqnum deməkdir: Ata, Oğul və Can. - Kimgə inanırsen sen? - (Kimə inanırsan sən?) - Errortutiunğa da bir Tenqrigə. - (Üç Üqnuma və bir Tanrıya) - Xaysun tapunıyırsen? - (Hansın sitayiş edirsən?) - Ari Errortutiunnu. - (Üç Üqnumu) - Nedir? - ("Üç Üqnum" nədir?) - Tenqridir. - (Tanrıdır) - Nedir Tenqri? - (Tanrı nədir?) - Beydir. - (Bəydir) - Neçik? - (Necə "bəydir?") - Ki, yaratıçıdır. – (Ona görə ki, yaradıcıdır). - Nedir nişanı Tenqrininq? - (Tanrının nişanı nədir?) - Nişansızdır. - (Nişansızdır) - Nedən? - (Niyə, nə səbəbə?) - Zira ki, etilməgən da ölümsüzdür. - (Çünki yaradılmayan və ölümsüzdür) Suallar da, cavablar da dilin quruluşunu öyrətməklə yanaşı, dini dünyagörüşü əks etdirir. İnanmaq feli ilə sual və cavab düz qurulmuşdur, asılı tərəflər -ğa,-gə şəkilçisi ilə yönlük haldadır. Lakin tapınmaq feli müasir dildən fərqli olaraq, asılı tərəfi təsirlik halda tələb etmişdir: Xaysun tapunıyırsen? - Ari Errortutiunnu. Xaysın sözündə son -n şəkilçisi ilə ifadə olunan təsirlik hal indi də canlı danışıq dilində geniş işlənməkdədir: Gah cibin, gah dərisin hər kimin istərsə, soyar (Sabir). Tanrının yaradıcı və nişansız olması, doğulmaması və ölümsüzlüyü islam dininin də eyni şəkildə ehkamlarındandır. "Errortutiunğa da bir Tenqrigə, etilməgən da ölümsüzdür" sözləri arasında işlənmiş "da" bağlayıcısı "və" mənasına uyğundur. Tenqri ya Can bile etiyirmen, ya alıyırmen. Tenqri bilə yeberi men, ya ata bilə - cümlələrində ya bağlayıcısı və ya mənasına uyğun gəlir. Dialoqun bu hissəsində Üç Üqnuma - Ata, Oğul və Can haqqında söhbətə keçilir, onların hüquqları barədə danışılır: - Evet, xuvatka körə nişanlattılar ari atalar ki, Üçlüx da birdir. - (Bəli, müqəddəs atalar qüvvəyə görə nişanlatdılar ki, Üçlük və birdir) - Ne türlü? - (Nə cür?) - Üç boyda bir tarbiyatdır. - (Üç bədəndə bir təbiətdir) - Neçik? - (Necə?) - Ata da Oğul da Ari Candır. - (Ata və Oğul və müqəddəs Candır) - Paylaşmaxı neçiktir? – ([Qüvvəni] paylaşmağı necədir?) - Ata toğuruçı da, Oğul toğurulğan da Can axkan. - (Ata doğuran və Oğul doğulan və Can axandır) - Almaxlıx kim kimdən? - (Kim kimdən almış (doğulmuş)? - Oğul toğmax bilə ilgəri kelir Atadan, Can axınmax bilə kenə ol Atadan. - (Oğul doğmaq atadan irəli gəlir, Can axması yenə o Atadan). - Nə türlü ölçöv bilə? - (Nə cür ölçü ilə?) - Barabar Üçlüxtür. (Bərabər Üçlükdür) Paylaşmaxı neçiktir? - dedikdə üçlüyün mövqeyi, təbii-ilahi qüvvənin onlarda necə paylaşdığı nəzərdə tutulur. Əgər kar samitləri cingiltili samitlərlə əvəz etsək, -ğan, -kan şəkilçisinin keçən müddətdə düşdüyünü nəzərə alsaq, "da" bağlayıcısının buradakı vəzifəsini və bağlayıcısının alması ilə cavab cümləsi müasir səslənər: Ata doğurucu və Oğul doğulan və Can axandır). (İlahi qüvvəni) kim kimdən almış? Oğul doğmaq da, Can axması da Atadan (Tanrıdan) irəli gəlir. Məchul növün -ıl şəkilçisini əvvəldə görmüşdük, "axınmaq" sözündən aydın olur ki, qayıdış növün -ın şəkilçisi də mövcuddur. Göründüyü kimi, Qriqor Hammamın "Qrammatika" kitabından qalmış fraqment dövrün dil xüsusiyyətlərini öyrənmək üçün kifayət qədər materal verir. Biz yalnız hörmətli oxucularımızı bir qrup dialoqla, onların şərhi ilə tanış etdik. Bəxtiyar Tuncay bir növ od-alov içərisində axtarışlar aparmış, çini qab üzərində Manna dövrünə aid yazının şərhini vermiş (1), "erməni qıpçaqları" adı ilə xarici muzey və arxivlərdə yatan xeyli material üzə çıxarmış, "Qafqaz albanlarının dili və ədəbiyyatı" adlı qiymətli kitab (2010) çap etdirmişdir. Kitabda qıpçaq mətnlərinin geniş izahı ilə yanaşı, dil materialları əsasında alban dilinin fonetik, leksik və qrammatik quruluşu barədə maraqlı məlumat verilmişdir. Kitaba (və İnternet saytına) alban dilinin lüğəti (1800-dən artıq söz) daxil edilmişdir. Qriqor Hammamın əsərindən qalan parça Qarqar-qıpçaq dilinin abidəsi hesab olunur. Lakin bir sıra arxaik elementləri nəzərə almasaq, əsərin dili müasir Azərbaycan dilinin fonetik, leksik və qrammatik, xüsusən sintaktik quruluşuna tam müvafiqdir. Qriqor Hammamın əsərindən danışarkən, təbii olaraq, Bəxtiyar müəllim əlifba məsələsinə də toxunmuşdur. Müəllif qeyd edir ki, suriyalı xristian Mesrop Maştots ermənilər və albanlar üçün "yazı xətlərinin dəyişkənliyi ilə fərqlənən", əslində, "eyni işarələrdən ibarət" əlifbalar düzəltmiş, bunların "bolorqir" adlanan formasından haylar, "notrqir" adlanan formasından albanlar istifadə etmişdir. Bizim fikrimizcə, əlifba məsələsində bir cəhətə diqqətli olmaq lazım gəlir. Kalankatuklu birinci kitabın 16-cı fəslinin başlığında yazır: "Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə qalmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi". Bir qədər sonra yazır: "Onlar (Sünikdən Bəncamin adlı tərcüməçi və Sünikin gənc knyazı Vasaq - Q.K.) Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar". Yeri gəlmişkən qeyd edək ki, Bəxtiyar Tuncay fraqment üzərində işləyərkən onun dilinin Kalankatuklunun dediyi həmin bu "qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dili"nə tam uyğun gəldiyini qeyd edir: "Alban, yəni qarqar-qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri "boğaz səsləri ilə dolu dil" ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki "q" səsinin "x", bəzən də "ğ" kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq - xıpçax, qayıtmaq - xayıtmax, qar - xar, çaqqal - çağal, qın - ğın və s". Qarqarlar Albaniyanın geniş yayılmış tayfalarından biri olmuşdur. Əsərdə Kalankatuklu albanlar üçün əlifba yaradılmasından danışmır. Söhbət qarqarlar üçün əlifba düzəldilməsindən gedir. Başlıqda alban əlifbasının "təkmil edilməsi, "məktəblərin yenidən açılması" barədə məlumat verilir. Aydın olur ki, məktəblər var imiş, lakin hansı səbəbdənsə müvəqqəti bağlanmış imiş. Əlifba olmasa, məktəblər necə təhsil verə bilərdi? Tam aydın deyilir: "Qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar". Qarqarların nitq xüsusiyyətləri onların qıpçaqların bir qolu olduğunu göstərir və Qriqorun əsərindən qalan parçanın boğaz səsləri ilə zəngin olması tarixi qeydləri təsdiq edir. Deməli, ölkənin əsas əhalisini təşkil edən albanların Mesropdan çox-çox əvvəl əlifbası da, məktəbləri də olmuşdur. Mesrop onlar üçün yeni əlifba düzəltməmişdir. Albanlar ölkənin əsas əhalisi olmuşlar. Albanların özlərinin əlifbasının olması, qıpçaqlar üçün yeni əlifba yaradılması göstərir ki, albanlarla qarqarlar şivə xüsusiyyətləri ilə fərqlənmişlər. Bunlar bir daha təsdiq edir ki, albanlar hələ Səlcuq oğuzları dünyaya gəlməzdən min illər əvvəldən Azərbaycanda kök salmış, "Dədə Qorqud"u yaratmış aborigen oğuzlardır. "Dədə Qorqud"da Qazan xanın "albanlar başı" kimi xatırlanması da bunu təsdiq edir. Odur ki, bizim fikrimizcə, "alban, yəni qarqar-qıpçaq" ifadəsi də tam doğru deyil, albanlarla qarqarlar arasına bərabərlik işarəsi qoymaq olmaz. Qıpçaqlar Albaniya ölkəsinin vətəndaşları kimi alban sayıla bilərlər. Bir çox dilçi və tarixçilərimiz də elə bilirlər ki, biz dünən doğulmuşuq, gərək səlcuq oğuzları gələ idi ki, biz də doğulaydıq. Daha bizdən qabaq bu ölkə nə türk görüb, nə də türk dili. Professor Qəzənfər KAZIMOV |
2013-11-03 | 956 | Mehriban Əliyeva və qızları konsertdə - Fotolar | Noyabrın 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq Artisti Dmitri Bertmanın quruluşunda "Əbədi sevgi" qala konserti Azərbaycan tamaşaçılarına təqdim edilib. Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində reallaşan layihənin təqdimatında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızları iştirak ediblər. Konsert proqramında ötən əsrin dünyada ən məşhur romantik hitləri səslənib. "Kuin" ("Queen") qrupunun "I was born to love you", Endi Uilyamsın (Andy Williams) "Moon river", Selin Dionun (Celine Dion) "My heart will go on", Elvis Preslinin (Elvis Presley) "Love me tender", Uitni Hyustonun (Whitney Huston) "I will always love you", Demis Russosun (Demis Roussis) "Souveniers", Merilin Monronun (Marilyn Monroe) "I Wanna Be Loved By You", Elton Conun (Elton John) "I Believe in Love", "Bitlz" ("The Beatles") qrupunun "All you need is love" mahnısı kimi ürəkləri fəth etmiş musiqilər rusiyalı artistlərin ifasında təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən konsert proqramı rəngarəng səhnə tərtibatı, bir-birindən gözəl nəğmələrin maraqlı təqdimatları ilə yadda qalıb. Tədbirdən sonra Rusiyanın Xalq Artisti, qala konsertin səhnə tərtibatçısı Dmitri Bertman Bakının mənzərəsinin dəyişməsindən heyran olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət, estetika və gözəlliyə çox böyük diqqət yetirilir. D.Bertman Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib: "O, dünya tarixinə daxil olacaq fantastik missiya həyata keçirir" ( Trend ). |
2013-11-03 | 957 | Şahbaz Xuduoğlu bəyanat yaydı | null |
2013-11-03 | 958 | Mikayıl Cabbarov qanunun “donunu” niyə aça bilmir? | Məktəbə hazırlıq təhsilinin məcburi olacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Xəbərə görə, qarşıdakı illərdə təhsilin bir illik məktəbə hazırlıq mərhələsinin icbariliyinin təmin olunması qərara alınıb. Bu o deməkdir ki, orta məktəbə qəbul olmaq üçün birillik bağça təhsil-tərbiyəsi zəruri olacaq. Kifayət qədər əhatəli və əhəmiyyətli sənəddir. Amma bu, necə icra olunacaq? Uşaq bağçalarının sayı Hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu da cəmi 113 min 517 nəfər azyazlı uşağın təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir. Başqa sözlə, respublikadakı məktəbəqədər yaşında olan uşaqların yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi, yəni 23,4 faizi şəhərlərin payına düşür. Kənd yerlərində isə bu rəqəm təxminən 3 dəfə aşağıdır- cəmi 8,6 faiz. Ölkənin yaşayış məntəqələrinin 75 faizində ümumiyyətlə məktəbəqədər təhsil müəssisəsi yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının artması da vəziyyəti dəyişməyib. Belə ki, rəsmi açıqlamalara əsasən, 44 özəl təhsil müəssisəsində cəmi 1900 uşaq tərbiyə alır. Yer yoxdursa, nə etməliyik? 2011-ci ilin dekabrından ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilməsi isə onsuz da ağır olan vəziyyəti bir qədər də qəlizləşib. Övladlarını məktəbəqədər tərbiyəyə cəlb etmək məqsədilə həmin müəssisələrə müraciət edən valideynlərin demək olar ki, hamısı eyni cavabı alır: "Yerimiz yoxdur". 2012-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib. Belə qeyri-müəyyənlikdən əziyyət çəkən və hüquqları ayaqlar altına atılan isə yalnız günahsız körpələrdir. Hətta son illərdə müəyyən nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqlar həkimə müraciət edərkən mütəxəssislər onun durumunu yaxşılaşdırmaq üçün kollektivdə uşaqlarla ünsiyyətinin vacibliyini vurgulayırlar. Yapon alimləri məktəbəqədər təhsil alan uşaqlarla almayan uşaqların müqayisəsini apararkən belə nəticəyə gəliblər ki, məktəbəqədər təhsil alan uşaqlar digərlərinə nisbətən həyatda daha çox uğur əldə edirlər. Həmçinin, bu təhsil forması müasir dövrdə psixoloji olaraq onların inkişafında əvəzsiz rola malikdir. Hansı əsasla birinci sinfə qəbul keçirilir? 2009-cu ildə "Təhsil haqqında" yeni qanunda məktəbəqədər təhsilin məcburi olması məsələsi (maddə 18) nəzərdə tutulurdu. Ancaq uşaq bağçalarının sayının azlığına görə keçmiş Təhsil naziri Misir Mərdanov həmin maddənin "fəaliyyətini dondurdu" – bir il müddətinə. Aradan 4 ilə yaxın müddət keçsə də, bu istiqamətdə heç bir addım atılmadı və əslində, atıla da bilməz. Əgər yer çatmırsa, Misir Mərdanovun xələfi hansı baza ilə qanunun tələb olunan maddəsinin "donunu" aça bilər? Ümumiyyətlə, niyə Misir Mərdanov yalnız birillik "donmadan" danışırdı? Çünki dörd il ötüb, amma hələ də 5 yaşadək olan uşaqların 80 faizindən çoxu məktəbəqədər təhsildən kənardadır qalır. Ancaq 6 yaşında təhsilə başlamaq üçün evdən birbaşa məktəbə yollanan uşaqdan imtahan götürülür. Hansı əsasla? Axı bu, hansı məntiqə sığır? Uşağın qanunla verilən hüququnu təmin etmədən ondan "qanun çərçivəsində" akademik biliklər tələb etmək nə dərəcədə məqbuldur? |
2013-11-03 | 959 | İdmançılarımız Rusiyada qəzaya düşdü - Ölən var/Video | null |
2013-11-03 | 960 | “Qanun”dakı yoxlamalarla Eynulla Fətullayevi nə birləşdirir | Noyabr ayının 1-də 20 nəfər vergi müfəttişi "Qanun" Nəşrlər Evinə gələrək, vergi yoxlaması aparacaqlarını bildirib və bütövlükdə nəşriyyatın işini bir müddətlik saxlayıblar. Vergilər Nazirliyinin Analitik İnformasiya Departamenti aparılan yoxlama ilə bağlı "Axar.az"a öz münasibətini bildirib (Ətraflı BURADA). Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun mətbuata verdiyi məlumata görə, vergi müfəttişlərindən yalnız iki nəfər uniformada olub, digərləri mülki geyimli şəxslər imiş. Vergi müfəttişləri Nəşrlər Evinin mühasibatlıq sənədlərini, o cümlədən sənədlərin toplandığı bilgisayarı götürərək, yoxlama məqsədi ilə aparıblar. Ş.Xuduoğlu "Musavat.com"a açıqlamasında bunun qeyri-qanuni olduğunu bildirib, həmçinin ona qarşı aparılan təbliğat kampaniyasında həmkarı, jurnalist Eynulla Fətullayevi günahlandırıb: "Buna çox təəssüf edirəm. Çünki Eynullaya ilk dəfə Azərbaycanda mən iş vermişəm, mən onu böyütmüşəm, mən onu əsgər yola salmışam. Ancaq təəssüf ki, indi o, bu fəaliyyətlə məşğuldur və elədiyim bütün yaxşılıqlara onun cavabı budur". "Qanun"un Eynulla Fətullayevin yeznəsi yoxlayır "Axar.az"a daxil olan məlumata görə, Ş.Xuduoğlunun bu narahatlığını dilə gətirməsi və vergi yoxlamasında həmkarının adını hallandırması təsadüfü deyil. Çünki "Qanun" Nəşrlər Evinə gələn müfəttişlərdən biri Eynulla Fətullayevin bacısının əridir. Bildirilir ki, məhz o, aparılan yoxlamalarda xüsusi aqressivliyi ilə seçilib və Nəşrlər Evinin mühasibat sənədlərinin və bilgisayarının aparılmasında canfəşanlıq göstərib. Hazırda "Qanun" Nəşriyyatı Eynulla Fətullayevin apardığı anti-təbliğatla paralel olaraq onun yeznəsinin vergi yoxlamasına gəlişinin heç də təsadüf olmadığından narahatdır. Qaynağın sözlərinə görə, aparılan mühasibat sənədlərində müfəttiş-yeznənin təxribatçı təhriflər edəcəyi və bunu qayını E.Fətullayevə ötürülməklə, anti-təbliğat materialına çevirəcəyi istisna deyil. ("Qanun" Nəşriyyatında yoxlama zamanı çəkilən şəkildə oxla işarələnən müfəttiş Eynulla Fətullayevin kürəkənidir) |
2013-11-03 | 961 | Məzahir Pənahovun qardaşına vəzifə verilib | MSK sədri Məzahir Pənahovun mükafatlandırıldığı haqda xəbər yayılıb. "Moderator.az"ın verdiyi məlumata görə, MSK sədrinin qardaşı Mahir Pənahov yüksək vəzifəyə təyinat alıb. Onun Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəis müavini təyin olunduğu bildirilir. |
2013-11-03 | 962 | Bu gün Səfər Əbiyevin oğlunun toyudur | Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev bu gün oğluna toy edəcək. Keçmiş nazirin oğlunun toy mərasimi bu gün "Buta Palace"da keçiriləcək. Gəlinin ailəsinə gəlincə, keçmiş nazirin gəlini qubalıdır. O, Quba avtovağzalının keçmiş müdirinin nəvəsidir. Bəzi məlumatlara görə isə keçmiş nazir oğlunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyster Xidmətinin Quba rayon şöbəsinin müdürünün qızı ilə evləndirir. AzNews.az-a daxil olan məlumata görə, toy mərasimində yüksək rütbəli məmurların iştirakı gözlənilmir. S.Əbiyevin nazir postundan uzaqlaşdırılması və bundan sonra barəsində bir çox məlumatların yayılması, yeni vəzifəyə təyin ounmaması, eləcə də əvvəllər rəhbərlik etdiyi nazirlikdə yüksək postlar tutan şəxslərin də vəzifələrini itirməsi toyda iştirak edəcək qonaqların sayını azaldacaq. Hətta S.Əbiyevin vəzifəyə təyin etdiyi və yeni nazirin sərəncamları ilə vəzifədən azad edilən generalların da keçmiş nazirin oğlunun toyuna qatılmayacağı bildirilir. Bu isə həmin şəxslərin onlara yenidən hansısa postun etibar edilməsi ilə bağlı gözləntiləridir. Bütün bunları nəzərə alan S.Əbiyevin Vergilər Nazirliyində çalışan ikinci oğlunun toy mərasimini təxirə salmağı planlaşdırdığı deyilir. Lakin bunun daha artıq ajiotaj yaradacağını düşünən keçmiş nazir bu fikrindən vaz keçib. |
2013-11-03 | 963 | Rusiyada döyülən 14 yaşlı azərbaycanlı ilə bağlı rəsmi məlumat | Azərbaycanın Rusiyadakı səfirliyi dünən Zelenoqrad şəhərində 14 yaşlı əlil məktəblinin döyülməsi faktı ilə bağlı məlumat yayıb. Səfirlik mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda, 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü bildirilib. Qeyd olunur ki, avtobusun sərnişinlərindən biri yeniyetmənin ünvanına onun qeyri-slavyan görkəmli olması ilə bağlı təhqiredici ifadələr səsləndirib: "Bu zaman fiziki cəhətdən məhdud imkanları olan yeniyetmə ona cavab qaytarıb. Həmin sərnişin yeniyetməni döyməyə başlayıb və onun başına və bədəninə zərbələr endirib. Bu zaman avtobusda olan sərnişinlərdən yalnız Aqafonova Tatyana Anatoliyevna yeniyetmənin döyülməsinə reaksiya verib.Qalan sərnişinlər isə bu hadisəni görməməzlikdən gəliblər. Tatyana sərnişinləri yeniyetməni xuliqanın əlindən almağa köməyə çağırsa da, heç kəs köməyə gəlməyib. Tatyana qışqırmağa və polisi yeniyetmənin müdafiəsinə çağırmağa başlayanda, xuliqan yeniyetməni vurmağı dayandırıb. Xoşbəxtlikdən sürücü avtobusu düz polislərin yanında saxlayıb və polislər hadisəyə müdaxilə ediblər". Bildirilir ki, hadisədən xəbər tutan səfirliyin əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar: "Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün xüsusi məktəbə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı yeniyetmə ilə söhbət edblər, hadisənin təfərrüatları barədə məlumat əldə ediblər. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan oğlunun görmə qabiliyyətinin başına aldığı çox saylı zərbələr nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə qabiliyyətini tamamilə itirdiyini bildirib". Məlumata görə, Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu bildirir: "Bu gün səhər saatlarında Rövşən Kazımov həkimlərin icazəsi ilə Şelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin müfəttişlərinə ifadə verib. Faktla bağlı araşdırmalar aparılır. Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə saxlayır. Azərbaycan DİN-in nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə daim əlaqədədir".(anspress) |
2013-11-03 | 964 | Zülfiyyə Xanbabayevaya ağır itki | Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ailəsində ağır itki üz verib. Müğənninin anası Şəfiqə xanım rəhmətə gedib. Həmçinin qeyd edək ki, hazırda "JW Marriott Absheron"da sənətçinin bacısı qızı Esmira xanım və Gündüz bəyin toyu keçirilir. Artıq bütün hazırlıqlar görüldüyü və qonaqlar dəvət edildiyi üçün toyu təxirə salmaq mümkün olmayıb. Buna baxmayaraq Zülfiyyə Xanbabayeva və gəlinin anası mərasimdə iştirak etməyib. Allah rəhmət eləsin! /Axşam.az/ |
2013-11-04 | 965 | Səfər Əbiyevin oğul toyunda “Axar.az” müxbiri həbs olundu | Bu gün keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace" şadlıq sarayında toyu oldu. Mərasimi izləmək və reportaj hazırlamaq üçün hava limanı yolunun üstündə yerləşən sözügedən şadlıq sarayına yollandıq. Keçilməz mühafizə, kortejsiz qonaqlar "Buta Palace"nin ətrafı sözün bütün mənalarında hərbi hissə kimi əhatələnmişdi nəinki jurnalist, hətta xüsusi təlim görmüş kəşfiyyatçı da mühafizəni yarıb keçə bilməzdi. Müşahidəyə başladıq. Toya kortejlə gələn, gözlənildiyi kimi, çox az adam oldu – təxminən, 2-3 "kortejli qonaq" - yüksək vəzifəli məmur şadlıq sarayının həyətinə girdi. Sürət o qədər böyük idi ki, hətta ən peşəkar fotokamera ilə də obyekti doğru-düzgün tuta bilmədik. Nə olur-olsun, içəri keçməyə bir daha cəhd etməliydik. Qapıya yaxınlaşmağımızla mühafizəçilərin başımızın üstünü almağı bir oldu: "Bura ölkənin generalları yığışıb, kənara çəkilin!" Toydan "bölməyə" Növbəti cəhdimizdə mühafizəçilər əl çəkmədiyimizi görüb, dərhal polis çağırdılar. Və... Və bir neçə dəqiqədən sonra artıq Suraxanı Rayon Polis İdarəsinin 3-cü polis bölməsindəydik. Nə bir təzyiq, nə bir kobudluq oldu. Yalnız bir qərar vardı: "Toy bitənə qədər bölmədə qonağımızsız!" Xeyli söhbətdən, centlmen razılaşmasından sonra inandılar ki, polis bölməsindən "Buta Palace"yə qayıtmayacağıq. İnamlarının təsdiqi kimi gözlərinin qarşısında şəhərin mərkəzinə yola düşdük. Bizə qalan yalnız "Buta Palace"nin qarşısında çəkdiyimiz bir neçə şəkil oldu... |
2013-11-04 | 966 | Dinlənilməyən cib telefonu yaradıldı | Bütün dünyanı "dünlənilmə kabusu" başına alarkən, İngiltərədə yerləşən "Vertu" şirkətinin "Constellation" seriyasından olan yeni telefon modeli təqdim oldundu. "Axar.az" xarici mediaya istinadən xəbər verir ki, dinlənilməsi mümkünsüz olduğu üçün "Prezident telefonu" kimi adı hallanan "Vertu"nun android sistemində işləyən "ağıllı" yeni modeli səsli, görüntülü görüşləri, danışıqları, mesajlaşmaları, telefona ötürülən və ya telefondan ötürülən materialları şifrələyir və üçüncü adamın əlinə keçməsini əngəlləyir. Üstəlik, telefonun oğurlanması zamanı oğrunun şəklini çəkərək tutulmasına yardımçı olur. Bir çox özəlliklərə malik "Vertu"nun yeni modelində olan "iPass" ilə dünyanın bütün lüks otel, gecə klubu və restoran kimi yerlərində olan "WI-FI" internet bağlantısına pulsuz və şifrəsiz girmək mümkündür. "Vertu Constellation"ın yeni modelinin o qədər də yüngül olmadığı bəllidir. İstehsalçılar isə bunu keyfiyyətlə əlaqələndirirlər. Cihazın etiket qiyməti 5 min 400 avro dəyərində müəyyənləşib. |
2013-11-04 | 967 | Rusiya diplomatının qatilini Gürcüstandan tələb edir | Rusiya Baş Prokurorluğu Abxaziyada qətlə yetirilən rus diplomatı və onun yoldaşının qatili, 25 yaşlı Yusup Lakayevi Gürcüstandan Rusiyaya ekstradisiya etməyi rəsmən tələb edib. "Axar.az"ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, Lakayev sentyabrın 13-ü Batumidən Türkiyəyə keçmək istəyərkən yaxalanıb. Həbs zamanı o, atəş açıb və bir polisi yaralayıb, cavab atəşi ilə də Lakayev yaralanıb. Onunla birgə daha 2 nəfər həbs edilib. Qeyd edilir ki, Lakayev haqda məlumat Gürcüstan hüquq-mühafizə orqanları və onun şəxsi vəkili tərəfindən gizli saxlanılır. Məlumat üçün bildirək ki, qətl sentyabrın 9-u Abxaziyanın Suxumi şəhərində törədilib. Sentyabrın 21-i Nalçikdə rus hüqiq-mühafizə orqanları isə ikinci şübhəli şəxsi - İshan Sabançiyevi saxlayıblar. O, sui-qəsdə kömək etməkdə təqsirləndirlir. |
2013-11-04 | 968 | O, qadınları ərlərinin gözü qarşısında öz otağına aparırdı... | Həyatında iki dəfə tanrı elan edilən imperator - Oktavian Avqust "O, məxmər qutuda olan kövrək brilliant kimi adamlara təsir göstərirdi". Mark Tuliy Siseron. Qədim Roma siyasətçisi və filosofu "Azadlıq və demokratiya ağıllı adamlar üçündür". Qay Mesenat. Qədim Roma dövlət xadimi, sənətçilərin hamisi "Yavaş-yavaş tələs" Oktavian Avqust Sezar. Birinci Roma imperatoru Eramızdan əvvəl 40-cı ildə iki yeniyetmə Romanın məşhur kahinlərindən olan Teaqanın yanına gəlir. Yeniyetmələrdən biri öz qoroskopunu öyrənmək istəyir. Məşhur astroloq ikinci yeniyetəmənin də qoroskopuna baxmaq istəyini dilə gətirirkən yeniyetmə etiraz edir. Buna baxmayaraq dostunun israrı ilə doğum tarixini astroloqa söyləyir. Teaqan yeniyetmənin qoroskopuna baxdıqdan sonra onun qarşısında diz çökür… Yeniyetmələrdən biri Romanın ilk imperatoru Qay Oktavian Avqust, o biri isə onun uşaqlıq dostu Mark Aqrippa idi. Hər halda əfsanədə belə deyilir... Sezarın qətli Romanı yenidən yaradır Eramızdan əvvəl 44-cü il aprelin 15-də Romadan gələn yorğun kuryer Makedoniyanın kiçik liman şəhəri olan Apollanidə gəmidən enib gənc Qay Oktavianın evinə doğru yollandı. Kuryer uzun bir yol gəlmişdi. Romadan Brundiziyaya qədər olan yolda atının bağrını çatladan kuryer burdan gəmiyə oturaraq vacib xəbəri Apollonidə hərb taktikalarını və fəlsəfəni öyrənən gənc Oktaviana çatdırmaq üçün tam bir ay yol gəlmişdi. Kuryerin gətirdiyi məktubda anası Atiya və atalığı Marçi Filipp Qay Yuli Sezarın martın 15-də sui-qəsdlə öldürüldüyünü və Sezarın Senatda açıqlanan vəsiyyətnaməsində Oktavianı varis elan etdiyini xəbər verirdilər. Buna baxmayaraq, anası Atiya Romada və bütün imperiyada qarışıqlığın olduğuna diqqət çəkərək israrla Oktaviandan Romaya dönməməyi xahiş edirdi. Senatın giriş qapısında öldürülən böyük Roma fatehi Qay Yuli Sezar Qay Oktavianın anasının dayısı idi. Vəsiyyatnamə elan olunarkən məlum olmuşdu ki, Romada çoxlarının tanımadığı Oktavian adlı birisi böyük Sezarın varisidir. Sezar vəziyyatnaməsində bacısının nəvəsini oğulluğa götürür və varisi elan edirdi. Anasının Romaya dönməməsi üçün yalvarmasına baxmayaraq, Oktavian mirası qəbul etmək qərarına gəlir. Üç gün sonra sürətlə Neopala doğru yola çıxır. Oktavian Romaya döndüyü zaman imperiya bir neçə yerə parçalanmışdı. Romada hakimiyyəti Yuli Sezarın sağ əli Mark Antoni ələ keçirmişdi, əyalətlərdə isə Sezarın qatilləri Mark Brut, Qay Kassi, Deçim Brut, Luçi Çimber möhkəmlənmişdilər. Oktavian hakimiyyət uğurunda savaşa başlayır Gələcəyin böyük imperatoru ilk dəfə Senatın qarşısınna çıxarkən senatorlar qarşılarında kürən saçlı, arıq və orta boylu yeniyetmə gördülər. Böyük Yuli Sezarın varis elan etdiyi 19 yaşlı bacısı nəvəsi daha çox qadına bənzəyirdi. Sonradan vətəndaş müharibəsi illərində Mark Antoni onu homoseksualist adlandırıb lağa qoyacaqdı. Buna baxmayaraq, yeniyetmənin açıq və zəhmli baxışları senatorlara təsir edir. Bütün aurası ilə yeniyetmə ətrafına qəribə özünəinam şuaları yayır. İlk görüşdən sonra gələcək imperatorun hamisinə çevrilən məşhur Roma filosofu və natiqi Siseron Oktavianı belə xarakterizə etmişdi: "O, məxmər qutuda olan kövrək brilyiant kimi adamlara təsir göstərirdi. Məlumdur ki, brilyiant nə qədər kövrək görünsə də, ondan möhkəm heç nə yoxdur. Qay Oktavian nə qədər kövrək görünsə də, bir o qədər möhkəmdi". Senat qarşısında çıxış edən Oktavian elan edir ki, Sezarın son iradəsini həyata keçirəcək və onun qatillərindən intiqam alacaq. Sezarın legionlarının veteranları onun çağırışına səs verib ətrafına toplanırlar. Oktavian ilk olaraq Mark Antonidən Sezarın ona miras buraxdığı pulları tələb edir. Bunun cavabında isə Mark Antoni gülərək bildirir ki, o həmin pulları senatorlara rüşvət verib ki, Roma senatı Sezarın tərəfdarlarını müdafiə etsin. Mark Antoninin pulu qaytarmaqda imtina etməsinə baxmayaraq, Oktavian mülklərini sataraq hər bir Roma vətəndaşına 300 sestersi paylayır. Sezarın vəsiyyətində Oktaviana belə buyurmuşdu və bununla Oktavian sübut edir ki, Mark Antonidən fərqli olaraq o, Sezarın vəsiyyətinə sadiqdir. Bundan sonra o, iflas etdiyini elan edərək Mark Antonini Romanın məhsuldar və varlı əyalətlərini Sezarın qatillərinin ixtiyarına buraxmaqda ittiham edir. Sisseron Senatda Oktavianın tərəfini tutuduqdan sonra Mark Antoni məcburən Qalliyanın idarəsini artıq xalq arasında məşhurlaşan Oktaviana verməli olur. İlk addımda siyasi oyunların ustası kimi özünü təqdim edən 19 yaşlı Oktavian Qalliyanı aldıqdan sonra Mark Antoninin legionerlərinə yüksək mükafat sözü verərək ona qoşulmağa çağırır. Mark Antoninin legionerlərinin bir qismi ona qoşulduğunda isə o, elan edir ki, o, hərbi qüvvəsindən Senatı Mark Antonidən qorumaq üçün istifadə edəcək. Mark Antoni Sezarın qatillərindən biri olan Deçim Bruta qarşı müharibə elan etdikdə isə Oktavian Senatı Brutun tərəfinə kesməyə məcbur edir. Bir ildən sonra o, Deçim Bruta, Mark Bruta və Qay Kassiyə qarşı vuruşda məğlub olarkən onu məğlubiyyətdən köməyə gələn Mark Antoni xilas edir. Tam məğlub olan Deçim Brut, Mark Brut və Qay Kassi intihar edirlər. Oktavian Sezarın qatillərinin başını kəsib Romaya göndərir. Onların başlarını Sezarın heykəlinin ayaqları altına atırlar. Beləliklə, Sezarın qatilləri ölür və dolayısı ilə Oktavian sözünü tütmüş olur. Oktavian və Mark Antoni Romaya triumviator olaraq girirlər. Senat hakimiyyəti onların arasında bölərək hər ikisini uzun müddətə diktator səlahiyyətləri ilə konsul seçir. Amma Mark Antoni köməyə gəlməsəydi, gələcək imperatorun taleyi müəmmalı olacaq və Oktavian söz verdyi kimi Sezarın qisasını ala bilməyəcəkdi. Həmin döyüşdə həlak olan iki Roma konsulunun isə məhz Oktavianın gizli əmri ilə öldürülməsi ilə bağlı Romada uzun müddət şayiələr dolaşır. İmperatorluğa gedən yol Sezarın hakimiyyətinin göydən onun qucağına düşdüyündən əmin olan Mark Antoni özünü böyük siyasət ustası kimi göstərməsinə baxmayaraq, hələ də 20 yaşlı Oktavianı uşaq hesab edir. Artıq Siseronla Oktavianın yollarıda aylıb. Siseronun siyasi planları ilə Oktavianın siyasi planları arasında yerlə göy qədər fərq var. Digər tərəfdən Mark Antoni özünün əsas rəqiblərindən biri olan Ssiseronun qətlini israrla Oktaviandan tələb edir. Artıq Siserona ehtiyacı qalmayan Oktavian Siseronu müdafiə etməkdən imtina edir. Sezarın veteranlarını ətrafına toplayaraq hərbi gücünü artıran Oktavian həmçinin Romanın ayrı-ayrı patrisiləri də ətrafına toplamaqda davam edir. O hər kəsə bir şeylər vəd edir və tezliklə Mark Antonini Romadan qaçmağa məcbur edir. Misirə gələn Mark Antoni burda kraliça Kleopatra tərəfindən imperator kimi qəbul edilir. Tədricən eyş-işrət içində Antoni Romanın problemlərini unudur. Gözəl Kleopatranın ağuşunda o özünü gerçəkdən imperator kimi hiss edir. Daha doğrusu, Misir fironu, ya da İran şahı kimi. Kleopatra bütün gücü ilə Antonini yanında saxlamaq istəyir. Antoni onun üçün həm Roma taxtına gedən yol, həm də Misirin təhlükəsizlyidi. Elə ona görə firon Antonini özünə evləndirir. Gözəl Misir kraliçası ilə evlənmək üçün Mark Antoni daha əvvəldən siyasi məqsədlə evləndiyi Oktavianın bacısı Oktaviyadan boşanır. Amma tarixin istehzasındanmı, Mark Antoni qədim Misirin bütün ehtişamını yox edən və gözəl seksual firon Kleopatra ilə birlikdə qədim Misiri sözün həqiqi mənasında öldürən romalı rolunu oynayır. Mark Antoninin Misir fironu kraliça Kleopatra ilə münasibətlərini önə sürürək öz hakimiyyət şərikini vətən xaini elan edir. O, Senatda Mark Antoninin vəsiyyətnaməsini oxuyur. Vəsiyyatnamədə Mark Antoni Sezarın Kleopatradan doğulan oğlu Sezarionu Roma imperatorluğuna varis olaraq göstərir, özünün Kleopatradan olan oğlanlarına isə digər Roma vilayətlərini verir. Bütün senat bir-birinə dəyir və Mark Antoni vətən xaini elan olunur. Edamdan qaçmaq üçün Mark Antoninin senator tərəfdarları Romadan qaçırlar. Oktavian Romanın bütün gücünü toplayıb vətən xaini elan etdiyi və Romanı Kleopatranın ağuşuna satan Mark Antoninin üzərinə gedir. Mark Antonidən sonra bütün Roma imperiaysı onun olacaqdı… Mark Antoninin legionları gözəlçə Kleopatranın ağuşunda sərxoş yatan sərkərdəni tərk edib Oktavianın qərargahına qaçırlar. Bir zamanlar uşaq hesab etdiyi Oktaviana son döyüşü belə verə bilməmək Antonini qəhr edir. Mark Antoninin intihar etməkdən savayı yolu yoxdur. Hər halda onun, bir zamanlar Romanı idarə edən birisinin Romaya rəzil əsir kimi aparılmasından söhbət belə gedə bilməzdi. Mark Antoni özünü qılıncının üstünə yıxaraq intihar edir. Oktavian Kleopatraya həyat bəxş edəcəyini bildirsə də, kraliça zəhər içərək özünü öldürməyə qərar verir. Çünki ətrafda gəzən söz-söhbətlərə görə triumviator olaraq Romaya girəcək olan Oktavian onu arabasının arxasnca qəfəsdə sürütləyərək bütün Romanın qarşısında rəzil etməyə planlaşdırır. Ölümdən qurtulmaq üçün Mark Antoninin oğlanları, (həmçinin Kleopatradan olanlar), Yuli Sezarın abidəsinə sığınırlar. Oktavianın əmri ilə uşaqların hamısının boynunu vururlar. Yuli Sezarın Kleopatradan olan oğlu Sezar Həbəşistana qaçmaq istəsə də, yeniyetməni yolda tuturlar. Oktavian Sezarın oğlunun edam olunması əmrini verir. Sezarion onun qarşısında diz çöküb yalvarmasına baxmayaraq, Oktavian sonralar tez-tez söylədiyi məşhur kəlamını söyləyir: "Sən ölməlisən". Bununla da Misir fironlarının sonuncu nümayəndəsi öldürümüş oldu və Oktavian Misir dövlətini ləğv elədi. Bundan sonra Misir Oktaviana bir başa tabe olan Roma əyaləti olacaqdı. Tanrının seçdiyi - Avqust Sezar Mark Antoninin öldürülməsindən sonra Roma imperiyasında 17 il sürən vətəndaş müharibəsi eramızdan əvvəl 27-ci ildə sona çatdı. Oktavian bütün rəqiblərini yenərək yanvarın 13-də Romaya triumvuator olaraq döndü. Senatdakı çıxışında o özünün diktator səlahiyyətlərindən imtina edərək Respublikanın yenidən bərpa olunduğunu elan etdi. Əslində isə bu bir oyundu. O, əlində olan sonsuz hakimiyyətdən imtina etməyi düşünmürdü belə. Oktavian sözünü bitirər-bitirməz onun yaxın silahdaşı Qay Mesenat irəli çıxaraq Avqusta etiraz etdi: "Azadlıq və demokratiya ağıllı adamlar üçündür. Vətəndaş müharibəsi göstərdi ki, romalılar heç də ağıllı deyillər. Bu insanlara azadlıq vermək uşağın, ya da dəlinin əlinə qılınc vermək kimi bir şeydir". 300 il əvvəl monarx hakimiyyətindən imtina edən Senat rəsmən Oktavianı imperator elan etməsə də, onun sonsuz hakimiyyətini tanıyır. Yeni imperatora prinseps (birinci senator) titulunu verirlər. Bundan başqa Oktaviana bundan əvvəl ancaq tanrılara şamil olunan "Avqust" (xeyir paylayan) ünvanını verirlər. Bununla da Oktavian faktiki olaraq tanrı elan olundu və onun hakimiyyətinin sonsuzluğu və mütləqliyi bu yolla təsdiqləndi. Bundan sonra bütün Roma imperatorları özlərini bu yüksək titulla, Sezar Avqust titulu mükafatlandıracaq və adətən sonsuz hakimiyyətdən dəli olacaqdılar… Buna baxmayaraq Oktavian senatorların təklifini rədd edir və hakimiyyətdən imtina edir. Ancaq Roma xalqı Palatin sarayının qarşısına toplanaraq onun qarşısında diz çöküb hakimiyyəti qəbul etməyi istədikdən sonra Oktavian bütün titulları və hakimiyyət rəmzlərini qəbul edir. Müasirləri bunu onun usta siyasətçi və ikiüzlü olması ilə əlaqələndirirlər. Avqustun yaratdığı dövlət quruluşu 300 ildən artıq yaşadı və hüquqi cəhətdən Roma imperiyası respublika adlansa da, prinsnepslərin hakimiyyətinin sonsuzluğu tarixi dəhşətə gətirdi… Hökmdar sözündən qorxan tanrı-imperator Sezardan fərqli olaraq bağışlamağı sevməyən Avqust Roma imperatorları arasında ən az qan tökən və əxlaqsızlıq girdabına ən az yuvarlanan imperator kimi tarixə keçib. O, heç bir zaman ona hökmdar deyə müraciət edilməsinə icazə vermirdi. Elə bil ki, bu sözdən qorxurdu. Hətta bir dəfə teatrda kütlə qarşısında ona hökmdar, deyə müraciət edən aktyoru edam belə etdirmişdi. Avqust sələflərindən fərqli olaraq ədalətli olmağa çalışırdı. Vaxtının çoxunu məhkəmə çəkişmələrində keçirir, Romanın baş hakimi olaraq ədalətli qərarlar verməyə cəhd edirdi. Bir dəfə varisi və oğulluğu Tiberi onun haqqında pis danışdıqlarından qəzəbləndiyi zaman Avqust ona etiraz etmişdi: "Fikir vermə Tiberi. Vecinə də alma. Əgər kimsə mənim haqqımda pis sözlər söyləyirsə, qoy söyləsin. Əsas odur ki, onlar mənə heç bir şey edə bilməz. Amma mən edərəm". Hakimiyyəti dövründə onun adına tikilən çoxlu sayda məbədlərə getməsə də, bu məbədlərin tikilməsinə etiraz etmir və onu tanrı elan edənlərə böyük bəxşişlər verirdi. Avqustun qeyri-rəsmi olaraq mədəniyyət naziri rolunu oynayan və bu bu gun adı xeyirxahlıq və humanizmin sinonimi kimi bilinən Qay Mesenat məhz bu yolla, Avqusta ifrat yaltaqlığı sayəsində inanılmaz sərvət sahibi olmuşdu. Buna baxmayraq, öz fikirlərini söyləyənlərə qarşı Avqust repressiya tətbiq etmirdi. Ancaq həddini aşanlara sadəcə üç kəlmə söz deyirdi: "Sən artıq ölməlisən". Əxlaq dəyərlərini itirən Roma Avqusta qədər bir zamanlar kifayət qədər mühafizəkar olan Roma cəmiyyətində qədim əxlaq normaları artıq tənəzzülə uğramışdı. Artıq eramızdan əvvəl 100-ci ilin başlanğıcından Roma cəmiyətinin ali zümrəsi olan patritsilərin həyat tərzi demək olar ki, heç bir əxlaq dəyəri tanımırdı. Plebeylərdən isə danışmağa belə dəyməzdi. Bu, daha çox Romanın qüdrətinin gətirdiyi özünəarxayınlıq və quldar patritsilərin həddindən artıq varlanması ilə əlaqəli idi. Buna baxmayraq Avqust Roma imperatorları içində ən əxlaqlı imperator olaraq bilinir. Hələ ilk gənclik illərində Romaya hakimiyyət arxasınca gəldiyi zaman rəqibləri onun qadına bənzəməsini lağa qoyur və ona açıqcasına homoseksualist deyirdilər. (Yunan cəmiyyətindən fərqli olaraq homoseksualizm Romada pozğunluq olaraq dəyərləndirilirdi). Gənc Oktavian adətən rəqiblərinin atmacalarına susqunluqla cavab verir və pozğunluğunu inkar etmirdi. Rəqibləri isə onu hələ yeniyetməykən Sezarla yatağa girməkdə və buna görə onun varisi olduğunu iddia edirdilər. Daha sonra isə yeniyetmə Avqustun pul qarşılığında kişilərlə yatağa girdiyi iddia olunurdu. Hətta yeniyetəmə Oktavianın pozğunluğu haqqında Roma teatrında səhnələr belə göstərilirdi. İmperator hakimiyyəti qazandıqdan sonra isə Avqust sanki acıq çıxırmış kimi ətrafındakı insanların hər birinin qadını ilə yatağa girirdi. Hətta yatdığı qadınlardan ərlərinin sirrlərini belə öyrənirdi. Ona görə ətrafındakılar çalışırdılar ki, ya Avqustdan heç nə gizləməsinlər, ya da arvadalarından sirrlərini qorusunlar. Adətən Avqust qadınları ziyafət zamanı ərlərinin gözü qarşısında öz otağına aparır, sonra isə qadınla birlikdə geri qayıdırdı. Bəzən qadınları döyür və onların üzündəki qızartılar bunu açıq şəkildə göstərirdi. Daha çox keflənəndə, ya da şənlənədə əyanlarının qadınlarını hərraca çıxarır və ən çox pul verənə həmin qadını satırdı. Bəzən isə zorla hansısa qadına görə hansısa yaxınından bir sərvət tələb edirdi. Heç kəs onun əmrinə qarşı çıxmağı ağlına belə gətirmirdi. Çünki həmin şəxs səhərisi gün intihar etmək əmrini alacaq və onun bütün sərvəti imperatorun xəzinəsinə keçəcəkdi. Avşustun ən sirli ziyafəti isə "12 tanrının ziyafəti" adlanırdı. Bu ziyafətlərdə Romanın ən sayılan və patrisiləri və onların xanımları tanrı və tanrıça qiyafəsində stollara uzanır və Apollon (eşq tanrısı) qiyafətində olan Avqust onları zorlayırdı. Bəzi özünə hörmət edən Roma patrisiləri bu ziyafətə dəvət aldıqları zaman intihar etməyə üstünlük verirdilər. Romada Avqustun pozğun ziyafətləri haqqında şeirlər yazılır və dildən-dilə dolaşırdı. Yaşlandığı zaman isə daha gənc qızlara həvəs göstərməyə başlamışdı. Ona gənc qızları adətən arvadı Liviya gətizdirirdi. Bununla o uzun müddət Avqustun yanında qalmağı bacarmış, hətta birinci ərindən olan oğlu Tiberini Avqustun ölümündən sonra hakimiyyətə gətirə bilmişdi. Avqustun ən böyük əyləncələrindən biri isə qumar olub. Bəzən Avqust aşıq ataraq arvadının onun üçün gətizdirdiyi yeniyetmə qızları qumara qoyur və uduzduğu zaman qızlar qul olaraq həmin patrisiyə verilirdi. Avqustun qızı və nəvəsi (hər ikisinin adı Yuliya idi) Romada pozğunluqla ad çıxarmışdılar və onların ifrat pozğunluğundan utanan Avqust onları lənətləyərək Romadan sürgün etmişdi. O, sürgündə qızlarına şərab verilməsini yasaqlamış və onların yaşadıqları adada kişilərin yaşamasını qadağan etmişdi. Romanın qızıl dövrü Avqustun 46 illik mütləq hakimiyyəti Romanın qızıl dövrü də hesab olunur. O uzaqgörən və ehtiyatlı, doğru zamanda doğru qərarları verməyi başaran bir siyasətçi idi. Özünün bir kəlamını həmişə təkrar edirdi: "Yavaş-yavaş tələs". O, siyasətdə həmişə bu devizinə riayət edirdi. Avqust uzun zaman yaşadı. Ölərkən 77 yaşı vardı. Ölümündən sonra tarixçilər üç böyük uğurunu qeyd edirdilər. Birinci, 19 yaşlı gənc ikən vətəndaş müharibəsinə girən Romanı xilas etməsini. 17 illik mübarizədən sonra Avqust nəhayət dövlətin birliyini təmin edə bilmişdi. İkinci, de-yure olaraq Respublikanı saxlasa da, mütləq hakimiyyət əldə etməsini. Avqust demək olar ki, heç bir hüquqi statusu olmadan dünya imperiyasını idarə edirdi və prinsepsin mütləq hakimiyyəti faktiki olaraq onun nüfuzu və iradəsi üzərində təşəkkül tapmışdı. O özünü adətən "dövləti qoruyan əsgər" adlandırırdı. Üçünsü, ən böyük uğuru isə, Romanın sərhədləri daxilində əmin-amanlıq və sülh yaratmasıydı. Onun 46 illik hakimiyyəti dönəmində Roma heç bir qonşusu ilə müharibə etmədi və Roma tarixində ilk dəfə yarım əsrlik bir dönəmi müharibə aparmadan yaşadı. Elə buna görə də onun hakimiyyət dönəmi "Qızıl dövr" adlandırılırdı. "Tanrı"nın ölümü Avqustun oğlu yox idi və arvadının birinci ərindən olan oğlu Tiberini mirasçısı elan etmişdi. O, Tiberinin sevmirdi amma arvadı Liviyanın onun üzərində olan təsiri Tiberinin hakimiyyətə gedən yollarını açmışdı. O eramızın 14-cü ilində avqustun 19-da Neapol yaxınlığındakı Noll şəhərciyində yay istirahəti zamanı birdən-birə xəstələnib öldü. Arvadı Liviya yaşadıqları villanı legionerlərlə mühasirəyə aldıraraq bir neçə gün onun ölumunu gizli saxladı. Yalnız oğlu Tiberi Nolla gəldikdən sonra prinsepsin ölüm xəbəri Senatda elan olundu. Elə həmin gün Tiberi Senat tərəfindən yeni prinseps elan olundu. O, Romada özünü imperator elan etmək niyyəti ilə çevriliş hazırlayan Katalinanın edam olunduğu gün doğulmuşdu və ölərkən Romada tam mütləq hakimiyyət formalaşdırmışdı. Ölümündən sonra Senat onu bir daha tanrı elan etdi… |
2013-11-04 | 969 | Hitlerin yağmaladığı sənət əsərləri tapıldı | Son günlər Adolf Hitlerlə bağlı sanki yeni dönəm araşdırmalara başlanıb. İndi də Hitlerin "korlanmış sənət" hesab edib götürdüyü 1500 sənət əsərinin Münhendə ortaya çıxdığı elan edilib. Bir evə edilən basqında tapılan tablolardakı imzalar arasında Pablo Pikasso, Henri Matis, Mark Çaqel, Emil Nolda, Oskar Kokosçka və Pol Kli kimi dünyanın məşhur rəssamları var. "Foks" jurnalının xəbərinə görə, Kornelius Qirlit adlı sənət tacirini illərdir təqib edən Bavariya gömrük mühafizə polisi onun Şvebinq səmtindəki evinə basqın təşkil edib. 2011-ci ilin yayında reallaşdırılan basqın istintaqın təhlükəsizliyi baxımından indiyə qədər gizli saxlanılıb. Basqında olan kolleksiyada indiyə qədər it-bata düşdüyü bilinən dünyanın məşhur rəssamlarına aid tablolar var. Sözügedən müasir sənət əsərlərinin yəhudi kolleksiyaçılarının əlindən alınan əsər olduğu bildirilir. |
2013-11-04 | 970 | İran Şimali Koreya ilə hərbi əməkdaşlıq edəcək | Şimali Koreyalı dövlət adamları İran ilə hərbi əməkdaşlıq mövzusunda razılıq əldə etdiklərini açıqlayıb. Ruhaninin andiçmə mərasiminə qatılıblar Yaponiyanın rəsmi xəbər agentliyi "Kyoto"da yayımlanan bir xəbərə görə, avqust ayında İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə Şimali Koreyadan heyətin getdiyi bildirilib. İnqilab keşikçilərinin komandiri ilə də görüşüb Avropalı bir diplomata görə, heyətə Şimali Koreya Yüksək Xalq Şurasının sədri Kim Yonq-namın başçılıq etdiyi ifadə edilib. Şimali Koreyadan gələn heyətin Ruhani ilə bərabər İran İnqilab Keşikçilərinin komandiri Məhəmməd Əli Cəfəri ilə də görüşdüyü bildirilib. Hərbi əməkdaşlıqda razılıq əldə olunub İddiaya görə, iki ölkə arasında hərbi əməkdaşlıq üzrə razılaşma əldə olunub. Diplomat hərbi əməkdaşlığın daha çox nüvə texnologiyası və uzun mənzilli raketlər mövzusunda olacağını söyləyib. Həmçinin Şimali Koreyalı heyətin Tehran yaxınlığındakı bir hərbi bazaya da getdiyini ifadə edib. |
2013-11-04 | 971 | Azərbaycanın tanınmış oğru yazıçıları | Uşaq vaxtı kim oğurluq etməyib ki?... Bəzən belə söz-söhbətin də şahidi oluruq: "Bala, mən bunu biləndə sən qənddandan qənd oğurlayardın". Hər kəsin qənddandan qənd oğurlayan vaxtları olub. Tanınmış qələm adamlarına müraciət etdik. Soruşduq ki, görək onların oğurluqla araları necədir, oğurluqda əlləri varmı? Yoxsa, onlardan nəsə oğurlanıb? Bəs yalan necə, danışıblarmı? Salam Sarvan hələ də yalan danışır - Oğurluq eləməyim yadıma gəlmir. Bəlkə də uşaqlıqda olub, amma xatırlamıram. Bir dəfə tələbə vaxtı avtobusdakı basabasda o zamanın puluynan 40 manatımı cibimdən çıxarıblar. Yalanı sevmirəm, amma yalan danışmağa məcbur olduğum hallar olub və indi də olur. Aydın Xan Əbilov: "Başdan ayağa yalanlarla məşğulam..." - Həyatımda yalnız bircə dəfə oğurluq etmişəm – onda da kitab oğurlamışam. Tərslikdən o qədər naşı oğru idim ki, kitabxanaçılar əməlimin üstünü açdılar və məni altı ay kənd kitabxanamızın üzünə həsrət qoydular. Kitabsız isə mən ən azı susuz balıq kimiydim. Yeniyetmə olsam da, bircə rayonumuzun birinci katibi qaldı ki, kitabxanaçılarımıza mənə görə minnətçi düşməsin... Yalanı isə əzəldən sevmirəm: həyatda və məişətdə yalan danışan deyiləm. Amma ədəbiyyatdaki varam, başdan ayağa obrazlı, poetik-fəlsəfi yalanlarla məşğulam... Aqşin Yenisey: Müsəlman olasan, yalan danışmayasan - Kişi deyiləm, o qədər. Biz uşaq olanda evimizin hər tərəfi dövlətin üzüm meşələri idi, Cəlilabadı buna görə Moldovayla müqayisə edirdilər. Bütün günü üzüm oğurlayırdıq o bağlardan. Sonra kitab oğurluğuna başladım, evimdə nə qədər oğurluq kitab var. Amma indi məndən nəsə oğurlayanlara da pis baxmıram. Müsəlman olasan, yalan danışmayasan, elə şey olar? İndi məndən biri kitablarımı oğurlayır, biri pencəyimi oğurlayır, biri uşağımı oğurlayır, biri qəlbimi oğurlayır, biri şerimi oğurlayır, biri... Şair Qəşəm Nəcəfzadə: "Allah haqqı..." - Nə uşaq vaxtı, nə də indi oğurluq etmişəm. Yalan danışmağı sevmirəm, bəzən danışılan yalan deyilən həqiqətdən daha xeyirli olur. Həyat Şəmi: "Sevgimi aparıblar" - Oğurluq etməyim yadıma gəlmir. Ən zəhləm gedən şey oğruluqdu bəlkə də. Yalan danışmışam, amma oğurluq heç vaxt etməmişəm. Məndən isə oğurluq olub... sevgimi... illərimi mutluluğumu aparıblar... Sevinc El-Sevər: "Çörək oğurlamışam" "Kitab oğurlamışam, amma kitab mağazasından yox. Dostlarımdan. Demişəm, bilsələr, qaytararam. Bilinən kimi qaytarıb vermişəm, bilməyənə heç o kitab lazım deyil deyib, saxlamışam. Qayınanamdan da kitab oğurlamışam, ədəbiyyat müəlliməsidi. Məndən də kitab oğurlayıblar. Rasim Qaracanın kitabını oğurladılar bir dəfə. Bilmədim kim apardı, çoxlu qonaqlar gəlib-gedirdi evə, hamısı da yazıçılar. Orxan Pamukun "Mənim adım qırmızı" romanını çırpışdırdılar. Sonra gedib təzəsini aldım. Uşaq vaxtı qənddandan qənd yox, amma çörək qabından çörək oğurlamışam. Qənd tapırdıq ki… Anam deyirdi qənaət eləməliyik, çörəyin qıt vaxtları idi, gedib gizlindən çörək götürürdüm, ürəyim əsirdi ki, qapağı danqıldamasın... Bir də görürdün dəmir qazanın qapağı danqıldadı, anam gəldi, nə gəldi. Ürəyim ağzıma gəlirdi qorxudan. Qonşunun həyətindən iydə oğurlamışam. Nənəm qonşu arvadla savaşmışdı. Arvad bizi daha həyətinə buraxmırdı. Mən də keçib oğurladım, Ağaca sağ ol dedim. Sonra nənəmlə arvad barışdılar, dedim, Şəfiqə xalaya ki, belə şey eləmişdim. Halallığını aldım. Amma halal və haram söhbətinə əhəmiyyət verən adamam. Harama, haram tikə yeyənlərə nifrət edirəm. "Anamın kosmetikasını oğurlayıb sürməylə bığ çəkirdim güzgü önündə", - bu mənim "Janna Darkı tanıyırdım" şeirimdən misradı... Qardaşımı da məcbur elədim ki, yalan danışsın Yalan, heç də... Onu hamı danışır. Bir dəfə amma yadımdan çıxmaz. Dərsdən sonra icazəsiz kitab mağazasına getdim. Günorta oxuyurduq, gecə tez düşürdü. Qardaşımı da aparmışdım özümlə. 3-cü sinifdə oxuyurdum. Hər dəfə kitab mağazasnın yanından keçəndə valideynlərimdən istəyirdim məni ora aparsınlar, kitab alsınlar. Hər dəfə, sonra deyib məni başdan eləyirdilər. Məcbur olub gizlin getdim... Başım elə qarışmışdı bir də gördüm axşam düşüb. Yolboyu çoxlu yalanlar uydurdum evdəkilərə deməyə. Qardaşımı da məcbur elədim ki, yalan danışsın. Belə yalanlar danışmışam hə… Amma məsum yalanlardı onlar. Hərdən qızlarım da mənə yalan danışırlar... Gülürəm, yadıma öz uşaqlığım düşür... Bilirəm ki, mənim də yalanlarıma inanmırlarmış onsuz da. Necə ki, mən iannmıram indi uşaqların yalanlarına. Onlara kənardan nəzarət edirəm, qoy elə bilsinlər, doğrudan da məni aldadırlar. Məncə, bu daha yaxşıdı. Qadağa varsa, yalan da olacaq. Elçin Mirzəbəyli: "Ömrümü oğurlayıblar" - Qonşunun bağından meyvə oğurlamışam, bütün uşaqlar kimi. Ömrümü oğurlayıblar. Kimi 3 il, kimi 5 il, kimi 10 il... Yalan danışmamışam, amma bəzən həqiqəti tam çılpaqlığı ilə deyə bilməmişəm. |
2013-11-04 | 972 | "Bütün ermənilər mənim qohumumdur” | Türkiyədə "Zorlu Center PSM"in açılışında səhnəyə çıxan Sezen Aksu konserti 17 il əvvəl həyatını itirən böyük məhəbbəti Onno Tunca həsr edib. Mahnı aralarında tamaşaçılarla söhbət edən Aksu: "10 il Onnonun gəlini olaraq yaşadım. Həmçinin bütün ermənilər mənim qohumumdur",- sözləri böyük alqışa səbəb olub. Xatırladaq ki, Sezen Aksunun keçmiş həyat yoldaşı, erməni bəstəkar Onno Tunc 1996-cı ildə təyyarə qəzasında həlak olub. |
2013-11-04 | 973 | Ramin Hacılı ermənlilərlə rəqs etdi - Video | Ermənistana səfər edən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı kafelərin birində ermənilərlə bərabər rəqs edib. Ramin Hacılı öz statusunda bu video haqqında yazıb: "Yerevanda bir elitar restorana getdik. Canlı musiqi var idi. Dedim, bu musiqi bizimdi, ermənilər dedi, yox, bizim milli musiqidi. Dedim, gəlin rəqs edək, kimdə yaxşı alınsa, onun milli mahnısıdı. Həmişəki kimi qalib gəldim. P.S. Bəy havası idi, dostlar. İrəvanda BƏY havası oynamaq.... ehhh necə xoşbəxt idim, transda idim..." Qeyd edək ki, video "feysbuk" sosial şəbəkəsində yayılıb. |
2013-11-04 | 974 | “Azpetrol” İçəri Şəhərdən çıxdı | "Azpetrol" Şirkətlər Qrupu bu gündən İçəri Şəhərdəki ofisini tərk edib. Şirkət bundan sonra Xətai rayonu, Afiyəddin Cəlilov küçəsindəki "Yeni Həyat" yaşayış komleksinə köçüb. "Axar.az"a məlumatı təsdiqləyən "Azpetrol" şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov yeni ofisin 2 ilə yaxındır ki, alındığını və təmir işləri aparıldığını bildirdi: "İçəri Şəhərdəki ofisimiz balaca idi. Ona görə də "Yeni həyat" Yaşayış Kompleksində ofislər üçün nəzərdə tutulan binanın 27 və 28-ci mərtəbələrinə köçdük". |
2013-11-04 | 975 | Şahbaz Xuduoğlu ölkədə yoxdur - Fotolar | "Qanun" Nəşrlər Evində Vergilər Nazirliyi tərəfindən yoxlamalar aparılması barədə məlumat vermişdik. Məsələnin nə yerdə olmasını öyrənmək üçün Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxlamağa çalışdıq. Nəşriyyatdan verilən məlumata görə, "Qanun"un rəhbəri ölkədən kənardadır. Nəşriyyatın rəhbəri özünün "feysbuk" səhifəsində Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində keçirilən kitab yarmarkasında iştirak etmək üçün səfərdə olduğunu yazıb. |
2013-11-04 | 976 | Yerusəlimin statusunda yeni qalmaqallı qərar | İsrail hökuməti Şərqi Yerusəlim və İordan çayının qərb sahilində yerləşən yəhudi əhalisi üçün 1,8 min evin tikilişinə tender elan edib. Bu ərazilərdə 1031 mənzil və evlərin tikilməsi planlaşdırılır. Şərqi Yerusəlimdə isə evlərin sayı 828-ə çatacaq. Bu barədə oktyabrın 30-unda xəbər yayılıb. BMT-nin rəhbəri Pan Gi Mun İsrailin bu planını pisləyib və bildirib ki, Yerusəlimin statusunu özbaşına müəyyənləşdirən hər hansı bir addım beynəlxalq cəmiyyət tərəfindən qəbul edilməyəcək. Məskunlaşma fəaliyyəti beynəlxalq hüquqa ziddir və dünya üçün maneədir. Fələstin hökuməti İsrailin bu qərarı ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyi düşünür. |
2013-11-04 | 977 | Britaniyada ateistlər üçün kilsə açıldı | Mançesterin "Bazar məclisi"nin yığıncaqları kilsədəki kimi təşkil edilir. Onların xoru və bəxşiş qutuları var. Aqnostiklər, həyatdan və kilsədən küsənlər din və Allah haqda bir kəlmə də kəsilməyən görüşlərə gəlirlər. "Bazar məclisi" hərəkatının yaradıcılarından biri professional yumorist Sanderson Cons qeyd edir ki, Britaniyada təxminən 35% əhali ateistdir. Cons deyir: "Təsəvvür edirsiniz, bizim yığıncaqlar onları ilhamlandırsa, nə olar! Biz dünyanı dəyişirik". Yığıncaqda piroqla çay içmək, xor oxumaq olar. Lakin duaların yerinə müasir estradanın hit mahnılarını, İncilin yerinə isə "Alisa möcüzələr diyarında" nağılını oxumağa üstünlük verirlər. |
2013-11-04 | 978 | Qızı doğuldu, diri-diri basdırdı – Foto | İslamdan əvvəlki cahilliyə dövründəki qız uşaqlarının diri-diri basdırlıdığı hadisəsinə oxşar hadisə əsrlər sonra Hindistanda baş verib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Ladhya Pradeş əyalətindəki meşəlik ərazidə yeni doğulmuş qız uşağı torpağa yarı basdırılmış halda tapılıb. Xəstəxanaya aparılan uşaq bədənində olan əziklərə görə 24 saat sonra ölüb. İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, uşaq iyunun 28-də Radeşyamda Kevat və Caqdiş Manqilal adlı qəsəbə sakinlər tərəfindən tapılıb. Uşağın ağladığını eşidən cütlük yarıya qədər torpağa basdırılmış yeni doğulmuş körpəni çıxararaq hadisə barədə polisə məlumat verib. Polis uşağı diri-diri basdıran ailənin tapılması üçün istintaq başladıb. Hidnistanda son illərdə ailələrin qız uşaqlarını öldürməsi hadisəsinə tez-tez rast gəlinir. |
2013-11-04 | 979 | «Avtovağzal» stansiyası fəaliyyətə başlayır - FOTO | Şərti adı "Memar Əcəmi-2" ("Cavadxan") stansiyasını "Avtovağzal" stansiyası ilə bağlayacaq sahədə son inşaat mərhələsi başlanıb. "Axar.az"ın xəbərinə görə, bu barədə Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Yaşıl xəttə keçid funksiyası daşıyacaq "Memar Əcəmi-2", ümumiyyətlə, metropoliten tarixində inşaat, quraşdırma, forma, məzmun və funksionallığı ilə fərqlənəcək bir stansiya olacaq. Artıq əraziyə eskalatorlar daşınıb və onların quraşdırılması üçün ilkin quraşdırma meydançasının tam təhvil verilməsinə də az müddət qalıb. Qeyd edək ki, burada metropolitenin etibarlı tərəfdaşına çevrilmiş "Tüyssen Krupp" ("Thyssen Krupp") şirkətinin 16 eskalatoru quraşdırılacaq. Burada eskalatorların dəmir-beton konstruksiyasının qurulmasına da başlanılıb. Artıq kompleksinin ümumi uzunluğu 167 metrə yaxın olan stansiyanın inşa olunduğu ərazidə abadlıq işlərinin yerinə yetirilməsi məqsədilə ilkin işlərə də başlanılıb. Ərazidə müxtəlif şaxta çıxıntıları da çoxluq təşkil edir. Təhlükəsizlik tədbirləri sırasında yeni xətlərin stansiyalarında həm də yanğından mühafizə sistemlərini də qeyd etmək lazımdır. Stansiyada qurulacaq avadanlıqlardan əlavə, həm də giriş-çıxışlara paralel hazırlığı təmin ediləcək yanğından mühafizə təyinatlı xidməti pilləkənlər də nəzərə alınıb. Texniki mərtəbədə elektrik yarımstansiyası, ventilyasiya otaqları, rele otaqları və s. kimi texniki xidmət sahələri yerləşəcək... Bənövşəyidən Yaşıl xəttə keçid funksiyasını daşıyacağından "Memar Əcəmi" stansiyasına keçid məsələləri də həllini tapmalıdır. Bu səviyyədə əsas işlər artıq görülüb. İki stansiya arasındakı birləşmə dəhlizinin tikintisi başa çatdırılıb, izolyasiya və müvafiq bərkitmə yerinə yetirilib. |
2013-11-04 | 980 | Səfər Əbiyevin oğlunun toyunda kim oxudu? | Türkiyəli müğənni Rafet El Roman sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda iştirak edib. "Axar.az" "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Buta Palace"də keçirilən toy mərasimində sevilən mahnıları ilə qonaqları əyləndirib. Qeyd edək ki, Həsən və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib. |
2013-11-04 | 981 | "Dinləmə qalmaqalı"nı yaradan şəxs ABŞ-dan əfv dilədi | ABŞ Milli Təhlükəsizlik Agentliyinin eks-əməkdaşı Snouden bu yaxınlarda Moskvada görüşdüyü alman deputatı Ştrebelledən ABŞ rəsmilərinə məktub göndərib. O, məktubunda əfv olunmağı və onunla satqın kimi davranmamağı xahiş edib. Keçmiş agent məktubunda qeyd edib ki, onun yaydığı məlumatlar ölkədə və xaricdə müsbət effekt verib, çünki xüsusi təyinatlıların mütəmadi olaraq ABŞ qanununu pozduqları ortaya çıxıb. Ona hələ də fərari kimi münasibət göstərilsə də, o, düz danışmağın cinayət olmadığını və beynəlxalq birliyin köməyi ilə ABŞ-ın zərərli davranışından əl çəkəcəyini bildirib. Ştrebelle məktubu ABŞ səfirinə çatdırıb, lakin Vaşinqtondan hələ cavab gəlməyib. Məlumat üçün bildirək ki, Snouden 35 ölkə başçısının dinlənilməsi, eləcə də əhalinin internetdən izlənməsi haqda sənədləri mətbuata verib və Rusiyada sığınacaq tapıb. |
2013-11-04 | 982 | Kor Vanqadan tükürpədici iddialar | 4509-ci ildə insanlar Tanrıyla ünsiyyətə keçə biləcək Hamının kor Vanqa kimi tanıdığı məşhur Vanqa nənənin ölməsinin üstündən 14 il keçməsinə baxmayaraq, hələ də onun gələcək üçün verdiyi proqnozlar gerçəkləşmək üzrədir. Sizə Vanqanın dediyi şokedici proqnozları təqdim edirik. 2014-cü ildə baş verəcək müharibədən sonra dünya əhalisinin yarısı dəri xərçəngindən əzab çəkəcək. Buna səbəb isə döyüşdə nüvə silahından istifadə etmək olacaq. *** Vanqanın proqnozuna görə, 2016-cı ildə Avropa əhalisi tükənmə nöqtəsinə gələcək. Və demək olar ki, 2025-ci ildə Avropada çox az sayda insan yaşayacaq. *** Vanqanın məlumatları sırasında ən maraqlısı isə odur ki, o 2018-ci ildə dünyanın yeni super gücünün Çin Respublikası olacağını deyib. *** Vanqanın dediyi ilginc iddialar sırasında Yer kürəsi və əhalisi haqqında da kifayət qədər informasiyalar var. O, bildirib ki, 2023-cü ildə dünyanın orbitində naməlum dəyişiklik olacaq. *** 2028-ci ildə yeni bir enerji növü inkişaf etdiriləcək. Bu enerji növünün sayəsində yavaş-yavaş aclıq hissi hiss olunmaz hala gələcək. *** 2033-cü ildə Qütbdəki buzlaqlar əridikcə yer kürəsinin su səviyyəsi artacaq. Buzlaqlarla mübarizə dünya iqtisadiyyatına böyük zərbələr vuracaq. Amma buna baxmayaraq, 2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar. *** 2046-cı ildə yeni bədən orqanlarının istehsalına maliyyə ayrılacaq. İnsan orqanları çoxaldıla biləcək. Xəstələnən orqanın yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq. *** 2066-cı ildə ABŞ müsəlmanlarının idarəsi altında Romaya qarşı iqlim dəyişdirən bir silah istifadə ediləcək. Bunun nəticəsində istilikdə ani bir eniş yaşanacaq. *** 2088-ci ildə insanların saniyələr ərzində yaşlanmasına səbəb olan yeni bir xəstəlik yaranacaq. Çox keçməyəcək ki, 2097-ci ildə yaşlanma xəstəliyi müalicə ediləcək. *** 2100-ci ildə insan istehsalı olan süni günəş yaradılacaq. Bu hadisədən 11 il sonra isə insanlar androidə bənzər robotlara çevriləcək. *** 2123-ci ildə böyük ölkələr kiçik ölkələr arasında gedən döyüşlərin əlində aciz qalacaq. *** 12 yaşında qeyri-adi istedada sahib olan Vanqa dünyada baş verəcək hadisələri sıralayarkən qeyri-adi, maraqlı iddialar səsləndirib. "Axar.az"ın xarici mediaya istinadən verdiyi xəbərdə bildirilir ki, kor olmasına baxmayaraq, çox şeyi görə bilən Vanqa 2130-cu ildə dünya əhalisi ilə yadplanetlilərin əməkdaşlıq edəcəyini iddia edib. Bu iki növ məxluqlar arasında olan iş birliyindən sonra su altında mədəniyyətlər qurulacaq. 2288-ci ildə isə yadplanetlilərlə çox sıx əlaqələr yaranacaq. *** 2164-cü ildə heyvanlarda insanlaşma xüsusiyyətləri meydana gələcək. *** 2196-cı isə ildə Asiya və Avropa irqləri arasında fərqi müəyyən etmək olmayacaq. İrqlər tamamilə bir-birinə qarışacaq. 2273-cü ildə ağ, qara və sarı irqlərin birləşməsindən yeni cins insan növü yaranacaq. *** 2221-ci ildə dünya əhalisi xarici həyat axtarışında olarkən insanlar qorxunc, naməlum bir şeylə qarşılaşacaqlar. *** 2302-ci ildə kainatın əhəmiyyətli, əsas olan bütün qanunları və sirləri ortaya çıxacaq. *** 2371-ci ildə bütün dünyada aclıq baş verəcək. Bu gedişlə 2378-ci ildə çox sürətlə böyüyən yeni bir nəsil ortaya çıxacaq. *** 3010-cu ildə Aya bir kometa çarpacaq. Dünyanın ətrafı daş, toz və küllə örtüləcək. *** 3803-ci ildə Yeni bir planetdə yavaş-yavaş əhali artacaq. İnsanlar arası ünsiyyət azalacaq. Yeni planetin iqlimi insanların orqanizmlərini dəyişdirəcək, insanlar mutasiyaya uğrayacaq. *** 3854-ci ildə insanlar sürü halındakı heyvanlar kimi yaşamağa başlayacaqlar. *** 4308-ci ildə insanların beynində pislik və nifrət kimi hisslər qalmayacaq. *** Vanqanın iddialarından ən şokedicisi isə odur ki, o, 4509-ci ildə insanların Tanrıyla ünsiyyətə keçə biləcəyini və 4599-cu ildə insanların ölümsüzləşəcəyini iddia edib. *** 4674-cü ildə yadplanetlilərlə insanlar bir-birinə bənzəməyə başlayacaq. Və ən son olaraq isə 5079-cu ildə dünyanın sonu gələcək. |
2013-11-04 | 983 | Türkiyədə açıq havada da siqaret çəkmək olmayacaq | Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı yeni qanuna görə, uşaq parklarında, xəstəxana və məscid qarşısında siqaret çəkmək qadağan oluncaq. Habelə məktəb və məscidlərə 100 metr yaxınlıqda olan məsafədə siqaret satışı yasaqlanacaq. Qanun layihəsi 18 maddədən ibarətdir və özündə böyük qadağaları əks etdirir. Qanuna görə, restoran, çayxana kimi məkanların açıq sahələrində tütün və tütün məhsulu istifadə edə bilməyənlər üçün xüsusi sahələr yaradılacaq. Ticarət mərkəzi, kino və teatr kimi yerlərin girişlərində tütün istifadəsinin maneə törətməsinə aid passiv təsirlənmə məsafəsi təsbit ediləcək. Bir sözlə, cəmiyyət və xüsusi sektora aid bütün xidmət vasitələrində tütün istifadəsi qadağan olunacaq. Xatırladaq ki, bundan əvvəl qapalı yerlərdə siqaret çəkilməsini yasaqlayan Türkiyə həm də məscidlərin 100 metrlik məsafəsində spirtli içki satışını qadağan edən qanun qəbul etmişdi. Açıq havada siqaret qadağası olan ölkələr... ABŞ-ın Nyu York ştatında parklar, sahillər və hətta məşhur "Tayms Meydanı" belə "siqaretsiz" hala gətirilib. Yeni Zelandiya 2003-də məktəb, məktəb bağçaları və iş yerlərində siqaret çəkmə qadağası qüvvəyə minib. İspaniya 2011-ci ilin yanvarında xəstəxana və parklarında siqaret çəkmə qadağasını tətbiq etməyə başlayıb. Qeyd edək ki, dəniz sahilində siqaret qadağasını tətbiq edən ilk avropa ölkəsi Fransadır. |
2013-11-04 | 984 | Hərbiyə ayrılan vəsait yenə artırıldı | 2014-cü ilin dövlət büdcəsinin 14,7 faizi hərbi sahəyə yönəldiləcək 2014-cü ilin hərbi büdcəsi açıqlandı. "Axar.Az" xəbər verir ki, bunu 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclisdə 5 daimi komitənin – İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Müdafiə və təhlükəsizlik, o cümlədən Təbii və ehtiyatlar, Eneregtika və Ekologiya komitələrinin birgə iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov dilə gətirib. Onun dediyinə görə, növbəti ilin büdcəsində hərbiyə ayrılan vəsaitin həcmi 1 milyard 637 milyon manat olacaq ki, bu da 2013-cü illə müqayisədə 1,1 faiz çoxdur. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin 25 milyarddan çox olacağı gözlənilir. |
2013-11-04 | 985 | Abdullah Gül Ərdoğana rəqib olacaq | Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül həftə sonu Şotlandiya səfəri zamanı "Guardian" qəzetinə müsahibə verib. Qəzet Abdullah Gülün 2014-cü ildə prezidentliyə namizəd olub olmayacağını öyrənməyə çalışıb. "Axar.az"ın melumatına görə, Abdullah Gül qarşıdan gələn prezident seçkilərində ölkənin avtoritet baş naziri kimi göstərilən Rəcəb Tayyib Ərdoğana rəqib olacağına eyham vurub. Abdullah Gül ona ünvanlanan suala cavab verməyin tez olduğunu vurğulasa da, "yox" da deməyib. Türkiyə Cümhuriyətinin prezidenti Abdullah Gül R.T.Ərdoğana rəqib deyil, yoldaş olduğunu vurğulayaraq, spirt və baş örtüsü mövzusunda fikir ayrılığının yaranmasıyla bağlı danışmaqdan imtina edib. |
2013-11-04 | 986 | Qara sevdamız | Gəlin, sizə çoxuşaqlı ailədə doğulmaq azmış kimi, bir də oğlan eşqiylə ildə bir çocuk yapan ər-arvadın dördüncü qızı olmağın faciəsindən danışım. Arzuolunmaz uşaq olmaq qədər tragikomik bir şey yoxdu. Geyim xəstəsi Məsələn, mən uşaqlığımda heç vaxt diqqət mərkəzində olmadığımdan ürəyim istəyən yaramazlığı nəzərə çarpmadan edə bilmişəm. Künc-bucaqda azdan–çoxdan nəsə tapıb yeyərək, böyük bacılarımın köhnə geyimləriylə böyümüşəm. Nənəm demişkən, demək olar ki, "ərlik qızdım", amma heç vaxt adıma alınmış bir uzunboğaz corabım – "kalqotkam" belə yoxdu. Bu yaşıma qədər hələ də uşaqlıqdan yaranmış geyim kompleksimi üstümdən ata bilmirəm. Hətta bəzən vicdanımın kefi-kök vaxtına düşəndə geyim xəstəsi olduğumu belə etiraf edirəm. Bir sözlə, qarderobumun qapıları üzümə durub. Bu azmış kimi, 8 yaşlı oğluma da öz "xəstəliyimi" bulaşdırmaqla məşğulam. Qaramat vitrinlər Ötən bazar oğluma tutdurdum ki, keçənilki gödəkcənin qolları qısa qalır. Gedək, yenisini alaq. İnandırım sizi, şəhərdə girmədiyimiz dükan-bazar qalmadı. Bu böyüklükdə şəhərdən bir dənə rəngli gödəkcə tapa bilmədik. 4-5 yaşından yuxarı oğlan uşaq paltarlarının hamısı bom-boz rənglərdəydi. Elə bil, uşaq mağazalarının vitrinlərini qaramat basmışdı. Hələ qoca kişi geyimini andıran demode-dəbdən düşmüş pencək-gödəkcə, ayaqqabı modellərini bir yana, geyimlərin rəngi gələcəyimiz olan uşaqların psixologiyasının ciddi təhlükə altında olmasından xəbər verir. Qara, boz, göy, uzaq başı qəhvəyi rəngli paltarlarla uşaqların rəngarəng aləmini söndürmək nə dərəcədə doğrudur? Sualı bir az da poetikləşdirsək: - Nədir sizin bu "qara sevda"nızın səbəbi? Yox, narahat olmayın, sizinlə işim yox, sualı elə girdiyim bütün mağaza müdir və satıcılarına tuşladım. Cavabları yazmazdan əvvəl rənglərin insan psixologiyasındakı rolundan bilgilərimi bölüşmək istəyirəm. Uzmanlar bildirir ki, mədənin qidaya ehtiyacı olduğu kimi, beynin də rənglərə böyük ehtiyacı var. Hər bir insanda müəyyən yaş və zamanlarda müxtəlif rənglərə xüsusi psixoloji bir meyillilik olur. Uşaqlarda isə doğal olaraq rəngarəngliyə daha çox meyl olmalıdır. (Təbii ki psixologiyalarında hər hansısa problem yoxdursa.) Ətrafda mövcud olan müxtəlif rənglər və rəng çalarları insan emosiyalarına və psixo-fizioloji vəziyyətinə bilavasitə təsir göstərir. Hətta eyni bir rəngin müxtəlif intensivlikdə təsiri insanda pozitiv və ya neqativ emosiyalar yarada bilər. Mütəxəssislərin fikrincə, rənglər o dərəcədə möhtəşəm, güclü təsirə malikdir ki, hətta insanın iş qabiliyyətinə, iştahasına, emosiyalarına, qan təzyiqinə, diqqətinə və eşitmə itiliyinə də təsir göstərə bilər. Müasir tədqiqatların nəticələrinə görə, insan rəngləri dəri təması vasitəsilə də qəbul edə bilər. Məsələn, insanın gözünü bağlayıb qırmızı rəngli otağa saldıqda, onun nəbzi sürətlənir, sarıda normallaşır, göydə isə yavaşıyır. Hələ tibb sahəsində, xüsusən də Şərq təbabətində min illər boyunca tətbiq edilən "koloroterapiya" adlanan rəng terapiyasının tətbiqindən və müsbət nəticələrindən danışmıram. Qayıdaq içimi yeyib-tökən sualın cavabına. - Tələbat bu rənglərədir. Ən çox bu rənglər satılır. Deyəndə ki, bəlkə elə tələbatları siz tənzimləyirsiz? Niyə daha zövqlü və rəngli geyimlər gətirib adamalrın zövqünü elə siz özünüz formalaşdırmayasınız?! Satıcı kişi aqressiv, hətta kobud bir tərzdə dedi: - Millətin dərdi mənə qalıb? Məqsədimin savaşmaq yox, normal fikir öyrənmək olduğunu deyib, adamı bir az yumşalda bildim. Bu dəfə sakitcə gətirib qarşımıza bir kataloq qoydu. Vallah, o qədər canlı, gözəl rəngli geyimlər vardi ki, adam elə kataloqu gözünə soxmaq istəyirdi. And içdi ki, bu kataloqdakı rəngləri bir dəfə gətirdik, filan qədər ziyana düşdük. Mallar qaldı əlimizdə, heç biri alınmadı. Nə deyəsən?.. Hələ başqa bir satıcının məntiqinə baxın. - Oğlan uşaqlarını kişi kimi böyütmək lazımdır. Görmürsüz, indi hər iki oğlandan biri qız kimi əzilə-büzülə danışır?! Özü də day bu, uşaq sayılmır ki, 8-9 yaşı var. Beləcə, qafamdakı "kimdir müqəssir?" sualının cavabından bom-boz mağazaların müdirləri üzü-ağ çıxdı. Elə jurnalistliyim tutmuşkən Mağazalardan alış-veriş edən valideyinlərin yanlarındakı uşaqlarına soruşmadan belə, qarasına-göyünə baxmadan əlinə keçən geyimləri alan valideyinlərində məntiqini sorğuya çəkdim. - Seçimlərinizdə niyə uşaqların da öz fikirlərini almırsız, bəlkə elə başqa rəngi xoşlayırlar?! Hamısının da cavabı seçimləri kimi yeknəsək oldu. - Oğlan uşaqlarına qırmızı geyindirəcək deyilik ki. Həm də rəngli paltarlar tez çirklənir. Burda gördüyümüz kimi vəziyyət artıq daha fərqli məqama keçir. Qüsurlu düşüncəyə malik olan valideynlərdən sağlam psixologiyalı uşaqlar gözləmək absurddur. Əlqərəz, qara geyimlər almasaq da, o gün evə qanıqara dönəsi olduq. Ən böyük koloroterapevt sayılan təbiətin bir parçası kimi şəxsən mən nəinki geyim, əşya və.s., hətta duyğuların, səsin, sözlərin rənginin olduğunu sadəcə görmək yox, hiss etməyi belə vacib sayıram. |
2013-11-04 | 987 | Obama: “İnsan öldürməkdə çox yaxşıyam” | ABŞ-ın prezidenti Barak Obamanın 2012-ci ildə pilotsuz təyyarələrin hücumları ilə əlaqədar "öldürməkdə çox yaxşıyam" dediyi iddia edilib. Obama 2012-ci ildə prezidentlik seçkilərində köməkçiləri ilə olduğu toplantıda, pilotsuz təyyarələrin hücumlarını (PT) nəzərdə tutaraq "insan öldürməkdə həqiqətən çox yaxşıyam" dediyi iddia edilib. Böyük mübahisələrə səbəb olacaq Jurnalistlər – Mark Helperin və Con Heylmənin 2012-ci il prezident seçkilərindən bəhs etdiyi " İkiqat eniş (Double Down)" adlı kitabında yer verdiyi bu cümlə, böyük mübahisələrə yol açacaq kimi görünür. Obamanın işlətdiyi bu cümlə Pakistanda həyata keçirilən PT hücumlarında "Taliban" liderinin öldürülməsindən sonra ortaya çıxması isə diqqət cəlb edib. "Bu sözlər Nobel Barış Mükafatçısına yaraşmır" Obamanın dediyi iddia edilən sözlərə yer verən "Yahoo Nyus" və "Biznes İnsaydə" saytları "Bu sözlər 2009-cu il Nobel Barış Mükafatçısına yaraşmır",- deyə xəbər paylaşıb. "Vaşinqton Post"un xəbərinə görə isə, "Obama tabutuna bir mismar daha vurdu", "Bu sözləri (Corc B.) Buş desəydi, aləm bir-birinə dəyərdi" kimi xəbərlər paylaşıb. |
2013-11-04 | 988 | 91 il sonra necə öldüyü bəlli oldu | Misirdəki məzarı kəşf edildikdən 91 il sonra firon Tutanxamonun necə öldüyü ilə əlaqədar sirr axır ki, açılıb. "Axar.az" Türkiyə mətbuatına əsasən xəbər verir ki, Misir Kəşf Birliyi Dr. Kris Naunton mumiyanı kəşf edən Arxeoloq Hovard Karterin daha əvvəl nəşr edilməmiş qeydlərini araşdırdıqdan sonra Tutanxamonun həddindən artıq sürətlə hərəkət edən bir at arabasının qəzaya uğraması nəticəsində öldüyünü bəyan edib. Nauton, at arabası təkərinin Tutanxamonun sinəsini əzdiyini və bədəninin az qala bütün hissələrini parça-parça etdiyini yazıb. İndiyə qədər Tutankamonun vəhşi bir siyasi cinayətə qurban getdiyi iddia edilirdi. |
2013-11-04 | 989 | “Fələk surəsi”ndən roman adına | Stiv Makkurrinin Hindistan, Racastanda çəkdiyi bu şəkildə (bax foto-lentə. – red.) bütün şərqin qadınlarını görürəm. Rəngarəng, qatbaqat parçalara bürünmüş, bir-birinə sığınmış, biri birinin ümidi qadınlar. Şərq həmişə qadınlarını gizlədib. Ona görə də divarların, pərdələrin, örtüklərin, cingildəyən zinətlərin ardındakı şərq qadını qəliblərə yerləşdirilib ağlımıza yazılıb. Türkiyəli yazar Ece Temelkuran "Düyünlərə üfləyən qadınlar" kitabı ilə bizi şərq qadınının həyatına, evinə, ürəyinə aparır. Ece Temelkuran Ece Temelkuran İstanbul Universiteti hüquq fakultəsinin məzunudur. Ancaq bir gün də ixtisası üzrə çalışmayıb. 20 ildir jurnalist kimi fəaliyyət göstərir. Kürdlərin haqqları uğrunda mübarizəyə bir aktivist və jurnalist kimi dəstək verir. Cənubi Amerikadakı gerilla hərəkatını araşdıran Temelkuran bu haqda məlumatlarını "Biz burda devrim yapıyoruz, sinyorita" adlı kitabda topladı. Bənzər bir kitabı isə kürd hərəkatında tutulan azyaşlı uşaqlar barəsindəki "Oğlum, qızım, dövlətim" oldu. Bir dönəm yaşadığı Beyrutdan ilk romanı "Muz səsləri"ni yazdı. Jurnalist fəaliyyəti uzun illər "Milliyet" qəzetində, iki il isə "Habertürk" qəzetində olub. "Habertürk"də hökuməti və birbaşa R.T. Ərdoğanı hədəf alan yazısından sonra ordakı yerindən ayrılıb. Hazırda "Bir Gün" qəzetinin baş redaktorudur. Ərəb baharı və yeni roman İşsiz qalan yazarın şərq səfəri başlayandan sonra Tunisdə bir küçə ixtişaşının ortasında qalan Eceni qara çarşabda üzünü görmədiyi, dilini bilmədiyi bir qadın əlindən tutub o qarışıqlığın içindən çıxarıb. O gün bu romanın qərarı verilib. Bir toxunuşdan, bir baxışdan bir-birinin ruhuna yolu tapan qadınların hekayəsi. Kitab da elə bir qadına – yazarın ən yaxın dostu Aişəyə həsr olunub. "Fələk surəsi"ndən roman adına Tunisli rəqqasə Amira, Misirli professor Məryəm, Türkiyəli jurnalist Ece eyni oteldə qalır. Burda Əsma adlı yaşlı bir qadın ilə tanış olur. Bu sirli qadını hər kəs Madam Lilla adlandırır. Amira həm sevgilisindən ayrılıb, həm ailəsi rəqqasə olduğu üçün onu tərk edib. Məryəm geridə sevgisini, qızını və qəlbini verdiyi Təhrir meydanını qoyub. Ece isə ölkəsiz, dostsuz, işsiz tanımadığı bir ölkədə qalıb. Həbs olunar qorxusu ilə geri dönə bilmir. Çarəsiz qalan bu üç qadına Madam Lilladan bir təklif gəlir. İllər əvvəl qəlbini qırmış kişini tapıb intiqam almaq üçün ona kömək etməlidirlər. Beləliklə düyünlərə üfləyən qadınlar yola çıxır.Əsərin adı da Qurandakı Fələk surəsindən götürülüb: "Düyün vurub üfləyən qadınlar". Səhra bu qadınlara özlərini, arzularını, ölkələrini anlatmağa başlayır. Məhəmmədin Amiraya yazdığı məktublarda, Məryəmin tapdığı nüsxələrdə kəşfə çıxırlar. Keçdikləri hər ölkədə o coğrafiyanın insanlarını, ordakı qadın döyüşçü qruplarını, müharibə gedən ölkələrin arxa cəbhəsini görürlər. Şərqin acısı üzərlərinə çökdükcə öz dərdlərindən sıyrılırlar. Əzablı dünyalarına inşallahlar, maşallahlar, rəqslər və vaz keçmədikləri qəhvə ilə rəng qatmağa çalışırlar.Madam Lilladan həyata, qadınlara və kişilərə dair məsləhətlər alırlar. Tunisdə başlayan səyahət Libya, Misir, Livan ərazisində davam edir. Sonra yenə Tunisdə bitir. Təsadüf yoxdur Kitabı almağım və oxumağım arasında keçən iki ayda həyatımda ən önəmli qadını, məni formalaşdıran, üzümün hər cizgisində yaşayan qadını itirdim. Belə təsadüf ola bilərmi, bilmirəm. Bu səbəbdən də fərqli duyğularla oxudum. Qadınların heç bilmədiyimiz həyatlarına gedərkən onu da anladım hər sətirdə. Əsəri oxuduğum müddətcə məndə yaratdığı duyğuların ən şiddətlisi yazarı görmək, bir anlıq da olsa yanında olmaq arzusu idi. O bu kitabı bir-birindən böyük şəhərlərdə yazdı, başqa böyük şəhərdə nəşr etdi, mən onu böyük bir şəhərdə aldım və sadəcə 60 xanəli balaca bir şərq qəsəbəsində oxudum. Bu kitabı oxuyan bir kişi və qadın eyni hissləri keçirərmi bilmirəm. Çünki, müəllifin də dediyi kimi insan yarası yarasına uyğun olanı sevərmiş. |
2013-11-04 | 990 | Bu gün Moskva miqrantlarını təhlükə gözləyir - Yenilənib | Rusiyada "Vətəndaş Platforması" Partiyasının lideri, tanınmış biznesmen Mixail Proxorov öz tərəfdarlarını "Rus marşına" getməməyə çağırıb. Sosial şəbəkə vasitəsilə tərəfdarlarına müraciət edən Proxorov "Uzun müddət "Rus marşı"na münasibət bildirib-bildirməmək barədə düşündüm. Qərara aldım ki, artan millətçilik əhval-ruhiyyəsindən kənarda qala bilmərəm" deyib. Proxorov ölkədəki miqrasiya siyasətindən və korrupsiyadan bir çoxlarının narazı qaldığını bildirərək təxribata uymamağa çağırıb: "Biz miqrantlarla bağlı vəziyyəti radikal millətçilər olmadan da dəyişəcəyik. "Vətəndaş Platdorması" Partiyasının bunun üçün dəqiq resepti var. Millətçilərin marşına qoşulmaq vacib deyil. Kim ki, ora gedib-getməmək barədə düşünür, mən onlara "getməyin" deyirəm. *** 13:13 Rusiya paytaxtı Moskvada bu gün keçiriləcək "Rus marşı"nda iştirak edəcək şəxslər artıq toplaşmağa başlayıb. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Lyublina rayonunda metro stansiyası yaxınlığından başlayacaq "Rus marşı" meriyanın təsdiqlədiyi marşrut üzrə davam edəcək. Aksiyada 15 min adamın iştirakı razılaşdırılıb. Ancaq millətçilərin liderlərindən biri olan Dmitri Demuşkin aksiyada iştirakçıların sayının bundan 2 dəfə artıq olacağını bildirib. Aksiyada təhlükəsizliyi təmin etmək üçün çox sayda polis əməkdaşı cəlb edilib. Metro stansiyasının ətrafında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Metro adi rejimdə işləsə də, supermarketlər "texniki səbəblərə görə" bu saatlarda fəaliyyətlərini dayandırıblar. Bir neçə ildir ki, keçirilən "Rus marşı" bu il Moskva ilə yanaşı digər şəhərlərdə də baş tutacaq. Bu qəbildən aksiyaların keçirilməsinə noyabrın 3-dən start verilib. Miqrantlara qarşı təşkil olunan bu aksiya Moskvada daha kütləvi xarakter daşıyacaq. Bu isə Moskvada Yeqor Şerbakovun azərbaycanlı Orxan Zeynalov tərəfindən öldürüldüyü barədə yayılan xəbərlərin təsiri ilə izah olunur. |
2013-11-04 | 991 | “Gülər Əhmədova ilə anam söyüşürdü” | "Axar.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib. O, bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: "Bir neçə ildən sonra anam dedi, Gülər ona zəng edib deyir ki, görüşsünlər. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Bunu hamı bilsə, ona da, Gülərə də pis olacaq". Məmmədov daha sonra G. Əhmədovanın ona verdiyi suallara cavab olaraq bildirib ki, E. Abdullayevin puluna görə anası ilə G. Əhmədova bir-birlərini telefonda söyüblər: "Anamla Gülər Əhmədova "skyp"la danışanda anam vəzifəli adamların adını çəkirdi. Gülər Əhmədova isə anama deyirdi ki, ad çəkməsin, danışıb, hər şey yaxşı olacaq". Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qəti imkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. |
2013-11-04 | 992 | Tələbələrin etirazına nazirdən açıqlama gəldi | "Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir" Təhsil naziri Mikayıl Cabbarov son günlər Azərbaycanın ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etirazlara aydınlıq gətirib. "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir. Onun sözlərinə görə, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsində hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatı varsa, bunun araşdırılması üçün nazirliyə müvafiq müraciətlər etməlidir: "Təhsil Nazirliyi olaraq biz tənzimləyici qurum kimi müvafiq qərarlarımızı və cəzalarımızı verməyə hazırıq. İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamalıdır. İmtahan forması şifahi şəkildədirsə, obyektiv, digər formalardadırsa, qeyri-obyektiv kimi təqdim edilməsi ən azı sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır". Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasətə gəlincə, nazir qeyd edib ki, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən bu məsələdə mövqeyin birmənalı olduğunu deyən M.Cabbarov bildirib ki, bu, həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir: "Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Qanun pozuntuları olarsa, bütün tədbirlərin, cəzaların tətbiq olunması təmin olunacaq". Təhsil naziri vurğulayıb ki, təhsil sistemində qiymətləndirmə çox mühüm amillərdən biridir. Onun sözlərinə görə, bu yay keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 19 min müəllim diplomunu əldə edən namizəddən yalnız 1474 nəfərini seçmək mümkün olub: "Bu da öz növbəsində onu göstərir ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçirilən imtahanda tam şəkildə təsdiqlənə bilmir. Bu da universitetləri həm təhsil sistemlərinə, o cümlədən qiymətləndirmə formalarına yenidən baxmağa və təkmilləşmə yolları axtarmağa məcbur edir. Bu normal bir prosesdir. Ona görə də ali təhsil ocaqlarının bu məsələlər barədə düşünməsi və islahatların, təkmilləşmənin yeni formaların tətbiqi məntiqli və düzgün bir istiqamətdir". Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin tələbələri imtahanların yazılı formada keçirilməsinə etiraz edərək aksiyalar keçiriblər. |
2013-11-04 | 993 | “İtən vaxt” yenidən qayıtdı | Dünən noyabrın 3-də saat 19.00-da Oda Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti İlqar Cahangirin iştirakı ilə yazıçı-dramaturq Samir Sədaqətoğlunun ssenarisi əsasında səhnələşdirilmiş "İtən vaxt" tamaşası nümayiş olundu. Son illər Qarabağ müharibəsi haqqında yazılan ən yaxşı əsərlərdən biri sayılan tamaşanın quruluşçu-rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdidir. İlk dəfə 2002-ci ildə Bakı Dövlət Kamera Teatrında səhnələşdirilən "İtən vaxt" pyesi "Üfiq XXI" IV Respublika Monotamaşalar festivalında nümayiş olunub və Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi Mükafatına layiq görülüb. Böyük tamaşaçı kütləsinin marağına səbəb olan bu əsər 2010-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yenidən tamaşaçılara təqdim olunub. Oda Teatrı Topçubaşov küçəsi 40 ünvanında yerləşir. Tamaşaya biletlərinin qiyməti 5 AZN-dir. Oda Teatrının tamaşaları hər həftənin şənbə və bazar günləri nümayiş olunur, biletləri Oda Teatrının kassasından və "PERO Production"un ofisindən əldə etmək olar. |
2013-11-04 | 994 | Azərbaycanda ilk xəbər TV-si yaradıldı | Azərbaycanda ilk xəbər formatlı televiziya kanalı fəaliyyətə başlayıb. Tovuzda yerləşən və noyabrın 1-dən yayıma başlayan Tovuz TV hər saat tamamında olmaqla, gün ərzində 17 xəbər buraxılışını tamaşaçılara təqdim edir. Televiziyaya uzun müddət xəbər sahəsində çalışmış telejurnalist, siyasi icmaçı Nadir Şəfiyev rəhbərlik edir. Bu barədə "Axar.az"a danışan Nadir Şəfiyevin dediyinə görə, efirin gündəlik həcmini 24 saata çatdırmaq planlaşdırılır: "Tamaşaçılara geniş informasiya təqdim olunması üçün dünyanın tanınmış agentlikləri ilə müqavilələr imzalanıb, region televiziyalarla əməkdaşlıq qurulub. Yaxın gələcəkdə Rusiya, Türkiyə, İran və Gürcüstanda müxbir məntəqələrinin açılması nəzərdə tutulur". |
2013-11-04 | 995 | Tələbələr sabaha aksiya təyin etdilər | Azərbaycan Universitetinin tələbələri növbəti aksiyaya hazırlaşırlar. "Axar.az" xəbər verir ki, Azərbaycan Universitetinin tələbələri noyabrın 5-nə yenidən etiraz aksiyası təyin ediblər. Bununla bağlı tələbələr sosial şəbəkədə paylaşım aparırlar. Statuslarda təhsil ocağının qarşısında keçiriləcək aksiyaya bütün tələbələr dəvət edilib. |
2013-11-04 | 996 | ABŞ satqını bağışlamır - Rəsmi açıqlama | Ağ Ev və ABŞ Senatının kəşfiyyat komitəsi dünyada "dinləmə qalmaqalı" yaradan açıqlamalarla gündəmdə olan və az öncə bağışlanması üçün Amerika hökumətinə müraciət göndərən Snoudeni əfv etməkdən imtina edib. Senatın kəşfiyyat komitəsinin rəhbəri, Demokratlar Partiyasının təmsilçisi senator Diana Faynştayn bildirib ki, Snouden Senatın və yaxud Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə zəng edib əlində olan məlumatlar haqda danışa bilərdi. Ancaq o, bunun yerinə məlumatları mətbuata ötürməklə ölkəyə böyük zərbə endirib və buna görə cavab verməlidir. Hazırda Snouden Rusiyada bir illik sığınacaq alıb. ABŞ-da isə dövlət sirrini KİV-ə açdığı üçün ona cinayət işi qaldırılıb. |
2013-11-04 | 997 | Zabitlər Müdafiə Nazirliyinə müraciət etdi | Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmış 10-dan artıq yüksək rütbəli zabit yenidən hərbi xidmətə bərpa olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Hərbi mənbələrin məlumatına görə ("APA") sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə ordu sıralarından ehtiyata buraxılmış zabitlər müraciətlərində öz bilik və təcrübələrini Azərbaycan Ordusunun inkişafına sərf etmək istəklərini qeyd ediblər və bu məqsədlə yenidən Silahlı Qüvvələr sıralarında hərbi xidmətə bərpa olunmalarını xahiş ediblər. Müraciət etmiş zabitlər vaxtı ilə ordu sıralarında müxtəlif vəzifələrdə çalışıb, Qarabağda hərbi əməliyyatlarda iştirak ediblər. Onların arasında keçmiş hərbi hissə komandirləri, pilotlar, hava hücumundan müdafiə sistemləri üzrə ixtisaslaşmış mütəxəssislər yer alır. |
2013-11-04 | 998 | Nadar Qafarzadənin “Maral”ı ilə məzələndilər | Video Nadir Qafarzadənin "Maral-maral" mahnısını lağa qoydular. Axar.Az xəbər verir ki, youtube-da "Ox’atan" ləqəbli bir müğənni Nadir Qafarzadənin müəyyən dinləyici auditoriyanın hit mahnısına çevrilən "Maral-maral" mahnısını tənqid edən məzəli mahnı hazırlayıb. Mahnıda Nadirə ünvanlı olaraq "Bu nə mahnıdı anormal?" kimi suallı sərt ifadələr də işlədilib. Həmin məzəli mahnını sizlərə təqdim edirik: |
2013-11-04 | 999 | “Rus Marşı” təxirə salındı | Moskvanın Lyublino rayonunda "Rus Marşı"nın təşkilatçıları mitinqin təxirə salındığını bildiriblər. "Axar.az"ın rus mətbuatına istinadən xəbərinə görə, Moskvada hava durumunun pisləşməsi mitinq təşkilatçılarını bu qərarı verməyə məcbur edib. Hazırda "Marş"ın yürüşçüləri mitinqin keçiriləcəyi yerə - Lyublino Pererv küçələrinin kəsişməsinə yığışırlar. Təşkilatçılar yağışlı hava səbəbi ilə mitinq təxirə düşdüyündən, yalnız "Rus Marşı"nın əsas tələblərini oxuyacaqlarını bildiriblər. |