date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-06
1,106
Putinin İrəvana səfəri günü inqilab gözlənilir
İrəvanın mərkəzində polis və "Anonymus" iştirakçıları ("Qay Foks" maskalı vətəndaşlar) arasında qarşıdurma olub. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanları Prezident rezidensiyasına doğru gedən aktivistləri saxlayıb. Saxlanılan 20-yə yaxın şəxsin arasında jurnalistlər də olub. Məlumata görə, həbslər "Sexakron" partiyasının lideri Arutunyanın prezidentin iqamətgahını partlatmaq niyyətini bildirəndən sonra onun tərəfdarlarının molotov kokteyli yandırmağından sonra başlayıb. Ancaq tərəfdarlar bunun provokasiya olduğunu və polislər tərəfindən yandırıldığını bildirib. Arutunyan inqilab etmək fikrində olduğunu və planını dekabrın 2-si Putinin Ermənistana səfəri günü reallaşdıracağını bildirib. O, eləcə də Putini günahlandıraraq Ermənistanın hökumətinin "seçildiyini yox, təyin olunduğunu" bildirib.
2013-11-06
1,107
Tacikistan bu gün öz prezidentini seçir
Bu gün Tacikistanda prezident seçkisi keçirilir. Səhər saat 6-dan axşam saat 8-ə qədər keçiriləcək səsvermə üçün 3,1 min məntəqə yaradılıb. Dünyanın daha 27 ölkəsində 60 səsvermə məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayının 4 milyon olduğu ölkədə prezidentlik uğrunda 6 nəfər mübarizə aparır. Bunlar hazırki prezident İmaməli Rəhmon, kommunistlərin təmsilçisi İsmail Talbakov, Aqrar Partiyasından Tolibbek Buxoriyev, sosialistlərdən Abduxalim Qaffarov, demokrat namizəd Cəidcəfər İsmonov, İqtisadi İslahatlar Partiyasından Olimcon Boboyevdir.
2013-11-06
1,108
Bəxtiyar Sadıqov peşə bayramında telejurnalistləri "vurdu"
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov telekanalları və "bədxəbər" medianı tənqid edən "Bəd xəbər aludəçiliyi" adlı məqalə ilə çıxış edib. Xatırladaq ki, bu gün tele və radio jurnalistlərin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio qurulub. Məhz telejurnalistlərin peşə bayramı günü Bəxtiyar Sadıqovun telekanalları kəskin tənqid etməsinin maraqlı olduğunu nəzərə alıb, o yazını təqdim edirik. Azərbaycanda mətbuat və söz azadlığı var! Bu fikri söyləməklə Amerikanı təzədən kəşf etmək niyyətində deyilik: Yalnız hamıya bəlli olan həqiqəti təkrar edirik. Həqiqət isə belədir: Azərbaycanda mətbuata senzura nəzarəti 15 ildir ki, ləğv olunub! Azad sözə nəzarət üçün dövlətin əlində heç bir vasitə qalmayıb. Beş mindən çox özəl qəzet qeydiyyatdan keçib! Azərbaycan vətəndaşlarının yetmiş faizi internet istifadəçisidir. İyirmidən çox müstəqil televiziya kanalı fəaliyyət göstərir. Həm qəzetlər, həm informasiya agentlikləri, həm də televiziya kanalları proqram siyasətində tam sərbəstdirlər! Yəni, kim nə zaman, nədən və necə yazmaq istəyirsə, elə də edir. Heç kim jurnalistin işinə qarışaraq ona mövzu və iradə diktə etmək səlahiyyətində deyil! Təbii ki, bu, çox yaxşıdır və söz azad olmalı, insanlar düşündüklərini sərbəst şəkildə yaza və deyə bilməlidirlər! Amma... Müstəqillik və azadlıq həm də məsuliyyət deməkdir! Hər bir jurnalist yazı yazanda, süjet hazırlayanda, informasiya toplayıb yayanda peşənin prinsiplərini, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, milli-mənəvi dəyərləri və mentalitetimizi unutmamalıdır! Çox təəssüf ki... - süni sensasiya yaratmaq; - adamları qarşıdurmaya çəkərək qalmaqallar törətmək; - kriminal mövzulara hədsiz həvəs göstərmək; - milli-mənəvi dəyərlərin tapdalanması hesabına qəzeti, televiziya proqramını "maraqlı" etmək; - təsadüfi hadisələri şişirdərək millətin və xalqın ümumi bəlası kimi təqdim etmək; - ən nəhayət, bəd xəbərlərin aludəçisi olmaq müstəqil qəzetlərin, informasiya agentliklərinin və televiziya kanallarının şakərinə, bəlkə də artıq xəstəliyinə çevrilib! "Yaxşı", "maraqlı", "baxımlı" küçəyə tökülməyib! Yaxşı yazı yazmaq, maraqlı informasiya toplamaq, baxımlı veriliş çəkmək üçün həm də əziyyət çəkmək, peşəkarlığa yiyələnmək, bəzən əlavə pul xərcləmək lazım gəlir! Bunlarsız oxucu, tamaşaçı diqqətini cəlb etmək çox çətindir! "Mümkün deyil" - ifadəsini işlətmirik! Çünki müəyyən dövrdə "müxtəlif vasitələrlə topladığın tamaşaçı" sonra səndən üz çevirir. Bu gun özəl televiziya kanallarının ən böyük problemlərindən biri də (özləri etiraf etməsələr də) itmiş tamaşaçılarını geri qaytarmalarıdır! O da mümkün olsa! Çünki bir-birlərinə bənzəyən şou proqramları, saxta süjet və göz yaşları əsasında qurulan verilişlər, əttökən və primitiv qalmaqallar tamaşaçını bezdirərək iyrəndirib! Bəd xəbər vermək aludəçiliyi isə lap həddini aşıb! Elə bil, qara xəbər verməkdən, insanlarda qanqaralığı, pis əhval-ruhiyyə yaratmaqdan zövq alırlar! "Bəd xəbər"in "pis xəbər" "variantı" isə istisnasız olaraq bütün özəl televiziya kanallarının ən "sevimli" mövzusuna və verlişlərinə çevrilib. Harada "ən pis ana", "ən xəyanətkar ər", "ən nankor övlad", "ən yaramaz bacı və qardaş", "ən tərbiyəsiz və mənəviyyatsız azərbaycanlı" varsa, tapıb gətirirlər studiyaya! Kim hansı biabırçılığı edibsə, söylədirlər, doğmaları bir-birlərinə qarşı qoyurlar, dalaşdırırlar, qarşılıqlı formada ifşa etdirirlər! Öz xalqını, millətini "faktlar"la aşağılayırlar! Qadınının, kişisinin "şərəfsizliyini" göstərirlər! Sanki bu millətdə dəyərli bir şeyin olmadığını sübut etməyə çalışırlar! Hamı pisdir, hamı mənəviyyatsızdır, hamı yaramazdır! Elə isə bəs siz özünüz kimsiniz?! Siz hansı xalqın və millətin nümayəndəsisiniz?! Atası soğan, anası sarımsaqdan gülməşəkər çıxarmı?! Nə istəyirsiniz bu millətdən, yaxud belə verilişlərinizlə nə demək, kimə nəyi çatdırmaq, sübut etmək fikrindəsiniz? Əri şəhid getdikdən sonra min zillətlə uşaqlarını böyüdən, dövlətin yardımı ilə təhsil verib ev-eşik sahibi edən analarımız hanı? Niyə ekrandan görünmürlər?! Bacısına atalıq, qardaşına analıq edərək evin, ailənin bütün ağırlığını çiyinlərinə götürən Azərbaycan övladı hardadır? Niyə belə nümunələri tapıb təqdim edən yoxdur?! Düşmənlə üzbəüz səngərdə yatan, tez-tez ölümün soyuq nəfəsini hiss edən əsgər və zabitlərimiz hardadır? Niyə mavi ekranlarımızın qəhrəmanlarından biri Azərbaycan əsgəri və zabiti deyil? Dünyaya milli-mənəvi dəyərləri - muğamı, aşıq sənəti, Novruzu, İçərişəhəri və Qobustanı, tolerantlığı və qonaqpərvərliyi ilə təqdim olunan müstəqil Azərbaycanın ölkə daxilində belə antimilli təbliğinin (hələ şou proqramlarını demirik) səbəbi nədir? Bu necə düşmənçilik, "yaradıcılıq", gözdənsalma kampaniyasıdır ki, dayanmadan aparılır?! Bəs haçan bunlara "dur" deyiləcək?! Ordan-burdan gətirilərək ilkin variantından (orijinalından) əsaslı şəkildə fərqlənən "oğurluq" verilişlər mənəviyyatımızın qorunmasına, yüksək insani keyfiyyətlərin tərənnümünə yox, proqramın aparıcısının reklamına, millətə mənəviyyatsızlığın təlqininə, ailə dəyərlərinin yoxa çıxdığının sübutuna yönəlir! Bütün "meydana çıxarılan" faktlar, dilə tutularaq (bəzən aldadılaraq) studiyaya gətirilən insanlar göz yaşları axıtmaqla (yenə aparıcının tövsiyəsi əsasında), əhvalata sensasiya donu geyindirilməklə tək Azərbaycan tamaşaçısına yox, dünyanın bir çox ölkələrinə yayımlanır. Başqa millətlər özlərinin "qədimliyini", humanistliyini, ailə dəyərlərinə sadiqliyini göstərib dünyanı olmayan şeylərə inandırmağa çalışdıqları halda, biz yaxşılarımızı unudaraq təbliğatımızı yamanlar üzərində qururuq! Həm də itirilənlərlə qazanacağımızın fərqinə varmadan! Hər televiziya kanalının səhər proqramı var. Adətən, səhər proqramları musiqili, informasiyalı olur, təqvim günləri xususi qeyd edilir, xoş əhval-ruhiyyə yaratmağa hesablanır. Artıq səhər çağı verilişlərinə də "bəd xəbər" baxımından əl gəzdirilib! Əgər gecə yarısı avtoqəza baş veribsə və hadisə zamanı ölən olubsa, obaşdandan tez - tələsik tamaşaçılara çatdırmaq istəyirlər! Elə bil qorxurlar ki, başqaları (əslində, elə qorxurlar) bu qaraxəbərliyi onlardan tez edər! Noolub?! Adam şad xəbər verməyə tələsər! Silsilə bəd xəbərlər isə nə operativlikdir, nə də yenilik! Kriminal xarakterli bəd xəbərlərə də xüsusi aludəçilik var. Əvvəla, DİN-in internet saytı yaxşı işlədiyindən və sutka ərzində baş verən hadisələr dərhal oraya yerləşdirildiyindən jurnalistlər üçün rahat və əlçatandır. Digər tərəfdən, belə xəbərlərdən ucuz və süni sensasiya yaratmaq asandır. Vay o gündən ki, adı və soyadı hansısa tanınmış insanla eynilik təşkil edən başqa bir adam avtomobil qəzasında həlak ola, yaxud hansısa, xoşagəlməz halla üzləşə! Dərhal ad və soyadı sərlövhəyə çıxarıb bəd xəbərə çevirməklə çaşdırıcı sensasiya yaratmağa çalışırlar! Daha düşünmürlər ki, həmin insanın doğmaları, yaxınları, onu istəyənlər var! Məsələnin mahiyyətindən xəbər tutana qədər onlardan hansı isə əsəb sarsıntısı keçirər, səhhətində problem yaranar. Ancaq bircə şey düşünürlər: ad və soyad eyniliyindən istifadə edib bir hoqqa çıxarsınlar! Ucuz sensasiya axtarışı peşəkarlığa da ciddi ziyan yetirib. Süjet göstərilərkən eyni xəbər qısa zamanda 3-4 dəfə təkrarlanır (hələ onun anonsunu nəzərə almırıq ). Ən "dəbdə" olan xəbər: tutaq ki, avtomobil aşaraq qəzaya uğrayıb, bir nəfər ölüb, ikisi isə yaralanıb. Süjet xəbərlər proqramında təqdim edilərkən əvvəlcə aparıcı diktor bunu söyləyir. Kadrlar göstərilərkən reportajı hazırlayan jurnalist onu təkrar edir. Sonra yol-patrul xidmətinin əməkdaşı hadisə barədə yenidən danışır. Ən nəhayət, dördüncü dəfə yaralıların çatdırıldığı xəstəxananın həkimi məlumat verir. Elə bil, bəd xəbəri bir dəfə deməklə ürəkləri soyumur! Əslində, diktorun dediyini jurnalist, onların söylədiklərini isə polis və həkim təkrarlamalı deyil! Hərə bir məqamdan danışaraq bütöv təsəvvür yaratmalıdır. Amma peşəkarlığın aşağı, qara xəbər yaymaq istəyinin sonsuzluğu isə aşağı səviyyəli süjetlərin ekrana çıxarılmasına səbəb olur. Dini-mənəvi dəyərlərimizə, o cümlədən dünyanın bir sıra ölkələrində qəbul edilmiş qaydalara görə yenicə dünyasını dəyişmiş və hələ dəfn olunmamış insanların cəsədinin göstərilməsi (bədii filmlərdə və teleseriallarda belə hal baş verə bilər) yasaq edilir. Amma bir sıra kanallar avtoqəzada həlak olmuş insanı, hansı səbəbdənsə dünyasını dəyişmiş əsgəri ekrana çıxarmağa, yas məclisindən reportaj hazırlamağa böyük həvəs göstərirlər. İnsan ağlayanda bəzən sifəti dəyişərək tanınmaz şəklə düşür. Əzizini itirmiş adamı bu vəziyyətdə ekrandan aləmə göstərməzlər! Hərdən "vətənpərvərliyi" güc gələn jurnalist şok vəziyyətinə düşərək keyləşmiş ata-anaya "Mən fəxr edirəm ki, oğlum şəhid gedib!" - sözlərini söylədirlər. Valideyn övladının ölümündən fəxr duymaz! O övladının vətən uğrunda şəhidliyindən yalnız təsəlli tapar, bir qədər toxtayar! Televiziya kanalları ekran vasitəsilə evlərə meyit gətirməkdən çəkinməlidirlər! Təəssüf ki, ölkəmizin elektron və çap mediası dünya mətbuatında Azərbaycanla bağlı gedən müsbət xarakterli materialların dərhal oxuculara çatdırılmasına, yaxud şər-böhtana konkret faktlar və arqumentlərlə cavab verilməsinə lazımi həvəs və maraq göstərmirlər! Hətta bəzən qondarma faktlar əsasında hazırlanan belə yazıları sevinə-sevinə təkrarən öz qəzet və saytlarında təqdim edir, ona bir neçə "izahlı" material həsr edirlər. Belə sevincin səbəbini anlamaq olmur! Azərbaycanlı qələm əhlinin milli və dövləti təəssübkeşlikdən məhrum olduğunu düşünməkdə isə çətinlik çəkirik! Dövlət başçısı cənab İlham Əliyev Üçüncü Bakı Beynəlxalq Humanitar forumundakı nitqində bəd xəbər hərisliyinə xüsusi diqqət yetirdi: "Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada, əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır." Əgər mətbuat dördüncü hakimiyyətdən yüksələrək ikinci hakimiyyətə çevrilibsə, məsuliyyət və peşəkarlıq da eyni səviyyədə yüksəlməlidir! Həm də heç birimiz heç zaman unutmamalıyıq ki, biz azərbaycanlıyıq!
2013-11-06
1,109
İsrail kəşfiyyat başçısından şok etiraf
Türkiyənin mühasirə altındakı Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə Aralıq dənizində təşkil edilən hücuma görə İsrail hərbi kəşfiyyat başçısı Amos Yadlin münasibət bildirib və "Mavi Mərmərə"də yaşananalar böyük səhv idi" deyib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, 2010-ci ilin 31 mayında İsrailin mühasirəsi altında olan Qəzzaya qida, dərman və inşaat vəsaiti daşıyan "Mavi Mərmərə" gəmisinə beynəlxalq sularda hərbi hücumun təşkilatçılarından biri, o vaxt Hərbi Kəşfiyyat rəhbəri, indi təqaüddə olan general Amos Yadlin 3 ildən sonra susqunluğunu pozması maraqlıdır. Xatırladaq ki, İsrail sözügedən silahlı müdaxilədən sonra üzr istəsə də, İsrail-Türkiyə münasibətləri hələ də gərgin olaraq qalır. Hücum səhv idi Silahsız 9 türk aktivistin ölümü, 50-dən çox adamın yaralandığı həmin hücumla bağlı Türkiyə Məhkəməsində mühakimə olunan Yadlin, ""Mavi Mərmərə"də yaşananalar böyük səhv idi. İki tərəfdə də səhvlər vardı. Kaş ki, olanlar heç yaşanmasaydı",- deyə bildirib. "Eyni şeylər bu gün olsa, yenə eyni şeyləri edərdinizmi?" sualına Yadlinin cavabı belə olub: "Yaşanan təcrübələr insana həmişə nə isə qazandırır. Bu təcrübələrlə o yaşanan hadisələr olmazdı". İsrail "üzr" istəmişdi Bütün dünyanın canlı yayımla izlədiyi hücumda aralarında 19 yaşlı Furqan adlı uşağın da olduğu 9 türk aktivist ölüb, 50-dən çox adam yaralanmışdı. Hadisədən sonra dünyanın bir çox ölkəsindən İsrailə tənqidlər yağdırılmışdı. İsrail keçən martda "üzr" istəyib "təzminat" ödəyəcəyini açıqlamışdı. Ancaq aradan bu qədər vaxt keçsə də, hələ ki, heç bir "təzminat" ödənməyib.
2013-11-06
1,110
Ebru Gündəş süd satmağa başlayır
Azərbaycanlı iş adamı ilə evli olan Türkiyəli müğənni Ebru Gündəş Türkiyə bazarına öz adında yeni süd markası ixrac edəcək. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, müğənni 2009-cu ildə aldığı torpaq sahəsində heyvandarlıqla məşğul olaraq gündəlik 30 min lirəlik gəlir əldə edəcəyini hesablayıb. Minə yaxın inək saxlayan müğənni gündəlik olaraq 30 min litr süd əldə etdiyini iddia edir. Müğənni inəklərindən əldə etdiyi südü tanınmış bir ad altında bazara çıxaracağını bildirib. 4 ildir heyvandarlıqla məşğul olan müğənnin yaxın zaman ərzində Türkiyə bazarına "Ebru" markası adında süd məhsulları ilə girəcəyi bildirilir.
2013-11-06
1,111
Sərnişin avtobusları qəza törətdi
Bu gün səhər saatlarında paytaxtda iki avtobus qəzası baş verib. Xocahəsən yolunda 117 saylı marşurut avtobusu yol kənarındakı tikiliyə çırpılıb. Daha sonra avtobus dərəyə düşüb. Avtobusda sərnişinlər olub. Digər avtobus qəzası isə İnşaatçılar metrosunun yaxınlığında olub. "Qafqazinfo" xəbər verir ki, 77 saylı avtobus minik maşını ilə toqquşub. Qəzanın baş verdiyi hər iki yolda tıxac yaranıb.
2013-11-06
1,112
Azərbaycanın xarici ticarət dövriyyəsi - Statistika
Bu ilin 9 ayı ərzində Azərbaycanın rezidentləri dünyanın 144 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib: 97 ölkəyə məhsul ixrac olunub, 137 ölkədən idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 milyard dolları təşkil edib. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşür. İxrac məhsulları əsasən xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlardır; idxalda isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları və avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard dollara çatıb. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı isə 14,2 dollar artaraq 135,8 dollara çatıb.
2013-11-06
1,113
Atatürk dövlət nişanlarından silindi
Dövlət nişanları və təqdim edilmə üsullarına yenidən dəyişiklik edən 2933 saylı "Medal və nişanlar qanunu"nun 13-cü maddəsinə görə, Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixində qərarlaşdırılan qayda "T.C. Resmi Gazete"nin srağagünkü sayında yayımlanıb. "T.C." və Atatürk silueti ləğv edilib Qaydaya görə Respublika, Dövlət və Ləyaqət nişanındakı "T.C." yazısı ləğv edilib. Dövlət Nişanından isə "T.C." yazısı ilə bərabər Atatürkün silueti də ləğv edilib.
2013-11-06
1,114
Rus hərbi təyyarələri Kolumbiya səmasında - Konflikt
Kolumbiya Rusiyanı ölkənin hava sərhədini pozmaqda günahlandırıb. Kolumbiyanın prezidenti Xose Manuel tezliklə Moskvaya nota göndərəcəyini bildirib. Söhbət Venesueladan Nikaraquaya uçarkən icazəsiz Kolumbiya ərazisindən keçən 2 hərbi rus təyyarəsindən gedir. Məlumatı "NTN24" telekanalı Santosun dediyinə əsaslanaraq verib. O, qeyd edib ki, uçuş üçün Kolumbiyadan icazə alınmalı idi, ancaq ruslar bunu etməyib. Hava sərhədinin pozulması ilə əlaqədar iki Kolumbiya qırıcısı fəzaya qalxıb. "Ria Novosti" agentliyinin verdiyi xəbərə görə 2 rus bombardmançı təyyarə oktyabrın 28-dən patrul nəzarətinə başlayıb, Norveç, İslandiya, Böyük Britaniya ərazisindən sonra Atlantik okeanı keçərək Venesuelanın bazasına enib. Daha sonra oradan Nikaraquaya və noyabrın 5-i Rusiyaya geri dönüb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, uçuş beynəlxalq hava məkanının istifadə qaydalarını pozmadan olub.
2013-11-06
1,115
Ankara Xocalıya “soyqırım” demədi – Türkiyədən zərbə
Ankara valiliyi Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi Xocalı soyqırımı muzeyinin adına icazə verməyib. Valilik bunu "soyqırım" kəlməsinin istifadəsi, ad olaraq verilməsinin diplomatik problemlər yaratması ilə izah edib. Bu barədə məlumatı Türkiyənin "Hürriyət" qəzeti yayıb. Bu etirazdan sonra bələdiyyə muzey üçün yeni ad axtarmağa başlayıb. "Bəzi ölkələrdə soyqırım olaraq qəbul edilən və adına abidələr ucaldılan Xocalı soyqırımı Ankarada bir park və muzey ilə yaşadılacaq. Ankaranın Kızılcahamam bələdiyyəsi Azərbaycan hökumətinin dəstəyi ilə park olaraq başlatdığı işi muzeyə çevirməyi qərara alıb. Təməlqoyma mərasiminə azərbaycanlı millət vəkilləri də iştirak edib. Muzeyin fevralın 26-dək açılması planlaşdırılır. Ancaq muzeyin "soyqırım muzeyi" adlandırılmasına Ankara valiliyindən etiraz gəlib" - deyə qəzet qeyd edir. Kızılcahamam bələdiyyəsinin başqanı Coşkun Ünal məsələyə münasibət bildirib: "Azərbaycan dövləti ilə 2 ildir əməkdaşlıq edirik. Bu zamana qədər millət vəkilləri, prezident İlham Əliyevin müşavirləri, cənab səfir gəlib. İnşaat işləri başa çatmaq üzrədir. Panoramik bir muzey yaradırıq. Ermənilər tərəfindən demək olar ki, yox edilən Xocalıda yaşananları anladan əsər və sənədlər burda sərgilənəcək. Ancaq muzeyin adını dəyişdirmək məcburiyyətində qaldıq. Valilik bildirdi ki, soyqırım kəlməsini qanuni olaraq istifadə etməyəcək, çünki bu diplomatik problem yarada bilər. Bəlkə "qətliam muzeyi" adlandıra bilərik və yaxud başqa bir ad olacaq. Adla bağlı fikirləşirik. Xocalıda baş verənləri bütün dünya bilir".(aznews.az)
2013-11-06
1,116
Azərbaycanda iki rüşvətxor məmur həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşı Mirəvəz Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Axar.az"ın "APA"ya istinadən məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində işləyən Mirəvəz Dünyamalıyev ilə qabaqcadan əlbir olaraq Şamaxı rayon sakininin babasına məxsus evi onun adına sənədləşdirmək üçün sonuncudan 1200 manat məbləğində pul tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində bu il martın 13-də Quliyev və Dünyamalıyev sonuncuya məxsus avtomobildə həmin məbləğdə pulu rüşvət kimi alarkən hər iki şəxs cinayət başında yaxalanıb. Baxış zamanı Dünyamalıyevə məxsus avtomobildən rüşvət kimi aldıqları 1200 manat pul, üzərinə şikayətçinin mobil telefon nömrəsi yazılmış şəxsiyyət vəsiqəsinin surəti, xidməti otağından müxtəlif sənədlər, həmçinin Qurbanovun xidməti otağındakı seyfdən müxtəlif şəxslərin adına olan 10 ədəd şəxsiyyət vəsiqəsi, 20 ədəd bankomat kartı, PİN kodları yazılmış zərflər aşkar edilərək maddi sübut kimi götürülüb.
2013-11-06
1,117
Benzinin qiymətinin qalxması ilə bağlı rəsmi açıqlama
Mətbuatda Tarif Şurasına qiymət artımı ilə bağlı müraciətlərin olması ictimaiyyətdə narahatlıq yaradıb. Ehtimallardan biri də avtomobil yanacağının qiymətinin qalxmasıdır. Tarif Şurasının şöbə müdiri Abbas Əliyev "Axar.az"a bildirdi ki, benzinin qiymətinin qalxması ilə bağlı ictimai narahatlığın heç bir əsası yoxdur: "Elektrik enerjisi xərclərinin 25.5%, təbii qaz xərclərinin 18.9%, su xərclərinin 26.7%, istilik enerjisi xərclərinin 20.3% artırılması ilə bağlı Taarif Şurasına müraciətlər daxil olub və bu məsələlərə baxılacaq. Ancaq Tarif Şurasına avtomobil yanacağının qiymətinin qaldırılması ilə bağlı heç bir müraciət gəlməyib. Müraciət yoxdursa, deməli, Tarif Şurasında bu məsələnin müzakirə edilməsi də gündəmdə deyil".
2013-11-06
1,118
Əsgəri öldürən həkim həbs olundu
Birinci məhkəmə instansiyasının onun barəsində tətbiq etdiyi şərti cəza ləğv olunub
2013-11-06
1,119
Ərəblər sobada yandırılmalıdır
Fransada ultra sağçı Milliyətçi Cəbhədən seçkilərdə namizəd olmaq istəyən Əlcəzair əsilli fransız qadınla partiya funksioneri faşist Almaniyasından fərqlənməyən rəftar edib. Partiya funksioneri ona "sən və övladların sobada yanmalıdır, ərəblər ölməlidir",- deyib. "Star" qəzetinin xəbərinə görə Nadiya Portholt adlı 26 yaşında Əlcəzair əsilli Fransa vətəndaşı partiya funksionerlərinin bu cür irqçi davranışı səbəbi ilə partiyadan istefa verib.
2013-11-06
1,120
Ekspertlər ölkədə qiymət artımını mümkün sayır
Dövlət büdcəsindən maliyyələşən təşkilatların kommunal xərclərinin ödənilməsi istiqamətində müəyyən artımın nəzərdə tutulması 2014-cü ildə ölkədə qiymət artımının müşahidə ediləcəyi haqda xəbərlərə yol açdı. Maliyyə naziri Samir Şərifovun artım haqda son qərarı Tarif Şurasının verəcəyini bildirməsi də müəyyən müzakirələrə səbəb oldu. "Dövlət büdcəsinin gəlir hissəsində gərginlik var" Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov "Axar.az"a açqılamasında 2014-cü ilin dövlət büdcəsində müəyyən gərginlik olduğunu bildirərək, bahalaşmanın olacağını istisna etmədi: "Bu barədə cənab Samir Şərifov da müəyyən izahat verdi. Bilirsiz, 2014-cü ilin dövlət büdcəsində olan təşkilatların kommunal xərclərinin ödənilməsi yönündə 15 faiz artım oldu. Bu da qiymətlərin artacağı yönündə müəyyən söz-söhbətlərə yol açdı. Bu, birbaşa Tarif Şurasının səlahiyyətərinə aid olan məsələdir. Mən Komitənin iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ilə danışdım, amma o mənə bu haqda məsələnin gündəmdə olmadığını bildirdi. Buna baxmayaraq, sizə açıq deyim ki, dövlət büdcəsinin gəlir hissəsində müəyyən qədər gərginlik var. Buna səbəb də neftin istehsalının aşağı düşməsidir. Ona görə də vergilərin yığılmasında artım müşahidə edilə bilər. Amma yenə deyirəm, konkret olaraq bu haqda dəqiq söhbət yoxdur". "Son 10 ildə ilk dəfədir ki, büdcə gəlirləri 4 faiz azalacaq" İqtisadçı ekspert Natiq Cəfərli mümkün bahalaşmaya iki səbəbin olduğunu bildirdi və bunu büdcə gəlirlərinin azalması ilə əlaqələndirdi: "Kommunal xərclərin artımı ilkin büdcə zərfində nəzərdə tutulub, amma bunun hansı miqdarda və nə qədər olacağı məlum deyil. Qiymət artımının bir neçə səbəbi var. Obyektiv səbəb odur ki, 2007-ci ildən üzü bəri hər il infilyasiya olur və son iki ildə bu ciddi müşahidə olunmasa da, 2007-08-ci illərdə açıq şəkildə özünü göstərmişdi. Amma buna baxmayaraq, kommunal qiymətlər artmadı. Olsa da, çox cüzi artımlar oldu. Daha bir səbəbi ondan ibarətdir ki, gələn ilin büdcəsində ciddi problemlərin işartıları var. Bu da büdcənin neft gəlirlərindən asılı olmağı və neft hasilatının son iki ildə kəskin azalması dövlət büdcəsində müəyyən problemlərə yol açır. Son 10 ildə ilk dəfədir ki, büdcə gəlirləri 4 faiz azalacaq. Ola bilər ki, hökumət bu problemləri aradan qaldırmaq üçün qiymət artımına getsin".
2013-11-06
1,121
Oktyabr ayında ərzaq məhsulları bahalaşıb
2013-cü ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən "Axar.az"a daxil olan məlumata görə, ümumilikdə qiymətlər və xidmət tariflərin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşıb. Ay ərzində mal ətinin, qarabaşaq yarmasının, almanın, heyvanın, narın, limonun, naringinin, qozun, şabalıdın, kələmin, çuğundurun, kökün, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub. Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma olub.
2013-11-06
1,122
Ərdoğanın kadrları cemevindən qovuldu
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Qədir Topbaş getdiyi cemevində (ələvi təriqətinin ibadət yeri) etirazla qaşılanınca oranı tərk etmək məcburiyyətində qalıb. "Axar.az"ın "odatv.com" saytına istinadən verdiyi məlumata görə, İstanbulun Sancaqtəpə rayounun Sarıqazi məhəlləsindəki cemevini ziyarətə gedən Qədir Topbaş və AKP-dən Sancaqtəpə Bələdiyyə sədri olan İsmayıl Ərdəm etirazla qarşılanıb. Topbaş və Ərdəmi cemevində görən sarıqazililər "qatil AKP Sarıqazidən rədd ol", "qatil dövlət hesab verəcək" şüarları ilə etiraz aksiyasına başlayıblar. Beləliklə, sərt reaksiyanın artdığına görə Topbaş və Ərdəm cemevini tərk etmək məcburiyyətində qalıb.
2013-11-06
1,123
Nyu-Yorkda ilk demokrat mer seçildi
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində son 20 ildə ilk dəfə Demokratlar partiyasından olan namizəd mer seçilib. 52 yaşlı Bill de Blazio özünün əsas rəqibi, respublikaçı Co Lotanı əhəmiyyətli dərəcədə üstələyərək, Nyu-York meri postunu qazanıb. 2001-ci ildən bəri Nyu-York meri olan Maykl Blumberq isə ardıcıl olaraq 3 dəfə bu postu tutduğu üçün qanunla seçkilərdə iştirak edə bilməyib. Bill de Blazioya qədər 1989-cu ildən bəri ABŞ-ın ən iri meqapolisinin demokrat meri olmamışdı. Buna qədər de Blazio Nyu-Yorkun ictimai müdafiəçisi kimi yüksək vəzifədə çalışıb. Qaradərili qadınla evli olan Bill de Blazio Nyu-Yorkun afroamerikalı və ispandilli əhalisinin böyük dəstəyini qazanıb. "Anspress" xəbər verir ki, Bill de Blazionun prioritetləri arasında aztəminatlı ailələr və onların uşaqları üçün şəraitin yaxşılaşdırılması və 200 min subsidiyalı mənzilin inşa edilməsi yer alır. Yeni merin andiçmə mərasimi isə 2014-cü il yanvarın 1-də keçiriləcək.
2013-11-06
1,124
Hər il 800 min azərbaycanlı İrana müalicəyə gedir - Şok!
Son illər Azərbaycan səhiyyəsinə inamsızlıq və ya qiymətlərin baha olması səbəbindən vətəndaşlarımızın xarici dövlətlərə üz tutması adi hala çevrilib. Ancaq ortada konkret statistika yoxdur: ildə nə qədər vətəndaşımız müalicə üçün xaricə üz tutur? İrana 800 min nəfər Azərbaycan vətəndaşlarının əsasən İran İslam Respublikasına üz tutduğunu nəzərə alıb, əvvəlcə, bu statistikanı dəqiqləşdirməyə çalışdıq. İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi qeyd etdi ki, il ərzində Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir: "Onlardan nə qədərinin məhz müalicə məqsədi ilə getdiyini dəqiq deyə bilmərik", - deyə M.Ayəttullahi bildirdi. Müsahibimiz yalnız onu qeyd etdi ki, ötən il müvəqqəti olaraq viza tətbiqi zamanı səfirliyə müraciətlərin 80 faizi İrana müalicə almaq məqsədi ilə getdiklərini qeyd etmişdilər. Bu isə təxmini bir rəqəm müəyyənləşdirmək üçün kifayət edir. Deməli, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün 800 min adamın getdiyini ehtimal etmək olar. "Bu statistikanı bilmirik" Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşı da dəqiq rəqəm söyləyə bilməyəcəyini dedi: "Dövlət yolu ilə müalicəyə gedənlərin statistikasını Azərbaycanın Səhiyyə Nazirliyi aparır. Amma bu rəqəm heç də Türkiyəyə üz tutan xəstələrin tam sayı deyil. Türkiyəyə öz təşəbbüsləri ilə gedən, yaxud turist kimi üz tutan vətəndaşlarınız da var ki, imkan tapıb öz müalicələri üçün Türkiyə xəstəxanalarına baş çəkirlər". Anar Qədirlini iş yrində tapmaq mümkün olmadı… Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini iki iş günündə kabinetində tapmaq mümkün olmadı. Xidmətin əməkdaşı isə həm xaricə üz tutanların, həm də son bir ildə bizim səhiyyə ocaqlarında uğursuz əməliyyatlar nəticəsində həyatını itirənlərin statistikasını verməyə çətinlik çəkdiyini dedi: "Nazirliyin statistika idarəsinə müraciət edin". Statistika İdarəsinin özünü "Mehdi müəllim" kimi təqdim edən əməkdaşı sorğumuza cavab vermək istəmədiyini bildirdi: "Mən nəyə görə sizing sualınıza cavab verməliyəm?" "Burdakıların insafı yoxdu" İrana yüz minlərlə insanın hansı zərurətdən üz tutmasının səbəbini qonşu ölkədə şəfa tapmaq istəyənlərin özləri ilə apardığımız söhbətlərdən araşdırmaq istədik. Cəlilabad rayon sakini Amanat Fətullayev bildirdi ki, Təbrizin, Ərdəbilin həkimləri daha insaflıdır: "Həm də hər şey ucuzdur. Bakının rəsmi dövlət xəstəxanalarında 10 gün müddətinə ancaq qapıda dayananlara, mühafizəyə, sanitara, şəfqət bacısına xərclədiyin pula Təbrizdə tam əməliyyat haqqını ödəmək, dərmanlar almaq olar. İnsanla davranışları da çox yaxşıdır. Burdakıların, özümüzünkülərin böyük əksəriyyətinin insafı yoxdur, onlar xəstəyə xəstə kimi baxmır, obyekt kimi yanaşırlar" Tanınmış şairə Fərqanə Mehdiyeva da Təbrizdə uğurlu əməliyyat olunaraq geri döndüyünü dedi: "Niyə Bakıda yox, orada əməliyyat olundum? Ona görə ki, qiymətlər arasındakı fərq müqayisəolunmaz dərəcədə fərqli idi. Təsəvvür edin, burada 10 manata aldığım dərmanı orada 1 manata aldım. Əməliyyatın ödənişində də çox yüksək fərq oldu. Burada 2.000 manat tələb olunan əməliyyat orada yol xərcimlə, qalmağımla, gəzməyimlə birgə 1.000 dollara başa gəldi". Fərqanə xanım onu da əlavə etdi ki, Azərbaycan-İran sərhəd-keçid məntəqəsində həmişə tıxac olur, kimi dindirirsən, müalicəyə getdiyini deyir.
2013-11-06
1,125
XİN rus komandana cavab verdi
Xarici İşlər Nazirliyi (XİN) Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinskinin Azərbaycanın ərazi bütövlüyünə yönələn təhdidlə bağlı mövqeyini açıqlayıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "AzNews.az"a bildirib ki, belə bəyanatların heç bir mənası yoxdur: "Biz də bu məsələnin əsassız olduğunu vurğulayırıq. Bir məqam unudulmamalıdır ki, Qarabağ Azərbaycanın bir hissəsidir". E. Abdullayev əlavə edib ki, artıq siyasi icmalçılar da mediaya açıqlamalarında bu fikrin reallığı əks etdirmədiyini söyləyiblər. Qeyd edək ki, Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın "Krasnaya Zvezda" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək.
2013-11-06
1,126
“Bu qərarı Türkiyənin Xarici İşlər Nazirliyi verib”
"Bu qərarı Türkiyənin Xarici İşlər Nazirliyi verib" Türkiyənin "Hürriyət" qəzetinin yaydığı məlumata görə, Azərbaycan hakimiyyətinin dəstəyi ilə Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi "Xocalı soyqırımı muzeyi"nin adına Ankara Valiliyi icazə verməyib. İddiaya görə, Ankara Valiliyi bunu "soyqırım" kəlməsinin istifadəsinin diplomatik problemlər yaratması ilə izah edib. Bu etirazdan sonra bələdiyyə muzey üçün yeni ad axtarmağa başlayıb. "Axar. az"-ın əməkdaşı məlum qərarla bağlı Ankara Valiliyi ilə əlaqə saxlayıb. Əməkdaşımızın "Xocalı Soyqırımı muzeyi"ndə "soyqırım sözünün rədd edilməsinin hansı zərurətdən irəli gəldiyinə Valiliyin nümayəndəsi cavab verib: "Bu bizim qərarımız deyil. Muzeyin adlandırılması ilə bağlı bizə olunan müraciəti Tükiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə ünvanlamışıq. Bu qərarı da onlar verib. Bizim bu adlanmada heç bir səlahiyyətimiz və görə biləcəyimiz işlər yoxdur. Xarici işlər Nazirliyin qərarı isə diplomatik sorunlara görədir. Dediyim kimi, bu qadağanı Valilik etməyib. Sadəcə nazirlik dedi ki, bu muzeyin adı diplomatik problemlər yarada bilər". xatırladaq ki, Ankaranın valisi Alaaddin Yüksəl, Kızılcahamam ilçəsinin bələdiyyə başqanı Coşqun Ünaldır.
2013-11-06
1,127
Bu süjet 4 günə 4 milyon izlənildi - Video
Halloven (Cadugərlər bayramı) ərəfəsində 46 yaşlı Amerika aktyoru, komediya ustası Ceyms Kristianın (Cimi Kimel) televiziya proqramında "Halloven bayramında konfetlərinin yeyilməsinə uşaqların reaksiyası"nı göstərən silsilə video roliklər gedib. Ölkənin müxtəlif yerlərindən proqrama göndərilən videolarda valideynlər, uşaqların yaxınları uşaqlara onların Halloven konfetlərini yediklərini deyirlər. Uşaqların reaksiyaları fərqli və çox maraqlı olub. O videoroliklərdən birini təqdim edirik.
2013-11-06
1,128
İran prezidenti “Tvitter”dən Papaya mesaj göndərdi
İran prezidenti Həsən Ruhani Vatikanın yeni elçisini qəbul etdikdən sonra "Tvitter" hesabından Papaya dialoq çağırışı edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş yepiskop Leo Bokkardinin qəbul edərkən çəkilən şəkli "Tvitter"də paylaşan Ruhani bunları yazıb: "Bu gün İslamla Xristianlıq arasında hər zamankından daha çox dialoqa ehtiyac var. Çünki çoxlu problemlərin təməlində cəhalət və bir-birini tanımamaq dayanır. Bu gün İran və Vatikanın dini təliminin təməlində yoxsulluq və bərabərsizliyi ləğv etmə kimi ortaq hədəfləri, radikalizm və terrorizm kimi ortaq düşmənləri var. Xalqımın rifahı və sağlamlığıyla bağlı isti diləkləriniz üçün təşəkkürlər, Papa. Şiddətə və radikalizmə qarşı bir dünya üçün birlikdə işləmək ümidiylə".
2013-11-06
1,129
Azərbaycanlıları təhqir edən müğənni səhnədə biabır oldu - Foto
Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy səhnədə olarkən gözlənilməz hadisə ilə üz-üzə qalıb. Belə ki, ifa zamanı müğənninin taxma kirpiklərindən biri düşüb. Kirpiklərinin düşməsi ilə ifasını yarımçıq qoyan Büləntin köməyinə vizajisti gəlib. Xatırladaq ki, müğənni qonağı olduğu verilişlərdən birində azərbaycanlıları "köksüz xalq" adlandırmaqla bizi təhqir etmişdi.
2013-11-06
1,130
Sabir Rüstəmxanlı büdcənin artırılmasını istədi
null
2013-11-06
1,131
Əsgərlik yaşı 20-yə qaldırılır
Optimal variant kimi çağırış yaşının 20-yə qaldırılması təklif olunur "Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı təklif gələn ilin əvvəllərində hökumətə təqdim olunacaq", "APA" bildirir. "Axar.az" xəbər verir ki, bu ilin əvvəlində analoji təklifin hökumətdə ilkin müzakirəsi aparılsa da, bəzi məsələlərin əsaslandırılmasında yaşanmış problemlərlə əlaqədar müzakirələr dayandırılıb. Ziddiyyətli məqamlar artıq aradan qaldırıldığı üçün təklif yenidən hökumətin müzakirəsinə çıxarılır. Hökumətdə razılaşdırma prosesi keçdikdən sonra təkliflər Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq. Təkliflərdə Silahlı Qüvvələrdə çağırış yaşının 19-a qaldırılması əksini tapır. Lakin ilkin müzakirələrdə 20 yaşın daha optimal variant olduğu qeyd edilib. ("APA")
2013-11-06
1,132
Fətullah Gülən gəlir qaynağını açıqladı
ABŞ-ın Pensilvaniya ştatında yaşayan, "nurçu" təriqətinin lideri Fətullah Gülən gəlir qaynağını açıqlayıb. "Axar.az"ın məlumatına görə, "Herkul"dakı forumda sualları cavablandıran Fətullah Gülən təkcə gəlirinin yalnız kitab satışlarından əldə olunan qonorarlar olduğunu deyib. Xatırladaq ki, "nurçu" təriqəti dünyada böyük şəbəkəyə və ciddi maliyyə qaynağına sahibdir.
2013-11-06
1,133
Sumqayıtda məktəb direktoru aksiyaya səbəb oldu - Fotolar
null
2013-11-06
1,134
Rəsul Quliyevin qalmaqallı telefon danışığını kim yayıb?
Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasının (ACP) liderliyindən istefa səbəbi məlum oldu. ACP-dən istefa vermiş keçmiş funksionerlərindən biri "Publika.az"a bununla bağlı ilginc məlumat verib. Mənbə bildirib ki, Milli Şurada ciddi narazılığa səbəb olan Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin qalmaqallı telefon danışığını S.Əkbər yayıb. "Onun stenoqramda Rəsul Quliyevin bütün suallarına, sözlərinə "hə, hmm" kimi cavablar verməsi də bununla bağlı olub. Əvvəlcədən telefonun diktofonunu qoşaraq danışığı yayıb. Sonra həmin danışığı rusiyalı naməlum şəxsin ad altında mətbuata ötürüb. Bununla da şübhələri özündən yayındırıb. Məqsəd də R.Quliyevi Milli Şuranın, ümumiyyətlə, demokratik düşərgənin qarşısında pis duruma salmaq, beləliklə də onu uzaqlaşdırmaq idi. Həm də ACP-də yaranmış son məsələlərlə bağlı qisas alırdı", - deyə mənbə qeyd edib. Bildirib ki, S.Əkbər bununla da ACP-də öz liderliyini təmin etmək istəyirdi. Qeyd edək ki, bu ilin sentyabrın 24-də Azərbaycanda yüzlərlə jurnalistə internet üzərindən eks-spiker Rəsul Quliyevlə Sülhəddin Əkbərin telefon danışığının audioyazısı "Aleksandr İvanov"a məxsus "feysbuk", "gmail.com", "yahoo.com", "mail.ru" ünvanlarından göndərilib. Lakin maraqlıdır ki, məlumatı göndərən ünvanlara yazılan məktublar dərhal geri qayıdır. 2 dəqiqə 6 saniyəlik audioyazıda Milli Şuranın 22 sentyabr mitinqini canlı izləyən Rəsul Quliyev ABŞ-dan partiyasının sədri Sülhəddin Əkbərə zəng vuraraq, təəssüratlarını bölüşür. Audioyazının stenoqramında danışıq belədir: - Salam, Sülhəddin. - Salam, salam. Necəsiz? -Yaxşıyam, sağ ol. Siz orda ə, nə multfilm düzəltmisiniz ə, ayıb-ayıb? Sən öl, kefsiz e. Ə, multfilmdi e o, "nastoyaşşi". Sülhəddin, sən çox düzgün hərəkət eləmisən, gedib çıxmamısan o tribunaya. - Hə. - Sənin bu addımın alqışlanır. - Hə. - Mirmahmud da yoxdur, deyəsən? - Yox, görmürəm. Mən arxada durmuşam. Amma görəmmirəm. Bəlkə oralarda ola bilər, ancaq görünmür, hər halda. - Yox e, Mirmahmud yəni ortalıqda yoxdur e, deyirəm. - Görmürəm. Görməmişəm. Açığı soruşmadım. Amma görməmişəm. - Eldar gedib orda (qeyri-etik ifadə)... durub orda. - Hə? Hə. - Bunlar nətəhər ... (təhqir) insanlardır. Bu İsgəndər Həmidovu.. nətəhər adamlardır ə - bu Əliynən İsanı mən başa düşə bilmirəm. Elə o Cəmil müəllim özü. Bədbəxt prezident olub. Deməli, bu İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyirlər? - Hə. - Ə, o balaca stadionun 50 faizini doldura bilməmisiniz... - Hə. - Nə isə. Hökumət biabır eləyəcək. - Hə. - "Po krayney mere" sən özüvü qırağa çəkə bilmisən. - Hə... Yaxşı. - Yaxşı. Oldu, sağ ol. - Sağ olun. Lavrova məktubu da Sülhəddin Əkbər yayıb Digər maraqlı məqamsa R.Quliyevin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova yazdığı məktubu da Sülhəddin Əkbərin ortaya çıxarmasıdır. Mənbə bildirir ki, R.Quliyev həmin məktubun surətini S.Əkbərin elektron poçtuna göndərib. ACP sədri isə sənədi mətbuata ötürüb. Məktubun mətbuata ötürülməsinə münasibət bildirən partiya sədri məktubu bilərəkdən yaymadığını və elektron poçtunun şifrəsi sındırılmaqla oradan götürüldüyünü deyib. ACP lideri isə Rusiya XİN başçısına belə məktub yazmasını inkar edib. Yaranmış narazılıqdan sonra sabiq spiker S.Əkbərə bağışladığı "Hummer" markalı avtomobili geri alıb. Daha sonra ACP-yə ayırdığı maliyyəni də dayandırıb.
2013-11-06
1,135
Türkiyə və İsrail arasında növbəti gərginlik
Keçdiyimiz günlərdə "Axar.az" olaraq məlumat vermişdik ki, İsrail və Türkiyə arasında uçuşların həyata keçirilməsində gərginlik yaranıb. Belə ki, İsrail hava yolu şirkəti EL AL CEO Baş nazir Netanyahuya məktub yazaraq, Türkiyəyə uçuşların həyata keçirilməsində problemlərin olduğunu bildirib. Məktubda tələb olunurdu ki, əgər biz Türkiyəyə uça bilmiriksə, onlar da İsrailə uçuş həyata keçirməsin. Nəhayət, Türkiyə tərəfi bununla bağlı açıqlama verib. Bildirilir ki, İsrailin iddia etdiyi kimi, burada hər hansı siyasi maneə yoxdur. Türkiyənin hər hansı bir rəftar sərgiləməsi deyil, İsrailin uçuş təhlükəsizliyi mövzusundakı tələblərinin ədalətli olmamasıdır. İsrail tərəfi təyyarədə silahlı təhlükəsizlik işçilərinin olmamasını tələb edir və təhlükəsizlik işçilərinin öz qruplarından olmasını istəyir. Qeyd edək ki, 2010-cu ildən bu günə kimi Türkiyənin İsrailə həyata keçirdiyi hava uçuşlarının sayı 42-dən 112-yə çatdırılıb.
2013-11-06
1,136
Qalmaqallı toyun sahibindən - Açıqlama
Salyanlı iş adamı Qurban Abbasov oğlunun paytaxtda baş tutan səs-küylü toy mərasimi ilə bağlı danışıb. "Qafqazinfo"ya açıqlamasında iş adamı "Gelandewagen" "kortej"i ilə müşayiət olunan mərasiminin oğlu İlkinin dostları tərəfindən təşkil olunduğunu bildirib. Toy karvanının sabiq müdafiə naziri Səfər Əbiyevin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xəbərlərdən narazı qalan iş adamı "kortej"dəki avtomobillərdən heç birinin onun ailəsinə məxsus olmadığını bildirib: "Mən məmur deyiləm, adi iş adamıyam. Oğlumun toyuna Amerikadan, Afrikadan müğənnilər gətirməmişəm. Sizə həmin toyun videosunu da təqdim edə bilərəm. Görərsiniz ki, toyda iştirak edən insanların 80 faizi kənd adamlarıdır. Mən 24 saatın cəmi 3-4 saatını yatan, əli qabarlı insanam. Məni tanıyan hər kəs bilir ki, o çəkilişlərin olmasını istəmirdim. Toy karvanında iştirak edənlər oğlumun dostlarıdır. Onlara necə deyə bilərdi ki, gəlməyim toya? Mənim evimə haram pul gəlmir. Əgər əlimə iynə ucu boyda haram pul gəlsə, hamısını yandıraram. Özüm Hacı adamam, əlim dəyən qara daş haqqı, oğlumun cəmi 7 minlik "Mersedes"i var. Ümumiyyətlə, o kortejdə mənim ailə üzvlərimdən heç kim yoxdur. Həmin avtomobillərin nömrələri görünür, araşdırma aparıla bilər. Oğlum tərbiyəli, savadlı oğlandır. Öyrənə bilərsiz, kimsə onu hansısa bir bahalı restoranda görüb? Məni hər kəs Salyanda "yetimlər atası" kimi tanıyır. Salyanda Kür daşqınları olanda yeganə texnika bizdə idi, biz Kürün bəlasından xalqı qurtarmışıq. Onu yazanları Allaha tapşırıram. Milləti düşündürən şeylər yazsınlar, əvvəl dəqiqləşdirmək lazım idi ki, bu toyun sahibi kimdir. Mən o xəbərləri oxuyandan sonra sındım, çox pis təsir etdi mənə".
2013-11-06
1,137
Maliyyə naziri Qənirə Paşayevaya cavab verdi
Qənirə Paşayevanın ipoteka ilə bağlı çıxışına maliyyə naziri cavab verib. "Axar.az" xəbər verir ki, 2014-cü il dövlət büdcəsi layihəsinin parlamentin 6 daimi komitəsinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu məsələ hər dəfə qaldırılmasına baxmayaraq, ipoteka kreditlərinin həcminin artımı istiqamətində gözlənilən irəliləyişlər baş vermir: "Ancaq bu gün insanların, xüsusilə mənzilə tələbatı olan gənc ailələrin ipoteka kreditlərinə böyük ehtiyacları var və bu baxımdan onların ehtiyaclarının ödənilməsi üçün ipoteka kreditlərinin həcmi artırılmalıdır". Millət vəkilinin fikirlərinə cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib ki, növbəti ilin büdcəsində ipoteka kreditləri üçün kifayət qədər vəsait nəzərdə tutulub: "Bununla belə, ipoteka kreditlərinin həcminin artırılması üçün əlavə maliyyə mənbələri tapılmalıdır. İpoteka kreditlərindən danışırıq, ancaq biznes ipoteka kreditlərinin artırılmasına və genişləndirilməsinə də çalışmaq lazımdır. Ancaq çox təəssüflər olsun ki, bankların kreditlərlə bağlı faiz dərəcələri çox yüksəkdir və onlar aşağı salınmalıdır. İnsanlar yüksək faiz dərəcələri olan kreditlərlə ev almağa çətinlik çəkirlər".
2013-11-06
1,138
Bu meyxana biabırçılıqdır! - Mehman Əhmədlidən ittihamlar
Bugünki qonağımız Mehman Əhmədlidir. Belə getsə, meyxanaçı ştatı açılacaq - Meyxananın hazırkı vəziyyəti Mehmanı qane edirmi? - Meyxanaya keçmişdə dövlət tərəfindən böyük qadağalar olmasına baxmayaraq, bu sənət başda Ağasəlim Çıldağ, Nizami Rəmzi və digər ustadların təşəbbüsü ilə bu günə qədər qorunub saxlanıldı. Getdikcə meyxana toylara, səhnələrə və efir məkanlarına yol tapdı. Gəlib bizim dövrümüzə çatanda isə, biz onu öz əziyyətimizin hesabına gətirib haralara çıxardıq. Sözün əsl mənasında təmiz meyxanadan söhbət gedir. Sənətə nə qədər yeniliklər gətirsək də, çərçivədən kənar bir iş görmədik. Hazırkı meyxananın durumuna gəldikdə isə bizim illərlə çəkdiyimiz əziyyətin əksi görünür. Biz öz vaxtımızda bir qafiyəni iki dəfə deyən şairə pis baxardıq. İndi isə bir qafiyə on yerdə deyilir. Bir sözlə, meyxananın indiki durumu çox pisdir. Belə getsə hər şadlıq evində bir meyxanaçı oturacaq ki, mən burda meyxanadeyən işləyirəm. Meyxanaya narkomanlar, əyyaşlar zərbə vurur - Meyxanaya dəyən zərbələrdə günahı kimlərdə görürsünüz? - Söyüşlü meyxanalarda. Mən sayılıb-seçilən, alicənab insanlar tanıyıram ki, söyüşlü meyxanaları eşidəndən sonra ümumiyyətlə meyxanaya qulaq asmırlar. Halbuki sənətin pisi yoxdur, şəxsin pisi var. Bir səbəb də odur ki, narkomanlar, içki düşkünləri, əyyaşlar bu sənətə zərbə vurdular. Bundan əlavə sənətə dəyən zərbələrdə, adı dırnaq içində çəkilən meyxanaçıların efirə çıxmasının da rolu oldu. Nə yaxşı ki, meyxananın adının dəyişilməsinə səy göstərən bir nəfərin səyi nəticəsiz qaldı. Musiqili meyxana adına biabırçılıq - Mehman Əhmədli kimləri ustad sayır ? - Adam var ki, sənətdə yalnız adı var, ancaq ona ustad demək düzgün deyil. Ustad olanların isə birinin adını çəksəm, digəri inciyəcək. - Bəs kimlərə ustad adını yaraşdırmırsınız? - Yenə də ad çəkmək söhbəti... Gəl xüsusi adlar deməyək, onsuz da xalq onları tanıyır. Mən ad çəkmək istəmirəm. - Musiqili meyxanaya münasibətiniz? - Elə ən yaralı yerim musiqili meyxanadır. Əvvəla ona görə ki, musiqili meyxana adıyla çox mahnılar oxundu. Toyda biri çıxır mahnı oxuyur, adını qoyur - musiqili meyxana. Bu yolla camaatı da inandırıblar ki, bu musiqili meyxanadır. Əslində bu, mahnıdır. Daha doğrusu, biabırçılıqdır. Musiqili meyxana odur ki, musiqisi özünə aid ola və onun üzərində meyxana deyəsən. Rəşad Dağlı zirvədə deyil - Təsəvvür edin ki, sənət yoldaşlarınızla bir el şənliyindəsiniz və sizə musiqili meyxana demək sifarişi verirlər. O zaman necə? - Sənətin qayda-qanunlarına hansı cavab verir, onu deyirəm. Hansı altı-səkkiz ritminə düşmür, o qafiyə ilə də bir dəfə deyirəm. Onu da ona görə deyirəm ki, qoy camaat bilsin ki,bunu bacarıram. Yəni deyə bilərəm, amma demirəm, çünki utanıram. - Bir çox söz xiridarları düşünür ki, hazırda Rəşad Dağlı meyxana aləmində kulminasiya nöqtəsindədir. Mehman da belə düşünürmü? - Rəşad sənətkardır. Amma hər bir kəsin öz fikri var. Ola bilər, kimlərçünsə Rəşad Dağlı kulminasiya nöqtəsindədir. Əgər toya getmək barədə deyirsinizsə, mən də razıyam. Yox, əgər sırf meyxananı nəzərdə tutursunuzsa, razı deyiləm. Mən hətta belə deyərdim ki, əsl xiridar belə fikirləşməz. - İnsanı özündən yaxşı tanıyan olmur. Sizcə sənət baxımından Rəşad sizdən güclüdürmü? - Mən bu sənətdə özümdən güclüsünü görmürəm. "Seçkilər noyabr ayındadır" - Ölkədəki ictimai-sosial durumdan razısınızmı? - Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir, bununla belə daxili problemlər həmişə var. Hər hansı bir sahəyə işin düşəndə əziyyət çəkirsən. Xəstəxanaya düşəndə xəstaxanada, polisə düşəndə polisdə... Çatışmayan cəhətlər çoxdur. İnşallah, bunlar da həllini tapar. - Qarşıdan prezident seçkiləri gəlir (müsahibə seçkidən öncə alınıb - red). Seçkinin tarixini bilirsinizmi? - Yox, amma onu bilirəm ki, noyabr ayındadır (Prezident seçkiləri oktyabrın 9-dadır - red). - Seçkidə iştirak edəcəksinizmi? - Açığı, mənə elə gəlir ki, həmin ərəfələrdə Azərbaycanda olmayacağam. Ölkədə olsam da, seçkidə çətin ki, iştirak edim. Mən yazıb-pozmaq, səs vermək kimi şeylərdə bir o qədər də aktiv deyiləm.
2013-11-06
1,139
“Dinləmə işi”ndə yeni ölkənin adı çıxdı - Skandal
Bu dəfə dinlənmə skandalının mərkəzində Cənubi Kipr var. Köhnə agent Edvard Snoudenin mətbuata sızdırdığı sənədlərdə Amerikayla ortaq casusluq fəaliyyətində bir dinləmə məntəqəsi olaraq Kiprdən istifadə edildiyi ortaya çıxıb. "Axar.az"ın xəbərinə görə, dinləmə skandalının qaynaq ismi olan Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) illərdir oraya agent göndərirmiş. Adada dənizin altından 14 kabel keçir ki, bunun vasitəsilə Livanın paytaxtı Beyrutdan Almaniyanın paytaxtı Berlin dinlənilir, ya da İsrailin paytaxtı Tel-Əviv nəzarət altında olur. Buna görə, xəbərdə amerikalı agentlərin adada şübhə çəkməmək üçün turist adı altında gəzdiyi bildirilir.
2013-11-06
1,140
Nazir işdən çıxardığı şəxsə vəzifə verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə Çingiz Əliyev təyin olunub. C. Əliyev bu gün ilk mətbuat konfransını keçirib və ünvanlı sosial yardımların verilməsində yeniliklərin olacağını nəzərə çatdırıb. Qeyd edək ki, bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilmişdi. Həmin vaxt mətbuatda dərc olunan yazılarda buna səbəb kimi Ç. Əliyevin vəzifədən azad edilməsinə səbəb kimi hərbi qulluqçularla bağlı Məhkəmə qətnamələrinin icra edilməməsi və işində yol verdiyi nöqsanlar əsas gətirilirdi. Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev olub. S. Müslümov nazir təyin olunandan sonra A.Əliyevi vəzifəsindən azad edib. /Qafqazinfo/
2013-11-06
1,142
Rusiyada miqrantları metroda vəhşicəsinə döydülər – Video
Rusiyada şovinistlərin miqrantlara qarşı aqressiv hərəkətləri davam edir. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroya girən millətçi qruplar vaqondakı Orta Asiyadan olan miqrantlara hücum ediblər. "Hamımız birimiz, birimiz hamımız üçün" şüarları səsləndirən millətçilər qatarın dayanmasından istifadə edərək miqrantlara hücum edərək onları döyüblər. Təxminən 15-20 nəfərlik qrupa ətrafdakılar heç bir müdaxilə etmir. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Xatırladaq ki, Rusiyada azərbaycanlı Orxan Zeynalovun cinayət törədilməsi məsələsi ortaya atılandan sonra millətçilərin miqrantlara qarşı aqressiv hərəkətləri çoxalıb.
2013-11-06
1,143
Suriyanın Türkiyədə silsilə terror planı üzə çıxdı
Suriyanın "İraq və Suriya İslam ölkəsi" terrorist qrupu Türkiyənin böyük şəhərlərində meqa-terror aktları hazırlayır. Onlar Türkiyəyə partlayıcı maddə ilə dolu 7 yük maşını göndərməli idilər. Xəbəri "Zaman" qəzeti dərc edib. Maşınlardan ikisi artıq Türkiyənin ərazisinə keçib, qalan 5-i isə Suriyada hazırlanır. Türk jandarması və hərbi kəşfiyyat tam hazır vəziyyətdə olub. Partlayışlar İstanbul, Ankara və İzmirdə olmalıydı. "İraq və Suriya İslam ölkəsi" terrorist qrupu Azaaz şəhərinin ələ keçirilməsindən sonra KPP Bab al-Hava və Bab al-Salmeh açılmazsa, baş nazir Ərdoğanı İstanbul və Ankarada kamikadzelərin hücumu ilə hədələyib. Məlumat üçün qeyd edək ki, Türkiyənin Reyhanlı şəhərində mayın 11 minalanmış iki avtomobilin partlaması nəticəsində 51 nəfər ölü, 155 yaralı və 3 itkin qeydə alınıb. Terror aktını törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb. Suriya hökuməti ittihamı qəti təkzib etsə də, Türk araşdırmaçılar hesab edir ki, Reyhanlıda partlayış, eləcə də onun maliyyələşdirilməsi Suriya ordusunun komandirinə məxsusdur.
2013-11-06
1,144
Nazirlikdən Sumqayıtdakı aksiya ilə bağlı açıqlama
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Mehriban Nəcəfova səhhəti ilə bağlı işdən çıxıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olan məumata görə, kütləvi informasiya vasitələrində Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Mehriban Nəcəfovanın işdən azad edilməsi barədə yayılmış məlumatla əlaqədar bildirir ki, M.Nəcəfova Təhsil Nazirliyinə oktyabrın 25-də ərizə ilə müraciət edərək, səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu və bunun məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməkdə çətinlik yaratdığını göstərib. Təhsil nazirinin müvafiq əmri ilə Mehriban Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.(aznews.az)
2013-11-06
1,145
“Qanun” Nəşriyyatında vergi yoxlaması bitdi?
"Qanun" Nəşriyyatında aparılan yoxlamaların nəticələri ilə bağlı Vergilər Nazirliyindən mənə heç bir söz deməyiblər. Hələ ki, xarici ölkədə kitab yarmarkasındayam. 2 gün sonra işimin başına qayıdacam, o zaman hər şey daha yaxşı aydın olacaq". Bu sözləri "Axar.az"a açıqlamasında "Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu rəhbəri olduğu nəşriyyatda aparılan yoxlamaların nəticələri ilə bağlı danışarkən dedi. O bildirdi ki, yoxlamalarla bağlı nəşriyyatdan Vergilər Nazirliyinə aparılan sənədlər hələ ki geri qaytarılmayıb: "Yoxlamalar başlayan gün bizdən apardıqları sənədləri hələ geri verməyiblər. Özüm xaricdə olsam da, nəşriyyatla daimi olaraq əlaqə saxlayıram. Nəşriyyatda iş öz axarı ilə davam edir. Vergilər Nazirliyinin apardığı araşdırmanın nə yerdə qaldığı ilə maraqlanmaq üçün gərək orda olum. İki gün ərzində özüm də Bakıya qayıdacam. Ancaq onu dəqiq bilirəm ki, yoxlamalar üçün apardıqları sənədləri geri verməyiblər. Bakıya gələn kimi Nazirliyə gedib, bu məsələ ilə maraqlanacam".
2013-11-06
1,146
Ermənilərin öldürmək istədiyi Ombudsmana mükafat verilir
Moldova Ombudsmanı Aureliya Qriqoriuya Azərbaycan Mətbuat Şurasının "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunacaq. Bununla bağlı mərasim noyabrın 7-də saat 12.00-da Mətbuat Şurasında baş tutacaq. Toplantıda həmçinin Moldova ombudsmanı ilə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) arasında əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulur. Mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edəcəklər.
2013-11-06
1,147
Cahangir Məmmədli: “Mir Şahin, Anar Nəcəfli...”
Bu gün telejurnalistlərin bayramıdır Bu gün Azərbaycanda radio və telejurnalistlərin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da radionun yaranması ilə efir məkanımıza səs gəlib... Müasir dünyanı xəbərsiz, mediasız təsəvvür etmək mümkün deyil. Dünya indi bir jurnalistin barmaqlarından axan xəbərlə sarsıla, yaxud da sevinə bilir. Jurnalistika cəmiyyətin vicdanını oyatmağa və silkələməyə, eyni zamanda, zədələməyə qadir bir peşədir. Bəs Azərbaycanda jurnalist kimi fəaliyyət göstərənlər necə, onlar bu işin öhdəsindən gələ bilirmi? Jurnalistlərimiz nə qədər bu toplumun vicdanına xitab edə bilir? Azərbaycanda çox az sayda bəyəniləcək aparıcı var BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, prof. Cahangir Məmmədli fikrincə, mediamızda hələ də dəqiqlik, qərəzsizlilik və ədalət prinsiplərinə riayət olunmur. Amma jurnalistlərin gücünə inandığını deyən müsahibimiz bildirdi ki, ölkədə fəaliyyət göstərən jurnalistlər istəklərinə nail olmaq gücündədir: "Ölkədə medianın vəziyyətində inkişaf var. Artıq kütləvi informasiya vasitələrinin tam sistemi yaradılıb. Radio, televiziya, yeni olan internet mediasında irəliləyişlər müşahidə olunur. Baxmayaraq ki, internet mediası ölkədə yeni yaranıb, amma formalaşması surətlidir". C.Məmmədlinin fikirlərinə görə, mediamızda tənqid və təriflər üçün kifayət qədər yer ayrılıb və jurnalistin söz azadlığı qanunla tənzimlənir. Professor aparıcılarla bağlı isə bu fikirdədir: "Azərbaycan televiziya məkanında çox az aparıcı var ki, onları bəyənmək mümkündür. Bəzən aparıcılar veriliş zamanı çox sərbəstlik edir, tamaşaçıya qarşı hörmətsizlik sərgiləyirlər. Jurnalistikamızda ən böyük boşluq analitik təhlillərin az olmasındadır. Məncə, bizim bu cür verilişlərə ehtiyacımız var. Mənim üçün Azərbaycan televiziyasında ən ideal aparıcı Mir Şahin (ANS), Fizuli Məcidli (İTV) və Anar Nəcəflidir (Xəzər TV). Mən bu üç aparıcını çox bəyənirəm. Onları izlədikdə inanıram ki, artıq peşəkarlar formalaşır. Əgər telekanalların sayı bir az da çox olsa, onda rəqabət artacaq və bu da müsbət dəyişikliklərə səbəb ola bilər". Azad düşüncəli jurnalistlərimiz çox azdır "Jurnalistikanın İnkişafına Yardım" fondunun sədri, jurnalist, telemütəxəsis, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikirləri də demək olar ki, Cahangir Məmmədlinin fikirləri ilə üst-üstə düşdü. "Bu gün ölkədə jurnalistikanın keçid dövrüdür. Jurnalistikamız tam gücü ilə fəaliyyət göstərə bilmir. Bizdə təhlillər, araşdırma tipli yazılarda qıtlıq müşahidə olunur. Mətbuatda ciddi problemlərin olmasını danmaq olmaz. Amma buna baxmayaraq, son illər peşəkar jurnalistlərin sayında artım müşahidə olunur. Biz fəxr etməliyik ki, parlaq qələm sahiblərimiz var. Bu gün jurnalistlərə kifayət qədər söz azadlığı verilsə də, onlarda düşüncə azadlığı çox zəifdir. Hətta düşündüyünü yaza bilməyənlər, ya da nədənsə çəkinənlər var. Televiziya aparıcılarına gəlincə... o qədər uğursuz aparıcılar var ki, onların adlarını açıqlamaq üçün gərək bir proqram təşkil edək. 1990-cı illərin əvvəllərindəkilərlə indiki aparıcıları müqayisə etsək, onlar arasında olan fərqi aydın görərik. İndi kimi gəldi, aparıcı edirlər". Xəbərlər TV və ya sayt rəhbərliyinin maraqlarına görə dəyişir Zeynal Məmmədli isə mətbuat orqanlarının hər birində müəyyən çatışmazlıqların olduğunu bildirdi. O, xəbərlərin TV və ya internet saytlarının rəhbərliyinin maraqlara görə dəyişdiyini iddia edir: "Nə qədər ki, media orqanlarının rəhbərləri müəyyən siyasi tərəfləri təmsil edəcək, o qədər də yayılan xəbərlərdə qərəzlilik müşahidə olunacaq. Bəzən yazılarda fikirlər ciddi redaktə edilir. Belə olan halda jurnalist və onun söz azadlığından söz gedə bilməz". Redaksiyadan: Həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik edirik.
2013-11-06
1,148
3000 şagird imtahandan kəsildi - Təhsil dərdi!
Təhsil Nazirliyi 2013-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri məktəblərinin 9-cu sinif məzunlarının göstərdiyi nəticələrə dair hesabatı açıqlayıb. "Axar.az" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, araşdırma 336 məktəbdən toplanılmış məlumat əsasında hazırlanıb. 2012-2013-cü tədris ilində Bakı məktəblərində (tədqiqata daxil edilmiş) 29.651 şagird ümumi orta təhsil səviyyəsi üzrə məzun olub. Bu məktəblər üzrə 227 şagird Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi buraxılış imtahanında iştirak etməyib. 3009 şagird (10.15%) həm ana dili, həm də riyaziyyat fənnlərindən "2" qiyməti alıb. Bir fəndən "2", digərindən "3" qiyməti alanların sayı isə 3.915 (13.20%) olub. Ttədqiqatın məqsədi 2013-cü ildə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhərində fəaliyyət göstərən məktəblərin 9-cu sinif məzunlarının göstərdiyi nəticələrə əsasən məktəblər arasında keyfiyyət fərqini müəyyən etməkdir. Tədqiqat həm də bu araşdırma əsasında Bakı məktəblərinin reytinq siyahısını müəyyən edəcək.
2013-11-06
1,149
Azərbaycan UNESCO-nun sessiyasına qatıldı
Noyabrın 5-də UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 37-ci sessiyası öz işinə başlayıb. UNESCO üzrə Azərbaycan Milli Komissiyasından verilən məlumata görə, iki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar. Baş Konfransın sessiyası çərçivəsində liderlər forumu, ümumi siyasi debatlar, Milli komissiyaların görüşləri, UNESCO-nun elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya və digər komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulur. Sessiya çərçivəsində UNESCO üzrə Milli komissiyaların baş katiblərinin görüşü keçirilib. Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. G.Əfəndiyeva çıxışında Azərbaycan-UNESCO əməkdaşlığının inkişafından və perspektivlərindən danışıb, əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini vurğulayıb. UNESCO-nun Baş Konfransı noyabrın 20-dək davam edəcəkdir. Xatırladaq ki, Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür.
2013-11-06
1,150
Həkimlər Orxan Zeynalovun müayinəsindən imtina edib
Həkimlər Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən və istintaq təcridxanasında saxlanılan Orxan Zeynalovun müayinəsindən imtina edib. Bu barədə O.Zeynalovun vəkili Viktor Anuşkin "İzvestiya" qəzetinə açıqlamasında bildirib. "Axar.az" xəbər verir ki, soydaşımız qabırğasındakı ağrılardan şikayətçidir. Saxlandığı zaman döyülməsi səbəbindən O.Zeynalovun qabırğasının çat vermə ehtimalı var. Ancaq 1 saylı istintaq təcridxanasının həkimləri onu müayinə etmirlər: "Onlar dedilər ki, bintə yod vurub qoysun, ancaq Orxan hardan yod tapsın?"
2013-11-06
1,151
Bəxtiyar Sadıqovun suçlamasına ATV-dən cavab
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkə mediasını və telekanalları tənqid edən yazı ilə çıxış edib. Millət vəkili "Bəd xəbər aludəçiliyi" adlı məqalədə özəl telekanalları sərt şəkildə sensasiya xətrinə mənəviyyatsızlığın təbliğatında suçlayıb. Xatırladaq ki, millət vəkili bu suçlamanı məhz radio və televiziya işçilərinin peşə bayramı günündə yayımlayıb. Məsələ ilə bağlı ATV telekanalının Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu "Axar.az"a açqılamasında Sadıqovun ittihamına münasibət bildirib: Konkret ad çəksəydi... "Jurnalistikanı bilən adamdır, hər halda, bu onun öz fikridir və biz buna hörmətlə yanaşırıq. Konkret ATV-nin adı çəkilsəydi, buna aid ətraflı cavab verərdim. Amma televiziyanı tam olaraq tənqid etmək düzgün deyil. Bu tip verilişlərin yaxşı tərəfləri də var. Mən ATV adından deyə bilərəm ki, sensasiya dalınca qaçmaq və yaxud kriminal xəbərlərə üstünlük vermək kimi bir şey yoxdur bizdə. Ailə-məişət problemlərinə gəlincə isə, biz problemli məsələləri qabardırıq və bu da sonradan öz həllini tapır. Özü də biz bu problemlərə müraciət əsasında baxırıq".
2013-11-06
1,152
Yol terroru: 2 nəfər ölüb
Bakının Suraxanı rayonunda daha bir ağır yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 16.30 radələrində aeroport yolunda qeydə alınıb. "Jiquli" markalı minik avtomobili yol kənarında dirəkləri yumaq üçün su daşıyan "KamAZ" markalı yük maşını ilə toqquşub, daha sonra dirəkləri yuyan piyadanı vurub. Nəticədə minik maşının sürücüsü, 1962-ci il təvəllüdlü Məzahir Babaəli oğlu Quliyev və piyada aldıqları xəsarətdən dünyasını dəyişiblər. Hazırda hadisə yerində araşdırma aparılır. Qeyd edək ki, bu gün səhər saatlarında Suraxanı rayonunda avtobus iki piyadanı vuraraq öldürüb. (APA)
2013-11-06
1,153
Dünyanın ən çox tıxaclı 10 şəhəri – Foto
"Axar.az" xəbər verir ki, dünyanın ən məşhur naviqasiya şirkətlərindən olan "Tom Tom"un 2013-cü ilin ikinci yarısında "Nəqliyyat Sıxlığı İndeksi"nə görə tıxacların ən çox yaşandığı 10 şəhərin adı açıqlanıb. Nəqliyyatda 67 faiz sıxlıq olan Moskva şəhəri siyahıda ilk pillədə yer alıb. Yollarda ən çox sıxlıq yaşayan 10 şəhər aşağıdakılardır: 1. Moskva (Rusiya) – 65 % 2. İstanbul (Türkiyə) – 57 % 3. Rio de Janeyro (Braziliya) – 50 % 4. Varşava (Polşa) – 44 % 5. Palermo (İtaliya) – 40 % 6. Marsel (Fransa) - 40 % 7. Sao Paulo (Braziliya) – 39 % 8. Roma (İtaliya) – 36 % 9. Paris (Fransa) – 36 % 10. Stokholm (İsveç) – 36 %
2013-11-06
1,154
Türkiyəli tələbələr Ərdoğana savaş açdı
Öncə xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Ərdoğan tələbələrin qızlı-oğlanlı bir evdə qalmasını qınayaraq, bunu yoxlamaq üçün icra hakimlərinə göstəriş verdiyini söyləmişdi. Bu açıqlamanı etirazla qarşılayan tələbələr "Tvitter"də "#BenimİcinOEğrenciEvi" haştaqı yaradıb, maraqlı fotolar paylaşıblar. Fotoları sizə təqdim edirik.
2013-11-06
1,155
Rusiyanın Olimpiya məşəli kosmosa çatdırılacaq
"Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Dövlət Komissiyası nəhayət ki, "TMA-11m Soyuz" kosmik gəmisinin heyəti tərkibini təsdiq edib. Bildirək ki, Baykonurdan kosmosa "Roscosmos" kosmonavtı Mixail Tyurin, NASA astronavtı Richard Mastracchio və Yapon astronavtı Koichi Vakata gedəcək. Amerikalı Mastraççiio Olimpiya məşəlini kosmosa çatdıracağına görə özünü xoşbəxt hesab etdiyini qeyd edib. Mixail Türin planı barədə danışarkən qeyd edib: "Biz onu stansiyaya çatdırmalıyıq. Orada olan heyət onun üzərində işləməli və hətta açıq kosmosa çıxarmalıdır. Üçüncü heyət isə onu yenidən Yerə qaytarmalıdır".
2013-11-06
1,157
Avropa Parlamenti: "Seks kölələrindən milyardlar qazanılır"
Avropa Parlamentindəki "CRIM" (kriminal) komissiyasının hazırladığı hesabat Avropa Birliyini mənfi yöndən ortaya çıxarıb. Almaniyada nəşr olunan "Spigel" jurnalının Avropa Parlamentindəki "CRIM" komissiyasının hazırladığı hesabatda əsaslandırdığı xəbərə görə, Avropa Birliyinə daxil olan ölkələrdə 880 min nəfər qul olaraq işlədilir. Hesabata görə, 880 min nəfərin dörddə biri seks köləsi olaraq müxtəlif cinayətkar şəbəkələrə milyardlarca avro qazandırır. "CRIM" Komissiyasının hesabatına görə Avropa Birliyi daxilində 1300 beynəlxalq cinayətkar şəbəkənin fəaliyyət göstərdiyini və sadəcə insan alverindən ildə 25 milyard avro qazandığını açıqlayıb. Həmin şəbəkələr orqan və vəhşi heyvan alverindən 18-26 milyard avro, kiber cinayətlərdən isə 290 milyard avro qazanır. Dövlət işində sadəcə bir il içərisində 20 milyon vəzifədən sui-istifadə hadisəsi qeydə alınıb. Və bu sui-istifadələr hökumətlərə 120 min avro zərər verir.
2013-11-06
1,158
Mən niyə yalançı oldum?
Freyd yalanı təhlil edərkən belə bir yanaşma ortaya çıxardı: Dürüst olub hərdən yalana müraciət edənlər, yalançı olub yalan danışanlar və əslində dürüst olmayıb özünün dürüst obrazını yaratmaq üçün yalan danışanlar… Zənnimcə, ən qorxulu olanlar üçüncü kəsimdir və nə yazıq ki, Azərbaycanda üçüncü kateqoriyaya daxil olanlar daha çoxdur. Mahiyyətdə ölkədə yalan insanların özünümüdafiə sisteminə çevrilib, çünki cəmiyyət o qədər acımasız və qəddar olub ki, insanlar daima qorunmağa ehtiyac duyur. Bir yalandan qurtul, başqa naqisliklər özü yox olacaq Məhəmməd peyğəmbərin yanına gələn biri şikayətlənir ki, mən üç günah edirəm. Zina, yalan və dedi-qodu… Peyğəmbər deyir ki, yalandan xilas ol, qalanları özü həll olunacaq. Adam hər dəfə zina və dedi-qodu etmək istəyəndə bunları yalanla ört-basdır edəcəyini düşünüb əməllərindən geri çəkilir və beləcə, hər üçundən xilas olur. İndi toplumda yalana elə bir təlabat yaranıb ki, insanlar yalan danışmadan özlərini realizə edə biləcəklərini ağıllarının ucundan belə keçirmirlər. Cəmiyyətdə yuxarıdan aşağıya yalan və riyakarlıq ixrac olunur. Adi həyat şərtlərini təmin etmək, gündəlik çörəyini qazanmaqdan tutmuş ən böyük əməlin altına imza atmağa qədər, yalan əsas vasitə olub. Çünki ənənvi olaraq "düz düzdə qalıb" və bu üzdən də insanların dürüstlüyə inamı, güvəni qalmayıb. "Bura Azərbaycandır!" Görəsən, bu ölkədə yalanın ayaq tutub yeriməsinə səbəb nədir? Bəlkə "imanlı, dinli, allahlı" bəndələrimizə yalan "kənardan" idxal olunub? Bu ölkədə min bir yön dəyişən, ədaləti öz siyasəti ilə hiyləsinə alət edən ədalətdən, əxlaqında ləkə olan əxlaqdan, istedaddan kasad olan dahilikdən, dünyəviliyi ilə gözə girən sufilikdən danışmaqdan çəkinmir. Yalan qardaşlığı… Kimsə də bir-birindən çəkinmir, utanmır. Çünki yalan cəmiyyətdə hamını bərabərləşdirib. Yalan bizim aramızda, münasibətlərimizdə, düşüncələrimiz və əməllərimizdə rahatlıqla yaşayır. İctimai qınağın olmadığı, hamının yalanda və naqilslikdə eyniləşdiyi cəmiyyətdə yalanın yox olması mümkün deyil. Kimsə yalan danışdığına görə didilmir, başını yastığa qoyanda öz vicdanına üz tutub, "mən niyə yalançı oldum?"sualını vermir. Vicdan qarşısında hesabat yoxdursa… yalandan necə qurtula bilərik?!
2013-11-06
1,159
Avropa Azərbaycana 30 mln pul ayırıb
Avropa Birliyi (AB) "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycana 30 mln. avro vəsait ayırıb. Bu barədə AB-nin "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində proqram ölkələrinin maliyyələşdirilməsi haqqında yaydığı broşürda bildirilir ("APA"). Azərbaycana 2008-2012-ci illərdə energetika sahəsində islahatların dəstəklənməsi üçün 14 mln. avro, 2009-2014-cü illərdə ədliyyə sahəsində islahatların dəstəklənməsi üçün 16 mln. avro verilib. Qeyd olunur ki, bu islahatlar nəticəsində Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 10 regional ədliyyə bölməsi yaradılıb, bərpa olunan enerji mənbələri üzrə milli planlar qəbul olunub, Ədliyyə Akademiyası mütəxəssislərin səviyyəsinin artırılması üçün kurslar təşkil edib, məhbuslara peşəkar təhsil kursları təklif olunub. Qeyd edək ki, AB "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Ermənistana 39 mln, Gürcüstana 54 mln, Moldovaya 155 mln, Ukraynaya isə 132 mln. avro vəsait ayırıb. Üçüncü "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.
2013-11-06
1,160
Ötən ay 666 cinayətkar tutulub
Oktyabr ayında Azərbaycanda cinayət törədən 666 cinayətkar tutulub. "Axar.az" Daxili İşlər Nazirliyindən (DİN) verilən gündəlik xroniki məlumatları əsasında hazırladığı statistikaya istinadən xəbər verir ki, ötən ay daxili işlər orqanları tərəfindən 1609 cinayət faktı qeydə alınıb. Baş verən cinayətlərdən 678-si "isti izlər"lə açılıb. Bundan başqa oktyabr ayı ərzində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 262 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Cinayətlər üzrə aparılan axtarışlar nəticəsində 666 nəfər həbs edilib.
2013-11-06
1,161
Müxaliflər Xümsdə Əsədin altı əsgərini öldürüb
Suriyalı müxaliflərin Xumusda Əsəd ordusuna aid olan bir avtomobilə hücum etməsi nəticəsində altı əsgər öldürülüb. Xumusda "Əhrar Əş-Şam" adlı müxalif qrup ərazini gəzən bir hərbi avtomobili hədəf alıb. Hücum nəticəsində avtomobil güllə-barana tutularkən, içindəki altı əsgərin də öldüyü qeyd edilib. Bir tərəfdən də Suriya İnsan Hüquqları Nəzarəti Evi Əsəd ordusunun Xumusa ağır top atışları nəticəsində üç sivilin öldüyünü bildirib.
2013-11-06
1,162
Millət vəkili bir gündə jurnalistlərə ikinci hücuma keçdi
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun özəl telekanalları sərt şəkildə tənqid edən "Bəd xəbər aludəçiliyi" adlı yazısından sonra tənqid hədəfinə tuş gələn telekanalların vəzifəliləri cavabdan yayındılar. Səbəb kimi isə tənqidin birmənalı şəkildə onlara aid olmadığını göstərdilər və bunu millət vəkilinin yazıda ad çəkməməsi ilə əlaqələndirdilər. "Yazım özəl kanallara aiddir!" Məsələ ilə bağlı Bəxtiyar Sadıqov "Axar.az"a açıqlamasında ad çəkilmədiyinə görə özün tənqid hədəfindən yayındıran telekanallara sərt ittihamlar səsələndirdi: "Onlara sərf eləməz axı, çünki heç kim "öz ayranına turş deməz", ona görə də boyunlarına götürmürlər. Verilişlərin bir-bir adını çəkib, təhlil etsəydim, yazı çox olacaqdı, onda da oxunmayacaqdı. Ona görə də yenə bildirmək istəyirəm ki, yazım bütün özəl kanallara aiddir! Bundan əvvəlki yazılarımda şoular əsasında qurulan verlişlərin adını çəkmişəm, bax, elə onlara da aiddiyyəti var. Konkret özəl televiziya kanalları hamısı bu ittihamları üzərinə götürməlidirlər". Millət vəkili konkret hansı verilişləri nəzərdə tutduğunu da söylədi: "Xəbər saytlarında və sosial şəbəkələrdə məqalənin müzakirəsi zamanı oxucuların yazdığı şərhlərə baxın! Bu telekanalların adlarını oxucular özləri çəkib. Mən o şərhləri, müzakirələri oxumuşam və bəyan edirəm ki, sosial şəbəkələrdə, şərhlərdə adı hallanan bütün verilişləri nəzərdə tutmuşam. Özəl kanal rəhbərləri öz üstlərindən atsalar da, oxucular məqaləmdə qaldırdığım problemin məhz hansı verilişləri əhatə etdiyini doğru olaraq təsbit ediblər. Yəni xalqın gözü tərəzidir". Bütün şou proqramlar biabırçıdır B.Sadıqov bütün şou verilişlərin biabırçı və səviyyəsiz hazırlandığını da sözlərinə əlavə elədi: "Bütün özəl TV-lərin şou proqramları elədir. Rusiyadan "Jdi menya" tipli verlişləri gətirib, biabırçı şəkildə efirdə təlqin edirlər". Bəxtiyar Sadıqov hansı telejurnalistləri qəsd edir? Qeyd edək ki, "Bəd xəbər aludəçiliyi" adlı məqalənin sosial mediada və informasiya portallarında müzakirəsi zamanı oxucular daha çox ATV telekanalının "Ümid var" verlişinin aparıcısı Zaur Baxşəliyev və "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızını, ANS telekanalının "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbəri daha çox tənqid ediblər.
2013-11-06
1,163
Rəsmi Bakı Türkiyəyə sorğu göndərdi
Azərbaycan hakimiyyətinin dəstəyi ilə Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi "Xocalı soyqırımı muzeyi"nin adına Ankara Valiliyinin razılıq verməməsi narahatlıq yaradıb. Türkiyə XİN müraciətimizi cavablandırmadı Azərbaycan cəmiyyətinin son dərəcə təəccüblə qarşıladığı bu olayı Ankara bələdiyyəsi "soyqırım" kəlməsinin istifadəsinin diplomatik problemlər yaratması ilə izah edib. Ankara Valiliyindən "Axar.az"a bu sorunu onların yaratmadığı, əngəlin Türkiyə xarici İşlər Nazirliyinin göstərişi ilə yaradıldığı bildirildi. Türkiyə Xarici İşlər Nazirliyindən isə bütün gün ərzində münasibət öyrənə bilmədik. Türkiyə XİN-dən suallarımızı elektron poçtlarına ünvanlamağımızı istəsələr də, "Axar.az"ın rəsmi müraciətinə iş gününün sonuna qədər cavab verilmədi. "Biz qardaş Türkiyəyə sorğu göndərmişik" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Axar.az"a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirdi: "Bu barədə məlumatlıyıq və artıq Türkiyə Xarici İşlər Nazirliyinə sorğu ünvanlamışıq. Güman edirəm ki, Türkiyə tərəfi sorğuya sabah günorta saatlarında cavab verəcək. Ona görə də sabah deyilən vaxtdan sonra məsələyə mövqeyimizi cəmiyyətə çatdıracağıq".
2013-11-06
1,164
Prezident Xızı rayonuna 3 milyon ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3,0 (üç) milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb.
2013-11-06
1,165
Tələbələri ayağa qaldıran imtahan sisteminin iç üzü
Son zamanlar ali məktəblərdə tələbələrin etiraz aksiyaları kütləvi hal alıb. Əvvəlcə ADPU daha sonra Azərbaycan Universiteti baş tutan aksiyalarda tələbələr universitet rəhbərliyindən semestr imtahanlarının test üsulunda qalmasını tələb edirdilər. Baş tutan tələbə etirazlarının əsas səbəblərini aydınlaşdırmaq üçün təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrəndik. Əslində sistem necə işləyir? - Müəllim mühazirə deyir, lakin imtahan vaxtı kənarlaşdırılır, başqası gəlir bir kompüter sistemi yaradır və onun vasitəsi ilə tələbələrdən imtahan götürür. Bütün semestr boyu müəllim tələbəni kurikulum, gündəlik qiymətləndirmə, dərsdə davranış, dərsə davamiyyət vasitələri ilə dəyərləndirir. Sonra kiçik bir bal hissəsi qalır ki, həlledici rol oynayır bunu isə yuxarıda yazılanlardan xəbəri olmayan başqa biri - yəni imtahanı götürən həyata keçirir. Nəticədə də bu çox ciddi narazıçılıqlara səbəb olur. Rektorlar öyünür ki, o, test üsulu ilə imtahan keçirir. Lakin sorğu keçirsəz, monitorinq aparsaz görərsiniz ki, ümumiyyətlə, ali məktəblərdən xaric olan yoxdur. Bəs səbəb nədir? - Birincisi nə qədər tələbə fənni mənimsəyir? Onların qiymətləndirilməsi necədir? Bir qrupda 20-30% tələbə qeyri kafi alır, digər yerdə imtahanda necə 4-5-lə qiymətləndirilirlər? Bu, sistemin qüsurudur. İmtahanların bir qismi yazılı keçirilir, bir qismi isə test üsulu ilə. Diqqət yetirsəz görərsiniz ki, bu gün bizim tələbələr danışa, fikir ifadə edə, predmet haqqında fikir yürüdə bilmirlər. Bunun əsas səbəblərindən biri də test üsuludur. Yəni heç vaxt məktəb və ali məktəblərdə tarix, riyaziyyat, sosiologiya "bəli"-"xeyr"lə cavablandırıla bilməz, bu izah olunmalıdır. Onlar esselər yazmalı və onları danışmalıdırlar. Bu üsulları tədbiq etməklə mütəxəssislər yetişdirilməlidir. Məsələn: "Turizm" deyilən bir ali məktəbin tələbəsinin 70%-i diplom ala bilmir. Bu nə imtahan sistemidir? Bunlar sistemi hardan götürüb? Nəyə görə tələbə cavab verə bilmir? Bunun günahı tək tələbədədir mi? Xeyr, burda müəllimin də, ali məktəb rəhbərliyinin və administrasiyanın da günahı var. Ona görə mən hesab edirəm ki, tələbələrin bilik qazanmasına və onun düzgün qiymətləndirilməsinə xidmət edən bir vahid imtahan forması müəyyənləşməlidir. Qeyd Azərbaycan ali məktəbləri 2005-ci ildən baloniya sisteminə qoşulub. Bu sistemdə isə bu şəkildə imtahanın keçirilmə proseduru yoxdur. Əgər Azərbaycan baloniya, kredit sisteminə qoşulubsa, təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün addımlar atılırsa, baloniya sistemi birmənalı şəkildə deyir ki, müəllim özü öz tələbələrini imtahan etməli, müəllimin dərs yükünə elmi istiqamətdə işlər daxil olmalı və imtahanı özü seçib formalaşdırmalıdır. Şikayətlərə əsil səbəb nədir? Tələbələrin şikayəti xeyli sayda tələbənin əlaçılıqdan və prezident təqaüdündən bu üsulla süni şəkildə salınmasından irəli gəlir. Deməli, bu üsul müsbət məsələlərə xidmət etmir. O ki qaldı test üsuluna: məktəbdə, buraxılış imtahanlarında, qəbul imtahanlarında test. Hər yerdə testdir. Ancaq tələbə ya praktikada, ya da imtahan keçirilən zaman biliyini nümayiş etdirməlidir. Ona görə də bu qarışıq sistemdə - konkret olaraq pedoqoji universitetdə yaranan bu etirazlar obyektiv etirazlardır. Onların qiymətləri kəsilir və tələbələr hesab edir ki, bu, süni maneədir və oxuduqları ali məktəblər istəmir ki, onlar əlavə təqaüdlə təmin olunsunlar.
2013-11-06
1,166
Türkiyə Milli Məclisində “duran qadın” etirazı
Türkiyədə CHP millət vəkili Dilək Akagün Yılmaz kürəyində "1960 İran" yazısı, altında başı açıq qadınların şəkilləri, "2013 İran" yazısı və altında çarşablı qadınların şəkilləri olan plakat asaraq Milli Məclis binasının ümumi salonunda etiraz edib. "Axar.az"ın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Yılmaz BDP-nin gündəmlə əlaqədar təklifinin müzakirə edildiyi vaxt salona girib. Deputat qadın kürəyində plakat asılı vəziyyətdə CHP cərgəsində ayaqüstə gözləyib. Buna münasibət bildirən TBMM başqan vəkili Aişə Nur Bahçekapılı, "Bu kürsü hamımıza açıqdır, hər kəs bunu istifadə edə bilər. Başqa şeylərdən istifadə edərək fikrinizi açıqlamaq Milli Məclisə yaraşmır. Aksiyanızı etdiniz, jurnalistlər şəkilinizi çəkdi, lütfən Milli Məclisə uyğun hərəkət edin",- deyərək Yılmaza xəbərdarlıq edir.
2013-11-06
1,167
Məşhur aktyor ölmək istəmədiyini dedi
Neçə vaxtdır qaraciyərinin iflas etdiyi, müalicə almaq istəmədiyi üçün ölüm təhlükəsi olduğu iddia edilən məşhur türk aktyoru Nejat İşlər, o söz-söhbətdən sonra ilk dəfə media nümayəndələrinə görünüb. Jurnalistlər Nejat İşlərin şəklini xəstəliyinə görə ayrıldığı "İntiqam" serialında onun yerinə oynayan aktyor dostu İgid Özşenərlə birlikdə çəkiblər. "Axar.az"ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, "Gümüşlükspor"un heç bir oyununu qaçırmayan məşhur aktyorun şəklini elə oyun vaxtı çəkiblər. Aktyor sağlamlığının mətbuatda yayıldığı qədər pis olmadığını deyib. Açıqlama verən Nejat İşler, "Qaraciyərim iflas etməyib. Yorğunluq və bitkinlik var. Sədəf xəstəliyim də artıb. Müalicəmə İstanbulda davam edirəm. Mütəmadi həkimə gedirəm, dərmanlarımı qəbul edirəm. Müalicəni rədd etmək, vaxtından tez ölmək kimi niyyətim yoxdur",- deyib.
2013-11-06
1,168
İran Naxçıvana atəş açdı
Noyabrın 5-də saat 18.15 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açılıb. "Axar.az"ın verdiyi xəbərə görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədi ilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb. Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir. Qeyd edək ki, xəbəri Naxçıvanın Bakıdakı nümayəndəliyi yayıb.
2013-11-06
1,169
Balıq başından möcüzəyə - Fotolar
Fransız sənətçisi Anne-Ketrin Barker Ecivard müxtəlif məkanlarda, miniatür uşaq oyuncaqlarına balıq başı yerləşdirərək, müxtəlif səhnələr quraşdırıb. Təqdim etdiyimiz fotolar ən adi şeyləri dəyərləndirəndə nələrin ortaya çıxa biləcəyini bir daha sübut edir.
2013-11-06
1,170
40 dəfə ölüb-dirilən tanınmış adam
Akytorların filmlərdə başlarına gəlməyən hadisələr qalmır - başlarına olmazın iş gələn məhşurlardan bəziləri ölür, bəziləri yenidən həyata qayıdır və hətta qorxunc məxluqa çevrilə bilirlər. Bəs görəsən, məşhur aktyorlardan kimlər aldığı rollarda daha çox ölüblər? Leanardo Di Kaprio Dünya şöhrətli aktyor, "Titanik" filminin baş qəhrəmanını canlandıran Leanardo Di Kaprio indiyədək rol aldığı filmlərdə nə az, nə çox - düz 9 dəfə ölüb. Aktyorun ən təsirli oynadığı ölüm səhnəsinin isə "Titanik" filmində canlandırdığı obrazda olduğu bildirilir. Bryus Villis Ən çox həyacanlı obrazları ilə yadda qalan aktyor Bryus Villis oynadığı obrazların əksəriyyətində ölüb. Bu, aktyorun dəvət aldığı filmlərin daha çox dalaşqan, hərəkətli filmər olması ilə əlaqədardır. O, bu günə qədər rol aldığı filmlərin 11-ində ölüb. Tim Kerri Tim Kerri də aldığı rollarda çox ölən aktyorlar sırasındadır - bu günə qədər filmlərində 11 dəfə ölüb. Conni Dep Rolları ilə qızların qəlbini fəth edən Conni Dep də canlandırdığı obrazlarda 12 dəfə ölüb. Robert De Niro Oynadığı obrazlarda düz 17 dəfə ölən aktyor Robert De Niro demək olar ki, bütün filmlərdə baş rolda olub. Qeri Bruzi Qorxu filmlərinin çoxluq təşkil etdiyi aktyor Qeri Bruzi filmlərində 19 dəfə dünyadan köç etməyə məcbur olub. Mikki Ruk Gənclik illərində qız fanatlarını öz cazıbəsi ilə cəlb edən aktyor Mikki Ruk da çəkildiyi filmlərdə 19 dəfə ölüb. Jon Bin Əsrarəngiz gülüşü ilə seçilən Jon Bin isə filmlərində digər aktyorlarla müqayisədə bir qədər çox, yəni 25 dəfə ölüb. Con Hart Ölmək üzrə rekord qıran aktyor isə nurani üz cizgilərinə sahib Con Hartdır. Demək olar ki, indiyə qədər onun qədər "ölən" olmayıb. O, aldığı rollarda 40 dəfə bu dünyanı tərk etməli olub.
2013-11-06
1,171
Rabitə nazirliyi mobil operatorlara vaxt verdi
"Rabitə və İnformasiya Texnologiya Nazirliyi nömrələrin daşınması sistemi ilə bağlı texniki problemləri aradan qaldırmaq üçün mobil rabitə operatorlarına yanvarın 1-dək vaxt verib. Bu müddətdə isə onların məhkəməyə verilməsi təxirə salınıb",- bunu "Axar.az"a açıqlamasında RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. Onun sözlərinə görə, məhkəmə məsələsinə problem həll olunduqdan sonra baxılacaq: "Mobil nömrələrin daşınması sistemi operatorlar öz texniki problemlərini həll etdikdən sonra işə başlayacaq. Bunun üçün həmin qurumlar nazirlikdən vaxt istəyiblər. Nazirlik hesab edir ki, operatorlar problemlərini təcili həll edib yanvarın 1-dən sistemi işə salmalıdırlar. Məhkəmə məsələsinə isə problem həll olunduqdan sonra baxılacaq". Qeyd edək ki, mobil nömrələrin daşınması xidməti dünyada, xüsusilə də Avropada geniş yayılıb. MDB məkanında isə Azərbaycan bu sistemi tətbiq edən ilk ölkə olacaq. İqtisadçı ekspertlərin fikrincə, sistemin tətbiqi mobil rabitə qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Beynəlxalq təcrübəyə görə, mobil köçürmə sisteminin tətbiqi mobil danışıqların qiymətlərində orta hesabla 10 faiz ucuzlaşmaya səbəb olur. Məsələn, Türkiyədə bu sistemə keçid bir ildə mobil tariflərdə 40 faiz ucuzlaşma ilə nəticələnib. Əvəzində isə keyfiyyət xeyli artıb. Azərbaycan isə mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də ilk beşlikdə yer alıb. Ən ucuz danışıq tarifi isə Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danışığın hər dəqiqəsi üçün bizim pulla hesablasaq 1,57 qəpik ödəməli olurlar. Bizim ölkə sakinləri üçün isə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 5,49 qəpiyə başa gəlir.
2013-11-06
1,172
“Galaxy S3” istifadəçilərinə müjdə
Androidin yeni versiyası nəhayət "Galaxy S3"lərə də gəldi. "Hürriyet"in verdiyi xəbərə görə, bir o qədər qlobal şəkildə olmasa da, "Android 4.3" "Galaxy S4" modelli cihazlara yüklənməyə başlayıb. "Galaxy S4"ün ardından isə bir əvvəlki model "Galaxy S3"ə də eyni versiya yüklənmək üçün təqdim edilib. Hələ saylı ölkələrdəki "Galaxy S3"lərə endirilə bilən "Android 4.3 jelly Bean" versiyasının qısa bir vaxtda dünya istifadəçilərini əhatə edəcəyi bildirilir. "Android 4.3"lə nə dəyişəcək Hal-hazırda "Android 4.1.2" versiyasını istifadə edən "Galaxy S3"lərin 4.3 platformasına yüksəlməsiylə birlikdə ilk olaraq performansın daha yaxşı yöndə dəyişməsi diqqət çəkəcək; bəzi çatışmazlıqlar aradan götürülməklə "TouchWiz Nature UX 2.0" interfeysi də "Galaxy S3"ə uyğunlaşdırılıb. 50 milyon satış göstəricisini aşan "Galaxy S3-ün" "Android 4.4" distribütivini götürüb-götürməyəcəyi isə hələ tam şəkildə müəyyən olunmayıb.
2013-11-07
1,189
Daha bir məktəbdə “istefa” aksiyası - Video
Mingəçevirdə fəaliyyət göstərən Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə aksiya baş verib .
2013-11-08
1,257
Kerri: Suriyalılar it-pişik əti yeyir
null
2013-11-06
1,173
Yerevanda mitinq iştirakçılarına cinayət işi qaldırıldı - Video
Yerevanın mərkəzində nümayişçi ilə polis arasında noyabrın 5-də toqquşmalarla bağlı 20 nəfərin tutulub saxlanıldığı bildirilir. Polisin İctimai Əlaqələr Şöbəsinin rəisi Aşot Aharonyanın sözlərinə görə, iğtişaşlar zamanı tutulan 38 nəfərdən 18-i istintaq əməliyyatları keçirildikdən sonra buraxılıblar. Həbs olunan vətəndaşların heç biri xəsarət almayıb, polis bildirib. Hadisə ilə bağlı, vəzifə borcunu yerinə yetirdiyi zaman hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işlətmək maddəsi üzrə, cinayət işi qaldırılıb. Xəstəxanalardan toplanan məlumata əsasən, hadisədən sonra tibbi yardım almaq üçün 9 nəfər müraciət edib. İki polis əməkdaşının səhhəti orta ağır kimi qiymətləndirilir: biri qafa tası-beyin travması alıb, ikincisi – iti əşya ilə ayağından yaralanıb. Zərər çəkən polislər jurnalistlərlə təmasdan imtina ediblər. Polisin rəsmi məlumatına əsasən, 4 polis əməkdaşı stasionar müalicə alır, qeyri-rəsmi məlumatlara görə, hadisələr zamanı 8 polis xəsarət alıb. Yerevan Azadlıq meydanında "Mən inqilab başlayıram" şüarı altında təkbaşına aksiya keçirən müxalifətçi Şant Harutyunyan noyabrın 5-də bir qrup tərəfdaşları ilə "Anonymous" maskalı yürüşə başlayanda Harutyunyanla bir neçə "mülki geyimli", onun sözlərinə görə, "provokatorlar" arasında toqquşma başlanıb. Həmin vaxt güclü gurultu və işartı ilə müşayiət olunan partlayışlar baş verib, polislə vətəndaşlar arasında əlbəyaxa başlanıb. (musavat.com)
2013-11-06
1,174
Baş redaktor prezidentə müraciət etdi
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ölkə başçıına müraciət edib. "Axar.az"ın məlumatına görə, müraciətdə qəzetlərinin metro keçidlərində satışına şəraitin yaradılması üçün müvafiq göstərilməsi xahiş olunur. Baş redaktor qeyd edib ki, satış sahəsində yaranan problem qəzetin maliyyə durumuna mənfi təsir göstərir.
2013-11-06
1,175
Erməni oliqarxların Şuşadakı villaları - Fotolar
Erməni oliqarxları Şuşada villalar tikirlər Ermənistan parlamentinin keçmiş deputatı, Futbol Federasiyasının rəhəbəri Ruben Ayrapetyan Azərbaycanın işğal olunmuş Şuşa şəhərində lüks villa tikir. Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazır. Qəzet yazır ki, "oliqarxlar Şuşada bahalı villalar tikməklə Qarabağa bağlılıqlarını göstərirlər, yəni onlar Şuşanın nə vaxtsa azərbaycanlılara geri qayıtmacağından əmin olaraq, buraya küllü miqdarda vəsait sərf edirlər". Separatçı rejimin baş nazirini müavini Artur Ağabekyan da Şuşada yeni tikililər barədə xəbəri təsdiqləyib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyan kimi Şuşada villalar və ya biznes müəssisələri tikdirmək istəsələr, buna icazə veriləcək. Ağabekyanın sözlərinə görə, Dağlıq Qarabağda bu kimi binaların tikilməsi Qondarma Respublikanın xeyrinədir. Belə ki, istənilən halda bu kimi tikililər "qarabağlılar" üçün yeni iş yerləri deməkdir. Bununla yanaşı, bina və ya villa sahibləri əmlak vergisi də ödəyəcəklər. Ev sahibi dincəlməyə gələndə işıqpulu, qazpulu ödəyəcək ki, bu da "Qarabağın" xeyrinədir" ("Musavat.com")
2013-11-07
1,176
Çempionlar Liqası: yekun nəticələr, turnir cədvəli - Yenilənib
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tur başa çatacaq, ikinci oyun günündə E, F, G və H qruplarında növbəti matçlar keçirilib. H qrupunun lideri "Barselona" doğma azarkeşləri qarşısında "Milan"ı sınağa çəkib. "Barselona" əzəli rəqibini məğlub etməyi bacarıb. Qrupun digər oyununda "Seltik" "Ayaks"a məğlub olub. Günün keçirilən digər oyunlarına və turnir cədvəlinə aşağıda baxa bilərsiniz. Qeyd edək ki, "Axar.az" olaraq, Çempionlar Liqasının birinci və ikinci oyun gününü onlayn olaraq oxucularımıza təqdim etdik. . Çempionlar Liqası IV tur 6 noyabr E qrupu 23:45. "Bazel" (İsveçrə) 1-1 "Styaua" (Rumıniya) Qol: Sio 90+1, Piavokarri,17, 23:45. "Çelsi" (İngiltərə) 3- 0"Şalke" (Almaniya) Qol: Eto, 31, 54, Demba ba, 83 F qrupu 23:45. "Borussiya" (Dortmund, Almaniya) 0-1 "Arsenal" (İngiltərə) Qol: Remzi 62 23:45. "Napoli" (İtaliya) 3-2 "Marsel" (Fransa) Qol: İnler.G, 22, Hiquain, 24, 75 Ayev, 10 Tauvin 64 G qrupu "Zenit" (Rusiya) - "Porto" (Portuqaliya) - 1:1 Qol: Hulk, 28 - Qonzales, 23 23:45. "Atletiko" (İspaniya) 4-0 "Austriya" (Avstriya) Qol: Qarsia, 25, Miranda, 11, Felipe 45, Kosta 82 H qrupu 23:45. "Ayaks" (Hollandiya) 1-0 "Seltik" (Şotlandiya) Qol: Şon, 51 23:45. "Barselona" (İspaniya) 3-1 "Milan" (İtaliya) Qol: Messi, 30 (pen), 83, Buskes, Pike 45 (Avtoqol)
2013-11-07
1,177
Polislər öz nazirlərinə qarşı aksiya keçirdi - Fransada
Noyabrın 5-də Fransanın Korsika adasının Ajaççio və Marsel şəhərlərinin polis əməkdaşları nümayiş keçiriblər. "Axar.az"ın xəbərinə görə, Ajaççio prefekturası qarşısına toplaşan yüzlərlə polis işçisi Daxili İşlər naziri Manuel Vallsdan onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı verdiyi vədi yerinə yetirməyi tələb edib. Ölkənin ən böyük limanı hesab olunan Marsel şəhərinin prefekturası qarşısında toplaşan iki mindən artıq polis dövlət büdcəsində onların təhlükəsizliyi ilə bağlı vəsaitin nəzərdə tutulmamasına, təqaüd islahatları ilə əlaqədar əmək haqlarının dondurulmasına, gənc polislərə təhlükəyə görə kompensasiya ödənilməməsinə etirazlarını bildirib və hökumətə onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görməyə çağırıblar. Polislər tələbləri yerinə yetirilmədiyi təqdirdə digər şəhərlərin polislərinin həmrəyliyi ilə noyabrın 13-də daha izdihamlı nümayiş keçirəcəkləri barədə hökumətə xəbərdarlıq ediblər.
2013-11-07
1,178
ABŞ Fələstinə 100 milyon yardım vəd etdi
ABŞ Dövlət katibi Con Kerri Fələstinə 100 milyon dollar yardım edəcəyinə söz verib. İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Qərbi Şeriaya, Beytullahim şəhərinə gedən Kerri xristian dünyasının önəmli kilsələrindən olan Yenidən Doğuş Kilsəsini ziyarət edib. Kerri kilsə önündə açıqlama da verib və bildrib ki, ABŞ Fələstin hakimiyyəti ilə əlaqələr qurmaqda maraqlıdır və Qərbi Şerianın infrastrukturunun qurulması üçün 100 milyon əlavə yardım etməyə hazırdır. Dövlət katibi yeni məktəblər və infrastukturun qurulmasına 6 ay ərzində vəd olunan vəsaitin köçürülməsini də boyun olub. Qeyd edək ki, 3 ay öncə də ABŞ Fələstinə 25 milyon yardım etməklə bağlı qərar çıxarmışdı. Kerri daha sonra Fələstin dövlət başçısı Mahmud Abbasla görüşmək üçün Ramallaha gedib.
2013-11-07
1,179
Mustafa Hacıbəyli Rəsul Quliyevi təhqir elədi
"Arif Hacılı - məhdud ağılı olan şəratan" Sabiq ACP lideri və spiker Rəsul Quliyevin mətbuata müsahibəsində Müsavat və AXCP-də sədr dəyişikliyinin vacibliyini bildirməsi və seçkini uduzan partiya liderlərini siyasi mədəniyyətsizlikdə suçlaması birmənalı qarşılanmayıb. R.Quliyev Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və qardaşlarının ünvanına da aşağılayıcı fikirlər səsləndirib. Müsavat başqanlığına Arif Hacılının gəlməsi məsələsinə toxunan eks-spiker, "Bütün aspektlərdə natamam adam olan belə birisini özünə sədr seçən istənilən təşkilatın axırı yoxdur. İsa Qəmbərin siyasətindən xoşum gəlməməsinə baxmayaraq, həqiqət naminə bu iki adamı müqayisə etmək ona təhqir olardı. İntellektual baxımından, məsələləri özünün xeyrinə olsa belə analiz etmək qabiliyyətinə görə müqayisəolunmaz səviyyədə üstün olan İsa Qəmbəri elə birisi ilə əvəz etməkdənsə, o, qalıb işləsə yaxşıdır. Özünün məhdud ağlının çərçivəsindən çıxa bilməyən və partiya üzvlərini də bu çərçivəyə salmaq istəyəcək bir şəxsi necə sədr seçmək olar? Bu qardaşlar bir dəstədir. Hamısı eyni səviyyədə ona-buna şər atmaqla məşğuldurlar. Nə qədər ki, bu formatda olan insanlar Müsavat Partiyasını ailə podratına çevirib hədyanlar yazacaq, bir o qədər də partiyalarını hörmətdən salacaqlar". "Rəsul Quliyev - ağlını itirmiş qoca" Bu ittihama Müsavat başqanının müşaviri, Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin cavabı gecikməyib. O, "Yeni Müsavat"a açıqlamasında R.Quliyevi ağılını itirmiş qoca adlandırıb: "İnsanların bir qismi qocalanda müdrikləşir, bəzi hissəsi isə qocalanda ağlını itirir. Məndə yaranan təəssürat budur ki, Rəsul Quliyev ağılını itirib. Çünki Rəsul Quliyevin dediklərində, ittihamlarında heç bir məna, mahiyyət kəsb edilmir. Tapmaq mümkün deyil ki, Rəsul Quliyevin təkrar-təkrar müxalifət düşərgəsində müxtəlif adamlara, o cümlədən bizə hücumlarının səbəbi nədir. Əgər Rəsul Quliyev müxalifət əleyhinə bu qədər çıxış edirsə, bəs onda Milli Şuradan niyə çıxmır, əksinə, Milli Şurada qalmağın yollarını axtarır? O, ACP-dən istefa verdi, amma Milli Şuradan istefa vermədi". "O, cavanlığında da səviyyəsiz olub" M.Hacıbəyli R.Quliyevin heç cavanlıqda da səviyyəli adam olmadığını söyləyib: "Rəsul Quliyev Açıq Cəmiyyət Partiyasını yaradarkən, ona sual vermişdilər ki, partiyanı Soros Fondu maliyyələşdirəcək? Rəsul Quliyev cavab verdi ki, mən Soros Fondunun adının Açıq Cəmiyyət İnstitutu olduğunu bilmirdim. Yəni, bu, həmişədən səviyyəsiz adam olub. İndi də görünür, qocaldığı üçün bir az da ağlını itirib. Hər halda çox maraqlıdır ki, uzun müddətdir Rəsul Quliyev fəallaşıb, amma bir dəfə də olsun hakimiyyətin əleyhinə danışmır. 2008-ci il prezident seçkilərində Rəsul Quliyevin partiyası rəsmi qərarla İlham Əliyevi müdafiə eləmişdi. Buna baxmayaraq, biz Rəsul Quliyevin 2013-cü il prezident seçkilərində Milli Şuraya gəlməsinə etiraz etmədik. Amma göründü ki, bu adam düzələn deyil, bütün seçki dövründə Milli Şuraya, onun namizədi Cəmil Həsənliyə qarşı təbliğat apardı. Hətta seçkinin nəticələrinin legitim olduğunu dilə gətirdi".
2013-11-07
1,180
Abel Məhərrəmov: "Tələbələrin pulundan oğurlayırıq" - VİDEO
Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin keçirilən müzakirələr zamanı çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov gərgin, həm də gözlənilməz açıqlamalar verib. Rektor bildirib ki, ölkədəki 1800 elmlər doktorunun böyük bir hissəsi ali təhsil müəssisələrində işləməsinə baxmayaraq, onlara vəsait ayrılmır: "Əfsuslar olsun ki, 1200 alimə bir manat da vəsait ayrılmır. Bəs deyərsiz necə edirsiz? Şapalaqla üz qızardırıq. Öz hesabına oxuyan tələbə 1300 manat pul verir, ondan oğurlayıb, alimə cihaz alıram. O məni məhkəməyə verə bilər". Maliyyə naziri Samir Şərifov alimin elmi fəaliyyətini təmin etmək üçün başqa mexanizm təklif edildiyini söyləyib: "Bu da elmin inkişafı fondudur. Buyurun, iştirak edin müsabiqədə, vəsaiti əldə edin". Universitetlərə bundan sonra maliyyə muxtariyyəti veriləcəyini deyən nazir artıq ali məktəblərin öz gəlirlərini və xərclərini planlaşdırmasının vaxtı çatdığını bildirib. Universitet rəhbərlərinə isə maliyyə vəsaitlərini idarə etmək üçün yeni ştat-maliyyə meneceri vəzifəsi yaratmağı tövsiyyə edib. Gələn ilin dövlət büdcəsinə təhsilə 1,6 milyard, elmə 146 milyon manat ayrılması nəzərdə tutulur. Hər iki göstərici bu cari illə müqayisədə artıb. ANS-in lentə aldığı həmin kadrları təqdim edirik.
2013-11-07
1,181
Prezident İslam Kərimovun qızı “varislikdən” imtina etdi
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova atasından sonrakı dövr üçün prezident olmayacağını açıqlayıb. "Axar.az"ın məlumatına görə, adı daha çox qalmaqallarla gündəmə gələn Gülnarə Kərimova şəxsi "Tvitter" səhifəsində yazdığı tvitlə prezident olacağı haqqında yayılan xəbərləri yalanlayıb. Kərimova açıqlamasında siyasətçi olmadığına diqqət çəkərək, bu cür müzakirələrin yersiz olduğunu qeyd edib.
2013-11-07
1,183
Emin Ağalarovun gözəllik müsabiqəsindən - FOTOLAR
Moskvada "Crocus City"də "Kainat gözəli" müsabiqəsi baş tutub. Müsabiqədə bir-birindən gözəl 86 qız "kainat gözəli" adı uğrunda mübarizə aparıb. İştirakçılar jürinin qarşısına çimərlik və gecə geyimlərində çıxıblar. Müsabiqənin yarımfinal mərhələsində finala 15 nəfər seçiləcək. Finalçıların adları noyabrın 9-da elan olunacaq. Azərbaycanın ilk dəfə təmsil olunduğu müsabiqədə "Miss Azərbaycan 2013"ün qalibi Aysel Manafova iştirak edir ("Anspress").
2013-11-07
1,184
Məhkəmə türk düşməninə bəraət verdi
İsrailin keçmiş Xarici İşlər naziri Aviqdor Liberman korrupsiya ittihamı ilə mühakimə olunduğu məhkəmədən bəraət alıb. Libermanın Nazirlər Kabinetindəki vəzifəsinə qayıtması gözlənilir. Qərarın açıqlanmasından sonra bilgi verən baş nazir Bencamin Netanyahu Libermanı təbrik edib və İsrail xalqının yaxşılığı üçün birlikdə işləməyə davam edəcəklərindən duyduğu məmnuniyyəti dilə gətirib. Libermandan sonra boş qalan Xarici İşlər naziri vəzifəsini Netanyahu icra edib, bəraətdən sonra isə onun əvvəlki vəzifəsinə qayıdıb-qayıtmayacağını bildirməyib. Məhkəmədən çıxdıqdan sonra jurnalistlərə açıqlama verən Liberman məhkəmə heyətinə təşəkkür edərək, "illərdir davam edən məhkəmənin sona çatmasından çox xoşbəxtəm", - deyib. Bir tərəfdən də iddiaya baxan prokurorlar qərardan Ali Məhkəməyə şikayət etməyi düşünür. Xatırladaq ki, İsrailin millətçi ideoloji-siyasi addımlarında önəmli söz sahiblərindən olduğu vurğulanan Liberman türk düşməni kimi tanınır.
2013-11-07
1,185
Şəkidə yanaraq ölən falçının evindən nələr çıxdı - Video
Bir neçə gün əvvəl Şəkidə yanmış cəsədi tapılan 61 yaşlı Valya İsmayılovanın ölümü ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. ANS-in məlumatına görə, Hadisə yerinə gələn prokurorluq əməkdaşları isə ilkin versiya kimi Valya İsmayılovanın ölümündə yanğın hadisəsi və özünə qəsd ehtimalını irəli sürmüşdü. Rayonda uzun illər falçılıqla məşğul olan mərhumun evindən dini ritualların icrası zamanı istifadə olunan çoxlu sayda əşyalar tapılıb. Aşkarlananlar arasında ayı, qaban, canavar və s. vəhşi heyvan dişləri olub. Rayon prokurorluğunun müstəntiqi Mübariz Orucovun sözlərinə görə, evdən cadugarlıqla bağlı kitablar, eyni zamanda cadugarlığın həyata keçirilməsində istifadə olunan avadanlıqlar aşkarlanıb. Qonşular da hər gün Valya İsmayılovanın saatlarla evində şam yandırmaqla müxtəlif dini ayinlər icra etdiyinin şahidi olub. Müstəntiqin ehtimalına görə, onun ölümünə də elə bu şamlardan yaranan yanğın səbəb olub. "Müəyyən edilib ki, Valya İsmayılova saat 23:24 radələrindən başlayaraq müxtəlif dini ritualların, dini ayinlərin icrası məqsədilə müxtəlif şamlar yandırıb və dini ayinlər 3-4 saat müddətində davam edib". Hazırda 61 yaşlı qadının ölümünə məhz məşğul olduğu peşənin səbəb olması və digər versiyalar da nəzərdən keçirilir.
2013-11-07
1,186
“Twitter” satılır
Bu gün "Twitter" səhmlərinin bir hissəsini satışa çıxarır. "İlkin İctimai Təklif" (İPO) çərçivəsində "Twitter" mikrobloq servisinin 1 aksiyası 26 dollar məbləğində dəyərləndirilib. Qeyd edək ki, bir aksiyanın 17- 20 dollar arası və gəlirin 1,25-1,46 milyard dollar olacağı təxmin edilir. 70 milyon "Twitter" aksiyası sərbəst dövriyyəyə buraxılacaq ki, bu kompaniyanın 13%-i edir. Qeyd edək ki, "İPO"ya ərizəni sosial şəbəkə sentyabrın 13-ü verib. "Twitter"ə kredit verməyə razilaşan bankların içində "İPO"nun təşkilatçıları da var. Aksiyaların satışı bu gün "Nyu-York fond birjası"nda (NYSE) "TWTR" tikeri altında keçiriləcək.
2013-11-07
1,187
30 il əvvəl təyyarə qaçıran amerikalı yaxalandı
Təxminən 30 il əvvəl ABŞ-dan təyyarəni qaçırıb Kubaya gedən amerikalı Uilyam Potsu dünən vətənə dönərkən elə hava limanındaca "FBİ" yaxalayıb. Hadisə 1984-cü ildə baş verib. "Azadlıq" adasına partizan döyüşünə hazırlığa gedən Potsu Kuba hökuməti yaxalayıb və 13 il iş verib. Daha sonra Pots orada qalıb fermerliklə məşğul olub. Yaxınları üçün darıxan Pots son vaxtlar amerikalı diplomatlarla ona ABŞ pasportu vermələri üçün görüşüb. Pasportu alan Pots Havanadan Mayamiyə gəlib və elə orda da yaxalanıb. "Axar.az"ın xəbərinə görə, Pots bu gün təyyarəni qaçırma cinayəti ilə Amerika məhkəməsi qarşısına çıxacaq. Ona 20 ildən ömürlüyə qədər iş verə bilərlər. Pots Kubada cəza çəkdiyinin nəzərə alınacağına və güzəştə ümid edir.
2013-11-07
1,188
Masallı Mamedlə “Zon”da görüşüm - Video
İnana bilmirdim ki, ağbəniz, bəstəboy, idmançı görkəmi olan bu insan hansısa cinayət əməlinin sahibidir... O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov Məmməd İsgəndər oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda doğulmuşdu. 2011-ci ilin martın 21-də növbəti dəfə həbs olunduğunda, rəsmi məlumatlarda deyilənlərə inansaq, əhvalı pisləşib və dünyasını dəyişib. Masallıda dəfn olunub. Qan-qada – onun həqiqəti Onun haqqında çox yazılıb, çox danışılıb və danışılacaq. Masallı Mamed hələ sağlığında mifləşdirilən, əfsanələşdirilən yaxın tariximizin real simalarındandan olub. Düzdür, bu qəhrəmanlığın arxasında qan-qada, zorakılıq, həbs və digər əməllər dururdu. Amma bu qan-qada onun həqiqəti idi. O, talançılıqla, başqasının əmlakını əlindən almaqla, nüfuzundan istifadə etməklə zəifin və kimsəsizin hissiyatı ilə oynamaz, onu aşağılamazdı. Onun əməllərində qanuni baxımdan həmişə cinayət tərkibi olub. Amma onu sevənlər, ona güvənənlər də çox olub. Problemlərin həllində qanun acizlik göstərəndə ona olunan müraciətlərə verdiyi müsbət reaksiyalar bunu deyir. Hüquq mühafizə orqanları isə onu daima nəzarətdə saxlayıb. 50 illik ömrünün çoxu qalın divarlar arasında keçib. Onu şəxsən tanıdım. Amma dost olduq demək düzgün olmazdı. Buna vaxtımız çatmadı. Söhbətimiz isə alınırdı. Ömrümdə ilk dəfə idi ki, qanuni oğru ilə həmsöhbət olmuşdum. Daşdan keşən ad Bu zamana qədər isə Mamedin haqqında çox eşitmişdim. Bayıl türməsinə qədər bu adam haqda kifayət qədər informasiyam vardı. Sabiq iş yoldaşlarım, macəra dolu günlər yaşamağa, dava–dalaşa meyilli olan dənizçilərin keçmiş SSRİ-nin bir çox limanlarında törətdikləri "hoqqalardan" Mamedin, rəhmətlik Hikmət Sabirabadlının adından istifadə edərək qurtulduqlarının da şahidi və iştirakçısı olmuşdum. Bayıl türməsində isə Masallının Şərəfə kəndindən olan, dələduzluğa görə həbs olunmuş Xanlar kişi Mameddən saatlarla danışardı. İsti yay günlərinin Bayıl türməsinin can alan havasızlığında bu söhbətlər vaxtımızın "səmərəli" keçməsinə hesablanırdı sanki. Xanlar kişinin söhbətindən "Mən bir neçə dəfə tutulmuşam. Rusiyanın ayrı-ayrı həbsxanalarında, eləcə də Piterdə, "Morskaya tşinia"da, "Krest"də cəza çəkmişəm. Çox avtoritetlərlə, köhnə "koterjanlarla" kamera yoldaşı , "xlebnik" olmuşam. Mənim "işim" balaca "iş" olub, amma böyük qardaşlarla söz-söhbətim tutub. Yaxşı qardaşlar idi hamısı. Masallı Mamedlə də salam-əleykim olub. Deməzdim "xlebnik", "podelnik" səviyyəsində, - yox, əlbəttə yox. Sadəcə, bir neçə dəfə onunla Moskvada görüşmüşəm. O, bizim xeyirxahımız idi. Adına güvənib bazarlarda rahat nəfəs alır, reketlərdən, qruplaşmalardan yaxa qurtara bilirdik. Oğru dünyasının dəmir qanunları var. O qanunlar imkan verməzdi ki, nahaq haqqı üstələsin. O da düzdür ki, kriminal aləmdə olanların da kifayət qədər "qrexləri" var ki, bu "qrexlər" əslində hökumətin, hüquq-mühafizə orqanlarının ucbatından yaranırdı. Oturub baxanda da görürdün ki, bu adam bu yola düşübsə, demək, "vnujden" olub. Oğurluq edibsə "nujdası" varmış. Reketlərin əsirliyində Bir dəfə Gürcüstandan 5 fura apelsin, mandalin vurub Kalininqrad və Vilnüs bazarlarına aparırdıq. Yollar təhlükəli olduğu üçün Azərbaycana, sonra da Rusiyaya getməliydik. Rusiyadan Pribaltikaya, ordan da Kalininqrada. Çeçenistandan keçmək istəmədik. Qərara aldıq ki, Volqa boyu hərəkət edək. Həştərxan vilayətinin ərazisində alatoran vaxtı reketlər bizi saxladı. Pul tələb edirdilər. Məbləğ çox idi. O qədər pulu versək, ziyana düşəcəkdik. Razılaşmadıq. Zorakılıq etdilər, saldılar bizi Volqanın içinə. Çayın sahilə yaxın yerində qurşağa qədər suyun içində idik. Bir neçə ağ rəngli "09"da idilər. Avtomatla, tapança ilə silahlanmışdılar. Gürcü sürücülərdən biri dikbaşlıq etdi, basıb döydülər. Polislər gələndə sevindik. Reketlər polislərlə xeyli söhbət etdilər, zarafatlaşdılar, maşının baqajının üstündə süfrə açdılar, yeyib içdilər... getdilər. Rusiyada da dərəbəylik idi o zamanlar. Nə isə, reketlərdən biri arada bizə yaxınlaşırdı və pulu verməyəcəyimiz təqdirdə bizi ölümlə hədələyirdi. Birdən qeybdən ağlıma gəldi ki, bunlara yalan danışım. Amma bu da risk idi. Adını çəkəcəyim adamla əlaqə saxlaya bilərdilər və yalanım üzə çıxsa, durumumuz daha pis olardı. Ancaq daha dözüləsi deyildi - soyuq su artıq iliyimizi dondururdu. Mən reketə dedim ki, maşınlar Moskvaya gedir və Masallı Mamedin nəzarətindədir. Biz ona haqq veririk. Bir yerə toplaşdılar. Xeyli məşvərətdən sonra harasa zəng elədilər. Bir saat yarımdan sonra maşınlarına minib getdilər. İşarə elədilər ki, gedin. Sonra da qərara aldıq ki, Moskvaya gedək. Getdik. Mamedlə görüşdüm. Təşəkkürümü bildirdim. Bir maşın yükü onlara verdim ki, dustaq olaraq əziyyət çəkən qardaşlara "qrev" etsinlər". Mamedi gətirirlər Xəbər ildırım surəti ilə yayıldı: Oğru gəlir! Cəlilabadın Alar kəndindən olan Cəlal kişi həmyerlisi, qonşu Sabirabad kəndindən olan "Qara Kəl" ləqəbli İlyas Şükürova: "Adə, Andrey, deyirlər zona oğurçu gəlir, pal-paltarundan muğayat ol!" mesajını verdi. Yaşı 70-i haqlamış kənd adamının, təsadüf nəticəsində həbs olunmuş Cəlal kişinin oğru dünyası haqda düşüncəsi, bilgisi bu idi. O, İlyasa – Qara Kələ qonşu kəndləri olan Andreyevkadakı macəralarından çox danışdığına görə "Andrey" deyridi. "Balta" ləqəbli "opartaçenni" dustaq vardı, o da bu məşhur Oğrunu səbirsizliklə gözləyirdi. Sınmış, sındırılmış taleyinin səbəbkarlarının divanını qurmağı xahiş edəcəkdi. Dələduzluğa və vergidən yayınmaya görə həbs olunmuş Möhsün adlı iş adamının isə qorxusu gözündən və yerişindən oxunurdu: O, Mamedin zona gəlməsini arzulamayanlardan idi... Nadzor da "qədeşi" gözləyir Cəzaçəkmə Müəssisəsinin həyətində Oruc adlı nadzorun öz-özünə danışdığının şahidi oldum. Əslən Gürcüstandan olan Oruc fağır və miskin görkəmli bir nəzarətçi idi. Dustaqlara yaxşılıq etmək istəyi onu həmişə pis vəziyyətə qoyurdu. Fikirləşmirdi ki, içəridəkilərin 90 faizi dələduz, fırıldaqçı, qətl törətmiş və başqa cinayətlərdə günahkar bilinərək məhkum olunanlardı. Oruc: "Baxarıq, qədeş gəlsin, görüm onda necə olacaq; bespredeldi". "Qədeş" deyəndə Mamedi nəzərdə tuturdu. Beləliklə, hər kəs bu gəlişi özünün yaxın adamının, yaxud arzulamadığı insanın gəlişi kimi gözləyirdi. Nadzorlar da Oğrunun "zon"da olmasına sevinirdi. Bunun bir neçə səbəbi vardı. Qanuni oğru olan "zon"da oğru qanunları işləyir və bu qanunlar "bespredelliyin" qarşısını alır. Oğru olan "zona" çöldən "qrevlər" çox gəlir və bu da kimsəsiz, kasıb dustaqların dolanışığına, qidalanmasına yönəldilir və sair. Bu baxımdan Orucu başa düşmək olardı. Mamedi "Voronok"da gətirmədilər. Deyilənə görə, ona hörmət əlaməti olaraq minik maşınında gəlmişdi. İnanmayanlar daha çox idi. Çünkü Mamed özünü heç vaxt yuxarı tutmazdı. O özünün dustaq həyatını başqalarından fərqləndirməzdi. Müşahidələrimə və onunla söhbətimə söykənərək deyim ki, Masallı Mamed həmişə haqlının yanında olub. Zorakılıq edib zəif dustaqları incidənləri, zonda oğurluq edənləri, satqınları, işverənləri oğru qanunlarının diqtə etdiyi cəza növləri ilə cəzalandırılmasının hökmünü də verirdi. Sən get, mən qardaşların yanındayam... Rejimin rəis müavini "sançasta" kapitan Raufla gəldi. Aralıq uşaqları, "strimit" edənlər, özlərini oğru dünyasının yolçuları bilənlər artıq Böyük Qardaş üçün tibbi məntəqənin həyətində süfrə açmışdılar. Meyvə, şirniyyat, çay... Mamedin pişvazına "yerini bilən dustaqlar" toplaşmışdı. Sakit adama bənzəyirdi. Mən bir qədər uzaqdan seyr edirdim. Baxmayaraq ki, "Nemes" ləqəbli Yasamal uşağı olan Azər mənə təklif etdi ki, şair, qədeş gəlir, gəl, tanış ol. Şeiri, xüsusi ilə də klassik poeziyanı gözəl bilən, yüzlərlə qəzəli əzbərində saxlayan, üst-üstə bir neçə cinayət maddəsi ilə həbs olunan Nemeslə çox yaxın idik. Bizi ədəbiyyat dost etmişdi. Mən: "Sonra yaxınlaşaram, salamlaşaram", - demişdim, o da təkid etməmişdi. Həm də bir gəmi kapitanı və yazarın OĞRU ilə ilk ünsiyyətinin baş tuta biləcəyinə inamsız görüntü vardı onun sifətində. Təxminən 15-20 metrlik məsafəsdə oturub "Azərbaycan" jurnalını oxuyurdum. Türmədən göndərdiyim şeirlərim dərc olunmuşdu. Fikrim isə onun - haqqında əfsanələr dolaşan Oğru dünyasının nəhənglərindən birinin yanında idi. Mənə elə gəldi ki, oradakıların hər biri ona özünü tanıtmaq istəyir... Bəlkə də belə deyildi. Gözlərimin önünə kəndimizdəki ağır məclislər gəlir. Ötkəm sözlü, ötkəm duruşlu sayılıb-seçilən kişilərin yanında dayananlar onların xoşuna gəlmək, ağsaqqallardan bir atmaca, papaq atma eşitmək üçün sinov gedərdilər. Eynən həmin mənzərə idi. Lap yaxında zonun "polojeniya"sına baxan, "tarsovkanı" tutan və digər "bərk gedənlər" durmuşdu. Oturanlar da vardı. Bir qədər aralıda isə "aralıq uşaqları", "təsbeh fırladanlar" dayanmışdı. Birdən Masllı Mamedin ətrafında olanların hamısı komanda verilibmiş kimi mənə tərəf çevrildilər. Yenə də sükut. Mamed sakit halda çayını içir, nəsə deyir, ətarafdakılar hesabat verirmiş kimi danışırdı. Elə bil, "zonda" dikbaşlıq edən bunlar deyildi. Oruc bədbəxt düz deyirmiş: "Qədeş gələndən sonra görərik, kimdi bərkgedən". Maraq məni çəkir, bir qədər yaxına gedirəm. Kapitan Rauf Mamedə: "Dur bax, səninçün yer hazırlanıb. Bu gecəlik burda qal. Sabah yerini düzəldərlər", - deyir. Mamed ona tərəf dönmədən: "Sən get, mən qardaşların yanındayam". Təsəvvür edilməyəcək ifadələr sifətlərə çilənir. Kənardan müşahidələrim bunu deyir: "Ay dedi ha", "Duxun var, cavab ver", "Bizi özünə qardaş bildi" və sair... Rauf furajkasını əlinə alıb "sançast"ın həyətindən çıxır. Onu da deyim ki, Rauf çox ləyaqətli adam idi və zabit şərəfini tapdalatmağa heç kəsə imkan verməz, nahaqdan da dustaqları incitməz, onlara çox şeydə yardımçı olardı. Açığı, söz sahibi olan, "özünü tanıyan, yerini bilən" dustaqların onunla isti münasibətləri vardı. Şair, sən "razvod"a getmə Səhər "razvod"una getmək üçün "sançast"ın həyətinə çıxdım. Mamed dünənki stolun arxasında oturmuşdu. Yanında da bir-iki nəfər oğru dünyasına meyilli dustaq. Salam verdim, salamımı aldı. Qapıdan çıxarkən arxadan Mamed: "Şair, sən razvoda getmə, gəl otur", - dedi. Qayıtdım və onunla üz-üzə oturdum. İşarə etdi. Mənə də çay süzdülər. Yenə də səssiz işarə, hər kəs kənara çəkildi. "Parlament" siqareti vardı masada. Yanında da alışqan. Amma o, cibindən kibrit qutusu çıxardıb siqaretini yandırdı. Təklifsiz-zadsız siqaret götürdüm, alışqanı götürüb, siqareti yandırdım və ani olaraq fikrimdən keçirdim: niyə o, siqaretini cibindən çıxardığı kibritlə yandırdı? Soruşacam, vaxtı gələndə. Amma indilərdə isə sanki heç ətrafda MDB-nin kriminal aləmində adı, nüfuzu olan, Qanuni Oğru Mamed yox, sadə bir insan vardı. Maraqlıdır, inana bilmirdim ki, ağbəniz, bəstəboy, idmançı görkəmi olan bu insan hansısa cinayət əməlinin sahibidir. Dolanışığımla maraqlandı. Həbs olunduğum maddəni bildiyini söylədi, əlavə başqa mövzulardan danışdıq. "Brjuysan deyəsən, maddən də bunu deyir",– dəxli olmayan anda dedi. - Dostlarım kömək edir. Jurnal və qəzetlərə buradan məqalə, şeir göndərirəm, dərc edirlər, qonorar yazırlar. Oğlum qonorarı alır, ailənin dolanışığına sərf edir. Buranın aylığını isə yenə də dostlar ödəyir. (Mən "sançast"da qalırdım və aylıq kirayə haqqı bir nəfər üçün 150 dollar idi.) "Dostların yaxş uşaqlarmış",- dedi. Şair, sən "dalyak"san Bu vaxta qədər çox "koterjanlarla", "smotriyaşşilərlə", "özlərinə bu yolun yolçusu" deyənlərlə söhbət etmişdim. Bəzən mübahisələrim, söz deyişmələrim, hətta dalaşmalarım da olmuşdu.Yazıçı marağımdan, bu dünyanın daimi sakinlərindən, onların həyatından yazmaq istəyim məni buna sövq edirdi. Və hamısının da sifətində təkkəbbür, etdikləri cinayətə qəhrəmanlıq donu geyindirmək, peşman olmamaq (təbii haldır), özlərini cinayət aləminin bilicisi kimi göstərmək və s. ifadələr. Amma Masallı Mameddə bir təmkin, insana diqqət, qayğı, yavaş tonda danışıq, diqqət, ətrafa ani nəzər yetirib də, elə nəzərləri ilə ətrafındakılara diqtə gücünü müşahidə etdim. Doğrusu, bu insanın fəhminə, duyumuna valeh oldum. İlk söhbətimizdə mən ondan, "hər hansı bir "sxodka" olsa, məni də dəvət edərlərmi", - deyə soruşdum. Üzümə təəcülə baxdı: - Nə sxodkası? - Heç, eşitmişəm ki, sənin gəlişindən sonra bəzi məsələlərə aydınlıq gəturiləcək. Eləcə güldü: - Şair, sən "dalyok"san bu həyatdan, baş qoşma belə şeylərə, "posajir"sən, tez qocalarsan. - Yumor hissi də varmış demə. Amma mən onu heç zaman danışıb-gülən görmədim. Çox ciddi insan idi. "Sxodka"ya isə dəvət edildim. (Ardı var)
2013-11-07
1,190
Hacı Ermənistanın təklifini rədd etdi
"Qalatasaray"ın əfsanəvi futbolçularından olan rumın futbolçu Georgi Hacı Ermənistan milli komandasından təklif alıb. Ermənilər milli komandaya baş məşqçi təklifini Hacıya çatdırdıqlarını qeyd ediblər. Hacı təklifi rədd edib Ancaq Rumıniya mətbuatındakı xəbərlərə görə, Hacı bu təklifi rədd edib. Meneceri Viktor Becali mövzu ilə əlaqədar verdiyi açıqlamada "Ermənistandan təklif gəldiyini bilirəm. Hacının Rumıniyada həyata keçirmək istədiyi işlər və burada bir agentliyi var. Futbol Akademiyasının başında durmaq və bu işi inkişaf etdirmək istəyir. Buna görə Ermənistanın milli komandasına baş məşqçilik təklifini rədd edib", - deyib.
2013-11-07
1,191
Moskvada 130 ilin ən isti temperaturu
"İnterfaks"ın verdiyi məlumata görə, cümə axşamı gecə, paytaxt Moskva və Moskva vilayətində növbəti temperatur rekordu qeydə alınıb. Agentlik xəbər verir ki, artıq gecə 1:00-da Moskvada havanın temperaturu 14 dərəcə olub. Belə hava şəraiti sonuncu dəfə 1983-cü ildə qeydə alınıb. Məlumat üçün bildirək ki, ötən çərşənbə günü Moskvada olan hava son 130 il ərzində noyabrın ən isti günü kimi tarixə düşüb.
2013-11-07
1,192
Mövlanə Cəlaləddinin sirləri (III yazı)
İrfan gizlinləri Cəlaləddinin mürşid axtarışları Mövləvi mənbələrində deyildiyinə görə, Bəha Vələd ölümündən bir müddət öncə öz həmyerlisi sayılan Seyid Bürhanəddin Mühəqqiqi Tirmiziyə övladlarının təhsili ilə məşğul olmasını vəsiyyət edib. Atasının ölümündən sonra Cəlaləddin Rumi Seyid Bürhanəddinin yanında doqquz il təhsil alıb. Sonra isə Seyid Bürhanəddin naməlum səbəblərdən dolayı Konyanı tərk edərək Qaysəriyə gedib. Müəllimi Mövlanəni tərk edəndən sonra (1237-39-cu illər) o, atasının qurduğu mədrəsədə dərs verməklə yanaşı, bir axtarış içində olur və özünə mürşid axtarır. Seyid Bürhanəddin Konyanı tərk edəndən iki il sonra, təxminən 1239-cu ildə oraya başqa bir mürşid, Şəms Təbrizi gəlir. Həmin illərdə monqollar Mavərannəhri, Xorasanı və İranı istila etmişdilər. Monqollar bu yerlərə gələndə qələndərilərlə onlar arasında çox gözəl münasibətlər yaranır, çünki monqollar şaman idilər. Monqol şamanları (qamlar, baxıcılar) həm təbiblik edər, həm öz dini vəzifələrini yerinə yetirər, üstəlik adi insanların gözündə fövqəladə bir hadisə kimi görünən sehrlər göstərərdilər. O dövrdə qələndərilər də əllərində kəşkül, bellərində zənbillə gəzər, bir yerdə qalaraq oturaq həyat sürməzdilər: kəndəbəkənd, şəhərbəşəhər gəzib dolaşar, dilənərək həyatlarını sürdürərdilər. Dilənərkən də xalqın diqqətini özlərinə çəkmək üçün bir sıra sehr və fəndlər sərgiləyərdilər: getdikləri yerlərdə qarınlarına və ovurdlarına şiş batırmaqla, qızmar közlərin üstündə gəzməklə, od udmaqla hamını heyrətləndirərdilər. Qələndərilərlə monqolar arasında isti münasibətlərin yaranmasının səbəbi təxminən eyni həyat tərzi keçirmələri, müxtəlif sehr və qeyr-adi oyunlar göstərmələri olmuşdu. Bu səbəbdən də monqolar qələndərilərin xidmətlərindən istifadə etməyə başlayır, hətta bir müddət sonra qələndəriləri öz əsgəri birliklərinə da daxil edir və onlarla birlikdə savaşlara girməyə başlayırlar. Həmin illərdə ön cərgələrində qələndərilərin olduğu otuz minlik monqol ordusu Kosa dağ yaxınlığında səksən minlik səlcuqlu ordusu ilə üz-üzə gəlir və əsasən türkmənlərdən formalaşan Səlcuqlu ordusu monqollara bir ox belə atmadan döyüş meydanını tərk edir. Bunun səbəbi bir tərəfdən atasını, türkmənlərin çox sevdiyi və güvəndiyi Əla-əd-Din Keyqubada sui-qəsd edərək onun yerinə taxta çıxmış II Qiyasəddin Keyxosrova etiraz, digər tərəfdən isə Keyxosrovun fikir və düşüncə baxımından türklərə düşmən bir hökmdar olması idi. Məsələn, hələ Babailər adı ilə tarixə düşmüş türkmən üsyanından öncə, II Qiyasəddin Keyxosrov özünün türkmən düşmənliyini Eyirdirdə (Eğirdir) inşa etdiridiyi karvansarayın kitabəsində yazdırdığı yazı ilə etmişdi. Həmin ktabədə o özünü zamanın Keyxosrovu (yəni iranlıların hökmdarı), zamanın Zülqərneyni (bununla ərəblərə də xoş münasibət bəslədiyini göstərir), zamanın İsgəndəri (özünü belə adlandırmaqla rumlara da sahib çıxır) adlandırır və nəhayət, özünə qətələtü-l-ətrak (türklərin qatili) deyir. Bunun sübutu kimi Yozqatda Əmircə Sultanı və Şeyx Ubanı da qətlə yetirir. Bu şəxslər Baba İlyasi Xorasaninin xəlifələriydilər. Dolayısı ilə hələ Babailər üsyanı başlamazdan öncə bu şəxslər II Qiyasəddin Keyxosrov və onun atabəyi və vəziri olan Sadəddin Köpək (köpək - o zamanlar "sadiq" mənasında istifadə edilirdi) tərəfindən qətlə yetirilmişdilər. Bəzi alimlər onların üsyançı olduqları üçün edam edildiklərini güman etsələr də, əslində bu qətllər üsyandan öncə baş vermişdi. Türkmələrə qarşı məhz bu münasibətinə görə 80 minlik Səlcuqlu ordusunun əsgərləri Hülakü xanın əmisi oğlu Baycu Noyonun rəhbərlik etdiyi cəmi 30 minlik monqol ordusuna bir ox belə atmadan döyüş meydanını tərk etmişdi. Beləliklə, monqollar Anadolunun bir çox şəhərlərini yağmaladılar, onlara müqavimət göstərmiş Qeysəri şəhərində böyük qırğın törətdilər və şəhəri yandırdılar. Qeysərinin monqollara təslim olmasında şəhərim su başısı (indiki polis rəisi) vəzifəsinə təyin edilmiş Hüsaməddin Xacoq adlı bir erməninin çox böyük rolu olmuşdur. Bu Hüsaməddin şəhərin kanalizasiya kanallarından istifadə edərək qala divarlarından bayıra çıxır və Baycu Noyonla görüşür. Bu görüşmədən sonra da monqol əsgərləri çirkab su xətlərindən keçərək şəhərə daxil olur və şəhərdə qırğınlar törədirlər. Monqolların hərbi ənənələrinə görə, müqavimət göstərməyən şəhər yağmalanmalı, müqavimət göstərmiş şəhər isə qırğına məruz qoyulmalı idi. Süryanı tarixçi Əbul Fərəcin dediyinə görə, Qeysəridə monqollar on min insanı qətlə yetirmiş, bir o qədərini də əsir almışdılar...
2013-11-07
1,193
Bu gün kommunistlər “Oktyabr inqilabı”nı qeyd edir
Bu gün Moskvada Böyük Oktyabr Sosialist İnqilabının 96 illiyinə həsr olunmuş 2 aksiya keçiriləcək. Aksiyaların keçirilməsinə hökumətin də razılıq verib. "Axar.az" xəbər verir ki, tədbiri RFKP partiyası 5000 iştirakçı ilə keçirəcək. Yürüş Tverskaya küçəsindən İnqilab meydanına doğru olacaq. Daha sonra meydanda mitinq keçiriləcək. Elə bu meydanda günorta saatlarında Sovet Zabitləri Birliyinin də aksiyası keçiriləcək. Yürüşdə 1000-ə yaxın iştirakçı olacağı gözlənilir. Paytaxt Regional təhlükəsizlik departamentinin rəhbəri Mayorov qeyd edib ki, Oktyabr inqilabının 96 illiyi ilə bağlı tədbir keçirmək istəyən bir neçə başqa təşkilatçıya asayişin pozulmaması nədəni ilə razılıq verilməyib. Ona görə onlar da adı çəkilən aksiyalara qoşulacaq. Aksiyada "Hökumətə istefa!", "Yeni Oktyabr irəlidədir!" kimi şüarlar səslənəcək. Lenin Mavzoleyi də bu gün ziyarətçilərə bağlı olacaq. Buna səbəb bu gün "Qırmızı meydan"da Qırmızı ordu əsgərlərinin 1941-ci il noyabrın 7-si keçirilən tarixi paradının ildönümünə həsr olunmuş təntənəli marşın artıq 12-ci dəfə keçirilməsi olacaq. Moskva hökuməti marşda 6000 min nəfərin iştirak edəcəyini söyləyib.
2013-11-07
1,194
Zakir Həsənovdan daha bir önəmli dəyişiklik
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib. Bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib. Onun sözlərinə görə, bundan sonra nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev bütün bu işlərə rəhbərlik edəcək. Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb. Ü.Cəfərov həmçinin bildirib ki, Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib. Təqdimatı ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib. O, Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcək. Bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətində olduğuna görə yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir ("Aznews.az").
2013-11-07
1,195
Türkiyə Ermənistanla sərhədi açmaq istəyir
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Böyük Millət Məclisinin Xarici Əlaqələr komissiyasında Ermənistanla sərhədin açılması üçün müzakirələr aparıldığını bildirib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı xarici işlər naziri Əhməd Davudoğlu İğdırdan olan millət vəkili Sinan Oğanın "Ermənistanla sərhədin açılması istiqamətində işlərmi gedir?" sualına cavab olaraq bildirib ki, bu istiqamətdə hazırlıq aparılır: "2015-ci ilə nəzərdə tutan hazırlıqlarımız sürətlə davam edir. Bizim tələbimiz Ermənistanın Qarabağdan çıxmasıdır. O məsələdə bir irəliləyiş gözləyirik. Əgər çəkilərlərsə, həm sərhədlər açılar, həm də dəmiryolu. Bir sıra əlaqələr həyata keçirilə bilər. Amma bunu Azəbaycanla etmək istəyirik". Davudoğlu bu məsələ ilə bağlı yaxın zamanlarda Azərbaycana edəcəyi səfər zamanı müzakirə keçirmək istədiyini də söyləyib: "Bizim belə çalışmamız var. Əgər Azərbaycanı razı sala bilsək, bir sürpriz edə bilərik".
2013-11-07
1,197
Əl-Qaidə iki fransız jurnalistini öldürüb
"Əl-Qaidə" terror təşkilatının üzvləri iki fransız jurnalisti öldürdüyünü etiraf edib. Bildirək ki, müxbirlər, Jislen Düpon və Klod Verlon ötən həftə sonu Malinin şimalında öldürülüblər. "Əl-Qaidə" öz hərəkətlərinə şərh verərək bildirib: "Bu əməliyyat Fransada olan malilərə qarşı cinayətlərə bir cavab idi". Qeyd edək ki, jurnalistlərin ölümü ilə əlaqədar olaraq Fransa daha 150 əsgərini Maliyə göndərib.
2013-11-07
1,198
Almaniya hökuməti "Quska"nı deportasiya edir?
Sabiq deputat deportasiya oluna bilər Hazırda Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayevin ("Quska") immiqrant statusu almaq üçün etdiyi müraciətə rədd cavabı verilib ("Aznews.az"). H.Abdullayevin yaxınlarının verdiyi məlumata görə, Almaniya hökuməti ona immiqrant statusu verməkdən imtina edib. İmtinanın səbəbləri açıqlanmasa da, bu qərar sual doğurur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən, bu ölkədə 500 min avro və ya daha çox sərmayə qoyan şəxslərə immiqrant statusu verilir. H.Abdullyevin Almaniyada bu qədər sərmayə yatırmağa imkanı olsa da, müraciətinin rədd edilməsi xeyli təəccüblüdür. Saytın iddiasına görə, indiki halda Hüseyn Abdullayevi ölkədən deportasiya edilərək, Azərbaycana təhvil verilmək təhlükəsi gözləyir. Bu vəziyyətlə üzləşməmək üçün H.Abdullayevin Almaniyada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.
2013-11-07
1,199
Tanınmış yazarların qəribə vərdişləri
Adətən istedadlı insanların hərəkətləri, sözləri və həyatı hər zaman diqqət mərkəzində olur. Onların nə etdiyi, necə yaşadığı, hətta adi gündəlik həyatda nələr etdiyini bilmək insanlar üçün maraqlı olur. Tanınmış yazarların həyatı, vərdişləri, yazı prosesində nələr etdikləri də oxucu üçün maraqlı olub. Dünyaca məşhur yazarların vədşilərinə baxanda bu istedad sahiblərinin qəribəliklərinin şahidi olursan. Yata bilməyənlər Məsələn, İngilis yazar Çarliz Dikkensin yuxu problemi olub. O, gecələr yata bilmək üçün yatağını şimala doğru istiqamətləndirirmiş. Yatağının tam ortasında yatmadıqda gözlərinə yuxu getməyib. Buna görə də yazar yatmazdan əvvəl bütün bu qaydalara riayət edib. Yatmazdan əvvəl qollarını iki yana açan yazar yuxuya getmək üçün saatlarla gözləyirmiş. Eyni zamanda Dikkensin mavi rəngə sevgisi olub. Belə ki, yazar ancaq mavi rəngli kağıza eyni rəngli qələmlə yazırmış. Əsərlərini hələ uşaqlıqdan sevə-sevə oxuduğumuz Aleksandr Düma 20 il içərisində 300-ə yaxın əsər çap etdirərək hər kəsi heyrətə salıb. Hətta onun köməçki yazar işçilərinin olduğu haqqında iddialar da dolaşır. Qeyd edək ki, o da yuxu problemindən əziyyət çəkib. Sırf buna görə həkimin məsləhəti ilə səhər tezdən oyanıb, yazıları ilə məşğul olurmuş. Yazar xüsusi yeməklərlə qidalanıb. Sonda yazarın öz icad etdiyi yeməkdən zəhərlənərək öldüyü iddia edilir. Və yataqda yazanlar Mark Tven yazılarını yataqda yazıb. Hətta yazarın məşhur bir kəlməsi də var: "Mənə gözəl bir yataq verin, mən də sizə ölməz əsərlər". Valter Skotsa çox erkən oyanır və səhər yeməyini yemədən öncə yazmağa başlayarmış. Ceyms Coys isə sanki uşaq olub. Mənbələrdə bildirilir ki, o, yazılarını üzüaşağı uzanaraq qara mürəkkəbli qələmlə yazıb. Həmçinin yazar səhvlərini qırmızı rəngli mürəkkəblə düzəldib. Başına şal bağlayan yazar Balzakın qeyri-adi adəti olub. O, yazarkən başı üstündə mütləq şam yanmalıymış. Eyni zamanda yazar başına şal bağlayıb ayaqlarını da soyuq suya qoyurmuş. Balzak həm də qəhvə sevdalısıymış. Hətta onun gündə 40 fincan qəhvə içdiyi iddia edilir. Qeyd edək ki, yazar məhz qəhvə zəhərlənməsi səbəbiylə həyatını itirib. Henry Ceyms yazılarını, iş otağının dörd bir tərəfinə yüksək ştativlər yerləşdirərək ayaq üstə yazıb. Düşünə-düşünə otağını hissələrə ayırar və ən yaxın ştativə düşüncələrini qeyd edərək çalışıb. Sonradan bu yazıları birləşdirərək əsərlərini bitkin şəklə salırmış. Bəs bizim yazarlar? Zümrüd Yağmursa yazı yazanda cibli paltarlar geyinir. Çünki düşünəndə əllərini çibinə qoyub var-gəl etməyi sevir. Bundan başqa yazar soyuq çayı udum-udum içir. Yazarın yazı prosesində maraqlı olan cəhətlərindən biri də odur ki, yazar tək və qaranlıq otaqda başını pəncərənin şüşəsinə söykəyib çölə baxmağı sevir. Balzak kimi bizim də bir çox yazarımız kofe düşkünüdür. Məsələn, Cəlil Cavanşir və Səhər Əhməd də kofe içməyi sevir. Səhər Əhməd kofe ilə birgə günəbaxan toxumundan da istifadə edir. Elnaz Eyvazlıya gəlincə o, bolluca isti çay içir. Qəribədir ki, adi günlərdə şokoladı sevməyən şairə ancaq yazı yazanda şokolad yeyir.
2013-11-07
1,201
Boliviyada Çavesə heykəl ucaldıldı - Video
Boliviyanın dövlət başçısı Evo Morales Venesuelanın mərhum dövlət başçısı Uqo Çavesin şərəfinə ucaldılan heykəlin açılışını edib. "Axar.az"ın verdiyi xəbərə görə, 58 yaşında xərçəng xəstəliyindən həyatını itirən Çaves prezidentliyi dövründə Boliviyanın sosial proqramlarına iqtisadi dəstək verib. Qeyd edək ki, Morales daha əvvəl Çavesin imperialistlər tərəfindən öldürüldüyünü bildirmişdi.
2013-11-07
1,202
Mafiyaları ifşa edəcək sayt yarandı - MafiyaLiks
İtaliya kompüter mütəxəssisləri mütəşəkkil cinayətkarlığın və mafiya fəaliyyətinin anonim ifşa edilə biləcəyi bir sayt hazırlayıb. "Vikiliks"ə istinadən "Mafiyaliks" adlandırılan yeni saytın şüarı "Bir şey bilirsənsə, söylə"dir. Sayt öz istifadəçilərini 3 kateqoriya üzrə ayıracaq: 1. Məlumat ötürənlər ("işverənlər") 2. Mütəşəkkil cinayətkarlıqdan zərər çəkənlər 3. Bu fəaliyyətlər haqqında məlumatı olanlar "Axar.az"ın "DailyMail"ə istinadən verdiyi xəbərə görə, istifadəçilər iddialarını dəstəkləmək üçün fotoşəkil və səs yazıları da paylaşa bilərlər. İstifadəçilərdən alınan bu məlumatlar daha sonra jurnalistlər, təhlükəsizlik qüvvələri və mafiyaya dəstək verməyən hakimlərdən ibarət etibarlı adamlara göndəriləcək. "Mafiyaliks" saytını yaradanlar özlərini və saytı ola biləcək hücumlardan qorumaq üçün şəxsiyyətlərini gizli saxlayıblar. Saytı yaradanlardan biri İtaliyanın "La Repubblica" qəzetinə deyib ki, "Biz 10 nəfərdən də azıq, ailə kimi..." ""Mafiyaliks" üçün nə ediriksə işdən sonra yığışıb edirik, maliyyəni də öz cibimizdən ayırırıq".
2013-11-07
1,203
Cəbhə xəttində atışma gedir
Ermənistan ordusunun bölmələri noyabrın 6-da və 7-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ermənilər Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
2013-11-07
1,204
Sovet liderlərinin gəzdiyi “Zil”lər – Video
Bu gün Oktyabr inqilabının 76-cı ildönümündə haçansa Sovet İttifaqı Mərkəzi Komitəsinin baş katibi olmuş kommunist liderlərin gəzdiyi avtomobillərin sizin üçün də maraqlı olacağını düşünüb "Forbes TV"nin hazırladığı videonu təqdim edirik. Bu videoda Nikita Xuruşşovdan üzü belə katiblik etmiş şəxslərin gəzdiyi qeyri-adi avtomoilləri görəcəksiniz.
2013-11-07
1,205
Tacikistanın prezidenti yenə İmaməli Rəhman oldu
Tacikistan Mərkəzi Seçki Komissiyası dünən keçirilən prezident seçkilərinin ilkin nəticəsi barədə məlumat yayıb. İlkin nəticələrə görə, hazırkı prezident İmaməli Rəhman səsvermədə iştirak edənlərin 83,6 faizinin səsini toplayıb. Beləliklə də onun prezident seçilməsi barədə ilkin rəy açıqlanıb. Qeyd edək ki, bu gün səhər saatlarında İ.Rəhmonun rəhbəri olduğu partiya artıq qələbə ilə bağlı açıqlama yaymışdı.
2013-11-07
1,206
ABŞ tarixinin İsrailə ən sərt reaksiyası
ABŞ Xarici İşlər Naziri Con Kerri, İsrail-Fələstin sülh görüşmələrini canlandırmaq üçün dünən İsrail və Fələstini ziyarət edib. "Axar.az"ın xəbərinə görə, iki ölkə lideri ilə də görüşən Kerri, İsrail hərəkətlərinin "beynəlxalq hüquqa zidd olduğunu" dilə gətirib, bunun barış görüşmələrinə zərər vurduğunu dedi. Bu ifadə, ABŞ xarici işlər nazirlərinin keçmişdə İsrail haqqında istifadə etdikləri sözlərdən daha sərt qəbul edilib. Kənar yandan İsrail buldozerleri, Şərqi Qüdsdə Rum Katolik Kilsəsinə aid bir binanı yerlə bir edib. Vəziyyətə üsyan edən Latın Kilsəsi, "İsrail, barış üçün var olan şansları yox edir" deyə bildirib.
2013-11-07
1,207
Marqvelaşvili İlham Əliyevi dəvət etdi, Putini yox
Gürcüstanda 27 oktyabrda keçirilən prezident seçkilərində qalib gələn Georgi Marqvelaşvilininin inauqurasiya mərasiminə 70 ölkədən hökumət başçıları və nümayəndələri dəvət olunub. "Axar.az"ın xəbərinə görə, inauqurasiya mərasiminə dəvət olunanlar arasında Rusiya prezidenti yoxdur. Qeyd edək ki, 2008-ci ilin avqustundan iki ölkə arasında hökumət və dövlət səviyyəsində münasibətlər korlansa da, yeni hökumət və prezidentin seçilməsi ilə Rusiya-Gürcüstan münasibətlərinin istiləşməsi müşahidə olunurdu. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev , Milli Məclisin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvətlidir.
2013-11-07
1,208
Polad Ələmdar öldürüldü
Qəzzanın Caqori mahalında "Kurdlar vadisi" filminin təsiri altında obraz yaradan uşaqlardan biri - "Böyük İsgəndər" yoldaşını öldürüb. "Axar.az"ın "Publika"ya istinadən xəbərinə görə, mahalın başçısı Zəfər Şərif hadisənin Caqorinin Mahacir bölgəsində baş verdiyini bildirib: "Böyük İsgəndər rolunu oynayan uşaq Polad Ələmdar rolunda oynayan uşağı iplə boğaraq öldürüb". Z.Şərif həmçinin qeyd edib ki, Böyük İsgəndər obrazını "oynayan" uşaq serialdan təsirlənərək bu hadisəni törədib və "Kurdlar vadisi" filmində kimsənin öldürə bilmədiyi Polad Ələmdarı təmsil edən yoldaşını öldürüb.
2013-11-07
1,209
Küləyi dişləyib boşluq dolduranlar…
Mirmehdinin yaxınlarda çapdan çıxmış "Küləyi dişləyən" adlı romanını birnəfəsə oxudum. Varaqlayırdım ki, oxumayım, çünki başqa bir əsərlə məşğul idim. Daha böyük, daha mürəkkəb və daha ağır roman oxumaqdaydım. Bu, Nəriman Əbdürrəhmanlının "Yolçu" romanı idi. Necə deyərlər, romanı romana qatmaq istəmirdim. Amma qatdım. Bəlkə də belə daha yaxşı oldu. Təsadüf qəribə bir qanunauyğunluq ortaya qoydu. Son dövrün ən mürəkkəb romanı və ən sadə romanı barədə aydın təsəvvürüm oldu. Amma bu ilk baxışda belə göründü. Nərimandakı mürəkkəbliyin arxasında munis bir həzinliyə bürünmüş sadəlik, Mirmehdidə isə sadəliyin arxasındakı möhtəşəm əzəmət məni valeh elədi. "Yolçu" barədə hələ yazmağa, ümid edirəm ki, imkanım olacaq. Oxuyum qurtarım, sonra. "Küləyi dişləyən" isə məni susmağa qoymur. Bəri başdan deyim ki, mən, əlbəttə ki, tənqidçilik eləmək fikrindən uzağam. Öz təəssüratımı kimin üçün maraqlıdısa, onunla bölüşürəm. Mənə elə gəldi ki, haqqında danışdığım bu həcmcə kiçik roman, əslində, çox böyük mətləblər qaldırır. Elə bil, romanın çəkisi ilə qaldırdığı mətləblərin çəkisi bir-birinə uyğun gəlmir, belə halda pəhləvanları ağırlıq daşlarına yaxın buraxmırlar. Amma roman öz görünüşünün çərçivəsindən çıxıb bu ağırlığı əvvəlcə döşünə ala bilir, sonra da yuxarı qaldırır. Çox incə və həssas psixoloji bir durum açılır. Mən Azərbaycan ədəbiyyatının başqa bir misalında bunca incə psixoloji məqamla hansısa bir romançının uğraşmasını xatırlamıram. Dünya ədəbiyyatı səviyyəsində! Təxminən, bizim alışdığımız məntiq və dillə desək, quşu açıb qəfəsdən buraxırlar, o isə uçmaq istəmir, yenidən qəfəsə qayıdır. Kiminsə yadına bu gözəl deyimin roman dolumu gəlirmi ədəbiyyatımızda? Mənim yadıma gəlmir. "Küləyi dişləyən"dən sonra bu boşluq da doldu. Nəsə məni axır zamanlar şerimizdə, nəsrimizdə, dramaturgiyamızda özünü aşkar göstərən boşluqlar düşündürür. Salamın doldurduğu boşluq, Etimadın doldurduğu boşluq, Fəxrinin, Aqşinin, Qismətin, Əlişirin Şükürlünün, Kəramətin, Şərifin, Kənanın, daha kimlərin doldurduğu boşluqlar… Nəsr təfəkkürümüzdə bihudə zəhmətlə bağlı nə isə tapmaq bəlkə də mümkün olardı, amma sən nifrət etdiyin bir işlə, səni insanlıqdan çıxaran, zombiyə çevirmək istəyən bir proseslə elə qaynayıb-qarışırsan ki, onun tərkibinə elə çevrilirsən ki, daha bilinmir, sən bu prosesin içindəsən, yoxsa bu proses sənin içində yatıb qalıbmış doğma övlad kimi… Bax bunu tapmaq mümkün deyil. Sən bu prosesi o qədər özləmisən ki, bəlkə də bir məqam gələ bilər, bəlkə də o məqam gəlib, sən Generala da səni bu zülmə düçar etdiyi üçün qəlbində hiss keçirmək bacarığı qalıbsa, hətta ona da sevgi duya bilərsən, ona da minnətdarlıq hiss edərsən. General qızı da, xoş xəyallar da, isti, rahat gələcək də səni artıq özünə cəlb eləməz, sən Kafkanın Qreqor Zambasına çevrilmə yolunun lap başlanğıcındasan, özünün bundan xəbərin yox… Sən nifrət elədiyin bir işlə ləzzətlə uğraşmağa davam edirsən, amma sən qəti mazoxist deyilsən, çıxış yolu bunda deyil səninçün, bu sənin bəraətin deyil. Roman dəhşətli dərəcədə neytral bir üslubda yazılıb. Müəllif qələmə aldığı hadisələrlə təqdim etdiyi təsvirin ideal tonallığını çox gözəl tapıb. İntonasiya, əsasən pozulmur. Abzaslar səviyyəsində (hə, onu da deyim ki, romandakı bölgülər də adekvat qəbuletməyə xidməti ədəbi ləyaqətlə yerinə yetirir), səni sıxan, əsərin ümumi məngənəsindən itələyib çıxaran moment yoxdur. Oxucu sonadək müəllif tərəfindən salındığı "priyom"dan xilas ola bilmir, əsərin sirli cazibəsindən çıxmır. Uçqundan tələf olan əlyazma müəlifinin (romanın qəhrəmanının) cəsədinin daşların altından çıxmış qolu mənim gözümün qabağından getmir. Bunu yazdım və düşündüm ki, sonadək səmimi olsam, gərək yazaydım – var elə moment ki, məni düşdüyüm tonallıqdan çıxarır. Bu, müəllifin lüzumsuz özünü sətirlərin arasından kiməsə göstərmək cəhdidir. Bu, tez- tez baş vermir. Amma onlar var. Məni diksindirən vulqarizmləri nəzərdə tuturam. Əzizi-mən, lazım deyil! Sən kiməsə demək istəyirsən ki, dayanın, baxın, mən də sizin kimi cəsarətliyəm. Sənin bu reverans etdiklərin yel olub sənin mətninin yanından da keçə bilməzlər. Sənin belə reveranslara ehtiyacın yoxdur. Pardon, sənin mətninin buna ehtiyacı yoxdur. Qətiyyən yoxdur! Sakit, normal, yeni Azərbaycan nəsri formalaşır, bu vulqarizmlərin hesabına deyil. Etimadda bu yoxdu, Şərifdə bu yoxdu, Uğurluda bu yoxdu, səndə də olmasaydı… Sən unutmamalısan ki, sən təkcə küləkdişləyən deyilsən, sən həm də boşluqdolduransan. Ağır yükün altına girmisən, qardaş. Nədənsə, mənə elə gəlir ki, bu ağırlığın dərəcə və ən əsası, siqlətinin nə qədərinə, lap elə belə deyəcəyəm, cahanşümul olmasından xəbərin yoxdu. Heç bəlkə o adlarını çəkdiklərimin də özlərinin özlərindən xəbəri yoxdu. Mətnin isə bundan artıq xəbəri var. O Mətn, belə olmasaydı, sənə imkan verməzdi ki, onu bu möhtəşəm hala salasan. Sən Mətnin seçmiş olduğu sirdaşlardansan. Əlyazmalarla söhbət eləməyə çalışanların sırasında səni də görmək çox xoşdur. kulis.az