date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-07 | 1,210 | Həkim terroru: daha bir ana doğuş zamanı öldü | Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. Hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib. Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova APA-ya faktı təsdiqləyib. Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunur. Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub. Faktla bağlı Lənkəran Prokurorluğunda araşdırma aparılır. |
2013-11-07 | 1,211 | Türkiyə hökumətindən Atatürkə daha bir zərbə - FOTO | Türkiyənin Diyarbəkir şəhərinədəki "Ne mutlu türküm diyene" və şəhərin rəmzi olan qarpız fiqurunun olduğu 20 metrlik lövhə gecə saatlarında götürülüb. "Axar.az" xəbər verir ki, qərar şəhər valisi tərəfindən verilib. Fəhlələr iki kranın köməyilə lövhəni kəsərək götürüblər. Həmin lövhə 1980-ci il hərbi çevrilişindən sonra qoyulmuşdu. Qeyd edək ki, srağagün də Türkiyə hökuməti dövlət nişanlarından Atatürkün rəsminin götürülməsi ilə bağlı qərar vermişdi. (qaynar.info) |
2013-11-07 | 1,212 | İctimai Palatanın ləğv olunması qətiləşdi | "2010-cu il parlament seçkilərindən sonra müxalifətin birlik modeli kimi yaranan İctimai Palata hazırda öz siyasi aktivliyini itirib və faktiki olaraq fəaliyyətini dayandırıb". Bu sözləri "Axar.az"a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib: "Artıq İctimai Palata öz siyasi missiyasını başa vurub. Ona görə ki, İP demokratik parlament seçkiləri uğrunda mübarizə üçün yaranmışdı. Bu gün isə müxalifət birliyi daha geniş formada Milli Şura ilə təmsil olunur. Bundan başqa, İctimai Palatadakı üzvlər Milli Şura ətrafına toplaşıb. Bu baxımdan artıq İP müxalifətin birlik mexanizmi kimi öz funksiyasını başa vurub və öz əhəmiyyətini itirib. Ona görə də hesab edirik ki, bu gün müxalifətin birliyinin təmin olunmasında Milli Şura daha vacib rol oynayır, İctimai Palata isə ləğv olunmalıdır". Qeyd edək ki, İctimai Palatada təmsil olunan partiyaların böyük əksəriyyəti bu fikri səsləndiriblər. Elan olunmasa da, artıq faktiki olaraq İP özünü buraxmış hesab olunur. |
2013-11-07 | 1,213 | Stalinin “parad çıxışı” əslində harada çəkilibmiş – Qəribə Video | Noyabrın 7-si keçirilən paradda Stalinin çıxışı əslində Kremlin içində çəkilibmiş. Paradın operatorları Pavel Kasatkin və Teodor Bunimoviç olub. Müəyyən səbəblərdən onlar sinxron səslə Stalinin çıxışını paradda çəkə bilməyib. Daha sonra operatorlara Stalin çıxışın 2-ci dəfə çəkilməsini istədiyini xəbər veriblər. Lakin çıxışı mavzoleyin tribunasında çəkmək olmazdı, ona görə də Böyük Kreml sarayında mavzoleyin tribunasının maketi düzəldilir və sanki mərmərmiş kimi rənglənir. Tamaşaçılarda çəkilişin saxta olduğu şübhəsi yaranmaması və Stalinin ağzından buxar çıxması üçün onlar bütün pəncərələri açmalı olublar. Nə qədər çalışsalar da Stalinin ağzından buxar çıxmasa da, tamaşaçılar buna diqqət etməyib. |
2013-11-07 | 1,214 | Mirmahmud Mirəlioğluna növbəti ağır itki | Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib. "Axar.az"ın "AzNews.az"a istinadən məlumatına görə, M. Mirəlioğlunun yaxın qohumları - əmisi oğlanları Hacı Mirsütun Əzizov və Hacı Ramazan Babayev avtomobil qəzası zamanı həlak olublar. Hadisə Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində baş verib. M.Əzizovun idarə etdiyi "VAZ-21145" markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişin – R.Babayev qəza zamanı keçiniblər. Qeyd edək ki, M. Mirəlioğlunun ötən il qızı, ondan əvvəl isə gənc və yeniyetmə yaşında iki oğlu vəfat edib. Mirmahmud bəyin oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin! |
2013-11-07 | 1,215 | Türkiyədə dəhşətli yanğın: 3 ölü, 8 yaralı - Fotolar | Türkiyənin Qaziantep Şahinbəyində bir tikiş fabrikində yanğın başlayıb. Bakı vaxtı ilə saat 12:20 radələrində parça istehsalı ilə məşğul olan "Hacı Böyükbeşə İş Mərkəzində" yanğın başlayıb. Səbəbi bilinməyən yanğın nəticəsində 3 mərtəbəli binanı qısa zamanda alov bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib. Təlaş içində olanlar xilasedicilərin köməkliyi ilə çıxarılıb. Tüstüdən təsirlənənlərə yerindəcə müdaxilə edilib. Lakin 3 nəfəri qorumaq mümkün olmayıb. Onlar alovlar arasında can verib. 8 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda yanğının qarşısı alınsa da, soyutma işləri davam etdirilir. |
2013-11-07 | 1,216 | Putin Qazaxıstan səmasını nəzarətə götürür | Rusiyanin prezidenti Putin ratifikasiya olunması üçün Dövlət Dumasına Qazaxıstanla "Vahid regional hava müdafiəsi sistemi" haqda razılaşmanı təqdim edib. Prezident Müdafiə Nazirliyinin müavini Nikolay Pankovu qanun layihəsini parlamentdə təqdim etmək üçün səlahiyyətləndirib. Razılaşma reallaşarsa, Rusiya Qazaxıstan və qonşu ölkələrin hava ərazisində baş verən hər şeydən xəbərdar olacaq. Razılaşmanı həyata keçirərkən ehtiyac olarsa, gizli informasiyaların bir-birinə ötürülməsi də nəzərdə tutulur. Razılaşma 2013-cü il yanvarın 30-u Rusiya və Qazaxıstan müdafiə nazirlərinin görüşü zamanı imzalanıb. |
2013-11-07 | 1,218 | Tovuzda müdhiş olay: qızı qaçırdılar; polis cinayətkarla anlaşdı | Tovuz rayonunda Ramiz Qələndərov adlı şəxsin qızını zorla qaçırıblar. Amma o, qızını geri ala bilmir. Bu barədə "Aznews.az"a rayondan məlumat verilib. Məlumatda qızın adının Gülnarə olduğu, yetkinlik yaşına çatsa da, istəmədiyi adam tərəfindən qaçırıldığı deyilir. Qaçıran şəxsin isə Elvin adlı Tovuz şəhər sakini olduğu bildirilir. Mənbə bildirir ki, qızı qaçıran şəxsin yeri bilinsə də, polis məsələni həll etmir: "Polislə anlaşıblar. Qızın qışqırığını bütün qonşular eşidir. Amma polis onu azad etmir. Deyillər ki, bir-iki gün qalandan sonra sakitləşəcək". Faktı Tovuz rayon Polis Şöbəsi təsdiqləyib. Tovuz RPŞ-nin müstəntiqi Namiq Kazımov bildirib ki, fakt üzrə müvafiq tədbirlər görülüb. Qaçırılan qızın da ifadəsi alınıb və o öz ifadəsində polisə bildirib ki, qaçırılması könüllü olub: "Dünən axşam getdik. Qız bizə yenə könüllü getdiyini dedi. Anası da bizimlə idi. Problemi ailə şəraitində deməyə çəkinəcəyi ehtimalını nəzərə alaraq, biz qızı bu gün Polis Şöbəsinə dəvət etmişik. Burada yenidən söhbət edəcəyik. Qərarı isə bundan sonra verəcəyik". Qeyd edək ki, qız qaçırılması ölkədə insan oğurluğu kimi qiymətləndirilir və əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Sadə oğurluqdursa, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əgər yetkinlik yaşına çatmamış şəxsi iki və daha çox şəxsi oğurlayıbsa və yaxud da xəsarət yetirərək, hədə-qorxu gələrək oğurlayıbsa, ağırlaşdırıcı hallarda bu əməllər tövsif olunur. Buna görə də 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni burada subyekt elə də əhəmiyyət kəsb etmir. |
2013-11-07 | 1,219 | Müğənni Ramal keçmişə qayıdır | Müğənni Ramal Əsədzadə repertuarında yenilikler edəcək. Bu barədə o, "Axar.az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, klassik mahnılardan ibarət albom hazırlıqlarına başlamaq niyyətindədir: "Klassik musiqilərimizi çox sevirəm. Ona görə də bəzi klassik mahnıları yeni aranjimanda oxuyub albom formasında dinləyicilərə təqdim etmək istəyirəm. Artıq bir neçə mahnını seçmişəm. Onların arasında C. Cahangirovun "Ay qız", S. Rüstəmovun "Getmə", X. Mirzəzadənin "Uşaqlıq kompozisiyası", Ş.Axundovanın "Nədən oldu" mahnıları da var". R. Əsədzadə albom hazırlıqlarına rəhbəri olduğu "Futbol şou № 1" layihəsindən sonra başlayacağını əlavə etdi. Xatırladaq ki, müğənnilər və aparıcıların birgə iştirak edəcəyi futbol yarışması noybarın 15-də "Şəfa" satdionunda reallaşacaq. |
2013-11-07 | 1,220 | “Azadlıq” Eynulla Fətullayevin açdığı davaya cavab verdi | Jurnalist Eynulla Fətullayev "Azadlıq" qəzetini məhkəməyə verir. Fətullayev sahibi olduğu "Virtualaz.org" saytına açıqlamasında "Azadlıq" qəzetini onun adından yalan yazı yazmaqda ittiham edib və qəzeti məhkəməyə verəcəyini bildirib. "Azadlıq qəzeti"nin siyasi məsələlər üzrə şöbə müdiri Seymur Həzi "Axar.az"a açıqlamasında Fətullayevin ittihamlarının qeyri-ciddi olduğunu bildirdi: "Bu absurddur. Eynulla Fətullayev gedib baxsın, görsün, nəyə istinad edib. Burda heç bir müəlliflik mövqeyindən çıxış edilməyib. Başqa mətbuat orqanlarından məlumatlar toplanılıb sadəcə. Məhkəməyə verməsi də çox məntiqsizdir, çünki biz hansısa müəlliflik iddiası ilə çıxış etməmişik. Xəbəri kim yazıbsa, gedib ondan hesab istəsin. Biz sadəcə bir-birini ittiham edən tərəflərin fikirlərinə yer vermişik". Xatırladaq ki, jurnalist "Azadlıq"ı məhkəməyə verməsinin səbəbi kimi qəzetin "Haqqın.az" saytının daimi yazarı Rauf Kərimlinin məqaləsində istifadə olunan adi "Məmmədovlar və Həsənovlar" ibarəsini guya E.Fətullayevin adından Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədova qarşı ittiham kimi qələmə verib. |
2013-11-07 | 1,221 | Tanınmış rəqqasın adından sui-istifadə | Tanınmış rəqqas İlham Kərimli "Axar.az"a saxtakarlıqla qarşılaşdığını deyib. İ.Kərimli onun adından rəqs studiyasına tələbə qəbulu haqqında elanların yayıldığının şahidi olub: "Nizami rayonu ərazisində kimlərsə mənim adımdan rəqs studiyası açıb və tələbə qəbulu elan edən vizit kartlar paylatdırır. Bu, mənim adımdan reklam kimi istifadə etmək məqsədi daşıyır. Həmin ərazidə yaşayan insanlar mənə zəng edərək dərslər haqqında maraqlanırlar. Lakin bildirmək istəyirəm ki, Nizami rayonu ərzisində rəqs studiyası açdırmamışam. Bu reklam və elanlarla əlaqəm yoxdur. Mənim rəqs studiyam şəhərin başqa məkanında yerləşir və bu barədə çoxları məlumatlıdır. İllərdir həmin studiyada müxtəlif yaşda olan insanlara rəqs sənətinin sirlərini və gözəl oynamaq qaydalarını öyrədirik". |
2013-11-07 | 1,222 | Natiq Əliyevin oğlu şikəst oldu – Həkim terroru | Həkimlərin öz işlərinə laqeyd yanaşması ilə bağlı "Axar.az"a oxucu məktubu gəlib. Şikayətçi Əliyev Natiq Bakı sakinidir. O deyir ki, 7 yaşlı oğlu həkimlərin qeyri-peşəkarlığı ucbatından ağır xəstəlik tapıb. Natiq Əliyevin yazdığına görə, uşağın əvvəllər heç bir problemi olmayıb: "Yoldaşım hamilə olduğu zaman keçirdiyi müayinələrdə heç bir xəstəlik aşkar edilməyib. Oğlumun da sağlamlığında heç bir problem və ciddi xəstəlik olmayıb. Nəslimizdə heç kimdə genetik olaraq bu formada xəstəliyə rast gəlinməyib. Oğlum doğulduğu gündən etibarən vaxtlı-vaxtında peyvənd olunub və həkim nəzarətində yoxlamalardan keçib. Bu yoxlamaların heç birində xəstəlik-filan aşkar edilməyib". Antibiotiklər oğlumu şikəst etdi N.Əliyev qeyd edir ki, 2011-ci ilin 8 avqust tarixində oğlunu sahə həkiminin yanına aparıblar: "Müayinədən keçdikdən sonra bəlli oldu ki, uşağın soyuqlaması var. 3 saylı şəhər poliklinikasının həkimi Serial Əliyeva oğluma 4 gün ərzində 8 ampula antibiotik vurulmalı olduğunu dedi. Bu antibiotikləri vurmağa başlayandan sonra uşağın vəziyyəti daha da pisləşdi. 12.08.2011-ci il tarixdə Hematologiya və Transfuziologiya İnstitutunda klinik diaqnostika laboratoriyasında oğlumun sümüklüyündən götürülən analiz və qan biokimyəvi müayinə edildikdə, "sümük iliyində nimanpik hüceylərin aşkarı" diaqnozu qoyuldu". Almaniyada müalicə və 250 min avro Natiq Əliyev deyir ki, həkimlərin yanlış müalicə seçməsi uşağın dalağının şişməsinə və çıxılmaz vəziyyətə düşməsinə səbəb olub: "Həkimlər qoyduqları diaqnozdakı xəstəliyi bir daha təsdiqlədikdən sonra bildirdilər ki, bu xəstəliyə milyon insandan birində rastlanır. Uşağın dalağı böyüyüb inək dalağı boyda olub. Həkimlər deyir ki, bunun müalicəsi ancaq Almaniyada var və xərci 250 min avrodur. Antibiotik vurulana qədər oğlumuzda belə bir xəstəlik yox idi. Dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Nə yardım göstərən var, nə də həkim və poliklinika ilə bağlı tədbir görən. Nə edəcəyimizi bilmirik". Bizim heç bir günahımız yoxdur Məsələ ilə bağlı 3 saylı şəhər uşaq poliklinkasınının adı çəkilən həkimi ilə də əlaqə saxladıq. Əliyeva Serial ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu dedi, bildirdi ki, uşağın xəstəliyi şikayətçi ailənin özünün məsuliyyətsizliyindən irəli gəlir: "Bu uşaqda soyuqdəymə olub. Buna görə də antibiotik vurulmasını məsləhət görmüşəm. Həmin ərəfədə məzuniyyətə çıxmışdım. Məzuniyyətdə olduğum zamanlarda uşağın anası özündən müalicə uydurub. Başqa antibiotiklər vurdurub. Bu fəsadlar da ordan yaranıb". Serial Əliyeva onu da dedi ki, 7 yaşlı Şəhriyar xaricdə müalicəyə də göndərilib və "Talassemeya" mərkəzində müalicə alıb: "Dəfələrlə Respublika Talassemeya Mərkəzində olublar. Ordan da deyiblər ki, bizim vurduğumuz antibiotiklərin xəstəliklə heç bir əlaqəsi yoxdur. Ancaq bu ailə hər yerdə bizim adımızı hallandırır". |
2013-11-07 | 1,223 | Məşhur jurnalistlərə qarşı imza toplanır | Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək. Müraciətdə bildirilir: "Biz – bu müraciəti imzalayanlar son zamanlar Azərbaycan efir məkanında baş verən biabırçılıqlara etiraz edərək Sizə müraciət etmək qərarına gəlmişik. Ölkəmizdə fəaliyyət göstərən bir sıra televiziya kanallarında son dövrlər uşaqların hüquqlarının davamlı olaraq pozulması halları bizi ciddi narahat etməkdədir. Belə ki, "Azad Azərbaycan" (ATV) televiziya kanalında yayımlanan "Səni axtarıram", "Ümid var" və s. bu kimi verilişlərdə, eləcə də digər televizya kanallarının efirindəki xəbər, kriminal xarakterli proqramlarda uşaqların hüquqlarının pozulması, onlara mənəvi-psixoloji travmaların vurulması kimi hallar adi normaya çevrilib. Biz telekanalların tamaşaçı toplamaq üçün sensasiyalı, həyəcanlandırıcı anlar yaşadan yollardan istifadə etmələrini başa düşürük və bunları onların öz problemləri kimi qiymətləndiririk. Ancaq sensasiya xatirinə uşaqların maraqlarının tapdanması, hüquqlarının pozulması, onlardan manipulyasiya aləti kimi istifadə edilməsinə göz yuma bilmərik. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu verilişlərdə uşaqlarla danışan, onlardan müsahibə götürdüyü görüntüsü yaradan "jurnalistlərin" uşaq psoxologiyası və pedaqogikadan elementar bilikləri olmaması bir yana, bu verilişlərə ekspert qismində dəvət edilən şəxslərin də uşaq hüquqları barədə bilikləri demək olar ki, yox dərəcəsindəsir. Elə bu kimi özfəaliyyətin nəticəsidir ki, veriliş sonrası bu uşaqların bir sıra hüquqi və psixoloji problemləri yaranır. Biz uşaqların tərbiyəsinə, onların inkişafına, emosianal durumuna və maraqlarına zidd olan bu kimi verilişlərin hazırlanmasına qarşı çıxır və bu tip proqramlarda uşaqların iştirak etmələrini qətiyyətlə pisləyərək, bu hallara son qoyulmasını tələb edirik. İnanırıq ki, Siz də uşaqların hüquqlarının pozulmasına biganə qalmayaraq, bizim səsimizə səs verəcək və belə neqativ halların aradan qaldırılmasına dəstək olacaqsınız". |
2013-11-07 | 1,224 | Al Bano Azərbaycandan bağışlanmasını istəyir | Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib. Onun sözlərinə görə, müğənni müraciətdə adının "qara siyahıda" olmasından təəssüfünü ifadə edib. "Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O hansısa bir siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildiurib". E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib. "Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz "qara siyahını" dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxarılması məsələsinə baxacaq". Qeyd edək ki, dekabrın 18-də Bakıda San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş, Al Bano, "Ricci e Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Al Bano, Fiordaliso, İvana Spanyanın "Crystal Hall"da ilk dəfə çıxış edəcəklər ("Gun.az"). |
2013-11-07 | 1,225 | "Daewoo" "Mersedes"ə çırpıldı - 1 nəfər öldü | Bu gün saat 02.20 radələrində paytaxtın Nizami rayonu E.Süleymanov küçəsində Bakı şəhər sakini İlham Sarıvəliyev idarə etdiyi "Daewoo" markalı avtomaşınla qəza törədib. "Axar.az"a DİN mətbuat xidmətindən verilən məlumata görə, İ.Sarıvəliyevin avtomobili yol kənarındakı Gürcüstan vətəndaşı Eldar Osmanova məxsus "Mercedes" markalı avtomaşına çırpılıb. Nəticədə xəsarət alan İ.Sarıvəliyev və sərnişinlər - Yevlax rayon sakini Rauf Həsənov, Bakı şəhər sakinləri Rauf Mahmudov, Rəşad Allahverdiyev, Elmar Yusifov və 30-35 yaşlı kişi xəstəxanaya yerləşdiriliblər. Elmar Yusifov xəstəxanada dünyasını dəyişib. |
2013-11-07 | 1,226 | AB-dən Ərdoğanın “qız-oğlan” qərarına sərt reaksiya | Ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın universitetlərdəki, "qız, oğlan tələbələr eyni evdə qala bilməzlər. Bununla bağlı təlimat vermişik, yoxlama aparılacaq", açıqlamasından sonra həm ölkə daxilində, həm də ölkə xaricindən Baş nazirin qərarına etirazlar gəlməkdə davam edir. "Axar.az"ın xəbərinə görə, Avropa Birliyi (AB) Komissiyası, Türkiyədəki "qız-oğlan tələbələr eyni evdə qala bilməz" qadağasıyla bağlı danışarkən bildirib ki, problemin əvvəlcə Türk cəmiyyəti tərəfindən həll edilməsi lazımdır. Seçim tələbələrin və ailələrin AB Komissiyasının üzvü Stefan Fülenin sözçüsü Peter Stano Baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqladığı demokratikləşmə paketiylə bağlı ''Demokratikləşmə paketinin təməl prinsiplərindən biri, fərdlərin hamısının həyat tərzi və xüsusi seçimlərinin qorunmasıdır" deyə bildirdi. Spiker, seçimin şagirdlər və ailələrə aid olduğunu qeyd etdi. |
2013-11-07 | 1,227 | Moskvada daha bir “bazarımız” bağlanacaq | Varşava şosesi və "MKAD" kəsişməsində yerləşən tərəvəz bazasında 2 tortil şaşka və qumbara tapılıb. Faktla əlaqədar cinayət işi açılıb. Polislər bazaya bir biznesmenin onun 3 azərbaycanlı həmyerlisi tərəfindən qaçırıldığı məlumatından sonra basqın ediblər. Zərərçəkənin dediyinə görə, onu ölümlə təhdid edərək 3 milyon rubl tələb ediblər. Cinayətkarlar tələb olunan məbləği yığmaq üçün girovu buraxıblar, o isə polisə müraciət edib. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, polislər cinayətkarların tərəvəz bazasına tez-tez gələn əlbir olduğu adamları təyin ediblər. Anbarın ərazisində yoxlama apardıqdan sonra təxmin edilən cinayət iştirakçılarını müəyyən etmək üçün hər kəsdən "DNK" testi götürüblər. Bazanın özünə gəldikdə isə onun bağlanması üçün müvafiq sənədlər hazırlanır. |
2013-11-07 | 1,228 | İnterneti olmayan ölkə tablet istehsal etdi - Video | Atası Kim Yonq-İlin ölümündən sonra Şimali Koreyanın prezident kreslosuna oturan Kim Yonq-Un ölkəni dəmir yumruqla idarə edir. Özü komfortlu bir həyat tərzi sürərkən, xalqına demək olar ki, hər şey qadağandır. Tez-tez hədə-qorxulu açıqlamalarla dünyayla kəllə-kəlləyə gələn Şimali Koreya tragikomik bir kəşfə imza atıb. Belə ki, interneti olmayan ölkə "Samjiyon" adlı tablet istehsal edib və bazara çıxarıb. İndi məsələ vətəndaşların o tableti necə alacağı və nə üçün istifadə edəcəyidir... |
2013-11-07 | 1,231 | Rəsmi Bakı Əhməd Davudoğlunu təkzib etdi | Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu TBMM-dəki çıxışı zamanı yaxın zamanlarda Azərbaycana səfər edəcəyini bildirib. Davudoğlu səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə müzakirələr aparacağını bildirib. Əhməd Davudoğlunun ölkəmizə səfərinin tarixini dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Nazirliyin sözçüsü Elman Abdullayev Əhməd Davudoğlunun dediklərini təkzib etdi: "Əhməd Davudoğlunun səfəri hələ ki, gözlənilmir və bizdə bu haqda məlumat yoxdur. Məlumat olsa, təbii ki, biz bu haqda sizə məlumat verəcəyik". |
2013-11-07 | 1,232 | İngiltərə Türkiyəni dinləyirmiş | İtalyanın L'Espresso jurnalına görə, İngiltərə Kiprdə dənizin altından keçən 14 fiberoptik kabel vasitəsiylə Türkiyə də daxil olmaqla bir neçə ölkəni dinləyir. "Axar.az"ın məlumatına görə, dənizin altından keçən fiberoptik xətlər vasitəsiylə milyonlarla elektron poçt, telefon danışıqlarını izlənilir. "Dikelya" əsasındakı nəhəng antenlərdən faydalanan İngilis kəşfiyyat xidməti "GCHQ" Kipr adası yaxınından keçən kabellərlə İsrail, Suriya, Livan, Türkiyə, Misir, Yunanıstan və İtaliya kimi ölkələri dinləyə bilir. İngilislər öz növbəsində məlumatları ABŞ-a ötürür. |
2013-11-07 | 1,233 | Türkiyə Azərbaycanın sorğusuna cavab vermir | Azərbaycan hakimiyyətinin dəstəyi ilə Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi "Xocalı soyqırımı muzeyi"nin adına Ankara Valiliyinin razılıq verməməsinin narahatlığı davam edir. Ankara bələdiyyəsi bunu "soyqırım" kəlməsinin istifadəsinin diplomatik problemlər yarada biləcəyi ilə izah edib. Bununla bağlı XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Axar.az"a Türkiyə Xarici İşlər Nazirliyinə sorğu göndərdiklərini və Türkiyə tərəfinin sorğuya noyabrın 7-də cavab verəcəyini bildirmişdi. Elman Abdullayev bu gün saytımıza verdiyi açıqlamada sorğuya hələ cavab gəlmədiyini bildirdi. O, Türkiyə tərəfinin mövqeyini sabah açıqlaya biləcəyini də qeyd etdi. |
2013-11-07 | 1,234 | Əli Həsənova daha bir vəzifə verildi | YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı öz açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. Onun sözlərinə görə, iclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub, partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib. İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında da qərar qəbul olunub. M.Qurbanlı deyib: "Yaradılan 12 komissiyalarda ictimai-siyasi həyatımızın müxtəlif məsələləri haqqında vaxtaşırı müzakirələr, konfranslar və müxtəlif tədbirlər təşkil ediləcək. Komissiya sədrlərinin hər biri YAP İdarə heyətinin, komissiya üzvlərinin isə hamısı YAP Siyasi Şurasının üzvləridir". Publika.Az sözügedən komissiyaların adları və sədrlərinin siyahısını əldə edib. Yeni yaradılmış komissiya adları və onların sədrlərinin siyahısı aşağıdakı kimidir: İqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri), Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri), Hümanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov ("Azərsutikinti" ASC-nin sədri), Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmovb (Millət vəkili, BDU-nin rektoru), Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini), Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva (YAP Qadınlar Şurasının sədri), Regional inkişaf üzrə komissiyasının sədri Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri), Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri Bahar Muradova (Milli Məclisin sədr müavini), Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri), Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü), Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı), Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü Kərim Kərimov).(publika.az) |
2013-11-07 | 1,235 | Siyasətçini mətbuat konfransında döydülər - Video | Brazilyanın Rio De Janeyro şəhərində bir siyasətçi mətbuat konfransı təşkil etdiyi zaman əsəbi bir etirazçı tərəfindən şillələnib. Rio De Janeyro əyalətinin ictimai əlaqələr üzrə katibi Aleks Kosta şəhərin mərkəzindəki ərazilərin müsadirə edilməsi ilə əlaqədar mətbuat konfransına başlayarkən arxasından yaxınlaşan etirazçı "yalan deyirsən" deyə bağıraraq Kostaya sərt bir şillə vurub. Etirazçı Eduardo Fauzi adlı şəxs 20 ildir yaşadığı evinin məcburi olaraq müsadirə edilməsindən şikayətçi idi. Hadisə yerində olan polislər Fauzini həbs edərkən, Kosta mətbuat konfransını ləğv edib və oradan gedib. |
2013-11-07 | 1,236 | Obama İlham Əliyevi təbrik etdi | ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident! Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq. Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq. Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək. Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm". |
2013-11-07 | 1,237 | Dubay polislərinə ən bahalı avtomobil verildi - Foto | Dubay polislərinin istifadə etdiyi xidməti avtomobillər sırasına ən bahalı avtomobillərdən sayılan "Mercedes-Benz G63 AMG Brabus" modeli daxil olunub. Son dəyişiklikdən əvvəl polislərin istifadə etdiyi avtomobillər də kifayət qədər yüksək qiymətə malik vasitələr olub: "Aston Martin One-77", "Lamborghini Aventador", "Ferrari FF", "Mercedes SİS AMG" və "Bentley Continental". Yeni "Mercedes-Benz G63 AMG Brabus"un texniki göstəricilərindən məlum olan odur ki, avtomobil 690 at gücü və 5.5 litrlik qoşa turbolu V8 tipli mühərriklə təchiz olunub. |
2013-11-07 | 1,238 | Əylənmək üçün sağlam gəmini yandırırlar - Foto | Dünyanın әn qәribә festivalları Harbin Yanvar ayının beşindən fevralın beşinə qədər Çində baş tutacaq Harbin festivalı dünyanın ən böyük qar festivalıdır. Əgər siz də festival tarixləri çərçivəsində Çini ziyarət etsəniz, orada gördüyünüz nəhəng heykəlləri heç vaxt unutmayacaqsınız. Qardan, buzdan hazırlanan böyük, soyuq heykəllər ömürlük yaddaşınıza həkk olunacaq. Festivala getmək istəsəniz, özünüzlə qalın paltar götürməyi də unutmayın. Çünki gecəni aydınladan buz heykəllər sizi üşüdə bilər. Holi Martın 27-də baş tutacaq Holi festivalı dünyanın bir neçə ölkəsində baş tutacaq. Bu ölkələr sırasında Hindistan, Nepal, Şri-Lanka və Amerika liderdir. Holi festivalı eyni zamanda rəng festivalı da adlanır. Bu festivala gedərkən özünüzlə boyalar götürməyə çalışın. Virgen de la Piedad 6 sentyabrda İspaniyada keçirilməsi nəzərdə tutulan festival İspanların ən sevdiyi festivallardandır. Bu festivalda İspanlar bir-birlərinin üzərinə yağ tökür. Festivalın əsas səbəbi yağa bulanmış insanlar içində gedən mübarizədir. Onlar iki qrupa bölünüb "Virgen de la Pied-d" adında heykəli doğramağa çalışırlar. Maraqlı festivalı İspanlar bir neçə ildir həyata keçirir. Karnaval 13 14 fevral və 4 mart arasında İtaliyada baş tutacaq festival demək olar ki, italyanların ümumi karnavalına çevrilib. Onların bu festivalı "Karnaval 13" adlanır. Festivalda dünyanın dörd bir yanından gələn insanlar öz ekzkuliziv kostyumları ilə qatılırlar. "Up Helly As" Yanvar ayının son şənbə günü Şotlandiyada keçirilən "Up Helly As" adlı alov festivalına əlində məşəl olan minlərlər insan toplaşır. Bu festival Avropanın ən böyük alov festivalıdır. Festivalın ən böyük özəlliyi isə odur ki, gecənin sonunda tamamilə sağlam, istifadə üçün yararlı olan "Viking" gəmisi yandırılır. "Tomorrowland" 27-28 iyun tarixlərində Belçikada hazırlanan "Tomorrowland" dünyanın ən böyük elektronik musiqi festivalıdır. Hər il bu festivalda iştirak etmək üçün dünyanın bir neçə ölkəsindən Belçikaya türistlər axın edir. Şərab Oktyabrın sonuncu həftəsindəsə Almaniya dünyanın ən böyük şərab festivalına ev sahibliyi edir. Festivala minlərlə insan qatılır. Təkcə ötən il karnavalda istifadə edilən şəraba 96,178 min dollar sərf olunub. Pomidor festivalı Avqustun son çərşənbəsi İspaniyada keçirilən pomidor festivalı əslində ilk baxışdan pomidor atəşinə bənzəsə də, məqsəd əyləncə və rəqsdir. 1945-ci ildən keçirilən festival günümüzə qədər qorunub saxlanılıb. Hava şarları 5-13 oktyabr arası ABŞ-da keçirilən "Hava şarları" festivalında minlərlə şar havaya buraxılır. Bu festivalda iştirak edən hər kəs Amerika filmlərindəki romantik anları yaşaya bilər. Sambo 28 fevraldan 4 mart tarixlərinə qədər Rio De Janeyroda keçirilən Sambo festivalı dünyaca ən məşhur karnavallardandır. Bu festivalın xüsusi özəllikləri odur ki, festivalda gözəl qızlar iştirak edir. Diyircəkli pendir Dünyada keçirilən maraqlı festivllardan biri də İngiltərədə keçirilir. Burada minlərlə insan hündür təpədən diyircəkli pendirin ardına düşüb onu tutmağa çalışır. Festivalın qalibi isə yuvarlanan pendiri tutan insan olur. Hər il keçirilən festival 26 mayda gerçəkləşəcək. Korrido Bütün dünyada ən çox izlənilən və həyacanla gözlənilən 6-14 iyul tarixləri arasında İspaniyada keçirilən buğa festivalı "Korrido"ya qatılmaq istəyirsinizsə, olduqca hazırlıqlı olmalısınız. Bu festival adrenalin sevənlərin festivalıdır. Qeyd edək ki, hər il keçirilən festivalda yaralananlar, hətta ölənlər olur. Su savaşı Çində keçirilən su savaşı festivalısa dünyanın ən orijinal festivalıdır. Siz bu festvalda iştirak etsəniz üzərinizə tökülən sudan hətta soyuqlaya da bilərsiniz. Odur ki, festivala özünüzə əmin olmadan getməyin. Festival 13-15 aprel tarixində Çində baş tutacaq. Fənər festivalı 23 fevral tarixində Tailandda keçirilən fənər festivalı dünyada arzu üçün keçirilən yeganə festivaldır. Bu festivala toplaşan insanlar fənərləri havaya buraxıldıqdan sonra qəlblərində arzu tuturlar. İddialara görə tutulan diləklərin əksəriyyəti həyata keçir. Palçıq 18-27 iyul tarixləri arasında keçirilən palçıq festivalında minlərlə koreyalı iştirak edir. Onlar üzlərini palçığa boyayaraq əylənirlər. |
2013-11-07 | 1,239 | Yol polisi sürücülərə qarşı reyd keçirir | Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyi ilə birgə paytaxtda reydlər keçirir. "Axar.az"ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, noyabrın 7-də keçirilən reydlər paytaxtın metronun "Koroğlu" stansiyasının yaxınlığındakı avtobus dayanacağından başlayaraq "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu" stansiyalarına qədər küçə və yollar boyunca dayanacaqların, eləcə də yol boyu yolların hərəkət hissəsində, ikinci cərgədə avtomobilləri saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədi ilə keçirilib. Reydlər zamanı yol polisinin və Nəqliyyat Nazirliyinin əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyən və tədbir yerində avtomobili yüksək sürətlə idarə edən, hətta əməkdaşların üzərinə avtomobili sürərək qaçmağa cəhd göstərən 6 sürücü barəsində tədbir görülməsi üçün raport təqdim edilib. 10 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara göndərilib. Dayanma, durma və park etmə qaydalarını pozduqlarına görə çoxlu sayda sürücüyə inzibati protokollar tərtib olunub. Avtobus dayanacağı ərazisini zəbt etdiyi üçün evakuatorların köməyi ilə həmin avtomobillər cərimə meydançalarına aparılıb. Sərnişinlər, piyadalar və ətrafdakı insanlar əməkdaşların fəaliyyətinə müdaxilə etdikləri üçün onlar arasında da geniş təbliğat işləri aparılıb. Reydlər zamanı taksi fəaliyyəti ilə məşğul olan bir sürücüdən soyuq silah sayılan bıçaq aşkarlanıb. V.Əsədov sözlərinə görə, sürücülər arasında tədbirlər davam etdiriləcəkdir. Bir daha avtomobil sahibləri və sürücülərinin nəzərinə çatdırılır ki, avtobus dayanacaqlarının ərazisində avtomobili park edənlərə, yolların hərəkət hissəsində, ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, dayanma-durmanın qadağan edildiyini göstərən nişanların təsir zonalarında tələbləri pozan avtomobil sürücülərinə qarşı mütəmadi tədbirlər görüləcək. |
2013-11-07 | 1,240 | “İnstagram” effektləri real həyata köçürülür | Əgər hər şeyin "İnstagram" effekti altında daha gözəl göründüyünü düşünürsüzsə siz tək deyilsiniz. Hazırda Londonda "AKQA"da (rəqəmsal xidmət və məhsulların yaradılmasında ixtisaslaşan ideya və innovasiyalar kompaniyası) çalışan Braziliyalı rəssam Bruno Riberio yeni bir layihə üzərində işə başlayıb. O "İnstagram" filtrini (şəkil effektlərini) Londonun öz sevimli nöqtələrində Karton çərçivə şəklində real həyatda Londonun bəzi küçələrində yerləşdirib. Belə ki, filtr effekti yaradan karton çərçivədən baxanda şəhər sanki "İnstagram" postudur. Hətta çərçivənin altında məkan qeydi və "like"lar var. Riberio öz yükləmələrini sənədləşdirir və insanlar onu buna həsr olunmuş "realligeinstagram.com"da istifadə edir. |
2013-11-07 | 1,241 | Kölgələrlə işləyən rəssamlar | Bəzən düşünürük ki, daha kimsəni təəccübləndirmək olmaz. Lakin bu, belə deyil. Kölgələrlə işləyən rəssamlar nəinki insanları təəccübləndirib, həm də heyran qoyublar. Onlar bu əsərlərin meydana gəlməsi üçün aylarla müxtəlif əşyaları yerləşdirir, işıqla kölgələr salıb əsl sənət əsərləri yaradırlar. |
2013-11-07 | 1,242 | Dünyanın ən güclü qasırğası yaxınlaşır | Filippinə bu ilin ən güclü qasırğası yaxınlaşır. Yerli hökümət və əhali Xayan tayfunun gəlişi ilə bağlı ciddi hazırlıq işlərinə başlayıb. Sinoptiklərin proqnozlarına görə, tayfunun özüylə gətirəcəyi küləyin sürəti saatda 300 kilometrə çata bilər və bunun kifayət qədər ciddi fəsadlara yol açacağı istisna edilmir. Siklonun ümumu çevrəsi 600 kilometr məsafəni əhatə edir. Fəlakətin keçəcəyi ərazidə 12 milyona yaxın insan yaşayır. Digər problematik məqam, həmin ərazidə küləyin gücünü azaldacaq dağların olmamasıdır. Üstəlik gözlənilən fəlakət zonasında dünyanın ən məşhur kurort məkanlarından olan Boxol və Borakay yerləşir. Hökümət artıq daşqınların gözlənildiyi düzənlik ərazidə yaşayan əhalinin, həmçinin çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayan sakinlərin evakuasiya olunmasına dair göstəriş verib. Filippin hər il yay və qış aylarında çoxsaylı iqlim aktivliyinin mərkəzinə çevrilir və çox vaxt əhali bir təbii fəlakətin fəsadlarından özünü gəlməmiş, başqası ilə üzləşib. (Euronews) |
2013-11-07 | 1,243 | Məsum körpəlikdən məşhurluğa... | İnsanların məşhurların həyatına marağı o qədər güclüdür ki, onları tanıdıqları halı, təkcə indisi ilə qəbullanmaq istəmirlər və daha çox məlumat əldə etməyə çalışırlar. Hətta onların uzaq uşaqlıq illərinə qədər gedib çıxan bu maraq ona gətirib çıxarır ki, insanlar onların körpə vaxtı çəkilmiş adi şəklinə belə həvəslə baxırlar. Dünyada məşhur olan insanların uşaqlıq şəkillərini izləmək yəqin ki, bir çoxunun sevimli əyləncəsidir. Bunu nəzərə alaraq dünyada və Azərbaycanda məşhur olan bir çox insanın uşaqlıq şəkillərini təqdim edirik. |
2013-11-08 | 1,244 | Tükürpərdici əsərlər - ürəyi zəiflər baxmasın | Dünyaca məşhur rəssam, heykəltəraş Evan Kampbell qorxulu əsərləri ilə dünyaya səs salıb. Belə ki, onun hazırladığı insanabənzər qorxulu oyuncaqlar görənləri heyrətə salır. Bu oyuncaqlardan qorxulu filmlərin çəkilişi zamanı istifadə edilir. Səkkiz yaşından heykəllər düşəltməyə başlayan Kampbellin düzəltdiyi oyuncaqlardan bir çox televiziya şoularında da istifadə olunur. |
2013-11-08 | 1,245 | İnsan bədənində bilmədiyimiz həqiqətlər | Tibb mütəxəssislərinin uzun illər apardığı araşdırmalar nəticəsində indiyə qədər insan vücudu ilə bağlı bilinməyən bir çox həqiqətlər aşkarlanıb. Uzun incələmələrdən sonra bəlli olub ki, bizim üçün adi görünən vücuddaxili proseslər heç də düşündüyümüz kimi sadə deyil. Bu nəticələri nəzərinizə çatdırırıq: - Ürək hər gün orta hesabla 100 min dəfə döyünür - İnsanın bədənindəki damarların ümumi uzunluğu 96 min kilometrdir - Hər insan yaşadığı müddətdə təxminən 22 kq dəri itirir - Sağlam insan dırnağı tam olaraq 4-6 aya inkişaf edir - İnsanın barmaqları yaşadığı müddətdə orta hesabla 25 milyon dəfə yumulub-açılır - Hər 20 nəfərdən birinin və xüsusilə də kişilərin qabırğalarının sayı digərlərindən 1 ədəd çoxdur - Böyrəklər gün ərzində 300 dəfəyə qədər filtirlənir - Normal saçlı insanda 100 minə yaxın saç teli var - Diş minası insan bədənindəki ən sərt maddədir |
2013-11-07 | 1,246 | Gəncədə iki yük maşını toqquşub | Gecə saatlarında Gəncədə yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın "Ans"ə istinadən verdiyi xəbərə görə, şəhərin Nizami və Şah İsmayil Xətai prospektlərinin kəsişməsində "Kamaz" markalı iki yük maşını bir-birinə çırpılıb. Sürücülər 44 yaşlı Daşkəsən sakini Fəxri Məmmədov və 37 yaşlı Kəlbəcər sakini Yasin Abdullayevin iştirakçısı olduğu qəzada toqquşma oqədər güclü olub ki, yük maşınlarından biri tamamilə yararsız hala düşüb. Hadisə şahiblərinin verdiyi məlumata görə, qəzaya əks istiqamətdə hərəkətdə olan avtomaşınlardan birinin işıqforun qırmızı işığının tələbinə əməl etməyərək dönmə əməliyyatını yerinə yetirməsi səbəb olub. |
2013-11-07 | 1,247 | 30-dan çox kommunist həbs edildi | Bu gün oktyabr inqilabının 96-cı ildönümündə icazəsiz aksiya keçirməyə cəhd edən 30-dan artıq adam Moskva polisi tərəfindən saxlanılıb. "Axar.az" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, saxlanılanlardan 25-i "Barrikadnaya" metro-stansiyasında saxlanılıb. "İTAR-TASS"ın bildirdiyinə görə, fəallar əl-ələ tutaraq piket yerini tərk etməkdən imtina edərək, eləcə də bir neçə tüstü şaşkası alışdırıblar. Daha əvvəl isə "Puşkinskaya" metro-stansiyanda 6 nəfər saxlanılıb. Axşam tərəfi "Tverski" bulvarında "Başqa Russiya", eləcə də "Sol cəbhə" qurumlarının fəalları toplaşmağa başlayıb, buradan Puşkin meydanına doğru irəliləyiblər. Bundan sonra Rusiya xüsusi təyinatlıları həbslərə başlayıb. "Novaya Qazeta" xəbər verir ki, həmin vaxt 40-a yaxın anarxist "Ladojski" küçəsini bağlayıblar. Onlar bir neçə tonqal qalayıb, sonra isə "Burjuy, inqilabı unutdunmu? İstəsən yadına salarıq" yazlmış plakatlar qaldırıblar. Bundan sonra fəallar müxtəlif səmtlərə qaçmağa başlasa da, bu ərazidə kifayət qədər polis qüvvəsi yerləşdirilməyinə baxmayaraq, saxlanılan olmayıb. Xatırladaq ki, bu gün noyabrın 7-də Rusiya Federasiyası Kommunist Partiyası Oktyabr inqilabının 96 illiyinə həsr olunmuş icazəli mitinq keçiriblər. Mintinqdə 5000-ə qədər adam iştirak edib. |
2013-11-08 | 1,248 | 5 min kitabla dünya rekordu – Video | "Axar.az" xəbər verir ki, hollandiyalı könüllü gənclər Belçikada keçirilən kitab səgisinində 4 845 kitabı domino daşları kimi ardıcıl düzərək rekorda imza atıblar. Bütün kitablar 6 dəqiqə ərzində aşıb və sonda bu uğur atəşfəşanlıqla qeyd edilib. 640 metr uzunluqda düzülən "Dünyanın ən uzun kitab domino zənciri" "Ginnesin Rekordlar Kitabı"na düşməyi də bacarıb. |
2013-11-08 | 1,250 | Bəy öz toyundan qaçan gəlindən danışdı - Video | Bir neçə gün əvvəl Ağcabədidə baş vermiş hadisə hələ də müzakirə mövzusudur. Xatırladaq ki, noyabrın 3-də Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında keçirilən toydan sonra evə gedərkən gəlin qaçıb. Daha sonra o "102" xidmətinə zəng vurub və zorla ərə verildiyini bildirib, hüquq-mühafizə orqanlarından yardım istəyib. Bundan sonra isə dayısı oğlunu sevdiyini söyləyib. İlk dəfə "Axar.az" olaraq yayımladığımız bu olayla bağlı videogörüntüləri və bəyin, eləcə də, qohumlarının açıqlamalarını təqdim edirik: |
2013-11-08 | 1,251 | Xızıda 11 hektar ərazi yandı | Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən "Altıağac Milli Park"ı ərazisində 3 hektar xəzəl, dağlıq ərazidə 8 hektar kol-kos və quru ot yanaraq kül olub. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, saat 18:00-da yanğın söndürülüb. |
2013-11-08 | 1,252 | İsveç Türkiyəyə iki şərt irəli sürdü | Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçə səfəri çərçivəsində bu ölkənin parlament sədri Per Vesterbeqlə görüşüb. Vesterberq Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı məsələdə tam dəstək üçün iki şərt irəli sürüb. "Axar.az"ın məlumatına görə, İsveçin parlament sədri qeyd edib ki, biz Türkiyənin AB üzvlüyünü dəstəkləyirik: "Ancaq Türkiyə şərtləri tam olaraq yerinə yetirmək məcburiyyətindədir. Yəni Avropa ölkəsi olduğunu göstərməlidir. Türkiyənin AB-yə üzvlüyünə tam dəstək verməyimiz üçün iki önəmli şərtımız var. Birincisi, insan hüquqları, ikincisi isə demokratiya. Bu iki mövzuda çatışmazlıq olsa, dəstək verməyəcəyik". |
2013-11-08 | 1,253 | Həmkarlarının nəşini aparan polislər qəzaya düşdü - 19 yaralı/Fotolar | Türkiyənin Kocaeli şəhərində həyatını itirən polis məmurunun cənazəsini rayonuna aparan avtobus aşdı. "Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəza nəticəsində 19 nəfər yaralanıb, onların 17-si polisdir. Yaralılar dərhal xəstəxanalara aparılıb. Həyatını itirən polis isə xilasetmə qrupları tərəfindən çətinliklə də olsa çıxarılıb, morqa təhvil verilib. Yaralıların müalicəsi davam edir. |
2013-11-08 | 1,254 | Azərbaycanlı qadın Türkiyədə öldürüldü - Foto | Türkiyə Balıkesir vilayətinin Erdek rayonunda azərbaycanlı qadının meyiti aşkarlanıb. Yerli mətbuatın xəbərinə görə, Azərbaycan əslli 49 yaşlı Səidə Eyvazovanın cəsədi rayon ərazisindəki zeytun bağlarından birində tapılıb. Məlumata görə, cəsədin üzərində çox sayda kəsici alətlə vurulmuş xəsarət izləri var. Eyvazovanın cəsədi Bursa şəhəri məhkəmə tibbi ekspertizasının morquna göndərilib. Ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. |
2013-11-08 | 1,255 | "Trabzonspor" səfərdə qalib gəldi - IV tur | Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başa çatıb. "Axar.az"ın Trend ə istinadən xəbərinə görə, Azərbaycan yığmasının oyunçusu Ruslan Abışovun şərəfini qoruduğu Kazanın "Rubin" komandası öz meydanında İngiltərənin "Uiqan" klubunu qəbul edib. Oyun 1:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Türkiyənin "Trabzonspor" klubu səfərdə Polşanın "Legiya" komandası ilə qarşılaşıb. 71-ci dəqiqədə avtoqol qeydə alınıb: Dossa Cunior türkləri sevindirib. 8 dəqiqə sonra Olcan Adin hesabı 2-yə çatdırıb - 0:2. Beləliklə, Trabzon təmsilçisi 4 oyundan 10 xalla qrup liderliyini davam etdirir. Turun ən çox qol vurulan matçı Təl-Əvivdə baş tutub. Yerli "Makkabi" klubu Almaniyanın "Ayntraxt" komandasını 4:2 hesabı ilə məğlub edib. Turun digər oyunları: A qrupu "Kuban" (Krasnodar, Rusiya) - "Suonsi" (İngiltərə) - 1:1 "Sent Qallen" (İsveçrə) - "Valensiya" (İspaniya) - 2:3 B qrupu "Ludoqorets" (Razqrad, Bolqarısran) - "Çernomorets" (Odessa, Ukrayna) - 1:1 "PSV Eyndhoven" (Hollandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0 C qrupu "Esbyerq" (Danimarka) - "Elfsborq" (İsveç) - 1:0 "Standard" (Lyej, Belçika) - "Zalsburq" (Avstriya) - 1:3 D qrupu "Rubin" (Kazan, Rusiya) - "Uiqan" (İngiltərə) - 1:0 "Maribor" (Sloveniya) - "Zulte Varegem" (Belçika) - 0:1 E qrupu "Dnipro" (Ukrayna) - "Pakoş Ferreyra" (Portuqaliya) - 2:0 "Panduri" (Rumıniya) - "Fiorentina" (İtaliya) - 1:2 F qrupu APOEL (Nikosiya, Kipr) - "Bordo" (Fransa) - 2:1 "Makkabi" (Təl-Əviv, İsrail) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 4:2 G qrupu "Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika) - 2:2 "Thun" (İsveçrə) - "Dinamo" (Ukrayna) - 0:2 H qrupu "Sevilya" (İspaniya) - "Liberets" (Çexiya) - 1:1 "Eştoril" (Portuqaliya) - "Frayburq" (Almaniya) - 0:0 I qrupu "Riyeka" (Xorvatiya) - "Lion" (Fransa) - 1:1 "Gimarayeş" (Portuqaliya) - "Betis" (İspaniya) - 0:1 J qrupu "Legiya" (Varşava, Polşa) - "Trabzonspor" (Türkiyə) - 0:1 "Latsio" (İtaliya) - "Apollon" (Limassol, Kipr) - 2:1 K qrupu "Tromso" (Norveç) - "Anji" (Mahaçqala, Rusiya) - 0:1 "Tottenhem" (İngiltərə) - "Şerif" (Moldova) - 2:1 L qrupu "AZ Alkmaar" (Hollandiya) - "Şaxtyor" (Karaqanda, Qazaxıstan) - 1:0 "Makkabi" (Hayfa, İsrail) - PAOK (Yunanıstan) - 0:0 |
2013-11-08 | 1,258 | M.Cavadoğlu: "Səməd Vurğun müsavatçıları təhqir edib" | Səməd Vurğunun müsavatçılara və Məmməd Əmin Rəsulzadəyə münasibəti və əsərlərində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti barədə yazdıqları yenidən gündəmə gəlib. Qeyd edək ki, bir müddət əvvəl ADP sədri Sərdar Cəlaloğlu Səməd Vurğun yaradıcılığı haqqında bu sözləri dilə gətirmişdi. Bəs görəsən, şairi Xalq Cümhuriyyəti və cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında tənqidi fikirlər yazmağa vadar edən nə idi - şairin Rəsulzadə daxili nifrəti, yoxsa dövrün tələbi? "Yeni Müsavat" qəzeti bu barədə Müsavat başqanının müavini Mehman Cavadoğlunun və şairin qardaşı nəvəsi, hüquqşünas Səməd Vəkilovun fikirlərini öyrənib. |
2013-11-08 | 1,259 | Təyyarə uçuşdan az əvvəl od tutdu - Video | Monrealda Pyer Eliot Trüdo adına aeroportda "Boinq 767"nin baqajı yukləndiyi zaman xidmət maşını birdən-birə alışıb yanıb və alov təyyarəyə də sıçrayıb. Sərnişinlər xilasedici hava trapları ilə bortu tərk edə bilsələr də, evakuasiya zamanı 7 nəfər xəsarət alıb. Məlum olmayan səbəblərə görə Kanada yanğınsöndürənləri 60 ton yanacaqla dolu təyyarəni söndürməyə elə də tələsməyiblər. Lakin xoşbəxtlikdən maşın partlamayıb. |
2013-11-08 | 1,260 | Bazar adamı – Fotoreportaj | Bəziləri "bazar adamı" ifadəsini təhqir kimi başa düşür. Bu ifadənin mətni altında yanlış başa düşülən danışığını bilməyən, söyüşkən, fırıldaqçı anlamları gizlənir. Əslində isə həyatın dibinə enmiş bu insanlar yuxusuzluğa qatlaşır, günün 24 saatı oyaq və ya yarıyuxulu olmaq məcburiyyətində qalırlar. Daha çox əməyin və stressin qarşılığında isə qazandıqları çox cüzidir. Təəssüflər olsun ki, bazarlarda hələ də işləyən azyaşlı uşaqları görmək olur; təəssüflər olsun ki, əl arabasında yük daşıyan insanlara müştərilər hələ də "hambal" deyə çağırır. Beləliklə "Yaşıl bazar"dan foto-reportajımız... |
2013-11-08 | 1,261 | Zidan Fransa millisinin başına keçir | Madrid "Real"ının baş məşqçisi Karlo Ancelottinin yardımçısı olan Zinəddin Zidan Fransa komandasına başçılıq edə bilər. Mənbələrin dediyinə görə, bu, "üçrənglilər"in Dünya Çempionatının finalına düşə bilmədiyi halda mümkündür. Məhz belə olduğu təqdirdə Zidan Fransa Milli komandasının indiki məşqçisi Didye Deşamı əvəz edə bilər. Həmçinin qeyd olunur ki, Fransa Futbol Federasiyası da Deşama qarşıdır. Məlumat üçün bildirək ki, Zidan bu mövsümdən "Real"da məşqçi vəzifəsini yerinə yetirir. Kral klubunun prezidenti Florentino Peres də Zidanın əməyini yüksək qiymətləndirir. |
2013-11-08 | 1,262 | Müharibə ucbatından Suriya əhalisinin sayı 8% azalıb | Müharibə nəticəsində Suriya hökumətinə 103 milyard dollardan çox zərər dəyib. Bu haqda məlumat BMT-nin Yaxın Şərq agentliyinin baş müvəkkilinin məruzəsində qeyd edilib. İşsiz suriyalıların sayı təxminən 2,33 milyona çatır. "Axar.az"ın verdiyi xəbərə görə, Suriyanın əhalisi 8% azalıb. Daha öncə qeyd edilib ki, vətəndaş müharibəsinin 31 ayı ərzində Suriya sənayesi 2,2 milyardlıq zərər çəkib. Nazirin sözlərinə görə, iqtisadiyyatın özəl sektoru 1,5 milyard dollar, dövlət sektoru isə 700 milyon dollarlıq ziyan çəkib. Nazir əlavə edib ki, bu, sadəcə, ilkin göstəricidir və ölkənin müxalifətinin nəzarəti altında olan hissə nəzərə alınmayıb. Məlumat üçün bildirək ki, Suriyada münaqişə 2011-ci ilin martından davam edir və 100 mindən çox insan həyatına son qoyub. |
2013-11-08 | 1,263 | Əflatun Amaşov Bişkekə getdi | Noyabrın 8-9-da Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçirilir. Forumun əsas mövzusu "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media" olacaq. Bu barədə Forumun saytın məlumat əks olunub. Tədbir türk mənşəli jurnalistlər arasında qarşılıqlı fikir, bilik və təcrübə mübadiləsi aparmağa, həmçinin məhsuldar və səmərəli əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hesablanıb. Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə təşkil ediləcək iclasda MŞ sədri Əflatun Amaşov, TürkMEP-in baş katibi, Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsinin direktoru Murad Karakaya, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, TürkPA-nın baş katibi Jandos Asanov, həmçinin ali məktəb müəllimləri, yüksəkvəzifəli funksionerlər və KİV əməkdaşları, o cümlədən Trend İnformasiya Agentliyinin nümayəndəsi iştirak edəcəklər. |
2013-11-08 | 1,264 | Ərdoğan aeroportdan birbaşa stadiona gedib | Baş nazir Ərdoğan UEFA Avropa Liqası "J" Qrupunda "Trabzonspor" ilə "Legia Varşava" arasında oynanan matçı stadiondan izləyib və matçı 2-0 qələbə ilə başa vuran "Trabzonspor"lu futbolçuları və texniki heyəti təbrik edib. "Axar.az"ın xəbərinə görə, İsveçə rəsmi səfərindən sonra gecə Polşanın paytaxtı Varşavaya gələn Ərdoğan birbaşa olaraq matçın oynandığı stadiona gedib. Matçın son dəqiqələrini tribunada izləyən Ərdoğan və onunla birlikdə gələn heyət "Trabzonspor"un 2-0 qələbəsindən sonra soyunma otağına düşüb. Burada futbolçuları və texniki heyəti tək-tək təbrik edən Ərdoğan: "Bu axşam bizim və ölkəmizin üzünü güldürdünüz, sizlərlə qürur duyuruq",- deyib. Ərdoğandan sonra nazirlər də futbolçuları və texniki heyəti təbrik edib. Stadiondan çıxarkən də qısa açıqlama edən Ərdoğan "Trabzonspor"un UEFA Avropa Liqasında qrupdan çıxma təhlükəsini arxada qoyduğunu bildirərək, "Varşavaya enəndə vəziyyət 0-0 idi, stadiona gələnə qədər hesab 2-0 oldu", - deyib. |
2013-11-08 | 1,265 | Beyləqanda tank iki maşının üstündən keçdi - Foto | Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. |
2013-11-08 | 1,266 | Yer üzünə gələn o peyk hər birimizin başına düşə bilər | Avropa Kosmos Agentliyinə aid bir peyk önümüzdəki bir neçə gün içində yer üzünə düşəcək, ancaq tam olaraq nə vaxt və hara düşəcəyini hələ kimsə bilmir. Peykin dünyada istənilən nöqtəyə düşmə ehtimalı var. Buna səbəb keçən ay yanacağı bitən bir tonluq peykin atmosferdə yanmasıdır. Ən ağır parça 90 kilo Yerə və ya okeana düşən ən ağır parça ehtimalla 90 kiloqram civarında olacaq. Mütəxəssislərə görə, çox kiçik olmaqla bərabər yer üzünə düşəcək olan peykin insanları yaralama riski var. |
2013-11-08 | 1,267 | "Axar.az"ın köşə yazarı Türkiyə mətbuatına dəvət aldı | Bakı Dövlət Universitetinin məzunu, hal-hazırda "Axar.az" saytında köşə yazarı kimi fəaliyyət göstərən Arzu Məmmədova bundan sonra Türkiyənin "Gündəmvan" saytında da köşə yazarlığı edəcək. Türkiyə gündəmini heyranlıqla və çox yaxından izlədiyini bildirən gənc yazar, "Bu, hələ başlanğıcdır, əsil mücadilə bundan sonra başlayacaq",- Arzu xanım "Gündemvan" saytına bildirib. Arzu Məmmədovanın "Gündəmvan"da çıxan ilk köşəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz: http://www.gundemvan.com/yazarlar/arzu-memmedova/kizli-erkekli-telebeler/10/ |
2013-11-08 | 1,268 | Nazirin qardaşı qranit zavodu tikir | "Xəzər adaları" şəhərində ("Khazar İslands") 150 körpü inşa ediləcək. "Xəzər adaları"nda tikinti işlərini həyata keçirən "Avesta" şirkətinin prezidenti İbrahim Nehrəmli AzərTAc-a bildirib ki, layihəyə əsasən burada 30 hektar ərazidə yerləşəcək xəstəxana kompleksi, 5 universitet, motodrom, 50 məktəb və 50 bağça, eləcə də restoranlar şəbəkəsi fəaliyyət göstərəcək. Hər bir adada geniş, beynəlxalq standartlara uyğun məktəb tikiləcəkdir. Şəhərdə ekoloji nəqliyyat növləri olan tramvay və velosipeddən də istifadə olunacaq. Bundan əlavə, adalarda yeraltı keçidlərin də inşası nəzərdə tutulub. Şəhərin yolları isə uzunömürlü olan qranitdən salınacaq və bu məqsədlə qranit zavodu tikiləcək. Xatırladaq ki, "Avesta" Konserninin rəhbəri Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun böyük qardaşıdır. |
2013-11-08 | 1,269 | “Azadlıq” qəzeti bağlanmaq ərəfəsindədir | Bakı metropoliteninin rəisi Tağı Əhmədov məhkəmə iddiası üzrə "Azadlıq" qəzetinin ona 30 min manat pul kompensasiyasını hissə-hissə ödəməsi barədə qərarına yenidən baxıb. T.Əhmədov vəsaitin 10 il müddətində aylıq 300-400 manat həcmində ödənilməsi ilə bağlı bu ilin mayında verdiyi razılıqdan imtina edib. Vəkilin onu "düzgün başa düşmədiyini" əsas gətirən T.Əhmədov məhkəməyə şikayət edərək cərimənin hamısının dərhal ödənilməsini tələb edib. Yasamal Rayon Məhkəməsi hələ oktyabrın 25-də "Azadlıq" qəzetinin redaksiyasını xəbərdar etmədən və redaksiya nümayəndəsinin iştirakı olmadan T.Əhmədovun müraciətinə baxıb. Beləliklə, qəzetə qarşı pul sanksiyasının məbləği 65 min manata çatıb. Bundan əvvəl "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın 32 min manatlıq iddiası üzrə redaksiyanın bank hesabına həbs qoyulub. Bundan əlavə, məhkəmə redaksiyanın Yasamal rayon məhkəmə icraçıları şöbəsinin şikayəti üzrə 3 min manat ödəməsi barədə qərar çıxarıb. Oktyabrın 18-dən Bakı metrosunda "Azadlıq" qəzetinin satışına gizli qadağa qoyulub. Eyni zamanda qəzet "Qasid" Dövlət Mətbuat Yayımı Şirkətindən satışdan daxil olan 55 min manat həcmində borcunu ala bilmir. Dünən isə qəzetin nəşr olunduğu "Azərbaycan" Nəşriyyatı redaksiyaya ultimatum göndərib. Qəzet noyabrın 12-dək 25 min manat ödəməsə nəşri dayandırılacaq. |
2013-11-08 | 1,271 | İran Azərbaycanla keçid məntəqələrini bağladı | Səbəb kimi Culfada iki iranlı traktorçunun vurularaq öldürülməsi xəbəri yayılıb |
2013-11-08 | 1,272 | Qəzaya düşən jurnalist hələ də reanimasiyadadır | Noyabrın 1-də səhər saatlarında "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsində yatan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlandıq. Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyev "Axar.az"a verdiyi məlumata görə, jurnalistin səhhətində az da olsa irəliləyiş var: "Düzdür, hələ reanimasiyadan çıxmayıb, həyati təhlükəsi qalmaqdadır. Ancaq az da olsa səhhətində irəliləyiş var. Şüuru yerinə gəlib. Təmasları hiss edə bilir". Qəza törədən Lətif Məmmədov haqqında sualımızı isə Şıxəli Mirzəyev belə cavablandırdı: "Lətifin atası Yaşar Məmmədov hələ də bizə köməklik göstərir. Sağ olsun, gecə-gündüz xəstəxanadadır". Xatırladaq ki, "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamov qəzaya düşdüyü gündən bəri Musa Nağıyev adına Xəstəxananın reanimasiya şöbəsində komadadır. Onun üzərində ağır cərrahi əməliyyat aparılıb. |
2013-11-08 | 1,273 | Atatürkün qəbrinin videosu paylaşıldı - İlk dəfə | "Axar.az"ın "NTV"nin saytına istinadən verdiyi məlumata görə, Atatürkün qəbrinin indiyə qədər bəzi fotoları yayılsa da, video görüntüləri hardasa olmayıb. Atatürkün nəşi mavzoleyin atında yerləşir. Qəbir otağı Osmanlı və Səlcuq türbə arxitekturası tərzində və səkkiz guşəli planla inşa edilib. Qəbir otağına giriş qadağandır. Mərmər sinədaşının ətrafı Türkiyənin 81 şəhərindən, Atatürkün Selanikdəki evindən, Koreyadakı Türk Şəhidlər Xiyabanından, Kipr və Süleyman Şahın qəbrindən və ən əsası Azərbaycandan gələn torpaqların qoyulduğu vazalarla bəzədilib. |
2013-11-08 | 1,274 | Rəsul Quliyev yenə partiya yaradır | Sabiq spiker Rəsul Quliyev ACP-dən istefa verdikdən sonra onun yeni hərəkat, yaxud partiya yaradacağı haqqında informasiyalar yayıldı. Bakıdakı tərəfdarları da sabiq spikerin bu addımını onun daha geniş fəaliyyət qurmaq məqsədi ilə əlaqələndirirdi. Təbii ki, burda ACP daxilində yaranmış vəziyyət və seçki sonrası situasiya da olmamış deyildi. İndi ən çox gözlənti Amerikada yaşayan sabiq spikerin öz ətrafını genişləndirməsi və Azərbaycanın siyasi həyatına yeni imiclə daxil olmasıdır. Rəsul Quliyev "Publika.az"a eksklüziv açıqlamasında bu barədə danışıb. O, bildirib ki, bundan sonra Azərbaycanda seçki şəraitini yaratmaq uğrunda mübarizəsini davam etdirəcək: "Mübarizəmi də sözsüz ki, xarici ölkələr, beynəlxalq təşkilatlarla əlaqədar olaraq aparacam. Çünki Azərbaycanın daxilində bu işləri görmək imkanım yoxdur. Ona görə də bu prosesi xaricdə beynəlxalq təşkilatlarla, böyük dövlətlər davam etdirəcəm ki, Azərbaycana azad seçkilər keçirmək şəraiti yaratmaq üçün təzyiq göstərsinlər". Yeni siyasi təşkilatın yaradılmasına gəlincə, indiki şəraitdə heç bir hərəkata, partiyaya dəstək verməyəcəyini açıqlayıb."Məsələ belədir ki, Azərbaycanda əgər yeni qüvvələr ortaya çıxmasa, yeni söz deyən, doğrudan da dəyişikliyə nail olmaq üçün real hərəkat, partiya yaradılmasa, indiki şəraitdə mövcud olan partiyalara, qurumlara heç bir dəstək verməyəcəm",- deyə sabiq spiker bildirib. |
2013-11-08 | 1,275 | Türkiyə XİN-dən Ermənistan sərhədi təkzibi | null |
2013-11-08 | 1,276 | Azərbaycan silahlanma indeksi üzrə dünyada 8-cidir | Azərbaycan 2013-cü il üçün qlobal silahlanma indeksi üzrə 8-ci olub. "Axar.az"ın "APA"-ya istinadən verdiyi xəbərə görə, bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2013) tədqiqatında əksini tapıb. Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər. Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır. Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Rusiya tutur. Dördüncü sırada Ermənistan gəlir. Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər. |
2013-11-08 | 1,277 | Tarixin ən böyük vəba epidemiyası - Fotolar | Tarix epidemiya xəstəlikləri və vəba epidemiyaları ilə doludur, amma bəziləri şiddəti və gələcək qurşaqlar üzərindəki təsirləriylə digərlərindən fərqlənir. "Axar.az" olaraq aşağıda verdiyimiz siyahı indiyə qədər yaşananlar arasında ən pis vəba epidemiyalarına aid hesab olunur. Vəba Epidemiyasına ilk dəfə Moskvada 1771-ci ildə baş verən üsyan zamanı rast gəlinib. 1770-ci ildə rast gəlinən epidemiyanın əlamətləri 1771-ci ildə daha da kütləvi xarakter alaraq daha geniş kütlələrə təsir etməyə başladı. Fabrik, market, dükan və dövlət dairələri bağlandığı üçün iqtisadiyyat çökmüşdü. Bütün bunlara daha sonra yemək qıtlığı da əlavə olununca cəmiyyətin rifah səviyyəsindəki tarazılıq pozuldu. Epidemiyanın səbəbi kütlə tərəfindən xiyarcıq vəbasının növləri kimi görülsə də, təkrarlanan araşdırmalar epidemiyaya tifüs, çiçək, qızılca xəstəliklərinin də səbəb ola biləcəyini göstərir. Bundan əlavə Böyük Marsel üsyanı nəticəsində (1720-1722), Afinada, Marseldə vəba epidemiyası daha da geniş vüsət aldı. |
2013-11-08 | 1,278 | 20 milyon uşağın taleyi təhlükə altında - SOS | Dünya Sağlamlıq Təşkilatı Suriyadakı uşaq iflici epidemiyasının Orta Şərqdə yayılmasının qarşısnı almaq üçün geniş əhatəli bir peyvənd proqramı hazırladığı bir vaxtda, mütəxəssislər də ilk dəfə epidemiyanın Avropaya yayıla biləcəyi haqda xəbərdarlıq edib. DST, Avropa ölkələrinin xəstəliklə əlaqədar izləmə fəaliyyətlərini artırması və həssas vəziyyətdəki qruplara peyvəndin lazım olduğunu bildirib. DST-in şərhində, təcili olaraq peyvənd vurulması lazım bilinən uşaqların sayı 20 milyon olaraq açıqlanıb. Təşkilatın səkkiz aylıq kampaniyası daxilində Suriyadakı uşaqları ilə bərabər Türkiyə, Livan, İraq, İordaniya, İsrail və Fələstindəki uşaqlar da peyvənd ediləcək. Mühacirlərin xəstəliyi daşıma riski "Tubingen" universitetindən professor Martin Eiçner və Reutlingen Regional Xalq Sağlamlığı Dairəsindən Stefan Brokman isə tibb jurnalı "The Lancet"də nəşr olunan məqalələrində xəstəliyi daşıyan hər 200 adamdan yalnız birinin əlamətlərinin özünü çox ağır şəkildə göstərdiyini ifadə edərək, Suriyadan gələn peyvənd edilməmiş mühacirlərin, ya da qonşu ölkələrdən gələn turistlərin virusu fərqində olmadan daşıya biləcəyini bildirib. Mütəxəssislər xüsusilə Avstriya, Ukrayna və Bosniya Hersek kimi peyvənd tətbiqinin zəif olduğu ölkələrin risk altında olduğunu da bildirib. Xəstəlikdən qorunmada ən təsirli üsul peyvəndin tətbiq edilməsidir. Türkiyədə 1963-cü ildən bu yana uşaq iflici peyvəndi tətbiq olunur. |
2013-11-08 | 1,279 | ABŞ İranla razılığa gəlir | İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, ölkəsiylə BM Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1) arasında Cenevredə baş tutan müzakirələrdə ortaq razılaşmanın olacağına inandığını bildirib. İranın Xarici İşlər naziri hər iki tərəf üçün "ortaq məqsəd", "hər kəsin bir ildən qısa bir müddət içində həll etməyə çalışdığı bir yolun sonu" devizi altında tərəflər arasında güvənin əldə olunmasının vacibliyini qeyd edib. Zərif İranın uran zənginləşdirmə proqramını tamamilə təxirə salmayacağını sözlərinə əlavə edib. Kerri Cenevreyə gedəcək Digər yandan ABŞ Xarici İşlər naziri Con Kerri, İran ilə nüvə müzakirələrini davam etdirmək üçün Cenevreyə gedəcəyi bildirilib. ABŞ mediası, Kerrinin İran Xarici İşlər naziri Cavad Zərif ilə görüşəcəyini yazıb. Qeyd edək ki, bir müddət öncə ABŞ-ın səlahiyyətli nümayəndələri İranla ortaq razılaşmanın ola biləcəyini bildirmişdilər. |
2013-11-08 | 1,280 | Hindistan nüvə silahı sahəsində bir az da irəlilədi | Dünən Hindistan "Aqni-1" nüvə silahı daşıyıcısı orta mənzilli ballistik raketi uğurla sınaqdan keçirilib. "Hindu" qəzetinin verdiyi məlumata görə, raket Benqal körfəzinin şərqində yerləşən Uiler adasından (Orissa ştatı) havaya buraxılıb. 700 km uzaqlığa mobil cihazla buraxılan raketin başlığı Benqal körfəzinin qeyd olunmuş rayonuna çatıb. "Aqni" ballistik raket ailəsi Müdafiə Nazirliyinin idarə olunan raketlərin hazırlanması kompleks proqramı nəticəsində yaranıb. |
2013-11-08 | 1,281 | Bakıda çox sayda ev söküləcək - Ərazilərin adları | null |
2013-11-08 | 1,282 | Pedofilləri parçalayıb dənizə atırmış | Fransada dörd nəfərə aid sümük və üzərində "pedofillərə ölüm" yazısı olan kəllə sümüyü tapılıb. Hadisə, qorxu janrında olan serial "Dekster"i xatırladıb. Dünya səviyyəsində reytinq rekordları qıran kriminal janrında olan serial "Dekster"dəki hekayə gerçək olub. Fransanın Antibes sahilində suya girən dalğıc insan sümüklərinə rast gəlib və hərbi-polislərə xəbər verib. 15 gün müddətində dənizdə araşdırma edən hərbi-polislər bir bud sümüyü, iki bazu sümüyü, bir kəllə və bir də çənə sümüyü tapıb. Kəllə sümüyünün üzərində pozulmayan mürəkkəblə "pedofillərə ölüm" yazısını görə detektivlər araşdırmanı daha da dərinləşdiriblər. DNT testindən sonra bazu sümüklərindən birinin 1994-cü ildə 18 yaşı tamam olmamışdan bir neçə gün əvvəl itkin düşən Stefan Harsona aid olduğu dəqiqləşib. Hadisə, cinayətkarlar arasından seçdiyi qurbanlarını öldürüb parçalayaraq, cəsədlərini qayığı ilə dənizə atan detektiv Dekster Morqanın hekayəsini xatırladıb. |
2013-11-08 | 1,283 | İran keçid məntəqələrinin bağlanması təsdiqləndi | null |
2013-11-08 | 1,284 | Aktivist tələbələr universitetdən qovulacaq | Türkiyə Universitetlərində məlumat yaymaq, bildirişlər paylamaq və afişa asmaq qadağan edilib. İstintaqa cəlb olunan tələbəyə Universitetə giriş qadağan ediləcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Öyrətim Qurumu (YÖK) Tələbə İntizam İdarəçiliyində önəmli dəyişikliklər edib. 27 illik Tələbə İntizam İdarəçiliyi ilk dəfə 2012-ci il 17 avqust tarixində dəyişdirilib. Yeni maddələrlə idarəçilik ikinci dəfə dəyişdirilmiş olub. Dəyişikliyə görə, Universitet içində icazəsiz bildirişlər paylamaq, afişa və plakat asmaq qadağan olunub. İcazəsiz bildiriş paylayan, afişa və plakat asan tələbələr isə dekan və fakültə rəhbərliyi tərəfindən sorğu-sual ediləcək. Araşdırma nəticəsində tələbələrə cəza veriləcək. Universitetdə bu işləri icazəsiz edən tələbələr yəni 1 il Universitetdən uzaqlaşdırılacaq. Dekan, müdir və ya rektorun qərarıyla sorğulama bitənə qədər tələbə Universitetə girə bilməyəcək. |
2013-11-08 | 1,285 | Oğurluq etmiş Cəlilabad sakini Taleh Əliyev tutulub | "Axar.az " DİN-in rəsmi saytına istinadən bildirir ki, 07 noyabr 2013 Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəm Əzizova məxsus mağazadan 3450 manat, Aşurəli Daşdəmirova məxsus mağazadan isə 200 manat pul və danışıq kartları oğurlamış Cəlilabad rayon sakini Taleh Əliyev tutulub. |
2013-11-08 | 1,286 | Əli Həsənov Barak Obamanın təbrikindən danışdı | "ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu, ilk növbədə, onun hörmət və ehtiramının əlaməti kimi dəyərləndirilir". Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü müddətə Azərbaycan Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə göndərdiyi təbrik məktubuna münasibət bildirərkən deyib ( Trend ). Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb: "İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin, təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib". PA rəsmisi bildirib ki, ABŞ Prezidenti məktubda öz Administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib. Ə.Həsənovun fikrincə, bu da, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni ABŞ-ın mühüm addımlar atacağı iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: "Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bundan sonra da bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını, mövcud status-kvonu aradan qaldıracağı və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həlli istiqamətində bundan sonra da səyləri davam etdirəcəyi iradəsini ortaya qoyub. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var". PA rəsmisi bildirib ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayaraq, sonrakı dövrdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, ondan sonra Bakı-Tbilisi-Qars dəmir yolu, indi TANAP, TAP və bu tipli layihələr, bundan başqa TRACECA, Şərq-Qərb kommunikasiya əlaqələri, digər layihələrin reallaşmasında ABŞ-ın həm mənəvi, həm maddi, həm də beynəlxalq dəstəyinə ehtiyacı olub və ABŞ bu ehtiyacları davamlı olaraq qarşılayıb: "Məktubda da bu layihələrin davam etdirilməsi ilə bağlı ABŞ-ın iradəsi öz əksini tapıb və bunu da Azərbaycan yüksək qiymətləndirir. Məktubda, o cümlədən Azərbaycanın daxilində gedən proseslər, ölkənin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la birgə strateji tərəfdaş olaraq verdiyi dəstəyin dəyərləndirilməsini də, əlbəttə, tərəfdaş kimi indiyə qədər həyata keçirdiyimiz tədbirlərə, siyasətə verilən dəstək kimi qiymətləndiririk. Düşünürük ki, bu, münasibətlərimizdə Azərbaycanın xidmətlərini dəyərləndirmək cəhdidir və müsbət qarşılanmalıdır. Bütövlükdə, düşünürük ki, cənab Barak Obamanın məktubunda qeyd olunan maraqlara əsaslanaraq bundan sonra da ABŞ-Azərbaycan münasibətləri davam etdiriləcək, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ dəstək verəcək və bu, nəinki ABŞ-ın, eyni zamanda, onun tərəfdaşlarının, müttəfiqlərinin dəstək verməsidir". Ə.Həsənov deyib ki, məktubda Barak Obama Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı və bütün dünyada etiraf olunan son 10 ildəki inkişafı ilə bağlı məsələləri xüsusi vurğulayır, bunu Azərbaycan Prezidentinin, Azərbaycan Respublikasının müvəffəqiyyəti kimi qeyd edir və bundan sonra da ABŞ-ın tərəfdaş dövlət kimi Azərbaycanın nailiyyətlərinə sevinəcəyini xüsusi vurğulayır: "Prezident Barak Obama məktubda iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün bundan sonra demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini də vurğulayıb ki, bu da Azərbaycan tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar ABŞ-ın Azərbaycanı regionda özünün ən güclü strateji tərəfdaşlarından biri kimi qəbul etməsinin, onunla əməkdaşlığa xüsusi önəm verməsinin göstəricisi kimi dəyərləndirilir və Azərbaycan bir tərəfdaş kimi bu əlaqələrin inkişafına həm ABŞ-ın, həm də onun müttəfiqlərinin bundan sonra da dəstək verəcəyinə inanır". |
2013-11-08 | 1,287 | Sərhədlərin bağlanmasına İrandan rəsmi açıqlama | İran Azərbaycanla olan bəzi sərhəd-keçid məntəqələrini bağlayıb. İran səfirliyinin mətbuat xidmətindən "Axar.az" daxil olan məlumatda bildirilir ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb. Buna səbəb kimi Azərbaycanın Poldəşt sərhəd-keçid məntəqəsini bağlaması olub. |
2013-11-08 | 1,288 | Misir Mərdanov jurnalistikaya başladı | "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri" jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə AMEA-dan məlumat verilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri" jurnalının baş redaktoru təyin olunub. Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.(lent.az) |
2013-11-08 | 1,289 | Polis Beyləqandakı tank qəzasından danışdı | Xəbər verildiyi kimi, Beyləqan rayonunun Minabad kəndi yaxınlığındakı hərbi hissəyə məxsus tank dayanacağı uçuraraq, yaxınlığındakı iki avtomobilin üstündən keçib. Məlumatda deyilir ki, tank bunun ardından yaxınlıqdakı kanala düşüb. Hadisə yerinə gələn hərbçilər və polis əməkdaşları çəkiliş aparmağa imkan verməyiblər. Hətta çəkiliş aparan bir neçə nəfər polis tərəfindən saxlanılıb. Beyləqan Polis şöbəsindən "Axar.az"ın əməkdaşına məlumat verdilər ki, Dövlət bayrağı günü münasibəti ilə şöbədə heç kəs yoxdur. Hər kəs tədbirdədir. Beyləqan rayon PŞ-nin Minabad kəndi üzrə sahə müvəkkili polis baş leytenantı Nofəl Kərimov baş vermiş hadisəni təsdiqləsə də, nə hərbiçilər, nə də mülkü adamlar tərəfindən zərərçəkən olmadığını dedi. |
2013-11-08 | 1,290 | “Akkord” uduşları ödədi | "Akkord" 2010-cu ildə 3 illik müddətə dövriyyə buraxdığı istiqrazların dəyərini ödəyib. Şirkətin mətbuat xidmətinin məlumatına görə, dövriyyəyə buraxılan istiqrazların müddəti 2013-cü il noyabrın 7-də tamamlanırdı. Həmin günə qədər istiqrazların özü və uduş hissəsi tam şəkildə müştərilərə ödənilib. Qeyd edək ki, istiqrazların hər birinin dəyəri min manat müəyyənləşib. Üç illik dövriyyə müddətinə malik olan, cəmi 50 min ədəd buraxılan və ümumi dəyəri 50 milyon olan istiqrazların gəliri 12,5 faizdir. |
2013-11-08 | 1,291 | İnsan bədənində yeni bir hissə kəşf edildi | Elm adamları, dizdə bu günə qədər bilinməyən yeni bir hissə kəşf edib. "Axar.az"ın xəbərinə görə, bu kəşf, məşq əsnasında bu qədər çox oynaq şikəstliyi yaşanmasının səbəbini ortaya çıxara bilər. Leuven Universiteti Xəstəxanasında işləyən iki belçikalı cərrah 4 il boyunca bir çox oynaq şikəstliyini araşdırıb. 1879-cu ildə Fransız cərrahı Paul Seqondun bir məqaləsini araşdıran iki belçikalı cərrah kəşf edilən hissənin yaralanmaların daha asanlıqla müalicə olunmasına kömək edəcəyini deyib. |
2013-11-08 | 1,292 | Azərbaycanda nə qədər işçi var? - Statistika | 2013-cü il 9 ayının yekunlarına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,7 min nəfər olub və onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. "Axar.az" Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,2 faizi iqtisadiyyatın digər sahələrdə çalışmışlar Bu 9 ayda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 415 manatdır ki, bu da ötən illə müqayisədə 6,9 faiz çoxdur. |
2013-11-08 | 1,293 | Avropa Yayım Birliyi Türkiyədən üzr istədi | Türkiyə 2015-ci ildə yenidən "Eurovision"a qatıla bilər. Türkiyə mətbuatı xəbər verir ki, Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filippot TRT kanalının müdiri İbrahim Şahini ziyarət edərək, "Eurovision" musiqi yarışmasında xal verilmə sistemində edilən haqsızlığa görə üzr istəyib. Filippot görüşdə sistemi dəyişdirəcəklərinə söz verib. TRT-nin müdiri isə dəyişiklik olacağı təqdirdə Türkiyənin yenidən "Eurovision"da iştirak edə biləcəyini söyləyib: "2014-cü il üçün artıq qərarımızı vermişik. Yarışmada iştirak etməyəcəyik. Lakin yarışmada ədalətli səsvermə sisteminə keçilərsə, Türkiyə 2015-ci ildə yenidən yarışmaya qatıla bilər". Xatırladaq ki, Türkiyə "səsvermə sistemindəki haqsızlıq" səbəbi ilə 2 ildir yarışmada iştirak etmir. |
2013-11-08 | 1,294 | Vurğunun Cavidə söyüş dolu şeiri üzə çıxdı - Foto | Adını açıqlanmasını istəməyən bir oxucu bizə bu fotonu göndərib. Şəkildə Səməd Vurğunun Hüseyn Cavidə yazdığı "şeir", yayımlandığı qəzet və tarix qeyd olunub. Şeiri sizə təqdim edirik. Hüseyn Cavidə Sən ey böyük günlərin adına böhtan atan, Vətəninə, xalqına xain çıxan şarlatan! "Gözəllik aşiqiyəm" deyən deyilmiydin, sən? Ömründə bir yaxşılıq gəlməmişdi əlindən. Millətçilər adına dedi böyük sənətkar, Gəlin düz araşdıraq, sənin sənətinmi var? Sən Həmidi qoltuğa vurub gəzməyə getdin, Hərədən bir tük çəkib, kosuna saqqal etdin. Azərbaycan şairi olsa da qorxaq adın, Sultanların, şahların sinəsini yaladın. Utanmadan Vaqifin, Füzulinin üzündən, ........................................................................ (bu yerdə çox vulqar ifadələr işləndiyi üçün misra çıxarılıb) O murdar arzuların torpaqlara gömüldü, Sənin yaratdıqların özündən əvvəl öldü. Mənbə: "Ədəbiyyat qəzeti", 1937-ci il, 16 İyun |
2013-11-08 | 1,295 | Edam edilən baş nazirin çıxışı yayıldı - Video | Türkiyənin 10-cu baş naziri olmuş Adnan Menderesin ölümündən uzun bir vaxt keçməsinə baxmayaraq, onun haqqında söz-söhbətlər bitmir. Xüsusilə 2003-cü ildən iqtidar olan AKP Ordu ilə bağlı islahatlarında və Ordunu hakimiyyət idarəetməsindən tam kənarlaşdırmasında Menderes olayından maksimum istifadə edir. Qeyd edək ki, 27 May 1960-cı ildə edilən hərbi çevriliş nəticəsində Adnan Menderes iqtidardan devrilərək həbs edilib. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən isə edama məhkum edilib. Dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir. "Axar.az" Adnan Menderesin bir qəza haqqında "Yutub"da yayılan və bu vaxta qədər üzə çıxmayan çıxışını təqdim edir. |
2013-11-08 | 1,296 | “Mübarizin şəhid olmasında Allahın iştirakı var” | Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Bu gün Biləsuvar rayonunda yerləşən Biləsuvar Lisey-məktəb kompleksi də Milli Qəhramanın adını daşıyır. Milli Qəhrəmanın dəfnindən artıq üç il ötür. Bununla bağlı yolumuzu qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayon Əliabad kəndindəki ata evinə saldıq. Gecənin qaranlığında çatırıq qəhrəmanın ata evinə və ilk diqqətimizi çəkən də Mübarizin ayaq üstə, çiynindəki silahla şax durmuş rəsmi, bir də üç rəngli bayrağımız olur. Qapını açırıq və ilk qarşımıza çıxan da qəhrmanın anası Şamama xanım olur. Yenə Mübarizi xatırlamağa gəldiyimizi bilib göz yaşlarına hakim ola bilmir: - Mübarizsiz dözə bilmirəm oğul, ana üçün çox çətindi. Mübarizsiz heç nə gözümdə deyil. Beş aylıq bir nəvəm var, başımı onunla qatmağa çalışıram, amma yenə də mümkün olmur. Mübariz başqa oğul idi. Gün ərzində bircə dəqiqə belə olsun Mübariz çıxmır yadımdan. Beynimə elə həkk olunub, fikirləşməyə bilmirəm. Mübariz haqda nə varsa dəqiqəsinə kimi, saatına kimi xatırlayıram. Amma, atası belə deyil, o mənə baxanda dözümlüdü. Söhbətimizin bu yerində, kənd məscidindən azan səsi yüksəlir. Şamama ana namaz qılmağa yollanır və qəhrəmanın bayaqdan qoyun-quzuları yerbəyer eləyən atası Ağakərim ata ilə görüşürük. Bütün suallarımızı bir kənara qoyan Ağakərim ata tam fərqli tərzdə, bizə ümumilikdə Allah və vətən sevgisindən danışır: - Mübarizin şəhid olmasında Allahın iştirakı var idi. Mən Allahdan axirətimi istəyən adamam. Mübarizin şəhid olmasını, Mübariz dünyaya gəlməmişdən öncə mən yuxuda görmüşdüm. İndi baxıram ki, həmin hadisələr və yuxulardı ki, onlar mənə bu günki günü xatırladır. İnsanın ürəyində birinci Allah sevgisi olmalıdı və sonra Vətən sevgisi gəlir. Allah sevgisi ürəyində olmayan adamın, Vətən sevgisi də ola bilməz. Mübariz üçün mən ağlamıram, onun hüzüründə də burdakı camaata deyirdim ki, ağlamayın. Çünki onu mənə Allah vermişdi, Allah da aldı. Hər il balalarımız şəhid olur. İyirmi faiz torpaqlarımız işğal olunub. Bilirsiniz necədi, Qarabağ probleminə görə kimlərisə suçlamamalıyıq, bir-birimizin qəlbinə dəyməməliyik. Millət olaraq hər-hansı şəxsi günahkar hesab etməməliyik. Bir-birimizi sevək və torpaqlarımızın azadlığı uğurunda əlimizdən gələni əsirgəməyək. Allahadan kömək istəyək. Dua edək ki, Allah bu zülmün qarşısını alsın. Hər yüz ildən bir bizim torpaqlarımız işğal olunur. Ermənilər dünyaya elan edir ki, biz "Böyük Ermənistan" yaradırıq. Bunlar hansı ölkədə olursa olsun, öz hiyləgərliyi ilə çirkin niyyətlərini həyata keçirməyə nail olmağa çalşırlar. Mübarizin qəhrəmanlığı haqda çoxlu kitablar dərc olunub. Bu gün də bizim yaşadığımız bu evi gənc nəsil ziyarət edərək, onun qəhrəmanlıq yolu ilə tanış olurlar. Mübariz öz borcunu yerinə yetirdi. Bu gün Mübariz yox, onun qəhrəmanlığı yaşayır. Mübarizin məktubda yazdıqları ilə mən tanış idim, onları evdə demişdi. Mübariz mənim çiynimdədi. Bəzən deyirəm ki, iki ürəkliyəm. Çünki məndə yaşayan bir Mübarizin canıdı, bir də öz canım. Bu gün Mübariz mənəm. |
2013-11-08 | 1,297 | Kollec direktoruna cinayət işi açıldı | Bakı Dövlət Sosial İqtisad Kollecinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu barədə Respublika Prokurorluğundan məlumat verilib. Məlumata görə, təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işi materialında Kollecin direktoru Mübariz Mahmudov başda olmaqla, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun adı hallanır. Belə ki, direktor adı çəkilən digər şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar. Bundan başqa, direktor öz qulluq mövqeyindən istifadə etməklə işçilərə veriləcək əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu mənimsəyib. Direktor daha bir əlbir cinayətdə də günahkar bilinib. Belə ki, M.Mahmudovun "Turan X" MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talamada, habelə kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməkdə də şübhəli sayılır. Mübariz Mahmudova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyevə həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusova 32.5, 311.3.1-ci, Əliqulu Sadıqova 179.3.2 və 313-cü, İranə Quliyevaya isə 213.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
2013-11-08 | 1,298 | Taliblər terakta başlayacaqlarını elan etdilər | Noyabrın birində Amerikanın pilotsuz təyyarəsinin hücumu nəticəsində ölən taliblərin lideri Hakimulla Məsudun yerinə seçilən Molla Fəzlullah bu gün bəyan edib ki, Pakistan hökumətinə qarşı bir sıra yeni hücumlar planlaşdırır. Qeyd edək ki, Molla Fəzlullah öz sərt islamçı baxışları və sülh danışıqlarının qəti əleyhdarı kimi tanınır. "Axar.az"ın məlumatına görə, o, çıxışında deyib: "Bizim hədəfimiz təhlükəsizlik xidməti, hökumət obyektləri, siyasi liderlər və polislərdir. Bizim təyin olunmuş planımız var. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, hədəfimiz içində dinc əhali, ictimai yerlər və yarmarkalar yoxdur". Döyüşçülər əsasən Əfqanıstanla qonşuluqda olan kənar vilayətlərdə gizlənir. Xatırladaq ki, Pakistan hökuməti ABŞ pilotsuz təyyarəsinin hücumu və taluiblərin liderinin öldürülməsini pisləmiş və bunu Pakistanın milli suverenliyinə təhdid saymışdı. Həmin gün Pakistan hakimiyyəti Talibanla danışıqlar üçün göndərməyə hazırlaşdığı nümayəndələri də geri çağırmağa məcbur olmuşdu. |
2013-11-08 | 1,299 | Tağı Əhmədovdan jurnalistlərə növbəti hörmətsizlik - Video | "Axar.az" xəbər verir ki, bu gün Metropoliten işçilərinin peşə bayramı ilə əlaqədar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edən "Metropoliten" rəhbərliyi mətbuat işçilərinə qarşı hörmətsizlik edib. Jurnalistlər Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan müsahibə almaq istəsələr də, o, jurnalistlərə "ağıllı suallar verin" deyib. Daha sonra ANS-in jurnalisti metroda gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edilib-edilmədiyini soruşmaq istəyib. Lakin Tağı Əhmədov onun mikrofonunu itələyərək suala cavab verməyib. |
2013-11-08 | 1,300 | Artur Rasizadə bayraqla bağlı qərar imzaladı | Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"na aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilib: "12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir". |
2013-11-08 | 1,301 | “Qafqaz” Memorandum imzaladı | Universitetin rektoru Professor Ahmet Saniçlə AMEA-nın Fəlsəfə Sosialogiya və Hüquq İnstitunun direktoru Professor İlham Məmmədzadə arasında 5 illik Əməkdaşlığa dair Memorandum imzalanıb. Qafqaz Universitetinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, Memorandumun məqsədi elm və təhsil sahəsində, habelə yüksək ixtisaslı kadr hazırlanması işində bərabərlik, qarşılıqlı maraq və mövcud qanunvericiliyə müvafiq olaraq faydalı və səmərəli əməkdaşlıq qurmaqdır. Memorandumda nəzərdə tutulan əməkdaşlıq çəçivəsində Qafqaz Universiteti, AMEA Fəlsəfə, Sosiologiya və hüquq İnstitutu və Türkiyənin Məlikşah Universitetinin 29 noyabr 2013-cü il tarixində Bakı şəhərində birgə "Azərbaycan 2020: Gələcəyə baxış, inkişaf konsepsiyası kontekstində insan hüquqlarının səmərəli müdafəsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Memorandumun imzalanma mərasimində AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitunun direktor müavini professor Bəhram Zahidov, Qafqaz Universiteti prorektorları professor Cihan Bulut və professor Niftalı Qocayev, Qafqaz Universitetinin və Bakı dövlət universitetinin müəllimi Dosent Mübariz Yolçuyev və Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Qürbət Məmmədov iştirak ediblər. |
2013-11-08 | 1,302 | Ziyalılar Forumundan Əkrəm Əylisliyə cavab gəldi | Yazıçı Əkrəm Əylisli "Yeni Müsavat"a müsahibəsində Ziyalılar Forumu haqda verilən sualı cavablayarkən qurumun üzərinə düşən missiyanı sona qədər yerinə yetirmədiyini bildirib. Qalmaqallı "Daş Yuxular" romanının müəllifi bunu sonradan Ziyalılar Forumunun üzvlərinin siyasətə qatılması ilə əlaqələndirib. Yazıçı qurumun üzvlərinin siyasətlə məşğul olmasından sonra insanlarda onlara qarşı inamın azaldığını da qeyd edib. Ziyalılar Forumunun yaradıcılarından olan və sonradan Milli Şuranın prezidentliyə vahid namizədi seçilən professor Cəmil Həsənli "Axar.az"a açıqlamasında Əkrəm Əylislinin fikirlərinə münasibət bildirdi: "Mən Əkrəm Əylislinin fikirlərinə hörmətlə yanaşıram. Qaldı tənqidə, qadağan deyil ki, kim istəsə bütün məsələlərdə öz fikirlərini sərbəst şəkildə ifadə edə bilər". Hakimiyyət verdiyi sözə əməl etmədi Turan İnformasiya Agentliyinin direktoru, Ziyalılar Forumunda təmsil olunan Mehman Əliyev Əkrəm Əylislinin fikirləri ilə razı olmadığını bildirdi və Ziyalılar Forumunun düz yolda olduğunu qeyd etdi: "Ziyalılar Forumundan hakimiyyətə çağırışında problemlər, nöqsanlar öz əksini tapmışdı. Əkrəm Əylisli özü də onun hazırlanmasında, təşkil olunmasında iştirak edib. Hakimiyyət keçən il də dialoqa başlamasına söz verdi və başladı da. İyulun 2-də baş tutan sonuncu görüşdə Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənova bir neçə təklif verdik və o da təkliflərə baxılıb, qərarlar qəbul ediləcəyinə söz verdi. Sonra təəssüf ki, hakimiyyət verdiyi sözə əməl etmədi və dialoqdan qaçdı. Bu gün hakimiyyət vətəndaş cəmiyyətinə, o cümlədən ziyalılara basqı edir, fikir azadlığı, sərbəst toplaşma azadlığı kobud şəkildə pozulur. Ona gör də Ziyalılar Forumunu siyasətə qarışmaması fikri ilə razı deyiləm". İnsanların Ziyalılar Forumuna inamı daha da artdı "Ziyalılar Forumu hakimiyyətlə dialoqa getməkçün əlindən gələni etdi, amma buna cavab olaraq hakimiyyət danışıqlardan qaçdı və verilən təklifləri yerinə yetirmədi. Belə olan halda siyasi proseslərdən kənarda dura bilməzdik. Qaldı insanların Ziyalılar Forumuna inamının azalması ilə də razı deyiləm. Son seçkilər Ziyalılar Forumunun necə düz yolda olduğunu göstərdi. Milli Şurada Ziyalilar Forumunun üzvlərinin təmsil olunması son seçkilərdə xalqın müxalifətə inamını daha da artırdı". |
2013-11-08 | 1,303 | Əli Əhmədov səhiyyədən narazılıq etdi | Baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov yeni təyinatı ilə bağlı ona tapşırılan sahəyə toxunub. "Axar.az"ın "APA"-ya istinadən verdiyi məlumata görə, Ə.Əhmədov sosial sahə üzrə baş nazirin müavini kimi görüləcək işlərdən danışıb. O qeyd edib ki, Azərbaycanda prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətli bir hissəsi insanlara qayğı və bunun artırılması ilə əlaqədardır: "Səhiyyə xidmətinin yaxşılaşdırılması, digər sahələrdə sosial problemlərin həlli istiqamətində çox möhtəşəm layihələr həyata keçirilib. Azərbaycanda səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin kifayət qədər böyük həcmdə və böyük miqyasda olduğunu qeyd etmək olar. Xəstəxanaların vəziyyəti köklü surətdə yaxşılaşıb, bu istiqamətdə sosial layihələr və islahatlar bundan sonra da davam etdiriləcək. İndi qarşıda duran vəzifələr ondan ibarətdir ki, səhiyyə xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılsın, həkimlərin peşəkarlıq səviyyəsi yüksəldilsin, bu istiqamətdə işlər ümumilikdə dünya standartları səviyyəsinə qaldırılsın ki, Azərbaycan vətəndaşlarının hər birinə keyfiyyətli səhiyyə xidməti göstərilsin. Müalicə üçün Azərbaycandan kənara gedən insanların da sayı azalsın. Güman edirəm ki, belə hallar gələcəkdə tamamilə aradan qaldırılacaq və insanların Azərbaycandan kənara müalicə ehtiyacı ilə əlaqədar getməsi çox nadir hallarda olsun. Əks halda, hesab edirəm ki, bu, Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsinə vətəndaşlarımız tərəfindən inamsızlığın itirilməsinin ifadəsi ola bilər". |
2013-11-08 | 1,304 | Saniyədə 230 dollar qazanan şəxsin özəl şəkilləri yayıldı | Dünyanın ən zəngin adamı kimi hər kəsin tanıdığı Bill Qeytsin evinin şəkilləri yayılıb. Bu şəkillərə baxanda təbii ki, zənginliklə insan fantaziyasının nələrə sahib olduğunu görmək mümkündür. Amma bu şəkillərə baxıb ürəyinizi sıxmağa da dəyməz, sadəcə, baxın və zövq alın. Əgər belə bir evə sahib ola bilmədiyinizdən bikef olsanız, dərhal düşünün ki, qəlb hüzuru üçün böyük ev deyil, könül evinin gözəl olması vacibdir. |
2013-11-08 | 1,305 | “Yeni Müsavat“ və “Azadlıq” qəzetləri bağlanır - Açıqlama | "Yeni Müsavat" qəzeti noyabrın 9-dan etibarən çapını dayandırır. Bu barədə noyabrın 8-də qəzetin rəhbərliyi qərar verib. Həftədə yeddi gün çap olunan "Yeni Müsavat" qəzetinin çap olunmamasının səbəbi qəzetin satışına yaradılmış maneələrlə əlaqələndirilir. Qəzetin baş redaktoru Rauf Arifoğlu AzNews.az-a bildirib ki, qəzetin çapını dayandırması boykot əlamətidir: "Qəzetimiz noyabrın 10-da 24 yaşını qeyd edəcək. Qəzetin çapını 3 günlük dayandırması zərurət üzündən atılan addımdır. Bu addımla kollektiv ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir. Qəzetin çapdan çıxmadığı günlərdə musavat.com saytı fasiləsiz olaraq fəaliyyət göstərəcək və oxucuları informasiya və yazılarla təmin edəcək". Fəaliyyətində ciddi problemlər yaranan digər mətbuat orqanları "Azadlıq" qəzetidir. "Azərbaycan" nəşriyyatı "Azadlıq" qəzetinə noyabrın 12-dək vaxt verib. Həmin tarixədək qəzet nəşriyyata olan borcunu ödəməlidir. Əks halda nəşriyyat qəzetin çapını dayandıracaq və redaksiyanı yerləşdiyi otaqlardan çıxaracaq. Nəşriyyat rəhbərliyi qəzetə bununla bağlı xəbərdarlıq məktubu göndərib. Nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzasıyla göndərilən xəbərdarlıq məktubunda yazılıb: "Azərbaycan" nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 07.11.2013-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 21410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi isə 24098 manat debitor borcu yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində "Azərbaycan" nəşriyyatı çətin maliyyə durumuna düşüb. Yuxarıdakıları nəzərə alaraq, 12.11.2013-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq". Məsələ ilə bağlı "Azadlıq" qəzetinin baş redaktor müavini Rahim Hacıyev bildirib ki, təmsil etdiyi mətbuat orqanının çapının davam etdirilməsi maddi cəhətdən mümkün deyil: "Hazırda qəzetin çapının davam etdirilməsi sual altındadır. Daha doğrusu vəziyyət olduqca ağırdır. Qəzetə qarşı məhkəmə cəriməsinin məbləği 65 min manatdır, bank hesabımıza həbs qoyulub". O, əlavə edib ki, "Qasid" mətbuat şirkətinin isə qəzetə borcu 60 min manata çatıb: "Qasid"in bizə borcunun ödəməməsi nəticəsində ağır vəziyyətə düşmüşük. Yaranan problem nəticəsində nəşriyyata da borcumuz yaranıb. Yəqin ki, noyabrın 11-dən sonra "Azadlıq" çap oluna bilməyəcək". |
2013-11-08 | 1,306 | Ağalar Məmmədovun səviyyəsinə düşmək istəmirəm | "Haqqımda səslənən fikirlərə cavab vermək, həmin insanları gündəmə gətirmək, ümumiyyətlə onlar haqqında danışmaq istəmirəm". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycanın tanınmış alimi Rafiq Əliyev mühacirətdə olan fəlsəfəçi Ağalar Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, ümumiyyətlə nə bu məsələdən, nə də hansısa başqa bir məsələdən mediaya danışmaq istəyir: "Sizin özünüz üçün deyirəm, biləsiniz. Mediaya nəsə danışmaq və ya demək istəmirəm. Axırıncı açıqlamadan sonra bu qərara gəldim ki, şifahi formada heç bir mediaya münasibət bildirməyim. Ancaq sizin özünüz üçün deyirəm ki, Ağalar Məmmədovun dedikləri ağ yalandır. Ümumiyyətlə, haqqımda səsləndirdiyi təhqiramiz fikirlərdən danışıb, onunla bir səviyyədə görünmək istəmərəm. Ancaq bilin ki, AMEA-da heç bir zaman elə hadisə yaşanmayıb. Şər-böhtandan başqa bir şey deyil". Xatırladaq ki, Ağalar Məmmədov Rafiq Əliyevin "Qeyri-səlis məntiq və din" adlı elmi məqaləsini tənqid edərək, akademiki xurafatçılıqda ittiham edib və onu tanıdığı gündən elmdən uzaq din adamı olduğunu deyib: "Elə ilk görüşdən onun düşüncə səviyyəsini tanımışam. Deməli, o müzakirədə akademiklər, doktorlar və b. iştirak edirdi. İclasa AMEA-nın o vaxtkı prezidenti, mərhum akademik Mahmud Kərimov rəhbərlik edirdi. Bizim bu "dünya şöhrətli alim" öz çıxışında olduqca yersiz bir formada belə dedi: "Mən hesab edirəm ki, Allah var". Şəxsən mənim heç gözləmədiyim bir halda akademik Mahmud Kərimov buna sərt etiraz elədi: "Rafiq müəllim, bu, alim sözü deyil!" |
2013-11-08 | 1,307 | ABŞ “UNESCO”da səs vermə hüququnu itirdi | ABŞ hökuməti "UNESCO"nun büdcəsinin təminatı üçün edilən ödəmədən imtina edib və təşkilatda səs vermə hüququnu itirib. "Axar.az"ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2 il əvvəl "UNESCO"nun Fələstini öz sıralarına daxil etməsinə etiraz olaraq ABŞ hökuməti ödəmələrdən imtina edib. Qaydalara əsasən ABŞ hökuməti ödəməni edəndən sonra gecikmənin səbəbini başa salmalı idi. Lakin bu, baş tutmayıb. Birləşmiş Ştatlar ödəməni etmədiyi üçün "UNESCO" maliyyə böhranı ilə üzləşib və ABŞ-ın layihələrinin maliyyələşməsini kəsib. Vaşinqton qorxur ki, bu onun ekstremizmlə mübarizə, qadın və kişi hüquq bərabərliyi, mətbuat azadlığı kimi beynəlxalq proqramlarının reallaşmasına pis təsir edə bilər. |
2013-11-08 | 1,308 | Nitqi bəsit, gərgin aparıcılar kimdir? - Monitorinq | Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabrında aparılan monitorinqlərinin nəticələri açıqlayıb. MTRŞ sədrinin müavini Qafar Cəbiyev bildirib ki, Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək çox ciddi problemim yoxdur. Diıçilik İnstitunun dosenti Təranə Şükürova bildirib ki, özəl televiziyaların yayımladığı verilişlərin dilində səhvlərlə rastlaşıb. Bu, ən çox televiziyaların səhər proqramlarında müşahidə edilib. İTV qismən burada istisnalıq təşkil edir. İnsitutun dosenti Aytən Bəylərova qeyd edib ki, özəl televiziyalarda ədəbi dilin monitorinqi informasiya və tok-şou verlişlərdə aparılıb. Dialekt sözlərdən istifadə ANS-də xüsusilə "Günəbaxan" verilişində müşahidə edilib. ANS televiziyasında xəbərlərin aparıcısının nitqində tələffüz səhvləri tapılıb. ANS telekanalının aparıcısı İsa Şükürovun nitqində tez-tez işlədilən "kifayət qədər", Xəzər TV-nin əməkdaşı Günay Rəhimovanın nitqində "aha" sözü, "Sağlıqla", Xəzər TV-nin digər aparıcısı Vəfa Sadıqovanın nitqində təkrarlanan "yəni" sözünə rast gəlinib. Monitorinqlər nəticəsində məlum olub ki, bütün özəl kanalların "Səhər" musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına malik deyillər. "Günə baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir. "ATV"-nin "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. "ATV Olay"ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır. "Space" Tv-nin "Hər səhər" proqramı sanki azyaşlı uşaqların bir yığıncağıdır. Həmin verilişin aparıcısı Əlifin nitqi çox bəsitdir. |
2013-11-08 | 1,309 | İraqın Baş naziri “feysbuk”da helikopterlərindən yazdı | İraqın baş naziri Nuri Əl-Maliki bir ilkə imza atıb. Sosial paylaşım saytı "feysbuk"da Rusiyanın göndərdiyi helikopterlərin İraqa çatdığını yazaraq, fotolarını paylaşıb. Maliki "feysbuk" səhifəsindən verdiyi açıqlamada Rusiyanın göndərdiyi ilk dörd "Mi-35" tipli helikopterin Um-Qəsrəyə endiyini bildirib. Rusiya xəbər agentliyi "Ria Novosti"nin verdiyi məlumata görə, İraq Müdafiə naziri Sadun Əl-Dəlimi İraqa çatan helikopterlər üçün silahların aylar əvvəl alındığını deyib. Rusiya istehsalı olan helikopterlərdən İraq sərhəd təhlükəsizliyində və terrorçularla mübarizədə istifadə edəcəyi bildirilib. Xatırladaq ki, Rusiya və İraq arasında 4.3 milyard dollarlıq müqavilə 2012-ci ildə imzalanıb. |
2013-11-02 | 1,310 | Ən böyük arzum adam olmaqdı… | Azərbaycanın güneyində doğulmuş, indisə Bakıda yaşayan şair Sayman Aruz hələ gerçəkləşdirə bilmədiyi arzularından danışır. - Sayman bəy, gerçəkləşməsini çox istədiyiniz, amma hələ də həyata keçirə bilmədiyiniz arzularınız varmı? - Əlbəttə var. Elə arzularım var ki, hələ də gərçəkləşməyib. - Ən çox nəyi arzulayırsınız? - Ən çox gerçəkləşməsini istədiyim arzum torpaqlarımızın, Güney Azərbaycanın azad olmasıdır. Təbii ki, şəxsi həyatımla bağlı da gərçəkləşməyən arzularım var, amma onları kimsəylə bölüşmürəm. - Arzularınızın həyata keçməməsi sizi çoxmu üzür? - Üzür, amma neyləyək, bir təhər dözürük …(Gülür ) - Bu gün olmaq istədiyiniz yerdəsiniz? - Bəlkə inanmaq çətindir, amma mən öz taleyimi bilirdim. Baş verəcəklərin necə olacağını gözləyirdimsə, hər şey elə də oldu. Hazırda uşaq yaşlarında arzuladığım və yuxularımda gördüyüm hadisələri yaşayıram. Bəzən mənə elə gəlir ki, doğurdan da biz seçilirik. Hətta qabaqcadan anlımıza yazılanları yaşadığımızı düşünürəm. - Sayman bəy, bəs ən böyük arzunuz nədir? - Ən böyük arzumu bilsəniz bəlkə də, təəccüblənərsiniz. Çünki ən böyük arzum adam olmaqdır… - Yazılarınızda Güney mövzusuna çox diqqət edirsiniz. - Bəli, oranın siyasi-ictimai-psixoloji durumu hər zaman məni narahat edib və edəcək də... Bu mövzu həmişə diqqətimdə olub. Hazırda bununla bağlı romanı çapa hazırlayıram. Mən əzilmiş bir xalqın əzilməməyə qarşı müqavimət göstərən qəhrəmanıyam! Qəhrəmanı çox olan millət həmişə kölə, alimi çox olan millət həmişə hakimdir. - Güney Azərbycanla bağlı arzunuzun nə zamansa gerçəkləşəcəyinə inanırsınızmı? - Güneyin azad olmasına tam əminəm. Əminəm ki, yaxın illər ərzində onu görəcəyik. Siyasi gedişatı izləyən və tarixi yaxşı oxuyan hər bir adam bunu bilə bilər. Güneydə "mən türkəm" şuarı ilə böyük bir milli hərəkat başlayıb ki, bunun nəticəsi də bütün xalqın oyanıb öz azadlığına qovuşması olacaq. - Sonuncu sual. Əgər arzularınız tam fərqli olsaydı, Sayman Aruz hazırda harda ola bilərdi? - Düşünmürəm ki, fərqli nəsə arzulaya bilərdim. Məncə, bütün talelər insanın beynində var və hər bir insan genetik yaddaşının seçimi ilə hansısa bir alın yazısını sadəcə icra edir. Mövlanə demişkən, icbar və ixtiyar məsələsi... Arzular elə alın yazısıdır. |
2013-11-08 | 1,312 | İranla sərhəddə fəaliyyət bərpa edilib - Video | Biləsuvar sərhəd buraxlış məntəqəsində dünəndən etibarən başlanan sərhəd qadağası İran tərəfdən qismən bərpa edilib. Amma buna baxmayaraq, sərhəddə kifayət qədər uzun növbə yaranıb. Azərbaycan tərəfdən yalnız İran vətəndaşları, İrandan isə Azərbaycan vətənadaşları qarşı tərəfə buraxılır. Digər şəxslər isə hələ də növbə gözləyir. Hazırda sərhəddə 100-dən yuxarı yük və minik avtomobillinin növbəsi yaranıb. Səfirlikdən ANS-ə verilən məlumatda Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanması təsdiq edilib. "Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb". |
2013-11-08 | 1,313 | Kamal Abdulla Londona gedir - təqdimata | Noyabrın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ev sahibliyi ilə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın ingilis dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" əsərinin təqdimatı keçiriləcək. TEAS-ın rəsmi saytının yaydığı məlumata görə tədbirdə professor Kamal Abdulla və kitabın tərcüməçisi Ənn Tomsonun təqdimatları olacaq. Tədbirdə ALOFF teatrının aktyorları əsərin əsas səhnələrini ifa edəcək, mərasim sual-cavabla yekunlaşacaqdır. Kitabın nüsxələrini də əldə etmək mümkün olacaq. |
2013-11-08 | 1,314 | Hansı avtomobil “ən yaxşı”dır? - Yarış | 2014-ci ildə "ən yaxşı avtomobil" adına iddia edən avtomobillərin siyahısında Yaponiya və Avropa avtomobilləri başçılıq edir. Təqdim olunan avtomobillərin siyahısı coğrafi ərazi baxımdan belədir: Avropa 12, Yaponiya 7, ABŞ 5 və Cənubi Koreya 4 avtomobillə təmsil olunur. Qeyd eləmək lazımdır ki, hazırkı siyahıya "Volksvagen" avtokonsern avtomobilləri düşməyib. Lakin kompaniya heç də təəssüflənməyib. Belə ki, "Volksvagen" brendinə məxsus olan "Seat", "Şkoda" və "Audi" iddiaçılar siyahısında öz yerini tutub. "BMV" kompaniyası isə 3 avtomobillə təmsil olunur: "4 Series", "2 Series" və "İ 3". "Hyundai", "Kia" və "Ford" kimi markalar da müsabiqəyə hər biri 2 modellə qatılıb. Xatırladaq ki, 2014-cü ilin fevralın 4-də səsvermənin birinci mərhələsi baş tutacaq. |
2013-11-08 | 1,315 | Hacıqabulda qətl: arvadını, sonra da özünü öldürdü | Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Kolanı kənd sakini Əlisahib Dəmirov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq, arvadı Kafiyə İsmayılovanı qətlə yetirib. Daha sonra isə Ə.Dəmirov özünü öldürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. |
2013-11-08 | 1,316 | Azərbaycan Rusiya və Türkiyəyə müraciət etdi | Azərbaycan Respublikası Baş prokurorunun vəzifəsini icra edən Rüstəm Usubov 14 yaşlı Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda ictimai nəqliyyatda vətəndaşların gözü qarşısında təhqir olunması və ona qarşı zor tətbiq edilməklə ağır bədən xəsarətləri yetirilməsi, həmçinin noyabrın 7-də Türkiyənin Balıkesir şəhərinin Erdek rayonunda 49 yaşlı Səidə Eyvazovanın bıçaqlanaraq öldürülməsi faktları ilə əlaqədar Rusiya Federasiyasının və Türkiyə Respublikasının Baş prokurorlarına müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, R.Usubov müraciətlərində həmin şəxslərə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib, bu hərəkətlərin ictimaiyyət arasında geniş rezonans doğurmasını həmkarlarının diqqətinə çatdırıb. Bundan başqa qanunun aliliyinin təmin edilməklə başlanmış cinayət işlərinin istintaqının şəxsi nəzarətlərinə götürülməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması, həmçinin cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları müraciətlərdə xüsusi olaraq vurğulanıb. |
2013-11-08 | 1,317 | Vəkili Hüseyn Abdullayevin deportasiya xəbərindən danışdı | Keçmiş deputat Hüseyn Abdullayevin hazırda yaşadığı Almaniyada mühacir statusu almaq üçün etdiyi müraciətə rədd cavab verilməsi barədə mediada xəbər yayılıb. Bu gün isə Hüseyn Abdullayevlə bağlı başqa bir daha bir məlumat dolaşır. İddia olunur ki, Almaniyadan deportasiya edilmək təhlükəsi ilə üzləşən H.Abdullayev belə bir vəziyyətə düşməmək üçün bu ölkədən qaçqın statusu almaq üçün müraciət edib. "AzNews.az"ın əldə etdiyi məlumata görə, H.Abdullayev qaçqın statusu almaq üçün müraciətini Azərbaycanda siyasi təqiblərlə üzləşməsi, həbsdə qalması, onu cəzalandırmaq üçün qardaşının 2013-cü ildə gömrük orqanlarındakı işindən kənarlaşdırılması və barəsində cinayət işinin açılması ilə əlaqələndirib. H.Abdullayev qaçqın statusu almaq üçün müraciətinə bəzi sənədlər də əlavə edib. Bu sənədlər sırasına onun deputat olarkən Fəzail Ağamalı tərəfindən hücumlara məruz qalması, parlamentdəki məşhur davanın videogörüntüləri, bu hadisədən sonra ona edilən hücumlar barədə mətbuatda dərc olunan yazılar, prezident seçkiləri öncəsi müəllifi olduğu "Susma" klipi, barəsində açılan cinayət işi ilə bağlı materiallar daxildir. Bütün bunları Almaniyanın müvafiq qurumlarına təqdim edən H.Abdullayev Azərbaycana qayıdacağı təqdirdə həyatı üçün böyük təhlükə olduğunu vurğulayıb. "AzNews.az"ın Almaniyada yaşayan və sığınacaq üçün müraciət edən soydaşlarımızdan əldə etdiyi məlumata görə isə qaçqın statusu almaq üçün müraciətindən sonra H.Abdullayev vəkillə də təmin edilib. Hazırda müvafiq qurumlar bu müraciətin araşdırılması ilə məşğuldur. Almaniya qanunvericiliyinə görə, qaçqın statusu almaq üçün müraciətlərə 6 ay ərzində cavab verilməlidir. Hüseyn Abdullayevlə bağlı sənədlərdə onun Almaniyanın Vestfalia Şimali Reyn torpağında məskunlaşdığı bildirilir. Başqa bir məlumata görə isə, Almaniya hökuməti H.Abdullayevin sübut kimi təqdim etdiyi materialları qəbul etməyə bilər. Buna səbəb isə H.Abdullayevin hələ də Azərbaycanda biznesinin olmasıdır. Bu iddialarla bağlı "Musavat.com" Hüseyn Abdullayevin vəkili Akif Əlizadə ilə əlaqə saxlayıb. Akif Əlizadə Hüseyn Abdullayevin deportasiya edilməsi ilə bağlı heç bir məlumatı olmadığını, bu xəbəri internet saytlarında oxuduğunu bildirib. Daha sonra "əgər Hüseyn Abdullayev Azərbaycana qayıdarsa, onu hansı təhlükə gözləyir", sualına Akif Əlizadə birbaşa cavab verib: "Qayıdarsa, Hüseyn Abdullayev həbs olunacaq. Bildiyiniz kimi, Hüseyn Abdullayev əsassız və qanunsuz olaraq AR CM-nin 213.2.2-ci (Vergi ödəməkdən yayınma) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilib. Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Xatırladaq ki, Hüseyn Abdullayev Abbas oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyun 2013-cü il tarixli, iş № 4(004)-435/2013 saylı qərarı ilə barəsində 2 (iki) ay həddində qətimkan tədbiri qismində həbs seçilmiş və saxlanılması üçün axtarışa verilmişdir". |