date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-30
794
“Facebook” bir neçə saat polislik edib
"Thedrum.com" saytının yaydığı xəbərə görə, "Facebook"un rəsmi təmsilçisi istifadəçilərdən hesaba girdikləri zaman şəxsiyyəti təsdiqləyən sənəd tələb etdiyi üçün üzr istəyib. O, qeyd edib ki, bu, çox az istifadəçini əhatə edib və səhv artıq aradan qaldırılıb. Səhvin niyə baş verdiyi və neçə istifadəçinin blok olunması barəsində heç bir məlumat verilməyib. Şəxsiyyəti təsdiqləyən sənədi "Facebook" birinci dəfədir istəmir. Daha öncə də sosial şəbəkənin təmsilçiləri elan ediblər ki, "Facebook" saytın qaydalarını pozmaqda və yaş həddinin düzgün olmağında şübhəli bilinən istifadəçilərdən pasport məlumatlarını istəyə bilərlər.
2013-10-30
795
Bu heykəllər adamı heyrətə gətirir - Fotolar
Heykəltəraş Ron Mueck 1996-cu ildən bu yana qətran, silikon və bir çox fərqli vəsaitlərdən istifadə edərək canlı insana bənzəyən heykəllər düzəldir. Londonda sərgiyə çıxarılan heykəlləri ziyarət edənlər "mən insanamsa, bəs bu nədir?", "bu insan deyilsə, mən nəyəm?" kimi paradokslarla qarşılaşaraq, heykəlləri heyranlıqla incələmə fürsəti tapıblar. Nümayiş olunan heykəllərdən bəzilərini sizə təqdim edirik.
2013-10-30
796
Nikol Kidman Tom Kruz haqda danışdı
Ən böyük məhəbbətim Tom olmayıb... Tom Kruzdan ayrılan məşhur aktrisa mediaya ən böyük sevgisinin Tom olmadığını bildirib. 1990-2001-ci illər arasında Tom Kruzla evli olan 46 yaşındakı avstraliyalı aktrisa "Vanity Fair" jurnalına müsahibə verib. "Axar.az"ın "haberler.com" saytına istinadən verdiyi xəbərdə bildirilir ki, aktrisa müsahibəsində evlənərkən çox gənc - 23 yaşında oluğunu və bu səbəbdən də ən böyük sevgisinin Tom olmadığını iddia edib: "O vaxtlar çox gənc idim. Tomla yaşadıqlarımıza hörmətsizlik etmək istəmirəm, amma bu an ən böyük eşqimlə birlikdəyəm. Təkbaşına qalacaq xeyli vaxtım oldu ki, bu da mənə həqiqətən yaxşı gəldi. Evləndiyim vaxt həqiqətən uşaq idim və böyüməyə ehtiyacım var idi". Qeyd edək ki, aktrisa birinci həyat yoldaşı Tom Kruzdan ayrılandan sonar indiki həyat yoldaşı Keyt Urban ilə ailə qurub.
2013-10-30
797
Ən surətli internet hansı ölkədədir?
Maşable dünyada ən surətli internetdən istifadə edən ölkələrin siyahısını müəyyən edib. "Axar.az"ın "Timeturk"ə istinadən verdiyi xəbərə görə, sıralanma saniyədə 10 meqabayt üzərindən hesablanıb. Surəti 10 meqabaytdan çox olan ölkələr dünyanın ən sürətli internet istifadəçisi olan ölkələr sırasına əlavə olunub. "Axar.az" sizə həmin siyahını təqdim edir. Hollandiyalıların 31%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. Finlandiyalıların 23%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. Litvalıların 33%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. İngiltərəlilərin 23%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. Belçikalıların 25%-i10 mb-lıq sürətli internetdən istifadə edir. İsveçerəlilərin 37%-i10 mb-lıq sürətli internetdən istifadə edir. Yaponiyalıların 43%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. Cənubi Koreyiyalıların 45%-i 10 mb-lıq sürətli internetdən istifadə edir. Qeyd edək ki, sıralanmaya görə dünyada ən surətli internet Cənubi Koreyada istifadə edilir.
2013-10-30
798
Orta Asiyadan gələn Volqa
Məmmədov Əlvan Cahangir oğlu 1987-ci ildə Bakıda anadan olub. Mobil operatorların birində müştərilərlə əlaqə şöbəsində çalışır. Əlvan bəy öz sevimli "Volqa-Qaz 2410"-u haqda bunları deyir: - Bu "Qaz 2410", 1989-cu ildən bizim ailəyə məxsusdur. Elə maşının buraxılış ili də 1989-dur. O vaxt eksporta verilən maşınlar varıydı. Onların keyfiyyəti və digər göstəriciləri daxili bazara buraxılan maşınlardan fərqlənirdi. Bax, elə bu eksport variant olan "Qaz 24"ü 60.000 rubla babam Orta Asiyadan gətizdirib. Maşın bizim qaraja gəlib çatan kimi son boltuna kimi sökülüb və "movil" deyilən qatqı ilə yağlanıb. Həmin o "movil" maşını çürüməyə qoymur. Elə buna görə də, bu günə qədər maşında zərrə qədər çürümə yoxdur. Cəmi 82.000 km Maşın çox az sürülüb. Babam o vaxt dövlət strukturunda işləyirdi. Az bir müddət onu bu maşınla şofer aparıb-gətirib, vəssalam. Ondan sonra maşın qalıb qarajda. Mən də ailənin birinci övladı və babanın ən böyük nəvəsi olduğuma görə, baba sağlığında bu maşını mənə hədiyyə edib. 2003-cü ildən etibarən bu maşın bizim qarajda qalıb. 1989-cu ildən bu günə qədər cəmi 82.000 km yol gedib. Bir sözlə, mənim maşınım əziyyət görməyib. Düzdür, maşında bir sıra detal dəyişmələri olub. Ancaq şəhərimizdə maşın həvəskarları çoxdur, onlarda xüsusi ştampı olan detallar var. Dəyişiləsi bir detal olanda, birbaşa həmin adamlara müraciət edib, zavod istehsalı olan "SSSR" ştamplı ehtiyat hissələrindən alıram. Sata bilmirəm Mənim uşaqlıq illərim bu maşınla keçib. Rəhmətlik babam, işdən gələndə məni də götürərdi, gedərdik dəniz kənarına, hərdən də Bakı ətrafı rayonlara, kəndlərə aparardı məni. İndi maşını satmaq istəyim olsa da, bu maşında yaşadığım nostalji hisslər satış istəyimin qarşısını alır. Amma gec-tezi var, yəqin ki, bu maşınla mən də bir gün sağollaşmalıyam. Satanda da elə adama satmaq istəyirəm ki, o da mənim kimi bu maşının qədrini bilsin. Bəlkə 10.000 dollara satdım...
2013-10-30
799
Ahmet Qaya və İsgəndər Pala mükafatlandırıldı
Türkiyə "Mədəniyyət və Sənət Böyük Mükafat"ı musiqi sahəsində Əhməd Qayaya verildi. Mükafatdan sonra "musiqisi, ifası və səsilə çoxlu fərqli düşüncəli insanları birləşdirə bildirdiyinə görə Musiqi sahəsindəki mükafatın mərhum Əhməd Qayaya verilməsi münasib görülüb",- deyə rəsmi açıqlama yayılıb. "Axar.az"ın "Radikal" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə Cümhur başqanlığının mətbuat mərkəzindən verilən açıqlamada "Mədəniyyət və Sənət Böyük Mükafat"ı əsərləri ilə Türk mədəniyyəti və sənət həyatına əhəmiyyətli töhfələr verən, Türkiyənin mədəniyyət, incəsənətinin yüksəldilməsində səy göstərən Türk vətəndaşı, yaxud xarici vətəndaşları, ya da təşkilatları dövlət adına şərəfləndirmək məqsədilə təsis edilib. Qeyd edək ki, mükafat ədəbiyyat sahəsində professor İsgəndər Palaya verilib. Dəqiq vaxtı açıqlanmayan mükafatlandırma mərasimi Çankayada keçiriləcək.
2013-10-30
800
Dəhşətli qəza – 44 ölü!
Hindistanın cənubunda sərnişin avtobusunun şosedə baryerə çırpılaraq yanması nəticəsində 44 adam həyatını itirib. Yerli səlahiyyətli şəxslər qəzanın Andra Prades əyalətinin cənubundakı Mehabubnaqarda sərnişin avtobusunun başqa avtomobili ötməyə çalışdığı vaxtda baş verdiyini deyiblər. "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, avtobusun baryerə çırpılmasından dərhal sonra sürücüylə 5 sərnişinin pəncərədən çıxaraq yanmaqdan xilas olduğu, qəza olan vaxt böyük ehtimalla yatmış olan digər sərnişinlərin avtobusda sıxışaraq alovlar arasında can verdiyi bildirilib. Qəzada ən çox ölümlərin olduğu ölkə Dünya Sağlamlıq Təşkilatına görə, Hindistan qəzada ən çox ölümün olduğu ölkədir. Hindistan daxilində hər il 140 mindən çox adamın yollarda həyatını itirdiyi bildirilir.
2013-10-30
801
Rauf Arifoğlu: “Deyəsən, bizi daha çox ciddiyə alırlar”
Rauf Arifoğlu AXCP və Müsavatın, Mustafa Hacıbəyli "Azadlıq" və "Yeni Müsavat"ın birləşməsini təklif etdi, Fuad Qəhrəmanlı "heç bir zərurət yoxdur" dedi. "Müsavat partiyası mövqeyində dəyişiklik edəndə, AXCP də bu məsələni geniş şəkildə müzakirə edəcək". Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı "AXCP-Müsavat partiyalarının birləşməsi" məsələsi təklifini verən Rauf Arifoğlunun fikirlərinə münasibət bildirərkən dedi. O, vurğuladı ki, Müsavat və AXCP partiyalarının birləşməsi o vaxt aktual idi ki, siyasi sifariş var idi: "Xalq Cəbhəsinin qurultayında bu məsələ müzakirə olunmuşdu. Müsavat partiyasıyla qeyd-şərtsiz birləşməklə bağlı qərar qəbul edilmişdi. Təəssüf ki, AXCP-nin bu cavabına Müsavat partiyasından adekvat cavab gəlmədi və bundan sonra məsələ gündəmdən çıxdı. İndiki halda situasiyada hər hansı bir dəyişiklik yoxdur". Fuad Qəhrəmanlı partiyaların Milli Şuradakı əməkdaşlıqlarını xatırladaraq, belə bir birləşməyə ehtiyac olmadığını dedi: "Bu məsələni yalnız o halda müzakirə etmək olar ki, Müsavat partiyası mövqeyində hər hansı bir dəyişiklik etdiyini açıqlasın. Həm də ki, Milli Şura adlı qurum var və onun mövqeyi də bəllidir. Artıq Milli Şura çərçivəsində AXCP və Müsavat partiyaları əməkdaşlıq edirlər. Buna görə də indiki halda bu məsələnin müzakirə olunmasına heç bir zərurət yoxdur". "Yeni Müsavat" və "Azadlıq" birləşsin Rauf Arifoğlunun təklifindən sonra Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin birləşməsini təklif edib. Rauf Arifoğlu: "Bir az zarafat elədik." Bu təklifə qəzetin baş redaktoru Rauf Arifoğlu da öz münasibətini "Axar.az"a bildirib. Partiyaların birləşməsini məsələsinə aydınlıq gətirən Rauf Arifoğlu bu təklifin gərçək müəllifi olmadığını deyib: "Partiyaların birləşməsi heç mənim də təklifim deyil. Bir az zarafat elədik. O təklif Sərdar Cəlaloğlunundur. 2-3 gün əvvəl müsahibəsinin başlığına çıxartmışdılar. Eyni cümlələrlə təkrar etdim. Ondan əvvəl də Azər Rəşidoğlu bu təklifi yazmışdı. Başqaları da deyiblər, yazıblar, səsləndiriblər. Mən də sadəcə təkrar etdim. Reaksiyalar olduqca maraqlıdır. Deyəsən, bizi daha çox ciddiyə alırlar. Lakin hesab edirəm ki, maraqlı, faydalı, müzakirəyə layiq təklifdir. Ancaq buna görə israr edib, kiminləsə üz-göz olmaq fikrim də yoxdur. Təşkilatlar birləşərsə, çox yaxşı. Müxalifətdə super partiya yaranar. Birləşməzsə də, heç birləşməsinlər, mənə nə?" Birləşmək məsələsindən danışan Rauf Arifoğlu "Müsavat" qəzetinin onun şəxsi mülkü olduğunu da dedi: "Qəzetlərə də, partiyalara da ictimaiyyətin hər bir nümayəndəsi fikir bildirə bilər. Burada qəbahət görmürəm. Qəzetlərin birləşməsi təklifi də, heç şübhəsiz, sağlam niyyətdən doğub, bizim ağır durumumuzu düşünərək, səsləndirilib. Baxmayaraq ki, "Yeni Müsavat" mənim xüsusi mülkiyyətimdir, özəl şirkətdir. Lakin kim istəyirsə, bu qəzetin ünvanına təklif, tərif, tənqid söyləyə bilər. Partiyalar xüsusi mülkiyyət deyil, şirkət də deyil, orada istehsal prosesi də getmir. Lakin hər ikisi - həm qəzet, həm də partiya ictimai diqqətin obyektlərindəndir. Mən o təklifi xoşgörü ilə qarşıladım. Həm də dünya tarixində də media quruluşlarının birləşməsinə dair çoxsaylı nümunələr var. Nə bilmək olar, bəlkə də bu ideya Azərbaycanda super ümummilli qəzetin formalaşdırılmasının gerçək düsturudur".
2013-10-30
802
E.Tofiqqızının ölümündə həkimlər günahkar bilindi
"Təkcə o rəyin verilməsi məsələyə nöqtə qoymamalıdır, ibtidai istintaq məsələnin bütün detallarını incəliyinə qədər araşdırmalı və hadisədə günahkar olanları müəyyənləşdirib, qanun qarşısında cavab verməyə məhkum etməlidir". Bu sözləri tibb eksperti professor Adil Qeybulla Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi BSU-nun Yaradıcılıq fakultəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə kəskin tənəffüs çatışmazlığının səbəb olduğu haqda rəyinə münasibət bildirərkən "Axar.az"a deyib. Tanınmış professor hesab edir ki, ekspertizianın rəyindən asılı olmayaraq hadisədə həkimlərin cinayətini ört-basdır etmək olmaz: "Bu hadisədə isə konkret olaraq xəstə tibbi prosedura vaxtı dünyasını dəyişdiyi üçün çox ciddi bir araşdırma tələb edən məsələdir. Hər halda məhkəmə tibbi ekspertizası kəskin tənəffüs çatışmazlığı rəyini verib. İstintaqın borcu ondan ibarətdir ki, bu məsələni hərtərəfli araşdırıb həkimlərin səhvini təsbit etsin. Mən hesab edirəm ki, kəskin tənəffüs çatışmazlığı narkoz zamanı baş verən ağırlaşmadan ola bilər. Xəstənin də ağ ciyərində ola bilər ki, əməliyyata qədər hər hansı bir problem olsun və bu, əməliyyat zamanı özünü büruzə versin. Amma bu, həkimlərin cinayətini ört-basdır etmək üçün səbəb ola bilməz. Hesab edirəm ki, ölən şəxsin şəxsiyyəti, ictimailik əmsalına ciddi önəm verilməli və bu, araşdırma zamanı nəzərə alınmalıdır. Düşünürəm ki, ibtiadi istintaq məsələyə aydınlıq gətirəndən sonra burda məhkəmə araşdırması olacaq və ictimaiyyət nümayəndələri hadisənin gedişatından ətraflı xəbər tutacaqlar". Xatırladaq ki, iki azyaşlı qız usağının anası E.Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişib. İstintaq gedir.
2013-10-30
803
Təzə bəylə gəlin alpinisti mat qoydu - Fotolar
"Metro" qəzetinin yaydığı məlumata görə, çinli yeni evlilər toy fotosessiyasını qayanın dik yamacına dırmaşaraq ediblər. Gəlin və bəy ekstremal idman növlərinin azarkeşləridir. İdeyaya səbəb də məhz bu idmana olan sevgi olub. Onları çəkən fotoqraf əvvəllər alpinist olsa da, fiziki hazırlığının gəlinlə bəyin hazırlığına çatmadığını etiraf edib. Fotoqraf həmçinin bildirib ki, bu onun karyerasında ən çətin işlərdən biri olsa da, razı qalıb.
2013-10-31
804
Nazir oğlundan yarım milyonluq qonaqlıq
ABŞ Ədliyyə Nazirliyi Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Fabiani & Company" lobbi şirkətinə son illərdə üst-üstə 5 milyon dollar ödədiyini açıqlayıb, qeyri-rəsmi ödənişlər isə bundan bir neçə dəfə çoxdur.
2013-10-29
805
Millət vəkili parlamentdə həkim terrorundan danışdı - AUDİO
Milli Məclisin bugünki iclasında millət vəkili İqbal Ağazadə "Yeni Müsavat" qəzetinin metro və başqa yerlərdə yayılmasına qarşı yaradılan əngəllərdən danışıb. O, eyni zamanda, özəl tibb müəssisələrində və dövlət xəstəxanalarında iki tanınmış jurnalistin - Anar Niftəliyev və Afət Telmanqızının yaxın qohumlarının vəfat etməsi məsələsinə toxunub. Bildirib ki, səlahiyyət sahibləri bu məsələ ilə bağlı izahat verməlidir.
2013-10-31
806
Avtomobil robota dönüb
İngiltərəli sənaye dizayneri Hetain Patel 3 ay gecə gündüz çalışaraq Ford Fiesta avtomobilini robota çevirib. Qarajda çürüməyə atılmış avtomobil təbii ki, ancaq bir mütəxəssisin əlində yeni formaya qovuşa bilərdi. Patel, Hollivudun nəhəng robotlarından birini evinin bağçasına yerləşdirib. Hollivud istehsalı "Transformers" filmindən bir kadrı xatırladan bu vasitənin istehsalında Patelə atası və qardaşı da kömək edib. Patelin 17 yaşında istifadə etməyə başladığı avtomobil 5 il idi ki, qarajda saxlanırdı. Bu çılğın ixtiraçı kimi avtomobilini robota çevirən, ya da dörd təkərli robot edən digər insanlar da var. Robota çevrilmiş avtomobillərin maraqlı fotolarını sizə təqdim edirik.
2013-10-31
808
Şəkidə ev yiyəsi diri-diri yandı
Dünən gecə saatlarında Şəki şəhərində dəhşətli yanğın hadisəsi baş verib. Yanğın zamanı vətəndaşa məxsus 2 otaqlı evin eyvanının döşəmə hissəsi yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərdə bildirilir ki, kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Yanğın saat 07:50 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2013-10-31
809
“İlk getmək istədiyim yer Azərbaycanın qüzeyidir, amma…”
Güneydən olanlar Bu sözlərin müəllifi indi Türkiyənin Ankara şəhərindən yaşayan, Azəbaycanın güneyindən olan heykəltaraş Cavad Bezergenlidir. Cavad vətəninin hər iki tərəfində özünü realizə edə billmədiyindən Türkiyəyə sığınıb və oranı ikinci vətəni hesab edir. - Cavad bəy, niyə Türkiyəyə yerləşdiniz, məgər İranda yaradıcılıqla məşğul olmaq mümkün deyildi? - İranda yaradıcılıq var, ancaq orda vizual sənətə ya islami, ya da İrançılıq yönündən dəyər verilir. Yəni bir sənətçidən İslami düşüncəni sərgiləməsi açıq tələb olunmasa da, üslubu İslami olmalıdır. Ya da bir İran qəhrəmanının abidəsini düzəltmək üçün heykəltəraşa əngəl olacaq heç bir şey yoxdur, amma orda yaşayan başqa millətləri təmsil edəcək hər hansı əsəri yaratmaq üçün hakimiyyətlə qarşı-qarşıya gəlib mücadilə etmək lazımdır. Amma burda ən azı insanın düşüncəsini bəyənməsələr də, ona qarşı da çıxmırlar. - Türkiyədə necə, istədiyiniz kimi rahat şəkildə işləyə, özünüzü realizə edə bilirsinizmi? - Burda qərib olduğumuz üçün bir çox sıxıntıyla qarşılaşırıq. Vətəndaş olmadığımıza görə sığortalı işdə çalışa bilmirik. Hətta bəzən çalışdığımız işdə pulumuzu ala bilmirik. Bu ölkədə sənətə, ən azından heykəl sənətinə yanaşma fərqlidir. Təbii ki, burda millətin neçə yüz illər yaşadığı siyasi-sosioloji-ekonomik və kültürəl sıxıntılar bunu zəruri edib. Sənəti ortaya çıxaran ən önəmli səbəblərdən biri toplumda yaşanan sıxıntılardır. Məncə, hər dönəmin özünə aid sıxıntıları, əhvali-ruhiyyəsi, arzuları olur. Tarix belə yaranır və hər şey də sənətə yansıyır. Türkiyə çox böyük potensiala sahib olmasına rəğmən real sənətdə gərəkdiyi yerdə deyil. Amma nə olursa-olsun burda sənət üzərində çalışmaq İrandan daha rahatdır. Ən azı insan istədiyini işləyə bilir. Düzdür, sənətlə məşğul olan insan işlərini sata, sənətdən pul qazana bilmir, amma əsas odur ki, burda sənətə basqı yoxdur. - Əsərləriniz maraq çəkirmi, yoxsa bir güneyli kimi Türkiyə mühitində üzə çıxmaq, özünü təsdiq etmək çətindir? - Mən Güney Azərbaycanda şəhərsalma sahəsində çalışmamışam, daha çox miniatür və Universitet tələbələrinin layihələri üzərində çalışırdım. Ölkədən çıxmaq məcburiyyətində qaldım. Samsunda bir firmayla işə başladım. İlk öncə biz otellərdə, evlərdə və dövlət binaları üzərində heykəllərin işlənməsi işinə başladıq və çox qısa zamanda tanındıq. Samsun Təkkə Köy və Ladik bələdiyyələrindən 2.5 metrdən uca olan heykəl sifarişləri aldıq. İşlədiyimiz heykəllərin hamısı böyük həcmdə olmasına rəğmən, çox rahat satıla bildilər. Mən öz ideyalarımı asanlıqla reallaşdırıb həm öz sənətimi inkişaf etdirə, həm də pul qazana bilərdim. Amma dediyim kimi, biz burda vətəndaşlıq ala bilmədiyimizə görə çalışdığımızın qarşılığında da məvacib ala bilmirk. Bu üzdən də Samsundan ayrılmaq məcburiyyətində qaldım. - Sizin də dediyinizdən belə bəlli oldu ki, güneydən olan soydaşlarımızın Türkiyədə işləməsi, yerləşməsi ilə bağlı problemlər var. Heç düşündünüzmü, niyə Azərbaycanın qüzeyində yerləşib rahat şəkildə işləyə bilmirsiniz? - Təbii ki, Quzey Azərbaycan bizim üçün daha uyğundu və orda yaşayıb işləməyin ayrı ləzzəti var. Ora bizim ana yurdumuzun bir parçasıdır, həm də heykəltaraşlıq Azərbaycanda daha güclüdür. Amma biz Quzey Azərbaycana yerləşmək üçün daha çox mücadilə etməliyik, orda 3 aydan bir viza pulu ödənməlidir. Qüzey Azərbaycanda bu Türkiyədəkindən qat-qat çox xərc tələb edir. Eyni zamanda orda iş və ya təhsil oturum izni almaq üçün çox pul və enerji sərf etmək gərəkdir. Amma burada ən azından oturum almaq rahatdır və viza pulu ödəmirik. Mən də istərdim ki, Bakıda və ya Quzeyin hər hansı başqa yerində yaşayım, çalışım və hayatımı davam etdirim. Kaş ki, olsaydı… Amma nə yazıq ki, olmur. - Türkiyədə qalacaqsınız, yoxsa Avropaya getmək fikriniz var? - Mənim vəziyyətim fərqli olduğu üçün daha Güney Azərbaycana dönə bilmərəm və rəsmi prosedura görə bura mənim ikinci vətənim sayılır. Amma düşünürəm ki, bir müddətdən sonra burdan da çıxmaq məcburiyyətində qalacağam. Dediyim ki, ilk getmək istədiyim yer Azərbaycanın qüzeyidir, amma bilirəm ki, bu arzum da gerçəkləməyəcək.
2013-10-31
810
Sürət canavarı gəlir
"Tofaş" adı altında təmsil edilən "Alfa Romeo"nun yeni "Super Coupe" modeli 4C, Almaniyanın Nürburgring yarış arenasında "ən sürətli tur" rekordunu əldə edib. "Tofaşdan" verilən açıqlamaya görə, "Alfa Romeo"nun yeni "Super Coupe" modeli 4C, Almanya-Nürburgringdəki yarış arenasında həyata keçirdiyi test yoxlamasında 8 dəqiqə 4 saniyəlik tur zamanı əldə edərək, 250 HP-li mühərrik gücünə sahib idman avtomobilləri arasında rekorda imza atıb. Müxtəlif iqlim və yol şərtlərində test edilidi "4C" bu günə qədər, İsveçdə 35 dərəcədə, ABi Dabidə 40 dərəcədə, Amerikada Arizona çölündən Sicilyadakı "Etna Dağı"nın enişlərinə qədər ağır iqlim və yol şərtlərində test edilib. Təxminən 4 metr uzunluğa və 2,4 metr enə sahib olan Alfa Romeonun iki nəfərlik "coupe" modeli, karbon və alüminium istifadə edilən gövdə və kaset ünsürləri sayəsində, hər 4 kiloqrama 1 HPdən çox güc tətbiq etməsiylə diqqət çəkir. "Alfa Romeo 4C"nin dekabr ayından etibarən Türkiyə yollarında görünməsi planlaşdırılır.
2013-10-29
811
Afət Telmanqızı prezidentə müraciət etdi
ANS telekanalının jurnalisti Afət Telmanqızı həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişən qardaşı arvadı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. ANS PRESS jurnalistin müraciətinin nüsxəsini təqdim edir: Müraciətin mətnini olduğu kimi sizə təqdim edirik: "Hörmətli Prezident! Sizə başıma gətirilən faciə ilə bağlı müraciət edirəm. Həkim məsuliyyətsizliyi, savadsızlığı qardaşımın ailəsini dağıtdı, 14 günlük körpəni anasız qoydu. Neçə-neçə insanı gözüyaşlı qoydu. Bu isə həkimlərin ilk cinayəti deyil. Yüzlərlə, bəlkə də minlərlə ailə həkim savadsızlığının qurbanı olub. Ölkəmizdəki savadsız həkimlər rəqəmlərə sığmayacaq qədər insanların əzrayılına dönüb. Artıq neçə gündür ki, KİV-də qardaşımın həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynovanın Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evinin həkimləri tərəfindən öldürüldüyü barədə xəbərlər dərc olunur. Bu xəstəxananın həkimləri oktyabrın 4-ü heç bir tibbi göstəriş olmadan səbəbsiz yerə xəstə üzərində qeysəriyyə əməliyyatı həyata keçiriblər. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Beləcə xəstəni 5 gün ağır vəziyyətdə xəstəxanada saxlayan həkimlər xəstənin yaxınlarına "biz nə baş verdiyini bilmirik" deməklə işlərini bitmiş bildilər. Nəhayət xəstəni ağır vəziyyətdə Bakıya Mirqasımov adına Respublika Xəstəxanasına gətirdik. Burda müayinə zamanı bizə dedilər ki,əməliyyat zamanı xəstə çoxlu qan itirib. Xəstənin bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Bu xəstəxanada da həkimlər xəstəmizin həyatını xilas edə bilmədilər. Xəstə üzərində vaxtında tibbi müayinə aparmadılar. Xahiş edirəm bu işi nəzarətinizə götürəsiniz. Bir ananın ölümünə səbəb olanlar, bir körpəni anasız qoyanlar cəzalandırılsın, həkim adından məhrum edilsin".
2013-10-29
812
Elnarə Tofiqqızının ölümünün ilkin səbəbi açıqlandı
Sabah onun 40 mərasimidir Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümünün ilkin səbəbini müəyyən edib. AzNews.az-a daxil olan məlumata görə, ölümə ümumi kəskin tənəffüs çatışmazlığının səbəb olduğu təxmin edilir. Artıq ilkin ekspertiza rəyi komisyon məhkəmə tibbi ekspertizasına təqdim edilib. Komisyon məhkəmə-tibb ekspertizası zamanı xəstənin tibbi sənədlərini, onun əvvəlki xəstəliklərinin olub-olmamaması, xəstəliklərlə bağlı mövcud vəziyyəti təhlil ediləcək. Bu ekspertiza nəticəsində xəstənin ölümündə həkim səhvinin olub-olmadığı müəyyən ediləcək. E.Tofiqqızında tənəffüs çatışmazlığının yaranmasına gətirib çıxaran səbəblər də komisyon məhkəmə ekspertiza zamanı aydınlaşdırılacaq. Bu ekspertizanın nəticələrinin bir ay ərzində məlum olacağı xəbər verilir. Qeyd edək ki, E.Tofiqqızı "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Xəstənin ölümü ilə bağlı araşdırma aparılması üçün mərhumun həyat yoldaşı A.Niftəliyev prezident İlham Əliyevə, Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edib. İlkin tippi eksrpertizanın rəyinə görə, o, həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Çünki E.Tofiqqızı əməliyyata girənə qədər heç bir ciddi xəstəliyi olmayıb. Məlumat üçün bildirək ki, oktyabrın 30-da Elnarə Tofiqqızının 40 mərasimidir.
2013-10-31
813
Fransa Əl-Qaidəyə 25 milyon avro ödədi
Yaxın mənbələrə görə, Fransa üç ildir ki, Afrikan Sahel-də Əl-Qaidə terror təşkilatı tərəfindən girov saxlanılan dörd adamı azad etmək üçün təxminən 25 milyon avro girov ödəyib. "Axar.az"ın "Tayms" qəzetinə istinadən verdiyi xəbərə görə, Fransanın Müdafiə Naziri Jan-Yves Le Drian bu iddiaları təkzib edərək, 28 yaşlı Pier Leqrand, 62 yaşlı Deniel Larib, 32 yaşlı Tier Dol, 46 yaşlı Mark Feret adlı fransalı əsirlərin azad olunması üçün pul ödənilmədiyini, 2010-cu ildə Nigeriyada əsir götürülən dörd fransalının prezident Məhəmməd İsofun (Yusifinin) köməkliyi ilə buraxıldığını deyib: "Heç bir hücum olmayıb. Əsirlərin toqquşmalarsız azad olunmasına icazə verilib". Buna baxmayaraq, Nigeriyaya yaxın mənbə "Frans Press" Agentliyinə bildirib ki, 25 milyona yaxın böyük məbləğ İslam Məğribində Əl-Qaidənin oğurlanmaya məsul qrupuna verilib. Dörd əsir Nigeriyanın paytaxtı Niamey şəhərinə gətirilərək Fransaya yola salınıb. Onlar Vilakobley hərbi aeroportunda Fransa prezidenti Fransua Holland və ailə üzləri tərəfindən qarşılanıb.
2013-10-31
814
“Həkimlərin çoxu qəssab rolunu oynayır”
Afət Telmanqızı prezidentə müraciətindən danışdı ANS-in Xəbərlər Departamentinin məsul redaktoru Afət Telmanqızının ailəsində baş vermiş faciə bir çoxlarının diqqət mərkəzindədir. İlkin versiyalara görə, həkim savadsızlığından A.Telmanqızının qardaşı yoldaşı 26 yaşlı Pərvinə Hüseynova dünyasını dəyişib. Bu durumdan mütəəssir olan jurnalist xanım məsul həkimlərin cəzalandırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova və millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Müraciətlərdən sonra bir yeniliyin olub-olmamasını müəyyən etmək üçün özü ilə əlaqə saxladıq. Son durumu şərh edən A.Telmanqızı bunları dedi: "Müraciətlərim oktyabrın 29-da olub. Yazılı şəkildə ünvanladığım müraciətlərin ümid edirəm ki, nəticəsi olacaqdır. Dünən bu məsələyə Milli Məclisdə də toxunulub. Millət vəkili İqbal Ağazadə öz münasibətini bildirərək, spikeri də bu məsələdə maraqlı olmağa dəvət edib. Noyabr ayının 1-i Mehriban xanımın qəbuluna yazılacam. Bu durumla bağlı onunla görüşəcəm. Son xəbərlərdən biri də odur ki, vəziyyətlə bağlı Səhiyyə Nazirliyi də jurnalistlərə açıqlama yayıb. Amma həmin açıqlamada tutarlı əsaslara söykənən bir informasiya yox idi. Bu ölüm hadisəsi mütləq formada araşdırılmalı, təqsirli kəslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu kimi hadisələr tək bizim başımıza gəlməyib. Belə hadisələr çoxdur. Sadəcə, mən özüm mətbuatda olduğum üçün səsimizi yuxarı inistansiyalara çatdırma imkanım var. Bir insan digərinin ölümünə səbəb olub, sonra da rahat şəkildə ortalıqda gəzə bilməz. Bunu edənlər mütləq cəzalandırılmalıdır. Bəlkə ondan sonra mənə bir təsəlli olar. Bu arada həmkarımız Sülhiyyə Şirinovanın da ailəsində baş vermiş faciəni duydum. Burdan ona da başsağlığı verirəm. Bu hal sözün bitdiyi andır. Heç nə deyə bilmirəm, körpəsi qucağındaca dünyasını dəyişib. Dəhşətdir! Bu dəqiqə həkimlərin çoxu qəssab rolunu oynayır. İnsanların taleyi ilə bu cür davranmaq olmaz. Mən də hazırda müraciətlərimi etmişəm və işlə bağlı düzgün istiqamətdə araşdırma aparılacağını gözləyirəm". Qeyd edək ki, "Space" televiziyasının keçmiş müxbiri, hazırda "Unibank"ın PR işləri ilə məşğul olan Sulhiyyə Şirinovanın ailəsində baş verib. S. Şirinovanın 28 yaşlı bibisi qızı Təranə Namazova dünyasını dəyişib. Jurnalistin facebook profilində yazdığı statusdan məlum olub ki, 7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş: "Belə ölməzlər e, ölməzlər... Bir üzü qız, bir üzü gəlin ölməzlər... Toy lentin hələ qapınızdan açılmayıb... Cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib... Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam. Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar... O dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə..." S.Şirinova bizimlə söhbətində bu faciənin baş verməsində həkimləri günahlandırmadığını bildirdi: "Düzü, həkimlərdən narazı deyilik. Çünki özü elə halda idi ki, onu qorumaq qeyri-mümkün idi. Başında meningit vardı. Bu günədək biz bilmirdik. Ümumən heç kəs bilmirdi. Bircə o məlumdur ki, uşaqlıq vaxtı yıxılaraq başından travma almışdı. Hamı kimi arada başı ağrısa da, kəskin olmurdu, keçib gedirdi. Lakin hamiləlik dönəmində ağırlaşıb. Onu xəstəxanaya ağır vəziyyətdə çatdırdıq. Başını aparata salanda gördülər ki, bütün beyni iltihab içərisindədir. Başqa xəstəxanalardan da həkimlər cəlb olundu, əllərindən gələni etdilər, lakin yaşatmaq mümkün olmadı. 10 gün süni tənəffüs aparatına qoşulu qaldı, sonra dünyasını dəyişdi. Sadəcə, adamı ən çox o incidirdi ki, körpəsini yanında dəfn etdik". Allah hər iki mərhuma rəhmət eləsin!
2013-10-31
815
Rusiyadan miqrantlara daha bir zərbə
Rusiya Dövlət Dumasının deputatları xarici ölkə vətəndaşı olan sürücülərin milli vəsiqələrinin rus sürücülük vəsiqələri ilə 2014-cü ilin mayınadək təcili dəyişdirilməsi qanunvericiyilinin uzadılmasını təsdiqləyib. "Axar.az"ın məlumatına görə, qanuna təcili düzəlişin edilməsinin səbəbi "yol hərəkətinin təhlükəsizliyi" qanununda səhvin olmasıdır. Qanunun mətninə görə, Rusiyada işləyən bütün miqrant sürücülər öz sürücülük vəsiqələrini noyabrın beşinədək rus vəsiqələrinə dəyişməlidirlər. İndi isə monopoliyaya qarşı qəbul olunmuş qanunun düzəlişləri sayəsində vəsiqə almaqda illik gecikməni rus sürücülük vəsiqəsi olmayan miqrant sürücülər üçün qadağan edir. Rusiya DİN təmsilçiləri bildirib ki, düzəlişlər qəbul olunana kimi rus sürücüsü olmadan işləmə icazəsi verilən miqrantlara cərimə tətbiq edilməyəcək, lakin noyabrdan, qanun qüvvəyə minəndən sonra cərimənin həcmi 50 min rubl olacaq. Hazırda qanun hazırlanma prosesindədir.
2013-10-31
816
Gürcüstanın yeni prezidenti Rusiya ilə barışmağa hazırlaşır
Gürcüstanda keçirilən Prezident seçkisinin qalibi Marqvelaşvili BBC-yə verdiyi açıqlamada bildirib ki, Rusiya ilə əlaqələrin yaxşılaşdırılması yolunda işlər görməyə hazırlaşır. Həmçinin, o Rusiya ilə barışmaq üçün yol xəritəsi çəkməyə hazır olduğunu əlavə edib. Lakin analitiklərin dediyinə görə, Gürcüstanın gələn ayda Avropa İttifaqı ilə ticarət anlaşması çətin ki, iki ölkə arasındakı münasibətə müsbət təsir göstərə. Qeyd edək ki, iki dövlət arasındakı münasibət 2008-ci ilin avqust müharibəsindən sonra kəsilib.
2013-10-31
817
Türkiyə Böyük Millət Məclisi hicaba keçir
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Həcc ziyarətindən dönən AK Partiyalı qadın vəkillər Gülay Samançı, Sevde Beyazit Qaçar ilə Nurcan Dalbudakın çadrayla Məclisdə iştirak edəcəklərini və buna etiraz edənlərə qarşı mübarizə aparacaqlarını bildirib. Qeyd edək ki, TBMM-də çadrayla iştirak edən ilk qadın millət vəkili Merve Kavakçı olub. 18 oktyabr 1999-cu il parlament seçkilərində millət vəkili seçilən M.Kavakçı qatıldığı ilk iclasda DSP-li deputatlar tərəfindən etirazla qarşılanmışdı. Millət vəkili and içmədən qabaq Məclis salonundan çıxarılmışdı. Bu dəfə isə CHP-li millət vəkilləri etiraz hazırlığında olan partiyaları qərarlarından imtina etdirməyə səy göstərirlər.
2013-10-31
818
Yəhudilər ABŞ-da “İsrailə boykot” dedi
ABŞ-ın paytaxtında BMT-nin qarşısında toplaşan bir qrup yəhudi gənci Fələstinə qarşı şiddətin dayandırılmasını istəyərək etiraz aksiyası keçirib. "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, yəhudilərə xas paltarları, saç və saqqal düzümləriylə "İsrailə boykot" şüarları səsləndirən gənclər ətrafdakıların diqqətini çəkib. Fələstin bayrağı qaldıran gənclər Fələstinə qarşı şiddətin dayandırılmasını tələb edərək "Fələstinə HƏ, İsrailə YOX", "Yəhudilərə HƏ, Sionizmə YOX" şəklində yazılı şüarlar qaldırıblar. Yoldan keçən amerikalılar da siqnal verərək yəhudi gəncləri dəstəkləyiblər.
2013-10-31
819
İlham Əliyev: “Azərbaycan fəlakətlə üzləşib”
Bu gün öz işinə başlayan III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıblar ("Trend.az") Yüzdən çox ölkəni təmsil edən qonaqların iştirak etdiyi, iki gün davam edəcək Forumda Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə toxunub ("APA") və bildirib ki, ATƏT iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərib, onların sənədlərində Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığı əksini tapıb: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu, dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur".
2013-10-31
820
Antikorrupsiya İdarəsi fırıldaqçını həbs elədi
Bakı şəhərində fırıldaqçılıqla məşğul olan paytaxt sakini Lətif Süleymanov saxlanılıb. "Axar.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Araşdırmalar zamanı L.Süleymanovun özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28 min manat məbləğində pul yığdığı məlum olub. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başladılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
2013-10-31
821
İki dəfə şimşək vurdu, lakin sağ qaldı
"Rosbalt.ru" saytının yaydığı məlumata görə, bu həftəsonu Texas ştatında fırtına zamanı Keysi Vaqner adlı şəxsi şimşək düz iki dəfə vurub. Zərərçəkəni təcili xəstəxanaya çatdırıblar. Vaqner danışır ki, o, güclü bir partlayış səsi eşidib və dizi üstə çöküb, sonra onu şimşək yenidən vurub və o tərpənə bilməyib. "Bu, sanki ölüm idi. Həyatımda başıma bundan pis hadisə gəlməyib",- Vaqner dəhşətli hisslərini bu sözlərlə paylaşıb. Aydın olub ki, onun həyatını əynindəki sintetik materialdan olan statik elektrik toplayan ponço xilas edib. Vaqner isə əmindir ki, onu Allah xilas edib, buna görə də daha tez-tez kilsəyə gedəcək. Maraqlıdır ki, şimşəklər kişiləri vurmağa üstünlük verir. Araşdırmalar göstərir ki, 1995-2008-ci illər arasında 82% şimşək qurbanlarını kişilər təşkil edib.
2013-10-31
822
Bakıda əsgər güllələndi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında bir əsgərin güllə ilə yaralançası hadisəsi qeydə alınıb ("APA"). Alayın əsgəri, 19 yaşlı Kamil Şükür oğlu İsayev tabeliyindəki silahdan açılan atəş nəticəsində güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov faktı təsdiqləyərək bildirib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.
2013-10-31
823
Cinayətin üstü 5 min 300 il sonra açıldı
Dünyanın "ən qədim cinayəti" adlanan cinayət işində yeni ipucları tapılıb. Qətlə yetirilmişin nəşini ekspertizadan keçirən Alman elm adamları qətlin başdan alınan zərbələr nəticəsində törədildiyini bildiriblər. "Axar.az"ın "Timeturk"ə istinadən verdiyi xəbərdə bildirilir ki, hazırda cəsəd üzərində cinayətin dəqiqliyini müəyyən etmək üçün tədqiqatlar aparılır. Qeyd edək ki, cəsəd Avstraliya-İtaliya sərhədindəki buzlaqların içərisindən tapılıb. Ən maraqlısı isə odur ki, 5 min 300 illik ölünün sümükləri hələ də parçalanmayıb.
2013-10-31
824
Azərbaycan məmurunun qızı modelyerliyə başladı - Foto
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı modelyerliyə başlayıb.
2013-10-31
825
Bakıda iki solçu gənc həbs edildi
Nəsimi rayonunda kirayədə yaşayan Ayaz Şirinov və Seymur Ələkbərov adlı iki solçu gənc polislər tərəfindən saxlanılıb. "Axar.az"ın məlumatına görə, dünən yeddi nəfər polis əməkdaşı A.Şirinov və S.Ələkbətovun müvəqqəti yaşadıqları mənzilə gələrək, axtarış orderi təqdim etmədən evdə axtarış aparıblar. Daha sonra isə gəncləri Nəsimi rayon 19-cu polis bölməsinə aparıblar. Məlumata görə, evdə olan sol yönümlü kitablar və sol hərəkatı inqilabçılarının şəkilləri müsadirə olunub. Gənclərin izahatı alındıqdan sonra buraxılsalar da, bu gün yenidən polis bölməsinə gəlmələri tələb olunub. Hazırda sözügedən gənclər polis bölməsindədir. Nəsimi Rayon İdarəsinin 19-cu polis bölməsindən əməkdaşımızın sualına cavab verməkdən imtina ediblər və gənclərin polisə dəvət edilməsinin səbəbinə heç bir aydınlıq gətirməyiblər.
2013-10-31
826
Sosial Müdafiə Fondu nazirliyə birləşir – Rəy
Nazirliklə Fond arasında savaş başa çatır Prezident İlham Əliyev yeni hökümətin tərkibini təsdiq etdikdən sonra bir neçə məmur nazir postunu itirdi. Onların sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Əlkəkbərov da var. Eks-nazirin yerinə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov təyin edildi. Bunu iki qurum arasındakı gizli savaşda Səlim Müslümovun qələbəsi kimi də qiymətləndirənlər oldu. Fizuli Ələkbərov vaxtilə nazirliyin tabeliyində olan idarənin müstəqil bir fond kimi fəaliyyət göstərməsinə qarşı idi və istər-istəməz, eynifunksiyalı bu qurumlar vaxtaşırı olaraq üz-üzə gəlməyə məcbur olurdular. Yeni nazirin sərt kadr islahatları olacaq Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin ediləndən sonra ilk işi DSMF-də onunla işləmiş Əjdər Cəbiyevi nazirliyə gətirmək oldu. Cəbiyev Elnur Kələntərovun yerinə Aparat rəhbəri təyin edildi. Cəbiyevin nazirliyə gətirilməsi təsadüfü deyil. Bu təyinat uzun illlər naziriklə DSMF arasında gedən savaşın yeni mərhələsinin başlanğıcından xəbər verir. İki qurum arasında gərginlər təbii olaraq qurumlarda çalışan rəhbər işçilərin münasibətlərinə də təsir edir. Beləliklə, Əjdər Cəbiyevin nazirliyin Aparat rəhbəri təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində yüksək vəzifə tutan kadrların "vurulmasının" başlanğıcı kimi dəyərləndirilməlidir. Heç şübhəsiz ki, Səlim Müslümovun kadr islahatları bundan sonra daha sərt olacaq. Yeni nazirə sələfindən daha artıq etimad Nəhayət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bu quruma rəqib olan fondun rəhbəri Səlim Müslümov rəhbər təyin ediləndən "nazirlik-Fond" qarşıdurması sona yetəcək və struktur islahatı aparılacaqmı? Ekspertlər bunu olduqca real hesab edirlər. Çünki Prezident İlham Əliyev hələ də Sosial Müdafiə Fonduna sədr təyin etməyib. Görünən odur ki, Səlim Müslümov yeni vəzifəsindəki köhnə kadrları təmizləyəndən sonra Fondun Nazirliyə birləşdirilməsi prosesi başlayacaq.
2013-10-31
827
Musa Yaqub: “Bəzən özümə nifrət edirəm…”
Tale bizi tez ayırdı… İstəyirəm ki, sözlərim yarımçıq qalmasın… - Musa bəy, indiyədək gerçəkləşməsini çox istədiyiniz, amma hələ də gerçəkləşdirə bilmədiyiniz arzularınız olubmu? - Arzular… Bu mənim həssas yerimdir. Əlbəttə, olub. Dünya varsa, biz yaşayırıqsa, arzular da bitməz tükənməzdir. Mərhum şairimiz Bəxtiyar yaxşı demişdi: "Arzunun özündən doğan arzular". Həqiqətən də, arzulardan da arzular yaranır. Bu mövzu o qədər genişdir ki, ondan danışmaqla yekunlaşdırmaq olmaz. - Ən çox nəyi arzulamısınız? - Yeganə duyğu arzudur ki, bizi yaşadır. Mən arzulayıram ki, insanlar yaxşı arzular diləsinlər. Hər dilədikləri arzularda xoş niyyət olsun. Ən çox arzuladığım o olub ki, şeirlərim dillər əzbəri olsun. Sevilə-sevilə oxunsun. Şükürlər olsun, arzuma müəyyən qədər çatmışam. Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram… Bilirsiniz, dünya çox böyükdür, insanlarla doludur. Bu çoxluq içində əlçatmaz arzular o qədər çoxdur ki, onların hər birini gerçəkləşdirmək mümkün deyil. Amma arzulara xoş niyyətlə yanaşanda gerçəkləşməsinə içində bir ümid olur. Deyirlər ki, niyyətin hara, mənzilin ora. Amma bəzən bu, heç də belə olmur. Sən niyyətin olan mənzilə çatdıqda artıq orda başqasının oturduğunu görürsən. Bu da taleyin işidir. Belə bir gözəl söz var : "Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram". Mənim arzularıma gəlincə isə, şükürlər olsun, arzularımın əksəriyyəti yerinə yetib. Ən böyük arzum heç kimin qəlbinə dəyməmək olub. İstəyirəm ki, heç kəs məndən inciməsin. Kimsə mən tərəfdən sınıqlıq görməsin. Tale mənə həyat yoldaşımla ömür sürməyə icazə vermədi… Ən böyük arzum ömür yoldaşımla birlikdə ömrümü başa vurmaq idi. Amma nəsib olmadı. Allah, tale icazə vermədi. Qismət… Bəzən insan, taleyi ilə barışmağı bacarmalıdır. Pənaha qalmaq çətindir. Mən bunu şeirlərimdə də yazmışam. - Bildiyimiz qədəri ilə xeyirxahlığı sevirsiniz…Bunu arzularınızın bir hissəsi adlandırmaq olar? - Bəli, çox sevirəm. Bacardığım qədər yaxşılıq etmək istəyirəm. İndi yaxşılıq edən insanlar kifayət qədər var, amma əksəriyyəti sonradan başa qaxınc edir. İnsan etdiyi yaxşılığın ardınca çox baxmamalıdır. Ümumiyyətlə, şairlik elə bir sahədir ki, burada qara niyyət yoxdur. Şairin niyyəti həmişə xoşdur. Həmişə istəmişəm ki, mənim sözlərim dillər əzbəri olsun. Mən bunu, sadəcə, arzulamışam. Amma şöhrət üçün yox. Şükürlər olsun, istədiyim kimi də olub. Mənim şeirlərimi sevə-sevə oxuyan insanlar var. Məncə, şairin bundan böyük arzusu ola bilməz. Bəzən özümə nifrət edirəm - Nəyəsə görə, xalq sözünə, öz sözümə yazılarımda sərhəd tanıyanda özümə nifrət edirəm. Məni könlümdə olduğum kimi başa düşmürlər… Çox istəyirəm ki, məni könlümdə olduğum kimi başa düşsünlər. Bəzən getdiyim yerlərdə məni düzgün başa düşmürlər. Şairin, yazıçının ən böyük arzusu özünü cəmiyyətə təbliğ etməkdir. İndi ən böyük arzum axıracan sözlərimi deyə bilməyimdir. İstəyirəm ki, sözlərim yarımçıq qalmasın. - Yaradıcılığınızda çatmaq istədiyiniz hədəflər? - Yaradıcılığımda çatmaq istədiyim yerlərin əksəriyyətinə çatmışam. Düzdür, elə də asan olmayıb. Müəyyən çətinliklərlə qarşı-qarşıya qalmışam. Hər şeyə rəğmən bütün çətinliklərə sinə gərə bilmişəm. Şeirlərimin oxunması elə məni yaşatmaq deməkdir… Şükürlər olsun şeirlərimdən, yaradıcılığımdan əldə etdiyim qazanc məni təmin edir. Heç vaxt tamahkar olmamışam. İnsanlara da tövsiyyə edirəm ki, heç vaxt şəxsiyyətlərini tamaha qurban verməsinlər
2013-10-31
828
Cəsəd qəbirdə cavanlaşıb - ŞOK
15 il əvvəl ölən babalarının məzarının yerini dəyişdirmək istəyən yaxınları məzardan çıxarılan cəsədi görüncə gözlərinə inana bilməyiblər. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, Amerikada ölən adamın məzarını dəyişdirmək istəyən yaxınları gördükləri mənzərədən şoka düşüb. Məzar yerini dəyişdirmək üçün çıxarılan cəsədin, ölümündən sonra keçən illərə baxmayaraq, çürüməməsi, hətta cavanlaşması yaxınlarını təşvişə salıb. Babalarının çürümədiyini və üzündəki makiyajın hələ də qaldığını görən yaxınları hisslərini gizlədə bilməyib. Məzardan çıxarılan babaları cavanlaşmış, hətta gülümsəyən vəziyyətdə olub. Görənləri şoka salan adamın çürüməyən cəsədi daha sonra kilometrlərlə uzaqdakı qəbiristanlıqda torpağa verilib. Cəsədin qəbirdən çıxarılması videoya alınıb. Cəsədin fotolarını və videosunu sizlərə təqdim edirik.
2013-10-31
829
İki nazir müavini işdən çıxarıldı
Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və müdafiə naziri Zakir Həsənov rəhbərlik etdikləri nazirliklərdə bir sıra kadr islahatları aparıblar. Amma yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun hələlik bu istiqmətdə fəaliyyəti müşahidə edilməyib. Modern.az saytı kənd təsərrüfatı naziri Heydər Əsədovla əlaqə saxlayaraq, ondan nazirlikdə kadr islahatı aparıb-aparmayacağını soruşub. Heydər Əsədov açıqlamasında bildirib ki, kadr dəyişikləri onların hədəfində deyil. "Bizim məqsədimiz mövcud potensialdan səmərəli istifadə etməkdir. Amma zərurət yaranarsa, indiki tələbata uyğun olmayan kadrlar işdən çıxarılacaq". Heydər Əsədov artıq bu istiqamətdə işlərin də aparıldığını bildirib. "Artıq dünən prezidentin sərəncamı ilə iki müavin vəzifəsindən azad eidlib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir". Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 3 müavinindən biri İlham Quliyev hələlik vəzifəsini icra edir.
2013-10-31
830
Elektron siqaretlər ağ ciyəri məhv edir
"Axar.az"ın "Milliyət"ə istinadən verdiyi xəbərdə bildirilir ki, bu sigaret növünün insan sağlamlığına verdiyi zərərin sayı bitməz-tükənməzdir. Məsələ ilə bağlı İngiltərədə yayımlanan "Daily Mail" qəzeti də araşdırma aparıb. "Royal College of Physicians of London" tibb qrupu tərəfindən aparılan araşdırmaya görə, elektron siqaretlərdən istifadədə maye nikotin vücuda daha rahat yayıla bilir. Qanda hədsiz nikotinin olması isə baş ağrıları, yüksək təzyiq, ürək ritminin pozulması kimi problemlər yarada bilər. Elektron siqaretlərdən qadınların istifadəsinə gəlincə, bunun hamilə qadınlar üçün daha təhlükəli olduğu bildirilir. Qeyd edək ki, artıq ABŞ və Avstraliyada elektron siqaretlərin satışına qadağa qoyulub.
2013-10-31
831
Papanın da telefonlarını dinlədilər...
Amerika kəşfiyyatının dinlədiyi adamlar siyahısına hər gün bir siyasi xadim əlavə olunur. İtaliyada yayımlanan Panorama jurnalının iddiasına görə, ABŞ kəşfiyyatı Vatikanı da dinləyib. Papa seçildikdən sonra Fransisko adını götürən argentinalı Kardinalı Xorxe (Jorge) Berqoqlionun bu vəzifəyə gətirilməzdən əvvəl dinlənildiyi bildirilib. Jurnalın məlumatına görə, Papanın qaldığı otelin telefonları dinlənilirmiş. Vatikan spikeri Federiko Lombardi Vatikan radiosuna açıqlamasında bildirib ki: "Bu mövzudan xəbərdar, eyni zamanda narahat da deyilik",- deyib. Berluskoninin "Panoraması" "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə məxsus "Panorama" jurnalı öz qaynaqlarına əsaslanaraq verdiyi xəbərdə, "ABŞ kəşfiyyatı Katolik yepiskop və kardinalları keçən ilin 10 dekabrından 8 yanvara qədər izləyib" iddiasını da yayımlayıb. Bunlarla əlaqədar məlumatların yayımlanmağa davam edəcəyi bildirilib.
2013-10-31
832
Gülər Əhmədova: “İntihara cəhd etdim”
"Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım". "Axar.az"ın məlumatına görə, bunu bü gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışının davamında G. Əhmədova deyib. Proses davam edir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
2013-10-31
833
Yazıçı Anar qızının 110 minlik maşınından danışdı
"Qızımın maşını var. Ancaq 110 min manat nədir? Onu deyənlərin başı xarabdır". Bu sözləri "Axar.az"a açıqlamasında Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, qızı Günel Anarqızının 110 min manatlıq maşın sürməsi ilə bağlı xəbər saytlarında və sosial şəbəkərlərdə yazılanlara münasibət bildirərkən dedi. Xalq Yazıçısı qızının maşın sürməsi xəbərini təsdiqləsə də, iddia edilən maşının qızına aid olmasını inkar etdi: "100 min manatlıq maşın nədir? Yox bir, 200 min. Qızımın maşını var, amma onun qiyməti heç 50 min də deyil, 30 min də deyil." "Maşının markası nədir, nömrəsi neçədir?" sualına isə yazıçı belə cavab verdi: "Maşının markasını bilmirəm. Heç nömrəsi də yadımda qalmayıb. Belə axmaq məsələlərlə bağlı niyə mənə müraciət edirsiniz? Hansısa axmaq adamlardır mənim haqqımda yazırlar, özlərindən uydururlar".
2013-10-31
834
Arif Hacılı: "İsa Qəmbər başqan olmayacaq"
Son günlər mətbuatda Müsavat Partiyasının növbəti, sayca 8-ci qurultayında partiyanın nizamnaməsində dəyişiklik edilərək İsa Qəmbərin üçüncü dəfə namizədliyini irəli sürəcəyi haqda söhbətlər gəzir. Hətta bununla bağlı partiya daxilində narazılıqların olduğu da deyilir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "Axar.az"a açqılamasında qurultayda İsa Qəmbərin başqanlığa namizəd olmayacağını bildirdi: "İki dəfədən artıq partiya rəhbəri seçilməsinə qadağa qoyan müddəa yalnız Müsavat Partiyasının nizamnaməsində var, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərən partiyaların nizamnaməsində belə bir müddəa yoxdur. Bu müddəa 2001-ci ilə Müsavat Partiyasının qurultayında məhz İsa Qəmbərin təklifi ilə partiyanın nizamnaməsinə daxil edilib. İsa Qəmbərin üçüncü dəfə Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmək niyyəti yoxdur. Əgər onun belə bir niyyəti olsaydı, çox asanlıqla Müsavat partiyasının qurultay nümayəndələri partiyanın nizamnaməsində dəyişiklik edərdilər. Bu baxımdan irəli sürülən ittihamlar tamamilə əsassızdır". Arif Hacılı həmçinin başqanlığa namizədliyi haqda verdiyimiz suala da aydınlıq gətirdi: "Mən bütün siyasi həyatımı Müsavat Partiyasında keçirmişəm və Müsavat Partiyasını əsas kampaniyalarının bir çoxuna rəhbərlik etmişəm. Ancaq mənimçün hökmən Müsavat Partiyasının başqanı olmaq kimi bir dilemma yoxdur. Həm Müsavat Partiyasının başqanı, həm aparıcı şəxsləri ilə, eyni zamanda rayon təşkilatlarının rəhbərləri, qurultay nümayəndələri ilə məsləhətləşmələr aparıram. Və əgər bu müzakirələrdən sonra hesab etsəm ki, Müsavat Partiyasının başqanlığına namizədliyimi irəli sürməyim zəruridir, namizədliyimi irəli sürəcəm".
2013-10-31
835
Suriya bütün kimyəvi silahlarını məhv etdi
Bu gün, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (OPCW) Suriya hökumətinin bütün növ kimyəvi silahları yox etdiyini bəyan edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, OPCW Suriyada yerləşən 23 təsisatdan 21-ni yoxladığını bildirib. Təşkilat bəyan edib ki, 23 təsisin hamısında bütün kritik istehsal qarışdırma və doldurma təchizatı məhv edilib.
2013-10-31
836
Milli Şura sərt kadr dəyişikliyinə başlayır
Rüstəm İbrahimbəyov Milli Şuraya həmsədrlik statusunu təklif edəndən sonra Milli Şurada kadr dəyişikliyinə ehtiyac olub-olmamasıyla bağlı bir sıra fikirlər səsləndirilir. "Axar.az"a danışan Milli Şura üzvü Rafiq Manaflı bildirdi ki, MŞ-ın heç bir tədbirində, sessiyalarında iştirak etməyənlər Şuranın sıralarından uzaqlaşdırılacaqlar. "Milli Şuranın iclasında limit qoyuldu ki, sessiyalarda iştirak etməyənlərin Milli Şuradan çıxarılması ilə bağlı müzakirələr aparılacaq. İclaslarda iştirak etmək istəməyənləri məcburi şəkildə Milli Şurada saxlaya bilmərik. Həmçinin, Milli Şuranın sıralarına daxil olmaq üçün bir çox müraciətlər var. Müraciət edənlərin qəbul edilməsi və sıralarının genişləndirilməsi ilə bağlı məsələ qurumun iclasında müzakirə ediləcək". Milli Şurada islahatlara ehtiyac var Milli Şura üzvü Gülağa Aslanlı bildirdi ki, "Milli Şuranın saxlanılması, genişləndirilməsi istənilirsə, deməli, müəyyən dəyişikliklər edilməlidir. İdarəetmədən tutmuş komissiyalara qədər, təkminləşmələr aparılmalıdır. Milli Şuraya zərər vuran insanlar öz istəyləri ilə getsələr, daha yaxşı olar". Bir olub milyonları meydana səsləməliyik MŞ üzvü Xəzər Teyyub "Axar.az"a açıqlamasında qeyd etdi ki, "Milli Şuradan kənarda olan bir çox partiyalar var ki, seçki saxtakarlığına qarşı mübarizə aparırlar. Onlar Milli Şuraya cəlb edilməlidir. Biz bir yerdə olsaq, ölkədə gedən demokratik proseslərdə təsiredici gücə malik ola bilərik".
2013-10-31
837
Polisin saxladığı gənclər sərbəst buraxıldı
Bu gün saat səhər saatlarında 19-cu polis bölməsinə dəvət edilən solçu gənc və onun otaq yoldaşı sorğu–sual edildikdən sonra evə buraxılıb. Bu haqda "Axar.az"a açıqlamasında Ayaz Şirinov bildirib: "Səhər saatlarında bölməyə getdik. Bizə kitablarla bağlı suallar ünvanladılar. Mən də verilən sualları ətraflı cavablandırdım. Onu da qeyd edim ki, mənim otaq yoldaşım Seymur Ələkbərovun bu məsələyə heç bir aidiyyatı yoxdur. Sadəcə, o, otaq yoldaşım olduğu üçün bölməyə mənimlə birgə aparılmışdı". Xatirladaq ki, oktyabrın 30-da yeddi nəfər polis əməkdaşı A.Şirinov və S.Ələkbətovun müvəqqəti yaşadıqları mənzilə gələrək, axtarış orderi təqdim etmədən evdə axtarış aparandan sonra gəncləri Nəsimi rayon 19-cu polis bölməsinə aparıblar. Gənclər bölmədə bir müddət qaldıqdan sonra sabahı gün yenidən bölməyə gəlmək şərti ilə evə buraxılmışdılar.
2013-10-31
838
Zakir Həsənov Naxçıvanda da kadr dəyişikliyi apardı
Naxçıvan hərbi polisinin rəisi dəyişdirilib, daha bir neçə yeni təyinat olub Azərbaycanın yeni müdafiə naziri Naxçıvan Muxtar Respublikasına səfər edib. General-polkovnik Zakir Həsənov oktyabrın 30-da Naxçıvanda yerləşən ordu birləşməsində olub, şəxsi heyətlə görüş keçirib (APA). Nazir Naxçıvana səfəri çərçivəsində bir sıra yeni təyinatlar da həyata keçirib. Onun əmri ilə polkovnik Elman Orucovu Naxçıvan hərbi polisinə rəis təyin edilib. Qeyd edək ki, E.Orucov general-mayor Elbrus Orucovun qardaşıdır. Z. Həsənov həmçinin Naxçıvanda bir sıra hərbi hissələrə baş çəkib, vəziyyətlə yerində tanış olub.
2013-10-31
839
İddialı "İphone 6" gəlir
"İphone"un yeni modellərini təqdim etməsindən çox da keçməyib. Buna baxmayaraq, artıq yeni model telefon haqda fikirlər dolaşmağa başlayıb. "Haberler.com"un verdiyi məlumata görə "Apple" şirkətinə məxsus məhsulları analiz edən ekspert Gene Munster önümüzdəki il yeni – daha böyük ekranlı "iPhone"u görəcəyimizi bildirib: "Bilirsiniz, bir çox firma, yeni modellərində ekranları böyütməyə üstünlük verir. "Apple" isə, iPhone 5s və 5c modellərində də 4 düym ekran ölçüsünü qorumağı seçmişdi. Önümüzdəki il gəlməsi gözlənilən "iPhone 6"da radikal qərarların alınması və 5 düymlük ekranın istifadə edilməsi gözlənilir. Ayrıca, bu ekranın "Lg" tərəfindən istehsal edilməsi, FullHD xüsusiyyəti və 440-ppi dəyərində olması gözlənilir. Təbii ki, ekran ölçüsünün və görüntü-dəqiqlik nisbətinin artması, cihaza müəyyən bir ağırlıq da gətirəcək. Bunun nəticəsində də "Apple"ın 64bit olan prosessorunun yanında daha yüksək RAM istifadə etməsi də mümkün ola biləcək. 64bit-ə sahib prosessor sayəsində daha yüksək RAM istifadəsi təmin edilə bilər. Bu modelin mobil telefon bazarına çıxış dövrü növbəti iki fəsil sonraya proqnozlaşdırılır. Bunlardan ilki, 2014-ün yaz ayları, ikincisi də sentyabr ayına hesablanır".
2013-10-31
840
Bələnən körpələr ölüm riski ilə üz-üzədir
Mütəxxəssislər uşaqların xeyri üçün nəzərdə tutulan qundaq adətinin yanlış olduğunu bildiriblər. Araşdırmada qundaqlanan körpələrin ayaqlarının bir araya gətirilərək dik bir şəkildə qalmasının onlar üçün zərərli olduğu ortaya çıxıb. Qeyd edilir ki, bələnən uşaqlarda omba sümüklərinin inkişafında geriləmə müşahidə olunur. "Axar.az"ın "Timeturk"ə istinadən verdiyi xəbərdə bildirilir ki, Amerikalı mütəxəssislər bu cür uşaqlarda ölüm riskinin çox olduğunu həyəcanla qeyd ediblər. Təcrübəyə əsasən, bu cür uşaqlarda bədən istiliyinin hədsiz dərəcədə yüksək olması onların yuxu zamanı ölümlərinə səbəb ola bilər. Amerikalı mütəxəssislər bələnmənin zərərli olduğunu bildirsələr də, yerli mütəxəssislərin fikrincə, vaxtından əvvəl dünyaya gələn körpələrin bələnməsi faydalıdır. Bu zaman onlarda əzələ və sinir sistemi daha yaxşı inkişaf edir.
2013-10-31
841
"28 May"da Rəsulzadənin heykəli qoyulacaq
"Metronun "28 May" stansiyasında Rəsulzadənin hazırkı rəsmi yığışdırılacaq. Onun yerinə İstiqlal Bəyannaməsi və Məmməd Əmin Rəsulzadənin qarelyefi olacaq. Qarelyef büst kimi olur. Ancaq burda baş, divara bitişik olur". "Axar.az" xəbər verir ki, bunu "Qaynar.info"ya açıqlamasında Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulov deyib. A. Rəsulov həmçinin bildirib ki, stansiyanın daxilində olan ADR dövrünə aid atributlar da yeniləri ilə əvəz olunacaq: "Həmin yerlərdə bayrağımız, gerbimiz, ADR dövrünə aid bir sıra sənədlərin və atributların əksi yerləşdiriləcək. Şəxsən mən sizi əmin edirəm ki, hər şey əvvəlkindən daha gözəl olacaq". "28 May" stansiyasındakı sürüşkən mərmər döşəmələrlə bağlı vətəndaşların narazılığına gəlincə isə A. Rəsulov bildirib ki, bu məsələ ilə bağlı narazılıqlardan məlumatlıdır: "Dünən Qaynar.info vasitəsi ilə edilən müraciəti də oxumuşam. Biz hazırda bu problem üzərində işləyirik. Çalışacağıq ki, sürüşmə həddi sıfıra endirilsin".
2013-10-31
842
Arakanda müsəlmanlar döyülərək öldürülürlər - Video
Myanmarın Arakan şəhərində 24 oktyabr tarixində çəkilən görüntülər müsəlmanlara qarşı davam edən terroru bütün çılpaqlığı ilə sərgiləyib. Bölgədəki buddist qruplar mühafizə orqanlarının tamaşaçı qaldığı hücumlarda müsəlmanlara qarşı qırğınlar törədib. Videoda sırf müsəlman olduqları üçün buddistlərin on müsəlmanı ölümünə döyməyi çəkilib. 2 min manata satılırlar Əllərində bıçaq və zopa olan buddistlər yerdə son nəfəslərini verməkdə olan müsəlmanları vəhşiliklə öldürüblər. Bu arada Tayianda sığınan, ya da polislər tərəfindən həbs olunan arakanlı müsəlmanlar qul olaraq satılırlar. Tailandlılar hər bir arakanlı üçün 2 min manat məbləğində pul istəyir.
2013-10-31
843
Cəmil Həsənli Arınçla görüşündən danışdı – ÖZƏL
Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli Türkiyəyə səfər çərçivəsində Baş nazirin müavini Bülent Arınçla görüşdüyü barədə mətbuatda gedən xəbərlərə "Axar.az"da aydınlıq gətirdi: "Türkiyə Tarix Qurumunun tədbirinə qatımaq məqsədi ilə qardaş ölkədə səfərdəyəm. Artıq tədbir baş tutub və mən tədbirdə Türkiyə Cümhuriyyətinn 90 illiyi ilə bağlı nitq söyləmişəm. Mətbuatda guya mənim Bülənt Arınçla təkbətək görüşdüyüm haqda gedən xəbərlərə qaldıqda isə, bu, düzgün deyil. Bülent Arınç da mənimlə birlikdə eyni tədbirə qatılmışdı, lakin bizim görüşümüz olmayıb". Xatırlaqdaq ki, Cəmil Həsənli müxbirimizə noyabrın 2-sində vətənə qayıdacağını bildirib.
2013-10-31
844
Sumqayıtlı “bomj”un vəhşiliyi - Şok
Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan "bomj" pişikləri tutaraq tüklərini diri-diri yolur. Hələ bu azmış kimi acınacaqlı vəziyyətə düşən pişiklərlə şəkil də çəkdirir. "Facebook" sosial şəbəkəsində yayımlanan bu foto insanların etirazı ilə qarşılanıb. Bildirilir ki, "bomj" bu vəhşiliyə görə cəzalandırılmalıdır. Qeyd edək ki, foto "facebook" sosial şəbəkəsində paylaşılıb.
2013-10-31
845
Bir ildə 27 min nikahdankənar körpə doğulub
Ölkədə hər il boşanma ucbatından minlərlə ailə dağılır. Hələ bilinənlər, sadəcə, rəsmi nikahda olanlardır. Nikahdankənar "boşanan" ailələrdə isə əksəriyyətin yaşı 18 olmadığından, onlar qanunvericilik çərçivəsində rəsmi nikaha girə bilmirlər və beləliklə boşanma statistikasına da daxil olmurlar. Erkən nikahlar ört-basdır edilir Erkən nikahların əksəriyyəti bölgələrin payına düşür. Bu cür şərtlərlə ailə quran gənc qızlar sosial qayğılardan kənar olmaqla yanaşı, həm də təhsildən uzaq düşürlər. Qadın hüquqları üzrə ekspert Cəmilə Səmədova "Axar.az"a açıqlamasında bildirdi ki, əhalinin qanuni evliliyə marağı azalıb və böyük əksəriyyət molla kəbininə üstünlük verir: "Ölkədə kifayət qədər ailələr var ki, uzun illərdir evli olmalarına baxmayaraq, hələ də qanuni nikaha girməyiblər. Buna səbəb isə evlənən cütlüklərin yaşlarının nikaha düşməməsidir". Ekspert erkən nikahların çoxluğu ilə seçilən Cənub bölgəsi ilə bağlı bildirdi ki, hazırda bu mövzuda kifayət qədər sərt tədbirlər görülməkdədir. Buna görə də indi Cənub bölgəsində heç kimi erkən nikaha məcbur etmirlər. Qeyd edək ki, qanunvericilikdə qadını nikaha daxil olmağa məcbur edənlər 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Məsələyə münasibət bildirən ilahiyyatçı ekspert Elşad Miri və Vaqif Cəliloğlu dində erkən nikahların yaxşı qarşılanmadığını və daha çox təhsilin təbliğ edildiyini bildirdi. Ekspertlərin sözlərinə görə, bəzi insanlar bu cür hadisələri dinlə əlaqələndirərək öz əməllərinə haqq qazandırmış olurlar. Bu cür hallarla qarşılaşan xanımlar nə etməli? Qadın Məsləhət və Profilaktika mərkəzinin rəhbəri Fəridə Əsgərova "Axar.az"a açıqlamasında bildirdi ki, bu problemin qarşısını almaq mümkün deyil: "Hazırda kifayət qədər maarifləndirmə tədbirləri həyata keçirilsə də, insanlar öz bildiklərini edirlər. Buna təkcə Cənub bölgəsində deyil, hər yerdə, hətta paytaxtda da rast gəlmək mümkündür. Fəridə Əsgərova Cənub bölgəsindən olan kişilərin əksəriyyətinin rəsmi nikaha girməmələrinin səbəbini Rusiyada işləmələri ilə əlaqələndiridi. İndiki gənclər… "Uşaq-ailə mərkəzi"nin rəhbəri Kəmalə Baxışın fikirlərinə görə, əvvəlki insanlarla müqayisədə, indiki gənclərin baxışları tamamilə fərqlənir: "İndiki uşaqların oxumağa marağı xeyli azalıb. Onlar 7-8-ci sinifdən sonra sevməyə daha çox maraq göstərirlər. İndiki qızlar fizioloji olaraq buna hazır olsalar da, psixoloji olaraq buna hazır deyillər". Mərkəzin rəhbəri bizə ötən illə müqayisədə onlara müraciət edənlərin sayında kəskin artım olduğunu xüsusi vurğulayır: "Ötən il bizə müraciət edənlərin minimum 16 yaşı olurdusa, bu il bu rəqəm 13-14-ə enib". Nikahdankənar doğulan uşaqların sayında artım var Hazırda ölkədə nikahdankənar dünyaya gələn uşaqların sayında kifayət qədər artım var. Azərbaycan Respublikası Dövlət Statistika İdarəsinin rəsmi saytında göstərilir ki, təkcə ötən il ərzində nikahdankənar 27.031 körpə dünyaya gəlib. 2000-ci ildə isə bu rəqəm 6.282 olub. Erkən nikahların səbəbkarları valideynlərdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1 , 60.2, 60.3, 60.4. bəndlərində deyilir ki, valideynin "valideynlik hüquqları" olsa da, onlar heç bir halda övladlarının mənafeyinə, mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək hallara yol verməməlidir. Valideynlər övladlarını istismar və istəmədikləri bir şeyə məcbur edə bilməzlər. Amma bəzi valideynlər öz övladlarının erkən, həm də qeyri-rəsmi nikahına icazə verirlər. Qeyd edək ki, qanun layihəsi çərçivəsində nikah yaşının 18 yaşa qaldırılması və müəyyən cərimələrin tətbiq olunması ilə bu cür halların azalacağı düşünülsə də, bu nikahların sayı heç də azalmayıb. Hər il ölkədə minlərlə azyaşlı qızlar təhsildən uzaqlaşdırılaraq erkən nikahların qurbanına çevrilir.
2013-10-31
846
Zidan – Materatsi abidəsi etirazlara səbəb oldu
Qətərin paytaxtı Dohada sabiq futbolçu Zinəddin Zidanın Marko Materatsi ilə insidentini əks etdirən abidə götürülüb. "Axar.az"ın "Lent.az"a istinadən verdiyi xəbərər görə, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. Doha rəsmiləri hesab edirlər ki, 2006-cı il dünya çempionatında Fransa və İtaliya yığmaları arasında keçirilmiş matç zamanı Zidanın Materatsiyə kəllə atdığı epizod diqqətə layiq deyil. Abidə oktyabrın əvvəllərində Əlcəzair əsilli fransalı heykəltəraş Adel Abdessəməd tərəfindən quraşdırılıb. Mühafizəkar müsəlmanlar bu işdən narazılıqlarını ifadə ediblər. Onların fikrincə, bu heykəl bütpərəstliyə xidmət edir. Abidə əleyhinə digər mövqe isə bu olub ki, qeyri-idman hərəkətini təsvir etmək düzgün deyil. Qeyd edək ki, abidənin hündürlüyü 5 metr olub.
2013-10-31
848
Vəfa Quluzadə: "Rusiya ermənilər tərəfdə döyüşəcək"
Ermənistanın "Azad Demokratlar" partiyasının rəhbəri Xaçatur Kokobelyan oktyabrın 30-u Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı (KTMT) Parlament Assambleyasının təhlükəsizlik və müdafiə komissiyasının 2 günlük toplantısında Rusiyanın Azərbaycana silah satmaq məsələsini qaldırıb və qeyd edib ki, belə razılaşmalar regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsinə mane olur: "Əgər Azərbaycanla Rusiya arasındakı 4 milyard dollarlıq razılaşma "biznes plan" adlandırılırsa, o zaman KTMT ciddi struktur sayıla bilməz". O, həmçinin qeyd edib ki, onun rus həmkarları da bununla razıdırlar və bu məsələ ciddi müzakirə olunmalıdır. Rusiya Ermənistanın arzusuna mane olur Ermənistanlı partiya lideri Kokobelyanın Azərbaycanın Rusiyadan silah almasına etirazı haqda politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik. Öncə ekspert bu yaxınlarda Ermənistanın gömrük bazasında olan rus generalının verdiyi bəyanatı xatırlatdı: "Əgər Azərbaycan torpaqlarını güclə azad etmək istəsə, onda Rusiya sözsüz ki, Ermənistanın tərəfində döyüşəcək". Azərbaycanın silah almasıyla bağlı erməni siyasətçinin fikrini isə belə izah etdi: "Bunların hamısının səbəbi birdir - Rusiya generalının bəyanatı Ermənistanda daxili vəziyyətə təsir etmək üçündür. Azərbaycan heç də Ermənistana hücum etmək arzusunda deyil. Bunun hamısı Ermənistanın ictimai rəyini inandırmaq istəyirlər ki, Rusiya olmasa Ermənistanın işi pis olar. Çünki Rusiyanın mövqeyi Ermənistanda artıq çalxalanıb və yaxın gələcəkdə Ermənistan tələb edəcək ki, Rusiyanın gömrükdəki bazası Ermənistanı tərk etsin. Ona görə bunlar öz vəziyyətlərini möhkəmləndirmək üçün bu gün bu cür bəyanatlara əl atır və bu bəyanatı verən də sözsüz ki, Rusiyanın hakimiyyətə gətirdiyi agenti olacaq. Ermənistana gəlsək, xalq kimi və bir dövlət kimi onların marağı Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin açılmasıdır. Rusiya isə müxtəlif yollarla bunların hamısına maneçilik törədir".
2013-10-31
849
Səfər Əbiyevin qadağasını Nəcməddin Sadiqov qanuniləşdirdi
Müdafiə Nazirliyinin nəzdində olan Mərkəzi Ordu İdman Klubuna çağırışçı əsgərin həqiqi hərbi xidmətə gəlməsi yenidən qanuniləşdirilib. "Axar.az" "Virtualaz.org"a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov öz facebook səhifəsində məlumat verib. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fəaliyyətini həmişə tənqid edən Ü.Cəfərov paylaşdığı statusunda bildirib ki, ölkənin ən böyük güc strukturunda bu gün hərc-mərclik yaratmaq istəyən Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla, onun adı rüşvətdə dəfələrlə hallanan köməkçisi, polkovnik Elxan Məcidovla bağlı təcili ölçü götürülməzsə, xoşagəlməz hadisələr yaşana bilər: "Müdafiə Nazirliyində Mərkəzi Ordu İdman Klubu deyilən bir qurum var idi. Sirr deyil ki, burada hər zaman imkanlı şəxslərin övladları müəyyən maraqlar çərçivəsində "xidmət keçirdilər". Söz-söhbətlərə son qoymaq üçün ötən illərin birində sabiq müdafiə naziri Səfər Əbiyev bu quruma çağırışçıların (əsgərlərin) qəbulunu qadağan etmişdi. İndi isə Baş Qərargah rəisi əmr imazlayaraq hər çağrışdan 80 nəfər çağırışçı əsgərin ora həqiqi hərbi xidmətə gəlməsini yenidən qanuniləşdirib".
2013-10-31
850
Orduda inanılmaz olay: Zabit öz əsgərini güllələdi
Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə dəhşətli hadisə baş verib. Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atıb. Bu barədə "Axar.az"a əsgərin anası Əminə Hüseynzadə məlumat verib. O, qeyd edib ki, oğlu döyüldükdən sonra kürəyindən bir güllə yarası da alıb. Güllə Cəmilin ürəyinin alt nahiyəsindən keçərək sinəsindən çıxıb və bu xoşbəxt təsadüf nəticəsində oğlu sağ qalıb. Ə.Hüseynzadənin bildirdiyinə görə, onlara oğlanlarının itkin düşdüyü və tabeliyindəki silahı götürərək hərbi hissəni tərk etdiyi barədə məlumat verilib. Hadisənin səhəri günü (27 oktyabr) isə əsgər Cəmil Hüseynzadə hərbi hissənin yaxınlığındakı kanaldan tapılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb və onu Gəncə Hərbi Hospitalına çatdırıb. Reanimasiya şöbəsində gözlərini açan əsgərin dediyinə görə, o, döyüldükdən sonra qaçıb. Bu zaman əsgər arxadan, kürəyindən güllə yarası alıb və kanala düşüb. Hazırda C.Hüseynzadə Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsindədir. Əminə Hüseynzadənin sözlərinə görə, Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsinin müdiri Azər adlı həkim xəstəni ağır vəziyyətdən çıxarmaq üçün bütün mümkün üsullardan istifadə edir. Qeyd edək ki, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Lənkəran rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. "Axar.az" olaraq Müdafiə Nazirliyinin münasibətini öyrənməyə cəhd etdik. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirdi ki, iş vaxtı bitdiyi üçün bu barədə yalnız sabah açıqlama verə bilər. Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, bir həftə əvvəl baş verən bu hadisədə əsgər öz-özünü güllələyib. Mövzunu davam etdirəcəyik.
2013-10-31
851
Bakıda daha bir qəza - Foto
Təxminən 17:30 radələrində Keçmiş "İnqilab" Kinoteatrı, indiki "Büllur" Şadlıq Sarayının qarşısında yol hərəkat qəzası baş verib. "Axar.az"ın fotoreportyoru Emin Nihilin hadisə yerindən verdiyi məlumata görə, Mürvət Qüdrətovun idarə etdiyi 10-VH-344 nömrə nişanlı "Mersedes" markalı avtomabil Hüseynov Ziyanın idarə etdiyi 90-CP-840 nömrə nişanlı "Mersedes"lə toqquşub. Hadisə yerində olan şahidlərin reportyorumuza verdiyi məlumata görə, Mürvət Qüdrətov Ziya Hüseynovun yoluna çıxaraq qəzanın baş verməsinə səbəb olub. Buna baxmayaraq, qəzada hər iki tərəf bir-birini günahlandırır.
2013-10-31
852
Sinəsindən üz düzəltdilər
Çində yaşayan 17 yaşlı Xu Jianmei 5 yaşında keçirdiyi qorxunc qəzadan sonra üzündəki yanıqlarla yaşamaq məcburiyyətində qalıb. Ailəsinin maddi imkanları zəif olduğundan o, 12 ildir bu əzabı özü ilə daşıyır. Nəqletmə əməliyyatı həyatını dəyişdirdi "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərdə bildirilir ki, Çinli həkimlərin etdiyi əməliyyatdan sonra Xu Jianmei ilk dəfə gülə bilib. Ən maraqlısı isə odur ki, onun üzünə transplantasiya olunan dəri xəstənin öz bədənindən əldə edilib. Belə ki, həkimlər onun bədəninə yeritdikləri hüceyrəni bəsləyərək, sinə hissəsində böyük, şişkin dəri əldə ediblər. Bu şiş əməliyyata lazım olan dəri ehtiyyaclarını ödəyə bilib. Qeyd edək ki, əməliyyat Çinli həkimlər tərəfindən pulsuz həyata keçirilib.
2013-10-31
853
Hindistanda dünyanın ən hündür heykəli qoyulur
Bu heykəl Nyu Yorkdakı "Azadlıq" heykəlindən iki dəfə hündür olacaq Gələn il Hindistanın Baş nazir vəzifəsinə mübarizə aparmaq niyyətində olan Xalq partiyasının lideri Narendra Modi rəsmi olaraq dünyanın ən hündür heykəlinin qoyulması barədə açıqlama verib. Hindistanın milli qəhrəmanı, ölkənin konstitusiyasının müəlliflərindən biri olan Sərdar Patelin heykəli Qucarat əyalətindəki adada qoyulacaq. Abidənin hündürlüyü təxmini 182 metrdir. Bu da Nyu Yorkdakı Azadlıq heykəlindən iki dəfə hündür olduğunu bildirir. Qeyd edək ki, dünyanın bu ən hündür heykəlinin tikilişinə 340 milyon dollar xərclənəcək.
2013-10-31
854
Təbiətlə bütünləşmiş avtomobillər - Foto
Nyu Yorkda yaşayan fotoqraf Peter Lippmann uzun zaman əvvəl meşədə tərk edilmiş və təbiətlə bir növ bütünləşmiş avto maşınların fotolarını çəkib. "Axar.az" saytı olaraq, ortaya çıxan maraqlı kadrları oxucularımıza təqdim edirik.
2013-10-31
855
Uşaqlar ən qorxunc müğənninin adını dedi
Qrim istehsalçıları 7-14 yaş uşaqlar arasında sorğu keçiriblər. Sorğuda uşaqların daha çox hansı məşhurdan qorxduğu soruşulub. Həmin sorğuda ən qorxulu məşhur Ledi Qaqa seçilib. Çünki ulduzun ekstravaqant geyimi, taxdığı aksessuarlar onu tanınmaz hala salır. İkinci yerdə teleaparıcı Saymon Kouell, üçüncü yerdə Böyük Britaniyanın baş naziri Devid Kemeron yer alıb. Ən qorxunc məşhurlar siyahısında pop ifaçısı Mayli Sayrus dördüncü pillədə qərarlaşıb. Həmçinin, sorğuda müğənni Niki Minaj, aktyor Rassel Brend, futbolçu Ueyn Runinin adına da rast gəlinir. Qeyd edək ki, sorğuda minlərlə uşaq iştirak edib və sorğunun nəticələrini "Gündəlik ulduz" (Tha Daily Star) qəzeti açıqlayıb.
2013-11-01
856
Aqşin Yenisey Əli Əkbərin kitabını evində hara qoyub?..
"Tanınmışların kitabxanası" layihəsi bu həftədən etibarən "Axar.az"da olacaq. Bu layihə ilə siz tanınmış insanların evindəki kitabxana ilə tanış olacaq, hər həftə bizimlə birgə bir tanınmışın evinə yollanacaqsınız. Bu dəfə kitabxanasını sizə təqdim edəcəyimiz qonaq şair Aqşin Yeniseydir. Qonağımızla əvvəlcədən razılaşdığımız kimi həftəsonu yaşadığı evdə görüşdük. Öncə yeməkdir Şairin bir adəti var ki, evə gələn dost-tanışla, qələm əhli ilə yeyib-içməyi çox sevir. Adəti üzrə bir az yeyib-içdikdən söhbətləşdikdən sonra kitablardan danışmağa başladıq. Kitablardan söz düşəndə şairdən Əli Əkbərin kitabını qonaq otağının qapısının altına qoyduğunu göstərib səbəbini soruşduq: Siyasiləşdirməyin! "Hə "Tanrıların qürubu"dur. Vallah, Əli Əkbərlə heç bir qəsdi-qərəzliyim yoxdur. Qapının altına qoymuşuq ki, qapı bağlanmasın. Hansı kitab olsa, qoyardım, fərq eləmir. Siyasiləşdirməyin". Aqşinin işi-gücü kitab olduğuna görə, hansı kitabları oxuduğunu soruşmaq bir az yaxşı çıxmır. "Dünya Ədəbiyyatı Kitabxanası" layihəsi ilə 150 cildlik seriyanın redaktorlarından biri də Aqşindir. O seriya ilə çıxan kitabların demək olar ki, hamısı, belə demək mümkünsə, şairin əlindən keçib. Odur ki, söhbətimiz başqa istiqamətdə gedir. Şair kitabla bağlı heç bir statistika aparmadığını, ümumiyyətlə isə belə bir vərdişinin olmadığını deyir: "Nə oxuduğum, nə aldığım, nə də hədiyyə verdiyim kitabları heç vaxt saymamışam. İndi evdə təxminən iki minə yaxın kitabım var, bir xeylisi də dostlardadır, oxumaq üçün götürüblər". Seymur Baycan hansısa qıza yalandan demişdi ki... Kitab həvəskarlarında qədim, yüz illər öncə nəşr edilən kitablar olur. Elə Aqşində də az deyil: "Ən qədim kitabım Quran idi, onu da dostlardan biri oxuyub yeni tərcüməsi ilə tutuşdurmaqdan ötrü apardı. Tolstoyun "Anna Karenina"sının da ilk nüsxələrindən biri varım idi, üç cild, Seymur Baycan hansısa qıza yalandan demişdi ki, məndə var bu kitab. Gəlib mənim kitabxanamdan götürdü ki, qızın yanında rüsvay olmasın". Yenisey heç kimdə olmayan köhnə kitabların ilk nəşrlərini də yığmağı sevir. Dediyinə görə, bu hobbi üçün oğurluq da edib: Toy dəvətnaməsi və "Tarixin sonu" Məsələn, məndə Yeseninin və Qorkinin ilk nəşr olunmuş kitabları var, heç kimin getmədiyi köhnə bir kitabxanadan əkişdirmişəm". Şairlə yeyib-içə-içə söhbətimiz oxucu məsələsinə gəlib çıxdı. Yumorundan qalmayan Aqşin bu dəfə də öz ampluasında idi: "Bizimkilər toy dəvətnaməsini də oxuyub kədərlənirlər, sanki Fukuyamanın "Tarixin sonu" əsərini oxuyublar". Gedib qürbətimizin də zibilini çıxardılar Söhbət edə-edə gəlib mühacirət söhbətinin üstünə çıxırıq. Şair dostlarından yaman gileylənir. Əsas da Günel Mövlud ilə Əli Əkbərdən. Bir az danışıb müzakirə apardıqdan sonra "mühacirətdəkilərlə niyə yola getmirsən axı" deyə soruşduq. Söhbətin bu hissəsində Aqşinin yumoru yenə də özünü göstərdi: "Qürbəti onlara qısqanıram. Gedib son ümidimizin, yəni qürbətimizin də zibilini çıxardılar". Axı onlar həmişə hakimiyyətə yaxın yerlərdə çalışıblar Bir az güldükdən sonra şair mühacirətdəki yazarlar haqqında danışmağa və ittiham etməyə başladı: "Bilirsən necədi? Axı Günel Mövlud ilə Əli Əkbər həmişə hakimiyyətə yaxın yerlərdə çalışıblar. İndi çıxıb deyirlər ki, bizə qarşı hücumlar var, həyatımız təhlükədədir. Günel özünü Rafiq Tağı ilə müqayisə edir. Rafiq heç kimdən qorxmadan yazırdı, onu ölümlə təhdid edənlər də var idi. Bəs bunları kim təhdid edir? Ömür boyu hakimiyyətə yaxın media qurumlarında çalışıb. Ona qarşı olan təzyiqlər məişət mövzularında yazılan yazılara görə olub. Heç bir ciddi təzyiqlərlə rastlaşmayıblar. Elə Əli Əkbərin özü olsun. Hökumətə yaxın banklarda menecer vəzifəsində çalışırdı". Şairdən qopan kitab Şairlə yeyib-içib, söhbətimizi bitirdikdən sonra kitabxana olan otağa keçirik. 150 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası" seriyası ilə indiyə qədər çıxan kitabların demək olar ki, hamısına kitabxanada rast gəlmək olur. Şairin özünün yazdığı kitabları kitabxanada gözə dəymir. Sonra öyrənirik ki, şair öz kitablarını və oxumadığı başqa kitabları ayrıca saxlayır ki, kitabxanada yer tutmasın. Adəti üzrə yazar dostumuzdan kitab hədiyyə alıb sağollaşdıq. Uzun sürən mübahisələrdən sonra yazardan Viktor Hüqonun "Paris Notr-Dam Kilsəsi"ni qopara bildik.
2013-10-31
857
Şok statistika: 120 min ölü
Suriyada Bəşər Əsədlə müxalifət arasındakı silahlı qarşıdurmada 120 mindən çox adam öldürülüb. "Axar.az"ın məlumatına görə, bu barədə Londonda yerləşən "Suriya insan haqları" birliyi açıqlama verib. Açıqlamada qeyd olunur ki, münaqişənin başladığı vaxtdan indiyə qədər 120 min 296 nəfər həyatını itirib, onlardan 61 min 067 nəfər mülki vətəndaş, 6 min 365 nəfər isə uşaqdır: 29 954 nəfər – hərbi birləşmələrin əsgəri, 18 678 nəfər – Bəşər Əsəd rejimini müdafiə edən yığma döyüşçü, 187 nəfər – "Hizbullah"çıdır. Ölənlərin arasında 5 min 375 nəfər əsasən xarici ölkələrdən olan müxalif döyüşçü, 2 min 202 nəfər ordudan qaçıb müxaliflərə qoşulan əsgər var. BMT-nin statistikasına görə, 2011-ci ilin martından başlayan bu hərbi konfliktdə 100 mindən artıq insan həyatını itirib.
2013-10-31
858
Yaşayış binasında partlayış:xəsarət alan var
Yasamalda yanğın hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb. Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri alıb və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.
2013-10-31
859
İsrail Suriyanı bombaladı
"CNN İnternational" kanalının xəbərinə görə, İsrail Suriyaya aid hərbi bazaya zərbələr endirib. "Hizbullah"ın nəzarətində olan və Suriyadakı Latakiya şəhəri yaxınlığındakı silah anbarı barədə məlumat alan İsrail bombardmançıları Suriya sərhədinə daxil olub və bazanı məhv edib. "CNN İnternasional"ın bu məlumatını ABŞ administrasiyasının xüsusi nümayəndəsi təsdiqləyib.
2013-11-01
860
Vasif Talıbov Arzu Kazımovun bazarını bağladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə, Naxçıvan şəhərində yerləşən bazar sökülür. Adının çəkilməsini istəməyən şəxs bu barədə "Musavat.com"a danışıb. "Axar.az"ın Naxçıvandakı mənbələrdən aldığı məlumata görə, Naxçıvan şəhərində iki bazar var: "57 bazarı" və "Cahan Holdinq" adı ilə tanınan ticarət mərkəzləri. Söküntüsünə qərar verilən bazar Elşad Abdullayev olayından sonra ictimaiyyətin tanıdığı və hazırda həbsdə olan iş adamı Arzu Kazımova məxsus "57 bazarı"dır. Bildirlir ki, bu bazarın səhmlərinin əsas hissəsi ölkənin güc strukturlarından birində yüksək vəzifə daşıyan məmurun doğmalarına aiddir. Əslən Naxçıvandan olan həmin məmurun ailə üzvləri "57 bazarı"nı A.Kazımovun həbsindən sonra onun xanımı ilə birgə işlədirlər. Məlumatda qeyd olunur ki, A.Kazımovun xanımı həmin yüksək çinli məmurla yaxın qohumdur. Hazırda söküntüsünə qərar verilən "57 bazarı"nda işləyən icarədarların "Cahan Holdinq"in arxasında yeni inşa ediləcək və əvvəlki bazardan görünüşcə daha gözəl olan bazara köçürüləcəkləri bildirilir. Xatırladaq ki, Cahan Building, Cahan Commerce, Cahan General Traiding, Cahan Industry Complex, Cahan Red, Cahan Motors, Cahan Pen, Cahan Tea, Cahan Tobacco, Days Hotel və s. olmaqla, ümumilikdə 12 əsas və bir neçə törəmə şirkətdən ibarət olan "Cahan Holdinq"in prezidenti Vüqar Abbasovdur (2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub). Holdinqin öz saytında ("cahan.az") təsisçilərin adı isə göstərilməyib.
2013-11-01
861
“Rusiya 5 rayonun boşaldılmasına razılıq verib”
Kremlin əsas şərti məlumdur; "ABŞ və NATO-nun adamı" Əbiyevin görəvdən alınmasının və rus generalının Müdafiə Nazirliyində yüksək posta təyinatının sensasion sirri... "Rusiya Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş rayonunu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının boşaldılmasına prinsipial razılıq verib". Diplomatik kanallardan "Yeni Müsavat"a daxil olan bu xəbər əlbəttə ki, Azərbaycan oxucusu üçün sensasion sayıla bilməz. Çünki 2007-ci ildən üzü bəri hətta Azərbaycanın dövlət rəsmiləri səviyyəsində də səslənən bu kimi iddialar gerçəkləşməyib və tezliklə gündəmdən çıxıb.
2013-11-01
862
Dilənməyi ayıb sayan əlillə söhbət
Nəsimi bazarının yanında siqaret, paket satan bir əlil var. Heç normal danışa da bilmir. Ancaq öz zəhməti ilə işləyib pul qazanır. Yaxınlaşıb həm siqaret almaq, həm də söhbət etmək istədik. Sözün açığı, satdığı əsasən bahalı siqaretlər idi (ən azından bizə görə). Ancaq sağ olsun, üç manata satdığı "Marlboro"nu bizə 2.5 manata satdı. 11 yaşımda avtomobil qəzasına düşmüşəm Nitqində də qüsur olmasından dolayı sözləri aydın deyə bilmir. Ancaq demək istədiyi sözləri təkrarlamaqla ünsiyyət qura bilərsən. Söhbət zamanı məlum olur ki, adı Tahirdir. 27 ildir ki, "Nəsimi" bazarının girişində siqaret satmaqla ruzi qazanır: "11 yaşımda avtomobil qəzasına düşmüşəm. Ondan sonra belə oldum. 27 ildir ki, burada siqaret satıb, dolanıram. Evliyəm. İki oğlum var. Balacasının 17 yaşı var, "kamera çəkir". Böyüyü 18 yaşındadı, tibb universitetində oxuyur. Həkim olacaq". Ayda 50 manat polisə pul verirəm Tahir Yusifov bizə gündəlik qazancı və polisə verdiyi aylıq haqq barəsində də danışdı: "Gündə 10-15, bəzən 20 manat qazanıram. Ancaq burada dayandığım üçün polis ayda 50 manat məndən pul alır. Baxmayaraq ki, mən hər gün burada olmuram. Açıq havada işlədiyimə görə soyuq havalarda işə çıxmıram. İndi hava yaxşıdır deyə, gəlmişəm". İki nəfər peyda olub söhbətimizə qulaq kəsilən kimi, həmsöhbətimiz anındaca dediyi sözü danır. Yəni, yox, polis ondan pul almırmış. Biz də vəziyyəti anlayıb daha üstünə getmir, söhbəti dəyişirik. Ayda 150 manat əlillik pensiyası alıram Ancaq ilıq havalarda işlədiyinə görə, bəs görəsən qışda necə dolanır, başqa gəlir yeri varmı? - Avtomobil qəzasına düşdüyümə görə ayda 150 manat əlillik pensiyası alıram. Hava soyuq olanda işə çıxmasam da, şükür allaha, dolanırıq". Nə olsun ki, əlil qalmışam, normal danışa bilmirəm?.. Hər gün küçədə əlil insanların diləndiyini görmüşük. Hətta fiziki qüsurlu olmayanlar var ki, özünü əlilliyə vurub dilənir. O isə, dilənməyi özünə ayıb sayır: - Həmişə dilənçiliyi özümə ayıb bilmişəm. Nə olsun ki, qəzaya düşüb əlil qalmışam, normal danışa bilmirəm?.. Ancaq siqaret satmaqla da olsa, öz halal zəhmətimlə pul qazana bilirəm axı. Bir də ki, bayaq dediyim kimi, aya 150 manat pensiya alıram. Min şükür dolanırıq... Nahar fasiləsi Artıq nahar zamanı idi. İstədik Tahir bəylə bir yerdə nahar edək. Əli ilə minnətdarlıq öpüşü uçurub, istəmədiyini, naharını özüylə gətirdiyini dedi. Elə bu zaman həmin o söhbətimizi dinləyən iki nəfərdən biri söhbətə qoşuldu: "Naharını bəzən oğlanları, bəzən özü gətirir. Elə işə gəlib, evə getməsinə də oğlanları yardımçı olur". Reportajımızın qəhrəmanının bir-iki fotosunu çəkib, sağollaşırıq. O da elə həminki kimi, əli ilə öpüş göndərib bizi yola salır. Adam həyat dolu idi.
2013-11-01
863
Lukaşenkonu Avropaya yenə buraxmadılar
Avropa Birliyi daha bir il müddətinə Belarus rəsmilərinə və hökumətə yaxın kompaniyalara qarşı sanksiyaları uzadıb. Müəssisələrin 5 maddə, məmurların sayının 13 nəfər azalmasına baxmayaraq, ekspertlər qorxur ki, bu sanksiyalar Minski Brüssellə dialoq aparmaqdan çəkindirəcək. "Axar.az"ın məlumatına görə, AB-nin mətbuat katibi sanksiyaların uzadılmasının səbəbini siyasi məhbusların hələ də azad, insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplərdə təkmilləşmə olmaması ilə izah edib. Siyahıdan çıxarılanlar isə sadəcə işdən çıxanlardı və 5 müəssisə isə bircə nəfərin - Peftiyevindir. O isə sanksiyalardan qurtulmaq üçün 1 milyon ödəməyə də hazır idi. Hazırda 232 nəfər və 25 kampaniyanın AB-yə girişi qadağandır. Bu kompaniyalar isə Belarusda böyük biznes qura bilər, lakin onlar Lukaşenkonun hər istəyini yerinə yetirir. Minsk isə sanksiyalara təmkinlə yanaşsa da, sanksiyaların perspektivsiz olduğunu və tamamilə ləğv olunması gərəkdiyini bildirib. Müxalifətin də münasibəti sanksiyalara qarşı birmənalı olmayıb. Radikal müxalifətçilər Avropanın ixtisarlarını ikiüzlülük hesab edib, liberallar isə bunun müsbət bir hal və gələcəyə yeni addım olduğunu bildirib. Ekspertlər isə bu qərarın "qərar olmadığını" və sadəcə sanki bir iş görülüb kimi göstərmək üçün qəbul olduğunu bildiriblər: "Bir tərəfdən sanksiyaların müddətini uzadırlar, digər tərəfdən siyahını azaldırlar". Ekspertlərdən biri Aleksandr Milinkeviç bildirib ki, Lukaşenko demarş elan edib Vilnüsdəki sammitə məhəl qoymaya, hətta "Şərq tərəfdaşlığı"nı tərk edə bilər. Moskvanın "birmənalı dəstəy"i sayəsində "Minsk AB ilə münasibətin inkişafında maraqlı deyil".
2013-11-01
865
Snouden Merkelin dinlənmələri haqda danışacaq
"Yaşıllar" partiyasının deputatı Ştrebelenin sözlərinə istinadən "Reuters" agentliyinin verdiyi xəbərə görə, ABŞ MTA-nın eks-əməkdaşı Snouden Alman prokurorluğuna və parlament üzvlərinə Almaniyanın kansleri Merkelin telefonunun dinlənməsi haqda danışmağa hazır olduğunu bildirib. O, bildirib ki, oktyabrın 31-i Rusiyada keçmiş agentlə görüşüb və o, "çox şey bildiyini" göstərib. MTA Almaniya ilə əməkdaşlıqdan imtina etdiyindən Snouden şahidlik etmək üçün Almaniyaya gələ bilər. Bu gün Ştrobele görüşün təfərrüatını danışmağı, eləcə də Snoudenin alman hökumətinə yazdığı məktubu ictimailəşdirməyi düşünür. O öz bloquna Snoudenlə əl sıxışdığı zaman çəkilən şəkli yerləşdirib. Noyabrın 18-i bu məsələ Bundestaqda müzakirə olunacaq və Ştrobelenin partiyasının da daxil olduğu müxalifət istintaqın açıq aparılmasını tələb edəcək. Ştrobele Snoudeni inandırıb ki, o Rusiya ərazisində də şahidlik edə bilər. Bu arada Rusiya Snoudenin hərəkətlərinin ABŞ-a xələl gətirməyəcəyi şərti ilə sığınacaq verib. Xatırladaq ki, Snouden MTA-nın eks-əməkdaşı 35 ölkə başçısının dinlənilməsi haqda sənədləri mətbuata verib və Rusiyada sığınacaq tapıb.
2013-11-01
866
Cenevrə konfransı təxirə salına bilər
Suriya müxaliflərilə hökumət qüvvələri arasında yaşanan böhran həllini hələ də tapmayıb. Müxaliflər Cenevrədə bu ay keçirilməsi nəzərdə tutulan görüşlərdə hökumətin rəhbərliyi qurulacaq yeni hökumətə verməsini israr etsə də, Əsəd rejimi bununla razılaşmır. Suriya hökuməti ilə Rusiya, müxaliflərin Cenevrəyə şərtsiz gəlmələri mövzusunda geri addım atmır. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müxaliflərlə Şam rəhbərliyi arasındakı böhran xaricindəki bir başqa problem də Səudiyyə Ərəbistanın 2-ci Cenevrə Konfransı üçün dəstək verməməsinə görə yaşanır. ABŞ-ın Suriyanı vurmaqdan son anda imtina etməsini sərt şəkildə tənqid edən Səudiyyəlilər özlərini Vaşinqton tərəfindən aldadılmış hiss edirlər. Riyad rəhbərliyini hirsləndirən bir başqa hadisə də ABŞ ilə İran arasındakı yaxınlaşmadır. BMT, 2-ci Cenevrə Konfransının noyabr ayı içində keçiriləcəyi söz-söhbətlərini təkzib etməyib. BMT baş katibinin spikeri Martin Nesirski, "BMT və Ərəb Birliyi Suriya Xüsusi nümayəndəsi Lakhdar İbrahimi 2-ci Cenevrə Konfransının keçirilməsi üçün çox ciddi çalışır",- deyib. Bir jurnalistin konfransın təxirə salınacağı barədəki iddialarına qarşılıq olaraq, Nesirski 2-ci Cenevrə Konfransının keçirilə bilməsi üçün BMT, Rusiya və ABŞ heyətlərinin önümüzdəki həftə Cenevrədə bir yığıncaq keçirəcəklərini bildirib. Ancaq spiker, konfransın qətiyyən keçirilməyəcəyi barədə iddialar haqqında dəqiq heç nə deməyib.
2014-03-26
867
Hitler: “XXI əsrdə faşizm Rusiyada qalib gələcək”
2013-11-01 10:32 Son vaxtlar Rusiyanın imperiya siyasəti və rus xalqının böyük əksəriyyətlə və "Böyük Rusiya" ideyası ilə Putin işğalını alqışlaması, skinhedlərin nasist hərəkətlərinə dövlətin gizli dəstəyi Faşist Almaniyasını və təbii ki, Adolf Hitleri bir daha yada salır. Sonuncu müsahibəsində Hitler 21-cü əsrdə Rusiyada millətçi sosializmin qalib gələcəyini özünəməxsus şəkildə izah edirdi. Beləliklə, Adolf Hitlerin 1 noyabr 2013-cü ildə saytımızda yayımlanan son müsahibəsi yenidən gündəmdədir. Aktuallaığını nəzərə alıb müsahibəni yeniləyirik. Bu müsahibə 1945-ci il aprelin sonlarında alınıb. Necə? Partiya işlərinin idarəçisi Martin Borman neytral ölkələrdən birinin jurnalisti ilə əlaqə yaratmaq və onu Reyx dəftərxanasının bunkerinə çatdırmaq tapşırığı alır. Hitlerin intihar etməsinə sayılı günlər qalmış İsveçrə jurnalisti Kurt Şpeydel ondan son müsahibəni alır. Şpeydelin özü isə Reyx dəftərxanasında hücum zamanı həlak olur, digər sənədlərlə birgə dəftərçə Moskavaya çatdırılır. Dəftərçə bugünlərə qədər "Silahlı Qüvvələr Muzeyi"ndə saxlanılır. Bir neçə ay bundan qabaq arxiv işçilərindən biri stenoqrafik yazını oxumağa çalışır və bu tarixi sənədin unikallığına heyrətlənir. Və qəzet redaksiyasına müraciət edir. Həmin müsahibədən oxucuları maraqlandıran bəzi hissələri təqdim edirik. Biz tarixin ən böyük hakimiyyətini yarada bildik Sual: 27 il bundan qabaq siyasi mübarizəyə qoşulanda sizi belə bir sonluğun gözləyəcəyini təxmin edirdinizmi? Adolf Hitler: Bəli, hələ o vaxt biz hər şeyi gözəl başa düşürdük. Biz həyatımız bahasına olan həlledici döyüşə girirdik. Ortaya yalnız iki şey qoyulmuşdu: ya biz qalib gələcəyik, ya da bütünlüklə həlak olacağıq. Tarixdə yalnız dahilər qalır Sual: Bu gün 1945-ci il aprelin 29-dur. Uduzduğunuzu boynunuza alırsınızmı? Adolf Hitler: Mən uduzduğumuzu düşünmürəm. Bəli, Almaniya müharibəni uduzdu, Vermaxt məğlub oldu. Lakin biz böyük bir ideyaya təkan verdik. Millətçi sosializm aydın şəkildə özünün üstünlüyünü nümayiş etdirdi. 1918-ci, 1920-ci illəri yadınıza salın. Onda Almaniya harda idi? Biz hakimiyyətdə olduğumuz bir neçə il ərzində bəşəriyyət tarixində ən böyük hakimiyyəti yarada bildik. Biz iqtisadiyyatı yaratdıq, mənəvi və fiziki cəhətdən sağlam gənclik tərbiyə etdik. Bildirim ki, sonda tarixdə yalnız dahilər qalır. Misirdə piramidaların tikilişində həyatını itirən minlərlə köləni indi kim xatırlayır? Tarixdə yalınız piramidalar qalıb. Gələcək millətçi sosializmə məxsusdur. Çəkinmədən deyirəm ki, bu da XXI əsrdə olacaq. XXI əsrdə Rusiyada millətçi sosializm qalib gəlsə, mən heç də təəccüblənməyəcəm. Müharibə illərində mən onların irqi ideologiyasını yenidən düşünmək məcburiyyətində qaldım. Sizə deyim ki, Avropada heç kim Rusiyanı tanımır və heç vaxt da tanımayıb. Mən rusları heç də ideallaşdırmıram. Lakin fakt ondan ibarətdir ki, rus milləti bu sərt müharibədə çox güclü idi və ali irq üçün Şərqdən kömək gəlsə, heç də təəccüblənmərəm. Bu, məntiqli olar. Biz öləndən sonra üstümüzə itləri buraxacaqlar Sual: Siz ideyanın qalib gəldiyini, lakin müharibəni uduzduğunuzu qeyd elədiniz. Sizə səmimi olaraq bir sual ünvanlamaq istərdim. Bu müharibə lazım idimi? Adolf Hitler: Siz elə deyirsiz, sanki müharibənin başlanıb-başlanmaması ancaq məndən asılı idi. Mən bilirəm ki, biz öləndən sonra üstümüzə bütün itləri buraxacaqlar. Bizi işğalçı adlandıracaqlar. Lakin bu, düzgün deyil. Sanki Almaniyada mən və ya başqaları bu müharibəni istəyirdik. Almanların yeni nəsli möhtəşəm dövlət qurmuşdular və onların günahı deyil ki, yollarını kəsirdilər. Millətçi Sosialist Hərəkatının ilk tumurcuqlarını boğmaq üçün ingilislər, amerikalılar və dünyanın bütün yəhudiləri əlindən gələni elədilər. Sadəcə, axmaq adam fikirləşə bilər ki, bu müharibə ancaq bizim fikrimiz olub. Fikir verin, 1939-cu ildə biz sayca və texniki cəhətdən üstün olan düşmənlərin əhatəsində olduq. Lakin hətta belə şərtdə alman ruhu dünyaya qəhrəmanlığın möcüzəsini göstərdi.
2013-11-01
868
Yeni dünya tapıldı
Günəş sisteminə 400 işıq ili uzaqlıqda, böyüklük və məzmun baxımından eynilə dünyaya bənzəyən bir planet kəşf edilib. "Haberturk.com"un verdiyi məlumata əsasən, Amerika kosmos dairəsənin (NASA) "Kepler" kosmos teleskopu ilə müşahidə olunan "Kepler-78b" adı verilən planet, dünya kimi qayadan və dəmirdən ibarətdir. Sıxlığını və tərkibini təyin etmək üçün planetin kütləsini ölçən elm adamları, "Kepler-78b"nin dünyanın 1,2 qatı böyüklüyündə və iki qatı ağırlığında olduğunu təsbit edib. İki min dərəcə istilik Qalaktika tədqiqat kəşfində iştirak edən "Kepler-78b", orbitində tapılan ulduzun ətrafındakı dönüşü 8,5 saatda tamamlayır. Planetin səthindəki istiliyin təxminən 2 min dərəcə olduğu təxmin edilir. Peykinə son dərəcə yaxın məsafədə olan və bir neçə milyard il sonra peyki tərəfindən məhv ediləcəyi hesablanan planetin qısa ömürlü olacağı təxmin edilir.
2013-11-01
869
Suriya həm döyüşür, həm əylənir - Foto
Amerika xəbər agentliyi "Associated Press"in fotomüxbiri Dusan Vranik Suriyadakı vətəndaş müharibəsinin getdiyi dövrdə paytaxt Şamın gecə həyatını çəkib şəkillərini yayımladı. "Axar.az"ın "Milliyyət"ə istinadən verdiyi xəbərə görə, şəhərdə qarşıdurmalar getdiyi dövrdə gecə düşən kimi əksər paytaxt sakinləri evlərinə yığışır, amma bəzi gənclər Ərəb dünyasının məşhur mahnılarının sədaları altında əylənməyə davam edirlər. Bayırda qulaq batıran bombardman əks-səda verərkən Şamın məşhur barlarında gənclər rəqs edir, qəlyan çəkir, musiqinin dadını çıxarırlar.
2013-11-01
870
Cinsiyyəti: Kişi, Qadın və ya...
Almaniya Avropada ilkə imza atdı Almaniya Avropada ilk olaraq hermafrodit doğulmuş körpənin cinsiyyətini qeyd edəndə kişi və ya qadın əvəzinə müəyyən olunmamış yazmaq imkanı olacaq. Bununla da valideynlərin yenicə doğulmuş körpələrinin bir müddət cinsiyyət xanasını doldurulmamış saxlamaq hüququ olacaq. Onlar "F" (qadın) və ya "M" (kişi) xanasının əvəzinə "Х" (müəyyən olunmamış) yaza bilər. Bu qərarın çıxarılmasında əsas məqsəd valideynlərin körpələrinin cinsiyyətini "aydınlaşdırılması" üçün əməliyyata tələsdirməməkdir. Qeyd edək ki, statistikaya əsasən, dünyada yeni doğulmuş hər 2 mindən bir uşaq hermafrodit doğulur. Bildirək ki, hermafrodit həm kişi, həm də qadın xüsusiyyətlərini və orqanlarını daşıyan orqanizmə deyilir.
2013-11-01
871
Milli Akademiyada Sovet atributları - Fotosessiya
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanı məşhur milyonçu Musa Nağıyev oğlu İsmayılın xatirəsinə tikdirmişdi və bu səbəblə ona "İsmaliyyə" adı qoyulmuşdu. Binada SSRİ dövründə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti fəaliyət göstərdi. Azərbaycan artıq 22 ildir müstəqildir, "Azərbaycan SSR Elmlər Akademiyası" da çoxdan "Milli Elmlər Akademiyası"dır. Amma "İsmaliyyə"dəki Sovet atributları hələ də qalır.
2013-11-01
872
Arif Hacılıdan Lalə Şövkətə ağır suçlamalar
null
2013-11-02
873
Aeroportda soyundu - Şok görüntü!
Aeroportda əynindəki bütün paltarları bir anda çıxaran qadın sərnişin hər kəsi təəccübləndirib. Belə etməsinin səbəbi isə... "Axar.az"ın "Milliyyət"ə istinadən xəbər verir ki, İngiltərənin Mançester aeroportunda təhlükəsizlik işçilərinin "paltarlarınızı çıxarın" xəbərdarlığını çox ciddi qəbul edən 50 yaşlı Kelli Hadfild-Hayd ölkədə günün mövzusu olub. Təhlükəsizlik işçilərinin xəbərdarlığına əynindəki bütün geyimləri çıxararaq cavab verən qadının büsqalterini çıxarmasını ətrafdakı adamlar təəccüb içində izləyib. Kelli Hadfild-Hayd "Aeroportda dincliyi pozmaq"da suçlanaraq məhkəməyə verilib.
2013-11-01
874
Əmək Müfəttişliyinə yeni sədr təyin olundu
Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub. "Axar.az"ın "Azvision.az" istinadən rverdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Fondun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayevi Əmək Müfəttlişliyinə sədr gətirib. İdris İsayevi yeni postunda Nəbi Şükürlünü əvəz edəcək. Qeyd edək ki, İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub.
2013-11-01
875
Əvəz Temirxan: “İsa Qəmbər - Molotov ləqəbli KQB agenti”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "feysbuk" hesabında yazdığı statusda Rəsul Quliyev və Lalə Şövkəti ittiham edib və onları müxalifətin birliyinin pozmaqda günahlandırıb: "Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi". "Molotov" ləqəbli "KQB" agenti ALP-nin sədri Əvəz Teymurxan "Axar.az" açıqlamasında A.Hacılının bu statusuna cavab olaraq İsa Qəmbərin ünvanına kəskin ittihamlar irəli sürdü və onu hakimiyyətin adamı adlandırdı: "Əgər doğrudan da demokratiya uğrunda mübarizə aparırlarsa, niyə 98-ci ilə mənəvi liderləri Elçibəyi Lalə Şövkətlə Rəsul Quliyev Elçibəyi vahid namizəd gördüyü halda, İsa Qəmbər buna qarşı çıxdı? Niyə İsa Qəmbər 2013-cü ilin 21 avqustunda Lalə Şövkətin və Rəsul Quliyevin siyasi liderlərin vahid namizədliyinə dəstək verəcəklərini bəyan etməsinə baxmayaraq, nə konsensus, nə də reytinq səsverməsiylə dörd namizəddən - Əli Kərimli, Eldar Namazov, Mirmahmud Mirəlioğlu və özünün - birinin vahid namizəd olmasına razılıq vermədi? Niyə 2003-cü ildə İsa Qəmbər öz ünvanına, "Molotov" kliçkalı KQB agentidir", - deyə söylənilən ittihamlara indiyə kimi cavab vermir və onları məhkəməyə vermir?" Rüstəm İbrahimbəyovu İsa Qəmbər "qaraladı" Əvəz Temirxan Müsavat başqanını ümzalanan bəyanata zidd olaraq, "saxta parlamentə" getməkdə də ittiham etdi: "2005-ci ildə Lalə Şövkətlə imzalanmış bəyanata zidd olaraq, 4 mandatla saxta parlamentə gedib parlamenti legitimləşdirən də İsa Qəmbər idi. İttiham etdikləri Lalə Şövkət isə mandatdan imtina etdi. Kim qarantiya verir ki, İsa Qəmbər bunu iqtidarın onun əlehinə olan kompramantlarından qorxaraq, hakimiyyətin tapşırığı ilə etməyib?" Biz Milli Şuradan İsa Qəmbərə görə çıxdıq Ə.Temirxan Milli Şuradan çıxmalarına da bir daha aydınlıq gətirib: "Bizim Milli Şuradan çxmaq səbəbimiz də İsa Qəmbərlə bağlıdır. Vahid namizədin olmasına imkan vermədilər, Rüstəm İbrahimbəyovun üzərinə hücuma keçdilər, onu "Rusiya agenti" adlandırdılar. Bundan sonra orda qalmaq olmazdı".
2013-11-01
876
Rüstəm İbrahimbəyov: “Bu, artıq çətin sualdır”
Demokratik Qüvvələrin Milli Şurasının sədri, Ziyalılar Forumu üzvü Rüstəm İbrahimbəyov "AzNews.az"a müsahibə verib. - Ziyalılar Forumunun üzvlərindən iqtidar-müxalifət dialoqunun başlanması təklifi irəli sürülüb. Bu təklifdən məlumatlısınızmı? - Bu barədə məndə heç bir məlumat yoxdur. Bəs, mənim niyə xəbərim yoxdur? Təəssüf edirəm ki, bu barədə gərçəkdən məlumatsızam. Söhbətin nə barədə getməsindən xəbərsiz olduğuma görə heç bir fikir deyə bilməyəcəm. Söhbət tək mənim deyil, Ziyalılar Forumunun adından gedirsə, mütləq bunu müzakirə etməliyik. Müzakirələr aparıldıqdan sonra qərar vermək olar. Bu elə bir məsələdir ki, mütləq müzakirəyə çıxarılmalıdır. Görünür, bununla bağlı Bakıda söhbətlər aparılır. Amma mənə hələ bir söz deyilməyib. - Milli Şurada həmsədrlik institutunun yaradılması məsələsinə münasibətiniz necədir? Bəzi müxalifət nümayəndələri və Milli Şuranın üzvləri isə bu qurumun sədri kimi Cəmil Həsənlini görür... - Bunu mən təklif etdim və bildirdim ki, gəlin həmsədrlik institutu yaradaq. Mən buna gərçəkdən razıyam. Açığını deyim ki, bunu ürəkdən istəyirəm. Amma bu elə bir məsələdir ki, tək təkliflə iş bitmir. Mən təklifi verdim. Milli Şura da müzakirəyə çıxarıb qərar verməlidir. İndi gözləyirəm ki, görək Milli Şura nə deyəcək. Mən professor Cəmil Həsənlinin milli lider kimi qəbul edirəm. Çox şad olardım ki, Cəmil Həsənli bu vəzifəni öz üzərinə götürsün. - Milli Şuranın gələcək formatını necə görürsünüz? - Bu artıq çətin sualdır. Bunun cavabını bir iki kəlmə ilə demək mümkün deyil. Həmin məsələni müzakirə etmək üçün üz-üzə oturmaq, hadisələri dərindən analiz etmək lazımdır. Milli Şuranın çox geniş planları var. İnanıram ki, o planlar yaxın gələcəkdə həllini tapacaq. - Milli Şuradan istefanızla bağlı fikirlər də sizinlə eyni düşərgədə təmsil olunanlar tərəfindən səsləndirilib... - Xeyir, bunu heç ağlımdan da keçirmirəm. Belə planım yoxdur, olmayacaq da... Nə qədər ki, Rüstəm var, Milli Şura da var. - Seçkilər başa çatdı. Azərbaycana qayıtmaq, proseslərdə iştirak etmək, iclaslara qatılmaq kimi fikriniz varmı? - Mütləq. Belə bir fikrim gerçəkdən var. Bu fikrin hələlik həyata keçməməsinin məlum səbəbləri mövcuddur. Hələlik həmin səbəblər öz həllinin tapmayıb. Buna görə də Azərbaycana gəlişim ləngiyir.
2013-11-01
877
Müdafiə Nazirliyi “güllələnən əsgər” olayına niyə susur?
Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə dəhşətli hadisə barədə "Axar.az" olaraq xəbər vermişdik. Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyüləndən və güllələnəndən sonra kanala atılıb. Hadisə ilə bağlı xəbər yayılan dəqiqədən indiyə qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev ilə bir neçə dəfə telefonda danışdıq. Danışıqlarımızı vaxtına görə sıralayırıq: Anlaşılmır ki: Ordunun əsgəri bir zabit və 5 əsgər tərəfindən döyüldüyünü və güllələndiyini bildirir, əsgərin valideynləri ictimaiyyətə haray çəkir, amma Ordu ilə bağlı bu inanılmaz olaya Müdafiə Nazirliyi açıqlama vermək istəmir.
2013-11-01
878
Yanan bazardan FOTOLAR
Bu gün gecə saatlarında 3-cü mikrorayon ərazisində yerləşən kənd yarmarkasında yanğın baş verib. Yanğın 5-6 dükanı əhatə edərək, onları tam yararsız vəziyyətə salıb. Hələ ki, hadisənin yaranma səbəbi haqda məlumat verilmir. Reportyorumuz Emin Nihilin yanğın yerindən çəkdiyi fotoları təqdim edirik.
2013-11-01
879
Urmiyada 11 azərbaycanlı edam olundu
null
2013-11-01
880
Ata olmaq istəyirsənmi?..
ABŞ-ın "Harvard" Universiteti və bir neçə ölkənin elm adamlarının apardığı araşdırma nəticəsində maraqlı fakt ortaya çıxıb. Bildirilir ki, ata olmaq istəyən insanlar kökdən istifadəni çoxaltmalıdırlar. Bunun tərəvəzin tərkibində olan maddələrlə əlaqəli olduğu bildirilib. "Axar.az"ın "Haber.365"ə istinadən verdiyi xəbərdə bildirilir ki, kökün tərkibində karotenoidlər və sarı rəngvericilər daha artıqdır. Bu tərəvəzdə olan maddələr digər tərəvəzlərlə müqayisədə daha artıqdır. Araşdırmada bununla yanaşı kökdə antioksidanların çox olduğu aşkar olunub. Araşdırma zamanı 200 gəncdən müxtəlif meyvə-tərəvəz yeyilməsi istənilib. Qidalanmaya görə aparılan araşdırmadan məlum olub ki, sarı rəngli qidalar ata olmaq ehtimalını artırır. Amerikalı alimlər bunu sarı rəngli qidalarda spermaların daha güclü olması ilə əlaqələndiriblər. Araşdırmanın nəticələri "Fertility and Sterility" jurnalında yayımlanıb.
2013-11-01
881
Daha bir universitetdə tələbələr etiraza qalxdı - FOTOLAR
Azərbaycan Universitetinin tələbələri imtahanların yazılı keçirilməsinə etiraz olaraq aksiya keçirirlər. Bu barədə hadisə yerində olan "Musavat.com"un reportyoru xəbər verib.
2013-11-01
882
Marqvelaşvili ilk rəsmi səfərini Azərbaycana edəcək
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Azərbaycana edə bilər. "Axar.az"ın xəbərinə görə, bunu "AzVision.az"a açıqlamasında Gürcüstanın hakim partiyası "Gürcü arzusu" koalisiyasında təmsil olunan, azərbaycanlı deputat Əli Məmmədov deyib. Deputat bildirib ki, G.Marqvelaşvili andiçmə mərasimindən sonra ilk səfərinin Azərbaycana edəcəyi gözlənilir: "Mümkündür ki, o ilk səfərini Azərbaycana eləsin. Azərbaycan və Gürcüstan dost, qardaş ölkədir. Ona görə də prezident ilk rəsmi səfərini Azərbaycana edəcək"-deyə, Ə.Məmmədov əlavə edib. Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Hakim "Gürcü arzusu" Koalisiyasının namizədi Georgi Marqvelaşvili 62,1% səslə qalib olub.
2013-11-01
883
Gizli dinləmələrdə “Microsoft”un sıx əməkdaşlığı
İnternetdə daha öncə də "Windows", "Windows media", "Ipod" və "İphone" vasitəsi ilə istifadəçilərin necə izlənilməsi haqda məlumatlar verilib. Məsələn: Casus "Windows media player" "Windows media player" istifadəçilər haqda geniş dosye hazırlaya bilir. Pleyer fayllardan birində onda açılmış bütün audio və video-fayllarda məlumatları saxlayır və bu informasiyanı "Microsoft" üçün istənilən an əlçatan edir. DVD və CD pleyerdə oynadılan zaman media pleyerin casus funksiyası işə düşür və hər hansı bir veb-səhifədən DVD və CD-nin adı və digər məlumatını yükləyir. Oynadılandan sonra isə bu məlumatlar pozulmur və kiçik bir faylda saxlanılır. Bu məlumatlar sonra müxtəlif məqsədlərlə istifadə oluna bilir. Bəs "Windows" bunu necə edir? Çox sadə! İş burasındadır ki, "Windows" daimi olaraq öz istifadəçilərini izləyir və kompüterdə gündəlik işləmə tarixini saxlayır. Lakin bu tarixi silməklə izlənmədən qurtulmaq da izlənmə kimi sadədir. "Apple" da izləmədən yan keçməyib "Apple"ın eksperti bunu inkar edib və pozma imkanlarını bəhanə gətirsə də, "Kasperskaya" belə bir çıxış edib: "Apple"ın mobil cihazları, smartfonları və planşetlərinə istifadəçi, onun hərəkətləri, mümkün foto və videolar haqda məlumat yığan və təhlil edən, onu istehsalçıya göndərən proqram təchizatı quraşdırılıb. Mahiyyətinə görə bu "troyan" proqramdır, çünki onun mövcudluğu heç bir yerdə elan edilməyib və mobil cihazda onun varlığını bildirən heç bir işarəsi (ikon) əlavə edilməyib". Eləcə də "Skype"ın dinlənilməsi haqda çox məlumatlar var. Baxmayaraq ki, vaxtilə "Skype" ən təhlükəsiz və dinlənməsi mümkün olmayan proqramlardan biri olsa da, dövlət qurumları ilə əməkdaşlıqdan sonra artıq "Skype" da istifadəçilərin maraqlarını qorumaq baxımından o qədər etibarlı sayıla bilməz. Beləliklə, ABŞ kəşfiyyatının bütün bu səs-küyü yaradan dinləmələrində müxtəlif yollarla yanaşı, eləcə də "Microsoft"un da sıx əməkdaşlığı olub. Bu haqda son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən Snoudenin təqdim etdiyi sənədlərdə də qeyd olunub.
2013-11-01
884
Güllələnən əsgərlə bağlı cinayət işi qaldırldı
Oktyabrın 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadənin tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atılması barədə valideynlərinin mətbuata açıqlamasına münasibət öyrənmək üçün Qazax Hərbi Prokurorluğuna müraciət etdik. "Axar.az"ın müraciətinə cavab olaraq Hərbi Prokurorluqdan bildirildi ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və işi müstəntiq Xəyal Rüstəmov aparır. "İş obyektiv aparılacaq" Müstəntiq Xəyal Rüstəmov hadisəylə bağlı geniş məlumat verməkdən imtina etdi: "İşin istintaqı gedir, ona görə də ətraflı məlumat verə bilmərəm". Qeyd edək ki, əsgərin öz-özünü güllələməsi barədə qeyri-rəsmi məlumatlara Cəmil Hüseynzadənin valideynləri işi ört-basdır etmək kimi reaksiya verirlər. Onların sözlərinə görə, istintaqı yanlış səmtə yönləndirmək və məsuliyyətdən qurtarmaq üçün belə izahatlar təqdim edilir və şayiələr yayılır. Bu barədə sorğumuza müstəntiq Xəyal Rüstəmov, "Əmin ola bilərsiniz ki, işə obyektiv baxılacaq", - deyə cavab verdi.
2013-11-01
885
"Möhtəşəm yüz yıl"dan daha möhtəşəm film
Mətbuatda ürəkaçan olmayan bütün rəylərə rəğmən filmi izlədim. Daha doğrusu, film baltalandıqca marağım da artdı. Kinoteatra gəlincə tək olmadığımı da anladım. Türkiyə filmlərinin Bakı əhlinin ayağını kinoteatrlara açdığı danılmaz faktdır. "Mahmud və Məryəm " isə Elçinin əsəri və Azərbaycan-Türkiyə ortaq istehsalı olması, yerli aktyorların iştirakı ilə daha da diqqət çəkir. Əlbəttə, gündüz seanslarının məqbul qiymətləri (4 azn) əsas hissəsini tələbələrin təşkil etdiyi gənclərin axınına bir səbəbdir. Sujet haqqında Film nağılvari, əfsanəvi bir şəkildə başlayır. Qurdun Ziyad Xan və Qəmər xanıma bağışladığı oğul və onunla eyni gecə dünyaya gələn keşişin qızı Məryəmin hekayəsi. Türklük vurğusu bu bozqurd səhnəsi ilə başlayır və davam edir. Yeri gəldi-gəlmədi "Tusi deyərdi ki" deyə başlayan ədəb-ərkan dolu cümlələr bir nöqtədən sonra adamı usandırır. Hələ bu azmış kimi Sultan Səlim ilə Şah İsmayıl arasındakı mübarizə üzərindən türklərə birlik-bərabərlik mesajı da verilir. Bitdimi? Bitərmi? Bir də Qarabağ probleminə əl ataq deyib, bir-iki ağız muğam oxuyub, bir-iki damcı göz yaşı axıdıblar. Adamda sual yaranır: "Türklər hər şeyi belə mükəmməl bilirsə, niyə beş addımlıqda iki türk ordusu bir-birini qırır?" Əlbəttə, mən də bilirəm ki, iki Türk dövlətinin çəkdiyi filmdə Fransanı təbliğ edəcək deyildilər. Amma əgər bu təbliğat bir türk olaraq məni sıxdısa, Allah digər bir millətin nümayəndəsinə kömək olsun. Təcrübə göstərir ki, filmlərdə bir ideyanı "kor gözünə barmağım" üsulu ilə tamaşaçıya çatdırmağın əks effekti olur. Orda toplaşan gənclərin çoxunu eşq hekayəsi maraqlandırırdı. Serial baxışları "Mahmud və Məryəm" rejissor Mehmet Ada Öztəkinin kinoda ilk böyük işidir. O, daha çox televiziya serialları hazırlayır. Öztəkinin son işi "Kuzey Güney" Azərbaycan tamaşaçısına yaxşı tanışdır. "Mahmud və Məryəm"in qarşılaşdıqları səhnədə baxışmalar o qədər uzandı ki, yerlərdən bezgin səslər eşidildi. Rejissor o boyda eşqi ancaq bir baxışmada verməyə çalışıb. Nə bir hərəkət, nə də bir söz. Tamaşaçı bilmir ki, bu aşiq-məşuq bir-birini niyə sevdi, nəyə görə sevdi. Aktyor ifaları Mahmud rolunun ifaçısı Aras Bulut İnemli az təcrübəsinə rəğmən ən cəlbedici ifanın sahibi idi. Savaşa qarşı qələmə, sənətə sarılan qəhrəmanımızın gözəllik sevdasına inandıra bilir. Ən təsirli səhnələrdən biri iki türk ordusunun bir-birini qətl etdiyi meydana gəlib çatan Mahmudun ruhi vəziyyətinin təsviridir. Məryəmin ifaçısı Eva Dedova cənnətən çıxmış bir gözəlliyə sahibdir. Amma filmə gözəllikdən başqa bir şey qatmayıb. Məryəmin daxili aləmi, düşücələri, keyfiyyətləri verilməyib. O, sadəcə atası ilə sevgilisi arasında didərgin qalan bir qızdır. Mahmudun müəllimi Sofu rolunun ifaçısı Polat Bilgin rolu ilə bütünləşən və gözlərinə obrazını yazan yeganə aktyor idi. Yerli aktyorlar Uzun illər Türkiyədə yaşamasına baxmayaraq, Məlahət Abbasova da daxil bizim aktyorlarda Türkiyə türkcəsində danışmaq problemi var. Ancaq Fəxrəddin Manafov dünyadan doymuşluğu, bezmişliyi gözləri ilə tamaşaçıya sonuna qədər çatdırır. Öz kiçik rolunu ən yaxşı yaradan Şamil Süleymanovdur. Parlaq gözləri, ağ saçları, sevimli saqqalı, gözlərində Qəmərə olan eşqi ilə çox səmimi görünür. Çəkiliş prosesi Filmin büdcəsi 15 milyon lirə, yəni təxminən 7.5 milyon manatdır. Azərbaycan standartlarına görə yüksək, dünya standartlarına görə aşağı büdcəli bir filmdir. Çəkilişlər üçün açıq havada böyük bir ərazi və saray yaradılıb. İstər kostyumlar, istər də cənnəti xatırladan çəkiliş məkanları uğurlu seçilib. Aktyorların at minməsi, qılınc oynatması peşəkar səviyyədədir. Bir neçə dəqiqə davam edən döyüş səhnəsi üçün üç ay çalışılıb. Nəticədə "Möhtəşəm yüz il"in cizgi filmi effektli döyüş səhnələrindən çox daha yaxşı alınıb. Musiqilər, səs effektləri, kadrlar Azərbaycan kinematoqrafiyasında hələlik görə bilməyəcəyimiz qədər yüksək səviyyədədir. Bir gül ilə bahar olmaz, əlbəttə, amma bu gül özü baharın gəlişinin müjdəsi də ola bilər. Ancaq kifayət qədər tarixə və tarixi filmlərə yer ayıran milli kinomuz gündəlik həyatımızı da işıqlandırsa, rəğbətlə qarşılanar.
2013-11-01
886
“Qarabağ” futbolçusunun qardaşı maşın altda qaldı
Azərbaycan Premyer liqasında "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" futbol klubu dəhşətli xəbərlə sarsılıb. "Axar.az"ın "Sportarena.az" saytına istinadən verdiyi xəbərə görə, komdanın aparıcı futbolçularından birinin faciəsi bütün futbol ictimaiyyətini kədərləndirib. Beləki, "Qarabağ" futbol klubunun aparıcı futbolçusu Reynaldo Da Silvanın qardaşı ölkəsində motoskiletdə gedərkən yük maşınının altında qalaraq düynasını dəyişib. Hadisədən xəbər tutan futbolçu təcili öz ölkəsinə gedib. O, "Qəbələ"yə qarşı forma geyinməyəcək.
2013-11-01
887
Sabir Rüstəmxanlı məmurlara od püskürdü
Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir. Bu yazıların üslubu məni təəccübləndirmir. Hərə öz mühitinin, öz ailəsinin tərbiyəsi ilə, öz alışdığı dillə danışır. Nə görürlər, onu da götürürlər. Ağla qaranın sərhəddinin itdiyi, yaxşıyla pisin fərqinin bilinmədiyi, millətə üzqaralığı gətirməyin – millətə xidmətdən yüksək tutulduğu, oğurluğun, soyğunçuluğun, mənəviyyatsızğılığın, vətəndaşa saymazyana münasibətin adi hal aldığı bir mühitdən çıxanlardan başqa yazı tərzi, normal dialoq əxlaqı gözləmək sadəlövhlük olardı. Cins öz yerində durur. Nə qədər təlim keç, ağzını açan kimi "a... a" deyə anqıracaq. Bu yazıların müəllifi də məni təəccübləndirmir. Çünki belələrini kim "saxlayırsa", ona qulluq edir; kimin üstünə qısqırdırlarsa, onun üstünə cumurlar. Məni hədəf seçmələri də başadüşüləndir. Bu, xüsusi bir layihədir: Gərək ölkədə abırlı adam qalmasın, hamını öz günlərinə salsınlar ki, rahat nəfəs alsınlar. Məni təəccübləndirən bu yazıların sifarişçiləridir. Daha doğrusu, həmin sifarişçilərin bu qədər ağılsız və cahil olmaları və belə tərbiyəsizliklə, qeyri-adekvat və dayaz təfəkkürlə, nəhayət, millətin onlara nifrətini bilə-bilə vəzifə kürsüsündə sakit oturmalarıdır. Sözü gedən saytlar ortaya heç bir dəlil-sübut qoymadan məni "xain, satqın, agent, yunan allahı kimi çoxüzlü" adlandırırlar. Yəni qanlarına işləmiş rus dilində onların mahiyyətinə aid, əsillərinə-nəsillərinə yaraşan nə qədər murdar söz varsa, əndərirlər mənim başıma. Yadıma Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimlinin ona böhtan atanlara cavabından bir cümlə düşür: "Üstümə dünyanın bütün çaylarını axıtsalar da, mən lil altda qalmaram". Mən də belələrinin cavabını çoxdan vermişəm: "Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır". Bunlar inkubator cücəsi kimi bir-birinə bənzəyirlər; milli dövlətin məmuru, amma milli kimliyi və ruhu qısırlaşmış, dövlətin çörəyini yeyən, ancaq dövlət dilində danışa bilməyən, Azərbaycan varlığının böyüklüyündən qorxuya düşən, yarırus, yarıerməni, yarınurçu, yarısaqvalçı, yarı PKK-çı, amma üzə çıxmaqdan qorxan yariadamlar, zirzəmi siçovulları... Onlardan başqa mövqe də gözləmirəm. Böyükləri separatçılara dəstək verəndə mən milli birlik davasındaydım. Biz Azərbaycan türklüyünün böyüklüyündən danışanda, bunlar "nə türkbazlıqdır" deyə milləti təhqir edirlər. Gizli və açıq tapşırıqlar verirlər ki, mətbuatdan, kitablardan türk kəlmələri yığışdırılsın. Mən ömrümün ən gözəl illərini dövlət müstəqilliyi uğrunda mübarizəyə verəndə, onların böyükləri rusun ayaqqabısını yalaya-yalaya Moskvadan ayrılamaq istəmirdilər. İndi mənim adımı qəsdən Zori Balayanın adı ilə yanaşı çəkirlər. Çünki vaxtikən bunların mənəvi bənzəri olan Zori Balayanın sayıqlamalarını alt-üst edən kitab yazmışdım. Görünür, xalqın milli ruhunu oyatmaq istəyimizi hələ də həzm edə bilmirlər. Mən tarixin ən ağır faciəsini yaşayan millətimin bölünməsindən, departasiya olunmasından, soyqırıma məruz qalmasından danışanda, bunlar Azərbaycanı həmin bəlalara düçar eləyənlərə mədhiyyələr deyir, Güney Azərbaycan söhbətlərini unutdurmağa çalışırdılar. Mən milli mədəniyyətimizi, ana dilimizi təbliğ edəndə, bunlar Bakıda yenidən rus məktəblərinin sayını artırmağa çalışır, yetimləri ilə rusca qırıldaşır, mətbuatı, televiziyaları mənəvi dəyərlərimizə qarşı yönəldirlər. Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, İngiltərə, Özbəkistan, Çin – mənim kitablarımın ildən-ilə genişlənir və hər yerdə böyük Azərbaycan ruhunu təmsil edir. Çıxışlarımın, görüşlərimin beş qitəni əhatə edən coğrafiyasını da bura əlavə etsəm, görünər ki, bunlar kimi özgə üçün yazmağa və ya özgə soyadı altında gizlənməyə ehtiyacım yoxdur. Bunların "yaradıcılığı" isə iylənmiş saytlarıdır və orda millətin ləyaqətli adamlarına böhtan atmaqdan başqa işləri yoxdur. Bunlar öz böyüklərinə yazdıqları yaltaqlıq serialları ilə, bir şairin dediyi kimi, "yaltaqlığı da hörmətdən salıblar". Bunlara qalsa, Azərbaycanda türk sözünü, millət, ləyaqət, ədalət, haqq sözünü dilinə alan adam qalmamalıdır, hamı qoyun sürüsünə dönüb bunların ardınca getməlidir. Anlamırlar ki, bu millətin özü müəyyən şərtləri nəzərə alıb susar, amma onu zorla susdurmaq olmaz. Bu millətin gəncliyi tərbiyəsinə qısılıb gözləyər, ancaq tərbiyəsiz gənc məmurun antimilli sifəti üzə çıxanda, dünyanı ayağının altına alar. Bu tipli yazıları sifariş verənlər o qədər harınlaşıb və cəzasız qalacaqlarına o qədər arxayındırlar ki, dediklərinin əvəzində nə eşidə biləcəklərini düşünmür, ayıblarına qısılıb oturmaqdansa, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Hətta bu istiqamətdə öz əxlaq tərzlərinə uyğun bir "yol" da göstərirlər: Yazdıqları kimi, "Əkrəm Əylisli yolu". Yəni kim millət vəkili seçilməyəcəksə, millətin düşməni olacaq və ya bunlar qova-qova bütün mərdləri namərd edəcəklər. Başa düşmürlər ki, bizlər əlimizə qələm alandan bu millətin vəkili olmuşuq və milli təəssübkeşliyi, dövlət marağını vəzifəyə, Məclisdə olub-olmamağımıza dəyişən adamlardan deyilik. Bunların təsəvvüründə mənim son iyirmi beş ildə üzdə olmağım, millət vəkili seçilməyim, kitablarımı yazaraq, cəmiyyətdə mövqeyimi saxlayaraq, ən müxtəlif mühitlərdə sözümü deməyim çoxüzlülükdür. Niyə gəlib-gedən dəstələrin arasında, hakimiyyət uğrunda savaşlarda məhv olmamış, sıradan çıxmamışam. Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla "salam-əleyk"i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın. Bir müddət bundan əvvəl bəzi hərbi hissələrdə ideoloji işin zəifliyini, komandirlərin yerində olmamasını, texnikanın köhnəliyini tənqid edəndə bir YAP-çı deputat, "Sənin kimə işlədiyini bilirik", - deyə bu sayt yazarları kimi mənə az qala vətən xaini damğasını vurmuşdu. İndi ordunun içi açılır və xalq malının qorxusuz bir şəkildə talan edilməsi ortaya çıxır. Bu dəfə mən soruşuram: kimdi erməniyə işləyən? Bu cinayətləri eləyənlər, yoxsa vaxtında qulağınıza qışqırıb sizi ayıltmaq, bu rəzalətin durdurulmasını istəyənlər? Bu ağılla siz Ali Baş Komandana və ya Prezidentə hansı sədaqətinizdən danışa bilərsiniz? Sayt sifarişçilərindən də eyni şeyi soruşmaq istəyirəm. İyirmi beş ildir mənim bir mövqeyim var, o xalqın mənafeyinin qorunmasıdır, haqqdır, ədalətdir, vətəndaş həmrəyliyidir. Əgər son illər hadislərə daha səbrlə, daha sakit yanaşıramsa, bu, mənim müxalifətçi mövqeyimin dəyişməsi və ya sarsılması demək deyil; daxili inamımla bağlı bir məsələdir. Məncə, İlham Əliyevin prezident seçilməsi on il öncə ölkəni növbəti bir riskə atmağın qarşısını aldı. Reallıq, taleyimiz, müharibə, bizə olan xarici təzyiqlər hadisələrə dözümlü, anlaşıqlı münasibət tələb edirdi. Biz də bu yolu tutduq. Kəmfürsətlik, hər səhvi böyüdüb ancaq birinci şəxsin üstünə yıxmaq düz olmaz. İqtidarlı-müxalifətli hamımız bir xalqın övladıyıq və tarixin çətin bir dövrünü yaşayırıq, vətəndaş olaraq hamımızın müəyyən məsuliyyətimiz var. Bundan əlavə, mən Milli Məclisdə İlham Əliyevin bir çox müsbət keyfiyyətlərini də görmüşəm və insan kimi ona hörmətim var. Bunu kim hara yozursa, yozsun. Həmin o sayt yazarı məcbur etməsə, bu barədə heç nə yazmazdım. Mənim hakimiyyətə münasibətimin mahiyyətində məhz belə bir insani yanaşma və konstuktiv müxalifətçilik dayanır. Başqa onlarla heç bir sazişim və öhdəliyim yoxdur ki, ində də partiyanın bir gənc üzvünün çıxışına görə məni xəyanətdə ittiham etsinlər. Vətədanş Həmrəyliyi Partiyasının bir neçə üzvünün İctimai Palata ilə birgə Milli Şuraya gəlməsini sayt sifarişçisi oyunbazlıq hesab edir. Məgər hakim partiya bu qədər imkanlı ola-ola, bütün üzvlərini xoşbəxtliyə qovuşdurub və ya bütün YAP-çılar partiyanın fəaliyyətindən razıdır? Ac qarınla birlik, həmrəylik olmur! VHP-nin minlərlə işsiz, imkansız, həyatda yerini tapa bilməyən üzvü var. Onların səsini boğmaq yox, həyatlarını qurmağa yardım etmək lazımdır. Partiya çoxlu insanın bir araya gəlməsidir və orda fərqli fikirlərin olması təbiidir. Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib. Lakin məhz bu sayt sifarişçilərinin prezidentə "ayı xidməti" seçkilərlə bağlı beynəlxalq təşkilatlarda çoxlu suallar yaratdı və ölkəni bəzi problemlərlə üz-üzə qoydu. Biz ümumi vəziyyəti nəzərə alıb güzəştə getdiyimiz halda, qazanc ehtirasları, qeyri-peşəkarlıqları, vətəndaşa hörmətsizlikləri, özlərini qanunlarımızdan yuxarı tutmaları, dünyada gedən proseslərdən bixəbərlikləri ilə bir çox məmurlar ölkə üçün yeni-yeni problemlər yaratmaqla məşğuldurlar… Xəyanət və agentlik budur! Sayt sifarişçiləri öz aləmlərində mənim gələcək yerimi də müəyyənləşdiriblər: "tarixin zibilxanası..." Hesab edirlər ki, tarix də onların monopoliyasındadır. Nəzərə almırlar ki, məhz onların sayəsində xalqın bir hissəsi Azərbaycanda və Rusiyada zibilxanalarda eşələnməyə məcburdur. İmkan olsa, Azərbaycanın böyük türk ruhunu, iradəsini, mübarizə gücünü, ziyalılarımızı, az-çox haqq söz deyən millət vəkillərini də o günə qoyarlar. Qoy, hamı getsin, "ev qalsın əyriyə: həm yeyə, həm səyriyə". Mən gələcəyimdən narahat deyiləm. Millət beş dəfə məni öz vəkili seçib. Bu, Azərbaycan tarixinin parlaq səhifəsində yaşayacaq hadisədir, həyatım başa çatanda da yerimi yenə millət müəyynləşdirəcək, hansısa saytın hansısa yazarı və sifarişçisi yox! Amma vay dövlət idarlərində işləyə-işləyə canlı zibilə çevrilənlərin hayına, çünki onları tarixin zibilxanası da qəbul etməyəcək. *** Adətən mən belə hədyanlara cavab vermirəm, vaxtıma və sözümə heyfim gəlir. Ancaq cavab verilmədikcə, bunların dişlərində şirə qalır. Bir müddət öncə həmin saytda, yenə eyni imzayla mənim və qardaşlarım haqqında başqa bir yazı da verilmişdi. Tənqid yox, şərəfsiz bir böhtan üçün bütünlükdə bizim ailəni hədəf seçən birisi antik miflərə müraciətlə, əslində, böyüklüyümüzü etiraf edir, keçmişdən və gələcəkdən xəbər verən və dünyanın gəlişini-gedişini bilən qədim Roma allahları ilə məni yanaşı qoyur. Mifləri nə qədər təhrif eləsə, öz aləmində nə qədər təhqiramiz söz axtarsa da, qüdrətli Yanusla qarşılaşdırmanın məntiqi belədir. Partiya sədrliyi, deputatlıq, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və Azərbaycan Dil Qurumunun başqanı olmaq da "vəzifə kreslosu" tutmaq deyil, seçimdir. Nazir vəzifəsi deyil ki, istefa verib getdim. Müəllifin tənqid arqumentlərinin gülünclüyünü göstərən cəhətlərdən biri də Azərbaycan milli futbol komandasının bir oyunu haqqında nə vaxtsa dediyim sözdür. Mən milli komandanı heç vaxt "qoyun sürüsü" adlandırmamışam. Yalnız bir oyun haqqında "qoyun kimi yata-yata oynayırdılar" demişəm. Sayt sahibləri bu ifadələrin fərqini öyrənə bilərlər. Necə ki, məsələn, "bu müəllif məsələlərə kütbeyin və ya uzunqulaq kimi baxır" - demək, "o, kütbeyin və uzunqulaqdır" ifadəsi ilə eyniləşdirilə bilməz. İkincini demək təhqir olardı, birinci isə yalnız bənzətmədir. Yazılanları oxuyanda bəlli olur ki, bu yazıqların ümumiyyətlə dünyadan xəbərləri yoxdur və ya özlərini dünyadan xəbərsiz kimi göstərib, kimlərisə aldatmağa çalışırlarlar. "Qanun" nəşriyyatı 20 ildən artıqdır ki, bu ölkənin qanunlarını təbliğ edir. Kitab nəşri isə zülümdür, zillətdir və "bolşoy daxod" gətirmir. Özəl bir mətbənin işinə burun soxub, onun gəlirlərini ölçməkdənsə, dövlətin cibinə girib qazandıqları mal-mülkün hesabını versələr, daha yaxşı olar. Haqqında söhbət gedən qardaşlarım hüquqşünasdırlar, mətbuatda çoxdan çıxış edirlər. Ziddiyyətli, bəlkə bir-birini inkar edən yazıları da ola bilər və var. Lakin hər hansı bir yazıya görə bütöv bir ailəni hədəf seçənlər gərək öz ailə şəbəkələrinin halını düşünsünlər və müqayisə aparsınlar. Son olaraq bir daha miflər haqqında... Qədim Maya mifologiyasında pəncərə əfsanəsı var. Allahlar cəzalandırdıqları insanları bu pəncərənin qarşısında dayanmağa və dünyaya bu pəncərədən baxmağa məhkum edirdilər. Pəncərənin xasiyyəti də bundan ibarətdir ki, ordan hətta cənnətə də baxsalar, yalnız pislik görürlər və tədricən o pısliyə çevrilirlər. Bu pəncərə bütün gözəlliklərin şəklini dəyişir. İndi də Allah bəzi adamları dünyaya belə bir pəncərədən baxmaqla cəzalandırır. İstəyir dövlət idarələrinin pəncərəsindən baxsınlar, istəyir onların karyerasında rolu olan başqa yerlərdən...
2013-11-01
888
Azərbaycan Universitetinin rektoru "Axar.az"a danışdı
Səhər saatlarında Azərbaycan Universitetində aralıq ("mid-term") imtahanlarının yazılı olmasına etiraz edən İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri aksiya keçirib. "Axar.az"ın aksiya yerində olan əməkdaşı Azərbaycan Universitetinin rektoru, dosent Eldar Qəhrəmanov dan açıqlama alıb (Açıqlamanın videosu təqdim edilir). Tələbələrin haqlı tələbləri də var Eldar müəllim tələbələri dinlədiyini, məsələdən xəbərdar olduğunu bildirib: "Müxtəlif səbəblərdən doğan suallar səsləndirilir. Onların arasında haqlısı da ola bilər, haqsızı da. Ona görə də biz təklif elədik ki, hər bir qrup konkret formula eləsin, etibar elədikləri nümayəndələrindən iki nəfər ayırsın, biz görüşək, ümumiləşdirək, birlikdə təhlil eləyək, məsələni axarına qoyaq". Tələbələrin səsləndirdiyi rüşvət iddialarına münasibət bildirən Eldar müəllim bunu təkzib elədi: "Çox adam çox şey deyə bilər. Amma Azərabaycan Universiteti və rüşvət anlayışı bir-birinə zidd anlayışlardır. Ümumiyyətlə, çoxdandan bəlli, ictimai fikirdə formalaşmış və sübuta yetirilmiş bir şeydir bu. Düşünmürəm ki, buna kiminsə şübhəsi var. Sabah günorta saatlarında tələbələr və universitetin bu sahə üzrə işçi qrupu akt zalında görüş keçirəcək. Tələblər sistemləşdiriləcək və qərarımız elan olunacaq. Qaldırılan məsələlər birmənalı deyil. Ona görə də kiminsə hansısa bir iddiası varsa əvvəllər necə olurdusa indi də elə həll yolunu tapacaq. Konkret məsələ var, konkret də məslənin həlli, problem xarakterindən asılı olaraq həll olunacaq". Bizim universitet problemsizdir Azərabaycan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Akif Əlizadə də tələbələrinin etiraz aksiyasına münasibət bildirib: "İmtahanlar müxtəlif formalarda olur. İndi hansısa bir universitetdə etiraz ediblər, bunlar da onlardan götürüblər. İmtahanlar yazılı da ola bilər, şifahi də, kompüterlə də: tələbələrin biliyini hansı daha optimal ifadə edəcəksə, - biz seçim edirik bu barədə. İmtahanları "aralıq imtahan", "yekun imtahan" etmişik ki, tələbələrə yük az düşsün. Kifayət qədər tələbələrə qarşı ədalətli münasibət var. Bizim universitet digər universitetlərdən problemsiz universitetdir". Akif müəllim tələbələrin "Boloniya sistemində imtahanlar test üsulu ilə keçirilməlidir" iddiasına da münasibət bildirib: "Boloniya sistemi mütərəqqi bir sistemdir. Amerika təhsil sistemində, Avropa təhsil sistemində imtahanın istənilən forması var. Yəni ki, bizim o qəbul imtahanındakı testdə öyrənirlər ki, elə testdə can rahatlığı, yumurlama olmalıdır. Halbuki tələbənin dili olmalıdır, fikrini ifadə eləməlidir, məntiqi mühakimə yürüdə bilməlidir. Biz gələcəyin mütəxəssisini yetişdiririk. Testdən "a, b, c, d" seçimi etmirik ki! Biz rüşvət almayan ilk universitetik O ki qaldı rüşvətə, Azərbaycan Universitetində rüşvətdən söhbət belə gedə bilməz. Elə bir şey yoxdur. Bu universitetin təməli qoyulandan, 1992-ci ildən, Səlahəddin Xəlilovun vaxtından bu yana ilk rüşvət almayan universitet olub".
2013-11-01
889
Abdin Fərzəliyev Prezident ailəsi ilə qohum oldu
Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin övladının toy mərasimi keçiriləcək. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, icra başçısının qızı Ləman Fərzəliyeva ailə həyatı qurur. Toy "Buta Palace"da olacaq. Qeyd edək ki, Abdin Fərzəliyevin qızı dövlət başçısı İlham Əliyevin bir neçə il əvvəl dünyasını dəyişmiş bibisi Şəfiqə xanımın nəvəsi ilə ailə qurur. Bu arada onu da xatırladaq ki, icra başçısının qızı həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. Bir neçə il əvvəl ona YAP-ın 500 mininci üzvü olmağı ilə bağlı vəsiqə təntənəli şəkildə təqdim edilmişdi.
2013-11-01
890
İlham Əliyev Süleyman Dəmirələ "Şöhrət" ordeni verdi
Azərbaycanın dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəli "Şərəf" ordeni ilə təltif edib. Təltif Dəmirəlin Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətləri ilə əsaslandırılıb ("Mediaforum.az")
2013-11-01
891
Kerri: “MTA telefon danışıqlarını dinləmədə çox irəli gedib”
ABŞ-ın Dövlət Katibi Con Kerri ilk dəfə ictimaiyyətə Amerika xüsusi təyinatlıların hərəkətlərinin qanundan kənar olduğunu bəyan edib. Kerri bildirib: "Bəli, onlar bəzi hallarda çox dərinə gediblər". O, eyni zamanda inandırmağa çalışıb ki, casusluq qaçılmaz olub və bu proses nəticəsində "günahsız insanlar" xəsarət almayıb. Kerri eləcə də bildirib ki, ölkənin yaxın tərəfdaşlarını, əsasən də Almaniyanı xüsusi təyinatlılar bir daha izləməyəcək. Xatırladaq ki, E.Snoudenin dinləmələr haqqında mətbuata verdiyi sənədlər ABŞ-la bir çox ölkə arasında qalmaqala səbəb olub. Sənədlərdə Milli Təhlükəsizlik Agentliyinin digər ölkə başçılarını dinlənməsi haqda məlumatlar olub.
2013-11-01
892
Avropa Ukraynanı qorumaq üçün BVF-dan pul istəyir
Avropa Birliyi Beynəlxalq Valyuta Fondu ilə Rusiya tərəfindən iqtisadi təzyiqə məruz qalaca]; t'qdird' Ukraynaya "stand-by" kreditinin verilməsini müzakirə edib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, postsovet ölkəsinin Rusiya təsir dairəsindən çıxıb Avropa Birliyi ilə yaxınlaşması Moskvanı qıcıqlandırır və o öz qonşusunu qazsız qoymaqla hədələyir. Ukraynanın AB ilə müqaviləsinə qarşı Kreml cavab tədbiri görərsə, Avrobirliyin Ukraynanı qazla təmin etmək və BVF-dən təcili kredit almaq kimi rezerv planı var. Bankirlərin dəyərləndirməsinə görə, Ukraynaya 10-15 milyard dollar lazım olacaq. BVF-nin kreditindən əlavə, AB Ukraynaya əlavə 610 milyon avro da borc verə bilər. Ancaq bəzi sərmayəçilər prezident seçkisi öncəsi qrivnanın kursunun və qaz subsidiyalarının ixtisara düşməsini nəzərə alaraq, bu kredit sazişinin uğurlu olacağına inanmırlar. AB-nin Ukraynanı qazla təmin etmə planı Rusiyadan Almaniyaya Ukraynanın yaxınlığından gedən "Şimal axını" qaz kəməri ilə bağlıdır. Ukraynaya qaz Slovakiyadan qayıda bilər.
2013-11-01
893
Fərhad Əliyevin qardaşı təkzib elədi
Ötən ay prezidentin əfv fərmanı ilə azadlığa çıxan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və "Azpetrol" Şirkətlər Qrupunun sahibi Rafiq Əliyev haqqında KİV-də müxtəlif məlumatlar gedir. Məlumatlarda həmçinin Rafiq Əliyevin xarici dövlətlərdən birinə köçəcəyi də bildirilir. Xəbəri dəqiqləşdirmək üçün eks-nazirin böyük qardaşı Əlövsət Əliyevlə əlaqə saxladıq. Ə.Əliyev "Axar.az"a açıqlamasında bu söz-söhbətlərdən xəbərsiz olduğunu dedi: "Hazırda rayonda yaşayıram. Lakin belə bir xəbər, sözsüz ki, yanlışdır. Bunlar nə istəyirlər, onu da yazırlar. Elə bir şey olsaydı, ailənin üzvü kimi mənim xəbərim olardı".
2013-11-01
894
“Rusiya xarici siyasətimiz üçün problem olaraq qalır”
Gürcüstanın yeni seçilən prezidenti Marqvelaşvili "BBC"yə bildirib ki, Rusiya və Gürcüstan arasında olan əlaqələrdə bir çox problemlər qalır. Lakin Gürcüstan ikitərəfli münasibətlərin gərginliyini azaltmağa və ticari əlaqələri gücləndirməyə çalışır. O, eləcə də bildirib ki, Gürcüstan dünya birliyinin Cənubi Osetiya və Abxaziyanın tanınmaması dəstəyini yüksək qiymətləndirir. Gürcüstan Avropa ilə siyasi və iqtisadi əlaqələri gücləndirməyə davam edib, eyni zamanda da Rusiya ilə iqtisadi əlaqələri gücləndirib münaqişəli regionda gərginliyi azaltmağı düşünür. Prezident deyib ki, 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra iki ölkə arasında diplomatik əlaqələrə son verilib. Lakin baş nazirin xüsusi nümayəndəsi Moskva ilə iqtisadi münasibətlərin düzəlməsi yolunda uğurla çalışır.
2013-11-01
895
Cəlil Cavanşir yeni kitabını çap etməyə hazırlaşır
Yazıçı Cəlil Cavanşir "Axar.az"a yeni əsərini bitirmək üzrə olduğunu deyib. Əsərə "Afroditanın göz yaşları" adını verdiyini deyən yazar bu adın şərti olduğunu, roman bitənə yaxın adın dəyişə biləcəyini də qeyd edib. Roman intihar etmiş gənc şair, onun ölümü ilə bağlı araşdırma aparan psixoloq və şairin sonuncu sevgilisi Afroditadan bəhs edir". Yazar kitabın hansı nəşriyyatda və nə qədər tirajla çıxması haqqında hələ konkret bir qərara gəlmədiyini deyib: "Bu barədə hələ dəqiq qərar verməmişəm. Bir neçə təklif var, onları dəyərləndirməyə çalışıram". Xatırladaq ki, bu günlərdə Cəlil Cavanşirin "Dinlər, təriqətlər, peyğəmbərlər" kitabı "Hədəf" Nəşrlər Evində çapdan çıxıb.
2013-11-01
896
Vüsal Ələkbərov qərargah rəisi təyin edildi
Keçmiş nazir Səfər Əbiyevin bir ay əvvəl Beyləqan Hərbi Birləşməsinə komandan təyin etdiyi polkovnik-leytenant İbrahim Əlimirzəyev yeni nazir Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. "Publika.az"ın yaydığı məlumata görə, yeni Müdafiə nazirinin əmri ilə polkovnik-leytenant Vüsal Ələkbərov həmin vəzifəyə təyin olunub. V.Ələkbərob bu vaxtadək Xüsusi Qoşunların Qərargah rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, işdən çıxarılan İbrahim Əlimirzəyev orduda eks-nazir S.Əbiyevin yaxın adamlarından biri kimi tanınıb. Əslən Quba rayonundan olan İ.Əlimirzəyev əvvəllər Ağcabədi rayonundakı "N" saylı hərbi birləşmənin komandanı olub.