date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-05
838,516
Mask “dünyanın ən zəngini” titulunu itirdi
“Amazon”un qurucusu Ceff Bezos milyarderlər indeksində İlon Maskı qabaqlayaraq birinci yeri tutub. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Reytinqə görə, Bezosun sərvəti 500 milyon dollar azalaraq 200 milyard dollara düşsə də, cari il ərzində o, kapitalını 23,4 milyard dollar artırıb: “Amazon”un qurucusu Bezos 2021-ci ildən bəri ilk dəfədir ki, agentliyin ən zəngin insanlar siyahısına başçılıq edir. Elektrikli avtomobil sənayesinin vizyoneri və maqnatı İlon Mask “Tesla” səhmlərinin dəyərinin 7% azalması səbəbindən bir gündə 17,6 milyard dollar itirib və ikinci yerdə qərarlaşıb. Bu, Çinə avtomobil tədarükünün azalması xəbərləri fonunda baş verib. İlin əvvəlindən Mask 31,3 milyard dollar itirib. LVMH-nin sahibi Bernard Arno 197 milyard dollar sərvəti ilə üçüncü yerdə yer alıb. O da sərvətindən bir gündə 1,84 milyard dollar itirib, lakin ilin əvvəlindən 18,3 milyard dollar artırıb”.
2024-03-05
838,517
Pensiya alanların nəzərinə!
Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
2024-03-05
838,518
Bu vəziyyət Bakıya ciddi problem yaradacaq - Fyodorov
Artıq Ermənistanda Rusiyanın iştirakı ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar qəbul edilib. Bunun həll yolu isə indi ardıcıl olaraq həyata keçirilir. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib. “Ermənistan tezliklə yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək. Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Yaxın vaxtlarda İrəvan Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxaracaq. Bir ay və ya ay yarımdan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mövqeyi və mümkünlüyü açıqlana bilər. Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza təsir etmək, Rusiyanı sıxışdırmaq, Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir. Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasını dəyişməsi təkcə Rusiya üçün deyil, ilk növbədə Azərbaycanın probleminə çevriləcək. İrəvan Bakını çətin vəziyyətə salmaq istəyir. Ermənistanla Qərb arasında müdafiə sahəsində əməkdaşlığın sürətləndiyi bir şəraitdə Azərbaycan gələcəkdə həqiqətən çətin anlar yaşayacaq, bu vəziyyət Bakı üçün bir sıra problemlər yaradacaq”, - o bildirib. Fyodorovun fikrincə, Ermənistanın qəbul etdiyi açıq-aşkar qərbyönlü vektor fonunda Rusiyanın İrəvanı sülh müqaviləsi bağlamağa məcbur etmək imkanları sıfra yaxınlaşır: “Zelenskinin Ermənistana planlaşdırılan səfəri baş tutsa, bununla bağlı danışıqlar hələ də davam edirsə, bundan sonra Rusiya-Azərbaycan-Ermənistan formatında görüşlər barədə danışmaq çətin olacaq. Ermənistan belə bir səfərdə maraqlıdır. ​Cənubi Qafqazda vəziyyət daha bir dalana dirənib. Moskva üçün hazırda baş verənlər strateji əhəmiyyətli məsələdir, çünki bu, regionda qüvvələr balansının dəyişməsini nəzərdə tutur. Rusiya ilə Azərbaycan arasında münasibətlər bu gün sabitdir. Bu gün Moskva ilə Bakının münasibətlərində heç bir problem yoxdur. Ümumi bir anlayış var ki, Cənubi Qafqazın iqtisadi infrastruktura ehtiyacı var, lakin onun təhlükəsizliyi təmin edilməlidir. Rusiya da, Azərbaycan da buna hazırdır. Amma Ermənistan yox. İrəvanın vektor dəyişikliyi ilə bağlı Rusiya və Azərbaycanın hansı addımlar atacağı, hansı imkanların olduğu hadisələr inkişaf etdikcə bilinəcək”.
2024-03-05
838,523
Dəhşətli qəzada ölən gənc vəzifəli şəxsin oğlu imiş - Video
Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, toy karvanından qayıdarkən baş verən ağır yol qəzasında dünyasını dəyişən BMV X5-in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur. Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorudur. Xatırladaq ki, rayonun Üçtəpə kəndində baş verən hadisə zamanı 3 nəfər xəsarət alıb. Belə ki, hərəkətdə olan BMV X5 ilə VAZ-2106 markalı minik maşını toqquşub. Hadisədən sonra BMV X5 yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı BMW X5-in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.
2024-03-05
838,525
Prezidentə və ailəsinə çirkin hücumları kimlər edir?
Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliiyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsi səbrini sənağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O qeyd edib ki, Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur: “Amerikada prezidenti söymək azadlığından danışanlar orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar. Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı - Peqasus, Panama, Pandora və Paradise sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir”. Millət vəkili bildirib ki, ikinci qrupa erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri daxildir: “Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir. Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi Yutub və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlədirlər. Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.
2024-03-05
838,527
741-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 741-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 419 020 hərbçi, 6 657 ədəd tank, 12 688 ədəd zirehli döyüş maşını, 10 258 ədəd artilleriya sistemi, 1007 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 700 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 423 ədəd avtomobil texnikası, 7 863 ədəd PUA, 1 917 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 630 xüsusi avadanlıq itirib.
2024-03-05
838,529
Ruslan ölkəmizə gətirilir - Atası danışdı
İnanırdıq ki, Prezidentimiz İlham Əliyev Ruslanın ölkəmizə gətirilməsinə nail olacaq. Bu sözləri Axar.az-a açıqlamasında Ruslan Pənahovun atası Eldəniz Pənahov ötən gün Ermənistan İstintaq Komitəsinin Ruslana qarşı cinayət təqibini ləğv etməsi haqqında danışarkən deyib. O bildirib ki, dünən gecə yayılan xəbərə görə bütün ailə, doğmalar sevinc içindədir: “Bu sevinci ifadə edə bilmərəm. Düzdür, hələlik azad olunması, Azərbaycana gətirilməsi ilə bağlı rəsmi bir xəbər yoxdur. İnşallah, Prezident İlham Əliyev oğlum Ruslanı vətənimizə gətirəcək. Hamımız Ruslandan xəbər gözləyirik”. Qeyd edək ki, fevralın 28-də duman səbəbindən yolu azaraq Ermənistanla şərti sərhədi keçən və saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistan istintaq Komitəsi cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
2024-03-05
838,530
3 qonşumuzda eyni gündə güclü zəlzələ - Nə baş verir?
Ötən gün səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib. Bir sutka ərzində Azərbaycanın qonşu ölkələrində baş verən zəlzələlər isə narahatlıq yaradıb. Məsələ ilə bağlı Axar.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hər gün Azərbaycanda da hiss edilməyəcək dərəcədə tərpənişlər, zəlzələlər, tektonik yellənmələr olur. “Narahat olmağa heç bir əsas yoxdur, bizim üçün xüsusi bir gücdə, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir. Eyni gündə ölkəmizə yaxın ərazilərdə zəlzələlərin olması da təsadüfdür. “Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir” kimi iddialar, düşüncələr əsassızdır”, -Q.Yetirmişli bildirib.
2024-03-05
838,533
Azərbaycan Ordusu bu kəndləri azad etməlidir - Deputat
Ermənistanda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşa qədər hamısı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: “Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”. F.Ağamalının sözlərinə göprə, nə qədər ki Ermənistan güclü şəkildə silahlanmayıb, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir: “Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.
2024-03-05
838,537
NK-nın hesabatı Milli Məclisə daxil oldu
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub. Axar.az xəbər verir ki, hesabatın qanunverici orqanının martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur. Sənədi Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
2024-03-05
838,539
Eşşək əti satan şəxs belə saxlanıldı - Video
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Orxan Cabbar oğlu Hüseynovun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib. Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib. Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
2024-03-05
838,541
Fransadan ilk: qadınların abort hüququ...
Fransa dünyada qadının hamiləliyini dayandırmaq hüququnun konstitusiyada təsbit edildiyi ilk ölkə oldu. Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə, bu barədə qərarı Versal sarayında keçirilən konqresdə toplaşan respublika parlamenti təsdiqləyib: “1958-ci il konstitusiyasına belə bir maddə əlavə edilib: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”. Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir. Maddənin konstitusiyaya daxil edilməsinin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib”.
2024-03-05
838,542
Türkiyədə daha bir zəlzələ baş verdi
Türkiyədə Hatayın Samandağ rayonunda 4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 6,04 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur. Qeyd edək ki, ötən gün Türkiyədə ən böyüyü 4,9 bal olmaqla (Çanaqqalada), 5 hiss edilən zəlzələ baş vermişdi.
2024-03-05
838,544
Deputat Müşfiq Cəfərova vəzifə verildi
Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb. Qərara əsasən, Müşfiq Cəfərov Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.
2024-03-05
838,545
Millət vəkili Güneyə müraciət etdi: İmkan verməyin!
Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, müxtəlif ölkələrdən Ermənistana İran vasitəsilə gələn silahlarla bağlı iradələrini ortaya qoysunlar. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, 44 günlük müharibədə olduğu kimi, bu gün də güneyli soydaşlarımız Azərbaycanın haqq işinə dəstəyini nümayiş etdirməlidir: “Azərbaycan şübhəsiz ki, öz təntənəsini qazanacaq”.
2024-03-05
838,547
Dəhliz açılmasa, müharibə olacaq – Babayan
Zəngəzur dəhlizi açılmasa, regionda yeni müharibə qaçılmaz olacaq. Axar.az xəbər verir ki, bunu keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib. Onun sözlərinə görə, müharibədən qaçmağın və regional nəqliyyat kommunikasiyalarından kənarda qalmamağın iki yolu var: “Ermənistan bundan sonra hansı yolla getmək istədiyinə qərar verməli və siyasətini bunun üzərində qurmalıdır. Birinci yol ondan ibarətdir ki, İrəvan bu yol üzərində Ermənistanın suverenliyini qorumaqla Azərbaycanı Naxçıvanla Meğri (Zəngəzur) vasitəsilə birləşdirən magistral yolu açmalıdır. Lakin bu halda İranla problemlər yaranacaq. Tehran hesab edir ki, yol açılsa, Azərbaycana təsir imkanları azalacaq. Axı bu gün Bakının İran vasitəsilə Naxçıvana çıxışı var. Növbəti addım isə İranı incitməmək və bu yolu verməkdən imtina etmək, lakin bu halda ordunu gücləndirmək, Tehran və Moskva ilə əməkdaşlığı dərinləşdirməkdir”. Babayan hesab edir ki, müharibədən qaçmağın yolu müttəfiqlərin maraqlarını nəzərə almaqdır: “Üçüncüsü yoxdur, üçüncüsü “Sülh qovşağı”dır (“Dünyaların kəsişməsi”) ki, bu da regional müharibəyə gətirib çıxaracaq, İran və Rusiya istəsələr də, istəməsələr də, orada iştirak edəcəklər”.
2024-03-05
838,548
Almaniyada “sızma” fransızları qəzəbləndirdi
Alman zabitlər arasında söhbətin sızması qalmaqalı Kiyevə yeni silahların tədarükü ilə bağlı Almaniya ilə müttəfiqləri arasında yaranmış ixtilafı yenidən gündəmə gətirib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” NATO-dakı mənbələrinə istinadla məlumat yayıb. “NATO ölkələri məlumatın sızmasına səbəb olan təhlükəsizliyin olmamasından narahat olduqlarını bildiriblər. NATO-ya üzv ölkələrdən birinin nümayəndəsi Almaniyanı qeyri-peşəkarlıqda ittiham edib və bildirib ki, bunu heç vaxt təhlükəsizlik təlimi keçməmiş insanlardan gözləmək olar, amma hərbi məmurlardan deyil. Digəri Almaniyanın bu addımı atmasına təəccüblənmədiyini söyləyib. Sızma hadisəsi xüsusilə fransızları və ingilisləri qıcıqlandırıb”, - nəşr bildirib.
2024-03-05
838,551
Türkiyədə MOSSAD-ın 7 casusu saxlanıldı
Türkiyədə İsrailin casusu olduğunu iddia edilən 7 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, əldə etdikləri məlumatları İsrail kəşfiyyat xidməti MOSSAD-a satdıqları müəyyən edilən şübhəlilər Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və İstanbul polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.
2024-03-05
838,554
Ukraynada F-35-lər uçur? - Pentaqon
ABŞ Ukraynada F-35 qırıcılarından istifadə etmir. Axar.az xəbər verir ki, bu barədə Pentaqondan bildirilib. Qeyd edək ki, dünən Sinqapurun müdafiə naziri Enq Hen ABŞ ordusunun Ukraynada Rusiya hava hücumundan müdafiə sistemlərinin yerlərini aşkar etmək üçün F-35 qırıcılarından istifadə etdiyini bildirmişdi.
2024-03-05
838,556
Pul bu şirkət rəhbərlərinin gözünü elə tutub ki…
Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparırlar, həm də tikintiyə başlayırlar. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, heç bir dövlət orqanı onları dayandırmaq gücündə deyil: “Hətta bununla bağlı məhkəmə qərarı olsa da, həmin qərarlar icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, heç kim məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bizdə arxayın tikinti şirkətləri var. Onlar bilirlər ki, heç kim hüququ məsuliyyətə cəlb olunmayacaq. Onlar özləri qiymət müəyyən edirlər. Pul bu şirkət rəhbərlərinin gözünü elə tutub ki, onlar bir çox dəyəri itiriblər. Allahdan da qorxmurlar. Başa düşmürlər ki, insanlara qan udduranlar Allahın qəzəbinə düçar olacaqlar".
2024-03-05
838,558
Düşmənin 20 postu varsa, bizim də... - Asryan
Nerkin-Hand istiqamətində araşdırma hələ tamamlanmayıb. Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan brifinqdə deyib. Asryan şərti sərhəddə əməliyyat vəziyyətinin nisbətən sabit olduğunu vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələrinin hər hansı cəmləşməsi yoxdur və əməliyyat vəziyyəti nisbətən stabil qiymətləndirilir". Baş Qərargah rəisi Azərbaycanın Nerkin-Hand istiqamətində 20-yə yaxın mövqeyə malik olması ilə bağlı sualı da cavablanlandırıb: “Təmas xətti həm düşmənin, həm də bizim tərəfimizdən mövqelərin yerləşdirildiyi strukturdur və əgər düşmənin 20 mövqeyi varsa, bizim də var. Amma mən rəqəm deməyəcəyəm”.
2024-03-05
838,564
Magistratura imtahanı ilə bağlı yenilik
Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq. Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır: “Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq”.
2024-03-05
838,565
Ölkədə bankların dollara tələbi azaldı
5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
2024-03-05
838,566
Sabah 17 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq.
2024-03-05
838,568
Azərbaycanın iki kino ittifaqı birləşdi
13:15 Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilir. Kult.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə kino ittifaqlarının birləşməsi rəsmiləşəcək, yeni qurumun nizamnaməsi təsdiqlənəcək, eləcə də sədr və idarə heyəti seçiləcək. Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib. AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri xalq artisti Şəfiqə Məmmədovadır. *** Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub. Qeyd edək ki, təkcə rejissor Oqtay Mir-Qasım kino ittifaqlarının birləşməsinin əleyhinə olub.
2024-03-05
838,569
Bayramov Səudiyyə Ərəbistanına getdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək. Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.
2024-03-05
838,572
Bu azərbaycanlılar vətəndaşlıqdan çıxarılmalıdır
Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb: “Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Biz ikili deyil, məhz Azərbaycan vətəndaşlarının nizami ordularda iştirakını, üsyançı hərbi birləşmələrin tərkibində vuruşmalarını cinayət sayırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemini daha da sərtləşdirməyə ehtiyac var”.
2024-03-05
838,573
Lukyanov: İrəvan hər iki qurumdan çıxmalıdır!
Rusiya başa düşür ki, digər cəbhələrdə məşğul olsa da, həll edilməli və aydınlaşdırılmalı olan məsələlər də var. Çünki daim ikitərəfli Ermənistan-Rusiya səviyyəsində danışıqların predmetinə çevrilməyən bəyanatlar verilir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib. “Ona görə də Rusiya əvvəlcə İrəvanın planlarına aydınlıq gətirəcəyini gözləyir, sonra isə öz qərarını verəcək. Təbii ki, bu izahatlar hələ yoxdur. Lakin Rusiya üçün bu məsələ təkcə KTMT-yə aid deyil, həm də Aİİ və ondan irəli gələn digər məsələlərə aiddir. Çünki Rusiya XİN rəhbəri İrəvan kimi KTMT-ni digər inteqrasiya strukturlarından ayırmır. Rusiya Xarici İşlər Nazirliyi açıq şəkildə bildirir ki, Aİİ üzvü olmağa davam edərkən və ya strateji müttəfiqliyə dair Ermənistan-Rusiya razılaşmaları olduqda, KTMT-yə üzvlüyünü dondurmaq və ya dayandırmaq mümkün deyil. Çox güman ki, seçici yanaşma olmayacaq və daha geniş məsələlər sistemi ilə bağlı mövqe aydınlaşdırılmalıdır. İkitərəfli münasibətlərdə yeni mərhələlər və qərarlar birgə müzakirə olunur və elan edilmir, xüsusən də belə geniş gündəm olduğu halda”, - o bildirib.
2024-03-05
838,575
Ukrayna Rusiyanın neft bazasını vurdu - Video
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətindəki neft bazasına PUA-larla hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 3 neft rezervuarı yanıb.
2024-03-05
838,577
Xamenei seçki rüsvayçılığını “əfsanəvi” adlandırdı
Ali dini lider Xamenei xalqın seçkilərdəki iştirakını “əfsanəvi” adlandırıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata əsasən, 1 mart seçkilərini “İran xalqının cihadı” adlandıran Xamenei bildirib ki, ölkə düşmənləri xalqa mane olmağa və fikrindən daşındırma çalışsa da, buna nail ola bilməyib və iranlılar əfsanəvi hərəkət nümayiş etdirib. Qeyd edək ki, rəsmi məlumatlara görə, səsvermə hüququ olanların 40 faizi, qeyri-rəsmi məlumatlara görə isə 25 faizi seçkilərdə iştirak edib. Bundan əvvəl Əli Xamenei bəzi ölkələrdə seçici fəallığının 40 faiz olmasını “biabırçılıq” adlandırmışdı.
2024-03-05
838,580
Həmkarım cavab versin, buna niyə pul xərcləməliyik?
Mənim Cavanşir Feyziyevə bir sualım var. Müasir dövrdə, hətta Avropanın çox inkişaf etmiş ölkələri belə bahalı idman tədbirlərinin keçirilməsindən, yaxud digər bu xarakterli tədbirlərdən məhz maliyyə vəsaitlərinin çox xərclənməsinə görə imtina edirlər. Axar.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun Onüçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, bununla bağlı ilk tədbir Keniyada keçirilib: “Keniya kasıb bir ölkədir, axırıncı dəfə Qahirədə keçirilib, indi də 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılır. Mən istəyərdim millət vəkillərinə məlumat verilsin ki, nə qədər qonaq gözlənilir və Azərbaycan dövləti bu tədbirin keçirilməsi üçün nə qədər vəsait xərcləyəcək? Açıq etiraf edək ki, Qarabağın bərpası üçün bizə böyük vəsaitlər lazımdır. Dünya birliyi bu istiqamətdə bizə kömək etmir. Azərbaycanın bu dəqiqə hər qəpiyə, hər manata ehtiyacı var. Cənab Prezident də çıxışlarının birində söyləmişdi ki, vəsaitlərdən maksimum dərəcədə qənaətlə istifadə etməliyik. Bunun Azərbaycana faydası nədən ibarət olacaq? Biz onsuz da COP29-u noyabr ayında keçirəcəyik. Çox nüfuzlu bir tədbirdir və bu da ekologiya ilə bağlıdır. Bundan sonra 2026-cı ildə təqribən oxşar tədbirin keçirilməsinə nə ehtiyac var? İstəyərdim əgər Cavanşir müəllimdə məlumatlar varsa, bu barədə danışsın”.
2024-03-05
838,581
Kapital Bank 2 mükafata layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutan “Dünya İnsan Resursları Sammiti-2024” tədbirində 2 mükafat qazanıb. 50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynova “İlin ən yaxşı insan yönümlü Baş direktoru” mükafatı təqdim edilib. Bank eyni zamanda “Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyasında da təltif edilib. “Dünya İnsan Resursları Sammiti” İnsan resursları sahəsində yeniliklərin təqdim edildiyi, qabaqcıl innovasiyaların və texnologiyaların tətbiqi mövzusunda təcrübə mübadiləsinin aparıldığı, həmçinin bu sahənin peşəkarlarının bir araya gəldiyi görkəmli tədbirlərdən biridir. Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk və tək bankdır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.
2024-03-05
838,583
Bu yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir
Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib. Axar.az xəbər verir ki, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliklə Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. Layihə səsverməyə qoyularaq qəbul edilib.
2024-03-05
838,584
Rasim Balayev yeni yaradılan qurumun sədri seçildi
Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub. Kult.az xəbər verir ki, sədrliyə namizəd kimi xalq artisti Rasim Balayev təqdim edilib. Onun sədrliyi təsdiq edilib.
2024-03-05
838,586
Kərim Vəliyev pakistanlı generalla görüşdü
Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat vüerilib. Əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordular arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib. General-leytenant A.Gulrez səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
2024-03-05
838,594
Bələdiyyələr birləşir: qanun layihəsi I oxunuşdan keçdi
"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda təsdiqlənib. Axar.az xəbər verir ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq. Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək. Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək. Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək: - Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək; - Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.
2024-03-05
838,595
Novruz tonqalına hazırlıq faciə ilə bitdi
Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Binab şəhərində mənzildə baş verən partlayış nəticəsində 26 yaşlı gənc həyatını itirib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Partlayışın çərşənbə şənlikləri üçün hazırlanan alışdırıcı və partlayıcı maddələrin partlaması nəticəsində meydana gəldiyi bildirilir.
2024-03-05
838,599
İrəvan AB-yə üzv olmaq üçün ərizə verməyə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki Müqavilə”nin deputatları ilə qapalı iclasda bildirib ki, ölkə payızdan gec olmayaraq AB-yə üzv olmaq üçün ərizə təqdim etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti partiyadakı mənbələrə istinadən məlumat yayıb. “Paşinyan açıq şəkildə bildirdi ki, Qərb İrəvandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar istəyir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun AB üzvlüyünə namizəd olmasını tələb edir”, - məlumatda deyilir.
2024-03-05
838,600
Yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiqləndi
Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib. Axar.az xəbər verir ki, İdarə heyətinin üzvlərinin siyahısına 37 nəfər daxildir. Həmçinin, ittifaqda “Ağsaqqallar Şurası”nın yaradılması təklif olunub.
2024-03-05
838,602
İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyib
Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Bu mövqe dəyişməyib və dəyişməyəcək. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. O, İran və Ermənistan arasında təhlükəsizlik sazişi çərçivəsində İranın Ermənistanda hərbi baza qura biləcəyi barədə suala da cavab verib: “Mənim belə bir razılaşmadan xəbərim yoxdur. Amma İranla Ermənistanın münasibətləri konstruktiv münasibətlərdir və bu əlaqələr regionun təhlükəsizliyinə və sabitliyinə töhvə verir. Bu əlaqələr həm ikitərəfli münasibətlər çərçivəsində, həm də regional kollektiv təhlükəsizlik çərçivəsindədir”. Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərir.
2024-03-05
838,605
Qarabağda avtomobil və dəmir yollarına xərclənən pul...
2023-cü il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində avtomobil və dəmir yollarının tikintisi, bərpası və yenidən qurulması layihələri üzrə ümumilikdə 3 milyard 675,9 milyon manat vəsait ayrılıb. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib. "Bu vəsait dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına maliyyələşdirilib və tam həcmdə istifadə olunub", - hesabatda deyilir.
2024-03-05
838,610
Makron Ukrayna ilə bağlı mühüm qərar verəcək
Fransa Prezidenti Emmanuel Makron bu həftə Çexiyanın Avropa Birliyinə daxil olmayan ölkələrdən Ukraynaya yüz minlərlə artilleriya mərmisi tədarükü təklifini dəstəkləyəcəyini açıqlayacaq. ​Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadla məlumat yayıb. “Almaniya, Niderland və Danimarka da bu təşəbbüsə qoşulacaq. Makron bu gün Praqaya səfəri zamanı bu təklifi Çexiyanın Baş naziri Petr Fiala ilə müzakirə edəcək. Bu həftə təfərrüatı razılaşdırmaq üçün AB müdafiə və xarici işlər nazirləri arasında ayrıca müzakirənin də baş tutacağı gözlənilir”, - agentlik bildirib.
2024-03-05
838,611
Bu tarixdə metro 1 saat artıq işləyəcək
“Qarabağ” Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar Bakı Metropoliteni QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb. Bu barədə Axar.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib. Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” -“Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
2024-03-05
838,612
Bakı məktəblərində elektron sistem yaradılır
Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır. Axar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək. N.Hüseynova söyləyib ki, bundan başqa, valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq: "Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir". O bildirib ki, bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
2024-03-05
838,613
İrəvanın Bakıya “sürprizi”: müttəfiqlərimizə uzanan əl…
Ermənistan ətrafında baş verən proseslər - bir tərəfdən silahlandırılması, digər tərəfdən isə iqtisadi müstəvidə dəstəyin verilməsi bu ölkənin “xilas edilməsi” planının işə salındığını deməyə əsas verir. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan rəsmilərinin Avropa və ərəb ölkələrinə səfərlərini şərh edərkən deyib. A.Camal bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Misirə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı ilə yanaşı, ümumilikdə ərəb ölkələrinin rəsmi İrəvana dəstəyinin təmin edilməsi məqsədi daşıyır: “Bu, Paşinyan hakimiyyətinin uğurlu xarici siyasətindən daha çox, Qərb tərəfindən həyata keçirilən Ermənistanın “xilas edilməsi” planının tərkib hissəsidir. Məqsəd Ermənistanın Rusiyadan tamamilə qurtulmasını təmin etməkdir. Bunun üçün iki sektorda bu ölkəni təmin etməlidirlər: birincisi hərbi, ikincisi iqtisadi”. Onun sözlərinə görə, Ermənistanın hərbi təchizatını Fransa üzərinə götürüb: “Paşinyanın Parisə səfərindən sonra Fransa müdafiə nazirinin İrəvana gəlişi və imzalanan hərbi müqavilələr Ermənistanın silahlandırılmasının daha geniş müstəviyə keçdiyini göstərir. Erməni baş nazirin Yunanıstana səfəri, ardınca bu ölkənin müdafiə nazirinin də İrəvana gəlişi də buna hesablanmışdı. Yunanıstan müdafiə naziri hətta Ermənistanda “üçtərəfli, dördtərəfli hərbi əməkdaşlıq sazişlərindən” bəhs etdi. Fransa yalnız özü silah tədarük etmir, həmçinin təsirində olan ölkələr – Yunanıstan, Cənubi Kipr, Hindistan vasitəsilə bunu davam etdirir, eyni zamanda Ermənistan artıq Yunanıstan və Kiprlə birgə, üçtərəfli hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Əsas çətinlik Qərb silahlarının Ermənistana hansı marşrutla çatdırılacağıdır. Bu məsələdə Qara dəniz yolu real marşrutlardan biri kimi qiymətləndirilir, lakin bu marşrutun tam təmin edilməsi üçün Gürcüstanın da razılığı lazımdır və rəsmi İrəvan buna nail olmağa çalışır”. A.Camal qeyd edib ki, Ermənistanın silahlandırılması Paris-Afina-Tiflis-İrəvan marşrutu üzrə həyata keçirilə bilər. Politoloqun fikrincə, Qərb Ermənistanın silahlandırılmasını təmin etsə də, iqtisadi baxımdan Rusiyadan asılılığı nəinki azalır, hətta artmaqdadır: “2020-ci il müharibəsindən sonra Ermənistanın qərbyönlü siyasəti daha açıq müstəviyə keçsə də, iqtisadi baxımdan Ermənistan birbaşa Rusiyaya bağlıdır. Təkcə ona görə yox ki, Ermənistanın bütün enerji infrastrukturu Rusiyanın əlindədir. Həm də Qərb Ermənistanın iqtisadi baxımdan inkişafı üçün bu ölkənin Rusiyaya qarşı sanksiyaları dəlməsinə göz yumur. Nəticədə 2021-ci ildə Ermənistanın Rusiyaya ixracı 700 milyon civarında idisə, 2022-ci ildə bu rəqəm 4 dəfə artdı, 2023-cü ildə isə tarixi rekord qırdı. Ermənistanla Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsu 7,3 milyard dolları keçib. Yəni faktiki olaraq Ermənistanın 2022 və 2023-cü illərdə öyündüyü “iqtisadi sıçrayış” birbaşa Rusiyaya qarşı sanksiyaların dəlinməsi hesabınadır. Rusiya isə artıq açıq şəkildə KTMT-dən çıxacağı təqdirdə Ermənistanın Aİİ-dən də uzaqlaşmalı olduğunu elan edib. Bu isə Ermənistanın iqtisadi baxımdan çöküşü deməkdir. Ona görə də Qərb Ermənistanın Rusiyadan asılılığını azaltmaq planını sürətləndirib”. Ekspert xatırladıb ki, AB Ermənistana ayırdığı 2,6 milyardlıq dəstək paketinin artıq 550 milyon avrosunu təqdim etdi: “AB-nin bu ölkədəki səfiri Vasilis Maraqos parlamentarilərlə görüşdə əlavə olaraq büdcə dəstəyini və hökumət islahatlarına yardımı davam etdirəcəklərini bildirib. Eyni zamanda, ərəb ölkələri ilə Ermənistan arasında körpülərin sürətlə qurulması prosesi də aparılır. Çünki ərəb dünyası Qarabağ işğalda olan dövrdə Azərbaycana görə Ermənistanla məsafə saxlayırdı. İşğala son qoyulduqdan sonra ərəb dünyasının Ermənistanla yaxınlaşması Azərbaycanda da normal qarşılanır, lakin bu yaxınlaşmanın proqnozlaşdırılandan daha çox olması diqqətdən qaçmamalıdır. Misal üçün, ötən ilin statistikasına görə, Birləşmiş Ərəb Əmirliyi Rusiyanı qabaqlayaraq, Ermənistanda ən böyük birbaşa investora çevrilib. Bunun sırf iqtisadi münasibətlərdən qaynaqlandığını düşünmək diletantlıq olardı. Çünki BƏƏ-nin Qərblə, xüsusilə ABŞ-la sıx münasibətlərinin olduğu, bir çox hallarda xarici siyasi kursunu koordinasiya etdiyi bəllidir. Həmçinin Birləşmiş Ərəb Əmirliyi Ermənistanın ticarət tərəfdaşları arasında 2,3 milyardlıq dövriyyə ilə Rusiyadan sonra ikinci yerə qalxıb. BƏƏ ilə pul köçürmələrində 2023-cü ildə artım isə 100%-dən çoxdur. Yada salaq ki, Paşinyan silah üçün Fransaya səfər etdiyi vaxt Ermənistan Prezidenti Vaaqn Xaçatryanın BƏƏ də daxil olmaqla, ərəb ölkələrinə getməsi təsadüfi deyildi. Bu gün Paşinyanın Misirə səfəri də təsadüfi deyil. Görünür, Rusiyanı Ermənistanda hərbi baxımdan Fransa və müttəfiqləri, iqtisadi əlaqələr baxımından isə ərəb ölkələrinin əvəzləməsi düşünülür. Mümkündür ki, Ermənistan qaz alışını da “şaxələndirsin” və yəqin ki, bu baxımdan İran da qismən İrəvana dəstək verəcək. Ancaq böyük ehtimalla bu təchizatın da əsas hissəsini ərəb ölkələrinin üzərinə çəkməsi istənilir”. A.Camal onu da vurğulayıb ki, İranın illərdir Ermənistana xüsusi dəstək verməsinə, hərbi-siyasi yardım göstərməsinə, hətta Ermənistanın sərhədini “qırmızı xətti” adlandırmasına baxmayaraq, hazırda Tehran kənarda saxlanılır: “İran Ermənistanın ticarət tərəfdaşları arasında 692 milyon dollarla ilk 3-lüyə düşə bilməyib, baxmayaraq ki, yalnız son bir ildə müxtəlif sahələrdə onlarla saziş imzalanıb, hətta İran Ermənistanı “şimal qapısı” adlandırır. Həmçinin İran Ermənistanı “qorumaq üçün” 2020-ci il müharibəsindən sonra sərhədimizə 2 dəfə ordu toplayıb, meydan sulasa, bu ölkəyə milyonlarla dollarlıq raketləri hədiyyə etsə də, son aylar dəfələrlə Ermənistana göndərdiyi hərbi müttəfiqlik sazişi imzalamaq təklifi (bəzən bu təklif təzyiq səviyyəsində edilir) geri çevirilir. İrəvan Tehranla hərbi əməkdaşlığı genişləndirməyə meyilli deyil. Bu da Qərbdən gələn təlimatdır. Qəribədir ki, İran Ermənistanın bu ikili siyasətini görsə də, İrəvana “sevgisini” artırmaqda davam edir. Əminliklə deyə bilərik ki, Qərb İranı Ermənistana buraxmayacaq və İrəvan Tehrana da xəyanət edəcək. Bunun sübutu kimi İranın iradəsinə zidd olaraq regiona kənar qüvvələrin sürətlə yerləşdirilməsini göstərə bilərik”. A.Camal hesab edir ki, Azərbaycan proseslərin bu istiqamətdə inkişafını xüsusilə izləməli və ərəb ölkələrinin Ermənistanla münasibətlərində bizim üçün perspektiv təhlükələri qiymətləndirməlidir: “Azərbaycanın ərəb dünyası ilə sıx əlaqələri var. Lakin Ermənistanın da paralel şəkildə bu dünyaya soxulduğunu diqqətdən qaçırmamalı, bunun yarada biləcəyi risklərin qarşısını öncədən almalıyıq”.
2024-03-05
838,614
Şabranda ağır qəza: qadın öldü - Foto
Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Hunday” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-03-05
838,615
Hücum planı: 10 min terrorçu Azərbaycanla sərhəddə...
Fransa və İran Zəngəzurda yeni müharibə hazırlayır. Bu məqsədlə aralarında PKK terrorçularının da olduğu terrorçu qruplar bölgəyə cəlb edilir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb. Qəzet qeyd edir ki, türk dünyasını siyasi və iqtisadi sferada bağlayacaq Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib. “Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”, - qəzet yazır. Qəzetə danışan ermənişünas alim, Türkiyənin Erciyez Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, aralarında PKK terrorçularının da yer aldığı 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib: “Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar pul verilir. Bu pul Fransa və erməni diasporu tərəfindən təmin edilir”. Qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Azərbaycanla sərhəddə yerləşdirilən erməni terrorçu dəstələri Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dan gələnlərdən ibarətdir. “Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir”, - qəzet qeyd edir.
2024-03-05
838,616
Ərdoğan Afinada rezonans doğurdu: Müharibəyə hazırıq!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra terrorla mübarizə ilə bağlı verdiyi açıqlamalar Yunanıstan mediasında xüsusi yer alıb. Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb. Bildirilib ki, Yunanıstanın “Proto Thema” nəşrində “Ərdoğan İraqın şimalında hərbi əməliyyat keçirəcəyini açıqladı” başlığı ilə məqalə dərc edilib. Vurğulanıb ki, Türkiyə lideri hərbi əməliyyatların daha da genişlənməsində qətiyyətli olduğunu göstərib: “Ərdoğan Türkiyənin İraqın şimalında PKK terrorçularının məskunlaşdığı bölgələri mühasirəyə alacağını və problemin nəhayət bu yay həll olunacağını açıq şəkildə ifadə edib”. “Kathimerini” qəzeti isə “Ərdoğan: Sərhədlərimizdə terror dövləti qurmaq istəyənlərə kabuslar yaşadacağıq” başlığı ilə məqalə tirajlayıb. In.gr nəşri isə belə yazıb: “Türkiyə müharibəyə hazırdır. Rəcəb Tayyib Ərdoğan Türkiyənin İraqla sərhəd problemlərinin nəhayət bu yay həll olunacağını söyləyib”. Qeyd edək ki, Ərdoğan ötən gün açıqlamasında terorla mübarizənin qətiyyətli şəkildə davam etdiyini, yayda Türkiyənin İraqla sərhədindəki vəziyyətin həll olunacağını açıqlayıb.
2024-03-05
838,619
Tümən yenidən antirekora imza atdı
İran milli valyutasının qiyməti yenidən ucuzlaşaraq, antirekorda imza atıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata əsasən, Tehranın açıq bazarında 1ABŞ dollarının qiyməti son günlərin yüksəliş tendensiyasını davam etdirərək 61 min tümənə çatıb.
2024-03-05
838,620
Ötən il İlham Əliyev neçə ölkəyə səfər edib?
2023-cü ildə Prezident İlham Əliyev 17 ölkəyə dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bildirilib ki, ümumilikdə il ərzində Azərbaycan Prezidenti tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Macarıstan, Türkiyə, Almaniya, Tacikistan, Qazaxıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Belçika, Litva, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Serbiya və Rusiyaya dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirilib.
2024-03-05
838,621
Bəhram Xoşqədəm və Elgizi elə tənqid etdi ki... - Video
Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur iştirakçısı Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib. Kult.az Yenisabah.az-a istinadən xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb. Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib. Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb. Qeyd edək ki, video-çarxda Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu verilişlərdən fraqmentlər yer alıb.
2024-03-05
838,623
Ruslan Pənahov Azərbaycana təhvil verildi - Video
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Axar.az xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
2024-03-05
838,626
Azərbaycanda bu şirkətlər valyuta satışını təxirə saldı
Bu ilin fevral ayında Azərbaycan bankları bir sıra idxalçı müştərilərinin sifarişi ilə bağlı ilkin olaraq valyuta hərraclarında iştirak etsə də, sonradan həmin şirkətlərin valyuta alışını müvəqqəti təxirə salması ilə əlaqədar hərracdan valyuta alışını ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Son nəticədə AMB-nin ötən ay açıqladığı valyuta satışının məbləği (870,6 milyon ABŞ dolları) ilə Dövlət Neft Fondunun açıqladığı valyuta satışının məbləği (920,5 milyon ABŞ dolları) arasında fərq yaranıb.
2024-03-05
838,629
Vətənə qaytarılan əsgər danışdı
Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. Axar.az Report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib. "Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək", - R.Pənahov vurğulayıb.
2024-03-05
838,631
"Berqa" “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında
“Berqa” markası “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasının təntənəli açılış mərasimində baş sponsor qismində iştirak edib. “Nargis Fund” tərəfindən keçirilən və Fəvvarələr meydanında yerləşən yarmarka ərazisində, “Berqa”, çaysevərləri ətirli çaya qonaq edir. Belə ki, baharın ilk günlərində çay markası yarmarkanın davam etdiyi müddətcə qonaqların damaq zövqünü oxşayaraq xoş əhval yaradacaq.. Qeyd edək ki, “Berqa” markası il ərzində müxtəlif mədəni tədbirlərin təşkilində yaxından iştirak edir. Ötən il adıçəkilən çay markası ölkə ərazisində onlarla maraqlı konsertin təşkil edilməsinə dəstək olaraq , şüarına uyğun olaraq insanlara xoş əhval bəxş etmişdi.
2024-03-05
838,636
Bu torpaqlarda hərə özünə bir ev tiksə...
Torpağın kateqoriyası var. Kənd təsərrüfatı təyinatlı torpaqlarda hərə özünə bir ev tiksə, hansı vəziyyət yaranar? Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, qarşıda ərzaq təhlükəsizliyi məsələsi də var: “Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikmək olmaz”.
2024-03-05
838,637
Bakı hansı addımı atdı ki, İrəvan Ruslanı qaytardı?
Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin, onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar. Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır.
2024-03-05
838,641
Stalini Qərb agentləri öldürüb? – Müraciət
Rusiya Kommunist Partiyası FTX və Baş Prokurorluğa İosif Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin əlinin olduğu ehtimalını yoxlamaq üçün müraciət edib. Axar.az xəbər verir ki, bu barədə partiyanın sədri Sergey Malinkoviç məlumat yayıb. “Stalinin müasirləri sovet rəhbərinin Qərbin təsiri altında olan agentlər tərəfindən mümkün zəhərlənməsindən danışırlar”, - Malinkoviç bildirib. Qeyd edək ki, İ.V.Stalin 5 mart 1953-cü ildə ölüb.
2024-03-05
838,645
İmişlidə qanunsuz tikili söküldü - Video
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. FHN-dən Axar.az-a verilən məlumata görə, bu çərçivədə, İmişli rayonunun Ağcüyür kəndi ərazisində qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
2024-03-05
838,646
Müharibə cinayəti: Bakı 300 nəfəri İnterpolla axtarışa verib
Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib. Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib. Qeyd edilib ki, 2020-ci il 27 sentyabr tarixində başlanmış və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanaraq istintaqı aparılmış 57 cinayət işindən əlavə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin tələbləri kobud şəkildə pozularaq həmin tarixdən sonrakı müddət ərzində də davam etmiş erməni silahlı qüvvələri və digərlərinin törətdikləri əməllərlə bağlı başlanmış 47 cinayət işinin, ümumilikdə 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib. “Bundan başqa, ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə cinayətlərin istintaqı sahəsində Respublika Hərbi Prokurorluğu tərəfindən 2023-cü ildə də müəyyən işlər görülüb. Belə ki, 2024-cü il 1 yanvar tarixinə müvafiq cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş şəxslərdən 40-ı Xocalı soyqırımı, 12-si Qaradağlı soyqırımı, 18-i Bağanis-Ayrım soyqırımı, 8-i Meşəli soyqırımı, 47-si Kərkicahan soyqırımı, 34-ü əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, 3-ü terrorçuluq cinayətləri, 85-i digər epizodlar və 48-i ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və sair cinayətlər üzrə olmaqla, ümumilikdə 295 şəxsin Cinayət Məcəlləsinin 103, 107, 113, 115, 116 və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib. Bundan başqa, Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının aşkar olunaraq təhvil verilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların axtarışı prosesi 2023-cü ildə də intensiv xarakter alıb. 2024-cü il 1 yanvar tarixə ümumilikdə ən azı 531 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb”, - hesabatda deyilir.
2024-03-05
838,647
Prezident fərman imzaladı
Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 453 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1. 4.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin. 2. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” üzrə: 2.1. 1.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin; 2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.2. qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflər vermək;”; 2.3. aşağıdakı məzmunda 2.1.4-1-ci, 3.1.3-1-ci və 3.1.3-2-ci yarımbəndlər əlavə edilsin: “2.1.4-1. normativ hüquqi aktların keyfiyyətinin artırılmasında iştirak etmək;”; “3.1.3-1. mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması nəticəsində normayaratma fəaliyyətinin effektivliyinin artırılması istiqamətində təkliflər vermək; 3.1.3-2. normativ hüquqi aktların keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;”; 2.4. 2.1.5-ci və 3.1.4-cü yarımbəndlərə “sifarişi əsasında” sözlərindən sonra “, habelə öz təşəbbüsü ilə” sözləri əlavə edilsin; 2.5. 3.1.10-cu yarımbənddə “əsasında” sözü “ilə” sözü ilə əvəz olunsun və həmin yarımbəndə “tətbiqi sahəsində” sözlərindən sonra “müqavilə əsasında” sözləri əlavə edilsin; 2.6. 4.7.4-cü və 4.22.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin: “4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, habelə Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”; “4.22.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin işçilərinin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin, habelə tabeliyindəki digər qurumların və təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;”; 2.7. 4.7.7-ci yarımbəndə “cəmiyyətlərinin” sözündən sonra “və tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin; 2.8. 5-ci hissənin adında “mənfəəti” sözü “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.
2024-03-05
838,649
Xankəndidə bu müəssisənin məlumat bazası yaradıldı
Erməni işğalından azad olunan Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədəki mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən həmin ərazilərdə monitorinqlər aparılıb. Yoxlamalar əsasında həmin ərazilərdəki mədəniyyət müəssisələrinin mövcud vəziyyəti öyrənilib, müvafiq məlumat bazası yaradılıb.
2024-03-05
838,650
Paşinyan Sisi ilə görüşdü
Misirdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib. “İki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra geniş tərkibdə müzakirələr aparılıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Misirdə ikigünlük səfərdədir.
2024-03-05
838,652
Xankəndidə “parlament” binası belə sökülür - Yeni video
İşğaldan azad edilmiş Xankəndi şəhərində əvvəllər erməni separatçıları tərəfindən “parlament” kimi istifadə edilən binanın söküntüsü davam edir. Axar.az xəbər verir ki, söküntü işləri ilə bağlı AzTV yeni görüntülər paylaşıb. Həmin görüntüləri təqdim edirik:
2024-03-05
838,655
Bakı Ruslana görə heç bir öhdəlik götürməyib - Asryan
Azərbaycan əsgərini Bakıya təhvil verməsi müqabilində nə hökumət, nə də Müdafiə Nazirliyi Azərbaycanın erməni əsirləri Ermənistana qaytaracağı haqda heç bir məlumat verməyib. Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan deyib. “Bu, Baş Qərargah rəisinin funksiyası deyil”, - Asryan bildirib. Qeyd edək ki, 28 fevralda azaraq Ermənistana keçən əsgər Ruslan Pənahov bu gün geri qaytarılıb. Azərbaycan bir müddət öncə 2 əsgərimizin müqabilində 32 erməni hərbçini azad edib. Azərbaycanda artıq erməni əsir yoxdur, Bakıda saxlanılanlar isə erməni separatçı-terrorçulardır.
2024-03-05
838,657
Prezident Azər Xəlilovu təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Azər Nəriman oğlu Xəlilovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb. A.Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
2024-03-05
838,660
Bu tarixdə buraxılış imtahanı keçiriləcək
Məlum olduğu kimi, martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Gəncə və Lənkərandə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 7-də imtahan verəcəklər.
2024-03-05
838,661
Mişustin Azərbaycana gəldi
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək.
2024-03-05
838,662
Bu tibb müəssisələrinə göndərişlər elektronlaşdırıldı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb. Bu barədə Axar.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür: 1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Təbib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq. Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndəriləcək. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunacaq. SMS-i aldıqdan sonra vətəndaş “e-Tabib” mobil tətbiqinin “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı) ilə tanış olacaq. Daha sonra vətəndaş siyahıdan seçim edib “Təsdiqlə” düyməsini sıxmalıdır. Seçimi təsdiq etdikdən sonra mobil tətbiq üzərindən xəstəxananı dəyişmək mümkün olmayacaq. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiq etdikdə mobil tətbiqdə göndərişin statusu dəyişiləcək. İmtina gəldikdə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər. Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir. 2. Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir. 3. Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir. Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir. Hər hansısa sual yaranarsa vətəndaş Agentliyin “1542” Çağrı mərkəzinin göndərişlərin verilməsi ilə bağlı xəttinə (1542-3) zəng vurub məlumat əldə edə bilər. Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək. Məlumat üçün bildirək ki, bundan əvvəl Agentlik tərəfindən təsdiq edildikdən sonra göndəriş vərəqəsini götürmək üçün vətəndaş yenidən dövlət tibb müəssisəsinə yaxınlaşmalı olurdu. Bu isə əlavə vaxt itkisinə və səhhətində problem olan vətəndaş üçün çətinlik yaradırdı. Tətbiq edilən bu yenilik vətəndaşların rahatlığına, tibbi xidmətlərə əlçatanlığa və şəffaflığın təmin olunmasına xidmət edir.
2024-03-05
838,663
Zabitlərin söhbəti buna görə sızıb - Pistorius açıqladı
Bundesver zabitləri arasında söhbətin ələ keçirilməsi, yəqin ki, Sinqapurda baş verib. Tərəflərdən biri qorunmayan xətt vasitəsilə qoşulub. Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Söhbətin qeydə alına bilməsinin səbəbi texnologiyadan istifadə zamanı şəxsi xəta olub. Bütün iştirakçılar müəyyən edilmiş qaydada təhlükəsizlik qaydalarına əməl etməyiblər. İlkin məlumata görə, məlumat sızması Sinqapurda olan, icazəsiz əlaqə vasitəsilə qoşulan iştirakçıdan baş verib”, - Pistorius bildirib.
2024-03-05
838,666
Rusiya bizdən tələb edir: nə cavab veriləcək? – Kiviryan
Bu gün Ermənistan Rusiyaya qarşı sanksiyaları “yumşaltmaq üçün” müəyyən addımlar atır (Rusiyaya qarşı sanksiyaların dəlinməsi nəzərdə tutulur – red.), müəyyən mənada Paşinyan hələ də bu “qırmızı xətti” saxlayır, lakin rusların münasibətləri pisləşdirməyəcəyini söyləmək çətindir. Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib. O qeyd edib ki, Ukrayna da Rusiya üçün müəyyən tranzit rolu oynayıb, lakin Moskva bir gün buna göz yumaraq ona hücum edib: “Ona görə də Rusiya bizə deyir: hər şeyi aydın deyin, faktiki donma yoxdur. Təhlükəsizlik sahəsində Fransa və Yunanıstanla əməkdaşlığa gəlincə, hələlik bununla bağlı ciddi bir şey yoxdur. Yaxşı, tutaq ki, haradansa 5 növ silah gətirilib, bu, əsl təhlükəsizlik problemini həll edirmi? Məsələn, Zəngəzurla bağlı təhlükə yaranan kimi İran bir neçə dəfə qoşunlarını sərhədə yaxınlaşdırdı, orada hərbi təlimlər keçirdi və çox sərt şəkildə dedi: Zəngəzura girsəniz, vəziyyət başqa cür olacaq. İran sizin təhlükəsizliyinizi təmin etmək üçün daha çox işlər görüb. Yəni təhlükəsizliyin təmin edilməsi bir neçə zirehli transportyordan ibarət deyil. Bu müddət ərzində Fransadan və ya Hindistandan nə gətirilib, təhlükəsizliyinizi təmin edirmi? Bu gün Ukrayna müəyyən silah və sursatla təmin olunur, lakin bunlar o miqdarda verilir ki, ukraynalılar sadəcə olaraq ətçəkən maşında qalır və Moskvanı məğlub edə bilmirlər. İranın Ermənistanı silahlandırmaması yalnız İrəvanın hazırkı hökumətinin günahıdır, çünki o, silah və sursatları İrandan deyil, Tehrana qarşı olan düşərgələrdən almağa üstünlük verir. Amma İranın etdikləri Ermənistana nə vaxt çatacağı bilinməyən sistemlərdən yüz dəfə önəmlidir”.
2024-03-05
838,671
Oğlan və qız tələbələr qonaqlığa qatıldı, cəza aldılar
Tehran Elm və Sənət Universitetinin 11 tələbəsi oğlan və qızların birgə iştirak etdiyi qonaqlığa qatıldıqları üçün cəzalandırılıblar. Axar.az xəbər verir ki, bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb. Bildirilib ki, universitetin İntizam Komitəsinin qərarı ilə tələbələr 3 semestr təhsildən məhrum ediliblər.
2024-03-05
838,672
Generalları Makrona nifrət edir – Səbəb
Fransalı generallar Ukraynada döyüşməyəcək, çünki onlar Prezident Makronu sevmirlər. Axar.az xəbər verir ki, bunu Ukrayna Siyasət Fondunun rəhbəri Konstantin Bondarenko deyib. “Makronun generalları ilə uzun müddətdir münaqişəsi var. Onlar artıq bir neçə dəfə, son beş ildə ən azı iki dəfə Makronun mövqeyini tənqid edən açıq məktub göndəriblər. Fransız generallar Makronu “Sarı jiletlilər”in etiraz aksiyaları zamanı etdiyi hərəkətlərə, eləcə də Afrikadakı hərbi-siyasi uğursuzluqlara görə tənqid ediblər. Repressiya və məcburi istefa hədələri Fransa Prezidentini tənqid edənləri dayandırmayıb”, - o bildirib.
2024-03-05
838,678
741-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 741-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 576 təyyarəsi, 267 helikopteri, 14 305 PUA-sı, 479 zenit-raket kompleksi, 15 360 tank və digər zirehli texnikası, 1 233 reaktiv yaylım atəş sistemi, 8 299 artilleriya və minaatanı, 19 365 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-03-05
838,679
Dünya bölünür, suveren ölkələrə böyük təzyiq var
Bu gün yeni dünya düzəni formalaşır və Macarıstan suverenliyini müdafiə edən digər ölkələrlə ittifaqı gücləndirmək istərdi, lakin dünyanın bloklara bölünməsini istəməzdi. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban macar diplomatlar ilə görüşündə deyib. “Qərbin hegemonluğu sona çatdı, bu gün heç kim bununla mübahisə etmir. Yeni dünya nizamı formalaşır, vəziyyəti daim qiymətləndirmək və təhlil etmək lazımdır”, - o bildirib. Orbanın sözlərinə görə, hazırda dünyanı geosiyasi bloklara bölməyə cəhdlər edilir və suverenliyi müdafiə edən ölkələrə çox böyük təzyiq var.
2024-03-05
838,681
DİN Naxçıvana yeni xidməti maşınlar göndərdi - Foto
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib. Axar.az xəbər verir ki, avtomobillər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən göndərilib. Bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.
2024-03-05
838,682
Əsədovla Mişustin arasında sənədlər imzalandı
17:33 Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən bildirilib. Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub. Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər. Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib. Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər. Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb. Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub. Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər. Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir. Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər. Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
2024-03-05
838,683
Türkiyə və Pakistan birgə təlimlər keçirir
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir. Axar.az xəbər verir ki, Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimi (CİNNAH-2024) 3-16 mart 2024-cü il tarixləri arasında baş tutacaq. Təlimlər İspartanın Eğirdir rayonundakı Dağ, Komando Məktəbi və Təlim Mərkəzi, həmçinin Ankaranın Gölbaşı rayonundakı Baş Qərargah Xüsusi Təyinatlı Komandanlığında paralel həyata keçiriləcək. Məqsəd iki ölkə arasında komando-xüsusi təyinatlı əməliyyatı növləri ilə bağlı bilik və təcrübə mübadiləsidir. Qeyd edək ki, bu il təlimlərə Türkiyə, növbəti il isə Pakistan ev sahibliyi edəcək.
2024-03-05
838,686
Nigar Camal polis idarəsinə çağırıldı
Müğənni Nigar Camal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Kult.az xəbər verir ki, bu barədə müğənni öz şəxsi İnstaqram hesabında məlumat paylaşıb. “Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan Tiktok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”. Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib. Elşad Eldar oğlu Məmmədov adlı şəxs Tiktokda sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
2024-03-05
838,687
Komitədə mühüm görüş: Kərkicahana qayıdış...
Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.
2024-03-05
838,689
Azərbaycanda "Dinlərarası harmoniya" festivalı keçiriləcək
Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə martın 8-də “Dinlərarası harmoniya” festivalı keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə keçirilən festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş olunacaq. Festivala giriş sərbəstdir. Qeyd edək ki, festivala martın 8-10-da Bakıda keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransında iştirak edəcək xarici qonaqların da qatılacağı gözlənilir.
2024-03-05
838,690
Vilayət Eyvazov sıra baxışı keçirdi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 5-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Axar.az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 210 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 28 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
2024-03-05
838,691
Hesabat: Uşaqlarını dilənçiliyə cəlb edən valideynlər...
Ötən il uşaqları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub. Bildirilib ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilib. Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülüb. Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanıb. Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülüb.
2024-03-05
838,692
Qorxaq olmayaq, müharibə qapımızdadır - Makron
Fransa Prezidenti Emmanuel Makron Avropadakı müttəfiqlərini Ukrayna münaqişəsi ilə bağlı qorxaqlıq göstərməməyə çağırıb. Axar.az xəbər verir ki, o, bunu Çexiyaya səfəri zamanı Praqada fransalı həmvətənləri qarşısında çıxışı zamanı deyib. "Avropanın həyatında qorxaqlıq nümayiş etdirməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Və düşünürəm ki, ölkələrimiz Avropada baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb və dayandırılması mümkün olmayan qüvvələr bizə hücum təhlükəsini genişləndirirlər. Biz tarixin çağırışlarına cavab verməli və lazımi cəsarət göstərməliyik”, - deyə o bildirib.
2024-03-05
838,693
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2024-03-05
838,694
Bakı və Moskvanın əsas vəzifəsi... - Rusiya baş naziri
Rusiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində deyib. Baş nazir qarşılıqlı investisiyaların səviyyəsinin artırılmasını Moskva və Bakının əsas vəzifələrindən biri adlandırıb.
2024-03-05
838,695
Hökumətdən sənədsiz evlərlə bağlı açıqlama...
Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb. İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib. Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.
2024-03-05
838,696
Separatçılardan Tiflisə mesaj: Münaqişə yaşana bilər!
Gürcüstanla silahlı münaqişə istəmirik, lakin Ukrayna tərəfində döyüşən gürcü əsilli radikalların ölkəyə qayıdacağı təqdirdə belə bir ssenarinin olması istisna deyil. Axar.az xəbər verir ki, bu barədə Abxaziya “xarici işlər naziri” İnal Ardzinba deyib. “Müharibə istəmirik. Gürcüstanın də müharibə istəmədiyinə ümid edirik. Lakin məsələn, Ukraynada müxtəlif radikal qruplaşmaların neo-nasistlərin tərəfindən döyüşdüyünü görürük. Onlar qayıdarsa, müxtəlif ssenarilər baş verə bilər”, - deyə o bildirib.
2024-03-05
838,697
Avrokomissiyanın rəhbəri Əliyevi təbrik etdi
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli Prezident! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir. Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir. Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq".
2024-03-05
838,699
Viktoriya Nuland vəzifəsini tərk edəcək
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib. “Viktoriya Nuland mənə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini yaxın həftələrdə tərk etmək niyyətində olduğunu bildirdi”, - deyə Blinken qeyd edib.
2024-03-05
838,702
Rusiya ilə əlaqələri gücləndirmək niyyətindəyik - Əsədov
Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib. “Dost ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Rusiya ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq”, - o bildirib.
2024-03-05
838,706
Macarıstan lideri təsdiqlədi: İsveçin NATO üzvlüyü...
Macarıstanın yeni prezidenti Tamaş Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının məlumatında deyilir. Bəyanatda qeyd edilir ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.
2024-03-05
838,709
Feysbuka giriş qismən bərpa olundu
19:45 Azərbaycanda sosial şəbəkələrin işində nasazlıq müşahidə olunur. Axar.az xəbər verir ki, Feysbuk və İnstaqramda problem yaranıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, hesaba yenidən giriş isə mümkün deyil. *** Feysbuk və İnstaqrama giriş qismən bərpa olunub.
2024-03-05
838,715
Berlində "artsax"la bağlı tədbir təxirə salındı
Ermənilərin Almaniyanın paytaxtı Berlində keçirməyi planlaşdırdıqları “Artsaxın mədəni irsi” adlı kitabın geniş təqdimat mərasimi təxirə salınıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb: "Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir". Xatırladaq ki, Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün cidd-cəhd göstəriblər.
2024-03-05
838,716
Qəzzadakı durumdan ciddi narahatıq - Bayramov
Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır. Axar.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib. C.Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib. Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb. Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir, Azərbaycanın yerdə insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib. C.Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhu və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.
2024-03-05
838,718
Azərbaycan və Rusiya arasında rekord ticarət həcmi...
Ötən il Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi rekord səviyyədə, 4,3 milyard ABŞ dolları həcmində olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə deyib.
2024-03-05
838,720
Dövlət Xidmətindən Feysbuk və İnstaqramla bağlı açıqlama
Feysbuk və İnstaqram sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələlik problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib. Axar.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. "Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir. Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır. Əlavə edək ki, Feysbuk və İnstaqramdakı qlobal problem az öncə qismən aradan qaldırılıb.
2024-03-05
838,721
Xocalıda uzun illər sonra Od çərşənbəsi qeyd olundu
Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub. Axar.az xəbər verir ki, Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib. Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir. Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
2024-03-05
838,722
Lavrov Mirzoyana zəng etdi – Kritik müzakirə
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, tərəflərin ikitərəfli münasibətlər və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə etdiyi bildirilib. Ermənistan XİN telefon danışığının qarşı tərəfin təşəbbüsü ilə olduğunu xüsusi vurğulayıb. Telefon danışığı ilə bağlı təfərrüat açıqlanmayıb. Qeyd edək ki, Ermənistanla Rusiya arasında sonra vaxtlar siyasi gərginlik yaşanır.
2024-03-05
838,723
Bayramov Abdullahianla nələri müzakirə etdi?
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. İran naziri ölkəmizdə keçirilmiş Prezident seçkilərinin uğurla nəticələnməsi və Prezident İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Bu seçkilərin xüsusilə Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Nazirlər, həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar. Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. C.Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib. Nazir mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib. Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb. Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.