date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-03
838,080
Bakıda bu ərazidə ağaclar qanunsuz kəsilir - Video
Bakıda ağaclar qanunsuz olaraq kəsilir. Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Abbasqulu Abbaszadə 108 A ünvanında baş verib. Qeyd edək ki, ərazi öncə hasara alınıb, daha sonra ağacların kəsilməsinə başlanılıb. Həmin görüntüləri təqdim edirik:
2024-03-04
838,082
Conson: ABŞ Zelenski və Budanovu aradan götürəcək
Amerika kəşfiyyat xidmətləri Ukrayna Prezidenti Vladimir Zelenskini və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu məhv edə bilər. Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib. "Birləşmiş Ştatlar məzəmmət edilən və alçaq insanlarla uzun müddətdir müqavilələr bağlayır. Tezliklə Zelenski və Budanov anlayacaqlar ki, onlar Qərbə lazım deyil", - o bildirib. Conson qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns Kiyevə gedib orada Vaşinqton və Kiyevin hələ də dost olduğunu desə də, tətiyi çəkməyin vaxtı gələndə onu da çəkəcəklər.
2024-03-03
838,084
Müzakirə edilib, mən "hə" deməmişəm - Pistorius qorxdu?
Alman hərbçilər müxtəlif ssenariləri müzakirə ediblər, lakin bu, Ukrayna ordusuna “Taurus” qanadlı raketlərinin tədarükü üçün "yaşıl işıq" demək deyil. Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius yüksək rütbəli alman hərbçilər arasında Krım körpüsünə hücum planları ilə bağlı söhbətin səs yazısının yayılması ilə bağlı deyib. "Düşünürəm ki, hərbçilər orada etməli olduqlarını ediblər. Onlar müxtəlif ssenarilər üzərində düşünür, amma heç bir şəkildə planlaşdırma aparmırlar. Nə mən, nə də kansler "Taurus" istifadəsinə yaşıl işıq yandırdıq", - o bildirib. Müdafiə nazirinin sözlərinə görə, hərbçilər sonda hansı ssenarilərdən danışa biləcəkləri barədə düşünməyə başlayıblar: "Bu, idarəçi kimi onların işidir". Qeyd edək ki, rusiyalı jurnalist Marqarita Simonyanın yaydığı səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Rusiya rəsmiləri buna kəskin reaksiya veriblər.
2024-03-03
838,086
İstəkli komandaya qarşı oynadıq - Qurbanov
İstəkli komandaya qarşı oynadıq. Bugünkü atmosfer möhtəşəm idi. Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" komandasına qarşı keçirəcəkləri ilk oyunda da bu heyətə güvənəcək: "Bu matçdakı heyəti "Bayer"ə qarşı matçda da meydana çıxaracağam. Böyük dəyişiklik olmayacaq". Mütəxəssis matçda dördüncü qolun müəllifi olan Leandro Andradenin çıxışına da toxunub: "Andradenin çox yaxşı potensialı var. Sadəcə, daha çox üzərində işləməlidir. Mən bütün futbolçularıma güvənirəm".
2024-03-04
838,088
Yerindən duran deyir ki, pul ver... – Xalq artisti
Kult.az xalq artisti Vidadi Həsənovla müsahibəni təqdim edir: - 2016-ci ildən “M Teatr”ın bədii rəhbəri və direktorusunuz. Teatr yaratmaq fikri necə yarandı? - Təxminən 38 illik pedaqoji fəaliyyətim var. Bu müddət ərzində gözümün qarşısından təhsil alan, universitet bitirən çox sayda istedadlı gənc gəlib keçib. Əfsuslar olsun ki, aradan bir müddət keçdikdən sonra onları səhnədə, sənət mühitində görməmişik. Çoxu taksi sürür, alverlə və ya başqa işlə məşğul olur. Onların heç bir günahı yoxdur. Çünki dövlət teatrlarında ştat cədvəli var. Orada bütün iş yerləri doludur. Bu gənclər də özlərinə yer tapa bilmədiyi üçün həyat şəraitləri onları məcbur edir ki, başqa işlə məşğul olsunlar. Ona görə düşündüm ki, kiçik bir teatr yaratmaq lazımdır. Bu istəkdən də “M Teatr” yarandı. 2016-ci ildən bu günə qədər fəaliyyətdədir. Ətrafımızda istedadlı gənclər var. Onlar da öz bacarıqlarını, istedadını göstərir. “M Teatr” təkcə öz tamaşalarını göstərmək üçün olan məkan deyil. Bu teatr həm də mədəniyyət mərkəzidir. Burada müxtəlif teatr truppaları çıxış edir. Məsələn, İsveçrədən, Nepaldan, Almaniyadan, Cənubi Azərbaycandan, Sumqayıtdan gəlmiş musiqiçi kollektivi burada yaxşı bir proqramla çıxış etdi. ADA Universitetinin keçmiş tələbələrinin “Ocaq” cəmiyyəti var, tez-tez onlar burada öz tamaşalarını göstərir. İncəsənət Unversitetinin tələbələri də tez-tez öz tamaşalarını təqdim edirlər. Şairlərlə, yazıçılarla, yaradıcı insanlarla tez-tez görüş keçirilir. Hər kəs özünü bu və ya digər şəkildə realizə etmək istəyirsə, “M Teatr” onun üçün bir platforma, məkandır. Bizim teatrın yaranmasında istəyimiz həm də ondan ibarətdir ki, imkan, məkan axtaran insanlara dəstək olaraq, öz bacarıqlarını göstərmələrinə kömək edək. - “M.Teatr” yaxın zamanda ssenari və dramaturgiya kurslarına start verdi. Davamlı olaraq həyata keçirmək niyyətindəsiniz? - Teatrın ədəbi materialı dramaturgiyadır. Əfsuslar olsun ki, biz gənc dramaturqlara, dramaturgiya ilə məşğul olanlara rast gəlmirik. Yazanların əksəriyyəti qeyri-peşəkarcasına yazır. Sadəcə dialoq qurur və düşünür ki, bu pyesdir. Düşündük ki, bu yaradıcı insanları öz ətrafımıza cəlb edək. Qoy onlar da dramaturgiyanın sirlərini, qaydalarını məhz dramaturgiyanın bərqərar olduğu yerdə görsünlər və yaxşı təcrübə əldə edib bu işlə məşğul olsunlar. Düşünürəm ki, bu çox faydalıdır. - Bir az da “Balaca Şahzadə” tamaşasının premyerasından danışaq... - “Balaca Şahzadə” tamaşası artıq son mərhələdədir. Mart ayının 8-9-10-u günorta saat 15:00-da bu tamaşanın premyerası baş tutacaq. 7-dən 77-yə kimi hər kəs bu tamaşaya baxa bilər. Antuan de Sent Ekzüperinin məhşur bir sözü var. Deyib ki, bütün böyüklər nə vaxtsa uşaq olublar, lakin onların çoxu bunu xatırlamır. Ona görə də düşünürük ki, bu tamaşa həm böyüklər, həm də uşaqlar üçün çox maraqlı olacaq. - Bu gün serial və filmlərdə dublyaj, səs, aktyor oyunu hansı səviyyədədir və sizi qane edirmi? - Bir zamanlar bu işlə məşğul olmuşam. Çətin günlər idi. Doğrudan da bu iş mənə çox fayda gətirdi. Maddi dəstək də oldu. İndi demək olar ki, bu işlə məşğul olmuram. Çoxdandır televiziyaya baxmadığım üçün son dövrlər dublyajın səviyyəsi haqqında konkret bir şey deyə bilmərəm. - Zamanında mətbuatda köşə yazıları yazmısınız. Hələ də yazırsınızmı? - 90-cı illərdə mənə dəstək olan işlərdən biri idi. O vaxt da həyat, mühit şərtləri çox sərt idi. Onda da köşə yazıları yazıb müəyyən qonarar əldə etmək olurdu. O da həmin zamanda həyatda ayaq üstə durmaq üçün böyük pul idi. Amma mən sadəcə maddiyyat üçün yazmırdım, həm də mənəvi ehtiyacdan doğan bir şey idi. Əfsuslar olsun ki, işlərin çoxluğundan başqa sahələrə vaxt ayırmaq olmur. Mən əvvəllər əsərləri daha tez-tez rus dilindən Azərbaycan dilinə tərcümə edib, səhnələşdirərdim. İndi bunun üçün çox az vaxt qalır. Daha bu işlərlə mütəmadi məşğul ola bilmirəm. - Maraqlıdır, Vidadi Həsənov bu yaşında hansı rolun arzusunu içində daşıyır? - Tutaq ki, mən dedim. Reallaşacaq? Bilsəm ki, həmin rol mənə veriləcək, bu saat deyərəm. - Kino çəkmək istəsəniz, sizin qarşınızı kimsə ala bilər? - Pul olsa, nənəm də film çəkə bilər. Azərbaycanda hamı dövlətin pulu ilə kino çəkmək istəyir. Öz pulu ilə kino çəkən adam görmüsünüz? İndi Azərbaycanda film çəkmək üçün yüksək səviyyəli texnika var. Gedib pulunu ödəyib əldə etməliyəm, yaxşı ssenari, yaxşı aktyorum olmalıdır. Bunun da hamısı üçün pul lazımdır. Kim desə ki, kinomuzun qarşısında maneə yaradıblar və məni işləməyə qoymurlar, onlara inanmayın. Sizə bir şey deyim. Telefonla da film çəkib festivalda iştirak edib uğur qazanmaq olar. Telefonla çəkilmiş filmlər festivalı var. Yaxşı, böyük metrajlara pulun çatmır, beş dəqiqəlik film çək, görək, çəkə bilirsənmi? Yerindən duran deyir ki, pul ver, böyük film çəkim. Böyü, sonra çəkərsən də... Hələ balaca film çək, gör çəkə bilirsənmi? - İnsanların bir çoxu Sovet dönəmində çəkilən filmləri indi çəkilən filmlərdən üstün tutur. Sizcə, çoxluğun bu düşüncədə olmasına səbəb kimdir və ya nədir? - Mənim 66 yaşım var. Sovet hökməti dövründə ən çox yaşayan adamlardan biriyəm. Amma mən hərdən özümdən qat-qat cavan adamlara baxanda heyrətlənirəm. Düşünürəm ki, onlar Sovet dönəmini, sovet təhsil sistemini, ictimai mühitini, onun qayda və qanunlarını görməyiblər. Bunların beyni niyə Sovet düşüncəsi ilə doludur? Görəsən, bunlarda nostalji hisslər nədəndir? Çünki zamanın nəbzini tuta bilmirlər. Çağdaş dünyanı yaxşı tanımalı, onun haqqında məlumatın hərtərəfli olmalıdır. Üç nəfər bir yerə yığışıb riyaziyyatdan, fizikadan danışsa, nə sən, nə mən ağzımızı açarıq. Çünki başımız çıxmır. Amma baxın, mədəniyyətdən söhbət gedəndə, hamının ağzına çullu dovşan yerləşmir. Hərdən elə danışırlar ki, sən susmalı olursan, abırlanırsan. Onlar isə özlərini elə aparır ki, guya səndən yaxşı bilir. Riyaziyyatı, fizikanı bilmək üçün təhsil lazımdır. İncəsənət haqqında hamı danışa bilər? Nə üçün? Çünki incəsənət duyğularla, hisslərlə, mənəviyyatla bağlı məsələdir. Duyğu və hiss isə hamıda var. Biri gəlib oturur aktyorla bərabər ağlayır. Deyir, vay, mən aktirsa ola bilərəm. O birisi deyir ki, eyni hissləri yaşayırdım, deməli, mən də bunu edə bilərəm. Görürsünüzmü? Amma göründüyü kimi deyil. - Müsahibələrinizdə demisiniz ki, “Çölçü” filminin ssenarisi mənim yazdığım kimi deyil. Rejissor dəyişiklik edib. Bu qədər uğurlu olmasında kimin töhfəsi daha çoxdur? - Ssenari ədəbii materialdır, film deyil, ədəbiyyatdır. Onun kinoya çevrilməsi üçün mütləq lentə alınmalıdır. Ssenari mənimdir. Filmin müəllifi Şamil Əliyevdir. O, Şamil Əliyevin əsəridir. Onun nə uğuru varsa, bütün kollektivin əməyinin bəhrəsidir. Hər kəsin payı var. - Müstəqil teatrların çoxluq təşkil etməməsinin səbəbi nədir? - Hələ ki, ölkəmizdə yeri, yurdu daimi olan, hər həftə tamaşaçısına tamaşa nümayiş etdirən əfsuslar olsun ki, yalnız bir teatr var, o da “M. Teatr”dır. Düşünürəm ki, dövlətimiz müstəqil teatrların yaradılmasında maraqlı olmalıdır. Gənc nəslin yetişməsi, yeni teatr üslublarının yaranması üçün müstəqil teatrlar vacibdir. Onminlərlə əhalisi olan Günəşli, Masazır, Əhmədli, Xırdalanda niyə teatr olmasın? Bəli, teatr deyəndə biz böyük, sovet dönəmindən qalmış binaları nəzərdə tutmuruq. Baxın, kiçik formatlı belə teatrlar respublikanın hər yerində olmalıdır. Moskvada hər metrostansiyasının yanında demək olar ki, balaca bir teatr var. - Gənc aktyorlarda müstəqil teatr yaratmaq eşqi daha çoxdur. Lakin işi laiqincə bacara bilmədikləri üçün bağlamağa məcbur olublar. Nə tövsiyə edərsiniz? - Cavan adam səhv etməyə haqlıdır. Cavan adamın başı daşdan-daşa dəyə-dəyə olacaq bizim kimi qoca. Vay o günə ki, cavan adam səhv etməkdən qorxsun. O ümumiyyətlə, heç nə etməyəcək. Bir dəfə teatr açar, alınmaz, nə olar, cavandır. Nəyisə edə bilmədi, nəyinsə öhədəsindən gələ bilmədi, nəyisə nəzərə almadı. Sonra bir az təcrübə yığar, gedib, bir də açar. Niyyətin hara, mənzilin ora. Əgər sənin istəyin varsa ki, nə vaxtsa müstəqil teatr yaradacam, sən mütləq yaradacaqsan. İnsan cavanlığında çox şey istəməlidir. Mən bu yaşımda nə istəyim, nə arzulayım? Baxıram, qəbrimi görürəm... Cavan adam mütləq planlar qurmalı, arzulamalı, ona doğru can atmalıdır. Nəyəsə bu gün nail olacaq, nəyəsə sabah, nəyəsə digər gün. Onda inkşaf olacaq. Mən də gənclik illərimdə istəyirdim ki, teatrım olsun. Amma qoca yaşımda oldu... Amma bunun üçün uzun müddət yol gəldim. Müxtəlif maneələr oldu. Mənim adıma min dənə söz dedilər. Ay nə bilim, işlədiyi teatrı dağıdır, direktor olmaq istəyir, bunun könlündən iddialar keçir, aktyorluqdan bezib. Ağzıgöyçəklər ağızlarına gələni danışdılar. Danışsınlar, karvansa getdi. Mən öz teatrımı yenə yaratdım. Qoy o cavanlar da heç nədən qorxmasın.
2024-03-03
838,090
Hizbullah liderinin nəvəsi öldürüldü
Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə Hizbullah hərəkatının 6 yaraqlısı məhv edilib. Axar.az xəbər verir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var. Qeyd edək ki, Nəsrullahın qaynı, Hizbullahın yüksək rütbəli komandiri Visam ət-Tavil 8 yanvarda öldürülmüşdü.
2024-03-03
838,092
Rusların Odessaya hücumu: ölənlərin sayı 12-yə çatdı
Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. Axar.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper Teleqramda bildirib.
2024-03-03
838,093
Vuçiç: Qərb qoşunlarını Kiyevə göndərəcək
İndiki şəraitdə Qərbin Ukraynadakı münaqişə zonasına öz hərbi personalını göndərəcəyini istisna etmək olmaz. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. "Bizi çətin vəziyyət gözləyir. Ukraynada Qərb tanklarının adı ilk dəfə çəkiləndə çoxları bunun heç vaxt olmayacağını deyirdi, amma oldu. Qərb təyyarələrinin adı çəkildi, çoxları dedi ki, bu heç vaxt olmayacaq, amma oldu. İndi Ukraynada Qərb qoşunlarından danışılır. Bəziləri bunun olmayacağını deyir, amma olacaq. Vəziyyət hər yerdə daha da pisləşəcək və ölkəmiz üçün mümkün olan ən yaxşı həlli tapmalı, onu qorumaq üçün hamımız birlikdə olmalıyıq. Kosova və Metohiyadakı xalqımıza kömək etməliyik və Serbiya daxilində Kosova, eləcə də Metohiyanı qorumalıyıq ki, ölkə inkişaf etsin, həmçinin iqtisadi cəhətdən..." - o bildirib.
2024-03-03
838,094
Biz xəstə xalqıq: 150 ilimiz məhv oldu, yaxşılar öldü… - Ajapahyan
Biz xəstə olduğumuzu etiraf etmirik və belə bir söz deməyə cəsarət edən hər kəsi qınayırıq. Xəstə insanların sağlam elitası ola bilməz və əksinə. Axar.az xəbər verir ki, bu sözləri Şirak yeparxiyasının lideri Mikael Ajapahyan deyib. O bildirib ki, başımıza gələn kataklizmlər, fəlakətlər və müharibələr ən yaxşıları öldürüb: “Həmin kataklizmlər nəticəsində qaymaq dağıldı, çöküntülər qaldı. Biz yalnız Qarabağı itirməmişik, son 150 ili uduzmuşuq. Öz səhvimizə görə uduzduğumuzu etiraf etmirik, həmişə başqalarını günahlandırırıq. Ümid edirəm yanılıram, ancaq “Qarabağı qaytaracağıq” sözü ilə xalqı aldada bilmərik”. Yepiskop qeyd edib ki, 2021-ci ildə Paşinyanın təkrar baş nazir seçilməsi ermənilərin bu reallıqla barışdığının sübutudur.
2024-03-03
838,095
Rusiya daha bir şəhərə zərbə endirdi: yaralılar var
Rusiya hərbçilərinin Donetsk vilayətinin Kuraxovo şəhərinə endirdiyi zərbə nəticəsində ikisinin vəziyyəti ağır olmaqla 16 nəfər yaralanıb, 15 hündürmərtəbəli binaya ziyan dəyib. Axar.az xəbər verir ki, bunu Donetsk regional dövlət administrasiyasının sədri Vadim Filaşkin deyib. "Kuraxovo bu gün atəşə tutulub. Düşmən şəhərin tam mərkəzinə daxil olaraq, ən azı 15 hündürmərtəbəli binaya ziyan vurub. İlkin məlumata görə, ruslar idarə olunan bombadan istifadə ediblər", - o bildirib.
2024-03-03
838,099
Hindistan "Akaş"ı Ermənistana tədarük etməyə başladı
Hindistan Ermənistana “Akaş-SAM” (Akash-SAM) (yer-hava) zenit-raket komplekslərini tədarük etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə "Indian Defense Updates" nəşrinin məlumatında deyilir. Sifarişin dəyəri 600 milyon dollar təşkil edir.
2024-03-04
838,103
Ərdoğan Şahbaz Şərifi təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu baş nazir seçilməsi münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb. Qeyd olunub ki, telefon danışığında Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib. Xatırladaq ki, martın 3-də Şahbaz Şərif Pakistanın baş naziri seçilib.
2024-03-04
838,105
Ermənistan bu tarixdə məhv olacaq - Simonyan
Ermənistan gəncləri başa düşməlidirlər ki, ölkənin Baş naziri Nikol Paşinyan satqındır və Ermənistanı tam məhvə aparır. Axar.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı Marqarita Simonyan Dünya Gənclər Festivalında çıxışı zamanı deyib. “Əgər o, hakimiyyətdə qalsa və Ermənistanın gəncləri və yaşlı nəsli onu dəstəkləməkdə davam edərsə, deməli, beş il ərzində Ermənistan olmayacaq”, - Simonyan bildirib.
2024-03-04
838,107
Navalnının öldüyü türmənin rəisinə sanksiya tətbiq edildi
Kanada rusiyalı müxalifət lideri Aleksey Navalnının öldüyü Xarp qəsəbəsindəki cəzaçəkmə müəssisəsinin rəisi Vadim Kalinina qarşı sanksiya tətbiq etdi. Axar.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
2024-03-04
838,108
Bir həftədə 7 təyyarə vurduq, bir ayda isə... - Zelenski
Ukrayna hərbçiləri yalnız son həftədə Rusiyanın yeddi hərbi təyyarəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O əlavə edib ki, fevralın əvvəlindən isə düşmənin (Rusiya - red.) 15 hərbi təyyarəsi vurulub.
2024-03-04
838,109
Salyanda qəza: yaralılar var
Salyanda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı xəsarət alanlar olub. Axar.az xəbər verir ki, yol qəzası Dayıkənd kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı xəsarət alan Müşfiq Hilal oğlu Əzizov və Cəmil İbad oğlu Əzizov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-03-04
838,110
Slutski: Bu şəhərləri alıb, müharibəni bitirəcəyik!
Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının rəhbəri, Dumanın komitə sədri Leonid Slutski Luqanskda Avdeyevka əməliyyatında iştirak edən rusiyalı hərbçilərlə görüşüb. Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, o, Avdeyevkanın nəzarətə götürülməsindən dolayı hərbçiləri təbrik edib. Slutski vurğulayıb ki, Stalinqrad və Kursk döyüşləri Böyük Vətən müharibəsi tarixinə düşdüyü kimi, Avdeyevka əməliyyatı da “xüsusi hərbi əməliyyat”ın tarixinə həkk olunacaq. O, həmçinin Ukraynada döyüş əməliyyatlarının bu il Rusiyanın qələbəsi ilə yekunlaşacağını bildirib. Partiya lideri əlavə edib ki, əməliyyatların başa çatması üçün Xerson, bütün sağ sahil, Kramatorsk, Slavyansk, Svyatoqorsk və Liman “azad edilməlidir”.
2024-03-04
838,111
Rusiya dronları "Abrams" tanklarını belə məhv etdi - Video
Rusiyaya məxsus dronların Ukraynada Avdeyevka istiqamətində Ukraynaya məxsus “Abrams” tankını vurması görüntüləri yayılıb. Axar.az xəbər verir ki, görüntülər dron üzərində quraşdırılmış kameradan lentə alınıb. Həmin görüntüləri təqdim edirik:
2024-03-04
838,114
Belçikada terakt hazırlayan qrup yaxalandı
Belçika polisi terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Həmin şəxslər terakta hazırlıqla bağlı müzakirələri messencer vasitəsilə aparıblar. Saxlanılanların üzərində heç bir silah və ya partlayıcı tapılmayıb. Araşdırmalar davam etdirilir.
2024-03-04
838,118
Cüdoçularımız Avrokubokda birinci yeri tutdu
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb. Axar.az xəbər verir ki, Azərbaycan yığması turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub. Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub. Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub. Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.
2024-03-04
838,119
Çin dünyaya "şok" yaşadacaq
Çin xaricə texnika ixracını ikiqat artıra bilər. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Pekinin bu addımı beynəlxalq bazarda yeni “Çin şoku”na səbəb olacaq. Pekin hazırda avtomobil, mexanizm və məişət texnikası istehsalını aktiv şəkildə artırır. Bu, ölkədə iqtisadi artım sürətinin azalmasının qarşısını almaq üçün əsas yoldur. Daxili bazarın həddindən artıq doyması səbəbindən bu məhsullarını ixracı getdikcə sürətlənir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Pekin bu yolla aşağı inflyasiyanı saxlamağa nail olub. İqtisadçılar Çinin hazırkı istehsal fəaliyyətinin inflyasiyanın daha da aşağı düşməsinə kömək edəcəyini deyirlər. Bildirilir ki, ABŞ, Avropa və Yaponiya Çinin hərəkətlərini dəstəkləmir, çünki keçmişdə bu, onların ərazisində bir çox sənaye sahələrinin iflasına səbəb olub. Beləliklə, onlar strateji sənayeləri dəstəkləmək üçün milyardlarla dollar ayırır, Çindən idxala vergilər tətbiq edirlər.
2024-03-04
838,121
Bolqarıstan parlamentinin sədri Azərbaycana gəldi
Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
2024-03-04
838,122
Qantz icazəsiz ABŞ-a getdi, Netanyahu əsəbiləşdi
İsrailin fövqəladə kabinetinin üzvü Benni Qantz ABŞ-a gedib. Axar.az “Tayms of İsrail”ə istinadla xəbər verir ki, Qantsın bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqark ilə görüşü planlaşdırılır. Onun ikinci gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Daha sonra Qantz Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır. Bildirilir ki, Baş nazir Netanyahu Qantzın onun icazəsi olmadan səfərə çıxmasından əsəbiləşib və ABŞ səfirinə onun görüşlərinə dəstək olmamağı tapşırıb.
2024-03-04
838,125
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli bahalaşaraq 83,62 dollara, yüngül neftin bir barreli isə cüzi ucuzlaşaraq 79,92 dollara təklif olunur.
2024-03-04
838,127
Göyçayda ağır qəza: ölənlər var - Foto
Göyçayda ağır yol qəzası baş verib,ölənlər və yaralı var. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər - Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.
2024-03-04
838,130
Ermənistan məhv olacaq, Turan yoluna dönəcək - Vanyan
Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Naira Vanyan yazıb. Erməni şərhçinin fikrincə, Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, geosiyasi güclərin davasına qarışır: “Paşinyan Zelenskinin yolu ilə gedir, Ermənistanı isə ukraynalılaşdırır. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, o silahlar Ermənistana necə çatacaq? Çünki iki qonşumuz düşməndir (Türkiyə və Azərbaycan nəzərdə tutulur - red.), digər qonşumuz İranla münasibətlər gərginləşib, Gürcüstan isə Bakı və Ankara ilə işləyir”. Vanyan sual verir: Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmaya gedirsə, Avropa Ermənistana silah göndərmək istəyəcəkmi? “Birmənalı olaraq yox, çünki Avropa Ermənistanı Türkiyəyə hədiyyə edir. Türkiyə Avropanın bu bölgədəki rəsmi nümayəndəsidir. Antalya Diplomatiya Forumunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması vəzifəsini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq və Ermənistan ərazisi Böyük Turan yoluna çevriləcək”, - erməni şərhçi qeyd edib.
2024-03-04
838,131
Qənizadənin nəvəsi BƏƏ-də bayrağımızı qaldırdı - Foto
Martın 2-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində "Diamond Cup” beynəlxalq turniri keçirilib. Axar.az xəbər verir ki, yarışlarda ölkəmizi təmsil edən Nərgiz Qənizadə möhtəşəm çıxışı ilə uğura imza atıb. Beynəlxalq yarışmaya vəsiqə qazanmış, öz kateqoriyası üzrə ölkəmizi təmsil edən 11 yaşlı Nərgiz Qənizadə 2-ci yeri qazanaraq Azərbaycanın bayrağını qaldırıb. Qeyd edək ki, N.Qənizadə sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadənin nəvəsidir.
2024-03-04
838,132
Yuxarı Əskiparada tutulan ermənilər azad edildi
Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı”nın Feysbuk səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə azad ediliblər. Qeyd edək ki, onlar ötən gün Ermənistanın işğalı altında olan Yuxarı Əskipara kəndinə qanunsuz daxil olduqlarına görə saxlanılmışdılar.
2024-03-04
838,133
Ağsu polisindən əməliyyat: saxlanılanlar var
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.
2024-03-04
838,136
Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?
09:40 Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb. Axar.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən Ramiz Mehdiyev yayılan məlumatların yalan olduğunu bildirib. “Mənim səhhətimdə heç bir problem yoxdur. "Çek-ap" (Check-up) müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib. Qeyd edək ki, Gununsesi.info saytı Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığını və onun müalicə üçün İsrailə aparıldığını yazmışdı.
2024-03-04
838,140
Xankəndidə bu bina sökülür - Video
İşğaldan azad edilmiş Xankəndidə əvvəllər erməni separatçıları tərəfindən “parlament” kimi istifadə edilən bina sökülür. Axar.az xəbər verir ki, binanın sökülməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
2024-03-04
838,142
NATO-nun genişmiqyaslı təlimi keçirilir
Bu gün Şimali Atlantika Alyansının (NATO) "Skandinaviyalıların cavabı 24" (“Nordic Response 24”) adlı genişmiqyaslı hərbi təlimləri başlayır. Axar.az xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçiriləcək. Təlim martın 15-dək davam edəcək. Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.
2024-03-04
838,147
740-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 740-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 417 950 hərbçi, 6 648 ədəd tank, 12 660 ədəd zirehli döyüş maşını, 10 210 ədəd artilleriya sistemi, 1004 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 698 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 374 ədəd avtomobil texnikası, 7 845 ədəd PUA, 1 916 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 621 xüsusi avadanlıq itirib.
2024-03-04
838,149
Hazırlıq planı: Hərbçilərimiz maarifləndirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir. Həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüşləri, eləcə də ölkədə və regionda baş verən hadisə və yeniliklərlə bağlı ətraflı məlumatlar verilir, Vətən müharibəsi və ondan sonrakı digər uğurlu döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir. Bundan başqa, şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər aparılır. Vətən keşikçiləri məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyir, üzərlərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini dərk edirlər.
2024-03-04
838,151
Nigar Camala qarşı dələduzluq: Pul qarşılığında... - Foto
Müğənni Nigar Camala qarşı dələduzluq edilib. Kult.az xəbər verir ki, Elşad Eldar oğlu Məmmədov adlı şəxs Tiktokda sənətçinin adına saxta hesab açaraq, fanatlarına mesaj yazıb. O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib. Nigarsevərlərdən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib. Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.
2024-03-04
838,157
Paris iki il ərzində Kiyevə bu qədər hərbi yardım edib
Fransa iki il ərzində Ukraynaya göstərdiyi hərbi yardımların siyahısını dərc edib. Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb. “Fransa Ukraynaya ümumi dəyəri 2,615 milyard avro dəyərində hərbi texnika tədarük edib. Buna Avropa Sülh Fonduna verilən 1,2 milyard avro da əlavə edilib. Beləliklə, 24 fevral 2022-ci ildən 31 dekabr 2023-cü ilə qədər dəstək 3,8 milyard avrodan çox təşkil edib”, - məlumatda deyilir. Fransa iki il ərzində Kiyevə 30 ədəd SEZAR haubitsası, 1002 ədəd AT4 tank əleyhinə qumbaraatan, 38 ədəd AMX10 RC təkərli tank, 250 ədəd zirehli personal daşıyıcısı, 30 min ədəd 155 mm çaplı mərmi, 160 ədəd kəşfiyyat aparatı tədarük edib.
2024-03-04
838,158
Xankəndidə bu bina yerlə-yeksan edildi - Foto
Azərbaycanın Xankəndi şəhərində keçmiş qondarma rejimin “döyüşçü-xilaskarlar” adlandırdığı bina tamamilə sökülüb. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Tikili qondarma “parlament”in binasının yanında yerləşirdi. Qeyd edək ki, dünən sosial şəbəkələrdə keçmiş və özünü buraxmış qondarma rejimin “parlament” binasının sökülməsi ilə bağlı görüntülər yayılıb.
2024-03-04
838,159
Bakının bu rayonunda qaz olmayacaq
“Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz” İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2024-03-04
838,161
Əli Əsədov qərar imzaladı
“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiqlənib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur. Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalına, həmçinin yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsulları, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə dövlət nəzarətinin aparılmasına imkan yaranacaq.
2024-03-04
838,163
Bu türk ölkələrində güclü zəlzələ oldu - Video
10:38 Qırğızıstanın şimalında, Qazaxıstanla sərhəddə 5.4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Seysmologiya İnstitundan məlumat verilib. İnstitutun məlumatına görə, yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 kilometr şimalda və Bişkekdən 190 kilometr aralıda İssık-Kul bölgəsində, Qazaxıstanla sərhəddə, Almatıdan 37 km cənubda olub. Episentrə ən yaxın yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi Qazaxıstanın Almatı şəhərində 5 bal, Çolpon-Atada 4 bal, Bişkek və Karakolda hər birində 3,5 bal olub. Almatıda insanlar təşvişə düşüb, küçələrə tökülüblər.
2024-03-04
838,165
Prezident Jelyazkovu qəbul etdi
10:47 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib. Axar.az xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rumen Radevə çatdırmağı xahiş etdi. Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğuladı, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd etdi. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxundu. Qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğuladı. O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirdi. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd etdi. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğuladı. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd etdi. Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladı. Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəminə toxunaraq, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırladı. Dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirdi və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğuladı. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının uğurla keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın panavropa enerji təchizatçısı olmasının vurğulandığını bildirdi və Avropanın səkkiz ölkəsinin Azərbaycan qazı ilə təchiz olunduğunu qeyd etdi. Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulandı.
2024-03-04
838,166
65 yaşdan yuxarı olan icra başçıları - Siyahı
Axar.az yaşı 65-i keçən icra başçılarının siyahısını təqdim edir: 1. Eldar Əzizov, Bakı şəhər icra başçısı - 1957-ci ildə anadan olub, 66 yaşı var. 2. Rafil Hüseynov, Ağcabədi rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var. 3. Novruz Novruzov, Siyəzən rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var. 4. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var. 5. Rüstəm Xəlilov, Hacıqabul rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var. 6. Şair Alxasov, Qusar rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var. 7. Malik İsaqov, Qubadlı rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var. 8. Alı Alıyev, Füzuli rayon icra başçısı - 1955-ci ildə anadan olub, 69 yaşı var. 9. Mərdan Camalov, Zərdab rayon icra başçısı -1956-cı ildə anadan olub, 68 yaşı var. 10. Bayram Səfərov, Şuşa şəhər icra başçısı - 1951-ci ildə anadan olub, 73 yaşı var. 11. Mübariz Əhmədzadə, Zaqatala rayon icra başçısı - 1947-ci ildə anadan olub, 77 yaşı var. 12. Adil Məmmədov, Qobustan rayon icra başçısı - 1952-ci ildə anadan olub, 72 yaşı var. 13. Tofiq İbrahimov, Ağdaş rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var. 14. Şahmar Usubov, Xocalı rayon icra başçısı - 1953-ci ildə anadan olub, 71 yaşı var.
2024-03-04
838,170
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq icazəsi asanlaşdırılacaq
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq. Axar.az xəbər verir ki, bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının gündəliyinə daxil edilib. Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.
2024-03-04
838,173
Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
Özündən əvvəl atasını tanımışam. Orta məktəb illərində xarici ədəbiyyatı çox oxuyardım. Həmişə də kitabın girişində redaktor və tərcüməçilərə baxrdım. Ən sevdiyim əsərlər onun atasının etdiyi tərcümələr olurdu. Onun Azərbaycan oxucusuna qazandırdığı mütaliə zövqü danılmazdı... İllər sonra Azərbaycan Dövlət Radiosunun “Ədəbi Dram” redaksiyasında işə başladım və sevdiyim tərcüməçinin qızı ilə də məhz burda tanış oldum. 20 yaşlarında həyat dolu, arzularla dolu bir dəstə gənc qızlar idik və hamımız bir böyüdük desəm, daha doğru olar. O, “Xalq yaradıcılığı” redaksiyasında çalışırdı. Uzun illər keçsə də, yenə bir yerdə, eyni məkanda həmkar kimi çalışırıq. Söhbət Günel Natiqdən gedir. Mənim sevimli, daim öz dünyasında gəzişən Günelimdən. Tərcümələrini sevə-sevə oxuduğum Natiq Səfərovun qızı Günel! Əslində, çox adam onun Natiq müəllimin qızı olduğunu bilmir. Göstərişsiz, bir az da özünə qapalıdı Günel. Həm də həyat doludu. Dərdini, qüssəsini heç kimə bildirməz. Hərdən mənə elə gəlir ki, bir az da Tolstoysayağı yaşayır. Vurulan zərbələri səssizcə qarşılayır. İncidildiyi, küsdüyü yerdən sakitcə çəkib gedir... Əslində darmadağınam... Hisslərimi, düşüncələrimi necə ifadə edəcəyimi də bilmirəm Qəribə bir boşluqdayam, adını da tapa bilmirəm bu boşluğun. İfrat insansevərəm, bəzən bu hiss məni çox incidir. Sevdiyim insanların itkisinə, əzablarına sakitcə qəbullana bilmirəm. Əslində bu yazını Günel necə qarşılayacaq, onu da bilmirəm. Amma onun, ölümlə savaşına səssiz qala bilmirəm. Hər gün ağrıları, ümidsizliyi sonu görmək öldürür insanı. Sonu bilə-bilə yaşamaq elə ölümün özünü yaşamaqdır... Hərdən yanına gedirəm, əhvallaşırıq... Hər adamla da ağrılarını bölüşmür. Qürurludur, özünü aciz, təslim olmuşluğunu heç büruzə vermir. 17 ildir bu ağır xəstəliklə səssizcə vuruşur. Əslində xəstəliyə təslim olmayıb, ətrafındakıların sevgisizliyi, laqeydliyi, vurdum-duymazlığı mənən yorub onu. Xəstəlik və müalicə üçün götürülən bank kreditləri tükəndirib onu. Həmişə dik duran, özünəməxsus şirin, məxməri səsi şaqraq gülüşü ilə gizləyir bu ağrıları. Amma nə qədər gizləsə də, növbəti müayinə, növbəti kimyaterapiyalar onun səssiz hayqırtısıdır... Bu səssiz hayqırışı eşidək əzizlərim! 30 ildən bəridir Azərbaycan ədəbiyyatına, tarixinə, etnoqrafiyasına, maddi-mənəvi dəyərlərinə saysız-hesabsız verilişlər həsr edən, hər dəfə maraqlı müsahibə və yazıları ilə oxucusunun görüşünə gələn Günelimizi xilas edək ölümün cəngindən. “Ədəbi talelər”, “Kağız gəmilər” və s. kitabların müəllifi hələ neçə-neçə əsərləri ilə Azərbaycan ədəbiyyatına, jurnalist fəaliyyəti ilə mətbuatımıza töhfələr verə bilər. İnsan onun üçün çırpınan adamları görəndə həyata tutunur. Onun həyata tutunmasına dəstək olaq. Günel güclüdür, yenəcək bu mərhələni də. Buna inanıram. Onun yenə bilməyəcəyi ətrafındakıların laqeydliyidir... “Seva, xəstəliyimin ağırlaşdığı son 5-6 ili necə yaşadım bilmirəm. Bilmədim müalicə üçün götürdüyüm bank kreditinin fikrini çəkim, ya xəstəliyimin. Maddi qayğılar, problemlər və xəstəlik arasında çırpınmalar yordu, bezdirdi məni...” Bu illər ərzində ilk dəfə idi ki, Günelin tükəndiyini gördüm. Elə bu söz məni darmadağın edib. Bu yazı ilə müraciət etməyə bilmirəm. Səssiz qalmaq məni boğur... Bütün media əhlinə, Mədəniyyət Nazirliyinə və son ümidim Heydər Əliyev Fonduna - Mehriban xanım Əliyevaya üz tuturam. Xahiş edirəm, ağır xəstəliklə çətin şərtlər altında savaşan söz, qələm adamına dəstək olaq. Ölümünü diriykən yaşamasına icazə verməyək. Onun üçün çırpındığımıza tutunsun, sevgimizin istiliyinə sığınıb yensin bu imtahanı da... Şəfqətinizə sığınıram...
2024-03-04
838,177
Alman zabitlər pis danışıb, indi də təlaşdadırlar
Almaniyanın yüksək rütbəli hərbçilərinin Krım körpüsünə alman raketlərinin hücumu ilə bağlı yayılan söhbətinə müdafiə naziri və ölkə mətbuatı tamamilə ziddiyyətli açıqlama verib. Bir tərəfdən deyirlər və yazırlar ki, alman hərbçiləri o qədər də pis söz deməyib. Digər tərəfdən isə bildirirlər ki, bütün bunlar Rusiyanın Almaniya və NATO-ya qarşı informasiya müharibəsidir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Bəs onlar pis bir şey deməyiblərsə, niyə bunu informasiya müharibəsi adlandırırlar? Çünki əslində pis şeylər danışırdılar, Rusiyaya qarşı müharibəyə necə cəlb oluna biləcəklərini gizli müzakirə edirdilər. Bu isə çox təhlükəlidir. Alman və bütün Avropa ölkələrinin xalqı bunun qəti əleyhinədir. Buna görə də onlar təlaşa düşüblər”, - o bildirib.
2024-03-04
838,179
Almaniya səfiri təcili Rusiya XİN-ə çağrıldı
Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. “Lambsdorf bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - mənbə bildirib. Qeyd edək ki, rusiyalı təbliğatçı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.
2024-03-04
838,182
Qaradağda itlər 10 yaşlı uşağı parçaladı - Video
Qaradağda itlər azyaşlı uşağa hücum edib. Bu barədə Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. “Hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib”, - N.Əliyev bildirib.
2024-03-04
838,185
İt dişləyən azyaşlının vəziyyəti ağırdır - Rəsmi
Qaradağda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır. Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb. O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub". Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".
2024-03-04
838,186
Mirzoyan Antalyada “Bakısız” istədi: Ona izah edildi ki…
Antalya Diplomatiya Forumunda xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndə Ruben Rubinyanla təmsil olunan Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır. Forum çərçivəsində Mirzoyan və Rubinyan bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, ermənilər Ankaranın fikrini dəyişdirməyə ümid etdikləri üçün Antalya Forumuna yüksək səviyyədə qatılmışdılar: “Ankara mövqeyini dəyişmədiyi müddətdə Ermənistan Azərbaycan-Türkiyə çəmbərindən çıxa bilməyəcək və bu ölkə üçün ən məqbul perspektiv Bakının gündəliyini qəbul etmək olacaq. Türkiyə isə ən yüksək səviyyədə Ermənistana növbəti dəfə izah etdi ki, həm kommunikasiyanın açılması (Zəngəzur dəhlizi layihəsi), həm də sülh sazişi məsələsində Bakının mövqeyi Ankara üçün “yol xəritəsidir”. Forumun açılış mərasimində çıxış edən Ərdoğan da bəyan etdi ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya ilə davam etdiriləcək”.
2024-03-04
838,187
Bəlucistanda “Bəsic”in daha bir üzvü öldürüldü
İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində SEPAH-a bağlı yarım-hərbi “Bəsic” üzvü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bəluc Fəallarının yaydığı məlumatda həlak olan şəxsin Armin Mir Muradzehi olduğu bildirilib. Rəsmi media onun silahdan yanlış istifadə nəticəsində həlak olduğunu yazıb. Qeyd edək ki, 2 martda Zahidanda Osman Şah Baxş silahlı şəxslərlə atışmada öldürülmüşdü.
2024-03-04
838,189
Kürdlər Qərbi Azərbaycana iddia edir: şənlik keçirdilər
İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər. Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər. Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək, kürdlərin qələbəsini təbrik ediblər. Qeyd edək ki, Urmiyadan millət vəkilliyinə azərbaycanlı namizədlərdən yalnız biri - Salman Zakir 115.761 səslə parlamentə seçilib.
2024-03-04
838,191
Gəncəlilərin diqqətinə!
“Kristal Abşeron” şirkəti Gəncə şəhərində satış mərkəzi açdı! Satış Mərkəzi artıq bu gündən fəaliyyətə başlayıb. Şirkət nümayəndəsinin verdiyi məlumata əsasən deyə bilərik ki, “Kristal Abşeron”un bu addımı atmağında əsas məqsəd Gəncə və ətraf ərazilərdə yaşayıb mənzil sahibi olmaq istəyənləri bu imkana daha yaxın etməkdir. Bakı, Sumqayıt, Xırdalan şəhərlərində müxtəlif layihələri olan şirkət artıq inşa edilən layihələrinin idarə edilməsi və satışını bu mərkəzdən də həyata keçirəcəkdir. Satış mərkəzi Gəncə Şəhəri, Şah İsmayıl Xətai prospekti 358A ünvanında, Dəyirman dairəsinin yaxınlığında yerləşir. Hazırda Bakı, Sumqayıt, Xırdalanda mənzil sahibi olmaq istəyən gəncəlilər və ətraf ərazi sakinlərinin paytaxta yollanmağına heç bir ehtiyac yoxdur. Onlar satış mərkəzinə yaxınlaşaraq layihələr və qiymətlər haqqında ətraflı məlumat ala bilərlər. Şirkət hətta satış ofisinə gələnlərə şəxsi büdcəsinə uyğun aylıq ödəniş təyin etmək mənzil sahibi olmağı təklif edir. Qeyd edək ki, “Kristal Abşeron” şirkəti yaxın gələcəkdə Gəncə şəhərində yeni layihələr inşa etməyi planlayır. “Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir və təmirdə dünya markalarından istifadə edilir. İndi 10%-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz. Ətraflı: *1544 , +994 22 265 65 75 www.kristalabsheron.az
2024-03-04
838,192
Ukrayna Rusiya MN-in gizli məlumatlarını oğurladı
Ukrayna Baş Kəşfiyyat İdarəsinin hakerləri Rusiya Müdafiə Nazirliyinin saytına DDoS hücumlar təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib. “İndi Ukrayna Kəşfiyyat Xidməti Rusiya Müdafiə Nazirliyinin istifadə etdiyi informasiya təhlükəsizliyi və şifrələmə proqram təminatına, habelə Rusiya MN-in bir sıra məxfi rəsmi sənədlərinə malikdir”, - məlumatda qeyd olunub.
2024-03-04
838,195
Bakıda bu şirkətə məxsus istehsalat sexi bağlandı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Axar.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nəriman Nərimanov küçəsi, 1 ünvanında yerləşən Az Metal İndustry Company MMC-yə məxsus istehsalat sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: - obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları və daxili yanğın su kranları quraşdırılmayıb; - obyektdə propan tipli qaz balonlarından və standartlara uyğun olmayan qızdırıcı sobadan istifadə olunur; - izolyasiya örtüyü zədəli və nasaz elektrik avadanlıqlarından istifadə edilməklə, elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə olunması üçün qoruyucu aparatlarla təmin edilməyib; - elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; - obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nəriman Nərimanov küçəsi, 1 ünvanında yerləşən Az Metal İndustry Company MMC-yə məxsus istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
2024-03-04
838,196
Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölənlər var
Qərbi Azərbaycan əyalətinin Bukan bölgəsində hökumət məmurları ilə silahlı qruplaşma arasında qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Təxribat törətməyə hazırlaşdıqları iddia edilən 3 nəfərdən ikisinin öldürüldüyü, birinin isə yaralandığı bildirilib. Bununla yanaşı, qeyd edilib ki, silahlıların qaçmasına yardım etməyə çalışan daha 3 nəfər həbs edilib. Onların kimliyi və hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.
2024-03-04
838,198
Lavrovun İrəvanla bağlı təhlükəli bəyanatı... - Surenyants
Bu iki bəyanatın müəllifi Lavrovdur və onlar Ermənistan üçün çox təhlükəli təsirləri ehtiva edir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants Rusiya xarici işlər naziri Sergey Lavrovun “Təəssüf edirik ki, İrəvan rəhbərliyi şüurlu şəkildə Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Rusiya Ermənistanın KTMT-yə üzvlüyünün davam etdirilməsi ilə bağlı yekun qərarını gözləyir, onlar qərar verməlidir” bəyanatını şərh edərkən deyib. “Paşinyan ölkənin KTMT-yə üzvlüyünü dondurduğunu bəyan etdikdən sonra İrəvan ətrafında ilgəklər daralır, buna görə də əsas məsuliyyət onun üzərinə düşür. Nikolun şüurlu antirusiya mövqeyi yalnız bir məqsəd güdür, onun əyalət düşüncəsinə görə, yalnız bu yolla o, Qərbin sevimlisinə çevrilə bilər. Qərb üçün vacib olan nəticə deyil, prosesin özüdür, məqsədi Rusiyanın, eləcə də İranın regionda təsirini zəiflətməkdir. Xüsusilə Ermənistanın taleyi ilə bağlı nəticənin nə olacağı Qərbin maraq qruplarını maraqlandırmır. Lavrovun ən təhlükəli bəyanatı “Ermənistan rəhbərliyinin şüurlu qərarı” ifadəsidir. Bu o deməkdir ki, Moskva artıq İrəvana manevr şansı vermir, Paşinyanın “tarixi” qərarını sürətləndirir. Eyni zamanda, Rusiya bilərəkdən məsuliyyətdən boyun qaçırır ki, bu da təhlükəli nəticələrə gətirib çıxarır. Paşinyan balanslaşdırılmış siyasət, İrəvan-Moskva və İrəvan-Ankara münasibətləri qurmaqla Ermənistanın dövlətçiliyinə təminat vermək əvəzinə dövlətçiliyimizin süqutu yolunu seçdi. Bu, sərt reallıqdır”, - o bildirib.
2024-03-04
838,202
Rusiyada dəmiryol körpüsü partladıldı
Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb. Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib. Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.
2024-03-04
838,204
Tramp qaradərililərin saxta şəkillərindən istifadə edir
Keçmiş prezident Donald Trampın tərəfdarları afroamerikalı seçicilərin süni intellekt tərəfindən yaradılmış saxta şəkillərini paylaşıblar. Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qaradərililəri səs verməyə təşviq edən “Qara Seçicilər Önəmlidir” (“Black Voters Matter”) qrupunun həmtəsisçisinin sözlərinə görə, manipulyasiya edilmiş şəkillər Trampı qaradərili cəmiyyətdə populyar kimi göstərmək üçün hazırlanmış strategiyadır. Süni intellekt tərəfindən yaradılan saxta şəkillər ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində ortaya çıxan dezinformasiya trendlərindən birinə çevrilib. Həttta sosial şəbəkələrədə bir neçə istifadəçi süni intellekt təsvirinin real olduğuna inanıb.
2024-03-04
838,206
Bakıda "Pab"da kütləvi dava: DİN-dən reaksiya - Video
Bakıda kütləvi dava olub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən "Pab"ın həyətində baş verib. Dava zamanı tərəflərdən biri bıçağa əl atıb və hadisə anının videogörüntüləri oradakı müşahidə kamerasında əksini tapıb. Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir. "Ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi qeyd edib.
2024-03-04
838,209
İki il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə hər iki qurum birgə məlumat yayıb. Qeyd olunub ki, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Könül Baxşəliyev Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Ötən illərdən bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
2024-03-04
838,211
Sərhədimizi pozmağa cəhd göstərənlər saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıblar. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.
2024-03-04
838,212
Mənə elə gəlir, Seymur Füzuli ermənisidir - Hacı Zamin
Kult.az publisist, köşə yazarı Zamin Hacı ilə müsahibəni təqdim edir: - Zamin bəy, çoxdandır görünmürsünüz. Nə işlə məşğulsunuz? - Görünmürəm deyəndə, yəqin, hər gün şəhərə çıxmağımı nəzərdə tutmursunuz. Əzəldən hansı işlə məşğulamsa, indi də elə - yazıram... - Amma deyəsən, daha əvvəlki kimi oxunmursunuz, populyarlığınız azalıb. - “Tüfəng çıxdı, kişilik öldü” sözü olmasın, sosial şəbəkə aktiv oldu, Zamin Hacı öldü (gülür). O dövrün romantikası, estetikası başqa idi. Qəzet sıradan çıxandan sonra bu cür məsələlər normaldı. Mən hələ yaxşıyam ki, yenə üzdəyəm. Adam var, adı da yada düşmür. Hamısı unudulub getdi. Mənim populyar olmağım daha çox 90-cı illərə bağlıdır. Tək mənim yox, elə o dövrdə yazan hər kəsin. İndi o vaxtdan qalan imzanın çörəyini yeyirik. Yenə də işimlə məşğulam. Qaçıram və yazıram. Əvvəllər futbol da oynayırdım, indi yox. - Qaçırsınız? Bunu niyə xüsusi qeyd elədiniz ki? - Məşğul olduğum fəaliyyətin biri də budur. Soruşdunuz, dedim. - Özünüzü Murakamiyə bənzədirsiniz, ya necə? O da səhər-axşam qaçır və yazır. - Bənzətməni siz eləyirsinizsə, sözüm yoxdur. Mənim deməyim düzgün çıxmaz. - Bir gün parkda qaçan iki yazıçı Əlisəmid Kürü görüb deyirlər ki, niyə qaçmırsan? O da “Özüm dəlixanada, həbsdə olmuşam, boşanmışam, uşaqlar bir dərədə, qaçdığımı görüb deyən olmaz ki, hansı gününə qaçırsan?” cavabını verib... - Deyirsiniz, mən hansı günümə qaçıram? Mən boşanmamışam, dəlixanada yatmamışam, həbsdə də olmamışam axı... - Deyirlər, məşhur adamlarla oynayırdınız futbolu. - Gənc olanda, Siyavuş Novruzovla da futbol oynayırdıq. “Azadlığ”ın komandası ilə YAP-ın komandası. - Zamin bəy, son illərdə bir şeir, bir də publisistik məqalələriniz kitab halında çap olunub. Amma elə bil, səssiz ötüşdü. Oxucular bir yana, qələm adamları da diqqət etmədi, yazmadı. Tərif və tənqid adına heç nə yox idi. - Həmişə belə olub. Mən yazıçı deyiləm, heç xüsusi gözləntim də yoxdur. Əzəl gündən “mən səndən yazdım, sən məndən yaz” kimi niyyətim də olmayıb. Ədəbi mühitdə isə bu cür məsələlər aktualdır. Digər səbəbləri də hamı bilir. - Hansıdır o digər səbəblər? Paxıllıq edirlər, ya qorxurlar? - Məncə, qorxurlar. Ola bilsin, məndən yazmaq kimlər üçünsə problem ola bilər. - Amma sosial şəbəkədən gedəndən sonra təhqir də eləmişdiniz burada qalanları. Niyə elə etdiniz ki? - Təhqir deyəndə, anlıq emosional fikir idi. İstəyirəm ki, Feysbuk, İnstaqram azarından hamı canını qurtarsın. - Bəs birdən qayıtsanız? - Ölərəm, qayıtmaram. Başım dincdi. Özümə vaxt ayırıram. Dəli-zadam bir də ora gələm? - Demək istəyirsiz ki, sosial şəbəkədən gedib-qayıdanlar dəlidirlər? - Aranı qızışdırıb, ağzımdan növbəti emosional sözü çıxartma. Qoy dinc oturum... - Yazıçılar Birliyinə necə, münasibətləriniz əvvəlki kimidir? Bu məsələdə dəyişməmisiniz ki? - Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb. Stalinə bütün ölkə boyu belə qurumlar lazım idi ki, sabah repressiyanı kütləviləşdirəndə yazıçıları elə yazıçıların öz əliylə gedər-gəlməzə göndərsin. O baxımdan, bu gün adını dəyişib "birlik” qoymaqla AYİ mahiyyətini qəti dəyişməyib, elə həmin NKVD-nin balasıdır, şər, böhtan, intriqa, yaltaqlıq yuvasıdır. - Bir xeyli gənc müəllif var ki, onlar təqaüd, yaxud da başqa məsələlər üçün AYB-yə üzv olurlar. Səhv edirlər? - Öz işləridir, kiməsə hökm verəsi deyilik. Nə də kimsə sözümüzlə hərəkət edəsi deyil. Məncə, azadlıqlarını AYB ilə məhdudlaşdırmasınlar. Ora üzv olub nə edəcəklər guya? İstedadları artacaq? - Sizi unudulmağa qoymayan adamlardan biri də Seymur Baycandır. Yaman tez-tez ilişir sizə. - Seymurdu da, dəymə, qoy ilişsin. - Seymurdu da? Adətən, belə sözü qarşındakı insanları aşağılamaq üçün deyirlər.. - Seymur, sözsüz ki, dəyərli adamdıır. Dərinə gedəndə onun hər şeyə haqqı çatır. Mənim adımı isə tez-tez çəkməkdə məqsədi odur ki, cavab verim, dava çıxsın, adı hallansın. - Seymurun sizin reklama ehtiyacı olduğunu düşünürsünüz? - Söhbət konkret yazıdan getmir, sadəcə, istəyir o yazını Zamin Hacı yazsın. - Sizə də deyir ki, türkcə yazırsınız, Azərbaycan dilini bilmirsiniz... - Mənim Azərbaycan dilini bilmədiyimi demək üçün... nəysə, lənət şeytana. Seymurun bilmədiyi çox şey var. O özü nəinki Azərbaycan dilini, heç Türkiyə türkcəsini də bilmir. Bilsə, hərdən irad tutduğu sözlərin mənşəyini bilərdi. Hərdən mənə elə gəlir, Seymur Füzuli ermənisidir.
2024-03-04
838,214
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb. Axar.az Report-a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb. Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50.000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
2024-03-04
838,218
Temperatur 15 dərəcəyə yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
2024-03-04
838,220
AŞPA-da Bakıya qarşı qərəzli və çirkin kampaniya... - Əliyev
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən bildirib. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib. Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladıb.
2024-03-04
838,224
Türkiyədə də güclü zəlzələ baş verdi
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Əlbistan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, bu gün Qazaxıstan-Qırğızıstan sərhədində 5,4 bal gücündə zəlzələ olub.
2024-03-04
838,229
Jelyazkov Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Axar.az xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar. Daha sonra, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
2024-03-04
838,230
Tehranın İrəvanla hərbi oyunu və Bakıya qarşı... - Süleymani
Nə Ermənistan İranla effektiv hərbi əməkdaşlıq edə bilər, nə də İran Ermənistanla. Məsələn, İrəvan heç vaxt Fransa ilə Tehranı bir araya gətirə bilməz. Digər tərəfdən, Ermənistanın da İrana baxışı göstərdiyi qədər səmimi deyil. Bu, sadəcə, oyunun bir hissəsidir. Ermənistan İranın regiondakı xarici siyasətini çox yaxşı bilir. Ona görə İrana xoş gəlməyə çalışır, əslində isə öz oyununu oynayır. Paşinyan hakimiyyətdə olduğu müddətcə və qərbyönlü siyasətini davam etdirdikcə, bu yaxınlıq heç vaxt baş tutmayacaq. Rusiyanı belə regionda zəiflətməyə çalışdığını nəzərə alsaq, heç Qərb də buna imkan verməyəcək. Bu sözləri Axar.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani İran və Ermənistan münasibətləri və İranın Ermənistana hərbi əməkdaşlıq təklifini şərh edərkən bildirib. “İran əvvəllər Azərbaycanı qərbyönümlü siyasət aparmaqda ittiham edib, ancaq vaxt gələcək Ermənistan Qərblə indikindən onqat daha artıq əməkdaşlıq ediləcək. Hazırda Qərblə birgə təlimlərin təşkili, Fransa ilə əməkdaşlığın dərinləşməsi və s. buna nümunədir. Tehran İrəvanın sürətlə Qərbə üz tutmasına və hərbi əməkdaşlığına göz yummağa çalışsa da, uzun müddət etinasız qala bilməyəcək. Çünki bunlar tamamilə ayrı mövqelərdir”. Ekspert bildirib ki, haçan Ermənistan Azərbaycanın sülh təklifi ilə razılaşar, Türkiyə ilə münasibətləri normallaşdırarsa, İran-Ermənistan münasibətləri tamamilə fərqli və zəif olacaq: “Tehranın İrəvana üstünlük verməsinin əsas səbəblərindən biri Azərbaycanın qərbyönümlü siyasət yürütdüyünü düşünməsi olub. Baxmayaraq ki, Bakı həmişə balanslı siyasət aparıb.Digər amil isə Azərbaycan və Tehranın xarici siyasətinin əsas oryentasiyasısında mühüm rol oynayan “siyasi islam” amilidir. Azərbaycan iranofobiya və siyasi islam məslələrinə həssaslıq nümayiş etdirib, İran isə Vahid Azərbaycan amilindən həmişə ehtiyat edib. Azərbaycan Şimali İran məsələsində həssas olduğu kimi, İran Güney Azərbaycan məsələsində həssasdır. Ona görə də İran həmişə islamçılıq ideyasını, millətçilik məsələsi qarşısına qoymuşdur”. O, bütün bu problemlərin həll yolunu iki dövlət arasında real əməkdaşlığın aparılmasında gördüyünü vurğulayıb: “Mənim fikrimcə, İran milli mənafeyini qorumaq istəyiriksə, mütləq Azərbaycanla əməkdaşlıq etməlidir. Bu hərbi əməkdaşlıq olmaya da bilər. Əgər hər iki ölkə bir-birini öz səmimiliyinə inandırsa, iqtisadi və diplomatik əlaqələri gücləndirsəydi, hətta Ermənistanla normal qonşuluq əlaqələri qalsa belə, qarşılıqlı inam yaranar və İranın da başqa bir alternativə ehtiyacı qalmazdı. Bu, hər iki tərəfin də xeyrinə olardı. Lakin təəssüf ki, hər iki tərəfdə də qarşılıqlı inamsızlığın olduğunu nəzərə alsaq, bu vəziyyətdə geri dönüb əlaqələri yenidən başlatmaq və münasibətlərin axarını dəyişmək çox çətin görünür”.
2024-03-04
838,232
Ukrayna ərazisinə NATO ordusu... - Fransadan rəsmi təklif
Bütün etirazlara və xəbərdarlıqlara rəğmən Fransa Ukraynada NATO hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Alyansının komandanlığına təklif yollayıb. Axar.az xəbər verir ki, bu barədə “Politiko” ABŞ-ın NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalderə istinadən məlumat yayıb. Qeyd olunub ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkhard NATO-dakı həmkarlarına Ukrayna ərazisində alyans qüvvələrinin yerləşdirilməsini təklif etsə də, rədd cavabı alıb. İ.Daalderin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron belə sərsəm ideyanı səsləndirəndən bir neçə həftə əvvəl T.Burkhard NATO-da təşəbbüslə çıxış edibmiş.
2024-03-04
838,235
Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş - Foto
Xəbər verdiyimiz kimi, martın 1-də metronun “Koroğlu” stansiyasının qarşısında Bakı Bus MMC-yə məxsus avtobus gənc oğlanı vuraraq öldürüb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən 26 yaşlı Oruc İbrahim oğlu İbrahimov peşəkar idmançı imiş. O, bir neçə il əvvəl Memarlıq və İnşaat Universitetində təhsil alarkən Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiadada bütün rəqiblərini məğlub edərək çempion olub. Təhsilini başa vurduqdan sonra işləməyə başlayan O.İbrahimov həm də idmançı kimi fəaliyyətinə davam edirmiş. Qeyd edək ki, ailəli və bir uşaq atası olan Orucun nəşi təyyarə ilə Naxçıvana aparılıb və orada dəfn edilib. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
2024-03-04
838,237
İranda 16 əyalətdə seçkilər ikinci tura qaldı
İran parlamentinə 12-ci çağırış və Ekspertlər Məclisinə 6-cı çağırış seçkilərin yekun nəticələri elan edilib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumatda 16 əyalətdə seçkilərin ikinci tura qaldığı və may ayında keçiriləcəyi bildirilib. Qeyd edək ki, İranda seçkilər 1 martda keçirilib.
2024-03-04
838,238
İrəvanda saxlanılan hərbçimizin atası: Görüş olacaq
Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. Axar.az xəbər verir ki, Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib: “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəyini deyib. Vaxt bildirilməyib”.
2024-03-04
838,240
Bakıda maşın qiymətinə təsbeh satılır - Foto
Bakıda avtomobil qiymətinə təsbeh satışa çıxarılıb. Axar.az xəbər verir ki, qədim kəhrəbadan hazırlanan təsbeh alıcılara 20 000 manata təklif olunur. Həmin təsbehi təqdim edirik:
2024-03-04
838,241
Rusiya NATO təliminə reaksiya verdi
Rusiya NATO-nun bu gün başlayan "Skandinaviyalıların cavabı 24" (“Nordic Response 24”) təlimlərini izləyir. Bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakterlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb. “NATO təlimləri insident riski yaradır. Rusiya müdafiə qabiliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - məlumatda deyilir. Qeyd edək ki, 14 ölkədən 20 minə yaxın hərbçinin iştirak etdiyi “Skandinaviyalıların cavabı 24” təlimi bu gün başlayıb.
2024-03-04
838,242
Rövnəq Abdullayevdən bunu gözləmirdik - AFFA
Rövnəq Abdullayevdən belə açıqlama gözləmirdik. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin iclasında növbəti Hesabat-Seçki Konfransı zamanı prezidentliyə namizədliyini irəli sürməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. V.Sadıqov bildirib ki, milli assosiasiya rəhbəri iclasın sonunda bu qərarını onlara bildirib. Vitse-prezident AFFA tərəfindən inşa olunan Gəncədəki Məşq Mərkəzi və Futbol Akademiyası barədə də danışıb. O, bunun Azərbaycan futboluna ciddi fayda verəcəyini düşünür: “Belə akademiyalar nə qədər çox olsa, bütün bölgələri əhatə etsə, tezliklə istəyimizə nail ola bilərik. Məşqçilərə çalışmaq, futbolçulara inkişaf etmək üçün gözəl şərait yaradılıb. AFFA tərəfindən bu cür addımlar mütəmadi atılır. Daha əvvəl Tovuzda da akademiya istifadəyə verilmişdi. Belə akademiyaların ayrı-ayrı bölgələrdə olması ancaq Azərbaycan futbolunun xeyrinə işləyər”. Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək.
2024-03-04
838,248
Qonşuda elektron siqaretlər qadağan edildi
İranda elektron siqaretlərin reklamı və istehsalı qadağan edilib. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Ətraf Mühit və Əmək Sağlamlığı Mərkəzi məlumat yayıb. “Elektron siqaretlərin zərərinə görə ölkədə bu növ siqaretlərin istehsalını qadağan etmişik. Elektron siqaretlərin hər hansı reklamı tamamilə qadağandır”, - məlumatda deyilib.
2024-03-04
838,250
Makron-Şolts münaqişəsi: Putin şampan açır…
Ukraynaya yardım məsələsində Almaniya və Fransa arasında münaqişə Rusiya Prezidenti Vladimir Putinə sərf edir. Axar.az xəbər verir ki, SRF radiosu məlumat yayıb. “Putin hazırda şampan açır. O, Avropa dövlətlərinin zəifliyindən istifadə etmək fürsətini heç vaxt qaçırmır”, - məqalədə qeyd olunub. Bildirilib ki, açıq səhnədə Avropanın iki ən mühüm tərəfdaşı arasında mübahisələr Rusiya liderinin əlinə oynayır: “Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Qərbin quru qüvvələrini Ukraynaya göndərməyi düşünürdü, lakin Almaniya kansleri Olaf Şolts tərəfindən dərhal töhmət aldı. Almaniya kansleri narahatdır ki, fransızlar həmişə gözəl çıxışlar edir, amma sonda nəticəsi olmur”.
2024-03-04
838,251
Ağdamda buna 15 milyon manat investisiya yatırılacaq
Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib. “İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - nazir qeyd edib. Bununla bağlı Ağdağ MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
2024-03-04
838,252
Putinlə Paşinyan arasında əlaqə… - Peskov
Hazırda cədvəldə ən yüksək səviyyədə əlaqə yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təmaslar haqqında sualı cavablandırakən deyib. O bildirib ki, lazım gələrsə, belə əlaqə yarana, telefon danışıqları kifayət qədər sürətlə təşkil oluna bilər.
2024-03-04
838,254
Qəzzada ölənlərin sayı 30,5 mini keçdi
İsrail ordusunun əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 30 534-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralıların sayı isə 71 920-ə yüksəlib.
2024-03-04
838,255
Urmiyada məktəbdə yanğın: 18 şagird zəhərləndi
Martın 4-ü səhər saatlarında Urmiyada Şəhid Qızlar Məktəbinin sinif otaqlarının birində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 18 şagird zəhərlənib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
2024-03-04
838,256
Yeni müharibə olacaq? - Ermənilərin cavabı
Ermənistanda insanların çoxu yeni müharibə olacağına inanır. Axar.az xəbər verir ki, bunu “Qallup” beynəlxaq şirkətinin Ermənistandakı nümayəndəsi Aram Navasardyan “Fransız öpüşü” adlı sorğunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, “Yaxın gələcəkdə müharibə təhlükəsini görürsünüzmü” sualına respondentlərin 55,1 faizi “mütləq”, 25,5 faiz – “olacaq”, 9,8 faiz – “yəqin ki, yox”, 7,2 faiz – “qətiyyən yox” cavabı veriblər. “Vətəndaşlarımızın təxminən 80 faizi inanır ki, yaxın gələcəkdə müharibə ola bilər”, - Aram Navasardyan vurğulayıb.
2024-03-04
838,257
İrəvana nələr daşınır? - 21 fevral-4 mart “trafiki”...
Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlib. Və bu səfərlərin erməni baş nazirin Fransa və Yunanıstana gedişindən sonra baş verməsinin Ermənistanın silahlanlanma işini şaxələndirməsi ilə bağlı olduğu bəllidir. Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir: Birincisi, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir: Yunanıstan həm də arsenalında olan Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir, misal üçün, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi; İkincisi, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər: Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur, istisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub; Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir, Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir. Burada hadisələrin xronologiyası diqqətdən yayınmır: Paşinyan 21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi; 23 fevralda erməni baş nazir gürcü həmkarı ilə telefon müzakirəsi apardı; 27 fevralda Nikol Afinaya uçdu; 28 fevralda Ermənistanın Gürcüstandakı səfiri bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdü; və bu gün (4 mart) yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə edir; Bu trafik Ermənistanın silahlanmasında Paris-Afina-Tiflis-İrəvan marşrutunun prioritet yola çevriləcəyini deməyə əsas verir və aydındır ki, daşınacaq silahlar “Bastion” kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tiflisin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında “nəfəslik rolu”nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı “Bastion”ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər.
2024-03-04
838,260
İlham Əliyev Məhəmməd Şahbaz Şərifi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər. Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq. Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik. Siyasi dialoqumuzu davam etdirmək, ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistanın və xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
2024-03-04
838,262
Kiselyovdan şok təklif: Almaniyanı vuraq!
Rusiyalı jurnalist Dmitri Kiselyov alman zabitlər tərəfindən müzakirə edilən Krım körpüsünə hücuma cavab olaraq Almaniyadakı körpüləri vurmağı təklif edib. Axar.az xəbər verir ki, o, bu barədə “Vesti Nedeli” proqramının efirində deyib. Kiselyov qeyd edib ki, Almaniyada Krım körpüsü kimi uzun körpülər yoxdur, lakin “raket mənzərəsi”ndən baxmaq üçün nəsə var: “Xüsusilə səsdən sürətli “Zirkon” raketi üçün hədəf Fermanzund avtomobil-dəmir yolu körpüsü, Rügen körpüsü, Kölndəki Hohenzollern dəmir yolu körpüsü, eləcə də Maqdeburq körpüsü ola bilər. Son tikinti tortdakı albalı kimidir”.
2024-03-04
838,263
Bizimlə düşmən olmaq da şərəflidir - Putin
Rusiyanın düşmənindən çox dostu var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bizim dostlarımız çoxdur. Məşhur bir məsəl var: Bizimlə dost olmaq da, düşmən olmaq da şərəflidir”, - Putin bildirib.
2024-03-04
838,266
Narkoloji mərkəzə rəhbərlik ona tapşırıldı
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsi İlham Məmmədova tapşırılıb. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb. Xatırladaq ki, İ.Məmmədov 2011-ci ildən baş direktorun müavini, mərkəzin baş həkimidir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsdə keçirilən əməliyyat zamanı qurumun baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev saxlanılıblar. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2024-03-04
838,269
Papikyan Nikos Dendias ilə görüşdü
Martın 4-də Ermənistan müdafiə naziri Suren Papikyan İrəvana səfərə gəlmiş Yunanıstan müdafiə naziri Nikos Dendiası qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul dəstəsinin və hərbi orkestrin iştirakı ilə Nikos Dendiasın təntənəli qarşılanma mərasimi olub. Ermənistan və Yunanıstanın himnləri səsləndirilib.
2024-03-04
838,272
Yankilər harada varsa, orada problem var - Medvedyev
Yankilər harada peyda olursa, o yerdə problem gözləyin. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “ABŞ demokratiyanı yaymaq bəhanəsi ilə bütün planetdə müharibələri qızışdırır. Hədəf tamamilə aydındır – pul qazanmaq. Onlar hər yerdə öz dəyərlərini və əsaslarını tətbiq etməyə, məsləhətçilər göndərməyə və hakimiyyətə özlərinə rahat hökmdarlar gətirməyə çalışırlar”, - Medvedyev bildirib.
2024-03-04
838,273
Xankəndi-Bakı ultramarafonu başa çatdı
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi-Bakı ultramarafonu başa çatıb. Axar.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər. Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. O, həmçinin ümumi mərhələnin qalibi olub. Yadigar Hüseynov ikinci yeri tutub. Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
2024-03-04
838,276
Bakının mərkəzində bu yol həmişəlik bağlandı - AYNA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur. Ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər. Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi. Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub. Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.
2024-03-04
838,280
Böyükağa Panəliyev təqaüdə göndərildi
Qarabağ müharibəsi veteranı olan prokurorluq işçisi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib. Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edərək ona Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib. Görüş zamanı çıxış edən Baş prokurorun müavini birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib. Görüş zamanı həmçinin digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkilib.
2024-03-04
838,284
Bakıda dəmir yolu sökülür: “Gənclik”dən bulvaradək… - Video
15:46 Azərbaycan Dəmir Yolları QSC-nin xətlərinin söküldüyü iddia edilib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır. QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür. *** Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib. Məlumata görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir. Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir: “Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir. Limana gedən köhnə dəmir yolu və Cavanşir körpüsündən yük stansiyasına, “Gənclik” istiqamətində bu dəhliz yaradılacaq. Bu da imkan verəcək ki, vətəndaşlar “Gənclik”dən bulvara doğru rahat şəkildə gedə bilsinlər. Eyni zamanda, ərazidən tramvay xətinin olması da planlaşdırılır”.
2024-03-04
838,285
“Nar” bu layihələrə görə mükafatlandırıldı
Müştərilərinə səfrəli qiymətlər təqdim edən “Nar” “Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə” “Azerbaijan Business award” mükafatı ilə təltif olundu. Mobil operator işğaldan azad edilmiş ərazilərdə satış və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində səylərinə və Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının reinteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dəstəyinə görə bu mükafata layiq görülüb. Müştərilərin etibarlı şəbəkə əhatəsindən faydalana bilməsi üçün mobil operator Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərində bugünədək ümumilikdə 100-dən çox baza stansiyasını istifadəyə verib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında “Nar” Xankəndi stadionunda Qarabağ və MOİK komandaları arasında tarixi futbol görüşündə qürurla iştirak edib. Qeyd edək ki, “Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk mobil operatordur. “Nar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında infrastrukturumuzu genişləndirmək prioritet hədəfimizdir. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidəqurulması istiqamətində həyata keçirilən önəmli layihələrə bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcək, hər bir müştərimizin xidmətlərimizdən sərfəli qiymətə faydalanmasını təmin etmək üçün bütün mümkün səylərimizi səfərbər edəcəyik. Məhz bu yanaşma bizi sizə ən yaxın edir”, - deyə “Nar”ın baş icraşı direktoru Qunnar Panke mükafatlandırma mərasimində öz çıxışında qeyd edib. 2024-cü ildə şəbəkə infrastrukturunu daha da gücləndirməyi hədəfləyən “Nar” Qarabağın iqtisdibaza stansiyalarının, satış və xidmət mağazalarının sayını artırılmasını bu il də davam etdirməyi nəzərdə tutur. “Nar” hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2024-03-04
838,288
Tahir Süleymanov federasiya prezidenti oldu
Bakı Futbol Federasiyası İctimai Birliyinin növbədənkənar hesabat-seçki konfransı keçirilib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim, "Neftçi" klubunun sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib. Bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib. Qeyd edək ki, tanınmış futbol funksioneri 2010-2014-cü illərdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışıb.
2024-03-04
838,296
Ermənilərə deyiblər ki, Əskiparaya girməyin, bizim deyil
Xəbər verdiyimiz kimi, Ermənistanın hələ də işğalı altında olan Yuxarı Əskiparaya girmək istəyən “Döyüş qardaşlığı” icmasının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyan saxlanılıb, sonra isə bir daha bu kəndə girməmək şərti ilə azad ediliblər. Axar.az xəbər verir ki, “Döyüş qardaşlığı”nın üzvü Hrant Ter-Abramyan erməni mediasına açıqlamasında onların saxlanılması və buraxılmasından danışıb. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan həmin kəndlərin (Qazaxın 7 və Naxçıvanın 1 kəndini – red.) Ermənistanın ərazisinə daxil olmadığını bildirib. Bu isə o deməkdir ki, həmin ərazilər Azərbaycana məxsusdur: “2023-cü ilin yazından İncəsu (Noyemberyan) bələdiyyəsi ilə “Döyüş qardaşlığı” arasında əməkdaşlıq memorandumu imzalanıb, ona əsasən onlar yerli icmaların sakinləri üçün təlimlər keçirirlər. Azərbaycan mediası Ermənistan silahlı qüvvələrinin Yuxarı Əskiparada təxribatçı qruplaşmalar toplaması barədə xəbərlər yaydıqdan sonra onların fəaliyyətinə ciddi maneələr yaradılır”. O, iddia edib ki, polis saxlanılanlara o ərazilərə girməməyi, o kəndlərin ermənilərə aid olmadığını deyib. Buna baxmayaraq, polis idarəsi yalnız onların silahlarını yoxlamaq məqsədilə saxlanıldıqlarını vurğulayıb. Qeyd edək ki, Nikol Paşinyan Azərbaycana aid 8 eksklavın Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını bildirmişdi.
2024-03-04
838,297
Ərdəbildə yanğın: iki gənc öldü
Ərdəbil şəhərinin Ağabağır kəndində yerləşən anbarda yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Yanğın nəticəsində anbarda işləyən iki gənc həyatını itirib.
2024-03-04
838,298
Bu, məcburi cavabımızdır: Ukrayna Rusiyadır!
Ukrayna, əlbəttə ki, Rusiyadır və əks anlayış həmişəlik yox olmalıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O qeyd edib ki, Rusiyanın sərhədlərinin hazırda harada və necə göstərildiyini, əsrlər boyu nə qədər dəyişdiyini və gələcəkdə necə ola biləcəyini başa düşmək vacibdir: “​Bu suallar o qədər də aydın deyil. Bütün rəqiblərimiz sadə həqiqəti əbədi olaraq başa düşməlidir: Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji tarixi sərhədlərinin tərkib hissəsidir, buna görə də onları zorla dəyişdirmək, onları tez bir zamanda kəsmək cəhdləri məhvə məhkumdur”. Medvedyev Putinə istinadla əlavə edib ki, ölkənin sərhədləri heç bir yerdə bitmir: “Rusiyanın sərhəd siyasəti “Bizə başqasının torpağı lazım deyil, amma öz torpağımızdan da əl çəkməyəcəyik” prinsipinə əsaslanır. Ukrayna ərazisində hərbi əməliyyat xüsusi haldır. Burada ölkənin sərhədlərinin işğal yolu ilə genişləndirilməsindən söhbət getmir.​ Hərbi əməliyyatlar Bandera rejiminin və kollektiv Qərbin rusofob siyasətinə məcburi cavab idi”.
2024-03-04
838,299
Azərbaycanda icra başçısının müavinləri saxlanılıb?
16:13 Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılması və başçı müavinlərinin saxlanılması barədə xəbərlər həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edək ki, Sfera.az saytı Gəncə Şəhər İcra Hakimiyyətində xüsusi əməliyyat aparıldığını, icra başçısının birinci müavini Səməd Tomuyevin və digər müavinlərin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı məlumat yayıb.
2024-03-04
838,300
Bu, İsrailin Nəsrullaha mesajıdır: Növbədə odur - Rəcəbi
Əhməd Xəlilin öldürülməsi Nəsrullah üçün əhəmiyyətli mesajdır. Bu mesaj ondan ibarətdir ki, əgər o, gərginliyi artırmağa, yaxud raket hücumlarına davam etsə, növbə onun özünə gəlib çata bilər. Onun şəxsi mühafizəçisinin öldürülməsi o deməkdir ki, İsrail Nasrullahın yerindən xəbərdardır. Axar.az xəbər verir ki, bu barədə iranlı siyasi fəal və ekspert Cabir Rəcəbi deyib. “Həsən Nəsrullah İran tərəfindən yaşıl işıq yandırılan insanlardan biri olub. Onun cangüdəninin və nəvəsinin öldürülməsi təkcə qohumluq əlaqələri yönündən deyil, həm də qrupun yüksək rütbəli üzvləri olması cəhətindən çox mühüm və birbaşa şəxsi mesajdır. Təqribən 48 saat içində 9 qrup üzvü öldürülüb ki, onların arasında Hizbullah generalının nəvəsi və 3 yüksək vəzifəli şəxsin olduğu bildirilir. Hizbullahın 12 əsas komandirindən ən azı 7-sinin öldürüləcəyini və bu qədər bədəl ödəyəcəyini əvvəlcədən bilsəydi, Nəsrullah bu münaqişəyə daxil olardımı, bu da maraqlı suallardandır”, - o bildirib.