date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-06
838,945
Türkiyəli aktyor faciəvi şəkildə öldü
Türkiyəli aktyor Efe Deprem vəfat edib. Kult.az xəbər verir ki, ötən gecə 41 yaşlı aktyorun motosikleti baryerə çırpılıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, E.Deprem aktrisa Burcu Altınla evli idi. Onların bir övladı var. Əlavə edək ki, mərhum aktyor bir çox film və serialda rol alıb. O, "Səksənlər"in Zəfəri kimi tanınırdı. Aktyorun xanımı Burcu da sözügedən serialda onunla birgə rol alıb.
2024-03-06
838,946
Xatəmi heç kəsə səs verməməyinin səbəbini açıqladı
Mən bilərəkdən və vicdanla səs verməmişəm ki, heç kimə yalan danışmayım. Axar.az xəbər verir ki, bunu İranın eks-prezidenti Məhəmməd Xatəmi seçkilərdə bitərəf qalması ilə bağlı şayiələrə reaksiya olaraq deyib. “Bu dəfə qərara gəldim ki, əgər xalq üçün heç nə edə bilmirəmsə, bir çıxış yolu olduğuna dərindən inanan, bir çox narazı insanın yanında olum. Mən heç kimə yalan danışmamaq üçün şüur və vicdanla səs verməmişəm. Xalqın səsverməsinə qarşı olmadan, indiki əlverişsiz şəraitdə səs verməməyi hətta nisbi səsvermənin başqa bir yolu hesab edirəm”, - o bildirib.
2024-03-06
838,950
Kreml İrəvanla “dalaşır”, Soçi isə Qafanla qardaşlaşır
Rusiyanın Soçi şəhəri Ermənistanın Qafan şəhəri ilə “qardaşlaşa” bilər. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, bu istiqamətdə hazırda işlər aparılır.
2024-03-06
838,953
İran ABŞ neftini daşıyan tankeri ələ keçirdi
İran Fars körfəzində ABŞ neftini daşıyan “Advantage suite” gəmisini ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, bu EB xəstələrinin şikayəti və İran məhkəməsinin qərarı əsasında baş verib. İran tərəfi iddia edib ki, ABŞ-ın sanksiyaları nəticəsində EB xəstələrinə lazım olan dərmanların İsveçdən idxalının qarşısı alınıb. Bildirilib ki, buna cavab olaraq İran ABŞ neftini müsadirə edib.
2024-03-06
838,954
Bütün dünyanın sevdiyi azərbaycanlı Robert
Robert Hossein və yaxud Rober Osseyn… Onu bütün dünya sevirdi. O, Parisdə doğulub böyüsə də, özünü azərbaycanlı hesab edirdi. Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz... Ötən əsrin uzaq 70-ci illəri. Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu: - Sən kitab oxuyansan, bir adam desəm, tanıyarsan? Təəccüblə çiynimi çəkib dedim: - O baxır həmin adamın kimliyinə... Tanışım nədənsə tərəddüdlə dedi: - Mən fəhlə babayam... Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə... Mən əlüstü cavab verdim: - Bəli, əlbəttə, haqqında oxumuşam. Fyuzatçı olub... Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən məlumatlardan qaynaqlanırdı. Tanışım dedi: - Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir... Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi... Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də... Fransada yaşayır... Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur... Osseynin əslən kim olduğunu o zamanlar az adam bilirdi. Haradan bilsinlər ki? Çəkildiyi filmlərlə dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi... Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein/Hüseyn) elə foto-şəklindən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, azərbaycanlıdır. Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir aktyor yaşayır. Sən demə, əslən azərbaycanlıdır. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə doğulub. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anjelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolonun (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları - Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “sifətiçapıqlı” şəkli daha çox məşhur idi. Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersyeni - Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseynni - Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, aktyorlarla yanaşı, onları ekranda səsləndirənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Robert Osseyni kinoaktyor kimi tanıyıb sevsə də, o özünü daha çox teatr aktyoru hesab edir. Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O özü deyirdi ki, mən həyatımı üç dəfə yenidən başlamışam. Onun birinci arvadı dünyaca məşhur rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr). (M.Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski Vladinin həyatındakı növbəti kişilərdən biri oldu. Xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, həkim-onkoloq Leon Şvarsenberqlə yenidən ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır). Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib. Onun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patudan Jülyen adlı oğlu anadan olub. Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor - Osseyn və Votrin həlak olub. Hətta Roverin bu xəbəri eşidən yaxınları-doğmaları qəbiristanlıqda qoşa (iki) məzar yeri qazdırırlar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma Osseynin qismətində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. O öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi... Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində dəvətlə bir neçə dəfə, daha dəqiq desək, üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan aktyor öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Maraqlısı budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri olub. Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları vardır. Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.
2024-03-06
838,955
Azərbaycanda gəmi istifadəçisi cərimələndi - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb. Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Rafiq Gülbala oğlu Əliyev inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
2024-03-06
838,956
Bağçada 112 uşağın ərzağı mənimsənildi, cinayət işi açıldı
Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb. Bu barədə Axar.az-a Yasamal rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
2024-03-06
838,958
Acınohur düzünə növbəti dəfə ceyranlar buraxıldı - Foto
Acınohur düzünə növbəti dəfə ceyranlar buraxılıb. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə verilməsi məqsədilə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), Qax rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ETSN yanında İctimai Şuranın üzvlərinin və ekokönüllülərin iştirakı ilə 8 baş ceyran təbiətə buraxılıb.
2024-03-06
838,959
Qordon: O, Putini addım-addım izləyir
Rusiyanın Prezidenti Vladimir Putinin oxşarı var, lakin o, ictimai tədbirlərdə Putini əvəz etmir. Axar.az xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feygin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində deyib. “Razıyam ki, operativ, amma ictimaiyyətə çıxmayan oxşarları var. Lakin onlar oradadır və tez bir anda təhlükəsiz mühit yaratmaq üçün lazımdılar. Çünki birinə sui-qəsd cəhdi ola bilər, digəri qalacaq. Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün oxşarlara ehtiyac yoxdur, çünki bu, çox təhlükəlidir. Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqa bir insanı təqlid etmək səs tembrindən, göz formasından və s. kimi minlərlə parametrləri əhatə edir. Təbii ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrarlamaq olar. Ancaq düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Təsdiq olunsa ki, məsələn, Mariupolda Putinin əvəzinə onun dublyoru hərəkət edir, təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar dublyorların olduğunu göstərir, lakin bunlar Putini açıq şəkildə əvəzləyən deyil, operativ oxşarlardır. Qeyri-ictimai oxşarlar”. Öz növbəsində Qordon qeyd edib ki, onun məlumatına görə, Valdayda Rusiya Prezidentinin oxşarı da yaşayır: “Tək dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adam. O, praktik olaraq Putinin yanında yaşayır, onu izləyir, ünsiyyət qurur, bəzi şeyləri mənimsəyir. Onları ayırd etmək demək olar ki, mümkün deyil”.
2024-03-06
838,962
Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Sabahdan martın 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
2024-03-06
838,965
Bakıda ölüm saçan eyvan - Foto
Yasamal rayonunda eyvan uçmaq üzrədir. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əlövsət Quliyev küçəsi, “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvana nazik taxta bərkidərək, el dili ilə desək, belinə çöpdən dirək veriblər. Bu isə yoldan keçən şəxslərin həyatına ciddi təhlükə yaradır.
2024-03-06
838,967
Bu şəxslər də güzəştli şərtlərlə yaşa görə pensiya alacaq
Atalara da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verilir. Axar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da güzəştə yol verən şərtlər sırasına daxil edilir. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
2024-03-06
838,970
Bakıda bu ünvanda Novruz yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil edəcək. Nazirlikdən Axar.az-a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulları fermerlərin özünün birbaşa satışa çıxarmasıdır. “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsulları yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər alıcılara təqdim edəcək. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
2024-03-06
838,973
Paşinyan bizdən oğurladığını Qahirədə hədiyyə verdi - Foto
Nikol Paşinyan Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhər Universitetinin imamı Şeyx Əhməd Məhəmməd ət-Taliblə görüşüb. Axar.az xəbər verir ki, Paşinyan görüş zamanı ona “Fatihə” surəsinin Matenadaranda (Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzi) saxlanılan 1719-cu ilə aid nüsxəsini təqdim edib. Qeyd edək ki, Matenadaranda saxlanılan bütün əlyazmalar Azərbaycandan müxtəlif vaxtlarda oğurlanan və yaxud işğal zamanı ələ keçirilən nadir sənədlərdir. Hətta Alban mədəniyyətinə aid böyük tarixi əhəmiyyəti olan əlyazmalar da sovet illərindən başlayaraq, müxtəlif yollarla ələ keçirilib və bu mərkəzə daşınıb.
2024-03-06
838,974
Rasim olan yerdə mən yoxam - Xalq artisti
Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul edirəm. Kult.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib: "Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki Rasim Balayev həmin ittifaqdadır, mən orada yoxam". Tariyel Qasımov xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib: "Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır? Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim? Açığı mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil". Xalq artisti Ənvər Həsənov Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayevin seçimini yüksək dəyərləndirdiyini qeyd edib: "Şəfiqə Məmmədovadan yüz dəfə yaxşı seçimdir. Adı, hörməti, çəkisi var. Onun da səhhətində mənim kimi problemlər var. Bu yolda ona uğurlar diləyirəm". Qeyd edək ki, martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirilib. Qurultayda xalq artisti Rasim Balayev birləşmiş ittifaqa sədr seçilib.
2024-03-06
838,975
Nazir “Qarabağ”-“Bayer ” oyunundan danışdı
“Qarabağ”dan “Bayer 04”ə qarşı yaxşı oyun gözləyirik. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib. Nazir Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm heç bir turnirdə uduzmayan Leverkuzen təmsilçisinin çox güclü komanda olduğunu bildirib: “Bayer 04”ü çox yaxşı tanıyırıq, olduqca güclü kollektivdir. Almaniya komandası barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, “Qarabağ”a güvənirik. Sabah hamımız komandamıza azarkeşlik edəcəyik”. Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüşə böyük maraq olduğunu söyləyib: “Sabah çox vacib oyun olacaq. Hamımız “Qarabağ”ımıza inanırıq. Biletlər öncədən satılıb. Bu da o deməkdir ki, “Qarabağ” sevilir və bu komandanın matçına böyük maraq var. Onlar öz oyunları ilə bunu qazanıblar. Azarkeşlər məhz “Qarabağ”ın baxımlı çıxışına görə tribunaları doldurur, komandanı dəstəkləyirlər”. Gənclər və idman naziri “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya “Braqa”sı üzərində uğurunu (4:2, 2:3) da xatırlayıb: “Azərbaycan futbol tarixində ilk dəfədir ki, bir klubumuz Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləyib. “Qarabağ” pley-off mərhələsində “Braqa” önündə möhtəşəm performans sərgilədi”. F.Qayıbov qarşılaşma zamanı Azərbaycan çempionunu stadiondan dəstəkləyəcəyini vurğulayıb. Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ”-“Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandaların cavab matçı martın 14-də Leverkuzendə olacaq.
2024-03-06
838,979
Fransa səfirinin şok etirafı: Parislə Tehran Bakıya qarşı…
Fransanın Ermənistandakı səfiri Oliver Dekottini erməni mediasına müsahibəsində deyib ki, ölkəsinin İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran Ermənistanla bağlı eyni mövqedədir. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu, mövcud vəziyyətin elanıdır: “Bu səfir bir müddət əvvəl İranın Ermənistandakı səfiri ilə görüşüb müzakirə aparmışdı. “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib” deyən fransalı diplomat faktiki bununla Cənubi Qafqazda Azərbaycana qarşı Fransa-İran tandeminin formalaşdırdığını dilə gətirib. Tehranın Fransa səfirinin açıqlamasına reaksiyası maraqlıdır. Belə çıxır ki, beynəlxalq məsələlərdə Fransa ilə ixtilaf içində olan Tehran Azərbaycan məsələsində Parislə “eyni dəyərləri” bölüşür. Elə buna görə İran Fransa jandarmlarının Qərbi Zəngəzurda yerləşməsinə etiraz etmir”.
2024-03-06
838,980
Zaxarova: Alman səfir bunu inkar etmədi
Krım körpüsünə hücumla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya XİN-ə çağırılan Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf görüş zamanı yayımlanan səs yazısının həqiqiliyinə şübhə etməyib. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Alman səfir bu səs yazısının real olduğunu şübhə altına almadı”, - o bildirib. Qeyd edək ki, Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.
2024-03-06
838,983
Fransada Natəvanın heykəli təhqir edildi - Foto
Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir. Axar.az xəbər verir ki, martın 4-də Evian şəhərindən götürülən heykəl bu gün Mədəniyyət Mərkəzinə çatdırılıb. Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
2024-03-06
838,987
Sərdar Ortac Bakıya gəlir: konsertə biletin qiyməti...
Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert aprelin 5-i Heydər Əliyev Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.
2024-03-06
838,990
İrəvan rus sərhədçilər barədə qərar verib? - Peskov
Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı İrəvanın hər hansı qərar verməsindən xəbərsizik. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Zvartnotsdakı sərhədçilərə gəlincə, anladığımız qədəri ilə bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Heç kim bu qərarları bizə rəsmi kanallarla çatdırmayıb, biz MDB, Aİİ strukturları çərçivəsində, ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, - o bildirib. Peskov qeyd edib ki, Rusiya və Ermənistan hazırda bir sıra mühüm layihələri həyata keçirir. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan rus sərhədçilərin Zvardnots hava limanında olmasının heç bir sazişlə tənzimlənmədiyini bildirib. Bunun ardınca isə aksiya keçirən ermənilər Rusiyanın ünvanına təhqiredici şüarlar səsləndirərək, rus sərhədçilərin Zvardnotsdan “rədd olmasını” tələb ediblər.
2024-03-06
838,991
Sərkisyan: Hindlilər Ermənistanı zəbt edir
İrəvan işləmək üçün xaricə gedənlərdən vergi alır, lakin Ermənistanda işləyən hindlilərdən vergi almır. Bunun nəticəsində bir hindistanlı Ermənistan ordusunda xidmət etmir, ölkədə işləyir, lakin vergiyə cəlb edilmir. Eyni zamanda da ölkədə səs vermək imkanına malik olur. Axar.az xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri, iqtisadçı ekspert Nairi Sərkisyan deyib. “Xaricə işləməyə gedən vətəndaşımız isə oğlunu orduya göndərir, amma xaricdə yaşayarkən ölkədə keçirilən seçki üçün səfirliklərdə və ya digər strukturlarda səs vermək hüququndan məhrum edilir. Eyni zamanda da Ermənistanda vergi ödəməyə borclu olur. Belə çıxır ki, immiqrasiya üçün deyil, mühacirət üçün əlverişli şərait yaradırıq. Bu, doğum səviyyəsinin onsuz da aşağı olduğu Ermənistanı emiqrasiya dalğası qarşısında qoyacaq”, - o bildirib.
2024-03-06
838,992
DİN Toplum TV-də əməliyyat keçirdi
Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib. DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev Axar.az-a bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib". “Əlavə məlumat veriləcək”, - mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
2024-03-06
838,996
İtaliya da bu regiona ordu göndərir
İtaliya qanunvericiləri ölkənin Qırmızı dənizdəki yük gəmilərini husilərin hücumlarından qorumaq üçün AB-nin dəniz missiyasında iştirakını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. İtaliya XİN rəhbəri Antonio Tayani isə qeyd edib ki, missiyanın vəzifəsi özünümüdafiədir: “Yəni missiyanın vəzifəsi ticarət gəmilərinə birbaşa hücumları zərərsizləşdirmək və gəmiləri ələ keçirmək cəhdlərini dəf etməkdir. Eyni zamanda, missiyaya hücum zamanı hərbi gücdən də istifadə edilə bilər”.
2024-03-06
838,998
Bu xəstəxananın binası söküləcək
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.
2024-03-06
839,001
Əhmədinejad Xameneiyə səsləndi: Hansı qələbə?
Seçkilərdə seçici fəallığı aşağı olub, xalq səsvermədə aktiv olmayıb və bu, hakimiyyət üçün ağır məğlubiyyətdir. Axar.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad sosial media hesabında 12-ci çağırış parlament seçkiləri haqqında fikirlərini bildirərkən yazıb. “Birisi qalxıb deyir ki, böyük qələbədir. Hansı qələbədən danışırsan? Xalqın kənarda qaldığı prosesdə qələbədən danışmaq olmaz. Bu, mahiyyətcə məğlubiyyət idi”, - Əhmədinejad qeyd edib. Qeyd edək ki, İranın dini lideri Əli Xamenei seçkilərdə 41 faiz seçicinin iştirak etdiyini iddia edərək, bunu “əfsanəvi qələbə” adlandırıb.
2024-03-06
839,002
İrəvan Rusiyaya məktub göndərdi: Bu qüvvələri çıxarır
Ermənistan Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması bağlı Rusiyaya rəsmi məktub göndərib. Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”, - o bildirib.
2024-03-06
839,004
Ostin: Müharibə ABŞ iqtisadiyyatını gücləndirdi
Ukraynadakı müharibə ABŞ-ın hərbi-sənaye kompleksini gücləndirib. Axar.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinin istehsal gücünün genişləndirilməsinin zəruriliyini göstərib: “Kiyevə kömək etmək üçün göndərdiyimiz silahlar Amerikada Texasdan Ohayoya və Arizonaya kimi ölkənin hər yerində amerikalı işçilər tərəfindən hazırlanır”.
2024-03-06
839,007
FHN BP şirkəti üçün təlim keçdi - Foto
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) BP şirkəti və onun podratçı təşkilatlarında çalışan ionlaşdırıcı şüalanma ilə işləyən işçilər üçün “Sənayedə radiasiya təhlükəsizliyi” mövzusunda təlim keçirib. Axar.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ionlaşdırıcı şüalanma ilə işləyən işçilərin radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə bilik və bacarıqlarının artırılması olub. Təlimdə çıxış edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər, eləcə də sənayedə radiasiya təhlükəsizliyinin vacibliyi barədə ətraflı məlumat verib. Ümumilikdə 30-a yaxın iştirakçının cəlb olunduğu təlimdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkil etdiyi təlim kurslarında iştirak etmiş ekspertlər – NRFTDA-nın Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Hüquq şöbəsinin müdiri Aysel Həsənova ionlaşdırıcı şüalanmanın sənayedə istifadəsi, geofiziki tədqiqatlar, radionuklid və rentgen defektoskopiya, radioizotop cihazların istifadəsi zamanı radiasiya təhlükəsizliyinin tələbləri, idxal/ixrac əməliyyatları, beynəlxalq daşımada olan radiasiya təhlükəli bağlamaların markalanması, aktivlik limitləri və nəqliyyat indeksləri, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarət funksiyalarının həyata keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı mövzularını əhatə edən təqdimatlarla çıxış ediblər. Uğurla başa çatan təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
2024-03-06
839,009
5 gün əvvəl itkin düşən kişi ilə bağlı rəsmi açıqlama
18:10 Martın 6-da saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Akif Əbülfəz oğlu Cəfərovun meyiti aşkar olunub. Rayon prokurorluğundan Axar.az-a bildirilib ki, cəsədin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü.
2024-03-06
839,010
Mişustindən Əliyevə: Əmin olun ki, buna nəzarət edirik!
Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin bu gün Bakıda Prezident İlham Əliyevlə görüş zamanı deyib. "Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur", - o bildirib.
2024-03-06
839,011
Ceyhun Bayramov Fransua Joli ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib. Bildirilib ki, görüşdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafının Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib. Həmçinin Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Qoşulmama Hərəkatı üzv dövlətləri üçün təqaüd proqramı çərçivəsində Konqodan olan tələbələrin ölkəmizdə təhsil olması, QH gənclər təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib. Ceyhun Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını da diqqətə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.
2024-03-06
839,013
İşə düzəltmək adı ilə pulları mənimsədi, saxlanıldı
Bir neçə şəxsin işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb. Bu barədə Axar.az-a Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib", - məlumatda bildirilib. Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunub.
2024-03-06
839,014
Mişustinin Azərbaycana səfəri başa çatdı
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycan Respublikasına səfəri martın 6-da başa çatıb. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər yola salıblar.
2024-03-06
839,017
Zaxarova: Qərb İrəvanı Ukraynaya çevirir
Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanla AB arasında yaxınlaşmanı şərh edərkən deyib. O bildirib ki, Ukraynaya da bu kimi vədlər verib, sonra onu tərk ediblər: “İrəvanın başına belə bir işin gəlməsini istəməzdim. Ermənistan soyqırımları, suverenliyini, mədəniyyəti uğrunda mübarizəni, mürəkkəb ərazi mübahisələrini və münaqişələri əhatə edən çətin tarixi yol keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir. Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır. İstər bu ölkəyə, xalqa məhəbbət baxımından, istərsə də praqmatizm baxımından bu dövlətə sülh, sabitlik və firavanlıq arzulayırıq, çünki bütövlükdə regionun rifahı bundan asılıdır. Təəssüf ki, Qərb Ukrayna ilə oynayıb, sonra onu “sındırıb”, Kiyevi qolu və ayağı olmayan oyuncaq kimi küncə ataraq yeni qurban axtarmağa başlayıb. Qoy aldanıb şirnikləndirilən bu yeni qurban Ermənistan olmasın”. Zaxarova qeyd edib ki, bəzi erməni xadimləri AB-nin artan diqqətini dərdə çarə kimi görürlər: “Daha dərindən baxmaq lazımdır. Bu, həm də güzgü göstərən və yerli əhalinin sahib olduğu ən qiymətli əşyaları onunla dəyişdirən ağ adamın xarakterik xüsusiyyətidir. Təəssüf ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkənin Qərb geosiyasətinin bir alətinə, əyləncəsinə çevrildiyini düşünmürlər”.
2024-03-06
839,019
Əli Əsədov səhər mənə məruzə etdi ki... - Əliyev
Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edərkən deyib. "Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir", - Prezident bildirib.
2024-03-06
839,021
Cahangir Əsgərovun xanımına yeni vəzifə verildi
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya yeni vəzifə verilib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibində yer alıb.
2024-03-06
839,024
Zakir Həsənov Mətin Gürak ilə görüşdü - Foto
Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
2024-03-06
839,027
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər. Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir. Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".
2024-03-06
839,028
Rusiya ilə 4,5 milyard səviyyəsinə yaxınlaşırıq - Əliyev
Rusiya ilə iqtisadi-ticari sahəsində nəticələr tamamilə qənaətbəxşdir, 17%-lik artım var. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşündə deyib. "Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq. Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir. Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir", - dövlət başçısı bildirib. M.Mişustin sənaye sahəsində daha çox layihələrin olduğunu vurğulayıb: "Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir".
2024-03-06
839,029
Həmişə deyirik ki, Əliyevə buna görə minnətdarıq - Mişustin
Biz həmişə deyirik ki, həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də burada rus dilinə çox diqqətlə yanaşan bütün insanlara minnətdarıq. Axar.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında deyib. Mişustin Azərbaycanda təhsil mərkəzinin fəaliyyətə başladığını da qeyd edib: “Bilirəm ki, bu mərkəzə böyük tələbat var, onun əsasında 400-dən çox tələbə hazırlanıb”.
2024-03-06
839,030
Elektrikin kəsilməsinə əsas verən müddətlə bağlı qərar
Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib. Axar.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib. Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
2024-03-06
839,031
“Real Madrid”in baş məşqçisi həbs oluna bilər
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti azadlıqdan məhrum oluna bilər. Axar.az xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin vergidən yayınması səbəb ola bilər. Belə ki, italiyalı çalışdırıcı 2014-2015-ci illərdə 1 milyon avrodan artıq gəlirini vergidən gizlədiyi üçün Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə həbs olunmasını istəyib. O, yalnız “kral klubu”nda qazandığı məvacibi vergi müfəttişliyinə göstərib və digər əlavə gəlirlərini isə gizlədib. Qeyd edək ki, Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
2024-03-06
839,032
Həkim-cərrahın cərimələnməsi qərarından protest verildi
Bəzi sosial media səhifələrində 15 nömrəli şəhər poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, 3 min manat cərimə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış hökmdən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
2024-03-06
839,033
Hərbidən yayınmağa kömək edən vəzifəli şəxs həbs olundu
Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcək.
2024-03-06
839,035
Varşavada fermerlərin aksiyası: Seymə daxil oldular - Video
Varşavada Polşa Seyminin binası yaxınlığında Avropa Birliyinin “yaşıl” siyasətinə etiraz olaraq fermerlər etiraz aksiyası keçirirlər. Axar.az xəbər verir ki, etiraz aksiyası zamanı bir neçə nəfər parlament binasına daxil olub, ancaq onlar saxlanılıblar. Hazırda küçələrdə fermerlərlə polis arasında qarşıdurma yaşanır. Qeyd edək ki, ötən ilin payızından polşalı fermerlər mütəmadi olaraq etiraz aksiyaları keçirirlər.
2024-03-06
839,038
Zelenski ilə Miçotakisin görüşü zamanı Odessanı vuruldu
Odessada Ukrayna Prezidenti Vladimir Zelenski ilə Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında keçirilən görüş zamanı Rusiya şəhərə raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri birgə brifinq zamanı bildirib. “Biz bu zərbəni bu gün gördük. Onlar hara vuracaqlarına əhəmiyyət vermirlər - hərbçilər, yoxsa mülki şəxslər... Mən bilirəm ki, bu gün itkilər olub, hələlik bütün təfərrüatı bilmirəm, amma bilirəm ki, ölü və yaralılar var", - Zelenski vurğulayıb. Miçotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar. "Artıq sonda sirenaların səsini eşitdik və bizə çox yaxın ərazidə partlayışlar oldu. Mühafizə olunan bir yerə getməyə vaxtımız olmadı. Ona görə də bu, çox təsiredici təcrübədir. Biz başa düşürük ki, bu müharibə hər kəsi narahat edir. Bu müharibədən kənarda qalan insanlar yoxdur. Bu müharibə heç kimə rəhm etmir", - yunan baş nazir bildirib.
2024-03-06
839,040
Zakir Həsənov Haluk Görgünlə görüşdü - Foto
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-03-06
839,044
Putin Qrossi ilə görüşdü: nüvə silahı müzakirəsi...
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Axar.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi X hesabında yazıb. "Soçidə Rusiya Prezidenti Vladimir Putinlə nüvə təhlükəsizliyi, Zaporojye AES-in təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə mühüm müzakirə apardıq", - Qrossi qeyd edib. Qeyd edək ki, Qrossi ötən gün Soçiyə səfər edib.
2024-03-06
839,047
Bayramov Dünya Bankının vitse-prezidenti ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub. C.Bayramov ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, infrastruktur kimi istiqamətlər üzrə uğurla icra olunan, habelə davam etdirilən layihələrin əməkdaşlığın inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Dünya Bankı çərçivəsində əməkdaşlığın öz növbəsində ölkəmizin digər regional və beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini genişləndirməsinə təkan verdiyi diqqətə çatdırılıb. COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, habelə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəlbinə vurğu etdiyini söyləyib. Bu istiqamətdə dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasların aparılması baxımından Dünya Bankının mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub. Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, görülən işlərin eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin alternativ enerji potensialından səmərəli istifadəyə yönəldiyini, bu istiqamətdə müvafiq layihələrə artıq bir sıra xarici tərəfdaşların cəlb olunduğunu diqqətə çatdırıb. Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkəmizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlərinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndiriləcəyinə dair inam ifadə edib. Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tapması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə hazır olduğu vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-03-06
839,049
"Kaan" bu tarixdən etibarən... - Ərdoğan
2028-ci ildən "Kaan" təyyarələrini parkımıza daxil edəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz "Kaan" səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı", - Ərdoğan bildirib. Qeyd edək ki, "Kaan" Türkiyənin ilk milli döyüş təyyarəsidir.
2024-03-06
839,051
Ölkəmiz Gürcüstandakı dünya çempionatına dəvət olundu
Aprelin 6-7-də Gürcüstanın Qudauri xizək kurortunda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyasının himayəsi altında gənclər arasında snoubord üzrə dünya çempionatı keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb. Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir. Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycandan da qonaqlar dəvət olunub. Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib. Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub.
2024-03-06
839,053
Trampın əsas rəqibi prezident yarışından geri çəkildi
ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkilib. Axar.az xəbər verir ki, bu barədə Heyli özü məlumat verib. "Kampaniyamı dayandırmağın vaxtı çatdı", - Heyli deyib. Qeyd edək ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün mübarizə aparan Nikki Heyli Donald Trampın əsas rəqibi sayılırdı.
2024-03-06
839,054
Zelenski elan etdi: Bu ölkə ilə də saziş imzalanır
Ukrayna və Yunanıstan gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş hazırlamağa başlayıblar. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi birgə brifinqdə bildirib. “Mən məmnuniyyətlə demək istəyirəm ki, biz Yunanıstanla gələcək təhlükəsizlik təminatları və bu sahədə əməkdaşlığımız haqqında ikitərəfli sazişin hazırlanmasına başlamışıq”, - deyə prezident bildirib. O, ümid edir ki, müqavilə tezliklə imzalanmağa hazır olacaq.
2024-03-06
839,055
Bakıda binanın zirzəmisindən 8 kq marixuana tapıldı
Bakının Qaradağ rayonunda yaşayış binanın zirzəmisindən marixuana aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Qeyd olunub ki, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Emin Müşfiq oğlu Vəliyevə məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
2024-03-06
839,057
Qızılın qiyməti yeni rekorda imza atdı
Qızılın qiyməti yeni rekorda imza atıb. Axar.az xəbər verir ki, "Komeks" birjasında qızılın bir troy unsiyasının qiyməti tarixdə ilk dəfə 2150 dolları keçib. Hazırda qızılın 1 troy unsiyaı 2 154,3 dollardır.
2024-03-06
839,060
Sandu Fransaya gedir: yol xəritəsi imzalanacaq...
Martın 7-də Moldova Prezidenti Maya Sandu Fransaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Fransa Prezident Aparatından məlumat verilib. Bildirilib ki, səfər zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında saziş və iqtisadi əməkdaşlıq üçün yol xəritəsi imzalanacaq. Sandunun səfər çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşü gözlənilir.
2024-03-06
839,061
PA rəsmisi Türkiyənin XİN rəhbərinin müavini ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serimlə regional normallaşma proseslərini müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. “Nazir müavinimiz Yasin Əkrəm Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib. Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunub.
2024-03-06
839,064
Rusiya Odessa limanına zərbə endirdi: 5 ölü
Martın 6-da Rusiyanın Odessanın liman infrastrukturuna raket hücumu nəticəsində 5 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib. "Düşmən şəhərin liman infrastrukturunu vurub. Ölənlərin sayı 5 nəfərdir. Yaralıların sayı dəqiqləşdirilir", - Pletençuk bildirib. Qeyd edək ki, Ukrayna lideri Zelenski Yunanıstan Baş naziri Miçotakis ilə görüşü zamanı Odessaya raket hücumu edildiyini bildirmişdi.
2024-03-06
839,066
Bu nazirliyin üzərinə yeni öhdəlik qoyuldu - Qərar
Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) ayda bir dəfə elektron formada Tarif (Qiymət) Şurasının Katibliyinə təqdim edəcək. Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər. Bundan başqa, Səhiyyə Nazirliyinin dövlət qeydiyyatına alaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil etdiyi dərman vasitələrinin (yalnız ixrac üçün ölkədə istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini Tarif (Qiymət) Şurası tənzimləyəcək. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçilər onun qiymətinin tənzimlənməsi üçün Şuraya müraciət edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulunu və araşdırılmasını Katiblik həyata keçirir. Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçi onun qiymət tənzimlənməsi üçün müraciət etmədiyi halda, Şura istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparmaqla, bazis qiymət müəyyən edərək qiymət tənzimlənməsi həyata keçirir. Bəzi dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəylərini alır.
2024-03-06
839,067
Bu ölkə lideri Kiyevə "ildırımsürətli" səfər edəcək
Argentinanın yeni prezidenti Xavyer Miley Ukraynaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri yazıb. "Xavyer Miley Rusiya qoşunlarının Ukraynaya doğru irəlilədiyi, Avropa və ABŞ-da ictimai rəyin müəyyən yorğunluq nümayiş etdirdiyi bir vaxtda Vladimir Zelenskiyə dəstəyini bir daha təsdiqləmək üçün Kiyevə ildırımsürətli səfərini planlaşdırır", - nəşr vurğulayıb. Qeyd olunub ki, Ukraynaya səfər Argentina prezidentinin böyük Avropa turnesinin bir hissəsi olacaq. Əvvəlcə Miley İspaniyaya, Almaniyaya və ola bilsin ki, Fransaya səfər edəcək və yalnız bundan sonra Kiyevdə dayanacaq. İyunun 21-dən gec olmayaraq Ukraynada olacaq.
2024-03-06
839,070
Bu vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı məlumat
Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovanın cinayət işi məhkəməyə göndərilib. Bu barədə Axar.az-a Zərdab Rayon Prokurorluğundan məlumat verilib. İstintaqla İntizam Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2018-2021-ci illər ərzində nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olub və ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. Onlar Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
2024-03-06
839,072
Ukrayna ordusu əks-hücuma keçə bilər - General
Ukrayna ordusu bu il əks-hücum əməliyyatı həyata keçirə bilər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk bildirib. "Təşəbbüsü ələ keçirmək üçün hər şey edilir. Bizim bu il vəzifəmiz cəbhə xəttini sabitləşdirmək, düşməni mümkün qədər məhv etmək, bərpaya ehtiyacı olan bölmələri yenidən toplamaq, zərbə qüvvəsi yaratmaq və əks-zərbə əməliyyatlarını həyata keçirməkdir", - quru qoşunları komandiri deyib. Onun sözlərinə görə, ruslar indi Rusiyadakı prezident seçkilərinə qədər mümkün qədər çox ərazi zəbt etmək üçün hər şeyi edirlər.
2024-03-06
839,075
Kasparov Rusiyada terrorçuların siyahısına daxil edildi
Rusiyalı şahmatçı Harri Kasparov ölkəsində terrorçuların siyahısına daxil edilib. Axar.az xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" nəşri məlumat yayıb. Qeyd edək ki, daha öncə Rusiyada xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimə edib.
2024-03-06
839,076
Nikol Rusiya ilə bütün əlaqələri kəsir, bundan başqa
Ermənistan Rusiya ilə siyasi və hərbi əlaqələrini kəsməkdə davam edir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin İrəvanın Zvartnots hava limanında rus sərhədçilərin xidmətinin dayandırılması tələbini qiymətləndirərkən “Qazate”ya açıqlamasında deyib. “Rusiya sərhədçilərinin Zvartnotsda xidmətinin dayandırılması tələbi Paşinyanın hakimiyyətə gəlişindən bəri tutduğu kursun davam etməsi deməkdir. Bu prosesi indiyə qədər proqnozlaşdırmaq olardı”, - o bildirib. Rusiyalı deputat hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etmək istəmədiyi yeganə şey iqtisadi-ticarət əlaqələridir: “Biz Qərbə xoş gəlmək üçün hər hansı bəhanə ilə Rusiya ilə münasibətləri kəsməkdən danışırıq. Lakin Paşinyan Rusiya ilə iqtisadi əlaqələrdən yapışacaq, çünki xüsusi hərbi əməliyyat, yerdəyişmələr və yeni vəziyyət sayəsində Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”. Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində xüsusi rol oynayan Ermənistan bu qanunsuz əməliyyatlar sayəsində milyardlarla dollar əldə edir.
2024-03-06
839,078
Husilər yük gəmisinə hücum etdi: ölənlər var
Yəmən sahillərində, Ədən körfəzində husilər Barbados bayrağı altında üzən "True Confidence" yük gəmisinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sənadakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, hücum nəticəsində gəmi heyətindən iki nəfər həlak olub. Ənsarullah hərəkatı Ədən körfəzində yük gəmisinə hücum etdiyini təsdiqləyib. Belə ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya zərbələr nəticəsində gəmidə yanğın başladığını bildirib.
2024-03-06
839,081
Papikyan İranda bu cür qarşılandı, sonra isə… - Foto
İran Müdafiə Nazirliyində yüksək səviyyədə və təntənəli şəkildə qarşılanan Ermənistanın müdafiə naziri Suren Papikyan ilə iranı həmkarı Məhəmməd Rza Aştiani arasında görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə İran MN məlumat yayıb. Nazirlər müdafiə sahəsində əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərini müzakirə edib. Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması ilə bağlı mövqelərini təsdiqləyiblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunub.
2024-03-06
839,084
Afrikadakı kolonializm izləri silinməlidir - Qurtulmuş
Afrikadakı kolonializm izləri silinməlidir. Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib. "Dünyadakı hazırkı xaosun səbəbkarı və günahkarı Qərbdir. Belə bir vəziyyətdə müsəlman dövlətlər həmrəy olmalıdır", - N.Qurtulmuş qeyd edib.
2024-03-06
839,087
Yaxşı formada olan iki komanda Bakıda görüşəcək - UEFA
UEFA Avropa Liqasının sosial şəbəkə hesabları "Qarabağ" - "Bayer" oyunu ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda hər iki komandanın yaxşı formada olduğu bildirilib. “UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda cümə axşamı Bakıda görüşəcək”, - paylaşımda vurğulanıb. Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
2024-03-06
839,089
Qriqoryan birbaşa Putinə söz atdı: Hamı ilə pisdir!
Qərbdən heç bir məcburiyyət yoxdur, Ermənistandan heç kim Rusiya ilə münasibətləri korlamayıb. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya açıqlamasında deyib. “Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq, görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil”, - o bildirib. Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb: “Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. AB Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda (Rusiyanı nəzərdə tutur – red.) axtarmalıyıq”.
2024-03-06
839,090
Makronun təklifi: Qərb odla oynayır - Kreml
Onların hamısı (Qərbin Ukraynaya ordu göndərmək ehtimalı - red.) odla oynayır. Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. Peskov Fransa Prezidenti Emmanuel Makronun təklifinin təhlükəli olduğunu bildirib: "Bu, Ukrayna münaqişəsindəki vəziyyətindaha da pisləşdirir".
2024-03-07
839,091
Papikyanın İrana səfərinin əsas hədəfi - Ekspert
Uzun müddətdir Ermənistan həm İranla, həm də Qərblə yaxın əməkdaşlığa üstünlük verir. Qarşılıqlı olaraq hər iki tərəflə bütün münasibətləri sıxlaşdırır. Hətta Ermənistan və İran arasında hərbi müttəfiqliyə qədər inkişaf eləmiş əlaqələr var. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev İrəvanda İran əleyhinə başlayan təbliğatın səbəbləri haqqında danışarkən deyib. İran-Ermənistan əlaqələrinə diqqət çəkən politoloq bildirib ki, İrəvanda Tehran əleyhinə müzakirələrin başlayacağı, əslində, gözlənilən idi: “İran rəsmiləri açıq şəkildə deyirdilər ki, Ermənistan ordusunu silahla təchiz edə, hətta hərbi təlimlər verə bilərlər. Bu kimi sözləri yüksək çinli iranlı məmurlardan, hakimiyyətə yaxın mənbələrdən, SEPAH-a yaxın adamlardan da eşitmişik. Açıq şəkildə vurğulayırdılar ki, İran Ermənistanın yanındadır. Bu isə Qərbdə çox böyük qısqanclıq yaradırdı. Çünki Qərb İrana qarşı sanksiyalar qoyub, ABŞ, Böyük Britaniya İran-Ermənistan yaxınlaşmasını arzulamırlar. Avropa Birliyi də burda bir az məsafəli davranır. Digər tərəfdən İranın özü də Ermənistanın Qərblə yaxınlaşmasının əleyhinədir. ABŞ və Ermənistan hərbçilərinin birgə təlim keçməsindən sonra İran rəhbərliyinin Ermənistana münasibətində ciddi bir fərqlilik yarandı. Hətta İran-Azərbaycan münasibətlərində baş verən soyuqluq istiləşməyə başladı. Bu məqamda artıq Ermənistan tərəfi İranla Qərb arasında seçim etməlidir. Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Qərbə inteqrasiya edirsə, Rusiya ilə yanaşı İrandan da uzaqlaşmalıdır. İran əleyhinə təbliğatın başlaması da bir növ bununla bağlıdır”. Politoloq bildirib ki, İranın Zəngəzur məsələsində xüsusi həssaslığı da münasibətlərin dəyişməsində xüsusi rol oynayıb: “İranın Zəngəzurla bağlı qəti mövqe ortaya qoyması Ermənistanın xeyrinədir. Bu, Ermənistana çox vacib bir dəstəkdir. Azərbaycanın, Türkiyənin və Rusiyanın Zəngəzurun açılması mövqeyinə qarşı müqavimət göstərə bilməyən Ermənistan İranla birlikdə daha rahatdır. Amma İranın bu məsələdə aktiv şəkildə iştirak etməsi, gələcəkdə bu dəhlizin açılmasına qarşı mövqe ortaya qoyması, öz hərbi biliklərini İrəvana təklif etməsi Ermənistan hakimiyyətini artıq narahat edir. Elə bir məqam gələ bilər ki, Paşinyan öz sərhədçilərinin nəzarəti altında Zəngəzur dəhlizinin və digər yolların açılmasına icazə verə bilər. Belə olan halda İranın burdakı müqaviməti, kəsişən mövqeyi İrəvanla üst-üstə düşməyə bilər. Odur ki, İrana qarşı İrəvanda vaxtaşırı neqativ tonun yaranması, antitəbliğatın aparılması tamamilə normaldır”. İrəvanın Tehranla münasibətlərini tamamilə kəsilməyəcəyini deyən politoloq bildirib ki, Ermənistan müdafiə nazirinin İrana səfəri də bu əlaqələri öz axarında saxlamaq cəhdidir: “Ermənistanın daxilində belə bir fikir formalaşıb ki, ölkə Qərbə inteqrasiya edir, İranla münasibətə müəyyən məsafə qoymalı, müttəfiqlərini qıcıqlandırmayan addımlar atmalıdır. Bu isə İranla münasibətlərin sıfırlanması deməkdir. Necə ki, Rusiya ilə gərginlik fonunda Ermənistan iqtisadiyyatı artır, milyardlarla dollar pul köçürmələri var. Ermənistan bunlardan imtina edə bilməz. Hazırda Türkiyə, Azərbaycan və Gürcüstanla olan münasibətləri nəzərə alsaq, Ermənistan üçün yeganə açıq sərhəd İrandır və blokadadan çıxış nöqtəsidir. Odur ki, İranla münasibətləri birbaşa gərginləşdirməyəcək. Hətta İrandan uzaqlaşmaq qərarı verilsə belə, Tehrandan cavab zərbəsi olmasın deyə, diplomatik gedişlər edərək, İranla gərginliyin qarşısını almağa çalışacaq. Qonşuları ilə münasibətlərinin yaxşı olmadığı bir məqamda İranla münasibətlərə son qoymaqla əlavə təziqlərə məruz qalmaq istəməz. İrəvan İranla ikili oyun oynayır. Hətta İranın Türkiyə və Azərbaycana olan münasibətindən istifadə etməyə çalışacaq. Papikyanın səfəri çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq və ya müqavilələrin bağlanması gözlənilmir. Çünki Paşinyan hakimiyyəti İranla arasında məsafə qoymağa niyyətlidir”.
2024-03-06
839,093
ABŞ özü cini şüşədən buraxdı - Putin
Vaşinqton İraqda, Yuqoslaviyada və bir sıra başqa hallarda BMT Təhlükəsizlik Şurasından yan keçərək cini şüşədən buraxdı. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə söhbətində deyib. “Məsələn, İraqdakı hadisələr… Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edildi. Həmçinin Suriyada, keçmiş Yuqoslaviyada. Səbəbləri indi danışmayacağam, amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. Lakin ABŞ özü bu cini şüşədən buraxıb”, - Putin bildirib. O qeyd edib ki, ABŞ elitası SSRİ-nin dağılmasından sonra yeganə fövqəldövlət olmaq məsuliyyətinin öhdəsindən gələ bilməyib.
2024-03-06
839,095
Bu ölkədə 100-dən çox qadın qaçırıldı
Nigeriyanın şimal-şərqində Boko Haram silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb. Axar.az xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadla məlumat yayıb. Məlumata görə, terrorçular 117 qadını əsir götürüblər. Qeyd edilib ki, köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb. Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.
2024-03-06
839,096
Şabranda avtomobil aşdı: yaralılar var
Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var. Axar.az-ın Report-a istinadən məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
2024-03-06
839,099
ABŞ və Britaniyadan husilərə növbəti zərbə...
ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəməndə husilərin nəzarətində olan Əl-Hüdeyda şəhərindəki aeroporta iki zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Əməliyyatın detalları açıqlanmır.
2024-03-07
839,101
Nikolun Misirə hədiyyəsi bizdən nə vaxt oğurlanıb?
Ermənistan Baş naziri Nikol Paşinyan Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhər Universitetinin imamı Şeyx Əhməd Məhəmməd ət-Taliblə görüş zamanı ona “Fatihə” surəsinin Matenadaranda (Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzi) saxlanılan 1719-cu ilə aid nüsxəsini təqdim edib. Matenadaranda əldə etdiyimiz faktlar sübut edir ki, orda Azərbaycandan 17-ci əsrdən etibarən oğurlanan yüzlərlə, minlərlə qədim əlyazma, palimpsest, dini kitab, arxeolji qazıntı, daş abidə, xalça və s. saxlanılır. Öncə kilsələrdə saxlanılan bu sərvətlər sonradan Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzinə təqdim edilib. Bizim ordan əldə etdiyimiz görüntülər göstərir ki, Matenadaranın üç mərtəbə, bunker formasında tam məxfi saxlanc yerləri var ki, orda bizdən oğurlanmış tarix gizlədilir. Hazırda Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazmanı öyrənməyə çalışırıq ki, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir. Qeyd edim ki, əlyazmalar erməni əlifbasına çevrilib saxlansa da, orijinal Azərbaycan dilində olanlar zirzəmi, ikinci mərtəbədə şüşəli sandıqlardadır. Hazırda surətini götürmək istədiyimiz sənəd isə Azərbaycan ədəbiyyatı tarixində hökmdar-şair kimi tanınan Qaraqoyunlu hökmdarı Mirzə Cahan Şah Həqiqinin “Divan”ının əlyazma nüsxəsidir. Bu, geniş mövzudur. Sual budur: Paşinyanın Misirdə hədiyyə etdiyi “Fatihə” surəsinin əlyazması ora hardan və necə aparılıb? Paşinyanın özü ilə apardığı “Fatihə” surəsi Təbrizdən oğurlanaraq aparılan Quran kitabındandır. XVII əsrdə dəri üzərində Təbrizli Əlinin yazdığı bir Qurani-Kərimdir. Nəstəliq xəttinin yaradıcısı olan Xacə Mir Əli ibn İlyas Təbrizi Əmir Teymurun zamanında artıq nəstəliq xəttinin banisi kimi şöhrət tapmış və Azərbaycanın da daxil olduğu nəhəng bir imperiyanın bütün hüdudlarında hörmətli xəttatlardan sayılırdı. Onun qələmindən çıxmış əlyazmalar indi Londonda, Tehranda, Sankt-Peterburqda muzeyləri bəzəyir. Nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də indiki İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur. Ermənlər bu Qurani-Kərimi Ərdəbildə, Şah İsmayılın dövründən fəaliyyət göstərən kitabxanadan oğurlayıblar. Özü də 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi qərarından sonra. Özü də oğurlayan kim idi? Qacar dövlətinin, şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan. O, sarayda pul oğurladığına görə Rusiya səfirliyinə sığındı. Qribayedov onu qovduqdan sonra küçədə yerli əhali tərəfindən öldürüldü. Lakin öldürülməzdən öncə o oğurladığı bahalı qiymətli daşları, kitabları və əlyazmaları kiçik qardaşı və başqa iki erməni ilə Tifilisə göndərmək imkanı əldə etmişdi. Ermənilər də Tifilisdən bu kitabı götürüb Eçmiədzin kilsəsinə aparıblar. Sonradan isə Matenadarana verilib. Qeyd edim ki, hərəm dairəsində xidmətə başlayandan sonra Yaqub baş xacə, adaşı və soydaşı Ağa Yaqub Kutulinin rəhbərliyi altında ərəb və fars dillərini öyrənməyə başlamışdı. Mirzə Yaqub Markaryan yüksək savadlı adamlara verilən “mirzə” tituluna layiq görülmüşdü. Paşinyanın apardığı “Fatihə” surəsi Matenadaranda 7117 rəqəmi ilə şifrələnmişdi. (Матенадаран. Эчмиадзинский фонд. №7117 Тебриз. Писец Мухаммед Али Табризи. Рукопись 1260 года. Хиджры (1844 г.)). Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi Misirə rəsmi müraciət edib, Azərbaycan xalqına məxsus, azərbaycanlı Təbrizli Əlinin nəstəliq xətti ilə yazdığı Qurani-Kərimin bir parçası olan “Fatihə” surəsinin əlyazmasını tələb edə bilər.
2024-03-07
839,104
Rusiya və Ukraynanın birləşməsi qaçılmazdır - Putin
Rusiya və Ukraynanın mənəvi müstəvidə yenidən birləşməsi qaçılmazdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib. "Mən əminəm ki, sizin kimi insanların sayəsində, dediyim kimi, gec-tez, ən azı, mənəvi müstəvidə birləşmə baş verəcək. Bu qaçılmazdır", - Putin festivalın iştirakçıları ilə görüşündə bildirib. Putin vurğulayıb ki, buna mane olan hər şeyi kökündən silmək lazımdır: “Buna isə millətçiliyin ən iyrənc təzahürləri mane olur. Bu, bu gün Ukrayna da daxil olmaqla, bir çox xalqın həyatını zəhərləyən fəlakətdir".
2024-03-06
839,107
Saakaşviliyə görə mənə təzyiq edirlər - Prezident
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ona Avropa Parlamentindən təzyiqlər edilir, sabiq prezident Mixail Saakaşvilinin əfv olunmasını istəyirlər. Axar.az xəbər verir ki, bu barədə Zurabişvili gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində danışıb. “Avropa Parlamentindən və müxtəlif yerlərdən təkliflər və təzyiqlər var. Onlara dedim ki, heç bir təzyiq altında qərar verməyəcəm. Mən həm daxildən, həm də kənardan təzyiqləri nəzərdə tuturam”, - o vurğulayıb. Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib.
2024-03-07
839,109
Ukrayna üçün 800 min mərmi hazırdır
Ukraynanın müttəfiqləri 800 min artilleriya mərmisi üçün demək olar ki, bütün vəsaiti toplayıb. Mərmilər bir neçə həftə ərzində Ukraynaya çatdırıla bilər. Axar.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir. Bildirilib ki, tədarükün konkret vaxtı müqavilələrdən və çatdırılma cədvəllərindən asılı olacaq.
2024-03-07
839,110
Onlar əsrlər boyu ən sadiq müttəfiqlərimiz olub - Putin
Serblər əsrlər boyu Rusiya Federasiyasının ən sadiq müttəfiqləri olublar. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib. O qeyd edib ki, Serbiya ilə münasibətlər xüsusi önəmə malikdir.
2024-03-07
839,112
Fransa bu ölkədən dəniz qüvvələrini çıxarır
Fransa dəniz qüvvələrini Seneqaldan çıxarmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Seneweb” xəbər portalı məlumat yayıb. Qeyd edilib ki, bölmənin yekun geri çəkilməsi iyunun sonundan gec olmayaraq baş tutacaq. Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu indiki 500 əsgərdən 260-a enəcək. Seneqalda qalan fransız hərbçilər əsasən təlimatçılardır. Onlar Seneqal əsgərlərini öyrətməyə davam edəcəklər.
2024-03-07
839,113
Bu ölkə Rusiyanın sayəsində yaranıb - Putin
Belçika müstəqil dövlət kimi böyük ölçüdə Rusiyanın sayəsində yaranıb. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib. "Belçika böyük ölçüdə Rusiyanın mövqeyi sayəsində dünya xəritəsində müstəqil dövlət kimi peyda olub. Amma bu, artıq bu gün əhəmiyyət kəsb etmir", - deyə Putin bildirib. Putin əlavə edib ki, Rusiyanın dünyanın bir çox ölkələri ilə münasibətlərinin tarixi olması və bir qayda olaraq müsbət olması vacibdir.
2024-03-07
839,114
Bakıda taksilər bu rənglərdən ibarət olacaq
Bakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq. Axar.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir. Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək. Vurğulanıb ki, hazırda istifadədə olan istismara yararlı digər rəngli avtomobillərin fəaliyyətinə də məhdudiyyət qoyulmayacaq.
2024-03-07
839,116
Mixaylov hədələdi: Ermənilər üzümüzə tüpürürlər - Video
Mişustinin Bakıya səfəri beynəlxalq ictimaiyyət üçün böyük siqnaldır. Bu, Rusiya ilə Azərbaycan arasında dərin əlaqələrin olduğunu göstərir. Moskva buna çox yatırım qoyur. Bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov deyib. “Bizim iki ittifaq müqaviləmiz var. İqtisadi və siyasi əlaqələri inkişaf etdiririk. Bu, ölkələr arasında yüksək etimadın göstəricisidir. Mişustinin səfəri bundan sonra hər iki ölkəyə bir-birinə zərər vermədən öz milli maraqlarına hörmət etməklə yeni inkişaf səviyyəsinə, dövlətlər üçün yeni gəlir səviyyəsinə çatmağa imkan yaradacaq müqavilələr imzalamağa imkan verəcək. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini daha da dərinləşdirəcək”, - politoloq bildirib. Politoloq Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfərindən sonra onun İrəvana səfərinin baş tutmamasına təəccüblənmir: “Görünən odur ki, Ermənistanın davranışlarından, hərəkətlərindən hiddətlənirik. Üstəlik, bu yaxınlarda Paşinyanın Borrellə məktubu ilə bağlı sənəd “sızdırılıb” və o, NATO ölkələrindən birbaşa maddi-texniki və hərbi dəstək istəyir. Ermənistan əsl üzünü göstərdi. Əslində keçmiş müttəfiqimizin bizə xəyanət etdiyini görürük. Bunun fonunda İrəvana səfərləri necə etmək olar? Hər gün Ermənistan mətbuatında Rusiya XİN-in, Zaxarovanın, Lavrovun hərəkətləri ilə bağlı tənqidlər görürük. Ermənilər əslində bizim üzümüzə tüpürürlər. Sözün əsl mənasında bu yaxınlarda bildirdim ki, Ermənistandansa, Azərbaycana silah satmaq bizim üçün daha yaxşıdır. Bu da düzgündür, çünki Ermənistan artıq Rusiyanın ziyanına hərəkət edir. Təbii ki, bütün bunlardan sonra Azərbaycanla münasibətləri yaxşılaşdıracağıq. Münasibətlər hələ öz zirvəsinə çatmayıb və hər şey yalnız inkişaf edir”. Mixaylovun sözlərinə görə, Mişustinin Bakıda xüsusi həssaslıqla qarşılanması Azərbaycanın Rusiya ilə münasibətlərə verdiyi önəmi göstərir: “Bakı göstərir ki, o, real müttəfiqdir və Ermənistandan fərqli olaraq bütün istiqamətlərdə dialoq qurmağa hazırdır. Biz Rusiyada Azərbaycanın yüksək rütbəli şəxsləri ilə eyni xüsusi diqqətlə görüşmüşük və bundan sonra da görüşəcəyik. Münasibətlərimizdə yeni mərhələyə qədəm qoyduq. Moskva və Bakı birlikdə Cənubi Qafqazda çox şey həll edə bilər. Onlar həll edəcəklər və həll edirlər. Ermənistan Moskvaya qulaq asmamaqla çox şey itirdi. İndi o, Ermənistandakı NATO nümayəndələrinin dağıdıcı fəaliyyətinin bəhrəsini görəcək. Tezliklə erməni mallarının Rusiya ərazisinə girişini bağlasaq, təəccüblənmərəm. İrəvanın antirusiya ritorikası üzərində təsir rıçaqlarımız var. Təbii ki, erməni xalqına yazığımız gəlir, amma İrəvanın bu siyasəti davam edərsə, yaxşı heç nəyə səbəb olmayacaq”.
2024-03-07
839,117
İrəvan bizi alnımızdan vuracaq - Korotçenko
Mənbələrim (məlum səbəblərə görə onları açıqlamıram) hələ iki il əvvəl politoloq Mikael Zolyan (sabiq erməni deputat – red.) və onun qrupunun N.Paşinyana məsləhət vermə məsələsində əsas rol oynadıqlarını qeyd etmişdilər. Bu, onu göstərir ki, ən azından qeyri-rəsmi şəkildə Rusiyanın mövqeyini və bütün nüansları Ermənistanın baş nazirinə çatdırmağa çalışmaq üçün biz kiminlə işləmək və qarşılıqlı əlaqədə olmalı idik. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko qeyd edib. “Təəssüf ki, erməni istiqamətində prioritetlərdə biz əvvəlki kimi yerli marginallara arxalanırıq. Bu yanaşma ilə hər şey sona çatacaq, daha bir dırmıqla və biz alnımızdan növbəti zərbə alacağıq”, - o qeyd edib.
2024-03-07
839,120
Afrika müstəqil olmaq istəyir - Putin
Afrika fəal şəkildə inkişaf edir, müstəqil olmaq istəyir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Afrika dövlətlərinin rəhbərlərinin dediklərinə yəqin ki, fikir vermisiniz. Yeri gəlmişkən, Rusiyaya getməmək üçün (2023-cü ildə keçirilən İqtisadi və Rusiya-Afrika humanitar forumuna - red.) onlara - Afrika ölkələrinin rəhbərlərinə maneələr yaradılmasına baxmayaraq, bütün Afrika gəldi. Həm də ona görə yox ki, bizim münasibətlərimizin tarixi çox gözəldir, ona görə ki, Afrika inkişaf edir, həqiqətən müstəqil olmaq istəyir və heç bir çağırışa cavab vermir", - Putin qeyd edib.
2024-03-07
839,121
Azərbaycanlıların "Qivi"də qalan vəsaitləri necə olacaq?
Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “Qivi Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Report-un sorğusuna cavab olaraq bildirilib. “Qivi” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir. Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin 9 noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, - AMB bildirir. Tənzimləyici qurum vurğulayır ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, qarantiya ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qivi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Qivi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.
2024-03-07
839,122
Türkiyə XİN-dən İsraillə bağlı bəyanat
İsrail rəsmilərinin İordan çayının qərb sahilində 3,5 min ev inşa edilməsi ilə bağlı təsdiqlədiyi plan Fələstin torpaqlarında işğalın daha da genişlənməsi anlamına gəlir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Baş verənlər Fələstin xalqına aid torpaqların İsrail tərəfindən zorla ələ keçirilməsidir”, - bəyanatda bildirilib.
2024-03-07
839,125
Akif Qurbanova cinayət işi açıldı: 30 min avro...
III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb. Axar.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb. O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Toplum TV-nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb. Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, bu gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. III Respublika Platformasının ofisindən 30 min avro, Fərid İsmayılovun evindən isə 3100 avro pul götürüldüyü bildirilir.
2024-03-07
839,126
Putin Qaqauziya lideri ilə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Moldova Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulla görüşüb. Axar.az xəbər verir ki, görüş Soçidə Ümumrusiya Gənclər Forumu çərçivəsində baş tutub. Qutsul Teleqram səhifəsində Putinlə Moldovadakı siyasi vəziyyəti müzakirə etdiyini bildirib.
2024-03-07
839,127
Rusiya Avdeyevkadan qüvvələrini çəkir - Yeni hücum
Rusiya Avdeyevkanı işğal etdikdən sonra əsas səylərini Novopavlovsk isitqamətinə cəmləyib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qrupunun spikeri Dmitri Lixovoy bildirib. Onun sözlərinə görə, Avdeyevka ərazisində ruslar hələ də hücumlarını davam etdirirlər, lakin orada işğalçıların hərəkətləri artıq əsasən lokal xarakter daşıyır. Eyni zamanda, Rusiya komandanlığı əsas ehtiyatlarını Marinka şəhərinin cənubunda yerləşən Novomixayılovka kəndi ərazisinə çəkməyə başlayıb.
2024-03-07
839,128
Tramp Baydeni debata çağırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni debata dəvət edib. Axar.az xəbər verir ki, bu barədə Tramp sosial hesabında yazıb. “Co Bayden və mənim ölkəmizin və xalqımızın rifahı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir. Ona görə də mən debat tələb edirəm. İstənilən vaxt və istənilən yerdə", - deyə o bildirib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırda Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.
2024-03-07
839,129
Bu ölkə bizə qarşı çıxsa da, onları başa düşürük - Putin
Monteneqro həmişə bizə yaxın ölkə olub, Rusiya Federasiyası indiki vəziyyəti anlayır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Monteneqronun Rusiya əleyhinə sanksiyalara qoşulmasını şərh edərkən deyib. "Bilirsiniz, Monteneqro həmişə bizə yaxın dövlət olub və orada yaşayan insanlar həm inanc, həm də mədəniyyət baxımından bizə yaxındırlar. Biz Monteneqronun indiki vəziyyətini başa düşürük. Sanksiyalara qoşulmağın bizə heç bir təsiri yoxdur, bunların hamısı sırf populist xarakterli şeylərdir", - Putin qeyd edib.
2024-03-07
839,130
Ötən ay metrodan istifadə edən sərnişinlərin sayı...
Bu ilin fevral ayında Bakı metrosundan 17 milyon 895 min 498 sərnişin istifadə edib. "Bakı Metropoliteni" QSC-dən Axar.az-a bildirilib ki, onlardan 472 min 764-ü güzəştli və ya ödənişsiz sərnişinlər olub. Metropoliten orta statistik hesabla gün ərzində 617 min 85 sərnişin daşıyıb. Ən çox sərnişin fevral ayının 26-sı daşınıb – 769 min 386. Fevral ayının 18-i ən az – 389 min 726 nəfər metropolitenə sərnişin kimi daxil olub. Fevral ayı paytaxtın tədris ocaqlarında yeni ildə ilk dərs dövrünün başlanması ilə əlamətdar olub. Bu səbəbdən fevral ayının 19-dan hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən həmin gündən başlayaraq, 9 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 748 min 916 nəfər təşkil edib. Ondan əvvəlki 11 iş günü ərzində isə gündəlik sərnişindaşıma orta hesabla 612 min 530 nəfərə bərabər olub. Beləliklə, iki fərqli dövr arasında gündəlik sərnişindaşıma fərqi 136 min 386 sərnişin təşkil edib. Əvvəlki illərin fevral ayları ilə müqayisədə, 2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 faiz az, 2022-ci və 2023-cü illərin eyni dövrlərindən, uyğun olaraq, 19,3 faiz və 4,7 faiz çox sərnişin daşınıb.
2024-03-07
839,131
Nağı bəy Şeyxzamanlının nəvəsi vəfat etdi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun vəfat edib. Axar.az Report-a istinadla xəbər verir ki, o, ABŞ-nin Texas ştatında hüquqşünas olaraq işləyirdi. B.Keykurun xərçəng xəstəliyindən dünyasını dəyişib.
2024-03-07
839,132
Abadlaşan Xankəndidən yeni - Video
Abadlaşan Xankəndidən yeni görüntülər yayılıb. Axar.az xəbər verir ki, bu barədə kadrlar “İTV Xəbər”in efirində yayımlanıb. Quruculuq işlərinin sürətlə davam etdiyi şəhərdən xüsusi görüntüləri təqdim edirik:
2024-03-07
839,133
Hərbi helikopter qəzaya uğradı: ölənlər var
Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qəza nəticəsində 3 hərbi qulluqçu ölüb, 2-si isə itkin düşüb. Qeyd olunub ki, hadisə Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Helikopterin göyərtəsində ümumilikdə 8 nəfər olub ki, onlardan 3-ü xilas edilib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.
2024-03-07
839,136
DYP-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi "Qarabağ" - "Bayer 04" matçının ərəfəsində futbol azarkeşlərinə müraciət edərək onları ictimai nəqliyyat üstünlük vermələrinə çağırıb. Axar.az xəbər verir ki, bu barədə DYPİ-nin müraciətində qeyd olunub. "Bu gün doğma komandamız “Qarabağ” və Almaniyanın “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", - məlumatda bildirilib.
2024-03-07
839,140
Maşın dərəyə yuvarlandı, baba və nəvəsi öldü
Tovuz rayonu Çobansığnaq kəndində yol-nəqliyyat hadisəsi olub. Axar.az Report-a istinadən xəbər verir ki, Ramiz Abbasəli oğlu Həsənovun idarə etdiyi “Niva” markalı avtomobil Tovuz-Çobansığnaq avtomobil yolunun nahamar olan dağlıq hissəsində hərəkətdə olarkən idarəetməni itirərək hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü Ramiz Həsənov və nəvəsi 15 yaşlı Cavidan İlqar oğlu Həsənli aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.