date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-04
838,302
Tusk Rusiya ilə bağlı çağırış etdi
Varşava Avropa Komissiyasını AB-də Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına tam embarqo tətbiqinə çağırmaq etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib. O bildirib ki, müvafiq qətnamənin qəbul edilməsi təklifi ilə Seym sədrinə müraciət edəcək.
2024-03-04
838,305
İranın bu yatağa iddiası rədd edildi
İranın “Ərəş” qaz yatağında heç bir payı yoxdur. Axar.az xəbər verir ki, bu barədə Fars Körfəzi Əməkdaşlıq Şurası iclasının yekun bəyanatında bildirilib. Məlumata əsasən, onlar İranın “Ərəş”adlandırdığı “Əl Dərrah” qaz yatağında Səudiyyə Ərəbistanı və Küveytin müstəsna hüquqlara malik olduğunu və üçüncü ölkənin bu yataqda heç bir payı olmadığını vurğulayıb. “Yalnız Səudiyyə Ərəbistanı və Küveyt bu qaz yatağı ehtiyatlarının birgə və müstəsna sahibləridir”, - bəyanatda bildirilib.
2024-03-04
838,308
Türkiyənin yeni kamikadze dronu - Foto
Türkiyə yeni kamikadze dron istehsal edib. Axar.az xəbər verir ki, AZAT FPV dronu Qətərdəki müdafiə sənayesi sərgisində nümayiş olunub. Onun 3 fərqli ölçüdə, 2 növü var. Çəkisi 2 kiloqramdır. 800 qram yük daşıya bilən dron havada 20 dəqiqə qalır. Dronun konkret olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.
2024-03-04
838,311
Ərdoğan iclas keçirir: Nələr müzakirə edilir?
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Axar.az xəbər verir ki, toplantı prezident iqamətgahında baş tutur. Toplantının əsas müzakirə mövzuları Qəzzadakı vəziyyət, F-16 qırıcılarının tədarükü, həmçinin terrorla mübarizədir. Bundan başqa, digər daxili məsələlər, o cümlədən Ramazan bayramı ərəfəsində qiymət artımına nəzarət də gündəlikdədir.
2024-03-04
838,312
Bakıda bu yolda qəza: sıxlıq yarandı
Ziya Bünyadov prospektində qəza baş verib. NİİM-dən Axar.az-a verilən məlumata görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun "Koroğlu" stansiyasından 20 Yanvar dairəsi istiqamətində sıxlıq yaranıb.
2024-03-04
838,318
Erməni vandalizminə məruz qalmış ziyarətgah - Video
Azərbaycan xalq ədəbiyyatında bayatı ustadı kimi şöhrət qazanmış Sarı Aşığın məzarı erməni vandalizminə məruz qalıb. Axar.az Baku TV-yə istinadən xəbər verir ki, bir vaxtlar ziyarətgaha çevrilmiş abidə torpaqlarımızın işğalından sonra ermənilər tərəfindən dağıdılaraq tamamilə məhv edilib. Qeyd edək ki, Sarı Aşığın doğum və ölüm tarixləri məlum olmasa da, XVII əsrdə Laçın rayonu, Həkəri çayının sağ sahilində Qaradağlı kəndində yaşadığı və rayonun Güləbird kəndində dəfn olunduğu bildirilir. Aşıq haqqında ilk məlumatı Həsənəli xan Qaradağlı verib. Məzar daşındakı şəkli onun xəyali təsviridir. Məzarının üzərində türbə də ucaldılıb. 1989-cu ildə Güləbird kəndində aşığın xatirə muzeyi açılıb və rayonun işğalından sonra 1993-cü ildə muzey və eksponatlar dağıdılıb. Onu da qeyd edək ki, Sarı Aşığın könül verdiyi Yaxşı adlı xanımın nəşi İkinci Qarabağ müharibəsindən sonra torpağa tapşırıldığı yerdən çıxarılaraq ustadın məzarı yanında dəfn edilib. Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
2024-03-04
838,320
Bakı-Naxçıvan aviabiletlərini əvvəlcədən alın!
Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir. AZAL-dan Axar.az-a verilən məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür. Məlumata görə, zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkdən tanış ola bilərsiniz. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
2024-03-04
838,323
Emrelinin komandasının oyunu Ağayevə tapşırıldı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb. Axar.az Report-a istinadən xəbər verir ki, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
2024-03-04
838,325
Səfərbərlik Xidmətinin 3 vəzifəli şəxsinə xəbərdarlıq…
Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb. Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb). Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir. Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib. 2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
2024-03-04
838,326
Dərman vasitələrini idxal edənlərə xəbərdarlıq
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Qeyd olunub ki, “Dərman vasitələri haqqında” qanuna (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycana idxalına icazənin verilməsindən imtina halları müyyən edilib. Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir. Yəni, idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.
2024-03-04
838,329
Zeynəbin səhhəti pisləşib? - Köməkçisi danışdı
Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır. Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib. O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib: “Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”. Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi. Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.
2024-03-04
838,331
“Fənərbağça”-“Qalatasaray” matçı ilə bağlı dəyişiklik
Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Belə ki, “Fənərbağça” ilə “Qalatasaray” arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qeyd edək ki, matç aprelin 7-də Şanlıurfada “11 Nisan Stadionu”nda keçiriləcək. Xatırladaq ki, daha əvvəl oyunun saat 22:00-da başlayacağı ilə bağlı elan verilmişdi.
2024-03-04
838,334
Alman zabitlərin dünyanı silkələyən gizli müzakirəsi - Video
17:55 Xəbər verdiyimiz kimi, “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan yüksək rütbəli Bundesver zabitlərinin Krım körpüsünə zərbələri müzakirə etdiyi səs yazısını yaymışdı. Axar.az xəbər verir ki, səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Səs yazısının tam mətnini təqdim edirik: Herharts (Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi): Hər kəsi salamlayıram. Qrefe, sən indi Sinqapurdasan? Qrefe (Almaniya Hərbi Hava Qüvvələri Komandanlığının təlim və əməliyyatlar bölməsinin rəisi): Bəli! Herharts: Gözəl, gözəl. Bəli, istəyirəm ki, əvvəlcədən qısa olaraq əlaqədə olaq. Xüsusi ilə dostlarımız Fenske və Froştedte (Bundesverin Kosmik Komandanlığının hava əməliyyatları mərkəzinin əməkdaşları) də bu işin necə meydana gəldiyini bilsin. Çünki müdafiə naziri (Boris Pistorius) “Taurus”la bağlı dərin görüş istəyir. Amma sadəcə yarım saat, yəni bu vaxt ərzində raketi uçurdacaq deyilik. Mən hazırda bu işin arxasında fitili alovlandıracaq sürət görmürəm. Yəni kansler gedib müdafiə nazirinə “Bu məsələnin əslini bir də öyrən, elə qərar verək” demədi. Ən azından mən elə bir şey görmədim. Əlbəttə, heç kim kanslerin bu işə tam olaraq niyə mane olduğunu bilmir. Ona görə də qəribə iddialar ortaya çıxır. Məsələn, dünən məni kanslerə yaxın olan bir jurnalist axtarırdı, dedi ki, Münhendə eşidib ki, “Taurus” raketləri işləmir. Mən də dedim, bu mənasız açıqlamaları kim atır ortaya? Siyasət adamlarındandır? Dedi yox, uniformalı bir adam deyib. Təbii ki, bu, aşağı səviyyəli mənbədir, lakin jurnalist bu sözlərə qapanıb və başlıqla bundan böyük bir şey çıxarmaq istəyir: “İndi biz kanslerin “Taurus” raketlərini göndərməkdən imtinasının səbəbini bilirik – onlar işləmir”. Bütün bunlar axmaqlıqdır. Bu cür mövzular yalnız məhdud dairələr üçün əlçatandır. Mən sizinlə bu məsələdə razılığa gəlmək istəyirəm ki, yanlış istiqamətdə getməyək. Əvvəla, indi Froştedte və Fenskeyə suallarım var. Sizinlə bu mövzuda danışan olubmu? Freydinq sizinlə əlaqə saxladı? Froştedte: Xeyr. Mən ancaq Qrefe ilə danışmışam. Fenske: Mən də. Herharts: Ola bilsin ki, yenidən sizinlə əlaqə saxlasın. Yəqin ki, büdcə komissiyasındakı dinləmələrdə iştirak etməli olacağam, çünki Büxeldə F-35 üçün infrastrukturun qiymətlərinin artması ilə bağlı problemlər yaranıb. Mən artıq öz tövsiyələrimi Frank vasitəsilə çatdırdım ki, materialı vizuallaşdırmaq üçün slaydlarımız olsun. Biz ona “Taurus” raketlərinin “Tornado”da və ya tapşırığın tələb etdiyi başqa daşıyıcıda quraşdırıldığı sınaq təqdimatını göstərdik. Yadda saxlamaq lazımdır ki, bu, yarım saatlıq görüşdür, ona görə də 30 slayddan ibarət təqdimat hazırlamamalısınız. Qısa hesabat olmalıdır. Raketin nəyə qadir olduğunu, ondan necə istifadə oluna biləcəyini göstərmək lazımdır. Nəzərə almaq lazımdır ki, əgər biz Ukraynaya yardım kimi raketlərin ötürülməsi ilə bağlı siyasi qərar qəbul etsək, bunun hansı nəticələrə gətirib çıxara biləcəyini nəzərə almaq lazımdır. Təkcə hansı problemlərimiz olduğunu deyil, onları necə həll edə biləcəyimizi desəniz, sizə minnətdar olaram. Məsələn, çatdırılma üsullarından danışaq. İngilislərin bunu necə etdiyini bilirəm. Onları həmişə “Ridgback” zirehli maşınlarında daşıyırlar. Onların yerlərdə bir neçə adamı var. Fransızlar isə bunu belə etmir. Ukraynaya “Scalp” raketlərini Q7 ilə göndərirlər. Bu problemi necə həll edəcəyik? Biz də raketləri “Ridgback”la göndərəcəyik? Qrefe, bu məsələdə mövqeyimizin nə olduğunu bizə bildirin. Xanım Fenske və Froştedte, vəziyyəti necə gördüyünüzü bildirin. Qrefe: Mən ən həssas məsələlərdən, təchizatla bağlı mövcud tənqidlərdən başlayacağam. Demək olar ki, hər yerdə müzakirələr gedir. Burada bir neçə ən vacib cəhət var. Birincisi, bunlar çatdırılma müddətləridir. Əgər kansler indi qərar versə ki, biz raketləri tədarük etməliyik, onlar Bundesverdən veriləcək. Lakin onlar səkkiz aya qədər istifadəyə hazır olmayacaq. İkincisi, biz vaxtı qısalda bilmərik. Çünki bunu etsək, o zaman səhv istifadə baş verə bilər, uşaq bağçasına raket düşə və yenə də mülki əhali arasında tələfat ola bilər. Bu aspektlər nəzərə alınmalıdır. Danışıqlar zamanı qeyd etmək lazımdır ki, biz istehsalçısız heç nə edə bilmərik. Onlar ilk raketləri təchiz edə, yenidən istehsal edə və çatdıra bilərlər. 20 ədədin yığılmasını gözləməməliyik, bir anda beş ədəd tədarük edə bilərik. Bu raketlərin çatdırılma müddəti birbaşa sənayedən asılıdır. Bunun əvəzini kim ödəyəcək? Başqa bir sual budur ki, bu raketlər hansı silah sistemlərinə quraşdırılacaq? Şirkətlə Ukrayna arasında qarşılıqlı əlaqə necə qorunmalıdır? Yoxsa bir növ inteqrasiyamız var? Herharts: Məncə yox. Çünki istehsalçı TSG şirkəti istər “Su”, istərsə də F-16 olmasından asılı olmayaraq, altı ay ərzində bu problemi həll edə biləcəklərini söylədi. Qrefe: Federal kansler buna getməyə davam etmək qərarına gəlsə, başa düşmək lazımdır ki, yalnız bərkidicilərin istehsalı üçün altı ay vaxt lazımdır. Nəzəri cəhətdən bizə təlim məsələsi təsir edə bilər. Artıq dedim ki, biz raket istehsalçısı ilə əməkdaşlıq edirik. Onlar bu sistemlərin saxlanması üzrə məşq edirlər, biz isə taktiki istifadəyə dair məşq edirik. Üç-dörd ay çəkir. Təlimin bu hissəsi Almaniyada baş tuta bilər. İlk raketlər təhvil verildikdə, montaj və təlimlə bağlı tez qərarlar qəbul etməliyik. Ola bilsin ki, biz bu məsələlərdə ingilislərə müraciət etməli və onların nou-haularından yararlanmalı oluruq. Biz onlara məlumat bazalarını, peyk şəkillərini, planlaşdırma stansiyalarını ötürə bilərik. Bizdə olan raketlərin tədarükündən başqa, hər şey sənaye və ya İABG (Məlumatların qorunması şirkəti) tərəfindən təmin edilə bilər. Herharts: Təsəvvür etməliyik ki, onlar “Taurus” raket qurğuları və “Storm Shadow” qurğuları olan təyyarələrdən istifadə edə bilərlər. İngilislər orada idilər və təyyarələri təchiz etdilər. Sistemlər o qədər də fərqli deyil və “Taurus” üçün də istifadə oluna bilər. “Patriot” kompleksindən istifadə təcrübəsindən danışa bilərəm. Əvvəlcə mütəxəssislərimiz uzun müddətləri də hesabladılar, lakin bir neçə həftə ərzində öhdəsindən gələ bildilər. Hər şeyi o qədər tez və o qədər işə salmağı bacardılar ki, işçilərimiz dedilər: "Vau, biz bunu gözləmirdik". İndi biz köhnə “Lüftvaffe”dən daha müasir texnologiyadan istifadə edən bir müharibə aparırıq. Bütün bunlar onu göstərir ki, biz son tarixləri planlaşdırarkən onları çox qiymətləndirməməliyik. İndi xanım Fenske və Froştedte, mən Ukraynaya mümkün tədarüklə bağlı fikrinizi eşitmək istərdim. Fenske: Təlim məsələsi üzərində dayanmaq istərdim. Biz bu məsələni artıq öyrənmişik və əgər biz artıq müvafiq hazırlığı olan və paralel olaraq təlim keçəcək kadrlarla məşğul oluruqsa, texnikanı öyrənmək təxminən üç həftə çəkəcək və yalnız bundan sonra birbaşa Hərbi Hava Qüvvələrində təlimə keçəcəyik. Bu da təxminən dörd həftə davam edəcək. Beləliklə, 12 həftədən azdır. Əlbəttə ki, bütün bunlar işçi heyətin müvafiq ixtisaslara malik olması şərti ilə təmin edilir; təlim tərcüməçilərin xidmətlərinə müraciət etmədən həyata keçirilə bilər. Biz artıq xanım Fridberqerlə danışmışıq. Döyüş istifadəsindən danışırıqsa, de-fakto bizə ən azı birinci qrupa dəstək vermək tövsiyə olunacaq. Planlaşdırma çətindir, işçilərimizə təlim keçmək təxminən bir il çəkdi və biz indi bu müddəti on həftəyə qədər azaltmağa çalışırıq və eyni zamanda ümid edirik ki, onlar “Formula 1” bolidi ilə yolsuzluqda yarışa biləcəklər. Mümkün variant planlaşdırılmış texniki dəstəyin təmin edilməsidir. Nəzəri olaraq, bu, Ukrayna ilə təhlükəsiz əlaqə yaratmaq şərti ilə Büxeldən edilə bilər. Əgər bu mümkün olsaydı, əlavə planlaşdırma həyata keçirilə bilərdi. Herharts: Bir dəqiqə. Nə danışdığınızı başa düşürəm. Siyasətçilər Büxel və Ukrayna arasında birbaşa, qapalı əlaqədən narahat ola bilərlər ki, bu da Ukrayna münaqişəsində birbaşa iştiraka çevrilə bilər. Amma bu halda deyə bilərik ki, məlumat mübadiləsi MBDA vasitəsilə olacaq və biz bir-iki mütəxəssisimizi Şrobenhauzenə göndərəcəyik. Təbii ki, bu hiylədir, amma siyasi baxımdan fərqli görünə bilər. Əgər məlumat istehsalçı vasitəsilə mübadilə edilirsə, bu bizimlə əlaqəli deyil. Fenske: Məlumatın hara getdiyi barədə sual yaranacaq. Üç metrə qədər maksimum dəqiqliyə malik peyk şəkillərini ideal şəkildə ehtiva edən hədəf məlumatından danışırıqsa, ilk növbədə onları Büxeldə emal etməliyik. Düşünürəm ki, bundan asılı olmayaraq, Büxel və Şrobenhausen arasında bir şəkildə məlumat mübadiləsini təşkil etmək olar və ya Polşaya məlumat ötürmək imkanını işləyə bilərik, bunu maşınla ora çata biləcəyiniz yerdə edə bilərik. Bu məsələyə daha yaxından baxmaq lazımdır, seçimlər mütləq görünəcək. Əgər bizə dəstək verilərsə, o zaman ən pis halda hətta avtomobillə də səyahət edə bilərik ki, bu da cavab müddətini azaldacaq. Təbii ki, bir saat ərzində cavab verə bilməyəcəyik, çünki razılığımızı verməli olacağıq. Ən yaxşı halda, məlumat alındıqdan cəmi altı saat sonra təyyarə sifarişi yerinə yetirə biləcək. Müəyyən hədəfləri vurmaq üçün üç metrdən çox dəqiqlik kifayətdir, lakin hədəfi dəqiqləşdirmək lazımdırsa, onu modelləşdirməyə imkan verən peyk şəkilləri ilə işləmək lazımdır. Və sonra cavab müddəti 12 saata qədər ola bilər. Hamısı məqsəddən asılıdır. Mən bu məsələni ətraflı öyrənməmişəm, amma inanıram ki, bu variant da mümkündür. Sadəcə onu demək lazımdır ki, məlumat ötürülməsini necə təşkil etmək barədə düşünməliyik. Herharts: Sizcə, Ukraynanın təkbaşına hər şeyi edə biləcəyinə ümid etmək olarmı? Axı məlumdur ki, orada mülki geyimli, amerikan ləhcəsi ilə danışan xeyli adam var. Yəni çox mümkündür ki, onlar tezliklə bundan özləri də istifadə edə biləcəklər? Axı onlarda bütün peyk şəkilləri var. Fenske: Bəli. Onları bizdən alırlar. Hava hücumundan müdafiə məsələlərinə də qısaca toxunmaq istərdim. İABG və NDK-dan məlumat almaq üçün Kiyevdə avadanlığın olması barədə diqqətlə düşünməliyik. Biz bunu onlara verməliyik, ona görə də fevralın 21-də oraya uçmalıyam, biz hər şeyi optimal şəkildə planlaşdırmalıyıq. Necə uçmaq və ya radarın baxış sahəsindən aşağıda uçmaq barədə düşünməliyik. Hər şey hazırlanırsa, təlim daha təsirli olacaq. Və sonra yenidən raketlərin sayı məsələsinə qayıda bilərik. 50 ədəd versəniz, çox tez tükənəcək. Herharts: Düzdür, bu, hərbi əməliyyatların gedişatını dəyişməyəcək. Ona görə də onların hamısını tədarük etmək istəmirik. Həm də hamısı eyni vaxtda deyil. Ola bilsin ki, birinci tranşda 50, sonra bəlkə də 50 raketdən ibarət daha bir tranş olacaq. Bu, tamamilə başa düşüləndir, lakin bütün bunlar böyük siyasətdir. Düşünürəm ki, əslində bunun arxasında nəsə var. Mən fransız və britaniyalı həmkarlarımdan öyrəndim ki, əslində bu “Storm Shadow” və “Scalp”la vəziyyət “Vinçester” tüfəngləri ilə eynidir. Onlar soruşa bilərlər: “Niyə biz növbəti raket partiyasını təmin etməliyik, çünki onlar artıq etmişik. Qoy Almaniya bunu indi etsin”. Bəlkə cənab Froştedte bu mövzuda nəsə demək istəyir? Froştedte: İcazə verin bir az praqmatizm əlavə edim. “Storm Shadow”un xüsusiyyətləri haqqında fikirlərimi bölüşmək istəyirəm. Söhbət hava hücumundan müdafiə, uçuş vaxtı, uçuş hündürlüyü və s.dən gedir. Mən belə qənaətə gəldim ki, iki maraqlı hədəf var - şərqdəki körpü (Krım körpüsü – red.) və yuxarıda yerləşən sursat anbarları. Şərqdəki körpüyə çatmaq çətindir, kifayət qədər kiçik bir hədəfdir, lakin “Taurus” bunu edə bilər və sursat anbarlarını da vura bilər. Bütün bunları nəzərə alsaq və “Storm Shadow” və HİMARS-ın nə qədər istifadə olunduğu ilə müqayisə etsək, onda belə bir sual yaranır: Məqsədimiz körpüdür, yoxsa hərbi anbarlardır? Herharts: Bu, aydındır. Froştedte: Ukraynanın TPP-yə qoşulması məntiqlidir. Bir həftə çəkəcək. Hesab edirəm ki, tapşırıqların planlaşdırılması və mərkəzləşdirilmiş planlaşdırma haqqında düşünmək məntiqlidir. Əlaqəmizdə planlaşdırma tapşırıqları iki həftə çəkir, lakin buna maraq varsa, o zaman daha sürətli edilə bilər. Körpüyə baxsaq, düşünürəm ki, “Taurus” kifayət deyil və onun necə işləyə biləcəyi barədə təsəvvürümüz olmalıdır və bunun üçün peyklərdən alınan məlumatlar lazımdır. Qısa müddətdə ukraynalıları belə bir işə hazırlaya biləcəyimizi bilmirəm və bir aya yaxın danışırıq. “Taurus”un körpüyə hücumu necə görünərdi? Əməliyyat nöqteyi-nəzərindən ukraynalıların bu cür hərəkətləri planlaşdırmağı nə qədər tez öyrənə biləcəklərini və inteqrasiyanın nə qədər tez baş verəcəyini təxmin edə bilmirəm. Amma söhbət körpüdən və hərbi bazalardan getdiyindən anlayıram ki, onları tez bir zamanda almaq istəyirlər. Fenske: Körpünün dağıdılması ilə bağlı bir şey daha demək istərdim. Biz bu məsələni intensiv şəkildə araşdırdıq və təəssüf ki, belə qənaətə gəldik ki, körpü öz ölçüsünə görə uçuş-enmə zolağına bənzəyir. Ona görə də 10, hətta 20 raket bəs etməyə bilər. Herharts: Belə bir fikir var ki, “Taurus” Fransanın “Dassault Rafale” qırıcısından istifadə edərsə, uğur qazanacaq. Fenske: Onlar yalnız deşik aça və körpünü zədələyə bilər. Froştedte: Mən körpü ideyasını irəli sürmürəm, praqmatik olaraq onların nə istədiklərini anlamaq istəyirəm. Biz onlara nəyi öyrətməliyik, belə çıxır ki, bu əməliyyatları planlaşdırarkən şəkillərdə əsas məqamları göstərməliyik. Məqsədləri olacaq, lakin nəzərə almaq lazımdır ki, kiçik məqsədlər üzərində işləyərkən kompüterdə şəkilləri təhlil etmək yox, daha diqqətlə planlaşdırmaq lazımdır. Təsdiqlənmiş məqsədlər vəziyyətində hər şey daha sadədir və planlaşdırma daha az vaxt aparacaq. Herhartz: Hamımız bilirik ki, onlar körpünü dağıtmaq istəyirlər. Bizim Ukrayna Silahlı Qüvvələri ilə birbaşa əlaqəmiz olub-olmaması ilə bağlı müəyyən narahatlıqlar var. Ona görə də sual yaranır: belə bir hiylədən istifadə edib öz adamlarımızı MBDA-ya yerləşdirə bilərikmi? Çünki Ukrayna ilə birbaşa əlaqə yalnız MBDA vasitəsilə olacaq. Qrefe: Herharts, fərq etməz. Elə etməliyik ki, lap əvvəldən bizi münaqişənin tərəfi edən heç bir dəlil olmasın. Əlbəttə, bir az şişirdirəm, amma indi nazirə desək ki, görüşlər təyin edəcəyik və Polşadan maşınla gedəcəyik ki, heç kim görməsin, bu artıq iştirakdır, biz bunu etməyəcəyik. Əgər bir istehsalçıdan danışırıqsa, ilk növbədə MBDA-dan bunu edə biləcəklərini soruşmalıyıq. İnsanlarımızın bunu Büxeldə və ya Şrobenhauzendə etməsinin fərqi yoxdur – bu, yenə də iştirakdır. Və mən hesab edirəm ki, bunu etmək olmaz. Əvvəlcə bunu qırmızı xəttin əsas elementi kimi müəyyən etdik, ona görə də məşqlərə cəlb olunacağıq. Deyək ki, yol xəritəsi hazırlayacağıq. Təlim prosesini hissələrə bölmək lazımdır. Uzun trek dörd ay davam edəcək, körpü variantı üzərində işləmək də daxil olmaqla, onları hərtərəfli məşq edəcəyik. Qısa - iki həftə üçün nəzərdə tutulacaq ki, onlar raketləri mümkün qədər tez istifadə edə bilsinlər. Əgər onlar artıq təlim keçiblərsə, o zaman britaniyalıların hazırkı mərhələdə onlarla məşğul olmağa hazır olub-olmadığını soruşacağıq. İnanıram ki, bu cür hərəkətlər düzgün olacaq - təsəvvür edin ki, mətbuat bizim insanların Şrobenhauzendə olduğunu və ya Polşada hardasa maşın sürməyimizi bilsə... Mən bu variantı qəbuledilməz hesab edirəm. Herharts: Əgər belə bir siyasi qərar verilərsə, deməliyik ki, ukraynalılar bizə gəlməlidir. Əvvəlcə bilməliyik ki, belə bir siyasət qərarının tapşırıqların planlaşdırılmasına birbaşa aidiyyatı yoxdur, bu halda təlim bir az daha uzun çəkəcək, onlar daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcəklər, bu, olduqca mümkündür ki, onların artıq yüksək texnologiyalı avadanlıqla bağlı müəyyən təcrübələri var və istifadə edirlər. Birbaşa iştirakdan qaçmaq mümkün olarsa, biz tapşırıqların planlaşdırılmasında iştirak edə bilmərik, bunu Büxeldə edə və sonra onlara göndərə bilərik. Almaniya üçün bu, "qırmızı xətt"dir. Onları iki ay məşq edə bilərlər. Bu müddət ərzində onlar hər şeyi öyrənməyəcəklər, amma nəsə edə biləcəklər. Sadəcə, əmin olmalıyıq ki, onlar bütün məlumatları emal edə və bütün parametrlərlə işləyə bilsinlər. Qrefe: Zeppel uzun və qısa bir yol xəritəsi hazırlamağın mümkün olduğunu söylədi. Məsələ qısa müddətdə nəticə əldə etməkdir. Əgər ilk mərhələdə vəzifə körpü kimi mürəkkəb obyektləri deyil, sursat anbarlarını vurmaqdırsa, bu halda siz qısaldılmış proqramla davam edib tez nəticələr əldə edə bilərsiniz. İABG-dən gələn məlumatlara gəlincə, mən bu problemi kritik hesab etmirəm, çünki onlar konkret yerə bağlı deyillər, özləri kəşfiyyat aparmalıdırlar. Aydındır ki, səmərəlilik bundan asılıdır. Raketləri verərkən bunu nəzərə almağa dəyər ki, məhz bu barədə danışdıq. Hələ qərar verilməyib. Amma bu, belədir. Herharts: Və bu, diqqətçəkən məqam olardı. Çox aktiv hava hücumundan müdafiə səbəbindən qısa təlimlər keçirilə bilməyən sursat anbarları var. Bununla ciddi məşğul olmaq lazımdır. Düşünürəm ki, adamlarımız bir variant tapacaq. Bizə əvvəlcə cəhd etməyə icazə verilməlidir ki, daha yaxşı siyasi məsləhətlər verə bilək. Biz uğursuzluğa düçar olmamaq üçün daha yaxşı hazırlaşmalıyıq. Ancaq dəqiq planlaşdırmadan danışırıqsa, o zaman bilməliyik ki, radarlar harada quraşdırılıb və sabit qurğular haradadır, onlardan necə yan keçə bilərik. Bu, daha dəqiq plan hazırlamağa imkan verəcək. Bizim super alətimiz var və dəqiq koordinatlarımız olsa, ondan dəqiq istifadə edə biləcəyik. Amma bunu edə bilməyəcəyimizi deməyə heç bir əsas yoxdur. Siyasi baxımdan “qırmızı xəttin” yerləşdiyi müəyyən bir miqyas var, “uzun” və “qısa” yol var, tam potensialdan istifadə baxımından fərqlər var, zamanla ukraynalılar bundan daha yaxşı istifadə edə biləcəklər, çünki təcrübələri olacaq, bunu hər zaman edəcəklər. Düşünürəm ki, görüşdə şəxsən iştirak etməliyəm. Mənim üçün vacibdir ki, biz ayıq bir qiymətləndirmə təqdim edirik və başqaları kimi “Storm Shadow” və “Scalp”la təmin etməklə atəşə yanacaq əlavə etmirik. Qrefe: Demək istəyirəm ki, onlar nə qədər uzun qərar qəbul etsələr, bütün bunları həyata keçirmək bizim üçün bir o qədər çox vaxt aparacaq. Hər şeyi mərhələlərə bölmək lazımdır. Əvvəlcə sadə olanlardan başlayın, sonra mürəkkəb olanlara keçin. Yoxsa ingilislərə müraciət edə bilərikmi, onlar bizə ilkin mərhələdə dəstək verib planlaşdırma məsələlərini öz üzərlərinə götürə bilərlərmi? Məsuliyyət sahəmizdə olanları məcbur edə bilərik. Raketlər üçün qurğuların hazırlanması bizim vəzifələrimizdən biri deyil, Ukrayna bu məsələni istehsalçılarla müstəqil şəkildə həll etməlidir. Herharts: Büdcə komissiyasına görə indi problemə düşmək istəməzdik. Bu, 2024-cü ildə Büxel aviabazasında tikinti işlərinə başlamağı qeyri-mümkün edə bilər. İndi proqramda hər gün sayılır.
2024-03-04
838,335
Çempionlar Liqasında mühüm dəyişiklik
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində dəyişikliklər edilib. Axar.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Yeni dəyişikliyə əsasən, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək. Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında keçiriləcək.
2024-03-04
838,336
Dendias İrəvanda dördtərəfli əməkdaşlıqdan danışdı
Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq yaradılıb. Axar.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Yunanıstan milli müdafiə naziri Nikos Dendias deyib. O qeyd edib ki, üçtərəfli format dörtərəfli də ola bilər: “Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.
2024-03-04
838,337
DGA-dan 2 nəfəri maşınla öldürən şəxsin cəzası...
Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, F.Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib. Belə ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər. Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
2024-03-04
838,338
Azərbaycanda bu müəssisə ləğv edildi - Sərəncam
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib. Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib. Ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilib.
2024-03-04
838,340
TƏBİB-də mühüm təyinatlar oldu
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub. Axar.az xəbər verir ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb. Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir. Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib. 2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib. Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub. Ş.Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura keçib. 1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr, 2006-2008-ci illərdə rayon mərkəzi xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifəsində çalışıb. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib. 2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca cərrahdır. O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib. 2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb. Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib. 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır. 2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib. 2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.
2024-03-04
838,343
Onu məğlub edəcəm, yenə etiraz edəcək - Bayden
Donald Trampın qalib gəlmək üçün hər şeyi edəcəyinə inanıram. Qalib gəlsəm, yenə etiraz edəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. Bayden Trampı məğlub edəcək yeganə şəxsin özü olduğunu bildirib.
2024-03-04
838,344
AFFA millimizi ona tapşırdı
Azərbaycan milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunlarına kimin rəhbərliyi altında çıxacağı məlum olub. Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu oyunlarda komandaya Arif Əsədov rəhbərlik edəcək. Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar. Qeyd edək ki, Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
2024-03-04
838,345
Bakı və İslamabad arasında mühüm görüş
Azərbaycan və Pakistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
2024-03-04
838,347
Radio lisenziyası üçün bu kanallar müraciət etdi
Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb. Azərbaycan Audiovizual Şurasından Axar.az-a verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib: - "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio"); - "Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM"); "Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.
2024-03-04
838,351
Ukraynaya qoşun göndəriləcəkmi? - Makron
Bu o demək deyil ki, biz Fransa qoşunlarını yaxın vaxtlarda Ukraynaya göndərməyi düşünürük, ancaq müzakirə açırıq. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron bildirib ki, Ukraynaya dəstək olmaq üçün hər addımı düşünürlər. Qeyd edək ki, daha öncə Makron Avropa qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməmişdi.
2024-03-04
838,353
“Neftçi”nin bazasına hücum edildi: saxlanılanlar var
Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.
2024-03-04
838,355
Hun Sen İlham Əliyevə məktub ünvanladı
Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Bu il fevralın 7-də keçirilmiş seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də dövlətin idarə olunmasında və inkişafında zəngin təcrübənizə güclü etimadının və inamının bariz göstəricisidir. Mən qəti şəkildə əminəm ki, Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə inkişafı davam edəcək, ölkəniz regional və qlobal məsələlərdə daha böyük rol oynayacaq və bu da xalqınıza daha çox fayda gətirəcək. Kamboca Xalq Partiyası ölkələrimiz arasında uzun müddətdir mövcud olan dostluq münasibətlərini bütün səviyyələrdə, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də digər ikitərəfli və çoxtərəfli formatlarda möhkəmləndirməyə və dərinləşdirməyə böyük önəm verir. Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram".
2024-03-04
838,359
Kalın Börnslə görüşəcək: Qafqaz da gündəmdə...
Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək. Axar.az xəbər verir ki, görüş Kalının ABŞ-a səfəri çərçivəsində baş tutacaq. Məlumata görə, Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə müzakirələr aparacaq. Bundan əlavə, Ukrayna müharibəsi və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq.
2024-03-04
838,360
Lebron Ceyms yeni rekorda imza atdı
Milli Basketbol Assosiyasiyasında (NBA) mübarizə aparan “Los Anceles Leykers”in oyunçusu Lebron Ceyms yeni rekorda imza atıb. Axar.az xəbər verir ki, 39 yaşlı basketbolçu peşəkar karyerasının 40 mininci (40000) xalını qazanan ilk oyunçu ünvanını ələ keçirib. O, buna “Denver Naqqets"lə görüşdə 26 xal qazanaraq nail olub. Görüş “Denver Naqqets”in 124:114 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Lebron Ceyms ötən il NBA-da ən məhsuldar basketbolçu rekorduna sahib çıxaraq Kərim Abdul-Cabbarı geridə qoyub.
2024-03-04
838,363
Türkiyə hərbi gəmisi Gürcüstan sularına daxil oldu
Türkiyə Hərbi Dəniz Donanmasının "Yıldırım F-243" freqatı Gürcüstanın ərazi sularına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Hərbi gəmi Batumi limanına gəlib, gəmi heyətini Gürcüstanın rəsmi şəxsləri qarşılayıblar. Səfərin məqsədinin NATO proqramı çərçivəsində Gürcüstanın “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini keçirmək olduğu bildirilib.
2024-03-04
838,365
ƏSG maliyyə hesabatını açıqladı
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2021 və 2022-ci illər üzrə maliyyə hesabatlarını açıqlayıb. Axar.az xəbər verir ki, Fond 2021-ci ili 104,5 milyon manat, 2022-ci ili isə 107,1 milyon manat xalis mənfəətlə bitirib. Başqa sözlə, 2022-ci ildə Fondun xalis mənfəəti əvvəlki ilə nisbətən 2,5% artıb. Hesabat dövründə, Fondun sığorta premiyaları 64,3 milyon manat (2021-ci ilə nisbətən 30,6% çox), faiz gəlirləri 3,3 milyon manat (2,1 dəfə çox), banklara ödənilmiş kompensasiyaların geri qaytarılması üzrə vəsaitlər 45,2 milyon manat (10% az), sair gəlirlər isə 3,5 milyon manat (56,8% az) təşkil edib. 2022-ci il üzrə ƏSF-nin cəmi aktivləri 566,5 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 14,1% çoxdur. 2021-ci il üzrə bu rəqəm 496,8 milyon manat təşkil edib. Bu dövrdə Fondun cəmi öhəlikləri isə 2021-ci ildəki 330,6 milyon manatdan 293,1 milyon manata (11,2% azalın) enib. ƏSF-nin cəmi kapitalı 2022-ci ildə 273,4 milyon manata bərabər olub ki, bu əvvəlki ilə nisbətən 64,5% çoxdur. 2021-ci ildə Fondun cəmi kapitalı 166,3 milyon manat təşkil edib.
2024-03-04
838,367
Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşuldü
Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib. Axar.az xəbər verir ki, buna uyğun olaraq, Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir. “Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində qlobal iqlim dəyişikliklərinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. 2023-cü ildə yenilənmiş sənəddə isə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.
2024-03-04
838,368
Dünyada PUA satışında zirvədəyik - Ərdoğan
Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib. “Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar olub. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə və aerokosmik sektorda yeni rekord vurmuşuq", - Ərdoğan qeyd edib.
2024-03-04
838,372
Ukraynada nazirliklərin sayı azaldılır
Ukraynada nazirliklərin sayı azaldıla bilər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib. "Nazirliklərin sayı 15-16 nəzərdə tutulur ki, bu, ideal rəqəmdir. Bu il dövlət qurumlarında 20 min vakant yer ixtisar edilib", - Şmıqal qeyd edib.
2024-03-04
838,374
İsmayıllı və Göyçay sakinlərindən silahlar götürüldü
Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.
2024-03-04
838,376
Baydendən Rusiya ilə bağlı qərar: Daha bir il...
ABŞ Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. "Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılması zəruridir", - Baydenin Konqresə məktubunda qeyd olunub.
2024-03-04
838,377
İrəvanın yeni hərbi müttəfiqləri: kimlər var?
Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib: “Birincisi, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra deyib ki, Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. İkincisi, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq. Üçüncüsü, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacaq. Fransa, Hindistan və Yunanıstanın hərbi sahədə Ermənistanla sıx əlaqələri olmasına rəğmən, bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşları Azərbaycandır, rəqəmlər də bundan xəbər verir. Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycanı neftinin, Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Buna baxmayaraq, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar. Əlbəttə, biz gəlirlərimizi artırmaq məqsədilə heç bir ölkə ilə iqtisadi əlaqələrdən imtina etməməliyik. Bununla yanaşı diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır”.
2024-03-04
838,378
Bakının bu ərazilərində qaz olmayacaq
Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Axar.az-a “Azəriqaz” İstehsal Birliyindən bildirilib. Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2024-03-04
838,379
İş adamı Bakıda kolleci satın alıb? - Özü açıqladı
Tikinti maqnatı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir. İddialara görə, İsfəndiyar Axundovun təhsil sektoruna yatırım etmək kimi bir niyyəti yoxdur. Bildirilir ki, iş adamına sadəcə kollecin ərazisi lazımdır. İsfəndiyar Axundovdan əvvəl kollecin qanuni təmsilçisi Dünyamalıyeva Sabirə Səfi qızı olub. Araşdırmalarımız zamanı məlum olub ki, Sabirə Dünyamalıyeva Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. O, 1990-1993-cü illərdə Bakı Qızlar Kollecinin, 1993-cü ildən sonra isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləyib. Ali Tətbiqi Elmlər Kolleci sonradan sadəcə Azərbaycan Tətbiqi Elmlər Kolleci adlandırılıb. Hazırda sözügedən kollec fəaliyyət göstərmir. Yeri gəlmişkən, 2008-ci ildə kollecin Naxçıvan şöbəsi saxta diplom satışı ilə gündəmə gəlib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib. İsfəndiyar Axundov isə bildirib ki, mən kollec almamışam, xəbərim yoxdur bu məsələdən".
2024-03-04
838,382
Ermənistan Ruslana qarşı cinayət təqibini ləğv etdi – Təcili
28 fevral 2024-cü ildə azaraq Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan Ordumuzun hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Axar.az xəbər verir ki, E.Pənahovun azaraq Ermənistan ordusunun mövqeləri yaxınlığına gəlib çıxması təsdiqlənib. Göstərilənlərə əsasən, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət verilib və o təmin edilib. Qeyd edək ki, Ruslan Pənahova qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə saxta ittiham irəli sürülmüşdü. Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tuturdu.
2024-03-04
838,384
AB Ukraynadan qaz tranzitini dayandırır
Avropa Birliyi növbəti ildən Ukraynadan qaz tranzitindən imtina edəcək. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Kadri Simson məlumat verib. Bildirilib ki, hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını araşdırır.
2024-03-04
838,388
Brüsseldə terrorçular konsert zalına hücum planlaşdırıb
Brüsseldə ötən gün həbs edilən ekstremistlər konsert zalında terakt planlaşdırırmış. Axar.az xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb. "Belçika polisinin Brüsseldə keçən həftəsonu həbs etdiyi dörd şübhəli konsert zalında terror aktı törətməyi planlaşdırırdı. Polisin fəaliyyəti sayəsində terror aktının qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi", - prokurorluğun bəyanatında bildirilib. Qeyd edək ki, ötən gün Belçika polisi terror aktına hazırlıqla bağlı aparılan istintaq çərçivəsində biri azyaşlı olmaqla, 4 nəfərin həbs edildiyini açıqlayıb.
2024-03-04
838,391
Suşi yeməyi ilk dəfə mənə o öyrətdi - Röya
Suşi yeməyi ilk dəfə Sankt-Pererburqda öyrənmişəm. İlk dəfə məni o şəhərə Əhmədovlar ailəsi dəvət edib. Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan Rusiyada yaşayan azərbaycanlı iş adamı Elçin Əhmədovun anası Pəri Əhmədovanın Bakının məşhur restoranlarından birində keçirilən 75 illik yubiley tədbirində deyib. “Onların ailə tədbirində iştirak etdikdən sonra məni restorana apardılar, orada suşiyə qonaq etdilər. O vaxtdan indiyədək suşi mənim ən sevimli yeməyimdir”, - Röya bildirib. Daha sonra müğənni yubilyarı yeni mahnılarıyla təbrik edib.
2024-03-04
838,392
Alman zabitlərin Krıma zərbə endirilməsi ilə bağlı sözləri...
Bundesverin yüksək rütbəli zabitləri arasında Krım körpüsünə zərbə endirmək planları ilə bağlı söhbətin sızdırılmış səsyazısı ilə bağlı Berlinin şərhləri ya qeyri-müəyyəndir, ya da ağılsızlıqdır. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. “Almaniya rəhbərliyinin yüksək rütbəli hərbi məmurlar arasında söhbətlərin dərcinə reaksiyası proqnozlaşdırıla bilərdi: onlar nəşrin məzmununu deyil, belə mühüm söhbətlərin geniş ictimaiyyətə məlum olması faktını müzakirə etməyə başladılar. Berlin üçün sızma ehtimalı açıq şəkildə öz ölkəsini nüvə dövləti ilə müharibəyə aparmasından daha vacibdir", - vitse-spiker söyləyib.
2024-03-04
838,394
Ermənistan MTX-sindən Ruslan açıqlaması: qaytarılır - Təcili
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi xoşməramlılıq əlaməti olaraq Azərbaycana qaytarılacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) yaydığı məlumatda bildirilib. “Xoş niyyət əlaməti olaraq və Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, azmış və qarşı tərəfə düşmüş hər iki tərəfin hərbi qulluqçuları ən qısa zamanda geri qaytarılmalıdır. Ermənistan Respublikası Ruslan Eldəniz oğlu Pənahovun Azərbaycan tərəfinə təhvil verilməsinə qərar verib”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilib. Qeyd edək ki, az öncə 28 fevralda azaraq, Ermənistan tərəfə keçən Ruslan Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi qərar verib. Qərara əsasən, onun şərti sərhədi azaraq keçdiyi təsdiqlənib və Ruslana qarşı cinayət təqibinə xitam verilib.
2024-03-04
838,395
Naməlum şəxs xəstəxanada insanları girov götürdü - Video
22:25 Almaniyanın Axen şəhərində naməlum silahlı şəxs “Luisen” xəstəxanasında insanları girov götürüb. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Polis hadisə yerinə cəlb olunub, ərazi mühasirəyə alınıb. Xəstəxana ərazisinə xüsusi təyinatlılar göndərilir. Ölənlər və naməlum şəxsin məqsədi barədə məlumat verilməyib.
2024-03-04
838,396
Əsgərimizin öldürülməsi ilə bağlı rəsmi məlumat yayıldı
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Musa Ehtiram oğlu Eyvazlının odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Hərbi Prokurorluqdan bildirilib. Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
2024-03-04
838,399
HƏMAS İsrailin 2 PUA-sını ələ keçirdi
HƏMAS Qəzza zolağında toqquşmalar zamanı İsrailin 6 hərbi texnikasını atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə İzəddin Əl-Qəssam Briqadasından məlumat verilib. “Bizim yaraqlılarımız Xan Yunis şəhərinin qərbindəki Əl-Əmal bölgəsində dörd İsrail tankı və iki hərbi buldozerin atəşə tutulduğunu təsdiqləyib", - məlumatda bildirilib. Bundan əlavə, Xan Yunisdə İsrail ordusu üçün kəşfiyyat missiyası həyata keçirən iki pilotsuz təyyarə də ələ keçirilib.
2024-03-04
838,400
AB-dən Moldova açıqlaması: sanksiyalar genişləndirilə bilər
Moldovanın demokratiyasına və suverenliyinə xələl gətirən şəxslər və ya təşkilatlar haqqında konkret sübutlar ortaya çıxarsa, Avropa Birliyinin sanksiyalarına məruz qalan şəxslərin siyahısı genişləndirilə bilər. Axar.az xəbər verir ki, bunu AB-nin Kişinyovdakı səfiri Yanis Mayeks deyib. "Əgər Moldovanın suverenliyinə və demokratiyasına xələl gətirən insanlar varsa, o zaman AB ölkələri səviyyəsində konsensus olanda siyahı genişləndirilə bilər. Belə bir ehtimal var", - Mayeks qeyd edib.
2024-03-05
838,404
Türkiyədə güclü zəlzələ: günün 5-ci yeraltı təkanı...
2024.03.04. 22:55 Türkiyədə ötən gün 5 zəlzələ baş verib. Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, sonuncu zəlzələ Çanaqqalada 4,9 bal gücündə, yerli vaxtla 21:39-da, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Qeyd edək ki, martın 4-də Antalya (3,7 və 3,8 bal gücündə), Qəhrəmanmaraş (4,4 bal) və Burdurda (3,5 bal) da zəlzələlər baş verib.
2024-03-04
838,406
Mirzoyan yunan nazirə "Dostluq" ordeni verdi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Yunanıstan müdafiə naziri Nikos Dendiası “Dostluq” ordeni ilə təltif edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Dendias iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfədən dolayı ordenlə təltif olunub. Görüş zamanı Mirzoyan və Dendias Ermənistan-Avropa Birliyi tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini, eləcə də müxtəlif formatlarda qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bundan əlavə, Mirzoyan Dendiasa Azərbaycanla danışıqlar prosesi çərçivəsində son müzakirələr barədə məlumat verib.
2024-03-04
838,408
Sabah bu üç rayonda qaz olmayacaq
Sabah Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında fasilə yaranacaq. Bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
2024-03-04
838,409
Zaxarovaya "Xarıbülbül" hədiyyə edildi - Video
Azərbaycanlı qadın Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya 44 günlük müharibədə qələbənin simvolu olan “Xarıbülbül” nişanını hədiyyə edib. Axar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
2024-03-04
838,414
Rus elit dəstəsinin Zelenskini məhvetmə planı…
Müharibə başlamamışdan bir neçə həftə öncə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Kiyevə Zelenskinin qətlini həyata keçirmək üçün gəlmişdilər. Axar.az xəbər verir ki, bu barədə ukraynalı müstəntiq Xristo Qrozev jurnalist Mixail Ziqara müsahibəsində Vladimir Zelenskinin qətlinin necə planlaşdırıldığı barədə danışarkən deyib. Qrozevin sözlərinə görə, qruplaşma Ukraynaya müharibə başlamazdan bir neçə həftə əvvəl gəlib: “Onlar Kiyevə yaxın olmaq üçün Belarus ərazisinə daxil olublar. Bəziləri isə Kiyevə girib, şəhərin mərkəzi məhəlləsini tutmaq niyyətində idilər. Onlar Andrey Averyanovun (Avropada bir sıra zəhərlənmə və partlayışlarda şübhəli bilinən bölməyə rəhbərlik edən Rusiya ordusunun generalı - red.) tabeliyində olan 30-a yaxın adam olub. Bu, çox yüksək səviyyəli, elit qrup idi”. O qeyd edib ki, bunlar Çexiya və Bolqarıstanda anbarları partladan, Skripalları zəhərləyənlərdir: “Biz bu komandanın bir neçə üzvünün işini izləmişik. Bu həm qorxulu, həm də gülməli idi. Bu, qorxulu idi, çünki onların məqsədlərinin nə olduğunu gördük. Gülməli idi, çünki onlar hər gün rəhbərliyi pis planlaşdırılmış əməliyyata görə tənqid ediblər”.
2024-03-04
838,415
Bu səfirlər Rusiyadan qovulmalıdır - Medvedyev
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə Avropa Birliyi ölkələrinin səfirləri qovulmalı və dövlətləri ilə diplomatik əlaqələr aşağı həddə endirilməlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb. O, həmçinin qeyd edib ki, Avropa dövlətlərinin səfirlərinin Rusiya XİN rəhbəri ilə görüşdən imtina etməsi diplomatik missiyaların mövcudluğu ideyasına tamamilə ziddir. Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov seçki öncəsi AB ölkələrinin diplomatları ilə görüş təyin edildiyini, lakin görüşə iki gün qalmış qarşı tərəfin bundan imtina etdiyini açıqlamışdı.
2024-03-05
838,416
Kreml uğur qazandı: rus kəşfiyyatı AB-nin mərkəzində...
Almaniyanın Hərbi Hava Qüvvələri komandiri ölkəsinin ən güclü idarə olunan raketlərinin Ukraynaya mümkün çatdırılmasını müzakirə etmək üçün keçən ay yüksək səviyyəli zabitlərini gizli görüşə toplayıb. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”da alman zabitlərin gizli səs yazısı ilə bağlı yayılan məqalədə bildirilib. “Alman zabitləri bildiriblər ki, uzaqmənzilli silahlar Rusiyanı Ukraynanın işğal olunmuş Krım yarımadası ilə birləşdirən Kerç körpüsünü məhv etmək üçün istifadə oluna bilər. Bilmədikləri şey: Rusiya casusları Qərbin Ukraynaya müdaxiləsi ilə bağlı məxfi təfərrüatı üzə çıxaran söhbətlərini lentə aldılar. Müzakirənin 38 dəqiqəlik audio yazısı cümə günü axşam saatlarında Rusiyanın dövlət televiziyası olan RT-nin rəhbəri (Marqarita Simonyan – red.) tərəfindən internetə yerləşdirilib”, - məqalədə bildirilib. Yüksək rütbəli alman məmurlar “Voll Strit Jurnal”a yazının həqiqiliyini təsdiqləyiblər və görüşün silahlı qüvvələrin məxfi ünsiyyət standartına uyğun şifrələnməmiş onlayn konfrans vasitəsi olan WebEx kommersiya platformasında baş tutduğunu söyləyiblər: “Görüşdə Almaniyanın “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya göndəriləcəyi təqdirdə çatdırılmasını və istismarını necə təşkil edə biləcəyi müzakirə olunub. Almaniya lideri Olaf Şolts Kiyevin xahişlərinə və öz hökuməti daxilində təzyiqlərə baxmayaraq, “Taurus”u göndərməkdən imtina edib. Səsyazmada həmçinin rəsmilər Britaniya, Fransa və ABŞ-ın mürəkkəb Qərb silah sistemlərini idarə etməyə kömək etmək üçün Ukraynada qoşun saxladıqlarını söyləyirlər ki, bu da bu ölkələrin təkzib etdiyi bir şeydir. Bu səs yazısı Kremlə təbliğat qələbəsi qazandırdı, Almaniyada qəzəb doğurdu və Almaniyanın NATO müttəfiqləri ilə münasibətlərini gərginləşdirə bilər. Bu, həm də Almaniyanın Rusiya casusluğuna qarşı həssaslığını vurğulayan bir sıra insidentlərin sonuncusu idi. Almaniyanın BND xarici kəşfiyyat xidmətinin yüksək rütbəli zabiti bu yaxınlarda Moskvaya casusluq iddiası ilə həbs edilib. Səs yazısının sızması ilə bağlı Almaniya araşdırması ilə tanış olan rəsmilər bildiriblər ki, WebEx Almaniya hökumətinin hərbi və digər həssas idarələri tərəfindən geniş istifadə olunur. Həmçinin Şolts uzun müddətdir ki, silahı çatdırmaq üçün beynəlxalq və daxili təzyiq altındadır. Bir vaxt İngiltərə kanslerə Almaniyanın birbaşa hərbi əməliyyatlara cəlb edilməməsi siyasətini davam etdirməsinə kömək etmək üçün sistemi ələ keçirməyi və çatdırmağı təklif edib. Siyasətçilər və analitiklərin fikrincə, sızma Almaniyanın silahı çatdırma ehtimalını azaldır. Sızdırılan məlumatların ardınca Rusiya rəsmiləri Rusiya hədəflərinə təfərrüatlı hücumları müzakirə etdiyi üçün Almaniyaya hücuma keçib və Berlinin müharibə səylərinin bir hissəsi olacağı təqdirdə qisas alacağı ilə hədələyiblər. Bazar günü müdafiə naziri Boris Pistorius dezinformasiya yaymaq məqsədi ilə “Rusiyanın hibrid hücumu” adlandırdığı hadisə ilə bağlı araşdırmaya başladığını bildirib. Onun sözlərinə görə, WebEx müəyyən məxfilik səviyyəsindən aşağı kommunikasiyalar üçün uyğundur və istintaq məmurların bu protokolu pozub-pozmadığını müəyyən edəcək. Pistorius bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin təbliğat maşını Almaniyanın birbaşa müharibəyə qarışdığını iddia etmək üçün bu sızıntıdan istifadə edir: “Bu, bizi bölmək və qətiyyətimizi sarsıtmaq üçün nəzərdə tutulub... biz Putinin əlinə keçməməliyik”. Ukrayna oxşar Qərb raketlərini - Britaniya “Fırtına kölgəsi” və Fransanın SCALP raketlərini idarə edir. Kiyev bundan əvvəl körpünü vurmaq üçün onlardan istifadə edib, lakin uzunmüddətli ziyan vura bilməyib. Mütəxəssislər daha güclü və daha uzaq məsafəyə çatan “Taurus” raketinin körpünü məhv edə biləcəyini deyirlər. Səs yazısında alman zabitlər bu əsas infrastruktura necə hücum ediləcəyini ətraflı təhlil edirlər və Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınmaq və körpünü dağıtmaq üçün 10-20 “Taurus” raketinin lazım olacağını bildirirlər. “Bunu edə bilməyəcəyimizi söyləmək üçün səbəb yoxdur; bu, yalnız siyasi qırmızı xətlərdən asılıdır”, - general Herharts deyib. Almaniyanın 600-ə yaxın “Taurus” raketi ehtiyatı var ki, onlardan 500-ü işlək vəziyyətdədir. General Herhartsın Almaniyanın Ukraynaya iki tranşla tədarük edilən 100 raketi tədarük edə biləcəyini dediyi eşidilir. O əlavə edib ki, Britaniya və Fransa Almaniyaya qanadlı raketlərin çatdırılması üçün təzyiq göstərirlər, çünki onlar öz ehtiyatlarını tükəndirmişlər. Sızdırılan danışıqda general Herharts bildirib ki, Ukraynaya 100-dən çox raket vermənin mənası yoxdur, çünki bu silah döyüş meydanında heç bir əhəmiyyətli təsir göstərə bilməz, Ukrayna ərazi qazanmaq və hətta saxlamaq üçün qoşun çatışmazlığından əziyyət çəkir. Onun sözlərinə görə, Rusiyanı Krımla birləşdirən körpünün dağıdılması strateji və siyasi baxımdan əhəmiyyətli olardı, lakin Ukrayna çox güman ki, qurudan hücumu davam etdirə bilməyəcək. General Herhartsın “Bu, müharibənin gedişatını dəyişməyəcək, biz bu barədə dəqiq olmalıyıq” dediyi eşidilib. Almaniyanın hərbi hava qüvvələri döyüş meydanı ətrafındakı ərazini silah sistemi üçün modelləşdirib və Ukrayna qoşunlarına Kerç körpüsü də daxil olmaqla, əsas hədəflər ətrafında havadan müdafiə sistemlərindən yayınmağa kömək edə bilər - zabitlər bildiriblər. Reaktiv qırıcıları şəxsən idarə edən NATO-nun yeganə hava komandiri olan general Herhartsın kanslerin israrla çatdırılan hər hansı raketin Berlin silahlı qüvvələrinin iştirakı olmadan idarə olunmasını tələb etdiyini eşitmək olar. İştirak edən generallardan birinin raketlərin nisbətən asanlıqla Ukraynanın “Storm Shadow” raketlərini yerləşdirmək üçün təchiz edilmiş Su-24 təyyarələrinə yerləşdirilə biləcəyini söylədiyi eşidilir. “Ukraynadakı ABŞ hərbi qulluqçuları “Taurus” ilə mübarizədə yerli qoşunlara kömək edə bilər. Ukraynada “Amerika ləhcəli bir çox insan mülki geyimdə qaçır”, - general Herharts deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında bildirib ki, Moskva Berlindən dərhal cavab tələb edib. Rusiyanın keçmiş prezidenti və baş naziri, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev sosial şəbəkədə yazıb: “Tarixi düşmənlərimiz, almanlar yenidən bizim əzəli düşmənlərimizə çevriliblər”.
2024-03-04
838,418
Bakı və Budapeşt arasında məsləhətləşmələr keçirildi
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Axar.az xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Konsulluq və vətəndaşlıq idarəsinin direktoru Balazs Farkas rəhbərlik edib. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmisi iştirak edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib. Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Macarıstan və Azərbaycan arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin qorunması istiqamətində zəruri tədbirlərin həyəta keçirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
2024-03-05
838,420
Qəzzada atəşkəsin əldə edilməsində israrlıyıq - ABŞ
ABŞ Qəzza zolağında mövcud humanitar vəziyyəti qəbuledilməz hesab edir və atəşkəs rejiminin tətbiqində israrlıdır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. Diplomat əlavə edib ki, ABŞ mülki əhalinin ehtiyac duyduğu humanitar yardımın münaqişəli bölgəyə çatdırılması üçün Qəzzada müvəqqəti atəşkəsin əldə olunmasında israrlıdır.
2024-03-05
838,421
Tramp prezident olsaydı, Ukraynada savaş olmazdı - Siyarto
Donald Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. O bildirib ki, ölkəsi Amerika xalqının prezident seçkilərində istənilən qərarına hörmət edəcək: "Tramp ABŞ prezidenti olanda Macarıstan-Amerika münasibətlərinin siyasi komponenti pik nöqtəsində idi. Donald Tramp prezident olanda güclü Amerika liderinin şəxsiyyəti dünyada silahlı münaqişələrin inkişafının qarşısını ala bildi". Qeyd edək ki, analoji fikri Macarıstan Baş naziri Viktor Orban Antalya Diplomatiya Forumunda səsləndirmişdi.
2024-03-05
838,422
Ukrayna ordusunda kadr təyinatları oldu
Ukrayna Müdafiə Qüvvələrində yeni kadr təyinatları olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb. “Cəbhədəki döyüş komandirləri həll yollarının işlənib hazırlanmasına cəlb olunurlar. Bu gün (ötən gün - red.) mən Müdafiə Qüvvələri üçün bir sıra zəruri yeni kadr təyinatları ilə razılaşdım və imzaladım", - Zelenski bildirib. Lakin o, hansı dəyişikliklərin edildiyi barədə məlumat verməyib. Qeyd edək ki, ötən gün səhər saatlarında Ukrayna Prezidenti Ofisinin saytında Ukrayna Silahlı Qüvvələrinin komandanı Dmitri Gereqanın vəzifəsindən azad edilməsi və onun yerini Aleksandr Yakovetsin tutması barədə məlumat yayılıb.
2024-03-05
838,430
Bu gün Novruzun ikinci çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. Axar.az xəbər verir ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
2024-03-05
838,431
Berlindən Rusiyaya cavab: Bu hədəyə dözməyəcəyik!
İlk dəfə deyil ki, belə bir şey eşidirik. Biz belə hədə-qorxulara dözməyəcəyik. Rusiya tərəfinin ifadə tərzi özü haqda hər şeyi deyir. Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Kristian Vaqner rusiyalı həmkarı Mariya Zaxarovanın sözlərinə cavab olaraq deyib. O bildirib ki, Zaxarovanın bəyanatı absurddur. Qeyd edək ki, Mariya Zaxarova alman zabitlərin “Taurus”la Krım körpüsünə zərbəni müzakirə etməsi barədə yayılan səs yazısını şərh edərkən, “Almaniyanın tam denazifikasiya olunmayıb” ifadəsini işlədib.
2024-03-05
838,432
Rusiyanın hər gün itirdiyi hərbçilərin sayı - Kəşfiyyat
Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın 355 mindən çox hərbçisi öldürülüb və yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatında deyilir. Bildirilib ki, bu ilin fevral ayında gündəlik rəqəmlər müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Beləliklə, Rusiya ordusunun hər gün orta hesabla 983 hərbçisi ölüb və yaralanıb. “Kəskin artım Rusiyanın qeyri-məhdud sayda qüvvələrdən istifadə edərək dağıdıcı müharibə aparmağa hazır olduğunu göstərir. İnsan həyatı baxımından baha başa gəlsə də, bu cür taktikalar Ukraynanın bütün cəbhə xətti boyunca mövqelərinə təzyiqi artırır”, - məlumatda bildirilib.
2024-03-05
838,433
Terrorçuların fəallığı faktiki olaraq sıfra endirildi - Gülər
Türkiyə Silahlı Qüvvələrinin son dövrdə həm ölkə daxilində, həm də xaricində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində terror təşkilatlarına sarsıdıcı zərbə vurulub. Qadağan olunmuş təşkilatların yaraqlılarının fəaliyyəti faktiki olaraq sıfra endirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər martın 4-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakın və Qoşun generallarının iştirakı ilə keçirilən müşavirədə bildirib. “Regionda və bütövlükdə dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir. Mövcud vəziyyətdə məqsədimiz Türkiyənin maraqlarını və təhlükəsizliyini mümkün qədər tam qorumaqdan ibarətdir”, - Gülər qeyd edib.
2024-03-05
838,434
Gəncədə ana və oğlu dəm qazından zəhərləndi: ölən var
Gəncədə dəm qazından zəhərlənmə baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərlənib. Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.
2024-03-05
838,435
Amerikalı diplomatın Qüdsdə meyiti tapıldı
ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşının Qüdsdə mənzildə meyiti tapılıb. Axar.az xəbər verir ki, bu barədə səfirliyin məlumatında deyilir. Ölən diplomatın adı açıqlanmır. Diplomatik korpus olayda hər hansı cinayətdən şübhələnmədiyini bildirib.
2024-03-05
838,436
Gömrük orqanlarında sorğu keçirilir
Kütləvi informasiya vasitələrində gömrük orqanlarında həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə yanaşı, bəzi hallarda tənqidi yanaşmaları əks etdirən müvafiq məlumatlar da yayımlanır. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a bildirilib ki, ilk növbədə gömrük xidməti narahatlıq yaradan hər bir hal üzrə müvafiq müzakirələrin aparılmasının, gömrük orqanlarına müraciət edilməklə onun nəzərdən keçirilməsinin və nəticəsi üzrə mövqeyinin ictimailəşdirilməsinin tərəfdarıdır və bu məqsədlə açıq müzakirələrin aparılmasını dəstəkləyir. “Gömrük xidməti gömrük fəaliyyəti ilə bağlı konkret bir fakt üzrə narahatlıq yarandıqda onun bildirilməsinə və işçi qaydada müzakirələrin aparılmasına üstünlük verir. Qeyd olunan yanaşma gömrük sferasında şəffaflıq səviyyəsinin artırılmasının təmin edilməsi nöqteyi nəzərindən gömrük orqanları üçün maraq kəsb edir. Son tənqidi yanaşmalardan biri Mərkəzi Gömrük Ekspertizası İdarəsində malların təsnif edilməsi və ya ekspertizadan keçirilməsi ilə bağlı olub. Nəzərə alınmalıdır ki, gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin öyrənilməsi məqsədilə müvafiq sorğular keçirilir və bu sorğularda Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 %-i məmnunluğunu ifadə edib”. Eyni zamanda gömrük ekspertizası bir sıra hallarda malın düzgün təsnif olunması, gömrük tariflərinə uyğun gömrük rüsum dərəcələrinin tətbiq edilməsi məqsədilə həyata keçirilir: “Bu halın əsas səbəbi ondan ibarətdir ki, bəzən gömrük bəyannaməsinin 31-ci qrafasının təsvir hissəsi tam doldurulmadığından, yəni xarici ticarət dövriyyəsində olan malın (məsələn, idxal edilən malın) texniki göstəricisi, xarakteristikası və digər məlumatlar bu qrafada tam əksini tapmadığından, eləcə də dolğun sənədlər gömrük orqanına təqdim edilmədiyindən malların eyniləşdirilməsinə və uyğunluğuna əsasən müvafiq olaraq tarif dərəcələrinin müəyyən edilməsinə zərurət yaranır. Bilavasitə gömrük orqanlarının təşəbbüsü ilə aparılan gömrük ekspertizasına görə xarici ticarət iştirakçıları tərəfindən hər hansı yığım ödənilmir. Gömrük ekspertizasına sərf olunan müddətlər isə malların texniki xüsusiyyətlərindən, yəni müayinə üsullarından asılıdır. (Məsələn kimyəvi, spektrometrik, xromatoqrafik, mikroskopik və s. xüsusiyyətlərindən) Bu müddətlər hər hansı malın aylarla saxlanılmasına deyil, məhz ekspertizanın həmin müddətlər çərçivəsində həyata keçirilməsi üçün nəzərdə tutulur. Prosesin vaxtında həyata keçirilıməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin lazımi müayinə avadanlıqları ilə təchiz edilməsi üçün müvafiq iş aparılır. Həmçinin infrastruktur imkanlarının genişləndirilməsi də gömrük orqanlarının qarşısında duran məsələdir”. “Ekspertiza müddətində gömrük orqanları tərəfindən malların buraxılışına qadağa qoyulmasına gəlincə isə, Gömrük Məcəlləsinin 258-ci maddəsinə əsasən biznes subyektləri yarana biləcək gömrük borcu ekvivalentində müvafiq təminat təqdim etməklə idxal etdikləri malları gömrük nəzarəti zonasından çıxarmaq və onlar barəsində sərəncam vermək hüqundan istifadə edə bilərlər. Gömrük orqanları malların tez buraxılışında maraqlı tərəfdir və bunun üçün mümkün imkanlardan istifadə edir. Belə ki, 2024-cü ildən başlayaraq süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi tətbiq edilir. Eyni zamanda gömrük bəyannaməsinin 31-ci qrafasının (bəyannaməçilər üçün çox tanış olan) təsvirinin tam dolğunluğu üçün sahibkarlarla mütəmadi iş aparılır. Əlavə olaraq Gömrük Rəsmiləşdirilməsi Platforması (GRP) vasitəsilə “Məcburi qərarlar” üzrə əldə edilən imkanlar sahibkarların idxal və ya ixrac etdikləri malların təkrar ekspertizaya göndərilməsinin qarşısını alır. Öz növbəsində müayinələrin metodiki əsaslarla həyata keçirilməsi istiqamətində Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən müvafiq işlər aparılır”, - DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
2024-03-05
838,437
Andronikin qulağını kim kəsib? - Foto
Bu gün tarixdə ədalətsiz bir fakt hökm sürür. Bu, erməni terrorçu və qatil Andranik Ozanyanın Azərbaycan xalq qəhrəmanı Sultan bəy Sultanov tərəfindən qulağının kəsilməsi ilə bağlı məlumatdır. Sultan bəy, qardaşı Xosrov bəy və bu nəslin üzvləri Azərbaycan dövləti, xalqı və milləti üçün çox böyük xidmətlər göstəriblər. Hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy bu gün bizim üçün bir ETALON-dur. Onun şəxsiyyəti tarix boyu seviləcəkdir. Sultan bəy elə bir şəxsiyyətdir ki, onun gördüyü işlərdən yazmağa başlasaq, min cildlik kitab alınar. Bu qədər böyük tarix yazan Sultan bəyin adına onun etmədiyi işi yazmaq isə ədalətsizlikdir. Həqiqətin yazılmasını elə Sultan bəyin özü bizdən istəyərdi. Andranik Ozanyan tarixdə həm də “Tayqulaq Andranik” kimi qalıb. Erməni qatilin qulağını kimin kəsməsi isə həmişə müzakirə mövzusu olub. Bununla bağlı bir neçə versiya var: Sultan bəy Sultanov, Osmanlı İmperiyasına xəyanətə görə türk zabitlərdən biri, hətta Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün etdiyini yazanlar da olub. Lakin əldə edilən faktlar onun qulağını naxçıvanlı Əli Səbri Qasımovun kəsməsini sübut edir. 1917-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Onun şəxsiyyəti barəsində “Azərbaycan” qəzeti, 1919. N 193-də gedən bir yazı ilə tanış olmaq olar. O, Transqafqaz ali komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... Bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”. Əli Səbri bəyin sayəsində Naxçıvanda ermənilərə qarşı savaş üçün yerli özünümüdafiə dəstələri formalaşıb. Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə dəstələrin yaradılmasına təşəbbüs göstərib, onların əlaqələndirilməsində xüsusi rol oynayıb. Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatı - Abbasqulu bəy Şadlinski və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovun erməni işğalçılara qarşı döyüşlərdə iştirakı məhz onun təşkilatçılığı ilə olmuşdur. Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda “Mücəddin” siyasi dərnəyinə (rəhbəri Mir Heydərzadə) Eynalı Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü. Andronikin dəstəsi Naxçıvanda çox qəddarlıqlar edirdi. 1918-ci ilin ortalarında Andronikin dəstəsi İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca İrana tərəf hərəkət etməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb, Andronikin hücumlarına dəstək vermək idi. Arazboyu düzənlikdə yerləşən Küznüt-Çeşməbasar kəndlərinə dəstəsi ilə gəlib, buranı qərargah edən Andronik Nehrəmi qəfildən ələ keçirməyə çalışırdı. Bunun üçün onun planı olub ki, yerli caamatı aldadıb Nehrəmi işğal etsin. Ona görə də kənd əhalisinə xəbər göndərir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir, kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik törətməsinlər. Əli Səbri onun necə qəddar və yalançı olduğunu bildiyi üçün ərazi boyu dəstəsini düzür. Andornikin dəstəsi mühasirəyə alınır, Nehrəm kəndində ona ağır zərbə vurulur. Andronik baxır ki, əsgərləri qaçır, özü meydanda tək qalıb, erməni keşişin olduğu kilsədə gizlənir. Onun geyimini və atını oğurlamaq məqsədi ilə keşişi öldürüb qaçmaq istəyəndə ələ keçir. Əli bəyin yanına gətirirlər onu və o, diz çöküb yalvarır və and içir ki, azad edilsə, döyüşdən qaçan əsgərləri də götürüb, birdəfəlik bu torpaqlardan gedəcək. Əli bəy ona inanır, lakin deyir: “Gərək sənin dediyin sözləri qulağında sırğa edim” və onun qulağını kəsib əlinə verir: “Bu qulağı özündə saxla və bir də bu torpaqlara gəlsən, başın da onun kimi kəsiləcək”. Androniki azad edirlər, lakin andının üstündə durmur. Geri çəkilən Andronik Şıxmahmud, Didivar, Zeynəddin, Qahab, Əlincə boyundakı kəndləri talayır və yerli əhalini qılıncdan keçirir. Qeyd edim ki, 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması istiqamətində mühüm işlər görüldüyü bildirilir. 1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin ilin oktyabrın 25-də Müsəlman Milli Şurasının qərarında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan qəti sözünü bildirmişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir”. Şərur-Naxçıvan ərazisində sovet vaxtı kütləvi həbslər zamanı Əli Qasımov da həbs olunaraq, sürgün edilir. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının və BDU-nun Filologiya fakültəsinin məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Səbri 1938-1948-ci illərdə sürgündə olur, vətənə qayıdandan və 1956-cı ildə bəraət aldıqdan sonra “Azərnəşr”də redaktor, Yazıçılar İttifaqında ədəbi fondun sədri işləyir. Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat edir.
2024-03-05
838,441
Bu, Zelenskinin böyük səhvi idi - Kliçko
Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırılması Prezident Vladimir Zelenskinin böyük səhvi idi. Axar.az xəbər verir ki, bu fikri Kiyevin meri Vitali Kliçko İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib. Qeyd edək ki, fevralın 8-də Vladimir Zelenski Valeri Zalujnının yerinə Aleksandr Sırskini Ukrayna SQ-nin yeni baş komandanı təyin edib.
2024-03-05
838,442
Mahmud Abbas Türkiyəyə gəldi
Fələstin Prezidenti Mahmud Abbas üç günlük rəsmi səfərlə Türkiyəyə gəlib. Axar.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, səfər zamanı Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət olacaq.
2024-03-05
838,443
OPEK-dən neftlə bağlı vacib qərar
OPEK ölkələri və onların tərəfdaşları neft hasilatının azaldılması müddətini iyunun sonuna qədər uzadıblar. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Qeyd edək ki, 2023-cü ilin noyabrında OPEK ölkələri və tərəfdaşları hasilatın gündəlik 2,2 milyon barel azaldılmasını könüllü olaraq birinci rübdə uzatmağa razılaşmışdılar.
2024-03-05
838,444
NATO bu ölkədə Sovet bazasında yerləşdi - İlk
Qərbi Balkanlarda NATO-nun ilk aviabazası Albaniyada fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, hərbi baza Kuçova şəhərində yerləşir. Məlumata görə, keçmiş SSRİ aviabazası təlim meydançası kimi fəaliyyət göstərəcək və eyni zamanda döyüş təyyarələri də yer alacaq. Albaniyanın Baş naziri Edi Rama 2005-ci ildən istifadə edilməyən köhnə aerodromun modernləşdirilməsini alqışlayıb və bunu regionun təhlükəsizliyinə töhfə adlandırıb. Hərbi bazanın açılış mərasimindən sonra aviabazaya dörd döyüş təyyarəsi enib. Bu təyyarələrdən ikisi (F-16, F-35) İtaliyaya məxsus olub. Agentliyin məlumatına görə, NATO bazanın yenilənməsinə təxminən 50 milyon avro sərmayə qoyub. Qeyd edək ki, Albaniya 2009-cu ildə NATO-ya üzv olub.
2024-03-05
838,445
Ərdoğan Yunanıstan baş nazirini təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilir ki, Türkiyə lideri Yunanıstan hökumətinin başçısını ad günü münasibətilə təbrik edib. Tərəflər dövlətlərarası münasibətləri və regional məsələləri də müzakirə ediblər.
2024-03-05
838,446
Kim Çen buna qəzəblənəcək - Blumberq
ABŞ və Cənubi Koreyanın “Azadlıq Qalxanı” adlı birgə hərbi təlimləri Şimali Koreya lideri Kim Çen İni qəzəbləndirə bilər. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. “ABŞ və Cənubi Koreya Kim Çen İnin qəzəbinə səbəb ola biləcək hərbi təlimlərə başlayır”, - nəşr yazıb. Qeyd olunur ki, bazar ertəsindən martın 14-dək keçiriləcək “Azadlıq Qalxanı” nüvə əməliyyatlarına qarşı mübarizəni əsas götürməklə, quruda, dənizdə və havada təlimləri əhatə edir. Bundan əlavə, ABŞ təlimlərdə iştirak etmək üçün təyyarədaşıyan qrupu və strateji bombardmançı təyyarələr göndərə bilər.
2024-03-05
838,447
Mişustin iki günlük Azərbaycana gəlir
Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Mişustin Azərbaycan Baş naziri Əli Əsədovla və digər şəxslərlə görüşlər keçirəcək.
2024-03-05
838,448
Qərb qüvvələri sərhədi qorusun, Ukrayna ordusu isə...
Tərəfdaş ölkələr tərəfindən Ukraynaya əcnəbi hərbçilərin göndərilməsi Ukrayna ordusuna qüvvələrini Belarusla sərhəddən çıxararaq cəbhənin ən fəal sektorlarını gücləndirməyə imkan verə bilər. Axar.az xəbər verir ki, bunu "Azov" alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin deyib. Ukrayna ərazisində əcnəbi döyüşçülərin yerləşdirilməsi ehtimalını şərh edən hərbçi bildirib ki, bu ideya yaxşıdır, lakin real deyil: "Əlbəttə ki, onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Bununla belə, onlar müəyyən tapşırıqları yerinə yetirə, ən azı təlimatçı fəaliyyəti və bəzi yardımçı işlər görə bilərlər. İndi xarici qoşunların cəlb edilməsi üçün ən yaxşı variant Belarus sərhədində nəzarəti ələ keçirməkdir. Beləliklə, biz qüvvələrimizin bir hissəsini cəbhənin ən qaynar nöqtələrinə yönəldə bilərk".
2024-03-05
838,449
Bu regiona nüvə zərbəsi müzakirə edilir - MAQATE
Regionda Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin həyata keçirilməsinə çalışırıq. Nüvə silahının istifadəsi ilə bağlı qeyri-ciddi söhbətlər başqa ölkələrə də yayılıb. Axar.az xəbər verir ki, bunu MAQATE direktoru Rafael Qrossi bildirib. Qrossi Yaxın Şərqdə nüvə silahının istifadəsi ilə bağlı müzakirələrin narahatlıq doğurduğunu deyib: "Nüvə silahlarının istifadəsi ilə bağlı qeyri-ciddi söhbətlər qəbuledilməzdir. Nüvə silahı beynəlxalq hüquq çərçivəsində qadağan olunub".
2024-03-05
838,450
Ruslanın atası Ermənistanın qərarından danışdı
Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. Axar.az xəbər verir ki, Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb. "Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib.
2024-03-05
838,452
Gəncədə yarım milyonluq narkotik ələ keçirildi
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıb. Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux rayon sakini Elşən Xəlilov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki çantadan qara bazarda qiyməti 500 000 manata yaxın olan 14 kq 926 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını bir müddət əvvəl gizlətdiyi yerdən götürüb Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib. Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
2024-03-06
838,458
ÇL: "Bavariya" və PSJ 1/4 finalda!
2024.03.05 - 09:21 UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçının adı bəlli olub. Axar.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən iki cavab görüşündən sonra İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini 3 cavabsız topla çıxıb. Gecənin digər matçında “PSJ” Fransada olduğu kimi (2:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1. Bu nəticələrdən sonra “Bavariya” və “PSJ” Çempionlar Liqasında 1/4 finala vəsiqə əldə ediblər.
2024-03-05
838,460
İranda güclü zəlzələ oldu
İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
2024-03-05
838,461
Gizli plan: Ermənistan bu tarixdə hücum edəcək - Video
Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin açılması gözləntiləri var. Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab tapmağa çalışıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, gürcü jurnalist Qriqol Giorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları (26 iyul-11 avqust 2024-cü il) vaxtı hücum edə biləcəyi qeyd olunur. Müəllif yazır ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçirilsə də, şəhərdə hazırlıq birmənalı olaraq idman tədbirinin miqyasına uyğun gəlmir, daha doğrusu, olimpiadaya hazırlaşmaq üçün büdcədən ayrılan pulların “kəsilməsi”ndən başqa, praktiki olaraq heç bir iş görülmür: “Parisin meri Ann İdalqo ötən il qondarma “arsax” separatçılarına yardım üçün "humanitar karvan"ın hazırlanmasına daha çox diqqət yetirib. Separatçı “arsax” ləğv edildikdən sonra o, Parisin işlərindən daha çox, “erməni qaçqınlar” ilə məşğuldur, baxmayaraq ki, heç kim bu insanları qovmayıb, onlara Azərbaycan vətəndaşlığını almaq təklif olunub və hələ də geri qayıtmaq imkanı yaradılıb”. 2024-cü il Olimpiadasının yaxınlaşmasına baxmayaraq, Fransa paytaxtının abadlaşdırılması üçün demək olar ki, heç bir iş görülmür. Açılışa 5 aydan da az vaxt qalıb, amma Parisdə çirkli və üfunətli metronun adi bir kosmetik təmiri həyata keçirilməyib, hətta siçovullara qarşı mübarizə aparılmır. Paris küçələrində zibillərin, narkomanların və evsizlərin sayı artmaqda davam edir, “Avropanın mədəniyyət paytaxtı” adlandırılan şəhərin ümumi bərbadlığı da artmaqdadır. Fransa hökuməti isə bu yaxınlarda Yelisey sarayında fövqəladə iclas keçirərək, Olimpiada zamanı siyasi və ya digər problemlər yaranmasına qarşı “B planı” hazırlayıb. Hər şey kağız üzərindədir, reallıqda isə heç nə edilmir. Olimpiadaya hazırlıqla bağlı “qəribə hadisələr” də baş verir. Bu yaxınlarda məlum olub ki, Olimpiadanın təhlükəsizliyinin təmin edilməsi işində çalışan mühəndisin idman yarışının təhlükəsizlik planlarının olduğu noutbuku və fləşkartı oğurlanıb. Paris metrosunda isə insanların Olimpiada vaxtı şəhərdə daha az hərəkət etməsi, yaxud məsafədən işləməsi haqda afişalar asılıb. Nəzərə alsaq ki, Olimpiadanın təhlükəsizlik planlarının “oğurlandığı” və kimin əlinə keçdiyi məlum deyil, o zaman, oyunlar zamanı Parisdə qalmaq olduqca qorxulu olacaq. Və belə görünür ki, Paridə keçiriləcək “olimpiada festivalı” zamanı küçələrdə qalacaq “yerli əhali” əsasən qeyri-qanuni mühacirlər, evsizlər və narkotik aludəçiləri olacaq. Bu ilin fevralında tamaşaçı sayını iki dəfə azaltmaq qərarı verilib: 600 mindən 300 minə qədər. Lakin kulislərdə olimpiadanın tamamilə ləğv oluna biləcəyi ilə bağlı müxtəlif şayiələr də dolaşır. Və bu vəziyyətdə şübhəli suallar yaranır: Olimpiadanı “pozmaq” üçün əvvəlcədən plan hazırlanır, yoxsa diqqəti başqa hadisələrə yönəldərək, idman mərasimini ikinci plana keçirmək istəyirlər? Şübhəli məqamlar çoxdur. Gürcü müəllif yazır ki, Olimpiadanı arxa plana keçircək hadisə müharibə ola bilər, xüsusilə Fransa hökuməti bu müharibənin hazırlanmasında birbaşa iştirak edirsə. “Burada 2008-ci il Olimpiadası ilə Rusiyanın Gürcüstana qarşı müharibəsinin “qəribə təsadüfünü” xatırlatmaq yerinə düşərdi. Həmin müharibə zamanı guya “sülhməramlı” fəaliyyətlə məşğul olan Fransanın təcavüzkar Rusiya ilə şübhəli razılaşması da yada düşür. 2008-ci ilin 8 avqustunda Pekin Olimpiadasının açılışı günü ermənipərəst media bütün dünyaya “Gürcüstan ordusunun hücumu” dezinformasiyanı ötürdü, halbuki hücum edən separatçılar, hazırlayan Rusiya idi. 8 avqust 2008-ci ildə Pekin Olimpiadasının açılışı vaxtı Rusiya ordusu Gürcüstana hücuma keçdi. Çin Olimpiadanı ləğv etmədi, lakin oyunların açılışı vaxtı dünyanın xəbər lentində Gürcüstan müharibəsi vardı. Daha sonra fransız “vasitəçilər və sülhməramlılar” peyda oldular. Fransanın o vaxtkı prezidenti Nikola Sarkozi, sonralar Mixail Saakaşvilinin də etiraf etdiyi kimi, Tiflisə “təslim olmaq ultimatumu” gətirmişdi. Fransanın fikrincə, Gürcüstan “sülh naminə” Samaçablo (Cənubi Osetiyanın gürcü dilindəki adı) və Abxaziyadan imtina etməli idi. Fransanın “vasitəçiliyi” Abxaziya və Sxinvali bölgəsinin Rusiya tərəfindən işğalına və qondarma “müstəqilliyinə” gətirib çıxardı. Fransanın dəstəklədiyi qondarma “artsax” separatçıları həmin vaxt bunu çılğın sevinclə qarşılamışdı. Lakin Ermənistanın Qarabağla bağlı işğal planları baş tutmadı. Nəticədə erməni millətçilərin “ümidlərini” doğrutlmayan Rusiya onlara “düşmən”, Fransa isə dost və müttəfiqə çevrildi. Fransanın köməyi ilə Paşinyan bu gün Ermənistanı fəal şəkildə silahlandırır. Burada revanşist müharibəyə hazırlıq getdiyi aydın görünür, təbii ki, Fransanın dəstəyi ilə. Bu müharibəyə Azərbaycanı “təcavüzkar”, erməniləri “soyqırımı qurbanı” kimi təqdim edəcək şəkildə başlamaq planı var, istisna deyil ki, plan 2024-cü il Olimpiadası vaxtı tətbiq edilə bilər. Beləliklə, bərbad Parisdə keçiriləcək Olimpiada diqqətdən kənarda qala, yaxud ləğv edilə bilər. Burada günahkar ermənilər və fransızlar yox, Azərbaycan və müttəfiqi Türkiyə göstəriləcək. Belə görünür ki, 2008-ci il Pekin Olimpiadasında ermənilərin fransızların iştirakı ilə məşq edilmiş “informasiya super əməliyyatı” 2024-cü il Paris Olimpiadasında da təkrarlana bilər. Erməni lobbisi “təcavüzkar” və “soyqırım” iddiaları ilə Azərbaycanı ittiham edəcək, ermənilər isə özlərini “soyqırım qurbanı” kimi göstərəcək. Əlbəttə, Fransa Olimpiadanı pozmaq üçün başqa səbəb tapa, misal üçün, fransız kəşfiyyat xidməti terror aktı, yaxud “miqrant iğtişaşları” təşkil edə bilər. Lakin Fransanın bu il Cənubi Qafqazda sabitliyi pozmaq və müharibəyə başlamaq ehtimalını istisna etmək mümkün deyil”, - məqalədə vurğulanır.
2024-03-05
838,467
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “Mersedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
2024-03-05
838,471
Neft yenidən ucuzlaşdı
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,61 dollara, yüngül neftin bir barreli isə 78,47 dollara təklif olunur.
2024-03-05
838,473
Tramp Kiyevə daha ciddi yardım edəcək - Kavai
Donald Tramp prezident seçilərsə, Ukraynaya hərbi dəstəyi artıra və bu məsələdə Co Bayden administrasiyasından qat-qat fəal mövqe tuta bilər. Axar.az xəbər verir ki, bunu Tokio Universitetinin hərbi problemlər üzrə mütəxəssisi Dayske Kavai deyib. “Prezident Co Bayden administrasiyası təmkinli davranır, NATO vasitəsilə Ukraynada eskalasiya səviyyəsini artırmaq, NATO ilə Rusiya arasında toqquşma istəmir. Lakin Tramp bu siyasəti dəyişə bilər. Seçki kampaniyası zamanı o, seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi dəstəkdən çıxa biləcəyindən danışıb, amma reallıqda bunun baş verməsi ehtimalı azdır. Mənim fikrimcə, Trampın rəhbərliyi altında Ukraynaya daha yüksək səviyyəli hərbi yardım, o cümlədən oyunu və hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək silahlar veriləcək. Trampın prezidentlik dövründəki siyasi müşavirləri də bu fikrdədir”, - o bildirib.
2024-03-05
838,478
“Qarabağ”-“Bayer ” oyunu fransalı hakimlərə tapşırıldı
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək. Axar.az xəbər verir ki, oyunun baş hakimi Benoit Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaq, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev təyin edilib. Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer ” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
2024-03-05
838,482
Rusiyanın 18 PUA-sı məhv edildi
Rusiya ordusu Ukrayna ərazisinə 22 ədəd “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna hava hücumundan müdafiə sistemləri PUA-ların 18-ni məhv edib.
2024-03-05
838,484
Rusiya Ermənistana qoşun yeridəcək? - Çaxnaşma
Rusiya Ermənistan hakimiyyətinin xarici siyasi vektoru dəyişdirmək üçün atdığı addımlara cavab olaraq açıq təhdidlərə əl atdı. Bu fakt hökumət komandasında təşviş yaradıb və onlar Rusiyadan hərbi müdaxilə və ya başqa şəkildə sərt şillə gözləyirlər. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Qeyd olunub ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Ermənistana açıq xəbərdarlıq edib: “Yaxın vaxtlarda Rusiyanın xəyanətkar müttəfiqini cəzalandırmaq əzmini nümayiş etdirmək üçün konkret addımlar atacağına dair məlumatlar var. Bunu ilk növbədə iş adamları hiss edəcək. Ola bilsin ki, yaxın günlərdə erməni avtomobillərinin Yuxarı Larsa girişinə qadağa qoyulsun. Yeri gəlmişkən, Rusiyanın müxtəlif platformalarında Ermənistan ictimaiyyətinə “bu hakimiyyətdən xilas olmasanız, qaçılmaz təhlükələrlə üzləşə bilərsiniz” mesajları verilir”, - nəşr yazıb.
2024-03-05
838,485
FHN-dən bayram tonqalları ilə bağlı müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib. Bu barədə Axar.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur: "Belə ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir".
2024-03-05
838,486
AZAL-dan bu şəhərlər üzrə aviabiletlərə endirim
Azərbaycan Hava Yolları QSC (AZAL) Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. AZAL-dan Axar.az-a verilən məlumata görə, aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir. Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir. Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar. Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
2024-03-05
838,487
Rus gəmisi dronlar tərəfindən məhv edildi - Təcili
Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, bu, Ukrayna Baş Kəşfiyyat İdarəsinin həyata keçiridiyi əməliyyat olub. Gəmiyə dəniz dronlarının hücum etdiyi bildirilir.
2024-03-05
838,488
Məhkəmə Tramp haqda qərarı ləğv etdi
ABŞ-ın Ali Məhkəməsi Donald Trampın Kolorado ştatında keçirilən seçkilərdə diskvalifikasiyasını ləğv edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, məhkəmə keçmiş prezidentin Respublikaçıların ilkin səsverməsindən kənarlaşdırılmasına dair dekabrın 19-da verdiyi qərarı yekdilliklə ləğv edib. Bununla da Tramp Respublikaçılar Partiyasının keçiriləcək ilkin seçkilərində iştirak edə biləcək.
2024-03-05
838,493
Rusiyaya qoşulsaq, Ermənistan məhv olacaq - Melkonyan
Lavrov deyir: Ermənistan Qərbin və ya Rusiyanın xeyrinə seçim etməlidir. Qərbə doğru getsək, Rusiya kimi düşmən tapacağıq, Rusiyanı seçsək, müstəqilliyimizi və ərazilərimizi itirəcəyik, bu da respublikanın məhvinə gətirib çıxaracaq. Bizə Rusiya-Belarus ittifaqına qoşulmağı təklif edirlər, lakin bu, Ermənistanın sonu demək olacaq. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Qagik Melkonyan deyib. “İrəvan nə bu məsələ, nə də KTMT-dən çıxmaqla bağlı hələ qərar verməyib. İstisna etmirəm ki, İrəvan indiki siyasətini davam etdirsə, Moskvanın rəhbərlik etdiyi alyansdan kənarda qalacaq. Hələ hər şey müzakirə olunur, müzakirədən sonra məlum olacaq ki, biz onları, yoxsa onlar bizi tərk edəcək. Amma hələ vaxt var, çünki müzakirələr davam edir”, - o bildirib.
2024-03-05
838,495
Ölkə ərazisində yüksək temperatur qeydə alınır
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır. Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir. O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb: “Belə ki, temperatur iqlim normasından 7 dərəcə yüksək olub. Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub. Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”.
2024-03-05
838,501
Putinin əməliyyatı Şoltsu axmaq vəziyyətdə qoydu
Alman hərbçilər arasında Krım körpüsünə mümkün zərbələr barədə danışıqların yayılması Almaniya kansleri Olaf Şoltsun mövqelərinə zərbə vurdu və Rusiya Prezidenti Vladimir Putinin üstünlüyünü göstərdi. Axar.az xəbər verir ki, bunu “Politiko” nəşrinin şərhçisi Metyu Karniçniq yazıb. “Bütün bu illər ərzində Rusiya lideri olaraq Putin hələ də bir kəşfiyyatçıdır. Rusiyanın rəqiblərini üstələməkdən böyük sevinc yoxdur. Putinin usta əməliyyatı Şoltsu axmaq vəziyyətdə qoydu”, - Karniçniq bildirib.
2024-03-05
838,504
Hər qadının maraqlarına uyğun 8 Mart hədiyyə seçimləri
Hər bir qadın barmaq izi qədər təkrarolunmazdır. “Beynəlxalq Qadınlar Günü” ərəfəsində onların unikallığının yalnız sözlərlə məhdud olmadığını göstərmək vaxtıdır. Necə? Bu dəfəki 8 mart hədiyyə bələdçiniz ətrafınızdakı xanımlar üçün unikal hobbi və maraqlarını əks etdirən hədiyyələr seçməyinizdə kompasınız olacaq. Elə isə kompasın istiqaməti üzrə yola çıxaq... Texnologiya sevərlər: Zamanın axarından bir dəqiqə belə geri qalmayan “rəqəmsal” xanımlar hər yenilikdən xəbərdardır. Onların telefonda keçən həyatını rahatlaşdıran hədiyyəyə nə deyirsiniz? Bunun üçün sizə 256 GB yaddaşlı Samsung Galaxy A25 smartfonu almaq lazımdır. İncə rəng tonu və funksionallığı ilə seçilən bu model onların sevincinə səbəb olacaq. Rəqəmsal hədiyyə demişkən, HUAWEI smart saatından kənar keçmək olmaz. Amoled display sistemi, 14 günədək işləmə müddəti olan bu model onları rahatlığa bir addım da yaxınlaşdıracaq. Gözəllik ikonaları: “Dünyanı gözəllik xilas edəcək” deyən Dostoyevskini dinləməyin zamanıdır. Gözəllik naminə hər cür qurban verən xanımlara ROWENTA Power straight daraqlı feni ilə saçlarını hədiyyə edin. İon generatoru xüsusiyyəti ilə saçların elektriklənməsinin qarşısını alan bu model ilə onların dərdinə dərman olacaqsınız. Kulinariya kraliçaları: Dünyada elmə məlum 7 möcüzə var. Təbii ki, xanımların mətbəxdə yaratdığı möcüzələri hesaba qatmasaq. Bu dadlı səyahətdə onlara etibarlı yoldaş köməyi heç də pis olmazdı. Yox, yox, söhbət canlı yoldaşdan getmir. Namizədimiz kulinariya sehri olan Tefal fritozdur. 6,5 litr tutumu olan, az sərfiyyatlı bu vasitə qadınlar üçün həm rahatlıq, həm də ləzzəti eyni anda vəd edir. Estetika aşiqləri: Deyirlər, baxmaq başqadır, görmək başqa. Görməyi bacaran xanımlar olduğu yeri zövq ziyarətgahına çevirir. Məhz buna görə olduqca zərif və gözoxşayan süfrə modelini əldə edə bilərsiniz. Villur parça və güpür detalları ilə minimalizm yaradan bu hədiyyə seçimi ilə siz nəinki gözlərə, həm də qəlbə xitab edəcəksiniz. Odur ki, bu və digər yüzlərlə hədiyyə seçimi ilə sevindirən şəbəkəmiz olan “Kontakt”da tanış ola bilərsiniz. Qeyd edək ki, martın 10-a kimi şəbəkənin mağazalarında nağd alışda 50%-dək endirim, hissəli alışda isə “indi al, 3 ay sonra ödə” kampaniyası aktivdir. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin sosial media səhifələrinə müraciət edə bilərsiniz.
2024-03-05
838,506
Bu türklərin manqurtluğu səbəbindən... - Kamrani
Qərbi Azərbaycanda, Urmiyada, Sulduzda, Makuda və digər şəhərlərimizin uzun müddətdir demoqrafiyasını dəyişmək siyasəti var. Rejim buranı kürd əyalətinə çevirməyə çalışır. Son 45 ildə, adətən, bu bölgədən türk namizədlər irəli sürülüb. Amma bu türklərin (deputat seçilən və ya namizəd olan – red.) manqurtluğu səbəbindən Qərbi Azərbaycanda biz hər gün fəlakətlərlə üz-üzə qalmışıq. Bu sözləri Axar.az-a Mərkəz Partiyasının üzvü Elyar Kamrani Azərbaycan ərazisi olan Qərbi Azərbaycanda kürd namizədlərin parlament seçkilərində üstünlük qazanmasına münasibət bildirərkən deyib. “Kürdlərin Qərbi Azərbaycan əyələtindən seçilməsi rejimin öz planıdır. Burada xalqın rəyi rol oynamır. Tehrandan gələn göstərişdən asılı olaraq seçki qutularından da o adlar çıxır. Bu seçkilərin boykot qərarı verilmişdi. Böyük türk şəhərləri seçkilərə qatılmadı. Əşirətdə yaşayanlar isə Qərbi Azərbaycanda İran rejimi ilə birgə öz layihələrini həyata keçirdilər. Rejim də deyir ki, Qərbi Azərbaycanda kürd-türk davası salmalısınız. Gəlib səs verməlisiniz və mən dünyaya seçkilərin qanuni keçirildiyini göstərməliyəm. Lakin millətimiz öz yolunu seçib. Bir yerdə ki, onun taleyi təyin olunmur, seçkiyə qatılıb-qatılmamasının bir anlamı qalmır. Bunu da deməliyəm ki, türk namizədlər millətin etimadını qazanmayan insanlar olduğu üçün seçkilərdə səs verənlər boş rəy və Azərbaycanla bağlı şüarlar yazaraq qutulara atmışdılar. Məncə, bu bizə bir fürsət olacaq ki, millətimiz Qərbi Azərbaycanda İran rejiminin və terror qruplarının planlarını görə biləcək, gözləri açılacaq”. Qeyd edək ki, Urmiya şəhərindən İran parlamentinə seçilən 3 namizəddən ikisi milliyyətcə kürddür. Hakim Mamakan və Şahin Cahangirinin qalib elan edilməsindən sonra kürdlər Urmiyada fərmandarlıq binası qarşısında şənlik aksiyası keçirib, “Urmiya Kürdüstandır” şüarları səsləndiriblər.
2024-03-05
838,510
Paşinyan Misirə getdi
Ermənistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına ikigünlük rəsmi səfərə gedib. Axar.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Səfər zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Nikol Paşinyan arasında təkbətək görüş olacaq. Bunun ardınca nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar davam edəcək. Həmçinin Paşinyan Misir hökumətinin başçısı Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abdul Qeyt, Kopt pravoslav kilsəsinin patriarxı II Tavadros, Əl-Əzhərin imamı şeyx Əhməd Məhəmməd ət-Taliblə də görüşəcək.
2024-03-05
838,512
Rövşən Nəcəf bu vəzifədə də Abdullayevin yerinə keçir
Məlum olduğu kimi, aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Rövnəq Abdullayevin yeni dönəm üçün namizədliyini irəli sürməyəcəyini deməsindən sonra quruma yeni rəhbər təyin ediləcəyi məlum olub. Axar.az Publika.az-a istinadən xəbər verir ki, ötən günlərdə yuxarı dairələrdə bununla bağlı iclas keçirilib. Mümkün namizədlər və versiyalar barədə fikir mübadiləsi aparılıb. Sonda qərara gəlinib ki, AFFA SOCAR-ın prezidenti Rövşən Nəcəfə tapşırılsın. Toplantıda federasiyanın qarşıdakı illərdəki strategiyası da müzakirə olunub. Əvvəlki illərdə yaşanan uğursuzluğun təkrarlanmaması üçün quruma təcrübəli, nüfuzlu futbol adamlarının cəlb olunması və onların planlarına uyğun iş görülməsi qərara alınıb. Buna görə də İcraiyyə Komitəsində ciddi dəyişikliklər ediləcək. Üzvlərin 90 faizi dəyişdiriləcək. Qeyd edək ki, Rövşən Nəcəf hazırda "Neftçi"nin Müşahidə Şurasının da sədridir. Bu o deməkdir ki, "ağ-qaralar"da da rəhbər dəyişikliyi olacaq.
2024-03-05
838,513
Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi 2. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi. 3. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (birinci oxunuş) 4. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 5. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi. 6. “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi 7. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi. 8. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 9. “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş). 11. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 12. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 13. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş). 14. “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 15. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 16. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 17. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
2024-03-05
838,514
Taliban İranın 11 tankerini geri qaytardı - İmtina
Əfqanıstan hökuməti İrana məxsus keyfiyyətsiz yanacaqla dolu 11 tankeri geri qaytarıb. Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Standartlar Agentliyi məlumat yayıb. Qeyd edək ki, Əfqanıstan və İraq Özbəkistan və Rusiyadan daha keyfiyyətli, yüksək standartlara cavab verən benzin idxal etdiyinə görə İran yanacağından imtina etməyə başlayıb.
2024-03-05
838,515
Birbank Biznesdən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi
Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarlara özəl kampaniya həyata keçirir. Belə ki, 31 mart tarixinədək mikro biznes krediti əldə edən qadın sahibkarlar üçün illik kredit faizinə 8%-dək endirim ediləcək. Xanımlar 100 000 manatadək krediti maksimum 36 ay müddətə, illik 18%-lə girovsuz və zaminsiz əldə etmək imkanı qazanırlar. Hər zaman qadın sahibkarlara dəstək göstərən Birbank Biznes-in yeni kampaniyasından yararlanmaq istəyən xanımlar ən yaxın Kapital Bank filialına yaxınlaşa və ya https://bir.bank/prmk8mk saytı vasitəsilə onlayn müraciət edərək banka getmədən, vaxt itirmədən kredit əldə edə bilərlər. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.