date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-03-02 | 837,629 | Rusiya Odessanı yenə vurdu: ölənlərin sayı artdı | 09:27 Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib. Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Hücum gecə saatlarında olub. Qeyd olunur ki, Qara dənizdən Odessa bölgəsinə 8 hücum pilotsuz təyyarəsi göndərilib. Bir saat ərzində hava hücumundan müdafiə bölmələri bu hücumu intensiv şəkildə dəf edib. Nəticədə yeddi hədəf məhv edilib, lakin PUA-lardan biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivindəki 9 mərtəbəli binaya dəyib. Binanın bir hissəsi dağılıb. Son məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Odessa administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, kommunal şəbəkələr və qazanxana zədələnib, yaxınlıqdakı evlərin istiliyi kəsilib. *** Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə Odessa vilayət administrasiyasından bildirilib. Xilasetmə əməliyyatı hazırda davam etdirilir. |
2024-03-02 | 837,631 | Azərbaycanda ər arvadını öldürdü | Martın 2-də saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Yevlax rayon prokurorluğundan bildirilib. İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
2024-03-02 | 837,632 | Qərb dairələri bilirlər ki, Azərbaycanın rəyi olmadan... | Etiraf etmək lazımdır ki, bu gün Avropa Birliyinə üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin daha çox təsirinə məruz qalan Fransa hökuməti birmənalı olaraq anti-Azərbaycan siyasəti yürüdür və regionda gərginliyi artırmağa çalışır. Təkcə Ermənistanın silahlandırılması kimi, avantürist bir qərar artıq Fransanın Cənubi Qafqaz siyasətinin bu regionun ölkələri və xalqları üçün, o cümlədən ermənilər üçün yaxşı heç nə vəd etmədiyini açıq-aşkar göstərir. Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələyə ətraflı toxunaraq, Fransanın və bu ölkənin əlində alətə çevrilmiş AŞPA-nın qərəzli və haqsız mövqelərinə dair fikirlərini bildirib: “Həqiqətən də, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım atmayıb. Təəssüflər olsun ki, bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, eləcə də Avropa İttifaqı üçün adi hala çevrilib. Azərbaycan özü ilə bu cür davranmağa heç kimə icazə verməyəcəyini də artıq dəfələrlə nümayiş etdirib. Ölkəmizə qarşı tutduqları mövqelərindən asılı olmayaraq bütün Qərb dairələri yaxşı bilirlər ki, Azərbaycanın rəyi və iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Məhz buna görə də Avropanın işgüzar dairələri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər”. K.Qafarov deyib ki, Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri hər halda Avropada sağlam düşünən insanların üstünlük təşkil etdiyini deməyə əsas verir: “Görüş zamanı Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını qeyd etməklə, ölkələrimiz arasında münasibətlərin məhz ikitərəfli formatda inkişafının bəlkə də daha səmərəli ola biləcəyini vurğulamış oldu. Səfir, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etməklə, ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini diqqət mərkəzinə çəkmiş oldu. Nəhayət, səfir birmənalı olaraq bəyan etdi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyev görüş zamanı bu məqamı xüsusi qeyd etdi. Dövlətimizin başçısı münasibətlərin müsbət inkişaf dinamikasını şərtləndirə biləcək önəmli amil kimi, Almaniyanın neytrallıq nümayiş etdirdiyini və Fransadan fərqli olaraq Ermənistanı silahlarla təchiz etməməsini vurğuladı. Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etməsi təşəbbüsünün Almaniya parlamentinin üzvü, həm də birbaşa Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən irəli sürməsi təəssüf doğuran bir haldır. Bununla belə, cənab Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı. Bütün bunlar, əlbəttə ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi üçün zəmin rolunu oynaya bilər”. |
2024-03-02 | 837,633 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,55 dollara, yüngül neftin bir barreli isə 79,97 dollara təklif olunur. |
2024-03-02 | 837,636 | Goranboyda qəza: yaralı var | Goranboyda polis əməkdaşı qəzaya düşüb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. Minik avtomobilinin köməkçi yoldan əsas yola çıxdığı zaman qəzaya düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Nurlan Abbasov Xocalı Rayon Polis Şöbəsinin əməkdaşıdır. |
2024-03-02 | 837,638 | 738-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 738-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 415 640 hərbçi, 6 624 ədəd tank, 12 611 ədəd zirehli döyüş maşını, 10 153 ədəd artilleriya sistemi, 1003 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 696 hava hücumundan müdafiə sistemi, 346 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 267 ədəd avtomobil texnikası, 7 829 ədəd PUA, 1 915 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 617 xüsusi avadanlıq itirib. |
2024-03-02 | 837,640 | Narkotikin təsiri altında avtoşluq edən sürücü həbs olundu | Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90 TK 116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rəşad Fuad oğlu Əsgərov saxlanılıb. Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib. |
2024-03-02 | 837,642 | İlham Əliyev “Avronyus” televiziyasına müsahibə verdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Avronyus” televiziyasına müsahibə verib. Axar.az müsahibəni təqdim edir: “Avronyus”: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız. Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir. “Avronyus”: Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir. Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. “Avronyus”: Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi? Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək. “Avronyus”: Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. |
2024-03-02 | 837,643 | Bu məsələ ilə məşğul olmasaq, əziyyət çəkəcəyik | Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. “Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaradaq. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, - dövlət başçısı qeyd edib. |
2024-03-02 | 837,647 | Biz bu mühüm yolu qət etməyə başlamışıq - Prezident | Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində söyləyib. Dövlət başçısı qeyd edib ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensial 157 giqavat təşkil edir: “Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”. |
2024-03-02 | 837,648 | Qurban milliyə baş məşqçi kimi gəlməz... - Musayev | Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam, gəlməzdim. Axar.az xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib. O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının “sükanı arxası”nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb: “Boş olan məşqçilərimiz, cavan kadrlarımız, Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan Kaxaber Sxadadzenin adını çəkərdim. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin, getsin: elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulu niyə ona verirəm?” Musayev bildirib ki, hazırda yığmaya namizəd futbolçuların sayı da artıb: “Amma bu gün üçün baş məşqçi işi əvvəlki 5 ildən daha yaxşıdır. Qurbanovun vaxtında elə də yaxşı futbolçular yox idi. Amma bu gün var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır”. |
2024-03-02 | 837,650 | Bakı və Bağdad konsulluq məsləhətləşmələri apardı | Martın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi ilə İraq Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq Respublikasının nümayəndə heyətinə isə İraq XİN-in Konsulluq idarəsinin rəisi Əhməd Əli Amin əs-Sədi rəhbərlik edib. Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib. Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən məhkum olunmuş şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb. Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub. |
2024-03-02 | 837,651 | Xankəndidə daha 15 avtomat tapıldı | Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-03-02 | 837,653 | Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü | 10:49 Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib. Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib. Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-03-02 | 837,654 | Əliyev: “Neft lənətinə” düçar olmamağı bacardıq | Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində söyləyib. “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”, - dövlət başçısı vurğulayıb. |
2024-03-02 | 837,655 | Ukraynadan ilk: Peterburqa hücum etməyi bacardı - Video | Sankt-Peterburq şəhərində pilotsuz təyyarə yaşayış binasına çırpılıb. Axar.az xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov məlumat verib. Beqlovun sözlərinə görə, hadisə Krasnoqvardeyski rayonunda qeydə alınıb. Hadisə yerində təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. “Ölən və yaralanan yoxdur. İki evin eyvanının şüşələri qismən zədələnib. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib”, - qubernator öz Teleqram kanalında qeyd edib. Qeyd edək ki, bu, Peterburqun ilk dəfə PUA hücumuna məruz qalması kimi təqdim edilib. |
2024-03-02 | 837,658 | İrəvan sülh prosesinə xələl gətirməmək üçün... - Bayramov | Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr, eyni zamanda bəyanatlar verməkdən çəkinməlidir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov X hesabında yazıb. |
2024-03-02 | 837,662 | “Bakı Bus” avtobusu piyadanı vurub öldürdü | Bakıda avtobus piyadanı vuraraq öldürüb. Axar.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Nadir Rəhimovun idarə etdiyi Bakı Bus MMC-yə məxsus “BMC” markalı 99 JU 723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 163 saylı marşrutla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində avtomobil yolu ilə idarə edib. O, Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu avtobusun qabaq sağ hissəsi ilə vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-03-02 | 837,663 | Qazini döyən idmançıya hökm oxundu | Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadəyə hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub. Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. Baş verənlərlə bağlı məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb". R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb. N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır. |
2024-03-02 | 837,665 | Zelenskinin İrəvana səfəri haqda Kiyevdən açıqlama | Ukrayna heç vaxt Prezident Vladimir Zelenskinin Ermənistana səfər edəcəyi haqda məlumat yaymayıb. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Zelenskinin Ermənistana səfərinin ləğv edilməsi barədə məlumatı şərh edərkən deyib. O bildirib ki, Kiyev heç vaxt belə səfər barədə məlumat verməyib, ona görə də Prezident Ofisi səfərin ləğvi barədə heç nə deyə bilməz. Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi barədə məlumatı Ermənistan XİN təkzib etməmişdi. Daha sonra isə Nikol Paşinyanın Münhendə olarkən buna “regional səfər olacağı halda razılaşdığı” bildirildi. Ötən gün “regional səfər alınmadığı üçün” Zelenskinin Ermənistana səfərinin ləğv edildiyi haqda məlumat yayıldı. |
2024-03-02 | 837,669 | Kommunal xidmətlərdən istifadə asanlaşdırılır | Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması ilə bağlı yeni qaydalar kommunal xidmətlərdən istifadə imkanlarını asanlaşdıracaq. Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində edilən dəyişikliklərin mahiyyəti müraciət etmənin və texniki şərtin almasının asanlaşdırılmasından ibarətdir: “Bu da imkan verəcək ki, həm yaşayış yerlərində, həm də qeyri-yaşayış obyektlərində daha qısa müddətdə və elektron prosedurlardan keçməklə kommunal xidmətlərdən istifadə etmək mümkün olsun. Bu da, təbii ki, həm də xərclərin azalmasına gətirib çıxaracaq”. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 16 fevral tarixində keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək. |
2024-03-02 | 837,671 | Arvadını öldürdü, sonra özünə xəsarət yetirdi | 11:58 Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. *** Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb. Qobustan rayon prokurorluğundan verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Mürsəl Cabbarov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
2024-03-02 | 837,675 | Bakıda “Prius” avtobusla toqquşdu - Video | Bakıda “Prius” 32 nömrəli marşrut avtobusu ilə toqquşub. Axar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə metronun “Xətai” stansiyası yaxınlığında baş verib. |
2024-03-02 | 837,686 | Bazar günü hava necə olacaq? | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-03-02 | 837,689 | Hacı Şahinin anım mərasimi keçirilir - Foto | Bu gün mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin anım mərasimidir. Axar.az xəbər verir anım mərasimi Təzəpir məscidində keçirilir. Mərasimdə mərhumun yaxınları ilə yanaşı, media, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar iştirak edirlər. Xatırladaq ki, Hacı Şahin Həsənli 2023-cü il mart ayının 2-də səhər saatlarında 48 yaşında ürək çatışmazlığından vəfat edib. Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi. |
2024-03-02 | 837,691 | Fazil Mustafaya sui-qəsd: 3 dəfə onu vurmaq istəmişik | Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinov ifadə verib. O hadisədə iştirakının detallarını açıqlayıb: “Hadisə yerinə bir neçə dəfə getmişəm, lakin Fazil Mustafanın yanında uşaq var idi. Evin yerini Elşad Əsgərov demişdi, silahı isə (7.62 mm-lik avtomat) Azər Səricanov vermişdi. Ora getməzdən qabaq silahın darağı dolu idi. Məqsədim onu qorxutmaq idi. 25-30 metr məsafədən Fazil Mustafaya təxminən 7 güllə atdım. Sərbəst və həyəcanlanmadan hadisə yerindən uzaqlaşdım”. Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra digər təqsirləndirilən şəxs Azər Səricanovla telefonda danışıb: "Azər Səricanov sui-qəsdin qarşılığında mənə şirinlik verdi. Azər mənə deyəndə ki, bir nəfəri qorxutmaq lazımdır, düşünmədən və onun haqqında məlumat toplamadan qəbul etdim". Daha sonra təqsirləndirilən Elşad Əsgərov dindirilib. O, deputatın evinin yerini göstərdiyini deyib. “İstintaq dövründə verdiyim ifadəni təsdiq edirəm. Etdiyim əmələ görə peşman deyiləm. Fazil Mustafanın evinin yerini Səbuhi Şirinova mən göstərmişəm. Ona dedim ki bu işdə mən də sənlə həmfikirəm. Səbuhi ilə 3 dəfə həmin ünvana gedərək onu vurmaq istəmişik. Avtomobilimlə Səbuhini hadisə günü həmin ünvanda düşürdüm, başqa yerə döndüm. Bir az keçdi ki, Səbuhi geri döndü və getməyimizi dedi. O bildirdi ki, 9 güllə atdı”. Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər. |
2024-03-02 | 837,694 | Suriyada öldürülən SEPAH komandirinin kimliyi açıqlandı | Martın 1-də Suriyanın Baniyas limanında SEPAH-a aid qərargahın yerləşdiyi əraziyə hava hücumu nəticəsində həlak olan komandirin kimliyi müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində SEPAH Donanmasının 1-ci bölgəsinin polkovniki Rza Zarei həyatını itirib. Məlumatda Hizbullahın kimliyi açıqlanmayan iki üzvünün də həlak olduğu qeyd edilib. |
2024-03-02 | 837,695 | Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq | SmartElektroniks MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Axar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan səbəbdən ödəniş sistemi martın 2-si saat 22:00-dan martın 3-ü saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. “Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd edilir. |
2024-03-02 | 837,697 | İranda seçici fəallığı antirekorda imza atdı - İnanılmaz | İranda keçirilən parlament seçkilərində seçici fəallığı rekord səviyyədə aşağı olub. Axar.az xəbər verir ki, Rusiya mediası İran Dövlət Seçki Mərkəzinin məlumatlarına əsasən Tehranda seçici fəallığının cəmi 23,5%, ölkə üzrə isə təxminən 38% ola biləcəyini yazıb. Belə ki, səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib. Qeyd edək ki, ötən gün baş tutan parlament və Ekspertlər Məclisinə seçkilərdə səsvermə müddəti 18:00-dan gecə yarısına qədər – 6 saat uzadılsa da, seçici aktivliyini artırmaq mümkün olmayıb. Xatırladaq ki, İranda seçkiləri boykot etmək üçün çoxsaylı müraciətlər yayılmışdı. Hakimiyyət isə seçici fəallığı ilə “düşmənlərə” cavab veriləcəyini bildirirdi. Azərbaycanlı milli fəallar da yalnız bir neçə şəhərdə başqa etnik qrupun nümayəndəsinin deputat olmasının qarşısını almaq üçün seçkilərə gedilməsi, digər ərazilərdə isə tam boykot olunmasını istəmişdilər. |
2024-03-02 | 837,698 | İsrail PUA-ları Livana zərbələr endirdi: ölənlər var | İsrail PUA-lar vasitəsilə Livanın cənubuna zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Hücum nəticəsində 3 nəfərin öldüyü bildirilib. Məlumata görə, öldürülən şəxslərin olduğu avtomobil Nakura şəhərinə gedən yolda vurulub. Ölənlərin şəxsiyyəti açıqlanmayıb. |
2024-03-02 | 837,700 | 143 milyonluq mənimsəmə: “208 min mənə qaldı” | Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə İş üzrə təqsirləndirilən Fərahim Sərkərov ifadə verib. O bildirib ki, təftiş dövründə hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib: “Qeyd olunan cinayət işi üzrə saxlanılmışdım. Dövlətə dəyən ziyanı tam ödədiyim üçün 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışam. Xidmət etdiyim hərbi hissədə yoxlamalar zamanı 590 min manat çatışmazlıq aşkar olunmuşdu. O məbləğdən 208 min manatı mənə qalıb. Qalan pulları Rasim İbrahimov və Cəlal Kazımova vermişəm”. “Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik. Müxtəlif adamların adına 13-14 ədəd kart hesabları açdırmışdım”, - o deyib. F.Sərkərov Dövlət Təhlükəsizlik Xidmətində istintaqa verdiyi ifadədə Cəlal Kazımova müxtəlif vaxtlarda hər dəfə 5 və 8 min manat olmaqla bir neçə dəfə pul verdiyini deyib. C.Kazımov bildirib ki, F.Sərkərovdan həmin vaxt təftişə vermək üçün cəmi 15 min manat pul alıb. Həmin pulu Rafael Xələfova o da Namiq Poladova verib. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. |
2024-03-02 | 837,701 | ABŞ bu hücuma görə İraqdan üzr istədi | ABŞ fevralın əvvəlində edilən hücuma görə İraqdan üzr istəyib. Axar.az xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn “RİA Novosti”yə müsahibəsində deyib. Hüseyn Antalya Diplomatik Forumunun mediaya açıqlamasında bildirib ki, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməmişdi, buna görə ABŞ üzr istədi. Qeyd edək ki, ABŞ İordaniyadakı bazasının vurulması nəticəsində 3 əsgərinin ölümünə cavab olaraq İraq və Suriya ərazisinə zərbələr endirmişdi. |
2024-03-02 | 837,702 | Bayramov Türkiyədə albaniyalı həmkarı ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Albaniyanın xarici işlər naziri İqli Həsəni ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib. Görüş zamanı ölkələr arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. |
2024-03-02 | 837,703 | Rusiya ABŞ-a məlumat verdi: Qitələrarası raket buraxır | Rusiya hakimiyyəti ABŞ-ı təlim və döyüş məqsədləri üçün Plesetsk kosmik stansiyasından “Yars” qitələrarası ballistik raketinin buraxılması barədə əvvəlcədən xəbərdar edib. Axar.az xəbər verir ki, bu barədə TASS-a Pentaqondan bildirilib. “Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ı raket buraxılışı ilə bağlı xəbərdar edib. Biz vəziyyəti izləməyə davam edəcəyik”, - ABŞ hərbi departamentindən qeyd edilib. |
2024-03-02 | 837,704 | Yasamalda yataqxanada yanğın | Yasamalda yataqxanada yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb. Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-03-02 | 837,706 | Xırdalan və Qobuda qanunsuz tikililər söküldü | Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonun Xırdalan şəhərində və Qobu qəsəbəsində qanunsuz tikililəri söküblər. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. |
2024-03-02 | 837,709 | Bayramov onu sülh gündəliyi barədə məlumatlandırdı | Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və sair sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb. Qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-03-02 | 837,711 | İrəvanda yanacaq məntəqəsinə basqın: yaralılar var | İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Axar.az xəbər verir ki, iki maskalı şəxs səhər saatlarında Arşakunyats prospektində Şenqavit Rayon Məhkəməsinin binası yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Onlar müqavimət göstəriblər, nəticədə iki işçi güllə yarası alıb. Həmin şəxslər hadisə yerindən qaçıblar və polis onları axtarır. |
2024-03-02 | 837,712 | “Sabah”ın yeni baş məşqçisi bəlli oldu | “Sabah”ın yeni baş məşqçisi məlum olub. Axar.az Prosport.az-a istinadən xəbər verir ki, Bakı klubuna Krunoslav Renduliç başçılıq edəcək. İddiaya görə, xorvatiyalı mütəxəssisin qarşısına Premyer Liqada ən azı üçüncü yeri tutmaq tələbi qoyulub. Onun son klubu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə çıxardığı Bosniya “Zrinski”si olub. Qeyd edək ki, ötən ay rusiyalı mütəxəssis Murad Musayev “Sabah”ın baş məşqçisi postunu tərk edib. |
2024-03-02 | 837,713 | Mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirildi | Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə ictimai dinləmə keçirib. Kult.az xəbər verir ki, Baş İdarənin tabeliyindəki müəssisələrin 300-dən çox nümayəndəsinin, İctimai Şura ekspertlərinin, fəxri qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb. İctimai dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər barədə geniş məlumat verib. Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışlarında mədəniyyəti fundamental kateqoriya olaraq şərh edib, ictima dinləmənin, dövlət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığının önəminə vurğu ediblər. Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, “Cəngi” Estrada Folklor Ansamblının bədii rəhbəri, xalq artisti Mircavad Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Yeganə Məmmədova, “Bakı” Rəsm Qalareyasının direktoru Eldəniz Babayev, “HüsnArt” Sənət Mərkəzinin rəhbəri, xalq rəssamı Arif Hüseynov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi Nihad Allahyarlı, İctimai Şuranın üzvləri - Samirə Mustafayeva, Ülviyyə Bəbirova, Adilə Nəzər, Xanoğlan Əhmədov və b. çıxışlarında həllivacib problemlərə toxunaraq, ictimai dinləmə ilə bağlı öz təəssüratlarını bölüşüblər və mədəniyyətimizin inkişafı istiqamətində görülməli işlərdən danışıblar. Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb. |
2024-03-02 | 837,721 | Rasimin axtarışları intensiv şəkildə davam etdirilir - Video | 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. FHN-dən Axar.az-a verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir. |
2024-03-02 | 837,724 | “Qarabağ”ın “Bayer”lə ev oyununa bu qədər bilet satıldı | “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır. Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq. |
2024-03-02 | 837,728 | "Azercell"in dəstəyilə “Robotex Türkiyə” yarışları başladı! | Yarışmaya Azərbaycan və Türkiyədən 1500-dən çox iştirakçı qatılıb "Azercell"in baş sponsorluğu ilə Bakıda keçirilən “Robotex Türkiyə” robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verildi. Açılış mərasimi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, "Azercell" prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, “Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutdu. Açılış mərasimində çıxış edən Okan Cimen bildirdi: “Azercell" daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə xüsusilə önəm verir. İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək. Tərəqqi və innovasiyaları təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”. Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan “Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və robot hazırlama layihələri üzərində işləyəcəklər. Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb. Qeyd edək ki, yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar. |
2024-03-02 | 837,730 | 2 milyonluq dələduzluqda ittiham olunan şəxs azad edildi | Martın 1-də Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda diqqətçəkən qərar qəbul edilib. Axar.az xəbər verir ki, bu haqda Musavat.com-a iş üzrə zərərçəkənlər məlumat veriblər. Bildiriblər ki, xanım hakim xüsusilə külli miqdarda, yəni 2 milyon manata yaxın onlara maddi ziyan vurmaqda təqsirli bilinən və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Anar Pənahlının qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edib və 2 milyon manat maddi ziyan vurmuş şəxsi məhkəmə zalından azadığa buraxıb. Görünən budur ki, Anar Pənahlının azadlığa buraxılması zərərçəkən şəxslər arasında çox ciddi narazılıq yaradıb. Xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan A.Pənahlı barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 - maddəsi ilə (xüsusilə külli miqdarda) dələduzluq cinayəti ilə bağlı cinayət işi istintaq olunub. İş üzrə Anar Pənahlı tərəfindən vətəndaşlara 2 milyon manata yaxın ziyan vurulmasına baxmayaraq, həmin məbləğin vətəndaşlara qaytarılması təmin edilməyib. Məlumata görə, A.Pənahlı ötən ilin dekabrında Azərbaycandan Türkiyəyə gedərkən saxlanıb və istintaqa təhvil verilib. Xüsusilə külli miqdarda dələduzluq işində zərərçəkənlərin sayı 5-ə yaxındır. Onlar sırasında V.Həsənov, F.Qarayev, M.Hüseynli və digər şəxslər var. Belə iddialar var ki, xüsusilə külli miqdarda dələduzluğa görə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulan şəxsin həbsdən azadlığa buraxılması Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun şəxsi təşəbbüsü ilə gerçəkləşib. Bu iddiaya A.Qafarovun münasibətini almaq mümkün olmayıb. Araşdırmalarımız zamanı belə bir faktla qarşılaşdıq ki, ötən ilin dekabrında hakim Günel Səmədovanın sədrliyi ilə oxşar qərar qəbul edilib. Hakim zərərçəkmiş Rahil Əsgərova qarşı 880 min manat dələduzluqda ittiham olunan şəxsin qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edərək, Ceyhun Zeynalovu 2023-cü il dekabrın 5-də məhkəmə zalından azad edib. Bu da ortaya belə bir sual çıxardır: Səbail Rayon Məhkəməsində külli miqdarda dələduzluq cinayətlərinə görə həbsə alınan şəxslərə xüsusilə loyal münasibətin səbəbi nədir? A.Pənahlının cinayət işinə gəlincə isə iş üzrə zərərçəkmiş tərəfin nümayəndələri Məhkəmə-Hüquq Şurasına, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər ali orqanlara bu barədə şikayət ünvanlayıblar. |
2024-03-02 | 837,734 | Qərb BMT-nin fundamental prinsiplərini pozur | Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ başda olmaqla, Qərbin BMT-nin fundamental prinsiplərini pozduğunu bəyan edib. Axar.az xəbər verir ki, bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib. “Biz hara gəlib çıxdığımızı təhlil etməliyik. BMT pis təşkilat deyil, əsasnaməsi var. Sadəcə olaraq bir sıra inkişaf etmiş dövlətlər hesab edirlər ki, öz maraqlarına uyğun olaraq prinsipləri poza, manipulyasiya edə bilərlər. Real işdə ölkələr arasında bərabər hüququ bərpa etmək lazımdır”, - S.Lavrov qeyd edib. |
2024-03-02 | 837,736 | Bakı bunun tərəfdarı olduğunu təsdiqləyir - Lavrov | Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib. S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır. “Münasibətlərdə inkişaf üçtərəfli razılaşdırmalarda olan öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”, - XİN başçısı deyib. |
2024-03-02 | 837,740 | İmişli sakini tonqala düşdü, yanaraq öldü | İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb. Axar.az xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb. İmişli şəhər sakini 1984-cü il təvəllüdlü Pünhan Hafiz oğlu İbişov sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. |
2024-03-02 | 837,742 | Xüsusi nümayəndəmiz Bakıda olub, İrəvan isə hələ də... | Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəmiz Bakıda səfərdə olub, ancaq rəsmi İrəvan hələ də onun səfərini təsdiqləməyib. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib. S.Lavrov bildirib ki, Rusiya iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası məsələlərinin həllinə kömək etməyə hazırdır: "Biz bununla bağlı xüsusi nümayəndə təyin etmişik və o, Bakıda səfərdə olub. Amma rəsmi İrəvan hələ də onun Ermənistana səfərini təsdiq etməyib. Bu da öz növbəsində Ermənistan hakimiyyətinin Rusiyaya olan münasibətini göstərir”. |
2024-03-02 | 837,743 | Prezident Əsgər Rəsulovu təltif etdi | Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. |
2024-03-02 | 837,744 | İlham Əliyev fərman imzaladı | Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinin birinci abzasından “, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılsın. |
2024-03-02 | 837,746 | Bu, Azərbaycan və AB arasında çox vacib nüansdır | Azərbaycan və Avropa Birliyi (AB) arasında möhkəm tərəfdaşlıq var. Axar.az xəbər verir ki, bunu AB-nin Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko deyib. O bildirib ki, bu tərəfdaşlıq sırasında, şübhəsiz, təhsil sahəsini qeyd etmək lazımdır: “Bunun nəticəsində azərbaycanlı gənclərin Avropada təhsil alması da davamlı olaraq həyata keçirilir. Hər il Azərbaycandan AB ölkələrinin universitetlərində, eləcə də AB ölkələrindən Azərbaycanda təhsil almaq üçün yüzlərlə tələbə müraciət edir. Bu çox vacib nüansdır”. |
2024-03-02 | 837,747 | Rus sərhədçilərin İrəvan aeroportundan çıxarılması... | Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması tələbinin olduğunu təsdiq edə bilmərəm, amma bu Baş nazir Nikol Paşinyanın, spiker Alen Simonyanın danışdıqlarının məntiqinə uyğundur. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib. “Onlar deyir ki, Ermənistanla Rusiya arasında 1994-cü ildən bəri baş verənlər hamısı səhv olub. Bundan başqa Ermənistan Rusiyanı guya KTMT çərçivəsində öhdəliyini yerinə yetirməməkdə ittiham edir”, - nazir deyib. S.Lavrov qeyd edib ki, Rusiyanı hansı məqsədlə ittiham etdikləri, hansı məqsədlə bunu erməni xalqının şüuruna yeritdikləri anlaşılmazdır: “Kənardan bunu qızışdıranlar və Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəyənlər var. Bunu edənlər digər heç bir regiona öz hərəkətləri ilə xeyir verməyən mühəndislərdir. Son 50 ildə baş verənləri xatırlamaq kifayətdir – Vyetnam, Əfqanıstan, Livan, Suriya. Bu təcrübədən çıxış edərək, ABŞ, İngiltərə, Avropanın Cənubi Qafqaza gəlişinin nəticəsinin nə olacağını demək olar”. |
2024-03-02 | 837,748 | Azərbaycan və İraqın XİN başçıları görüşdü | 2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s. istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü biruzə verdiyi bildirilib. Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub. Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib. Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-03-02 | 837,750 | 738-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 738-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 969 PUA-sı, 476 zenit-raket kompleksi, 15 323 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 259 artilleriya və minaatanı, 19 257 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-03-02 | 837,751 | Rusiya Ermənistanla əlaqələrə yenidən baxa bilər | Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə bildirib. “Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir”, - nazir deyib. S.Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib. “KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə işi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”, - S.Lavrov deyib. Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi KTMT-nin Azərbaycanı ittiham etməməsini göstərib: “Amma bunun ardınca, çox qısa müddətdə Avropa Birliyinin sərhəddə missiyasına Ermənistan icazə verdi. AB də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər”. O qeyd edib ki, rəsmi İrəvan regiondankənar ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”. |
2024-03-02 | 837,752 | Göyçayda kanalda batan şəxsin meyiti tapıldı | Göyçayda kanalda batan şəxsin meyiti tapılıb. Axar.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Qalib Nazim oğlu Qəfərovun meyiti batdığı yerdən təqribən 150 metr aralıda tapılıb. Şəxsin cansız bədəni aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə fevralın 29-da Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb. |
2024-03-02 | 837,753 | Bakıda 3 nazirlikdən əməliyyat: silahlar müsadirə edildi | Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb. Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb. Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus 1 ədəd RQ-42 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı 8 ədəd avtomat patronu və 36 kalibrli bir ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb. Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-03-02 | 837,754 | Bakıda evdə baş verən yanğın söndürüldü | 17:00 Ramanada ev yanır. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. *** Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-03-02 | 837,755 | Sahibkarın Xankəndi ilə bağlı iddiasına rəsmi cavab | Keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov iddia edir ki, işğaldan azad olunan ərazilərə investisiya qoymaq istəsə də, buna imkan verilmir. Axar.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.az-a verilən açıqlamada vətəndaşın iddialarının həqiqəti əks etdirmədiyi bildirilib. “Fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanovun Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinə imkan verilməməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət sahələrinin bərpası üçün sahibkarlar üçün 26 dekabr 2023-cü il tarixində müsabiqə elan olunmuşdu. Bu barədə elan aidiyyəti dövlət qurumlarının rəsmi internet səhifələri və sosial şəbəkə hesabları, eləcə də KİV vasitəsilə ictimaiyyətə çatdırılıb. Müsabiqə üçün sənədlərin yazılı şəkildə son təqdim edilmə tarixi kimi 31 yanvar 2024-cü il müəyyənləşdirildiyi halda, fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanov sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməyib. Bununla belə, dəstək göstərmək məqsədilə 24.02.2024-cü il tarixində Xankəndi şəhərində yerləşən bir neçə iaşə obyektinə sahibkarın baxışı təmin edilib. Lakin o, təklif olunan obyektlərə maraq göstərməyib. Hazırda antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqəyə sənədlərini təqdim etmiş sahibkarlarla əməkdaşlıq qurulması istiqamətində işlər görülür, onların təklifləri dəyərləndirilir”, - məlumatda qeyd edilib. |
2024-03-02 | 837,758 | Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto | Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib. Axar.az xəbər verir ki, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Güloğlan oğlu Məlikov vəfat edib. Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb. Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən Vüsal Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb. |
2024-03-02 | 837,764 | Ankaranın hərəkətə keçməsini gözləyirik - Rubinyan | Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa tam hazırdır. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “CNN Türk”ə müsahibəsində deyib. O bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazırdır: "Bu barədə qərar artıq qəbul olunub. Hazırda Türkiyənin bu istiqamətdə hərəkətə keçməsini gözləyirik". |
2024-03-02 | 837,767 | Xocalıda daha 3 nəfərin qalıqları tapıldı | Xocalıda kütləvi məzarlıqdan daha üç nəfərin qalıqları tapılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir. Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub olduqları dinin tələblərinə uyğun olmayan formada dəfn olunmaları müəyyən edilib. "Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək", - məlumatda vurğulanıb. |
2024-03-02 | 837,769 | Kəlbəcərdə yük maşını aşdı: ölən var | Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman maşını aşırıb. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2024-03-02 | 837,773 | "Zirə" məğlubiyyətdən xilas oldu, "Sabah" qalib gəldi | 18:18 Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu baş tutub. Axar.az xəbər verir ki, "Zirə" öz meydanında “Turan Tovuz”la heç-heçə edib. Matç 1-1 hesabı ilə başa çatıb. 43-cü dəqiqədə rəqibini qapıçı ilə təkbətək qalmaq hüququndan kobudluqla məhrum edən zirəli İssa Cibrila birbaşa qırmızı vərəqə alıb. Qollar görüşün 11 və 62-ci dəqiqəsində vurulub. Bu nəticədən sonra “Zirə” xallarının sayını 36-ya, “Turan Tovuz” isə 32-yə çatdırıb. Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Bu gün “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gələcək. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq. *** Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib. Günün ikinci qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. “Bank Respublika Arena”da oynanılan matç paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 34-ə yüksəldən "bayquşlar" beşinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci sırada qalıb. |
2024-03-02 | 837,776 | Odessada yaşayış binası qəsdən vuruldu - Kostin | Rusiya hərbçiləri Odessada yaşayış binasını qəsdən vurublar. Yaxınlıqda heç bir hərbi obyekt yox idi. Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Andrey Kostin deyib. "Bu, sadəcə atəş deyil, bu, terrora və ukraynalıları məhv etməyə yönəlmiş siyasətdir. Bu, yaşayış binasına hücumdur. Bu ev heç bir hərbi və ya ikili təyinatlı obyektin yanında yerləşmir. Bu ev əhalinin sıx məskunlaşdığı ərazidir”, - Kostin bildirib. Qeyd edək ki, Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib. Nəticədə 4 sakin həlak olub, 7-si yaralanıb. |
2024-03-02 | 837,777 | İrəvanla bu görüşlərin vacib əhəmiyyəti var - Nazir | Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. "28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var", - nazir deyib. C.Bayramov qeyd edib ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur: "İlk olaraq mən Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin görüşü barədə qərar qəbul olundu". Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib: “Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq, mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”. |
2024-03-02 | 837,780 | Belqorodda daha bir Ukrayna PUA-sı məhv edildi | Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə PUA hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus PUA-nı məhv edib”, - məlumatda bildirilib. |
2024-03-02 | 837,783 | Bu ölkədə qar uçqunu: 10 nəfər qarın altında qalıb | Yaponiyanın Naqano prefekturasında dağlarda 10-a yaxın insan qar uçqununun altında qalıb. Axar.az xəbər verir ki, bəzilərinin qarın altından çıxmağı bacardığı bildirilsə də, hələ də uçqun altında qalanların olduğu deyilib. Xilasetmə əməliyyatına helikopter də cəlb olunub. |
2024-03-02 | 837,787 | Bayramov Popşoya sülh prosesindən danışdı - Foto | Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixail Popşoy ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb. Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib. Görüş zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da müzakirələr aparılıb. |
2024-03-02 | 837,788 | Putin: Bunlara qarşı birlikdə mübarizə aparmalıyıq | Biz terrorizmə və dünyada narkotiklərin yayılmasına qarşı birlikdə mübarizə aparmalıyıq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Biz yoxsulluq və terrorizmlə, narkotiklərin yayılması ilə birlikdə mübarizə aparmalıyıq. Dünyada irqçiliyə, ikili standartlara və yalana yer olmamalıdır", - Putin qeyd edib. |
2024-03-02 | 837,789 | Lunyovu Rusiya millisinə buraxmaya bilərəm - Qurbanov | “Qarabağ” qapıçısı Andrey Lunyovu Rusiya millisinə buraxmaya bilər. Axar.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov TASS-a açıqlamasında deyib. Təcrübəli mütəxəssis bildirib ki, 32 yaşlı qolkiper 38 nəfərlik ilkin heyətə çağırılsa da, onunla bağlı qərar verməyiblər: “Bunun ona pis təsir edəcəyini bilsəm, təbii ki, heç vaxt milliyə buraxmayacağam. Düşünürəm ki, Andrey özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Lunyovun çıxışından razıyam, amma hələ də inkişaf edə bilər. Bu onun maksimum səviyyəsi deyil. Ola bilsin ki, onu komandaya buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki hamımız peşəkarıq və vəziyyəti başa düşürük”. Qurban Qurbanov rusiyalı futbolçunun psixoloji durumunun onun üçün vacib olduğunu bildirib: “Andreyin milliyə çağırışına normal münasibət bəsləyirəm. O, yığma məşqçilərinin diqqətini çəkə bilibsə, deməli, bu müddətdə yaxşı və stabil çıxış edib. İstənilən oyunçumun yaxşı və sabit oynayaraq milliyə çağırılmasına həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün oyunçunun psixoloji hazırlığı da rol oynayır”. Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla yoldaşlıq oyunu keçirəcək. |
2024-03-02 | 837,790 | Lavrov Makronla bağlı suala güldü - Video | Rusiya xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronla bağlı suala cavab verməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Lavrov jurnalistin “Makronun Ukraynaya qoşun yeritmək barədə son bəyanatlarına münasibətiniz necədir?” sualını cavabsız qoyaraq, gülərək oradan uzaqlaşıb. |
2024-03-03 | 837,791 | İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun! - Video | 2024.03.02. 19:37 İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. "Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir. Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək", - aksiya iştirakçıları müraciətlərində qeyd ediblər. Aksiyada "Rusiya düşməndir", "Rusiya alçaqdır", "Rusiya, Ermənistandan rədd ol" şüarları səsləndirilib. |
2024-03-02 | 837,792 | Türkiyə ilə əlaqələrin dünyada bənzəri yoxdur - Bayramov | Dövlətlərarası münasibətlər baxımından Azərbaycan Respublikasının prioriteti bütün xarici dövlətlərlə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dostluq, bir-birinin işinə qarışmama prinsipindən çıxış edərək əlverişli münasibətlərinin yaradılmasıdır. Ancaq hər bir dövlət üçün olduğu kimi, təbii ki, Azərbaycan üçün də bütün - 200-ə yaxın dünya dövləti ilə eyni səviyyədə və müstəvidə münasibət qurmaq mümkün deyil. Hər bir dövlət üçün ona daha yaxın dövlət var ki, onlarla münasibətlər daha üst səviyyədə olur, daha geniş əlaqələr mövcuddur. Bəzi ölkələrlə müəyyən sahələrdə əməkdaşlıq həyata keçirilir, digər dövlətlərlə isə normal münasibətlər davam edir. Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib. Türkiyə-Azərbaycan münasibətlərinə toxunan nazir deyib ki, bu münasibətlər hər sahədə yüksək səviyyədədir və artan dinamika ilə davam edir. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdur: “Biz buna keçmişimizdə də, yaxın tariximizdə də çox konkret addımlar və inkişaflarla şahidi olduq. Bu gün isə daha geniş Türk coğrafiyasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında daha da artan, bütün sahələri əhatə edən əməkdaşlığın yeni üfüqlərinin şahidiyik”. Forum çərçivəsində bir çox iştirakçı ölkələrin nümayəndələri ilə görüşlərin keçirildiyini qeyd edən nazir hər bir görüşdə həm ölkəmiz, həm də qarşı dövlətlər və xalqlar üçün önəmli layihələrin müzakirə olunduğunu bildirib. |
2024-03-02 | 837,793 | AB “missiyası” sərhədimizdən gedəcək? Bəs, Rusiya? | Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı belə bir cümlə işlədib: “İrəvan və Bakı arasında sülh AB missiyasını Ermənistandan çıxarmağa imkan verəcək”. Yəni AB təmsilçisi demək istəyib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, AB-nin “müşahidə missiyası”nın Ermənistanda qalmasına ehtiyac olmayacaq. Ancaq bu cümlədən aydın deyil ki, sülh dedikdə, konkret nə nəzərdə tutulub? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Məsələn, iki ölkə arasında çərçivə sazişi imzalanarsa, AB missiyası Ermənistan-Azərbaycan şərti sərhəddindən çıxarılacaqmı? Fikrimcə, İrəvan və Brüssel çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar. Çünki məlum “missiya”nın gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir. Ancaq o da aydındır ki, Toivo Klaar həmin missiyasının iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrildiyinin fərqindədir və buna görə avropalı “müşahidəçilər”in bir müddət sonra bölgəni tərk edəcəyinə eyham vurub. Görəsən, Klaarın bu mövzuda hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı?” – politoloq əlavə edib. |
2024-03-02 | 837,794 | Ərdoğan Əsədlə Moskvada görüşəcək? | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər. Axar.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti jurnalist Çətinər Çətinə istinadla məlumat yayıb. O, görüşün Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyini vurğulayıb. Bildirilib ki, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq. “Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq. Şəxsən mən hadisələrin inkişafını məmnuniyyətlə və maraqla izləyirəm”, - deyə Çətin qeyd edib. Məlumatla bağlı rəsmi açıqlama verilməyib. |
2024-03-02 | 837,795 | Yunanıstan Ukraynaya qoşun göndərəcəkmi? | Yunanıstanın Ukraynaya qoşun yeritməsi mümkünsüzdür. Axar.az xəbər verir ki, bunu Yunanıstan xarici işlər naziri Georgos Gerapetritis bildirib. "Parisdə Kiyevə yardımı artırmaq yolları nəzərdən keçirildi, lakin mən aydınlaşdırmaq istəyirəm ki, Yunanıstan üçün qoşun göndərməkdən söhbət gedə bilməz", - Gerapetritis deyib. Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb. |
2024-03-02 | 837,796 | İranda “Bəsic” hərbçisi güllələnərək öldürüldü | İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində “Bəsic” hərbi dəstəsinin üzvü silahlı cinayətkarlar tərəfindən öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Osman Şah Baxş adlı yerli döyüşçünün Zahidan rayonunun Kurin Sarcanqal bölgəsində silahlı şəxslər tərəfindən öldürüldüyünü bildirilib. Təhlükəsizlik qüvvələri qətli törədən şəxslərin müəyyən edilərək tutulması üçün axtarışa başlayıb. |
2024-03-02 | 837,799 | Sorğu: Bayden həm Trampdan, həm də Heylidən geri qalır | ABŞ Prezidenti Co Bayden amerikalı seçicilərin dəstəyi baxımından həm Donald Trampdan, həm də BMT-nin keçmiş səfiri Nikki Heylidən geri qalır. Axar.az xəbər verir ki, bu nəticələr “Nyu York Tayms” və Siena Kollecinin keçirdiyi sorğuya əsasən müəyyən edilib. Məlumata görə, respondentlərin 48%-i Trampı, 43%-i Baydeni dəstəkləyəcəyini bildirib. Bayden və Heyli arasında seçim edərkən sorğu iştirakçılarının 45%-i Heylini, 35%-i isə Baydeni seçib. Sorğu həmçinin müəyyən edib ki, amerikalıların yalnız 24%-i ABŞ-ın düzgün istiqamətdə getdiyinə inanır, 65%-i hazırkı administrasiyanın siyasətini bəyənmir, 11%-i isə bilmədiklərini deyib və ya cavab verməkdən imtina edib. |
2024-03-02 | 837,800 | MN Simonyanı təsdiqlədi: Alman zabitlərin Krım hücumu... | Almaniyanın Müdafiə Nazirliyi zabitlərin Ukraynaya “Taurus” raketlərinin tədarükü imkanlarını müzakirə edən səs yazısının doğruluğunu təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Birinci telekanalında bildirilib. “Bizim qiymətləndirməmizə görə, Hərbi Hava Qüvvələrindəki söhbətə müdaxilə edilib. Yazıya və ya onun sosial şəbəkələrdə yayılan mətn variantına müəyyən dəyişikliklər edilib-edilmədiyini dəqiq deyə bilmərik”, - Almaniya Müdafiə Nazirliyinin adını açıqlamayan nümayəndəsi RT-nin baş redaktoru Marqarita Simonyanın dərc etdiyi səs yazısına münasibət bildirərkən deyib. Qeyd edək ki, səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb. Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər. |
2024-03-02 | 837,801 | Korsikada "Qlobal"ın çəkilişinə müdaxilə edildi - Video | Korsikanın Bastiya şəhərində Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya baş tutub. Axar.az xəbər verir ki, aksiyanı işıqlandıran Türkiyənin "Haber Qlobal" telekanalının çəkiliş qrupuna polis müdaxilə edib. Jurnalist Əmrə Karaca və operator Əngin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayış keşikçilərinin müdaxiləsi ilə qarşılaşıblar. |
2024-03-02 | 837,803 | DİN-dən qısametrajlı film: narkotik məhv edir - Video | Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb. DİN-in Mətbuat xidmətindən Axar.az-a məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir. "Antinarkotik təbliğata dəstək göstərən hər kəsə öncədən təşəkkürümüzü bildiririk", - nazirlikdən bildirilib. |
2024-03-02 | 837,805 | Nikol aranı qatdı, Batya Putinə zəng etdi | Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Belarus lideri məlumat yayıb. O bildirib ki, Putinlə inteqrasiya strukturlarının - Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işinə dair məsələləri müzakirə ediblər. Beynəlxalq vəziyyətin əsas aspektlərinə də toxunulub. Prezidentlər Kazanda keçirilmiş görüş və İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da daxil olmaqla, əvvəlki tədbirlərin və ən yüksək səviyyədəki təmasların nəticələrinə yekun vurublar. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu bəyan etməsi Rusiyanı ciddi narahat edib. |
2024-03-02 | 837,815 | Sumqayıtda ferma uçdu: heyvanlar tələf oldu - Foto | Sumqayıtda ferma uçub, 16 baş iribuynuzlu heyvan dağıntı altında qalıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları adlanan yaşayış massivində qeydə alınıb. Ferma sahibi Yadigar Abbasov bildirib ki, tələf olan heyvanların 12-si iribuynuzlu, 4-ü isə buzovdur. Hadisə beton plitənin uçması nəticəsində qeydə alınıb. |
2024-03-02 | 837,817 | Rusiyanın daha bir Su-34 təyyarəsi məhv edildi | Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir Su-34 təyyarəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri istinadən məlumat yayıb. “Şərq Hava Komandanlığı Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulmasını təsdiqləyir", - məlumatda bildirilib. |
2024-03-02 | 837,818 | Dünyanın ən bahalı avtomobili təqdim olundu - Foto | “Rolls-Roys” şirkəti hazırda dünyanın ən bahalı avtomobili sayılan yeni “Arcadia Droptail” kabrioletini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə hypebeast.com məlumat yayıb. Avtomobil Sinqapurdan olan müştərinin sifarişi ilə yaradılıb. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin salonu bahalı dəri və qızılgül ağacları ilə bəzədilib. Onu ərsəyə gətirmək üçün “Rolls-Roys” işçiləri səkkiz min saatdan çox işləyiblər. “Arcadia Droptail”in kuzovu günəşdə parıldayan alüminium və şüşə hissəciklərdən ibarət unikal ağ mina ilə boyanıb. Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib. |
2024-03-02 | 837,819 | Başqasına ehtiyac yoxdur, “Türk axını” bəsimizdir - Siyarto | Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacı yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın XİN başçısı Peter Siyarto RİA-ya müsahibəsində deyib. “Hazırda enerji təchizatımız təhlükəsizdir, nəzərə alsaq ki, "Türk axını" bizi qazla təmin edə bilər, ona görə də təchizatı təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacımız yoxdur”, - o, Antalya Diplomatik Forumunda bildirib. O əlavə edib ki, Macarıstan qaz təchizatı kanallarının artırılması ilə bağlı danışıqlara açıqdır. |
2024-03-02 | 837,820 | "Akıncı” ilk dəfə bu raketlə hədəfi vurdu - Video | Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan İHA-230 raketinin sınaq atışı uğurla tamamlanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, “Bayraqdar Akıncı”dan atılan raket hədəfi dəqiqliklə vurmağı bacarıb. |
2024-03-02 | 837,822 | Şolts aldatmaq istəyirdi, ifşa oldu – Lavrovdan sərt reaksiya | Şolts “Taurus”u Ukraynaya vermək, lakin bütün məsuliyyəti ABŞ və İngiltərəyə yükləmək istəyir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatiya Forumu zamanı mediaya açıqlamasında deyib. "Almanlar hamını aldatmaq istəyirlər ki, onlar haqqında deyil, amerikalılar və britaniyalılar haqqında fikirləşsinlər, çünki amerikalılar və britaniyalılar artıq Ukraynadadır. Bu, ümumiyyətlə, açıq-aşkar özünü ifşadır", - Lavrov bildirib. Lavrov hesab edir ki, alman zabitlərin söhbəti ilə bağlı qalmaqal Avropada müharibə düşərgəsinin hələ də çox güclü olduğunu təsdiqləyir. Qeyd edək ki, alman zabitlərin “Taurus”u Ukraynaya vermək və Krım körpüsünə zərbə endirməklə bağlı gizli səs yazısının doğruluğunu Almaniya MN artıq təsdiqləyib. |
2024-03-02 | 837,823 | Rusiya XİN-dən almanların səs yazısına: Bu nə deməkdir? | Almaniya rəsmilərin alman hərbçilər arasında söhbətin qeydə alınması ilə bağlı şərh verməməsi ölkədə vahid hökumətin olmadığını göstərir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb. "Təəccüblüdür? Heç də yox. Bu nə deməkdir? - Almaniyada vahid hökumətin olmaması. Elita, hakimiyyət və xalqın bir-biri qarşısında nə məsuliyyəti var, nə də əlaqəsi. Bu, demokratiyanın yoxluğunun birbaşa sübutudur", - Zaxarova vurğulayıb. Onun fikrincə, bu həm də onu göstərir ki, Almaniyada medianın mövcudluğunun yeganə səbəbi xalq demokratiyası illüziyasını saxlamaqdır. Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb. Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər. |
2024-03-02 | 837,824 | Bayramov qazax həmkarı ilə görüşdü - Foto | Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murad Nurtleu ilə görüşüb. XİN-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. |
2024-03-03 | 837,829 | F-16-lar Su-34-lə yalnız bu cür mübarizə apara bilər | F-16 təyyarələri cəbhə xəttində idarə olunan bombalarla ukraynalı müdafiəçiləri sıxışdıran Rusiyanın Su-34 bombardmançıları və Su-30SM qırıcıları ilə effektiv mübarizə aparacaq. Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib. "Əgər F-16-lar döyüşə girməzdən əvvəl müasir effektiv silahlarla bizə təhvil verilsə, biz təhlükəyə məruz qalmadan ruslara qarşı effektiv hərəkət edə bilərik", - ekspert deyib. Romanenko bildirib ki, düşmənin Su-34 bombardmançıları və Su-30SM çoxməqsədli qırıcıları ilə F-16 duelinin mürəkkəbliyi düşmən təyyarələrinin hansı məsafədə aşkar oluna biləcəyindən və rusların bizim təyyarələrimizi hansı məsafədən görə biləcəyindən asılı olacaq: "Əgər biz F-16-ları alsaq, onların (rusların - red.) radarı maksimum 120-140 km-də işləyəcək, düşmən təyyarələrinin silahlandığı raketlərin uçuş məsafəsi isə əsasən 120 km-dir. Əgər biz ən müasir Amerika raketlərinin ixrac versiyasını əldə etsək, onda biz onları 150-160 km-də vura bilərik". |
2024-03-03 | 837,831 | Rusiyada terrorçular təslim olmadılar: atışma gedir - Video | 2024.03.02 - 22:07 Hazırda Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə İŞİD üzvləri arasında atışma gedir. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ərazidə terrorla mübarizə əməliyyatı rejimi tətbiq edilib. *** Karabulak şəhərində təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatı davam edir. Bu barədə regionun təhlükəsizlik qüvvələrindəki mənbə bildirib. Məlumata görə, İnquşetiyada təhlükəsizlik orqanlarının əməliyyat-axtarış tədbirləri zamanı Karabulak şəhərində yaşayış binalarından birində terror cinayətləri törətmək niyyətində olan dəstələr aşkar edilib və xüsusi təyinatlılar tərəfindən qarşısı alınıb. *** Təhlükəsizlik qüvvələrinin məlumatına görə, altı yaraqlı yaşayış binasında barrikada qurub. Onlar təslim olmaq təklifinə güllə atmaqla cavab veriblər. Təhlükə zonasından dinc sakinlər təxliyə olunub. Hazırda döyüş davam edir. |
2024-03-02 | 837,833 | İstanbulda təbii qaz xəttində güclü partlayış - Video | Türkiyədə İstanbulun Sultanqazi məhəlləsində yeraltı təbii qaz xəttində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb. Məlumata görə, əraziyə çox sayda yanğınsöndürmə, polis və tibb briqada göndərilib. Hazırda hadisə yerində yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. |
2024-03-02 | 837,836 | ABŞ bərbad vəziyyətdədir, ölkə dağıdılır - Tramp | ABŞ Co Baydenin rəhbərliyi altında dünya səhnəsində özünü alçaldıb. Axar.az xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib. “Amerika dünya səhnəsində zəiflədi və alçaldıldı. Əyri Co Bayden III Dünya müharibəsinin astanasındadır", - Tramp vurğulayıb. Eks-prezidentin sözlərinə görə, ABŞ bərbad vəziyyətdədir, iqtisadiyyat isə inflyasiya fəlakəti ucbatından dağılır: "Biz əyri Co Baydenə deyəcəyik: Co, işdən çıxmalısan. Siz dəhşətli prezident olmusunuz”. |
2024-03-03 | 837,837 | Bakıya qarşı “kəskin mövqeli” Marukyan niyə qovuldu? | Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın qəfildən, “xarici siyasət məsələlərində fikir ayrılığı” səbəbindən istefa verməsinə erməni politoloqlar da skeptik yanaşırlar. Axar.az xəbər verir ki, əksər politoloqlar bu istefanın ərizədə göstərilən kimi olmasını mümkünsüz sayır. Çünki Marukyan heç vaxt müstəqil fikir sahibi olmayıb və yalnız tapşırıqları icra edib. Onun gözlənilmədən istefası da Ermənistan-Azərbaycan münasibətlərində “barışmaz mövqeyi ilə” bağlı deyil. Baxmayaraq ki, Edmon Marukyan Azərbaycana qarşı “daha sərt” siyasətin tərəfdarı kimi görünürdü, ancaq o, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyini əvvəldən bölüşüb, həm də 2022-ci ildə təyinat alandan sonra bu prosesdə aktiv rol oynayıb. Politoloqların fikrincə, əks təqdirdə Marukyan keçmiş separatçılara aid heç bir qurumun Ermənistanda fəaliyyət göstərməsinin mümkünsüzlüyü haqda qəti mövqe nümayiş etdirməzdi. Bəs, Marukyanın istefasının səbəbi nədir? Erməni siyasi şərhçi Avetis Babacanyan düşünür ki, Nikol Paşinyan ona istefa ərizəsi yazmağı təklif etməklə, əslində Marukyanı “xarici siyasət üzrə xüsusi tapşırıqlar üzrə səfir” vəzifəsindən alaraq, daxili siyasət üzrə “xüsusi tapşırıqlar yerinə yetirən şəxs” təyin edib. Belə ki, Marukyan qısa müddətdə Paşinyanın əsas tənqidçisi olacaq, Rusiya ilə münasibətlərin inkişafının tərəfdarı kimi çıxış edəcək, nəhayət, seçkilərə partiyasını gücləndirərək aparacaq və rusiyayönlülərin səsini parçalamağa nail olacaq. Marukyan həm də Rusiya ilə əlaqələr quraraq, Paşinyana məxfi xəbərlər və Rusiyanın gizli oyunları haqda məlumat daşımaqla məşğul olacaq. |
2024-03-02 | 837,838 | İsraildə növbəti etiraz aksiyası keçirildi | İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, aksiyaçılar şəhərin mərkəzi kəsişmələrindən birində nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar. Polis artıq ictimai asayişi pozduğuna görə bir neçə nəfəri saxlayıb. |
2024-03-02 | 837,840 | MB-dən manatla bağlı mühüm məlumat | Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur. Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd, illik müqayisədə isə 0,1 bənd çoxdur. |
2024-03-02 | 837,842 | Türkiyədə mikroavtobus aşdı: 19 yaralı var | Türkiyənin Bolu şəhərində Qartalqaya xizək mərkəzindən qayıdan insanları daşıyan mikroavtobus aşıb. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 19 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. |
2024-03-02 | 837,843 | Ən çox maaş bu sahələrdə təklif olunur - Siyahı | Azərbaycanda yüksək maaşlı işlərin təklif edildiyi sahələr açıqlanıb. Axar.az xəbər verir ki, Oxu.az-ın araşdırmasına görə, elan saytlarında ən yüksək maaş təklif edən iş yerləri bunlardır: - Maliyyə direktoru - 6 000 manat; - Baş mühasib - 4 500 manat; - Vergi direktoru - 4 500 - 6 000 manat; - Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat; - Satış meneceri - 4 000 manat. Səhiyyə sahəsində təkliflər isə müəssisələrə görə dəyişir: eyni ixtisas üzrə müəssisələr 600-2400 manat arasında maaş təklif edir. |