id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
43,708 | 01.12.2008 05:06 | Yazarlar | ƏJDAHA KİMİ “AZƏRSU” | Ancaq məktubun sonunda “işdən qovulmaq təhlükəsi olduğu üçün adımızı yaza bilmirik” etirafını oxuyanda insanların taleyinə biganə qala bilmədim. Şikayətçilər dövlət başçısı İlham Əliyevə ünvanladıqları şikayəti bizə göndərməklə problemlərinə diqqət çəkmək istəyib: “Cənab prezident, biz, Sumqayıt Su İdarəsinin 50-dən çox işçiləri artıq 6 aydan çoxdur maaşımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə müraciət etsək də, bizi təhqir edib işdən qovmaqla hədələyirlər. Bu 6 ayda nə yeyib dolandığımız onların vecinə deyil. Biz maaş istəyəndə başda Bəhlul müəllim olmaqla bütün vəzifə yetkililəri bizimlə məzələnib deyir ki, maaşı prezident, nazirlər verir, gedin onlardan istəyin. Biz qalmışıq ötür-ötür oyununda. Evdə isə uşaqlar bizdən çörək istəyir. Bilmirik kimə şikayət edək. Bəlkə siz bizə işə getməyə pul verəsiniz? Neyləyək, bunlardan pul istəyəndə sizin ünvanı göstərirlər. Bizə bu işdə ancaq siz kömək edə bilərsiniz”.Maraqlıdır, belə çıxır ki, bəzi məmurlar artıq o qədər şişib ki, əliqabarlı insanların çörəkpulunu vermək əvəzinə onlara prezidenti nişan verirlər. Böyük cəsarətdir. Bəlkə də demokratiyanın əlamətidir.Sən demə, suçuların şikayəti bununla bitmirmiş. Elə dünən qəzetimizdə “Azərsu” Səhmdar Cəmiyyətinin bir qrup işçisinin şikayətini gördüm. Onlar isə 4 aydır maaş ala bilmədiklərindən şikayətlənir. Deyirlər ki, rəhbərlik maaşların gecikməsini kreditlərin qaytarılması ilə izah edir. “Əvvəllər də başqa bəhanə gətirirdilər” deyən işçilər rəhbərliyə inanmadıqlarını da bildirib. Əgər neft ölkəsində kanalizasiya işçilərinin maaşı MDB ölkələrində ən aşağı həddədirsə, bu məbləğ Gürcüstandan 2, Ermənistandan 1,5 dəfə aşağıdırsa, onda deməyə söz qalmır. Bu yandan da həmin cüzi maaşı da aylardır vermirlər. Bəs onların ailə-uşağı nə yeyir-içir - bunu düşünən yoxdur.Ancaq “Azərsu”dan şikayətçi düşən təkcə onun işçiləri deyil. Elə camaat da boğaza yığılıb. Suya görə yox, bu, artıq köhnəlmiş problemdir. İndi adamlara saxta borc yazılması prosesi başlanıb. Martda su borcu ilə bağlı bütün qonşulara ucdantutma yüksək məbləğ yazılmış bildirişlərin gəldiyini yazmışdım. Bu günlərdə həmin bildirişlər yenidən peyda olub. Məsələn, martda adıma göndərilən bildirişdə hörmət-izzətlə “sizin sudan istifadəyə və kanalizasiya xidmətinə görə 50 manat 51 qəpik borcunuz var” yazılmışdı. O vaxt su idarəsinə zəng edib soruşanda ki a kişi, mənim bir qəpik də borcum yoxdursa, bu nə məsələdir, cavab belə oldu ki, boş şeydir. Yəni bundan sonrakı borcunuzu bildirişdəki koda köçürün, borcunuz yoxdursa, narahat olmayın.Ancaq narahat olan təkcə mən deyildim. Məsələn, yayda vedrə ilə su gəzməyimizi-filanı unudub ilin sonunadək ödəniş etmişəm. Bu barədə çekləri də istənilən şəxsə təqdim etməyə hazıram. Ancaq görün bunun əvəzində nə oldu? Bir gün qapıda yeni bildiriş gördüm. 2009-cu il yanvarın 1-dək borcumu ödədiyim halda adıma 75 manat 59 qəpik borc yazılmışdı. Təsəvvür edin, mən yox, su idarəsi mənə borclu olduğu halda martda quraşdırılan saxta rəqəmlərin üstünə daha 25 manat 8 qəpik “borc” əlavə ediblər. Təbii ki, bunu araşdırmağa çalışdım. Ancaq görün “Azərsu”dan nə dedilər: “Bu sizin 1997-ci ildən qalma debütor borcunuzdur. Ödəməsəniz, su olmayacaq”. Bir gün sonra isə ərazinin suyunu kəsdilər. Bundan əvvəl Suraxanı və Yasamal sakinlərinin də başına eyni oyunu açmışdılar.Bax bu qayda ilə kimlərsə əhalidə süni narazılıq yaradır. Biz bunlardan neft, ya neft pulları istəmirik. Hər gün iki-üç saatlığa verdikləri zir-zibilli suyun təmizlənməsi tələbini də qoymuruq. Məsələn, çoxları məcbur olub evdə süni sutəmizləyici qurğu düzəldir, plastik qabların ağzına pambıq tıxayıb suyu süzürlər. “Azərsu” bu palçıqlı suya görəmi adımıza “debütor borc” yazır?Su idarəsinin elə işçisini tanıyıram ki, onun adına 300 manat debütor borc gəlib. Kişi əməlli-başlı havalanmışdı, “qardaş, bu haqsızlıqdan yazın” deyə kömək istəyirdi. Biləndə ki onun kömək umduğu şəxsin də adına borc yazıblar, daha dinmədi.O da aylardır maaş almır. İndi mən onunla rastlaşmağa utanıram. Elə bilirəm ki, mən “debütor borcu” ödəmədiyim üçün “Azərsu” ona maaş vermir. Elşad PAŞASOY |
43,709 | 01.12.2008 04:02 | İqtisadiyyat | SAHİBKARLARA QARŞI VERGİ ZORAKILIĞI | Redaksiyamıza çatan məlumata görə, vergi müfəttişləri Bakıda yerləşən şadlıq evlərindən birindən 60 min manat tələb edib. Sahibkar həmin məbləği ödəmədiyi üçün şadlıq evi qapadılıb. Ticarətlə məşğul olan sahibkarlardan isə mağazaların həcminə və dövriyyəsinə görə pul istənilir. Bu sektorda çalışanların dediyinə görə, müfəttişlər sahibkarlardan min manatdan yüz min manatadək pul tələb edirlər: “Belə hallar Bakıda kütləvi xarakter alıb və demək olar, sahibkarların böyük əksəriyyəti vergi müfəttişlərinin qanunsuz tələbləri ilə üzləşiblər”. Qeyd edilir ki, əlavə vergi bank vasitəsi ilə ödənilmir. Məbləğ nağd şəkildə vergi müfəttişinə verilir. Bu zaman isə müvafiq ödəniş qəbzi sahibkara təqdim olunmur. Müfəttişlər qanunsuz vergi yığımının səbəbi kimi büdcə kəsirlərini göstərirlər. Qeyd edək ki, bir müddət öncə qlobal maliyyə böhranı ilə əlaqədar dövlət büdcəsində yaranan kəsiri ödəmək üçün hökumət bəzi infrastruktur layihələrin icrasını dayandırıb. Sahibkarlardan toplanan əlavə vergi isə büdcə kəsirini ödəməklə yanaşı, büdcədə profisitə (büdcə artığına) gətirməlidir. Məlumatlı mənbələrdən əldə etdiyimiz məlumata görə, sahibkarlardan yığılan vəsait yüksək rütbəli məmurlara məxsus firmaların ödənişi kimi büdcəyə daxil olur. Mənbə bildirir ki, kəsirin yaranmasının əsas səbəblərindən biri elə oliqarx məmurlara məxsus iri şirkətlərin vergidən yayınmasıdır. Hakimiyyət həm büdcə kəsirini doldurmaq, həm də özlərinə məxsus şirkətlərin vergi problemini aradan qaldırmaq üçün sahibkarlardan əlavə pul toplayırlar. Məsələyə aydınlıq gətirmək məqsədilə Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov məsələ ilə bağlı bir müddət öncə “Yeni Müsavat” qəzetinə açıqlama verdiyini söyləməklə yanaşı faktlar barədə nazirliyə yazılı müraciət etməyimizin vacib olduğunu söylədi: “Sizi maraqlandıran sualları yazılı şəkildə nazirliyə təqdim edin. Redaksiyanıza müraciət edən sahibkarların adlarını və onlardan alınan məbləğin miqdarı göstərilməklə şikayətləri bizə ünvanlaya bilərsiniz. Sizi maraqlandıran bütün suallara aydınlıq gətirməyə çalışacağıq”. Mövzunu davam etdirəcəyik. |
43,710 | 01.12.2008 04:15 | Yaşam | 13 RƏQƏMİ, QARA PİŞİK, NƏHS GÜN... | Ömründə bir dəfə də olsun bu sözləri eşitməyən insan, yəqin ki, tapılmaz. Hətta işini bu mücərrəd inanclar, simvollar üzərində quran, bunu həyatının devizinə çevirənlər var. Xüsusilə də bizneslə məşğul olan şəxslər alverinin “xodovoy” gedib-getməməsini günün onlardan mal alan ilk müştərinin əlinin ağır və ya yüngül olması ilə əlaqələndirirlər.Hətta həftənin hansısa gününü onun üçün uğurlu hesab edənlər də istisna deyil. Bəs, tanınmışlar bu haqda nə fikirləşir, onlar simvollara inanırmı?Ümid Partiyasının sədri İqbal Ağazadə tək Allaha inandığını söylədi: “Mən Allahdan başqa heç nəyə inanmıram”.Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev isə simvollara, rəmzlərə inanır: “İnstituta sənəd verən zaman cüt səbir gəldi və mən ali məktəbə qəbul oldum. Bir çox taleyüklü məsələlərdə tək səbir gələn kimi kənara çəkilmişəm. Bilmişəm ki, işim yolunda getməyəcək. Psixologiyamda cüt səbirlə barışmışam”. B.Quliyevin həftənin günləri arasında da uğurulu hesab etdiyi var: “Cümə axşamı və cümə mənə düşərlidir. Həmin günlərdə özümü çox xoşbəxt hiss edirəm. Bazar ertəsi mənim üçün qeyri- müəyyən və ziddiyyətli gündür”.Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səbir gətirməyi və həftənin günlərini sınaqdan keçirdiyini, nəyin düşərli olub-olmadığını aydınlaşdırdığını söylədi: “Səbirə inanıram. Hansısa işi görməyə hazırlaşanda cüt səbir gəlib və işim alınıb. Tək səbir isə ümumiyyətlə, mənə düşmür. Ən uğurlu rəqəmim isə beşdir. Amma 13 rəqəminin nəs olduğunu düşünmürəm. Ən düşərli günlərim isə həftənin cüt günləridir. Həmin günlər həm də özümü yaxşı hiss edirəm. Ən vacib işlərimi çərşənbə gününə salıram”.Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə belə bir inancının olmadığını söylədi: “Mənə səbirlər də düşür, 13 rəqəmi də. Amma bu simvolları həyatımın ehkamına çevirməmişəm. Həyat davam edir. Günlər bir-birini əvəzləyir. 13 rəqəminə isə digər rəqəmlər kimi baxıram”. Politoloq Qabil Hüseynli belə inanclara fəlsəfi kateqoriya kimi zehniyyət deyildiyini söylədi: “İnsanlar arasında belə inanclar var. Mən özüm hansı günün düşərli olduğunu sınamamışam. Amma onu deyə bilərəm ki, bazar ertəsi ən ağır gündür. Həmin gün insanlarla kontakt qurmaqda çətinliklər meydana çıxır. Bu da insanların istirahətdən sonra işə çətin köklənməsi ilə əlaqədardır. Cümə müsəlmanların günü kimi qəbul edilir. Ayları müqayisə etdikdə isə may ayının mənə düşərli olması qənaətinə gəlmişəm. Həmin ayda namizədliyimi müdafiə etmişəm, baş müəllim olmuşam və sair”.Sonda onu da qeyd edək ki, mövzunu yazmaqda məqsədimiz insanların sitayiş etdiyi inancları kölgə altına salmaq deyil. Bütün kainatı Allah yaradıb və Ona inam hər şeydən daha çoxdur. |
43,711 | 01.12.2008 05:08 | Ölkə | EV BAZARINDA “XRUŞŞOVKA”lara TƏLƏBAT HƏLƏ DƏ BÖYÜKDÜR | A.Qaraşov deyib ki, “xruşşovka”, “stalinka”, fransız və s. layihəli binalar istismar müddətini bitirib, lakin istifadəyə yararlıdır. Buna görə də onlar mərhələlərlə söküləcək.“Xruşşovka”ların söküləcəyi ilə bağlı yayılan məlumatlar paytaxt sakinləri arasında ciddi narahatlıq doğurub. Redaksiyamıza zəng vuran sakinlər binalarının söküləcəyi təqdirdə talelərinin necə olacağından narahatdır. Müraciətlərin çoxluğunu nəzərə alaraq bir neçə dövlət qurumu ilə əlaqə saxlayıb məsələni bir daha incələmək qərarına gəldik.Araşdırmalarımız nəticəsində öyrəndik ki, paytaxt əhalisinin yarısı istismar müddəti başa çatmış beşmərtəbəli binalarda yaşayır. Statistikaya görə, təkcə Bakı şəhərində xeyli “xruşşovka” var. Bundan əlavə, paytaxtda yüzlərlə yataqxana (ailəvi yataqxanalar da bura daxildir) və “stalinka” tipli binalar var ki, onların da istismar müddəti çoxdan başa çatıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev açıqlamasında beşmərtəbəli binaların istismar müddətinin 25 il olduğunu dedi. Mütəxəssislərin sözlərinə görə, bu cür binalar vaxtilə xaricdə də tikilib. Bu evlərdə müvəqqəti olaraq sənaye şəhərciklərinin inşasında çalışan fəhlələr yerləşdirilib. 50-ci illərdə isə sovet hökuməti əhalinin mənzilə olan tələbatını ödəmək üçün bu cür evlərin inşasına qərar verib. Belə binalar daha çox 2 və 3-cü mikrorayonlarda, eyni zamanda Musabəyov heykəlinin yanında var. Onların hamısı panel evlərdir.Bakı sakini Emin Fətullayev də bizimlə söhbətində bu evlərin 20-25 illiyə nəzərdə tutulduğunu dedi: “Müharibə qurtarandan sonra Bakıda mənzillə bağlı vəziyyət acınacaqlı idi. İnsanlar barak və zirzəmilərdə məskunlaşmışdı. Bu səbəbdən də kommunizm qurmaq eşqinə düşən sovet hökumətinin o vaxtkı rəhbərləri belə binaların tikilməsinə icazə verdi. Məqsəd insanları müvəqqəti də olsa mənzillə təmin etmək idi. ”Xruşşovka" tipli binalardakı mənzillər darısqaldır. Bu binalarda yüksək səviyyəli şərait yoxdur. Mətbəxinə bir soyuducu zorla sığır. Sadəcə olaraq, bu evləri quraşdırmaq asan başa gəldiyindən Mərkəzi Komitə bu tipli binaların inşasına icazə verib. Bu binaların istismar müddəti çoxdan başa çatıb. Rusiyada belə binalar ötən əsrin 90-cı illərində ləğv edilib. Hazırda Bakıdakı beşmərtəbəli binalarda heç bir infrastruktur işləmir. Bəzi binalarda tökülmələr də var".8-ci mikrorayonda ev alğı-satqısı ilə məşğul olan makler Həbib Aslanov bazarda satlığa qoyulan mənzillər arasında “xruşşovka”ların üstünlük təşkil etdiyini dedi: “Çünki bu binalardakı mənzillər digər layihəli mənzillərdən həmişə ucuz olub. Bu səbəbdən də kasıb təbəqə sözügedən binalardan mənzil almağa üstünlük verir. Digər tərəfdən, həmin binaların şəhərin mərkəzinə yaxın ərazidə yerləşməsi də onların satışına müsbət təsir göstərir. Bu gün də belədir. Doğrudur, hələlik mənzil alğı-satqısında durğunluq yaranıb. Amma bu binalarda kirayə ev axtaranların sayı kifayət qədərdir. Çünki bu mənzillərdə kirayə haqqı ”Leninqrad" tipli evlərdən xeyli ucuzdur".Qeyd edək ki, artıq hökumət bu tipli binaların mərhələli şəkildə sökülməsinə qərar verib. A.Qaraşov bildirib ki, bu mənzillər sökülərkən sakinlərə kompensasiya ödəniləcək. Bundan imtina edənlər isə yeni tikilən binada müvafiq mənzillərlə təmin olunacaq. |
43,712 | 01.12.2008 04:10 | Dünya | HİNDİSTANLA PAKİSTAN ARASINDA MÜHARİBƏ BAŞLAYA BİLƏR | Hərbi komandanlıqdakı mənbə deyib ki, zərurət yaranarsa, Pakistan ordusunun hissələri ölkənin digər bölgələrindən təcili olaraq Hindistanla sərhədə yeridiləcək. Mənbə yaxın 24 saatın həlledici olacağını da deyib. Pakistan hərbi komandanlığından deyiblər ki, ölkənin silahlı qüvvələri istənilən xarici təcavüzün qarşısını almağa hazırdır. Bu məqsədlə Hindistanla sərhədə əlavə olaraq 100 minlik qoşun qruplaşmaları göndəriləcək.Məlum olub ki, Mumbai şəhərində törədilmiş misli görünməmiş terror hücumlarından sonra Hindistan da təcili olaraq Pakstanla sərhədə iri qoşun birləşmələri göndərir. Məlumatlara görə, Hindistan ordusunun hissələri ölkənin digər yerlərindən döyüşə hazır vəziyyətdə Pakistanla sərhəd bölgələrinə göndərilir. Hərbi hava və hərbi dəniz qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Lakin Hindistanın Xarici İşlər Nazirliyi bu xəbərləri təkzib etmir və rəsmi Dehlinin Pakistanla dialoqu davam etdirməkdə maraqlı olduğunu bildirir. Hindistan tərəfinin məlumatlarına görə, Mumbaidə 195 nəfərin ölümü ilə nəticələnən terror hücumları Pakistanda təşkil edilib, hücum edənlərin hamısı pakistanlı olub və onlar Mumbai sahillərinə bu ölkədən gəliblər. Hindistanın baş naziri Manmohan Sinqh bəyan edib ki, onun ölkəsi terrorçulara sığınacaq verən qonşularla danışıqları dayandıracaq. Baş nazir Hindistanın terror hücumlarına sərt cavab verəcəyini də deyib. Pakistan rəhbərliyi isə bu terror hücumlarında hər hansı iştiraklarını təkzib edir. Terrorçuların Pakistanda təlim keçə biləcəyi istisna edilmir, lakin rəsmi İslamabad bəyan edir ki, Pakistan özü terrorçuların hücumlarından əziyyət çəkir və onlara qarşı müharibə aparır. Eyni zamanda İslamabad Hindistanda baş verən terror hücumlarının araşdırılmasında istənilən köməyi göstərməyə də hazırdır. Prezident Asif Əli Zərdari bəyan edib ki, əgər bu hücumlarda Pakistandan olan fərdi şəxslərin və ya qrupların əli olduğu üzə çıxarsa, o dərhal zəruri tədbirlər görəcək və bu haqda bütün dünya məlumatlandırılacaq. Məlum olub ki, Pakistan kəşfiyyatının rəhbəri Əhməd Şudca Paşa yaxın günlərdə informasiya mübadiləsi üçün Dehliyə səfər edəcək. Qeyd edək ki, terrora qarşı mübarizə üzrə aparıcı ekspertlər hesab edirlər ki, bu hücumlarda “Əl-Qaidə”nin dəst-xətti aydın görünür. Ehtimal olunur ki, bin Ladenin məqsədi nüvə silahına malik iki ölkə arasında münasibətləri gərginləşdirmək, hətta nüvə müharibəsi başlatmaqdır.Xəbər verildiyi kimi, ələ keçirdikləri gəmi ilə Mumbai sahillərinə gələn terrorçular eyni vaxtda şəhərin bir neçə rayonunda terror hücumları törədiblər. İki beşulduzlu oteli və yəhudi təhsil mərkəzinin yerləşdiyi binanı ələ keçirən terrorçularla şiddətli döyüşlər 3 gün davam edib. Nəhayət, Hindistan təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına ala biliblər. Həbs edilən terrorçulardan biri Pakistanda təlim keçdiklərini deyib. Son rəsmi məlumatlara görə, ölənlər arasında 23 xarici ölkə vətəndaşı var, onlardan 5-i amerikalı, 8-i yəhudi, 3-ü almandır. Bir neçə xarici turistin taleyi məlum deyil. CNN Hindistanın təhlükəsizlik xidmətlərinə istinadən xəbər verib ki, terrorçuların məqsədi 5 mindən çox adam öldürmək olub. Maraqlıdır ki, hücum edən terrorçuların sayının cəmi 10 nəfər olduğu üzə çıxıb. Onlardan 9-u öldürülüb, 1-i isə tutulub. Bununla belə, Hindistan polisi terrorçulardan bir neçəsinin gizlənə biləcəyini istisna etmir. Terrorçularla döyüşlərdə təhükəsizlik qüvvələrinin 29 əməkdaşı həlak olub.ABŞ prezidenti Corc Buş bəyan edib ki, onun administrasiyası Hindistandakı Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək. O həmçinin Hindistan hakimiyyətinə terror hücumlarının araşdırılması üçün kömək təklif edib. Buş məlumat verib ki, öz köməkçiləri ilə Mumbai şəhərində törədilmiş hücumları müzakirə edib.Məlumatlara görə, Hindistan təhlükəsizlik xidmətləri terrorçuların gəldikləri gəmidə naviqasiya cihazları və peyk telefonları, sursat və digər ləvazimat aşkar ediblər. Terrorçulardan sağ ələ keçiriləni deyib ki, onların planı mümkün qədər çox inasnı öldürmək idi və bu məqsədlə dağıdıcı gücü böyük olan partlayıcı maddələr gətirmişdilər. Baş verənlərlə bağlı Dehlidə artıq istefalar başlayıb. Dünən Hindistanın daxili işlər naziri Şivrac Patil Mumbai hadisələrinə görə vəzifəsindən gedib. O, hadisələrə görə mənəvi məsuliyyət daşıdığını deyib. Ölkənin milli təhlükəsizlik müşaviri M.K. Narayanan həmçinin istefa ərizəsini təqdim edib. |
43,713 | 01.12.2008 04:49 | İqtisadiyyat | OPEC NEFT HASİLATINI AZALTMADI | Qeyd edək ki, bir neçə ay ərzində neft rekord 147 dollardan 55 dollara qədər ucuzlaşıb. Bu, OPEC ölkələrini neft hasilatını azaltmağa məcbur edib. Xatırladaq ki, oktyabrın 24-də təşkilatın Vyanada keçirilən toplantısında gündəlik neft hasilatı kvotası 1,5 milyon barel azaldılıb. Bununla belə, OPEC-in baş katibi Abdulla əl-Bədri bildirib ki, dünya bazarında hələ də neft çoxdur. Lakin onun sözlərinə görə, hasilatın daha da azaldılması təşkilata daxil olan ölkələrin neft nazirlərinin ixtiyarına verilir. Xəbər verildiyi kimi, ötən ay OPEC neftin ucuzlaşması ilə bağlı təcili toplanaraq hasilatı sutkada 1.3 milyon barel azaltmağı qərara almışdı. Lakin bu addımın heç bir köməyi olmayıb və neft qlobal maliyyə böhranının təsiri altında daha da ucuzlaşıb.Bu arada neftin kəskin ucuzlaşması nəticəsində iqtisadiyyatında ciddi problemlər yaranan Rusiya da OPEC-lə əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirir. Rusiya hökumətində bildirirlər ki, Moskva qiymətləri tarazlaşdırmaq üçün hətta hasilatın birgə ixtisarını istisna etmir. Düzdür, bəzi şərhçilərə görə, Rusiya onsuz da hasilat və ixracı aşağı salır və indi sanki bu işə beynəlxalq zərurət vermək istəyir. Neftin hazırkı qiymətləri, bir çox müşahidəçilərə görə, yüksək maya dəyərli Rusiya neftini bəzi yerlərdə hasil etməyi mənasız edir. OPEC dünyadakı neft hasilatının 40 faizini verir, Rusiya isə 11 faizini. Bu baxımdan Rusiyanın təklifi dünyadakı 2 aparıcı neft oyunçusunun əməkdaşlığı deməkdir. Öz növbəsində, Rusiyanın enerji naziri Serqey Şmatko bəyan edib ki, OPEC-lə əməkdaşlıq deyiləndə, hasilatın birgə ixtisarını istisna etmək olmaz. Rusiyanın bu təklifi OPEC-in toplantısı ərəfəsində verilmişdi. Bu arada “The Russian Energy Weekly” jurnalının redaktoru Mixail Krutixinə görə, Rusiyanın təklifləri, çox güman, real təsirə malik olmayacaq: “İndi Rusiyada neft ixracı əhəmiyyətli şəkildə düşür. Hasilatın özü düşür, Rusiyada hazırkı qiymətlərdə neft hasil edib və xüsusilədə onu ixrac etmək çox sərfəlidir. İxraca ən ciddi təsiri çox yüksək daxili ixrac rüsumları edir. Yəni OPEC-lə, yoxsa OPEC-siz, Rusiya onsuz ixtisarlar edir. Bu baxımdan Moskvanın son bəyanatlarına, sadəcə, bir bəyanat, söz kimi yanaşmaq lazımdır”. Rusiya gündə təxminən 10 milyon barelə qədər neft hasil edir, ixraca bu rəqəmin təxminən üçdə biri göndərilir. Ölkənin gündəlik ixracı OPEC-in gündəlik ixracının təxminən 8-10 faizinə qədərini təşkil edir. İqtisadi analitik Aleksandr Razuvayev BBC-yə açıqlamasında deyib ki, OPEC-lə Rusiya birlikdə kifayət qədər böyük gücdür, ancaq hazırkı vəziyyətdə onların neftin qiymətlərinə təsiri məhduddur: “Əlbəttə, OPEC-in kvotaları və Rusiyanın ixtisarları bazara müəyyən təsir göstərə bilər. Ancaq indi qiymət ilk növbədə gözləntilər əsasında formalaşır. Hələ ki hamı dünya iqtisadiyyatının ciddi enimini gözləyir və bu vəziyyətdə neft ucuz olacaq. İndi neftin qiymətlərini ixrac ixtisarları qaldırmayacaq, qiymətləri ilk növbədə dünya banklarının iqtisadiyyata nəhəng vəsaitləri ayırması qaldıra bilər”. |
43,714 | 01.12.2008 05:16 | İqtisadiyyat | “AZƏRBAYCANIN TÜRKMƏNİSTANLA RAZILAŞDIRILMAYAN PROBLEMLƏRİ VAR” | Rusiya bu layihəni əngəlləmək üçün müxtəlif üsullardan istifadə edir, həmçinin Azərbaycan qazının hamısını Avropa qiymətlərinə almağa hazır olduğunu bildirir. Lakin layihənin üzləşdiyi əngəllər təkcə Rusiya amili ilə bağlı deyil, Türkiyə də “Nabukko”ya problemlər yaradıb. Söhbət Ankaranın Azərbaycan qazını bazar qiymətlərindən iki dəfədən də çox ucuz almaq maraqlarından və təklif etdiyi tranzit şərtlərindən gedir. Məhz bu problemlər üç ölkə prezidentinin Aşqabadda bir araya gəlməsində əsas rol oynayıb.Ekspertlər üç ölkə başçısının sammitini necə qiymətləndirir? Onun hansısa bir real nəticələri olduğunu düşümək olarmı?Politoloq Rasim Musabəyov bildirdi ki, ümumilikdə görüşü müsbət qiymətləndirir: “Konkret detallara gəlincə, Türkmənistanla bağlı məsələ bir qədər qəlizdir. Nəzərə alaq ki, indiyədək bu ölkə ilə Xəzərin delimitasiyası ilə bağlı rəsmi şəkildə razılaşma əldə olunmayıb. Azərbaycanın Xəzərlə bağlı Rusiya ilə, Qazaxıstanla, o cümlədən Türkmənistanın Rusiya, Qazaxıstanla imzaladıqları sənədlər var. Azərbaycanın isə belə bir sazişi yoxdur. Əlbəttə, ortada belə sənədin olmaması bu məsələdə danışıqları əngəlləyir. Türkmənistanla münasibətlər məsələsində gərək birinci növbədə bu sahədə sənədlər imzalansın”. Üçtərəfli əməkdaşlıq baxımından prezidentlərin görüşünün faydalı olduğunu bildirən politoloqa görə, qaz sahəsində də əməkdaşlıq zəruridir: “Ancaq son görüşdə qazla bağlı müzakirələrin nəticəsini hələlik gözləməliyik. Türkmənistan bir çox hallarda niyyət proktokolları imzalayıb, amma axıracan bunun üzərində dayanmayıblar. Amma ümid edirəm ki, bu dəfə sonadək gedəcəklər. Əgər söhbət ”Nabukko" layihəsinin reallaşmasından gedirsə, bu məsələ həllini kompleks şəkildə tapmalıdır. Məsələ ondadır ki, hazırda Türkməistanın başqa bir kəmərlə nəql etmək üçün əlavə qazı yoxdur. Avropada da istehsalçı ilə kəmər sahibinin eyni şirkət olması qəbul edilmir. Ona görə də “Nabukko”nun reallaşması üçün ilk növbədə Türkmənistana qaz istehsalçısı olan şirkət gəlməlidir. Bu, kifayət qədər bahalı layihədir. Lakin indiki halda Türkmənistanda təxminən 10 milyard kubmetr qaz hasil edib onun Azərbaycan vasitəsi ilə Türkiyəyə çatdırmaq mümkündür. Türkiyə də onu Yunanıstanla birləşdirən qaz kəməri çəkib. Bu kəmərin İtaliyaya qədər uzanması nəzərdə tutulub. Bu kəmər vasitəsi ilə də nəql oluna bilər. Məsələ ondadır ki, dünyada yaranmış maliyyə böhranı ilə əlaqədar hazırda lokal, minimum ucuz başa gələn layihələrə üstünlük verirlər. Bu baxımdan hələlik “Nabukko” haqqında danışmaq tezdir". |
43,715 | 01.12.2008 05:16 | Dünya | BU GÜN HİLLARİ KLİNTON DÖVLƏT KATİBİ ELAN EDİLƏCƏK | Bildirilir ki, H.Klinton artıq dövlət katibi olmağa razılıq verib və Obama ilə birlikdə Dövlət Departamentində aparıcı vəzifələrə kimlərin təyin edilməsi ilə bağlı müzakirələr aparıb. Xanımının dövlət katibi ola bilməsi üçün isə keçmiş prezident Bill Klinton onun adını daşıyan xeyriyyə fondunun bütün donorlarının adlarını açıqlamağa hazırlaşır. Həmçinin o, “Klintonun qlobal təşəbbüsü” adlı fonda xarici ölkə hökumətlərinin ayırdığı bütün yardımlardan imtina edəcək. Bildirilir ki, Klintonun fonduna pul köçürənlər arasında Qazaxıstanda sərfəli neft müqavilələri əldə etmək istəyən Amerika şirkətləri də var. Mətbuat yazıb ki, Hillari Klintonun ərinin bu cür lobbiçilik fəaliyyətlərinə qarışmış olması onun dövlət katibi kimi imicinə zərbə vura bilərdi. Bu səbəbdən keçmiş prezident xanımının gələcək karyerasını korlamamaq üçün kimlərdən pul alıbsa, hamısını açıqlayacaq. Gözlənilir ki, Hillari Klintonun namizədliyinin Konqresdə təsdiqlənməsi elə də çətin olmayacaq. Çünki onun hər iki siyasi düşərgədə yaxşı nüfuzu var. H.Klintonun namizədliyi təsdiqlənsə, o, Amerika tarixində üçüncü qadın dövlət katibi olacaq. Amerika tarixində ilk dəfə bu vəzifəni Madlen Olbrayt tutub, daha sonra Kondoliza Rays Amerikanın ikinci qadın dövlət katibi olub. |
43,716 | 01.12.2008 05:20 | Yazarlar | VƏSF ZAMANI DEYİLDİ, ATƏT | Məlumdur ki, belə bir niyyət çoxdan var və saray başbilənləri öz məqsədlərinə addım-addım yaxınlaşırlar. Media quruluşlarına müvafiq xəbərdarlıq edilib, bədnam qapatma layihəsi ictimai-siyasi müzakirəyə çıxarılıb. Obrazlı desək, plov vam odda dəmə qoyulub, vaxtı çatanda işığı söndürüb süfrəyə gətirəcəklər. Bu, adlarını yuxarıda çəkdiyimiz və çəkmədiyimiz dövlət və təşkilatları fakt qarşısında qoyacaq. Hazırda onların təmsilçiləri çalışırlar ki, belə bir iş baş verməsin və onlar özlərinə sərfəli olmayan faktın qarşısında qalmasınlar. Çünki xarici radioların qapadılması hər hansı qəzetin, yerli teleradio şirkətinin bağlanması demək deyil ki, beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər buna soyuqqanlı yanaşsınlar, sonra da bilmərrə unutsunlar. Xarici radioların bağlanması özünü dünyanın və Avropanın hegemonu sayan dövlətlərin nüfuz dairəsinin daralması, onların kitabını oxumaqdan imtina olunması deməkdir. Həmin niyyət baş tutsa, bu anlama gələcək ki, Azərbaycan adlı balaca bir Qafqaz dövləti öz karbohidrogen ehtiyatlarına güvənərək böyük dövlətləri saymır, onlara sanksiya tətbiq edir. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero da haqlıdır, xarici radioların fəaliyyətinin dayandırılması media plüralizminə zərbə olar. Ancaq hansı plüralizmə? Məgər Azərbaycanda media plüralizmi normal vəziyyətdədirmi? Əksinə, bu ölkədə söz və mətbuat azadlığı zatən sarsıdıcı zərbə almış durumdadır, xeyli vaxtdır ki, media plüralizmi adına son işartılar qalıb. Məhz hakimiyyət həmin son işartıları da söndürmək niyyətini büruzə verəndən sonra fəallaşmaq, buna mane olmağa çalışmaq, “mənə dəyməyən qurd yüz il yaşasın” fəlsəfəsini rəhbər tutmaq deməkdir. ATƏT vaxtında dillənməli idi. O zamanlarda ki, bu təşkilatın təmsilçiləri total saxtakarlıq və zorakılıqla keçirilən seçkiləri “irəliyə doğru daha bir addım” adlandırırdılar, Azərbaycan iqtidarının qol qoyduğu hansısa kosmetik dəyişikliyi vəsf edirdilər. 2007-ci ildə jurnalislərin az qala kütləvi tutqusu (qısa müddətdə 10 jurnalist həbs edilmişdi, 4-ü hələ də cəza çəkir), yerli qəzetlərin susdurulması müşahidə olunanda böyük dövlətlər və nüfuzlu təşkilatlar boş və etinasız tərpənməsəydilər, bəlkə də indiki durum yaranmaz, növbə xarici radiolara çatmazdı. Biz o vaxt bu barədə yazırdıq, istər böyük dövlətlərə, istərsə də nüfuzlu Avropa təşkilatlarına prosesin hara aparacağı barədə xəbərdarlıq edirdik. Ancaq faydası olmadı. Hakimiyyət media azadlığı sahəsindəki vintləri sıxa-sıxa hazırkı duruma gətirdi. İndi hamı fakt qarşısındadır və təhlükə var ki, daha pis durum yaransın.Despotizmə üstünlük verən avtoritar rejimlərin mahiyyəti tələb edir ki, onlar hər hansı söz və mətbuat azadlığını boğsunlar. Ayrıca götürülmüş bir ölkədə fəaliyyət göstərən radio, TV və ya qəzet tam müstəqildirsə, bu, qaz kamerasında açıq pəncərə deməkdir. Demək, o pəncərəni, nəfəsliyi qapamadan söz azadlığını tam boğmaq mümkün olmayacaq. Azərbaycan hakimiyyətinin məqsədi buna nail olmaqdır. Ona görə hədəf xarici radiolardır, zatən, ölkədə səsini çıxara bilən yerli teleradio quruluşu yoxdur artıq.Ölkəmizdə səfirlikləri və ofisləri olan dövlət və təşkilatlar isə indiyəcən düşünürdülər ki, boğma, qapama prosesi bəlli bir yerə və zamana qədər davam edəcək, Azərbaycan heç vaxt totalitarizmə meyillənməyəcək. Onlar möhkəm yanıldılar, anlamadılar ki, avtoritar rejimin sahibləri yumşaq və müvəqqəti diktaturadansa dövranı daha uzun çəkən totalitar rejimi üstün tutur, onu bərqərar etmək üçün səy göstərirlər. Görək bu mübarizənin axırı necə olacaq? Əgər demokratikləşmə prosesinin dünya üzrə dönməz xarakter almasına çalışan qüvvələr boğazlarına enerji çatısı salsalar və xarici radioların bağlanmasına göz yumsalar, bu, despotizmin qələbəsi, demokratiyanın iflası demək olacaq. Xalid KAZIMLI |
43,717 | 01.12.2008 05:27 | Siyasət | “HƏBSDƏKİ JURNALİSTLƏRƏ DİQQƏT AZALMAYIB” | A.Herkel xarici radiostansiyalarla bağlı Monitorinq Komitəsinə məlumat verdiyini də bildirib: “Əgər hökumət həqiqətən də xarici radiostansiyaları bağlasa, bu, söz azadlığını daha da məhdudlaşdıracaq. Çünki həmin radiostansiyalar bu vaxta qədər azad jurnalistikanın nadir nümunələrindən biri olaraq qalırdılar”. |
43,718 | 01.12.2008 03:28 | Müsahibə | AQİL XƏLİL “AZADLIQ”ın YENİ RƏŞİD ŞERİFİ OLACAQ | Maraqlıdır, “Azadlıq” qəzeti A.Xəlildən karikaturaçı kimi istifadə edəcəkmi? Sözügedən qəzet uzun illər məşhur karikatura ustası Rəşid Şerifin karikaturalarını çap edib. A.Xəlil “Azadlıq”ın yeni R.Şerifi ola biləcək? “Azadlıq”ın baş direktoru Azər Əhmədov bizə açıqlamasında bildirdi ki, artıq A.Xəlilin karikaturaçı fəaliyyəti ilə tanışdır. Müsahibimizin sözlərinə görə, bunlardan hamısını yox, nisbətən mükəmməllərini seçəcəklər: “Yəqin ki, buna görə Aqil bizdən inciməz. Biz Rəşid Şerif kimi bu sahənin ustadı ilə çalışmışıq. Rəşid bəy 1991-98-ci illərdə qəzetimizdə karikaturalarla çıxış edib və Azərbaycan mətbuatında yeganə karikaturaçı olub. Hər zaman qəzetin 1-ci səhifəsində sağ küncdə karikaturaları yer alırdı və oxucular onun karikaturalarını həvəslə gözləyirdilər. Sonradan ”Yuğ" teatrında, Vaqif İbrahimoğlunun yanında işə düzəldi, karikatura çəkməyə vaxtı olmadı. Xarici səfərlər, işlərinin çoxluğu imkan vermədi. Hər halda, son karikaturası bizim qəzetdə dərc olundu". “Aqil Xəlil Rəşid Şerifi əvəz edə bilərmi” sualının cavabında A.Əhmədov bunun mümkün olmadığını dedi: “Aqil inciməsin, əvəz edə bilməz. Hələ ki, Azərbaycanda Rəşid bəy kimi karikatura ustası yoxdur”. |
43,719 | 01.12.2008 03:21 | Media | YARADICI GƏNCLƏRİN XARİCİ RADİOSTANSİYALARLA BAĞLI AKSİYA QƏRARI QÜVVƏDƏDİR | Xatırladaq ki, sənədi Elnur Astanbəyli (yazar), Zahir Əzəmət (yazar), Samir Sədaqətoğlu (yazar), İlham Qəhrəman (yazar), Qan Turalı (yazar), Aqşin Yenisey (yazar), Ağalar Məmmədov (filosof), Firidun Allahverdi (bəstəkar), Murad Köhnəqala (yazar), Mövlud İsmayıl (yazar), Bəxtiyar Hidayət (yazar), Günel Mövlud (yazar), Sevinc Pərvanə (yazar), Elçin Səlcuq (yazar), Vəfa Cəfərova (yazar), Orxan Eyp (yazar), Seymur Baycan (yazar), Həmid Herisçi (yazar) imzalayıb. Bundan başqa, yaxın günlərdə İctimai Dəstək Komitəsinin elan ediləcəyi gözlənilir. Bu kampaniyanın əsas devizi “ya bizi güllələyin, ya da biz susmayacağıq” olacaq. İlk olaraq, növbəti həftədə iki aksiya keçirmək planlaşdırılır. Bunun biri saat aksiyası olacaq. “Moskva vaxtına keçid” adlanan aksiya radio yayımının dayandırılmasının Rusiya maraqlarına xidmət etməsini ifadə edəcək. İkinci aksiyada isə iştirakçılar şəhərdəki heykəllərdən birini ziyarət edəcəklər. Aksiyalarla bağlı bu həftə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun(RATİ) ofisində keçiriləcək tədbirdən sonra daha geniş geniş məlumat veriləcək. Tədbir zamanı bəyanata imza atmayanların adları açıqlanacaq. |
43,720 | 01.12.2008 05:35 | Media | İSVEÇ QƏZETİ GÜNEYLİ JURNALİST HAQQINDA YAZIB | www.D-A-K.org-un “Azadtribun”a istinadən yaydığı məlumata görə, ölkənin tanınmış kütləvi informasiya orqanı Şahnaz Qulaminin həbs olunması haqqında belə yazır: “Güneyli jurnalist Şahnaz Qulaminin İsveçə gəlməsi və Malmö Universitetində onunla görüş keçirilməsi qərara alınmışdı. Amma təəssüflər olsun ki, milli fəal yaşadığı Təbriz şəhərində gözlənilmədən, qəfildən həbsə alındı. Buna səbəb onun bu yaxınlarda müəmmalı şəkildə maşın qəzasına düşmüş 3 qardaşın (Qulamrza, Kərim və Cəfər Əmanilər) ölümündə ”ETTELAAT" əməkdaşlarının əli olduğunu iddia etməsidir. Çünki həmin üç qardaşdan biri olan Qulamrza Əmani İran adlanan yerdəki fars şovinist rejiminə qarşı mübarizə aparan tanınmış şəxs idi". Məqalədə həmçinin qeyd olunur ki, Ş.Qulami maşın qəzasına səbəb olan yük maşınının İran adlanan yerin təhlükəsizlik orqanlarına aid olduğunu və “ETTELAAT” əməkdaşlarının 3 qardaşın xəstəxanada müalicəsinə maneçilik törətdiyini sübut edib. O, məhz bu xəbəri öz veblogunda yerləşdirdiyi üçün həbs olunub. Azərbaycan-İsveç İcmasının rəhbəri Fəraşruz Rəngibər isə Şahnaz xanımla bağlı bunları söyləyib: “Mən İran adlanan yerdəydim və onunla görüşmək istəyirdim. O, İsveçə gəlmək üçün viza almışdı. Şahnaz Qulami öz veblogunda işgəncəylə bağlı və əxlaqsızlıqla məşğul olmağa məcbur olan qadınlar, həmçinin ərsiz qalıb ailənin bütün iqtisadi yükü çiynində olan qadınlar barəsində yazırdı. O, noyabrın 20-də 6 ay həbsə məhkum olunmuşdu. Bu hökmün verilməsinə əsas səbəbsə onun xarici mətbuata müsahibə verməsi və qadınlarla bağlı Qərb ölkələrinin dəyərlərini İran adlanan yerdə yaymağa çalışmasıdır. Şahnaz Qulami ona kəsilən qanunsuz hökmə qarşı apellyasiya şikayəti vermişdi, ancaq heç bir cavab almamışdı. O, dekabrın 13-də Stokholma gəlib, sonra Malmö şəhərinə gedəcəkdi”. Qəzet Azərbaycan-İsveç İcmasının rəhbərinin fikrinə istinad edərək yazır ki, Şahnaz Qulaminin həyatı ilə bağlı böyük təhlükə var və o, həbsdə olan zaman işgəncəyə məruz qala bilər. Daha sonra “Sydsvenska” qəzeti yazır ki, Ş.Qulaminin tutulması ilə əlaqədar ortaya çıxan suallara aydınlıq gətirməsi üçün İranın İsveçdəki səfirliyi ilə əlaqə saxlamağa çalışıblar. Ancaq onların şərhi ilə bağlı qəzetdə heç bir məlumat yoxdur. Səfirliyin məsələylə bağlı şərh verməkdən imtina etdiyi ehtimal olunur. Bundan əlavə, isveçli jurnalist Kristina Ringsberg İranın İsveçdəki səfirliyinə Ş.Qulami ilə bağlı məktub göndərərək onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Məktubda belə deyilir: “Təbrizdən aldığımız məlumata görə, İran adlanan yerdə Qadın Jurnalistlər Assosiasiyasının (”ROZA") üzvü olan və qadın hüquqlarının fəal müdafiəçisi Şahnaz Qulamini noyabrın 9-da “ETTELAAT” əməkdaşları həbs edib. Xanım fəal “Azerwomen” internet saytının baş redaktorudur və 1990-95-ci illər arasında 5 il müddətinə azadlıqdan məhrum olunub, həbsxana həyatı yaşayıb. 2008-ci ilin iyununda isə 2006-cı il may hadisələrinin ildönümü aksiyalarında iştirak etdiyinə görə bir ay həbsdə saxlanılıb. O həmçinin həbsxanada olduğu müddətdə daim işgəncəyə məruz qalıb". Lakin İranın İsveçdəki səfiri K.Ringsbergin də məktubunu cavabsız qoyaraq onun müraciətinə etinasız yanaşıb. |
43,721 | 01.12.2008 05:29 | Astrologiya | ULDUZ FALI | QOÇ - Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın. BUĞA - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında uzaqgörənliyə ehtiyacınız olacaq. ƏKİZLƏR - Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz gözləmədiyiniz halda həll olunacaq. Sevginizi məhdudlaşdırmayın. XƏRÇƏNG - Təxminən saat 14-ə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranmasanız, xəsarət alacaqsınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür. ŞİR - Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Yersiz hücumlarınızı dondurun. QIZ - Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər. TƏRƏZİ - Dekabrın bu ilk gününü də birtəhər yola versəniz, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən yayının. ƏQRƏB - Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə olunacaq. Bunun qarşısını almaq üçün proqnozunuzu oxuyan kimi səbir nümayiş etdirməli, mübahisələrdən uzaq olmalısınız. OXATAN - Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üz tutasınız. Gün ərzində oturaq fəaliyyətdən uzaq olmanız məsləhətdir. OĞLAQ - Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Odur ki, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz. Uzaq səfərləri hələlik təxirə salın. SUTÖKƏN - İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Qarşıda duran həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin. BALIQLAR - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Aldığınız təkliflərdən imtina etməyə tələsməyin. Götür-qoy edin. |
43,722 | 01.12.2008 04:42 | Gündəm | TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ BAKIYA GƏLDİ | Görüşdə habelə bölgədəki vəziyyət, rəsmi Ankaranın təklif etdiyi “Qafqazda sabitlik və əməkdaşlıq paktı”nın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılcaq. Babacanın bu gün xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşləri planlaşdırılıb. Xəbər verildiyi kimi, ötən həftə Babacan İstanbulda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla danışıqlar aparıb. Ermənistanla intensiv təmaslar içərisində olan və bu çərçivədə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edən Türkiyə tərəfinin məqsədi İrəvanla hərtərəfli münasibətlər qurmaqdır. Gözlənilir ki, xarici işlər nazirləri bu həftə Helsinkidə ATƏT xarici işlər nazirlərinin toplantısı zamanı üçtərəfli görüş keçirəcəklər.Xəbər verildiyi kimi, Türkiyə Ermənistana jest olaraq İrəvana birbaşa hava reysləri açmağa hazırlaşır. Reyslər dövlət “Türk Hava Yolları” şirkəti tərəfindən həyata keçiriləcək. “Hürriyet” qəzetinin xəbərinə görə, Əli Babacan Bakıya səfər zamanı İrəvana reyslərin açılmasına Azərbaycanın reaksiyasını da öyrənəcək. Türkiyədəki diplomatik mənbə bu məsələ ilə bağlı deyib ki, ortada konkret addım yoxdur və Azərbaycanın verəcəyi reaksiyanın əhəmiyyəti böyükdür. |
43,723 | 01.12.2008 03:49 | Ölkə | NARDARANLILAR BU GÜN AKSİYA KEÇİRƏCƏKLƏR | Bu barədə “Yeni Müsavat”a torpaqları zəbt edilmiş sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun qanunsuz əməllərinə və Sabunçu Rayon Polis İdarəsinin rəis əvəzi Əbülfət Rzayevin özbaşınalığına etiraz edəcəklər. Bundan əlavə, məhkəmələrdə Nardaran sakinlərinin iddialarına baxılmaması ilə bağlı ölkə başçısına müraciət qəbul ediləcək. |
43,724 | 01.12.2008 04:23 | İqtisadiyyat | BAKI VAŞİNQTONDAN BAHALI ŞƏHƏR İMİŞ | Xəbərdə o da deyilir ki, jurnal öz araşdırmasını bir neçə kriteriya əsasında aparıb. Bu sırada şəhərlərdə yaşayış vəziyyəti, həyat şəraitinin indeksi, ictimai-iaşə, mənzil və istehlak bazarındakı qiymətlər əsas götürülüb. Bakı bu kriteriyalar üzrə siyahıda 75-cidir.Dünyanın ən bahalı şəhəri isə Tokio hesab edilib. Yaponiya paytaxtından sonra dünyanın ən bahalı şəhərləri reytinqində Oslo, Kopenhagen, Cenevrə, London və s. gəlir. Moskva siyahıda 10-cudur. |
43,725 | 01.12.2008 03:52 | Siyasət | MÜSAVATÇI GƏNCLƏR ƏCNƏBİ RADİOLARA BASQILARLA BAĞLI BƏYANAT VERDİ | Toplantıda iştirak edən gənclər “BBC”, “Azadlıq” radiosu, “Amerikanın səsi” kimi radiolara olan təzyiqləri Azərbaycan hakimiyyətinin demokratiyanın təməl prinsiplərinə hörmətsizliklə yanaşması və söz azadlığının boğulması kimi qiymətləndirdilər. Toplantının sonunda isə bəyanat qəbul olunub. Bəyanatda deyilir: “BBC”, “Amerikanın səsi” və “Azadlıq” radioları qərəzsiz, obyektiv informasiya vəsitələridir. Həmin radiolar demokratik düşərgənin tribunaları sayılır. Hakimiyyətin radioları bağlamaq cəhdi baş tutsa, Amerika Birləşmiş Ştatlarının və Avropa Birliyinin devizi olan demokratiyanın bir nümunəsinə də rast gəlmək mümkün olmayacaq. Azərbaycanda tam avtoritar rejim qurulmasına zəmin yaranmış olacaq". |
43,726 | 01.12.2008 03:53 | Dünya | ABŞ DÖVLƏT KATİBİ AVROPAYA SƏFƏRƏ ÇIXIR | Lakin məlum olub ki, alyans bu məsələdə ortaq mövqeyə gələ bilməyib. Fransa və Almaniyanın həmin ölkələrə fəaliyyət planının təqdim edilməsinə qarşı olduğunu nəzərə alan Rays səfər ərəfəsində bəyan edib ki, o, iki keçmiş sovet respublikasının alyansa üzvlüyünü tələsdirməyə hazırlaşmır. Ekspertlərə görə, Rays bu həssas məsələnin Barak Obama administrasiyasnın üzərinə atılacağına işarə edib. Brüsseldən isə Rays İtaliyaya səfər edəcək. Orada onun baş nazir Silvio Berluskoni ilə danışıqları planlaşdırılıb. Dekabrın 4-də isə ABŞ dövlət katibi ATƏT xarici işlər nazirlərinin illik toplantısına qatılmaq üçün Finlandiyanın paytaxtı Helsinkiyə səfər edəcək. |
43,727 | 01.12.2008 03:54 | Ölkə | BƏLƏDİYYƏLƏRLƏ BAĞLI MÜSABİQƏ ELAN OLUNDU | Bu il dekabrın 20-dək dövri mətbuatda dərc olunacaq bu səpkili yazıları münsiflər heyəti qiymətləndirəcək. Birinci yerin qalibi 200 manat, ikinci yerin qalibi isə 100 manat məbləğində mükafatlandırılacaq. Yazıların elektron variantı [email protected] ünvanına göndərilməlidir. Qaliblər dekabrın sonunadək elan olunacaq.Layihə çərçivəsində Bakının Səbayel və Nəsimi rayonlarında 400 respondent arasında bələdiyyə istiqrazları haqda anonim sorğu keçirilib. Respondentlərin 219 nəfəri bələdiyyə istiqrazı barədə məlumatlı olmadıqlarını, 279 nəfər isə istiqrazları əldə etmək istədiklərini bildirib. |
43,728 | 01.12.2008 03:56 | Dünya | ƏFQANISTANDA DAHA 45 TALİBANÇI ÖLDÜRÜLÜB | Rəsmilər deyir ki, qiyamçıların 12-si Qəndahardakı əməliyyatlarda öldürülüb, qalan 33 nəfəri isə Helmand vilayətində atəşə tutulub.Öldürülən yaraqlıların ABŞ və Əfqan qüvvələrinə qarşı əməliyyat hazırladığı aşkarlanıb. Ötən cümə günü əfqan ordusunun rəsmi paltarını geymiş naməlum silahlı şəxslər keçmiş sözçü Məhəmməd Hənifi Əfqanıstanın şərqindəki iqamətgahında öldürüblər. 2007-ci ildə əfqan hökumətiÿ Hənifi tutmuş, lakin bu ilin əvvəllərində onu həbsdən azad etmişdi. |
43,729 | 01.12.2008 03:56 | Dünya | TÜRKMƏNBAŞI SAMMİTİNDƏ JURNALİSTLƏRLƏ “TERRORÇU” ZARAFATI | Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov isə onları çəkən jurnalistlərə işarə edərək Abdullah Gülə və İlham Əliyevə zarafatla “biz bunlara terrorçu deyirik”, - deyə bildirib. Türkiyə prezidentinin bu zarafatdan bir qədər çaşdığı görünüb, ancaq daha sonra o, zarafata qatılıb və “bəli, elə bil, atəş açırlar”, - söyləyib. Azərbaycan prezidenti isə flaşların gücünə işarə edərək “çox güclü işıq saçır” deməklə kifayətlənib. |
43,730 | 01.12.2008 03:57 | Mənəviyyat | AZƏRBAYCANLI ZƏVVARLAR ÜMRƏ ZİYARƏTİNİ BAŞA VURUB | Onun sözlərinə görə, böyük Həcc ziyarəti, məlum olduğu kimi, Qurban bayramı ərəfəsində başlanacaq: “Ümrə ziyarətinin əsas məqsədi müqəddəs Mədinə şəhəri və Kəbə ziyarətgahına daxil olmaqdı. Böyük Həccin isə məqsədi ümumilikdə Qurban bayramı ərəfəsində Allaha ibadətin, ibadətin ən yüksək dərəcəsini nümayiş etdirməkdi.Ümrə ziyarəti bir neçə saat davam edirsə, böyük Həcc bir necə gün, hətta üç gündan də çox sürür. Bundan əlavə, böyük Həcc zəvvarlardan daha çox fiziki hazırlıq tələb edir və daha çox mərhələlərdən ibarətdi. Onu da deyim ki, Məkkədə Ümrə ziyarətini başa vuranlara da Hacı deyirlər. Hacı Elşən müsahibəsində azərbaycanlı zəvvarların sağlamlıq durumuna da toxunub. Onun sözlərinə görə, bu sahadə heç bir problem yoxdu. Hamı sağ-salamatdı". |
43,731 | 01.12.2008 03:57 | Gündəm | BU GÜN AİDS-lə MÜBARİZƏ GÜNÜDÜR | Azərbaycanda da bu istiqamətdə iş görülür. QİÇS-lə Mübarizə İctimai Birliyi neçə ildir ki, dəhşətli xəstəliklə bağlı geniş maarifləndirmə işləri aparmaqdadır. Qurum onlarla QİÇS-li insana hüquqi-psixoloji, imkan düşdükcə maddi yardımlar da göstərir. Bundan başqa, adı çəkilən ictimai birlik müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə QİÇS-li xəstələrin müalicəsi və pulsuz dərman təhqiqatını da həyata keçirir. Qurumdan daxil olan press-relizdə o da deyilir ki, təşkilat bundan sonra da QİÇS-li xəstələri diqqət mərkəzində saxlayacaq. |
43,732 | 01.12.2008 03:59 | Ölkə | NAXÇIVANDA TAKSİ “OV”u | Bu barədə “Yeni Müsavat”a bölgədəki mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, taksi sürücülərinin incidilməsinin səbəbi əslində muxtar respublikada hamıya aydındır. Söhbət ondan gedir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus şirkət bölgəyə taksi xidməti üçün xeyli avtomobil gətirib. “Məhərrəm əvvəlcə öz avtomobillərini Naxçıvan aeroportuna yerləşdirdiyindən, kasıb-kusub sürücüləri qovdurdu. Eyni proses indi muxtar bölgənin bütün ərazilərini əhatə edir”, - deyə mənbə bildirdi. |
43,733 | 01.12.2008 06:00 | Gündəm | RUSİYADA AZƏRBAYCANLILARA QARŞI DAHA BİR TƏZYİQ FORMASI | Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bürosunun rəhbəri İlqar Hacıyev isə “ANS-press”ə bildirib ki, proses qanuniləşdirilsə belə, azərbaycanlılar bundan çətinlik çəkməyəcəklər: “Belə bir şey eləmək istəyirlər ki, bura gələrkən hər bir miqrantın dil bilməsi yoxlanılsın. Sənətindən asılı olaraq, gərək rus dilində qismən biləsən. Yeni ildən bu qayda tətbiq olunmalıdır”. |
43,734 | 01.12.2008 04:49 | Gündəm | İRAN QƏNDİL BÖLGƏSİNƏ ZƏRBƏLƏR ENDİRİR | Onun sözlərinə görə, bölgə əhalisi zərbələrdən yaxa qurtarmaq üçün ölkənin içərilərinə doğru qaçır. Türkiyə mənbələrinin məlumatlarında bildirilir ki, İranın İraqla sərhəd yaxınlığında mövqe tutmuş ağır artilleriya birlikləri Qəndildəki PKK mövqelərinə raket zərbələri də endirir. İran hərbi komandanlığı isə İraqın şimalında mövqe tutan və PKK-nın qolu olan PJAK qruplaşmasına qarşı hərbi əməliyyatların başlandığını təsdiqləyib. |
43,735 | 01.12.2008 03:02 | Kriminal | YOL QƏZASINDA BİR NƏFƏR ÖLDÜ | Xudat şəhər sakini Rafiq Nəsrullayev idarə etdiyi VAZ 006-markalı avtomobillə Xudat sakini Hacıbala Aslanovu vurub. H.Aslanov aldığı xəsarətlərdən elə yoldaca keçinib. Faktla bağlı araşdırma aparılır. |
43,736 | 01.12.2008 06:03 | Yazarlar | “STALİNKA” FƏLAKƏTİ | Şəhərdə gəzərkən bu haqda çox düşünmüşəm. Çalışmışam ki, həmin arzunun izlərini görə bilim. Hiss edim ki, burada maddi maraqlardan başqa mənəvi bir istək də var. Amma görmürəm. Niyəsini izah etmək isə asandır: istənilən arzu onu həyata keçirənlərdən öncə fikirləşmək, düşünmək, baş sındırmaq tələb edir. Axı bu şəhərin körpüləşməsi hansı ağılla həyata keçirildi? Yolların salınması, yenidənqurma işləri hansı təfəkkürün məhsuludur?Körpülər tıxac problemini həll etmədi. Bəs onları kim layihələşdirib, kim onların yerini müəyyən edib? Məsələ ondadır ki, bir müddət sonra şəhərdəki tıxac inzibati yolla idarə ediləcək, maşınların axınını süni yolla azaltmaq üçün qərarlar verməli olacaqlar. Bəs bu qədər həngamə nəyə gərək idi? Körpülərin üstündə seyrəklik göstərir ki, onlar ya lazım deyilmiş, ya da yerində deyillər. Amma körpü də maşın deyil ki, sürüb başqa yerdə, başqa yolda saxlayasan. Göz dağı kimi qalacaq orada.Yolların asfaltlanmasını götürək. Şəhərin normal kanalizasiya sistemi qurulmadan bu işlər böyük itki və yanlışdır. Ümumiyyətlə, bu şəhəri xilas etmək çətin olacaq. Bütün bu işlərin əvəzinə yeni bir şəhər tikilməli, onu sürətli nəqliyyat növləri və böyük yollarla paytaxta birləşdirmək lazım idi.Bəzilərinə çətin görünə bilər, amma dövlət indiyəcən çəkdiyi xərcləri yeni şəhərin infrastrukturuna sərf etməli və qalan işi açıq tenderlərlə tikinti şirkətlərinin ixtiyarına buraxmalı idi. Onlar Baş Plan daxilində şərtlərə əməl etməklə bu şəhəri sevə-sevə tikəcəkdilər. Pul qazanmaq da öz yerində. İşin tamah tərəfinə qalanda isə neynək, olsun, torpağı təzə şəhərdə də satmaq, orada da tikib qazanmaq mümkündür. Körpü-tunel tikməyə də ehtiyac olacaqdı. Daha Bakını xəngəl kimi doğrayıb, şəhəri şəkərburaya çevirməyə nə ehtiyac vardı?“Xruşşovka” və “stalinka”ların yenilənməsi isə əsl fəlakət olacaq. Bizim ölkədə insanlar evinin “plana” düşməsinə böyük ümid bəsləyirlər, ona görə də əksəriyyət bu yeniliyi nə qədər müəmmalı qarşılasa da, həm də bir ümid kimi baxır, səsini çıxarmır. Bu ideya gerçəkləşməyə başlansa, infrastruktur tamam dağılacaq və şəhər daha da sıxlaşacaq. Böyük narazılıqlar və ziddiyyətlər yaranacaq, bir qrup varlanacaq, qalan hamı ziyan çəkəcək. Bakı tamam məhv olacaq.Axı niyə biz bu qədər binanı əvəz edənə kimi yeni şəhərcik tikmirik?! O qədər binanı məhv etməyə nə ehtiyac var? Tikib-ucaltmaq eşqi bu qədər böyükdürsə, onsuz keçinmək olmursa, bunu uçurmadan da etmək olar. Bildiyimə görə, Bakıda ən tez əvəzlənmə tələb edən binalar fransız layihəsi ilə tikilən binalardır. Hələ sovet dönəmində onlara etibar etmirdilər, fəqət, onlar da zəlzələdən üzüağ çıxdılar.Bəs hansı ağılla bu qədər binanı məhv etmək olar? Onların bazar dəyəri bilirsinizmi nə qədərdir? Hansı ağılla o qədər sərvəti uçquna çevirib yerində böyük pullar hesabına evlər tikirik? Bu layihə dərhal rədd edilməli, bu qədər ziyana gedilməməlidir. |
43,737 | 01.12.2008 04:10 | Gündəm | TÜRKMƏNİSTANDAKI QAZ SAMMİTİ NƏTİCƏSİZ BİTİB | Rusiyanın İTAR-TASS agentliyinə görə isə, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında 3-tərəfli müzakirələr bazar günü də davam etdiriləcək. Məlumatlara görə, prezidentlər iki saata yaxın danışıqlar aparıblar. Onların sammitin yekunlarına dair birgə bəyannamə imzalayacaqları və mətbuat konfransı keçirəcəkləri gözlənilirdi. Lakin məlum olub ki, bunlardan heç biri baş tutmur. Prezidentlər Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşkil etdiyi ziyafətdə iştirak edərək geri dönüblər.Türkiyə mənbələri isə prezidentlərin tarixi görüşünü belə adlandırırlar: “Türkmənbaşıda Türk zirvəsi”.Sammitdə iştirak edən Türkiyə prezidenti Abdulla Gül deyib ki, bu görüş bütün türk dünyasının bayramıdır. Beynəlxalq təhlilçilərin fikrincə isə, sammiti türk ölkələrindən başqa kənardan da diqqətlə izləyən xeyli maraqlı tərəf var. Onlar Azərbaycan və Türkmənistanın öz zəngin qaz ehtiyatlarından necə istifadə etmək ÿniyyətində olduqlarını görmək istəyirlər. Yəni bu ölkələr ixrac etdikləri qazlarını özləri satacaqlar, ya bu işi onların əvəzinə Rusiyanın “Qazprom” şirkətinin etməsinə imkan verəcəklər? Ekspertlərin fikrincə, bu sualın cavabını dünən Türkmənistanda başa çatan sammitin yekununda tapmaq olardı, əgər prezidentlər birgə bəyannamə imzalasaydılar.Amma Türkmənbaşı limanı yaxınlığında bir araya gələn Əliyev, Gül və Berdıməhəmmədov heç bir konkret sənəd imzalamayıblar. 2 saatlıq görüşdən sonra isə prezidentlər Xəzər sarayında üç ölkənin rəsmiləri və sənət xadimlərinin iştirakı ilə yemək mərasiminə qatılıblar. Lakin həm sammitdə, həm də ondan sonrakı bütün tədbirlərdə Türkiyənin enerji naziri Hilmi Gülərin tez-tez prezident Gülün yanında görünməsi, ekspertlərdə belə təəssürat yaradıb ki, bu, Aşqabad danışıqlarında əsas diqqətin Transxəzər və “Nabukko” layihələri ilə qaz nəqlinə ayrıldığına sübutdur. Daşına biləcək qazın qiyməti isə dollar hesabı ilə 10 milyardlarla ölçülür. Amma bu sammit hansı nəticələrlə yadda qaldı?Prezidentlərin danışıqlarını Aşqabaddan izləyən “The Ekonomist” qəzetinin təhlilçisi Elizabet Monar “Amerikanın səsi”nə deyib ki, Xəzərin bu tayındakı qazı Türkiyədən və Balkanlardan keçirməklə birbaşa Avropaya çıxardacaq “Nabukko” kəmərinin öz payına düşən hissəsini tikməyə əslində Azərbaycanla Türkiyənin imkanı və planı var - bu, “Şahdəniz” qazını Türkiyəyə çıxaracaq Bakı-Ərzurum kəməridir. Problem Türkmənistanındır ki, onun Xəzər üzərindən Azərbaycana gələn kəməri yoxdur. Monar xatırladır ki, əslində belə kəməri Azərbaycanla Türkmənistan 10 il əvvəl tikmək istəyirdilər, sadəcə, mərhum Türkmənbaşının şübhələri buna imkan vermədi: “Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana gələcək kəməri o vaxt Şell və bir də başqa şirkət tikməli idi. Ancaq 2000-ci ildə ”Şell" şirkəti bu layihədən kənara çəkildi. Çünki Niyazovla mübahisəyə baş qoşmaq istəmədi. Aşqabad müqavilənin şərtlərini dəyişdirmək istəyirdi və bu, ÿQərb şirkətini qıcıqlandırdı. Bu hadisə həm də Türkmənistanla enerji əməkdaşlığında Qərbin ümidlərini sarsıtdı". Təhlilçi hesab edir ki, Azərbaycanla Türkmənistan Xəzərlə kəmər çəkməyə razı olsalar, beynəlxalq biznes buna maraq göstərəcək, Rusiya ilə İran isə həmişəki kimi qarşı çıxacaqlar. Amma ekspertə görə, Niyazovdan fərqli olaraq, Berdıməhəmmədovun Moskvanı dinləyəcəyini də gözləmək olmaz. İsveçdəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun eksperti Murad Esenov isə deyir ki, bütün təqsiri Azərbaycan-Türkmənistan əməkdaşlığında marağı olmayan Rusiyanın üstünə atmaq da olmaz. Belə ki, “Nabukko”da maraqlı olan Qərb investorlarının özündə də qəti əminlik yoxdur. O ki qaldı Bakı-Aşqabad münasibətlərinə, ekspert deyir ki, bu, siyasətdən daha çox siyasətçilərin problemi idi: “İki ölkəni real olaraq bir-birindən ayrı salan o idi ki, Türkmənbaşı ilə Heydər Əliyev, belə demək mümkünsə, bir-birini başa düşmək istəmirdilər. İndi isə vəziyyət dəyişib. İlham Əliyevlə Berdıməhəmmədov yaxşı dil tapa bilirlər. Onların dialoqunu əlaqələndirmək üçün isə Qərb Abdulla Gülü həvəsləndirib. Bu, əladır”. “Nabukko”ya gəldikdə, Murad Esenov deyir ki, Aşqabadın başqa bir problemi öz qazını hamıya vəd etməsidir: “Həm Rusiya ilə Çinə, həm də Avropaya. Buna görə də liderlər indiki görüşlərində kəməri çəkməklə yanaşı onu necə dolduqmaq üzərində də baş sındırmalıdırlar”. Bütün bu suallarla yanaşı, ekspertlər bir məsələdə nikbindirlər ki, artıq işlər irəli getməyə başlayıb. Çünki həm Azərbaycan, həm də Türkmənistan Avropa Birliyinə müəyyən miqdarda qaz verməyə söz verib. Transxəzər kəməri tikilsə vəÿ Türkmənistan “Nabukko”ya qoşulsa, Avropaya gedən Xəzər qazının miqdarı dəfələrlə artacaq.Rusiyanın “Vremya novosti” qəzeti isə qeyd edir ki, təqribən il yarım əvvəl məhz həmin yerdə - Türkmənbaşı llimanında qaz məsələsi ilə bağlı digər “üçlük” - Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri toplaşmışdılar. Həmin sammitdə olan Xəzəryanı qaz kəmərinin tikintisi haqda razılaşma imzaladılar və artıq hamı elə hesab edirdi ki, “Nabukko” layihəsini bitmiş saymaq olar. Lakin Xəzəryanı qaz kəməri ilə bağlı bu günədək heç bir praktiki addım atılmayıb. Moskvanın güclü təzyiqlərinə baxmayaraq Orta Asiya liderləri bəyannamədən uzağa gedə bilməyiblər. Bu baxımdan Türkmənbaşıdakı “türk sammitində” birgə bəyannamə imzalansaydı belə, onu Transxəzər və onun davamı kimi “Nabukko” layihəsinin reallaşması üçün möhkəm təminat hesab etmək olmazdı. Xüsusən ona görə ki, hər iki kəməri dolduracaq türkmən qazının nə vaxt hasil ediləcəyini heç kim bilmir. Xəzərdəki offşor yataqlarda olan qaz ehtiyatlarını hasil etmək üçün investisiya lazımdır. Qəzet yazır ki, Türkmənistanın öz qazının Rusiyadan yan keçməklə nəql olunmasında maraqlı olmasına və bu istiqamətdə danışıqlar aparmasına baxmayaraq ortada heç bir konkret nəticə yoxdur. Çünki Rusiyadan yan keçən marşrutlarla bağlı xeyli problemlər var. Bura həm də hasilatçı ölkələrlə tranzit ölkələrinin maraqlarının kəsişməsi daxildir. Rusiya isə Türkmənistanın praktiki olaraq bütün ixrac qazını almaqda israrlıdır. “Qazprom” başqa müştəriləri yaxına buraxmamaq üçün Aşqabada yüksək qiymət də ödəməyə hazırdır. Şirkətin prezidenti Aleksey Miller deyib ki, onlar türkmən qazı üçün orta Avropa qiymətləri ödəyə bilərlər. Lakin neftin indiki qiymətlərində “Qazprom” türkmən qazı üçün indiki kimi 150 dollar ödəsə belə, ziyana düşəcək. Azərbaycan da təqribən eyni vəziyyətlə üzləşib. “Qazprom” Azərbaycanın “Şahdəniz” yatağından hasil ediləcək qaz üçün Avropa qiymətləri təklif edir. Üstəlik Azərbaycanın işi qazı Rusiya ilə sərhəddə “Qazprom”a təhvil verməklə bitəcək. Kommersiya baxımından bundan sərfəli variant təsəvvür etmək çətindir. Lakin o biri yandan Türkiyə, ABŞ və Avropa Birliyi Azərbaycanın şimal marşrutundan imtina etməsini istəyir. Bununla belə, Türkiyə Azərbaycan qazı üçün sərfəli olmayan qiymət və tranzit şərtləri irəli sürür. Türkiyə istəyir ki, Azərbaycan qazının min kubmetrini ən uzağı 150 dollara alsın, üstəlik onun bir hissəsini aşağı qiymətlə öz daxili tələbatına yönəltsin. Neft və qazı yalnız bir marşrutla nəql etmək istəməyən, alternativ marşrutlarda maraqlı olan rəsmi Bakı isə qərar verməkdə çətinlik çəkir. Belə bir vaxtda İtaliya “Nabukko” ilə müqayisədə daha real görünən, lakin haqqında az bəhs edilən “Paseydon” layihəsi irəli sürür. “Edison” şirkəti tərəfindən irəl sürülən bu layihə Azərbaycan qazının Yunanıstandan İtaliyaya nəqli üçün 212 kilometrlik kəmər çəkilməsini nəzərdə tutur. Kəmərlə ildə 8 milyard kubmetr qaz nəql edilməlidir. Qeyd edək ki, Azərbaycan qazını Türkiyədən Yunanıstana nəql edən kəmər artıq hazırdır."Nabukko" ilə müqayisədə qat-qat ucuz olan bu layihənin də Türkmənbaşı sammitində müzakirə olunduğu güman edilir. “Paseydon” kəmərini doldurmaq üçün Azərbaycan qazı kifayət etməyə bilər, ona görə Avropa Birliyinin Türkmənistanı Türkiyə üzərindən bu kəmərlə qaz nəql etməyə inandırmağa çalışdığı bildirilir. |
43,739 | 01.12.2008 06:02 | Yazarlar | NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? | Deyib, gəlin birləşək, hüquqlarımızı qoruyaq, nə bilim, ailə daxilindəki fiziki-mənəvi təzyiqlərə, özünü ifadə azadlığının məhdudlaşmasına, qadınlar arasındakı maariflənmə problemlərinə qarşı çıxaq, mücadilə aparaq, sözümüzü deyək. Qızımızın qəzetdəki fotosuna baxdım, kifayət qədər gənc görünür və əminəm ki, həyat təcrübəsi mücadiləsinə qoşulduğu problemlər barədə elementar məlumatı olmasına belə mane olur. Digər tərəfdən... Sözün düzü, adını və üzünü ilk dəfə gördüyüm birisinə köşə həsr etmək adətim deyil. Heç gənclərin ilk addımında nəhs gətirib, “qara qarğalarımı” göndərməyi də sevmirəm. Sadəcə, on illik jurnalist təcrübəm imkan verir ki, qadın təşkilatı adına yaranan qurumların “gördüyü” işlərə görə pessimist olum. Bu xəbər mənə nəyi xatırlatdı bilirsiniz? Sibirdəki kəndlərdən birində bir tabut qəbiristanlığa aparılırmış. Dərənin kənarından keçəndə tabut kəndlilərin əlindən çaya düşür, meyit də suların arasına qarışır. Çayın güclü axıntısı nəticəsində ölü balıqçı qəsəbəsinə düşür. Balıqçılar “yəqin, bu adamı biz öldürdük” qorxusu isə ölünü bir əsgər kazarmasının yaxınlığına atırlar. Keşikdə dayanan əsgər çəpərliklərin arasında qaraltı görüb, atəş açmağa başlayır və ölünü “öldürür”. Tez xəstəxanaya zəng vururlar, Təcili Yardım maşını gəlir və ölünü aparırlar əməliyyat etdirməyə. Həkim girir otağa və 6 saatlıq əməliyyatdan sonra tərini silərək, bayıra çıxır, gözləyənlərə isə “çox çətin oldu, amma deyəsən, yaşayacaq” deyir. Vallah elə bu gənc xanım da mənə həmin həkimi xatırlatdı. Yəni hər şeyin “fatihəsi” oxunub, növbə çatıb, basdırmağa, bu təzədən əməliyyat otağına girmək istəyir. Qadın haqları, nə bilim, qadın-kişi bərabərliyi filan kimi məsələlər artıq arxa planda qalıb, bacı. Nəyi dartışacaqsınız, nəyi həll edəcəksiniz? Bax bilmirsinizsə, mən deyim. Bu ölkədə 90 adda qadın hüquq müdafiə təşkilatı var. Onlar da bu illər ərzində bəlkə 90 min dəfə elə sizin sadaladığınız problemlərə görə qrant alıb, üstündən də su içiblər. Elə indinin özündə də ağbirçəkləriniz bütün qrant bulaqlarının başında iri səhənglərlə dayanıblar. Sizə ordan bir damcı da su düşəsi deyil, gözünüzü çəkin. Digər tərəfdən, qadın hüquq müdafiəçiləri arasındakı qrant davası üzündən yaranan o saçyoldusuna qatılmaq cəsarətiniz varsa, sizi ayaq üstə alqışlayıram. Üçüncüsü, barmağınızı qatlayıb göstərin ki, görək qadın təşkilatlarının bu günə qədərki hansı fəaliyyətindən hansı qadınımıza bir xeyir dəyib? Rayonlarda keçirilən maarifləndirici, ay nə bilim, ifadə azadlığının artırılması seminarlarını-filan gözümüzə soxmayın. Onların necə, hansı qaydada baş tutduğunu nənəm də bilir. “Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi”, “Münaqişələrin həllində qadın faktoru”, “Mədəniyyətlərarası dialoqlarda qadınların rolu” kimi mənasız mövzularda seminarların tutaq ki, Masallı sakini Ağanisəyə nə xeyri? O zatən bilir ki, əri ilə qardaşı dalaşanda araya girib, uzaqbaşı şillə-qapaz yeyəcək. Bu da olacaq onun münaqişənin həllindəki rolu. Onlar dünyaya çoxlu sayda uşaq gətirmək, hərdənbir də qapaz yemək üçün yaranıblar, o qədər. 15 ilə yaxındır, Azərbaycan qadınının qazanc dalınca Dubay, Türkiyə küçələrinə üz tutması barədə biz yazır, qadın təşkilatları da guya iş görürlər. Hanı nəticə? Bəlkə bu qadınlarçün yeni iş yerləri açılıb, yoxsa traffikin qarşısını almaqdan ötəri daşdan keçən tədbirlər görülüb, xəbərimiz yox? Açılan qadın krizis mərkəzlərinin, sığınacaqların taleyindən zərrə qədər də olsa məlumatınız var? Yadımdadır, həmin o krizis mərkəzlərindən birinə vaxtilə qadınlar ancaq zəng edib, ərindən şikayətlənməklə kifayətlənirdi. Bu da olurdu onların fəaliyyəti... Odur ki, gender bərabərliyi, qadın-kişi hüquqları kimi məsələlərin həllinə keçməzdən əvvəl buranın Azərbaycan olduğunu xatırlayın. Burda cinsi ayrı-seçkiliyə varmadan, sözün böyük mənasında İNSANların hüquqları pozulur. Bütün hüquq müdafiəçilərilə birləşib, öncə bunun qarşısını almağa çalışın, “qadınların münaqişələrin həllindəki rolu”ndan sonra danışarsınız.Yoxsa siz də hekayədəki həkim kimi, “çətin oldu, amma yaşayacaq” demək istəyirsiniz? Sevinc TELMANQIZI |
43,740 | 01.12.2008 07:07 | Yaşam | “ƏL ÇƏKİN, KOMPLEKSİM VAR!..” | Xarici görünüşümüzmü ürəyimizi açmır, yoxsa insanları anlamaqda çətinlikmi çəkirik? Bəlkə onlara həddən artıq güvənib, kürəyimizi dayayırıq? Əmin ola bilərsiniz ki, bütün bu tərəddüdlərin kökündə hansısa kompleksin qırıntıları dayanır. Odur ki, başlayaq elə ilk sualdan: nədir bu məlum və naməlum komplekslər? İnsan çox vaxt öz kompleksini dərk etmir Öncə tibbi ədəbiyyatlar köməyimizə gəlir. Məlum olur ki, psixoloji komplekslər - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqda səhv təsəvvürləri, onların şişirdilməsidir ki, bu da dərin və adətən kənar şəxslərdən gizlədilən narahatçılıqla müşayiət olunur. İnsanda olan komplekslərin əksəriyyəti adətən özü tərəfindən dərk olunmur. Komplekslər şüuraltı səviyyədə inkişaf edir və saxlanılır. Onların dərk olunması adətən çox xoşagəlməz hisslər yaşadır və bunun nəticəsində “senzura” bu məlumatın şüura ötürülməsinə mane olur. Kompleks çox dayanıqlı psixoloji haldır, ondan tam qurtulmaq - hətta onun mövcudluğu dərk olunduqda və insan da ondan qurtulmaq istədikdə belə - praktik olaraq mümkün deyil. Komplekslərin davamlılığının bir neçə psixoloji izahı var. Birinci, komplekslər erkən uşaqlıq dövründə, yəni beyin hələ ona daxil olan məlumatı analiz eləmək və seçmək üçün kifayət qədər yetkin olmadığı dövrdə formalaşır. İkincisi, şəxsiyyətin strukturunda komplekslərin əksəri bir-biri ilə öz aralarında və insan həyatında həm də müsbət rol oynayan müdafiəsi reaksiyaları ilə əlaqəli olur. Məsələn, natamamlıq kompleksləri insan şəxsiyyətində adətən rasionalizasiya və sublimasiya kimi müdafiə mexanizmləri ilə birgə rast gəlinir. Ən geniş yayılmış kompleks növü - mən natamamam... Keçək kompleksin əlamətlərinə. Özünüzdə və yaxın ətrafınızda kompleks olduğunu necə və haradan müəyyənləşdirə bilərsiniz? Alimlərin gəldiyi nəticələrə inansaq, kompleksin ilkin əlaməti öz davranışına və ətrafındakıların hərəkətlərinə özünün qeyri-adekvat reaksiyalarına görə tez-tez və güclü narahatlıq və gərginliyin keçirilməsidir. Digər əlamətlər isə müxtəlif həyat situasiyalarına və digərlərinin davranışına müvafiq olmayan reaksiyaların verilməsi, digərləri tərəfindən qiymətləndirilən məsələləri həll edərkən sıxılma və əhəmiyyətli adamlarla görüş, söhbətdən öncə qorxu və narahatçılıq hissi... Əlamətləri bir-bir özünüzdə tapdınızmı? İndi gəlin hansı kompleksin daşıyıcısı olduğunuzu müəyyənləşdirək. Ən yayılmış kompleks növü - natamamlıq kompleksidir. Bu kompleks insanın natamamlıq hissi olub, özünün digər insanlardan pis olduğunu və buna görə də daha pis davranışa layiq olduğunu düşünməsidir. Aşağıdakılar natamamlıq kompleksi üçün zəmin ola bilər: insanın fiziki çatışmazlıqları - bədən quruluşunda, üzündə, bədəninin digər hissələrində olan müxtəlif qüsurlar. daxili, psixoloji (ağıl, nitq, yaddaş, diqqət, bilik, qabiliyyət, vərdiş, bacarıq, xarakterinin xüsusiyyətləri daxil olmaqla) çatışmazlıqlar. Belə komplekslərin yaranma səbəbi adətən yeniyetmələrin yaşıdları ilə ünsiyyətində mənfi təcrübəsi, digər şəxslər tərəfindən tənqid (hətta əsaslı və obyektivdirsə də) olur. Ən gözəl mənəm, ən ağıllı mənəm, ən bacarıqlı mənəm, mənəm, mənəm... Amma medalyonun o biri üzü də var. Yəni bəzi insanlar daim özlərindən narazı olduqları, özlərini natamam hiss etdikləri kimi, hamıdan üstün olduqlarını düşünənlər də az deyil. Elə bu psixologiyanın daşıyıcıları da üstünlük kompleksinin “qurbanlar”ıdır. Üstünlük kompleksi - insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olma hissi eqosentriklik yaradır, insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Ən təhlükəli kompleks növü düşmənçilik kompleksidir Və gəldik ən təhlükəli kompleks növünə - düşmənçilik kompleksinə. Adətən güclü adamın bu gücün ona digər insanlar üzərində hakimlik etmə haqqı verməsi və yaxud da bütün insanların təbiətcə bir-birinə düşmən, zalım olduqları və təbii olaraq aqressivliyin bir insanın digərinin hiyləsinə, məkrinə qarşı məcburi cavab reaksiya olması düşüncəsidir. Düşmənçilik kompleksinin iki inkişaf yolu var: birinci - nəinki yad, hətta yaxın və doğmalarına münasibətdə açıq aqressiya; ikinci - ətraf dünyaya gizli nifrət və açıq olub, zamanla daha mürəkkəb psixoloji problemlərə keçir (manyakların çoxu uşaqlıqda məhz bu komplekslərdən əziyyət çəkirlər). Bütün suçlar mənimdir, hətta Romanı da mən yandırmışam... Günah kompleksi də sadaladıqlarımız arasında heç də “əhəmiyyətinə” görə az fərqlənmir. Kompleksin bu növündə vicdan və məsuliyyət hissi güclü inkişaf etmiş şəxs daim özünə, hərəkətlərinə və digər şəxslərin analoji hərəkətlərinə görə heç bir əsas olmadan narahat olur. Ona tez-tez elə gəlir ki, onunla, onun ətrafında və digərlərilə baş verənlərə görə özü günahkardır, əslində, təbii ki, belə deyil. Ən “məsum” adlandıra biləcəyimiz kompleks növü isə müdafiə kompleksidir. Bu kompleksin daşıyıcısı olan insanlara elə gəlir ki, ətrafındakılar ona qarşıdılar və daim pislik arzulayırlar. Buna görə də insan həmişə ehtiyac olmadığı halda belə, müdafiə olunmağa hazırdır. Valideyn - cümlə komplekslərə bais? Psixoloqlar müəyyənləşdiriblər ki, insanların bu və ya digər komplekslərlə yüklənməsi bilavasitə uşaqlıqlarındakı olaylarla bağlıdır. Tutaq ki, hansısa psixoloji zədə və ya sarsıntı nəticəsində insanda güclü komplekslərin bünövrəsi qoyulur. Yaşıdları və valideynləri tərəfindən ələ salınma, döyülmə, cəzalandırılma kimi hallar heç vaxt nəticəsiz qalmır. Ciddi incimə halları insan xarakterinin formalaşmasına ciddi təsir göstərir. Məsələn, valideynlərinin ayrılması azyaşlıda ciddi mənəvi-psixoloji zədələrə səbəb olur. Hər nə qədər valideynlər “əşşi, uşaq nə qanır ayrılıq nədir” deyə düşünsə də, bu addımları nəticəsində öz əlləri ilə uşaqlarından nevrotiklər yaradırlar. Yəni valideynləri tərəfindən yersiz əzizlənən uşaq da, əzilən, incidilən uşaq da bu və ya digər kompleksin qurbanına çevrilir. Bütün hallarda, orta qızıl xətt tapılmalıdır. Tutaq ki, uşaq qısa boyuna görə həmyaşıdları arasında kompleks keçirir. Qəddarlıq da olsa, deyilməlidir ki, bunda ilk növbədə valideyn günahkardır. Çünki o, övladına vaxtında və lazımlı şəkildə başa salmalıydı ki, balaca boy heç də aşağılanacaq, pis bir keyfiyyət deyil, onu həmyaşıdları yanında başıaşağı etmir. Doğulan gündən bəri “mənim qara günlü balam, mənim dərdim, bəlam” kimi “əzizlənən” uşaq da istər-istəməz böyüyəndə yuxarıda yazdığımız komplekslərdən birinin qurbanına çevrilir. O, ya özünü gərəksiz hiss edəcək, ya onda natamamlıq əlamətləri baş qaldıracaq, ya da... Komplekslərdən necə qurtulaq? Komplekslərdən qurtulmaq üçün ciddi psixoloq seanslarına o vaxt getmək lazımdır ki, artıq onlarla yaşamağın qeyri-mümkünə çevrilir. Əsas məsələ insanın öz komplekslərinə necə yanaşmasıdır. Əgər o bu kompleksləri o qədər də ciddi bir şey qəbul etmir və ona əhəmiyyət vermirsə, bu halda nə ətrafı, nə də özü üçün ciddi problem yaranır. Amma çox nadir hallarda insanlar komlekslərinə səbirlə yanaşırlar. Bu halda nə etməli? Köhnə və sınaqdan keçmiş o məsəli xatırlayaq: nəyisə dəyişə bilmirsənsə, özünün ona münasibətini dəyiş. Hər şey bu qədər sadədir, baş yormağa dəyməz... |
43,741 | 01.12.2008 07:07 | Oxucu poçtu | “QASIMOV QARDAŞLARI TORPAĞIMIZI ZƏBT EDİB” | H.Nəbiyeva rayonda yüksək rütbəli məmurlara arxalanan Qasımov qardaşlarının dələduzluq yolu ilə ailələrinə məxsus 3 hektar torpaq sahəsini zəbt edtiyini söylədi. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Natiq Mustafayev 1996-cı ildə dünyasını dəyişib: “Yoldaşımın 7 mərasimində Qasımov qardaşları bizə fermer təsərrüfatı yaratdıqlarını söylədilər. Onlar bizdən təsərrüfata qoşulmağımızı tələb etdilər. Tək qadın olduğum və uşaqlarımın azyaşlı olduqlarını nəzərə alıb torpağımı 3 illiyə Qasımov qardaşlarına icarəyə verdim. Bu barədə fermer təsərrüfatına ərizə də yazdım. Razılaşmaya görə 3 hektar torpaq əvəzinə mənə ildə 1 ton buğda verilməliydi. Lakin müqavilə müddəti bitdikdən sonra ailəmizə məxsus torpaq sahəsini bizə qaytarmadılar”. H.Nəbiyeva rayonda Qasımov qardaşları kimi tanınan şəxslərin 5 qardaş olduğunu söylədi. Onun sözlərinə görə, Əbülfət Qasımov Bərdə bələdiyyəsində şöbə müdiri, Cəlal Qasımov isə rayon təhsil şöbəsində müfəttiş işləyir. Qardaşlar rayon rəhbərliyi ilə yaxın münasibətdə olduqları üçün onların qanunsuz hərəkətlərinə göz yumulur. H.Nəbiyeva Qasımov qardaşlarının 1999-cu ildə onun adından saxta sənəd düzəltdiyini söylədi: “Guya mən Bərdə rayonu Rəncab kəndli fermer təsərrüfatının başçısına ərizə ilə müraciət edərək torpaq sahəsindən imtina etmişəm. Həmin sənəd Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən araşdırılıb. Araşdırma zamanı sənədin saxta olduğu müəyyənləşib və bu barədə 30 dekabr 2007-ci il tarixində qurumun ekspertiza işləri üzrə direktor müavini Hamlet Musayevin imzası ilə rəsmi rəy təqdim edilib”. H.Nəbiyeva baş verən qanunsuzluqla bağlı Bərdə Rayon Məhkəməsinə şikayət etdiyini də bildirdi. Onun sözlərinə görə, 2007-ci ildə hakim Rahib Nəbizadə işə ədalətlə baxıb. Cavabdeh tərəf 17 min manat məbləğində cərimə olunaraq torpağı sahibinə qaytarmaq barədə qərar çıxardıb. Lakin Qasımov qardaşları Bərdə Rayon Məhkəməsinin qərarından Gəncə Şəhər Apellyasiya Məhkəməsinə şikayət ediblər. Apellyasiya Məhkəməsi isə Bərdə Rayon Məhkəməsinin qərarını ləğv edib. Və zərərçəkən tərəf Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalıb: “2008-ci ildə Ali Məhkəmədə Əsəd Mirzəyevin sədrliyi ilə şikayətimizə baxıldı. Məhkəmə qərarında göstərildi ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi ərizədə H.Nəbiyevanın imzası saxtadır, ərizədə 3 hektar torpaq sahəsinin digər sahibləri azyaşlıdırlar və onlar torpaqdan imtina etməyiblər. Ali Məhkəmənin qərarını Gəncə Apelasiya Məhkəməsi yenidən ləğv etdi”. H.Həbiyeva yenidən Ali Məhkəməyə müraciət etdiklərini söylədi. O, Bərdənin icra başçısı İlham Ağayevin də məsələdən xəbardar olduğunu söylədi: “Üzləşdiyim problemlə bağlı deputat Zahid Oruca müraciət etmişdik. Zahid müəllim məsələni icra başçısının qarşısında qaldırdı. Lakin mənim torpaq sahəm bu günə qədər geri qaytarılmayıb” |
43,742 | 01.12.2008 07:14 | Mədəniyyət | EBRU GÜNDƏŞLƏ RAFET EL ROMAN BAKIDA BAHA QİYMƏTƏ TOYA GEDİBLƏR | Deyəsən, Ebru Gündəş də Bakıda biznes fəaliyyəti göstərən həmkarı Çelik kimi Bakıya köçməyə qərarlıdır. Çünki konsert zamanı pərəstişkarlarının diqqətindən məmnun qaldığını deyən müğənni Bakıya vurulduğunu və bu şəhərə köçmək niyyəti olduğunu açıqlayıb. Əldə etdiyimiz məlumata görə, srağagün tanınmış türk sənətçiləri Ebru Gündəş, Çelik və Rafet El Roman metronun “Məşədi Əzizbəyov” stansiyası yaxınlığında yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasiminə qatılıblar. Toyda oxumaq üçün türk müğənniləri kifayət qədər böyük məbləğə razılaşıblar. Hər üç sənətçi iki saat müddətində repertuarlarındakı hit mahnıları ifa ediblər. Bakıda həm konsert verən, həm də toy mərasiminə qatılan Ebru Gündəş və Rafet El Roman toydan sonra Türkiyəyə yola düşüblər. |
43,743 | 01.12.2008 07:30 | Mədəniyyət | “MÜĞƏNNİLƏR YÜNGÜL MAHNILARA MEYIL GÖSTƏRİRLƏR” | Bəstəkar hazırda fəaliyyətini orkest yaradıcılığına istiqamətləndirib. Hazırda simfonik əsər yazan Faiq Sücəddinov bir müddət əvvəl “Vətən” adlı oratoriyasına yekun vurub. Onun yaradıcılıq işi yaxın günlərdə böyük bəstəkar ordusuna təqdim olunacaq. Eyni zamanda, bəstəkar kino sahəsində də çalışacaq. O, çəkiləcək bir neçə filmə mahnılar yazacaq. |
43,744 | 01.12.2008 07:30 | Ölkə | İTKİN DÜŞƏN SAHİBKAR TAPILDI | M.Hüseynov borcu olduğunu etiraf etsə də, evi ailə münaqişəsi zəminində tərk etdiyini deyib: “Amma evi tərk etməyimə səbəb atamla mübahisə olub. Ötən 8 gündə Göygöl rayonunun Qırıqlı kəndində avtomobilin içərisində qalırdım”.Nizami rayon Polis Şöbəsinin rəis müavini Sulduz Məmmədov APA-nın yerli bürosuna deyib ki, M.Hüseynovdan hələlik heç bir bank şikayətçi olmayıb. |
43,745 | 01.12.2008 04:30 | İdman | MƏŞQÇİLƏR HAKİMLƏRƏ ÜSYAN ETDİLƏR | “Simurq”la oyundan əvvəl də, bu günkü qarşılaşmadan öncə də Ramin Musayevə Anar Niyazovdan narazılığımı bildirmişdim. Çünki Anar Niyazov bizim oyunlara hakimlik edəndə uduzuruq. Mənim daha bu hakimə inamım qalmayıb. Bu gün də o, bizim əleyhimizə qərarlar verdi. Oyunun videoyazısına baxsanız, siz də buna əmin olarsınız"- deyə Y.Hüseynov bildirib. O, iddia edib ki, “Karvan”ın qapısına üçüncü qolun vurulmasında rol oynayan cərimə zərbəsi əslində yox imiş: “Amma hakim cərimə zərbəsini təyin etdi və bu, qolla nəticələndi”.Y.Hüseynov qələbəyə görə “Qarabağ”ı təbrik edib və komandaya uğurlar arzulayıb.“Karvan”ın yarımüdafiəçisi Kamal Quliyev də “Qarabağ”la oyundan sonra matçın baş hakimi Anar Niyazovdan narazılığını bildirib. O, komandasının uğursuzluğuna görə A.Niyazovu günahlandırıb. “Bu günkü oyuna görə ”Qarabağ"ı və Anar Niyazovu təbrik edirəm"- deyə o, bildirib.Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə “Karvan”ın baş məşqçisinin ittihamları ilə razılaşmayıb: “Hakimi biz yox, AFFA-nın Hakimlər Komitəsi təyin edir, mən sadəcə öz rəyimi bildirirəm. Hələ ötən mövsüm ”Neftçi"də işləyərkən İmanxan Sultaninin bizim oyuna təyinat almaması üçün əlimdəki tutarlı faktlarla AFFA-nın Hakimlər Komitəsinə müraciət etmişdim. Yunis Hüseynovun isə Anar Niyazovun onların oyununu qərəzli idarə etməsi ilə bağlı heç bir fakt yoxdur. Mən 100 faiz bilirəm ki, “Karvan” qalib gəlsəydi, Yunis Hüseynov hakimdən narazılıq etməyəcəkdi".Anar Niyazovu gənc və istedadlı hakim adlandıran R.Musayev Yunis Hüseynova məsləhət görüb ki, bu hakimlə münasibətini korlamasın: “Uduzanda məğlubiyyəti həzm etmək lazımdır”.“Xəzər-Lənkəran”la oyundan sonra hakimliklə bağlı suala cabab verən “Simurq” klubunun baş məşqçisi Roman Pokara da referidən gileylənib: “Biz bir xal qazanmadıq, iki xal itirdik. Bu günkü oyun əvvəldən axıradək bizim üstünlüyümüz şəraitində keçdi. Bütün 90 dəqiqə ərzində bizim azarkeşlərimiz hakimə etirazlarını bildirdilər. Məncə, bu, sizin sualınıza ən dəqiq cavabdır”.“Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov və məşqçisi Hafiz Əliyev də azerispor.com saytına açıqlamalarında “Simurq”-"Xəzər-Lənkəran" matçının baş hakimi Zöhrab Qədiyevin idarəçiliyindən narazılıqlarını dilə gətiriblər. Lənkəran klubunun rəhbərliyi baş hakimin oyunun nəticəsinə birbaşa təsir edən səhvlərə yol verdiyini iddia edib və matçın nəticəsinin ləğv olunması ilə bağlı AFFA və PFL-ə müraciət ünvanlayacaqlarını bildiriblər. “Xəzər-Lənkəran” rəhbərliyi əsasən üç epizoda etiraz edir. “Qapımıza birinci qol vurulanda rəqib futbolçu David Bolkvadze əllə oynamışdı. İkinci hissədə isə Ramulo və Rahid Əmirquliyevə qarşı kobudluq edilsə də penalti zərbəsi təyin olunmadı”- deyə klubun mətbuat xidmətindən bildiriblər.AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə bildirib ki, oyunun nəticəsi heç bir halda ləğv oluna bilməz. Oyunu birbaşa stadiondan izlədiyini və qərəzli hakimliyin olmadığını söyləyən X.Məmmədov referi Zöhrab Qədiyevə heç bir irad tutmadığını bildirib: “Onun çıxardığı qərarlar doğru idi və heç bir mübahisəli penalti epizodu olmayıb”.“Xəzər-Lənkəran”ın bununla bağlı AFFA-ya və Peşəkar Futbol Liqasına şikayət edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən X.Məmmədov bunun hər bir klubun hüququ olduğunu söyləyib. |
43,746 | 01.12.2008 04:35 | İdman | HƏNDBOLÇULARIMIZ ÜÇÜN HƏR ŞEY BİTDİ | Rəfiqə Şabanovanın başçılıq etdiyi kollektiv meydan sahiblərinə uduzub - 20:41. Milli komandamız əvvəlki 3 turda maksimum nəticə göstərməsinə baxmayaraq bir məğlubiyyət nəticəsində qrup səddini aşa bilməyib. Çünki pley-offa yalnız bir yığma vəsiqə qazanır. Həndbolçularımız məğlub olmaqla yanaşı yarış cədvəlində zirvəni də Çernoqoriyaya təhvil veriblər.Azərbaycan hazırda 6 xalla 3-cü pillədə qərarlaşıb. Komandamız son tur çərçivəsində yalnız top fərqinə görə geri qaldığı Sloveniyanı sınağa çəkəcək. Qarşılaşma hər iki tərəf üçün formal xarakter daşıyır. Axırıncı turun nəticələrindən asılı olmayaraq yeganə vəsiqəyə Çernoqoriya sahib çıxacaq. Qeyd edək ki, yığmamız əvvəlki turlarda Bolqarıstan (31:26), İtaliya (28:25) və Finlandiyanı (31:25) üstələyib. |
43,747 | 01.12.2008 03:34 | İdman | 1 OYUNDA 11 QIRMIZI VƏRƏQƏ | Əsas məsələ də bundan sonra başlayıb. Qeyd edək ki, bu vaxta qədər oyunda cəmi 1 qırmızı vərəqə olub ki, o da “Belediyespor”un oyunçusuna göstərilib.Amma 89-cu dəqiqədə “Belediyespor”un oyunçusunun rəqib komandanın qapıçısıni kəllə ilə vurması baş hakim Ərdoğan Yaylanın Türkiyə futbol tarixinə düşməsinə səbəb olub. Bu insidentdən sonra hakim hər iki oyunçunu meydandan qovub. Amma oyunda dava bununla da bitməyib, hətta bu olaya azarkeşlər də müdaxilə edib. Jandarmanın köməyi ilə ara sakitləşdirilsə də, hakimi sakitləşdirmək mümkün olmayıb. Qəzəbli hakim “Belediyespor”un 5, “Şimşəkspor”un 3 futbolçusunu oyundan qovub. Beləliklə, qırmızı vərəqə yağışı daha çox “Belediyespor”u “isladıb”. Onların payına 7 qırmızı vərəqənin düşməsi oyunun başa çatmamış dayandırılmasına səbəb olub. Həvəskar İdman Klubları Federasiyası dekabrın 2-də kimin qalib olduğuna, kimin nə qədər cəzalanacağına dair qərar verəcək. |
43,748 | 01.12.2008 04:36 | İdman | ŞENOL GÜNƏŞİ SİYASƏTƏ GƏTİRİRLƏR | fanat.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gənclik və İdman Nazirliyinin şöbə müdiri Mehmet Atalayın namizədliyi müzakirə edilərkən baş nazir Rəcəb Tayyib Ərdoğan bölgədə araşdırma aparıb və real namizədi təsdiq edib. Trabzonlular öz namizədi kimi Şenol Günəşi görmək istəyiblər. Bu nəticədən sonra baş nazir Ərdoğanın nazir Faruk Özaka “Şenol Günəşi razı sal” təlimatı verib. Cənubi Koreyadan qayıdan Şenol Günəş isə seçkilərdə iştirak etmək niyyəti olmadığını, baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib. Həftə sonu nazir Faruk Özakla Şenol hocanın görüşü gözlənilir. “FƏNƏR”in PREZİDENTİ DƏYİŞƏCƏKƏziz Yıldırım “Fənərbaxça”nın prezidenti postunu tərk edəcəyini bəyan edib. O, gələn ilin mayında klub prezidentliyi uğrundakı növbəti seçkidə namizəd olmayacağını dilə gətirib. Ə.Yıldırım “Fənər”in prezidenti postunu tərk etmək barədə qəti qərara gəldiyini də vurğulayıb. Qeyd edək ki, Ə.Yıldırım 11 ildir “Fənərbaxça”nın prezidentidir. “BEŞİKTAŞ”lı POLİSİ GÜLLƏLƏDİ“Fənərbaxça” və “Beşiktaş” arasında keçirilən İstanbul derbisindən sonra azarkeşlər arasında xoşagəlməz hadisələr yaşanıb. Türkiyə mətbuatının yazdığına görə, sevimli komandalarının “Fənər”ə 1:2 hesablı məğlubiyyətini həzm edə bilməyən “qara qartallar”ın çılğın fanatları öz aralarında dava salıblar.İnsidentin böyüməsinin qarşısını almaq istəyən polislərin hadisəyə müdaxiləsi zamanı “Beşiktaş” fanatlarından biri asayiş keşikçisinə odlu silahdan atəş açıb. Nəticədə polis işçilərindən biri əlindən yaralanıb. Atəş açan “Beşiktaş” azarkeşinin içkili olduğu bəlli olub. Yaralı polis xəstəxanaya yerləşdirilib, 3 azarkeş isə həbs edilib. |
43,749 | 01.12.2008 04:38 | İdman | “ANARTOSİS”in PREZİDENTİ HƏBS EDİLDİ | Klubun 6 rəhbər üzvü “Anartosis”in gəlirlərini hesablayarkən ciddi çatışmazlığa rast gəldiklərini bildirib. Onlar Pandelisdən buna görə hesabat verməsini tələb ediblər. Klub prezidenti söz versə də maliyyə çatışmazlığı barədə danışmaqdan yayınıb ki, nəticədə “Anartosis”in rəhbərliyi polisə şikayət edib. TİMOŞUK “BAVARİYA” YOLUNDAUkrayna yığmasının Sankt-Peterburq “Zenit”ində çıxış edən oyunçusu Anatoli Tmmoşuk karyerasını Almaniyada davam etdirə bilər. Almaniyanın nüfuzlu “Bild” qəzeti yazıb ki, piterlilərin kapitanı “Bavariya”nın maraq dairəsindədir.Məlumata görə, Münhen klubu artıq Timoşukun keçidini həll edib. Ukraynalı futbolçunun yaxın günlərdə Almaniyada tibbi müayinədən keçərək yeni klubu ilə müqavilə bağlayacağı önə çəkilir. İki klub arasında müqavilənin bütün detallarının razılaşdırıldığı da gələn xəbərlər arasındadır. |
43,750 | 02.12.2008 08:30 | İqtisadiyyat | AZƏRBAYCANDA NÖVBƏTİ İŞSİZLƏR ORDUSU YARANIR | Məsələn, “Mərdəkan Broyler” hələ ötən aydan tamamilə fəaliyyətini dayandırıb. Müəssisədə çalışan 300 nəfər işsiz qalıb. Onu da nəzərə çatdıraq ki, müflis olmaq təhlükəsi digər broyler şirkətlərini də gözləyir. Vəziyyətdən çıxış yolu kimi ölkəyə gətirilən quş yeminin əlavə dəyər vergisindən azad edilməsi göstərilir.Xatırladaq ki, ötən il ölkədə 26 iri quşçuluq müəssisəsi fəaliyyət göstərirdisə, indi onlardan cəmi 15-i işləyir. “Bakı Stell Kompani”nin bağlanması xəbərləri yayılsa da, hələlik zavodun rəhbərliyi məsələyə rəsmi şəkildə aydınlıq gətirməyib. Həmçinin “Tam” şirkətinin müflisləşməsinə dair məlumatlar var. Bir sıra tikinti şirkətlərində də - xüsusilə məşhur iş adamı İsfəndiyar Axundova məxsus “Şərur MTK” və onun törəmələri olan qurumlarda - işin dayanması məlumatları yayılıb. 20-yə yaxın alqı-satqı agentliyi özünü müflis elan edib. Nəzərə alsaq ki, son illər ölkədəki məşğulluq problemi məhz tikinti sektorunun hesabına qismən həllini tapmışdı, bu sahədə böhran 100 minə yaxın insanın işsiz qalması deməkdir.İlham Allahverdiyev adına Gəmiqayırma Zavodu Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən zəbt edildiyindən müəssisənin 346 nəfər əməkdaşı küçəyə atılıb. Bu arada bəzi müəssisələrdə kütləvi ixtisarlara gedilib. Dövlət Neft Şirkətinin quruda neft çıxarma idarələrində ixtisarlar var. Ölkədə fəaliyyət göstərən xarici neft şirkətləri də ixtisarlar aparır. Əsasən yerli vətəndaşlar işdən çıxarılır. Maliyyə sektorunda vəziyyət kritikdir. Milli Bankın gizlətməyə çalışmasına baxmayaraq, bankların çoxu likvidlik problemi ilə üzləşdiyindən fəaliyyətlərini tam şəkildə həyata keçirə bilmirlər. Bəziləri hətta qapanmaq üzrədir. Dövlət hesabına həyata keçirilən layihələr dayanıb. Bakı-Cəlilabad, Bakı-Şamaxı, Bakı-Sumqayıt, İpək yolunda tikintilərə fasilə verilib. O cümlədən rayonların qazlaşdırılması prosesi dayanıb. Ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən xüsusən kiçik və orta müəssisələrin müflis olması gözlənilən idi. Güman edilirdi ki, kiçik və orta müəssisələr bazarlarını itirəcəklər. Bu ərəfədə qlobal maliyyə böhranının baş verməsi həmin müəssisələrin kredit almaq imkanını məhdudlaşdırdı və prosesi sürətləndirdi. Digər tərəfdən, Milli Bankın məlumatına görə, qeyri-neft ümumi daxili məhsulun 70 faizi məhz maliyyə sektorunun payına düşür. Belə çıxır ki, qeyri-neft ümumi daxili məhsulun cəmi 30 faizi digər sektorlardır. İki aydan artıqdır maliyyə sektorunda problemlər müşahidə edilir. Banklar kütləvi kredit verilməsini dayandırıblar. Belə olan halda bu, digər müəssisələrin də fəaliyyətinə təsir göstərir. Ekspertlərin fikrincə, broyler müəssisələrinin müflisləşməsi ona görə daha çox diqqəti cəlb edir ki, onların istehsal etdiyi məhsulların böyük əksəriyyəti gündəlik istehlak olunan məhsullara daxildir: “Amma bu gün kreditlərin verilməməsindən, neftin qiymətinin aşağı düşməsindən ziyanla üzləşən yalnız broyler şirkətləri deyil. Hətta taxta istehsal edən kiçik sexlər belə neftin dünya bazar qiymətindən asılı vəziyyətdədir”. İqtisadçıların sözlərinə görə, bütövlükdə iqtisadi sistemin özünün problemləri yaranıb: “Neftin qiymətinin aşağı düşməsi neft quyusundan birbaşa olmasa da, dolayısı ilə qidalanan digər qeyri-neft sektorunun fəaliyyətinə ciddi zərbə vurur”. Məsələnin digər problematik tərəfi yeyinti sektorunda müəssisələrin müflis olmasıdır. Yeyinti sektorunda müəssisələrin müflisləşməsi ölkənin ərzaq təhlükəsizliyi baxımından təhlükəlidir. Güman edilir ki, məsələ “Mərdəkan Broyler”lə qapanmayacaq. Digər broyler fabrikləri də müflisləşəcək. Belə olsa, iqtisadiyyatın digər sektorlarında fəaliyyət göstərən müəssisələr də özünü müflis elan edə bilərlər. Bu isə ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq. Çünki hökumətin əsas prioritet sahəsi qeyri-neft sektorunun inkişafıdır. Yeyinti sektoru isə qeyri-neft sektoruna aiddir. Qeyri-neft sektorunda problem müşahidə edilirsə, müəssisələrin müflisləşməsi qeydə alınırsa, neftin qiymətinin aşağı düşməsi güclənirsə, deməli, yaxın illərdə dövlət büdcəsi gəlirlərinin formalaşması problemi qaçılmaz olacaq. |
43,751 | 02.12.2008 06:30 | İqtisadiyyat | MİLLİ BANK UÇOT STAVKASINI YENƏ AŞAĞI SALDI | Onu da xatırladaq ki, mərkəzi bank son iki ayda artıq üçüncü dəfədir ki, uçot stavkasını dəyişir. Belə ki, hələ oktyabrın ortalarında MB uçot dərəcəsini 15 faizdən 12 faizə, daha sonra isə 10 faizə endirmişdi. Halbuki ilin əvvəlində mərkəzi bank uçot dərəcəsi məsələsində əks istiqamət götürmüşdü. Cari ilin əvvəlində 11 faiz olan uçot dərəcəsi sonradan 13, 14 və nəhayət, 15 faizə qədər qalxdı.Atılan son addımlar bir nömrəli bankın maliyyə böhranının təsiri altında belə qərarlar vermək məcburiyyətində qaldığını göstərir. Çünki son 10 ildə Milli Bank uçot stavkasının 7 faiz endirilməsi ilə bağlı qərar qəbul etməyib. Bu o deməkdir ki, MB-nin belə bir addım atması üçün müəyyən zəruri əsaslar olub. Digər tərəfdən, MB-nin uçot stavkasını üçüncü dəfə aşağı salması bu yöndə əvvəlki addımların effekt vermədiyinə dəlalət edir. Çünki həmin qərarlardan sonra banklarda kreditləşmənin bərpa olunacağı bildirilsə də, bu, baş vermədi. Qeyd edək ki, MB-nin uçot stavkası ilə bağlı bundan əvvəlki addımları ölkədə ucuz kreditləşməyə gətirib çıxarmamışdı. Banklar 30 faizdən aşağı kredit vermirdilər. Halbuki uçot stavkasının endirilməsi kommersiya banklarının ucuz kredit almaq imkanı əldə etməsi deməkdir. Yeni qaydalara görə, mərkəzləşdirilmiş kreditlər 8 faizlə bölüşdürüləcək. İqtisadi baxımdan əslində kommersiya banklarının müəyyən faiz endirimlərinə getməsi labüddür. Lakin Azərbaycanın bank sektorunun zəif, eyni zamanda bankların əksəriyyəti izafi gəlir əldə etmək marağında olduğu üçün güman edilir ki, hətta ucuz kredit alan banklar da onları daha yüksək faizlə verəcəklər. Mütəxəssislərin fikrincə, Milli Bank ölkədə bahalı kredit siyasətinə son qoymaq istəyirsə, kommersiya bankları tərəfindən təklif olunan kredit faizlərinin tənzimlənməsinə müdaxilə etməlidir. Düzdür, kommersiya banklarının verdikləri kredit faizləri birbaşa onların öz səlahiyyətindədir. Ancaq aydındır ki, Milli Bankın Azərbaycandakı kommersiya banklarına həm inzibati, həm rəsmi, həm də qeyri-rəsmi təsir imkanları olduqca böyükdür. Başqa bir məqam. Azərbaycan bankları üçün heç vaxt nə Milli Bankın resursları, nə də əhalinin qoyduğu əmanətlər ucuz kredit mənbəyi olmayıb. Yerli bankların ucuz kredit mənbəyi xarici banklar - Avropa və Amerika bankları idi. Əbəs deyil ki, bu səbəbdən bankların xarici banklara 2,2 milyard dollardan çox kredit borcları var. İndi həmin mənbələrdən kredit almaq mümkün deyil. Analitiklər Milli Bankın son addımlarını yetərli hesab etmirlər. Onların fikrincə, Milli Bank uçot dərəcəsini 8 faizə salsa da, bu rəqəm yenə də yüksəkdir: “Məsələn, Yaponiya Milli Bankı uçot stavkasını 0,3 faizə, Amerika Federal Rezerv sistemi bunu 1,5 faizdən 1 faizə endirib. Böyük Britaniya, o cümlədən digər Avropa ölkələrinin mərkəzi banklarının uçot dərəcəsi 2-3 faiz ətrafındadır. Belə bir şəraitdə Milli Bank da uçot dərəcəsini kəskin şəkildə aşağı salmalıdır. Nəzərə alsaq ki, manat dollara, digər valyutalara nisbətən möhkəmlənir, belə vəziyyətdə uçot dərəcəsini 8 faizdə saxlamaq iqtisadiyyatı boğmaq, kredit faizlərini yüksək səviyyədə saxlamaqdır”. Yeri gəlmişkən, Azərbaycanda vaxtilə uçot stavkası 4 faiz idi. Bəzi mütəxəssislər hesab edir ki, Milli Bank uçot dərəcəsini əvvəlki vəziyyətinə, yəni 4 faiz həddinə qaytarmalıdır. Yalnız bu halda kredit faizləri aşağı düşər. |
43,752 | 02.12.2008 06:30 | İqtisadiyyat | ÖLKƏDƏ KRİTİK MAAŞ PROBLEMİ | Xatırladaq ki, son illər Azərbaycanda əməkhaqlarının yubanması ilə bağlı problemlər yox idi. Bu da birbaşa onunla bağlı idi ki, dövlət büdcəsi gəlirlərinin artması hökumətə əhali qarşısında əməkhaqlarının və pensiyaların ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə imkan verirdi. Amma son aylar əməkhaqlarının yubanması ənənəvi hal alıb. Maaşların yubanmasına əsas səbəb kimi neftin dünya bazar qiymətinin düşməsi nəticəsində dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasındakı problemlər göstərilir. Məlumatlara görə, Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərinin azalması fonunda xərclərin azalmasının qarşısını almaq, eyni zamanda 2008-ci ildə profisitin yaranması və 2009-cu ildə həmin profisitin istifadə olunması üçün məvacibləri yubatmaqla əlavə vəsaitlər əldə etməyə çalışır.Başqa bir səbəb kimi, hökumətin müflisləşməkdə olan bank sektorunu xilas etmək üçün bu sahəyə gizli şəkildə maliyyə yönəltməsi gətirilir. Digər tərəfdən, əməkhaqlarının yubanması müəyyən psixoloji baryerləri aradan qaldırır. Belə ki, əhalini gələcəkdə bu cür problemlərə hazırlayırlar. Əgər əvvəllər əməkhaqlarının bir neçə gün yubanması vətəndaşlar arasında narazılıq yaradırdısa, bu gün əməkhaqlarının aylarla yubanması onların narahatçılığına səbəb olmur. Güman edilir ki, hökumət növbəti illərdə - 2009-2010-cu illərdə qənaət prinsipi ilə işləmək niyyətindədir. Bu baxımdan əməkhaqlarında, təqaüdlərin verilməsindəki yubanmalar 2009-cu ildə də davam edəcək. Ən azı ona görə ki, 2009-cu ildə də hökumət profisitin saxlanmasına çalışacaq. Digər tərəfdən, 2009-cu ildə neftin dünya bazar qiymətinin düşəcəyi proqnozlaşdırılır. Belə halda hökumət məcburdur ki, büdcə xərclərinin bölüşdürülməsiylə bağlı kifayət qədər konservativ siyasət yürütsün. |
43,753 | 02.12.2008 06:32 | İqtisadiyyat | NEFTİMİZİN QİYMƏTİ 20 FAİZDƏN ÇOX UCUZLAŞIB | Neftin belə ucuzlaşması isə Azərbaycana gəlir baxımından o qədər ürəkaçan vədlər vermir. Aparılan hesablamalara görə, neftin barelinin 1 dollar bahalaşması Azərbaycanın valyuta hasilatını təxminən 100-120 milyon dollar artırır. Neftin qiymətinin hər dəfə 1 dollar düşməsi isə ölkənin elə bir o qədər də valyuta itirməsi deməkdir. |
43,754 | 02.12.2008 06:33 | İqtisadiyyat | ÖTƏN AY MALİYYƏ BAZARLARINDA SABİTLİK OLUB | Avropanın vahid valyutasının 2 həftə bundan əvvəlki ucuzlaşması və ötən həftə baş verən bahalaşma nəzərə alınmasa, valyuta bazarında kəskin məzənnə dəyişikliyi qeydə alınmayıb. Qızıl isə ayın sonunda bahalaşmağa başlayıb. Qiymətli metalın 1 unsiyasının qiyməti ötən həftə yenidən 800 dollarlıq psixoloji həddi keçib. |
43,755 | 02.12.2008 06:31 | Yazarlar | QƏZETLƏRİ BAĞLAYIN, BİRLƏŞƏK... | Bunu mən yazdığım kimi dilə gətirməsələr də orada-burada danışdıqlarının, qəzəbli baxışlarının, görüşəndə tikanlı sözlərinin mənası budur. İllərdir bu düşərgə həm də ona görə irəli gedə bilməyib ki, bir haqlı tənqidə görə yazarlara təşəkkür etməyiblər ki, sağ ol, filan məsələdə barəmizdə doğru yazmışdın. “Hakimiyyəti sağdan da, soldan da sökün, daha sərt yazın, qələminizə qüvvət...” deyib jurnalistləri alqışlayanlar haqlı tənqidə dözümsüz olublar. Yox, bunlar hamıdan yaxşıdır, bunlar milləti düşünür, bizsə pisik, hətta bir az yumşalmışıq, milləti yox, öz cibimizi güdürük.Etiraf edim ki, son vaxtlar bu “birlik-dirlik” yazılarını həvəslə oxumuram. Amma o yazıların müəlliflərinin mövzu qıtlığına və ya yuxarıda sadaladığım “başqa səbəblər”ə görə bu problemi gündəmdə saxlamadıqlarına əminəm. Yüzdə-yüz biz bu mövzudan yazmasaq, onlar heç bir yerə cəm olub şəkil də çəkdirməzlər, birgə çay da içməzlər. Hərə öz batmaqda olan gəmisində oturub, gözünü məchul bir nöqtəyə dikib möcüzə gözləyər. Qəzetlərdən gileylərinin səbəbi bu; yəni qoy oturmuşuq yerimizdə, nə birlik, birləşmək deyib hay-həşir salmısınız?Mən təəccüblənmirəm. Bu adamların əksəriyyəti illərdir bir-birini həzm edə bilmir. Hələ də Cəbhə hakimiyyətindən qalma ədavətlərini aparırlar. Qəzetlərin qınağından yayınmaq üçün üzbəüz oturanda da köhnə söz-söhbətlər yada düşür, komplekslər içlərini didib-parçalayır ki, axı biz niyə bir yerdə olmalıyıq. Axı filankəs filan ildə filankəsin yanında mənim arxamca danışıb. Bax, bu söhbətlər yada düşəndə qınaq obyekti də jurnalistər olur. Ki, bunlar bizi niyə birləşməyə çağırırlar, nələrinə lazımdır bu? Onda da daha başqa məsələlər yada düşür: o jurnalist filan jurnalistin qardaşıdır, bu biri jurnalist də filan rayondadır, elə həmişə qərəzli olub. İnanmırsınız? Amma gözümüzdə böyütdüyümüz, hörmətlərini saxladığımız, heç şübhəsiz ki, millətə xeyirli və lazımlı bu adamlar daha çox bu işlərə vaxt sərf edirlər. Hakimiyyət onlara başqa iş qoymayıb zatən, haqq üçün bunu da demək lazım.Dünən ölkə saytlarının birində partiya funksionerlərindən birinin müxalifətin birlik modelini oxudum. Olsun, bu birlik nədirsə, axtarıb-arayıb axırda tapacaqlar yəqin. Amma qəzetlərə yönəlik yumşaq ittihamların yer aldığı həmin modeldə diqqətçəkən bir məqam da var. Olduğu kimi yazmıram, amma mənası budur ki, bələdiyyə və parlament seçkilərinə hələ vaxt var, indidən yaranan birlik işin xeyrinə olmaz. Bunun əksini sübut edəcək Ukrayna variantını (hərçənd orada da kim kimlə birləşir, kim-kimdən niyə ayrılır kimi qəliz suallar çoxdur) göstərmək olar. Fəqət, bu narahatlığın səbəbi aydındır. Çəkişmələr başlayacaq: “Nərimanov bələdiyyəsinin başqanı kim olsun - cəbhəçi Məhəmməd, yoxsa müsavatçı Məmməd?” “Liderlər seçkiyə qatılacaq, yoxsa yox?” “İlan vuran ala çatıdan qorxar” deyib atalar. 2005-ci ilin parlament seçkilərində birgə siyahıdakı narazılıqlar hələ də bitməyib.Mənə qalsa, müxalifəti rahat buraxmaq lazımdır deyərəm. Birləşərlər özləri bilər, birləşməzlər də vicdanları. Amma daha bizi günahkar çıxarmasınlar. İki gün qəzet çıxmayanda müxalifət də yaddan çıxır, müxalifətdəki intriqalar da. Hələ yaxşı ki, “qəzetlərinizi bağlayın, birləşək” demirlər... Nazim SABİROĞLU |
43,756 | 02.12.2008 05:35 | Ölkə | RÜSTƏM İBRAHİMBƏYOV “YENİ AZƏRBAYCAN”a ETİRAZ MƏKTUBU YAZDI | Dramaturq qəzetin Azərbaycan prezidentinin İtaliyadakı çıxışından sitat gətirilən 28 noyabr tarixli nömrəsini xüsusi vurğulayır: “İlham Əliyev qeyd edir ki, azərbaycanlılar öz ənənələrini, milli mentalitetlərini yüksək qiymətləndirirlər, gənc nəsil milli ruhda tərbiyə olunub və Avropa dəyərlərinə hörmət edən azərilər ata-babalarından qalmış milli dəyərlərini və ənənələrini unutmurlar. Düşünürəm ki, azərbaycanlıların böyük əksəriyyəti prezidentimizin fikri ilə həmrəydir. Əsas milli ənənələrə əməl edərək, biz ən əsas dəyərlərdən birini - sağlam, qlobal dağıdıcı təsirlərə boyun əyməyən ailəyə pərəstiş ənənəsini qoruyub saxlamışıq. Ailə ənənələri, uşaqlara sevgi və böyüklərə hörmət bizi bu dəyərlərin xeyli zəiflədiyi bir çox Avropa xalqlarından yaxşı mənada fərqləndirir. Sizin qəzetinizdə də bu dəyərlər zəifləyib, ən mühüm milli keyfiyyət - böyüyə hörmət yaddan çıxarılıb. Məni hər nömrədə ittiham edərək siz Yeni Azərbaycan Partiyasının banisi və mənəvi lideri ilə qəti polemikaya qədəm qoymusunuz. o, mənim və yaradıcılığım haqda tam əks fikirdə olub və belə qiymət verib: “Rüstəm İbrahimbəyov 60-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatına və mədəniyyətinə gəlmiş böyük bir yaradıcı qrupun parlaq nümayəndəsidir. Həmin vaxtdan bu günə kimi (1999-cu il) o, öz yaradıcılığı - nəsr əsərləri, kinossenariləri, pyesləri ilə milli mədəniyyətimizi zənginləşdirib və dünya mədəniyyətinə layiqli töhfə verib. Məsələn, onun 1968-ci ildə çəkilmiş ”Bir cənub şəhərində" filmi Azərbaycan mədəniyyətində, Azərbaycan kinosunda böyük hadisə olub. Rüstəm İbrahimbəyovun bütün əsərlərinin mövzusunu və mənasını təşkil edən əsas xüsusiyyəti onların həmişə real həyatı əks etdirməsidir. O vaxtı xatırlayıram ki, bəzi yazıçılar, şairlər, tənqidçilər Rüstəm İbrahimbəyovu və Maqsud İbrahimbəyovu sovet ideologiyasına qarşı olmaqda ittiham edirdilər. Amma həqiqət ondan ibarətdir ki, mən həmin vaxt bu cəhdlərin qarşısını həmişə almışam. Rüstəm İbrahimbəyov Azərbaycan mədəniyyətini bütün dünyaya yayıb. Və bu özü də böyük xidmətdir".Heydər Əliyevin mənim üçün unudulmaz olan çıxışından bu sətirləri sitat gətirərək kədərlə mənim və bir çox digər Azərbaycan mədəniyyət xadimlərinin necə gözəl müdafiəçidən məhrum olduğu haqda düşündüm. Amma Azərbaycanda ailə ənənələri sarsılmazdır, gec, ya tez, qəzetinizin və ən yaxşı milli mədəniyyət nümayəndələrinə qarşı qarayaxma kampaniyalarının təşkilatçılarının əməllərinə layiqli qiymət veriləcəyindən əminəm”. |
43,757 | 02.12.2008 05:33 | Siyasət | AXC BAZALI TƏŞKİLATLARIN BİRLİYİ İDEYASI DƏSTƏKLƏNİR | “Ümid var ki, Müsavat, KXCP və AXCP bir araya gəlib funksional əməkdaşlığı ülvi birliyə çevirəcəklər. KXCP bu təmərküzləşmənin gerçəkləşməsi istiqamətində mərkəzdə olub öz töhfəsini verməlidir. Bunu Elçibəyin ruhu da bizdən tələb edir. Bəyin müasirləri bu sadə həqiqəti ambisiyalarının əsarətindən çıxarmalıdır. Bizlər milli gücü sarsıdan amilləri aradan qaldırmalı, milli gücü səfərbər etməliyik. Bununla Azərbaycan cəmiyyətini yenidən hərəkətə gətirəcəyik. İdeoloji və siyasi bloklaşmanı təmin etməliyik”. Z.Məmmədlinin təşəbbüsünün sözügedən üç partiyanın rəhbərliyi tərəfindən necə qarşılandığını öyrəndik. İlk müraciəti də məhz KXCP-nin sədri Mirmahmud Mirəlioğluna etdik. Bizi sona qədər dinlədikdən sonra həvəssiz şəkildə bir cümlə ilə cavab verdi - əgər buna cavab demək mümkündürsə: “Mənim bu məsələ ilə bağlı heç bir fikrim yoxdur”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, vaxtilə AXC-də birlikdə fəaliyyət göstərən siyasi qüvvələrin bir araya gəlməsi həqiqətən daha realdır. Çünki həmin bazada fəaliyyət göstərmiş insanların siyasi əqidəsində, dünyagörüşündə, qarşılarına qoyduqları məqsədlərdə kifayət qədər yaxınlıqlar mövcuddur: “Buna bənzər təkliflər müxtəlif dövrlərdə verilib. Bu yaxınlarda bizim tərəfimizdən belə bir təklif irəli sürülmüşdü ki, KXCP də müxalifət partiyalarının əməkdaşlıq mərkəzində təmsil olunsun. Təəssüf ki, KXCP-dən bizim mövqeyimizə təpki gəldi. İndi həmin partiyanın mühüm simalarından birinin AXC bazasına əsaslan siyasi qüvvələrin birliyi təklifi ilə çıxış etməsi sevindirici haldır. Müsavat da hesab edir ki, bu qüvvələrin birliyi labüddür”.AXCP sədrinin müavini Həsən Kərimov isə qeyd etdi ki, bu çox ciddi təklifdir və partiyanın rəhbər strukturlarında müzakirə olunandan sonra konkret cavab verilə bilər: “Hər bir halda AXCP müxalifətin birliyinin tərəfdarıdır”. |
43,758 | 02.12.2008 05:37 | Siyasət | AXCP-dən NÖVBƏTİ QOPMALAR | Onlarla birlikdə AXCP Kəlbəcər rayon şöbəsinin sədri, “Bozqurd” qəzetinin təsisçisi və baş redaktoru Ramiz Nəcəfli də Aydınlar Partiyasına daxil olduqlarını bəyan edib. R.Nəcəfli Qarabağ məsələsi üzrə təşkilat komitəsinə üzv qəbul olunub. Təşkilat komitəsindən o da bildirildi ki, qurultayın keçiriləcəyi yerlə bağlı danışıqlar aparılır. Təşkilat sərfəli bildiyi yerdə tədbirini keçirmək niyyətindədir. Yaxın günlərdə qurultayın keçiriləcəyi ünvan bəlli olacaq. |
43,759 | 02.12.2008 05:36 | Siyasət | RƏSUL QULİYEVİN BACISI OĞLUNUN İSTİNTAQI BAŞA ÇATDI | F.Əliyev bildirib ki, E. Quliyev həbs edildiyi 11 ay ərzində 3 dəfə həbs-qətimkan tədbirinin müddəti dəyişdirilib, istintaq prosesi uzadılıb. O, istintaq prosesində ciddi araşdırmaların aparılmadığını, E.Quliyevə qarşı irəli sürülmüş ittihamların sübut olunmadığını söyləyib. Vəkil E.Quliyevin səhhətinin normal olduğunu və saxlanıldığı I saylı istintaq təcridxanasında ona heç bir təzyiq göstərilmədiyini də əlavə edib. Qeyd edək ki, Rəsul Quliyevin keçmiş biznes ortağı Cahangir Quliyevin şikayəti əsasında bu il fevralın 5-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Elbrus Quliyev haqqında həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə (külli miqdarda dələduzluq) cinayət işi başlanıb. |
43,760 | 02.12.2008 07:39 | Ölkə | DAĞBİLCİ CİNAYƏTİ İLƏ BAĞLI ŞOK AÇIQLAMALAR VERİLƏCƏK | Müttəhimlər İsmayılov qardaşlarıdır. Onlardan biri - Təvəkkül günahını qismən etiraf edib və oğurluq sifarişçisi kimi Dəvəçi rayon Polis Şöbəsi rəisinin müavini Məmmədmusa Hüseynovun adını açıqlayıb. Bundan başqa, müttəhim kəndin daha bir sakini Diləfruz Daştiyevanın 2005-ci il mayın 17-də oğurlanması faktını açıqlayıb. Müttəhimin sözlərinə görə, o, oğurladığı Daştiyevanı eyni sifarişçiyə təhvil verib.Təvəkkül İsmayılov həmçinin sifarişçinin adını gizli saxlamaq və təqsiri öz üzərinə götürmək tələbi ilə ona verilmiş işgəncələrdən danışıb.Zərərçəkmişlər - Məcidovlar və Daştiyevlər ailəsi, həmçinin müttəhimlər - İsmayılovlar ailəsi qanuni olaraq, hakim Əhməd Quliyevə qarşı Dəvəçi rayon polis rəisinin müavini Məmmədmusa Hüseynovu məhkəməyə çağırmaq tələbində birləşiblər. “Lakin hakim dörd aydır ki, bunu etməkdən imtina edir. İstintaq zamanı işgəncələrə yol vermiş prokurorluğun xüsusilə ağır işlər üzrə müstəntiqi Zakir Saatov məsuliyyətə cəlb edilmir. O, ittihamı “saxtalaşdıraraq” və oğurluq sifarişçilərinin adını gizlədərək, işi məhkəməyə təqdim edib”- deyə Sülh və Demokratiya İnstitutunun press-relizində deyilir. |
43,761 | 02.12.2008 06:38 | Media | “XARİCİ RADİOLARA LİSENZİYA VERİLMƏLİDİR” | “Azadlıq” radiosunun məlumatına görə, hesabatın Azərbaycana aid hissəsində Haraşti qeyd edib ki, o, noyabrın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edərək Milli Teleradio Şurasının xarici radiolarla bağlı planlarından narahatlığı bildirib: “Mən hakimiyyət nümayəndələrini öz planlarına yenidən baxmağa və xarici radioların yayımı üçün onların lisenziyalarının yenilənməsinə çağırmışam. Çünki bu radiolar Azərbaycan cəmiyyəti üçün çox vacib informasiya mənbələridir”. |
43,762 | 02.12.2008 06:43 | Kriminal | BAKIDA AXTARIŞDA OLAN 7 NƏFƏR HƏBS EDİLDİ | Eyni zamanda Nəsimi rayonunda Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan 1952-ci il təvəllüdlü Mirzə Zərbəli oğlu Ağamalıyev və 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Ağa Fərrux oğlu Yusifov yaxalanıb. Xətai rayonunda da oğurluq maddəsi ilə axtarışda olan şəxs həbs edilib. Saxlanılan 1987-ci il təvəllüdlü Amil Mansur oğlu Paşayevdir. Bundan başqa, Yasamal rayonunda Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü Esmira Ağarza qızı Əliyeva da tutulub.Hər bir faktla bağlı araşdırma aparılır. MOSKVADA 25 YAŞLI AZƏRBAYCANLI QƏTLƏ YETİRİLDİMoskvada 25 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb. APA-nın məlumatına görə, cəsəd paytaxtın “İdman keçidi” rayonunda aşkarlanıb. Növbətçi hissəyə zəng vuran sakinlər rayondakı binalardan birinin qarşısında cəsəd olduğunu xəbər veriblər. İlkin baxış zamanı cəsəddə çoxlu sayda bıçaq yaraları müəyyən olunub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |
43,763 | 02.12.2008 05:42 | Ölkə | MERİYA MƏSULİYYƏTDƏN YAYINIR | Elekrtik şəbəkəsinin söylədiyi borcun həcmi barədə fikir bildirən mənbə bunu Bakının bütün idarələrinin işıq borcunun Bakı meriyasından alınması kimi dəyərləndirib.Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətindən də “Turan”a idarənin elektrik məsrəfinə görə borcu olmadığını bildiriblər.“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə ATV-yə verdiyi açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinə bir daha xəbərdarlıq edildiyini deyib. Onun sözlərinə görə, müəyyən danışıqlardan sonra “Bakıelektrikşəbəkə” paytaxtda işıqforlara və liftlərə sərf edilən enerji haqqının ödənilməsi üçün müəyyən edilən vaxtı dekabrın 10-nadək uzadıb.Bakı Şəhər Dövlət Yol Polisinin şöbə müdiri Vasif Əsədov isə yol polisinin hər ehtimala qarşı problemə hazır olduğunu deyib. |
43,764 | 02.12.2008 05:48 | Gündəm | MÜSAVAT DİVANININ TOPLANTISI OLDU | Xəbərə görə, müxalifətin birləşmiş mitinqinə icazə vermədiyinə görə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Səbayel rayon Məhkəməsində qaldırılan iddia üzrə məhkəmə prosesi barədə məlumat dinlənilib. Həmçinin iclasda partiyadaxili məsələlər müzakirə olunub, rayon təşkilatlarının konfransına hazırlıq barədə fikir mübadiləsi aparılıb və uyğun qərarlar qəbul edilib.Toplantıda Müsavat Partiyası Məclisinin 2009-cu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etməsinə uyğun olaraq yubiley tədbirlərinin keçirilməsi barədə də müzakirələr aparılıb. |
43,765 | 02.12.2008 05:46 | Ölkə | BAKIDA MARŞRUTDA GEDİŞHAQQI - 1 MANAT! | Azərbaycan Tarif (Qiymət) Şurasının saytında isə 310 saylı marşrutda sərnişindaşıma qiymətinin 35 qəpik olduğu göstərilib.Məsələ ilə bağlı “Avtonəqliyyatservis” Departamentindən lent.az-a bildirilib ki, 310 saylı marşrutla bağlı məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək. |
43,766 | 02.12.2008 07:50 | Gündəm | İLHAM ƏLİYEV BABA OLDU | Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qızının və nəvələrinin yanındadır. Qeyd edək ki, Leyla Əliyeva Rusiyanın tanınmış iş adamlarından olan azərbaycanlı Araz Ağalarovun oğlu Emil Ağalarovla 2006-cı ildə ailə qurub. |
43,767 | 02.12.2008 06:49 | Ölkə | “ƏBU BƏKR”in İŞİNƏ DEKABRIN 11-də BAXILACAQ | Xatırladaq ki, bu iş üzrə sədrlik edən hakim Asif Allahverdiyev noyabrın 25-də dünyasını dəyişib və prosesə Turqay Hüseynov hakim təyin edilib.Bu il avqustun 17-də “Əbu Bəkr” məscidinə qumbara atılmasından sonra məscid bağlanıb. Nərimanov rayon Məhkəməsi oktyabrın 27-də məscidin açılması barədə qərar çıxarsa da, sonradan həmin qərarı ləğv edib. Bununla bağlı məscidin dini icması iddia qaldırıb. |
43,768 | 02.12.2008 06:51 | Ölkə | BÖLMƏ RƏİSİ İDARƏ RƏİSİNİN MÜAVİNİ OLDU | Qeyd edək ki, A. Məmmədov uzun müddət Sabunçu rayon Pİ-nin 14-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb. Onun bölmə rəisi vəzifəsində çalışdığı dövrlərdə rayonun Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvləri zərərsizləşdirilib, bir çox xüsusilə ağır cinayətlər törətmiş şəxslər məsuliyyətə cəlb ediliblər. |
43,769 | 02.12.2008 06:52 | Gündəm | DÖVLƏT BAŞÇISI TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETDİ | İ.Əliyev Babacanın səfərinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində müsbət rol oynayacağı fikrini bildirib.Öz növbəsində, Babacan qeyd edib ki, Azərbaycanla münasibətlərin Türkiyə üçün müstəsna əhəmiyyəti var. Bu münasibətlər yüksək səviyyədədir və bundan sonra da dinamik inkişaf edəcək. |
43,770 | 02.12.2008 06:53 | Yazarlar | 1400 İL ƏVVƏLKİ KORRUPSİYA | Birdən-birə və burdan-bura 3 dərəcəlik fərqi görüb bu xəbərləri vecimə də qoymadım. Heç Qorbaçovu da söymədim ki, sovet vaxtı TV-lər heç olmasa hava proqnozunu, bir də ayın tarixini düz deyirdi.Hə, oğlum, bu da sənə korrupsiyanın başqa növü - meteoroloji korrupsiya. Yox, elə bilmə ki, mən sinoptiklərimizin bu işdə maliyyə yeyintisinə qurşandığını iddia edirəm. Birincisi, elə fikirləşmir və belə demirəm, ikincisi isə lap tutalım belədir. Mənə nə?Məni bunlar yox, korrupsiyanın son vaxtlar sahəviləşməsi, spesifikləşməsi, estetikləşməsi, incəsənətləşməsi daha çox maraqlandırır. Bu problemi hətta ayrıca elmə çevirmək istəyirəm. AMEA-dan icazə ala bilsəm, yüz faiz edəcəm. Bəlkə AMEA-nın adını son 15 ildə ilk dəfə hansısa elmi işə icazə verən idarə kimi ora-bura yazdıra bildim.Korrupsiyanın sahəviləşməsi gözünün qabağındadır. Meteoroloji korrupsiyanı dedim. Uşaq gözləyən gənc ər-arvaddan hələ heç doğum evlərindəki biabırçı alveri demirəm, qadın məsləhətxanalarında babat pul qoparmaq üçün onların ilk övladının mütləq oğlan olacağını demək ənənəsi çox yayılıb. Bu da sənə ginekoloji korrupsiya.Ölkəmizin sürətlə inkişaf etdiyini, burada demokratiyanın bütün dəfə-darağı ilə çoxdan qurulduğunu, seçkilərin şəffaf və azad keçdiyini deyən ali savadlı və eynəkli adamların bu əməli olur politoloji korrupsiya.Tutalım, Yunus Oğuzun hər seçki ərəfəsində keçirdiyi rəy sorğularında ölkənin ən nüfuzlu partiyası nədənsə həmişə YAP olur. Ya da ölkənin seçkidə qalib gəlməyə ikinci ən şanslı və nüfuzlu siyasətçisi qrafasında həmişə mütləq Yunus bəyin özünün adı yazılır. Səbəbini bilmirəm. Mən gördüyüm nəticələrdən danışıram. Elə başqa adamlar da sorğu keçirəndə öz adını həmişə yaxşı yerə yazır. Bu da özlüyündə olur sosioloji korrupsiya.Sadalasam, uzaqlara gedib çıxaram. Amma gərək deyil, oğlum, axı özün də bilirsən ki, bu gün korrupsiya bizdə ən dəbdə olan şeydir. Bəzi müstəqil yazarların onu “xoxan” kimi təqdim etməsinə də məhəl qoyma. Korrupsiya elə qorxulu zad olsaydı, həşəmətli hökumətimiz quş qripinə qarşı başladığı yekə müharibədən minimum dörd-beşini də onunla başlayardı. Amma görürsən ki, eləmir. Nəsə bilir də...Korrupsiya nədir? Bu zəhrimar o şeydir ki, adam öz vəzifəsindən, ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir. Bunun da hərəyə bir cür təsiri olur. Biri dövlət əmlakını çırpışdırır, o biri körpü tikəndə yeyintiyə yol verir, başqası ölkəmiz üçün qatar, təyyarə, dərman alanda, üçüncüsü dərslik yazanda, o birisi neft satanda hesablamanı öz cibini də nəzərə almaqla aparır və s.Korrupsiyanın yerli şəraitə, bir də onu həyata keçirən şəxslərin zövqünə, istedadına, bacarıq və ehtiyacına münasib formaları var. Məsələn, məmurlar Qazağın qaz problemi ilə üzləşən sərhəd kəndlərinin sakinlərinə yerli şəraitə uyğun əməkdaşlıq təklif edib. Fərəhli kəndinin sakinlərinə deyiblər ki, 15 ildir qazınız yoxdur, YAP hakimiyyətə gələndən sonra məmurlar qaz xətlərini də söküb satdı. Boru yoxdur. Bəs neyləyək? Düz tapdınız, qaz idarəsinə adambaşına 100 manat hörmət edin, kəndinizə qaz çəkək...Başqa nümunə. Redaksiyamıza şikayətlənən Füzuli köçkünü Əlizamin Zeynalov deyir ki, “Qaçqınkom”un şöbə müdiri İsfəndiyar Əbdüləzimov onu və müstəntiqləri hədələyir. Əlizamin bəyin sözlərinə görə, adam onun maşınını əzib, 2110 manat ziyan vurub, amma pulunu ödəmək istəmir. Deyir, mən qoçuyam, arxamda da “Qaçqınkom”un sədri Əli Həsənov dayanıb.Bu da korrupsiyanın başqa növüdür - adam Əli Həsənovun adından və nüfuzundan sui-istifadə edir.Dindirəndə həbəşləri bəyənmərik. Hələ VII əsrdə Həbəş çarı Nəcaşi ona pənah aparmış müsəlman mühacirləri rüşvət gücünə alıb geri qaytarmağa çalışan Məkkə müşriklərini qovmuşdu: “Allah bu səltənəti, bu ixtiyarı mənə rüşvətlə verməyib ki, mən də rüşvətlə iş görüm”.Müsəlmanlar 1400 ildir müşrikləri lənətləyir. Nəcaşiyə isə rəhmət oxuyur. O, korrupsioner deyildi deyə. Amma korrupsiya o vaxt da olub... |
43,771 | 02.12.2008 06:55 | Ölkə | HƏKİMƏ SUİ-QƏSDİN BAİSKARI KİMDİR? | Qeyd edək ki, əslində Sabir Hüseynov cərrah Rəvayət Mütəllimovu yox, başqa bir həkimi partlatmaq istəyirmiş. Buna səbəb isə namus məsələsidir. S.Hüseynov ilkin ifadəsində bildirib ki, onun həyat yoldaşı bu xəstəxanada tibb bacısı işləyir. Onun sözlərinə görə, xəstəxananın baş həkimi onun həyat yoldaşı ilə başqa münasibətlər qurmaq istəyib və S.Hüseynov bu, hərəkətinə görə onu öldürmək qərarına gəlib. Hər halda, bu məişət zəminində törədilən cinayətdir və ölkədə il ərzində onlarla bu cür qətllər baş verilir. Bu tip cinayətlərdən birini də 9 il əvvəl azadlığa buraxılmış sabiq “OMON”çu törədibsə, bunu onun siyasi məhbus kiim azadlığa buraxılması ilə əlaqələndirmək absurddur. Ən azı ona görə ki, S.Hüseynov 1999-cu ildə əfv edilməsəydi belə, 2008-ci ilə qədər günbəgün cəzasını çəkib azadlığa çıxacaqdı. Digər tərəfdən, S.Hüseynov bu cinayəti azadlığa çıxdıqdan dərhal sonra yox, illər sonra törədibsə, buna görə onun siyasi məhbus kimi azadlığa buraxılmasına hansısa formada don geyindirmək məntiqsizlikdir. Bununla hakimiyyət dairələri özlərinə bəraət qazandırmaq istəyirlər ki, guya bu adam o zaman həbsdə qalsaydı, bu cinayəti də törətməzdi. Amma qeyd etdiyimiz kimi, S.Hüseynov ömürlük həbs olunmayıb və o, 96-cı ildə 10 il müddətinə məhkum edilib. Deməli, o, verilən cəzasını 2006-cı ildə çəkib qurtarmış olacaqdı və istənilən halda yenə də azadlıqda olacaqdı. Bu səbəblərdən onun törətdiyi cinayətə görə hüquq-müdafiə təşkilatlarını hədəfə götürmək tamamilə absurddur. “OMON”çuların hüquqlarının müdafiəsi istiqamətində çalışmış hüquq-müdafiəçisi Leyla Yunus S.Hüseynovun siyasi məhbus kimi azadlığa buraxılmasının onun 9 il sonra cinayət işləməsi ilə əlaqələndirilməsini hüquqi savadsızlıq adlandırdı: “Digər tərəfdən, biz ayrı-ayrı şəxsləri yox, bütövlükdə 300 nəfər ”OMON"çunun hüquqlarını müdafiə etmişik. Biz deyirdik ki, onlar istintaq zamanı işgəncələrə məruz qalıblar, ədalətli mühakimə olunmayıblar. Bu adamların həbsində açıq-aşkar siyasi motivlər olduğunu qabardaraq, onlara azadlıq tələb etmişik. Əgər hansısa əfvlə azadlığa buraxılmış şəxs həbsdən çıxandan dərhal sonra və eyni motivli cinayət törətsəydi, bunu əvvəlki cinayətlə əlaqələndirmək olardı. Amma adam azadlığa çıxandan 10 il sonra namus məsələsinə görə kimisə öldürmək qərarına gəlibsə, bu, artıq tamamilə başqa bir məsələdir. Bunu onların siyasi məhbus kimi azadlığa buraxılmasının nəticəsi kimi təqdim etmək gülüncdür". |
43,772 | 02.12.2008 06:55 | Kriminal | “8-ci KİLOMETR” BAZARINDA DƏLLALLAR PEYDA OLUB | Redaksiyamıza zəng edən şikayətçinin sözlərinə görə, belə işlərlə əsasən bazarın qarşısında tərəvəz məhsulları satan alverçilər məşğul olur. Həmin şəxslər ciblərində xırda pulların çoxluğunu bəhanə gətirərək müştərilərdən iri pul verməyini xahiş edir, lakin pulun qalığını əskik qaytarırlar: “Bir sözlə, hər gün neçə-neçə müştəri aldadılır. Bu azmış kimi, son vaxtlar bazarda cibgirlik də geniş yayılıb”. N.Kərimovun fikrincə, bütün bunlar bazarda hökm sürən özbaşınalığın nəticəsidir. Son vaxtlar bazarın genişlənməsi vəziyyəti daha da cəmləşdirib. Burda işləyən alverçilər yer haqqını çıxartmaq üçün hər cür hiyləyə əl atırlar. |
43,773 | 02.12.2008 05:56 | Ölkə | BAKIDA NƏQLİYYATIN HƏRƏKƏTİ YENƏ MƏHDUDLAŞDIRILACAQ | Xəbərə görə, dekabrın 2-3-də “Azneft” dairəsi, Neftçilər prospekti, Park.İNN hoteli, Rəşid Behbudov küçəsi, “Hyatt Regency” hoteli, İnşaatçılar prospekti, H.Cavid və Parlament prospektləri, “Teleteatr” , Gülüstan sarayı, Niyazi və İstiqlaliyyət küçələrinin əhatə dairəsi daxilində nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmək xahiş olunur. Mənbə bu məhdudlaşdırmanın adıçəkilən tədbirin yüksək səviyyədə həyata keçirilməsi və konfrans iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirildiyini vurğulayıb. |
43,774 | 02.12.2008 06:57 | Ölkə | “SİQARET QOXUSUNDAN HƏTTA LİFTLƏRƏ MİNMƏK MÜMKÜN DEYİL” | Onun sözlərinə görə, “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsini parlamentə təqdim edib. Gələn ayın əvvəllərində Milli Məclisin Sosial siyasət daimi komissiyasının ekspertlərinin, millət vəkillərinin, bu sahə ilə bağlı maraqlı dövlət qurumlarının iştirakı ilə müzakirələrin keçirilməsi nəzərdə tutulub: “Artıq komissiya sədri Hadı Rəcəbli ilə ilkin müzakirələr apardıq. Təəssüf ki, bu məsələ ətrafında müəyyən doğru olmayan yanaşmalar təlqin edənlər də var. Amma mənim məqsədim odur ki, ictimai yerlərdə siqaret çəkən insanlar başa düşsünlər ki, təkcə özlərinə deyil, ətrafdakılara da böyük zərər vururlar. Siqaret qoxusundan hətta liftlərə belə minmək mümkün deyil”. Q.Paşayeva bildirib ki, bir çox Avropa ölkələrində, qonşu Türkiyədə də ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən sərt qanun qəbul edilib: “Düşünürəm ki, Azərbaycanda da bu məsələ qanunvericiliklə tənzimlənməlidir. Layihədə göstərilir ki, bütün ictimai yerlərdə siqaret qadağan olunur. Buna əməl etməyən insanlar cərimə olunacaq. Yəni fikrimiz insanları cəzalandırmaq deyil. Sadəcə, bu mexanizmi işə salmaqla, insanları bu addımı atmaqdan çəkindirmək istəyirik. İlk vaxtlar çətin olacaq, ancaq zaman keçdikcə, bu ideyanı ən azından beyinlərə hopduracağıq”. |
43,775 | 02.12.2008 05:58 | Ölkə | VAXTİLƏ ÖLÜM CƏZASI ALMIŞ MƏHBUSLARIN İŞİ MÜZAKİRƏYƏ ÇIXARILIR | “Bu məsələ hər vaxt Penitensiar Xidmət üzrə İctimai Komitənin gündəmində olub. Komitənin yeni tərkibi seçilib, yəqin ki, yeni tərkibin ilk iclaslarında bu məsələ bir daha gündəmə gətiriləcək”.Ç.Qənizadə hazırda həbsxanada 17-19 ildir cəza çəkən ömürlük məhkumların olduğunu deyib: “Güllələnmə cəzası alan, 2000-ci ildə yeni Cinayət Məcəlləsi qəbul ediləndən sonra ömürlük məhbusa çevrilmiş 85 nəfər var. Onların problemi hüquq müdafiəçilərinin diqqətindədir. Hüquq müdafiəçisi kimi mən də bu şəxslərin ömürlük həbs cəzalarının müddətli həbslə əvəzlənməsinə tərəfdaram”.Hüquq müdafiəçisi məhbusların saxlanma rejimində aparılan islahatlardan sonra bəzi ömürlük məhbusların kameralarına televizor qoyulduğunu xatırladıb. O təsdiq edib ki, məhbusların telekanallara baxmasında məhdudiyyətlər var: “Bu problemin olmasından xəbərdarıq və məsələ İctimai Komitənin iclasında qaldırılacaq. Müəssisədən bunu belə izah edirlər ki, televiziya kanalları ona görə mərkəzləşdirilir ki, məhbuslar arasında hansı kanala baxmaq üstündə mübahisə düşməsin. Amma fikrimizcə, bu, düzgün yanaşma deyil. Hansı kanala baxmağı məhbusların özləri müəyyənləşdirməlidir. Seçimi dustaqların özlərinin etməsinin mexanizmi işlənib hazırlanmalıdır”.Ç.Qənizadə yaxın vaxtlarda Qobustan həbsxanasının köçürüləcəyini vurğulayıb: “Mənə elə gəlir ki, saxlanma şəraitinə dair əsaslı islahatlar dustaqlar yeni korpusa köçürüləndən sonra mümkün olacaq”.Bu fikri Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər. Şöbədən bildirilib ki, hazırda Qobustan həbsxanasının mümkün imkanlarından istifadə edilir, həbsxana Umbakıda tikilən yeni korpusa köçdükdən sonra məhbusların saxlanma rejimində yüngülləşmələr mümkündür. Şöbənin əməkdaşı Qobustan həbsxanasında dustaqların televiziyaları izləməsinin mərkəzləşdirilmiş formada idarə olunduğunu vurğulayıb və əlavə edib ki, bəzi hallarda hər hansı verilişə baxmaq məhbusların ümumi razılığı, ya da məhbuslarla işləyən xidmət sahələrinin, misal üçün, tərbiyə işinin təşkili şöbəsinin məsləhəti ilə olur. |
43,776 | 02.12.2008 06:59 | Müsahibə | “RÜSTƏM İBRAHİMBƏYOV XALQDAN ÜZR İSTƏSİN, MƏN ONDAN ÜZR İSTƏYƏRƏM” | İbrahimbəyov qardaşlarının N.Cəfərova yönəltdiyi ittihamlara isə qarşı tərəfdən cavab gecikmədi. Deputat bizimlə söhbətində öncə R.İbrahimbəyovun qəzetimizə müsahibəsində səsləndirdiyi arqumentlərə toxundu. “Rüstəm İbrahimbəyov dövlət rəhbərliyini günahlandırmışdı” - Açığı, bu müsahibədəki arqumentlər məni qane etmədi. Bizim, şəxsən də mənim Rüstəm İbrahimbəyovu günahlandırmağımızın predmeti tamamilə fərqlidir. Predmet ondan ibarətdir ki, Bakı şəhəri, onun elita tarixi ilə bağlı R.İbrahimbəyovun fikir və mülahizələri məni qane eləmir və kifayət qədər təhqiramiz səslənir. Amma Rüstəm müəllim bütün müsahibələrində bu məsələdən yayınır. Yəni heç vaxt konkret olaraq, dediyi sözlə bağlı açıqlama vermir. Bakı şəhərində demoqrafik proses gedirdi. Bu proses normal idarə olunmamaq ucbatından problemlərmi yaratdı? O dövrdə milli azadlıq hərəkatı, erməni müdaxiləsi, Sovetlər Birliyinin dağılması ilə bağlı proseslər gedirdi. Biz o dövrdə mürəkkəb bir tarix yaşadıq. Böyük təfəkkür sahibləri bunu bilir və istənilən hadisəni təhlil edəndə onun bütün miqyasını nəzərdə tuturlar. Burda o təhlil yox, nəysə günahlandırma vardı. Bu günahlandırma da nəticə etibarilə dövlət rəhbərliyinə, Azərbaycan dövlətçiliyinə çıxırdı. Bu proseslərdə ən böyük hadisə o oldu ki, müstəqil Azərbaycan dövləti yarandı, milli dövlətçilik ruhu ortaya çıxdı, bu, gerçəkləşdirildi. İndi sən durub deyəsən ki, Azərbaycanı dünyaya Xalq Cəbhəsi tanıtdı, bu, məsələnin mahiyyətini bilməməkdir. Xalq Cəbhəsi xalq hərəkatı idi, xalq hərəkatının qələbəsindən sonra da milli müstəqillik, müstəqil dövlətçilik prosesi getdi. Hərəkat hələ heç nə demək deyil. Ölkəni tanıdan dövlətin milli mövcudluğudur. Yəni Rüstəm İbrahimbəyovun təhlillərində heç bir məntiq görmürəm. Amma Pravda.ru-ya verdiyi o məşhur, hətta deyim ki, bədnam müsahibəsində o, yalnız təhqir mövqeyi güddü. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, bu müddət ərzində Rüstəm İbrahimbəyov və onun düşüncələrinin belə olması onun Azərbaycandan uzaqda yaşaması, ölkəni tanımamasından irəli gələn məsələlərdir. Son günlər ki, Azərbaycandadır, inanıram ki, təhlillər aparır və verdiyi müsahibələrdə də müəyyən məsələlərdə haqq yoluna gəlir. Mən sözün açığı, bu məsələni o qədər də genişləndirmək, yeni-yeni mövzular qaldırmaq tərəfdarı deyiləm. Bu məsələdə “Yeni Müsavat” qəzetinə minnətdaram ki, hər iki tərəflə bağlı obyektiv mövqe tutdunuz. Hər kəs öz fikrini açıqladı, təhlillərini verdi. İstəməzdim ki, bu məsələ həddən artıq uzansın, əsas məsələ qalsın və prosedur üzərində düşünək. - Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində bildirdi ki, sizin çıxışınız Prezident Aparatının sifarişi olub. Həmçinin siyasi mövqeyinizi tez-tez dəyişməyiniz də ittihamların sırasında idi. - Mənim həyat və yaradıcılığımı Maqsud İbrahimbəyov yavaş-yavaş öyrənməyə başlayır. Amma ya yaxşı öyrənmək istəmir, ya konsultantları həddən artıq zəifdir, çünki dediklərinin mütləq əksəriyyəti böhtandır. Maqsud İbrahimbəyovun özü 1965-ci ildən, yəni kifayət qədər gənc yaşlarından karyera əldə etmək üçün Kommunist Partiyasının üzvü olub. Amma mən nə 26 yaşımda - namizədlik dissertasiyası, nə 32 yaşımda doktorluq dissertasiyası müdafiə edəndə, nə də 33 yaşımda professor olanda Kommunist Partiyasının üzvü olmuşam. Yəni mən heç vaxt bu partiyanın üzvü olmamışam. Hətta bu məsələyə o qədər laqeyd olmuşam ki, komsomola da universitetin birinci, ya ikinci kursunda özümün xəbərim olmadan keçiriblər. Bu məsələdə Maqsud İbrahimbəyov tam böhtançıdır. O deyir, mən Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. O vaxt Xalq Cəbhəsi partiya yox, hərəkat idi, sonradan partiya oldu. Elə hərəkat idi ki, kommunistlər də, kommunist olmayanlar da qeyri-formal onun üzvü idi. Burda da söhbət partiyadan gedə bilməzdi. Digər tərəfdən, mən Müsavat Partiyasının üzvü olmuşam. O da siyasətçi kimi yox. Çünki mən heç vaxt siyasi fəaliyyət göstərməmişəm. Sadəcə, elm, təhsil, mədəniyyət məsələləri üzrə Divanın üzvü olmuşam. Bütün bu məsələlər isə siyasətdən, xüsusilə də o dövrün çevik siyasətindən kənar olan məsələlərdir. Onlar da, mən də görəndə ki, bu partiya yerim deyil, 1993-cü ilin may ayında mənə deyiblər ki, “səninlə mümkün deyil”, getmişəm. Yeni Azərbaycan Partiyasına isə 5-6 il sonra keçmişəm. Yəni faktiki olaraq, Müsavat Partiyasının 1 il üzvü olmuşam. Siyasi partiya karyeram bundan ibarətdir. Digər tərəfdən, mənim tərcümeyi-halımın bu polemikaya heç bir aidiyyəti yoxdur. Milli Məclisdə Maqsud İbrahimbəyovun daim sakit durmağını, ümumiyyətlə, danışmadığını görür və düşünürdüm ki, bu, onun müdrikliyindən qaynaqlanır. Sən demə, onun içərisində belə qəribə şeylər varmış ki, bunların mətləbə dəxli yoxdur. Yəni bunları ortaya çıxarmaq, böhtanlar, yalanlar demək mətləbdən yayındırmaq üçündü. Bu taktikaya da qəribə bir ad deyirlər ki, mən onun adını demək istəmirəm. O ki qaldı Rüstəm İbrahimbəyovun da kiçik qardaş kompleksi ilə davranıb, böyük qardaşının dediklərini təkrarlamasına, deyim ki, bir-birilərinə hörmət etsinlər, sevsinlər. Amma ondan əvvəl xalqa da hörmət eləsinlər. “Prezident Aparatı İbrahimbəyov qardaşlarını müdafiə etsə, narazı olaram” - Çıxışınızın Prezident Aparatının sifarişi ilə olması barədə iddiaya münasibət bildirmədiniz. Rüstəm İbrahimbəyov əminliklə deyir ki, parlamentdəki çıxışınız məhz sifarişdir. - Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyovun da, Maqsud İbrahimbəyovun da Prezident Aparatı ilə əlaqələri mənim əlaqələrimdən daha güclüdür. Əgər bu məsələ Prezident Aparatından gəlsəydi, özünü çağırıb deyərdilər ki, sən səhv eləmisən. Nizami Cəfərova, Yaqub Mahmudova, bir başqasına ehtiyac olmazdı. Məsələ burasındadır ki, biz Bakının demoqrafiyasının korlanması, rayonlardan Bakıya gələnlərin paytaxtın elitar əhvalını pozması, Azərbaycanın bütöv götürülməməsi kimi ittihamlarla universitet müəllimləri olaraq, daha əvvəl də məşğul olub, reaksiya vermişik. Rüstəm İbrahimbəyovun müsahibəsi ortaya çıxan kimi parlament sədrinə təklif etdik ki, icazə verin, iclasın əvvəlində öz etirazımızı bir-iki cümlə ilə bildirək. O da dedi ki, müəyyən qayda-qanunları gözləmək şərtilə etirazınız varsa, bildirin. Yəni bura Prezident Aparatının, ümumiyyətlə, qarışacağı yoxdur. Amma bir məsələ də var ki, Rüstəm İbrahimbəyovun bu məsələni Prezident Aparatından görməsi sifariş kimi çox konyuktur bir ifadəylə göstərilə bilməz. Mən çox şadam və buna əminəm ki, Prezident Aparatı bu və ya digər dərəcədə, hər halda, bizi müdafiə edəcək. Çünki Prezident Aparatı Azərbaycan dövlətinin qurumudur. Əgər sabah Prezident Aparatı məni və mənim kimi düşünənləri qoyub, Rüstəm İbrahimbəyovu və böhtançı Maqsud İbrahimbəyovu müdafiə edəcəksə, onda təbii ki, narazı olaram. “Heydər Əliyev kimi bir müdrikin sözünü dinləməyənlər mənə qulaq asacaq?” - Rüstəm İbrahimbəyov deyir ki, siz üzr istəsəniz, məhkəmə iddiasından vaz keçə bilər. Digər tərəfdən isə məhkəmə məsələsi gündəmə gələrsə, tanınmış, beynəlxalq yaradıcılıq təşkilatlarının buna sərt reaksiya verərək, məsələni böyüdə biləcəyini istisna etməyib. - Rüstəm İbrahimbəyov bizi qorxutmasın, şantajlara da keçməsin. Yəni mən əslində onun dediyi mənada elita anlayışını qəbul etmirəm. Amma Bakı şəhərinin erməni, rus gedəndən sonra öz elitar məzmununu itirməsi, bundan sonra da Azərbaycanın ictimai intellektual potensialında heç bir elitar düşüncə texnologiyalarının yaranmaması barədə dediyi fikirlərə görə Rüstəm İbrahimbəyov xalqdan üzr istəsin, mən də ağsaqqal bir insandan, hətta onun təhqirlərinin müqabilində olsa belə, dediyim təhqiramiz sözlərə görə üzr istəyə bilərəm. Yaşlı adamdır, təbii ki, mən hansısa ifadələrimə görə üzrxahlıq etməyi normal sayaram. Amma o, xalqdan üzr istəyəndən sonra. Bir məsələ də var, ümummilli liderimiz Heydər Əliyev 95-ci ildə, Maqsud İbrahimbəyovun 60 illik yubileyi Respublika Sarayında keçirilərkən deyib ki, “burada bakılı sözləri çox səsləndi, mən sizə bildirmək istəyirəm ki, bakılı deyəndə yalnız əsli-kökü Bakıdan olanları yox, ümumiyyətlə, bütün Bakıda yaşayanları nəzərdə tutmaq lazımdır. Çünki Bakı Azərbaycanın bütün potensialını özünə çəkir və bu, tamamilə təbiidir”. Və orada deyir ki, bakılı məsələsinin həmin məzmunda səsləndirilməsi böyük təhlükədir, belə bir fikri beyninizdən çıxarın, çünki o, böyük fəlakətlərə gətirib çıxara bilər. Bunlar böyük, müdrik adamın məsləhətinə qulaq asmayıblar. İndi mən bilmirəm ki, mənim sözümə qulaq asacaqlar, ya yox? (Gülür). “Onların əsərlərində millətə qarşı yüz cür təhqir var” - Yeri gəlmişkən, bizə müsahibəsində Rüstəm bəy sizin bir tədbirdə ona yaxınlaşaraq, salamlaşdığınızı, hətta ünvanına xoş sözlər söylədiyinizi deyib. İndi isə onunla bağlı bu mövqeyiniz, onu yazıçı hesab etmədiyinizi deməyiniz bu məqamla ziddiyyət təşkil edir. - Maqsud İbrahimbəyov məsələyə dəxli olmayan, təhqiramiz sözlər söyləyib, kiçik qardaşı üçün qeyri-normal mühit yaratmasa, bəlkə də Rüstəm İbrahimbəyov müəyyən məsələləri daha yaxşı xatırlayar. Mən onunla bir dəfə Şərq-Qərb festivalının banketində qarşılaşmışam. 10-15 dəqiqə oturduğum bu tədbirdən çıxanda, sadəcə, görüşmüşük. Təxminən “mən filankəsəm, sizi tanıyıram” məzmununda danışmışıq. Böyük bir tədbir idi və mənim orda ona kompliment deməyimə, eləcə də onun bu komplimentə ehtiyacı yox idi. Sadəcə, “salam-kalam” olub. Ümumiyyətlə, dünya şöhrətli nə deməkdir? Bir adam mənasız iş də görüb, dünya şöhrəti, populyarlıq qazana bilər. O azərbaycanlıya dünya şöhrətli deyirəm ki, o, Azərbaycanı dünyaya qaldırsın, Azərbaycanı təhqir edib, dünyaya çıxmasın. Rüstəm İbrahimbəyov Azərbaycanın hansı ləyaqətini, səviyyəsini, hansı tərəqqisini, dəyərlərini dünyaya çıxartdı ki? O, “Səhranın bəyaz günəşi”ndə avara bir rusu gətirib Türküstanda inqilab elətdirir. Yəni sovet yazıçısıdır. Çingiz Abdullayev də deyir ki, rusdilli yazıçılara qarşı üsyan qaldırırlar, qovmaq, qırmaq istəyirlər. Hətta özlərini Çingiz Aytmatovla, Oljas Süleymenovla müqayisə edirlər. Görəsən, bunlar öz yazdıqları ilə Çingiz Aytmatovun, Oljas Süleymenovun yazdıqlarını oxuyub, müqayisə edirlərmi? Aytmatovu və Süleymenovu rus bədii dilinin inkişafında mərhələ hesab edirlər və deyirlər ki, burdakı türk ruhu rus dilinə yeni can gətirir. Bunların, ümumiyyətlə, adı çəkilmir orda. Bunların rus dili ebey dilidir. Özləri də aristokratiyadan, elitadan danışırlar. Bu dil aristokrat dili deyil. Onların yaradıcılığındakı düşüncə, bədii təsərrüfatları aristokratik ifadə texnologiyaları ilə qurulmayıb. Bunlar bilmirlər, amma danışırlar. Çingiz Aytmatovun bir-iki cümləsini oxumaq kifayətdir ki, onun Qırğızıstanı, türk dünyasını dünyaya çıxardığını görəsən. Bunların yüz əsərini oxuyursan, millətə qarşı yüz cür təhqir görürsən. Bu, dünya şöhrətidirsə, bu şöhrət mənə lazım deyil. - Bütün hallarda bu polemikanın bir qədər yumşaq çalarlarla davam etməsi, hətta tezliklə yekunlaşacağı barədə rəylər var. Nəticə qaneedicidirmi? - Hər kəs artıq burdan öz payını apardı. Bu müzakirələrin çox xeyri oldu. Bəzən bizim bir sıra ziyalılarımız çox tezliklə ağsaqqallıq yolu tutub, deyirlər ki, bu söhbəti qurtarmaq lazımdır. Təbii ki, qurtarmaq lazımdır, amma bu söhbətdən nəticə çıxarmaq lazımdır. Bəzi ziyalılarımız bunu iki ziyalının demaqoq toqquşması kimi qəbul edirlər. Belə deyil. Burda səslənən fikirlər, mülahizələr təhlil olunmalı, məzmununa, mahiyyətinə gedilməlidir. Mən şübhə etmirəm ki, bu polemika milli özünüdərk, habelə dünya milli idrakına çıxma prosesinə çox kömək elədi. Nəticəni belə təsəvvür edirəm ki, Rüstəm İbrahimbəyov xalqdan üzr istəsin, mən də bir ağsaqqal barədə danışanda istifadə etdiyim müəyyən ifadələrə görə üzr istəyərəm. |
43,777 | 02.12.2008 07:02 | Ölkə | BAKIYA YENİ KÜRD KÖÇÜ BAŞLADI | Bu barədə bizi bilgiləndirən oxucularımız gəlmə kürdlərin öz dillərində danışdıqlarını söylədilər. Şahidlər qonaqların qəribə geyim tərzinə də diqqət ediblər. Onların deməsinə görə, gəlmə adamların əynində Türkiyə əyalətlərində yerli kürdlərin daha çox geyindiyi milli şalvarlar olub.Məlumat redaksiyamıza daxil olan kimi “Şamaxinka”ya getdik. Amma həmin gəlmə köçünü görə bilmədik. Ətrafdakı adamlardan belə bir maşın karvanı haqda soruşduq. Yaxınlıqdakı taksilərin sürücüləri faktı təsdiqlədilər. Onların sözlərinə görə, avtomobil karvanı təxminən 40-45 dəqiqə ərzində “Şamaxinka”da dayanıb. Həmin maşınların hamısının üstündə İraq dövlətinə məxsus nömrə nişanları olub. Daha sonra maşın karvanı hissə-hissə ərazini tərk edərək naməlum istiqamətlərə gedib. Bu zaman maşınları yerli bələdçilər müşayiət edib. Şahidlərin sözlərinə görə, kürdlər ölkəmizə ailələri ilə birlikdə gəliblər. Belə ki, mikroavtobuslarda kişilərlə yanaşı, qadınlar və azyaşlı uşaqlar da olub.Xatırladaq ki, ölkə mətbuatı təhlükəli kürd köçü barədə dəfələrlə yazıb, həyəcan təbili çalıb. “Yeni Müsavat” qəzeti olaraq biz də ölkəmizdə məskunlaşan gəlmə kürdlər barədə müfəssəl jurnalist araşdırmaları aparmışıq. Nəticədə gəlmə kürdlərin Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi ərazilərdə, Bakının neft hasilatı və emalı rayonlarında yerləşməsi faktını üzə çıxarmışıq. Həmçinin kürdlərin daha çox Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Samux və Xanlar rayonlarında məskunlaşdığını müəyyən etmişik. Bildirmişdik ki, Gəncə şəhərində, Xanlar yolu üzərində kürdlər üçün xüsusi qapalı qəsəbə tikilib.Bir neçə ay öncə isə Bakının Müşfiqabad qəsəbəsi ərazisində də kürdlər üçün qapalı qəsəbələrin inşa ediləcəyi barədə məlumat əldə etmişdik. Onu da qeyd edək ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yüzlərlə kürd ailəsinin yerləşdirilməsi barədə reportajımızdan sonra gəlmə kürdlər həmin ərazidən çıxarıldı. Həmin kürd ailələrinin Ağsu rayonu ərazisinə köçürüldüyü bildirilir.İraq kürdlərinin ölkəmizə axınını təsadüfi saymaq qeyri-mümkündür. Bəlli olduğu kimi, Türkiyə tərəfi İraq və İraqın kürd muxtariyyətinin liderlərindən PKK düşərgələrinin qapadılmasını və terror qruplaşması rəhbərlərinin təhvil verilməsini tələb edir. İstər İraq prezidenti Cəlal Tələbani, istərsə də kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyə ilə konfliktə girməkdə maraqlı deyil. İraq Kürdüstanının müstəqilliyinə nail olmağa çalışan hər iki lider Türkiyə qarşısında Şimali İraqda PKK-nın fəaliyyətinə imkan verməyəcəkləri barədə öhdəlik götürüb. İraq kürdlərinin liderlərinin PKK simpatizanlarını başqa ölkələrə yerləşdirməkdə maraqlı olması da sirr deyil.İraq və Türkiyə kürdlərinin ölkəmizdə yerləşdirilməsinin arxasında hakimiyyətdə olan kürd qruplaşmasının durması da hamıya məlum olan həqiqətdir. Güman olunur ki, kürd liderləri İraqda olan PKK yanlı kürd ailələrinin əhəmiyyətli hissəsini ölkəmizdə məskunlaşdırmaq üçün iqtidardakı tərəfdarları ilə razılığa gəliblər. Sonda onu da bildirək ki, Azərbaycan iqtidarında təmsil olunan bir sıra məmurlar separatçı kürdləri açıq şəkildə müdafiə edir. Azərbaycanda PKK-nı təbliğ edən “Diplomat” qəzeti nəşr edilir. PKK-çı olduğunu açıq şəkildə bəyan edən “İdeal” qəzetinin axtarışda olan baş redaktoru Nazim Quliyevin də iqtidardakı etnik mafiya tərəfindən gizlədildiyi söylənir. Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik. |
43,778 | 02.12.2008 07:01 | Ölkə | TÜRK-ERMƏNİ DOSTLUQ ABİDƏSİ SƏRT REAKSİYA DOĞURDU | Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Qarsın gürcü, erməni və kürdlərin, eləcə də türklərin yaşadığı ərazi olduğunu söylədi: “Bundan başqa, İqdırda da 1905-1907-ci illərdə Ermənistandan gəlmələr məskunlaşıb. Qars bələdiyyəsi isə milliyyətcə kürddür. O, hədsiz ermənipərəst və Türkiyənin maraqlarına o qədər də məhəl qoymayan adamdır. Uzun müddətdir ki Türkiyə hökumətindən Qars-Gümrü dəmiryol xəttinin açılmasını tələb edir. Qars bələdiyyəsi Bizans dövründən qalma abidələri təmir etdirərək onları erməni mədəniyyətinə aid etməyə çalışır. Amma təəssüf olsun ki, Türkiyə hökuməti Qars bələdiyyəsinin əl-qolunu bağlaya bilmir”. Q.Hüseynlin sözlərinə görə, ermənilərə meyillənmə o qədər də ürəkaçan məsələ deyil: “Abidə məsələsi milliyyətcə kürd olan bələdiyyə başqanının avantüralarına söykənir. Bələdiyyə yerli özünü idarə orqanıdır. Onların da bəlli bir müstəqilliyi var. Amma dövlətin müəyyən etdiyi siyasi kurs onlar üçün yerinə yetirilməsi vacib olan imperativdir”. Politoloq Qars bələdiyyəsinin təşəbbüsünün “Bir millət - iki dövlət” fəlsəfəsinə uyğun gəlməyən daha çox separatçı ideologiyaya uyğun hərəkət olduğunu söylədi: “Azərbaycan hakimiyyəti öz mövqeyini diplomatik formada Türkiyənin nəzərinə çatdırmalıdır. Qarsda, eləcə də İqdırda vaxtilə erməni komitələrinin törətdiyi qırğınlar nəticəsində çoxlu məzarların meydana çıxdığı bir vaxtda bələdiyyə sədrinin atdığı addım Türkiyə hökumətinin diqqətini cəlb etməlidir”. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, öncə hər iki ölkə arasında dostluq münasibəti olmalı, bundan sonra onun şərəfinə abidə qoyulmalıdır: “Qondarma erməni genosidi məsələsi hələ də gündəmdədir. Başqa bir türk dövlətinin ərazisi işğal altındadır. Ermənistan nə Azərbaycana, nə də Türkiyəyə dost əli uzada bilmir. Mənə elə gəlir ki, ortada başqa bir əl var və bunu Qars bələdiyyəsi vasitəsilə həyata keçirmək istəyirlər. Belə olan halda sual ortaya çıxır. Bəs AKP hökuməti hara baxır və onun bu işdə marağı nə dərəcədədir? Bələdiyyənin müstəqil hüququ varmı? Görünür, yuxarıdan aşağı bağlılıq var və bunu araşdırmaq lazımdır”. Azərbaycan hakimiyyətinin susqunluq nümayiş etdirməsinə gəlincə, Z.Məmmədli iqtidarın siyasətindən baş açmağın mümkün olmadığını söylədi: “Amma Azərbaycanda milli hökumət olsaydı məsələni gündəmə gətirər və milli maraqlardan çıxış edərdi”. Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı Qars bələdiyyəsinin çoxdan cidd-cəhdlə türk-erməni dostluğuna abidə qoymağa çalışdığını bildirdi: “Bu, dəhşətli bir rüsvayçılıqdır. Qars bələdiyyəsinin bununla nə demək istədiyini başa düşə bilmirəm. Bəlkə də həmin insanların erməni qarışığı var. Ermənilər Türkiyənin dövlət və ictimai xadimlərini qətlə yetiriblər. Heç vaxt da iddialarından əl çəkməyiblər. Ermənilərə belə bir abidə qoyulmasının heç bir mənası yoxdur”. A.Nağı son bir ayda Türkiyə hökuməti tərəfindən Ermənistan hakimyyətinə xeyli başqa jestlər edildiyini də diqqətə çatdırdı: “Amma bunlara baxmayaraq, Ermənistan tərəfindən heç bir qarşılıq yoxdur”. Türkiyənin Qars şəhərində ermənilərlə dostluğun rəmzi kimi inşa olunan abidə demək olar ki, hazırdır. Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib. O, abidənin beynəlxalq fondların dəstəyi ilə Qars bələdiyyəsi tərəfindən inşa edildiyini və “İnsanlıq anıtı” adlandırıldığını söyləyib: “Bunu Ermənistanla qardaşlığın, barışığın rəmzi yox, ümumən Türkiyənin sülh tərəfdarı olduğunu simvolizə edən bir heykəl kimi təqdim edirlər. Abidə çoxdan tikilir və müxtəlif mübahisələrə səbəb olub. Hətta Milliyyətçi Hərəkat Partiyasının müraciəti əsasında məhkəmə iki dəfə xüsusi qərarla inşaatı dayandırmışdı”. Türkiyə-Ermənistan sərhədlərinin açılması və həmin gün abidənin də açılışının keçirilməsinin mümkünlüyü haqda sualı baş konsul belə cavablandırıb: “Azərbaycanla Türkiyə həm qardaş, həm də strateji tərəfdaşdır. Türkiyə rəsmiləri bəyan edirlər ki, Qarabağ azad olunmamış sərhədlərin açılmasından söhbət gedə bilməz. Biz Türkiyədən belə bir münasibət gözləmirik”. Bununla yanaşı, H. Zeynalov əlavə edib ki, əvvəl Türkiyənin mövcud sərhədlərini tanıyana, ərazi tələbi və soyqırım iddialarından əl çəkənə, Qarabağı azad edənə qədər Ermənistanla masaya oturmamaqdan söhbət gedirdisə, bu gün artıq oturulur. |
43,779 | 02.12.2008 06:06 | Ölkə | “STALİNKA”ların SÖKÜLMƏSİ UZUN İLLƏRİN MƏSƏLƏSİDİ | Qeyd edək ki, artıq hökumət istismar müddəti bitmiş evlərin sökülməsi ilə bağlı dövlət proqramı üzərində işlədiyini bəyan edib. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşovun sözlərinə görə, proqramda beşmərtəbəli binaların sökülməsi müddəti dəqiqləşdiriləcək. Onun fikrincə, öncə “xruşşovka” tipli binaların sökülməsi mərhələli şəkildə həyata keçiriləcək. Qurum rəhbərinin bildirdiyinə görə, “xruşşovka”lardan fərqli olaraq “stalinka”ların sökülməsi uzun illərin məsələsidir.Ekspertlər də “stalinka”ların ləğvində hökuməti diqqətli olmağa çağırıblar. Onlar “xruşşovka”lardan fərqli olaraq bu binaların yaşayış tələblərinə tam cavab verdiyi qənaətindədilər: “”Stalinka"larda otaqların geniş və işıqlı olması bəzi məqamlarda Avropa memarlıq üslubunu xatırladır. Bundan əlavə, divarlarının qalınlığı və daşdan hörülməsi də onun davamlılığından xəbər verir". Bəzi mütəxəssislər isə bu tip binaların bərpasına üstünlük verirlər. Onların fikrincə, “Nərimanov” metro stansiyasının yaxınlığındakı “stalinka”lar memarlıq baxımından fərqlənir.Xatırladaq ki, hazırda Bakı şəhərində xeyli belə “stalinka”lar mövcuddur. Məsələn, Heydər Əliyev prospektindəki “stalinka” tipli saatlı bina memarlıq baxımından seçilir. Bu səbəbdən hökumət bu tipli binaların sökülməsinə diqqətli yanaşmalıdır.Sonda əldə etdiyimiz məlumata görə, “stalinka” tipli binaların sökülməsinə 2016-cı ildə start veriləcək: “Bu müddətə qədər isə ”xruşşovka"lar, qanunsuz tikililər ləğv ediləcək". |
43,780 | 02.12.2008 07:05 | Yazarlar | ÇİPOLLİNO VƏ ŞAHZADƏ LİMON | Sovet dövründə pis-yaxşı “Dünya uşaq ədəbiyyatı” seriyasının çapına başlanmışdı, o da SSRİ-nin dağılması ilə yarımçıq qaldı. Ümumiyyətlə, dünya uşaq ədəbiyyatının bir çox populyar əsərləri, məsələn, Astrid Lindqrenin, Tolkienin, Roulinqin kitabları doğma dilimizə heç çevrilməyib. Hər yaşın öz kitabı var və məktəbli xobbitlər Harri Potter, Karlson haqda kitabları oxuyaraq sonra daha ciddi ədəbiyyatlara keçməlidir. Yoxsa gənclərdə kitaba məhəbbət yaratmaq mümkün olmayacaq. Nəinki uşaqların oxuyacağı, heç oxumaq bilməyən uşaqlara oxumaq üçün də kitablar, əsərlər yoxdur. Yüz ildir Azərbaycan uşaqlarını “Keçi”, “Xoruz” şeirləri, “Cırtdan” nağılı ilə yola veririk. O üzdən yenilik yoxdur, nəsillər dəyişir, xarakterlər dəyişmir. Mənim Abbas Səhhət yaradıcılığına böyük məhəbbətim var, ancaq görək yuxarıda adını çəkdiyim şeirlər uşaqlara hansı keyfiyyət aşılayır? Yalqız gəzmək, dağa dırmaşmaq pisdir, xoruz sevimlidir, ancaq səhər yatmağa qoymur və s. Halbuki elə Səhhətin “Təmizlik” şeirini öyrətmək olar. Baxın, necə müsbət adətlər öyrədir: Səhər duruncaƏlimdə fırça.Sildim dişimi, Bildim işimi.İnanmırsan baxDişim ağappaq və s. Bu şeirlə uşaqları ən azı kariyesdən qorumaq olar. Bizim nağıllardan ən yaxşısı “Məlikməhəmməd”dir, ancaq onda da “ujas” elementləri, azyaşlını qorxudan detallar var. Məsələn, Məlikməhəmməd baldırının ətini kəsib quşa verir. Amma Skandinaviya yazıçılarının uşaq nağıllarını oxuyanda orada çox tərbiyəvi, hətta çağdaş dövrlə səsləşən elementlər tapırsan.Məsələn, tülkü balası 14-cü Lüdviq və cücə Tutta Karlson haqda nağıla (İsveç yazıçısı Yan Ekholmun əsəridir) diqqət edək. Lüdviq tülkülər ailəsində 14-cü uşaqdır, bu ailədə hamı hiyləgər, kələkbazdır. Yuvada divara şüar da vurulub: “Yaşasın hiyləgərlik!” Lüdviqsə yalançı, hiyləgər olmaq istəmir, cücə ilə dostlaşır. Nağılın sonunda ovçuların təqibindən tülküləri toyuqlar xilas edir, onları hində gizlədir. Kardamon şəhəri haqda nağılda (müəllifi Norveç yazıçısı Eqner Turbörn) isə Kasper, Esper, Yunatan adlı üç quldur tərbiyə edilir, camaata qoşulur, faydalı iş tapır.Bu nağılların heç birində şiddət, dəhşət, adam yemək, ölüm, qan tökmək, namərdlik kimi söhbətlərə yer verilməyib. Məncə, indiki Skandinaviya ölkələrinin tərəqqisində, humanist cəmiyyətin yaranmasında belə kitabların böyük rolu olub. Yoxsa biz “Cırtdan”ı oxuyub ancaq kələkbaz olmağı öyrənirik.İtalyan Canni Rodarinin “Çipollino”su, bu cəsur soğan-bala isə elə bil indiki Azərbaycanda doğulub. Mən təzəlikcə bu nağılı rus dilində, bir növ sinxron tərcümə edərək uşağa oxuyurdum - heyrətə gəldim.Ölkənin padşahı, zalım şahzadə Limon Çipollinonun atasını həbs etdirir. Heç nəyə görə - Limon şəhərdə camaatla görüşəndə basabas olur, Çipollinonun atası bunun ayağını tapdalayır. Nə isə, Çipollino ömürlük və öləndən sonra da həbs cəzası almış (Rodarinin yumor hissinə qibtə etmək olar) atası ilə görüşə gəlir, deyir: “Atacan, yəqin sənə burda çox çətindir, axı zindan banditlər, quldurlarla doludur”. Ata deyir: “Yox, Çipollino, buradakılar hamısı vicdanlı, dürüst şəxslərdi, quldurlar isə azadlıqda, şahzadə Limonun ətrafında, sarayda yaşayır”. Elə bil balaca Ərhunun Qənimət Zahidlə görüşü təsvir olunub. Hələ Boranının evi haqda səhnə... Yazıq Boranı ömrü boyu əlləşib, kərpic yığıb özünə ev tikir, ancaq Pomidor gəlib deyir ki, qanunsuz evdir, qrafinya Gilənarın torpağında icazəsiz tikilib. Boranını qovub, evə it bağlayır.Açığı, o gün Arif Qaraşov qanunsuz tikililərdən danışanda gözümə Pomidor göründü... Zamin HACI |
43,781 | 02.12.2008 06:30 | Dünya | BMT İRANA QARŞI QƏTNAMƏ QƏBUL ETDİ | Qətnamədə İran rejiminin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır. Bu ölkədə etnik azlıqlara qarşı ayrı-seçkiliklərin davam etdiyi, insan haqlarını müdafiə edənlərin isə təqiblərə və işgəncələrə məruz qaldığı bildirilir. Eləcə də bəhailər, sünnilər və başqa dini azlıqların davamlı olaraq ayrı-seçkiliklərə və təzyiqlərə məruz qaldığı bəyan edilir. Bundan başqa, İranda qadınlara qarşı diskriminasiyanın davam etdiyi söylənilir. Qətnamə həm də İranda edamların, özəlliklə azyaşlıların edamının, eləcə də insanların daşqalaq edilməsi və bədən orqanlarının amputasiyası kimi dəhşətli cəzaların dayandırılmasına çağırır. Kanadanın xarici işlər naziri Lorens Kenun fars şovinist rejimini insan haqları üzrə öhdəliklərinə əməl etməyə çağırıb. İranın BMT-dəki səfiri “öz yerli əhalisinə qarşı pis davranan Kanadanın insan haqları məsələsində İran adlanan yerə mühazirə oxumasına haqqı yoxdur”, - deyə öz narahatlığını bildirib. Qeyd edək ki, 2003-cü ildə əslən iranlı olan kanadalı fotomüxbir Zəhra Kaziminin İranda həbs edilməsi və Tehran şəhərindəki Evin həbsxanasında aparılan istintaq zamanı ölümündən sonra bu ölkə hər il Tehran rejiminə qarşı qətnamə təşəbbüsü ilə çıxış edir. Özü də İran adlanan yerdəki mövcud rejimin Zəhra Kaziminin meyitinin Kanadaya aparılması və orada ekspertizasaya imkan verməməsi rəsmi Ottavanın Tehrandakı səfirini geri çağırmasına səbəb olmuşdu. |
43,782 | 02.12.2008 07:09 | Dünya | AMERİKA NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLAŞIR | Pentaqon nümayəndəsi general Viktor Renuar deyib ki, üç çevik qruplaşma formalaşdırılacaq. Onlardan biri artıq hazırdır və Corciya ərazisində yerləşdirilib.Məlumata görə, ötən həftə müdafiə naziri Robert Geyts tabeçiliyindəki şəxslərə ölkənin silahlı qüvvələrinin ABŞ daxilində fəlakətli nəticələrə səbəb olacaq mümkün hücumlara qarşı hazırlığını yoxlamağı tapşırıb. Nazir deyib ki, Konqresin ötən il yaratdığı komissiyanın gəldiyi nəticəyə görə, milli qvardiyanın və rezervistlərin sayı ABŞ-a qarşı mümkün nüvə, kimyəvi və baktereoloji hücumun nəticələrini aradan qaldırmağa kifayət deyil. Geyts tapşırıb ki, təcili olaraq ölkənin kütləvi qırğın silahlarından qorunması üçün təbirlər planı hazırlansın. |
43,783 | 02.12.2008 07:10 | Gündəm | AVROPA MƏHKƏMƏSİ DÖRD SİYASİ İŞLƏ BAĞLI HAKİMİYYƏTƏ SORĞU GÖNDƏRDİ | Həmin şikayətlərlə bağlı Avropa Məhkəməsi Azərbaycana sorğular göndərib. Sorğulara cavab verilməsi üçün Azərbaycan hakimiyyətinə mart ayının 6-na qədər vaxt verilib.Qeyd olunub ki, E. Namazov şikayətində 15 saylı Yasamal birinci seçki dairəsində keçirilən seçkilər üzrə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) hüquqlarının pozunlduğunu iddia edib. Y. Məmmədovun şikayətində isə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə keçirilən seçkilərdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən azad seçki hüququna əsassız müdaxilə baş verdiyi qeyd olunub. N. Əliyev 93 saylı Bərdə şəhər seçki dairəsində Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edib. E. Rzayev 96 saylı Goranboy-Naftalan seçki dairəsində keçirilən seçkilərdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən azad seçki hüququna əsassız müdaxilə baş verdiyini iddia edir. |
43,784 | 02.12.2008 07:11 | Dünya | RUSİYA NATO-nu TƏHQİR ETDİ | “Bu böhranla müqayisədə indiki gərginlik sabun operası kimi görünəcək. Sözün geniş mənasında Ukrayna dövlətinin parçalanma təhlükəsi realdır”. D. Roqozin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından çəkindiklərini gizlətməyib: “Düşmən blokun bizim sərhədlərimizə yaxınlaşması yüksək dərəcəli həyəcan siqnalıdır”. Rusiyalı daimi nümayəndə NATO siyasətçilərini itlərlə müqayisə etməkdən də çəkinməyib: “Təəssüf ki, bir çox NATO siyasətçisi dünyaya, məni bağışlayın, it kimi baxır. İtlər dünyanı rəngarəng yox, ağ-qara rəngdə görür. NATO bizə düşmən olan siyasi blokdur. Ona görə də NATO-nun qapıları bizim üçün bağlıdır”. |
43,785 | 02.12.2008 06:13 | Dünya | “İRAN” QƏZETİNDƏKİ KARİKATURANI BRİTANİYA QƏZETİ TƏKRAR DƏRC EDİB | Xəbərə görə, bu faktı Güney Azərbaycan Təşkilatı üzə çıxarıb və bu, 2006-cı ildə İranın “İran” qəzetində dərc edilmiş karikaturadır. Bu məsələ ilə bağlı Avropada fəaliyyət göstərən Güney Azərbaycan təşkilatları Böyük Britaniya parlamentinə etiraz məktubları ünvanlayıblar. GAT rəhbərliyi karikaturanın ingilis qəzetində dərc edilməsini İran hakimiyyət dairələrinin sifarişi adlandırıb və İranda genişlənməkdə olan milli hərəkatı və bu hərəkatın hərəkətverici qüvvəsi olan türk millətini aşağılamaq məqsədi güddüyünü xatırladıb. |
43,786 | 02.12.2008 06:12 | Gündəm | AKP-nin QARŞISINDA PARTLAYIŞ OLDU | Xəbər mənbəyi polislərdən ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Bundan başqa, partlayış nəticəsində yaxınlıqda olan binaların şüşələri də sınıb. Hazırda hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmaları davam edir. |
43,787 | 02.12.2008 06:15 | Yazarlar | BAĞLANAN ŞANS “PƏNCƏRƏLƏRİ” | Sarkozinin optimizmi təbii ki, ciddi əsaslara söykənmir. Qərb siyasiləri 2008-i də əlverişli, hətta “qızıl pəncərə ili” adlandırmışdılar. “Pəncərə”nin bağlanmasına cəmi bircə ay qalır, amma “yük hələ də köhnə yerindədir”. Başa çatmaqda olan ildə Qarabağa dəxli olan bir neçə əlamətdar hadisə baş verib ki, onları da Azərbaycanın aktivinə yazmaq mümkün deyil. Biri mətni bəlli olan Madrid sənədidir ki, orada ərazi bütövlüyümüz üçün olduqca qorxulu tezis - Dağlıq Qarabağda referendum ideyası əksini tapıb. Xususi qeyd edək ki, rəsmi Bakı Madrid sənədini rədd etməyib. Yalnız bəyan edib ki, səsvermə Azərbaycanın ərazi bütünlüyü çərçivəsində keçirilə bilər. Bunu isə vasitəçilər ciddi qəbul etmirlər. Çünki onların nəzərincə, belə yanaşma (yəni qabaqcadan şərt qoyma) qeyri-produktivdir və bölgənin statusu məsələsini qəlizə sala bilər. Halbuki BMT-nin ATƏT-in Minsk Qrupuna verdiyi mandat, Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələri Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmasını birmənalı yasaqlayır. Yəni dünya birliyi regionun statusu məsələsində son sözün Azərbaycana məxsus olmaq haqqını tanıyır. Digər yenilik Azərbaycanın 14 illik danışıqlar tarixində imza atdığı ilk sənəd - Moskva bəyannaməsidir. Müəyyən pozitiv detallar nəzərə alınmazsa, həmin sənəd Azərbaycanın əl-qolunu bağlayır. Doğrudur, bəyannamədə münaqişə tərəfi qismində məhz Ermənistanın imza atması kimi müsbət detal var. Amma təkrar edirik, bu detal Madrid prinsiplərindəki referendum ideyası ilə tam təsirdən salınıb. Ona görə ki, bəyannamədə münaqişənin həlli prosesində Madrid sənədinə, deməli, həm də referendum ideyasına söykənməyin vacibliyi vurğulanır ki, bu da bizim üçün məqbul sayıla bilməz. Bakı isə vurğuladığımız kimi, Madrid sənədini rədd etməyib.Bu arada İlham Əliyevin ötən həftə İtaliya telekanallarından birinə müsahibəsindəki bəzi məqamlar diqqət çəkməklə yanaşı, ziddiyyətli görünür. Sitat: “Moskva bəyannaməsi Azərbaycanla Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistanla Azərbaycan olduğunu dərk edir... Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıb”. Doğrudan da, Azərbaycanla münaqişədə olan, bizə qarşı ərazi iddiasından çıxış edən, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistandır. Di gəl, Bakı rəsmiləri, ölkə telekanalları hələ də “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” kimi olduqca zərərli termindən istifadə edirlər. Birinci ziddiyyət bax, budur. Məntiqlə Dağlıq Qarabağ tərəf deyilsə, bu cür beynəlxalq hüquqa zidd ifadə hardan çıxıb? İkincisi, Ermənistan işğalçıdırsa, o zaman işğala məruz qalan tərəfin işğalçı qarşısında yumşalmasını necə başa düşək? Təcavüzkar qarşısında yalnız bir şərt qoyula bilər: torpaqların qeyd-şərtsiz boşaldılması, nəinki onu razı salan, işğal mövzusunu danışıqlarda arxa plana keçirən güzəştlərin vədi. Separatçılara öz müqəddəratını təyinetmə haqqı tanımaq isə məhz işğalçını şirnikləndirən mövqedir. Xülasə, bir yandan Dağlıq Qarabağı işğal altındakı ərazi sayıb, o biri yandan həmin ərazini zəbt edənlərə səsvermə hüququ tanımağı müzakirə etmək rəsmi Bakının ən azı, qeyri-ciddi, qeyri-müəyyən mövqeyə yuvarlandığına dəlalət edir. Və ya belə çıxır, Azərbaycan prezidentinə güclü təzyiqlər var. Varsa, o zaman nədən hörmətli ölkə başçısı preventiv önləyici addımlara getmir? İctimai-siyasi qüvvələrlə Ermənistandakı kimi qapalı görüşlər, debatlar keçirib məsələni müzakirəyə çıxarmır? Nəhayət, narazı xalqın iradəsini dünyaya nümayiş etdirməyə zəmin yaratmır? Bəlkə torbada “pişik” var? Axı reallıq belə müzakirələrin ən çox Azərbaycana lazım olduğunu diqtə edir.Beləliklə, 2008-i də “hələ ki Qarabağ hüquqi cəhətdən bizdədir, faktiki ermənilərin əlində olsa da” şəklində ifadə olunmuş təsəlli ilə başa vururuq. Hərgah bu təsəlli ötən illə müqayisədə indi daha zəif görünür. Çünki ortaya artıq konkret sənədlər - Moskva bəyannaməsi və “Madrid çərçivəsi” qoyulub. Unutmayaq ki, BMT-dəki səsvermə zamanı vasitəçi dövlətlərin Azərbaycanın ərazi bütövlüyü əleyhinə səs verməsi də məhz “qızıl pəncərə” ilində baş verib. Lakin ən qorxulusu odur ki, biz 2009-cu ilə birinə imza atdığımız, digərini isə imzalamaq üzrə olduğumuz iki qeyri-məqbul sənədlə giririk. Buna uçurumun qırağı da demək olar. Daha bir ehtiyatsız addım və... biz Qarabağı de-yure də itirə bilərik. Zahid SƏFƏROĞLU |
43,788 | 02.12.2008 07:00 | Gündəm | TÜRKİYƏ ŞÜBHƏLİ ERMƏNİSTAN SİYASƏTİ İLƏ BAĞLI AÇIQLAMA VERDİ | Ə.Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonrakı brifinqdə Türkiyənin Ermənistanla sərhədlərini açma perspektivləri ilə bağlı suala cavab olaraq deyib ki, bu, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından asılıdır: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanla bağlı siyasətimizdə təməl prinsipi olaraq qalır. Ancaq bütün məsələlər diplomatik yolla tənzimlənməlidir”. E.Məmmədyarov öz növbəsində türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını geniş müzakirə etdiyini desə də, detalları açıqlamayıb. “Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik”, - deyən Ə.Babacan qeyd edib ki, Türkiyə regiondakı münaqişələrin - Dağlıq Qarabağ probleminin, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasındakı problemlərin diplomatik yolla həll edilməsinin çox önəmli olduğunu anlayır: “Bütün cəhdlərimizdə əsas məqsədimiz əlaqələrin normallaşmasıdır. Çünki regionda bu problemlər qaldıqca, davamlı sülhə və sabitliyə nail olmaq mümkün deyil. Arzu edirik ki, bu problemlər gələcək nəsillərə qalmasın, nəsildən-nəslə davam etməsin”. Nazir vurğulayıb ki, son dövrlər regionda artan diplomatik fəallıqda Azərbaycan-Türkiyə əlaqələrinin mühüm yeri var: “Azərbaycanla Türkiyə arasında son bir il ərzində prezidentlər və baş nazirlər səviyyəsində 10 dəfə, nazirlər səviyyəsində isə 30 dəfə qarşılıqlı səfərlər olub”. Ancaq bütün bunlara baxmayaraq, hesab olunur ki, Ərdoğan hökuməti artıq dövlət siyasətində Azərbaycanın taleyüklü məsələsini arxa plana keçirmək kursunu yeridir. Azərbaycanın ana müxalifət partiyası da Azərbaycan cəmiyyətindəki narahatçılıqların əsassız olmadığı qənaətindədir. İsa Qəmbər: “Türkiyəyə münasibətdə yersiz, sərt ifadələrin əleyhinəyəm” Müsavat Partiyasının başqanı İsa Qəmbər öncə bildirdi ki, Müsavat Partiyası Türkiyənin Cənubi Qafqazda daha fəal siyasət yeritməsinin tərəfdarıdır: “Türkiyənin Azərbaycan və Gürcüstanla kifayət qədər sıx əməkdaşlığı var. Rəsmi Ankaranın bölgədə siyasətinin fəallaşması, daha təsirli söz sahibi ola bilməsi üçün Türkiyə ilə Ermənistan arasında da müəyyən münasibətlərin olması təbiidir. Bu baxımdan biz Türkiyə və Ermənistan arasında gedən danışıq prosesinə bir qədər təmkinli yanaşmağın tərəfdarıyıq. Mən bu prosesin qiymətləndirilməsi zamanı yersiz, sərt ifadələrin işlədilməsinin tərəfdarı deyiləm". İsa Qəmbərin fikrincə, sadəcə olaraq, başa düşməliyik ki, danışıqlar gedərkən tərəflərin hər biri öz maraqlarından çıxış edir: “Türkiyənin maraqlarında sözdə genosid mövzusunun siyasi təzyiq elementi olaraq gündəmdən çıxarılması məsələsi var. Türkiyə bununçün tarixçilərdən və mütəxəssislərdən ibarət beynəlxalq birgə komissiya yaradılmasını təklif edib. Ki, mütəxəssislər istər Türkiyədə, istər başqa ölkələrdəki arxiv sənədlərini diqqətlə araşdırdıqdan sonra məsələyə elmi cəhətdən əsaslandırılmış bir mövqe qoysunlar. Türkiyənin marağı var ki, Ermənistan Türkiyə ərazilərinə iddia ilə bağlı müddəaları öz konstitusiya səviyyəsində sənədlərindən çıxartsın, bu iddialardan imtina etsin. Türkiyənin marağı var ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoysun, əsgərlərini Azərbaycan ərazilərindən çıxartsın və Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə razılaşsın".Müsavat başqanı danışıqlar prosesində bir sıra digər maraqların varlığını da qeyd etdi: “Ermənistanın bilavasitə marağı Türkiyə ilə sərhədlərin açılması və Türkiyənin Qarabağ məsələsini prioritet kimi görməməsidir. Aydın məsələdir ki, Ermənistan danışıqlar prosesində buna çalışır. Danışıqların gedişi haqqında kifayət qədər detallı informasiya verilmədiyinə münasibət bildirmək üçün tələsməyə də ehtiyac yoxdur. Sadəcə olaraq, biz aydın bir şəkildə fikrimizi bildirməliyik ki, Azərbaycan, Qarabağ mövzusunun Türkiyə üçün prioritet məsələ olmaqdan çıxarılıb arxa plana keçirilməsi təkcə Azərbaycanın yox, Türkiyənin də mənafeyinə uyğun deyil və bu, düzgün olmazdı. Bu mövqe bizim tərəfimizdən dəfələrlə bildirilib.Hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bu mövqeni aydın bir şəkildə ən azı qapalı diplomatik danışıq və görüşlərdə Türkiyə yetkililərinə çatdırmalıdır. Təbii ki, Azərbaycan tərəfinin bu narahatlığı Türkiyə ictimaiyyətinə də hansısa formada çatdırılmalıdır. Bu, ilk növbədə Azərbaycan hakimiyyətinin üzərinə düşən bir işdir. Biz Müsavat Partiyası olaraq öz tərəfimizdən bu mövqemizi həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə təqdim etmişik". Vəfa Quluzadə: “Türkiyə bizim üçün nə mümkünsə edib və edir” Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Qarabağ münaqişəsi başlayandan bəri Türkiyə heç bir iş görmək imkanında olmayıb: “Səbəbsə budur ki, Türkiyənin Rusiyaya təzyiq göstərmək imkanı yoxdur. Əksinə, Türkiyə qaz məsələsində Rusiyadan asılı vəziyyətə düşüb. Üstəlik, Tükiyə olduqca maraqlıdır ki, onun Rusiya ilə əlaqələri yüksək səviyyədə olsun. Çünki Türkiyə ilə Rusiya arasında geniş və çoxşaxəli biznes əlaqələri var və Türkiyə güclü şəkildə bu əlaqələrdən faydalanır. Ona görə də Ankara indiki şəraitdə öz milli maraqlarından çıxış edib Ermənistanla əlaqələr qurmağa meyl göstərir". Bu səbəbdən V.Quluzadə Azərbaycandakı narahatçılıqları əsaslı saydı: “Həqiqətən də gedən danışıqlarda Qarabağ məsələsi şərt ola bilməz. Məsələ burasındadır ki, Qarabağ məsələsi şərt olan vaxtda da Ankara-İrəvan arasında əlaqələr inkişaf edib. Məsələn, Azərbaycan əraziləri təzəcə işğal olunandan sonra Türkiyə nümayəndəsi Bakıya səfər etmişdi. Səfər zamanı Heydər Əliyevə təklif edildi ki, etiraz etmirsinizsə, Türkiyə Ermənistanla əlaqələri bərpa etsin. Lakin o zaman Heydər Əliyev buna qəti etirazını bildirdi. Buna baxmayaraq, Türkiyə Ermənistana “E-50" İrəvan-İstanbul koridorunu açdı. Yəni Ermənistan-Türkiyə əlaqələri qeyri-rəsmi şəkildə o vaxtdan inkişaf edirdi. Diplomatik əlaqələrin olmamasına baxmayaraq, Ermənistandan Türkiyəyə kim istəyirdisə, gəlib- gedir, işləyirdi".Politoloq əlavə etdi ki, hazırda Türkiyə Avropa İttifaqına daxil olmaq siyasəti yürütdüyü üçün Ermənistanla əlaqələrin qurulmasına cəhd göstərilir: “Avropa İttifaqının da etirazlarından biri Türkiyə-Ermənistan münasibətlərinin son illərdəki vəziyyəti ilə bağlıdır. Ona görə də Türkiyə milli maraqlarından çıxış edərək Ermənistanla sərhədləri açmaq, əlaqələri bərpa etmək istəyir".V.Quluzadə bildirdi ki, narahatçılıq doğuran məlumatlar reallığı tamamilə əks etdirir: “Bu danışıqlarda Azərbaycanın maraqları nəzərə alınmır və alına da bilməz. Ona görə də biz nahaqdan Türkiyəni qınamayaq. Türkiyə bizimçün nə mümkünsə edib və edir. Azərbaycan ordusunu qurmaq işində, Azərbaycan - Tükiyə əsgəri əməkdaşlığında bizə xeyli kömək edib. Amma fakt budur ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi böyük geosiyasi məsələdir. Geosiyasi vəziyyət dəyişəndən sonra problem də həllini tapacaq. Bu isə vaxt tələb edir. Ona görə də Azərbaycan bu mənada Türkiyədən inciməməlidir". Xəzər İbrahim: “İki ölkə arasında münasibətlər “Bir millət - iki dövlət” prinsipi əsasında davam edir” Bütün bunlara, o cümlədən Qarsda ermənilərlə dostluq abidəsinin qoyulması barədə yazılara münasibətini soruşduğumuz XİN-in mətbuat katibi Xəzər İbrahim bildirdi ki, ermənilərin nə yazması əhəmiyyət kəsb eləmir: “Mənə bir ciddi mənbə verin ki, ona uyğun münasibət bildirim. Ermənilərin nəsə yazmağı o demək deyil ki, yazılanlar doğrudur". X.İbrahim Türkiyənin Azərbaycanın mövqeyini sata biləcəyi ilə bağlı narahatçılıqları da bölüşmədi: “Onu kim deyir? Bu gün (dünən-red.) Türkiyənin xarici işlər naziri Bakıdaydı və Xarici İşlər Nazirliyində görüş keçirdi. Görüşdən sonra tərəflər bildirdilər ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyədədir. Bu münasibətlər “Bir millət - iki dövlət” prinsipi əsasında davam edir". XİN rəsmisi Türkiyənin Qarabağ siyasətində dəyişiklik olmadığını vurğuladı: “Siyasətdə və münasibətlərdə heç bir dəyişiklik yoxdur". |
43,789 | 02.12.2008 05:47 | Mədəniyyət | MÜĞƏNNİ VASİF MƏHƏRRƏMLİ “ANS-PRESS”in MÜXBİRİNİ DÖYDÜ | Belə ki, müğənni jurnalistin üstünə atılaraq ona yumruq zərbələri endirməyə başlayıb. Bundan jurnalistin sifətində ciddi xəsarətlər yaranıb.Olayla bağlı Vüqar Kamiloğlu artıq şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsinə müraciət edib. |
43,790 | 02.12.2008 06:28 | Ölkə | AZƏRBAYCANDA FƏHLƏ İNQİLABI BAŞ VERƏ BİLƏR | “ARDNŞ bu işdə xüsusi seçilir. İslahat adı altında yüzlərlə işçi işdən kənarlaşdırılır. Məsələn, Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyi ilə Quruda Neft və Qazçıxarma İstehsalat Birliyi birləşdirilir, bunun ardınca kütləvi işdən çıxarma prosesi gedir. Azərbaycanda neft hasilatı əsasən xarici kompaniyaların apardığı işlərlə bağlı idi. Hasilata start verilməsi üçün hazırlıq işləri həyata keçirilirdi. Əsas işçi qüvvəsi buraya cəlb olunurdu. Bu proses artıq başa çatıb. Ona görə də çox sayda işçilər ixtisar olunub. Məsələn, Dərin Özüllər Zavodunda 25 min işçi çalışırdı. Son bir neçə ilin içində bu rəqəm 12 minə enib. Neft sənayesində 40 min nəfərədək işçi çalışır. Onların çoxu sosial müdafiə məqsədilə işdə saxlanılır. Ümumiyyətlə, neft sənayesində işçilərin sosial təminatı sahəsində vəziyyət o qədər də yaxşı deyil. Mənə uzun illər neft sənayesində işləmiş çoxlu sayda insanlar müraciət edir ki, onların aldıqları təqaüd həddən artıq azdır. Yəni təkcə hazırda neft sahəsində işləyənlərin yox, uzun illər bu sahədə çalışmış, hazırda isə təqaüddə olan insanların da ciddi sosial problemləri var. Bu vəziyyət isə sosial gərginliyi günbəgün artırır. Neft hasilatının pik həddə çatdığı dövrdə bu sahədə işləyən insanların sosial problemləri həll olunmursa, əməkhaqları kifayət qədər deyilsə, hasilatın aşağı düşməsi prosesi başlayandan sonra heç də irəliləyiş olmayacaq. Ona görə də sosial narazılıq qarşıdakı müddətdə artacaq”. Həmsöhbətimiz vurğuladı ki, neftçilərin narazılığını ən çox artıran faktorlardan biri əməkhaqqının verilməsindəki ədalətsizlikdir: “Eyni işdə işləyən, eyni kateqoriyada olan xaricilərə yüksək əməkhaqqı verilir. Azərbaycanlılara isə xaricilərdən dəfələrlə az maaş verilir. Bu çox ciddi problemdir. İndiyə qədər bir sıra şirkətlərdə məhz bu problem ciddi narazılıqları ortaya çıxarıb. Tətillər və digər formada etiraz aksiyaları baş verib. Bu aksiyalar ya zor gücünə yatırılıb, ya da vədlər verilərək aradan qaldırılıb. Ancaq vədlərə əməl etmək əvəzinə aksiyalarda iştirak edənlər işdən qovulub. Neft sənayesi sahəsində işləyən fəhlələrin ciddi sosial narazılığının mütəşəkkil şəkildə üsyanlarla meydana gəlməməsinin səbəblərindən biri budur. Digər səbəb isə müstəqil həmkarlar ittifaqlarının yoxluğudur. Təcrübə göstərir ki, istənilən sahədə hüququ pozulan işçilərin hüquqlarının qorunması və ciddi etiraz aksiyalarının ortaya çıxması müstəqil həmkarlar ittifaqının mövcud olduğu şəraitdə reallaşır. Azərbaycanda isə həmkarlar ittifaqı hökumətin tam nəzarəti altındarır. Ümumiyyətlə, hakimiyyət mütəşəkkil əmək kollektivləri olan müəssisələrin yaradılmasında maraqlı deyil”.M.Qəhrəmanlı bildirdi ki, ölkədə işsizlik problemini yaradan birinci Dövlət Neft Şirkətidirsə, ikinci xarici şirkətlərdir: “Bizim ofisə hər gün xarici şirkətlərdən şikayətçi olan ən azı 3-4 adam gəlir. Bir çox şirkətlərdə ikili mühasibat, vergidən yayınmalar adi hala çevrilib. Azərbaycan vətəndaşı olan işçilər kütləvi surətdə işdən çıxarılır. Özü də o işçiləri işdən çıxardırlar ki, aktivdir. Nə Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını, nə də Azərbaycanın Əmək Məcəlləsini tanıyırlar. Ancaq onları cəzalandıran yoxdur. Məsələn, bu il iyunun 12-də “Kaspian Şpiad” kampaniyasında çalışan azərbaycanlılar tətil eləmişdilər və həmkarlar təşkilatlarını yaratmışdılar. Bu gün həmin tətildə iştirak edənlərin hamısı işdən qovulur. Onların içərisində Qarabağ müharibəsinin iştirakçıları, Qarabağ əlilləri var. “Kaspian Şpiad”ın prezidenti banqladeşlidir. Bu gün banqladeşli gəlib Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda vuruşan insanları işdən qovur, onlara az maaş verir. Azərbaycan hökuməti isə buna göz yumur. Odur ki, kütləvi və genişmiqyaslı işçi etirazlarının baş qaldırması labüddür”. |
43,791 | 02.12.2008 06:19 | Ölkə | “MƏN QOÇUYAM, ARXAMDA DA ƏLİ HƏSƏNOV DAYANIB” | Bunu dünən redaksiyamıza müraciət edən Füzuli rayon köçkünü Əlizamin Zeynalov deyir. Onun sözlərinə görə, noyabrın 15-dən 16-na keçən gecə Nərimanov rayonunda, “Baksol” deyilən ərazidə idarə etdiyi “Tofaş” markalı, Az 10 MN 927 dövlət nömrə nişanlı avtomobillə İsfəndiyar Əbdüləzimovun idarə etdiyi “Hundai Sonata” markalı, Az 10 CM 858 dövlət nömrə nişanlı avtomobil bir-birinə çırpılıb. Günah həmin vaxt içkili olan İ.Əbdüləzimovda olsa da, o törətdiyi hadisəni etiraf etmək əvəzinə, qaçqın sürücünü günahkar çıxarmaq istəyib. Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsinin təhqiqatçıları zəruri ölçmələr apararaq yol-qəza hadisəsinin baş verməsində İ.Əbdüləzimovun günahkar olduğunu elə yerindəcə müəyyən ediblər.Buna baxmayaraq, İ.Əbdüləzimov “Qaçqınkom” sədri Əli Həsənovun adını tez-tez hallandırmaqla hadisə yerində günahı qarşı tərəfin üzərinə atmağa çalışıb. Lakin təhqiqatçılar İ.Əbdüləzimovun təhdidlərinə əhəmiyyət verməyiblər. Ə.Zeynalova məxsus avtomobil təhqiqatçıların qərarı əsasında texniki baxışdan keçirilib və müəyyən edilib ki, “Qaçqınkom”un şöbə müdiri məcburi köçkünün avtomobilini əzməklə ona 2110 manat ziyan vurub.Artıq iş üzrə zəruri materiallar toplanıb və yaxın günlərdə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndəriləcək. Mövzunu diqqətdə saxlayıb məhkəmə araşdırmasının nəticələrini də oxucularımıza çatdıracağıq. |
43,792 | 02.12.2008 06:29 | Ölkə | 14 AİLƏ SPİD-ə YOLUXUB | H.Qədirova APA-ya açıqlamasında bildirib ki, ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin 1 dekabrınadək 1771 nəfərin HİV-ə yoluxduğu aşkarlanıb. Onlardan 1701-i Azərbaycan, 70 nəfəri əcnəbidir. HİV-ə yoluxmanın daha çox inyeksion narkotik istifadə nəticəsində baş verdiyi müəyyənləşib. İndiyədək xəstəliyin AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 338, AİDS-dən dünyasını dəyişən insanların sayı isə 232 nəfər olub. H. Qədirovanın sözlərinə görə, son 16 il ərzində Azərbaycanda 589 ailədə HİV-ə yoluxma faktı aşkarlanıb. Onların 14-də ata, ana, uşaq, 125-də ər-arvad, 414-də yalnız kişi, 36-da yalnız qadın yoluxub. Mərkəz direktoru bildirib ki, bu il ərzində Azərbaycanda HİV-ə yoluxma hallarının yüksək olduğu bölgələr arasında birinci yeri Şirvan tutur. Sonrakı yerlərdə isə Hacıqabul, Lənkəran, Sumqayıt, Astara, Yevlax gəlir. H.Qədirova onu da əlavə edib ki, dövlət il ərzində HİV-ə yoluxmuş insanların müalicəsində istifadə edilən dərmanlardan asılı olaraq, 100-200 manatdan 8000 manatadək vəsait sərf edir. “Azadlıq” radiosunun xəbərinə görə, sutkada 14 mindən çox insan QİÇS-ə yoluxur. 30 milyon insan isə bu xəstəlikdən vəfat edib. “AİDS hələ də dünyada ölümün on əsas səbəblərindən biri, Afrikada isə birinci məhvedici xəstəlikdir” - BMT baş katibi Ban Ki Munun QİÇS-lə mübarizə günü münasibətilə müraciətində belə deyilir. Mərkəzdən verilən məlumata görə, bu il Azərbaycanda 300 nəfərdə virusa yoluxma faktı aşkar edilib. Onlardan 254 nəfəri kişi, 45 nəfəri isə qadındır. Bu virusa yoluxma ehtimalı daha çox olan risk qrupu isə dəyişməz qalır: fahişələr və narkomanlar. Bəs Azərbaycan həbsxanalarında QİÇS-ə yoluxmuş xəstələr varmı və onlar necə müalicə olunurlar?Sualla Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqova müraciət etdik. M.Sadıqov həbsxanalarda AİDS-li xəstələrin saxlanıldığını bildirsə də, ətraflı məlumat üçün Ədliyyə Nazirliyi Tibb İdarəsinə məraciət etməyimizi məsləhət gördü. Sözügedən idarənin rəis müavini Murad Süleymanov isə sualımızı belə cavablandırdı:“Həbsxanalarda AİDS-li xəstələr var və onların müalicəsi ilə QİÇS-lə Mübarizə Mərkəzi məşğul olur. Həmin mərkəzdən bizə müraciət olunduqda əməkdaşlarının həbsxanalara gedərək AİDS-li xəstələrlə konfidensial görüşlərinə şərait yaradırıq”.Rəis müavini AİDS-li xəstələrin konkret statistikasını açıqlamadı. “AİDS-li xəstələr üçün ayrıca həbsxana varmı” sualına isə rəis müavini “bu, AİDS-li xəstələrin hüquqlarının pozulması demək olardı. Ona görə də ayrıca həbsxana tikilməyib”. Xəstəliyin adından da bəlli olduğu kimi, AİDS-li xəstələrin yoluxucu xəstəliklərə - əsasən vərəmə həssas olduqları bəllidir. Bəs belə yoluxma halları olubmu? M.Süleymanov bu günədək 3 AİDS-li xəstənin vərəmə yoluxmasını qeyd etdi. |
43,793 | 02.12.2008 06:29 | Ölkə | XƏZƏR SAHİLLƏRİNİN ZƏBT OLUNMASI RƏSMİLƏŞDİRİLİR | Xatırladaq ki, mərhum dövlət başçısı Heydər Əliyevin imzaladığı sərəncamla dəniz sahilində müəyyən sərhədlər çərçivəsində tikinti işlərinin aparılması yasaq edilmişdi. Eyni zamanda qanunsuz obyektlərin sökülməsi nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin fikrincə, yeni əlavə və dəyişikliklər dəniz sahilinin zəbt olunması işinə bir az da stimul verəcək. Xatırladaq ki, bundan əvvəl qanunvericilikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağı altında olan torpaq sahələrinin hasara alınması yolu ilə və ya digər üsullarla bağlanması, dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması yasaq edilirdisə, təklif olunan layihədə bu məsafənin 25-50 metrədək azaldılması təklif olunur. Eyni zamanda həmin məsafədəki ərazini müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmadan zəbt edənlərin cərimələnməsi nəzərdə tutulur. |
43,794 | 02.12.2008 06:30 | Gündəm | “ERGENEKON” İŞİNDƏ YENİ QALMAQALLAR | Dünyəvilik tərəfdarı və milliyyətçi çevrələrə bağlı media isə əksinə, bu ilin qurama olduğunu, AKP iqtidarının ona qarşı çıxan Atatürkçü qüvvələri sıradan çıxarıb silahlı qüvvələri gözdən salmağa xidmət etdiyi haqda yazır.“Radikal” qəzeti isə “Ergenekon” işinin necə quraşdırıldığı, işi aparan prokuror Zəkəriyyə Özün necə seçildiyi haqda ilginc detallar əldə edib. Qəzetin yazdığına görə, “Ergenekon” işi ilə bağlı həbslər üçün ilk təlimatı polisə və MİT-ə o vaxtkı xarici işlər naziri, baş nazirin müavini Abdullah Gül verib. 2006-cı ildə Ankarada yüksək məhkəmə qurumu olan Danıştay üzvlərinə silahlı hücumdan sonra terrorla mübarizə üzrə hökumət yanında qurulan komissiyanın sədri kimi Gül təhlükəsizlik xidmətlərinin başçılarını yanında toplayıb. Bu zaman Gülə xüsusi hazırlanmış dosye çatdırılıb. Həmin dosyedə sonradan “Ergenekon” işi ilə bağlı həbs ediləcək tanınmış şəxslərin adları yer alırdı. Gül dosye ilə tanışlıqdan sonra polisə və MİT-ə belə təlimat verib: “Mənə danışdıqlarınızı prokurora da danışın, dəlillər əldə edin, hamısı yaxalansın, mühakimə olunsun”. Lakin polis və xüsusi xidmət orqanları Danıştaya edilən hücumla “Ergenekon” arasında heç cür əlaqə tapa bilməyib. Bu vəziyyətdə İstanbulda o vaxt çoxlarının tanımadığı Zəkəriyyə Öz adlı prokuror tapılıb. Məlum olub ki, o, bu cür işlərdə dəlillər uydurmaqda ustadır. 2007-ci ildə “Ergenekon” istintaqına başlamazdan əvvəl Zəkəriyyə Öz İstanbulda “əl-Qaidə” tərəfindən törədilən terror hücumları ilə bağlı istintaq çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri ilə dəfələrlə görüşüb. Bu görüşlərdən sonra o, “Ergenekon” işinə təyin edilib və İstanbulun gecəqondularından birində şübhəli şəkildə sonradan partladılıb məhv edilən, lakin iş üzrə əsas maddi sübut kimi yer alan əl qumbaraları tapılıb.Qeyd edək ki, Zəkəriyyə Özün fətullahçı olması da onun xalası oğlu tərəfindən mətbuata bildirilib. Həmin iddia ilə bağlı Öz xalası oğlunu həbs etdirib. Müstəqil hüquqşünaslar onun hazırladığı ittiham aktının dəlillərlə kifayət qədər əsaslandırılmadığını qeyd edirlər. Təkcə onu demək kifayətdir ki, iş əsasən şübhəli imicə malik, MİT agenti olduğu üzə çıxan, keçmişdə fırıldaqçılıqda günahlandırılıb həbs edilən Tuncay Güney adlı şəxsin ifadələri üzərində qurulub. Keçmiş baş prokuror, islamçı “Rifah” partiyasının bağlanması haqda Konstitusiya Məhkəməsində iddia qaldırıb udan Vural Savaş da hesab edir ki, bu işin məhkəmə perspektivi yoxdur. Ankarada Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunan “Ergenekon, hüquq və demokratiya” mövzusunda toplantıda çıxışı zamanı Savaş deyib ki, “Ergenekon” istintaqı Mərkəzi Kəşfiyyat İdarəsi və “Mossad”ın Türkiyə polisində, prokurorluq sistemində fətullahçı qruplaşmaları istifadə edərək həyata keçirdiyi bir əməliyyatdır. Keçmiş baş prokurora görə, bu işi aparanlar gələcəkdə özləri ədalət mühakiməsi qarşısında dayana bilər. Çünki həbs edilənlərin prosessual hüquqları açıq şəkildə pozulur. Savaşa görə, təkcə ittiham edilənlərin özlərini müdafiə edə bilmək üçün ancaq 3 vəkil tuta biləcəyi haqda məhdudiyyət əsas verir ki, onlara çıxarılacaq hökm yüksək məhkəmə kollegiyası tərəfindən ləğv edilsin. O deyib ki, ittihamların hamısı insanlar arasındakı telefon danışıqlarının qanunsuz şəkildə dinlənilməsi əsasında irəli sürülüb. Həmin telefon danışıqları isə cinayət ünsürü hesab edilə bilməz. “Digər tərəfdən, həbslər Tuncay Güney kimi olduqca şübhəli birinin ifadələri əsasında aparılıb. Bu cür adamın ifadələri əsasında bu qədər şərəfli adamın həbs edilməsi hüquq sistemi üçün üz qarasıdır. Mən bu biabırçılıqlardan sonra özümü prokuror adlandırmaqdan da utanıram. Türkiyədə bu günə qədər heç bir işdə hüquq bu dərəcədə pozulmayıb”- deyə Savaş bildirib.Qeyd edək ki, keçmiş jurnalist, hazırda Kanadada yaşayan və bugünlərdə MİT agenti olduğu üzə çıxan Tuncay Güneyin “Mossad”la əməkdaşlığı haqda da şübhələr çoxdan var. Bu şübhələri gücləndirən yeni məlumatlar da üzə çıxıb. “Vatan” qəzetinin xəbərinə görə, Misirdə ötən il “Mossad” agenti olmaqda şübhəli bilinərək həbs edilən Məhəmməd əl-Atar adlı şəxs onu Türkiyədən Tuncay Babayın təlimatlandırdığını deyib. Kanada vətəndaşı olan əl-Attar əldə etdiyi məxfi məlumatları bu ölkədə 2005-ci ildə “Mossad” agenti olan Tuncay Babaya ötürdüyünü təsdiqləyib. Tuncay Babayın ona verdiyi tapşırıqlardan biri də Misirdə “mavi” ərəblərlə bağlı araşdırma aparmaq olub. Güman edilir ki, Tuncay Babay Tuncay Güneyin istifadə etdiyi adlardan biridir. Onun özü “mavi” olduğunu gizlətmir. Güneyin fətullahçı olduğu haqda da məlumatlar var. “Ergenekon” məhkəməsi zamanı həbs edilənlərin vəkilləri bu şəxsin prosesə gətirilməsi haqda vəsatətlər qaldırsalar da təmin edilmir. |
43,795 | 02.12.2008 06:31 | Dünya | TERRORÇULAR MUMBAYDA 5 MİN ADAM ÖLDÜRMƏYİ PLANLAŞDIRIBMIŞ | Rəsmi İslamabad Mumbay şəhərində törədilən terror hücumlarında əli olmasını təkzib edir və bildirir ki, Pakistan özü terrorçuların hədəfidir. Prezident Asif Əli Zərdari “The Financial Times” qəzetinə müsahibəsində deyib ki, onun ölkəsi terrorçulara qarşı ağır müharibə aparır. Zərdari terrorçuların güclü olduğunu da etiraf edib. Onun fikrincə, terrorçular regionda böyük qarşıdurma yarada biləcək qədər güclüdür. Pakistan prezidenti ölkəsinin Mumbay hücumlarının araşdırılmasında əlindən gələn bütün köməyi göstərməyə hazır olduğunu bildirib. Bununla belə, o deyib ki, Hindistanın baş verənlərə görə Pakistanı cəzalandıra biləcəyindən narahatdır. Zərdariyə görə, terrorçular Pakistandakı düşərgələrdə təlim keçə bilər, lakin heç bir rəsmi qurum onların Hindistanda həyata keçirdikləri hücumlara bu və başqa formada dəstək verməyib və bu mümkün deyil.Xəbər verildiyi kimi, Mumbay hücumlarından sonra nüvə müharibəsinə malik hər iki ölkə sərhədə qoşun birləşmələri yığır. Pakistan hərbi komandanlığı sərhədə 100 minlik qoşun birləşmələri göndəriləcəyini, hərbi hava qüvvələrinin və quru qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb. Hindistan da Pakistanla sərhədə qüvvə yığır, həmçinin mübahisəli Camo-Kəşmir bölgəsində gərginliyin artdığı haqda xəbərlər gəlir. Hindistan rəsmi qurumlarında belə hesab edirlər ki, Mumbay hücumlarında Pakistanın xüsusi xidmət orqanlarının əli ola bilər. Belə ki, Pakistan xüsusi xidmət orqanlarında ekstremist qruplaşmalarla bağlı qrupların olması istisna deyil. Hindistan və Pakistan indiyədək Kəşmir bölgəsinə görə öz aralarında üç dəfə müharib aparıblar. 2001-ci ildə isə Hindistan parlamentinə edilən terror hücumundan sonra iki ölkə az qala nüvə müharibəsi həddinə çatmışdı. Sonradan münasibətlərin normallaşması istiqamətində bir sıra addımlar atılıb. Qarşılıqlı rəsmi səfərlər və danışıqlar olub.Bu arada ABŞ dövlət katibi Kondoliza Rays bəyan edib ki, İslamabad Mumbay hücumlarının təhqiqatına yardım etməli və bu işlə bağlı bütün günahkarların üzə çıxarılmasını təmin etməlidir. Rays sabah Dehlidə olacaq və baş verənlərlə bağlı Hindistan hökuməti ilə danışıqlar aparacaq. Xatırladaq ki, hücumlarda ölənlərin 6-sı ABŞ vətəndaşıdır. “Biz Pakistan hökumətini istintaqa kömək etməyə və harada olmasından asılı olmayaraq bütün günahkarları tapıb cəzalandırmağa çağırırıq”-deyə Rays bəyan edib. Bildirilir ki, hücum edən terrorçulardan cəmi biri sağ ələ keçirilib və hazırda o, Mumbay hücumları haqda ifadələr verir. Pakistan əsilli, cəmi 21 yaşında olan bu terrorçu 5 min adamı öldürməyi planlaşdırdıqlarını etiraf edib. |
43,796 | 02.12.2008 06:36 | Gündəm | AVROPA BİRLİYİ AZƏRBAYCANI RUSİYADAN QOPARMAĞA ÇALIŞIR | Hesabatda deyilir ki, birliyin öz sərhədlərinin sabitliyində dərin maraqları var. Düzdür, hesabatda, ölkələrin AB-yə üzvlüyünə dair heç nə deyilmir. Lakin qeyd edilir ki, münasibətlərin növbəti mərhələyə qaldırılması ölkələrin demokratiyaya doğru qənaətbəxş tərəqqisindən, qanunun aliliyi və insan hüquqları kimi meyarlardan asılı olacaq. Avropa Komissiyasının hesabatında deyilir ki, Avropa İttifaqı enerji marşrutlarının diversifikasiyasına çalışmalıdır. Komissiya ümid edir ki, Avropa Birliyi liderləri yazda keçiriləcək zirvə görüşündə bu planı təsdiqləyəcəklər. |
43,797 | 02.12.2008 07:32 | Dünya | OBAMANIN MİLLİ TƏHLÜKƏSİZLİK VƏ XARİCİ SİYASƏT KOMANDASI HAZIRDIR | Xəbər verildiyi kimi, Obama dövlət katibi postuna keçmiş birinci ledi, Nyu York ştatından senator Hillari Klintonun namizədliyini razılaşdırıb. Müdafiə naziri postunda isə azı bir il indiki nazir Robert Geyts qalacaq. Geyts respublikaçı olsa da, müdafiə naziri postunda göstərdiyi fəaliyyətlə hər iki düşərgənin rəğbətini qazana bilib. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində isə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan dördulduzlu dəniz piyada generalı Ceyms Cons olacaq.Obamanın bu seçimini ekspertlər olduqca uğurlu hesab edirlər. Bu fiqurların seçilməsi Obamanın administrasiyasının kifayət qədər güclü olacağını təsdiq edir. Senatın silahlı qüvvələr üzrə komitəsinin sədr müavini, respublikaçı Con Uorner bəyan edib ki, Obamanın milli təhlükəsizlik üzrə komandasının başında Geyts, Klinton və Consdan ibarət triumvariatın dayanması ona ölkə xaricində və daxilində böyük etimada səbəb olacaq. Həmçinin bu seçim yeni prezidentin mərdliyinə, ən yaxşıları seçmək qabiliyyətinə və ölkənin milli təhlükəsizlik prioritetlərini hər şeydən üstün tutduğuna inamı artıracaq. Senatın xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı Riçard Luqar da Obamanın bu seçimini dəstəkləyib. “Bu, əla seçimdir, hesab edirəm ki, komanda kifayət qədər güclü olacaq” deyə, o bildirib. Senatın xarici əlaqələr komitəsinə gələn ilin yanvarından rəhbərlik edəcək keçmiş prezidentliyə namizəd Con Kerri də Obamanın seçiminin olduqca uğurlu olduğunu deyib.Gözlənilirdi ki, Obama seçki kampaniyası zamanı onun yaxın müşaviri olmuş Süzan Raysı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizəd göstərəcək. Arizona ştatının qubernatoru Canet Napolitano daxili təhlükəsizlik naziri, hüquqşünas Erik Holder ədliyyə naziri və baş prokuror olacaq. “Assoşeyted press” agentliyinin xəbərində deyilir ki, Amerikanın üzləşdiyi iki müharibə və maliyyə böhranı şəraitində Obama komandasını formalaşdırmaq üçün rekord sürət nümayiş etdirir. Həm də bu zaman o, ən təcrübəli namizədlərə üstünlük verir. Xatırladaq ki, Obama artıq iqtisadiyyat bolku komandasının tərkibini açıqlayıb. Bütün postlara namizədlərin Senatda təsdiqlənməsi gərəkdir. Obama səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq. |
43,798 | 02.12.2008 06:38 | Ölkə | NARDARANDA ESKUDERO ƏLEYHİNƏ DAHA BİR AKSİYA KEÇİRİLDİ | “Məlum məsələdir ki, Nardaran camaatına məxsus 30 hektar torpaq sahəsi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Eskuderoya qanunsuz yolla verilib. Biz bununla bağlı aidiyyəti qurumlara nə qədər müraciət etsək də heç bir nəticəsi yoxdur. Hətta Ali Məhkəmənin sədri Ramiz Rzayev də kənd nümayəndələri ilə görüşündə məsələnin ədalətli həll olunacağına söz verdi, amma bugünlərdə məlum olub ki, hörmətli sədr bizi aldadıb. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibala Əliyev isə saxtakarlığa imza atmış icra nümayəndəsi Yaşar Orucovu vəzifəsindən uzaqlaşdıraraq kənddə yalançı şahid kimi ad çıxarmış Tofiq Həsənovu onun yerinə təyin edib. Halbuki bu şəxs ”Səfixani" deyilən ərazinin Salman Cəbrayılovun mülkü olması barədə tərtib edilmiş akta qol çəkib. O, aldandığını sonradan etiraf etsə dəáá, bircə dəfə də məhkəməyə gedərək səhvini etiraf etməyib".Məsələnin hazırda Milli Məclis səviyyəsində araşdırıldığını söyləyən R.Əlizadə həqiqətin gec-tez qalib gələcəyini də bildirdi. Onun sözlərinə görə, Milli Məclisin rəhbərliyi sözügedən məsələnin araşdırılmasını deputat Eldar Quliyevə tapşırıb: “Bununla bağlı Eldar müəllimin nümayəndəsi ilə görüşmüşük. Bizə bildiriblər ki, məsələ Milli Məclisin komissiyasında araşdırılır. Hazırda Eldar Quliyev Bakıda olmadığından məsələnin həlli bir qədər gecikir. Qəsəbə sakinlərinin problemi millət vəkili İqbal Ağazadənin də diqqətindədir. Biz ona müraciət edəndən sonra problem Milli Məclisin iclasında müzakirəyə çıxarılıb”.Ümid Partiyasının təmsilçisi Nəsimi Məmmədli kənd camaatının tələblərini dəstəklədiyini dedi: “Qanun hamı üçün eyni olmalıdır. Bu məsələ ədalətli həll edilməlidir. Biz bir partiya olaraq daim sizin yanınızdayıq”.Bakı Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədov isə Bakı və Bakıətrafı kəndlərin problemlərindən danışdı. Onun sözlərinə görə, Bakı kəndlərində torpaq ilk növbədə yerli əhaliyə verilməlidir: “Mən güman edirəm ki, hökumət sizin məsələyə ədalətli baxacaq”.Sonda aksiyanın qətnaməsi oxundu. Qətnamədə bildirilirdi ki, keçmiş səfir Stenli Eskudero “Səfixani” adlanan torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməyə çalışır. Bu işdə ona imkanlı məmurlar yardımçı olsa da Nardaran sakinləri buna imkan verməyəcək: “Biz tələb edirik ki, Eskuderoya görə öz xalqına böhtan atan, nardaranlıları dini ekstremist adlandıran Qüdrət Həsənquliyev Nardaran sakinlərindən üzr istəsin”. |
43,799 | 02.12.2008 06:07 | Astrologiya | ULDUZ FALI | QOÇ - Nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adıçəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının. BUĞA - Sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız. ƏKİZLƏR - Mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun. XƏRÇƏNG - Səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun. ŞİR - Ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşamsa qonaq gedin. QIZ - Yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın. TƏRƏZİ - Yaxşı olar ki, ağır fiziki işlərə, ümumiyyətlə, fəaliyyətə ara verəsiniz. Əsas diqqətinizi istirahətə və gəzintilərə həsr edin. Gələcəyiniz üçün önəmli olan görüşlərdən yayınmayın. ƏQRƏB - Hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər. OXATAN - Göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın. OĞLAQ - Səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz. SUTÖKƏN - Dünəndən Ay bürcünüzə girdiyindən emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün düşərli gündür. BALIQLAR - Ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz. |
43,800 | 02.12.2008 05:11 | Yazarlar | “QOLDEN ŞTRASSE” | Lütfən, ilk iki xəbərdəki paradoksa baxın, əziz oxucular. Bakımız şəhər olub şəhərlərə qoşulub və dünyanın Vaşinqton, Monreal, Qlazqo, Mayami kimi şəhərlərini qabaqlayıb, amma bu bahalı şəhərdə cəmi 2050 bina qızdırılacaq. Yerdə qalan yarım milyon bina isə İran radiotorlarının, Xırdalan “plitka”larının, Sumqayıt “ceyran”larının ümidinə qalacaq. Bəs bu il soyuq Monreal əhli nə edəcək? Onlar da Bakı camaatı kimi soyuqda oturacaq, yaxud əldəqayırma qızdırıcılara möhtac olacaqlar, yoxsa öz mənzillərinə istiliyi qazanxanalardan alacaqlar? Oxuduğuma və tanış-bilişin dediyinə görə, Kanadada belə problem yoxdur, soyuqda, qarda-qışda adam balası kimi isti evlərdə yaşayırlar. Elədirsə, niyə Monreal bahalılığına görə Bakıdan geri qalır? Ona görə ki, nə Ottavada, nə də Monrealda torpağın 1 sotunu 500 min dollara satmır və almırlar. Hətta o torpağın üstündə ikimərtəbəli ev olsa belə kanadalılar ölçüb-biçərlər, “ev və torpaq bu qiymətə dəyərmi, dəyməzmi” deyə götür-qoy edərlər. Amma Bakıda elə deyil. Burda torpağın ağına-bozuna baxmadan, altından magistral kommunikasiya xətlərinin keçdiyinə fikir vermədən, palçıq vulkanının üstündə bərqərar olduğuna etina etmədən pulu çıxarıb sayırlar və mülk yiyəsi olurlar. Müasir atalar tez-tez deyirlər ki, kişinin torpağı olar. Vətən torpağının 20 faizini asanca itirdiyimizə baxmayın, biz şəxsi torpaq işində çox sərtik. Tez-tez “torpaqdan pay olmaz” deyirik ha, o, qonşuya maşın və ya su yolu vermək xüsusunda işlədilib, düşmənə ərazi verməkdən söhbət getmir. Elə olmasaydı, Borçalı və Zəngəzur qonşulara peşkəş edilməzdi. Xüləs, mətləbdən yayınmayaq. Bax, torpağa böyük dəyər verildiyindəndir, artıq qiymət qoyulduğundandır ki, Bakı dünyanın bahalı şəhərləri arasına girib. Nə olsun ki, bu şəhərin yolları yol deyil, kanalizasiyası it günündədir, külək əsəndə toz-torpağı asimana bülənd olur, əsas odur ki, bu şəhərdə bahalı kaşanələr, imarətlər, villalar, hətta rançolar var və onlar Bakını basıb Vaşinqtondan qabağa salıb. Neftin rolunu da qeyd etmək gərək. 5-6 il əvvəl Almaniyadan bir eloğlumuz gəlmişdi, deyirdi, neftə görə almanlar Bakıya “qolden ştrasse” (qızıl şəhər) deyirlər.Qəzet-kitab oxumuş, ölkələr gəzmiş adamlar and içirlər ki, Bakıda elə evlər var, dünyanın baş milyarderi Uorren Baffet onu görsə, ağzı açıq qalar, fikirləşər ki, görəsən, sahibi bunu hansı pullla tikdirib. Bu şəhərdə 90 otaqlı evi olan və ayrıca 30-40 otaqlı 90 evi olan adamlar var. Vaşinqtonlular və monreallılar fikirləşə bilərlər ki, bu qədər ev bir ailənin nəyinə lazımdır, amma onlar bilmirlər ki, ev bizdə təkcə yaşayış məkanı deyil, həm də kapitaldır, dar günün yarağıdır. Vaxt gələr, adamın əli dara düşəndə çıxarıb satar, pulu karına gələr, qolundan tutar. (Hərçənd hökumət də bicdir, əli və özü dara düşən milyonçunun qolundan tutub içəri basır, evlərini də müsadirə edir).İndi gələk üçüncü xəbərin üstünə. Belə bahalı şəhərin rəhbəri olmaq uğrunda rəqabət təbii deyilmi? Əlbəttə, təbiidir. Bakı dollar, avro, manat okeanıdır, ona görə də onun selində qərq olmaq istəyənlər çoxdur. Budur, 7-8 ildir Abutalıbov pul-para dalğasında o yan-bu yana üzür, batır-çıxır, qoy bir az da başqaları çimsin. Yeri gəlmişkən, Bakının bahalaşıb Mayamini, Monrealı keçməsində o kişinin də böyük rolu var. Bəli, biz elə-belə şəhərdə yaşamırıq, bahalı şəhərin sakinləriyik. Üstümüzü toz-torpaqlı, ayaqqabımızı palçıqlı görüb adımızı əyalətli qoymayın, Allah qoysa, bu gedişlə biz Tokionu da ötüb keçəcəyik. Yaxınlarda əcnəbilər Bakının uçuq bir daxmasının üstündə “For sale, prise - 1 million” elanı görəcəklər və hara qonaq gəldiklərini başa düşəcəklər.Alla Puqaçova da gedib Mayamidə villa alır. Samir SARI |
43,801 | 02.12.2008 06:12 | Mədəniyyət | “İLHAMƏ QULİYEVANIN VƏKİLİ QEYRİ-ETİK HƏRƏKƏTLƏRƏ YOL VERİR” | S.Kərəmoğlunun bildirdiyinə görə, noyabrın 21-də sözügedən məhkəmə işi ilə əlaqədar keçirilən prosesdən sonra İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva mətbuata onunla bağlı böhtan xarakterli məlumatlar yayıb ki, bu da vəkil etikasına sığmır: “Şəfiqə Nağıyeva məhkəmədən sonra təhrif olunmuş və şişirdilmiş şəkildə mətbuata məlumatlar ötürür və bununla da mənim işgüzar nüfuzuma ziyan vurur. Məsələn, o deyir ki, guya mənim cinayət əməlim barədə onda disk var və buna görə məni 3 il müddətinə azadlıqdan məhrum edəcəklər, halbuki belə bir disk yoxdur. Yaxud yazıb ki, guya Flora Kərimova məhkəmə zalından qovulub çıxarılıb, guya Flora xanım qarşı tərəfin vəkilini savadsız adlandırdığı üçün onu azadlıqdan məhrumetmə cəzası gözləyir. Bununla Flora xanımın da şərəf və ləyaqətinə ziyan vurub. Belə məlumatlar isə vəkil etikasına sığmayan hərəkətlərdir. Əldə etdiyim məlumata görə ”Vəkillərin fəaliyyəti haqqında" qanunda göstərilib ki, vəkil peşə sirri ilə bağlı olan məlumatları yaymalı deyil. Odur ki, mən Vəkillər Kollegiyasına şikayət ərizəsilə müraciət edəcəyəm ki, Şəfiqə Nağıyevanın vəkil etikasına sığmayan hərəkətlərilə bağlı ölçü götürülsün".S.Kərəmoğlu onu da dedi ki, İlhamə Quliyeva onun vəkili İlhamə Həsənovayla əlaqədar Vəkilllər Kollegiyasına şikayət yazsa da, bu şikayətin heç bir əsası tapılmayıb: “Guya mənim vəkilimin məhkəmədə çıxış etmək səlahiyyəti yoxdur. Qeyd edim ki, bu iş üzrə vəkilimin müqaviləsi var və surəti də məhkəməyə təqdim olunub. Vəkillər Kollegiyasında da şikayətlə bağlı araşdırma aparılıb və şikayətin heç bir əsası tapılmayıb”. |
43,802 | 02.12.2008 05:14 | Mədəniyyət | AZƏRBAYCAN GÖZƏLİ TÜRKİYƏDƏKİ YARIŞMAYA QATILACAQ | Belə ki, Esmiranın 16 yaşı olduğu üçün onun ümumvətəndaşlıq pasportu almağa yaşı çatmayıb. Buna görə də 18 yaşı olmayan şəxslər üçün notariusdan etibarnamə alınmalı və pasport yaşı çatanlardan birinin üstünə yazılmalıdır. Bunun üçün isə valideynlərin razılıq sənədi notariusda təsdiq olunmalı idi. Lakin Esmiranın valideynləri qeyri-rəsmi şəkildə ayrıldığı üçün bu məsələ də onda problem yaratmışdı. day.az-ın yaydığı məlumata görə, Esmiranın qohumları onun problemini həll edib. Azərbaycan gözəlinin atası tapılıb və o, qızının xaricdəki müsabiqədə iştirakına icazə verib. Ruhi Əliyeva bildirib ki, o, hər iki təmsilçinin bu müsabiqədə ön yerləri tutacağına əmindir. FLORA KƏRİMOVA BƏSTƏKAR KAMALIN İKİ YENİ MAHNISINI OXUYACAQXalq artisti Flora Kərimova bəstəkar Kamalın iki yeni mahnısını oxuyacaq. Müğənninin dediyinə görə, sözləri Baba Vəziroğluna məxsus olan hər iki mahnı üzərində bir neçə vaxtdır ki, gərgin işlər aparılıb: “Sən mənim günümdəsən, mən də sənin” mahnısı artıq hazırdır, bu yaxınlarda dinləyicilərin ixtiyarına veriləcək. İkinci mahnı isə aranjiman olunur, yaxın günlərdə hazır olacaq. Qeyd edim ki, bu mahnılar məxsusi olaraq mənim səsim üçün yazılıb". Müğənni bundan başqa, bir neçə mahnısının aranjiman olunaraq dinləyicilərinin ixtiyarına veriləcəyini dedi. TARKANIN BAKIDAKI KONSERTİNDƏ BİLETLƏRİN QİYMƏTİ 60-400 MANAT OLACAQ Müğənni “Şıkıdım” mahnısını tar-kamanın müşayiətilə oxuyacaqMəlum olduğu kimi, Türkiyənin meqa-starı Tarkan dekabrın 30-da bakılı tamaşaçılarına Heydər Əliyev adına sarayda yeni sürprizlər vəd edib. Müğənni məşhur “Şıkıdım” mahnısının yeni versiyasını Azərbaycanın milli musiqi alətləri tar və kamançanın müşayiəti ilə ifa edəcək. Sənətçini tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edəcəklər. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib ki, “Şıkıdım” mahnısı artıq tar və kamanın müşayiəti ilə səsləndirilib: “Əminəm ki, bu, yerli tamaşaçıların ürəyincə olacaq”. N.Emiloğlu biletlərin qiymətinin 60-400 manat arasında olacağını söyləyib. TÜNZALƏ QATARDA KLİP ÇƏKDİRİRMüğənni Tünzalə Ağayeva musiqisi Minayəyə, sözləri İsmayıl Dadaşova məxsus olan “Sən varsan” mahnısına klip çəkdirir. Maraqlıdır ki, klipin çəkilişləri Bakı-Gəncə sürətli elektrik qatarında aparılacaq. Qeyd edək ki, klipin rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur. ŞƏKİDƏ RASİM OCAQOVUN YUBİLEYİ KEÇİRİLİBXalq artisti, mərhum kinorejissor Rasim Ocaqovun 75 illik yubileyi bir neçə gündür ki, paytaxtda və Şəkidə təntənəli şəkildə qeyd olunur. “Trend”in yaydığı məlumata görə, kinorejissorun doğma vətəni Şəkiyə 40-dan çox mədəniyyət xadimi gedərək onun anım mərasimində iştirak edib. Qeyd edək ki, R.Ocaqovun Şəkidə yaşadığı mənzilə xatirə lövhəsi vurulub, növbəti ildən isə orada onun baralyefinin qoyulacağı və xatirəsini əbədiləşdirmək üçün yaşadığı küçəyə onun adının veriləcəyi planlaşdırılıb. Şəkidə onunla çiyin-çiyinə işləyən və 75 illik yubiley mərasiminin rejissoru Cənnət Səlimova həmkarı barədə bunları söyləyib: “Bu gün mənim üçün insan olmaq dərsidir. Necə insan olasan ki, sən həyatdan gedəndə də haqqında bu qədər xoş xatirələr qala”.Qeyd edək ki, R.Ocaqov 22 noyabr 1930-cu ildə Şəkidə anadan olub, 20-dən çox tammetrajlı filmlərin müəllifidir. O, məşhur “Ad günü” filminə görə 1979-cu ildə Azərbaycan dövlət mükafatı, “İstintaq” filminə görə isə SSRİ dövlət mükafatını alıb. “Sən niyə susursan?”, “Özgə həyat” “Hotel otağı” kimi məşhur filmlər də R.Ocaqovun yaradıcılığının məhsuludur. |
43,803 | 02.12.2008 05:16 | Mədəniyyət | TÜRKİYƏDƏ QƏŞƏM NƏCƏFZADƏNİN KİTABI NƏŞR OLUNDU | Q.Nəcəfzadənin sözlərinə görə, kitabın redaktoru və Türkiyə türkçəsinə çevirəni tanınmış alim, tərcüməçi və pedaqoq Fəti Gədiklidir.“Kitabı yayım evi öz vəsaiti hesabına çap edib. Xeyli vaxtdı başqa bir ölkədə kitabımın çap xəbərini gözləyirdim. Biləndə ki, Türkiyədəndi, çox sevindim. Türkiyə başqalarına baxanda bir köynək bizə yaxındı. Həm də bu kitab türkiyəli şair qardaşlarımızın Azərbaycan ədəbiyyatına diqqətidir”- deyə, Nəzəfzadə bildirib. Kitaba toplanan şeirlərin əsas mövzusu yaşadığımız həyatdır. Həyatdakı hadisələrin ritmi, dramaturji səhnəsi, rəngi və fotosu olan bu şeirlər öz realizmi ilə, daha doğrusu, Şərqlə Qərbin, Yerlə Göyün (realizm və romantizm) birləşməsi və sintezi ilə diqqəti cəlb edir. |
43,804 | 03.12.2008 05:46 | Media | “YENİ AZƏRBAYCAN”ın REDAKTORLARI RÜSTƏM İBRAHİMBƏYOV BARƏDƏ DANIŞMIR | Maraqlıdır ki, bir nüsxəsi də “Yeni Azərbaycan”ın redaksiyasına göndərilən bu müraciət qəzetin dünənki sayında çap olunmadı. Bunun səbəbləri, habelə müraciətə münasibət öyrənmək üçün qəzet rəhbərliyi ilə əlaqə saxladıq. Amma redaktorlardan biri bu mövzuda danışmamaq üçün onlara rəsmi qadağa qoyulduğunu bildirdi. O, həmçinin qəzetin baş redaktorunun da ölkə xaricində olduğunu deyərək, məsələ ilə bağlı redaksiyadan şərh ala bilməyəcəyimizi vurğuladı. |
43,805 | 03.12.2008 04:47 | Media | TERRİ DEVİS DƏ XARİCİ RADİOSTANSİYALARA GÖRƏ NARAHATDIR | Radiostansiyaların mövqeyi hökumətin mövqeyi ilə üst-üstə düşməyə bilər. Amma bu o demək deyil ki, onların yayımı dayandırılmalıdır” -, deyə Devis bildirib. “Turan” ın məlumatına görə, AŞ baş katibi etiraf edib ki, o özü bəzən BBC-nin verilişlərindən narazı olub. “Lakin bu o demək deyil ki, mən nə vaxtsa bu radiostansiyanın bağlanmasını istəmişəm” . Baş katib deyib ki, Azərbaycan hökuməti ilə bu məsələ ilə bağlı danışıqlar aparacaq.Xatırladaq ki, bu il oktyabrın 31-də Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu orqanın 2009-cu ildən xarici radiostansiyaların milli tezliklərdə yayımını dayandırmaq niyyətində olduğunu bildirib. |
43,806 | 03.12.2008 04:46 | Media | MÜSAVAT PARTİYASI HÖKUMƏTƏ MÜRACİƏT ETDİ | Belə bir təcrübənin bütün dünyada mövcud olduğu bildirilən müraciətə əsasən, hakimiyyət bunu nəzərə almalıdır. Müraciətdə daha sonra göstərilir: “Müsavat Partiyası olaraq biz Azərbaycan hakimiyyətinə xoş məram nümayiş etdirməsini, Qənimət Zahidin və Mirzə Sakitin həbsdən azad edilərək, atalarının yas mərasimində iştirak etməsinə imkan yaradılmasını xahiş edirik. İnanırıq ki, belə bir məqamda Azərbaycan hakimiyyəti humanist addım ataraq, jurnalist qardaşları müvəqqəti də olsa azad edərək, onların atalarının yas mərasimində iştirak etməsinə şərait yaradacaq”. |
43,807 | 03.12.2008 06:49 | Media | “SABAHI GÖZLƏYƏK, BƏLKƏ İCAZƏ VERİLDİ” | Belə ki, həm qanunvericiliyə, həm insani dəyərlərə, həm də xarici ölkə təcrübəsinə istinad edərək, bu icazənin mütləq olduğunu düşünən ekspertlərin proqnozu ilk gün özünü doğrultmadı. Belə ki, qardaşların yas yerində iştirakı baş tutmadı. Maraqlıdır, əslində prosedur necə olmalıdır? Bu işlə bağlı gün ərzində kimlər, hansı orqanlara və neçə dəfə müraciət etdilər?Öncə qanunvericilik barədə. Qanun hazırda həbsdə yatan jurnalistlər Qənimət Zahid və Mirzə Sakitə atalarının yas mərasimində iştirak hüququ verir. Cəzaların İcrası Məcəlləsi bu cür hallarda məhbusa həbsxanadan kənara qısa müddətli səfər hüququnu tanıyır. Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinin (Cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısa müddətli səfərlər) 1-ci bəndinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərtiylə, nəzərə alınmır.Məcəllənin tələbinə görə, bu hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verilir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. “Media forum” saytına açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov da bunu təsdiqləyib. O, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində saxlanan jurnalist qardaşların atalarının yas mərasimində iştirak məsələsinə baxılacağını söyləyib: “Məhbusun öz doğmalarının yas mərasimində iştirak etməsi məsələsinə dair qərarı razılaşdırılmış qaydada müəssisə rəhbərliyi çıxarır. Bunun üçün yalnız qohumların müraciəti kifayət deyil, məhkumun özünün də müraciəti olmalıdır”.M.Sadıqov bu qaydanın icra mexanizminin, müvafiq təlimatların olduğunu bildirib: “Məsələyə çox ciddi şəkildə baxılır, öyrənilir, qərar qəbul edilir”. Şöbə rəhbərinin bildirdiyinə görə, məhkumun müraciətinə icazə verilmədiyi halda, bu, əsaslandırılacaq: “Əgər icazə verilməsə, rəsmi qaydada cavab əsaslandırılacaq”. M.Sadıqov əlavə edib ki, Penitensiar Xidmət sahəsində 24 ildən artıq müddətdir çalışdığına baxmayaraq belə bir praktika ilə rastlaşmayıb. Mirzə Sakitin vəkili İsaxan Aşurov isə bizə açıqlamasında bildirdi ki, məhkum atasının yas mərasimində iştirak etmək üçün özü müəssisə rəhbərinə müraciət etməlidir. Müsahibimiz hələ ki bu prosedurun baş tutması üçün lazımi müraciətlərin edilmədiyini vurğuladı: “Mən arayış gözləyirəm. Mirzə Sakitin ailə üzvlərinə demişəm ki, atasının vəfatına dair səlahiyyətli orqanlardan arayış alsınlar. Bu arayışı əldə edən kimi vəkili olaraq Mirzə Sakitə qısamüddətli məzuniyyət verilməsi üçün müəssisə rəhbərliyinə müraciət edəcəyik”.İ.Aşurovun sözlərinə görə, əslində qanunvericilikdə bu məsələ bir qədər yayğın şəkildə öz əksini tapıb. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində məhkuma qısa müddətli səfərə icazə verilə biləcəyi yazılıb: “Yəni burda bir qayda olaraq göstərilməyib ki, icazə verilməlidir. Yəni icazə verilə də bilər, verilməyə də. Digər tərəfdən, bu məsələ müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Üstəlik, məhkumun davranış faktorları nəzərə alınmalıdır. Ən başlıcası, bu məcəllə qəbul olunandan indiyə qədər belə bir praktikadan istifadə edilməyib”.Müsahibimiz həmçinin vurğuladı ki, onların bu müraciətinə rədd cavabı verən müvafiq orqan da qərarını əsaslandırmalıdır. Onun sözlərinə görə, bütün hallarda müdafiə tərəfi bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Əsas məsələ imtinanın əsaslarının nəyə söykənməsidir. Bu arada dünən Q.Zahidin və Mirzə Sakitin atalarının hüzründə iştirak etmələri üçün anaları 80 yaşlı Xədicə Zahidova ədliyyə naziri Fikrət Məmmədova teleqramla müraciət edib. Səhər saatlarında edilən müraciətə gün ərzində hər hansı cavab verilmədi. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, gün ərzində bu məsələ ilə maraqlansalar da, heç bir nəticə olmayıb. Müsahibimiz bildirdi ki, buna səbəb konkret heç kəsin bu işlə ciddi məşğul olmaması, habelə bəzi səlahiyyətli nümayəndələrin ölkə xaricində, eləcə də tədbirlərdə iştirakı olub: “Rəsmi olaraq, heç kəs Penitensiar Xidmətə müraciət etməyib, əlaqə saxlamayıb. Hələ vəkilinə də ölüm barədə rəsmi kağız verilməyib. Günün ikinci yarısı koloniyaya zəng vurduq, amma Penitensiar Xidmətin həmin vaxta qədər anasının müraciəti barədə məlumatı yox idi. Digər tərəfdən, Avropa Şurasının tədbiri vardı, nazirlər orda olduqlarından telefon zənglərinə cavab vermirdilər. Bəzi adamlara, hüquq müdafiəçilərinə müraciət etmişik, hamı çalışıb, amma prosessual nöqteyi-nəzərdən addımlar günün ikinci yarısında atılıb. Ona görə də bu məsələnin həlli üçün müəyyən vaxt keçməlidir”. Müsahibimiz hesab edir ki, bu səbəbdən də hökumətin bu məsələdə laqeyd mövqe tutması barədə rəy söyləmək tezdir. Onun sözlərinə görə, ailədəki qadınlar, digər qohumlar da Şamaxıdadır: “İndi vəkillə işləmək lazımdır, amma Bakıda ailə adına heç kim yoxdur. Digər tərəfdən, məsələyə təcili müdaxilə edib, yoluna qoymasını istədiyimiz şəxslər də ölkədə deyil. Məsələn, Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Türkiyədədir. Hüquq müdafiəçilərini isə günortadan sonra tapdıq. Açığı, mənim onların buraxılacağına, yasda iştirak edəcəyinə inamım yoxdur. Amma hər halda, nəticəyə baxıb, qərar vermək lazımdır”. |
43,808 | 03.12.2008 07:46 | Gündəm | ZEYNƏB XANLAROVA OQTAY ƏSƏDOVA QARŞI | “Necə ki, bundan əvvəl Rəsulzadənin adına qoyulan daşı götürüb yerində fəvvarə tikdilər, bu dəfə də Şəhriyarın abidəsi qoyulan yerdə fontan quraşdırılıb. Bu münasibət xalqın üzünə tüpürməkdir. Burada xalqın üzünə tüpürüblər, başqa yerdə yox. Şəhriyar boyda bir şairin adına əvvəlcə bir xatirə daşı qoy, sonra onun yerinə mifik fəvvarə tik. 40 ildən sonra ana dilində yazmaqla inqilab eləmiş bir adama belə münasibətmi olar? Bu milləti saymırlar, yoxsa onu huşsuz sayırlar, ya nə hesab edirlər? Bu, xalqın mənəviyyatına, qüruruna əl uzatmaqdır. Bir dəfə olar, iki dəfə olar. Deyək ki, Rəsulzadəyə qarşı münasibət siyasi baxışları ilə əlaqədardır. Bəs Şəhriyara münasibətin səbəbi nədir?” “Heç olmasa daş kömür verin” Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli son üç gündə seçildiyi İmişli rayonunda olduğunu deyib oradakı problemlərdən danışdı: “Hələ qarlı-şaxtalı havalar başlamasa da insanların qaranlıq və soyuq mənzillərdə necə əziyyət çəkdiyini gördüm. Bu ağır vəziyyətdən çıxış yolu rayonların qazla təmin edilməsidir. Bu məsələyə təkrarən toxunmaq istəmirəm. Çünki büdcəmiz az qala 13 milyarda çatsa da təəssüf ki, rayonların qazlaşdırılması üçün, məmurların dili ilə desək, hələ də vəsait çatışmır. Belə getsə, rayonların qazlaşdırılması heç 10 ilə də mümkün olmayacaq. Seçicilərim müvafiq orqanlara 2 sorğu ilə müraciət etməyi xahiş edib. Birinci sorğum neft ölkəsi üçün nə qədər acınacaqlı olsa da, mənzillərin kömürdən istifadə etməklə qızdırılması imkanları barədədir. Seçicilərimin sözünü çatdırıram: ölkəyə niyə daş kömür gətirilmir? Sovet vaxtı rayonda mənzillər daş kömürlə qızdırılırdı. O vaxt yerlərdə odun tədarük etmək imkanı da vardı. İndi meşələr qırıldığından bu da əldən çıxıb. Məmurlar isə rayonları qazlaşdırmaq üçün pul olmadığını deyir. Tutalım, buna inandıq. Kömür gətirmək və insanları soyuqdan bu yolla xilas etmək ki, mümkündür. Bəs ölkəyə daş kömür gətirmək üçün niyə tədbir görülmür?”İ.Əkbərli rayonların elektriklə təchizatında vəziyyətin bərbad olduğunu dedi: “Vaxtilə enerjinin qiyməti qaldırılanda və mənzillərə sayğaclar quraşdırılanda bu sektorun cavabdeh şəxsləri elə bu zalda bizi əmin etdi ki, əhaliyə işıq verilməsi ilə bağlı heç bir problem olmayacaq. Belədirsə, o halda rayonlarda elektrik xətlərindəki açılmalar necə izah edilməlidir? Prezident seçkisinin təbliğat kampaniyası zamanı əhali işıqla fasiləsiz təmin edildi, seçki qurtaran kimi niyə yenidən fasilələr başlandı? İmişlidə gündə 9-10 saat işıq olmur. Bunun səbəbi nədir? Əgər enerji yoxdursa, o halda bu sektoru yenidən qurmaq üçün ayrılan pullar hara xərclənir? Yox, əgər enerji varsa, o halda qışda insanları soyuqdan ölməyə məhkum etmək hansı məqsədə xidmət edir?” “Jurnalistlər əfv olunsun” İqbal Ağazadə Qurban bayramı münasibətilə təbriklərini çatdırandan sonra S.Rüstəmxanlıya dəstək verdi. O, Qarabağ məsələsinin gündəliyə salınıb müzakirə olunmasını istədi: “Artıq 8-ci ilə az qalıb ki, Milli Məclis Qarabağ probleminin hansı səviyyədə olduğunu, danışıqların necə getdiyini, bizə nə təklif olunduğunu, alternativ variantların nə olduğunu bilmir. Millət vəkilləri bu barədə bilgisizdir. Bu məsələ sonuncu dəfə 2001-ci il fevralın 23-24-də müzakirə olunub. Bugünlərdə Ermənistan da bu məsələni müzakirəyə çıxarıb öz mövqeyini ifadə etdi. Tələb edirəm ki, bu məsələ ilin sonuna kimi müzakirə olunsun”.İ.Ağazadə MM-in həbsdəki jurnalistlərin azad olunması üçün ölkə başçısına müraciət etməsini də təklif etdi: “Artıq neçə müddətdir onlar həbsdədir. Onların azad olunması azad sözə, mətbuatın vəziyyətinə və beynəlxalq aləmdə Azərbaycanın imicinə ciddi təsir edir. Ona görə də xahiş edirəm ki, Qurban bayramı ərəfəsində, yaxud ondan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində həmin şəxslər həbsdən azad olunsun”.Fazil Qəzənfəroğlu mülkiyyət hüququnun pozulmasından bəhs etdi. O, Lerik sakini Balayar Ağayevin başına gətirilən oyunları misal gətirdi. Dedi ki, 10 illik əziyyətdən sonra onun mülkiyyətini qanunsuz elan edib əlindən alıblar. Deputat bildirdi ki, mülkiyyətə münasibət məsələsi müzakirə olunmalıdır. Siyavuş Novruzov ənənəsinə sadiq qalaraq bu fikirlərə reaksiya verdi. O, əfv və amnistiya tərəfdarı olduğunu dedi. Lakin əlavə etdi ki, qanun hamı üçündür, jurnalistləri ayırmağa ehtiyac yoxdur.Cəmil Həsənli dünya miqyasında qiymətlərdə enmənin müşahidə olunduğu halda Azərbaycanda baş alıb gedən bahalaşmadan danışdı: “Bazar od tutub yanır. Dünyanın hər yerində ucuzlaşma var, bircə Azərbaycandan başqa. Tərəqqi etmiş ölkələr bahalığa görə Azərbaycana həsəd apara bilər. Ərzaq məhsulları, istehlak malları, dərman preparatları astronomik şəkildə bahadır. Ölkədə 1 milyon yarım adam pensiyaçıdır və onların azı 50 faizinin dərman ehtiyacı var. Türkiyə və Rusiyadan gələn dərman Azərbaycandakından iki dəfə, Belçikadan gələn isə üç dəfə ucuzdur. Bu qədər fərq ola bilməz”. Xalq artisti od püskürdü Çıxış növbəsi Qüdrət Həsənquliyevə çatanda isə Z.Əsgərov xalq artisti Zeynəb Xanlarovanın söz istədiyini bildirdi. Adı çıxışa yazılanlar sırasında olmasa da, Z.Əsgərov Q.Həsənquliyevdən gözləməyi xahiş edib Z.Xanlarovaya söz verdi. Z.Xanlarova Z.Əsgərova minnətdarlıq etdi: “Mən sizə əzizim deyirəm. Çünki siz ona layiq adamsınız. Nəinki buna, hətta ortada (spiker O.Əsədovun yerini göstərdi - E.P.) oturmağa layiqsiniz”. Bu zaman Z.Əsgərov “lazım deyil, Zeynəb xanım” deyə mövzunu dəyişmək istədi. Ancaq xalq artisti davam etdi: “Çünki hər şeyi hiss edirsiniz, sənətə qiymət verirsiniz. Sənətə qiymət verən adam həmişə ayaqda olacaq, yaşayacaq. Bu, mənim fikrimdir, sizin xoşunuza gəlir-gəlmir, bilmirəm”.Sonra Z.Xanlarova Şəhriyarın Azərbaycanda abidəsinin ucaldılmamasına görə narahatlığını bildirdiyi üçün S.Rüstəmxanlıya təşəkkür etdi: “Bunlar başa düşür ki, Şəhriyar dünya şöhrətli bir insandır. Tarix durduqca Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə də yaşayacaq. Danılmaz həqiqətdir ki, onlar tarixə düşmüş adamlardır. Bu bağçaları salmaqla deyil ki?! Mənim qarnım ac olsun, amma bağçada oturum. Bu, bağçalar, fontanlar mənə lazım deyil. Bu gün sənətkara qiymət vermək, onları yaşatmaq lazımdır”.Z.Xanlarova dedi ki, S.Rüstəmxanlının Şəhriyarın abidəsi ilə bağlı təklifini mütləq diqqətdə saxlamaq lazımdır: “Onsuz da bu qanunların hamısı hazırdır, biz bir düyməni basmaqla qanunları qəbul edirik. Başa düşürəm, bunlar da lazımdır. Amma bir məsələni demək istəyirəm, yoxsa ürəyimdə qalar. Allah Heydər müəllimə qəni-qəni rəhmət eləsin. Onun yeri elə görünür ki... Onun yerini əziz oğlu İlham müəllim tutur, bu, çox yaxşıdır. Çünki o kişinin yerini ancaq o tuta bilərdi. O boyda prezident məni qəbul elədi, ən böyük ordeni verdi. 25 ildir millət vəkiliyəm. Ancaq bura gəlmişəm, o ortada oturan adam (O.Əsədovu nəzərdə tutdu - E.P.) təbrik eləmədi. Prezident olan yerdə axı siz kimsiz ki?!”Bu zaman Z.Xanlarovanın mikrofonu söndürüldü. Z.Əsgərov nitqinə ara verməyən Z.Xanlarovanı sakitləşdirmək istədi: “Zeynəb xanım, sizi təbrik eləmişik, hər birimizin sizə hörməti var”. Z.Xanlarova isə əsəbi halda yerindən çıxışını davam etdirdi. Vitse-spiker “sağ olun, çox sağ olun” deyib onu sakitləşdirməyə çalışsa da faydası olmadı. Xalq artistinin dediklərindən isə spikerə ünvanladığı yalnız bu sözləri eşidə bildik: “Ortada elə otur ki, stoldan qırağa düşəndə səni adam yerinə qoysunlar”.Q.Həsənquliyev Qarabağ müzakirələrinin aparılmasını zəruri saydı. O, Türkiyə-Ermənistan danışıqlarından narahatçılığını ifadə edib dedi ki, bu danışıqların hansı zərurətdən doğması ilə bağlı deputatların da məlumatlandırılmasına ehtiyac var. Q.Həsənquliyev də S.Rüstəmxanlını müdafiə etdi: “Bu məsələni hökumətin qarşısında qaldırmalıyıq”. “Türkiyəyə inanmaqda davam etməliyik” Pənah Hüseyn öncə Müsavat deputat qrupunun müzakirə etdiyi məsələyə münasibət bildirdi: “Hesab edirik ki, icra hakimiyyətinin əlaqədar strukturları ən azı regionlardakı sənaye müəssisələrinə, xüsusən istehsalla bağlı olan müəssisələrə işıq verilməsinin qiymətinin aşağı salınmasını nəzərdən keçirib həll etsin. Çox ciddi şəkildə dünyada gedən iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması üçün həm elektrik enerjisi, həm də yanacağın qiymətinin aşağı salınması məsələsi çox ciddi məsələ kimi durur. On minlərlə insanın çalışdığı tikinti sektorunda və bura aid olan istehsalat müəssisələrindəki vəziyyət də böyük narahatlıq doğurur. Bir çox müəssisələrdə artıq bir neçə aydır işçilərin maaşı verilmir. Adını çəkmək istəmədiyim bir neçə müəssisədə artıq kortəbii şəkildə tətillər başlayıb”.P.Hüseyn dedi ki, Dəmir Yolu İdarəsində, “Azərsu”da, neft-kimya müəssisələrində artıq 3-4 aydan bəridir ciddi maaş problemi yaranıb: “Bu problem getdikcə dərinləşir. Hökumət bu məsələ ilə ciddi şəkildə məşğul olmalı və görülən işlər haqqında parlamentə məlumat verməlidir”.P.Hüseyn S.Novruzovun mer seçkisi ilə bağlı təklifini dəstəklədiyini vurğuladı. Sonda da Türkiyə-Ermənistan münasibətlərinə toxundu: “Şübhəsiz ki, Türkiyə hökuməti və cəmiyyəti bunun necə həssas məsələ olduğunu bilməlidir. Amma bu addımların Azəbaycanın maraqlarına, ölkəmizlə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinə uyğun olacağına ümidimizi itirməməli, Türkiyəyə inanmaqda davam etməliyik”.Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Aydın Həsənov çıxışını müdafiə nazirini müdafiə, ordudakı problemlərdən yazan jurnalistləri isə tənqid üzərində qurdu. Dedi ki, bu gün ordudakı neqativ hallardan yazan jurnalistlər sifariş yerinə yetirir. Bu məqamda MM-in Aparat rəhbəri Səfa Mirzəyev Z.Xanlarovanın yanına gəldi və onunla yanaşı əyləşib nəyisə müzakirə etməyə başladı. Bu zaman xalq artistinin əsəbi halda ona nəsə dediyi diqqətdən qaçmadı. Təqribən 10 dəqiqəlik söhbətdən sonra Zeynəb xanım durub zalı tərk etdi, az sonra isə geri döndü.Növbəti dəfə söz alan S.Rüstəmxanlı “Azərbaycan” qəzetinin yubileyi ilə bağlı hazırlanmış kitabdan danışdı. Dedi ki, bu qəzetin yaradıcısı olduğu halda nə yubiley tədbirinə dəvət olunub, nə də kitabda bu barədə bir söz yazılıb: “İsa Qəmbər sədr olanda gəlib dedik ki, bu qəzet Milli Məclisin orqanı olsun. Bu kitabda Bəxtiyar Sadıqovun 73 şəkli var”.Z.Əsgərov bu məsələnin gündəliyə aid olmadığını deyib mikrofonu söndürdü. Bir müddət mikrofonsuz danışan S.Rüstəmxanlı əsəbi halda kitabı masaya çırpıb zaldan çıxdı. Əkrəm Abdullayev mətbuatda gedən yazılara MM-də münasibət bildirilməsinə etiraz etdi. Ardınca ad çəkməsə də, Z.Xanlarovanın çıxışına eyhamla öz həmkarları haqda xoşagəlməz ifadələr işlədilməsinə qarşı çıxdı. Bir müddət öncə Z.Xanlarova ilə çox mehriban görüşən S.Novruzov da dolayı yolla spikeri müdafiə etdi. Dedi ki, ikilikdə müzakirə olunmalı olan məsələlərin ictimailəşdirilməsi lazım deyil: “Kimsə kiminləsə münasibətlərini aydınlaşdırmaq istəyirsə, bunu Milli Məclisə çıxarmalı deyil”.Bu zaman vitse-spiker Bahar Muradovanın əsəbi halda Z.Əsgərovla nəyisə müzakirə etməsi də maraqlı mənzərə idi. Ancaq söhbətin Z.Xanlarovanın çıxışı ilə bağlı olub-olmadığını dəqiqləşdirmək imkanımız olmadı. Torpaqların zəbti rəsmiləşdirildi “Torpaq islahatı haqqında” qanuna və Torpaq Məcəlləsinə dəyişikliklərin edilməsi ciddi müzakirələrə səbəb oldu. F.Qəzənfəroğlu təklif etdi ki, Xəzəryanı torpaq sahələri ilə bağlı dəyişiklikləri özündə ehtiva edən məsələ gündəlikdən çıxarılsın: “Cəmiyyətdə belə rəy gəzir ki, bəzən Milli Məclisdə qanunlar müxtəlif maraqları təmsil edən qüvvələr tərəfindən müxtəlif vasitələrlə hazırlanaraq göndərilir. Qanunda Xəzərsahili zolaqda 80-130 metr məsafədə ərazinin mülkiyyətə verilməməsi əksini tapırdı. İndi isə bu, 20-50 metrə endirilib. Anlamaq olmur: mülkiyyətə qəddar münasibətin axırı hara gətirib çıxaracaq? 80-130 metr məsafəni bəhanə edərək dəniz zolağında imkansız adamların bütün obyektlərini söküb heç bir kompensasiya vermədilər. İndi bu məsafə 20-50 metrə endiriləndən sonra kompensasiya veriləcəkmi?”Mübariz Qurbanlı dəniz sahillərinin hasara alınmasına etiraz etdi. Qənirə Paşayeva dedi ki, qanunsuz zəbtetmələrlə bağlı cərimələrin məbləği gülməli həddədir. Ə.Abdullayev də dəyişikliklərin əleyhinə çıxdı. Əli Məsimli kiçik sanksiyaların fayda verməyəcəyini vurğuladı. Hətta S.Novruzov da dəyişikliklərə etiraz etdi. O, mülklərin 8-10 metrlik daş hasarlarla əhatəyə alınmasını cəmiyyətdən təcrid olunmanın əlaməti saydı. Pənah Hüseyn ölkə başçısına müraciət edəcək P.Hüseyn isə çox kəskin çıxış etdi: “Bu, bir qrup oliqarxın, yüksək vəzifəli şəxslərin Xəzər ətrafındakı ümumxalq mülkiyyətində olan torpaqları zəbt etmək məsələsini qanuniləşdirməkdən başqa bir şey deyil. Dənizi hasara almaq xalqı təhqir etməkdir. Bu, nə Allaha xoş gedər, nə də qanuna uyğun deyil. İpək Yolu istiqamətdə, Sahil qəsəbəsinə doğru baş verən bu qanunsuzluqlara görə Prezident Aparatına müraciət etdim. Bakı merinin mənə cavabı o oldu ki, bu məsələ qanunla edilir. İndi bu dəyişikliklərdən sonra xalq dənizi görməkdən ötrü sahilə ekskursiya eləməli olacaq.Bu dəyişikliyin səbəbi mənə əslində məlumdur. Şüvəlan, Mərdəkan, Nardaran, Sumqayıt tərəfdə, Corat, Ələt istiqamətində qanunsuz olaraq dəniz sahilində artıq tikilmiş, hasara alınmış, mənimsənilmiş ərazilərin kimlərə məxsus olması hamıya məlumdur. Bu dəyişikliyə nə ehtiyac vardı, hansı zəruri iqtisadi cəhətdən irəli gəlirdi, buna aydınlıq gətirilməlidir. Bu sorğunu ölkə başçısına ünvanlayıram. Çünki bu məsələdə prezidentin yaxın qohumlarının da adı çəkilir, məsələyə aydınlıq gətirilsin. Dəniz sahilindəki o hasarları ya biz sökəcəyik, ya bizdən sonra gələn nəsil sökəcək. Çox elə hasarlar uzatmağa cəhd edənlər olub, özləri də hasarla birgə məhv olub gediblər".P.Hüseyn bu dəyişiklikləri özündə ehtiva edən qanunu imzalamamaq üçün ölkə başçısına müraciət edəcəyini də bəyanladı.İ.Əkbərli insanların dövlət mülkiyyətində olan Xəzər sahillərinə çıxışının məhdudlaşdırılmasının qarşısını almaq üçün həmkarlarını bu qanun layihəsinin əleyhinə səs verməyə çağırdı. Ancaq 15 nəfər lehinə, 79 nəfər lehinə olmaqla dəyişikliklər qəbul olundu. |