id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
43,608 | 29.11.2008 08:00 | Ölkə | AYDINLAR PARTİYASI HEÇ KƏSƏ DƏVƏT GÖNDƏRMƏYƏCƏK | Xatırladaq ki, sağ mərkəzçi mövqeli təşkilat olaraq sentyabr ayında elan olunan Aydınlar Partiyası AXCP Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin təşəbbüsü ilə yaradılıb. Partiyanın təsis qurultayına hansı təşkilatların dəvət olunacağını aydınlaşdırmaqdan ötrü Təşkilat Komitəsinin üzvü Qorxmaz İbrahimliyə müraciət etdik. Q.İbrahimli bildirdi ki, mətbuat orqanlarına münasibətdə heç bir ayrı-seçkilik olmayacaq: “Amma digər qonaqlara gəldikdə, ola bilər ki, dəvət eləməyək. Yəni işgüzar tədbir keçirmək niyyətindəyik. Çox güman ki, heç bir ictimai-siyasi təşkilatları təsis qurultayına dəvət etməyəcəyik. Sadəcə, işgüzar bir tədbir keçirdiyimizə görə heç kəsə dəvət göndərməyəcəyik”. Q.İbrahimli bu mənada ölkənin aparıcı siyasi təşkilatlarını da təsis qurultayına dəvət etməyəcəklərini vurğuladı. Qurultayın harada keçiriləcəyinə gəldikdə, Qorxmaz bəy bir neçə variant üzərində işlədiklərini vurğuladı: “Hansında alınsa, bu barədə açıqlama verəcəyik. Təqribən 200-250 nəfərlik bir yerdə qurultayımızı keçirəcəyik. Yəqin ki, bu barədə müvafiq yerin rəhbərliyi ilə danışandan sonra meriyaya müraciət edəcəyik”. |
43,609 | 29.11.2008 07:03 | Siyasət | İQTİDARLA MÜNASİBƏT QURMAQ NİYƏ EYİB SAYILIR? | Müsavat Partiyası Divanının üzvü Adil Qeybulla da bildirdi ki, düşərgələrarası dialoq istiqamətində real addımların atılması bütün xalqın xeyrinə olardı. Çünki iqtidar-müxalifət münasibətlərinin gərginliyindən bütün millət əziyyət çəkir: “Bu cür münasibətlər sistemi ölkədə ictimai sahənin hər bir istiqamətinə siraət edib öz acı nəticələrini göstərir. Ona görə də dialoq olmalıdır. Bütün problemləri masa arxasında həll eləmək mümkündür. Çünki bütün məsələlər sonda masa arxasında həll olur. Hətta ən böyük müharibələr də sonda sülhlə yekunlaşır. O baxımdan da bizdə də qarşılıqlı münasibətlər, dialoq prosesi getməlidir. Qarşılıqlı ittihamlar, tərəflərin bir-birini qəbul etməməsi kimi ciddi psixoloji baryerlər var ki, onun keçilməsi yolları var. Mən hansısa məmurla müxalifətdə olan kiminsə yaxşı münasibətdə olmasında bir qəbahət görmürəm. Amma Azərbaycan reallığında bu məsələ hələ özünün sivil həllini tapmayıb. Ona görə də müxalifətlə iqtidarın arasında hansısa normal münasibətlərin olması cəmiyyətdə birmənalı qəbul olunmur. Məsələn, bu gün mən müxalifətdəyəmsə və yaxın olduğum bir adam sabah yüksək rütbəli məmura çevrilirsə, münasibətlərdə çat yaranır. Məncə, artıq bu sərhədlər tədricən silinməkdədir. Satqınçılıq ideyaya xəyanətdir. Ancaq hansısa münasibətlər sistemi heç vaxt satqınlıq ola bilməz".Müsavat Divanının üzvü İbrahim İbrahimli hesab edir ki, hakimiyyətlə hər hansı münasibətin satqınlıq adlandırılması, top-tüfənglə qarşılanması ictimai-siyasi, psixoloji durumla bağlıdır: “1993-cü ildən indiyə qədər ölkədə siyasi qütbləşmə, çox kəskin ziddiyyətlər yaranıb. Bunun da başlıca səbəbi 1993-cü ildə baş verən hərbi qiyamla bağlıdır. Bu qiyamdan istifadə edib hakimiyyəti ələ keçirən qüvvələr belə bir prinsipi özləri üçün qəbul elədilər. Özlərini təsdiqləmək üçün özlərindən əvvəlkini inkar etmək. Bu prinsip Azərbaycan cəmiyyətinə də sirayət elədi. Ona görə də qarşılıqlı münasibətlərin normallaşması mümkünsüz səviyyəyə gəlib çatdı. Azərbaycanda normal seçkilərin keçirilməməsi isə vəziyyəti daha da tündləşdirdi. Normal seçkilər keçirilsəydi, iqtidarla müxalifət arasında normal münasibətlərin yaranmasına və bu münasibətlərin satqınlıq kimi qəbul edilməməsinə səbəb olardı. Müxalifət düşərgəsində seçkini saxtalaşdıran antidemokratik rejimlə hər hansı münasibətlərin qurulması, təbii ki, mənfi qarşılanmalıdır. Müxalifət qüvvələri təcrübəyə əsaslanıb bilirlər ki, hansısa qüvvənin hazırkı şəraitdə hakimiyyətlə münasibət qurması demokratik prosesə müsbət yox, mənfi təsir göstərəcək. Bunu nəzərə aldıqları üçün də ”filan müxalifət partiyası və ya lideri hakimiyyətlə filan məsələni müzakirə etdi" tipli xəbərlərə belə, sərt reaksiya verirlər. Hakimiyyət tərəfindən səmimiyyət olmadığı üçün hansısa müxalif qüvvənin iqtidarla hər hansı adi münasibətinin olması toplum tərəfindən mənfi reaksiyalara səbəb olur". |
43,610 | 29.11.2008 07:45 | Gündəm | “2009 QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN MƏQSƏDƏUYĞUN İLDİR” | Mən sizin 2007-ci ilin noyabrındakı səfəriniz zamanı bizim dolğun müzakirələrimizdən xüsusilə razı qaldım və 2009-cu ildə sizi Fransada qəbul etməkdən çox şad olacağam. Bu səfər bizə, iki ölkəmizi birləşdirən münasibətlərin bütün aspektlərini öyrənməyə və onların dərinləşdirilməsi üçün işləməyə imkan verəcək". APA-nın məlumatına görə, bu sözlər Fransa prezidenti Nikola Sarkozinin Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubdandır. N. Sarkozi məktubunda prezident İ. Əliyevi Fransanın Minsk qrupunun həmsədri vəzifəsində Azərbaycanın yanında olmaqla, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllinə nail olunması üçün səylərini əsirgəməyəcəyinə əmin edib: “Mənim bu məsələyə nə qədər şəxsi marağım olduğu sizə məlumdur və mən Rusiya prezidenti Dmitri Medvedevin dəstəyi ilə bu il noyabrın 2-də Moskvada prezident Sərkisyanla görüşünüzün ümidverici nəticələrini razılıqla öyrəndim. Bu baxımdan hiss edirəm ki, 2009-cu il müstəsna və məqsədəuyğun bir ildir və münaqişənin həllinə nail olmaq üçün bu fürsətdən istifadə etmək lazımdır. Fransa bu müsbət dinamikaya öz töhfəsini verməyə hazırdır, daha geniş mənada isə, Qafqazı sülh və tərəqqi zonasına çevirmək üçün hər bir köməyin göstərilməsində iştirak etməkdə qərarlıdır”.Fransa prezidenti Avropa qonşuluq siyasəti çərçivəsində, “Şərq tərəfdaşlığı”nın müəyyən edilməsi üçün Avropa İttifaqı nəzdində aparılan işlərin Azərbaycanın Avropaya daha çox yaxınlaşdırması üçün bir fürsət olduğunu da vurğulayıb: “Əmin ola bilərsiniz ki, Fransa bu yeni sənədin tam şəkildə Azərbaycanın xeyrinə olmasına çalışacaq”. |
43,611 | 29.11.2008 07:46 | Gündəm | “TÜRKİYƏNİN MÖVQEYİ BƏLLİDİR” | Türkiyə mənbələri noyabrın 24-də Edvard Nalbəndyanın türkiyəli həmkarı Əli Babacanla görüşündə 5 məsələninÿ müzakirə olunduğunu bildirirlər. Bunlar 1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddətini müəyyən etməklə Ermənistan-Türkiyə sərhədinin açılması, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlıq məsələləridir. Mətbuat onu da yazır ki, bunlardan başqa Nalbəndyana diplomatik münasibətlər qurulmadan Türkiyənin Ermənistanda səfirini İrəvana göndərmək də təklif oluna bilər. Amma əvvəlcə Ermənistan 1915-ci il hadisələrinin tədqiq edilməsi üzrə birgə tarixçilərdən ibarət komissiyanın yaradılmasına razılaşmalıdır.ÿTürkiyə-Ermənistan danışıqları təbii ki, Azərbaycanda diqqətlə izlənilir. Amma qardaş ölkə ilə bizə düşmən olan ölkə arasında qurulan təmaslar Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Cəmiyyətdə bununla bağlı müxtəlif rəylər var. Kimi Türkiyənin bu addımlarını alqışlayır, kimi isə pisləyir. Bəs danışıqların intensiv xarakter alması və hətta konsulluq açılması məsələsinin gündəmə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən necə qiymətləndirilir? Bununla bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimlə danışdıq. XİN sözçüsü bildirdi ki, Türkiyənin İrəvana səfir göndərməsi barədə onlarda məlumat yoxdur: “Birincisi, bizdə belə məlumat yoxdur. Türkiyə tərəfi bu addımlar haqqında məlumat verməyib. İkincisi, Azərbaycan hər hansı iki dövlət arasındakı münasibətlərə qarışmır, bu həmin dövlətlərin suveren hüququdur. Üçüncüsü, Türkiyənin regionla bağlı mövqeyi bəllidir. Rəsmi Ankara regionda hər kəsi sülh və sabitliyə çağırıb, Azərbaycan torpaqlarının işğalına son qoymağı tələb edib. Digər tərəfdən biz ümidvar olmaq istərdik ki, Türkiyənin bütün səyləri regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət etsin”. |
43,612 | 29.11.2008 07:55 | Gündəm | AŞQABADDA “NABUKKO” SAMMİTİ BAŞLADI | Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Dövlət başçıları ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.Prezidentlərin təkbətək danışıqlarından sonra geniştərkibli görüş keçirilib. Berdıməhəmmədov iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafda olduğunu və bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyini bildirib. O deyib ki, Türkmənistan və Azərbaycan enerji daşıyıcıları sahəsində də əməkdaşlıq edir və bununla bağlı Azərbaycan və Türkmənistan arasında ümumi anlaşma var. Qeyd edək ki, Aşqabad sammitinin “Nabukko” ilə bağlı olduğunu Türkmənistan prezidentinin administrasiyası yaymışdı. Gözlənilir ki, bu sammit Azərbaycan və Türkmənistan qazını Türkiyə üzərindən Avropa bazarlarına çıxarmaq üçün hesablanmış layihə üçün həlledici olacaq. Çünki layihədə maraqlı olan Avropa Birliyi və ABŞ Aşqabad və Bakını siyasi qərar vermək üçün tələsdirir. Ona görə ki, Rusiya bu layihəni əngəlləmək üçün müxtəlif üsullardan istifadə edir, həmçinin Azərbaycan qazının hamısını Avropa qiymətlərinə almağa hazır olduğunu da bildirir. Lakin layihənin üzləşdiyi əngəllər təkcə Rusiya amili ilə bağlı deyil, Türkiyə də “Nabucco”ya problemlər yaradıb. Söhbət Ankaranın Azərbaycan qazını bazar qiymətlərindən iki dəfədən də çox ucuz almaq maraqlarından və təklif etdiyi tranzit şərtlərindən gedir. Məhz bu problemlər üç ölkə prezidentinin Aşqabadda bir araya gəlməsində əsas rol oynayıb. Ancaq görünür prezidentlər sammitin “Nabucco” ilə bağlı olduğunu açıq nümayiş etdirib Rusiyanı qıcıqlandırmaq istəmirlər. Prezident Əliyev İtaliya televziyasına müsahibəsi zamanı “Nabukko”nun reallaşıb-reallaşmayacağını bilmədiyini deyib. O məlumat verib ki, enerji daşıyıcılarının nəqlində diversifikasiyaya üstünlük verən Azərbaycan bütün təklifləri, cümlədən Rusiyanın təklifini nəzərdən keçirir. Qaz ixracı zamanı isə ancaq kommersiya şərtləri əsas götürüləcək. “The Financial Times” qəzetinin yazdığına görə Əliyevin Romada apardığı danışıqlardan sonra razılıq əldə olunub ki, İtaliya, Yunanıstan , Türkiyə və Azərbaycan hökumətləri yaxın həftələrdə görüşərək Azərbaycan qazının Avropaya nəqli məsələlərini müzakirə etsinlər. Səfər zamanı İ.Əliyev İtaliya-Fransa enerji şirkəti “Edison”un prezidenti Umberto Quadrino ilə də görüşüb. Bu şirkət Azərbaycandan ildə 8 milyard kubmetr qaz almaq istəyir və öz təklifini Əliyevə çatdırıb. Qazı Türkiyə üzərindən Yunanıstana nəql etmək üçün kəmər var, şirkət isə bu kəməri İtaliyayadək uzatmağı planlaşdırır. Məlumata görə, Əliyev şirkətin təklifini “ən real” adlandırıb, bununla da “Nabukko” layihəsinin perspektivlərinin daha zəif olduğuna işarə edib. Qəzet yazır ki, Əliyevi qazını ona satmaq üçün Rusiya da dilə tutur, lakin Vaşinqton ona təzyiq edir ki, üzünü Avropaya çevirsin. Bildirilir ki, bu məsələlərdə Türkiyənin rolu həlledicidir. Türkiyə Azərbaycan qazının bir hissəsini götürüb daxili tələbatına yönəltmək istəyir və xüsusi tranzit şərtləri tələb edir. Avropa Birlyi isə buna kəskin etiraz edərək, Türkiyənin ümumi tranzit normalarına riayət etməli olduğunu bildirir. Romadakı diplomatik mənbə bu problemləri müzakirə etmək üçün dörd ölkənin çox güman ki, baş nazirlər səviyyəsində Türkiyədə bir araya gələcəyini bildirib.Göründüyü kimi, Azərbaycan qazının müştəriləri çoxdur. Lakin Bakı kimə üstünlük verəcəyini hələ müəyyən etməyib. Çünki söhbət təkcə biznes maraqlarından yox, həm də geosiyasətdən gedir. |
43,613 | 29.11.2008 07:07 | Mənəviyyat | HƏCCƏ GEDƏN ZƏVVARIMIZ SURİYADA VƏFAT ETDİ | Digər xəbərdə isə bildirilir ki, ölkəmizdən Həcc ziyarətinə avtobusla yola düşən zəvvarlardan biri yarı yoldan geri qaytarılıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Azərbaycana qaytarılan zəvvarın adı açıqlanmayıb.Məlumata görə, Suriya ərazisində olanda həmin şəxsin psixoloji durumunda problem yaranıb və onun ziyarəti davam etdirməsi məqsədəuyğun sayılmayıb. Məlumatda o da qeyd olunur ki, Azərbaycana qaytarılan həmin zəvvar Həcc ziyarətinə “Prezident” şirkətinin xətti ilə yola düşmüşdü. |
43,614 | 29.11.2008 07:08 | Ölkə | YAŞLI MÜƏLLİMLƏR ZORLA TƏQAÜDƏ GÖNDƏRİLƏ BİLƏRMİ? | Maraqlıdır, təhsil sistemində bu ixtisarlar pensiya yaşına çatmış müəllimlərə də şamil oluna bilərmi? Sual həm də ona görə aktualdır ki, məktəblərdə adambaşı maliyyələşməyə keçmək istəyirlər. Digər tərəfdən, təhsil işçilərinin çoxluğu (nazirin özünün açıqlamasına görə, təkcə Bakı məktəblərində 11 min artıq müəllim var) bu sahədə yüksək əməkhaqqı artımına getməyə imkan vermir. Müəllimlərin ixtisarı buna çıxış yolu ola bilər.“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, bu gün elə təcrübəli pedaqoqlar var ki, onların təqaüdə çıxma məsələsini qoymaq düzgün deyil: “Əgər həmin işçilər təcrübəli kadrlardırsa, məsləhətçi kimi də saxlanıla bilərlər. Ümumiyyətlə, bizdə belə mədəniyyət yoxdur ki, kimsə öz səhhətini və ya yaşını nəzərə alıb vəzifəsindən könüllü şəkildə getsin. Digər tərəfdən, bu məsələni hamıya şamil etmək mümkündürsə, elə nazirə də, onun müavininə də şamil olunmalıdır. Nobel mükafatı laureatı fizik Cores Alfyorov Moskvada böyük bir institutun direktorudur. O, iki dəfə seçiləndən sonra üçüncü seçkilərdə iştirak etmək istəməyib, bunu yaşlı olması ilə izah edib. Ona sual veriblər ki, bundan sonra nə işlə məşğul olacaq. Deyib ki, yaşadığım ərazidəki məktəblərin birində fizika dərsi deyəcəm. Yəni dünyanın ən nəhəng mükafatını almış bir adam deyir ki, bu gün biz uşaqları məktəbdə hazırlamalıyıq”.Ekspertin sözlərinə görə, nazirin kimdənsə təqaüdə çıxmasını istəmək haqqı yoxdur: “Misir Mərdanovun mənəvi haqqı yoxdur ki, kiməsə üzünü tutub ”sizin pensiya yaşınız çatıb" desin. Çünki o, özü də pensiya yaşındadır. Bu şəxs Azərbaycan təhsilini 10 ildir bataqlığa salan bir adamdır. O şəxslər o vaxta qədər işləyə bilərlər ki, fiziki imkanları onlara işləməyə imkan versin. Elə özün də pensiya yaşına çatasan, sonra da kiməsə məhz yaşla bağlı xəbərdarlıq edəsən, onu təqaüdə getməyə çağırasan - bu, ən azı etik cəhətdən düzgün sayıla bilməz".E.Əliyev bu gün orta məktəblərdə vəziyyətin həddən artıq acınacaqlı olduğunu deyir: “Bu gün ən təcrübəli müəllimlər elə təqaüd yaşına çatanlardır. Onlar vaxtilə yaxşı təlim-tərbiyə, təhsil görüblər. Orta nəsil demək olar ki, yoxdur. Çünki müəllimlərin xeyli hissəsi, əsasən də kişilər maddi durumlarına görə məktəbi tərk edib. Yerdə qalanlar indiki təhsilin yetirmələridir. İndiki təhsilin səviyyəsi isə olduqca aşağıdır. Məktəblərdə rüşvət tüğyan edir. İndi o adamlar müəllim olmaq istəyir ki, onların başqa ixtisas qazanmaq imkanları yoxdur. Ona görə də bu məsələ paradoksal xarakter daşıyır”.Ekspertin sözlərinə görə, indiki şəraitdə bu məsələni müəllimlərə şamil etmək qətiyyən düzgün deyil: “Yaşlı və təcrübəli müəllimlərin pensiyaya göndərilməsi savadsızlığı dərinləşdirə bilər”. |
43,615 | 29.11.2008 08:09 | Ölkə | ZAKİR QARALOVUN ADI HALLANAN MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ | Dünənki prosesdə Z.Həziyevin vəkili İlhamə Həsənova Beyləqan rayon prokuroru Allahverdi Səfərovun əlavə şahid qisimində məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırdı: “Müvəkkilim ifadəsində bildirdi ki, bu cinayəti o törətməyib. Zaur Həziyev isararla cinayətin mərhumların qonşuları Camaləddin Muradovun törətdiyini deyir və eyni zamanda bildirir ki, Beyləqan rayon prokuroru Allahverdi Səfərov Camallədin Muradovdan 65 min dollar rüşvət alıb və onu məsuliyyətdən kənarda qoyub. Allahverdi Səfərov şahid qismində məhkəməyə dəvət edilsin və həmin ittihamlara aydınlıq gətirilsin”.Vəkilin vəsatəti isə zərərçəkmiş tərəfin etirazına səbəb oldu. Onlar israrla vəsatətin təmin edilməməsini tələb etdilər. Təqsirləndirilən isə zərərçəkmişlərin hay-küy salmasını onların əsl həqiqətin üzə çıxmasında maraqlı olmamaları ilə izah etdi: “Bu şəxslər qonşuları Camaləddin Muradovla birləşib, mənə şər atmaqla məşğuldular. Əsl qatil Camalləddin Muradovdur. İndiyə kimi Camalləddin Muradovun bu cinayəti törətməsinin mahiyyətini açıqlamırdım. Amma bu gün deyəcəm. Mərhum Fədai Zeynalov hadisədən bir gün əvvəl həyat yoldaşı Gülşəni Camalləddin Muradovla birlikdə tutub. Camalləddin Muradov da əməlinin üzə çıxmaması üçün bu qətl hadisəsini törədib. Zərərçəkmişlər qətl hadisəsinin əsl mahiyyəti araşdırılanda nədənsə dava salıb, məhkəmə prosesini pozurlar. İstəmirlər ki, əsl mahiyyət açıqlansın. Çünki biabır olacaqlarından qorxurlar”.Bundan sonra təqsirləndirilən şəxsin yaxınları ilə zərərçəkmişlərin arasında dava düşdü. Keçmiş qohumlar bir-birlərinə təhqiredici ifadələr işlətdilər. Hakimlərin “sakit olun”, “məhkəmə prosesini pozmayın”, “tərəflərə xəbərdarlıq edirəm” deməsi də coşan emosiyaları sakitləşdirə bilmədi. Bundan sonra zala məhkəmə nəzarətçiləri gəldi. Məhkəmə nəzarətçiləri də tərəfləri sakitləşdiə bilmədilər. Bunu görən hakimlər zalı tərk etdi. Bundan sonra tərəflər məhkəmə zalından çıxarıldı. Xatırladaq ki, bu iş üzrə keçirilən ötən proseslərdən birində təqsirləndirilən Zaur Həziyev Beyləqan rayon prokuroru Allahverdi Səfərovun Camallədin Muradovdan 65 min dollar rüşvət almasını və həmin məbləğdən 11 min dolların Baş prokuror Zakir Qaralova verilməsini demişdi. Bildirmişdi ki, bunu onunla söhbətində A.Səfərov özü deyib. |
43,616 | 29.11.2008 07:10 | Kriminal | PREZİDENT İQAMƏTGAHININ QARŞISINDA AVTOBUS YANDI | “General avto Compani”yə məxsus “Otoyol” markalı, Az 10 LF 697 nömrə nişanlı avtobusun sürücüsü Nail Məhərrəmovun sözlərinə görə, hadisə belə baş verib: “Gənclik”dəki dayanacaqdan aralandıqdan az sonra oturacağımın altından tüstü çıxmağa başladı. Dərhal avtobusu saxlayıb qapıları açdım və sərnişinləri düşürdüm. Özüm və sərnişinlər hələ avtobus alışıb yanmamış yanğın söndürmə xidmətinə, 112-yə nə qədər zəng vurduq. Görürsünüz də avtobus yanıb kül olandan sonra gəlib çıxdılar". N.Məhərrəmovdan onu da öyrəndik ki, yanan avtobusu 2 gün əvvəl ona veriblər: “Həmin sürücünün qayınatası 2 gün əvvəl rəhmətə gedib. ”Qaraj"dan avtobusu mənə veriblər. Bu avtobusların “xəstəliyi” budur, solyarka şlanqı “starter”in üstündən keçir, deşiləndə yanacaq tökülür “starter”in üstünə və maşın alışır". Hadisə yerinə Fövqəladə Hallar Naziliyinin 2 yanğınsöndürən maşını gəldi. Təxminən 10 dəqiqəyə avtobusdakı alov söndürüldü. Avtobusun sərnişinlərindən olan Pəri Poladova isə yanğınla bağlı bunları dedi: “Bir də gördük ki, sürücünün oturduğu yerdən tüstü çıxır. O, avtobusu saxlayıb qapıları açıdı. Avtobusda olan cavan oğlanlar bizdən qabaq qaçdılar. Avtobusdan düşəndən sonra gördük ki, mühərrik hissəsində şlanq yanır. Sürücü və sərnişinlər torpaq atıb avtobusu söndürmək istəyirdilər, lakin söndürə bilmədilər. Mən ”pojarnı"ya zəng elədim. Düz 25 dəqiqəyə gəlib çatdılar. Görürsünüz ki, avtobus yanıb qurtardı". Xatırladaq ki, noyabrın 26-da Bakının Yasamal rayonunda da oxşar hadisə baş verib. Sərnişinlə dolu olan “Otoyol” markalı 4 saylı marşrut avtobusu qəflətən alışaraq yanıb. |
43,617 | 29.11.2008 07:11 | Astrologiya | ULDUZ FALI | QOÇ - Yaxşı olar ki, bu gün fəaliyyətə bir qədər ara verəsiniz. Vaxtınızı daha çox əyləncə və səyahətlərə sərf edin. Axşama yaxın səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizlə mehriban davranın. BUĞA - Əgər işləyirsinizsə, müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb rəhbərliklə, eləcə də həmkarlarınızla mübahisələrdən yayının. Sərt mövqe nümayiş etdirməkdənsə, təmkinli olun. ƏKİZLƏR - Göy qübbəsi bu təqvimi bütünlüklə sevgiyə həsr etməyinizi məsləhət görür. Yersiz qısqanclığa yol verməyin. Səmimi olun ki, rəğbət qazanasınız. Nahar ərəfəsində sürprizlər mümkündür. XƏRÇƏNG - Əsəblərinizi gərginləşdirə bilən olaylara həvəs göstərməyin. Bütün umu-küsüləri bir tərəfə atıb reallığa uyğun hərəkət edin. Əsasən də ailə-sevgi münasibətlərinə diqqət ayırın. ŞİR - Daxili sıxıntılarınızın artdığı bir ərəfədə mübahisəli situasiyalara meyl etməyin. Ümumiyyətlə, bu gün vaxtınızın çox hissəsini mənzil şəraitində keçirməyiniz məsləhətdir. QIZ - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər şəxsi büdcənizdə, istərsə də fəaliyyət zəminində uğurlarınız artacaq. Təşəbbüskarlığı mümkün qədər əldə saxlayın. TƏRƏZİ - Perspektivli görüşlərdə iştirak etmək üçün ulduzlar sizə yardımçı olacaqlar. Aldığınız təkliflər gələcək həyatınızda təkan rolunu oynayacaq. Odur ki, aktivliyinizi artırmalısınız. ƏQRƏB - Sevgi münasibətlərini tənzimləmək üçün aktivliyinizi artırın. Daxili narahatçılığınızı aradan qaldırmaq istəyirsinizsə, qarşı tərəfə güzəştə gedin. Uzaq yola çıxmağa dəyər. OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri və ya fəaliyyətdə sıçrayışlarla bağlı gözləntilərdir. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız. OĞLAQ - Ulduzların düzümü bu tarixdə xeyli işləyəcəyinizdən xəbər verir. Lakin buna görə usanmağınız əbəsdir. Çünki əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin. SUTÖKƏN - Kənar məsləhətlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, ciddi qərarları yalnız ürəyinizin səsinə uyğun verəsiniz. Ümidsizlikdən uzaq olun. BALIQLAR - Ətrafınızda olan insanlarla mehriban ünsiyyət yaradın ki, çətinə-dara düşəndə dəstək almağa yeriniz olsun. İşlə bağlı atacağınız addımları dəfələrlə götür-qoy edin. Daha səmimi olun. |
43,618 | 29.11.2008 08:13 | Yazarlar | HARDASAN, AY ŞAKA? | İndi keçək Hindistanın Mumbay şəhərində baş verən faciəvi hadisələrə. Gerçəkdən üzücü, qanqaraldıcı olaylardır. Nə etməli, bu da müasir dünyanın acı gerçəkliyidir. Hər gün dünyanın bir çox ölkələrində neçə-neçə partlayışlar törədilir, onlarla günahsız insan qurban gedir. Hərdən bir-iki günahkar da onlara qoşulur, amma əsas zərərçəkənlər Hantinqtonun məşhur sivilizasiyaların toqquşması nəzəriyyəsindən tam xəbərsizdirlər. Hazırda Hindistanda ictimai-siyasi sabitlik qaydasında deyil, kriminogen durum nəzarətdən çıxıb. Əvvəllər ölkənin baş nazirlərini öldürən sinqh terrorçularından sonra ortaya yeni terrorçular nəsli çıxıb və camaatı böyüzm etməkdədirlər. Orda partlayış, burda girovgötürmə - qırğın-qiyamət. Hindistan polisi isə həmişə axırda gəlir. Bu, köhnə sovet zarafatıdır. O vaxtlar baxdığımız hind filmlərində bir qayda olaraq müsbət qəhrəman pis adamları şillə-təpiyin altına salıb tam zərərsizləşdirəndən sonra qısaqol köynəkli, şortikli, bığlı və şişman polislər gələr, pis adamları yerdən qaldırıb aparardılar, müsbət qəhrəman isə sevgilisini qoltuğuna vurub çəmənzarda mahnı oxumağa, səy-səy oynamağa gedərdi. Açığını deyim ki, hind kinoları uşaq vaxtı bizim qafamızı yaman qarışdırmışdı, elə bilirdik, dünya üzərində ən qoçaq millət məhz hindlilərdir. Şakanın, Amitin, Şirxanın adı dillərdə gəzirdi. Bəs necə? Axı onlar hər filmdə minimum iki yüz adamının ağız-burnunu qırır, yerlə bir edir, tutdururdular. Yekəldikcə gördük ki, yox, sayı 1 milyardı çoxdan aşmış Hindistan əhlinin içində bir nəfər də olsun düz-əməlli karateçi, boksçu, cüdoçu yoxdur. Təsadüfən olimpiadalara lisenziya qazanmış hindli idmançılar adətən birinci görüşdə məğlub olub sıradan çıxırlar. Heç hindistanlılar 1 milyard 300 milyon nəfərin içindən 11 nəfər Qattuzo kimi oyunçu tapıb futbol oynada da bilmirlər, FİFA-nın reytinqində bizdən 5 pillə geridədirlər. Buna baxmayaraq, Hindistanın bir neçə sahədə ciddi uğuru var. Biri odur ki, hindlilər demokratik seçki keçirir, hər dəfə özlərinə yeni prezident və baş nazir seçirlər; biri də odur ki, Hindistan nüvə dövlətidir. Hərçənd atom bombası onların nəyinə lazımdır - bilinmir. Aclıq çəkən yüz milyonlarla uşağın, qocanın, qadının boğazından kəsib bomba düzəltməkdənsə, bu vəsaiti insan artımının qabağını almağa yönəltmək lazımdır. Çünki bu əkinçilik tempi ilə 10-15 ilə Hindistan Çini keçəcək. Bəli, bu saat dünyanın gözü Mumbaydadır. Çünki orda qalmaqallı terakt törədilib, 120 insan həlak olub, 1000 nəfər yaralanıb. Heç demə, Hindistan polisi hadisə yerinə gec gəlməkdə düz eləyirmiş, bu dəfə tez gəlib xeyir tapmayıblar, ölənlərin 15-20 nəfəri məhz olay yerinə tez gələn polismenlərdir. Tərs kimi, ortalıqda Şaka və Amit də yoxdur ki, pis adamları - terrorçuları zərərsizləşdirib polisə təhvil versin. Adam hər gün belə pis-pis sorağı gələn ölkələrə baxır, baxır və şükür edir ki, bizdə teraktlar dünya miqyaslı olmur - məscidə qumbara atırlar, ən çoxu 3 adam ölür, ya da xəstəxanada partlayış törədirlər, cəmi 2 adam yaralanır. Pakistanda isə hər partlayışdan sonra məsciddən minimum 20 möminin meyidi çıxmasa, terrorçuların başçısı işçilərini yığıb uğursuz əməliyyata görə danlayır, “kafirsiniz” deyir.Hələ bizdə təzə dəb düşüb, qeyrətli oğullar analarını (bəzən isə atalarını) döyə-döyə öldürürlər. Son həftələrdə 2-3 bu cür olay qeydə alınıb. Əvvəllər yaşlı valideynləri aparıb qocalar evinə verərdilər, indi vurub öldürürlər. Durum televizoru yandırım: bu gün dünya miqyaslı terakt törətmək növbəsi Nigeriyanındır. Samir SARI |
43,619 | 29.11.2008 07:14 | Güney hadisələri | İRANDA AZƏRBAYCANLI QADIN JURNALİST HƏLƏ DƏ HƏBSDƏDİR | Sənəddə qeyd olunur ki, bu həbs İran hakimiyyətinin qadın jurnalistə qarşı törətdiyi çirkin planın tərkib hissəsidir: “Bu, bütün beynəlxalq qanunlarına, İslam qanunlara ziddir. VHP-nin Qadınlar Şurası bütün beynəlxalq təşkilatlara müraciət edir ki, qadın jurnalist Şahnaz Qulaminin həbsdən azad edilməsini İran dövlətindən tələb etsinlər”. VHP-çi qadınlar bildiriblər ki, onun həbsi tamamilə qanunsuzdur: “Onun yeganə təqsiri avtoqəzaya salınaraq qətlə yetirilən Qulamrza Əmani haqqında yazı yazmasıdır. Bu, onu göstərir ki, İranda “mən türkəm” deyənlərə qarşı repressiya aparılır. Belə bir siyasət güneydəki ziyalılarımızı məhv etməyə yönəlib". |
43,620 | 29.11.2008 07:14 | Ölkə | HƏKİMİN CİBİNƏ QUMBARA QOYUB PARTLADAN TUTULDU | Prokurorluqdan aparılan istintaq tədbirləri hələ tam başa çatmadığından hadisənin motivləri barədə əlavə açıqlama verilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, 19 saylı xəstəxanada baş verən partlayış nəticəsində cərrah Rəvayət Qüdrət oğlu Mütəllimov və otaqda olan tibb bacısı Reyhan Pirquliyeva ağır xəsarət alıblar. Yaralıların üzərində cərrahiyyə əməliyyatı aparılıb, cərrah həkim sağ əlini və sağ gözünü itirib.Dünən Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu hadisə ilə bağlı məlumat yayıb.DİN mətbuat xidmətindən lent.az-a bildirilib ki, geniş ictimai rezonans doğurmuş fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq, istintaq-əməliyyat qrupu yaradılıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin gün, gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu görüb. Əşyaya baxmaq istəyərkən qumbara detonatorunun açılmasını bildirən səs eşitmiş və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb. Ekspert təhqiqatları həmin əşyanın əl qumbarası olduğunu göstərib. İstintaq-əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb. Qeyd edilib ki, Sabir Hüseynov 1995-ci il mart hadisələrinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Sonradan adı müxtəlif hüquq-müdafiə təşkilatlarının siyahılarında siyasi məhbus kimi vurğulanan Sabir Hüseynov 1999-cu ildə əfv olunub. Cinayət işinin istintaqı davam etdirilir. |
43,621 | 29.11.2008 07:15 | Ölkə | BAKI İŞIQFORSUZ QALSA... | Xidmət rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, dekabr ayının 1-nə qədər mənzil-kommunal təsərrüfat departamentinə möhlət verilib: “Onlar hissə-hissə borclarını qaytaracaqlarını deyiblər. Artıq ödəməyə başlayıblar. Müəyyən olunan zamana qədər borcların tamamilə ödəniləcəyini düşünürəm”.Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxtda işıqforların elektrik enerjisinin dayandırılmasının ciddi çətinliklər yaradacağını söylədi: “Hazırda belə bir hal olarsa əməkdaşlarımızın sayının çatıb-çatmayacağı barədə bir söz deyə bilmərəm. Yalnız bu halda ”Yol hərəkəti qaydaları haqqında" qanunun 75-ci maddəsinə uyğun hərəkət edəcəyik. Bu isə nizamlanmayan yol hərəkəti qaydalarının tətbiqi deməkdir".Vaqif Əsədovun sözlərinə görə, nizamlanmayan yolda yol hərəkəti nişanları yoxdursa, xətlənmə işarələri, o da yoxdursa, sürücülər nizamlanmayan yol hərəkətinin digər qaylararına uyğun hərəkət etməlidirlər: “Yol polisi əməkdaşları əlavə iş saatında işləyib yollarda hərəkəti tənzimləyəcəklər. Əməkdaşlarımızın bunun öhdəsindən gələ biləcəklərini düşünürəm”.Sadə vətəndaşlarının işıqforlar söndürüldüyü halda vəziyyətin necə olacağı barədə fikirlərini öyrənmək üçün küçə sorğusu apardıq:Hüseynov Bəbir (satıcı): “İşıqforların söndürülməsi sözsüz ki, pis haldır. Mən işıqforun yanında yerləşən mağazada satıcı işləyirəm. Hətta işığın söndürülməsini faciə adlandırardım. Prezidentə müraciət edərək deyirəm ki, bütün dövlət qurumlarının borclarını ödəmək üçün büdcədən pul ayırsın”.Məmməd Kərimov (taksi sürücüsü): “İşıqforun söndürülməsi irimiqyaslı tıxaclara səbəb olacaq. İşıqfor həmişə yanmalı və yol hərəkətini tənzimləməlidir. Başqa yol görmürəm”. Ruslan (sərnişin)- Avtobusdan çox istifadə edirəm. İşıqforların yanması çox mühümdür. Təsəvvür edin ki, 57 saylı avtobusla 70 saylı avtobus bu günlərdə işıqforda işıq yana-yana qəza törətdilər. İşıq olmadığı halda nə olacağını bundan sonar təsəvvür belə etmək istəmirəm". Zəhra Paşayeva (pensioner): “Hökumət büdcədən borcları ödəsin. Biz onların yerinə ödəməli deyilik ki?! İşıqforda işıq söndürülən halda qəzaların, xüsusilə maşın qəzalarının sayı arta bilər. Ümid edirik ki, prezidentimiz vəziyyətin bu hala gəlib çatmasına imkan verməz”.Təranə Abbasova (sərnişin): Avtobusdan hər gün istifadə edirəm. İşıqforda işıq yanan halda sürücülər avtobusu təyyarə kimi idarə edirlər. İndi maşınlar işıqfordan istifadə edərək hərəkət edə bilmirlər. İşıq olmasa, nə olacaq heç özüm də bilmirəm.Natiq Haqverdiyev (hərbçi): “Bakıelektikşəbəkə"-nin haqqı var. Düz edir işıqları kəsir. Amma işıqforlar yanmasa hamı bir-birinin yolunu kəsəcək. Bir sözlə, Bakı yollarını işıqforsuz təsəvvür etmirəm. Gərək elə olan vəziyyətdə əlavə yol-patrul xidməti ayrılsın”. |
43,622 | 29.11.2008 07:08 | Yazarlar | NAZİR OĞLU ÜÇÜN QANUNİ HEROİN | Həmişə belə olub. Çünki bu ölkədə neftdən tutmuş xalqa qədər hər şey və hamı yalnız bir ovuc adama QULluqçudur. Sarayın içindəki və həndəvərindəki bu bir ovucun kimliyi də bəllidir - özlərinə “elita” deyirlər. Yəni ölkənin gerçək ağaları, sahibləri, neftxuda və feodalları.Aralarında nazirlərdən generallara, məmurlardan deputatlara və sahibkarlara qədər fərqli tiplər var. Hətta yol hərəkəti qaydası da daxil hər şey bu bir ovuc adamın sərvətinin, əyləncəsinin, dəbdəbəli həyatının, harın uşaqlarının, it-pişiyinin xidmətinə verilib. Hər şey və hamı onların zövqünü oxşamaq üçündür. Qanun? Elə qanunlar da. Qələm əllərində deyilmi? Nə istəsələr, onu da öz maraqlarına uyğun qanun cildinə salırlar.Satlıq mallarını kasıb-kusuba sırımaları lazımdır - dərhal qanun verilir ki, filan şey məcburən alınmalıdır. Dənizin qırağını zəbt edib ləpədöyəndə villa tikmək lazımdır - bunu qadağan edən əvvəlki sərəncamı cırıb atır, təzəsini imzalayırlar. Uşaqlarını dövlət hesabına xaricə oxumağa göndərmək lazımdır - Milli Məclisdə müvafiq qanun qəbul edirlər. Əhalinin sovet dövründə batan əmanətlərini qaytarmağı yubatmaq lazımdır - buna da dərhal hüquqi don geydirirlər...İndi də təzə fırıldaq fikirləşiblər. İctimai yerlərdə siqaret çəkilməsinin qadağan etmək istəyirlər. Üzdən çox gözəl təşəbbüsdür. Amma dediyimin üstündə dururam - çox yekə fırıldaqdır, camaat üçün pul tələsidir. Deputatlardan birinin hazırladığı bu qanun layihəsi qəbul olunsa, 4 nəfərdən artıq şəxsin toplaşdığı yerlərdə siqaret çəkmək qadağan ediləcək, qanunu pozanlar da cərimələnəcək.Stop! Burada dərindən fikirləş, oğlum. Deməli, toyxana-çayxana, tin-bucaq qalmayacaq, hamısında postlar qurulacaq, nəzarətçilər qoyulacaq. Adam tutmağa, adam soymağa - rəsmən, qanun əsasında. Bu da sənə mədəniyyət adı altında ikiqat polis rejimi. Avropanı gözə soxmayın. Orada hamı hər şeydə azad və mədənidir - polisi də, vətəndaşı da. Rüşvətin leqallaşdığı, heç bir qanunun işləmədiyi vəhşi cəmiyyətlərdə isə belə hüquqi tryuklar yalnız camaatı soymaq üçündür. Bu ölkədə günahsız adamın üstünə qətl ittihamı qoyub içəri soxurlarsa, 4 nəfərin yanında siqaret çəkmədiyini sübut edə bilərsənmi? Bir də gördün 4 aylıq uşağın adına siqaret cəriməsi qəbzi gəldi. Qaz, işıq, supulunda az olub?Qayıdaq “ağ adamlar”ın öz marağı üçün düzüb-qoşmaq istədiyi ikinci qanun fırıldağına. Anti-siqaret qanunu hazırlanan bir vaxtda narkotikdən istifadəyə qanunla icazə verilməsinə hazırlıq gedir. Milli Məclisin Sosial siyasət komissiyası bununla bağlı iclas da keçirib. Guya bununla SPİD-in yayılmasının qabağını alacaqmışlar. Komissiyanın sədri Hadı Rəcəbli narkotikdən istifadəni qanunla qadağan olunmasının mənfi nəticələrə gətirib çıxardığını deyir. O, bəzi ölkələrdə narkomanlara imkan yaradıldığını deyir, ölkəmizdə də narkotikdən istifadəni leqallaşdırmağı vacib sayır.Səncə, niyə, oğlum? Vərəm kasıbların, narkomaniya isə varlıların xəstəliyidir. Buna görə. Bu gün uşağı narkoman olmayan məmur, nazir, rəis, biznesmen tapmaq çətindir, beləsini görəndə sevinirsən. Narkoman “gülbala”ların qudurğanlığı haqda yüzlərlə faktı da bilirsən. Prokuror uşaqlarının bahalı ekstazi həbləri satan narkobandasını da görürsən. Bunlar hələ bildiklərindir. Gizlədilənlər daha çoxdur.“Elita” indi bu qanunu öz uşaqlarının xətrinə qəbul etdirir. Ki, oğul-uşağı heroinlə ilişəndə, ya da kimsə onları bu işə görə qınayanda əllərində qanuni əsas olsun: “Özüm dövlətçi, qanunpərəst adamam, elə uşağım da qanunlara hörmət edir. Onun bu hərəkəti Azərbaycan Respublikasının filan qanununun peşmən maddəsinə görə nə cinayət deyil, nə də qəbahət. Odur ki, nəşələn, oğlum, azad vətənimizin aydın səmasında uç özünçün. Bu, sənin haqqındır. Səni qanunun var gücü ilə işlədiyi bu ölkədə ləyaqətli vətəndaş kimi böyütmüşəm. Sənə zillətlə hüquqi dövlət qurmuşam, qanunlar qəbul etmişəm”.Hadı Rəcəblinin komissiyası özbaşına deyil ki... |
43,623 | 29.11.2008 07:47 | Gündəm | “LAZIM GƏLSƏ, NAZİRLƏRİN BAKI TOPLANTISINI DA DAĞIDACAĞIQ” | Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə öz açıqlamasında bu dəvətin qəbul edilib-edilməməsi ilə bağlı hər hansı məlumat verməyib. Bununla yanaşı nazir deyib ki, ola bilsin Ermənistan nümayəndəsi də konfransa qatılsın: “Ermənistan tərəfi konfransa qatılarsa, onun üçün və digər nümayəndələr kimi şərait yaradılacaq”.Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hökuməti yanlış mövqe tutmaqda suçladı: “Hər dəfə ermənilər Bakıya gələndə rəsmilər bildirirdi ki, onları tədbirə beynəlxalq təşkilatlar dəvət edib, biz buna qarışa bilmərik. Bu, tamamilə yanlış mövqedir. Hökumət beynəlxalq təşkilatlara anlatmalıdır ki, ermənilər bizim torpaqları işğal edib və bu səbəbdən də onların Azərbaycana gəlməsi qeyri-mümkündür. Düşünürəm ki, bu söhbətdən sonra beynəlxalq təşkilatlar erməniləri Bakıya dəvət etməz. Amma təəssüf ki, rəsmilərimiz bu günədək özlərində güc tapıb xarici təşkilatlar qarşısında sərt tələblər qoymayıb. Nəticədə də ermənilərin Bakıya gəlib-getməsi adi hal alıb. Mən hökuməti bu cür mövqedən çəkinməyə çağırıram. Bəyan edirəm ki, biz ermənilərin Bakıya gəlməsinə imkan verməyəcəyik və lazım gəlsə, bu tədbiri dağıdacağıq”. |
43,624 | 29.11.2008 07:18 | Yazarlar | YANAN EVİN TƏNBƏLLƏRİ | Vaxtilə dostumuz Taleh Şahsuvarlı ölkə jurnalistlərindən bəzilərinə - içində mən də vardım - müraciət eləmişdi. İstəyirdi ki, biz Müsavatla AXCP-nin birliyi uğrunda qələm çalaq, klaviatura döyəcləyək. O zaman mən bəyə cavab verdim ki, bu qurumların birliyini istəmirəm. İndi də həmin fikrimdə qalıram. Nəlbəkidə fırtına yaratmağa nə ehtiyac, müxalifətin hələ birlik arzusunun özü ictimai fikrə bu qədər zərər vurur, gör birləşsələr nələr olar. Təkrarçılıq çıxsa da yenə yazıram: Müsavatla AXCP-nin son illər ən güclü müttəfiqliyi 26 noyabrla bitdi. Və mən sonu balaca uşaqların ayağının sınması ilə bitən süni qurumların əleyhinəyəm. Dəqiq fəaliyyət planları olmayan, kiminsə düşük şöhrətinə hesablanmış impulsiv qərarlar çıxardan liderlərin əsiri olmaq yetər.Əslində hər şey elə bu sehirli “fəaliyyət” sözünə bağlıdır. İş görmək gərəkdir, hörmətli bəylər və xanımlar. Ayrılıqda son illər, ən azı 2008-ci ildə müxalifətin işi nədən ibarət olubdur? Deyə bilərlər prezident seçkisini boykot eləmişik. Nə olsun, bunu elə hamımız elədik. Ən asan işdir - evindən çıxmırsan, vəssalam. Nəticə hanı? Başqa hansı fəaliyyət var ki, biz bilmirik? Ona qalsa “Dalğa” Gənclər Hərəkatı son illər cəmiyyətə müxalifətdən artıq müsbət impulslar verib, çoxlu aksiyalar, işlər görüb. Ən azı “Alma” kimi keyfiyyətli həftəlik buraxırlar. Mövqeləri də çoxundan müxalifdir. Onda müxalifətin birliyinə “Dalğa” niyə cəlb edilmir?Olmayan fəaliyyətləri birləşdirmək istəyəndə həmişə indiki kimi ortaya sıfır nəticə çıxır, mənasız qara-qışqırıq qopur. İki şah tənbəli (yeri gəlmişkən, bu ifadə, yəni “şah tənbəli” maraqlı sözdür) haqda əhvalatdakı kimi. Ev yanır, tənbəllərdən biri yerindən durmadan qışqırır: “Ay haray, yanırıq!” O birisi deyir: “Mənim də əvəzimə qışqır”. Nə qədər ki, Müsavat və AXCP-nin ayrılıqda fəaliyyəti gözə görünmür, hiss olunmur, onların süni şəkildə müttəfiqliyini qurmaq da alınmayacaq. Sözdə yox, əməldə müxalifətçilik olsa birlik öz-özünə yaranar. Müzakirəsiz və müraciətsiz, rişxənd və ittihamlarsız.Sual oluna bilər ki, ölkədə avtoritar rejimdir, böyük repressiya var, müxalifət bəs nə etsin, hansı işi görsün? Mən bu sualın cavabını bilmirəm, heç axtarmıram da. Çünki müxalifət partiyalarının üzvü deyiləm, qəzetçiyəm. İşimiz şərh, xəbər, reportaj yazmaq, foto çəkməkdir. Siz iş görün, biz də bunu qəzetin səhifəsinə qoyaq. Səhifədə birləşdirək! Axı siz son illər heç təzə şəkil də çəkdirmirsiniz!Sizin başınız bu cür diskussiyalara qarışsın, qoy hakimiyyət konstitusiyaya əl gəzdirməklə məşğul olsun. Yaxşı fürsətdir. Hərçənd, fürsəti nə vaxt fövtə vermədiniz ki? Belə məqam oldumu?Gör müxalifət hansı duruma gəlib ki, dostumuz Şahvələd Çobanoğlu Lalə Şövkətə Müsavatı təhqir etmədiyi üçün təşəkkür yazır. Böyük inkişafdır, ancaq mən bu duruma acı-acı gülmək hüququmu özümdə saxlayıram. Neyləyim, ayrısı qalmayıb - sonuncu hüququmdur... Zamin HACI |
43,625 | 29.11.2008 08:21 | Gündəm | AZƏRBAYCANDA “ERGENEKON HƏBSLƏRİ” APARILA BİLƏR | Bu dosye məhkəməyə göndərilib və məlum olub ki, MİT hazırda həbsdə olanlardan əlavə daha 63 nəfərlik “Ergenekon”çu siyahısını hazırlayıb. Bu siyahıda “Ergenekon”un 1 nömrəli şəxsinin də olduğu bildirilir. Habelə güman edilir ki, siyahıda hazırda silahlı qüvvələrdə xidmət edən bəzi generalların da adları yer alır.Türkiyə mətbuatının xəbərlərinə görə, Tuncay Güneyin MİT agenti olması bu qurumdan məhkəməyə göndərilən cavabla üzə çıxıb. Məhkəmə Doğu Perinçəkin iddiası əsasında MİT-ə Güneyin bu qurumun agenti olub-olması haqda sorğu göndərib. Sorğuya verilən cavabda deyilir ki, 2000-ci illərin əvvəllərində bu şəxs şübhəli fəaliyyətlərinə görə MİT-in üzərində araşdırmalar apardığı adamlardan biri olub və onun barəsində özəl dosye hazırlanıb. Lakin MİT-in Tuncay Güney adlı agenti olmayıb. Ancaq “Sabah” qəzeti üzə çıxarıb ki, Güney MİT-ə işləyib və onun kod adı “İpək” olub. Belə ki, MİT 2003-cü ildə baş nazir Rəcəb Tayyib Ərdoğana göndərdiyi gizli “Ergenekon” dosyesində onun haqqında “Tuncay Güney İpək” kimi bəhs edib. Hazırda Kanadada yaşayan Tuncay Güney isə Türkiyə telekanallarından birinə açıqlamasında bu iddiaları təkzib etməyib və “dövlətə xidmət etdiyini” deyib. Lakin o, MİT haqqındakı qanuna görə bu qurumdakı fəaliyyətləri haqda danışmağa ixtiyarı olmadığını deyib. Cinsi azlıqlara mənsub olan Güney deyib ki, onun 2002-ci ildə polis tərəfindən həbs olunarkən verdiyi ifadələr silahlı terror təşkilatını üzə çıxarmağa imkan verib; lakin indi onun özünə hücum edilir.T.Güneyin MİT agenti olması “Ergenekon” işinin istiqamətini dəyişir. Məlum olur ki, şübhəli imicə malik, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrail xüsusi xidmət orqanlarının agenti olduğu deyilən bu şəxs silahlı terror təşkilatı kimi təqdim edilən “Ergenekon”un içərisinə sızdırılmış agent olub. Məhz Güneyin ifadəsi əsasında general Vəli Kiçiyə qarşı çoxsaylı ağır ittihamlar irəli sürülüb. Belə ki, Güney bir vaxtlar generalla yaxınlıq edib və onun etibarını qazana bilib.MİT-in məhkəməyə göndərdiyi “Ergenekon” dosyesinin isə Amerika xüsusi xidmət orqanlarının məlumatları əsasında hazırlandığı bildirilir. Məhkəmədə Doğu Perincək tələb edib ki, bu dosye və orada adları gizli saxlanılan şəxslərin adları tam açıqlansın. Onun sözlərinə görə, bu zaman “Ergenekon” işinin Amerikanın oyunu olduğu görünəcək.Keçmiş baş nazirlərdən Məsud Yılmaz isə uzun müddətdən sonra mətbuata ilk dəfə açıqlama verərək, Tuncay Güneyin MİT agenti olması ilə bağlı üzə çıxan məqama dair maraqlı açıqlamalar verib. “Cümhuriyyət” qəzetinə danışan M.Yılmaz deyib ki, vaxtilə keçmiş baş nazir Tansu Çillərin təlimatı əsasında MİT daxilində qanunsuz olaraq antiterror idarəsi yaradılıb: “O vaxt qanusuz olaraq MİT-də yaradılan bu cür strukturlar indi polisdə var. Polisdə yalnız hökumətə deyil, Fətullah Gülənə işləyən qruplaşma da var”, deyə Yılmaz bildirib. O əlavə edib ki, “Ergenekon” işi AKP iqtidarının maraqlarına xidmət edir. Onun fikrincə, Tuncay Güneyin MİT agenti olması faktının mətbuata ötürülməsi bu qurumun daxilindəki çəkişmələrdən qaynaqlanır. “Sabah” qəzeti isə Tuncay Güneylə bağlı yeni məlumatlar əldə edərək yazıb ki, bu şəxs nəinki MİT-in agenti olub, hətta onun ştatlı işçisi kimi fəaliyyət göstərib. Güneyin MİT tərəfindən İrana da dəfələrlə göndərildiyi üzə çıxıb. Məlum olub ki, o, MİT-in London təmsilçisi Y.E. tərəfindən təlimatlandırılır. Həmin Y.E. 90-cı illərin ortalarında Türkiyə xüsusi xidmət orqanlarının Azərbaycanda çevriliş hazırlamaq planını son anda əngəlləyib.Bu arada məlum olub ki, “Ergenekon” istintaqını davam etdirmək üçün daha iki prokuror ayrılıb. Onlar iş üzrə əsas ittihamçı, İstanbul cümhuriyyət prokuroru, haqqında “fətullahçı” olduğu barədə iddialar olan Zəkəriyyə Özə yardım edəcəklər. Mətbuatın yazdığına görə, hazırda “Ergenekon” işi ilə bağlı prokurorlar əlavə ittiham aktı hazırlayırlar. Bəzi ehtimallara görə, iş üzrə daha iki prokurorun ayrılması həbslərin yeni dalğasının başlaya biləcəyini göstərir.Həbslər isə deyəsən təkcə Türkiyədə deyil, Azərbaycanda da aparıla bilər. Vaxtilə “Yeni Müsavat” “Ergenekon” ittihamnaməsini araşdıraraq orada Azərbaycanla bağlı xeyli məqamların olduğunu üzə çıxarmışdı. Məlum olmuşdu ki, istintaq “Ergenekon” liderləri kimi təqdim edilən bir sıra şəxslərin, o cümlədən istefada olan general Vəli Kiçiyin Azərbaycanla əlaqələrini araşdırıb, onun Bakıdan bir çox şəxslərlə, o cümlədən millət vəkili Sabir Rüstəmxanlı və onun xanımı Tənzilə Rüstəmxanlı ilə telefon danışıqlarını izləyib. “Yeni Müsavat”a daxil olan qeyri-rəsmi məlumatda isə deyilir ki, “Ergenekon”un xaricdəki uzantılarını da üzə çıxarmaq, onları istintaqa cəlb etmək yönündə hazırlıqlar gedir. Bu çərçivədə ABŞ xüsusi xidmət orqanlarının Türkiyə hökumətinə verdiyi məlumatlar əsasında Azərbaycanda aralarında bəzi hakimiyyət məmurları, o cümlədən general rütbəli bir şəxs, digər bir neçə yüksək vəzifəli zabit, bir partiya sədri və ictimai-siyasi həyatda rolu olan millət vəkili, QHT lideri də olan bir qrup şəxsin istintaqa cəlb edilməsi gözlənilir. Hətta bildirilir ki, “Ergenekon” işini aparan prokurorlar bu şəxslərdən bəzilərinin həbs edilib təhvil alınması barədə Türkiyə hökuməti qarşısında məsələ qaldırıb. Həmin şəxslərin adları “Ergenekon”la bağlı ikinci ittiham aktında yer ala bilər. Məlumata görə istintaq “Ergenekon”un Azərbaycanla yanaşı bəzi Orta Asiya respublikalarında - Türkmənistan, Qırğızıstan və s.-də uzantılarının olduğunu hesab edir. “Ergenekon” işinin Türkiyədə AKP iqtidarına qarşı olan nüfuzlu şəxsləri və qüvvələri sıradan çıxarmağa xidmət etdiyi haqda kifayət qədər ciddi şübhələr var. Belə görünür ki, AKP iqtidarı və təhlükəsizlik orqanlarında ona, habelə nurçu təriqətinin ABŞ-da yaşayan lideri Fətullah Gülənə sadiq güclü qruplaşmalar bu iş üzrə yeni-yeni həbslər aparmaq niyyətindədir...Əldə etdiyimiz məlumatlara görə, Türkiyə iqtidarı bununla əlaqədar artıq Azərbaycan hakimiyyətinə sorğu verməyə hazırlaşır. Əgər belə bir şey olarsa, Azərbaycanda nə baş verər? Bununla bağlı “Ergenekon” işi ilə əlaqədar Türkiyədə həbs olunan şəxslərlə münasibətləri olan şəxslərə müraciət etdik. General Vəli Kiçik Paşa və digər həbs olunan milliyyətçilərlə əlaqələri olmuş Vətəndaş Həmrəyli Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirdi ki, “Ergenekon”la bağlı aparılan araşdırmalarda və məhkəmə işində kifayət qədər saxtakarlıqlar var: “Odur ki, bu işi süni şəkildə daha da böyük göstərmək üçün bura çox adamları cəlb etməyə çalışa bilərlər. Bu mümkün variantdır. Amma mən həmin işlə bağlı həbs olunmuş adamların bəzilərini tanıdığıma görə bilirəm ki, bu prosesə həddən artıq saxta sənədlər, materiallar daxil edilir. İddianamədə hətta mənim azyaşlı qızımın adı da keçmişdi ki, guya o, Sevgi Erenerolun Bakıdakı rəfiqəsi və təmsilçisidir. Bu cür saxta sənədlər ortada ikən, prosesi şişirtmək üçün qeyd edilən vasitələrə də əl ata bilərlər. Amma mənim məlumatıma görə, məhkəmədə dindirilən şəxslərin müdafiəsi o qədər uğurlu gedir ki, heç bir ittiham sübut olunmur. Məhkəmə bu cür ədalətli şəkildə davam edəcəksə, işin tamamilə qondarma olduğu üzə çıxacaq”.S.Rüstəmxanlı qeyd etdi ki, “Ergenekon” məsələsi xüsusi sifarişlə ortaya atılıb: “Bu, Türkiyənin xaricindən verilən sifarişin nəticəsidir. Bu proses Türkiyədəki milli düşüncəli insanları sındırmaq, xalqın güvənc yeri olan ordunu gözdən salmaq, beynəlxalq aləmdə türk ordusunun nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Nəticə etibari ilə Türkiyənin gücünü zəiflətməyə çalışırlar. Təbii ki, həbs olunanların içərisində Türkiyənin indiki iqtidarından narazı olan, ola bilsin ki, bu iqtidarın dəyişilməsi ilə bağlı düşüncələri olan insanlar mövcuddur. Bu, Ana Yasa ilə yasaq olunmayıb. Hər yerdə hakimiyyətin dəyişməsini istəyən və onun yollarını axtaran insanlar da var və bu, qadağan deyil. Buna görə hakimiyyət insanları dövlət çevrilişinə cəhd ittihamı, müəyyən təşkitlatlarda birləşmək adı altında həbslər aparırsa, bura heç bir günahı olmayan adamları qoşursa, bu olduqca acınacaqlı haldır. Adımızın bu məsələlərdə hallanmasına baxmayaraq, bizi Türkiyədə əlaqədə olduğumuz insanlarla yalnız şəffaf münasibətlər bağlayır. Bu münasibətlər mədəni əlaqələrdir, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı ilə əlaqədardır. Bu əlaqələrin heç biri qanunla qadağan olunmayıb və burada hər hansı bir qanunsuzluq aşkarlana bilməz. Nə mənim telefon danışıqlarımda, nə şəxsi görüşlərimdə, nə yığıncaqlarımızda, nə də Türkiyədə telekanallarındakı çıxışlarımda məsuliyyət doğuran və qanunlara zidd heç bir məqam ola bilməz. Ona görə də yayılan söz-söhbətlərin heç biri məni narahat etmir”.Vaxtilə Vəli Kiçik Paşa ilə münasibətləri olmuş millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Türkiyə hakimiyyəti “Ergenekon” məsələsini cinayət işi kimi yox, öz mənafeyinə xidmət edən bir variant kimi təsdiq etməyə çalışır: “Buna görə də ”Ergenekon"un Türkiyə sərhədlərini aşıb, guya dünyanı təhdid edə biləcək bir səviyyəyə qaldırmaq niyyətindədirlər. Bu, yanlış yanaşmadır. Əvvəla, mən “Ergenekon” əməliyyatında həbs olunmuş bir sıra şəxslərlə birbaşa münasibətləri olmuş şəxs kimi iddia edirəm ki, o adamların hamısı Türkiyəni canından artıq sevirlər. Başda Vəli Kiçik Paşa olmaqla, bu adamlar gərəkilən anda Türkiyə üçün canlarını verməyə hazırdırlar. Onların hansısa cinayət işində suçlanmaları daha çox özündə siyasi yanaşmanı ehtiva edir. Digər dövlətləri də bura bağlamaq əslində, cinayətin yükünü artırmaq və beynəlxalq dəstəyi qazanmaq variantlarından biridir. Başqa ölkələrdə “Ergenekon”la bağlılıqlar axtarmaq daxildə baş verən qanun pozuntuları, məhkəmə işindəki hüquqpozmaları pərdələməyə xidmət edir. Bu yolla beynəlxalq təşkilatların bu qanunsuzluqlara göz yummasına nail olmağa çalışılır. O ki qaldı Azərbaycana, proses bu şəkildə davam etsə belə, Azərbaycan və ya digər dövlətdə hər hansı adamın məsuliyyətə cəlb ediləcəyi mənə ciddi görünmür. Ona görə ki, “Ergenekon” terrorçu təşkilat deyil, terrorçu təşkilat kimi dünyada tanınmayıb, onun hər hansı bir terror törətməsi halı yoxdur. Türkiyə məhkəmələri dünyada qəbul etdiyi qərarların hüquqiliyi baxımından axsayır. Onların qəbul etdiyi qərarlar çox zaman şübhə altında qalır. Buna görə də, bu işdə də qəbul olunacaq qərarın da, terrorla bağlı olsa belə, ciddi qəbul olunacağına və bunun ardınca digər ölkələrdə həbslərin həyata keçiriləcəyinə inanmıram. Hansısa sorğu göndərilməsindən asılı olmayaraq, başqa dövlətlər bu məsələdə Türkiyənin mənafeyindən yox, bütövlükdə öz ölkələrinin və vətəndaşlarının mənafeyindən, həmçinin türk dünyasının mənafeyindən çıxış edəcəklər. Bu mənafeləri AKP-nin mənafelərinə qurban verməyəcəklər". |
43,626 | 29.11.2008 07:27 | Ölkə | “FÖVQƏLNAZİR”in ETİBARSIZLARI | Dünən “Azadlıq” qəzetində Etibar Hüseynovun cəzalandırılması ilə bağlı yazı gedib. Məqalədə qeyd olunur ki, “fövqəlnazir”in bir qədər əvvəl cəzalandırdığı başqa bir general - Etibar Mirzəyev məhz Etibar Hüseynovun güdazına gedib. Mənbənin qəzetə bildirdiyinə görə, “fövqəlnazir” məhdud çevrədə rəqiblərinin əlinə “kozır” verə biləcək söhbətlər edib. Bu söhbətlər isə onun rəqiblərinə çatdırılıb. Kəmaləddin Heydərov məsələni araşdıranda ona bildirilib ki, bu, Etibar Mirzəyevin işidir. Buna görə də “fövqəlnazir” general Mirzəyevi də cəzalandırıb. Lakin sonradan məlum olub ki, həmin söhbəti Kəmaləddin Heydərovun rəqiblərinə ötürən şəxs Etibar Mirzəyev yox, FHN Mülki Müdafiə Xidmətinin rəisi, general-mayor Etibar Hüseynovdur. Bundan sonra “fövqəlnazir” onu da cəzalandırıb.Etibar Hüseynovun güdazına gedən Etibar Mirzəyev isə rütbəsinə uyğun olmayan vəzifədəki fəaliyyətini hələ də davam etdirərək “əfv”ə düşməsini gözləyir.“Azadlıq” qəzetinin yazdığına və qaynağına hörmət etmək şərtilə bir məqamı xüsusi vurğulamaq istərdik. Etibar Mirzəyevin “vurulması”nın səbəbi əslində tam başqadır. Yadınızdadırsa, bir qədər əvvəl adları bank qalmaqalına qarışan və dələduzluq ittihamı ilə MTN tərəfindən həbs olunan bir qrup iş adamı barədə xəbər dərc etmişdik. Həmin vaxt onu da qeyd etmişdik ki, cinayət məsuliyyətinə cəlb olunanlar arasında fövqəladə hallar nazirinin müavini, Bakı Şəhər Gömrük İdarəsinin sabiq sədri, Kəmaləddin Heydərova sədaqəti ilə tanınan general-mayor Etibar Mirzəyevin qardaşı (həm də İnterpolun Azərbaycan Milli Bürosunun sədri Sahib Mirzəyevin qardaşı) İlqar Mirzəyev də var. MTN onu da həbs etmişdi. Lakin İlqar Mirzəyev barəsində seçilən həbs-qətimkan tədbiri “fövqəlnazir”in işə qarışması ilə bir neçə gün sonra dəyişdirilmişdi. Gələn xəbərlərə görə, Kəmaləddin Heydərov generalın qardaşını o vaxt həbsdən maraqlı motivlərlə çıxarmışdı. Yəni o, öz adamlarının adının seçkiqabağı dövrdə bu cür qalmaqallarda hallanmasını istəməmişdi. Nazirə məlumat çatmışdı ki, məşhur bank qalmaqalında Etibar Mirzəyevin də əli var və o, bütün bunları “fövqəlnazir”dən gizlədirmiş... |
43,627 | 29.11.2008 07:28 | Kriminal | BRİQADİRİN BAŞINA 10-cu MƏRTƏBƏDƏN TAXTA DÜŞDÜ | BAKIDA BOMBA HƏYƏCANI YAŞANDIAzərbaycan paytaxtında bomba həyəcanı yaşanıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən səhər saatlarında rayonun Nəsrəddin Tusi, 12 ünvanında qeydə alınıb. Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə zəng edən naməlum şəxs adıçəkilən ərazidəki zibil qutusunun içərisinə bomba qoyulması barədə məlumat verib. Hadisə ilə əlaqədar dərhal əməliyyat qrupu yaradılıb. Hadisə yerinə gələn polis əməkdaşları zibil qutusunun içərisində bomba əvəzinə dəniz fənəri aşkar ediblər. Hazırda faktla bağlı araşdırma aparılır. PAYTAXTDA AĞACDAN ASILMIŞ KİŞİ MEYİTİ TAPILDIPaytaxtda naməlum kişi meyiti tapılıb. Nizami Rayon Prokurorluğundan (RP) APA-ya verilən məlumata görə, hadisə noyabrın 27-dən 28-nə keçən gecə rayonun Naxçıvanski, 102 ünvanında, zeytun bağları adlanan ərazidə qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn rayon prokurorluğunun əməkdaşları meyitə ilkin baxış keçirib, cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə üçün ekspertizaya göndərilib. Hazırda istintaq qrupu meyitin şəxsiyyətinin müəyyən edilməsi və hadisənin hansı şəraitdə baş verməsinin səbəblərini araşdırır. Faktla bağlı Nizami RP-də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. |
43,628 | 29.11.2008 07:28 | Kriminal | ELEKTRİK NAQİLİNƏ İLİŞƏN “KamAZ”ın SÜRÜCÜSÜ ÖLDÜ | Noyabrın 26-da isə Dəvəçi rayonundakı “Taxtakörpü” adlanan ərazidə bədbəxt hadisə qeydə alınıb. “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilən su anbarında, orada usta işləyən Şəmkir rayon sakini Elxan Namazov Xaçmaz rayon sakini Polad Murtuzəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomaşınının altına düşüb. Nəticədə E. Namazov dünyasını dəyişib. ANASINI QƏTLƏ YETİRƏN LƏNKƏRAN SAKİNİ TUTULDUNoyabrın 26-da anasını qətlə yetirən Lənkəran rayonunun Darquba kənd sakini həbs edilib.Yada salaq ki, Səməd Cəbiyev anası Şahnisəni sərxoş halda atası Məmmədin evində olarkən ailə münaqişəsi zəminində döyüb və küt alətlə baş nahiyəsindən vuraraq qətlə yetirib. S.Cəbiyev Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. YOL QƏZALARINDA 5 NƏFƏR ÖLDÜBakıda bir gündə ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, noyabrın 27-də saat 09.00 radələrində Nizami rayonundakı Q.Qarayev prospektində Şərur rayon sakini Sahib Məmmədov “Mercedes” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Lyudmila Sidorinanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən L.Sidorina orada ölüb. Həmin gün saat 05.50 radələrində Aeroport şosesində Sabirabad rayon sakini Rəşad Xəlilov “Azsamand” markalı avtomaşını idarə edərkən onu maneəyə vuraraq aşırıb. R.Xəlilov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Noyabrın 27-də saat 11.00 radələrində Nərimanov rayonundakı Z.Bünyadov prospektində isə İmişli rayon sakini Ehtiram Vəliyev “VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Gülpəri Abbasovanı vurub. G.Abbasova hadisə yerində həlak olub. Noyabırın 28-nə keçən gecə Q.Qarayev prospektində 1986-cı il təvəllüdlü Röyal Etibar oğlu Əliyev idarə etdiyi “Mercedes” mikroavtobusla piyada, 1979-cu il təvəllüdlü İlkin Əvəz oğlu Həsənovu vurub (lent.az). İ.Həsənov aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb. *** Noyabrın 27-də saat 18.20 radələrində Hacıqabul rayonunun Atbulaq kəndində Sabirabad rayon sakini Taleh Qasımov “QAZ-3110" markalı avtomaşını idarə edərkən kənd sakini Murad Cəfərovu vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb. |
43,629 | 29.11.2008 07:29 | Müsahibə | “DAĞ MƏHƏMMƏDƏ TƏRƏF GETMİRSƏ, MƏHƏMMƏD DAĞIN YANINA GEDƏR” | - Pənah bəy, bir neçə il əvvəl qurucusu olduğunuz Xalq Partiyasının sədrliyindən istefa vermişdiniz. Son günlər Xalq Partiyasının Demokratiya Uğrunda İttifaqa qoşulması fonunda yenidən bir növ partiya rəhbəri kimi çıxış edirsiniz. Bu o deməkdirmi ki, partiyanın rəhbərliyinə qayıdırsınız? - Mən Xalq Partiyasının sıravi üzvüyəm, yenə də sıravi üzv kimi qalıram. Parlamentdə partiyanın yeganə deputatıyam və bu baxımdan rəhbərlikdə olmadığımı demək düz çıxmır. Mən Xalq Partiyasının siyasətinin müəyyən olunmasında həmişə iştirak etmişəm, indi də iştirak edirəm. - Sədrliyə qayıdırsınız? - Buna heç bir zərurət yoxdur. Hazırda bunun mexanizmi də yoxdur. Çünki mən artıq sədrlikdən istefa vermişəm. İndi partiyanın Demokratiya Uğrunda İttifaqda təmsilçisiyəm. Eyni zamanda ittifaqa daxil olan partiyalar mənə parlament təmsilçiliyi səlahiyyəti veriblər. Yeri gəlmişkən, Demokratiya Uğrunda İttifaq indiki məqamda hər hansı siyasi blok və ya seçki bloku deyil. Mən bu birliyin daha ciddi, bir-biri ilə daha sıx bağlı fəaliyyət göstərən partiyalar blokuna çevrilməsinin tərəfdarıyam. - Demokratiya Uğrunda İttifaqa daxil olmaqda məqsədiniz nədir? - Mən həmişə müxalifətin böhran keçirdiyi və böhrandan çıxa bilmədiyi dövrlərdə qüvvələrin inteqrasiyası tərəfdarı kimi çıxış etmişəm. İndi də müxalif siyasi partiyaların daha iri bir partiyada birləşməsinin tərəfdarıyam. Hazırda 15-20 müxalifət partiyası fəaliyyət göstərir, amma açığı, 2-3 partiya kifayətdir. Hətta superpartiya yaradılması vacibdir. Belə bir məsələ ortalığa çıxsa, xoş məram nümayiş etdirəcəyik.Demokratiya Uğrunda İttifaqı seçməyimizə gəlincə, bizim başqa seçim imkanımız yox idi. Müsavat Partiyası tək və ya ikitərəfli əməkdaşlıq zəminində fəaliyyət göstərməyə üstünlük verir, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının qurduğu “Azadlıq” bloku əməkdaşlıqla bağlı çox çətin şərtlər qoyur. Buna görə də ölkədəki siyasi situasiya və müxalifətdaxili məsələlərə baxışlarımız üst-üstə düşdüyündən Demokratiya Uğrunda İttifaqla əməkdaşlığı seçdik. - Parlamentar kimi Müsavat deputat qrupunun üzvüsünüz. Müsavat son prezident seçkisini boykot edərək onun nəticələrini tanımayıb. Bu partiya və seçkiyə münasibətdə eyni addım atmış Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, Azərbaycan Naminə İctimai Forum bir təşkilatda birləşmək ətrafında danışıqlar aparır. Xalq Partiyasına bu birlik formatına daxil olmaq təklifi olubmu? - Bizə hər hansı təklif olmayıb. Amma biz bu əməkdaşlığın tərəfdarıyıq. - Demokratiya Uğrunda İttifaqa Müsavatın da daxil olması mümkündürmü? - Müsavatın adından cavab vermək düzgün olmaz. Mənim bu məsələlərdə prinsipim budur ki, dağ Məhəmmədin yanına gəlmirsə, Məhəmməd dağın yanına gedər. Yəni Müsavat Partiyası iri bir təşkilat kimi hansısa birliyə üzv olmağı özünə rəva bilmirsə, onda həmin birlik Müsavat Partiyasının yanına gedə bilər. Bu məsələlərdə mənim üçün nəticə daha önəmlidir. Kompleksim yoxdur ki, burda hansısa təşkilatın, siyasətçinin şəninə xələl gələ bilər. Mən istər Müsavatın, istər Milli İstiqlal, Demokrat partiyalarının, istər “Azadlıq” blokuna daxil olan partiyaların, istər Demokratiya Uğrunda İttifaqa daxil olan qüvvələrin, hətta cəmi bir məsələdə mövqeyi üst-üstə düşürsə belə, əməkdaşlıq etmələrinin tərəfdarıyam. Təəssüf ki, bu cür yanaşmanı hamı qəbul etmir. Demokratiya Uğrunda İttifaqa qoşulmağımızın əsas hədəflərindən biri də bu birləşmə strategiyasına xidmət etməkdir. - Noyabrın 27-də Müsavat başqanı İsa Qəmbərlə görüşmüsüz. Nələri müzakirə etdiniz? - Bu məsələdə şərhim yoxdur. |
43,631 | 29.11.2008 07:35 | Ölkə | “NAZİM QULİYEVİ PKK-nın AZƏRBAYCANDAKI TƏMSİLÇİSİ GİZLƏDİR” | ”Onları şantaj etməklə, böhtan atmaqla külli-miqdarda pul alıb. Axırda da vətən üçün mücadilə verən, Qarabağ döyüşlərində kişilərlə çiyin-çiyinə dayanan qadınları aşağılamağa başladı. Qanında azərbaycanlı qanı axan bir adam belə söz deyə bilməz. Bu gün Nazimin arxasında duranlar meydana çıxmaqdan çəkinirlər. Çünki bizim bu məsələ ilə bağlı müraciətimiz ölkə başçısı İlham Əliyevə çatıb, o, Azərbaycan qadınının namusunun qorunması ilə bağlı göstəriş verib. Buna baxmayaraq, elə cəsarətli qüvvələr var ki, onlar Nazimi hələ də gizlədirlər. Mən həmin adamlara üzümü tutub deyirəm; elə etməyin ki, biz sizin uzun illərdir Azərbaycan sərvətlərinə uzanan əllərinizi kəsək. Siz sərvətlərimizə əl uzada bilərsiniz, amma bizim namusumuza əl uzada bilməyəcəksiniz. Buna cəhd edənlərin əlini dərhal kəsmək lazımdır".“Sizcə, Nazim Quliyevin arxasında konkret kim dayanır” sualına S.Mahmudova belə cavab verdi: “Biz araşdırmışıq ki, adının hallanmasına baxmayaraq, bu gün Bəylər Əyyubov onun arxasında dayanmır. Əyyubovun onu himayə etməsi məsələsinin tarixçəsi bizə aydındır. 2002-ci ildə Nazim həbsdə olarkən onun ata-anası mərhum Heydər Əliyevin qarşısını kəsib ona yalvarıblar. Heydər Əliyev də bu işlə məşğul olmağı Bəylər Əyyubova tapşırıb. Ondan sonra Əyyubov onu bir müddət himayə edib. Lakin 2007-ci ilin yay aylarından Bəylər Əyyubov onun arxasından çəkilib və Nazimə tapşırıb ki, adını heç yerdə hallandırmasın. Nazim onun adından sui-istifadə edir. Bizə məlum olub ki, hazırda Nazimə yardım edən Binə Ticarət Mərkəzinin ikinci şəxsi olan Dilşad Əmirova adlı bir qadın var. Bundan başqa Nazimin ”Azərsun Holdinq"lə də əlaqələri var, qəzetində də onların reklamlarını verib. Nazim elə bilir ki, qaçıb gizlənməklə canını qurtaracaq. Artıq onun barəsində digər məsələlərlə bağlı da cinayət işi qaldırılıb. O, “İdeal” turizm şirkəti adı altında xaricə qadınları satıb. Hətta bizdə onun Dubaya 15-16 yaşlı qızları göndərməsi haqda da informasiyalar var. Belə bir adamı ancaq PKK himayə edə bilər. PKK da elə bir təşkilatdır ki, onun hər hansı ölkədəki təmsilçisi, iş görəni tam gizli saxlanılır. Nazim Quliyevin əldə etdiyi sərvətlər PKK-dan aldığı maliyyə hesabınadır. Onu PKK maliyyələşdirir və bu təşkilatın Azərbaycandakı təmsilçilərini gizlədirlər. Mən bəyan edirəm ki, Nazim Quliyevi tapıb cçzalandırmasalar, mən türk əsgərinə müraciət edəcəm, beynəlxalq məhkəməyə qədər gedəcəm. Yenə nəticə əldə edə bilməsəm, onu şəxsən özüm cəzalandıracam. Başqa yol yoxdur". Tədbirin sonunda Qarabağ veteranları adından ölkə ictimaiyyətinə və dövlət qurumlarına N.Quliyevin tapılıb cəzalandırılmasına köməklik göstərilməsi ilə bağlı bəyanat imzalandı. |
43,634 | 29.11.2008 07:50 | İdman | “İNTER” QIŞ ÇEMPİONU OLA BİLƏCƏKMİ? | İlk oyun gününün ən maraqlı qarşılaşmalarının birində Zaqatalada yerli “Simurq” iddialı “Xəzər-Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Qonaqların növbəti xal itkisi “Simurq”un “böyük qardaş”ı “İnter”ə birincilik yolunda növbəti köməyi ola bilər.Turun “Qarabağ”-"Karvan" və “Olimpik”-"Neftçi" görüşləri də maraqla gözlənilir. 29 noyabr“Turan” - “Qəbələ”“Muğan” - “Bakı”OMİK - “Standard”“Qarabağ” - “Karvan”“Simurq” - “Xəzər-Lənkəran”30 noyabr“Neftçi” - “Olimpik”“İnter” - “Bakılı” |
43,635 | 29.11.2008 07:57 | İdman | ƏLİ İSMAYILOV RƏQİBİNİ ÜÇ DƏFƏ NOKDAUNA SALDI | 8000 azarkeş tutumuna malik “Yubileynıy” idman sarayında təşkil olunan döyüşün birinci raundu gözlənildiyi kimi kəşfiyyat xarakteri daşıyıb. Amma növbəti hissədə İsmayılovun ardıcıl sarsıdıcı zərbələri görüşün taleyini həll edib. Üç dəfə nokdauna düşən Dominiçis özündə görüşü davam etdirməyə güc tapmayaraq təslim olub. Beləliklə də titulunu üçüncü dəfə qoruyan İsmayılov peşəkar rinqdə 15-ci qələbəsini rəsmiləşdirib. Boksçumuz həmçinin bir dəfə uduzub, bir görüşü isə heç-heçə başa vurub. |
43,630 | 29.11.2008 08:30 | Siyasət | PARTİYALAR İLHAM ƏLİYEVİN AÇIQLAMASINI TƏQDİR EDİR | Dövlət başçısı İlham Əliyev İtaliya səfəri zamanı “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibəsində məsələyə geniş münasibət açıqlamaqla rəsmi mövqenin nədən ibarət olduğunu sərgiləmiş oldu. O, Dağlıq Qarabağ münaqişəsi ilə imzalanan sənədin saziş adlandırılmasına etiraz edərək bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi bəyannamədir. İ.Əliyev münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən bəyannamədə üç vacib elementin olduğunu vurğulayıb. Ölkə başçısı ilk növbədə, bu sənədin Azərbaycan və Ermənistan arasında imzalandığına diqqət çəkib və “bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir” - deyə, bildirib. Həmçinin İ.Əliyev bəyannamədə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalı olduğu barədə müddəanı qeyd edib: “Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır”. Üçüncü vacib elementə gəldikdə, İ.Əliyev münaqişənin mərhələ-mərhələ həll edilməsi barədə müddəanı vurğulayıb. Dövlət başçısı Azərbaycanın hərbi yolu istisna edən sənədi imzalamasına da münasibət bildirib. Bildirib ki, “bu bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə ”hesab edirik ki, siyasi həll yolu olmalıdır" deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz demək deyil. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var". Müsavat Partiyası başqanının müavini, politoloq Qabil Hüseynli mövzunu şərh edərkən bildirdi ki, həqiqətən də Moskva bəyannaməsində beynəlxalq hüquq normaları və beynəlxalq konvensiyaların adı çəkilir: “Bu səbəbdən də təcavüzə məruz qalmış ölkənin özünü hərbi üsullarla qoruma hüququna malik olması da beynəlxalq hüquq normalarında öz əksini tapıb. İndi ölkə başçısının Moskva bəyannaməsinin bu müddəalarına əsaslanaraq münaqişənin həllində hərbi yolun istisna olunmamasını bir daha vurğulaması onu təsdiq edir ki, Azərbaycan ona təklif edilən qeyri-məqbul sülh variantlarına razılaşmayacaq. Özü də bunu inkişaf etmiş xarici ölkələrdən birində nüfuzlu televiziya kanalına bəyan etməsi zənnimizcə, təsirli amil sayıla bilər. Elə Rusiya qəzetlərinin son saylarında bu məsələnin qabardılması məsələnin nə qədər aktual olduğunu bir daha sübut edir”. Bu arada Türkiyənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə hazırlıq görülməsinə gəldikdə, politoloq qeyd etdi ki, Türkiyənin vasitəçilik səyi rəsmi Ankaranın Ermənistanla bağlı son zamanlar Azərbaycanda yayılmış bəzi şübhələri aradan qaldıra bilər: “Çünki ortada belə iddialar var idi ki, Türkiyə Qarabağ problemini nəzərə almadan Ermənistanla ikili münasibətlərin yaxşılaşdırılması qayğısına qalmaqdadır. Bununla da indiyə qədər Qarabağla bağlı tutduğu mövqelərdən geri çəkilmək niyyətindədir. Amma Türkiyənin əsas ideyalarından biri Azərbaycan və Ermənistan prezidentlərinin Ankarada görüşünü təşkil etməkdir. Bu kontekstdə də hələ ki, xarici işlər nazirlərinin görüşü təşkil edilir”. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dövlət başçısının açıqlamasını yüksək dəyərləndirdi: “Sizə xatırladım ki, mən ilk gündən Moskva bəyannaməsi ətrafında Azərbaycan mətbuatında gedən ən müxtəlif yazılar və hətta bu sənədlə bağlı ölkə prezidentinin ittiham edilməsinə qarşı çıxanlardan biri oldum. O zaman belə bir fikir səsləndirdim ki, bəyannamə heç bir halda Azərbaycanın gələcəkdə zərurət yaranarsa, Azərbaycanın hərbi yolla torpaqlarını azad etməsi hüquqlarını məhdudlaşdırmır. Mən bir vətəndaş olaraq çox şadam ki, verdiyi açıqlamada Dağlıq Qarabağla bağlı məsələyə çox ciddi aydınlıq gətirdi və mən deyərdim ki, qaranlıq məqamlara işıq saldı. Söhbət ondan gedir ki, ölkə prezidenti bəyannamədə nələrin nəzərdə tutulduğunu, başqa bir formada desək, bəyannamə arxasında Azərbaycan dövlətinin mövqeyinin tam açıqlamasını verdi. Həmin o üç prinsip bütövlükdə Azərbaycanın dövlət maraqlarına və milli maraqlarımıza uyğundur, işğal olunmuş torpaqlarımızın azad edilməsində Azərbaycan xalqının iradəsinin ifadəsidir”. F.Ağamalı Türkiyənin Dağlıq Qarabağ məsələsinin həlli prosesinə qoşulmasına müsbət yanaşdığını da qeyd etdi: “Son vaxtlar Türkiyənin prosesə fəal şəkildə qoşulması problemin həllinə öz töhfəsini verəcək. Türkiyə oturuşmuş dövlət, Azərbaycanın yaxın müttəfiqidir. Ona görə də biz Türkiyədən dövlət maraqlarımıza ziyan gətirəcək hər hansı addım gözləmirik. Nəzərə alsaq ki, Türkiyənin Qafqazda sabitlik paktının qəbuluna, Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunmasına çox böyük marağı var, bu mənada onun bu prosesə qoşulması müsbət perspektiv vəd etdiyini deyə bilərik. Ən azı Türkiyə verdiyi sözə sahib çıxmalıdır. Yəni Ermənistanla münasibətlər o zaman normallaşacaq ki, işğal olunmuş torpaqlar azad edilsin, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan çıxarılsın və qondarma ”soyqırım" məsələsi gündəlikdən çıxsın". AVP sədrinə görə, artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Ermənistanın başqa çıxış yolu olmadığından danışıqların bu istiqamətdə gedəcəyinə ümid etmək olar. |
43,632 | 29.11.2008 07:04 | Mənəviyyat | ƏLƏVİLİK NƏ DEMƏKDİR? | Bəs ələvilik nə deməkdir? Ümumiyyətlə, bu cərəyan haqda nə bilirik? Qeyd edək ki, son dövrlərdə əksər insanlar ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Hətta Türkiyədə də son illərə qədər çoxu ələviliyin şiəliklə eyni olduğunu təsəvvür edirdi. Ələviliyi bu gün aradan demək olar ki, tam qalxmış “əliəllahılarla” eyni cərəyan hesab edənlər də var. Mövzuya olan marağı nəzərə alaraq ələvilik haqda ümumi məlumatları bir yazıda xülasə etmək qərarına gəldik.Bir İslam təriqəti olan ələvilik sufi-təsəvvüf görüşü üzərində qurulub. Bu gün ayrı-ayrı cərəyanlar kimi təqdim olunan bəktaşilik ələviliyin bir qoludur. Artıq müasir ələvilər son bir neçə yüz ildə Türkiyədə iki cərəyana bölünən ələvi-bəktaşi görüşlərini birləşdirir. O cümlədən qızılbaşlıq ələviliyin orta əsrlərdə geniş yayılmış qolu olub və bu gün təriqətlə (ələviliklə) birləşir. Ələvilik dedikdə isə heç şübhəsiz ki, bəktaşilik yada düşür.Monqol işğalı dövründə Xarəzmdən Anadoluya köçmüş təsəvvüf şeyxi Hacı Bəktaş Vəlinin adı ilə bağlı olan bu cərəyanın mənsubları Osmanlı imperiyasının yaranıb möhkəmlənməsində, daha sonralar - Sultan Süleyman dönəmində isə Avropanın fəthində yaxından iştirak edib. Bəktaşilərin Osmanlı ordusundakı nüfuzu XIX əsrin əvvəllərinə qədər davam etdi. Bu dönəmdə yeniçərilərin ardıcıl qiyamlarından sonra Sultan və ətrafı artıq problemə çevrilən bu qoşun növündən imtina etmək qərarına gəldi. Təbii ki, bu kampaniya yeniçərilərə əsas təsir gücünə malik olan bəktaşilərdən də yan keçə bilməzdi. Osmanlı sultanının əmri ilə 1826-cı ildə yeniçərilərlə birlikdə bəktaşilər də “vuruldu”. Bəktaşi təriqəti qadağan edilməklə yanaşı təriqətə bağlı təkkələr bir çoxu bağlandı, bəziləri isə o zaman yüksəliş dövrünü yaşayan nəqşibəndi təriqətinə verildi. Əmlakları isə müsadirə olundu.Amma bu tədbirlər bəktaşiləri nəinki zəiflətmədi, əksinə, Osmanlının Avropa hissəsində yayılmaqla yanaşı yaranmaqda olan müxalif hərəkatlara da böyük təsir göstərdi. “Gənc türklər hərəkatı”nı yaradıcılarından olan Namiq Kamal ana tərəfdən bəktaşi olmaqla yanaşı gəncliyində səmimi ələvi-bəktaşi olub, hətta o, gəncliyində İmam Əlini (ə) vəsf edən şeirlər yazıb, Məhəmməd Füzulinin fəlsəfi əsəri olan “Həqiqətus Suəda” əsərindən bəhrələnib.Hazırkı Türkiyə siyasətində də ələvilərin çəkisi yüksəkdir. Ana müxalifətin lideri Dəniz Baykal ailəsinin ələvi təriqətinə mənsub olduğu bildirilir. Qeyd etdiyimiz kimi, ələvilik Türkiyə ilə yanaşı bir sıra ərəb ölkələrində də geniş yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin ailəsi ələvi təriqətinə mənsubdur. Ümumiyyətlə, Suriya dövlət başçısının ata-baba yurdu Laziqiyyə, Tartus və Hələb şəhərlərində ələvilik geniş yayılıb. Ələvi inancı Ələvilik Allah, Muhəmməd (s.a.s), Əli (ə) müqəddəsliyini qəbul edən. Həzrət Muhəmmədin (ə) yaxın silahdaşı, Əhli Beyt (ə.s) üzvü, birinci İmam Əli (ə) görüşlərini daşıyan təriqətdir. Ələvilik əsas cərəyandır. Bəktaşilik və qızılbaşlıq isə onun daxilində yaranıb. Yəni hər bir bəktaşi və qızılbaş özünü ələvi hesab edir. Əsasən Türkiyədəki ələvilərin babaqan və dədəgan qolları özlərini bəktaşi sayır.Ələvi təriqətinin əsasında 4 qapı və 40 məqamı sistemi var. Ələviliyə görə, 4 qapı sıralama olaraq şəriət, təriqət, mərifət və sirri-həqiqətdən ibarətdir. Hər bir qapının 10 bölümü var ki, bu da 40 məqam sayılır. Şəriət məqamında iman gətirmək, elm öyrənmək, ibadətləri (namaz, oruc, cihad və sair) yerinə yetirmək, halallıq, nikah, heyz və nifasla nikahın haram olması, təmiz yemək, təmiz geyinmək və sair var. Ümumi olaraq 10 məqam mövcuddur. Təriqət məqamında tövbə, müridlik, nəfslə mübarizə kimi məsələlər dayanır. Üçüncü - mərifət məqamında ədəb, səbir və digər əxlaqi mərtəbələr dayanır. Dördüncü - həqiqət məqamı isə sırf təsəvvüf məqamı olaraq Tanrıya yaxınlaşmağı nəzərdə tutur.Ələvilərə görə, ələvi inancının dayaq nöqtəsi təriqətin qurucusu İmam Əlidir (ə). O cümlədən Quranda adı keçən və Həzrət Muhəmməd (s.a.s), Əli (ə), Həzrət Fatimə (ə) və onun oğlanları İmam Həsən (ə) və İmam Hüseyndən (ə) ibarət olan Əhli-Beyt ələvi müqəddəsləri sayılır.Ələvi inanc sistemində 3 əsas inanc - Allahın birliyinə inam, qəlbində ədavət olmamaq, pislik etməmək və təriqətin əmrlərinə sözsüz tabe olmaq və hər bir ələvinin yerinə yetirməsi vacib olan 7 əməl dayanır. Bunlar özündə ələvilər arasında qardaşlıq, sirr saxlamaq, zinadan qorunmaq, qeyri-qanuni cinsi yaxınlıqdan çəkinmə, əmanətdarlıq, Haqqa söhbət qılmaq və s. əməlləri birləşdirir. Ələvi əlinə, belinə, dilinə sahib durmalıdır, yəni haram işlər görməməli, qeyri-qanuni əlaqələrdən uzaq olmalı və yalan danışmamalıdır. İbadət və namaz Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir. Ələvilikdə iki dəstəmaz var və “xarici dəstəmaz” deyilən yuyunma Quran ayələri əsasında həyata keçirilir. Ələvilərin ibadəti namaz, niyaz və duadan ibarətdir. Namaz gündə üç dəfə - gün çıxanda, günorta və günəş batanda qılınır və İslamda göstərilən namazdan tamamilə fərqlənir. Ələvi “niyaz”ı isə Quranda qeyd olunan səcdəyə dayanan ibadətdir. Ələvilər “cəm evləri”ndə toplaşaraq toplu halında “niyaz” edirlər. Ələvilikdə qiblə insanın camalıdır. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən saz) müşayiəti ilə “həlqə namazı” deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Bu zaman ələvilər “Allah, Allah!” deyə hayqırırlar. Oruc Qurban bayramından 20 gün keçəndən sonra hicri-qəməri təqvimi ilə yeni il başlayır. Ələvilər Məhərrəm ayının ilk günündən başlayaraq məhərrəm orucunu niyyət edir. Bundan 3 gün öncə “pak-məsum” orucu tuturlar. Bu isə İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibn Əqilin qətlə yetirilən iki azyaşlı oğlu - İbrahim və Muhəmməd üçün tutulur. Bu, Məhərrəm ayının 12 günü tutulan orucla birlikdə 15 gün davam edən və “Məhərrəm orucu” adlandırılan ibadətdir. 15 günlük orucdan sonra Məhərrəm ayının 13-də oruc başa çatır və ələvilər İmam Hüseynin (ə) oğlu Zeynulabidinin Kərbəlada sağ qalması şərəfinə qurban kəsir.Ələvilər Məhərrəm ayında əyləncəli məclislər keçirməz, toy, nişan, sünnət olmaz, ət yeməz, bıçağa və digər kəsici alətlərə əl sürtməzlər, qurban kəsilməz, ər-arvad arasında cinsi münasibətlər dayandırılar. Ələvilər Kərbəla şəhidlərinin susuzluğunun dəhşətini əyani şəkildə, necə deyərlər, “öz dəriləri”ndə hiss etmək üçün bu dövrdə su içməzlər, susuzluqlarını yalnız tərkibində su olan qidalarla yatırarlar. Onlar saç-saqqalını da qırxmazlar.Ələvilik cərəyanında saz xüsusi önəm daşıyır. Saz aşığı ələvi ibadətinin ayrılmaz hissəsidir. Demək olar ki, bütün mərasim və ibadətlərdə sazdan istifadə edən ələvilərin gündəlik həyatında da bu çalğı alətinin böyük rolu var. Səmah, yəni ələvilərin günahdan təmizlənmə mərasimində saz mühüm rol oynayır. Cəm evləri Təbii ki, ələvilik dedikdə göz önünə gələn ilk kəlmələrdən biri də “cəm” sözüdür. “Cəm”lər, “cəm evlər”i ələvi təriqətində mühüm rol oynayır. Ələvilikdə “cəm” olmadan ibaadətlər qəbul olunmaz. Ələvilikdə bir çox cəm evləri, o cümlədən Qurban cəmləri, Görgü cəmləri, Bayram cəmləri, Abdal Musa cəmləri və təbii ki, inancın sütunu olan “qırxlar cəm”ləri dayanır.Ələvi inancına görə, Həzrət Əli (ə) ələvilik təriqətini qurarkən yanındakı 40 nəfərlə ilk dəfə bir yerə yığıldı və beləliklə, “40-lar cəmi” yarandı. “40-lar cəmi” əslində müsəlman dünyasının mason (bəzi mənbələr XIX əsrdə ələvi-bəktaşilərlə masonlar arasında ciddi əlaqələrin olduğunu qeyd edir) sistemi sayılan ələviliyin inzibati sistemidir. 12 xidmət sütununa bölünən cəm xidməti aşağıdaakı strukturlardan ibarətdir. “40-lar cəmi” xidmətçilərinin başında mürşid (dədə) dayanır. Mürşid Peyğəmbəri (s.a.s), İmam Əlini (ə) və Hacı Bəktaş Vəlini təmsil edir. 2-ci sırada rəhbər dayanır ki, o da İmam Hüseyni (ə) təmsil edir. 3-cü pillədə gözçü adlandırılan və simvolik olaraq Əbuzər Qəffarini təmsil edən şəxs dayanır. 4-də Cabir Ənsarini təmsil edən çıraqçı (dəlilçi) qərarlaşır. 5-də Bilal Həbəşini təmsil edən zakir (dua və mahnıları ifa edən), 6-da süpürgəçi (təmizliyə baxan), 7-də meydançı, 8-də qurban kəsilməsinə və ərzaq paylanmasına nəzarət edən niyazçı, 9-da ibriqçi (ərəbcə “çaydan” deməkdir, ibadətə gələnlərin dəstəmaz almasına nəzarət edir), 10-da qapıçı adlandırılan qarovulçular rəhbəri, 11-də peyikçi adlandırılan qasid, nəhayət, 12-də ev üzvlərinə yemək paylanmasına cavabdeh olan şəxs dayanır.Bu vəzifələrin hər biri İslam Peyğəmbəri (s.a.s) dönəmində yaşamış bir səhabəyə nisbət verilir və qeyd olunduğu kimi, təkcə “cəm evi”ndə ibadət edənlərə xidmət anlamı vermir, həm də bütövlükdə ələvi təriqətinin sütunlarını təşkil edir. Kifayət qədər mistik çalarlara malik olmasına, eləcə də səmavi dinlərin əsas prinsiplərindən kənara çıxmasına baxmayaraq ələvilik bir təriqət olaraq özünü qoruyub saxlaya bilir. Bütün İslam məzhəbləri ələviliyi əsl İslamdan kənar cərəyan sayır. O cümlədən son illərdə ələvilərin özləri arasında İslam məzhəblərinə meyllərin artdığı hiss olunur. Xüsusən də bir sıra məsələlərdə cəfəri məzhəbi ilə görüşləri üst-üstə düşdüyü üçün (İmam Əli (ə) və Əhli-Beytə məhəbbət mövzusunda) ələvilərin bir qismi cəfəri məzhəbinə keçir. |
43,633 | 29.11.2008 07:50 | Dünya | “ƏL-QAİDƏ” NİYƏ HİNDİSTANI SEÇİB? | Son məlumatlara görə, Hindistanın maliyyə paytaxtı hesab edilən Mumbaidə terror hücumları nəticəsində 150-dən çox adam ölüb, ancaq ölənlərin sayının arta biləcəyi deyilir. Xəbər verildiyi kimi, Mumbai şəhəri noyabrın 26-da axşam görünməmiş terror hücumlarına məruz qalıb. Şəhərə gəmi ilə gələn terrorçular eyni vaxtda 10-a yaxın hücum həyata keçiriblər. Otellər, restoranlar, dəmir yol vağzalı, yəhudi təhsil mərkəzi basqına məruz qalıb, şəhər savaş meydanına çevrilib və baş verənlər cəhənnəm mənzələrini xatırladıb. Bu, 11 sentyabr hücumlarından sonra ən mütəşəkkil və koordinasiyalı terror aktı hesab edilir. Hücuma görə məsuliyyəti adı indiyədək heç yerdə eşidilməyən qruplaşa üzərinə götürüb, lakin ekspertlər terror hücumlarının “əl-Qaidə”nin işi olduğunu və Pakistanda fəaliyyət göstərən qruplaşmalar tərəfindən həyata keçirildiyini deyirlər.Bakı vaxtı ilə dünən saat 18-ə olan məlumatlara görə, Hindistanın təhlükəsizlik qüvvələri, o cümlədən xüsusi təyinatlı dəstələr və qvardiya bölmələri “Tac Mahal” otelində və yəhudi təhsil mərkəzinin yerləşdiyi “Nəriman” yaşayış kopmleksində əməliyyatları davam etdirirdi. Gün ərində xeyli hissəsi yanmış vəziyyətdə olan “Tac Mahal” otelində çoxsaylı qumbara partlayışları eşidilib. Əməliyyat zamanı xüsusi təyinatlılardan biri həlak olub. Polis rəsmilərinin məlumatlarında deyilir ki, əməliyyatlar zamanı oteldə 7 terrorçu öldürülüb, daha bir neçə silahlının müqaviməti davam etdirdiyi bildirilir. Gün ərzində şidətli döyüşlərin getdiyi oteldən onlarla girovun çıxarıldığı xəbər verilir, həmçinin günün ikinci yarısında binada güclü partlayış baş verib. Paralel olaraq yəhudilərin girov götürüldüyü binada da əməliyyatlar davam edib. Hindistan komandosları vertolyotdan binanın damına enib və dərhal şiddətli atışma başlayıb. Daha sonra xüsusi təyinatlılar binanın divarını dağıdıblar. İçəridəki girovlardan çoxunun öldürüldüyü güman edilir, ancaq polis rəsmiləri bildiriblər ki, terrorçuların əlində hələ də sağ girovlar var. Axşama doğru “Nəriman” kompleksinin azad edildiyi haqda xəbər yayılsa da, polis əməliyyatın davam etdiyini açıqlayıb. Britaniyanın “Sky News” telekanalı hadisə yerindən xüsusi təyinatlıların binaya necə hücum etdiklərini əks etdirən kadrlar yayımlayıb. Hindistan hakimiyyəti xarici KİV-lərdən xahiş edib ki, əməliyatların gedişi haqda reportajlarında ehtiyatlı olsunlar və spesifik detalları açıqlamasınlar. Polis “Tac Mahal” otelinin və “Nəriman” kompleksinin bir neçə saata azad ediləcəyini bildirib. Məlumata görə, “Tac Mahal” otelində bir neçə yeşik partlayıcı maddə, o cümlədən 8 kiloqram böyük dağıdıcı güc malik maddə aşkar ediblər. Hindistan təhlükəsizlik qüvvələrinin itkiləri rəsmi məlumatlara görə, 17 nəfərdir. Terror hücumları nəticəsində azı 8 xarici vətəndaş həlak olub. 22 əcnəbi isə yaralanıb. Onların arasında Amerika, Böyük Britaniya, Avstraliya, Yaponiya, Kanada və başqa ölkələrin vətəndaşları var. Şahidlər deyiblər ki, terrorçular mümkün qədər çox adamı girov götürmək, onların arasından Amerika və Britaniya vətəndaşlarını seçmək istəyirdilər. “Oberoy” otelində qalan Rusiya vətəndaşları isə pasportlarını təqdim edən kimi azad olunublar.Hindistandakı terror hücumlarını şərh edən terrorla mübarizə üzrə aparıcı ekspertlər qeyd edirlər ki, bu, “əl-Qaidə” tərəfindən hazırlanmış hücumdur. Ehtimal olunur ki, yaraqlılar Pakistandakı “əl-Qaidə” düşərgələrində hazırlanıblar.Pakistan televiziyasının xəbərinə görə, terror aktlarında bundan əvvəl İslamabaddakı “Meriott” otelini partladan “Fedain İslam” qruplaşmasının əli var. Bu qruplaşma “əl-Qaidə” şəbəkəsinə daxildir. Terror hücumlarının məqsədi isə Pakistanla Hindistan arasında münasibətləri gərginləşdirmək, nəticədə Asiyanın bu hissəsində qeyri-stabilliyi daha da gücləndirmək ola bilər. Əgər terror hücumlarında Pakistan izi təsdiqlənərsə, o zaman Hindistan bu ölkəyə qarşı cavab addımları ata bilər. Bu isə Pakistanda onsuz da zəif olan hökumətin mövqelərini daha da sarsıda bilər. “Əl-Qaidə”nin məqsədi Pakistanda hakimiyyəti ələ keçirmək, Əfqanıstana bu ölkədən gedən yolları bağlamaqla koalisiya qüvvələrini mühüm təchizat kanalından məhrum etməkdir. Təsadüfi deyil ki, terrorçular Amerika və Britaniya vətəndaşlarının əsas hədəf olduqlarını göstəriblər. Bu isə terrorun “əl-Qaidə”nin yeni strategiyasının bir hissəsi olduğunu göstərir. Belə görünür ki, bin Laden öz planlarını həyata keçirmək üçün təhlükəsizliyin daha zəif təmin olunduğu Hindistanı seçib. |
43,636 | 29.11.2008 07:58 | İdman | 4 KOMANDA UEFA KUBOKUNDA NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXDI | Oyunda yeganə qolu 82-ci dəqiqədə Edmar vurub. Bununla da “Qalatasaray” növbəti mərhələyə çıxmaq işini çətinləşdirib. Mixael Skibbenin yetirmələri 1/8 finala yüksəlmək üçün axırıncı turda səfərdə “Herta”dan xal almalıdır. Əks təqdirdə türklər turnirlə erkən vidalaşacaq.Qeyd edək ki, “Metallist” cari mövsümdə UEFA kubokunda İstanbulun digər təmsilçisi “Beşiktaş”a da ağır zərbə vurub. Ukrayna klubu “qara qartallar”ın qrup mərhələsinə gedən yolunu kəsib - 0:1; 4:1.Hesabat turunun nəticələrinə görə, “Mançester Siti”, “Milan”, OMİK və “Sent-Etyenn” 1/16 finala vəsiqəni təmin ediblər. Keçirilən oyunların nəticələri və komandaların qrupdakı vəziyyəti ilə tanış olun: A qrupu“Şalke” (Almaniya) - “Mançester Siti” (İngiltərə) - 0:2PSJ (Fransa) - “Rasinq” (İspaniya) - 2:2“Mançester Siti” - 6 (2), “Şalke” - 4 (3), “Tvente” - 3 (2), “Rasinq” - 2 (3), PSJ - 1 (2) B qrupu“Qalatasaray” (Türkiyə) - “Metallist” (Ukrayna) - 0:1“Olimpiakos” (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 5:1“Qalatasaray” - 6 (3), “Metallist” - 4 (2), “Olimpiakos” - 3 (2), “Herta” - 2 (2), “Benfika” - 1 (3) C qrupu“Partizan” (Serbiya) - “Standart” (Belçika) - 0:1“Sampdoriya” (İtaliya) - “Ştutqart” (Almaniya) - 1:1“Standart” - 6 (2), “Sampdoriya” - 4 (2), “Ştutqart” - 4 (3), “Sevilya” - 3 (2), “Partizan” - 0 (3) D qrupu“Neymeqan” (Hollandiya) - “Tottenhem” (İngiltərə) - 0:1“Dinamo” (Zaqreb, Xorvatiya) - “Spartak” (Moskva, Rusiya) - 0:1“Udineze” - 6 (2), “Tottenhem” - 6 (3), “Spartak” - 3 (2), “Dinamo” - 3 (3), “Neymeqan” - 0 (2) E qrupu“Portsmut” (İngiltərə) - “Milan” (İtaliya) - 2:2“Braqa” (Portuqaliya) - “Volfsburq” (Almaniya) - 2:3“Milan” - 7 (3), “Volfsburq” - 6 (2), “Braqa” - 3 (3), “Portsmut” - 1 (2), “Herenven” - 0 (2) F qrupu“Jilina” (Slovakiya) - “Slaviya” (Çexiya) - 0:0“Hamburq” (Almaniya) - “Ayaks” (Hollandiya) - 0:1“Aston Villa” - 6 (2), “Hamburq” - 6 (3), “Ayaks” - 3 (3), “Slaviya” - 1 (2), “Jilina” - 1 (3) G qrupu“Brügge” (Belçika) - “Sent-Etyenn” (Fransa) - 1:1“Rusenborq” (Norveç) - “Valensiya” (İspaniya) - 0:4“Sent-Etyenn” - 7 (3), “Valensiya” - 4 (2), “Brügge” - 2 (2), “Kopenhagen” - 1 (2), “Rusenborq” - 1 (3) H qrupuOMİK (Rusiya) - “Lex” (Polşa) - 2:1“Deportivo” (İspaniya) - “Feyenoord” (Hollandiya) - 3:0OMİK - 9 (3), “Nansi” - 4 (2), “Deportivo” - 3 (2), “Lex” - 1 (2), “Feyenoord” - 0 (3) SKİBBE JURNALİSTƏ “SƏFEH” DEDİ“Metallist”lə oyunun son dəqiqələrində buraxdığımız qol fikirlərimizi alt-üst etdi. Buna baxmayaraq gələn həftə Berlində “Herta” ilə görüşdə qənaətbəxş nəticə qazanaraq növbəti mərhələyə adlayacağımıza inanıram".Bunu UEFA kubokunun qrup mərhələsinin III turunda öz meydanında “Metallist”ə 0:1 hesablı məğlubiyyətin ardından təşkil olunan mətbuat konfransında “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe deyib. Alman çalışdırıcı rəqibin qol vurduğu epizodda kobud səhv buraxan Sərvət Çətinə dəstək olub: “Futbolda belə şanssızlıqlar olur. Ümumiyyətlə, biz birinci hissədə yaxşı müdafiə oluna bilmirdik. ”Metallist"ə oynamaq üçün boş sahə verdik. Ukrayna komandaları adətən müdafiədə yaxşı təsir bağışlayır. Fasilədən sonra rəqib qapısına həlledici zərbələr vurmağı bacarmadıq".Mətbuat konfransının sonunda jurnalistlərdən birinin sualı isə Skibbeni özündən çıxarıb. “İstefa verməyi düşünürsünüzmü” sualına alman mütəxəssis əsəbi cavab verib: “Bu, çox səfeh sualdır”. “LOKOMOTİV” LİNKOLNA MARAQ GÖSTƏRİR“Qalatasaray”ın braziliyalı legioneri Kassio Linkoln Rusiya “Lokomotiv”inin maraq dairəsinə düşüb. Moskva klubunun rəhbərliyi və baş məşqçisi Rəşid Rəhimov istedadlı yarımmüdafiəçinin oyununu izləmək üçün İstanbula gediblər.Linkolnun iştirakı ilə bir neçə oyuna baxan ruslar onu transfer etməkdə israrlıdır. 30 yaşlı braziliyalını buraxmaq fikrində olmayan “Qalatasaray” rəhbərliyi ona 7,5 milyon avro transfer qiyməti qoyub. “FƏNƏR” YENİ QAPIÇI İLƏ ANLAŞDI“Fənərbaxça” ciddi səhvləri ilə komandanı çətin duruma salan qapıçı Volkan Dəmirələ əvəz tapıb. Klub rəhbərliyi “İstanbul Böyükşəhər Bələdiyyəsi” klubunun qapıçısı Kənan Hasaqiçlə anlaşıb.Bosniyalı legioner böyük ehtimalla dövrələrarası fasilə dönəmində “Fənərbaxça”ya keçəcək. Uzun müddətdir İstanbul klubunda çıxış edən Hasaqiç bir aydan sonra Türkiyə vətəndaşı da olacaq. |
43,637 | 29.11.2008 07:01 | İdman | FOQTSUN ADI 10 BÖYÜK QALMAQAL SİYAHISINDA | Dünyanın ən davakar 10 futbolçusu aşağıdakılardır: Coy Barton (“Nyukasl”ın müdafiəçisi) Julian Diks (“Liverpul”un sabiq müdafiəçisi) Ştefan Effenberq (“Bavariya”nın sabiq yarımmüdafiəçisi) Yens Lemann (“Ştutqart”ın qapıçısı) Kriştiano Ronaldo (“Mançester Yunayted” və Portuqaliya yığmasının yarımmüdafiəçisi) Uilyam Qallas (“Arsenal” və Fransa yığmasının müdafiəçisi) Dankan Ferqyusson (“Nyukasl” və Şotlandiya yığmasının sabiq hücumçusu) Mido (“Midlsbro” və Misir yığmasının hücumçusu) Pyer van Hoydonk (“Fənərbaxça” və Hollandiya yığmasının sabiq hücumçusu) Edmundo (Braziliya yığmasının sabiq hücumçusu, hazırda “Vasko da Qama”nın şərəfini qoruyur) Bunların arasında ən çox “fərqlənən” Coy Bartondur. 26 yaşlı futbolçu daha nələr etməyib ki!? Komanda yoldaşlarının yanında siqaret çəkib, “Everton”un 15 yaşlı fanatını döyüb, taksi sürücüsünə hücum edəndən sonra 6 aylıq həbs olunub, məşq zamanı komanda yoldaşını əzişdirib və s.Elə Edmundo da meydandakı və ondan kənardakı hərəkətləri ilə həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, onun ləqəbi “Heyvan”dır.Berti Foqtsa gəlincə isə o, Effenberqin güdazına gedib. 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Almaniya yığmasının müdafiəçisi Effenberq əsəblərini cilovlaya bilməyərək azarkeşlərə barmağı ilə qeyri-etik jest etmişdi. Nəticədə bu, dünya futbolunda misli görünməyən qalmaqala səbəb olmuşdu. Almaniya milli komandasının o vaxtkı baş məşqçisi B.Foqts oyundan dərhal sonra təcili iclas keçirərək Effenberqi yığmadan qovmuşdu. |
43,638 | 29.11.2008 08:02 | İdman | SAŞA YUNİSOĞLU “POLONİYA”dan GEDİR | Bu fikirləri apasport.az saytına Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu deyib. Onun fikrincə, uzun müddət oyun praktikası sarıdan korluq çəkməsi başqa kluba keçidində problem yaratmayacaq: “Mən peşəkar futbolçuyam. Hesab edirəm ki, hazırkı formam başqa klubda çıxış etməyimə imkan yaradır. Polşada LKS və ”Odra" variantları var. “Poloniya” məni icarəyə vermək istəsə də buna razı deyiləm. Çünki müqavilə şərtlərinə əsasən icarədən sonra geri qayıtmalıyam, bu isə mənə sərf etmir. “Poloniya”dan birdəfəlik ayrılmaq istəyirəm. Klubla yayadək müqaviləm var. Yaxşı variant olmasa, anlaşmamın başa çatmasını gözləməli olacağam. Ola bilsin ki, ikinci dövrədə mənə şans verildi".Gənc oyunçunun vətənə qayıtmaq variantı da var: “Bildiyimə görə, öz klublarımızdan mənimlə maraqlanan var. Ancaq indidən ad çəkməyim düzgün olmazdı. Yenidən Azərbaycanda çıxış etməyə ən son variant kimi baxıram”.Xatırladaq ki, Yunisoğlu kapitanı olduğu İmişlinin “MKT-Araz” klubu ötən il dağılandan sonra “Qrotslin”ə keçib. |
43,639 | 29.11.2008 08:02 | İdman | TAYSON MAŞINI İLƏ VİLLANIN DARVAZASINI SINDIRDI | Tayson qonaqlar üçün açıq olan qapının əvəzinə bağlı darvazadan içəri keçməyə cəhd edib. Bu zaman qapılar onun nəhəng avtomobili qarşısında tab gətirməyərək sınıb. Hadisə yerinə gedən polislər boksçuya cərimə qəbzi təqdim edib. Bundan sonra 42 yaşlı idmançı qonaqlar üçün qapıdan içəri keçib. |
43,640 | 29.11.2008 07:35 | Proje | “50 NÖV QAYĞANAQ BİŞİRƏ BİLİRƏM” | “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin mətbəxi təxmin etdiyimizdən də maraqlı çıxdı. İmprovizələri, fərqli fantaziyaları, dünya mətbəxindən seçmələri ilə... Bir tərəfdə tipik azərbaycanlı kimi mahir kabab ustası, o biri tərəfdə isə 50 növ qayğanaq bişirməyi bacaran orijinal aşpaz. Elə biz də bu iki “aşpaz Arif Əliyev” arasında var-gəl etdik və ortaya maraqlı mənzərə çıxdı. ...Ondan öncəsə mətbəx sevdasının başlanğıcına gedib, onu mətbəxə nələrin bağladığından danışırıq. - Son 5 ildə çəkimin dəyişməsinə əgər diqqət yetirmisinizsə, hiss edərsiniz ki, mətbəxə kifayət qədər yaxınam. Amma yemək baxımından. Yemək məhsullarını istehsal etmək baxımdan isə yox. - Mətbəxdə yemək bişirmək gün rejiminizə daxildirmi? - Mətbəxdə yox, həyətdə bişirmək daha çox yaxındır. Adətən mən özüm yemək hazırlamıram. - Bəs zərurət olanda? Yəni hansı hallarda mətbəxə möhtac qalırsınız? - Birincisi, tək olanda. İkincisi, çox ac olanda. Üçüncüsü isə könlümə nəysə düşəndə. - Mədəsini aldadanlardansınız? Yəni sırf mədəniz doysun, aclığınız keçin deyə “tezbazar”, başdansovdu yeməklər yeyə bilərsiniz? Yoxsa yemək sizinçün xüsusi, özəl münasibət tələb edir? - O sahədə mənim o qədər də adi olmayan rejimim və yanaşma tərzim var. Mən adətən gündə bir dəfə yeyirəm. Amma yemək mənimçün sadəcə, mədəni doldurmaq üçün deyil. Yaxşı və dadlı yeməyi xoşlayıram. - Niyə bir dəfə? Bu rejim öz-özünə belə alınıb? Yoxsa hansısa həkim məsləhəti, dieta və sairlə? - Bəlkə də 30 ildir belə yaşayıram. Bu qaydanı ya məcburiyyət qarşısında, ya səfərlərdə pozuram. Bu, məcburən tabe etdirdiyim qayda deyil. Öz-özünə belə alınır. Bəzən heç yadıma da düşmür ki, günorta yemək lazımdır. - Bu bir dəfə yemək günün hansı saatına təsadüf edir? Belə təxmin etdim ki, şam vaxtına, eləmi? - Bəli. Bu isə ümumiyyətlə, məsləhət görülmür. Adətən deyirlər ki, səhər yeməyini özün ye, günorta yeməyini dostunla böl, axşam yeməyini isə düşmənə ver. Məndə tamamilə əksinədir. Mən səhər yeməyini də verirəm, günorta yeməyini də. Axşam yeməyini isə özüm tək yeyirəm. - Mətbəxdə nə dərəcədə yaradıcısınız? Orijinal yeməklər, fərqli salatlar, şirniyyat növləri. Nə dərəcədə əliniz bu işlərə yatır? - Baxır mətbəxə hansı tərəfdən yanaşırsan. Əvvəla, mən deyirəm ki, mətbəxdə plitənin arxasında dayanmağı o qədər xoşlamıram. Amma hər hansı seçilmiş istiqamət üzrə fantaziyanı işlətməyi xoşlayıram. Tutaq ki, 50 növ qayğanaq hazırlaya bilərəm. Şabalıdla qayğanaq, zeytunla qayğanaq, soyuducuda əlimə keçən hər şeyi müxtəlif proporsiyalarla qarışdırıb hazırladığım qayğanaq... - Təkcə qayğanaq məsələsindəmi iddialısınız? Başqa hər hansı yemək varmı ki, onu yaxşı bişirdiyinizə görə öyünəsiz? - Mənim mətbəxdəki şah əsərlərim kabab, od üstündə göbələk, kartof qızartması və qayğanaqdır. Əlbəttə, elə olub ki, şorba da hazırlamışam, “duxovka”da fransızsayağı ət də. Amma bunlar epizodik və mətbəx şıltaqlığı olan məsələlərdir. Gözəl bacardıqlarım isə cavabımın əvvəlində sadaladığım o dörd yeməkdir. İddiaya gəlincə, göbələyin bişirilməsində kimlərləsə iddiaya girə bilərəm. Amma qalan sahələrdə elə böyük iddialarım yoxdur. - Mətbəxdəki müəlliminiz kimdir? - Bir sahə üzrə müəllimim Moskvada olub. Tələbə vaxtı bir otaqda üç nəfər qalırdıq, biri keçmiş desantçı, o birisi isə keçmiş dənizçi idi. Adətən təqaüdə iki-üç gün qalmış, yəni, pul qurtaran vaxt “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” prinsipi ilə olan-qalan bütün pulumuzu yığır, Çexiya pivəsi, kartof-toyuq alırdıq. O kartofu müxtəlif formalarda, ətirli bişirməyi həmin o desant öyrətmişdi. Qayğanaqla bağlı deyə bilərəm ki, bu “samouçka”dır, özüm öyrənmişəm. - Şah yeməyiniz hansıdır? Dost-tanışlarınız, yaxın çevrəniz hansı yeməyinizin sorağına sizə gəlir? - Kabab və odun üstündəki göbələk. Bu sahədə menyum kifayət qədər bəsitdir. Ən çox bişirdiyim onlardır və bunlar məndə pis alınmır. - Adətən yeməyi üç mərhələyə bölürlər: onun bişirilməsi, yeyilməsi və bulaşıqların yuyulması. Deyirlər, bu mərhələlərdən ən maraqlısı onun yeyilməsidir. Bəs sizə görə bu necədir? Yəni qonaqları yola salandan sonra hansı əhvalda olursunuz? - Mən bir çox hallarda bu işləri tək etmirəm. Amma təsəvvür edin ki, o mətbəxin yığışdırılması, qabların yuyulması da mənimçün ən maraqsız hissə deyil. Bəzən işin o mərhələsinə başlayanda elə bil ki, özünü nəyəsə kökləyirəm. Bir də onda düşüncələrdən ayılıram ki, artıq sonuncu qab yuyulub. Mən çox zaman heç hiss etmirəm ki, o işi necə görürəm. Həmin ərəfədə beynimdə başqa fikirlər olur, hansısa bir yeni yazı yaranır. Əl işləyən vaxt beyin də öz-özünə işləyir və əslində mən həmin ərəfədə başqa iş görürəm. - Xarici ölkə mətbəxində vaz keçə bilmədikləriniz... Fərqli, yeni dadlara nə dərəcədə açıqsınız? - Mən ümumiyyətlə, ət yeməklərini xoşlayıram. Həmişə onu misal çəkirəm ki, İsaxan Aşurovun könlünə nəsə düşəndə, kimisə yeməyə dəvət edəndə demir ki, gedək yemək yeyək. Deyir, gəl gedək ət yeyək. Mən tərkibində ət olan yeməkləri xoşlayıram. Amma ən çox xoşladığım və dadı yadımda qalan yemək İspaniyadakı “klevetka” supudur. Meksika mətbəxini olduqca xoşlayıram. Xingali də çox dadlı yeməkdir. Bir sözlə, cənub yeməklərini daha çox xoşlayıram. - Mətbəx deyəndə assosiativ olaraq yada qadınlar düşür. Siz də mətbəxin qadınlara, qadınların isə mətbəxə çox yaraşdığını düşünən kişilər kateqoriyasına aidsiniz? - Özüm yaxşı yemək bişirməsəm də, bilirəm və hesab edirəm ki, ən yaxşı aşpazlar həmişə kişilər olur. Mən bunun şahidi də olmuşam. Əgər məndən soruşsalar ki, qadın səndə hansı assosasiya oyadır, sadalayacağım 5 assosasiyanın sırasında mətbəx olmaz. - Sizin beyninizdə qadınlar mətbəxdən bu qədərmi uzaqdır? - Deməzdim. Amma mənə elə gəlir ki, onların digər keyfiyyətləri var ki, bu, onları daha çox səciyyələndirməlidir. Həm kişilərə, həm də bütövlükdə cəmiyyətə onları sevdirən həmin cəhətlərdir. Ona qalsa, mən kişini mətbəxdə, özü də yaxşı yemək bişirdiyini görəndə təəccüblənmirəm. Özüm mətbəxdə az oluramsa və az şey bacarıramsa, bu, o demək deyil ki, mən bunu kişi işi hesab etmirəm. Bir sıra kişi işi hesab etdiyimiz məsələlər də var ki, mən onların öhdəsindən gələ bilmirəm. - Maraqlıdır, nəyin öhdəsindən gələ bilmirsiniz? - Mən ocağı, kamini qalamağı xoşlayıram. Amma odun yara bilmirəm, daha doğrusu, çox pis yarıram. Baltanı düzgün vurmaq və sair xüsusi məharət, illər tələb edir, amma mənim əlim yatmır. Mətbəxdə ən pis bacardığım iş çörək kəsməkdir. Heç cür çörək kəsmək alınmır, ya oxalanır, ya da əyri-üyrü alınır. - Hə, qayıdaq qadınlar məsələsinə. Bəzi həmcinsləriniz deyir, qadınlar mətbəxdən, evdən uzaq düşdükcə, aktiv iş həyatına qatıldıqca zərifliklərini, incəliklərini itirir, hətta bir az kişiləşirlər. Siz necə, bu rəylə razısız? - Mən bu fikirlə qismən razıyam. Amma bu, ona görə baş verir ki, indiki şəraitdə, Azərbaycandakı işgüzar münasibətlərdə, bu çərçivələrdə - biznesin də öz etikası var - zərif qadın olaraq qalmağı çox çətin təsəvvür edirəm. Çünki bu münasibətlər bəzən “vəhşi”dir, kimlərisə sındırmaq, özünə tabe etdirmək, oliqarx münasibətləridir. İndi siz təsəvvür edin ki, zərif və dərin mənəviyyatlı qadın korrupsiya və rüşvət sistemində zərif, incə və təmiz qalmalıdır.Gəlin öz mühitimizdən danışaq. Mən bilirəm ki, bizdə elə qadın iş adamları var ki, öz işçiləri, ətrafı, əməkdaşları ilə çox kobud davranırlar. Mən ümumiyyətlə, kobudluğu xoşlamıram, xüsusilə də qadınlarda. İkincisi, bir sıra öhdəliklər var ki, onlar insanı həyata bağlayır. Qadını mətbəxə bağlayan öhdəliklərdən biri də odur ki, o, uşaqlarını, ərini yedizdirməlidir və sair. Bəzən görürsən ki, işgüzar, siz demiş, kişiləşən qadınlarda o öhdəliklər sanki itir. Hansısa bir daxili ədalət, heç zaman nankorluğa yol verməmək, qədir bilmə hissi qadınlarda daha çox olur. Təəssüf ki, onlar çox kövrək hisslərdir. Yaşadığın mühit çox tez məcbur edir ki, sən dəyişəsən. Bir dəfə aldandınsa, artıq inamı-etimadı itirirsən. Mən insanların, qadınların başqasına inanmasını, etibar etməsini xoşlayıram. Amma bir-iki dəfə aldananda artıq hər şeyə şübhə ilə yanaşırlar. Bu, ümumiyyətlə, pis cəhətdir. Xüsusilə də qadınlarda. Amma neyləyəsən ki, dövr, zəmanə, acı həyat təcrübəsi onu bu qədər dəyişirsə, maska ilə yaşamağa məcbur edirsə, onda bunu qəbul eləməsən də, sadəcə, yaşamağa məcbur olursan. Xüsusən qadın maska gəzdirməməli, səmimi olmalıdır. Amma həyatdan qorunmaq üçün bir qayda olaraq, xüsusilə zərif və tez yaralana bilən insanlar daha çox o maska ilə gəzməyə çalışırlar ki, ortada bir divar, pərdə yaradır. O divarı nəinki keçə bilmirsən, heç keçməyə də cəhd etmirsən. - Media eksperti olaraq, dünyanın bir çox ölkələrində gəzmisiniz, əcnəbi jurnalistlərə bələdsiniz. Maraqlıdır, xarici jurnalistlərlə bizimkilərin yemək rasionu, menyusu arasında nə fərq var? - Elə paralel aparmaq imkanı olub. Bu, peşədən çox, yaşadığın mühitin və ölkənin ənənələrindən asılıdır. Bir qayda olaraq, jurnalistlər yeməyə daha az tələbatlı olurlar. Əksəriyyəti buterbrodla mədəsini aldadır. Xarici jurnalistlərin 90 faizi qonağını öz evinə yox, restorana dəvət edir. O zaman hər şey seçimdən asılı olur ki, Meksika, yoxsa İtaliya restoranını seçdi. Amma bundan kənar jurnalistlər öz xalqlarının övladlarıdır. Şimalda bir o qədər də ürəyimizi açmayan, zövqümüzü oxşamayan, ağzımıza dad gətirməyən, kalorisi az, yarıçiy yeməklərə üstünlük verirlər. Cənubda - Kiprdə, Türkiyədə, İspaniyada zövqümüzü oxşayan, bizə çox yaxın olan yeməklər verilir. Dadı bir az fərqlənə bilər. Amerikanın cənubunda və ya şimalında olan redaksiyanın jurnalistləri ilə bir-iki dəfə, onların zövqünə uyğun yerdə yemək yesən, hiss edərsən ki, tamam fərqli fəlsəfə və yanaşma tərzləri var. Əslində mətbəx özü də fəlsəfə, mədəniyyətin güclü təbəqəsidir. Havayı yerə deyil ki, xalqlar bəzən bir-birilə dolmalarının, kabablarının üstündə dalaşırlar. Yəni, sivilizasiyaların, mətbəxlərin toqquşması eyni zamanda mətbəx səviyyəsində baş verir. Bəzən adama maraqlı gəlir ki, bu, bir ölkə səviyyəsində özünü göstərir. - Siz bunu dediz, amma mənim yadıma Azərbaycandakı əksər qəzetlərin yerləşdiyi “Azərbaycan” nəşriyyatının yeməkxanası düşdü. O yeməkxana ki, orada jurnalistlərin yemək rasionu tamam fərqlidir, bir çox hallarda içki də süfrədən əskik olmur. - Təsəvvür edin ki, 2005-ci ildən bu yana cəmi bir neçə dəfə siqaret alanda yeməkxanaya daxil olmuşam. Amma başqa vaxt yeməkxanada olmamışam və oradan o qədər də xəbərim yoxdur. - Deyirlər, içki yaradıcılığa da stimul verir, ilham pərisi tez gəlir və sair... O baxımdan jurnalistin süfrəsində olmalıdırmı? - Mən inkar etmirəm ki, spirtli içki yaradıcı adamı xarakterizə edən atributlardan biridir. Bu,Sovet dövründə də beləydi. Jurnalistlər ən çox spirtli içkiyə meylli adamlar idi. Mən “AzərTAC”da işləyəndə çoxlu yaxşı jurnalistlər vardı ki, arağı göstərib, “mən bu zəhrimarsız yaza bilmirəm” deyirdi. Bunu inkar etməsəm də, özümə görə, içkini işlə əlaqələndirən adam deyiləm. Hesab etmirəm ki, əslində bilavasitə yaradıcılıq prosesi ilə əlaqəlidir. Əgər jurnalistlər bunu çox istemal edirlərsə, onu daha çox mənəvi çətinliklərlə, əziyyətlərlə bağlayardım, nəinki yaradıcılıq ağrıları ilə. *** Bu da qaçaraq və spantan şəkildə baş tutan söhbətin sonu. İndi növbə çatır ev sahibinin öz mətbəx məharətini göstərməsinə. Mənimçün ən maraqlısı 50 növ qayğanaq məsələsi olduğundan elə xahişimi də o yöndə edirəm. (təbii ki, 50 növün 50-sini də bişirməsini xahiş etmək üzlülük və absurd olardı). Amma ən orijinal hesab etdiyini - soyuducuda “tapdığı” hər şeydən ibarət bir qayğanaq - hazırlayır və nəticə inanın ki, elə söhbətin özü qədər maraqlı olur. Siz də bunu sınaqdan keçirin, uduzmazsınız... |
43,641 | 29.11.2008 08:13 | Güney hadisələri | TEHRAN MİLLİ MƏDƏNİYYƏTƏ "SAYĞI" NÜMAYİŞ ETDİRİR | Bu həftə Tehrandakı "Böyük saray" adlanan salonda tanınmış aşıq Çingiz Mehdipurun başçılıq etdiyi "Dalğa" qrupunun konserti olub. Musiqili gecədə Fərrux Mehdipur, Məcid Rəhimpur, Mehran Fərşbaf, Arif Mehdipur, Məhbub Xəlili və Əli Novruzi çıxış ediblər.Xatırladaq ki, sentyabrın 23-də Güney Azərbaycanın "Aşıqlar" qrupu həbs edilmişdi. Bu musiqi dəstəsi Tehran hakimiyyətinin dini-ideoloji mərkəzi sayılan Qum şəhərində milli-mədəni sahədə fəaliyyət göstərirmiş. Onların arasında aşağıdakıların adı olduğu bildirilib: aşıq Əkbər Qulami, aşıq Mehdi Sədri, aşıq Məhəmməd Səhrayı, aşıq Hüseyn Həqiqi, aşıq Eynulla Əzizi, Həsən Yavər Qərənli, aşıq Abbas Zənd, Əmir Qərənli, Əli Qərənli, Hüseyn Kərimi, Məcid Mehdilu, Məhəmmədrza Ruhita, Həsən Abbasi.Müşahidəçilərin fikrincə, Tehranda Azərbaycan aşıqlarından ibarət "Dalğa" ansamblının çıxışına icazə daha çox Qumda həbs olunmuş aşıqlar barədə məlumatın yaddan çıxarılmasına hesablanıb.Onu da yada salmaq lazımdır ki, özünü müsəlman dünyasının himayəçisi, lideri sayan İslam Respublikası etnik azlıq olan ermənilərin milli-mədəni haqlarını möhkəm qorumaqdadır. "Baybak"ın məlumatına görə, bu günlərdə Tehran hakimiyyəti İranda yaşayan erməni musiqiçsi Zaven Yədiqratsyanı mükafatlandırıb. Onun təltif olunması tədbiri Təbrizdə keçirilib. Güney Azərbaycan türkünün vergisi hesabına dolanan İslam Respublikası türkün mənəvi başkəndlərindən birində - Təbrizdə bu mərasimi keçirməklə Azərbaycan türkünə sayğı göstərmədiyini bir daha nümayiş etdirdi. Ancaq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyən İran hakimiyyəti Azərbaycan musiqisinin təbliğatçısı 65 yaşlı Həsən Azərbaycanı çeşidli bəhanələrlə bir il həbsxanada saxlayıb işgəncəyə məruz qoydu.Xəbərə görə, erməninin təltif olunması mərasiminə hakimiyyət nümayəndələri ilə yanaşı, xeyli panfarsist və panirançı düşüncə sahibi olan "ziyalı" qatılıb. |
43,642 | 30.11.2008 07:05 | Media | MƏŞHURLAR YERLİ KANALLARI İZLƏMƏMƏYƏ ÇALIŞIR | Politoloq Elxan Mehdiyev bildirdi ki, 2003-cü ilin 16 oktyabr hadisələrindən indiyə kimi Azərbaycan kanallarının nə xəbərlər, nə musiqi, nə də publisistik verilişlərinə baxır. Evində çanaq antenası olduğunu deyən müsahibimiz hətta ordan da Azərbaycan kanallarını silib: “Çünki 15-16 oktyabr hadisələrindən sonra Azərbaycan televiziyaları insanlara əziyyət, zülm verən polisin, təhlükəsizlik qüvvələrinin agenti kimi çıxış etdi, jurnalist kimi yox. Ona görə də öz etirazımı həmin kanalları boykot etməklə bildirirəm. Mən onların verilişlərindən nəsə müsbət şey əldə edə biləcəyimə inanmıram. O düşüncəli insanların verilişlərindən nə anlamaq olar ki?”E.Mehdiyev onu maraqlandıran hadisələri qəzet və internet vasitəsilə izləyir. Bu cəmiyyətdə baş verən proseslərin hər kəsin gözü önündə olduğunu deyən müsahibimizə görə, bunları televizorda seyr edib, əsəbləri pozmağa ehtiyac yoxdur: “Mən həm də onları müsahibə üçün müraciət edəndə də rədd edirəm. Çalışmıram ki, səbəbini izah edim. Amma indi burdan deyirəm və özləri biləcəklər ki, mənim onlara müsahibə verməməyimin kökündə nə dayanır. Hətta qonaq getdiyim evlərdə də yerli kanalların xaricilərlə əvəz edilməsini istəyirəm. Bu, artıq bir psixologiyadır”.Hüquq müdafiəçisi Çingiz Qənizadə isə Azərbaycan kanallarına baxanlardandır. Daha çox milli dəyərlərə, əxlaqa söykənən, milli ruhda olan, milli musiqimizin təbliği ilə məşğul olan verilişləri izlədiyini deyən müsahibimiz bu sırada İctimai Televiziyaya üstünlük verir: “Şoudan uzağam. Məddahlıq üzərində qurulmuş verilişlərə baxmıram. Çox istərdim ki, Azərbaycan telekanalları tam müstəqil olmaqla bərabər, o dəyərlərə söykənən verilişləri nümayiş etdirsinlər. Gənclərimizin əxlaqını korlayan, aparıcı-müğənnilərin qeyri-etik davranışlarının nümayiş olunduğu, geyim tərzi ilə tamaşaçıların psixologiyasına zidd olan verilişlər çoxalıb. İstərdim ki, bir müsəlman ölkəsi olaraq, bu cür əxlaqa zidd verilişlər yığışdırılsın”.Yazıçı Sabir Azəri isə bütün yerli kanallara müntəzəm olaraq baxmadığını söylədi. İstisnasız olaraq, “Xəbərlər” verilişini seyr edən ziyalımız digər proqramlara baxanda əsəbləşdiyini dedi: “Aparıcılar, diktorlar müstəqillik, sərbəstlik adına özlərini son dərəcədə ədəbsiz aparırlar, müsahibə götürən adamlara hörmət etmirlər. ”Xəzər” telekanalında “Ay Zaur” adlı verilişin aparıcısı var, özündən müştəbehdir, müsahiblərinə qarşı çox sayğısızdır. Mən köhnə televiziyaçıyam. O televiziya ilə indikini müqayisə edəndə mən keçmişə üstünlük verirəm”.BDU-nun jurnalistika fakültəsinin müəllimi, tanınmış media mütəxəssisi Zeynal Məmmədli isə yerli kanallarda xəbərlər və xəbərdən törəmə verilişlərə baxanlardandır. Müsahibimiz hərdən tok şouları da izləyir: “Rüstəm İbrahimbəyov müsahibələrindən birində Azərbaycan telekanallarına nifrət etdiyini deyib. Mən də bu fikrin altına imza atıram. Əllərindəki bu qədər imkanlara baxmayaraq, belə iş ortaya çıxardıqlarına görə sadəcə, təəssüflənirəm”. |
43,643 | 30.11.2008 07:05 | Media | “QOY SAKİT AZADLIĞA ÇIXSIN, HƏR GÜN BİR YOX, ÜÇ ŞEİRİNİ ÇAP EDƏCƏYİK” | Müsahibimizin sözlərinə görə, satiriki bu səbəbdən həbs edən hakimiyyət türmədə olduğu vaxtda yazdığı şeirlərə görə də ona təzyiq göstərir: “Dəfələrlə olub ki, Sakit türmədə şeir yazıb və çap olunub. Düz 3 dəfə YAP-ın icra orqanı Mətbuat Şurasına bu şeirlərlə bağlı şikayət edib. Onu şeirlərinə görə türməyə atdıqları bəs deyilmiş kimi, yenə də təqib edirlər”.Müsahibimiz bu təqib məsələsi ilə bağlı daha konkret fikirlər söylədi. Onun sözlərinə görə, türmədə olan adam barədə cinayət işi açmağın ayıb olduğunu düşünən bu və ya digər qüvvələr başqa variantlara əl atırlar. A.Əhmədov bildirdi ki, Mirzə Sakit yeni şeirlərində kimi hədəfə alırsa, onlar türmə rəhbərliyi vasitəsilə ondan heyif çıxır, cəzalandırırlar: “Mən faktlarla danışıram. Sakitin ən kəskin şeirləri nə vaxt çıxırsa, ondan bir-iki gün sonra ona qarşı təxribat olur, onu ya döyür, ya da saçını qırxırlar. Nəhayət, son olaraq, onun yerini dəyişdirdilər. İndi də onun özü, ailəsi deyir ki, yeni türmə rəhbərliyi ilə aralarında problem yoxdur, hər şey çox yaxşıdır. Mirzə Sakitin daha öncə saxlandığı 14 saylı kalonun rəisi Ərşad Həsənovun da onunla heç bir şəxsi qərəzliyi yox idi və ola da bilməzdi. Onu Sakitə qarşı qoyan şeirlərindəki ayrı-ayrı hədəflər idi. Ərşad Həsənova hansısa şeirlərə görə Sakitlə haqq-hesab çəkməyi sifariş verən məmurlar indi də 10 saylı türmənin rəhbərinə eyni sifarişi verə bilərlər. Bütün bunlara görə, həbsdən buraxılmsına 6 ay qalmış, təhlükə yaratmamaq, təxribata yol verməmək üçün “Azadlıq” qəzeti Sakitin şeirlərini çap etməməyə qərar verib”.A.Əhmədov bu qərarlarına görə Mirzə Sakitin onlardan inciyə biləcəyi ehtimalını da istisna etmir. Müsahibimiz bildirdi ki, qəzet rəhbərliyi olaraq, azadlıqda ikən hansısa məmurla kəllə-kəlləyə gələ bilirlər: “Amma türmədə qorunmaq çətindir. Onun təhlükəsizliyini, həyatını nəzərə alıb, şeirlərini çap etmirik. Özü də Qənimət Zahid başda olmaqla, digər qardaşları da onun şeirlərinin çapına razı deyil. Sakit inciyir və inciməyə də haqqı var. Sadəcə, biz onu düşünürük. O sıradan biri olsaydı, onun taleyi bizimçün o qədər əhəmiyyət daşımasaydı, şeirlərini çap etdirərdik. Amma biz bütün bunları nəzərə almalıyıq. Allah qoysa, azadlığa çıxsın, hər gün bir yox, üç şeirini çap edəcəyimizə söz verirəm”. |
43,644 | 30.11.2008 08:05 | Media | DİPLOMATLARIN MƏHBUS JURNALİSTLƏRLƏ GÖRÜŞÜ GÖZLƏNİLƏN ƏFVDƏN XƏBƏR VERİR? | “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov hesab edir ki, jurnalistlərin azadlığa buraxılmasındakı canlanma əslində 1,5-2 ay əvvəl olub. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəylə görüşdə jurnalist təşkilatı rəhbərləri əfv məsələsini qabardıblar: “6-7 ay əvvəl də Şeyx bildirmişdi ki, əgər məhbus jurnalistlər ərizə yazmaq istəmirlərsə, şəxsən ona müraciət edə bilərlər. Elə həmin vaxt Qənimət Zahidin reaksiyası belə oldu ki, Şeyx şərlənmiş bir hacını şərdən qurtara bilərsə, buna yalnız təşəkkür düşə bilər. Şeyx bu missiyanı boynuna götürmüşdü və məndə belə təsəvvür vardı ki, o, bu işə qoşulubsa, Qurban bayramında əfv gözləmək olar. Amma bayrama cəmi bir neçə gün qalsa da, bu istiqamətdə heç bir yenilik yoxdur. Hüquq müdafiəçiləri hər dəfə deyir ki, jurnalistlər filan bayrama qədər buraxılacaqlar. Bu hesabla onları azı 10 dəfə azadlığa “buaraxıblar”. Bunlar baş tutan şeylər deyil”.A.Əhmədov hesab edir ki, jurnalistlərin azadlığa buraxılması ilə bağlı ən böyük ümidlər Obamanın ABŞ prezidenti seçilməsindən sonra yaranıb. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Devid Kramerlə görüş zamanı da bu qənaət möhkəmlənib: “Hesab edirəm ki Obama hakimiyyəti Azərbaycan hakimiyyəti qarşışında söz azadlığı məsələsini tam qoyacaq. Nikbinliyimi itirməmişəm. Amma diplomatik korpus nümayəndələrinin məhbus jurnalistlərə baş çəkməsindən xüsusi nəsə gözləmirəm. Bu, adi və diplomatik bir jestdir”.“Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu isə hesab edir ki, Azərbaycan jurnalistlərinin indiyə qədər məhbus həmkarlarının azadlığa buraxılması ilə bağlı verdikləri proqnozlar təcrübədə özünü doğrultmayıb. Müsahibimizin sözlərinə görə, diplomatların həbsdəki jurnalistlərlə görüşünün səbəbi onların da ümidlərinin doğrulmamasının nəticəsidir: “Onlar da bununla ölkə rəhbərliyinə və siyasi iradəyə xatırladırlar ki, bu, bizimçün yadan çıxmayıb. Yəni bununla həm də özlərinin demokratiyaya münasibətini bildirir, azad sözün müdafiəsi üçün diqqət göstərirlər. Seçkidən sonra demokratik ölkələrin ikili standartlarda qalması onları düşündürür. Avropada və demokratik ölkələrdə demokratiya unudulan məsələ deyil. Bu görüşlər də həmin məntiqin nəticəsidir”. |
43,645 | 30.11.2008 08:05 | Media | “BİZ NAŞÜKÜRLÜYÜMÜZÜ BÜRUZƏ VERİRİK” | “Ağır vaxtlarımızda, qorxunc tarixi anları yaşadığımız vaxtlarda ”Azadlıq” radiosu, “Amerikanın səsi” bizə çox kömək göstərirdilər. İndi isə biz naşükürlüyümüzü biruzə veririk. Vəziyyət az-çox stabilləşib. Gəl indi, bu radioların səsini qapadaq. İkincisi, bu radiolar əhaliyə həqiqətin çatdırılmasının nadir kanallarından biridir”.R.İbrahimbəyov xarici radiostansiyalarla bağlı bu addımın atılmasının qeyri-demokratik ola biləcəyini də vurğulayıb. |
43,646 | 30.11.2008 08:08 | Ölkə | “RƏSULZADƏNİN ADI BDU-ya QAYTARILA BİLƏR” | BDU-nun tarixi haqda danışan A.Məhərrəmov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulandan sonra uzun müddət universitetin yaradılması məsələsi müzakirə mövzusu olub: “AXC yaradıcıları belə qənaətə gəlib ki, ölkəni ağır vəziyyətdən çıxarmaq üçün kadrlar yetişdirə biləcək ali təhsil ocağına ehtiyac var. Ancaq ilk zamanlar milli kadrların olmaması bu məsələdə problem yaradırdı. Bununla belə, 1919-cu il sentyabrın 1-də parlament universitetin təsis olunması haqda qərar verdi. Noyabrın 15-də universitetdə ilk mühazirələr oxunmağa başladı. O zaman yaradılan 4 fakültədə cəmi 42 müəllim çalışırdı ki, onlardan da yalnız 11-i milli kadrlar idi. Mühazirələr tərcüməçilərin köməyi ilə aparılırdı. Universitetin ilk rektoru Vasili Razumovski olub. O, yazırdı ki, BDU-nun yaradılması ilə Avropa və Asiyanın qovşağında ilk məşəl yandı, bu məşəl Azərbaycana daim işıq saçacaq”.A.Məhərrəmov AXC-nin süqutundan sonra rus imperiyasının BDU-nun fəaliyyətini bir neçə il ərzində dayandırdığını da vurğuladı: “Ancaq sonra xalqın tələbi ilə universitetin fəaliyyəti yenidən bərpa edildi. Biz BDU-ya həmişə Xalq Cümhuriyyətinin “oğul yadigarı” deyirik”.Mərhum dövlət başçısı Heydər Əliyevin BDU-nun tarix fakültəsinin məzunu olduğunu qeyd edən rektor ölkənin dövlət və hökumət strukturlarının rəhbərliyində çalışanların 70-80 faizinin bu təhsil ocağının yetirməsi olmasını xüsusi vurğuladı. A.Məhərrəmov yubiley ərəfəsində BDU-nun tarixinin yenidən yazılaraq nəşr ediləcəyini də söylədi. 18 min tələbəsi, 4 min əməkdaşı olan universitetin xarici ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığından danışan rektor BDU-nun xarici ölkələrdə filialının açılmasını da istisna etmədi. Milli mentaliteti əsas gətirən A.Məhərrəmov rektorların seçki ilə deyil, təyinatla olmasını daha münasib variant kimi qiymətləndirdi. O, universitetdəki ab-havanın normal olduğunu vurğuladı: “BDU-da regionçuluq, yaxud at oynadan yoxdur”.Jurnalistlərin A.Məhərrəmova ünvanladığı ilk sual təbii ki, Məmməd Əmin Rəsulzadənin adının universitetə nə zaman qaytarılacağı ilə bağlı oldu. Rektor ali təhsil müəssisələrindən adların məhz ölkə rəhbərliyinin sərəncamı ilə götürüldüyünü xatırlatdı. Bildirdi ki, Rəsulzadənin adının qaytarılması onun səlahiyyətinə aid məsələ deyil: “Bu yaxınlarda gördüyünüz kimi, Üzeyir Hacıbəyovun adı dövlət səviyyəsində sərəncamla Milli Konservatoriyaya qaytarıldı. Əminəm ki, bir müddətdən sonra bu məsələ dövlət səviyyəsində həll olunacaq. Universitetin yubileyi ərəfəsində də bu məsələyə baxıla bilər. Ali məktəbə kiminsə adının verilməsi, o cümlədən təbii ki, Rəsulzadənin adının qaytarılması məsələsi gündəmdə ola bilər. Konkret fikir söyləmək mənimçün hələ çox çətindir”.Universitetin həyətində M.Ə.Rəsulzadənin büstünün nə zaman qoyulacağına gəldikdə isə rektor bu barədə heç nə demədi. A.Məhərrəmov onu da dedi ki, BDU-nun 90 illik yubileyi ilə bağlı KİV əməkdaşları arasında müsabiqənin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin şərtləri dekabrın 15-dək mətbuatda elan olunacaq. |
43,647 | 30.11.2008 08:27 | Ölkə | ZİYA MƏMMƏDOVUN RƏQİBLƏRİ HƏRƏKƏTƏ KEÇDİ | Qəzet yazır ki, Z.Məmmədov qohumunu həbsdən buraxdırmaq üçün respublikanın hərbi komissarı (o, nazirin qudasadır - red.) Əliağa Hüseynovu işə cəlb etmək istəyib. Lakin onun işə müdaxiləsi fayda verməyib. Müdafiə naziri Səfər Əbiyev hərbi komissarın xahişini rədd edərək Aslanovun həbsdən buraxılmasına qəti etirazını bildirib. Nazir komissarın diqqətinə çadırıb ki, Aslanovun yenidən müdafiə nazirliyi sisteminə qayıtmasından söhbət belə gedə bilməz, sonrakı taleyi isə istintaqın yekunundan asılı olacaq. Bu xəbəri dəqiqləşdirmək üçün öncə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun rəhbəri Eldar Sabiroğlu iki gündür idman yarışlarına başı qarışdığı üçün bu haqda informasiyasız olduğunu dedi və hərbi prokurorluqla əlaqə saxlamağımızı tövsiyə etdi.Hərbi Prokurorluğun mətbuat xidməti ilə isə əlaqə saxlaya bilmədik.Hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən aldığımız özəl məlumatlarımıza görə isə doğrudan da Xətai Rayon Hərbi Komissarlığının əməkdaşı həbs edilib. Lakin onun narkotikə görə deyil, başqa iş üstündə saxlanıldığı bildirilir. Narkotik məsələsindən onu həbs etmək üçün sadəcə, bir vasitə və ya bəhanə kimi istifadə ediblər.Mənbə bildirdi ki, bu həbsin həyata keçirilməsi Ziya Məmmədovla konfliktdə olan bir qruplaşmanın təşəbbüsüdür: “Məsələ ondadır ki, hakimiyyətdə nüfuz sahibi olan həmin qruplaşma Ziya Məmmədovun günbəgün güclənməsindən narahatdır. Nəqliyyat nazirinin birbaşa ölkə başçısı İlham Əliyevlə yaxın münasibətlərinin olması uzun illərdir ki, həmin qruplaşmanı öz arzusuna çatmağa qoymur. Odur ki, həmin qüvvə Ziya Məmmədovun vurulmasına nail olmaq üçün müxtəlif varinatlar hazırlayır. Onlardan biri də Ziya Məmmədovun adamlarının həbsini həyata keçirmək və onların naqis işlərlə məşğul olmaq görüntüsünü yaratmaq istəyirlər. Bununla ona nail olmaq istəyir ki, nəqliyyat nazirinin çevrəsində olanlar cızıqdan çıxıblar, ölkədə fironluq etmək istəyirlər. Hakimiyyətdaxili qruplaşmaların mübarizəsində bu metoddan istifadə edilməsi təcrübəsi çoxdan var”.Sonda onu da qeyd edək ki, hazırda Ziya Məmmədovun əsas rəqibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu bildirilir. |
43,648 | 30.11.2008 08:06 | Yazarlar | SVETAFORLARIN PULUNU KİM YEYİB? | İlin-günün bu vaxtında inkişaf edən ölkəmizdə belə addımlar atmaq bölgənin lideri olan dövlətimizin uğurlarına kölgə salır, camaatımızın firəvan həyatına qanqaraçılıq qatır. Axı meriyanın nə qədər işıq pulu borcu var ki, məsələ bu qədər şişirdilib? Rəqəm çox gülməlidi. Cəmi 12 milyon manat. Bu qədər pulla Pekin Olimpiadasında dombalaq aşan atdan dördünü almaq olar. Elə hesab edin ki, hökumətimiz Pekinə bir yox, dörd at alıb göndərmişdi də. 12 milyon manata görə, bu boyda Bakının işıqforlarının, liftlərinin, binaların bloklarının işığını kəsib şəhəri zülmətə qərq eləmək, camaatı yollarda avaragor qoymaq nəyə lazımdı? 12 milyon körpülər, yollar, yeraltı keçidlər üçün dövlət büdcəsindən silinən yüz milyonlarla manatın yanında nədi ki. Buna görə, işıqforların işığını kəsib paytaxtda aləmi bir-birinə qarışdırmaq doğru deyil. Onsuz da Bakının bu körpülü, yeraltı keçidli yollarında dünyanın düz vaxtında it yiyəsin tanımır, tıxac əlindən tərpənmək olmur. İndi görün işıqforların işığı kəsilsə nə baş verəcək. Bakı Şəhər Yol Polisi İdarəsi də bəribaşdan deyir ki, işlər fırıq olacaq. Amma bunu camaata deməyin nə mənası var ki, camaatın işi onsuz da çətindi və daha da çətin olacağını siz deməsəniz də bilir. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova demək lazımdı. Ondan soruşmaq lazımdı ki, dövlətin ayırdığı bu 12 milyon manat hanı? Kim yeyib, kimin cibinə gedib, bu qədər borc niyə yaranıb? Niyə hansısa məmurların tamahı və acgözlüyü üzündən 3 milyondan çox insanın yaşadığı Bakı iflic olmalıdı, minlərlə insan saatlarla tıxacda qalmalıdı, işə gecikməlidi, qanı qaralamalıdı? Bəlkə meriyada yeyilən bu 12 milyon manatı da camaat yığışıb ödəməlidi?“Bakıelektrikşəbəkə” bu xəbərdarlığı dörd gündü edib və məlum olub ki, dövlət büdcəsindən ayrılan puldan 12 milyon manat ortada yoxdu. Bu dörd gündə hələ bir dövlət qurumu, bir məmur çıxıb deməyib ki, bu pulun hara getdiyi araşdırılacaq, yeyilibsə qusdurulacaq, ortadadırsa “Bakıelektrikşəbəkə”nin borcu ödənəcək və s.Görün ölkədə vəziyyət nə həddə çatıb ki, hətta liftlərə, binaların bloklarının işıqlandırılmasına, işıqforlara ayrılan pullar da çox rahat şəkildə yeyilir və bunun da altını əhali çəkir. Bu boyda Bakının torpaqlarını satıb yediniz, körpülərin, yolların pullarını məzdiyib üstündən su içdiniz, paytaxtda binaların, tarixi abidələrin təmir olunması, parkların yenidən qurulması adı ilə neftin pullarını göyə sovurdunuz; bəs eləmədimi ki, işıqforlara da əl uzatdınız?Bakının əksər hissələrində, xüsusən də mərkəzi yerlərində ağaclara yüzlərlə balaca lampalar vurulub və çıraqbanlar düzəldilib. Xalqa çıraqban lazımdı; işıqfor, lift olmasa da olar. Bu hökumət nə eləyirsə, düz eləyir. Zabil MÜQABİLOĞLU |
43,649 | 30.11.2008 07:10 | Ölkə | KƏMALƏDDİN HEYDƏROV MÜDAFİƏ NAZİRİ OLSAYDI... | Qaynağımızın sözlərinə görə, hələ “fövqəlnazirlik” yaradılmamışdan öncə K.Heydərov ölkə başçısı İlham Əliyevlə görüşərək ondan ordu rəhbərliyinə təyin olunmasını xahiş edib. K.Heydərov çox qısa müddətdə Silahlı Qüvvələrdə ciddi irəliləyişlərə nail olacağına da vəd verib. Ancaq İ.Əliyev müdafiə naziri Səfər Əbiyevin NATO və Türkiyənin nüfuzlu dairələri tərəfindən dəstəklənməsini, onun hətta Pentaqon rəhbərliyi ilə yaxın əlaqələrə malik olmasını əsas götürərək bu təklifi qəbul etməyib. Mənbə bildirdi ki, S.Əbiyevin 14 il tutduğu posta bu il yenidən təyin olunması da elə onun ciddi xarici dəstəyə malik olması ilə bağlıdır. Hətta müdafiə naziri postuna mülki şəxsin təyin olunması məsələsinin gecikməsi də bununla əlaqələndirilir.Son aylarda orduda fəlakətli hadisələrin bir-birini əvəzləməsi mövzuya diqqəti daha da artırıb. Hesab olunur ki, K.Heydərov bu vəzifəyə təyin olunsaydı, o zaman vəziyyət yaxşılığa doğru dəyişərdi. Məlumata görə, məhz İ.Əliyevlə bu mövzuda söhbət edəndən sonra S.Əbiyevin K.Heydərova münasibəti dəyişib və generallar arasında soyuqluq yaranıb.Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, əgər K.Heydərov o vaxt nazir olsaydı, orduda müəyyən dəyişikliklər olardı: “O, həm qərar qəbul etmək baxımından çevikdir, həm də sərbəstdir. Əbiyev isə ləng, hər işi ehtiyatla görən bir şəxsdir. Onun indiyədək nə parlament, nə də ölkə başçısı səviyyəsində hər hansı bir rəsmi təşəbbüsü olmayıb. Amma Heydərov son dərəcə sərbəst fəaliyyət göstərən bir kadrdır. Sirr deyil ki, onun biznesi var, hətta bəstəkarlıq edir. Onun müdafiə naziri postuna gətirilməsi istənilən halda dəyişikliyə səbəb olardı”.Bəs K.Heydərovun bundan sonra müdafiə naziri təyin olunması mümkündürmü? Ü.Cəfərov bunu real saymadı: “Çünki hazırda onun iştahı daha böyükdür”.Hərbi ekspert Azad İsazadə isə deyir ki, bu məsələdə şəxslərin dəyişməsindən söhbət getməməlidir: “Daha çox struktur dəyişikliyinə diqqət yetirmək lazımdır. Hansısa yerdəyişmələr olsaydı, yəqin ki, nəsə ayrı cür olardı. Amma prinsipial struktur dəyişikliklərinə gedilməsə, nazirin kim olmasının fərqi olmayacaq. Köhnə strukturun tərkibində işlədikcə hansısa ciddi irəliləyişlərdən danışmaq çətin olacaq”.Bununla belə A.İsazadə FHN-in hərbi hissələrindəki vəziyyəti qənaətbəxş sayır: “Bilirik ki, oradakı əsgərlərin problemləri həll olunur, onların durumu ağır deyil. Düzdür, xidmət dövründə onları evə buraxmırlar. Amma yeməyi, təchizatı, təmizliyi yüksək səviyyədədir, ”dedovşina" yoxdur. Sözsüz ki, Müdafiə Nazirliyindən fərqli olaraq FHN-də hərbi hissələrin sayı da azdır. Lakin fakt budur ki, ortada nümunə var". |
43,650 | 30.11.2008 08:11 | Yazarlar | KONSTİTUSİYANI, YOXSA QAFAMIZI DƏYİŞƏK? | Ondan başlayaq ki, superdövlət olan ABŞ-da prezidentlik müddəti cəmi 4 ildir. Əksər prezidentli respublikalarda isə bu müddət uzağı 5 il müəyyən edilib. Demokratik ölkələrdə bu müddəti uzatmaq kimsənin ağlına gəlmir. Çünki hakimiyyətin mənbəyi xalqdırsa, hesab edilir ki, xalqın seçim hüququna, iradəsinə etinasız yanaşmaq olmaz. Axı demokratiya məhz optimal zaman intervallarında və mütəmadi reallaşdırılan seçkilər və seçmək şansı deməkdir, təyinat yox. Təsadüfi deyil ki, normal dövlətlərdə şəhər, rayon merlərini da əhali seçir.Bu ölkələrdə dövlətin birinci şəxsi yaxşı işləyəndə uzağı növbəti müddətə ona etimad göstərilir. Bəzən heç göstərilmir də. Çünki xalq onu daha bacarıqlı, daha yaxşısı ilə, yaxud sadəcə yenisi ilə əvəzləyir. Sadə məntiqlə: əvəzolunmaz adamlar olmur. Və iqtidardan gedən gələnin əlini sıxır, ona uğurlar diləyir. Zira, demokratiya heç bir qrupa əbədi hakimiyyət tanımır. Demokratiya monotonluq deyil, rəngarənglikdir, monoloq yox, dialoqdur, tərif deyil, tənqiddir deyə.YAP-çıların təşəbbüsünə normal yanaşmaq olardı, əgər Azərbaycan qeyri-azad, korrupsioner ölkə olmasaydı. Özü də bu yarlığı o, hazırkı hakimiyyət dönəmində qazanıb. Deməli, təhlükə böyükdür ki, “ömürlük prezidentliyin” bu iqtidar dönəmində leqallaşması ölkəni daha ciddi fəsadlara tuş edə bilər. Hörmətli Siyavuş Novruzovun “Ruzvelt nümunəsi”nə gəlincə isə YAP-çı unutmasın ki, Ruzvelt ABŞ kimi azad, seçkilərinə hiylə qatılmayan ölkədə 4 dəfə prezident olub. Hərçənd o qayda sonradan ləğv edildi və 2 dəfəyə qayıdıldı. İndi ABŞ-ın da qüdrətinə baxın, Azərbaycanın da. S.Novruzovun deputatın dəfələri ilə prezidentin dəfəsini eyniləşdirməsi də gülüncdür. Çünki deputat heç öz dairəsindəki problemlərə cavabdehlik daşımır, prezident isə bütün ölkəyə, onun xalqına, ərazi bütövlüyünə, təhlükəsizliyi və suverenliyinə məsuldur.Başqa yandan, iri seçkilər arasındakı böyük müddət müxalifət düşərgəsində korşalmaya, siyasi həyatda donuqluğa gətirə bilər ki, bu da milli maraqlar baxımından məqbul sayılmır (güclü dövlət güclü müxalifəti olan dövlətdir); habelə hakimiyyətdəki qüvvənin inzibati resurslardan sui-istifadə hallarına yol açar. Azərbaycanda onsuz da azad, ədalətli seçki keçirilmir. Eyni şəxsin fasiləsiz hakimiyyəti normal seçki keçirmək yönündə istəyin, meylin, habelə kövrək demokratik təsisatların (mətbuat, siyasi müxalifət) tamamilə aradan qalxmasına gətirəcək.Deyə bilərlər ki, prezidentli respublika olan Fransada prezidentlik müddəti 7 ildir. Amma bu ölkədə bir şəxs 1 dəfə dövlət başçısı olur. Elə parlamentli respublikalarda - Türkiyə, İsrail, Almaniya və İtaliyada da prezidentlik 1 dəfə olmaq şərtilə 7 il müəyyənləşib. Hərçənd belə ölkələrdə prezident formal fiqur sayılır. Əsas fiqur isə 4-5 ildən bir parlament seçkiləri nəticəsində dəyişdirilən baş nazirdir.Azərbaycanda prezidentlik 7 il olacaqsa, o zaman ən optimalı Türkiyə kimi parlamentli respublikaya keçməkdir. Yəni prezidentin səlahiyyətlərinin böyük hissəsi baş nazirə verilməlidir. Ancaq özümüzü azad dünyanın parçası sayırıqsa, bütün hallarda yalnız bir dəfə 7 illiyə prezident seçilmək norması qəbul edilməlidir. Əks təqdirdə ölkə şəxsiyyətə pərəstiş əyyamına üz tutacaq, hakimiyyətə şəffaf ictimai nəzarət mexanizmləri dağılıb gedəcək, uzunmüddətli sabitliyə təhlükə yaranacaq. Zatən bu simptomları yaşayırıq da.Daha bir önəmli detal barədə. Azərbaycanın “ömürlük prezidentlik” üsul-idarəsinə keçməsi neqativ təsirini Qarabağ məsələsinə dərhal göstərəcək. Fürsəti qaçırmayan düşmənlərimiz köhnə tezisi təzədən gündəmə gətirəcək. Təxminən belə: “Qarabağ erməniləri avtokratizmə üz tutan bir ölkənin tərkibində azad yaşaya bilməz”. Bu yerdə Rusiya Dövlət Dumasının ermənipərəst komissiya sədri Konstantin Zatulinin ötən həftə dediklərini də yada salmaq olar. Rus deputat demişdi: “Dağlıq Qarabağda Azərbaycandan fərqli olaraq demokratik rejim var, orada hakimiyyət seçki yolu ilə dəyişir”.Belə ağrılı bəyanatları “ermənipərəstdir” deyə nə qədər qulaqardı etsək də faktdır ki, Qərbdəki rəy xeyrimizə deyil. Bu yandan da Azərbaycan xalqının iradəsini daha məhdud çərçivəyə salmaqla milli maraqlarımız növbəti zərbə altına düşmüş olacaq. Öz monopolist maraqları naminə hər şeyə hazır olan və ölkə başçısına yarınmaq istəyən YAPtokrat oliqarxlar bunumu istəyir? Bu ki “ayı xidməti”dir.Sirr deyil ki, Qarabağ münaqişəsinin acı bağırsaq kimi uzanmasında Azərbaycanın uğursuz diplomatiyası həlledici rol oynayır. Problemin on illər boyu yerində durması isə qardaş Türkiyənin də mənafeyinə ziddir. Artıq Ankara rəsmilərinin dilindən “Qarabağ məsələsində Türkiyənin mövqeyində yumşalma ola bilər” kimi ehtiyatlı anonslar səslənməyə başlayıb.Türkiyəni qınamaq asandır. Amma Azərbaycan da anlamalıdır ki, dost-qardaş ölkənin regional maraqları on illər boyu münaqişənin girovuna çevrilə bilməz; heç bir köklü iqtisadi-siyasi islahat aparmaq istəməyən, Azərbaycanın imici barədə düşünməyən bir hakimiyyətin dişsiz diplomatiyasının əsirinə çevrilə bilməz. Telekanalları bütün günü mənəviyyatsızlıq yayan, xalqa Qarabağı unutdurmaqla məşğul olan bir ölkədə iqtidarın özü işğal sarıdan əndişə keçirmirsə, yalnız siyasi ömrünün uzatmaq barədə düşünürsə, Türkiyə niyə Roma papasından artıq katoliklik etməlidir?Azərbaycanda “ömürlük prezidentliyə” doğru iri addımın atılması Türkiyənin bölgədəki mövqeyini, imicini zədələməklə yanaşı onun Qarabağ məsələsində manevrlərini də daraldacaq. Hər şey qırağa, qardaş ölkədə bir sual aktuallaşacaq: Avropa ailəsinə can atan demokratik Türkiyə universal dəyərlərə arxa çevirmiş Azərbaycan iqtidarını nə vaxtadək müdafiə edəcək, onun qarantı rolunda çıxış edəcək? *** Şübhə etmirik ki, hörmətli İlham Əliyev də biz görən təhlükələri görür, bilir. Azərbaycan öz yolunu getməlidir, amma yol bizi QABAĞA, QARABAĞA aparmalıdır, orta əsrlərə, qarabağsızlığa yox. Konstitusiyaya toxunmayın, ona dəyişiklik etməkdənsə riayət edin! Zahid SƏFƏROĞLU |
43,651 | 30.11.2008 08:11 | Yazarlar | NEFTDƏN DÜŞMƏYƏN PAY | Hər dəfə seçki keçiriləndə az-çox pay da məktəblərə düşür, əyər-əskiyinə əl gəzdirilir. Təhsili bürüyən korrupsiyadan gileylənirik. Bax, burada da seçkidə qazanılan təcrübə kara gəlir. O boyda saxtakarlığa qol qoyandan sonra süpürgəpulu yığmağa nə var ki! Seçkidən-seçkiyə direktordan tutmuş sıravi müəllimə qədər hamının qədri-qiyməti birə-beş artır. Əgər könlündən deputatlıq, ona da əlin yetməyəndə bələdiyyəyə seçilmək keçirsə, müəllimi gör, sonra da ürəyini buz kimi elə - o yer sənindir. Təhsil cəbhəsinin cəfakeşləri müstəqil Azərbaycanın arxitektoru olmasalar da iş icraçılarıdır. Əslində 6-nı 60, 7-ni 70 eləyən də Məzahir Pənahov yox, cəfakeş müəllimlərimizdir. MSK sədri yalnız sonda müəllimlərin düzüb-qoşduqları səsi çötkəyə vurur və qalibi elan edir.Təcrübə göstərir ki, imkan daxilində seçki cəfakeşlərinə qədir-qiymət də qoyulur. Məntəqə və dairələrin seçki sehrbazlarının zəhməti dərs bölgüsündə, “zavuç” seçkisində, ad, titul veriləndə nəzərə alınır.Elə müəllim var ki, müstəqillik dönəmində keçirilən bütün seçkilərdə iştirakçı olub, dar ayaqda gərək olan zəngin təcrübə toplayıb. Onlar “qızıl kadr”lar sayılır.Artıq neçənci dəfədir ki, seçkiyə bir az qalmış müəllimlərin maaşı artırılır. Bunu dövlətin millətə, daha doğrusu, millətin adından düzüb-qoşan müəllimlərə qayğısı da saymaq olar. Elə bu səbəbdəndir ki, fərmanın mürəkkəbi qurumamış buna da şükür edənlər TV kameraları qarşısında növbəyə düzülür, onların zəhmətinə qoyulan qiymətə görə dualar oxuyur. Bu artım ən yaxşı halda 5-10 manat olsa da bəy verən atın dişinə baxılmadığı kimi azlığına dodaq büzən də olmur.Son seçkidən az qala ay yarım keçsə də məsələ bir az qəlizləşib. Müəllimlərə verilən vəd yaddan çıxıb, sentyabrın 1-dən hesablanan artım verilməyib; üstəlik də müəllimlər iki aylıq maaşlarına da həsrət qalıb.Seçki məntəqələrində şirə dönsələr də onların əksəriyyəti adi həyatda fağır adamlardır. Lap bir il də əməkhaqqı almasalar, səsləri çıxmayacaq. İndi əli hökumətin yaxasına çatmayanlar, seçkidə saya salınmayanlar seçkini düzüb-qoşanların yaxasından yapışıb ki, necə seçibsinizsə, maaşımızı da eləcə verin! Arxayın olun, onların etiraz səsi bundan artıq yüksəlməyəcək.Bu yandan da bizim təhsil yox, diplom verən universitetlərimizdən can qurtarıb, dövlətin qayğısına sığınıb xarici ölkələrdə təhsil alanların bəxti gətirməyib. Dərs ilinin başlanmasından üç ay keçir, ancaq onların təhsil xərcləri hələ də ödənilməyib. O gün valideynlər baş nazir Artur Rəsizadənin qapısını döyüb və qapıdan geri qaytarılıblar: gedin, başımız daha vacib işlərə qarışdığından normativ aktları, yəni hər tələbəyə nə qədər pul ayırmağı müəyyənləşdirməmişik. Lap indi bölgü aparılsa da onlar yalnız gələn ilə ümid bağlaya bilər. Ənənəyə uyğun olaraq xaricdə təhsili xalqa ən böyük qayğı sayanlar, indi neftdən gələn pullar azalan kimi ilk növbədə təhsili arxa plana keçirirlər.Onu da yadınıza salım ki, nefti olmayan, “qara qızıl”ın oduna isinməyən qonşu Gürcüstanda dövlət xətti ilə xaricə təhsil almağa göndərilənlərin sayı bizdən on dəfə çoxdur.Neft ucuzlaşdıqca yaranan kəm-kəsir müəllimlərin və tələbələrin hesabına doldurulur. İndiyə kimi görüb-götürdüklərimiz öz təsdiqini tapır: qara nöyütlə üzü ağ eləmək çox çətin məsələdir. Az qala 200 ildir ki, torpağımızın qatından neft sorulur, ancaq ondan bu xalqa pay düşməyib. Düşəndə də minnəti özündən baha olub. |
43,652 | 30.11.2008 08:12 | Yazarlar | “YANDIM, ELƏ YANDIM” | Əgər avtobusların hamısı bir gündə yansaydı, ağlımız iki il öncənin Fransasına, bir il qabağın Moskvasına gedərdi, deyərdik, bu, hansısa gənc anarxistlərin işidir, bu sayaq etiraz aksiyası keçirirlər.Oxucuların yadında olar, o vaxt Fransada başlayan maşınyandırma kampaniyası qısa bir müddətdə bütün Avropaya yayılmışdı. Kaliforniyadakı meşə yanğınlarını söndürmək mümkün olurdu, amma Parisdə, Tülonda, Lionda “Porşe”, “Pejo” yanğınlarını söndürmək imkansız idi. Ərəb mənşəli gənclər ipə-sapa yatmır, polisə tutduq vermirdilər, üstlərində benzin və alışqan gəzdirir, girəvələyib maşınları odlayırdılar. Axırda daxili işlər naziri Sarkozi onların çoxunu cələkləyib türməyə saldı və Fransa xalqı onun bu əməyini layiqincə qiymətləndirdi: prezident seçdi.Bizdəki yanğınların hər əlamətindən görünür ki, bu, birbaşa insan əməli deyil. Allaha şükür, gənclərimiz quzu kimidirlər, üstlərində alışqan gəzdirsələr də, bu, maşın yandırmaq üçün yox, əksər halda siqaret (bəzi hallarda isə - kəndçilərim demişkən - o birindən) alışdırmaq üçündür. Onların nə işinə qalıb kiməsə etiraz eləsinlər. Əlində telefon oynada-oynada gəzmək yaxşıdır, yoxsa anarxist rus və fransız gəncləri kimi təcridxanada “yeganə telefon zəngi” xahişi etmək?Nəqliyyat Nazirliyinin məsul işçiləri deyirlər ki, Bakıda avtobusların ard-arda yanmasının səbəbi heç də maşınların köhnəliyi və yararsızlığı deyil, bunun günahı sürücülərdədir, maşına baxmırlar, pis işlədirlər, amansızcasına istismar edirlər və sair və ilaxır.Doğru sözə nə deyəsən? 44 nəfərlik (24-ü oturacaqda, 20-si ayaq üstdə) sərnişin avtobusuna minimum 60 nəfəri pərçimləyib yol gedəndə əvvəl-axır maşın buna etirazını yana-yana bildirməlidir. İnsan deyil ki, minilib çapılmağa uzun müddət dözsün. Maşın dəmirdəndir, dözmür, əvvəlcə bala-bala tüstülənir, sonra alışır. O vaxtacan maşını gündə 16 saat küçələrdə qovan, çığırda-çığırda yoxuşa dırmaşdıran sürücü bir də ayılır ki, booy, çörək ağacı yanır ey. Bu zaman o, məcbur olur ki, qapıdan, pəncərədən sərnişinlərin düşüb qaçmasına şərait yaratsın, özü isə akkumlaytorun üstünə cumub əli-qolu yana-yana kleymanın şnurlarını dartışdırsın. Amma gecdir. Maşın “özümü yandırıb hisimi üstünə tökərəm” aksiyası keçirdir.Biz hələ ona şükür etməliyik ki, yanan avtobuslardakı sərnişinlər vaxtında salonu tərk edirlər, ölüm və xəsarət halları olmur, yoxsa biabırçılıq olar. Namxuda, belə vəziyyətlərdə camaatımız çox çevikdir, maşının salonunda xoşagəlməz iy hiss edən kimi, 4-5 saniyənin içində tökülüşür aşağı. İnsanların müvafiq ekstremal situasiyalarda nə dərəcədə cəld tərpənməsini iki il əvvəl “Elmlər Akademiyası” metrosunda şəxsən görmüşəm. Qatarın perronda dayandığı zaman qəfildən qonşu vaqonda tüstü göründü. Tüstülənən vaqonun sərnişinləri “ya Allah” deməyə macal tapmamış bizim vaqondakılar bir, iki, üç deyincə özlərini atdılar bayıra. Əksər sərnişinlər yalnız vaqonu tərk edəndən sonra bildilər ki, məcburi evakuasiyanın səbəbi nədir. Çox adam küyə düşərək, “gördün qaçaqaçdır, sən də qaç” prinsipi ilə hərəkət eləmişdi. Düzü də budur. İntəhası, gərək ağ eləməyəsən. Yoxsa hər il Həcc ziyarətində onlarla (bəzən yüzlərlə) zəvvar hansısa tuneldəki qaçaqaçın qurbanı olur, kütlənin ayağı altında qalıb canını tapşırır. Bəs bu xüsusda faciəvi hal baş verməmiş məsələyə əncam çəkmək olarmı? Əlbəttə, olar. Sərnişindaşıma xidməti göstərən şirkətlər, xüsusilə də Nəqliyyat Nazirliyinin rəhbərləri tamahlarını bir az korşaltsalar, sürücülərə insan kimi işləmək şəraiti yaratsalar, onlar da maşınları vəhşicəsinə istismar etməyi səngitsələr, nə camaat yanğınlarda panikaya düşər, nə də maşın yiyələri ziyan çəkərlər.Bu, 2x2 qədər sadə məsələdir. İntəhası, bunun dəqiq cavabını bilmək üçün də qanacaq-qabiliyyət lazımdır. Samir SARI |
43,653 | 30.11.2008 08:13 | Ölkə | ABEL MƏHƏRRƏMOV DA ZİYALILARIN DAVASINA QOŞULUR | “Bir ziyalının ortaya qoyduğu düşüncəsinə münasibət bildirib məsələyə nöqtə qoyula bilərdi. Amma daha münasibətləri dramatikləşdirməyə, gərginləşdirməyə ehtiyac yox idi. Bundan da bizi istəməyənlər istifadə edirlər. Mən bu yaxınlarda Moskvada idim. Xüsusilə ermənilər çox sevinirdilər ki, belə bir vəziyyət yaranıb, İbrahimbəyovun yazısına bu şəkildə reaksiya verilib. Reaksiya verilməli idi, ancaq orada da dayanmalı idi. Daha bu, onu məhkəməyə versin, o, bunun haqqında yazsın, hörmətdən salsın - bunlar düzgün məsələ deyil. Bir adamın xaricdə hörmət qazanması, tanınması üçün xeyli vaxt gedir. Hörmət qazana-qazana dağın başına çatan adamı birdən dağın başından aşağı atırsan ki, o, əsl azərbaycanlı deyil və sair. Bunun özü də yaxşı deyil”.A.Məhərrəmov Rüstəm İbrahimbəyovun qalmaqallı müsahibəsinə də münasibət bildirdi: “Hesab edirəm ki, yazı o cür yazılmamalı idi. Yazılıbsa da onu belə dramatikləşdirmək lazım deyildi. O qədər böyük problemlərimiz var ki, o hadisələr bizi əsas problemlərdən yayındırdı. Bu ona deyir, o buna deyir. Yəqin belələri “ağxalatlılar”dır. Başını sal aşağı, işini gör də. O dedi, sən də cavabını verdin, qurtardı da məsələ. İndi də məhkəmə məsələsini qaldırıblar. Olan ziyalılarımızı da məhkəmələrə çıxaraq? İntellekt yazısına intellekt yazısı kimi cavab vermək lazımdır”. |
43,654 | 30.11.2008 08:54 | Gündəm | ƏRDOĞAN HÖKUMƏTİ QARABAĞI SATMAĞA HAZIRDIR | Komissiyanın avropalı həmsədri Coost Lagendik isə ona Qarabağ münaqişəsi həll edilmədən Türkiyənin Ermənistanla təmaslarının iki ölkə arasındakı problemlərin çözülməsinə səbəb olub-olmayacağı haqda sual verib. “Mən bilmək istəyirəm ki, Türkiyənin Ermənistanla diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin şərtlərdən biri kimi nəzərdə tutan mövqeyi hələ qüvvədə qalırmı?”- deyə C.Lagendik Y.Yakışdan soruşub. Y.Yakış isə suala cavabında bildirib ki, Türkiyə Ermənistanla münasibətlərdə yeni yanaşma ortaya qoyub və bu çərçivədə konstruktiv atmosfer formalaşmasına çalışır.Beləliklə, suala konkret cavab verməkdən yayınan Y.Yakış Türkiyənin Ermənistanla münasibətlərində yumşalma gözlədiyini də deyib. Ermənistanla münasibətlər məsələsində söz alan müxalifətçi deputat, CHP-dən millət vəkili və Türkiyənin NATO-dakı keçmiş səfiri Onur Öymən isə deyib ki, İrəvanla münasibətlər qurmaq üçün bundan əvvəl də dəfələrlə təşəbbüslər olub. Lakin hər dəfə Ermənistan Türkiyənin etdiyi xoşməramlı jestləri görməməzliyə vuraraq tərs açıqlamalar verib. O.Öymən xatırladıb ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bu günlərdə Dağlıq Qarabağın müstəqil olacağını deyib; həmçinin Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. O.Öymən Ermənistanla başlayan təmasları tənqid edərək bildirib ki, Türkiyə iqtidarı bu təşəbbüsü ABŞ və Avropa Birliyinin istəyi ilə başladıb: “Avropalı dostlarımız mülahizə və çıxışlarında edilən hər hərəkəti alqışlamamalı, ikili standartlara yol verməməlidir”.CHP-li millət vəkili onu da bildirib ki, Avropa Parlamentində ermənilərin mövqeyi eşidilir, azərbaycanlıların mövqeyinə baxan isə yoxdur. O, Türkiyə iqtidarının ABŞ və Avropa Birliyinin istəyi ilə Ermənistanla münasibətlərin qurulması üçün Qarabağ məsələsini artıq ön şərt kimi irəli sürmədiyini də deyib. C.Lagendik isə bu tənqidlərə cavab olaraq belə deyib: “Axı Türkiyə prezidentini futbol matçı üçün İrəvana göndərən Avropa Birliyi deyildi”.O.Öymən isə cavabında deyib ki, Türkiyə hökuməti bütün bunları ABŞ və Avropa Birliyinin təlimatı əsasında edir.Qeyd edək ki, Türkiyə hökumətinin Ermənistanla intensiv xarakter alan təmasları zamanı Azərbaycanın maraqlarını arxa plana keçirə biləcəyi haqda haqlı narahatlıqlar var. Çünki Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini gözləmədən artıq Ermənistanla nəqliyyat əlaqələrinin bərpası istiqamətində konkret addımlar atır, bu ölkə ilə iqtisadi münasibətlər qurur və son günlər yayılan məlumatlara görə, İrəvana səfir göndərməyə hazırlaşır. Türkiyə mənbələri Ermənistana səfir göndəriləcək şəxsin hətta kimliyinin də bəlli olduğunu bildirir. Bu, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda bu ölkənin Xarici İşlər Nazirliyində idarə rəisi işləyən və Ermənistanla üçüncü ölkədə aparılan gizli danışıqlarda iştirak edən Qədri Ecvet Tezcandır.Hökumətə yaxın “Zaman” qəzeti bu günlərdə belə xəbər yaymışdı ki, hökumət İrəvanla münasibətlərin qurulması üçün Qarabağ məsələsini ön şərt olmaqdan çıxara bilər. Yetər ki, Ermənistan “soyqırım” məsələsini tarixçilərdən ibarət birgə komissiya çərçivəsində araşdırılmasına razılıq versin. Elə Qərb mənbələri də Türkiyənin Qarabağ münaqişəsinin həllini gözləmədən Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlər yayır.Göründüyü kimi, bu məlumatlar boş yerdən qaynaqlanmır və Türkiyəyə yaxından bələd olan avropalı parlamentar C.Lagendik Ərdoğanın yaxın müşavirinə əbəs yerə belə sual verməyib. Y.Yakış isə suala konkret cavab verməkdən yayınıb, bununla belə etiraf edib ki, Ankaranın mövqeyində dəyişiklik var. Həmin dəyişiklik isə Qarabağ məsələsinin Ankaranın İrəvana yönəlik siyasətində artıq ön şərt kimi yer almamasıdır.Mövzunu davam etdirəcəyik. |
43,655 | 30.11.2008 08:15 | Gündəm | “ERGENEKON”un “QARA QUTUSU” HAQDA YENİ MƏLUMATLAR | Əməliyyat həm də silahlı qüvvələrə qarşı yönəlib. Türkiyə tarixində ilk dəfə istefada olan dördulduzlu generallar məhz bu əməliyyat çərçivəsində həbsə alınıb, hökumətə bağlı media isə durmadan silahlı terror təşkilatı adı verilən “Ergenekon”un əsas rəhbərlərinin hələ silahlı qüvvələrdə xidmət edən yüksək rütbəli generallar olduğuna işarələr vurur. Bu işlə bağlı bütün səs-küylü həbslər isə tək bir adamın verdiyi ifadələr əsasında aparılıb. Özü də indi yox, 2002-ci ildə dələduzluq üstündə yaxalanarkən polisə verdiyi ifadələr əsasında. Söhbət mətbuatda “Ergenekon”un “qara qutusu” adlandırılan Tuncay Güneydən gedir. Olduqca qaranlıq imicə malik bu şəxs haqqında az qala hər gün yeni məlumatlar və iddialar ortaya çıxır. Son olaraq Güneyin Milli İstihbarat Təşkilatının (MİT) agenti olması üzə çıxandan sonra onun verdiyi ifadələrə şübhələr daha da artıb. Xəbər verildiyi kimi, MİT Güneyin agent olmasını təkzib etməyib, məlum olub ki, onun gizli ləqəbi “İpək” olub. Bu şəxs hazırda Kanadada yaşayır, məlumatlara görə, yəhudiliyi qəbul edib və yəhudi sinaqoqunda hahamdır. Lakin həmin sinaqoqun saytında Güneylə bağlı heç bir məlumat yoxdur. Güney vaxtaşırı olaraq ABŞ-da da olur. Türkiyədən mühacirət etdikdən sonra bir müddət ABŞ-da yaşayıb, daha sonra Kanadaya köçüb. Onun ABŞ-a daxil olmaq üçün çoxillik vizası var, vizanın müddəti 2009-cu ildə bitir. İndiyədək Güneyin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin və “Mossad”ın agenti olduğu haqda şübhələr mövcud idi. Türkiyə mətbuatı isə üzə çıxarıb ki, əvvəllər jurnalist olan bu şəxs dövlət qulluqçusu kimi pensiya da alıb. Bu fakt onun MİT-in kadr əməkdaşı olması haqda şübhələri artırır. “Hürriyet” qəzetinin yazdığına görə, Güney haqda məlumatların mətbuata sızmasından sonra onun barəsindəki bütün dosyelərə “məxfi” qrifi qoyulub. Yüksək səlahiyyətli rəsmi şəxslər kimi onun barəsindəki dosyeni də ancaq yuxarılardan icazəsi olan məhdud şəxslər görə bilər.Digər məlumata görə, Güneyin Türkiyədə olarkən İran xüsusi xidmət orqanlarının “Cəllad” ləqəbli agenti ilə dost olub. Söhbət İranın Türkiyədəki baş konsulluğunun keçmiş konsul müavini Möhsün Karger Azad kimi tanınan şəxsdən gedir. Jurnalist olarkən Güney onunla dostluq edib, bəzi məlumatlara görə, MİT onun əliylə İrana dair bir çox məxfi məlumatları toplayıb. Lakin sonradan Möhsün Karger Azad Türkiyədə İran rejimi əleyhdarları olan bəzi şəxslərin öldürülməsini təşkil etdiyi üçün “persona non-qrata” elan edilib. Belə ki, İran rejiminə qarşı çıxan silahlı Xalq Mücahidləri Təşkilatının Fransa üzrə səlahiyyətli şəxsi Zehra Rəcəbi və onun mühafizəçisi Əli Pənah Muradi İstanbulda onun təşkilatçılığı ilə öldürülüb. Daha sonra o İsrailin Türkiyədəki səfirliyinin hərbi attaşesinin maşınına bomba qoyulmasını da təşkil edib.Başqa bir iddia isə Tuncay Güneyin nurçu təriqətinin lideri Fətullah Gülənə bağlı olması barədədir. Vaxtilə onun dindirilməsində iştirak edən İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin rəis müavini Əhməd İxtiyaroğlu mətbuata açıqlamasında deyib ki, Güney dələduzluq ittihamı ilə həbs edilmişdi. Lakin o həbsdə olarkən “Ergenekon” adlı gizli təşkilat haqda sensasion məlumatlara malik olduğunu iddia edib, özünün də bu təşkilata mənsub olduğunu bildirib və könüllü şəklildə ifadə verməyə razılaşıb. Məhz həmin vaxt Güneyin verdiyi ifadələr əsasında indiki “Ergenekon” əməliyyatı qurulub. Formal olaraq isə bu təşkilatın ötən ilin yayında İstanbuldakı gecəqondulardan birində bir neçə əl qumbarasının tapılması ilə deşifrə olunduğu deyilir. İxtiyaroğlu deyib ki, Güneyin “mavi” olduğunu etiraf etməsi, onun şübhəli fəaliyyətləri və imici “Ergenekon” haqda ifadələrinə də şübhə yaradırdı. Dindirilmə zamanı ona Fətullah Gülənlə bağlılığı haqda da suallar verilib, İxtiyaroğlu deyib ki, bütün suallara asanlıqla cavab verən Güney bu zaman tez-tez çaşıb və tərlədiyi müşhidə edilib. |
43,656 | 30.11.2008 08:17 | Gündəm | BİN LADEN NÜVƏ MÜHARİBƏSİ BAŞLATMAQ İSTƏYİB? | Xəbər verildiyi kimi, noyabrın 6-da Mumbay sahillərinə gəmi ilə gələn bir qrup yaxşı silahlanmış terrorçu şəhərdə bir neçə yerə, o cümlədən “Tac Mahal” və Oberoy" otellərinə, habelə yəhudi təhsil mərkəzinin yerləşdiyi yaşayış kompleksinə hücum edərək tutublar. Onlar bir neçə yüz nəfəri girov götürüblər. İki günlük şiddətli döyüşlərdən sonra Hindistan təhükəsizlik qüvvələri noyabrın 28-də əvvəlcə “Oberoy” otelini, daha sonra isə yəhudi mərkəzinin yerləşdiyi yaşayış kompleksini azad edə bilib. Oteldən girovların çoxunu sağ xilas etmək mümkün olsa da, yəhudi mərkəzində yaraqlılar girovlarla birlikdə öldürülüblər.“Röyter” agentliyinin xəbərinə görə, “Tac Mahal” otelində dünən səhər də bir-birinin ardınca şiddətli partlayışlar olub. Binanın daxilində isə atışmalar saatlarla davam edib. Yalnız günorta saatlarında təhlükəsizlik qüvvələri otelə nəzarəti ələ aldıqlarını açıqlayıblar. Rəsmi məlumatlara görə, terror hücumlarında 195 nəfər həlak olub. Onların arasında xarici ölkə vətəndaşları, o cümlədən ABŞ vətəndaşı var. Yaralıların sayı bir neçə yüz nəfərdir. Polis rəsmiləri bütün terrorçuların məhv edildiyini açıqlayıb. Şəhərə hücum edən terrorçuların dəqiq sayı hələ bilinməsə də, ehtimal olunur ki, onlar 20-25 nəfər olublar. Bu cür azsaylı terrorçu qrupa qarşı Hindistan təhükəsizlik qüvvələrininin üç gündür döyüşlər aparması da anlaşılan deyil. Lakin belə görünür ki, yaraqlılar yaxşı döyüş təlimi keçiblər və kifayət qədər sursat ehtiyatına malik olublar. Həmçinin onlar hücum edəcəkləri binaların daxili quruluşunu yaxşı biliblər. Həbs edilən terrorçulardan biri, Pakistanın Pəncab əyalətindən olan Azam Əmir Kasab ifadəsində deyib ki, onların qrupu Pakistanda “Ləşkər əl-Teybə” qruplaşmasının düşərgələrində təlim keçib. Onun dediyinə görə, terrorçular iki düşərgədə təlim keçiblər, düşərgələrin birində onlara gəmi ilə dənizdən hücum etməyin yolları öyrədilib. Bu zaman terrorçulara Mumbayda hücum planlaşdırılan binaların və şəhərin dəniz sahillərinin videogörüntüləri nümayiş etdirilib. Yaraqlılara təlimat verilib ki, insanların çox olduğu yerlərdə daha çox tələfata səbəb olmaq üçün hara gəldi atəş açsınlar. Əvvəlcədən hazırlanmış plan əsasında onlar Pakistanın Kəraçi şəhərindən Hindistanın Qucarat ştatına gəliblər. Orada onlar Hindistan gəmisini icarə adıyla götürüblər, daha sonra gəminin dörd heyət üzvü öldürülüb. Bu gəmi ilə Mumbay sahillərinə yan alan terrorçular iki rezin qayıqla sahilə çıxıblar. Onların əsas məqsədi “Tac Mahal” otelini partlatmaq olub, lakin özləri ilə gətirdikləri partlayıcı maddəni işə salmağa imkan tapmayıblar. Belə ki, terrorçular nəhəng binanı yerlə bir etməyə imkan verən miqdarda “Heksogen” maddəsini içəri keçirə biliblər, lakin onu quraşdırıb işə salmaq üçün fürsət olmayıb. Nəticədə terrorçular maksimal sayda çox girov götürmək variantına əl atıblar.“Ləşkər əl Teybə ”qruplaşması Kəşmir bölgəsində fəaliyyət göstərir və “əl Qaidə” beynəlxalq terror şəbəkəsi ilə bağlıdır. Terrora qarşı mübarizə üzrə aparıcı ekspertlər bu hücumlarda “əl Qaidə” dəst xəttinin açıq göründüyünü deyirlər. Ehtimal olunur ki, bin Ladenin əsas məqsədi Hindistanla Pakistan arasında münasibətləri daha da gərginləşdirmək olub. Britaniya mətbuatının yazdığına görə, hər iki ölkənin nüvə silahına malik olması nəzərə alınarsa, o zaman bin Ladenin daha məkrli planı haqda danışmaq olar. Söhbət Hindistanla Pakistan arasında münasibətləri nüvə müharibəsinə qədər gərginləşdirmək cəhdlərindən gedir. Hindistan artıq bəyan edib ki, terrorçular xaricdə hazırlanıblar. Pakistan rəhbərliyi isə bu terror hücumlarını pisləyərək Hindistana dəstək verib. Rəsmi İslamabad onların özlərinin də terrordan əziyyət çəkdiyini, terrorçuların hər iki ölkə üçün ortaq düşmən olduğunu bəyan edir. |
43,657 | 30.11.2008 08:48 | Gündəm | “SARKOZİ QARABAĞI ERMƏNİLƏRƏ VERMƏYİ MƏSLƏHƏT GÖRÜR” | O bildirib ki, Rusiya prezidenti Dmitri Medvedyevin dəstəyi ilə bu il noyabrın 2-də Moskvada prezident Serj Sərkisyanla görüşün “ümidverici nəticələrini” razılıqla öyrənib: “Bu baxımdan hiss edirəm ki, 2009-cu il müstəsna və məqsədəuyğun bir ildir və münaqişənin həllinə nail olmaq üçün bu fürsətdən istifadə etmək lazımdır. Fransa bu müsbət dinamikaya öz töhfəsini verməyə hazırdır, daha geniş mənada isə Qafqazı sülh və tərəqqi zonasına çevirmək üçün hər bir köməyin göstərilməsində iştirak etməkdə qərarlıdır”.Ancaq məsələnin digər tərəfi var ki, bu da Sarkozinin fikirlərində nə qədər səmimi olduğuna şübhə yaradır. Söhbət Minsk Qrupunda təmsil olunan fransalı həmsədr Bernar Fasyenin bölgəyə son səfərindən sonra sərgilədiyi ermənipərəst mövqedən gedir. Fasye Xankəndinə və İrəvana səfərləri zamanı açıq-aşkar təcavüzkar tərəfin mövqeyini müdafiə etməklə prosesdə obyektiv olacağı barədəki ehtimalların üstündən xətt çəkdi. Onun dediklərindən belə çıxdı ki, Ermənistan ordusu və separatçıların qanunsuz silahlı birləşmələri əslində Qarabağ ermənilərini Azərbaycandan qorumaq üçün hazırkı mövqlərdə möhkəmlənib. Hətta onun “Qarabağ xalqı” adlandırdığı ermənilərin halına acıması Azərbaycanda sərt təpki ilə qarşılandı. Təəssüf ki, rəsmi Bakı ictimaiyyətin etirazlarını nəzərə alıb Fransa dövlətinə yumşaq formada da olsa narahatçılığını çatdırmadı. Heç Fransanın ölkəmizdəki səfirindən də hesab istəyən olmadı. Belə olan halda Sarkozinin məktubundakı fikirlər təbii ki, birmənalı qarşılana bilməzdi.Bir müddət öncə Fasyenin “arzuedilməz şəxs” elan olunması təklifini irəli sürən politoloq Vəfa Quluzadə bildirdi ki, hazırda bizimçün ən müstəsna imkan Dağlıq Qarabağdan imtina etməkdir: “Ona görə də Sarkozi məsləhət görür ki, bu gözəl imkanı əldən buraxmayaq. Yəni heç olmasa 2009-cu ildə Dağlıq Qarabağı fransız xalqının dostu ermənilərə verək, bununla da məsələni bitirək. Fransızların vecinə deyil ki, Azərbaycan o zaman xəritədə nə boyda görünəcək. Onların fikrincə, Azərbaycan Dağlıq Qarabağsız, ya Laçınsız olanda nə olacaq ki?! Fransızlar gözəl bilir ki, 1920-ci ildə Zəngəzur Ermənistana verildi, heç nə olmadı. Ona görə də deyirlər ki, belə qızıl fürsəti əldən buraxmayın”.Ancaq V.Quluzadə əmindir ki, Sarkozinin məsləhəti tamamilə havadan asılı qalacaq: “Çünki belə “qızıl fürsət”lər çox olub, hamısını da əldən vermişik”.V.Quluzadə rəsmi Bakının B.Fasyenin açıqlamalarına görə Sarkoziyə rəsmi səviyyədə reaksiya verməməsini də vurğuladı: “Fasyeni ”persona non-qrata” elan etsəydik, nə olardı ki? Bu addım Fransa-Azərbaycan əlaqələrinə heç bir xələl gətirməzdi. Azərbaycana qarşı böyük qəbahət işlədən şəxs kimliyindən, milliyyətindən asılı olmayaraq cəzalandırılmalıdır”. |
43,658 | 30.11.2008 08:49 | Gündəm | “TÜRKİYƏ DANIŞIQLARDA AZƏRBAYCANIN MÖVQEYİNİ SATA BİLƏR” | Amma son vaxtlar Türkiyənin mövqeyi ilə bağlı narahatlıq doğura biləcək məlumatlar yayılır. Türkiyə və Qərb mətbuatında belə xəbərlər yer alır ki, rəsmi Ankara Ermənistanla münasibət qurmaq üçün Qarabağ məsələsini ön şərt olmaqdan çıxara, yaxud bu məsələdə mövqeyini yumşalda bilər. Elə Türkiyənin Ermənistanda səfirliyini açmağa hazırlaşmasını da bunun əlaməti kimi qiymətləndirənlər var. Qeyd edək ki, artıq diplomatik əlaqələrin qurulması istiqamətində gizli danışıqların aparıldığı haqda məlumatlar yayılır.Lakin rəsmi Bakı məsələyə ciddi reaksiya verməyə hələ tələsmir. XİN-in mətbuat katibi Xəzər İbrahimin qəzetimizə dedikləri də bundan xəbər verir. O, bununla bağlı Türkiyənin heç bir rəsmi bəyanatını və mövqeyini eşitmədiklərini bildirib. XİN əməkdaşının sözlərinə görə, rəsmi Bakı hər hansı dəqiqləşmə aparmaq məqsədilə Türkiyəyə hələ müraciət etməyib: “Biz Türkiyə ilə ikitərəfli dost və qardaş münasibətlərini davam etdiririk. Eyni zamanda digər dövlətlərin ikitərəfli münasibətlərinə qarışmırıq. Türkiyə regionda sülh və sabitlik üçün səy göstərir. Ankara dəfələrlə öz mövqeyini ortaya qoyub və bildirib ki, regionda sülhün bərqərar olması üçün əsas məqamlardan biri Ermənistanın işğalçı siyasətinin sonu və Azərbaycan torpaqlarından çıxmasıdır”.Türkiyə bölgədə sülh naminə Qarabağ məsələsini arxa plana keçirə bilərmi? X.İbrahim bunu fərziyyə sayır: “Biz öz siyasətimizi fərziyyələrlə qurmuruq”.Politoloq Hikmət Hacızadə isə Türkiyənin mövqeyindən narahatçılığını etiraf etdi: “Biz hamımız bu vəziyyətə görə narahat olmalı və narahatçılığımızı açıq şəkildə bildirməliyik. Mən narahatam ki, bu danışıqlarda Türkiyə Azərbaycanın mövqeyini sata bilər. Ən azı Ermənistanla danışıqlarda Azərbaycanın mövqeyi və maraqları nəzərə alınmaya bilər. Biz öz narahatçılığımızı hər an utanmadan bəyan etməliyik”.H.Hacızadə rəsmi Bakının da məsələyə həssas yanaşmasını zəruri sayır: “Biz göstərməliyik ki, məsələyə nəzarət edirik. Qoy türk qardaşlarımız bizim durumu həssaslıqla izlədiyimizi görsünlər. Biz bilmirik ki, pərdə arxasında hansı söhbətlər aparılır. Məsələn, birdən deyə bilərlər ki, bağışlayın, sizin maraqlarınızı nəzərə ala bilməyəcəyik. Ona görə də ölkəmizin rəsmi qurumları da narahatçılığını bildirməlidir. Türkiyə hökumətinə və cəmiyyətinə ardıcıl şəkildə mesajlar göndərməliyik”. |
43,659 | 30.11.2008 08:09 | Yazarlar | BİRLİK ÜÇÜN PARÇALANMA | Dəhşətdir, bu məmləkətdə çox az adam tapılar ki, gələcəyə ümidlə baxsın. Kimdən soruşsan ki sabahı necə görürsən, böyük əksəriyyət bədbin danışacaq. Əlini yelləyib, ağzını büzəcək. Bir yoxlayın, çevrənizdəki beş adam arasında sorğu keçirin, görün birinin dilindən gələcəyə yönəlik ümidverici və müsbət söz çıxacaqmı?! Mümkün deyil! İtmiş sabahlar, ölmüş ümidlər ölkəsinə çevrilib Azərbaycan.Və bütün bunların fonunda, məsələn, müxalifətdən birlik ummaq bəlkə də bir qədər ədalətsiz yanaşmadır. Axı müxalifəti təşkil və təmsil edən fərdlər də bu ölkədə yaşayır, bu millətin içindən çıxıb. Nə qədər ağıllı, savadlı, təcrübəli adamlar olsalar da baş verənlərin onların psixikasına, davranışına təsirsiz ötüşməsi mümkün deyil. Açığı, birlik söhbətlərinin hər dəfə daha böyük intriqa ocaqları yaratmasını təbii qarşılamaq lazımdır. Bunca ictimai-sosial gərginlik içində olan ölkədə müxalifətin birləşməsi əslində təəccüblü olardı. Bəs çıxış yolu nədir?Bəzi mülahizələrə görə, əksinə, imkan vermək lazımdır ki, parçalanma daha da dərinləşsin. Cəmiyyəti sarmış haqsızlıq, ədalətsizlik, özbaşınalıq, bahalıq bir qədər də dərinə işləsin. Bəlkə bunun sonunda intibah və ya inqilab baş verə. Əksər ölkələrin taleyində belə hallar yaşanıb. Xalqlar ekstremal vəziyyətlərdə qəhrəmanlar doğur. Və həmin qəhrəmanlar bəzən bütöv bir milləti xilas edir, onun qədərini dəyişir. Necə ki, 20 il əvvəl Azərbaycanda başlayan proseslər onlarla qəhrəmanlar yetişdirdi, yüzlərlə döyüşçü ortaya çıxardı.Amma və lakin çox keçmədi ki, elə həmin qəhrəmanlar özləri millətin taleyini qaraltdılar. 1993-cü ilin iyununda vaxtilə yüz minlərin, milyonların qəhrəman kimi baxdığı, sevdiyi, öydüyü Etibar Məmmədovun, Rəhim Qazıyevin, Nemət Pənahlının, Surət Hüseynovun və digərlərinin cinayətə bərabər sayılacaq davranışlarının altını millət olaraq hələ də çəkirik. Hikkə, iddia, siyasi dikbaşlıq onların özlərini birdəfəlik bitirdi, milləti və ölkəni isə yanı üstə qoydu.Elə çatışmayan cəhətimiz həm də odur ki, bizdə lider və qəhrəman bolluğudur. Ona görə də həmin o qəhrəmanlar azacıq məşhurlaşan və xalqın hörmət-izzətini üzərlərində hiss edən kimi çox ziyanlı nəticələr çıxarırlar. Axırı da belə olur.Fəqət, elə indiki situasiyanın özü də xalqın ayağa qalxması, haqqını tələb etməsi üçün kifayətdir. Bu hakimiyyət və onun məmurları daha nə etməli, hansı haqsızlıqlara imza atmalıdır ki, azərbaycanlılar açıq formada olanlara etiraz bildirsinlər?! *** Yazını tənqidi və pessimist notlar üzərində başlasaq da bu pisliklərin sonsuza qədər davam edəcəyini də düşünmürük. Azərbaycanda həyat nə vaxtsa öz normal axarına düşəcək. Bunun əlamətləri zatən görünür: insanların içindəki passiv etiraz və hüdudsuz qəzəb, ziyalılar arasındakı məlum mübahisələr, hələ də satılmayan bir-iki qəzet və həmin nəşrlərdə çalışan vicdanlı jurnalistlər, köşə yazarları və Müsavatın timsalında müxalifətin mövcudluğu. Bu dörd istiqamətin ümumiləşdirilməsi ilk baxışda bəlkə də kimlərəsə qəribə görünə bilər. Amma sadaladıqlarımızın vəhdət şəklində dəyişikliyə səbəb olacağı xeyli mümkün, həm də real görünür. Azər AYXAN |
43,660 | 30.11.2008 08:20 | Yazarlar | LAZIM - HAMIYA LAZIM | Doğrusu, dövlət büdcəsi hesabına, camaatın, xalqın puluyla həccə getməyin kəraməti haqda çox da düşünüb başımı ağrıtmaq istəmirəm. Oxucumuz Mahir Əzizovun “Sizcə həccdən qayıdanlar arasında Hacı Zeynalabdinlər çox olacaq, yoxsa Hacı Qaralar?” sualına cavabım belə oldu: “Hacı Məmmədovlar”.Anekdota bənzər, deyilənə görə olmuş hadisə var. Molla yas yerində ardıcıl olaraq “ölüyə nə lazımdır” sualı verib, özü də cavabında “rəhmət, düzgün dəfn, dua oxumaq” və sairə kimi sözlər deyirmiş. Nəhayət, məclisdəki hal əhli cavanlardan biri dözmür, molla “ölüyə nə lazımdır” soruşanda dərhal yerdən deyir: “Can sağlığı”.Mən ölkəmizin dünyasını dəyişdiyini iddia etmirəm, amma “Azərbaycana nə lazımdır” sualı hər birimizi düşündürür. Deyəsən, ölkəyə lazım olan birinci şey elə lazımın özüdür. Müdafiə nazirindən tutmuş sıravi vətəndaşa qədər, hər kəs “lazım gəlsə filan işi edərik” söyləyir. Bizim hamımıza “lazım” lazımdır.Bakıda gələn həftə Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri iclasa yığışacaq.Ermənistanın naziri də gələ bilər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu münasibətlə deyibdir ki, lazım gəlsə nazirlərin toplantısını da dağıdacağıq, təki Bakıya erməni ayağı dəyməsin. Eh, Akif bəy, ta sənin Səfər Əbiyevdən nə fərqin oldu...Sən də lazım ümidinə qaldınsa, təşkilatın ismi-şərifinə əl gəzdirməyin məsləhətdir. Qoy olsun Qarabağ Azadlıq Lazım Gəlsə Təşkilatı.Yeni şəraitin nəbzini tutmaq işində hakimiyyətdən örnək alın. Bakının “Qara şəhər” adlanan hissəsində bir “plakat” vardı, üstündə Heydər Əliyevin kəlamı həkk olunmuşdu: “Neft Azərbaycan xalqının milli sərvəti olub, təkcə indiki nəslə deyil, həm də gələcək nəslə məxsusdur”. Bu günlərdə YAP-çı deputat Siyavuş Novruzov dedi ki, neft gəlirlərini gələcək nəslə saxlamaq üçün gərək indiki nəsli qırsınlar, buna da yapçıların əli gəlmir. Novruzovun bu sözlərindən sonra hakimiyyət Heydər Əliyevin həmin kəlamını yığışdırıb. Səncə, təsadüfdürmü? Yəqin ki, yox. Əslində gələcək nəsil kimi mücərrəd bir topluma niyə pul saxlasınlar? Bəlkə heç o gəlmədi? Bəlkə gələcək nəsil də lazım gəlsə gələcək? *** Bir dənə maraqlı əhvalat olub, istəyirəm oxuyasınız.Xanhüseyn Kazımlının Sosial Rifah adlı partiyası var. Sən demə, partiyanın qərargahı “Səttarxan” adına Maşınqayırma Zavodunda yerləşirmiş və icarə haqqını ödəmirmiş. Bu həftə zavod partiyanı məhkəmədə udub və qərar çıxıb ki, partiya tam icarə haqqını ödəməli, həm də... zavod sökülənədək oranı tərk etməlidir. Belə çıxır ki, X.Kazımlının partiyası zavod söküləndən sonra da orada qalmaq istəyirmiş. Sifət buna deyərəm!Əgər partiya zavoddan çıxmasa, yəqin onu da sökəcəklər. Nəticədə, fəhlə sinfinin sosial rifahına ikiqat zərbə dəyəcək. Təbii, lazım gəlsə. Zamin HACI |
43,661 | 30.11.2008 08:13 | Yazarlar | BÖYÜK ŞİRKƏTİN ÖLÜMÜ | *** Mətbuatımız “Baku Steel Company”nin dayanmasını bu cür təqdim etmişdi: “Ölkənin ən böyük şirkəti müflis oldu”. Yəni öldü. Polad məmulatlarının qiymətinin 40 faiz aşağı enməsindən sonra bu şirkət 1700 işçisini öz hesabına məzuniyyətə göndərib. Çünki tikinti sektorunda iş əsasən dayanıb və bazarda tələbat kəskin azalıb. Rəhbərlik dövlət qurumlarından yardım istəyib, amma nə hökumət strukturları, nə də banklar bu müraciəti dəyərləndirməyib. Yəni hər gün analoqu olmayan inkişafdan danışanlar tənəzzülə gözünün ucu ilə baxmaq istəməyib. Onların işi inkişafdan danışmaqdır. Şirkətin sahibi - bizim başbilənlərin köhnə dostu Paolo Pərvizi hətta dostluq da xilas etməyib. *** Bəs necə oldu ki, ölkənin ən böyük şirkəti sıradan çıxdı? Orası düzdür və biz də inkar etmirik ki, nefti çıxsaq, bizim iqtisadiyyat bu böhrandan ciddi təsirlənməyib. Amma bizim iqtisadiyyat da elə neftdən ibarətdir. Başqa təsirlənəcək nə var ki?! Görmürsünüzmü, biz Paolo Pərvizin şirkətinə ölkənin ən böyük şirkəti deyirik. Yəni bir-iki belə şirkət dayana bilər ki, bunu da hesab-kitaba salmamaq olar. Bəla neftin qiymətinin ölməsidir. *** “Ölkənin ən böyük şirkəti” deyimi məni xeyli düşündürdü. Görəsən, bizdə şirkətlərin reytinqi varmı? Nə qədər böyük, nə qədər kiçik şirkət var? Amma bizim iqtisadi və siyasi reallıqları vargəl edəndən, normal ölkələrlə müqayisə aparandan sonra sualı yerli-dibli dəyişdirdim: görəsən, bizdə ümumiyyətlə şirkət varmı?İmtiyazlı bürokratiya biznesinin hakim olduğu, bütün biznes sahələrinin nəzarətdə saxlanıldığı, dükan və toyxana təfəkkürü ilə idarə edilən, dükan və toyxanalarla zəngin olan, haqq yığılması ilə vahid strukturda birləşən iqtisadi məkanda şirkət necə ola bilər? Adı şirkət ola bilər, amma özü şirkət sayıla bilərmi?!Şirkətləşmə bir qayda olaraq özündə maliyyə ilə yanaşı idarəçi və menecerləri, mütəxəssisləri, şirkət ənənəsini, marka və müştəri ilə davranma mədəniyyətini ehtiva edən bir mexanizm kimi qəbul edilir. Şirkətlər bazardakı rəqabətə davam etmək üçün strategiyaya malik olmalı, məqsədin biznes həllini bacarmalıdır. Onlar üçün keyfiyyət əsasdır. Bizdə isə arxa (“krışa”) tapırlar, monopoliya xəttini idarə edənlərdən icazə alırlar, kiməsə haqq verib bazarın bir qismini ələ keçirirlər. Sonu da necə olur-olsun! Hər şey daha çox “krışa”nın hündürlüyündən, “leysanlar”da onun dammamasından asılıdır. Buna görə də bizdə şirkətlər yox dərəcəsindədir. *** Bütün dünyada şirkətlər müəyyən dövr yaşayıb ölə bilir. Hətta dünyanın ən böyük şirkətləri arasına girən öncüllərdən də yoxa çıxanlar olur. Onlar ya bağlanır, ya başqa şirkətlə birləşir, ya da satılırlar. “Fortune” jurnalının 500 ən böyük şirkət siyahısına daxil olan qurumların 20-30 faizi 10-15 il arasında ömrünü başa vurur. Amma onlar şirkətlərdir. Bizdəkilər isə şirkət yox, sadəcə ya filan nazirin, ya prezidentin dostunun, ya hakim ailə üzvlərinin qohumlarının qazanc yeridir. “Baku Steel Company” böhran olmasa da çox yaşaya bilməzdi. O qaragünlü Hüseyn Arabulu unutmaq olmaz. *** Bizim ölkə özü bütöv bir şirkətə bənzəyir. Ən böyük şirkətə. Adına “Akkord” da demək olar, “Azneft” də, “Azərbaycan” da, Azərbaycan da! |
43,662 | 30.11.2008 08:03 | Gündəm | AŞQABADDAKI QAZ SAMMİTİNİN NƏTİCƏLƏRİ HƏLƏ AÇIQLANMIR | O, bir gün əvvəl Aşqabadda prezident Qurbanqulu Berdıməhəmmədovla ikitərəfli danışıqlar aparıb və bir sıra sənədlər imzalanıb. Danışıqlar zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın da müzakirə olunduğu haqda ümumi bəyanatlar səslənib. Lakin dövlət başçılarının bu sahədə konkret olaraq hansısa razılaşma əldə edib-etməməsi haqda detallar bəlli deyildi.İ.Əliyev rəsmi danışıqları başa çatdırandan sonra Türkiyə prezidenti Abdullah Gül Aşqabada yola düşüb. Həmin axşam o, Türkmənistan paytaxtında ikitərəfli danışıqlar aparıb. Dünən isə üç ölkə prezidentləri Türkmənbaşı şəhərinə gələrək burada qaz nəqlinin variantlarına həsr edilmiş sammiti keçiriblər.Xəbərlərə görə, prezidentlər əvvəlcə xatirə şəkli çəkdirib. Daha sonra onlar ümumi protokol nitqləri ilə çıxış edib. Q.Berdıməhəmmədov qonaqları salamlayaraq Türkmənistana səfərə gəldiklərinə görə təşəkkür edib. A.Gül üç ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin birgə görüşünün əhəmiyyətini vurğulayıb.Daha sonra çıxış edən İ.Əliyev üç qardaş ölkənin prezidentlərinin ilk dəfə üçtərəfli görüş keçirdiyini bildirib: “Bu görüşə çox böyük əhəmiyyət verirəm. Əminəm ki, görüşün nəticələri uğurlu olacaq. Bizim aramızda dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün də bu görüşün çox gözəl nəticələri olacaq. Bizi ortaq tarix birləşdirir, dil, müştərək mədəni köklər birləşdirir. Üç müstəqil ölkə öz siyasətini bu gözəl zəmin əsasında aparır, biz aramızda olan bu gözəl, ənənəvi dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çalışırıq”.Üçtərəfli danışıqlar başa çatandan sonra nəticələr haqda mətbuata məlumat verilməyib. Gözlənilirdi ki, danışıqların nəticəsi olaraq üçtərəfli bəyannamə imzalanacaq. Dünən Türkmənistan prezidenti Q.Berdıməhəmmədovun adından Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Abdullah Gülün şərəfinə nahar verildiyi bildirilir. *** Bu sammit ona görə həlledici hesab olunurdu ki, Avropa Birliyi və ABŞ Türkmənistanla Azərbaycandan “Nabukko” kəməri ilə bağlı siyasi qərar gözləyir. Məlum olduğu kimi, Rusiya bu layihəni əngəlləmək üçün müxtəlif üsullardan istifadə edir, həmçinin Azərbaycan qazının hamısını Avropa qiymətlərinə almağa hazır olduğunu bildirir. Lakin layihənin üzləşdiyi əngəllər təkcə Rusiya amili ilə bağlı deyil, Türkiyə də “Nabukko”ya problemlər yaradıb. Söhbət Ankaranın Azərbaycan qazını bazar qiymətlərindən iki dəfədən də çox ucuz almaq maraqlarından və təklif etdiyi tranzit şərtlərindən gedir. Məhz bu problemlər üç ölkə prezidentinin Aşqabadda bir araya gəlməsində əsas rol oynayıb. Bu günədək nə Türkmənistan, nə də Azərbaycan “Nabukko” kəməri ilə qaz nəqli barədə möhkəm təminat verməyiblər. İlham Əliyev İtaliyaya səfəri zamanı bildirmişdi ki, bu layihənin baş tutub-tutmayacağını bilmir, çünki onun reallaşması təkcə Azərbaycandan asılı deyil. Azərbaycanın dövlət başçısı bununla Türkmənistana işarə etmişdi. Yəni kəməri doldurmaq üçün təkcə Azərbaycan qazı kifayət deyil, nəhəng qaz ehtiyatlarına malik Türkmənistan da bu kəmərlə qaz nəql etməkdə maraqlı olmalıdır.“Amerikanın səsi” radiostansiyasının bildirdiyinə görə, Qərbin bəzi dairələri Avropanın enerji mənbələrinin müxtəlifləşməsi işində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə müzakirələrinə ümidsiz yanaşdıqları halda Avropada bu məsələ ilə bağlı ümumən nikbindirlər. Baxmayaraq ki, Avropa Birliyinin nümayəndələri Gürcüstandakı münaqişənin “Nabukko” qaz kəmərini müəyyən dərəcədə şübhə altında qoyduğunu gizlətmir. Xüsusilə də Rusiya Gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanıyandan sonraÿsərmayəçilərin “Nabukko”ya pul qoyacaqları barədə şübhələr yaranıb.Ancaq Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin tarixi Aşqabad sammiti ərəfəsində səslənən bəyanatlar üç türk dövlətinin Avropanın enerji asılılığını azaltmaq təşəbbüsləri ətrafında müxtəlif mülahizələrə yol açırdı. Məsələn, belə suallar var: Azərbaycanla Türkiyə öz aralarında qaz nəqlinin kommersiya qiymətlərini razılaşdıra bilmədiyi halda Türkmənistanı necə yola gətirəcəklər? Başqa mülahizələrdə isə qeyd olunur ki, Bakı ilə Aşqabad enerji resurslarının nəqlində Qərblə Rusiya arasında seçimlərini qətiləşdirə bilməyib.Mülahizələrdən biri də “Nabukko” layihəsinin ümumiyyətlə real olmamasıdır, baxmayaraq ki, Amerika və Avropa xeyliÿ vaxtdır Bakı ilə Ankaranı türkmən liderini bu işə həvəsləndirməyə səsləyirlər. Aşqabad danışıqlarını kənardan izləyən Avropa rəsmiləri isə diqqəti ona yönəldir ki, Avropa Birliyi özünün Rusiya qazından asılılığını azaltmaq üçün bu layihəni dəstəkləsə də onun qarşısında maliyyələşdirmə və siyasi amillər daxil olmaqla bir sıra çətinliklər durur. Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə İqtisadi Mərkəzinin koordinatoru Pyer Morell “Amerikanın səsi”nə müsahibəsində deyib ki, onlar prosesi diqqət mərkəzində saxlayırlar, amma bütün hallarda nikbindirlər ki, layihəni həyata keçirə biləcəklər. P.Morellə görə, layihənin gerçəkləşməsi üçün lazım olan siyasi iradə hamıda var - həm kəmərin keçəcəyi ölkələrdə, həm də onu qazla təmin edəcək ölkələrdə: “Məncə, burada o da deyilməlidir ki, indi biz bir çox bazar qüvvələrinin idarə etdiyi dünyada yaşayırıq. Konkret olaraq Azərbaycanla Türkmənistana gəldikdə,- hərçənd ki, burada həm də resursların istismarı ilə məşğul olan neft şirkətləri var,- onların mövqeyi koordinasiya olunmalıdır. Vəziyyət belə gətirib ki, ölkə və şirkətlər ÿenerji mənbələrinin Avropa və başqa bazarlara çıxarılması üçün ən yaxşı yol və üsulları tapmalıdır. Bildiyimiz kimi, burada bir çox variantlar var. Amma hər ölkə öz maraqlarını üstün tutmalıdır. “Nabukko” ilə bağlı bunu, demək olar ki, onu həyata keçirmək üçün çatışmayan heç nə yoxdur - pul da var,ÿsiyasi iradə və cəsarət də. Lakin bəzən çətinliklər olur və biz onların necə çözüləcəyini bilmirik. Məncə, burada məsələ Türkmənistan, yaxud Avropanın siyasi iradəsində deyil. Biz azad dünyada yaşayırıq və dövlətlərÿöz malını hara, necə və nə vaxt satmaq barədə qərar verməlidirlər”.Avropa rəsmisi deyir ki, Brüsseldə İlham Əliyevin bir neçə gün əvvəl İtaliyada verdiyi bəyanatları müsbət qarşılayıblar. Belə ki, İ.Əliyev orada “Nabukko” layihəsinə müsbət baxdığını deyib. Amma əlavə edib ki, kəmərin reallaşması təkcə Azərbaycandan asılı deyil. ÿP.Morell hesab edir ki, prezidentin bu bəyanatı Azərbaycanın öz qazının Avropaya alternativ yollarla nəqlində maraqlı olmasına işarədir. Onun fikrincə, indi növbə Türkmənistanındır.Bəs tərəflər Aşqabadda “Nabukko”ya dəstək versələr, o zaman bu dövlətlərin Rusiya ilə münasibətləri necə olacaq? Axı Moskva artıq Azərbaycan qazının tam həcmini yüksək qiymətlərlə almağı təklif edib. P.Morellin bu suala cavabı belə olub: “Məncə, bu, çox yaxşı təklifdir. Xüsusilə də kommersiya maraqları baxımından Azərbaycan üçün cəlbedicidir. Amma yəqin Rusiyada da başa düşürlər ki, Avropa Birliyi üçün məsələ qapanıb. Məncə, Bakıda da anlayırlar ki, Rusiya marşrutu bütün hallardaÿ Avropaya neft və qaz nəql edən müxtəlif yollardan biri kimi qalır. Elə isə Azərbaycan özü niyə həmin yollardan biri olmasın? Qazı hara satmaq əlbəttə ki, Bakının öz qərarıdır. Amma mən sual edirəm: suda üzə bilənin qayıqda nə işi var?”Ekspertin fikrincə, Avropa Birliyi bu məsələyə ona görə qarışmır ki,ÿo, hansısa qaz təchizatı şirkəti deyil. Buna görə də Avropa Birliyi Bakıya alternativ təklifi belə sadə şəkildə verə bilmir. Amma sual yaranır: Azərbaycanda Avropaya qazı cənub dəhlizi ilə müstəqil şəkildə keçirmək istəyirlər, yoxsa kiminsə əlaltısına çevrilməklə? Ekspert yada salır ki, “Nabukko” reallaşsa, bu, Azərbaycanın tranzit ölkə kimi də rolunu və beynəlxalq imicini artıracaq. Nəzərdə tutulub ki, 3 min kilometrlik “Nabukko” kəməri Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə - Avstriyaya daşıyacaq. Kəmər tikilsə, Azərbaycanın öz enerji ehtiyatları qurtarandan sonra da regionda əhəmiyyətini saxlayacaq. |
43,663 | 30.11.2008 08:13 | Ölkə | SİYASƏTÇİLƏR YERLİ MAL ALIRMI? | Amma təəssüf ki, Azərbaycanda yerli istehsal malları keyfiyyətsizdir. Bu da əhali arasında həmin məhsulların keyfiyyətinə inamı azaldır. Sadəcə kasıb təbəqə belə məhsulları daha çox almağa məcburdur. Təbii ki, ucuz olduğu üçün. Yerli malların keyfiyyətsizliyinin səbəbləri isə bir deyil, beş deyil. Sahibkarlar istehsal zamanı bütün mümkün variantları nəzərə alaraq az vəsait sərfiyyatı ilə daha yüksək nəticə əldə etməyə çalışır. Bundan əlavə, yerli iş adamlarının texnoloji imkanları, istehsal vərdişləri, mühəndis-texniki kadr bazası, xammal bazası Qərb ölkələrindəkinə nisbətən bərbad gündədir.Bir çox ölkələrdə insanlar nə qədər vətənpərvər olduqlarını göstərmək üçün yerli istehsal məhsullarını alır. Bununla da xeyir vətənlərinə qalır. Bəs özlərini kifayət qədər vətənpərvər hesab edən bizim siyasətçilərimiz necə, onlar da yerli mal alırmı?Müsavat başqanının müavini Arif Hacılı yerli mallara üstünlük verir: “Hazırda əynimdə Bakıda istehsal olunmuş kostyum var. Ümumiyyətlə, yerli mala daha çox üstünlük verirəm”.KXCP sədrinin müavini Xəzər Teyyublu yaxşı yerli mal olanda alır: “Əgər yaxşı yerli mal varsa, ondan imtina etmirəm. Əgər yoxdursa, heç olmasa qardaş ölkə olan Türkiyənin mallarına üstünlük verirəm”.Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda yerli mal olmadığını dedi: “Daha çox İtaliya mallarına üstünlük verirəm. Azərbaycanda bir dənə sifarişlə tikən “Emilənt” firmasını tanıyıram. O da mənim zövqümə uyğun deyil. Qiymətlərinə gəlincə isə hesab edirəm ki, bugünkü Azərbaycan reallığına uyğun deyil”.İ.Ağazadə bu gün Azərbaycanda istehsal olunan malların çox keyfiyyətsiz olmasından narazıdır: “Xaricdən qonaqlarımız gələndə biz onları ziyafətlərə, şam və ya nahar yeməyinə dəvət edirik. Adicə yerli pomidor yeyirlər, onlara ləzzət eləyir. Amma bu məhsulun qablaşdırılması olduqca aşağı səviyyədə olduğu üçün biz onları xarici bazara da çıxara bilmirik”.ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, ölkədə xammal keyfiyyətsiz olduğu üçün hazır məhsul da keyfiyyətsizdir: “Yerli istehsaldan olan şalvarlar və ayaqqabılar almışam. Onlar qısa zamanda öz keyfiyyətini itirib, yararsız hala düşüblər. Demək olar ki, verilən pula dəymir. Ancaq Türkiyə istehsalı olan mallar kifayət qədər keyfiyyətlidir. Qiyməti də Avropa mallarına nisbətən əlverişlidir”.Millət vəkili Pənah Hüseyn də yerli malın olmadığını dedi: “Avropa markası olan paltarlar çox bahadır. Ona görə də heç onlara baxmıram. Paltar alarkən onun keyfiyyətinə diqqət edirəm. Əsasən Türkiyə mallarına üstünlük verirəm. Yaxşı yerli mal yoxdur, varsa da çox keyfiyyətsizdir”.KXCP sədrinin müavini Zəlimxan Məmmədli də Azərbaycan mallarına daha çox üstünlük verir: “Kostyumlarımı yerli parça ilə tikdirirəm. Amma ayaqqabıdan tutmuş geyimə qədər hazır mal alanda keyfiyyətinə önəm verirəm. Daha çox Türkiyə və İtaliya məhsullarını bəyənirəm”. |
43,664 | 30.11.2008 08:26 | İqtisadiyyat | AZƏRBAYCAN BANKLARI MDB-də ƏN ÇOX XARİCİ MALİYYƏ MƏNBƏLƏRINDƏN ASILI BANKLARDIR | Dövlət zəmanətli borclarla bağlı da vəziyyət kritikdir. Büdcədən kreditlərin qaytarılmasına ayrılan vəsaitlərin həcmi ildən-ilə genişləndirilir. Əgər 2006-cı ildə borcları qaytarmaq üçün 136 milyon dollar xərclənibsə, 2007-ci ildə bu istiqamətə 170 milyon dollar vəsait sərf olunub. 2009-cu ilin büdcəsindən isə 195 milyon manat nəzərdə tutulub.Maliyyə Nazirliyinin məlumatına görə, hazırda dövlətin 2 milyard 590 milyon dollar xarici borcu var. Adambaşına düşən borcun məbləği 342,3 dollardır. İlin sonunadək bu borcun 400 dollara kimi yüksələcəyi istisna olunmur. Onu da nəzərə çatdıraq ki, xarici borcların həcminə görə bir çox hallarda Azərbaycan Qazaxıstanla müqayisə edilir. Hökumət rəsmiləri ölkənin borclarının az olmasından öyünürlər. Halbuki xarici borclar ümumi daxili məhsulun 7,2 faizi həcmindədir. Bu isə o deməkdir ki, adambaşına xarici borcların artım sürəti ümumi daxili məhsulun artım surəti səviyyəsindədir. Bunu nəzərə alan ekspertlər hökumətin əksinə olaraq Azərbaycanın Qazaxıstan problemi ilə üzləşə biləcəyini deyirlər. Məlumat üçün qeyd edək ki, Qazaxıstanda xarici borclar ümumi daxili məhsulu ötərək, 100 milyard dolları keçib.Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici borcları digər MDB dövlətlərininkindən az deyil ki, çoxdur.İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanın xarici borc problemi faktiki sosial-itqisadi problemlərdən birinə çevrilib: “Son illər hökumət, kommersiya bankları, şirkətlər kifayət qədər böyük məbləğdə xaricdən kredit alıblar. Yalnız kommersiya bankları son bir ildə borclanmanı 3 dəfə artıraraq 2 milyard dollara çatdırıblar. Praktiki, kommersiya banklarının xarici mənbələrdən asılılığı artıb”.V.Bayramov deyir ki, 2008-ci il daha çox Azərbaycanın xarici borclarının şişməsi kimi yadda qaldı: “Məsələ yalnız hökumətin beynəlxalq maliyyə qurumlarından, Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan aldığı kreditlərin həcminin artması ilə bağlı deyil, eyni zamanda özəl şirkətlərin, bankların borcları böyükdür. MDB ölkələri ilə müqayisədə Azərbaycan banklarının xarici borc öhdəlikləri daha ciddi hesab olunur. Bu məsələ yaxınlarda Kşinyovda MDB mərkəzi banklarının rəsmilərinin iştirakı ilə keçirilən sammitdə də qeyd olundu. Söhbət xarici borcların bank kapitalındakı payı ilə müqayisəsindən gedir. MDB ölkələri içərisində Azərbaycan bankları ən çox xarici maliyyə mənbələrindən asılı banklardır. Bunun da əsas səbəbi Milli Bankın uçot stavkasının yüksək olması idi. Uçot stavkasının 15 faiz ətrafında müəyyənləşdirilməsi kommersiya banklarının daxili mənbələrdən istifadə etmək imkanını məhdudlaşdırırdı və nəticədə onlar ucuz kreditlərə üz tuturdular”.İqtisadçı ekspertin sözlərinə görə, bankların, qeyri-bank qurumlarının xarici borc öhdəliklərinin artmasının əsas səbəbi Azərbaycanda kifayət qədər bahalı kredit siyasətinin həyata keçirilməsidir: “Bu, maliyyə və qeyri-bank qurumların ucuz kreditlərdən istifadə etməsini şərtləndirir. Problem yalnız özəl şirkətlərin, bankların borc öhədiklərinin artmasında deyil. Azərbaycan hökuməti də rəsmi olaraq beynəlxalq maliyyə qurumlarından, digər təşkilatlardan borclanmanın həcmini artırıb. Bu həmçinin adambaşına düşən borcların həcminin artmasına gətirib çıxarıb. Maliyyə Nazirliyinin açıqlamalarından da görünür ki, 2007-2008-ci ildərdə dövlətin və adambaşına düşən xarici borcların həcmi artıb. 2008-ci ilin dövlət büdcəsindən xarici borcların qaytarlımasına 204 milyon manat vəsait ayrılıb. Halbuki vəsait azlığı səbəbindən bir sıra layihələr maliyyələşdirilmədi. Neft bumu, dövlət gəlirlərinin artması mifi ətrafında hökumət kifayət qədər borclanmaya gedib ki, bu gün artıq onun mənfi nəticələri hiss edilməkdədir. 2009-cu ilin dövlət büdcəsinin gəlirlərinin 40 faizindən artığının Dövlət Neft Fondundan transfertlər hesabına formalaşması göstərir ki, yaxın illərdə yalnız özəl şirkətlərin xarici borc öhdəliklərini yerinə yetirməsi problemi olmayacaq. Hökumətin özünün də bu yöndə problemləri yaranacaq. Kifayət qədər kəskin problemdir. Güman edilir ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilə bilər”.V.Bayramovun qənaətincə, bütün hallarda 11 milyard borc 8 milyon əhalisi olan ölkə üçün olduqca böyük rəqəmdir: “Bu, adambaşına düşən borcun digər MDB ölkələri ilə müqayisədə ciddi olmasından xəbər verir. Həm dövlət, həm də qeyri-dövlət şirkətlərinin 2008-ci ildə böyük həcmdə borclanmaya getməsinin nəticəsində iqtisadiyyatın əksər sektorlarında durğunluqdur. Şirkətlər, banklar xarici borcları qaytarmaqla məşğuldur ki, bu da sonda bir sıra müəssisələrin, bankların müflisləşməsinə səbəb ola bilər”.Vüqar Bayramov deyir ki, ekspertlərin dəfələrlə bəyan etdiyi, hökumətin isə inkar etdiyi problem artıq görünməkdədir: “Azərbaycanın dövlət və qeyri-dövlət sektoru xarici borclardan asılı vəziyyətə düşməkdədir. Neftin dünya bazar qiymətinin aşağı düşməsi fonunda bu problem daha da dərinləşir. Güman olunur ki, yaxın illərdə xarici borclanma maliyyə və qeyri-maliyyə qurumlarının fəaliyyətinə son qoyacaq. Son nəticədə defolt kimi problemin yaranmasına gətirib çıxaracaq. Eyni zamanda dövlət gəlirlərinin bir hissəsi heç də səmərəli xərclənməyən xarici borcların qaytarılmasına yönəldiləcək”. |
43,665 | 30.11.2008 08:27 | Dünya | RUSİYA PREZİDENTİ FİDEL KASTRO İLƏ GÖRÜŞDÜ | Qeyd edək ki, 82 yaşlı Fidel Kastro xəstəliyi ilə bağlı hakimiyyətdən çəkilib və o vaxtdan ictimaiyyət qarşısında görünmür. Ara-sıra onun fotoşəkilləri dərc olunur. Məlumata görə, Medvedyev Katro ilə görüşə onun qardaşı ilə gedib. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova məlumat verib ki, görüş bir saata yaxın davam edib. Rusiya prezidenti və Kuba inqilabının lideri iki ölkə arasındakı münasibətlərdən və aktual beynəlxalq problemlərdən danışıblar. Görüş haqda foto və video görüntülər yoxdur. Medvedyev son illər Kuba liderinin qəbul etdiyi azsaylı xarici ölkə başçılarından biridir. Bundan əvvəl o ancaq Braziliya, Venesuela, Boliviya, Uruqvay və Çin liderlərini qəbul etmişdi. Kastro ilə görüşdən sonra Rusiya prezidenti Kubanı tərk edib. Bununla da onun Latın Amerikası ölkələrinə Qərbdə böyük diqqətlə izlənilən səfəri başa çatıb. Bundan əvvəl Rusiya prezidenti Venesuelada və Peruda olmuşdu. Medvedyev Venesuelada səfərdə olan ilk Rusiya lideridir. İndiyədək hətta sovet dövründə bu ölkəni dövlət başçısı səviyyəsində heç kim ziyarət etməyib. Medvedyevin səfəri Qərbdə Rusiyanın “soyuq müharibə” diplomatiyasına döndüyünün göstəricisi kimi qiymətləndirilir. Belə ki, Rusiya ənənəvi olaraq ABŞ-ın nüfuz dairəsi hesab edilən regionda mövqelərini möhkəmləndirmək üçün səylər göstərir. Kreml başçısı Venesuelada olarkən bu ölkə ilə atom enerjisi sahəsində əməkdaşlıq və hərbi tərəfdaşlıq haqda razılaşmalar əldə edib. Məlumatlara görə, o, Rusiya strateji bombardmançılarının Kubada yerləşdirilməsi məsələsini də Havanada olarkən müzakirə edib. |
43,666 | 30.11.2008 07:24 | İqtisadiyyat | ENDİRİM KAMPANİYALARI REAL DEYİL | Bu arada bayram ərəfəsində dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da iri şəbəkəyə malik marketlər və geyim mağazaları bayramqabağı endirim kampaniyasına başlayıblar. Lakin bu kampaniyaların heç də hamısı real və müştərini düşünərək atılan addımlar deyil. Marketinqin əsas xüsusiyyətlərindən birinin müştəri qazanmaq və qısa müddətdə böyük həcmdə satış həyata keçirmək olduğunu nəzərə alsaq dünyanın hər yerində endirim kampaniyaları iki tərəfin prosesdən qazanclı çıxmasına hesablanıb.Azərbaycanda isə bəzi geyim mağazaları alıcı toplamaq məqsədilə vitrinlərinə 30-40, hətta 50 faiz şok endirim elanını yapışdırırlar. Əslində qiymətlərlə bağlı güzəştdən söhbət belə getmir. Maya dəyərindən 2 dəfə baha satılan malın endirim adı altında maya dəyərindən bir neçə faiz baha qiymətə satılması prosesi baş verir.Nizami (“Torqovı”) küçəsində yerləşən endirimdə olan mağazaların əksəriyyətində analoji halla üzləşmək mümkündür. Dükanlarda endirimdə olan malların əksəriyyəti yay geyimləri və son ayda satılmayan paltarlardır. Bəzilər isə illərdir vitrində qalan, hətta dəbdən düşən geyimlərdir. Məsələn, “Nərgiz” ticarət mərkəzində endirim adı altında 2000-ci ilin dəbi olan köynəklər 150 manata “bəh-bəhlə” satılır.Digər dükanlarda endirim qiymətinin aşağı həddi isə 30-20 manatdır. Bundan aşağı endirim yoxdur. Halbuki Avropada, Amerikada, hətta qonşu Türkiyədə endirim kampaniyalarında 150 dollarlıq mal 20 dollara qədər ucuzlaşdırılır.Bundan əlavə, xarici dövlətlərdə endirim kampaniyaları təkcə geyim malları üzrə deyil, ərzaq məhsulları ilə bağlı da həyata keçirilir. Azərbaycanda belə kampaniyaya yalnız supermarketlərdən “Almalı”, “Ramstor”, “Metro”da rast gəlmək mümkündür. “Almalı”da hər bayramqabağı yumuşaq oyuncaqlar endirimlə satılır. Bu halda belə 15 manatdan ucuz oyuncaq almaq mümkük deyil. Ərzaq məhsulları üzrə isə adıçəkilən marketdə endirim yox, bahalaşma müşahidə edilir. Ərzaq məhsulları ilə bağlı qismən “Ramstor” və “Metro” marketlərdə endirimlər olunur.Azərbaycanda cüzi real endirimə, güzəşt kampaniyasına məşhur brendə malik məişət texnikası şirkətlərinin mərkəzi mağazalarında rast gəlmək mümkündür. Bayramqabağı “Samsunq”, “Beko”, “Simens” kimi nüfuzlu brendlərin məhsulları güzəştlə satılır. Bəzən hətta mal alana hədiyyə də verilir.Qeyd edək ki, biznesdə müvəffəqiyyətin açarı özünü həmişə müştərinin yerinə qoymaqdır. Yəni gəlir əldə etmək istəyirsənsə, əvvəlcə müştəri qazanıb onu sonacan əldə saxlamalısan. Nəzərə çatdıraq ki, bazarın hazırkı şəraitində 1 yeni müştəri qazanmaq köhnə müştərini əldə saxlamaqdan 5 dəfə bahadır. Yerli mağazaların endirim yalanları alıcıların cəlbinə deyil, azalmasına gətirib çıxarıb. |
43,667 | 30.11.2008 07:28 | İqtisadiyyat | AZƏRBAYCAN BANKLARININ MÜFLİSLƏŞMƏSİ QAÇILMAZDIR | Düzdür, bir çox banklar bu prosesdən uğurla çıxacaq. Hansı ki, onlar dövlətə məxsusdur və ya müəyyən faizi dövlətin payına düşür. Onlar ödəmələr və intensiv bank xidmətləri hesabına müflisləşmədən qurtara biləcəklər. Bu barədə çox danışılır, lakin banklar təhlükə qarşısında olduqlarını etiraf etmək istəmir. Bəlkə də bu, onların fəaliyyət prinsiplərinə ziddir. Amma o da sirr deyil ki, bir çox vətəndaşlar banklara qoyduqları əmanətləri geri götürməyə çalışır.Bu proseslər necə nəticələnə bilər? Yerli bankların çıxış yolu varmı? Banklar vətəndaşlar yaranmış təhlükədən qurtula biləcəkmi?Bununla bağlı nəzəri biliklərə malik olan ekspertlərlə yox, banklardan birində çalışan bir ekspertlə danışdıq. Adının çəkilməməsi şərtilə qəzetimizə açıqlama verən bankir “Azərbaycan banklarını təbii ki, təhlükə gözləyir” deyə qeyd etdi: “Çünki yerli bankların özünün, demək olar ki, kapitalı yoxdur. Banklar əsasən xarici maliyyə qurumlarından aldıqları qısamüddətli kreditlər hesabına ayaqda durur. Beynəlxalq maliyyə qurumları isə missiyalarına uyğun olaraq 6-7 aydan sonra bu kreditləri geri qaytarmağı tələb edir. Yerli kreditləşmədə yaranmış böhranın əsas səbəbi bankların qısa müddətə aldıqları kreditləri qaytarmaqda çətinlik çəkməsidir. Azərbaycan banklarının siyasəti elə qurulub ki, onlar əmanətlər hesabına fəaliyyət göstərə bilmir. Hətta “Bank Respublika” özünün reklam bukletlərində “25 faiz alman kapitalı” yazır. Elə digər banklar da xarici kapitalla maliyyələşir. Bu kapitallar isə dövriyyə xarakterindədir. Yəni qısamüddətli kreditlər bir dəfə yox, dəfələrlə alınır. Amma indiki qlobal böhran imkan verməyəcək ki, banklar bundan sonra öz reklam çarxlarında “n” faiz Avropa kapitalı” yaza bilsin”.Ekspertin deməsinə görə, yerli bankların əmanət kimi qiymətləndirdiyi vəsaitlərin böyük hissəsi də pərakəndə şəkildə əhalidən toplanmış həqiqi əmanətlər deyil: “Əslində əmanət adlandırılan məbləğlərin böyük faizi bu və ya digər formada əhalinin öz bank hesablarında o qədər də uzun müddət saxlamadığı vəsaitlərdir. Məsələn, pensiyalar, maaşlar, yaxud Rusiyadan yaxınlarının bank vasitəsilə ölkəyə göndərilən pullardır. Azərbaycan banklarının kapitalının böyük faizini əmanət olmayan vəsaitlər - dövriyyə vəsaitləri təşkil edir. Yəni tutaq ki, Neft Şirkəti hansısa altqurumun cari hesabına 20 milyon manat köçürür. O vəsait hissə-hissə il ərzində sərf olunmalıdır. Faktiki olaraq bu kimi dövriyyə vəsaitləri banklarda kapital kimi dəyərləndirilir. Həqiqi inkişaf etmiş banklarda isə kapitalın əksəriyyətini cari hesablarda toplanmış vəsaitlər - dövriyyə vəsaitləri, xarici maliyyə qurumlarından alınmış qısamüddətli kreditlər yox, şəxsi hesablarda cəmlənmiş uzunmüddətli real əmanətlər təşkil edir. Hətta bu tip banklar indiki qlobal böhrandan iflasla çıxırsa, dövriyyə vəsaitləri və kreditlər hesabına “dolanan” yerli bankların bir çoxunun iflas olmalarını etiraf etməsi o qədər də uzaqda deyil. Bir acınacaqlı məqam da ondan ibarətdir ki, bu təhlükə meydana çıxandan sonra vətəndaşlar banklardakı cüzi əmanətləri də geri almağa çalışır. Bu isə təhlükəni bir qədər də artırır. Banklar əmanəti geri qaytarmaya bilməz, amma bu, onlara növbəti zərbədir. Hər halda yerli banklar siyasətlərini əvvəlcədən elə qurmalı idi ki, onlar dövriyyə vəsaitləri və kreditlər hesabına yox, real əmanətlər hesabına yaşasınlar”.Bankir “Azərbaycan banklarında real əmanətlər niyə azlıq təşkil edir” sualına isə belə cavab verdi: “Bu, əslində iqtisadi yox, siyasi məsələdir. Azərbaycanda böyük pulları olan, böyük biznes quran adamlar hakimiyyətə bu və ya digər şəkildə bağlı olan şəxslər və məmur-oliqarxlardır. Onlar yüksək vəzifə sahibləri olduğu və bu gündən sabaha ümid etmədikləri üçün topladıqları vəsaitləri yaxınlarının və bizneslərini idarə edən adamların adından dünyada etibar qazanmış xarici banklara yatırır. Onlar qorxur ki, sabah vəzifədən gedəndə bu pulları onların əlindən almaq asan olacaq. Odur ki, xarici banklara ümid edirlər. Bu səbəbdən də pulu olan vətəndaşların yerli banklardakı əmanətləri çox azdır. Ölkədə orta təbəqə də formalaşmayıb ki, onlar banklarda pul saxlasın. Bir sözlə, vəziyyət heç də ürəkaçan deyil. İndiki anda hökumətin bir nömrəli vəzifəsi maliyyə böhranından daha az ağır itki ilə çıxmaqdır. Əgər ölkədə bir bank müflis olduğunu elan etsə, bu tendensiya halını ala bilər və ciddi rezonans doğurar”. |
43,668 | 30.11.2008 07:30 | Mənəviyyat | “BƏZİ ZƏVVARLAR HƏCCƏ YOX, SANKİ İSTİRAHƏTƏ GƏLDİYİNİ DÜŞÜNÜR” | Zəvvarlar onu da deyib ki, ayrılmış otellər çirkli və natəmiz olduğundan, bir çox otaqlarda pəncərə və qapılar olmadığından, həm də bir neçə nəfərə bir otaq ayrıldığından dindarlar bu yerlərdən imtina edərək küçədə, avtobusda və qarajlarda yatmağa üstünlük verir. Onlar bildiriblər ki, “Karvan-D” şirkətinin qrupdakı rəhbəri olan Mirmehdi adlı şəxs narazılıqlara cavab olaraq indiki halda bundan artığının mümkün olmadığını deyib.Dünən məsələ ilə bağlı “Karvan-D” ziyarət agentliyinin nümayəndələri ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi, hazırda Mədinə şəhərində olan qalmaqallı qrupun rəhbəri Mirmehdi Dərafarin bizimlə söhbət zamanı yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirdi. Mədinədə ciddi problemlərlə üzləşmədiklərini deyən qrup rəhbərinin sözlərinə görə, bəzi zəvvarlar sadəcə daha artıq komfort tələb edirlər və hazırda mövcud olan şərtlərdən narazıdırlar: “Yaxşı bilirsiniz ki, Səudiyyə Ərəbistanı sərt qanunları ilə seçilən dövlətdir. Burada kimsə küçədə gecələyə bilməz, ən azı polis onu tutub aparar. Bizim qrupda olan zəvvarların narazılığına gəlincə isə onu deyim ki, burada bəzi insanlar ziyarətə deyil, sanki istirahətə gəldiklərini sanır. Bizdən daha artıq komfort tələb edirlər. Biz isə onlara başa salmağa çalışırıq ki, Mədinə kiçik şəhərdir və Həcc mövsümündə eyni anda bura neçə milyon insan gəlir. Bu səbəbdən bütün otellər yüksək səviyyəli olmur”.Müsahibimizin sözlərinə görə, onların kirayələdikləri otaqlar normaldır: “4 və 6 nəfərlik nömrələr kirayələmişik. İki ayrı otaqdan ibarət bir neçə nömrə var ki, onlarda 7-8 zəvvar qalır. Yenə deyirəm, bunlar iki otaq olur. Amma kimsə bayırda qalmayıb və bu, mümkün deyil”.M.Dərafarin artıq narazılığın aradan qalxdığını dedi: “Narazılıq edənlərdən bəziləri gəlib üzrxahlıq etdilər. Hətta bura Azərbaycan səfirliyinin nümayəndələri də gəlmişdilər. Onlar da baxıb təsdiqlədilər ki, şərait şikayət üçün əsas verə bilməz. Amma bizi narahat edən odur ki, belə məlumatlar Azərbaycanda tez yayılır və camaat arasında narahatlığa səbəb olur. Çünki minlərlə insan Həcc ziyarətinə yola düşüb və onların taleyi hər kəsi narahat edir. Bura da çoxsaylı zənglər olur”. |
43,669 | 30.11.2008 08:31 | Ölkə | SƏRNİŞİN AVTOBUSLARI NİYƏ TEZ-TEZ YANIR? | N.Əfəndiyevin sözlərinə görə, avtobusların yanması hallarının son vaxtlar intensivləşməsi müəyyən şübhələr doğurur: “Qeydə alınmış hər üç hadisə “Otoyol” markalı avtobuslarda baş verib. Digər bir hadisə isə iki ay öncə olub. O zaman da 123 saylı marşrutda işləyən “Otoyol” markalı avtobus yanmışdı. Araşdırmalar zamanı məlum olub ki, həmin avtobuslar Bakıya bir neçə il öncə gətirilib və xeyli vaxtdır sərnişindaşımada istifadə olunur. Yapon modelli, Türkiyə istehsalı olan bu avtobuslarda əvvəllər belə hadisə baş verməyib. Ümumiyyətlə, son 10-15 ildə Bakıda sərnişin avtobusunun yanması qeydə alınmayıb. Amma axır vaxtlar Bakıda yaşananlar bizi ciddi düşündürür. Bu hallar mütəxəssislər tərəfindən ciddi araşdırılmalıdır”.Qeyd edək ki, bəzi ekspertlər maşınların yanmasını texnikanın həddən ziyadə istismarı ilə əlaqələndirir. Onlar hesab edir ki, sərnişindaşıma ilə məşğul olan bəzi şirkətlər avtobuslara vaxtında texniki xidmət göstərmir. Nəticədə də belə hallar yaşanır. |
43,670 | 30.11.2008 07:32 | Ölkə | GENERAL SƏRHƏDÇİLƏRİN TUTULDUĞUNU RƏSMƏN TƏSDİQLƏDİ | F.Tağızadənin sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi və sərhədlərdə qeyri-qanuni fəaliyyətə cəhd göstərənlərin qarşısının alınması məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həm Azərbaycan, həm də İran tərəfdən saxlanılan şəxslər var. Lakin bu rəqəmlər bəzən şişirdilir. O, qeyd edib ki, aparılmış əməliyyatın nəticələri araşdırmalar yekunlaşandan sonra açıqlanacaq (“Turan”).Xatırladaq ki, Azərbaycan-İran sərhədində qanunsuz narkotik alverində iştirak edən 15 Azərbaycan sərhədçisinin həbs edildiyi barədə məlumatı ilk dəfə “Yeni Müsavat” qəzeti yayıb. |
43,671 | 30.11.2008 07:33 | Ölkə | BİNƏQƏDİ SAKİNLƏRİ YOLU BAĞLADI | Aksiya iştirakçıları bildiriblər ki, onlar yeni yaşayış massivinin qaz, su və işıq problemlərini öz hesablarına həll ediblər. Lakin bir neçə ildir bu ərazidə yaşayış olsa da kanalizasiya və yol problemi həll edilməyib. Sakinlər aidiyyəti qurumların bu problemi həll etməsini istəyirlər. Aksiya zamanı ciddi qarşıdurma qeydə alınmayıb. |
43,672 | 30.11.2008 07:33 | Ölkə | NƏQLİYYAT MÜFƏTTİŞLƏRİ SÜRÜCÜNÜ DÖYDÜ | Bu barədə “Yeni Müsavat”a hadisənin şahidləri məlumat verib. Onların sözlərinə görə, hadisə 4 saylı bazarın qarşısında baş verib: “Nəqliyyat Müfəttişliyinə məxsus avtomobildən düşən 8 nəfər aeroport istiqamətində işləyən 295 saylı mikroavtobusun üstünə hücum çəkdi. Onlardan ikisi avtobusa daxil olaraq sürücünü döyməyə başladı. Sərnişinlər işə qarışsa da sürücünü onların əlindən almaq mümkün olmadı. Müfəttişlər sürücünü sürüyə-sürüyə öz maşınlarına mindirdilər. Digər müfəttiş isə avtobusu sürərək cərimə meydançasına apardı”.Qeyd edək ki, baş verənlər ətrafdakıların ciddi narazılığına səbəb olub. Onlar polisin səlahiyyətlərinə aid olan məsələni öz üzərinə götürmüş müfəttişlərin kimliyini öyrənməyə çalışsalar da bunun heç bir nəticəsi olmayıb. |
43,673 | 30.11.2008 07:34 | Ölkə | SALYANDA NEFT BURUĞU YANIR | “ANS-press”-in bölgə müxbirinin hadisə yerindən verdiyi məlumata görə, alovun hündürlüyü təxminən 20-25 metrə çatır. Yanğını hətta ətrafdakı yaşayış məntəqələrindən də aydın görmək mümkün olub. Yanğın gecə saatlarına qədər davam edib. Qəzetimiz çapa gedərkən yanğının söndürülüb-söndürülməməsinə dair heç bir məlumat yox idi. |
43,674 | 30.11.2008 08:35 | Yazarlar | AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... | Qazan xanın, Koroğlunun, Qaçaq Nəbinin nəslindən törəyən bəzi erkəklər artıq müharibə od-alovundan yox, adicə avtobus alovundan da qorxaraq, “asta qaçan namərddir” sözlərinin müşayiəti ilə dabanına tüpürməyi tərcih edir. Tamam, igidlik ondursa, doqquzu qaçmaqdır məsəlini də elə babalarımız deyib. Daha bunu avtobusda kiçicik bir tüstü çıxanda qaçmaq üçün deməyiblər ki. Məşhur filmdə deyildiyi kimi, avtobus ya-vaş-ya-vaş yanıb, amma içindəki kişilər işıq sürətilə qaçıb. Pəs doğrusu...“Can şirindir”, “Avtobusda yanıb ölmək ən şərəfsiz ölümdür”, “Həmin anlarda insan instinkti, duyğuları ilə hərəkət edir, centlemenlik yada düşmür” kimi arqumentlərinizi eşidir kimiyəm, hörmətli GÜCLÜ cinsin nümayəndələri. Amma inanın ki, bütün bunlar milçək vızıltısı effektindən uzağa getmir. Dünyadakı heç bir arqument elə həyati məqamlarda qadınları, əliuşaqlıları tapdayıb, özünü qabağa atanları haqlı çıxara bilməz.Düzü, mən bu xəbəri eşidəndə son vaxtlar marşrutlarda gördüyüm o mədəniyyətsiz səhnələri daha çox xatırladım. Cavan oğlanlar qulaqlarında qulaqcıqla laubali şəkildə ayaqlarını ayaqlarının üstünə aşırır, başlarının üstündə isə yaşlı, əliuşaqlı qadınlar dayanır. Bizim redaksiya Azərbaycan Beynəlxalq Universitetinə yaxın yerləşdiyi üçün oranın tələbələri ilə istər-istəməz avtobusda “toqquşmalı” oluruq. Və inanın ki, hərdən onların arasından kimsə qalxıb, basabasda adama yer verirsə, kövrəldiyindən az qala gözün yaşarır. Mübaliğəsiz-filansız deyirəm, əmin ola bilərsiniz. “İynəni başqasına, çuvaldızı özümə” prinsipi ilə yanaşıb, əslində bu məsələdə biz qadınların da günahının az olmadığını düşünürəm. Tamam, biz də artıq Qaçaq Nəbilərin, Qazan xanların yanındakı qadınlardan bir çox parametrlərimizə görə fərqlənir və qorunmaq, daim müdafiə olunmaq kimi məsələləri hərdən özümüzə təhqir də hesab edirik. Pul qazanırıq, problemlərimizi özümüz həll edirik, bir çox hallarda çiynimizə kişilərdən daha çox yük götürürük. Əlinin altında yüzlərlə kişi işçisi olub, ona hökm edən iş qadınlarını, nəqliyyatda güclü cinsin nümayəndələrindən daha məharətlə maşın sürən xanım sürücüləri də bu sıraya əlavə edəndə hiss edirsən ki, bu tərəzinin gözü nəsə pozulub. Amma daha bu qədər də yox da... Adam tanıyıram ki, xanımının əlindəki ağır zənbili daşımır və bunu: “Mən nəyə görə sənin yükünü daşımalıyam? Pul qazanan, özünü müstəqil sayan qadınsan, bütün problemlərinin də öhdəsindən özün gəlməlisən”, deyə “fəlsəfi” şəkildə əsaslandırır. Təsəvvür edirsiniz? 21-ci əsr qadınının əlindəki zənbili daşımayan kişinin günahı kimdədir? Onun özündə, yoxsa bütün yükləri öz çiyninə qoyub, onun problemlərini xəfiflədən qadınında? Bax, hərdən adam ona görə istəyir ki, lap elə 17-18-ci əsrdəki kimi, otursun xanimanında, küftə-bozbaşdan bişirib, ərinə əmrlər yağdırsın. O da gedib, ov ovlasın, quş quşlasın, qan töküb, ad qazansın. Zarafat deyil ey, vaxtilə qəhrəmanlıq etməyənin adı belə olmazmış. Dədə Qorqud onları “mələtməyincə” ad verməzmiş. İndi Aslan, Cavanşir, Qoçaq adlı oğlanlarımız var, amma avtobus tüstüsü görən kimi dabanlarına tüpürüb qaçırlar... Nəysə, mənim dərdim açıldı. Yaxşısı budur, radio aparıcıları demişkən, mövzuya uyğun bir mahnı gəlsin. Dünya şöhrətli müğənni Beyonsun yeni sinqlı artıq musiqi bazarlarında yerini alıb. Yəqin ki, dinləməyə imkan tapmısınız. “İf i a boy”(oğlan olsaydım) adlanan mahnısına həvəsiniz olsa qulaq asın. Maraqlı sözləri var. Deyir, “bir gün üçün kişi olsaydım, qadınları dinləməyi öyrənər və sevmənin nə demək olduğunu anlardım. Və and içirəm ki, daha yaxşı kişi olardım”... Bunu mən demirəm ha, bəyəndiyiniz o Beyons deyir. Sevinc TELMANQIZI |
43,675 | 30.11.2008 08:36 | Ölkə | MƏMURLAR HEKTARLARLA ƏRAZİNİ NECƏ ZƏBT EDİB? | Şikayətçilər sovxozun talan edildiyini və hektarlarla torpaq sahəsinin qanunsuz olaraq satıldığını bildiriblər. Şikayət məktubunda eyni zamanda fəhlələrin torpaq və əmlak payından məhrum olduqları vurğulanıb. Məktubda göstərilənləri araşdırmaq üçün Ramana südçülük sovxozunda olduq.Qəsəbədə bizi qarşılayan sovxozun işçilərinin sözlərinə görə, bu müəssisə Bakı və Sumqayıt şəhərlərini ət və süd məhsulları ilə təmin etmək məqsədilə yaradılıb. Respublikada mövcud olan iki iri maldarlıq kompleksindən biri olan Ramana südçülük sovxozunun 850 hektar əkinə yararlı torpaq sahəsi olub. Sovxoza Almaniyadan 1800 baş iribuynuzlu cins mal gətirilib. Kompleksdə onlarla ferma, istixana binası və digər yardımçı binalar olub. Kolxoz və sovxozlar özəlləşdirilərkən Ramana südçülük sovxozu damazlıq mal-qara yetişdirilməsi adı altında özəlləşdirilməyib. Hazırda sovxozda 200 baş mal qalıb. Həmin heyvanlar və 375 hektar torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinə icarəyə verilib. Onu da qeyd edək ki, sovxozun ərazisində yaşayanlar Suraxanı rayonunda qeydiyyatda olsalar da, torpaq sahələri və sovxoz Abşeron rayonunun tərkibindədir. Südçülük sovxozu dövlət müəssisəsi olduğu üçün onun əmlakı satıla və torpaq sahələri ayrı-ayrı şəxslərə verilə bilməz. Lakin reallıqda bu belə deyil. Sovxoza məxsus ərazinin 70 hektarında Şuşa şəhərindən və Malıbəyli kəndindən olan məcburi köçkünlər üçün qəsəbə inşa edilib. Yerdə qalan ərazilər isə hərraca çıxarılıb. Sovxozda olarkən yerli sakinlər bizə satılan fermaları, yardımçı təssərrüfat binalarını göstərdilər. Qəsəbənin mərkəzində yeni tikilmiş məktəbin futbol meydançası üçün nəzərdə tutulmuş 1 hektarlıq ərazi də adı bəlli olmayan şəxsə satılıb. Həmin ərazidə şəxsi mülk tikilir. Sakinlərin sözlərinə görə, sovxozun hazırkı direktoru İmamverdi Qəmbərovun yaxın qohumları müəssisənin inzibati binalarının yerləşdiyi əraziləri zəbt ediblər. Sovxoza aidiyəti olmayan şəxslərə hektarlarla torpaq sahəsi satılmasına baxmayaraq, fəhlələrə pay torpağı və əmlak payı verilmir. Fəhlələr öz halal haqlarını tələb etdikdə isə onlara “torpaq dövlət əmlakıdır satıla bilməz” deyilir. “Torpağı icra başçısı və kənd təsərrüfatı naziri satır” Südçülük sovxozu Yavər Hümbətovun direktor olduğu dövrdə talan edilməyə başlayıb. Yavər Hümbətov o dövrdə Prezident Aparatında ərazidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri işləyən qardaşı Yusif Hümbətova arxalanaraq sovxozun ərazilərini satıb, əmlakını isə talan edib. Y.Hümbətov direktor olduğu dövrdə əsasən sovxozun yaşayış sahəsindəki torpaq sahələri və yardımçı binaların əraziləri hərraca çıxarılıb. O işdən çıxarıldıqdan sonra isə sovxoza məxsus ferma binalarından birini və 13 hektar ərazini uzunmüddətli icarəyə götürüb. Sonradan həmin ərazinin 7 hektarını Gürcüstan vətəndaşına satıb. Y.Hümbətovdan sonra müəssisəyə İmamverdi Qəmbərov rəhbərlik edir. Yeni direktor da sələfinin yolu ilə gedir. Hazırda İ.Qəmbərov sovxozun 32 hektar sahəsini satışa çıxarıb. Əsasən qaçqın şəhərciyinin yaxınlığında olan ərazilər sürətlə satılır. Biz həmin ərazidə olarkən torpaq sahələrinin 5 sotluq hissələrə bölünərək satıldığını müşahidə etdik. Ərazidə “Torpaq satılır” elan var və torpaq almaq istəyənlərin hansı nömrəyə zəng etməli olduqları göstərilib. Elanda göstərilən 055 602 45 49 nömrəli telefona zəng edərək torpağın sotunun neçəyə satıldığını öyrənmək istədik, ancaq telefon söndürüldüyündən buna nail ola bilmədik. Sakinlərin sözlərinə görə, torpaq sahələri köhnə tarixlə satılır. Sovxozun hazırkı direktoru Y.Hümbətovla anlaşaraq saxta sənədlər tərtib edir. Torpağın 99 illiyə icarəyə verilməsi barədə sənədləri isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təsdiq edir. Onların sözlərinə görə, direktordan torpaq alverini dayandırmağı tələb ediblər. Ancaq İ.Qəmbərov torpaqları başqasının satdığını deyib: “Direktor deyir, mən kiməm ki, torpaq satam. Torpağı icra başçısı ilə kənd təsərrüfatı naziri satır. Qaçqın şəhərciyinin ətrafındakı ərazi kənd təsərrüfatı nazirinə məxsusdur. Qalan yerlər isə icra başçısınındır”.Qeyd edək ki, qaçqın şəhərciyinin ətrafındakı hektarlarla əraziyə mişar daşı tökülüb və yeni evlərin inşasına başlanılıb. Sakinlərin sözlərinə görə, direktor sovxozun mərkəzində yerləşən 32 hektarlıq ərazini açıq şəkildə satır. Onu da qeyd edək ki, ərazidə torpaq sahələri 5-7 min manat civarındadır. Sovxozda olarkən ərazidə yüksək rütbəli məmurların da hektarlarla torpaq sahəsini zəbt etdiklərini öyrəndik. Prezidentin şəxsi mühafizə dəstəsinin rəhbəri Bəylər Əyyubovun 15 hektardan artıq torpaq sahəsinə sahib çıxdığı söylənilir. Bundan əlavə Abşeron rayonun sabiq icra başçısı 10, Cavanşir adlı iş adamı 15, bir Gürcüstan vətəndaşı isə 9 hektar ərazini mənimsəyib. “İcra başçısı bizi otağından qovdu” Sovxozun fəhlələri üzləşdikləri qanunsuzluqla bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etdiklərini söylədilər. Qulu Məmmədov adlı şəxs onlara düşəcək torpaq və əmlak payını tələb etdiklərini bildirdi: “Mərhum dövlət başçısı kolxoz və sovxozların özəlləşdirilməsi barədə sərancam verdi. Həmin dövrdə Abşeronun rəhbər işçiləri, sovxoz direktoru və digər məmurlar öz məqsədləri naminə sovxozun damazlıq adı altında özəlləşdirilməsinin qarşısını aldılar. Daha sonra dövlət başçısı İlham Əliyev özəlləşməyən sovxoz və kolxozların özəlləşdirilməsi barədə əlavə sərancam verdi. Lakin bir sıra məmurlar dövlət başçısının sərancamına məhəl qoymurlar. Çünki söhbət böyük bir ərazinin zəbt olunmasından və nəhəng təssərrüfatın dağıdılmasından gedir”.Fəhlələr dəfələrlə Prezident Aparatında, Milli Məclisdə olduqlarını bildirdilər. Onların sözlərinə görə, həmin qurumlar məsələnin yoluna qoyulacağını vəd ediblər. Lakin bütün bunlar vəd olaraq qalıb. Q.Məmmədov Abşeronun icra başçısı Zakir Fərəcovun da qəbulunda olduqlarını söylədi: “Məsələ ilə bağlı 3 dəfə Abşeronun icra başçısı Zakir Fərəcovun qəbulunda olmuşuq. Zakir müəllim sovxozun dövlət əmlakı olduğunu və bu səbəbdən də özəlləşdirilməyəcəyini söyləyir. Biz isə onun nəzərinə sovxozun əmlakının talan edildiyini və torpaqların başqa başqa şəxslərə satıldığını çatdırdıq. Sonucu dəfə onun qəbulunda olarkən Zakir Fərəcov bizi təhqir etdi. Mən ona bir sıra faktları açıqladım. Dediklərimdən qəzəblənən icra başçısı “Səni KQB-yə verəcəm. Demoqoq adamsan” deyərək, məni hədələdi. Öz növbəmdə icra başçısına dövlət əleyhinə çıxmadığımı, əksinə dövlətin əmlakını talan edənlərin cəzalandırılmasını tələb etdiyimi bildirdim. Bundan sonra icra başçısı bizi otağından qovdu”.Fəhlələr eyni zamanda əmlak və torpaq paylarının verilməsi tələbi ilə məhkəməyə müraciət etdiklərini söylədilər: “Ölkənin hər yerində kəndlilərə əmlak və torpaq payı verilib. Biz 1970-ci ildən sovxozda çalışırıq. Ailəmizi kənd təsərrüfatına uyğun işlər görməklə dolandırırıq. Bir sıra məmurların acgözlüyündən torpaqsız və əmlaksız qalmışıq. Öz hüquqlarımızı bərpa etmək tələbi ilə 39 nəfər fəhlənin adından məhkəməyə müraciət etmişik. Lakin icra başçısı məhkəməyə təzyiq göstərir. Prezident seçkiləri öncəsi ən müxtəlif bəhanələrlə ərizəmizi qəbul etmək istəmirdilər. Daha sonra isə hakimin xəstə olduğu bəhanə gətirilərək məhkəmə təxirə salındı. Sonra isə məhkəmə baxışı zamanı icra başçısı və müavinləri hakimə təzyiq etdilər. Qanun bizim tərəfimizdə olsa da, məhkəmə icra başçısının sifarişi ilə qərar qəbul etdi”.Fəhlələr məhkəmə çəkişmələrini sona qədər aparacaqlarını və lazım gələrsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini söylədilər.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. |
43,676 | 30.11.2008 08:37 | Dünya | QƏRB ƏRDOĞANIN AVTOKRATA ÇEVRİLDİYİNİ DEYİR | Jurnal yazır ki, Ərdoğan seçkilərdə səslərin az qala yarısını əldə edərək qələbə qazanandan sonra baş örtüsünü universitetlərə daxil etmək üçün təşəbbüs göstərməklə Silahlı Qüvvələri qəzəbləndirib. Lakin onun addımı partiyasının bağlanmaq təhlükəsi ilə üzləşməsinə səbəb olub: “Baş nazir getdikcə daha çox avtokrat və reallıqdan qopmuş siyasətçi təsiri bağışlayır. Lakin istər öz partiyası daxilində, istərsə də ölkədə və siyasi sistemdə ona qarşı etibar ediləcək müxalifətin olmaması Türkiyənin xaotik halda sürüklənməkdə olan ölkə görüntüsü verməsinə səbəb olur”.Ərdoğanın qəribə davranışları haqda yazan jurnal onun Vaşinqtona bu günlərdə etdiyi səfər zamanı İranın nüvə proqramları ilə bağlı verdiyi açıqlamanı xatırladır. Ərdoğan deyib ki, nüvə silahına malik olanların başqasına “nüvə silahına sahib olmayın” deməyə ixtiyarı yoxdur. Bildirilir ki, Ərdoğanın Türkiyə Silahlı Qüvvələri ilə gizli anlaşma əldə etdiyi haqda xəbərlər də var. Bu xəbərlərə görə, hökumət Silahlı Qüvvələrin nüfuzunu zəiflədəcək islahatları dondurması halında AKP yeni qapanma davası ilə üzləşməyəcək. Məqalədə deyilir ki, AKP hökumətinin islahatları artıq dalana dirənib, ölkədə polis zorakılıqları, işgəncələr artıb, iş o yerə çatıb ki, baş nazir onu tənqid edən qəzetlərin sahibi ilə şəxsi münaqişəyə girib və haqqında tənqidi xəbərlər yazan bəzi jurnalistlərin hökumətdə akkreditasiyasını ləğv etdirib.Ölkədə PKK terrorunun şiddətləndiyi bir vaxtda Ərdoğan və onun hökuməti kürdlərlə həddən artıq yumşaq davranmaqda günahlandırılır, bu isə millətçi qüvvələri gücləndirir. O biri yandan, Ərdoğanın yaxın ətrafı barədə korrupsiya faktları üzə çıxır. Jurnal yazır ki, bütün bunlar Türkiyənin Avropa Birliyi üzvü olmaq perspektivlərinə zərbə vurur. |
43,677 | 30.11.2008 08:30 | Ölkə | MÜXALİFƏT İŞSİZLİK PROBLEMİNDƏN ÇIXIŞ YOLUNU NƏDƏ GÖRÜR? | İqtidaryönlü ekspertlərdən fərqli olaraq isə müstəqil ekspertlər göstərilən bu fantastik rəqəmlərin reallığa uyğun olmadığını bildirir. Bu məsələ ətrafında iqtisadçılarla dəfələrlə müzakirələr aparılıb. Onlar işsizliyin aradan qaldırılmadığını, bunun üçün tutarlı proqram hazırlamağın vacib olduğunu bildirir.Bəs görəsən, siyasi partiyalarda bu məsələnin həlli ilə bağlı nə düşünürlər? Onlar çıxış yolunu nədə görür? Partiyaların total işsizliyin qarşısını almaq üçün proqramları varmı?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı sualımıza cavabında ölkədəki işsizliyin aradan qaldırılması üçün real imkanların olduğunu söylədi: “Neft istehsalının artırılması və onun dünya bazarına çıxarılması Azərbaycana külli miqdarda vəsait gətirir. Bu vəsaitdən qeyri-neft sektorunun inkişafı üçün istifadə olunmalıdır. Qeyri-neft sektorunun inkişafı hakimiyyət tərəfindən deviz kimi işlədilir. Ancaq reallıqda bu sahədə vəziyyət acınacaqlıdır. Regionların inkişafı məqsədilə də xeyli vəsait ayrılır. Bu vəsaitin möhtəşəm idman komplekslərinin tikintisinə, bər-bəzək işlərinə, parkların salınmasına sərf olunması səmərə vermir. Onlar regionlarda iş yerlərinin açılmasına xərclənməlidir. Ondan sonra idman kompleksləri də tikmək olar. Hakimiyyətin hər şeydən xəbəri var. Bilirlər ki, iri layihələrdən maliyyə oğurluğu asandır. Bu səbəbdən də xırda layihələrə vəsait ayrılmır. Tikinti sektoruna ayrılan vəsaitdən pul qoparmaq isə asan olur. Yalnız iri layihələrin həyata keçirilməsinin səbəbi budur”.ADP sədrinin I müavini Həsrət Rüstəmov müəyyən qədər iş yerinin açıldığını, amma son dəfə açıqlanan rəqəmlərin həqiqətəuyğun olmadığını söylədi: “Sahibkarlığın inkişafı məqsədilə tikinti və emal sənayesi müəssisələri də açılıb. Amma məsələ burasındadır ki, qlobal maliyyə böhranından sonra proseslər əks istiqamət alıb. Artıq Azərbaycanda iki poladəritmə zavodu fəaliyyətini dayandırıb. Tikinti sahəsindəki durğunluq yaxın gələcəkdə bu sektorda da böhranın olacağını göstərir. Neftin qiyməti bir-iki il də bu səviyyədə qalsa, ya da aşağı düşsə, bütün sektorlar iflic olacaq. Hakimiyyət isə bu istiqamətdə ciddi addımlar atmaq fikrində deyil”.H.Rüstəmova görə, işsizliyi aradan qaldırmaq üçün ilk növbədə kənd təsərrüfatı sektorunu dirçəltmək lazımdır: “Orta və kiçik sahibkarlara vergi güzəştləri nəzərdə tutulmalıdır. İri layihələrin həyata keçirilməsi davam etdirilməli, sahibkarlara kredit siyasətinə yenidən baxılmalıdır. Kənd təsərrüfatı və sənaye mallarının satışı üçün xaricdə bazarlar təşkil olunmalıdır”.Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Büllur Hümbətov öncə hökumətin yeni iş yerləri haqda rəqəmlərinə toxundu: “Hökumət öncə 600, sonra isə 700 min yeni iş yerinin açıldığını bəyan etmişdi. Rəsmi statistikada isə 5500 nəfərin işə qəbulu göstərilir. Həmin iş yerlərinin əsasını tikinti sektorundakı yerlər təşkil edirdi. İndi isə tikinti sahəsində durğunluq yaranıb. İşə qəbul edilən həmin şəxslərin əksəriyyəti yenə də işsizdir. Müxalifət bir kənara, hətta YAP-ın üzvü olan işsizlər kütləsi də var”.B.Hümbətov neft sektoru ilə yanaşı qeyri-neft sektorunu da inkişaf etdirməyi vacib sayır: “İşsizlik probleminin həlli iqtidardan asılıdır. Müxalifət partiyaları ancaq təkliflərlə çıxış edə bilər. Azərbaycanda sovet vaxtından qalan, amma hələ də işləməyən zavod-fabriklər var. Onların fəaliyyətini bərpa etmək olar. Hökumət neftdən gələn gəlirləri əsas götürür, digər sahələrə isə fikir vermir, bu səbəbdən də işsizlərin sayı artır”. |
43,678 | 30.11.2008 08:38 | Yaşam | ULDUZ FALI | QOÇ - Yalnız fəaliyyət sahəsində uğurlarınız mümkündür. Yeni və maraqlı təkliflər alacağınız da istisna olunmur. Ailə və qonşuluq münasibətlərində isə mübahisəli situasiyalara cəlb oluna bilərsiniz. BUĞA - Qarşılıqlı münasibətlər zəminində, xüsusən də sevgi davranışlarında ifrat ciddilik göstərməyin. Bu, sizə qarşı rəğbəti azalda bilər. Fiziki işlərlə az məşğul olun. ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ümumi vəziyyətinizdə gərginlik müşahidə olunacaq. Göstərilən müddətdə müqəddəs ziyarətgahlara baş çəkməyə dəyər. Sonrakı saatlarda qazanmaq ehtimalınız var. XƏRÇƏNG - Səhhətinizlə bağlı bəzi xoşagəlməzliklər mümkündür. Bu səbəbdən də özünüzü soyuqdan, yuxusuzluqdan və siqaretdən qorumalısınız. Aldığınız təkliflərə tələm-tələsik razılıq verməyin. ŞİR - Ümumi çalarlarına görə, olduqca uğurlu təqvimdir. Sadəcə olaraq görəcəyiniz işlərini vaxtını düzgün bölməlisiniz. İşgüzar sövdələşmələr üçün də perspektivli ərəfədir. QIZ - Ümumi vəziyyətinizin gərgin olacağını xəbərləyən ulduzlar iş yerində, eləcə də qohumluq-qonşuluq əlaqələrində mülayim olmağı tövsiyə edir. Sağlıq durumunuzu diqqətdə saxlayın. TƏRƏZİ - Ulduzlar daha çox gəzinti və səyahətlər üçün uğurlu məqam olduğunu bildirir. Heç kimə yalan vəd verməyin. Sözünüzün ağası olun. Nahardan sonra uzaq səfərə çıxmaq olar. ƏQRƏB - Hər hansı xoşagəlməzliklə rastlaşacağınızı düşünməyin. Çünki Göy qübbəsi hər mənada yardımçınız olacaq. İstər işdə, istərsə də qarşılıqlı əlaqələrdə təşəbbüskarlığı əldə saxlayın. OXATAN - Sürprizlər yolunuzu gözləyir. Çox güman ki, bir neçə sevindirici xəbər də eşidəcəksiniz. Üstəlik, nə vaxtdan bəri kasad olan şəxsi büdcəniz də normal hala düşməlidir. Səfərə çıxmayın. OĞLAQ - Mistik gündür. Daxili səsiniz, o cümlədən ruhi qüvvələr mövcud sıxıntılarınızdan çıxış yolu göstərməyə çalışaq. Saat 16-dan sonra istənilən mübahisədən yayının. SUTÖKƏN - Sağlamlıqla bağlı problemləriniz gözlənilir. Qida rejiminə riayət edin. Daxili orqanlarınızın halına yanın. Səhhətinizə zərərli olan fiziki və psixoloji işlərdən uzaq olun. BALIQLAR - Şəxsi işlərinizdə müsbət dönüş ərəfəsindəsiniz. Odur ki, hər bir qərarı çıxarmazdan əvvəl yüz yol ölçüb-biçməlisiniz. Saat 15-17 aralığını sevgi amilinə həsr edin. |
43,679 | 30.11.2008 07:37 | Ölkə | İÇƏRİŞƏHƏRDƏKİ QƏZALI BİNAYA 150 MİN MANAT AYRILDI | Məlumatda bildirilir ki, qəzalı binada yaşayan 6 ailə İçərişəhərdəki mehmanxanaların birində yerləşdirilib. Qəzalı binanın bərpa edilməsinə başlanmasa da mütəxəssislər orada ilkin bərpa işləri aparıblar. Bundan əlavə, binaya verilən qaz və işıq da kəsilib.Qeyd edək ki, qəzalı binanın sakini Nailə Əhmədovanın əməkdaşımıza verdiyi məlumata görə, 2000-ci ildə Bakıda baş vermiş zəlzələ zamanı bina ciddi zədə alıb. Sonradan divarlarda iri çatlar yaranıb: “Hazırda 45 saylı evin yıxılması təhlükəsi yaranıb. Biz bu barədə 8 ay öncə aidiyyəti qurumlara ərizə ilə müraciət etmişik”. |
43,680 | 30.11.2008 07:40 | Ölkə | TUFAN ASTARANI ALT-ÜST EDİB | Lovair yarımstansiyasının sıradan çıxması və 35 kV-luq elektrik dirəyinin yanması nəticəsində noyabrın 29-da səhər saat 9.00 radələrindən Siyəkü, Kubos, Vıli, Vaqo və digər kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb, rabitə əlaqəsi dayanıb.Təbii fəlakət zamanı sakinlər arasında zərərçəkən olmasa da fərdi təsərrüfatlara ciddi ziyan dəyib, bir neçə evdə çatlar əmələ gəlib. Astara Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzaim Hüseynovun rəhbərliyi ilə yaradılmış xüsusi komissiya artıq fəlakət zonasına baş çəkib. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür. |
43,681 | 30.11.2008 07:40 | Ölkə | APELYASİYA MƏHKƏMƏSİ “ƏBU CƏFƏR”in HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI | İstintaq materiallarına görə, Əbu-Cəfər “əl-Qaidə” və “əl-Cihad” beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olub. Əbu Cəfərin qrupu beynəlxalq terrorçu qurumlardan maliyyə yardımı alırdı. Bu il iyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Əbu Cəfəri 14, onun “Əbu Malik” ləqəbli yardımçısı Elçin Əlimirzəyevi 12 il müddətinə əmlakları müsadirə edilmədən, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edib. Qrupun digər üzvləri 3 ildən 9 ilədək müxtəlif müddətli həbs cəzası alıb. |
43,682 | 30.11.2008 08:09 | İqtisadiyyat | “TÜRK-AMERİCAN MEDİCAL CENTER”dən 150 MİN RÜŞVƏT İSTƏYİRLƏR | ...İndi isə firma rəhbərliyindən 150 min manat rüşvət tələb olunur”- deyə aldığımız məlumatda bildirilir.Məsələ ilə bağlı ilk olaraq Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd göstərdik. İsrarlı zənglərimizə baxmayaraq cəhdlərimiz baş tutumadı.Türkiyədə fəaliyyətdə olan “Şifa Medikal və Sağlıq İşlətmələri A.Ş.”nin Bakıdakı filialı olan “Türk-American Medical Center”in baş həkimi Ramiz Rzayev isə Vergilər Nazirliyinin klinikada yoxlama apardığını təsdiq etdi. Onlardan rüşvət tələb olunmasına gəlincə isə baş həkim bunları dedi: “Klinika yaranan gündən, yəni 1998-ci ildən burada baş həkiməm. Bu müddətdə 2 dəfə ən yaxşı vergi ödəyən 500 türk şirkətindən ilk 20-yə daxil olan bir firmayıq. Vergilər Nazirliyi 2 il əvvəl burada planlı vergi yoxlaması aparmışdı. Bir qədər əvvəl də belə yoxlama aparıblar. Lakin yoxlamanın nəticələrinə dair bizə hələ də arayış verilməyib. Bizdən heç kim rüşvət də tələb etməyib”.R.Rzayev bu məlumatı bir qədər əvvəl ixtisara düşmüş işçilərin yaymasını da istisna etmədi: “İşimizin təkmilləşdirilməsi səbəbindən işçilərin bir qismi ixtisara düşdü. Güman edirəm ki, onlardan ola bilər kimsə belə bir məlumat yayıb. Və ya bizimlə rəqabət aparan klinikalar bu cür xəbərləri yayır”.Baş həkim Vergilər Nazirliyindən alacaqları arayış barədə də qəzetimizə açıqlama verəcəyini bildirdi. |
43,683 | 30.11.2008 08:41 | Kriminal | BAKIDA 16 YAŞLI YENİYETMƏ ÖZÜNÜ ASDI | Noyabrın 28-də isə Tərtər rayonunun Səhlabad kənd sakini Vahid Məmmədovun kəsici alətlə qətlə yetirilmiş meyiti evində tapılıb. Tərtər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ƏR ARVADINI BIÇAQLADIBakı şəhərində ər arvadını bıçaqlayıb. Əzizbəyov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun S.Vurğun küçəsi 41, mənzil 4-də baş verib. Həmin ünvanda yaşayan Cəfər Həsənov 1953-cü il təvəllüdlü həyat yoldaşı Gülmira Həsənovanı qısqanclıq zəminində bıçaqlayıb.G.Həsənova döş qəfəsinin sol nahiyəsindən aldığı ağır bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən C.Həsənov isə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. ABŞ-da OYUNCAQ MAĞAZASINDA ATIŞMAABŞ-ın Kaliforniya ştatının cənubunda oyuncaq mağazasında Şükranlıq günü bayramı ilə əlaqədar aktiv alqı-satqı zamanı iki nəfər öldürülüb. Hadisə yerli vaxtla səhər saat 11:35-də (Bakı vaxtı ilə 23:35-də) Palm-Desert şəhərinin “Toys R” mağazalar şəbəkəsinin obyektində baş verib (APA).Məlumata görə, mağazada alış-veriş edən iki naməlum kişi arasında mübahisə baş verib. Nəticədə mübahisə edən kişilər bir-birinə tapançalarından atəş açıblar. Şahidlərin sözlərinə görə, kişilər oyuncaqların birini bölüşdürə bilməyiblər, lakin polis bu məlumatı təsdiq etmir. |
43,684 | 30.11.2008 09:41 | Kriminal | AĞDAŞDA “AZƏRPOÇT”un BAŞ MÜHASİBİ TUTULDU | 3 YOL QƏZASINDA 3 NƏFƏR ÖLDÜSaatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, rayon ərazisində Qıraqlı kənd sakini Kamil Quliyevin idarə etdiyi “VAZ-2106" markalı və Qaracalar kənd sakini Şakir Mürsəlovun idarə etdiyi ”KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış K.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb. *** Noyabrın 28-də saat 21.00 radələrində Əzizbəyov rayonunun Qala qəsəbəsində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Esmira Abdullayeva vurulub. E.Abdullayeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib. *** Həmin gün saat 21.20 radələrində Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Ədalət Sadıqov “Toyota” markalı avtomaşını idarə edərkən həmyerlisi Əlipənah Cəllətovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Cəllətov orada dünyasını dəyişib. “RAF” YANIB KÜLƏ DÖNDÜBakıda daha bir avtobus yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 28-də saat 22.30 radələrində Yasamal rayonundakı Zərdabi küçəsində Bakı şəhər sakini Elturan Allahverdiyevə məxsus “RAF” markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının konstruksiyaları yanıb.Qeyd edək ki, həmin gün təxminin saat 14:00 radələrində Bakının Atatürk prospekti ilə 9-cu mikrorayon istiqamətində hərəkət edən Nail Məhərrəmovun idarə etdiyi 27 saylı “Otoyol” markalı sərnişin avtobusunda da yanğın baş verib.Noyabrın 27-də isə Bakının Hüseyn Cavid prospektində, Dövlət Gömrük Komitəsinin qarşısında isə 5 saylı reys avtobusu yanıb. Baş vermiş həmin olaylarda da xəsarət alan olmayıb. |
43,685 | 30.11.2008 08:22 | Gündəm | QARSDA “TÜRK-ERMƏNİ DOSTLUĞU” MONUMENTİ TİKİLİR | Xatırladaq ki, Türkiyə prezidenti Abdullah Gülün sentyabrın əvvəlində İrəvana səfər edərək Serj Sərkisyanla bir yerdə Ermənistan-Türkiyə futbol oyununa baxmasından sonra iki ölkə arasında yaxınlaşma başlayıb. Gözlənildiyinə görə, Sərkisyan da Türkiyəyə səfər edərək A.Güllə bir yerdə cavab oyununa tamaşa edəcək. |
43,686 | 30.11.2008 09:47 | Ölkə | “AZƏRSU” işçilərin MƏVACİBİNİ VERMİR | Verilən əməkhaqqının məbləği Gürcüstandan 2, Ermənistandan 1,5 dəfə aşağıdır. Prezidentin sərəncamı ilə əməkhaqları 25 faiz artırıldı. Bu artım bizim əməkhaqlarımıza şamil olunmayıb”.İdarənin işçiləri bu ilin yaz aylarından başlayaraq məvaciblərinin 3-4 ay gecikdirildiyini deyir.Onu da nəzərə çatdıraq ki, neftin dünya bazar qiymətinin düşməsi ilə paralel Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatlarda maaşların, pensiyaların, müavinatların gecikdirilməsi prosesi müşahidə edilir. Tərtər rayonunda da əhali 5 aydır məvacibini vaxtında ala bilmir. Gecikdirmələrin səbəbinə isə rəsmi şəkildə hələ də aydınlıq gətirilməyib. |
43,687 | 30.11.2008 08:47 | Mədəniyyət | RÖYA TARKANLA NİYƏ KONSERT VERMƏK İSTƏMİR? | Mətbuatda belə məlumatlar yer alıb ki, konsertdə ulduzların bir yerdə dueti də gözlənilir. Lakin Röya şou-proqramların birində deyib ki, onun Tarkanla yox, Sezen Aksu ilə duet oxumaq arzusu var: “Mən özüm solo konsertə hazırlaşdığım üçün Tarkanla birgə konsert vermək təklifinə əvvəlcə razılıq vermədim. Lakin sonradan bunu məndən bir neçə dəfə xahiş etdikləri üçün razılaşdım. Onu da deyim ki, mənim Tarkanla yox, Sezen Aksu ilə birgə duet oxumaq arzum var”.Müğənni solo konsertinin gələn ilin fevralında realaşacağını dedi. Azərbaycanın ən populyar müğənnisi ilə bağlı onu da qeyd edək ki, Röya “Yenə yaz gələcək” mahnısına da klip çəkdirib və bu klip də artıq onun roya.az saytına yerləşdirilib. KÖNÜL KƏRİMOVA XEYLİ BAHALI PALTAR ALIBSəhnə mədəniyyəti və dəblə geyinməyi müğənni üçün vacib sayan Könül Kərimova qarderobunu bahalı geyim markaları ilə zənginləşdirdiyini deyir. Müğənni əvvəllər yaxşı zövqünün olmadığını etiraf edərək hazırda bu çatışmazlığı aradan qaldırmağa nail olduğunu güman edir. "Hərdən dostlarım mənə irad tutur ki, özünü zövqsüz adlandırma. Amma mən keçmişimi danmaq istəmirəm. Düzdür, geyimlərim ucuz və keyfiyyətsiz olmayıb. Sadəcə bunlar arasında vəhdəti axtarıb tapmamışdım. İndi artıq belə problemim yoxdur. Saç düzümüm, aksessuarlarım və geyimim bir-birini tamamlayır. Eyni zamanda kənardakı adamların da fikri mənim üçün önəmlidir. Hər bir insan özünü kənardan görməyi bacarmalıdır"- deyə K.Kərimova bildirib. ZÜLFİYYƏ GƏNCLƏRİ “XALTURA”dan QAÇMAĞA ÇAĞIRDIÖtən il dünyaya gətirdiyi qızı Dənizin qayğılarından aralanıb səhnəyə dönən Zülfiyyə Xanbabayeva gənc həmkarlarına tövsiyələrini ünvanlayıb. Müğənni “Trend”ə açıqlamasında bildirib ki, gənc həmkarları “xaltura” və qalmaqal hesabına məşhurlaşmaqdan uzaqlaşıb peşəkar fəaliyyətlə məşğul olsunlar. “20 ildir bu sənətdəyəm və müğənniliyin bütün sirlərini bilirəm. Gənc ifaçılara məsləhət görərdim ki, burunlarını dik tutmasınlar. Bu dünyada həmişə hər şey ötəridir, təkcə insanlıq və həqiqi istedaddan başqa. Ona görə də çalışmaq lazımdır ki, insanlara həqiqi sənət nümayiş etdirəsən. Elə bir sənət ki, Azərbaycan musiqisində həmişəlik qalsın. Odur ki, peşəkarlığı artırmaq, qalmaqal və “xaltura”dan uzaq olmaq lazımdır”- deyə Zülfiyyə bildirib. |
43,688 | 30.11.2008 08:49 | Mədəniyyət | “SARI GƏLİN” ƏTRAFINDA 17 MİN MANAT SÖHBƏTİ | Müğənni day.az-a bildirib ki, əgər Aqil onun klipə çəkdiyi 17 min manat xərci qaytarsa, o da klipi rejissora verəcək. Abbas “Sarı gəlin” mahnısına yeni klip çəkdirməkdən başqa çıxış yolunun olmadığını deyib: “Aqil mənim tələblərimə uyğun şəkildə klipi vermək istəmir. Ona görə də bu mahnıya yenidən klip çəkdirmək niyyətindəyəm. Amma rejissorun kilmliyini hələ müəyyənləşdirməmişəm. Hazırda yeni musiqi roliki də var və klip Fransada hazırlanacaq. Köhnə klipə gəlincə Aqil mənim pulumu qaytarıb onu geri götürə bilər. Amma çox təəssüf ki, “Sarı gəlin” kimi nüfuzlu bir xalq mahnımız ətrafında utanc gətirən belə xoşagəlməzliklər yarandı. Onu da deyim ki, “müharibə”ni mən yox, Aqil başladı”. |
43,689 | 30.11.2008 08:50 | İdman | İNDZAGİ RAULUN ONU ÖTƏCƏYİNİ ETİRAF EDİB | İndiyədək avrokuboklarda 64 qol vurmuş “Real”ın futbolçusu Raulun göstəricisi isə Filipponun təəccübünə səbəb olub. Demə, italiyalının bundan xəbəri yox imiş: “Açığı, Raulun uğuru mənim üçün sürpriz oldu. Çünki digər futbolçuların qollarını saymıram. Ancaq mənə dedilər ki, hesablama zamanı qitələrarası kubokda vurulan qolları nəzərə almırlar. Yəni ötən il Yokoqamada rəqib qapısından keçirdiyim iki top bu siyahıya düşməyib”.İndzagi vurğulayıb ki, hazırda bir top geri qalan Raulun tezliklə avrokubokların ən məhsuldar futbolçusu olacağı şübhə doğurmur: “Raul gəncdir və mənim rekordumu qırmaq imkanına malikdir. Hər halda bombardirlər siyahısına başçılıq etdiyim üçün xoşbəxtəm”. ALMAN POLİSİ SKİBBENİ ŞANTAJ EDİR“Qalatasaray”ın alman baş məşqçisi Mixael Skibbenin bir polis tərəfindən şantaj olunduğu ortaya çıxıb. Almaniya mətbuatının verdiyi məlumata görə, hadisə Almaniyanın Velbert şəhərində baş verib.Qadın polis məmuru Skibbenin həyat yoldaşı ilə özəl fotolarını əldə etdiyini bildirib və onları yayımlamamaq üçün alman mütəxəssisdən 150 min avro tələb edib. Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edən Skibbe 26 yaşlı şantajçı xanımın yaxalanmasına qısa zamanda nail olub. ABRAMOVİÇ “ÇELSİ”ni 1 AVROYA SATIRRusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu İngiltərənin “Çelsi” futbol klubunu satmağı planlaşdırır. Bu barədə Almaniyanın tanınmış “Kikker” jurnalında məlumat verilib. Bildirilir ki, məşhur rusiyalı milyarder dünyada baş verən maliyyə böhranı ucbatından komandasını satmaq məcburiyyətində qalıb.Xəbərdə bildirilir ki, Abramoviç “Çelsi”ni simvolik olaraq cəmi 1 avroya satmağa hazırdır. Amma alıcı klubun təqribən 1,1 milyard avroluq borcunu da ödəməlidir. Rusiyalı iş adamı “Çelsi”ni 2003-cü ildə 270 milyona alıb və indiyə qədər London klubuna 764 milyon dollar yatırım qoyub. “QIZIL TOP” RONALDOYA VERİLƏCƏKİngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya milli komandasının yarımmüdafiəçisi Kriştiano Ronaldo dekabrın 2-də Avropanın ən yaxşı futbolçusu elan olunacaq. “The Sun” qəzetinin verdiyi məlumata görə, Ronaldo “Frans Futbol” tərəfindən hər il qitənin ən yaxşısı üçün təsis olunan “Qızıl top”la artıq fotosessiya da keçirib.Fransız jurnalı gələn həftə keçiriləcək mükafatlandırma mərasimindən materiallar hazırlamaq üçün fotoqraflarını İngiltərənin Mançester şəhərinə göndərib. 23 yaşlı Ronaldo son 40 ildə “Mançester Yunayted”in “Qızıl top”u qazanan ilk oyunçusu olacaq. “Qırmızı şeytanlar”dan bu mükafata sonuncu dəfə Corc Best sahib çıxıb. |
43,690 | 30.11.2008 08:52 | İdman | QUMARBAZLAR AZƏRBAYCAN FUTBOLUNA DA ƏL QOYDU | Dünyanın ən nüfuzlu kontorlarından sayılan “Gamebookers” Azərbaycan premyer-liqasının XIII turu çərçivəsində keçirilən “Qarabağ”-"Karvan" matçına canlı pul qoyuluşları təşkil edib. Totalizator oyununda iştirak edənlər bu görüşün gedişi zamanı istədikləri anda proqnoz vermək imkanına malik olublar.“Gamebookers” kontoru Azərbaycan premyer-liqasına bu ilin avqustundan pul qoyuluşları təşkil edir. İndiyədək ölkə çempionatına yalnız görüşün startınadək proqnoz vermək mümkün idi. Dünən yenilik edən kontor premyer-liqa matçını on-layn rejimdə yayımlayıb.Qeyd edək ki, Azərbaycanda totalizator oyunları qanunsuz sayılır. Bukmeyker kontorlarının milli çempionata müdaxiləsi isə arzuolunmaz hal kimi qiymətləndirilir. Çünki belə vəziyyətdə danışılmış qarşılaşmaların ehtimalı daha da çoxalır. |
43,691 | 30.11.2008 08:51 | İdman | UEFA ALEKSANDR ƏLİYEVİ CƏZALANDIRACAQ | “Şükür Allaha, mənə indiyədək belə söz deməyiblər. Hazırkı məqamda futbolçu hakimə qarşı hörmətsizlik edib. UEFA-nın hansı cəzanı çıxaracağını deməkdə çətinlik çəkirəm. Fikrimcə, maksimal cəza pul cəriməsi ola bilər”- deyə hazırda Ukraynanın digər iddialı klubu “Şaxtyor”da çalışan Mixel bildirib.Qeyd edək ki, “Arsenal”la Çempionlar Liqasının səfər matçında hakimi itələdiyinə görə qırmızı vərəqə alan Əliyev komandasının minimal hesablı məğlubiyyətində günahkar sayılıb. |
43,692 | 30.11.2008 08:53 | İdman | PREMYER-LİQANIN İKİ OYUNUNDA DAVA DÜŞDÜ | Futbolçular soyunub-geyinmə otağına gedərkən azarkeşlərdən biri Quliyevin ünvanına təhqiramiz ifadə işlədib. Bundan sonra futbolçu azarkeşin üstünə hücum edib. İnsident yalnız klub rəhbərlərinin və məşqçilərin müdaxiləsindən sonra yatırılıb.Oyun başa çatandan sonra Kamal Quliyev hadisə ilə bağlı açıqlama verib: “Qarabağ”ın azarkeşlərindən biri komanda yoldaşımı təhqir etdi. Mən də azarkeşə öz reaksiyamı verib onu yerində oturtmaq istədim".Tovuzda keçirilən “Turan”-"Qəbələ" oyununun 35-ci dəqiqəsində isə futbolçular arasında dava düşüb. Qonaq komandanın oyunçusu Anar Qasımov rəqib futbolçuya kəllə ilə zərbə vurub, “Turan”ın futbolçusu yerə yıxılıb. Hakim Anar Qasımova qırmızı vərəqə göstərərək onu meydandan qovub. |
43,693 | 30.11.2008 08:54 | İdman | ELNUR MƏMMƏDLİ AVROPANIN ƏN YAXŞI CÜDOÇUSU SEÇİLDİ | 20 yaşlı cüdoçumuz bu mükafata Pekin olimpiadasındakı uğurlu çıxışı sayəsində layiq görülüb. Elnur yay olimpiya oyunlarında qarşılaşdığı 5 rəqibinin hamısına vaxtından əvvəl - ippon fəndi ilə qalib gəlib. Onun Pekində qızıl medal qazanması üçün 5 görüşdə üst-üstə təxminən 8 dəqiqə kifayət edib.ECU-nun konqresində aşağıdakı nominasiyaların qalibləri elan olunub: Ən yaxşı kişi cüdoçu: Elnur Məmmədli (Azərbaycan)Ən yaxşı qadın cüdoçu: Alina Dumitru (Rumıniya)Ən yaxşı gənc cüdoçu: Teddi Riner (Fransa)Ən yaxşı kata dueti: Yulian Surla/Aurelian Fleys (Rumıniya)Ən yaxşı kişi məşqçi: Şota Xabarelli (Gürcüstan)Ən yaxşı qadın məşqçi: Florin Berkan (Rumıniya)Ən yaxşı komanda: GürcüstanƏn yaxşı təşkilatçı: Portuqaliya və Xorvatiya Cüdo federasiyaları Bakıda hərbçilər arasında təşkil olunan boks üzrə 52-ci dünya çempionatı başa çatıb. Azərbaycan komandası bu nüfuzlu turnirdə 6 qızıl medal qazanaraq bütün rəqiblərini qabaqlayıb.Ceyhun Əbiyev (48 kq), Rəhim Mədətov (51 kq), Elşən İsmayılov (57 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. |
43,694 | 30.11.2008 08:55 | Mədəniyyət | “GƏLMƏLƏR” | Böyük dövlətlərin havadarlıq etdiyi ermənilərin XIX əsrin II yarısından etibarən uydurma “Böyük Ermənistan” yaratmaq məqsədilə Osmanlı dövlətindən, sonra isə Türkiyə Respublikasından torpaq qoparmaq cəhdi və onların çar Rusiyasının səyləri ilə Şimali və Qərbi Azərbaycanda məskunlaşdırılması prosesi göstərilib. Tarixi Azərbaycan torpaqları və Şərqi Anadolu əyalətlərini mənimsəmək məqsədilə erməni hərbi birləşmələrinin yeni türklərə qarşı soyqırım siyasəti sübuta yetirilib. Ermənilərin öz çirkin əməllərini açıq etiraf etmələri və Azərbaycana qarşı yeridilən təcavüzkarlıq siyasəti erməni alimlərinin öz əsərlərindən götürülmüş faktlar əsasında tutarlı dəlillərlə göstərilib. İngilis və Azərbaycan dilində nəşr olunan kitab ali məktəb, geniş oxucu kütləsi və dünya ictimaiyyəti üçün nəzərdə tutulub. |
43,695 | 30.11.2008 07:49 | İqtisadiyyat | OPEK GÜNDƏLİK NEFT HASİLATINI AZALDACAQ | Bu arada təşkilatın baş katibi Abdulla Salem əl-Bədri deyib ki, indi bazar yanacaqla tam təmin olunmayıb: “Buna baxmayaraq, qiymətlərin aşağı olması üzv ölkələrin maraqlarına cavab vermir. İndi dünya ölkələrinin anbarlarında 56 günlük neft ehtiyatı var. Bu göstərici 52 günə düşməlidir”.Mütəxəssislərin fikrincə, OPEK-in dünənki toplantısının bazara ciddi təsiri olmasa, onda dekabrın 17-də keçiriləcək növbəti iclasda hasilat kvotası kəskin azaldılacaq. |
43,696 | 01.12.2008 04:13 | Yazarlar | RÜŞVƏTƏ İTƏLƏYƏN MÜQƏDDƏS QÜVVƏ | Bu postu tutandan bəri dünya reytinq cədvəllərindəki yerimiz bir az da möhkəmlənib. Rüşvətin inkişaf tempi bizdə hər yerdən yüksəkdir. Korrupsiya və oğurluqda, talanda və yalanda bizə çatan olmaz. Maşallah, bunları artıq mədəniyyət və incəsənət səviyyəsinə qaldırmışıq (Elə buna görədir ki, ölkəmizdəki çoxsaylı orden-medallı şair-mairlər, qalstuklu kənd və şəhər ziyalıları TV-lərə çıxanda deyir ki, bizim böyük mədəniyyətimiz var. Sonra da dərhal başlayırlar kiməsə yaltaqlanmağa - tərbiyəsizcəsinə, mədəniyyətsizcəsinə...)Bu şeylərin artım sürətinə görə analoqumuz yoxdur, şəksiz və şəriksiz liderik. Buna görə də mən neft quyularına, Neft Şirkətinə və Neft Fonduna, 5-6 dənə gözəl-göyçək antikorrupsiya idarəsinə, bir də konstitusiyaya malik olan ölkəmizlə fəxr edirəm. Elə onun azad, müstəqil və demokratik-şahsevən camaatı ilə də...Amma qanımı qaraldan şeylər də var. Arada fikirləşirəm ki, bizdə rüşvət bu qədər geniş yayılıbsa, onda Somali, Çad, Zimbabve, Mozambik kimi nüfuzlu dövlətlərdən niyə çox qabağa gedə bilmirik. BMT-nin, BVF-nin, DB-nin hər il düzəltdiyi rüşvətlə bağlı reytinq cədvəllərində elə hey onlarla qonşu oluruq. Məncə, bu, ölkəmizə yaraşmaz. Bizim kimi yüksək peşəkarlıqla, cəsarət və ustalıqla rüşvət alıb-verə bilməyən ölkələr bizə niyə qonşu olmalıdır? Vəziyyətdən təcili çıxış yolu tapmaq gərəkdir. Hər bir namuslu vətəndaşımız çalışmalıdır ki, rüşvətin səviyyəsinə görə o yekəbaş Afrika ölkələrini basıb qabağa keçək.Mən bir patriot vətəndaş kimi öz təklifimi verib müqəddəs borcumu yerinə yetirirəm. Mən bu ideyanı irəli sürəndə mentalitetimizə arxalanıram. Əminəm ki, o özünü doğruldacaq. Buna YAP-ın daxili və xarici siyasətinin dəhşətli dərəcədə uğurlu olmasına, pensiyasının 2012-ci ilə qədər bala-bala artıb, nəhayət, 89 manat olacağına möhkəm inanan Məmmədəli kişi qədər inanıram.Təklifim belədir: hansı ölkə rüşvətlə mübarizə üsulları fikirləşirsə, biz onları dərhal qapıb tərsinə tətbiq etməliyik. Məsələn, Meksikada polisi rüşvətdən iyrəndirib uzaqlaşdırmağın orijinal yolunu tapıblar. Aqva Skalyentes şəhərinin meri Qabriel Arellano rüşvətxorluğu azaltmaq üçün qəribə əmr verib. O, bütün polis işçilərinə öz portmonelərində (pul kisəsində) ailə üzvlərinin fotoşəkillərini saxlamağı tapşırıb. Merin fikrincə, polis işçisi hər dəfə öz portmonesini açanda arvad-uşağının şəkillərini görəcək və yadına düşəcək ki, pis əməlləri ilə onlara da ziyan vurur. Mer ümid edir ki, polislər bu zaman vəzifəsindən sui-istifadə etməkdən vicdan əzabı çəkib rüşvət almayacaq.Bəs biz neyləməliyik, qoy deyim - bu üsulu olduğu kimi tətbiq etməliyik. Özü də təkcə polisdə yox, bütün məmurlar arasında. Təsəvvür elə ki, bizdə rüşvət almaq hüququna və imkanına malik bütün adamlara öz portmonelərində ailə üzvlərinin şəklini saxlamağı tapşırırsan. Bu, ölkəmizin inkişafına böyük təkan verər. Çünki polis (ya da məmur) portmonesini açıb külfətinin şəklini görəndə yadına onların ehtiyacı da düşəcək: “Uy dad, arvadağaya təzə şuba (villa, maşın, qızıl-brilyant) söz vermişəm. Balaca qızıma təzə telefon (mebel, mənzil) almalıyam, ortancıl oğlumu universitetə (vəzifəyə, deputatlığa) düzəltməliyəm. Böyük oğluma Kanara kazinoda oynamağa göndərməyi boyun olmuşam və s. Yaxşı oldu şəkilləri gördüm, yoxsa başım qarışmışdı asayişi-zadı qorumağa, bunlar lap yadımdan çıxmışdı...”Onda da polisə ilişmiş vətəndaşla qanun keşikçisi arasında təxminən belə söhbət olacaq: “Rəis, bayaq 300 deyirdin, nə oldu 500-ə qalxdın?” Polis də qayıdacaq ki: “Vətəndaş, vəziyyət dəyişdi, hüquqi dövlətimizin, dinamik inkişafımızın spesifik tələbləri var. Dövlətimiz, qanunlarımız ailənin əsaslarının möhkəm qorunması üçün əlindən gələni edir. BDU-da ”Ailə hüququ" adlı ayrıca fənn öyrədirlər, dərsliklər yazılır. Çünki ailə çox müqəddəsdir. Bir 200 (500, 800 - bu baxır ailənin ehtiyacının, bir də vətəndaşla görülən işin iriliyinə-xırdalığına) də qoy üstünə, qurtaraq".Gördünüzmü, əla ideyadır. Azərbaycanlılar çox ailəcanlı olur. |
43,697 | 01.12.2008 04:13 | Ölkə | SPİD-li QIZ YENİDƏN BAKI BARLARINA QAYIDIB | Lakin həmin mərkəz qapadıldığı üçün E.Əhmədova məcburiyyət qarşısında yenidən... Bakı barlarına üz tutub.Adının çəkilməsini istəməyən QİÇS üzrə ekspertin sözlərinə görə, E.Əhmədovaya həbsindən sonra daşıdığı xəstəlik və onun fəsadları, yoluxma yolları barədə ətraflı məlumat verilib. Ona ikinci dəfə həbs olunacağı təqdirdə daha uzun müddətə dəmir barmaqlıqlar arxasına göndəriləcəyi də anladılıb. Ekspert E.Əhmədovanın bilərəkdən kimisə QİÇS-ə yoluxduracağına inanmadığını da qeyd etdi: “Elnarənin ətrafında baş verən hadisələrdən sonra o kiminləsə qoruyucu vasitələrdən istifadə edilmədən cinsi yaxınlıq etməz. Ona izah olunub ki, cinsi yaxınlıq edəcəyi şəxslərə xəstəliyi barədə məlumat verməli və mütləq qoruyucu vasitələrdən istifadə etməsini deməlidir”.Bəs E.Əhmədovanın SPİD olması barədə dediklərinə inanmayıb onunla qoruyucu vasitəsiz yaxınlıq etmiş şəxslərin taleyi necə olacaq? Ekspert bu suala birmənalı cavab vermədi: “Kişilərin bu xəstəliyə cinsi yolla yoluxması 20-25 faiz təşkil edir. Qadınların yoluxma riski isə 70-75 faizdir. Praktikada belə hallara rast gəlinir ki, kişi SPİD-li xəstə olan qadınla yaxınlıq edir, amma xəstəliyə yoluxmur. Və ya immuniteti güclü olduğundan xəstəliyin ilk əlamətlərini - 20-30 gün ərzində 37-38 dərəcə qızdırma, ishal və arıqlamanı hiss etmir. Ömrünün sonuna kimi də SPİD daşıyıcısı olduğunu bilmir”.Xatırladaq ki, E.Əhmədova həbsindən əvvəl müştərilərini “Nizami” kinoteatrının yanındakı və “28 May” küçəsindəki “Ləçək”, “Koral”, “Qladiator”, “Koba”, “Hilton”, “Şamdan” barlarında tapırmış. Sonradan isə müştərilərlə birlikdə Suraxanı, Xırdalan, Masazır və Əhmədlidəki saunalara gedirmiş. Onun müştərilərinin əksəriyyəti 20-25 yaşlı gənclər olub. |
43,698 | 01.12.2008 04:14 | Kriminal | MOSKVA SAKİNİNİ GİROV GÖTÜRÜB AZƏRBAYCANA GƏTİRDİ... | Xəbərdə deyilir ki, ağır xəstə olan S.İlyinski mənzilindəki otaqlardan birini azərbaycanlıya kirayə verib. Maraqlıdır ki, bundan bir ay sonra Sergey itkin düşür. Hadisədən şübhələnən Moskva milisi dərhal təhqiqata başlayır. Az sonra məlum olur ki, mənzildəki otaqlardan birini kirayələyən Azərbaycan vətəndaşı Asim Mehdiyev S.İlyinskini Azərbaycana aparıb, burada üç aydan çox girov saxlayıb və müntəzəm olaraq içirdərək tələb edib ki, mənzili onun adına keçirsin. Sonucda S.İlyinski mənzilini ona satması barədə etibarnamə imzalayıb. Ona isə mənzil satılan kimi pul vəd olunub. Amma Mehdiyev vədinə əməl etməyib. Mənzili öz adına keçirən kimi Sergeyi öldürtdürüb. Hazırda faktla bağlı cinayət işi qaldırılıb.Moskva milisi indi Asim Mehdiyevi axtarır. |
43,699 | 01.12.2008 04:15 | Ölkə | ƏFQAN QAÇQINLAR BAKIYA AXIŞIR | BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının gəldiyi qənaətə görə, buna səbəb mövcud vəziyyətlə bağlı əfqanların öz ölkəsinə qayıtmaq istəməməsidir. BMT rəsmisi Ayaz Xanın mətbuata verdiyi açıqlamasında bildirib ki, son aylar İrandan keçməklə Azərbaycana gələn əfqanlıların sayı bir neçə dəfə artıb. O hətta əfqan mühacirlərin sayı barədə konkret rəqəmlər də açıqlayıb. Bu il təxminən 680 əfqan sığınacaq almaq üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinə müraciət edib. Gün ərzində ən azı 10-15 əfqan mühacirinə sığınacaq və ya qaçqınlıq statusu verilir. Ayaz Xan həmçinin deyib ki, Azərbaycanda mühacir Çin vətəndaşları da çoxdur. Lakin onlar sırf iqtisadi məsələlərlə bağlı ölkələrini tərk edib və sığınacaq üçün komissarlığa müraciət etmirlər. |
43,700 | 01.12.2008 04:16 | Gündəm | HACIBALA ABUTALIBOV MÜFLİSLƏŞDİRİLİR | Lakin merin öz görəvini saxlamaq imkanları bitmiş kimi görünür. Artıq həmin görəvə yiyələnmək üçün klanlararası savaşın gücləndiyi barədə xəbərlər gəlməkdədir. Bununla belə, H.Abutalıbovun iş prinsipləri və korrupsiya yolu ilə sahib olduğu böyük maliyyəni ustalıqla gizlətməsi onu bir qərarla işdən götürməyi hələ ki riskli edir. Odur ki, bir neçə ildir Abutalıbovu müflisləşdirib sonra postundan uzaqlaşdırmaq planına start verilib. Müddət bu ilin sonunda bitir. Bunu deyən qaynağımız iddia edir ki, bir neçə gün qabaq ortaya atılmış lift-işıqfor məsələsi də əslində meri çökdürmək və işdən atmaq planına xidmət edir. Daha dəqiqi, Abutalıbovdan nağd olaraq 10 milyon manatdan çox paranı büdcəyə ödəmək tələb olunur. Mer isə hər vasitə ilə “yuxarıları” inandırmaq istəyir ki, onda bu qədər var-dövlət yoxdur. Bu yerdə xatırladaq ki, BŞİH başçısı postuna indiyədək prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun və Gəncənin icra başçısı Eldar Əzizovun adları hallanıb. İndi isə posta daha bir iddialı şəxsin peyda olduğu deyilir. Bu da “A+A konstrakşn” şirkətinin Rauf (təəssüf ki, soyadını öyrənə bilmədik) adlı prezidentidir. Əlavə edək ki, H.Abutalıbovun böyük maliyyəsinin əlindən alınması istiqamətində ilk addım “Əzizbəyov” metrostansiyası ətrafında yeni körpülərin onun öz vəsaiti hesabına inşa etdirilməsi olub. Həmin vaxt paytaxt meri bundan imtina etsə də, sonra körpülərin tikintisinə başlamalı olmuşdu. Ardınca BŞİH-də olduqca müəmmalı bir əməliyyat keçirilmişdi. Belə ki, qara maskalı şəxslər meriyanın binasına daxil olaraq oradakı bir çox mühüm sənədləri və deyilənlərə görə, külli miqdarda pul olan seyfi aparmışdılar. Görünür, merin gəlirlərini dəqiq hesablayanlar Hacıbala müəllimin kölgədə hələ də parasının qalmasına əmindirlər. |
43,701 | 01.12.2008 04:17 | Müsahibə | “SOVET VAXTINDAKI TOYLARA HƏSƏD APARIRAM” | Deyir ki, toylar bəhanə olur, doğulduğu yurd yerinə yaxın obalara baş çəkəndə həm bu itkinin təsirini daha artıq hiss edir, həm də o yerlərə qayıtmaq həsrətilə alışıb-yanır. Söhbət boyu onunla başqa bir itkidən də danışdıq - onunçün ustad, xalqımız üçünsə böyük sənətkar olan Səxavətin itkisindən. Beləliklə, həmsöhbətimiz əməkdar artist Firuz Səxavətdir. Elə görüşəndə etiraf etdi ki, bir az gecikməyinin səbəbi axşam toyda olması və bu səbəbdən gec oyanmasıdır. Elə toy mövzusundan başladıq: - Firuz bəy, özünüzü toy müğənnisi hesab edirsiniz? - Bizim sənətimiz xanəndəlik, müğənnilikdirsə, əlbəttə, toya da gedirik, konsertə də, başqa tədbirlərə də. Nəinki ölkə daxilində, hətta xaricdə də hara dəvət eləsələr, gedirik. MDB ölkələrində də toylarda oluruq. Təbii ki, azərbaycanlılar dəvət edir. Moskvada, Permdə toyda olmuşuq. Təbii ki, bizi ora aparırlarsa, yol xərcimiz, apardığım ansamblın xərcini də ödəyirlər. - Adətən toy qiymətləri ilə bağlı mübahisələr olur. Bəzi müğənnilər bahalı olması, bəziləri isə toylara ucuz getməsi ilə fəxr eləyir. Sizin toy qiymətləri necədir? - (Gülür) Bizdə bu, insana baxır. Əgər bizi arzulayırsa, çalışırıq ki, gedib toyu yola verək. Yəni orda qiymətin az-çox olmasında problem yoxdur. Adam var ki, imkanlıdır, amma pul vermək istəmir. Elə adam mənə nə qədər təkid etsə, gedib o toyda oxumaram. Çünki o sənə pul vermək istəmədiyi halda, estrada müğənnisinə 5-10 min verir, di gəl sənə 5 manat verəndə canı çıxır. Elə adamın toyuna getmək düzgün deyil. Çünki onun musiqidən xəbəri yoxdur. Lakin adam da var imkansızdır, “baş üstə” deyib onun toyunda oxuyaram. - Toylarda sizi ən çox nələr narahat edir? Yəqin ki, bütün toylarda özünüzü rahat hiss eləmirsiniz... - Yox vallah. Deyərdim toyların cəmi 1-2 faizi mənə müsbət təsir edir. Qalan 98 faizi toy deyil, şoudur. Elə bil Rusiyada hansısa diskotekaya düşmüşük. Düşürlər ortaya, yarım saat fasiləsiz oynayırlar. Ə, nə qədər oynamaq olar? Mən oynamağın da tərəfdarıyam, oxumağın da, söz deməyin də. Amma hamısı yerində olanda gözəldir. Artıq Bakı kəndlərində də qabaqkı toylar deyil. Bununla belə, Bakı kəndlərində tar, kamança, xanəndə “trio”su oturur, müğənni oxumağa başladısa, qulaq asırlar. Mahnı bitincə xanəndəyə heç bir söz deməzlər. Ən çox da Bakı kəndlərində milli rəqslərimizin dəbdə olmağı mənə ləzzət edir. “Süleymani”, “Papaq”, “Tərəkəmə”, “Cütçü”yə oynayırlar. Əgər oynamaq istəyirsənsə, bu mahnılara oyna da. Gərək “Ay xalam qızı”na oynayasan? Bu saat şadlıq evlərində ancaq belə mahnılar çalınır. - Bəlkə sənət adamlarının hansısa təşəbbüslə çıxış eləməsi vəziyyətə müsbət mənada təsir göstərərdi... - Bununla da düzələsi deyil. Zamanın özünün tələbi var. Deyirlər elə şey var ki, onu zaman həll edir. Bu saat biz elə dövrdə yaşayırıq. Kim nə qədər desə, tənqid eləsə, xeyri yoxdur. Müəyyən vaxtdan sonra vəziyyət dəyişəcək. Məsələn, 5 il qabaqkı ilə indiki arasında xeyli fərq var. Onda lap pis idi. Son muğam müsabiqələrinin keçirilməsindən, dövlətimiz tərəfindən muğamlara önəm verilməsinə başlanılandan bəri camaatın zövqündə elə bil dəyişiklik baş verib. Toyların 80 faizində yarım saat da olsa, muğama yer verirlər. Amma 5 il qabaq heç bu da yox idi. Sovetin vaxtındakı toylar indi yoxdur. Mən o toylara həsəd aparıram. Həmin illər mənim uşaqlığıma düşüb, ancaq indiyədək çox gözəl yadımdadır. Həmin illər musiqiyə tamam başqa cür yanaşırdılar. Fikirləşirəm ki, onda toyda nə qədər gözəl ənənəmiz, millətimizin musiqiyə qulas asmaq mədəniyyəti var idi. Adamlar diqqətlə qulaq asırdılar ki, görək bu hissədə xanəndə necə oxuyacaq, yaxud tar çalan necə ifa edəcək. Amma indi belə şeyə fikir verən yoxdur. Səsli oxuyana deyirlər “bu nəyə qışqırır?” İndiki oxuyanların səsi yoxdur ki. Bu gün birinci oktavanı do kökündə oxuyanların çoxu oxuya bilmir. Əksəriyyət “so”, “lya”da oxuyur. Bununla da bir çox oxuyanlarımız erməni Bokanı yamsılayır. - Muğam oxuduğunuz yerdə kiminsə mahnını kəsib hansısa yüngül mahnılar sifariş etməsi halları olurmu? - Əlbəttə ki, olur. Şəxsən məni toya dəvət edən adamların çoxu xalq musiqisinə üstünlük verən insanlardır. Deyək ki, toy yiyəsi köhnə musiqiyə dəyər verir. Amma şadlıq evindəki 500 qonağın içində musiqini bilməyən o qədər adam var ki. Bir də görürsən muğam oxuduğun yerdə kimsə gəlir ki, mən bir şey oynamaq istəyirəm. Məsələn, “Ay qız, keçmə burdan” kimi mahnı sifariş eləyir. Bu, həqiqətən də, ifaçıya təsir edir, ruh düşkünlüyü yaradır. Dərhal oxuduğun mahnını qurtarırsan ki, qoy oynasınlar. - Ara mahnıları oxuyursunuzmu? - Toyda oxuyuram. Çünki məcburam. Bizim sənətimiz xalqın istəyini nəzərə almağı tələb edir. Ancaq kim desə, mən həmin mahnıları efirdə heç vaxt oxumaram. İndi camaat toya şənlənməyə gəlirsə, onun istəyini nəzərə almaq lazımdır. - Ötən dəfə zəng edəndə Ağdamda toyda olduğunuzu dediniz... - Hə, Xındırıstanda toydaydım. Orda keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Xındırıstanla bizim kəndimiz Abdal Gülablının arası 40-50 km-dir. Adamın ürəyi parçalanır ki, necə olur buracan gəldiyim halda, yarım saatlıq yolu kəndimizə gedə bilmirəm. Düşüncələr adamı çox uzaqlara aparır. Əlimizdən nə gəlir ki?.. Bizə ancaq Allaha dua etmək, xalqımızda təpər arzulamaq qalır. Hər halda adam çox məyus olur. Öz torpağında didərgin düşmək çox ağırdır. - Bilirik ki, siz həm də bir qardaş kimi rəhmətlik Səxavətin yoxluğu yükünü daşıyırsınız. Necə keçdi bu illər? - 1991-ci il sentyabrın 30-da Lökbatanın yaxınlığında qəzaya düşmüşdü. Səxavət mənə dərs deməsə də, həyatda müəllimim olub. Gözümü açanda Səxavəti görmüşəm. Səxavət mənim idealımdır, hər şeyimdir. Bəlkə elə buna görədir ki, ağzımı açıb bir mahnı ifa edəndə deyirlər Səxavət kimi oxuyur. Bu, bir tərəfdən irsən olan şeydir, digər yandan içimdən gələn oxudur. Bu da Səxavətin yoludur. Təbii ki, Səxavətsiz çox çətindir. Yaxın dostları o vaxt mənə məsləhət gördülər ki, Səxavətin adını götür. Bu, Səxavətin adını yaşatmaq mənasını vermir. Səxavət bir sənətkar idi ki, yaşadığı dövrdə özünü tarixə salıb. Amma oxuduğum zaman Səxavətin adının tez-tez çəkilməsinin özü mənimçün təsəllidir. Bu baxımdan düşündüm, gördüm düz deyirlər. Qoy Səxavətin adı daha çox səslənsin. Hər mənim ifam zamanı onun da adı çəkilsin. - Övladlarından daha çox uşaq verilişlərinin aparıcısı kimi tanıdığımız Bəxtiyarı tanıyırdıq... - Səxavətin dörd övladı var, üç oğul, bir qız. Böyüyü Sədaqət artıq ailəlidir. Bəxtiyar istedadlı uşaq idi, gözəl verilişlər aparırdı. Sonradan fikrini dəyişib başqa yol seçdi. Universitetdə beynəlxalq əlaqələr fakültəsini bitirdi. Bundan sonra İngiltərədə magistraturanı qurtardı. İndi də Xarici İşlər Nazirliyində işləyir. - Öz övladlarınızın səsi varmı? - İki qızım var. Balacasının musiqi duyumu var. Hərdən baxıram ki, səsi gəlir, notları, musiqini duyur. Amma hələ uşaqdırlar. - Bəs dərs dediyiniz tələbələr arasında fəxrlə adını çəkə biləcəyiniz şagirdlər necə? - Mən Milli Konservatoriyada iki ildir dərs deyirəm. Bir tələbəm var, Məmməd adında. Eyni zamanda gimnaziyada da dərs deyirəm. Orda da Qəbələdən Mustafa adında tələbəm var idi, keçən il bitirdi. Yaxşı səsi var, elə bil Qədir Rüstəmovun səsidir. Mən inanıram ki, onlar yaxşı ifaçı olacaq. Gərək tələbədə istedad olsun. İstedad olmasa, müəllim onun yerinə oxumayacaq ki. Müəllim, sadəcə, istiqamət verə bilər. Bu gün başda mənim müəllimim Arif müəllim (Xalq artisti Arif Babayev-E.P.) olmaqla Ağaxan müəllim, Qəzənfər müəllim, Mənsum müəllim, Cabir müəllim, Zabit müəllim həm Asəf Zeynallıda, həm də Milli Konservatoriyada dərs deyir. Yaxşı tələbələrin hər biri Asəf Zeynallını bitirəndən sonra Milli Konservatoriyaya gedir. O baxımdan bizlərə hələ yaxşı tələbələr gəlib çıxmır. (Gülür) - Efirə baxırsan gənclərin böyük bir qismi meyxana yarışlarına, digər hissəsi ulduz müsabiqələrinə qatılıb. SMS-li müsabiqələrə necə baxırsınız? - Burda reklamçılar, sponsorlar pul qazanır. Amma xalqımızı da bədbəxt günə salırlar. “Yeni ulduz” yarışması var ha...Bilmirəm 7-ci, ya 8-cidir keçirilir. Başa düşmürəm, bunlar elə bil inqubator cücəsi buraxırlar, bununla nə demək istəyirlər? Hər mikrafon götürən cavanları başdan eləyir. Başqaları da deyir hamı oxuyursa, gedim mən də oxuyum. Ordan çıxan hər kəs də tökülür restoranlara ki, mən oxuyanam. Camaatı da çaşdırırlar, özləri də çaşır, üstəlik də millətimizin zövqünü, ənənəsini korlayırlar. - Sizin əməkdar artist olmağınızda kimin rolu oldu? - Allah rəhmət eləsin Ramiz Mirzəyevə, “Azərneftyağ” zavodunun keçmiş direktoruna. Sənətə, sənətkara çox qiymət verən insan idi. O öz hesabına zavodda ansambl yaratmışdı, indiyədək də fəaliyyət göstərir. Hardasa 70-80 nəfər orda işləyir. Bütün yaxşı oxuyanları işə götürmüşdü. İndiyədək həmin sənətkarlar orda işləyib maaş alırlar. Biz istənilən tədbirlərdə, neftçi günlərində, dövlət tədbirlərində gedib konsert verirdik, maaşımızı da alırdıq. Mənlə Könül Xasıyevanın əməkdar artist adı ilə bağlı təqdimatı da Ramiz müəllim verdi. Bundan sonra bizə ad verdilər. Yadınızdadırsa, Arif müəllim başda olmaqla biz birgə “Rast”, “Şur”, “Zabul”, “Çahargah” muğamlarını ifa edirdik. Məşqlər üçün yerin arendasını Ramiz müəllim özü ödəyirdi. İndi elə adam hanı? Muğamlarımızın iki-üçü qaldı, ondan sonra bu işi davam etdirə bilmədik. - Asudə vaxtınızda qulaq asdığınız sənətkarlardan kimlər var? Özünüzü dinləyirsiniz? - Özümə hərdənbir qulaq asıram, sadəcə, harada səhv elədiyimi bilməkdən ötrü. Amma mən ancaq köhnə sənətkarlarımıza qulaq asıram. Bu saat maşında Əbülfət Əliyev, Seyid, Rübabə, Şövkətin kasetləridir. Səxavətin kasetlərinin hamısı var. Yəni mən indiki musiqidən zövq ala bilmirəm. Mən demirəm ki, belə musiqiçiyəm. Nə bacarıramsa, onu edirəm. Amma xalq musiqisi stilində çalışıram, həmin boğazları eləməyə səy göstərirəm. O baxımdan yüngül musiqiyə qulaq asa bilmirəm. Çünki mənim ruhum, qanım o deyil. Amma Əbülfətə qulaq asanda dincəlirəm. Deyirəm Allah rəhmət eləsin, insan necə oxuyarmış. Adicə muğamlarımızın arasında gedən rənglər - çalğılar var e, onlara qulaq asırsan, heyrətlənirsən. Deyirsən, bəh-bəh, musiqimiz onda inkişaf edibmiş, indi yox. İndi improvizə adı ilə musiqimizi zay eləyib qoyurlar ortaya. Olmaz. Musiqi əndazədən çıxanda onun tamam dadı-duzu itir. - İstirahətinizi necə qurursunuz? - Camaat toya istirahət eləməyə gedir, biz işləməyə. İstirahəti ancaq toydan sonra edirik. Bu zaman da istirahətimi müxtəlif şəkildə qurmağa çalışıram. Mən idman növlərinin çoxuna həvəskaram. Şahmat, nərd oyunundan tutmuş, voleybol, futbola qədər. Həftədə bir dəfə dostlarla futbol oynayıram, nərd heç, onu hər gün oynayırıq. Şahmatı hərdənbir oynayıram. At minməyi çox xoşlayıram. Yayda tez-tez cıdıra gedirəm. Qışda 10 gündən, iki həftədən bir gedirəm. Ən sevdiyim şeydir. Hərdən də uşaqları şəhərə çıxarıb gəzdirirəm. Elə bu yerdə xatırladıram ki, deyəsən, istirahət qrafikini pozmuşuq. Cavabında dedi ki, eyb eləməz: “Burdan gedib bir az nərd oynayacağam. Sonra da evə gedəcəyəm. Evdə ustalar işləyir, baxacam görüm nəyi nə təhər eləyirlər. Hərdən məişət məsələlərinə də vaxt ayırırıq axı”. Bax belə. Yoxsa çoxları elə zənn edir ki, toy-büsatda, efirdə, el şənliklərində gördüyümüz sənətkarların əlindən yalnız oxumaq gəlir... |
43,702 | 01.12.2008 04:55 | Yazarlar | AYRI SALAN SƏBƏBLƏR | Əgər xalqa xidmət istəyi varsa, onda hər kəsin siyasi mübarizədə adı olub özü olmayan partiyası ilə yox, fərdi iştirakı daha önəmli olardı. Mübarizə yolunda indiki şəraitə uyğun daha güclü bir qurum yaratmaq mümkün olmursa, heç olmasa, müəyyən qüsurları olsa da, nostalji hisslər oyadan keçmişə qayıtmaq da bir çıxış yoludur.Tez-tez belə fikir səslənir ki, cəmiyyətdən gələn sosial sifarişin daşıyıcısı olmaq üçün keçmiş modeli özündə əks etdirən vahid qurumda birləşmək daha yaxşıdır. Heç şübhə etməyin: indiki bölünən, parçalanan müxalifət lap köhnənin təkrarı kimi bir araya gəlsə, xalqdan dəstək qazanacaq. Bu yöndə ciddi maneələr var: şəxsi maraqlar önə keçir, hamının əl-qolunu yanına salan ümidsizlik yaranır. Müxalifətin birliyini şərtləndirən səbəbləri görmək, duymaq üçün elə iş başında olan iqtidarın sıralarına baxmaq kifayətdir. Bu günlərdə meydan hərəkatının 20 illiyi qeyd olundu. Fikir verdinizmi, onun nəticələrindən daha çox bəhrələnən bu iqtidar bunu bir kəlmə ilə də yada salmadı. Gəlin unutmayaq ki, indi hakimiyyət zirvəsində olanlar milli-azadlıq hərəkatının ən qızğın çağlarında onu boğanlar, ya da seyrçi mövqedə dayanıb fürsət gözləyənlər idi.Dünyada mövcud olan bütün neqativ halları özündə əks etdirən əcaib bir ölkədə yaşayırıq. Elə bu hakimiyyətin özü də qeyri-müəyyənlik axarına düşüb. Bir yandan lider-dövlət xəyalları ilə yaşayır, bir yandan da özündən güclülər qarşısında vassal mütiliyi nümayiş etdirirlər. İddialar da hüdudsuzdur. Cəmiyyətdə müqavimət hissinin olmadığını gördükcə daha əlçatmaz xəyalları gerçəkləşdirmək istəyirlər. Bunun naminə dünyadakı durumu da danırlar, ölkənin tapdanan nüfuzuna da göz yumurlar.İndi dünyada baş verənlərin bizim ölkə üçün təsirsiz ötüşəcəyini deyənlər də dünyanı saya salmayanlardır. Bir vaxt inqilab eyforiyası indi qıraqda qalan müxalifəti nə günə qoydusa, eyni aqibət neft pullarından havalanan və qəfildən çətin duruma düşən iqtidarın taleyində təkrarlanır. Üzə vurmasalar da, özlərini tox tutsalar da, dünyada baş verən proseslər nəticəsində yaranan narahatçılığı da gizlədə bilmirlər. Cəmisi 4-5 il sürən neft eyforiyası, hələ hiss etməsək də, ölkəni korrupsiyadan da betər bir sindromla üz-üzə qoyub. Bunun adı yarımçıqlıqdır. İstər ölkə iqtisadiyyatının təbii dirçəlişinə ümid doğuran infrastruktur layihələrinin heç birinin tamamlanmaması, istərsə də “regionların inkişafı” pərdəsi altında olub-qalan resursların talan edilməsi özünü çox gözlətməyəcək. Problemlər qarşıdakı bələdiyyə və parlament seçkilərində pik həddinə çatacaq.İndiyəcən müxalifətin özünə yaraşdırmadığı bələdiyyə seçkilərində düşərgənin birgə iştirakı, qazandığı yerlər hakimiyyət üçün sürpriz olacaq. Həm də iki ildən sonra baş tutacaq parlament seçkilərinə hazırlıq olacaq, birliyin əyər-əskik tərəflərini də üzə çıxaracaq. Ölkədəki siyasi qütbləşmədən əzab çəkən, illər boyu işsiz qalan müxalifətçilərin heç olmasa bələdiyyə strukturlarında təmsil olunması bir oyanış yaradacaq. Bakıda böyük süfrədən düşən payla birtəhər dolananları yox, bölgələrdə bütün əzablara sinə gərən, hələ də ayaqda duran, ən nəhayət, Bakıda əyləşən siyasi liderlərdən fərqli olaraq birləşib bir-birinə arxa-dayaq duran müxalifət fəallarını fikirləşmək lazımdır.Yönündən və yöndəmindən asılı olmayaraq hər bir ölkədə siyasətin xarakterini iqtisadi durum müəyyən edir. Siyasi ambisiyaların yerini çoxdan iqtisadi problemlər tutub. Onun nə vəziyyətdə olduğu da göz önündədir. Problemlərin, çətinliklərin miqyasını iqtidar da hiss edir, onu həll etməyə qadir olmadığından danmaq, yalançı statistik göstəricilər arxasında gizlənmək yolu tutur. Bax elə bu da müxalifəti qovuşduran başlıca səbəb olmalıdır.Hiss olunur ki, böyük birlikdə yer tutmaq, kiçik olduqlarını unutdurmaq istəyənlər də bu birlik yolunda böyük maneəyə dönüblər. Qoy onlar tarixin toz basmış qatında eşələnsinlər, bəzən tarixin tozu da üz ağardır. Böyük birliyi isə kiçik iddialara qurban vermək olmaz. |
43,703 | 01.12.2008 04:57 | Gündəm | QƏLƏBƏYƏ APARAN YOL - ELÇİBƏY YOLU | Ən əvvəl öz yanlışlıqlarımız, milli güclərin pərakəndəliyi, bizə qarşı olan güclərin güclü və hiyləgər olması, fars və rus şovinizminin iş birliyi. Azərbaycan Xalq Hərəkatı vüsət aldığı, AXC-nin yarandığı andan fars şovinizmi və rus imperalist düşüncəsinin hədəfi Azərbaycanda milli hədəflərə çatmaq missiyası daşıyan AXC-ni, millətdən güc alıb onun içindən çıxmış insanları sıradan çıxarmaq olub. Çünki milli güc rus imperiyasını dağıdır, fars şovinizminin tikdiyi bölücü məftilləri sökür, hakimiyyətə gəlib rus qoşununu öz ərazisindən çıxardır, ciddi demokratik islahatlar apara bilir, insanlara milli ovqat verir, öz milli ordusunu yaradır, işğalçı ermənini ölkədən qovur. Deməli, bu təşkilat hədəfə çatacaq. Bunu düşmənlər görür və bizi hədəflərimizdən sapdırmaq üçün birləşirlər. Beləliklə, fars və rus şovinizminin əsas hədəfləri bəlli olur. Bunlar: AXC-nin strukturlarını dağıtmaq, AXC-dən yaranmış siyasi qüvvələri üz-üzə qoymaq, bir-birinə düşmən etmək, AXC-ni hakimiyyətdən devirmək, milli lider Əbülfəz Elçibəyi siyasi səhnədən sıxışdırmaq - milli gücü lidersizləşdirmək, nəticə etibarı ilə “parçala, hökm sür” siyasətini həyata keçirmək. Elçibəy fars rejimi və rus imperializminin mahiyyətinin antitürk, antiazərbaycan olduğunu bildiyindən müxtəlif modellərlə milli qüvvələri təşkilatlandırmağa çalışırdı. Demkonqres, Milli Müqavimət Hərəkatı, Aydınlar Birliyi, BAB bu qəbildən idi. Fars-rus şovinizminin hiylələri və daxili naqisliklərə rəğmən Elçibəy milli gücü hərəkatdan doğulmuşları və yoğrulmuşları bir çətir altında saxlaya bildi. Təsadüfi deyil ki, Elçibəyin dünyasını dəyişməsi anından düşmənin bütün rıçaqları işə düşdü: AXCP parçalandı və milli güc mərkəzi iki yerə dağıldı. Demokratik Konqres dağıldı. Sonra alayarımçıq “Bizim Azərbaycan” bloku yarandı və o da dağıdıldı. Azərbaycan milli düşərgəsi iki yerə bölündü. Burada milli güclərin pərakəndəliyini və yanlışlıqlarını qeyd etmək zərurəti yaranır. Nəticə - acı məğlubiyyət! Hərə öz oyununu oynadı, millət yaddan çıxdı...Unudulmamalıdır ki, nə zaman millətimiz bir yerdə olub, nə zaman gücə çevirilmişik, dövlət qurmuşuq, yüksəlmişik. Nə zaman parçalanmışıq, tənəzzül olub. Qənaətimcə, Bəyin ruhu bizlərdən AXC bazalı təşkilatların yenidən bir araya gəlməsi üçün nə fədakarlıq varsa, onu edəcəyimizi istəyirdi. Ümid var ki, uzun ayrılıqdan sonra Müsavat, KXCP, AXCP bir araya gəlib funksional əməkdaşlığı üzvi birliyə çevirəcəklər. KXCP bu təmərküzləşmənin gerçəkləşməsi istiqamətində mərkəzdə olub öz töhfəsini verməlidir. Bəyin müasirləri sadə həqiqəti ambisiyalarının əsarətindən çıxarmalıdırlar. Bizlər milli gücü sarsıdan amilləri aradan qaldırmalı, milli gücü səfərbər etməliyik. Bununla Azərbaycan cəmiyyətini yenidən hərəkətə gətirəcəyik. Bundan ötrü:1.Partiyanın içində səmimi, monolit birlik yaratmalıyıq. Elçibəy hər zaman milli birliyin, milli bütovlüyün, siyasi uzlaşmanın tərəfdarı olub. Bizim partiyanın içərisində birlik və bərabərliyin təməli Elçibəy fəlsəfəsi və müsavatçılıq ideologiyasını düzgün dərk edib, onu tətbiq etməkdən keçir. Ona görə ki, orada ideallarımız var.2. Cəmiyyətdə birlik, cəmiyyətdə bərabərliyə nail olmalıyıq: a) Cəmiyyətdə birliyin fəlsəfəsini düz tapmalı, onu gerçəkdən ciddi siyasi prosesə çevirməliyik;b) Dağlıq Qarabağın heç zaman olmadığı qədər təhlükə ilə üz-üzə qalmasının ciddiliyini qəbul etməliyik. Bizi təhdid edirlər, xalqımızın iradəsinə zidd olaraq Qarabağı Azərbaycandan qoparmaq istəyirlər. Bu psixoloji təcavüzləri dəf etmək daha geniş birlik dediyimiz, o vaxt Elçibəy tərəfindən yaradılmış Milli Müqavimət Hərəkatını (MMH) bərpa etməkdən keçir. Qeyd etməyi zəruri sayıram ki, MMH daxili siyasi münasibətləri ayırd etmək üçün yox, məhz Qarabağ və milli təhlükəsizliyimizin təmini üçün ölkədaxili və xarici milli resurslarımızı təmərküzləşdirmə rolunu oynamalıdır. 3. İdeoloji və siyasi bloklaşmanı təmin etməliyik.Ciddi təhlildən sonra gəldiyimiz qənaət budur ki, AXC bazalı müxalifət siyasi və seçki blokunun nüvəsini təşkil etməlidir. Müsavat, KXCP, AXCP və digər milli təşkilatlar arasında üzvi əməkdaşlıq modeli tapılmalıdır. Seçkilərə hesablanmış qələbə modeli budur və bizim alternativ variantımız yoxdur. Demkonqresin bərpasını günün tələbinə çevirməyi bacarmalıyıq.YEKUNVəziyyəti dəyişmək, fars-rus şovinizminin milli və dövlət maraqlarımızı sarsıtma planlarını dəf etmək, milli yüksəlişə yetişmək üçün, qənaətimcə, çox enerji və vaxt itkisinə ehtiyac yoxdur. Səmimi şəkildə M.Ə.Rəsulzadənin layiqli müasiri Elçibəyə bir daha müraciət etmək, onun qoyduğu yola gəlmək, onun qurduğu, düşmənlərin isə dağıtdıqlarını bir daha bərpa etmək yetərlidir. |
43,704 | 01.12.2008 04:43 | Siyasət | HAKİMİYYƏT PARTİYALARI LƏĞV ETMƏK İSTƏYİR | “Azərbaycanda bütövlükdə partiyaların fəaliyyətinə yeni baxış ortaya qoyulmalıdır. Ölkədə neçə partiyanın fəaliyyət göstərdiyi məlum deyil. Mövcud partiyalardan ən uzağı 10-u normal şəkildə fəaliyyət göstərir. Yerdə qalanları isə partiya adını daşımaq parametrlərinə malik deyillər. Azərbaycanda belə partiyaların mövcud olduğunu ümumiyyətlə heç kim düşünmür. Partiya mövcud olub fəaliyyət göstərməli və cəmiyyət həmin siyasi təşkilatı, onun rəhbər strukturlarını tanımalıdır, məramını bilməlidir, harada, necə və hansı maliyyə hesabına fəaliyyət göstərdiyindən xəbərdar olmalıdır. Bunların heç biri yoxdursa, onda bu partiyalar ləğv edilməlidir. Azərbaycanın partiya sistemində nizam-intizam yaratdıqdan sonra partiyaların dövlət büdcəsindən maliyyələşməsinin təmin olunması mümkündür”. Müsavat Partiyasının Seçkilər Departamentinin rəhbəri Gülağa Aslanlı bildirdi ki, dövlət qeydiyyatından 52 siyasi partiya keçib. Lakin partiya adı ilə çıxış eləyən təşkilatların sayı 100-ə qədərdir: “Biz hesab etmirik ki, ölkədəki partiyaların 10-u siyasi proseslərə təsir imkanlarına malikdir. Bu rəqəm 10-dan da azdır. Partiya tələblərinə cavab verən təşkilatların sayı xeyli azdır. Ancaq çoxlu partiyalı sistemdən çoxpartiyalı sistemə keçidin başqa yolları var. Əli Əhmədovun təklif etdiyi yol inzibati yoldur. Bu da hakimiyyətdə olan şəxslərin avtoritar təfəkküründən irəli gəlir. Siyasi partiyaların sayını kimlərinsə mülahizələri ilə azaltmaq düzgün deyil. Partiyaların sayının azalmasına nail olmaq üçün ilk növbədə ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. Bu seçkilərdə uğur qazanmış partiyaları maliyyələşdirmək yolunu tutmaq lazımdır. Son dövrlərə qədər Polşada 350-dən çox qeydiyyatdan keçmiş partiya mövcud olub. Yalnız demokratik seçkilər keçirildikdən, seçkilərdə bir faizdən və ya 3 faizdən çox səs toplayan partiyalara dövlət büdcəsindən maliyyə ayrıldıqdan sonra 350 partiya 4-5 partiyaya çevrildi. 350 partiyanın təxminən 90 faizi avtomatik olaraq sıradan çıxıb. Bu təcrübə də onu deməyə əsas verir ki, partiyaların əksəriyyətini ləğv etdikdən sonra yerdə qalanları maliyyələşdirmək yox, ciddi siyasi partiyaları maliyyələşdirməklə digər partiyaların avtomatik olaraq, həmin partiyaların ətrafında birləşməsinə nail olmaq mümkündür”. 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunun tamamilə köhnəlməsi ilə bağlı deyilənlərə gəlincə, Müsavat rəsmisi hesab edir ki, bu qanundan tam imtina edilib tamamilə yenisini hazırlamağa ehtiyac yoxdur: “Ona müəyyən əlavə və dəyişikliklər etməklə çox normal qanun qəbul etmək mümkündür”. AMİP katibi Əli Oruclu da hesab edir ki, Azərbaycanda siyasi təşkilatların sayı həddən artıq çoxdur. Ancaq bu problemi inzibati üsullarla həll etmək mümkün deyil: “Ölkədə demokratik seçkilər keçirilməlidir. Demokratik seçkilərdə partiyaların gücü təbii şəkildə ortaya çıxacaq. Gücü olmayan partiyaların uğur qazanan partiyalara birləşməsi prosesi gedəcək və qısa müddətdə ölkədəki partiyaların sayı dəfələrlə azalacaq. Normal, demokratik yol budur”. |
43,705 | 01.12.2008 04:58 | Gündəm | TÜRKİYƏYƏ GÜVƏNƏKMİ? | Qeyd edək ki, Türkiyə hökumətinin Ermənistanla intensiv xarakter alan təmasları zamanı Azərbaycanın maraqlarını arxa plana keçirə biləcəyi haqda narahatlıqlar çoxdan mövcuddur. Çünki Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini gözləmədən artıq Ermənistanla nəqliyyat əlaqələrinin bərpası istiqamətində konkret addımlar atır, bu ölkə ilə iqtisadi münasibətlər qurur və son günlər yayılan məlumatlara görə, İrəvana səfir göndərməyə hazırlaşır. Nəzərə çatdıraq ki, Qarabağ münaqişəsi ilə bağlı indiyədək Azərbaycanın birmənalı müttəfiqi və güvəndiyi ölkə Türkiyə olub. Lakin son proseslər onu deməyə əsas verir ki, rəsmi Ankara da Azərbaycanı tək qoya bilər. Hər halda, Qarabağ münaqişəsi ilə bağlı hər hansı şərt qoymadan Ermənistanla bütün əlaqələri bərpa etmək bu anlama gəlir. Doğrudanmı Türkiyə bu addımı atmağa hazırlaşır? Azərbaycanın Türkiyəyə artıq güvənməməsinə əsas varmı?Politoloq Elxan Mehdiyev bildirdi ki, bu məsələ haqda danışarkən öncə başqa bir suala cavab tapmaq lazımdır: “Əvvəlcə onu müəyyənləşdirək ki, Azərbaycan xalqı Qarabağ məsələsində indiki hakimiyyətə güvənirmi? Xalq inanırmı ki, bu hakimiyyət işğal altındakı torpaqlarımızı geri almaq istəyir? Əvvəl bu suala cavab tapaq ki, iqtidar yol, asfalt biznesi ilə məşğuldur, yoxsa Qarabağ biznesi ilə? Yəqin ki, bu sualla bağlı hər kəsdə bir yəqinlik var. Ona görə də Türkiyəni birmənalı şəkildə qınamaq çox çətindir. Türkiyə 15 ildən çoxdur Ermənistanla sərhədlərini bağlayıb. Kəlbəcərin işğalından sonra qardaş ölkə Qarabağın işğalı ilə əlaqədar Ermənistanla bütün əməkdaşlıqlara son qoydu. Və diplomatik münasibətlər qurulması istiqamətində söhbətlər dayandırıldı. Ancaq illər keçdikdən sonra Türkiyədə böyük bir üzüntü, məyusluq var. Bu məyusluq ondan doğur ki, Azərbaycan nə işlə məşğuldur, onun məqsədi nədir? Bu gün Türkiyədə həm orduda, həm elitada, həm cəmiyyətdə, həm də ekspertlər səviyyəsində belə bir fikir dolaşır ki, Azərbaycan niyə torpaqlarının azad olunması məsələsinə bu qədər biganədir? Bütün dairələr belə bir sual ünvanlayırlar ki, mövcud Azərbaycan hakimiyyəti Qarabağı azad etməkdə maraqlıdırmı? Bu baxımdan Türkiyə 15 ildən çoxdur ki, Azərbaycanın qeyri-müəyyən siyasətinin girovuna çevrilib. Ankara yaranmış situasiyada çıxış yolu görmür. Çünki Azərbaycan özü bu çıxış yolunu göstərmir. Ona görə də Türkiyədə bütün dairələrdə haqlı olaraq rəy formalaşır ki, biz nə qədər Azərbaycan hakimiyyətinin yanlış siyasətinin girovuna çevriləcəyik? Onlar bu qənaətdədir ki, Azərbaycanın özü problemin həllinə başlamalıdır ki, Türkiyə ona dəstək olsun. Bu da yoxdur. Digər tərəfdən Türkiyə baxır ki, heç nə olmamış kimi, Azərbaycanın birinci şəxsindən tutmuş, QHT-lərinə qədər ermənilərlə görüşürlər, diplomatik danışıqlar aparırlar. Hətta ermənilər də Bakıda tədbirlərdə iştirak edirlər. Bütün bunları götür-qoy edən Türkiyə tərəfi, nəhayət ki, hansısa hərəkətə keçməli idi. Əslində, hələ bir müddət öncə Ərdoğanın müşaviri Amerikada belə bir bəyanat vermişdi ki, biz sərhədlərin açılması üçün daha 20-30 il də gözləyə bilmərik. Bu, ən böyük sübutdur ki, Türkiyə artıq gözləmə mövqeyindən çəkilir. Bu, əslində Türkiyə cəmiyyətində yaranmış tendensiyanı əks etdirən bir ifadə idi və bu siyasəti artıq həyata keçirmək istəyirlər. Təbii ki, Ərdoğan hökumətinin də milli ruhlu olmaması erməni tərəfinə avantaj verir”.Bununla belə, politoloq düşünür ki, Türkiyənin haqqında danışılan addımları atması o qədər də asan deyil: “Təbii ki, buna Türkiyə cəmiyyətində də etirazlar olacaq. Həmçinin Türkiyə rəhbərliyi bilir ki, bu addımları atsa, bu, Azərbaycan xalqı tərəfindən ifadə edilməsi mümkün olmayan tərzdə qarşılanacaq. Bu, qardaş ölkənin etməli olmadığı hərəkətə yol verməsi kimi qəbul olunacaq və Azərbaycan xalqının daha da ümidsiz və izolə edilmiş halda qalmasına səbəb olacaq”.ADP sədri Sərdar Cəlaloğluna isə Türkiyənin Qarabağ məsələsini tamamilə kənara qoyaraq Ermənistanla bütün münasibətləri bərpa etməsi inandırıcı görünmür: “Düşünürəm ki, bir qədər gözləmək lazımdır. Ümid etmək istəyirəm ki, bu bir siyasi taktikadır. Yox, əgər bunlar bizim düşündüyümüzün əksinə olaraq reallığa çevriləcəksə, əlbəttə ki, bu, Azərbaycanın mövqelərini zəiflədəcək və tərəfimizdən təəssüflə qarşılanacaq. Bilirsiz, burada söhbət güvənc məsələsindən getmir. Türkiyə belə bir addım atarsa, onun Azərbaycandakı nüfuzuna çox ağır bir zərbə dəymiş olacaq və səmimi münasibətlərin mövcudluğunu şübhə altına alacaq”. Bazar günü olduğundan, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyinin münasibətini öyrənə bilmədik. |
43,706 | 01.12.2008 05:00 | Siyasət | SƏRDAR CƏLALOĞLUDAN ORİJİNAL TƏKLİF | “Onlar bizi bəhanə edib özləri birləşmirlər. Tutaq ki, ADP yoxdur, beş-altı partiya birləşsinlər və öz siyasətlərini aparsınlar. Onlar isə düşünülmüş şəkildə bu məsələni ortaya atırlar və bu səbəbdən də birlikləri alınmır. MƏM deyilən funksional birlik 4-5 aydır yaranıb, hələ bu günə kimi onların bir dənə də normal toplantısı keçirilməyib. İndi məlum olub ki, bunların ümumiyyətlə birləşmək fikirləri yoxdur. Məsələn, Müsavat Liberal Partiya ilə, Eldar Namazovla birləşmək istəmir. Bu baxımdan biz hesab edirik ki, xalqı aldatmaq lazım deyil. Neçə partiya birləşirsə birləşsin. ADP bu birliyi alqışlayır. Ona görə də onlar tərəfdən səslənən bu cür bəyanatları demaqoq bəyanat kimi qiymətləndirirəm”. S.Cəlaloğlu həmçinin iddia edir ki, ADP orada olmadığına görə MƏM deyilən birlik baş tutmur: “ADP siyasi arenada özünəməxsus yer tutan, müəyyən gücü olan və siyasi ideologiyanın müəyyən qismini təmsil edən partiyadır. Yəni əgər biz müxalifəti ən müxtəlif siyasi demokratik yönümlərin məcmusu kimi görürüksə, ADP-nin müxalifətin birliyində olmaması həmin o ”defekti" üzə çıxarır. Bu baxımdan deyirəm ki, ADP olmasa, hansısa birliyi müxalifətin tam birliyi adlandırmaq mümkün deyil". “Müsavat Partiyası ətrafında blok yaranarsa, ADP-nin də orada təmsil olunması mümkündürmü” sualına S.Cəlaloğlunun cavabı daha maraqlıdır: “Əgər Müsavat iddia edirsə ki, ADP onun ətrafında birləşməlidir, eyni qaydada mən də iddia edirəm ki, Müsavat ADP-nin ətrafında birləşə bilər”. S.Cəlaloğlunun MƏM barədə fikirlərinə, xüsusilə də Müsavat Partiyasının ADP-nin ətrafında birləşməsi təklifinə Arif Hacılıdan rəy öyrəndik. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri bildirdi ki, ADP sədri həmin fikirləri səsləndirərkən zarafat edib: “Mən Sərdar bəyi yaxşı tanıyıram. Ciddi yumor hissinə malik olan bir şəxsdir. Görünür, həmin fikirləri səsləndirərkən yenə də yumor hissinin təsiri altında olub”.A.Hacılı Müxalifətin Əməkdaşlıq Mərkəzinin birliyə çevrilməsinin artıq mümkün olmayacağı, prosesin uğursuz şəkildə bitdiyi haqda iddiaların da əsassız olduğunu vurğuladı: “Əməkdaşlıq istiqamətində prosesin bitdiyini söyləmək doğru yanaşma deyil. Proses davam edir. Həmin əməkdaşlıq çərçivəsində biz bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiamızla bağlı məhkəmə prosesində birlikdə iştirak etmişik”. |
43,707 | 01.12.2008 05:01 | Yazarlar | “BİR AİLƏYƏ MƏXSUS ƏMƏLLƏR” | Məsələn, 1-ci siniflər üçün “Riyaziyyat” iş dəftərində belə sual qoyulub: “Ədədlərdən hansını ikiqatına ifadə etmək mümkündür?” Sizcə, bu cür sarsaq sual yazan kitab müəllifini iki qatlayıb məktəbdən qovmaq düz olmazmı? “İkiqatına” nə deməkdir axı?Yenə həmin “Riyaziyyat-1" komplektindən - müəlliflərindən biri Nayma Qəhrəmanova adlı müəllimədir - misal: ”Yalnız 3 ədədin iştirak etdiyi 4 riyazi ifadə - 2 toplama və 2 çıxma əməli yazmaq mümkündür. Bu 3 ədədə ədədlər ailəsi deyilir. Məsələn, 2, 7 və 9 ədədləri vasitəsilə bir ailəyə məxsus əməllər yazmaq mümkündür? Ən böyük ədəd cəmə və azalana uyğun gəlir".Mən orta məktəbdə riyaziyyatı alababat oxumuşam, elə bunun sayəsində sonra İqtisadiyyat Universitetini bitirmişəm, ancaq 6 yaşlı uşağa belə cəfəngiyyatı öyrədənlərin ağlına ən yaxşı halda dua yazmağın gərəkliyini düşünürəm. Ümumiyyətlə, bu “ədədlər ailəsi” terminini kitaba dürtmək nə qədər vacibdir? Hələ ifadə tərzinə baxın: “bir ailəyə məxsus əməllər”! Elə bil ölkədəki siyasi rejim haqda şərh yazıblar. Quzu kəsərəm sizə...Yadıma “Narxoz”da oxuyanda tələbə yoldaşımız İbişin hərəkəti düşdü. Deyəsən ali riyaziyyatda bir “Jordan addımı” əməli vardı, müəllim bunu lövhədə yazmaq üçün İbişi qaldırmışdı. İbiş lövhə önündə yekə bir addım atıb, ayaqlarını aralayıb durmuşdu ki, bəs bu, Jordan addımıdır. Zarafatcıl oğlan idi, eynən bizim Misir Mərdanov kimi...Ailə söhbəti, sarıdimdik Azərbaycan körpələrini cəmiyyət, xalq anlayışından uzaqlaşdırıb hazırkı patriarxal, feodal rejimə uyğun şəkildə böyütmək Mərdanovun başqa dərsliklərində də var.“Həyat bilgisi-1" dərsliyinin 23-cü səhifəsində yoluq ər-arvad və 3 oğlan uşağı Azərbaycan xəritəsi önündə təsvir edilib. Burada gender bərabərliyi pozulub, rəssam ən azı uşaqlardan birini qız şəklində çəkə bilərdi. Amma ən pisi bu deyil. Oğlanlardan biri əlini ailəsinə uzadıb deyir: ”Mənim ailəm mənim vətənimdir". Yəni Azərbaycan, onun xəritəsi-zad cəhənnəm olsun. Sizcə, belə kitabla böyüyən uşaq ancaq ailəsini düşünən, “təki mənim balam sağ olsun, qalanı ilə nə işim” deyən tipik bioloji məxluq olmayacaqmı?Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə adlı xanım isə deyir ki, nə ziyanı, dərslikdə səhv ola bilər və s. Niyə axı bir sürü müəllifin hazırladığı dərslikdə səhv olmalıdır? “Mütəfəkkir” şirkəti tikən bina uçduqda mühəndisləri-filanı damladılar. Bəs belə yanlış dərsliklərlə bütöv nəslin evini yıxan müəlliflərə niyə gözün üstdə qaşın var deyilmir? Mətbuatda dəfələrlə yazılan bir məsələ də var: Təhsil Nazirliyi xətti ilə tikilən məktəb binalarının ABŞ və Yaponiya səfirliyinin tikdiyi məktəblərdən dəfələrlə baha olmağı. Məsələn, əgər amerikalı bir sinif otağını 10 min dollara tikirsə, Misir əkə 100 min dollara tikir. Keçən həftə daimi, əbədi və dönməz təhsil naziri bu tənqidə, aşkar korrupsiya faktına görün necə don geyindirib. Sitat: “Bizim tikdiyimiz məktəblərdə sinif otaqlarının sahəsi və divarlarının hündürlüyü, pəncərələrin sayı, istifadə edilən materiallar, məktəbin təchizatı nəzərdə tutulan standartlara tam cavab verir”. Az qalır desin ki, uşaqlara sütunsuz şadlıq sarayı tikib veririk.Məncə, ciddi (əslində qeyri-ciddi) ittihamdır və ABŞ, Yaponiya səfirlikləri nazirə cavab verməlidir. Utanmazlar, standarta uyğun olmayan məktəb tikib azərbaycanlı uşaqları məhv etmək istəyirlər... Mərdanovdan öyrənin. Hələ çağırın, getsin sizə Nyu-Yorkda, Tokioda məktəb qayırsın. Zamin HACI |