id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,909
04.12.2008 07:13
Astrologiya
ULDUZ FALI
QOÇ - Əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. Təxminən saat 15-dən sonra işgüzarlığınızı artırın ki, uğurlarınız çoxalsın. BUĞA - Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır. Bu fürsətdən yararlanın. ƏKİZLƏR - Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı, perspektivli görüşləriniz və maddi gəliriniz də mümkündür. XƏRÇƏNG - Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Nahardan sonra səfərə çıxmaq fikrinizi reallaşdırın. ŞİR - Enerjinizin azaldığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artırmaq ehtimalınız yaranacaq. QIZ - Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahardan sonra qonaq getməyə dəyər. TƏRƏZİ - Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Axşam məxfi görüşlər keçirmək sizə böyük səmərə verə bilər. ƏQRƏB - Saat 11-13 arası əsəblərinizi cilovlaya bilsəniz, günün qalan müddətində ovqatınız xoş olacaq. Boş dayanmayın. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Pul da gözlənilir. OXATAN - Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız. OĞLAQ - Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət ürəyinizcə olacaq. Günün ikinci yarısında yeni təkliflər də gözlənilir. SUTÖKƏN - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan ilk növbədə səhhətinizi qorumalısınız. Qlobal işlərin həllini, eləcə də səfərlər planını təxirə salmağınız məsləhətdir. BALIQLAR - Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. Daha çox istirahət edin.
43,910
04.12.2008 07:42
Media
7 GÜN AZADLIQDA!
Məlumatda bildirilib ki, Zahidov qardaşları Penitensiar Xidmətin xüsusi ayırdığı avtomobillə Şamaxının Meysəri kəndinə yola salınıb. İctimaiyyətin diqqətlə izlədiyi bir prosesdə kifayət qədər gözlənilməz hadisə baş vermişdi. Zahidov qardaşlarının itkisi nə qədər ağır olsa da, heç şübhəsiz ki, məhz dövlət başçısı İlham Əliyevin birbaşa tapşırığı ilə icra edilən bu qərardan hamıya sevinc payı da düşmüşdür. Bu xəbər redaksiyamıza çatan kimi həm həmkarlarımıza başsağlığı vermək, həm də onların ailəsinin və özlərinin “kədər dolu sevincinə” şərik olmaq üçün Meysəri kəndinə yollandıq. “Bu ölkənin türməsi də bizimdir” Hüzr mərasimində Meysəri camaatı ilə birgə məhbus jurnalistlərin həmkarları, “Azadlıq” qəzetinin kollektivi, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, tanınmış jurnalist Mahal İsmayıloğlu, bəzi jurnalist təşkilatlarının rəhbərləri, həmçinin AXCP sədri Əli Kərimli və partiya funksionerləri iştirak edirdi. Bizimlə söhbətində Qənimət Zahid atalarının hüzr mərasimində iştirak etmələrinə icazə veriləcəyinə inandığını söylədi. Qənimət bəydən eyni zamanda məhbəsdəki şəraiti haqqında qısa məlumat verməsini xahiş etdik. Q.Zahid saxlanma şəraitindən narazı olmadığını söylədi: “Şəxsən mənim saxlanma şəraitindən heç bir narazılığım yoxdur. Saxlandığım cəzaçəkmə müəssisəsində iki ”barak"dan birində qalıram. Məhbus yoldaşlarla da münasibətim çox yaxşıdır”. Q.Zahid mətbuatı izlədiyini də söylədi: “Gündəlik mətbuatla tanış oluram. Televizorumuz var və xəbərləri izləməyimizə məhdudiyyət qoyulmur”. O, ailəsi ilə görüşmək və zəng etmək probleminin də olmadığını söylədi: “Həftədə bir dəfə ailə üzvlərimlə görüşə bilirəm. Evə zəng etməyimizdə də problem yoxdur”. Qənimət bəydən məhbəsdən müvəqqəti azadlığa çıxmağının onda hansı təəssürat yaratdığını soruşduq: “Əgər başqa bir şəraitdə azadlığa buraxılsaydım, nə gərginlik keçirərdim, nə də ki, başqa hisslər yaşayardım. Amma elə bir hadisə baş verib ki, məhbəsdən buraxılmağım mənə elə də böyük təsir göstərmədi. Sanki olacaq bir hadisə imiş...” Baş redaktor həbsindən 3 gün əvvəl həbsxanada Mirzə Sakitlə görüşdüyünü xatırlatdı: “Məni həbsxanadan maşınla 10-cu kolona gətirdilər. Mirzə orada maşına mindi. Və beləcə uzun ayrılıqdan sonra görüşdük”. Qənimət bəy kəndə iki “konvoy”un nəzarəti altında mülki maşında gəldiklərini söylədi. Qənimət bəydən bir sualımıza cavab verməsini də istədik: - Bəy, qaçmaq fikrin yoxdur ki? Qənimət bəy sualımıza sualla cavab verdi:- Hara qaçasıyam? Bu ölkənin türməsi də bizimdir. Qaçsam ora qaçaram. “Şükür Allaha, atamızın hüzr mərasimində iştirak edə bildik” Mirzə Sakit bizimlə söhbətində hüzr mərasimində iştirak etməyə icazə veriləcəyinə o qədər də ümidli olmadığını söylədi: “Atamın vəfatı xəbərini “Azadlıq” radiosundan eşitdim. Valideyn itkisi ağır olur. Çox kövrəldim. Hüzr mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etmirdik. Çünki Azərbaycan praktikasında belə bir hal olmamışdı. Gecə saat 12-də xəbər gəldi ki, bəlkə sizi (Qəniməti nəzərdə tutur - Ə.M.) buraxdılar. Yarım saat sonra xəbər gəldi ki, buraxılmayacağıq. Gecə saat 2-də nəzarətçi məni yuxudan qaldırdı ki, həbsxana rəisi çağırır. Rəisin otağına gəldim. Orda Penitensiar Xidmətin bir neçə yüksək rütbəli zabiti vardı. Mənə dedilər ki, icazə verilib, 17-ci kolondan da Qəniməti gətirəcəklər. Nə gizlədim, bu xəbərə çox sevindim. Gecə saat 3-də Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altında Şamaxıya yollandıq”. M.Sakit dedi ki, atasının dəfnində iştirak etmədikləri üçün çox təəssüflənir: “Son dəfə üç ay əvvəl atamla telefonla danışmışdım. Onda da mənə sözü bu oldu ki, heç vaxt tutduğun yoldan dönmə, haqq yolu gedənlər haqqa qovuşar. Atamın sözləri indi yadıma düşəndə çox pis oluram. Amma yenə də Allaha şükür ki, atamın hüzr mərasimində iştirak etmək üçün imkan oldu”. O da müvəqqəti azadlığa buraxılmasının təəssüratlarını bizimlə bölüşdü: “Deyirlər, dünya dəyişib. Amma baxıram dağlara, dağlar həmin dağlardı. Kənd həmin kənddir. İnsanlar həmin qayğıkeş insanlardır. Azərbaycan xalqı doğrudan da böyük xalqdır. Bu xalqın uğrunda mübarizə apardığıma görə fəxr edirəm”. Həmsöhbətimiz 10 saylı Cəzaçəkmə Müəssisəsindəki saxlanma şəraitindən razılıq etdi: “14 saylı Cəzaçəkmə Müəssisəsində 2 ilə yaxın saxlanıldım. Tam məsuliyyətlə deyirəm ki, həmin Cəzaçəkmə Müəssisəsində Azərbaycan qanunları işləmir. Orada ancaq rəhbərliyin təkəbbürlü qanunları qüvvədədir. Korrupsiya tüğyan edir. 10 saylı Cəzaçəkmə Müəssisəsində isə hər şey normaldır”. “Elə bildik ki, yuxu görürük” Mirzə Sakitin qızı, “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülviyyə atasının və əmisinin həbsdən buraxılmasının onlar üçün gözlənilməz olduğunu söylədi: “Düzü, əmimi demirəm, atamın evə buraxılacağına inanmırdıq. Amma ümidlə gözləyirdik. Çünki qanunla onların evə buraxılması mümkündür”. Zülfiyyə baş verən gözlənilməz hadisəni bizə belə nəql etdi: “Hamımız yatmışdıq. Qəfl qapı döyüldü və inanılmaz bir hadisə baş verdi: atam və əmim evə daxil oldular. Elə bildik ki, yuxu görürük. Həbsdəki oğlanlarını qarşısında görən nənəmiz huşunu itirdi”. Mirzə Sakitin həyat yoldaşı Rəna xanım da məhbus qardaşların həbsdən buraxılmasını təəccüblə qarşıladığını söylədi: “Amma onların əfv fərmanı ilə birdəfəlik azadlığa buraxılacağı barədə bir söz deyə bilmərəm. Çünki əvvəllər dəfələrlə bizə əfv olacağını deyiblər. İndiki şəraitdə hansı qərarın veriləcəyini söyləmək çətindir”. Günün ikinci yarısında hüzr mərasiminə “Azadlıq” blokunun liderləri Lalə Şövkət Hacıyeva, Əli Əliyev, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan və digərləri də gəldi. Qeyd edək ki, hüzr mərasimində iştirak etmək üçün paytaxt Bakı daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrindən ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, jurnalistlər də Meysərli kəndinə gəlmişdilər. Və ən sonda Biz Meysərli kəndindən üzü Bakıya gələndə yolda zəng edib daha bir xəbər dedilər. Belə ki, dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən Qənimət Zahidlə Mirzə Sakit atalarının hüzr mərasiminin sonunadək, yəni 7 gün azadlıqda olacaqlar.
43,911
05.12.2008 06:25
Yazarlar
AÇILAN QAPILARIN HEKAYƏTİ
“Məncə, buraxacaqlar” deyən də vardı, “heç ağlım kəsmir” deyən də. Birinci fikrin tərəfdarları ona istinad edirdilər ki, jurnalist və məhbus qardaşlar - Qənimət və Sakit cinayətkar deyillər, bunu hökumət də bilir, üstəlik, ortada bir Ermənistan presedenti var. Məlum olduğu kimi, bir neçə həftə öncə Ermənistanda prezident Sərkisyan anası rəhmətə getmiş siyasi məhbusu - bu ilin martında həbs edilmiş şəxsi azadlığa buraxmışdı ki, gedib hüzrdə iştirak eləsin. “Buraxacaqlar” deyə israr edən həmkarımız bu fikirdəydi ki, dövlət rəhbərlərinin başqa cür hərəkət eləməsi “biz ermənilər qədər də deyilik” fikrinin böyüməsinə səbəb ola bilər. Gerçəkdən, Zahidov qardaşlarının həbsdən azad edilməməsi hələ sovet dövründən qalan və zaman-zaman səngiyib, zaman-zaman güclənən “biz pis millətik” kimi olduqca ziyanlı rəyin təsdiqi anlamına gələ bilərdi. Ən azı ermənilərin qarşısında aşağı yerdə qalardıq. “Yox, mən bu hökumətdən elə savab iş gözləmirəm” deyənlər isə ona əsaslanırdılar ki, bu hakimiyyət heç vaxt o cür gerçək humanist addımlar atmayıb. Örnəklər də vardı. Məsələn, əzizləri rəhmətə getmiş siyasi dustaqlara və məcburi mühacirət həyatı yaşayan şəxslərə elə bir imkan tanınmamışdı ki, onlar öz doğmalarının dəfnində, heç olmasa, hüzr məclisində iştirak etsinlər. Həmin gün mübahisə uzun çəkdi və nəticəsiz bitdi. Sona qədər bilə bilmədik ki, Zahidov qardaşları həbsdən buraxılacaqlar, ya yox. Ertəsi gün sübh tezdən məlum oldu ki, birincilər deyən olub və dustaq jurnalistlər artıq doğma kəndlərində atasız qalmış ocaqlarının başındadırlar. Bu yerdə adam istər-istəməz hissə qapılaraq, bu savab işin başa gəlməsində əməyi, rolu olan hər kəsə minnətdarlıq etməkdə haqlıdır. Ancaq məsələnin başqa, həm də böyük önəm daşıyan bir tərəfi var.İşləri yazı yazmaq olan günahsız qardaşların, görkəmli və mübariz ziyalıların türmədə nə işi vardı ki, indi də müvəqqəti azad edilmələrinin minnətinə dözsünlər? Söz yox, bu, tamam yeni hadisədir, özlüyündə ilin hadisəsidir, amma qardaşların günahsızlığını, şərlənmələrini yada salanda adamın yadına ataların hikmətli kəlamı düşür: “Başımı yarıb, ətəyimə qoz tökür”. Heç cür unutmaq olmaz ki, son 3 ildə bu qardaşlara böyük məhrumiyyətlər yaşadılıb, iztirablar çəkdirilib, fiziki və mənəvi işgəncələr verilib. Onların çəkdiyini fil də çəkə bilməzdi. Bunun qarşısında dustaq qardaşlara edilmiş bu yaxşılıq həqiqəti bilənlərin gözünə xırda yaxşılıq kimi görünür. Onlar onsuz da atalarının son gününü görmədilər, vəsiyyətini dinləmədilər, onu son mənzilə çiyinlərində apara bilmədilər. Hazırda qardaşlar hüznlü halda sadəcə qonaq-qara qabağına çıxır, başsağlığı verənlərə “evinizə şadlıq aparın” deyirlər. Bununla belə, yaxşılıq böyük, yaxud kiçik olmasına baxmayaraq, yaxşılıqdır və o, müsbət enerji verdiyi, gərginliyi azaltdığı üçün təqdir olunmalıdır. Təkcə ona görə ki, yaxşılıq etməyə qadir və qabil insanlar bundan peşman olmasınlar, yaxşı hərəkətin necə böyük sevinclər yaratdığını görsünlər. Könül istər ki, yaxşılıqlar da, onların doğurduğu sevinclər də böyük və davamlı olsun.Taleyin gərdişinə baxın, Qənimət və Sakitin illərdən bəri dərddən, acıdan gözüyaşlı qalmış anası Xədicə xanım ömür-gün yoldaşını itirməsinə baxmayaraq, dustaq oğullarını yanında görməyindən bayılacaq dərəcədə sevinib. Hazırda o da, biz də, yəqin ki, dustaq qardaşların həbs hekayətini bilənlərin tam əksəriyyəti də umur ki, jurnalist həmkarlarımız Meysəridən cəzaçəkmə müəssisələrinə yox, ailələrinin yanına qayıtsınlar. Bunun əksi olacaqsa, çox pis olacaq. Dünya ölüm-itim dünyasıdır. Hakimiyyət gözləməməlidir ki, sabah ömrünün ixtiyar çağını yaşayan Xədicə nənənin başına bir iş gəlsin, ondan sonra məhbus qardaşları yenidən azadlığa buraxsın. P.S. Yəqin ki, heç bir dustaq istəməz ki, Allah onların qapısını bu cür, atasının həyatı bahasına açsın. Samir SARI
43,912
05.12.2008 04:26
Siyasət
PƏNAH HÜSEYN HAKİMİYYƏTİN LEGİTİMLİYİNƏ DAİR TƏKLİFLƏR VERDİ
DUİ hesab edir ki, demokratik seçkilərə münasibət məsələsi Azərbaycan demokratiyasının strateji məsələsidir və bu məsələdə hər hansı güzəşt ola bilməz. DUİ bundan çıxış edərək 2008-ci il seçkilərini və onun nəticələrini azad, ədalətli və demokratik seçkilər və seçki nəticələri kimi qəbul etmir. DUİ Azərbaycan Konstitusiyasına əsaslanaraq xalqın azad və ədalətli seçkidə ifadə olunmuş iradəsinin ifadəsi olmağı hakimiyyətin legitimliyinin ən mühüm tərkib hissəsi sayır və ölkənin real müxalifətinin iştirak etdiyi və nəticələrini qəbul etdiyi demokratik seçki keçirilənə qədər hər hansı hakimiyyətin tam legitim olmayacağı mövqeyində durur. 1. Mövcud hakimiyyətə münasibət demokratiyanın praktiki, taktiki məsələsidir və burada yanaşmaların müxtəlifliyi istisna edilməməlidir. DUİ diqqəti cəmiyyətdə demokratik seçkilərin hakimiyyətin legitimliyinin yeganə elementi olması, seçki və onun nəticələrinin tanınması məsələsi ilə mövcud hakimiyyətin, o cümlədən İ.Əliyevin prezidentliyinin tanınması məsələsinin birbaşa əlaqələndirilməsinin düzgün olmaması barədə baxışların da mövcud olmasına cəlb edir. DUİ bu vəziyyəti nəzərə alaraq hesab edir ki, hakimiyyətin legitimliyi və ya tanınması probleminə münasibət müxalifətdaxili münasibətlərin qurulmasında və əməkdaşlığında ön şərt kimi irəli sürülməməlidir. DUİ hesab edir ki, müxalifət bundan sonra keçiriləcək seçkilərdə, o cümlədən 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərində iştirak məsələsini prinsipcə mümkün qədər tez həll etməlidir. Müxalifətin 2008-ci il seçkilərində iştirak etməmək qərarı bu seçki ərəfəsində yaranmış konkret siyasi situasiya və müxalifətin vəziyyəti ilə bağlı əlahiddə qərar sayılmalıdır. Belə ki, Seçki Məcəlləsinə seçki təbliğatı və təşviqatının forma, üsul və müddətlərini ciddi şəkildə məhdudlaşdıran dəyişikliklər hakimiyyət tərəfindən seçkiyə cəmi bir ay qalmış həyata keçirilmişdi. Müxalifətin seçkilərdə iştirakla bağlı əsas şərti olan seçki komissiyalarının yenidən formalaşdırılması tələbinin hakimiyyət tərəfindən qəbul edilmədiyi də bu müddətdə qətiləşdi. Beləliklə, müxalifət seçkiyə cəmi bir ay qalmış yeni şərait və şərtlər qarşısında qaldı; bu yeni şərait və şərtlər daxilində seçkilərə öz potensialına adekvat şəkildə hazırlaşmaq imkanına malik olmadı. 2005-ci il parlament seçkilərindən sonra müxalifət daxilində parlamentdə iştirakla bağlı ziddiyyətlərin yaratdığı böhranın davam etməsi və kütləvi siyasi fəallığın aşağı olması müxalifətin bütün resursları birləşdirərək sürətlə səfərbər olmasına və seçkilərdə birgə iştirak yönündə yekdil rəy verməsinə imkan vermədi. Bu situasiya və şərtlər daxilində seçkilərdə iştirak mövcud iqtidarın antidemokratik seçki oyununu pərdələməyə xidmət edə bilərdi və seçkilərdə iştirak etməmək qərarı bu səbəbdən meydana gəldi. DUİ hesab edir ki, seçkilərdə iştirak etməmək qərarı yaranmış konkret vəziyyətdə doğru siyasi taktika oldu və müxalifət vəziyyətdən daha az zərərlə çıxa bildi. 2008-ci il seçkisinin pozitiv nəticələrindən biri real müxalifətin cəmiyyətdə siyasi yerini qoruyub saxlaması və iqtidarın psevdomüxalifət yaratmaq planının tamamilə iflasa uğraması oldu. 2. Hazırda demokratik qüvvələr antidemokratik seçki mühitinin davam etdiyi və hətta daha da pisləşəcəyi şəraitdə (mövcud Seçki Məcəlləsinin qüvvədə qalması, KİV-ə basqıların davam etməsi, azad teleradio efir məkanının olmaması, sərbəst toplaşma azadlığına faktiki qadağa qoyulması, müstəqil məhkəmələrin olmaması, seçki komissiyalarının iqtidarın tam inhisarında qalması və s.) seçkilərdə iştirak etməyin məqsədəuyğunluğu və belə bir şəraitdə seçkilərdə qalib gəlməyin mümkünlüyü məsələsini prinsipcə həll etmək vəzifəsilə üz-üzədir. DUİ seçkiləri passiv boykot taktikasının siyasi proseslərə təsirinin məhdudluğunu və dəfələrlə təkrarlanacağı şəraitdə zərərli nəticələrinin artacağı qənaətindədir və bu taktikadan 2008-ci ildə olduğu kimi, müstəsna hallarda istifadəni mümkün sayır. DUİ legitim və formal hüquqi-siyasi fəaliyyət formalarından istifadə tərəfdarı olan siyasi qüvvə kimi bir qayda olaraq seçkilərdə iştirak tərəfdarı rolunda çıxış edir; konkret olaraq 2009 və 2010-cu il seçkilərində iştirak edəcəyini, bu istiqamətdə fəaliyyətə başladığını və seçkilərə hazırlıqla bağlı digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu bəyan edir.DUİ seçkilərdə iştirak taktikasına üstünlük verməklə ona istinad edir ki, cəmiyyətin demokratik potensialının hərəkətə gəlməsi və kütləvi siyasi fəallığı şəraitində antidemokratik seçki mühitinin yaratdığı maneələri neytrallaşdırmaq, seçkilərdə ciddi uğur əldə etmək və hətta qalib gəlmək və bu qələbəni reallaşdırmaq mümkündür. Azərbaycan iqtidarının apardığı antisosial, antihumanist, qeyri-elmi, korrupsiya yönümlü, əsas insan hüquq və azadlıqlarını məhdudlaşdırmaq məzmunlu siyasətindən narazılıq cəmiyyətdə siyasi fəallığın yaxın dönəmdə kəskin şəkildə artması potensialını yaradır.Odur ki, DUİ kütləvi siyasi fəallığın artmasını sürətləndirmək və stimullaşdırmaq üçün ciddi səylər göstərməklə bu fəallığın istiqamətlənməsinə və təşkilatlanmasına nail olmağı, bu fəallığı seçkilərdə reallaşdırmağı müxalifətin yaxın dönəmdə əsas məqsədi və hədəfi hesab edir. 3. DUİ hesab edir ki, demokratik qüvvələr üçün əlverişli olmayan siyasi konyukturanın dəyişdirilməsinin sadə, mümkün və ən effektli vasitəsi siyasi müxalifətin birləşməsidir. Bu gün müxalifətin əsas vəzifəsi bundan ibarətdir. Elə bir vəziyyət yaranıb ki, müxalifətin birliyi yalnız vasitə yox, həm də özündə məqsəd əhəmiyyəti kəsb edir. Odur ki, DUİ müxalifətin birliyinin yaranmasını əngəlləyən müxtəlif ilkin şərtlərin irəli sürülməsini, müxalifətin bəzi tanınmış nümayəndə və təşkilatları tərəfindən proseslərə təsir imkanlarına görə fərqli təşkilat və dəstələrə iqtidarın bütövlükdə müxalifətə münasibətdə nümayiş etdirdiyi münasibətə bənzər münasibət nümayiş etdirilməsini yanlış və zərərli hesab edir. DUİ müxalifətin birliyinin konkret siyasi prinsipləri, hədəfləri ehtiva edən bir platformaya malik olması, bu birliyin optimal təsisat modelinin və formatının tapılmasının əhəmiyyətini inkar etməyərək müzakirə üçün işçi model kimi “Azadlıq” siyasi bloku, Müsavat Partiyası, ADP, AMİP və DUİ, ANF-dən ibarət formatda məşvərətçi xarakterli assosiativ qurumun təsis olunmasını təklif edir və bu istiqamətdə müzakirələrə başlamağa hazır olduğunu bəyan edir.
43,913
05.12.2008 03:58
Gündəm
QARABAĞA DAİR BÖYÜK RAZILAŞMA GÖZLƏNİLİR
“ANS press”in Helsinkiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu saatlar ərzində yalnız qısa fasilələr olub və jurnalistlər üçün qapalı keçirilən görüşlə bağlı heç bir məlumat verilməyib. Görüş başa çatdıqdan sonra da nə nazirlər, nə də həmsədrlər jurnalistlərə açıqlama veriblər. Jurnalistlərə bir gün gözləmək tövsiyə olunub. Ermənistan XİN-dən yayılan açıqlamada isə deyilir ki, danışıqların gedişində tərəflər nizamlanma prosesi ilə bağlı prezidentlər arasında oktyabr ayında Moskvada aparılmış danışıqlardan sonra yaranmış müsbət atmosferin saxlanılmasının vacibliyini qeyd ediblər. Həmçinin tərəflər danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsi və münaqişənin həlli üçün qarşılıqlı kompromislərin axtarılması haqda ümumi anlaşma əldə ediblər.Danışıqlar dünən həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə davam edib. Bu arada ATƏT-ə hazırda sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksandr Stub deyib ki, sammitin gündəliyində əsas 2 məsələ durur - Cənubi Qafqazda dondurulmuş münaqişələr və Avropada təhlükəsizlik məsələsi. Cənab Stub Qarabağ və Dnestryanı münaqişələrlə bağlı iki regional bəyannamənin əldə olunmasına çalışacaqlarını deyib.ÿAncaq finlandiyalı nazir bəyannamənin məzmununa dair açıqlama verməyib və sənəd üzərində işin davam etdiyini deyib: “Mən demirəm ki, biz burada nizamlanmaya tam nail olacağıq. Lakin iştirakçıların əhval-ruhiyyəsi və prosesin özü nikbinliyə əsas verir”.Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə deyib ki, həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü münaqişənin həlli prosesində növbəti addım idi: “Mən bu görüşdə hansısa uğur əldə olunub-olunmadığını deyə bilmərəm. Amma hiss edirəm ki, tərəqqi var”. APA-nın məlumatına görə, Brayza tərəflər arasında fikir ayrılıqlarının olduğunu və danışıqların davam etdiriləcəyini söyləyib. O, prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsinin mümkün olduğunu, amma bunun hələ dəqiqləşmədiyini bildirib. Amerikalı həmsədrin fikrincə, prezidentlər də aralarında etimadın yaranmağa başladığını hiss edirlər. Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını təkrarlayan diplomat ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ erməniləri hansısa mərhələdə danışıqlar prosesinə qoşulacaq: “Onlar onsuz da prosesdə iştirak edirlər. Məsələn, biz tez-tez Qarabağa gedirik və orada görüşlər keçiririk. Amma bunun formal olaraq nə vaxt baş verəcəyini deyə bilmərəm”. M.Brayzanın sözlərinə görə, tərəflər arasında imzalanacaq sülh müqaviləsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, amma bununla yanaşı, sənəddə öz müqəddəratını təyinetmə prinsipi və demilitarizasiya məsələsi də əksini tapmalıdır.Vasitəçinin jurnalistlərlə söhbətində məlum olub ki, yaxın həftələrdə Ermənistan və Azərbaycan prezidentləri arasında daha bir görüş ola bilər. Onun bildirdiyinə görə, prezidentlərin görüşünü hazırlamaq üçün anlaşma var: “Biz ümid edirik ki, bu görüş bir neçə həftədən sonra baş tuta bilər”. Qeyd edək ki, Türkiyə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşə ev sahibliyi etməyə hazırdır, lakin bu təşəbbüs İrəvanda hələlik dəstəklənmir.ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxışı zamanı Avropa Birliyinə sədrlik edən Fransanın xarici siyasət idarəsinin rəhbəri Bernar Kuşner də Qarabağ münaqişəsi haqda danışıb. O, münaqişənin nizamlanması prosesində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri ilboyu danışıqlar prosesini davam etdiriblər və dialoqun Madrid prinsipləri əsasında keçirilməsinə çalışıblar. Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburqda, daha sonra isə Moskvada keçirilən görüşü çox mühüm hadisə idi. Bu baxımdan dövlət başçılarının birgə bəyannamə imzalamasını xüsusi qeyd etmək lazımdır”.Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə dünənki danışıqlardan əvvəl həmsədr ölkələrin adından Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrovla Berner Kuşner, həmçinin ABŞ dövlət katibinin müavini Daniel Frid Helsinkidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış ediblər. Mətbuat qarşısında verilən bəyanatda həmsədr ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini prezidentlərin Moskva görüşündə yaranan konstruktiv və pozitiv impulsdan istifadə etməyə çağırıblar: “Moskvada imzalanmış bəyannamə bölgədə sülh əldə olunması baxımından çox şey vəd edən yeni mərhələ açıb. Bəyannamədə prezidentlər münaqişənin Madrid təklifləri əsasında dinc yolla həllinə bağlılıqlarını təsdiqləyiblər. Biz tərəfləri yaxın aylarda baza prinsipləri üzərində işi başa çatdırmaq üçün səy göstərməyə və daha sonra bu təməl əsasında sülh razılaşması layihəsini hazırlamağa başlamağa səsləyirik. Həmçinin qarşılıqlı etimadı artıran tədbirlər həyata keçirməyə, bu işə hərbçilərin və mülki şəxslərin həyatını qorumaq məqsədilə snayperləri təmas xəttindən geri çəkməklə başlamağa çağırırıq. Tərəflərin biri-biri və həmsədrlərlə bərabər çalışması zəruridir. Biz bir daha münaqişənin hərbi yolla həllinin olmadığını bəyan edir və tərəfləri münaqişənin dinc yolla həllinə sadiqliklərini təsdiqləməyə çağırırıq”.ATƏT-in Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Heyke Talvitiye isə “Trend” agentliyinə açıqlamasında bildirmişdi ki, təşkilatın xarici işlər nazirlərinin toplantısında Qarabağ münaqişəsinə dair xüsusi bəyənnamənin qəbul olunacağı gözlənilir. Lakin o, detallar haqda danışmayıb. Qeyd edək ki, rəsmi İrəvan dekabrın 3-də Helsinkidə Ermənistanla Azərbaycan arasında hansısa bəyannamə imzalanacağını təsdiq etməyib. Lakin diplomatik qaynaqlardan bəlli olub ki, belə sənədin imzalanması üçün ATƏT-in səlahiyyətlərini başa vurmaqda olan sədri Aleksandr Stabb, habelə Fransa və ABŞ tərəflərə təsir etməyə çalışır. Bu bəyannamənin imzalanması Qərb üçün ona görə mühümdür ki, Rusiyanın nəzarəti altında gedən danışıqlar prosesi Moskvanın inhisarından çıxarılsın. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Helsinkidə həmsədr ölkələrin iştirakı ilə aparılan danışıqlardan sonra deyib ki, tərəflər yaxın zamanlarda münaqişənin nizamlanmasına dair baza prinsiplərini razılaşdıra bilər. “İnterfaks” agentliyinin xəbərinə görə, Lavrov baza prinsipləri üzərində işin davam etdiyini bildirib: “Biz tərəfləri Minsk Qrupu həmsədrləri ilə birlikdə yaxın aylarda münaqişənin nizamlanmasının baza prinsipləri üzərində razılaşma əldə etməyə, daha sonra həmin prinsiplər əsasında hərtərəfli sülh müqaviləsinin hazırlanmasına keçməyə çağırırıq”. Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Minsk Qrupu adından Helsinkidə qəbul edilən bəyanatda prezidentlərin Moskva görüşünün münaqişənin nizamlanmasında müsbət tol oynadığı qeyd olunur. O xatırladıb ki, 1994-cü ildə əldə edilən atəşkəsdən sonra ilk dəfə tərəflər birgə sənədə imza atıblar.Nəhayət, günün sonunda gələn xəbərlərdən aydın olurdu ki, Finlandiya paytaxtında Azərbaycan və Ermənistan arasında yeni sənədin imzalanması haqda səylər nəticə verməyib. Sözsüz ki, burada Rusiyanın təsirini nəzərdən qaçırmaq olmaz. Əgər Finlandiya paytaxtında tərəflər arasında ümumi ifadələrdən ibarət olsa belə, yeni sənəd imzalansaydı, o zaman münaqişə bölgəsində hərbi qüvvələrini yerləşdirmək istəyən Rusiyanın öz aparıcı rolunu nümayiş etdirmək üçün hər fürsətdə sitat göstərdiyi Moskva bəyannaməsinin çəkisi də azalmış olardı. Bu baxımdan, Rusiya Ermənistana Helsinkidə hər hansı sənədə imza atmamaq barədə tapşırıq verə bilər. Moskva indi danışıqların bəyannamədən irəli gedib baza prinsiplərini razılaşdırmaq mərhələsinə çatmalı olduğunu bildirir. Hansı ki, həmin prinsiplərdən biri Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendumun keçirilməsini nəzərdə tutur. Lavrov bu razılaşmanın yaxın aylarda əldə edilə biləcəyini deyir. Ermənistan müxalifətində də belə məlumatlar var. Bugünlərdə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirmişdi ki, tezliklə Ermənistanla Azərbaycan arasında çərçivə razılaşması imzalanacaq.
43,914
05.12.2008 01:58
Gündəm
ERMƏNİLƏRİN GƏLİŞİNƏ ETİRAZ EDƏN QAT-çılar SAXLANDI
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə baş verənləri biabırçılıq adlandırıb: “Dəfələrlə hökumətə xəbərdarlıq etmişik ki, bu cür antimilli hərəkətlərə yol verməsinlər. Amma buna baxmayaraq, iki erməninin Bakıya gəlməsinə şərait yaradıblar. Ancaq biz həmin ermənilərin konfransa qatılmasına imkan verməyəcəyik. Bu səbəbdən bir qrup QAT üzvü tədbirin keçirildiyi Gülüstan sarayını mühasirəyə alıb”. Akif Nağının sözlərinə görə, hüquq-mühafizə orqanları onun ofisdən çıxmasına imkan verməyib: “Günün birinci yarısından QAT-ın ofisi polis nəzarətinə götürülüb. Polislər bizim hər addımımızı izləməyə başlayıblar. Bununla belə, qərargahdan çıxıb Gülüstan sarayının qarşısına toplanmış aksiya iştirakçılarına qoşulmaq niyyətindəyik”. Lakin qurum sədri dünən saat 12 radələrində Gülüstan sarayının qarşısına toplanmış aksiya iştirakçılarının yanına gedərkən Səbayel rayonu ərazisində həbs edilib. QAT sədrinin müavini Firudin Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, hazırda A.Nağının harada saxlanılması barədə məlumatları yoxdur. F.Məmmədovun sözlərinə görə, hüquq-mühafizə orqanları Gülüstan sarayının qarşısında aksiya keçirən bir qrup QAT üzvünə zor tətbiq edib: “Polis və mühafizəçilər bizlərdən dağılışmağı tələb etsə də, aksiya üzvləri bundan imtina etdi. Nəticədə qarşıdurma yarandı və polislər bizi həbs edərək 9-cu bölməyə gətiriblər”.Sonda qeyd edək ki, günün ikinci yarısında saxlanılanların hamısı azadlıqa buraxılıb. Akif Nağı isə Səbayel rayonunda saxlanıldıqdan sonra başqa maşına mindirilərək bir müddət Bakı şəhərindən uzaqlaşdırılıb.Qeyd edək ki, QAT üzvləri dünən gün ərzində ermənilərin sammitdə iştirak edib-etmədiyini öyrənməyə çalışsalar da, tədbirin təşkilatçıları düşmən ölkənin təmsilçilərinin Bakıya gəlmədiklərini deyib. Amma sammitdə jurnalistlərə müsahibə verən Ermənistan hökumətinin nümayəndəsi Qarik Qriqoryan İrəvanın TRASEKA layihəsində iştirak etmək arzusunda olduğunu bildirib. O, həmçinin tədbirə dəvət edildiyi üçün Azərbaycan hökumətinə və Nəqliyyat Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
43,915
05.12.2008 01:58
Yazarlar
“BAXIN, BAXIN, O - MƏNƏM!”
Amma neftin qiyməti bəlkə o qədər düşdü ki, Samuxdakı yatağı istismar etmək sərfəli olmadı, ora çəkilən xərcə İrandan, İraqdan neft almaq daha sərfəli oldu. Hətta Bakı nefti samuxlulara yerli neftdən bəlkə ucuz düşdü.Bu, lap şəkililərin başına gələn hadisəyə oxşayır. Onlar da yerli icra başçısındansa naxçıvanlı icra başçısını sərfəli sayırlar. Rayonun çox pis gündə olmasına, qonşu rayonlardan da acınacaqlı hala gəlməsinə baxmayaraq şəkililər ümiddən düşməyib orijinal çıxış yolu tapıblar. Deyirlər ki, əgər prezident Şəkiyə naxçıvanlı icra başçısı yollasa, rayonda irəliləyiş olar, çünki qonşu rayonların hamısında icra başçısı naxçıvanlılardır və oralarda vəziyyət daha yaxşıdır. Bu təklifi yalnız şəkililər fikirləşib tapa bilərlər, o səbəbdən ki, onların nəyi ciddi, nəyi zarafatla dediyini heç kimi anlaya bilməz.Dünyanın işini bilmək olmaz, bəlkə prezident bu arzuya ciddi yanaşdı, elə Naxçıvan xanı Vasif Talıbovu yolladı Şəkiyə. Şəkiyə xan yaraşar. Məsələn, “Şəki xanı Vasif Talıbov”. Əla səslənir. Onda şəkililər yeni situasiyadan çıxış yolu tapmaq üçün prezidentdən xahiş edərlər ki, onlar xanın əlindən Şəkini tərk edib Naxçıvana getmək, ümumiyyətlə, naxçıvanlı olmaq istəyirlər. Bu arzuya çatandan sonra isə bir qrupu müxtəlif rayonlara icra başçısı, polis rəisi, şöbə müdiri, qalanları isə ac qalmamaq üçün Türkiyəyə səpələnərlər. Bundan sonrasını bilmirəm.İllər öncə Şəkiyə getmişdim. Türkiyədəki zəlzələdən bir neçə ay keçmişdi. Şəhərdən çıxanda bir yaşlı kişi əlində vedrə piyada gedirdi, maşını saxladıq. Yol ayrıcındakı yanacaqdoldurma məntəqəsinə gedib vedrədəki yumurtaları keçən maşınlara satacaqdı. Onu da götürdük. İxtiyardan Şəki haqqında soruşub camaatın güzəranı ilə maraqlananda ah-vay elədi. Dediyi sözləri isə heç vaxt unutmuram: “Bala, kaş o Türkiyədəki zəlzələ burada olaydı, bizim canımızı bu zillətdən qurtaraydı”.Şəki illərdir bu cür axtarışdadır, gah zəlzələ istəyir, gah naxçıvanlı icra başçısı, üsyan da elədi, dirəndi də. Amma Şəki nəsibinə yetmir, düşdüyü labirintdən çıxa bilmir. İş ondadır ki, Şəkidə neft də tapılsa, bu labirintdən çıxa bilməyəcək. *** Bir neçə gün öncə Azadlıq meydanında keçirilmiş mitinqlərin videogörüntülərinə baxırdım. Dostlardan biri meydan hərəkatından indiyədək, daha doğrusu, sözügedən meydan neft pulları ilə ucuz alınıb baha sənədləşdirilən maşın və avtobusların dövlət sərgisi məkanına çevrilənə kimi baş tutmuş aksiyaların süjetlərini birləşdirib və yaxşı bir videosalnamə düzəldib. İlk mitinqlərin süjetləri çox maraqlıdır. Bir az nostalji yaradır, bir az da qəzəb. Amma nədənsə onlara baxanda yadıma çox maraqlı bir məqam düşdü.Yəqin “Uzaq sahillərdə” filmindəki alman əsgərlərinin kinoteatrda filmə baxmasını siz də xatırlayırsınız. Söhbət Mixaylonun kinoteatra bomba qoyduğu hissədən gedir. Yadınızdadırsa, əsgərlərin baxdığı filmdə də əsgərləri göstərirlər, onlar kalonlar halında addımlayır. Sayca lap çoxdurlar, hamısı da bir-birinə bənzəyir. Bu zaman kinoteatrda əyləşən əsgərlərdən biri ayağa qalxıb sevinclə qışqırır:- Baxın, baxın, o - mənəm.Müqayisə yerinə düşmür. Lakin bu gün bizim ölkədə də meydan mitinqlərinin videogörüntülərinə baxanda qışqırıb belə deyəcək nə qədər adam var...
43,916
05.12.2008 02:00
İqtisadiyyat
AZƏRBAYCAN NEFTİN UCUZLAŞMASINDAN GÜNDƏ NƏ QƏDƏR İTİRİR?
Qeyd edək ki, neft amili Azərbaycan iqtisadiyyatı üçün vacib hesab olunur. Belə ki, dövlət büdcəsinin 70 faizi neft sektorunun payına düşür. Səlahiyyətli dövlət qurumlarının təmsilçiləri çıxışlarında gələn ilin dövlət büdcəsində neftin baza qiymətinin 70 dollardan götürüldüyünü bildirsələr də, büdcə sənədlərində həmin göstərici 80 dollar göstərilib. Bu arada neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Məlumatlara görə, “qara qızıl”ın qiymətinin düşməsi hələ uzun müddət davam edəcək. Hətta beynəlxalq mütəxəssislər neftin 40-50 dollara kimi ucuzlaşacağını proqnozlaşdırırlar. Neftin 50 dollara düşməsi belə büdcənin formalaşması baxımından ölkə üçün təhlükəlidir. Milli Büdcə Qrupunun rəyinə görə, dövlət büdcəsində neft gəlirlərinin dörddə üçü Dövlət Neft Fondunun transfertlərindən ibarətdir. Qurumdan hesab edirlər ki, 2009-cu il üzrə icmal büdcənin gəlirləri proqnozlaşdırılan zaman neftin hökumət tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi özünü doğruldarsa, fondun gəlirləri 14 567 mln. manat təşkil edəcək. Bu halda gələn il üçün fonddan proqnozlaşdırılan büdcə ayırmaları qurumun gəlirlərinin cəmi 34 faizini təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi, ən pis qiymət ssenarisinin (məsələn, hər barel üçün 40 ABŞ dolları) olacağı halda Neft Fondunun ümumi gəlirlərinin 60 faizə qədəri dövlət büdcəsinə transfert edilə bilər. Nəticədə neftin qiymətinin enməsindən itkilər dövlət büdcəsində deyil, icmal büdcədə hiss olunacaq. Bəs maraqlıdır, neftin ucuzlaşmasından dövlət nə qədər itirir? Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şabanın fikrincə, Azərbaycanın gəlirləri, dövlət büdcəsi neftdən çox asılıdır: “Büdcənin gəlirlər hissəsində Dövlət Neft Fondundan transfertlər də nəzərə alınmaqla bu asılılıq 70 faizdən artıqdır. İxracda artıq 98 faizə çatıb. Bu, ancaq görünən hissədir. Gəlirlər hissəsində neftdən asılılıq daha çoxdur. Beynəlxalq standartlarla götürsək, 80 faizi keçir. Məsələn, 65 min insan Dövlət Neft Şirkəti sistemində, 2 min nəfər ABƏŞ-də, 4-5 min nəfərdən çox insan isə servis şirkətlərində çalışır. 75 minə yaxın insan bu sferada işləyir. Onların yeməyindən tutmuş, göstərilən xidmətlər, rabitə, nəqliyyat, daşınmalar beynəlxalq standartlara görə neft sektoruna aiddir. Reallıq odur ki, bunları da nəzərə aldıqda asılılıq 80 faizi keçir. Yəni Azərbaycan neftdən birbaşa asılı olan ölkə statusundadır. O baxımdan da dünya bazarında neftin qiymətinin dəyişməsinin Azərbaycana birbaşa və dolayısı ilə çox böyük təsirləri var. Hesablamalarımıza əsasən, neftin hər barelinin 10 dollar enməsi Azərbaycana gələn gəlirləri 3 milyard dollar aşağı salır. Məsələn, neftin bareli 70 dollar olsa, ölkəyə ümumi ixracatdan gələn gəlir 26,4 milyard dollar təkşil edəcək. Əgər burada sırf mənfəət şəklində daxilolmaları götürsək, Neft Fondunun daxilolmaları 17,5 milyard, mənfəət vergisi 1,1 milyarddır. Yəni ümumi gəlir 18,6 milyard olar. 60 dollarda artıq Neft Fonduna daxilolmalar 14,5 milyard dollar, mənfəət vergisi 0,9 milyarda qədər azalır. 50 dollarda Neft Fondunun gəlirləri 11,4 milyarda qədər, mənfəət vergisi də 700 milyona düşür. Hələ biz 40 dolları hesablamamışıq. 40 dollarla götürsək, bu rəqəmlər daha aşağı olacaq. Yəni gəlirlər hardasa 8 milyard dollar ətrafında, mənfəət vergisi 500 milyon təşkil edə bilər. Nəzərə alsaq ki, gələn il 70 dollarla Neft Fondundan 6 milyard dollar transfert olunacaq. Arada yaranan xərc üçün də heç olmasa milyard yarım əlavə transfertə ehtiyac yaranacaq”. İ.Şaban deyir ki, satdığımızı xərcləyəcəyik: “Geri atmağa bir şey qalmayacaq və yaxud çox cüzi bir şey olacaq”. İqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, neft satışından əldə olunan gəlirlərlə bağlı həm rəsmi, həm də qeyri-rəsmi çox müxtəlif rəqəmlər səsləndirilir: “Dövlət Neft Fondu neftin dünya bazar qiymətinin yüksək olduğu dövrlərdə gündəlik satışdan fonda 50 milyon dollar həcmində vəsaitin daxil olması yönündə məlumat yaymışdı. Neft Fonduna daxil olan vəsaitlər Azərbaycanın hasilatın paybölgüsü üzrə öhdəliyinə əsasən daxilolmalardır. Dövlət Neft Şirkətinin xətti ilə satılan neft də var ki, bu da təbii ki, Azərbaycana daxil olur. Neftin qiymətinin ucuzlaşması ölkəyə daxilolamaların azalmasına gətirib çıxarır. Əvvəla, Azərbaycan Bakı-Tiflis-Ceyhan kəməri ilə gündəlik 1 milyon barel neft ixrac edir. Bundan başqa, Dövlət Neft Şirkəti və digər vasitələrlə xaricə neft ixrac edilir. Təbii ki, Bakı-Tiflis-Ceyhan kəməri ilə ixrac olunan neftin satışından əldə olunan vəsait tamamilə Dövlət Neft Fonduna daxil olan vəsaitlər deyil. Yalnız Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə 1 milyon barel neftin ixrac olunmasını nəzərə alsaq neftin qiyməti 148 dollar olan zaman bu, gündəlik 148 milyon dollarlıq neft satışı demək idi. Hasilatın pay bölgüsünə əsasən bunun da 60 milyondan artığı Dövlət Neft Fonduna köçürülür. Praktiki fonda gündəlik orta hesabla qiymətlərin dəyişməsindən asılı olaraq 50 milyon dollar vəsait daxil olurdu. Bu gün Azərbaycanın Bakı-Tiflis-Ceyhan kəməri ilə neft ixracı dəyişməyib. Amma neftin qiymətinin 47 dollar olması o deməkdir ki, Bakı-Tiflis-Ceyhan kəməri ilə neftin xaric edilməsindən 47 milyon dollar daxil olur. Ölkəyə neft satışından daxilolmalar iyun ayı ilə müqayisədə 3 dəfə azalıb”.İqtisadçının sözlərinə görə, yalnız BTC-ni nəzərə alsaq, 1 barel neftin qiymətinin 1 dollar aşağı düşməsi Azərbaycan neftinin gündəlik olaraq 1 milyon dollar itirməsi deməkdir: “Dövlət Neft Şirkətinin ixrac etdiyi nefti də var. Hər barelin 1 dollar düşməsi Azərbaycanın gündəlik olaraq 400 min dollar, aylıq isə 12 milyon dollar vəsait itirməsinə gətirib çıxarır (Bura həm BTC vasitəsilə ixrac olunun neft, həm də Dövlət Neft Şirkətinin hasil edib satdığı neft daxildir). Söhbət Dövlət Neft Fonduna və büdcəyə ödənişlərdən gedir. Minimum ziyan aylıq 12 milyon dollardır”.
43,917
05.12.2008 02:05
İqtisadiyyat
XƏZƏRİN İŞĞALI RƏSMİLƏŞDİRİLİR
2003-cü il yanvarın 13-də isə mərhum prezident Heydər Əliyev Xəzər sahillərində şəxsi evlərin, obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dəniz sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzaladı. Həmin ərəfədə Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı, Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri dənizin sahillərində 130 metrlik məsafədə tikilən obyektlərin əksəriyyətini sökdü. Elə həmin ilin avqustun 4-də prezident “Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Məhz bu qanun Xəzər dəniz sahillərinin 80-130 metrliyinin dövlətə məxsusluğunu və orada hansısa özəl tikintinin aparılmasını qadağan edirdi. Ancaq bildirdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclis “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək zolağın dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyənləşdirdi. Belə bir rəy var ki, bundan sonra Xəzərin sahillərində villa, ev, obyekt və digər müəssisə tikintisi geniş miqyas alacaq. Lakin yeni qanunun yaratdığı problem təkcə bununla bitmir. Dəyişikliyə əsasən 20-50 metrlik sahil zolağının altında qalan torpaqlar dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz. Yalnız yuxarı icra hakimiyyətinin qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər. Göründüyü kimi, son dəyişikliklər həmçinin icrayə verilən ərazinin də hasara alınmasına şərait yaradır. Bütün hallarda əhalinin dənizə çıxışı, istirahət və digər hüquqları məhdudlaşdırılır. “Bakı-Xəbər” qəzetinin yazdığına görə, bu, ekoloji cəhətdən də zərərlidir. Qanun sahil zolağının dövlət mülkiyyətindən çıxarılan hissəsinin sərvətlərindən xaotik istifadəyə şərait yaradır. Yeri gəlmişkən, parlamentin son illərdəki tarixində ikinci dəfədir ki, deputatların əksəriyyəti bu dəyişikliyin əleyhinə səs veriblər. Xatırladaq ki, belə bir hal sabiq millət vəkili Hüseyn Abdullayevin həbsi ilə bağlı Milli Məclisdə keçirilən səsvermə zamanı baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq müavini Fizuli Axundov Heydər Əliyevin müvafiq sərəncamını xatırladaraq, bu günə qədər həmin sərəncama əməl olunmadığını dedi: “Sadəcə, o, vaxt yoxladılar və məlum oldu ki, Xəzərin sahilləri dövlət məmurları tərəfindən zəbt edilib. Son dəyişikliklər sadəcə həmin tikilmiş villaların qanuniləşdirilməsinə xidmət edir. Çünki bu gün çirməliklərdə, dəniz boyu sahilə yaxın yerlərdə məmurlara məxsus villalar, obyektlər yerləşir. Qaldı Bakıda yaşayan insanların dənizdən istifadə etmək imkanlarının məhdudlaşdırılmasına, son illərdə vətəndaşların belə bir hüququ yox dərəcəsinə endirilib. Dənizin sahilində elə yerlər boş qalıb ki, orada istirahət etmək, çimmək ümumiyyətlə mümkün deyil. Dənizin relyefi buna imkan vermir”. F.Axundov bildirdi ki, məmurlar Bakını və paytaxtətrafı kəndlərdəki çirmərlikləri bütövlükdə zəbt edib, şəxsi mülkiyyətlərinə çevirmək istəyirlər. Bakı əhalisinin sayının 3 milyona çatdığını vurğulayan F.Axundovun sözlərinə görə, indən sonra vətəndaşlar çimərlik üzünə həsrət qalacaqlar: “Yalnız pulu olanlar çimərliyə gedə biləcək”.F.Axundov bir vaxtlar icra hakimiyyətlərinin sərəncamında çimərlik sahələrinin olduğunu və onların bu əraziyə nəzarət etdiklərini xatırlatdı: “Bu gün artıq belə bir şey yoxdur”. Müsahibim iddia edir ki, sahil zolağının zəbt olunmasına 1995-ci ildən başlanılıb: “Xatırladım ki, 1998-ci ildə sabiq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Rəfael Allahverdiyevlə mübahisəmiz yaranan zaman o, mənə çimərliklərlə bağlı xüsusi tapşırıq verdi. Həmin tapşırığa görə çimərliklərdə sanitar, epidemoloji vəziyyətə nəzarət etməliydim. Xəzər sahilində apardığım müşahidələr nəticəsində sahil zolağının 6 metrliyidə hasarlama aparıldığının şahidi oldum. Bu ərazilər Rəfael Allahverdiyevin sərəncamı ilə məmurların özlərinə və yaxınlarına verilmişdi”.O da məlum oldu ki, dünya praktikasında dənizdən 20-50 metr aralıda tikintilərin aparılması halı yoxdur: “Türkiyənin sahil şəhərlərinin bir çoxunda səfərdə olmuşam və buna rast gəlməmişəm. Abşeron çimərliklərində gedən hasarlama dünyada yeganə hadisədir. Sovetlər birliyi dönəmində Zağulbada gənclik düşərgəsi yaradılmışdı. Birliyə daxil olan ölkələrdən hər kəs ora dincəlməyə gəlirdi. Hətta o vaxtlar düşərgənin ərazisi olan çimərliklərdə hasar yox idi. Bu gün dəniz görsənmir”. Onun fikrincə, Xəzərin sahillərini hasarlamaq görməmişlikdən başqa bir şey deyil. F.Axundov sahildə yaşayış evlərinin tikintisinin təhlükəsizlik baxımından məqbul hesab edilmədiyini dedi: “Nəmişlikdən tutmuş, torpağın yatmasına qədər bütün bu proseslərin baş verməsi mümkündür. Dənizin səviyyəsi 10 illərlə aşağı enir, gah da əksinə, yuxarı qalxır”. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirdi ki, ayrı-ayrı ölkələrdə çimərlik kimi istifadə olunmayan sahələrdə tikintiyə icazə verilir: “Amma o yerlər ki, artıq çimərlik kimi istifadə edilir və mülkiyyət hüququ təsbit olunub, müəyyən məsafə saxlanılır. Çimərlik açıq zona hesab edilir. Məsələn, Türkiyənin Antaliya şəhəri. Dənizdən kifayət qədər uzaq və ya yaxın məsafədə tikilən yerdə vətəndaşların sərbəst hərəkətinə, dənizə giriş-çıxışına heç bir maneə olmur. Qapalı çirməliklər də var. Onlar bəzi özəllikləri ilə seçilir”. İ.Ağazadə dəyişikliyə qədər də sahildən 20 metr aralıda tikintinin aparılması yönündə iddialara toxunaraq dedi ki, belə hallar var idi: “Qanunsuz hallar mövcuddur. Söhbət qanunlardan gedir. Qanunlar toplumun ümumi mənafeyini ifadə edən, onların maraqlarını qoruya bilən halda olmalıdır”.
43,918
05.12.2008 02:06
İqtisadiyyat
MALİYYƏ BÖHRANI ÖLKƏNİN AVTOMOBİL BAZARINA TƏSİR EDİB
Avtomobil ticarəti ilə məşğul olanlar deyir ki, satışın azalmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Artıq bəzi banklar avtomobil satışına kredit ayırmır. Bəziləri isə ancaq tərəfdaşı olduğu avtomobil şirkətinin maşınları üçün kredit verir. Əmlak Bazarı İştirakçıları Birliynin icraçı direktoru Ramin Osmanov maşınların qiymətlərinin ucuzlaşdığını deyir. Onun sözlərinə görə, noyabr ayında qiymətlər 5 faiz düşüb.
43,919
05.12.2008 02:05
İqtisadiyyat
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ BİZNES-FORUMU KEÇİRİLİR
Dünən Bakıda Azərbaycan-Türkiyə biznes-forumu öz işinə başlayıb. Tədbirdə 190 şirkətin nümayəndəsi iştirak edir. Forum çərçivəsində hər iki ölkənin iş adamları arasında görüşlərin keçirilməsi də nəzərdə tutulur.
43,920
05.12.2008 02:07
Yazarlar
9 KVADRATMETRLİK HARAM
Yaxşı yadımdadı, Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Hacıbala Abutalıbov vəzifəyə təzə təyin olunan vaxtlarda Yeni Günəşlidə (bəlkə də Köhnə Günəşlidə) bir məscidin tikintisinin dayandırılmasına qərar vermiş və bu qeyri-populyar addımdan sonra üstəlik icra hakimiyyətinin binasında bir mətbuat konfransı da düzənləmişdi. Əlverişli məqamın və həssas mövzunun verdiyi fürsəti jurnalistlər göydəndüşmə saymışdılar: vəzifəyə təzə təyin olunmuş məmur ola, məscid sökdürmə ola, mətbuat konfransı ola... O zamankı “Avropa” qəzetinin o zamankı müxbiri mətbuat konfransından sonra redaksiyada söhbətə tədbirin kulminasiya nöqtəsinin tamaşasını çıxarmaqdan başlamışdı. Deyir, məscidlə bağlı uyğun suala cavabda Abutalıbov oturduğu kürsüdən kəmali-ədəblə aşağı enib düz jurnalistin yanına gəldi, “Allah evini qanunsuz sənədlərlə, qanunsuz yollarla tikməzlər, bala” - deyə sözünə xüsusi ahəng və düşünülmüş kolorit qatdı.Nə deyəsən?..Bugünlərdə Yasamal rayonu ərazisində daha bir məscidin sökülməsinə qərar verilib. Bu dəfə qərarverici orqan şəhər icra hakimiyyəti yox, məhkəmədi. İctimai rəy və onu yaradanların - jurnalistlərin fakta münasibəti ilk növbədə bəlli stereotiplər əsasında formalaşıb cana gəlibsə, bunda əlüstü qəbahət axtarmaq düz çıxmaz. Axı doğrudan da müqəddəs məbədi, məscidi sökmək günahdı, qınanası əməldi, bunun əleyhinə yazmayasan, neynəyəsən... Bu haqda qərar hansı instansiyadan gəlir-gəlsin, fərqi yox.Ancaq gəlin həssas olaq. Bu dəfə məsələnin mahiyyətini müəyyənləşdirən detala.Məlum olur ki, iddiaçı qismində məhkəməyə müraciət eləmiş İqtisad Universitetilə məscidi tikən icma arasında mübahisə 9 kvadratmetrlik ərazi ilə bağlıdır. Tikintisi hələ tamamlanmamış məscidin axundu “Yeni Müsavat”a açıqlamasında qırmızı xətti keçdiklərini, yəni başqa əraziyə girdiklərini gizlətməyib: “Düzdür, biz qırmızı xətti keçmişik, amma Allah evi üçün mühüm olan azan oxunması üçün minarə tikməyimiz səbəbindən belə addımı atmışıq”.Mən məsələylə bağlı bundan artıq informasiya vermək istəmirəm; təkcə ona görə yox ki, oxucu yorular, həm də o səbəbdən ki, fikrimcə, “qızıl hissə”ni təkrar da olsa nəzərə çatdırdım.Qardaşlar, qanunu qoyuram kənara. Bilirəm, xəbərsiz deyiləm ki, məmləkətin baş şəhərində qanunsuz tikililərin də, əməllərin də sayı yetərincədi. Günahkar bəndələr nələr eləmirlər... Di gəl, bir tikilini məscid, bir binanı Allah evi yapmaq üçün onu hər türlü qanunsuzluqdan və haramdan uzaq tutmaq, xali eləmək gərəkdi; bu məqamda qırmızı xətti keçməyə haqq qazandırmaq mümkün deyil, həm də ona görə ki, 9 kvadratmetrlik yad ərazinin faktiki yiyəsi ona izn və halallıq verməlidi.Bütün bunlardan da bəlkə birtəhər, ölüm-zülüm sovuşmaq olardı. Məni bir məqam da düşündürür. Dini təmsil edən adamlar fərqinə varırlarmı ki, onların adı vaxtaşırı bu tip mübahisələrdə şübhəli iştirakçı, yaxud haqq qazandırılması çətin olan tərəf kimi çəkilir? Bununla, yəni davamlı faktlarla cəmiyyət daxilində dindar obrazı bir az da korlanır... Bunun nəticəsi deyilmi ki, Mingəçevirdə bir axund məişət zəminində baş vermiş kiçik bir hadisəyə görə az qala bir neçə ay ictimai rəydə mənfi qəhrəman qismində dövr elədi?Bəlkə nəticə yox, elə səbəbin özüdü?...Bəsdirin müqəddəs mətləblərin kölgəsinə sığındınız, örnək göstəriləsi əməl yiyəsi olun. Bacarırsınızsa...
43,921
05.12.2008 02:10
Kriminal
PROKURORUN NARKOBARON OĞLU BİLDİKLƏRİNİ DEMƏK İSTƏMƏDİ
Dünənki prosesdə təqsirləndirilən şəxs Ruslan Zalıyev ifadə verdi. O, özünü qismən təqsirli bildiyini deyib həbsi barədə danışdı:- MTN-in əməkdaşları mayın 3-də işlədiyim “Kapital bank”ın Səbayel şöbəsinə gəldi. İş yerimdə, sonra isə maşınımda və evimdə axtarış aparıldı. Yalçın Həsənovla maşın alqı-satqısı ilə bağlı 1 il əvvəl tanış olmuşam. Bir gün oturub çörək yedik. Ona dedim, məni işə apararsan. Yalçın da razılaşdı. İş yerimə çatanda Yalçının dərman qəbul etdiyini gördüm. Soruşdum ki, qəbul etdiyi narkotikdirmi. Cavab verdi ki, mən bəyəm narkotik qəbul edənə oxşayıram. Sonra bir az dərman çıxarıb dedi ki, şənləndirici dərmandır, istəyirsən götür qəbul elə. Mən də 6 ədəd götürdüm. 2 gün sonra Yalçından 6 ədəd də aldım. Vəssalam, bundan başqa ondan dərman almamışam. İttihamdakı ifadələrdə yazıblar ki, guya Yalçın həblərin birini 50 dollardan satıb. Yalçından dərman alandan təxminən 20 gün sonra məni MTN-ə aparıb həbs etdilər. Orada Həsəni üzümə qoydular. Tələb etdim ki, Yalçın gəlib desin ki, mənə pulla dərman satıb. Amma gətirmədilər. Məni həbs edəndə cibimdə 2300 manat maşının kredit pulu vardı. Götürüb işə əlavə etdilər ki, guya ekstazi alverindən əldə etmişəm.Sonra R.Zalıyev dövlət ittihamçısının suallarını cavablandırdı:- Təqsirləndirilən şəxslərdən kimi tanıyırsan?- Yalnız Yalçın Həsənovu.- Aranızda pul söhbəti olubmu?- İttiham aktı ilə tanış olanda oxudum ki, guya Yalçınla aramızda 5-10 minlik söhbət olub. Onlara dedim ki, belə söhbət olmayıb. Aramızda 1000 dolların söhbəti olub. Tanışım “QAİ”-də olanda orada ona 1000 dollar lazım olmuşdu. Onu da o vaxt orada olan Yalçından almışdı. Yalçına zəng vurub demişdim, o da tanışıma 1000 dollar vermişdi. Sonradan o pulu Yalçına qaytardım. Bunu müstəntiq Kənan Əliyevə izah etmək üçün onunla görüş istədim. O, görüşə gəlmədi.- İstintaqda sizə təzyiq olubmu?- Yox.- Yalçın Həsənovla münasibətiniz necə yaranmışdı?- Zəng edib soruşurdu ki, filan markalı maşını bank vasitəsilə hansı şərtlərlə almaq olar. Mən də deyirdim. Bununla bağlı danışıqlarımız olub. Maşınımı 6 aydır MTN-də saxlayırlar, guya onunla ekstazi daşımışıq. Ayda 3 min manat kredit verən adamın 12 ekstazi satması gülməlidir. 12 həb satan adam 85 min manatlıq maşın sürər? Məni tutanda üstümdən götürdükləri pulu alıb dedilər ki, ailəmə verəcəklər. Amma götürüb tikdilər işə. Guya ekstazi alıb-satıb qazanmışam. Yalçının bloknotunda isə yazıblar ki, guya ondan 20 ədəd ekstazi almışam.Yalçın Həsənov R.Zalıyevə sual verdi:- Burada 1000 dollar məsələsini izah etdin. Həm də deyirsən ki, MTN-də sənə təzyiq göstərilməyib. Bəs niyə ibtidai istintaqda bu pulun ekstaziyə görə borc olduğunu demisən?- 1000 dollar məsələsini onlara da izah etmişəm. Özləri belə yazıb.Hakim:- Yalçın, bəs Zalıyevi ibtidai istintaqa niyə dəvət ediblər?- Bloknotumu tapandan sonra orada mənim “Ruslan 6+6" olan qeydimi tapmışdılar. Soruşdular ki, bu oğlan bankda işləyən Ruslandırmı. Dedim, yox. Telefonumda bir Ruslanın nömrəsi vardı. Sonra bildim ki, Ruslanı da saxlayıblar. Telefonumun yaddaşındakı bütün nömrələrin sahiblərini MTN-ə çağırıblar. Dindirib buraxıblar. Bilirəm o adamları niyə çağırırdılar. Amma yeri deyil, ona görə də demirəm. Ruslanı gətirəndən sonra məni çağırıb üstümə qışqırdılar ki, bura sənin üçün bölmə deyil. Müstəntiq bloknotumdan 7 vərəq cırdı, dedi ki, bu adamlar üçün gətirdiyin maşınlar gömrükdən keçməyib. Buna görə başın ağrıyar. Mənə dedi ki, bu məsələni ağartma, biz də atanın ”Pajeyro" markalı maşınını saxlamırıq. Ekstazi işi ilə bağlı bütün uşaqların maşınlarını saxlayıblar. Amma mən o maşınla gedib aeroportda Həsəni qarşılamışam, maşını saxlamayıblar. Bu, faktdır.Sonra təqsirləndirilən Kəmalə Eyvazova ifadə verdi. Bildirdi ki, təqsirləndirilən Əli İsmayılovla yaxın münasibətlərdə olub. Sonra Əli onu Mahir və onun tanışı Lera, Yalçın və Vüqarla tanış edib:- Əli mənə bədənimdəki ağrıları kəsmək üçün hər dəfə yarım dənə olmaqla bir neçə dərman verib. Onların ekstazi olduğunu bilməmişəm. Onurğa sütunumdan əməliyyat olunduğumdan məclislərə gedəndə dilxor olmayım deyə dərman içirdim. Əli demişdi ki, bu dərmanları ona Mahir verir. Əli ilə tez-tez Mahirgilin bağına gedirdik. Orada yeyib-içmək məclisləri olurdu. Amma mən içki içmirdim deyə ekstazi qəbul edirdim. Amma bunu Əli ilə maşında içirdik.Fasilədən sonra müğənnilər Aygün Kazımova ilə Brilliant Dadaşovanın skripkaçısı olmuş Ramin Həsənov ifadə verdi. O, özünü qismən təqsirli bilib ekstazidən bir dəfə istifadə etdiyini dedi. Onun sözlərinə görə, Yalçından aldığı həblər ona enerji verən dərman kimi təqdim edilib: “Yalçınla telefonda danışanda dedi ki, həbin biri 50 dollardır. Lakin onunla görüşəndə mənə verdiyi iki həbə görə pul almadı”.Təqsirləndirilən Elşən Budaqov isə özünü təqsirli bildi. O, təqsirləndirilənlərdən Mirəli Əliyevlə Y.Həsənovu tanıdığını dedi. Dedi ki, ekstazidən bir dəfə istifadə edib. Onun sözlərinə görə, bu ilin aprelində oğlunun dünyaya gəlməsi münasibətilə Novxanıda ziyafət təşkil edib:- Mirəli ilə restoranda oturmuşduq, dedi, Yalçında saatım və telefonum var, gedib onları götürək. ABŞ səfirliyinin yanında Yalçınla görüşdük. Əşyaları qaytaranda dedim ki, oğlumun doğulması ilə əlaqədar Novxanıda bağ evinə yığışırıq, səni də dəvət edirəm. Amma o, işinin olduğunu deyərək maşınından bizə 4 həb gətirdi. Mənə gözaydınlığı verdi və dedi ki, bunları qəbul edin, əhvalınız yaxşı olsun. Mirəli ilə yolda hərəmizə ikisini qəbul etdik. Lakin heç bir təsirini hiss etmədik. MTN-ə şahid qismində çağırılmışam. Orada ifadə vardı ki, guya mən həbləri qəbul edəndən sonra əhvalım pisləşib. Dedilər, sən onsuz da şahid qismində çağırılıbsan, bura imza at, çıx get. İmza edəndən sonra isə məni buraxmadılar.Proses dekabrın 10-da davam etdiriləcək.
43,922
05.12.2008 02:05
Ölkə
“QIŞ PARKI” CAMAATI QIŞDA EVSİZ QOYACAQ
Sakinlərin problemləri ilə yaxından tanış olmaq məqsədilə dünən adıçəkilən ərazidə olduq. Öncə Şəmsi Bədəlbəyli küçəsinə baş çəkdik. Küçənin birinci məhəlləsinin sakinlərinin əksəriyyəti başqa ünvanlara köçürülüb. Lakin məhəllədə hələ də yaşayanlar var. Köçürüləcəkləri günü nigarançılıq içində gözləyən sakinlərin sözlərinə görə, məhəllədəki ikimərtəbəli binanın ikinci mərtəbəsində olan mənzillər artıq alınıb.Dünən biz orada olarkən həmin mənzillər də sökülürdü. Sakinlərin sözlərinə görə, binanın birinci mərtəbəsindəki mənzillərin bəziləri hələ də alınmayıb. Sakinlər deyir ki, həmin evlərin gələn ilin yanvar ayından sonra alınacağı planlaşdırılır. Lakin binanı alan şəxslər söküntü işlərini artıq həyata keçirməyə başlayıblar. İkinci mərtəbəsi sökülən bina bu üzdən qəzalı vəziyyətə düşüb. Lakin yararsız hala düşən evlərin sakinlərinə sığınacaq verilməyib.Şəmsi Bədəlbəyli küçəsinin digər sakinləri isə evləri dövlət nümayəndələrinin almadığını bildirdi: “Bizim evləri rəsmi şəxslər almır. Ortada bir neçə dəllal var. Həmin şəxslər bizə mənzillərimizin hər kvadratmetri üçün 2500 manat təklif edir. Lakin bu ərazidə mənzillərin hər kvadratmetri 5-6 min manat arasındadır. Bizdə olan məlumata görə, mənzillərin alınması üçün dövlət büdcəsindən hər kvadratmetrə görə 5 min manat ayrılıb. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri sakinləri sadəcə olaraq aldadır. Bizə mənzillərimizin əvəzinə ev də təklif edirlər. Həmin mənzillər şəhərin kənarında, özü də əsasən ”xruşşovka" binalarda yerləşir. Bir yandan, istismar müddəti bitən “xruşşovka”ların söküləcəyini deyir, digər tərəfdən isə bizləri söküləcək binalara köçürmək istəyirlər".Sakinlər bizə ev dəllallarının onlara hədə-qorxu gəldiyini də bildirdi: “Maklerlər bizdən evimizi onların təklif etdiyi qiymətə satmağı tələb edirlər. Buna razı olmayanları isə hədələyirlər ki, evinizi biz deyən qiymətə satmasanız, buradan zorla köçürüləcəksiniz. İcra hakimiyyətinin işçiləri və polis də onlara dəstək verir”.Sarayın arxasından Füzuli meydanına qədər olan ərazidə yaşı bir neçə yüz ili keçən arxitektur bina var. Həmin binalardan biri də Ş.Bədəlbəyli küçəsində yerləşir. Sakinlərin sözlərinə görə, bina Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunan abidələrin siyahısına salınıb. Buna baxmayaraq, BŞİH həmin binanı da sökmək qərarına gəlib. Sakinlərə bu barədə xəbərdarlıq da edilib.Ərazidə olarkən həm də “Qış parkı” salınacaq ərazidə yeni inşa edilən və inşa edilməkdə olan göydələnlərin də yerləşdiyini müşahidə etdik. Apardığımız araşdırmalar zamanı isə həmin binaların sökülməyəcəyi məlum oldu.Dünən məsələ ilə bağlı BŞİH-ə müraciət edərək məsələyə aydınlıq gətirməyə cəhd göstərdik. Lakin qurumun mətbuat xidmətinə gün ərzində açdığımız telefon zənglərini cavablandıran olmadı. Sonda onu da qeyd edək ki, verilən rəsmi məlumatlara görə, söküntü işləri Bakı şəhərinin Baş Planına əsasən həyata keçirilir.Mövzuya qayıdacağıq.
43,923
05.12.2008 02:14
Media
XARİCİ RADİOSTANSİYALARLA BAĞLI PREZİDENT APARATINDA GÖRÜŞ OLUB
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson dekabrın 3-də keçirilmiş görüşə münasibət bildirərkən deyib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, T.Devidson bu müzakirələrə əsaslanaraq, lisenziyaların vaxtının uzadılmasını səbirsizliklə gözlədiklərinin vurğulayıb: “Bu, radioların mövcud olan formatda yayımlanmasına imkan verəcək. Lisenziyanın vaxtının uzadılması danışıqları davam etmək üçün zəmin yaradacaq. Radiostansiyaların yayımının davamı üçün biz Azərbaycan qanunvericiliyinə uyğun olan ən optimal yolun tapılması məqsədilə müzakirələrimizi davam edəcəyik”.T.Devidson “Media forum” saytının sualına cavabında bildirib ki, həmin dövlət rəsmilərinin adlarını çəkməyə ehtiyac yoxdur. T.Devidson yalnız onu qeyd edib ki, görüş Prezident Aparatında olub. Həmin gün məsələ ilə bağlı digər görüş Milli Teleradio Şurasında keçirilib.T.Devidson yaxın günlərdə növbəti görüşlərin keçirilib-keçirilməyəcəyi barədə əlavə məlumat verməyib.Xatırladaq ki, artıq şura AzTV-yə “News Flash” verilişinin yayımının dayandırılmasıyla bağlı xəbərdarlıq da göndərib. Bu arada Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların yayımının dayandırılacağı ilə bağlı Milli Teleradio Şurasının xəbərdarlığına etiraz olaraq 20-dək gənc yazar kütləvi etiraz aksiyalarına başlayacaq. Dünən gənclər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində keçirilən mətbuat konfransında bu barədə məlumat veriblər. Aksiyalara gələn həftədən start veriləcək. Keçiriləcək üç aksiyaya bir neçə müxalifət partiyası və gənclər təşkilatı da dəstək verəcək. Tədbirdə radioların bu aksiyalarla heç bir bağlılığının olmadığı da bildirilib.Azərbaycanda üç xarici radiostansiya (“Amerikanın səsi”, “Azadlıq” və BBC) ilə yanaşı, bir xarici televiziya (TRT) da yayımlanır. “News Flash” AzTV-də həftənin bazar ertəsi günündən cümə gününə qədər səhər saat 7:45-də xəbərlərlə efirə çıxır, şənbə günü saat 19:00-da isə icmal təqdim edir.
43,924
05.12.2008 02:11
Media
“NİZAMİ CƏFƏROV CƏMİYYƏTDƏN TƏCRİD OLUNSUN”
“Onun özündən savayı heç kimə xoş gəlməyən şousunun kimlərinsə mənafeyinə xidmət etməsi bəlli olmasa da, hər halda, respublikanın tanınmış yazıçıları, xadimləri və yüzlərlə ziyalısı bu haqsızlığa öz etirazını bildirib. Lakin bütün bunlardan özü üçün lazımi nəticə çıxarmaq əvəzinə millət vəkili daha da aqresivləşərək özünü xalqa, ziyalılara qarşı qoyaraq qəzetlərdə Rüstəm İbrahimbəyovu birbaşa nalayiq sözlərlə təhqir etməyə başlamışdır”. Ziyalılar həmçinin “Yeni Müsavat” qəzetinin 19 noyabr tarixli sayında N.Cəfərovun verdiyi müsahibəyə də toxunublar. Deputatın R.İbrahimbəyovu “moşennik” adlandırdığını və onun barəsində işlətdiyi “qələt edir, başını da daşın yekəsinə döyür”, habelə “Rüstəm İbrahimbəyov xalqın üzünə tüpürüb” kimi təhqiramiz ifadələri pisləyən müraciət müəllifləri “adını ziyalı qoyub, heç bir əsas olmadan millətin neçə yüz illərdən bəri qoruyub saxladığı ağsaqqala, ağbirçəyə hörmət adət-ənənəsinə naxələf çıxan millət vəkilinin bu addımını xalq heç zaman Nizami Cəfərova bağışlamayacaqdır” yazıb. Ziyalılar həmçinin bildiriblər ki, Dağlıq Qarabağın bütövlüyü uğrunda gedən ölüm-dirim savaşlarında Keçmiş SSRİ Ali Sovetinin deputatı kimi beynəlxalq müşahidəçiləri, jurnalistləri, kinematoqrafçıları Moskvadan dəstə-dəstə yığıb döyüş bölgələrinə aparan və Azərbaycan həqiqətlərini dünyaya çatdıran R.İbrahimbəyov olub: “Bir dəfə qondarma Dağlıq Qarabağ problemi ilə əlaqədar Mixail Qorbaçov Azərbaycan nümayəndə heyətini qəbul edəndə görüş zamanı bildirmişdi ki, guya Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Azərbaycandan yazılı müraciətlər daxil olmaqdadır. Həmin görüşdə SSRİ Ali Sovetinin deputatı kimi iştirak edən Rüstəm İbrahimbəyov ona çox sərrast cavab vermişdi:“Mixail Sergeyeviç, bu ola bilməz, belə müraciətlər varsa birini göstərin”.Müraciət müəllifləri hesab edir ki, elə təkcə bu cəsarətin qarşısında baş əymək mümkündür. Onlar N.Cəfərova müraciət edərək, “SSRİ kimi qanlı rejimin rəhbərinə siz belə bir sərt cavab verə bilərdinizmi” sualını ünvanlayaraq, dərhal da “yox” cavabı veriblər: “Nizami Cəfərov adını bədii tənqidçi qoyub yalnız respublikanın namuslu adamlarına qara yaxmaq yolunu tutubdur. Onun ”bostanına daş atdığı" təkcə Rüstəm İbrahimbəyov olsaydı, dərd yarı idi. O, başladığı qarayaxma kampaniyasına yazıçı Çingiz Abdullayevi, xalq artisti Rasim Balayevi və digərlərini də qatıbdır. Yəqin bir azdan onun tənqid hədəfinə şəxsiyyəti, yaradıcılığı barədə müfəssəl məlumatı olmayan Toğrul Nərimanbəyov və Tahir Salahov da tuş olacaqdır". Müraciətdə həmçinin göstərilib ki, mərhum prezident H.Əliyev də R.İbrahimbəyovun 60 illik yubileyində onun yaradıcılığını yüksək dəyərləndirib. “İqtidara yarınmaq istəyən N.Cəfərovun R.İbrahimbəyov haqqında söz deməyə mənəvi haqqı yoxdur: ”O, formaca iqtidar, məzmunca müxalifətçidir. El ağsaqqalına hörmət etməyən millət vəkili cəmiyyətdən təcrid olunmalı, onun çirkin əməlləri geniş ictimaiyyətə çatdırılmalı və ifşa olunmalıdır".
43,925
05.12.2008 02:15
Media
ZAHİDOV QARDAŞLARINI MÜŞAYİƏT EDƏN POLİSLƏR DƏYİŞDİRİLİB
Komitə sədri Arzu Abdullayeva hesab edir ki, bu, insani mövqedir və alqışlanmalıdır: “Biz Zahidov qardaşlarının atalarının yas mərasimində iştirak etmələri üçün köməklik göstərən bütün hökumət və qeyri-hökumət strukturlarına, beynəlxalq təşkilatlara öz minnətdarlığımızı bildiririk. Düşünürük ki, dövlət başçısı Zahidov qardaşlarının heç bir təhlükə yaratmadıqlarını nəzərə alıb, onların əfv olunması üçün müvafiq qərar qəbul edəcək”. Həbsdəki bütün jurnalistlərin Qurban bayramı münasibətilə əfv olunacağına ümid edən A.Abdullayevanın fikrincə, bu ərəfədə belə bir humanist addımın atılması ölkənin demokratik imicinə də müsbət təsir göstərə bilər: “Dekabrın 10-da Dünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 60 illiyi qeyd olunacaq. Avropa Şurası,ÿ Avropa Birliyi, ATƏT, BMTÿ kimi nüfuzlu təşkilatlar bu ərəfədə Azərbaycan hökumətindən gözləyirlər ki, humanist addım ataraq məhbus jurnalistləri azadlığa buraxacaq. Komitə olaraq biz də belə bir humanist addım atması üçün dövlət başçısına müraciət edirik və inanırıq ki, tezliklə bütün jurnalistlərinÿ məhbəs həyatına son qoyulacaq”.Bu arada Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu həbsdə olan jurnalistlərin əfv olunmaları üçün dövlət başçısına müraciət göndərib. Bunu hüquq müdafiəçisi Çingiz Qənizadə “Turan”a açıqlamasında bildirib. Onun sözlərinə görə, adıçəkilən müraciətdə dövlət başçısına həm həbsdə olan jurnalistlər Qənimət və Sakit Zahidov qardaşlarına atalarının yasında iştirak edə bilmələri üçün yaradılan şəraitə görə minnətdarlıq etmək, həm də məhbus jurnalistlərin əfvi xahişi gözlənilir. “Biz həmişə əfv fərmanı olacağını gözləyirik, amma İ.Əliyevin bu il yenidən dövlət başçısı olduqdan sonra belə bir fərman imzalaması həm məqsədəuyğun, həm də gözləniləndir” - deyə Ç.Qənizadə qeyd edib. Bu fərmanı imzalamağın dövlət başçısının səlahiyyəti olduğunu deyən Ç.Qənizadə onun Qurban bayramı ərəfəsində və ya dekabrın sonu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə də imzalana biləcəyini söyləyib.Ç.Qənizadə cəzaçəkmə müəssisələrindən sızan məlumatlara əsasən, əfvlə bağlı sənədlərin toplanması barədə informasiyalar olduğunu və buna əsasən, əfv fərmanının ola biləcəyini vurğulayıb. Qənimət və Sakit Zahidov qardaşlarının atalarının yasında iştirak etmək üçün müvəqqəti azadlığa buraxılmalarını xoş məram sayan və Azərbaycan Penitensiar Xidməti sahəsində bunun ilk hadisə olduğunu deyən hüquq müdafiəçisi bu addımı “gələcək üçün xoş müjdə” adlandırıb.Dünən Q.Zahidlə qardaşı Mirzə Sakiti müşayiət edən Penitensiar Xidmət əməkdaşlarını digərləri əvəz edib. Bu barədə bizə açıqlamasında qəzetin baş direktoru Azər Əhmədov bildirdi. Müsahibimiz söylədi ki, Şamaxıya gəldikləri gün Zahidov qardaşlarını 17 saylı müəssisədən bir, 10 saylı müəssisədən bir, Penitensiar Xidmətdən isə üç nəfər müşayiət edib. Həmin gün bu beş nəfərdən üçü Bakıya qayıdıb. Qalan iki nəfəri isə dekabrın 4-ü səhər Penitensiar Xidmətin Bakıdan Şamaxıya ezam olunan başqa iki əməkdaşı əvəz edib. A.Əhmədovun sözlərinə görə, dünən mərhum Səlim Zahidovun üç mərasimi olub, yas yerinə xeyli adam gəlib. Onların arasında Qənimət bəylə Sakit bəyin həmkarları, habelə tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, habelə Səadət Bənənyarlı olub. Sonuncular söhbət zamanı dövlət başçısına, Ədliyyə Nazirliyi rəhbərliyinə göndərdikləri təşəkkür məktubu barədə məhbus qardaşlara yas yerində məlumat veriblər, məktubda məhbus jurnalistlərin əfv olunmasını xahiş etdiklərini də diqqətə çatdırıblar.Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da bildirib ki, dövlət başçısının bu qərarı adi humanist qərar deyil. Onun sözlərinə görə, bu, həm də xoş məramın ifadəsi kimi qiymətləndirilə bilər: “Hər bir halda bu tanınmış iki tənqidçi yazarın bir neçə günlüyə də olsa, azadlığa buraxılması söz azadlığı sahəsində son günlər xeyli gərginləşmiş durumu yumşalda, bir sıra əngəllərin üzərindən adlayıb irəliyə doğru çoxdan gözlənilən bir neçə vacib addımları atmaq üçün əlverişli mənəvi-psixoloji zəmin yarada bilər”.
43,926
05.12.2008 02:15
Gündəm
ANS “SEÇİLƏN”lə EYNULLA FƏTULLAYEVİN BOSTANINA DAŞ ATIB
“Devrimsol” adlı bloqun yaydığına görə, filmin əsas süjet xətti Ermənistandan Zorik Balayan adlı birinin dövlət başçısı İlham Əliyevi öldürmək üçün Bakıya gəlməsidir. Bakıda onun “dayağı” “Gün Azər” adlı qəzet və onun baş redaktoru Beydulla Fətullayevdir. Zorik isə hədəfi o qəzetin işçilərindən birinin evindən vurmalıdır. Ssenariyə görə, həmin jurnalistin qızı atasını sataraq, bu planın qarşısını alır. Heç şübhəsiz, ssenarist bu məqamda “Gündəlik Azərbaycan” qəzetini və onun hazırda həbsdə olan baş redaktoru Eynulla Fətullayevi nəzərdə tutub. Filmdə baş redaktor və onun ətrafını kifayət qədər ciddi bir ittihamın obyekti kimi göstərən ssenaristlə bağlı qarşı tərəfin atacağı addım isə sual doğurur. Normal məntiqi olan oxucu üçün filmdəki “təxribatçı” redaktorun və qəzetin “kimliyi” sual doğurmursa, onlar öz nüfuzlarına vurulan zərbəyə görə hansı hüquqi addımlar atacaqlar? “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu da təsdiqlədi ki, əslində bu filmdə açıq işarələrlə onlara toxunulub. Amma müsahibimiz bunun nə onlar, nə də ictimaiyyət tərəfindən ciddi qəbul olunduğunu dedi: “Bu, həmin işə gedənlərin ifşasıdır. Biz nə düşünürüksə, onu da yazan adamlarıq. Mübarizə aparanda da açıq mübarizə aparırıq. Gizlində prezidentin əleyhinə işləyən, ona qəsdlərdə, çevrilişdə əli olub, üzdə yaltaqlanan adamlar deyilik. Ona görə də qətiyyən narahat olmadıq. Bununla nə bizim, nə də Eynullanın nüfuzu azala bilər. Hesab etmirəm ki, artıq ANS kimisə hörmətdən sala bilər. O dövr keçib”. Ş.Çobanoğlu bu məsələni hüquqi müstəviyə daşımaq fikirlərinin olmadığını söylədi. Onun sözlərinə görə, buna ilkin səbəb kimi ölkədə azad mətbuatla bağlı məhkəmələrin obyektivlikdən uzaq qərar çıxarmasıdır. Müsahibimiz digər tərəfdən, filmə və onun ssenarisinə ironik yanaşdığını vurğuladı: “Belə məsələlərə dözümlü yanaşırıq. Müstəqil qəzetçilik bu cür hücumlar və hədyanlar gözləniləndir. Amma bizim və bizim tanıdığımız adamlar tərəfindən də həmin məsələ ironik qarşılandı. Azərbaycanda hər gün İlham Əliyevi tərifləmək, ona təşəkkür etmək, yaltaqlanmaq üçün yeni-yeni vasitələr uydurulur. Bu da onlardan biridir”.
43,927
05.12.2008 02:18
Yazarlar
VURMA CƏDVƏLİNİN ÇOMAQLA TƏDRİSİ
Həqiqətən Misir Mərdanovun dərslikləri ilə oxuyan uşaqların böyüyüb nə olacağını düşünəndə, “Sehrli xalat” filmində deyilən kimi - adamın başının tükləri biz-biz olur. Bir məktəbdə ki, uşağa 1-ci sinifdən “yatağım paşaların eyş-işrət məclisidir”, 6-cı sinifdən isə “Sən nə vaxt göz eylədin, Mən demədim baş üstə” şeirləri öyrədilə, o, gələcəyin potensial seksual manyakı kimi böyüyə bilər. O cümlədən cinayətkar, reket, quldur kimi - bunu az sonrakı misalda açacam.Bəs niyə hakimiyyət uşaqların bisavad, məzmunsuz, zombi böyüməyində maraqlıdır? Bəzi dostların bu xüsusda öz versiyası var, xeyli ağlabatandır. Deyirlər ki, hakimiyyət nümayəndələri uşaqlarını xaricdə oxudurlar, gətirib burda vəzifələrə qoyurlar. O üzdən, maraqlıdırlar ki, vətəndə kölə sinif yetişsin, heç nədən anlayışı olmayan, dünyagörüşü bəsit toplum yaransın. Belə toplumu idarə etmək məmurların uşaqlarına asan olar. (Hərçənd haqq deyilən nəsə var - nə qədər xərc qoyurlar, ancaq xaricdə oxutduqları uşaqları da bir şeyə yaramır. Məsələn, dəmiryolu rəisinin oğlunun Londonda imtahana rüşvətlə başqasını soxduğu aşkara çıxmışdı).Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə deyir: “Dərslikləri çətinliklə doldururuq ki, uşaqlar fikirləşsinlər”. Guya 1-ci sinfin kitabına “barqraf”, “piktoqram”, “ədədlər ailəsi” sözləri dolduranda uşaq düşünür, ağlı artır. Şəxsən mən piktoqramın nə olduğunu bilirəm, ancaq neçə gündür barqraf üzərində fikirləşirəm. Başım şişib. Tapsam sizə də yazacam.Məktəblərdə uşaqların döyülməsi bizdə bir növ adətdir. Bu, “ey zəbər tə” dövründə, sonra SSRİ məktəbində belə olub, indi də var. Hətta müəllimin şagirdi döyməyi videosu təzəlikcə internetə qoyulmuşdu. Sən demə, bu işin əyani vəsaiti elə dərslikmiş. Təhsil Nazirliyi dərslik və nəşriyyat şöbəsinin müdiri F.Şahbazlının 2008-ci ildə çıxan “Azərbaycan dili-5" kitabında, 64-cü səhifədə əsl şiddət səhnəsi əks olunub. Şəkildə bir kişi yekə ağacla (qamçıya, döyənəkli çomağa da bənzəyir) bir uşağı vəhşicəsinə döyür. Müəllim olduğu güman edilən həmin tip dizini yerə atmış uşağın belindən əli ilə tutub, ağacı uşağın yanına endirir və deyir: ”Sən hələ də vurma cədvəlini öyrənməmisən?!" Uşaq isə qışqırır: “Vurma... a!..”Yoldaşlar, sizin bəh-bəhlə girdiyinizi bəyan elədiyiniz Boloniya sistemi budur? Hansı ağlı başında olan normal, hüquqi dövlətdə uşaq döymək dərsliyə salınır? Ayıbdır axı! Elçin Behbudov hara baxır, aşkar işgəncə faktına niyə göz yumur? Durğu işarələrinin önəmi haqda məşhur məsəl var. “Oxu atan kimi, eşşək olma” cümləsində vergülü cəmi iki söz önə keçirəndə təhqir yaranır. Bizim dərsliklərin isə dərdi vergül dərdi deyil. Burada “ata” və “eşşək” sözlərinin yeri dəyişik düşüb. 80-ci illərdə bizim məktəbdə uşaqlar arasında “Kommunist” sözünün belə məzəli açması vardı: Köpək Oğlu Məmiş Müəllim, Uşaqları Niyə İncidirsən, Səni Tutarlar. Gördüyünüz kimi, hər sözün baş hərfi “Kommunist” sözünün bir hərfinə uyğun idi. İndi uşaq incidəni tutmurlar, çünki “Yapçı” sözündən heç zad düzəlmir. Zamin HACI
43,928
05.12.2008 06:16
Siyasət
MÜXALİFƏTİN MERİYAYA QARŞI İDDİASI TƏMİN OLUNMADI
Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hakim Elnur Həsənovun sədrliyi ilə dünən keçirilən iclasda məhkəmənin qərarı elan edilib. Məhkəmə müxalifət partiyalarının iddiasını əsassız hesab edib. A.Hacılı bildirib ki, rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək. Qeyd edək ki, MƏM-ə daxil olan partiyalar prezident seçkiləri ərəfəsində iki dəfə aksiya təyin etsə də, BŞİH aksiyanın onların göstərdiyi yerlərdə deyil, “Bibiheybət” stadionunda keçirilməsinə razılıq verib. Müxalifətçilər isə şəhər rəhbərliyinin təklif etdiyi stadionda mitinq keçirməkdən imtina edərək məhkəməyə müraciət ediblər. MƏM-də Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları və “Azərbaycan Naminə” ictimai Forum təmsil olunur.
43,929
05.12.2008 02:24
Siyasət
ƏLİ KƏRİMLİNİN DƏVƏTNAMƏLƏRİ MÜSAVATA GƏLİR
Bir qədər əvvəl Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaranması ilə bağlı bu ölkənin təmsilçiliyi tərəfindən göndərilən dəvətnamələri isə əməkdaşlarımız qol çəkib götürmüşdülər. O vaxt poçtalyon Əli bəyə çatası dəvətnaməni niyə məhz Müsavata gətirməsini özünməxsus şəkildə izah etmişdi: “Deyirlər, apar ora ver, Cəbhə də elə ordadır”. AXCP-nin qərargahının olmaması təbii ki, poçtalyonlarda və poçt idarələrində müəyyən anlaşılmazlıq yaradıb. Amma bu dəvətnamələri ən azı konkret ünvanı və AXCP ilə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin redaksiyasına göndərmək olardı. “Azadlıq” qəzetinin ünvanı isə belədir: “Mətbuat prospekti”, “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsi".
43,930
05.12.2008 04:26
Gündəm
NAXÇIVANDA PKK-nın YUBİLEYİ KEÇİRİLDİ
Türkiyədə aşırı kürdçü və PKK simpatizanı kimi tanınan siirtli deputat Osman Özçelik öz murdar təbliğatını və türk düşmənçiliyini Naxçıvana da daşımağa cəsarət edib. Osman Özçelik PKK-nı siyasi hərəkat elan edərək, ona terror təşkilatı deyənləri açıq şəkildə təhqir etməkdən çəkinməyən həyasızlardandır. Xatırladaq ki, Dərəkənd Naxçıvan Muxtar Respublikasında kürd millətindən olan vətəndaşlarımızın kompakt yaşadığı yeganə kənddir.Bu kəndin adı zaman-zaman PKK-nın fəaliyyəti ilə bağlı gündəmdə olub. Buranı PKK-nın Azərbaycandakı ən önəmli dayaq nöqtələrindən biri kimi qeyd edənlər də var. Hələ 90-cı illərin əvvəllərində PKK lideri Abdullah Öcalana yaxınlığı ilə tanınan Dilan adlı emissar məhz bu kənddə olmuş və adını çəkmək istəmədiyimiz müəyyən şəxslərlə görüşmüşdü. Onun görüşdüyü şəxslər arasında bu gün də demokratik düşərgədə önəmli mövqe tutan siyasətçilər var. Məhz bu fakt sübut edir ki, Naxçıvan PKK üçün hələ 90-cı illərdən əhəmiyyət kəsb edir. Bundan əlavə, bir neçə il öncə mətbuatda Dərəkənd sakini Bədir Abdullayevin - o, daha çox “ Bado” kimi tanınırdı - PKK sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşlərdə həlak olması barədə də xəbər yayılmışdı. *** Arayış üçün onu deyək ki, terror təşkilatı PKK 27 noyabr 1978-ci ildə Diyarbəkrin Liçə kəndində qurulub. Sosialist ideologiyası əsasında və “Kürd Fəhlə Partiyası” adı ilə qurulsa da, bu təşkilat yarandığı ilk gündən terrorla məşğul olub, 40 min nəfərə yaxın türkün qanını töküb. Terror təşkilatının başçısı hazırda Türkiyənin İmralı adasında ömürlük həbsdədir. Ötən həftədən etibarən PKK-çılar təşkilatlarının 30 illiyini qeyd etməyə başlayıblar. Allah lənət etsin. *** Xəbəri gec saatlarda aldığımız üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilmədik. Mövzuya qayıdacağıq.
43,931
05.12.2008 03:27
Gündəm
ÖZÜNÜ YANDIRMAQ İSTƏYƏN AZƏRBAYCANLI AVSTRALİYANI QARIŞDIRDI
Bunu görən polis Əminova yaxınlaşaraq onun üzərinə bir vedrə su töküb. Bu zaman polislə azərbaycanlı arasında dartışma da olub. Təsadüfən bu mənzərəni Avstraliya parlamentinin Əmək Partiyasından olan deputatı Ceyms Bidqoud görüb və lentə alıb. Daha sonra deputat bu şəkli onun seçki kampaniyasına maliyyə yardımı göstərilməsi müqabilində qəzetlərə təklif edib. Bidqud “The Daily Telegraph” qəzeti ilə anlaşıb. Lakin qəzetin deputata nə qədər pul təklif etdiyi bilinmir. Bu anlaşmadan xəbər tutan yerli “The Sydney Morning Herald” qəzeti deputatdan şəkli almaq üçün ona daha çox pul təklif edib. Lakin Bidqoud israr edib ki, onun çəkdiyi şəkillər ancaq “The Daily Telegraph”da nəşr olunsun. İş böyüyüb və məsələyə baş nazir Kevin Rudd qarışıb. O, deputata zəng edərək bu hərəkətdən hiddətləndiyini bildirib. Baş nazir deyib ki, Bidqoud dərhal azərbaycanlının ailəsindən üzr istəməlidir. “Baş nazir hesab edir ki, hadisənin şahidi olan deputatın bu işdən pul qazanmaq istəməsi çox hiddətləndiricidir və o, dərhal Əminovun ailəsindən üzr istəməlidir” - deyə Ruddun adından yayılan açıqlamada bildirilir. Qəzetin yazdığına görə, Əminovun etiraz aksiyaları bir həftədir davam edir. Bu həftənin əvvəlində o, parlament binasına daxil ola bilib və tamaşaçılar üçün nəzərdə tutulmuş tribunadan valideynləri Aliya və Şamilin Azərbaycana qayıtmasına imkan verilməsi tələbini qışqırıb. Ailənin dostu olan Camal Davudun dediyinə görə, Əminovlar ailəsi Azərbaycandan gəlib, bir müddət Latviyada yaşayıblar, oradan isə Avstraliyaya köçüblər. İndi onlar vətənə geri dönmək istəyirlər. Bildirilir ki, Maratın anası oğlunun özünü yandırmaq istədiyini görəndə huşunu itirib. Polis Maratın həyatını xilas edib və onu xəstəxanaya aparıb. Hazırda onun psixi durumu yoxlanılır.
43,932
05.12.2008 02:27
İqtisadiyyat
“BAKI-CEYHANA SEYSMİK TƏHLÜKƏ VAR”
O bildirib ki, BTC-nin Azərbaycan ərazisindən keçən hissəsində aparılan seysmik monitorinq başa çatmaq üzrədir və hazırlanan hesabat dekabrın 20-dək təqdim olunacaq. A. Əlizadənin sözlərinə görə, kosmik geodeziyanın imkanlarından istifadə etməklə aparılan tədqiqat zamanı BTC-nin bəzi ərazilərində seysmik təhlükənin olması aşkarlanıb. Lakin institut direktoru həmin ərazilərin adlarını açıqlamayıb. O bildirib ki, bu barədə həm Azərbaycan hökumətinə, həm bp şirkətinə, həm də ARDNŞ-yə məlumat veriləcək. A. Əlizadə əlavə edib ki, əgər bp şirkəti aparılan monitorinqdən razı qalarsa, Geologiya İnstitutunun əməkdaşları kəmərin Gürcüstan və Türkiyədən keçən ərazisində də seysmik monitorinq aparacaqlar.
43,933
05.12.2008 02:11
Dünya
PUTİN SAAKAŞVİLİNİ ASACAĞINI DEDİYİNİ ETİRAF ETDİ
“Doğrudanmı siz Gürcüstan prezidenti Mixail Saakaşvilini bir yerindən asacağınızı demisiniz?” Baş nazir suala ritorik sualla cavab verib: “Niyə təkcə bir yerindən?” O, Gürcüstan hakimiyyətinin Cənubi Osetiyanı qan gölünə çevirdiyini və bununla da gürcü dövlətçiliyinə zərbə vurduğunu bildirib. V. Putin hesab edir ki, gürcü xalqı öz rəhbərliyinin cəzasını özü müəyyənləşdirməlidir.Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin canlı televiziya və radio efirində növbəti dəfə vətəndaşların suallarını cavablandırıb. “Vladimir Putinlə söhbət” adlı proqrama 1 milyon 310 min telefon zəngi və 550 min SMS daxil olub. Müxtəlif mövzularda sualları cavablandıran baş nazir dünya maliyyə böhranında ABŞ-ı günahlandırıb. O bildirib ki, iqtisadiyyatlarını bu hala gətirən amerikalılar daha sonra bütün dünyanı bu böhrana yoluxdurublar. Buna baxmayaraq, V. Putin sosial vədlərini və yatırım planlarını ixtisara salmayacaqlarını, maaşları, pensiya və müavinətləri artıracaqlarını bəyan edib.
43,934
05.12.2008 03:28
Yazarlar
SƏFİR KİMİN SƏFİNDƏ?
Banan süfrəsi arxasında (?) müsahibə verən səfir o qədər qızışıb ki, çoxlu “xoruz” buraxıb. Onlardan biri belədi: guya iki ölkə arasında anlaşılmazlığın yaranmasına Elçibəy iqtidarının səriştəsizliyi və SSRİ-nin dağılmasından sonrakı hərc-mərclik səbəb olub. Həsənova görə, həmin mənfi təsirlər ucbatından əlaqələri genişləndirmək mümkün olmur. Sitata diqqət edin: “Elçibəyin püxtələşməmiş hökuməti Cənubi və Şimali Azərbaycanın birləşməsi barədə əsassız (?! - Z.S.) şüarlarla qonşu ölkələrlə münasibətlərimizi korladı”. Azərbaycanın rəsmi təmsilçisinin fars rejiminə bu formada yarınması təbii ki, acı təəssüf doğurur. Hər şey qırağa, adama deyərlər ki, cəmi 11 ay sürən AXC iqtidarı 15 ildir hakimiyyətdən gedib və lap tutaq ki, dediyiniz kimi olub, bəs ötən 15 ildə əlaqələri “normallaşdırmağa” nə mane olub? Yenə Azərbaycan müxalifəti, Cəbhə, Müsavatmı? Bəlkə Türkmənçay, Gülüstan müqavilələri? Əslində elə sonuncudur. Nədən ki, İran şimalda “Azərbaycan Respublikası” adlı dövlətin varlığında, sadəcə, maraqlı deyil. Bu amili özünə, ərazi bütövlüyünə ən real təhlükə saydığı üçün. Elçibəy hökumətini isə çox şeydə qınamaq olar, amma o, xalqın “bətnindən” çıxdığından, bişəkk, milli ruhlu idi. O üzdən onun mövcudluğu regionun aqressiv “üçlüyü”nü - İranı, Rusiyanı, Ermənistanı rahatsız etməyə bilməzdi. Yenə eyni səbəbdən Şimali Azərbaycanda və onun xaricindəki təxribatçı qüvvələr birləşərək, milli hökuməti devirdilər. Təsadüfi deyil ki, o zaman Gəncə qiyamının əsas oyunçularından biri olmuş, İranın Azərbaycandakı səfiri Əli Əsğər Nəhavəndiyan sevincindən belə demişdi: “Allah Azərbaycana bir də bu cür hökumət nəsib eləməsin”. Nəhavəndiyanı təbrik etmək olar. Çünki Azərbaycanda artıq neçə ildir elə bir qüvvə iqtidardadır ki, onun İrandakı səfiri ilə Nəhavəndiyanın siyasi baxışları arasında ciddi fərq qalmayıb... Səfirin milli maraqlarımızla uzlaşmayan başqa əndirəbadi fikri: “Azərbaycanla İsrail arasında əlaqələr də Elçibəy dövründə başlayıb”. Sanki danışan hansısa fars şovinistidir, Tehranda milli maraqlarımızı, dövlətçiliyimizi müdafiə etməli olan diplomat yox. Əvvəla, Azərbaycan torpaqlarını İsrail işğal etməyib. Həsənovda azacıq milli təəssübkeşlik hissi olsaydı, fikrini heç olmasa, belə ifadə edərdi: bəli, Elçibəy dövründə İsraillə müəyyən əlaqələr olub, amma işğalçı Ermənistanla geniş ilişgilər yaradan və günü bu gün də onu inkişaf etdirən ölkə məhz müsəlman İranıdır, İran İslam Respublikasıdır. İkincisi, indiyədək Azərbaycan İsraildə səfirlik açmayıb. Amma Ermənistan öz müstəqilliyini elan edən kimi bizimlə dindaş olan, özünü bizə qardaş sayan cənub qonşumuz nəinki onu tez-tələsik tanıyıb, üstəlik, Azərbaycanın acığına onunla hərtərəfli əlaqələr qurub, İrəvanda səfirlik açıb. Beləliklə, İran təcavüzkarın hələ də ayaqda olmasına, onun beynəlxalq norma və prinsiplərə nümayişkaranə şəkildə arxa çevirməsinə, özünü həyasızcasına aparmasına əsas yardımçı ölkələrdən birinə çevrilib. Üçüncüsü, Elçibəyin “tarixi ”səhvi"ni asanlıqla düzəltmək, İsraillə əlaqələri kəsmək olar. “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyünə bağlansa, Ermənistan boğular”. Xocalı soyqırımına imza atmış işğalçı dövlətin keçmiş prezidenti Levon Ter-Petrosyanın məşhur sözləridir. İndi artıq hamı bilir ki, əgər rəsmi Tehran Ankara kimi Ermənistanla işğalçı kimi davransaydı, sərhədləri bağlı saxlasaydı, münaqişə çoxdan həllini tapardı. Demək, yüz minlərlə azərbaycanlı müsəlman-şiəsi öz yurd yerlərinə dönər, Azərbaycan dövləti böyük bir yükdən qurtular, inkişafa üz tutardı. Rəsmi Tehran buna getmədi. Gedə bilməzdi də. Keçmiş səfir, tarixçi-alim Nəsib Nəsibli haqlıdır, səbəblər fundamental mahiyyət daşıyır və Azərbaycanda kimin, hansı qüvvənin iqtidarda olmasından asılı deyil. Əlavə edək - həm də Tehranda Azərbaycanı kimin təmsil etməsinə bağlı problem deyil! Bunu şəksiz, başabəla səfirimiz də bilir. Amma dilə gətirməyə çəkinir. Çünki İran xurmasından yeyə-yeyə çoxdan Azərbaycanın səfiri olmaqdan çıxıb; qırmızı xətti keçərək dövlətimizin yox, YAP tokrat hakimiyyətin təmsilçisinə çevrilib. Nə bilmək olar, bəlkə Eskudero kimi onun da Tehranda biznesi-filanı var. Elə olmasaydı, cənab Həsənov Tehranda oturub ölkəmizin, onun ikinci (mərhum) prezidentinin, milli azadlıq hərəkatının liderinin əleyhinə ETTELAAT-a şahid qismində ifadə verirmiş kimi danışmazdı. Əsla təsadüfi deyil ki, səfir müsahibəsində Güneydəki soydaşlarımızın tapdanan elementar haqlarından, “casus ovu”ndan bir kəlmə danışmayıb. Halbuki insan haqları çoxdan ölkələrin daxili işi sayılmır, cənab Həsənov isə diplomat kimi toxunulmazlıq statusu daşıyır. Əfsus ki... Zahid SƏFƏROĞLU
43,935
05.12.2008 03:16
Gündəm
“ERGENEKON” İŞİNDƏ DAHA BİR SÜRPRİZ
Mətbuatın yazdığına görə, məhkəmə bu qərarı “Ergenekon” işi üzrə mühakimə edilənlərdən biri, vəkil Nüsrət Sanemin tələbi əsasında çıxarıb. O tələb edib ki, vaxtilə hökumət yanında təftiş komissiyasının və Milli İstihbarat Təşkilatının “Susurluq” qalmaqalı ilə bağlı hazırladıqları məruzə məhkəməyə təqdim edilsin. Bu məxfi məruzə indiyədək qapalı saxlanılır və orada Türkiyənin yaxın tarixində baş vermiş bir çox qalmaqallı hadisələr haqda heç kimin bilmədiyi faktlar yer alır. Nüsrət Sanem deyib ki, bu iki məxfi sənəd vaxtilə xüsusi xidmət orqanlarının nəzdində qurulan gizli antiterror bölməsi ilə bağlı həqiqətləri ortaya çıxaracaq. “Ergenekon” işi ilə bağlı həbs edilənlərin bir çoxu, o cümlədən istefada olan general Vəli Kiçiyin adı “Susurluq” qalmaqalı ilə bağlı da hallanıb. Vəli Kiçik Paşa CİTEM adlı məxfi antiterror bölməsinin qurucusu olaraq da bilinir. Bu bölmə Türkiyədə mütəşəkkil cinayətkar birləşmələrlə də əməkdaşlıq edərək erməni və kürd terroruna qarşı amansız mübarizə aparıb. Məhkəmə prosesi hazırda həbsdə olan şübhəlilərin sorğulanması ilə davam etdirilir. Yaxın günlərdə Vəli Kiçiyin də sorğulanması gözlənilir.
43,936
05.12.2008 03:16
Gündəm
PKK-çı KEÇMİŞ DEPUTATA 10 İL İŞ VERİLDİ
Bu ittihamlar üzrə prokurorluq keçmiş PKK-çı millət vəkilinin 60 ilə qədər həbsini tələb edirdi. Məhkəmənin qərarında deyilir ki, Zana çıxışlarında PKK-nı açıq müdafiə edib və onun terror təşkilatı olmadığını deyib. Həmçinin onun təşkilata üzv olduğu təsbiq edilib, Zana PKK lehinə açıq təbliğat aparmaqla yanaşı, onu “azadlıq uğrunda hərəkat” da adlandırıb. Zananın vəkili isə onun çıxışlarının söz azadlığı prinsipi çərçivəsində dəyərləndirilməli olduğunu deyib. PKK-çı keçmiş millət vəkilinin məhkəmənin qərarından şikayət vermək hüququ var. Əgər yuxarı məhkəmə də onun barəsində çıxarılan qərarı qüvvədə saxlasa, Zana təkrar həbsə girəcək. Qeyd edək ki, Zana Avropa Birliyinin və Avropa Şurasının Türkiyəyə göstərdiyi təzyiqlər sayəsində azadlığa buraxılıb. O, siyasi məhbus olaraq tanınmışdı.
43,937
05.12.2008 03:17
Gündəm
TÜRKİYƏ-AMERİKA MÜTTƏFİQLİYİ YENİDƏN GÜCLƏNƏCƏK
Strateji və Beynəlxalq Araşdırmalar İnstitutundan təhlilçi Semuyel Brenen “Amerikanın səsi”nin türk xidmətinə müsahibəsində deyib ki, Obamanın xarici siyasət sahəsində tanınmış şəxsləri vəzifəyə seçməsi onun təcrübəyə nə qədər böyük diqqət verdiyini nümayiş etdirir. O deyib ki, bu üç siyasətçi Türkiyəni yaxından tanıyır. Sem Brennen Hillari Klintonun Türkiyə-Amerika münasibətlərini həyat yoldaşı Bill Klinton dövründə olan səviyyəyə çatdırmağa səy göstərəcəyini qeyd edir. Brenenin sözlərinə görə, xanım Klinton Bill Klintonun Türkiyədə nə qədər populyar olduğunu bilir. “O, Türkiyə-Amerika münasibətlərini o dövrün səviyyəsinə yaxınlaşdırmağa çalışacaq. O, həyat yoldaşına arxalanacaq. Bu, Obama üçün böyük mənbədir”-deyə təhlilçi bildirib. Keçmiş prezident Bill Klintonun dövründə Türkiyə və Amerika arasında birgə strateji maraqların mövcudluğu xətti işlənib hazırlanmışdı. Brenen Klintonun Türkiyənin Amerika üçün strateji maraq kəsb etdiyini bildiyini deyir. Təhlilçinin sözlərinə görə, xarici siyasət sahəsində heç bir ciddi siyasətçi Türkiyənin Amerika üçün mühüm maraq kəsb etmədiyini söyləyə bilməz: “Seçki kampaniyası dövrü seçicilərə, erməni diasporuna nə desələr də, Türkiyənin NATO üzvü olması, onun Avropa ilə münasibətləri yaxşılaşdırmaqda rolu, İraqda siyasi çəkisi və İraqın bütöv bir dövlət olaraq qalmasında maraqlı olması, İraqdan hərbi qüvvələrin çıxarılması məsələsində onun rolu, Türkiyənin Əfqanıstan, Pakistan, Hindistan, Gürcüstan və Rusiya kimi ölkələrlə münasibətləri nəzərə alınacaq. Mənim fikrimcə, Klinton Türkiyəyə müttəfiq kimi baxacaq”.Brenen Klintonun adının da Barak Obamanın seçimində rol oynadığını və Obamanın bununla Amerikanın imicini yaxşılaşdırmaq baxımından seçim etdiyini düşünür. Seçki kampaniyası dövrü Barak Obamanın vitse-prezidentliyə namizəd kimi Delaver ştatından senator Co Baydeni seçdiyi zaman Baydenin Obamanın xarici siyasət kursuna təsir göstərə biləcəyi haqda fikirlər söylənmişdi.ÿ Senator Baydenin mübahisəli məsələlərdə Türkiyə əleyhinə mövqe tutması Türkiyədə narahatlıqla qarşılanmışdı.ÿ Brenen hesab edir ki, Klinton kimi güclü siyasətçinin Dövlət Departamentinə gəlməsi Baydenin rolunu azalda bilər, bu da Obamanın tək bir adamın baxışlarına əsaslanmayacağını göstərir.ÿ Brenen müdafiə naziri Robert Geytsin vəzifəsində qalması və milli təhlükəsizlik müşaviri vəzifəsinə ABŞ-ın Avropada hərbi qüvvələrinin keçmiş komandanı Ceyms Consun gətirilməsinin də Türkiyə-Amerika münasibətlərinə müsbət təsir göstərəcəyini deyir. Onun sözlərinə görə, müdafiə naziri Geyts Türkiyənin təhlükəsizliyi məsələsinə əhəmiyyət verir, Türkiyənin NATO-da üzvlüyünü yüksək qiymətləndirir: “Bu isə çox mühümdür.ÿ General Cons da NATO qüvvələri və Avropa qüvvələri komandanlığında bir hərbçi kimi Türkiyəni yaxşı tanıyır.ÿ Cons Türkiyəni Amerikanın strateji müttəfiqi hesab edir. İraqda xidmət etmiş bir komandan olaraq o, Türkiyə və Amerika arasında münasibətlərinin gücləndirilməsinə çalışacaq”.Türkiyənin özündə isə hesab edirlər ki, Obama administrasiyasının siyasətinin necə olacağını demək üçün prezidentin özünün erməni məsələsində hansı mövqe tutacağı əhəmiyyətli olacaq. Belə görünür ki, Amerikanın yeni prezidenti Türkiyə ilə münasibətlər baxımından ilk sınağı gələn ilin aprelində-ermənilərin “soyqırım” günü kimi qeyd etdiyi 24 apreldə verəcək. Həmin gün Amerika prezidenti ənənəvi olaraq ermənilərə başsağlığı müraciəti qəbul edir, lakin indiyədək bu müraciətdə erməni lobbisinin səylərinə baxmayaraq, “soyqırım” ifadəsi yer almayıb. Obama isə seçki kampaniyası dövründə vəd edib ki, müraciətində bu ifadəni işlədəcək və onun prezidentliyi dövründə Amerika “erməni soyqırımı”nı tanıyacaq. Məsələ burasındadır ki, Obamanın vitse-prezidenti seçilən Cozef Bayden də uzun müddət Konqresdə “erməni soyqırımı”nın tanınması üçün lobbiçilik edib. Dövlət katibi təyin edilən Hillari Klinton da bu məsələdə erməni lobbisinin adamı hesab edilir. Ona görə də nəzəri olaraq ABŞ-ın Türkiyə ilə münasibətlərinin pisləşməsini gözləmək mümkün idi. Lakin Amerikaya rəhbərlik edənlər praqmatizmdən uzaqlaşıb erməni lobbisinə görə Türkiyə ilə münasibətləri təhlükədə qoyacaq addımlar atmazdı.
43,938
05.12.2008 03:18
Kriminal
MİLLİ BANKIN SƏDR MÜAVİNİNİN OĞLU AVTOMOBİL QƏZASINA DÜŞÜB
E. Babayev və daha 3 nəfər isə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər E. Babayevin vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır. BAKI SAKİNİ İNSAN ALVERİNƏ GÖRƏ HƏBS EDİLDİDaxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Təhminə Quliyeva tutulub. Məlumata görə, T.Quliyeva qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilir. “ATV”nin OĞURLUQ EDƏN İŞÇİSİ TUTULDUAzərbaycanın özəl telekanallarından biri qarət edilib. Hadisəni törədən telekanal əməkdaşı tutulub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən “Trend”ə məlumat verilib. Dekabrın 3-də, saat 03:00 radələrində Şərifzadə küçəsi 17-də yerləşən “ATV” telekanalında baş mühasib işləyən, 1952-ci il təvəllüdlü Əhmədov Vaqif İbrahim oğlunun iş otağının qapısını sındırmaq yolu ilə 6000 manat oğurlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etmiş, həmin telekanalda texnik işləyən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Netrunenka Serqey Valeriyeviç saxlanılıb. BAKIDA İRAN VƏTƏNDAŞININ MAŞINI QAÇIRILDIDekabrın 3-də, saat 10:00 radələrində Binə qəsəbəsində kirayədə yaşayan İran vətəndaşı, 1950-ci il təvəllüdlü Zərkəran Naserə məxsus “SEPANT PK” markalı avtomaşın yaşadığı evin qarşısından qaçırılıb.Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Nizami rayon Pİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları H.Əliyev prospekti 102-də, avtomaşını qaçıranlar, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Səfərov Elnur Məzahir oğlunu və Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Mehbəliyev Kamil Hidayət oğlunu avtomaşınla birlikdə saxlayıblar. DİLƏNÇİLİKLƏ MƏŞĞUL OLAN 21 UŞAQ SAXLANILIBBakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi, Nəsimi və Nizami rayon polis idarələrinin əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb.Məlumata görə, saxlanılanlardan 17-si qadın, 8-i kişi, 21-i azyaşlıdır. Onlar BŞBPİ-nin İnzibati Həbs Olunanları Saxlama Məntəqəsinə göndəriliblər. DƏLƏDUZLAR İKİ NƏFƏRİN 145 MİN DOLLARINI MƏNİMSƏDİLƏR2007-ci il aprelin 12-də Bakı şəhər sakini Nadir Orucov Sumqayıt şəhər sakini Mülkalı Kərimovun etimadını qazanaraq, ondan 50000 manat alıb. Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alan xəbərdə bildirilir ki, N. Orucov M.Kərimovu işə düzəltmək adı ilə aldadıb. Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi tərəfindən araşdırmalar aparılır.Sumqayıt şəhər sakini Ədalət Abbasov, Bakı şəhər sakinləri Emil İsgəndərov, İsaməddin Daşdəmirov və Səbinə Təhməzova isə Kəlbəcər rayon sakini Süleyman Rüstəmlinin etimadını qazanaraq ali məktəbə qəbul etdirəcəkləri adı ilə ondan 95000 ABŞ dolları alıblar. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılır.
43,939
05.12.2008 02:23
Yazarlar
YANMAĞA MƏHKUM OLANLAR
Bəli, 35 yaşlı Sənubər yanmağa məhkum olub. Bu zavallı qadının “məhkumluğu” ondadır ki... məhz Azərbaycan adlı bir ölkədə yaşamağa məhkumdur. Qanunların, Allahın yaratdığı ən ali varlıq olan İNSANın hüquqlarının təpik altına salındığı bir məmləkətdə. O məmləkətdə ki, burda qanun nəinki şahdır, heç “bomj” da deyil.Sənubər özünü niyə yandırıb? İnformasiya agentliklərinin yazdığı xəbərlərə inansaq, qadın pensiyasının düzgün hesablanmamasından şikayətlənirmiş. Dəfələrlə yerli quruma müraciət etsə də, onu get-gələ salıblar. Son anda məmur özbaşınalığına və süründürməçiliyinə dözməyən Sənubər intihara, özünü yandırmağa əl atıb. Məsuliyyətdən yayınan biləsuvarlı məmurlar isə asan yol tapıblar; sən demə, o, ruhi xəstə imiş.Sənubəri tanımıram; onu özünə qəsdə məhkum edən yerli məmurları dünəndən tanımaq istəmirəm. Amma bir həqiqəti öyrənmək mənim üçün çox maraqlıdır. Mənim, sənin, Əlinin, Vəlinin verdiyi vergilərlə dolanan bu məmurlar niyə dövlətin qəbul etdiyi qaydalara riayət etmirlər?Bu bilirsinizmi nəyə oxşayır? “Ağanın malı çıxır, nökərin canı” məsəlinə. Əslində bu nökərlər ağalarından daha təhlükəli, daha əzazildilər. Yerlərdə “balaca padşahlar” rəiyyət hesab etdikləri isanlarla az qala feodal üsul-idarəsinin qaydaları ilə davranırlar. Ən ucqar bölgəmiz olan Naxçıvanda baş verənlərə baxın. Bölgənin “xan” statusunu çoxdan qazanmış Vasif Talıbov Naxçıvanda ürəyi istədiyi hər bir eksperimenti aparır. Onun üçün insan, insan hüququ Allah bilir, neçənci dərəcəli məsələdir.Elə bir qədər əvvəl Masallı camaatının ölkə başçısı İlham Əliyevə müraciəti yayılıb. Rayon əhli deyir ki, illərdir onların sahibi olduqları obyektləri icra başçısı Qəzənfər Ağayev abadlaşdırma adı altında sökdürüb. Yerini isə başqa adamlara satıb.Guya Gəncədəmi, Şəkidəmi, Şirvandamı, Qubadamı vəziyyət belə deyil? Hərdən adama elə gəlir ki, Azərbaycan məmuruna maaş vermirlər, o, əməkhaqqı almır. Ona sanki əmr edilib; get, qabağına kim keçdi soy, qanını iç, hələ üstəlik, bir az da bizə gətir.Və bu məmurların “məmursuzluğundan”dır ki, günün günorta vaxtı Azərbaycan qadını özünü yandırır, birisi özünü asır, digəri başqa etiraz forması tapır. Çünki Azərbaycanda bir məsuliyyətsizlik, etinasızlıq faktoru mövcuddur. Sənubər kimisi özünü yandıranda isə heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.Sənubər məmur etinasızlığına etiraz edib özünü yandıran sonuncu vətəndaş olmayacaq. Bilirsinizmi niyə? Deyim. İnanmıram ki, bu tezliklə məmurların əl-ayağı yığıla.Çünki öyrəncəlidilər. Və həm də rejim belə tələb edir.
43,940
05.12.2008 03:30
Mədəniyyət
FLORA KƏRİMOVA İLHAMƏ QULİYEVANIN MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ
Sorğu elan ediləndən sonra İlhamə Quliyevanın hüquqularını müdafiə edən vəkil Şəfiqə Nağıyeva, İ.Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia ərizəsini hakimə təqdim etmək istəsə də, hakim ərizənin aparılan işə aidiyyəti olmadığını deyərək onu qəbul etməyib. Sonra Sərxan Kərəmoğlunun vəkili İlhamə Həsənova İ.Quliyevanın idarəyə təqdim etdiyi ərizənin məhkəməyə ötürülməsini istəyib. O bildirib ki, İ.Quliyevanın idarəyə verdiyi ərizənin məzmunu məhkəmə prosesi başlayandan sonra dəyişdirilib. Belə ki, ərizə sentyabrın 7-də yazılsa da, dərkənarda sentyabrın 6-sı tarixi göstərilib. Vəkillərin çıxışlarından sonra şahidlər dinlənilib. İ.Quliyevanın nümayəndələri Qəmər Əliyarov və Xəzər Eminov da prosesdə çıxış ediblər. Müğənni Flora Kərimova isə məhkəmədə şahid qismində dindirilib. Çıxışında bir çox məsələlərə münasibət bildirən sənətçi S.Kərəmoğlu ilə İ.Quliyeva arasında yaranan problemin səbəbkarı kimi özünü göstərib. F.Kərimova onunla əlaqə quran hər bir insanın İ.Quliyevanın hədəfinə çevrildiyini deyib. Hakimin “Flora xanım, mənə vətəndaş kimi bir şey maraqlıdır - İlhamə Quliyeva ilə uzun illərdir davam edən bu münaqişənin əsasında nə dayanır” sualına Flora Kərimova belə cavab verib: “O, məndən çox gec səhnəyə gəlib. Bütün filmlərdə, səhnələrdə, məsuliyyətli çıxışlarda mənə müraciət edirdilər. Bu da İlhamə xanımı çox qıcıqlandırırdı. Yavaş-yavaş o, əndazəsindən çıxdı. Mən hər zaman sözü üzə deyirdim, ancaq o, kimlərinsə dili ilə ünvanıma danışırdı. Onun mənə daim sənət qısqanclığı olub”. Sonra İ.Quliyeva tərəfindən prosesdə iştirak edən Tarix Əliyev (Tolik) şahid qismində dindirilib. T.Əliyev S.Kərəmoğlu ilə münasibətlərində heç bir problemin olmadığını qeyd edib. O, S.Kərəmoğlu ilə İ.Quliyeva aralarında problemlər yaşanan vaxt İ.Quliyeva ilə birgə işləmədiyini deyib. Qalmaqallı məhkəmə prosesinin sonunda hakim növbəti məhkəmə prosesinə çıxışları qiymətləndirmək üçün mütəxəssis dəvət olunacağını deyib. Xatırladaq ki, Sərxan Kərəmoğlu şərəf və ləyaqətinin təhqir edildiyi, ona dəyən maddi və mənəvi ziyana görə İlhamə Quliyevadan 15 min manat, İlhamə Quliyeva isə qarşılıqlı iddia əsasında ondan 80 min manat təzminat tələb edir.Proses dekabrın 17-də davam edəcək.
43,941
05.12.2008 03:23
Mədəniyyət
VASİF MƏHƏRRƏMLİ HƏBS OLUNA BİLƏR
V.Məhərrəmlinin cinayət əməli sübuta yetirilsə, onu bir ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Xatırladaq ki, ATV kanalında yayımlanan “El içində” verilişinin çəkilişi zamanı müğənni ilə jurnalist arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Məhərrəmli jurnalistə hücum edərək ona zərbə endirib. Əldə etdiyimiz məlumata görə, V.Məhərrəmli də işgüzar nüfuzuna xələl gətirilməsilə əlaqədar V.Kamiloğlu barəsində iddia ərizəsilə məhkəməyə müraciət edib.
43,942
05.12.2008 02:32
Mədəniyyət
“MƏN KABUS DEYİLƏM!...”
Cəmiyyətdə “HİV-lə yaşayan Elnarə Əhmədova” kimi tanınan, əslində isə Əhmədova Elnurə Gülməmməd qızı olan müsahibimiz ona olan yersiz diqqətdən çox bezib. lent.az-a müsahibəsi zamanı “nə qədər yazırlar, daha bezmişəm, bəsdirin” deyib Elnurə... - Sənin adın həqiqətənmi Elnarədir? - Yox, adım Elnurədir. - Bəs necə oldu ki, “Elnarə” oldun? - Sadəcə, uşaqlıqdan Elnarə kimi çağırıblar. - Bəs sən həbs olunan vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları adını sənəddən köçürmədilər? - Yox, yəqin sənədlərimi üzə çıxara bilmədilər. - Axı küçəyə niyə çıxmışdın? - Anam piyanska idi, atama xəyanət eləmişdi. Onlar biz uşaq olanda vəfat ediblər. Bizə baxan olmadı, ehtiyac üzündən küçələrə düşdüm. Mənim qardaşım da 22 yaşında rəhmətə gedib. İndi yalnız bircə kiçik bacım var. Bacıma qurban olum. İstəyirəm bacım xoşbəxt olsun, onun toyunu görmək istəyirəm. - İlk dəfə kiminlə intim münasibətdə olmusan? - Həmin vaxt uşaq idim, 12-13 yaşım var idi. Avara uşaqlara qoşulmuşdum. Küçədə bir oğlanın ağzına selofan torba tutduğunu gördüm. Sən demə, o, “kley” iyləyirmiş. Mənə dedi, sən də iylə. İyləyəndən sonrası yadımda deyil. Bir də ayıldım ki, “Dostluq” kinoteatrının qarşısındakı zirzəmidə lüt vəziyyətdəyəm. Həmin oğlan mənə “kley” iylətdirəndən sonra zorlayıb. Onun 22-23 yaşı olardı. Özümü öldürürdüm, ağlayırdım ki, bakirəliyim pozulub, mən daha ailə qura bilməyəcəm. - İndi kimlərlə görüşürsən? - Dostlarım, tanışlarımla. Avaralara mənim başıma gələnləri yaşamamaq üçün müəyyən şeyləri başa salıram. Hər dəfə onlar şellənməyə, keflənməyə gedəndə prezervativ verirəm. - Mətbuatda sənin həbsxanaya düşməzdən əvvəl 200 nəfərlə intim münasibətdə olduğun yazılırdı. Bu 200 rəqəmi hardan çıxmışdı? Ümumiyyətlə, müştərilərini saymısan? - Yox, saymamışam. - Bəs onda 200 rəqəmi hardan çıxıb? - Məndən istifadə edənlər olub. - Kimlər olub? - Birinci növbədə Sahib Teymurov (“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin sədri nəzərdə tutulur). Mənim bircə düşmənim varsa, odur. - Necə istifadə edib? - Məni qorxudub, söz alıblar. - Kim qorxudurdu? Bir az ətraflı, mümkünsə... - Ən çox Sahib Teymurov. O məni qorxudaraq, istifadə etdi. Onun maşınında oturmuşduq, dedi ki, radioda 200 nəfərlə intim münasibətdə olduğunu və filan-filan barların adını deməsən, səni pis hala qoyacam. Dedi, səni tutduraram. - Televizorda adlarını çəkdiyin barlarda olmuşdunmu? - Yox, ümumiyyətlə, mən barlara gedən olmamışam. Yalnız bir neçə dəfə bəzi barlara getmişəm. Mən restoranlarda, saunalarda və küçədə gəzən olmuşam. Bir də diskotekaya getmişəm. Ən çox sevdiyim bir diskoteka “X-Dans Klub” idi. Başqa diskotekalara, barlara gedən olmamışam. - Sığınacaqda qalırsan? - Yox, orada 4 ay qaldım. Sığınacağın da qaydaları var, ömür boyu orda qalmaq olmaz ki... - Deməli, sənin qalmağa, yatmağa bir yerin yoxdur... - Yox, heç bir yerim yoxdur. Gecələr elə olur, dostlarımın evində qalıram, ya gedirəm internet-kluba. Neyləməliyəm ki? Çalışıram küçədə qalmayım. Çünki qorxuram. Bəlkə biri manyakdı... - Özünü sevməyə layiq bilirsənmi? - Əlbəttə. - Özünü günahkar sayırsan? - Yox. - Bəs həyatının belə alınmağında daha çox kimi günahkar sayırsan? - Valideynlərimi. Ən çox da anamı. - Cəmiyyətə nə demək istərdin? - Bütün insanlara üzümü tutub xahiş edirəm: Mən də sizin kimi insanam! Məni kabusa döndərməyin! Mən kabus deyiləm! Mənim kimi digər şəxslər də var, heç onlara bu qədər diqqət yoxdur. Məni başqalarından ayırmayın! Məni məhv etməyə çalışmayın! Sadəcə, mənə əl tutun ki, yaşayım!..
43,943
05.12.2008 03:39
Yazarlar
TƏVƏKKÜL - UĞURUN AÇARI
Fürsətlər ongünlüyü Artıq mübarək Ramazan ayından müəyyən qədər vaxt keçib və hər bir insanın, az və ya çox həddə, həyatın müxtəlif işlərinə başı qarışıb. İlahi süfrə başında mənəvi ziyafətdə bəndələrin oturmasından vaxt keçdikcə, bu ziyafətin incəliyi, təravətliyi, hər an Allah dərgahında özünü hiss etmək durumu, Allah-təalanın mübarək mənəvi süfrəsindən faydalanmaq imkanları, digər aylarda, Ramazan ayına xas şiddətlə hiss olunmur. Rəbbimiz o qədər böyükdür ki, vaxtaşırı bəndələrinə bu fürsətləri təqdim edir. Həcc əyyamı kimi bir əyyam yaşadığımız günlərdə, ziyarətdə olmayanlar üçün təqdim olunan mənəvi imkanlar da məhz bu silsilədəndir. Sanki Həccə getməyən insanlar üçün xüsusi bir fürsət qoyulub ki, İlahi mənəvi nemətlərdən imkanları daxılində pay apara bilsinlər. Böyük əhəmiyyəti olan əməllər var zilhiccə ayında. Əməllər var ki, onları yerinə yetirənə Həcc savabı hədiyyə edilir. Əməllər var ki, yerinə yetirənə - mübarək Ramazan ayında olduğu kimi - bağışlanmaq bəxş edilir. Uca Allahdan diləyimiz budur ki, mübarək Ramazan ayı, bu aydan öncəki mənəvi rəcəb və şaban ayları iman əhlinin həyatının tərkib hissəsi olduğu kimi, zilhiccə ayı da eləcə mübarəkliklə aid olsun. İstər zikirləri, istər ibadətləri, istər duaları baxımından, istər müstəhəb orucu (oruc qəzası olan üçün - qəza orucu) baxımından bu ayın böyük imkanatları var. Bütün bu dualara, mənəvi məsələlərə diqqət yetirdikdə, onların bir çox dərslər verməsinin şahidi oluruq ki, bunların da içində ən önəmlilərdən, bizlərə daha təkidlə təqdim olunanlardan biri Allaha təvəkkül etməyi öyrədən, aşılayan məqamlardır. Diqqət etsək, görərək ki, bu və ya digər dualarımız, zikrlərimiz, məxsusi əməllər nəticə etibarilə bizlərə bir neçə şey təlqin edirsə, bunlar arasında mərkəzi yerlərdən birini Allaha təvəkkül tutur. Hansısa əməl insana çətin gələ bilər. Amma Allaha təvəkkül edərək - təbii ki, insan özündən asılı olanı tam həcmdə etdikdən sonra - işləri İlahi dərgaha təhvil vermək, özünü Onun dərgahında bilmək, Onu hər bir şeyin hamisi, həyatın hər bir məsələsinin sahibi bilmək, hər bir çətinliyi dəf etmək üçün yoldur. İnsanın dadına çatan təvəkkül İstər zilhiccə ayının mənəvi nemətlərinin, istərsə də digər aylarda olan əlamətdar tarixlərin mahiyyətində Allaha təvəkkül kimi xüsusiyyəti mənimsəmək durur. Yaşadığımız dönəm müxtəlif situasiyalarla səciyyəlidir. Bəzən insan həyatda hətta ekstremal hallarla da rastlaşa bilir. Belə vəziyyətlərdə insanını dadına ilk növbədə təvəkkül gəlir. Özündən nə asılıdırsa edir insan, qalanını da Uca Yaradana həvalə edir. Bundan sonra baş verə biləni artıq ümid, səbir və təmkinlə qarşılayır. Yenə də vurğulayaq ki, özündən hər nə asılıdırsa, edəndən sonra. Elə olur ki, daim qəyyumluq atmosferində bulunan, qayğı ilə əhatə olunan insan birdən-birə problemlər qarşısında tək qalır. Özü və Allah qarşısındakı vəzifələri, özü və Allah yolunda etməli olduqları, özü və Allah dərgahında olan mənəvi təhəddüdləri qalır. Vaxtında nələrisə etməlidir, yubatmamalıdır, çatdırmalı, diqqətli olmalıdır. Hər an da ruhi-mənəvi durumuna fikir verməlidir. Bir tərəfdən nəzmli, sistemli olmalı, digər tərəfdən də bu nəzmliliyin onun mənəvi halətinə mexaniki baxımdan sirayət etməsinə imkan verməməli, texniki icraçı rolu ilə həyatını sürməməsini təmin etməlidir. Həyatının ülvi bir bəndəlik missiyası səhnəsindən mexaniki funksiyaçılıq meydanına çevrilməsinə rəvac verməməlidir. Və bu çətinliklərin, kompleks həll edilməli olan məsələlərin çevrəsində olan insanın gerçəkdə Allahdan başqa pənahgahı olmur. Və həyat adlanan bu uzun, şərəfli, məsuliyyətli yolda insanın ən böyük yardımçısı Allaha təvəkkül hissidir. Mömin Allaha təvəkkül edəndir Desək ki, müasir zamanda insanın təvəkkülə olan ehtiyacı artıb, bəlkə də bir qədər qeyri-elmi nəticə olar. Təvəkkül hissi bütün zaman və məkanlarda insan həyatının ayrılmaz ünsürlərindəndir. Hər zaman insanın irili-xırdalı problemi olur. İnsan həyatı müxtəlif çeşidli məsələlərin önə çıxması və bu məsələləri həll etmək zərurəti ilə səciyyəvidir. Və bu prizmadan baxdıqda, təvəkkül kimi elə bir digər hiss yoxdur ki, insanın ona bu qədər fövqəl ehtiyacı olsun. Belə demək olarsa, təvəkkül insan həyatının praktik hissəsinin ən önəmli cəhətlərindən biridir. İnsanın təvəkkülsüz imanlı olmağı mümkün deyil.Təvəkkül hissi inancın ayrılmaz hissəsidir. Dinimiz iman əhlinin hansısa ötəri kateqoriyalara, zatən asılı olan ünsürlərə bel bağlamasını problemli hesab edir. Özü asılı durumda olan, hər an mümkün olmaq üçün vücud, varlıq alan bir nəsə, digər özü kimisinin ehtiyacları təmin etmək iqtidarında ola bilərmi?! Təbii ki, yox. Odur ki, iman gətirən insan öz iradəsinə, bilgisinə, güc-qüdrətinə uyğun olaraq, maksimum əlindən gələni etməli, qalanında da Allaha təvəkkül etməlidir. Qurani-Kərimin “Ali-İmran” surəsinin 160-cı ayəsində Rəbbimiz bu məsələyə xüsusi vurğu edib: “Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. İman gətirən insan öz ixtiyarında olanlar nə qədər çox, nə qədər güclü olsa da, dərin və keçilməz etiqad bəsləməlidir ona ki, bütün olanlar Allah-təaladan verilib. Və onun ixtiyarında olanlar Rəbbin yanında olanlarla müqayisə edilməli olan deyil, okeanın müqabilində zərrə qədər də deyil. Həzrət Əlidən (ə) nəql edirlər: “Heç bir bəndənin imanı, Allahın yanında olanlara inam və etimadı, onun öz əlində olanlardan çox olmayınca, düz deyil”.Yəni bir adam bir halda olmaya ki, Allahın yanında olanlara, Allah-təalanın bildiklərinə inam və etimadı, özünün ixtiyarında və bilgi səviyyəsində olanlardan aşağı olsun. Zira, bunlara etiqadı üstün olmayınca bu insanın iman gətirənlərdən olması sual altında olur. İmanın kamilliyi barədə Əlbəttə, əgər hər hansı bir insanı dindirsən, əminliklə deyər ki, mənim bildiklərim, mənim ixtiyarımda olan hara, Allah Təbarəkə və Təalanın bildikləri, Ona aid olanlar hara! Doğrudur, nəzəri baxımdan hamı belə hesab edir. Söhbət ondan gedir ki, bu etiqad, bu etimad və yəqinlik insanın əməllərinin bazisində dursun, onun hərəkətlərinin motivasiya mərhələsində dominantlığa malik olsun. Diqqət etsək, görərik ki, təvəkkül edən şəxs məhz mübarək hədisdə işarə olunan keyfiyyətlərə malik insandır. Təvəkkül əhli özündən asılı nə var edir, sonrasını isə Rəbbinə həvalə edir. O, gözəl anlayır ki, onun idrak qüvvəsi, təfəkkür potensialı bir çox mətləbləri anlamaq, hesablamaq, qəbul etmək iqtidarında deyil. Nəyin necə olmasını hər zaman bildiyini iddia edən insandan daha cahil kim ola bilər?! Düşünən insansa bilir ki, onun idrak imkanlarının fövqündə olan bir çox məsələlər var. Odur ki, əlindən gələn hər bir şeyi etdikdən sonra qəlbini təvəkkül nuruna təslim edir. Və böyük bir yüksəlişdir insan üçün ki, bu həqiqəti dərk etsin və yaşatsın. Əslində bunsuz iman yoxdur. İmanın kamilliyi barədə Həzrət Rəsuli-Əkrəmdən (s) mübarək bir buyuruş var: “Bəndədə 5 xislət olmayınca, onun Allaha olan imanı kamilləşməz: Allaha təvəkkül etmək; Allahın əmrinə boyun əymək; Allahın qəzavü-qədrinə razı olmaq. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə, imanını kamal həddinə çatdırıb”.Gördüyümüz kimi, ilk xüsusiyyət olaraq, Allaha təvəkkül göstərilir. Sonra Allahın buyurduğu işləri görüb, haram etdiklərindən uzaq olmağın zərurətinə işarə edilir. Sadəcə, dildə itaət yox, əmələ boyun əymək, Allah-təala istəyən kimi yaşamaqdan söhbət gedir. Allahın vacib buyurduqlarına əməl etmək, çəkindirdiklərindən çəkinmək, Allahın qəzavü-qədəri ilə razı olmaqdan da söhbət gedir mübarək hədisdə. Allah Təalanın göndərdiyi sınaq və imtahanların müqabilində səbir etmək. Elə olur ki, İlahi məsləhət üzündən insan bir problemlə rastlaşır. Özündən asılı nə mümkündürsə edir, qaçılmaz qəza önündə isə təmkin və əzm nümayiş etdirir. İradə müstəvisində nə asılıdırsa, həyata keçirir. Artıq özündən asılı olmayan məsələlər, imtahanlar önündə isə səbir edir.İmtahanları insan seçmir, imtahanlar insanı seçir. Rəbb müəyyən edir - bəndəsinin tutumuna görə, vəziyyətinə görə. Götürə biləcək yük verilir insana, artıq verilməz əsla. Götürə biləcəyindən artıq vermək İlahi ədalətə zidd olardı. Bəndənin durumunu islah etmək üçün Aləmlərin Rəbbi ona imtahan və sınaqlar göndərir. Bəndəsini çox sevir Allah. Ona nə edirsə, məhəbbət və mərhəməti üzündən edir. Yaxşılığını istədiyi üçün, faydasını istədiyi üçün edir. Növbəti xüsusiyyətlər ki, iman əhlinə xasdır - Allaha xatir sevmək və nifrət bəsləmək, Allaha xatir varından vermək və Ona xatir əsirgəmək. Gözəllikləri sevməkdən, çirkinlik və mənfiliklərə ikrah hissi bəsləməkdən söhbət gedir burada. Və istər maddi, istər mənəvi nemətləri də yalnız bu prizmadan - həqiqi fayda konsepsiyasına uyğun olaraq, onu Yaradana, ona hər şeyi bəxş edənə, onu onun özündən çox sevənin buyruqlarına uyğun olaraq sərf etmək. Rəbbin hər yerdə səninlədir Bilmək gərəkdir ki, Allah hər zaman insanladır. İslam Peyğəmbəri (s) buyurur: “İmanın ən üstünü Allahın hər yerdə səninlə olmasını bilməyindir”. Burada iki mühüm cəhət var. Allahın hər yerdə onunla olmasını bilən insan günah etməz. Həya edər Rəbbindən. Həyasını, iffətini tapdayıb Rəbbi görə-görə eybəcərliyi seçməz. İkinci tərəfdən, Allahın daima onunla olduğunu bilən bəndə, heç zaman ümidini itirməz. Hər nə baş verərsə, bilər ki, Allah-təala onu darda qoymaz, xilas göndərər ona. Xoş günündə də, çətin günündə də onunladır. Bu inam da insanı təvəkküllü edər, mömin edər. İmanın ən möhkəm halqaları Allahın onunla olduğunu bilən bəndə güclü olar. Problemlərin, müşküllərin önündə duruş gətirər. Heç zaman ruhdan düşməz, sınmaz. Bununla yanaşı, Allah-təalaya görə sevmək mövzusu da imanlının dünyagörüşünün əsasını təşkil edir. Allaha görə sevmək İlahi dəyərlər sistemini qəbul etmək, zati gözəllikləri sevmək və zati eybəcərliklərə nifrət deməkdir. Rəsuli-Əkrəm (s) buyurub: “İmanın ən möhkəm halqaları Allahı sahib və hami bilmək, Allaha görə sevmək və nifrət bəsləməkdir”.İmanı halqalardan ibarət bir zəncir kimi təsəvvür etsək, bunun ən möhkəmi Allahın sahib olması, himayədar olması barədə insanın mərifətə malik olmasıdır. Allah-təalanın sevdiklərinə məhəbbət bəsləmək, sevmədiklərinə ikrah hiss etməkdir. Digər mübarək hədisdə təvəkkül hissi güclülüyün göstəricisi kimi təqdim edilir. Peyğəmbəri-Əkrəmdən (s) nəql edirlər: “İnsanların ən güclüsü olmaq istəyən Allah-təalaya təvəkkül etməlidir”.İnsan istəyirsə həqiqətən güclü ola, gərək ən güclüyə, ən iqtidarlıya, ən aliyə, həqiqi qüdrət sahibinə bağlantısı olsun. Hər işində Uca Allaha pənah aparmalı, təvəkkül etməlidir. Allaha təvəkküldən kənar gerçək, səbatlı, davamlı, qüdrət yoxdur. İmam Muhəmməd Baqir (ə) buyurur: “Allaha təvəkkül edən məğlub olmaz. Allaha təvəkkül edən uğursuzluğa düçar olmaz”.Necə məğlub olar bir kəs ki, özündən asılı olan hər bir işi görür, səylərini edir, qalanında da həqiqi qüdrət sahibinə təvəkkül edir?! Təbii ki, belə insanın məğlubiyyəti qeyri-mümkündür. Belə insan apriori qalibdir, çünki ən böyük qalibə, ən böyük qadirə bağlantısı var. Necə uğursuz ola bilər o kəs ki, Uğuru Təmin Edənə bağlantısı var?! Ondan başqa uğuru təmin edənmi var?! Və O, uğuru təmin edirsə, kim bu uğuru uğursuzluğa çevirə bilər?!Bu mənada qalibiyyətin, uğurun ən dəqiq köklərindən biri təvəkküldür. Allah Təbarəkə və Təala cəmi insanlara həqiqi təvəkkülü qismət etsin! Amin! Hacı İlqar İBRAHİMOĞLU
43,944
05.12.2008 03:42
Astrologiya
ULDUZ FALI
QOÇ - Bəxtinizə təzadlı gün çıxıb. Belə ki, nahara qədər qarşılaşacağınız uğurlar sonrakı müddətdə tamamilə əks istiqamətə yönələ bilər. Odur ki, yalnız günün birinci yarısında aktiv olmalısınız. BUĞA - Ağıllı addımlarınız ətrafda hər şeyin xeyrinizə dəyişəcəyinə təkan verməkdədir. Bu isə gün ərzində fəaliyyətlə bağlı uğurlarınızın start götürməsinə imkan yaradacaq. ƏKİZLƏR - Yaxşı olar ki, bütün vacib işlərinizi bu gün başa çatdırasınız. Ən azı ona görə ki, sonrakı günlərdə buna imkan tapmayacaqsınız. Özünüzü hər addımda bədxahlardan qorumağa çalışın. XƏRÇƏNG - Astroloji göstəricilərə görə, qarşınızda anlaşılmaz bir gün dayanıb. Odur ki, bu tarixdə qeyri-ənənəvi işlərə aludə olmamalı, sabitliyinizi təmin etməlisiniz. Səhhətinizi qoruyun. ŞİR - Nahara qədərki süstlüyünüzü nəzərə almasaq, qalan müddətdə işləriniz qaydasında gedəcək. İndi siz puldan daha çox münasibətləri tənzimləməyə səy göstərməlisiniz. Digər işlər düzələndir. QIZ - Bu gün özünüzü olduqca ciddi aparmalısınız. Çünki istənilən xırda zarafat münaqişəyə səbəb ola bilər. İmkanlı adamlar vasitəsilə problemlərinizi aradan qaldırmağa çalışın. TƏRƏZİ - Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərginlik sizdən əl çəkməyəcək. Şəxsi büdcənizin qayğısına qalmağa çalışın. ƏQRƏB - Daxili gərginliyiniz günorta saatlarından etibarən aradan qalxmağa başlayacaq. Bu isə nəzərdə tutduğunuz planların icrasını sürətləndirəcək. Amma sözünüzün ağası olmağı da bacarın. OXATAN - Ümumi ovqatınız yüksək olduğundan xırda gərginliklər gözünüzə görünməyəcək. Amma mistik düşüncələrə də qapılmaq olmaz. Başınızın üstündə yalnız Tanrı qüdrətini hiss edin. OĞLAQ - Qarşınızda duran vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. İndi nüfuzunuzu artırmaq üçün imkanlarınız genişdir. İşdən sonra yaxınlıqda yaşayan ünvanlara qonaq getmək olar. SUTÖKƏN - Astroloji göstəricilər qismən gərgin gün yaşayacağınızı bəyan edir. Hər hansı mübahisəyə, riskli iş və sövdələşmələrə “yox” deməlisiniz. Xətakar insanlardan uzaq olun. BALIQLAR - Dünən axşamdan bəri bürcünüzdə bərqərar olan Ay sizə ümumi gərginlik vəd edir. Bu isə hər addımda daha da ehtiyatlı davranmağınızı tələb edir. Yeni təkliflərə razılıq verməyin.
43,945
05.12.2008 03:45
Siyasət
MÜXALİFƏT BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIRMI?
“Sənəd yaxın günlərdə AMİP-in Siyasi Şurasının toplantısında təsdiq olunacaq. Bundan sonra partiya bələdiyyə seçkilərinə hazırlığı məhz həmin sənəd əsasında həyata keçirəcək. Gələn ilin yanvarından bələdiyyə seçkilərinə qədər olan müddəti əhatə edəcək sənəd təkcə paytaxt deyil, bütün ölkə ərazisindəki rayon təşkilatlarımızda keçərli olacaq. Sənəddən irəli gələn vəzifələrin icra olunması məqsədilə partiyanın yerli təşkilatlarına tapşırıqlar veriləcək”.Bəs digər tanınmış partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşırlar? Seçki ilə bağlı hansısa proqramları varmı?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Müsavat hələ bələdiyyə seçkisində iştirak etməklə bağlı rəsmi qərar verməyib. Ona görə də bələdiyyə seçkisi ilə bağlı konkret iş qrafiki hazırlanmayıb: “Siyasətdə belə bir qanadlı ifadə var ki, seçkilərə hazırlıq seçkilərdən seçkilərə qədər olan dövrü əhatə edir. Bu baxımdan Müsavatın seçkilərə hazırlıqla bağlı fəaliyyəti heç vaxt dayanmayıb. Biz hazırda istənilən seçkiləri, o cümlədən bələdiyyə seçkilərini həyata keçirəcək, təşkil edəcək partiya strukturlarının möhkəmləndirilməsi işi ilə məşğuluq. Düşünürəm ki, Müsavat bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar qəbul edərsə, bu istiqamətdə çox əhatəli və ciddi iş aparılacaq”. ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev bildirdi ki, bələdiyyə seçkilərinə hazırlıqla bağlı rəhbər strukturlarda müzakirələr aparılır: “Bələdiyyə seçkilərində iştirakla bağlı İdarə Heyətində müzakirələr aparmışıq. Dekabrın 6-da ADP Ali Məclisinin növbəti sessiyası keçiriləcək. Həmin sessiyanın gündəliyində duran məsələlərdən biri bələdiyyə seçkilərinə hazırlıq məsələsidir. Bələdiyyə seçkisi mövzusu sessiyada çox geniş müzakirə predmeti olacaq”. T.Əliyev bələdiyyə seçkilərinə hazırlıq istiqamətində bəzi konkret addımlar da atdıqlarını dedi: “Rayon təşkilatlarına bələdiyyə seçkilərində kimlərin namizədliyinin irəli sürülücəyinin dəqiqləşdirilməsi və siyahını mərkəzi qərargaha təqdim etmələri ilə bağlı tapşırıq vermişik. Bakı şəhər və rayon təşkilatlarında verilən tapşırığın icrası işinə başlanılıb. Sabah Ali Məclisin sessiyasında rayon təşkilatlarının rəhəbərlərinə, xüsusilə də kənd rayonlarındakı təşkilatlarımızın sədrlərinə bələdiyyə seçkilərində iştirak edəcək şəxslərin siyahısının müəyyən edilməsi ilə bağlı tapşırıq veriləcək”. ADP sədrinin müavini vurğuladı ki, bələdiyyə seçkilərində müxalifətin böyük blokla iştirakının əleyhinədir: “Blok yaradılacaqsa, ancaq 2-3 aparıcı partiyanın iştirakı təmin olunmalıdır. Çoxlu sayda partiyaların bələdiyyə seçkisində blokda birləşməsinə ehtiyac yoxdur. Bələdiyyə seçkiləri digər seçkilərdən namizədlərin həddən artıq çoxluğu ilə fərqlənir. Çoxlu sayda partiyanın blokda birləşməsi namizədlərin müəyyənləşməsi, onların qeydiyyata alınması üçün lazımi hüquqi sənədlərin tərtib edilməsində problemlər yaradır. Məsələn, blokda 6-7 və ya daha çox sayda partiya birləşibsə, vahid namizədlərin təsdiq olunması üçün hər bir partiyanın rəhbər strukturlarının iclası çağırılmalıdır. Sonra onun blokun sədrlər şurasında təsdiq olunması məsələsi ortaya çıxır. Yəni 20 min namizədin hər biri barədə bu prosedur həyata keçirilməlidir ki, bu da həddən artıq vaxt və əlavə enerji aparır”.
43,946
05.12.2008 03:45
Ölkə
AXCP-nin RAYON TƏŞKİLATLARI MÜSAVATA YIĞIŞACAQ
“Hakimiyyət Əli Kərimliyə pasport verilməməsinin üzərində ona görə bu qədər ciddi dayanıb ki, AXCP sədrinin nüfuzlu ölkələrə səfərlərinə, beynəlxalq təşkilatlarda görüşlərinə imkan olmasın. Əli bəyi xarici pasportsuz qoymaqla xaricə çıxış imkanlarını məhdudlaşdırmaq istəyirlər”. AXCP-nin daha bir ciddi problemi qərargahsızlıqdır. İki ilə yaxındır ki, partiya qərargahsız fəaliyyət göstərir. Partiyanın rəhbər strukturlarının iclaslarının harada keçirildiyi maraq doğurur. İclasların harada keçirilməsini dəqiqləşdirmək üçün araşdırma apardıq. Məlum oldu ki, AXCP-nin rəhbər strukturlarının iclasları üzvlərin mənzillərində keçirilir. Qərargah probleminin həllini tapması istiqamətində hansısa irəliləyişin olub-olmadığını öyrənmək üçün müraciət etdiyimiz sədr müavini Həsən Kərimov bildirdi ki, müsbət yenilik yoxdur.: “İndiyə qədər qərargah icarəyə götürmək üçün onlarla obyekt sahibinə müraciət etmişik. Bizə öz obyektini icarəyə vermək istəyən çoxlu iş adamları var. Ancaq açıq şəkildə deyirlər ki, hökumətin həmin obyekti bir bəhanə ilə sökəcəyindən qorxurlar. Bu yaxınlarda da qərargah üçün bir neçə yer tapmışdıq. Obyekti kirayəyə götürmək istədik. Sahibləri biləndə ki, müxalifət partiyası orada yerləşəcək. Üzrxahlıq edərək hakimiyyətdən qorxduqlarını və obyekti verə bilməyəcəklərini dedilər”.H.Kərimov xarici ölkə səfirliklərinin də AXCP-nin qərargahsız qalmasından xəbərdar olduğunu dedi: “İndiyə qədər qərargah məsələsi ilə bağlı diplomatik korpus nümayəndələri ilə də görüşlərimiz olub. Qərargahımızın yoxluğunun partiyanın fəaliyyətinə ağır zərbə vurduğunu onların nəzərinə çatdırmışıq. Narahat olduqlarını və təəssüfləndiklərini bildirirlər. Ancaq hələ ki onlar tərəfindən də problemin həlli istiqamətində addım atılmayıb. Bir müddət əvvəl hətta mətbuatda məlumat yayılmışdı ki, hansısa səfirlik AXCP-yə qərargah ayırmaq istəyir. Ancaq qısa müddətdə bu məlumatların dezinformasiya olduğu təsdiqləndi”. Qeyd edək ki, AXCP qurultaya hazırlaşır. Hazırda rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilir. Dünən məlumat əldə etdik ki, AXCP yaxın günlərdə Müsavat Partiyasının qərargahında toplantı keçirməyi planlaşdırır. Xəbəri Həsən Kərimovla dəqiqləşdirdik. Bildirdi ki, Bakı və ərazisi işğal olunmuş rayon təşkilatlarının birgə toplantısının keçirilməsi nəzərdə tutulub. Başqa yer olmadığından toplantını Müsavatın qərargahındakı zalda keçirmək barədə razılıq əldə olunub. Tədbirin dəqiq vaxtını isə rayon təşkilatlarının sədrləri öz aralarında müəyyənləşdirəcəklər.
43,947
05.12.2008 02:48
Yazarlar
KƏSİB, SONRA SAYIRLAR...
Heydər Əliyevin dövründə pullarını səxavətlə ev-eşiyinə xərcləməyə çəkinənlərin indi iştahası da, var-dövləti də çox artıb. Onlara Xəzərin 130 metrlik məsafəsi havasız gəlir. Gedin, üzü Şıx çimərliyinə tərəf, görün, orada oliqarxlar dənizin içində nələr tikiblər. Milli Məclisin Aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov isə deyir ki, bu sənəd kasıbların (!) mənafeyinə xidmət edir. Guya bu sənəd olmasa Xəzər sahillərində kasıbların on minlərlə evi uçurdulacaqmış... İnsafınız olsun, kasıb illərlə daşı-daş üstünə qoya bilirmi ki? Bir komissiya yaradıb araşdırsınlar; əgər üzü Lənkərandan ta Bakıyadək villaların sahiblərindən biri kasıb təbəqədən, qara camaatdan olsa, mən də Novxanıdakı villamı bağışlayaram Milli Məclisdəki kasıb YAP-çı deputatların birinə. Kasıb camaat qarnının hayındadır, bunlar isə öz qanunsuz əməllərini ört-basdır etmək üçün onların adından istifadə edirlər. Siz dediz, xalq da inandı, hə? 130 metrlik məsafə ilə bağlı məlum sərəncama da əməl olunmurdu. Əlbəttə ki, yenə yüksək çinli məmurlar pozurdu bu qanunu. Kasıbın hünəri nədir Xəzərdən bir balıq tutub satmaqla ailəsini dolandırsın. “Uçastkovı”, bələdiyyə nümayəndəsi, polis rəisi onun gözünü çıxarar. Ya da ovun yarısını da onlarla bölüşməlisən. Amma Xəzərin içində saray ucaldanlara kimsənin söz deməyə cəsarəti çatmaz. Elələri var ki, şirinlik üçün gələn icra nümayəndəsini təpikləyib yola salıb. İndi daha təpiyə, şirinliyə lüzum yox. Daha kim Xəzərin 20 metrliyində villa tikəsidir ki? Tikən tikib, sökən söküb, rüşvətin alan alıb. Əslində təəccüblənməyə, uzun-uzadı müzakirə açmağa dəymir. Ölkəmiz gündən-günə inkişafdadır, varlı təbəqə ilə rəiyyət arasında sosial fərq də dəyişməlidir. Kasıb Nağdəlini bu gün də olmasa, sabah tutub damlayacaqlar ki, niyə çirkli ayaqqabılarınla mənim məhləmdən keçmisən, darvazam toza batıb. Yaxud da deyəcəklər ki, qara camaat dənizdə niyə kef çəkməlidir, gedib hamamda çimsinlər. Paytaxtı gecəqondulardan, daxmalardan təkcə ona görə təmizləmirlər ki, şəhər abad olsun. Həm də ona görə təmizləyirlər ki, paytaxt özlərinin olsun. Oliqarxların, harınlamış məmurların. Parlamentdəki müzakirələrdə bəzi hakimiyyətyönlü deputatlar bu qanunun bir qrupun mənafeyinə xidmət etdiyini deyib əleyhinə səs veriblər. Korrupsiyalaşmış ölkələrdə belə hallar çox olur. Parlament xalqın yox, qrupların mənafeyinin xidmətçisinə çevriləndə istənilən qanunu rəsmiləşdirmək su içmək kimidir. İndi dənizi özəlləşdirdilər, sonrasından Allah saxlasın... Nazim SABİROĞLU
43,948
05.12.2008 01:49
Siyasət
PƏNAH HÜSEYNLƏ ZAKİR QARALOVUN ÇƏKİŞMƏSİ DAVAM EDİR
Xatırladaq ki, millət vəkilinin baş prokuroru məhkəməyə verməsinin səbəbi Z.Qaralovun 2006-cı il sentyabrın 30-da jurnalistlərə verdiyi açıqlamasında “Təəssüf ki, elmlə məşğul olan adamlar öz işlərini kənara qoyub sərsəm bəyanatlar verirlər”, “Cəmil Həsənli və Pənah Hüseynov özlərinə yeni maddi mənbələr axtarırlar”, “Cəmil Həsənli və Pənah Hüseynov Fərhad Əliyevin Azərbaycan xalqından oğurladığı pulların hesabına bu cür bəyanatlar verirlər” kimi ifadələr işlətməsi olub.Mətbuatda yayılan məlumatdan sonra millət vəkili P.Hüseyn on minlərlə seçicini təmsil etdiyini əsas gətirərək prokurorun işlətdiyi ifadələri şərəf-ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini bildirib və Yasamal rayon Məhkəməsinə müraciət edib.P.Hüseyn keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə heç bir əlaqəsinin olmadığını və onun müdafiəsi ilə bağlı bəyanatlar vermədiyini göstərib. P.Hüseyn məhkəmədən həmin ifadələrin təkzib edilməsini, onun elektron KİV-də yayılmasını və işə baxılarkən hüquq normalarını pozmuş hakimlər haqqında qərar çıxarılmasını xahiş etmişdi.Z.Qaralovun nümayəndəsi cavabdeh tərəf kimi iddianı qəbul etmədiyin, ərizədə göstərilən ifadələrdə şərəf-ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar olmadığını bildirmişdi. BDU-nun filologiya fakültəsinin rəyinə əsasən açıqlamadakı cümlələrin kiminsə şərəf-ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirmək məqsədilə deyil, irad tutmaq, kiminsə müəyyən bir işdən çəkindirmək üçün söylənilən fikirlər olduğu bildirilib.P.Hüseyn iddiasını təmin etməyən Yasamal rayon Məhkəməsinin qərarından sonra apelyasiya şikayəti vermişdi. Məsələyə münasibət bildirən P.Hüseyn şikayətin 2008-ci il 17 oktyabr tarixində edildiyini, bir ay müddətində isə şikayətə baxıldığını söylədi.P.Hüseyn Ali Məhkəmənin plenimuna müraciət edəcəyini dedi. Millət vəkili BDU-nun verdiyi rəyin absurd olduğunu bildirdi. Ali Məhkəmənin plenimunun iddiasını təmin etməyəcəyi halda Konstitusiya Məhkəməsinə, lazım gələrsə, Avropa Məhkəməsinə müraciət edəcəyini söylədi.Xatırladaq ki, P.Hüseyn 2003-cü ilin oktyabrında qanunsuz həbs olunması ilə bağlı da şikayət ərizəsilə müraciət edib.
43,949
05.12.2008 02:47
Yazarlar
UCA DAĞLAR, YOL VER BİZƏ
Az-çox dünyanı gəzib-görmüşəm, bizdəki kimi qurub-yaratmaq adıyla olub-qalana qənim kəsilənə, xaraba qoyana rast gəlməmişəm. Yarı yaşımı adlayıb az-çox yaxşıya, pisə fərq qoymaq haqqı da qazanmışam. Bir də bu torpağın üstündə yaşadığımdan, onu canım-qanım qədər sevdiyimdən təəssübünü çəkmək nizamını da heç kəs əlimdən almayıb.Böyük sevgilər həmişə köntöy olub. İnsan içindəki sevginin hüdudlarını aşanda həmişə yurd-yuvasının dərd-sərini dilə gətirib. Onu anlatmaq, lap qanmazın qafasına zorla yeritmək üçün iti sözdən, ovxarlı kəlamdan yapışıb. Hər əyər-əskiyə göz yumub gördüklərimizə indiki kimi tərif sığalı çəkmək yolunu tutsaq, öncə Sabiri, Mirzə Cəlili tariximizin öyünc siyahısından silməliyik. Zamanında gördükləri kəm-kəsiri sözlə qıyma-qıyma doğradıqlarından, bir o qədər də döyülüb-söyüldüklərindən indi bizə bu qədər uca görünürlər. Olub-qalanın da viran edilib dağıdıldığı bu zamanda yaşasaydı, Sabir susardımı? Elə susmadığı qədər də bir türmənin adlı, ünvanlı bəzəyinə çevrilərdi. Bu da bir qismətdir, bu da bir yazıdır: doğruya zindan, oğruya meydan verilib. Yerlər dəyişməyənə qədər nəyi qurub-yaratdığımızı, hansı dəyərlərə söykəndiyimizi, köhnənin yerində qurulan təzənin qədir-qiymətini də ayırd edə bilməyəcəyik.Yaşı 90-ı haqlayan, bu dünyayla uzun illərin haqq-hesabını çəkən, ömrünün qüruba enən çağında ona bəlli olmayan səbəbdən zindana atılan bir cüt oğul yoluna boylana-boylana qalan, son nəfəsində hamıdan halallıq uman, haramın halalın üstündən tapdayıb keçdiyinə yanıb-yaxılan bir qocanın son nəfəsdə nələr çəkdiyini ağlınıza gətirirsinizmi? Bir o qədər də atalarının ölümünü eşidib onu torpağa tapşırmaq haqqına da tapına bilməyən bir cüt oğulun qəfəsdəki quş kimi necə çırpındığını da düşüncə süzgəcindən keçirin. Hansı dövrdə, hansı zamanda yaşadığımızın əzabını dərk eləməyə bəs eləyəcək.Elə buna görə sözdən savayı heç nəyə ərki çatmayan hər birimiz - Mirzə Sakitin və Qənimətin qələm yoldaşları onların əvəzindən Səlim kişi torpağa tapşırılanda iştirak etməməyimizdən içimizdə özümüzü günahkar sayırdıq.Bu dünyanın dirisinə əzab olan yollarla Rauf Arifoğlu, Rey Kərimoğlu, Əfqan Muxtarlı və mən Şamaxıya - Meysəri kəndinə, dünyadan köçəni anmağa gedirdik. Qənimətin, Sakitin türmədən atalarının yas yerinə buraxıldığını da səhər tezdən Rauf Arifoğlu xəbər verdi. Tələm-tələsik yola düzəldik. Azadlıqla zindan arasındakı məsafənin saat 4-də tamamlanacağını bildiyimizdən ayrılan vaxta sığmaq istəyirdik.Xaraba qoyulan, iki-üç yerdə candərdi iki-üç traktorun, maşının toz-duman qopardığı yollar bizi tələsdiyimiz qədər ləngidirdi. Sanki hər bələni aşanda, hər döngəni dönəndə bir Ziya Məmmədov dayanıb, durduğu yerdən bu mənzərəyə tamaşa edir, öz xisləti qədərincə ləzzət alırdı. Yolçəkən 120 kilometrlik bir məsafəni xaraba qoyub və bu gedişlə sonu bəlli olmayan bir əzabı boynumuza biçib öz varlığını xatırladırdı. Tamah dağıdanı nəfs tikib başa çatdırmağa qoymur.Bu əsrdə elə 120 kilometri 3 saata getmək də bizim qeyrətdə və heyrətdə bənzərsizliyimizin təsdiqidir. Təkcə Şamaxıya gedən yolmu belədir? Bakıdan şimala, cənuba, şərqə doğru uzanan yollarımız qarış-qarış beləcə doğranıb. Türmələrin qapıları bu torpağı sevdikləri qədər günahları olan Qənimətin, Mirzə Sakitin üzünə bağlanıb, bu xalqı öz qisməti dalınca getməyə qoymayan, onu yollarda yorğun salanlara açılsaydı, itən inamımız qayıdar və zindan da hörmətə minərdi.Meysəridə qəbiristanlıq kənddən bir boy ucada yerləşir. Ordan dərələr, düzlər, kürəyini dağlara söykənən obalar ovuc içi kimi görünür. Bu obalarda gördüyünə göz yuman, hər zülmə, əzaba dözən dirilər yaşayır.Bakıya çatanda zəng eləyib dedilər ki, Qənimət və Mirzə ayın 7-nə qədər azadlıqda olacaqlar. O gün həm də Qurban bayramıdır. Onlara bir udum azadlıq qıyana xeyir-duamızı da əskik eləmədik və indən sonra zindanın halalla haram, haqla nahaq arasında çəpər olmasını dilədik.Dualarımızı eşitdinizmi, dağlar? Onda ixtiyar sahiblərinə çatdırın.
43,950
05.12.2008 03:52
Müsahibə
“ƏFVƏ XÜSUSİ OLARAQ KÖKLƏNMƏSƏM DƏ, ONU GÖZLƏYİRƏM”
- Qənimət bəy, bir ildən artıqdır ki, həbsdəsiniz. Bu azadlıq yarımçıq da olsa, nə deyir sizə? - Təbii ki, bizə verilən imkanı yüksək qiymətləndirirəm. Azadlığım müvəqqəti də olsa, hər halda, görmək, danışmaq istədiyim insanlar vardı ki, onları gördüm və danışdım. Amma hər halda, deyilən müddətdə qayıtmalıyam və bu, faktdı. - Təəccübləndinizmi bu qərara? Hakimiyyətdən belə jest gözləyirdinizmi? - Açığını deyim ki, nələrəsə təəccüblənmə artıq vərdiş kimi yadırğanıb. Yenə də təəccüblənmədim. Atamın ölüm xəbərini eşidən kimi ağlıma gələn o oldu ki, görəsən, onun yas yerində iştirak etməyə buraxacaqlar, ya yox. Mən əmindim ki, bu məsələni qaldıran kifayət qədər adamlar və təşkilatlar olacaq. Həm də ki, mən bu xəbəri gec eşitmişdim. Atamın ölümündən bir gün sonra, yəni dəfn axşamı. Amma yenə də təkrar edirəm ki, verilən bu qərar gözlənilməz olmadı. Düzdü, qanunda belə bir məsələ var, amma tətbiq olunmayıb. Bununla yanaşı, başa düşürdüm ki, hər halda, Azərbaycanda 16-cı əsr deyil. Belarusda da buna bənzər hadisə baş verəndə Lukaşenko eyni addımı atıb. Ermənistanda da belə olub. Azərbaycanda da bunu ciddi bir ajiotaja çevirmədən həll yolunu seçən adamların olduğuna inanırdım və inandığım kimi də oldu. - Deyəsən, dostlarınızla söhbətdə bu olayı “Qurdlar Vadisi” serialına, öz durumunuzu isə Polad Alemdarın durumuna bənzətmisiniz. Yəni türmədən çıxıb yas yerinə, ardınca isə türməyə qayıtma “trayektoriya”nızı deyirəm. - (Gülür). Allah eləməsin. Təvazökarlıqdan o qədər də imtina etmiş adam deyiləm. Kimlərinsə zarafatıdır. Doğrudur, hadisə oxşaya bilər, amma personajlar tam fərqlidir. Allaha şükür, kriminal qruplaşmanın adamı deyiləm, özümü sıradan jurnalist sayıram. Amma görürəm ki, ictimaiyyət üçün gözlənilməz və təəccüblü hadisə baş verib. Çünki bu vaxta qədər belə presedent olmamışdı. - 7 gün daha nələrə icazə verilib sizə? Qadağaların sərhədi hara qədərdir? Ancaq evdəmi olacaqsınız? Yoxsa kənddə kimlərəsə baş çəkməyiniz mümkündür? - Nəzarətçilər mənim hərəkətimi məhdudlaşdırmırlar. Kəndin içində də gəzə bilirəm. Bax indi sizinlə danışa-danışa küçədə gəzişirəm. Başımın üstündə silahla dayanmayıblar. Hərəkətlərimi məhdudlaşdırmaq istəklərini hiss etməmişəm. Həyətdə, evin yanında otururam. Kim görmək istəyirsə - yaxın və uzaq kəndlərdən - gəlib mənimlə görüşürlər. Adi vaxtlarda da mən kəndə gələndə adətən kəndə az çıxıram. Eləcə həyətdə oluram. - Bəs kəndə nəzarət varmı? Rayon polis idarəsinin, habelə paytaxtdan gətirilən polislərin nəzarətini soruşuram. - Yox, elə də nəzarət olduğunu hiss etmirəm. Söz-söhbət də yoxdur ki, nəzarət var. Hər halda, ətrafda elə ab-hava hiss olunmur. - Bütün qohum-əqrəba bir aradasınız. İnsanlar nə deyir bu vəziyyətə? Onlarçün gözlənilməzdimi bu müvəqqəti azadlıq? - Konkret bu hadisə ilə bağlı başqa adamlar üçün daha gözlənilməz olub. Hər halda, mənim 1, Sakitin isə 2 il yarımdır ki, yaxınlar, kənddəki qohumlarla əlaqə saxlamaq imkanlarımız yox idi. Bu baxımdan təbii ki, maraqlıdır. İlk günlər bu müddət ərzində baş verənlərlə maraqlanır, danışırıq. - Nəzarətçilər də sizinlə eyni evdə qalırlar? - Yox, onlar gecəni kənddəki evlərdən birində keçirirlər. Açığı, bilmirəm, gecə yatırlar, ya yox? Hər halda, öz işlərinin öhdəsindən gəlirlər. - Hamı yarızarafat soruşur ki, qardaşların kənddən qaçma ehtimalı varmı, görəsən? - Mənim burdan qaçma ehtimalım mənfi 50 dərəcədir. Yəni əsla mümkün deyil. Özü də demişəm axı, bu ölkənin türməsi də bizimdir. Hara qaçasıyam ki? - Rayonda, kənd-kəsəkdə, insanların arasında daha çox nə diqqətinizi cəlb etdi? Nəyə təəccübləndiniz? Yəni son bir ildə nələr dəyişib? - Açığı, ən çox diqqətimi cəlb edən və ən çox hiss etdiyim atamın yoxluğudur. Mənim atam uzun ömür yaşadı. Ona çox vərdiş eləmişdim. Hər həftə baş çəkir, hal-əhvalını yoxlayırdım. Onun yoxluğu içimi üşəndirir. - Heç ağlınıza gələrdi ki, atanızın ölüm xəbərini həbsxana divarları arasında eşidəcəksiniz? - Düzü, bu ailə-məişət məsələlərində mən bir o qədər də melanxolik, sentimental deyiləm. Hər zaman hansısa hadisələrin ola biləcəyini gözləmişəm, özümü psixoloji cəhətdən buna hazırlamışam. Öz həyatımın da gərginliyini bilmişəm. Ona görə də bunu adi bir hadisə kimi qarşıladım. Bu da mənim taleyimin bir hissəsi oldu. - Atanızla axırıncı dəfə nə vaxt görüşmüşdüz, nə vaxt danışmışdız? Yadınızdadır? - Mən həbs olunmamışdan bir gün əvvəl kənddə yaxın qohumlardan birinin toyu idi. Uşaqları yola saldım, amma özüm gəlmədim. Onda atam narahat olmuş, sonra mənə zəng eləmişdi ki, niyə gəlməmisən? Hətta o, mənim həbs olunduğumu düşünmüşdü. Və ilk sualı da bu olmuşdu ki, doğrudanmı səni həbs ediblər? Baxmayaraq ki, onunla danışdığım gün dostum İlqarla oturub çay içirdik. Həmin dostumu atam da tanıyırdı. Onu inandırmaq üçün dedim, istəyirsən, telefonu İlqara verim, əmin ol ki, tutulmamışam. Dedim ki, əgər məni tutsaydılar, sənə axı zəng edə bilməzdim. Ondan sonra ürəyi sakitləşdi, tutulmadığıma inandı. - Bəs atanızın ölüm xəbərini ilk dəfə kimdən və necə eşitdiniz? - Sonradan bildim ki, ilk dəfə bu xəbəri televiziyada deyiblər. Amma mən televiziyaya baxmamışdım. Türmədəki uşaqlar baxmışdılar, amma onlar da belə xəbəri deməyə ürək eləməmişdilər. Hardasa 3-cü, 4-cü adamdan eşitdim ki, deyəsən, jurnalistlərdən kiminsə atası rəhmətə gedib. Bir başqası onu təkzib etdi. İçimə şübhə doldu və “Azadlıq” radiosunun saat 10-dakı xəbərlər buraxılışına qulaq asdım. İlk xəbər atamın ölümü ilə bağlı idi. - Bildiyimiz qədər, Mirzə Sakitlə Bakıya eyni maşında gəlmisiniz. İki-üç saatlıq yol boyu daha çox nədən danışdız? Hər halda, iki il yarımdır, onunla uzun-uzadı söhbət etmək imkanınız olmamışdı. - Vallah, biz qardaşlar arasında münasibət pərdəlidir. Deməzdim, soyuqdur, amma bir qədər işgüzar xarakterlidir. Bir-birimizlə adətən işimiz olanda danışardıq. Mən eşidəndə ki, hardasa iki qardaş oturub söhbət edir, həmişə təəccüblənirəm ki, görəsən, onlar bu qədər müddət ərzində nədən danışırlar? Elə maşında da ancaq “nə var, nə yox” məzmununda söhbətləşdik. Sonra da Sakit çalışdı ki, yolda bir az yatsın, yəni yuxu ilə əlləşdi. - Heç atanızla bağlı danışmadız? - Yox. Biz qardaşlar öz romantik-poetik təəssüratlarımızı bir-birimizlə bölüşmürük. Hərə öz ağrısını da, təəssüratını da içində yaşayır. - Bir neçə gün sonra həbsxanaya qayıdacaqsınız... Müvəqqəti azadlıqdan sonra yəqin ki, bu qayıdış çətin olacaq. - Yox, mən hər şeyi real qəbul edirəm. Həbsxanadakı dustaqların da mənimlə münasibətləri normaldır. Yəqin ki, onlar da məndən təəssüratlarımı soruşacaqlar. Bəlkə də məni gözləyənlər var. Amma ürəklərində istəyirlər ki, qayıtmayım. Qayıtmamaq ehtimalım barədə də düşünənlər az deyil yəqin ki... - Bütün hallarda sizinlə bağlı atılan bu addım müsbətdir. Davamı gələcəkmi, sizcə? Əfv gözləntiləriniz artıbmı? - Təbii ki, müsbət addımdır. Bu sahədə hansısa müsbət addımlar başlayıbsa, bunun tendensiyaya çevrilməsini istəyirəm. Yalnız özümü nəzərə alaraq demirəm. Sadəcə olaraq, bu müsbət addımların axın, tendensiya şəklini alması cəmiyyət üçün də xoş hal olar. Əfvə gəlincə, müəyyən dərəcədə gözləyirəm. Doğrudur, özümü ona xüsusi olaraq kökləmirəm. Bütün psixoloji addımlar, əhvalım ondan ibarətdir ki, dekabrın 8-də həbsxanaya qayıdacağam.
43,951
05.12.2008 02:10
İqtisadiyyat
CƏLAL ƏLİYEV BANKINI RUSLARA SATDI
Əslində bu məqama qayıtmaqda əsas məqsədimiz Rusiya bankının Azərbaycanın bank sektorundakı canfəşanlığı deyil. Məsələ ondadır ki, bir neçə il əvvəl də Rusiyanın “Nikoyl bank”ı Azərbaycanda bank fəaliyyətinə başlayıb və indi aparıcı mövqelərə sahibdir. Söhbət ondan gedir ki, mötəbər mənbənin dediyinə görə, adıçəkilən “AF Bank” Cəlal Əliyevə məxsusdur. “Bakıda eyni adlı ”AF Senter" və bu qurumun tikdiyi çoxsaylı yaşayış binaları var. Bütün bu “AF”ların isə çox hörmətli akademikimiz Cəlal Əliyevə məxsus olduğu deyilir. O ki qaldı “AF Bank”ın səhmlərinin satılmasına, görünür, onun sahibi Azərbaycanda bank fəaliyyətinin perespektivinin uğurlu olmayacağına ümid etmir"- deyə mənbə bildirir.Mövzuyla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
43,952
05.12.2008 02:51
Ölkə
HEYDƏR BABAYEVİN DAHA BİR ADAMI VURULDU
Qeyd edək ki, bu təyinatdan öncə M.Tağıyev Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışıb.Xatırladaq ki, “Azərlotereya” ASC 2001-ci il noyabr ayının 23-də dövlət başçısının fərmanı əsasında Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. “Azərlotereya” ASC-nin təsisçisi rolunda İqtisadi İnkişaf Nazirliyi çıxış edir. Azərbaycanda bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
43,953
05.12.2008 02:18
Ölkə
BAKI SUSUZ QALIB
“Azərsu” Səhmdar Cəmiyyətinin dispetçer xidmətindən lent.az-a bildiriblər ki, hazırda Nərimanov, Yasamal rayonları tamamilə, Səbayel, Nəsimi və Xətai rayonlarının isə bir hissəsi sussuz qalıb. “Azərsu”dan bildirirlər ki, boru xəttinin dəyişdirilməsi prosesi bu gün axşam saatlarınadək başa çatdırılacaq. Gecə isə borulara və anbarlara su vurulmasına başlanacaq. Bundan başqa, paytaxtın Sabunçu və Əzizbəyov rayonlarında, Bakı kəndlərinin bir qismində də su təchizatı dayandırılıb. “Azərsu”dan lent.az-a bildiriblər ki, buna səbəb Sabunçu magistral su xəttinin qışa hazırlanması ilə bağlı görülən tədbirlərdir. Bu ərazilərə də su verilməsinin dekabrın 5-də, gün ərzində bərpa olunacağı gözlənilir.
43,954
05.12.2008 10:40
Mənəviyyat
YASAMALDAKI MƏSCİDİ GÖYDƏLƏNƏ GÖRƏ SÖKMƏK İSTƏYİRLƏR?
Açıqlama ilə bağlı dini icmanın sədri, “Arqumentı i faktı” qəzetinin baş redaktoru Mirvaleh Mövsümovla bir daha əlaqə saxladıq. O, QMİ-də informasiyanın yanlış olduğunu dedi: “Mənim əlimdə daşınmaz əmlakın dövlət şəhadətnaməsi (2003, 2005) var. Orada göstərilir ki, 60 və 80 kvadrat metrlik sahənin sahibi həqiqətən mənəm”. İcma sədri məsələnin minarənin yerləşdiyi 9 metrlik ərazi ucbatından böyüdüyünü söylədi: “Azanın səsi insanları müalicə etdiyi halda, bu gün azan verilən minarənin tikildiyi ərazini qanunsuz zəbt etdiyimi deyirlər. Minarənin 7 metrlik fundamenti var. Artıq 25 metr ucaltmışıq”. Onun fikrincə, minarənin tikilməsinə icazə yox idisə, 25 metr tikəndən sonra məhkəməyə verməyin mənası nə ola bilər, anlamır. M.Mövsümov qaldırılan məsələnin məscidin 40-50 metrliyində tikilən hündürmərtəbəli bina ilə bağlı olduğunu istisna etmir: “Bəlkə orada yaşayacaq insanlar azanın səsini eşitmək istəməyəcəklər. Ancaq mən geri dönən deyiləm. Etdiyim əməllərə görə də heyfsilənmirəm. Sadəcə, xalqa məscid tikib təhvil vermək istəyirəm”.İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu məsələ ilə bağlı araşdırmalar bitmədiyindən, hələlik açıqlama verə bilməyəcəyini dedi: “Mən məsələni mətbuatdan izləyirəm. Problemin qəti kökü aydın olmadan nəsə söyləmək çətindir”. Hacı İlqar eyni zamanda məscidin sökülməsi haqqında məhkəmə qərarını anlamadığını xatırlatdı və məsələnin Qurban bayramı öncəsi ortaya çıxmasını çox pis hal hesab etdiyini söylədi: “Deməli, bu sahədə boşluqlar var ki, belə məsələlər ortaya çıxıb. Yəni məscid tikilənə qədər belə konfliktli məsələləri aydınlaşdırıb yerindəcə həll etmək daha uyğun olardı. Qeyri-qanuni işlər olubsa, müvafiq strukturlar zamanında təpki verməlidirlər. Ümumiyyətlə, bu məsələdə birmənalı danışmaq çox çətindir”. Müsahibimiz onu da qeyd etdi ki, məscid ehtiram, hörmət qoyulası bir məkandır və qanun çərçivəsində vətəndaş cəmiyyətlərinin hərəkətə gəlib müsəlmanlar üçün Allah evi tikməsi alqışlanan addımdır: “Bu sahədə qanunlar nəcib və ehtiyatla həyata keçirilməlidir”.
43,955
05.12.2008 02:39
Ölkə
AZAD RƏHİMOV MÜXALİFƏTÇİ GƏNCLƏRİ QƏBUL EDİB
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı bizimlə söhbətində dedi ki, görüşdə siyasi mənsubiyyətinə görə gənclərin ali məktəblərdə ciddi problemlərlə qarşılaşdıqlarını xüsusi müzakirə ediblər.Nazir Azad Rəhimov nazirliyin gördüyü işlər haqda ətraflı məlumat verib. Siyasi partiyaların gənclər təşkilatları ilə əməkdaşlığa gəlincə, A.Rəhimov nazirliyin əsasnaməsinin buna imkan vermədiyini bildirib. A.Rəhimov yanvar ayından etibarən nazirliyin nəzdində İctimai Şuranın fəaliyyətini bərpa edəcəyini, iki aydan bir keçirilən toplantılara gənclər təşkilatlarının da dəvət olunacağını deyib. Nazir müxalifətçi gənclərin təşkil etdiyi tədbirlərdə də iştirak edəcəyini bildirib.
43,956
05.12.2008 03:42
Siyasət
MEHDİ HÜSEYN DƏ ƏFVƏ DÜŞƏ BİLƏR
Məsələ ilə bağlı Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə ilə əlaqə saxladıq. Hüquq müdafiəçisi Mehdinin azadlığa çıxması məsələsinin komitənin daim diqqət mərkəzində olduğunu dedi: “Məlumdur ki, Mehdi Hüseyn terrorçuluq maddəsilə itiham olunub. Guya o, Naxçıvandan Bakıya uçan təyyarəni qaçırmaq istəyirmiş. Məhkəmə ona 9 il həbs cəzası kəsib. Artıq o, cəzasının böyük hissəsini çəkib. Bugünlərdə atası da mənə zəng etmişdi. Məndə olan məlumatlara görə, Mehdinin atası can üstədir. Düşünürəm ki, belə vəziyyətdə Mehdi əfv edilə bilər. Onu da deyim ki, bununla bağlı növbəti iclaslarda məsələni müzakirə edəcək və Mehdinin azadlığa çıxması ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyik”. Hüquq müdafiəçisi M.Hüseynin əfvə düşəcəyinə inandığını da dedi. Onun sözlərinə görə, yaxın günlərdə əfv fərmanının veriləcəyi istisna deyil.
43,957
05.12.2008 02:43
Ölkə
“MEYDAN SİRLƏRİ” AÇILIR
Müəllifin sözlərinə görə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək “Azadlıq” meydanında keçirilmiş mitinqdə çoxlu sirli məqam olub: “Həmin məqamlar hələ də geniş ictimaiyyətə məlum deyil. Meydan hərəkatının fəal təşkilatçılarından biri kimi kitabda aksiyanın başlanması, davamlı olması, hakimiyyətin aksiyanı dağıtmaq planları, hərəkatı parçalamaq üçün meydana göndərilən casuslar barədə bir sıra məqamlara kitabda aydınlıq gətirilib. Kitabı yazarkən rəsmi sənədlərdən, şahidi olduğum hadisələrdən, istintaq və arxiv materiallarından istifadə etmişəm”. Ə. Əliyev “Meydan sirləri”ndə Azadlıq meydanında insanların sayının azalmasının səbəblərinə də aydınlıq gətirib. Kitabda həmçinin meydanda yığılan milyonlarla pulun yoxa çıxması, aksiyanın təşkilatçılarının istintaq zamanı hansı məqamları açıqlamaları, Nemət Pənahlının hökumətin hansı nümayəndələri ilə əlaqəsinin olması, onun ifadəsi əsasında kimlərin həbs edilməsi, İsa Qəmbəri meydanda çıxış etməyə kimlərin məcbur etməsi, Sabir Rüstəmxanlı və Nemət Pənahlının tətil və Ermənistanı iqtisadi blokadaya almaq, ermənilərin qovulması kimi çağırışların əleyhinə olmalarının səbəbləri, Əli Kərimlinin müstəntiqlərlə danışıqları, Fazil Qəzənfəroğlunun istintaqa verdiyi ifadəsindəki məqamlar da açıqlanıb.
43,958
05.12.2008 01:44
Mədəniyyət
HÜSEYN DƏRYA HƏBS EDİLDİ
H.Dəryanın barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddləri ilə cinayət işi başlanıb. Reperin barəsində həbs-qətimkan tədbiri seçilib. ÿHüseyn Dəryanın həyat yoldaşı Sona xanım isə “ANS press”ə bildirib ki, onun yoldaşı narkotikadan istifadə etmir və tutulan gün də üzərində narkotik maddə olmayıb: “Həmin gün Hüseyn iki dostu ilə olub və onlarla birgə idarəyə aparılıb. Mən bu gün (dünən) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşam, övladımızın metrikasını aparmışam ki, bəlkə azyaşlı uşağı olduğuna görə onu azadlığa buraxarlar... Dünən oğlumuzun 3 yaşı tamam oldu, amma atası onun ad günündə iştirak edə bilmədi”...
43,959
05.12.2008 03:46
Siyasət
AVROPA MƏHKƏMƏSİ ƏLİ İNSANOVLA BAĞLI HAKİMİYYƏT QARŞISINDA TƏLƏB QOYDU
Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi hər iki tərəfdən paritet əsasla (3 nəfər hökumət tərəfindən, 3 nəfər müdafiə tərəfindən) tibbi ekspertlər olmaqla, Əli İnsanovun xüsusi problemləri üzrə diaqnoz qoyulmasını vacib sayır. “Avropa Məhkəməsi Əli İnsanovun xüsusi problemlərini həll etmək üçün cərrahiyyə əməliyyatı da daxil olmaqla, uzunmüddətli müalicəsi üçün dərhal qərar qəbul edilməsini hökumətdən tələb edir. Məhkəmə qərar qəbul edilməsi üçün hökumətə 2009-cu il yanvarın 20-dək vaxt verib”, - deyə o qeyd edib.
43,960
05.12.2008 02:47
Ölkə
İTKİN BACILARLA BAĞLI YENİ FAKTLAR AÇIQLANDI
Bunu APA-ya açıqlamasında Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi, cinayət işinin sabiq müstəntiqi Zakir Saatov deyib. İdarə rəisi söyləyib ki, T. İsmayılov yalnız 1 ay 20 gün həbsdə olduqdan sonra Nailə və Reyhanə Məcidovaları, həmçinin 2005-ci ilin may ayında Diləfruz Daşdiyevanı rayon polis şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun sifarişi ilə oğurlayıb ona təhvil verməsinə dair ifadə verib: “Lakin həmin faktlar istintaq zamanı təsdiqini tapmayıb. Müəyyən edilib ki, bu ifadəni Təvəkkül İsmayılov törətdikləri xüsusilə ağır cinayətlərə görə ala biləcəkləri cəzanı yüngülləşdirmək məqsədilə verib”.İdarə rəisi söyləyib ki, işlə bağlı son vaxtlar media orqanlarında çıxış edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus konkret cinayət işlərinin istintaqından və məhkəmə baxışlarından öz siyasi məqsədi üçün istifadə edir. Z. Saatov Təvəkkül İsmayılovun əvvəllər də bir sıra ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunduğunu xatırladıb: “İstintaq tam obyektiv aparılıb, hazırda məhkəmə araşdırmaları davam edir. Mən bildirirəm ki, bu cinayət işi barədə Leyla Yunus və onun kimiləri qəsdən ölkənin hüquq-mühafizə orqanlarına böhtan atır, yalan məlumatlar yayaraq ictimai fikri çaşdırmağa, məhkəmənin ədalətliliyini şübhə altına almağa çalışır, özlərini cəmiyyətə layiq olmadıqları insan haqlarının müdafiəçisi qismində sırımağa cəhd göstərirlər”.
43,961
05.12.2008 02:48
Gündəm
AZƏRBAYCAN ƏSGƏRLƏRİ İRAQLA VİDALAŞDI
Mərasimdə deyilib ki, Azərbaycan sülhməramlılarının xidmət etdiyi su bəndi irimiqyaslı terror hücumlarına məruz qalmayıb və indiyədək bir-birilərini əvəz edərək cəmi 1000-dən çox Azərbaycan əsgəri bu missiya çərçivəsində xidmət keçib. Xəbərdə deyildiyinə görə, bu il ərzində Bosniya-Hersoqovina, Cənubi Koreya, Polşa, Ermənistan, Qazaxıstan, Gürcüstan, Latviya və Makedoniya öz missiyalarını başa vurublar. Tonqa və Yaponiya isə tezliklə hərbi missiyasını başa vurmağa hazırlaşır. İraqdakı sülhməramlı əməliyyatlarda BMT-nin mandatı çərçivəsində 35 ölkə iştirak edib. Gələn ilin yanvarından bu mandatı İraqla ABŞ arasında Amerika qoşunlarının ölkədə daha 3 il qalmasını nəzərdə tutan təhlükəsizlik müqaviləsi əvəz edəcək.Amerika dəniz piyadalarının “Military.com” saytı isə qeyd edir ki, təqribən ABŞ-ın Cənubi Karolina ştatı böyüklükdə olan Azərbaycan ötən beş il ərzində İraqın Əl-Anbar bölgəsində həyati əhəmiyyətli obyektin mühafizəsində iştirak edib. Dekabrın 3-də keçirilmiş mərasimdə deyilib ki, Azərbaycan əsgərlərinin sülhü və təhlükəsizliyi təmin etmək üçün göstərdikləri mühüm fəaliyyət sona çatıb və onlar tezliklə öz evlərinə dönəcəklər. “Ola bilsin ki, amerikalıların çoxu Azərbaycanı tanımır, ancaq bu ölkənin əsgərlərinin İraqda gördükləri işlər dünyada xüsusi hörmətə layiqdir. Azərbaycanlı əsgərlər həyati əhəmiyyətli Hadita su bəndinin mühafizəsində iştirak ediblər. Bu stansiya İraqın elektrik enerjisinə olan ehtiyacının 25 faizini təmin edir”, deyə mərasimdə çıxışı zamanı Amerika dəniz piyada qüvvələrinin polkovniki Patrik Malay bildirib. Polkovnik deyib ki, azərbaycanlı əsgərlər ilk dəfə İraqa 2003-cü ilin avqustunda gəlib, o vaxtdan bu yana onlar hər hansı irimiqyaslı terror hücumu ilə üzləşməyiblər. Azərbaycanlılar su bəndinin xarici mühafizə postlarında mövqe tutublar və onlar hər gün elektrik stansiyasında işləməyə gələn 630-dan çox adamı yoxlayıblar. Həmçinin onlar Fərat çayının və Qadisiyah gölünün sularına nəzarət edərək yaraqlıların mümkün hücumları ilə bağlı təhlükəsizlik tədbirləri görüblər.Mərasimdə Azərbaycanın himni də səsləndirilib. Çıxışlardan sonra Amerikanın İraqdakı qüvvələrinin komandanlığının nümayəndəsi, general-mayor Maykl Ferrit Azərbaycan sülhməramlılarını mükafatlandırıb. “Bu, İraq və Azərbaycan üçün tarixi gündür. Eyni zamanda biz koalisiya üzrə tərəfdaşlarımızla vidalaşdığımıza görə məyusuq”-deyə general bildirib. Mərasimin sonunda sülhməramlılar Azərbaycan bayrağının ətrafında toplaşıblar. Amerika ordusunun generalı Con Kelli isə deyib ki, koalisiya qüvvələri artıq terrorçulara qarşı müharibənin ön cəbhəsində deyil: “Biz fəxrlə deyə bilərik ki, geri çəkilirik. Çünki İraq təhlükəsizlik qüvvələri artıq güclüdür”.
43,962
06.12.2008 10:45
Müsahibə
“MƏNİM DEDİKLƏRİMİ HƏR KİŞİ SÖYLƏYƏ BİLMƏZ”
Hətta xalq artistinin O.Əsədovu hədəfə almasının arxasında spikerin onun 20 ildən sonra verdiyi möhtəşəm konsertinə təşrif buyurmaması, üstəlik deputatların konsertə gəlməsi ilə bağlı xahişə müsbət reaksiya verməməsi söylənilirdi.Təəssüf ki, obyektiv səbəblərdən həmin məqamlara dəyərli sənətkarımızın münasibətini öyrənə bilməmişdik. Amma nə yaxşı ki, dünən Zeynəb xanımın köməkçisi Maral xanım redaksiyamıza telefon açıb iradlarını bildirdi. İsrarlı təkidlərimizdən sonra hörmətli millət vəkili ilə də telefonla danışmaq imkanı qazandıq.Zeynəb xanım “mən sənət adamıyam və ancaq sənət məsələləri ilə məşğulam” deyib müsahibəyə razılaşmasa da israrlı xahişimizi yerə salmadı. Nəticədə elə ciddi rezonansa səbəb olan parlamentdəki çıxışı ilə əlaqədar söz-söhbətə, həmçinin bizi maraqlandıran digər məsələlərə münasibət bildirdi:- Sizə deyim ki, mənim guya spikerə biletlərimin deputatlara satdırılması xahişinə getməyim barədə yazılanların heç bir əsası yoxdur. Mən bütün yaradıcılığım boyu bu məsələlərlə məşğul olmamışam. Hətta konsert ərəfəsi elə insanlar var idi, deyirdilər ki, Zeynəb xanım, biz istəsək, o zalı bütöv götürə bilərik. Sadəcə, biz istəyirik ki, evimizdə desinlər Zeynəb xanım bizi konsertinə dəvət edib. Mən heç mənliyimə sığışdırıb kiməsə dəvət göndərməyə də razı olmadım. Çünki bu gün bəzi oxuyanları görürəm, evlərini, maşınlarını satırlar ki, konsert eləsinlər. Gələn yoxdur axı. Mən isə belə şeylərdən çox uzaqda dayanan adamam. Milli Məclisin nə qədər üzvləri var idi ki, məndən xahiş eləmişdilər. Özü də sonradan deyirdilər ki, sizdən incimişik. Dedim mən başa düşmürəm, nəyə inciyirsiniz? Mən oxuyan adamam, sənətimlə məşğulam, kassir, ya biletsatan deyiləm. Bilet istəyirsiniz, gedin alın. Hətta deyiblər axı, biz tapmırıq. Demişəm bəli, tapa da bilməzsiniz. Mən bu sözləri demişəm. Yoxsa mən xahiş edim ki, ay Oqtay müəllim, siz konsertə gəlin. O da deyib ki, yox, mən bacarmaram. Belə şey olmayıb axı, gülməli məsələdir. Sadəcə, Sabir Rüstəmxanlı Şəhriyardan danışanda mən biganə qala bilmədim. Digər məsələlərlə mənim işim yoxdur. Millətim, xalqımla bağlı məsələlərdə artıq danışmağa başlayıram. Görürsünüz ona görə də adım çıxışçıların siyahısında yox idi. Sabir Rüstəmxanlı danışandan sonra ona çox sağ ol deməyi özümə borc bildim. Ki, sağ olsun Sabir müəllim Şəhriyardan, Məhəmməd Əmin Rəsulzadədən danışdı. Məgər mən pislik elədim? - Ancaq spikerlə bağlı dedikləriniz daha çox diqqət çəkdi. Dediniz ki, spiker sizi təbrik eləməyib... - Bu fikirlər birdən mənim yadıma düşdü, sözgəlişi dedim. Prezidenti istəyən adam onun istədiyi adamlara da hörmət eləməlidir. Görürsən adi bir biznesmen şöhrət ordeni alır onu təbrik edirsən. Amma o boyda prezident mənimlə qarlı-çovğunlu gündə, keçən ilin 28 dekabrında görüşdü, amma sən Milli Məclisdə məni təbrik eləmirsən. Mən istəyirəm ki, digər insanlar da prezidentdən nümunə götürsünlər. Gör üstündən nə qədər vaxt keçib, amma ürəyimdə qalmışdı da. - Nə əcəb indiyədək bu incikliyinizi dilə gətirməmişdiniz... - Üstünü vurmurdum. Düşünürdüm ki, yeri gələr bir dəfə deyərəm. - Ancaq Oqtay müəllimin iştirak etmədiyi iclasda sizin bu sözləri deməyiniz bəzi uzaqgedən nəticələr çıxarmağa səbəb oldu... - Mən heç kimdən çəkinmirəm ki. Məgər o orda olanda həmin sözləri deyə bilməzdim? Mən heç kimin demədiyi sözləri deməyi bacaran adamam. Sadəcə, bu addımı atmaq onun vəzifə borcu idi. Ona görə də dedim ki, prezident məni təbrik etdiyi halda, sən necə təbrik etməyə bilərsən? Amma qəzetinizdə yazılıb ki, guya konsertimə gəlməyib. Yalan sözlər mənə çox pis təsir edir. Onsuz da onların mənim konsertimə gəlib-gəlməməyinə ehtiyacım yoxdur. - Ola bilər kimlərsə bu kimi məlumatları mətbuata ötürməyə maraq göstərir... - Bəli, belələri var. Ancaq bir var nəsə olur, bir az da bəzək vururlar. Belə şey olmayıb axı. Mən öz mənliyimə sığışdırıb demərəm ki, Oqtay müəllim, Milli Məclis deputatlarına deyin, mənim konsertimə gəlsinlər. Mən bunu eləyə bilərəm? Onda mən oxuya bilmərəm e. - Ümumiyyətlə, Oqtay müəllimlə son zamanlar nə iləsə bağlı görüşünüz, söhbətiniz olubmu? - Yox. Mən həmişə iclasa 5 dəqiqə qalmış Milli Məclisə gedirəm. İclasın bitməyinə də 5 dəqiqə qalmış çıxıram ki, heç kimi görməyim. Mənim heç kimlə görüşməyə ehtiyacım yoxdur. Gəlib iclasda oturub gedirəm. Mənim başqa heç kimlə işim yoxdur. - Bəs, spiker sizə qarşı niyə belə soyuq münasibət bəsləyib? - Nə bilim, onun içərisində deyiləm ki. Bir onu deyirəm ki, spiker sadəcə məni bir deputat kimi təbrik etməli idi. Bu, qanun-qaydadır, prezident məni təbrik edibsə, spiker də deputatların qarşısında məni təbrik etməli idi. Ancaq eləməyibsə, eləməsin, mənim heç ehtiyacım yoxdur. Bununla belə, adama təsir edir də. - Çıxışınızdan sonra spiker sizə zəng eləmədi ki? - Yox. Spiker nə üçün də zəng eləməli idi? Sözümü dedim, məsələ də orda qaldı. Mən sözü bir dəfə deyirəm, on dəfə yox. Bir dəfə dedim, qurtardı. O da Şəhriyarın adının çəkilməsi ilə bağlı oldu. Dedim ki, məgər sənətkarın qədrini ancaq sənətkar bilməlidir? Rəsulzadə də bu millətin oğludur, Şəhriyar da. Onlar tarixdən silinməyən adamlardır. İstəyir nə qədər unutdurulsa da, barələrində yazılmasa da, tarixdə qalacaqlar. Bizim axı körpələrimiz var. Fontan da lazımdır, mən gözəlliyin əleyhinə deyiləm. Ancaq qoy Bakıda tikilən 100 fontandan birinin yerində Şəhriyarın, o birinin də yerində Rəsuladənin heykəli qoyulsun. Niyə ancaq yazıçı bu haqda danışmalıdır? O birilər niyə susur? Sadəcə, sözgəlişi o orden məsələsini xatırlatdım. Mən ancaq təbiiliyimlə Zeynəb olmuşam. İçərimdə nə varsa, üzümdə olub. Heç nəyi gizlətməmişəm. İndi də ürəyimə gələni demişəm. - Ziyafət Əsgərovu tərifləyib onu spiker postunda oturmağa layiq bilməyiniz bəzi versiyalara səbəb oldu. - Mən öz fikrimi demişəm. Ziyafətin xətrini ona görə çox istəyirəm ki, o da milləti sevən, insanlara qiymət verməyi bacaran adamdır. Ona görə də kefim belə istədi, dedim ki, sən orda oturmağa layiqsən. Əcəb elədim, bu, mənim ürəyimdən gələn söz idi, dedim. Heç kimin ixtiyarı yoxdur mənə desin ki, sən bunu niyə dedin? Yaxşı eləmişəm, ürəyim istəyib, demişəm. Bəlkə də nədən danışacağımdan Ziyafətin xəbəri olsaydı, heç mənə söz verməzdi. Digər tərəfdən, mən heç sifariş yerinə yetirən adamlardan deyiləm. Bu mənim səviyyəmə uyğun deyil. Mən başqalarının tayı deyiləm ki, kiminsə sifarişini yerinə yetirəm. Heç kiminsə hünəri çatmaz ki, mənə desin bu sözü demə, başqasını de. - Zeynəb xanım, yaradıcılığınızla bağlı yeniliklər gözlənilirmi? - Mən başdan-ayağa yaradıcılıqla məşğul olan adamam. Mənim əlləm-qəlləm məsələlərlə işim yoxdur. 2009-cu ildə İsrail, İngiltərə, Hollandiya, Kanada səfərlərim var. - Növbəti hansısa layihələriniz varmı? - Əlbəttə. Həmişə bayraq götürüb “Azərbaycan” deyə-deyə dünyanı gəzmişəm. Gələn il yanvarın 24-də Özbəkistanda solo konsertim olacaq. Başqa işlərim də çoxdur. Burdakı konsertim də Heydər Əliyev adına sarayın açılışı ilə əlaqədar idi. Necə ki, 30 il əvvəl saray tikiləndən sonra ilk dəfə orda mən oxumuşdum. Bu dəfə də təmirdən sonra ilk konserti mən verdim. Bir də ki, Türkiyədə mənim çox yüksək səviyyədə DVD-lərim çıxır, bu yaxınlarda Bakıya gətirəcəklər. Orda Türkiyədəki konsertimdən yığılmış 25 mahnım olacaq. - Yaşınızın bu çağında ənənəvi layihələri gerçəkləşdirməyə çətinlik çəkmirsiniz ki? - (Gülərək) Əksinə. Siz mənim saraydakı konsertimə gəlməmişdiniz. Amma gələnlər deyir ki, 4 saat yarım fonoqramsız oxumaq hər kəsin hünəri deyildi. Mən indi 20-30 il bundan qabaqkından daha yaxşı oxuyuram. Həmin konserti dekabrın 28-də efirə vermək üçün montaj edirlər. Oturub baxarsınız. Özünüz baxanda həm də özünüzə cavab taparsınız ki, ötən illər mənə təsir eləyib, ya eləməyib? Həm də mən oxumasam da Zeynəbəm də. - Səhnədən getmək barədə düşünübsünüzmü heç? - Elə şey olar? Sən nə danışırsan? Mən nə qədər yaşayıramsa, həmişə səhnədə olacağam. Əgər mənim boğazım varsa, səsimə görə alqış qazanıramsa, səhnədən niyə gedim ki? Həm də adam o vaxt gedər ki, görərsən səhnədən gedərkən ancaq başmaqlarının səsi gəlir. Yəni sənə əl çalan, səni qəbul edən yoxdur. Onda getmək olar. Mən ad çəkmək istəmirəm. Ancaq məmur var, mənim konsertimə bileti 400 manata alıb. Əgər belədirsə, mən niyə səhnəni tərk etməliyəm? Demək mən onun sevgisini qazanmışam ki, gəlir də. - Sadə insanlar üçün xeyriyyə konserti təşkil etməyi düşünürsünüzmü? - Mən əhd eləmişəm, Allah qoysa Qarabağ məsələsi həllini tapan kimi bunu reallaşdıracağam. Hamı deyir ki, Şuşada konsert verəcəyəm. Eybi yoxdur, Şuşada da oxuyaram. Amma mən hamının dediyini demirəm. Mən o Hökumət Evinin qabağı var ha, milyonlarla insanı ora yığacağam. Qarabağ qələbəsi ilə bağlı mən orda oxuyacağam. Yaxın adamlar danışır, elə pensiyaçı olub, qonşusundan borc alıb ki, mənim konsertimə gəlsin. Söz verib ki, pensiyasını alanda qaytaracaq. Adamlar var deyir Allah ömrümüzdən kəsib Zeynəb Xanlarovaya versin. Belə xalqdan ayrılmaq olar? Bu xalqı sevməmək olar? Mənə bu xalqın məhəbbəti lazımdır. - Sirus Təbrizli həmişə sizə “qız qardaşım” deyir. Əvvəlki get-gəliniz qalırmı? - Əlbəttə. Həmişə zəngləşirik, görüşürük. Mənim qardaşımdır. Konsertimə də ailəvi gəlmişdi. Bilirsiniz, mən mərd adamları sevirəm. Ona görə də həmişə parlamentdə Sirusla bir yerdə otururduq və bizim söhbətimiz alınırdı. Mən yaltaqları sevmirəm. Elə insanları sevirəm ki, çəkinmir, sözünü deyir. Bu xüsusiyyət məndən asılı deyil. - Parlamentdə Sirus Təbrizlinin yeri görünürmü? - Elə görünür. Elə bilirəm ki, bir tərəfim yoxdur. Mən onu mərdliyinə görə çox istəmişəm. Düzdür, o yaltaqlar var e, orda olanlar, onu istəmirlər. Bir dəfə mən Sirusu tərifləməyə başladım. Yığıldılar başıma ki, a Zeynəb xanım, belə-filan. Dedim saxlayın, əgər siz onun haqqında pis deyirsinizsə, demək mən də pisəm. Niyə pisdir, düz danışır, ona görə? Bax, orda belə yaltaqlar da var. - Bilirik ki, akademik Cəlal Əliyevlə də normal münasibətləriniz olub... - Elə indi də var. Mən əvvəllər olduğu kimi indi də onu çox istəyirəm. Daim zəngləşirik, hal-əhval tuturuq. İndi bağda istirahət edir. - Nə yaxşı iclaslara gəlmir? - O da yaltaq adamlara dözmür. Xoşlamır ki, orda boş-boş danışırlar. Bilmirəm siz orda olanda fikir vermisiniz, ya yox. Bir də görürsən bir saatın içində bir deputat üç dəfə düyməni basır ki, çıxış eləsin. Yəni görsünlər ki, o da danışır. Bəs, mən ona görə çıxışımda dedim ki, qanunlar hazırdır, biz ancaq düyməni basırıq. Bunu hər kişi deyə bilərdimi? Amma mən dedim. - Sizin iştirak etmədiyiniz iclasların birində bəzi həmkarlarınız Rüstəm İbrahimbəyovu sərt tənqid etdilər. Ziyalıların davasına münasibətiniz necədir? - Rüstəm və Maqsud İbrahimbəyov qardaşları Putinin qapısını təpiklə açan adamlardır. Biz sevinməliyik ki, Azərbaycanımızın belə oğulları var. Bəlkə Rüstəm məhz bu formada demək istəməyib. Fəxr eləyirəm ki, mənim vətənimin elə oğulları var. İndi onun dediklərini şişirtməyin nə mənası var?! Bilirsiniz, yaltaq çoxdur e. Axı bunlar dəyərli insanlardır. Görün bunlara sataşanlar kimlərdir -professorlar. Mən həmin iclasda olmamışam, yoxsa sözümü deyərdim...
43,963
06.12.2008 10:56
Proje
“KLİNTONLA DA YEMƏK YEMİŞƏM, HÜSNÜ MÜBARƏKLƏ DƏ, MİTTERANLA DA”
Müsavat Partiyasının Divan üzvü, keçmiş dövlət müşaviri Qabil Hüeynli ilə “Mətbəx”dəki mövzumuzun ana xətti elə bu kübar məclisləri oldu. Ona görə də qüsura baxmayın, ənənədən fərqli olaraq bu dəfə “yuxarı”ların yeməkləri ilə maraqlandıq. - Deyirlər, qeyri-ciddi mövzu hesab etdikləri üçün siyasətçilər mətbəxdən danışmağı sevmirlər. Amma bir çox hallarda siyasətlə mətbəx arasında çox güclü əlaqə olur. Sizcə nədir bu əlaqə? - Siyasətlə mətbəx arasında bağlılıq var. Məsələn, Marks deyirdi ki, maddi həyat birinci, mənəvi həyat isə ikincidir. Yəni, insanlar bir işi görməzdən əvvəl yeməli, içməli və geyməlidilər. Ondan sonra digər fəaliyyət növləri gəlir. Siyasət mətbəxiylə ev mətbəxi arasında müqayisə aparmaq çox asandır. Çünki siyasətin qazanı daha örtülü qaynayır. Özünün mürəkkəbliyi və eyni zamanda təzadlılığı baxımdan da siyasət qazanı adi mətbəx qazanından xeyli fərqlənir. Adi mətbəx qazanında bir qanunauyğunluq, sistemlilik var. Bir çox şeylərin necə başlayıb, necə bitəcəyini söyləmək olar. Sadəcə, biri dadlı bişirər, o biri bir az dadsız. Amma siyasət mətbəxinin proqnoza yatmayan məqamları da var. Məncə, siyasət qazanı və mətbəxi heç də ev mətbəxindən az professionallıq tələb etmir. Tutaq ki, ev mətbəxində qazanın dibi yanırsa, bu, bir ailənin yeməyində problem yarada bilər. Amma siyasət mətbəxində dibi yanan qazan bir xalqın, bir regionun, bütövlükdə isə dünyanın taleyinə təsir edə bilər. - Özünüz mətbəxə nə dərəcədə yaxın hesab edirsiz? Rejimi gözləyirsizmi? - Bəri başdan deyim, heç zaman qarınqulu olmamışam. Mətbəx və maddiyyat məni hansısa keyfiyyətləri ilə cəlb edib, yolumdan çıxara bilməyib. Mən yemək üçün yaşamamışam, yaşamaq üçün yemişəm. Uşaqlıqda qonşunun bağından oğurluq məqamlarını, hər hansı bir ağır işdən sonra yeyilən sadə kəndli yeməyini - pendir-çörəyi - çıxmaq şərtilə həyatımda yeməyi ləzzət almaq naminə yeməmişəm. Mənimçün yemək adi prosedurdur. Tələbəlik illərində rejimli həyat tərzi sürməmişəm. Çox məhdud və hətta deyərdim, kasıb bir rasionla keçinmişəm. Siyasətlə məşğul olduğum üçün indi də rejimim yoxdur. Bir qayda olaraq, gündə iki dəfə qidalanmaqla - o da bəzən ayaqüstü atışdıra-atışdıra - keçinirəm. Özü də bunları sırf mədənin boş qalmaması naminə edirəm. Bəzən deyirlər ki, bu, bəlli yaşdan sonra ağzın dadının itməsi ilə bağlıdır. Amma ümumiyyətlə, heç zaman yemək üçün ağzımın suyu axmayıb. Nəyisə yeməyi, bunu sifariş etməyi ağlımdan keçirməmişəm. - Heç yerə getmirsiz yeməyə? - Mən təbiət etibarilə haylı-küylü kampaniyalardan, içkili, siqaretli məclislərdən qaçıram. Saatlarla stol ətrafında oturub xörək yemək tərzini sevmirəm. Yemək sox sadə və adi ritualdır. Bəzilərində bu, çox təmtəraqlı, uzun sürən və axırı da çox şit, mənasız finallarla bitən proses olur. Mən ömrüm boyu belə şeyləri sevməmişəm. - Bəs özünüz yemək hazırlamısınızmı? - Tələbəlik illərində, mühacirət dövründə yemək bişirmişəm. Bu dönəmlər bəlli bir qənaət sisteminin tətbiq edilməsini tələb edirdi. Bu səbəbdən də evdə yemək hazırlama xeyli sərfəli idi. Bəzən tələbəlik illərində o yemək bişirmə mərasiminə - adi bir qayğanaq, kartof qızartması, kolbasaya - çox vaxt ayırmazdıq. 15-17 dəqiqə yeməyə sərf edər, çayı isə dərs oxuya-oxuya içərdik. Bayramlarda plov bişirər, adi günlərdə isə hərdən kalorili, ətli yeməklər bişirərdik. Kənd bozbaşın pis bişirməzdik. İndi də hesab edirəm ki, nəsə o zaman həm kənddə bişirilən, həm də özümüzün bişirdiyimiz o kənd bozbaşının ayrı bir yeri var. - Deməli, onu dadlı bişirirsiniz? - Hə, öyünə biləcəyim yemək kənd bozbaşıdır. Onun bişirilməsini uşaqlıqdan anamdan öyrənmişəm. Sonra isə tələbəlik illərində sınaqdan keçirmişəm. Amma maraqlıdı ki, heç vaxt bu yemək anamınkı qədər dadlı alınmazdı. “Əlinin dadı yeməyə keçdi” deyirlər ha... Nəsə bizim əlimizin dadı yeməyə keçmir. Yəqin bişirərkən yol verdiyimiz tələskənliyin rolu vardı bunda. - Axırıncı dəfə yemək bişirmək üçün nə vaxt mətbəxə girmisiniz? - Türkiyədə 3 il mühacir həyatı yaşamışam. 1997-2000-ci illərdə. Həmin vaxt. - Mətbəxi zəngin olan bu ölkədən yemək adına nələr öyrənmisiniz? - Düz deyirsiniz ki, zəngindir. Amma nəsə öyrənməyə can atmamışam. Çünki addımbaşı lokantalar olub, içində də kifayət qədər ləziz yeməklər. O lokantalar bəlkə də məni Türkiyə mətbəxini öyrənməkdən uzaqlaşdırırdı. Yeməklər ucuz idi, gedib normal qidalanmaq olurdu. Bəzənsə pomidor-yumurta, kükü və ya hazır şorbalardan yeyirdim. - Siz uzun müddət dövlət vəzifəsində təmsil olunmusuz. Saysız-hesabsız banketlər, ziyafətlər və prosedur qaydaları. Nələr var o mətbəxdə və prosedur qaydalarında? - Sözsüz ki, orda protokol qaydası ilə oturmalı, yeməlisən. Çəngəl-bıçaqdan tutmuş qaşığı tutmağa qədər bütün prosedurlarda diqqətli olmalı, yüksək mədəniyyət qaydalarına əməl etməyə çalışmalısan. Ağzını marçıldadırsansa, yeməyi üstünə sıçradırsansa, bu, qarşında oturan nümayəndə heyəti üzvlərinin diqətini cəlb edir. Yanındakı adamlardan biri mütləq əcnəbi ölkənin dövlət xadimi olacaq. Bütün bunlar bir tərəfdən bəlli psixoloji, daxili səfərbərlik yaradır. O biri tərəfdən də nəzakət və davranış qaydalarına alışmaq məcburiyyətində qalırsan. - Həmişəmi belə olur? Bəs rəsmi yeməkdən sonrakı ziyafətlər, banketlər protokoldan kənar keçmir? - Banket və ziyafətlərdə azərbaycanlılar başını açıb, kefləri istədiyi kimi yemək mərasimi qura bilmir. Aləfürşe-ayaqüstü yemək - səhər yeməyi vaxtına təsadüf edir. Bu yeməklər zamanı protokol qaydası ilə oturmaq, davranmaq o qədər də tələb edilmir. Yemək masası ümumi olur, hər kəs ordan istədiyi qədər, istədiyi yeməyi götürərək, kiminləsə söhbət edərək, yeməyini yeyə, içkisini içə bilər. Burda bir azadlıq var. - Maraqlıdır, diplomatların özəl yemək menyusu olmalıdırmı? Onlar hansı hallarda yemək yeməməli, hətta su içməməlidir? - Mən desəm ki, bunların hamısını bilirəm, çox iddialı olar. Aydındır ki, qarşılanan qonağın şərəfinə düzənlənən mərasimlər müxtəlif olur. Birinci dərəcəli qarşılanma deyilən protokol qaydası var ki, bu, birinci şəxsin hörmət və nüfuzuyla bağlıdır. Eyni zamanda qarşılayan ölkənin bu ölkəyə bəslədiyi münasibəti də ifadə edir. Mən vəzifədə çalışarkən 3 dəfə Heydər Əliyevin Türkiyəyə rəsmi səfərində iştirak etmişəm. O zaman qarşılanma mərasimi ən yüksək səviyyəli idi. Çin Xalq Respublikasına səfər zamanı da hər şey yüksək səviyyədə təşkil olunmuşdu. - Yəqin süfrə yadınızda olar. Yüksək dövlət adamlarına təqdim olunan yeməklər adi yeməklərdən nəylə fərqlənir? - Türkiyədə həmin ölkə mətbəxinin yeməkləri təqdim edilib. Çində isə bir qədər fərqli mətbəx olduğuna görə qabaqcadan ekspertlər səviyyəsində, razılaşdırmaya uyğun olaraq, Azərbaycan nümayəndə heyətinin yerləşdiyi və getdiyi yerlərdə, ziyafətlərdə qarışıq menyulardan istifadə edilib. Yəni üstünlük Azərbaycan mətbəxinə verilsə də, eyni zamanda həmin ölkənin mətbəxinin də ən ləziz yeməkləri süfrədə olub. Məsələn, Çində olarkən menyuya oradakı uyğurların bişirdiyi kababla yanaşı, elitar Çin mətbəxində hazırlanan akula balığının damaq hissəsindən olan şorba da daxil idi. - Bəs yemək təhlükəsizliyi necə qorunur? Yəni yeməklər neçə deqüstatorun “süzgəcindən” keçir? - Qonaqların həm yemək, həm də digər bütün növ təhlükəsizliklərinə həmin ölkənin xüsusi xidmət orqanları cavabdehdilər. Tutaq ki, Azərbaycan nümayəndə heyəti Amerikaya səfər edirsə, ziyafət zamanı hazırlanan yeməklərin dadına baxmaq, mühafizə sisteminin qurulması və sairlə bağlı məsuliyyəti üzərinə götürmək həmin ölkənin işidir. Amma birinci şəxsin mühafizəsində ölkədən aparılan xüsusi mühafizəçilərin rolu təmin edilir. Onların arasında həkimlər də olur. Həkimlər yeməklərin seçilməsi, onun təhlükəsizliyi məsələsində bu və ya digər formada iştirak edirlər. Tutaq ki, Fransaya səfər edirik. Parisin ən yaxşı, adı kataloqlara düşmüş ən məşhur restoranında prezident şərəfinə fransalı həmkarı ziyafət verir. Burda da dünyanın ən ləziz təamları stolun üstündədir. Güman etmirəm ki, bu təamların təhlükəsizliyi ilə bağlı xüsusi test keçirilsin. Çünki səninlə yanbayan fransız da əyləşir və onlar da sənin yediklərini yeyirlər. - Bu səfərlərdə dadını unutmadığınız yemək olubmu? Fərqi yoxdur, ya yaxşı, ya da pis mənada... - Ancaq balıq yeməklərini unuda bilmirəm. Mən Türkiyədə balıq yeməklərini daha ləziz gördüm. Fransızlar da onu pis hazırlamırlar. Eləcə də Çində. 26-ya qədər ölkədə olmuşam. Hamısında da balıq yeməkləri ilə maraqlanmışam. Həm yağda qızardılmış, həm hisə verilmiş, həm də çiy olanlarını yemişəm. - Bəs menyuda qadağalar olurdu? Tutaq ki, hansı növ içkilər olar, hansılar isə olmaz və s. və i. - Menyuya qadağalar qoyulmurdu. İçkilər məsələsində də sadəcə, bir-birimizə dostcasına xəbərdarlıq edə bilərdik. Çünki ayaqüstü ziyafətlər zamanı içki bol və çeşidli olur. Əsasən də şərab. Belə içkilər cəlbedici təsir göstərə bilər. O zaman ölkənin xarici işlər nazirliyi səviyyəsində, habelə aramızda özümüz-özümüzə nəzarəti unutmurduq. - Mərhum dövlət başçısı Heydər Əliyev, onun yaxın ətrafı, habelə dünyanın tanınmış siyasətçiləri ilə ziyafətlərdə çox olmusunuz. Onların yemək zövqünü necə xatırlayırsınız? - Bill Klintonla da yemək yemişik, onun müavini Albert Qorla da, Hüsnü Mübarəklə də, Fransanın prezidenti Mitteranla da. İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerlə, habelə Çin Xalq Respublikasının sədriylə birgə ziyafətlərdə olmuşuq. Bütün məclislərin hamısında Heydər Əliyevlə birgə iştirak etmişik. Amma mən çox zaman vəzifəmə görə onlarla bir stol ətrafında əyləşmişik. Dəyirmi masalarda əyləşmişəm. Mən onların da çox sadə, çox təvazökar yaşam tərzini şahidi olmuşam. - Yəqin bu ziyafətlərlə bağlı maraqlı xatirələriniz olmamış deyil. Hər halda dünyanı idarə edən insanlarla bir masanı paylaşmaq az maraq kəsb etmir. - Şəxslərlə bağlı xüsusi heç nə yadıma gəlmir. Amma məsələn, Çin Xalq Respublikasındakı ziyafətlərdə menyunun çoxçeşidli olması diqqətimi cəlb eləmişdi. Bir çörəyin hədsiz ağ və yumşaqlığı və bir də menyunun 12-yə qədər, ziyafətdəsə 14 yemək növünün olması. Baxmayaraq ki, indi Azərbaycanın toy mərasimlərində 40-a qədər yemək növü olur.(gülür) Həm də həmin ziyafətlərdə yüksək xidmət mədəniyyəti vardı. Ən yüksək xidmət mədəniyyətini və ən yaddaqalan epizodları isə Çin və Fransada görmüşəm. Xoşbəxtlikdən qeyri-ordinar, protokol qaydasından kənar hadisələrlə üzləşməmişəm. - Qabil bəy, bəs Prezident Aparatının mətbəxi necə olub? Oranın işçiləri siz çalışdığınız dönəmdə necə qidalanırdılar? - Prezident Aparatının mətbəxi kommunist dövründəki mətbəx kimi imtiyazlara malik deyildi. Mən işlədiyim vaxt ölkə müharibə dövrünü yaşayırdı, sıxıntılı idi. Həmin vaxt orda Nazirlər Kabineti və Prezident Aparatına xidmət edən ayrıca bir yeməkxana vardı. Oranın menyusu da sadə, amma keyfiyyətli yeməklərdən ibarət idi. Çeşidi də çox deyildi. İki-üç adda birinci yemək olardı, sonra bir neçə növ ikinci yemək, vəssalam. - Heç yeməkdən zəhərləndiyiniz olubmu? - Mədəm o qədər də saz işləmir. Fransaya səfər zamanı çiy balığın bir hissəsini yeyərkən zəhərlənmişəm. Bu, ciddi çətinliklər törədib. - İndi hansı halda mətbəxə girib yemək bişirə bilərsiniz? - Mən bağda olmağı çox sevirəm. Xüsusən də soyuq olmayan vaxtlarda. O zaman daha çox dietik xarakterli yeməklərə üstünlük verirəm - suda bişirilmiş kartofa, bəzən Moskva istehsalı olan sosiskalara. O da az miqdarda. - Qənaətcillikdir, yoxsa həkim tövsiyəsi? - Bu, mənim orqanizmimi tanımağım, onu dəfələrlə sınaqdan keçirməyimlə bağlıdır. Məhəmməd Peyğəmbərin bir sözü var ki, süfrədən doymamış qalx. Bundan başqa da ümumiyyətlə, insan özünü müəyyən şeylərə alışdırandan sonra həmin şeylər onda avtomatik tələbata çevrilir. Bəzən sən bunları şüuraltı icra etməyə başlayırsan. Son söz: Bu cür maraqlı informasiyalarla zəngin söhbətdən sonra adam müsahibinə yemək bişirtdirməyə qıymır. Ona görə də diplomatik görüşlərdəki standart süfrə düzümü ilə maraqlanıram. İlahi, neçə növ çəngəl, qaşıq, bıçaq varmış? Bir-birindən yalan olmasın, bir neçə millimetr fərqlənən çəngəllərin, sən demə, fərqli funksiyaları varmış. Şair demiş, ayrı bir dünyaymış hər biri... Hələ yeməklərə çatmadan yorulduq. Kübar məclislərdə iştirak etmək də bir iş deyilmiş ha, öz aramızdır.
43,964
06.12.2008 10:56
Yazarlar
XARİCDƏKİ AĞILDAN XARİCLƏR
Məsələn, studiyada xeyli adam oturub, ancaq içində banan olan boşqab düz Abbasəli əkənin qarşısındadır. Hətta fotoların birində səfirimiz əlini banana tərəf uzadıbdır. (İnanmayan varsa, “Mediaforum” saytında baxsın). İranlılar bununla mesaj verir ki, yoldaş Həsənovun təmsil elədiyi dövləti biz banan dövləti sayırıq. Onlarda belə foto-təxribatlar adətdir, məsələn, bayrağımızı tərsinə asmaq kimi.Abbasəli əkə müsahibədə öz dövlətinin xarici siyasətini yıxıb-sürüyübdür. Təbii, Elçibəy dövründəki İrana münasibətin pis olmağını. Hətta adam nə təhər ağ eləyibsə Azərbaycanla İsrail arasında mehribançılığın guya məhz Elçibəy dövründə yarandığını deyib. Elə bil Bakı-Ceyhan kəməri çəkib İsrailin enerji ehtiyaclarının böyük hissəsini ödəyən, İsraillə hərtərəfli əlaqələr quran bunun YAP hökuməti olmayıb. Əlbəttə, mən İsraillə münasibətlərin inkişafına pis baxmıram, sadəcə, səfirin bunda niyə günah gördüyünü anlamıram.Günah Abbasəlidə deyil ki? Günah o cür “diplomatik beyin” yiyəsini İran kimi önəmli ölkəyə səfir göndərəndədir. Diplomat öz ölkəsinin əleyhinə danışarmı? ABŞ səfirliyi indiyəcən keçmiş səfir Eskuderonun alverçi davranışlarına güldən ağır söz deməyib. O cümlədən, Azərbaycandakı başqa ölkə səfirlərindən öz dövlətlərinin keçmişini təftiş edən açıqlamalar eşitmədik.Azərbaycan diplomatiyası həmişə, ən yaxşı halda bu cür yaltaqlıqla məşğul olub. Mən Elmar Məmmədyarova təklif edirəm ki, jurnalist Eynulla Fətullayevi tutdurmaq üçün “işverənlik” etməkdən, boş-boş Qarabağ danışıqları aparmaqdansa zurna çalmağı öyrənsin. ABŞ-ın “xarici işlər naziri” - dövlət katibi Kondoliza Raysdan artıq adam deyil ki? Rays təzəlikcə Londonda kraliça 2-ci Yelizaveta üçün fortepianoda İohan Bramsın əsərlərindən konsert vermişdi. Zurna da bizim milli alətdir, xarici işlər naziri bunda Qarabağa aid hər hansı təranə püfləsə xalqımız məmnun olar. Bəlkə zurnanın səsi Londona da çatar. Onsuz bu adamın xarici siyasəti sıfırdır.Bax, o irəli Məmmədyarov mətbuat konfransında danışırdı, nə qədər dinlədimsə, başa düşməyə çalışdımsa, həmişəki kimi heç nə başa düşmədim. Elə həmin vaxt anladım ki, nəyə görə Qarabağ problemi indiyə qədər həllini tapmayıb. Axı danışıqlarda iştirak edənlər Məmmədyarovun nə danışdığını başa düşmür! Biz də deyirik danışıqlar prosesi gedir.Əslində, elə Məmmədyarovun danışığı anlaşılmasa yaxşıdır. Yoxsa anlasan eşidərsən ki, bu da, məsələn, Tofiq Qasımovu - Elçibəy dövründəki xarici işlər nazirini söyür.Bu durumda ən təəccüblüsü və ən sensasiyalı hadisə uzaq Avstraliyada baş verib. Orada 28 yaşlı azərbaycanlı 11 il öncə mühacirət etmiş valideynlərinə viza verilmədiyi üçün özünü parlament önündə yandırmaq istəyib. Avstraliya hökuməti onun valideynlərinə ölkədən çıxmaq, Azərbaycana dönmək vizası vermirmiş.Təsəvvür edirsinizmi? Camaat Azərbaycandan baş götürüb qaçır, yalvarır ki, ona xaricdə sığınacaq verilsin, burdakı haqsızlıqdan özünü yandırır, ancaq adam Azərbaycana dönmək üçün intihara cəhd edib! Avstraliya kimi gözəl ölkədən! Yəqin orda peyklə AzTV-yə baxıb, ağlını itirib. Elə zənn edib burda krantdan süd axır, camaat şadlıqdan dombalaq aşır. Amma Avstraliya hökuməti ağıllıdır, onun valideynlərini buraxmaq istəmir.Hərçənd, nə bilmək olar, bəlkə cavan öz valideynlərini başından eləmək fikrindəymiş... Zamin HACI
43,965
06.12.2008 11:07
Gündəm
İNSAN HÜQUQLARI ÜMUMBƏŞƏRİ HÜQUQLARDIR
Bəyannamənin 10 dekabr, 1948-ci ildə qəbulundan sonra keçən 60 il ərzində hər bir qitədə ondan irəli gələn hüquqlar üzrə nəzərəçarpan nəticələr əldə edilib. Bununla belə, altı onillik ötəndən sonra belə yüz milyonlarla insanın fundamental hüquqları hələ də onların hökumətləri tərəfindən tanınmır. Hazırda bütün dünya miqyasında kişi və qadınlar şərəfli həyat yaşamaq, vicdan azadlıqlarına uyğun hərəkət etmək və qorxmadan öz fikirlərini söyləmək, onları idarə edəcək şəxsləri seçmək, öz rəhbərlərindən hesabat tələb etmək və qanun çərçivəsində ədalətin təmin edilməsinə nail olmaq uğrunda iş aparır. Bir çox ölkələrdə öz vətəndaşlarının və qadınların hüquqlarını sülhpərvərcəsinə tələb edən cəsarətli şəxsiyyətlər dövlət orqanları tərəfindən təqib və həbs tədbirlərinin hədəfinə çevrilir.Beynəlxalq Bəyannamə sadəcə hüquqların kataloqundan daha böyük məna daşıyır - o, əməli işə dəvətdir. Beynəlxalq Bəyannamə “cəmiyyətin hər bir fərd və orqanını... həmin hüquq və azadlıqlara hörməti artırmağa, milli və beynəlxalq səviyyələrdə mütərəqqi tədbirlər vasitəsilə onların beynəlxalq və effektli tanınması və riayət edilməsini təmin etməyə...” səsləyir.Əgər İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin böyük vədinə riayət edilərsə, beynəlxalq icma və xüsusən də dünyanın demokratik qüvvələri heç bir insanın zülm altında və ya şərəfli olmayan həyat yaşamağa məhkum edildiyini qəbul edə bilməz. Dünyadakı kişi və qadınlar öz əsas hüquqlarından məhrum olmuş vəziyyətdə qaldıqca azadlıq ənamından bəhrələnən bizlər ümumbəşəri azadlıq məqsədinə və bunun uğrunda əzmkarlıqla mübarizə aparan şəxslərə davamlı dəstək verməkdə davam etməliyik. İnsan haqları və demokratik prinsiplərin müdafiəçilərini müdafiə edək Prezident Buşun dediyi kimi, “Azadlığa müqavimət göstərmək olar və azadlığı ləngitmək olar, lakin onu inkar etmək olmaz”. Zülmkarlar müəyyən müddətə hökm sürsələr də Havel və Mandellaların onlardan əvvəl etdiyi kimi şərəfli həyat və demokratiyaya xidmət göstərənlər və qurban verənlər son nəticədə üstünlük əldə edir. Çox vaxt çağdaş azadlıq carçıları öz hökumətləri tərəfindən ittiham və təqib edilir. Amma tarixi perspektivdən yanaşanda bu cür qəhrəmanlar gördükləri işlərə görə öz vətəndaşlarını ruhlandırmaqla yanaşı hər bir yerdə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə əksini tapmış azadlıqlar uğrunda mübarizə aparan insanlara öz nümunələri ilə ümid verən çılğın vətənpərvərlər kimi tanınacaqlar.Dünya miqyasında insan haqları və demokratiyaya artan tələbat hər hansı dialektik qanunauyğunluğun obyektiv təsirləri və ya xarici hökumətlərin təşəbbüsünün nəticəsi deyil. Əslində bu dəvət şərəfli və azad həyat yaşamaq kimi güclü insan arzusundan və hər bir yaş və cəmiyyətdən olan kişi və qadınların şəxsi cəsarət və inadkarlığından irəli gəlir. Demokratiya insan haqlarını təmin etmək və qorumaq imkanına malik dövlət idarəetmə formasıdır Biz inanırıq ki, demokratiya uzunmüddətli perspektivdə insan haqları və fundamental azadlıqları təmin etmək və qorumaq imkanına malik yeganə dövlət idarəetmə formasıdır. Gücün heç kəslə hesablaşmayan rəhbərlərin əlində cəmləşdiyi ölkələr dünyanın ən sistematik insan haqları pozucularıdır. Əslində heç bir dövlət idarəetmə forması qüsursuz deyil. Demokratiya - insanların daxildən gələn öz gələcəklərini qurma hüququna əsaslanan xalqın idarə edilməsi və xalq üçün idarəetmə sistemidir. Lakin biz insanlar qüsurlu məxluqlar olduğumuza görə demokratik hökumətlərdə dayanıqlı mülki cəmiyyət, fəal azad mətbuat, icra hakimiyyətindən azad qanunvericilik və məhkəmə sistemi; qanunun sərt aliliyi kimi təsbit edilmiş islahedici və əks tədbirlər olmalıdır. ABŞ tarixi Bütün demokratik cəmiyyətlər kimi ABŞ da mükəmməl deyil. Xalqımız hər bir yeni dövrün ədalətsizlik və sınaqlarına sinə gəlməklə demokratik təcrübələri bizim müqəddəs prinsiplərə daha da yaxınlaşdırdığı üçün vətəndaşlarımız hər bir nəslin şanlı mübarizə tarixi ilə öyünür. Biz insan haqları üzrə bütün öhdəliklərimizə ciddi yanaşırıq və həmin öhdəliklərə riayət etmək səylərimizdə mülki cəmiyyət və müstəqil mətbuatın oynadığı mühüm rolu yüksək dəyərləndiririk. Biz beynəlxalq icmadan olan digərlərinin bizim daxili işlərimiz barədə söylədiklərini daxili işlərimizə qarışmaq kimi qiymətləndirmirik və hesab edirik ki, onların müvafiq hökumətləri də onların işi barədə söylənilən ifadələri bu cür qarşılamalıdır. Xalqımızı qlobal terror təhlükəsindən qorumaq üçün bizim atdığımız addımlar da daxil olmaqla ABŞ hökuməti bizim öz təcrübələrimizə dair narahatlıqları bilavasitə dinləmək və cavablandırmaqda davam edəcək. Bizim qanun, qayda və təcrübələrimiz son bir neçə il ərzində nəzərəçarpan səviyyədə inkişaf etmişdir.İnsan haqları və fundamental azadlıqlara hörmət etmək kimi uzunmüddətli öhdəliyə riayət etməklə yanaşı biz günahsız mülki vətəndaşları hücumlardan qorumaqda davam edirik. Bu səyin tərkib hissəsi kimi ABŞ tərəfdaş olduğu müxtəlif insan haqlarına dair sazişlər üzrə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq beynəlxalq orqanlara hesabatlar təqdim edir.Dünya miqyasında fəal demokratik qüvvələrin yaradılması nəsillərin işi olsa da ləngidilməsi mümkün olmayan təxirəsalınmaz bir vəzifədir. Bizim öz demokratiyamız hələ də inkişaf etməkdədir. ABŞ-ın hamı üçün azadlıq və ədalət sahəsində tərəqqisi uzun və çətin olsa da biz mühüm irəliləyişlər etməkdə davamiyyətimizlə fəxr edirik. Bizim müstəqil dövlət qurumları, müstəqil mətbuatımız, dünyaya açıq olmağımız və ən vacibi, çılğın Amerika vətənpərvərlərinin vətəndaşlıq şücaəti əsas ideallarımıza inamımızı saxlamağa və beynəlxaq insan haqları öhdəliklərimizə riayət etməyə kömək edir. Yanvar ayında bizim demokratiya tarixi bir hadisəni - ABŞ-da ilk afroamerikalının prezident kimi inaqurasiya mərasimini - qeyd edəcək. Bununla belə tam anlayırıq ki, daha da mükəmməl birliyə nail olmaq üçün hərəkətə davam etməliyik.Demokratiyanın yolu hamar və düz olmasa da o, mütləqdir. Bu yol boyu büdrəmələr və geriləmələrin olması labüddür. Bəzi ştatlar hələ də zəif demokratik idarəetmə institutlarına malik olduqları və mübarizə aparmaqda davam etdikləri halda digərləri demokratik prosesə daha sadiq olmalıdır. İrəliyə doğru addımları pozuntular əyə bilər. Ciddi geriləmələr ola bilər. Demokratik qaydada seçilmiş hökumətlər hakimiyyətə gələndən sonra heç də həmişə demokratik üsulla idarə etmirlər. İrəliyə aparan yol aydındır: vətəndaşlara daha çox azadlıq vermək lazımdır ki, onlar ümidli gələcək yolunda duran çatışmazlıqları aradan qaldırmaq üçün bundan istifadə edə bilsinlər. İnsan haqları müdafiəçiləri, QHT-lər və müstəqil mətbuatın mühüm töhfələri Çağdaş dünyamızda dövlətlərin üzləşdikləri problemlər hətta ən qüdrətli dövlətlərin belə təkbaşına həll edə bilməyəcəyi qədər mürəkkəbdir. Mülki cəmiyyətin töhfələri, ideya və məlumatların sərbəst axını bir sıra yerli və beynəlxalq sınaqların öhdəsindən gəlinməsində vacibdir. QHT-lərin siyasi məkanının və ictimai müzakirələrin məhdudlaşdırılması yalnız cəmiyyətin öz inkişafını məhdudlaşdırmasına xidmət edir. Dünyanın hər bir regionunda şəxsi və siyasi azadlıqlara artan tələbatı xalqları qarşısında öhdəliklər götürməklə yox, internet də daxil olmaqla qeyri-hökumət təşkilatları və müstəqil mətbuat kimi insan haqlarını müdafiə edənləri və pozuntu hallarını ifşa edənləri əzməklə cavablandıran hökumətlər var.Mülki cəmiyyət və müstəqil mətbuat üçün fikir, birləşmə və dinc toplaşma azadlıqları həyati əhəmiyyət kəsb edir. Bu fundamental azadlıqlar olmadan demokratiya yaşama imkanından məhrumdur. Təəssüf ki, bəzi hökumətlər QHT-lər, jurnalistlər və digər mülki cəmiyyət fəallarına qarşı öz güclərindən düzgün istifadə etmir. Demokratik güclər insan haqları müdafiəçilərinin və mülki cəmiyyət təşkilatlarının işini dəstəklədikdə biz dünya ölkələrində yaşayan kişi və qadınlara öz gələcəklərini müstəqil qurmağa və bunu etməklə hamı üçün daha təhlükəsiz və gözəl dünyanı qurmağa kömək etmiş oluruq. Biz müdafiəçiləri müdafiə etməliyik, çünki onlar sülhpərvər və demokratik dəyişiklik carçılarıdır. Dünya miqyasında insan haqları və demokratiyaya davamlı ABŞ dəstəyi Dünya miqyasında daha çox şəxsi, siyasi azadlıqlar və demokratik idarəetmə prinsiplərinin qəbuluna tələbat tədricən artır. ABŞ dünyadakı kişi və qadınların öz hüquqlarını təmin və istifadə etmək cəhdlərini dəstəkləyir. Prezident Buşun dediyi kimi: “Azadlıq hər bir kişi, qadın və uşağın qeyd-şərtsiz hüququdur və yaşadığımız dünyada davamlı sülhə aparan yol azadlıqdan keçir”.ABŞ-da biz hazırda yeni administrasiyaya demokratik keçid mərhələsini yaşayırıq. İnsan haqları və demokratik prinsiplərin tərəqqisi vətəndaşlarımızın əsas dəyərlərini əks etdirdiyindən Amerikanın dünya üzrə azadlıq üçün gördüyü iş bizim daxili siyasətimiz üzərində üstünlük təşkil edir. Obama administrasiyası yanvarda öz vəzifələrinin icrasına başlayanda insan azadlığı uğrunda aparılan bu vacib iş Konqresin ABŞ xalqının ən gözəl ənənələrinə uyğun fəal ikipartiyalı dəstəyi ilə daha da güclənməklə davam edəcək.
43,966
06.12.2008 10:01
Yazarlar
SİYASİ MÜHİTİ DƏYİŞMƏK FÜRSƏTİ
Hakimiyyətin 2008-ci ilin son ayında aktivinə real (yəni saxtalaşdırılmayan) xal yazması üçün unikal şans yaranıb. Bu xalları qazanmaq üçün nə siyasi iradə gərəkdir, nə də “görəsən, filankəsi azad etsəm, ortaya problemə çıxmaz ki” sualı üzərində düşünmək. Azərbaycan, şükür Allaha ki, Şərqi Timor deyil. Ki, yaraqlılar kimisə girov götürüb hökumətdən silahdaşlarını həbsdən buraxmağı tələb etsin. Ya da Fələstin deyil ki, həbsdən buraxılanların yenidən silahlı qruplaşmalara qoşulmaq təhlükəsi olsun. Keçmiş prezident Heydər Əliyev onun hakimiyyəti üçün daha təhlükəli olanları, hətta ona silah qaldıranları həbsdən buraxıb. Hakimiyyətin qara siyahısında olan indiki siyasi dustaqların cibindən isə heç paslı bir patron da (əlbəttə, Eynullanın evindən çıxan boş gilizdən başqa) tapılmayıb.Yeri gəldi, onu da deyim. Telekanallardan birinin rəhbərliyinin müəllifi olduğu filmdə Eynullanın “obrazını” yaratmaqla, həbsdəki həmkarımıza psevdonimlə “terrorçu” damğası vurmaqla hakimiyyətə xoş gəlmək istəyi başadüşülən deyil. Hakimiyyətə yarınmaq üçün hərə bir sponsor tapıb film çəksə, orada Rəsul Quliyevi “əl-Qaidə”nin adamı, Ayaz Mütəllibovu “Kremlin casusu”, Əli İnsanovu “cəllad” kimi təqdim etsə, bu ölkə heç vaxt düzəlməyəcək. Bu ölkədə hakimiyyətin legitimliyi, cəmiyyətin təmizlənməsi, siyasi mühitin yumşalması üçün barışığa ehtiyac var. Düşmənçilik toxumu səpməklə, özümüzdən terrorçu, xain obrazı yaratmaqla irəli gedə bilməyəcəyik vallah...Avropa Məhkəməsi sabiq səhiyyə naziri Əli İnsanovun xəstəxana şəraitində müalicə olunması üçün hökumətə vaxt verib. Ədliyyə Nazirliyinin həbsxanalara nəzarət edən müvafiq idarəsinin bir yazılı sənədlə görə biləcəyi iş görün gedib haralarda müzakirə mövzusuna çevrilib...Əli İnsanova hökumətin münasibəti aydındır, amma həbsxanada da düşmənçilikmi olar? Bu, hansı kitab-dəftərdə yazılıb? Həbsxana bəşər övladının günahlı-günahsız istənilən şəxsə verilmək üçün fikirləşdiyi ən böyük cəzadır. Buradan o yana ya güllələnmədir, ya da elektrik stulu. Bəs adi bir həkim müayinəsinə, xəstəliyin müalicəsinə sözünüz nə? Hərdən bu hakimiyyətin siyasi texnoloqlarına, ideoloji təbliğatını yönləndirən məmurlarına heyrət edirsən. Hakimiyyət Əli İnsanovun, o cümlədən xəstəlikdən əziyyət çəkən Fərhad Əliyevin müalicəsinə şərait yaratmamaqla insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların “onlar sizin düşməninizdir” fikrini təsdiq edirlər. İndi işə Avropa Məhkəməsi qarışıb və hökumətə gələn il yanvarın 20-dək vaxt verib ki, ya Əli İnsanovun müalicəsinə şərait yaradılsın, ya da izahat verilsin. Hakimiyyət özünü beynəlxalq məhkəmələrlə, hüquq-müdafiə təşkilatları ilə üz-üzə qoyur, sonra hüquq müdafiəçilərini, müxalifəti günahkar sayır ki, onlar ölkənin mənafeyinə zərbə vurdular, xaricə şikayət göndərirlər. “Qaşınmayan yerdən qan çıxarmaq” siyasətinə, qan, tayfa düşmənçiliyinə “yox” deməyin zamanı çoxdan çatıb.Əli İnsanovu da həbsdən buraxmaq olar, Fərhad Əliyevi də, hakimiyyətlə yolları ayrılan, hakimiyyətin siyasətinə müxalif olanları da. Gürcüstan keçmiş sovet respublikaları arasında ağır cinayətlərin sayına görə həmişə ön yerdə olub. Saakaşvili altı aydan bir hökuməti dəyişdiyi kimi həbsxanaları da boşaldır. Bəyənmədiyimiz Türkmənistanda da keçmiş prezident Niyazovun həbsxanaya doldurduğu siyasi rəqiblərinin əksəriyyəti azadlığa buraxılıb. Azərbaycanda da siyasi amnistiya (əfv) ilə başlayacaq yeni siyasi mühitə ehtiyac var.Hamı da o havaya köklənib deyəsən... Nazim SABİROĞLU
43,967
06.12.2008 11:11
Gündəm
“İLHAM ƏLİYEV İQTİDARINI YENİLƏYİR”
“Bu məlumat qəzetimizə hakim komandaya bağlı etibarlı mənbələrdən daxil olub. Qaynağımızın deməsinə görə, hörmətli İ.Əliyevin bu islahatlar planında iki əsas istiqamət üzrə işləmək nəzərdə tutulur: 1. Ölkədəki ictimai-siyasi vəziyyətin, o cümlədən müxalifətlə münasibətlərin normallaşdırılması. 2. Hakim komandanın daxilində kardinal kadr islahatlarının və yeniləşmənin aparılması: “Söhbət İlham Əliyevin bir sıra köhnə kadrları vəzifəsindən kənarlaşdırıb ya fəxri istirahətə, ya da digər, daha az əhəmiyyətli postlara göndərmək yolu ilə yeni dönəmə yeni komanda və personalarla getmək istəyindən gedir. Buna paralel olaraqsa ona mütəmadi olaraq problemlər yaradan bəzi ölkədaxili məsələlərin həllini tezləşdirmək nəzərdə tutulub”.Qeyd edək ki, “Yeni Müsavat” özündə bu planın birinci hissəsinə aid məqamları ehtiva edən mövzunu geniş işıqlandırıb. Ötən saylarımızda da yazmışdıq ki, hakimiyyətin ölkədaxili vəziyyətlə bağlı siyasətində bir yumşalma xətti var və onun müxalifətlə münasibətləri normallaşdırmaq istəyi artıq quruca niyyət və ya plan olaraq qalmır. Artıq bildirdiyimiz kimi, istər Qarabağ məsələsi ətrafındakı son gəlişmələr, istər demokratiya, insan haqları, söz və mətbuat azadlığı mövzularında Qərblə tam anlaşma-uzlaşmanın olmaması, istərsə də ölkədəki siyasi böhranın vəd etdiyi arzuolunmaz durum, prezidentlik müddətinin artırılması niyyəti və s. bu kimi məsələlər hakim komandanı müxalifətlə əməkdaşlığa razı olmağa sövq edib. Onu da qeyd etmişdik ki, bu istiqamətdə artıq praktiki addımlar atılıb və iqtidarda söz sahibi olan şəxslərlə aparıcı müxalifət partiyalarının səlahiyyətli təmsilçiləri arasında konfidensial təmaslar başlayıb.Həmin məlumatları qısaca xülasə etməli olsaq deyə bilərik ki, bu danışıqlarda müzakirə predmeti olan məsələlər sırasında aşağıdakılar vardı: iqtidar-müxalifət münasibətlərinin sivil müstəviyə keçirilməsi; bələdiyyə və parlament seçkilərinin demokratik keçirilməsinə təminat verilməsi; Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması; MSK-nın tərkibinə və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına yenidən baxılması; proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının 125-dən 175-ə qaldırılması; partiyaların büdcədən maliyyələşdirilməsi məsələsində müxalifətin təkliflərinin nəzərə alınması; müxalifət təmsilçilərinin Əfv Komissiyasında, korrupsiyaya qarşı mübarizə idarələrində və Təhlükəsizlik Şurasında (ictimai əsaslarla) yer alması məsələsinin müsbət həlli; müxalifətə basqılara son verilməsi, repressiyaya məruz qalan, hüquqları pozulan və hələ də həbsxanalarda olan müxalifətçilərin hüquqlarının bərpası.Bir daha qeyd edək ki, hakim komandanı qarşıdakı aylarda Qarabağ məsələsində ciddi bir dönüşün baş verməsi ehtimalı hərəkətə gətirib. Hakimiyyəti yuxarıdakı şərtlərə əməl etməyə razılıq verməyə, yəni daha mülayim kurs seçməyə sövq edən faktorların başında əsasən Qarabağ məsələsində müxalifətin dəstəyini almaq, bununla da özünü Qərbin və Rusiyanın qarşısında daha inamlı aparmaq imkanı əldə etmək, bir də gözlənilən konstitusiya islahatlarına, dəqiq desək, prezidentlik müddətinin uzadılması layihəsinin reallaşdırılmasına daha rahat şəraitdə getmək niyyəti dayanırdı. Bu haqda da yazmışıq.Görünən budur ki, iqtidar sahibi bu planlarında doğrudan da ciddidir, hətta bunun ilk mesajını da verdi. Söhbət cənab Əliyevin hazırda həbsdə olan iki jurnalistlə - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, həmin qəzetin satirik yazarı Mirzə Sakitlə bağlı son humanist qərarından gedir. Prezident siyasi məhbus sayılan qardaşlara atalarının yas mərasimində iştirak etmək icazəsi verməklə (özü də bu məsələni operativ şəkildə həll etməklə) yumşalma xəttinə hazır olduğunu göstərdi. Bu, əslində onun “mən dəyişikliklərə hazıram” deməsi idi. Bu jest yumşalma prosesinə böyük təkan demək oldu. Prosesin bununla geridönməz şəkil alacağı qaçılmaz olacaq. Başqa cür olacağını təxmin və təsəvvür etmək çətindir. Həm də ona görə ki, əks variant sadəcə olaraq məntiqli olmazdı. Xüsusilə də o kontekstdə ki, cənab Əliyevin özünün də demokratikləşmənin, ölkə daxilində qarşılıqlı ehtiram və etimad mühitinə dayanan sivil münasibətlərin bərqərar edilməsində maraqlı olduğu bildirilir. “Mən də çox istərdim ki, ölkəmdə tam demokratik sistem olsun, bunu edəcəyik, sadəcə olaraq mən demokratikləşmənin sürətindən narahatam”. Bu sözlər də cənab Əliyevə məxsusdur. O bu sözləri yüksək səlahiyyətli xaricilərlə görüşlərində dəfələrlə dilə gətirib. Mənbəmiz iddia edir ki, İlham Əliyev demokratik islahatlara və müxalifətə parlament vasitəsilə ölkənin idarə olunmasında iştirak imkanı tanımağa hələ 2005-ci ildə hazır idi: “O zaman müxalifət beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlardan, hər hansı anlaşmadan imtina etdi. Vasitəçilərdən biri də AŞ PA yetkilisi Andreas Qross idi. Söhbət ”Azadlıq" blokunun parlamentdə 25-30 deputatla təmsil olunmasından, vitse-spikerlərdən birinin müxalifətçilərdən seçilməsindən də gedirdi. Lakin o zaman “Azadlıq” bloku çox iddialı idi və ölkədə inqilab havası vardı. Sonra blokun təsisçilərindən biri olan Rəsul Quliyev xarici ölkələrdən birinin kəşfiyyatının qurduğu oyuna düşdü. Nəticədə “Azadlıq” blokunun digər rəhbərlərindən də xəbərsiz, iqtidarın içindəki bəzi vəzifəlilərin də qatıldığı, prezidentin əmisi Cəlal Əliyevin də daxil olduğu “inqilabçılar” dəstəsi quruldu. Onlar dövlət çevrilişi etməyi və İlham Əliyevi devirərək Rəsul Quliyevi iqtidara gətirməyi planlaşdırmışdılar. Məlum olduğu kimi, bu plan 2005-ci ilin oktyabrında ifşa olundu və İlham Əliyev demokratik islahatlar kursundan imtina edərək iqtidarını mümkün vasitələrlə qoruma kursuna döndü..."Mənbəmiz iddia edir ki, indi vəziyyət dəyişib: “Hakim ailədə, iqtidarın içində və müxalifət düşərgəsində yuxarıdan islahatlara mane ola biləcək heç bir qüvvə qalmayıb. İndi inqilabı prezident edəcək!” *** Planın ikinci hissəsinə - kadr islahatları məsələsinə gəlincə isə qaynağımızdan bununla bağlı da ilginc məlumatlar almışıq. Onun sözlərinə görə, İ.Əliyev bu komandanı özünün yox, mərhum atası Heydər Əliyevin komandası hesab edir. Onu da bilir ki, yeni dönəmə, ölkəni taleyüklü problemlərdən çıxarmağa köhnələrlə başlamaq qeyri-mümkündür: “Bu səbəbdən də Novruz bayramından sonra köklü siyasi islahatlara və kadr dəyişikliklərinə gedilməsi nəzərdə tutulub. Elə fiqurlar vəzifəsindən götürüləcək ki, onların getməsi elə mövcud iqtidarın getməsi deməkdir. Əvəzləyicilər kimi nisbətən gənclər, ”şəhər uşaqları" və bir qədər fərqli sivilizasiyada təlim almış kadrlar nəzərdə tutulub. Bu dəyişikliklər həm də daha uzaq hədəflərə hesablanmış addımdır; İlham Əliyevin prezidentlik müddəti artırılmasa və 2013-də seçkiyə bir başqası girsə, yeni qurulacaq komanda həmin situasiyaya da hazır olmalıdır. Həm də xalqla və müxalifətlə demək olar ki, heç bir problemi, düşmənçiliyi olmayan, “qan-töküb, baş kəsməyən” yeni kadrlara ehtiyac olduğunu Qərb təmsilçiləri də dəfələrlə qeyd ediblər. İlham Əliyevin özü də hakimiyyətini mafiyalardan təmizləmək zərurətini çoxdan qəbul edib..."Əldə etdiyimiz məlumatlara görə, kadr islahatları elə ilk etapdaca çox ciddi fiqurları əhatə edəcək. Uzun müddətdən bəri iri postlarda oturan məmur və nazirlərin dəyişdirilməsi hədəflənib. Bildirilir ki, İ.Əliyev öz iqtisadiyyat komandasından nə qədər razı olsa belə, bu komandada da dəyişiklik istisna edilmir. Ən böyük islahat dalğası isə güc nazirliklərini və siyasi qrupu “vuracaq”; burada komandanın əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Postlarından götürülmüş nazirlərin səfir, prezident müşaviri və s. bu kimi aztutumlu vəzifələrə göndəriləcəyi planlaşdırılır. Amma bir mühüm postdan götürülüb başqa “ağırçəkili” vəzifəyə göndərilənlərin olacağı da deyilir.Bu məlumatlara görə, ölkənin baş naziri və bütövlükdə Nazirlər Kabineti də dəyişdiriləcək: “Xalq inqilab istəyirdi, onu da alacaq. Müxalifət ”bu iqtidar getsin deyirdi", bu iqtidar gedəcək. Qərb islahat və demokratiya deyirdi, daha artığını alacaq..."Bütün bunları mötəbərliyinə və məlumatlılığına şübhə etmədiyimiz mənbəmiz söyləyir. O, məsləhət görür ki, bütün siyasi qüvvələr Novruz bayramından sonrakı yuxarıdan inqilaba hazırlaşsınlar...
43,968
06.12.2008 11:12
Siyasət
PƏNAH HÜSEYNİN BİRLİK MODELİ MÜSBƏT QARŞILANDI
DUİ müxalifətin birliyinin modelinin və formatının tapılmasının əhəmiyyətini inkar etməyərək müzakirə üçün işçi model kimi “Azadlıq” siyasi bloku, Müsavat Partiyası, ADP, AMİP, “Azərbaycan Naminə” İctimai Forum və DUİ-dən ibarət formatda məşvərətçi xarakterli assosiativ qurumun təsis olunmasını təklif edir. Həmçinin bu istiqamətdə müzakirələrə başlamağa hazır olduğunu bildirir.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, sözügedən təklifləri partiyanın strukturlarında müzakirə edəcəklər. “Azadlıq” blokuna daxil olan AXCP-dən isə bildirdilər ki, Pənah Hüseynin təklif etdiyi formatla razı deyillər: “Pənah Hüseynin qeyd etdiyi təşkilatlardan yalnız “Azadlıq” bloku, Müsavat Partiyası və ANİF real müxalifətdirlər. Digərlərinin hakimiyyətə münasibəti heç də real müxalifətçilik deyil. Ona görə də “Azadlıq” blokunun o cür partiyalarla bir formatda birləşməsi qeyri-mümkündür. DUİ-dəki partiyalar Pənah bəy kimi bir özləridir, bir də papkaları. Onları siyasi güc və müxalifət kimi qəbul eləməyimiz bizə başucalığı gətirməz. Müxalifətin Əməkdaşlıq Mərkəzindəki həqiqi müxalifət qüvvələrinin blok yaratması yönündə danışıqların getdiyi bir vaxtda Pənah Hüseynin məlum təşkilatlara qoşulması və fəallaşması təəccüb doğurur. Müxalifətin Əməkdaşlıq Mərkəzinin birliyə çevrilməsi ilə bağlı müzakirələrə yaxınlarda son qoyulacaq və danışıqlar müsbət nəticələnəcək”.“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov dedi ki, sözügedən təkliflərin xeyli hissəsi ilə heç bir müzakirəsiz razılaşmaq olar. Bir neçə məsələ var ki, onları qarşı-qarşıya əyləşib müzakirə etmək lazımdır: “Pənah Hüseynin təklif etdiyi model məşvərət qurumudur. Bu o deməkdir ki, qarşıdakı seçkilərdə müxalifətin vahid qüvvə kimi iştirak etməsi məsələsinin müzakirəsi sonrakı mərhələyə qalır. Hər halda Pənah bəyin Demokratiya Uğrunda İttifaq adından irəli sürdüyü təklif normaldır və müzakirəyə dəyər. Mən mövqeyimdə yenə də qalıram. Biz vaxt itirmədən konkret bir sənəd qəbul etməliyik. Bələdiyyə və parlament seçkilərində müxalifətin vahid güc mərkəzi kimi iştirakı həmin sənəddə əksini rəsmən tapmalıdır. DUİ adından irəli sürülən sənədin əvvəlki bəndlərində bu fikirlər səslənib. Təklif olunan model isə hələlik məşvərətçi qurumdur. Yəqin ki, yaxın günlərdə biz həmin sənədin müəllifləri ilə müəyyən müzakirələr aparıb qəti fikrə gələrik”.ADP sədrinin birinci müavini Həsrət Rüstəmov qeyd etdi ki, Pənah Hüseynin irəli sürdüyü təklifləri müsbət qiymətləndirirlər: “Biz də müxalifət partiyalarının qarşıdakı bələdiyyə və parlament seçkilərində birgə iştirakına tərəfdarıq. Hesab edirik ki, müxalifətin inteqrasiyası zəruridir. Ancaq bu inteqrasiyanın şərtləri, hansı formatda birləşilməlidir, assosiativ birlik, yoxsa seçki bloku olmalıdır kimi məsələlərdə müəyyən fikir ayrılıqları ola bilər. Bizim əsas prinsipimiz ondan ibarətdir ki, partiyaların inteqrasiyası zamanı daha çox birləşə biləcəyimiz nöqtələri tapmaq lazımdır. Bu zaman birlikdə iştirak edəcək bütün partiyaların maraqları nəzərə alınmalıdır. Pənah bəyin irəli sürdüyü təklif də bu baxımdan müsbətdir. Müzakirəyə layiq təklifdir. Bu təşəbbüs digər partiyalar tərəfindən də dəstəklənsə, ADP məsələni müzakirə edib uyğun qərar verməyə hazırdır”.AMİP katibi Əli Oruclu bildirdi ki, Pənah Hüseynin hazırladığı sənəddəki təkliflər reallaşarsa, müxalifət üçün uğurlu addım atılmış olardı: “Ən azından yaranmış soyuq münasibətlərdə müsbətə doğru dəyişiklik yaranardı. İrəli sürülən təklifin reallaşması istiqamətində addımlar atılarsa AMİP orada iştirak etməyə hazırdır”.Qeyd edək ki, dünən günün ikinci yarısı Demokratiya Uğrunda İttifaqda aparıcı partiya hesab olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müsavat başqanı İsa Qəmbərlə görüşüb. Bir saatdan artıq çəkən görüşdə hansı məsələlərin müzakirə edildiyini öyrənməyə çalışdıq. Lakin tərəflərin heç birindən açıqlama almaq mümkün olmadı.P.Hüseynin DUİ adından “Yeni Müsavat”da təkliflərlə çıxış etdiyi gün sözügedən İttifaqın əsas fiqurlarından sayılan Mirmahmud Mirəlioğlunun İsa Qəmbərlə görüşməsi maraqlıdır. Güman etmək olar ki, KXCP sədri DUİ-nin təkliflər paketində əksini tapan məsələlərin müzakirəsi və reallaşdırılması istiqamətində Müsavat başqanı ilə danışıqlar aparır.
43,969
06.12.2008 11:15
Gündəm
“ABBASƏLİ HƏSƏNOV AZƏRBAYCANIN YOX, İRANIN SƏFİRİDİR”
“Mən yenə də o fikirdə qalıram ki, İranla münasibətlərimizin korlanmasında Elçibəy hakimiyyətinin rolu olub” deyən səfir Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinə biganəliyi də özünəməxsus şəkildə əsaslandırmağa çalışıb. O bunu Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan məsələsinin olmaması ilə izah edib. Həmçinin cənublu soydaşlarımızın problemlərini özlərinin həll etməli olduqlarını söyləyib.Qeyd edək ki, səfirin “Mehr” agentliyinə müsahibəsinə reaksiya verən İrandakı keçmiş səfirimiz, millət vəkili Nəsib Nəsibli A.Həsənovun diplomatik etiketlərə əməl etmədiyini bildirərək “yazıqlar olsun o adama” söyləmişdi. A.Həsənov isə buna kobud şəkildə münasibət bildirib.Səfirin son açıqlamaları və barəsində dediklərinə N.Nəsiblinin münasibətini soruşduqda, millət vəkili bu mövzuda danışmağa ehtiyac duymadığını bildirdi. Qeyd etdi ki, artıq o, öz sözünü deyib və daha bu mövzuya qayıtmaq istəmir.Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli isə A.Həsənovun dediklərinə kəskin reaksiya verdi: “Abbasəli Həsənov əslində Azərbaycanın yox, İranın səfiridir”. Sabiq səfir A.Həsənovun Elçibəy hakimiyyətini günahlandırmasına da etiraz etdi: “Bu, çox yanlış fikirdir. Əslində bu, bir diplomatın öz xalqına, öz tarixi keçmişinə xəyanəti deməkdir. Bu fikirlər Abbasəli Həsənovun Azərbaycana münasibətini göstərir. Əbülfəz Elçibəy Azərbaycanın keçmiş tarixi deməkdir. Elçibəyin dövrünü təhrif etmək Azərbaycan tarixini təhrif etməkdir”. Ə.Səfərlinin sözlərinə görə, İrandakı səfir haqqında ölçü götürülməlidir: “Azərbaycan dövləti düşünməlidir ki, bu adam İranda nə qədər çalışacaq? Axı, onun mövqeyi hamıya bəllidir. Dəfələrlə bu adam Azərbaycan əleyhinə çox yanlış fikirlər irəli sürüb. Nədən dövlət onun barəsində tədbir görmür? Xarici işlər naziri bu barədə fikirləşməlidir. Belə bir şəxs Azərbaycanı təmsil edə bilməz”.Ə.Səfərli A.Həsənovun vaxtilə Bakıda İran səfirliyinin işçisi kimi çalışdığını da bildirdi: “İran səfirliyində onun fəaliyyəti hamıya bəlli idi. Bu adamın Bakıda 15-dən artıq obyekti var. Mənim də obyektiv varmı? Yox, bu, mümkün deyil. Elə isə necə olur ki, o, bu qədər obyektə sahib olur? Azərbaycan dövləti bunu görmürmü? Niyə müvafiq qurumlar bu barədə düşünmür? Axı, bu adam Azərbaycan dövlətinin mənafeyini, haqqını, tariximizi təmsil eləmir. Onun dedikləri ilə İran məmurlarının fikirləri üst-üstə düşür”.A.Həsənovun Azərbaycan dövlətinin siyasətində Cənubi Azərbaycan məsələsi olmadığından cənubluların problemi ilə məşğul olmağı yersiz saymasına gəldikdə, Ə.Səfərli bununla da razılaşmadı: “O, yanlış fikirdir. Onun diplomatik təsəvvürləri həddindən artıq zəifdir. İnsan hüququ məsələsi ümumbəşər məsələdir. İnsan hüququ məsələsini heç bir ölkə daxili işi sayıb məhdudlaşdıra bilməz. Güney Azərbaycanda 40 milyona yaxın azərbaycanlı var. Biz onların problemləri ilə bağlı sərbəst şəkildə öz fikrimizi deməliyik. Hətta soydaşlarımızın hüquqları uğrunda mübarizə aparmalıyıq, beynəlxalq təşkilatlarda bu məsələləri cəsarətlə qaldırmalıyıq. Bu, bizim mənəvi haqqımızdır. Heç bir rejim, heç bir xarici ölkə bizim öz soydaşlarımızın hüquqlarının bərpası haqqında danışmağımızı yasaq edə bilməz. Abbasəli Həsənovun hərəkəti tamamilə İran ETTELAATının mövqeyidir”.
43,970
06.12.2008 10:14
Yazarlar
BÖYÜKLƏR ÜÇÜN BALACA ŞANS
Amma məsələ burasındadır ki, bizim ölkədə təzə ilin köhnə illə heç bir mahiyyət fərqi olmur. Sadəcə rəqəm yenilənir. Dəyişikliklər isə əsasən mənfi planda baş verir. Qiymətlər qalxır, inflyasiya çoxalır, məmur özbaşınalığının sərhədləri bir qədər də böyüyür, rüşvət, korrupsiya ilbəil çiçəklənir, xalq yoxsullaşır, ölkəni çörəkpulu dərdindən tərk edənlərin sayı artır, demokratiyanın, söz azadlığının vəziyyəti bir qədər də pisləşir, müxalifətin fəaliyyət meydanı subyektiv səbəblərdən daralır və s.Köşəni yazarkən telekanallardan birinin xəbərlər buraxılışında maraqlı süjet verirdilər. Süjet Hacıqabul rayonunda təbii qazın olmaması ilə bağlı idi. İcra hakimiyyəti başçısının müavini məsələni şərh edərkən dedi ki, qazın yoxluğuna səbəb son illər əhalinin sayının artmasıdır. Ona görə də camaat hələ bir qədər də gözləməlidir. Özü də nə az, nə çox - 5 il.Məntiqə fikir verin. Əhalinin sayı artırsa, həyat çətinləşməlidir. Qaz, işıq qəhətə çəkilməlidir. Bəs öz halalca torpağımızdan, dənizimizdən çıxarılan milyardlarla kubmetr qaz hara gedir? Nefti başa düşdük; bilirik ki, ondan bizə pay yoxdur. Ona görə də gözümüzü birdəfəlik çəkmişik. Allahı sevərsiniz, barı zəhər iyi verən qazı millətdən əsirgəməyin. 5 il sonra əhalinin sayı bir qədər çoxalacaq. Yeni evlər tikiləcək. Onda sözünüz nə olacaq? Bəlkə problemlərin həlli üçün camaatı qırasınız? Məşhur aforizmdə deyildiyi kimi: “İnsan yoxdur - problem də yoxdur”. Bakının 100 kilometrliyində vəziyyət belədirsə, görün ucqar rayonlarda hansı fəlakətlər yaşanır?Heç paytaxtda da yaşayış üçün fərli-başlı şərait yoxdur. Qaz, işıq problemi bakılılar üçün də “doğmadır”. İki gündür Bakının az qala yarısı susuz qalıb. Bir dövlət qurumu vəziyyətlə bağlı izahat vermir. Problemi bir-birinin üstünə atırlar. Yol belə, su belə, qaz, işıq belə. Daha nə qaldı? Həyat üçün gərək olan ən vacib amillər ya yoxdur, ya da çox pis vəziyyətdədir. XXI əsrin Azərbaycanında insanlar odun, təzək yandırıb qızınırlar, əlində vedrə küçələrə düşüb su axtarırlar. Ən dəhşətlisi isə odur ki, camaat dərdini deməyə ünvan tapmır. Əlacsızlıqdan şikayətini mərhum dövlət başçısı Heydər Əliyevin portretlərinə söyləyirlər. Belə absurdların yaşandığı ölkənin analoqsuz inkişaf etdiyi iddiasına düşmək isə heyrətamizdir.Bu qarışıq və gərgin dövrdə bircə xoş rəftar, xeyirxah addım insanlara necə xoş təsir edərmiş. Biz çoxdandır kütləvi şəkildə sevinməyə, şadlanmağa tamarzıyıq. Qənimət bəylə Mirzə Sakitin həbsdən müvəqqəti buraxılmaları ölkədəki gərgin situasiyanı xeyli yumşaltdı. Media ictimaiyyətinin əsəblərinin üstünə su çiləndi. Həmkarlarımıza atalarının yas mərasimində iştiraka icazə verilməsi ən müxtəlif qüvvələr tərəfindən müsbət addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev bircə addımla özünə görün nə qədər rəğbət qazandırdı. Bax, neçə aydır biz də bunu deyir, yazırıq. Ki, hörmətli dövlət başçısı həbsdəki jurnalistləri əfv etməklə böyük dividend qazanar. Üstəlik özünü və hakimiyyətini qınaq, tənqid hədəfindən qurtarar.İli uduşla başa vurmaq, növbəti ilə tutarlı arqumentlə başlamaq üçün hakimiyyətin əlinə yaxşı fürsət düşüb. Prezident tərəfindən atılan addımı yekunlaşdırıb, içəridəki həmkarlarımızın azadlığa çıxmasını təmin etməyi nəzərdə tuturuq. Və hökumət bir də xarici radiostansiyalarla bağlı yaranmış vəziyyəti həll etməklə beynəlxalq qınaqdan, təzyiqdən bir neçə ay rahat sığortalana bilər. Qənimətgilin nümunəsində jurnalistlərlə bağlı atılan pozitiv addımın necə gözəl effekt verdiyinin şahidi olduq.Davamı gəlsin. Azər AYXAN
43,971
06.12.2008 10:16
Media
KEMBRİC UNİVERSİTETİNİN 3 PROFESSORU EYNULLA FƏTULLAYEVƏ MÜRACİƏT EDİB
Bundan başqa, E.Fətullayev türmədən oğluna ünvanlanmış 250 məktubdan ibarət iki torba ilə qayıdıb. Müsahibimizin sözlərinə görə, məktublar Amerika, İngiltərə, Nigeriya, Fransa, Şotlandiya, Uels, Avstraliya, Yeni Zelandiyadan göndərilib. Bundan başqa, baş redaktora Kembric Universitetinin üç professoru da Azərbaycan dilində yazdıqları “Biz sizin haqqınızda fikirləşirik. Ən xoş arzularla” sözlərindən ibarət məktub yollayıblar. Müsahibimiz bildirdi ki, məktubların demək olar ki, hamısı bu məzmundadır. Onların bəziləri əcnəbi, bəziləri isə Azərbaycan dilində yazılıb.Baş redaktor səhhətindən və saxlanma şəraitindən də narazılıq etməyib. Atası ona “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və satirik yazar Mirzə Sakitin atalarının Şamaxıdakı yas mərasimində iştirak etdiyini bildirib: “Bildirdim ki, mən də onun və ailəmizin adından o yasda iştirak etmişəm. Qəzetiniz vasitəsilə Zahidov qardaşlarına başsağlığı verdi. Onların vəziyyəti ilə maraqlandı. Onunçün həmkarlarına atalarının yas mərasiminə görə bir həftəlik icazə verilməsi xəbəri gözlənilməz olmuşdu və buna görə sevinirdi”.E.Fətullayev mütaliəsini də davam etdirir. Baş redaktor hazırda Qabriel Qarsia Markesin əsərlərini oxuyur. Müsahibimizin sözlərinə görə, artıq oğluna qəzetlər də verilir: “Poçtla göndərilən qəzetlər ona artıq çatır. Bu gün(dünən) apardığım qəzetləri də dərhal verdilər. Bütün hallarda həbsdəki jurnalistlərə qarşı bir yumşalma hiss olunur və bu, müsbət addımdır”.
43,972
06.12.2008 10:19
Media
HARAŞTİ ELMAR MƏMMƏDYAROVA XARİCİ RADİOSTANSİYALARI “TAPŞIRIB”
“Radioların yayımının dayandırılması plüralizmə son qoymaq deməkdir” deyən Haraşti qeyd edib ki, MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin xarici radiolara verilişlərini internent və ya peyk vasitəsilə yayımlamaq təklifi ciddi deyil.“İnternet xəbərlərin yayımlanması üçün əsas kanal ola bilməz. Bu, yalnız köməkçi vasitədir. Hətta Qərbdə belə hələ internetin keyfiyyətinin kifayət qədər yaxşı olmadığı Azərbaycanda demirəm”- deyə Haraşti qeyd edib.O, hazırda yalnız peyk vasitəsilə yayımlana bilən xarici telekanallarla bağlı tətbiq edilmiş təcrübənin tətbiqini yanlış sayır. Radiostansiyalar ən əlverişli və demokratik informasiya mənbəyidir. “Mən bildiyimə görə, cənab Məmmədyarov öz işinə BBC-nin xəbərlərini dinləməklə başlayır və düşünmürəm ki, o, bu xəbərlərə internetdə qulaq asacaq” - deyə Haraşti bildirib: “İşin hüquqi tərəfinə gəlincə, bu problem Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinə toxunur və mən cənab Məmmədyarova demişəm ki, siz plüralizmi pozmamalısınız, onu zənginləşdirməli və müdafiə etməlisiniz. Buna görə, radiostansiyaların bağlanması ATƏT qarşısındakı mühüm öhdəliklərdən birini pozacaq. Problemin həlli mexanizmi barədə danışsaq, o, sadədir - qanunvericiliyi dəyişmək və radiostansiyalara verilişlərini yayımlamaq imkanı vermək lazımdır”- deyən Haraşti Azərbaycan hakimiyyətinin qanunun müddəalarını 15 ildən sonra, radiostansiyalar əhalinin əsas informasiya “məhsulu”na çevriləndə xatırlamasına təəccübünü bildirib: “Mən Azərbaycan hakimiyyətindən radiostansiyaların bağlanması üzrə addımlar atmamağı xahiş edəcəyəm”.Elmar Məmmədyarovun bu etirazlara necə cavab verdiyi barədə suala cavabda ATƏT-in xüsusi nümayəndəsi deyib ki, bütün dəlillərə diqqətlə qulaq asıb və bildirib ki, hakimiyyət bu məsələ üzərində işləyəcək. Haraşti Azərbaycan hakimiyyəti heç nəyə baxmayaraq, xarici radiostansiyaları bağlasa ATƏT-in hansı addımı atacağı barədə suala cavabdan yayınıb.Milli Teleradio Şurasının (MTRŞ) xarici radiostansiyalarla bağlı iclası isə dekabrın 25-də keçiriləcək.Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, iclasda xarici radiostansiyalara verilən lisenziyaların müddətinin uzadılıb uzadılmayacağı məsələsi müzakirə olunacaq: “Lakin qabaqcadan hər hansı fikir söyləyə bilmərəm. Lisenziyaların verilməsi ya dayandırılacaq, ya da müəyyən müddətə uzadılacaq”.N.Məhərrəmli bildirib ki, Amerika Yayım Şurasının əməkdaşları MTRŞ-dən iki ölkənin hökumətləri arasında danışıqlar aparılması üçün vaxt istəyib: “Amerikada prezident seçkiləri bu yaxınlarda başa çatıb. Yeni prezident səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq. Ona görə də, onlar bu məsələnin müzakirəsi üçün vaxt istədilər. Biz də bunu normal qarşılayırıq. Həmin məsələ də müzakirə olunacaq”.Şura sədri xarici radiostansiyaların yayımının dayandırılacağı ilə bağlı debatların və kütləvi aksiyaların keçirilməsinə də münasibət bildirib: “Mən Amerika Yayım Şurasının üzvlərinə də, Amerika səfirliyinin nümayəndələrinə də dedim ki, xarici təşkilatlar tərəfindən sərt reaksiya olanda, biz də kəskin mövqe nümayiş etdirməyə başlayırıq. Biz öz işimizin doğru olduğuna əminik. Bu cür bəyanat və aksiyalar bizim işimizə təsir göstərə bilməz”.“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə hesab edir ki, Qərb indiki halda ölkəmizdə fəaliyyət göstərən radiolarını qoruya biləcək. Müsahibimiz hesab edir ki, bu, onlarçün həlledilməz baryer deyil: “Çünki bu məsələ birbaşa prezidentlə müzakirə olunacaq”.
43,973
06.12.2008 10:18
Media
PREZİDENTLİYƏ NAMİZƏDLƏR SEÇKİ TƏBLİĞATI ZAMANI DİNİ MOTİVLƏRDƏN YARARLANIB
Monitorinq 2008-ci il sentyabrın 15-dən oktyabrın 13-dək olan tarixi əhatə edib.Təşviqat dövründə dini motivli materiallara ən çox İlham Əliyevlə bağlı yazılarda rast gəlinib. 3 çap mətbuatında (“Azərbaycan”, “525-ci qəzet” və “Yeni Müsavat”) onunla bağlı dini motivli 33 material dərc olunub. Ümumi həcmin 90 faizinin aidiyyəti islamla, 9 faizi başqa dinlərlə bağlıdır, 1 faiz isə dinlər barədə ümumi fikirləri əhatə edir. 2 telekanalda (AzTV və İTV) isə materialların sayı 28-dir (ümumi həcm 6668 saniyə). Elektron KİV-dəki ümumi həcmin 84,7 faizi islamla bağlıdır. Yerdə qalan hissə - 15,3 faiz digər dinlərə aiddir.Monitorinqdə namizədin dinə neqativ münasibətini əks eləyən 2 material aşkarlanıb. “Yeni Müsavat”da dərc olunmuş bir köşədə müəllif namizədin tolerantlıqla barədə fikirlərinə etiraz edir, digər köşədə namizəd dindən uzaq bir şəxs kimi dəyərləndirilir.Namizəd çıxışlarında dinlə bağlı heç bir vəd verməyib, cəmiyyətə yeni mesaj ötürməyib, ölkədəki dini durumu və tolerantlığı isə yüksək qiymətləndirib.Monitorinqin nəticələrinə görə, ikinci sırada Fazil Mustafayevdir. Namizədlə bağlı 2 çap mətbuatında (“Azərbaycan” və “Yeni Müsavat”) dini motivli 7 material dərc olunub. Ümumi həcmin 57,7 faizi islamla bağlıdır, 42,3 faiz isə dinlər barədə ümumi fikirləri əhatə edir. 1 telekanaldakı (İTV) materialların sayı 4-dür (ümumi həcm 565 saniyə). Elektron KİV-dəki ümumi həcm bütövlükdə islamla bağlıdır. Dinə münasibətdə neqativ göstərici yoxdur. Namizəd dinə aid tezisləri seçki platformasına daxil edib, dinə və dindara münasibətin dəyişməli olduğunu bildirib. İTV-də pulsuz efir vaxtının birini bütövlükdə dinə həsr eləyib, hicab qadağasının əleyhinə çıxıb.ÿÜçüncü sırada Qüdrət Həsənquliyevdir.Namizədlə bağlı 1 çap mətbuatında (“Yeni Müsavat”) dini motivli 2 material dərc olunub. Göstərilən həcmin 83,5 faizi islama, 16,5 faizi isə ümumən dini mövzuya aiddir. 1 telekanaldakı (İTV) materialların sayı 4-dür (ümumi həcm 346 saniyə). Elektron KİV-dəki ümumi həcm bütövlükdə islamla bağlıdır.Namizədin dinə münasibətində 2 neqativ göstərici qeydə alınıb. “Yeni Müsavat”da dərc olunmuş bir yazıda Nardaran sakini namizədin dinə münasibətini kəskin tənqid edib. Daha sonra namizəd özü İTV-dəki debatların birində dini atributların əleyhinə ifadələr işlədib. O, dünyəvi dövlətin tərəfdarı olduğunu bəyan edib.İqbal Ağazadə 4-cü sıradadır. 2 çap mətbuatında (“Azərbaycan” və “Yeni Müsavat”) namizədlə bağlı dini motivli 5 material dərc olunub. Göstərilən həcmin 54,5 faizi islama, 55,5 faizi ümumi şəkildə dini mövzuya bağlıdır.1 telekanalda (İTV) da materialların sayı 5-dir (ümumi 91 saniyə). Ümumi həcm bütövlükdə islama bağlıdır. Heç bir neqativ münasibət qeydə alınmayıb.Namizəd dinə yönəlik ayrıca proqramının olduğunu bildirib.Qulamhüseyn Əlibəyli yalnız İTV-dəki birbaşa çıxışlarında dini motivdən istifadə edib, 3 çıxışda cəmi 37 saniyə. O, müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etməklə kifayətlənib.Hafiz Hacıyev İTV-də “Xalq seçir” seçki proqramında dövlət məmurlarından birinin tənqidi zamanı dini motivdən yararlanıb. O, həmin məmuru xristianlığa xidmətdə ittiham edib. Bu faktı dinə mənfi münasibət kimi dəyərləndirib.Monitorinqə cəlb edilmiş media mənsubları mövzu ətrafında analitik şərhlərə maraq göstərməyiblər, daha çox xəbər janrında işləyiblər. Yalnız “Yeni Müsavat” bəzi hallarda törəmə materiallar hazırlayıb, köşə yazarlarının fikirlərinə yer ayırıb.
43,974
06.12.2008 10:20
Media
ATƏT NÜMAYƏNDƏSİ İLƏ MƏTBUAT ŞURASI İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİBLƏR
O, əfv fərmanının yalnız Zahidov qardaşlarına deyil, bütün həbsdə olan jurnalistlərə aid olacağına və Azərbaycanda jurnalistlərin fikirlərinə görə həbsi hallarının olmayacağına ümid etdiyini bildirib.Bu arada Mətbuat Şurası (MŞ) da İlham Əliyevə müraciət edib. Şuradan qəzetimizə verilən məlumata görə, müraciətdə Qənimət və Sakit Zahidov qardaşlarına atalarının yas mərasimində iştiraka şərait yaradıldığına görə prezidentə minnətdarlıq bildirilib: “Bu günlərdə “Azadlıq” qəzetinin məhkum həyatı yaşayan baş redaktoru Qənimət Zahidovun və qardaşı, həmin nəşrin əməkdaşı Sakit Zahidovun ataları Səlim Zahidovun yas mərasimində iştirakları üçün cəzalarını çəkdikləri müəssisələrdən müvəqqəti azad edilmələri bütün ölkədə və onun hüdudlarından kənarda xeyirxah məramın yeni nümunəsi kimi dəyərləndirilib”.Daha sonra prezidentdən Qənimət və Sakit Zahidov qardaşlarının əfvi imkanlarını nəzərdən keçirməsi xahiş olunub.
43,975
06.12.2008 10:20
Gündəm
TÜRKİYƏDƏ “ERMƏNİ SOYQIRIMI”nı TANIMAĞA ZƏMİN YARADILIR
Təşkilatçılar bu yolla il boyunca internet vasitəsilə mövqelərinin dəstəklənməsi üçün mümkün qədər dəstək qazanmağı qarşılarına məqsəd qoyublar.Çengiz Aktanın sözlərinə görə, “ermənilərin başına gələnlər Türkiyədə çox az bilinən, unutdurulmuş, təhrif olunmuş hadisədir: “Məsələyə heç bir zaman obyektiv tarixi baxımdan yanaşılmamışdır. Buna görə də Türkiyədə insanların çoxu bu gün bütün xoş niyyəti ilə ermənilərin başına heç bir şey gəlmədiyini zənn edir”.ANS-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə əsasən ermənilərə dəstək kampaniyasının iştirakçılarından Ahmet İnsel Qalatasaray Universiteti iqtisadi bölümünün rəhbəridir. Baskın Oran Ankara Universitetində müəllimdir. Türk və ermənicə yayımlanan “Agos”, həmçinin “Birgün” və “Radikal” qəzetlərində köşə yazıları ilə çıxış edir. Türk millətçi dairələrinin nifrət etdiyi şəxslərdəndir. Çengiz Aktar isə Avropa Birliyinin ekspertlərindən hesab olunur. O, Qalatasaray Universitetində müəllimdir. Əli Bayramoğlu isə elmlər doktorudur və bir sıra qəzetlərdə məqalələrlə çıxış edir.Çengiz Aktar Türkiyənin NTV telekanalına açıqlamasında deyib ki, onların təşəbbüsü məcburi xarakter daşımır və şəxsidir: “Bəli, mən ermənilərin çəkdiyi əzablara və bütün bunların indiyədək müzakirə olunmamasına görə üzr istəyirəm. Lakin bu, şəxsi üzrdür, kimsə üçün məcburi deyil”.Baskın Oran isə deyib ki, o, Türkiyə vətəndaşı olaraq ermənilərdən üzr istəməyi özünə borc bilir: “Ancaq kim istəsə, bu təşəbbüsə qoşulub üzr istəyə bilər, istəməyən isə belə bir şey yoxdur deyib yoluna davam edər”.
43,976
06.12.2008 11:09
Gündəm
SƏRKİSYANLA GÜLÜN “FUTBOL DİPLOMATİYASI”na MÜKAFAT VERİLDİ
Monako kralı II Albertin təqdim etdiyi mükafatı Türkiyədən Futbol Federasiyası başqanı Mahmut Özgener, Ermənistan adına isə idman və gənclər naziri Armen Qriqoryan alıblar. M.Özgener deyib ki, iki ölkənin futbol komandaları bu il üç dəfə oynayıblar, Ermənistan da ev sahibi kimi onları hər dəfə yaxşı qarşılayıb: “İnşallah, cavab matçı üçün gələn erməniləri də yüksək səviyyədə qarşılayacağıq”.Erməni nazir isə mükafatın böyük önəm daşıdığını qeyd edərək A.Gülün S.Sərkisyanın dəvətini qəbul etməsini mühüm hadisə adlandırıb. Mərasimdən sonra iki ölkənin nümayəndə heyətlərinin üzvləri birgə nahar ediblər.
43,977
06.12.2008 10:23
Gündəm
HELSİNKİDƏ DAHA BİR QARABAĞ MÜZAKİRƏSİ KEÇİRİLDİ
“CİHAN” agentliyinin xəbərinə görə, nazirlərin görüşü zamanı Helsinkidə Minsk Qrupunun həmsədrləri ilə dekabrın 3-də və 4-də aparılan danışıqların nəticələri, həmçinin Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə əlavə olaraq onu deyib ki, Ə.Babacanla E.Nalbəndyan arasındakı danışıqlarda iki ölkə arasındakı münasibətlər müzakirəyə çıxarılıb. Tərəflər danışıqları davam etdirmək haqda razılıq əldə ediblər.Türkiyə mənbələri qeyd edirlər ki, nazirlər danışıqlar prosesinə xələl gəlməməsi üçün detallar haqda açıqlama verməyiblər. Bununla belə məlum olub ki, Ə.Babacan görüşlər zamanı Qarabağ məsələsinin həllinə daha çox diqqət ayırıb. Bildirilir ki, Ə.Babacan əvvəlcə Ermənistanın xarici işlər naziri ilə görüşüb, bu görüş başa çatandan dərhal sonra o, azərbaycanlı həmkarı E.Məmmədyarovla bir araya gəlib. Ə.Babacanla E.Nalbəndyan görüşdən çıxandan sonra da söhbəti davam etdiriblər, iki nazir təqribən 10 dəqiqə ayaqüstü söhbət aparıblar. Türkiyə XİN-in diplomatları bu zaman Ə.Babacana E.Məmmədyarovun onu gözlədiyini xatırlatmalı olublar və Ə.Babacanla E.Nəlbəndyan ayrılıblar.Ə.Babacan türkiyəli jurnalistlərlə söhbətində deyib ki, Ankara ilə İrəvan arasındakı münasibətlərin inkişafı üçün Bakı-İrəvan münasibətlərinin normallaşması kritik əhəmiyyət kəsb edir: “Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması önəmli problemdir. Bu problemin mütləq həll edilməsi gərəkdir. Bunlar fundamental məsələlərdir. Ankara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupu çərçivəsində aparılan danışıqları dəstəkləyir. Lakin Minsk Qrupu dəfələrlə bir araya gəlməsinə baxmayaraq konkret addımlar ata bilmir. Azərbaycan və Ermənistan prezidentlərinin Moskva danışıqlarından sonra münaqişənin həllinə ümidlər artıb. Bu məsələdə irəliləyişlərin əldə edilməsi Ankara-İrəvan münasibətlərinə də təsir edəcək”.Digər məlumata görə, Ankaranın irəli sürdüyü Qafqazda sülh və əməkdaşlıq platforması ideyası ilə bağlı Helsinkidə ilk dəfə Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan və Rusiyadan olan diplomatlar bir araya gəlib. Bu görüş zamanı ideyanın məqsədi, işləməsi mexanizmi və digər texniki məsələlərlə bağlı müzakirələr aparılıb.Xəbər verildiyi kimi, Helsinkidə əvvəlcə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 3 saatdan çox danışıqlar aparıblar. Dekabrın 4-də danışıqlar həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə davam edib və Rusiya, Fransa və ABŞ-ın adından Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyannamə qəbul edilib. Bu sənəddə münaqişənin güc yolu ilə həlli istisna edilir və tərəflər yaxın aylarda baza prinsipləri üzrə razılaşmanı işləyib hazırlamağa çağırılır.Bu sənədi şərh edən Minsk Qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza “Azadlıq” radiosunun müxbirinə bildirib ki, o, tərəflərin münaqişənin həlli ilə bağlı nə vaxt razılığa gələ biləcəklərini deyə bilməz: “Amma həmsədrlər istərdi ki, tərəflər baza prinsipləri üzərində işi başa çatdırsınlar və bu zaman ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və gücdən istifadə etməmək kimi məqamlar nəzərə alınsın”.Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişənin nizamlanmasının baza prinsipləri üzərində razılaşmanın yaxın aylarda ədə edilməli olduğunu vurğulayıb. Rusiya mətbuatı diplomatik qaynaqlara istinadən xəbər verib ki, bu razılaşma üzərində iş gələn ilin əvvəlindən başlaya bilər. İlin sonunadək isə Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir.
43,978
06.12.2008 10:22
Yazarlar
DAŞANIN TƏZƏ PALTARLARI
Qarşıdan Qurban bayramı gəlir, ölkədə isə mərhəmət ehtiyacları indidən siyasi fontan vurur. Mərhəmət vazkeçilməz dəyərdir, amma çox təzadlıdır. Hər halda mərhəmət qanun deyil, konstitusiya deyil.Bəzən deməyə söz çox olur, amma deyəndə adam qarğaya çevrilir. Qarğa deyimi alınsa da bir şeyi hökmən deməliyəm: normal xalqlar zəifin güclünün, kasıbın varlının mərhəmətinə dayanaraq yaşaması, xoşbəxt olması kimi xülyadan artıq bir neçə əsrdir imtina edib. Uzağa və qırağa getməyin, Hüseyn Cavidi oxuyun, görün div boyda Lev Tolstoya necə cavab vermişdi! Görün o, necə haqlı idi! Onun mərhəmətinə nə ad qoymuşdu. Amma iş elə gətirib ki, bizdə bir toplum bir nəfərin mərhəmətinə ümid etməyə məhkum edilib. *** Söhbət şahdan düşmüşkən, ondan bir əhvalat danışmaq istəyirəm. Bir nəfər şahın yanına gəlir ki, o, qeyri-adi bir iş bacarır - 10 addımdan sapı elə atır ki, iynənin deşiyindən keçir. Yəni bu qoçaq 10 metrdən iynəni saplaya bilir. Şah buna inanmır, o səbəbdən tapşırıq verir ki, əyan-əşrəf toplaşsın, kişinin düz deyib-demədiyini yoxlayacaqlar.Adam dediyini edir. Şah inanmırmış kimi ona əmr verir ki, bu bacarığını bir də göstərsin. O, yenidən 10 metr geri çəkilib sapı atır və sap iynənin deşiyindən keçir. Şah yenə inanmır, bir daha yoxlamaq istəyir onu.Qoçaq adam bu dəfə 11 metr geri çəkilib sapı atır və iynənin boğazından keçirir. Şah əmr edir ki, ona 100 qızıl versinlər. Birdən mükafatı alan adam deyir: “Şah sağ olsun, mən bunu öyrənməyə 10 il sərf etmişəm”.Şahın sifəti dəyişir və deyir: “Bu adama 100 çubuq vurun, görün ömrünün 10 ilini nə qədər gərəksiz işə sərf edib”.Bu əhvalatı bircə şeyə görə xatırlayıram. 10 ilə gərəkli şey də öyrənmək olar. *** Putin baş nazir olanda da canlı efirdən xalqın suallarına cavab verdi. Bu cür tədbiri prezident olanda ənənəyə çevirmişdi. Amma həmin ənənəni yeni prezident Medvedyev deyil, o, özü davam etdirdi. Çünki şah yenə odur. Maraq üçün izləməli oldum. İndi Azərbaycanla bağlı çox ciddi məsələlər bu adamın əhvalından asılıdır. Qlobal maliyyə böhranı onu silkələsə də Vladimir Vladimiroviç hələ çox diridir.Baş nazirin xalq konfransında maraqlı bir hadisə baş verdi. Canlı efirə zəng edən 9 yaşlı Daşa prezidentdən özünə və bacılarına təzə don istədi. Putin isə Buryatiyada yaşayan bacıları Moskvaya Yeni il şənliyinə dəvət etdi. İndi bütün dövlət qurumları ayağa qalxıb, Daryagilə qayğı göstərirlər. Qızlar özlərini xoşbəxt hiss edirlər.Əcəb mərhəmətdir. Rus dövləti nəhəng hərbi derjavadır, elə son aylarda Cənubi Osetiyaya tank və yardım daşımaqdan dabanı qabar olub. Sakit okeanda hərbi gəmilərlə göstəri keçirir. Amma Daryanın donu yoxdur.
43,979
06.12.2008 10:25
Gündəm
PKK-nın ƏSAS POLİQONLARINDAN BİRİ - NAXÇIVAN
Bu barədə məlumat verən mənbənin dediyinə görə, Naxçıvana köçürülən kürdlər əsasən Şərurun Çalxanqala, Qarabağlar və Dərəkənd kəndlərində yerləşdirilir. Sonradan isə bu ailələr bütün Naxçıvan üzrə bölüşdürülür. “Köçün marşrutu təxminən belədir: Türkiyə (Doğu Bəyazid)-İran (Urmiya)-Naxçıvan (Şahtaxtı). Kürdlər Naxçıvana çatan kimi isə ilkin zəruri əşyalarla təmin olunur”- deyə mənbə bildirir.Ötən ilin sonlarından etibarən Naxçıvanda minlərlə ticarət obyektinin sökülməsinin əsas səbəbi bölgəyə köçürülən və köçürülməsi planlaşdırılan kürdlərin Naxçıvanda öz ticarətini genişləndirmələrinə şarait yaratmaq məqsədinə bağlıdır. Bu barədə əməkdaşımıza mötəbər mənbədən məlumat daxil olub. Qaynağın dediyinə görə, Naxçıvan rəhbərliyinin bölgəni ağır sosial-iqtisadi vəziyyətə salması məqsədyönlü xarakter daşıyır: “Çünki bölgədəki ağır durum insanları öz ev-eşiklərini tərk etmək məcburiyyətində qoyub. Naxçıvan camaatı evlərini kürd ailələrinə kirayəyə verərək özləri çörəkpulu dalınca Türkiyəyə, Rusiyaya və Bakıya üz tutur. Vasif xana güvənən bu köçmə kürdlər muxtar respublikadakı bütün əhəmyyətli ticarət obyektlərini artıq ələ keçirib. Tikinti sektorunda çalışan kürdlər isə yerli camaatla müqayisədə daha çox maaş alır. Bu ayrı-seçkiliyə etiraz edən naxçıvanlıları isə işdən qovmaqla hədələyirlər. Ən dəhşətlisi isə odur ki, əslən Naxçıvandan olan hökumət məmurları öz ata-baba yurdlarını qorumaq üçün səslərini də çıxara bilmir”.Əslində deyilənlərdə həqiqət var. Vasif Talıbovun hökmündən ehtiyatlanan əslən Naxçıvandan olan məmurlar əllərindəki bütün iqtisadi-siyasi gücə baxmayaraq məsələyə təsir eləmək üçün səy də göstərmir.Bölgədən aldığımız digər xəbərə görə, Naxçıvan Dövlət Universitetində təhsil alan kürdəsilli tələbələrin bir qrupunun yaratdığı “Komelen civanin” (“Gəncliyin günəşi”) adlı dərnək artıq o həddə qədər fəallaşıb ki, yerli tələbə və müəllimlərlə ultimatumla danışır. Universitetin özünə isə son bir ildə “Ronahi” kürd mədəniyyət mərkəzinin dəstəyi ilə bir neçə müəllimin göndərildiyi bildirilir. Həmin müəllimlərdən biri universitetdə “Kürdüstan tarixi” fənnini tədris edir: “Həmin tələbə və müəllimlər Öcalanın və PKK-nın təbliğatını aparır, kürd dövlətinin qurulmasını əsaslandıran mövzuları dərs mövzuları kimi tədris edir. Universitetdə “Kürdüstan”ın xəritəsi, PKK-nın emblemləri və bayrağı yayılır. Hətta Aponun azad olunmasının zəruriliyi haqda təbliğat aparırlar”.Yeri gəlmişkən, iki il dalbadal İraqın Süleymaniyyə şəhərində təşkil edilən “Kürd kültür və ədəbiyyat festivalı”na Naxçıvan Dövlət Universitetindən 6 nəfərin dəvət aldığı deyilir. Bu tədbirdə Bakıda dərc olunan PKK yönümlü “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman və redaksiyanın iki əməkdaşının da iştirak etdiyi bildirilir:“Naxçıvanda özəl, xüsusilə inşaat sektorunda Türkiyədən gələn və PKK mənsubluğu şübhə doğurmayan çoxlu sayda insanlar çalışır. PKK-nın təbliğatını aparan həmin Türkiyə vətəndaşları əsasən Hakkari, Muş, Diyarbəkir, Şırnak əyalətlərindən gələnlərdir”- deyə mənbə bildirir. Onun iddiasına görə, bu adamlar bir qədər də irəli gedərək Dərəkənd, Aşağı Daşarx, Böyükdüz, Çalxanqala, Təzəkənd və Qarabağlar kəndlərində Öcalana dəstək üçün imza vərəqələri paylamaqdan da çəkinmir. Naxçıvanda kürd diaspor təşkilatının fəaliyyət göstərdiyi də gələn xəbərlər sırasındadır. Diasporun rəhbəri də hamının tanıdığı şəxsdir.Bir neçə ay əvvəl “Azadlıq” qəzetində PKK yönümlü kürdlərin Moskvada fəaliyyət göstərən “Nadejda” (“Ümid”) fondunun Azərbaycan bölməsinin də fəaliyyətə başlanması barədə yazı getmişdi. İndi məlum olub ki, Azərbaycandakı “Nadejda” Naxçıvanda PKK-nın təşkilatlanması yönündə müntəzəm təbliğat aparır, PKK üçün pul toplayır. Pul yığılması işində Naxçıvandakı Türkiyə adına fəaliyyət göstərən şirkətlər (əslində isə bunlar Türkiyə vətəndaşı olan separatçı kürdlərin şirkətləridir-red.) fəal iştirak edir. Bu pulları PKK-nın Moskvadakı “Nadejda” fondu ilə əlaqələndirmək üçün isə heç bir çətinlik yaranmır. O da bildirilir ki, Bakıdakı bankların birində “Nadejda” fondunun xüsusi hesabı açılıb.Bölgədəki informasiya qaynağımızın başqa bir xəbərində o da göstərilir ki, “kiçik torpaq”da kəskin un qıtlığı yaranmasına baxmayaraq Türkiyədən ancaq kürd mənşəli iş adamlarına muxtar respublikaya un gətirməyə icazə verilir. “Naxçıvanda əsasən Vasif Talıbovun dəyirmanında istehsal olunan un satılır. Türkiyədən isə ancaq kürd əsilli iş adamlarına un gətirməyə yasaq qoyulmayıb”- deyə mənbə bildirir.Naxçıvanda PKK-ya məxsus ROJ TV-nin yerli nümayəndəliyi də açılıb. Nümayəndəliyin əməkdaşı Şərurda yaşayan sakinlərdən biridir. (Bu şəxsin adı ilə bağlı redaksiyada məlumat var, amma onu xüsusi qaydada dəqiqləşdirmək tələb olunur).İranın Mahabad və Urmiya şəhərlərindəki PKK təşkilatları ilə Naxçıvandakı özəklərin əlaqəsi Kəngərli rayonunun Çalxanqala kəndinin bir sakini vasitəsilə saxlanılır. Bu şəxsin muxtar respublika rəhbərliyinə daxil olan ayrı-ayrı şəxslərlə yaxın münasibətləri var və burada PKK-nın fəaliyyətini xüsusi çətinlik yaradılmadan istiqamətləndirir. Onun Suriyadakı PKK təmsilçiləri də davamlı əlaqələrinin olduğu barədə məlumatlar var.
43,980
06.12.2008 10:24
Ölkə
“NAŞI HƏKİMLƏR XANIMIMI VƏ ANA BƏTNİNDƏKİ KÖRPƏMİ ÖLDÜRDÜ”
Bir gün sonra qan təzyiqi normal həddə düşməyə başladı və 2008-ci il yanvarın 2-də yoldaşımı palataya keçirdilər. Burada şöbə müdiri Natella adlı həkim olsa da müalicə Tofiq Dadaşovun göstərişləri əsasında aparılırdı. Yanvarın 7-də Dadaşovun şəxsi razılığından sonra xanımımı evə buraxdılar. Elə həmin gün vəziyyəti qəfil pisləşdi. Təcili yardım həkimi gələnədək huşunu itirdi”.Bu sözlər redaksiyamıza müraciət edən texnika elmlər namizədi Sabir Bağırovun məktubundandır. O, həkimlərdən şikayətçi olduğunu bildirib. Dediyinə görə, həyat yoldaşı naşı həkimlərin günahı üzündən dünyasını dəyişib. S.Bağırovun dediyinə görə, xəstə təzədən xəstəxanaya aparılıb: “Tofiq Dadaşov mütləq cərrahiyyə əməliyyatı lazım olduğunu bildirib dedi ki, ultrasəs müayinəsi uşağın artıq tələf olduğunu göstərir. Əməliyyat zamanı isə həyat yoldaşım 1,5-2 litr qan itirdiyi halda ona qan vurulmadı. Əməliyyatdan sonra Dadaşov dedi ki, istədik qan vuraq, ancaq vurmadıq, çünki müxtəlif fəsadlar ola bilərdi. Əməliyyatdan bir gün sonra yoldaşımın ayaqları tutulduğundan palataya araba ilə gətirilmişdi. Mən onun yeriyə bilməməsini əvvəlcə qeysər əməliyyatı ilə əlaqəndirirdim”.S.Bağırov deyir ki, həkimlər hələ yeriyə bilməyən xəstənin evə buraxılmasına qərar verib: “Yanvarın 15-də baş həkim Natəvan Əzimova yoldaşımın evə buraxılmasına icazə verib dedi ki, qoy evdə yaxşı qulluq etsinlər, burada əziyyət çəkir. Həmin gün Tofiq Dadaşovla danışmaq istədim, zəngimə çavab vermədi. Yanvarın 22-də ona zəng vurub Nigarın vəziyyətinin ağır olduğunu dedim. Dadaşov bizə gəldi. Nigarın qan təzyiqini ölçdü, hərarətini, nəbzini yoxladı. Daha sonra mənə “qorxurdum trombu olar, amma yoxdur” dedi. Mən də 22 ilin həkiminə inandım. Yanvarın 27-də sübh vaxtı isə Nigarın vəziyyəti pisləşdi. Çağırışa gələn təcili yardım həkimi Aytən Məhərrəmova onu vəziyyətdən çıxarmağı söz versə də heç nə edə bilmədi. Həyat yoldaşım vəfat etdi”.S.Bağırov həyat yoldaşının və onun ana bətnindəki körpəsinin ölümündə naşı həkimləri günahkar sayır. Onun qənaətincə, həkimlərin müalicəsi və dərmanlar düzgün olmayıb; xanımına yazılan dərmanların hamilə qadınlara verilməsi isə ümumiyyətlə qadağandır. S.Bağırov T.Dadaşov tərəfindən yazılmış resept nümunələrini başqa həkimlərə də göstərib: “Həkimlər mənə müalicənin düzgün aparılmadığını, bu səbəbdən də körpəmin və həyat yoldaşımın tələf olduğunu dedilər”.Şikayətçi baş verənlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin bu müraciətlərinin nəticəsiz qaldığını bildirir: “Ömründə heç bir xəstəlik görməmiş 3 uşaq anasını öldürən “həkimlər” hələ də azadlıqda gəzir. Ölkə başçısına və onun xanımına göndərdiyim məktublara Səhiyyə Nazirliyində belə cavab verdilər ki, həkimlərin bu hadisədən xəbəri yoxdur. Respublika Prokurorluğuna yazdığım məktuba isə alayarımçıq cavab verdilər ki, bəs, həkimlərin bu işdə günahı olmayıb. Səhiyyə naziri Oqtay Şirəliyev müraciətlərimə baxmayaraq məni qəbul etməkdən qorxdu”.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
43,981
06.12.2008 10:27
Yazarlar
YANIQ MARATIN AKSİYASI
Od-alov camaatımızın əsas mübarizə, hətta şantaj vasitəsidir. Tez-tez olur ki, birinin işi düzəlməyəndə bir şüşə benzini götürüb başından əndərir, sonra alışqanı qaldırıb ətrafdakıları hədələyir: “Yaxın gəlməyin, özümü yandıraram”. Eləsi olur ki, kişi kimi sözünün üstündə durur, amma elələri də olur ki, ətrafdakıların onun niyyətinə mane olmasına şərait yaradır, bir balaca ləngiyir, harayçılar tökülüşüb onu ya alışqanı çakkıldatmata qoymurlar, ya da alışmamış söndürürlər.Son illərdə ölkəmizdə belə əhvalatlar çox olub. Hətta 2003-cü il seçkilərində bir neçə ütük adam özünü yandırıb, külünü müxalifətçi namizədin üstünə atmaq istədi, təəssüf ki, onları tez söndürdülər. Sonradan aydınlaşdı ki, “intihar” etmək istəyənlər əyinlərinə film çəkilişində istifadə olunan paltar geyiblərmiş ki, süni effekt yaratsınlar.Xüləs, bu yaxınlarda Odlar yurdunun igid oğlanlarından biri uzaq Avstraliyada uğurlu sayıla biləcək özünüyandırma aksiyası təşkil eləyib və azacıq ütülməklə salamat qurtarıb. Dünən bu barədə qəzetimizdə geniş yazılıb. Marat adlı soydaşımızın tələbi valideynlərinin ana vətənə - Azərbaycana dönməsinə icazə verilməsi olub.Heç demə, Şamil və Aliyə Eminovlar uzun illər öncə məmləkətdən baş götürüb əvvəlcə Latviyaya gediblər, sonra isə Avstraliyaya pənah aparıblar. İndi onlar geri dönmək istəyirlər, Avstraliya hökuməti isə deyir ki, öldü var, döndü yox, bu ölkədə qalmalısınız. Bax, bu yerdə qəribi sözün birbaşa mənasında ağlamaq tutur və əl atır tezalışan mayeyə.Həmin informasiyadan belə başa düşmüşəm ki, ölkə parlamentinin qarşısında alışıb-yanmaq istəyən Marat bəy özü şəxsən ölkəyə qayıtmaq fikrində deyil; bu niyyətdə olan onun ata-anasıdır. İkisindən biridir, ya Şamil kişi və Aliyə xala artıq yaşlaşıblar, doğma torpaq onları geri çağırır, ya da Avstraliyada yaşadıqları müddətdə babat pul-para toplayıblar, fikirləşirlər ki, gəlib Xırdalanda, Sulutəpədə ev ala bilərlər. İkisi də ola bilər - pul və torpaq bir-birinə mane olmur.Azərbaycandan baş götürüb qaçmaq istəyən yüz minlərlə insan isə Əminovların bu aksiyasına dair böylə fikirləşir: “Nə var e burda, yel əsib, qoz tökülüb?” Hazırda doğma vətəni tərk etmək məsələsində birinci yer Banqladeş benqallarına, ikinci yer iraqlılara məxsusdursa, üçüncü yer, bişəkk, bizə məxsusdur. O da olmasa, hər halda, biz “qaçmağa qürbət ölkə” deyən millətlərin ilk beşliyində varıq.Bəli, haqsızlıq və imkansızlıq üzündən “yaxşı ölkələr”ə sığınmaq istəyən soydaşlarımızın əlində imkan olsa, günü bu gün Avrasiya materikini tərk edər, Avstraliyaya varıb kenquru, qoyun-keçi saxlamaqla başını dolandırar - ta yaşlaşana qədər. Bizim ulusda xasiyyətdir, 30 il qürbətdə yaşayar, bezməz, amma yaşı 60-ı döyəndə, darıxar, deyər, həvəsdi, bəsdi, qayıdım öz el-obama. Guya ki, bu olmadığı müddətdə el-obası cənnətməkana dönüb və qurd quzuyla otlayır.O cür darıxıb, bezib bu məmləkətə qayıdan və özüylə gətirdiyini dələduzlara, məmurlara qapdıran çox adam görmüşəm, söz düşəndə məhzun-məhzun deyirlər: “Həyatımın ən böyük səhvi bu ölkəyə qayıtmağımdır, indi isə getmək üçün gecdir”.Vaxt gələcək, ata-anasını doğma vətənə yola salıb özü Sidneydə qalan Marat da məmləkətə dönəcək. Yeniyetməliyindən mədəni ölkələrdə yaşayan Marat bəlkə hava limanında əyilib torpağı öpəcək, amma əminəm ki, o, Balaxanıya çatmamış bura qədəm basmağına peşman olacaq. Cürbəcür haqsızlıqlarla qarşılaşdıqca Marat çox yanıb-yaxılacaq, bəlkə yenidən bir şüşə benzinlə nəyəsə etiraz etmək istəyəcək. O zaman ikisinin biri olacaq: ya burda onun özünü yandırmasına heç kəs mane olmayacaq, ya da canının odunu söndürüb, gözünün odunu və cibinin pulunu alacaqlar.Bura gerçəkdən də Odlar yurdudur: içimiz özümüzü yandırır, çölümüz özgəni. Samir SARI
43,982
06.12.2008 10:31
Gündəm
“FREEDOM HOUSE” RƏSMİ BAKIYA XƏBƏRDARLIQ ETDİ
Bəyanatda deyilir ki, yanvarın 1-dən baş tutması planlaşdırılan bu addım Azərbaycan vətəndaşlarınınÿ əksəriyyətini “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarını dinləmək imkanından məhrum edəcək.“Freedom House”un icraçı direktoru Cenifer Uinsdor deyib ki, son 5 ildə qurum Azərbaycanda mətbuat azadlığı sahəsində həyəcanlı məqamlar qeyd edib, baxmayaraq ki, hökumət özünü dünyada ən azad ölkələrdən biri hesab edir. O bildirib ki, Milli Teleradio Şurasının belə bir təkliflə çıxış etməsi Azərbaycanı beynəlxalq ictimaiyyətdən daha da uzaqlaşdırıb onu təcridlə üzləşdirə bilər. Sənəddə bildirilir: “Ölkənin zəngin neft-qaz ehtiyatları prezident İlham Əliyevə hökuməti öz əlində cəmləşdirmə və hər hansı tənqidi səsi boğma imkanı verirÿ və deyilir ki, onun rəhbərlik etdiyi ölkə keçmiş sovet məkanının neftli-avtoritar ölkələri sırasındadır. Bu ölkələr neft və qaz ehtiyatlarından istifadə edərək demokratiyanı boğmaları ilə tanınırlar”.Hesabatda deyildiyinə görə, “Freedom House”un araşdırmaları göstərib ki, ölkənin enerji sənayesi gəlirləri dövlət xəzinəsinə daxil olduqca korrupsiya da artır. Mətbuatın nəzarətdə saxlandığı və vətəndaşlarının dövlət ehtiyatlarından istifadəni və onun idarə olunmasını müzakirə edə bilmədiyi cəmiyyətdə korrupsiya daha da çiçəklənir.“Freedom House” Azərbaycan hakimiyyətinin 2002-ci ildə qəbul edilmiş qanuna istinad etdiyini xatırladır. Lakin təşkilat hesab edir ki, xarici radioların bağlanması barədə xəbərdarlıq əslində tənqidi səsləri boğmaq üçün çoxdan başlayan kampaniyanın bir hissəsidir: “Azərbaycanda jurnalistlər bir qayda olaarq həbs edilir, fiziki zorakılıqlara məruz qalır, böhtan ittihamı ilə məhkəmələrə çəkilir, lakin hər dəfə jurnalistlərə qarşı törədilən cinayətlər bir jurnalistin qətli də daxil olmaqla cəzasız qalır. Azərbaycan hakimiyyəti bu ilin oktyabrındakı presedent seçkiləri ərəfəsində jurnalistlərə qarşı repressiv tədbirləri daha da gücləndirib”.Təşkilatın proqram direktoru Kristofer Uolker isə bəyanatda qeyd edib ki, 3 xarici radionun bağlanması Azərbaycanda onsuz da çatışmayan müstəqil, dəqiq informasiya mühitinə ciddi zərbə vurardı.
43,983
06.12.2008 10:28
Dünya
ABŞ-ın AVTOMOBİL NƏHƏNGLƏRİ İFLASIN BİR ADDIMLIĞINDA
“Böyük üçlük” hökumətin yardımı olmadan fevralda iflasa uğrayacağı barədə xəbərdarlıq verib. Bir gün əvvəl ABŞ Senatı qarşısında ifadə verən üçlüyün rəhbərləri hökumətin 34 milyardlıq yardım paketinin sərf ediləcəyi sahələrə dair izahat verib. Senatdakı çoxluğun lideri Harri Reyd bildirib ki, tələbin təsdiqi üçün Senatda kifayət qədər səs verilməyəcək.Bu avtomobil şirkətləri qlobal tənəzzülün təsirinə məruz qalan bizneslərin yenidən qurulması planlarını tədim edir. Şirkətlərin böyük miqdarda qaz işlədən maşınlarına tələbat azaldığı üçün indi onlar ətraf mühitə ziyanı olmayan hibrid və elektrik avtomobillərin istehsalına diqqət yetirəcəklərini vəd edir. “Böyük üçlük” iş yerlərinin ixtisar ediləcəyini, yüksək maaşlar və bonusların aradan qaldırılacağını bildirir.
43,984
06.12.2008 10:28
Dünya
ANNA POLİTKOVSKAYANI 2 MİLYON DOLLARA ÖLDÜRÜBLƏR
“İnterfaks” agentliyi Qaytukayevin Politkovskayanı qətlə yetirənlərdən ikisinin dayısı olduğunu qeyd edir. Hazırda o, ukraynalı iş adamına sui-qəsd həyata keçirdiyinə görə həbs cəzası çəkir.Politkovskayanı öldürən killerlər çeçenlərdir. İstintaq qətlin Rusiyadakı nüfuzlu siyasətçidən sifariş edildiyini göstərib, ancaq konkret sifarişçinin kimliyini müəyyən edə bilməyib. “Novaya qazeta”nın baş redaktoru Sergey Sokolov məhkəməyə verdiyi ifadədə deyib ki, jurnalist öldürülməzdən əvvəl həm qətli hazırlayan killerlər, həm də xüsusi xidmət orqanları tərəfindən izlənilib: “Mənə məlum olduğuna görə, iki müşahidə dairəsi olub. Biri qətli törədənlər tərəfindən aparılıb, digərini isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təşkil edib”.S.Sokolov onu da deyib ki, Politkovskayanın qətli Lom-Əli Qaytukayevlə müzakirə olunub.
43,985
06.12.2008 10:32
Dünya
RUSİYA PATRİARXI II ALEKSİ VƏFAT ETDİ
V.Viqilyanski ölümün səbəbləri barədə açıqlama verməyib. Amma II Aleksinin hələ 2002-ci ildə ağır insult keçirdiyi bəllidir. O, bir müddət İsveçrədə müalicə də olunub.II Aleksi - Aleksey Mixayloviç Ridiger 1929-cu ildə Estoniyanın paytaxtı Tallinn şəhərində, din xadiminin ailəsində dünyaya gəlib. 1949-cu ildə Leninqrad Ruhani Seminariyasını, 1953-cü ildə isə Leninqrad Ruhani Akademiyasını bitirib. 1950-ci ildə keşişliyə, 1961-ci ildə rahibliyə qəbul olunub. Leninqrad və Novqorod mitropoliti olub, Tallinn və Eston Yeparxiyasına başçılıq edib. 1990-cı il iyunun 10-da Rus Pravoslav Kilsəsinin rəhbəri seçilib. İlahiyyat elmləri doktoru II Aleksi SSRİ-nin xalq deputatı, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı, Rusiya Təhsil Akademiyasının akademiki, MDB Dinlərarası Şurasının fəxri sədri, Rusiya prezidenti yanında Dini Birliklərlə Əlaqə Şurasının üzvü olub və çoxsaylı orden və mükafatlarla təltif edilib.
43,986
06.12.2008 10:33
Dünya
ABDULLAH GÜLÜN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
Bu səbəblə A.Gül Qurban bayramında Diyarbəkirə planlaşdırdığı səfərini təxirə salıb. Xatırladaq ki, 2006-cı ilin martından bəri A.Gülün qulağında problem var.
43,987
06.12.2008 10:33
Dünya
RUSİYADA MİQ-29 HƏRBİ TƏYYARƏSİ QƏZAYA UĞRADI
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ikinci dərəcəli pilot, polkovnik Valeryan Kopayev həlak olub. Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələrinin nümayəndələrindən ibarət komissiya hadisə yerinə göndərilib.
43,988
06.12.2008 10:34
Gündəm
ƏFV SİYAHISI PREZİDENTDƏDİR
“Amma belə hiss olunur ki, tərəddüdlərə baxmayaraq ölkə rəhbərliyi Eynulla Fətullayevi həbsdəki digər jurnalistlərdən ayırmayacaq və onun da adı siyahıya əlavə olunacaq”.Mənbə bildirib ki, siyahıda rüşvət ittihamına görə həbs olunan “Bizim yol” qəzetinin əməkdaşı Müşviq Hüseynovun da adı var. Bundan başqa, bir neçə siyasi məhbusun da adı prezidentə təqdim olunacaq siyahıya salınıb. Amma qaynağın dediyinə görə, sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin adları siyahıda yoxdur və onların məsələsi ümumiyyətlə müzakirə olunmayıb.Əfv fərmanının isə ya bu gün, ya da sabah imzalanacağı gözlənilir. Prezident İlham Əliyevin qarşıdan gələn Qurban bayramı ilə əlaqədər belə bir humanist addım atacağı bildirilir. Qeyd edək ki, əgər belə bir fərman imzalansa, bu, Azərbaycan tarixində Qurban bayramı ilə bağlı verilmiş ilk əfv fərmanı olacaq.
43,989
06.12.2008 10:37
Siyasət
ƏLİ İNSANOVUN SƏHHƏTİ AĞIRLAŞIB
E.Behbudov sabiq nazirin səhhətində ciddi problemlərin olduğunu və onun müalicə olunması üçün dünən Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova müraciət ünvanlayıb. O, 13 saylı cəzaçəkmə müəssisəsinin istilik sistemində problem olduğunu, kameralarının yetərincə qızdırılmadığını söyləyib.Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-ya deyib ki, məhkəmənin qərarı Azərbaycana bu həftə təqdim olunub. Qərarın icra olunması üçün Azərbaycan tərəfinə yanvarın 20-nə qədər vaxt verilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən də bildirilib ki, Avropa Məhkəməsi belə bir qərar qəbul edibsə, qərar icra olunacaq.
43,990
06.12.2008 10:38
Siyasət
“PARLAMENTƏ GETMƏK MƏCBURİ DEYİL Kİ...”
M.Ələsgərov parlament spikerliyindən özünün xahişi ilə getdiyini bildirib: “Uzun illər parlamentə sədrlik etmişəm. Sonra da İlham müəllimdən xahiş elədim ki, spikerliyə namizədliyim verilməsin”.Sabiq spiker hazırda səhhəti ilə bağlı heç bir problem olmadığını deyir.
43,991
06.12.2008 10:09
Gündəm
İLHAM ƏLİYEV XALQI TƏBRİK ETDİ
Təbrikdə deyilir: “Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmasını, eyni zamanda onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir. Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimində xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaq”.
43,992
06.12.2008 10:01
Gündəm
JİRİNOVSKİ BAKIYA GƏLİR
F.Əliyevin sözlərinə görə, Jirinovski ALDP-nın yaradılması ilə bağlı 2009-cu il yanvarın 30-da keçiriləcək tədbirdə iştirak edəcək. F.Əliyev Jirinovskinin artıq dəvəti qəbul etdiyini də bildirib. RLDP sədri səfər çərçivəsində Azərbaycanın bir sıra bölgələrinə də baş çəkəcək.Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı isə Jirinovskinin Bakıya dəvət edən F.Əliyevi fikrindən daşınmağa çağırıb: “Nə qədər gec deyil, Fuad Əliyev dəvətini geri götürsün. Elə Jirinovski də Bakıya gəlmək fikrindən çəkinsin. Bu adam Azərbaycan xalqının ünvanına hədyanlar söyləyib. Onun Bakıya gəlişinə qətiyyən imkan vermək olmaz. Əgər o, Bakıya gəlsə, QAT onu layiqincə qarşılayıb yola salacaq. Yaxşı olar ki, onu Azərbaycana buraxmasınlar. Azərbaycan xalqını təhqir edən bir şəxsi Bakıya dəvət edənlər bu barədə ciddi düşünməlidir”.
43,993
06.12.2008 10:40
Kriminal
İKİ ƏSGƏRİMİZ HƏRBİ HİSSƏDƏKİ YANĞINDA ÖLDÜ
Ölən əsgərlərdən biri 1987-ci il təvəllüdlü, 2008-ci ilin yanvarında Gəncə şəhər Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Abdullayev Samir Rafiq oğludur. Digər zərərçəkənlərin adını dəqiqləşdirmək hələlik mümkün olmayıb. Yaralı əsgərlər Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi də hələlik açıqlanmır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat öyrənmək mümkün olmayıb (APA).
43,994
06.12.2008 10:42
Ölkə
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN XİDMƏT RƏİSİ İŞ OTAĞINDA ÖLDÜ
Məlumata əsasən, 1951-ci il təvəllüdlü F.Əliyev günorta saatlarında keçinib. Onun meyiti işçiləri tərəfindən aşkar edilib. F.Əliyevin cəsədi müayinə edildikdən sonra onun ürək tutmasından vəfat etdiyi müəyyənləşib.
43,995
06.12.2008 10:40
Kriminal
MAĞAZADAN 50 MİLYON AVROLUQ BRİLYANT OĞURLANDI
Hadisə dekabrın 4-də axşam baş verib. Mağazaya girən üç silahlı şəxs oradakı bütün brilyantları aparıb. Agentliklər bu hadisənin son onilliklər ərzində Fransa tarixində ən böyük soyğunçuluq olduğunu qeyd edirlər.Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cinayətkarlar mağazanın işçilərinin bəzilərinin adlarını bilirmiş. Bundan əlavə, onlar vitrinlərdə olmayan brilyantların da harada saxlandığından xəbərdar olub. Buna görə də cinayətdə mağaza işçilərindən hansınınsa əlinin olduğu güman edilir.Qeyd edək ki, “Harry Winston” mağazası 2007-ci ildə də qarət olunub. O zaman cinayətkarlar 10 milyon avroluq zinət əşyaları aparmışdılar.
43,996
06.12.2008 10:23
Gündəm
KREML GÜRCÜSTANI XƏRİTƏDƏN SİLMƏK ÜÇÜN PLAN HAZIRLAYIB
Bu çevrələrdə hesab edirlər ki, risk çox yüksəkdir. Hətta hərbi əməliyyatların nə vaxt başlayacağı da proqnozlaşdırılır.Məqalədə deyilir ki, bu günlərdə ABŞ administrasiyası prezident Buşun dövlət fondundan Qara dənizdəki Amerika hərbi gəmilərinin sığorta olunması üçün vəsait ayrılması haqda sərəncamını yayıb. Sığorta 3 ay müddətinə nəzərdə tutulur, lakin gələn ilin fevralından onun müddəti uzadıla da bilər. Rusiya ekspertləri qeyd edir ki, maliyyə böhranı ilə üzləşən ABŞ-da pulu boş yerə küləyə sovurmaq fikrində deyillər, üstəlik hərbi gəmilərin sığortası konkret müddət üçün edilir. Paralel olaarq Cənubi Osetiya ətrafındakı vəziyyət də yenidən gərginləşir.Bununla belə, Rusiya hərbi ekspertlər qeyd edir ki, ikinci Rusiya-Gürcüstan müharibəsi bu ilin avqustundakı hərbi əməliyyatlardan fərqlənəcək. Gürcüstan ordusu üzləşdiyi məğlubiyyətdən özünə gəlməyib və maddi-texniki bazasını bərpa etməyib. Lakin bu dəfə Gürcüstan hərbi əməliyyatlarda artilleriya və raket sistemlərinə üstünlük verə bilər. Məlumatlara görə, Qərb ölkələrindən və Ukraynadan Gürcüstana müasir artilleriya sistemləri və raketləri daşınır. Digər tərəfdən, istisna deyil ki, bu dəfə Gürcüstanı Qara dənizdən Amerika hərbi donamasının gəmiləri qoruyacaq.Rusiya hərbi strateqlərinin hesablamalarına görə, Gürcüstanın Sxinvali, Cava və Transqafqaz magistralını intensiv artilleriya atəşlərinə tutması bölgədəki rus qoşunları arasında ciddi itkilərə səbəb ola bilər. Bu ilin avqustunda Şimali və Cənubi Osetiyanı birləşdirən Roksk tuneli ilə hərbi texnikanı keçirmək üçün Rusiya qoşunlarına iki sutka lazım oldu. Bu zaman Transqafqaz magistralında və Roksk tunelində uzun tıxaclar yaranmışdı. Bu marşrutu qışda keçmək isə daha təhlükəlidir. Çünki yüksək dağlıq bölgələrdə qar uçqunu təhlükəsi var, xüsusən Gürcüstan tərəfinin artilleriyadan istifadə etməsi qar uçqunlarını qaçılmaz edəcək. Bu isə o deməkdir ki, Rusiya Gürcüstana qarşı Qafqaz sıra dağlarının o biri tərəfindən yaxın mənzilli “İsgəndər” ballistik raketlərini işə salmalı, bu zaman regiondan kənar oyunçuların raket qurğularının öhdəsindən gəlməli olacaq. Deməli, yeni müharibə əvvəlki kimi beş günlük olmayacaq.Hərbi ekspertlərin hesablamalarına görə, artilleriya dueti müharibənin nəticəsini müəyyən edə bilməz, ona görə də Rusiya Gürcüstan ərazisinə iri qoşun birləşmələri yeritməli olacaq. Roksk tunelinin imkanlarının məhdud olduğu və mümkün qar uçqunu nəticəsində bağlanacağı nəzərə alınarsa, bu zaman yeganə variant Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasının tam gücü ilə işə salınması, habelə Dağıstanda dislokasiya olunmuş qüvvələrin işə salınması ola bilər.Amma Dağıstanla Gürcüstanın birbaşa sərhədi mövcud olmadığına görə həmin qüvvələr Azərbaycan vasitəsilə yeridilməlidir. Bu zaman Rusiya Gürcüstanın Marneuli bölgəsindəki azərbaycanlıların və Cavaxetiya bölgəsindəki ermənilərin hüquqları məsələsini qaldırmağı nəzərdə tutur. Hərbi strateqlərin hazırladığı plana görə, Gümrü bazasından Rusiya zirehli tank bölmələri Cavaxetiya rayonundan keçərək Qoriyə daxil olacaq. Rusiya ekspertləri hesablayıblar ki, bu müharibənin nəticəsində Saakaşvili hakimiyyətinin və Gürcüstan dövlətçiliyinin çökməsi qaçılmaz olacaq.Müharibənin başa çatmasından sonra məntiqi addım kimi Qori rayonunun və ona bitişik bölgələrin Cənubi Osetiyanın tərkibinə daxil edilməsi, Cavaxetiya ermənilərinin, Marneuli azərbaycanlılarının, habelə Gürcüstanın qərbindəki acarların və minqrellərin öz müqəddəratını təyin etməsi olacaq. Lakin ekspertlər hesab edir ki, Gürcüstanın çökdürülməsi Qafqazda bütün təhlükələrin aradan qaldırılması demək olmayacaq. Gələn il başlaması gözlənilən Rusiya-Gürcüstan müharibəsinin nə qədər davam etməsindən və nəticələrindən asılı olmayaraq ABŞ-ın Xəzər-Qara dəniz hövzəsindəki mövqeləri güclənəcək. Çünki Qafqazda vəziyyətin kəskin pisləşməsi ilə bağlı Amerika donanması Ukraynanın Odessa və Nikolayev limanlarında daimi əsasda yerləşəcək.
43,997
06.12.2008 10:50
Gündəm
ŞİMALİ İRAQDA PKK-ya YENİ ZƏRBƏLƏR ENDİRİLDİ
Şimali İraqın yerli administrasiyasının səlahiyyətli nümayəndəsi Cabbar Yavər də bu xəbəri təsdiq edib. Əməliyyatlar dünən gecə boyunca davam etdirilib. Terrorçuların itkiləri barədə dəqiq bilgi yoxdur.
43,998
06.12.2008 10:45
Media
AZƏRBAYCAN JURNALİSTLƏRİN HƏBSİNƏ GÖRƏ ÖN SIRADADIR
Hesabatda deyilir ki, dünyada jurnalistləri həbsdə olan 29 ölkə arasında Çin liderdir. İlk beşlikdə Çindən sonra Kuba, Birma, Eritreya və Özbəkistan gəlir. Bu 5 ölkədən sonra İran və Azərbaycan gəlir. Komitənin qənaətinə görə, hər iki ölkədə 5 jurnalist həbsdədir. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, bu qəzetin satirik yazarı Sakit Zahid, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Talişi Sədo” qəzetinin redaktoru Novruzəli Məmmədov, bir də “İdeal” qəzetindən Əli Həsənov həbsdədir.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, ölkədə peşə fəaliyyətinə görə həbs olunmuş jurnalist yoxdur, həbsdə olan jurnalistlər başqa ittihamlarla tutulub. Ə.Amaşov bildirib ki, Azərbaycanda həbsdə olan jurnalistlərin sayı Jurnalistləri Müdafiə Komitəsinin qeyd etdiyi kimi 5 yox, daha azdır. Onun sözlərinə görə, MŞ indiyə qədər həbsdə 3 jurnalistin olduğunu qeyd edirdi. Bunlar Qənimət və Sakit Zahidov qardaşları və E.Fətullayevdir. Bu yaxınlarda isə “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovu da həbsdə olan jurnalistlər siyahısına əlavə ediblər. Ə.Amaşov bildirib ki, N.Məmmədov və Ə.Həsənov həbsdəki jurnalist kimi qeyd edilə bilməz (“Azadlıq” radiosu).
43,999
06.12.2008 10:51
İqtisadiyyat
YANVARDA METRODA GEDİŞHAQQI BAHALAŞACAQ
Məlumatlara görə, Tarif Şurası həmin təkliflərə gələn il baxmağı planlaşdırır. Yanvar ayında bir sıra sahələrdə tariflərin qaldırılması yönündə qərarlar verəcək. Bildirilir ki, inzibati tənzimlənən qiymətlərlə bağlı qərarların verilməsi istiqamətində uzun müddətdir hazırlıqlar gedir. Sadəcə, 2008-ci il seçki ili olduğundan hökumət bu prosesi təxirə salmışdı. Konkret hansı sahələrdə qiymətlərin artırılacağına gəlincə, uzaqa getməyək, Rabitə Nazirliyi ötən ilin sonu, bu ilin əvvəlində dəfələrlə şəhərdaxili telefon danışıqları üçün hər dəqiqəyə pulun ödənilməsi təklifi ilə çıxış edib. Hətta nazirlik ölkədə rabitə xidmətləri tariflərinin maya dəyərinə uyğunlaşdırılması və yeni xidmətlərin qiymətlərilə əlaqədar Tarif Şurasına müraciət edib. Bundan əlavə, Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) ölkədaxili sərnişin reyslərinə biletlərin qiymətini artırmaq istiqamətində TŞ-ya təkliflər paketi ünvanlayıb. Bakı Metropoliteni də növbəti ildə metroda gediş haqqlarının qaldırılması üçün analoji addımı atıb. Qurumun rəisi Tağı Əhmədovun mətbuata açıqlamasına görə, metroda gediş haqları nə az, nə çox 11 dəfə artırılaraq 55 qəpiyə çatdırıla bilər. Çox güman ki, yanvarda bu, belə də olacaq. Metroda qiymətlərin bahalaşdırılması isə şəhərdaxili sərnişindaşınmada digər nəqliyyat vasitələrinin qiymətlərinin artmasına gətirib çıxaracaq. Komunal xidmətlərin - zibil pulu, su, qaz, enerji haqlarının artırılması nəzərdə tutulub. Hətta bir müddət əvvəl “Azəriqaz” QSC-nin prezidenti Əlixan Məlikov cari ilin sonunda istehlakçılara verilən təbii qazın satış tariflərinə yenidən baxılacağını istisna etməmişdi. Uzun müddətdir təhsil haqlarının qaldırılmasına çalışan Təhsil Nazirliyinin də TŞ-da müraciəti var. Bu məsələnin növbəti ildə “həllini” tapacağı bildirilir.O cümlədən evlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı tariflərin qaldırılması qərarı gündəmdədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yeni tarifləri Tarif Şurasına təqdim edib.Göründüyü kimi, növbəti il Azərbaycanda yaşam kifayət qədər baha olacaq. Xatırladaq ki, 2007-ci ilin yanvar ayının 6-da Tarif Şurasının qərarı ilə elektrik enerjisinin, qazın və suyun istehsalçı qiymətləri indeksinin 2,5 dəfə artırılması nəticəsində il boyu bütün sahələr üzrə bahalaşma baş verdi. Azərbaycanda inflyasiya 30 faizə qədər yüksəldi, sosial bərabərsizlik dərinləşdi. Həmin bahalaşmanın dalğası bu il də davam etdi.
44,000
06.12.2008 10:53
İqtisadiyyat
BTC-yə TƏHLÜKƏ REALDIRMI?
Maraqlıdır ki, institut direktoru həmin ərazilərin adlarını açıqlamayıb. Amma o bildirib ki, bu barədə həm Azərbaycan hökumətinə, həm kəmərin operatoru bp şirkətinə, həm də Azərbaycan Dövlət Neft Şirkətinə məlumat veriləcək: “Əgər bp şirkəti aparılan monitorinqdən razı qalarsa, Geologiya İnstitutunun əməkdaşları kəmərin Gürcüstan və Türkiyədən keçən ərazisində də seysmik monitorinq aparacaqlar”.A.Əlizadənin açıqlamasına münasibət bildirən “br Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı dedi ki, boru kəmərləri, platformalar tikilərkən təhlükələrdən sığortalanması nəzərə alınır: “Böyük layihələr elə planlaşdırılır ki, təhlükələrin onlara təsiri olmasın. Ona görə də Bakı-Tiflis-Ceyhan boru kəmərinin marşrutunun seçilməsi iki il çəkdi”. T.Bayatlı AMEA-nın monitorinqindən xəbərsiz olduğunu söylədi. O, həmçinin bildirdi ki, boru kəmərlərinin hamısının hər il monitorinqi, inispeksiyası keçirilir: “Texniki qulluq deyilən anlayış var. Hər il boru kəmərlərinin içərisi yoxlanılır. Kəmərin içərisinə ərsin buraxılır. Bəziləri kəmərin içərisini təmizləyir. Elektron ərsinlər isə kəmərin içərisi ilə bağlı məlumat verir. Bu yoxlamaların nəticəsi idi ki, biz Qərb boru kəmərini 18 ay müddətinə təmirə saxladıq”. T.Bayatlı deyir ki, kəmərlərin monitorinqi hər il aparılmalıdır: “Texniki qulluq proqramları var və olacaq. Bu boru kəmərlərinin və digər obyektlərin təhlükəsizliyinin təminatı üçündür. Məsələn, ötən il belə bir məqsədlə bütün platformalar 2 həftəliyinə dayandırıldı”.
44,001
06.12.2008 10:18
İqtisadiyyat
QLOBAL MALİYYƏ BÖHRANINDAN NECƏ QORUNMAQ OLAR?
Xatırladaq ki, əvvəllər əllərində artıq vəsaitləri olan insanlar pullarını əsasən əmanət şəklində banka qoyurdular. Eyni zamanda daşınmaz əmlaka yatırımlar edilirdi. Məhz bunun nəticəsi idi ki, son illər tikinti sektoru rentabelli sahələrdən birinə çevrilmişdi.İndi isə hər iki sektorda böhran yaşanır. Bu arada gündəmə gələn məsələlərdən biri əhalinin yığımlarını artan risklərdən necə qorumasıdır. Bir çoxları iddia edir ki, böhrandan sonra vətəndaşlar pullarını evlərində saxlamağa başlayıblar. Lakin nəzərə almaq lazımdır ki, bu gün valyuta birjalarında vəziyyət sabit deyil. Avro dollara nisbətən gah ucuzlaşır, gah da bahalaşır və ya əksinə dollar avroya nisbətən ucuzlaşıb-bahalaşır. Qiymətli metallara gəlincə, son bir ayda qızılın dünya bazar qiymətində ucuzlaşma və bahalaşma meylləri mütəmadi xarakter alıb. Buna baxmayaraq çoxları qızılı ən etibarlı əmanət hesab edirlər. Çünki kağız pula nisbətən, qızılın dəyərini itirməyən dəfnə kimi əhəmiyyəti böyükdür.İqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, əhalinin əmanətlərini banklardan geri çəkməsi gözlənilən proses idi: “Biz bunu hələ banklarda krizis başlayan zaman proqnozlaşdırırdıq. Əhalinin banklardan əmanətlərini geri çəkməsi növbəti ildə daha geniş vüsət alacaq”.O ki qaldı vətəndaşların öz pullarını böhrandan sığortalamaq üçün hansı addımlar atmasına, ekspert deyir ki, indiki şəraitdə bu, bir qədər çətin sualdır: “Çünki Azərbaycanda normal fond bazarı fəaliyyət göstərmir. İnsanlar öz vəsaitlərini qiymətli kağızlara yatıra bilmirlər. Banklardan da ehtiyatlanırlar. Digər tərəfdən daşınmaz əmlakın - mənzillərin, torpağın qiymətinin aşağı düşməsi gözlənilir. Belə bir şəraitdə insanlara hansısa məsləhət vermək çətindir. Amma hər halda Azərbaycanda müəyyən banklar var ki, onları risksiz hesab etmək olar. Vətəndaşlar öz vəsaitlərini orada yerləşdirə bilərlər”.İqtisadçının sözlərinə görə, mənzillərin qiymətinin ucuzlaşmasına baxmayaraq, əllərində əlavə vəsaiti olan şəxslər torpaq bazarına da müraciət edə bilərlər: “Region əhalisinə gəlincə, vəsaitlərini qoymaq üçün ən yaxşı istiqamət kənd təsərrüfatıdır. Onlar yığımlarını torpaq sahəsinin alınmasına da yönəldə bilərlər”.Qeyd etdiyimiz kimi, bazarda risklərin artdığı şəraitdə çoxları dədə-baba qaydası ilə pullarını evdə saxlamağa üstünlük verirlər. Lakin hazırkı şəraitdə nağd pul vəsaitlərinin hansı valyuta ilə -dollar, avro və ya manatla saxlanması da sual doğurur. Bəzi ekspertlər deyir ki, növbəti ildə manatın dollara nisbətən məzənnəsi düşəcək. Mütəxəssislərin sözlərinə görə, qlobal maliyyə böhranı dönərli valyutaların kurslarına təsir göstərir: “Sözsüz, dolların məzənnəsinin avroya nisbətən dəyişməsi, yüksəlib-azalması yalnız vətəndaşlar üçün deyil, dünyanın aparıcı və inkişaf etməkdə olan ölkələr üçün yığımın hansı valyutalarla aparılması sualını yaradır. Xatırladaq ki, son 2 ildə ABŞ dolları ilə yığımların həcmi dünya üzrə 60 faizdən 45 faizə qədər azalıb. Bu da Birləşmiş Ştatlar dolları ilə yığım tarixində ən aşağı göstəricidir. Güman edilir ki, ilin sonuna qədər dollarla yığım həcmi dünya üzrə 40 faizə qədər azalacaq. Bu da dolların dönərli valyuta olmasına baxmayaraq, məzənnəsinin başqa valyutalara nisbətən aşağı düşməsi ilə bağlıdır.Bir sıra hallarda insanlar o valyuta ilə yığıma üstünlük vermək istəyirlər ki, daha çox gəlir əldə edə bilsinlər. Təbii, belə hallarda həmin yığımların riski də var. Söhbət ondan gedir ki, dollarla, avro ilə yığım gəlirli olsa da belə, həmin yığımların riski mövcuddur”.Məlum oldu ki, stabil gəlir əldə etmək istəyən vətəndaşlar yığımlarını funt sterlinqlə aparsalar daha məqsədəuyğundur. Daha çox gəlir əldə etmək istəyənlər isə avro ilə yığımlara üstünlük verə bilər.O da bildirilir ki, bir sıra hallarda valyutanın kursu bir həftə və ya bir gün ərzində dəyişə bilər: “Gəlirlik səviyyəsini müəyyənləşdirmək üçün mütləq müəyyən müddətdə həmin kursun dəyişməsinə baxmalıyıq. Məsələn, avronun məzənnəsi avqust ayında dollara nisbətən aşağı düşmüşdü. Ancaq bu ilin yanvarın 1-dən oktyabrın 1-nə qədər olan müddətdə avronun dollara nisbətən məzənnəsi təxminən 20 faiz möhkəmlənib. Uzun zaman kəsimində avronun başqa valyutalara nisbətən məzənnəsi möhkəmlənə bilər. Eyni zamanda mümkündür ki, qısa müddətdə məzənnənin aşağı düşməsi hiss edilsin”.İqtisadçılar qeyd edir ki, Rusiyada avro ilə yığımlar son iki ildə 5 dəfə artıb. Bu avronun gəlirlik səviyyəsinin yüksək olması ilə yanaşı Rusiya kimi ölkələrin dollarlaşma dövrünü başa vurması ilə bağlıdır.
44,002
06.12.2008 10:54
İqtisadiyyat
“KİA-MOTORS AZƏRBAYCAN” BAZARA YENİ MAŞIN ÇIXARDI
İ.Tağıyevanın sözlərinə görə, “KİA-Motors hazırda da Koreya avtomobil şirkətləri arasında yeganədir ki, yalnız avtomobil istehsalı ilə məşğul olur: “KİA sözünün mənası Çin mənşəli “ki” (“meydana çıxmaq və ya gəlmək”) və “a” (“Asiya”) sözlərinin birləşməsindən yaranıb. “Asiyadan gəlmək” mənasını verir. KİA həm də avtomobil istehsal edən ilk Koreya Şirkətidir”.Məlum oldu ki, “KİA-Motors”un dünyanın 172 ölkəsində 3300 dilleri, 179 distribüteri var. Eyni zamanda şirkətin dünyada 14 zavodu fəaliyyət göstərir: “Hazırda “Hyundai-KİA” korporasiyası dünyada avtomobil satışına görə 5-ci yerdədir”.“KİA-Motors”un ölkəmizdə rəsmi distribütoru “KİA-Motors Azərbaycan” Şirkətinin 2005-ci ildə fəaliyyətə başladığını deyən İ.Tağıyeva hazırda şirkətin Bakı şəhərində 6, Gəncədə 2, Goranboy, Masallı və İmişlidə 1 salonu və servislərinin fəaliyyət göstərdiyini vurğuladı: “Yaxın günlərdə isə Bakı, Şəki və Sumqayıtda daha bir salon açılacaq. Ümumiyyətlə Azərbaycanın bütün bölgələrində salon və servislər açmağı planlaşdırırıq”.Onun sözlərinə görə, şirkət ilk maşını Azərbaycan bazarına 2006-cı ildə gətirib: “Azərbaycana avtomobilləri Koreyadan gətiririk. İldən-ilə satış göstəricilərimiz artır. Şirkətin 2008-ci ildə satış göstəriciləri əvvəlki ilə nisbətən yüksəlib”.Məlum oldu ki, hazırda dünyada gedən iqtisadi böhranın Azərbaycan müştərisinə də təsir göstərəcəyini nəzərə alan “KİA-Motors” öz modellərini alıcılara sərfəli kredit şərtləri ilə təklif edir: “Kreditlər ilkin ödəniş 20 faiz olmaqla, illik 19 faizlə 5 illik ödəmə ilə verilir. Bu hazırda ölkəmizdə ən real və sərfəli təklifdir. “KİA-Motors” Azərbaycanda avtomobil həvəskarlarına 13 müxtəlif model təklif edir. Bu Kia Opirus, Optima, Cerato, Rio, Picanto, Carens, Carnival, Sportage, Sorento, Borrego, Mohave, Soul modelləridir. Bu gün sizə dünyanın ən son texnologiyaları ilə təchiz olunmuş Slovakiya zavodunda istehsal olunan “KİA-Ceed” modelini təqdim edəcəyik. “Ceed”in hazırda 3 modeli var - “Ceed”, “Pro-Ceed”, “Ceed-sport vagon”. Növbəti ildə isə “Eco-Ceed” modeli istehsal olunacaq”.Bildirildi ki, istehsalçılar “Ceed”in bütün hissələrinə 7 illik və ya 150 000 km-lik zəmanət verir: “Hələ dünyada heç bir avtomobilə belə zəmanət verilməyib”.Avtomobilin qiymətinə gəlincə, hazırkı bazar şəraitində sərfəli qiymət hesab oluna bilər. Yəni “Ceed” 17 min AZN-dir.
44,003
06.12.2008 10:55
Kriminal
60 ADAMIN ADINA KREDİT GÖTÜRƏN MÜƏLLİMƏ ÖLKƏDƏN QAÇIB
S.Yaqubovanın sözlərinə görə, R.Həsənzadə əvvəllər müəllimə işləyib.Sonradan biznes quracağını bildirib və yaxın adamları, keçmiş qonşuları, tanış və qohumlarının adına “Azərdəmiryolbank”ın Sabunçu filialından kreditə külli miqdarda pul götürüb: “Onun bu pulu götürməsi təxminən bir il davam edib. İlk aylarda bankın kreditlərini qaytarıb. Amma bu ilin sentyabrından Azərbaycanı tərk edib”.S.Yaqubova R.Həsənzadənin harada olduğunu dəqiq bilinmədiyini deyib: “Amma eşitdiyimizə görə, o, həmin pullarla qızı üçün Türkiyədə ev alıb”.“Azərdəmiryolbank” İdarə Heyəti sədrinin I müavini Mərdan Şıxəliyev bankın ünvanına səslənən ittihamlarla cavab verib. O bildirib ki, 60 nəfər kredit götürərkən girov olaraq banka qızıl qoyub. Həmin qızıllar müqaviləyə uyğun olaraq satılıb və borc bağlanıb.
44,004
06.12.2008 10:55
Mənəviyyat
BAYRAM NAMAZI DEKABRIN 8-də QILINACAQ
Axund deyib ki, bu məlumatı Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanasının hesablamaları əsasında bütün məscidlərə göndərib: “Bayram namazları ayrı-ayrı ölkələrdə fərqli vaxtlara düşür. Məsələn, bayram namazı İranda ayın 9-da, Səudiyyə Ərəbistanının Məkkə şəhərində isə dekabrın 7-də qılınacaq, həmin gün qurbanlar kəsiləcək”.
44,005
06.12.2008 10:54
Dünya
SAAKAŞVİLİ 4 NAZİRİ İŞDƏN ÇIXARDI
Müdafiə naziri David Kezeraşvilinin yerinə Batu Kuteliya, xarici işlər naziri Eka Tkeşelaşvilinin yerinə Qriqol Vaşadze, təhsil naziri Giya Nodiyanın yerinə Nika Qvaramiya, mədəniyyət naziri postuna isə Zurab Abaşidze təyin olunub.
44,006
06.12.2008 09:56
Kriminal
TƏZƏ GƏLİN ÖZÜNÜ ASDI
Həmin ünvanda yaşayan 1978-ci il təvəllüdlü Aytən Aslanova özünü həyətlərindəki ağacdan asıb. O, yenicə ailə həyatı qurubmuş. Mərdəkanda kitabxanaçı işləyən A.Aslanovanın uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
44,007
06.12.2008 10:37
Ölkə
İTKİN DÜŞƏN DƏVƏÇİLİ BACILARIN ATASI PREZİDENTƏ MÜRACİƏT ETDİ
L.Yunusun sözlərinə görə, SDİ Məcidova bacılarını oğurlanmasında ittiham olunan Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının məhkəmə prosesinin monitorinqini aparıb. Digər proseslərdə olduğu kimi bu prosesin də qanunlara uyğun olmayan şəkildə həyata keçirilməsi müşahidə edilib. Hüquq müdafiəçisi həm Məcidova bacılarının, həm də Daşdıyevanın işi üzrə ibtidai istintaqın da qeyri-qanuni aparıldığını bildirdi: “Yazırlar ki, Diləfruzun meyiti 2006-cı ilin avqustunda tapılıb. 2007-ci il avqustun 9-da Təvəkkül İsmayılov həbs olunandan sonra Məcidova bacıları ilə yanaşı bu cinayəti də etiraf edib. Avqustun 24-də isə Diləfruzun ölümü ilə bağlı cinayət işi başlanıb. Sual olunur: bunlar bir il nəyi gözləyib?”Bacıların atası Zamir Məcidov Dəvəçinin polis rəisinin müavini Məmmədmusa Hüseynovla yanaşı bu iş üzrə ibtidai istintaqı aparmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatovu da ittiham edir. Deyir ki, o, işi saxtalaşdırıb, həqiqətin üzə çıxmasına imkan verməyib: “Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız. Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.Məcidovlar ailəsi bu gün də həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər yoxdur. Z.Məcidovun sözlərinə görə, iş məhkəməyə göndərilərkən Reyhanə ilə bağlı hissə ayrılıb və Cinayət Məcəlləsinin 308-ci (vəzifədən sui-istifadə) maddəsi ilə ayrıca icraata verilib. Lakin atası hələ də bilmir ki, ayrılan cinayət işi hansı müstəntiqin icraatındadır və kimin vəzifədən sui-istifadə etməsindən söhbət gedir.Hürü Daşdıyevanın sözlərinə görə, qızı 2005-ci ilin mayında itkin düşsə də Təvəkkülün etirafına qədər Dəvəçi Rayon Polis Şöbəsində onu sakitləşdiriblər ki, qızını evləndirmək məqsədilə qaçırıblar, özü də rayonunun Çiçi kəndində yaşayır. Günlərin birində Daşdıyevlər qərara gəlib ki, nə baş verdiyini aydınlaşdırmaq üçün həmin kəndə getsinlər. Lakin orada onlara deyilib ki, yalandır, bu kəndə ümumiyyətlə, nə qız qaçırılıb gətirilib, nə də Diləfruz adlı adam yaşayıb: “Yazırlar ki, Diləfruzun meyiti 2006-cı ilin avqustunda tapılıb. Bəs bizə niyə xəbər verməyiblər? Zamirin uşaqları itməsəydi, mənim qızımla bağlı cinayətin də üstü açılmayacaqdı”.Məcidovlar ailəsinin vəkili Mehman Əliyev isə məhkəmənin hərəkətsizliyindən şikayətləndi: “5-6 aydır məhkəmə gedir, amma bir nəticəyə gələ bilməyiblər. Məhkəmə istintaqı aparmış Zakir Saatovun çağırılıb dindirilməsi barədə vəsatəti təmin etdi, amma onu məhkəməyə gətirə bilmədi”.Vəkilin sözlərinə görə, Təvəkkül uşaqları və Diləfruzu rəis müavininin sifarişi ilə oğurladığı barədə iki dəfə ibtidai istintaqda, bir dəfə də məhkəmədə izahat verib. Buna baxmayaraq Məmmədmusa Hüseynovu da məhkəməyə çağırmaq istəmirlər. M.Əliyev hesab edir ki, yalnız Z.Saatov və M.Hüseynovun dindirilməsindən sonra müəyyən həqiqətlər üzə çıxa bilər. Vəkil Reyhanə ilə bağlı ayrılmış cinayət işinə də toxundu. Bildirdi ki, o işlə bağlı heç bir istintaq hərəkəti aparılmır: “Əgər hər hansı istintaq hərəkəti aparılırsa, zərərçəkənlərin bundan xəbəri olmalıdır. İş ayrılandan bəri zərərçəkənlər və onların nümayəndəsi olaraq mən heç bir istintaq hərəkətilə bağlı çağırılmamışıq. Deməli, bu iş üzrə heç bir istintaq getmir”.İsmayılov qardaşlarının anası Rəfiqə İsmayılova isə həbs olunandan sonra övladlarına verilən işgəncələrdən danışıb. Onun sözlərinə görə, işgəncələrin izləri bu gün də onların bədənində qalır. Övladları işgəncə izlərini məhkəmədə də göstərib. R.İsmayılova deyir ki, Təvəkkülün oğurluqda əli olsa da digər iki oğlunu nahaqdan həbs ediblər. Elçinlə Elnura işgəncə verərək bu işdə əli olduqlarına dair etirafedici ifadə almaq istəyiblər, Təvəkkülün isə etmədiyi cinayətləri də onun boynuna qoyublar. R.İsmayılova onu da bildirdi ki, Təvəkkül bir neçə il əvvəl mal-qara oğurluğuna görə tutularaq Dəvəçi RPŞ-yə aparılıb. Orada ona işgəncə verilib: “Axırda Məmmədmusa müəllim gəlib ona deyib ki, azadlığa çıxmaq istəyirsənsə, onda şərtlərimi qəbul elə. Azyaşlı uşaqları, cavan qızlar gətir bizə təhvil ver”.Z.Məcidov ölkə başçısı İlham Əliyevə müraciət edərək bu işi öz nəzarətinə götürməyini istəyib. Zərərçəkmiş istəyir ki, iş yenidən ibtidai istintaqa qaytarılsın. Bu dəfə istintaq prokurorluqda yox, MTN-in Baş İstintaq İdarəsində aparılsın.
44,008
06.12.2008 10:57
Ölkə
NARKOTİK ASILILIQDAN MÜALİCƏ OLUNAN MƏKTƏBLİLƏR VAR
M.Əfəndiyev cəmiyyətin narkoistifadəçilərə münasibətinin dəyişməsi üçün rəhbər qaydaların yaradılması və bunun əsasında konseptual sənədin hazırlanacağını dedi. O, narkotik maddələrin istifadəsi və bu qəbildən olan informasiyaların cəmiyyətə həddindən artıq şişirdilmiş formada təqdim olunmasını ümumilikdə problemin həllinə yardım etmədiyini və rəhbər qaydaların hazırlanması zərurətinin buradan yarandığını vurğuladı: “Adətən mətbuat narkotiklərlə bağlı informasiyaları sensasion şəkildə cəmiyyətə ötürməklə işini bitmiş hesab edir. Lakin unutmaq olmaz ki, bu problem təkcə narkotik aludəçisinin problemi deyil. Artıq bu gün hər birimizin dostu, qonşusu, tanışı narkotikdən istifadə edir. 1996-cı ildə Heydər Əliyevin sərəncamı ilə yaradılan xüsusi komissiya ölkəmizdə narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin və narkomanlığın qarşısının alınması üçün bütün ali hakimiyyət orqanlarını, dövlət institutlarını bir araya gətirərək koordinasiya işini təşkil edib. Baş nazirin müavini Əli Həsənov isə bu komissiyanın sədri təyin edilib. Mübarizə tədbirləri gücləndirilsə də narkotiklərin qanunsuz dövriyyəsi azalmayıb, əksinə, artıb. İş o yerə çatıb ki, artıq Azərbaycanda narkotikdən istifadə edən ailələr, hətta məktəblilər də var. Elə məktəbli var ki, o, sadəcə narkotik istifadəçisi deyil, hətta narkotikdən asılılıqdan müalicə olunur. Bu isə genofondumuzun bir neçə il sonrakı mənzərəsinin heç də ürəkaçan olmayacağını vəd edir. Bu cür faktların gizlədilməsi problemi həll etmir, əksinə, vəziyyəti daha da kritikləşdirir”.M.Əfəndiyev xüsusən cənub bölgəsində - Lənkəran və Astarada narkotik dövriyyəsinin intensiv olması və hüquq-mühafizə orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qanundan xəbərsiz olduğunu da dilə gətirdi: “Cənub zonasında səfərdə olanda rayon polis şöbəsinin müstəntiqi ilə söhbətləşdik. Müstəntiq dedi ki, ən böyük problem narkotiklə bağlı işlərdə şahidlərin tapılması ilə bağlıdır. Bu isə müstəntiqin qanundan xəbərsiz olmasını göstərir”.Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2008-ci ilin 9 ayı üzrə apardığı təhlil göstərir ki, qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-sı oğurluq, hər 7-si isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.