date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-22
475
Ekspertiza yekun rəyi açıqlamaqdan imtina etdi
Qatil həkimlər hələ də himayə altındadır Bu gün jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin açıqlanacağı tarix başa çatır. Bir müddət əvvəl "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Aparat rəhbəri Ceyhun Allahverdiyev yekun ekspertiza rəyinin oktyabrın 22-də elan olunacağını bildirmişdi. Məslələ ilə əlaqədar Ceyhun Allahverdiyevlə əlaqə yaratdıq. Lakin Aparat rəhbəri verdiyi vədə baxmayaraq, yekun ekspertiza rəyini açıqlamaqdan imtina etdi və yekun rəyi cinayət işinin aparıldığı Nəsimi Prokurorluğundan əldə edə biləcəyimizi söylədi. Nəsimi prokurorunun köməkçisi, Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov isə ekspertizanın yekun rəyini almadığını söylədi. Xatırladaq ki, mərhum Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalınının əməliyyatı zamanı dünyasını dəyişib. Ekspertizanın ilkin rəyində ölümün səbəbi kimi həkim məsuliyyətsizliyi göstərilib. Bununla bağlı sentyabrın 25-də Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Qeyd edək ki, qatil həkimlər – Topçubaşov adına Eksperimental Xəstəxananın həkim-cərrahı Fərəcullah İdrisov, 1 saylı Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və 1 saylı Klinik xəstəxananın anestezioloqu Firuz İbrahimov ekspertizanın ilkin rəyində günahkar bilinsələr də, hələ də iş başındadırlar və heç nə olmamış kimi əməliyyatlarda iştirak edirlər.
2013-10-22
476
“Proton”un kosmosa uçuşu yenə təxirə düşdü
Amerikalı mütəxəssislər bir daha Rusiyaya "Proton-M" raket daşıyıcısının əlaqə peyki ilə uçuşunu təxirə salmağı xahiş ediblər. "Hazırda problem həll olunur. Kosmosa buraxılma tarixi dövlət komissiyası tərəfindən dəqiqləşdirilir. Problem amerikalıların Cənubi Afrikada yerləşən informasiya qəbulu stansiyasındadır", - "Roskomosun" mətbuat katibi S.Qorbunov "Rosbalt" saytına bildirib. QNOPAS sisteminin üç peyk itirdiyi iyul qəzasından sonra bu, "Proton-M"in ikinci buraxılışı olacaq.
2013-10-22
478
Sabir Rüstəmxanlı “Milyarderlər ittifaqı”nı topa tutdu
"Öz bisnesləri ilə bağlı Rusiya prezidenti Putinlə görüşürlər, amma..." Bu gün Milli Məclisin növbəti sessiya toplantısı keçirilib. İclasda gündəliyə salınan məsələlərdən biri də Rusiyada son zamanlar miqrantlarla baş verən problemli məsələ olub. Milli Məclisdə çıxış edən deputat Sabir Rüstəmxanlı miqrantlarla bağlı öz etiraz mövqeyini sərt formada dilə gətirib. Çıxış edən millət vəkili bildirib ki, hazırda miqrasiya bütün ölkələrdə var və azərbaycanlılar da qonşu Rusiyaya üz tutmağa məcbur olub. Rusiyada miqrantlara, xüsusən də azərbaycanlılara qarşı təzyiqlər müzakirə olunmalı və Azərbaycan Parlamenti bu məsələyə münasibət bildirməlidir. Millət vəkili bu məsələylə bağlı Milli Məclisdə əlavə sənədin qəbul olunmasının vacibliyini qeyd edib. Diaspor təşkilatlarının fəaliyyətini tənqid edən Sabir Rüstəmxanlı "Milyarderler İttifaqı"nda təmsil olunan azərbaycanlı milyarderləri tənqid atəşinə tutub. Qeyd edib ki, bir müddət iclaslarda çıxış edən, bəyanatlar səsləndirən soydaşlarımız indi nədənsə ciddi mövqe ortaya qoya bilmirlər. Rusiya miqrantları ABŞ üçün problemdir. Rusiya mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?! Şəxsi maraqları baxımından öz bisnesləri ilə bağlı Rusiya prezidenti Putinlə görüşürlər, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərinə yardım əli uzatmırlar. Bu məsələnin müzakirə olunmasını xahiş edən deputat məsələylə bağlı sənəd qəbul olunmasını və Rusiya Dumasına müraciət edilməsinin vacibliyini vurğulayıb.
2013-10-22
479
Milli Şura özünə yeni sədr seçir - Özəl
Oktyabrın 24-də Milli Şuranın növbəti toplantısı baş tutacaq. "Axar.az"ın əldə etdiyi özəl məlumata görə, toplantıda Milli Şuranın sonrakı taleyi barədə bir çox vacib qərarlar qəbul olunacaq. Mənbəmizin bildirdiyinə görə, iclasda prezident seçkilərində Milli Şuranın vahid namizədi olmuş Cəmil Həsənlinin qurumun indiki sədri Rüstəm İbrahimbəyovu əvəz edəcəyi gözlənilir. Mənbə bildirir ki, Milli Şura daxilində hesab edirlər ki, Cəmil Həsənlinin özündə yeni lider imicini formalaşdırması və nüfuzu onun quruma sədr seçilməsini şərtləndirir.
2013-10-22
480
Rusiyada qorxunc təriqət üzə çıxdı
Hamilə qadınları qaçıran qrup ələ keçirildi Rusiyada qan donduran bir təriqət ortaya çıxıb. Kaluqa şəhərində hamilə və azyaşlı uşağı olan qadınları qaçırıb zorla bir evdə gizlədən, psixoloji təzyiq və işgəncələr verən şəxslər həbs edilib. "Axar.az"ın "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, illərdir gizli fəaliyyət göstərən "Rojana" adlı təriqət üzvləri hamilə və təzə ana olmuş qadınlara tibbi xidmətlərdən yararlanmamaları təlqin ediblər. Təriqət nümayəndələrinin anaları və balaca uşaqları zorla bir evdə saxlayaraq psixoloji və fiziki işgəncə verdikləri məlum olub. Həmçinin ev şəraitində doğan bir çox qadının doğum vaxtı körpələrinin öldüyü, ya da dünyaya şikəst gəldiyi bəlli olub. Çoxu moskvalı olan qadınlar illərlə "daça" adı verilən evdə məcburi saxlanılıblar. Həkimə getməmələri üçün beyinlərinin yuyulduğu, "seminar" adı altında mühazirələrdə pul alındığı, təriqəti tərk etmək istəyənlərinsə şantajla hədələndiyi üzə çıxıb. Təxminən bir il yarımdır ki, axtarışda olan, beynəlxalq axtarış əmri verilən təriqətin başçısı Janna Çareqradskaya bu yaxınlarda həbs olunub. 52 yaşlı qadının cinayətləri sübut olunarsa, onu yeddi ilə qədər həbs gözləyir.
2013-10-22
481
“Məhəbbət üç il yaşayır” deyən yazar Minskə gəlir
"Məhəbbət üç il yaşayır", "99 frank" kimi əsərlərlə məşhurlaşan fransalı yazıçı Frederik Beqbeder 29 noyabrda Belorusiyanın paytaxtında çıxış edəcək. Bu haqda Rusiyanın "Ədəbiyyat xəbərləri" saytı məlumat yayıb. Yazıçının Kiyev və Moskvaya da səfəri nəzərdə tutulur. Lakin təşkilatçılar dəqiq tarixi hələ ki, bildirmirlər. Maraqlıdır ki, Beqbeder belorus tamaşaçıların qarşısında adi ampluada çıxış etməyəcək. O, nə yeni kitabını təqdim edəcək, nə də kitab imzalayacaq. Bu, yazıçının özünün DJ musiqilərinin təqdimatı olacaq. Beqbeder belə bir formatda məşhur Avropa meydançalarında çıxış edib və qeyd edək ki, tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Beqbederin konsertinə satılan biletlərin qiymətinə gəlincə, bu tədbirdə iştirak etmək istəyənlər Belorus rublu ilə 300 min sərf etməli olacaqlar.
2013-10-22
482
YAP sədri ARDNŞ-dən narazılıq edir
Binəqədi kənd sakinlərinin şikayətlərinə baxılmır "Sizin heç insafınız yoxdurmu? Niyə gəlib yaşayışımızı görmək istəmirsiz? Niyə səsimizi eşitmirsiz? Heç olmasa, siz bizi dinləyin!" Telefonda deyilən bu ürəkağrıdıcı sözlərin ardınca Binəqədi kəndi, Mikayıl Ələkbərov-7-də yaşayan Bağırova Ümidə Əlimirzə qızının yaşadığı ünvana yollandıq. Bəs deyirlər, hər şey yaxşı olacaq? Dəfələrlə Binəqədi kənd İcra Nümayəndəliyinin başçısı Ramiz Həsənzadəyə və kənd bələdiyyəsinin sədri Tamerlan Quliyevə müraciət etsə də, onun səsinə səs, hayına hay verən olmayıb. Elə xanımın Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı şikayət məktubları da cavabsız qalıb. Özü xəstə olan, "böyrəkləri sözünə baxmayan" xanım 8 aylıq uşaqla 75 yaşlı atasına və bibisinə də baxmağın ona çox çətin olduğunu deyir. Üstəlik, 26 yaşlı qardaşı Nizami də iş tapa bilmir. Ailənin yeganə gəliri xəstə qocaların 150 manatlıq təqaüdü və onlara verilən 120 manat civarında sosial yardımdır. Çətinliklə yaşasalar da, şikayətləri heç də bu deyil, iş tapsalar, işləyəcəklər. Elastik tavan, quzulayan divar və... Ümidə xanımın yaşadığı evin darvazasından içəri girən anda səfalətlə qaşılaşacağımızın fərqinə vardıq. Ev 4 otaqdan və bir kiçik mətbəxdən ibarətdir. Hamam-tualet həyətdədir. Bütün otaqlar bərbad haldadır. Tavan çöküb, döşəmə elastik bir hal alıb. Ayaqlarını basdıqca köhnə, nəm taxtalar aşağı çökür. Döşəməyə sərilmiş xalça-palaz isə axşamdan yağan yağışın suyunu hələ də canında saxlamaqdadır. Divarlar "quzulayıb". Qumqarışıq sement örtük ovularaq divar boyunca səpələnib. Mənzildə təmizlik işləri aparılsa da, tör-töküntü yenə də hiss olunur. Yağan yağış illərdir ki, divar boyunca üzü aşağı izlər buraxıb. Qonaq otağının tavanından səmanı seyr etmək olar. Evin damının şiferləri qırılıb, təzələyə bilmirlər. - Şifahi çox demişik, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi bizi heç yada salmadı. Bir aydan çox olar, yenə də dedik. Yenə eyni şey... – Göz yaşlarını silir. - Uşağıma yedirirəm, özüm ac qalsam da olar, – deyir. Redaksiyanın adından ailəyə az da olsa yardım edirik. Bələdiyyə sədri də adamdır da... Ümidə xanımla xudahafizləşib, Binəqədi qəsəbə bələdiyyəsinə baş çəkirik. Burda bizə deyirlər ki, sədr elə indicə çıxıb, ərazidədir, seçkiyə hazırlıq işləri görür. Bələdiyyədə üz tutası, söz soruşası heç kəs tapılmır. Narazılıq edirik. Kənardan yaşlı və kök kişi: - Nə istəyirsiz, bələdiyyənin sədri elə burda oturmalıdır? Onun xeyri-şəri yoxdu? Bələdiyyə sədri də adamdır də... – deyir. Səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi? Qəsəbə İcra Nümayəndəliyində də olduq. Qəbul otağında iki nəfər yaşlı qadın oturmuşdu. Söhbətlərindən belə anlaşılırdı ki, problemlərinin həlli üçün dəfələrlə burda olublar. Lakin icra nümayəndəsini tapmaq mümkün olmayıb. Fotoqrafımızı görən kimi jurnalist olduğumuzu bilirlər. Ramiz müəllimi soruşuram. "Elə indicə burda idi. Yaxşı adamdır". Söz atıram, söhbət başlayır. - Bizim heç bir şikayətimiz yoxdur. Gəldik eləcə soruşaq, görək, seçki günü səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi? (Material prezident seksinidən öncə hazırlanıb. – Red.) Görülən işlərdən niyə yazmırsız? Bayırda YAP-ın Binəqədi kənd sədri Ağabala Musayevlə tanış oluruq. Məqsədimizi deyirəm. - Bilirəm, o yazıqlar iki ildir qapıları döyməklə məşğuldur. Bir neçə dəfə iclaslarda bu məsələni gündəmə gətirmişəm. Mənim səlahiyyətimdən kənardı. Amma yüz faiz o evi təmir edəcəklər. Görülən işlər də var, onlardan niyə yazmırsız? Məsələn, bir qadının evi kanalzasiyadan, ətrafdan axan qurunt sularından qəzalı vəziyyətə düşüb, tamam uçub dağıldı. İcra başçısına qədər çıxdım, heç bir təmənna güdmədən evinin tikilməsinə icazə aldım. Bizi həmin evə baxmağa dəvət edir. SOKAR icra hakimiyyətinə mane olur - SOKAR ayağını dirəyib yerə. 4 şifer qalıb, qoymur vursunlar. Dünənki yağışdan sonra yazıqlar harda yatacaqlarını belə bilmirlər,- sədr deyir. YAP sədrinin təkidi ilə tikilən evə çatırıq. 2-ci Mədən küçəsi-87 ünvanında yerləşən evin həyətində divanın üstündə islanmış yataq dəstlərinin arasında bir pişik özünə yer edib, xumarlanır. - Bütün yaşayış korpuslarının kanalizasiya suları bax bu evin altından keçir. Yazığın evi uçub-dağıldı. İcra başçısı, icra nümayəndəliyi evin tikilişinə icazə verdi. İndi Neft Şirkətinin mühafizəçiləri son dörd şiferi vurmağa icazə vermir. Dünəndən azyaşlı uşaqlar qalıb yağışın altında. Rayon rəhbərliyinə də müraciət etdik, vəziyyəti məruzə elədik, başçı da dedi ki, tiksin, sakinimizdir, nə olsun sənədsiz tikilən ev olub, uçub-dağılıb da, kömək edin... Ancaq SOKAR müdaxilə edir. Hələ bildirirlər ki, prezident seçkiləri bitər-bitməz evi tamamilə sökəcəklər. Biz tikirik, SOKAR sökür Qonşular topalaşır. Gülər Camalova adlı sakin: - Hər kəsə demişik. Kanalizasiya problemimiz var. Aldadıb səsimizi, imzamızı alırlar, amma dedikləri sözün üstündə durmurlar, - deyir. YAP sədri işin qəlizləşdiyini görür: - Düz 1200 metr məsafədən su çəkdirtdim bura. Bu, axı partiyanın işi deyil. Hər kəs öz işini görsə yaxşıdır. Prezident dedi axı, dedi ki, sənədsiz evləri sənədləşdirin. Bunlar isə sökür. SOKAR-ı deyirəm...
2013-10-22
483
PKK Türkiyəni hücumla hədələdi
"Ankara tezliklə Suriyada yaşayan kürdlərə qarşı edilən vəhşiliklərə etiraz etməsə kürd qiyamçıları Şimali İraqdan Türkiyəyə girəcək", - deyə PKK terroristlərinə dağ daldanacaqlarında rəhbərlik edən qadın militan Türkiyəni hədələyib. "Axar.az"ın xəbərinə görə, PKK liderlərindən Cəmil Bayik İslam ordusunun Suriya kürdlərinə qarşı vəhşilik törətməsinə dəstək verən Türkiyəyə qarşı PKK-nın cavab tədbirləri görmək hüququ olduğunu deyib. Prinsipcə, "bərabərlik, azadlıq və demokratiya"ya əsaslandıqları sürəcə PKK Ankara ilə İraq Kürdüstanının yaxşı əlaqələrinə qarşı deyil. "Neftə, qaza və iqtisadiyyata əsaslanan əlaqələr: biz belə əlaqələri doğru hesab etmirik və bunlar Kürd problemini həll etmir", - deyə Bayik bildirib.
2013-10-22
484
Məşhur stilistin meyiti tapıldı
Məşhur italyan stilist Vittorio Missoninin cəsədi təyyarə qəzasında öldükdən 9 ay sonra Venesuelanın qərbində tapılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş prokuror Luisa Orteqa donanmanın əmrində olan dalğıcların dənizin 70 metr dərinliyində tapdıqları təyyarədən 5 nəfərin meyitinin çıxarıldığını açıqlayıb. Uzun müddət suyun altında qalan cəsədlər tanınmaz hala gəldiyi üçün ölənlərin kimliyi yalnız DNT testindən sonra təyin olunub.
2013-10-22
485
ABŞ ordusunda terminatorlar xidmət edəcək
ABŞ ordusu M420 pulemyotlardan istifadə edən robotları sınaqdan keçirir Corcia ştatındakı "Fort Bininq" hərbi hissəsində keçirilən tətqiqatda həqiqi güllədən istifadə edilərək, silahlı robotların prototipi sınaqdan keçirilib. 90 metr məsafəyə qədər tək adam tərəfindən idarə olunan robotlar termal təsvir texnologiyası ilə düşmən əsgərlərinin yerini təyin edib, atəş açmaq iqtidarındadır. Müdafiə sənayesində fəaliyyət göstərən dörd şirkətin işbirliyi ilə təkmilləşdirilən robota "CaMEL" adı verilib. Robota avtomat, bomba kimi silahlar yerləşdirmək mümkündür. Həmçinin 13 litr benzinlə 24 saat işləyə bilən robot 3.5 km uzaqlıqdakı hədəfləri gündüz teleskop, gecə isə termal təsvirlə dəqiqləşdirə bilir.
2013-10-22
486
“Karvan”ın sahibkarlarından 2-3 gün vaxt istədilər
Oktyabr ayının 19-da "Karvan" Ticarət Mərkəzində baş vermiş yanğından sonra ziyan çəkmiş sahibkarlarla Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə iştirak edən sahibkarlardan biri - Mehman Əhmədovun "Axar.az"a verdiyi məlumata görə, zərər çəkmiş sahibkarlara 2-3 gün ərzində dəqiq məlumat veriləcəyi qeyd edilib. Bu müddət ərzində müvafiq orqanlar yanğın baş vermiş yerdə dəymiş ziyanın dəyərini hesablayacaq. Məlumat üçün bildirək ki, Mehman Əhmədovun ticarətinə yanğın zamanı 30-35 min manatlıq ziyan dəyib.
2013-10-22
487
Zahid Oruc Fəzail Ağamalıyla yanaşı oturmağı mümkünsüz sayır
Fəzail Ağamalı: "Zahid Orucla indiki münasibətimizdən danışmaq istəmirəm" "Milli Məclidəki yerimi dəyişsəm də, əvvəlki templə və daha yüksək iradə ilə Azərbaycan dövlətinə və millətinə xidmət etməyə davam edəcəm. Keçmişim və partiya mövqeyimin əleyhinə heç bir söz söyləməmişəm və bundan sonra da söyləmərəm". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc Fəzail Ağamalı ilə aralarındakı soyuq münasibət ilə bağlı yazılanlara münasibət bildirərkən dedi. O, Ana Vətən Partiyasına tərcümeyi-halının böyük bir hissəsi kimi təşəkkür edəndən sonra parlamentin bugünkü iclasında Fəzail Ağamalıdan ayrı oturmağına da münasibət bildirdi: "Partiyanın sıralarından azad olunduğumuz halda necə ola bilər ki, Milli Məclisin iclaslarında Fəzail Ağamalının yanında oturum? Belə də olmalı idi. Partiya sıralarından azad olunmaq müxtəlif siyasi məsələlərə baxışların fərqlənməsi demək idi. Belə də olmalı idi. Partiyadan çıxarılandan sonra nə etməli idim ki? Siz nə düşünürsünüz, partiya sıralarından çıxarılıb gəlib orda əyləşməli idim?" Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da öz fikirlərini açıqladı. Deputat bu mövzuda danışmaq istəməsə də, bir neçə cümlə ilə münasibət bildirdi. "Axar.az"a danışan millət vəkili dedi ki, Zahid Orucla düşmənçilik münasibətləri yoxdur, sadəcə olaraq yollarını ayırıblar: "Əgər yollarımızı ayırmışıqsa, Zahid Orucu partiya sıralarından kənarlaşdırmışıqsa, parlamentdə ayrı oturmağımız normal bir haldır. Bu məsələ ilə bağlı geniş danışmaq istəmirəm. Özü bilər harda oturur. Zahid Orucla indiki münasibətlərimizlə bağlı nəsə demək istəmirəm".
2013-10-22
488
R.T.Ərdoğan: “Məscid də yıxarıq”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Milli Məclisindəki qrup toplantısında söylədiyi nitqində yol problemlərinə də toxunaraq, "Yol üçün məscid belə uçurarıq", - deyib: "Gələn həftə çərşənbə axşamı respublikamızın qurulmasının 90-cı illiyini qeyd edəcəyik. "Marmaray" artıq istifadəyə hazırdır. Çərşənbə axşamı İstanbulda möhtəşəm tədbirlə bu əsərin açılışını edəcəyik. Boğazın 62 metr dərinliyindən keçən reysli sistemlə dünyaya örnək göstəririk. Bunu həzm edə bilməyənlər var. Görürsən ki, biri "ağac kəsilir", "ağac qırılır" deyir. Biz fərdə və ictimaiyyətə xidmət edirik. Bütün insanlıq üçüncü körpüdən yararlanacaq. Oradan 200-300 ağac kəsərsən, 3 milyon, 4 milyon ağac əkərsən. Yol əngəl tanımaz. Qabağında məscid belə olsa, o məscidi uçurub gedərik. O məscidi başqa yerdə inşa edərik. Bundan yararlanmayanlar, bunun önünə keçmək istəyir".
2013-10-22
489
Ermənilər də “Dağlıq Qarabağ”ı tanımır
Ermənistan parlamentinin xarici əlaqələr komissiyası "Dağlıq Qarabağ Respublikasının tanınması barədə" qanun layihəsini qəbul etməyib. "Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, Ermənistanın müxalifətyönümlü "İrs" partiyasının deputatı Zarui Postancyan "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsi irəli sürüb. Komissiya isə öz növbəsində qanun layihəsinə alternativ kimi xüsusi bəyanatın verilməsini təklif edib. Lakin Z.Postancyan öz qanun layihəsini geri götürməkdən imtina edib. Hakim partiyanın nümayəndələri səsvermədə iştirak etməyiblər və onlar öz mövqelərini belə ifadə ediblər ki, "Dağlıq Qarabağ"ın müstəqil respublika olmasına qarşı olmasalar da, hal-hazırda bu məsələnin gündəmə gətirilməsi məqsədəuyğun deyil. Xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, bu məsələ bu günkü oyunun tələblərinə cavab vermir.
2013-10-22
490
Bakı metrosunda bomba həyəcanı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. "Axar.az" FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əyşa aşkar edilməyib.
2013-10-22
491
Avropadan Türkiyə hökumətinə ciddi xəbərdarlıq
Bölgədə mətbuat azadlığına dair narahatlıqlar davam edir "Hürriyet" qəzetinin verdiyi xəbərə görə, ATƏT Media Azadlığı Təşkilatı Avropanın Yaxın Şərqdəki söz azadlığı ilə bağlı uzun zamandır davam edən problemlərin həlli yolunda hər hansı addımın atılmayacağı təqdirdə demokratiyanın təbii olaraq riskə girəcəyi ilə bağlı xəbərdarlıq edib. Təşkilatın Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviç: "Əgər vəziyyətdə bir irəliləmə olmasa, nəticədə riskə girən azadlıq və demokratiya olacaq. Jurnalistlərə qarşı təzyiq və təhdid demokratiyanın özünə hücumdür",- deyib. Mijatoviç Türkiyənin mətbuat azadlığının qorunmasında hökümətin biganə qalmasından danışaıraq Baş nazir Rəcəb Tayyib Ərdoğana bu problemi ortadan qaldırması ilə bağlı xəbərdarlıq edib. Çıxışda Türkiyədə ən çox həbs olunan jurnalistlər üç qrupda göstərilib: 1. Araşdırmaçı jurnalistlər 2. Dövlət qarşısında çevriliş planlarıyla günahlandırılanlar 3. Terrorizm iddialarıyla həbs edilən jurnalistlər. Sonda Yaxın Şərqdə ən çox jurnalistləri həbs edən ölkə kimi Çin və Türkiyənin adı qeyd edilib.
2013-10-22
492
3 min 828 il həbsə məhkum olan terrorçu azad edildi
İspaniyada terror təşkilatının 3 min 828 il həbsə məhkum olan üzvü Avropa insan Hüquqları Məhkəməsinin (AİHM) qərarından sonra təxliyə edilib. "ETA" Terror təşkilatının üzvü Aynes del Rio Prada terror hücumlarına qatılmaq cinayətindən 1987-ci ildə 3 min 828 il həbsə məhkum edilib. Qanuna əsasən, 30 il həbsdə qalan terrorçu aministiya aktından yararlanaraq 2008-ci ildə təxliyə olunmaq istəyib. Lakin məhkəmə aministiyanın 30 il bitdikdən sonra tətbiq edilə biləcəyini bəyan edib. Məhkəmənin qərarına görə, 2017-ci ilə qədər həbsxanada qalacaq olan məhbus AİHM-ə müraciət edib. AİHM məhbusu haqlı hesab edəndən bir gün sonra İspaniya Milli Məhkəməsi məhbusun azad olunması haqqında qərar verib.
2013-10-22
493
Jurnalistə 4 il yarım iş verildi
Makedoniya məhkəməsində gizli şahidin adını açıqladığı üçün jurnalist Tomislav Kejarovskiyə 4 il yarım həbs cəzası verilib. "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, Makedoniyada 2008-ci il "Oraşe" hadisələrində "Breza" kod adıyla şahidlik edən adamın həqiqi adını işlədiyi qəzetdə yayımladığı üçün həbs edilən jurnalist göz yaşlarını saxlaya bilməyib. Makedoniya Jurnalistlər Birliyi məhkum jurnalistə dəstək olaraq həbs cəzasının yüksək olduğuna etiraz edib. Jurnalistə verilən həbs cəzası qərarı Makedoniya parlamentində millət vəkillərini də bir-birinə vurub. Müxalif millət vəkilləri Milli Məclis işlərini dayandıraraq məhkəmə qərarına etiraz etmək üçün iclasa bir saat fasilə vermək istədiklərini bildiriblər. Məhkəmə qərarı mətbuata bir təzyiq olaraq qəbul edildiyinə görə müxtəlif quruluşlardan da etirazlar gəlib.
2013-10-22
494
İlqar Məmmədovla Tofiq Yaqublu Bakıdan çıxarılır – Özəl
İsmayıllı hadisələrinə görə həbs olunan və "Amnesty İnternational" tərəfindən siyasi məhbus elan edilmiş REAL hərəkatının sədri İlqar Məmmədovla Müsavat partiyasının sədr müavini Tofiq Yaqublunun məhkəməsinin baş tutacağı məkan müəyyənləşib. REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli "Axar.az"a açıqlamasında siyasi məhbusların məhkəməsinin noyabrın 4-də saat 14:00-da Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutacağını bildirib: "Məhkəmə Şəkidə olacaq. Ona görə də onları Şəki təcridxanasına köçürüblər, amma müəmmalı məqam ondan ibarətdir ki, ədliyyə naziri iyulun 29-da Şəki təcridxanasının açılışını etsə də, məhkumları Gəncəyə köçürüblər". Natiq Cəfərli həmçinin məhbusların Gəncəyə köçürülməsini onlara olan təzyiq vasitəsi kimi qiymətləndirir: "Gəncəylə Şəkinin arasında müəyyən məsafə var. Məsafəsini və kələ-kötür yolları nəzərə alaraq onlara psixoloji təzyiq göstərmək istəyirlər".
2013-10-22
496
Səfər Əbiyev və Füzuli Ələkbərov vəzifədən getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. NK-nın yeni tərkibində Müdafiə naziri Səfər Əbiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov yer almayıblar. Səfər Əbiyevi Müdafiə naziri kürsüsündə Zakir Həsənov, Füzuli Ələkbərovu isə Əmək və Əhalinin Sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümov əvəzləyib. Prezidentin sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. Keçmiş İqtisadi İnkişaf naziri Şahin Mustafayev yeni yaradılan İqtisadiyyat və Sənaye naziri təyin edilib. Kənd Təsərrüfatı naziri İsmət Abbasovu Heydər Əsədov əvəzləyib. İsmət Abbasov isə Baş nazir Artur Rasizadənin müavini təyinatını alıb. Məlumat üçün bildirək ki, yeni Müdafiə naziri Zakir Həsənov Daxili Qqoşunların komandanı olub.
2013-10-22
497
Rövşən Əkbərov vəzifəyə gətirilir
Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Daxili Qoşunların komandanı Zakir Həsənov Müdafiə naziri təyin edilib. "Axar.az"a etibarlı mənbədən daxil olan məlumata görə, korpus kamandiri, Azərbaycanın Milli Qəhrəmanı, məşhur general Rövşən Əkbərov Zakir Həsənovu Daxili Qoşunların komandanı vəzifəsində əvəzləyəcək. Xatırladaq ki, R.Əkbərov Azərbaycan ordusunda peşəkar zabit kimi qəbul edilən kadrlardan və Müdafiə naziri vəzifəsinə gətiriləcəyi barədə adı hallanan şəxslərdəndir. Daxili Qoşunların komandanı vəzifəsinə təyinat alacağı təqdirdə R.Əkbərov həm də nazir müavini statusunu alacaq.
2013-10-23
498
"Space" TV-nin aparıcısı Vaqif Mustafayevi yıxıb-sürüdü
Bir müddət öncə "Space" TV-dən uzaqlaşdlırılan İdris Cəfərov Polşanın paytaxtından videomüraciət yayıb. "Yutub"da ("YouTube") yerləşdirilən videomüraciətdə "Space"nin keçmiş əməkdaşı TV-nin sədri Vaqif Mustafayevin ünvanına sərt ittihamlar səsləndirib. Həmin videomüraciəti təqdim edirik.
2013-10-23
499
İstanbulda yeni aksiya növü: “Duran avtomobil”
İstanbulun Orta Doğu Texniki Universiteti yaxınlığında bir qadın sürücü dayanmadan avtomobilinin siqnalına basaraq, yolda gedən işlərə etiraz edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Orta Doğu Texniki Universiteti ərazisindən keçən yolda dayanmadan siqnal verən qadın sürücünün avtomobili polis tərəfindən yolun ortasından götürülüb. Yol polisi qadın sürücüdən avtomobildən enməsini istəyib. Sürücü avtomobildən enməyərək etirazına davam etdiyinə görə hadisə yerinə evokuator çağırılıb. Qadın sürücü və həyat yoldaşı avtomobilin içində ola-ola avtomobil ərazidən uzaqlaşdırılıb.
2013-10-23
500
“iPad” həvəskarları üçün yeni xəbər - “iPad Air”
"Rosbalt.ru" saytının verdiyi xəbərə görə, dünən "Apple" şirkəti planşet kopmüteri "iPad"in yeni versiyası - "iPad Air"i (Hava) təqdim edib. Modelin çəkisi 450 q. olmaqla standart "iPad"dən 20% nazikdir. Təqdimat internetlə San Fransiskodan canlı yayımlandı. "iPad Air"in texniki tərkibi bir ay əvvəl istifadəyə verilmiş "iPhone5s"i təkrarlayır. Yeni 64 bitlik A7 prosessor, sensordan gələn məlumatın işlənməsi üçün M7 prosessor köməkçisi və performansın 8 qat daha güclənməsi. Yeni planşetin enerji saxlama müddəti 10 saat, qiyməti isə 499 dollar olacaq. Təqdimatda şirkət yeni Retina displeyli "MacBook Pro" da təqdim olunub. Onlar da həmçinin daha yüngül və nazik, digər modellərdən isə 200 dollar daha ucuz başa gələcək. Amerika şirkəti eləcə də elan edib ki, yeni əməliyyat sistemi - "Mavericks OS X" pulsuz əldə oluna biləcək. Ekspertlər düşünür ki, "Apple" bunu "Maykrosoft"un "Windows" əməliyyat sistemi ilə mübarizə aparmaq üçün edib. "BBC" bildirir ki, ekspertlərin rəyinə görə "iPad"in populyarlığı yavaş-yavaş yoxa çıxır.
2013-10-23
503
2013–ci ilin "Mənzərə şəkilləri”nin qalibləri açıqlandı.
Həmin foto şəkilləri təqdim edirik.
2013-10-22
504
Kitab çapında orijinal üsul tapıldı
Argentina kitab oxutdurmanın yeni özünəməxsus yolunu tapdı "Novostiua.net" saytı xəbər verir ki, kitabın mətni xüsusi boya ilə çap olunub. Kitab qablaşdırmadan çıxdıqdan sonra hava və işıqla təmas nəticəsində hərflər itir, vərəqlər isə boş qalır. Naşirlərin devizi belədir: "Kitab gözləyə bilməz". Kitabda ilk olaraq gənc latın-amerikan müəlliflərin əsərləri nəşr olunacaq. Çox maraqlıdır ki, kitab artıq ilk nəşrdən populyarlıq qazanıb və bütün tiraj satılıb. Məlumat üçün bildirək ki, gələn il nəşriyyat vannada və hovuzda oxumaq üçün suya davamlı kitablar da çap edəcək.
2013-10-22
505
6 yaşlı uşaq 30 min dollar qazandı
16 səhifədən ibarət rəngli kitab "Şokolad" adlanır Balaca yazar Dilan Siqelin üçün şokolad sözü "möhtəşəm" ifadəsini əvəz edir: "Mən çimməyi şokoladı sevdiyim qədər sevirəm. Dostlarıma kömək etməyi də sevirəm, eynən şokoladı sevdiyim kimi ..." "ABC" telekanalının verdiyi məlumata görə, Los-Ancelesdən olan 6 yaşlı uşaq yazdığı kitabdan 30 min dollardan artıq məbləğ əldə edib. O, kitabdan əldə etdiyi pulları sağalmaz xəstəlikdən əziyyət çəkən dostuna verəcəyini açıqlayıb. Dilan Siqelin atasının sözlərinə görə, oğlunun əsas məqsədi 1 milyon dollar toplamaqdır. Məlumat üçün bildirək ki, Dilanın dostu Con böyrək xəstəliyindən əziyyət çəkir.
2013-10-22
506
Qidalardan düzəldilən sürreal şəkillər
Fotoqraf Karl Varner öz sənət yoluna təbiət və mənzərə şəkilləri çəkərək başlayıb. Daha sonra ağlına maraqlı bir ideya gəlir və onu həyata keçirməyə başlayır. "Foodscape" adını verdiyi layihəsində müxtəlif qidalardan istifadə edərək təbiət və mənzərə şəkillərini yaradır. Aşağıdakı linkdən onun bütün əsərlərinə və çəkiliş öncəsi şəkillərinə baxa bilərsiz. Mənbə: http://www.carlwarner.com/foodscapes/
2013-10-23
507
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin yeni rəhbəri kimdir?
Azərbaycan prezidentinin yeni sərəncamı ilə yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunub. "Axar.az"ın verdiyi xəbərə görə, İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Rauf Göyüş oğlu Vəliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqda qərar qəbul edib. Rauf Vəliyev kimdir? Xəzər Dəniz Neft Donanmasının Səbail rayon idarəsində çalışıb. Bir neçə il orada çalışdıqdan sonra həmin idarənin Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. "ARDNŞ" rəhbərliyinə Rövnəq Abdullayev gətiriləndən sonra isə Rauf Vəliyev də "SOCAR"ın əsas ofisinə gətirilir. Əslən Cəbrayıl rayonundandır və Rövnəq Abdullayevə yaxınlığı ilə tanınır.
2013-10-23
508
Zamin Hacı Qarabağın qayıtmasını arzulamır
Zamin Hacı Qarabağın qayıtmasını arzulamır Gənclik arzularım cılız idi - Zamin bəy, elə bir arzunuz olubmu ki, hələ də gerçəkləşdirə bilməmisiniz? - Məktəb vaxtlarımdan heç bir arzu etmirəm. Ümumiyyətlə, arzular insan həyatını məhv edən bir hissdir. Arzuların arxasınca qaçan insan həyatdan uzaq düşür və yaşamır. Ona görə də həyatımda heç vaxt ciddi bir arzum olmayıb. - Heç gənclik çağlarınızda da olmayıb? - Onda arzularım qeyri-ciddi, cılız arzular olub. Özümü dərk edəndən sonra ümumiyyətlə, arzulardan uzaq durmuşam. Çünki görürəm ki, arzularsız yaşamaq daha gözəldir. Qarabağın qayıtmasını heç kim arzulamır - Demək, sizə görə arzu etmədən yaşamaq mümkündür? - Bəlkə də mənim fikirlərimlə kimlərsə razılaşmaya bilər. Əslində, mən fikirlərimi tam izah edə bilmərəm. Tək onu deyə bilərəm ki, arzularsız yaşamaq klassik azərbaycanlı üçün anlaşılmazdır, fəlakət deməkdir. Təbii, pafoslu şəkildə deyə bilərəm ki, arzum Qarabağın azad olunmasıdır. Bəzən bu cür ifadələrlə boşboğazlıq etsələr də, əminəm ki, heç kim bunu arzu eləmir. Çünki arzu edən onu həyata keçirər. - Heç kim bunu arzu etmir? Deməli, siz də? - Bilirsiniz, Qarabağ ona görə qaytarılmamalıdır ki, o bizim torpaqlarımızdır, ona görə qaytarılmalıdır ki, ədalət bərpa olunsun. Son 20 ildə Azərbaycanın torpaqlarının qaytarılması üçün neynəyiblər!? Bir dəfə də olsun kimsə ciddi şəkildə hakimiyyətdən tələb etməyib ki, sən niyə görə orda oturmusan? Hansı ki, hakimiyyətin əsas məsələsi Qarabağ problemi olsa da, heç bir iş görməyib. Yalandan ağlayıb danışmaq boş-boş şeylərdir. Arzu edirdilərsə, bunu həyata keçirəydilər. Qarabağı cücəmiz, qoyunumuzla xatırlayırıq Biz ümumiyyətlə, arzunun mahiyyətini anlamırıq. İstəklər var, bir də instinktiv heyvani hisslər. Biz vəhşicəsinə nələrinsə olmasını istəyirik. Bir var vəhşi arzular, bir də var bəşəri, humanist arzular. Bəlkə də indi insanlarda Qarabağın azad olması arzusu instinktiv şəkildədir, şüurlu deyil. Əgər elə olsaydı, biz çoxdan onu azad etmiş olardıq. Fikir versəniz, görərsiniz ki, bir azərbaycanlı həmin yerləri xatırlayarkən torpaqlardan deyil, 50 dənə cücəsindən, qoyunundan, quzusundan, ya da ki, qazından danışır. Deyir ki, 50 toyuğum var idi, ya inəyim var idi. O vətənin mənasını dərk etmir. Sadəcə, itirdiklərinin acısını yaşayır. Ona görə də deyirəm ki, Qarabağı istəyən yoxdur. Azərbaycanlıların arzusu çox primitiv olur - Bəs o zaman nə etmək lazımdır? - Heç nə... Sadəcə, yaşamağı bacarmalısan. Yaşamaq lazımdır və dünyadan zövq almaq üçün günəşə baxmaq, səmaya baxmaq lazımdır. Arzular boş şeydi. Mən arzu edərdim ki, Azərbaycan xalqı ümumiyyətlə, arzu etməsin. Çünki azərbaycanlıların arzuları da çox primitiv olur. Maşın alaq, yaxşı arvad alaq, nə bilim… övladım universitetə girsin. Avropaya fikir versəniz, görərsiniz ki, onlar daha məntiqli, ümumbəşəri düşünürlər. Amma biz yalnız özümüzü fikirləşirik. Arzu insana dərd gətirir - Zamin Hacı arzularla yaşasaydı, indi həyatınızda nə fərqli olardı? - Əgər mən arzularla yaşasaydım, həyatım çox ağır olardı. Özümü çox xoşbəxt hiss edirəm. Dediyim kimi, arzular insana yalnız dərd gətirir. İnsanlar elə əldə etmək üçün yaşayır. Onlar günəşi, buludu, təbiəti görmürlər. Öz doğmalarının gözlərindəki kədəri, sevinci hiss etmirlər, bütün günü yalnız nə əldə edə biləcəkləri haqqında düşünürlər. Yalnız "nəyəsə çataq" prinsipi ilə yaşayır və bu qaçhaqaçla həyatlarını məhv edirlər. Bundan gözəl nə ola bilər? Doğulmusansa, yer kürəsindəsənsə, yaşayırsansa, bundan gözəl nə ola bilər? Hansı ki, dünyaya gəlmək özü də böyük işdir. Sən dünyaya gəlmisən, hələ bir şeylər də tələb, arzu edirsənsə, bu çox gülməlidir. Əgər sənin yaşamaq imkanın varsa, başqa nə istəyirsən? Məncə, insanlar layiq olduqlarından çox şey istəyirlər. Sözümü məşhur bir fikirlə bitirmək istəyirəm: "Əgər dünyada doğulmaq və ölmək sənin əlində deyilsə, bu zaman arzularla yaşamaq da mənasızdır".
2013-10-23
509
Bu ölkəyə altı aydan sonra şəriət gəlir
Bruney Sultanı ölkədə 6 ay içində yeni bir şəriət qanunlarının tətbiq olunacağını açıqladı "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bruney Sultanlığında tətbiq olunacaq yeni qanunlara görə oğurluq edənlərin əlinin kəsilməsi və zina edənləri daşqalaq cəzası gözləyir. Sultan Həsənəl Bolkiah şəriət cəza qanunlarını "Allahın özəl bələdçisi" olaraq adlandırdı və hər kəsin bu cür qəbul etməsini istədi. Yeni qanuna əsasən oğurluq edənlərin əli kəsiləcək və zina edənlər daşqalaq edilərək öldürüləcək. Bu ölkədə əhalinin üçdə ikisini müsəlmanlar təşkil edir. Üçdə birini isə buddist, xristian və yerli dinlər tamamlayır.
2013-10-23
510
Heydər Əsədovu bir daha tanıyın
Prezident İlham Əliyev Kənd Təsərrüfatı nazirliyinə yeni rəhbər təyin edib. Dünən sərəncam imzalayan dövlət başçısı İsmət Dursun oğlu Abbasovu baş nazirin müavini postuna təyin edib. Onu keçmiş vəzifəsində Heydər Xanış oğlu Əsədov əvəzləyib. "Axar.az" yeni nazirin kimliyini araşdırıb. Yeni nazir ixtisasca iqtisadçıdır. 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdəAzərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində çalışıb. 17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilıb. 3 monoqrafiyanın, 30-dan çox elmi əsərin müəllifidir. Ailəlidir. Üç övladı var.
2013-10-23
511
Səfər Əbiyev: "Vəzifədən getməyim normaldır"
On səkkiz ildən çox Müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyev "Media forum" saytına açıqlama verib. "Yenidən Müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz", - sualına Səfər Əbiyev belə cavab verib: "Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur". Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini, Müdafiə naziri vəzifəsinin icraçısı, Müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci il fevralın 5-dən Azərbaycanın Müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.
2013-10-23
512
Keçəllərə müjdə
"Milliyət"in verdiyi xəbərə görə, iki universitet müştərək səylər nəticəsində dünyada ilk dəfə "saç təlimatnaməsi" adlandırılan hüceyrələri kopyalayıb baş dərisinə nəql etməyi və yenidən saç çıxmasını təmin etməyi bacarıb. İngiltərənin Durham və ABŞ-ın Kolumbiya universitetləri keçəlliyə əlac tapıb Əvvəlcə başın arxa qisminin incə dərili bir hissəsindən topa şəklində saç götürülür. Sonra saçların uzanmasıyla əlaqədar məlumatları ehtiva edən "dermal papil" hüceyrələri təhlil edilərək, laborotoriya mühitində minlərlə sayda kopyalanır və qarışdırma əməliyyatı ilə hüceyrələrin bir-birilə təmasa keçib çoxalması təmin edilir. Ən sonda isə yüzlərlə inyeksiya vasitəsilə yeni saç çıxarma qüdrətinə sahib hüceyrələr keçəlləşmiş bölgələrə nəql edilir.
2013-10-23
513
“Twitter” Ağ evi bir-birinə vurdu
"Lenta.ru" saytının yaydığı məlumata görə, ABŞ Prezident Administrasiyasının yüksək vəzifəli işçisi tutduğu vəzifədən azad edilib. Müəyyən olunub ki, onun bir neçə il ərzində "Twitter"də anonim hesabı olub və orada Ağ evdən olan həmkarlarını kəskin sürətdə tənqid edib. Xəbəri "The Daily Beast" oktyabrın 22-sində yayıb. Cofi Cozef "Twitter"ə hazırda silinmiş @NatSecWonk adı altında girib. O, ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının Nüvə silahının yayılmaması proqramına başçılıq edirdi. Ağ evin mətbuat xidməti istefa ilə bağlı məlumatı təsdiqləsə də, bu cür qərarın verilmə səbəbini açıqlamayıb. Cozef, "Politico" redaksiyasına göndərdiyi məktubda yazılarının incidə biləcəyi adamlardan üzr istəyib və baş verənlərə görə cavabdehlik daşıdığını yazıb.
2013-10-23
514
Şeyx: “Vladimir Vladimiroviçə dərin təşəkkürlərimizi bildiririk”
"Rusiya dünya miqyasında müsəlmanların yüksək hörmətini və etimadını qazanıb" "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə əsasən, bunu QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib. O deyib ki, Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır: "Bu özünü Suriya məsələsinin siyasi həlli zamanı göstərib. Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk. Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək biz patriarx Kirill ilə xalqlarımızın və dövlətlərimizin xeyrinə, MDB ölkələrində konfessiyalar və xalqlararası sülhün möhkəmləndirilməsinə xidmət edən əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik".
2013-10-23
515
İran təkrar edamdan imtina etdi
"Milliyet"in xəbərinə əsasən, İran Ədalət Nazirliyi, barəsində edam cəzası tətbiq olunması üçün asılan, ancaq sonra yaşadığı aydın olan məhkumun yenidən asılmasına gərək olmadığını açıqlayıb. Vəkillər, asıldıqdan sonra meyitxanada yaşadığı məlum olan məhkumun yenidən asılmasına maneə törətmək məqsədiylə cəhdlər edib. ISNA xəbər agentliyi, Ədalət Naziri Mustafa Pormuhammedinin məhkumu ikinci dəfə asmanın İranın imicini zədələyəcəyini söylədiyini bildirib. Narkotik qaçaqçılığı üzrə cinayət günahına görə edam cəzasına məhkum olunan 37 yaşındakı Əli Rıza M-in cəzası, ölkənin şimal-şərqindəki Bojnordda olan bir həbsxanada keçən həftə icra edilmiş, ancaq daha sonra meyitxanaya aparılanda edam edilmiş məhkumun yaşadığı aydın olmuşdu. Məhkum 12 dəqiqə asılı qalıb, hətta bir həkim tərəfindən öldüyü təsdiq edilib. Ailəsi səhəri gün cənazəni götürməyə gedərkən Əli Rıza M-in nəfəs aldığını görüb. Keçən həftə, Beynəlxalq Əfv Təşkilatı, İrana çağırış edərək cəzanın yenidən icra edilməməsi təklifini edib. Beynəlxalq Əfv Təşkilatının Orta Şərq və Şimal Afrika Proqramı Direktoru Philip Luther mətbuata verdiyi açıqlamada: "Bütün bu dəhşəti bir dəfə yaşamış birinin ikinci dəfə asılması qorxuncdur və vəziyyət ölüm cəzasının insafsızlığını və insanlıq xaricində olduğunu bir daha göstərir",- deyib. Qeyd edək ki, İran dünyada edam cəzasının ən məşhur şəkildə tətbiq olunduğu ölkələrdən biridir.
2013-10-23
516
Məleykə Abbaszadə niyə təsdiqlənmədi?
Prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləsə də, tam tərkib hələ formalaşmayıb. Ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat həyata keçirib, aşağıdakı 7 təyinat hələ gerçəkləşməyib: Təsdiqlənməyən şəxslərdən biri - Tələbə Qəbulu üzrə Dövlət (TQDK) Komissiyasının sədr əvəzi Məleykə Abbaszadə ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. Təhsil eksperti Etibar Əliyevin fikrincə, Məleykə Abbaszadə digər məmurlarla müqayisədə üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır və onun vəzifədən kənarlaşdırılması siyasi iradənin nəticəsi ola bilər: "Onu xeyli tənqid eləməyimizə baxmayaraq, Məleykə Abbassadə rəhbərlik etdiyi qurumda üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır. Son dövrlə TDQK-da kütləvi korrupsiya hallarına rast gəlinmir. Qurum cəmiyyətə açıqdır, istədiyiniz zaman məlumat əldə edə bilirsiniz və İnternet saytları da normal işləyir. Məleykə Abbaszadənin vəzifədən uzaqlaşdırlması inandırıcı görünmür. Təbii ki, heç kim əvəzedilməz deyil, amma Məleykə xanım işinə məsuliyyətlidir". Digər ekspert Nabatəli Qulamağlu TQDK-nın komersiya xatirinə müxtəlif metodiki elmi qaydaları pozduğunu hesab etsə də, TDQK-nın fəaliyyətində müsbət tərəflərin olduğunu bildirir: TQDK-nın bir nömrəli tənqidçisiyəm, bəlkə də bu qurumu mənim qədər tənqid edən olmayıb. Amma TQDK-nın fəaliyyətində müsbət tərəflər çoxdur. Ümumiyyətlə, TQDK Təhsil Nazirliyindən fərqli olaraq, ictimaiyyət arasında hər halda müsbət bir qurum kimi tanınır. Mənim ehtimalıma görə, Məleykə Abbaszadə vəzifəsinə təsdiqlənəcək". Xatırladaq ki, TQDK ilə Təhsil Nazirliyi arasında gərgin münasibətlər olub və Misir Mərdanovun Təhsil naziri vəzifəsindən bir neçə ay əvvəl azad olunmasının səbəblərindən biri kimi bu gərginlik göstərilir. Hazırda Məleykə Abbaszadənin Nazirlər Kabinetinin təsdiqlənən tərkibində yer almaması sözügedən gərginliyi bir daha gündəmə gətirdi.
2013-10-23
517
APU-da tələbələrin etirazı hələ nəticə verməyib
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ali məktəbin həyətində etiraz aksiyası keçirməsinə səbəb olan məsələlər hələ də öz həllini tapmayıb. "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov bildirib ki, bu gündən başlayaraq 3 gün ərzində universitetin rektoru Yusif Məmmədov ali məktəbdə yaranan narazılıqlarla əlaqədar müxtəlif fakültələrin tələbələri ilə görüşəcək. M.Cəbrayılov qeyd edib ki, görüşlərdən sonra tələbələrin təklifləri Təhsil Nazirliyi ilə birgə müzakirə ediləcək və bütün fikirlər nəzərə alınaraq yekun qərar qəbul ediləcək. ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev isə açıqlamasında bildirib ki, hazırda imtahanlarla bağlı yekun qərar qəbul edilməyib: "Bununla bağlı müəyyən bir forma tam dəqiqləşdirilir. Məsələ bütün hallarda tələblərin xeyrinə, aşkarlıq şəraitində, obyektiv şəkildə və heç kəsin marağına toxunmadan həll ediləcək. Hazırda Təhsil Nazirliyi ilə də müvafiq danışıqlar aparılır".
2013-10-23
518
Saakaşvili prezident iqamətgahını tərk edir
"Axar.az"ın xəbərinə görə, Gürcüstan prezidentinin xanımı Sandra Rulofs jurnalistlərə bildirib ki, artıq komissiya iqamətgaha gəlib və əşyaları siyahıya alıb: "İndi şəxsən bizə aid əşyaları, əmlakı daşıyırıq". S.Rulofs illərdir yaşadıqları evi tərk etdiklərinə görə təəssüfləndiyini bildirib: "Nə etmək olar? Biz evi tərk etməyə və sakitcə əşyalarımızı çıxartmağa hazırıq". Qeyd edək ki, M.Saakaşvili şəxsən özü əşyaları qablaşdırıb və avtomobilə yükləməyə kömək edib. Prezident qeyd edib ki, o, ailəsi ilə bu vaxtadək nənəsinin yaşadığı Zandukeli küçəsindəki ("Rustaveli" metrostansiyasının yaxınlığında) mənzilə köçəcək. Xatırladaq ki, M.Saakaşvili prezident postunu oktyabrın 27-də - Gürcüstanın yeni dövlət başçısı seçiləndə tərk edəcək. O, bu vəzifədə 2004-cü il yanvarın 5-dən çalışır.
2013-10-23
519
Əli Əhmədov mandatdan məhrum edilir
"Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir",- "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə əsasən, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli baş nazirin müavini Əli Əhmədovun deputat mandatı ilə bağlı məsələyə aydınlıq gətirərkən söyləyib. Mikayıl Rəhimli bildirib ki, YAP sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir: "MSK isə bu müraciətə iki ay ərzində baxıb, millət vəkilini mandatından məhrum etməlidir".
2013-10-23
521
Ombudsman Pərviz Həşimovla bağlı MTN-ə müraciət edib
"Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə əsasən, "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovun ailəsi ilə görüşü, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə qaldırdığı məsələlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciətində göstərdiyi halların araşdırılması məqsədilə Ombudsman Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edib. Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim 25 sentyabr 2013-cü il tarixində MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan P. Həşimovla görüşüb, saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar. Görüş zamanı P. Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib. Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib.
2013-10-23
522
İnsanlıq tarixinin ən qəribə ayinləri
"Yanomami" qəbiləsi ölüləri yandırıb, külünü bananla qarışdıraraq yeyirlər Bir çox cəmiyyətlər adətlərinə bağlıdır. Ancaq ənənəvi olaraq həyata keçirilən bu ayinlər çox qorxuludur. İnsanlıq tarixinin ən qəribə ayinlərini sizlərə təqdim edirik: Voodoon və ruhu ələ keçirmə "Vodun" Qərbi Afrikada bir dindir. Bu dinin ayinlərindən biri də hansısa insanı bir növ medium halına çevirməkdir. Bu insanın meşəyə gedərək müqəddəs ruhla rabitəyə keçməsi təmin olunur. Ruh bədəni ələ keçirir və insan şüursuz vəziyyətə düşür. Bu vəziyyətdə üç gün ac və susuz qalır, daha sonra isə başqa bir ayinlə şüuru yerinə qayıdır. Hannibalizm Hindistanın Varanasi şəhərində yaşayan Ağori Atalar ölüləri yeməkləri ilə məşhurdurlar. Bu mədəniyyətə görə din adamlarını, uşaqları, subay və ya hamilə qadınları yandırmaq olmaz. Bunun əvəzində öldükdən sonra cəsədi çaya atırlar və Ağori Atalar da onları çaydan çıxarıb yeyirlər. Günəş rəqsi Aborigen amerikalılar təbiəti şərəfləndirmək üçün cürbəcür adətlərə sahibdirlər. Bu adətlərə müqəddəs ruha dua etmək və ya insanı dirəyə bağlayaraq qurban vermək daxildir. Qurbanın döşündən bir dəlik açılır və dəlikdən keçən bir kəndirlə həyat ağacı simvolu olan bir dirəyə bağlanır. Daha sonra qurban irəli-geri gedərək kəndirdən xilas olmağa çalışır. Bu rəqs saatlarla davam edə bilər. İplə atlanmaq Sakit Okeanın sahilindəki bir adada yerləşən Bunlap kəndində "Gikol" adlı qəribə bir adət mövcuddur. İplə hündürdən hoppanmağa bənzəyən bu adətdə insanlar rəqs edir, sonra özəl olaraq taxtadan düzəldilmiş qüllələrə çıxıb könüllü olaraq ayaqlarına ip bağlayaraq aşağı atılırlar. Səmada basdırılmaq Tibetdə buddistlər reinkarnasiyaya (bir daha dünyaya gəlmək) inanırlar və dolayı yolla cismi öldükdən sonra qorumaq lazım olduğunu düşünürlər. Buna görə öldükdən sonra meyitləri açıq havada, yüksək yerlərə qoyurlar. Və beləliklə, meyitlər yırtıcı quşlar tərəfindən yeyilir. Rahiblər meyiti yırtıcı quşlar tez yesin deyə parçalayırlar. Alovun üzərində gəzmək Malaziyada taoistlərin təşkil etdiyi "Doqquz İmperiya Tanrı" festivalında insanlar alovun üzərindən çılpaq keçir. Çünki alovun, qüsur və pis ruhları uzaqlaşdırdığına inanırlar. Bu ayini hər il yüzlərlə insan həyata keçirir. Ölülərlə rəqs Sümüklərin canlanması mənasını verən "Famadihana" festivalı hər il Madaqaskarda həyata keçirilir. İştirakçılar meyit nə qədər tez çürüsə, o qədər sürətlə sonrakı həyata keçəcəklərinə inanırlar. Buna görə cəsədləri qəbirdən çıxarıb rəqs edir, mahnı oxuyurlar. Ayin bitəndə isə cəsədi yenidən basdırırlar. Ölüm ayini Amazon cəngəlliyində yaşayan, dünyanın ən qədim qəbilələrindən olan "Yanomami" qəbiləsi ölümün təbii bir hadisə olmadığına inanırlar. Buna görə ölüləri yandırıb, külünü bananla qarışdıraraq yeyirlər. Bunun sayəsində ölənlərin yaşamağa davam etdiklərinə inanırlar.
2013-10-23
523
Yol terroru: 3 ölü, 4 yaralı
Azərbaycanda bir gündə baş vermiş yol qəzalarında 3 nəfər ölüb. "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, oktyabrın 22-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.
2013-10-23
524
Hər bir məhdudlaşdırma yazıçının ölümü deməkdir
Tanınmış yazıçı Çingiz Hüseynov "Axar.az"a danışır - Səhhətiniz necədir? Yazmaq, yaradıçılıqla məşğul olmaq imkanınız varmı? - Allaha şükür yaxşıyam, şikayətə əsasım yox, bəzən halıma uyğun "səksəndəndir" deyirəm və xalqımın müdrikliyinə arxalanaraq ataların dediklərini yad edirəm ki, səksən-doxsan – bir gün varsan, bir gün yoxsan. Bunu bədbinliyə yozmayaq. İşim-peşəm (keçmiş onilliklərdə olduğu kimi) yazı-pozudur, az-çox çalışıram. İmkan da var, istək də, həvəs də. Amma ən ümdəsi, sanki İlahinin tələbidir, "cihad qələminə", yəni görüb-duyduğunu, böyük həqiqətləri yazmağa, sözü yalan alətinə çevirməməyə çalışıram. - İllərdir Azərbaycandan uzaqda yaşayırsınız və olanları uzaqdan müşahidə etmək imkanınız var. Uzaqdan Azərbaycan ədəbiyyatı necə görünür? - Bu, çox geniş məsələdir və uzun söhbətdir... Son illərdə bədii dilimiz (siyasi dilimiz də) sürətlə inkişaf etməkdədir, üslub baxımdan rəngarəngləşir, bu da sevindirici haldır. Amma onu da deyim ki (hər halda mənim fikrimdir), əsl ədəbiyyat xalqmı deyim, qara camaatmı bilmirəm, "çoxlara", cəmiyyətə, hətta əsər yazanın özünə belə (insan zəif məxluqdur!) zidd, "müxalif" olmalıdır. - Sizcə müasir Rus ədəbiyyatının dünyaya çıxmasının səbəbi odur ki, burdakı yazarlar daha istedadlıdırlar, yoxsa hansısa başqa faktlar da rol oynayır? - Azərbaycan ədəbiyyatı və yazarları heç də ruslardan zəif deyil, amma bircə fərq var. Rus dili dünyada yayılmış üç-dörd dildən biridir. Bu amili unutmaq olmaz. - Son dönəm Azərbaycan ədəbiyyatında hər şeyi inkar edənləri, nə varsa, ona üsyan edənləri də görürük. - Bu, təbiidir, olsun... - Amma bəzən iqtidarlara qarşı bir kəlmə deyə bilməyənlər xalqa, topluma heç nəyi bağışlamır. - Nə yazıq ki, biz əksər hallarda beləyik. Xalqa heç nəyi bağışlamamağa gəlincə, bunu düz deyirsiniz, gerçək sözdür. - Yazarların rəyasətə münasibətinin "isti" olmasına necə yanaşırsınız, bu onun azadlığını məhdudlaşdırmaz ki? - Sualın birinci hissəsinə münasibətim nə müsbətdir, nə mənfi, olsun, amma bu "istilik" nəticəsində "azadlıq" itirilirsə... Hər bir məhdudlaşdırma yazıçının ölümü deməkdir... Necə deyərlər, yazarın bədəni sağlam yüz il yaşasın, amma yazar ruhu ölü olur. - Sizcə bir cəmiyyətin inkişafında əsas amil nədir - siyasi idarəetmə, yoxsa düşüncə azadlığı? - Təbii ki, düşüncə azadlığı, amma bu da kifayət deyil... Mənim iki vətənim var və hər dəfə özüm-özümə onlara aid sual verirəm. Birinci vətənimə aid cavabım çox vaxt mənfi olur... Məgər bizdə cəmiyyət varmı? - Dünya milli kimlikləri deyil, insani kimliyi əsas götürsəydi, daha yaxşı olardı, yoxsa indiki mənzərədən fərqli bir şey olmazdı? - İndi bütün quruluşlar, demokratiya belə böhran içindədir. Eyni şəkildə milli kimlik də, insani kimlik də... Çünki bütünlükdə bəşəriyyət yolunu azıb.
2013-10-23
525
Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. "Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Qaradağ rayonu ərazisində rayon sakinləri Tahirə Vəliyeva və oğlanları Atəş Aslanovla Afər Aslanov evlərində dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
2013-10-23
526
Rövşən Əkbərov: "Mən Səfər Əbiyevə əhəmiyyət vermirəm"
Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərov Müdafiə Nazirliyi rəhbərliyinə yeni təyinatla bağlı "Media forum" saytının suallarını cavablandırıb. Oktyabrın 22-də hökumətin yeni tərkibini formalaşdıran prezident İlham Əliyev general-polkovnik Səfər Əbiyevi müdafiə naziri postuna təsdiqləməyib, bu vəzifəyə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənovu təyin edib. Dövlət başçısı həmin gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi də verib. General-leytenant Rövşən Əkbərovla müsahibə zamanı "Media forum" saytının ona ünvanladığı ilk sual bu haqda olub. Rövşən Əkbərov deyib: - Prezident, ali baş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, ali baş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram. - Zakir Həsənovu çoxdan tanıyırsınız? - Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişik, oranın məzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin hamısı bir-birini tanıyır. Təbii ki, Zakir Həsənovu çoxdan tanıyıram. - Sizcə, yeni müdafiə nazirinin qarşısında duran əsas vəzifələr hansılardır? Orduda nə dəyişməlidir? - Hesab edirəm ki, əsas vəzifələr ali baş komandanın tapşırıqlarını vaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək, ordunun döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda ali baş komandan əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olmaqdır. Biz zabitlər, əsgərlər, bütün ordu hər an buna hazır olmalıyıq. Vacib işlərdən biri də zabitlərin, əsgərlərin şəraitinin yaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin yaxşılaşdırılmasını gözləyirik. Elə etməliyik ki, hər bir valideyn uşağını əsgərliyə göndərəndə arxayın olsun, narahatlıq keçirməsin və bilsin ki, övladı yaxşı şəraitdə qulluq edir və sağ-salamat evinə qayıdacaq. - Yəqin ki, yeni nazirin Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunması mərasimində iştirak etmisiniz. Ordu rəhbərliyi bu təyinatı necə qarşıladı? Əhval-ruhiyyə necədir? - Bəli, həmin mərasimdə iştirak etdim. Gözəl mərasim keçdi. Yeni nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur. Başqa cür ola da bilməz, çünki yeni nazirin təyin olunması ali baş komandanın qərarıdır. - Ordu rəhbərliyində başqa dəyişiklik var? - Hamı yerindədir, başqa dəyişiklik yoxdur. - Rövşən müəllim, Səfər Əbiyevlə sizin münasibətləriniz yaxşı deyil. Vida mərasiminiz necə keçdi? - Hamı necə görüşüb vidalaşdısa, mən də elə. Salam, sağ ol. - Sizinlə Səfər Əbiyevin münasibətlərinin yaxşı olmamasının əsas səbəbi nədir, aranızda problem ilk növbədə nədən yaranmışdı? - Bunu onun özündən soruşarsınız. - 2013-cü ilin yanvar ayında Səfər Əbiyev sizə töhmət verib. Həmin töhmət üzərinizdə qalıb, yoxsa götürülüb? - Mən ona və onun töhmətlərinə fikir, əhəmiyyət vermirəm. Heç bilmirəm töhmət qalır, yoxsa götürülüb. - Avqust ayında prezident İlham Əliyev Şəmkirə səfər edəndə Şəmkir hərbi birləşməsinin qərargahına baş çəkdi, yaradılan şəraitlə tanış oldu. Amma Səfər Əbiyev Şəmkirə getməmişdi. Bu nəylə bağlı idi? - Bunun səbəbini onun özündən soruşarsınız. - Sizin Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunacağınıza dair məlumatlar yayılıb. Belə bir təyinat gözlənilirmi? - Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən xəbərim yoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək üçün Bakıya gəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram.
2013-10-23
527
Kino tarixinin ən möhtəşəm 5 payız filmi
Payız fəslidir. Adətən bu fəsli sevənlər şox olmur. Ancaq sentimental, duyğularının tüğyanını azad şəkildə yaşaya bilənlərin fəslidir payız... Maraqlıdır, görəsən insan duyğularını vizual olaraq ekrana daşıyan filmlərdə payız fəsli necə işıqlandırılıb və daha çox bu fəsil ağ pərdədən bizə necə təqdim olunub? Kiçik araşdırmadan sonra bəlli oldu ki, payız fəslinin rəngarəngliyini ekrana daşıyanlar onu sevgi ilə birləşdirib. Beləliklə, mütəxəssislər kino tarixində ən möhtəşəm payız filmlərinin siyahısını açıqlayıb. Nyu-Yorkun ən məşhur simalarından biri olan Uill Kin qadınların zövqünü oxşayan yaraşıqlı bir adamdır. Bir neçə qadınla münasibəti olub. Bir gün Şarlotta adlı bir qadınla tanış olur. Beləliklə, bu iki insan xoşbəxt ola biləcəkmi? 2. "Cənnətdən çox uzaqda" (Far From Heaven) Bu film 1950-ci ildə Amerikada yaşayan bir ev qadınının hekayəsindən bəhs edir. Olduqca xoşbəxt olan bir ailədə birdən-birə hər şey dəyişir. Xəyanət ailəni sarsıdır. 3. "Şirin noyabr" (Sweet November) Nelson Mos bütün həyatını işə sərf edib. Bir gün Sara adlı dəli-dolu bir qızla tanış olur. Sara Nelsondan ən azından bir ay boyunca onunla yaşamasını istəyir. Nelson, təklifi qəbul eləyir. Qısa zamanda eyni evə köçən iki insan bir-birinə aşiq olur. Lakin Nelson Saranın xərçəng xəstəsi olduğunu bilmir. 4. "Bağlar ölkəsi" ( Garden State) 26 yaşlı gənc anasının ölümü səbəbindən evə dönür və bir doktorun gözləmə otağında Sam adlı bir qızla (Natali Portman) tanış olur və cütlük utancaq şəkildə yeni bir münasibətə başlayır. 5. "Harri Salli ilə tanış olanda" (When Harry Met Sally) Bir səfər əsnasında qarşılaşan Harri və Salli adlı iki gənc eyni universitetdən məzun olduqlarını, ancaq daha öncə heç qarşılaşmadıqlarını fərq edirlər. Bundan sonra dost olmaq qərarına gəlirlər. Nyu-Yorka çatanda ayrılıb öz həyatlarını yaşamağa davam edirlər. Bir də yenidən rastlaşana qədər…
2013-10-23
528
YAP qərar verəcək
"Yeni hökumətin tərkibində yer alan Əli Əhmədovun partiyanın icra katibi vəzifəsini bundan sonra icra edib-etməyəcəyi ilə bağlı qərarı Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev verəcək". "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiyanın Nizamnaməsində digər partiya vəzifələrindən fərqli olaraq bununla bağlı konkret müddəa yoxdur: "Ona görə də Əli müəllimin hökumətdə vəzifə tutması ilə əlaqədar olaraq icra katibi vəzifəsində qalıb-qalmayacağı məsələsinə YAP sədri baxıb, qərar verəcək. Hər şey onun qərarından asılıdır". S. Novruzov həmçinin əlavə edib ki, bu gün Nazirlər Kabinetində görüş keçiriləcək və orada müavinlər arasında sahə bölgüsü aparılacaq: "Orada Əli Əhmədovun hansı sahə üzrə fəaliyyət göstərəcəyi məlum olacaq".
2013-10-23
529
Anar Niftəliyev: “Siz elə bilirsiniz mənə bu haqda nəsə məlumdur?”
"Vesti.az" saytı tənqidçi Elnarə Tofiqqızının ölümüylə bağlı istintaq işi və ekspertizanın yekun rəyi haqda məlumat almaq üçün mərhumun həyat yoldaşı Anar Niftəliyevdən açıqlama alıb. Açıqlamanı "Axar.az"ın oxucularına təqdim edirik. Bu ilin sentyabr ayında həmkarımız Anar Niftəliyev ağır itki ilə üzləşib. O, həyat yoldaşı - tanınmış tənqidçi Elnarə Tofiqqızını itirib. E.Tofiqqızı sentyabrın 20-si Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zaman vəfat edib. Ölümündən dərhal sonra Niftəliyevanın nəşi məhkəmə tibbi ekspertizasına göndərilib. İlkin nəticəyə görə, Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığı) vəfat edib. Ekspertizanın ilkin rəyinə əsaslanan Anar Niftəliyev mətbuata bəyanatında bildirib ki, yoldaşı həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı sayəsində vəfat edib. Hadisə ilə əlaqədar Niftəliyevanın əməliyyatında iştirak edən tibbi heyət və jurnalist Anar Niftəliyev prokurorluğa ifadə verib. Amma indiyə kimi heç kim həbs edilməyib. - Anar, sizə öz dərin başsağlığımı bildirirəm. Həyat yoldaşınızın ölümü ilə bağlı istintaqda bir irəliləyiş varmı? - Sentyabrın 25-i Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 maddəsinə (məsuliyyətsizlik nəticəsində ölümə bais olma) əsasən cinayət işi açılıb. Ancaq bu işdə heç bir irəliləyiş yoxdur. Nəsimi Rayon prokurorluğu mənə məlumat vermir, məndən hər şeyi gizlədirlər. Hazırda istintaq gedir, amma saxlanılan yoxdur. Lakin mən həyat yoldaşımın qatillərinin cəzalandırılmasını istəyirəm. - Bəs ekspert rəyində nə deyilir? - Siz elə bilirsiniz mən özüm bilirəm? Həyat yoldaşımın ölümü ilə bağlı ekspertizanın rəyi hələ dünən hazır olmalı idi. Səhiyyə Nazirliyinin patoloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzi aparatının rəhbəri Ceyhun Allahverdiyev söz verdi ki, ekspertiza rəyi oktyabrın 22-si açıqlanacaq. Lakin nəticəni deməkdən imtina etdi və bildirdi ki, cavabı istintaqı aparan Nəsimi Rayon Prokurorluğundan öyrənə bilərik. Nəsimi rayonunun prokuror köməkçisi, istintaq qrupunun üzvü İsmayıl Rövşənov isə bildirdi ki, onlar hələ rəyi almayıblar. - Siz hansı dövlət dairələrinə şikayət etmisiniz? - Mən Prezident Administrasiyasına müraciət etmişəm, bu gün bildirdilər ki, müraciətim hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova yönəldilib. Müraciətimin surətləri Baş prokuror Zakir Qaralov və Səhiyyə naziri Oqtay Şirəliyevə göndərilib. Onlardan cavab gözləyirəm. "Vesti.az"
2013-10-23
530
Aydın Bəşirovun başı dərddə
"Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan, fakta görə cinayət işi başlanıb. Dünən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında sərəncam imzalamasından sonra H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
2013-10-23
531
Nobel ödülçüsü vəfat etdi
Nobel mükafatı laureatı amerikalı iqtisadiyyatçı Lourens Kleyn oktyabrın 12-si 93 yaşında vəfat edib. Pensilvaniya universitetində dərs deyərkən ekonometrik modellərin yaradılması ilə məşğul olub. "İqtisadi modellərin yaradılması və iqtisadi dəyişikliklərin təhlili və iqtisadi siyasətdə istifadəsinə görə" 1980-ci ildə Nobel mükafatı ilə təltif olunub. Mərhum nobelçinin proqnozları çox dəqiq olub. Hər kəsin fikrinə zidd olaraq İkinci Dünya Müharibəsinin ABŞ-da iqtisadi böhrana səbəb olamayacağını bildirib və yanılmayıb. Kleyn 1960-cı illərdə bir neçə ölkənin eləcə də Yaponiya və İsrailin iqtisadi inkişaf modelini hazırlamaqla məşğul olub.
2013-10-23
532
“Aqrolizinq” ASC-nin müdiri həbs edildi
835.5 min manatlıq əmlak mənimsənilib Respublika Baş Prokururluğundan "Axar.az"a daxil olan məlumata görə, "Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tədbirləri davam etdirilir. Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadə ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində olan dövlət əmlakını mənimsəməkdə ittiham edilir. 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində ittiham edilən Razi Talıbzadə haqqında yetərincə şübhə olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib.
2013-10-23
533
Asəf Quliyev AXCP-dən getməsinin səbəbini açıqladı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefasının səbəblərini açıqlayıb. A.Quliyev APA-ya açıqlamasında bildirib ki, son vaxtlar Milli Şurada baş verən proseslər qurumdan istefa verməsinə səbəb olub: "Mən sözsüz ki, heç kimin şəxsiyyətinə qarşı hər hansı fikir söyləyə bilmərəm. Hərənin öz şəxsiyyəti və fəaliyyəti var. Ancaq Mili Şura yarandığı gündən Mili Şuranın əleyhinə danışan, təbliğat aparan, Milli Şuranın yanlış olduğunu iddia edənlərin birdən-birə qurumda təmsil olunması, Cəmil Həsənlinin vəkili olması məni narahat edirdi. Ona görə də həmin adamlarla birlikdə olmamaq üçün Milli Şuradan istefa verdim". AXCP-dən də getməsinin səbəbinin eyni olduğunu vurğulayan A.Quliyev partiyaya qarşı hər hansı iddiası olmadığını vurğulayıb: "Mən həyatımın əsas hissəsini orda keçirmişəm. Ona görə də təşkilat mənim üçün əzizdir". AXCP-nin keçmiş funksioneri bundan sonrakı fəaliyyəti barədə də danışıb. O, yeni siyasi hərəkat formalaşdıracağını bildirib: "Sözsüz ki, bundan sonrakı fəaliyyətimi də uzun müddət xalq hərəkatında çiyin-çiyinə olduğum əqidədaşlarımla birlikdə davam etdirəcəyəm. Yeni bir hərəkat yaratmaq niyyətindəyik. Hərəkat tam fərqli bir formada olacaq. Azərbaycanda milli ideologiyanın təbliği, dövlətçilik, proseslərə münasibət hərəkatın ideologiyasını təşkil edəcək. Hələlik bununla bağlı müzakirələr gedir. Yəqin ki, dekabr ayında hərəkat tam formalaşacaq".
2013-10-23
534
BŞİH Milli Şuranın mitinq müraciətinə “hə” dedi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) oktyabrın 27-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun AzNews.az-a verdiyi məlumata görə, Milli Şuranın razılaşdırılma ilə bağlı məktubuna müsbət cavab verilib. Belə ki, Milli Şuranın oktyabrın 27-də Yasamal rayonunda yerləşən "Məhsul" İdman Sağlamlıq Mərkəzinin stadionunda mitinqin keçirilməsinə etiraz edilməyib.
2013-10-23
535
Aydın Bəşirova cinayət işi açılması xəbəri yalandır
Bir sıra xəbər saytlarında prezident İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilən Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəhbəri Aydın Bəşirovun həbsi xəbəri yayılıb. Məsələ ilə bağlı "Axar.az" olaraq Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanan cinayət işi Aydın Bəşirovla deyil, Xəzər Dəniz Gəmiçiliyinə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlıdır".
2013-10-23
536
Rokfeller Türkiyəni necə çökdürdüklərindən danışır
Son yüz ilin ən böyük etirafları İnsanların əksəriyyəti dünya dövlətlərini həqiqətdə azad, yeddi milyard insanın isə böyük hissəsinin şəxsi rəylərinə görə ağıl və iradəsi ilə yaşadığını zənn edir. Əslində isə bu elə düşünən insanların eyforiyada yaşaması deməkdir. Aşağıda sizə ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarını təqdim edirik. Adnan Menderes dönəmində "Marşal" planını işə saldıq Türklər də illər boyu kommunizmə qarşı olub. 1950–ci illərdə bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı dəstək qarşılığında "Marşal" planı adı altında davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Fəqət hakimiyyət bu pulları o qədər plansız və proqramsız xərcləyirdi ki, pulları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən bizdən pul borc götürürdülər. O zaman biz qarşılığında ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes bizə bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa başladı. Türkiyə ilk dəfə idi ki, asfalt yollar görür, fabriklər, zavodlər tikilirdi. Ölkədə müsəlmanlar çoxluq təşkil etdiyi üçün hər yerdə məscidlər tikilirdi. Bizdən ayrıldı və edam edildi Bir manevrlə bu işə son qoyuldu və sonunun belə olmasını istəmədiyimiz halda bütün komandasıyla bərabər edama getdi. Sadəcə, Cəlal Bayar canını qurtara bildi, çünki mason idi. Papa Ronkalli və ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu edam olunmaqdan xilas edə bildi. 1980 hərbi çevrilişi bizim istəyimizlə baş verdi Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim istəklərimiz isitqamətində ölkə iqtisadiyyatını idarə edirdilər. Fəqət Amerika və Avropada inkişaf etmiş ölkələrin bazarlarında tələb azalmış və biz məhsullarımızı sata bilmirdik. Buna görə də digər inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı onlarada tətbiq etmək istədik və azad bazar iqtisadiyyatına keçmələrini və idxalın sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul etmiş görünürsələr də, işin icrasını yubadırdılar. Minlərlə Türk gənci uydurma ideologiyalar ugruna can verdi Sonda bu dilemma bildiyimiz "Ordo Ab Chaos" yoluyla öz həllini tapdı - yəni "Əvvəlcə xaos, sonra stabillik". Təxribatlarımız vasitəsiylə sağ və sol ideologiyalar arasında savaşlar başladı. Əslində, qabaqcadan təsdiqlədiyimiz Kipr müharibəsindən sonra ölkəyə tətbiq edilən sanksiyalar sayəsində xalq həyatdan bezgin vəziyyətdə idi. Cinayətkarlar varlanır, xalq isə səfalət durumuna düşürdü. Ölkəyə göndərilən provakatorlarımız üçün bu xalqı qıcıqlandırmaq heç də çətin olmadı. Türkiyəni sağçı və solçu olaraq ikiyə böldük Hadisələr elə bir vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində hər gün əlli-altmış adam ölürdü. Bütün ölkə terror qorxusu altında əzilirdi. Keçid dövrü və tənzimləmə İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə hədəf olmaq qorxusu var idi. Minlərələ türk gənci uydurma idealogiyalar uğrunda can verdilər. İqtidara gələnlər bir-birini əvəzləyirdi, lakin vəziyyəti kontrol edə bilmirdilər. Sonra Hərbi Çevriliş oldu və hər şeyə son qoyuldu. Zavallı xalq sözdə bu dəyişikliyi hərbi çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə nəhayətsiz terrorizimə son qoyulmuş və ölkədə stabil vəziyyət yaranmışdı. Əslində provakatorların edəcəyi bir iş qalmamışdı, ona görə də səhnədən çıxmışdılar. Burada oynanan oyun ondan ibarət idi ki, xalq ümidsiz və çarəsiz vəziyyətə salınmalı və onlara "xilaskar lider" təqdim edilməli idi. Ondan sonra bu lider nə edir-etsin, xalq onu qəbul edəcəkdi. Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər açdı Hərbi hökumət bir müddət dövləti idarəçiliyini əlində saxladı, sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu, Turgut Özal idi. Turqut Özal istəklərimiz istiqamətində qapıları sonuna qədər açdı. Bizim Şirkətlərimiz bu bakirə bazara canavar kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı mallarla dolmuşdu. Sənaye şirkətlərimiz anbarlarını boşaldarkən maliyyə şirkətlərimiz isə artan idxalatı həzm edə bilmələri üçün ölkəyə yüksək faizlərlə kredit verirdi. Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında tətbiq edilən bu planla həm bizlərdən aldıqları məhsulla şirkətlərimiz varlanırdı, həm də bu malların qarşılığı olan ödəmləri gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz və banklarımızdan aldıqalrı kreditlə borc bataqlığına yuvarlanırdılar. Dost, ailə, vicdan kimi anlayışlar unuduldu Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də düşünə bilməyəcəyimiz xəyali ixracat kimi metodlar kəşf etdilər. İnsanlar artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca düşürdülər. Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf dəyişmək bunlara misal ola bilər. Türkiyə də pulun qiyməti getdikcə artdı – dost, ailə, dürüstlük kimi anlayışlar unuduldu və sadəcə, pulu olanlara hörmət edilməyə başlandı. Elə bu vaxtlarda yerli sənaye transmilli şirkətlərin içində əriyir və ya ucuz qiymtə satın alınırdı. "Kürd Dövləti Layihəsini" gerçəkləşdirmək üçün təşkilat yaratdıq Saf ideallarla işə başlayan Özal sonda bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarxlarının arasına atdı. Ailəsini və ətrafını zənginləşdirməyə başladı. Ölkə elə bir vəziyyətə gəlib çıxdı ki, artıq Özalın ətrafından şahzadələr peyda olmağa başladı. Onda biz, "ölkə monarxiya dövrünə geri qayıdır",- deyə düşünməyə başaldıq. Hər nə isə, ölkə insanının münasibətini öyrənmək üçün Özalın Kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti layihəsini həyata keçirmək üçün "….." (Rokfeller həmin təşkilatın adını çəkmir. – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla mübarizə aparmaq ölkə iqtisadiyyatına çox böyük zərər verdi və artıq Türkiyə bizim istəklərimizə yox deyə bilməyəcək qədər gücsüz olmuşdu. Yazı "Yozgatyenigun"ün materialı əsasında hazırlanıb.
2013-10-23
537
Bulvarda "Wi-Fi" olacaq
Bakı bulvarı ərazisində dekabrın sonuna kimi Wi-Fi şəbəkəsi işə salınacaq. "Axar.az" Trend ə istinadən verdiyi xəbərə görə, Dənizkənarı Milli Park İdarəsindən bildirilib ki, hazırda giriş nöqtələrinin qurulması üzərində işlər gedir. Bu gün Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30-u keçir. Bundan əlavə, yaxın vaxtlarda iki əsas ötürücünün işə salınması planlaşdırılır ki, bu da parkın ərazisini tamamilə əhatə etməyə imkan verəcək. İşlərin yekunlaşmasından sonra şəbəkə bir həftə ərzində sınaqdan keçiriləcək. Simsiz giriş şəbəkəsi vasitəsilə istifadəçilər bəzi internet-resurslara (sosial şəbəkələr, bir sıra dövlət orqanlarının saytları və s.) pulsuz çıxış əldə edə biləcəklər. Şəbəkənin bütün xidmətlərindən (videoya baxmaq, kontent yükləmək) istifadə etmək istəyənlərə isə kommersiya paketləri təqdim ediləcək. Əxlaqa zidd saytlara giriş məhdudlaşdırılacaq.
2013-10-23
538
YAP funksioneri Səyavuş Novruzovu təkzib etdi
"Mitinq keçirilməsi ilə bağlı Milli Şura mürciət edib, təhlükəsizliyə birbaşa özləri cavabdehdir və bu məsələdə məsuliyyəti öz üzərinə götürür", - bu sözləri YAP funksioneri millət vəkili Aydın Mirzəzadə Milli Şuranın oktyabrın 27-nə təyin etdiyi mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müsbət cavabından sonra "Axar.az"a deyib. Aydın Mirzəzadə YAP icra katibinin müvaini Səyavuş Novruzovun növbəti mitinqdə YAP sədrinə qarşı xoşagəlməz ifadələr işlənərsə, iqtidar gənclərinin mitinqə müdaxilə edə biləcəyi barədə fikirlərini təkzib edib: "YAP-ın mitinqin keçirilməsinə, nə də orda olan proseslərə qarışmaq niyyəti yoxdur. Əgər mitinq iştirakçıları mitinqdən sonra ictimai asayişi pozmağa cəhd edərlərsə, bunlara hüquq-mühafizə orqanları cavab verəcək. Yox, əgər hansısa təxribat Yeni Azərbaycan Partiyasına qarşı olacaqsa, YAP onlara siyasi metodlarla cavab verəcəkdir. Burda YAP üzvlərinin mitinqdə hər hansı iştirakından söhbət getmir".
2013-10-23
539
Naxçıvan Özәl Universitetinin tələbələri imdad diləyir
"Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdır. Və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar",- bu barədə "Qaynar.info"ya Naxçıvan Özəl Universitetinin tələbələri məlumat veriblər. Tələbələr yazıblar: "Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçı olanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr universitetdən çıxırlar. Bizim də burada əlimiz, qolumuz bağlıdır, bir şey edə bilmirik. Buradakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yetərincə ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz əlimizdə olmasa da, bir olaq, bir şey edək". Sayt məsələ ilə bağlı Naxçıvan Özəl Universiteti ilə əlaqə saxlayıb. Özünü Universitetin rektorunun köməkçisi kimi təqdim edən Vüqar Ələkbərov faktı təsdiqləyib: "Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinin tüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıq eləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməl etmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girirsə, heç olmasa onun saçı qaydasında olmalıdır". Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli sayta zəng edərək bildirib ki, bu informasiya yanlışdır: "Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar".
2013-10-23
542
Dünyanın ən bahalı 10 avtomobili - Foto
10 "Pagani Huayra" – 1.3 milyon dollar "Pagani"nın 2012-ci ildə çıxardığı yuxu avtomobili AMG-nin inkişaf etdirdiyi 730 HP güc hasil edən 6.000 cc-lik V12 sayəsində 370 km sürət göstəricisinə malikdir. 1.000 Nm-lik torka sahib olan avtomobilin 0-100 km-ə sürətlənmə müddəti 3.2 saniyədir. "Huayra" bir çox idman avtomobillərində olduğu kimi sifarişlə istehsal edilir. 9 – "Ferrari LaFerrari" – 1.3 milyon dollar Məşhur idman avtomobil istehsalçısı "Ferrari"nin ilk hibrid idman avtomobili "LaFerrari" V12 mühərriki və elektrikli mühərrikiylə birlikdə 963 HP gücə sahibdir. 499 ədəd istehsal olunacaq avtomobil üçün kontingentlərin az qala hamısı qısa müddətdə satılıb. 8 – "Lamborghini Reventon" - 1.6 milyon dollar Lockheed Martinin istehsal etdiyi döyüş təyyarəsi F-22 Raptordan ilhamlanaraq inkişaf etdirilən bu yer təyyarəsi digər 6.5 litrlik V12 tipli mühərrikin çıxardığı 670 HP güc ilə 0-100 km-ə sürətlənməni 3.4 saniyədə reallaşdırır. Avtomobilin biri "Lamborghini" muzeyinə qoyulmaq şərtilə cəmi 21 ədəd istehsal edilib. 7 – "Koenigsegg Agera R" - 1.6 milyon dollar 1994-cü ildə qurulan İsveçli Koenigsegg firmasının istehsalı olan Rin 5.000 litrlik V8 mühərriki, 1140 HP gücə malikdir. Avtomobil 0-100 km sürətlənməsini 2.8 saniyədə reallaşdırır. Emalat müddəti, dizaynı və xüsusilə qapıların açılmasıyla diqqət çəkən bu avtomobil, bir çox Hollywood filmində də özünə yer əldə edib. 6 – "Aston Martin One-77" - 1.850.000 dollar "Aston Martın One-77", 7.0 litrlik nəhəng V12 mühərrikiylə digər rəqiblərinə görə təvazökar sayıla biləcək 710 HP mühərrik gücü və 750 Nm-lik torka sahibdir. 0-100 km sürətlənməsini 3.5 saniyədə tamamlayan avtomobil, adından da aydın olduğu kimi 77 ədəd istehsal ediləcək. 5 – "Pagani Zonda Cinque Roadster" - 1.800.000 dollar "Pagani" qrupunun sanki bir sənət əsəri konsistensiyasında çıxardığı avtomobildə bu dəfə də AMG-nin istehsalı olan bir mühərrik iştirak edir. Avtomobil, 678 HP güc və 780 Nm torkla, 3,3 saniyədə 100 km sürət yığır. Avtomobilin son sürəti isə saatda 355 km-dir. "Pagani Zonda Cinque Roadster"dən dünyada yalnız 25 ədəd olacaq. 4 – "Bugatti Veyron Super Sport" - 2.400.000 dollar Saatda 431 kilometr sürət ilə dünyanın ən sürətli avtomobili olan "Bugatti Veyron Super Sport", 1200 HP-lik mühərrik gücünə sahibdir. 16 slindrli 8 litrlik mühərrikin dövrünü qorumaq üçün dəqiqədə 1200 ilə məhdudlaşdırılıb. 3 – "Bugatti Veyron Grand Sport Speed ​​World Record Edition" - 2.600.000 dollar "Bugatti Veyron"un üstü açıq versiyası 408,84 km sürətlə dünyanın ən sürətli kabrio avtomobili rekordunu qırmaq üçün inkişaf etdirilib. Avtomobilin məhdud sayda istehsal edildiyi bildirilir. 2 – "W Motors Lykan Hypersport" - 3.400.000 dollar Beyrut mənşəli W mühərrik firmasının çıxardığı avtomobilin inkişaf etdirilməsi tam 6 il davam edib. 750 HP mühərrik gücü 1.000 Nm-lik torkuyla avtomobil 0-dan 100 kilometrə 2.8 saniyədə yüksələrək, saatda 395 kilometrlik son sürətə çatır. Avtomobildən yalnız 7 ədəd istehsal ediləcək. 1 – "Lamborghini Veneno" - 3.900.000 dollar Dizaynçılar tərəfindən "Lamborghini"nin bu günə qədər ən çirkin avtomobili olaraq şərh etdiyi "Veneno", eyni zamanda markanın ən güclü modelidir. Avtomobil 750 HP-lik mühərrik gücünə sahibdir. Yalnız üç ədəd istehsal edilib.
2013-10-23
543
Daha bir həkim səhlənkarlığı Qubada - VİDEO
Qubanın Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirərərək, uşağın müailicəsində dövlət qurumlarından kömək istəyir. Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini itirdiyini deyir. Onun sözlərinə görə, 2010-cu il mart ayının 11-də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına Respublika Uşaq Xəstəxanasında da təsdiq ediblər. Rəvanın anası İntizar Zərbəliyeva deyir ki, uşağın antibiotiklərdən sonra eşitmə qabiliyyətini itirməsi faktını Quba rayon Mərkəzi Xəstəxanası rədd edib və Bakıdan tələb olunan lazımı müalicə sənədlərini də verməkdən imtina edib. İntizar Zərbəliyeva, uşağın anası: "Gedib həkimə şikayət eləmişik ki, belə olub. Bizə əksinə cavab verirlər ki, bizdə olmayıb. Bakıdan özəl xəstəxanaların həkimləri zəng vurdu müalicə yazmaq üçün, narkozun qədərini, antibiotikin qədərin öyrənmək üçün ki, əksinə müalicə yazsınlar. Bizə onu da məlumat vermədilər ki, narkozun qədəri nə qədər olub". İndi ana 6 yaşlı Rəvanı nə məktəbə, nə də uşaq baxçasına qoya bildiyini deyir. Onun sözlərinə görə, uşağın eşitmə qabiliyyətini gücləndirmək üçün təyin edilən xüsusi müalicə kursunu da imkansızlıqdan apara bilmir. İntizar Zərbəliyeva: "Özəl xəstəxanalarda bizdən 30 min avro ilkin ödəniş üçün pul istədilər. Dedilər, uşağın müalicəsi Azərbaycanda olunur, ancaq ilkin ödənişi 30 min avroya qədərdir. Mənim də imkanım çatmır o məbləği ödəməyə". Quba Rayon Mərkəzi Xəstəxanasında Zərbəliyevlər ailəsinin şikayətini əsassız və böhtan hesab edirlər. Baş həkim İsmayıl Mirzəliyev bildirdi ki, müxtəlif ali dövlət qurumlarına şikayət edən ailənin müraciəti dəfələrlə və əsaslı şəkildə araşdırılıb. Rəvan Zərbəliyevin əməliyyat müddətində aldığı müalicədən lal-kar olması təsdiq olunmayıb. Barəsində deyilənləri təkzib edən əməliyyat həkimi Nurəddin Abdurzayevın fakta münasibəti isə belə oldu. "Antibiotik - "Ampicilin" alınıb və 1 tabletka sakitləşdirici iynə - "Dimederol" vurulub 2 gün müddətində uşağa. Biz elədiyimiz əməliyyatın və anestezioloq tərəfindən vurulan dərmanların kar olmaqla heç bir əlaqəsi yoxdur. Lor həkimi tərəfindən uşağa baxılıb, bizim tərəfimizdən əməliyyat ilə müalicə aparılma müddətində vurulan dərmanlar karlığa səbəb deyil. Çox güman ki, uşağın anadangəlmə qüsuru olub". 40 il stajı olduğunu deyən həkimin sözlərinə görə, Rəvan Zərbəliyevdən sonra Cərrahiyyə şöbəsində 100-ə yaxın azyaşlı uşaq qasıx yırtığından əməliyyat olunub və onlarda lal-karlıq əlaməti müşahidə olunmayıb. Fakt isə faktlığında qalır. Yaşıdları kimi məktəbə getmək istəyən 6 yaşlı Rəvan səhlənkarlığın qurbanı olub. Günahın kimdə olmasını isə ailə Səhiyyə Nazirliyinə müraciət əsasında təyin olunan ekspertiza rəyindən sonra öyrənə bilər.
2013-10-23
544
Aksiyalar çimərliklərdə maraqlı görüntü yaratdı
Neft sahəsi tenderi ilə əlaqədar başlayan etiraz aksiyaları üzündən Braziliyada təhlükəsizlik tədbirləri gücləndirilib. Çimərlikdə meydana gələn etiraz aksiyalarına qarşı hökumət çimərliyə polis cəlb etsə belə, bölgəyə günəşlənmək və üzmək üçün gələnlər heç kefini pozmadan istirahətlərinə davam edib. Aksiyanin səbəbi neftdir Rio de Janeyroda təşkil olunan tenderi Braziliya Dövlət Neft Şirkəti ilə onu dəstəkləyən "Total", "Shell" və Çin şirkətlərindən ibarət olan konsorsiumu qazanıb. Tenderə bircə təklif bu beş üzvlü konsorsiumdan gəlib.
2013-10-23
545
Daha bir qәza, daha bir ölüm
Abşeron rayonunda, Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda "Opel" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
2013-10-23
546
Yaradıcı anadan sənət əsəri - FOTO
"Axar.az" "Onedio.com"a istinadən xəbər verir ki, malaziyalı qadın Li Samanta ikinci uşağına hamilə qaldığı vaxt ağlına parlaq bir fikir gəlib. Hələ böyük qızını yemək yeməyə cəsarətləndirməyə çalışan Li yeməkləri sənət əsərinə çevirib. Samanta gördüyümüz möhtəşəm yemək qablarını 60-90 dəqiqədə hazırlayır və qızı yemədən öncə şəklini çəkir.
2013-10-24
547
Rus kəşfiyyatı Türkiyəyə “Həyәcan” yaşatdı
F-16 Rusiya İl-20-ni səmada 2 saat izlədi Oktyabrın 22-si Türkiyə saatı ilə 16:37-19:05 radələrində Rusiyaya aid "İL-20" tipli hərbi təyyarə Qaradənizdə, Türkiyə-Gürcüstan sərhəd bölgəsindən Türkiyə-Bolqarıstan sərhədinə qədər kəşfiyyat uşuşu edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya hərbi təyyarəsinin Ankara hava ərazisinin pozuntusunun qarşısını almaq məqsədiylə Türkiyə Hava Qüvvələri Komandirliyinə aid 2 ədəd F-16 təyyarəsinə "həyəcan" siqnalı verilib. Göyə qalxan F-16-lar Rusiyaya aid hərbi təyyarəni Türkiyə-Bolqarıstan sərhədinə qədər izləyib. Təyyarə saat 21:05-də bölgədən uzaqlaşandan sonra Türkiyəyə aid F-16 təyyarələri geri qayıdıb. Məlumat üçün bildirək ki, İL-20 1968-ci ildən Sovetlər Birliyində kəşfiyyat təyyarəsi olaraq istifadə edilir. Ötən əsrin sonlarından İL-20 təkmilləşdirilib və istifadəsi davametdirilib. İL-20-də yüksək keyfiyyətli "A-87P" fotoqraf cihazı, "Romb-4" irihəcmli dalğavuran, "İqla-1" radar cihazı, "Kvadrat-2" radio analizatoru ve "Vişnya" dinləmə cihazı var. İL-20 casus təyyarəsi 8 adam tutur. Rusiya mənbələrindən daxil olan məlumata görə, İl-20-nin Türkiyə üzərindəki kəşfiyyat uçuşu 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiadası ilə bağlı ola bilər.
2013-10-24
549
“Xəzər Lənkəran” “Neftçi”dən qisasını aldı
Bu gün İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublikası stadionunda Azərbaycan superkubokunun sahibi müəyyənləşib. Superkubok uğrunda son ölkə çempionu və kubokun sahibi "Neftçi" ilə son ölkə kubokunun finalçısı "Xəzər Lənkəran" üz-üzə gəlib. Qarşılaşmada ilk sevinən tərəf Lənkəran klubu olub. Matçın 27-ci dəqiqəsində Mbilla Etame "XL"i önə keçirib. "Neftçi" bu qola ikinci hissənin 68-ci dəqiqəsində Kordosoyla cavab verib. 90 dəqiqənin sonuna bir dəqiqə qalmış isə "Xəzər Lənkəran" və milli komandanın müdafiəçisi Rasim Ramaldanovun qolu Lənkəran klubuna tarixində ilk dəfə olaraq ölkə superkubokunu qazandırıb. 23 oktyabr Azərbaycan superkuboku 15:00. "Xəzər Lənkəran" – "Neftçi" - 2:1 Qol: Etame, 27 (1:0), Kardoso, 68 (1:1), Rasim Ramaldanov, 89 (2:1) Qırmızı vərəqə: Sadio Tounkara, 64 ("Xəzər Lənkəran") Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov. Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.
2013-10-24
550
Orxan Pamuk daha bir mükafat qazandı
Orxan Pamuk tərəfindən "Məsumiyyət muzeyi"nin kataloqu olaraq hazırlanan "Şeylərin məsumiyyəti" bu il ilk dəfə verilən Meri Lin Kotz mukafatını qazanaraq keçən il ABŞ-da nümayiş olunan, həm ən yaxşı muzey və sərgi kataloqu, həm də ən ədəbi sənət kitabı seçilib. Mukafat mərasimində etdiyi çıxışda romanlarını oxucunun beynində şəkillər canlandırmaq üçün yazdığını deyən Pamuk "rəsm olmadan ədəbiyyat, yazı və mətn olmadan da bir rəsm xəyal edilə bilməz" deyib. Beləliklə, Orxan Pamukun "Məsumiyyət muzeyi"nin kataloqu olaraq 2012-ci ildə yazdığı "Şeylərin məsumiyyəti" yeni bir mükafatın ilk sahibi oldu. Meri Lin Kotz Mükafatı vizual sənətlər, ya da sənətçilər üzərinə yazılmış jurnalistika, şeir, qurmaca, bioqrafiya, tarix və muzey sərgisi kataloqu olaraq yazılmış əsərlər arasindan ədəbi baxımdan ən yetkin olana verilir. ABŞ-ın ən prestijli təşkilatlarından ikisinin (Virciniya Kitabxanası ilə Virciniya İncəsənət muzeyinin) ilk əməkdaşlığı olan mükafat, ən məşhur Amerika rəssamlarından olan Corc O'Keeflenin araşdırmaçısı, "Roşenberq sənəti və həyatı" adlı kitabıyla bir çox mükafatlar qazanmış alim və yazar Meri Lin Kotzun xatirəsinə verilir. "Şeylərin məsumiyyəti" Orxan Pamukun "Məsumiyyət muzeyi" romanını yazdıqdan 4 il sonra muzeyi açdığı günlərdə yazıb yayımladığı və həm muzey kataloqu, həm də İstanbulda istifadə olunan əşyalar, koleksiyaçılar haqda düşüncələrini yazdığı ədəbi xatirə kitabıdır. İngilis, alman, fransız, İtalyan və holland dillərində tərcümləriylə bütün dünyada satışa təqdim olunan "Şeylərin məsumiyyəti" yayımlandığı illərdə ABŞ-ın prestijli nəşrlərindən "The New York Times", "Design Observer" və "The Hiffington Post" qəzetlərində geniş araşdırma yazılarıyla əks-səda tapmışdı. Bu il ilk dəfə verilən və Pamukun layiq görüldüyü mükafatın digər namizədləri "Cezanne" adlı kitabıyla Aleks Dançev, "Titan" kitabı ilə Şeyl Hala, "Aşiq sənətçilər" ilə Veronika Kavass və "Berninin sevgilisi" ilə Sara Mak Feydir. Oktyabrın 19-u Amerikada keçirilən mükafatlandırma mərasiminə Amerikanın bütün nəşriyyat və muzeyləri öz kataloqları ilə qatılıb.
2013-10-24
552
Kral ailəsini heç belə görmədiniz
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə taxtının kiçik varisi Prinç Corc üçün bu həftə baş tutacaq olan xaç suyuna salınma mərasimi öncəsi sənətçi Elison Cekson maraqlı bir layihəyə imza atıb. Cekson Britaniya şahzadəsi Uilyam və arvadı Keytin bənzərlərindən istifadə edərək kamera arxası görüntüsünü verən əyləncəli şəkillər ortaya çıxardıb. Kraliça Elizabetin də oxşarının istifadə edildiyi çalışmada ən çox bəyənilən kadrlar Keyt ilə Uilyamın uşaqlarıyla birlikdə vannada vaxt keçirdiyi şəkillər olub.
2013-10-23
553
Volqoqradda məscid yandırıldı
AzNews.az Rusıya mitbuatına istinadən xəbər verir ki, Volqoqraddakı terror aktından sonra, hadisə yerinə yaxın Kirov rayonundakı məsçidi yandırmağa cəhd edilib. Polislər tərəfindən məsçid nəzarətə götürülüb. Lavrov küçəsindəki 16 nömrəli evin ətrafında bütün gün ərzində post qurulub. Bu evdə imam Ruslan Yakubov, arvadı və 8 uşağı yaşayır. Məçidin imamı özü həyatlarının təhlükədən qorunması üçün müraciət edib. Xatırladaq ki, 22 oktyabr, gecə naməlum şəxslər tərəfindən məsçidin pəncərələri qırılıb, yandırıcı qatışıqla dolu butulkalar içəri atılıb. İmamın arvadı səsə oyanaraq yanğınsöndürənlər gələnə qədər alovun yuxarı mərtəbəyə keçməsinə imkan verməyib. Uşaqlardan heç biri xəsarət almayıb. Ruslan məsçidin ətrafında daim naməlum, şübhəli şəxslərin dolandıqlarını hiss edib. Ona görə də özlərini gələcək təhlükələrdən qorumaq üçün hüquq -mqhafizə orqanlarına müraciət edib. Bu mescid 21 oktyabrda avtobusun partladıldığı yerə yaxın ərazidə yerləşir, hansı ki, bu terror aktı nəticəsində 6 nəfər ölmuş, 50 nəfərdən çox yaralanmışdı. Bombanı dağıstanlı Naidə Asiyalova işə salmışdı. İmam, bu işin Asiyalova ilə eyni dindən olduğuna görə qisas zəminində başına gətirildiyini deyib. "Biz radikal islamizmi təqdir etmirik, vəhabiləırin baxişlarını bölüşmürük. Bu tör-töküntüləri kənardan maliyyələşdirirlər ki, ölkəmizdə qarşıdurma yaratsınlar, əsil düşmən isə onların arxasında gizlənir, üzə çıxmır, əziyyətini isə biz, günahsız şəxslər çəkir" deyə imam qeyd edib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
2013-10-24
554
17 maşın bir-birinə çırpıldı
Duman zəncirvari qəzaya səbəb oldu "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Stavropolda duman zərcirvari qəzaya səbəb olub. Patrul maşını da daxil olmaqla, ümumilikdə 17 maşın bir-birinə çırpılıb. Beş nəfər ağır xəsarət alıb, ölüm yoxdur.
2013-10-24
555
“Siyasi məhbus”lar əfv oluna bilərmi?
AŞPA sədrliyinə hazırlaşan Azərbaycan problem saxlamaq istəmir 2014-cü ilin iyun ayından Azərbaycan Avropa Şurası Parlament Assambleyasının sədrlik mandatını Avstriyadan təhvil alacaq. "Axar.az"ın məlumatına görə, həmin müddətə qədər Azərbaycan, adı müxtəlif səbəblərdən "siyasi məhbus" siyahılarında yer alan şəxsləri azadlığa buraxa bilər. Çünki AŞPA sədri olan ölkələrə hər hansı tənqidlə üzləşməmək üçün daxili problemləri həll etməklə sədrlik dönəmlərində uğur əldə etməyə çalışırlar. Azərbaycanda siyasi məhbus yoxdur AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə "Axar.az"a açıqlamasında siyasi məhbuslara dair məsələnin yenidən gündəmə gələcəyini istisna etməyib və bu məsələdə Avropanı ikili standartlarda ittiham edib: "Güman edirəm ki, Azərbaycanın sədrliyi müddətində bu məsələ gündəmə gətirilib, yenidən müzakirə oluna bilər. Siyasi məhbus məsələsinin gündəmə gətirilməsində daha çox erməni diasporuna yaxın beynəlxalq təşkilatların canfəşanlğı hiss olunur. Maraqlıdır ki, bəzi Avropa təşkilatlarında bu məsələlərə ikili yanaşma müşahidə edilir. Hamı bilir ki, Ermənistan insan haqlarının kobud şəkildə pozulduğu ölkədir. Amma nədənsə Ermənistanın AŞPA-da sədrlik müddətində bu məsələlər qabardılmadı. Onu da bildirim ki, Azərbaycanda siyasi məhbus yoxdur!" Türkiyə nümunəsi göstərdi ki... İnsan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov da ölkəmizə qarşı sanksiyaları istisna etməyib və AŞPA-da belə bir praktikanın müşahidə olduğunu bildirib: "Siyasi məhbus məsələsinin müzakirəsi hər an gündəmə gələ bilər. AŞPA-da belə bir praktika müşahidə olunub. Yəni quruma sədrlik edən ölkələrdə insan haqları kobud şəkildə pozulubsa, o zaman ya həmin ölkənin sədrliyi dayandırılır, ya da başqasına ötürülür. Buna Türkiyə nümunəsini göstərə bilərik. Güman edirəm ki, Azərbaycana qarşı da bu təcrübədən istifadə edə bilərlər. Azərbaycan sədrlik müddəti ərəfəsində məhbusları azad etsə, bu, ölkənin gələcəyi üçün çox yaxşı olar. Ən azı 6-8 ay vaxt var və bu müddət ərzində nəsə etmək olar". Xatırladaq ki, bu il yanvar ayının 23-də almaniyalı məruzəçi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair hazırladığı qətnamə layihəsi Avropa Şurasının Parlament Assambleyasında qəbul olunmamışdı. Buna baxmayaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı bu gün qəbul etdiyi qətnamədə Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov başda olmaqla 14 siyasi məhbusun olduğu bildirilir və onların qeyd-şərtsiz və dərhal azadlığa buraxılması da tələb edilir.
2013-10-24
556
Avropa Parlamenti seçkinin nəticələrini tanımadı
Avropa Parlamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yekun qərarını verib. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır. "Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir. Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir. Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır", - deyə qətnamədə bildirilir. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müddəa yer alıb. Bildirilib ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həlli
2013-10-24
557
Tələbələrin yeni etiraz aksiyasının yeri məlum oldu
ADPU-da vəziyyət gərgin olaraq qalır. Pedoqoji universitetdə təhsil alan tələbələrin "Axar.az"a verdiyi məlumata görə, universitetin rektoru Yusif Məmmədov öz vədini yerinə yetirməkdən imtina edir. Universitet rektorunun tələbələrlə görüşü də heç bir nəticə verməyib. Elə buna görə də, bu gün tələbələr universitetin həyətində yox, "Sahil bağı"nda daha izdihamlı aksiya keçirməyi qərara alıb. Amma bu məlumatdan xəbər tutan fakültə dekanları qrupları gəzərək tələbələri imtahanların yazılı deyil, testlə olacağını inandırmağa çalışıblar. Tələbələr isə universitet rəhbərliyinin bu cəhdini aksiyanın qarşısını almaq üçün növbəti hiyləsi hesab edirlər. Xatırladaq ki, oktyabrın 21-də ADPU-da tələbələrin etiraz aksiyası baş tutub. Onlar semestr imtahanlarının test üsulundan yazılı imtahana keçirilməsindən narazılıq ediblər.
2013-10-24
558
Azərbaycanda bir saata 8 adam ölür
"Countrymeters.info" saytının 2013-cü il üçün verdiyi statistikaya əsaslanaraq Azərbaycan əhalisinin say göstəricilərini sizə təqdim edirik. 9 488 589 - Əhalinin hazırda sayı 4 697 365 - Hazırda kişilərin sayı (49.5%) 4 791 225 - Hazırda qadınların sayı (50.5%) 134 877 - Bu il doğulanların sayı 185 - Bu gün doğulanların sayı 62 338 - Bu il ölənlərin sayı 86 - Bu gün ölənlərin sayı -8 614 - Bu il rəsmi miqrasiyanın sayı -12 - Bu il rəsmi miqrasiyanın sayı 63 925 - Bu il əhalinin artım göstəricisi 88 - Bu gün əhalinin artım göstəricisi Məlumat üçün qeyd edək ki, hər 189.85 saniyədə 1 uşaq doğulur. 1 saat ərzində isə bu say 19-a çatır. Hər 410.76 saniyədə bir nəfər ölür. Hər saata 8.8 insan düşür.
2013-10-24
559
ABŞ 7 milyard dolları doğrayır
Amerikalılar Əfqanıstanda illərdir istifadə etdikləri bütün əşyaları terroristlərin əlinə keçməsin deyə, yararsız hala gətirir. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 2014-cü ili sonuna qədər Əfqanıstandan hərbi qüvvələrini çıxarmağa hazırlaşan ABŞ 7 milyard dollar dəyərində əşyalarını aparmaq fikrində deyil. Amerika rəhbərliyi Baqram şəhərində yerləşən hərbi qarajda satış üçün istifadə edilən əşyaların terroristlərin hücumda istifadə etməsinə mane olmaq üçün xırdavat halına gətirib satır. Televizordan soyuducuya, ev əşyalarından praktik vəsaitlərə qədər hər şeyin tapıldığı Baqram şəhərində yerləşən qaraj Əfqanıstan daxili bazarında xırdavat alveri edənlərə yaxşı pul qazandırır. Pentaqon generalı maykl Mkaskil, "Hərbi materialın xaricində qalan bir çox parçası təhlükə yaratmaq gücündədir. Ona görə də bu qərara gəldik", - deyib.
2013-10-24
560
Pakistan ABŞ-dan pilotsuz təyyarə hücumlarına son verməsini istədi
Pakistanın Baş naziri Nəvaz Şərif Ağ Evdə ABŞ-ın prezidenti barak Obama ilə görüşüb. Görüşmədən sonra mətbuata açıqlama verən Şərif pilotsuz təyyarələrin hücumlarına son verilməsinin vacibliyini vurğulayıb. Pakistan və ABŞ-ın terrorla mübarizədə güclü müttəfiq olduğunu qeyd edən Şərif "bu müttəfiqliyi daha da gücləndirməkdə qərarlıyıq" söyləyib.
2013-10-24
561
Avropa Parlamenti bunları “siyasi məhbus” sayır - Siyahı
Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Müsavat partiyası başqanının müavini, jurnalist Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədov da başda olmaqla, 14 nəfər "siyasi məhbus"un olduğunu bildirib. Avropa Parlamentinin siyasi məhbus hesab etdiyi digər 12 nəfər kimdir? "Axar.az" bir neçə mənbədən dəqiqləşdirməklə, həmin siyahını əldə edib: 1.İlqar Məmmədov – REAL sədri 2.Tofiq Yaqublu – Müsavat Partiyasının başqan müavini, journalist 3.Daşqın Məlikov – AXCP üzvü (Əfv üçün Prezidentə müraciət etmişdi) 4.Hilal Məmmədov - Tolışi Sədo" qəzetinin baş redaktoru 5.Məhəmməd Əzizov – NİDA üzvü 6.Bəxtiyar Quliyev – NİDA üzvü 7.Şahin Novruzlu - NİDA üzvü 8.Rəşad Həsənov – NİDA üzvü 9.Üzeyir Məmmədli – NİDA üzvü 10.Rəşadət Axundov – NİDA üzvü 11.Zaur Qurbanlıdır – NİDA üzvü 12.İlkin Rüstəmzadə - AGT üzvü 13.Bəxtiyar Məmmədov – hüquq müdafiəçisi 14.İlham Əmiraslanov – hüquq müdafiəçisi
2013-10-24
562
“Forbes” jurnalı Məhəmməd peyğəmbərdən hədis verdi
Dünyanın bir nömrəli biznes jurnalı "Forbes" Məhəmməd peyğəmbərdən sitat gətirib. Məhəmməd peyğəmbərdən gətirilən hədisə jurnalın "Günün fikri" bölümündə yer verilib. Peyğəmbərin "bir insanın həqiqi zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır" hədisini yayınlayan "Forbes" imza olaraq isə "Mohammed" imzasına yer verib.
2013-10-24
563
Lobbiçilərə ayrılan pul xeyli artırıldı
"Axar.az" Rusiyanın "Lenta.ru" saytına istinadən xəbər verir ki, "Facebook" və "Apple" ABŞ-da lobbizmin xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Xəbəri hüquq mühafizə resursu "Cunsomer Watchdog" yayıb. "Facebook" 2012-ci ilin göstəricisi ilə müqayisədə öz lobbiçilərinə bu il 47% daha çox pul ayırıb, bu isə 1,4 milyon dollar edir. "Apple"də isə iki il arasında olan fərq 111%-ə, yəni 980 min dollara çatıb. Yüksək texnologiyalar sektorunun öz maraqlarını yeritmək üçün ən çox pul ayıran nümayəndəsi isə "Google" olub. Onun xərclədiyi pulun miqdarı 3,4 milyon dollara çatıb. Bu siyahını "Microsoft", "Verizon" və bir çox digər məşhur şirkətlərlə davam etdirmək olar. Lobbizmə ayrılan pullar haqda məlumat ABŞ Konqresinin Nümayəndələr palatasına düşür və ictimaiyyət üçün açıqdır.
2013-10-24
564
Rektor tələbədən pul aldıqlarını etiraf etdi
"Odlar Yurdu" Universitetində oxuyan bir qrup tələbə universitetin rəhbərliyindən olduqca narazıdır. Tələbələr bildirirlər ki, onların ən təbii haqqları belə pozulur. Adının açıqlanmasını istəməyən tələbə deyir ki, universitet cərimə qaydaları ilə idarə olunur. O deyir ki, Universitet rektoru Əhməd Vəliyev ən adi şeylər üçün də cərimələr tətbiq edib: "Bizə rektorluqdan deyirlər ki, hər universitetin öz daxili qaydaları var və bu cərimələr də bizim qaydalarımızdır. Təsəvvür edin ki, tələbə biletini itirən tələbə təhsil haqqının 2 mislini ödəyəndən sonra yeni tələbə bileti ala bilir. Təhsil haqqı 1500-2000 manatdan yuxarıdır. Elə ixtisas var ki, 2500 manat təhsil haqqı ödəyir. Bir tələbə bileti nədir ki, onu itirən zaman 4-5 min manat pul ödəyək?" "Odlar Yurdu" universitetinin tələbəsi cərimələrin təkcə tələbə biletinin itməsinə görə deyil, başqa şeylərə də tətbiq edildiyini deyir: "Təkcə tələbə bileti deyil. Məsələn, bizə imkan vermirlər ki, normal saç saxlayaq. Mən istəyirəm ki, saçımı uzadım, digər universitet tələbələri kimi sərbəst geyinim. Ən bəsit haqqlarımız belə pozulur. Bayaq dediyim cərimələr saqqal saxlayan tələbələrə də şamil edilir. Əvvəl hündürdaban ayaqqabı geyən qızlara da cərimələr tətbiq edirdilər. Sonra o cəriməni ləğv etdilər". "Odlar Yurdu" universitetinin rəhbərliyindən gileylənən tələbə bildirdi ki, bu qaydalara görə universitetdən qovulan tələbələr də olub: "Keçən il bir tələbə dostumuz imtahana dizləri cırıq cinslə gəlmişdi. Universitet rəhbərliyi onu təhqir edərək imtahan otağından çıxardı. Tələbə nə qədər mübahisə etdisə, heç bi faydası olmadı. Belə universitetdə hansı təhsildən söz gedə bilər? Ən adi şeylərə cərimə tətbiq edib minlərlə manat pul qazanırlar". Məsələ ilə bağlı Universitetin rektoru Əhməd Vəliyev ilə əlaqə saxladıq. "Axar.az"a danışan millət vəkili dedi ki, rektoru olduğu universitetdə tətbiq edilən bütün qaydalar nizam-intizam qaydalarını gücləndirmək üçündür. Əhməd Vəliyev tələbə biletinin itməsinə görə cərimə tətbiq edilməsini gizətmədi: "Hansısa tələbə universitet əmlakını korlayırsa, bunun cəriməsi var. Əgər tələbə biletini itiribsə, onun da cəriməsi var. Ancaq bu, xırda rəqəmdir. Təhsil haqqının 2 misli bilirsiniz nə qədər edir? 6 min manat". "Bəs əslində cərimələr nə qədərdir?" - sualına isə rektor belə cavab verib: "100 manat. Bu cərimələr tələbənin məsuliyyətini artırmaq üçündür. Tələbə öz biletini necə itirə bilər? Tələbənin atributlarından biri onun vəsiqəsidir. Bakı Dövlət Universitində oxuduğum zaman verilən tələbə bileti bu dəqiqə də mənim özümdədir". Universitet rektoru saç-saqqal qadağasına və cərimələrinə də aydınlıq gətirdi: "Hər bir tələbə səliqəli olmalıdır. Saç-saqqal saxlamağa görə cərimə yoxdur, ancaq bu bizim onlardan tələbimizdir. Biz onlarla söhbət aparırıq ki, olmaz. Hər tələbənin geyimi qaydasında, səliqəli olmalıdır, yuxudan tezdən durmalı və üzünü qırxmalıdır". Əhməd Vəliyev "Axar.az"ın muxbiri ilə söhbət zamanı təhsil haqqının 2 misli qədər cərimənin yalan olmasını dəfələrlə qeyd etdi: "Yalan söhbətdir. Bunlar heç təhsil haqqını düz-əməlli ödəyirlər ki, 2 mislini də ödəsinlər? Elə olsa, universitet kef eləyər, vallah. Təhsil haqqını ödəmək zamanı çatanda gəlirlər ki, Əhməd müəllim, kömək elə bizə. Mən yenə deyirəm, təhsil haqqının 2 misli qədər cərimələrin olması söhbəti boş söhbətdir".
2013-10-24
565
“Pobeda”sı özündən böyük "avtoş"
Bakının Hövsan qəsəbəsində Əvəz İbrahimov adlı gənc bir retro avtomobil həvəskarı var. Aradıq və tapdıq. Tanışlıqdan sonra məlum oldu ki, Əvəz bəy həm retro avtomobil həvəskarıdır, həm də əntiq əşyalar toplamaq xobbisi var. O, demək olar ki, ömrünün çox hissəsini bu sahəyə həsr edib. Söhbətimizə başlamaq üçün 35 yaşlı Əvəz bəyin bu il 60 yaşını qeyd edən qocaman "Pobeda"sına əyləşdik: Hövsanda bir nömrə - Bu maşın 1953-cü il buraxılışıdır. Hardasa, 6-7 ildir ki, məndədir. Bunu özümçün yığdırmışam. Mən alanda maşının vəziyyəti belə deyildi. Üstünə 10.000 dollardan çox pul qoydum. Sözün düzü, yığdıranda bilmirdim ki, bu maşın əntiq hesab olunur. Özü də mənim maşınım Hövsanda bir nömrədir. Maşında demək olar ki, bütün detallar orijinaldır. Salonun içinə çexol çəkilib sadəcə. Bu maşın əziyyət də vermir mənə. Bunlar elədi ki, bir dəfə yığıldısa, getdi... Benzini də normal işlədir. "Pobeda-mobeda" minmirəm... - Şəhərdə bu maşına insanların hədsiz marağı var. Kim görür, əliylə işarə edir ki, əladı, zordu! Heç bir milyonluq maşın sürsən, sənə heç kim baxıb deməz ki, əladı, zordu. Bu il Nabrana getmişdim "Pobeda"yla. Uşağından tutmuş qocasına kimi hamısı maraqla baxır maşına. Bir qoca arvad yanımdan keçə-keçə görürəm mahnı oxuyur: "Pobeda-mobeda bilmirəm, "Moskviç"ə minmirəm". Azərbaycanın yarısı bu "Pobeda" ilə şəkil çəkdirib. Gəlin maşını - Bu maşınla bir neçə dəfə gəlin aparmışam. Müxtəlif qiymətlər olub. Olub ki, 250 manat veriblər, elə olub 150 manat. Elə də olub ki, gəlini aparıb qoymuşam restorana, pul da verməyiblər. Deyiblər, çox sağ ol, demişəm, siz də sağ olun... Ay alan... İndi satmaq fikrim var bunu. 10.000 dollar verən olsa, sataram.
2013-10-24
566
Umberto Ekodan Türkiyəyə ittihamlar
Umberto Eko ABŞ prezidentinə də "daş atdı" İtalyan tarixçi, filosof, orta əsrlər mütəxəssisi və yazar məşhur yazar Umberto Eko Nyu Yorkdakı mərkəzində "Yaddaş itkisinə qarşı" başlıqlı konfrans keçirib. Aprel ayında İstanbulda Orhan Pamukla birlikdə bir konfransa qatılan Eko, "Yaxın zamanda İstanbula gələcəyiniz gözlənilirmi?" - sualına bu cavabı verib: "İstanbula Taksim hadisələrindən əvvəl getmişdim. Daha sonra polislərin törətdiyi dəhşətləri TV kanallarından izlədim. Polisin zorakılığı çox qorxunc idi. Bircə sözlə, dəhşətdi. Həddindən artıq zor tətbiq oludu. Yenidən İstanbula gəlməyim üçün qarşımda 20 il var. Çünki 100 yaşıma 20 il qalıb. İstanbul mənim ən sevdiyim dünya şəhərlərindən biridir. Ordakı bütün yenilikləri media və dostlarım vasitəsiylə izləyirəm". Eko, ABŞ-da etdiyi çıxışda isə bir çox dünya liderinin tarixi yaxşı bilmədiyini bildirib: "Əgər Hitler Napaleon haqqında nələrsə oxumuş olsaydı, qışın ortasında Rusiyaya girməyin böyük fəlakət olduğunu anlayardı. Eyni zamanda, Buş da İngilislərin və Rusiyanın Əfqanıstanda müharibəni udmağa çalışması ilə bağlı sənədləri oxusaydı, o cür çətin coğrafiyanın asan idarə edilə bilməyəcəyini anlayardı"
2013-10-24
567
Müsəlmanların öldürüldüyü dəhşətli videolar (+18)
Bəzi insanlar Myanmarın Burma-Arakan bölgəsinin adını ilk dəfə eşitmiş olsa da, bir çoxumuz Arakanı buddist qruplaşmaların müsəlmanları kəsici, deşici alətlərlə öldürdüyü, ya da vəhşicəsinə yandırdıqları yer olaraq tanıyırıq. "Axar.az"ın xəbərinə görə, Arakanda Buddist qruplaşmalar polislərin nəzarətində müsəlmanlara qarşı vəhşiliklər törətməyə davam edir. Dünyanın səssiz baxışları altında Arakan yenə də vəhşiliklə gündəmə gəlib. Can verən insanları vəhşicəsinə vurub öldürürlər Arakanda yeni çəkilən video görüntülər müsəlmanlara qarşı davam etdirilən kütləvi qırğının bütün vəhşilikləriylə davam etdiyini göstərir. Videoda Arakanda sırf müsəlman olduqları üçün 10 müsəlmanın Buddist qruplaşma tərəfindən tutulub yerdə ölənə qədər döyüldüyü görünür. Əllərində bıçaq və çubuqlar olan qruplaşma üzvləri yerdə can verən insanları vəhşicəsinə vurub öldürürlər. Qeyd edək ki, Tailanda sığınan, ya da rəsmi nümayəndələr tərəfindən nəzarətə götürülən arakanlılar isə kölə olaraq satılır. Tailandlılar hər bir arakanlı üçün təxminən 2 min manat pul alırlar.
2013-10-24
568
Ən uzaq qalaktika tapıldı
Astronomlar 13.1 milyard işıq ili (1 işıq ili = 9.6 trliyon km) uzaqda qalaktika tapıblar. Və qalaktikanın böyük partlayışdan (Biq Banq) sadəcə, 700 milyon il sonra yarandığı qənaətinə varıblar. Elm jurnalı "Nature"da bu gün yayınlanan araşdırmanın nəticələrinə görə, indiyə qədər kəşf edilən ən uzaq və ən yaşlı qalaktika olan "z8-GND-5296" milyardlarca ulduzu içində saxlayır. Qalaktikadan yayılan işıq 13.1 milyard il sonra yer kürəsinə çatıb və "hubli" kosmik teleskopla Havayidəki "Keç" rəsədxanasının infraqırmızı kameraları tərəfindən görüntülənib. Elm adamları günəşdən milyardlarca qat daha böyük olan bu qalaktikanın necə yarandığını və işığın Yer kürəsinə qədər necə çatdığını araşdırır. Elm adamları həmçinin 2018-ci ildə kosmosa çıxacaq olan "Ceyms Veb" teleskopunun sayəsində gələcəkdə bu sirli ulduz topaları haqqında daha dəqiq məlumatlar əldə edə biləcəyini qeyd ediblər.
2013-10-24
569
Polisin yanında miqrantları döydülər - VİDEO
İnternetdə Moskva metrosunda miqrantlara qarşı rus millətçi qruplaşmalarının zorakılğını əks etdirən kadrlar yayılıb. "Axar.az" "Modern.az"a istinadən bildirir ki, telefonla çəklimiş bu videokadrlarda vaqonun içərisində 3-4 nəfər rus gəncinin üzlərindən Qafqaz və Orta Asiya respublikaslının vətəndaşlarına oxşayan şəxsləri amansızlıqla döyməsi əks olunub. Metro platformasına yığılan gənclər isə "öldür!, öldür!" qışıqıraraq qatarın tərpənməsinə imkan vermirlər. Stansiyada olan pols nəfərləri isə davanı biganəliklə izləyirlər. Daha sonra gənclər "Rusiya!", "Ruslar, irəli!" şüarları qışqıraraq əl çalmağa başlayırlar. Bu kadrlar Rusiyada millətçi –faşist qruplarının cəmiyyətdə mövqeyinin necə möhkəm olduğunun bariz subutudur. İnternetdə bu kadrlara baxan Sovet İttifqaı Qəhrəmanı Hüseynbala Əliyevin nəvəsi öz şərhində kəskin etirazını yazıb. "Əgər babam bu kadrları görsəydi, Leninqradı müdafiə dən rusları yox, Azərbaycan Milli Leginununa qoşulardı"-deyə o vurğulayıb.
2013-10-24
570
Moskvada miqrantları qəfəsə salırlar
"Lifenews.ru"nun yaydığı məlumata görə, Moskvada patent və iş icazəsi almaq üçün miqrantlar qəfəsdən keçməlidirlər. Bu qəfəsdə Orta Asiya, Ukrayna və Moldovanın 300 təmsilçisi var. Miqrant axınının çoxluğundan Federal Miqrasiya Xidmətinin mühafizəsi 24-saatlıq iş rejiminə keçib. Miqrantlar isə bildirir ki, il yarım bundan əvvəl belə qəfəs yox idi və hər şey daha mütəşəkkil idi. Maraqlı olan odur ki, çəkilişdən öncə DİN-in təmsilçiləri "Life News"un müxbirinə iş icazəsi alanları çəkməyə qadağan etsə də, çəkilişlər aparmaq mümkün olmuşdu.
2013-10-24
571
Can Dündar “Cümhuriyet”ə transfer oldu
Məşhur yazar və jurnalist Can Dündar Türkiyənin "Cümhuriyyət" qəzetində köşə yazarlığına başlayacaq. Can Dündarın köşələrinin yayımlanacağı tarixi bu gün "Cümhuriyyət" qəzeti manşetdə elan etsə də, konkret vaxt açıqlamayıb. Qeyd edək ki, Dündar bu ilin avqust ayında Türkiyədə baş verən Gəzi parkı aksiyalarına dəstək verdiyi üçün "Milliyyət"dəki işindən uzaqlaşdırılmışdı.
2013-10-24
572
“Gurtam” öz işçilərini soyundurdu - Erotika
Erotik korporativ təqvimləri Avropada artıq çoxdandır yenilik deyil. Belarusda isə bu 2010-cu ildən dəbdədir. Bu il isə İT şirkət - "Gurtam" təqvim üçün öz işçilərinin çılpaq şəkillərini çəkib.
2013-10-24
573
Gənclər Saakaşvilinin yeməyini zəhər etdilər
Oktyabrın 23-də Tiflisdəki "La Truffe" restoranında axşam yeməyi yeyən Gürcüstan prezidenti Mixail Saakaşvili bir qrup gəncin etirazı ilə üzləşib. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, restoranın qarşısında keçirilən aksiyada insan hüquqları və keçmiş siyasi məhbuslar iştirak ediblər. Aksiya iştirakçıları prezidentə "soyuq yemək" qismində kələm və yerkökü təqdim etmək istəyiblər. Onlar bildiriblər ki, M. Saakaşvilinin prezidentlik müddətinin sonuna üç gün qalıb və bu müddət ərzində hər yerdə onu təqib edərək "cinayət"lərini ona xatırladacaqlar. Hadisə yerinə polis patrul xidməti səfərbər edilib. M. Saakaşvili restoranın arxa qapısından çıxıb.
2013-10-24
574
Daşqından zərər çəkənlərə 1 dollarlıq kompensasiya
"Lenta.ru" saytının verdiyi məlumata görə, daşqından zərər çəkən hindistanlı fermerə yerli hökümət orqanlarından 1 dollar (80 rupi) kompensasiya alıb. Bu haqda məlumatı Hindistanın NDTV telekompaniyası fermer Bavnenin özünə istinadən yayıb. Məmurların çay pulu Bavnenin dediyinə görə, o öz evinin təmirinə 14 min rupi (227 dollar) xərcləyib, amma hökumətin ona ayırdığı kompensasiya heç məmurlara verdiyi çay və şirniyyatın pulunu da ödəmir. Məmur NDTV-yə aydınlıq gətirib ki, kompensasiya zərərçəkən mülkün 1%-ni təşkil etməlidir, fermerdə isə bu 83 rupi edir, onu da yuvarlaqlaşdıranda 80 rupi (1 dollar) edir. İndi fermer məhv olan məhsul üçün kompensasiya ödənilməsini gözləyir. Məlumat üçün qeyd edək ki, daşqın Maxaraştra ştatında iyul ayında olub və 250 nəfər zərər çəkib. Hökümət 20 milyard rupi (330 milyon dollar) kompensasiya ayırıb. Lakin zərərçəkənlər arasında Bavne yeganə narazı qalan yer deyil. Onlar yetərincə kompensasiyanın ayrılmamasını zərərin düzgün qiymətləndirilməməsi və korrupsiya ilə əlaqələndirirlər.
2013-10-24
575
Ramin Hacılı: Məscidə getməyimə imkan vermədilər
Azərbaycan Avropa Hərəkatının (AAH) rəhbəri Ramin Hacılı və təşkilatın sülh quruculuğu üzrə mütəxəssisi Həmidə Qiyasbəyli oktyabrın 19-20-də Ermənistanda səfərdə olublar. Səfərdən qayıtdıqdan sonra mətbuata açıqlama verən R.Hacılı bildirib ki, səfər zamanı həm də Ermənistanın mədəniyyət abidələri ilə tanış olublar. Eyni zamanda, onların İrəvan məscidinə və İrəvan xanının qalasına baş çəkmək istəklərinə vaxt məhdudluğu bəhanəsi ilə imtina cavabı verilib.
2013-10-24
576
Bu dəfə yazarlar deyil, oxucular savaşır
Salam bəyin publisistikası mənim üçün bir az maraqsız görünür... Seymur Baycan primitiv yazıçıdır... Şərifin publisistikası bərbaddır… Pərviz Cəbrayıl indiki məqamda mənim yazıçım deyil... Səlim Babullaoğlu daha çox kübar şairdir... Bu ədəbiyyat layihəsində Azərbaycan yazarlarını yox, oxucularını işıqlandıracağıq. Məqsədimiz həm də iddialı yazarların oxucularının intellektual kimlik və səviyyəsindən yola çıxaraq həmin yazarların çəkisini müəyyənləşdirməkdir. Layihədə hər dəfəsində beş yazarın seçdiyi bir neçə favorit oxucusu arasından birini özləri ilə müəyyənləşdirib, beləcə, beş oxucu arasında sevimli yazarlarının yaradıcılığı üstündə polemika açacağıq. Qeyd edək ki, müzakirə virtual ("facebook") gedir və seçilmiş oxucuların nöqtə-vergülünə demək olar ki, toxunmuruq. İlk beşlikdəki yazar və oxucular bunlardır: Salam Sarvan - Zəminə Məmmədova Pərviz Cəbrayıl - Etibar Salmanlı Səlim Babullaoğlu - Mübariz Rəfiyev Şərif Ağayar - Zaur Xudiyev Seymur Baycan - Rüstəm Məmmədov Moderator (Sona Yaqubova): - Hər kəs burda? Deyəsən Zəminədən başqa hamı onlayndı. Xanımlar həmişə bir dəqiqə də olsa mütləq gecikməlidir. Çox vaxt da qəsdən, gözlətmək xətrinə. Ay xanımlar, tərgidin də bu adətinizi. Görmədiz, Adəmlə-Həvva məsələsində Həvva nənəmiz bir balaca gecikdi deyə, dünyanı kişilərin işğalından xilas edə bilmirik?! Z.M.: - Gəldim. Moderator: - Hər kəs burda olduğuna görə başlaya bilərik. Getdik. Mən, sadəcə, söhbəti başladıb bir də icazənizlə müzakirəyə arada bir balaca istiqamət verməyə çalışacam. İlk olaraq, hər kəs oxucusu olduğu yazarın kimliyini açıqlasın və niyə məhz həmin yazarın oxucusuna çevrilmə səbəblərini qeyd etsin. M.R.: - Səlim Babullaoğlu. Səmimilik+intellekt. Z.X.: - Mən bu gün Şərif Ağayarın oxucusu kimi danışacam. Şərifin yazılarındakı həyatilik və realizmdir məni cəlb edən. Şərifdən ilk "Kərpickəsən kişinin dastanı"nı oxumuşam, ondan sonra çəkib məni onun yaradıcılığı. Şərif həyatın içindən yazır. Gördüklərini, bildiklərini, hamımızın bildiklərimizi bizə elə tərzdə çatdırır ki, onu oxumaqdan başqa çarəmiz qalmır. E.S.: - Mən Pərviz Cəbrayılı müntəzəm oxuyuram. Pərvizin səmimiliyi mənim üçün əsas faktordur. Bizim bir çox yazarlarımız yaxşı romanlar, hekayələr-filan yaza bilərlər. Çoxunun publisistikası bərbad gündədir. Pərvizin isə belə bir problemi yoxdur. Z.M.: - Salam Sarvan. Hər şeyə ironik yanaşma, pafosdan uzaq olma və fərqli yanaşma məni illərdi Salam Sarvan sözünün sehrinə salıb. Və bu onun oxucusuna da siraət edir, Salamın oxucusu özu də hiss etmədən aqressiyadan uzaqlaşır. Sözün ifadə imkanlarından ən gözəl istifadə edən şairdir. Salam sözü hansı tərəfə istəsə, böyük ustalıqla o tərəfə də çəkə bilir. R.M.: - Mən Seymurun oxucusuyam və məncə Seymur bizim çağdaş ədəbiyyatın ən seçkin, ən səmimi, geniş ədəbi mutaliəyə sahib yazarıdı. Bu insan canıyla, qanıyla, təpədən dırnağa yazıçıdı. Onda böyük yazıçılara xas olan əzabkeşlik var, onun daxilində bir əzabkeş yatır. Başqa heç bir müasir yazarımızda bunu hiss etməmişəm. Digərləri daha çox ədəbi "priyom"lardan istifadə edirlər. Seymur isə içdən yazır, necədisə onu yazır, nədisə özüdü, özünü yazır. O səhv edə bilər, amma saxtakarlıq, riyakarlıq etmir və nədənsə mənə elə gəlir ki, o yazmasa ölər, maddi baxımdan yox, mənən məhv olar. Çəkdiyi əzablar onu öldürər. Yəni bu cəhətlər böyuk yazıçılarda olub, Seymurda da var. Z.X.: - Mən belə düşünmürəm ki, Şərifin publisistikası bərbad gündədir. Əksinə, Şərif Ağayar adətən öz yazılarında elə mövzulara toxunur ki, o mövzu ətrafında hətta geniş roman da yazmaq olar. Ancaq həcmcə olduqca kiçik olan köşədə belə Şərif öz fikirlərini açıb oxucuya çatdıra bilir. E.S.: - Şərifi mən də oxuyuram, "Haramı" romanını da, "Xanim T" əsərini də oxumuşam və mən demədim ki, Şərifin publisistikası bərbaddır. Şərifin yazıları əsasən kənd həyatı, ümumi həyat və insanların davranışları əsasında qurulur. Pərvizdə isə tamam fərqlidir. Biz hər halda Pərvizlə Şərifi bir edə bilmərik. Hər ikisi fərqli-fərqli yazarlardır. R.M.: - Siz Şərif Agayar haqqında danışırsız, dostlar, deyim ki, Şərif bəyin bir kitabını oxuyurdum, yarıda qaldı. Çəkmədi məni, heç cür zövq ala bilmədim. Bilmədim nə demək istəyir?! Tuta bilmədim istəyini. Bir yazıçının "Mən buyam, istəyim də budur"u hiss olunmadı. "Aftafalı antrakt"dan danışıram. M.R.: - Səlim Babullaoğlu, məncə, daha çox kübar şairdi. Onu ancaq ondan əvvəlki Azərbaycan poeziyasına bələd olan kəs duya bilər. Hazırlıqlı və intellektual oxucunun şairidi. Z.M.: - Baxın, Salam Sarvanın yaradıcılığını nəzərdən keçirsək, bir cümlə belə aqressiyaya rast gəlməyəcəyik, amma həqiqəti Salam Sarvan şeiri qədər heç nə aydın ifadə etmir. Z.X.: - Məsələ burasındadır ki, bu iki yazarın tamam fərqli stilləri var. Ümumiyyətlə, məncə, yazarın oxucuya çatdırmaq istədiyi mesajı, həm də çatdırmaq tərzi də önəmlidir. Pərviz bəyin yazılarının olduqca çətin oxunan olması, bir az artıq fəlsəfə, şəxsi anlamda məni onun oxucusu olmaqdan uzaqlaşdırır. Eyni fikirləri Səlim Babullaoğlu haqqında da deyə bilərəm. Belə deyək də, Pərviz Cəbrayıl indiki məqamda mənim yazıçım deyil. Mənim üçünsə Şəriflə bərabər məsələn, Seymur Baycanı oxumaq daha rahatdı. Salam bəyin publisistikası da maraqlıdır. E.S.: - Mən Zaur bəy ilə razılaşmıram. Pərvizin hansı yazısında elə ciddi oxunma problemi olub, bir sitat deyə bilsəniz, əla olar. Pərvizin son köşəsi olan "Nəvəmə göz yaşlarımı apararam" yazısında məsələn hansı fəlsəfi, çətin fikir görmüsüz? Pərviz həyatın acı tərəfini yazıb göstərir. Ədəbiyyata girmədən reallığı əks etdirir. Mən Seymuru daimi oxuyuram, ancaq Seymurda son dövrlər eyni, köhnə cümlələri, hətta abzasları yeni yazısında tirajlaması mənim xoşuma gəlmir. Salam Sarvan mənə Aqşin Yenisey ilə birgə şeiri sevdirən şairdir. Ancaq Salam bəyin publisistikası mənim üçün bir az maraqsız görünür. Z.X.: - Etibar bəy, Pərviz bəyi bir xeyli zamandır oxumuram. Son yazılarından xəbərim yoxdur. Çətin oxunmaqdan danışırıqsa məsələn , "Öləngi"ni misal çəkmək olar. E.S.: - Anlayıram, Pərvizin o tip yazıları var. Unutmayaq ki, Pərviz aktual yazardır. Bütünlüklə ölkədə baş verən bütün siyasi, sosial məsələlərə ani, nöqtə yazıları ilə cavab verir. Hər halda unutmayaq, hansı ölkədə yaşayırıq, hansı problemlərlə üz-üzəyik. Unutmamalıyıq axı yazıçı cəmiyyətin güzgüsüdür. Pərviz romanda elə hadisələri qurub, elə təsvir edir ki, hadisələr sanki adamın gözünün qarşısında baş verir. İnsan özünü hadisələrin , romanın iştirakçısı kimi hiss edir. M.R.: - Etibar bəy, təsvir hələ heç nə demək deyil. Nə olsun ki, S. Baycanın təsvirləri güclüdür. Amma o nəyi təsvir edir? Yeyib içməyi, boş-boş avaralanmağı... E.S.: - Mübariz Bəy, mən belə müzakirəyə fikir bildirmirəm. O sizin fikrinizdir. M.R.: - Təbii ki, hərə öz fikrini bildirir. R.M.: - Şopenhauer deyirdi ki, əgər bir insan gözəl görünüşə sahibdirsə, ona imkan yaradılsa və qıraqdan təzyiq göstərilməsə, o, böyük məmnuniyyətlə çılpaq gəzər. Çəkinməz, çünki gözəldi. Bu tezisi yaradıcılığa da aid etmək olar. Kim ki, dayaz zəkaya sahibdi, həyatı duymaq uçun kifayət qədər duyumu yoxdur, o yazılarını ibarələrə, təmtəraqlı fikirlərə bürüyəcək ki, əslini gizləsin. Eybəcər insanın təmtəraqlı geyimlərə uz tutmasına bənzər olaraq ancaq aydın zəkalı və istedadli insanın yazdıqları da özü kimi aydın, sadə, səmimi, həyat həqiqətlərilə zəngin olacaq. Seymur Baycan məhz belə yazıçıdı. Çünki onda qəlb var, həssaslıq var. O, çox aydındı. E.S.: - Mən Rüstəm bəy ilə razılaşmıram. Şərif Ağayarın "Haramı" əsəri mənim üçün son dövrlərin ən şedevr əsərlərindən biridir. R.M.: - Etibar bəy, "Haramı"nı oxumamışam. Şərif bəy qətiyyən mənim yazıçım deyil. Şərif bəy "Aftafalı antrak" kitabında nə demək istəyirdi, deyə bilərsiz? E.S.: - Bəy, əsərləri oxumaq fərqlidir. Mən oxuyuram ki, öyrənim. Oxuyuram ki, əsərlərdən nəticələr çıxarım. Axı dedim ki, Seymurun hadisələri təsvirini sevirəm. Və ya Pərvizin "Yad Dildə" əsəri… Seymurun nə demək istədiyini çox rahat şəkildə mən də deyə bilərəm. Siz hekayənin məndən nə deyildiyini istəyirsiz. Əminəm ki, siz də Seymurun "Ət və Ət məhsulları"nda və ya "18.6" əsərində nə demək istədiyini, nə mesaj ötürdüyünü tam deyə bilməzsiz. Estetik zövq o demək deyil ki, mən əsərin hansısa mesaj ötürdüyündən alım. Mən Seymurun həyatiliyini sevirəm. R.M.: - Etibar bəy, suala cavab verə bilərsizmi? Lütfən. Anlamadığınız və izah etməyə çətinlik çəkdiyiniz bir yazardan hansı estetik zövq alırsız? Z.X.: - Seymur Baycan yazır, yazdıqlarını, düşüncələrini oxucuya çatdıra bilir, ancaq özü öz yazılarında bəhs etdiyi insan ola bilmir. Əlbəttə, burda kiminsə şəxsi keyfiyyətlərini müzakirə etmirik. Ancaq bəzən bir yazarın oxucuya təsirində o məqam da əsas rol oynayır. Təkcə "Quqark"a görə belə Seymuru yüksək qiymətləndirə bilərəm. Publisistikası və toxunduğu mövzular da çox maraqlı və hədəfi vurandı, ancaq daxili aləmi olduqca ziddiyətlidir. Məncə, Seymur süni əzab görüntüsü yaratmaq istəyir. R.M.: - Zaur bəy, Seymur Baycanın yazdıqları yalnız onun öz daxilindən şüuraltsından gələnlərdi. Özü necədirsə, məhz elə yazır. Bizim son dərəcə saxtakar və qeyri səmimi bir cəmiyyətimiz üçün belə yazarlar hava-su kimi lazımdı. Publisistikasi da gozəldi. Əbülfəz Elçibəy haqqında yazdığını oxumusuz? Hansı yazarımız "Don Kixot" əsərini bu qədər dərindən duyub, hiss edib, onunla Elçibəy arasında analogiyalar apara bilərdi? Çünki Seymur ədədbiyyatı dərindən duyur. Belə deyək də, ədəbiyyat artıq onu pozub, məhv edib, yenə deyirəm: - O, yazmasa ölər! M.R.: - Seymur Baycan primitiv yazıçıdı. Onun dünyagörüşü bir müstəvidədi. Onun ambisiyası mətnini üstəliyir, minir. R.M.: - Seymur Baycan hər şeydən öncə mürəkkəb, ziddiyyətli daxili aləmə sahib biridi, bu yazıçı öncə insan kimi murəkkəbdi. Yazıçı ilk öncə bir fərd kimi maraqlı olmalıdı. Bir oxucu kimi nə Salam Sarvanda, nə Şərif Ağayarda ziddiyyətli əzabkeş bir yaradıcı ruhu hisss etməmişəm. Z.M.: - Rüstəm bəy, mən də Salam Sarvandakı qədər ziddiyətli və yaradıcılıq ruhunu ondan başqa oxuduğum heç bir yazarda hiss etməmişəm. Salam Sarvan yazıçıların romanla demək istədiyini iki misra ilə ifadə edir. R.M.: - Zəminə xanım, deyirsiz ki, "Salam Sarvanın bir misrasi romana dəyər", misal çəkə bilərsizmi? Z.M.: - Ya sök, ya tik, nə fərqi var, bu daxma düzəlməyəcək. Gəl, sənə təsəlli verim: Darıxma, düzəlməyəcək! Buyurun, bu da misal. Salamın son zamanlar ictimai-sosial mövzularda yazdığı yazıları oxuyub razılaşmamaq olmaz. Hər oxucu bir misrası ilə onun yaradıcılığının təsirinə düşür. Rüstəm bəy, lütfən bizə oxuduğunuz şeirlərdən dərin poetik mənalı bir-iki misra deyin. R.M.: - Niyə ki, düzəlməyəcək? "Düzəlməyəcək" – bu, nəsə qafiyə kimi göründü Zəminə xanım, axı burda nə poetiklik var? Lütfən səmimi deyin. Lovğalıq kimi qəbul etməyin, Tomas Eliotda, Hötedən, Şellidən, Bukovskidən, Lermontovdan sevə-sevə şeirlər oxumuşam. Poeziyanı o qədər sevməsəm də, qusura baxmayın, bu misralarda heç bir dərinlik görmürəm. Bu, sadəcə, söz oyunudu. Burda hansısa poetik təfəkkür sezmirəm. Sadəcə, söz oyunu və qafiyəbazlıqdı məncə. Təəssüf ki, poeziyanı o qədər də sevmədiyimdən yadda da saxlamıram. Amma əgər istəsəniz gedib kitblardan sizə hansısa poetik misralar tapıb yazaram. Z.X.: - Mübariz bəylə təbii ki, razılaşa bilmirəm. "Seymur Baycanın ədəbiyyata dəxli yoxdur" demək, insafsızlıq olar. Hər nə qədər onun publisistikası ədəbi yazılarını üstələsə də, "Quqark" tam bir romandır. "18.6" da kifayət qədər maraqlı bədii əsərdi. Ancaq gəlin etiraf edək ki, təsvir də, bədiilik də, ifadə eləmək bacarığı da Şərifdə bu adını çəkdiyimiz yazarlara nisbətən daha üstün səviyyədədir. M.R.: - Şərifin mətni gözəldi, masştabı yoxdu. Salam Sarvan stixiyadı, onu bəyənməmək mümkünsüzdü! Məncə, Seymur Baycanla Salam Sarvanı, Pərviz Cəbrayılı, Səlim Babullaoğlunu bir cümlədə işlətmək yolverilməzdi. Çünki Seymurun ədəbiyyata dəxli yoxdur. R.M.: - Mübariz bəy, Seymur Baycan birinci şəxsin dilindən yazan yazardı. Bu onu Henri Miller, Dovlatov, Bukovski kimi yazarlarla yaxınlaşdırır. Siz postmodern üslubunda yazanlardan dahilik gozləyirsiz? Bizə burda və indi olan həqiqətlər lazımdı. Bir gənc yazar, daxilən azad olmağa can atan, buxovlarsız yaşayan, yaradıcı insan nə duyur, o nə istəyir, bax, budur əsas mövzu. Seymur "Quqark"da millətinə, sevgiyə, dürüstlüyə, insan naqisliyinə, sülhə inamını itirmiş, iztirablar içində boğulan bir yaradıcı insanın hisslərini, yaşadıqlarını təsvir edib. Bunu başqa kim bacarıb çağdaş ədəbiyyatımızda? M.R.: - Əzizim Rüstəm, mən S.Baycanın bütün əsərlərini oxumuşam. O, qlobal deyil və o öz millətini sevmir. Z.M.: - Pərviz bəyin şeirlərindən oxumuşam və xoşuma gəlib. Şərif və S.Baycandan da hekayələr oxumuşam. R.M.: - Mubariz bəy, mən Şərifi bir dəfə oxuya bilmədim, daha heç vaxt da oxuya bilmərəm. Amma siz Seymura primitiv deyirsiz, digər yandan da bütün əsərlərini oxumusuz. Demək ki, o, əslində çəkicidi və həqiqi, autentik bir yazardı. Sizi də cəlb edib. Moderator: - Sizcə yazarlarınız nə qədər səmimidir? Özləri ilə yaradıcılıqları üst-üstə düşürmü?! Bu barədə sizi bir oxucu kimi xəyalqırıqlığına uğratdıqları olurmu? M.S.: - Səlim Babullaoğlunun poeziyası mənimçün nə vaxtsa atamın məni əsgərliyə Biləcəridən yola saldığı vaxt mənə dediyi, daha doğrusu, susduğu "söz"dü. Yəni bu qədər səmimi. Səlim Babullaoğlu öz atasıyla, oğluyla - öz kök-budağıyla necə səmimidisə, oxucuyla, öz mətniylə də elədi. E.S.: - Pərvizin yenə son köşəsini nümunə gətirərək deyirəm ki, Pərvizin, nəvəsinə banan alıb gətirən nənənin hisslərini təsvir edib sonra onu seçki məsələsinə gətirməsi nə qədər səmimi olmasının bir sübutudur. Z.X.: - Şərif elə yazılarında da, həyatda da, içki masasında da, tədbirdə də hər yerdə dibinə qədər Şərifdi. Heç ummadığın bir məqamda səni kədərləndirə də bilər, heç olmayan yerdən dava da sala bilər, bir kəliməsi ilə adamı mənəvi cəhətdən məhv də edə bilər. Qısacası, Seymurdan fərqli olaraq, Şərif hər yerdə eyni adamdı. Dəyişmir və məni Şərifin oxucusi edən də məhz bu amildir. R.M.: - Seymur fərdiyyətçi yazardı. Bu onu pessimist ədəbiyyatın yazarlarına yaxınlaşdırır. O, insanların zövqlə geyinməsini istəyir, özu də zövqlə geyinir, mütaliə etməsini istəyir, özü də ciddi mütaliə edir. Məncə, kifayət qədər səmimidi. Sadəcə, o, təbiətcə çox ürkək və çəkingəndir. Bu da hardasa insanlarda onun barəsində ziddiyyətli təsəvvür yaradır. Z.X.: - Rüstəm bəy, Seymur yazılarında xalqa deyir ki, camaata üstdən aşağı baxmayın, ancaq özü elədir, deyir, sadə olun, özü elə deyil, yazarlara deyir, oxucu ilə çox ünsiyyətdə olun, özü qaçır ünsiyyətdən, olduğunuz kimi görünün deyir, görünmür, tolerant olun, tənqidə dözümlü olun deyir, özü qətiyyən ən xırda irada belə dözmür. Yenə sayımmı? M.R.: - Burda mən Zaur bəylə razılaşmaya bilmirəm. Z.M.: - Yox xəyalqırıqlığım olmayıb. Hətta mənə qəribə gəlir ki, mən hər dəfə Salamı oxuyanda elə bilirəm ilk dəfədir oxuyuram. Buna görə arada özümə gülürəm. Moderator: - Yazarlarınız köşələrində, əsərlərində oxucusunu səslədiyi cəmiyyətə özləri nə qədər hazırdı? Və ya seçdikləri mövzularda qaldırdıqları problemlərlə bağlı bütün kompleksləri özləri aşa biliblərmi? Yoxsa oxucu kimi onların həyat tərzi, xarakteri sizi maraqlandırmır? E.S.: - Mən belə düşünürəm ki, Pərviz Cəbrayıl bu cəmiyyətin inkişafinda çox əziyyət çəkib. Və özü də tam hazır və layiqdir, bu cəmiyyətin onda gedən ismi olmağa. Moderator: - Bəs yazarlarınızın əsərlərindəki ruh dünya yazarlarından hansı imzalara oxşayır? E.S.: - Mənim üçün Pərviz Azərbaycanın Steynbeki və ya Corc Oruelidir. Z.X.: - Şərifin hekayələri mənə Çexovu anımsadır. R.M.: - Seymurun ruhu, onun obrazları daha çox Millerin, Hamsunun Nagel adlı qəhrəmanıla,Turgenevin Rudiniylə və Lermontovun Peçoriniylə hardasa səsləşir. Bir də "Quqark"dakı qəhrəman Qonçarovun Oblomovuyla çox oxşayır. Moderator: - Sağ olun dostlar, dəyərli vaxtınızı ayırıb sevimli yazarınızla bağlı maraqlı düşüncələrinizi bizimlə bölüşdüyünüz üçün hamınıza çox təşəkkür edirəm.
2013-10-24
577
Bu gün Milli Şuradan iki lider istefa verir
Milli Şurada təmsil olunan Rəsul Quliyevin quruma ünvanlanmış müraciəti müzakirəyə edilmədən, eks-spikerin özü Milli Şuradan çıxarılacaq. Bu barədə "Axar.az"a Milli Şura üzvləri məlumat veriblər. Onların sözlərinə görə, Rəsul Quliyevin son vaxtlar Milli Şura və qurumun rəhbərliyinə qarşı səsləndirdiyi ittihamlara bu gün əks-reaksiya veriləcək. Xatırladaq ki, bu gün saat 16:00-da Milli Şuranın iclası keçiriləcək. İclasda Liberal Partioyasının lideri lalə Şövkətin Milli Şuradan istefa verməsi ilə bağlı ərizəsinə də müsbət cavab veriləcəyi gözlənilir.
2013-10-24
578
“Əbülfəs Qarayevin evi əsl incəsənət nümunəsidi” – Depardye
"Kəmaləddin Heydərovun oğlanları bir qurucudurlar" FİFA-nın 100 illik yubileyindən bəhs edən filmin çəkilişlərində iştirak etmək üçün Bakıya gələn məşhur fransız aktyoru Jerar Depardye Publika.az-a müsahibə verib. Aktyor müsahibəsində maraqlı fikirlər səsləndirib. O, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayelə görüşündən danışıb: "Mən nazir Əbülfəs Qarayevlə onun dəniz yaxınlığındakı evində görüşdüm. Onun sahildəki evi əsl incəsənət nümunəsidi. Mən həmçinin muzeylərə, bir sıra yeni tikililərə getdim. Azərbaycan barədə çox yaxşı təəssüratlar topladım". Jerar Depardye Azərbaycana Tale Heydərovun dəvəti ilə gəldiyini deyib: "Bizim ideyanın bu hissəsini Azərbaycanda dəstəklədilər. Cənab Tale Heydərov ssenarinin Azərbaycanla bağlı hissəsinin yazılmasına maliyyə dəstəyi göstərdi. Daha sonra biz Azərbaycana səfər etdik, mən cənab Heydərovun oğlanları ilə yaxından tanış oldum. Başa düşdüm ki, onlar bir qurucudurlar. Tale Heydərov bir çox böyük layihələrin müəllifidi. Məni maraqlandıran məsələlərdən biri də ekoliji enerjidi. Azərbaycan kimi intensiv neft hasil edən ölkə ekoloji məsələlərə diqqət yetirməlidi. Bu baxımdan quruculuq, tikinti işləri ilə məşğul olanda artıq biz daima təbiəti də fikirləşməliyik". Jerar Depardye Azərbaycan sərhəd keçid məntəqəsi və yol polisləri ilə bağlı iradını da bildirib: "Mən Qazaxıstanda iki ay oldum, sonra Gürcüstana getdik. Biz maşınla Azərbaycana gəldik, Gürcüstan-Azərbaycan sərhədində xeyli gözləməli olduq. Gürcüstan tərəfdə hər şey normal idi. Azərbaycan tərəfindən danışsam, bu, bir roman olar… Bunun şəklini çəkmək lazım idi, maşınların uzun bir növbəsi var idi. Mən ümid edirəm ki, formalaşan yeni hökumətdə bu məsələləri həll edəcəksiniz. Sonra yollar yaxşı idi. Düzdür, arada yol polisi saxlayıb bizi ləngidirdi...". Jerar Depardye Azərbaycanda keçirilən seçkilərə də münasibət bildirib: "Mən eşitdim ki, bu yaxınlarda sizdə seçki olub. Avropada bəzi adamlar bunu tənqid edrlər. Bu, axmaqlıqdı. Kimsə müxalifətdən durub deyir ki, seçkilər qanun pozuntuları ilə olub, Putin diktatordu və hamı da ona inanır, əl çalır. Vaxtilə Avropa ölkələrinin prezidentləri Qəddafini böyük hörmətlə qarşılayırdılar. Nə oldu? Baxın, indi Misirin halına, kim ora rəhbərlik edir? Tunisə, Liviyaya nəzər salın. Hər şey indi Suriyada başlayıb. Bəs, İraqda silahsız adamları öldürən ABŞ diktator deyil?! ABŞ dünyanın bir çox yerində müharibə aparır, indi də Bəşər Əsəd hədəfdədi. Məgər, bu, demokratiyadı? Bütün bu kimyəvi silahlar hardandı? Səddam Hüseyn kimyəvi silahı kimdən alırdı? Fransa və ABŞ-dan. ABŞ dünyada ən çox silah satan istehsalçı ölkədi. Hər şeyin bu şəkildə təqdimatında medianın günahı çoxdu".
2013-10-24
579
Anar Niftəliyev: "Nazirliyin qarşısında aksiya keçirəcəyik"
"Hadisəyə bu cür soyuqqanlıqla yanaşmağı qəbul edə bilmirəm" "Səhiyyə Nazirliyi ölüm hadisəsini ört-basdır etməyə çalışır",- bu sözləri "Qaynar.info"ya jurnalist Anar Niftəliyev həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertiza rəyinin gizlədilməsinə münasibət bildirərkən deyib. Anar Niftəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin Elnarə Tofiqqızının ölüm hadisəsin ilə bağlı tutduğu mövqe heç də anlaşılan deyil: "Yumşaq desək, qətl hadisəsini ört-basdır etməyə yönələn bir şeydir. Cinayət işi qaldırılan zamandan, sentyabrın 25-dən müraciət etmişəm ki, bu həkimlər cinayət işi başa çatana kimi həkimlik fəaliyyəti ilə məşğul olmasınlar. Baş Prokurorluqdan bildirdilər ki, bu, Səhiyyə Nazirliyinin tabeliyində olan bir məsələdir. Səhiyyə Nazirliyi bununla bağlı araşdırmalar apardığını desə də, artıq bir aydan çox keçməyinə baxmayaraq, heç bir cavab vermir. Heç bir cavab verməmələri bir tərəfə, dünən mətbuat xidmətləri ilə əlaqə saxlamışam. Deyirlər ki, bizə bu haqda heç bir məktub daxil olmayıb. Bu məsələni Azərbaycan mediası daima nəzarətdə saxlayır, çünki rəhmətə gedən adam tənqidçi, alim idi, bir universitetin dekanı idi. Bütün bunlara baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti bütün bu yazıları ya görmür, ya da görməzdən gəlir. O həkimlər indi də öz fəaliyyətlərini davam etdirməklə məşğuldular. Onlara heç bir məhdudiyyət yaradılmayıb. Bu da onların növbəti qətl törədəcəklərini istisna etmir". Anar Niftəliyev həmçinin bildirib ki, Səhiyyə Nazirliyi bu məsələdə ictimai diqqət olduğundan ekspertizanın rəylərini açıqlayacağını demişdi: "Amma bir neçə gün bundan qabaq bildirdilər ki, bunu açmağımız istintaq sirrinə zidd olar. Əslində isə heç bir istintaq sirrindən söhbət getmir. Çünki ortada Rafiq Tağı məsələsi var. O da həkim nəzarətində olan zaman vəfat etmişdi. Amma bütün məlumatlar vaxtı-vaxtında cəmiyyətə açıqlanırdı. Baxmayaraq ki, Baş Prokurorluq o zaman da cinayət işi açmışdı. Yəni indiki zamanda Səhiyyə Nazirliyinin tutduğu mövqe məni kifayət qədər narahat edir". Anar Niftəliyev atacağı addımlardan da danışıb. O, bildirib ki, bu addımlardan biri də Səhiyyə Nazirliyi önündə aksiya keçirməkdir: "Dünən ümumi şöbəyə müraciət edərək, səhiyyə naziri ilə görüşmək istədiyimi bildirdim. Rəsmi olaraq, sabah ərizə ilə müraciət edəcəm. Gələn həftə isə nazirlə görüşməyə çalışacam. Əgər bu görüş ləngidilsə və təxirə salınsa, mən müxtəlif aksiyalara əl atacağam. Belə bir hadisəyə bu cür soyuqqanlı yanaşmağı qəbul edə bilmirəm". Xatırladaq ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi açılıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır. Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin ilkin rəyində Elnarə Tofiqqızının ölümünün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilib.
2013-10-24
580
Yol terroru tükənmək bilmir - Fotolar
Bakı-Şamaxı yolunun 109-cu kilometrliyində ağır qəza baş verib. Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, Qobustan rayon sakini, 1938-ci il təvəllüdlü Qədir Həsənova məxsus "Niva" markalı avtomobillə Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İmran Allahverdiyevin "Vaz-2107"si toqquşub. Nəticədə Q.Həsənov və onun 10 yaşlı nəvəsi xəsarət alıb. DİN hadisə yerində araşdırma aparır.
2013-10-24
581
Qızını diri-diri yandırıb
Yəməndə qan donduran hadisə baş verib "Əl-Ərəbiyə"nin xəbərinə görə, Yəmənin cənubundakı Taiz şəhərinin Şaba adlı kəndində yaşayan 15 yaşındakı bir gənc qız nişanlısı ilə hələ nikahsız gəzdiyi üçün ailəsi tərəfindən ölümə məhkum edilib. 35 yaşındakı ata "ailənin namusu"nu təmizləmək üçün qızının üstünə benzin tökərək, diri-diri yandırıb. Qatil ata həbs olunub.
2013-10-24
582
Musa Yaqub “Sevgi şeirləri” adlı kitabını çapa hazırlayır
Tanınmış şair Musa Yaqub yeni lirik şerlər toplusunu nəşrə hazırlayır. "Axar.az"a açıqlama verən şair kitabda yer alacaq yeni şerlərin oxucuların qəlbini oxşayacağına əmin olduğunu deyərək, "Allah, o nə gözəl gözlər idi", "Şou bizi yaman salıb azara" və.s kimi şerlərin diqqət çəkəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, kitabı "Qanun" Nəşriyyat Evi çap edəcək.
2013-10-24
583
Beren Saatın yeni filmi Sosial medianı qarışdırdı
Uğur Yücel və Beren Saatın baş rollarını paylaşdığı "Mənim dünyam" filmindən səhnələr sosial mediada yayınlanmaya başladı. İlin ən iddialı filmləri arasında göstərilən "Mənim dünyam"oktyabrın 25-də tamaşaçıların görüşünə gələcək. Beren Saat və Uğur Yücelin baş rollarını paylaşdığı "Mənim dünyam" iki yaşında görmə və eşitmə qabiliyyətini itirən və bu səbəblə çevrəsiylə uyuşa bilməyən uşaq Ela ilə bacısını eyni səbəblə itirmiş Mahir adlı müəllimin yollarının kəsişməsi və bir-birlərinə bəslədikləri ümüddən bəhs edir. Qeyd edək ki, adı çəkilən filmin Azərbaycanda da Qala gecəsi keçiriləcək. Gecə "Nizami" kinoteatrında baş tutacaq. Kinoteatrın rəhbərliyi ilə əlaqə saxladıq və məlum oldu ki, Qala gecəsi noyabar ayının 15-də olacaq. Gecədə Beren Saat və Uğur Yücelin də iştirakı gözlənilir.