date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-09-19
240
Suriyada yeni hücum! 19 ölü!
"Haberler.com"un məlumatına görə Suriyada avtobusu hədəfə alan hücum təşkil olunub. Hadisə Humus şəhərində baş verən hücum zamanı 19 nəfər ölüb. Humus şəhərinin Jbourin qəsəbəsində yol kənarında quraşdırılan bombanın partlaması nəticəsində avtobus partlayıb. Avtobusda olan 19 adamın öldüyü, 4 adamın isə yaralandığı bildirilir. Niyə məhz avtobusun hədəf alındığı bilinməsə də Jbourn qəsəbəsində daha çox şiələrin yaşadığı məlumdur.
2013-09-19
241
Türkiyə “Avrovizyon”a kürd dilində mahnı ilə qatıla bilər
Türkiyənin "Avrovizyon" mahnı yarışmasında iştirak edib-etməyəcəyi sual altındadır. Ancaq qonşu dövlətin tanınmış incəsənət adamlarından maraqlı bir təklif gəlib. Diyarbəkir Musiqi evinin rəhbəri Səlahəddin Akgün kürd dilinin, musiqisinin yüksək səviyyədə olduğunu və kürd musiqisinin önəmli simalarından olan Şivan Pərvəri misal göstərərək onu bütün Avropanın tanıdığını bildirib. Mərhum sənətçi Ahmet Kayanın həyat yoldaşı Gültəkin Kaya da kürd dilinin zəngin bir dil olduğunu vurğulayıb: "İranda, İraqda, Türkiyədə milyonlarla insan bu dildə danışır. Əgər kürdcə mahnı ilə iştirak edəriksə daha çox qalib olmaq şansımız var". Diyarbəkir Kültür Turizm və Musiqi Dərnəyinin rəhbəri Kənana Aksu 10 il əvvəli xatırladaraq Sertap Erenerin ingilis dilində oxuyaraq uğur qazandığını və indi də kürd dilində qalib olma şansının çox olduğunu deyib.
2013-09-19
242
Berti Foqts Millidən gedir, yerinə Yılmaz Vural gəlir
Azərbaycan Milli Futbol Komandası müqaviləsi bitmək üzrə olan Berti Foqtsla yollarını ayırır. Berti Foqtsun yerinə Yılmaz Vuralın keçəcəyi gözlənilir. Yılmaz Vural Sentyabrın 22-si Milli Komandaya rəhbər təyin olunmaqçün İlham Əliyevlə görüşə gedəcək. İndiyə qədər Türkiyədə 23 komandaya baş məşqçilik etmiş Vuralın Azərbaycandan gələn təklifi xoş qarşıladığı və qəbul edəcəyi gözlənilir. Alman baş məşqçi Berti Foqtsun yerinə Yılmaz Vuralın gətirələcəyi və birinci gündən baş məşqçi kimi işə başlayacağı gözlənilir. "Hüriyyet"ə açıqlama verən Yılmaz Vural Azərbaycana dəvət edildiyini təsdiqləsə də, hər hansı təklif almadığını bildirib. Heydər Əliyevin ölümünün 10-cu ildönümü və prezident seçkilərilə əlaqədar oktyabrda Azərbaycana gələcəyini deyən Vural, eyni zamanda Azərbaycanlı bir millət vəkilinin dəvətiylə də bir açılışa qatılacağını bildirib. Azərbaycanlı deputatın xahişiylə Azərbaycan Futbol Federasiyası başçısı ilə də görüşəcəyini bildirən Vural "Hansı məqsədlə çağırıldığımı bilmirəm. Belə təklif edilib-edilməyəcəyindən də xəbərim yoxdur",- deyib.
2013-09-20
243
“Şahdəniz-2” üçün 25 illik müqavilə imzalandı
Şahdəniz yatağından 2-ci mərəhələdə çıxarılacaq qazın satışı haqda saziş imzalanıb. ARDNŞ-in yaydığı məlumatda deyilir ki, 25 illik sazişə görə ildə 16 milyard kubmetr qaz çıxarılacaq və onun 6 milyard kubmetri Türkiyədə BOTAŞ şirkətinə, 10 milyard kubmetri isə Cənub dəhlizi vasitəsi ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı 9 müştəri şirkətə satılacaq. Şahdəniz layihəsinin payçıları BP, Statoil, ARDNŞ, Total, Lukoil, NİCO və TPAO-dur.
2013-09-20
244
ABŞ və Venesuela arasında beynəlxalq qalmaqal
Venesuela XİN-i xəbər verir ki, ABŞ hava məkanını prezident Nikolas Maduronun üzünə bağlayıb. Çinə rəsmi səfər edən Venesuela prezidenti gözlənilməz qadağa ilə qarşılaşıb. Venesuela dövləti alternativ yollar axtaracağını bildirib. Amerika rəsmiləri insidenti şərh etməkdən imtina edib. Hadisə ilə bağlı Boliviya przidenti Evo Morales Latın Amerikası və Karib hövzəsi ölkələrinə çağırış edib. O bu ölkələrin ABŞ-dan səfirlərini geri çağırmasını və BMT Baş Assambleyasının toplantısını boykot etməyi təklif edib. Daha öncə ABŞ BMT-in Nyu-Yorkda keçiriləcək Baş Assambleyasına gəlmək istəyən 17 Venesuela rəsmisinə viza verməkdən imtina etmişdi.
2013-09-16
245
Avtobuslarda ödəmə kartlarının tətbiqi ilin sonuna qaldı
Avtobuslarda elektron ödəmə kartlarının tam tətbiq edilməsinin başa çatdırılması may ayının sonuna kimi nəzərdə tutulsa da, sistem demək olar, hələ də tətbiq olunmağa başlamayıb. İyul ayında Nəqliyyat Nazirliyindən mətbuata bildirilmişdi ki, müəyyən səbəblərdən kart sisteminə keçirilmə prosesi ləngiyir. Sistem sentyabr ayından sərnişinlərin tam istifadəsində olacaq. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovdan açıqlama aldıq. N. Həsənov "Axar.az"a bildirdi ki, avtobuslarda kart sisteminin quraşdırılması üçün hazırda işlər gedir. Sistem bir neçə avtobusda sınaqdan keçirilib və fəaliyyətdədir, ilin sonunadəksə tam fəaliyyətdə olacaq. Qeyd edək ki, Nəqliyyat Naziri Ziya Məmədov mətbuata açıqlamasında bildirib ki, ilin sonuna kimi vahid kart sisteminin tətbiq olunacağı avtobusların sayının minə çatdırılacağı gözlənilir.
2013-09-20
246
Beynəlxalq təşkilat Pərviz Həşimlini azad etməyə çağırdı
Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) "Bizim yol" qəzetinin əməkdaşı və "Moderator.az" saytının rəhbəri Pərviz Həşimlinin həbsini pisləyib. Bəyanatda qeyd olunur ki, P.Həşimli sentyabrın 17-də uydurma qaçaqmalçılıq və qanunsuz silah, partlayıcı maddə saxlamaqda ittiham olunur. JMK diqqəti prezident seçkiləri ərəfəsində jurnalistlərin həbsinə yönəldir. Təşkilat Azərbaycan hakimiyyətini seçkilərin legitimliyində maraqlıdırsa, mətbuat azadlığını təmin etməyə çağırır. "Biz Azərbaycan hakimiyyətini Pərviz Həşimlini azad etməyə və bütün ittihamları onun üzərindən götürməyə, həmçinin müsadirə olunmuş materialları və avadanlıqları "Bizim yol" qəzetinə və "Moderator.az" saytına qaytarmağa çağırırıq", - JMK-nın Şərqi Avropa proqramları üzrə koordinatoru Nina Oqnyanova bildirib.
2013-09-20
247
2020-ci il Avropa Çempionatlığına 32 ölkə namizəd oldu
UEFA-nın keçirdiyi iclasdan sonra "Euro 2020"yə ev sahibliyi etmək üçün rəsmən müraciət edən 32 ölkənin adı açıqlandı. Namizəd olan ölkə və şəhərlərin adları: 1. Ermənistan (İrəvan) 2. Azərbaycan (Bakı) 3. Belarusiya (Minsk) 4. Belçika (Brüsel) 5. Bolqarıstan (Sofiya) 6. Xorvatiya (Zaqreb) 7. Çex Respublikası (Praqa) 8. Danimarka (Kopenhagen) 9. İngiltərə (London) 10. Finlandiya (Helsinki) 11. Fransa (Lyon) 12. Makediya (Skopye) 13. Almaniya (Münhen) 14. Yunanıstan (Afina) 15. Macarıstan (Budapeşt) 16. İsrail (Qüds) 17. İtaliya (Roma, Milano) 18. Qazaxıstan (Astana) 19. Hollandiya (Amsterdam) 20. Polşa (Varşava) 21. Portuliya (Lissabon) 22. İrlandiya (Dublin) 23. Ruminiya (Buxarest) 24. Rusiya (Sankt Peterburq) 25. Şotlandiya (Qlasqo) 26. Serbiya (Belqrad) 27. İspaniya (Madrid, Barselona, Valensia) 28. İsveç (Solna) 29. İsveçrə (Basel) 30. Türkiyə (İstanbul) 31. Ukrayna (Kiyev, Donetsk) 32. Uels (Kardif) Çempionatın final oyunları Avropa daxilində 13 şəhərdə oynanacaq. UEFA-nın verdiyi məlumata görə, matçların veriləcəyi şəhərlərin adı 2014-cü il sentyabrın 25-ində açıqlanacaq. Namizədliklərini verən ölkələrin şəhərləri dəyişmək haqqı var. Amma bu dəyişiklik 2014-cü il aprelin 25-inə qədər edilməlidir.
2013-09-20
248
Suriya 100 milyard dollar itirib
Suriya prezidentinin müavini Kadri Cəmil Əsəd hökumətinin atəşkəs təklif edəcəyini deyib. Cəmilə görə, nə müxalifət, nə də Suriya ordusu bu müharibəni udacaq gücdədir. "Guardian" qəzeti sülhün ikinci Cenevrə konfransında təklif ediləcəyini bildirib. İki il yarım davam edən müharibə Suriya iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurub.
2013-10-10
249
Türkiyəli pianoçu Fazıl Say 10 ay həbsə məhkum edildi
"Twitter" sosial şəbəkəsində yazdığı tvitlər üzündən təkrar mühakimə edilən türkiyəli pianoçu Fazıl Say 10 ay həbsə məhkum edilib. Məhkəmə onu xalqın dini dəyərlərinə hörmətsizlikdə ittiham edib. Fazil Say üçün 2 illik sınaq müddəti müəyyən edilib. 2 il ərzində hər hansı qanun pozuntusuna yol vermədiyi halda cəza almayacaq.
2013-09-20
250
Putin: “Homoseksual olsaydı, başına iş gəlməzdi”
Rusiya prezidenti Vladimir Putin adı daim qadınlarla bağlı siyasi qalmaqallarda çəkilən sabiq İtaliya baş naziri Silvio Berluskoniyə dəstək verib. Putin Rusiyanın Valday şəhərində keçirilən forumda bu haqda danışıb. O, Berluskoni üçün "Qadınlarla bir yerdə yaşamağı seçdiyi üçün məhkəməlik oldu. Homoseksual olsaydı, heç kəs barmağını belə tərpətməzdi",- deyib. Berluskoni yetkinlik yaşına çatmayan qadına seksual xidmət üçün pul verdiyinə görə ittiham olunurdu. Putin cinslərarası nikahları leqallaşdıran ölkələrə də çağırış edib. O, qəbul edilən qanunların yenidən nəzərdən keçirilməsini istəyib.
2013-09-20
251
2014-cü ildən siqaret çəkmək qadağan olunacaq
"Tayms"ın məlumatına görə, Uels və İngiltərə həbsxanalarında siqaret çəkmək qadağası sakinlər tərəfindən qiyam risklərini artırır. Buna görə də bu ölkələrin bütün həbsxanalarında olacaq qadağanın tətbiqinə gələn ilin baharında başlanılacaq. Bir il ərzində siqaretin bütün həbsxanalarda qadağan ediləcəyi gözlənilir. Ekseter və İstvud Park qadın həbsxanaları daxil olmaqla, cənub-qərbdə olan həbsxanalarda bütün tütün məhsulları qadağan ediləcək. Qeyd edək ki, bu il ərzində həbsxanalarda planlaşdırılan siqaret qadağasının müddəti sakinlərin qiyam etməsi səbəbiylə 2014-cü ilə qədər uzadılmışdı.
2013-09-16
252
Hollivud ulduzu astronavt olacaq
Məşhur Hollivud rejissoru Stiven Spilberq Oskar, Qızıl Qlobus və Emmi mükafatlarının laureatı olan amerikan kinoaktrisası Holli Berrini gələcək serialında baş rolda oynamaq üçün dəvət edib. Aktrisa "Extant" serialında astronavt obrazını canlandıracaq. Qeyd edək ki, süjetə görə qadın astronavt kosmik ekspedisiyadan qayıdandan sonra ailəsi ilə əlaqələrini yoluna qoymağa çalışır.
2013-10-11
253
Anar Nağılbaz atasına qarşı çıxdı
Tanınmış reper Anar Nağılbaz "Axar.az"a 9 oktyabr seçkilərində səs verdiyi namizədin adını açıqladı: "Səsimi Cəmil Həsənliyə verdim. Mən və ailəm 15-ci Yasamal Seçki Dairəsinin 14-cü seçki məntəqəsində səs verdik. Orda olduğum 15 dəqiqədə xeyli qayda pozuntusu gözümə sataşdı. Elə olurdu ki, seçici onun yerinə başqasının imza atdığını görürdü. Bunlara etiraz etdikdə, deyirdilər: "Belə lazımdır!" Tanınmış reper müxbirimizə açıqlamasında mübarizədən əl çəkməyəcəyini dedi: "Çox təəssüflər olsun ki, bizim ölkədə pul kimdədirsə, hər şey onun əlindədir. Haqsızlığa qarşı mübarizəmi davam etdirəcəm. Bu, həyatımın bahasına olsa da, mübarizəmdən əl çəkməyəcəm". Xatırladaq ki, Anar Nağılbaz Heydər Əliyevin qatı tərəfdarlarından olan məşhur jurnalist və keçmiş deputat Rizvan Cəbiyevin oğludur.
2013-10-06
254
Azərbaycanda əsgərliyə çağırış qaydaları dəyişdi
Üç ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər. Bu qərar stomatoloq, dermato veneroloq, psixoloq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda qəbul edilir. Bu o qədər də uğurlu qərar deyil "Axar.az" saytı olaraq məsələ ilə əlaqədar hərbi-ekspert Üzeyir Cəfərli ilə əlaqə saxladıq. Üzeyir bəyin dediyinə görə, əslində, bu qərar cəmiyyətə izah edilməliydi: "Əslinə qalsa, bununla bağlı cəmiyyətə bilgi verilməliydi ki, niyə görə Nazirlər Kabineti bu qərarı qəbul elədi! Məncə, Ancaq hesab edirəm ki, bu o qədər də uğurlu qərar deyil. Qanunu qəbul edərkən bir qədər tələskənliyə yol veriblər. Bunun fəsadlarını bir müddətdən sonra görəcəyik. Fəsadları o mənada ki, komissiyanın nəticələrindən narazı qalan valideynlər sözsüz ki, övladlarının sağlamlıqları ilə bağlı müvafiq qurumlara şikayət edəcəklər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, cəmiyyətə açıqlama verilməli idi". Əliəyrilik etmək istəyən onsuz da edəcək Dəyişikliyin mənfi tərəflərinə də toxunan hərbi-ekspert insanların bundan sui-istifadə edəcəyini istisna etmədi: "Təsəvvür edək ki, mən keçən il möhlət hüququ almışam. Yeni qaydaya görə, gələn il mən yenidən həkim komissiyasından keçməliyəm. Bu, yenə də müəyyən neqativ hallara yol aça bilər. Prezident deyir ki, korrupsiya yığışdırmalıdır, ancaq faktiki olaraq, əliəyrilik etmək istəyən onsuz da edəcək. Yenə də həqiqətən xəstə olanlar ordu sıralarına aparılacaq, əziyyət çəkəcəyik. Bird aha deyirəm, yaxşı olardı ki, bu qanun cəmiyyətdə müzakirə ediləydi".
2013-10-11
255
Elli Holdinq xeyriyyə sinqlını çıxaracaq
Elli Holdinq "2013-cü ildə ehtiyacı olan uşaqlar" (Children in Need 2013) xeyriyyə aksiyasına dəstək olmaq üçün sinqlını (2-3 ən məşhur mahnıdan ibarət disk) çıxardacaq. Bu məqsədlə "Halcyon Days"(Halcyon günləri )albomunun yenilənməsində bonus mahnı kimi "How Long Will I Love You"(Mən səni nə qədər müddət sevəcəm) kompozisiyası seçilib. Qeyd edək ki, rəsmi olaraq "How Long Will I Love You" (Mən səni nə qədər müddət sevəcəm) mahnısı noyabrın 10-u işıq üzü görəcək.
2013-10-16
256
Vensan Kassel: 5 aya 20 kilo kökəlməyə məcbur olan məşhur
Vensan Kassel 23 noyabr 1966-cı ildə Parisdə aktyor Jan Pyer Kasselin ailəsində anadan olub. Kassel aktyorluq karyerasına Nyu Yorkda başlayıb, daha sonra isə Fransaya qayıdıb. Ölkəsində bir neçə il Jan Lui Barronun teatrında işləyib. Bu teatrda o bir çox tamaşada çıxış edib. İtalyan aktrisası Monika Belluçi ilə yaxın vaxtlara qədər evil olan Vensenin bu nikahdan 2004-cü il sentyabrın 12-də qızı dünyaya gəlib. 2010-cu ildə isə ikinci uşaqları doğulub. Aktyor kapoeyra döyüş növüylə məşğul olur. Onun bu istedadını "Ouşenin 12 dostu" filmində görmək olar. Mükafatlar Vensan Kassel 1996 və 2002-ci illərdə "Nifrət" və "Dodaqlardan oxu" filmlərindəki ən yaxşı kişi obrazına görə "Sezar" mükafatına layiq görülüb. Bundan başqa, 2002-ci ildə "Dodaqlardan oxu" filmində Pol obrazına görə "tamaşaçıların simpatiyası" nominasiyasında Avropa Kino Akademiyasının mükafatını qazanıb. Maraqlı fakt Bəzən aktyorlar oynayacaqları rola görə müxtəlif problemlərlə üzləşirlər. Belə bir problemlə Vensan "Dövlət düşməni N1" filmində qarşılaşıb. Belə ki, Jak Mer obrazına görə Vensan Kassel cəmi 5 ay ərzində 20 kilo kökəlmək məcburiyyətində qalıb. Amma çox qısa zamanda aldığı artıq çəkidən də azad ola bilib.
2013-10-11
257
“Xərçəng xəstəliyinə son” xəbəri Türkiyədən gəldi
İllərdir Ərzurum Atatürk Universitetində xərçəng xəstəliyinin müalicəsi üçün başladığı çalışmaları davam etdirən professor Xalis Süleyman bir neçə il öncə mədə xərçənginin qarşısını alacaq bir dərman hazırladığını açıqlamışdı. Çalışmaları sürətləndirmək üçün Atatürk Universitetindən Rəcəb Tayyib Ərdoğan universitetinə keçən Süleyman doktor burada davam etdirdiyi səylər nəticəsində dəqiq nəticə əldə edib. O, heyvanlar və xərçəng hüceyrələri üzərində apardığı təcrübələrdə xərçəng hüceyrələrini 100 faiz yox eləməyi bacarıb. Tibb dünyasında inqilab yaradacaq kəşfin qaynağı hələlik sirr kimi saxlanılır. Bir bitkidən əldə edilən təsirli maddə ilə xərçəngə 100 faizlik çarə tapılmışkən, dərmanın 1-2 il içərisində insanlar üzərində sınağa başlanması planlaşdırılır. Xalis Süleyman dərmanın bir an əvvəl insanların xidmətinə verilməsi üçün dəstək gözləyir. Əslində, bu bir bitkidir Rəcəb Tayyib Ərdoğan Universitetinin Tibb fakültəsi farmakoloji bölməsinin dekanı professor Xalis Süleyman etdiyi təcrübələrdə yüzdə-yüz uğur əldə etdiyini ifadə edərək deyib: "Əslində, bu bir bitkidir. Lakin hələlik adını açıqlamırıq. Heyvanların üzərində xərçəng modellərində təsirli oldu. Bu bitki ekstraktını qəbul edən heyvanların istər mədəsində, istərsə də pankreatit vəzisində xərçəng modelləri inkişaf etmədi. Bundan başqa biz bu bitki ekstraktını xərçəng hüceyrəsində sınadıq və xərçəngi yüzdə-yüz öldürdüyünü gördük. Bu ekstrakt sağlam insan hüceyrəsinə toxunmur. Yalnız xərçəng hüceyrəsini tutur və öldürür. Biz bunun həyəcanı içərisindəyik. İnşallah, bir-iki ilə klinika işini tamamlayaraq, insanlar üzərində də təcrübədən keçirməyə başlaya bilərik". Bütün dünya onu Türkiyədən oğurlamaq istəyir Bütün dünyanın əldə eləməyə can atdığı çalışmalara Türkiyədə lazım olan dəstək verilmir. Xalis Süleyman dünyanın bir cox ölkələrindən dəvətlər aldığını, ancaq bu çalışmanın patentinin Türkiyədə qalmasını istədiyini vurğulayıb: "Dəstəyə ehtiyacımız var. Həm rektorumuz, həm də dekanımız bizə yeterincə dəstək verir. İstəyirlər ki, işimizi ərsəyə gətirə bilək. Lakin təəssüf ki, ölkəmizdə istehsal siyasəti yoxdur. Bu işin istehsal nöqtəsində olduğu bir zamanda dövlətdən gərəkən təlimat gəlmir. Mən o təlimatı istəyirəm. Təəssüf ki, tibb sahəsində ölkəmizdə istehsal siyasəti sıfırdır".
2013-10-11
258
Killerin qoruduğu qız - NATALİ PORTMAN
Amerikanın dünyaca ünlü aktrisası Natali Portman 1981-ci il iyunun 9-da Yerusəlimdə Avner Xerşlaq və Şelli Stivensin ailəsində anadan olub. 1988-ci ildə Natali Portman öz valideynləri ilə birlikdə Nyu Yorka köçüb. Aktrisa həm İsrail, həm də ABŞ vətəndaşıdır. Bununla bağlı aktrisa belə deyir: "Mən Birləşmiş Ştatları çox sevirəm, lakin mənim ürəyim Yerusəlimlədir, ora mənim üçün daha doğmadır". Aktrisa 4 yaşında olarkən rəqslə məşğul olub və yerli truppalarda çıxış edib. Kino ulduzu olmaqdansa… Portman 2003-cü ilin iyununda psixologiya bölməsi üzrə Harvard Universitetinin məzunu olur. Müsahibələrindən birində bildirir ki, Universitet karyerama mane olduğu üçün heç də narahat deyiləm. Maraqlı cəhətsə ondan ibarətdir ki, Portmana görə məşhur kino ulduzu olmaqdansa, təhsilli olmaq daha vacibdir. Poliqlot O, ivrit və ingilis dillərindən başqa, fransız, alman, ərəb və yapon dillərini öyrənir. Natalinin 11 yaşı olanda Revlon firması ona model olmağı təklif edib. Lakin bütün fikrini aktrisa olmağa yönəltdiyindən bu təklifə razılıq verməyib. 13 yaşdan başlayan böyük yol 1994-cü ildə Natali Portman Lyuk Bessonun "Leon" filmində Matilda obrazına görə kastinqdə iştirak edir və filmdə oynamağa dəvət alır. "Leon" filmi 1994-cü il noyabrın 18-də ekranlara çıxır və tamaşaçılar tərəfindən müsbət rəy alır. Beləliklə, Portmanın böyük kinoya gəlişi cəmi 13 yaşında baş verir. Nəhənglərlə əlbəyaxa 1995-ci ildə Portman Al Paçino və Robert De Niroyla birgə "Əlbəyaxa" filmində rol alır. Bu film heç bir mükafata layiq görülməsə də, tənqidçilərin müsbət rəyini alır və yüksək qazanc gətirmək baxımından uğurlu film kimi dəyərləndirilir. 1996-ci ildə aktrisa daha üç filmdə çəkilir. Bunlar "Gözəl qızlar", "Hamı səni sevdiyimi deyir" və "Mars hücum edir" filmləridir. Bir il sonra Portman "Anna Frankın gündəliyi" bədii filmində baş rolda çıxış edir. 2000-ci ildə "Ürək olan yerdə" filmində 17 yaşlı hamilə qızı canlandırır. Qara qu quşunun uçuşu Bu filmlərdən başqa 2004-cü ildə Zakk Braffin "Bağlar ölkəsi", Mayk Nikolsun "Yaxınlıq", "V, yəni Vendetta", 2009-cu ildə "Qardaşlar" və başqa filmlərdə rol alır. 2010-cu ilin sentyabrında isə aktrisanın baş rol aldığı məşhur "Qara qu quşu" filmi ekranlara çıxır və böyük uğura imza atır. Ət yeməyən qızın sevgililəri Natali Portman 8 yaşında vegeteryan olur və ət məhsullarından tamamilə imtina edir. O, xəz və dəridən olan geyimlər geyinmir. 2007-ci ildə aktrisa özünün süni materiallardan hazırlanmış ayaqqabı fabrikini açır. 2011-ci ildə Portman hamiləlik zamanı uşağının xatirinə vegeteryanlıqdan əl çəkir. 2004-2005-ci illərdə Natali Afrikanın ən kasıb ölkələrinə kömək üçün səyahət edir. Natali Portmanın aktyor Qael Qarsia Bernal və Ceyk Gillenxolla romantik münasibətləri olur. Eyni zamanda, "Marun 5" qrupunun solisti Adam Levinlə görüşdüyü söylənilir. Bir müddət sonra isə aktrisa məşhur multimilyarderlər ailəsinin üzvü Net Rotşildlə görüşür. Və nəhayət, Hollivud aktrisası əsl sevgini "Qara qu quşu" filminin çəkilişi zamanı Nyu-York balet teatrının rəqqası Benjamen Milpeydə tapır. 27 dekabr 2010-cu ildə cütlük nişanlanır. 14 iyun 2011-ci ildə isə onlarin oğlu Alef Portman-Milpe dünyaya gəlir. 2012-ci il avqustun 4-də Portman və Milpe evlənir. Qeyd edək ki, Natali Portman 2005 və 2011–ci illərdə "Qızıl Qlobus", 2011-ci ildə "Oskar" və "BAFTA" mükafatlarına layiq görülür.
2013-10-11
259
Şeytanın Afrikalı vəkili - ən yaxşı qadın
Məşhur Amerika kino-aktrisası və modeli Şarlz Teron boyun fəqərəsindən əməliyyat olunub. 38 yaşlı aktrisanı bir müddət öncə aldığı zədə narahat etməyə başlayandan sonra o cərraha müraciət etmək qərarına gəlib. "Bir neçə il bundan qabaq çəkiliş meydançasında bədbəxt hadisə baş verdi. O boyun fəqərəsini zədələdi" — bu haqda ulduzun əhatəsində olanlardan biri xəbər verib. O, uzun müddət bu hadisəni gizli saxlayıb. Əməliyyat isə uğurlu keçib, yaranan problemisə indi yalnız boynundakı kiçik iz xatırladır. Xatırladaq ki, Şarlz Teron Cənubi Afrika Respublikasında anadan olub. O, "Şeytanın vəkili ", "Şirin noyabr ", "İtalyansayağı soyğunçuluq " kimi filmlərlə məşhurdur. 2004-cü ildə aktrisa ən yaxşı qadın obrazına görə Oskar mükafatına layiq görülüb, eyni zamanda, Qızıl Qlobus mükafatını əldə edib.
2013-10-15
260
Qorxunc iddia: Bəşər Əsəd Nobel almaq istəyir
Livan qəzeti "Əl-Əkbər"in xəbərinə görə, Nobel Sülh mükafatının Kimyəvi Silahların Qadağan olunması Təşkilatına (KSQT) verilməsini şərh edən Bəşər Əsəd deyib ki, bu ödül ona verilməliymiş. Suriya prezidenti, "O mükafat mənim olmalı idi", - deyə zarafat edib. Xatırladaq ki, 2013-cü il Nobel Barış mükafatının Kimyəvi Silahların Qadağan olunması Təşkilatına verildiyi öncəki günlərdə açıqlanmışdı.
2013-10-14
261
Ən çox qazanan məşhurlar
"Forbes" jurnalının apardığı araşdırmaya görə, 2013-cü ildə dünyanın ən çox qazanan məşhurları sırasında birinci pillədə 125 milyon dollarlıq gəlirlə məşhur popçu Madonna dayanır. Sıradakı ilk 14 məşhurun ümumi qazancı 1 milyard dolları keçir. Madonna bu gəlirin böyük hissəsini son dünya turundan əldə edib. Amerika Universitetinin İş və Əyləncə dünyası bölümündən Con Simsona görə, konsert biletinin qiymətləri bu qazancın əldə olunmasına əsas səbəbdir: "Dünya turuna çıxmaq müğənnilərə çox pul qazandırır, çünki biletlər çox baha qiymətə satılır. Fanatları dünya ulduzunun konsertinə getmək üçün 200 dollar ödəməyə hazırdır. Halbuki 20 il öncə bir biletin qiyməti 20 dollar idi". "Forbes" jurnalının siyahısında ikinci sırada rejissor Stiven Spilberq yer alıb. Spilberq 100 milyon dollarlıq gəlirini "E.T" və "Jurassik park" kimi filmlərindən əldə edib. Simsona görə, ən çox qazanan məşhurların amerikalı olması, ya da Amerikada yaşaması heç də təəccübləndirici deyil: "Amerika, dünyanın başqa ölkələrinin istehlak etdiyi inanılmaz məhsullar yaradır. Dünyanın harasına gedirsiniz-gedin, dinlədiyiniz musiqinin 50 faizi Amerika mənşəlidir. Qeyd edək ki, eyni vəziyyət kinolarına da aiddir. Siyahının üçüncü sırasını 95 milyon dollarlıq gəlirlə üç məşhur paylaşır. Bunlar media nəhəngləri Simon Kouell və Hovard Stern ilə "Qrinin Elli Tonu" filmiylə tanınan ingilis yazıçısı E.L.Ceymsdir. Keçən ilin birinci televiziya aparıcısı olan Oprah Vinfri, bu il 88 milyon dollardan 77 milyona düşərək doqquzuncu sırada yer alıb. Pop ulduz Ledi Qaqa isə "Qəraib dənizinin piratları" filminin prodüsseri Cerri Brukheymerlə yeddinci sıranı paylaşır. Ledi Qaqa və Brukheymerin gəliri 80 milyon dollar təşkil edir. Con Simsona görə, istehlakçılar, məşhurlara pul axıtmağa davam edəcək: "Cəmiyyət olaraq hər hansı əhvalat dinləməyi və ya danışmağı çox sevirik. İstər mahnı sözü yazan olsun, istər roman, ya da film prodüsseri, bu insanların anlatdığı hekayələrdən çox təsirlənirik". Vurğulayaq ki, müğənnilər, ya da kino ulduzları qədər idmançılar da cəmiyyətə təsir göstərir. Ən çox qazanan məşhurlar siyahısındakı tək idmançı olan qolf çempionu Tiger Vuds, film prodüsseri Tiler Perri ilə 8-ci sıranı bölüşür.
2013-10-14
262
Kino tarixinin ən yaxşı 25-liyi - “Empire” statistikası
Məhşur kino jurnalı "Empire"nin oxucuları arasında təşkil etdiyi "bütün zamanların ən yaxşı filmləri" siyahısında ilk sıranı baş rollarını Tim Robins və Morqan Frimanın paylaşdığı "Şouşenkdən qaçış" adlı film tutdu. Stefan Kinqin "Rita Hayvors və Şouşenkdən qaçış" adlı hekayəsindən Frank Darabontun çəkdiyi film həyat yoldaşı və sevgilisini öldürməkdə təqsirləndirilib ömürlük həbsə məhkum edilən gənc bir bankir ilə cəza evində tanış olduğu zənci yoldaşının hekayəsi üzərində qurulub. Siyahıda olan ilk 25 film 1. The Shawshank Redemption (Şounenkdən qaçış) 2. The Empire Strikes Back (Ulduz Savaşları: İmperatorluq) 3. The Fellowship of the Ring (Üzüklərin ağası: Üzük qardaşlığı) 4. Star Wars (Ulduz savaşları) 5. The Godfather (Xaç atası) 6. Pulp Fiction (Ucuz roman) 7. The Return of the King (Üzüklərin ağası: Kralın dönüşü) 8. Fight Club (Döyüş Klubu) 9. Goodfellas (Yaxın dostlar) 10. The Matrix (Matriks) 11. Jaws (Çənələr) 12. The Usual Suspects (Adi şübhəlilər) 13. The Godfather Part 2 (Xaç atası – 2) 14. Alien (Yad) 15. Raiders of the Lost Ark (İtmiş xəzinə ovçuları) 16. Gladiator (Qladiator) 17. Aliens (Yadelli) 18. The Lord of the Rings: The Two Towers (Üzüklərin ağası: İki qüllə) 19. Casablanca (Kasablanka) 20. Back to the Future (Gələcəyə dönüş) 21. Se7en (Yeddi) 22. Heat (Qızğın mübarizə) 23. L.A. Confidential (Məxfi) 24. Apocalypse Now (Apokalipsis) 25. The Big Lebowski (Nəhəng Lebovski)
2013-10-14
263
Sumqayıtda Muğam festivalının keçirilmə tarixi bəlli oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc muğamsevərlər" Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində muğam festivalı keçiriləcək. Layihənin icraçısı Eyvaz Qocayevin sözlərinə görə, çoxdan gözlənilən festival noyabrın 3-də Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət Evində baş tutacaq. Festivalda ümumilikdə 300 gəncin iştirakı nəzərdə tutulub. Gənc muğam ifaçıları seçim əsasında müəyyən olunaraq festivala qatılacaq.
2013-10-14
264
Yalan danışanlar şəkər xəstəliyi tapır
Elmi araşdırmalara görə, yalan özününüdafiə vasitəsidir. İnsanlar qarşı tərəfdə müsbət təəssürat yaratmaq üçün bu cür vasitələrə düşünmədən əl atırlar. Orta statistik hesablamalara görə, insanlar gün ərzində minimum 20-25 dəfə yalan danışır. Yalan danışmağa meyli olan insanlar isə şəkərli diabet xəstəliyinə tutulma riskinə daha yaxın olur. Məhşur psixoloq Ziqmund Freyd demişdir ki, insan psixologiyası yalana görə üç cür formalaşır. Həqiqi dürüst olanlar, dürüst olmağa çalışanlar və dürüst olmadıqları halda, insanları buna inandırmağa çalışanlar. Elm adamları üçüncü kateqoriyaya aid olanları daha təhlükəli hesab edirlər. Bəzən yalan danışmağımıza tam fərqli səbəblər olur. Məsələn, biz gün ərzində heç də qəşəng görünməyən həmsöhbətimizə "bu gün necə də gözəl görünürsən" deyə, bəzən isə heç də qəşəng olmayan bir libasa "sənə əntiqə yaraşır" kimi ifadələrdən istifadə edə bilərik. Burdan da aydın görünür ki, yalan danışmaqda bir məqsəd də həmsöhbətin qəlbinə dəyməməkdir. Yalanın kanı - sevgi, iş, dostluq Yalan bir çox sahələrdə daha çox inkişaf edib. Bura sevgi, iş, biznes və dostluq münasibətləri aiddir. İnsanlar sevərkən daha çox yalan danışır Psixoloqlar bildirirlər ki, insanlar ən çox sevərkən yalan danışırlar. Buna itirmək qorxusu, qarşısındakını özünə heyran etmək istəyi kimi hisslər səbəb olur. Münasibət zamanı isə ən çox yalanın qız, ya oğlanın danışdığını hələ də müəyyən etmək mümkün olmayıb. Bu, birbaşa olaraq fərdlərin keçmişi ilə əlaqəlidir. Yalançının evi yandı, heç kəs ona inanmadı Yalan danışan insan cəmiyyətdə nüfuzunu itirməklə yanaşı, həm də özünə qarşı mənfi fikir formalaşdırır. Bu cür insanların ən səmimi, ən doğru sözü də öz doğru keyfiyyətini itirərək, birbaşa olaraq yalan kimi qəbul edilir. Məşhur yazıçı Mark Tvenin yalan haqqında maraqlı fikri var: "Həqiqət ayaqqabılarını geyinincə, yalan dünyanı artıq üç dəfə gəzmiş olur…" Elə bu fikrə əsaslanaraq demək olar ki, yalan dünyada daha çox inkişaf edib. Yalanın mahiyyəti insanların cinsinə görə də dəyişə bilir. Kişilər daha çox yalan danışır Hansı cinsin nümayəndəsinin daha çox yalan danışdığını araşdırmaq üçün kifayət qədər elmi tədqiqatlar aparılsa da, son qərar hələ də müəyyən olunmayıb. Ekspertlər isə yalanın əlamətlərinin kişilərə daha yaxın olduğunu bildirirlər. Yalanın kişilərə xas əlaməti bunlardır: * Baş hərəkətləri daimidir * Əllərini boyunlarına aparmaqda tərəddüd edirlər * Həmsöhbətinin fikrini dağıtmaq üçün mövzuya əlavə sözlər qatırlar * Verilən sualı anlamamış kimi təkrar etməyinizi istəyirlər İş başında deyilən yalanlar İş başında ən çox deyilən yalan işə gecikməyə gətirilən səbəblərdir. Buraya "tıxac idi" və ya "marşurutum gecikmişdi" tipli məşhur bəhanələr aiddir. Təbii ki, bunlar kiçik yalanlardır. Lakin psixoloqlar yalanın kiçikdən başlayıb böyüyə doğru daha da cəsarətləndiyini bildirirlər. Qeyd edək ki, "yalan" insanda özünə olan güvənci azaldan, neqativ hisslər bəxş edən yeganə duygudur. Buna aludə olan insanlar şəxsiyyətlərini kiçik hisslərə qapanıb qurban verirlər. Sağlam düşüncəli insanlar isə yalandan maksimum uzaq durmağa çalışırlar. Yazını ömrünün yarıdan çoxunu insan psixologiyasına həsr etmiş məşhur filosof Fridrix Nitsşenin sözləri ilə tamamlamaq yerinə düşər: "İnsanın ağzı asanlıqla yalan danışsa da, onun qıc olmuş sifəti istənilən halda həqiqəti deyir".
2013-10-14
265
Ümidlə MSK-dakı nümayəndəsinin fikri üst-üstə düşmür
Prezident seçkisindən sonra Ümid partiyasından qopmalar davam edir "Axar.az"a verilən məlumata görə, partiyanın MSK-dakı nümayəndəsi Akif Qurbanov prezident seçkisi ilə bağlı nəticələri tanımır. Mənbənin dediyinə görə, partiya sədri İqbal Ağazadədən fərqli olaraq, Akif Qurbanov seçkinin nəticələrini tanımaq və yekun protokolu imzalamaq istəmir. Məsələ ilə bağlı Akif Qurbanov "Axar.az"a bildirdi ki, münasibətini yaxın günlərdə açıqlayacaq: "Mərkəzi Seçki Komissiyasının seçki ilə bağlı yekun sənədi haqqında fikirlərimi MSK-nın iclasında deyəcəm. O zamana qədər yekun qərarı imzalayıb-imzalamayacağımı bilmərəm. Çünki hələ bununla bağlı araşdırma aparıram". Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Akif Qurbanovun fikrindən xəbərsiz olduğunu bildirdi: "Seçkinin nəticələri ilə bağlı yekun sənəd hazır olmadığına görə kimin razı, kimin narazı olduğundan xəbərim yoxdur. MSK-nın iclaslarında isə Akif Qurbanov bu məsələ ilə bağlı heç bir fikir bildirməyib".
2013-10-18
266
Bizə əjdaha lazımdır
III Bakı Beynəlxalq Kitab Sərgisinin son saatlarına çata bilmişdim. Hələ də "iş başında" bir neçə stend var idi. Təxminən alacağım kitabları bilirdim. Tapa bildiklərimi aldım. Gözümə "Metis" nəşriyyatının çap etdiyi "Beşpeşe" kitabı dəydi. Bənövşəyi çiçəklərlə bəzənmiş kitabın üz qabığı müşəmbəyə bənzər materialdandı. Belə material çətin ki cırılsın, ya da islansın! Bəlkə elə buna görə kitabın qiyməti başqalarından bir az yüksəkdi. Şərikli kitab Lakin kitabın diqqət çəkən tərəfi onun hansı materialdan hazırlanması deyil, müəllifidir. Daha doğrusu, müəllifləri. Bəli, nə az, nə çox, romanın beş müəllifi var. Endirim fürsətini də qaçırmayıb kitabı aldım. Elə həmin axşamdan oxumağa başladım. Layihənin rəhbəri və ideya müəllifi Bülent Ermendir. O öz sahəsində şöhrət tapmış beş yazıçıya müraciət edib. Şərtə görə, hər bir yazıçı öz üslubundan vaz keçmədən o birinin qaldığı yerdən davam etməli idi. Hər birinə iki ay vaxt verilmişdi. Murathan Munqan Romana başlayan Murathan Munqandır. Üslubun gözəlliyi, dilin təmizliyi, sürükləyici təhkiyəsi ilə oxucunu asanlıqla əsərə bağlayır. Munqan həm də özündən sonra yazacaq həmkarlarına irəliləyəcək izlər qoymalı idi. Bunları da edib – teatr təhsili alan gənc qız Zəhra, onun intihar etmiş anası, cinayət şübhəsi, atası və qeyri-adi nənəsi, müəlliminə olan ümidsiz məhəbbəti. Sonda isə yeni obraz Fıratın adını çəkib haqqında heç nə demədən ilk hissəni bitirir. Faruk Ulay Fıratı romana daxil etmək isə hekayələri ilə tanınan, Amerikada yaşayan Faruk Ulayın öhdəsinə düşüb. İkinci hissəyə başlayarkən oxucu ilıq sudan buzun içinə atılmış kimi bir hiss yaşayır. Murathan Munqandan fərqli olaraq, Faruk bəyin üslubu daha kəskindir. Türkcəsi təmiz deyil və həddən artıq marka adı çəkir. Mineral sudan tutmuş maşın markalarına qədər bir dəstə ad. Fəsil boyunca Zəhranın ancaq bir neçə saatı təsvir edilir. Elif Şafak Səhnəyə üçüncü çıxan yazar Elif Şafakdır. Xəfif depressiyalı qadın yazar tövrü ilə olayları toparlamağa çalışır. Düzünü desək, nağılvarı dili ilə səhifələri ard-arda çevirə bilir. Öz üslubuna sadiq qalaraq qəhrəmanı keçmişi, ata-anası ilə üzləşdirir. Şafak atasından küskün bir həyat keçirdiyindən Zəhranın atasına olan hisslərini çox inandırıcı cümlələrlə təsvir edib. Hər zaman etdiyi kimi şahanə bir qadın obrazı da yaradıb – Vedia xanım. Cəlil Oker Dördüncü yazar dedektiv kitabları ilə tanınan Cəlil Okerdir. Mənim ən çox sevdiyim və inandığım hissə bu oldu. Cəlil bəyin ilk işi Elif Şafakın yaratdığı Vedia xanımı bir kənara itələmək olub. Daha sonra da əvvəlki hissələrdə adı çəkilən, bir dedektiv yazarı olan Rıdvan obrazını yaratmağa başlayıb. Onun peşə qayğıları, yaradıcılıq prosesi, qorxuları, sevgisi, qısqanclığı və çarəsizliyi inandırıcı təsvir olunub. Romanda oxucuya büsbütün çatdırıla bilən yeganə obraz Rıdvandır. Bunda yazıçının şəxsi təcrübələri də əvəzsiz olub. Pınar Kür Romana nöqtə qoyan yazar isə Pınar Kürdür. Pınar xanım dəcəllik edib oyuncaqları otağa dağıdan uşaqlarına dərs vermək istəyən ana ədası ilə yazıb. Sanki bir an öncə bitirmək istəyib. Bu səbəbdən də oxucunun bəzi sualları cavablanmamış qalır. Şou sənətçiləri Yazarların hər birinin bacardığı bir şey var. Oxucunu gərginlikdə saxlamaq. Bu kitab hər kəsin öz alətində mükəmməl ifa etdiyi orkestrə bənzəyir. Kitabda da belə bir cümlə var: "Yazarlar da şou sənətçiləridir. Onların səhnəyə çıxmaması bu gerçəyi dəyişdirə bilməz". Hər biri özünü təsdiqləmiş yazıçılar öz adları ilə risk edib, həmkarlarına güvənib və bir anlıq da olsa eqonu kənara qoyub. Ancaq düşünmədən dura bilmirsən. Murathan Munqan tək başına romana davam etsəydi, ortalığa necə bir əsər çıxardı? Bu, heç vaxt cavabını bilməyəcəyimiz suallardan biridir. Eyni layihə Azərbaycan ədəbiyyatında Mənim kitabxanama əlavə olunan bu kitabın dördüncü nəşridir. Kitab bestseller olmayıb. Türkiyə ədəbiyyatı bu kitabla daha bir mərhələni keçib. "Beşpeşə" ədəbiyyatsevərlər, xüsusən roman həvəskarları, nəzəriyyəçilər və kolleksionerlər üçün mühüm bir parçadır. İstər-istəməz "bizdə niyə yoxdu o əjdahadan?" sualı ağlıma gəlir. Bir-biri ilə rəqabət aparmağa çalışan nəşriyyatlardan biri yazarları başına toplayıb belə bir layihə həyata keçirə bilər. Bu, həm maraqla qarşılanar, həm də ədəbi çevrələrdə bir hərəkətə, müzakirəyə səbəb olardı. Ancaq sonra ayrı-ayrı yazarların qırğına çıxacağını düşünəndə ardıcıl olaraq ikinci sual da yarandı: "Sənə əjdaha lazımdır?"
2013-10-18
267
Sulutəpədə evlərin növbəti söküntüsü başladı - FOTO
Oktyabrın 14-də, saat 16:00 radələrində Sulutəpə ərazisindəki iki yeni tikilmiş ev polis əməkdaşları tərəfindən sökülüb. Hadisə yerində olan əməkdaşımız söküntünü müşahidə edib və sakinlərlə danışıb. Sakinlərin dediyinə görə, Binəqədi rayon İcra Hakimiyyətində çalışan, ancaq vəzifəsi bilinməyən Mirpaşa adlı şəxs yeni ev tikmək istəyənlərdən 5 min manat rüşvət tələb edir. Verməyənlərin isə evi polis tərəfindən yerlə-yeksan edilir. "Mirpaşa labirinti" Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. İcra Hakimiyyətindən bildirdilər ki, söküntü haqda heç bir məlumatları yoxdur və Xocahəsən qəsəbəsi nümayəndəliyi ilə əlaqə saxlamağı məsləhət bildilər. Xacəsən icra nümayəndəliyi də hər şeydən xəbərsiz olduğundan, Xocasən bələdiyyəsi ilə əlaqə saxlamağı tövsiyyə etdi. Xocasən bələdiyyə sədrinin köməkçisi Kəmalə Seyidova isə Mirpaşa adlı işçilərinin olduğunu təsdiqlədi. Amma iş başında olmadığından, onunla danışmağın mümkün olmadığını söylədi. Bələdiyyə sədrinin müavini Sara Əbilova isə köməkçinin dediyini inkar etdi: - Bizdə Mirpaşa adlı işçi yoxdur. Bilmirəm, kimdən bəhs edirsiniz. Ən yaxşısı Binəqədi rayon İcra Hakimiyyətinə zəng edin.
2013-10-12
268
Dünyaya gəlmək istəyənlərin sayı azalıb
Son illər ölkədə dünyaya gələn uşaqların sayında azalma müşahidə olunur. Xüsusən də ilin yanvar-mart ayları özünü daha da birüzə verən bu azalma ölkə vətəndaşlarının sayının azala biləcəyindən xəbər verir. Aprelin birinədək olan statistikaya əsasən artım ötən illə müqayisədə 19.0 göstəricidən, 18.1-ə enib. Nəsilartırma əmsalı aşağı düşüb Ölkədə nəsilartırma əmsalı aşağı düşüb. Sirr deyil ki, hazırda əksər ailələr 2 uşaqlıdır. Buna səbəb kimi sosial çətinliklər, mənzil problem kimi maddi qayğılar göstərilir. Valideynlər düşünürlər ki, az uşağın olması onları bəzi problemlərdən xilas edir. Həmçinin valideynlər azuşaqlı ailələrdə uşaqların daha bilikli, sağlam böyüyə biləcəyini düşünür. Hazırda çoxuşaqlı ailə anlayışı prinsipi tamamilə dəyişilib. Belə ki, 18-20 il əvvəl 8-12 uşaqlı ailələr çoxuşaqlı sayılırdılarsa, indi bu rəqəm 4-5 ilə əvəz olub. İqtisadçı ekspert Vüqar Bayramlı "Axar.az"a açıqlamasında bildirdi ki, ölkədə uşaqların sayı ailənin maddi vəziyyətindən asılıdır: "Ailələr düşünürlər ki, uşaqları nə qədər az olsa, onları daha yaxşı təmin edə bilərlər. Ölkədə yeni uşaq dünyaya gətirmək özü də müəyyən qədər vəsait tələb edir. Apardığımız araşdırmalardan müəyyən etmişik ki, bir uşağın dünyaya gəlməsi üçün minumum 1000 manat vəsait lazım olur. Baxmayaraq ki, Azərbaycanda səhiyyə xərcləri dövlət tərəfindən ödənilir. Üstəlik, digər ərzaq məhsulları ilə müqayisədə, uşaq yeməkləri daha bahalıdır. Ailələrdə uşaqların sayının az olması, birbaşa xərclərin çox olması ilə əlaqədardır. Bu da ailələrdə uşaqlarının sayının az olmasına səbəb olur". Dövlət dəstəyi olmasa... Ailə Uşaq Mərkəzinin rəhbəri Kəmalə Baxış "Axar.az"a açıqlamasında bildirdi ki, hazırda azuşaqlılıq ölkənin siyasəti ilə bağlıdır: "İndiki ailələrin başçıları 80-ci illərin gəncləridir. Ümumiyyəylə, indiki gənc ailələr övladlarını tam yetişdirə bilməməkdən ehtiyat edirlər. Bəzi çətinliklər var ki, onlara yalnız iki uşaqla cavab vermək mümkündür. Hazırda əksər ailələr nəinki iki, hətta bir uşaqdan belə imtina edirlər. Buna səbəb sosial ehtiyacların artmasıdır. Hökumət gənc ailələrə müəyyən şərait yaratmaq üçün mütləq tədbirlər görməlidir. Hazırda bu, ciddi problem deyil, amma 20-25 il sonra genefondumuzun azalması ciddi hiss olunacaq". Psixoloqlar isə məsələyə fərqli yanaşırlar. Bildirirlər ki, bəzən azuşaqlılıq heç də maddi sıxıntı ilə əlaqəli olmur. Çox zaman gənc xanımlar fizioloji quruluşlarını pozmamaları üçün bu yola üstünlük verirlər. Doğulanların sayında gender bərabərsizliyi İndi yeni doğulanların sayında azalma xüsusilə qız uşaqlarında müşahidə olunur. Hazırda nisbət 52%-in 48%-ə olmaqla, oğlan uşaqlarının xeyirinədir. Qeyd edək ki, ölkədə əhalinin 22.3% 14 yaşınadək olanlar, 71.9%-i 15-64 yaş arası olanlar, 5.8%-i isə 65 və 65 yaşdan yuxarı olan şəxslərdir.
2013-10-19
269
Motomüjdə: Bakıya ucuz və keyfiyyətli “YAMAHA” gəlir – FOTO
"YAMAHA" - moto-texnika aləmində kifayət qədər sözünü demiş Yaponiya brendidir. Azərbaycanda bu brendin məhsullarını təqdim edən "YAMAHA" satış mərkəzində, satış meneceri olan Malik Qurbanov, moto-texnika həvəskarlarının bilmək istədiyi məsələlərdən danışır: - Yamaha" brendi olaraq 2005-ci ildən fəaliyyət göstəririk. Hazırda Bakının müxtəlif nöqtələrində satış həyata keçiririk. Digər satış nöqtələrinə birbaşa "Yamaha" deyil, müəyyən şirkətlərin və sahibkarların iştirakı ilə rəsmi olaraq müqavilə əsasında dilerlik veririk. Hazırda bizim Mərdəkanda, Novxanıda, Dərnəgüldə və Karvansaray satış mərkəzində diler ünvanlarımız var. Moto-texnikanı "Yamaha" brendi altında gətirsək də, digər məhsullar sırf "Yamaha" avadanlıqları deyil. Məhsullarımız sırasında "elektro-ka"lar (cərəyanla işləyən maşınlar), kvadroçikllar, motosikletlər, Amerika istehaslı olan "seqvey"lər, Rusiya istehsalı olan müxtəlif şəraitlərdə istifadəyə yararlı "özügedən"lar yer alır. Kvadroçikllar əsasən bağ yerləri və yolsuzluq şəraiti üçün nəzərdə tutulub. "Rapter" modelinin isə şəhər yollarında istifadəsinə icazə verilir. Bu minik növünün idarəsi üçün dövlət nömrə qeydiyyat nişanı və A kateqoriyasının olması zəruridir. Bundan əlavə, inşaatda istifadəsi nəzərdə tutulan qaldırıcı qurğu tipli maşınları da mağazımızdan əldə etmək mümkündür. Satışımızın əsas hissəsini motorlar, mini qayıqlar və yaxtalar təşkil edir. Orta təbəqənin maddi durumunu nəzərə alaraq, 1800-dən 4500 AZN-ə qədər qiyməti olan moto-texnika məhsullarını da satışa çıxarmağı nəzərdə tuturuq.
2013-10-14
270
Hafiz Hacıyev oğlunun “Mersedes”indən danışdı
Prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin oğlu Rauf Hacıyevə dəyəri təxminən 150 min dollar olan "Mersedes" markalı maşın hədiyyə olunub. Bu haqda "Qaynar.info" saytı xəbər verib. Məsələ ilə bağlı Hafiz Hacıyevin münasibətini öyrəndik. "Axar.az"a oğlu haqda yaranan söz-söhbətin əsassız olduğunu deyən keçmiş namizəd bildirdi ki, bu, tamamilə əsassız xəbərdir: "Oğlum hərbi xidmətdən gələndən sonra ona kürəkənin adına kreditlə maşın götürmüşəm. "Kia Sorento" markalı maşının kredit qiyməti 18 100 manatdır. Maşına da ayda 610 manat kredit ödəyirəm".
2013-10-14
271
İqbal Ağazadə: “Ümidi AXCP-nin gününə salardılar
Prezident seçkiləri başa çatdıqdan sonra bir sıra partiyalarda "yarpaq tökümü" yaşandı. Bunların arasında "Ümid" də var. Partiyada sədr müavini postunu tutan iki nəfər - Aynur İmranova və Ruslan İzzətli partiya sıralarından istefa verdi. Keçmiş "Ümid"çilər deyir ki, partiya sədri İqbal Ağazadə seçkinin nəticələrini tanımaqla partiya üzvlərini təhqir edir. Bəs İqbal Ağazadə niyə belə bir addım atıb? Bunun arxasında hansı gizlin nüanslar dayanıb? Ümid sədrinə yaxın dairələrdən öyrəndiyimiz məlumata görə, İqbal Ağazadə bu addımı partiyanın bütövlüyünü qoruyub saxlamaq üçün atıb və bunu yaxın çevrəsində belə izah edib: "Seçkinin nəticələrini tanımasaydım, iki müavinim partiyadan çıxmayacaqdı. Amma əvəzində onlarla insan partiya sıralarından uzaqlaşacaqdı. "Ümid"in rayon təşkilatları dağılacaqdı, bir sözlə, partiya parçalanacaqdı. Çünki "Ümid"in bölgələrdəki təşkilatları hökumətin yerlərdəki dayaqları əsasında formalaşıb. İndiki halda iki müavinimi itirdim. Ancaq seçkinin nəticəsini tanımasaydım, "Ümid"i AXCP-nin gününə salardılar".
2013-10-14
272
Aysel Əlizadə: “Mən partiyaya müavin yox, sədr gedərəm”
İqbal Ağazadənin yeni müavini prezidentliyə namizədlik dövründə onun vəkili olmuş şairə Aysel Əlizadə ola bilər. Bu haqda "Aznews.az" saytı məlumat verib. Xatırladaq ki, prezident seçkilərindən sonra Ümid partiyasının müavini vəzifəsindən Aynur İmranova və Ruslan İzzətli istefa verib. Məsələ ilə bağlı Aysel Əlizadə ilə əlaqə yaratdıq. O, haqqında yayılan məlumatı təkzib etdi və İqbal Ağazadəyə vəkillik etməklə cəmiyyətdə tanınmış ictimai fiqur kimi mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirdi: - Haqqımda yayılan söz-söhbətlər tam əsassızdır. Mən siyasətçi deyiləm! Ümumiyyətlə, heç bir partiyada indiyə qədər təmsil olunmamışam və təmsil olunmaq da fikrində deyiləm. Bu seçkidə fəal iştirakımın səbəbi isə cəmiyyətin tanınmış üzvü kimi açıq şəkildə siyasi mövqeymi ortaya qoymaqdan ibarət idi. Bu haqda heç mənə təklif də olmayıb. İndiyə qədər heç kimin müavini olmamışam, əgər getsəm, sədr gedərəm.
2013-10-07
273
Onlar səhnəyə tualetdən çıxır - ODA...
Şəhərimizdə, ətrafımızda həmişə bir yenilik, sinə dolusu nəfəs almağa bir nəfəslik axtarırıq. Belə bir yeniliyin sorağı ilə üz tuturuq "ODA" teatrına. Topçubaşov küçəsi-38 ünvanında yerləşən "Zirzəmi" adlı kiçik bir kafedən içəri giririk. Bu kafedə olmağımızın da səbəbləri var. Heç bir teatr onlara yer vermədiyindən, teatrın maddi imkanlarının azlığından əllərində ancaq bu kafe var. "Zala" daxil olan kimi təccüblənirəm. Bu, alışıq olduğumuz teatr mənzərəsi deyil. Kiçik bir səhnə və səhnənin ətrafına düzülmüş ağ üzlü balaca döşəkçələr. Sanki bir obaya qonaq gəlmisiniz. Bura doğurdan da kiçik bir yerdi. Əlli nəfər ancaq yerləşər. Auditoriyanın çoxu gənclərdir. Bəzi tanınmış ziyalılar da gözə dəyir. Alışıq olmadığımızdan birtəhər bardaş qurub otururuq. Bir azdan tamaşa başlayacaq. Rumın dramaturq, şair və nasir Matey Vişnekin bir pərdəli "Səncə döyəcəklər" tamaşasını gözləyirik. Tamaşanın quruluşcu rejissoru əməkdar artist İlqar Cahangirdir. Həyatda işıqların yanması ilə başlayan hadisələr teatrda işıqların sönməsi ilə başlayır. Azan səsi, kokteyl şüşələri... Səhnəyə çıxan əşyalar öncə aktyorlardan çox diqqət çəkir – Molotov kokteyli və narkotik maddələr. Güman ki, bura polis bölməsidir. Siyasi fəaliyyətlərinə görə polis məntəqsində saxlanılan iki gəncin sorğu zamanı narahatlıqları, qorxuları ən yüksək səviyyədə inandırıcılıqla əks etdirilir. Xüsusən Elmin Bədəlovun canlandırdığı obraz, onun qorxudan böyüyən, dolan gözləri, tir-tir əsən dizləri. "Səncə döyəcəklər" adı da iki gəncin arasında gedən söhbətlərdən yaranır. Qırx dəqiqəlik tamaşa gənclərin naşı siyasi fəaliyyətləri ilə güldürür, vəziyyətin çıxılmazlığı ilə ağladır tamaşaçını. Tamaşanın göstərildiyi zirzəmiyə yaxında yerləşən bir məsciddən azan səsi gəlir və adamda elə təəssürat yaranır ki, bu səs də tamaşanın tərkib hissəsidir. Tamaşadan sonra Tamaşa bitdikdən sonra daha bir alışıq olmadığımız proses başlayır. Tamaşaçılar aktyorlara yerindəcə fikir bildirib, suallar verirlər. Ənənəvi teatrlara belə bir şeylə rastlaşmaq mümkün deyil - öz çağında "Yuğ" tetatrının səhnə estetikası istisna olmaqla. Əsərin tərcüməçisi Zamin Hacı söz alır: "Gəncləri təbrik edirəm. Xüsusən Elmin bəy çox istedadlı aktyordu. Bu, balaca bir əsərdi. Mən bu əsəri oxuyanda fikirləşdim ki, bu, elə bizim ölkədi. Tamaşaya bəzi kiçik əlavələr olunub. Amma bunlar çox uğurlu alınıb. Tamaşanı çox sevdim və sizin teatrın daimi tamaşaçılarından birinə çevirildim". Xoş sözlər və şəkil çəkdirmələrin ardından ODA boşaldı. Aktyorlarla səhnə arxasına keçdik. Yox, gözünüzün qabağına güzgülərin, masaların, qrim və kostyum avadanlıqlarının yığıldığı qrim otağı-filanı olan səhnə arxası gəlməsin. Bura üç-dörd nəfərin ancaq ayaq üstdə dura biləcəyi dar bir dəhlizdi. Aktyorların hazırlaşıb səhnəyə çıxa biləcəyi yeganə yer tualet otağıdı. Elə bu vaxt teatrın aktyoru Elmin Bədəlovdan təklif gəlir: "Yazıya belə bir başlıq qoya bilərsiniz – Tualetdən səhnəyə..." Bir peşəkarı olan ODA Teatr haqqında aktyorlarla danışırıq. Sualları daha çox Elmin Bədəlov cavablandırır. - Bizim heyətdə hələlik professional aktyorluqdan gələn yalnız İlqar Cahangirdir. Bizə həm aktyor, həm də dramaturq kimi müraciət edə bilərlər. Biz əməkdaşlığa hazırıq. Fəaliyyətə təxminən səkkiz aydı başlamışıq. Ancaq vaxtımız məşqlər və hazırlıq prosesinə gedib. Bundan əvvəl Qoqolun "Evlənmə" tamaşasını təxminən min nəfərə təqdim etmişik. Repertuarda hələlik iki tamaşamız var. Yazarlar öz əsərlərini bizə facebook səhifəmiz vasitəsi ilə göndərə bilərlər. Ancaq biz həm mövzuya, həm də teatrın imkanlarına uyğun əsərləri seçməliyik". Yer problemi - Əlbəttə, teatr daha da böyüyər və inkişaf edərsə, öz binamızın olmasını istəyərik. Biz buranı kirayə götürmüşük. Öz əllərimizlə, daşı daş üstə qoyub buranı teatra çevirmişik. Mən bir neçə teatra müraciət etmişəm. Ancaq onlar yer vermədilər. Bəlkə də mövzu onların xoşuna gəlməyib. Biz İlqar bəyin psixo-realizm məktəbi ilə davam edirik. Hər şey səhnədə baş verməli və maksimum inandırıcı olmalıdır. Bizim səhnə effektlərimiz – səs, işıq imkanlarımız çox deyil. Ona görə məcburuq ki, tamaşaçıya aktyor oyunu ilə çataq. Azərbaycanda yenilik tez qəbul olunmur - Məncə, problemi keçə biləcəyik. Bu tamaşanı hazırlayanda mənə elə gəlirdi ki, tamaşaçılarımız daha çox ictimai sektorun gəncləri olacaq. Ancaq bu belə olmadı. Tamaşaçıların çoxu, haqqımızda eşidən, sosial şəbəkələrdən bizi tapan insanlar idi. İlqar Cahangirin tamaşaçıları da onu izləməyə gəlir.
2013-10-16
274
Şeremetyevoda saxlanılan 20 milyard avro kimindir
Bu, indi virtual aləmdə ən çox müzakirə olunan xəbərdir. Moskva qəzetlərindən birinin bu yaxınlarda yaydığı informasiyaya görə, 2007-ci ildən bəri Şeremetyevo hava limanında içində 20 milyard avro olan təyyarə saxlanılır. Lakin hava limanının mətbuat xidməti yayılan bu xəbəri dərhal inkar etdi. Mənbələrsə bildirir ki, orada həm təyyarə, həm də pul var və həmin pullar xüsusi depoda saxlanılır. Mənbəmizin verdiyi məlumata görə, Rusiyanın xüsusi təyinatlı heyət əməkdaşı belə deyib: "Mən keçən il bu anbarda olmuşam. Orada çoxlu sayda sukeçirməz üzlüyə bükülmüş pullarla dolu bağlamalar gördüm. Fikir verdim ki, avrolarda nömrələr artma dərəcəsi ilə sıralanıb. Açıq-aydın bilinirdi ki, pullar dövriyyəyə buraxılmadan, birbaşa bankdan daxil olub. Mənim hesablamalarıma görə, o bağlamaların hər birində 100 milyon avrodan az olmazdı. Əgər özüm görməsəydim inanmazdım". Ucuz malın dəyəri – cəmi 20 milyard avro 2007-ci il avqustun 7-də Şeremetyevo adi iş rejimində işləyirdi. Köhnə "Boinq" modelli yükdaşıyan təyyarə Frankfurtdan uçaraq müvəffəqiyyətlə yerə endi. Qaimədə yük ucuz mal kimi qeyd olunmuşdu. Şeremetyevo gömrük əməkdaşının dediyinə gorə, bu təyyarə nəqliyyat terminalına gəlib. Gecə növbəsində işləyən həmkarları söyləyirdilər ki, yükün çox dəqiqliklə yoxlanılmasının əmrini alıblar. Bağlamalarla yüklənmiş təyyarəyə daxil olub, qutudaki üzlüklərdən birini açanda donub qalıblar. Dediklərinı görə, daha sonra bir az yumşaq desək, həngamə başlayıb. Onlardan bunun gizli saxlanmılası barədə imza götürülüb. İndi də KİV-ə məlumat sızandan sonra media ilə danışmağı kəskin şəkildə qadağan ediblər. Bu söhbətlə tanış olan, polis general-leytenantı Aleksandr Qurov "Komsomol"a belə deyib: "Açıq-aşkar bilinir ki, bu yükü elə-belə saxlamayıblar. Mən bildiyimə görə, bu, təsadüf deyildi. Ya informasiya sızdırılıb, ya da daha inandırıcısı - kəşfiyyatdan siqnal daxil olub. Belə oxşar hadisələr aviadaşıyıcılığın təcrübəsində daha öncə də rast gəlinib. Lakin boynuma alıram ki, ilk dəfədir belə böyük məbləğdən söhbət gedir və bu adamı heyrətə gətirir. Mən eşitmişəm ki, bu bizim xarici kəşfiyyat xidmətinin yüksək səviyyəli işinin nəticəsidir. SVR-in fəaliyyətdə olan əməkdaşı adının çəkilməsini istəməyərək Qurovun dediyi variantı təsdiq elədi. Bizim əməkdaşlar o pulların hərəkətini izləyirdilər. Lakin daha ətraflı məlumat yoxdur, çünki görünür, əməliyyat hələ başa çatmayıb. ZİN, pullar kimindir? Daxil olan pulları götürmək üçün heç kim gəlmədi. Bizim mənbəyə görə, çox güman ki, həmin şəxsi xəbərdar ediblər ki, ora getməsin - tələ var. Deyəsən hələ ki, hər şey sakitləşənə qədər məxfilik qərara alınıb. Lakin bu "hələ ki" 6 ilə qədər uzanıb. "Mənim fikrimcə, bu, astara görə baş tutmayan hər hansı kələklə əlaqədardı. Bu heç də siyasi yox, sırf iqtisadi hadisədi", - keçmiş kəşfiyyatçı, indi isə yazıçı olan Mixail Lyubimov belə fikirləşir. Aleksand Qurov belə deyir: "Lakin kriminal üçün bu çox böyük, sadəcə, astronomik məbləğdir və dəqiqdir ki, bu "oğru obşakı"nın deyil. Güman ki, bu hər hansı siyasi liderə və ya varlı şeyxə məxsusdur. Düşünürəm ki, Sahibi bu pulları strateji, ola bilər ki, siyasi məqsədlə sərf etmək istəyirmiş. İranın pulları? FAB-in tanış əməkdaşlarından biri söyləyir ki, variantlardan birinə görə, milyardların sahibi mərhum Səddam Hüseyn olub. Digərinə görə isə,- biz də daha çox buna inanırıq,- bu, mərhum Liviya lideri Muammer Qəzzafinin pullarıdır. Hər iki diktator inanılmaz sərvətə sahib idi və hər ikisinin pullarını da eyni zamanda Amerika kəşfiyyatı daxil olmaqla güdürdülər. Belə çıxır ki, ruslar 20 milyard avronu tutub saxlayaraq amerikalıların yolunu kəsiblər. Üçüncü varianta görə, bu pullar İranın hansısa böyük qanunsuz bir işi həyata keçirmək üçün lazım olan qara pullarıdır. Bunu deməyə iki fakt əsas verir - bu işlə bir neçə İran vətəndaşı əlaqədardır və məhz bu dövlət iş birliyini nəğd pulları ilə etməyə üstünlük verir, sıfırların miqdarına baxmayaraq. "Silahlı baron" variantı Mütəxəssislər valyutanın daşınmasını məşhur qalmaqallı "Silahlı baron" -Viktor Butun həyata keçirə biləcəyi variantını da gözdən keçirirlər. Amerika məhkəməsi tərəfindən məhkum olunan bu milyonerin müxtəlif ölkələrdə şəxsi aviakampaniyaları var və şəxsi sima və ya dövlət üçün hərbi təyyarə ilə silah və pulların köçürülməsini həyata keçirirdi. Amerikan araşdırmaçıları onun Qəzzafi hökuməti ilə sıx əlaqələrinin olmasını aşkar edtiklətini bildirib. Aleksandr Qurov düşünür: "Maraqlı, lakin sürüşkən variantdır. Əgər daşınma ilə But məşğul olsaydı, o zaman gömrük baxışı kimi cüzi şeylərdə ozünü ələ verməzdi. Belə işlərdə o, usta hesab olunurdu". Bizim digər qüvvətli strukturlarımızın tədqiqatçısı təxmin edir ki, variant kimi But iki cəbhədə çıxış edə bilərdi. Sifarişi yerinə yetirməkdən imtina etmədən eyni zamanda məlumatı bizim xüsusi təyinatlılara verə bilərdi. Viktor çoxdan Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirdi. Təsadüfi deyil ki, bizim həmkarlar onu türmədən çıxarmağa çalışır. Maraqlıdır ki, indi Amerikanın xüsusi təyinatlı nümayəndələri Şeremetyevoya müraciət ediblər. - Bəli, bizə artıq Amerikadan zəng edib bu sualla maraqlanıblar. Biz həm onlara, həm də hamıya cavab veririk ki, nə pul, nə də təyyarə bizim aeroportda yoxdur! - Şeremetyevo aeroportunun ictimai əlaqələr mərkəzinin rəisi Anna Zaxarenkova təkrar edir. Sirli Motlaq və Berezovski Yəqin ki, uçub gəlmiş "yaşıl pullar" haqda tarixə işığı İran vətəndaşı olan Farzin Koorian Motlaq saçmışdı. - Mən bu yükün qaiməsini görmüşəm, orda bu insanın adı çəkilir. Lakin Motlaq pulun sahibi deyil, onları əldə edəndir. Bütün bu hadisələrdən noyabr ayında xəbərdar olmuşam. O da müəyyən statusa malik insanların o milyardları xilas etməsi üçün müraciətindən sonra - 20 milyardlıq işlə məşğul olmağa hazırlaşan moskvalı beynəlxalq vəkil "Komsomol"a bildirmişdi. Əvvəlcə mən inanmadım ki, bu pullar ümumiyyətlə mövcuddur. Lakin sonra mənə sübut təqdim etdilər. Frankfurtda "Doyce Bank"dan nəğd əldə olunub. Motlaq öz vəkili vasitəsilə bu problemin həll olunması üçün məbləğdən bir neçə faiz verməyə hazır olduğunu bildirib. Amma bu sirli iranlı barəsində mənim bir neçə sualım meydana çıxdı. Onunla görüşü təşkil etmək heç cür mümkün olmadı, baxmayaraq ki, mən buna görə istənilən ölkəyə uçmağa hazır olduğumu bildirmişdim. Eləcə də yükün sahibinin adını deyə bilmədilər. Və bizim mümkün iş üçün danışıqlarımız baş tutmadı. Bizim iqtisadçı ekspert söyləyir ki, çox güman, bu milyardlar əvvəl hansısa hökumət adamına məxsus olub, lakin sonra onları Berezovski səviyyəsində fırıldaqçılar ələ keçiriblər. 20 milyard avro buraxan alman bankı ilə bağlı hadisə - maaliyyə fırıldaqçılığının sonuncu mərhələsidir. Ardınca pulların nəğdləşdirilməsi və Moskvaya ötürülməsi gəldi. Təbii ki, miqyasına və məbləğinə görə belə böyük fırıldaqçılıq yalnız dahi Berezovski səviyyəsində ola bilərdi. Motlaqın feysbuk səhifəsində bildirilir ki, o, Tehranda yaşayır, fars və ingilis dillərini bilir. Şəkildən etibarlı vətəndaş təsiri bağışlayır. Lakin mətbuatda gedən məlumatda bildirilirdi ki, hansısa Motlaq Mərkəzi OAE bankından 14 milyardın oğurlanmasında cəlb olunmuşdu. 20 milyard avroya iddia edən həmin Motlaqdanmı söhbət gedir, bu, dəqiq aydın deyil. Bəs əgər Motlaqın sənədlərindən fırıldaqçılar istifadə ediblərsə? Əgər bu real insandırsa, onda o, həqiqətən yeni Berezovski adına layiq görülə bilər. Və onda belə bir sual yaranır: O bu pulları oğurlamayaraq, öz şəxsi maraqları və ya üçüncü qüvvənin maraqları üzrə hərəkət edibmi? Ümumiyyətlə, bu məhsullar öncədən Moskvayamı istiqamətlənmişdi? Çoxlu sayda suallar və qara ləkələr var. 20 milyardın yeni namizədi Yalnız bu ildə unudulmuş milyardlar barəsində hansısa söhbətlər getməyə başladı. Birdən indi itirilmiş yükü əldə etməyə haqqı olduğunu sübut etməyə çalışan moskvalı Aleksandr Şipilov meydana çıxdı. O, Farzin Motlaq tərəfindən "Yaxşı insanlar dünyası" adlı naməlum Ukrayna xeyriyyəçilik fonduna 20 milyardın ianə kimi verilməsi haqqında müqaviləni, eyni zamanda Şeremetyevoda pul yükünü əldə etmək üçün fondun idarə edilməsinə dair Şipilovun adına verilmiş etibarnamə, həmçinin vəsaitin saxlanmasının öz üzərinə köçürülməsi barədə sənədi aeroporta təqdim etdi. Lakin pulun fonda ianə kimi verilməsi haqqında müqavilə 2013-cü ilin 17 martında imzalandı. Bu da Aleksandrın şəxsiyyəti kimi şübhəli fikirlərin yaranmasına gətirib çıxardır. DİN əməliyyatçılarının sözlərinə görə, Aleksandr Şipilov 1960-cı ildə Daşkənddə anadan olub. O, neftin satılması və maaliyyə investisiyları işində şübhəli bilinirdi. Şipilov operativ əməliyyatın içindədir və valyuta kreditləri ilə bağlı borcları var. Bir neçə bankın qara siyahısında adı keçir. Lakin buna baxmayaraq, Ukrayna fondu 20 milyardın alınmasını ona əmanət etməyə çəkinmir. Qəribədir. Ekspert Qurov deyir ki, adətən, belə pulların yuyulması xeyriyyəçilik fondlarının yaranıması adı altında gedir. Bu, artıq müəyyənləşmiş sxemdir. İndiki halda o milyardalara olan iddiaçılar çox güman ki, pulları götürmək üçün bütün mümkün olan cəhdləri həyata keçirməyə çalışacaqlar. Ola bilər ki, qızıl bağlamaları əldə etmək üçün əlaqələri və rüşvəti işə salmağa çalışsınlar. Yeri gəlmişkən, meydana çıxan Ukrayna fondu fırıldaqçılıq əməliyyatının olduğunu düşünməyə vadar edir. Lakin Qurovun fikrincə, kapital əldə etməyə çalışanlar heç nə əldə edə bilməyəcək. Bəs nəyi uzadırlar? Aleksandr Qurov deyir ki, avroyla bağlı bağlamalara iddia edən hər bir kəs heç nə əldə edə bilməyəcək, onların hamısını yoxlayacaqlar, amma əgər pulların sahibi meydana çıxacaqsa, onda o qaçaqmalçılıqda ittiham olunacaq və problemdən başqa heç nə görməyəcək. Mən belə fikirləşirəm ki, bu milyardların yeri məlumdur. Onlar Rusiya xəzinəsində olmalıdır. Qanuna görə, 3 ildən sonra yükün sahibi üzə çıxmırsa, o zaman bu yük tapılan ölkənin ərazisindəki dövlətin xəzinəsinə keçir. Amma onu qaçaqmalçılıq kimi tanısalar... Bəs niyə Rusiya nümayəndələri bunun tanınmasını uzadırlar? "Bizim xüsusi təyinatlılarımız iki səbəbdən bunu uzada bilərlər. Birincisi mümkün fırıldaqçıları araşdırmaq üçün, ikincisi isə hüquqi cəhətdən müddəti gözləmək üçün. Birdən yükün sahibinin varisləri meydana çıxar və bildirərlər ki, onların bu qədər vaxt üzə çıxmaması üçün obyektiv səbəbləri vardı. Əgər istək varsa, hüquqi boşluqlar həmişə tapmaq olar", - hüquqşünas Serqey Losev bunları deyir. Sözsüz ki, hökumətin bu işdə marağı varsa, bunu şəxsi sima kimi vermək çox çətindir. Amma əgər sahibin varisləri sübut etsələr ki, bu onların qohumlarının kapitalıdır və fırıldaqçılıq üsulu ilə ələ keçirilib, eyni zamanda valyutanın daşınmasında Rusiya qanunu pozubsa, o zaman nəzəri münaqişə mümkündür. 20 milyard avro Rusiya üçün… bu: Təhsil, JKX, mədəniyyət və idman ilə birgə illik xərcləri; Soçidəki Olimpiadanın 60 faizlik xərcləri; Moskva Kazan istiqamətində bir sürətli dəmiryolu magistralı; Moskva–Sankt Peterburq arası iki sürətli avtomagistıralı; Rus adasına 25 körpünün salınması; "Bolşoy teatr"da 40 rekonstruksiya işləri; "Zenit"ə 500 futbolçunun transferi; Roman Abromoviç və Alişer Usmanovun ümumi büdcəsi; Diktatorların sərvətinə nə oldu? "Kolçakın qızılı" - Admiral Kolçakın nəzarəti altında yerləşən Rusiya imperiyasının qızıl ehtiyyatının bir hissəsi 1919-cu ildə itdi və sanki buxarlandı - söhbət 180 ton qızıldan gedir. Tədqiqatçıların fikrincə, bu xəzinənin böyük hissəsi Yaponiya banklarında saxlanılır. Faizləri də nəzərə alsaq, astronomik məbləğ alınır. Üçüncü Reyxin qızılı 1945-ci il yanvarın 31-də Faşist almaniyasının 27 vaqondan ibarət qiymətli bağlamaları ilə heyət Berlindən yola çıxdı. Bu yük ən sadə qiymətlə 500 milyard rubla ekvivalentdir. Qızılın yarı hissəsi indiyə kimi gizli yerlərdə saxlanılır. Bu gizli yerlərdən birinə təsadüfən Bad-Auszeedə turistlər rast gəlib. Meşədəki sadə görünən ev kərpic yerinə qızıldan olub. Reyxin möhürü olan qızıl külçələri Peruda məşhur yazıçı Yulian Semyonov əlində tutmuşdu. Bu o deməkdir ki, xəzinənin bir hissəsi Latın Amerikasına düşüb. Çilinin eks-diktatoru Avqusto Pinoçet Honkonqda gizli hesablarda 9 tondan ağır olan qızıl gizlətmişdi. Həmçinin onun devrilməsindən sonra Pinoçetin ABŞ-ın banklarından birində 26 milyon dollarıq məbləği aşkarlanıb. İqtisadçıların şərhləri "Financial Consulting Group"un ortağı Vladimir Lupenko deyir ki, əgər bu versiyanı təhlil etsək ki, bu pulları Qəzzafi qızıl ehtiyyatlarını satdıqdan sonra əldə edib, o zaman gəlin, hesablayaq: 2007-ci ildə bir qızıl unsiyasının orta dəyəri 695,39 dollar idi. 2007-ci ilə görə avronun dollara orta nisbəti 1,3415 dəyərindəydi. 20 milyard avronu əldə etmək üçün 1200 tondan çox qızıl "xırdalamaq" lazım idi. Texniki cəhətdən bu, ciddi endirimlə bir neçə mərhələdən sonra mümkündür. Belə satışı ABŞ-ın sanksiyalarını ustalıqla "nəzərdən qaçıran" maaliyyə kompaniyaları ilə məşhur olan Şərqi Avropada yerləşən bank vasitəsilə nəzəri cəhətdən təşkil etmək mümkün idi. Vaxtilə buna bənzər əməliyyatı İran qazını qızılla satın almaq üçün Türkiyə etmək məcburiyyətində qalmışdı. "Lakin bu, çox çətin yol idi", - İFK "Solid"in İnvestisiyaların idarə şöbəsinin rəisi Mixail Korolyuk əlavə edir. Pulları sərhəddən keçirmək üçün çoxlu sayda sadə üsullar var. Və bunun üçün heç kim nəğd puldan istifadə etməyib. Xüsusən də belə böyük məbləğdən söhbət gedirsə. Birincisi, dəniz vasitəsilə işləmək olardı. İndi onlara qarşı təzyiqlər başlasa da, o zaman onlar çox sakit işləyirdilər və tamamilə məxfiliyi təmin edirdilər. Məsələn, çoxları Kiprdən pul keçirdir. Bu pullara burda Rus kompaniyalarının aksiyaları alınır, sonra dərhal satıb nəğd pul götürürlər. İkincisi, 20 milyard avroluq büdcəni bir çantada yaşıl dəhliz vasitəsilə sərhəddən keçirmək mümkündür. Mən investisiya brilyantlarını nəzərdə tuturam. Onlar hava limanında cingilti salmırlar və onları dünyanın hər yerində satmaq mümkündür. Bu, birjası ilə, böyük tələbləri və təklifləri olan böyük bazardı. Faktiki olaraq bu sərvətin yüksək təmərküzünü verir və heç bir təyyarə sifarişinə ehtiyac qalmır. Ərimin ətrafında qəribə insanlar dolaşır Biz Aleksandr Şipilovun keçmiş həyat yoldaşı Fanudə Şipilovaya zəng elədik. Fanudə deyir: – Aleksandrdan oğlum var. Lakin 2006-cı ildən bəri atası bizə baş çəkmir və alimenti də ödəmir. Əvvəl Saşa normal işçi idi. Lakin sonra hansısa qəribə kompaniya ilə əlaqəyə girdi və uzunmuddətli yoxolmalara başladı. Mənim yanıma onun borclu olduğu adamlar, kollektorlar və eyni zamanda hansısa banditlər gəlməyə başladı. Bizdə pul axtarırdılar. Sən demə, Saşa çoxlu kredit götürüb və borca giribmiş. O bu mənzilə qeydiyyatda olduğuna görə onu tez-tez burda axtarırlar. Lakin çoxdandır o bura gəlmir. Çox şükür ki, biz ayrılmışıq. Məhkəməyə görə, mənə beş milyon rubl aliment borcludur, amma ödəmir. Ola bilər ki, sadəcə, pulu yoxdur. O, evin əsas etibarnaməsini hansısa şübhəli şəxslərə verib və onlar bizim evi satiblar. Beləcə, mən çox çətinlikə yenidən iddia edib, məhkəmə yolu ilə evi geri qazandım. Mən Aleksandrı sonuncu dəfə 2006-cı ildə görəndə o, əməlli-başlı əzişdirilmişdi. Danışırdı ki, cinayətkarlar onu kiminsə evində saxlıyırmışlar. Mənə məlumat çatıb ki, Aleksandr böyük pullar üçün ya ukraynalılarla, ya da başqa biriləriylə fırıldaqçılıqla məşğuldur. Lakin mən buna inanmıram. Əminəm ki, o, heç nədə günahkar deyil, onu pis əməllərə məcbur edirlər. "KP"nın əməliyyatı – Şeremetyevodakı 20 milyard avroluq təyyarə - əslində filmin reklamı idi. Günlərdən birində moskvalıları bir sensasiyalı xəbər həyəcanlandırdı. Paytaxt qəzetlərinin birinin ehtimalına görə, 6 ildir Şeremetyevoda pullarla dolu hansısa təyyarə qalıb. 20 milyard avro!!! Sensasiyanı üzə çıxaran jurnalistin sözlərinə görə nə vaxtsa ABŞ İrandan neft almışdı. O qədər çox ki, amerikalılar Yaxın Şərqə nəğd pulun daşınmasında özlərini yormayıb Tehrana çap dəzgahı gətizdirib başında Federal rezerv sisteminin iki zabitini qoymaqla 6 trln. dollar çap elədilər. 1992-ci ildə amerikalılarla iranlarlın arası dəydi. ABŞ bu vərəqləri ləğv elədi. Uzun danışıqlardan sonra avropalıların da cəlb olunması sayəsində ABŞ bu dollarları avroya dəyişərək leqallaşdırmağa icazə verdilər. Bu iş Almaniyada reallaşdırıldı. Lakin alman orqanları iranlılardan 24 saat ərzində pulları ölkə ərazisindən çıxarmağı tələb etdilər. Şeremetyevoda 20 milyard avroluq təyyarə haqqında əfsanə Xatırladaq ki, KİV-in məlumatına görə, 20 milyard avroluq təyyarə Rusiyaya 2007-ci ilin avqustunda çatıb. İstintaqın birinci hissəsində biz qərara gəldik ki, bu, sadəcə uydurmadır. Bəs uydurmanın yaradıcısı kimdir? Jurnalistlərdən başqa belə möhtəşəm uydurmanın yayılması kimə maraqlıdır? Biz variantlardan birini danışdıq və bəlkə də bu, hansısa bir triller kitabın və ya "kinoboevik"in dolayı reklamıdır ki, bu yaxınlarda kirayəyə çıxa və ya kitab rəflərində görünə bilər. Bəs digər variantlar hansılardır? Bunu isə zaman göstərəcək.
2013-10-18
275
AFFA rəhbərliyində Berti Foqts müəmması
Azərbaycan milli komandası dünya çempionatı seçmə mərhələsi çərçivəsində keçirdiyi son 2 oyunda 4 xal əldə etdi. Bu nəticədən sonra Berti Foqtsun komandası tarixində ilk dəfə Dünya və Avropa çempionatının seçmə mərhələlərində 9 xal həddinə yüksəldi. Seçmə mərhələnin ortasında milli komandanın qələbəyə həsrət qalması və Lüksemburq kimi reytinq sıralamasında aşağı olan komandayla doğma meydanda qolsuz bərabərlik əldə etməsi Berti Foqtsun istefasını gündəmə gətirmişdi. Hətta milliyə yerli məşqçinin başçılıq etməsi məsələsi də gündəmdəydi. Amma son 2 görüşdə qazanılan 4 xal vəziyyəti alman məşqçinin xeyrinə dəyişdi. AFFA daxilindəki etibarlı mənbədən "Axar.az"a verilən məlumata görə, federasiya daxilində Almaniyanı Avropa çempionu etmiş məşqçi barəsində fikir ayrılığı var. AFFA-nın vitse preizidenti Elşad Nəsirov və onun komandası alman məşqçinin qalmasının tərəfadrıdır. Mənbə onu da bildirir ki, bir ara Foqtsun istefası gündəmə gələndə Elşad Nəsirov ölkə prezidenti İlham Əliyevi Berti Foqtsun milli komandada qalıb, işini davam etdirməsi üçün inandıra bilmişdi. Xatırladaq ki, İlham Əliyevlə Elşad Nəsirov dostluq münasibətləri ilə seçilir və ölkə başçısı ilə AFFA-nın vitse-prezidenti Lomonosov adına Moskva Dövlət Universitetinin Beynəxalq Münasibətlər fakultəsində qrup yoldaşı olublar. Elə buna görə də, prezidentin yanında Nəsirovun sözü federasiya prezidenti Rövnəq Abdullayevdən daha çox keçərli olduğu bildirilir. AFFA prezidenti Rövnəq Abdullayevlə onun kadrları isə Foqtsu millidən uzaqlaşdırıb, yerinə yerli məşqçi gətirmək fikrindədir. Yerli məşqçi isə son illər "Qarabağ"da Avroliqanın pley-off mərhələsinə qədər yüksəlməyi bacaran Qurban Qurbanovdur. PFL preizdenti və Abdulayev komandasının aparıcı qüvvəsi Ramin Musayev ilə Qurban Qurbanovun yaxın dostluq münasibətləri var. Ümumiyyətlə, bir aralar Rövnəq Abdullayevin göstərişi ilə AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevə "torba tikən" komandada Musayevlə Qurbanov da var idi. Lakin seçmə mərhələnin sonunda əldə edilən 4 xal hadisələrin Foqtsun və onun millidəki himayədarlarının xeyrinə dəyişməsinə gətirib çıxardı. Mənbə onu da bildirir ki, artıq Berti Foqtsun müqavilə məsələsi AFFA-nın İcraiyyə Komitəsində müzakirəyə çıxarılması haqda qərar qəbul edilib və yuxarıdan gələn əmrə əsasən alman məşqçi ilə müqavilə Avro 2016-cı Avropa çempionatının seçmə mərhələsinə qədər uzadılacaq.
2013-10-16
276
Süd Yolunda böyük qaz axını tapıldı
Rusiyanın mətbuatı astronomiya sahəsində baş verən maraqlı bir elmi araşdırmanın təfərrüatını paylaşıb. Məlumatda bildirilir ki, bir qrup alman astoronomu Süd Yolunda çox böyük qaz axını tapıb. 1600 işıq ili uzunluğunda olan ulduzlararası qaz axınının sürəti 17 km/saniyədir. Onu "Spitser" infraqırmızı kosmik rəsədxanasının köməyi ilə aşkar ediblər. Araşdırmaçılar qaz axınını bir neçə spektral diapozonda çəkilmiş şəkillərdə aşkar ediblər. Bu spektral diapozonlar 3, 6, 8 və 24 mikrometrdir. Astronomların qiymətləndirməsinə görə, axında olan qazın ümumi çəkisi 100 min Günəş çəkisinə bərabərdir. Bu astronomik tapıntının müəlliflərinin dediyinə görə, müşahidələr, eləcə də "Galactic Ring Survey" layihəsi çərçivəsində radioteleskopların köməyi ilə də aparılıb, bu axının sürəti və konturunu dəqiqləşdirmək mümkün olub. Mütəxəssislər qaz axını ilə yanaşı eləcə də qaz qovucuğu tapıblar. Ehtimal olunur ki, qaz axınının mənbəyi o ola bilər. Öz işlərində alimlər ehtimal edirlər ki, o Supernova adlı ulduzun partlayışı nəticəsində yaranıb, daha sonra partlayış nəticəsində püskürən maddənin bir hissəsi üfürlmüş şəkildə uzun şleyf yaradıb. Axının uzunluğu ilə sürətini qarşılaşdırıb partlayışın vaxtını təyin etmək olar. Araşdırmaçıların qiymətləndirməsinə görə, bu, təxminən 50 milyon il əvvəl olub. Astronomlar təstiqləyir ki, Süd Yolunda olan qaz axınları haqda təfərrüatlı məlumatlar yoxdur. Hətta onların nəzərini cəlb edən bu ərazidə başqa istiqamətdə hərəkət edən qaz axınları da olub. Araşdırmaçılar ümid edirlər ki, maddələrin xüsusiyyətlərini təyin etdikdən sonra zamanla qalaktik axınların xəritəsini tərtib etmək mümkün olacaq.
2013-09-16
277
Fiziklər böyük kəşfə imza atdı
Hollandiya və ABŞ-dan olan bir qrup araşdırmaçı işığın faza sürətinin 0-a yaxın, şüanın isə sınma əmsalının mənfi olduğu material əldə ediblər. Alimlər təsdiqləyir ki, onların tədqiqi görünən işığın bu cür xüsusiyyətlərini göstərən ilk üçölçülü materialdır. Nümunəyə qeyri-adi xassələr vermək xüsusi strukturun yaranması nəticəsində mümkün olub. Həmin xüsusi strukturun elementi şüalanma dalğasının uzunluğundan xeyli azdır. Bunun üçün alimlər silisium nitritindən olan təcrübə lövhəsinin üzərinə bir neçə gümüşü paralel zolaq çəkiblər. Onlar bunu parofaz çöküntü üsulu ilə əldə ediblər. Nizamlanmış strukturun yaradılması 1967-ci ildə Viktor Veselaqo tərəfindən irəli sürülmüş nəzəriyyənin effektini göstərməsinə səbəb oldu. İşığın faza sürəti materialda demək olar ki, 0-a düşür. Nümunədən 400 nanometrlə keçən işığın fazası cəmi 90 dərəcə, yəni, dalğanın ¼ uzunluğunda yerindən tərpədilib. Mənfi sınma əmsalı olan materiallar adi optikada əlçatmaz olan bir neçə effekti reallaşdırmağa imkan yaradır. Alimlər düşünürlər ki, bu, işıq diodunun effektivliliyinin artmasına, eləcə də yeni cihazların yaranmasına yardım edəcək.
2013-10-16
278
Xərçəngin çarəsi Yapon dənizində tapıldı
Rusiya Elmlər Akademiyası Orta Asiya Şöbəsi A.V.Jirmunski adına Biologiya və Dəniz İnstitutunun alimləri Yapon dənizində yeni növ dərmanlar, antibiotiklər, eləcə də şişə qarşı olan preparatların əsası ola biləcək dərin sularda yaşayan mikroorqanizmlər tapıblar. Bu haqda məlumatı Vladivostokda keçirilən "Sərhədsiz Təbiət" Beynəlxalq Ekoloji Forumda REA OAŞ-ın sədr müavini, REA OAŞ Biologiya və dəniz institutunun direktoru akademik Andrey Adrianov elmi məruzəsində verib. Akademik belə deyir: "Bu il Kuril-Kamçatka yarğanında dərin sularda bir neçə araşdırma aparılıb. Hardasa 5 min metr dərinlikdə yüksək bioloji müxtəliflik aşkarlanıb. Yığılmış 700 növdən yarısı elm üçün tamamilə yeni növlərdir". O xatırladıb ki, 2010-cu ildə Yapon dənizində "Tapıntı" körfəzindən şimalda olan kontinental yamacın araşdırmaları zamanı rus-alman araşdırma ekspedisiyasının iştirakçıları da 3,6 km dərinlikdən 600 növ mikroorqanizm seçərək götürüblər. Bununla belə, onların 1/3-i müasir elmə məlum deyildi. Alimlər güman edirlər ki, onlar yeni bioloji birləşmələrin əsasında yeni növ dərmanlar hazırlaya bilərlər. Adrianovun sözlərinə görə, bioloji aktivlik tapılmış mikroorqanizmlərin 60%-nə məxsusdur və bu aktivliyin yarısı şişə qarşı xüsusiyyət daşıyan aktivlikdir. İndiki halda antibakterial vasitələrin effektivliyinin səmərəliliyini itirdiyi zamanda alimlər tərəfindən aşkarlanmış bu bakteriyalar antibiotiklərin əsası kimi istifadə oluna bilər.
2013-10-16
279
İqbal Ağazadə: Ümid partiyasından olan istefaları həddindən artıq şişirdiblər.
"Ümid partiyasından olan istefaları həddindən artıq şişirdiblər. Üzvümüz olmayan insanlar partiya sıralarından istefa vermələri ilə bağlı bəyanat yayırlar. Partiyadan olmayan insan necə istefa verir?" Bu sözləri "Axar.az"a millət vəkili İqbal Ağazadə Ümid partiyasından olan istefalar haqqında danışarkən dedi. O vurğuladı ki, partiyadan olan istefaları şişirtməkdə maraqlı olan dairələr var: "Bu, məqsədli şəkildə həyata keçirilir və kimlərsə bu işdə maraqlıdır. Görünür, ona görə də bu məsələni daha çox uzadırlar. Sosial şəbəkələrdə müzakirə edənlər məsələni başqa müstəviyə keçirmək istəyirlər. Bu, bizi qətiyyən narahat etmir". İqbal Ağazadə Şəkidən olan istefaların da əsassız olduğunu bildirir: "Bir sıra rayon təşkilatımızdan istefa xəbərləri gəlir. Ancaq bunların heç bir əsası yoxdur. Məsələn, Şəki şəhərindəki istefa əsassızdır. İstefa verdiyi iddia edilən şəxs seçki dairəsində bizim nümayəndəmiz olub. 2 ay əvvəl partiyadan uzaqlaşdırılıb. Partiyanın üzvü olmayan şəxsin belə bir bəyanat verməsi partiyaya qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Faktiki olaraq partiyadan istefa verən iki nəfər var. Onların da hər ikisi müavinlərimdir. Başqa istefalarla bağlı yayılan xəbərlər isə tam əsassızdır".
2013-10-14
280
Gənc yazar Qənirə Paşayevanı plagiatda suçladı
"Müəllifi olduğum kitabın plagiat olması tamamilə absurd fikirdir. Çünki o kitabın tam adı "O" deyil. Bunu iddia edənlər ədəbiyyatdan və müəllif hüquqlarından anlayışı olmayanlardır". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirdi: - Bilirsiniz, plagiat olduğu iddia edilən, "Özümə yolçuluq" trilogiyasının ikinci cildidir. Kitabın tam adı "Özümə Yolçuluq - O"dur. Bu əsərdə Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xətlər üzrə düşüncə yazıları toplanıb. "Özümə yolçuluğ"a daxil olan birinci kitab "Məndən sonra…" adlanırdı və bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən "Özümə yolçuluq" seriyasından çıxan (və gələcəkdə çıxacaq) kitablar, ruhən "O"na bağlı olan, "O"nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləridir. Ona görə kiminsə bunu plagiat adlandırması gülünc görünür və heç bir məntiqə sığmır. Çünki bu silsilədən bir neçə kitab çap edilib. Xatırladaq ki, Tural Balabəyli adlı gənc bir yazar "Millət vəkili Qənirə xanım Paşayevanın "O" adlı yeni kitabının plagiat adlandırır və kitabın adının ona aid olmasını iddia edir.
2013-10-14
281
Ceymi Foks Martin Lüter Kinq rolunda çıxış edəcək
"DreamWorks" studiyası rejissor Oliver Stounla Martin Lüter Kinq barəsində film çəkilişi üçün danışıqlar aparır. Baş rolda Ceymi Foksun çıxış edəcəyi güman edilir. Maraqlısı budur ki, Hollivudda paralel olaraq Amerika Birləşmiş Ştatlarında yaşayan afro-amerikalıların hüquqlarından bəhs edən üç film üzərində iş gedir. Onların içərisində Pol Qrinqrassın "Меmfis", bundan başqa Alabamadakı etirazlardan bəhs edən "Selmа" adlı filmin çəkilişi də var. Əlavə edək ki, siyasi fəalın qohumları sıraladığımız layihələrdən yalnız "DreamWorks" studiyasının layihəsini dəstəkləyir. Martin Lüter Kinqin "Mənim arzum vardı" ("I had a Dream...") adlı əfsanəvi çıxışının hüququ məhz "DreamWorks" studiyasına məxsusdur.
2013-10-14
282
Şayiələr gerçək oldu
Milen Farmerin yeni konsertinin albomunun çıxarılması barədə şayiələr öz təsdiqini tapdı. Albom "Timeless 2013" turu çərçivəsində yazılıb. Qeyd edək ki, bu il sentyabrın 7-dən başlayan albom yazılması dekabrın 9-da satışa çıxarılacaq. Fransız jurnalı "Les Annees Laser" xəbər verir ki, "Timeless 2013" albomunun yeni "BluRay Pure Audio" formatında çıxarılması mümkündür. Qeyd edək ki, Milenin BluReydəki "Monkey Me"adlı yeni albomunun satışı 84000-i ötüb. Bu da öz növbəsində əla nəticə sayılır. Milen Farmerin yeni turu "Timeless 2013" müğənninin "Monkey Me" adlı 9-cu albomuna həsr olunub. Məlumat üçün deyək ki, məşhur müğənni artıq oktyabrda Kiyevdə, noyabrda isə Moskva və Sankt-Peterburqda konsert verəcək.
2013-10-16
283
Van Qoqun yeni əsəri tapıldı
Amsterdamdakı Van Qoq muzeyi, hollandiyalı məşhur rəssam Vinsent Van Qoqun yeni bir əsərinin tapıldığını açıqlayıb. "Montmajourda qürub" adlı böyük mənzərə tablosu norveçli bir kolleksiyaçının evindən tapılıb. Əsəri 1908-ci ildə alan norveçli kolleksiyaçı sonra rəsmin saxta olduğu qənaətinə gələrək onu dama atmışdı. Muzey mütəxəssisləri istifadə edilən vəsaitlərdən və quruluş tərzindən rəsmin həqiqətən Van Qoqa aid olduğunu təsdiqləyiblər. Qeyd edək ki, "Montmajourda qürub" 24 sentyabrdan xalqın ziyarətinə açıqdır.
2013-10-16
289
İkinci dəfə edam ediləcək – şok!
İranda edama məhkum edilən 37 yaşlı məhbus Əlirza M. dara çəkilsə də, dar ağacında 12 dəqiqə qalmasına rəğmən, ölməyib. Həbsxananın ölüxanasında bir gün qaldıqdan sonra məhkumun sağ qaldığı məlum olub. Edamın uğursuzluğu ailəsinin dəfn üçün oğullarının nəşini İranın şimal-şərqində yerləşən Bojnourd şəhərindəki həbsxanadan almaq istəyərkən aydın olub. Səlahiyyətlilərin açıqlamasına görə, məhbusun durumu "düzələr-düzəlməz", edam cəzası yenidən yerinə yetiriləcək.
2013-10-04
292
Eşşək arıları 42 adamı öldürdü
Çində eşşək arılarının hücumu zamanı 42 adam ölüb. Çinin şimalındakı Şanxay əyalətində nadir rast gəlinən eşşək arılarının hücumu zamanı yaralanan 1640 nəfərdən 42 nəfərinin öldüyü bildirilir. Çinin rəsmi "Xinhua" agentliyi məlumat yayıb ki, iyul ayında başlayan hücum zamanı yaralananlar xəstəxanalarda müalicə alırmış. Sonra o bölgəyə mütəxəssislərdən ibarət üç tibbi qrup göndərilib. Şimal-qərb Əkinçilik Universitetinin entomologiya professoru Hua Baozhen hücumun əsas səbəbi olaraq ekoloji dəyişmənin nəticəsində hörümçək və quşlar kimi arı düşmənlərinin sayındakı azalmada olduğunu deyib.
2013-10-17
293
Ekspertiza rəyinin vaxtı məlum oldu
Sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalındakı əməliyyata hazırlıq zamanı həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişmiş jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin vaxtı açıqlandı. Bu barədə "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Aparat rəhbəri Ceyhun Allahverdiyev məlumat verdi: "Bu ölüm faktı ilə bağlı ilkin rəyimizi hadisədən bir gün sonra bildirmişik. Tibbi-yoxlama və analizlər davam etdirilir və artıq yekun rəy qısa müddətdə hazır olacaq. Güman edirəm ki, ən geci oktyabrın 22-də mərhumun ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyini rəsmən açıqlayacağıq". Xatırladaq ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyini ilkin rəyində Elnarə Tofiqqızının ölümün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilmişdir.
2013-10-17
295
Yol polisi Klintonu cəzalandırdı
ABŞ-ın Dövlət katibi olmaq İngiltərədə imtiyaz vermir 2016-cı ildə prezident seçkilərində Demokrat Partiyasından namizəd olacağı gözlənilən Hilari Klintonun Londonun mərkəzində park edilmiş avtomobili yol polisi tərəfindən cərimələnib. Klintonun avomobili üçün 45 dəqiqə boyunca park ödənişi ödənmədiyinə görə yol polisi avtomobili cərimələmək üçün hərəkətə keçib. Polislər avtomobilin üzərinə cərimə kağızını yapışdırmaq istəyiblər. Ancaq Klintonun beş mühafizəçisi polisin qarşısını kəsərək buna mane olmağa çalışıb. Avtomobilin sahibinin kim olduğuna qulaq asmayan polislər bütün etirazlara baxmayaraq, cəriməni yazıblar. İngiltərədə cəzanın etibarlı olması üçün kağız avtomobilin üzərinə qoyulmalıdır. Qreq Brenanın çəkdiyi şəkildə polis işçisinin mühafizəçilərin varlığına baxmayaraq, sakit şəkildə cərimə kağızını aparıb avtomobilin üzərinə yapışdırmağı bacardığı görünür. Polis işçisi "qanunların üstünlüyünü sübut etdiyi" üçün ingilislərin rəğbətini qazanıb. Avtomobili 80 sterlinq (100 AZN) cərimə edilən Klinton həmin ərəfədə Çatham Hausdan mükafat alırdı. Avtomobilin cərimə edildiyi "Müqəddəs Ceyms Meydanı"nda avtomobil park etmək üçün ödənilməli olan yer pulu 3.30 sterlinqdir (4.13 AZN).
2013-10-17
297
MSK sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin "Axar.az"a verdiyi məlumata görə, MSK bügünkü iclasında oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə yekun vuracaq: "Seçki Məcəlləsinin 108 və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanacaq. Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək".
2013-10-17
301
Qaqa soyundu və hər kəsə meydan oxudu
Ledi Qaqa 11 noyabrda satışa çıxaracağı yeni CD-sinin üz qabığı üçün "Artpop" jurnalına maraqlı pozlar verib. Məşhur m "bu mənim sənətimdir və heç kim bir söz deyə bilməz",- dedi və yeni CD-sinin təqdimat mərasimini təmtəraqlı şəkildə keçirəcəyini bildirdi.
2013-10-18
314
Viran qalmış ABU
Elşad Abdullayevin alver müəssisəsi fotokameramızın gözü ilə
2013-10-17
284
Elnarə Tofiqqızının ölüm yolçuluğundakı son sözü: “Qorxuram“ - reportaj
Dünyanı öz rəngində görmək istəyirsənsə, bir qadının gözlərinə bax. Baxacaq cəsarətin varsa, görəcək cəsarətin də olacaq. Bir qadın bütöv bir dünyanı yaşadır gözlərində. O da gözlərində bu dünyanı yaşadanlardan biri idi. Dünyanın sevincini də, kədərini də, həsrətini də gözlərində yaşatmağı bacaran qadınlardan biri... Onsuzluğa açılan qapı... Bu otağa dəfələrlə gəlmişdim, hər dəfəsində də onunla görüşdən sonra illərdir ki, dəyişməyən baxışlarında dünyanı görmüşdüm. Dünya dəyişmişdi, amma onun baxışları dəyişməmişdi. O dünyanın bütün pisliklərini baxışlarında təmizləyib dünyanı bizlərə gözəl göstərmək istəyirdi. Əslində dünyanı gözəlləşdirmək istəyirdi... Baxışları kimi... Qapısı həmişə açıq olardı, bu qapıdan neçə dəfə girmişdim, neçə dəfə nələrisə xatırlayıb kövrəlmişdik, nələrəsə gülmüşdük, gələcək üçün plan qurmuşduq. Günlərin birində bu qapıdan onsuz olan dünyanı yazmaq üçün girəcəyim ağlıma belə gəlməzdi. Bura onun balaca dünyası idi. Zaman-zaman qonaq adı ilə gəlib şərik çıxdığımız dünyası. Bu dünyada sevgi vardı, gələcəyə ümid vardı, sevinc vardı, amma zaman-zaman nəyinsə yarımçıq kəsiləcəyi kimi bir nigaranlıq da vardi. Bu nigaranlığın həqiqətə çevrildiyi o lənətəgəlmiş gündən sonra ilk dəfə bu qapını açdım. Elnarəsiz dünyaya qapını bu dəfə başqa biri açdı mənim üçün. İlk dəfə yoxluğunu onda hiss etdim. Həmişə açıq olan qapısını başqasını açması onun yoxluğunun ilk siqnalı idi. Sonra yeniləri, yeniləri... Elnarənin son qeydi... Bura Elnarə Tofiqqızının Bakı Slavyan Universitetindəki iş otağıdır. Hər şey günlər əvvəl qoyub getdiyi kimidir, qayıdacağı ümidi ilə qoyub getdiyi kimi. Dəyişən bircə pəncərəsinin qarşısında sahibinə sədaqətini solmasıyla göstərən gül, masanın üstündəki solmuş qızılgüllər, kompüterinin üzərindəki şəkli. Bunlar onun yoxluğuna işarədir. Həqiqətləri sillə kimi insanın üzünə çırpan işarələr. Kitabları toplanıb, masasının üstündə qeyd dəftəri, son qeydi yaradıcılıq fakültəsinin tələbələri ilə görüşə dəvət ediləcək şair və yazıçıların siyahısı. Getməmişdən əvvəl sonrası üçün iş planı qurub, amma axı qayıtmamaq kimi bir narahatlığı da olub. Bəlkə iki həyat arasındakı gediş-gəlişdə yaşayıb son günlərini? Kim bilir... "Qorxuram..." Elnarəni burda hamı gülərüzlü, xoşxasiyyət, dekandan daha çox tələbələrin dostu kimi xatırlayır. "Xatırlayır" demək nə qədər acı olsa da. Elnarə barədə danışmaq onlar üçün çox çətindir. Təkcə bir otağı yox, həm də gələcək iş planlarını, qayğılarını bölüşdüyü müavini Manaf Kərimov deyir ki, əməliyyata getdiyi gün səhər saat 10-da son dəfə danışıblar. Bəzən deyirlər ki, insan başına gələcəkləri əvvəlcədən duyur, hiss edir, bəzən sətiraltı da olsa, kiməsə çatdırır. Elnarə də həmin gün əməliyyata getmək üçün "ayağını sürüyüb", bunu da gülə-gülə də olsa, iş yoldaşına çatdırıb: "Həmin gün səhər saat 10-da danışdıq. Əslində, əvvəl həyat yoldaşı Anar bəylə danışdım. Elə bildim Elnarə xanım artıq əməliyyata girib, ona görə özünə zəng etmədim. Anar bəy dedi ki, hələ əməliyyat başlamayıb. Elnarə xanımla danışanda dedi ki, qorxuram, ona görə də əməliyyata gec gedəcəyəm". Beləcə həqiqətən qorxduğu üçünmü, ya başqa səbəbdənmi ölümünə doğru addımı gec atıb. Amma bu da onu xilas edə bilməyib. "Əməliyyat otağında onu hamı gördü" Əməkdaşlar acı xəbəri saytlardan öyrəniblər. Dərhal da klinikaya gediblər. Gördüklərindən dəhşətə gəliblər: "Əməliyyat otağının qapısı açıq idi. Elnarə xanımı gördüm. Üzərinə mələfə çəkmişdilər. Klinikada demək olar ki, həkim yox idi. Hamısı qaçıb gizlənmişdi. Bir-iki nəfər tibb bacısı vardı, onlar da kənarda dayanıb söhbət edirdilər. Gələn hər kəs rahatlıqla əməliyyat otağına girə bilirdi, hamı bir daha oyanmayacaq Elnarə xanımı görürdü. Baş həkimin otağının qapısı açıq idi, amma özü yoxdu. Biz təəccübləndik ki, belə də klinika olar, ölüm baş verib, əməliyyat otağının qapısı açıq, həkim yox. Hadisəni eşidib gələnlərin 70 faizi Elnarə xanımı o otaqda elə gördü" - bunu Manaf bəy deyir. O da hadisə baş verən gün klinika baş verənlərin şahidi olanlardandır. Dediyinə görə belə vəziyyəti heç filmlərdə də görməyib: "Heç olmasa həkimlər gəlib bir başsağlığı verəydi, təsəlli edəydi. Heç kəs yox idi. Bu həmin klinikadakı vəziyyəti təsəvvür etməyə yetərlidir". Elnarəsiz günlərin xatirəsi Elnarə Tofiqqızının vəfatı yaradıcılıq fakültəsinin fəaliyyətinə ciddi təsir edib. Günlər keçib, amma onlar hələ yoxluğuna alışa bilmir. Əslində alışmaq nədir? Həqiqəti qəbul etməkmi? Həqiqəti dəyişməməyin mümkünlüyünü anlamaqmı? Yoxsa həyatın hər anında hər şeyə hazır olmaq bacarığımı? Hər kəs bir adla çağıra bilər, amma alışmağın bir adı da var- unutmamaq. Unutmayıb alışmaq ən çətinidir, ən güclülərin bacardığıdır, sevgilərin ən böyüyü unutmadan onsuzluğa alışanların qismətinə düşür. Elnarə bu sevgiyə layiq idi, layiq olduğu sevgi ilə də köçdü bu dünyadan. Ölüm qoxusu dəyən güllər... Yaradıcılıq fakültəsinin 2-ci kurs tələbəsi Taleh Eminoğlu Elnarə Tofiqqızının son iş gününü belə xatırlayır: "Onu ən çox gülüşü, danışığı ilə xatırlayırıq. Problemləri qətiyyən bildirməzdi. Otağındakı bütün gülləri zövqünə görə seçib. Güllərinə biz qulluq edirik, amma nə qədər qulluq etsək də, biri soldu. Sonuncu gün otaqda hər şeyə əl gəzdirdi, dedi ki, qayıdana hazır olsun. Amma qayıtmadı..." Yaradıcılıq fakültəsi Elnarə Tofiqqızının xatirə gecəsinə hazırlaşır, onunla bağlı çap edilən yazılardan ibarət kitab çapı nəzərdə tutulur. Az da olsa təsəlli... İndi yaradıcılıq fakültəsi Elnarəsiz günlərini yaşayır. Günlər keçəcək, onlar öz dekanlarını həmişə sevgi ilə, xoş təbəssümü ilə xatırlayacaqlar. "Bəlkə"lər həmişə olacaq. Cavabsız sualları da arxada buraxacaq "bəlkə"lər. Amma bəlkə...
2013-10-17
286
Nə üçün Orxan?
...Orxan tutulan gün Əli Taziyevə, "Maqasa" ömürlük həbs cəzası verdilər. Terrorçu idi, "Maqas". Neçə-neçə terror aktının təşkilatçısı. Moskva onun başına milyonlar qoymuşdu. Və nəhayət tutdu. Adi, sıradan bir əməliyyat nəticəsində. Moskvada, təcridxanada saxlanılanda belə "Maqas"la bütün normalara uyğun davrandılar. Srağagün məhkəmə qarşısına çıxardılar, vicdanında günahsız insanların ölümü vardı… "Maqas" kimi Orxan da qatildir. Günahsız bir nəfəri öldürüb. Bəlkə də həmin gün o lənətə gəlmiş binanın qarşısından keçməsəydi, heç bıçağa da əl atmayacaqdı. Orxana bəraət yoxdur, o, cəzasını çəkməlidir. Və böyük ehtimalla çəkəcək də. Amma Orxan hansısa təhlükəli residivist və ya elə həmin "Maqas" deyil deyil axı? Adi bir polis əməliyyatçısının bacara biləcəyini, nədənsə böyük bir OMON ordusuna tapşırmışdılar; daxili işlər naziri Kolokoltsev kabinetində gecələyirdi, Moskva polisinin şefi bütün şəxsi heyəti ayağa qaldırmışdı. Nə baş verirdi axı? Nə təlaş idi bu? "Maqas"danmı qorxurdular? Axı o, həbsdədir. Zakayev uzaq Londonda, Uduqov İstanbulda, Umarov Allah bilir Qafqaz dağlarının hansı mağarasında. Bəs onda nə qovhaqovdur? Yox, əslində bu qovhaqov deyildi. Bu, bir kriminal şou idi. Və Rusiya telekanlları telejurnalistikanın olan-olmayan bütün qaydalarına, normalarına tüpürdülər. Lay divar boyda qara paltarlı OMON-çularıın parkın içərisində boyu 1 metr 65 santimetr olan birisini yerə yıxıb təpikləməsini bütün dünyaya yaydılar. Vəhşicəsinə təpiklənən birisi isə adi, sıradan biri idi. Və hamı ekranlardan evlərə girən bu realiti-şounu həvəslə izləməkdəydi. Hətta uşaqlar da... Orxan qatildi. Orxan mütləq cəzalanmalıdı. Ona bəraət də yoxdur. Amma Orxan nəinki Moskvanı, bütün Rusiyanı belə satmağa hazır olan hansısa rus polisini ələ alıb, hansısa metrostansiyanı partlatmayıb. Rəzilliyin həddinə baxın, qatili təpikləyirlər, vəhşicəsinə döyürlər, sonra vertolyotla düz Moskvanın göbəyinə gətirirlər, onu şəxsən nazir özü qəbul edir və onu zərərsizləşdirən "qəhrəmanları" alqışlayır. Bunun adı doğrudan da şoudur. Amma məni bir şey maraqlandırır. Görəsən nazir Kolokoltsev bu il Moskvada qətl törətmiş bütün qatilləri də belə öz kabinetində salamlayır? Və bu adamların sayı az da deyil ha? Düz 255 nəfər. Hə, bu rəqəm göydən götürülməyib, Rusiya DİN-in rəsmi saytındandır. Bu ilin təkcə yanvar-iyul aylarında Moskvada məhz bu qədər qətl hadisəsi törədilib. Qatillərin hamısı içəridədir. "Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir "Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub" xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur". Bunu Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov deyir. Cənab polkovniklə razılaşmamaq mümkün deyil. O, Moskvadadır, orda görəvdədir. Bəlkə də ürəyinin dərinliyində adi məişət zəminində baş verən bir qətldən şou düzəldilməsinin səbəbələri barədə ehtimalları da var. Amma sıradan bir qatilin saxlanılarkən vəhşicəsinə döyülməsini və bu səhnələrin də telekanllarda nümayişkaranə şəkildə göstərilməsinin "mənasını başa düşmək olmur" deyir. Əslində, burda hansısa məna axtarmaq da düzgün deyil. Bir azdan hər şey bəlli olacaq. Axı, elə həmin telekanalların təbirincə desək, Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub? ...Təxminən 3 ay əvvəl Moskvada işləyən atasının yanına getmiş 21 yaşlı azərbaycanlı Salaməddin Nağıyev orada çayda boğulan 3 azyaşlı qız uşağını xilas etdiyi halda, özü batıb. Hadisə Lyuberetsk rayonunda baş verib. Gündüz saatlarında çayın kənarında gəzən Salaməddin yardıma çağıran qışqırıq səsi eşidib. Qızların çayda boğulduğunu görən azərbaycanlı gənc körpüdən suya tullanıb. O, iki qızın sahilə çıxmasına yardımçı olub. Hətta Salaməddin özü batdığını hiss eləyəndə də üçüncü qızın suyun üzünə çıxmasına kömək edib. Bir neçə dəqiqənin içində isə özü suda görünməz olub. Bu hadisə yayda olmuşdu. Bu hadisə barədə rus telkanalları bircə, hə bircə kadr belə göstərmədi. Hadisənin səhəri günü isə Rusiyanın məhşur portallarından olan lifenews.ru yazırdı. "Mərhumun yaxınları meyitin tapılıb çıxarılması işində yardım üçün yerli polis şöbəsinə müraciət ediblər. Lakin axtarış əməliyyatları bir qədər ləngiyib. Ona görə də mərhumun yaxınları dövlət strukturlarını gözləmədən öz şəxsi maliyyələri hesabına özəl xilasedicilər vasitəsilə axtarışlara başlayıblar. "Biz dalğıclar tapdıq və saatı 4 min rubl olmaqla onlara pul ödədik. Salaməddinin meyiti hadisədən beş gün sonra tapıldı". "Salamı qətiyyən tanımırıq. Amma o, ömür boyu bizim yaddaşımızda əsl qəhrəman kimi qalacaq", - deyə öz həyatı bahasına xilas etdiyi qızların valideynləri Salaməddin haqda deyib. Və Orxan da Səlaməddin də eyni xalqın nümayəndəsidir, bilməmiş olmazlar oralarda. Hə, Azərbaycan vətəndaşlarıdır...həm də. Və sonda…Bir neçə il əvvəl elə həmin Moskvada elə həmin Orxanı cəzalandırmaq üçün küçəyə axışan "skinhedlər" 9 yaşlı tacik qız Xurşidonu evlərinin qabağındaca doğramışdılar. "Skinhedlər"ə verilən cəza isə o qədər yüngül oldu ki? Bəlkə də elə Xurşidonun qatilləri idi iki gün əvvəl Orxanı axtaranlar. Deyəsən tapdılar. "Skinhedlər" təkcə küçələrdə veyillənmirlər, onlara harda desən rast gəlmək olur Moskvada. Hətta Petrovka küçəsi, 38-də belə. Və nəhayət. Baş verənlərdən artıq 3 gün keçir. Azərbaycanın diaspora qurumları isə susur. Millətdən, azərbaycanlılardan danışan Söyün Sadıqov da, ağsaqqal Abbas Abbasov da, Konqresi də. Onlar susan arada isə... Moskvanın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı Ruslan Qaraxanlıdır. Susun, hələ...
2013-10-16
294
Bütün zamanların ən çox gəlir gətirən 10 filmi
Hər il dünya kinoteatrlarında yüzlərcə film nümayişə çıxarılır. Çox böyük büdcəli filmlərlə yanaşı, bəyaz pərdədə yer almağa çalışan kiçik büdcəli filmlərin olması da qaçılmazdır. Əlbəttə ki, Hollivud kimi nəhəng bir sektor olarkən, kiçik büdcəli filmlərin bəyaz pərdədə gözlənilən hasilatı təşkil etməsi çox çətindir. Bəyaz pərdədə yer alan hasilat yarışı, adətən böyük büdcəli filmlərin "hansı daha çox qazanacaq?" mübarizəsinə çevrilir. Bəs görəsən milyonlarca insanı kinoteatrlara dolduran onlarca filmdən hansı ən çox qazandıran filmdir? Bunların hamısını "Miamilla" təqdim edir. 10 – "Oyuncaq hekayəsi" ("Toy Story 3", 2010) 200 milyon dollar başa gələn bu film ümumilikdə 1.06 milyard dollar gətirib. 9 – "Qəraib dənizinin quldurları" ("Pirates of Caribbean: Dead Man’s Chest", 2006) 225 milyon dollar çəkilən bu film 1.07 milyard dollar qazanc gətirib. 8 – "Qara Cəngavərin qayıdışı" ("The Dark Knight Rises", 2012) 225 milyon dollarlıq büdcə, 1.08 milyard dollar gəlir. 7 – "Skayfol" ("Skyfall", 2012) Ceyms Bond əfsanəsinin bir parçası olan "Skayfol"un 200 milyon dollarlıq büdcəsi var, 1.11 milyard dollar gəlir gətirib. 6 – "Üzüklər şahzadəsi: Kralın qayıdışı" ("The Lord of The Rings : Return of The King", 2003) 94 milyon dollarlıq büdcə, 1.12 milyard dollar qazanc. 5 – "Transformerlər: Ayın qaranlığı" ("Transformers : Dark of the Moon", 2011) 195 milyon dollar büdcə, 1.12 milyard dollar qazanc. 4 – "Harri Poter və ölümcül yadigarları - 2" ("Harry Potter and the Deadly Hallows: Part 2", 2011) 125 milyon dollarlıq büdcə, 1.33 milyard dollar qazanc. 3 – "Qisasçı" ("The Avengers", 2012) 220 milyon dollarlıq büdcə, 1.52 milyard dollar qazanc. 2 – "Titanik" (1997) 200 milyon dollara başa gələn bu film 2.19 milyard dollar qazandırıb. 1 – "Avatar" (2009) Filmin çəkilişinə 237 milyon dollar xərclənib, 2.78 milyard dollar qazanc gətirib.
2013-10-16
296
Milyonluq əsərlərin sərgisi keçiriləcək
Nyu Yorkda "Kristi" Hərrac Evində noyabrın 12-si Marko Rotko və Endi Uorholun əsərləri yer alacaq. Marko Rotkonun 1957-ci ildə çəkilmiş "Adsız (№ 11)" rəsm əsərini hərracın favoriti adlandırırlar. Bu əsəri 25-35 milyon dollar həcmində dəyərləndiriblər. "Adsız (№ 11)" əsərini Rotko şöhrətinin ən pik nöqtəsində yaradıb. "Mən istəyirəm ki, seyrçi əsərdən üzünü çevirəndə də onun varlığını günəşin şüasını öz üzərində hiss etdiyi kimi hiss etsin", - Rotko bildirib. Rəssamın indiyə kimi ən böyük məbləğdə dəyərləndirilən əsəri 86,8 milyon dollara satılmış filantrop Devid Punksun kolleksiyasından "Narıncı, qırmızı, sarı"dır. Endi Uorholun "Mercedes-Benz W 196 R Grand Prix Car (Streamlined Version, 1954)" əsəri də bu auksionda yer alır. Onu 12-16 milyon dollara dəyərləndiriblər. Rəsm əsəri 4 metrlik kətan üzərində 1986-cı ildə "Mercedes-Benz" markasının 100 illiyinə həsr olunmuş Daimler Art Kolleksiyasının toplantısı üçün yaradılıb. Bu əsər Endi Uorholun gözlənilməz ölümündən əvvəl yazılmış sonuncu əsərlərindən biridir. Rəssamın hərracda ən böyük məbləğdə satılan əsəri 71,7 milyon dollara dəyərləndirilən 2007-ci ildə satılan "Yaşıl avtomobil qəzası"dır.
2013-10-17
298
Aston Martin Vanquish
Yeni Aston Martin Vanquish güclü performansı, ikonik duruşu, tərzi və mükəmməl görünüşü ilə İstanbul avto şouda sərgilənir. İngilis lyuks idman avtomobil istehsalçısı Aston Martinin yeni admiral gəmisi, nəfəs kəsici super GT "Vanquish" modeli dizayn və mühəndisliyin gəldiyi son nöqtə olaraq model yelpiyinin zirvəsində yerləşir. Aston Martin stendində sərgilənən ən əhəmiyyətli modellərdən biri isə yeni Aston Martın DB9-dur. Yenilənən gövdəsiylə yeni DB9, daha da elastik, axıcı və saf formada quruluş qazanır. Avtomobil, Aston Martinin klassik GT siluetini qoruyaraq, aerodinamika performansını daha da irəliyə aparan dizaynı diqqət çəkir. Müqayisəyəgəlməz cazibəyə sahib yeni Aston Martin DB9, Coupe və Volante variantları ilə təqdim ediləcək. Aston Martin, Autoshow İstanbul 2012 sərgisində "Vantage" seriyasını da avtomobil həvəskarlarına təqdim etdi. V8 Vantage modelində edilən əhatəli yeniliklər ilə birlikdə güclənməyə davam edən V8 Vantage ardıcıllığı artıq daha dinamik stilə sahibdir. 2008-ci ildən bu yana reallaşdırılan ən əhatəli təkmilləşdirmə proqramı çərçivəsində, inkişaf etdirilmiş 4.7 litr həcmli V8 mühərriki və 420 at gücü ilə V8 Vantage bu il ilk dəfə V8 Vantage S modelində görülən bir silsilə yenilik ilə təchiz edildi.
2013-10-17
300
Madonna kinoteatrdan qovuldu
Getdiyi kinoteatrda telefonla mesajlaşaraq çevrəsindəkiləri narahat edən məşhur müğənni Madonna xəbərdarlıqlara rəğmən mesajlaşlamağı bitirməyincə kinoteatrdan qovuldu. Salondakıları narahat edti "Nyu-York Post"un məlumatına görə Nyu-York film Festivalı çərçivəsində "Qulun 12 ili (12 Years A Slave)" filmini izləmək üçün kinoteatra gələn Madonnanın qovulması xəbərini Alamo Drafhaus kinoteatrlarının müdiri Tim Liqa da tvitter hesabında təsdiq edib. Madonna mesajlaşaraq ətrafındakılara qarşı hədsiz dərəcədə kobudluq nümayiş etdirərək, dolayısı ilə hamını narahat etdiyini yazan Liq, "kinosevərlərdən üzr isətəyənə qədər Madonnanın Alamo kinoteatrlarına girişi qadağa edilib",- dedi. Madonna qovulandan sonra açıqlama vermədi Film tənqidçiləri Çarlz Teylor feysbuk vasitəsi ilə hadisəni belə şərh edib: "Yanımdakı bir qadın Madonnanın çiyninə toxunaraq telefonunu söndürməsini istədi, Madonna isə pıçıltıyla: "Bu, işlə əlaqədardır, qul taciri!" - deyə cavab verdi. Stiv Makquinin rejissoru olduğu, Çivetel Ecoforun baş rol aldığı "Qulun 12 ili (12 Years A Slave)" filmi, qaçırılaraq illərlə qul olaraq işlədilən Afrika əsilli bir amerikalının həyatından bəhs edir.
2013-10-17
302
“Qurdlar Vadisi Pusu” heç vaxt bitməyəcək
11 ildir ekranlarda reytinq rekordları qıran "Qurdlar Vadisi" serialının ssenaristi Bahadır Özdənər, "Yeni Şəfəq" qəzetinə verdiyi müsahibədə müxbirin ""Qurdlar Vadisi" tamaşaçısı ilə AKP seçicisi arasında bir paralellik görürsünüzmü?" sualını belə cavablandırıb: "Ən paralel olduğumuz tərəfdir. AKP də, "Qurdlar Vadisi" də 11 ildir iqtidardadır. Sosioloqlar 90 dəqiqələrini ayırıb bizi izləsə və bunu araşdırsa, görərlər. İraqda şiə, sünni və sələfilər bir-birilərinin məscidlərini bombalayarkən, cümə axşamları "Qurdlar Vadisi"ndə görüşürlər". 100 ilin davası adlandırılan "Ergenekon" davasını da seriala əlavə edən ssenarist bunları da deyib: "Biz tamaşaçımıza ilk gündən vəd etdik ki, yaşanacaq hər şeyi öncədən seyr edəcəksiniz. Hər hansı bir məlumata istinad etmədən mafiya dövrünün bitəcəyini dedik. Bu yolun sonuna gəlindiyini və bu gedişatın dəyişəcəyini dedik, dəyişdi. Türkiyə daxilində dərin oyunlar oynanılacağını dedik, oynanıldı. Bunun köklərinin olduğunu, Məbədçilər, Evangelistlər olduğunu dedik, bir-bir, iki-iki ortalığa çıxmağa başladılar. Biz zatən "Ergenekon" məhkəməsindən çox əvvəl bunları demişdik". Bahadır Özdənər serialın nə zaman sona çatacağı sualını da cavablandırıb: "Həqiqətən bilmirəm. Ancaq insanlara olan sevgimizi allah bizdən almadıqca yorulmaq yoxdur. Son nəfəsimə qədər bundan bezməmək üçün allaha yalvarıram. Çünki bu imperialistlər, kapitalistlər, bu insanlığa düşmən kəsilənlər heç yorulmurlar. Bizə də yorulmaq olmaz".
2013-10-17
303
DAK Rusiyadakı hadisə ilə bağlı bəyanat yaydı
Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, DAK Rusiyada Azərbaycanlılara qarşı başladılan kampaniyanı pisləyən bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik: "Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqalər davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Bununla yanaşı, SSRİ məkanında olmuş dövlətlərin əksəriyyəti bu gün də müştərək təhsil sistemini və istehsal münasibətlərini qoruyub saxlamaqdadırlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial–iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də, köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Fedarasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac vermişdir. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qism də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışıyla məşğuldurlar. Məlumdur ki, bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar ölkəyə xoş gündən gəlməyiblər. Belə humanitar faciələrə dünyanın hər yerində anlayışla yanaşılır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Amma qonşu ölkədə nəinki bu nəzərə alınır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır. Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat cavabı deyildir. Çünki min illərdən gələn bir kəlam var: cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər, hər gün, dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək, günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır. İnsan haqları, beynəlxaq hüquq və Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da, Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta terrora və ya terrorçu təşkilata görə də bütöv xalq günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər. DAK belə hesab edir ki, Rusiyada baş verən son hadisələr bir təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır. Bu və bunabənzər olaylar Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz milli, insanı ləyaqətlərini, millətimizim adını qorumaqla yanaşı, yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq. Sabir Rüstəmxanlı DAK həmsədri
2013-10-17
304
Orxan Zeynalovun günahsız olması xəbəri yayılıb
Rusiya mediasında, əsasən də sosial mediada ötən gün baş verən cinayətlə bağlı yeni detallar yayımlanıb. "Axar.az" Rusiyadan olan bloqçulara və internet yazarlarına istinadən xəbər verir ki, həmyerlimizə qarşı irəli sürülən cinayət işinin qurama olmasını təsdiq edən yetərincə detallar var. Bu detallarda xüsusən vurğulanır ki, Orxan Zenalovun cinayətdə əli olmayıb və onu etirafa məcbur ediblər. Bütün oyunlar Rusiyanın hakimiyyətdaxili çəkişmələrinin nəticəsidir. Məqsəd isə, Moskva meriyasının Berelyova meyvə-tərəvəz bazasının ərazisini zəbt etmək olub. Rusiyadan olan internet yazarları qeyd edir ki, burda bir neçə şübhəli nüanslar var. Bunların biri də Moskva merinin açıqlamasıdır: "Dünən Moskva meri Sergey Sabayanin deyir ki, bazar Moskva ətrafı rayona köçürüləcək. Boşalmış ərazidə yeni infrastruktur yaradılacaq. Yeni layihənin bir neçə milyard qiyməti var. Bazarın köçürülməsi haqqında qərar verilən kimi, "çoxmilyardlı" layihə hazırlamağa necə imkan tapdılar görəsən?! Axı bu, qeyri-mümkündür!" Rus bloqçuları daha maraqlı bir faktın üstünü açır: "Bazaya hücum edənlər isə, FSB-nin provakatorları olublar, bunu rus millətciləri bir səslə deyir və Manej meydanında qarışıqlıq zamanı iştırak edən provakatorların eyni qaydada Berelyovada da işlədiyini şəkillərlə isbat edirlər. Bundan başqa,videolent quraşdırmadır və bununla bağlı ekspert rəyi var".
2013-10-17
305
Ruslar Türkiyədə nüvə stansiyası tikəcək
Rusiya xarici işlər nazirinin köməkçisi Aleksey Meşkov Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə baş naziri R.T.Ərdoğanın payızın sonunda Moskvada görüşəcəklərini bildirib. "Haberler.com"un xəbərinə görə, A.Meşkov Rus xəbər agentliyi "Ria Novosti"yə verdiyi müsahibəsində keçən ilin dekabrında Rusiya prezidenti V.Putinin Türkiyə səfəri əsnasında təşkil edilən Ali Əməkdaşlıq Şurasının üçüncü toplantısının Ərdoğan və Putinin liderliyində çox uğurla keçdiyini deyib. Meşkov, "Bu il payızın sonunda Moskvada reallaşdırılacaq AƏŞ dördüncü toplantısını keçirməyə hazırlaşır. Liderlərimiz toplantıda əməkdaşlığımızın illik nəticələrini nəzərdən keçirərək, gələcək üçün yeni hədəflər təyin edir",- deyib. Meşkova görə, iki ölkə arasında əməkdaşlıq çərçivəsində ən əhəmiyyətli layihələrdən birincisi Akkuyuda (Ağquyu) tikiləcək 20 milyon dollarlıq nüvə stansiyası layihəsidir.
2013-10-17
306
Qladiator Cem Yılmazla yemək masasında
Məşhur "Qladiator" filmindəki unudulmaz Maksimus xarakteri ilə yadda qalan Rassl Krou Türkiyənin məşhur komediya ustası Cem Yılmaz ilə yemək masasında görüşüblər. Krou Türkiyədə çəkəcəyi "Su Allahı" ( The Water Diviner) adlı film haqqında danışdığı yemək süfrəsi gülüş və qəhqəhələrlə keçib. Krou tvitter hesabında "Cem Yılmazla axşam yeməyindəyik. Çaqqal çəngəlimi oğurlamağa davam edir. Cem Yılmaz yaxşı adamdır. Yaman da zarafatcıldır. Bunu bilən tək mənəmmi?" tvitini paylaşıb.
2013-10-18
307
İstiqlalımızın əleyhinə səs verənlər kimlər olub?
1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Bəs suverenliyimizin əleyhinə kimlər səs verib? "Axar.az" dövlət müstəqilliyimizə qarşı səs vermiş millət vəkillərinin siyahısını təqdim edir: 1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri, 2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri, 3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini, 4. Fikrət Sadıqov – "Azərkimya" DŞ-nin keçmiş prezidenti 5. Samur Novruzov – sabiq nazir, vəfat edib 6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri 7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü 8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı 9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat 10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur 11. Zeynəb Xanlarova – xalq artisti, deputat 12. Madər Musayev –3 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib 13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı 14. Gennadi Timoşenko – sabiq deputat 15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir 16. Əli Həsənov – Baş nazirin müavini, "Qaçkınkom"un sədri 17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri 18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı 19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri 20. Aslan Süleymanov – işsiz 21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı 22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı 23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı 24. Tapdıq Kamalov – sabiq deputat 25. Rüfət Əsədov – Nazirlər Kabinetində şöbə müdiri 26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı 27. Arif Mövsümov – Nazirlər Kabinetində şöbə müdiri, vəfat edib 28. Cahangir Hüseynov – deputat 29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir 30. Telman Orucov – ADP-nin keçmiş katibi 31. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri
2013-10-18
308
28 “Zapı”lı ocaq - FOTO
Bir vaxtlar öndə gedən avtomobillər siyahısında olan "Zaporojeç"ə - "Zapı" adını almış bu minik avtomobillərinə - indi şəhərimizdə çox nadir hallarda rast gəlirik. Elə bu səbəbdən də gördüyümüz "Zapı"nın sahibiylə bir neçə kəlmə söhbət etdik: Maşın xəstəsi - Adım Nəbidir, özüm "Sovetski" uşağıyam. Belə demək olarsa, maşın xəstəsiyəm. Bu "xəstəlik" də mənə atamdan keçib. Atamın nə az, nə çox - iyirmi səkkiz "Zapı"sı olub. On bir dənə də mənim. Hal-hazırda sürdüyüm "Zapı" on birincidir. Bu maşın 1991-ci il istehsalıdır, özü də eksport variantdı. Bu modeldə güzgülər və "kapot" (ön hissə ötrüyü) fərqlidir. Mühərrik adətən bunlarda 30-luq və 40-lıq olur. Məndə isə 45-lik mühərriklə yığılıb. Maşının bu vəziyyətə gəlməsi üçün üstünə 8.000 manat pul qoymuşam. Etdiyim əlavələr: arxa və qabaq işıqları "ksenon" qoydurmuşam, qabaq oturacaqlar 60 "kuza"lıq "BMW 5"in oturacaqlarıdır. Hətta oturacaqlarda qızdırıcılar da var. Oturacaqlar təmiz dəri, maşının tavanı isə "alkantar" və "nabuk"la yığılıb. Üstəlik, maşında monitor və bahalı təkərlər var. Maşında 8 "kalonka" və 2 səsgücləndirici də var. Hələ 2 "basavik"im də varıydı, indi çıxarıb qaraja qoymuşam ki, arxada adam otura bilsin.
2013-10-18
309
Roberto Karlos
Roberto Karlosun cinah müdafiəçisi kimi vinger keyfiyyətləri hələ ilk klubu olan "Unio San Xuan" klubunda çıxış edərkən kəşf olunub. Gələcəyin ulduzunu futbol seloksienerləri San Paulu yaxınlığındakı kiçik "Qarsa" qəsəbəsindən tapıblar. Karlosun ailəsi çox kasıb olub. Roberto və üç bacısı kiçik bir otaqda qalırmışlar. Uşaqların oyuncaqları çox az idi, amma buna baxmayaraq, Karlosun atası kiçik yaşlarından ona top hədiyyə etmişdi. Buna görə də gələcəyin ulduzunu evdə tapmaq olmurdu. Sol cinahın ağası Artıq 14 yaşında Roberto Karlos "Unio"nun əsas heyətində oynayırdı. Əvvəl mərkəzdə oynayan futbolçunu daha sonra məşqçilər sol cinaha çəkirlər. Buna səbəb isə Karlosun sürətli cinah keçidlərindən cinahda istifadə etmək idi. Məşqçilərin eksprimetləri özünü doğruldur və Karlos uzun illər dünya futbolunda sol cinahın ağası olur. 35 metrdən qol 16 yaşında futbolçu Braziliya U-16 millisinə dəvət alır. 18 yaşında gənclər millisində debut edir. İki il sonra isə onu "Palmeyras" öz heyətində qatır. Artıq yeni klubunun heyətində "San Paulo" qarşı ilk oyunda Karlos uzaq məsafədən mükəmməl qol vuraraq "Palmeyras" azarkeşlərinin ürəyini fəth edir. Növbəti turlarda da bəstəboy futbolçu rəqib komandanın qapıçılarını məyus etməyə davam edirdi. Onun "Qremio"nun qapısına 35 metrdən vurduğu top isə Braziliyada hələ də yaddaşlardadı. 22 yaşında əvəzolunmaz Təəssüflər olsun ki, 1994-cü ildə Amerikada keçirilən və Braziliyanın dünya çempionu olduğu mundialda Karlos heyətdə yer ala bilmir. Həmin il onun yerinə məşqçilər Brankoya güvənmişdi. Amma bir ildən sonra Kopa Amerikada Karlos millinin əsas oyunçusu sayılırdı. Braziliya finalda penalti vuruşlarında Uruqvaya məğlub olsa da, Karlos mükəmməl oyunu ilə artıq 22 yaşında millinin əvəzolunmaz futbolçusna çevrilmişdi. Saatda 140 kilometrlik sürət Bir çox braziliyalı futbolçular kimi Karlos da Avropaya üz tutur. Futbolçu "İnter"də keçirdiyi bir il ərzində 5 qol vursa da, komanda yoldaşları ilə anlaşa bilməməsi onun İtaliyadan getməyinə səbəb olur. 1996-cı ildən Madrid "Real"ına keçən futbolçunun ulduzu İspaniyada parlayır. "Real"dakı oyunu ilə Roberto Karlos dünya futbolunun ulduzuna çevrilir. Artıq "Kral klubu"nun heyətində keçirdiyi üçüncü oyunda bəstəboy ulduz sürətli cinah reydi ilə "Betis"in qapısından mükəmməl qol keçirir. Az sonra qəzetlər futbolçunun saatda 140 kilometrlik sürətlə qaçmağından yazırdı. Futbolçu həmçinin 100 metr məsafəni 11 saniyədən də tez qət edirdi. "Sambaçı" təkcə göstərdiyi oyunla yox, həm də meydandankənar hərəkətləri ilə "Real" fanatlarının qəlbinə yol tapmışdı. 1998-ci il Fransa uğursuzluğu Karlos "Real"da bir ulduzun arzuladığı mümkün olan bütün titulları qazanıb. 1999-2000 və 2002-ci ildə Çempionlar Liqasının qalibi olan futbolçu 1998-2002-ci ildə klublararası dünya çempionluğu qazanır. Bundan başqa o, üç dəfə İspaniya çempionluğunu, iki dəfə ölkə Superkubokunu əldə edib. Braziliya millisinin heyətində 1995-ci ilin uğursuzluğundan sonra Karlosa iki dəfə Cənubi Amerika çempionluğu yaşamaq qismət olur. 1998-ci ildə Fransada keçirilən dünya çempionatı futbolçu üçün uğursuz keçir. Braziliya millisi finalda Fransaya 3:0 hesabı ilə yenildi. Braziliya Zidanlı Fransa qarşısında "diz çökdü". Çin səddini aşmaq Buna baxmayaraq, dörd il sonra əfsanəvi müdafiəçi millisi ilə birlikdə dünya çempionluğunu qazanır. Mundial Karlos üçün qrup mərhələsində Çinin qapısına yol tapmaqla əlamətdar olur. Roberto möhtəşəm qollarını mundialdan sonra da vurmağa davam edirdi. 2003-2004-cü ilki Çempionlar Liqası mövsümündə Marsel "Olimpik" ilə qarşılaşmada Karlos yenə özünəməxsus şəkildə topu rəqib qapısından keçirdi... Əlbəttə ki, başqa bir əfsanə sayılan Devid Bekhemin ötürməsindən sonra. Peyğəmbərlik yaşında qürub 2006-cı ilə Almaniyada baş tutan dünya çempionatında Karlosun 33 yaşı var idi. Futbolçu üçün bu yaş dövrü karyerasının qürub çağı sayılır. Bu çempionatda Braziliya yenə Fransa səddini aşa bilmədi Və müdafiəçi milli karyerası ilə vidalaşdı. Sonuncu dayanacaq Onun sonrakı karyerası Türkiyə ilə bağlıdır. 2007-ci ildə Türkiyənin "Fənərbağça" klubu braziliyalı futbolçunu heyətə qatır. 2 il İstanbulda oynadıqdan sonra doğma vətənə qayıdır. 2 il "Korintians"ın uğurları üçün tər tökdükdən sonra Rusiyanın varlı klublarından olan "Anji" onu heyətinə cəlb edir. Karlos futbolçu karyerasını "Anji"nin heyətində 2012-ci ildə başa vurur. Bir müddət Mahaçqala klubunda rəhbər vəzifə tutduqdan sonra bu mövsümün əvvəlində Türkiyənin "Sivaspor"klubunun başına keçir. Futbolçu kimi dahi olan Karlosun məşqçi kimi də dahi olacağını demək olmaz. Amma o futbol tarxində artıq öz adını yazdırıb...
2013-10-18
310
“Davay, dosvidaniya”nın müəllifi başqa meyxanaçıdır?
Layihənin qonağı Oqtay Kamildir. Meyxanadan çıxan ruzi - Meyxana mənimçün həm gəlir mənbəyi, həm də həyatının ayrılmaz hissəsidir. Əvvəl sən sənətə xeyir gətirirsən, sonra sənət sənə. Ucuz meyxanaçıları sevənlər çoxdur - İndiki meyxana və meyxana deyənlərlə bağlı fikirlərim həm yaxşı, həm pis. Yaxşı tərəfi odur ki, meyxana sənəti üçün əlverişli imkanlar yaranıb. Pis tərəfi isə odur ki, peşakarlıqdan uzaq olan meyxanaçılar da bu imkanlardan istifadə edib xalqı ucuz meyxanalarla aldada bilirlər. Təəssüflər olsun ki, belələrini də çox sayda sevənlər var. Meyxanaçıya mütaliə lazımdırmı? - Meyxanaçıların böyük əksəriyyəti savadsızdır. Xoşagəlməz hal odur ki, nəinki meyxana deyənlər, ümumiyyətlə gənclər bu dövrdə mütaliədən uzaqdırlar. Meyxanaçılara gəldikdə isə onlar mütləq mütaliə etməlidirlər ki, söz bazası, fantaziya yetərincə formalaşsın. Özünün son oxuduğu kitab - Viktor Hüqonun "Səfillər"i. Əsl meyxana qalıb kənarda - Təbii ki, meyxananın müsiqinin müşayiəti ilə deyilməsi tarixiliyə xələl gətirir. Amma musiqili meyxananı musiqi üzərində deyib, meyxananın öz qanunlarını qorumaq şərtilə normal qaydada camaata çatdıra bilirsənsə, gözəldir. Bir var, sənətə yenilik gətirmək, bir də var, sənətin özünü yeniləşdirmək. İndi musiqili meyxanaya təlabat o həddə çatıb ki, əsl meyxana qalıb kənarda. Dövlət bizi maliyyələşdirsə - Mən deyişmə tipli meyxanaların tərəfdarıyam. Çünki əsl sənət odur. Düzdür, son zamanlar musiqili meyxanalara daha çox yer ayırmışam. Təəssüf olsun ki, indi keyfiyyətli söz, mənalı fikir tələb edən xiridarlar çox azdır. Biz də məcburuq ki, böyük əksəriyyətin daha çox tələb etdiyi musiqili meyxanalardan deyək. Əgər dövlət bizi maliyyələşdirsə, mən şəxsən musiqili meyxanalar demərəm. Musiqili meyxananın atası - Pərviz Bülbüləli?.. - Yox, razı deyiləm. Musiqili meyxanalar ondan öncə də olub. Nümunə üçün Nizami Rəmzini, Elçin Maştağalını və dostumuz Vüqar Abdulovu göstərmək olar. Pərvizin sənəti imkan vermir... - Elşən Xəzərlə fars ritmi üstündə olan dillərə düşən "Davay, bebe" adlı meyxanamızın "Davay, dosvidaniya"dan qabaq olduğunu xiridarlar yaxşı bilir. Elə Pərviz də bizim meyxananın uğur qazandığını görüb, bu ritmdən istifadə etdi. Bir sözlə, Pərviz bu işdə ikincidir. Onun birinci olmağına həm yaşı, həm sənəti imkan vermir. Ehtiram-İntiqam qardaşları - uğur var, məhsul yoxdur - Sizə bir şey deyim. "Davay, dosvidaniya" dillərə düşdüyü ərəfədə Rusiyada idim. Yeni il ərəfəsi olduğuna görə bir çox restoranlarda şou-proqramlar keçirilirdi və əksəriyyəti də İntiqam-Ehtiram qardaşlarını dəvət etmişdi. Hətta yolun kənarındakı bir reklam lövhəsində şəkillərini də gördüm. Bunu görəndə həm sevindim, həm kədərləndim. Sevindim ona görə ki, bu iki insan bizim millətimizi təmsil edir. Kədərlənməyin səbəbi isə odur ki, Vüqarın sözü ilə desək, Ehtiram və İntiqam qardaşlarında uğur var, məhsul yoxdur. Onların rus dilində dedikləri meyxanada qrammatik səhvlər var – baxmayaraq ki, özüm ruscanı o səviyyədə bilmirəm. Misal üçün "odin raz çelavay, do svidaniya" sətirini göstərmək olar. Orada "celavay" yox, "poçeluy" olmalıdır. Çoxları mənə deyir ki, Ehtiramgil bu meyxananı əslində məndən oğurlayıb. Ancaq elə deməzdim. Burda ciddi təsirlənmədən söhbət gedə bilər. Samirə ilə münasibətlərimiz olub - Meyxana xanım üçün deyil. Mügənni kimi tanınan Samirə xanımla qarşı-qarşıya dayanıb meyxana demək ideyası isə "De, gəlsin" meyxana yarışmasının aparıcısı Yusifdən gəldi. Samirə xanımla barəmizdə dolaşan şayiələrə gəlincə, bu məsələni bir cümlə ilə cavablandırmaq istəyirəm: Aramızda nə olubsa, dini qanunlardan kənar olmayıb. Seçkiyə getməyəcəm, çünki... - Yox, mən seçkiyə getməyəcəyəm. Çünki bitərəfəm. Hazırdaki hakimiyyətin nə lehinəyəm, nə də əleyhinə. Çünki çox barışmadığım haqsızlıqlar var. Düşürəm ki, möhtərəm cənab prezidentimizin baş verən bu haqsızlıqlardan xəbəri yoxdur. Əks halda, bütün dövlət qurumlarında baş verən neqativ hallar aradan qaldırılardı. Meyxanaçı - İran filmində... - Həmişə yenilik axtarışındayam. Hazırda, meyxanadan əlavə bir kitab üzərində işləyirəm. Onu da deyim ki, üzərində işlədiyim əsərin İranda film çəkilişi planlaşdırılır. Əgər baş tutsa, baş rolda özüm olacağam.
2013-10-18
311
Bayırdan Bayıla… Bayıldan bayıra
Bayırdan Bayıla… Bayıldan bayıra Adı gələndə hər kəsdə vahimə yaradan bu məkan haqda çox yazıb, çox danışıblar. Əslində, paytaxtımızın qədim yaşayış məskənlərindən olan Bayıl yaylası haqda daha çox xoş sözlər yazmaq mümkündü. Amma Bayıldan danışarkən istər-istəməz yada indi tarixin səhifələrinə gömülməkdə olan türmə düşür. Mənim Bayılla ilk "tanışlığımın" da yaddan çıxmayacaq anları çox olub. Qalın, "quş uçmaz", "yel adlamaz" divarlarla əhatələnmiş bu "qala" divarları arasında çoxlu sirlər yatır. Kameraların divarlarına hopmuş qan izləri, göz yaşları, inilti-hıçqırtı düşüncələrinin hakiminə çevrilir. Dustaqların danışdıqları hekayətlər, "başa gəldilər" qorxulu və sehrli bir nağıla da bənzəyir. Bayıl türməsinin həyətindəki ağacların sıx yarpaqları da insana sərinlik vermir. Bu ağaclarda da bir hüzün, matəm yarpaqlayır, çiçəkləyir. Əsasən dekorativ ağaclardan ibarət olan bu yaşıllığın içərisində Abşeron təbiətinə xas olan ağaclar da var. Tut, əncir, zeytun və sair… Sözsüz, bu ağaclara qulluğu "mastoviklər", yəni "zona" çıxmağa ehtiyatlanan, "qrexi" olan, yaxud başını nə cürsə dolandırmağa çalışan az "sroklu" məhkumlar edir. Görünür, elə buna görədir ki, bu ağacların bəhrəsi, beş addım o yanda – qalın hasarların o biri üzündə bitən ağacların bəhrəsinin tamını vermir. Bunu söhbət etdiyim, yönü bu tərəflərə bir neçə dəfə düşən köhnə dustaqlar deyir. Elə "nadzorlar" da, "DPN"ka işçiləri də bunu təsdiqləyir. Bir dəfə mənə kənddən əncir ağacının barından gətirmişdilər. Əncirdən dadan əslən laçınlı olan zabit belə dedi: "Burdakı ağacdan bir neçə əncir dərdim, tamından qan-irin iyi gəldi". Bir dəfə görüşümə gələn doğmalar vasitəsilə azyaşlı qızıma Bayıl türməsinin həyətində əkilmiş güllərdən bir neçəsini dərib göndərmək istədim. Yarım saatlıq görüşün sonunda çiçklər təmiz solmuşdu, ətri isə demək olar ki, dərəndə belə yox idi. Sonralar "Bu çiçəyin rəngi niyə solubdu" adlı şeir yazdım. Elə Bayılda olarkən "Ulduz" jurnalında dərc olundu. "Burda darıxmaq olmaz" şeirlər kitabımda bu və buna bənzər şeirlər öz əksini tapıb. Bayırdan Bayıla hansı ovqatla "daxil olursansa", elə Bayıldan da bayıra eyni ovqatda köklənirsən. Getdik piano çalmağa Bunu balacaboy, qıyıqgöz, sifətində dünyanın bütün namərdliyi əks olunan kiçik ədliyyə serjantı dedi. "Birincilər" – ilk dəfə həbs olunan bizlər bir-birimizə baxdıq. "Köhnələr", barmaq izlərimizi götürəcəklər dedilər. 1-ci korpusun 2-ci qatında növbə ilə bizi aparıb qarşıdan və profildən şəklimizi çəkib, barmaqlarımızı mürəkkəbə batırıb xüsusi nömrələnmiş, adımız və təqsirləndirildiyimiz maddələr qeyd olunmuş blankların üzərində piano çalırmış kimi gəzdirdilər və bir çox mənasız suallarla sorğu-sual etdilər. Səhhətimizlə də maraqlandılar. Həkim nəzarətindən keçirib, döyülüb –döyülməməyimizi, hər hansı işgəncəyə məruz qalıb-qalmamağımızı da soruşdular. Həkimdən çox piştaxta arxasında oturan satıcıya oxşayan dazbaşın birisi "iki şirvan verməlisiniz, sizin hər hansı bir xəstəliyiniz olsa, mən müalicə edəcəm" dedi. Təzələrdən təkcə mən, köhnələrin isə hamısı iki "şirvan"ı həkimə çox gördü. Burda hava da pulnandı Adımı, soyadımı qeyd edən həkimə "sənə niyə pul verməliyəm ki" deyib, "dikbaşlıq" etdim. Gülümsədi. Maddəmlə mürciət etdi: "311 ( bu maddə rüşvət almaqda təqsirli bilinənlərə şamil olunur – F,B), aldığından istədim də… vermirsən canun sağ olsun! Burda havanı da pulnan verirlər". Düz də deyirdi. İsti yay günlərində balaca, dar kamerlarda havasızlıqdan ciyərlərımız pörşələnəndə növbətçilər "kormuşka"nı bağlayırdılar. "Kormuşka" kameraların qalın dəmir qapılarındakı balaca nəfəsliklərdi ki, əslində burdan dustaqlara yemək paylanır. Qanunla bu "fortuçka" ancaq ərzaq və digər əşyalar veriləndə açılır və bir-neçə dəqiqədən sonra bağlanır. Bir neçə manatın müqabilində bu "kormuşka"lar açıq qalır ki, dəhlizdən sərin və təmiz hava içəri daxil ola bilsin. Ümumiyyətlə, hər yerdə olduğu kimi, burda da pul əsas rol oynayırdı. Amma 1-ci korpusun 1-ci qatının starşinası gizir Xeyrulla belə xırdaçılıqlara yol verməzdi. Bu kişi doğurdan da dustaqlarla mehriban idi və hər kəsin işinə yaramağa çalışırdı. Məhz buna görə də dustaqların ona etdiyi "hörmət" halallıqla olurdu. Ona ötürülən pulu geri qaytarmasa da, heç vaxt dili ilə kimsədən pul və ya ərzaq, sabun, mer-meyvə istəməzdi. Güclü yumor hissi vardı və köhnə dustaqların təzələri "prikola" tutması zamanı bəzən tərəf kimi əylənməyi də "şəninə sığışdırırdı". Bir dəfə belə bir hadisə oldu. Bazarlıq Bir nəfər narkotikaya meyilli cavan oğlan, gənc bir qızın boynundan qızıl zəncirini qopararaq aradan çıxmaq istəyərkən, elə həmin qızın çevikliyi sayəsində ələ keçmişdi. İndi həmin cavan 25-ci kamerada özünü qınamaqla, taleyindən şikayətlənməklə dustaq ömrünə vərdiş etməyin yollarını arayırdı. Dikbaşın və özündənrazının biri idi, həm də. Mir Aqil adlı Cəlilabaddan olan dustaq deyirdi ki, adə, a bala, sən hələ duzlağa çatmamısan? Başa düşmürdü ki, bu onun hələ "duza getməsinə" işarədi. Dustaqlığın özünün başqa yolları, əxlaq və davranış qaydaları var. Bu adamın nəzərində təkcə mən cinayətkar, daha doğrusu "svoyski" deyildim. Özünü "bu yolun yolçusu" sayan bu adam, "pristupnı mir"in sayılmışlarından olacağını tez-tez dilinə gətirməklə hər kəsdə ikrah hissi oyadırdı. Əslində, kameradakılar da, Bayıldakı adminstrasiya da mənimlə bağlı onun kimi fikirləşirdi. Mən onların nəzərində yolu səhv salmış "posajir" idim. Hörmətimi saxlayır, maraqlandığım bütün xırdalıqlara aydınlıq gətirirdilər. Yazı-pozu adamı olmağım, onlara latın qrafikasında yazıb-oxumağı öyrətməyim "müəllim" "tituluna" sahiblənməyimə səbəb olmuşdu. (Burda hər kəsin əməlinə, xarakterinə görə adı vardı. "Zon"da isə "şair" kimi tanınacaqdım - F.) İndi, adını çəkmək istəmədiyim bu gənc "razboynik", bir gün məndən soruşdu ki, hər səhər kameradkı yoxlanışdan sonra 1 ya 2 nəfəri hara aparırlar və niyə ancaq axşam qaytarırlar? Bunlar məhkəməyə aparılan dustaqlar idi. Məqam çatmışdı. "Pristupnı mir"in bilicisi ilə əylənməyi başqa vaxta saxlamadım: "Bilirsən, hər gün bizlərə qıraqdan yemək-içmək, meyvə və başqa şeylər gəlir. Bu adamlar yaxınlıqdakı Səbayel bazarına bazarlığa gedirlər. Türmə rəisinin adına ərizə yazırlar və axşam qayıtmaq şərti ilə yarım gün də olsa azadlığın havasını udurlar". İnandı. Məndən xahiş etdi ki, starşinaya deyək, o da bir gün bazarlığa çıxsın. Kameradakıların qulağı söhbəti alan kimi, "yox, səni buraxmazlar, hələ təzəsən, gözlə bir az" dedilər. Qardaş əl çəkmədi. Razılaşdıq. Qapını içəridən döyüb növbətçi "nadzoru" çağırdıq. Dedik ki, starşinanı çağır. Xeyrullaya vəziyyəti anlatdıq. Sabah "bazarlığa bu gəncin göndərilməsini" xahiş etdik. Köhnə qurd olan Xeyrulla bunun mümkünsüz olduğunu dedi. Artıq oyun başlamışdı. Starşinaya "qoy ərizə yazsın, müzakirə edin, rəhbərliyə xəbər verin, bu onun islah olunmasında mühüm rol oynayar" dedim. Xeyrulla "nə deyirəm, əgər belə məsləhət bilirsinizsə, qoy ərizəsini yazsın" dedi. "Strimit" etmək istəyən "dostumuz" artıq "atmosferə" düşmüşdü. Oyunu mən başlamışdım, mən də başa çatdırmalı idim. Mənim "ovuma" heç kəs girişə bilməzdi. Ancaq və ancaq yardımçı olmalı idilər. Ona qələm-kağız verib dedim ki, ərizə yaz. Gördüm, çətinlik çəkir. Ərizənin necə yazılmasını ona başa saldım. Mən dedikcə o yazırdı. Ərizə türmə rəisinin adına ünvanlanırdı. Ərizədə rəisin - ədliyyə polkovniki Misir Əliyevin dustaqlara qarşı atalıq qayğısından, səhər axşam özünü onlardan ayrı tutmamasından, dustaqlar kimi "balanda" yeməsindən, məhz buna görə də balandanın kefiyyətinin günü-gündən artmasından, nümunəvi dustaqların hər ay 3 günlük evə buraxılmasından bəhs olunurdu. Eyni zamanda qeyd olunurdu ki, bütün bunlar heç də təsadüfü deyil. Çünkü rəisin doğulub boya-başa çatdığı Cəbrayıl rayonu Cənubi Azərbaycanla sərhəddə yerləşir, o, uşaqlıq illərini Xudafərin körpüsünün yanında keçirib, hal-hazırda həmin rayon ermənilər tərəfindən işğal olunub və vətən həsrəti cənab rəisi məhbuslarla insani münasibət saxlamağa vadar edir. Sonda da xahiş olunurdu ki, bütün bu yüksək keyfiyyətlərin daşıyıcısı olan cənab rəis həmin dustağın xahişini nəzərə alsın, yaxınlıqdakı Səbayel bazarından bazarlıq etmək üçün ona icazə versin. Lakin ərizə özünün müsbət həllini tapmadı. Səhəri gün Xeyrulla ərizəni geri qaytardı. Dərkənarda yazılmışdı ki, ərizə kiril əlifbası ilə yazıldığına və xeyli orfoqrafik səhv olduğuna görə baxılmasın. Dustağa tövsiyyə edilsin ki, yeni əlifbanı öyrənsin. Axşam gəzintisində kameranın "smatriyaşisi" Mir Aqil Xeyrulannın cibinə "obşaqın" pulundan 5 manat salmaq istədi. Razılaşmadı, "xeyli gülmüşəm" dedi, bu mənə bəsdi. Layihəmiz başlayır Bu yazdıqlarımı bizim "Keçmiş məhbus həbsxana qapılarında" layihəmizə giriş kimi qələmə aldım. Bayıl təcridxanası ləğv edilsə də, "Bayıl" bəlkə də həmişə məhbəs həyatının başlanması assosiasiyasını yaradacaq kəlmə kimi qalacaq. Beləcə, sizinlə Bayıldan bayıra çıxırıq.
2013-10-19
312
“Baxan kimi görürəm, bakirə deyillər…” - Gizli fotoçəkiliş
Biri var, taksidən payıza düşəsən, bir də var, falçıya… Həm də özünü "ölkənin bir nömrəli falçısı" adlandıran adamın qəbuluna. Bu xoşbəxtlik mənə elə də baha-başa gəlmədi. Cəmisi 35 km yol, 6 litr benzin, 1-cə manat pul və tragikomik bir payız gününü israf eləməklə yeni layihəmizə start verdik. Budur, "ölkənin bir nömrəli baxıcısı", efirdən hamının yaxşı tanıdğı Yeganə Zeynalovanın qəbulundayıq. Yeri gəlmişkən, bu layihəmizdə biz də sizləri yalnız "tele-ulduz falçı"larla yenidən görüşdürüb, onları yenidən sizə göstərəcəyik. "Ayfon", "Marlboro" və… Qurani-Kərim Açıq qapıya vurulmuş qara rəngli pərdənin arxasından bizi içəri dəvət edən hökmlü bir səsin ardınca otağa girdik. Evin yuxarı başında nağıllardan təsəvvür etdiyimiz padşah taxtlarına bənzəyən bir divanda başdan ayağa qara geyinib-bürünmüş Yeganə xanım əyləşib. Qarşısındakı masanın üstündə qızılı rəngdə su ilə dolu cam, Qurani-Kərim, "Ayfon" telefonu, külqabı, alışqan və original "Marlboro"siqareti vardı. Diqqətimi çəkən ilk məqam qəhrəmanımızın tatuaj qaşları və divar boyu düzülmüş diplomlar, sertifikatlar ("Zirvədəkilər", "Gənclərin dostu", "Yaxşıların yaxşısı" və s.) oldu. Deməli, qədirbilən xalqımız sənətkarımızı qiymətləndirməyi bacarıb. Salamlaşıb, xanımın qarşısında əyləşdik. Bizi əməlli-başlı süzdükdən sonra siqaretindən birini çıxarıb yandırdı. Təbii ki, diqqətimdən yayınmayan xınalı əlləri və manikürlü dırnaqları xanımın baxımlılığından xəbər verirdi. Ancaq "yuxarıların" bildiyi nömrə Siqaretindən xüsusi ədayla dərin bir qullab alıb soruşdu: - Nömrəmi hardan almışdız? Axı mənim bu nömrəmi "yuxarılar"dan başqa heç kim bilmir?!. Təbii ki, naşı müştəri və qeyri-peşəkar jurnalist kimi həyəcanla soruşdum: "Yuxarılar, yəni kim?" (Həmən də səhv buraxdığımı anlayıb özümü biryolluq yığışdırdım və daha təmkinli olmağa qərar verdim). - Kim olacaq, iş adamları-filan, - dedi. Ağlıma gələn ilk ad Günay oldu: - Günay xanım verib nömrənizi. Həm də televiziyadan görmüşdük sizi. Maraqlandıq, ən yaxşı baxıcı kimi sizi məsləhət gördülər. Xanım yerində qurcalanıb bir az da özündənrazı gorünüş alaraq, uydurmamıza öz reallığını əlavə etdi: - Bəli, mən bu ölkənin bir nömrəli baxıcısıyam. Allahşükür Paşazadənin razılığıyla çıxmışam, burda da onun hesabına oturub işləyirəm. Təbii ki, "heyrətlənməliydik". Alt-üst bədənlə işləmək vergisi… Yeganə xanım sürücümüzə üzünü tutub: "Sən bayırda gözlə", - deyir. Mən, "qalsın, problem yoxdu", - desəm də, qaş-gözlə çox özəl suallar verəcəyini bildirir. Deyəsən, bir balaca çətinə düşürük: diktofon sürücümüzün cibində olduğundan, o da mənimlə içəridə qalmaqda israr edir. Xanım üz-gözünü turşudur: - A kişi, mən burda Amerika açımram ki! Alt-üst bədənindən girirəm, çünki qurbanı olduqlarımız mənə alt-üst bədənlərlə bağlı əcayib suallar verir. Biz müştərinin bədəni ilə işləyirik. Sürücü çarəsiz qalıb, otaqdan çıxır. Mən də bu "alt-üst" bədənimin nə olduğunu və qurbanıolduqlarımız üçün nə maraq doğuracağını düşünə-düşünə donub yerimdəcə qalıram. Anal, oral sekslə məşğul olmusan? Keçək, ömründə bircə dəfə də olsun falçı qapısı tanımayan adamlara belə məlum olan ilkin mərhələyə. Yəni sual atəşinə: "Adın? Ananın adı? Ailəlisən və ya ayrılmısan? Neçə yaşın var? Uşaq var, ya yox? Harda işləyirsən?.." Bunlar öz yerində, amma bu məqamda özünün ət ürpəşdirən intim suallarıyla falçımız doğrudan da butun mənalarda Yeganə olduğunu mənə danılmacayaq şəkildə isbat edir. Şablon suallarıyla məni xeyli yorduqdan sonra gözlərini yumur. Çox çəkmədən əcayib səslərin müşayiəti ilə sir-sifətini əyib elə hala salır ki, qorxmağıma baxmayaraq, qəşş eləməməkdən ötrü dodaqlarımı dişləyib yara eləmək zorunda qalıram. Gözlərini açan kimi deyir: - Anal, oral sekslə məşğul olmusan? Bilirsən, qurbanı olduqlarım soruşur bunları ki, mənə doğru cavab versinlər. Yox, artıq bu dəfə gülməkdən özümü saxlamağa istedadım çatmır. Rəsmən şok! Qısa özətlə avtobioqrafiyamı aldıqdan sonra "gördüyü" ilk faktları sadalamağa başlayır. - Üç-dörd dəfə yoldaşınla ayrılmaq qərarına gəlib, sonra fikrindən daşınıbsan. Axırda ayrılmağın yeganə yol olduqunu görmüsüz. Əslində isə özünüz də bilməmisiniz ki, bu sizə olunan əməl-cadudandı… Nəsə, artıq bunlar keçmişdə qalıb. İndi bilmirəm, o vaxtdan qalan caduların nəticəsindəndi, yoxsa sonradan edilən cadulardandı, üstündə əməl, yollarında bağlılıq var. Xırdaca xərci var – 1500 manat - Bu əməllər mənə nədə mane olur? - Arzu, əməl, niyyət. Belə baxırsan, normal adamsan, amma xırdalıqlara girəndə görürsən ki, ayaqlarının altı qaranlıqdı. İndi neyləyək? Eyni sual dolu saxta baxışlarla mən də çiyinlərimi çəkib, yazıq-yazıq qadının gözlərinin içinə baxıram. Cavab yubanmadan falçımızdan gəlir: - 1500 manat!!! On beş günə səni edəcəm anadangəlmə. Bədənindəki dəyişiklikləri özün hiss edəcəksən. - Axı mənim səhhətimdə heç bir problem yoxdu? - Ay qız, sənin üstündə özünün də bilmədiyin şeylər var. Artıq bazarlığa başlamağın vaxtı çatıb. - Heç olmasa, minə düşün, özünüz də yəqin ki, baxanda görürsünüz də, maddi imkanım zəifdi. Üzünə it də baxmayan qızları ərə verirəm Yeganə xanımın üzünün ifadəsi büsbütün dəyişir və üstümə güllə kimi açılır: - Mən də varlı yerin qızıyam, varlı ailənin gəliniyəm. Sizin pula qalmamışam. Amma nə edim ki, Allah-taala məni bu işə təyin edib. Mən belə xırda işlərə girmirəm ee… İndi belə baxıram, bədbəxt gəlinsən. Allah yolunda kömək etmək istəyirəm. Ən aşağısı, on minlik iş görürəm. Elə qızlar var, adını it də çəkmir, mən onların üzərində işləyib 9 aya ərə verirəm. Amerikadan, İrandan, Türkiyədən zəng edirlər, gəlib aparırlar məni. Bəh-bəhlə gedib, bəh-bəhlə gəlirəm. Qara adamlarla işləmirəm mən. Olur ki, nömrəmi ordan-burdan çırpışdırırlar (Bu arada, deyəsən, bizi tanınmaza-bilməzə qəbul etdiyini, elə bizim də "qara adam" olduqumuzu unudur). Baxan kimi görürəm: bakirə deyillər… Davam edir: - Adam var, gəlib deyir ki, dörd villam var, kömək elə, yaxşı qiymətə satım, ikisinin pulunu sənə verəcəm. Razılaşmıram. Axı mən makler deyiləm. Biri gəlir ki, beş diplomum var, kömək elə, keçim vəzifəyə. Baxıram, əsgərliyə getməyib, boynuma çəkmirəm. Naxçıvandan yaxşı imkanı olan bir qadın yanıma qızı ilə gəlmişdi. Deməli, hər səhər qızı iş adı ilə evdən çıxıb bir rəssamın yanına gedir, normal qadın kimi yoxaaa… Orda pis işlərlə məşğul olur. Təbii ki, mən baxan kimi bunu gördüm, anasını çölə çıxartdım, qızla tək danışdım. Qız ağlayıb dedi ki, mən manyakam, mənə kömək elə. Bir aya manyaklığını götürüb, qızı təmizlədim. Ərə getdi. Dörd-beş minim cibimdə… Belə müştərilərim çox olur. Hamısına da kömək edirəm. Analarıyla gəlirlər, baxan kimi görürəm, bakirə deyillər, analarını çölə çıxarıb özləriylə işləyirəm. Yazdığımı yazıram, yerdə nə problem qaldısa, həkimini-filanı tapıb, düz-qoş edir, ərə verirəm. Yanıma daha çox qızıl axtaranlar gəlir. Bir qırıq təyyarə var ee, Kürdəmirə çatmamış rayonun girişində. Həəə, xatırladım, Hacıqabul rayonunda. Hərbi hissəyə yaxın yerdə bir bağ var, onun sahibi vəzifəli adamdı. Baxıcılar onu aldadıb ki, həyətində qızıl var, qoyun oğlu qoyun bir ildi əsir-yesirdi qızıl axtarmaqdan. Gəlib məni apardı. Gedib göstərdim ki, buranın filan yerlərində qızıl olub, amma sizdən əvvəl tapıb çıxarıblar. Sağ olsun, balıqdan belə, necə lazımdı, hörmətimi edib məni yola saldı. Mən olmasaydım, bədbəxti hələ də soyurdu fırıldaq baxıcılar. Cin vurmuş kimi diksinir… Falçımızın ürəyini açılmış görüb soruşdum: "Siz cinlərlə işləyirsiniz?" Cin vurmuş kimi diksinib üstümə qışqırdı: "Dur çıx çölə!" Çöl demişkən, deyəsən sürücümüzü xatırladı: "Onu isə içəri çağır". Mən qapıya çatanda arxadan bir də soruşdu: - Adın nə oldu sənin? - Sona. - Sona, sənin öz ailən tərəfindən sənə cadu olunub. Ailəndə şübhələndiyin biri var? - Nə bilim, bəlkə də… - Yaxşı, bunu gələn dəfə danışarıq. Maykanı gətir, ona dua yazacam Sürücünü çağırırıq. Deyir: "Bu qız Allaha şükür etsin ki, bu qədər əməl, cadu ilə sağ-salamat qala bilib. Apar bunu yeddi piri gəzdir, gətir yanıma. Sonra qiymətini danışarıq, işi çox olduğuna görə xərci böyükdü. İndi gəl otur, sənə də baxım. – Bir az fikrə dalandan sonra falçımız xırdalayır: - Bahoo… Bu nədi? Sən də eyni dərddəsən ki! Yollarında bağlılıq var. Mənə bir maykanı, bir ətir, bir də qızıl gətir, üzükdən başqa nə olur-olsun. Maykanı yazacam, iyirmi gün əynindən çıxarmayacaqsan. Sürücümüz dilini dinc saxlamır: - Bunu bir həftəlik yazmaq olmaz? Ailəli adamam, kir basar, iylənib eləyərəm, arvad çıxıb gedər, qalaram başıma döyə-döyə. -Yaxşı, gecələr çıxara bilərsən. Amma bu, elə-belə dua deyil aaa… Göz-nəzər, niyyət, əməl duasıdı. Gözü əlində varlı xanım və cibdə sıfır qəpik… Beləcə, gəlib çatdıq işin ən önəmli yerinə. Cibdə sıfır qəpik və qarşımızda gözünü əlimizə dikmiş imkanlı xanım. Yavaş-yavaş ayağımızı qapıya tərəf sürüyürdük ki, masanın üzərindəki "Quran"ı açıb, üstümüzə çımxırdı: - Halallıq haqqını qoyun "Quran"ın arasındakı bir dollarla on manatlıq diqqətimdən yayınmır. Pirlərdən çıxıb gələndən sonra haqqını verəcəyimizi, hazırda cibizmizdə pul olmadığını deyirəm. Adam əlini masanın üzərindəki külqabına atanda işin ciddiyyətini anlayan sürücümüz əlini tələsik cibinə salıb bir manat çıxardır. Bu arada xanım manatlığı götürsə də, biədəb söyüşlərlə bizi yamanlamağa davam edir. Belə, özü demişkən, bəh-bəhlə yola salınıb maşına oturmuşuq artıq. Amma Yeganə xanım arxamızdan hələ də söyüb, haqqını halal etmədiyini qışqırırdı. Final Yolumuzun üstündəki pirlərin siyahısını almaq üçün Həmid Herisçiyə zəng vururuq. Gerçəkdən bəxtimiz bağlanıbmış: Herisçiyə zəng çatmır...
2013-10-18
313
Əli İnsanov oktyabrın 28-də azadlığa çıxır – Vəkili danışır
Keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı iddiası üzrə oktyabrın 17-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb. Əli İnsanovun vəkili Toğrul Babayevin sözlərinə görə, hakim prosesin təxirə salınmasını Əli İnsanovun məsələsinin oktyabrın 28-də Ali Məhkəmənin Plenumuna çıxarılacağı ilə əlaqələndirib. Vəkil bildirib ki, Plenumda məsələ müzakirəyə çıxarıldıqdan sonra yaxın günlərdə Əli İnsanovun azadlığa buraxılması da gözləniləndir. Qeyd edək ki, Avropa Məhkəməsi işgəncənin qadağan edilməsi və ədalətli məhkəmə hüququnun təmin olunması maddələri üzrə Ə.İnsanovun hüquqlarının pozulduğunu təsbit edib. Qərar iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib.
2013-10-18
315
Bu, təkcə mənim imzam deyil
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, İstiqlalçı deputat, millət vəkili Sabir Rüstəmxanlı Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. VHP mətbuat xidmətindən "Axar.az"a daxil olan mətndə millət vəkili bildirir: "Əziz soydaşlarım! Sizləri 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gün kimi tarixləşdi. Məhz həmin gün illər öncə başlayan Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı geniş mənada 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsidir ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi. Bu mənada "İstiqlalçı deputatlar" adı ilə ümumiləşdirilən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın imzasını öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin… və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin bəyin və silahdaşlarının dərkənarı simvollaşıb. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur. Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza atanlardan biri olmağı mənim taleyimə yazmışdır. Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar. Əziz soydaşlarım! Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram".
2013-10-18
316
Uitni Hyuston Madam Tüsso muzeyində
Londonun məşhur Madam Tüsso muzeyində oktyabrın 17-si dünya şöhrətli ifaçı Uitni Hyustonun mumdan düzəldilmiş əsrarəngiz heykəlinin açılışı olub. Bildirək ki, heykəl 8 həftə ərzində ziyarətçilərin üzünə açıq olacaq. Heykəl Uitni Hyustonun 2009-cu ildə çıxardığı "Mən sənə baxıram" (I look to you) qayıdış albomundan ilhamlanaraq, onun gülərüzlə geniş açılmış qollarını təsvir edir.
2013-10-18
317
35 milyon dollarlıq rəsm əsəri
"Art Daily" saytının verdiyi xəbərə görə, tanınmış Amerika rəssamı Villema de Kuninqanın (1904-1997) "Untitled V" adlı əsəri bu günlərdə auksiona çıxarılıb. Ekspertlər V. de Kuninqin bu əsərini 25-35 milyon arasında qiymətləndirirlər. 1975-ci ildən sərgilənən "Untitled V" rəsm əsəri 1980-ci ildə sərgi salonlarından yığışdırılmışdı. 30 ildən sonra ilk dəfə olaraq əsər bu ilin oktyabr ayının 31-də Nyu Yorkda sərgilənəcək. Xatırladaq ki, rəssamın "Qadın III" rəsm əsəri 2006-cı ildə 138 milyon dollara satılmışdı.
2013-10-18
318
Azərbaycanın BMT-dəki yerinə namizəd tapıldı
Yeni müvəqqəti üzvlər 2014-cü il yanvarın 1-də üzvlük müddəti bitən Azərbaycan, Qvatemala, Fas, Pakistan və Toqonun yerini alacaq. BMT-nin Nyu Yorkdakı Baş Ofisində səsverməyə görə Səudiyyə Ərəbistanı, Nigeriya, Litva, Çili və Çad 2 il müddətində BMT-nin Təhlükəsizlik Komitəsinin müvəqqəti üzvləri seçilib. Onlar 1 Yanvar 2014-cü ildə üzvlük müddəti bitən Azərbaycan, Qvatemala, Fas, Pakistan və Toqonun yerini alacaq. 15 üzvü olan BMT Təhlükəsiz Komitəsində veto səlahiyyəti olan daimi üzvlər - ABŞ, İngiltərə, Fransa, Rusiya və Çindən başqa səsvermə ilə seçilən 10 müvəqqəti üzv ölkə isə bir aydan bir Komitə sədri olurlar.
2013-10-18
319
Rusiyadakı millətçilərdən daha biri həbs edildi
Oktyabrın 17-si Moskvanın Tver rayon məhkəməsi cinayət işinin ikinci əsas fiquru olan Timur Musikayevi iki ay müddətinə həbs edib. O, bir qrup şəxslə bərabər törədilmiş xuliqanlıqda şübhəli bilinir. Musikayev dindirilmə zamanı boynuna alıb ki, Biryulevoda iğtişaşlar zamanı polis işçisinə dəmir zibilqabı atıb. Ancaq onun fikrincə, bunu təstiqləyəcək heç bir sübut yoxdur. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xuliqanlıqla bağlı olan bu cinayət işində iştirakçılar 3 moskvalıdır. Onların hamısı saxlanılıb. Birinci şübhəli daha öncə də üç dəfə məhkum olunan Artyom Novikovdu. O, nəzarət altındadır. Xatırladaq ki, Biryulevoda iğtişaşlar oktyabrın 10-u Yeqor Şerbakov adlı şəxsin qətlindən sonra yarandı. Azərbaycanlı Orxan Zeynalovun təqsirli bilindiyi həmin qətldən sonra millətçilər tərəfindən qızışdırılan camaat ticarət mərkəzini, tərəvəz bazasını talan etdi, vitrinləri sındırıb avtomobilləri çevirdilər. 380 nəfər saxlanıldı, 20-dən çox adam isə xəsarət aldı.
2013-10-18
320
Ən cazibədar məşhurlar eyni sözü deyir
Loren Konrad, Cenifer Lourens, Kim Kardaşyan, Kerri Andervud, Ed Şiran, Mila Kunis, Nikol Şerzinger, Skarlet Yohanson... Bütün dünya onları ən cazibədar, ən seksi hesab edir. Onlar özləri isə bununla qətiyyən razı deyillər. Məşhurlar "Huffingtonpost.com" saytına müsahibələrində demək olar ki, eyni fikri təkrarlayıblar: "Seks-simvol adına layiq görüləcək dərəcədə özümü cazibədar hesab etmirəm".
2013-10-18
321
Rusiyada məscidə hücum edildi
Rusiya Federasiyasına daxil olan Kabarda-Balkar Respublikasında bir məscidin həyətində iki hücumçu 1 kiloqram TNT-ə bərabər bombanı partladıb. Hücumda partlayışı törədən adamdan başqa heç kim zərər görməyib. İddialara görə hücumçular məsciddə partlayış planlaşdırarkən bomba əllərində partlayıb. "Haberler.com"un xəbərinə görə Rusiya İstintaq Komissiyasından "İnterfaks"a verilən məlumatda "Partlayıcı maddə 1 kiloqram TNT-yə bərabərdir. Məscidin həyətində avtomatik silah, iki tapança, əl bombası və sursat ələ keçirildi", deyilib. Partlayışın Duqubluqey qəsəbəsində məscidin lap yaxınlarında olan qəbirstanlığın qapısınında baş verdiyi və gecə çox gec olduğu üçün heç kimin zərər görmədiyi bildirilib. Açıqlamada "Məscid ətrafında iki adamın cəsədinin parçaları tapılıb. Başqa ölən və yaralananlar yoxdur..." sözləri qeyd edilib. Partlayışdan sonra həmən yerdə 3 metr diametrində və 1 metr dərinliyində çuxur yaranıb. Kabarda-Balkar Respublikasının polis işçiləri isə partlayışın məscidin pəncərəsinin ağzında baş verdiyini söyləyib. Məscidin divarlarına qismən zərər dəyib. Məscid polis tərəfindən nəzarətə götürülüb və geniş araşdırmalar başladılıb.
2013-10-18
322
Bəşər Əsəd suriyalı məhkumlara silah verib
Suriya kəşfiyyatına yaxınlığı ilə bilinən və "Mukaveme-i Suriye" təşkilatının lideri Mehrac Uraldan maraqlı etiraf gəlib. "Axar.az"ın xarici KİV-ə istinadən xəbərinə görə, Suriyada Banyas və bir çox terror aktlarına imza atan Merac Ural şəxsi feysbuk ünvanında paylaşdığı məlumatda suriyalı məhkumların olduqları həbsxananı qoruduqlarını iddia edib: "Ana vətənin müdafiəsində zindanda qalmaq şərti ilə vətən xainlərinin silahlı hücumlarına qarşı çıxmaq, həbsxananı qorumaq və vuruşmaq üçün dövlətdən silah istəyən məhkumlara silah verildi. Onlar da xainlərə ağır zərbə vuraraq, öz xidmətlərini nümayiş etdirdilər. Və beləliklə, dünyada bir ilk olan məhkumların vətənini müdafiə etməsi Suriyada həyata keçmiş oldu. Həqiqi suriyalılar vətən xainlərini ölkələrinə təslim etməyəcək qədər igid və qərarlı bir mövqe sərgiləyirlər. Mən bunun üçün həmişə: "Bu gün hamımız suriyalıyıq. Bu gün suriyalı olmaq vicdanlı və şərəfli biri olmaqdır", - deyirdim.
2013-10-18
323
Hindistan polisi ABŞ ekipajını həbs etdi
Hindistan polisi içində çoxlu sayda silahla dolu saxlancı olan ABŞ-a məxsus gəmini saxlayıb. Onlar Hindistan sularına qanunsuz olaraq girib. "Axar.az"ın məlumatına görə, "Ohayo Dənizçi Gözətçi"adlı gəmi Tamil Nadunun cənub ştatında - Tutikorin limanında lövbər salıb. 35 nəfərlik heyət hindlilər, britonlar, ukraynalılar və estonlardan ibarətdir. Gəmi Sierra-Leonda qeydiyyatdan keçib. ABŞ səfirliyi BBC-nin müxbirlərinə heç bir şərhlərinin olmadığını bildiriblər.
2013-10-18
324
Suriyada kəşfiyyat rəisi öldürüldü
Suriya müxalifətçiləri Əsəd rejiminin hərbi kəşfiyyat şefi general-mayor Cami Camiyi öldürüblər. Xəbər ictimaiyyətə Suriya televiziya vasitəsiylə belə çatdırılıb: "Genereal-mayor Cami Cami cümə axşamı Suriyanın şərqində vəzifə başındaykən silahlı qruplar tərəfindən öldürülüb". "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Caminin "Deyir el Zor"da öldürüldüyü təxmin edilir. Suriya dövlət televiziyasının xəbərindən əvvəl özlərini "Aişə bin Sadiq" briqadası adlandıran müxalif silahlı qrup Camini öldürdüklərini iddia etmişdi. General-mayor Cami Cami Suriya ordusu 2005-ci ilin aprel ayında Livan torpaqlarından geri çəkilməmişdən əvvəl "hərbi kəşfiyyatla bağlı təhlükəsizlik başçısının köməkçisi" vəzifəsini icra edirdi. Daha sonra Cami keçmiş Livan baş naziri Hairi sui-qəsdini araşdırmaqla məşğul olan beynəlxalq heyətin tələbiylə bəzi zabitlərlə birlikdə Livandakı vəzifəsindən geri çəkilmişdi. Caminin öldürülməsi xəbəri Suriya baş nazirinin köməkçisi Qədri Cəmilin Rusiyanın paytaxtı Moskvada Suriya vətəndaş müharibəsinin başa çatdırılması gözlənilən 2-ci Cenevrə konfransının 23-24 noyabrda reallaşacağını açıqladığı gün yayılıb.
2013-10-18
325
Üz dərisi üçün müalicəvi və təsirli maskalar
Birinci resept (dəniz ağtikanı yağı, gil və qliserin) Bu maskanı hazırlamaq üçün tərkibi şüşə fincanda ehtiyatla qarışdırın (tərkibi metal əşyada qarışdırmaq olmaz). Bir çay qaşığı su, bir çay qaşığı dəniz ağtikanı yağı, bir qaşıq qliserin ( apteklərdə satılır), bir xörək qaşığı da kosmetik ağ gil yağı əlavə edin. Hazırlanan tərkibi nazik qatla eyni qaydada üzünüzə çəkin və 15-20 dəqiqə saxladıqdan sonra soyuq suyla təmiz yuyun. Proseduru bitirdikdən sonra tövsiyyə olunur ki, üzünüzə nəmləndirici və ya qidalandıran krem çəkin. İkinci resept (aloye və bal) İki xörək qaşığı təzə aloye şirəsi ilə su vannasında isidilmiş bir xörək qaşığı balı qarışdırın. Sonra isə hazırlanan maskanı boyun hissəsinə və üzünüzə çəkin. Təxminən 15 dəqiqə saxlayın, sonra da çəkilən tərkibi ilıq su ilə yuyun. Üçüncü resept (banan və yulaf yarması) Bu maska da ev şəraitində asanlıqla hazırlanır. Sizə bir bananın yarısı lazımdır. Bananın yarısını əzin, sonra yulaf yarmasını un şəkilində üyüdüb tərkibləri qarışdırın. Maskanı hazırladıqdan sonra təmizlənmiş üz dərinizə çəkin, 15-20 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Dördüncü resept (üzüm şirəsi) Yarım stəkan təzə isidilmiş südü yarım stəkan üzüm şirəsi ilə qarışdırın. Hazırlanan tərkibi ehtiyatla üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Üzünüzə çəkilən maskanı ilıq suyla yuduqdan sonra müalicəvi çobanyastığı losyonu ilə silin. Beşinci resept (düyü və qreyfurt şirəsi) Bir xörək qaşığı düyünü qəhvə üyüdəndə üyüdün, iki xörək qaşığı təzə qreyfurt şirəsi və üç qaşıq süd əlavə edib tərkibləri yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və yarım saat saxlayın. Sonra isə soyuq suya limon şirəsi əlavə edin və bu qarışıqla üzünüzü yuyun. Altıncı resept ( manna yarması və yumurtanın sarısı) Əvvəlcə manna sıyığını süddə bişirin. Sonra iki xörək qaşığı sıyığı bir ədəd yumurtanın sarısı və bir az da duzla şüşə fincanda qarışdırın. Maskanı üzünüzə çəkin və yarım saat saxladıqdan sonra soyuq suya limon şirəsi əlavə edib, bununla da yuyun.
2013-10-18
326
Zori Balayanın Putinə məktubu aranı qızışdırdı
Qarabağ müharibəsinin ideoloqlarından olan yazıçı və publisist Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi münasibəti ilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi açıq məktub ermənilər tərəfindən qızğın sürətdə müzakirə olunur. "Axar.az" Rusiyanın "Rosbalt.ru" saytına istinadən xəbər verir ki, məktubda Balayan bu müqaviləyə əsasən Dağlıq Qarabağın Rusiya imperiyasının tərkibinə keçdiyini xatırladır. "Reqnum" agentliyi yazır ki, "beləliklə yazıçı Qarabağın Rusiyanın problemi olduğunu təsdiqləyir". Balayan məktubunda Leninqrad Universitetinin professoru Anatoli Sobçakın sözlərini də sitat gətirib: "Qorbaçovun, hətta deyərdim ki, hamımızın faciəsi ermənilərin məntiqi olaraq avtonom vilayətini öz ərazisinə birləşdirməsi istəyinin "Qarabağ problemi" adı altında qələmə verilməsidir". Ermənistan Respublika Partiyasının deputatı M.Minasyan məktuba şərhində bildirir ki, Balayan Qarabağı Rusiyaya verməkdən danışmır. Sadəcə, o, tarixi gerçəkliyi təstiqləyir və bugün Arsax ətrafında mövcud olan vəziyyəti göstərməyə çalışır. Beləlikə nəzərə alsaq ki, rus hokumətinin Arsax xalqı qarşısında müəyyən vəzifə və səlahiyyətləri var, bu baxışın yaşam hüququ var. "Qafqaz" institutunun eksperti Q.Mikaelyanın fikrincə isə Balayanın bu məktubu çoxdan öz dəyərini itirib və çətin ki, Putinə çatsın.
2013-10-18
327
Abdullah Gül Türkiyənin himnini dəyişdi
Məhmət Akif Ərsoyun yazdığı "İstiqlal marşı" Türkiyənin prezidenti Abdullah Gülün sərəncamı ilə yenidən oranjeman olundu. Dövlət Opera və Balet Teatrının müdiri dirijir Rengim Göymənin başçılığı altında 170 musiqiçi ilə yenidən edilən aranjimanda daha çox musiqi alətindən istifadə olundu. Səsyazma son texnoloji səs sistemləri istifadə olunaraq həyata keçirildi. Təhsil Nazirliyi məktəblərə bildiriş göndərərək, "İstiqlal Marşı"nın Prezident Administrasiyasının Simfonik Orkestri tərəfindən həyata keçirilən son səsyazmasını diqqətə alınmasını istədi. Rengim Göymən mətbuata açıqlamasında, "İstiqlal Marşının tempini, ölçüsünü əsl marş kimi səsləndirildiyini dedi: "Milli hissləri ön plana çıxaran, milli dəyərləri vurğulayan bir aranjiman oldu. Səsyazma üçün xarici ölkədən səs rejissoru gəldi. Bu növ işlərdə səsyazma mərhələsi çox önəmlidir. Bu da ən son texnologiyadan istifadə edərək həyata keçirildi".
2013-10-18
328
Cennifer Lopez və Kasper Smart ayrılır
44 yaşlı məşhur müğənni, aktrisa Cennifer Lopez və onun 26 yaşlı sevgilisi, rəqqas Kasper Smart yaxın vaxtlarda ayrıla bilərlər. Xarici KİV-in məlumatına görə, cütlüyün arasında olan qığılcım artıq sönüb. Onlar müxtəlif həyat tərzi ilə yaşayırlar. Məhz bu, onlar arasındakı ehtirası məhv edib. Məlumat üçün deyək ki, jurnalistlər artıq bir aydan çoxdur ki onları ictimaiyyət qarşısında birgə görməyiblər. Qeyd olunur ki, Cennifer Lopez Kasperlə olan münasibətinin əbədi və ideal olmadığını etiraf etmək istəmirdi. Düzdür, hələ ki cütlük rəsmi olaraq bu barədə heç bir açıqlama verməyib. Ola bilər ki, bu sadəcə şayiədir. Çünki cütlüyün ayrılıq xəbəri hələ keçən ilin avqust ayında yayılmışdı. Buna cavab olaraq Cennifer bildirmişdir ki, o, Smartla çox xoşbəxtdir və onun yanında özünü gənc və enerjili hiss edir. Xatırladaq ki, Cennifer Lopez rəqqas Kasper Smartla 2012-ci ildən görüşməyə başlayıb.
2013-10-18
329
Erməni gözəlçəni rüsvay etdilər
Kanye Uest qəzəbindən özündə deyil. Səbəb isə budur ki, sevgilisi Kim Kardaşyan Hollivuddakı Fəxri Xiyabanda ulduz adını almaq şərəfinə nail olmadı. "Axar.az"ın məlumatına görə, Cimmi Kimmel Kanye sevgilisinə ulduz adının verilməməsi ilə bağlı müsahibəsində özündən çıxaraq bildirib: "Onlar dedilər ki, mənim sevgilim realiti şoudan olduğuna görə Fəxri Xiyabanda onun adı olmayacaq. İndiki insanlar müasir deyillər. Kim Kardaşyana ulduzun verilməməsi üçün heç bir səbəb yoxdur". Fəxri Xiyabanın idarəçisi Anna Martines isə deyib ki, biz əsl aktyor və ifaçıları dəyərləndiririk. Anna, həmçinin, Kanye Uestin qəzəbinin başa düşdüyünü deyib: "Bbilirəm ki, o, Kardaşyanı sevir... Lakin onun adının Fəxri Xiyabanda olmaq haqqı yoxdur. Təəssüflə bildirirəm ki, çoxlarının Kardaşyandan xoşu gəlmir. Onu heç bir dəfə də olsun nominant elan etməyiblər".
2013-10-18
330
Ramin Hacılı Ermənistana gedib
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı və hərəkatın Sülh Quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı Yerevana səfər edib. "Axar.az"-ın məlumatına görə, səfər Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə həyata keçirilir. "Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması" istiqamətində təşkil olunan səfər çərçivəsində Ermənistan Avropa Hərəkatı və bir çox qurumlarla müzakirələr aparılacaq. Səfər çərçivəsində görüşlər 19-20 oktyabr tarixlərində baş tutacaq. Tədbirdə həmçinin Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Beynəlxalq Avropa Hərəkatının Siyasi Komitəsinin nümayəndəsi xanim Dr Karol Veaver da iştirak edəcək. Səfər çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə konfrans, Ermənistandan olan millət vəkilləri, tanınmış QHT nümayəndələri ilə görüşlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
2013-10-18
333
ATƏT nümayəndələri cəbhə xəttində
"Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək. Mətbuat xidmətindən bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 19-da Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Piter Svidberq keçirəcək. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.
2013-10-18
336
Rihannanın milyonluq villasının fotoları yayıldı
Musiqi dünyasının "əli milyonlarla oynayan" ulduzu dodaq uçuqladan yatırım edərək 22 milyon qiymətində villa satın alıb. Rihanna vətəni Barbadosun ən gözəl yerlərindən biri olan "Uan Sandi Leyn"də (One Sandy Lane) keçən il kirayələdiyi və ailəsiylə qaldığı evi bu il satın alıb. Rihanna, tətillərdə və xüsusi günlərdə məmləkəti olan Barbadosa yeni satın aldığı bu evə qayıdır. Məşhur müğənninin sahib olduğu bu evdə beş yataq otağı və beş hamam var. Özəl bir kompleks içində yerləşən villanın çoxlu şüşəbəndi var. Bu möhtəşəm villanın demək olar ki, hər yeri okean mənzərəlidir. Villanın böyük hovuzu və idman zalı var. Kompleksin təhlükəsizliyi də ən müasir texnologiya ilə təmin edilir.
2013-10-18
338
Hollivudun qəzaya meylli məşhurları
Siz də qəzaya meylli birisiniz? Sizi bilmirik, amma http://wonderwall.msn.com saytına istinad edərək demək olar ki, bəzi məşhurlar elədir ki, var. Məsələn, Hollivud ulduzları Riz Uizerspun və Helli Berri ilin çoxunu zədəli gəzirlər. Sarışın ulduz - Riz Uizerspun avtomobil qəzası zamanı alnından zədə alıb. Analar günü ayağını sındırıb. Və bu "ənənə" sayəsində daha sonra da əl barmağını sındırıb. Onun evində təcili tibbi yardım üçün hər şey var. Növbəti "bədbəxt hadisələr şahzadəsi" Helli Berridir. "Buludlu atlas" filminin çəkilişi zamanı o, ayağını sındırıb, "Agent №7"nin çəkilişləri zamanı əlini zədələyib, eləcə də az qala boğulub. Digər bir filmin çəkilişi zamanı isə xəstəxanaya çatdırılıb. Meray Kerri isə başına gələn hadisəni başqa yöndən dəyərləndirib və yeni dəb üslubu yaradıb. Qlamur müğənni qolu çıxdığına görə xəstəxanaya düşüb. Oradan çıxandan sonra ən cəlbedici əl sarğısı taxıb. Lakin bu onun başına gələn yeganə hadisə deyil. O, eləcə də Nyu Yorkdakı evində şüşəylə əlini kəsib.
2013-10-18
339
Güney Azərbaycanda “Bakı antenləri” vardı
"Min öfkə, bir eşq" filmi əsir düşmüş böyük bir millətin hekayəsidir Azərbaycanın güneyində doğulub böyüyən, müəyyən səbəblər üzündən dünyanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalan soydaşlarımız arasında istedadlı rəssam, heykəltaraş, sənətçilər var ki, əslində, onlar həm yaşadıqları ölkədə, həm burda - Qüzey Azərbaycanda diqqətdən kənardadırlar. Bunu nəzərə alaraq zaman-zaman onlardan soraq verəcəyik. Beləliklə, ilk qonağımız Ankarada yaşayan güneyli soydaşımız rejissor Vahid Azərnəviddir. - Vahid bəy, yeni film üzərində işi başa çatdırmısınız. Xeyirli olsun. İndi film hansı mərhələdədir? - Çəkilişlər 20 avqustda başa çatdıqdan sonra filmin montajı başladı. İndi montaj da bitmək üzrədir və Güney Azərbaycandan olan dəyərli bəstəçimiz Məmməd bəy Ənsari səs və musiqi üzərində çalışır. - Filmin mövzusu haqda nə deyərdiniz? - Mövzu İranda istihbarat basqılarına uğrayaraq İranı tərk etmək zorunda qalan bir Güney azərbaycanlı musiqiçinin Türkiyəyə gəlməsi ilə bağlıdır. Adı Aydındır və Türkiyə üzərindən İngiltərəyə gedib orada böyük bir musiqi qrupu yaratmaq istəyir. Ankarada qaldığı oteldə çalışan Özlem adlı bir qızla tanış olur və filmin hekayəsi bu şəkildə irəliləyir. Əslində, bu filmin hekayəsi ilk baxışda acı bir eşq kimi görünsə də, çox böyük siyasi mesaj verməkdədir. Bu film Güney Azərbaycan adıyla çəkilmiş olan ilk filmdir. - Filmdə Güneydən olan aktyorlar iştirak edibmi? - Oyuncuların bir hissəsi Türkiyə və Azərbaycanda yaşayan Güney Azərbaycan əsilli oyunçulardır. Filmin kişi baş rolunu Mehran İsmayılzadə, qadın baş rolunu Başak Vural oynayıb. - Türkiydə bu filmi çəkmək sizə çətin olmadı ki? Axı Türkiyədə də Güney məsələsinə o qədər isti yanaşmırlar. - 6 ilə yaxındır ki, Türkiyədə yaşayıram və burada bir çox film çəkmişəm, ancaq bu günə qədər heç bir rəsmi orqan mənim çəkdiyim filmlərlə ilgili maneçilik törətməyib. Hər kəs Türkiyədə rahatlıqla film çəkimi yapa bilər. Ancaq bunu da qeyd etmək istəyirəm ki, iki il öncə Türkiyə Sinema Genəl Müdirliyinə projemi təqdim etdim və rədd edildi. Bunun Güney Azərbaycanla ilgili olub-olmadığını deyə bilmərəm. Mən öz maddi imkanlarım, Güney Azərbaycanlı bəzi dostlarımın dəstəyi və "Azərbaycan Federasyonu – İsveç"in (AFİ) maddi yardımıyla çəkimlərə başladım. Bir çox çətinliklərimiz oldu, amma onları öz gücümüzə dayanaraq aşdıq. Ayrıca filmimdə Türkiyə iqtidarına qarşı da tənqidlər var. - Vahid bəy, Güneydə ümumiyyətlə filmlərin çəkilməsi nə yerdədir? Yəni deyə bilərikmi ki, Güneydə kino sənəti var, yoxsa bunu ayrıca olaraq ayırmaq mümkün deyil, elə İran kinosunun tərkib hissəsidir? - Bu günə qədər Güney Azərbaycan sineması adıyla bir film olmayıb və mənim filmim sinema tarixində bir ilkə imza atmaqdır. Əslində, "Min öfkə, bir eşq" filmi siyasi iradəyə sahib olmayan və əsir düşmüş böyük bir millətin hekayəsidir. Güney Azərbaycanda sinema filmi çəkilmir, ancaq bir çox televiziya filmləri çəkilir və bunların hamısı dövlət siyasəti istiqamətindədir, Güney Azərbaycan toplumsal istəklərini əks etdirmir. - İran kinosunun son nailiyyətləri nəylə bağlıdır? Qadağalarla dolu cəmiyyətdən etirazın gəlməsi, yoxsa sırf sənətkarlıq işinin uğurudur bu? - İranın öz məxsusi sinemasının olmasında bir çox şeyin təsiri var, ancaq ən önəmli səbəblərdən biri dövlətin sinema təhsili qonusunda yaptığı yatırımlardır. Hər il bu qonuda büdcə ayrılır və İranın bütün bölgə və rayonlarında İran Gənc Sinemaçılar Dərnəyi tərəfindən sinemaçılar yetişdirilir. İran sinemasının başarısının əsil səbəbi budur. Təbii ki, qadağaların da çox böyük rolu vardır. Bir toplumda qadağa nə qədər çox olsa, sənətçilər də dərdlərini bir o qədər içdən və ürəkdən öz əsərlərində əks etdirə bilərlər. - Yaradıcı adamdan həm də arzularını soruşurlar... - Ən böyük arzularımdan biri də Bakı küçələrində, ya da Quzey Azərbaycanın rayonlarında film çəkməkdir, çünki məqsədim Azərbaycan sinemasını dünyaya tanıtmaqdır. Azərbaycana bir bütün olaraq baxıram. Yaxşı yadıma gəlir ki, nənəm farsca bilməzdi və o sadəcə, Quzey Azərbaycan (sovet dönəmi) filmlərini izləyərdi. Ərdəbildə insanlar Bakı televiziyasını izləmək üçün 10-15 metrlik uzun antenlər alardılar və bu antenlərin adı Bakı anteniydi. Sinema və musiqi kimi sənətlər bizim Azərbaycan millətinin bütünlüyünü qoruyan ən önəmli səbəblərdən birisidir. Heç bir güc bölünmüş Azərbaycan insanlarının arasındakı o dərin bağları qopartma gücünə sahib deyil və biz bu bağları öz sənətimizlə daha da gücləndirməliyik…
2013-10-18
341
İqbal Ağazadə hakimiyyəti ittiham etdi
"Azərbaycan hökuməti xaricdə işləyən vətəndaşlarını və yaxud da soydaşlarını qoruya bilmir. Onların hüququnu qorumaq istiqamətində effektiv iş görmür". Bu sözləri "Axar.az"a Ümid partiyasının sədri İqbal Ağazadə Moskva vətəndaşı Yeqor Şerbakovu qətlə yetirilməkdə şübhəli bilinən Orxan Zeynalov ətrafında baş verən olaylara münasibət bildirərkən deyib. Millət vəkili baş verən hadisəni Rusiyanın Avrasiya İttifaqı ilə bağlı məsələdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi qiymətləndirib: "Rusiyanın miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibəti həmişə bu cür olub. Amma hesab edirəm ki, bu, bir dalğadır və tezliklə keçib gedəcək. Çünki Rusiyanın miqrantlara ehtiyacı var. Baş vermiş hadisədə daha çox siyasi məqsədlər var: Rusiya bu yolla Azərbaycana təzyiq etmək istəyir. Dekabr və yanvar ayında Avrasiya İttifaqı ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Alt yapıda Azərbaycana təzyiq vasitələrdən də biri bu olacaq. Ona görə də şimal qonşumuz indidən Azərbaycana təzyiq etmək üçün zəmin yaradır". Millət vəkili həmçinin hesab edir ki, Azərbaycan tərəfi bu məsələdə vəziyyətin gərginləşməməsi üçün susmağa üstünlük verdi və daha çox vasitəçilərin köməyindən yararlandı: "Bu məsələdə susmağa daha çox üstünlük verdilər, çünki mövqe ifadə etdikcə, münasibətlər daha da gərginləşə bilər. Ona görə də əl atından olan vasitəçilərin, səfir və Milyarderlər İttifaqında olanların aparacağı danışıq daha effektlidir, nəinki hökumət hər hansı bir bəyanat verə, sonra da arxasında dura bilməyə".
2013-10-18
342
Bədəni qoruyan qidaların adları açıqlandı
Xərçəng, infarkt, Altshaymer və diabet kimi ciddi narahatlıqlara qarşı bədəni qoruyan qidaların siyahısı açıqlandı. Sağlamlığınız üçün qəbul etməniz lazım olan qidalar: Tərəvəz şorbası: Doyuran, ancaq kalorisiz bir yemək olduğu üçün xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Həm də tərəvəz şorbası sodium baxımından da zəngindir. Bir kasa tərəvəz şorbasında 500 milliqram natrium var. Natrium, sinir sistemi və əzələlərin düzənli olaraq çalışmasını təmin edir. Həm də bədəndəki maye miqdarının tarazlığını təmin edir.
2013-10-18
343
Üz dərisinin təravətini necə bərpa etmək olar?
Portağal maskası Sitrus meyvələrində vitamin çox olduğu üçün qadınlar hər zaman onlardan istifadə edirlər. Çünki bu meyvələrin tərkibində olan vitaminlər dəri üçün lazımlıdır. Ona görə ki, xanımlar portağaldan ev şəraitində də tez-tez üz dərisinə qulluq üçün istifadə edirlər. Maskanı hazırlamaq üçün üç qaşıq portağal şirəsini (mütləq təzə sıxılmış olmalıdır) əzilmiş bananın yarısı və bir xörək qaşıq balla qarışdırmaq lazımdır. Tərkib sıyığ halını alana qədər qarışdırılır. Sonra hazır olan maska təmiz dəriyə çəkilir və 15-20 dəqiqə saxlanılır. Bu maskadan həftədə iki dəfə istifadə etdikdə dəri gözəçarpan dərəcədə parlaq olacaq, üzünüz sağlam və təravətli görünəcək! Nanəli maska Dərini tez bir zamanda canlandırmaq üçün nanə çox gözəl vasitədir. Nanədən kosmetik vasitələr hazırlamaq elə də çətin deyil. Bunun üçün iki qaşıq nanəni üyüdüb bir xörək qaşığı kəsmik və bir qaşıq da bal əlavə edib yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Üzünüz dərhal gərilmiş və sağlam görünəcək, dəriniz isə təbii rəngini qazanacaq. Bu proseduru həftədə iki dəfə yatmazdan əvvəl istifadə etmək olar. Çiçəkli qatıq maskası Çiçəkli qatıq maskası dəriyə parlaqlıq və təravət verir. Dərini vitamin və mikroelementlərlə zəngin edir. Maskanı hazırlamaq üçün üç qaşıq kalendula çiçəyi (üyütmək vacibdir), iki qaşıq qatıq, biraz da limon şirəsini qarışdırın. Hazırlanan tərkibi təmiz dəriyə çəkib təqribən yarım saatdan sonra yumaq məsləhətdir. Çiçəkli qatıq maskasını da digər maskalar kimi müntəzəm təkrarlamaq lazımdır ki, xarici görünüşdə nəzərə çarpan dəyişiklik hiss edilsin.
2013-10-18
344
Azərbaycanda 35 min adam “kölədir”
Dünyada 30 milyon insan köləlik şəraitində yaşayır Avstraliyada yerləşən Sərbəst Yerimə Fondu (Walk Free Foundation) tərəfindən ilk dəfə hazırlanan və 162 ölkəni əhatə edən "Köləlik İndeksi"nə görə, dünya səviyyəsində təxminən 29.8 milyon insan kölə şəraitində yaşayır. Azərbaycanda 32-35 min adamın kölə vəziyyətində yaşadığı qeyd edilən "Köləlik İndeksi"ndə birinci yerdə Mavritaniya gəlir. Əhalisinə görə kölə statusundakı insanları müqayisə edən indeksdə birinci yerdə olan Mavritaniyadan sonra Haiti, Pakistan, Hindistan, Nepal, Moldova və başqa ölkələr gəlir. Müasir köləlik indeksi məcburi ərə vermə, bir insanı borclandıraraq özünə bağlamağı və insan alverini də əhatə edən məlumatlar toplanaraq hazırlanır. Müasir köləliyin az olduğu ölkələr sırasında birinci yerdə İspaniyadır. Bundan sonra İslandiya, İrlandiya, İngiltərə, Yeni Zellandiya, İsveçrə, İsveç, Norveç, Lüksemburq, Finlandiya və Danimarka gəlir. 162 ölkə üzrə nəticələr elan olunan indeksdə Azərbaycan 51-ci yerdədir.
2013-10-18
345
Rihanna “Glamour” jurnalına poz verdi
Məşhur müğənni Rihannanın fotosessiyası "Glamour" jurnalının yeni buraxılışında çıxacaq. İfaçı fotosessiyada yeni saç stilində , bu dəfə qara rəngli qısa buruq saçları ilə kameralar önünə çıxıb. Qeyd edək ki, jurnalın bu buraxılışında ifaçı stil haqqında danışaraq dəb məsləhətləri də verəcək.
2013-10-18
346
Vaqif Əsədov işdən çıxarılıb?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədovun çoxdandır gözə dəyməməsi onun haqda müəyyən söz-söhbətlərə yol açıb. "Qaynar.info" saytının verdiyi məlumata görə, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov onun işdən çıxarılması ilə bağlı göstəriş verib. Vaqif Əsədovun çıxarılmasına səbəb kimi işdə yol verdiyi səhlənkarlıq göstərilib. Məsələ ilə bağlı Vaqif Əsədovla əlaqə yaratmağa cəhd etdik. Telefona cavab verən polkovnik-leytenantın Malik adlı oğlu "Axar.az"a atası haqda yayılmış şayiələrin əsassız olduğunu bildirərək, onun məzuniyyətdə olduğunu və Yessentukidə müalicə aldığını bildirib.
2013-10-18
347
Çində “dirilik suyu” tapıldı
Möcüzəli şirə xoşagəlməz şişlərin yaranmasını əngəlləyir, onların artmasını və ya formalaşmasını ləngidir! Hazırlanan şirə üç ay ərzində qəbul olunmalıdır, şirəni qəbul etdikdən sonra sağlamlığınızda əsaslı dəyişikliyi hiss edəcəksiniz. Bu şirə möcüzəyə bənzəyir. Möcüzəli şirəni hazırlamaq üçün sizə bir ədəd çuğundur, iki ədəd kök və bir ədəd alma lazımdır. Bunları yuyub qabığını soyun, kiçik hissələrə doğrayın, şirəçəkəndən keçirib için. Şirəni daha rahat içə bilməniz üçün limon əlavə edə bilərsiniz. Bu möcüzəli şirə aşağıdakı xəstəliklərdə faydalıdır: 1. Xərcəng hüceyrələrinin qarşısının alınmasında. 2. Qara ciyər, böyrək, mədəaltı vəzi ağrılarının qarşısını alınması, həmçinin mədə xorasının sağalmasında. 3. Ağ ciyər xəstəliyində, ürək ağrısının azalması və yüksək qan təyziqini normallaşdırılmasında. 4. İmmunitetin möhkəmləndirilməsində. 5. Görmə qabiliyyətinin yaxşılaşdırılması, gözün yorğunluğunu və quruluğunu aradan qaldırmaqda. 6. Ağır fiziki işdən və məşqdən sonra əzələ ağrılarını götürməkdə. 7. Bağırsaqların işləməsini yaxşılaşdırıb, toksinləri azaltmaqda. Dərini sağlam və parlaq etməkdə. 8. Ağızdakı xoşa gəlməz iyi aradan qaldırmaqda. 9. Menstrual (aybaşı) ağrılarının azalmasında. 10. Allergiya xəstəliklərində. Əgər artıq çəkinizdən xilas olmaq istəsəniz, möcüzəli şirə çox təsirlidir! Bütün bunlara nail olmaq üçünsə əsas bir şeyi unutmayın: Hazırlanan şirə dərhal içilməlidir.
2013-10-18
348
“Hakimiyyət hansı vəzifəni versə, qəbul edəcəm”
Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu hakimiyyətdə təmsil olunmağa hazırdır. "Axar.az"-a danışan partiya sədri hökumətin istənilən təklifinə müsbət yanaşacağını bildirib: "Seçki öncəsi təşviqat kampaniyası dövründə bildirmişdik ki, əgər biz qalib gəlsək, digər qüvvələrlə koalisiyaya getməyə hazırıq, həmçinin, başqası qalib gəlsə, onlarla koalisiya qurmağa hazırıq. İndiki zamanda hakimiyyətdən hansı təklif gəlsə, qəbul etməyə hazıram". ADP sədri hesab edir ki, Azərbaycan həqiqətən islahatlar aparmaq istəyirsə, təkpartiyalı sistemdən imtina etməlidir: "Bu sistemlə islahatlar aparmaq mümkün deyil. Azərbaycanda uzun illərdir təkpartiyalı sistem formalaşıb. Həqiqətən də hökumət istəyirsə ki, siyasi islahatlar aparsın, o zaman təkpartiyalı sistemdən imtina etməlidir. Düzdür, seçkilərdə YAP qalib gəlib, çoxluq YAP-dadır. Lakin bu o demək deyil ki, YAP koalisiya qura bilməz". ADP sədri diqqətə çatdırıb ki, onun təklifi məhz indiki dövrlə bağlıdır, təklif 2015-ci ilə qədər saxlanılmamalıdır: "Hökumət koalisiyanı bu gündən etibarən yaratmalıdır. Seçkinin nəticələrinə görə, hökumət partiyaları dəvət edə bilər. Həmin partiyanın gücündən asılı olaraq, koalisiyanın şərtləri müəyyənləşər". Sərdar Cəlaloğlu təmsil olunmaq istədiyi strukturlardan da danışıb: "Əminəm ki, hökumət güc strukturlarını bizə verməz, iqtisadi nazirlikləri də etibar etməz. Yerdə qalan strukturlardan hansını bizə təklif etsələr, razılaşacağıq. Önəmli olan təmsil olunmaq və islahatlara bir yerdən başlamaqdır"
2013-10-18
349
Cənubi Kaliforniya Meksikadan ayrılır
"Axar.az" Rusiyanın "Rosbalt.ru" saytına istinadən xəbər verir ki, oktyabr ayının 17-si bir qrup aktivist Meksikanın Cənubi Kaliforniya ştatının ayrılması üçün kampaniya keçirib. İcmanın saytında bildirilir ki, Cənubi Kaliforniya sakinlərindən ibarət olan bir aktivist qrup yarımadanın inkişafının və firavanlığının yeganə yolunu müstəqilliyin təmin olunmasında görür. Canlanmanın səbəbi Meksikanın federal hakimiyyətinin ictimai islahat planı çərçivəsində sərhəd rayonlarında ƏDV-ni 11%-dan 16%-a qədər qaldırması olub. Nəzərinizə çatdıraq ki, Cənubi Kaliforniya ştatı ABŞ-la sərhəddə yerləşir. "RİA Novosti" agentliyi bildirir ki, aktivistlər eləcə də bu ərazidə Meksika pesosunun istifadədən çıxarılıb yerinə ABŞ dolları ilə ekvivalent olan xüsusi pul vahidi - Cənubi Kaliforniya pesosunun istifadəyə verilməsini istəyir.
2013-10-18
350
Cessi Cey stress içində
Cessi Cey etiraf edir ki, cəmiyyətin onun "Canlı"(Alive) albomuna olan reaksiyası "Sən kimsən"(Who you are) adlı debüt albomundan fərqlənir. Buna baxmayaraq, ifaçı yaradıcılığının son üç ilində baş verən parlaq anlarına görə çox xoşbəxt olduğunu bildirir. "Bu mənim gecəmdir" (It’s My Party) hitinin ifaçısı saytlardan birinə verdiyi müsahibəsinə belə bildirir: "Mən həmişə deyirdim ki, mənim ilk albomum mənim kimliyimi təsdiq etdi, ikincisi isə sadəcə bunu xatırlatdı. İndi özümü bir az stresli hiss edirəm. Mənim debüt albomum birinci həftədə 100 minlərlə tirajla satılıb. Və mən "Bunu necə bacardım?"- deyə fikirləşdim. Daha sonra başa düşdüm ki, yaradıcılığımda olan anlar həmişə eyni olmayacaq". Qeyd edək ki, onun "Canlı" mahnısı Böyük Britaniya hit-paradlarında ikinci yerdə qərar tutub. 25 yaşlı müğənni həmçinin etiraf edir ki, özünün ilk böyük arenada baş tutacaq konsertinin təşkil edilməsi üçün özü aktiv fəaliyyət göstərib: "Mən həmçinin tur üçün nəzərdə tutulan libaslara görə xüsusi işləyirdim. Konsert ərzində cəmi 5 libas dəyişəcəm. Bir konsert üçün bu qədər libas məndə heç vaxt olmamışdı",- deyə Cessi bildirib. Qeyd edək ki, Cessi Ceyin "Canlı" albomuna dəstək üçün ilk Avropa turunun konserti 15 oktyabrda Belfastın "Odissey Arena"sında baş tutub. Cessi "Sən kimsən" (Who You Are) adlı debüt albomundan bir neçə mahnı, həmçinin yeni albomundan olan musiqilərindən də ifa edib. Az sonra müğənni boynuna alır ki, "Canlı" albomundan yalnız üç mahnını ifa etmək ürəyincə olub. Bunlar "Nəfəs "(Breathe), "Arzulamaq"(Daydreaming) və "Cazibədar qadın"dır (Sexy Lady).
2013-10-17
351
İngiltərədən Amerikaya motosiklet səfəri
Ceyms Blant "Alovlu ürək" (Bonfire heart) mahnısının videoklipini təqdim edib. Bu mahnı britaniyalı müğənninin gələcək "Aya eniş" (Moon Landing) albomunun ilk mahnısıdır. Bildirək ki, yeni mahnısının videoklipində Ceyms motosikletlə Amerikaya səfər edərək yerli sakinlərin şəklini çəkir. Xatırladaq ki, Ceymsin dördüncü studiya albomu olan "Aya eniş" 21 oktyabrdan başlayaraq satışa buraxılacaq. Albomun standart versiyasına 11 mahnı, genişlənmiş variantına isə əlavə 3 mahnı daxil ediləcək. Britaniyalı müğənni yeni layihəsindən söz açaraq belə söyləyib: "Mahnıların çoxu romantik olacaq və bu albom digərlərinə nisbətən şəxsi xarakter daşıyır".