translation
stringlengths 1
47.6k
| source_text
stringlengths 3
47.6k
|
---|---|
Because now it is necessary to create a tsunami in the thinking of our nation with the character of Agil Abbas. | Çünki indi bizim millətin təfəkküründə Aqil Abbas xarakterilə bir sunami törətmək lazımdır. |
I say this purely from the standpoint of protecting our national values and instilling the spirit of patriotism. | Bunu sırf milli dəyərlərimizin qorunması, vətənpərvərlik ruhunun aşılanması mövqeyindən deyirəm. |
Agil Abbas has a special attitude towards young people. | Aqil Abbasın gənclərə xüsusi münasibəti var. |
This relationship is based on care and attention. | Bu münasibət qayğıkeşliyə, diqqətə söykənir. |
Agil teacher was a guest of the School of Young Writers and dedicated a page for young people in "Adalat" newspaper so that it could be published. | Aqil müəllim Gənc Ədiblər Məktəbinin qonağı oldu və "Ədalət" qəzetində gənclər üçün bir səhifə ayırdı ki, buyurun, çap olunun. |
This meant a good environment for young signatures for printing. Agil Abbas reached this age of 57 years not by resting, but by his unique courageous stance, brainstorming and sometimes real fist fights, he has come a long way. | Bu, çap üçün gənc imzalara yaxşı bir şərait demək idi. Aqil Abbas bu 57 yaşına dincələ-dincələ yox, özünəməxsus cəsarətli mövqeyilə, fikir vuruşları və bəzən də həqiqi yumruq döyüşlərilə gəlib, böyük bir yol keçib. |
Only Agil Abbas could pass this way. | Bu yolu yalnız Aqil Abbas keçib gələ bilərdi. |
His heroes were also people who were crazy and could speak their words, because in his works he created the image of people who speak their words and spared their lives to protect their position. | Onun qəhrəmanları da dəli-dolu gəzib yaşayan, sözünü deməyi bacaran adamlardı, çünki öz əsərlərində də elə sözünü deyən, mövqeyini qorumaq üçün canını əsirgəməyən insanların obrazını yaradıb. |
You don't have to go far for proof: you can communicate with Tiger and Leopard in "Dolu". | Sübut üçün uzağa getmək gərək deyil: "Dolu"dakı Pələnglə, Bəbirlə bir də ünsiyyət qura bilərsiniz. |
Happy 57-year-old man who can speak! | 57 yaşın mübarək, sözünü deməyi bacaran Kişi! |
From the editorial office: "525" members congratulate our dear friend and valuable colleague Agil Abbas on his birthday and wish him good health and new successes in his life and creativity. | Redaksiyadan: Əziz dostumuz, dəyərli həmkarımız Aqil Abbası doğum günü münasibətilə "525"çilər də ürəkdən təbrik edir, ona cansağlığı, həyatında və yaradıcılığında yeni uğurlar arzulayırlar. |
An exhibition of Azerbaijani artists' works on the subject of genocide was opened. Yesterday, the exhibition dedicated to the Day of the Genocide of Azerbaijanis, March 31, was opened at the Museum Center. | Azərbaycan rəssamlarının soyqırım mövzusunda əsərlərinin sərgisi açılıb Dünən Muzey Mərkəzində, 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərginin açılışı olub. |
According to APA, Deputy Minister of Culture and Tourism Sevda Mammadaliyeva, speaking at the opening of the exhibition, said that the March genocide committed 92 years ago entered the history of the Azerbaijani people as one of the next bloody events: "This history is well known to all of us. | APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, 92 il əvvəl törədilmiş mart soyqırımı Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil olub: "Bu tarix hamımıza yaxşı məlumdur. |
During those difficult days, Armenian Dashnaks and armed Bolshevik punishment squads attacked the peaceful Azerbaijani-Turkish population in Baku and other regions of the country, and a real genocide was committed against our people. | Həmin ağır günlərdə erməni daşnakları və silahlı bolşevik cəza dəstələri Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı-türk əhaliyə divan tutub, xalqımıza qarşı əsl soyqırımı törədilib. |
Undoubtedly, the troubles that are brought to our people from time to time always affect our talented people and leave a deep mark on their creativity. | Zaman-zaman xalqımızın başına gətirilən bəlalar şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir və onların yaradıcılığında dərin iz buraxır". |
In his speech, the Chairman of the Union of Artists of Azerbaijan, People's Artist Farhad Khalilov noted that this history also lives in the works of our artists. | Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə çıxışında bu tarixin rəssamlarımızın əsərlərində də yaşadığını qeyd edib. |
The chairman of the union said that the main goal of organizing the exhibition dedicated to the day of the genocide of Azerbaijanis is to educate the young generation in the spirit of patriotism, to demonstrate the impact of the calamities inflicted on our people on the creativity of Azerbaijani artists, and to commemorate the dear memory of the innocent victims. | İttifaq sədri bildirib ki, azərbaycanlıların soyqırımı gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir. |
More than 100 works of more than 90 authors are displayed in the exhibition. | Sərgidə 90-dan artıq müəllifin 100-dən çox əsəri nümayiş olunur. |
It should be noted that the exhibition is jointly organized by the Ministry of Culture and Tourism, the Union of Artists of Azerbaijan and the Museum Center. | Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. |
Exhibitions related to the March 31 Genocide opened in the National Library Yesterday, the book and poster exhibitions titled "March 31 is the Genocide Day of Azerbaijanis" and "Armenian Terror in Caricatures" were opened in the National Library named after M.F. Akhundov. | 31 Mart Soyqırımı ilə bağlı Milli Kitabxanada sərgilər açılıb Dünən M.F.Axundov adına Milli Kitabxanada "31 mart Azərbaycanlıların Soyqırım Günüdür" və "Erməni terroru karikaturalarda" adlı kitab və plakat sərgilərinin açılışı olub. |
Director of the National Library Karim Tahirov opened the event and pointed out that the national leader Heydar Aliyev gave a political assessment to the genocide of March 31, 1918 for the first time in 1998, and since that year the commemoration day of the victims of the genocide has been held every year. | Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, 31 Mart 1918-ci il soyqırımına ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə ilk dəfə siyasi qiymət verildiyini, həmin ildən başlayaraq hər il soyqırım qurbanlarının anım gününün keçirildiyini önə çəkib. |
K. Tahirov emphasized that the terrible tragedy will never be erased from the memory of the Azerbaijani people. | K.Tahirov o dəhşətli faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayıb. |
Deputy Minister of Culture and Tourism Sevda Mammadaliyeva spoke about the bloody events committed by Armenians against our people and said that the March 31 massacre is one of the bloodiest pages in our history. | Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ermənilərin xalqımıza qarşı törətdikləri qanlı hadisələrdən danışıb, 31 mart qırğınının tariximizin ən qanlı səhifələrindən olduğunu bildirib. |
Speaking at the event, Associate Professor of Baku State University Atamoglan Mammadli spoke about the misfortunes Armenians brought to the people of Azerbaijan over the centuries, tens of thousands of civilians becoming victims of the genocidal policy, being deported from their native homelands, and the continuation of that genocidal policy today: "Armenians are so far, they have published more than 26 thousand books and articles containing lies and hatred towards Turks and Azerbaijanis. | Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli əsrlər boyu ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, on minlərlə dinc əhalinin soyqırım siyasətinin qurbanlarına çevrilmələrindən, öz doğma ata- baba yurdlarından deportasiya olunmalarından və həmin soyqırım siyasətinin bu gün də davam etdirilməsindən söz açıb: "Ermənilər bu günə qədər türklərə, azərbaycanlılara nifrətin, yalanların əks olunduğu 26 mindən çox kitab və məqalələr çap etdiriblər. |
Based on Christian sources, I prepared a book called "Arrivals" that revealed their true faces. In this book, fundamental facts were collected that prove that Armenians did not come to the Caucasus, and that they did not actually own any territory. | Mən də xristian mənbələrinə əsaslanaraq onların əsl üzlərini aşkar edən "Gəlmələr" adlı bir kitab hazırladım ki, bu kitabda ermənilərin Qafqaza gəlmə olduqlarını, onların əslində heç bir əraziyə sahib olmadıqlarını sübut edən əsaslı faktlar toplanıb". |
MPs Havva Mammadova and Tahir Rzayev also talked about the historical facts, the atrocities committed by the Armenian Dashnaks on March 31, and emphasized the importance of passing on the infamous deeds of the Armenians to the next generation. | Millət vəkilləri Havva Məmmədova və Tahir Rzayev də tarixi faktlardan, 31 martda erməni daşnakların törətdikləri vəhşiliklərdən söhbət açıblar və ermənilərin bədnam əməllərinin gələcək nəslə çatdırılmasının vacibliyini vurğulayıblar. |
H. Mammadova said that the ruthless plan on the way to the genocide was prepared a long time ago: "20-30 years after the Armenians settled in the charming corners of Azerbaijan, they started claiming the territory and dreamed of creating a "Great Armenia". | H.Məmmədova soyqırıma gedən yolda amansız planın çoxdan hazırlandığını bildirib: "Ermənilər Azərbaycanın dilbər guşələrində yerləşdirildikdən 20-30 il sonra ərazi iddiasına başladılar və "Böyük Ermənistan" yaratmaq xülyasına düşdülər. |
Today, we should not be satisfied only with the Guba cemetery. | Bu gün biz təkcə Quba məzarlığı ilə kifayətlənməməliyik. |
I can say with great certainty that today there are such mass graves and pits where Azerbaijanis are buried in Shamakhi, Salyan, Nakhchivan, Karabakh and other regions. | Mən çox əminliklə deyə bilərəm ki, bu gün belə kütləvi məzarlıqlardan, azərbaycanlıların basdırıldığı quyulardan Şamaxıda, Salyanda, Naxçıvanda, Qarabağda və digər bölgələrimizdə də var. |
For this, we still need to conduct a lot of research and excavations." | Bunun üçün də biz hələ çox tədqiqatlar və qazıntılar aparmalıyıq". |
Publicist Karim Karimli noted the historical roots of the genocide, that the massacres carried out repeatedly by Armenians against our people were aimed at displacing Azerbaijanis from their homeland and erasing them from the earth as a nation: "However, this ugly plan of theirs did not come true, despite their propaganda and false tears shed. , their fabrications and slanders caused hatred directed against them in the world community". | Publisist Kərim Kərimli soyqırımın tarixi köklərindən, ermənilərin xalqımıza qarşı dəfələrlə planlı şəkildə həyata keçirdikləri qətliamların azərbaycanlıları öz vətənlərindən didərgin salmaq, bir millət kimi yer üzündən silmək məqsədi daşıdığını qeyd edib: "Lakin onların bu çirkin planı baş tutmadı, apardıqları təbliğatlara, tökdükləri yalançı göz yaşlarına baxmayaraq, onların uydurmaları, böhtanları dünya ictimaiyyətində onların özünə qarşı yönələn nifrətə səbəb oldu". |
At the end, the event participants got acquainted with the exhibition. | Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. |
More than 200 books, magazines, newspapers and more than 40 posters dedicated to the March 31 Genocide were displayed at the exhibition. | Sərgidə 31 Mart Soyqırımına həsr olunmuş 200-dən artıq kitab, jurnal, qəzet və 40-dan çox plakat nümayiş etdirilib. |
The eternal fighter of innovation... RASUL RZA - 100 "The mind works better in the dark" Immanuel Kant Then it was April 1st: 1981. | Yeniliyin əbədi mücahidi... RƏSUL RZA - 100 "Ağıl qaranlıqda daha yaxşı işləyir" İmmanuil Kant Onda da aprelin biriydi: 1981-ci il. |
World "laughter" day, "joke" day. | Dünyanın "gülüş" günü, "zarafat" günü. |
In this ordinary calendar of history, a bad news brought by Khazri suddenly cut onions and shook everyone's mood. | Tarixin bu adi təqvimində qəfildən xəzrinin gətirdiyi bir bəd xəbər hamının kefinə soğan doğradı, ovqatını sarsıtdı. |
Rasul Reza died in Mardakan. | Rəsul Rza Mərdəkanda vəfat edib. |
This news caught the Azerbaijani culture in general as a reverse slap. | Bu xəbər ümumən Azərbaycan mədəniyyətini tərs şillə kimi tutdu. |
Some believed immediately, some didn't, because then it was the day of lies in the world, everyone was drinking from Gabrovo's anecdotes, from the salty and funny fictions of uncle Haji, Abdal Gasim from Aghdam, Balami from Lankaran, and joke after joke. | Kimi dərhal inandı, kimi inanmadı, axı onda dünyanın yalan günüydü, hamı Qabrovo lətifələrindən, şəkili Hacı dayının, ağdamlı Abdal Qasımın, lənkəranlı Baləminin duzlu-məzəli uydurmalarından dəm vurur, zarafatı zarafata calayırdı. |
Who listened to the black news and believed? | Qara xəbərə qulaq açan, inanan kim idi?.. |
Besides being a powerful Azerbaijani poet and public figure, Rasul Reza was one of the 4-5 rare intellectuals gifted to our country in the 20th century. | Rəsul Rza qüdrətli Azərbaycan şairi və ictimai xadimi olmaqla bərabər, XX əsrin məmləkətimizə bəxş elədiyi 4-5 nadir ziyalıdan biriydi. |
The life path of this enlightened personality, who constantly confirmed innovation in his creativity, and waged a merciless and uncompromising struggle with archaism and obsolescence in his thinking, ideology, and artistic imagination, was not at all smooth. | Daim novatorluğu yaradıcılığında təsdiqləyən, düşüncəsində, məfkurəsində, bədii təxəyyülündə arxaizmlə, köhnəliklə amansız, barışmaz mücadilə aparan bu işıqlı şəxsiyyətin ömür yolu heç də hamar olmayıb. |
The food source of his creativity was not the traditions of Russian poetry, the influence of V. V. Mayakovsky, as some Soviet critics sought and fondly wrote at that time, Rasul Rza's words were nourished by the layers of our 1500-2000-year-old poetry, filtered and rinsed. | Onun yaradıcılığının qida mənbəyi bəzi sovet tənqidçilərinin o zaman axtardıqları və sevə-sevə yazdıqları kimi rus şeiri ənənələri, V.V.Mayakovski təsiri deyildi, Rəsul Rza sözü 1500-2000 illik şeirimizin alt qatlarından qidalanır, süzülüb durula-durula gəlirdi. |
It took its origin from a figurative Turkish folk saying older than "Dade Gorgud". | Başlanğıcını "Dədə Qorqud"dan daha qədim, obrazlı türk xalq deyim tərzindən götürürdü. |
Therefore, this poetry was an event not only due to its form and tone, but also due to its richness and variety of content. Rasul teacher's successful experiments at that time in "Azerbaijan Soviet Encyclopedia" nationalized this "mother book" to an amazing degree. | Ona görə bu poeziya təkcə formasına, ahənginə görə deyil, həm də məzmun əlvanlığına, rəngarəngliyinə görə hadisə idi. Rəsul müəllimin "Azərbaycan Sovet Ensklopediyası"ndakı o vaxtkı uğurlu eksperimentləri bu "ana kitabı" heyrətamiz dərəcədə milliləşdirdi. |
At the same time, national traitors, Armenians, and Russians wrote "denunciations" to Moscow, considered his activities unsatisfactory, a sign of disrespect for other peoples, enmity, cast a shadow over our national and moral values, and insisted on the punishment of this enlightened intellectual. | Elə həmin dövrlərdə də milli satqınlar, ermənilər, ruslar Moskvaya "donos"lar yazır, onun fəaliyyətini qeyri-qənaətbəxş, başqa xalqlara hörmətsizlik, düşmənçilik əlaməti sayır, milli-mənəvi dəyərlərimizin üstünə kölgə salır, bu işıqlı ziyalının cəzalandırılmasını israrla tələb edirdilər. |
And Rasul Reza, who was wholesome, strong, and tough, had a unique life work and a motto according to his iron character: The struggle exists today and tomorrow, and I am in its front ranks! | Bütöv, ötkəm, sərt Rəsul Rzanın isə dəmir xarakterinə uyğun özünəməxsus həyat amalı, yaşam devizi var idi: Mübarizə bu gün də var, yarın da, Mən də onun ön sıralarında! |
Of course, it was the 70s and 80s of the last century, it was not Stalin's regime, but Academician Sakharov was punished for criticizing this regime - he was under house arrest in Gorky. | Əlbəttə, ötən əsrin 70-80-ci illəriydi, Stalin rejimi deyildi, ancaq akademik Saxarov elə bu rejimi tənqid etdiyinə görə cəza çəkirdi - Qorkidə ev dustağıydı. |
The poet Iosif Brodsky was expelled from the country. | Şair İosif Brodski ölkədən çıxarılmışdı. |
Kazakh writer Oljas Suleymenov (according to the book "Asia") was taken under the wing of Dinmuhammed Kunayev, the head of the republic to which he belongs. | Qazax yazarı Oljas Süleymenovu ("Aziya" kitabına görə) mənsub olduğu respublikanın rəhbəri Dinmühəmməd Kunayev qanadları altına almış, hifz eləmişdi. |
The dirt and attack on Rasul Raza could have expanded its scope. | Rəsul Rzaya atılan çirkab, hücum da dairəsini genişləndirə bilərdi. |
At this time, Heydar Aliyev, the embodiment of the zeal of the Azerbaijani people, put his chest forward. | Bu zaman Azərbaycan xalqının qeyrət mücəssəməsi Heydər Əliyev döşünü irəli verdi. |
Heydar Alirza oglu masterfully took the risk, apparently removed the teacher Rasul from his position, removed him from the directorship of the encyclopedia. | Heydər Əlirza oğlu ustalıqla risqə getdi, zahirən Rəsul müəllimi guya vəzifəsindən uzaqlaşdırdı, ensklopediyanın direktorluğundan çıxartdı. |
In fact, this political move was to cover the eyes of Brezhnev's government, and then Rasul Reza was given the highest award of the country - the honorary title of Hero of Socialist Labor - based on the presentation of genius Heydar Aliyev. | Əslində bu siyasi gediş Brejnev hakimiyyətinin gözündən pərdə asmaq idi, sonra elə dahi Heydər Əliyevin təqdimatı əsasında Rəsul Rzaya ölkənin ən yüksək ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi. |
Rasul Reza was an eternal champion of innovation, pulling a large army of words like a locomotive. | Rəsul Rza yeniliyin əbədi mücahidi idi, böyük bir söz ordusunu lokomativ kimi ardınca çəkirdi. |
He was the champion and flag bearer of the quality renewal of our poetry after the singing stage. | Poeziyamızın tərənnüm mərhələsindən sonrakı keyfiyyət yeniləşməsinin baiskarı və bayraqdarıydı. |
The number of supporters increased year by year: Ali Karim, Mammad Araz, Fikret Goja, Fikret Sadiq, Vagif Samadoglu, Isa Ismayilzade, Alakbar Salahzade, Iltifat Saleh, Abbas Abdulla, Tofig Abdin Jamal Yusifzade, Azer Abdulla, Vahid Aziz, Mavlud Suleymanli, Chingiz Alioglu, Ramiz Rovshan, Dilsuz, Tahir Taisoglu... | Ardıcılları, tərəfkeşləri ilbəil artırdı: Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, İltifat Saleh, Abbas Abdulla, Tofiq Abdin Camal Yusifzadə, Azər Abdulla, Vahid Əziz, Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Dilsuz, Tahir Taisoğlu... |
Each of these signatures was a color, a shade in the magnificent poetry wreath of Azerbaijan. As soon as he came across an original word, a unique idea, an expression, he immediately reacted and stood up for the author. | Bu imzaların hər biri Azərbaycanın möhtəşəm poeziya çələngində bir rəng, bir çalar idi. O, orijinal sözə, bənzərsiz fikrə, ifadəyə rast gələn kimi dərhal reaksiya verir, müəllifinin müdafiəsinə qalxırdı. |
Ramiz Rovsha's book of poems, which was published in the 70s of the last century, was not liked by some "nightingales of praise". | Ramiz Rövşənin ötən əsrin 70-ci illərində yarpaq qalınlığında çıxan şeir kitabı bəzi "tərif bülbülləri"nin xoşlarına gəlməmişdi, elə hey partiya mətbuatında gənc şairin qabırğasına döşəyirdilər. |
Only Rasul Reza resolutely defended Ramiz, called his poems a new phenomenon in our literary economy, and even praised these lines, which became the target of criticism by conservatives: A cloud has come to the sky, I said, mother, to the "beat", Every village, every village, The son has gone. , did not return! | Yalnız Rəsul Rza qətiyyətli surətdə Ramizi hifz etdi, şeirlərini ədəbi təsərrüfatımızda yeni hadisə adlandırdı, hətta daha çox mühafizəkarların tənqid hədəfinə çevrilən bu misralarını ağızdolusu təriflədi: Bulud gəldi göy başına, Dedim ana, "döy" başına, Hər oba, hər öy başına, Oğul getdi, qayıtmadı! |
Only then did reactionary Soviet criticism, which had become a slave to ideology, retreat a little. | Yalnız bundan sonra ideologiyanın quluna çevrilən mürtəce sovet tənqidi bir qədər geri çəkildi. |
Mr. Rasul continued to write about our renewed literature and to bring out young talents. | Rəsul müəllim isə yeniləşən ədəbiyyatımız barədə yazmaqda, gənc istedadları ortaya çıxartmaqda davam edirdi. |
At the end of every week, he goes to the literary meeting in Goychay, listens to the poems of the talents living in the Shirvan region, collects his works and gives them to the press, writes a "successful path" to the young people who are seriously engaged in creativity in Baku, and publishes the notes he took from the regions of Azerbaijan in the form of journalistic series of articles. | O, hər həftənin sonunda Göyçaydakı ədəbi məclisə gedir, Şirvan bölgəsində yaşayan istedadların şeirlərini dinləyir, əsərlərini toplayıb mətbuata verir, Bakıda yaradıcılıqla ciddi məşğul olan gənclərə "uğurlu yol" yazır, Azərbaycanın rayonlarından götürdüyü qeydləri publisistik silsilə məqalələr şəklində ortaya qoyurdu. |
Nothing escaped his gaze. | Nəzərindən heç nə yayınmırdı. |
See, Rasul Reza was a great intellectual, a tireless organizer and an all-round enlightened personality who loved to serve his nation in a practical way. | Bax, Rəsul Rza millətinə həqiqətən əməli surətdə xidmət etməyi sevən böyük ziyalı, yorulmaz təşkilatçı və hərtərəfli nurlu şəxsiyyət idi. |
This business acumen and seniority could be envied. | Bu işgüzarlığı və ağsaqqallığa qibtə aparmaq olardı. |
By the way, now our literature really lacks Rasul Reza's wisdom and restraint, Rasul Reza's seriousness, demandingness and strictness, as well as Rasul Reza's bigotry and bravery... lll Rasul Reza laid the foundation of a number of literary traditions and poetry festivals in Azerbaijan. | Yeri gəlmişkən, indi ədəbiyyatımızda həqiqətən Rəsul Rza müdrikliyi və təmkini, Rəsul Rza ciddiliyi, tələbkarlığı və sərtliyi, eyni zamanda Rəsul Rza təəssübkeşliyi və mərdi-mərdanəliyi çatışmır... lll Azərbaycanda bir sıra ədəbi ənənələrin, poeziya bayramlarının əsasını Rəsul Rza qoymuşdu. |
Let's take one of them - Sabir Poetry Days. | Elə götürək bunlardan birini - Sabir Poeziya Günlərini. |
In order to make the poetry festival worthy of the name of the great poet, Mr. Rasul willingly took on the big organizational burden. | Şeir bayramını böyk şairin adına yaraşdırmaq naminə Rəsul müəllim böyük təşkilati yükü həvəslə öz üzərinə götürürdü. |
Members of the Union of Writers of the USSR, invited guests from foreign countries were sent to all regional centers of our republic. | SSRİ Yazıçılar İttifaqının üzvləri, xarici ölkələrdən dəvət olunmuş qonaqlar respublikamızın bütün bölgə mərkəzlərinə ezam edilirdilər. |
Sabir's creations were once again mirrored, studied, spread among the people, and promoted by schoolchildren. | Sabir yaradıcılığına bir daha güzgü tutulur, öyrənilir, xalq arasında yayılır, məktəblilər tərəfindən təbliğ olunurdu. |
Those days were unforgettable days. In my youth, I was a direct participant of that solemn feast of words several times. | O günlər unudulmaz günlər idi. Mən gənc yaşlarımda bir neçə dəfə həmin təntənəli söz bayramının bilavasitə iştirakçısı olmuşam. |
I have seen and observed with my own eyes the great respect for Sabir in Lankaran, Ganja, and Shamakhi, as well as the love of the whole nation for Rasul Reza. | Lənkəranda, Gəncədə, Şamaxıda Sabirə bəslənən böyük ehtiramı, eyni zamanda Rəsul Rzaya olan ümumxalq sevgisini gözümlə görmüş, müşahidə eləmişəm. |
The closing of those days was always held in front of Sabir's statue as a final event. | O günlərin bağlanışı həmişə yekun tədbir kimi Sabirin heykəlinin qarşısında keçirilirdi. |
In the end, the masters of words reported to the great poet. | Söz ustaları axırda böyük şairə hesabat verirdilər. |
I forgot the exact date, was it 1978 or 1979. | Dəqiq tarixini unutmuşam, 1978-ci il idi, yoxsa 1979-cu il. |
Finally, for the first time, I had the happiness of performing at Sabir Bagh, a traditional poetry festival. | Ən nəhayət, Sabir bağında, ənənəvi poeziya festivalında çıxış eləmək xoşbəxtliyi mənə də ilk dəfə nəsib oldu. |
Again, the event was conducted by teacher Rasul. | Yenə tədbiri Rəsul müəllim aparırdı. |
Rasul Reza mentioning my name and giving me a separate promise was an event at that time. | Rəsul Rzanın adımı çəkməyi, mənə ayrıca söz verməyi həmin dövrdə hadisəydi. |
Because on that very eve, a series of my poems were published in the almanac "Days of Patience" published under the direct editorship of Mr. Rasul, and at the same time in the "Azerbaijan" magazine. | Çünki elə həmin ərəfədə Rəsul müəllimin bilavasitə redaktorluğu altında çıxan "Sabir günləri" almanaxında və eyni zamanda "Azərbaycan" dərgisində silsilə şeirlərim çap olunmuşdu. |
After the event ended, I approached Mr. Rasul. | Tədbir başa çatandan sonra mən Rəsul müəllimə yaxınlaşdım. |
I showed him his books published by "Azernashr" and "Ganclik" publishing houses. | Onun "Azərnəşr" və "Gənclik" nəşriyyatlarında çıxmış kitablarını özünə göstərdim. |
I said that I am a reader. | Dedim ki, oxucuyam. |
Please autograph these books. | Xahiş edirəm, bu kitablara avtoqraf yazasınız. |
He looked at me carefully from head to toe, and whatever he remembered, a smile appeared on his serious face: - "Son, you are a poet first, then a reader. | O, başdan-ayağa məni diqqətlə süzdü və yadına nə düşdüsə, ciddi sifətinə təbəsssüm gəldi: - "Bala, sən əvvəl şairsən, sonra oxucu. |
"Read it and don't hide it," he said and immediately took the pen in my hand and wrote heartfelt words on both books. | Oxun atıb, yayın gizlətmə" - dedi və dərhal əlimdəki qələmi aldı, hər iki kitaba səmimi ürək sözlərini yazdı. |
I have eagerly read many books and translated works of Rasul Reza and I continue to read them even today. | Mən Rəsul Rzanın çoxlu sayda kitablarını, tərcümə əsərlərini həvəslə oxumuş və günü bu gün də oxumaqda davam edirəm. |
He is always himself, new and unique only as himself. | O, həmişə özüdür, yenidir və yalnız özü kimi bənzərsizdir. |
Rasul Reza's poetry is modern poetry that stands above all eras. | Rəsul Rza poeziyası bütün dövrlərin fövqündə dayanan müasir poeziyadır. |
Only the poem "Had it not been for the rose" and the series "Ranglar" can be considered an indicator of his divine power as a poet. | Təkcə "Qızılgül olmayaydı" poeması və "Rənglər" silsiləsi onun şair kimi ilahi qüdrətinin göstəricisi sayıla bilər. |
It is true that sometimes they throw stones at the garden of this great man of words and genius intellectual. | Düzdür, bəzən bu nəhəng söz adamının, dahi ziyalının da bostanına daş atırlar. |
Perhaps it is a paradox of time. | Bəlkə də zamanın paradoksudur. |
However, I say with complete sincerity: if Rasul Reza were alive, those radical young people who call themselves "leaders of modern poetry" and "postmodernists" would gather around him and engage in a more merciless struggle and polemic. | Ancaq mən tam səmimiyyətlə deyirəm: əgər Rəsul Rza sağ olsaydı, özlərini "modern şeirin lideri", "postmodernist" adlandıran həmin radikal gənc istedadlı qüvvələri ətrafına yığar, daha amansız mücadiləyə, polemikaya girişərdi. |
At that time, everyone would sit in place, the water would flow and rinse. | O zaman hər kəs yerində oturar, sular axar, durulardı. |
Rasul Reza's miracle, Rasul Reza's objectivity was precisely in all this - in clarifying the complex, in simplifying the difficult. Rasul teacher's great copy and loss as an intellectual is brought to life in "Sizsiz" by our prominent writer Anar with characteristic lines and figurative details. | Rəsul Rza möcüzəsi, Rəsul Rza obyektivliyi məhz bütün bunlarda - mürəkkəbə aydınlıq gətirməkdə, çətini asanlaşdırmaqda, sadələşdirməkdə idi. Rəsul müəllimin ziyalı kimi böyük surəti və itgisi görkəmli yazıçımız Anarın "Sizsiz"ində xarakterik cizgilərlə, obrazlı detallarla canlandırılıb. |
lll Today is April one. | lll Bu gün aprelin biridir. |
The "day of lies" of the world. | Dünyanın "yalan günü". |
In fact, the time that passes over our heads like the wind is a "mixture of colors". | Əslində başımızın üstündən yel kimi keçən zaman "rəng qatışığıdır". |
White, red, yellow, orange, brown, gray. | Ağ, qırmızı, sarı, narıncı, qəhvəyi, boz. |
Is today a repeat of that day? | Bu gün o günün təkrarıdırmı? |