{"Question": " 13. Nikolay Pavlenkonun “Birinci Pyotr” kitabının fəsillərindən birində Pyotrun hərbi əməliyyatlara rəhbərlik etməsi, nizami ordu və donanma yaratması, qanunvericilik və mülki sahələrdə işlər gördüyü qeyd olunur. Kitabın bu fəslinin adı XX əsrin 40-cı illərinə aid əsərin adı ilə eynidir. Həmin əsəri tapın. ", "Answer": " “Qılınc və qələm” ", "Explanation": " Pyotr hərbi iş və müharibələrlə yanaşı dövlət quruculuğu ilə də məşğul olmuş və bir sıra qanunlar, sərancamlar, məktublar, əmrlər və diplomatik sənədlər yazmışdır. “Qılınc və qələm” romanı Məmməd Səid Ordubadi tərəfindən 1946-1948-ci illərdə yazılmışdır. ", "Author": " Rahib Məhərrəmzadə"}