{"Question": " 6. 1945-ci ildə Potsdamda müttəfiq dövlətlərin görüşü zamanı, tərəflər arasında yarana biləcək münaqişənin qarşısını almaq üçün bundan istifadə olunmuşdu. Bu, həmçinin, ilk dəfə Normandlı Vas tərəfindən 1155-ci ildə təsvir edilmişdir. Bunu cavab kartınıza qeyd edin. ", "Answer": " Dəyirmi masa ", "Explanation": " Müttəfiqlər arasında kim başda oturacaq problemi yaranmasın deyə dəyirmi masadan istifadə edilmişdi. Vas ilk dəfə “Dəyirmi masa cəngəvərləri”ni təsvir edən şairdir. ", "Author": " Səbuhi Göyüşov"}