{"Question": " 2. ALFAda düymələrin olmaması başqalarından asılı olmamanı, cibin olmaması isə rüşvət alınmadığını bildirir və ədaləti simvolizə edir. ALFAnı bir sözlə cavab kartınıza yazın. ", "Answer": " Mantiya ", "Explanation": " Geyimdə düymələrin olmamasının səbəbi onu geyinənlərin kiminsə qarşısında düyməsini bağlayan asılı adamlara bənzəməməsi üçündür. Sualda işlənən “ədalət” sözü sizi məhkəməyə yönləndirməli idi. Söhbət hakimlərin məhkəmə proseslərində geydikləri geyim olan mantiyadan gedirdi. ", "Author": " Rahib Məhərrəmzadə"}