diff --git "a/overall2.txt" "b/overall2.txt" deleted file mode 100644--- "a/overall2.txt" +++ /dev/null @@ -1,24961 +0,0 @@ -Səhifə -> 1 | Sual Sayı -> 12 - -Sual: 1. Bir əsərdə illər uzunu şamla işıqlandırılan cəmiyyətdə elektrik enerjisini kəşf edən personaj cəmiyyətin rəhbərləri tərəfindən ölkədən qovulur. Bir dəqiqədən sonra onun qovulduqdan sonra özünə hansı adı götürdüyünü cavab kartınıza yazın. -Cavab: Prometey -Şərh: Eynilə yunan mifologiyasında tanrılardan alovu oğurlayaraq onu insanlara bəxş edən Prometey tanrılar tərəfindən cəzalandırılır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Stephen Kinzer ötən əsrdə İranda baş verən hadisələr haqqında danışarkən yazır: “İranın SSRİ ilə olan sərhəd uzunluğu və milliyətçi baş naziri Amerikanı qorxudurdu və ABŞ İranın ALFA olması ehtimalını heç düşünmək də istəmirdi.” ALFA ilə əvəz etdiyimiz saitləri eyni olan iki sözü yazın. -Cavab: İkinci Çin -Şərh: Müəllif qeyd edir ki, İrandakı vəziyyət kommunizm üçün tam uyğun idi və bu ABŞı qorxudurdu. Çindən sonra İranın da güclü bir kommunist dövlətinə çevrilməsini ABŞ təsəvvür belə etmək istəmirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 3. Kamal Abdulla bir essesində qeyd edir ki müasir Azərbaycan yazıçı və şairləri yüksək səviyyəyə çatmayıblar və keçmiş ədiblərimizin yalnız X-ləri ola bilərlər. Family Guy serialında təklik problemi yaşayan Peter bir müddətdən sonra öz X-inin də ondan uzaqlaşdığını görür. X-i yazın. -Cavab: kölgə -Şərh: Müəllif qeyd edir ki, müasir ədiblərimiz köhnə ədiblərimizlə eyni səviyyədə deyillər və onların yalnızca kölgələri ola bilərlər. Adı çəkilən serialda personaj tək qalanda hətta kölgəsini də itirir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 4. Bir əsərdə personaj keçmiş illərin ideya və görüşlərini qoruyub saxlamış tərəf müqabilini ALFA adlandırır. Time jurnalında yazılır kı, 1990-cı ildə Bostonda ümumi dəyəri 500 milyon dollardan çox olan ALFA oğurlanmışdı. ALFAnı ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: muzey eksponatı -Şərh: Personaj tərəf müqabilinin düşüncələrinin indiyə aid olmadığını və onun sanki tarixi bir eksponat olub muzeydə olmalı olduğunu qeyd edir. 1990-cı ildə Bostonda ümumi dəyəri 500 milyon dollardan artıq olan muzey eksponatları oğurlanmışdı -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Paylama materialıFamily Guy-ın epizodlarından birində Peter Mayklın onun üzərinə şərab tökdüyünü deyir və bir soyadı xatırlayır. Gördüyünüz rəsm haqqındakı məqalədə də həmin soyada rast gələ bilərik. Həmin soyadı cavab kartınıza yazın. -Cavab: Parkinson -Şərh: Bir epizodda Peter Michael J Fox-un evində ev sahibinin onun üstünə şərab tökdüyünü, bu səbəbdən köynəyini orada çıxarmalı olduğunu deyir. Gördüyünüz rəsm parkinson xəstəliyindən əziyyət çəkən bir şəxs tərəfindən çəkilmişdi və rəsmdəki qarışıq xəttlər sizə bunu tapmağa kömək ola bilərdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Disneyin Frozen animasiyasında qar adam Olaf BUnun ucunu qıraraq durbin kimi istifadə edir. 2010-cu ildə Sankt Peterburqda BUnlar 5 nəfərin ölümü, 150 nəfərin yaralanmasına səbəb olmuşdu. Bunu qalın saitli bir sözlə yazın. -Cavab: sırsıra -Şərh: Bildiyimiz kimi sırsıranın ucu iti olur və ucunu qırdıqda durbinə kifayət qədər oxşadığını görə bilərik. Sankt Peterburq kimi soyuq bir şəhərdə sırsıralar bəzən ölümlərə də yol aça bilir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Xristofer Kolumb və dəstəsi çox uzun çəkən, onları tamam əlacsız vəziyyətdə qoyan səyahətdən sonra tapdıqları adaya hansı adı vermişdilər? -Cavab: Salvador adası -Şərh: Uzun səyahətdən sonra Kolumb bu adanın onları xilas etdiyini düşünür və ispancadan tərcümədən Xilaskar mənasını verən Salvador adını verir. İnglis dilindəki salvation sözü də sizə kömək ola bilərdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. Bir əsərdə personaj tərəf müqabilinin qüvvəsinin böyük olduğunu təsvir edərkən onun insanları həyəcana gətirdiyini və sanki onları öz ardıyca apardığını deyir. Daha sonra personaj bunu Xə bənzədir. Xi qonşu hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Şeypurun səsi -Şərh: Personaj dostunun çox güclü təsirə malik olduğunu və sanki hər hərəkəti ilə insanları öz arxasıyla, cəsur şəkildə mübarizəyə çağırdığını qeyd edir və onun bu xüsusiyyətini şeypurun səsinə bənzədir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 9. Paylama materialıFotoda 1961-ci ildə yaradılmış bir təşkilatın maarifləndirici posterlərindən birini görürsünüz. Söhbətin hansı təşkilatdan getdiyini dəqiqliklə yazın. -Cavab: WWF -Şərh: Fotoda köpəybalığının göründüyü şəkil "qorxuducu", olmadığı şəkil isə "daha qorxuducu" adlandırılır və bununla da heyvanların qorunmasına diqqət verilməsi istənilir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Mühəndis və sahibkar Nikola 1915-ci ildə Anonim Lombardiya Avtomobil Fabrikini özəlləşdirmişdi. 1 dəqiqədən sonra Nikolanın soyadını cavab kartınıza yazın. -Cavab: Romeo -Şərh: Anonima Lombarda Fabbrica Automobili. Şirkətin tam adı belə idi və o vaxtlar öz adının akronimi olan ALFA adından istifadə edərək avtomobillər istehsal edirdi. Nicola Romeo şirkəti aldıqdan sonra markanın adını Alfa Romeoya dəyişmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Məqalələrin birində Çernobil faciəsi zamanı çəkilmiş fotolar haqqında danışan müəllif qeyd -edir ki, əvvəl fotolara ad vermək istəsə də, sonra onların dəhşətindən bu fikirdən daşınmışdı. -Yazının davamında müəllif Teodorun sitatını təkrarlayaraq, ona haqq verdiyini qeyd edir. Həmin sitatı cavab kartınıza yazın. -Cavab: Osvensomdən sonra şeir yazmaq barbarlıqdır -Şərh: Çernobildəki fotolara ad verməkdə çətinlik çəkən qəhrəman Teodor Adornonun məşhur Osvensomdən sonra şeir yazmaq barbarlıqdır ifadəsini təkrarlıyaraq, ona haqq verdiyini qeyd -edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 12. Paylama materialıAnd from a stone beside, a poisonous eft -Peeps idly into those Gorgonian eyes;Bir dəqiqə ərzində sizə verilmiş 19-cu əsrə aid misraların müəlifini cavab kartınıza yazın. -Cavab: Persi Şelli -Şərh: Gördüyünüz kimi şeir Meduza Qorqonadan bəhs edirdi. Bildiyimiz kimi Yunan mifologiyasında Meduza Qorqona Persey tərəfindən öldürülür. Rekvizitdə gördüyünüz misraların müəllifi isə adını Perseyin qısaldırılmış formasından alan ingilis şair Persi Şellidir. -Müəllif: Farid Nəsirulla - -Səhifə -> 2 | Sual Sayı -> 15 - -Sual: 1. 13-cü əsrdə “salam” Çində rəsmi status daşıyırdı. 1294-cü ildə Elxani hökmdarı Keyxatu xaqan -da öz dövlətində maliyyə böhranının qarşısını almaq üçün “salam”ı geniş yaymaq istəsə də, -məqsədinə nail ola bilməmişdi. -İndicə eşitdiyiniz mətndə “salam” sözü birinci növ təyini söz birləşməsini əvəz etmişdir. Əvəz -olunmuş iki sözü yazın. -Cavab: kağız pul -Şərh: Şərh: 13-cü əsrdə Çində “çao” adlanan kağız pullar rəsmi status daşıyırdı. 1294-cü ildə Elxani -hökmdarı Keyxatu xaqan da öz dövlətində maliyyə böhranının qarşısını almaq üçün kağız pulu -tətbiq etmək istəsə də, məqsədinə nail olmuşdu. İtalyan dilində, “çao” “salam” mənasını verir. -Müəllif: Rusif Hüseynov - -Sual: 2. Fillər Cənubi-Şərqi Asiyada çox nadir rast gəlindiyindən müqəddəs canlılar hesab olunur. -Eşitdiyiniz cümlədə bir latın mənşəli söz buraxılmışdır. Həmin sözü cavab kartlarınıza yazın. -Cavab: Albinos -Şərh: Fillər Cənubi-Şərqi Asiyada çox nadir rast gəlindiyindən müqəddəs canlılar hesab olunur. -Eşitdiyiniz cümlədə bir latın mənşəli söz buraxılmışdır. Həmin sözü cavab kartlarınıza yazın. -Müəllif: Türyan Məmmədov - -Sual: 3. Paylama materialıXuanın soyadını deyin. -Cavab: Bermudes -Şərh: Rekvizitin üçbucaq şəklində olması sizə yardım etməli idi. -Müəllif: Türyan Məmmədov - -Sual: 4. Əndəlusda yaşayan Luis Ramosu X adlandırmaq olar. İlk X 1816-cı ildə bariton Luici Zamboni -olmuşdur. X-i iki sözlə deyin. -Cavab: Sevilya bərbəri -Şərh: Luis Ramos Əndəlusdakı Sevilya şəhərində çalışan bərbərxana sahibidir. “Sevilya -bərbəri”nin premyerasında ilk Fiqaro obrazını – Luici Zamboni yaratmışdır. -Müəllif: Türyan Məmmədov - -Sual: 5. Onun anası Avreliya Kottanın ahıl yaşında öz ölümü ilə vəfatı BUNUN ONUN adı ilə bağlı -olmamasına daha bir dəlildir. ONUN kim olduğunu deyin. -Cavab: Yuli Sezar -Şərh: Qədim Romada qeysəriyyə əməliyyatı zamanı bütün qadınlar tələf olur, uşaq isə, sağ -qalırdı. Yayılmış mifə görə qeysəriyyə əməliyyatının Yuli Sezarın adı ilə bağlı olması bir -çoxlarınıza məlumdur. Əslində isə, termin, latında “Caesare”, yəni “Kəsmək, doğramaq” -sözündən yarandığı daha həqiqətə uyğundur. -Müəllif: Türyan Məmmədov - -Sual: 6. X-lərə malik Yoandri Hernandes Qarrido adlı kubalıya verilmiş ləqəb ispanca “veintikuatro”, -yəni “iyirmi dörd” deməkdir. Siz isə, Azərbaycan atalar sözündə X-in nəyə bənzədildiyini tapın. -Cavab: Fərsiz övlad -Şərh: Qarridonun hər əlində və hər ayağında 5 əvəzinə 6 barmaq olduğu üçün, ümumlikdə 24 -barmağı var. Məşhur atalar sözündə isə belə deyilir: “Fərsiz övlad altıncı barmaq kimidir. -Saxlasan eybəcər görünər, kəssən səni incidər.” -Müəllif: Rusif Hüseynov - -Sual: 7. Hündürlüyü 12 min metrə çatan onun elmi adı – Sirrusdur. Onu tapdıqda, ola bilsin ki, siz də -onda oldunuz. Onu 3 sözlə deyin. -Cavab: Göyün yeddinci qatı -Şərh: 7 nömrəli sualı tapan bir çox iştirakçılar yəqin ki, özlərini göyün yeddinci qatında hiss -edəcəklər. -Müəllif: Türyan Məmmədov - -Sual: 8. 2007-ci ildə Almaniyanın da iştirakı ilə baş tutan “Böyük Səkkizliy”in görüşü “Kommersant” -qəzeti tərəfindən BELƏ adlandırılmışdı. BELƏ adlı multiplikasiya filmindəki obrazlardan biri -yalan deməyi bacarmır. BELƏ sözü ilə əvəz etdiyimiz sözləri yazın. -Cavab: "Ağca qız və qnom" -Şərh: Bir çoxlarınızın baxdığı multiplikasiya həmin filmində güzgü yalan danışmağı bacarmır. -“Kommersant” qəzeti isə Angela Merkel və 7 digər dövlət başçısının iştirakını “Ağca qız və 7 -qnom” adlandırmışdı. -Müəllif: Türyan Məmmədov - -Sual: 9. Rafael Hüseynov Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxslərinə həsr etdiyi -“Min ikinci gecə” kitabının fəsillərinin birində “İsgəndərin kefliliyi” adlı ifadə işlədir. Bəs bu -sətirlərin yazıldığı fəsil hansı şəxsə həsr olunmuşdur? -Cavab: Əlağa Vahid -Şərh: Müəllif məşhur bir şairin alkohola meylliyindən bəhs edir. Maraqlısı da budur ki, şairin əsl -adı Əlağa İsgəndərov olmuşdur. -Müəllif: Rusif Hüseynov - -Sual: 10. Diqqət sualda əvəzetmələr var.   -1751-1780-ci illərdə yaradılan X-in Y-i Fransa inqilabının inkişafında böyük rol oynamışdır. -Onlayn Y-lərdən birində X haqqında danışılarkən Y-in də adı çəkilir. Həm X, həm də Y-i deyin. -Cavab: Didro, Ensiklopediya -Şərh: 1751-1780-ci illərdə yaradılan Didronun Ensiklopediyası Fransa inqilabının inkişafında -böyük rol oynamışdır. Onlayn ensiklopediyalardan birində Didro haqqında danışılarkən -Ensiklopediyanın da adı çəkilir. -Müəllif: Türyan Məmmədov - -Sual: 11. Çirkli sudan şikayət edən forum yuzerlərindən biri mətbəxində bunun baş verdiyini deyir. 1916- -cı ilin 21 fevral – 18 dekabr aralığında Myöz çayının sahilində də bu baş vermişdir. Bununla -əvəz etdiyimiz frazeoloji birləşməni yazın. -Cavab: Qan su yerinə axır -Şərh: Yuzer mətbəxindəki suyu çirkab rənginə görə qana bənzədirdi. 1916-cı ilin fevral-dekabr -aylarında Myöz çayının sahilində Verden qəssabxanasında milyondan çox insanın tələf olduğu -yerdə qan su yerinə axırdı. -Müəllif: Türyan Məmmədov - -Sual: 12. Paylama materialıJames Lind by conducting the first ever clinical trial, developed the theory that itrus fruits cured -scurvy.Ceyms Lind dişlərin itirilməsinin, əzələ ağrılarının, diş ətinin qanamasının, anemiya və s. -simptomların səbəbini bunda görürdü. Nədə? -Cavab: C çatışmazlığı -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: 13. Onun haqqında ilk təsvirlər hələ e.ə 240-cı ildən verilməyə başlamışdır. Sonrakı dövlərdə bu -mövzuya periodik olaraq qayıdılmasına baxmayaraq, dəqiq hesablamalar yalnız 1705-ci ildə -aparılmışdır. Bəs kim tərəfindən? -Cavab: Edmund Halley -Şərh: Sualdakı “periodik” və “qayıdılması” sözləri sizə söhbətin Halley kometi barəsində -getdiyini anlatmalı idi. -Müəllif: Türyan Məmmədov - -Sual: 14. Lenindən sitata qulaq asın: “ 1917-ci ilədək Təhkimçilik hüququndan bizə nə qalmışdı?! -Monarxiya, din, etnik zülm, qadınlara qarşı haqsızlıq. Bu X-lərin hamısını biz tərtəmiz -təmizlədik.” -Deyilənə görə, X-in təmizlənməsində Alfey çayının gücündən istifadə olunmuşdu. X-i iki sözlə -deyin. -Cavab: Avgi tövlələri -Şərh: Hər hansı qarışıq situasiya, çirkli vəziyyət haqqında istifadə olunan Avgi tövlələri -eponimindən Lenin də istifadə etmişdi. Elida çarı Avginin 30 il çirkli qalmış tövlələrini Herakl -bir gün içərisində Alfey çayının köməyilə təmizləmişdi. -Müəllif: Türyan Məmmədov - -Sual: 15. Bir sıra araşdırmaçıların fərziyyəsinə görə, “Apardı sellər Saranı” xalq mahnısında adı çəkilən -şəxs həm də bu personajdır. Başqa bir tədqiqatçının fikrinə görə, bu personaj hindlər kimi -geyinirdi. Folklorumuza aid olan bu personajı iki sözlə yazın. -Cavab: Sarı gəlin -Şərh: Bir sıra araşdırmaçıların fərziyyəsinə görə, “Sarı gəlin” sözündə Sarı deyil, Sara nəzərdə -tutulur və “Apardı sellər Saranı” xalq mahnısı da “Sarı gəlin”in davamıdır. Başqa bir versiyada -isə, bu ifadə “sari gəlin”, yəni “sari geyinmiş qadın” mənasını verir. -Müəllif: Rusif Hüseynov - -Səhifə -> 4 | Sual Sayı -> 12 - -Sual: 1. Dünyanın ən böyük İKSlər festivalı yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir. Dünyanın müxtəlif yerlərindən festivala təşrif buyuran sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. İKS 1944-c�� ildə yazılmış əsərin adıdır. İKSi iki sözlə deyin. -Cavab: Buz heykəl -Şərh: Fikir verdinizsə festival soyuq qış aylarında baş verir və aylarda Sunqari çayı donur. Sənətkarlar çaydan əldə etdikləri buz bloklar vasitəsilə müxətlif buz heykəllər hazırlayırlar. Festivalın adı da buz heykəllər festivalıdır. Buz heykəl Ənvər Məmmədxanlının məşhur əsərinin adıdır. -Müəllif: Sultan Zahidov - -Sual: 2. “Oberonun Əli” romanında personaj təpənin başından qaçaraq aşağı tələsən it sürüsünü qara BU adlandırır. BUNU cavab kartına yazın. -Cavab: Qar uçqunu -Şərh: Bu “qar uçqunu”nu ağ qar deyil qara itlər yaratdığından personaj belə müqayisə aparmışdı. -Müəllif: Emin Məsimli - -Sual: 3. Rodriqo Borcia papa seçildikdən sonra tezliklə Xuan Borcia Papa Qvardiyasının başçısı vəzifəsinə, Çezare Borcia isə kardinal vəzifəsinə yüksəlir. Bloqlardan birində deyilir ki, məhz bu səbəbdən Borciyalar serialında Çezare Borcianın İKS kimi göstərilməsi mənasızdır. İKS 20-ci əsrin birinci yarısında yazılmış əsərin personajıdır. İKSi iki sözlə deyin. -Cavab: Böyük Qardaş -Şərh: Orta Əsrlərdə adətən ailənin ikinci, üçüncü oğlu karyerasını kilsə ilə bağlı qururdu. Borcialar serialında Rodriqonun ən böyük oğlu Pier Luici Borcianın adı ümumiyyətlə çəkilmir və Çezare Borcia Böyük qardaş, Xuan Borcia isə kiçik qardaş kimi göstərilir. Böyük Qardaş Corc Oruelin 1984 əsərinin personajıdır. -Müəllif: Emin Məsimli - - -Sual: 5. Bir nəzəriyyəyə görə həşəratların qanadlarının ilkin məqsədi uçmaq deyildi. Sonradan daha da böyüyərək qanadlara çevrilən bədən çıxıntıları lap əvvəldə sadəcə həşəratın bədən səthini artırmaq məqsədi güdür və İKS funksiyasını yerinə yetirirdi. Rozettanın qanadlarında İKSlərin sayı 10-dur. İKSi iki sözlə deyin. -Cavab: Günəş paneli -Şərh: Rozettanın qanadları deyərkən söhbət 2004-cü ildə buraxılan kosmik aparatdan gedirdi. Həşəratların bədən səthinin daha çox olması onların daha çox günəş enerjisi əldə etməsinə səbəb olacaqdı. -Müəllif: Emin Məsimli - -Sual: 6. “İşıq Tanrısı” əsərində hakimiyyəti əlində cəmləşdirən bir qrup insan müasir texniki tərəqqini əhali ilə bölüşmür, hətta bir neçə dəfə çap maşının ixtirasının qarşısı alınır. Əsərdə Budda kimi tanınan personaj isə əhalini BUNDAN çıxartmaq üçün üsyana rəhbərlik etməyə başlayır. BUNU iki sözlə deyin. -Cavab: Qaranlıq əsrlər -Şərh: Bu terminin belə adlanmasının bir səbəbi də həmin dövrlə bağlı yazılı mənbələrin az olmasıdır. Sual mətnindəki çap maşınının ixtirasının qarşısının alınması da məhz buna işarə edir. Budda – aydınlanmış olan, İşıq Tanrısı isə insanları qaranlıq əsrlərdən çıxartmağa çalışır. Bildiyiniz kimi Orta Əsrlərin təxminən 6-14-cü əsrləri əhatə edən dövrü tarixdə qaranlıq əsrlər kimi bilinir. -Müəllif: Emin Məsimli - -Sual: 7. Nevroalim Ramaçandranın fərziyyəsinə görə, vizual olaraq xəstəlik əlamətlərinin BELƏLƏRİNDƏ daha aydın və rahat seçilməsi BELƏLƏRİNƏ üstünlük verilməsinin səbəbi ola bilər. BELƏLƏRİ ilə əvəz edilmiş, saitləri qalın olan sözü deyin. -Cavab: Sarışınlar -Şərh: Sağlamlıqla bağlı informasiyanın olmasını beyin daha yaxşı seçim kimi qəbul edə bilər. Xəstəlik əlamətləri açıq rəngdə daha tez bilinəcək, qaraşınlar isə bu əlamətləri daha rahat gizlətməyə qadirdir. Üstünlük verilməsi – “Centlmenlər Sarışınlara üstünlük verir”ə işarə idi. -Müəllif: Emin Məsimli - -Sual: 8. Tarixi sənədli filmdə Oliver Neil deyir ki, 2-ci əsrdən başlayaraq BU Romalılar üçün dünyanın sonunu bildirirdi. BUNDAN cənubda yollar, şəhərlər və qəsəbələr, BUNDAN şimalda isə saysız-hesabsız tayfalar məskunlaşmışdı. BUNU biri xüsusi isim olan iki sözlə cavab kartına yazın. -Cavab: Adrian Divarı -Şərh: Sual mətni sizi həm də Taxtlar Oyunundakı Buz Divarına aparmalıdır. Aparıcı sənədli filmdə həmçinin bildirir ki, bundan cənubda sivilizasiya var idi, bundan şimalda isə barbarlıq. İkinci əsrdə Roma imperiyasının şimal sərhədləri Britaniyada məhz Adrian Divarında bitirdi. Corc Martin Buz Divarının ideyasını Adrian Divarından ilhamlanaraq yaradıb. -Müəllif: Emin Məsimli - -Sual: 9. Karikaturalardan birində ONA bildirirlər ki, çoxlu solçu kitablar oxuyub işçi-fəhlə hərəkatına qoşulsun. 2014-cü ilə aid filmdə KİPP ONLARdan birinin adıdır. ONU əcnəbi mənşəli sözlə deyin. -Cavab: Robot -Şərh: Robota – çex dilindən iş və ya ağır iş mənasına gəlir. İnterstellar filminin elmi məsləhətçisi olan Kip Thorne`un şərəfinə Dr. Mannın robotu KİPP adlandırılmışdı. -Müəllif: Emin Məsimli - -Sual: 10. Bu aktyorun canlandırdığı serial personajı insanların növ olaraq öz öncüllüklərini qorumaq üçün hər şeyi edəcəklərini deyir. Misal olaraq bildirir ki, insanlar vaxtilə özlərinə rəqib olan neandertalları yeyiblər. Bəs həmin aktyor özünün yeganə oskarını hansı obrazı canlandırdığına görə qazanıb? -Cavab: Hannibal -Şərh: Personaj qədimdə insanlar arasında geniş yayıldığı güman edilən hannibalizmə işarə edir. Westworld serialında Dr. Ford obrazını canlandıran Entoni Hopkins özünün yeganə oskarını Quzuların Səssizliyi filmindəki Hannibal Lekter obrazına görə alıb. -Müəllif: Emin Məsimli - -Sual: 11. Qədim romada dost ölkələrdən gələn elçiləri yüksək ehtiramla qarşılayar, şəhərin ən yaxşı yerlərini gəzdirər və sarayda qəbul edərdilər. Düşmən ölkələrin elçilərini isə adətətən Senatın razılığı gələnə qədər şəhər hasarlarından kənarda yerləşən İKSdə gözlədər və daha sonra Bellona məbədində qəbul edərdilər. İKSi eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Mars Meydanı -Şərh: Düşmənlərə münasibət bir növ düşməncəsinə idi. Onları müharibə ilahəsi olan Bellona məbədində qarşılamaqla romalıar onlarla hər an müharibə apara biləcəklərini nümayiş etdirərdilər. Bellona məbədində qəbul olunmazdan əvvə isə onları Qədim Romada müharibə tanrısı Marsın şərəfinə adlandırılmış Mars meydanında gözlətdirərdilər. -Müəllif: Sultan Zahidov - -Sual: 12. Paylama materialıPaylama materialında BUNU ETMƏKLƏ əvəz olunan sözü cavab kartına yazın. -Cavab: Bölmək -Şərh: Etrussk dili sizi qədim İtaliyaya aparmalı idi. Məhz iduare sözündən Roma təqvimində ayın ortasını bildirən idlər sözü törəyib. Sezarın öldürülməsi ilə yadda qalan Martın 15-nin tarixə Mart idləri adı ilə daxil olması isə hər kəsə məlumdur. İduare sözü isə etrussk dilindən bölmək mənasını verir. İstənilən ayı idləri deyəndə o ayının yarıya bölündüyünü yəni 15-ni nəzərdə tutmalıyıq. Rekvizitdəki sürət və məxrəc arasındakı düz xətt də sizi cavaba apara bilərdi. Marsla bağlı əvvəlki sual da sizə Martı xatırlamağa kömək edə bilərdi. -Müəllif: Sultan Zahidov - -Səhifə -> 5 | Sual Sayı -> 15 - -Sual: 1. Əliabbasın Bahar ilə evlənməsini yatağından qalxıb Məsməyə danışmasını, Məsmənin sərt reaksiya verərək bir-birlərinin tayı olmadıqlarını deməsini 2001ci ilə aid ALFAnın BETAsında görə bilərik. 2010ci ilə aid BETAda isə hadisələrin böyük hissəsi ALFAda cərəyan edir. ALFA və BETAnı cavab kartlarınıza yazın. -Cavab: Yuxunun başlanğıcı -Şərh: 2001ci ilə aid Yuxu filminin başlanğıcında Əliabbasın Bahar ilə evlənməsini yuxuda görməsini və bunu oyanaraq Nəsibə Zeynalovanın canlandırdığı Məsmə obrazına danışmasını görə bilərik. 2010cu ilə aid İnception yəni Başlanğıc filmində isə hadisələrin böyük əksəriyyəti yuxuda cərəyan edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 2. Şərq əsilli müəllifin fentezi hekayəsində uşaqlardan birinin üstünə pələng tullananda uşaq pələngi tutaraq iki hissəyə bölür. Əvvəlki cümlədə iki yerdə eyni söz buraxılıb. Həmin sözü cavab kartına yazın. -Cavab: Kağız -Şərh: Şərh: Əsərin fentezi olması və müəllifin şərq əsilli olması ipucu idi. Uşaqlar oriqamilərlə oynayır. “Kağız pələng” ifadəsi təhdidedici və təhlükəli görünüb əslində isə, göründüyü kimi təhlükəli olmayan nəsnələr haqqında işlədilir. -Müəllif: Emin Məsimli - -Sual: 3. Şərhçi Rey Hadson Barselonanın Valensiya qapısından keçirdiyi, lakin sayılmayan qola şərh verərkən deyir ki, hakimlər ONLAR kimi kor idi. ONU saitləri eyni olan sözlə deyin. -Cavab: Yarasa -Şərh: Rey Hadson şərhinin davamında bildirir: təsadüfi deyil ki, Barselona Valensiyaya – yarasalara qarşı oynayırdı. -Müəllif: Emin Məsimli - -Sual: 4. Diqqət, mədhiyyə!  Sən arpanı şirin qoxularla qarışdıran,   -Sən taxıl dənələrini ləpələyərək,   -Onları iri sobada qaynadansan.  Antik şumer ilahəsi NinkAsiyə həsr edilən mədhiyyədən bir parça dinlədiniz. Bu mədhiyyə, dünyanın ən qədim ALFA-sı hesab edilir. ALFA-nı qonşu hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: pivə resepti -Şərh: Qədim şumerlər bu şeir ilə həm pivə ilahəsi Ninkasini mədh edib, həm də pivənin reseptini tarixə qazandırmışdılar. Aydındır ki, pivə dənli bitkilərdən qıcqırdılaraq əldə edilir. Ən qədim pivə reseptinin vətəni də elə pivənin özü kimi Mesopotamiyadır. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Stefan Zveyq XVI əsrdə, Seylandan yaqutun, Çindən porselenlərin, Siyamdan fildişinin, Ərəbistandan qılıncın, Borneodan qulların , Bengaliyadan ipəyin gətirilərək satıldığı Malakka limanını ora b��nzədir. Haraya? -Cavab: Babil qülləsi -Şərh: dünyanın fərqli yerlərindən gəmilərin öz məhsullarını satmaq üçün gətirdiyi malakka limanında fərqli dillər danışılırdı. Bu zaman Zveyq, Malakka limanını Babil qülləsinə bənzədir. -Müəllif: Farid Nəsirulla - -Sual: 6. Hindistanda baş vermiş sipahilər üsyanında britaniyalılar ələ keçidrdikləri və inanclarına bələd olduqları üsyançıları top lüləsi qarşısına qoyub qəddarlıqla öldürürdülər. Cazdip Sinqx bu edam üsulunu şərh edərkən deyir ki, bu üsulla ölən insanlar artıq BURAXILMIŞ SÖZ edə bilməyəcəkdilər. Buraxılmış əcnəbi mənşəli çoxhecalı sözü cavab kartına yazın. -Cavab: Reinkarnasiya -Şərh: Bu edam üsulunun nəticəsində üsyançıların bədənləri tikə-tikə olurdu və inanclarına uyğun olaraq reinkarnasiya dövrəsindən məhrum olacaqdılar. -Müəllif: Emin Məsimli - -Sual: 7. C.C.Frezer qədim Babilistanın "5günlük hökmdar" adlı xalq oyunundan danışdığı yazısında daha sonra 1591-ci ili xatırlayır. Siz isə bundan sonra həmin yazıda hansı əsərin adının çəkildiyini cavab kartınıza yazın. -Cavab: "Aldanmış Kəvakib" -Şərh: Qədim Babilistanda olan bu oyunda nökərlərlə ağalar 5günlük öz yerini dəyişirdi. Belə ki ölüm hökmü verilmiş bir nökər hökmdar olur, 5 gün kral kimi həyat sürdükdən sonra öldürülürdü. Eyni hadisə 1591-ci ildə Şah Abbas tərəfindən həyata keçirilmişdir. O, münəccimlərin xəbərindən sonra taxdı Yusifə adlı bir kəndliyə vermiş, bir müddət hökmdarlıq edən Yusif sonra taxtdan salınaraq öldürülmüşdü. Bu süjet Axundovun "Aldanmış kəvakib" əsərinə də mövzu olmuşdur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. XVIII əsrin ikinci yarısından sonra ABŞ ərazisində kofe ən çox istifadə olunan içki halına gəlmişdi. Bir ingilis zarafatında qeyd edilir ki, "Amerikalılar Alfa ilə Betanın qarışmasından sonra damaq zövqlərini itirmişdilər" . Alfanı 1, Betanı isə 2 sözlə cavab kartlarınıza yazın. -Cavab: Çay və duzlu su -Şərh: Bostonda etirazçıların çayları suya tökməsindan sonra ABŞda əhali çaydan imtina etmiş və kofe ABŞ ərazisində ən çox istifadə olunan içki halına gəlmişdi. Bir ingilis zarafatında isə amerikalarının çay və duzlu sunun qarışmasından sonra damaq zövqlərini itirdikləri deyilir. -Müəllif: Farid Nəsirulla - -Sual: 9. Günəş sistemimizdə hələ kəşf olunmamış lakin mövcudluğu güman edilən planeti axtaran astronomlardan biri də Mayk Braundur. Bir sənədli filmdə Mayk Braun deyir ki, əgər həmin planeti tapsam insanlar məni bəlkə bağışladı. Maykın 2010-cu ildə xatirələrini yazdığı kitabın adında hansı xüsusi isimin olduğunu deyin. -Cavab: Pluton -Şərh: Mayk Braun Plutonun planetlər siyahısından çıxıb cırtdan-planetlər siyahısına düşməsində çox böyük rol oynamışdı. Müsahibədə isə bildirir ki, bəlkə yeni 9-cu planeti tapsam insanlar məni bağışladı. 2010-cu ildə yazdığı kitab “Mən Plutonu necə öldürdüm və nə üçün bu qaçınılmaz idi” adlanır. -Müəllif: Emin Məsimli - -Sual: 10. Keyptaun sahilindəki gəmilərin göyərtə saatlarını düzəltmək üçün hər gün saat 12-də top atəşi açılır. Lakin BU-nun nisbətən az olması uzaqdakı gəmilər üçün qeyri-dəqiqliyə səbəb olur. BU ilə əvəz edilmiş eyni hərflə başlayan iki sözü cavab kartlarınıza yazın. -Cavab: səs sürəti -Şərh: Siqnal təpəsində yerləşən “Noon Gun” [nun-qan] adlı top, ətrafdakı gəmilərin göyərtə xronometrlərini dəqiqləşdirmək üçün müəyyən saatda atəş açır. Bir qədər uzaq məsafədə yerləşən gəmilərə isə atəş səsi nisbətən gec çatdığı üçün, bu gəmilərdəki saatların düzəldilməsində qeyri-dəqiqliklər yaşanır. Həmin gəmilər bu problemin qarşısını almaq üçün səsə deyil, atəşin tüstüsünə reaksiya verirlər. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Yunan dilində eyni hərflə başlayan iki sözlə deyin. İlon Maskın qurduğu məktəb hansı adı daşıyır. -Cavab: Ad astra -Şərh: Space X layihəsi ilə məşhurlaşan və Marsda koloniya qurmaq təklifini irəli sürən İlon Maskın qurduğu məktəb "ulduzlara" mənasını verən "Ad astra" adını daşıyır. -Müəllif: Babək Qasımzadə - -Sual: 12. İngiltərədə şərabın sinonimi olaraq termin kimi çuval mənasın verən sack(sə:k) sözündən istifadə olunsada , Almaniyada bu termin yalnız 19cu əsrdə aktyor Ludvig Dervient tərəfindən işlədildikdən sonra məşhurlaşmışdı. Siz isə Ludvigin həmin gün tamasada hansı rolu oynadığını deyin? -Cavab: Falstalf -Şərh: İngilislər çox şərab içmək üçün çuvalla içmək mənasında sack sözündən istifadə olunur. Ludviq Dervient həmin gün çox şərab içməsi ilə məşhur Falstalfı canlandırmışdı. -Müəllif: Farid Nəsirulla - -Sual: 13. Neapolda kasıb ailədə anadan olan Enriko Karuzo Metropoliten Operada dünya şöhrəti qazandığı dövrdə həkimlərin səhv müalicəsi nəticəsində sağalmaz xəstəliyə düçar olmuşdur. Bu zaman onun X-nin nəticədə Y-ə çevrildiyi bildirilir. X və Y-lə əvəz olunmuş sözləri yazın. -Cavab: X- Amerika arzusu, Y-Amerika faciəsi -Şərh: Neapolda anadan olan Karuzo dünya şöhrətini məhz Nyu-Yorkda yerləşən Metropoliten Opera teatrında qazanmışdır. Kasıb italyanın ən yüksək maaşlı birisinə çevrilən Amerika arzusu sağalmaz xəstəlik nəticəsində Amerika faciəsinə çevrilmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. Botiçellinin “Venera və Mars” rəsmində ilk dəfədən diqqəti cəlb etməsə də sonradan baxanda eşşəkarılarını görmək olar. Məhz bunu əsas gətirən Ernst Qombriç rəsmi Mediçilərin deyil digər ailənin sifariş verdiyini deyir. Həmin ailənin 1454-cü ildə doğulmuş nümayəndəsini tapın. -Cavab: Ameriqo Vespucci -Şərh: Birinci cümlə amerikanın kəşfindəki Kolumbun ilk dəfədən səhvən Hindistan adlandırması və daha sonra Ameriqo tərəfindən bir növ yenidən kəşfinə işarə edir. Eşşəkarılar italyanca “vespa” (ingiliscə “wasp”) mənasını verir. Rəsmin Vespucci ailəsi tərəfindən sifariş olunduğunu versiyaları mövcuddur. -Müəllif: Emin Məsimli - -Sual: 15. Katolik olan Ketsbi, Rokvud, Qrant və Morqanın 7 noyabrda xəsarət almasına səbəb BUNU qurutmaq cəhdləri olmuşdu. Siz isə BUNU yox, hadisənin neçənci ildə baş verdiyini deyin. -Cavab: 1605 -Şərh: Sual mətnində onların həmçinin katolik olmasının deyilməsi məşhur deyim “Allaha inan, ancaq barıtı quru saxla” ifadəsinə ipucudur. 5 noyabrdan sonra sui-qəsdçilər iki gün təqibdə olarkən Britaniyanın nəm havasında barıt da nəm çəkmişdi və barıtı qurutmaq üçün Holbiçdə tonqalın ətrafına sərmişdilər. Barıta düşən qığılcım nəticəsində isə partlayış olmuşdu və sui-qəsdçilərin bir neçəsi xəsarət almışdı. -Müəllif: Emin Məsimli - -Səhifə -> 6 | Sual Sayı -> 14 - -Sual: 1. Tarixçi Jak le Qoff nəyi orta əsr cəmiyyətində reallaşmamış bərabərlik arzusu adlandırırdı? -Cavab: Kral Arturun dəyirmi masası -Şərh: dəyərmi masanın cəngavərləri yalnız kral Artur haqda əfsanələrdə bərabər idilər, orta əsr cəmiyyətində isə onlar krallara tabe idilər. -Müəllif: Наиль Фарукшин (Навои) - -Sual: 2. Viktor Serban yazır ki, kommunistlərin gəlişindən öncə kralın qızı Mariyanın iqamətgahı olmuş Bran qəsri Çauşeskunun vaxtında qaniçən imperalistlərin yuvası elan edilmişdi. Hal-hazırda turistlərə deyirlər ki, Branda O yaşayırdı. ONUN adını deyin. -Cavab: (qraf) Drakula -Şərhlər: None -Müəllif: Наиль Фарукшин (Навои) - -Sual: 3. Rodjer Uotersin sözlərinə görə, “Animals” albomunun mahnılarını ümümi ideya birləşdirir: sosial təbəqələrin alleqorik tərzdə təsvir olunması. Bu haqda danışan bir məqalədə O vurğulanır. ONU deyin. -Cavab: Corc Oruell -Şərh: Albomun konsepsiyasını insanların metaforik olaraq qoyunlar, donuzlar və itlər kimi heyvanlarla müqayisə olunduğu Oruelin “Heyvanıstan” povestinin ideyası ilə əlaqələndirmək olar. Albomda “Dogs”, “Sheep”, və “Pigs” kimi mahnlar yer alıb. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 4. Braziliyanın paytaxtında Milli konqresin, Ali Məhkəmənin, Prezident sarayının yerləşdiyi meydanı ONLARIN meydanı adlandırırlar. Nəyi və ya nələri ONLARDAN daha biri sayırlar? -Cavab: Kütləvi informasiya vasitələri -Şərh: Yuxarıda haqqında danışılan meydan “Üç hakimiyyət meydanı” adlanır. Ənənəvi olaraq, kütləvi informasiya vasitələrini hakimiyyətin dördüncü qolu sayırlar. -Müəllif: Мария Прокофьева (Moskva) - -Sual: 5. Ərəb əlifbasında “f” bir, “q” iki nöqtə ilə yazılır. Bir dəfə Babək hərəkatı ilə bağlı materiallarla tanış olan Cəfər Cabbarlı bir adın səhv yazıldığını görür. Bundan sonra nə meydana gəldi? -Cavab: Aqşin adı -Şərh: Mənbədə Afşin adı səhvən Aqşin kimi yazılmış, C. Cabbarlı öz personajını belə adlandırmaq qərarına gəlmişdi. -Müəllif: Fədai Məmmədov - -Sual: 6. Bu bəstəkarın əsəri Rossiniyə o qədər güclü təsir bağışlamışdı ki, o (Rossini), bəlkə də təsəlli olaraq demişdi: bundan möhtəşəm bir şey eşitmək mümkün deyil. Bəstəkarın adını deyin. -Cavab: Lüdviq van Betxoven -Şərh: Rossinin fikrinə görə, “Qəhrəmanlıq simfoniyası”nı yazdıqdan sonra, daha heç nə eşitməmək üçün kar olmaq da olar. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 7. Ginnes rekordlar kitabına əsasən, O, “Emmi” mükafatına 195 dəfə nominasiya olmuş və 46 dəfə layiq görülmüşdür. ONU maksimal dəqiqiliklə deyin. -Cavab: “Oskar” mükafatının təqdim edilmə mərasimi -Şərhlər: None -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 8. Çarlz Seyfe yazır ki, müasir riyazi biliklərin köməyilə yunan filosofun mühakimələrində ONU tapmaq asandır. Onun adını yazın. -Cavab: Axilles dabanı -Şərh: Zenonun məşhur Axiles və tisbağa haqda paradoksu müasir riyazi biliklərin köməyi ilə asanlıqla təkzib olunur. -Müəllif: Наиль Фарукшин (Навои) - -Sual: 9. BU haqda danışarkən, “Qara şəhər” romanının qəhrəmanı qeyd edir ki, malın bütovlükdə göstərilməsindənsə, onun üçdə bir hissəsi kişilərə daha güclü təsir göstərir. BUNDAN istifadə edənlər haqda danışarkən, “Küçənin günəşli tərəfində” əsərinin qəhrəmanı sarkofaqı qeyd edir. BUNUN adını deyin. -Cavab: çadra -Şərh: Birinci əsərdə hadisələr Bakıda, ikinci əsərdə - Daşkənddə, yəni qadına üzünü gizlətməyə sövq edən Şərqdə cərəyan edir. Dəfələrlə yoxlanılmışdır ki, fizionomiyanın üçdə bir hissəsi kişilərə daha güclü təsir göstərir, nəinki malın bütövlükdə nümayişi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 10. Paylama materialıQarşınızdakı şəkil kimə hansı ingilisə həsr olunub? -Cavab: Con Lennon -Şərh: Şəkildə asanlıqla “Ono” sözünü oxumaq olar, həmçinin şəkildə eynək təsvirini də görməmək mümkün deyil. -Müəllif: Fədai Məmmədov - -Sual: 11. Bir romanın qəhrəmanı balaca pişik balasına 1930-cu ildə peyda olan Disney qəhrəmanın adını verir. Qəhrəmanın atası məktəbdə hansı fənni tədris edirdi? -Cavab: Astronomiya -Şərh: 1930-1931-ci illərdə Pluto adlı it peyda oldu, 1930-cu ildə Pluton planeti kəşf edildi. -Müəllif: Константин Сахаров (Ивантеевка) - -Sual: 12. Bir dəfə riyaziyyatçı professor tələbəyə öz kitabını hədiyyə edir. Sonralar tələbə öz fəaliyyət növünü dəyişmək məcburiyyətində qalır. Sonradan professorla ilk görüşdə keçmiş tələbə kitaba görə professora təşəkkürünü bildirir və deyir ki, O, birinci fəsildən o tərəfə keçmədi. ONU deyin. -Cavab: Güllə -Şərh: Müharibə başladı və tələbə əsgər oldu. Kitab onun həyatını xilas etdi, çünki hətta güllə belə birinci fəsildən keçə bilməmişdi. -Müəllif: Наиль Фарукшин (Навои) - -Sual: 13. Robin Sautqeyt əvvəlcə internetdən təzə informasiya alanç sonra isə çörək parçasında ONU bişirən toster hazırlamışdı. ONUN adını iki sözlə deyin . -Cavab: Hava proqnozu -Şərh: İxtiraçı öz ixtirasını xeyirli olmasından daha çox əylənəcli sayır. Niyə də səhər yeməyi zamanı çörəklə günün proqnozunu almayaq? -Müəllif: Антон Волосатов (Ивантеевка) - -Sual: 14. Stuart Britanın fikrinə görə, “ONSUZ biznes aparmaq qaranlıqda qıza göz vurmaq kimi bir şeydir: siz ne etdiyinizi bilirsiniz, ətrfadakılar isə yox”. ONUN adını deyin. -Cavab: Reklam -Şərh: None -Müəllif: Константин Сахаров (Ивантеевка) - -Səhifə -> 7 | Sual Sayı -> 15 - -Sual: 1. 1913-cü ildə X. R. Kapablankanın Kuba XİN-də fəaliyyətə başlamasını, sual müəllifinin -fikrincə, eyni hərflə başlayan iki sözlə adlandırmaq olar. Bu sözləri deyin. -Cavab: Diplomatın debütü -Şərh: Şahmatçı ömrünün sonunadək Kuba dövlətinin bütün dünyada Fövqəladə və Səlahiyyətli -səfiri qismində çalışmışdı. -Müəllif: Fədai Məmmədov - -Sual: Paylama materialıBundan ilk dəfə 1553 – cü ildə Londonda  çap olunmuş IV Eduardın Katexizisində istifadə -edilib!Diqqət sual!!! Söhbətin nə haqda getdiyini deyin. -Cavab: Nida işarəsi -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: 3. Kilsəyə daxil olmaq QARAÇILARa yasaq idi. Orta əsrlərdə QARAÇILARın gəlir -qaynaqları sırasında kəndir satışı də vardı. QARAÇILAR sözü ilə əvəz etdiyimizi deyin. -Cavab: Cəlladlar -Şərh: Cəlladlara peşələrinə görə kilsəyə daxil olmaq qadağan idi. Onlar bəzən asdıqları -insanların kəndirlərini satırdılar. Əvəzetməmiz də təsadüfi deyil. Belə ki, orta əsrlərdə Osmanlı -imperiyasında cəlladlar yalnız qaraçılardan seçilirdi. -Müəllif: Türyan Məmmədov - -Sual: 4. 1578-ci ildə Kent qraflığında doğulmuş  Uilyam  haqqında deyirdilər ki O ürəyə girdi, ürəyin -sirrin açdı və adın tarixə yazdırdı. Biz sizdən söhbətin kimdən getdiyini soruşmuruq, bizim -mətndə buraxdığımız sözü deyin. -Cavab: qanla -Şərh: Sualda söhbət qan dövranını kəşf etmiş Uilyam Harveydən gedirdi -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 5. XVI əsrdə dənizçi və missioner-yezuitlər arasında geniş yayılmış şaiyələrdən birində -ONLARIN sayının həddən çox olduğu və onların hətta ağaclarda oturduğundan danışılan bir -ərazidən söhbət açılır. Onların nə olduğunu deyin. -Cavab: ördək -Şərh: Ördək sonralar Avropada uydurma və şaiyəni bildirmək üçün istifadə -olunurdu. Qəzet ördəyi buna misal ola bilər. -Müəllif: Orxan Cəlilov - -Sual: 6. Sualda əvəzetmə var. Bir Avropa məsəlinə görə, “MAZANDARAN PƏLƏNGİNİ yuxuda -görmək, kiminsə ölümünə işarədir”  SİMVOLİK olaraq MAZANDARAN -PƏLƏNGİNİ “dahilərin işi” adlandırırlar. Əvəz etdiyimiz sözləri deyin -Cavab: Əndəlüs köpəyi -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: 7. 18-ci əsrdə Çiroki hindu tayfasının bir neçə nümayəndəsi kral III Georqla görüşmək üçün -Britaniyaya yollanmışdı. Onlar bir neçə ay Londonda yaşayaraq ictimaiyyətin böyük marağını -qazanmışdılar. Sual müəllifinin bir saytda oxuduğu məlumata görə, onlar Britaniyanı bir nəfərin -ölümündən sonra tərk etməyə məcbur olmuşdular. Diqqət, sual: kimin? -Cavab: Tərcüməçinin -Şərh: Britaniyada çiroki dilinə bələd olan yeganə tərcüməçinin qəfil ölməsi onları Londonu tərk -etməyə məcbur etmişdi. -Müəllif: Rusif Hüseynov - -Sual: 8. Bir dəfə amerikalı “səssizlik sehrbazı” adlandırılan fransıza demişdi: “Məndən fərqli olaraq, -siz görünməyəni görünən edirsiniz”. Hər ikisinin səhnə adını deyin. -Cavab: Devid Kopperfild, Marsel Marso -Şərh: Devid Kopperfild müxtəlif obyektləri “yoxa çıxarması” ilə məşhurdur. Marsel Marsonun -dünyada ən çox tanınan pantomima aktyoru olduğunu deməyə, yəqin ki, ehtiyac yoxdur :) -Müəllif: Səbinə Abdullayeva - -Sual: 9. Kuk ekspedisiyasından olan Edvard Gibbonsun gündəliyindən bir hissəyə qulaq asın: “Kakao ağacının altında nahar etdim. 20 – 30 nəfər krallıqdan olanlar da kiçik stollar ətrafında nahar edirlər. Onların yedikləri - bir qədər soyuq ət parçası və ...”  Və nə? -Cavab: Sendviç -Şərh: Ceyms Kuk ekspedisiyasına maliyyə dəstəyi Sendviç qrafı Con Montaqu tərəfindən -edilirdi. Gibbons həmin bu sözləri Havay adalarında olarkən qələmə alıb. Havay adalarının Kukaqədərki adı isə, Sendviç adalarıdır. -Müəllif: Türyan Məmmədov - -Sual: 10. Bəzi mənbələrə görə, MANFREDİN adı Qərbi Sibirdə yaşayan mansilərin dilində "yer buynuzu" mənasını verən sözdən, digər Sibir xalqlarının dilində "torpaqda yaşayan" mənasını verən sözdən yaranıb. Söhbətin hansı heyvandan getdiyini deyin. -Cavab: Mamont -Şərhlər: None -Müəllif: Orxan Cəlilov - -Sual: 11. Paylama materialıDojüschtschi,  Basch-Dojüschtschi,  Onbaschi,  Tscho-Usch,  Basch-Tscho-Usch,  Gänsch- -Sabit, Sabit,  Basch-Sabit.Türk Vikipediyasındandan götürdüyümüz bu məqalənin iki sözdən ibarət adını yazın. -Cavab: Azərbaycan Legionu -Şərh: Bu sözlər azərbaycan dilində olan hərbi rütbə adlarıdır. Amma alman hərfləri ilə yazılıb. -Dojüschtschi (Döyüşçü), Basch-Dojüschtschi (Baş Döyüşçü), Onbaschi (Onbaşı), Tscho-Usch -(Çavuş), Basch-Tscho-Usch (Baş Çavuş), Gänsch-Sabit (Gənc Zabit), Sabit (Zabit), Basch-Sabit -(Baş Zabit) -Müəllif: Rusif Hüseynov - -Sual: 12. Fridrix Hayek “Cəmiyyətdə biliyin faydası” essesində bu fikrə gəlir ki, biliyin -desentralizasiyası (əksmərkəzləşməsi) nəticəsində hər bir fərd ümumilikdə məlum olan biliyin -yalnız bir hissəsinə malik olur. Sizsə, hansı müasirimizin bu məqaləni oxumasını deyil, ONUN -əsrin əvvəllində nəyi yaratdığını deyin? -Cavab: Vikipedia -Şərh: Hələ tələbə ikən oxuduğu bu esse Cimmiyə “Vikipediya layihəsini necə idarə etməli?” -sualını cavablandırmaqda kömək etmişdir. Məlum olduğu kimi Vikipedia 2001-ci ildı yaradılıb -Müəllif: Fədai Məmmədov - -Sual: 13. Bəzi alimlərin fikrincə yeni yaranmaqda olan “Hər şey nəzəriyyəsi” bir çox fiziki ideyaların -və nəzəriyyələrin məhvinə gətirib çıxaracaq. Bununla razılaşmayan Artur Uiqqins və Çarlz Uinn -məşhur şəxsi xatırlayırlar. Bu şəxs 1897 və 1907-ci illərdə müvafiq olaraq “New York Journal” -və “New York Times”da çıxış etməli olmuşdu. Söhbət kimdən gedir? -Cavab: Mark Tven -Şərh: Müəlliflərin sözlərinə görə ənənəvi fiziki nəzəriyyələrin “ölümü” barədə məlumatlar xeyli -şişirdilib. Məşhur yazıçı Mark Tveni sağlığında iki dəfə ölü elan etmişdilər. -Müəllif: Fədai Məmmədov - -Sual: 14. “Cəsur Ürək” filminin əvvəllərindən bir sitata qulaq asın: "X oğul-uşağı olmadan vəfat -etmişdi." Sitatın sonu. 2006 - cı ilə aid digər filmdə isə X-ə iddia edən şəxsin adını yazın. -Cavab: İdi Amin -Şərh: X - Şotlandiya kralı idi. Uolles dövründə Şotlandiya kralı oğlu olmadan vəfat etdiyindən, -İngiltərə Şotlandiya taxtına sahib çıxmağa çalışırdı. 2006 - cı ilə aid "Sonuncu Şotlandiya kralı" -filmi isə Şotlandiya kralı tituluna iddia etmiş Uqanda diktatoru İdi Amin barəsindədir. -Müəllif: Türyan Məmmədov - -Sual: Bəzi mütəxəssislərin fikrincə, Rafael Qualazzinin bu kompozisiyası “BELƏ ifa” adlanır. BELƏ -heykəllərdən ən böyüyü Murdeşvarda yerləşir. NECƏ? -Cavab: dördəlli -Şərh: Murdeşvarda Şivanın heykəli yerləşir -Müəllif: Elmidar Süleymansoy - -Səhifə -> 8 | Sual Sayı -> 12 - -Sual: 1. Sualda əvəzetmələr var.  Kiçik yaşlarında olarkən, kral ailəsinə yaxın olan bir şəxs Snorrinin bir qaşını düzəltmək istəmiş, lakin nəticədə Snorri, yanağında yüngül çapıq yarası ilə qurtulmuşdu. Həmin şəxsin Snorrini kimə bənzətməyə çalışdığını deyin. -Cavab: Odin -Şərh: "Qaş düzəltmək"sözləri ilə" göz çıxartmaq" sözləri əvəz edilmişdi. Snorri Sturluson özündə skandinaviya mifologiyasını ehtiva edən Böyük və Kiçik Eddaların müəllifidir. Kral ailəsinə yaxın olan Torbyorq Byarnadottir, Snorri Sturlusonun üzərinə hücum çəkərək onun bir gözünü çıxardaraq, Odinə bənzətmək istəyirmiş. Odin isə müdriklik suyundan, yəni "Poeziya bal"ından dadmaq üçün bir gözünü çıxararaq Mimirə vermişdi. Birinci sual idi. Ümid edirik ki, qaş düzəltmək əvəzinə göz çıxartmadıq. -Müəllif: Orxan Cəlilov - -Sual: 2. Adətən atasının planlarını KORLAMAQLA məşğul olmuş bu komiks personajı 2004-cü ildə ölür. Lakin 2008-ci ildə bilinir ki, onun ölümü əslində həqiqi deyilmiş. 2009-cu ildə isə müəllif Brayan Miller onun Batgirl (Bətgöl) obrazında çıxış edəcəyini gizlətməyin mənasız olduğunu bildirir. Personajın ləqəbini bir ingilis sözü ilə deyin. -Cavab: Spoyler -Şərh: Korlamaq ingilis dilində "spoil" deməkdir və Stefani Braun atasının planlarını korladığı üçün bu ləqəbi götürmüşdü. Brayan Miller, Spoyleri "spoyler" etməməyin mənasız olduğunu bildirmişdi. Gördüyünüz kimi sualda çoxlu sayda spoyler var idi. -Müəllif: Orxan Cəlilov - -Sual: 3. 2012-ci ildə arxeoloqların araşdırması zamanı məlum olmuşdur ki, o, güclü skaliozdan əziyyət çəkirmiş. 2015-ci ildə onun qəbrinin ikinci dəfə, yenidən hansı şəhərdə basdırıldığını deyin. -Cavab: Lester -Şərh: Söhbət 2012-ci ildə qəbri tapılmış Qozbel ləqəbli III Riçarddan gedirdi. Skalioz onurğa əyilməsi xəstəliyidir, və belin əyilməsinə səbəb olur. Bəzi Lester fanatları futbol komandasının 2015-2016-cı ildəki uğurlu oyununu həm də III Riçardın qəbrinin yenidən basdırılması ilə əlaqələndirirdi. Belə ki, 2015-ci ilin 26 martında onun nəşi Lester kafedral kilsəsində yenidən basdırılır və 1 il sonra klub çempion olur. Qəbir və skalioz sözləri sizi qozbelə aparmalı idi. -Müəllif: Orxan Cəlilov - -Sual: Paylama materialıRobert Haynlaynın "Yad ölkədə yad" fantastik romanında İKS-in təsviri rekvizitdə olduğu kimidir. Digər qeyri-rəsmi İKS-ın təsvirində isə qırmızı, yaşıl və göy rəngləri görmək olar. İKS-i iki və ya üç sözlə ifadə edin. -Cavab: Marsın bayrağı -Şərh: Rekvizitdə Qırmızı planet olan Marsın astronomik işarəsini görürsünüz. Mars cəmiyyətinin dizayn etdiyi trikolorda isə Kim Stenli Robinsonun Mars trilogiyasına daxil olan "Qırmızı Mars", "Yaşıl Mars" və "Göy Mars" əsərlərinə uyğun olaraq, Marsın bayrağı qırmızı, yaşıl və göy rənglərdə təsvir olunub. Yaşıl və göy rənglər həm də Marsın gələcəkdə terraformalaşdırılmasına, yəni planetin atmosferinin və ekologiyasının insanın yaşaması üçün yararlı vəziyyətə gətirilməsinə işarədir. Dördüncü planetdir. -Müəllif: Orxan Cəlilov - -Sual: 5. Diqqət, sualda əvəzetmələr var.  Alimlərin araşdırmalarına görə, qorxu filmlərinə baxan zaman insanlarda fibrinogen zülalının, həll olunmayan fibrinə çevrilməsi artır və belə demək olarsa, bu baş verir. Bu əslində 0,56 (sıfır tam yüzdə əlli altı) dərəcədən aşağı tempraturda baş verir. Əvəz edilmiş sözləri yazın. -Cavab: Qan damarda donur -Şərh: "Qan damarda donur" ifadəsi dəhşətli və qorxulu bir hadisədən danışan zaman işlədilir. Maraqlıdır ki, qorxan zaman qanda fibronogenin fibrinə çevrilməsi laxtalanmanı artırır və belə demək olarsa, qan damarda donur. İnsanda qan 0.56 Selsi dərəcədən aşağı tempraturda damarda donur. -Müəllif: Orxan Cəlilov - -Sual: 6. Burada avtomobil idarə etməyə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Buradan bəhs edən məqalədə kondorun da adı çəkilir. Buranı tapın. -Cavab: Naska -Şərh: Kondor daha çox Amerika qitəsində və And dağlarında geniş yayılmış quş növüdür. -Müəllif: Orxan Cəlilov - -Sual: 7. Paylama materialıŞəkildə onun prototipi olmuş kriket ustası Bredmanı görürsünüz. Klarens Neş onu səsləndirərkən fonetik transkripsiydan istifadə etmişdi. Onu tapın. -Cavab: Donald Dak -Şərh: Neş Donaldı həm də Fransız, İspan, portuqal, yapon, çin və alman dillərində də səsləndirmişdi və bunun üçün həmin dillərdə ördəyin "kvak" səsini çıxarmaq üçün foentik transkripsiyadan istifadə etmişdi. -1932-ci ildə məşhur kriket ustası Donald Bredman Nyu-York Vest-İndian komandasına qarşı oyunda sıfır xalla oyunu tərk etməsi ABŞ-da geniş səs-küyə səbəb olur. Kriket terminində oyunu sıfır xalla tərk edən batsmana "Duck" deyilir. Şəkildə həm də oyunçunun Ördək Donald və ya Donald Dak kimi papaq geyindiyini görə bilərik. -Müəllif: Orxan Cəlilov - -Sual: 8. Deyilənə görə Şərqi-Frank krallığının ilk kralı I Henrixə hökmdar seçilməsi barədə xəbəri, bunu edərkən vermişdilər. "Baburnamə" əsərində, yazın əvvəlində bunu edən vilayət sakinlərinin əsas alətləri arasında ağaca keçirilmiş ip olduğu da bildirlir. Bunu etməklə əvəz olunmuş iki sözü yazın. -Cavab: Quş tutmaq -Şərh: I Henrixin "Quştutan" ("Птицелов") ləqəbi də məhz buradan yarandığı bildirilir. -Müəllif: Orxan Cəlilov - -Sual: 9. Bu yaxınlarda Böyük Britaniyada, sosial medianın pabların mövcudluğuna maneə törətdiyini bildirən bir pab sahibi, canlı ünsiyyəti artırmaq üçün bundan istifadə etmişdi. Bunu ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Faradey qəfəsi -Şərh: XIX əsrin birinci yarısı ixtira olunmuş Faradey qəfəsi cihazları elektromaqnit sahəsindən ayırır və bununla da mobil telefonların dalğasını udaraq işləməsinə mane olur. Maykl Faradey özü də Britaniyalıdır. -Müəllif: Orxan Cəlilov - -Sual: 10. Çox zaman kəsici metal və şüşə qırıntılarından istifadə yara və ölümlərə səbəb olduğuna görə, İKS döyüşü Pakistanın bəzi regionlarında qadağan edilib. 1752-ci ildə öz təcrübələrində İKS-dən istifadə etmiş şəxsin kim olduğunu deyin. -Cavab: Benjamin Franklin -Şərh: Söhbət çərpələngdən gedirdi. Franklin çərpələngdən istifadə edərək ildırımın elektrik tərkibli olduğunu üzə çıxarmış və ildırımötürən ixtira etmişdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 11. 2004-cü ildə yaradılmış "Onu sevənlər cəmiyyəti" özündə fotoqraf, rəssam, fizik və həvəskar meteoroqları birləşdirir. Onun adlanması – şəbəkə diaqramında server klasterlərinin, kəsişən dairələrlərə bənzəməsi ilə bağlıdır. Onu tapın. -Cavab: Bulud -Şərh: Sualın ikinci hissəsində söhbət kompüterlərlə bağlı olan cloud computing-dən gedirdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 12. Braziliyanın Makapa şəhərində yerləşən, ZerAo adlı stadionun yaxınlığında nəyə heykəl qoyulduğunu latın mənşəli sözlə deyin. -Cavab: Ekvator -Şərh: Stadion ekvator xətti üzərində yerləşir, və stadionun digər adı "Zerao"dur. Zarao portuqalcadan "böyük sıfır" kimi tərcümə olunur. Bu 12-ci sual idi, yəni ki, biz ekvatora çatdıq. -Müəllif: Orxan Cəlilov - -Səhifə -> 12 | Sual Sayı -> 12 - -Sual: 1. Diqqət siyahı:   -".......   -II hissə - Yevterpa;   -III hissə - Taliya;   -IV hissə - Melpomena;   -V hissə - Terpisxora".   -Eşitdiyiniz bölmələrin aid olduğu kitabın müəllifini və I bölmənin adını cavab kartlarınıza yazın. -Cavab: Herodot və Klio -Şərh: Sizə Herodotun məşhur "Tarix" kitabının bölmələrinin adları təqdim olunmuşdur. Bölmələrin adından onların muzalar olduğu və məntiqi olaraq Yunan müəllif tərəfindən yazıldığını müəyyənləşdirmək olar. Maraqlıdır ki, Herodot öz kitabını tarix muzasının-Klionun adı ilə yazmağa başlamışdır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Paylama materialıQarşınızdakı şəkil XVIII əsrin ortalarında baş vermiş hadisəyə həsr edilib. Həmin hadisəni ikinci növ təyini söz birləşməsi ilə ifadə edin. -Cavab: Şiraz qonaqlığı -Şərh: 1763-cü ildə qələbəni qeyd etmək məqsədilə Xoy xanı və Qarabağ xanı ilə yanaşı bir neçə xanları Şiraza dəvət etmiş Kərim xan Zənd bununla xanlıqları gücsüz vəziyyətə salmağa çalışırdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Bir dəfə Sparta sərkərdəsi Lisandra demişdilər ki, Heraklın nəslindən olanlara hiyləgərliklə qalib gəlmək yaraşmaz. Cavabında sərkərdə həqarətlə gülərək bildirmişdi ki, X-in qısa olduğu yeri Y-lə yamaq etmək lazımdır. X və Y-i düzgün ardıcıllıqla yazın. -Cavab: X- aslan dərisi, Y- tülkü dərisi -Şərh: Nemey aslanının dərisini soyduqdan sonra Herakl ondan geyim kimi istifadə edirdi. -Müəllif: Ayaz İlyasov - -Sual: 4. Qılman İlkin “Bakı və Bakılılar” kitabında qeyd edir ki, bu küçədə X-lər ağaclar kimi bir-birinin böyründə bitmişdi. Sizsə, X-i yox, 1913-cü ildə “Romanovlar” adlanan həmin küçənin hazırki adını cavab kartınıza yazın. -Cavab: 28 may -Şərh: X - telefon dirəkləridir. XIX əsrin sonunda bu küçədə telefon dirəkləri basdırıldıqdan sonra küçə “Telefonnaya” adını almışdır. -Müəllif: Ayaz İlyasov - -Sual: 5. Onların ilk alayı 1642-ci ildə formalaşdırılıb. Alayda möhkəm nizam-intizam hökm sürürdü və əsgərlər Uinsbi döyüşündə dayanıqlı mübarizə aparmışdılar. Söhbətin kimlərdən getdiyini tapın? -Cavab: Dəmirböyürlülər -Şərh: Parlamentin süvari ordusu olan “Dəmirböyürlülər” Oliver Kromvel tərəfindən formalaşdırılmışdı. Versiyalardan birinə görə alay öz adını dəmir kimi möhkəm və dayanıqlı nizam-intizamına görə almışdı. Şəhərin adı da cavabı tapmağa kömək etməli idi. -Müəllif: Elşən Quliyev - -Sual: 6. Ərəb xilafəti dövründə anadan olmuş Babəkin ailəsi çox ağır maddi vəziyyətlərinə görə bir müddət sonra müsəlmanlığı qəbul etmişdi. Buna nəyin səbəb olduğunu bir ərəb mənşəli sözlə yazın. -Cavab: Cizyə -Şərh: Ərəb ağalığı dövründə tətbiq edilən vergilərdən biri və ən ağırı müsəlman olmayan əhalidən alınan Cizyə vergisi idi,Babəkin anası isə bu vergini ödəməmək üçün müsəlmanlığı qəbul etmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. Paylama materialıŞəklin götürüldüyü və XVIII əsrin sonlarından bəhs edən məqalənin adındakı xüsusi ismi cavab kartınıza yazın. -Cavab: Potyomkin -Şərh: Rəvayətə görə, 1787-ci ildə II Yekaterina Krıma səfər edərkən Potyomkin yol boyu çoxlu maketlər quraşdıraraq bölgənin inkişaf etdiyinə imperatriçanı inandırmaq istəyirdi. -Müəllif: Ayaz İlyasov - -Sual: 8. Eramızdan əvvəl 336-cı ildə öldürülən II Filipin dəstəksiz qalmış yeni arvadını X adlandırmaq olar. Ən məşhur X-lər siyahısına 1972-ci ildə Münhen şəhərində öldürülən 11 idmançı da daxildir. X-lə əvəz etdiyimiz 2 sözü cavab kartlarınıza yazın. -Cavab: Olimpiadanın qurbanı -Şərh: Makedoniyalı İsgəndəri taxta çıxarmaq üçün II Filipp öldürüldükdən sonra arvadı Olimpiada (bəzi mənbələrdə Olimpiya) ərinin yeni arvadını hakimiyyət davası etməsin deyə öldürmüşdü. Onu Olimpiada qurbanı adlandırmaq olar. 1972-ci ildə isə Münhen olimpiadasında öldürülən 11 israilli oyunçu ən məşhur Olimpiada qurbanları siyahısındadır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. İcmalar palatasında çıxışı zamanı Çörçil onun haqqında demişdi: “Biz çox təcrübəli və tədbirli düşmənlə qarşılaşmışıq. Etiraf etməliyəm ki, o dahi sərkərdədir”. Eşitdiyiniz bu sözlər kimin haqqında söylənilmişdir? -Cavab: Ervin Rommel -Şərh: Şimali Afrikadakı döyüşlər zamanı Britaniya ordusunun qurduğu tələlərdən məharətlə çıxan Ervin Rommel hiyləgərliyinə və tədbirli olmasına görə “Səhra tülküsü” ləqəbini qazanmışdır. -Müəllif: Elşən Quliyev - -Sual: 10. 2015-ci ilin əvvəllərində dünya bazarında əksər valyutaların nominallarının aşağı düşərək qiymətlərin öldüyü halda, yalnız manatın bu qarışıqlıqda dəyərini qoruyub saxlaması haqqında danışılan məqaləyə internet istifadəçilərindən biri "buraxılmış 5 söz"-dən ibarət şərh yazmışdı. Buraxılmış 5 sözün 1979-cu ildə ekranlaşdırılmış filmimizin məşhur sitatı olduğunu bilərək onu cavab kartlarınıza yazın. -Cavab: "Amma Babəkin oğlu sağ-salamat qaldı?!" -Şərh: Videorolik qoyulsun. Bütün digər valyutaların qiymət baxımından "öldüyü" halda yalnız manatın "sağ qalması"-nı istifadəçi 833-cü ildə II Həmədan döyüşündə, demək olar ki, bütün Xürrəmi əsgərlərinin öldürüldüyü şəraitdə Babəkin oğlunun sağ qalması ilə müqayisə etmiş və "Amma Babəkin oğlu sağ-salamat qaldı?!" ifadəsindən istifadə etmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. Paylama materialıŞəkildə gördüyünüz, 1909-cu ildə Moqilyov quberniyasında doğulmuş şəxsin kim olduğunu tapın. -Cavab: Andrey Qromiko -Şərh: 1957-1985-ci illərdə SSRİ-nin xarici işlər naziri olan Qromiko BMT-də çoxsaylı vetoları və danışıqlardakı sərt mövqeyinə görə “Cənab Yox” adını da almışdır. -Müəllif: Ayaz İlyasov - -Sual: 12. 1. Çanaqqala və İstanbul boğazlarının açılması,Qara dənizə sərbəst giriş icazəsi   -2. Qara dənizdəki torpedolar haqqında məlumatın verilməsi   -3. Ölkə ərazisindəki alman və avstriyalı əsgərlərin ölkədən çıxarılması və s.   -Eşitdiklərinizin nə olduğunu eyni hərflə başlayan 3 sözlə yazın. -Cavab: Mudros müqaviləsinin maddələri -Şərh: Çanaqqala və Qara dəniz şərtlərinin verilməsi sizə Osmanlıya çıxmağa kömək etməli idi,Birinci Dünya Müharibəsinin başa çatması zamanı Osmanlı İmperiyasının məğlubiyyətini təsdiq edən Mudros Müqaviləsi imzalanmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 14 | Sual Sayı -> 15 - -Sual: 1. Maye yanacaqla işləyən ilk istilik qurğularını hansı şirkət istehsal etmişdi? -Cavab: Primus -Şərh: Sonradan maye ilə işləyən istilik qurğularının demək olar ki, hamısı Primus adlanmağa başlandı. Latınca prima sözü də birinci deməkdir. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 2. Bir kitabda deyilir ki, ONLAR kofein dozası kimi Florensiyada “maddələr mübadiləsini” yaxşılaşdırmışdılar. ONLARI YAZIN. -Cavab: Mediçilər -Şərh: Bu nəslin əcdadlarının əzcaçı olması güman edilir. -Müəllif: Fuad Eminov - -Sual: 3. Deyirdilər ki, bir neçə dəfə Everestə qalxmış xeyli dözümlü Tensinq Norqeydə O var. Bir məqalədə inqalyatorun astma xəstələri üçün O olduğu bildirilir. ONU 2 SÖZLƏ DEYİN. -Cavab: Üçüncü ağciyər -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: 4. Hadisədən sonra şəhərdə ətirli moruq çiçəklərindən hazırlanmış içkilər və qəhvə geniş yayılmışdı. Söhbət hansı şəhərdən gedir? -Cavab: Boston -Şərh: 1773-cü ildə baş vermiş məşhur Boston çay qonaqlığından sonra şəhərdə çayı əvəz edəcək içkilər geniş yayılmışdı. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 5. Paylama materialıBəzi xristian mənbələrində İQREK-də HETEROXROMİYA əlamətləri olduğu deyilir. Qarşınızda gördüyünüz Alqol ulduzunu, orta əsr ərəb astronomları həm də İQREK adlandırırdı. İQREK-İ 2 SÖZLƏ DEYİN. -Cavab: “Şeytanın gözü” -Şərh: Heteroxromiya – iki gözün ayrı ayrı rənglərdə olmasıdır. -Müəllif: Orxan Cəlilov - -Sual: 6. 1820-ci ildə kapitan Filip Kinq verdiyi suala “MİNNA” cavabını almışdı. Siz isə ondan təxminən əlli il əvvəl verilmiş cavabı yazın. -Cavab: Kenquru -Şərh: Deyəsən, Ceyms Kukun nə soruşduğunu bilməyən aborigenlər, Kinqin sualını düz başa düşüb minna demişdilər. -Müəllif: Fuad Eminov - -Sual: 7. 29 avqust 1952-ci ildə pianoçu David Tüdor royala yaxınlaşdı, notlarla birlikdə X-i də royalın üstünə qoydu. Vaxtaşırı royalın qapağını açıb bağladı. X-i yunan mənşəli mürəkkəb sözlə yazın. -Cavab: xronometr -Şərh: Tüdor 4:33-ün ilk ifaçısıdır və boş notların yanında saniyələrə baxmaq üçün xronometr qoyur. Əsər 3 hissədən ibarətdir və pianoçu aktlar arasında keçidi bildirmək üçün royalın qapağını açıb bağlayır. -Müəllif: None - -Sual: 8. Hindistan ballistik raketlər sinfinin bir qolu ONUN adını daşıyır. ONUN haqqında hind dəfn mərasimlərində nəğmələr oxumaq vacibdir. ONU tapın. -Cavab: Aqni -Şərh: Bu növ ballistik raketlər yandırıcı təsirə malikdir. Hind dəfnləri adətən cəsədi yandırmaqla bitir. Aqni hind mifologiyasında od tanrısıdır -Müəllif: Elmidar Süleymansoy - -Sual: 9. Fidel Kastro inqilab tarixi ilə bağlı ona tez-tez verilən suallardan birinə cavab verərkən həm də qeyd etmişdi ki, hökumət inqilabçıların yanına cəsus göndərmək istəsə həmin cəsusun hazırlanması heç olmasa 6 ay vaxt aparmalı idi. Siz isə bunun səbəbinin izahında işlədilmiş QOŞASAMİTLİ SÖZÜ YAZIN. -Cavab: saqqal -Şərh: İnqilabçılar dağlarda çətin şəraitdə yaşayırdılar və ülgücləri olmadığından bığları-saqqalları çıxmışdı. Kastro deyir ki, hökumət aramıza cəsus salmaq istəyirdisə, həmin adam heç olmasa 6 ay üzünü qırxmamalı idi ki, biz onu ifşa etməyək. -Müəllif: Fuad Eminov - -Sual: 10. 1921-ci ildə Bakıda doğulmuş bu rəssam ailədə doqquz uşaqdan birincisi idi. Siz isə onun adını və soyadını cavab kartlarına yazın. -Cavab: Böyükağa Mirzəzadə -Şərh: Doqquz uşaqdan ən böyüyü idi. -Müəllif: Fuad Eminov - -Sual: 11. “Hərb və sülh” filminin kadrlarının daha da inandırıcı olması üçün, rejissor, belə demək olarsa, BUNU ETMİŞDİ. 1852-ci ildə keçirilən Andersen–Düfren qarşılaşmasında Andersen BUNU EDƏRƏK qələbə qazanmışdı. BUNU ETMƏKLƏ ƏVƏZ ETDİYİMİZ SÖZLƏRİ TAPIN. -Cavab: Atları qurban vermək -Şərh: SSRİ dövründə kino texnikası qərbə xeyli uduzurdu. Səhnələrin daha realistik alınması üçün “Hərb və sülh” filmində belə qəddar addım atmışdılar. 1852-ci ildə dövrün iki güclü şahmatçısı Andersen və Düfren arasında keçirilən partiyada Andersen atlarını qurban verərək rəqibi üzərində mövqe üstünlüyü qazanmışdı və yekunda Düfreni mat etmişdi. -Müəllif: Murad Axundov - -Sual: 12. Rais Rəsulzadə xatirələrində qeyd edir ki, sürgündə olarkən yatmamışdan qabaq gizlin, yorğanın altında bunu edirdi. İran mənbələrində Şah İsmayıl “bunu etməyə məcbur olan iranlı” kimi qələmə verilir. Sualda 3 söz 2 sözlə əvəz olunub. Əvəz olunmuş 3 sözü cavabkartlarına yazın. -Cavab: Azərbaycan dilində danışmaq -Şərh: Sürgündə olduğu zaman unutmasın deyə yorğanın altında azərbaycan dilində danışamalı olur. -Müəllif: Urfan Orucov - -Sual: 13. Meri Viesner-Hanks yazır ki, XV əsrdə Portuqaliyada kilsə qaydalarına qarşı çıxan və autodafedə yandırılan bidətçiləri X adlandırırdılar. XIX əsrdə Samuel Conson tərəfindən patentləşdirilən kibritlər də X adlanırdı. X-İ TAPIN -Cavab: Prometey -Şərh: Əfsanəyə görə Prometey tanrıların qaydalarına qarşı çıxaraq odu insanlara gətirmişdi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 14. XX əsrdə yazılmış HANSI ROMANIN adı artıq öz kralına xidmət edə bilməyən cəngavərə həsr olunmuş şeirdən götürülüb? -Cavab: ''Əlvida, silah!'' -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: Paylama materialıONUN həllərindən biri də qarışqa koloniyasının alqoritmidir. ONU tapın. -Cavab: Kommivoyajer tapşırığı -Şərh: Paylama materialında da Kommivoyajer tapşırığının həlli yolunu göstərən qrafik təsvir verilmişdi. -Müəllif: Elmidar Süleymansoy - -Səhifə -> 15 | Sual Sayı -> 15 - -Sual: 1. Vikipediyaya inansaq, nəyi 1859-cu ildə iyunun 27-i və 1868-ci ilin 27 martında Kentukkidə doğulmuş Mildred və Peti Hill bacıları yaradıblar? -Cavab: “Happy birthday to you” mahnısı -Şərh: Sualda hər iki bacının dəqiq doğum tarixinin verilməsi sizi cavaba çıxara bilərdi.Aparıcı da əbəs yerə klubun ad günü ilə bağlı qeydini bildirdi. Mildred və Peti “Happy birthday to you” mahnısının yaradıcılarıdır. -Müəllif: None - -Sual: 2. "6-cı hiss” filmində tez-tez qeydlər edən baş qəhrəman psixoloq Malkolm filmin sonunda evlilik üzüyünün barmağında olmadığını görüb əslində ruh olduğunu başa düşür. Tamaşaçıların film boyu üzüyün onun barmağında olmadığını hiss etməməsi üçün Malkolm rolunu canlandıran Bryus Uillis filmdən qabaq bunu etməyi öyrənmişdir. Bunu etməyi bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: sağ əllə yazmaq -Şərh: ABŞ-da adətən evlilik üzüyünü sol əldə gəzdirirlər. Malkolm rolunun ifaçısı filmdə yazı yazdığı səhnələrdə üzüyün onun barmağında olmadığını tamaşaçıların hiss etməməsi üçün həyatda solaxay olan Bryus Uillis sağ əllə yazmağı öyrənmişdir. -Müəllif: None - -Sual: 3. ELFlər də insanlar kimidir, boyları 1.5-2 metr, ürəkləri 4 kameralı, beyinlərinin həcmi də təxminən insanlarda da kimi. 2005-ci ildə Şaron Tendler ELF-lə ailə həyatı qurub. Eşitdiyiniz cümlələrdə bir neçə yerdə buraxılmış hərfləri yazın. -Cavab: DİN -Şərh: Sual müəllifi insanın dənizdəki ən yaxın dostu olan DELFİN-lərdən danışırdı. Onlar bir neçə xusüsiyyətinə görə insanlara bənzəyir. 2005-ci ildə isə britaniyalı milyonçu Şaron Tendler adlı xanım İsraildəki Sindi adlı delfinlə ailə həyatı qurub. -Müəllif: None - -Sual: 4. Maraqlıdır ki, bu filmin sonunda baş qəhrəman xəyalında öz evinə gəlir və vəfat etmiş oğlu GABE ilə birlikdə 2-ci mərtəbəyə qalxır. Filmin adını cavab kartlarınıza yazın. -Cavab: “Yaqubun nərdivanı”, “Yaqubun pilləkanı”, “Jacob`s ladder” -Şərh: Ölüm ayağında olan personaj oğlu ilə birlikdə evinin 2-ci mərtəbəsinə qalxdığını xəyal edir. Filmdə Gabe Gabrielin qısaldılmış variantıdır, mələk Cəbrayıla işaərdir. 2-ci mərtəbəyə pilləkanla qalxmaq -Müəllif: None - -Sual: 5. Məşhur bərbər Aleksandr de Parinin şah əsərlərindən biri "Kleopatra" filmi üçün Elizabet Teylora etdiyi saç düzümü idi. Maraqlıdır ki, ona verilən ləqəblər arasında "saç düzmünün ALFA-sı" da var. Amerikada ALFA-ları mason yığıncaqları olan zalların girişində "gizliliyə çağırış" işarəsi olaraq yerləşdirirlər. ALFA-nı deyin. -Cavab: Sfinks -Şərh: Sualda de Parinin məhz Kleopatra filmi üçün hazırladığı saç düzümü əbəs yerə qeyd olunmadı, belə ki, Jan Kokto bərbəri saç düzümünün SFİNKSİ adlanrmışdı. Amerikada Mason yığıncaqlarının olduğu zalların girişində isə SFİNKS tapmacasına işarə vurularaq gizliliyi vurğulaycaq SFİNKS heykəlləri və ya tabloları yerləşdirilir. -Müəllif: None - -Sual: 6. Bir serialın baş qəhrəman digər personajın üzünün göyərdiyini görərək ondan nə baş verdiyini soruşur. Personajın susduğunu görəndə o, məşhur filmdəki ifadəni işlədir. Həmin filmi cavab kartlarınıza yazın. -Cavab: Döyüş klubu -Şərh: Döyüş klubunun birinci qaydası: heç kimə döyüş klubu barədə danışma. -Müəllif: None - -Sual: 7. Diqqət sualda əvəzetmə var.  Erməni vandalizmi haqqında saytda bir tikili haqqında verilən məlumatda qeyd edilir ki, bu tikilinin yerində vaxtilə QAYA olub. Leninqrad blokadasının iştirakçısı olmuş bir xanım bu tikili haqqında eşitdikdən sonra bu tikiliyə öz hədiyyəsini etmişdi. Əvəzetməni bildinizsə söhbətin hansı tikilidən getdiyini yazın. -Cavab: Ağdam çörək muzeyi -Şərh: Sual müəllifi bir musiqi qrupunun adını digəri ilə əvəz etmişdi. Sualda əvəz edilən sözü DƏYİRMAN sözü idi. Erməni vandalizmi Sizi Qarabağ bölgəsində işğal altında olan ərazilərə aparmalı idi. Dəyirman və Qarabağ bölgəsi Sizi SSRİ-də ilk, dünyada ikinci çörək muzeyinə çıxaracaqdı. Leninqrad blokadası zamanı insanların aclıqdan ölməsi və onlara həddən artıq az çörək paylarının verilməsi məlumdur. Xanımlardan biri isə muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. -Müəllif: None - -Sual: 8. 1972-ci ildə terror aktının səhərisi Münhen Olimpiya stadionunda keçirilən matəm mərasimi zamanı bir neçə ərəb ölkəsi bunu etməkdən imtina etdilər. Kornuel döyüşü zamanı "Nürnberg" kreyseri ingilis kreyseri “Monmut”u atəşə tutaraq bunu etməyini gözləyirdi. Bunu etməklə əvəz olunmuş sözləri cavab kartınıza yazın. -Cavab: bayrağı endirmək -Şərh: Qara sentyabr terror təşkilatının 6 günlük müharibəyə cavab olaraq İsrailli atletleri qətlə yetirməsi ilə yekunlaşmış hadisədən sonra ərəb ölkələri matəm mərasimi zamanı bayraqlarını endirməyə razı olmadılar. Bununla onlar Fələstinli terroristlərin hərəkətlərinə haqq qazandırdıqlarını nümayiş etdirmiş kimi görsəndilər. Kornuel döyüşü zamanı "Nürnberq" kreyseri yarıbatmış ingilis kreyserini atəş açır və yaxınlaşır. Atəşlərə aralıq verərək ingilislərin gəmidəki bayrağı endirib təslim olmalarını gözləyirlər. İngilislər təslim olmur və hamısı batmış gəmidə dünyasını dəyişir. -Müəllif: None - -Sual: 9. Paylama materialı1970-ci ildə Ali Hasan Salamenin nəyi yaratdığını deyin -Cavab: Qara sentyabr terror təşkilatı -Şərh: Rekvizitdə qara rəngli 9 rəqəmi verilmişdi. Sual müəllifi bundan bir sual öncə şərhində danışdığı Qara sentyabr terror təşkilatına çıxmaq üçün qara rəngli 9 (sentyabr 9-cu aydı) rəqəminin kifayət edəcəyini düşünür.Ən yadda qalan terror hadisənin isə 1972-ci ilin sentyabrında olması Sizə cavaba çıxmaqda köməklik edə bilərdi. -Müəllif: None - -Sual: 10. Bir serialda təlim bombasını zərərsizləşdirməyə çalışan personaj nə qədər çalışsa da sonda bomba partlayır. Təlimçi ona əsas diqqətini bombadakı naqillərin giriş-çıxışlarına verməsini bildirir və bir bomba mütəxəssisi dostunu xatırlayaraq “O, belə olduğu üçün çox yaşadı” deyir. Belə ilə əvəz olunmuş sözü cavab kartlarınıza yazın. -Cavab: daltonik -Şərh: Personaj klassik bomba zərərsizləşdirmə metodundan istifadə edərək sarı və ya qırmızı şnuru kəsməyə qərar verir və səhv şnuru kəsir. Təlimçi isə diqqətini rənglərə yox naqillərin giriş-çıxışlarına verməsini tapşrır və öz daltonik dostunun buna görə çox yaşadığını bildirir. -Müəllif: None - -Sual: Maraqlıdır ki, 1997-ci ildə Bazel komitəsinin bank nəzarətinin effektivliyinin artırılması üçün hazırladığı mexanizmdə BU bankın daxili idarəetməsinin 4 əsas elementindən biri kimi vurğulanır.BUNU bir neçə sözlə yazın. -Cavab: 4 göz prinsipi -Şərh: Hər hansı qərarın verilməsi üçün eyni müəssisədə çalışan ən azı 2 vəzifəli şəxsin imzasının tələb olunma prinsipinə iqtisadiyyatda 4 göz prinsipi deyilir. Aparıcı da sualı dayandırıb paketin redaktoru ilə məsləhtələşməsi - 4 gözlə yoxlanılmasına işarə vururdu -Müəllif: None - -Sual: 12. Devolver Digital Films şirkəti Call of Duty oyunu haqda -sənədli film buraxıb.1 dəqiqədən sonra filmin adını cavab kartlarınıza -yazın. -Cavab: CoDumentary -Şərh: İngilis dilində sənədli filmə “documentary film” deyirlər. Call -of Duty oyunu isə çox vaxt CoD abreviaturası ilə yazılır. -Müəllif: None - -Sual: 13. Simpsonlar serialının epizodlarının birində ətraf mühitin çirklənməsinə qarşı olan personaj həbsə atılır. Dialoqların birində o öz mübarizəsini burada da davam etdirdiyini və ekoloji təmiz ALFA aldırdığını deyir. Bir dəfə 14 yaşlı şəxsə qarşı ALFA-nın istifadəsi zamanı İncildən istifadə edilmək məcburiyyəti yaranmışdı. ALFA-ı iki sözlə deyin. -Cavab: elektrik stulu -Şərh: Cessi adlı personaj həbsə düşür və yerli polis idarəsini ekoloji təmiz elektrik sutulunu almağa məcbur edir. (günəş enerjisi ilə işləyən) 14 yaşlı Corc Stinni eletrik stuluna məhkum olunan ən gənc şəxsdir. Amma onun boyu kiçik olduğundan özünün gətirdiyi İncili stula qoyublar ki, başını avadanlığa keçirmək mümkün olsun. -Müəllif: None - -Sual: 14. Nyu Yorkun parti klublarından birinin təsvirinə inansaq, bura şəxsi və ya bayram şənlikləri keçirməklə yanaşı, şirkətin mühüm nailiyyətlərini də qeyd etmək üçün əla yerdir. Klubun adının dilimizə tərcüməsi 1945-ci ildə dərc olunmuş əsərin adından 1 hərf çoxdur. Həmin klubun adını yazın. -Cavab: Zəfər otağı -Şərh: Aparıcı sualda əsas vurğu kimi nailiyyət sözünü qeyd etmişdi. Nailiyyət, 1945-ci ilin əsəri... Söhbət Remarkın “Zəfər tağı” əsərindən gedir. -Müəllif: None - -Sual: 15. Paylama materialıFilmlərin birində qəhrəman ipoteka kreditləri bağlı gələcəkdə yaranacaq problemləri bir-bir açıqlayaraq sistemin çökəcəyiniALFA vasitəsilə izah etməyə çalışır. Qarşınızdakı rekvizit ALFA-nın reklamından götürülüb. ALFA-ı əcnəbi sözlə yazın. -Cavab: Cenqa (Jenga) -Şərh: Rekvizitlərdə yatmış qəhrəmanlardan onları oyatmadan əşyaları götürməyə çalışan insanlar təsvir olunub. Onlar çox böyük ehtiyatla iki barmağın köməkliyi ilə bunu edirlər. Eyniliklə Jenga oyununda oyunçuların binanın dağılmaması üçün taxtaları götürməsi kimi. "The Big Short" filminin qəhrəmanı investorlara ipoteka kreditləri bağlı problemləri izah etdikcə taxtaları Jenga binasından çıxardır, təqdimatın sonunda bina yerə çökür. Sualdakı 1-1 və sistemin çökməsi də Sizi Jenga oyununa aparmalı idi. -Müəllif: None - -Səhifə -> 16 | Sual Sayı -> 15 - -Sual: Çukot dənizində qəzaya uğramış əfsanəvi “Çelyuskin” paraxodunun bufetçisi gəminin son dəqiqələrini təsvir edərkən qəzadan sağ şıxanların buzlarda ilk olaraq gördükləri işin bu olduğunu yazmışdır. Sağ qalmış Çelyuskinçilər ilk olaraq nə etmişdilər? -Cavab: adbaad çağırıb yoxlama -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Məşhur rejisyor və aktyorun sözlərinə qulaq asın: “İyirmi illik müştərək həyatdan sonra mən bunu başa düşməyə başlamışam. Sualın cavabı dialoqla şokolad arasındadır”. Bu sözlər hansı rejisyor və aktyora aiddir? -Cavab: Mel Gibson -Şərh: Qadın nə istəyir? -Müəllif: None - -Sual: XX əsrin əvvəllərində Yaponiyada siyasət və iqtisadiyyatda rəhbər mövqe ailə klanlarına məxsus idi. Bununla bağlı Yapon liberallarından biri parlamentdə demişdi: “Əgər təsəvvür etsək ki, Yaponiya respublika idarəetmə qurluşuna keçib, onda PARMA və PARMALAT həmin dəqiqə prezidentliyə namizəd olacaqlar”. PARMA və PARMALAT sözləri ilə hansı sözlər əvəz edilmişdi? -Cavab: Mitsui və Mitsubisi -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Lotar Ştayn yazır: “Hər hansı pis rəftara o müqavimət göstərmir, lakin həm də bu rəftarı heç bir zaman unutmur. O, məqam gözləyir. Onunla bir daha pis davrandıqda yenə dözür və intiqam üçün məqam gözləyir. Bu gözləmə o qədər çəkir ki, yaxınlıqda başqa şəxslər olmasın. Budur siz onunla təkbətək qalanda o sizə hücum edir”. Lotar Ştaynın bu yazısında söhbət kimdən (sual çıxarıldı) gedir? -Cavab: dəvə -Şərh: dəvə kini -Müəllif: None - -Sual: 5. İri siçan ölçülərinə malik kisəli avstraliya heyvancığı - qalınquyruqlu kuskus 367 gün yatmaqla qış yuxusunun davamiyyəti üzrə rekord sahibidir. Bu eksperimentin Avstraliyada məişət şəraitində reallaşmasında mühüm rolun nəyin oynadığını deyin? -Cavab: soyuducu -Şərhlər: None -Müəllif: None - -Sual: 6. ABŞ-da belə bir əfsanə var ki, cavanlıqda dənizçi olmuş bu şəxs məşhur mexanizmi gəmi sükanına və ya dairəvi formalı ağırlıq qaldıran mexanizmə baxarkən ixtira edib. Söbət kimdən gedir? -Cavab: Kolt -Şərh: söhbət tapanşalardakı baraban mexanizmindən gedir -Müəllif: None - -Sual: 7. Rəvayətə görə edam edilən zaman İmaddətdin Nəsimi məşhur “Günəş də batanda rəngi saralar” ifadəsini işlətmişdir. 1938-ci illdən bəri biz həmin ifadəni başqa bir məşhur şəxsin dilindən eşidə bilərik. Kimin? -Cavab: Vaqif -Şərh: 1938-ci ildə geniş tamaşaçı önünə şıxan S.Vurğunun “Vaqif” dramının obrazı boynu vurulmağa gətirilmiş Vaqif də bu ifadəni işlədir. -Müəllif: None - -Sual: 8. 1938-ci ilin iyun ayının 15-də Səməd Vurğunun həyatında əlamətdar hadisə - onun məşhur “Vaqif” dramı səhnəyə qoyulmuşdu. Düz bir il sonra 1939-cu ilin iyun ayının 15-də şairin həyatında başqa bir əlamətdar hadisə baş verdi. 1939-cu ilin iyun ayının 15-də şairin həyatında hansı hadisə baş vermişdi? -Cavab: oğlu Vaqif dünyaya göz açmışdı -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Bu dağ Yeni Cənubi Uelsdə Vinqen yaşayış məntəqəsinin yaxınlığında yerləşir və öz adına görə qumdaşından keçməklə kömür təbəqəsində torpağın altında baş verən təbii prosesə borcludur. Aborigenlərin yaşayış məskəni olan bu dağın ərazisi qoruq elan edilmişdir. Eyni adlı qoruğun yerləşdiyi Azərbaycan rayonunun adını deyin? -Cavab: Abşeron -Şərh: bu Yanar Dağdır (Burning Mountain). Proses kömürün yanmasıdır. Abşeron rayonunun Məmmədli kəndindəki «Yanar dağ» təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. -Müəllif: None - -Sual: ONun haqqında çox yazılıb, ONun haqqında çox danışılıb. ONun özü isə özü haqqında deyib: “Qəlbimin dərinliklərində mən qanunlara tabe olan birisiyəm. Lakin qanunlar çoxdur – hamısını izləmək də olmur, onları isə elə dərc edirlər ki, edirlər, mən isə təkəm”. Dağlıq ərazi şəraitinə adaptasiya üzrə mütəxəssis professor Del Monte isə ONun haqqında demişdir ki, alçaq ağırlıq mərkəzi və möhkəm ayaqlar ONu pəhləvana çevirirdi. Fiziki cəhətdən ONu Apallonla müqayisə etmək olar. Söhbət kimdən gedir? -Cavab: Maradona -Şərh: Dağlıq Meksikada keçirilən çempionatda “allahın əli” ilə qol vurmuş ON nömrəli oyunçu Maradona futbolun qaydalarını pozmaqla yanaşı sonradan kokain və efedrinlə bağlı bir sıra qalmaqalların mərkəzində olmuşdur. -Müəllif: None - -Sual: Mirzə İbrahimov romanlarının birində yazır: “Semyon Sidoroviç çar qaydalarının sərtliyindən yox, yumşaqlığından narazı idi. Rusiya tarixində hər hansı inqilabi düşüncəyə heyvani nifrət bəsləmiş, onlara qarşı qırğınlar və talanlar təşkil edərək qatı şovinizm yaymış qaraguruhçular məhz bu cür adamlardan təşkil olunmuşdur. Bu qaydalar bütün ölkəni ALBALI BAĞINA çevirmişdi”. Sualın mətnində bizim Albalı bağı sözləri ilə əvəz etdiyimiz sözləri tapın? -Cavab: Altıncı palata -Şərh: Altıncı palata məcazi mənada zorakılıq, qanunsuzluq, hərc-mərclik, özbaşınalıq, natəmizlik və riyakarlıq hökm sürən yer deməkdir. “Albalı bağı” və “Altıncı palata” A.P.Çexovun əsərlərinin adlarıdır. -Müəllif: None - -Sual: 12. 1902-ci ildə vacib dinləmələrin başlanmasından əvvəl bütün konqresmenlərə marka paylanmışdı. Markada Nikaraqua gölünün yanında yerləşən püskürməkdə olan vulkan təsvir edilmişdi. Dinləmələrdən sonra mühüm məsələyə yenidən baxılaraq təkrarən gözdən keçirildi və seçim dəyişdi. Seçimin hara düşdüyünü isə siz deyəcəksiniz? -Cavab: Panama -Şərhlər: None -Müəllif: None - -Sual: 13. XIV əsrdə yazılmış beş min beytlik məsnəvisi haqqında müəllif demişdir ki, “bu əsər oxuculara bütün dünyanı, onun işlərini göstərəcək və onlara tükənməz zövq, səfa verəcək”. Bu əsərin müəllifinin döğulduğu şəhərin adını yazın? -Cavab: Marağa -Şərh: Söhbət Marağalı Əhvədinin “Cami Cəm” əsərindən gedir. Şərqdə Cəşmşidin camı və ya cami cəm dünyada baş verən bütün hadisələri əks etdirən, insanı maraqlandıran bütün həyati zəruri məsələlərin izahını, həllini verən bir əfsanəvi cam, piyalədir. -Müəllif: None - -Sual: 14. Dramaturq Tennesi Uilyams aktrisa Anna Manyani üçün “Tatuajlı qızıl gül” pyesini yazmışdı. Lakin aktrisa bunu bəhanə gətirərək Brodveydə həmin tamaşada oynamaqdan imtina etmişdi. Lakin sonradan aktrisa pyesin kinoversiyasında çəkilmiş və “Oskar”a layiq görülmüşdü. Nə qədər qəribə olsa da ingilis kralları Ricard I, Eduard III və Henrix II də buna istinad edə bilərdilər. Anna Manyani nə üçün pyesdə oynamaqdan imtina etmişdi? -Cavab: ingilis dilini bilmirdi -Şərhlər: None -Müəllif: None - -Sual: 15. ABŞ-ın Sosial təminat Administrasiyası 2005-ci ildə amerikalıların öz övladlarına qoyduğu ən populyar adların siyahısını açıqlayıb. Bu siyahını təhlilindən sonra ABŞ-da adlara olan dəbin dəyişməsi müəyyən edilib. Valideyinlərin əsas ilham qaynağı isə dəyişməz olaraq qalır. Söhbət hansı qaynaqdan gedir? -Cavab: Bibliya -Şərh: None -Müəllif: None - -Səhifə -> 18 | Sual Sayı -> 15 - -Sual: 1. Orta əsrlərdə gəmilər öz ölkəsinə aid olmayan limana yaxınlaşarkən təmiz vicdanla gəldiklərini bildirmək üçün BUNU EDİRDİLƏR. Moris Drüona inansaq ilk dəfə 14-cü əsrdə Le Reol qalasının mühasirəsi zamanı BUNU ETMİŞDİLƏR. BUNU ETMƏKlə əvəz olunmuş sözləri tapın -Cavab: top atəşi açmaq -Şərh: gəmilər digər ölkənin limanına daxil olarkən hücum məqsədilə gəlmədiklərini bildirmək üçün limana yaxınlaşmamış top atəşi açırdılar. Orta əsrlərdə topun yenidən hazır vəziyyətə gətirilməsi çox zaman tələb etdiyi üçün limandakılar gəminin təhlükəsiz olduğuna əmin olurdular. Moris Drüon isə ilk dəfə Le Reol qəsrinin mühasirəsi zamanı toplardan istifadə olunduğunu vurğulayırdı. -Müəllif: None - -Sual: 2. Pele çox vacib oyunu şərh edən braziliyalı şərhçiləri isterik növbələrlə atəş açan pulemyota bənzədir. Bəs bununla Pele həm də nəyi əsaslandırmağa çalışırdı. -Cavab: qısa adlar -Şərh: Pele qeyd edir ki, istənilən şərhçi üçün braziliyalı futbolçuların adını çəkərək oyun aparmaq çox əziyyətlidir və y��qin ki, elə buna görə də bütün braziliyalı futbolçuların qısa ləqəblərinə rast gəlmək olar. -Müəllif: None - -Sual: 3. Vikipediya yazır ki, ən alçaq tərəfdə onun hündürlüyü 55,86 metr, ən yüksək tərəfdə 56,7 metrdir. Onun hansı şəhərdə yerləşdiyini tapın. -Cavab: Piza -Şərh: Söhbət Piza qülləsindən gedir -Müəllif: None - -Sual: 4. Bədənində 400-dən çox pirsinq olan Elayn Devidsona həsr olunmuş məqalə XX əsrin 70-ci illərində meydana gəlmiş ləqəblə üst-üstə düşür. Bu ləqəbi deyin. -Cavab: “Dəmir ledi” -Şərhlər: None -Müəllif: None - -Sual: 5. “Amfibiya adam” bədii filmi çəkilərkən filmin rejissoru məhz onun filmin məsləhətçisi olmasını istəyirdi. Kimin? -Cavab: Jak İv Kusto -Şərh: Filmin bir hissəsi suyun altında çəkilmişdi -Müəllif: None - -Sual: 6. Breyn-rinq oyunlarının növlərindən biri “Antiçeşir pişiyi” adlanır. Bu oyunda suala düzgün cavab verən komanda rəqib komandanın bir oyunçusunu masadan kənarlaşdırmalıdır. Oyuna verilən adlardan biri 1939-cu ildə nəşr edilmiş əsərin adından 4 vahid azdır. Oyuna verilmiş 2-ci adı cavab kartına yazın. -Cavab: 6 zənci balası -Şərh: Oyun zamanı hər dəfə rəqibin bir oyunçusunu çıxarmaqla komandanı oyunçusuz qoyur. Bu isə Aqata Kristinin 10 zənci balası əsərindəki kimi eynilə hər gecə bir qonağın ölümünə bənzəyir. -Müəllif: None - -Sual: 7. 1940-cı ildə ABŞ ordusu “ümumi təyinatlı” yüngül kəşfiyyat-komanda maşını üçün müsabiqə elan edir. Tələblərin ağır , müddətin isə az olması səbəbindən yalnız 2 şirkət tapşırığın öhdəsindən gəlməyə çalışırlar. Bunlardan biri “American Bantam” firması idi. Digər firmanın adında olan soyadı siz cavab kartınıza yazın. -Cavab: Uillis -Şərh: sifariş olunmuş “ümumi təyinatlı” , hərtərəfdə hərəkət edə bilən maşın bir çoxlarımızın VİLİS kimi tanıdığı maşın idi. Təbii ki, şirkətin yaradıcısının soyadı ilə əlaqədar olaraq firma Willys Overland adlanır. -Müəllif: None - -Sual: 8. Paylama materialıtlapa - powder ______tlacringit - ____ that is crusted on the surfacequinyaya - _____ mixed with the shit of a lead dogallatla - baked ______fritla - fried _____gristla - deep fried ____trinkyi - first _____ of the yeartronkyin - last ____ of the yearbriktla - good building _____striktla - _____ that is no good for buildingİnternetdə gəzən əfsanəvi xarakterli bir faktı araşdıran blogger qeyd edir ki, çox güman ki fakt saxtadır və bu Fil Ceyms adlı bir şəxsin zarafatıdır. Söhbətin hansı faktdan getdiyini soruşmuram, rekvizitdə dəfələrlə buraxılmış sözü ingiliscə və ya azərbaycanca cavab kartlarınızda qeyd edin. -Cavab: qar/ snow -Şərh: Guya ki eskimoslarda qar anlayışını bildirən 100 söz var. Antropoloq Frans Boas yazır ki, eskimoslarda qar anlayışını bildirən cəmi 4 söz kökü var. -Müəllif: None - -Sual: 9. Bunu hazırlamaq üçün sizə lazım olanlar: -Şəkər tozu – 1 kiloqram, su- 3.5 litr, kişmiş – 10 ədəd, limon turşusu – 2 çay qaşığı və əsas tərkib hissə olan, çoxillik ot bitkisi. 1957-ci ildə Bunu hazırlayanın ad və soyadını cavab kartına yazın. -Cavab: Rey Bredberi -Şərh: Siyahıdakılar zəncirotundan şərab hazırlamaq üçün tərkib hissədi. 1957-ci ildə isə Rey Bredberinin Zəncirotundan Şərab adlı əsəri çapdan çıxmışdı. -Müəllif: None - -Sual: 10. Orta əsrlər İngiltərəsində vəzifəsinə monarxın başını hərəkətsizlikdə saxlamaq daxil olan xüsusi qulluqçu var idi. Bəs bu qulluqçudan əsasən nə zaman istifadə olunurdu? -Cavab: dəniz səyahəti zamanı -Şərh: kralın başını hərəkətsizlikdə saxlamaqla qulluqçu kralın vestibulyar aparatının hərəkətsizliyinə nail olurdu. Beləliklə kralda dəniz xəstəliyi özünü büruzə verməməli idi. -Müəllif: None - -Sual: 11. “Bura çox asan müdafiə oluna bilən və demək olar ki, hücuma məruz qalması ehtimalı çox az olan dünyada ən acınacaqlı , ən tənha, ən əlçatmaz yerdir. ” Qraf Balmenin bu sözləri hara haqda yazdığını 3 sözlə yazın. -Cavab: Müqəddəs Yelena adası -Şərh: göründüyü kimi bu elə bir yerdir ki, hər şeydən təcrid olunub və bundan əlavə müdafiə üçün yararlı, hücum olunmaq üçün isə çox yararsız bir yer kimi xarakterizə olunur. Qraf Balmen də bura göndərilən 3 komissardan biri idi. Bu yer isə məhz Napaleonu dünyadan təcrid etmək üçün nəzərdə tutulmuşdu. -Müəllif: None - -Sual: 12. Klod Qanye istehza ilə yazır ki, ONLARIN ən böyük sahibkarı Aleksandr Düma əslən mulat idi. ONLARı iki sözlə ifadə edin. -Cavab: Ədəbi zəncilər -Şərh: Aleksandr Düma – atanın özünün çoxsaylı əsərlərinin yazılmasında “ədəbi zəncilər”in (ən çox tanınmışı Ogüst Make) fəaliyyətindən yararlanması məşhur faktdır. -Müəllif: None - -Sual: 13. Corc Dorris qeyd edirdi “Düşdüyü məkandan xəbərdar olmayan və təsadüfən ora düşən avropalı , ilk anda hesab edərdi ki, qarşısında feminist konqressinə yığılmış avropalı xanımları görür. Xanımların şəxsi əşyaları, geyimləri Paris modasına günbəgün yaxınlaşırdı.” Avropalının düşdüyü yeri cavab kartına yazın. -Cavab: Hərəmxana -Şərh: bir avropalı bu qədər qadının bir yerdə yığışmasını Avropadan kənarda ancaq və ancaq hərəmxanalarda görə bilərdi. -Müəllif: None - -Sual: 14. Paylama materialıDictionnaire des girouettesNapoleonun məğlubiyyətindən sonra Fransada dərc olunmuş kitabda karyeraları ərzində bir neçə istiqamətə - gah kral, gah respublika, gah da imperiya tərəfə çevrilən insanların adları verilmişdi. Bir dəqiqədən sonra girouettes sözünün bizə tanış olan tərcüməsini alman mənşəli sözlə yazın. -Cavab: flüger -Şərh: həmin şəxslər küləyin hansı istiqamətdən əsməsindən asılı olaraq həmin tərəfə yönlənirdilər. Evlərinin üzərində yerləşdirdikləri flüger kimi. -Müəllif: None - -Sual: 15. QARA QUTU   -Mozalan satirik jurnalının filmlərindən birində hara gedirsə, həmin müəssisəni müflis edən, məhsullarını keyfiyyətsiz hala gətirərək, piştaxtalarda qalmasına səbəb olan bir nəfərə yeni təyinat axtaran qohumdan bəhs edilir. Vəzifəli qohum bir qədər fikirləşdikdən sonra gözü nəyə sataşdıqdan sonra qohumu üçün yeni təyinatın hamı üçün sərfəli olacağını düşünür. -Cavab: siqaret qutusu -Şərh: hara gedirsə, həmin yerdəki məhsulları pis vəziyyətə gətirən bu şəxsə tütün fabrikini etibar edilməsi optimal qərar kimi görünür . Belə ki, tütün fabrikinin də məhsulları zay hala gəldikdə siqaretlər piştaxtada qalacaq və siqaret çəkmə azalmış olacaqdı. Smokerlər fasilədən istifadə edərək siqaret çəkə bilərlər -Müəllif: None - -Səhifə -> 19 | Sual Sayı -> 12 - -Sual: 1. Frederik Şopen bir aylıq evlərindən kənarda qaldıqdan sonra dostuna yazdığı məktubda, gələcəkdə daha uzun müddətə xaricdə qalacağını hiss etdiyini deyərək həmin bir aylıq müddəti X adlandırır.X`i bir latın sözü ilə yazın. -Cavab: Prelüd -Şərh: Frederik Şopen bir neçə il sonra birdəfəlik Fransaya köçməli olmuşdu. Məşhur bəstəkar musiqi əsərlərinin əvvəllərində səslən kiçik musiqili hissəyə deyilən prelüd sözündən öz biraylıq səfəri üçün istifadə etmişdir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. Saitləri eyni olan iki sözlə deyin.1949-cu ildə çap olunmuş hansı əsər qadın haqları qoruyucusu Meri Uolstonkraft`ın fikirlərindən təsirlənərək yazılıb. -Cavab: İkinci cins -Şərh: Filosof, yazıçı olmaqla yanaşı qatı feminist fikirləri ilə seçilən Simona de Bovuar XVIII əsrdə yaşamış ingilis Meri Uolstonkraft fikirlərini genişləndirərək özünün ən məşhur əsəri olan “İkinci cins”i yazmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Gec saatlarda evindən bir neçə məhəllə uzaqda tapılan Vill Qrehem`ə polislər ilk öncə bundan əziyyət çəkib-çəkməməsi barədə sual ünvanlayırlar. 2008-ci ildə evinə oğru girdiyini fikirləşərək həyat yoldaşını öldürən Brayan Tomas`ın da həbs edilməməsinə səbəb bundan əziyyət çəkməsi göstərilmişdir. -Cavab: Lunatizm -Şərh: Polis tərəfindən yataq geyimində bir neçə məhəllə uzaqda tapılan Vill`dən lunatik olub-olmaması barədə dəqiqləşdirmə aparılmışdır.İkinci hissədə isə, həyat yoldaşını öldürən Brayan onun oğru olduğunu fikirləşdiyini əsas gətirərək bəraət almışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Bir filmdə baş rol aktyorun ingilis aksenti filmin sonlarına yaxın kompyuter mühəndisi Dennis Klattın amerikan aksenti ilə əvəzlənir. Filmin kimə həsr edildiyini deyin. -Cavab: Stiven Xoking -Şərh: Əvvəl öz aksenti ilə danışan Xoking daha sonra öz səsini itirir və kompyuterdən səslənməyə başlayır. Həmin kompyuter səsi “Perfect Paul” adlandırılır, və ixtiraçısı kompyuter mühəndisi Dennis Klatt tərəfindən səsləndirilmişdir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. 17-ci əsrdə yaşamış X`in ixtiraçısı öz üzərində keçirdiyi sınaqlardan sonra demişdi ki, ona hətta ölkə krallığını təklif etsələr belə, bu qədər şok olmazdı. X prinsipi ilə işləyən silahlar hazırlayan Taser şirkəti statistikalara görə hər il 75.000-ə yaxın insanı ölümdən xilas edir. X-i biri Xüsusi isim olan iki sözlə deyin. -Cavab: Leyden bankası -Şərh: Sualın birinci hissəsində şok almaq dedikdə real şok almaq nəzərdə tutulur. Professor Leyden bankası üzərində təcrübələr apararkən şok olmuşdu. Taser şirkəti Leyden bankası prinsipi ilə işləyən elektroşok silahları hazırlayır. Bu elektroşok silahları isə insan ölümünün daha azalmasına səbəb olur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. Person of İnterest serialında hadisələr 11 sentyabr faciəsindən sonra bütün ABŞ əhalisini izləməyə şərait yaradan maşının qurulması ilə başlayır.Diqqət sual: Seriyalardan birinin adı XVIII əsrdə irəli sürülmüş hansı ideyanın adını daşıyır? -Cavab: Panoptikon -Şərh: XVIII əsrdə yaşamış ingilis filosofu Ceremi Bentamın təklif etdiyi Panoptikon ideyası həbsxana kameralarının bir nöqtədən izlənilməsini ehtiva edən inşa prosesini əhatə edirdi. Maraqlıdır ki, bütün ABŞ`ı izləməyə şərait yaradan maşından bəhs olunan seriyada bölümlərdən biri Panoptikon adını daşıyır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. Person of İnterest serialının personajı yaratdığı və hər kəsi izləyən maşına ilk prosedurları izah edərkən yaxşı və pis, terrorist və günahsız insanları ayıran zaman onun kimi diqqətli olmağı əmr edir. O, həmçinin “Mumiyanın intiqamı” adlı başqa seriyanın əsas fiqurlardan biridir.Onun kim olduğunu tapın. -Cavab: Anubis -Şərh: Misir mifologiyasına görə məhşər günündə ölən insanların ürəyini ədalət ilahəsi Ma`at`ın tükü ilə bir tərəziyə qoyan Anubis, tükdən ağır olan insanlar cəhənnəmə tükdən yüngül olanların ruhunu isə yenidən doğması üçün göyüzünə göndərir. Mumiyanın intiqamı digər ipucu idi, Anubis həm də mumiyalama tanrısıdır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. Onun tərəfdarlarının arasında ABŞ Mərkəzi Ehtiyat Bankının 30 illik sədri, onunla tanışdıqdan sonra soyadını Blumentaldan Brandenə dəyişdirmiş məşhur özgüvən və individualizmi təbliğ edən filosof, iqtisadiyyatda altruism ideyasına qarşı çıxan president Reyqan və başqaları vardı. 1982-ci ildə onun cənazəsində dollar formada gül dəstəsi hazırladılmışdı. Onun kim olduğunu tapın. -Cavab: Ayn Rand -Şərh: Ayn Rand kapitalizm ideyalarını möhkəmləndirən, fərdiyyətçilik prinsipinin əsasını qoyan, ABŞ-ın müasir insanların düşüncəsinə ən çox təsir edən şəxslərdən biri olaraq tanınır. Sualda verilən Blumental Ayn Randın sevgilisi olmuşdu, və onun adında BRanden-də Rand hissəciyini əlavə etdiyini görmək olar. Digər şəxslər isə məşhur kapitalistlərdi. Dollar da sizə kömək etməli idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Dostoyevskinin yaradıcılığının əvvəllərində personajları əks etdirən müxtəlif rəsm əsərlərini görmək olar. X ilə işləməyə başladıqdan sonra bu rəsm əsərləri də yoxa çıxır. X-I bir yunan sözü ilə yazın. -Cavab: Stenograf -Şərh: İlk əvvəl əsərlərini özü yazan Dostoyevski bu əsərlərin əlyazmalarında müxtəlif rəsmlər də çəkirdi. Daha sonra isə kasıbçılıq, və vaxt azlığı səbəbindən stenoqrafla işlədiyindən artıq bu məşğuliyyətindən əl çəkir. Bildiyimiz kimi, Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevna da stenoqraf idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Gələcəkdə Şərqi Asiyaya göndəriləcək olan agent Kara, seriyaların birində çiynindən güllələnmiş insanın yarasın üstünə xasilərlə bunu qoyaraq işgəncə verir. Bu 2001-ci ildə çəkilmiş filmin adıdır.Bunu bir sözlə yazın. -Cavab: Vasabi -Şərh: Ümumiyyətlə Şərqi Asiya mədəniyyəti ilə maraqlanan personaj çox vaxt onların yeməklərini yeyir, seriyanın birində yemək çubuqları ilə dəhşətli dərəcədə acı olan vasabini yaranın üzərinə qoyaraq işgəncə edir.2001-ci ildə isə məşhur Vasabi filmi çəkilmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. TV seriyalardan birində qəhrəman kapitalist cəmiyyətini tənqid edərək bunun insanları işçi kartları (badge) vasitəsilə sistemə bağladığını bildirir. Bunu birinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Görünməz əl -Şərh: Kapitalizmin əsası olan görünməz əl bu vasitə ilə insanları bağlayır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. 1968-ci ildə Londonda nəşrə başlayan bu jurnal insanlara nahar fasilələrində gedə biləcəkləri restoranları və işdən sonrakı fasilələrdə şəhərdə baş tutacaq kino,teatr və s. tədbirlərin kataloqu xidmətini göstərir. San Antonio Spurs komandasının baş məşqçisi bunun 14`dən az olduğuna görə şikayətlənir və oyunçularından maksimum diqqətli olmasını istəyir.Bunu xarici mənşəli sözlə yazın. -Cavab: Taym-aut -Şərh: San-Antonio Spurs basketbol komandasının məşqçisi Qreq Popoviç hər komandaya 6, ümumilikdə isə 12 dəfə taym-aut götürmək şansının olmasından şikayətlənərək bu müddət ərzində oyunçularından maksimum diqqətli olmaqlarını istəyir. Sualın birinci hissəsində iki dəfə fasilə sözünün və 12-ci sual kimi verilməsi əlavə kömək olmalı idi. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 20 | Sual Sayı -> 12 - -Sual: 1. Sual müəllifi əmindir ki, siz bu sualın cavabını tək tapacaqsınız! -1949-cu ildə doğulmuş yazıçının əsərindən bir hissəyə qulaq asın: “O, əbədi narahatçılıq və əngəldir. Siz onu əlinizdə apara bilmirsiniz və məcbur olub kürəyinizdə daşıyırsınız. Onu mebel kimi gizlətmək də mümkün deyil.” -Yazıçının bu fikirləri nə haqqında söylədiyini tapın. -Cavab: Kontrabas -Şərh: Aparıcının sualın əvvəlində işlətdiyi cümlə “Mən tək kontrabasda?!” ifadəsinə işarə idi. 1949-cu il doğumlu yazıçı Patrik Züskind isə 1980-ci ildə məşhur “Kontrabas” mono-pyesini qələmə almışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Paylama materialıRekvizitdə gördüyünüz eynicinsli iki şəxsin qucaqlaşdığını göstərən eksponat vulkan püskürməsi nəticəsində yerlə-yeksan olmuş Neapol və Pompey şəhərlərindəki insan qalıqlarının sərgiləndiyi muzeydəndir. Bu haqda danışılan məqalədə Neapol və Pompey şəhərlərinin hansı iki şəhərin prototipi olaraq göstərildiyini 1 dəqiqədən sonra cavab kartınıza yazın. -Cavab: Sodom və Qomorra -Şərh: Şəkildə bir-biri ilə qucaqlaşmış iki oğlan görürsünüz. Dini rəvayətdə Lut peyğəmbər homoseksuallığa görə Sodom və Qomorra şəhərlərini nə qədər xəbərdar etsə də daha sonra şəhər baş verən fəlakət nəticəsində məhv olur. Neapol və Pompeydə bildiyiniz kimi vulkan nəticəsində dağılmışdır, həmin şəhərlərin prototipi kimi bu şəhərlərin ola bilməsi ehtimal olunur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Azərbaycan ordusunda əsgərlərin bir müddət sonra intihar etməsindən danışılan məqalədə buna əsas səbəb kimi orduda əsgərlərin hələ lap əvvəldən silahla təchiz edilməsi göstərilir. Bəs bu zaman məqalədə 1860-cı ildə anadan olan kimin adı çəkilir? -Cavab: Anton Çexov -Şərh: Məqalədə göstərilir ki, əgər gənc əsgərlər silahla təmin edilirsə onsuz da o silahdan nə vaxtsa atəş açılmalıdır. Bildiyimiz kimi Anton Çexov 1889-cu ildə “Əgər pyesin birinci pərdəsində divarda silah asılıbsa daha sonra o silahdan atəş açılacaq” cümləsini deyərək elmə Çexovun silahı anlayışını gətirmişdir. Məqalə Çexovun bu sitatı ilə başlayırdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. Bu şəxs öz sənədli hekayələrindən birində xatırlayır ki, yazıçı Mehdi Hüseyn digər bir şəxslə qohumluq əlaqələrinə görə ona tez-tez “paşam” deyə müraciət edərdi. Bu şəxsin kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: İsmayıl Şıxlı -Şərh: Bu şəxsin özünün də hekayə yazmasından onun da yazıçı olmasını bilmək olardı. İsmayıl Şıxlı Mehdi Hüseynə həsr etdiyi hekayəsində general Əliağa Şıxlinski ilə qohum olduğu üçün yazıçının ona tez-tez zarafatla “paşam” deyə müraciət etdiyini xatırlayırdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 5. Keçən əsrin əvvəllərində bu qardaşlar özləri sponsorluq etdikləri Paris-Klermon Ferran velosiped yarışlarından əvvəl bu yola xeyli sayda mismar tökmüşdülər. Bir dəqiqədən sonra onların soyadını cavab kartlarınıza yazın. -Cavab: Mişelin -Şərh: Eduard və Andre Mişelin qardaşları təşkil etdikləri velosiped yarışlarında bilərəkdən yollara xeyli sayda mismar tökmüş və velosipedçilərin təkərlərində problem yaratmağı bacarmışdılar.Cəmi bir il sonra onların təkərlərini istifadə edən velosipedçilərin sayı 10000-i keçmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Paylama materialıRekvizitdə gördüyünüz şəkli NASA 2014-cü ilin mart ayında tvitter hesabında paylaşmışdır. 1 dəqiqədən sonra NASA'nın bu şəkil vasitəsilə nəyi təbrik etdiyini dəqiqliklə cavab kartınıza yazın. -Cavab: “Qravitasiya”nın oskar uğuru -Şərh: Bildiyimiz kimi NASA təşkilat kimi kosmos, kosmosda yaşam, peyklər və s. ilə məşğul olur. Rekvizitdə gördüyünüzü NASA həqiqi qravitasiya adı ilə paylaşmışdı. 2014-cü ilin martında çəkisizlik şəraitində bir kosmos gəmisində baş verən hadisələrdən danışan “Qravitasiya” filmi Oskar mükafatlandırması zamanı 7 oskar qazanmışdı və NASA bu münasibətlə filmi təbrik etmişdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. Herman Melvilin “Mobi Dik” romanında aborigen mənşəli Kvikeqin xristian ölkələrinə getmək həvəsi və öyrənmək istəyindən danışılır. Bu zaman Kvikeqin ölkəsinə gələn və Avropaya sarı gedən gəmiyə minərək öz həmvətənlərini maarifləndirmək üçün hətta bu gəmidə ən aşağı işlərdə belə işləməyə razı olduğu qeyd edilir. Bəs bu zaman Kvikeq hansı tarixi şəxsiyyətlə müqayisə edilir? -Cavab: I Pyotr -Şərh: “Çar Dəli Pyotr ,necə ki, yad ölkələrdə gəmiqayırma sahəsində fəhləlik etməyi gözə almışdısa,Kvikeq də eləcə,öz yurddaşlarını aydınlatmaq gücünü əldə etmək üçün ən əziyyətli işlərdə çalışmağa razı olmuşdu." İşmael I Pyotrun geridə qalmış rus xalqı üçün Hollandiyada gəmiçilik üzrə hər sahədə işləməsi və bundan sonra Avropa mədəniyyətini ölkəsinə gətirməsini nəzərdə tutaraq bu sözləri sərf etmişdi. Kvikeq də Pyotr kimi öz xalqı üçün çalışırdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Hadisələrin 2003-cü ildə, Estoniyada baş verdiyi əsərin qəhrəmanı şairə Lidiya Koydulanın hal-hazırda gözünə çox daha cazibədar göründüyünü deyir. Siz isə bu zaman qəhrəmanın əlində nə tutduğunu dəqiqliklə cavab kartınıza yazın. -Cavab: Eston kronu -Şərh: Bir müddətdir Estoniyada kasıblıqda yaşayan qəhrəman daha sonra işdən maaş alır və 100 eston kronun üzərində şairə Lidiya Koydulanın çox daha cazibədar göründüyünü vurğulayır. Estoniyada 2003-cü ildə hələ də kron tədavüldə idi, ölkə avroya 2011-ci ildə keçib. Şairə isə 19-cu əsrdə yaşadığından qəhrəmanın şairəni realda görməsi imkansız idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Estoniya mövzusunu davam etdirək: -Yenə eyni əsərdə əsər qəhrəmanı estonların çox soyuqqanlı olduğunu, adətən öz əhval-ruhiyyələrini heç vaxt büruzə vermədiyi haqqında danışır. Bəs o bu zaman eston sevgilisinin hansı oyunda həmişə ona qalib gəldiyini deyir? -Cavab: Poker -Şərh: Bildiyiniz kimi Poker oyununda ən böyük üstünlük oyunçunun soyuqqanlı olması, öz əlində olan kartlar barədə hiss etdiklərini rəqibə bildirməməsidir. Əsərin qəhrəmanı sevgilisinin məhz eston olduğuna görə poker oyununda həmişə qələbə qazandığını vurğulayır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Azadlığı dar çərçivələrə salmaq, senzuralar qoymaq, sosial şəbəkələri qadağan etməklə ölkədə “standartlaşdırma”, “eyniləşdirmə” aparan, bütün vətəndaşları istədiyi ölçülərə salan ölkə idarəçiliyi ilə bağlı məqalədə müəllif məhz mifoloji qəhrəmanın da adını çəkir? -Cavab: Prokrust -Şərh: Yunan mifoloji qəhrəmanı olan Prokrust öz əsirlərini dəmir çarpayısına bağlayar, əgər həmin əsirlər çarpayıdan böyük idisə kənara çıxan hissələrini kəsib çarpayıya uyğunlaşdırardı. Sualda idarəçiliyin ölkəni, belə demək mümkünsə, Prokrust yatağına çevirdiyi qeyd olunur. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 11. “Keçmiş zamanlarda insanlar səmaya baxır, və öz qəhrəmanlarını müxtəlif bürclərdə görürdülər. Hal-hazırda biz də oxşarını edirik, lakin indiki əfsanəvi qəhrəmanlarımız bizim kimi real şəxslərdir”. -Eşitdiyiniz Riçard Niksonun uğursuzluq halında söyləməli olduğu nitqdən bir hissədir. Mətndə haqqında danışılan şəxslərdən heç olmasa birinin adının cavab kartınıza yazın. -Cavab: Nil Armstronq, Bazz Oldrin, Maykl Kollins -Şərh: 1969-cu ildə aya göndərilən Apollon 11 ekspediyasının uğur qazanıb qazanmayacağı haqqında şübhələr vardı, buna görə də, Riçard Nikson üçün hər ehtimala qarşı uğursuzluq halı üçün də nitq hazırlanmışdı. Gördüyünüz kimi burda səmaya yüksəlmiş real qəhrəmanlar olan Nil, Buzz və Maykl-dan söhbət gedir. Onların ayda vəfat etdikləri üçün səmaya baxanda onları görmək olacaqdı. Sualın 11-ci verilməsi də sizə kömək ola bilərdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Diqqət, birinci sitat: “Məlum oldu ki , o , Stalinqrad vuruşmalarının birində itmiş , sonradan isə ondan heç bir xəbər verən olmamışdı.”   -Diqqət, ikinci sitat: “Mən bibiyə onun haqqında eşitdiklərimi danışdım və onu sakitləşdirməyə çalışdım.”Sağlıq olsun,tezliklə gəlib çıxar,səni intizarda qoymaz.”-dedim.”   -Eşitdiyiniz sitatlar hər ikisi məhz onun haqqında deyilmişdir. Bir dəqiqədən sonra onun adını cavab kartlarınıza yazın. -Cavab: Mehdi -Şərh: İslam dininə görə,imamlardan sonuncusu – 12-cisi olan Mehdi əslində heç ölməmiş və qeybə çəkilmişdir.İnanca görə bir gün o tezliklə qeybdən çıxacaq və bəşəriyyətə qayıdacaq. Böyük azərbaycanlı,Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında bu sitatları onun partizan yoldaşı Mürsəl Nəcəfov söyləmişdi. Bu sualda isə sualın 12-ci olması sizə kömək etməli idi. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 22 | Sual Sayı -> 15 - -Sual: 1. ONU özü ilə orbitə aparan astronavt Pirs Sellers qeyd etmişdi ki, indi əminliklə demək olar ki, O, öz yerində qalacaq. ONU deyin. -Cavab: Alma -Şərh: Əfsanəyə görə, Nyutonun başına alma düşməsi nəticəsində cazibə qanunu kəşf edilmişdir. Orbitdə isə qravitasiya yoxdur. -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 2. Stanislav Lemin “Albatros” hekayəsində kosmik superlayner Günəş sisteminin səma cismi ilə eyni adı daşıyır. Hansı adı? -Cavab: Titan -Şərh: “Titanik”ə eyham. Titan – Saturnun peykidir. -Müəllif: Dmitri Borok (Samara) - -Sual: 3. Paylama materialıQarşınızda XX əsrdə yazılmış əsərin üz qabığından fraqmentdir. Əsərin müəllifini deyin. -Cavab: Ayzek Azimov -Şərh: Şəkildə gördüyünüz şəxs İsaak Nyutona bənzəyir. Nyuton-android həm robotexnikanın üç qanununa, həm də Azimovun adına işarədir. (İsaak və Ayzek eyni adın müxtəlif formalarıdır) -Müəllif: Yuliya Didbaridze (Çelyabinsk – Sankt-Peterburq) - -Sual: 4. Dənizçilik geniş yayılana qədər ONLARIN forması müxtəlifliyi ilə seçilirdi. Sonralar gəmidə quraşdırılmaqla əlaqədar olaraq ONLARIN forması standart oldu. Bir ölkədə ONLARIN formasının standartlara cavab verməməsini ölkənin dənizə çıxışının olmaması ilə əlaqələndirirlər. Bu ölkəni deyin. -Cavab: Nepal -Şərh: O – dövlət bayrağıdır. Gəmilərdə düzbucaqlı bayraqları qoymaq daha rahat idi. Nepal bayrağı düzbucaqlı formaya malik olmayan yeganə dövlət bayrağıdır. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 5. 1893-cü ildə Danimarka Kral Elmlər Akademiyasının iclasında professor Tomsen oxuduğu 4 sözü elan etdi. Artıq bir neçə ildir ki, həmin sözlərin bəzilərini nəyin üzərində görmək olar? -Cavab: 5 AZNlik əskinas -Şərh: Tomsen ilk dəfə olaraq Orhon Yenisey abidlələrinin - Gül tigin abidəsinin sözlərini oxuya bilmişdi. Tenqri,türk, gül, tigin sözləri. 2005-ci ildə hazırlanan 5 AZN-ın üzərində də həmin mətndən fraqment yer alıb və burada bu sözlərə rast gələ bilərik: “Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”. -Müəllif: Tural Dadaşov - -Sual: 6. Bir kinokomediyanın personajı öz hobbiləri sırasında filateliya və tennisi qeyd edir. Bundan sonra o, cibindən nəyi çıxarır? -Cavab: Lupa -Şərh: Lupanın filatelistlər tərəfindən geniş istifadə edildiyi məlumdur. Eləcə də o, tennis raketkasını xatırladır. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 7. Bencamin Consonun komediyasında hakim xəsisi həbsxanaya göndərir ki, həqiqətən qıc olana qədər orada qalsın. “Xəsis” – digər komediyanın adıdır. “Xəsis”lə hansı iki sözü əvəz etmişik? -Cavab: Yalançı xəstə -Şərh: “Yalançı xəstə” – Molyerin komediyasıdır. -Müəllif: Viktor Myalov (Dnepropetrovsk) - -Sual: 8. Ənənəvi Aralıq dənizi X-nə daxil olanlar arasında “libeçço”, “qrekale”, “maestrale”, “levante” də var. X-i iki sözlə deyin. -Cavab: Külək gülü -Şərh: “Libeçço” – cənub-qərb (“Liviya” sözündən), “qrekale” – şimal-şərq, “maestrale” – şimal-qərb (mistral), “levante” – şərqi bildirir. -Müəllif: Dmitri Borok (Samara) - -Sual: 9. Sənətşünas Valeri PodorOqa enerjinin natürmortda təsvir olunan obrazları tərk etdiyini yazır. Bundan sonra Podoroqanın verdiyi sualı məşhur avstriyalı nəyə münasibətdə soruşmuşdu? -Cavab: Pişik -Şərh: Sənətşünas “natürmort” sözünün mənası haqqında fikirləşir: “Ölü təbiətin şəklinə diqqətlə baxsaq, biz əminliklə deyə bilmərik ki, o, ölüdür. Amma o, canlı da deyil. Beləliklə, cansızdır, yoxsa canlıdır?” Sualın ikinci hissəsində söhbət xəyali “Şrödinger pişiyi” eksperimentindən gedir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 10. Verberin “Ulduz kəpənəyi” əsərində kosmik gəminin qurucusu milyardçı ilə söhbət edir. Söhbət əsnasında milyardçı ONLARdan xoşu gəldiyini deyir. Onun da ONLARa aid olduğunu bilərək, ONLARı iki sözlə deyin. -Cavab: Yuvarlaq ədədlər -Şərh: Kosmik gəminin qurucusu gəminin sürətindən, onun qət edəcəyi məsafələrdən danışarkən “astronomik ədədlər”dən istifadə edir. Sualda “milyardçı” sözünün iki dəfə təkrarlanması təsadüfi deyildi. Sonuncu cümlədə nəzərdə tutulan on (10) da yuvarlaq ədəddir. -Müəllif: Fədai Məmmədov - -Sual: 11. 1916-cı ildə alman “Tseppelin”lərinin hücumunun qarşısını almaq üçün İKS “susdurulmuşdu”. İKSi eyni hərflə başlayan iki sözlə deyin. Vaxt! -Cavab: Biq Ben -Şərh: Saatın zəngləri tseppelinlərə parlament binasını asanlıqla tapmaqda kömək edə bilərdi. -Müəllif: Fədai Məmmədov - -Sual: 12. Herman Melvillin romanında teatr tamaşası haqqında elan qrot-yelkənə sancılmışdı. Müəllifin sözlərinə görə, bu, ona bənzəyirdi ki, sanki ONA Druri-Leyn teatrının afişası yapışdırılmışdı. “Dəniz şiri” əməliyyatının uğurla başa çatacağı təqdirdə Hitler ONU Berlinə aparmağı planlaşdırırdı. ONU iki sözlə deyin. -Cavab: Nelson sütunu -Şərh: Sualda bir neçə dəfə dəniz mövzusuna toxunulmuşdur. Nelson sütunu Hitler üçün simvolik əhəmiyyətə malik idi. -Müəlliflər: Fədai Məmmədov, Boris Monosov (Sankt-Peterburq) - -Sual: 13. ABŞ-da bu qurğu irqi ayri-seçkiliyə qarşı mübarizənin vasitəsinə çevrilmişdi. Bu qurğunun tətbiqindən sonra növbə heç də dərinin rəngi ilə müəyyənləşdirilmirdi. Söhbət hansı qurğudan gedir? -Cavab: İşıqfor -Şərh: İlk vaxtlar yol hərəkətinə nəzarət edən polislər ağdərililərin maşınlarını buraxırdılar. İşıqforların tətbiqi ilə bunu artıq dərinin deyil, qurğunun rəngləri müəyyən etməyə başladı. -Müəllif: Aleksandr Buçatski (Samara) - -Sual: 14. Konan Doyl qeyd edirdi ki, O, ən azından, dərinin rəngini fərqləndirə bilməməlidir. ONU deyin. -Cavab: Femida -Şərh: Femida bütünlüklə kor olmaya bilər, amma dəri rənglərini əsla fərqləndirə bilməməlidir. İmperiya aborigenlərin hüquqlarına humanist yanaşırdı. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 15. Bir postulatı özünəməxsus şəkildə başa düşən Valeri öz müəllimini güllələmiş və bundan sonra onun adı məşhurlaşmışdı. Valerinin müəllimi kim idi? -Cavab: Endi Uorhol -Şərh: “Hər kəsin 15 dəqiqəlik şöhrət hüququ var”. -Müəllif: Andrey Pundor (Lvov) - -Səhifə -> 24 | Sual Sayı -> 15 - -Sual: 1. Haruki Murakaminin 4 yanvar 1951-ci ildə anadan olan ədəbi qəhrəmanına valideynləri BU adı vermişdilər. Onun adını bir yapon sözü ilə deyin. -Cavab: Hajime -Şərh: Personaj 20-ci əsrin ikinci yarısının 1-ci ilində 1-ci ayın 1-ci həftəsində anadan olub. "Hajime” yapon dilində “başlamaq”, “Başlanğıc” mənalarını verir. -Müəllif: Fərid Nağızadə - -Sual: 2. Fransada Napoleon üzərində qələbədən sonra rus əsgərləri onun zirzəmilərini talan etmişdilər. Əvvəlki cümlədə buraxılan 4 hərfi cavab kartına yazın. -Cavab: Klik -Şərh: Qələbəni şampanla bayram etmək olar, şampanlarsa adətən zirzəmilərdə saxlanılırdı. Söhbət məşhur şampan brendi Dul Klikodan gedirdi, madam Klikonun şampan zirzəmilərini talan etmişdilər. -Müəllif: Emin Məsimli - -Sual: 3. Paylama materialıQarşınızdakı 2012-ci il payız-qış geyim kolleksiyasının nümayişi zamanı çəkilmiş şəkildir. Bir internet istifadəçisi bu şəkilə rəy bildirərkən latın mənşəli məşhur addan bir hərflə fərqlənən neologizm işlətmişdi. Bu neologizmi maksimal dəqiqliklə deyin. -Cavab: Kvazimoda -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Qədim yunan əfsanəsindəki versiyalardan birinə görə Dionis üzüm tənəyi ilə Likurqu vurduqdan sonra O, Likurqun torpağa düşən göz yaşlarından yaranmışdı. Hal-Hazırda ABŞ-da 1 dollara siz, təqribən 700 qram ONDAN ala bilərsiniz. ONU bir sözlə cavab kartın yazın. -Cavab: Kələm -Şərh: Kələmlə üzümün heç vaxt yanaşı bitmədiyini bilən yunanlarda bu özünü mifolgiyada göstərmişdi. ABŞ slenqində kələm yarpaqlarının rənginə görə dollar adlanır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. “Apokrif” televerilişinin yayımlarından birində deyilirdi ki, nisbilik nəzəriyyəsini bu yazıçı hələ XVIII əsrdə yaradıb. Söhbət hansı yazıçıdan gedir? -Cavab: Conatan Svift -Şərh: Quliver liliputlara nisbətdə nəhəng, əksinə nəhənglərə isə liliput kimi görsənmişdir. -Müəllif: None - -Sual: Sual müəllifi müxtəlif rəsmlərlə zəngin olan Altamira mağarasında kəskin baş hərəkətləri etməməyi tövsiyyə edir. “100 böyük arxeolojik kəşf” kitabında Altamira mağarasını ibtidai incəsənətin İKSi adlandırılır. İKSi iki sözlə deyin. -Cavab: Sikstin Kapellası -Şərh: Kəskin baş hərəkətləri “Sikstin Kapellası” sindromuna səbəb olur. Kapella Papa 4-cü Siksin sifarişi ilə tikilib. Sikst – altıncı, İKS-SİKS. -Müəllif: Fərid Nağızadə - -Sual: 7. Versiyalardan birinə görə anası ONU diri-diri basdırıldığı məzarda dünyaya gətirmişdi. Dəniz Qaraqurd öz kitabında yazır ki, ONUN adının etimoloji variantlarından biri “yer altı” mənasını verir. Bu faktla rastlaşan sual müəllifi 2011-ci ildə baş vermiş dəyişikliyi xatırlayır. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Koroğlu -Şərh: Versiyalardan birinə görə Koroğlu ismi anası onu məzarda dünyaya gətirdiyi üçün “Gor oğlu” ismindən gəlir. “Kor” köhnə türk dilində yer altı mənasını verir. 2011-ci ildə Azərbaycanda yer altı metro stansiyalarından biri Koroğlu adlanmağa başlandı. -Müəllif: Emin Məsimli - -Sual: 8. “V for Vendetta” filminin baş qəhrəmanı televiziya ekranlarından xalqa müraciətində hakimiyyətin tiranlığından danışır və qeyd edir ki, əgər insanlar günahkarı tapmaq istəyirlərsə BUNU ETMƏLİDİRLƏR. BUNU ETMƏKLƏ əvəz olunmuş sözləri deyin. -Cavab: Güzgüyə baxmaq -Şərh: Filmdəki “Hər bir xalq sahib olduğu hökumətə layiqdir” ifadəsini yada salaraq cavab çıxmaq olardı. -Müəllif: None - -Sual: 9. Paylama materialıHər ilin müəyyən vaxtı bir-birilərinə qonaq gedən Sibir şamanları tez-tez bir çətinliklə üzləşirdilər. Con Raş yazır ki, şamanların özünməxsus yolla bu çətinliyin öhdəsindən gəlməyi bir inancın yaranmasına səbəb olub. Həmin inanc kimin adı ilə bağlıdır? -Cavab: Santa-Klaus -Şərh: Hər ilin qış gündönümündə bir-birlərinə qonaq gedən şamanlar evlərin qapıları qarla örtülü olduğu üçün bacadan evə girirdilər. Həmçinin, versiyalardan birinə görə Santa-Klausun geyimi öz rəngini şamanların ağ-qırmızı geyimlərindən alıb. -Müəllif: Tural Haqverdi - -Sual: 10. “Kabus ovçuları 2” filminin epizodlarının birində ovçular şəhəri təhlükə gözlədiyindən merə müraciət edərək onu müəyyən tədbirlər görməsi üçün razı salmağa çalışırlar. Bu zaman ovçulardan biri deyir: “Bunu etməklə siz milyonlarla ONLARI xilas edəcəksiniz”. Kimləri? -Cavab: Seçicilər -Şərh: Meri insanlardan daha çox seçicilər maraqlandırır. -Müəllif: None - -Sual: 11. Syu Taunsendin qəhrəmanı çoxlu suallar verən anasını ONUNLA müqayisə edir. 1992-ci ildə bir polyak ONUN səhvə yol verdiyini rəsmən etiraf etdi. ONU bir latın mənşəli sözlə deyin. -Cavab: İnkvizisiya -Şərh: 1992-ci ildə II İohan Pavel (polyak Kral Voytıl) Qalileyi təmizə çıxararaq inkvizisiyanın Qalileyi məcburən Kopernikin nəzəriyyəsindən üz döndərməsini pisləmişdi. -Müəllif: None - -Sual: 12. 1868-ci ilin yanvarında İrkutsk yaxınlığında olan Prjevalski öz gündəliyində qeyd edir ki, “istirahət zamanı ekspedisiya üzvlərindən bəziləri çay içir, bəziləri isə heyvan əti qızardaraq yeyirdi”. Bundan sonrakı cümlədə Prjevalski bir ÇƏTİNLİYİ vurğulayaraq özünün tez-tez bunu etdiyini xatırlayır. Çətinliyin nədən ibarət olduğunu tapdınızsa onun nə etdiyini cavab kartına yazın. -Cavab: Mürəkkəbi isidirdi -Şərh: Hava çox soyuq olduğundan o, yazmaq üçün mürəkkəbi isidirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 13. Vikipediya yazır ki, burada səyahət zamanı avtomobildən istifadə turistlərin cərimələnməsi və hətta 5 illik həbsi ilə nəticələnə bilər. Cim Vudman iddia edir ki, buranın əhalisi hava şarından istifadə texnikasını mənimsəmişdi. Buranın yerləşdiyi ölkəni deyin. -Cavab: Peru -Şərh: Naska xətləri o qədər kövrəkdir ki, avtomobilin təkərlərinin izi fiqurları korlayır. Cim Vudman isə belə xətləri yalnız uçuş aparatının köməyi ilə yuxarıdan təlimat vasitəsilə düzəldilə biləcəyini iddia edir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. Den Simmons öz romanında dövlətə aid hər şeyin müzakirə olunduğu ada dövlətinin parlamentini təsvir edir. Parlamentin adı iki ingilis sözünün birləşməsindən ibarətdir. Parlamentin adını deyin. -Cavab: ALLThing -Şərh: İslandiyanın parlamenti olan altinqə allüziya idi. Sualda parlamentin hər şeyi müzakirə etdiyi qeyd olunmuşdur. -Müəllif: None - -Sual: Paylama materialıB.S. Erik Levi “Shakin Street” musiqi qrupunda iştirak etmiş və “Gəlmələr” filminə soundtrack yazmışdı. Böyükdən kiçiyə düzülmüş bir bölgüdə b.s. eon qərarlaşıb.BURAXILMIŞ SÖZLƏRİN yerində hansı iki söz olmalıdır? -Cavab: Eradan əvvəl -Şərh: Erik Levi 1998-ci ildə əsası qoyulmuş ERA musiqi layihəsinin rəhbəridir. O, 1975-ci ildə Shakin Street qrupunun əsasını qoyub, 1993-cü ildə isə soundtrack yazıb. Geolojik yaş dövrlərində eon eradan böyükdür. B.S. ingilis dilində istifadə olunan “before century” söz birləşməsinin tələffüzünə allüziya idi. -Müəllif: Emin Məsimli - -Səhifə -> 26 | Sual Sayı -> 8 - -Sual: 1. Rafael Zbikovski öz mühazirələrində çoxsaylı terminlərdən istifadə etməli olsa da, onun sözlərinə görə, mühazirələrin çətinliyi bu terminlər deyil. Alimin sözlərinə görə, onun mühazirələrinin yeganə çətin hissəsi nədir? -Cavab: öz soyadını demək -Şərh: Polyak soyadını ingilisdilli auditoriyaya anlatmaq, görünür, çox çətindir :) -Müəllif: Fədai Məmmədov - -Sual: 2. İlya Şevelyovun sözlərinə görə, brilyant O – ölümə qalib gəlmiş sevgi deməkdir. Başqa bir aforizmə görə isə, O, teleserial kimidir: birinci seriyada nə olacağını reklamlardan bilirsən, sonra nə olacağı isə bəlli deyil. ONU qısa sözlə ifadə edin. -Cavab: Toy -Şərhlər: None -Müəllif: Fədai Məmmədov - -Sual: 3. ONUN adı ərəb dilindən “döyəcləmək” kimi tərcümə olunur. Qədim hind eposlarında O, “dundubhi” adlanır. Söhbət nədən gedir? -Cavab: Nağara -Şərh: Toydan sonra nağara :) Azərbaycanın bəzi bölgələrində “nağara”nı “dunbul” adlandırırlar. -Müəllif: Fədai Məmmədov - -Sual: 4. Onun Müqəddəs Pavel kilsəsində məzarı üzərində “Abidəni axtarırsansa, ətrafa bax” cümləsi həkk olunub. Onun kim olduğunu deyin. -Cavab: Kristofer Ren -Şərh: Kristofer Ren Müqəddəs Pavel kilsəsinin memarı olmuşdur. -Müəllif: Sultan Zahidov - -Sual: 5. Hansı əsərin baş qəhrəmanının prototipində qızılgül və sünbülçiçəyin qoxusu başgicəllənməsi yaradırdı? -Cavab: Kameliyalı qadın -Şərh: Bu səbəbdən də Mari Düplessi qoxusuz kameliyaları sevirdi. -Müəllif: Sultan Zahidov - -Sual: 6. Paylama materialıHoD13Rekvizitdə səhv var, əslində HoxD13 (Aparıcı üçün qeyd: hərfbəhərf deyilməlidir) olmalı idi. HoxD13 genində olan defektin nə ilə nəticələndiyini iki sözlə ifadə edin. -Cavab: altıncı barmaq -Şərh: Genin adında bir simvolu ixtisar etməklə altıncı barmağın cərrahi yolla kəsilməsinə eyham etmişdik. -Müəllif: Fədai Məmmədov - -Sual: 7. Uot Tayler və Kəndli üsyanının digər iştirakçıları ilə görüşərkən II Riçard xalq kütlələri ilə birgə olduğunu göstərmək üçün BUNU ETMİŞDİ. Qloballaşmanın sürətini nəzərə alaraq bəziləri 2050-ci ilədək dünya əhaləsinin yarısının BUNU EDƏ biləcəyini proqnozlaşdırırlar. “BUNU ETMƏK”lə əvəz olunmuş sözləri deyin. -Cavab: İngiliscə danışmaq -Şərh: Norman işğalından sonra İngiltərədə yuxarı təbəqələrdə fransızca danışmaq dəbdə idi; ingilis dilinə geniş xalq kütləsinin dili kimi baxılırdı. -Müəllif: Fədai Məmmədov - -Sual: 8. Ötən əsrin 70-80-ci illərində surətçıxarma aparatları bir çox sahələrdə, xüsusən ali təhsil müəssisələrinin kitabxanalarında geniş yayılmışdı. Bununla əlaqədar bir qısalmanı özünəməxsus şəkildə şərh edən tələbələr abbreviaturaya daxil olan sözlərdən birini “photocopying” (“fotokopiinq”) sözü ilə əvəz edirdilər. Hansı sözü? -Cavab: Philosophy -Şərh: İstehza ilə deyirdilər ki, “PhD” əslində “Doctor of Philosophy” kimi deyil, “Doctor of Photocopying” kimi oxunmalıdır. -Müəllif: Fədai Məmmədov - -Səhifə -> 27 | Sual Sayı -> 15 - -Sual: 1. Yazıçı Anarın fikrincə Qaraca Çoban Şekspir əzəmətinə malik surətdir. Yazıçının bu fikrin izahında istifadə etdiyi ikinci növ təyini söz birləşməsini deyin. -Cavab: Birnam meşəsi -Şərh: Ağaca bağlanmış Qaraca Çoban həmin ağacı köklü-köməcli qoparıb düşmən üzərinə gedir. Bu səhnə “Maqbet”də Birnam meşəsinin düşmənin üzərinə gəlməsi ilə səsləşir. -Müəllif: None - -Sual: 2. “Oyuncaq” filmində Fransua Perren Erik Rombal-Koşeni “ siz mənə ikinci dediniz” sözləri ilə ittiham edir. Deyilənə görə Azərbaycanda Mircəfər Bağırova yalnız Məmməd Səid Ordubadi və Mirəsədulla Mirqasımov “ikinci” deyirdi. “İkinci” ilə əvəz olunanı tapın. -Cavab: sən -Şərh: Azərbaycanda Ordubadidən və Mirqasımovdan başqa heç kəs Bağırova “ sən” demirdi. Hətta Üzeyir Hacıbəyov da ona “siz” deyirmiş. Sən əvəzliyi ikinci şəxsə aid olduğu üçün bu cür əvəzetmədən istifadə olunmuşdu. -Müəllif: Tural Dadaşov - -Sual: 3. Melburn Olimpiadasında su polosu yarışının yarımfinal görüşlərindən biri idman tarixinə “suda qan” adı ilə düşüb. Həmin görüşün iştirakçılarını deyin. -Cavab: SSRİ - Macarıstan -Şərh: Melburn olimpiya oyunları 1956-cı ildə keçirilib. Cəmi bir neçə ay öncə Macarıstan üsyanı SSRİ qoşunları tərəfindən qəddarlıqla yatırılmışdı. Bu səbəbdən prinsipial xarakter alan qarşılaşmada dəfələrlə dava düşmüş, basseyn qana bulaşmışdı. -Müəllif: Tural Dadaşov - -Sual: 4. Dofamin, noradrenalin, prolaktin, lüliberin, feniletilamin, endorfin. Bir əsərin qəhrəmanı bunların fəaliyyət müddətinin alimlər tərəfindən müəyyən edildiyini bildirir. Həmin əsərin müəllifini deyin. -Cavab: Frederik Beqbeder -Şərh: Mark Marronyenin sözlərinə görə bu hormonların orqanizmdə artması ilə məhəbbət hissi yaranır. Elmi cəhətdən sübut olunub ki, bu hormonların fəaliyyət müddəti 3 ildir. Məhz bu səbəbdən məhəbbət 3 il yaşayır. Mark Maronye “Məhəbbət üç il yaşayır” əsərinin qəhrəmanıdır. -Müəllif: Tural Dadaşov - -Sual: 5. Bu qəhrəman 10 qızı olan ailədə doğulan 11-ci uşaq idi. Onun eyni hərflə başlayan adını və soyadını deyin. -Cavab: Bəsti Bağırova -Şərh: Ailənin 10 qızı var idi. Bu dəfə oğlan olacağına ümid edirdilər. Ancaq yenə də qız oldu. Atası Məsum kişi Azərbaycanda geniş yayılmış üsulla tanrıya “Bəsti” mesajını göndərmək üçün qızın adını Bəsti qoydu. Söhbət iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovadan gedirdi. -Müəllif: Tural Dadaşov - -Sual: 6. Ötən əsrin 20-ci illərində şairə Mariya Şkapskaya onun yaradıcılığına yönəlmiş çoxsaylı hücumlardan sonra bu sahədə fəaliyyətindən əl çəkərək jurnalistika ilə məşğul olmaq qərarına gəldi. Barbara Xeldtin fikrincə, bu seçimi ilə Şkapskaya öz poeziyasını xilas etdi. Xeldtin fikrin izahı zamanı hansı hökmdarın adını çəkdiyini tapın. -Cavab: Süleyman -Şərh: Xeltdin fikrincə Şkapskaya Süleymanın məşhur məhkəməsində öz uşağına xətər yetirməmək üçün ondan imtina edən ana kimi hərəkət edib. O, öz poeziyasını qorumaq üçün ondan üz döndərib. “Əl çəkmək” ipucu idi. -Müəllif: Maksim Merzlyakov (Voronej) - -Sual: 7. Paylama materialıVolvo XC 90-ın reklam posterində nağıl qəhrəmanı təsvir olunub.Bu posterdə avtomobilin hansı xüsusiyyəti reklam olunur? -Cavab: 7 nəfərlik tutumu -Şərh: Posterdə Ağca təsvir olunub.7 cırtdan Volvo XC 90-da öz yerlərini alıb,Ağcaya isə yer olmayıb.Bu səbəbdən,o, yoluna davam etmək üçün başqa vasitələrdən istifadə edir. -Müəllif: Tural Dadaşov - -Sual: 8. “Göydələn” sözünü dilimizə daxil edən Rəsul Rza alternativ olaraq X sözünü təklif etmişdi. Gözəlliyinə və morfoloji xüsusiyyətinə görə X Martinika adasındakı Montan Peledən sonra dünyada ikincidir. X-i deyin. -Cavab: Göyəzən -Şərh: “GöyDələn”-dən fərqli olaraq “göyƏzən” “tutmadı”,yalnız Rəsul Rzanın leksikonunda qaldı.Sualın ikinci hissəsində isə Qazax rayonundakı Göyəzən dağı nəzərdə tutulur.ASE-dəki eyniadlı məqalədə Göyəzənin vulkanik tipli dağlar arasında ikinci olduğu bildirilir -Müəllif: Tural Dadaşov - -Sual: 9. Bir kreativ elektrik açarının üzərində, üst tərəfdə oğulun, alt tərəfdə isə atasının adı yazılıb. Oğul və atanı deyin. -Cavab: Dart Veyder, Lyuk Skayuoker -Şərh: qaranlıq və işıqlı tərəflər -Müəllif: Andrey Stefanyuk (Lvov) - -Sual: 10. Cim Kripsun unikal qabiliyyətə malikdir. O,üzünü əks tərəfə çevirdikdən sonra X- edə bilir. Kral kubokunda “Rasinq” klubunun üzvlərinin X-i rəqibin asan qələbəsinə səbəb olmuşdu. X-i ingilis mənşəli sözlə deyin. -Cavab: Strayk -Şərh: Maaşlarını ala bilməyən Rasinq klubunun üzvləri oynamaqdan imtina etmiş və rəqib 3-0 hesablı texniki qələbə almışdı. Boulinqdə isə “strayk” ilk atışdan bütün keqlilərin vurulmasını bildirir və X-lə işarə olunur. -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 11. Maddi vəziyyəti olduqca ağır olan Cəlil Məmmədquluzadə dekabr günlərinin birində “ ulduzları söndürmüşdü”. Bir məşhur mənbədə isə “ulduzların sönmədiyi” bildirilir. Sualın mətnində əvəzetmə olduğunu nəzərə alaraq mənbəni deyin. -Cavab: Usta və Marqarita. -Şərh: Soyuq dekabr günlərinin birində,odun almağa pulu olmayan Mirzə Cəlil sobanı alışıdırmaq üçün əlyazmalarını yandırmışdı. Mixail Bulqakovun “ Usta və Marqarita” əsərindən “əlyazmalar yanmır” ifadəsi bizə tanışdır. Sualın mətnində “əlyazmalar yanmır” “ulduzlar sönmür” ifadəsi ilə əvəz olunmuşdu. -Müəllif: Tural Dadaşov - -Sual: 12. Paylama materialıSizin qarşınızda 1989-cu ilə aid olan,Kristofer Çikkone tərəfindən yaradılan sinqlın üz qabığıdır. Qeyd edək ki,müğənninin və sinqlın adı sizdən gizlədilib. Üz qabığındakı P hərfinin kimi simvolizə etdiyini tapın. -Cavab: Şon Penn -Şərh: MLVC Madonnanın tam adının inisialları idi (Madonna Louise Veronica Ciccone) “ Like A Prayer” onun ən çox satılan sinqllarından olub.Kristofer Çikkone onun qardaşı idi. Ürək nahiyəsindən düşməkdə olan “P” hərfi isə müğənninin həmin il boşandığı Şon Penni simvolizə edir. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 13. 2010-cu ilin sentyabrında bunu edən Həsən Əliyev və Xetyaq Qazyumov yekunda dünyanın ən güclüsü adını qazamışdılar. Sevgilisinin görüşünə tələsən məşhur film qəhrəmanının bunu etmək haqda bəhanəsi heç də inandırıcı görünməmişdi. Bunu etməklə əvəz olunan 3 sözü deyin. -Cavab: Moskvaya güləşməyə getmək -Şərh: 2010-cu ildə Moskvaya güləşməyə gedən Həsən Əliyev və Xetyaq Qazyumov dünya çempionu olmuşdular.Leninqrada Təhminənin yanına gedən Zaurun isə “Moskvaya güləşməyə gedirəm” bəhanəsinə anası inanmamışdı. -Müəllif: Tural Dadaşov - -Sual: 14. Frans Kafka haqqında bir bioqrafik kitabda deyilir ki, xəstəliyi və müalicəsi ilə əlaqədar xeyli şəhər gəzmiş yazıçı həmişə Praqaya, uşaqlıq arzularının olduğu yerə qayıtmağa çalışırdı. Yazıçı sanki X-dəydi. X-lə əvəz etdiyimiz 3 sözü deyil, kitabın bu hissəsində 1871-ci ildə doğulmuş hansı fransızın adı çəkildiyini deyin. -Cavab: (Valentin Lui Jorj Ejen) Marsel Prust -Şərh: Daima öz doğma şəhərinə qayıtmaq istəyən Kafka sanki itirilmiş vaxtın sorağındaydı. “İtirilmiş vaxtın sorağında” Marsel Prustun 7 cildlik əsərinin adıdır. -Müəllif: Tural Dadaşov - -Sual: 15. Yevgeni Malanyukun personajı döyüş və poeziya arasında seçim haqda düşünür. Bu dillema ətrafında fikirləşərkən personaj ilk dörd hərfi eyni olan iki predmeti yada salır. Hər iki predmeti deyin. -Cavab: stilet, stilos -Şərh: Stilet- bıçaq, silah. Stilos – qədimdə yazı üçün istifadə olunan çubuq. -Müəllif: Andrey Pundor (Lvov) - -Səhifə -> 28 | Sual Sayı -> 15 - -Sual: 1. XIX əsrə aid “Parisdən yeni təsvirlər” kitabındakı oçerklərdən birində personaj Fransız teatrına yaxınlaşanda görür ki, küçədə teatra gəlmiş çoxlu sayda insan var, dəllallar baha qiymətə bilet satmağa çalışır, jandarmlar isə bu qarışıqlıqda qayda yaratmağa cəhd edirlər. Siz isə həmin gün oynanılan pyesin adını bir fransız sözü ilə cavab kartlarınıza yazın. -Cavab: Ajiotaj -Şərh: Sualda təsvir edilən proses elə ajiotaj sözünün tərifidir. -Müəllif: Fuad Eminov - -Sual: 2. Kraliçə Viktoriya tütün çəkməyin elə qatı əleyhdarı idi ki, saraya dəvət almış səfirlərdən biri onun içərisində uzanıb siqar çəkmişdi. Onu bir sözlə deyin. -Cavab: buxarı -Şərh: tüstünü də bacaya buraxırdı -Müəllif: Fuad Eminov - -Sual: 3. Maraqlıdır ki, o, Tereza Levasserdən olan övladlarını yetimxanaya vermişdi. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Russo -Şərh: Emil və onun tərbiyəsi adlı kitabı olan Jan Jak Russo maraqlıdır ki, öz uşaqlarının heç birini böyütməmişdir və bunu kasıbçılıqla əlaqələndirmişdi -Müəllif: Emil İsmayıl - -Sual: 4. Bir çinli ədib deyirdi ki, o ən yaxşı halda ancaq parçanın iç tərəfini əks etdirə bilər. Bütün saplar yerindədir, amma rəng və rəsmin ecazkarlığı itirilib. Siz həmin çinlinin nə haqda belə dediyini tapın. -Cavab: tərcümə -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 5. 1870-1871-ci illərdə Prussiya qoşunlarının mühasirəsində olan Parisdə bu canlıların öldürülməsi cinayət sayılırdı. Paris yaxınlığında yerləşən kəndlərdə isə prussiyalılar bu canlıları saxlayanları aşkar etdikdə həmin şəxsləri güllələyirdilər. Onların nə olduğunu deyin. -Cavab: göyərçinlər -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 6. İranlı rejissor Cəfər Pənahiyə film çəkmək qadağan edilsə də, o film çəkməkdə davam edir və sual müəllifi bu vəziyyəti İKS adlandırır. Cəfər Pənahinin İKS adlı filmində bir qrup qızın stadiona daxil olmağa çalışdığını bilərək İKS-i ingilis mənşəli bir sözlə yazın. -Cavab: ofsayd -Şərh: Film hətta originalda da "Offside" adlanır. Sual müəllifinin fikrincə, rejissor özü də ofsayddadır. “Vəziyyət” sözü də kömək etməli idi. İranda qadınlara kişi futboluna baxmaq qadağandır. -Müəllif: Fuad Eminov - -Sual: 7. Almandilli vikipediyada "Tanktourismus" adlanan məqalədə Niderland, Belçika, Lüksemburq və sair dövlətlərin Almaniya ilə sərhədində yerləşən yaşayış məntəqələri xatırlanır. Siz isə bu turistlərin hansı məqsədlə qonşu dövlətlərə səfər etdiyini tapın. -Cavab: benzin almaq -Şərh: Almaniyada benzinin daha baha olduğu vaxtlarda yaranan turizm növüdür. Lüksemburqun məşhur Şengen kəndində isə 7 yanacaqdoldurma məntəqəsinin olduğu deyilir. İngilislər maye rezervuarlarına "tank" deyirlər. -Müəllif: Fuad Eminov - -Sual: 8. İosif Kobzon ora səfərini belə xatırlayır : -"Mən çıxış edərkən insanlar maskalarını çıxarmışdılar. Siz təsəvvür etməzsiz, ünsiyyət zamanı onlardan necə enerji gəlirdi”. Kobzon bu səfəri hara etmişdi? -Cavab: Çernobil -Şərhlər: None -Müəllif: Babək Zakirzadə - -Sual: 9. Alberto Anjela Qədim Romadakı küçənin bazalt döşəməsini nəhəng İKSin daşa dönmüş İQREKinə bənzədir. Dion Kassiy yazır ki, İKS o qədər möhkəm olurdu ki, üzərindən atlar və arabalar keçə bilərdilər. İKS və İQREKi cavab kartınıza yazın. -Cavab: tısbağa, çanaq -Şərh: ikinci cümlədə söhbət “Tısbağa” düzülüşündən gedir -Müəllif: Babək Zakirzadə - -Sual: 10. Uilyam Zinser “Necə yaxşı yazmaq olar ?” əsərində yazır ki, aydın fraza təsadüfi deyil və çox nadir hallarda frazalar ilk dəfədən aydın alınır. Sonra o misal kimi bir neçə dəfə yazılmasına baxmayaraq qeydlərlə dolu xam qaralama kimi görünən əlyazmanı nümunə gətirir. Hansı əsərin əlyazmasını? -Cavab: “Necə yaxşı yazmaq olar?” -Şərhlər: None -Müəllif: Babək Zakirzadə - -Sual: 11. III Napoleonun dövründə Xarici İşlər Nazirliyində işləmiş qraf de Moni “İkinci imperiya haqqında xatirələrin”də yazır ki, şəhərkənarı şatolarda keçirilən oyun və əyləncələrə bir müsabiqə də daxil idi. Qraf de Moni bu müsabiqə haqqında yazır ki, məşhur ədəbi tənqidçi Şarl Ogüsten Sen-Böv və yazıçı Prosper Merimenin də iştirakına baxmayaraq, müsabiqədə Avstriya səfiri Rixard fon Metternix qalib gəlmişdi. Müsabiqənin mahiyyətini ikihecalı sözlə deyin. -Cavab: imla -Şərh: fransızlar ola-ola fransızca imla müsabiqəsini avstriyalı udmuşdu. -Müəllif: Fuad Eminov - -Sual: 12. 2004-cü ildə bir yazıçı zarafatla qeyd etmişdi ki, artıq NASA-ya məktub göndərib ki, onun qonorarını versinlər. Siz isə yazıçının nəyə görə qonorar tələb etdiyini yazın. -Cavab: Aya eniş kadrlarına görə -Şərh: Artur Klarkın ssenaristi olduğu “Kosmik Odisseya 2001” filmində təsvir edilmiş Ayın səthi, sonralar həqiqətən ora eniş etmə kadrlarındakı təsvirlər ilə o qədər oxşar olmuşdu ki, bu bir çox konspiroloqların Aya enməni mif adlandırması ilə nəticələnmişdi. və təbii ki, əsas işi görənlər kimi Kubrik və Artur Klark təqdim olunurdu. Yazıçı isə zarafatla, nəhayət, öz payını almaq fikrində olduğunu söyləmişdi. -Müəllif: Emil İsmayıl - -Sual: 13. Eduard de Labulenin nağıl personajı olan iddialı xoruz yüksək mövqe tutmaq məqsədi ilə Romaya yola düşür. Sonradan onun nəyə döndüyünü avropa mənşəli sözlə deyin -Cavab: flüger -Şərhlər: None -Müəllif: Babək Zakirzadə - -Sual: 14. 1926-cı ildə vəfat edən bu şəxs arvadına xüsusi söz vermiş və demişdi ki, bu söz olmadan onun ruhunu çağırmaq mümkün olmayacaq. Onun soyadını yazın. -Cavab: Vays -Şərh: Hudini şarlatan spiritistlərlə mübarizə aparırdı və istəmirdi ki, o öləndən sonra onlar onun "ruhunu çağırıb" danışdırsınlar. Hudininin spiritistlərə inanan Artur Konan Doylla münaqişəsi də məlumdur. -Müəllif: Fuad Eminov - -Sual: 15. Yeni il hədiyyəsi qismində 1611-ci ildə dərc edilmiş bir elmi traktatın adında "Seksanqula" sözünü görmək olar. Traktatın nəyə həsr edildiyini deyin. -Cavab: qar dənələri -Şərh: "Altıbucaqlı qar dənələri haqqında" traktatını astronom Kepler öz hamisi İohann Vaker fon Vakenfelsə yeni il hədiyyəsi kimi yazmışdı. Seksanqula sözü sizi həndəsəyə aparmalı idi. -Müəllif: Fuad Eminov - -Səhifə -> 29 | Sual Sayı -> 15 - -Sual: 1. “Ulduz yolu” serialında istifadə olunan Klinqon süni dili müharibə əhval-ruhiyyəsini əks etdirir və bu səbəbdən həmin dildə hətta BU yoxdur. Bir neçə əsr əvvəl yazılmış əsərdə BUNA etinasız yanaşmışdılar. Həmin əsərin müəllifini deyin. -Cavab: Məhəmməd Füzuli -Şərh: O – salamdır. Çox kobud səslənən Klinqon dilində hətta salamlaşmaq üçün söz yoxdur. Füzulinin “Salam verdim, rüşvət deyildir deyə, almadılar” misrası məşhurdur. Bu sualla iştirakçıları salamlayırıq. -Müəllif: Fədai Məmmədov - -Sual: 2. Rəsul Rza Onu “pərvanəbel” adlandırmağı təklif etsə də, Anarın işlətdiyi “dikuçar” sözünün daha uğurlu olduğunu etiraf etmişdi. ONU yunan mənşəli sözlə deyin. -Cavab: helikopter -Şərh: Cavaba çıxmağın ən asan yolu dikuçar sözünü rus dilinə tərcümə etmək idi. Dikuçar- Vertolyot. -Müəllif: Tural Dadaşov - -Sual: 3. Ötən əsrin sonlarında bilək və bilək oynaqlarının ağrıları ilə həkimlərə müraciət edənlərin sayının artması faktı qeydə alınmışdır. Bundan sonra tibbdə ONUN sindromu yaranmışdır. 1983-cü ildə o mebel dizaynı ilə məşğul olan özünün şirkətini yaratmış, indi isə video oyunların hazırlanmasında iştirak edir. O kimdir? -Cavab: Erne Rubik -Şərh: Rubik Kubiki ilə fasiləsiz oyun zamanı insanların bilək oynaqları ağrayırdı. -Müəllif: Artyom Matuxno (Odessa) - -Sual: 4. Paylama materialıSizin önünüzdə CitID layihəsi çərçivəsində hazırlanmış ONUN loqotipidir. ONU cavab kartlarınıza yazın. -Cavab: London -Şərh: CitID öz şəhərini loqotiplə təsvir et. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 5. Abbas Mirzə Şərifzadə haqqında məqalədən bir parçaya qulaq asın: “İlk dəfə səhnəyə çıxanda 15 yaşı olub. Molyerin "Zorən təbib" tamaşasında lal rolunda çıxışı ilə həmişəlik teatra bağlanıb.” Eşitdiyiniz parçada bizim burxdığımız birhecalı sözü cavab kartlarınıza yazın. -Cavab: qız -Şərh: Abbas Mirzə Şərifzadənin ilk rolu Molyerin "Zorən təbib" tamaşasında lal qız olmuşdur. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 6. AVRO-2012-nin qrup oyunlarından birində şərhçi əksər oyun vəziyyətlərində müstəqil qərar qəbul edən əslən Madeyradan olan məşhur futbolçu Kriştianu Ronaldunu Portuqaliyanın tərkibində ONUNLA müqayisə etmişdi. ONU iki sözlə cavab kartlarınıza yazın. -Cavab: muxtar vilayət -Şərh: Madeyra Portuqaliyanın tərkibində muxtar vilayətdir. Ronaldu Madeyrada doğulub. -Müəllif: Vadim Germanenko (Vitebsk-Minsk) - -Sual: 7. Silsiləyə daxil olan filmlərin birində nabələd insan DUBLVE ilə tanışlıqdan sonra ONA Emma deyə müraciət edir. Bizim DUBLVE ilə nəyi əvəz etdiyimizi cavab kartlarınıza yazın. -Cavab: M -Şərh: bindianada Mİ-6 xüsusi xidmət orqanının rəhbərininin kod adı M-dir. W-ni çevirəndə M alınır -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 8. 1848-ci ildə elmi tədqiqat aparmaq və yerli floranı öyrənmək üçün Zaqafqaziyaya gələn botanik Aleksisin soyadı nə idi? -Cavab: Jordan -Şərh: Aleksis Jordanla görüşən Mirzə Fətəli Axundov “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadükuni məşhur” komediyasında alimin obrazını yaratmışdır. -Müəllif: Fədai Məmmədov - -Sual: 9. Paylama materialıSizin önünüzdə 2011-ci ilə aid şəkildir. Həmin şəkil hansı şirkətin mağazasının yanında çəkilib? -Cavab: Apple -Şərh: “Xudahafiz” yazısı olan alma 5 oktyabr 2011-ci ildə vəfat etmiş şirkətin yaradıcıs Stiv Cobsun xatirəsinə Apple şirkətinə aid mağazanın yanında qoyulmuşdu. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 10. Bundesliqanın qaydalarına görə birinci liqada 16-cı yeri, ikinci liqada isə 3-cü yeri tutan komandalar play-off oynayır və qalib komanda növbəti mövsüm birinci liqada oynamaq şansını qazanır. Keçən mövsüm Herta Berlin Bundesliqada 16-cı, Fortuna Dusseldorf isə ikinci liqada 3-cü yeri tutmuşdu. İki matçın nəticəsinə görə Fortuna Dusseldorf komandası qalib gəldi. Hakimin son fiti eşidiləndə oyunun şərhçisi "BU baş tutdu" dedi. BUmüasir olimpiya oyunlarının proqramına daxil olmayan idman növünün terminlərindən biridir. Bu termini deyin. -Cavab: Qalaqurma -Şərh: Komandalar rokirovkada olduğu kimi yerlərini dəyişdilər -Müəllif: Elşən Quliyev - -Sual: 11. Paylama materialıأَلْقُرآنXX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev razılıq almaq üçün Qazı Mirməhəmməd Kərimi Bağdad şəhərinə göndərdi. Bundan sonra 1904-cü ildə Azərbaycanda BUNU ETDİLƏR. Siz də BUNU EDİN və nəticəsini cavab kartlarınıza yazın. -Cavab: Quran -Şərh: bunu etmək Quranı azərbaycancaya tərcümə etməkdir. Yerli din xadimləri Quranın tərcümə olunmasının əleyhinə idilər, onlar hesab edirdilər ki, bu, kitabın ilahi mahiyyətini təhrif edə bilər. -Müəllif: Fədai Məmmədov - -Sual: 12. “Kleider” (klAyder), yəni “don, paltar” bəzən dördüncü kimi xatırlanır. Siz isə hər üçünü tapın. -Cavab: kinder, kuche, kirche -Şərh: Söhbət konservativ alman cəmiyyətində qadının rolunu müəyyən edən formuladan gedirdi -Müəllif: Fuad Eminov - -Sual: Paylama materialı"BİRİNCİ İKİNCİDƏ hər şey özü özünə danışmalıdır.". -"BİRİNCİ İKİNCİ bizim dövrümüzdə də mövcuddur. Bu heç nə deməyən İKİNCİDİR".BİRİNCİ İKİNCİNİ cavab kartlarınıza yazın. -Cavab: səssiz kino -Şərh: sualın əsas hissəsi səssiz kinodakı kimi səsləndirilmədi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 14. Paylama materialıSizin önünüzdə əslən Arxangelskdən olan Stepan Pisaxovun “Dvinada. Gündüz” adlı rəsm əsəridir. Əvvəlki cümlədə biz hansı sözü əvəz etmişik? -Cavab: Gecə -Şərh: rəssam Arxangelskdə bəyaz gecəni təsvir etmişdir. -Müəllif: Vadim Germanenko (Vitebsk-Minsk) - -Sual: 15. Rik Foksun fikrinə görə yaxşı və pis komanda arasında fərqi hiss etmək üçün “Mayami” və “Minnesota”nın basketbolçularının ifasında ONA baxmaq kifayətdir. Bir müddət öncə ONA görə Nyu-Yorklu gənclərdən ibarət hokkey komandasını play-off-un ilk mərhələsinə buraxmamışdırlar. ONU iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Harlem Shake -Şərh: “Mayami Hit”in oyunçuları o qədər yaxındılar ki, Harlem Şeyk onlarda daha yaxşı alınır. -Müəllif: Vadim Germanenko (Vitebsk-Minsk) - -Səhifə -> 30 | Sual Sayı -> 12 - -Sual: 1. “Ağıl Oyunları” filminin personajı Alişa bir dəfə BUNU EDƏRƏK 4348 ədədinə çatdığını bildirir. Sual müəllifinin fikrincə, Oskarın təqdimolunma mərasiminə gələn məşhurların adlarını sadalayan aparıcı əslində BUNU EDİR. BUNU ETMƏKlə əvəz olunan iki sözü deyin. -Cavab: Ulduzları saymaq -Şərh: Alişa bir gecə səmadakı ulduzları sayaraq 4348 ədədinə çatdığını bildirir. Verilişin aparıcısı isə Hollivud Ulduzlarını sayırdı. -Müəllif: Emin Məsimli - -Sual: 2. Mixayil Zadornov yarı zarafat, yarı ciddi qeyd edir ki, əgər futbolun sponsoru Mcdonalds olsa, o zaman meydana 22 o çıxacaq. Məşhur onlar arasında Okinumi Ayumi ve Kaysei İcironu misal çəkmək olar. Onu deyin. -Cavab: Sumoçu -Şərh: Okinumi Ayumi və Kaysei İciro yapon adlarıdı. Söhbət burada yaponiyada məşhur olan Sumo idman növünün iştirakçılarından gedir. -Müəllif: Sultan Zahidov - -Sual: 3. “100 böyük fırıldaq” kitabında obrazlı şəkildə Çarlz Ponzinin dolların üzərinə sıfırlar əlavə edə bilmə bacarığından danışılır. Bəs onu hansı mifoloji personajla müqayisə edirlər? -Cavab: Midas -Şərh: Maliyyə fırıldaqçısı olan Ponzinin toxunuşunu toxunduğu hər şeyi qızıla çevirən Midasla müqayisə edirlər. -Müəllif: Emin Məsimli - -Sual: 4. Paylama materialıGördüyünüz bir festivalın afişasıdır. Şəkildə sizdən gizlədilmiş iki sözü tapın. -Cavab: Yəhudi filmləri -Şərh: Gördüyünüz şəkildə film lentləri yəhudilərə xas olan saç düzümünü xatırladır. -Müəllif: Asim Cəlalov - -Sual: 5. Miçio Kaku kimyanın tarixi haqqında danışarkən deyir: “Artıq hissəcik sürətləndiricisinin köməyi ilə X atomunu Y atomuna çevirmək mümkündür.” Dilimizdə X və Y-in eyni hərflə başladığını bilərək hər ikisini cavab kartına yazın. -Cavab: Qurğuşun, qızıl. -Şərh: XIX əsr kimyaçıları qurğuşunu qızıla çevirmək iddiasını absurd hesab edirdi. Bu gün isə hissəcik sürətləndiricisinin köməyi ilə prinsipcə bunu etmək mümkündür. -Müəllif: Emin Məsimli - -Sual: 6. 19-cu əsrin 40-cı illərindən etibarən Kaliforniyaya dünyanın hər yerindən qızıl axtaranlar gəlməyə başladı. Siz isə bir dəqiqədən sonra Kaliforniya ştatının devizini bir əcnəbi sözlə deyin. -Cavab: Evrika -Şərh: Evrika yunancadan “tapmışam” anlamını verir. Buraya gələn qızıl axtaranlar da görünür qızıl tapmışdılar. -Müəllif: Sultan Zahidov - -Sual: 7. 1941-ci ildə Sovet antropoloqu Gerasimov tərəfindən qəbri açıldıqdan sonra ONUN budunda zədələnmə olduğu bildirildi. Söhbət kimdən gedir? -Cavab: Teymur Ləng -Şərh: Versiyaya görə Temurun ləng “olmasının” səbəbi məhz budundakı zədə olub. “1941-ci ildə qəbrin açılması” - Teymurun qəbrini açanların ölkəsinə bədbəxtlik gələcəyi ilə bağlı rəvayətə işarə idi. -Müəllif: Emin Məsimli - -Sual: 8. 2003-cü ildə Almaniya və İsveçrə Reyn çayı üzərində tikdikləri körpünü birləşdirərkən tərəflərdən birinin digərindən hündür olduğu ortaya çıxdı. Buna səbəb Almaniyadan fərqli olaraq İsveçrənin X-i ölçməyə coğrafi şəraitinin uyğun olmaması və bu səbəbdən Fransa standartlarını əsas götürməsi idi. X-i iki sözlə deyin -Cavab: Dəniz səviyyəsi -Şərh: Almaniyada dəniz səviyyəsi Şimal dənizindən hesablanır. İsveçrənin dənizə çıxışı olmadığından dəniz səviyyəsi Fransada olduğu kimi Aralıq dənizi hesab olunur. -Müəllif: Asim Cəlalov - -Sual: 9. Legomenon.com saytında qeyd olunub ki, ONLAR yuxuda keçən zamanı ölçür. ONLARın müəllifinin 1904-cü ildə Fiqerasda doğulduğunu bilərək, müəllifin kim olduğunu tapın. -Cavab: Salvador Dali -Şərh: Yuxuda keçən zaman – yuxu və reallığın qarışığı – sürrealizmə işarədir. Əriyən saatlar əsərinin müəllifi Salvador Dalidən söhbət gedirdi. -Müəllif: Emin Məsimli - -Sual: 10. Erik Tomson göy cisimlərinin hər anını görmək istəyən astronomları ONLARla müqayisə edir. Məşhur aktrisa Cessika Simpsonun fikrincə, Dallas şəhərinin ən yaxşı xüsusiyəti ONLARın olmamasıdır. ONLARI bir əcnəbi mənşəli sözlə deyin. -Cavab: Paparatsi -Şərh: Astronomlar öz teleskopları ilə fotoaparatdan istifadə edən paparatsilərə bənzəyir. -Müəllif: Emin Məsimli - -Sual: 11. Rafael Hüseynov qeyd edir ki, sovet dövründə atası Hacı Zeynalabdin Tağıyevın tanınmasına çalışan Sara xanım hər gün atasına aid sənədlərlə dolu çantalarla kommunist küçəsi ilə üzüyuxarı dövlət arxiv binasına tərəf qalxar, lakin hər dəfə rədd cavabı alaraq geri dönərdi. Siz isə Rafael Hüseynovun Sara xanımın bu cəhdlərini nəyə bənzətdiyini iki sözlə deyin. -Cavab: Sizif əməyi -Şərh: Yunan mifologiyası qəhrəmanı Sizifi tanrılar dağın başına ağır bir daş qaldırmaqla cəzalandırmışdılar. Bu daş hər dəfə təpəyə çatanda yenidən aşağı diyirlənirdi. -Müəllif: Sultan Zahidov - -Sual: 12. Sergey Dovlatov səfil həyat keçirən qardaşı haqqında danışarkən deyir: “Özü yəhudi olan arvadı tez-tez Boryanın da yarı yəhudi oluğunu deyirdi.” Siz isə Boryanın arvadının öz fikrinin necə əsaslandırdığını iki sözdən ibarət frazeoloji birləşmə ilə deyin. -Cavab: Qanımı içir -Şərh: Burada xanım məcazi mənada ərinin ona qarşı pis davrandığını demək istəyir. O, kinayə ilə bu yolla ərinin də damarlarında yəhudi qanı axdığını bildirir. -Müəllif: Asim Cəlalov - -Səhifə -> 33 | Sual Sayı -> 8 - -Sual: 1. Diqqət! Birinci sual: - -Yazıçı Dina Rubina aeroportda keçdiyi yoxlanma prosedurunu təsvir edərkən, özünü çox məşhur bir şəxslə müqayisə edir. Bu şəxsin kim olduğunu deyin. -Cavab: İsa Məsih -Şərh: Yazıçı yoxlanış proseduru zamanı ayaqyalın və əllərini yana tutmuş vəziyyəti təsvir edir və özünü İsa Məsihlə müqayisə edir. 60-cı illərdə populyarlığın zirvəsində olan zaman Con Lennon, indi “Bitlz”qrupunun İsadan da məşhur olduqlarını demişdi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 2. Paylama materialıDəyişikliklər etməmişdən öncə, sual müəllifi şəklin ilkin variantında otuz X saydı. X-i cavab kartınıza yazın. -Cavab: Qoyun -Şərh: Şəkildən göründüyü kimi gec saat olmasına baxmayaraq təsvir olunmuş şəxs yata bilmir. Yuxuya getmək üçünsə qoyunları saymaq məsləhət görülür. Sualda işlənmiş “saydı” sözü ipucu idi. -Müəllif: Asim İbrahimli - -Sual: 3. 1995-ci ildə 3D Lemmings [tri di lemminqz] oyunu yaradıldı ki, burada oyunçu məzəli canlılara müxtəlif maneələri aşmaqda kömək etməli idi. Lemminq uçuruma düşdüyü halda isə xarakterik bir səs çıxırdı. Siz isə, 1996-ci ildən etibarən bu səsin bir çoxlarında hansı abbreviatura ilə assosiasiya olunduğunu deyin. -Cavab: ICQ -Şərh: 1996-cı ildə Mirabilis şirkəti oyundakı bu səsi öz məhsulunda istifadə etdi. Hal-hazırda demək olar ki, heç kim istifadə etməsə də, ICQ messenecerinin məşhur “o-ou” səsi bir çoxumuzun xatirindədi. -Müəllif: Artyom Matuxno (Odessa) - -Sual: 4. Fransız yazıçısı Roje Martin dü Qarın XIX əsr haqda dediklərinə qulaq asın: - - -"Bu əsr İnqilabla başlayıb X-lə bitən diqqətəlayiq bir dövrdür. Amma bəlkə də zibil qabına atılacaq qədər dəyərsiz bir yüzillik olaraq xatırlanacaqdır." - -X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Dreyfus işi -Şərh: Dreyfus işi Parisdəki alman səfirliyində xidmətçi olaraq çalışan Fransa gizli təşkilatı ilə əlaqələri olan bir qadının zibil qabında tapdığı imzasız bir məktubu mərkəzə göndərməsilə başladı. Alman attaşesinə yazılan məktubda Fransaya aid bəzi məlumatlar yer almışdı. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Yazıçı Doktor Syuzun 1960-cı ilə aid kitabının üz qabığında altı ağac rəsmini görmək olar. Altıağac əsrlər boyu Uyğur xaqanlığının mərkəzi olmuş və 1988-ci ildən etibarən isə Çinin Tarixi Abidələr Siyahısına daxil edilmiş şəhərdir. -Bir dəqiqə sonra cavab kartınıza “altı” və “ağac” sözləri ilə əvəz etdiyimiz iki sözü yazın. -Cavab: Beş, balıq -Şərh: Adı qədim türk dilindən “beş şəhər” anlamına gələn Beşbalıq Göytürklərdən Uyğur xaqanlığına keçmiş qədim türk şəhəridir. Hal-hazırda bu antik şəhərin qalıqları Çinin Sintszyan-Uyğur Muxtar Vilayətində yerləşir. Yazıçı Doktor Syuzun 1960-cı ildə uşaqlar üçün yazdığı “Bir balıq, iki balıq, qırmızı balıq, mavi balıq” kitabının üz qabığında beş balıq rəsmi təsvir olunmuşdur. -Müəllif: Asim İbrahimli - -Sual: 6. Şimali Amerika mifologiyasındakı İoskexa adlı tanrı insanları yaratmış və onlara BUnu bəxş etmişdir. BUnun təsvirlərini daha çox 60-cı illərin Sovet markalarında görmək olardı. BUnun nə olduğunu deyin. -Cavab: Qarğıdalı -Şərh: Şimali Amerika hinduları insanları yaratmış İoskexanın onlara qarğıdalını da bəxş etdiyini inanırdılar. Xruşovun “qarğıdalı siyasəti” isə ötən əsrin 60-cı illərində geniş vüsət almışdır. -Müəllif: Artyom Matuxno (Odessa) - -Sual: 7. Paylama materialıQarşınızdakı şəkildə Borşod-Abauy-Zemplen bölgəsində yerləşən X-in gerbi təsvir olunub. 1927-ci ildə Bakıda doğulmuş X-ə həsr olunmuş Vikipediya məqaləsində Fizuli, Nəsimi, Koroğlu və Üzeyir Hacıbəyovun da adları keçir. Bir dəqiqə sonra X-i cavab kartınıza yazın. -Cavab: Tokay -Şərh: Bölgənin adından onun Macarıstana aid olduğunu müəyyən etmək olardı. Öz şərabları ilə məşhur olan Tokay şəhərinin gerbində dirəyə sarılmış üzüm tənəklərini görmək olar. 1927-ci ildə Bakıda doğulmuş tanınmış heykəltəraşımız Tokay Məmmədovun yaradıcılığında Fizuli, Nəsimi, Koroğlu və s. heykəlləri yer alır. -Müəllif: Tural Sultanov - -Sual: 8. Dibək – daşın içərisi oyularaq düzəldilən qədim məişət əşyasıdır. Ondan yarma, çəltik, buğda və s. döymək və xırdalamaq üçün istifadə olunurdu. Bir dəqiqə sonra, dibək daşlarının da yer aldığı açıq səma altında muzeyin hansı şəhərdə fəaliyyət göstərdiyini deyin. -Cavab: Naxçıvan -Şərh: Dibək daşından əsasən iri duz kristallarını döyüb xırdalamaq üçün istifadə edilirdi. Naxçıvanın kristallik duz yataqları və dadlı duzu bütün ölkəmizdə məşhurdur. -Müəllif: Asim İbrahimli - -Səhifə -> 34 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialı“1956-cı ildə çəkilmiş klipdə İqrekin Qire’k geyinməsi bir geyim növünün amerikalı gənclər arasında populyarlaşmasında mühüm rol oynamışdır.”İqrek və Qire’ki cavab kartlarınıza yazın. -Cavab: Elvis və Levi’s. -Şərh: Cinsin keçən əsrin ortalarında ABŞ-da məşhurlaşmasında Elvis Preslinin qara cins geyindiyi “Jailhouse Rock” klipi böyük rol oynamışdır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. Qədim sapotek xalqının Litlan şəhərinin adı yerli dildən “Əbədi istirahət yeri” kimi tərcümə olunur. Sizsə, yunanların bu tip şəhərləri hansı mürəbbək sözlə adlandırdığını deyin. -Cavab: Nekropol -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: 3. Troya tarixi haqda kitabda qeyd olunur ki, Türkiyənin Hisarlık bölgəsində Henrix Şliman apardığı tədqiqatlar nəticəsində əvvəlcə e.ə 22-ci əsrə aid Troyanı, sonra e.ə 19-cu əsrə aid Troyanı, sonra daha müasir Troyaları taparaq, nəticədə kral Priamın Troyasına qədər gəlib çıxmışdır. Eyni abzasda Hisarlık X-lə müqayisə olunur. X-i mürəkkəb alman mənşəli sözlə deyin. -Cavab: Buterbrod -Şərh: Kitabda qeyd olunur ki, Hisarlık bölgəsi Troyaların buterbrodu kimi üst-üstə qoyulmuş şəhərlərin bir-birini əvəzləməsi nəticəsində bu hala gəlmişdir. -Müəllif: Türyan Məmmədov - -Sual: 4. Qədim Qalileyada ən kasıb əhali bunda qənaət etsin deyə, evlərini qayaya bitişik tikirdilər. Bunun haqqında digər məqalədə apart replikalar termininə rast gələ gbilərik. Bunu eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Dördüncü divar -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: Bir idman növündə Alfanın tətbiqi oyunun sürətini artırmağa xidmət edir. 2004-cü ildə Cillian Klark Alfanın tədqiqinə görə İctimai Sağlamlıq (Public Health-in tərcüməsini tapa bilmədim bizim dildə) sahəsində İqnobel mükafatına layiq görülmüşdür. Alfanı üç sözlə cavab kartlarınıza yazın. -Cavab: Beş saniyə qaydası -Şərh: Basketbolda sərbəst atışlar və kənardan topu oyuna daxil etmələr zamanı tətbiq edilən beş saniyə qaydası oyunun sürətini artırmağa yönəlmişdir. Sualın ikinci hissəsində söhbət yerə düşən ərzağın beş saniyə ərzində bakteriyaya məruz qalmadığını iddia edən məşhur mifdən gedir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 6. Vyaçeslav Rıbakovun fantastik romanında siyasi quruluş din rolunu oynayır. Sizsə, eyni romanda hansı obyektin Fudziyama ilə müqayisə olunduğunu deyin. -Cavab: Kommunizm zirvəsi -Şərh: Əsərdə kommunizm quruluşu dini inancı əvəz edir. Sintoizmdə Fudzi dağı müqəddəs hesab olunduğu kimi, romanda Pamirdəki Kommunizm zirvəsi müqəddəs hesab olunur. -Müəlliflər: Maksim Merzlyakov (Voronej), Türyan Məmmədov - -Sual: 7. Paylama materialırunning around a ….Bir povestin qəhrəmanı olan narazı amerikalı xəbərləri izləyən zaman sizə paylanılan idiomu xatırlayır. İdiomun mənasının «yerində addımlamaq» olduğunu bilərək, sizdən gizlətdiyimiz sözü cavab kartlarınıza yazın. -Cavab: Bush -Şərh: Running aroun a bush – ingilis dilində «yerində addımlamaq» kimi anlaşılan idiomdur. Amerikalı şəxs Corc Uoker Buşun siyasi yolundan narazı idi. -Müəlliflər: Maksim Merzlyakov (Voronej), Türyan Məmmədov - -Sual: 8. Yunan mifologiyasında ölülərin yeraltı dünyaya səyahətindən danışılan məqalədə onların sanki X-ə çevrildiyi bildirilir. Ötən əsrə aid mənbədə X ona verilən suallara adətən susmaqla, başını yelləməklə, “Yox”, “Heç nə” sözləri ilə cavab verir. X-i cavab kartlarınıza yazın. -Cavab: Manqurt -Şərh: Yunan mifologiyasına görə, ölülərin yeraltı dünyadakı səyahətinin bir hissəsi Leta çayından keçir və bu çayın suyundan içənlərin bütün xatirələri silinir. Eynilə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı Manqurt kimi. Yaddaşını itirən Manqurt anasının ona ailəsini xatırlayıb-xatırlamadığı ilə bağlı suallara bir qayda olaraq “Yox” və oxşar cavablar verirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. Səməndər Rzayevin ömrünün sonuna yaxın içkiyə qurşanması barədə danışan rejissor Hüseynağa Atakişiyev deyirdi: “Səməndər Rzayevin içməyində günah yoxdu. Onun ayağında sümük xəstəliyi vardı, həkimlərsə demişdilər ki, sümükləri aktiv çürümədən ancaq piylənmə qoruya bilər.” Sizsə rejissorun hansı obrazı Səməndər Rzayevin ifasında səhnəyə gətirməyi planlaşdırdığını cavab kartlarınıza yazın. -Cavab: Falstaf -Şərh: Şekspirin bu qəhrəmanı dünya ədəbiyyatında daha çox həddən artıq kök olması ilə xarakterizə olunur. Maraqlıdır ki, Falstafın da köklüyünün əsas səbəbi kimi çoxlu içki qəbul etməsi göstərilir. Səməndər Rzayevin vaxtsız ölümü onun Falstaf rolunu ifa etməsinə mane olmuşdu. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 10. XVI əsr doğumlu O, deyilənə görə bir dəfə qulluqçusu olan GƏNC qızın üzünə elə zərbə vurmuşdu ki, qızın burnu bir neçə yerdən sınmışdı. Onun kim olduğunu yazın. -Cavab: Batori -Şərh: Qızın üzünə endirilən zərbədən onun burnu sınaraq hər tərəfi qan bürümüşdür. Qan Batorinin də dərisinə düşmüş və dərisini yumşaltdığından bu zamandan sonra Elizabet bakirə qızları öldürərək onların qanında vanna qəbul etməyə başlamışdır. Batori ən iyrənc seriyalı qatillərdən biri kimi tarixə düşmüşdür. -Müəllif: Türyan Məmmədov - -Sual: 11. Daha çox müştəri qazanmaq üçün şirkətlərin məhsulların qiymətini iflasa yol açacaq dərəcədə azaltmasından danışılan kitabda belə şirkətlərin sanki “Sənaye Alfasından” əziyyət çəkdikləri bildirilir. Alfa yunan dilindən “iştahasızlıq” kimi tərcümə olunur. Alfanı cavab kartlarınıza yazın. -Cavab: Anoreksiya -Şərh: Anoreksiyadan əziyyət çəkən xəstələr gözəl görünmək üçün daha çox çəki atmağa çalışırlar ki, bu da bəzi hallarda ölümlə nəticələnir. Məqalə müəllifi şirkətlərin qiymətləri azaltmasını anoreksiya əlamətləri ilə müqayisə edir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 12. Aktyor Fernandel iddia edirdi ki, onu Fransanın ən dövlətli adamları siyahısına at sifəti, yekə dişləri, domba gözləri salmışdı. O, X-dən imtinasını bununla izah edirdi. X-i qısa sözlə cavab kartlarınıza yazın. -Cavab: Qrim -Şərh: Fernandel iddia edirdi ki, qrimdən istifadə onun ekstravaqant üz görünüşünə xələl gətirəcək, bu da populyarlığının azalmasına gətirib çıxaracaqdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 13. Bir serialda haqqında ağlabatan fərziyyələr söylənən qəhrəman özünü X-də hiss etdiyini bildirir. X-i hazırda Londonda yerləşən ev muzeyində görmək olar. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Froydun divanı -Şərh: Avstriyanın anşlüzünün ardından Froyd Vyananı tərk etməli və Londonda yaşamalı olmuşdu. “Froydun divanı” ifadəsi şəxsin psixoanalitik təhlili nəticəsində onun haqqında ağlabatan qənaətləri söyləməklə assossasiya olunur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 14. Filmlərdən birində rəqibinin birdən-birə güclənməsini ifadə etmək üçün - qəhrəman bunun ba verdiyini bildirir. Bir idman növünün “intihar” adlı variantında oyunçuya bunu etmək hüququ verilir. Bunu etməklə əvəz olunan üç sözü yazın. -Cavab: Piyadanı şaha çevirmək -Şərh: Filmdə qəhrəman rəqibin güclənməsini bildirmək üçün onun birdən-birə piyadadan şaha çevrildiyini bildirir. Şahmatın antişahmat versiyası olan “intihar” növündə isə, piyadanın şaha çevrilməsi sizin daha tez uduzmanıza səbəb ola bilər. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 15. Balandin kitabında Çində mütəmadi olaraq “Baby boom”un(Beybi bumun) baş vermə səbəbi kimi X-i qeyd edir. Sual müəllifi X haqqında məqalədə Brüs Linin də adına rast gəlmişdir. X-i iki sözlə yazın. -Cavab: Əjdaha ili -Şərh: 1988, 2000 və 2012-ci illər Şərq təqvimində əjdaha ili olduğundan və əjdahanın Çində müqəddəs varlıq hesab olunduğunu nəzərə alsaq, bütün ailələr uşaqlarının məhz əjdaha ilində doğulmasını istəyirdilər. Buna görə hətta artıq uşaqları olan ailələr də “1 ailə 1 uşaq” prinsipini pozaraq bu ildə saylarını artırırdılar. Maraqlıdır ki, Brüs Li də 1940-cı ildə, yəni çin təqvimi ilə Əjdaha ilində doğulmuşdur. -Müəllif: Türyan Məmmədov - -Səhifə -> 37 | Sual Sayı -> 15 - -Sual: 1. Koko Şanel deyirdi: “BUNU yaratmaq üçün sizin ikinci şansınız olmayacaq”. Bunu İKİ sözlə cavab kartlarınıza yazın. -Cavab: ilk təəssurat -Şərh: ümid edirik ki, ilk suala düzgün cavab verməklə oyun jürisində yaxşı ilk təəssurat yaratmağı bacardız. -Müəllif: Olqa Neumıvakina - -Sual: 2. Ensiklopediyaların birində deyilir ki, tədqiqatlar və təkmilləşdirmələr texniki tərəqqinin lokomotivləridir, texniki tərəqqinin təkərləri isə BUDUR. Bizə BUNUN digər daha məşhur tərifi məlumdur. BU nədir? -Cavab: reklam. -Şərh: daha məşhur tərifi Lyudviq Metsel vermişdir: “Reklam ticarətin mühərrikidir”. -Müəllif: Sergey Laşin (Xarkov). - -Sual: 3. Paylama materialıBu heykəltəraşlıq kompozisiyası Torontoda yerləşən bir obyektdə quraşdırılıb. Bu obyekti bir yunan mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: stadion. -Şərh: heykəltəraşlıq kompozisiyası “Azarkeşlər” adlanır. -Müəllif: Dmitry Başuk (Xarkov) - -Sual: 4. Bosxun “Axmaqlar gəmisi” rəsmində İKİ elementi çatışmayan gəmidə üzən insanlar təsvir edilib. Bu iki elementi tapın. -Cavab: Sükan və yelkənlər. -Şərh: sükan və yelkənlərin olmaması məqsədsiz yolu, həyatın mənasız keçirilməsini simvolizə edir. -Müəllif: Sergey Laşin (Xarkov). - -Sual: 5. Tanzaniya sakinləri bu coğrafi obyekti mənası “yavaş-yavaş” kimi tərcümə edilən “BOle-bOle” sözü ilə adlandırırlar. Çünki tanzaniyalılar doğurdan da ora yavaş-yavaş gedirlər. Oranın ən məşhur adı 1936-ci ilə aid hekayənin adında işlədilmişdir. Bu hekayənin müəllifi kimdir? -Cavab: Ernest Hemenquey. -Şərh: söhbət Kilimancaro dağından gedir; təzyiqin və iqlim şəraitinin qəfil dəyişməsinə görə tanzaniyalılar həqiqətəndə bu dağa yavaş-yavaş qalxa bilirlər; 1936-cı ildə E.Hemenqueyin “Kilimancaro qarları” hekayəsi dərc edilmişdir. -Müəllif: Vladimir Krikunov (Xarkov) - -Sual: 6. 1921-ci ildə Ernest Hemenquey evləndi və arvadı ilə Parisə köçdü. Yazıçının bioqraflarının fikrinə görə, onu ABŞ-ı tərk etməyə sövq edən amillər sırasında 1919-cu ildə qəbul edilmiş qanun heç də axırıncı yeri tutmur. Hansı qanun? -Cavab: «Quru». -Şərh: Hemenqueyin obrazını spirtli içkilərsiz təsəvvür etmək çətindir. -Müəllif: Tatyana Leşşenko - -Sual: “Vokruq sveta” jurnalı iddia edir ki, Barselona sakinləri öz binalarının divarlarını qraffitidən qoruyurlar. Buna görə də gündüzlər rəsmləri görə bilməyəcəksiniz. Bunun səbəbini bir fransız sözü ilə tapın. -Cavab: Jalüz. -Şərh: divarları qoruyan barselonalılar jalüzlər üzərində rəsm çəkirlər. Günortalar jalüzlər qaldırılmış şəkildədir və şəkillər görünmür. Mağazalar bağlanandan və jalüzlər endiriləndən sonra qraffitiləri görmək mümkündür. -Müəllif: Tatyana Leşşenko - -Sual: 8. Şimal Afrikada və Cənub-Qərbi Asiyada formalaşan və İtaliyada əsən sirokko küləyinin adı ərəb mənşəli sözdən yaranmışdır. Bu söz həm də mənzum janrın adı ilə üst-üstə düşür. Həmin janrı cavab kartlarınıza yazın? -Cavab: Şərqi -Şərh: Qeyd olunan regionlarda formalaşan sirokko İtaliyaya şərqdən daxil olur ki, öz adını da bununla əlaqədar almışdır. “Sirokko” və “şərqi” sözləri arasında oxşarlıq göz önündədir. Şərqi dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janrdır. -Müəllif: Fədai Məmmədov - -Sual: 9. Paylama materialıSizin önünüzdə fraqmenti sizdən gizlədilmiş Tomsk şəhərindəki heykəlin fotoşəklidir. Bu heykəlin hansı təsisatın yaxınlığında ucaldıldığını cavab kartlarınıza yazın. -Cavab: doğum evi. -Şərhlər: None -Müəllif: Dmitry Başuk (Xarkov) - -Sual: 10. Deyilənə görə, bir vaxtlar Saharada neft hasil edən avropalılar çətinlik qarşısında qalmışdılar: qızmar Afrika günəşinə tab gətirməyən neft sisternləri vaxtaşırı partlayırdılar. Azərbaycana gələn bir mühəndis bunu gördükdən sonra sisternlərin formasını dəyişir və problem öz həllini tapır. Mühəndisə nəyin ideya verdiyi cavab kartlarına yazın. -Cavab: Armudy stəkan -Şərhlər: None -Müəllif: Fədai Məmmədov - -Sual: 11. Bir çox əngəllərə baxmayaraq ali təhsil almağı bacarmış Amerikalı yazıçı Helen Keller yazırdı: “Mənim gəzlərimi əlimdən aldılar – mən BİRİNCİNİN cənnətini xatırladım. Mənim qulaqlarımı əlimdən aldılar – İKİNCİ gəldi və göz yaşlarımı sildi”. BİRİNCİNİN və İKİNCİNİN soyadlarını tapın. -Cavab: Milton, Bethoven. -Şərh: Helen Keller ali təhsil almış ilk kar-kor insandır. -Müəllif: Olqa Neumıvakina - -Sual: 12. Sayan-Şuşensk Su Elektrik Stansiyasının yanında işçilər üçün qəsəbə salınıb. Qəsəbədəki evlər bəndin tikintisində istifadə edilmiş eyni hidrotexniki betondan tikilmişdir. Bunun nəticəsində qəsəbə dünyada ən seysmodavamlı qəsəbə hesab edilir. Lakin qəsəbə sakinləri öz evlərində kiçik bir məişət problemi ilə qarşılaşıblar. Bu çətinlik nədən ibarətdir? -Cavab: Divarlara heç nə asmaq olmur. -Şərh: heç bir deşici-dəlici alət bu divarları dələ bilmir! -Müəllif: Dana Yakovenko (Lvov) - -Sual: 13. Şon Konneri solaxay olmadığına görə, bondiananın ilk filmlərində İKİQAT ZƏRBƏ olan səhnələrin çəkilişi xeyli çətinlik törədirdi. İKİQAT ZƏRBƏDƏN istifadə etdiyinə görə bir hökmdarın adı killer Saşa Sonnikin ləqəbi idi. Bizim bu sualda İKİQAT ZƏRBƏ sözləri ilə əvəz etdiyimiz iki sözü cavab kartlarınıza yazın. -Cavab: Makedonsayağı atəş -Şərh: Bildiyiniz kimi makedonsayağı atəş ikiəllə eyni vaxta açılır. Killerin əsl adı isə Aleksandrdır onun ləqəbi isə Makedoniyalı İsgəndərdir. “İkiqatqat zərbə” Jan Klod van Damın filmlərindən biridir. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 14. Paylama materialıSizin önünüzdə “Adidə qeyri-adi” müsabiqəsinə təqdim edilmiş fotolardan biridir. Müəllif bu fotoya premyerası 4 mart 1877-ci ildə baş tutmuş əsərin adını vermişdir. Həmin əsərin müəllifinin kim olduğunu tapın. -Cavab: Pyotr Çaykovski -Şərh: foto “Sonalar gölü” adlanır -Müəllif: Oktay Məhərrəmov - -Sual: 15. Diqqət, bir neçə ay əvvəl öz təsdiqini tapmış zarafat. Hesab edirlər ki, Keniya ailələrində BUNU nəsillərdən nəsillərə ötürürlər. BUNU iki sözlə deyin. -Cavab: estafet çubuğu. -Şərh: artıq bir neçə Keniya yüngül atleti qaçış idman növlərində yüksək nəticələr ��ldə edirlər. Bu sual ilə biz də estafeti növbəti tura veririk. -Müəllif: Olqa Neumıvakina - -Səhifə -> 39 | Sual Sayı -> 15 - -Sual: 1. Filmlərin birində, dünya ədəbiyyatından müxtəlif personajlar bir yerdə toplanmışdır. Səhnələrin birində kapitan, gəmiyə minməzdən əvvəl, digər personajlara öz köməkçisini təqdim edir. Siz isə köməkçinin dediyi ilk cümləni yazın. -Cavab: Məni İsmayıl deyə çağırın -Şərh: Sualda dünya ədəbiyyatı, kapitan, gəmi və deyilən ilk söz, ən yaxşı başlanğıcı olan “Mobi Dik” romanına aparmalı idi. Əsərin ilk cümləsi isə “Mənim adım İsmayıldır.” -Müəllif: Babək Qasımzadə - -Sual: 2. “Dallas alıcılar klubu” filminin personajı, uzun müddətdir görmədiyi dostu ilə rastlaşanda onu x ilə müqayisə edir. X`də biz Toması görə bilərik. X`i bir neçə sözlə deyin. -Cavab: İki dollarlıq əskinas -Şərh: İki dolların üzərində ABŞ prezidenti Tomas Ceffersonu görə bilərik. Bildiyiniz kimi, 2 dollar dövriyyədə ən az tapılan əskinasdır. Filmdə personaj da uzun müddətdir görmədiyi dostunu 2 dollarla müqayisə edir. -Müəllif: Babək Qasımzadə - -Sual: 3. “Fringe” serialının dünyanı məhv edəcək maşın yaradan personajı, artıq gücün öz əlində olduğunu bildikdən sonra bu cümləni işlədir. Bu cümlənin şərq mənbəsindən götürüldüyünü bilərək, keçən əsrin ortalarında işlətmiş şəxsi cavab kartlarınıza yazın. -Cavab: Robert Oppenheymer -Şərh: “İndi ölümün özü oldum, dünyaları məhv edən varlığam” sözlərini işlədir. Bu sözlər də Mahabharata dastanın bir hissəsi olan Bhaqavat Qita`dan götürülmüşdür. -Müəllif: Babək Qasımzadə - -Sual: 4. Paylama materialıSizə verilmiş rekvizitdə qoblinlər bunu edirlər. Bəs nəyin mottosunda bunu etmə də yer alır? -Cavab: Hoqvarts -Şərh: Şəkildən də göründüyü kimi qoblinlər yatmış əjdahanı qıdıqlayırlar. Hoqvartsın mottosu isə “Heç vaxt yatmış əjdahanı qıdıqlama” şəklindədir. -Müəllif: Babək Qasımzadə - -Sual: 5. Balzak, əsərlərindən birində, şənlik zamanı, səs-küyün və səssizliyin, birdən-birə kəsilib, anidən başlaması zamanı 1827-ci ildə ölmüş bir almanı xatırlayır. Onun kim olduğunu tapın. -Cavab: Lüdviq van Bethoven -Şərh: Ta-ta-ta-taam. Səs-küy və ya səssizlik kəsilib sonra anidən başlayır, eyni ilə Bethovenin 5-ci simfoniyası (1808) kimi. -Müəllif: Babək Qasımzadə - -Sual: 6. “Breaking Bad” serialının möhkəm döyülərək xəstəxanada yatan qəhrəmanını, başqa bir personaj ziyarətə gəlir və deyir ki: “Əgər məni başa düşürsənsə bunu et.” XX əsrdə bunu edərək əsər yazmış şəxsi yox, əsəri cavab kartlarınıza yazın. -Cavab: Skafandr və kəpənək -Şərh: Qəhrəman bu epiozdda çox möhkəm döyülür və heç bir yerini tərpədə bilmir. İçəri girən personaj deyir ki, əgər məni başa düşürsənsə gözünü qırp. Gözünü qırparaq əsər yazmış şəxs isə Jan-Dominik Bobi idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 7. “Kosmos” serialının epizodlarından birində, Albert Eynşteynin laboratoriyasında 3 fizikin - Maksvel, Faradeyin tablolarının olmasından və Eynşteynin kəşflərində onların uğurundan danışılarkən bir ifadə xatırlanır. Həmin ifadəni tapın. -Cavab: Nəhənglərin çiynində yüksəlmək -Şərh: Sualda üçüncü fizikin adı çəkilməmişdi və bu İsaak Nyuton idi. Bu zaman Nil Tayson, bildirir ki, Enşteyn sanki nəhənglərinin çiynində yüksəlirdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. Maraqlıdır ki, “Quzuların səssizliyi” romanının baş qəhrəmanı Lektor, səhnələrin birində, 1819-cu ildə tamamlanmış bu fransız rəsm əsərini düşünür. Həmin əsəri cavab kartlarınıza yazın. -Cavab: Meduzanın salı -Şərh: Sualda Lektor deyildi, amma Hannibal sözü işlənmədi. Bu da sizi hannibalizmə aparmalı idi. 1819-cu ildə Teodr Jeriko tərəfindən çəkilmiş “Meduzaznın qayığı” rəsm əsəri real tarixi hadisələrə əsaslanı və günlərlə ac qalan qayıq sakinləri axırda bir-birlərini yemək məcburiyyətində qalırlar. -Müəllif: Babək Qasımzadə - -Sual: 9. Müqavilə imzalandıqdan sonra, cənab Silbi qəhqəhə çəkdi. Siz isə müqaviləni imzalayan digər ədəbi personajın kim olduğunu tapın. -Cavab: Tim Taler -Şərh: Burada iki tərəf cənab Silbi ilə Tim Taler idi və Tim öz gülüşünü bütün mərclərdə qalib gəlməsi qarşılığında cənab Silbiyə satmışdı. Müqavilə imzalandıqdan dərhal sonra Silbi gülür, Timin isə dodaqları büzülür. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. Bir avtobioqrafik əsərdən qeydlərə qulaq asın:   -“Evimiz təpə üstündə olduğundan, dəniz sahilindəki düzənə sərt bir enişlə düşürdük. Düzəndə yaşayanlar neft sahibkarları yox, saf adamlardı və bizlər bu sadə camaata sözün əsl mənasında buraxılmış sözlər.”   Buraxılmış sözləri yazın. -Cavab: Yuxarıdan aşağı baxırdıq -Şərh: Gördüyünüz kimi müəllifin evi təpə üstündə idi və sadə camaatı bəyənmirdi. Sözün əsl mənasında onlara yuxarıdan aşağı baxırdı. -Müəllif: Babək Qasımzadə - -Sual: 11. 2002-ci ilə aid “Dəvə” adlı türk romanını bir şimal dilinə tərcümə etsək -“qanuk, kaneq, natqu, apun, nutaryuk, nevluk, qetrar” və s. kimi müxtəlif adlar altında çap etdirmək olar. “Dəvə” ilə əvəz edilmiş qısa sözü tapın. -Cavab: Qar -Şərh: Sualda sizə verilənlər “qar” sözünün eskimos dilindəki qarşılıqları idi. Dəvə sözünü bildirmək üçün də ərəb dilində bir çox söz mövcuddur, bu oxşarlıq baxımından dəvə sözünü qar sözü ilə əvəzləmişdik. -Müəllif: Babək Qasımzadə - -Sual: 12. Con Steynbek, ilanbalıqlarının su üzərində üzüb, anidən dayandıqdan sonra, bir hərəkəti etməsi zamanı, onları x`ə bənzədir. Son vaxtlar populyarlaşmış x`in yaradıcısı isə “dünyanı başqa birinin gözündən görmək” fikrindən ilhamlandıqlarını vurğulayıb. X`i 1 sözlə deyin. -Cavab: Periskop -Şərh: İlanbalıqları suda üzərkən müəyyən müddətdən bir başlarını qaldıraraq ətrafa baxırlar, bu zaman yazıçı onları periskopa bənzədir. Sual ikinci hissəsində isə artıq dəbdə olan Periskop proqramından söhbət gedirdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 13. DİQQƏT! DİQQƏT! Hansı rəssama həsr olunmuş məqalədə, onun 4 avqust 1900-cü ildə MOSKVAda öldüyündən DANIŞILIR? Rəssamın ad və soyadını deyin. -Cavab: İsaak Levitan -Şərh: Sualdakı açar sözlər sizi “Diqqət! Diqqət! Danışır Moskva” sözlərini II Dm zamanı işlətmiş Yuri Levitana aparmalı idi. Levitanla soyadaş olan isə məşhur rus rəssamı İsaak Levitan idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 14. Məqalələrin birində yüksək vəzifəli şəxslərin mühafizəçilərindən danışılarkən, onların daima, günün 24 saatı həmin şəxslərin yanında olması vurğulanır və deyilir ki, mühafizəçilər sanki buraxılmış iki söz yaşayırlar. Buraxılmış iki söz Donnersmarkın debüt filmidir. Buraxılmış iki sözü cavab kartlarınıza yazın. -Cavab: Başqalarının həyatı -Şərh: Sualdan da aydın olduğu kimi mühafizəçilər daima qoruduğu adamın yanından olurlar və özlərinə vaxt ayıra bilmirlər və sanki başqalarının həyatını yaşayırlar. “Başqalarının həyatı” rejissor Donnersmarkın debüt filmidir. -Müəllif: Babək Qasımzadə - -Sual: 15. Ümmülbanu Banin “Qafqaz günləri” kitabında, azömürlü Azərbaycan Xalq Cümhuriyyətinin, azömürlü parlamentindən danışarkən öz qohumu olan bir şəxsi xatırlayır. Həmin şəxsin adını cavab kartlarınıza yazın. -Cavab: İsmayıl -Şərh: Bildiyiniz kimi Banin, milyonçu Ağa Musa Nağıyevin nəvəsi idi. Azömürlü parlament də azömürlü İsmayılın şərəfinə tikdirilən İsmailiyyə binasında yerləşmişdi. Sualdakı “azömürlü” sözü, müəllif sizi birbaşa İsmayıl Nağıyevə aparmalı idi. Tura İsmayılla başlayıb İsmayılla bitirdik. -Müəllif: Babək Qasımzadə - -Səhifə -> 40 | Sual Sayı -> 15 - -Sual: 1. Böyük Vətən Müharibəsindən qayıdan İbrahim, döyüşdə itirdiyi qardaşının həsrətinə dözməyib, hədsiz içkiyə qurşandı. Siz isə onun nəylə məşhurlaşdığını deyin. -Cavab: Butulka evi. -Şərh: İbrahim Cəfərov Böyük Vətən Müharibəsində itirdiyi qardaşı Yusif Cəfərovun həsrətinə dözməyib o qədər içmişdi ki, həmin içkilərin butulkalarından sonralar məşhur butulka evini tikmişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Onun tanınmaz hala düşmüş bədəninin rəsmini çəkmək üçün rəssam DOSTU canlı modeldən istifadə etməli olmuşdu. Bədəninin balzamlanmasına baxmayaraq, onun tabutunun arxasıyca gül gətirən uşaqların halı pisləşmişdi. Onun kim olduğunu deyin. -Cavab: Jan Pol Marat -Şərh: Ekzema xəstəliyindən əziyyət çəkən Maratın ölümündən sonra bədəni balzamlansa da xoşagəlməz qoxunun qarşısını tam almaq mümkün olmamışdı. Xalqın dostu olan Maratın Jak Lui David ilə şəxsi dostluğu var idi. Ekzema xəstəliyi Maratın bədənini tanınmaz hala saldığından, David dostunun portretini çəkmək üçün canlı modeldən (yəni naturşikdən) istifadə etmək məcburiyyətində qalmışdı. -Müəllif: Elvin İbrahimov - -Sual: 3. Paylama materialıGördüyünüz minimalistik posterin nəyə həsr olunduğunu bir sözlə deyin. -Cavab: Klaustrofobiya. -Şərh: Klaustrofobiya – qapalı yerlərdən qorxma xəstəliyidir. Gördüyünüz şəkildəki ağlayan insan açar dəliyinə oxşayır. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 4. Türk seriallarından birində varlı Trabzonlu iş adamından danışılır. Onun nə dərəcədə imkanlı olduğunu qeyd eləmək üçün filmdə yarızarafat, yarıciddi belə bir cümlə işlədilir. “Adam o qədər varlıdı ki, baxmayaraq ki, ötən il ... ... ... ... o heç ehvalını da pozmadı. Buraxılmış 4 sözü tapın. -Cavab: Qara dənizdə gəmiləri batdı. -Şərh: Geniş yayılmış məsələ görə “Qara dənizdə gəmilərin(in) batması” əhvalın pozulmasını ifadə edir. Filmdə isə qəhrəmanın həqiqətən də Qara dənizdə gəmiləri batır. “Trabzon” sözü də cavabı tapmağa kömək etməli idi. -Müəllif: Elşən Quliyev - -Sual: 5. Paylama materialı“Amerikan rejissor Qor Verbinskinin filmi yapon rejissor Xideo Nakatanın çəkdiyi "Zəng" filminin remeykidir.”Qarşınızdakı mətndə X var. X 2008ci ildə ABŞ`da çəkilmiş bir filmin adı ilə eyni səslənir. Üç sözlə cavab verin, hansı filmin? -Cavab: Bir buraxılmış zəng. -Şərh: Eşitdiyiniz mətndə sual müəllifi Verbinskinin çəkdiyi "Zəng" filminin adını buraxıb, digər "Zəng" sözünü isə saxlayıb. “Bir buraxılmış zəng” filmi özü də eyniadlı yapon filminin remeykidir."Cavab verin" də ipucu idi. -Müəllif: Asim İbrahimli - -Sual: 6. Britaniya donanmasında rəhbərlikdən gizlin şəkildə spirtli içki qəbulu prosesini bildirmək üçün “X-ə əl uzatmaq” ifadəsi işlədilir. X-lə əvəz olunan sözü yox, 1805 ildə vəfat etmiş şəxsi deyin. -Cavab: Horatsio Nelson. -Şərh: X-lə “Admiral” sözü əvəz olunmuşdur. Rəvayətə görə, Nelsonun cəsədi gəmidə aparılarkən,dənizçilər rəhbərlikdən gizlin şəkildə cəsədin içində olduğu çəlləydən brendini içirdilər. Məhz 1805 ildə vəfat etmiş şəxsi soruşmağımız, az da olsa kömək edə bilərdi. -Müəllif: Ruslan Məmmədov - -Sual: 7. Paylama materialıSoldakı 1812-ci ildə Onun dünyasını “QARALTSA DA” , sağdakı dünyaları “İŞIQLANDIRACAQDI”. Bir dəqiqədən sonra Onun kim olduğunu deyin. -Cavab: Brayl. -Şərh: Solda təsvir olunan biz Braylın kor olma səbəbinə , sağdakı ,sonradan Brayl stilusu adlanan əşya isə korlar üçün yaratdığı əlifbaya işarə idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. 1news.az saytının məlumatına görə, 2013 ilin ilk 4 ayı ərzində baş verən müəyyən hadisələrin 40 faizi BUNUNLA bağlıdır. Bir idman növündə isə bir qarşılaşma ərzində BU maksimum 16 dəfə baş verə bilər. BUnu 2 sözlə ifadə edin. -Cavab: Piyadanın vurulması. -Şərh: Məlumata görə yol qəzalarının əsas hissəsi piyadanın vurulması ilə bağlıdır. Bir şaxmat partiyasında isə piyadaları maksimum 16 dəfə vurmaq mümkündü. -Müəllif: Asim İbrahimli - -Sual: 9. Paylama materialı1944-cü il - Four walls; 1945-ci il - Three dances; 1936-cı il - Trio; 1952 - ?Sizə paylanmış rekvizitdə vikipediyanın bir məşhur şəxsin yaradıcılığına həsr edilmiş məqaləsindən çıxarışdı. 1952-ci ilə aid olan əsəri tapın. -Cavab: 4.33 -Şərh: Birinci əsər 4,ikinci və üçüncü isə 3 ilə bağlı idi. Bu çıxarış Con Keycin yaradıcılığı haqda məqalədəndi. -Müəllif: Elşən Quliyev - -Sual: 10. 20-ci əsrin əvvəllərində Londonlu sahibkar Şolom Bogerman bir məişət əşyasını təkmilləşdirərək onu satışa buraxmışdır. Qəribədə olsa, bu ixtira vasitəsi ilə o tez bir zamanda varlana bilmişdir. Söhbət hansı ixtiradan gedir ? -Cavab: Fitli çaydan -Şərh: Bogerman adi çaydanı təkmilləşdirərək fitli çaydan icad etmişdi. İnanclara görə isə, fit çalmaq kasıblığa səbəb olur. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 11. Paylama materialıTennisdə püşkatma zamanı güclü oyunçular səbətlərdə elə paylaşdırılır ki,ilk mərhələlərdə qarşılaşmasınlar. Bu hesablama sistemini 1885-ci ildə məhz o təklif etmişdi. Kim? -Cavab: Luis Kerrol. -Şərh: Rekvizitdəki cümlənin belə yazılması güzgü effektinə işarə idi.Luis Kerrolun riyaziyyatçı olması kifayət qədər məşhur faktdı.Tennisin Vətəni İngiltərə sayılır. -Müəllif: Elşən Quliyev - -Sual: 12. Hadisələri 19-cu əsrin əvvəllərində cərəyan edən Frederik Darın əsərinin qəhrəmanı uzaq səfərdən gətirdiyi BUNU dostuna hədiyyə verərək qeyd edir ki, BU onun bığlarının yanmasının qarşısını alacaq. Sual müəllifi axtarsa da onun göyərçin lələkləri ilə bəzədilməsinə dair heç bir məlumat tapa bilmədi. BUnu iki sözlə deyin. -Cavab: Sülh çubuğu. -Şərh: Personaj dostuna uzaq səfərdən sülh çubuğu gətirmişdi. Çubuq uzun olduğundan onu çəkən şəxsin bığlarını yanmaqdan qoruyacaqdı. Sülh çubuğu adətən qartal lələkləri ilə bəzədilir. Sual müəllifi çubuğun sülh rəmzi olan göyərçin lələklərindən hazırlanmasına dair fakt axtarsa da onu tapa bilməmişdi. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 13. Paylama materialıGördüyünüz geomap-də rənglər maqnit sahəsinin gücünü göstərir. Ən güclü maqnit sahəsi Teslanın işlədiyi laboratoriyanın ətrafındadı. Diqqət! Sual: Teslanın işlədiyi ştatı tapın. -Cavab: Kolorado. -Şərh: Şəkildə müxtəlif rəngləri görürsüz,mətndə də rəng sözü işlədilmişdi.Teslanın işlədiyi Kolorado ştatının adının mənası da rəngarəng deməkdir. -Müəllif: Elşən Quliyev - -Sual: 14. “1850-ci ildə çap olunan “etik prinsiplər” adlı esselər kitabında ədəbi nəzəriyyələrdən bəhs edilir.”    - -Eşitdiyiniz cümlədə buraxılmış hərflərin olduğunu bilərək, bir dəqiqə ərzində kitabın müəllifini tapın. -Cavab: Edqar Allan Po. -Şərh: Əslində kitabın adı “Poetik prinsiplər”di. Kitab müəllifin ölümündən bir il sonra çap edilib. -Müəllif: Elşən Quliyev - -Sual: 15. Uilyam Uaylerin “Roma tətilləri” filmində onu da görmək olar. Sonralar Federiko Fellini də bu mövzuya qayıdaraq onu “Şirin həyat” filmində 3-cü dərəcəli aktyor kimi təsvir etmişdir. Onu tapın. -Cavab: Trevi fontanı. -Şərh: Sualda söhbətin İtaliya ilə bağlı olduğunu tapmaq çətin deyildi.Əsas açar söz “qayıtmaq” idi. İnanca görə Trevi fontanına qəpik atan,mütləq Romaya geri qayıdır. -Müəllif: Elşən Quliyev - -Səhifə -> 41 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialıÖtən əsrin 10-cu illərinə aid qarşınızdakı şəkildə BURAXILMIŞ İKİ SÖZ ingilis gəmilərindən bir neçəsini görə bilərsiniz. -Vaqif Mustafazadə haqda bir məqalədən çıxarış: -“Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, haqsızlıqlardan BURAXILMIŞ İKİ SÖZ vəziyyətdə çıxır.” -Buraxılmış İKİ SÖZÜ siz də cavab kartlarınıza yazın. -Cavab: Boğaza yığılmış -Şərh: Məlumdur ki, ötən əsrin 10-cu illərində Böyük Britaniya Osmanlıya qarşı kampaniyaya başlamışdır və öz donanmasını Türkiyə sahillərinə göndərmişdir. Şəkildəki təsvir isə Dardanel boğazında dayanmış gəmidir. Çıxarışda isə qeyd olunur ki, Vaqif Mustafazadə əsəbi idi, haqsızlıqlara məruz qalmışdı. Bu hallarda isə adətən “boğaza yığılmaq” ifadəsi işlənir. Sual müəllifi ( Emil İsmayılov) da Azərbaycan NHN-ində bu cür sualların çoxluğundan boğaza yığılıb. Və bu tip sual birinci və sonuncdur turnirimizdə. Bütün komandalara uğurlar! -Müəllif: Emil İsmayıl - -Sual: 2. Lord Şelbern deyirdi : “Amerikanın müstəqilliyi tanındıqdan sonra biz artıq qüdrətli və hörməti olan xalq olmayacayıq. Britaniyada BU BAŞ VERƏCƏK.” BUNUN BAŞ VERMƏSİNİN gün ərzində dəfələrlə şahidi olan qəhrəmanı isə siz tapın. -Cavab: Balaca Şahzadə. -Şərh: Məşhur ifadədəki kimi Şelbern qeyd edirdi ki, bu cür böyük koloniyanın, müstəmləkənin itirilməsi Britaniyada günəşin batmasına səbəb olacaq. Antuan de Sent Ekzüperinin kiçik qəhrəmanı isə bir gün qəmgin vaxtında gün ərzində günəşin batmasını 48 dəfə seyr etmişdi. -Müəlliflər: Babək Zakirzadə, Emil İsmayıl - -Sual: 3. İkinci Dünya müharibəsində OSS (Office of Strategic Services of America) Hindçində döyüşən partizanlara yardım təşkil edirdi. Amerikalılardan gələn dərmanların hesabına BU dayı dizenteriya və malyariyadan xilas oldu. Sualda əvəz edilmiş 2 hərfi cavab kartlarınıza yazın. -Cavab: Ho -Şərh: Taleyin ironiyasıdır ki, sonradan həmin şəxs ABŞ-ın düşmənlərindən birinə çevrilmişdir. Söhbət Xo Şi Mindən gedirdi. -Müəllif: Babək Zakirzadə - -Sual: 4. Ötən əsrin 50-ci illərində Cənub Şərqi Asiya xalqlarının kənardan bir bütöv kimi göründüyü üçün güman olunurdu ki, onların hərəkəti də eynilə BURAXILMIŞ 3 SÖZ kimi olacaq. Eyni hərflə başlayan BURAXILMIŞ 3 SÖZÜ yazın. -Cavab: dağılan domino daşları. -Şərh: Məlum olduğu kimi Cənub Şərqi Asiya ölkələri haqda domino effekti termini yaranmışdı. Domino effekti isə dağılan domino daşları kimi həmin xalqların bir-birinin ardınca eyni hərkəti edəcəyini ehtiva edirdi. -Müəllif: Babək Zakirzadə - -Sual: 5. 1993-cü ildə Hüseyin Cavidin heykəlinin açılış mərasimi oldu. Mərasimdə səslənmiş "Vətənpərvərlər marşı" əsərinin müəllifi hansı bəstəkarımızdır? -Cavab: Ərtoğrul Cavid -Şərh: Məlumdur ki, Hüseyn Cavidin oğlu qısa ömür sürsə də, bir neçə musiqi yazıb yarada bilmişdi. Bu musiqinin də müəllifi məhz Ərtoğrul Cavid olmuşdur. -Müəllif: Babək Zakirzadə - -Sual: 6. Döyüşlərin birində ağır yaralanmış general "Stonewall" Ceksonun bədəninin müəyyən hissəsini amputasiya edirlər. Bir müddət sonra Ceksonun ölüm xəbərini eşidən Robert Edvard Li deyir : "O X-ni itirdi, mən isə Y-mi" X-i cavab kartınıza yazın -Cavab: sol əl. -Şərh: Aydındır ki, bir çox sərkərdələr öz etibarlı silahdaşını “sağ əli” adlandırır. Həmin döyüşdən sonra da Ceksonun sol əli amputasiya edilmişdi. -Müəllif: Babək Zakirzadə - -Sual: 7. Həbsxanada qardaşını ziyarət edən Adnan qardaşının təklifilə uşaqlarını İsa və Məryəm adlandırır. Siz isə qardaşların soyadını yazın. -Cavab: Ağca -Şərh: vaxtilə Roma papasına sui-qəsd etmiş, lakin Papanın mərhəmətini gördükdən sonra xristianlığa fikri dəyişmiş Mehmet Ali Ağca qardaşına xristianlığın əsas müqəddəslərinin adlarının uşaqlara verilməsini məsləhət bilir. -Müəllif: None - -Sual: 8. Paylama materialıGördüyünüz insan öz diş həkiminə: “Sizin üzünüz mənim xoşuma gəlir” deyib iş təklif etdi. Həmin işin nəticəsini yox, paylama materialında gördüyünüz insanın adını və soyadını cavab kartlarınıza yazın. -Cavab: Qrant Vud -Şərh: Amerikan qotikasında Vud öz diş həkiminin və bacısının rəsmini çəkmişdir. Diş həkiminin taxdığı eynək Vuda məxsus idi və paylama materialında Vud tərəfindən taxılıb. -Müəllif: Kamal R. Həsənov - -Sual: 9. Sirakuzanın müdafiəsinin təşkili üçün Arximed daş atan NƏHƏNG katapultlar hazırlamışdı ki, bu da limanda dayanan gəmiləri məhv etmək üçün kifayət edirdi. Roma sərkərdəsi Martsel qala divarlarının arxasından hər tərəfdən daş atan katapultları görərək Arximedi “Həndəsənin X-i” adlandırmışdı. -X-i yunan mənşəli bir sözlə yazın. -Cavab: Briarey -Şərh: hər tərəfdən daş gəldiyini görən Martsel Arximedi yüzəlli nəhəng Briareylə müqayisə etmişdi. -Müəllif: Emil İsmayıl - -Sual: 10. 21-ci əsrə aid bir əsərdən sitat : "Dəli baxışları üzümə dəyincə günəşə üz sürmüşəm kimi atəş basdı içimi. O zaman anladım ki bu adamın ismi ilə cismi birdi". Sitatın müəllifini yox, bu sözlərin kimin haqqda olduğunu tapın -Cavab: Şəms Təbrizi -Şərh: 21ci əsrə aid Elif Şafakın “Eşq” əsərində Rumi və Şəms Təbrizinin münasibətlərindən bəhs edilirdi. “Şəms” də bildiyiniz günəş kimi tərcümə olunur. -Müəllif: Babək Zakirzadə - -Sual: 11. Paylama materialı1942-ci ilə aid gördüyünüz fotoda çox gümanki tabut X deyil. Tabutdakı X-in cəsədidir. X-i kapitalizasiyaya əhəmiyyət vermədən cavab kartınıza yazın. -Cavab: Boş -Şərh: Gördüyünüz tabut boş deyil. Tabutda Robert Boşun cəsədi vardır. -Müəlliflər: Babək Zakirzadə, Emil İsmayıl - -Sual: 12. 17-ci əsrdə doğulmuş bu cəngavərin saç qalıqlarının analizi zamanı təbii normadan 40 dəfə artıq civə elementi aşkar olunmuşdu. Kimin? -Cavab: ser İsaak Nyuton -Şərh: Ötən əsrin ilk yarısında Con Meynard Keyns Nyutonun əlyazmalarından ibarət böyük bir maddi dəyəri əldə etdikdən sonra Nyutonun daha çox əlkimya ilə maraqlandığı aşkara çıxmışdı. Bildiyiniz kimi civə əlkimyaçıların sevimli materialıdır. -Müəllif: Emil İsmayıl - -Sual: 13. 1932-ci ildə komandanlıq sıralarında atəş açma üzrə yoxlama keçirilir. Atəş açmadan sonra komandirlər hərəsi öz hədəfinin yanında durur. Bir dəfə belə hədəfə vura bilməmiş komandirlərdən biri qüsurun revolverdə olduğunu deyir. Bunu eşidəndə O revolveri komandirdən alaraq atəş məsafəsinə çəkilir və bir neçə dəfə sərrast atəş açır. Sonra revolveri komandirə qaytararaq deyir: "Pis silah yoxdur, pis atıcı var". Diqqət! Sual! Söhbətin kimdən getdiyini tapın. Vaxt ! -Cavab: Voroşilov -Şərh: Sualın sonluğunun bir qədər elitarka tipli olması sizi həm də verilişin yaradıcısı Voroşilova aparmalı idi. -Müəllif: Babək Zakirzadə - -Sual: 14. Güman edilir ki, 19-cu əsrin II yarısında tapılmış bu heykəlin yerində olmayan yuxarı qalxmış sağ əlində kubok, çələng və ya da şeypur var idi. Heykəlin adını yazın. -Cavab: Nika samofrakiyalı -Şərh: Təəccüblü deyil ki, qələbə ilahəsinin əlində qalibləri simvolizə edən əşyalar və ya qələbəyə çağıran musiqi aləti olmuşdu. -Müəllif: Emil İsmayıl - -Sual: 15. Valküre əməliyyatı zamanı mayor Remerə Hebbelsi həbs etmək tapşırığı verilir.Hebbels Hitlerlə əlaqə qurur və dəstəyi verir Remerə. Danışıqdan sonra Remer, Hebbelsin kabinetini X olaraq tərk edir. İKSlər arasında II Nikolay, Ərəbistanlı Lourensin, Lobanovskinin adını çəkmək olar. İkslə əvəz etdiyimizi deyin. -Cavab: Polkovnik. -Şərh: Remer əməliyyatın uğursuz olduğundan xəbərsiz olur. Hitlerlə danışıqdan sonra rütbəsi iki pillə birdən qalxır. Adı çəkilən şəxslər də polkovnik rütbəsi daşıyıblar. Lobanovskinin də ləqəblərindən biri də polkovnik olub. -Müəllif: Babək Zakirzadə - -Səhifə -> 42 | Sual Sayı -> 15 - -Sual: 1. Aktyor Lütfəli Abdullayev haqqındakı mənbədə onun evində hər gün çoxlu qonaqların olduğu, aktyorun ölümündən sonra isə evin boşaldığı, ailənin ALFA ilə keçən ömür səhnəsində pərdələrin endirildiyi qeyd olunur. ALFAnı alman mənşəli sözlə cavab kartınıza yazın. -Cavab: Anşlaq -Şərh: Lütfəli Abdullayevin aktyor olmasının deyilməsi əbəs deyildi. Bildiyimiz kimi, teatr salonlarında insanların çox olması, biletlərin bitməsi zamanı teatrın anşlaqla keçdiyi vurğulanır. Verilişdə də aktyorun ölümündən sonra insanların qonaq gəldiyi evin boşaldığı və ailənin anşlaqla keçən ömür səhnəsində birdən-birə pərdələrin endirildiyi qeyd olunur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Feyzi Aküzüm “Qardaş yardımı” adlı məqaləsində Azərbaycanın dar anında köməyə gələn türk ordusunu ona bənzədir. Kimə? -Cavab: Xızır -Şərh: Bildiyimiz kimi, Xızır peyğəmbər dar anda insanların köməyinə yetişirdi. Bununla bağlı, əsasən, türk dilində işlənən “Xızır kimi yetişmək” ifadəsi var. Məqalədə köməyə gələn türk ordusu Xızır peyğəmbəyə bənzədilirdi. -Müəllif: Emil Yusublu - -Sual: 3. Okeaniyanın təsviri incəsənəti haqqında bir mənbədə düşmənlərini qorxudaraq bərk maddəyə çevirən bir cadugərdən danışılır. Sözügedən mənbədə cadugərin necə adlandırıldığını eyni iki hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Melaneziyalı Meduza -Şərh: Sözügedən cadugər düşmənlərini qorxuya salaraq onları bərk maddəyə çevirirdi. Bu xüsusiyyətinə görə o, yunan mifologiyasında baxışları ilə canlıları daşa döndərən Meduzaya bənzədilir. Dərsliklərdən bizə məlum olduğu kimi, Okeaniyanın əsas hissələrindən biri Melaneziya adlanır. -Müəllif: Orxan Səfərov - -Sual: 4. İdmançı Antoni Deyvis zədələrə olan həssas meyli səbəbindən “İKS” ləqəbini almışdı. İKS, məşhur Azərbaycan toponimlərindən biri haqqındakı məqalədə də xatırlanır. İKSi deyil, həmin toponimi cavab kartınıza yazın. -Cavab: Şuşa -Şərh: Zədələrə qarşı həssas olan Antoni Deyvis tez-tez zədələnirdi. Buna görə də idmançı qırıq və sınıq kimi müxtəlif zədələrə meyilli olduğu üçün “Şüşə” ləqəbini almışdı. Qeyd olunan toponim isə Şuşa şəhəri idi. Məşhur versiyaya görə, Şuşa şəhəri öz saf, şüşə kimi təmiz havasına görə bu adı almışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Uşaq yaşlarında atasını itirən Jan Pol Sartr uşaqlıqdan özündə BUnun formalaşmasının normal olduğunu bildirir. BUnun haqqında məqalələrdən birində Şekspirin “Hamlet” əsəri xatırlanır. BUnu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Edip kompleksi -Şərh: Uşaq yaşlarında atasını itirən Sartr onda uşaqlıqdan Edip kompleksinin formalaşmasının normal olduğunu bildirir. Məqalədə Hamletin atasını qətlə yetirməklə anasını ələ keçirən şəxsi öldürə bilməməsinin səbəbi kimi həmin şəxsin Hamletin uşaqlıqdakı arzularının təmsili olması göstərilir. -Müəllif: Namiq Quluzadə - -Sual: 6. Paylama materialıBir məqalədən götürülmüş bu şəkildə vaksinlərin xeyirli olduğunun düşünülməsinə baxmayaraq, onların insan həyatına verə biləcəyi zərərlər təsvir edilib. Sözügedən şəkil “Onun iynəsi” başlığı ilə adlandırılıb. Onun hansı mifoloji personaj olduğunu tapın. -Cavab: Pandora -Şərh: Məqalədə vaksinlərin xeyirli olduğunun düşünülməsinə baxmayaraq, onların zərərli olmasından danışılır. Göründüyü kimi, iynənin içində xeyirli vaksin olduğu düşünülsə də, iynə qırılıb açıldıqdan sonra bu, fəlakətlərə səbəb olur. Yunan mifologiyasından məlum olduğu kimi, Pandora ona verilən qutudakı sirrə duyduğu marağa məğlub olaraq qutunu açmışdı. Qutunun qapağını açar-açmaz isə ölüm, qəzəb, xəstəliklər, epidemiya və aclıq dünyaya yayılmışdı. Şəklin başlığı da bundan ilhamlanaraq “Pandoranın iynəsi” adlandırılıb. -Müəllif: Namiq Quluzadə - -Sual: 7. Qədim dövrlərdə Çində insanların hansı sosial təbəqəyə mənsub olduğunu ayırd etmək üçün İKSdən istifadə edilirdi. Bir məqalədə İKSlər haqqında danışılarkən “Maks Faktor” şirkəti də xatırlanır. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Dırnaq boyası -Şərh: Qədim Çində insanlara baxarkən onların mənsub olduğu sosial təbəqəni zahiri olaraq müəyyən etmək üçün dırnaq boyalarından istifadə edilirdi. Belə ki, aşağı təbəqəyə mənsub olanlar daha tutqun boyalardan istifadə edirdilər. Sualın ikinci hissəsində adı çəkilən “Maks Faktor” şirkəti şəxsi baxım və kosmetik məhsullar sahəsində ixtisaslaşıb. İlk dırnaq boyaları da bu şirkət tərəfindən istehsal olunmağa başlayıb. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Hüseynqulu Sarabski yazır ki, köhnə Bakıda qadınlar ancaq üç səbəb üçün evdən çıxırdı. Bunlardan biri hamam idi. Digər iki səbəbi qısa sözlərlə cavab kartınıza yazın. -Cavab: Toy, yas -Şərh: Köhnə Bakıda qadınların daha az hüquqları olduğu üçün yalnız zəruriyyət olduğu hallarda onların evdən çölə çıxmalarına icazə verilirdi. O dövrün Bakısında qadınlar ya hamama, ya da toya və yasa getmək üçün evdən çıxırdılar. -Müəllif: Emil Yusublu - -Sual: 9. Paylama materialıQarşınızdakı şəkilin götürüldüyü məqalədə Nəngərhar doğumlu şəxs xatırlanır. Həmin şəxsin ad və soyadını tapın. -Cavab: Şərbət Qula -Şərh: Şəkildə təsvir edilən xanım Paris Ceksondur. Paris Ceksonun gözlərinin və sifət cizgilərinin quruluşuna diqqətlə baxdıqda onun məşhur “Əfqan qızı” fotosundakı qıza bənzədiyini görmək olar. Şərbət Qulanın doğulduğu yerin adı da ipucu idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. “Doktor Strange” [Doktə` Streync] filmində gərgin cərrahiyyə əməliyyatı zamanı yaranmış səssizliyi yalnız BUNLAR pozur. “Şanxay cəngavərləri” filminin İngiltərədə baş tutan döyüş səhnəsində qəhrəman BUNLAR sayəsində xilas olur. BUNLARı iki sözlə cavab kartınıza yazın. -Cavab: Saatın əqrəbləri -Şərh: Filmdəki cərrahiyyə əməliyyatı səhnəsində o qədər səssizlik olur ki, bu sükutu yalnız saatın əqrəbləri pozur. Digər filmin İngiltərədəki döyüş səhnəsində isə qəhrəman “Biq Ben”in saatının əqrəblərindən yapışaraq xilas olmağı bacarır -Müəllif: Orxan Səfərov - -Sual: 11. Bir cizgi serialda kubun maneçilik törətməsi səbəbindən onun istədiyi həzzi ala bilmədiyi, buna görə də öz məşhur əməlini törətdiyi göstərilir. Cümlədə əvəz olunmuş sözü bildinizsə, onun kim olduğunu tapın. -Cavab: Con Uilks But -Şərh: Bildiyimiz kimi, Abraham Linkoln teatrda tamaşaya baxan zaman açılan atəş nəticəsində öldürülmüşdü. Zarafatda Linkolnun silindr papağı mane olduğu üçün onun qatili Con Butun tamaşanı izləməkdən istədiyi həzzi ala bilmədiyi və bu səbəbdən prezidenti öldürdüyü göstərilir. Sualda silindrlə əvəz olunan söz kub idi. Kub və silindr hər ikisi fəza fiqurlarıdır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Virciniya Tiptonun İKSlər haqqındakı məqaləsi “Qanad çalan barmaqlar, görən qulaqlar” adlanır. “İKS”in qəhrəmanı yarıqaranlıq kinoteatrı işıqlı dünyadan üstün tutur. İKSi tapın. -Cavab: Yarasa -Şərh: Ön barmaqlarının uzanması və aralarının dəri ilə örtülməsi yarasaların qanadlarını formalaşdırır. Onların qulaqları ultrasəsləri belə eşitmək qabiliyyətinə malikdir. Sualın ikinci hissəsində isə söhbət Ayaz Salayevin “Yarasa” filmindən gedirdi. Filmin qəhrəmanının yarıqaranlıq kinoteatrı üstün tutması ipucu idi. Belə ki, yarasalar gecələr aktiv həyat keçirirlər. -Müəllif: Emil Yusublu - -Sual: 13. Yuval Nuh Hararinin məqalələrindən birində qədim dövrə aid bir şəkilin müxtəlif alimlər tərəfindən fərqli formada izah edilməsi haqqında danışılarkən BUnlar xatırlanır. BUnları sonor samitlərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Rorşax ləkələri -Şərh: Məqalədə şəklin müxtəlif alimlər tərəfindən müxtəlif cür izah olunmasından danışılarkən psixoloji test olan Rorşax ləkələri xatırlanır. Bildiyimiz kimi, Rorşax testinə daxil olan ləkələr də müxtəlif insanlar tərəfindən yarasa, xalı, heyvan dərisi, kəpənək və s. şeylərə bənzədilir. -Müəllif: Namiq Quluzadə - -Sual: 14. Bir əsərdə imtahana hazırlaşmaq istəyən personaj ətrafdakı insanların heç cür səssizləşmədiyini gördükdə insanların sanki BUNU ETDİKLƏRİNİ deyir. Məqalələrdən birində insanların bəlkə də başqa bir su basqınından qorunmaq üçün BUNU ETDİKLƏRİ vurğulanır. BUNU ETMƏKLƏ əvəz olunmuş sözləri cavab kartınıza yazın. -Cavab: Babil qülləsini tikmək -Şərh: Əsərdə insanlar imtahana hazırlaşmaq istəyən qəhrəmanın halını başa düşmür və heç cür sakitləşmirdilər. Bu zaman qəhrəman insanların sanki, yeni bir Babil qülləsi tikdiklərini bildirir. Babil qülləsinin tikintisi zamanı insanlar arasındakı anlaşılmazlıq böyük səs-küyün yaranmasına səbəb olmuşdu. Məqalədə isə insanların bu qülləni tikməsinin əsas səbəblərindən birinin bəlkə də başqa bir su daşqınından qorunmaq olduğu vurğulanır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 15. Qılman İlkin pəhləvan Əbdüləlinin ölümündən danışarkən 63 il ömür sürən pəhləvanın belini təkcə onun yerə vurduğunu deyir. Onu tapın. -Cavab: Əzrayıl -Şərh: Pəhləvan Əbdüləli yaşayarkən heç kimə məğlub olmamışdı. Qılman ilkin 63 il yaşayan Əbdüləlinin belini ancaq Əzrayılın yerə vura bildiyini qeyd edir. -Müəllif: Emil Yusublu - -Səhifə -> 43 | Sual Sayı -> 15 - -Sual: 1. Ümid edirik ki, sualları axıra qədər dinləyəcək, sualların ortasında çıxıb getməyəcəksiniz.   - -Bir məqələdə BU ÜÇ SÖZün Azərbaycan jurnalistikasının şüarı olması təklif edilir. BU ÜÇ SÖZü cavab kartlarınıza yazın. -Cavab: Sizi deyib gəlmişəm -Şərh: Mirzə Cəlil onun söhbətlərinə qulaq asmayan insanlara bu ifadə ilə xitab edirdi. “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə də “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” sözləri ilə başlamışdı. Jurnalın ilk məqaləsi “Sizi deyib gəlmişəm” adlanırdı. Biz də turnirimizə həmin ifadə ilə başlayaraq ümid edirik ki, Mirzə Cəlilin dinləyicilərindən fərqli olaraq bizi axıra qədər dinləyəcəksiniz. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 2. “Şerlok” televiziya serialının epizodlarından birində qətl yerindən heç bir iz və silah tapılmır. Detektiv Holmsun yoxa çıxan qatilin kimliyi barədə sualına bir uşaq X cavabını verir. Özünü ətraf mühitin rənglərinə boyayan rəssam Liu Bolin də X ləqəbini alıb. X-i iki sözlə deyin. -Cavab: Görünməz adam -Şərh: Uşaq qətl yerində heç bir iz və silah qoymadan törədilən qətli görünməz adamın görünməz silahıyla həyata keçirdiyini söyləyir. Rəssam Liu Bolin də özünü ətrafdakı rənglərə boyayaraq gözdən itməyi bacardığı üçün “görünməz adam” ləqəbini almışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 3. 1466-cı ildə o, Tverdən Xəzər dənizi ətrafındakı ölkələrlə ticarət əlaqələri aparmaq üçün yollanan tacirlərə başçılıq etmiş, bir müddət Hindistanda olduqdan sonra Ərəbistan dənizi vasitəsilə oradan qayıtmış və Qara dənizdən keçərək Smolenskə qədər gəlmişdir. Söhbət kimdən getdiyini cavab kartınıza yazın. -Cavab: Afanasi Nikitin -Şərh: Sualın mətninə diqqətlə fikir verdinizsə, sualda 3 yerdə dənizlərin adı çəkilir. Məşhur rus səyyahı və taciri Afanasi Nikitin 1466-cı ildə öz sonuncu səyahətinə başlamış və gəzdiyi yerlər haqqında “Üç dəniz arxasına səyahət” adlı qeydlərini yazmışdı. 1472-ci ildə yolda vəfat etsə də yazdığı əlyazmalar dostları tərəfindən Moskvaya çatdırılmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Paylama materialıDaan Rozenqaard gördüyünüz yolu X-dən təsirlənərək dizayn etmişdir. Sen-Remidəki bir otağın pəncərəsindən baxılaraq yaradılan X-i iki sözlə deyin. -Cavab: “Ulduzlu gecə” -Şərh: Adından da göründüyü kimi hollandiyalı olan dizayner Daan Rozenqaard bu yolu Van Qoqun məşhur “Ulduzlu gecə” rəsm əsərindən təsirlənərək yaratmışdır. Şəkildə də həmin əsərdəki müəyyən elementləri görmək olar. Yol axşam düşəndən sonra öz rəngini dəyişir, ona quraşdırılmış fənərlər yanır və o, insanlara həqiqətən ulduzlu gecəni xatırladır. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 5. Kitabların birində Heraklın ağaca çıxaraq oradan Nemey şirinin üstünə atılması haqda danışılarkən X xatırlanır. X-ə həsr edilən vikipediya məqaləsində Texasın Pekos şəhərinin adına rast gəlmək olar. X-i ispan mənşəli bir sözlə yazın. -Cavab: Rodeo -Şərh: Herakl ağaca çıxaraq oradan şirin belinə tullanır. Şir isə Heraklı öz belindən atmağa çalışır. Yazıçı bu səhnəni rodeo yarışlarına bənzədir. Belə ki, orada da kovboy öküz üzərində müəyyən müddət qalmağı bacarmalıdır. İlk rodeo yarışı XIX əsrin sonlarında Texasın Pokos şəhərində keçirilib. Texasdan kovboya çıxmaq, yəqin ki, elə də çətin deyil. -Müəllif: Tərlan Əsədli - -Sual: 6. Məktəb divarına rəsm çəkməklə məşğul olan Dieqo Rivyeranı iş başında görən Frida, onu X adlandırır. X-i eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Meksikalı Mikelancelo -Şərh: Rəssam Mikelancelo, əsasən, divarda çəkdiyi freskalarla məşhurlaşıb. Dieqo Rivyera və onun həyat yoldaşı Frida Kahlonun isə meksikalı olması, yəqin ki, bir çoxlarınıza yaxşı məlumdur. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. 2014-cü ildə çəkilmiş bir filmin rollarında Ariyan Raynhart və Adam Qriffit, Qross Nolan və Medison Devenport oynayırdı. Söhbətin hansı filmdən getdiyini tapın. -Cavab: “Nuh” -Şərh: Ötən il çəkilmiş “Nuh” filmində Adam və Həvva, Xam və Nael rollarını adlarını çəkdiyimiz şəxslər oynayıb. Əbəs yerə biz də sizə aktyor və aktrisa adlarını cütlük şəklində demədik. Nuh da gəmiyə hər heyvandan cütlük şəklində götürmüşdü. -Müəllif: Elmar Zöhrabov - -Sual: 8. Sual müəllifi bir məqalədə Midas haqqında, daha sonra isə kiçik yaşlı Meriqold haqqında oxumuşdu. Məqalənin davamında isə sual müəllifi BUnun baş verdiyini oxuyur və hələ çox tez olduğunu düşünür. BUnu bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: Qızın qızıla dönməsi -Şərh: Sual müəllifi Midas haqqında oxuyarkən məqalədə kiçik yaşlı Meriqold haqqında da oxumuşdu ki, bu şəxs onun qızı idi. Midas bir-bir toxunduğu hər şeyi qızıla çevirirdi və nəhayət, o öz qızına toxunur və qızı da qızıla çevrilir. Bu hadisə qızın erkən yaşlarında baş verir. Bildiyimiz kimi dilimizdə “Qız qalar, qızıla dönər” ifadəsi var. Sual müəllifi isə bu məlumatı oxuduqdan sonra qızın qızıla dönməsi üçün çox da qalmadığını görür və təəccüblənir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. Rik Overton hər zaman yaxşıların tərəfində olan bir müğənninin bu dəfə zərərli iş görən firma ilə əməkdaşlıq etdiyini görəndə bir tvit atmışdır. Bəs həmin müğənni hansı musiqi qrupunun solistidir? -Cavab: U2 -Şərh: Sualda söhbət Bonodan gedirdi. Rik Overton da hadisəyə eynilə Sezar kimi reaksiya vermişdir: U2, Brute? (Sən də mi, Brut?). Hamımızın bildiyi kimi, Bono məşhur U2 qrupunun solistidir. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Bir əsərin qəhrəmanı X-in orta əsrlərdəki qarovulçular kimi aramsız olaraq çığırdığını və insanları hər şeyin yaxşı olduğuna inandırdığını deyir. X-i latın mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Reklam -Şərh: Beqbederin “99 frank” əsərinin qəhrəmanı (Beqbeder özü) reklamı orta əsr qarovulçularına bənzədir və insanları yalandan nəyəsə inandırmaq xüsusiyyətini vurğulayır. Latıncadan tərcümədə “reklam” sözü "qışqırmaq”, “çığırmaq" mənasını verir. -Müəllif: Nəriman Knyazlı - -Sual: 11. Hüseyn Cavidin cənazəsinin vaxtilə yaşadığı evə gətirilməsindən danışan Rafael Hüseynov, az sonra Cavidin tabutunun BURAdan BURAya yola düşəcəyini qeyd edir. BURA ilə əvəz olunmuş iki sözü deyin. -Cavab: Son mənzil -Şərh: İndiki Əlyazmalar Fondu vaxtilə Cavidin evi olub və elə o evdən də Cavid sürgünə göndərilib. Buna görə də həmin evi müəllif sözün əsl mənasında son mənzil adlandırır. Buraya gətirilən Cavidin tabutu az sonra isə son mənzilə yola düşəcəkdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 12. Maraqlıdır ki, heç də təkəbbürlü olmayan yaponlardan danışan Azər Qərib yaponların və Tokionu görməyə gələn turistlərin Roppongi məhləsində yerləşən göydələnə gələrək BUNU ETDİKLƏRİNİ qeyd edir. BUNU ETMƏK`lə əvəz olunan sözləri tapın. -Cavab: Yuxarıdan aşağı baxmaq -Şərh: Həmin göydələn Tokionun ən hündür nöqtələrindən biridir. Maraqlıdır ki, təkəbbürdən uzaq olan insanlar buraya gələrək şəhərə sözün həqiqi mənasında yuxarıdan aşağı baxırlar. Dilimizdə işlədilən eyni ifadə təkəbbürlülüyü bildirir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 13. “Kafkanın bəbirləri” əsərinin qəhrəmanı yazıçının ədəbiyyat üzərində hakimiyyətinin olmadığını, yazdıqdan sonra onun hansı nəticələrə gətirib çıxaracağını bilməyin qeyri-mümkünlüyünü deyir və yazıçı Kafkaya iradəsi xaricində olan şeyləri yaratmamağı məsləhət görür. Bu zaman qəhrəman öz fikirlərinə haqq qazandırmaq üçün Kafkaya BUnu xatırladır. BUnu tapın. -Cavab: Qolem -Şərh: Sözügedən əsərdə yazıçı Frans Kafkanın prototipi yaradılmışdı və hadisələrin böyük bir hissəsi Kafkanın yaşadığı Praqa şəhərində baş verirdi. Rəvayətə görə, XVII əsrdə Praqada yaşayan bir ravvin yəhudiləri əzabdan qurtarmaq üçün gildən bir varlıq yaradır və onu Qolem adlandırır. Qolem isə tez bir zamanda onun iradəsindən kənara çıxaraq dağıdıcı bir qüvvəyə çevrilir. Ümumiyyətlə, orta əsr əfsanələrində gildən yaxud torpaqdan düzəldilən və ruhsuz olan canlıları Qolem adlandırırdılar. Sualda ədəbiyyatın iradə xaricində bir qüvvə olmasının vurğulanması, Kafkanın adının qeyd edilməsi sizə cavabı tapmaqda köməklik etməli idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 14. Müəllif öz əsəri haqqında yazır: -“Qarğaları çıxsaq, əsəri natürmort – yəni ölü təbiət janrına aid etmək olar”. Söhbətin 1871-ci ilə aid hansı əsərdən getdiyini tapın. -Cavab: “Müharibənin apofeozu” -Şərh: Rəsmdə çölün ortasında üst-üstə qalaqlanmış ölü insanların kəllələrini görmək olar. Kəllə piramidasının yuxarı hissəsində isə qarğalar da gözə dəyir. -Müəllif: Tərlan Əsədli - -Sual: 15. Paylama materialı“Molla Nəsrəddin” jurnalında dərc olunmuş bu karikaturanın adında BİRİNCİ və İKİNCİyə etibar olmadığı bildirilir. Məşhur üçlükdən ikisi olan BİRİNCİ və İKİNCİni cavab kartlarınıza yazın. -Cavab: At, arvad -Şərh: Karikaturada əl arabasının içində dəmir barmaqlıqlar arasında zənən xəylağının daşındığı aydın görülür. Onu daşıyan şəxs, arvada etibar etmədiyi üçün onu belə bağlı şəraitdə aparır. Həmin şəxs ata etibar etmədiyi üçün əl arabasından da istifadə edir. Sözügedən məşhur üçlük isə “at, arvad, silah” üçlüyü idi. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 44 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialıQarşınızdakı şəkil keçən əsrin 20-ci illərinin sonlarında Atatürkün Ankara ziyarəti zamanı çəkilib. Şəkildə sizdən iki söz gizlədildiyini bilərək onları cavab kartınıza yazın. -Cavab: Yeni hərflər -Şərh: 1928-ci ildə Türkiyədə ərəb əlifbası əsasında yaradılmış Osmanlı əlifbası ləğv edilərək latın hərfləri olan türk əlifbasına keçid baş tutmuşdur. Lakin ölkədə baş vermiş yeniliyə qarşı çıxanlar var idi. Ankara rəhbərliyi bu yenilikdə Atatürkün yanında olduğunu bildirmək üçün bütün yazıları yeni hərflərlə yazdırmışdı. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 2. Eyfel qülləsinin təsvir olunduğu rəsmin nümayişi zamanı şəhərin gözəlliyinə tamaşaçılarla yanaşı, İKSin də baxaraq gülümsəməsi qeyd olunur. Maraqlıdır ki, Hilo şəhərinin adı da havay dilindən İKS kimi tərcümə olunur. İKSi saitləri eyni olan sözlə deyin. -Cavab: aypara -Şərh: Gecə peyzajı təsvirində müəllif ayparanın da sanki bu gözəlliyə baxaraq gülümsədiyini bildirir. Hilo şəhərinin adı göründüyü kimi türklərin ayparanı adlandırdıqları "hilal" sözünə çox bənzəyir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 1 iyul – Bernard Krov, 25 iyul – Qari Himnen, 9 avqust – Şeron TeytAdlarını eşitdiyiniz şəxsləri Çarlz Menson ötən əsrin 60-cı illərinin sonlarında qətlə yetirmişdir. Buna həsr olunmuş albomun adını ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Nifrət yayı -Şərh: 1967-ci ilin yayında təxminən 100 minə yaxın hippi San Fransiskonun Heyt-Eşberi məhəlləsində yığışmış orada sevgi və azadlıqlarını bayram etmək qərarına gəlmişdilər. Bu hadisə tarixə “sevgi yayı” adı ilə düşmüşdür. Həmin şəxslər arasında olan Çarlz Menson burada bir neçə nəfərlə tanış olmuşdur. 2 ildən sonra Menson həmin tanışlarını qətlə yetirmişdir. Buna həsr olunmuş albomun adı isə “Summer of Hate” (“Nifrət yayı”) adlanır. Çarlz Mensonun sevgisi bir müddət sonra nifrətə çevrilmişdir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 4. Bir filmdə çox sevdiyi həyat yoldaşını yenicə itirmiş personajın sonrakı epizodlarda "Henzel və Qretel" nağılını oxuduğunu görmək olar. Filmin harada cərəyan etdiyini dəqiqliklə yazın. -Cavab: Aokiqaxara -Şərh: Çox sevdiyi həyat yoldaşı öləndən sonra yaşamaq istəməyən qəhrəman intihar üçün ən yaxşı yerin hara olması ilə bağlı internetdə axtarış edərkən buranın Aokiqaxara olmasını müəyyən edir. Maraqlıdır ki, intiharlar meşəsində ölənlərin əksəriyyəti sonradan intihar fikrindən daşınsalar da, sonda meşədən geri qayıtmağa yolu tapmayıb azıb ölənlərdi. Filmin qəhrəmanı isə bu nağılı oxuyarkən kitabın vərəqlərini nağıldakı kimi çörək qırıntıları qismində yola atmışdır. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 5. Bəstəkar Kristof Qlyuka qədər səhnələşdirilən operalarda xor adətən, səhnənin ən arxa tərəfində hərəkətsiz şəkildə dayanaraq çıxış edirdi. Məqalələrdən birində xor İKSlə müqayisə olunmuşdur. Bir əsərdə isə qabın bir tərəfində duran makaronlar Vera adlı personaja İKSi xatırlatmışdır. İKSi ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Orqan boruları -Şərh: Bəstəkar Qlyuka qədər xor adətən görünməz şəkildə çıxış edirdi. Bu zaman hərəkətsiz dayanan və səs çıxaran xor orqan boruları ilə müqayisə olunmuşdur. Həmçinin xorda müxtəlif boylu insanlar birlikdə orqan borularını xatırladır. Sualın ikinci hissəsində qabın bir tərəfində ancaq makaronların durması personaja orqan borularını xatırlatmışdır. Vera adının sualda deyilməsi əbəs yerə deyildi. Çünki personajın adı rus dilindən tərcümədə dini zəmin daşıyan "inam" sözü kimi tərcümə olunur. Bu da sizi kilsə ilə bağlı nəyəsə çıxmağa kömək ola bilərdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. XIX əsrin ikinci yarısında ALFAlara aid edilən karikaturalarda qadınların qorxmuş dəvəquşu sürüsünü qovması təsvirlərinə rast gəlinir. Həmin dövrdə ALFAnın növlərindən birini fransızlar "le brise" "[lö briz] adlandırırdılar. ALFAnın nə olduğunu deyin. -Cavab: yelpik -Şərh: Həmin dövrdə yelpiklərin hazırlanmasında quş lələklərindən istifadə dəbdə idi. Bu səbəbdən ən çox sayı azalan dəvəquşlar idi. Sualın ikinci hissəsində "brise" sözü sizə cavaba çıxmağa kömək olmalı idi. "Brise" sözü briz küləklərinə aparmalı idi.Maraqlıdır ki, fransızlar açılıb-bağlanan yelpikləri "külək" mənasını verən sözlə adlandırırdılar. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Müsahibələrindən birində İKSin ixtiraçısı ideyasının ağlına gəldikdən qısa müddət sonra qarşısında gördüyünü bildirmişdir. Bir fantastik romanda isə tədricən görünməyə başlayan obyekti müşahidə edən personaj İKSi xatırlayır. İKSi yazın. -Cavab: Polaroid -Şərh: 1948-ci ildə amerikalı ixtiraçı Edvin Lend çəkildikdən dərhal sonra hazır şəkili təqdim edən Polaroid fotoaparatlarını yaratmışdır. Con Hillin fantastik romanında isə tədricən görünməyə başlayan obyekt qəhrəmana Polaroid fotoaparatından çıxan şəkili xatırladır. -Müəlliflər: Məzahir Səmədov, Sadiq Yusifi - -Sual: 8. IV əsrdə imperatorların xristianlığın yayılmasına icazə vermələri din xadimlərinin hər şeyi hökmdara aid etməsi və bütün qaydaların onlar tərəfindən qoyulması ilə nəticələnmişdir. Bu barədə danışan yazar artıq nəinki İKSin, hətta İQREKin də imperatora məxsus olduğunu qeyd edir. İKS və İQREKin hər ikisini III təyini söz birləşməsi ilə yazın. -Cavab: Sezarın haqqı, Tanrının haqqı -Şərh: İmperator I Konstantin xristianlığı qəbul etdikdən sonra ondan sonra hakimiyyətə gələnlər də bu dini qəbul etmiş və yayılmasına icazə vermişdilər. Bu səbəbdən imperatorlara yataqlanmağa çalışan din xadimləri hər şeyi onların adı ilə bağlamağa çalışırdılar. Yazıçı İsa Məsih tərəfindən söylənilən və “hər kəsə etdiyi işə görə” mənasına gələn “: Sezarın haqqı, Tanrının haqqı”dır ifadəsində, artıq hər iki şeyin də imperatorlara aid edilməsini qeyd etmişdir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. II Dünya müharibəsi zamanı fəaliyyət göstərmiş Terezinştadt əmək-islah düşərgəsi hər bir şərait yaradılmış ən nümunəvi gettolardan hesab olunurdu. Maraqlıdır ki, bir müddət burada yaşamış rəssam Osvald Pök gettonun topoqrafiyasını nəzərə alaraq bura üçün xüsusi İKS də hazırlamışdır. İKSi yazın. -Cavab: Monopoliya oyunu -Şərh: Nasistlər Terezinştadt gettosunda yəhudilər üçün hər bir şəraitin olduğunu dünyaya çatdırmaq üçün burada daxili valyutası olan bank, poçt, sanitar məntəqəsi və bu kimi obyektlər yaratmışdılar. Rəssam Osvald Pök gettodakı mövcud topoqrafiyaya müvafiq olan xüsusi monopoliya oyununu yaratmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. İohan Bramsın uşaqlıqdan sələfinin işlərini davam etdirəcəyi düşünülürdü. Bu səbəbdən onun ilk əsəri çox möhtəşəm alındığından insanlar bunu ALFA adlandırırdı. ALFA əvəz olunmuş üç sözü cavab kartınıza yazın. -Cavab: Bethovenin onuncu simfoniyası -Şərh: XIX əsrin əvvəllərində doğulmuş alman bəstəkarı Brahms həmin dövrdə artıq qocalmış Bethovenin davamçısı sayılırdı. Bethovenin ölümündən bir müddət sonra yazılan əsər elə möhtəşəm hesab edilirdir ki, insanlar onu” Bramsın birinci simfoniyası” yox, “Bethovenin onuncu simfoniyası” adlandırırdılar. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 11. Uilyam Bernstayn yazıya qədərki icmaların tarixi yaddaşında ancaq son bir neçə nəslin şahidi olduğu hadisələrin qaldığını qeyd edərkən ALFANI misal göstərmişdir. ALFANIN ingilisdilli ölkələrdə bu adı almasının səbəbi kimi Asiya qitəsində yerləşən bir tikilidən ötürülən siqnallardakı məsafə qeyd olunmuşdur. ALFA ilə əvəz olunmuş sözləri deyin. -Cavab: Sınmış telefon oyunu -Şərh: Bernstayn yazıya qədərki icmaların tarixi yaddaşında ancaq son bir neçə nəslin şahidi olduğu hadisələrin qaldığını qeyd edərkən “sınmış telefon oyunu”nu xatırlamışdır. Versiyalardan birinə görə, oyunun ingilisdilli ölkələrdə “çin pıçıltısı” (“chinese whispers”) adını almasının səbəbi kimi Böyük Çin səddinin hər bir qapısına xəbər gətirənlər məlumatı təhrif edərək çatdırırdılar. Məsafə nə qədər böyük olurdusa, göndərilən xəbər də bir o qədər də təhrifə uğramış olurdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. 1 dəqiqədən sonra kimyaçı Pyotr Obrazçovun nələri həyatın əlifbası adlandırdığını cavab kartınıza yazın. -Cavab: Vitamin -Şərh: Latıncadan "vita" sözü dilimizə "həyat" kimi tərcümə olunur. Pyotr Obrazçov bir-birindən fərqlənmək üçün müxtəlif hərflərlə işarələnən vitaminləri "həyatın əlifbası" adlandırmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 13. Yösivara - Edo dövründə faəliyyət göstərmiş qırmızı fənərlər məhəlləsidir. Məhəllənin qurtaracağında yerləşən ALFAYA baxan ziyarətçilər, artıq xoş xatirələri, bayram əhvali-ruhiyyəsini və müvəqqəti sevgililərini geridə qoyduqlarına görə heyifslənirdilər. ALFANI dodaqlanan saitlərdən ibarət bir sözlə yazın. -Cavab: Söyüd -Şərh: Məhəlləni tərk edən ziyarətçilərin artıq sevinclərinin geridə qalmasına təəssüflənmələrini bildirmək üçün orada söyüd ağacı əkilmişdir. Bildiyimiz kimi, söyüdün budaqları aşağıya doğru sallandığından daha çox heyfislənmiş insanı xatırladır. Söyüd ağacı Yaponiyada kədərin simvolu hesab olunur. Yaponlar insanın heyfislənməyini bildirmək üçün onu söyüdə bənzədirlər. Məhəllənin qurtaracağında yerləşən həmin söyüd əhali arasında "əlvida baxışlarının söyüdü" adlandırılır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. "Paraşütü açmaq üçün gecikdiyindən güclü külək paraşütü düzənliyin ortasına tərəf apardı, yerə dəyərkən isə bir neçə dəfə yuvarlandı". Eşitdiyiniz hissə “Şpigel” qəzetinin ötən əsrin 2-ci yarısına aid hadisəyə həsr olunmuş İKSin təsvir edildiyi məqalədəndir. 2011-ci ildə baş vermiş zəlzələ, 2016-cı ildə isə Trampın idxalı məhdudlaşdırması qərarı İKSa səbəb olmuşdu. İKSi kapitalizasiyanı nəzərə almadan iki sözlə yazın. -Cavab: Yenin enişi -Şərh: Birinci hissədə siz “Şpigel qəzetindəki məqalədən kosmosda olmuş ilk alman kosmonavt Ziqmund Yenin geri qayıdarkən yeri enməyinin təsvirini görürdünüz. 2011-ci ildə baş vermiş zəlzələ, eləcə də Fukusima AES-in partlaması, 2016-cı ildə isə Trampın qərarı dünya maliyyə bazarında Yenin enişinə səbəb olmuşdu. -Müəlliflər: Orxan Səfərov, Sadiq Yusifi - -Sual: 15. Vitiliqo insan dərisinin müəyyən hissələrində melanositlərin məhv olmasına gətirib çıxaran irsi xəstəlikdir. Bir neçə il öncə Prins Cozefdə də vitiliqo xəstələyinin aşkar edilməsi uzun sürən DNT testlərinə son qoydu. Prins Cozefin soyadını cavab kartınıza yazın. -Cavab: Cekson -Şərh: Melanositlər dəriyə özünəməxsus qara rəng verən melanin piqmentinin yerləşdiyi hüceyrələrdir. Vitiliqo xəstəliyi zamanı bu piqmentlər məhv olur və insanın dərisi ağarmağa başlayır. Xəstəliyin ən məşhur daşıyıcılarından biri isə Maykl Cekson idi. Sualda adı çəkilən Cozefin isə uzun müddət həqiqətən də Maykl Ceksonun oğlu olub-olmadığı barədə söz-söhbətlər gəzirdi, nəhayət onda da bu xəstəliyin simptomlarına rast gəlinəndə artıq bir çoxları ona inanmağa başladılar. -Müəllif: Məzahir Səmədov - -Səhifə -> 45 | Sual Sayı -> 16 - -Sual: 1. Bir lətifəyə qulaq asın: -Filşünaslıq haqqında keçirilən kitab müsabiqəsində, bir rusun "Rusiya - fillər ölkəsi" əsərini, fransızın "Fillərin sevgi həyatı" adlı məqaləni, bir almanın isə yalnız bunun üçün üçcildlik kitab yazacağı bildirilir. Bunu yazın. -Cavab: Giriş -Şərh: Almanların elmə xüsusi diqqət yetirdiyi deyilən lətifədə hər şeyi tam dəqiq təsvir etmək üçün hətta giriş üçün belə üçcildlik əsər yaza biləcəyini deyir. -Müəllif: Səməd Səmədov - -Sual: 2. Cim Kerrinin baş rolunda oynadığı "Maska" filmində personaj normal həyatında qeyri-adi heç bir bacarığı olmayan biri ikən, gecələr hamının tanımaq istədiyi varlığa çevrilir. Filmin posterində "X-dən Y-ə" cümləsi yazılıb. X və Y-in orjinalda bir hərflə fərqləndiyini bilərək, hər ikisini yazın. -Cavab: Zero, Hero -Şərh: Normal həyatında heç bir, yəni, sıfır fərqləndirici xüsusiyyəti olan personaj Stenli İpkiss, gecələr qəhrəmana çevrilir. Filmin posterində "From zero to hero" cümləsi yazılıb. -Müəllif: Əhməd Əliyev - -Sual: 3. Paylama materialıIEKYF ROMSI ADXUO KVKZC GUBJSizə paylanmış rekvizit Mançester Universitetinində qoyulmuş heykəlin üzərində yazılmışdır. Siz isə rekvizitdə olan ad və soyadı cavab kartlarınıza yazın. -Cavab: Alan Türinq -Şərh: Rekvizitdə "Alan Metison Türinq 1912–1954, informatikanın banisi" sözləri Eniqma şifrələmə sistemi ilə şifrələnmişdi. Sualda Mançesterin deyilməsi sizi İngiltərəyə apara bilərdi. -Müəllif: Səməd Səmədov - -Sual: 4. Bir filmin personajı heç kim tərəfindən diqqət görmədiyini deyərək özünü X adlandırır. Rus yazıçı Yakob Perelman isə "X-in mövcudluğu o halda real ola bilər ki, insanlar kor olsun" deyir. X-i cavab kartlarınıza yazın. -Cavab: Görünməz adam -Şərh: Personaj insanların onu görmədiyini deyərək özünü "Görünməz adam"a bənzədir. Perelman isə görünməz adamın yalnız insanlar kor olanda mümkün olacağını deyir. -Müəllif: Səməd Səmədov - -Sual: 5. "Muhafız" serialının seriyalarının birində ipucu axtaran personajlar şifrəli bir ad eşidirlər. Lakin ipucunu tapmaqdan ötrü İstanbulda ən azı 200-dən çox yerə getməli olduqlarını qeyd edirlər. Siz isə onların kimin adını eşitdiklərini yazın. -Cavab: Memar Sinan -Şərh: Sualda bir şəhərdə 200-dən çox yerə getmələri sizi hər hansısa memara çıxarmalı idi. -Müəllif: Səməd Səmədov - -Sual: 6. 2007-ci ildə Xavier ilə tanış olan O 2010-cu ildə onun ilə (yəni Xavier ilə) ailə həyatı qurur və evliliyə hələ də davam edir. Onun adını yazın. -Cavab: Penelopa -Şərh: Dünya ulduzları çox zaman ayrılma faktları ilə gündəmə gəlsələr də, Penelopa Kruz və Xavier Bardem ikilisi uzun müddət birlikdə olmuş, evlənmiş və evliliklərini hələ də davam etdirirlər. Penelopa yunan mifologiyasında ərinə sadiq olan personajdır və Penelopa adının mənası da belədir. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. Əliqulu Qəmküsar şeirlərinin birində Şəkili şahın ölkəni idarə etməsindən, lakin ətrafının tez-tez dəyişdiyindən bəhs edir. Şəkili şahın Şəkidə doğulduğunu bilərək Şəkili şahla əvəz etdiyimiz eyni hərflə başlayan iki sözü yazın. -Cavab: Xan Xoyski -Şərh: Sualda tez-tez ətrafının dəyişməsi hökumət kabinetlərinə işarə idi. -Müəllif: Səməd Səmədov - -Sual: 8. Bir serialda personajın ölümündən sonra bütün planlar pozulur və digər personajlar qaçmağa məcbur olur Seriyanın adı isə 2000-ci ilə aid mənbənin adı ilə eynilik təşkil edir. Seriyanın adını yazın. -Cavab: Arzuların üçün rekviem -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 9. Paylama materialıRekvizitdə gördüyünüz 1977-ci ildə karikaturist İrfan Sayar tərəfindən yaradılmış Zihni Sayar personajının proyektidir. Siz isə adı çəkilən personaja keçid olan məqalədə yer alan soyadı cavab kartlarınıza yazın. -Cavab: Qoldberq -Şərh: Karikaturist Rubi Qoldberq də karikaturalarında da bir işi görmək üçün olduqca qarışıq olan maşınları təsvir edirdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 10. "Game of Thrones" serialının Belfastdakı çəkiliş yerini ziyarət edən II Elizabetaya BURAXILMIŞ SÖZLƏR təklif olunsa da, o, bunu qəbul etmir. Lakin kraliça 1952-ci ildə BURAXILMIŞ SÖZLƏRİ qəbul etmişdi. BURAXILMIŞ SÖZLƏRİ biri saitlə başlayan iki sözlə yazın. -Cavab: Taxtda əyləşmək -Şərh: İngiltərə kraliçasına dəmir taxtda əyləşmək təklif olunsa da, kraliçanın hətta uydurma da olsa, başqa taxtda oturmasına icazə olmadığı deyilir. Kraliça özü isə 1952-ci ildən İngiltərə taxtında əyləşib. -Müəllif: Səməd Səmədov - -Sual: 11. "World Wresting Entertainment" şirkətində fəaliyyət göstərən döyüşçülərdən o, final hərəkətində rinqin hər hansı bir yerinə toxunub, oradan rəqibinin üzərinə düşür. Onun səhnə adını bir fransız mənşəli söz ilə yazın. -Cavab: Rikoşet -Şərh: Əsl adı Trevor Mann olan Rikoşet, rinqdəki bir yerə toxunub, rəqibinin üstünə düşür. Eynilə rikoşet termini kimi başqa yerə toxunaraq digər tərəfə yönəlir. -Müəllif: Əhməd Əliyev - -Sual: 12. Dmitris Koutsoumpasın sözlərinə görə, X Avropanın şərqində və Balkan ərazilərində ittifaqın qüdrətinin zəif olduğunu göstərəcək. Əvvəlki cümlədə bir sözün orjinal formasında 5 hərf buraxılıb. Həmin 5 hərfi yazın. -Cavab: G, R, E, I, T -Şərh: Söhbət Yunanıstanın Avropa ittifaqından çıxmasını nəzərdə tutan plandan gedir. Mətn Yunan adının verilməsi və Balkan yarımadası sizi Grexitə çıxara bilərdi. -Müəllif: Səməd Səmədov - -Sual: 13. Paylama materialıHuqo Klausun 1983-cü ildə nəşr olunan "Belçikanın kədəri" əsəri "XX əsrin ən mühüm romanı" hesab olunur. Əvvəlki cümlədə buraxılmış birinci hissəsi müxtəlif qalın saitlərdən ibarət mürəkkəb sözü yazın. -Cavab: Hollanddilli -Şərh: Rekvizitdə əsərin hollanddilli versiyasının üz qapağı verilmişdi. Sualın sonluğu sizdə flamand versiyasını seçməmək üçün verilmişdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 14. Roma imperiyası Britaniyada işğal prosesi zamanı kraliça Boudikaya işgəncələr verirlər. Bundan sonra Boudika Romalılara qarşı mübarizəyə başlayır və Romanın Britaniyadakı paytaxtına hücum edərək oranı yandırır. Bu haqda olan bir filmdə məşhur bir ifadədə bir söz dəyişdirilib. İfadəni dəyişdirilmiş formada yazın. -Cavab: İntiqam isti yeyilən yeməkdir -Şərh: Sualda onun işgəncələrə məruz qalması və şəhəri yandırması sizi cavaba çıxara bilərdi. -Müəllif: Səməd Səmədov - -Sual: 15. 1976-cı ildə bir rok qrupu tərəfindən yazılmış mahnı Dr. Frankenşteyn adlanır. Əvvəlki cümlədə bir hərfin iki hərflə əvəz olunduğunu bilərək həmin hərfi yazın. -Cavab: U -Şərh: Bildiyiniz kimi "funk" bas gitara və elektrikli gitaranın əsas yer tutduğu musiqi janrıdır. -Müəllif: Səməd Səmədov - -Sual: 16. 2016-cı ildə yaradılmış Alfa adlı qurğu 30 milyon hərəkəti yadında saxlaya bilir və növbəti hərəkətləri də təxmin edə bilir. Sizə verilmiş cümlədə bir sözdə iki hərf buraxılıb. Həmin hərfləri bərpa edərək sözü cavab kartlarınıza yazın. -Cavab: Alfaqo -Şərh: Qo oyunu bildiyiniz kimi çox geniş gediş sayına malik olan oyundur. Yeni yaradılmış robot proqramına da Alfaqo adı verilmişdir. -Müəllif: Səməd Səmədov - -Səhifə -> 47 | Sual Sayı -> 12 - -Sual: 1. Onun uşaqları Ramiz və Firəngiz atası haqqında danışarkən qeyd edir ki, atası indiki Filarmoniya bağında gəzərkən əlində ya qızılgül, ya da ki nərgizgülü olarmış. Kimin? -Cavab: Əliağa Vahid -Şərh: Uşaqlarının sözlərinə görə atası ad seçərkən də qafiyədən istifadə etmişdir, sualın birinci verilməsi də əlavə ipucu idi və eyni səhnəni Qəzəlxan filmində görə bilərsiz. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. Əbdül Mahmudov xatırlayır ki, Həsən Seyidbəyli ilə Pirşağıdakı bağa gedən zaman tində dayanan uşaqları görmüş, bundan sonra isə filmin çəkilişlərinə Ağasəlim Çıldağ və tələbələri dəvət olunmuşdur. Hansı filmin? -Cavab: Bizim Cəbiş müəllim -Şərh: Tində dayanmış uşaqlardan biri də Aqil Ağacanov olmuşdur, onların meyxana dediyini görən Həsən Seyidbəyli uşaqların hamısını filmə dəvət etmiş, məşhur meyxananı isə Ağasəlim Çıldağ yazmışdır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Tüdorlar serialında yeni kral seçilmiş VIII Henri Tomas Mora Urbino şahzadəsinin ona-yəni VIII Henriyə hədiyyə olaraq göndərdiyi kitab haqqında danışır. Siz isə bu kitabın müəllifini yazın. -Cavab: Nikkolo Makiavelli -Şərh: Yeni kral seçilmiş VIII Henriyə hakimiyyəti idarə etməyin yolları və uğurlu siyasət aparmaq üçün Nikkolo Makiavellinin yazmış olduğu “Hökmdar” əsəri hədiyyə olunmuşdu. Makiavelli Mediçi ailəsinin məsləhətçisi olduğu kimi, Tomas Mor da VIII Henrinin məsləhətçisi olmuşdur. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Tibbin yaxşı inkişaf etmədiyi orta əsrlərdə xəstənin nəfəs alıb-almamasını yoxlamaq üçün X-dan istifadə edilirdi. Siz isə 1994-cü ilə aid olan və X-ın səmadan düşməsi ilə başlayan filmi deyin. -Cavab: Forrest Gump -Şərh: Çox nazik quruluşa malik olan quş lələkləri xəfif olduğu üçün insan nəfəsini rahatlıqla bildirir. 1994-cü ildə çəkilmiş Forrest Gump filmi isə səmadan quş lələyinin düşməsi ilə başlayır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. 1998-ci il Fransadakı Dünya Çempionatına gələn italyan azarkəşlər 1\8 finalda Norveç ilə oyunda Vierinin yeganə qolunu görmüş və italyanlar qalib gəlməsinə sevinmişdilər. Bu haqqda olan məqalənin adı məşhur ifadədən bir sözlə fərqlənir. Siz isə ifadə müəllifini tapın. -Cavab: Yuli Sezar -Şərh: İtalyan azarkeşlər Fransaya gəlmiş,görmüş və qalib gəlmişdilər. Məqalə “Vieri, Vidi, Vici” adlanırdı “Veni, Vidi, Vici” məşhur ifadəsinin müəllifi isə Sezardır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. Keçən əsrin ortalarında yazılmış bir məqalədə müəllif Mingəçevir Su Elektrik Stansiyasının tikintisində çalışan işçiləri X-lər adlandırır. X həm də XIX-cu əsrin əvvəllərində çap olunmuş əsərin adının bir hissəsidir. Əsər müəllifini tapın. -Cavab: Meri Şelli -Şərh: Odu Allahlardan alıb insanlara verən Prometey Qafqaz dağlarında zincirlənmişdi. Stansiyanın tikintisində çalışan insanları görən müəllif onları “müasir prometey” adlandırmışdı. 1818-ci ildə çap olunmuş “Frankşteyn və ya müasir Prometey” əsərinin müəllifi isə Meri Şellidir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. “Da Vinçinin Şeytanları” serialının monastrda cərəyan edən epizodlarından birində rahibə Florensiyada yayılmış xəstəlik, əxlaqsızlıq və s. bunun kimi pis şeylərdə Mediçi ailəsini günahkar bilərək Florensiyanı bu iki şəhərlə müqayisə edir. Hansı? -Cavab: Sodom və Qomorra -Şərh: Monastrda yayılmış xəstəliyi tanrının cəzası olaraq qəbul edən rahibə əxlaqsızlıq hallarına görə cəzalandırıldıqlarını düşünmüş və Sodom və Qomorra şəhərlərini xatırlamışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. O, 1972-ci ildə “Les revenentes” əsərini yazır və 3 il əvvəlki “borcunu artıqlamasıyla qaytarır”. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Jorj Perek -Şərh: 1969-cu ildə yazdığı “Qeybolma” əsərində “E” saitindən istifadə etməmişdi, bundan sonra yazdığı əsərində isə yalnız “e”-dən istifadə etmişdir və bunu əsərin adında da görə bilərik. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 9. Yaponiyada imperatora olan müqəddəs sevgidən danışılan sənədli filmdə İkinci Dünya Müharibəsindən sonra Hirohitonun ilk dəfə xalqı salamlayan zaman insanların bunu gördüyü bildirilir. 1986-cı ildə isə Əli Bin Nasir bunu görməmişdi.Bunu üçüncü növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Tanrının əli -Şərh: Yaponyada imperatora olan sitayişi xarakterizə edən zaman Hirahito tanrıya bənzədilir, xalqı salamlayan zaman isə insanlar onun əlini görmüşdülər, 1986-cı il Dünya Çempionatı zamanı baş tutmuş İngiltərə-Almaniya oyununda hakim olan Əli bin Nasir Maradonanın əl ilə vurduğu görməmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. Tarixə məlum olan ən böyük UNO (Uçan Naməlum Obyektlər) axını haqqında olan məqalə X adlanır. X həm də Sörfinq həvəskarlarının əvəzedilməz adrenalin mənbələrindəndir. X-i ikinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Meksika Dalğası -Şərh: Sualdakı “axın” sözü də ipucu ola bilərdi. Digər ipucu isə Sörfinq yarışları ilə bağlı idi. Məqalə Meksika dalğası adlanırdı, Meksika dalğaları da yarışların əsas komponentlərindəndir, bundan əvvəlki sualda 1986-cı il Dünya Çempionatına həsr olunmuşdu. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Den Braun “İtirilmiş simvol” əsərində Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbər işçisi Sato-nun nadir hallarda üzə çıxmasına baxmayaraq ondan həmişə qorxulduğunu qeyd edərək X-i xatırlayır. X həm də 2014-cü ildə çəkilmiş filmin adıdır. X-i tapın. -Cavab: Leviafan -Şərh: Təhlükəsizlik Xidmətinin rəhbəri olan Sato ofisini nadir hallarda tərk etməyinə baxmayaraq ondan həmişə qorxulduğunu yazan müəllif Leviafanı xatırlayır, 2014-cü ildə isə Andrey Zvyagintsev “Leviafan” filmini çəkmişdir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. “Vikinqlər” serialının qəhrəmanı Raqnar yeni ölkəyə hücum edən zaman yaxınlıqda torpağın olmasını xəbər almaqdan ötrü X-i sahilə yollayır. X həm də 1845-ci ildə çap olunmuş əsərin adıdır. Siz isə bu əsərin müəllifini tapın. -Cavab: Edqar Alan Po -Şərh: Skandinav mifologiyasında baş tanrı Odinin dünyadan xəbər gətirən Quzğunlarına görə Vikinqlər səfərləri zamanı Quzğunlardan istifadə edirdilər. Bu isə Edqar Alan Ponun müəllifi olduğu əsərdir. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 51 | Sual Sayı -> 12 - -Sual: 1. Dünyanın yaranması karikaturasında, vulkan püskürməsi “ilk X” başlığı altında verilib. “İlk X” XIII əsrdə Çində, insan ölümü və rəngli səma ilə müşayiət olunmuşdu. X-i bir alman sözü ilə yazın. -Cavab: Feyerverk -Şərh: Karikatura vulkan püskürmələri ilk feyerverklərlə müqayisə olunur. Feyerverklər ilk dəfə olaraq Çində ixtira olunmuş və insan ölümlərinə səbəb olmuşdur. -Müəllif: Səid Canıyev - -Sual: 2. Məmmədəli Qıpçaq bu ifadə haqqında danışarkən yazır ki, hələ qədim zamanlardan insanlar digərlərinin fikirlərini onların gözündən oxuya bilirdilər. “Mozalan” kinojurnalının papaq və ayaqqabı dükanlarında baş verən əliəyrilikləri tənqid edən sujeti də bu adı daşıyır. Sözügedən ifadəni cavab kartlarınıza yazın. -Cavab: Dost başa baxar, düşmən ayağa -Şərh: Dilçi alim yazır ki, gözlərindəki ifadəni gizlətməyə ehtiyac duymayan dost, insanın gözünün içinə, yəni başına baxır, gözlərindən düşmənçilik oxunan şəxs isə baxışlarını gizlətməyə çalışaraq ayağa baxar. Papaq və ayaqqabı dükanları sözləri də sizə kömək etməli idi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. “Balaca Şəhzadə” əsərinin yer planetinə düşmüş və tülkü ilə qarşılaşmış qəhrəmanı, tülkünün ilk suallarından birinə cavab verərkən “Bunu etdiyini” bildirir. Hansı filosof, çaşqın əhalinin suallarına “Bunu etdiyini” demişdir? -Cavab: Sinoplu Diogen -Şərh: Əsərdə yerə gəlmiş balaca şahzadə, çox yerləri gəzsə də bir insan ilə belə qarşılaşmamışdı. İlandan da, güllərdən də insanların harada olduqlarını soruşurdu. Tülkünün sualına isə “İnsan axtarıram” cavabını vermişdi. Günorta vaxtı əlində çıraq ilə gəzdiyini görən çaşqın əhalinin suallarına Diogen də “İnsan axtarıram” cavabını vermişdir. -Müəllif: Səid Canıyev - -Sual: 4. Ötən əsrin ortalarında çəkdiyi filmlərin birinə aktyor axtaran Leonid Qayday əsas rola Georgi Vitsini düşünsə də, sonda seçimini Andrey Mironovun üzərində saxladı. Rolun uğurundan sonra kino tənqidçilər qeyd edirdilər ki, tale öz X-ni Mironova uzatdı. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Brilyant əl -Şərh: “Brilyant əl” 1968-ci ildə Leonid Qayday tərəfindən ekranlaşdırılmış filmin adıdır. Sualın mətnində işlənmiş “uzatdı” sözü də açar olmalı idi. -Müəllif: Səid Canıyev - -Sual: 5. XX əsrin sonlarında Lessin şəhərində doğulmuş bu rəssam , əsərlərini şərh edərkən “Görüntü ilə söz ekvivalent” ola bilməz deyirdi. Söhbətin hansı rəssamdan getdiyini tapın. -Cavab: Rene Maqrit -Şərh: 1898-ci ildə Lessin şəhərində anadan olan Belçikalı rəssam Rene Maqrit “Bu alma deyil”, “Bu trubka deyil” əsərlərinin də müəllifidir. -Müəllif: Səid Canıyev - -Sual: 6. Den Braunun “Rəqəmsal qala” əsərində personajlardan biri yeni qurğu ilə tanış olur, lakin digər personaj gördüyünün qurğunun yanlız kiçik hissəsi olduğunu və digər hissəsinin aşağı mərtəbələrdə olduğunu bildirir və qurğunu buna bənzədir. Nəyə? -Cavab: Aysberq -Şərh: Qurğunun digər hissəsi aşağı mərtəbələrdə idi və personaj qurğunu tam şəkildə görə bilmirdi. Eynilə aysberqin görünməyən tərəfi kimi. -Müəllif: Emil Yusublu - -Sual: 7. 1960-cı ildə, saatını möhkəm vurduğu üçün, zərbədən xarab olması, onu daha da əsəbləşdirdi. Söhbət kimdən gedir? -Cavab: Nikita Xruşşov -Şərh: Birləşmiş Millətlər iclasında söz almaq üçün əvvəlcə saatını stola vuran Xruşov saatının xarab olduğunu görüb dahada əsəbləşmiş və ayaqqabısını çıxararaq stola vurmuşdur. -Müəllif: Emil Yusublu - -Sual: 8. Əslən Samoadan olan Tim Kehill bunu qolunda daşıdığı ailə ağacı adlandırmışdı. Bunu əcnəbi mənşəli bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Tatu -Şərh: Sualda Kehillin samoalı olması təsadüfi verilməmişdi. Belə ki, Okeaniyada tatu hələ qədim dövrlərdən yayılmışdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. Kitabların birində, Lorenzo Qibertinin əsərinin gözəlliyindən danışılarkən, Mikelancelo həmin əsərin hətta oranı belə bəzəyə biləcəyini deyir. Siz isə XIV əsrə aid bir mənbədə kimin öz sevgilisini orada qarşıladığını deyin. -Cavab: Beatriçe -Şərh: Əsər o qədər gözəl idi ki, Mikelancelo əsərin cənnəti bəzəyə biləcəyini vurğulayır. -“İlahi Komediya”nın üçüncü hissəsində Beatriçe sevgilisi Danteni, Cənnətdə qarşılayır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 10. Osman Mirzəyev bu adın ölkəmizdə geniş yayılmasından danışarkən Gürcüstanda Sako adının qoyulmasını qeyd edir. Diqqət sual: Söhbət hansı addan gedir? -Cavab: Azər -Şərh: Gürcülər Gürcüstana Sakartvelo deyirlər. Sakartvelonun ön hissəsindən yaranan Sako adı sizə ölkəmizdə Azərbaycanın ön hissəsindən yaranan Azər adını tapmağa kömək etməli idi. -Müəllif: Emil Yusublu - -Sual: 11. Beyzbol terminologiyasında 1 oyunçunun topu 5 dəfə meydandan kənara çıxarması “platin sombrero” vəya X adlanır. İlk dəfə 1920-ci ildə Antverpendə istifadə olunmuş X-i iki sözlə yazın. -Cavab: Olimpiya halqaları -Şərh: Sualın mətnində işlənmiş 5 sözü və Antverpen şəhəri sizi olimpiya halqalarına aparmalı idi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 12. Diqqət! I turun son sualı.  “Unknown Chaplin” – “Bilinməyən Çaplin” filminin başlanğıcında Çaplin görünür və daha sonra filmin adı yazılır. Bu zaman Çaplinin papağı qolunda sürüşək bu olur. Bunu bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: “İ” hərfinin üzərindəki nöqtə -Şərh: Filmin əvvəlində Çaplin görünür daha sonra “Unknown Chaplin” yazısı yazılır. Bu zaman Çaplin “L” hərfini əvəz edir, papağı isə qolunda sürüşərək “İ” hərfinin üzərindəki nöqtəyə çevrilir.Sualın sonuncu olması da sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Səhifə -> 53 | Sual Sayı -> 10 - -Sual: 1. Serialların birində rus çarından dəvət alan Hudini çar ailəsinin üzvlərindən kağıza öz arzularını yazmasını istəyir və yazılı kağızları BUNUN içinə qoyur. Kraliça II Yelizavetanın kolleksiyasında BUNUN sayı 3-dür. BUNU iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Faberje yumurtası -Şərh: Hudini yazılı kağızları Faberje yumurtasının içinə yerləşdirib qarışdırır. II Yelizavetanın şəxsi kolleksiyasında 3 Faberje yumurtası var. Ənənəvi olaraq paketə yumurta ilə başladıq. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. İmran Qasımov yazırdı: “Mehdidə buna qarşı xüsusi sayıqlıq vardı; məktəb həyətindəki atışma-vuruşma oyunlarında o, həmişə kürəyini divara söykəməyə çalışırdı.” 1977-ci ildə çəkilmiş bir filmimizi yada salaraq, bunu 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: Arxadan vurulan zərbə -Şərhlər: None -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. 1897-ci ildə alman kimyaçısı Feliks Hofman atasının ağrılarını keçirmək üçün Asetilin və SPİReya bitkisindən ibarət dərman hazırlayır. Sizsə,1 dəqiqədən sonra onun bu tərkibə verdiyi adı cavab kartlarınıza yazın. -Cavab: Aspirin -Şərh: Kimyagər ağrıları keçirmək üçün hazırladığı bu tərkibə Asetilinin "A"-sını, Spireyanın "Spir" hissəsini və maddələrə tipik sonluq olan "in" şəkilçisini artıraraq ilk dəfə Aspirini yaratmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Maraqlıdır ki,bu canlıların boğazı gözü nəmləşdirən toxumaların çox yaxınlığında yerləşir.Ona görə də canlı nisbətən böyük cisimləri udmaq istədikdə boğazda yaranan tıxanma gözlərin biraz daha nəmlənməsinə səbəb olur. Söhbətin hansı canlılardan getdiyini yazın. -Cavab: Timsah -Şərh: Yayılmış geniş mifə görə timsahlar qurbanlarını yeyərkən guya göz yaşları tökürlər.Lakin müəyyən edilib ki,böyük qidalar boğazdan çətinliklə keçdiyindən göz toxumaları qıc��qlanır və gözdən yaş axır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Azərbaycanın şimal bölgəsində yerləşən bir coğrafi obyekti araşdıran sual müəllifi, onun zirvələrinin eyni olmadığını, yəni müxtəlif hündürlükdə olduğunu öyrəndi. Bəs bu zaman müəllif hansı Azərbaycan atalar sözünü xatırladı. -Cavab: Beş barmağın beşi də eyni deyil -Şərh: Söhbət beş zirvədən ibarət olan Beşbarmaq dağından gedirdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Paylama materialıRekvizitdə parodiya olan filmdən baş geyimini görürsünüz. Bəs bu hansı filmə parodiyadır? -Cavab: Aclıq Oyunları -Şərh: Filmdə Effi Trinqket obrazı daim müxtəlif rəngdə saç və qeyri-adi baş geyimlərində görünür. Parodiya filmində isə baş geyimində müxtəlif qida məhsullarının olması “Aclıq Oyunları”na birbaşa işarə edir. -Müəllif: Emin Məsimli - -Sual: 7. O. Henrinin bir hekayəsində qəhrəmanın tənhalığını bildirmək üçün ona məxsus X-in həmişə boş olduğu bildirilir. Əli Nazim ilk dəfə X-də milli cəmiyyətin aşağı zümrələrinin ədəbiyyat kəbəsinə gətirildiyini bildirir. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Poçt qutusu -Şərhlər: None -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Tomasso Kampanellonun ən məşhur əsəri çox inkişaf etmiş və bütün digər dünya ölkələrindən irəlidə olan utopik "Günəş ölkəsi" romanıdır. Nə qədər qəribə olsa da, əsərdə Günəş ölkəsi sakinlərinin bu ölkədən heç xoşlarının gəlmədiyi qeyd olunur. Onların hansı ölkəni sevmədiklərini yazın. -Cavab: Yaponiya -Şərh: Yaponiya hələ qədim dövrdən "Günəş vilayəti" kimi tanınsa da, əsərdə yaponların qara rəngi sevdiklərinə görə Günəş ölkəsi insanlarının onlardan nifrət etdiyi qeyd olunur. Əvvəlki suallardan birində iştirakçılara Yaponiyanın "Günəş torpağı" adlandığını xatırlatmışdıq. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Uilyam Şekspirin “Hamlet” əsrində, atası Hamlet ilə dialoqu zamanı getməli olduğunu bildirərək səhərin artıq açıldığını və ətrafdakı X-in işığının azaldığını bildirib. Elektrikin kəsilməsindən bəhs edən bir serialda isə X-in işığı insanlara gecə vaxtı kömək edir. X-i tapın. -Cavab: İşıldaquş (Atəş böcəkləri) -Şərh: Onların bədənində onlar Lüsiferin maddəsi gecə uçan zaman xüsusi işığın yaranması səbəb olur. Səhər açılan zaman isə təbii olaraq İşıldaquşların işığı zəifləməyə başlayır, elektrikin olmadığı bir zamanda isə insanların köməyinə işıldaquşlar çatır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. Bəxtiyar Vahabzadə ilə yola getməyən Hüseyn Arif bir gün səhər onu çağırdıqlarını zənn edib yuxudan oyanır və xanımından bunun nə olmasını öyrəndikdən sonra deyir:   - “Görürsən, heç “Bəxtiyar, Bəxtiyar” qışqıran yoxdur.”   - Bu hadisənin nə zamanı baş verdiyini tapın. -Cavab: Aşura günü -Şərh: Küçə ilə gedən dindarlar “Hüseyn, Hüseyn” qışqırmışlar bunu eşidən Hüseyn Arif isə onu çağırdıqlarını düşünmüşdür. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 62 | Sual Sayı -> 12 - -Sual: 1. Xayao Miyadzakinin bir filmində havada uçan personajlar səhv istiqamətdə olduqlarını X-dən bilirlər. X həm də 1873 ildə çəkilmiş əsərin adında var. X-i tapın. -Cavab: Günəşin doğması -Şərh: Günəşin çıxdığını görən qəhrəmanlar anlayırlar ki, səhv istiqamətdə hərəkət edirlər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 2. Hans Xristian Andersen bir nağılında yazır ki, şimaldan olan qəhrəmana isti hava o qədər təsir edir ki, hətta X-i belə kiçilir. “Amerikan tanrıları” serialında personajlardan birinə verilən adın izahını soruşanda o deyir ki, körpəlikdən öz anasını izləyirdi. X-i deyin. -Cavab: Kölgə -Şərh: İsti şimaldan olan qəhrəmana o qədər təsir edirdi ki, onun hətta kölgəsi də kiçilir, sanki əriyirdi. “Amerikan tanrıları” serialında personajlardan birinə verilən adın izahını soruşanda isə o, körpəlikdən öz anasını kölgə kimi izlədiyini deyirdi. -Müəllif: Urfan Orucov - -Sual: 3. Bir psixoloji testdə səsinizin və ONUN iştirakı vacibdir. O ingilis dilində palindromdur. ONU tapın. -Cavab: Göz -Şərh: Psxioloji test səsin və gözlərin insanları heç vaxt aldatmayacağınızı bildirir. İngiliscə göz “eye”-dır. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 4. Simpsonların seriyalarının birində Springfieldin talismanı olan limon ağacını oğurlayan Şelbivillilər onu maşın dayanacağında gizlədirlər. Müqədddəs simvollarını qaytarmaq istəyən Springfildlilər bir maşına yığışıb Şelbivilə yollanırlar. Siz bu seriyanın adında hansı xüsusi ismin olduğunu tapın. -Cavab: Troya -Şərh: Seriyanın adı Gözəl Yelenanın adına parodiya idi (Helen of Troy). Dayanacaqdakı maşın isə Troya atına işarə idi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 5. Məhşur pilot Mixail Şumaxerin sitatına qulaq asın: “Ayrton Senna vəfat etdikdən sonra başa düşdüm ki, indi etməli olduğum yeganə düzgün şey BUDUR, çünki heç birimiz sığortalanmamışıq” Amerikalı evdar qadın Federika Stiuel BUNU EDƏRKƏN hamı fikirləşirdi ki, o roman yazır. BUNU ETMƏKLƏ əvəz etdiyimiz sözləri yazın. -Cavab: Vəsiyətnamə yazmaq -Şərh: Ayrton Senna qəzaya düşüb öldükdən sonra Şumaxer də eyni aqibəti yaşaya biləcəyindən tez şəkildə ailəsinə vəsiyyətini qoymağını lazım olduğunu başa düşür. Federika Stiuel 20 ilə yaxın vəsiyyətnamə yazmasını hamı roman yazmaq kimi anlamışdı. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. “Harri Potter və fəlsəfə daşı” filmində dərsə gecikən Ron və Harri müəllimənin olmadığını düşünüb sevinmişdilər. Amma bu zaman pişiyə çevrilən professor yenidən öz normal vəziyyətinə qayıdıb uşaqları təəcübləndirir. Professor təqsirkarları BUNA əşyaya çevirməyi təklif edir. BUNUN bir neçəsinə hal-hazırda oyun zalında rast gəlmək olar. BUNU tapın. -Cavab: Qol saatı -Şərh: Dərsə vaxtında gəlməyən şagirdləri bir də bu hadisənin təkrarlanmaması üçün professor qol saatına çevirmək istəyir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 7. Paylama materialıJust do it“Habrahahr” informasiya kompaniyasının tvitter profilinin məlumat bölməsində rast gəlinən bu şüarda hansı dəyişikliyin edildiyini cavab kartlarınıza yazın. -Cavab: Just do İT -Şərh: “Habrahahr” informasiya kompaniyası “it” əvəzliyini İT (informasiya texnologiyaları) abreviaturası ilə əvəz etmişdi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 8. “Heraklın qəhrəmanlığı” novellasında Erkül Puaro şaiyələri X-ə bənzədir. Barbara Streyzend effekti haqqında videoçarxda da X-in adı çəkilir. X-i 2 sözlə deyin. -Cavab: Lerney hidrası -Şərh: Streyzend effekti gizlədilməyə çalışılan bir şeyin əksinə, daha da yayılmasına verilmiş addır. -Müəllif: Urfan Orucov - -Sual: 9. Bir əsərdə ağır cinayət işləyən top-model haqqında deyilir ki, o podiumu X-ə dəyişə bilər. Aleksandr Düma “Qafqaz” əsərində Kazbek dağını Prometeyin X-i adlandırır. X-i fransız mənşəli sözlə deyin. -Cavab: Eşafot -Şərh: Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança eşafot adlanırdı. Model də cinayət törətdiyi üçün podiumu eşafota dəyişə bilərdi. -Müəllif: Urfan Orucov - -Sual: 10. “The Game” filmində baş qəhrəman “Oyun”u təkşil edən şəxsi öldürmək üçün götürdüyü silahı maraqlıdır ki, bu kitabın içində gizlədir. Kitabın müəllifi, universiteti bitirdikdən sonra atasının hüquq şirkətində çalışmaq istəyirdi. Həmin kitabın adını deyin. -Cavab: Məsxərəçini öldürmək -Şərh: Konrad Van Ort bu “Oyun”u yaradanı yəni onu məsxərəyə qoyan şəxsi axtarır və silahı Harper Linin məsxərəçini öldürmək kitabının içində gizlədir. İxtisasca hüquqşünas olan Li Attikus Finç obrazı üçün ilhamlandığı atasının hüquq şirkətində işləmək istəyirdi. -Müəllif: Urfan Orucov - -Sual: 11. Simpsonlar serialının bir epizodunda Homer Tanrının qəzəbinə tuş gəlir və Springfield bəlaya uğrayır. Həmin epizodda biz Nedin maşınını görə bilərik. Əvvəlki cümlədə 2 söz əvəz olunub. 2 sözü tapın. -Cavab: Nuhun gəmisi -Şərh: Şəhəri daşqın basmışdı, sualda da Bibliya süjetinə allüziya edilmişdir. -Müəllif: Elçin Şabanov - -Sual: 12. Epic Rap Battles Youtube kanalındakı videoların birində Bill Geyts Steve Jobsa hətta Jobsun dediyi repin də ONUN tərəfindən yazıldığını söyləyir. Uolter Ayzekson Jobsla ONUN görüşünü 32 ilə əvvəl baş vermiş Hewlett və Packard arasındakı görüşlə müqayisə edir. Onun kim olduğunu tapın. -Cavab: Stiv Voznyak -Şərh: Apple şirkətinin yaradıcılarından olan Voznyak şirkətinin məhsullarının müəllifidir. HP şirkətinin yaranması Apple şirkətinin yaranması qədər mühüm hadisədir. -Müəllif: Elçin Şabanov - -Səhifə -> 63 | Sual Sayı -> 15 - -Sual: 1. Maraqlıdır ki, keçən əsrin I yarısında Alman Lüteran kilsəsi bu sözün alman dilində dini mənada “xilasolma, qurtuluş” anlamı verdiyini rəsmi olaraq qəbul etmişdir. Həmin sözü yox, bundan imtina edənlərin kim olduğunu tapın. -Cavab: Yehova şahidləri -Şərh: Belə ki, qədimdə german tayfaları özlərinə kral seçərkən nizələrini qaldıraraq “heil” sözünü deyirdilər. 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra bir-birini salamlamaq üçün “Heil hitler” söylənilirdi. Bunu icra etməkdən imtina edən Yehova şahidləri xilasın ancaq İsa Məsihi tərəfindən gələ biləcəyini bildirərək “Guten Tag” və ya “Guten Morgen” (“Gününüz xeyir”) sözlərindən istifadə edirdilər. Biz də turnirimizə “Guten tag” deyərək başlayırıq. -Müəllif: Toğrul Qurbanov - -Sual: 2. O, 60-cı illərə aid əsərini yazarkən Hötenin Faustundan ilhamlanmışdı. Bir neçə il sonra onun Hans Xristian Andersen mükafatı aldığını bilərək,kim olduğunu deyin. -Cavab: Ceyms Kryus -Şərh: Alman yazıçısı Ceyms Kryusun əsərində Tim Taler adlı balaca uşaq öz gülüşünü baron Lefuetə (rus tərcüməsində Treç) satmalı olur. Maraqlıdır ki, baronun adının anaqramması almancadan şeytan mənasını verən Teufel sözüdür. Hötenin "Faust" əsərində də həkim Faustun şeytanla saziş bağlama anı məşhur süjet xəttidir. -Müəllif: Xəyal Məmmədov - -Sual: 3. Sualda iki söz bir sözlə əvəz olunmuşdur!!   -Albrext Dürer qravürlərindən birində sağ əli ilə qaraciyər ətrafını göstərir. Qreta İonkis bu qravür vasitəsilə Dürerin həkimlərə "Herakl xəstəliyindən" əziyyət çəkməsini bildirmək istəməsini qeyd etmişdir. Əvəz olunan sözü cavab kartlarınıza yazın. -Cavab: Melanxoliya -Şərh: Belə ki yüzillər boyu melanxoliyanın səbəbi kimi qaraciyər, öd kisəsi və dalaqda olan hər hansı bir ağrını və orqanizmdə həddən artıq öd turşusunun olmasını göstərirdilər. Melanxoliya sözü yunancadan tərcümədə “qara öd” deməkdir. Melanxoliyanın Herakl xəstəliyi əvəz olunması da təsadüfi deyil. Belə ki qədim yunanlar Heraklın təbiətən melanxolik olmasını onda qara öd axını ilə əlaqələndirib və bunu onun adı ilə adlandırmışdılar. -Müəllif: Toğrul Qurbanov - -Sual: 4. Con Sarcentin 1919-cu ildə tamamladığı rəsmdə qəhrəmanlar Peter Breygelin “Korlar” rəsminə oxşar şəkildə təsvir olunmuşdur. Siz isə onun rəsmi çəkərkən olduğu Avropa şəhərini deyin. -Cavab: Ipr -Şərh: İlk dəfə 1917-ci ildə Alman ordusu tərəfindən Belçikanın İpr şəhərində ingilis-fransız qoşun birləşmələrinə qarşı zəhərli maddə –iprit tətbiq olunmuşdur. İpritin maye halda bir damcısının gözə düşməsi insanın kor olmasına səbəb olur. “Qazla zəhərlənmişlər” rəsmində gözlərinə sarı bağlanılan əsgərlərin bir-birinin arxasınca getməsi təsvir olunmuşdur. -Müəllif: Xəyal Məmmədov - -Sual: 5. "X" barədə danışılan məqalədə Hansın kimi gözləməsi barədə seçim edə bilmədiyi qeyd olunur. Maraqlıdır ki, bir sənədli filmdə "X"-ın ingilis əsgərlərinə öz sevgililərini xatırlamaları bildirilir. "X"-ı bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Lili Marlen mahnısı -Şərh: 1915-ci ildə Rus cəbhəsinə yollandıqdan sonra bir dəfə paytaxta buraxılışa çıxan Hans həmin gün Lili adlı baqqalçı qızı və tibb bacısı Marlenlə tanış olmuşdur. Saatdar olarkən olduğu işıq dirəyində onlardan hansı ilə görüşmək istəməsi barədə seçim edə bilməmişdir. Nəticədə hər iki adı birləşdirmişdir. İlk dəfə həmin mahnı “Gənc saatdarın mahnısı” adı ilə çap olunmuşdur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. Bir əsərin baş qəhrəmanının adı sikkə cingiltisi ilə müqayisə edilir. Həmin qəhrəmanın kim olduğunu deyin. -Cavab: Tim Taler -Şərh: Bundan bir neçə sual əvvəl Ceyms Kryusla bağlı sualın şərhində əsərin adını eşitdiniz. Taler orta əsrlərdə istifadə olunan alman sikkəsi idi. Əsərdə Tim Talerin gülüşünü pulla almaq istəyən cənab Sibli onun adını sikkə cingiltisi ilə müqayisə edir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Paylama materialıSizə paylanılmış rekvizitdə şahmatın Almaniyada yayılmasında mühüm rol oynamış "Berlin X-ı" adlanan qruplaşmanın nümayəndələri təsvir olunmuşdur. "X"-ı Yaponiyada "birgə yığışmaq" mənasını verən "subaru" sözü ilə adlandırırlar. "X"-la əvəz olunanı deyin. -Cavab: Pleyada -Şərh: Qruplaşmanın üzvlərinin sayı şəkildə də verildiyi kimi 7 nəfərdir. Yunan mifologiyasında Atlantın 7 qızı sonradan Buğa bürcünün ulduzlarına çevrilmişdir. Adətən 7 nəfərdən ibarət olan qruplaşmaları, birlikləri pleyada adlandırırlar. Məşhur avtomobil brendi olan Subarunun emblemində 6 ulduzu görmək olar. Belə ki ,pleyadalarda 6-sı gözlə görünəndir, 7-cisi həmişə görsənmir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 8. “Centlemenlər sarışınlara üstünlük verir” filmində kişiləri cəlb edən Merilin Monronun yaratdığı obrazın adı "Alfa" adlanır.”Ulduz yolu” animasiya serialının epizodlarından birində "Alfa" adlı siqnal kosmik gəmilərin qəzaya uğramasına səbəb olur. 1 dəqiqədən sonra "Alfa"nın adını cavab kartınıza yazın. -Cavab: Loreley -Şərh: Reyn qızlarından biri olan Loreley yunan mifologiyasındakı sirenalar kimi öz cəzbedici səsi vasitəsilə dənizçiləri olduğu qayaya tərəf cəlb edirdi. Filmdə də Merilin Monronun canlandırdığı Loreleya Linin kişiləri özünə cəlb etməsi öz əksini tapmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 9. Bir elmi-populyar kitabda "Alfa" haqda danışılarkən qatarın pəncərəsində tez-tez dəyişən peyzaj xatırlanır. "Alfa" haqqında vikipediya məqaləsindən mobilizm haqqında məqaləyə keçid vardır. "Alfa"nı bir neçə sözlə deyin. -Cavab: Materiklərin dreyfi nəzəriyyəsi -Şərh: 1912-ci ildə Alfred Vegener tərəfindən irəli sürülən bu nəzəriyyə Yer kürəsinin litosferində baş verən genişmiqyaslı yerdəyişmələri izah edir. Mobilizm sözünün kökü olan "mobile" "hərəkət, hərəkətdə olmaq" deməkdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. “Salem” serialında keşişlə üzləşən qatil özünü keşişin "X"-i adlandırır. Ləqəbi "X" olan şəxsdən bəhs edən bir bioqrafik filmdə hadisələr onun Naquel Xuapi gölü sahilinə gəlib çıxması ilə başlayır. Həmin şəxsin kim olduğunu cavab kartınıza yazın. -Cavab: Jozef Mengele -Şərh: Həmin qatil keşişin sonunun çatdığını bildirmək üçün özünü onun “ölüm mələyi” adlandırmışdır. “Ölüm mələyi” ləqəbi ilə tanınan alman isə həkim Yozef Mengele idi. 2013-cü il Argentina istehsalı olan “Vakolda” filmində hadisələr onun Almaniyadan qaçaraq Argentinaya Pataqoniyaya gəlib yaşamasında danışılır. Filmin adının ispanca olması, gölün adının isə Cənubi Amerika mənşəli olması sualı tapmaqda sizə kömək ola bilərdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 11. Paylama materialıQarşınızda imperator III Fridrixin dəftərxanalarında yaradılmış fraktura şriftidir. Dekorativ kitab yazısı üçün nəzərdə tutulan bu şriftdə rast gəlinən elementlər "Alfa" ləqəbini almışdır. Bir məşhur mənbədə "Alfa" ilana bənzədilmişdir."Alfa"nı deyin. -Cavab: Fil xortumu -Şərh: Bu şriftdə elementlərə diqqətlə baxdıqda fil xortumunun müxtəlif cür hərəkətlərini görmək olar. Sualın ikinci hissəsində isə söhbət “Korlar və fil” haqqında olan məşhur pritçadan gedirdi. Həmin pritçada ikinci kor filin xortumuna toxunaraq onun böyük olmasını demiş və ilana bənzətmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Hitler SSRİ-nin məğlubedilməzliyi haqqında danışarkən SSRİ-ni ona bənzədirdi. Onun adı dilimizə "əks,qarşı" kimi tərcümə olunur. Onun kim olduğunu deyin. -Cavab: Antey -Şərh: SSRİ-nin tarix boyu torpaqlarının böyüklüyünə görə ,məğlub olunmazlığından danışarkən Hitler SSRİ-nin sanki Antey kimi torpağından güc almasını vurğulayır. Yunanca isə Antey sözü "anti" sözündən yaranmış əks qarşı deməkdir. Sualın 12-ci verilməsi də təsadüfi deyildi. Çünki Herakl 12-ci qəhrəmanlığında Herakl göy qübbəsini çiyinlərində daşıyan Atlantı tapmaq üçün yol axtarışına çıxır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 13. Amerikalı feminist Naomi Vaysştaynın 1967-ci ildə yazdığı kitab “ "BURAXILMIŞ SÖZLƏR" elmi qayda kimi Psixologiya qadını yaradır” adlanırdı. 1 dəqiqədən sonra “BURAXILMIŞ SÖZLƏR”i düzgün ardıcıllıqla cavab kartınıza yazın. -Cavab: Uşaq, mətbəx, kilsə. (Kinder, Küche,Kirche) -Şərh: : Həmçinin “3K” adı ilə tanınan bu frazeologiya ilə alman qadınlarının sosial rolu ifadə olunmuşdur. Bu ifadəni ilk dəfə kayzer II Vilhelm yaxtasında amerikalı feministlərlə görüş zamanı işlətmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. Hindenburq dirijablı yanan zaman “X” olan Yozef Spah pəncərəni qıraraq 7 metrdən aşağı tullanaraq xilas olmuşdu. Başqa bir “X” haqqında məqalədə isə, artıq istifadəçilər üçün ərəbdilli versiyanın da hazır olduğu bildirilir. “X”-i 1 sözlə deyin. -Cavab: Akrobat -Şərh: Sirklərdə yüksək məsafədən düşəcəyi halda yerə minimum zədə almadan düşməyi öyrənən Spah , dirijabl yanan zaman da eynisini edərək xilas ola bilmişdi. Adobe-un istifadəçilərə pdf formatının oxunması üçün yaratdığı Acrobat proqramının müasir versiyalarında ərəbdilli kitabların da oxunmasına imkan yaradıldığı qeyd edilir. -Müəllif: Xəyal Məmmədov - -Sual: 15. Fridrix Ştollinq şəriki Alfred Krupun hər dəfə işində yeni böhran yaranan kimi çamadanlarını qablaşdırmasından danışarkən Alfredi onunla müqayisə etmişdir. Maraqlıdır ki, Şimali Almaniya miflərindən birində onun nəhayət Lüneburq şəhəri yaxınlığındakı daşların üstündə yatması bildirilir. Onun kim olduğunu deyin. -Cavab: Aqasfer -Şərh: Alfred Krupp hər dəfə yeni böhran peyda olan kimi müxtəlif ölkələrə özünə sifarişçi tapmaq üçün yollanırdı. Miflərdən birində isə dayanmadan dünyanı gəzməyə və dincəlməməyə məhkum olunmuş Aqasferin Lüneburq şəhər yaxınlığında yatdığı bildirilmişdir. -Müəllif: Toğrul Qurbanov - -Səhifə -> 65 | Sual Sayı -> 15 - -Sual: 1975-ci ilə aid bir avtobiografik filmdəki bu cümlə haqqında yazılan məqalədə deyilir ki, bu cümlə ilə rejissor özünü elan edir. Həmin cümləni cavab kartlarınıza yazın. -Cavab: Mən danışa bilirəm. -Şərh: Tarkovskinin avtobiografik filmi olan Ayna filminin əvvəlində aktyorun dilindən deyilən “Mən danışa bilirəm” ifadəsi, yəqin ki, çoxlarınıza tanışdır. Aparıcının nitqi haqqında soruşmağı da təsadüfi deyildi. Belə ki, həmin səhnədə də nitq qüsuru olan birinin nitqinin düzəldilməsi təsvir olunmuşdu. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 2. Mohsen Mahmalbafın “Ayın arxasındakı Günəş, Qəndəhar” filmində qoltuq dəyənəkli bir qrup insanın paraşütlə atılan X-in dalınca qaçdığı göstərilir. Bəxtiyar Vahabzadənin anasının X-ə sahib olması şairin bir çox əsərlərinin yox olmamasına səbəb olmuşdu. X-i birinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Protez ayaq -Şərh: Qəndəhar filmi Əfqanıstanda insanların ölüm qalım mübarizəsindən bəhs edir ki, burada şikəst insanlara da rast gəlmək olur. Filmin bir səhnəsində isə helikopter paraşütlə protez ayaq tullayır və şikəst insanlar qoltuq ağacları ilə həmin protez ayaqlara sahib olmaq üçün qaçmağa başlayırlar. Deyilənə görə Bəxtiyar Vahabzadənin anası isə şairin şeirlərini öz protez ayağında gizlətmişdi. -Müəlliflər: Zümrüd Şirinova, İsmayıl Məmmədov - -Sual: 3. Logorama cizgi filmində Kaliforniya düzündəki kaktuslar bunun formasında təsvir olunmuşdu. Braziliyada Evangelist Xristianlar isə bunu şeytanla əlaqələndirib, istifadəsini qadağan etmişdilər. Bunu 3 hərflə cavab kartınıza yazın. -Cavab: USB -Şərh: Logorama cizgi filmində müxtəlif loqo və ikonalardan istifadə olunmuşdu və kaktusları formasına görə USB-ə bənzətmişdilər. Xristianlar isə USB-ni üçdişli olduğuna görə şeytanla əlaqələndirirdilər. -Müəllif: Rauf Hacımuradov - -Sual: 4. Paylama materialıABŞın cənubunda qaradərililərin istismarını təsvir edən bu şəkli görən Abel Meerpol, 1939-cu ildə yazılan mahnıya X adını vermişdi. Digər mənada X haqqında məqalədə isə pitaya, marakuya, karambola, kivano və digər qeyri-adi bitkilərdən danışılır. X-lə əvəz etdiyimiz sözləri cavab kartınıza yazın. -Cavab: Strange Fruit -Şərh: Şəkildən təsirlənən söz yazarı "cənub ağaclarında qəribə meyvə yetişir" sözləri ilə başlayan Strange Fruit (qəribə meyvə) mahnısını yazır. Digər məqalədə isə dünyanın ən qəribə meyvələrindən danışılırdı. -Müəlliflər: Cavidan Hacıyev, Rauf Hacımuradov - -Sual: 5. X-in hündürlüyü 1954-cü il 54 metr, 1984-1989-cu illərdə 80 m. 2014-cu ildə isə 108 metr olmuşdur və yüksəkliyin belə artmasını kritiklər binaların hündürlüyünün artması ilə izah edirlər. X-i bir sözlə cavab kartınıza yazın. -Cavab: Godzilla -Şərh: Filmmakerlər onun daha qorxulu olması üçün onu binaların əksəriyyətindən böyük göstərməyə cəhd edirdilər və bu da Godzillanın müxtəlif illərdəki müxtəlif versiyalarda daha hündür görsənməsinə səbəb olurdu. -Müəllif: Rauf Hacımuradov - -Sual: 6. Sentreyliya adlı bir şəhərdə 1962-ci ildə başlayan yeraltı yanğın hələ də davam etməkdədir. Şəhərin küçələrində hələ də “Tüstü” yüksəlir. Bəs Yanğının ölü hala salıb sükuta qərq etdiyi Sentreyliya hansı şəhərin yaranmasında ilham mənbəyi olub. -Cavab: Silent hill -Şərh: Sualda istifadə olunan sükut və Tüstü sözləri sizi Silent Hill şəhərinə aparmalı idi. Məşhur oyun və film seriyasında olan Tüstü içindəki şəhərin yaradılmasında ilham mənbəyi məhz Sentreyliya olmuşdur. -Müəllif: Rauf Hacımuradov - -Sual: 7. Julian Barnesin romanında deyilir ki, qlobal etirazlara səbəb olmaq istəmədiyindən O bir-birinə sadiq cütlüklər arasında gözəllik yarışması keçirmişdi. Onun kim olduğunu tapın. -Cavab: Nuh -Şərh: Julian Barnesin alternativ tarixə həsr olunmuş romanında Nuh tufanı haqqında danışılır və deyilir ki, Nuh gəmiyə minəcək heyvanlar arasında panikanın yaranmaması üçün cütlüklər arasında gözəllik yarışması keçirmiş və yarışmada birinci olan ən sadiq və ən gözəl cütləri öz gəmisinə dəvət etmişdi. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 8. Patricia Fara Elmin dörd min illik tarixi əsərində elmin tarixinə haradan başlamaq haqqında bir suala cavab verərkən deyir ki, öz başlanğıcını seçməli olan hər bir tarixçi X-dir. Bir mahnıda isə X narkotiklə əlaqələndirir. X-birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Ağ dovşan -Şərh: Məşhur əsərdə Alise söhbətə necə başlamaq lazım olmayanda Ağ dovşan köməyə çatır və onu öz arxasınca aparırdı. Ona gör�� də Patrisia Fara da çətin anlarda başlanğıc seçməli olan tarixçiləri AĞ dovşana bənzədirdi. Ağ dovşan simvolikası adətən insanı real olmayan dünyaya aparan bir zərərli bir anlayışdır ki, Jeferson Airplanenin mahnısında da Ağ dovşan həm rəngi həm də bu xüsusiyyətinə görə narkotika ilə eyniləşdirilir. -Müəllif: None - -Sual: 9. Göyərçinlər fəsiləsinin raphus cinsinə aid raphus cucullatus raphis cucullatus adlı quş idman məqsədli ovçuluqla məşğul olan şəxslərin marağına səbəb olmurdu. Söhbətin hansı quşdan getdiyini tapın. -Cavab: Dodo -Şərh: Əslən göyərçinlər fəsiləsiə daxil olsa da Dodo quşu uça bilmirdi və buna görə də idman məqsədilə ovçuluqla məşğul olanlar üçün Dodo asan qurban olduğundan onlar üçün maraqlı deyildi. Raphus cucullatusunun iki dəfə təkrarlanması da sizi dodo adına çıxara bilərdi. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 10. Marşal Mcluhanın Karlın Kainatı adlanan kitabı “tipoqrafik insanın formalaşmasından” bəhs edir. Cümlədə əvəz edilmiş iki sözü cavab kartınıza yazın. -Cavab: Quttenberqin Qalaktikası -Şərh: Marşal Mcluhan bu adlı kitabı ilə tipoqrafiyanın və dolayı ilə kitab çapının insanın formalaşmasına təsirindən danışaraq kitabı Quttenbergin Qalaktikası adlandırmışdı. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 11. Zalsburq almancadan duz qalası kimi tərcümə olunsa da şəhərin mərkəzində kürə formasında bir abidə yerləşir. Abidənin adında xatırlanan 18-ci əsrdə yaşamış şəxsin kim olduğunu deyin. -Cavab: Motsart -Şərh: Zalsburqun adı Duz qalası kimi tərcümə olunsa da şəhərin mərkəzində şokolada daha dəqiq desək Avstriyanın simvollarından olan Motsart şariklərinə abidə qoyulub. -Müəllif: Zümrüd Şirinova - -Sual: 12. Bu il Milad üçün hazırlanmış xüsusi buraxılışlardan birinin baş rolunu məşhur aktyor Bill ifa edəcək ki, həmin buraxılışın adı məşhur ifadədən bir qədər fərqlənir. Buraxılışın adının cavab kartınıza yazın. -Cavab: A very Murray Christmas -Şərh: Aktyor Bill Murrayın baş rolu oynayacağı buraxılış “A very Murray Christmas” adlanacaq. -Müəllif: Rauf Hacımuradov - -Sual: 13. Karl Saqan Milyardlar,milyardlar əsərində deyir ki, hər dənəni bir millimetr uzunluğunda qəbul etsək onda arzuolunan miqdar 75 milyard tondan çox olmalıydı. Bəs bu arzu nəyin əvəzində idi? -Cavab: Şahmat -Şərh: Karl Saqan Milyardlar, milyardlar adlı əsərinin Fars şahmat taxtası bölümündə qədim bir nağılvarı əhvalatı xatırlayır. Əhvalata əsasən şahmat oyununu kəşf etmiş vəzir şaha bu barədə danışır. Oyun xoşuna gələn şahsa vəzirdən ondan ənam olaraq nə istədiyini soruşanda vəzir könlütox biri olduğunu bildirərək şahmat taxtasını göstərmiş və demiş ki, birinci xanaya bir buğda, ikinciyə iki qatı, üçüncüyə ikincinin iki qatı olaraq buğda dənəsi qoyulmağını və bunu axırıncı xanaya qədər davam etməsini istəyir. Əvvəlcə buna razılaşan şah isə sonradan rəqəmlərin böyüklüyü qarşısında uduzmağını qəbul etmişdi. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 14. 1917-ci ildə Londonda qurulan Radior adlı şirkət o dövrün dəbinə uyğun dodaq boyaları, cild sabunları və kremlər istehsal edirdi. Bəs bu məhsulların xarakterik cəhəti nədə idi? -Cavab: Radioaktiv olmaları -Şərh: Radiumun kəşfindən sonra radioaktiv kosmetika sənayesi inkişaf etmişdi ki, Radior firması da bunların ən məşhurlarından hesab olunurdu. -Müəllif: Zümrüd Şirinova - -Sual: 15. Diqqət 15-ci sual. - -O 1968-ci ildə güllələnsə də, onu güllələyən qadını məhkəməyə verməmişdi. Söhbətin kimdən getdiyi tapın. -Cavab: Endi Vorhol -Şərh: 1968-ci ildə Valeria Solanas adlı qadın Endi Vorholu gülləsə də sağ qalan Vorhol Solanası məşhurlaşdırmamaq üçün məhkəməyə verməmişdi. Sual 15-ci sual idi və Vorhol məşhur 15 dəqiqəlik məşhurluq fenomeninin müəllifi sayılır. -Müəllif: İsmayıl Məmmədov - -Səhifə -> 67 | Sual Sayı -> 15 - -Sual: 1. “O pozuldu” ABŞ-Türkiyə arasında gərginləşən siyasi münasibətlərdən bəhs edən məqalənin adı idi. O “Xəzər-Lənkəran” futbol klubunun Avropa liqası oyunu öncəsi azarkeşlərindən bəhs edən bir məqalənin adında da xatırlanır. ONU 3 sözlə yazın. -Cavab: Fırtına öncəsi səssizlik -Şərh: “Xəzər-Lənkəran” futbol klubunu azarkeş qruplarından birinin adı “Fırtına”dır (idi). -Müəllif: Elmidar Süleymansoy - -Sual: 2. Maraqlıdır ki, Şimali Amerikada yaşayan adi sığırçınlar dəstəsinə aid quşlar hətta X-i də təqlid edə bilir. X 1961-ci ildə Pulitser mükafatı almış əsərin adında da xatırlanır. X-i tapın -Cavab: Məsxərəçi quşu -Şərh: Məsxərəçi quşu özü başqa quşları təqlid etsə də Şimali Amerikada yaşayan adi sığırçınlar dəstəsinə aid quşlar hətta məsxərəçi quşunu da təqlid edirlər. Sualın ikinci hissəsində isə söhbət Harper Linin “Məsxərəçi quşunu öldürmək” əsərindən gedirdi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 3. İohan Şubertə sataşmaq məqsədilə Leopold bildirirdi ki, onun əsərlərini uşaqlar da çala bilər. Leopoldun soyadını deyin. -Cavab: Motsart -Şərh: Leopold Motsart Volfanq Amadeyin atası və ilk müəllimi olmuşdur. Oğlunun gələcəkdə Şubertin kölgəsində qalacağından qorxaraq ata ona həcvlər edirdi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 4. Versiyalardan birinə görə X ötən əsrin 30-cu illərində parlament katibi Riçard Onslou və Britaniya krallığının peri Hyu Kilbrakenin imzaladığı sənədlərdəki möhürdən yaranıb. X-i tapın. -Cavab: “OK” ifadəsi -Şərh: Versiyaya görə bu slenq ifadəsi hər iki şəxsin soyadının birləşmiş inisialı idi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 5. Mark Tvenin aforizminə görə “elə həyat yaşamaq lazımdır ki, sizin ölüm gününüzdə hətta ONUN sahibi də kədərlənsin” ONU deyin. -Cavab: Dəfn bürosu -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: 6. Paylama materialıCəngavər balığı həm də X-balıq adlanır. İngilis dilində X-də almanı da görmək olar. X-i tapın. -Cavab: Ananas -Şərh: Cəngavər balığına görünüşünə görə ananas-balıq da deyilir. İngilis dilində ananas pineapple-dır. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 7. Vikipediyada ONUN haqqında məqalədə kölgə sözünə rast gəlinir. O bir Nigeriya dəstəsinin neft ehtiyatlarını gizli satması haqqında məqalədə də xatırlanır. ONU tapın. -Cavab: Qara bazar -Şərh: Qara bazar – bazarda mal və xidmətlərin qanunsuz dövriyyəsi baxımından kölgə iqtisadiyyatının sosial institutudur. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 8. Teoloq janrlı əsərlərə misal olaraq bir məqalədə “İlahi komediya”, Qulliver haqqında əsərlər misal kimi göstərilir. Eşitdiyiniz cümlədə bir sözə bir hərf artırılıb və bir neçə hərf buraxılıb. Sözü ilkin variantda yazın. -Cavab: Traveloq -Şərh: Traveloq əsərlər hər hansı bir səyahət, gəzinti məzmunlu əsərlərin aid olduğu ədəbi janrdır. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 9. Bu faktı soruşmağın yeri olmasa da deyin. “Leninqrad” qrupunun üz qabığında kürən saçlı qadın olan albomu necə adlanır? -Cavab: Xna -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: 10. Marqaret Etvudun “Qulluqçunun hekayəsi” romanı təcrid olunmuş şəraitdə yaşayan qadınların sığınacağından bəhs edir. Qəhrəman qadının dilindən danışılan əsərdə X yerinə Y-dən istifadə edilir. X və Y-i tapın. -Cavab: Mən, biz -Şərh: Qəhrəman adətən birinci şəxsin təkində deyil, cəmində danışır. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 11. BU ƏSƏRİN sonunda Santyaqo Pedroya qılınc bağışlamışdı. Eşitdiyiniz cümlədə buraxılmış sözü deyil, söhbətin hansı əsərdən getdiyini tapın. -Cavab: “Qoca və dəniz” -Şərh: Əsərin sonunda nəhayət ki, qoca Santyaqo qılınc-balıq tuturaq onu gənc oğlan Pedroya bağışlamışdı. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 12. Paylama materialıBu loqo bir neçə il sonra baş tutacaq hansı tədbir üçün elan edilmiş müsabiqəyə təqdim edilib? -Cavab: 2028-ci il yay olimpiya oyunları -Şərh: Loqoda təsvri edilmiş mələk silueti şəhərin ləqəbi olan “Mələklər”ə allüziyadır. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 13. Vikipediyada “qaniy”, yəni “yağan”, “aniyu”, yəni “düşən”, “apun” yəni “yerdə” sözləri xatılanan məqalədə hansı xalqın adı çəkilir? -Cavab: Eskimoslar -Şərh: Eskimos dilində qar sözünü ifadə etmək üçün 50 sözün olduğu məlumdur. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 14. Vatikan Pinakotekasında bəzi rəsm əsərlərinin yanında onların relyef formalı nüsxələri də sərgilənir. Belə formalar kimlər üçün nəzərdə tutulub? -Cavab: Korlar -Şərh: Bu rəsmlərə toxunaraq orada olan süjeti “oxumaq” olar. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 15. Aleksandr Tatarskinin yaratdığı “Pilot” studiyasının çəkdiyi ilk cizgi filmi X adlanırdı. XIX əsrin sonlarına aid başqa “X” 48 saniyədir. X-i tapın. -Cavab: Qatarın gəlişi -Şərh: “Qatarın La Syota vağzalına gəlişi” və ya qısa adla “Qatarın gəlişi” Lümyer qardaşlarının çəkdiyi ilk film hesab edilir. -Müəllif: Elmidar Süleymansoy - -Səhifə -> 68 | Sual Sayı -> 12 - -Sual: 1. Diqqət ilk sual!   -Maraqlıdır ki, keçən il çəkilən və baş rolunda Yaroslav Jalnin`in oynadığı bu film 1 saat 48 dəqiqə davam edir. Filmin kimə həsr olunduğu tapın. -Cavab: Qaqarin -Şərh: 12 aprel 1961-ci ildə "Vostok-1" gəmisiylə kosmosa şıxan Qaqarin, göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıtmışdır. 2013-cü ildə onun həyatından bəhs edən "Qaqarin : Kosmosda birinci" filmi ekranlara çıxmışdır. Aktyorun rus olması, filmin 108 dəqiqə davam etməsi və ilk sual olması cavabı tapmağa kömək olmalı idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Yazıçı Mustafa Çəmənli öz romanında hakimiyyət uğrunda gedən mübarizələr zamanı bütün ailə üzvlərini qətlə yetirən II İsmayılı "X" adlandırıb. X 1911-ci ildə Gönzburq şəhərində anadan olmuşdur. X-i 2-ci növ təyini söz birləşməsiylə deyin. -Cavab: Ölüm mələyi -Şərh: İkinci hissədə söhbət Jozef Mengeledən gedir. Onun apardığı təcrübələr 2 milyon insanın ölümünə səbəb olduğundan ona “ölüm mələyi” ləqəbi verilmişdi. -Müəllif: Tural Yusubov - -Sual: 3. O, Moskva kino institunda kino rejissorluğu oxuduğu zaman müharibə illərinə təsadüf etdiyini və bu zaman instutun damında keşik çəkdiklərini xatırlayır. Onun kim olduğunu deyin. -Cavab: Həsən Seyidbəyli -Şərh: Onun çəkmiş olduğu “Bizim Cəbiş müəllim” filminin epizodlarından birində Makedonla (qız) damda gəzdikləri səhnəni görmək olar. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. SSRİ vaxtı düşərgə xatirələrini xatırlayan qəhrəman anasının onu həmişə günün müəyyən saatlarında döydüyünü deyir. Siz isə buna səbəbi deyin. -Cavab: Yeməklərin duzsuz olması (duz qıtlığı) -Şərh: Anası hemişe yemek verende uşağı döyürdü, buna səbəb duzsuz şorbaya qatışan ağlayan uşağın göz yaşının yeməyi duzlu etməsi idi. Bunun vasitəsilə anası uşağın duzlu yemek yeməsine şərait yaradırdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. “Ən bəxtəvər axmaq biznesmen” adlı məqalədə haqqında danışılan Timoti Deksterin axmaqlıq edərək bir neçə gəmi ilə Amerikadan Avropadakı bir şəhərə üz tutduğu, lakin onun bəxtinin gətirərək getdiyi şəhərdə həmin vaxtı şaxtaların işləmədiyi və bunun vasitəsilə gəmidə gətirdiyi yükü sataraq milyonlar qazandığı qeyd edilir. Biz sizdən Deksterin gəmidə nə daşıdığını soruşmuruq, onun hansı şəhərə getdiyini cavab kartınıza qeyd edin. -Cavab: Nyukasl -Şərh: İngilis dilində axmaqlığı bildirmək üçün “Nyukasla kömür aparmaq” ifadəsi formalaşmışdır. Belə ki, Timoti Dekster Nyukasla kömür alverinə gedir, lakin həmin vaxtı onun bəxtindən Nyukaslda kömür şaxtaları işləmir və Timoti öz alverini həyata keçirməyi bacarır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. "...Melodiya elə də original deyildi, amma sözlər maraqlı idi. Mahnı elə səslənir ki, sanki o sakitləşdirici və sevgi doludu. Həmin an mahnının sözlərinin nə qədər depressiv olduğunu dərk eləmirdim. Mənə elə gəlir, Böyük qardaş, izləmə və nəzarət haqqında düşünürdüm." Eşitdiyiniz sözlər 1951-ci ildə Uollsenddə doğulmuş bir şəxsə aiddir. Onun kim olduğunu deyin. -Cavab: Stinq -Şərh: "The Police" qrupunun "Every breath you take" mahnısı səsləndikdən sonra. Eşitdiyiniz mahnının əsas misralarından biri Oruellin məşhur "böyük qardaşı"nı xatırladan "I'll be watching you" misrasıdır. Mahnının müəllifi isə 1977-1984-cü illər ərzində "The Police" qrupunun lideri olmuş Stinqdir. -Müəllif: Asim İbrahimli - -Sual: 7. Bu yaxınlarda aktyor Cozef Raytın qohumları BUNU ETDİKLƏRİ üçün məhkəməyə verilmişdi. 2012-ci ildə İnternasional klubu 22 milyon qarşılığında BUNU ETMİŞDİ. BUNU ETMƏK sözləri ilə əvəz olunmuş sözləri deyin. -Cavab: Oskarı satmaq -Şərh: Cozef Raytın qohumları 1942-ci ildə “Mənim sevgilim Sel” filminə görə qazandığı Oskar heykəlciyini 79200 dollar qarşılığında satmağa cəhd göstəriblər. Amerika Kino Akademiyasının qanunvericiliyinə görə Oskar mükafatını ancaq Akademiyanın özünə 1 dollara sata bilərlər. 2012-ci ildə isə İnternasional klubu Oskarı 22 milyona Çelsi klubuna satmışdı. -Müəllif: Tural Yusubov - -Sual: 8. O, 1992-ci ildə komiks rəssamı Con Tobias tərəfindən yaradılıb. 90-cı illərə aid filmin səhnələrindən birində, Onun vurduğu yumruq zərbəsindən sonra döyüşün keçirildiyi meydana sükut çökür. Bir dəqiqə sonra Onun adını və soy adını cavab kartınıza yazın. -Cavab: Conni Keyc -Şərh: Yəqin artıq bir çoxunuza məlumdur ki, tamamilə sükutdan ibarət olan "4.33" avanqard əsəri bəstəkar Con Keycin məhsuludur. Maraqlıdır ki, "Mortal Kombat" komikslərinin məşhur personajı, bir zamanlar el arasında Van Damm kimi tanınan Conni Keyc də filmin döyüş səhnələrindən birində ətrafa toplaşan kütləni qısaca da olsa susdura bilir. -Müəllif: Asim İbrahimli - -Sual: 9. "The Shining" - "Parıltı" filminin əvvəllərində çoxlu otaqları və qarışıq yolları olan otelin mətbəxi ilə tanış olarkən Vendi aşbaza deyir ki : "öz otağımdan mətbəxə gəlmək üçün gərək bunu edim." "Şirniyyat evi" animasiya filmində də bunu edirlər. Siz isə eyni hərəkəti edən personajların kimlər olduğunu deyin. -Cavab: Hanzel və Qretel -Şərh: Vendi öz həyat yoldaşı və uşağı ilə birlikdə yaza qədər oteldə qalacaqdı. Onu mətbəxlə tanış edən aşbaza deyir ki, mən mətbəxə yenidən gələ bilmək üçün yerə gərək çörək qırıntıları töküm. Sualda otelin qarışıq yolları və mətbəx sözləri açar idi. Qrimm qardaşların eyni adlı nağılında Hanzel və Qretel analoji hərəkəti təkrarlayırlar. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. Paylama materialıŞəkilin götürüldüyü vikipediya məqaləsindən müxtəlif filmlərə keçidlər olduğunu bilərək, rekvizitdəki şəxsin kim olduğunu tapın. -Cavab: İzzət Orucova -Şərh: O, ilk milli kinoaktrisamız olmaqla yanaşı həm də, AMEA-nın Akademiki olan kimyaçı alimdir. Şəkildə siz onu öz laboratoriyasında görürsünüz. Kinolar isə onun aktrisa fəaliyyətinə kömək olmalı idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 11. 1899-cu ildə Budapeştə anadan olan bu şəxsin Prineydəki heykəllərindən birində bu sözlər yazılıb: "Yalnız burada olanlar bəxtsizliyin nə olduğunu bilirlər." Söhbətin kimdən getdiyini tapın. -Cavab: Bela Qutman -Şərh: Benfikanın "Estadio da Luz" stadionun önündəki Bela Qutman heykəlin üstündə bu sözlər yazılıb. Qutman lənəti isə artıq hamınıza məlumdur. -Müəllif: Tural Yusubov - -Sual: 12. Anesteziyadan qabaq cərrahiyyə əməliyyatlarından danışarkən bir fizik bunu X ilə müqayisə edir. X 1478-1834-cü illər arasında həyata keçirilmişdir. X ilə əvəz edilmiş eyni hərflə başlayan iki sözü cavab kartınıza yazın. -Cavab: İspan inkvizisiyası -Şərh: 1478-1834cü illər arasında İspaniyada əsasən müsəlmanlara qarşı aparılan inkvizisiya zamanı insanlara müxtəlif yollarla işgəncələr verilirdi. Anesteziyanın kəşfindən əvvəl cərrahiyyənin insanlara sanki işgəncə kimi olduğunu göstərən fizik bunun yalnız ispan inkvizisiyası ilə müqayisə oluna bilənəcəyini deyirdi. -Müəllif: Səbuhi Göyüşov - -Səhifə -> 69 | Sual Sayı -> 12 - -Sual: Paylama materialı('&%:9]!~}|z2Vxwv-,POqponl$Hjig%eB@@>}=Qarşınızda Malbolq proqramlaşdırma dilində bir ifadənin yazılışıdır. Bu ifadəni ilk dəfə 1978-ci ildə çap olunmuş "C proqramlaşdırmanın əsasları" kitabının elə ilk səhifələrində görmək olar. İfadəni 2 xarici sözlə yazın. -Cavab: Hello World -Şərh: Hello World proqramlaşdırmada ən sadə proqram sayılır, ilk səhifələrdə sözü sizə kömək olmalı idi. Rekvizitdə gördüyünüz proqram da Hello World-dur sadəcə ezoterik dildə, yəni ki, qeyri-standart və çox zaman əyləncə üçün yaradılmış dildə yazılıb. -Müəllif: Camal Məmmədov - -Sual: 2. Qədim Çində inanırdılar ki, onun üçquyruqlu olması ölkə üçün əmin-amanlıq, dördquyruqlu oması isə epidemiya təhlükəsini bildirirdi. Onu bir sözlə deyin. -Cavab: Kometa -Şərh: başa düşdüyünüz kimi söhbət səma cismindən gedirdi. Gələrkən qaz və tozlardan ibarət quyruğu olan kometalarda quyruqların sayına görə proqnoz verilirdi. -Müəllif: Emil İsmayıl - -Sual: 3. 2011-ci ildə Moskvada baş tutmuş bir mitinqdə Putin iştirakçıları əvvəlcə yaxına çağırmış, daha sonra isə belə adlandırmışdı və onları xarici ölkələrin marağına xidmət etməkdə günahlandıraraq uğursuzcasına özlərinə başçı seçmək, yeni qayda qanun yaratmaq cəhdlərinə görə qınamışdı. -2014-cü ildə Moskvada baş tutmuş digər mitinqlərdə isə bir siyasi xadimin adı hallandırılır. Putinin mitinqçiləri adlandırdığı söz və siyasi xadimin soyadının ilk 6 hərfinin eyni olduğunu bilərək hər 2 sözü cavab kartına yazın. -Cavab: Banderloq və Bandera -Şərh: Kiplinqin icma halında yaşayan qəhrəmanları kimi Putin də iştirakçıları banderloqlarla müqayisə edərək heç nədən hay-küy salmaqda, boş yerə yeni lider seçmək və yeni qayda-qanun yaratmaq cəhdlərində qınamışdı. Stepan Bandera isə son dövrlər Rusiya və Ukrayna arasındakı konfliktlərdə adı hallandırılan əsas şəxslərdən biridir. -Müəllif: Urfan Orucov - -Sual: 4. Filosof Karl Popper həmkarı Vitgenşteyni İKS-lə müqayisə edərək deyirdi ki, o cavablarını bilmədiyi mövzular üzrə diskussiyanı qadağan edir. 11 aprel 1963-cü ildə İKS özünü ancaq qərb dünyası ilə bağlamaqdan imtina etdi. İKS-lə əvəz edilmiş eyni hərflə başlayan iki sözü deyin. -Cavab: Katolik kilsəsi -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 5. Gördüyünüz abidə 1948-ci ildə baş vermiş bir hadisəyə həsr olunub. Siz abidənin hansı Asiya ölkəsinin paytaxtında yerləşdiyini tapın? -Cavab: Türkmənistan -Şərh: Bildiyiniz kimi qədim dövrdə xalqların bəziləri o cümlədən Şumerlər dünyanın öküzün buynuzları üzərində yerləşdiyinə və öküz əsəbləşdikdə zəlzələ olduğuna inanırdılar. Siz şəkilə diqqətlə baxsaz əsəbi öküzün başında dağılmış dünya görə bilərsiniz. Bildiyiniz kimi 1948-ci ildə isə Aşqabadda güclü zəlzələ olmuşdu. -Müəllif: Emil Yusublu - -Sual: 6. Hadisələri XX əsrin əvvəllərində cərəyan edən “Daunton abbatlığı” serialının qoca mühafizəkar personajı Daunton malikanəsinə elektrik və telefon xətlərinin çəkilməsini şərh edərkən bildirir ki, özünü ORADAKI kimi hiss edir. ORADA olanlar arasında astronom Ogilvi və cənab Bedfordu göstərmək olar. Siz isə oranı iki sözlə deyin. -Cavab: Uellsin romanları -Şərh: Sadalanan personajlar “Dünyaların müharibəsi” və “Ayda ilk insanlar” romanlarının personajlardırı. -Müəllif: Fuad Eminov - -Sual: 7. Maria Merkaderlə evləndikdən sonra Vittorio De Sika ilk ailəsi ilə də əlaqəsini kəsmir. Belə ki, Milad bayramını və başqa vacib günləri hər 2 ailəsi ilə qeyd etmək üçün rejissor KAMAMBERlərdə kiçik dəyişikliklər edirdi. KAMAMBERLƏRLƏ əvəz edilmişi 2 sözlə cavab kartına yazın. -Cavab: Saat əqrəbləri -Şərh: Burda kamemberlə əvəzetməyə Dalinin “Xatirənin əbədiliyi” rəsm əsərində saatları çəkərkən kamamber pendirindən ilhamlanması hekayəsi rol oynamışdı. Biz isə kamemberlə saat əqrəblərini əvəz etmişdik. -Müəllif: Xəyal Məmmədov - -Sual: 8. 1930-cu illərə aid bir Sovet karikaturasında falçı bu şəxsin əlindəki həyat XƏTlərinə baxaraq ömrünün az olduğunu bildirir. Bununla belə həmin şəxsin daha bir neçə il yaşadığını bilərək söhbətin kimdən getdiyini tapın. -Cavab: Mannerqeym -Şərh: Falçı rus-fin müharibəsi dövründə artıq Mannerqeym xəttinin də yarılmasını ehtimal edərək generalın da həyatının bununla bitəcəyini öncədən görür. Buna baxmayaraq Mannerqeym daha 12 il yaşamışdır. -Müəllif: Emil İsmayıl - -Sual: 9. Həmidə xanım Cavanşir xatirələrində yazır:”Tüfəng və top atəşlərini eşidən kənd sakinləri Kəhrizlini tərk etməyə başladılar.Mirzə Cəlil də mən də istəməsək də gördük ki axının qarşısında dura bilmirik,onlara qoşulduq. X bizi də vurdu”. X 1850-ci ildə tamamlanıb. X-i 2 eyni hərflə başlayan sözlə cavab kartınıza yazın. -Cavab: Doqquzuncu dalğa -Şərhlər: None -Müəllif: Xəyal Məmmədov - -Sual: 10. Serj məşhur fransız biznesmen, dizayn firmasının direktoru, hərbi təyyarə istehsal edən zavodun rəhbəri, filantrop və yaxşı ailə başçısıdır. Siz isə onun 2004-cü ildə daha hansı qrupu aldığını cavab kartınıza yazın. -Cavab: le Figaro qəzeti -Şərh: Gördüyünüz kimi bu Serj Dasso hər sahəyə diqqət ayıra bilir və hər yerə çatdıra bilir, eynilə məşhur personaj Fiqaro kimi. 2003-cü ildə isə Dasso Le Fiqaro qəzetini almışdır. -Müəllif: Murad Axundov - -Sual: 11. Bir kompüter oyununda personajlar öz plantasiyalarını X-ə qədər inkişaf elətdirə bilərlər. Rusdilli vikipediyada İKS məqaləsində Qvatemalanın adı çəkilir. İKS ilə əvəz edilmişi 2 sözlə yazın. -Cavab: Banan respublikası -Şərh: Göründüyü kimi plantasiyadırsa, orada nəsə əkilməsi nəzərdə tutulur. Oyunun personajı meymunlardır və onlar banan plantasiyalarını banan respublikasına qədər inkişa etdirə bilərlər. -Müəllif: Maksim Mozul - -Sual: 12. Diqqət, “TARİXİ-NADİR”lə iki söz əvəz edilmişdir.   -Pelevinin “Yunan variantı” hekayəsinin personajının mədəni səviyyəsinin yüksək olduğunu bildirmək üçün deyilir ki, o TARİXİ-NADİRİ sonadək oxumuşdur. 1915-ci ildə yazdığı şerdə rus şairi etiraf edir ki, TARİXİ-NADİRİ yarıyacan oxuyub və TARİXİ-NADİRİ durna qatarı ilə müqayisə edir. Siz isə, TARİXİ-NADİRİN müəllifini tapın. -Cavab: Homer -Şərh: TARİXİ NADİR-lə biz “Gəmilərin siyahısı”nı əvəz etmişik. “Gəmilərin siyahısı” İliadanın ikinci fəslidir. Osip Mandelştam yazır: Бессонница. Гомер. Тугие паруса. Я список кораблей прочел до середины: Сей длинный выводок, сей поезд журавлиный, Что над Элладою когда-то поднялся. -Müəllif: Fuad Eminov - -Səhifə -> 70 | Sual Sayı -> 12 - -Sual: 1. Əliağa Kürçaylıdan bir bənd:   -Sən ölmək istədin dünyada biraz.,   -5 saat ... 1saat, 1 qədər ölmək.   -Sonra yenə qalxıb soyuq məzardan,   -Duymaq məhəbbətin şirin dadını   -Cavan Alfanın gözəl qadını.    -Diqqət, sual: Alfa ilə hansı sözün əvəz olunduğunu bildinizsə, şeirin kimə həsr olunduğunu tapın. -Cavab: Cülyetta -Şərh: Alfa ilə Romeo əvəz olunmuşdu. Şeirin adı isə "Cülyetta"dır. -Müəllif: Məzahir Səmədov - -Sual: 2. Filmlərdən birində kosmik gəminin günorta saat 2-ə işləmiş havalanacağı və aprelin birinci yarısı Ayın qravitasiya sahəsinə girəcəyi deyilir. Filmin adını deyin. -Cavab: Apollo 13 -Şərh: Saat 13:13-də havalanacaq, Aprelin 13-ü ayın qravitasiya sahəsinə girəcək. Filmdə 13-ün simvolikası və gəmi havalandıqdan sonra problem çıxması arasındakı əlaqəyə diqqət çəkilir. -Müəllif: Emin Məsimli - -Sual: 3. Vikipediaya əsasən, bir vaxtlar Çeşir qraflığında məhz bu məhsulların üzərində Çeşir pişiyinin təsvirini görmək olardı. Söhbətin nədən getdiyini bildinizsə, bununla bağlı təlimatdan hansı peşənin nümayəndələrinin istifadə etdiyini deyin. -Cavab: Fotoqraflar -Şərh: Keçmişdə sözügedən qraflıqda Çeşir pişiyinin məşhur gülümsəyən təsvirini pendirlərin üzərində görmək olardı. İnsanlar arasında sonradan yayılan və təbəssümə səbəb olan "Cheese", "Say cheese" ifadələrinin bununla əlaqəli olub-olmaması sual müəllifinin marağına səbəb oldu. Bu ifadədən isə ən çox fotoqraflar istifadə edirlər. Sualın cavabını tapmısınızsa, Gülümsəyin, cənablar :) -Müəllif: Sadiq Yusifi - -Sual: 4. Bu yaxınlarda ekranlara çıxmış "Hakim" ("The Judge") filmində uzun müddətdir ki ştat məhkəməsində vicdanla çalışmış, ömrünü ştata həsr etmiş və artıq ölüm ayağında olan personajın istəyi bu olur ki, onu dəfn edərkən ştatda BU baş versin. Bir müddət əvvəl Belqradda BUnun baş verməsi qalmaqala səbəb oldu. Sualda əvəz edilmişi bir neçə sözlə yazın. -Cavab: Bayrağı endirmək -Şərh: Ömrünü ştata həsr etmiş hakim dəfn mərasimi zamanı bayraqların endirilməsini istəyir. Oktyabr ayında Serbiya və Albaniya komandalarının görüşündə serbiyalı futbolçuların alban azarkeşlər tərəfindən havaya buraxılmış bayrağı endirməsi qalmaqalla nəticələnmişdi. -Müəllif: Sadiq Yusifi - -Sual: 5. Stiven Hokinqin “Zamanin daha qisa tarixi” kitabinda Ptolomeyin təsvir etdiyi kainat modelində dunyanin hər biri digərindən böyük olan 8 planetlə əhatələndiyi qeyd edilir. Siz isə növbəti sətirlərdə bu modelin nəyə bənzədildiyini tapın. -Cavab: Matruşka -Şərh: Stiven Hokinq hər biri digərindən böyük olaraq təsfir edilən planetlərdən ibarət modeli Matruşkaya bənzədir. -Müəllif: Farid Nəsirulla - -Sual: 6. Paylama materialıO, 1986 - cı ildə Amsterdamda anadan olub. Ailədə tək övlad olmayan Onun uşaqlıqdan idmana böyük marağı var idi. -He was born in 1986 in Amsterdam. He wasn't the only child in the family, and was interested in sport from an early age. -Он родился в Амстердаме в 1986-ом году. Он не был единственным ребёнком в семье и с детства проявлял интерес к спорту. - Hij werd geboren in 1986 in Amsterdam. Hij was niet het enige kind in het gezin en was geïnteresseerd in de sport uit de kindertijd.Söhbətin kimdən getdiyini bildinizsə, onun adını və soyadını yazın. -Cavab: Ryan Babel -Şərh: Rekvizitdə mətni bir neçə dildə görürdünüz. Söhbət vaxtilə daha çox Liverpul klubunda oyunu ilə məşhurlaşan futbolçu Rayan Babeldən gedirdi. Sualdakı "Tək olmayan" sözləri də klubun devizinə ipucu idi. -Müəllif: Sadiq Yusifi - -Sual: 7. "Amerikalı Ata" cizgi serialının epizodlarından birində prezident Linkolnun alternativ qətl versiyası göstərilib. Belə ki, prezident ucadan gülür, mobil telefonla danışır və bununla arxasında oturan Buta tamaşanı izləməyə mane olur. Butun səbrinin tükənməsinə isə məhz X səbəb olur. X-in alman məşəli söz olduğunu bilərək, cavab kartınıza yazın. -Cavab: Silindr -Şərh: Kinoteatr, öndə əyləşən silindrli şəxs. Hər şey aydındır. -Müəllif: Elvin Babayev - -Sual: 8. 1948ci ilde Gənc tamaşaçılar teatrindan ona verilmiş xasiyətnamədə deyilir: "Çox istedatli aktyordur, lakin sonuncu tamaşalarında istedadina uyğun oynamir,bununla yanaşi son vaxtlar işle cox az maraqlanır, əmək intizamini pozaraq işə içkili vəziyyətdə gəlir". Kim? -Cavab: Yusif Vəliyev -Şərh: Uşaqlığın son gecəsi filmindən video parça (46:50-47:42) -Müəllif: Farid Nəsirulla - -Sual: 9. Herman Melvilin "Mobi Dik" romanında İşmael dayanmadan tənbəki çəkən Stabb haqqında danışır. Bu zaman o, bunun Stabb üçün insanların vəba günlərində mikroblardan qorunarkən istifadə etdiyi dəsmalla eyni rol oynadığını qeyd edirdi. Bunu eyni 2 hərflə başlayan 2 sözlə deyin. -Cavab: Tütün tüstüsü -Şərh: Əsərdə qeyd olunur ki,istər suda istərsə də, quruda xəstəliklərin əlindən, yoxsulluqdan vəfat edən insanların mikroblu nəfəsi havanı bərbad hala salıb. Ona görə də, Stabbın tütün tüstüsü insanların vəba vaxtı istifadə etdiyi dəsmal kimi bəşəriyyətin bütün dərdlərinə qarşı bir mikrobqıran funksiyası yerinə yetirir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. “Lost” teleserialinin personaji Jack`in susuzluğun hökm sürdüyü adada atasının ruhu ilə qarlaşması və onun arxasıyca gedərək təsadüfən su ilə dolu mağaraları kəşf etməsindən bəhs edən seriya X adlanır. X həmçinin 19-cu əsrin ikinci yarısında yazilmiş əsərin personajlarindan biridir. X-i 2 sözlə cavab kartınıza yazin. -Cavab: Ağ Dovsan -Şərh: Luis Kerrolun Alisiya Möcüzələr diyarında əsərində ağ dovşanı təqib edən Alisiyanin möcüzələr dünyasını kəşf etdiyi kim Jackdə atasının ruhunu təqib edərək su ilə dolu mağaraları kəşf edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 11. Aleksandr Dümanın "Qraf Monte Kristo" əsərinin personajlarından birinə 5 milyon frank dəyərində çek verilir. Çekin həqiqiliyini yoxlamaq üçün personaj onu əlinə götürür və yoxlayır. Bunu etdikdən sonra onun hansı Bibliya personajı ilə müqayisə olunduğunu cavab deyin. -Cavab: Şübhəçi Tomas (Müqəddəs Tomas) -Şərh: Bibliyaya görə, İsa diriləndən sonra apostol Tomas onun həqiqətən İsa olduğunu yoxlamaq üçün ona əli ilə toxunmaq istəyir. Toxunduqdan sonra isə yaralardan bunun həqiqiliyənə əmin olur. Əsərdə oxşar hal zamanı çekin reallığına inanmaq istəyən personaj onu əlinə götürür, toxunur və yoxlayır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. İngilisdilli vikipediyada bir məqaləyə görə, uzun illər boyu meymunların tədqiqində böyük əmək sərf etmiş alimlər Ceyn Qudol, Dayan Fosi və Birute Qaldikası "Üç dost" adlandırırlar. "Üç dost" ilə əvəz edilmişi tapın. -Cavab: Trimatlar -Şərh: İngilis dilinə 3 dost three mates kimi tərcümə olunur. Bu alimlər də primatların tədqiqatçılarıdır, və onlara Trimatlar ( the Trimates) adını vermişlər. -Müəllif: Sadiq Yusifi - -Səhifə -> 72 | Sual Sayı -> 15 - -Sual: 1. Stanislav Çernışovun dili öyrənmək istəyən əcnəbilər üçün hazırladığı kitab bu adı daşıyır. 60-cı illərin əvvəllərinə həsr olunmuş bir sənədli film də bu sözlə başlayır. -Bu sözü yazın. -Cavab: Poexali -Şərh: Stanislav Çernışovun rus dilinə başlamaq istəyən şəxslər üçün hazırladığı kitablar seriyası “Poexali” adlanır. 1961-ci ildə kosmosa yollanmazdan əvvəl Yuri Qaqarin də “getdik” – “poexali” sözünü işlətmişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Müxtəlif quruluşlu cəftələrdən keçmə özəlliyi olan skeleton açarlara bir dildə verilən ad XIX əsrin II yarısında yazılmış əsərin qəhrəmanının soyadı ilə eynilik təşkil edir. Həmin qəhrəmanın soyadını yazın. -Cavab: Passpartu -Şərh: "80 gün dünya ətrafında" əsərinin qəhrəmanı Jan Passpartunun adı fransız dilindən tərcümədə "hər yerdən keçən" mənasına gəlir. Maraqlıdır ki, sözügedən qəhrəmana verilən ad skeleton açarlara fransız dilində verilən adla üst-üstə düşür. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. Brnoda yerləşən və loqosunda X və Y-ə rast gəlinən bir muzeyə məxsus saytın ana səhifəsində bunları görmək olar. XIX əsrə aid bir mənbədə bu, 20 dəst yorğan-döşəyin altında yerləşir. Bunu cavab kartlarınıza yazın. -Cavab: Noxud -Şərh: Sualın mətnindəki X və Y əvəzetmə deyildi və X və Y xromosomlarını bildirirdi və sözügedən muzey Brnoda yerləşən Qreqor Mendel muzeyi idi. İkinci hissədə isə Andersenin məşhur nağılı “Noxud üstündə yatan şahzadə”dən söhbət gedirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 4. Onun məşhur obrazının yaranmasında uşaqlıqda sevdiyi əsərlərdən biri olan Dikkensin "Böyük ümidlər"inin böyük rolu olmuşdur. Vaxtilə onun haqda çəkiləsi olan film "Ağ rəngə boya (Paint it white") adlanırdı.Onun kim olduğunu deyin. -Cavab: Marsel Marso -Şərh: "Böyük ümidlər" əsərinin qəhrəmanı Filipp Pip obrazı onun yaddaşına həkk olunmuş və sonradan Marso onun adını bir hərf dəyişərək öz məşhur səhnə obrazı olan "Bip"i yaratmışdır. Səhnə çıxışlarında daima sifəti ağ rəngə boyanmış şəkildə çıxan Marso haqda bioqrafik film də "Ağa boya" adlanırdı. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Maraqlıdır ki, onların əməl etməli olduqları əmrlər "Ədviyyatlar" adlanır. Siz isə onların kimlər olduğunu tapın. -Cavab: Pastafarinistlər -Şərh: Onların inancına görə, məhz Lazanya gəmisinin kapitanı Mosey tərəfindən insanlara vəsiyyət gətirilimişdir. Pastafarilərdə pirat Mosey Musa peyğəmbərə parodiyadır. Onlar ingilis dilində "commandments" sözündə də dəyişiklik edərək onu "condiments" adlandırmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. Anri Sanson öz xatirələrində babası Şarlın yaşadığı dövrün qorxusu səbəbindən cəlladlıqdan qurtula bilmədiyini bildirir. Bu zaman o Alfanı xatırlayır. Maraqlıdır ki, holokostun əslində sionistlərin özü tərəfindən təşkil edilməsindən bəhs edən kitablardan birində qaz kameraları Alfa ilə müqayisə olunur. Alfanı biri xüsusi isim olmaqla iki sözlə deyin. -Cavab: Nessin köynəyi -Şərh: Yunan mifologiyasında Heraklın atdığı oxlardan ölən kentavr Ness Heraklın arvadı Deyaniraya onun yarasından axan qandan götürüb Heraklın köynəyinə batırmasını bildirir. Əgər Herakl arvadına xəyanət edərsə, bunu Heraklın əyninə geyindirməli idi. Nəticədə Herakl bunu geyinəndə əvvəl bu köynək onun çox xoşuna gəlir, lakin sonra nə qədər çalışsa da qurtula bilmir və nəticədə əzablar içərisində ölür. Holokostun əslində sionistlərin özü tərəfindən təşkil edildiyini əvvəlcə onların xeyrinə olsa da sonradan bunun pis nəticələndiyini bildirilən kitabda qaz kameraları Nessin köynəyi ilə müqayisə olunmuşdur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Qreqor Mendel qələmə aldığı avtobioqrafiyanın müəllifin özü olduğunu gizlətmək üçün avtobioqrafiyada X-dən istifadə edirdi. X-i 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: Üçüncü şəxsin təki -Şərh: Bildiyimiz kimi avtobioqrafiyalarda əsasən müəllif Mən əvəzliyindən istifadə edir. Qreqor Mendel avtobioqrafiyanın müəllifinin özü olduğunu gizlətmək üçün bioqrafiya boyu özü haqqında danışarkən 3cü şəxsin təkindən istifadə etmişdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 8. XIV Lüdoviq özünün kral seçilməsinin qarşısını alacaq qardaşı Filippi x-lə müqayisə edirdi. X-i saitləri eyni olan bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Bulud -Şərh: Özünü Günəşlə müqayisə edən kral , hakimiyyətə ondan əvvəl gələrək önünü kəsməsindən ehiyyatlandığı qardaşı Flipi Günəşin önünü kəsən buludla müqayisə edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 9. R.Kiplinqin “Səyahətin mahnısı” şeiri “çıraq yananda, o gəlir” misraları ilə başlayır. -Mərmərə dənizində yerləşən “Kız Kulesi” Bizans və Avropa mənbələrində onun adı ilə adlandırılır. Onun kim olduğunu tapın. -Cavab: Leandr -Şərh: Hero və Leandr mifinə görə, dənizin ortasında bir qalada saxlanılan Hero, hər gecə çırağı yandıranda Leandr dənizi üzərək ona gəlirdi. Dənizin ortasında yerləşən “Kız Kulesi” bir çox mənbələrdə bu əfsanin yaşandığı yer kimi göstərilir. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. Paylama materialıŞəkildə gördüyünüz bir sayt tərəfindən hazırlanmış milyonçu şəhərlərdir. Rekvizitdə sual müəllifi siyahıdan bunu edib. “Balaca şahzadə” əsərinin personajı ilk əvvəl diqqət edilməsə də, illər sonra qatıldığı qurultayda hamının razılığını alır. Həmin səhnədə kitabdakı illüstrasiyalardan personajın bunu etdiyini görmək olar. Bunu etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Fəsi çıxartmaq -Şərh: Sual müəllifi Afrikanın milyonçu şəhərləri siyahısından Fəsi çıxardıb. “Balaca şahzadə” əsərində isə 1909-cu ildə B-612 planetini kəşf edən türk astronomu qatıldığı qurultayda paltarlarına görə qulaq asılmır, lakin illər sonra ölkəsindəki paltar inqilabından sonra gələndə hamı onun fikrini dəstəkləyir. Bu zaman çəkilmiş illustrasiyalarda onun birinci şəklində başında fəs, ikincidə isə fəsinin çıxarıldığını görmək olar. -Müəllif: Babək Qasımzadə - -Sual: 11. XVII əsrdə İspaniyanın həyata keçirtdiyi ticarət müstəmləkəçiliyi nəticəsində liman şəhəri olan Sevilyada qulların sayının hədsiz dərəcədə artmasından danışan Marselen Defurne şəhəri Alfa ilə müqayisə etmişdir. Maraqlıdır ki, xüsusi növ avtomobillər istehsal edən “Checker Motors Corporation” şirkətinin emblemində də Alfanın təsvirini görə bilərik. Alfanı deyin. -Cavab: Şahmat taxtası -Şərh: Ticarət müstəmləkəçiliyi nəticəsində liman şəhəri olan Sevilyada qaradərili qulların sayı o qədər artmışdır ki, şəhər əhalisinən demək olar ki eyniləşmişdir. Bu zaman Defurno şəhərin sanki şahmat taxtasını xatırlatdığını yazmışdır. Maraqlıdır ki, XIX əsrin sonlarında fəaliyyətə başlayan və taksi avtomobilləri buraxan Checker Motors öz adını ingiliscədən “şah” kimi tərcümə olunan “check” sözündən almışdır.Bu taksi şirkəti həm ağ dərili, həm də qaradərili insanların daşınmasını həyata keçirən ilk şirkətlərdən biri olmuşdur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Musiqinin boşluqdan ibarət olduğunu qeyd edən bu əsərin qəhrəmanı, özünü boşluqda hərəkət eləyən Siziflə müqayisə edir. Əsərin adını cavab kartlarınıza yazın. -Cavab: Kontrabas -Şərh: Bildiyimiz kimi Sizif gün boyu böyük daşı hərəkət etdirməklə məşğul idi. Hər gün ifa üçün orkestrdakı ən böyük aləti daşımağa məcbur olan q��hrəman özünü Sizifə bənzədir. -Müəllif: Farid Nəsirulla - -Sual: 13. Kontrabasın orkestrdakı vahid əlaqəni yaradan musiqi aləti olduğunu qeyd edən Patrik Züskindin qəhrəmanı kontrabassız orkestra dinləyərkən sanki ORADA olduğunu qeyd edir. Oranı 3 sözlə cavab kartlarınıza yazın? -Cavab: Babil qülləsinin tikintisi -Şərh: Musiqi alətləri arasında vahid əlaqəni kontrabasın yaratdığını qeyd edən personaj kontrabassız orkestrda bütün alətlərin səslərinin bir birinə qarışacağını vurğulayır və bunu bir növ müxtəlif dillərin danışıldığı babil qülləsinin tikintisinə bənzədir. -Müəllif: Farid Nəsirulla - -Sual: 14. Gəmi qurdları ağacın içərisini deşməklə yanaşı özlərini şişən ağacın təzyiqindən qorumağa malikdirlər. Siz isə gəmi qurdlarının iş prinsipinin arxitektor Mark İzambar Brunelə hansı obyektin tikilməsi üçün ilham mənbəyi olduğunu eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Temza tuneli -Şərh: Gəmi qurdlarının ağacın içərisini deşərək lakin ağacın şişmə təzyiqindən qorunaraq hərəkət etdiyini görən Mark İzambar Brunel bu qurdların iş prinsipi əsasında keçici qalxan yaratmışdır.Belə ki bu qalxanın içərisinə girən fəhlələr tunneli qazmaqla yanaşı qalxanın yan lövhələri sayəsində yerin təzyiqindən müdafiə olunmuşdular. Nəticədə 1825-ci ildə Temza çayı altından ilk tunel salınmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 15. Dani Uelbek keçən mövsüm Arsenal klubunun gah qələbələr, gah məğlubiyyət və heç-heçələr keçdiyini vurğulayaraq premyer liqanın üçün çox enişli-yoxuşlu olduğunu bildirmiş və mövsümü alfayla müqayisə etmişdir. Qəribədir ki, bir çox roman dilllərində alfaya "montana rusa" deyirlər. Alfanı istənilən dildə cavab kartlarınıza yazın. -Cavab: Amerikan dağları -Şərh: Futbolçu klubu üçün keçən mövsümün gözlənilməz məcrada keçdiyini və bu uzun yolda çox eniş və yoxuşların olduğunu bildirərək mövsümü "Amerikan dağları" ilə müqayisə etmişdir. Qəribəsi isə bir çox dillərdə bu əyləncə vasitəsinin "rus dağları" adlanmasıdır. -Müəllif: Babək Qasımzadə - -Səhifə -> 74 | Sual Sayı -> 12 - -Sual: 1. "Shark Helmets" şirkətinin istehsalı olan motosiklet dəbilqələrinin keyfiyyət testlərindən birində beş motosikletçi ayaqlarından başı-aşağı asılmışdı. Bu testə verilmiş adı ikinci və ya üçüncü növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Nyuton beşiyi -Şərh: Dəbilqələrin möhkəmliyini və təhlükəsizliyini yoxlamaq üçün ayaqlarından asılmış şəkildə bir cərgədə düzülmüş motosikletçilərdən ən başda olanını digərlərindən müəyyən məsafədə aralayıb buraxırdılar və nəticədə motosikletçilərin başları bir-birinə zərbə ilə dəyirdi. Bu test zahirən "Nyuton beşiyi"ni xatırladırdı və elə də adlandırılmışdı. -Müəllif: Asim İbrahimli - -Sual: 2. Vladimir Nabokov “Lolita” kitabında, əsalarına söykənən yaşlı qadınları buna bənzədir. Bunun əsas göstəricisi 5,5-dən, 3,9-a endirilmişdir. Bunu iki sözlə deyin. -Cavab: Piza qülləsi -Şərh: Əsərdə yaşlı insanların müvazinətində yaranan problemlər üzündən öz əsalarına əyilərək söykəndiyi vurğulanarkən Piza qülləsi xatırlanır. Əvvəlcə, 5,5 dərəcə olan qüllənin əyriliyi əsrin əvvəlində aparılan bərpa işləri nəticəsində 3,9 dərəcəyədək azaldılmışdır. -Müəllif: Tərlan Əsədli - -Sual: 3. Əmisi tərəfindən işgəncələrə məruz qalan qız ağlamağa başlayır və bir gün yuxusunda Eyyub peyğəmbəri görür. Peyğəmbər qıza dərdlərinin başa çatacağı zamanı deyir və ona göz yaşlarını yığması üçün X-i verir. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Səbr kasası -Şərh: Peyğəmbər ona göz yaşlarını yığmaq üçün verdiyi əşyanın dolub daşanda artıq işgəncələrin sona çatacağını deyir. Eyyub peyğəmbərlə bağlı olaraq Eyyub səbri ifadəsi də kömək ola bilərdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Bir əsərin oğurluqla məşğul olan personajı hədəf seçdiyi yerə yaxınlaşarkən "bunu" hissetdiyini deyir. Siz isə, bunu deyil, personajın sözləri ilə ziddiyət təşkil edən fikrin müəllifini deyəcəksiniz. -Cavab: Vespasian -Şərh: Personaj oğurluq edəcəyi yerə yaxınlaşarkən, artıq pulların iyini hiss etdiyini qeyd edir. Bu sözlər isə Vespasianın məşhur "Pullar iylənmir" fikri ilə ziddiyət təşkil edir. -Müəllif: Hikmət Əliyev - -Sual: 5. Puşkin, Kançencanqa, Point Tomson, Popokatepetl, Tres-Kruses, Punçak Trikora, Mount Qardner. peakbagger.com səhifəsindəki göstəricilərə inansaq, yerləşdiyi kontinentə uyğun olaraq sadalananlardan hər birini X adlandırmaq olar. 1996-cı ildə yazılmış X bir peyğəmbərin həyatından bəhs edir. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Beşinci dağ -Şərh: peakbagger.com səhifəsindəki göstəricilərə inansaq sualda sadalananların hər biri hündürlüklərinə görə müvafiq olaraq Avropa, Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antraktidanın 5-ci dağıdır. Sualın ikinci hissəsində söhbət Paulo Koelyonun "Beşinci dağ" romanından gedirdi. Sual əbəs yerə beşinci verilməmişdi. -Müəllif: Asim İbrahimli - -Sual: 6. Paylama materialıŞəkildə gizlədilən şəxsin kim olduğunu tapın. -Cavab: Şah İsmayıl Xətai -Şərh: Gördüyünüz məşhur səhnə Gilan hakiminin balaca İsmayılı zənbildə ağacda gizlətmə səhnəsidir. "Əgər Qurana and içsəm ki, İsmayıl Gilanda yoxdur, mənə inanarsınızmı?" Rüstəm Mirzənin adamları deyirlər: "İnanarıq". İsmayılı zənbildə gizlədirlər. Zənbili isə bir hündür ağacın budağından asırlar. Bundan sonra Gilan hakimi əlini Qurana basır və deyir: "And olsun Qurana ki, Şeyx Heydər oğlu İsmayılın ayaqları mənim torpağıma dəymir". -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. Bu romanın baş qəhrəmanının Qrouço adlı ev heyvanı ot ətrafında məftilə ilişir və infeksion xəstəlikdən tələf olur. Baş qəhrəman onun şəklini mağazalardan birinə göstərir və burada onun üçün Qrouçonun oxşarını yığırlar. Söhbətin hansı romandan getdiyini tapın. -Cavab: Androidlər yuxuda elektron qoyunlar görürlər? -Şərh: Ot ətrafında olmağından Qrouçonun qoyun olduğunu təxmin etmək olardı. O tələf olduqdan sonra isə mağazada onun şəkli əsasında elekton qoyun yığılır. -Müəllif: Asim İbrahimli - -Sual: 8. Nə qədər qəribə olsa da X əslində əsasən ağ rəngdədir. X adlanan maşın oyununda dünyanın hər yerindən polislər sizi tutmağa çalışır. X-i birinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Qırmızı bülleten -Şərh: İnterpolda axtarış keçirilən zaman ən sonuncu axtarış həddi qırmızı bülleten və ya xətt adlandırılır. Oyunda göstərilir ki, bütün dünyada polislər maşını tanıyır, onlar qırmızı bülletenlə axtarırlar. Qəribə olsa da qırmızı bülleten əsasən ağ rəngdədir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. XIX əsrin ortalarında geoloq Maux Limpopo çayının sahilində Ona aid olduğu iddia olunan nəhəng daş tikilinin xarabalıqlarına rast gəldi. Mauxun bu kəşfinin Afrikanın Avropa dövlətləri arasında bölüşdürülməyə çalışıldığı bir dövrə təsadüf etdiyini bilərək. Onun kim olduğunu deyin. -Cavab: Süleyman peyğəmbər -Şərh: Versiyalarda birinə görə Bibliyada adı çəkilən Ofir ölkəsi indiki Afrika ərazisində, Limpopo çayının sahilində yerləşirdi. Süleyman peyğəmbər bu ölkədən qızıl, gümüş və digər qiymətli daşlı gətirərmiş. Sualın ikinci hissəsində Avropa dövlətlərinin Afrikanı bölüşdürmək cəhdləri Süleyman məhkəməsinə işarə idi. -Müəllif: Hikmət Əliyev - -Sual: 10. “Sənə məsləhət görərdim ki, evin arxasındakı boş konserv qutularına atəş açasan, bilirəm ki, belə etməyəcəksən. Odur ki, bacarırsansa qarğaları vurmağına icazə verirəm, amma heç vaxt bunu etmə. “Bunu etmək” həm də XX əsrin ortalarına aid bir əsərin adıdır. Bunu etməklə əvəz olunan sözləri deyin. -Cavab: Masxaraçını öldürmək -Şərh: Maskaraçı quşları digər quşları imitasiya etməklə bir növ musiqiçi quş hesab olunur və onun insanları əyləndirməkdən başqa heç bir ziyanları olmadığı deyilir. 1960-cı ildə Harper Li eyniadlı əsəri qələmə alıb. -Müəllif: Hikmət Əliyev - -Sual: 11. Bir məqalədən sitatın müəllif tərcüməsinə qulaq asın:   -"Vereşaqin müharibədən yanmış torpaq üzərində yöndəmsiz insan kəllələrindən ibarət ömürlük iz qoydu."   -Sitatda "ömürlük iz qoydu" sözləri ilə əvəz olunmuş iki sözü deyin. -Cavab: Dağ çəkdi -Şərh: Vereşaqinin "Müharibənin apofeozu" əsəri haqqında olan məqalədən deyilirdi: "Vereşaqin müharibədən yanmış torpaq üzərində yöndəmsiz insan kəllələrindən ibarət dağ çəkdi." Azərbaycan dilində kiminsə qəlbini pis qırdıqda və ya həddindən çox incitdikdə "dağ çəkmək" ifadəsi işlənir. -Müəllif: Asim İbrahimli - -Sual: 12. Məclislərin birində şair Salam Qədirzadə, Qabillə Seyfəddin Dağlının armudu stəkanları birnəfəsə başlarına çəkib sonra isə qəndi dişləməklərinin şahidi olur. Siz isə stəkanlarda nə olduğunu cavab kartlarınıza yazın. -Cavab: Konyak -Şərh: Mirzə Babayevin ifasından bizlərə tanış olan məşhur çay mahnısında da deyildiyi kimi – çayçımız vurub baş-ayaqmış, çaynikdəki konyak imiş. Bu əhvəlatdan sonra sözü gedən mahnı yaranır. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 75 | Sual Sayı -> 12 - -Sual: 1. Bir divar yazısında qeyd olunur ki, rep həmişə roka məğlub olur. B��s elə həmin yazıdaca rep nəyə bənzədilir? -Cavab: qayçı -Şərh: İngilis dilində belə bir yazı yazılmışdır “Rap is like scissors it allways loses to rock”. Başa düşdüyünüz kimi, rep qayçı, daş, kağız oyunundakı həmişə daşa, yəni, roka məğlub olan qayçıya bənzədilir. -Müəllif: Cəmil Salmanov - -Sual: 2. İran qastrolundan qayıdan azərbaycan aktyorlarından ibarət truppanın da olduğu Evelin gəmisi 1 fevral 1918-ci ildə səhər tezdən Bakı buxtasına yaxınlaşır. Gəmidəkilər uzaqdan şəhərin üzərində göyə qara tüstünün qalxdığını görürlər. Bu zaman hansı hadisənin baş verdiyini bildinizsə, hadisənin baş verdiyi yeri biri xüsusi isim olmaqla eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Tağıyev teatrı -Şərh: Məlumdur ki bu teatr dəfələrlə yanıb. Digər məşhur "Evelina hadisəsi" isə məhz bu gəmi və Tağıyevlə bağlı baş vermişdir. Belə ki, onun hərbçi oğlunun dəfnindən Evelina gəmisi ilə Bakıdan Lənkərana qayıdarkən müsəlman alayı tərksilah olunmuş, nəticədə 31 mart soyqırımına səbəb vermək üçün yerli müsəlmanlar qızışdırılmışdı. -Müəllif: Anar Qasımov - -Sual: 3. Paylama materialıQarşıda gördüyünüz şəkil Zak Snayderin rejissoru olduğu “Qoruyucular” (Vvatchmen) filmindən götürülmüşdür və Nyu Yorkun dağılması zamanı personajlardan birinin diplomatı açılır. Siz isə diplomatın kodunu 3 simvolla cavab kartına yazın. -Cavab: 300 -Şərh: Bir çox rejissorlar filmlərində bir növ pasxa yumurtaları gizlədirlər. Burada isə Zak Snayder bir növ daha əvvəl çəkdiyi filmə keçid vermişdi və 300 spartalı haqda filmə aid olaraq 300 kodu diplomatın açarı idi. -Müəllif: Emil İsmayıl - -Sual: 4. Seyfəddin Dağlı yazır: Qəbir ya səbir, etmək ya etməmək, varlıq ya yoxluq-onun düşündüyü variantlar arasında idi. Sonda öz özünə dedi: Ya gərək ölüm, ya da sənin tərcümanın olum. Diqqət sual: Seyfəddin Dağlı bu sözləri kimin haqqında deyib? -Cavab: Cəfər Cabbarlı -Şərh: Cəfər Cabbarlı Şekspirin Hamlet əsərini Dövlət teatrının sifarişi ilə 1925-ci ildə tərcümə etmişdir. Əsərin əsas məqamlarından biri olan Olum ya ölüm, budur məsələ hissəsinin tərcümə səhnəsi sizə təqdim olunmuşdur. Seyfəddin Dağlının Bahar oğlu əsəri qayınatası Cəfər Cabbarlıya həsr olunmuşdur. -Müəllif: Rüfət Hüseynzadə - -Sual: 5. Sabir Rüstəmxanlı Ömür kitabında tarixi-arxeoloji abidələrimizə olan biganəlikdən gileylənir və qeyd edirki, kaş onlarda olan qazmaq həvəsi bizim arxeoloqlarda olardı. ABŞ-dakı onlar haqqında olan Vikipediya məqaləsində 49-lar(forty-niners) ifadəsinə rast gəlmək olar. Onlarla əvəz olunanı tapın. -Cavab: qızılaxtaranlar -Şərhlər: None -Müəllif: Rüfət Hüseynzadə - -Sual: 6. Uilyam Lorens San Fransiskoda 1 otaqlı evdə yığcam həyat tərzi sürən opera müğənnisi idi. Dövrün etika qaydalarına əsasən qadın kişinin yataq otağını görməməli idi. Bu fakta əsaslanıb Uilyamın iyirminci əsrin əvvəllərində nəyin patentini aldığını iki sözlə yazın. -Cavab: qatlanan çarpayı -Şərh: 1 otaqlı evdisə çarpayı da həmin otaqda olmalıdır normalda.Uliyam Mörfi isə qatlanan və ya yığılan çarpayını yaratmaqla bu problemi həll etmişdir. -Müəllif: Rüfət Hüseynzadə - -Sual: 7. Əslində Xaç atası filmində pişik səhnəsi olmamalı idi. Saytlardan birinin məzəli versiyasına görə Vito Korleone (Marlon Brando) çəkiliş meydançasında gəzişən pişiyi görür, onu əlinə götürür, BUNU edir və beləliklə pişiklə olan səhnə filmə daxil olur. BUNU etməklə əvəz olunmuş məşhur sitatı cavab kartınıza yazın. -Cavab: Ona rədd edə bilməyəcəyi təklif edir -Şərh: Sözü gedən sitat filmdə Vito Karleonenin ən məşhur sitatlarından biridir. -Müəllif: Qorqud İsrafilzadə - -Sual: 8. “Bağdadlı Uliss” əsərində qəhrəmanlardan biri İraqın bədbəxtçiliyinə bunların səbəb olduğunu deyir. Səddam Hüseyni də bununla müqayisə edərək deyir ki, Səddam da özünü xalqdan kəsərək inkişaf etməyə başlamışdı. BUNUN nə olduğunu tapın. -Cavab: Palma (ağacı) -Şərh: Palma ağacının ətrafı kəsilməsə, böyüyə bilməz. Eynilə Səddam Hüseyn də özünü xalqdan ayırmış və zirvəyə qalxmışdı, beləliklə də despota çevrilmiş və bədbəxtliklər gətirmişdi. -Müəllif: Murad Axundov - -Sual: 9. Nə qədər qəribə olsa da, sinistr BU SÖZÜN antonimidir. Əvvəlki cümlədə 4 hərfin buraxıldığını bilərək BU SÖZÜ cavab kartına yazın. -Cavab: ambidekstr -Şərh: Bildiyiniz kimi, ambidekstr sözü hər 2 əl ilə yazmağı bacaran insanlara deyilir və qəribədir ki, ambisinistr sözü də hər 2 əli ilə yazmağı bacaran insanları ehtiva etsə də, antonim sayılır. Ambidekst hər 2 əli sağ, ambisinistr isə hər 2 əli sol olan deməkdir. -Mü��llif: Emil İsmayıl - -Sual: 10. Alfred Hiçkok bayramlarda dostlarını əyləncəli şəkildə təbrik etməyi sevirdi. Bir bayram münasibətilə rejissor dostlarına 25 hərfin yazıldığı açıqca göndərirdi. Siz isə bu bayramın adını 2 saitin yanaşı gəldiyi qısa sözlə yazın. -Cavab: Noel -Şərh: Hiçkok dostlarına L (el) hərfindən başa bütün hərfləri göndərirdi və bununla da o dostlarının NO-EL bayramını təbrik edirdi. -Müəllif: Qorqud İsrafilzadə - -Sual: 11. Bir əsərdə möhkəm döyülmüş personaj yoldaşlarının davamlı təkidlərinə baxmayaraq işə çıxır və qeyd edir ki, Statistikaya əsasən BURAXILMIŞ SÖZLƏR, nəinki səngərdə. Buraxılmış sözləri bir neçə sözlə bərpa edin. -Cavab: çarpayıda daha çox adam ölür -Şərh: Yoldaşları qəhrəmana nə qədər desələr də ki, çarpayıda uzanıb rahatlaşsın, qəhrəman onlara qulaq asmır və deyir ki, Statistikaya əsasən çarpayıda daha çox adam ölür, nəinki səngərdə. -Müəllif: Emil İsmayıl - -Sual: 12. Diqqət sualda əvəzetmələr var! Onun başına gələn hadisələr "7 il Tibetdə" avtobioqrafik kitabında dərc olunmuşdu. Əvəzetməni tapıb, cümlədə buraxılmış beş hərfi yazın. -Cavab: Solom -Şərh: Sualda "12 il köləlikdə" "7 il Tibetdə" ilə əvəz olunmuşdu.12 il köləlikdə kitabının müəllifi Solomon Nortap idi. -Müəllif: Adil Bəkirov - -Səhifə -> 77 | Sual Sayı -> 12 - -Sual: 1. Deyilənə görə, Nyu Yorkdakı Flet Ayron adlı binanın yaxınlığında çoxlu gənc oğlanlar toplaşırdı. Həmin insanların hədəfləri ilə eyni taleyi yaşamış ən məşhur şəxsi deyin. -Cavab: Merilin Monro -Şərh: Binanın yanından keçən qadınların ətəkləri şiddətli külək nəticəsində qalxdığından burada xeyli gənc oğlanlar və kişilər toplaşırdı. 1954-cü ildə eyni taleyi Merilin Monro da yaşamışdı. -Müəllif: Rusif Hüseynov - -Sual: 2. Den Braunun yazdığına görə, Papa qvardiyasının əsgərləri İsveçrədəki lüteran landtaqlarından yığılır. Cümlədə əvəz olunan sözləri cavab kartlarınıza yazın. -Cavab: katolik kanton -Şərh: Den Braunun yazdığına görə, Papa qvardiyasına daxil olan isveçrəli 4 katolik kantondan birini təmsil etməlidir. -Müəllif: Rusif Hüseynov - -Sual: 3. Hind okeanındakı mifik materik haqqında olan məqalədə bura olan marağın X-in təbiətinin araşdırılmasından sonra yarandığı qeyd olunub. Edqar Keysin fikrinə görə materikin yox olması Y-in sonuna təsadüf edir. X haqqında məqalədə təxminən 532 milyon dollar, Y haqqında məqalədə isə təxminən 383 milyon dollarlıq gəlir qeyd olunub. X və Y-lə əvəz olunanları tapın. -Cavab: Madaqaskar, Buz dövrü -Şərh: Materikə maraq Madaqaskarın təbiətinin araşdırılmasından sonra yaranıb. Madaqaskarda bəzi Asiya bitki və heyvanlarıyla oxşarlıqlar müəyyən etmişlər. Belə qənaətə gəliblər ki, arada bir materik də olub - Lemuriya. Sualda Madaqaskar və Buz dövrü cizgi filmlərinin ilk seriyalarının gəlirləri qeyd olunmuşdu. -Müəllif: Tofiq Ağayev - -Sual: 4. Əgər bu hadisə 4 saat sonra baş versəydi, Vıborq şəhəri tamamilə dağılacaq, Sankt-Peterburqa isə əhəmiyyətli dərəcədə ziyan dəyəcəkdi. Hansı hadisədən söhbət getdiyini yazın. -Cavab: Tunqus meteoritinin düşməsi -Şərh: Yerin öz oxu ətrafında hərəkəti nəticəsində meteorit bu iki şəhərə ciddi ziyan vura bilərdi. -Müəllif: Tofiq Ağayev - -Sual: 5. 1999-cu ildə “Time” jurnalı tərəfindən 20-ci əsrin 100 görkəmli şəxsi siyahısına adı daxil edilmiş Emmelin Pankxörst qadınların seçki hüquqları uğrunda apardığı mübarizəyə görə bir neçə SAATLIQ orada həbsdə qalmışdı. Onun harada həbsdə qaldığını tapın. -Cavab: Big-Ben -Şərh: Əvvəllər Big-Bendə parlamentin həbsxanası yerləşirdi və çox səs-küy salan parlament üzvləri burada yerləşdirilirdi. Sualdakı Time və bir neçə saatlıq sözləri ipucu idi. -Müəllif: Tofiq Ağayev - -Sual: 6. Krımın Rusiya tərəfindən işğalından sonra yarımadaya yollanan bir nəfərə Krımda olarkən yerli insanlarla ünsiyyət zamanı kimin Rusiya, kimin isə Ukrayna yönümlü olmasını müəyyənləşdirmək üçün BUNU ETMƏK tövsiyə olunur. Sual müəllifi hesab edir ki, bundan əvvəlki sualda biz də belə desək, BUNU ETMİŞİK. BUNU ETMƏKlə əvəz etdiyimiz eyni hərflə başlayan iki sözü yazın. -Cavab: saatı soruşmaq -Şərh: Krımda saatı soruşun. Ukrayna yönümlülər Kiyev, Rusiya yönümlülər isə Moskva saatı ilə vaxtı sizə deyəcəklər. Big Beni bir çoxları saat qülləsi olduğunu düşünür. Əvvəlki sualda Big Beni soruşmaqla, biz demək olar ki, saatı soruşmuşduq. -Müəllif: Rusif Hüseynov - -Sual: 7. Bu söz latın dilindən “mənasız danışmaq, yerinə yetməz arzular” kimi tərcümə olunur. Bir Azərbaycan filmində bu sözü başa düşməyən qəhrəmana izah etmək üçün "maşın yanır yenə" sualı verilir. Söhbətin hansı sözdən getdiyini tapın -Cavab: Hallüsinasiya -Şərh: Ölsəm bağışla filmində həkim Yusifdən halusunasiya görməsiylə bağlı sual verdikdə, Yusif başa düşmür. Həkim “Maşın yanır yenə” deyərək nə nəzərdə tutduğunu izah edir. Filmin sonunda da Yusif yaralandıqdan sonra maşının yanmağını görür və bu görüntüylə film bitir. -Müəllif: Tofiq Ağayev - -Sual: 8. İngilis dilində reklam posterlərindən birində “Əylən” sözündəki hərflərdən biri bir neçə dəfə təkrarlanaraq bununla əyləncənin daha uzun davam etdiyinə işarə edir. Bu posterdə hansı alman şirkətinin reklam olunduрunu tapın -Cavab: Audi -Şərh: Audi Şirkətinin logotipindəki kimi “Joy” sözü 4 “o” hərfi ilə Jooooy yazılmışdı. -Müəllif: Tofiq Ağayev - -Sual: 9. Kreyg Venter İnstitutunun alimləri Talaromyces stipitatus, Aspergillus nidulans, Penicillium marneffei, Aspergillus terreus və s. istifadə edərək, X-də müxtəlif fiqurlar yaratmağa nail olmuşlar. X haqda başqa bir məqalədə isə şüşə və polistirolun adı çəkilir. X-i biri xüsusi olmaqla iki sözlə deyin. -Cavab: Petri fincanı -Şərh: Başa düşdüyümüz kimi adıçəkilən mikroorganizmlər göbələklərdir. Alimlər onları kultivasiya edərək yeni il küknarı və qar adamı figurlarını yaratmışdılar. Petri çaşkası isə adətən şüşə və ya polistiroldan olur. Kreyg Venter isə hələ də yaşayan məhşur genetikdir. Mikroorganizmlər və genetika Petri çaşkasına çıxmağa kömək etməli idi. -Müəllif: Elvin İbrahimov - -Sual: 10. Bir məqalədə qeyd olunur ki, bu əslində heç də gender seqreqasiyasına işarə deyil, sadəcə İsveçin dəmir ehtiyatlarının zənginliyindən xəbər verir. Bunu iki sözlə yazın. -Cavab: Volvonun simvolu (emblemi, loqosu) -Şərh: İsveç firması olan Volvonun emblemindəki işarə həm kişi cinsinin, həm Mars planetinin, həm də dəmirin əlkimyadakı simvoludu. -Müəllif: Ruslan Məmmədov - -Sual: 11. Angry Birds oyununun epizodlarından birində gizlədilmiş çoxlu bonus hədiyyələr var. Bu epizodun adı ingilis dilində eyni hərflə başlayan iki sözdən ibarət ifadədi. Epizodun adını tapın. -Cavab: Easter Eggs -Şərh: Pasxa yumurtası kompüter proqramlarında,texniki vasitələrdə, filmlərdə, kitablarda və ya krosvordlarda müxtəlif məqsədlər üçün gizlədilmiş mesajlara deyilir.Buna bəzən proqramçının imzası da deyilir. Angry Birds oyununda adətən qızıl yumurtalar gizlədilir. -Müəllif: Elşən Quliyev - -Sual: 12. Onlar Adolf Hitlerin 1936-cı il dekreti ilə birləşiblər. Onları deyin. -Cavab: Qarmiş və Pertenkirxen -Şərh: None -Müəllif: Türyan Məmmədov - -Səhifə -> 80 | Sual Sayı -> 12 - -Sual: 1. Filmdə Matildanın hədiyyəsini Norman Stensfildə verərkən X xırıldayır.MGM şirkəti X-I patentləşdirib.X-i 3-cü növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Leonun səsi -Şərh: Filmin sonunda ağır yaralanmış Leon qumbaranın üzlüyünü Stenə verərkən “ Bu sənə Matildadan çatacaq” deyir.Bu zaman LEONun səsi xırıldayır.MGM şirkəti hamımıza tanış olan maskotu LEOnun səsini patentləşdirib.MGM filmlərinə başladığı kimi biz də paketimizə Leonun səsi ilə başlayırıq. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: O karyerasının X-də Y-ə keçdi. Hal-hazırda X-in Y-də Rondon, Vitsel və Lomberts kimi idmançılar var. Z-in karyerası boyunca yalnız X və Y-də çıxış etdiyini bilərək onun kim olduğunu tapın. -Cavab: Andrey Arşavin -Şərh: Andrey Arşavin karyerasının zenitində (zirvəsində) Arsenala keçdi. Hal-hazırda Zenitin arsenalında adları çəkilən futbolçular var. Arşavin karyerası boyunca yalnız Zenit və Arsenal klublarında çıxış edib. -X ilə Zenit (zenit), Y ilə Arsenal (arsenal) əvəzlənib. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 3. ”İnterstellar” filmində orta temperatur dərəcəsi mənfi olan planetin atmosferinə daxil olan kosmik gəmiyə X-lər maneçilik törədir.X-ləri ilk 2 hərfi eyni olan 2 sözlə deyin. -Cavab: Buz buludları -Şərh: Orta temperatur dərəcəsinin mənfi olması havada buludların donmasına gətirib çıxarır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 4. 13-cü əsrə aid “La vita nuova” əsərini 1861-ci ildə o,ingilis dilinə tərcümə etmişdi.Kim? -Cavab: Dante Qabriel Rozetti -Şərh: Əsərin adı italyanca verilməsi 13-cü əsrə aid italyan yazarı tapmağa -kömək edirdi.Valideynləri prerafaelit rəssam Dante Rozettiyə italyan ədəbiyyatının əsasıını qoyanlardan biri olan Dante Aligyerinin adını qoymuşdular. -Müəllif: Xəyal Məmmədov - -Sual: 5. 1945-ci il 23 aprel günü yazılmış məktubdan hissə:” Əgər məğlub olmuşuqsa,qaçmaq mənə uyğun deyil. Bizim ideologiyamız məhvə doğru gedirsə,özümüz də ölməliyik.Uşaqlarımı tanrıya özümüzlə aparsaq bəlkə də bağışlanarıq”.Məktubu yazan şəxsin soyadını deyin. -Cavab: Göbbels -Şərh: Müharibə sona yaxınlaşdıqca əvvəlcədən intihar planları hazırlayan 3-cü Reyxin əsas fiqurları kimi Maqda Göbbels də təxminən 1 həftə sonra yerinə yetirəcəyi və uşaqlarını da zəhərləyəcəyi planı dostuna məktubunda belə izah etmişdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 6. Lostun seriyalarından birində baş vermiş qətl haqqında hər 2 personajın xəbərdar olduğu ,lakin bu haqda danışmaq istəmədikləri qeyd edilən zaman X xatırlanır.X haqqında məqalədən Dəvəquşu effektinə keçid var. X ilə əvəz olunmuş sözləri tapın. -Cavab: Otaqdakı fil -Şərh: Personajların hər ikisinin də hadisədən xəbərdar olması otaqdakı fil idiomasının xatırlanmasına gətirib çıxarır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 7. “Yeddi oğul istərəm” filmində 7 oğuldan biri Eldəniz Zeynalov olmalı idi. Lakin aktyor filmdə başqa rol ifa etməli olur.Bunun səbəbini bir mürəkkəb yunan sözü ilə deyin. -Cavab: hippofobiya -Şərh: Filmin bir çox səhnələrində baş qəhrəmanlar at üstündə görünür. Eldəniz Zeynalovun da atdan qorxusu ona baş qəhrəmanlardan birini canlandırmağa mane olmuşdu. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 8. Cek Keruakın “Yolda” əsərində baş qəhrəman əyləncənin əsl sərvət olduğunu qeyd edir və ölkənin dərinliklərinə baş vurur. Bu zaman o,(yəni baş qəhrəman) özünü və dostlarını X-lərlə müqayisə edir. X-lər Asiyanın bəzi su hövzələrində 1,5-2 metrdən öz istəklərinə çata bilirlər.X ləri iki sözlə deyin. -Cavab: Mirvari axtaranlar -Şərh: Müəllif dərinliklərə baş vurmaq dedikdə mirvari axtaranların dənizin dərinliklərinə enməsinə bənzədir.Lakin İran və Mannar körfəzi kimi ərazilərdə 1,5-2 metrdə yaşayan canlılardan mirvari üçün material tapmaq mümkün olur. -Müəllif: Camal Məmmədov - -Sual: 9. Paylama materialıGördüyünüz sosial əhəmiyyətli reklam posterində bir brendin adında bir hərfi dəyişdirilib. Siz isə dəyişdirilmiş formanı cavab kartlarınıza yazın. -Cavab: Johnnie Walked -Şərh: Poster içkili halda avtomobil idarə edənlər üçün hazırlanmışdı. Məhşur içki brendi olan Johnnie Walkerin loqosundakı yeriyən insan burada əlil arabasında təsvir olunub və bredin adı “Johnnie Walked” olaraq dəyişdirilib. -Müəllif: Emil Yusublu - -Sual: 10. Bakıda qonaq olarkən Dmitri Şostakoviç məclislərin birində ac qalmasına səbəb kimi zarafatla Safronov soyadlı dostunu bəyənməməsini göstərir. Bir el məsəlində isə ac qalmağa səbəb kimi təmizlik göstərilir. Ac qalmaqla əvəz edilən 2 sözü tapın. -Cavab: Aş yemək -Şərh: Bəstəkar tərkibində zəfəran ( şafron ) olan yeməyi yeməyəcəyini zarafatla deyir. "Bəylərlə aş yemirəm ki bığım yağa batmasın" məsəli isə çoxlarına tanışdır. -Müəllif: Məzahir Səmədov - -Sual: 11. Hüseyn Cavidin qardaşı oğlu olan Tahir Rəsizadənin övladına Artur adını verməsinə səbəb olmuş 2 adı cavab kartınıza yazın. -Cavab: Ərtoğrul,Turan -Şərh: Sualda Tahir Rasizadənin Hüseyn Cavidə qohumluğu və övladının -adının deyilməsi cavabın tapılmasına kömək ola bilərdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 12. “Mobi Dik” əsərində Stab personajının tütünü nə qədər çox sevməsindən danışılan zaman qeyd olunur ki, “o yuxudan X-siz qalxa bilər,amma tütünsüz yox”. X 1836-cı ildə çapdan çıxmış əsərdir.Əsərin müəllifini qeyd edin. -Cavab: Qoqol -Şərh: Qoqolun “Burun” əsərində yuxudan oyanan Kovalyov burununun yerində olmadığını görür. Oxşar süjet Stab personajına da aid edilir. -Müəllif: Xəyal Məmmədov - -Səhifə -> 83 | Sual Sayı -> 12 - -Sual: 1. Eyniadlı baykerlər klubundan bəhs edən “Anarxiya oğulları” adlı teleserialın başlıq şəklində (zastavka) İKSlər aktyorların adına çevrilir. Siz isə İKS sözünü 200 ildən artıqdır ki, məşhurlaşdırmış ingilisi cavab kartına yazın. -Cavab: Ceyms Kuk -Şərh: Bildiyiniz kimi baykerlər həm də öz qeyri-adi döymələri ilə seçilirlər. Başlıq şəklində də Tatular aktyorların adına çevrilir. -Müəllif: Cəmil Salmanov - -Sual: 2. “Ördək hekayələri” cizgi filmində əntiq mebel dükanında işləyən 2 heyvanın adını cavab kartına yazın. -Cavab: Çip və Deyl -Şərh: Çippendeyl məşhur mebelləri ilə tanınan bir firmadır. Cizgi filmində də sonralar ayrıca öz serialları olan Çip və Deyl burada maraqlıdır ki, məhz mebel dükanında da işləyirlər. -Müəllif: Samir Bağırov - -Sual: 3. Paylama materialı_______ = Milk × CoffeeSual müəllifi bir internet səhifədə qarşıda gördüyünüz bərabərliyə rast gəlmişdi. Biz sizdən bərabərliyin sol tərəfində nəyin yazıldığını soruşmuruq. Bərabərliyin sağ tərəfində buraxılmış simvolu cavab kartına yazın. -Cavab: 2 -Şərh: Bu Eynşteynin məşhur formuluna edilmiş zarafatlardan biridir ki, sağ tərəfdə Enerji sözü olmalı idi. Başa düşdüyünüz kimi, Coffee sözünün qüvvətində 2 rəqəmi buraxılmışdır. -Müəllif: Cəmil Salmanov - -Sual: 4. Bir mənbəyə inansaq, Sumqayıt bağlarında hərtərəf yaşılıqdır. 7-dən 77-ə, qocadan cavana hamı əməksevərdir və susuz, ac torpaqlarda çalışırlar. İnsanların bir-birilə söhbəti və səs küyü isə dincəlməyə mane olmur. Eşitdiyiniz cümlədə əvəz edilmiş sözləri yazın. -Cavab: Xəzərin sahilində -Şərh: Söhbət “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısından gedir. “Yuxu” qrupunun bass gitaristi İbrahim Eminin sözlərinə görə mahnının mətni onun atasına aiddir və ilkin versiyada “Xəzərin sahilində” əvəzinə “Sumqayıt bağlarında” ifadəsi işlənmişdir. Sualda isə siz mahnının sözlərini nəsrə çevrilmiş formada eşitdiniz. -Müəllif: Züleyxa Şirinova - -Sual: 5. Dryu danışır: “O mənim yaddaşımda həmişə naməlum əsgər olaraq qalacaq”. Ona aid vikipedia məqaləsində deyilir - Hüquqi cəhətdən ölənlərin hamısı (terrorsitlərdən başqa) öldürülmüş hesab edilir, intihar etmiş yox. Verilən məlumatlara görə həmin gün sayları 200-dən artıq olsa da, ən məşhuru o oldu. Onu 2 sözlə deyin. -Cavab: Düşən adam -Şərh: Söhbət 11 sentyabr hadisələrində əkiz binalardan tullanaraq intihar edənlərdən gedirdi. Düşən adam (the falling man) Riçard Dryunun çəkdiyi dünyaca məşhur şəkildir. Adı bilinmədiyindən düşən adamın şəklini çox vaxt naməlum əsgərin məzarı ilə müqayisə edirlər. -Müəllif: None - -Sual: 6. Alp çəmənliklərində tikilmiş “Villa Vals” villası (adın fərqi yoxdur) öz unikallığı ilə seçilir. Təbii landşaftla bütövləşən və interyeri minimalist üslubda hazırlanan bu villada maksimum 12 nəfərin qala bilməsi nəzərdə tutulub. Villa ilə bağlı məqalədə adı çəkilən yazıçını tapın. -Cavab: Tolkien -Şərhlər: None -Müəllif: Anar Qasımov - -Sual: 7. Geoloq Derek Elcer qeyd edir ki, Yer kürəsinin ayrılıqda hər bir hissəsinin tarixi uzunmüddətli darıxdırıcı dövrlərdən və qısa dəhşətli anlardan ibarətdir. Bəs bu zaman Derek Yer kürəsini kimə bənzədir? -Cavab: Əsgər -Şərh: Əsgərlikdə olanlar yaxşı bilir ki, xidmət müddəti əsasən darıxdırıcı keçir. Müharibə isə qısa dəhşətli anlarla müşahidə olunur. -Müəllif: Emil İsmayıl - -Sual: 8. Ezoterik Sergey Zolotaryov yazır, ALANlar ayrı-ayrılıqda fiziki və efir bədənə malik deyildilər, yəni, bir tərəfdən dünyəviliyi, digər tərəfdən səmaviliyi birləşdirirdilər. Əvvəlki cümlədə 2 yerdə buraxılmış eyni hərfi cavab kartınıza yazın. -Cavab: T -Şərh: Eynilə ayaqları ilə yerə dayanaraq Göy qübbəni çiynində saxlayan Atlant kimi. Atlantlar həm də itirilmiş Atlantidanın sakinlərinin adıdır. -Müəllif: Cəmil Salmanov - -Sual: 9. 2007-ci ildə Stephen King tərəfindən yazılan “Corcun kainata gizli açarı” kitabında Corc, Annie, Riper, Erik və Kosmos adlı kompyuterin kosik fəzanı necə kəşf etməsindən bəhs edilir. Eşitdiyiniz cümlədə buraxılmış 3 hərfi yazın. -Cavab: h, a, w -Şərh: Söhbət Stephen Hawkingdən gedirdi. Kitab uşaqların kainatın sirlərinə və Böyük Partlayış nəzəriyyəsi haqda biliklərə yiyələnməsi üçün qələmə alınmış trilogiyadan ilk kitabdır. -Müəllif: Züleyxa Şirinova - -Sual: 10. Bir əsərin qəhrəmanı danışır: “Yer üzündə hal-hazırda yaşayan insanların sayı, bütün insanlıq tarixində ölən insanların sayından çoxdur. Hər kəs eyni anda X olmaq istəsə, bəziləri gözləməli olacaq. Çünki hamıya Y çatmayacaq.” Bir karikaturada isə X, Y-ə toxunmaq istəyərkən cərəyan şiddətindən ölür. X və Y-i müvafiq ardıcıllıqla deyin. -Cavab: Hamlet, kəllə -Şərh: Kiçik qəhrəman dünya əhalisinin hamısına kəllə sümüyünün çatmayacağından şikayətlənir. Kəllə işarəsinin çox zaman təhlükəli yerləri qeyd etməkçün istifadə edildiyi isə hamıya məlumdur (əl vurma, öldürər). -Müəllif: Lacivərd Məmmədova - -Sual: 11. 1970-ci illərdə İtaliyada istehsal olunan Urrako saatda 240 km sürətə çata bilirdi. Əfsanəyə görə 20-ci əsrin əvvəllərində yaşamış digər Urrako isə 3 nəfəri öldürmüşdü. Siz isə ölənlərin kim olduğunu cənubi avropa mənşəli bir sözlə yazın. -Cavab: Toreador -Şərh: Lamborcini firmasının simvolu öküzdür və artıq uzun illərdir ki, sürətli avtomobilləri ilə diqqət mərkəzində qalmağı bacarırlar. Firma maşınlarının adlarını korrida iştirakçısı olan məşhur öküzlərin adları ilə adlandırırlar. -Müəllif: Cəmil Salmanov - -Sual: 12. Paylama materialıGördüyünüz bu posterlər Stephanie Borrows tərəfindən Müqəddəs Valentin günü münasibətilə Elmsevərlərə hədiyyə edilib. Şəkildə kimlərin təsvir edildiyini ardıcıllıqla qeyd edin. -Cavab: Ada Lavleys, Alan Türinq, Verner Heyzenberq -Şərh: Ada Lavleys müəllimi Çarlz Bebbiclə birgə müasir kompüter proqramının sələfi sayılan “Analitik Mühərrik”in yaradıcısıdır. Alan Türinqin kompüter elmində alqoritm konsepsiyasının formalaşmasında rolu vardır. Kvant fizikasının görkəmli nümayəndələrindən Verner Heyzenberq isə “Qeyri-müəyyənlik prinsipi”nin banisdir. -Müəllif: Züleyxa Şirinova - -Səhifə -> 86 | Sual Sayı -> 12 - -Sual: 1. 1930-cu ildə Corc Simpsonun rekord olan 9.4-lük nəticəsi X-dən istifadə etdiyinə görə qeydə alınmamışdı. X-in ən müasir formasına elektron cihaz yerləşdirilib ki, siqnal eyni vaxtda alınsın. X-i bir neçə sözlə deyin. -Cavab: Start blokları -Şərh: Söhbət 100 metr və daha uzaq məsafəli qaçış atletinin dövr üçün ən yüksək nəticə əldə etməsindən gedirdi. İlk dövrlərdə atletlər başlanğıc üçün torpağı qazırdılar, lakin Simpson ilk dəfə olaraq start bloklarından istifadə edərək daha yaxşı başlanğıcla dünya rekordu qırsa da, həmin dövrdə bir neçə həftəlik idmandan uzaqlaşdırılmış və nəticəsi hesaba alınmamışdı. Müasir dövrdə isə start bloklarına verilən siqnallarla atletlərin false start etməsinin qarşısı alınır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 2. Serialların birində xatirələrin tamamilə dəqiq olmadığı və dəyişdirilə bildiyi deyilir. Bu zaman qəhrəman X-i xatırlayır. Çıxışlarının birində Cimmi, X-i İsgəndəriyyə kitabxanası ilə müqayisə etmişdi. X-i bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Vikipediya -Şərh: Vikipediya məqaləsi də daha ciddi ensiklopediyalarla müqayisədə dəqiqlik baxımından geri qalır, çünki hər istifadəçi məqalədə dəyişiklik etmə hüququna malikdir. Vikipediyanın əsasını qoyanlardan biri olan Cimmi Uels, vikipediyanı bir növ geniş informasiya bazası olduğu üçün İsgəndəriyyə kitabxanası ilə müqayisə etmişdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 3. Nəvəsi onun haqqında xatirəsində bildirir ki, “nəzakət xatirinə ona yaxınlaşdım, çünki qız nəvələrini sevmirdi. Sonda sağollaşanda isə, mənə pul vermək üçün cibindəki kağızları kənara qoyaraq qəpik pul verdi” Siz isə bu xatirənin kimin haqqında olduğunu deyin. -Cavab: Ağa Musa Nağıyev -Şərh: Müsəlman şərqində qız övladları sevilmirdi və xəsisliyi ilə məşhur olan Musa Nağıyev nəvəsinə pul verəndə belə nominalı daha çox olan kağız pulları kənara qoymuşdu. -Müəllif: Xəyal Məmmədov - -Sual: 4. 40 ilə yaxındır ki, musiqi ilə məşğul olan Rozanna Keş, yeni musiqi dinləmə servislərinin ortaya çıxmasına qarşı olmadığını bildirərək, buddizmi xatırlayır. Əvvəlki cümlədə əvəz edilmiş bir hərfi cavab kartlarınıza yazın. -Cavab: L -Şərh: Luddizm – ənənəvi istehsal üsulundan texniki metoda keçidə qarşı olan sosial hərəkatdır. XVIII əsr İngiltərəsində əməyin mexanikiləşdirilməsinə qarşı çıxan işçilər fabrik və zavodlara yeni gətirilən və o dövr üçün müasir texnikaları sındırırdılar. Keçən əsrin 80-ci illərində məşhurlaşan Rozanna Keş də yeni texnologiyaya qarşı olmadığını məhz bu cür ifadə etmişdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Doktor Moro, Prendikin gördüklərinin bıçaqla yeni formaya salınmış canlılardan başqa bir şey olmadığını, onlardan məzhəkəçilik üçün istifadə edildiyini deyir və XIX əsrin II yarısına aid olan mənbəni xatırlayır. Həmin mənbəni I növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Gülən adam -Şərh: Bıçaqla dəyişdirilərək üzünün forması gülünc vəziyyətə salınan Quinplen, yəqin ki, hamımıza tanışdır. -Müəllif: Sona Rzaquluzadə - -Sual: 6. Mettyu orta məktəbdə oxuyarkən tez-tez dəcəllik edərdi. Buna görə də müəllimi ona uzun çəkən cəza tətbiq edirdi. Mettyunun keçən əsrin 80-ci illərində nəyi yaratdığını deyin. -Cavab: “Simpsonlar” cizgi serialı -Şərh: Sözügedən cizgi serialının açılış səhnəsində Bart Simpson etdiyi səhv hərəkətləri bir daha təkrarlamayacağı barədə söz verir və bu cümləni bir neçə dəfə lövhəyə yazmaqla cəzalandırılır. Maraqlıdır ki, Mett Qroninq də məktəbdə oxuyarkən sinifdə tez-tez səs salar və buna görə də eyni üsulla cəzaya layiq görülürdü. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. “Doktor Moronun adası” əsərinin “Kilidli qapı” adlı hissəsində personajlardan biri digərinə tədqiqatların aparıldığı məkanın gizliliyi barədə danışarkən bu XVII əsr personajını xatırlayır. -Cavab: Mavi saqqal -Şərh: Şarl Peronun 1697-ci ildə qələmə aldığı eyniadlı nağıl-hekayənin qəhrəmanı Mavi saqqal yeni evləndiyi həyat yoldaşına qəsrinin açarlarını verir və yalnız bir otağın gizli qalıb, açılmamalı olduğunu bildirir. Lakin həyat yoldaşı səbr edə bilmir və keçmiş arvadların öldürülüb yığıldığı otağı açaraq dəhşətə düşür. Doktor Moronun canlılar üzərində apardığı tədqiqat otağının da gizli qalmasını istəyən personajın buranı Mavi saqqalın otağı ilə müqayisə etmişdi. Hissənin adı da cavab üçün xüsusi kömək idi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Deyilənə görə məşhur pianoçu Moris Rozental gənc Vladimir Qoroviç`in ifaları zamanı etdiyi çoxlu və sürətli keçidləri eşitdikdən sonra demişdir. “O, X-dir, amma Sezar deyil”. Mətndə X-lə əvəz etdiyimiz xüsusi ismi tapın. -Cavab: Oktavian -Şərh: O, ifaları zamanı bir oktavadan digərinə sürətli keçidlər edirdi. Buna görə də ona Oktavian ləqəbini vermişdirlər. -Müəllif: Ayxan Məmmədli - -Sual: 9. Afrikalı saray xidmətçisi içəri girərkən kraliçanın əlindəki bıçağı görüb qorxuya düşdü. Kallimaxa görə isə, kraliça etdiyi bu fədakarlığı hər gecə xatırlayacaqdı. Kraliçanın kim olduğunu deyin. -Cavab: Veronika -Şərh: Veronika ərinin müharibədən salamat dönməsi üçün saçlarını bıçaqla kəsməyi qərara almışdı. Ona kömək etmək məqsədilə öz xidmətçisini də içəri çağırmışdı. Xidmətçinin afrikalı olması hadisənin Misirdə cərəyan etdiyinə işarə idi. “Veronikanın saçları” bürcü haqqında ilk məlumat verən şəxs isə məhz Kallimax olub. Onun sözlərinə görə, Veronika qaranlıq düşəndə həmin bürcün ulduzlarını görəcək və etdiyi fədakarlığı daim xatırlayacaq. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Bir məqalədə qeyd olunur ki, o, ən məşhur əsərini yaradan zaman Jozef Haydnın 45-ci simfoniyasının final səhnəsindən ilhamlanmışdır. 1912-ci ildə doğulmuş bu şəxsin kim olduğunu tapın. -Cavab: Con Keyc -Şərh: Jozef Haydnın 45-ci və ya Əlvida simfoniyasının finalında muqisiçilər zalı tərk etməyə başlayırlar və sonda dirijor tək qalır. Versiyalardan birinə görə, Con Keyc 4`33`` əsərini bu səhnədən ilhamlanaraq yaradıb. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Bir əsərin personajı güllələrin bir-birinin ardınca insan bədəninə dəydiyini görərkən X-i xatırlayır. X-i həm də “Yeddinci Möhür” filminin sonunda görmək olar. X-i 2 sözlə deyin. -Cavab: Ölüm rəqsi -Şərh: Personajın bədənini güllələrin silkələməsini görən digər qəhrəman onun ölüm rəqsi etdiyini bildirir. Əsas süjeti orta əsr şəhərində taunun fəsadlarından bəhs edən Yeddinci möhür filmində də ölüm rəqsini sonda görmək olar. -Müəlliflər: Tərlan Əsədli, Xəyal Məmmədov - -Sual: 12. Maraqlıdır ki, bunlar ən çox məzarlıq və edam səhnələri olan əsərlədə təsvir edilir. Avqust Strindberq bunların səsinin bütün xalqların iztirablarını simvolizə etdiyini bildirmişdir. Bunlara 90-cı illərə aid mənbədə də rast gəlindiyini bilərək, bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: Ölübaş kəpənəyi -Şərh: Əsasən məzarlıq sahələrində geniş yayılmış və öz səsi ilə insanları vahiməyə salan bu canlıların tırtılları da məzarlardan qidalanırlar.Onların qanadlarında kəllə sümüyü təsviri olması və göründükləri yerə ölüm gətirməsi ilə bağlı fikirlər incəsənətə də təsirsiz ötüşməmişdir. 1991-ci ildə aid “Quzuların səssizliyi” əsərinin posterində də ölübaş kəpənəyi təsvir olunub. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 87 | Sual Sayı -> 12 - -Sual: Bir hokkuya qulaq asın: -Dümçəhrayı qar. -“Bu-ra-xıl-mış i-ki söz” -Hamı sevinir. -Buraxılmış 2 sözdən ibarət sətri bərpa edin. -Cavab: Albalı çiçəkləyir -Şərh: Hokku sizə Yaponiya ilə bağlı fikirləşməyə kömək etməli idi. Müəllif sakuranın ləçəklərinin torpağın üzərini örtməsini çəpçəhrayı qara bənzədir. Hamı sevinir – Sakuranın çiçəkləməsi və bununla əlaqədar keçirilən Xanami yaponların ən sevimli bayramıdır. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 2. Covanyolinin romanında Spartak “Roma qoşunlarını Romadan uzaqlaşdırsalar daha asan məğlub edərlər” cümləsini səsləndirir və fikrinin doğruluğunu əsaslandırmaq üçün hansı iki qəhrəmanı xatırlayır? -Cavab: Herakl və Antey -Şərh: Qədim əfsanədə olduğu kimi, ayaqlarını doğma torpaqdan üzdükdən sonra onlara qalib gəlmək daha asanlaşar. -Müəllif: Emil Yusublu - -Sual: 3. Hadisələrinin Bostonda cərəyan etdiyi bir filmdə “Qanqsteri necə olub ki, indiyədək tuta bilməmişik, hər dəqiqə əlimizdən necə çıxa bilir?” sualına FBİ əməkdaşı X cavabını verir. X-i 2-ci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: İrland şansı -Şərh: Hadisələr Boston şəhərində cərəyan edirdi və qanqsterin də bəxti yaman gətirirdi ki, onu tuta bilmirdilər. Bu zaman FBİ əməkdaşı “irland şansı” ifadəsini işlədir. Bostonda hər 6 nəfərdən biri irland əsillidir. Məşhur basketbol klubu Boston Seltiksi xatırlamaq kifayətdir. -Müəllif: Namiq Quluzadə - -Sual: 4. Versiyalardan birinə görə Teya planeti Yer kürəsi ilə toqquşmuş və onun mantiyasından bir hissə ayırmışdı. Siz isə yunan mifologiyasında Teyanın kimin anası olduğunu deyin. -Cavab: Selena -Şərh: Teya planeti və Yer Planetinin toqquşmasından sonra ayrılan mantiyadan Ay yaranmışdı. Yunan mifologiyasında Ay ilahəsi Selenanın anasının adının bu planetə verilməsi təsadüfi deyil. -Müəllif: Emil Yusublu - -Sual: 5. 1964-cü ildə isveçli jurnalistlərə verdiyi müsahibəsində demişdi ki, 2-ci dünya müharibəsindən sonra ona təklif olunan Fəxri legion ordenindən də imtina edib. Onun kim olduğunu deyin. -Cavab: Jan Pol Sartr -Şərh: Fransız yazıçı həm də ona verilən ədəbiyyat üzrə Nobel mükafatından imtina etmişdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. Vladimirin məktubundan hissələrə qulaq asın:   -“Vətən təhlükədə olduğu bir vaxtda, minlərlə oğullar öz həyatlarını, qanlarını əsirgəmədən müharibə cəbhəsində vuruşduqları bir məqamda mən oturmuşam. Bir bilsəydin ki, cavan, sağlam olduğum halda arxa cəbhədə oturduğum üçün insanların gözünün içinə baxmaqdan necə utanıram. Nəylə olsa vuruşmağa razıyam. Hətta U-2-də uçmağa da razıyam, təki vuruşum, bekar qalmayım. Mən sənə və vətənimə layiqli oğul olduğumu sübut edəcəyəm.”  Vladimirin soyadını deyin. -Cavab: Bağırov -Şərh: Vladimir-Cahangir Bağırov qırıcı təyyarəçi kimi müharibənin ilk günlərindən Moskva ətrafındakı hava döyüşlərində iştirak edir. 1942-ci ildə Serpuxov rayonundakı döyüşlərin birində Vladimir yaralanır. Hospitaldan sonra o, təyinatını 40-cı qvardiya alayına alır. 1943-cü il 5 iyunda Oboya şəhəri yaxınlığında aerodroma hücumu dəf edərkən Vladimir YU-88 alman bombardmançı təyyarəsini vurur. Bütün döyüş komplektini sərf edib qurtaran qorxmaz Vladimir, alman qırıcısını taranla vurmaq qərarına gəlir. Hər iki təyyarə havada partlayır. Şücaətinə görə qvardiya baş leytenantı Vladimir-Cahangir Bağırov ölümündən sonra Lenin ordeni ilə təltif olunur. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 7. “True Detective” serialının birinci mövsümünün sonlarına yaxın biz KLİŞENİN olduğunu öyrənə bilərik. KLİŞE ilə əvəz edilmiş iki sözü yazın. -Cavab: Qatilin bağban -Şərh: Detektivlərdə məşhur klişelərindən biri, qatilin sonda bağban olmasıdır, “True Detective” serialının ilk mövsümünün sonunda bütün mövsüm boyu axtarılan qatilin məktəb bağbanı olduğunu öyrənə bilərik. -Müəllif: Camal Məmmədov - -Sual: 8. Xəstə olduğu zamanı balaca bacısıoğlu tərəfindən bezdirilən Mark Tven qeyd edirdi ki, əgər sağ-salamat ayağa dursa mütləq Ona heykəl qoyacaq. Ona aid məqalədə Betləhəm və 14000 ədədinə rast gəlinir. Onun adını cavab kartlarınıza yazın. -Cavab: İrod -Şərh: Məşhur Bibliya çarı olan İrod İsanın doğuluşu zamanı 2 yaşa qədər olan bütün uşaqların döyülüb öldürülməsini əmr etmişdi ki, onların arasında İsa da ölsün. -Müəllif: Səid Canıyev - -Sual: 9. Habbl teleskopu barədə bir məqalədə deyilir ki, sistemdəki səhv ucbatından teleskop günəş şüalarına qarşı vibrasiya verir və fokusu dağılırdı, NASA isə onu günəşdən gizlətməli olurdu. Bu məqalədə Habblı “X” adlandırırdılar.    “X”-i Şərqi Avropa mənşəli bir sözlə yazın. -Cavab: Vampir -Şərh: Teleskop da Vampir kimi günəşdən qorxurdu. -Müəllif: Camal Məmmədov - -Sual: Keçən əsrin 70-ci illərində kompüter proqramları arasında şahmat üzrə ilk dünya çempionu olan kompüter məhz bu adı daşıyırdı. -Cavab: Kaissa -Şərh: Bu ilahə şahmatın muzası hesab edilirdi və ilk çempion kompüter də onun adını daşıyırdı. Sual da 10-cu idi, belə ki, Kaissanı çox vaxt 10-cu muza adlandırırlar. -Müəllif: Səid Canıyev - -Sual: 11. Şəhərə çörək almağa gedən Yamblik artıq Desiy Trayan dövrünün pullarından istifadə edilməməsini və İsa Məsihdən rahat danışıldığını bilib təəccüblənir. Eşitdiyiniz cümlələrin götürüldüyü məqalədə xatırlanan obyektin adını cavab kartlarınıza yazı. -Cavab: Əshabi-Kəhf -Şərh: Söhbət mağarada təxminən 309 il yatan müqəddəslərdən gedirdi. -Müəllif: Emil Yusublu - -Sual: Diqqət! Sualda əvəzetmə var. -1986-cı ildə məhkəmə qərarından sonra Frensis və Rik sıralarına Con, Ceff və Endini də əlavə edərək HESABI BƏRABƏRLƏŞDİRDİLƏR. Bizim sual mətnində HESABI BƏRABƏRLƏŞDİRMƏK ilə əvəzlədiyimiz bir neçə sözü cavab kartlarınıza yazın. -Cavab: Status Quonu bərpa etmək -Şərh: Qrupun əvvəlki gitaraçısı Alan Lankaster 1986-cı ildə qrupun digər üzvləri Frensis Rossi və Rik Parfitti məhkəməyə versə də, məhkəmə onların lehinə qərar çıxardı və onlar da bas gitaraçı Con Edvards, zərb alətləri ifaçısı Ceff Riç və klavişli alətlərdə Endi Baunu da öz sıralarına qataraq Status Quo-nu bərpa etdilər. Ən çox idmanda rastlaşdığımız bu birləşmə hesab bərabərləşəndə işlədilir. Status Quonun ən məşhur mahnıları “In The Army Now” idi və sual səslənməmişdən onu hal-hazırda əsgərlikdə olan oyunçulara həsr etməmiz də əbəs deyildi. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Səhifə -> 88 | Sual Sayı -> 12 - -Sual: 1. “I Origins” filminin süjet xəttini oğlan və qızın sevgi macərası və lift qəzasında qızın faciəvi ölümü təşkil edir. Filmin sonunda Hindistana yollanan oğlan qəhrəman orada bir qız uşağı axtararaq tapır və uşağın möhkəm lift fobiyasından əziyyət çəkdiyini aşkar edir. Sizsə, filmin hansı ideyaya həsr olunduğunu bir latın mənşəli sözlə deyin. -Cavab: Reinkarnasiya -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: 2. Ötən əsrin əvvəllərində Savoy hotelində çalışan Uilkins adlı bir kommivoyajor müştərilərin biri ilə belə bir axmaq zarafat etmək qərarına gəlir. Belə ki, Uilkins müştərinin zəng etmək üçün telefon köşkünə daxil olduğunu görən kimi gizlincə qapını kilidləyərək aradan çıxır. İçəridə çarəsiz qalmış müştəri nə qədər utanc verici olsa da, sonda kömək çağırmaq məcburiyyətində qalır. 1 dəqiqədən sonra həmin müştərinin kim olduğunu tapın. -Cavab: Harri Hudini -Şərhlər: None -Müəllif: Bəhram Cabbarov - -Sual: 3. BUNUN ilk nümunələrində avtomobil təmirxanaları və pullu dayanacaqlar haqda da məlumat var idi. Bunun nə olduğunu tapın. -Cavab: Mişlen bələdçisi -Şərhlər: None -Müəllif: Rüfət Abdullayev - -Sual: 4. “Mələklər və şeytanlar” əsərində Leonardo Vetranın ilahiyyatçı-fizik kimi təqdim olunmasına ironiya ilə yanaşan Robert Lenqdon bunun X olduğunu deyir. X haqqında olan vikipediya məqaləsindən Bartelomeonun ixtirasına keçid etmək olar. X-i bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Oksümoron -Şərh: Lenqdon din və elmin bir-biri üçün əks qütblər olduğunu düşündüyündən ilahiyyatçı-fizik anlayışının oksümoron olduğu qənaətinə gəlmişdir. Sualın ikinci hissəsində söhbət fortepianodan gedirdi. İtalyanca “forte” uca, “piano” alçaq səs mənasına gəlir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 5. Marselen Defurno XVII əsrdə Sevilya həbsxanalarına səhərdən axşama qədər sonsuz insan kütləsinin girib çıxmasından danışarkən onları (həbsxanaları) Alfa ilə müqayisə etmişdir. Alfaların bir qismi bəzən kiçik təpələrlə səhv salınır. Alfanı iki sözlə cavab kartınıza yazın. -Cavab: Qarışqa yuvası -Şərh: Marselen Defurno səhərdən axşama qədər həbxsnalara daxil olub insanları öz yuvalarına ərzaq daşıyan qarışqalarla, həbsxananı qarışqa yuvası ilə müqayisə etmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. Ötən əsrin 80-ci illərində İrandakı inqilabdan sonra SSRİ-yə istiqamət tutaraq axışıb gələn bir çox köçkün növbədənkənar yeni mənzillərlə təmin olunsalar da, bir müddət sonra bu mənzillərdən kütləvi şəkildə imtina olunmağa başlandı. 1 dəqiqədən sonra bu imtinanın səbəbini bir əcnəbi mənşəli sözlə yazın. -Cavab: Qiblə -Şərh: (Ərəbcədən istiqamət kimi də tərcümə olunur). Bu evlər elə tikilmişdi ki, binalar cənub şərqə baxır, bu halda isə sanitar qovşaqlar üzü qibləyə qalırdı, müsəlman aləmində isə bu qəbul edilməzdir. -Müəllif: Bəhram Cabbarov - -Sual: 7. Rocer Jelyaznının hekayəsində ölüm ayağında olan yapon qadın BUNLARA əsasən ömrünün son dini ziyarətinə yola çıxır. Bunlarla nəyi əvəz etdiyimizi deyil, hekayənin adında kimin adına rast gələ biləcəyimizi yazın. -Cavab: Hokusay -Şərhlər: None -Müəllif: Türyan Məmmədov - -Sual: 8. Psixoloq Bennet Şvarts bu vəziyyəti izah etmək üçün Çexovun “At familiyası” əsərindən istifadə edir. Yaponlar onu adlandırarkən boğaz sözündən istifadə edirlər. Siz isə bizim onu necə adlandırdığımızı iki və ya üç sözlə yazın. -Cavab: Dilimin ucu və ya dilimin ucunda fırlanır -Şərhlər: None -Müəllif: Rüfət Abdullayev - -Sual: 9. “Koprolaliya” dialektik termini yunancadan, “kopros” – pislik və “lalia” söz, kəlmə kimi tərcümə olunur. Sizsə, Koprolaliya haqqında Vikipediya məqaləsində adı çəkilən XIX əsr Fransa doğumlu şəxsin soyadını deyin. -Cavab: Turret -Şərh: Mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluq tibdə Turret sindromu adlanır. Xəstəlik öz adını Jan Martin Şarkonun tələbəsi Jil de Turretin şərəfinə almışdır. -Müəllif: Türyan Məmmədov - -Sual: 10. Blokada vəziyyətində olan Leninqrad rəhbərliyi ölənlərin çoxluğuyla ortaya çıxan problemi BUNUN sayəsində həll edə bildi. BUNUN sayəsində Helsinqborq şəhərinin 10%-i istiliklə təmin olunur. -Cavab: Krematorium -Şərh: Ölülərin sayı çox olduğundan onları yandırmaq qərarına gəlinmişdi. -Müəllif: Rüfət Abdullayev - -Sual: 11. Polina Borgezenin eşq macəraları haqqında kitabın bölümündə virtuoz ifa tərzi ilə seçilən X-lər uzun hörümçək ayaqları ilə müqayisə olunur. X-lə əvəz etdiyimizi biri xüsusi olmaqla iki sözlə deyin. -Cavab: Paqaninin barmaqları -Şərh: Bütün dövrlərin ən virtuoz skripka ifaçısı hesab olunan Nikkolo Paqanininin onun bu talantını bir çox analitiklər Marfan sindromundan əziyyət çəkməsi ilə əsaslandırırlar. Bu zaman insanın bədən orqanları anormal miqyasda uzununa inkişaf edir. Napoleonun bacısı Polina Borgezenin isə, Paqanini ilə eşq macərası bir çoxlarına məlumdur. -Müəllif: Türyan Məmmədov - -Sual: 12. Bir neçə il bunan qabaq baş vermiş avtoqəzada 6 aylıq övladı ilə küçədə gəzən atanı yüksək sürətlə gələn avtomobil vursa da uşaq heç bir xəsarət almır. Bunun səbəbi haqda danışan məqalədə hansı şəhərin adına rast gələ bilərik? -Cavab: Reqbi -Şərh: Uşaq çox balaca olduğundan atası onu qucağında gəzdirirdi. Maşın yüksək sürətlə kişini vursa da o, əlindəki uşağı qoruyub saxlamışdı. Səbəb isə kişinin vaxtilə reqbi ilə məşğul olması idi. -Müəllif: Elşən Quliyev - -Səhifə -> 89 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə personaj qəti qərar verməkdə çətinlik çəkən dostunu nəhayət ki, son addımı atmağa çağırır. Siz isə bu epizodda personajın hansı brendin köynəyini geyinmiş olduğunu deyin. -Cavab: Nike -Şərh: Dostunun köynəyinin üzərində “Just do it” sözləri yazılmışdı, personaj da dostunu son addımı atmağa çağırır. -Müəllif: Sadiq Yusifi - -Sual: 2. Paylama materialıQarşınızda gördüyünüz şəkildə Portuqaliyada baş vermiş bir təbiət hadisəsi öz əksini tapıb. Yerli sakinlər bunu X adlandırmışdılar. Siz isə X-ə 16-cı əsrə aid hansı əsərdə rast gələ biləcəyimizi yazın. -Cavab: Adəmin yaradılışı -Şərh: Fikir versəniz bulud yumruq formasındadır və yerli sakinlər bunu tanrının əli adlandırmışdılar. 16-cı əsrə aid Adəmin yaradılışı rəsm əsərində də biz tanrının əlini görə bilərik. -Müəlliflər: Vüqar Viqo Məmmədov, Emil İsmayıl - -Sual: 3. 1927 - ci ildə anadan olmuş O öz xatirələrində yazır ki, əvvəlcə X-lə maraqlanıb. Ancaq fiziki cəhətdən zəif olduğu üçün biləyi X-ə tab gətirməyib və Y-i seçib. X - in qısa söz olduğunu bilərək, İngiltərədə verdiyi konsertdən sonra ingilis tamaşaçıların onu hansı italiyalı ilə müqayisə etdiyini deyin. -Cavab: Paqanini -Şərh: H.Əliyev: “Mən Ağdaş musiqi məktəbinə qəbul oldum. Əvvəlcə tarla maraqlandım. Ancaq fiziki cəhətdən zəif olduğum üçün biləyi tara tab gətirməyib. Kamançanı seçdim. Elə həmin vaxtdan da meylimi kamana saldım.” Simli alətdə etdiyi mahir ifasına görə ingilis tamaşaçılar onu “azərbaycanlı Paqanini” adlandırmışdılar. -Müəllif: Anar Qasımov - -Sual: 4. Remark öz əsərində gecə vaxtı cəbhə bölgəsini təsvir edən zaman havada uçuşaraq sayrışan mərmilərin fonunda əsgərlərin arxasındakı divarda X-i qeyd edir. X 2011 - ci ilə aid filmin adına daxildir. Filmdə hadisələrin mərkəzində hansı personajın olduğunu tapın. -Cavab: Şerlok Xolms -Şərh: Gecə vaxtı mərmilər uçuşduqca işıq saçırdılar, bu zaman arxa divarda sanki kölgələrin oyununu görmək olardı. Qay Riçinin filmi isə “Şerlok Xolms: Kölgələr oyunu” adını daşıyır. -Müəllif: Sadiq Yusifi - -Sual: 5. Britaniyalı yazıçının əsərlərinin digər ekranlaşdırılma versiyası olan “Şerlok” serialının seriyalarından birində heç kimin görmədiyi və haqqında vahiməli məxluq olması şayiələri gəzən X-i Y-ə bənzədirlər. X və Y-i cavab kartınıza yazın. -Cavab: Baskervillərin iti, Loxness bədheybəti. -Şərh: Serialın bölümlərindən biri ingilis yazıçının Baskervillərin iti əsərinin ekranlaşdırılmasıdır, burada vahiməli görünüşü olduğu deyilən Baskervillərin itini personajlar haqqında anoloji şayiələr gəzən digər məxluqa - Loxness monsterinə bənzədirlər. Britaniyalı yazıçı sözləri də sizi Britaniyaya aparmalı idi. -Müəllif: Sadiq Yusifi - -Sual: 6. Bir mənbədə bir personaj digərinə narko-kartellərin bir xəstəlik olduğunu və çoxlu insan öldürdüyünü deyir və qeyd edir ki, onların qarşısını almaq BUNU ETMƏYə bənzəyir. Siz isə ilk dəfə bunu etmiş 1749-cu il Qluçesterşir qraflığında doğulmuş şəxsi cavab kartınıza yazın. -Cavab: Edvard Cenner -Şərh: Personajın sözlərinə görə narko-kartelin qarşısını almaq onlara qarşı vaksin kəşf etməyə bənzəyir. İlk vaksini isə ingilis alim Cenner kəşf etmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 7. Hesab olunur ki, ALFA Samos adasında içməli su ehtiyatları az olduğundan qulların eyni miqdarda su içməsi üçün yaradılıb. ALFAnı ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Pifaqor fincanı -Şərh: Samos adasının ən məşhur sakini Pifaqordur. Pifaqor fincanının quruluşu elədir ki, su təyin olunmuş həddə qədər tökülə bilər, əgər limit xəttini keçərsə fincandakı bütün su boşalır. Bu isə o zamanlar su qıtlığı dövründə insanların su ehtiyatlarını qarşılamaq üçün düşünülmüşdü. -Müəllif: Ləman Orucova - -Sual: 8. Diqqət, sitat: “və yəqin Tanrının qərarı belə olub: bəli, budur, əsrarəngiz və izahı olmayan 2 fenomen; onlar elə birlikdə də getməlidirlər”. Sitatın müəllifinin XIX əsrin ilk yarısında dünyaya gəldiyini bilərək kim olduğunu tapın. -Cavab: Mark Tven -Şərh: Hamıya məlum olan Tven-Halley cütlüyünün dünyaya bir gəlib-getmələri faktına azacıq fərqli yanaşma. -Müəllif: Sadiq Yusifi - -Sual: 9. XX əsrin 2-ci yarısında Santyaqo şəhərində nəşr edilmiş pyesin hissələrinə qulaq asın.    -  1. Valparaisodan çıxış -  2. Üzgüçülük və toy -  3. “Qalmaqal” -  4. Tulalar və Terezanın ölümü -  5. X-in parlaması -  6. Y-in ölümü   -  X və Y ilə müvafiq olaraq ad və soyadın əvəz olunduğunu bilərək həmin ad və soyadı yazın. -Cavab: Xoakin Muryeta -Şərh: Sualda hər şey sizləri Cənubi Amerikaya, Santyaqo şəhəri isə Çiliyə, Pablo Nerudaya apara bilərdi. Sonralar bu əsər SSRİ-də belə o qədər məşhurlaşdı ki, əsasında rok-opera belə yazılmışdı. Söhbət isə Xoakin Muryetanın ulduzu və ölümü əsərindən gedirdi. Xoakin Muryeta Çilidən olan inqilabçı idi, bəzi mənbələrə görə Zorronun prototipi məhz Muryetadır. -Müəllif: Emil İsmayıl - -Sual: 10. Bir fanat şeirinin sərbəst tərcüməsinə qulaq asın.    -  Qoy öz kədərli sonluğunu tapanlar, -  Vinterfelin soyuq mərmərlərində -  Rahat uyusunlar. Bilsinlər ki, -  Buraxılmış 2 söz, qisasını alacaq.    -  Buraxılmış sözləri cavab kartınıza yazın. -Cavab: Şimal xatırlayır -Şərh: Çıxdığı gündən məşhurluq tapan seriala fanatlar müxtəlif yazılar həsr edirlər. Alina Volkuya məxsus şeirin son misrası isə bu cürdür: “Rahat uyusunlar, bilsinlər ki, Şimal xatırlayır, qisasını alacaq.” “Şimal xatırlayır” həmin serialdakı Qış yaxınlaşır ifadəsi qədər məşhurlaşmışdır. -Müəllif: Emil İsmayıl - -Sual: 11. Babasının ölümündən sonra onun tituluna sahib olan Corca ilk əvvəl “Roçdeyldən olan BURAXILMIŞ 2 SÖZ” müraciət etməyə başladılar. Sonralar isə ingilis ranq sisteminə uyğun olaraq ona digər bir titulla xitab edirdilər. Buraxılmış sözlərdən 2-cisinin 1-cidən yalnız bir hərf artıq olmasıyla fərqləndiyini bilərək sözləri yazın. -Cavab: Baron Bayron -Şərh: Babasından titulu alan Bayrona ilk öncə “Roçdeyldən olan baron Bayron” deyə müraciət edirdilər. İngilis ranq sisteminə əsasən isə baron ranqından olanlara “lord” titulu ilə müraciət edirdilər. -Müəllif: Sadiq Yusifi - -Sual: 12. “Rossiya” kanalında göstərilən “100 yaşlı insanın həyat qaydaları” adlı sənədli filmdə SSRİ-dəki uzunömürlülərin böyük əksəriyyətinin öz ad günlərini eyni bir gündə qeyd etməsi faktı səsləndirilmişdir. 2016-cı ildə həmin uzunömürlülərin əksəriyyətinin öz ad günlərini hansı tarixdə qeyd edəcəklərini dəqiqliklə cavab kartınıza yazın. -Cavab: 01.07.2016 -Şərh: Sovetlər dövründə yaşlı insanlara pasport verilən ilk vaxtlar əgər yaşlılar öz ad günlərinin tarixini bilmirdilərsə onların doğum günü şərti olaraq ilin tən orta günü seçilirdi - 1 iyul. Bir sıra ölkələrin pensiya sistemində bu qayda hələ də keçərlidir. Sualda “hansı tarixdə qeyd edəcəkləri” soruşulması sizi 1 Yanvar cavabından uzaqlaşdırmaq üçün idi, müvafiq hesablama sistemlərində oxşar hallarda ya ilin əvvəli, ya da ortası əsas götürülür (yarımillər əsasında). Sual da paketin tən ortasında idi. -Müəllif: Anar Qasımov - -Səhifə -> 90 | Sual Sayı -> 12 - -Sual: 1. Bir yumoristik posterdə məşhur fantastik teleserialın personajları daş-qayçı-kağız oyununu oynayırlar. Bu zaman onlardan biri 2 barmaq əvəzinə 4 barmaqdan istifadə edir. Siz isə bunun səbəbini 2-ci növ təyini söz birləşməsiylə deyin. -Cavab: Vulkan salamı -Şərh: Kapitan Spokun məşhur Vulkan salamı yəqin ki çoxunuza məlumdur. Daş-kağız-qayçı oyununda Spok qayçını 4 barmaqla göstərir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 2. "Monsterlər Korporasiyası" cizgi filmində bir neçə epizodda "Fərqli qorxut" və "Gülməli düşün" sloqanlarına rast gəlmək mümkündür. Siz isə bu cizgi filmini yaratmış Pixar studiyası haqqında vikipediya məqaləsindən 1955 - ci il təvəllüdlü hansı şəxsə aid məqaləyə keçid olduğunu deyin. -Cavab: Stiv Cobs. -Şərh: Bu 2 sloqanı birləşdirsək Apple şirkətinin sloqanı olan "Fərqli düşün" ("Think different") sloqanının alındığını görərik. 1986 - cı ildən etibarən isə Pixar studiyası Stiv Cobsa məxsus idi. -Müəllif: Məzahir Səmədov - -Sual: 3. Paylama materialıDiqqət, sual: saytların birində qarşınızdakı şəklə verilmiş şərhin məşhur sitatdan bir hərflə fərqləndiyini bilərək həmin şərhi cavab kartınıza yazın -Cavab: I will be Bach. -Şərh: Şvartsneggerin ən məşhur sitatı, və Şvartsneggerin skripka ilə şəkli -Müəllif: Məzahir Səmədov - -Sual: 4. Livanlı rəssam Yazan Halvani şəhərin küçə və divarlarında ötən illərdən qalmış siyasi yazı və şəkilləri dəyişdirərək onları özünün əl işlərinə uyğunlaşdırır. Siz isə ona verilmiş ləqəbi eyni 2 hərflə başlayan 2 sözlə deyin. -Cavab: Beyrutlu Benksi. -Şərh: Livanın paytaxtı Beyrutda divarlarda qraffiti çəkən rəssamı əlbəttə ki Benksiyə bənzədirlər. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 5. Lost serialında uzun müddət adada qalan personaj Desmondun həyat yoldaşı onu nə qədər lazımdırsa gözləyəcəyini və ona sadiq qalacağını bildirir. Siz isə serialda Desmondun həyat yoldaşının hansı adı daşıdığını deyin. -Cavab: Penelopa -Şərh: Eynilə Penelopanın Odisseyi gözlədiyi kimi. Penelopa adı ərinə sədaqət rəmzi kimi metaforaya çevrilib. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 6. Bir dəfə Cənubi Afrika Respublikasının qoruqlarından birində bir turist qoruq mühafizəçilərinə BUNU gördüyünü deyir. Siz isə bu zaman turistin ona inanmayan mühafizəçilərə nəyi dəfələrlə təkrar etmək məcburiyyətində qaldığını deyin. -Cavab: Ayıq olmasını -Şərh: Turist həqiqətən də qəribə piqmentasiyaya malik olan çəhrayı rəngdə fil görmüşdü. Mühafizəçi isə turistin sərxoş olduğunu düşünüb inanmamışdı. -Müəllif: Sadiq Yusifi - -Sual: 7. Şəkildə gördüyünüz memar Feliks Kandela çətin riyazi hesablamalara əsaslanan qeyri-adi fəzalarda yaradılan tikililəri ilə məşhurdur. Siz isə 1960 - cı illərdə özünün Avropa səfəri zamanı memar Feliksin bir əl işindən ilhamlanan həmyerlimizin vətənə döndükdən sonra nəyin tikintisini başlatdığını deyin. -Cavab: Mirvari kafesi -Şərh: Rekvizitdə memarın arxa fonundakı şəkil sizə köməklik edə bilərdi. Avropaya səfəri zamanı memar Kandelanın tikdiyi restorandan xoşu gələn Əliş Ləmbəranski Bakıya gələn kimi Mirvari kafesinin tikintisini başlatdırır. -Müəllif: Lacivərd Məmmədova - -Sual: 8. Donna Kaufman tərəfindən yazılmış "Some like it hot" əsərində Keti Makouli adlı bir qızın Qrehem Makleod adlı oğlana vurulmasından danışılır. Eşitdiyiniz cümlədə bir sözdə 2 hərf 1 hərflə əvəz edilmişdir. Əvəz edilmiş hərfləri cavab kartınıza yazın. -Cavab: S, C. -Şərh: soyadlarından göründüyü kimi onlar ikisi də şotland idi, əsər isə "Some like it Scot" adlanırdı. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. "Amerikalı snayper" filmində ABŞ dəniz-piyadaları İraqdakı terror qruplaşmalarının belə demək olarsa dərsini verir. Heç də təəccüblü deyil ki, epizodların birində əsgərin əlində "müəllim" komiksini görmək olar. Əvvəlki cümlədə əvəz edilmiş sözü tapın. -Cavab: Punisher -Şərh: "dərsini vermək" ifadəsini hərfi mənada deyil məcazi mənada qəbul etdikdə komiksin adı "müəllim" olmayacaq, ifadənin sinonimlərini yada salsaq cəzalandırmaq sözü yada düşür. -Müəllif: Məzahir Səmədov - -Sual: 10. Qocalar evində yenicə işə düzəlmiş tibb bacısı işindən narazı halda şikayətlənir. O artıq səhər danışdığı xəstəni axşam gələndə görmədiyini və bunun hər dəfə təkrarlandığını qeyd edir. Bu zaman həmkarı ötən əsrin əvvəllərində yazılmış bir əsəri xatırlayaraq, ona yemək yeməyə, odun yarmağa, dənizdə çimməyə və s. getməməyi məsləhət görür. Hansı əsəri? -Cavab: 10 zənci balası -Şərh: Hadisələrin qocalar evində baş verən hekayənin personajı olan tibb bacısı xəstələrin tezliklə ölməsindən şikatlənir. Hər dəfə iş dalınca gedən tibb bacısı qayıdanda xəstələr artıq ölmüş olur. Bu zaman həmkarı Agati Kristinin 10 zənci balası əsərini xatırlayır. -Müəllif: Lacivərd Məmmədova - -Sual: 11. İnkvizisiya dövründə Sevilya şəhərini tərk edən Xuderiya rayonunun sakinlərini şəhər əhalisi fitə basırdı. Buna səbəb isə qaçanların BUNU udmaları haqqında gəzən şayiələr idi. Bunu iki sözlə deyin. -Cavab: Otuz (30) gümüş -Şərh: rayonun adından göründüyü kimi sakinləri yəhudi idilər. İnkvizisiyanın tərəfdarları isə deyirdilər ki qovulan əliyalın yəhudilər özləri ilə götürə bilmədikləri 30 gümüşü udmuşdular. -Müəllif: Elvin Babayev - -Sual: Paylama materialıCrimson PeakHadisələri XIX əsrin ikinci yarısında cərəyan edən “Tünd qırmızı pik” filminin qəhrəmanı ad gününə qələm hədiyyə aldıqdan sonra heyfslənir və çap maşını istədiyini vurğulayır. Səbəb kimi isə o X ilə uğur qazanacağına şübhəsi olduğunu qeyd edir. X-i 2 sözlə yazın. -Cavab: Qadın xətti. -Şərh: Həmin dövrlərdə qadın yazıçıların əsərlərinə bir o qədər də ciddi yanaşmırdılar, qadınlar elə də uğur qazanmırdı. bu səbəbdən də qadın personaj çap maşını istəyir ki özünün qadın xətti, dəst-xətti seçilməsin. Rekvizitin mətnini isə +1 komandasının xanım kapitanı Lalə yazmışdı. :) -Müəllif: Lacivərd Məmmədova - -Səhifə -> 91 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialıQarşınızda 1804-cü ilə aid “Bonapart 1-ci konsul” rəsm əsəridir. Əslində Müqəddəs Lambert kilsəsi 1794-cü ildə dağıdılmışdı,lakin rəssam bilərəkdən tarixi səhv edir və rəsmdə anaxronizmi üzə çıxarmaq üçün ilk öncə bunu etmişdi. Bunu etməklə əvəz olunmuş iki sözü deyin. -Cavab: Pərdəni açmaq -Şərh: Kilsə rəsmin çəkildiyi dövrdə dağıdılsa da,rəssam kilsəni bərpa edilmiş formada çəkərək Napoleon müharibələrinin ölkəyə dağıntılar gətirmədiyini göstərmək istəmişdi. Rəsmin çəkildiyi nöqtədən isə Kilsənin görünməsi üçün də ilk növbədə otaqdakı pərdələrin açıq olması lazım idi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 2. O, ilk əsəri olan “Tamahkar”-ı “Hacı Qara” pyesindən ilhamlanaraq yazmışdı. Kim? -Cavab: Süleyman Sani Axundov -Şərh: Hətta ilk əsərində belə Mirzə Fətəli Axundova hörmət göstərmək üçün Süleyman Sani Axundov "Hacı Qara" pyesinin süjetindən isifadə etmişdi. Sualın 2-ci olması da kömək edə bilərdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 3. ”Taxtlar oyunu” serialında əhatəyə alınmış Ned Stark döyüş zamanı buraxılmış sözlər ilə yaralanır. Buraxılmış sözlər Arif Babayevin filmidir. Buraxılmış sözləri tapın. -Cavab: Arxadan vurulan zərbə -Şərh: Əhatəyə alınmış və güclü döyüşçü olan Ned Starkı düşmənləri arxadan vurulmuş zərbə ilə yaralayırlar. Arxadan vurulan zərbə 1977-ci ildə çəkilmiş filmimizin adıdır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Qədim Yunanıstanda qadınlar düşünürdü ki, kişilər məhz BURAda köməksiz və müdafiəsiz qalır. Görünür, XVIII əsrdə Aşağı Normandiyada doğulmuş bir qadın da bu fikirdə idi. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Şarlotta Korde -Şərh: BURA ilə vanna otağı əvəz edilmişdi. Antik dövrdə yunan qadınlarının fikrincə, vanna otağı kişilərin ən həssas və köməksiz qaldığı məkandır - Minos və Aqamemnon da hamamda qətlə yetirilib. Şarlotta Kordenin də Jan-Pol Maratı məhz vanna qəbul edərkən öldürdüyü faktı isə çoxumuza məlumdur. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Bir əsərin darvinist personajı uzaqdan gördüyü geyşanı X-ə bənzədir. X-in bədəninin çox hissəsi yunla örtülü olsa da ağızətrafı çılpaqdı. X-i 1 söz və ya eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Mandril meymunu -Şərh: Geyşanı simvolizə edən əsas atributlardan biri də üzünün müxtəlif rənglərdə olmasıdır. Darvinist personaj isə onu üzləri rəngli olan mandrillərə bənzədir. -Müəllif: Xəyal Məmmədov - -Sual: 6. “Bill və Tedin inanılmaz sərgüzəştləri” filmində X, zaman maşını funksiyasını yerinə yetirir. Başqa bir film haqqında fikir bildirən internet istifadəçisi isə X-i tövbə hücrəsi ilə müqayisə edir. X ilə hansı iki sözün əvəz edildiyini tapın. -Cavab: Telefon köşkü -Şərh: Ümumiyyətlə, ən məşhur zaman maşını avtomobillərdən sonra telefon köşkləridir. “Doktor Kim” serialını yada salmaq kifayətdir. Sualın ikinci hissəsində isə 2002-ci ildə çəkilmiş “Telefon köşkü” filmindən söhbət gedir; baş qəhrəman köşkdə bütün günahlarını etiraf edir. Bu oxşarlığı nəzərə alan istifadəçi də telefon köşkünü kilsələrdəki tövbə hücrəsi ilə müqayisə edir. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. Yerin diametrini ölçmək üçün Eratosfen məhz bu şəhərdə yerləşən quyudan istifadə etmişdi. Ötən əsrin ortalarında bu şəhərlə bağlı karikaturaların birində heroqliflər arasında oraq və çəkic görmək olardı. Şəhərin adını tapın. -Cavab: Asuan -Şərh: Asuan şəhəri özünün su anbarı və su bəndi ilə məşhurdur. Maraqlıdır ki, Eratosfen hesablamalarını Asuanda yerləşən su quyularından birinə Günəş şüalarının düşmə bucağını hesablamaqla aparmışdı. Ötən əsrin 60-cı illərində Camal Əbdül Nasirin SSRİ-dən maliyyə yardımı alaraq Asuan su bəndini inşa etdirməsini tənqid edən karikaturada heroqliflərin yanında SSRİ-ni simvolizə edən oraq və çəkic əks edilib. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Bir əsərin personajı ondan incimiş dostuna verdiyi siqareti X hesab edir. X səyyah Jak Markettə Missisipidəki qəbilələrin ərazilərindən təhlükəsiz keçməyə kömək etmişdi. X-i 2 sözlə deyin. -Cavab: Sülh çubuğu -Şərh: Mübahisəli olduğu dostu ilə münasibəti düzəlmək üçün personaj siqareti sülh çubuğu rolunda verir. Sülh çubuğu olan səyyah isə qəbilələrin adətinə əsasən həmin ərazidən təhlükəsiz keçmişdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 9. Avstraliya istehsalı “Predestination” filminin Nyu-Yorklu qəhrəmanı, qadın yoxsa kişi olduğunu, ümumiyyətlə kim olduğunu belə bilmir. Filmin sonlarına yaxın yazdığı kitabın müəllifi qismində nə yazacağına dair iki variant arasında qalır. Həmin ad və soyaddan heç olmasa birini deyin. -Cavab: Con Dou -Şərh: Avstraliya, ABŞ, B.Britaniya və bir çox ingilis dilli ölkələrdə, əsasən kriminalistikada istifadə olunan kimliyi bilinməyən şəxslər barədə əgər kişidirsə Con Dou, qadındırsa Ceyn Dou termini işlədilir. Filmdə qəhrəman da öz kim olduğunu bilmir. Müəllif kimi Con Dou yoxsa Ceyn Dou yazacağına belə qərar verməkdə çətinlik çəkir. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. Eduardo Qaleanonun "Küləyin yüzili" kitabında günəşli havada Karlos Qardelin gözünə BU düşür. BUnun əslində tavtalogiya olduğunu bilərək, iki sözlə deyin. -Cavab: Sombreronun kölgəsi -Şərh: Ad və soyaddan şəxsin ispandilli olması aydın görünür. Günəşli hava isə kölgəyə çıxmaqda ipucu olmalı idi. Bildiyimiz kimi, "sombrero" sözü ispan dilindən tərcümədə elə məhz "kölgə" mənasına gəlir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. "Taxtlar oyunu" serialının qəhrəmanı Stannis Barateon, Vesterosu mühasirəyə alsa da, getdikcə pisləşən hava şəraitinə görə çıxılmaz vəziyyətə düşür və bu vəziyyətdən qurtulmaq üçün qızı Şireni qurban verməli olur. Maraqlıdır ki, sözügedən epizodun əvvəlində qıza maral formalı oyuncaq hədiyyə edilir. Bütün bunları şərh edən bir internet istifadəçisi Şireni hansı mifoloji personajla müqayisə edir? -Cavab: İfigeniya -Şərh: Aqamemnon gəmilərlə yola düşərkən tərs istiqamətə əsən külək orduya ciddi manelər törədir. Bundan sonra kahinin məsləhəti ilə Aqamemnon qızı İfigeniyanı qurban vermək istəyir. Qurban edilmədən öncə Artemida qızın əvəzinə qurban edilmək üçün maral göndərir və qızı xilas edir. Göründüyü kimi xeyli oxşarlıqlar var, hava şəraiti, kahin tərəfindən qurban edilmə və maral. -Müəllif: Ayxan Məmmədli - -Sual: 12. Pyer Koffin bir az italyanca, bir az ispanca, bir az da yaponca bilir və həmişə öz yanında hind və Çincə olan yemək menyuları gəzdirirdi. Onun (Pyerin) haqda olan məqalədə "helium" sözünə də rast gəlmək olar. Siz isə onun bir neçə il əvvəl nəyi yaratdığını deyin. -Cavab: minion dili -Şərh: Pyer Koffin həm minionları, həm də onların dilini işləyib hazırlayıb. Bununla yanaşı o, filmlərdə bütün minionları səsləndirir. Bildiyimiz kimi, minionlar sualda göstərilən dillərdən götürülmüş sözlərlə əlaqə qurur. Helium qazı ilə doldurulmuş şarı üfürəndə isə insanlar elə "minionsayağı" danışır. Məqalə müəllifi də bu oxşarlığı nəzərə alaraq belə analogiya aparıb. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 96 | Sual Sayı -> 15 - -Sual: 1. Rauf Zeyninin 12 yaşında olarkən, Ağdam toylarından birində eşitdiyi onun çox diqqətini çəkir. Sonradan o yazır: “İlkin araşdırılmalardan belə məlum oldu ki, 1801-ci ildə Şəki, 1804-cü ildə Şirvan və 1805-ci ildə də Qarabağ xanlıqları zorla Rus imperiyasının tərkibinə qatılmışlar.” Bir dəqiqə sonra, onun uşaq ikən eşitdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Qarabağ şikəstəsi. -Şərh: Sitat: “ “Şəki,Şirvan,Qarabağ”- məntiqi və tarixi ardıcıllığa diqqət yetirin, Şirvan, Şəki, Qarabağ-da deyə bilərdilər. Bəs niyə deməyiblər? Çünki məlum xanlıqların işğal tarixlərinə uyğun ardıcıllıqla yaradıblar bayatını. Bu məntiqlə belə bir fikir deyə bilərik ki, bu təsadüfən emosional vəziyyətdə çağırılan bayatı deyil, daha doğrusu, hisslərin yox, düşüncənin məhsuludur.” Sözü gedən bayatını isə o “Qarabağ şikəstəsi”nə qulaq asarkən eşitmişdi. Sualda səslənən bölgə adları və “toy” sözü ən əsas ipucular idi. -Müəllif: Asim İbrahimli - -Sual: 2. Qəhrəmanlıqla döyüşən Spartak ordusunun həlak olmuş minlərlə əsgərini toplayarkən məlum olur ki, onlardan yalnız üç-dörd nəfəri BUnunla öldürülüb. BU həm də 1977-ci ildə ekranlara çıxmış filmin adıdır. BUnu 3 sözlə cavab kartınıza yazın. -Cavab: Arxadan vurulan zərbə. -Şərh: Döyüş meydanında arxadan vurulan zərbə ilə öldürülmək qorxaqlıq və döyüş meydanından qaçmaq mənasına gəlirdi. Müəllif R.Covanyoli minlərlə əsgərdən üç-dördünün arxadan vurulan zərbə ilə öldürülməsini qeyd etməklə, Spartak ordusunun qəhrəmanlığını, cəsarətini göstərmək isəmişdi. Sualın ikinci hissəsində 1977-ci ildə ekranlara çıxmış “Arxadan vurulan zərbə” filmindən söhbət gedir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 3. “Total eclipse” (“Tam tutulma”) filmində Pol Verlen şair dostu Artür Rembo ilə absent içərkən deyir: “Yaradıcı insanlar absent içməlidir. Çünki absent BUNU EDİR.” -Biz “BUNU ETMƏK”lə ÜÇ sözü əvəz etmişik. Bir dəqiqə sonra bu ÜÇ sözü cavab kartınıza yazın. -Cavab: Üçüncü gözü açır. -Şərh: Üçüncü göz adətən ilham qaynağı və bəsirət gözü hesab edilir. O dövrdə absent içkisini yaşıl ilham pərisi adlandırır və hesab edirdilər ki, o insana ilham verir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 4. Sergey Eyzenşteynin filmində meksikalı üsyançı kəndlilərin edamı təsvir olunur: Edam icraçıları sürətlə at çapan mülkədarlardır. Kəndlilərə edam öncəsi edilən isə sizə bir sovet filmi personajını xatırladacaq. Bu personajın kim olduğunu tapın. -Cavab: Səid. -Şərh: Kəndliləri “Səhranın bəyaz günəşi” filminin məşhur obrazı Səid kimi boğaza qədər torpağa basdırırdılar, torpaq sahibləri isə at çaparaq onların başlarını əzirdi. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 5. Paylama materialıQarşınızdakı şəkildə BU təsvir olunmuşdur. BU 1789-cu ildə Erlanqen şəhərində doğulmuş şəxsin şərəfinə adlandırılmışdır. BUnu ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Om qanunu. -Şərh: Gördüyünüz kimi, şəkildə təsvir olunan şəxslərdən biri “şiddətli” şəkildə nazik yerdən keçməyə cəhd edir, digəri “gərgin” şəkildə ona kömək edir, əlində kəndirlə təsvir olunan isə ona müqavimət göstərir. “Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir.” – bir başqa sözlə, şəkildə fizikanın əsas qanunlarından olan “Om qanunu” təsvir olunmuşdur. -Müəllif: Asim İbrahimli - -Sual: Broker Endrü Barber satıcı və alıcı arasındakı fərq haqqında zarafatca deyir: Əgər sən satırsansa və əgər sənin danışdığın adamdan xoşun gəlmirsə, ona “cəhənnəm ol!” deməmişdəm öncə BUNU EDİRSƏN. Əgər sən alırsansa, əvvəlcə “cəhənnəm ol!” deyirsən, daha sonra isə BUNU EDİRSƏN. Diqqət! Sual: BUNU ETMƏK sözləri ilə biz hansı iki sözü əvəz etmişik? -Cavab: Dəstəyi asmaq -Şərh: Brokerlər iş vaxtlarının çox hissəsini müştərilərlə telefon danışıqlarına sərf edirlər. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 7. Qardaşlardan birinin yazdığı mahnıdan bir misranın müəllif tərcüməsinə qulaq asın: “Mənə icazə ver, burada bir az dincəlim”. -Diqqət! Sual: Mançesterdən olan bu qardaşlar 1991-ci ildə nəyi yaratdılar? -Cavab: “Oasis” qrupu -Şərh: Bildiyiniz kimi böyük səhralarda kiçik su hövzələri ətrafında yaranan yaşıllıq sahələrə vahə, yəni “oasis” deyilir. Verilən misra da buna allüziya idi. Liam və Noel Qallaxer qardaşlarının 1991-ci ildə yaratdığı qrup da belə adlanır. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 8. Umberto Ekonun “Praqa məzarlığı” əsərində istehza ilə deyilir: “Yəhudilərə bel, cəhrə və kürək verin. Çünki...” Bir dəqiqədən sonra fikri tamamlayın. -Cavab: Əmək azad edir. -Şərh: Yuxarıda sayılanlar əmək alətləridir. Yəhudilərin əmək düşərgələrində bu sözlər yazılırdı. Əsərdə onlara nifrət edildiyi və əmək düşərgələrinə layiq olduqlarını bildirməkçün belə deyilirdi. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 9. “Lüter” filminin baş qəhrəmanı istehza ilə qeyd edir ki, Romada BUNLARın sayı o qədərdi ki, Saksoniyanın bütün atlarını nallamaq olar. BUNLARı dəqiqliklə cavab kartınıza yazın. -Cavab: Müqəddəs xaçın mismarları. -Şərh: Protestant Lüter katolik kilsəsinin adətlərini tənqid edirdi. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 10. Yerə dağılmış külli miqdarda kağız içərisindən lazım olan kağızı axtaran tələbəsinə baxan müəllim, gülümsəyərək BUNU xatırlayır. Siz də BUNU yadınıza salıb, bir-neçə sözlə cavab kartınıza yazın. -Cavab: Yerə dağılmış külli miqdarda kağız içərisindən lazım olan kağızı axtaran tələbəsinə baxan müəllim, gülümsəyərək BUNU xatırlayır. Siz də BUNU yadınıza salıb, bir-neçə sözlə cavab kartınıza yazın. -Şərh: Sonsuz meymun teoreminə görə meymun çap maşınında sonsuz sayda hərf yığmaqla, nə vaxtsa Şeksprin əsərini yaza bilər. Burada da, müəllim tələbənin çoxlu sayda kağız arasından doğru kağızı tapmaq ehtimalıyla meymunun Şekspirin əsərini yazmaq ehtimalı müqayisə edir. “xatırlayır” və “yadınıza salın” sözləri isə “meymunu xatırlama” ifadəsinə işarədir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 11. Qrenel vadisi eramızın 52-ci ilində baş tutmuş “Lütesiya uğrunda döyüş”ə meydan olmuşdur. Hal-hazırda bura başqa cür adlanır. Bir dəqiqə sonra bu adı iki sözlə cavab kartınıza yazın. -Cavab: Mars çölü. -Şərh: Bildiyiniz kimi Lütesiya Parisin köhnə adıdır. Mars isə müharibə tanrısıdır. Champ de Mars, yəni Mars düzü isə Parisin ən məşhur yerlərindən biridir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 12. Hələ 16 yaşlı OĞLAN ikən İngiltərədən Argentinanın Rosario şəhərinə gələn İsaak, 1907-ci ildə burada heç də QOCA olmayan yaşında vəfat etmişdir. Bir dəqiqə sonra onun soy adını cavab kartınıza yazın. -Cavab: Nyuell. -Şərh: 16 yaşında Argentinaya gələn Nyuell, sonradan, 1884-cü ildə Rosario şəhərində inglis ali məktəbinin əsasını qoyur. O, həm də Argentinaya futbolu və onun qaydalarını gətirən ilk şəxslərdən biri hesab olunur. Sonradan bu məktəbin özlərinə “old boys”, yəni “qoca oğlanlar” ləqəbini seçmiş məzunları futbol klubu yaradaraq, onun adını Nyuellin şərəfinə “Nyuellz old boyz” (Newell’s old boys) adlandırırlar. Bu hal-hazırda Argentinanın ən güclü klublarından biridir. Sualda “oğlan” və “qoca” sözləri əbəs yerə işlənməmişdi. -Müəllif: Sultan Zahidov - -Sual: 13. Paylama materialıQarşınızdakı şəkildə təsvir olunan X – onurğa sütunun aşağı hissəsində yerləşən və sinirlərdən ibarət anatomik strukturdur. 1969-cu ilə aid mənbədə X-in elm yolunda istifadə olunacağı vurğulanır. X-i iki sözlə deyin. -Cavab: At quyruğu. -Şərh: Onurğa sütununun aşağı hissəsində yerləşən və sinirlərdən ibarət olan bu struktur, həqiqətən da at quyruğuna bənzədiyindən, ona bu ad verilmişdir. “Bizim Cəbiş müəllim” filmində uşaqlar atın quyruğunu oğurlayıb Cəbiş müəllimə gətirdikdən sonra, o, bu quyruğun hər bir tükünü elmə töhvə verəcəyini vurğulayır. -Müəllif: Sultan Zahidov - -Sual: 14. Xarici filmlərdən birinin çəkilişləri zamanı, roluna hazırlaşan aktyor, bir nidanın tələffüzünü məşq edərkən, tez-tez “big smile” (biq smayl) ifadəsini işlədir. Bu aktyorun kim olduğunu deyin. -Cavab: (Çarli) Çaplin. -Şərh: “Big smile” ifadəsi tələffüz zamanı nasistlərin məşhur “Sieg Heil” (ziq xayl) ifadəsinə bənzəyir. Söhbət Çarli Çaplinin “Böyük diktator” filminə hazırlığından gedir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 15. “Aşiq Şekspir” filmi 1999-cu ildə “Ən yaxşı komediya və ya müzikl” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Diqqət! Sual: Hansı mükafata? -Cavab: Qızıl Qlobus Mükafatı -Şərh: Şekspir Londondakı məşhur “Qlobus” teatrının yaradıcılarından biridir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Səhifə -> 97 | Sual Sayı -> 12 - -Sual: 1. Qatı milliyətçi olan Novak Cokoviç qələbə qazandıqdan sonra bundan istifadə edir. BU ilk olaraq dini məqsədlər və Tanrıya and içmək məqsədilə istifadə olunmuşdur. Bunu eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Serb salamı -Şərh: Bu salamlama şəkli etnik serblərin fərqləndirici özəlliyi olaraq qalır və serb olmanın bir nişanəsi olaraq qəbul edilir.Cokoviçin milliyətinin vurğulanmaması və sualın birinci olması komandalara yardımçı ola bilərdi. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 2. Stomatologiya və implantologiya sahəsində fəaliyyət göstərən klinikalar şəbəkəsi İKS adlanır.İKS-də hadisələr 19-cu əsrin sonlarında baş verir.İKSi 2 sözlə deyin. -Cavab: bəyaz diş -Şərh: Sualın birinci hissəsi təbiiki dişlə bağlı olmalı idi.Cek Londonun əsərində hadisələr 19cu əsrin sonlarında cərəyan edir. -Müəllif: Toğrul Talıblı - -Sual: 3. Krişna Bhanji , ötən əsrin 80-ci illərində bir filmdə oynadığırola görə Oskar mükafatını almışdır, siz isə bizim Krişnanı hansı ad və soyadla tanıdığımızı deyin. -Cavab: Ben Kingsli -Şərh: Roluna görə oskar mükafatı alan aktyorun əsl adı və soyadı da Hind mənşəlidir -Müəllif: Namiq Quluzadə - -Sual: 4. Qarabağda yaşayan bir mollanın bir çobanın itinə dua yazması xəbərini eşidən xan onu sarayına çağırtdırıb cəzalandırmaq istəyir.Lakin molla öz ağıllı cavabları ilə cəzadan xilas olur.Sən demə, həmin molla XƏBƏRDAR imiş. Eşitdiyiniz mətndə əvəz olunan bir sözü yazın. -Cavab: Vaqif -Şərh: Dilimizdə bir şeyi bilmək, məlumatlı olmaq, xəbərdar olmaq mənasında vaqif olmaq ifadəsi işlənir.Qeyd olunanlar Molla Pənahın saraya gəlməsi haqqında rəvayətlərdən biridir. -Müəllif: Mahir Məmmədli - -Sual: 5. On doqquzuncu əsrin sonunda o həbsdən çıxdıqdan sonra bir müddət Latın Amerikasında-Hondurasda yaşamışdır.Onun kim olduğunu tapın. -Cavab: O'Henri -Şərh: O'Henri-nin məşhur Krallar və Kələm əsərində işlətdiyi Banan respublikası ifadəsinin öz mənşəyini məhz buradan götürdüyü güman edilir. -Müəllif: Səid Canıyev - -Sual: 6. Bir televiziya verilişində qeyd olunur ki, Nevada ştatında yerləşən Rino şəhərinin otellərinin pəncərələrində adətən barmaqlıq (reşotka) və ya tam açılmağa imkan verməyən məhdudlaşdırıcı olur. Otaqların digər maraqlı cəhəti mini barın olmamasıdır. Siz isə bu şəhərin başlıca gəlirlərinin nədən olduğunu tapın. -Cavab: kazino -Şərh: Barmaqlılqlı pəncərələr pullarını uduzmuş şəxslərin intihar hallarının qarşısını almaq, mini barın yoxluğu isə insanları içki içmək üçün belə otel və kazinolara cəlb etmək məqsədi daşıyır. Maraqlıdır ki, Nevada ştatında yerləşən Rino şəhəri Las-Veqasadək ABŞ-ın qumar paytaxtı statusunu qoruyub saxlayırdı. -Müəllif: Adil Bəkirov - -Sual: 1.Terrensi Donnelli - -2.Covanni Mazza - -3.Les Kelli - -4.Cin Otri - -5.Hyu Hefner - -6.Endi Uilyams - -7."Warner Bros. Records" - -8.Alis Kuper - -9.Dennis Lidtke Eşitdiyiniz 9-luğun nəyi bərpa etdiyini ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Hollivud yazısı -Şərh: "Hollivud" yazısının bərpası üçün təşkil olunan ictimai kampaniya zamanı adları sadalanan doqquz donorun hər biri 250.000 dollar ödəmişdir. Sıralamada olan şəxslər isə hər hərfi bəpa etməyi öz üzrlərinə götürmüşlər (müvafiq olaraq) -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 8. Parisi görüb ölməyi xəyal edən Madam Bovari üçün Paris onun İKS-inin sonuncu dayanacağı idi.1947-ci ildə premyerası olmuş İKS-də hadisələr Yeni Orleanda cərəyan edir. İKSin müəllifini tapın. -Cavab: Tennesi Uilyams -Şərh: Sualda söhbət Amerikan yazıçısı Tennesi Uilyamsın Arzular tramvayı əsərindən gedirdi -Müəllif: Qorqud İsrafilzadə - -Sual: 9. Bir Asiya ölkəsində olan deyimə əsasən, Bunu yeyənin də,yeməyənin də ağlı yoxdur. - -Eşitdiyiniz mətndə əvəz olunmuş hərfləri və söhbətin hansı Asiya ölkəsindən getdiyini tapın. -Cavab: f,q və Yaponiya -Şərh: Sualda söhbət Yaponiyanın məşhur zəhərli balığı olan fuqudan gedirdi.Fuqu balığı çox zəhərli olsa da onun delikatesi təkcə Yaponiyada deyil,bütün dünyada məşhurdur. -Müəllif: Mahir Məmmədli - -Sual: 10. O, 1806-cı ildə Qurban bayramı günü Şəki xanlığının ərazisində anadan olmuşdu.Onun kim olduğunu tapın. -Cavab: İsmayıl bəy Qutqaşınlı -Şərh: Qurban bayramında doğulduğu üçün ona İSmayıl adını vermişdilər. Qutqaşın kəndi isə onun tam adının formalaşmasına gətirib çıxarmışdır. -Müəllif: Mahir Məmmədli - -Sual: 11. Paylama materialıŞəkildə siz İKSİ görürsünüz.İKS həm də dövri cədvəlin 13cü qrupuna verilən addır.İKSİ ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Bor ailəsi -Şərh: 1890-cı ilə aid şəkildə Kristian,Ellen və onların uşaqları Cenni,Nils,Harald Bor təsvir olunublar . -Müəllif: Səid Canıyev - -Sual: Söylənilmiş bir şey əvvəlcə söylənilmişdir deyə,söylənilməmiş söz də əvvəlcə söylənilməmişdir - deyə yazılmır. - -Bunu oxuyan sual müəllifi Conu xatırlamışdır.Conun soyadını cavab kartınıza yazın. -Cavab: Morton -Şərh: Morton çəngəli – iki eyni dərəcədə xoşagəlməz seçim qarşısında qalma situasiyasını təsvir edən ifadədir. İki artqument,çəngəlin dişləri ilə müqayisə edilir. Con Morton 7-ci Henrix dövründə lord-kansler idi. -Müəllif: Rüfət Hüseynzadə - -Səhifə -> 99 | Sual Sayı -> 12 - -Sual: 1. Qədim hind təmsilindəki uzunqulaq ONDAN istifadə edərək qarovulçulardan qorxmadan tarlaya daxil olur və arpa yeyirdi. O başqa bir əsərin adındakı qəhrəmanın dəyişməz atributu idi. ONU iki sözlə ifadə edin. -Cavab: Pələng dərisi. -Şərh: Qarovulçular “pələngdən” qorxurdu və uzunqulaq özünü ifşa etməyənə qədər tarlada çəkinmədən arpa yeyirdi. Pələng dərisi Rustavelinin qəhrəmanının atributudur. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 2. Napoleon öz marşallarından biri, Etyen-Jak Makdonald haqqında demişdi: «Marşala etibar etmək olar, ta ki, Makdonald ONUN səsini eşitməyənə qədər». Söhbət nədən gedir? -Cavab: Tuluq zurnası, volınka -Şərh: Makdonald etnik şotland. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 3. Qabriela Şmidt Tomas Morun mətnlərinə əsasən Utopiyanın təqribi yerini tapa bilmişdi. Məqalələrin birində Qabriela Şmidt hansı həmyerlisi ilə müqayisə edilir? -Cavab: Qenrix Şliman ilə. -Şərh: Şliman Troyanı axtararkən Homerin “İliadasına” əsaslanırdı. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 4. Məşhur riyaziyyatçı Qriqori Perelman cavanlığında Budapeştdə keçirilən beynəlxalq riyaziyyat olimpiadasının qalibi olmuşdur. O xatırlayırdı ki, aldığı hədiyyələrdən biri onu laqeyd buraxmış və Leninqrada döndükdən sonra onu tanışlarından birinə bağışlamışdı. Bu hədiyyə gələcəyin dahisi üçün çox asan da gələ bilərdi. Hədiyyənin nə olduğunu yazın. -Cavab: Rubik kubu. -Şərh: O hədiyyəni Erne Rubikin özündən almışdır. Ola bilsin ki, kubik ona çox asan gəlmişdir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 5. Hansı əsərdə ana öz qızına “kraliça olduqdan sonra yeriməyə ehtiyacın qalmayacaq” deyərək barmaqlarını kəsməyi tövsiyyə edirdi? -Cavab: Zoluşka, Küllü Qız, Küllücə, Büllur başmaq. -Şərh: Söhbət büllur başmağı geymək üçün ayaq barmaqlarının kəsilməsindən gedir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 6. Druid Mata baş kral Loeqayreyə deyirdi ki, BU insan kralın dirilər və ölülər üzərindəki hakimiyyətini əlindən alacaq. Söhbət kimdən gedir? -Cavab: Müqəddəs Patrik. -Şərh: İrlandiyaya xristianlığı gətirmiş Patrik nəticədə kahin druidlərin dini və kralların dünyəvi hakimiyyətinin məhdudlaşmasına səbəb oldu. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 7. Paylama materialıŞəkildə göstərilmiş ayaqqabıları hansı şirkət hazırlamışdır? -Cavab: Prada. -Şərh: Şeytan Prada geyinir deyə daban və kəmərlər cəhənnəm atəşi formasına salınmışdır. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 8. Deyilənə görə, işinə uğursuz başlamış Manuelin karyerası yüksəliş və enişlərlə müşaiyət olunurdu. Sualımızın qəhrəmanı “Manuel” adını qısaldaraq bizə qısaldılmış adı ilə tanışdır. Hansı adla? -Cavab: Manolo. -Şərh: Söhbət ayaqqabı dizayneri Manolo Blanikdən gedir. Yüksəliş və enişlər isə hündürdaban ayyaqabılara işarə edir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 9. Şahmatçı Bobbi Fişer neçə il yaşamışdır? -Cavab: 64. -Şərh: Yaşadığı illərin sayı şahmat taxtasında xanaların sayı ilə eynidir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 10. Edmund Leytonun rəsmində cəngavərin öz sevgilisi ilə sağollaşma səhnəsi təsvir olunmuşdur. Bu səhnədə qız karandaşla ONUN ətrafını cızır. Türk “Qaragöz” teatrını yada salaraq, ONUN nə olduğunu yazın. -Cavab: Kölgə. -Şərhlər: None -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 11. Məşhur şirkət məhsullarının dizaynını yeniləyərkən piramidaların sayını azaltmışdır. Söhbət hansı məhsuldan gedir? -Cavab: Camel siqaretləri -Şərhlər: None -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 12. Diqqət, sual nömrə 12! Mak Sennetin komediyasında soyğunçular içəri daxil olaraq, hamıdan əllərini qaldırmağı tələb edirlər. Bu tələbə hətta ONLAR da tabe olur. Söhbət nədən gedir? -Cavab: Saatın əqrəbləri. -Şərh: hər iki əqrəb “12” rəqəminə qalxır. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Səhifə -> 101 | Sual Sayı -> 12 - -Sual: 1. Nils von Dardelin BU adı daşıyan tablosunda heyrət içində dayanan yaşlı şəxsləri, mərkəzdə özündən razı şəkildə əli ilə masanın üzərini göstərən gənci və gəncin başı üzərində qlobus təsvirini görmək olar. Uilyam Hoqqartın BU-na həsr edilmiş tablosunun adında isə "sındırmaq" felini görmək olar. BU-nu iki sözlə yazın. -Cavab: Kolumb yumurtası -Şərh: Kolumbun yumurtanın dik dayanması barədə məşhur əhvalatı çəkən rəssam Nils von Dardel tabloda qlobus təsviri vermişdi. Qlobus bir növ kolumb yumurtasını simvolizə edir. İkinci tabloda isə "sındırmaq" feli yumurtanın sınmasına işarədir. -Müəllif: Eşqin İbrahimov - -Sual: Paylama materialıÖtən əsrin ikinci yarısında doğulan ilk ikslərdən biri Derma adlandırılıb. Əvvəlki mətndə buraxılan hərfləri bərpa edin. -Cavab: s,f,n -Şərh: Sualdan ayrı təqdim edilmiş rekvizit köməkçi xarakter daşıyır və Yunan miflərindəki Sfinksin sualına bənzər quruluşda təqdim edilib. Sfinsin sualı "Hansı canlıdır ki, səfər dörd, günorta iki, axşam isə tək ayaq üstə dayanır?" formadadır və insanın körpəliyi, gəncliyi və yaşlılıq dövrünü əhatə edir. Rekizitdə isə Sfinks pişiklərinin fərqli dövrlərə olan kütlələri təqdim edilib. İlk cinsləri ötən əsrin 60-cı illərində yetişdirilən tüksüz Sfinks pişiklərindən biri, maraqlıdır ki, sadəcə Derma, yəni dəri təbəqəsi kimi adlandırılmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Maraqlıdır ki, Alibaba firması indiyədək bir gün ərzində ən çox mənfəəti "Sevgililər günü"-də yox ötən ilin məhz bu günündə əldə edib. Həmin günü və ayı yazın. -Cavab: 11.11 (11 noyabr) -Şərh: Çinə məxsus olan Alibaba firması Çində "Yalnızlar günü" kimi qeyd edilən 11 noyabrda bir günə olan maksimum mənfəəti əldə edir. "Yalnız günü" təkliyi simvolizə etsin deyə sadə birlərdən ibarət tarixdə qeyd edilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Frensis Bekonun Afrika və Cənubi Amerikanın fiziki uyğunluğunu qeyd etməsini bildirən Hol Helman materiklərin dreyfinin alfanı xatırladığını vurğulayır. Ən böyük alfa haqqında məqalədə 551232 ədədini görmək olar. Alfanı yazın. -Cavab: Pazl -Şərh: Afrika və Cənubi Amerika qitələri sanki bir-birindən ayrılmış iki parçadır. Bu fikrin davamı kimi digər materiklərin də vahid formanın hissələri ideyasını tədqiqatçı pazla bənzədir. Ginnes rekordları saytında isə ən böyük pazl haqqında məqalədə isə 551232 hissənin olduğu qeyd edilib. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Axaltəkə atları haqqında danışılan məqalədə qeyd olunur ki, dəridə tüklərin qıvrılaraq yaratdığı burumlar qönçəyə bənzədiyindən canlılar belə adlandırılıb. Əvvəlki cümlədə əvəz edilmiş sözləri yazın. -Cavab: Qaragül qoyunları -Şərh: Sual mətni Türkmənistana məxsus olan Axaltəkə atları haqqında yox, Türkmənistan və digər bir neçə Mərkəzi Asiya dövlətinə məxsus Qaragül qoyunları haqqında idi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Paylama materialıQarşınızdakı simvol haqda danışan bir romanın personajı əbədiyyətdən imtina edən canlının son anda BUNU ETMƏKDƏN vaz keçdiyini qeyd edir. BUNU ETMƏK ilə əvəz edilmiş sözləri cavab kartlarınıza yazın. -Cavab: quyruğunu dişləmək -Şərh: “Deleatur” adlanan bu simvola diqqətlə baxdıqda, sanki quyruğunu dişləməyə hazırlaşan, lakin sonda bu fikrindən daşınaraq istiqamətini dəyişən ilanı görmək olar. Digər tərəfdən, ilan, yaşamaq sevgisi çox olsa da əbədiyyətdən vaz keçir – sonsuzluq işarəsini tamamlamır. Əlavə olaraq, quyruğunu dişləyən ilan formasında təsvir edilən uroborosun mənalarından biri də məhz sonsuzluq və əbədiyyətdir. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. 1870-ci ildə alman qoşunlarının Parisi mühasirəyə aldığı müddətdə son texniki yenilikləri izləyən Adrien Prustun köməyinə hava şarı gəlmişdi. Əvvəlki cümlədə buraxılmış bir sözü cavab kartlarınıza yazın. -Cavab: poçtu -Şərh: Parisdən kənarda yaşayan valideynlərindən xəbər almaq heç cür mümkün olmadığından Adrien Prust, hava şarı poçtundan istifadə edərək, onlara məktub göndərməyə müvəffəq olmuşdu. -Müəllif: Tərlan Əsədli - -Sual: 8. Neyrobioloq Tomas Çerner insan gözünün torlu qişasının işləmə prinsipini izah edərkən ONU xatırlayır. Sənətşünaslardan biri isə ONUN əsərlərini köpüklənən şampanla müqayisə edir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: [Jorj-Pyer] Söra -Şərh: Çerner hesab edir ki, ətrafdakı elektrik siqnalları kiçik nöqtələr şəklində insan gözünün torlu qişası tərəfindən tutulur və nəticədə görmə fəaliyyəti baş verir. Bu prosesi o, Söranın puantilizm janrında çəkilmiş rəsmlərinə baxmaqla eyniləşdirir. Sənətşünas Uill Qomperts də, rəssamın yaradıcılığındakı bu xüsusiyyətdən danışarkən xırda hava qabarcıqları ilə dolu şampan şüşəsini xatırlayır. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. İddia edilir ki, XVII əsrə aid əsərlərin birindəki bu epizodun əsas mənası insanın Fortuna ilə mübarizədə məğlubiyyətə məhkum olmasıdır. Söhbətin hansı əsərdən getdiyini tapın. -Cavab: Don Kixot -Şərh: İlahə Fortunanın əsas atributlarından biri onun fırlanan çarxı hesab edilir. Yel dəyirmanının pərləri də öz növbəsində Fortunanın çarxlarını simvolizə edir. Versiyalardan birinə görə, Servantes o dövr üçün kifayət qədər məşhur olan yel dəyirmanı-Fortuna analogiyasından istifadə etmiş və Don Kixotun şəxsində insan övladının tale qarşısında hər zaman məğlub olacağını məşhur “döyüş” səhnəsi ilə oxucuya çatdırmışdır. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Bəşəriyyətin nəsilartırma qabiliyyətinin itdiyi distopik "İnsan övladı" filminin personajı zarafatla qeyd edir ki, problemi həll etmək üçün alimlərin toplaşdığı qonaqlıqda X əti yeyilir. X-lər adlı ekran işi haqqında məqalədə "Mən haradan gəlmişəm?" kitabından danışılır. X-ı yazın. -Cavab: Leylək -Şərh: Personaj bu bəşəri problemi həll etmək istəyən alimlərin qonaqlıqda leylək əti yediyini söyləyir. Leyləklərin uşaqları gətirməsindən bəhs edən "Leyləklər" animasiya filmi haqqında maraqlı məlmatlar məqaləsində "Mən haradan gəlmişəm?" adlı kitabdan danışılır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. Yazıçı Joze Saramaqo bu peşə sahiblərinin gördüyü işi səliqəli görünənədək övladının saçlarını müntəzəm darayan qayğıkeş ananın gördüyü işlə eyniləşdirir. Söhbətin hansı peşədən getdiyini qoşasamitli sözlə yazın. -Cavab: Korrektor -Şərh: Verilmiş mətni dəfələrlə oxuyaraq, oradakı xətaları aradan qaldırmaq, nəticədə səhvsiz və düzgün əsər ortaya çıxarmaq korrektorun əsas vəzifəsidir. Saramaqo da onların bu fəaliyyətini məhz belə dəyərləndirib. Sualdakı “yazıçı” sözü də əlavə ipucu olmalı idi. -Müəllif: Tərlan Əsədli - -Sual: 12. Tarixdəki saxtakarlıqlarla bağlı kitabda qeyd olunur ki, bir çox müəllif tacir Marko Polonun bioqrafiyasında alfa və betta haqqında dolğun məlumat verməməsinə görə, Polonun Asiyaya heç vaxt səyahət etmədiyini iddia edirlər. x və y bir-birindən bir hərflə fərqlənir. x və y-i yazın. -Cavab: çay, çao -Şərh: Getdiyi ölkələrdən biri də Çin olan Marko Polonun iki cildlik kitabında çay haqqında yazmaması tədqiqatçıların diqqətini çəkir. Kağız pullar haqqında qısa qeydləri olsa da, Xubilay xanın yanında uzun müddət qalan səyyah tacirlik məqsədilə getsə də, çao sözünü işlətməmiş və ətraflı şərhlər verməmişdi. Sualın onikinci olması çay fasiləsinə işarə idi, tacir sözünün işlənməsi isə çaoya çıxmaq üçün ipucu rolu oynayır. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 108 | Sual Sayı -> 12 - -Sual: 1. Vicicalc şirkətinin yaradıcıları şirkətin qurulduğu illərdə Arlinqtondakı evlərinin çardağında fəaliyyət göstərirdi.Bu vəziyyəti zarafatla şərh edən bir tarixçi Boston bölgəsində Kaliforniyaya nisbətən daha az X olduğunu qeyd edir. X-i fransız mənşəli sözlə yazın. -Cavab: Qaraj -Şərh: Bir çoxlarımıza məlumdur ki Amazon Apple və bir çox digər texnologiya nəhəngləri Qarajdan çıxmışdırlar. Evlərinin çardağında işləməsini şərh edən tarixçi Bostonda Silikon vadisinə nisbətən daha az Qarajın olduğunu səbəb kimi qeyd etmişdir. Bizdə paketimizə qarajdan başladıq. -Müəllif: Orxan Səfərov - -Sual: 2. Çellencer şatlı 71-ci saniyədə partlasa da, qalxış anında gəminin sağ küncündə görülən Buraxılmış sözlər problemin əslində elə startdan başladığını göstərirdi. ABŞda bir qanunun konqresdən 15 dəfə geri çevrilməsi barədə olan məqalənin adı Kapitolda Buraxılmış sözlər adlanır.Buraxılmış sözləri 1ci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Qara tüstü -Şərh: Qalxış anında gəminin sağ küncündə Qara tüstü görünməyə başlamışdır və bu problemin əslində startdan başlandığını göstərirdi. ABŞda bir qanun haqqında nəticəyə gəlinə bilməməsi də sizi cavaba aparmalı idi. -Müəllif: Orxan Səfərov - -Sual: 3. Bir əsərin qəhrəmanı qəzəbli halda masadan qalxan digər personajın əlində qələm olduğunu görür və Alfanı xatırlayır. Alfanı əcnəbi mənşəli təkhecalı sözlə yazın. -Cavab: Darts -Şərh: Əsəbi halda ona tərəf gələn personajın qələmi ona atacağını düşünən digər personaj məşhur oyunu xatırlayır və qələmi dartsa bənzədir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 4. Hindenburq dirijablından danışılan bir sənədli filmdə heliumun yalnız amerikalılar tərəfindən istifadə olunduğu bildirilir və alman dirijablının böyük X olduğu deyilir. X-lə bağlı məqalədə Enevatok atollunun xatırlandığını bilərək X-i 2-ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Hidrogen bombası -Şərh: Helium Amerikanlar tərəfindən işləndiyindən almanlar hidrogendən istifadə edirdi.Atoll da sizi bombaya aparmalı idi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 5. Bir əsərdə paltarın üzərindəki parlaq qırmızı düymələri təsvir edən müəllif Alfanı xatırlayır. Padre Pionun ömrünün çox hissəsini əlcəklərdən istifadə edərək keçirməsinə səbəb alfalar olmuşdu. Alfanı deyin. -Cavab: Stiqmat -Şərh: Qırmızı parlaq düymələrin forması sizi Stiqmata yönləndirə bilərdi. Padre isə əllərində olan stiqmatları gizlətmək üçün əlcəklərdən istifadə edirdi. Pio 20-ci əsrin ən məşhur Stiqmatistlərindən biri hesab olunur. -Müəllif: Orxan Səfərov - -Sual: 6. Keçən mövsümün sonunda Lesterin çempionluğundan danışılan məqalədə kubokun təqdim olunduğu gün bütün şəhərin ayaqda olduğu, səhərə kimi hamının əyləndiyi qeyd edilir və Andrea Boçellinin bu parçanı səsləndirməsinin gözəl bir təsadüf olduğu bildirilir. Həmin parçanın adını cavab kartınıza yazın. -Cavab: Nessun Dorma -Şərh: Sualda sizə Lester şəhərinin bütün gecə oyaq qaldığı deyilirdi,adının mənası heç kim yatmasın olan və Turandot operasının ən məşhur hissəsi olan Nessun Dorma-da bütün şəhər gecə yatmayıb personajın adını axtarmalı olmuşdu. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 7. Vegenerin Vatikan tərəfindən çox sərt qarşılanmış Qitələrin və Okeanların X-i əsəri dünya yaranmasından bəri tavaların necə hərəkət etdikləri və bugünki vəziyyətlərinə necə gəldiklərindən danışır. X-i saitləri eyni olan sözlə cavab kartınıza yazın. -Cavab: Mənşə -Şərh: Darvin kimi kilsə tərəfindən tənqid olunan Vegener Darvinə dəstəyini göstərmək üçün əsərin adında mənşə sözünü işlətmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. 17-ci əsrin sonlarında Bernulli qardaşlarına qarşı öz həmyerlisini qorumağa çalışan Con Kaylı, Darvinin buldoqu adlandırmışdılar. Əvvəlki cümlədə əvəz edilmiş sözləri qonşu hərflərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Nyutonun meymunu -Şərh: Bildiyimiz kimi Bernullilər öz dövrlərinin məşhur fizikləri olub.Kayl Bernullilərə qarşı İsaakı qoruduğundan onu məhz Nyutonun meymunu adlandırmışdılar. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. Antonio Qaudi haqqında bir mənbədə onun inşa etdiyi rəngbərəng Kasa Batiyyo evinin turistləri cəlb etdiyi və insanın sanki bu evi dişləyib dadına baxmaq istədiyi qeyd olunur. Bu zaman 19-cu əsrdə çap olunan hansı mənbənin xatırlandığını yazın. -Cavab: Henzel və Qretel -Şərh: Henzel və Qretel nağılında meşənin dərinliklərinə düşən uşaqlar konfet keks və şüşələri şəkərdən tikilmiş rəngbərəng evə rast gəlirlər və dözməyib onu yeməyə başlayırlar. Məqsədi uşaqlari kökəldib yemək olan qoca qarı isə əslində uşaqları cəlb etmək üçün bu evi inşa etmişdir. Xalq nağılı olan Henzel və Qreteli Qrim qardaşları yazıya köçürərək 1812-ci ildə çap etdirmişdilər. -Müəllif: Orxan Səfərov - -Sual: 10. 19-cu əsrdə İran Şahı Fətəlinin xanımı olan Ağabacı bütün məclislərdə Buraxılmış sözlər oturar,şairlərlə müzakirələrdə iştirak edərdi. Brodveyin məşhur aktyorlarının səhnədən kənar həyatlarından bəhs edən bir verilişin də Buraxılmış sözlər adlandığını bilərək, Buraxılmış sözləri 2 sözlə cavab kartınıza yazın. -Cavab: Pərdə Arxasında -Şərh: 19-cu əsrdə dindar olan bir dövlətdə bildiyimiz kimi xanım kişilərlə normal şəraitdə kişilərlə bir məclisdə otura bilməzdi. Bu səbəbdən şairə də Pərdə Arxasında oturardı. Aktyorların teatrdan kənar həyatından danışılan veriliş də Pərdə Arxasında adlanır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 11. Qəribə də olsa bir filmin çarpayıya uzanan qəhrəmanı X-ə baxır. Bir əsərin masasındakı rəngbərəng xəritəyə baxan personajı xəritəni X-ə bənzədir. X-i qonşu hərflərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Pollokun rəsmi -Şərh: Təsvir etdiyiniz kimi çarpayıya uzanan şəxs tavana baxır. Qəribə də olsa əsasən öz işlərini döşəmədə görən Pollokun rəsmi isə bu dəfə tavanda idi. Rəngbərəng xəritə də sizi cavaba çıxara bilərdi. -Müəllif: Orxan Səfərov - -Sual: 12. II Dünya müharibəsi dövründə Yaponiya ilə Amerika arasında gedən Qvadalkanal döyüşündə qabarma və çəkilmələr səbəbindən ərazidə hakimiyyət gündüzlər bir, gecələr isə digər ölkənin əlində olurdu. Bəs bu döyüş harada cərəyan edirdi? -Cavab: Solomon adaları -Şərh: Sualda adanın iki ölkə arasında bölüşdürülə bilməməsindən danışılırdı.Bu da sizə Süleyman məhkəməsini xatırlada bilərdi. -Müəllif: Qorxmaz Aydınlı - -Səhifə -> 112 | Sual Sayı -> 12 - -Sual: 1. “İKS şahmatı”nda istifadə edilən fiqurlardan biri təkbuynuz adlanır. İKS-lə əvəz edilmiş saitləri müxtəlif olan beşhərfli sözü deyin. -Cavab: Nağıl -Şərh: “Nağıl şahmatl” şahmat kompozisiyalarının qurulması çün istifadə edilən xəyali oyun növüdür. Təkbuynuz nağılların personajıdır. -Müəllif: Fuad Eminov - -Sual: 2. 1930-cu ildə çəkilmiş “Lətif” filmində aktrisa Həqiqət Rzayeva BURAXILMIŞ İKİ SÖZ rolunu oynamışdır. “BURAXILMIŞ İKİ SÖZ” filmində isə o nənəni oynamışdı. BURAXILMIŞ İKİ SÖZÜ yazın. -Cavab: Ögey ana -Şərhlər: None -Müəllif: Cahangir Fərəcullayev - -Sual: 3. Albaniyanın ONUS dəb evinin hazırladığı neonlu yaşıl dona əl əməyi ilə düzəlişlərin edilməsinə 60 saat vaxt sərf edilib. Siz isə bundan əvvəl hansı prosesə 240 saat vaxt sərf edildiyini iki simvol və bir neçə sözün köməyi ilə yazın. -Cavab: donun 3D printerdə çap edilməsi -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 4. ”Gizli fiqurlar” bədii filmində hadisələr 60-cı illərdə NASA-nın ofisində cərəyan edir. Epizodların birində menecer əlində ağır çəkiclə otaqlardan birinin qapısının üst divarını dağıdır. Siz isə belə tədbirlərin görülməsinə səbəb olanı yazın. -Cavab: İBM 7090 -Şərh: Hesablamalar otağına İBM 7090 gətirirlər və məlum olur ki o bu qapıdan içəri keçmir -Müəllif: Fuad Eminov - -Sual: 5. 5. Qonçarovun personajı nəyi yaxşıca təmizlənmiş mis ləyənlə müqayisə edir və şairləri ələ salır? -Cavab: Ay -Şərh: Qonçarovun ən məşhur personajı Oblomovdur. Bildiyimiz kimi, o divanda uzanaraq psevdofəlsəfi söhbətlər aparır. Divanda uzanan adamın göydə olan obyekt haqqında danışması ipucu ola bilərdi. -Müəllif: Fuad Eminov - -Sual: 6. 6. Venesiya mətbəxi haqqında yazan Aleksandr Genis bildirir ki, venesiyalılar şorbanı elə bişirirlər ki, elə bil su qaynadanı ONUN içinə salmısan. Maraqlıdır ki, Başqa O haqqında Vikipediya məqaləsində 1984-cü ilə aid “İxtiologiya” və 2003-cü ilə aid “Balıqçının mahnıları” da xatırlanır. Onu əcnəbi sözlə deyin. -Cavab: Akvarium -Şərh: Venesiya suda yerləşdiyi üçün təbii ki, yeməklərdə də balıqdan bol istifadə edilir. “Akvarium” məşhur sovet-rus rok-qrupudur. -Müəllif: Fuad Eminov - -Sual: 7. 7. Marko Polo Xubilayın çoxlu daş-qaş aldığını təsvir edərkən tacirlərin BUNA olan etibarı səyyahda səmimi təəccüb yaradır. Daha sonra o yazır: “Deyəsən Böyük Xan əlkimyanın sirlərinə yiyələnib”. Bunun nə olduğunu bir və ya iki sözlə yazın. -Cavab: kağız pul -Şərh: Marko təəccüblənir: axı niyə tacirlər qiymətli rubinləri və sapfirləri kağız-kuğuza dəyişirlər. O dövrdə Avropada kağız pul hələ məlum deyildi. -Müəllif: Fuad Eminov - -Sual: 8. 8. Biz əvvəlcə bu şəhər haqqında sualı rekvizitlə vermək istəsək də, sonra bu ideyadan imtina etdik. Çünki rekvizitdəki şəhəri bəziləri Cenevrəyə, bəziləri Bazelə, bəziləri Montröyə bənzədəcəkdi. Boden gölünün sahilində yerləşən və təxminən 9 min adamın yaşadığı bu şəhərin adını yazın. -Cavab: Rorşah -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 9. 9. Şimal Buzlu Okeanında yaşayan dəniz mələkləri haqqında bir məqalədə deyilir ki, bir mövsüm ərzində bir mələk 500-dək İKS yeyir. İKS-lə əvəz edilmiş altıhərfli sözü yazın. -Cavab: şeytan -Şərh: Yırtıcı dəniz mələkləri əsasən dəniz şeytanları ilə qidalanırlar -Müəllif: Fuad Eminov - -Sual: 10. XVI əsrdə baş vermiş bir hadisə ilə bağlı məqalədə yazılır ki, çox güman ki, o çəkic və mismardan deyil, çap dəzgahından istifadə etmişdi. Onun adını və soyadını yazın. -Cavab: Martin Lüter -Şərh: Bəziləri hesab edir ki, Lüterin 95 tezisi Vittenberqdəki kilsənin qapısına vurması nağıldır -Müəllif: Fuad Eminov - -Sual: 11. Bir neçə il əvvəl açılmış bu yeni domenin yaradıcıları bildirirlər ki, domen informasiya texnologiyalarına fərqli dərəcədə cəlb edilmiş müxtəlif insan nəsillərini birləşdirməlidir. Söhbətin hansı domendən getdiyini yazın. -Cavab: xyz -Şərh: İnformasiya texnologiyalarına münasibətə görə bəşəriyyəti X, Y və Z nəsillərinə bölürlər. -Müəllif: Fuad Eminov - -Sual: 12. Onun adını daşıyan mükafatın laureatları arasında Mozambik, Anqola və Kabo-Verdenin də nümayəndələri var. Onun özünü isə bir coğrafiyaçının Cənubi Amerikada səyahət edərkən düşdüyü pərtedici situasiyanın səbəbkarı saymaq olar. Həmin coğrafiyaçını tapın. -Cavab: Jak Paqanel -Şərh: Sadalanan ölkələr Portuqaliyanın keçmiş müstəmləkələridir. Bu ölkələrdə portuqaldilli ədəbiyyat var və Portuqaliyanın Kamoens mükafatını alan yazıçılar yetişir. Paqanel isə ispan dilini Kamoensin “Luziada” poeması əsasında öyrənirdi. -Müəllif: Cahangir Fərəcullayev - -Səhifə -> 113 | Sual Sayı -> 12 - -Sual: 1. Eduardo Galeano məqalələrinin birində X-i 20-ci əsrdə baş verəcək qorxunc hadisələrin xəbərçisi adlandırır. “Visit Norway” veb səhifəsi dünyanın ən uzun X-i adlı konkursda qaliblərə bir həftəlik pulsuz səyahət bileti hədiyyə edir. X-i saitləri eyni olan bir sözlə yazın. -Cavab: Qışqırıq -Şərh: “Visit Norway” səhifəsi öz “Qışqırıq” videolarını paylaşan şəxslər arasında ən uzun “Qışqırıq”ın sahibinə pulsuz səyahət bileti hədiyyə edir. 1893-cü ildə tamamlanan məşhur əsəri isə Galeano 20-ci əsrdə baş verəcək qorxunc hadisələrin xəbərçisi adlandırır. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 2. London şəhəri haqqında danışan Azər Qəribov turistlərin şəhəri daha yaxşı seyr etmələri üçün X-ə üstünlük verdiklərini deyir. Tripadviser.com saytına şərh yazan istifadəçilərdən biri “Il Sogno De Giulietta” oteli haqqında danışarkən X-i Cülyettanın balkonuna daha yaxın olmaq üçün seçməyi məsləhət görür. X-i iki sözlə yazın. -Cavab: İkinci mərtəbə -Şərh: London şəhəri bildiyimiz kimi öz double-decker bus`ları ilə məşhurdur. Şəhəri gəzmək üçün bu avtobuslardan istifadə edən turistlər daha yaxşı görmək üçün isə avtobusların ikinci mərtəbələrindən istifadə edirlər. “Il Sogno De Giulietta” oteli Verona şəhərində Cülyetta evi ilə üzbəüz yerləşir ki, internet istifadəçisi Cülyetta balkonuna daha yaxın olmaq üçün ikinci mərtəbədə otaq sifariş verməyi məsləhət görür. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 3. 1938-ci ildə Germanın icazəsi ilə Çarlz ALFA və BETTAya baxış keçirən ilk amerikalı oldu. Bir mənbədə Ziya`nın canlandırdığı personaj ALFA və BETTA arasındakı fərqi başa salır. ALFA və BETTAnı cavab kartınıza yazın. -Cavab: Yunkers, Messerşmitt -Şərh: Bildiyimiz kimi Herman Görinq III Reyxin aviasiya qüvvəsi olan Lüftvaffenin rəhbəri idi. 1938-ci ildə Nasist Almaniyasında olan Çarlz Lindberq onun icazəsi ilə Yunkers və Messerşmitt hərbi təyyarələrinə baxış keçirmişdi. 1969-cu ildə rejissor Həsən Seyidbəyli “Bizim Cəbiş müəllim” filmindəki Namiq roluna öz oğlu Ziya Seydibəylini çəkmişdi. Namiq də filmdə bu iki hərbi təyyarə arasındakı fərqi başa salır: “Messerşmitt qırıcıdır, Yunkers isə bombardmançı.” -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Stefan Svayq “Almanların Qalisiyaya girişi” adlı məqaləsində qaldığı otağın pəncərələrinin önündən keçən X-ləri fillərə bənzədirdi. X-i eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Böyük berta -Şərh: Stefan Svayq Galisiyaya girən alman qoşunları haqqında danışır. Daha sonra pəncərənin önündən keçən əzəmətli Böyük berta toplarını döyüşə gedən böyük fillərə bənzədir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 5. 1898-ci ildə Lessində doğulmuş şəxs haqqındakı mənbənin adıBURAXILMIŞ ÜÇ SÖZ adlanır. Siz isə BURAXILMIŞ ÜÇ SÖZ adlı filmin rejissorunu cavab kartlarınıza yazın. -Cavab: Cəfər Pənahi -Şərh: Sualın birinci hissəsində söhbətin belçikalı rəssam Rene Maqritt`dən gedirdi. Rəssamın “Bu qəlyan deyil” adlı əsərində alluziya olaraq onun haqqındakı qısa sənədli filmə əd “Bu film deyil” adı verilmişdi. Eyni adı daşıyan başqa bir filmin rejissoru da məlum olduğu kimi iranlı rejissor Cəfər Pənahidir -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Məhəmməd Əsəd Bəy Qafqaz mətbəxinə xas olan qaynar yağla qarışdırıldıqdan sonra üstünə un əlavə edilən pendir növündən danışır. Daha sonra isə müəllif sözügedən pendiri Qafqaz X-i adlandırır. X-i əcnəbi mənşəli mürəkkəb sözlə yazın. -Cavab: Buterbrod -Şərh: Məhəmməd Əsəd Bəy yağla qarışdırılqdan sonra üstünə un əlavə olunan pendir növünün bir növ qafqazlıların buterbrodu olduğunu yazır. Alman sözü olan buterbrod da yağ və çörək sözlərinin birləşməsindən yaranmışdır -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 7. Bir əsərdə ölkədəki qaydaların yumşaqlığından narazı olan personaj ölkəni İKSə bənzədir. Anna İliniçna öz xatirələrində bir şəxsin İKSi bitirdikdən dərhal sonra təsirlənərək küçəyə çıxdığını yazır. İKSi tapın. -Cavab: Altı nömrəli palata. -Şərh: Əsərdə ölkədəki qaydaların yumşaqlığı qanunsuzluq və özbaşınalığa gətirib çıxarır. Bundan narazı olan personaj ölkəni altı nömrəli palataya bənzədir. İfadə məcazi mənada zorakılıq, hərc-mərclik və riyakarlığın hökm sürdüyü yer mənasında işlədilir. Leninin bacısı Anna İliniçna da öz xatirələrində bu əsəri oxuyan şəxsin əsərin təsirindən dəhşətə gələrək özünü altı nömrəli palatada hiss etdiyini və dayana bilməyib küçəyə çıxdığını yazır. Şablonların əksinə olaraq biz bu dəfə “Altı nömrəli palata” sualını yeddinci veririk -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 8. 1919-cu ilin avqustunda bolşevik yönümlü siyasətçi Çingiz İldırım donanma komandanı vəzifəsinə təyinat aldıqdan sonra sonra X-ləri şəxsən özü qarşılayırdı. X haqqında məqalədə Murtuza Məmmədovun da adına rast gəlmək olar. X-i üç sözlə yazın. -Cavab: Həştərxandan gələn gəmi. -Şərh: Bolşevik yönümlü siyasəti ilə tanınan Çingiz İldırım 1919-cu ilin avqustunda ADR`in Xəzər Hərbi Dəniz donanmasının komandanı vəzifəsinə təyin edildi. Bu vaxt artıq Bakını ələ keçirməyi məqsədi güdən Sovet Rusiyası Həştərxandan Bakıya gələn gəmilərlə görkəmli bolşeviklər, həmçinin silah sursat gəlirdi ki, bu gəmiləri də şəxsən Çingiz İldırım özü qarşılayırdı. “Həştərxandan gələn gəmi” mahnısının ilk ifaçılarından biri sonralar “Bülbül” ləqəbi ilə məşhurlaşacaq Murtuza Məmmədov idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. XIX əsrə aid bir əsərdə bəzi burjuaların BUnu artıq hesab edərək “Bu nəyə lazımdır?” sualını verdikləri qeyd olunur. Bunun haqqında məqalədə “İyul sütunu” da xatırlanır. BUnu biri xüsusi isim olmaqla iki sözlə cavab kartınıza yazın. -Cavab: Bastiliyanın fili -Şərh: Hər hansı bir təsisatın, tikili və ya monumentin mövcud olsa da heç bir əhəmiyyət daşımaması və əlavə, artıq yük hesab olunması “ağ fil” ifadəsi ilə ifadə olunur. “Səfillər” əsərində Qavroş və başqa uşaqların içərisində gecələdikləri Bastiliya fili də burjua tərəfindən artıq hesab olunurdu. 1813-1846-cı illər arasında Parisdə mövcud olan monument sonradan lazımsız hesab olunaraq yığışdırılmışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Sənədli filmlərdən birində X haqqında danışılarkən Y-lərdə sol əlin çox sürətlə yüksəlib-alçalan ritminin sağ əlin hərəkətlərini izlədiyi qeyd olunur. X-in Y-dəki ifası zabit Vilm Hozenfeldi təsirləndirmişdi. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Şopenin preludiyası. -Şərh: Sualda söhbət məşhur musiqi əsərindən gedirdi. Sözügedən kompozisiyanın ən məşhur hissəsi pianoçunun sol əl barmaqlarının sürətli ritmi ilə ifa olunur. Bu əsər həm də “Pianoçu” filminin məşhur epizodunda Şpilman tərəfindən səsləndirilir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Yazıçı Anar Azərbaycan ədəbiyyatında ALFA haqqında danışarkən dillər əzbərinə çevrilmiş poetik nümunələri xatırlayır. ALFA haqqında digər məqalədə isə “omoform” sözü də xatırlanır. ALFAnı qonşu həfrlərlə başlayan iki sözlə yazın. -Cavab: Vurğunun yeri. -Şərh: Azərbaycan ədəbiyyatı və poeziya dedikdə ilk ağla gələn şəxslərdən biri Səməd Vurğundur. Yazıçı Anar Azərbaycan ədəbiyyatından Vurğunun yeri haqqında danışarkən dillər əzbərinə çevrilmiş poetik nümunələri xatırlayır. Azərbaycan dili dərsliklərindən bizə məlum olan “omoqraf” sözü vurğunun yerinin dəyişməsi halında sözün mənasının dəyişməsini bildirir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. Sakit okeanın cənub-şərqində yerləşən Pasxa adasının yerli sakinləri rapanuilər adadakı bütün ağac ehtiyyatını qırıb qurtardıqdan sonra bunu etməkdə çətinlik çəkirdilər. Ötən əsrin ortlarına aid əsərin gənc qəhrəmanı baş personajın ona bunu etməyi öyrədərək böyük yaxşılıq etdiyini qeyd edir. Bunu etməklə əvəz etdiyimiz iki sözü yazın. -Cavab: Balıq tutmaq. -Şərh: Ağaclar qurtardığı üçün, rapanuilər artıq kanoe düzəldə bilmirdilər. Beləliklə balıq ovuna çıxmaq da çətinləşirdi. 1952-ci ildə yazılmış “Qoca və dəniz” əsərinin gənc personajı qoca Santiaqonun ona balıq tutmağı öyrədərək böyük yaxşılıq etdiyini deyir. Konfutsiyə aid edilən məşhur sitatda birinə yaxşılıq etmək istəyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət deyilir. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 116 | Sual Sayı -> 12 - -Sual: Azərbaycanda çimərlik sezonun açılması ilə bağlı məqalə BU adlanır.Sual müəllifləri bu sualla demək olarsa sizlərə BUnu çatdırmaq istəyib.Bunu 2 sözlə deyin -Cavab: Xəzərdən salam -Şərh: Xəzər dənizinin çimərlikləri insanları qarşılamağa başlıyıb. Bu sualla “Xəzər İntellektual Gənclər Klubu” sizləri salamlayır -Müəllif: None - -Sual: 2. Paylama materialıGördüyünüz karikaturanın adını 3 latın sözü ilə deyin -Cavab: Veni Vidi Vici -Şərh: Rekvizitdə ayaq(gəldim), göz (gördüm) və dəfnə çələngi(qalib gəldim) görə bilərsiniz. Məşhur latın ifadəsi Veni Vidi Vici “Gəldim, gördüm, qalib gəldim” mənasına gəlir. Bu sualla da biz öz komandamız adında sizləri salamlayırıq -Müəllif: None - -Sual: 3. O, öz adını məşhur basketbolçu Larri Birdun adından alıb.Onun yaradıcısın hansı kompaniyada işlədiyini tapın -Cavab: Twitter -Şərh: Söhbət Twitterin loqosundakı quşdan gedirdi.Onun adı Larridir və Bird soyadlı basketbolçunun şərəfinə adlandırılıb -Müəllif: None - -Sual: 4. Futurama serialının epizodlarının birində 3-cü və 4-cü avenue(küçə) arasında BU adlı küçə də yerləşir. BU həm də 1998-ci ildə çəkilmiş bir filmin adıdır. BU-nu tapın -Cavab: Pi -Şərh: 3-cü və 4-cü küçələr arasında 3.14- bərabər olan pi ədədi durur.”Pi” filmi Darren Aranofskinin məşhur filmidir. -Müəllif: None - -Sual: 5. Bu dövlətin adı latın dilindəki Romalı sözündən götürülüb.Bu həm də romalılarla qarışmış yerli xalqın adı idi.Dövlətin adını tapın -Cavab: Rumıniya -Şərh: Latın dilindəki “romanı” sözü ölkənin adına verilib. -Müəllif: None - -Sual: 6. ”Kentavr” romanın qəhrəmanı təmizlik işləri aparan şəxslə danışan zaman altıncı X-i xatırlayır. X-ı 2 sözlə cavab kartlarınıza yazın -Cavab: Heraklın qoçaqlığı -Şərh: Jon Apdaykın əsərinin adı sizi mifologiyaya aparmalı idi.Heraklın 6-cı qoçaqlığı Avgi tövləsinin təmizlənməsi idi. -Müəllif: None - -Sual: 7. 2012-ci o, iddia etmişdi ki, onu bir Amerika ölkəsinin ən məşhur şəxsiyyəti saymaq olmaz çünki, Bob onunla çiyin-çiyinə gedir.Lakin o Bobu ötüb keçəcəyinə ümid edir.Onun kim olduğunu tapın -Cavab: Useyn Bolt -Şərhlər: None -Müəllif: None - -Sual: 8. 19-cu əsrdə fetra(papaq düzəltmək üçün material) civə ilə işlənirdi.Civənin buxarları isə beyin qarışıqlığına, emosional qeyri-sabitliyə və əqli fəaliyyətin azalmasına gətirib çıxara bilir.Bəs hansı britaniyalı yazıçı 1865-ci ildə yazdığı əsərdə bu faktı nəzərə alıb? -Cavab: Luis Kerrol -Şərh: İngilis dilində mad as a hatter(papaqçı kimi dəli) ifadəsi yayılıb.”Alisa möcüzələr diyarında” əsərinin personajı Dəlisov Papaqçı obrazı da buna nümunədir. -Müəllif: None - -Sual: 9. Bu ispanın dediyinə görə xüsusi metodu var idi. O, molbertin qabağında əlində fırça yatırdı və əşyaları yerə düşdükdə oyanar və o an iş başına keçərdi. Onun kim olduğunu tapın. -Cavab: Salvador Dali -Şərh: Məşhur surrealistik rəssam öz əsərlərinə yuxu və reallığın arasında olduqda başlayır.Əsərlərində bu aydın nəzərə çarpır. -Müəllif: None - -Sual: 10. Youtube-a əsaslansaq kosmosdan Çin səddi görsənmir nəinki Çindəki X. X-dən həm də Silent Hill oyununda da oyunçulara QORXULU ABU-HAVA yaratmaq üçün istifadə ediblər. X-in nə olduğunu bildinizsə, onunla hansı şəhərin adının bağlı olduğunu deyin -Cavab: London -Şərh: Söhbət dumandan gedirdi. Dumanlı Albion İngiltərənin ləqəblərindən biridi -Müəllif: None - -Sual: 11. Hüseyn Cavidin “İblis” pyesini əzbərdən bilən Şəmsi Bədəlbəyli onun ilk tamaşalarında hansı vəzifəni icra edirdi? -Cavab: Sufler -Şərh: Əsəri əzbər bilən Şəmsi aktyorlara ilk tamaşalarda aktiv köməklik edirdi. -Müəllif: None - -Sual: 12. Ceyn Ostin 1796-1797-ci illərdə “İlk təəsüratlar” əsəri üzərində işləyirdi. Lakin onun ədəbi irsində belə adlı əsər qeyd edilməyib.Buna səbəb kimi digər ingilis yazıçı Xolfordun əsərinin işıq üzü görməsi göstərilir. Bəs bu əsərin adı nə idi? -Cavab: İlk təəsuratlar -Şərh: Buna görə məhz Ostin öz məşhur əsərin adını “Qürur və qərəz” qoymuşdu. Ümid edirik ki, sizin komandamız haqda ilk təəsüratlarınız yaxşı olacaq.Çünki, Koko Şanelin dediyi kimi bunun üçün bizim 2-ci şansımız olmayacaq  -Müəllif: None - -Səhifə -> 117 | Sual Sayı -> 20 - -Sual: 1. İngiltərə kralı II Karl Stüartı həmin dövrün pamfletlərində "yeni Neron" adlandırırdılar. Bunun səbəbini izah etməyə çalışın. -Cavab: 1666-cı il Böyük London yanğını -Şərh: II Karlı Stüartı qəsdən Londonu yandıraraq şəhəri öz zövqündə tikmək istəməsində günahlandırırdılar. Neronun da Romanı yandırmasını imperatorun şəhəri öz zövqü ilə tikmək istəməsilə əlaqələndirirlər. -Müəllif: Toğrul Qurbanov - -Sual: 2. Bir qısametrajlı filmdə Henrinin tənha olmasının səbəbi kimi başqalarını istəmədən incitməsi göstərilir. Henrinin hansı canlı olduğunu tapın. -Cavab: kirpi və ya tirəndaz -Şərhlər: None -Müəllif: Toğrul Qurbanov - -Sual: 3. XIX əsrin sonlarında Morze əlifbası ilə siqnal ötürən helioqraf aləti ixtira edilmişdi. Ən sadə helioqraf dayaqlardan, dayaqların üzərindəki dəlikli diskdən və bu məişət əşyasından ibarət olurdu. Hansı? -Cavab: Güzgü -Şərh: Helioqrafın iş prinsipi günəş şüaları vasitəsi ilə morze əlifbasını ötürmək idi. Günəş şüası güzgüyə düşür, güzgüdən əks olunan işıq diskin üzərindəki dəlikdən qarşı tərəfə ötürülürdü. Dəliyin qarşısını qapayıb-açmaqla mesajlar morze əlifbasına uyğun göndərilə bilirdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Amerikalı alim Donald Unger insanların gündəlik barmaq şaqqıldatmasının onlarda əl titrəməsi və digər fəsadlar yaradacağı mifini qırmaq üçün 60 il ərzində öz üzərində təcrübə apararaq sonda İq Nobel mükafatı qazanmışdı. Bəs alim bunu necə etmişdi? -Cavab: 60 il ərzində yalnız bir əlinin barmaqlarını şaqqıldatmışdı -Şərh: Alim 60 il ərzində ancaq sol əlinin barmaqlarını şaqqıldadır, sağ əlinə isə toxunmur. 60 il sonra iki əldə də heç bir fərq olmadığını aşkar edir və öz araşdırmasını bitirərək İq Nobel qazanır. -Müəllif: Babək Qasımzadə - -Sual: 5. Əmir Teymur, imperatorluğuna daxil olan demək olar ki, bütün vilayətləri özünün rəhbərliyi altında ələ keçirib. Lakin yalnız Bəlx bölgəsinin işğalına Əmir Hüseyn başçılıq etmişdi. Elə bu səbəbdən, tarixçilərin fikrincə, bu, Bəlx bölgəsinin işğalı ərəfəsində baş vermişdi. Nə? -Cavab: Teymurun ayağından zədələnməsi -Şərh: Teymurun topal qalmasının vaxtı haqqında dəqiq tarixi fakt olmadığınan, tarixçilər Bəlx döyüşünə özü rəhbərlik etməyən Teymurun həmin ərəfədə ayağından zədələnməsini güman edirlər. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Öz poetikliyi ilə seçilən island dilində XIX əsrə aid hansı ixtiranı "sap" adlandırırdılar? -Cavab: teleqraf -Şərh: Teleqraf vasitəsilə göndərilən siqnalların yazılışı sapla tikilməni xatırladır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. 2018-ci ildə ekranlara çıxan və Nil Armstronqun həyatından bəhs edən "First Man” filminin başlanğıcında əvvəlcə "Universal" studiyasının loqosunu daha sonra isə bu studiyanın loqosonu görə bilərik. Hansı? -Cavab: Dreamworks -Şərh: Əvvəlcə yer loqosu olan Universal şirkətini daha sonra isə aypara olan Dreamworks-ü görə bilərik. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. Yazıçı Anar Bakı tramvayının vaxtilə indiki Xaqani küçəsi ilə gəlib Korqanov küçəsindən Yefim Saratovets küçəsinə döndüyünü xatırlayır. Bəs Korqanov və Saratovets küçələri indi necə adlanır? -Cavab: Rəsul Rza, Nigar Rəfibəyli -Şərh: Maraqlıdır ki, indi həmin küçələr yazıçının valideynlərinin adlarını daşıyır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 9. 2018-ci ildən bu kafelər zəncirinin bəzi şöbələrində lal-kar müştərilər üçün müəyyən məqsədlə planşetlər təqdim edilməyə başlanıb. Söhbətin haradan getdiyini tapın. -Cavab: Starbaks -Şərh: Starbaksda sifarişlər zamanı müştərilərin sifariş verdiyi qəhvələrə adını yazılır. 2018-ci ildən başlayaraq Starbaksın bəzi şöbələrində Lal və kar müştərilərdə adın yazılma probleminin qarşısının alınması üçün onlara adlarını yazmaları üçün planşetlər paylanılır. -Müəllif: Farid Nəsirulla - -Sual: 10. Çiloe qəbiləsinin başçısı tanrıları çılpaq görmək istəmişdi. Bundan qəzəblənən tanrılar onu öldürmüş, basdırmış və həddən artıq marağına görə bədəninə kor gözlər artırmışdılar. Sizsə başçının nəyə çevrildiyini tapın. -Cavab: Kartof -Şərh: Latın Amerika tayfası olan Çilo tayfasının inancına görə, başçı tanrıları çılpaq görmüş, tanrı onu yer altında basdırmış və digərləri tərəfindən yeyilməyə məhkum etmişdi. Görmək marağına görə isə bədənini kor gözlərlə örtmüşdü. Kartofun da əsas meyvəsi yerin altında olur və üzərində dəliklər var. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. Duyğu Fillips "İsmin marka halı" kitabında adlandırma və onun maraqlı tərəflərindən danışır. Kitabın lap əvvəlində isə müəllif bunları izah edir. Nələri? -Cavab: Öz adını və soyadını -Şərh: Qəribə ad və soyadı olan müəllif adlandırma ilə bağlı kitabında ilk olaraq özündən başlaması gərəkdiyini vurğulayır. Soyadının məşhur marka ilə üst-üstə düşməsini və digər nöqtələri qeyd edir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Duyğu Fillips kitabında yazır ki, müştərilər restoranlarda Beef Stroganoff [bif stroqAnoff]və Chateaubriand [Şatobrian] kimi yeməkləri sifariş etməkdən çəkinir. Bəs o iddiasını necə əsaslandırır? -Cavab: İnsanlar çətin adları yanlış tələffüz edərək gülünc hala düşməkdən çəkinib, sifariş etmirlər. -Şərhlər: None -Müəllif: Eşqin İbrahimov - -Sual: 13. Gürcü çarı İrakli tərəfindən artilleriya komandiri vəzifəsinə təyin edilmiş Əliəkbər bəyin hansı nəslin banisi hesab olunduğunu tapın. -Cavab: Topçubaşov -Şərh: Əliəkbər bəy “topçubaşı” vəzifəsinə təyin edilmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 14. Edilən təklifə Tereza ana "Mənim işlərim fiziki varlığımdan daha üstündür" deyərək imtina etmişdi. Siz isə təklifi edən təsisatı deyin. -Cavab: Madam Tusso muzeyi -Şərh: Tüsso muzeyinin mum heykəl təklifinə Tereza işlərim fiziki varlığımdan üstündür deyərək imtina etmişdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 15. Delfi məbədində deyilən sözlər həmişə fərqli məna kəsb edirdi. Əfsanəyə görə, Qədim Roma çarı Tulli hansı oğlunun hökmdar olacağını öyrənmək üçün onları Delfi məbədinə göndərir. Məbəddə deyilir, "kim anasını birinci öpsə, çar da o olacaq". Gələcək kralın bu zaman dərhal nə etdiyini tapın. -Cavab: Torpağı öpür -Şərh: Delfi məbədi bir növ kodlarla və bənzətmələrlə proqnozlar verirdi. Məbəddə "ana" deyərkən, hər kəsin anası mənasında "Torpaq ana" nəzərdə tutulur. Bunu başa düşən Lutsi Brut tez özünü yerə atır və torpağı öpür. "Torpaq ana" - Terra (Geya) ilk yaranan tanrılardan olduğundan Pifiya məbəddə onu sadəcə "ana" deyə adlandırmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 16. Fransız diplomatı Taleyranın ən sevdiyi aforizmini tamamlamağa çalışın: "Bu dünyada başlıca prinsip....." -Cavab: prinsipsizlikdir -Şərh: Taleyran 3 dəfə hakimiyyət dəyişikliyində vəzifəsini qoruyub saxlaya bilmişdir. -Mənbə: “Taleyran. Axsaq İblis” sənədli filmi -Müəllif: Toğrul Qurbanov - -Sual: 17. Kaliforniyada istifadə olunan avtomobil qeydiyyat nişanlarında daim 3 hərfdən ibarət müxtəlif kombinasiyalar olur. Lakin bəzi hərf kombinasiyalarının istifadəsi müəyyən səbəblərə görə qadağan olunub. Qadağan olunan yeganə 3 eyni hərfdən ibarət olan kombinasiya hansıdır və nə üçün qadağan olunub? -Cavab: KKK -Şərh: ABŞ-da yaranmış ekstremist təşkilat Ku-Kluks-Klanın adının qısaltmasını bildirdiyi üçün. -Müəllif: Emin Məsimli - -Sual: 18. Bildiyimiz kimi, XX əsrin əvvəllərində maddi səbəblərdən gənc yazıçılar öz əsərlərini çap etdirə bilmir və ya çətinliklə nəşr etdirirdilər. Buna baxmayaraq, Virciniya Vulfun həyat yoldaşı ilə birlikdə Hoqartda yaşadıqları vaxtda istədiyi mövzuda yazaraq rahatlıqla nəşr etdirməsinin səbəbi nə idi? -Cavab: Ərinin Virciniya Vulf üçün mətbəə açması -Şərh: Həmin dövrdə Virciniya Vulfun da yazdıqları digərləri kimi çap olunmaya bilərdi. Həyat yoldaşının həm darıxmaması, həm də istədiyini yaza bilməsi üçün əri Lonard Vulf onun üçün çap maşını aldı. Sonradan onlar T.Haksli, C.Coys, İ.Bunin, M.Rilke və digər müəlliflərin əsərlərinin çap olunacağı “Hogart Press” yayınevini qurmuşdular. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 19. Rejissor Reyf Fayns çəkdiyi kiçik büdcəli “Ağ qarğa” filmindən danışarkən deyir ki, prodüser mənə filmin uğur qazanması üçün filmdə ulduz olmadığını deyirdi. Bəs nəticədə filmdə Puşkin rolunda kim çəkildi? -Cavab: Reyf Faynsın özü -Şərh: Tanımayanlar üçün – Reyf Fayns məşhur aktyordur. Aktyorluqla yanaşı o həm də bir neçə filmin rejissorudur. -Müəllif: Emin Məsimli - -Sual: 20. Skot Linçin əsərində qanqster başçısı Kapa Barsavi təbəə və qonaqlarını daim öz zalında qəbul edir. Zala çağırılanlar onlara qarşı münasibətin necə olacağından yalnız zala girəndə xəbər tuturlar: döşəmədəki nəhəng bahalı xalçanı görürdülərsə sevinirdilər, əgər zalın döşəməsində heç nə yox idisə təlaşa düşürdülər. Siz isə xalçanın zaldan yığışdırılma səbəbini deyin. -Cavab: Xalçaya qan ləkəsi düşməsin deyə -Şərh: Kapa bu xalçanı çox sevirdi və dəyər verirdi. Qəddar qanqster başçısı olan Kapaya qarşı yanlış hərəkət edənlərsə bu zalı heç vaxt cəzasız tərk etmirdilər. -Müəllif: Emin Məsimli - -Səhifə -> 121 | Sual Sayı -> 12 - -Sual: 1. Sual müəllifinin keçdiyi dərslərdən biri EXCELLENT DROP adlanır. Bu dərs zamanı uşaqlar paraşüt hazırlayır və onu bir məhsulla sınayırlar. Biz Sizdən məhsulunu soruşmuruq, eşitdiyiniz mətndə 1hərflə əvəz olunmuş 2 hərfi tapın. -Cavab: GG -Şərh: Uşaqlar dərs zamanı yumurtanı hündürlükdən paraşütlə atırlar. Bu səbəbdən dərsin adı EGGcellent Drop olaraq səslənir. -Müəllif: Çingiz Səlimov - -Sual: 2. Məşhur aktyor Rene Navarr xatırlayır: "Karlar üçün məktəbin rəhbərləri öz yetirmələri üçün kinonun yaxşı əyləncə olduğunu düşünərək onları kinoteatra gətirirdilər. Lakin filmin ən dramatik anlarında gülüş səsləri kinoteatrı bürüyürdü. Məsələ karların bunu bacarmasında idi." "Asteriks və Obeliks Sezara qarşı" filmində personajlardan biri casus təhsili aldığı üçün bunu bacardığını deyir. Bunu bacarmaq sözləri əvəz olunmuş sözləri deyin. -Cavab: dodaqdan oxumaq -Şərh: : Rene Navarr-ın məşhurluq dövrü səssiz kinonun vaxtında olub. O xatırlayır ki, karlar dodaqdan oxuya bildikləri üçün ən dramatik anlarda akyorların ağızlarını tərpədərək dedikləri sözlər ilə titrlərdə görsənən sözlər uyğun gəlmədiyini görürdülər. "Asteriks və Obeliks Sezara qarşı" filmində Roberto Benininin personajı Asteriksin dediklərini dodaqdan oxuyur Obeliksə izah edir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 3. Ailə həyatına son qoyduqdan sonra bir daha evlənməyən bu xanımın 1974-cü ildə xalq artisti adını almasına heç kim maneə ola bilməzdi. Siz isə onun 1963-cü ildə hansı obrazı canlandırdığını deyin. -Cavab: Nərgiz xala -Şərh: Nəsrəddin Əsədovdan boşandıqdan sonra bir daha ilə qurmayan Nəcibə Məlikova 1963-cü ilə "Əhməd haradadır" filmində Nərgiz xala obrazını canlandırır. Sual müəllifi filmin epiozdlarından birində filmdəki həyat yoldaşına "vaxtil�� maneə olmasaydın indi xalq artisti idim" ifadəsi yada salır. Sualda bir daha ailə həyatı qurmadı sözləri - yenə də həmin filmdəki Nərgiz xalanın "Mən gündə ər dəyişən arvadlara oxşayıram" ifadəsinə işarə idi. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 4. Hadisələrinin bir hissəsi ötən əsrin 50-ci illərində cərəyan edən filmin qəhrəmanı bir məlumatı eşidəndən sonra kinayə ilə Cerri Luis, Ceyn Uayman, Cek Binni kimi məşhur şəxslərin adını çəkir. Bəs ona verilən məlumatda kimin adı çəkilirdi? -Cavab: Ronald Reyqan -Şərh: "Geriyə gələcəyə doğru" filmində 1955-ci ilə düşmüş Marti Dok ilə söhbəti zamanı 1985-ci ildə prezindentin Ronald Reyqan olduğunu deyir. Bunun zarafat olduğunu düşünən və Martiyə inanmayan Dok Cerri Luisin vitse-prezindent, Cenni Uaynmanın birinci ledi, Cek Binninin isə maliyyə naziri olduğu kinayə ilə deyir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 5. 10 avqust 1988-ci ildə "Edmonton San" qəzetindəki "99 göz yaşı" adlı məqalədə gənc bir şəxsin ağlayan fotoları yerləşdirilmişdi. Qəzetin demək olar bütün səhifələri də bu şəxsə həsr edilmişdi. Bəs bu şəxs kim idi? -Cavab: Veyn Qretzki -Şərh: Edmonton Oilers komandasına 5 ildə 4 dəfə Stenli kubokunu qazandırmasına baxmayaraq cəmisi 27 yaşında 15 milyona Los Anceles Kingsə satılan Gretzki mətbuat konfrasnı zamanı göz yaşlarını saxlaya bilmir. Bütün Kanadanın və Edmontonun fəxri olan Gretzki karyerası ərzində ancaq 99 nömrəli geyimdə çıxı etdiyindən qəzet başlığı da belə adlandırmışdı. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 6. "Munchkin" masaüstü oyununda yaşıl bədənli bədheybət qadın obrazı var, hansını ki, qəhrəman yandıra bilsə, xüsusi bonuslar almış olacaq. Bu yaşıl bədheybət qadının adı bir fransızın adından cüzi fərqlənir. Bədheybətin adını cavab kartınıza yazın. -Cavab: Janna D'ork -Şərh: Sualda iki dəfə yaşıl bədheybət sözləri işlənmişdi. Şrek filmindən xatirimizdədir ki, yaşıl bədheybətləri ORK adlandırırlar. Sualda onu yandırmaq lazım idi sözləri isə Sizi Janna Darka aparmalı idi. Cüzi fərqlilik isə bu obrazın Janna D'ork adlnamsına gətirib çıxarıb. -Müəllif: Çingiz Səlimov - -Sual: 7. Paylama materialıRusiya millisinin üzvü olan Aleksey Spiridonovu xarici jurnalistlər bənzərliyinə görə O adlandırırlar. Jül Vernin şərəfinə təşkil olunmuş dünya səyahəti yarışında qalib gəlmiş Palle Huld {Pe:l Huld} nun prototipi hesab olunur. Onun adını cavab kartlarınıza yazın. -Cavab: Tintin -Şərh: Yumru sifəti olan, sarışın və orta hissədə yuxarıya qaldırılmış saçlara görə jurnalistlər Spiridonova Tintin ləqəbini veriblər. Maraqlıdır ki, 1928-ci ildə Danimarkanın Politiken qəzeti Jül Vernin xatirəsinə yarış təşkil edir. Bu yarışın qaydalarına əsasən, iştirakçı 46 gün ərzində təyyarədən istisna olmaqla, bütün nəqliyyat vasitələrindən istifadə edərək ən tez dünya səyahəti etməli idi.15 yaşlı Paul Huld 44 günə dünya səyahəti edərək qalib gəlmişdir. Deyilənə görə, Erje Tintin obrazını ondan ilhamlanaraq yaratmışdır. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 8. Animasiyada BUNDAN ilk dəfə 1929-cu ildə “The Opry House” cizgi filmində personajlarda rənglərin qarışmaması üçün istifadə olunmuşdu. Yazıçı Mayn Ridin BU adlı əsərində hadisələr gənc xanım Merionun at gəzintisi zamanı BUNU qəsdən yerə salması ilə başlayır. -Cavab: Ağ əlcək -Şərh: ilk cizgi filmləri ağ-qara olduğuna görə Mikki Maus və bəzi qara rəngli personajların əlcəksiz əlləri qara rənglə qarışırdı. Animasiya işçiləri bu vəziyyətdən çıxış yolu kimi ilk dəfə “The Opry House” cizgi filmində Mikki Mausun əllərinə ağ əlcək “geydirdilər”. Mayn Ridin "Ağ əlcək" əsərində gənc Merion Henri Holtspero üçün qəsdən əğ əlcəyini yerə salır. -Müəllif: Murad Hüseynov - -Sual: 9. Nüvə silahının uşaqlara təsiri barədə araşdırmalar aparan Ursula Fanklinin oğlu Martin xatırlayır: "Mənim 7 yaşım olardı və digər uşaqların yanına Y-lərin gəldiyi vaxtlarda mənim X-lərimdə radioaktiv elementlərin olub-olmamasını araşdırırdılar". "South Park" serialının qəhrəmanı Erik Kartman uşaqlardan pulu oğurlamaq məqsədilə özünü Y kimi qələmə verir. Y-i iki sözlə yazın. -Cavab: diş pərisi -Şərh: Ursula Franklin müəyyən etmişdi ki, nüvə sınaqları uşaqların dişlərində müxtəlif radioaktiv qalıntılar kimi qalır. Bunu yoxlamaq üçün öz oğlu da daxil olmaqla bir neçə uşağın düşmüş dişlərini yoxlamağa başlayır. Martin xatırlayır ki, digər uşaqların yanına diş pərisi gəldiyi vaxtda, mənim dişlərimdə radioaktiv elementlərin olub-olmamasını araşdırırdılar. "South Park" serialının qəhrəmanları düşən dişə görə çoxlu pul yığmaq imkanı yarandığını görüb, dişi düşmüş uşaqların evinə gələrək vaideynlərin dişə görə qoyduqları pulu oğurlayırlar. Şübhə oyatmasınlar deyənə isə Kartman diş pərisi kimi geyinir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 10. Timothée Kolodziejczak karyerası ərzində Lion, Nitsa, Sevilya kimi klublarda çıxış edib. Onun bu qış Borussia Mönchengladbach-a transferi haqqında zarafatla danışan jurnalist Maykl Yoxin qeyd edib ki: Axır ki, o .... klub tapdı. Buraxılmış bir neçə sözü bərpa edin. -Cavab: Öz soyadına uyğun -Şərh: Lion, Nitsa, Sevilya kimi klublarda oynamış oyunçu axır ki, soyadına uyğun klubda oynayacaq deyə jurnalist zarafat edir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 11. Həqiqi hadisələrə əsaslanan "Evelin" filminin sonlarında hakim çıxışı zamanı bir neçə dəfə X SÖZÜNÜ işlədir və bu səbəbdən zaldakıların gah məyus olmasına, gah da sevinməsinə gətirib çıxarır. Tamaşalardan birində müdirin ona qarşı münasibətindən hiddətlənən işçi X SÖZÜNÜ cümlələrinin sonunda işlədərək onu daha ifadəli etməyə çalışır. X-i bir sözlə yazın. -Cavab: lakin -Şərh: Evelin filminin sonlarında qızı əlindən alınmış atanın işi ilə bağlı məhkəmə qərarı açıqlanır. Emosional və rasional qərar arasında qalan hakim qərarı verməmişdən öncəki çıxışı zamanı Lakin sözünü işlədir. Müsbət qərarı gözləyən doğmalar hər yeni LAKİN sözünə necə reaksiya verəcəklərini bilmirlər. Yarımştat tamaşasında Telman Adıgözəlovun canlandırdığı fokusçu ştatdan yarımştata keçirilməsi ilə bağlı müdirin imzaladığı qərarı təəccübünü bildirirərək cümlələrin sonunda LAKİN sözünü işlədir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 12. Maraqlıdır ki, bu filmdə qadınlar üçün nəzərdə tutulmuş WC otağı da görə bilərik. Söhbətin hansı filmdən getdiyini deyin. -Cavab: 12 qəzəbli kişi -Şərh: Filmdə hadisələr əsasən bir məkanda - jüri otağında cərəyan edir və filmdə heç bir qadın personaj yoxdur. Sualın nömrəsi də sizə köməklik ola bilərdi. -Müəllif: Qoşqar Qafarov - -Səhifə -> 122 | Sual Sayı -> 12 - -Sual: 1. SSRİ-nin son dövrləri haqda olan sənədli filmdə 1982-ci ildə SSRİ Kommunist partiyasının katibi Mixail Suslovun ölümündən bəhs edilir. Filmdə Suslovun ölümü X adlandırılır. X-i yunan mənşəli sözlə deyin. -Cavab: Proloq -Şərh: Sonuncu ağsaqqallardan olan Suslovun ölümü SSRİ-nin dağılmasının başlanğıcı olmuşdur. -Sualda yunan sözünün deyilməsi sizi başlanğıc və bu kimi sözlərin yunan qarşılığını tapmağınıza kömək etməli idi. -Müəllif: Urfan Orucov - -Sual: 2. Seriyalı qatil Çikatilo haqqında film “Vətəndaş X” adlanır. 1992-ci ildə çəkilmiş Hollywood filmində X roluna hazırlaşarkən aktyor hətta Məkkəni ziyarət etməyi düşünürdü. X ilə əvəz olunanı yazın. -Cavab: İks -Şərh: Denzel Vaşinqton Malkolm Xi başa düşmək üçün hətta Məkkəyə də getmək istəyirdi. -Müəllif: None - -Sual: 3. Real Madrid klubunda oynadığı müddətdə Qaret Beylin çox tez-tez zədələnməsi barədə danışılan məqalədə onun Uelsli yox, sanki buradan olması fikrinin yaranması qeyd olunur. Nə qədər qəribə olsa da, 1908-ci ilin Yay Olimpiya oyunlarının qılıncoynatma üzrə finalında Macarıstan Bura ilə qarşılaşmışdır. Buranı deyin. -Cavab: Bohemiya -Şərh: 17 dəfə zədələnən Beyli büllurdan olmasını güman edən müəllif onun Uelsli yox büllurları ilə məhşur olan Bohemiyalı olduğunu demişdir. 1908-ci ilə qədər Avstriyanın tərkib hissəsi olan Macarıstan və Bohemiya nə qədər qəribə olsa da Olimpiya oyunlarının finalında qarşılaşmışlar. -Müəllif: Urfan Orucov - -Sual: 4. Tematik film karyerasına başlamamışdan qabaq Şona Strit belinin incə görünməsi üçün qabırğalarından birini çıxartdırmış və bu səhnə adını götürmüşdür. Həmin adı deyin. -Cavab: Yeva -Şərh: Qabırğasını çıxartdıran Şona nə qədər qəribə olsa da Yeva adını seçmişdir. -Müəllif: Urfan Orucov - -Sual: 5. Çexovun "arıq və kök" hekayəsində Mişaya uşaqlıqda kitabxanaya məxsus kitabları yandırmağı sevdiyinə görə X ləqəbi verilmişdi. X haqqında yunan dilli wikipedia məqaləsi tez-tez vandalizmə məruz qalır. Xi deyin -Cavab: Herostrat -Şərh: Yandırmaq və yunan dilli vikipedia ipucu ola bilərdi. Tarixin yaddaşında qalmaq istəyən Herostratın arzusunu gözündə qoymaq üçün bəzi adminlər onun vikipedia məqaləsini tez-tez silirlər. -Müəllif: Urfan Orucov - -Sual: 6. Doubt filmində müqəddəs ata bunu yastığın içindən havaya sovrulan tüklərə bənzədir və tükləri yenidən yastığa yığmağın mümkün olmadığını deyir. Breygelin atanın “Flamand atalar sözləri” rəsminin bu təsvir edilən hissəsində “Bir küləyin doladığını digər külək əyirir” atalar sözünə rast gəlmək olar. Bunun nə olduğunu deyin. -Cavab: Dedi-qodu -Şərh: Şayiələrin yayılmasını müqəddəs ata bu cür izah edir. Sualda verilən atalar sözünün rəsmdəki təsvirində 2 qadın təsvir olunmuşdur. -Müəllif: Urfan Orucov - -Sual: 7. Osmanlı İmperiyasında Əsnaf birliklər üzərinə qoyulan kətxudaların funksiyası sənətində və malda fırıldaq edən şəxslərin cəzalandırılması idi. Həmin dövrdə ən çox hiylə edənlərin çəkməçilərin olduğunu bilərək onlara tətbiq olunan cəza tədbirinin hansı deyimin yaranmasına gətirib çıxardığını cavab kartlarınıza yazın. -Cavab: Pabucunun dama atılması -Şərh: Ayaqqabının istehsalda və ya istehlakda xarab olduğunu müəyyən etdikdən sonra həmin çəkməçinin tikdiyi xarab ayaqqabı dama atılırdı və bununla da ona olan etibar sarsılırdı. -Müəllif: Urfan Orucov - -Sual: 8. Bir zarafata görə bu şəxs öldükdən sonra məzarı üzərinə gələn adamlar əlavə səhnəni gözləyəcəklər. -Söhbətin kimdən getdiyini deyin. -Cavab: Sten Li -Şərh: Komiks yazıçısı Sten Linin yaratdığı personajlar Marvel Comics tərəfindən çəkilmiş filmlərlə məşhurlaşmışdır. Bundan başqa filmlərdən sonra əlavə səhnələrin də verilməsi partlayış etmişdir. -Müəllif: Urfan Orucov - -Sual: 9. Paylama materialıAntonio Kanovanın heykəllər silsiləsində Psixeyanı X-də görmək. Rekvizitdə də X-ləri görmək mümkündür. X 3-cü növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Amurun qolları -Şərh: Psixeya və Amur haqqındakı məhşur mifi gillə yaradan Kanova Psixeyanı Amurun qollarında canlandırdmış. Rekvizitdə isə Amur çayının qollarını görə bilərsiz. -Müəllif: Urfan Orucov - -Sual: 10. Vyetnam müharibəsi haqqında yazdığı məqalədə gördüyü bütün dəhşəti qələmə alan Xanter Topmson məqaləyə bir poemanın birinci hissəsindəki ifadənin adını verir. Şahidlərin dediyinə görə həmin ifadəyə Matxauzen konslagerinin darvazasında da rast gəlmək olardı. İfadəni deyin. -Cavab: Bura daxil olanlar ümidlərini üzsün (Ostav vse nadejdı syuda vxodyaşie) -Şərh: Dantenin Komediyasının Cəhənnəm hissəsində cəhənnəm darvazalarının üzərindəki son cümlə tərcümədə bura daxil olan hər bir kəs ümidi üzsün kimi səslənir. Sualdakı dəhşət və darvaza sözləri də ipucu idi. -Müəllif: Urfan Orucov - -Sual: 11. Bir sənədli filmdə klimatoloq Maykl Çennet Uilyam Törnerin və Kaspar David Fridrixin qeyri-adi rəngli günəş qürublarını təsvir etməsindən danışır. Sənədli filmin adını 2 sözlə deyin. -Cavab: Yaysız il -Şərh: 1815-ci ildə Tambora vulkanının püskürməsindən sonra atmosferə xeyli miqdarda vulkanik kül qeyri-adi çökmüşdü. 1816-ci ildə bu hava avropaya qədər gəlib çıxmış və qeyri-adi rəngli qürubların yaranmasına səbəb olmuşdu. 1816-ci il Yaysız il adlanır. -Müəllif: Urfan Orucov - -Sual: 12. Saramaqonun Korluq romanında, korluq epidemiyasına yoluxmuş və xüsusi dispanserə yerləşdirilmiş insanlar arasında epidemiyaya yoluxmayan birini X-dən istifadə etməsinə görə müəyyən etmişlər. Bir beysbol oynunda hakimdən narazılığı bildirən məşqçi ona X-i məsləhət görmüşdü. X-i 2 sözlə deyin. -Cavab: Brayl əlifbası -Şərh: Epidemiyaya yoluxanlar arasında əvvəlcədən kor olan şəxsi brayl əlifbasından istifadə etməsinə görə müəyyən etmişlər. -Müəllif: Urfan Orucov - -Səhifə -> 123 | Sual Sayı -> 12 - -Sual: 1. Adəm və Həvva üçün başlanğıcdakı səhv, BUNUN olmamasına səbəb oldu. 1989-cu ildə çıxmış BU-nun müəllifi, evsiz,günahsız insanlara həsr etdiyini deyir. BU-nu 4 sözlə yazın. -Cavab: Cənnətdə daha bir gün -Şərh: Həvva almanı yedikdən sonra, onların hər ikisi cənnətdən qovulur və onlar üçün CƏNNƏTDƏ DAHA BİR GÜN olmur. 1989-cu ildə isə Fil Kollinz-in ifasında eşitdiyimiz CƏNNƏTDƏ DAHA BİR GÜN ( ANOTHER DAY İN PARADİSE ) mahnısını, müəllif evsiz,günahsız insanlara həsr etdiyini deyir -Müəllif: Çingiz Məmmədov - -Sual: 2. 1781-ci ildə o bir məktubunda diş təmizləmək üçün vasitə göndərilməsini xahiş etmişdi. İngilislər bu məktubu ələ keçiməklə onun yerini müəyyən etmişdilər. Siz isə bu şəxsin adını və soyadını yazın. -Cavab: Corc Vaşinqton -Şərh: Vaşinqton haqqında üç məşhur binqo çqk söhbəti var: uşaq vaxtı ağac kəsib sonra atasına bunu etiraf etməsi haqqında uydurma əfsanə, aşbazın onu pomidor yeməyi ilə zəhərləməyə cəhd etməsi və onun dişləri və məşhur diş protezi. -Müəllif: Fuad Eminov - -Sual: 3. Suhbat Əflatuninin İslam Kərimovun vəfatı ilə bağlı keçən ilin oktyabrında yazdığı məqalə 1975-ci ildə yazılmış əsərin adından azca fərqlənir. Siz isə məqalənin adını eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Patriarxsız payız -Şərh: İslam Kərimov avqustun sonu-sentyabrın əvvəlində vəfat etdiyindən payız patriarxsız qaldı. -Müəllif: Fuad Eminov - -Sual: 4. Bir lətifədə personaj gecə yuxusu zamanı O-nun oxuduğunu özünün isə əl çaldığını xatırlayır. 20-ci əsrin 50-ci illərinə aid bir mənbənin adında da ONLARI görmək olar. Həmin mənbənin müəllifini yazın. -Cavab: Uilyam Qoldinq -Şərh: Lətifədə gecə yuxusuna mane olan MİLÇƏK vızıltısı musiqiyə, onu məhv etmək üçün edilən cəhdlər isə əl çalmağa bənzədilmişdir. Milçəklərin hökmdarı əsərinin müəllifi isə Uilyam Qoldinqdir. -Müəllif: Çingiz Məmmədov - -Sual: 5. Heyvanların insanlarla birgə yaşadığı bir serialda baş personaj sualtı dünyaya səyahət etmək üçün sualtı təyyarəyə minir. Təyyarə yola çıxmağa hazır olduqda isə personaj fikrini dəyişdiyini və düşmək istədiyini deyərək problem yaradır. Dərhal sonra isə o gələrək baş personajı zərərsizləşdirir. Onu 2 sözlə yazın. -Cavab: Elektrik skatı -Şərh: Elektrik skatı problem yaradan sərnişinə elektrik verərək onu zərərsizləşdirir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Haaqada teatrın açılışında siam əkizləri də iştirak etmişdi. Eşitdiyiniz cümlədə buraxılmış sözü -tapın. -Cavab: anatomik -Şərh: anatomik teatr siam əkizlərinin meyidlərinin yarılması ilə açılmışdı. -Müəllif: Fuad Eminov - -Sual: 7. Təsəvvür edin ki, artıq imperator Rudolfun vaxtında da telekameralar var imiş, imperator sarayında ONUN stulunda qurcuxduğu, ağardığı, ayaqlarını götürüb qoyduğu və gözlərini bərəltdiyi mərasimi çəkmişdilər. Əvvəlki mətndə buraxılmış hərfləri yazın. -Cavab: T,İ,X -Şərh: Mətndə gördüyünüz kimi bu şəxs əziyyət çəkir və çox gümanki bu kimi hərəkətlər əsasən ayaqyoluna getmek istəyən zaman baş verir. Məşhur alim olan Tixo Braqa isə xatirimizdə öz gülməli ölümü ilə qalmışdır. Belə ki, imperator sarayında ayaqyoluna getmədiyindən, alimin sidik kisəsi partlamış və o vəfat etmişdir -Müəllif: Çingiz Məmmədov - -Sual: 8. Hərbçi ailəsində doğulan bu şəxs, yaradıcılığının ən İLAHİ NÖQTƏSİNİ MÜHARİBƏYƏ həsr etmişdir. Təsvir olunanı bildinizsə, həmin şəxsi yazın. -Cavab: Vasiliy Vereşagin -Şərh: Həmçinin özü də hərbçi olmuş Vereşaginin ən məşhur rəsm əsərlərindən biri də MÜHARİBƏNİN APOFEOZUDUR. Apofeoz isə ən ilahi nöqtə deməkdir. -Müəllif: Çingiz Məmmədov - -Sual: 9. Bir mənbədə zəif personaj özü də bilmədən hər kəsin qorxduğu personajın ölümünə səbəb olur. Daha sonra başqa bir personaj öləni X-ə bənzədir. Müasir bir serialda X-in adının “Zelena” olduğunu görə bilərik. X-in 19-cu əsrin sonlarına aid bir əsərdən olduğunu bilərək əsərin adını yazın. -Cavab: Öz ölkəsinin sehrbazı -Şərh: Epizodda ölümünə səbəb olan “Dorothy”ə, ölən isə “Wicked Witch of the West”ə bənzədilmişdi. Zelena sözü də sizi yaşıl rəngə aparmalı idi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. House of Cards serialının baş personajı Frank Underwoodun təhlil edildiyi bir videoda onun adını eşidə bilərik. Versiyalardan birinə görə o öz məşhur əsərini doğma şəhərinə qayıtmağa icazə ala bilmək üçün yazmışdı. Onun kim olduğunu yazın. -Cavab: Niccolo Machiavelli -Şərh: Ona öz doğma şəhərinə qayıtmaq üçün icazə lazım idi. Buna görə də hökmdarın sevgisini yenidən qazanmaq üçün öz məşhur "Hökmdar" əsərini yaratdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Bojack Horseman serialında at olan baş personaj partidə əylənən və oyunlar oynayan adamlara baxdıqdan sonra bunu çox aqressiv hesab etdiyini deyir. Bunu bir əcnəbi sözü ilə yazın. -Cavab: Pinyata -Şərh: Pinyata oyunu zamanı müxtəlif hallarda müxtəlif formalı torbalardan istifadə edilir. Baş personaj at formasında fiqura baxdıqdan sonra atı vurmaqlarının düzgün olmadığını ifadə edir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Nyükasl metropoliteninin Uollsend stansiyasında bütün elanlar həm də latın dilində yerləşdirilir. Siz isə bu stansiyanın nəyin yaxınlığında yerləşdiyini biri xüsusi isim olan iki sözlə yazın. -Cavab: Adrian divarı -Şərh: Adrian divarı İngiltərənin şimalını vəhşi tayfaların yaşadığı ərazidən ayırmaq üçün romalılar tərəfindən tikilmişdi. Romalılar latın dilində danışırdılar. -Müəllif: Fuad Eminov - -Səhifə -> 124 | Sual Sayı -> 12 - -Sual: 1. Kapitolidə onlara ucaldılmış abidələrin üzərində "və ya" sözünü oxumaq olar. Siz isə onların sonradan nəyə çevrildiyini iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Əkizlər bürcü -Şərh: Abidələr Ledanın yumurtalarından yaranmış əkizlər Kastor və Polluksun şərəfinə ucaldılmışdı. Onların üzərində "və ya" sözünün yazılmasına səbəb əkizlər bir-birinə bənzədiyindən iki abidədən hansının hansına məxsus olduğunun ayırd edilə bilməməsi idi. Buna görə də hər iki abidənin üzərində "Kastor və ya Polluks" və "Polluks və ya Kastor" sözləri yazılmışdı. Daha sonradan qardaşlar səmada əkizlər bürcünü yaratmışdılar. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Həyat yoldaşının ona xəyanət etdiyini öyrənən Asya Vevill 1969-cu ildə öz balaca qızı ilə birlikdə özünə qəsd etmişdi. Siz isə onun ərinin Asyadan öncə kiminlə ailə qurduğunu tapın. -Cavab: Silviya Plat -Şərh: Xəyanətə uğradıqdan sonra öz kiçik qızı ilə birlikdə intihar edən Asya Vevill ingilis yazıçı Ted Hyuzun ikinci həyat yoldaşı idi. Maraqlıdır ki, Ted Hyuzun Asyadan əvvəl ailə qurduğu Silviya Plat da intihar etmişdi. -Müəllif: Vüqar Məmmədov - -Sual: 3. XVIII əsrdə anadan olan şəxs haqqındakı məqalədə onun Frankfurtdan olan tacir arvadı Antoniya Brentanonu sevdiyi qeyd olunur. Lakin qadının onu sevib-sevmədiyi məlum deyil. Buna görə də Antoniya Brentanonu BELƏ qadın adlandırmaq olar. BELƏ ilə əvəz olunmuş eyni hərflə başlayan iki sözü tapın. -Cavab: Karın könlündəki -Şərh: Bildiyimiz kimi, Bethoven yaradıcılığa piano və violonçel ifaçısı kimi başlayıb. Bethoven adı çəkilən xanımı ömür boyu sevsə də, qadının onu sevib-sevmədiyini heç vaxt bilməmişdir. Buna görə də həmin xanımı sözün hər iki mənasında karın könlündəki qadın adlandırmaq olar. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Rəssam Tora Ağabəyova müəyyən komponentlər üzərində qurulan sərgisindən danışarkən neftin insanlara çoxlu əmək hesabına başa gəldiyini, bu yolda çoxlu insanların öldüyünü, yorulduğunu, ağlar qaldığını bildirir. Siz isə bu sərginin hansı ölkədə baş tutduğunu tapın. -Cavab: Böyük Britaniya -Şərh: Rəssamın sərgisini üzərində qurduğu komponentlər məşhur çıxışa əsaslanırdı. Sadalanan əmək - zəhmət, ölmək - qan, yorulmaq - tər, ağlar qalmaq - göz yaşına işarə idi. Çörçillin məşhur "Zəhmət, qan, tər, göz yaşı" ifadəsi üzərində qurulan sərgi də elə baş nazirin vətənində keçirilirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. Əsatirlərdən birində qeyd edilir ki, çar dənizlər allahı Poseydona bir canlını qurban gətirəcəyini vəd etsə də, canlının çarın çox xoşuna gəlməsi səbəbindən vədinə əməl etməyərək onu özündə saxlamışdır. Əsatirdəki çarın harada hakimiyyətdə olduğunu tapın. -Cavab: Krit adası -Şərh: Mifologiyada çar Poseydona öküzü qurban verməyi vəd etsə də öz vədinə əməl etmir və yalan danışaraq başqa bir canlını ona qurban verir. Məşhur paradoksda bütün kritlilərin yalançı olduğu söylənilir. Əsatirdə vədinə əməl etməyən yalançı çar da məhz Krit adasının hökmdarı idi -Müəllif: Vüqar Məmmədov - -Sual: 6. "Narcos" serialının epizodlarından birində Pablo Eskobarın təkliflərinin qəbul edilməsi BUNU ETMƏYƏ bənzədilir. Fənərbağça Futbol Klubu da 1988-ci ildə BUNU ETMİŞDİ. BUNU ETMƏKlə əvəz olunmuş sözləri cavab kartınıza yazın. -Cavab: Şeytanla müqavilə bağlamaq -Şərh: Serialda məşhur və təhlükəli narkobaron Eskobarın şərtlərini qəbul edərək onunla razılaşmaq şeytanla müqavilə bağlamağa bənzədilir. Fənərbağça klubu isə 1988-ci ildə "Şeytan" ləqəbli futbolçu Rıdvan Dilməni transfer etmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. Bir kitabda ABŞ iqtisadiyyatının ötən əsrin 20-ci illərində dayanmadan böyüdüyü, inkişaf etdiyi, 1929-cu ildə isə böyük böhranın başlaması ilə əlaqədar olaraq birdən-birə çökdüyü vurğulanır və həmin dövrə aid bir mənbə xatırlanır. Həmin mənbənin adını bir sözlə cavab kartınıza yazın. -Cavab: Bolero -Şərh: Sualın mətnindən ABŞ iqtisadiyyatının artan templə inkişaf etdiyi məlum olur. Musiqidə bu, kreşendo termini ilə ifadə olunur. Kitabda artan templə inkişaf edən iqtisadiyyatın qəflətən çökməsindən danışılarkən Moris Ravelin "Bolero" əsəri xatırlanır. Bu əsərdə də uzun müddət artan tempdə davam edən musiqi ən pik nöqtədə qəflətən sonlanır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. "Mehman" əsərinin aktrisa personajı həyat yoldaşı tərəfindən qətlə yetirilmiş və qətlin intihar olduğunun zənn edilməsi üçün ipdən asılmışdı. Maraqlıdır ki, aktrisa teatrda məhz bu obrazın ifaçısı kimi məşhurluq qazanmışdı. Hansı obrazın? -Cavab: Dezdemona -Şərh: Əsərdə aktrisa olan personaj həyat yoldaşı tərəfindən qısqanclıq səbəbiylə boğularaq öldürüldükdən sonra boğazında qalan əl izlərinin əslində intihar etdiyi ipin izi olduğunun zənn edilməsi üçün sonradan ipdən asılır. Maraqlıdır ki, həmin aktrisaya teatrda məşhurluq qazandıran obraz da eyni motivlə qətlə yetirilən Dezdemona obrazı idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. Bilinənin əksinə, İuda, Brut, Kassi kimi şəxslərin yer almış olduğu və Kosit adlandırılan göyün yeddinci qatı buzlarla əhatə olunub. Dinlədiyiniz cümlədə əvəz olunmuş sözləri tapın. -Cavab: Cəhənnəmin doqquzuncu dairəsi -Şərh: Sualda söhbət Dante Aligyerinin “İlahi komediya”sından gedirdi. Dante doqquz qata böldüyü cəhhənnəmin doqquzuncu dairəsində satqınları yerləşdirmişdi. Təsəvvürdə cəhənnəm dedikdə odlar və alovlar içərisində bir yer canlansa da, qəribədir ki, əsərdə bu qat buzlarla əhatələnib. Bundan başqa dairənin adı da kömək edə bilərdi. Belə ki, Kosit - yunan mifologiyasında Stiksə qovuşan yeraltı çaylardan birinin adıdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Bir əsərin personajı müasir dünyada dilin virus, dinin əməliyyat sistemi, duaların isə ALFA olduğunu deyir. Ötən əsrin birinci yarısında "Hormel" ərzaq şirkəti tərəfindən istehsalına başlanmış ALFAnı bir sözlə cavab kartlarınıza yazın. -Cavab: SPAM -Şərh: Personaj duaların çoxunun mənasız, boş şeylər olduğunu bildirir və onları boş yerə göndərilən SPAM-lara bənzədir. Bildiyiniz kimi, SPAM sözü məşhur konservlərin adından yaranmışdır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 11. Bir əsərin pinəçi qəhrəmanı dükana müştəri girən zaman ilk olaraq BUNU EDİR. Hadisələri İtaliyada cərəyan edən bir sənədli filmdə də tamaşaçılar yarışın sonunda BUNU EDİRLƏR. BUNU ETMƏKlə əvəz olunmuş qonşu hərflərlə başlayan iki sözü cavab kartınıza yazın. -Cavab: Ayağa baxmaq -Şərh: Əsərdə pinəçi dükana girən şəxslərin çəkmələrinin cırıq olub-olmadığını bilmək üçün ilk olaraq onların ayaqlarına baxırdı. Abebe Bikila haqqında olan sənədli filmdə də finiş xəttini keçdikdən sonra tamaşaçılar maraqla onun yalın ayaqlarına baxırlar. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 12. 2005-ci ildə irqçilik qınaqlarına məruz qalan qrup mahnının orijinal adındakı iki hərfi dəyişməklə onu "Ərəbi öpmək" kimi adlandırdı. Sözügedən mahnının kimin əsərindən təsirlənərək yazıldığını tapın. -Cavab: Alber Kamyu -Şərh: Söhbət "The Cure" musiqi qrupunun ifa etdiyi və tərcümədə "ərəbi öldürmək" mənasına gələn məşhur "Killing an Arab" mahnısından gedirdi. Qrup irqçiliklə bağlı qınaqlara məruz qaldığı üçün mahnının adını "ərəbi öpmək" kimi tərcümə olunan "Kissing an Arab"a dəyişmişdi. Mahnı Alber Kamyunun "Yad" əsərində Mersealtın Ərəbi öldürməsindən təsirlənərək yazılıb. -Müəllif: Səbuhi Göyüşov - -Səhifə -> 126 | Sual Sayı -> 12 - -Sual: 1. Harley&Devidson şirkətinin yaranma tarixçəsindən bəhs edən sənədli filmdə motosiklet yarışı başlamazdan öncə təşkilatçılar yarış meydançasına un kisəsi gətirirlər. Siz izə undan nə qismində istifadə olunduğunu 2 sözlə deyin. -Cavab: Start xətti. -Şərh: Yarışdan öncə təşkilatçılar həmin kisədən unu düz xətt boyunca yerə səpirdilər, motosikletlər də xətt boyu düzülürdülər. -Müəllif: Sadiq Yusifi - -Sual: 2. "Zootopia" animasiya filmində hər şeyi olduğu kimi xatırlayan personaj polislərə istintaq zamanı kömək edir. Nə qədər qəribə olsa da, o özünü Hindistandan gəlmiş yoqa ustası qədər effektiv saymır, bunun üçün X ə sahib olmağı arzulayır. X ilə əvəz olunan 2ci növ təyini söz birləşməsini tapın. -Cavab: Fil yaddaşı. -Şərh: Hindistan və "Zootopia" sizi filə aparmalı idi. Fil yaddaşı çox güclü olduğundan personaj kaş mənim də fil yaddaşım ola deyir. "Fillər heç nəyi unutmur" ifadəsi də fil yaddaşının itiliyindən xəbər verir. -Müəllif: Gülanə Muradzadə - -Sual: 3. "İtmiş qız" (Gone girl) romanının müəllifi Cillian Flinn Bunu Etmək üçün romanın bizə məlum olan sonluğundan əlavə bir neçə alternativ sonluq da hazırlamışdı. Tematik forum istifadəçisi gecə saatlarınadək oyaq qala bilməyənlərə bunu etmək üçün ümumiyyətlə evdən çıxmamağı məsləhət görür. Bunu etmək ilə əvəz edilmiş 2 sözü yazın. -Cavab: Spoylerdən qaçmaq -Şərh: GOT serialına həsr edilmiş forum istifadəçisi deyir ki, əgər yeni seriyanı gözləyə bilməmisinizsə, evdə qalın. . -Müəllif: Sadiq Yusifi - -Sual: 4. Eradan əvvəl III əsrdə İspaniyanın cənubundakı Kadis əyalətində ilk dəfə xüsusi olaraq bir cədvəl hazırlandı. Cədvəldə Cəbəllütariq boğazı vasitəsilə keçirilən malların adları, ölçü vahidləri və onlara görə alınan rüsumlar göstərilirdi. Siz isə cədvəlin hansı şəhərdə hazırlandığını tapın. -Cavab: Tarif -Şərh: Şəhərin adının şərəfinə həmin cədvəl Tarif adlandırılmışdı. -Müəllif: Müşfiqə Əsgərova - -Sual: 5. L. Çayldın "Deep storm" romanında təşkilatda casus aşkarlanır. Təşkilatın rəhbəri casusun bir neçə nəfərlə əlbir olduğunu ehtimal edir və Alfadan fərqli olaraq tezliklə hamısının ifşa olunaraq cəzalandırılacağına ümid edir. Alfa ilə əvəz olunan II növ t.s.b.ni tapın. -Cavab: Kembric beşliyi -Şərh: Kembric beşliyinə daxil olan casuslar 1930 larda uzun müddət mühüm postlarda çalışıblar və heç vaxt buna görə mühakimə olunmayıblar. -Müəllif: Məzahir Səmədov - -Sual: 6. Maraqlıdır ki, 90 - cı illərin sonuna aid bir filmdə məhz bu aktyorun ifa etdiyi personaja dadlı oktopus yeməyi məsləhət görsələr də o imtina edir. Söhbət hansı aktyordan gedir? -Cavab: Conni Depp -Şərh: "Las-Veqasda qorxu və nifrət" filmində Conniyə oktopus tövsiyyə olunsa da onu yemir. "Karib dənizinin quldurları: Ölünün sandığı" filminin sonunda nəhəng oktopus (Kraken) Cek Sərçəni udur. Filmin növbəti hissəsi artıq nümayişdədir. -Müəllif: Məzahir Səmədov - -Sual: 7. Qədim Romada mövcud olmuş bir səsvermə üsulunda qablara atılmış X insanların qərarı dəstəkləmədiyini bildirmək üçün istifadə edilirdi. Bir rəvayətə görə isə, digər X öz rəngini günahkar insanların ona toxunması nəticəsində dəyişmişdir. X-i I növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Qədim Romada mövcud olmuş bir səsvermə üsulunda qablara atılmış X insanların qərarı dəstəkləmədiyini bildirmək üçün istifadə edilirdi. Bir rəvayətə görə isə, digər X öz rəngini günahkar insanların ona toxunması nəticəsində dəyişmişdir. X-i I növ təyini söz birləşməsi ilə deyin. -Şərh: Qədim Romada mövcud olmuş bir səsvermə üsulunda qablara atılmış X insanların qərarı dəstəkləmədiyini bildirmək üçün istifadə edilirdi. Bir rəvayətə görə isə, digər X öz rəngini günahkar insanların ona toxunması nəticəsində dəyişmişdir. X-i I növ təyini söz birləşməsi ilə deyin. -Müəllif: Müşfiqə Əsgərova - -Sual: 8. Paylama materialıSaytlarından birində rekvizitdə gördüyünüz xalça dizaynına verilən ad ötən əsrin 60-cı illərində yarananın orijinaldakı adından 1 hərf azdır. Həmin hərfi cavab kartınıza yazın. -Cavab: S -Şərh: Fırlanan notların təsvir olunduğu dizayn "Rolling Tones" adlandırılıb. 1962-ci ildə Böyük Britaniyada Rolling Stones qrupu yaradılıb. -Müəllif: Leyla Bağırlı - -Sual: 9. "Fringe" serialının epizodlarından birində personaj XVI əsrdə yaşamış bu şəxsin ayaqüstə ölməyi faktının inandırıcı olmadığını bildirir.Onun kim olduğunu tapın. -Cavab: Nostradamus -Şərh: Bəzi versiyalara görə, Nostradamus ayaqüstə ölmüş və mumiyalanmışdı. Personaj isə bunun inandırıcı olmadığini deyir və gələcəyi görən adamın öləcəyini bilib əvvəldən uzanacağını qeyd edir. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 10. "Christmas Carol" əsərində Ebenezer Skruc kasıblara kömək etməkdən imtina edir və bu hərəkətinin daha yaxşı nəticəsinin olacağını deyir. Bu zaman onun kimin ideyalarını əks etdirdiyini deyin. -Cavab: Maltus -Şərh: E. Skruc burada xəsisliyini ört-basdır etmək üçün Maltusun əhalinin azalması barədə siyasətini dəstəklədiyini deyir. -Müəllif: Orxan Səfərov - -Sual: Təmsil etdiyi ölkənin yığmasının nəticələrinin bir oyunçudan çox asılı olması barədə danışılan məqalə “Lessi imperiyası” adını daşıyır. Əvəz edilmiş sözləri deyin. -Cavab: Neymar Respublikası -Şərh: Braziliya yığmasının zəif çıxış etdiyi oyundan sonra idman saytı burada Neymarın heç bir günahı olmadığını deyir və komandanın onun üzərində qurulduğunu vurğulayır. Veimar Respublikası isə 1919-1933 - cü illərdə mövcud olmuşdur. -Müəllif: Elnur Qasımzadə - -Sual: 12. "How I met your mother" serialının bölümlərindən birində sevdiyi qadının da ziyafətə gələcəyini güman edib ardıcıl ziyafətlər verən personaj Ona bənzədilir. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Cey Qetsbi -Şərh: Qetsbi təşkil etdiyi çoxsaylı təmtəraqlı ziyafətləri ilə ad çıxarmışdı. -Müəllif: Nurlan Abdurahmanov - -Səhifə -> 127 | Sual Sayı -> 12 - -Sual: 1. Bu ənənənin yaranması haqqında versiyalardan birinə görə Cəngavər döyüşləri zamanı cəngavərlər hörmət əlaməti olaraq dəbilqənin sipərini qaldırıb birbirilərinin gözlərinin içinə baxırlar ve bununla sanki mənim sağ əlimdə silah yoxdur jestini göstərirlər. Siz bu meqalenin neye hesr oldugunu 2 sozle deyin. -Cavab: Əsgər salamı -Şərh: ol ilə silah tutan cəngavər sağ əli ilə dəbilqənin sipərini qaldirir. Həmin jest sonradan əsgər salamı halına düşmüşdür. -Son zamanlar çox gəncimizi şəhid verdiyimizi nəzərə alaraq bu əsgər salamını onlara həsr edirik. -Müəllif: Urfan Orucov - -Sual: 2. Bir zaman həyatda gen düşsək belə,    -Qarşıda nə qədər görüş var hələ.    -O biri dünyada görüşsək belə,    - -Buraxılmış sözlər    - -Buraxılmış sözlərə Vladimir Visotski haqqında vikipediya məqaləsindən keçid olduğunu nəzərə alaraq buraxılmış sözləri yazın. -Cavab: Görüş yerini dəyişmək olmaz -Şərh: Verilən şeir Baba Vəziroğlunun yaradıcılığından olan “Görüş yerini dəyişmək olmaz “adlı şeirdən bir hissə idi. Vladimir Vısotski isə bildiyiniz kimi ifaçılıqdan əlavə həm də aktyor idi və eyni adlı filmdə baş rolu (Jeqlov) ifa edib. Sualın birinci verilməsi də təsadüfi deyildi. :) -Müəllif: Səbinə Mehbəliyeva - -Sual: 3. Təməl qanunlarına görə, onlar nəfsin arzularına hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı bacarmalı idilər. Onların çətinliklərə söykənməsi, muradına çatması üçün səbrli və dözümlü olması şərt idi. Söhbətin kimlərdən getdiyini bildinizsə, 1909-cu il doğumlu onların “son” nümayəndəsini tapın. -Cavab: Səttar Bəhlulzadə -Şərh: Sualda onların muradına çatması üçün səbrli və dözümlü olması qeyd edilmişdi. Necə deyərlər, “Səbr edən dərviş, muradına ərmiş”. Söhbət dərvişlərdən gedirdi. S.Bəhlulzadə Azərbaycanda sonuncu dərviş hesab olunur. -Müəllif: Jalə Məmmədova - -Sual: 4. Etiket qaydalarına uyğun olaraq kral VI Qustav Adolfun qarşısında təzim etməyən bu şəxs səbəb kimi kazakların heç kəsin qarşısında əyilməməyi, yalnız xalqın qarşısında əyilə biləcəyini göstərir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Mixail Şoloxov -Şərh: M.Şoloxov Nobel mükafatını alarkən İsveç kralına təzim etmir, “Sakit Don” əsəri kazaklardan bəhs edirdi. -Müəllif: Jalə Məmmədova - -Sual: 5. Bir məqalədə deyilir ki, Kleopatradan sonra hakimiyyətə gələn oğlunun Oktavian tərəfindən öldürülməsi X adlanır. X-a həm də 1981-ci ildə yazılmış əsərin adında da rast gəlmək olar. X-i bir neçə sözlə deyin. -Cavab: gözlənilən bir qətl -Şərh: Söhbət Q.Q.Markezin “Gözlənilən bir qətlin tarixçəsi” əsərindən gedirdi. -Müəllif: Jalə Məmmədova - -Sual: 6. Professor Dambldor haqqında Vikipedia məqaləsində Dambldor xarici görünüşünü təsvir etdiyi zaman sol ayağının diz qapağının altındakı çapığı Xin dəqiq sxeminə bənzədir. X öz kateqoriyasında ən qədim olsa da bir siyahıda Seul, Pekin və Şanxaydan sonra 4-cüdür. X-i qonşu hərflə başlayan 2 sözlə deyin. -Cavab: London metropoliteni (metrosu) -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: “Xalqımızın qullara rəva gördüyü haqsızlıq və vəhşilik müqabilində ürəyim kədərdən paralanırdı. Bəzi gecələr sən yanımda yatıb yuxuladığın vaxt, uşaqları əllərindən alınan qul anaları fikirləşirdim və gözlərimdən alov kimi yaşlar axırdı.” - -Sitatın müəllifini tapın. -Cavab: Harriyet Biçer Stou -Şərh: Biçer Stou “Tom dayının daxması” əsərini yazarkən kiçik oğlu hələ körpə idi və 25 il sonra oğluna məktubunda əsərin yazılma prosesini belə təsvir etmişdir. -Müəllif: Jalə Məmmədova - -Sual: 8. “Dakotanın bedlendləri” filmində Ceymsin başının arxa tərəfindən güllələnməsindən sonra X görünür. X-dən 1964-cü ildə Ekvadorda zədələnmiş bir dənizçinin əməliyyatında istifadə edilmişdi. X-i üçüncü növ təyini söz birləşməsiylə ifadə edin. -Cavab: Ölü adamın əli -Şərh: Vestern janrında çəkilmiş filmdə Ceyms Butler Xikok (və ya Vəhşi Bill Xikok) öldürülür. Deyilənə görə, o öldürüldükdə əlində iki ədəd qara 8 və iki ədəd qara tuz kartları qalır.Kart oyunlarında bu kombinasiya  sonradan “Ölü adamın əli” adıyla tanınır. Sualın ikinci hissəsində isə dünyadakı ilk əl transplantasiyası əməliyyatından söhbət gedirdi, Xulio Lunaya ölü adamın əli transplantasiyası uğursuz nəticələnmişdi. -Müəllif: Nicat Eldarov - -Sual: 9. Kolonizasiya haqqında məqalədə ABŞ imperializminin Yukatan yarımadasını xəstəliyə qərq etməsindən söz açılır. Əvvəlki cümlədə buraxılmış 4 hərfi cavab kartlarınıza yazın. -Cavab: k, o, k, a -Şərh: ABŞ-ın imperalizmi yayma üsullarından biri də müxtəlif populyar Amerikan məhsulların buraxılışı ilə Amerikan mədəniyyətinin qloballaşmasıdır. Bu məhsullar arasında hamımıza yaxşı tanış olan Coca-Cola vasitəsilə ABŞ-ın çoxsaylı dövlətləri öz təsiri altına salması isə “Kokakolonizasiya” adı ilə məşhurlaşmışdır. Bu qazlı içki və fast-foodların təsiri ilə isə Yukatan yarımadasında insanların sağlamlıq dərəcəsi aşağı düşmüşdü. -Müəllif: Nicat Eldarov - -Sual: 10. Cəlil Məmmədquluzadə bir felyetonunda ironiyayla deyir.Tarixşünaslar indi bunu isbat ediblər ki, Adəm övladı Habil ilə Qabilin dalaşmağında və Qabilin Habili qətlə yetirməyində səbəbkər odur. Onunçün də mən dünyada hər bir əsrdə vaqe olan dolaşıq işlərin hamısını ondan görürəm. Sizin isə şəkildə onu sözün əsl mənasında gördüyünüzü söyləmək olar. Onu ikinci növ təyini söz birləşməsi şəklində yazın. -Cavab: İngilis barmağı -Şərh: İkiüzlülük, siyasi hadisələrin, toqquşmaların arxasında zamanından və məkanından asılı olmadan İngiltərənin olduğunu bildirən zaman “İngilis barmağı” ifadəsindən istifadə olunur. Cəlil Məmmədquluzadə də “Barmaq” felyetonunda bu ifadəni ironiyayla göstərmişdir. Siz isə şəkildə Çörçili və sözün əsl mənasında ingilis barmağını görürsünüz. -Müəllif: Səbinə Mehbəliyeva - -Sual: 11. Osmanlı şeyxülislamı Ali Əfəndi haqqında məqalədə qeyd olunur ki, Ali Əfəndi çox - -işləməsinə baxmayaraq boş vaxt tapan kimi xalqın problemləri və suallarıyla ilə maraqlanırdı.Belə ki, onun iqamətgahına üz tutan şəxslər suallarını kağıza yazaraq onun pəncərəsinin altındakı xüsusi qaba atırdılar.Geri döndüklərində isə orda kağızlarına yazılmış cavabı görürdülər. Bəs bu hadisə sonralar xalq arasında hansı ifadə şəklində fomalaşmışdı? -Cavab: Göydən zənbillə düşmək -Şərh: Şeyxülislam zənbilli Ali Əfəndi olaraq xatırlanırdı. Onun iqamətgahına üz tutan şəxslərin yazıları isə heç zaman cavabsız qalmırdı. Maraqlıdır ki, onlar şeyxülislama yazmaqla sanki dilimizdə olan “göydən - -zənbillə düşmək” ifadəsindəki kimi xüsusi imtiyaza sahib olurdular. -Müəllif: Səbinə Mehbəliyeva - -Sual: 12. “Bir dəfə Amerikada” filmində personajlardan biri həyatın X kimi tez bitdiyini deyir. İnternet saytlarımızın birində 30 aprel 2009cu ilde ADNAda baş verən hadisəyə Qanlı X adi verilmişdir. X 2 sözlə deyin. -Cavab: Böyük Tənəffüs -Şərh: Filmdə Noodles nə qədər qəribə olsa da həyatın böyük tənəffüs kimi tez bitdiyini deyir. ADNAda baş verən hadisəyə isə saytda Qanlı Böyük Tənəffüs başlığı verilmişdir. -Müəllif: Urfan Orucov - -Səhifə -> 129 | Sual Sayı -> 12 - -Sual: 1. Bir romanda uşaq evinin sahibəsi bura yeni gəlmiş uşaqla söhbət edərək, ona buranın necə yaxşı yer olduğunu və buranı sevəcəyini bildirir. Bu zaman o təəssüflə əlavə edir ki, bir ingilisə görə bizim mənfi reputasiyamız var. Qadın hansı ingilisi nəzərdə tuturdu? -Cavab: Charles Dickens -Şərh: Dikkensin əsərində Oliverə qarşı mənfi münasibətləri nəzərdə tuturdu. -Müəllif: Nizami Xəlilbəyli - -Sual: 2. Paylama materialıRekvizitdə gördüyünüz körpünün Rusiya Federasiyasının hansı şəhərində yerləşdiyini cavab kartınıza yazın. -Cavab: Vladivostok -Şərh: Körpünün sütunlarının "V" hərflərini əmələ gətirdiyi görünür. Bu iki hərf Vladivostok sözünün yaradan «владеть» və «востоком» sözləri simvolizə edir. -Müəllif: Samid Hacıyev - -Sual: 3. Bu ifadənin yaranma versiyalarından birində əsas səbəb kimi XIX əsrdə gümüş qaşıq, boşqab və qədəhlərdən istifadə olunduğu göstərilir. Söhbətin hansı ifadədən getdiyini 2 sözlə yazın. -Cavab: Mavi qan -Şərh: Varlı və əsilzadə ailələrdə gümüşdən çox istifadə Argyria xəstəliyini yaradırdı ki, bu xəstəliyə tutulanların vena və arteriyaları daha gözəçarpan olur, hətta xəstələrin dəriləri mavi rəng alırdı. Buna görə də o dövrdə insanlar arasında Mavi qanlılar termini əsilzadələri bildirən bir termin kimi yayılmışdı. -Müəllif: Rauf Hacımuradov - -Sual: 4. Bir mənbədə ofisinə hücum təşkil edilmiş şəxs buranın gülləbaran edildiyini deyir və ofisini X-ə bənzədir. Son dövrlərdə steril süd sağma metodlarının istifadə olunması səbəbindən Xin GÖZlərinin sayının azalmağı müşahidə olunur. Xi 2 - ci növ təyini söz birləşməsilə deyin. -Cavab: İsveçrə pendiri -Şərh: Ofis güllələrdən deşik-deşik olmuşdu. İsveçrə pendirindəki deşiklərin yaranması səbəbi isə mikroblardır, steril metodlarda mikroblar olmadığından pendirin gözlərinin sayı da azalmışdır. - -Sayılma meyarı: dəqiq cavablar. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 5. 1881-ci ildə hakimiyyətə keçən 3cü Aleksandr tezliklə “Sarsılmaz avtokratiya haqda manifest” qəbul edir. Manifest “ BİZƏ İSƏ avtokratik idarəetmənin müqəddəs vəzifəsi verilsin” cümləsi ilə bitirdi. Əksər hallarda Manifesti şifahi şəkildə eşidən əhali arasında ona verilən adda hansı tropik bitkinin adı çəkildiyini tapın. -Cavab: Ananas -Şərh: Rusca son cümlə “а на Нас возложить Священный долг Самодержавнаго Правления” kimidir. Oxunan zaman “а на Нас” sürətli deyildiyindən əhali Manifesti “Ananas manifesti” adlandırırdı. -Müəllif: Zümrüd Şirinova - -Sual: 6. Bir personajın sitatına qulaq asın: "Mən isə gözümü açanda artıq anam atamı öldürmüşdü.". Sitatın sonu. Sözügedən personaj haqqında məqalədə "akupunktura" sözünə də rast gəlmək olar. Söhbətin hansı personajdan getdiyini bildinizsə onu hansı mənbədən tanıdığımızı yazın. -Cavab: Kunq-fu panda -Şərh: Dəvədəlləyinin dişisinin cütləşmə zamanı erkəyi yeməsi məşhur bioloji faktdır. Kunq-fu Panda animasiya filmindəki Dəvədəlləyinin akupunktura bacarığı var idi. -Müəllif: Sadiq Yusifi - -Sual: 7. "Matrix" filmində tanımadığı məkana düşən Neo telefon danışığı zamanı həmsöhbətindən onu (Neonu) evə göndərməsini xahiş edərkən həmsöhbətini Ona Bənzədir. Onun kim olduğunu deyin. -Cavab: Oz ölkəsinin sehrbazı. -Şərh: Əsərdə Kanzasdan tanımadığı Oz ölkəsinə düşən Doroti də Oz sehrbazından onu evə qaytarmağı xahiş etdiyi kimi. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 8. Bir romanda yəhudilərin əvvəllər sarışın və mavi gözlü olduğunu qeyd edən şəxs itmiş yəhudi tayfalarının sonralar Avropanın qərbinə doğru hərəkət etdiklərini və orada məskunlaşdıqlarını deyir və bir tayfanın adını deyərkən İshaq peyğəmbəri də xatırlayır. Söhbətin hansı tayfadan getdiyini cavab kartlarınıza yazın. -Cavab: Sakson -Şərh: Eko bu yəhudilərin İshaq oğulları olduğunu və orada məskunlaşdığını deyir və Sakson sözünün İsaac`s son-dan əmələ gəldiyini bildirir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. Hadisələri XIX əsrin 60-cı illərində ABŞ-da baş verən bir filmdə qaradərili personaj X-i qürurla digərlərinə göstərir. Başqa bir X isə 1864-cü ildə 5 oğul anası olan xanıma göndərilmişdir.X-i dilimizdə qonşu hərflərlə başlayan 2 sözlə deyin. -Cavab: Linkoln məktubları -Şərh: Hadisələrin baş verdiyi yer və tarix, personajın qaradərili olması sizi vətəndaş müharibəsinə aparmalı idi. Bildiyimiz kimi vətəndaş müharibəsi Linkolnun hakimiyyəti illərinə düşür. 5 oğul anası olan Xanım isə Lynda Bixby idi, bütün oğulları orduda xidmət edirdilər. Linkoln məktub yazaraq ona başsağlığı vermişdir. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 10. Massaçusets ştatında yaşayarkən o tez-tez məktəbli uşaqları meşəyə ekskursiyaya aparar, onlara yerli flora və fauna haqda məlumat verər, müxtəlif heyvan və quş səslərini ayırd etməyi öyrədərdi. Siz isə Onun öz əsərində hansı obyekti Qanq çayına bənzətdiyini yazın. -Cavab: Uolden gölü -Şərh: Sonradan şəhər həyatını tərk edərək meşədə yaşamağa başlamış Henri Toro bu dövrü özünün "Uolden, və ya meşədə həyat" adlı əsərində təsvir etmişdi. Əsərlərində hind mövzularına bir sıra göndərmələr olan Toro Uolden gölünü Qanq çayına bənzədirdi. -Müəlliflər: Qorxmaz Aydınlı, Sadiq Yusifi - -Sual: 11. Yazıçı George Martinin “Buz və alovunun nəğməsi” kitablar seriyasında real həyatla əlaqəli bir sıra allüziyalara rast gəlmək olar. Məsələn, Vun Vun adlı nəhəng, yazıçının sevimli Amerikan futbolu oyunçusu Fill Simmsə allüziyadır. Müəllifin niyə nəhəngin adını Vun Vun qoymasının səbəbini bir neçə sözlə ifadə edin. -Cavab: F. Simms 11 nömrəli formada çıxış edir -Şərh: Yazıçı "One One - 11" sözlərini dəyişdirərək Vun Vun qoymuşdu. -Müəllif: Samid Hacıyev - -Sual: 12. Con yazılarından birində qeyd edir: " ”3-cü Dünya Müharibəsi” 2015-ci ilin sonunda başladı.Vaşinqton və Florida dağıdıldı.Toparlanmağa 20 il lazım oldu. ABŞ-ın paytaxtı artıq Nebraskadır". Siz isə Conun soyadını deyin. -Cavab: Taytor -Şərh: 2000-01-ci illərdə “2038ci il problemini” həll eləmək üçün 2036-ci ildən 1975-ci ilə İBM 5100 getdiyini lakin zamanlama xətası olduğunu və 2000-ci ilə gəldiyini deyən Con Taytorun internetdə bir çox yazıları çıxmışdır. Sonralar ABŞda haqqında kitablar yazılan və kult personaja çevrilən Con Abşın İraqa hücum edəcəyini və 10 il davam edəcəyini də bildirmişdi. -Müəllif: Nurlan Abdurahmanov - -Səhifə -> 130 | Sual Sayı -> 7 - -Sual: 1. Yaponiyada xarici pulların istifadəsinə qarşı olan, onlara toxunmağı küfr hesab edən bir obraz zaman –zaman həmin pullardan istifadə edirdi. Bu zaman onun nə istifadə etdiyini şərq mənşəli sözlə deyin -Cavab: Xassi -Şərh: Ənənəvi yemək çubuğu -Müəllif: İsmayıl Məmmədov - -Sual: 2. 19 əsrdə yaşamış Fransız yazıçı və yumorist Alfons Alle “Axşam vaxtı mağarada neqrların doyüşü” şəklini çəkir. Bəs bu şəkil hansı məhşur əsərin prototipi sayılır ? -Cavab: Qara kvadrat -Şərhlər: None -Müəllif: Samid Hacıyev - -Sual: 3. Bugün Oleqi heç kim ad günü münasibəti ilə təbrik etmədi. O isə incimədi. Niyə? -Cavab: Onun yaşı bugün deyil -Şərh: Ad günü olmayanda ad günü təbrik etmirlər axı -Müəllif: Cavidan Hacıyev - -Sual: 4. Duayt Eyzenhauer Niksonun namizədliyini tənqid etmiş, korrupsiyaya işarə vuraraq demişdi: "Nikson əvvəl X kimi təmiz olmalıdır". 2009-cu ilə aid bir mənbədə qapalı şəraitdə yaşayan ailənin evdən qurtuluş yolu X in düşməsi idi. X i ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Köpək dişi -Şərh: Söhbət Dogtooth filmindən gedirdi. -Müəllif: Ülkər Mehdiyeva - -Sual: 5. XV əsrdə Avropada ideal qadın S-formalı belə, yumru ağ üzə malik olmalı idilər. Bu səbəbdən də qadınlar alınlarında tükləri və qaşlarını tamamilə kəsirdilər. Bəs bu faktın yazıldığı məqalədə kimin şəkli verilib? -Cavab: Mona Liza (Cakonda) -Şərh: Cakondanın şəkli o dövrün ideallarına uyğun çəkilib -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. Hansı suala Jon Lennon zarafatcasına “Qrelandiyadan sola dönmək lazımdı” cavabını vermışdı ? -Cavab: ABŞa necə getmək olar? ABŞ harda yerləşir ? -Şərhlər: None -Müəllif: İsmayıl Məmmədov - -Sual: 7. 1903-cü ildə İranda doğulan bu yazıçının əsərlərindən biri Hidayətnamə adlanırdı. Hansı yazıçı ? -Cavab: Sadiq Hidayət -Şərh: None -Müəllif: İsmayıl Məmmədov - -Səhifə -> 131 | Sual Sayı -> 12 - -Sual: 1. Versiyalardan birinə görə bu ifadənin ilkin formada Ceyms Kukun Nyufaundlend ekspedisiyyasının uzun müddət olması səbəbilə işlədilib. Siz isə 20-ci əsrin 60-cı illərində bu ifadənin hansı nəqliyyat vasitəsilə assosasiya edildiyini dəqiqliklə deyin. -Cavab: "Enterprise " ulduz gəmisi -Şərh: Ceyms Kukun səyahətlərinin "heç bir insan olmayan yerlərə" (where no man has gone before) olduğu qeyd edilir. 1966-69-cu illərdə yayımlanan "Ulduz yolu" serialının hər seriyasının əvvəlində isə Uilyam Şatnerin səsilə Enterprise gəmisinin səyahət yolunun eyni olduğu bildirilir. -Müəllif: Xəyal Məmmədov - -Sual: 2. Mussolinin söz azadlığına qarşı olduğu haqqında danışılan sənədli filmdə onun hər səhər qəzetləri oxuyanda əlində bunu da görmək olardı. Bunu eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Qırmızı qələm -Şərhlər: None -Müəllif: Xəyal Məmmədov - -Sual: 3. “Səfillər” əsərində keşişin günahları bağışlaması ilə bu xöşbəxt keçir. Bunu 4 sözlə deyin. -Cavab: Edam məhkumunun son günü -Şərhlər: None -Müəllif: Xəyal Məmmədov - -Sual: 4. Kitabların birində deyilir ki, müəzzinin bir göstəricisi o qədər yüksəkdir ki, hətta fəlakətə yol aça bilər. Növbəti cümlədə hansı şəhərin xatırlandığını cavab kartlarınıza yazın. -Cavab: İerixon -Şərh: Həddən artıq yüksək səslə azan çəkən müəzzinin səsinin, sanki şəhərdəki binaları dağıdacağını yazan müəllif, israillilərin şeypur səslərindən titrəyərək dağılan İerixon divarını yada salır. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Xorxe Valdano, Dieqo Maradonnanın ölkə üçün əhəmiyyətin danışarkən, topun sanki futbolçunun ayağına yapışdığını, Dieqonun topa toxunuşlarını qeyd edir və Maradonananın ölkədə onun qədər populyar olduğunu bildirir. Onun kim olduğunu tapın. -Cavab: Karlos Qardel -Şərh: Valdano, Mardonnanın topla sanki tanqo oynadığını bildirir və Dieqonun Argentina üçün ən azı Karlos Qardel qədər vacib birisi olduğunu vurğulayır. -Müəllif: Babək Qasımzadə - -Sual: 6. Yumorist Devid Caverbaum BURAnı tərk etməsinin əsas səbəbi kimi fikirlərinin məhdudlaşdırıldığını göstərib. BURA ilə asossiasiya edilən ədədi tapın. -Cavab: 140 -Şərh: Caverbaum düşünür ki, Tvitterin 140 simvolluq post məhdudiyyəti onun fantaziyasını məhdudlaşdırır. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. Maraqlıdır ki, 2016-cı ilə aid filmdə bu aktyor narkotiklə mübarizə departamentində işləyir. Bu aktyorun adını deyin. -Cavab: Brayan -Şərh: Maraqlı cəhət ondan ibarətdir ki, aktyor məşhur serialın sonlarında narkobarona çevrilsə də, “Infiltrator” filmində narkotiklə mübarizə aparır. Sualın ikinci hissəsində işlənən cümlə isə onun məşhur “Say my name” sitatına işarə idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. 1750-ci ildə idman nazirliyinin qərarına görə,bu oyunda oyunçuların hansı hündürlüyə qalxacaqlarına heç bir məhdudiyyət qoyula bilməzdi. Söhbətin hansı oyundan getdiyini tapın. -Cavab: Kviddiç -Şərh: Coan Roulinqin "Əsrlər boyunca Kviddiç" adlı zaraftcıl kitabında kvidiçin xəyali tarixi əks edilmişdir. Kitaba görə, oyun uçan süpürgə üzərində oynandığından iştirakçılara hündürlük sərhədi qoymaq olmazdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. 2009-cu ilə aid bu animasiya filmi çəkilərkən studiyadakı kod adı "Helium" idi. Hansı animasiya? -Cavab: Yuxarı (Up) -Şərh: Bildiyiniz kimi havalanmaq üçün istifadə edilən şarlara helium qazı vurulur. "Up" animasiya filminin baş qəhrəmanı film boyunca hava şarlarından asılmış evdə səyahət edir. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. Bir serialın qəhrəmanı uşaq vaxtı alman baxıcısını valideynlərinin onun ölümündən sonra qovduğunu deyir. Onun haqqında məqalədə " 25 min dollar 20liklərlə gətirilsin" sözlərinə rast gəlmək olar. Onun kim olduğunu dəqiqliklə deyin. -Cavab: Çarlz Lindberq Jr. -Şərh: Çarlz Lindberqin oğlunun alman tərəfindən qaçırılıb öldürülməsindən sonra serial qəhrəmanı ölkədəki almanlara inamın azaldığını deyir. Çarlz Lindberqə göndərilən məktubda isə oğlunu qaytarmaq üçün istənilən pulların xüsusi valyutası bildirilmişdi. Sualda dəqiqliklə deyin də müəyyən qədər kömək edə bilərdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 11. Özünə "Yalquzaq" təxəllüsünü götürən rəssam Fərhad düşünür ki, sivilizasiya insanı cılızlaşdırır, onu degenerasiyaya uğradır. Siz isə bu sözlərin götürüldüyü müsahibədə Massaçusets doğumlu kimin xatırlandığını tapın. -Cavab: Henri Devid Toro -Şərh: Fərhad insanlardan uzaqlaşıb və meşədə yaşamaq qərarına gəlib. Ona görə də özünə "Yalquzaq" təxəllüsünü götürüb. Sivilizasiyanın insan üzərində mənfi təsirləri olduğunu düşündüyündən bu qərara gəldiyini deyir. Henri Devid Toro da, hər kəsdən uzaqlaşaraq özünü təbiət qoynuna - Uolden meşəsinə atmışdı. Sualdakı sivilizasiya sözü də kiçicik də olsa, Toronun "Sivil itaətsizlik" əsərinə çıxmağa kömək edə bilər. -Müəllif: Tərlan Əsədli - -Sual: 12. Bir filmin qəhrəmanı kapitanı olduğu gəminin partladığını gördükdən sonra deyir "Mən bir yuxu gördüm.Amma indi onu unutdum". Sözü gedən gəminin kimin şərəfinə adlandırıldığını deyin. -Cavab: Navuxodonosor (II) -Şərh: Deyilənə görə bir gecə ikinci Navuxodnosor gördüyü qəribə yuxunu xatırlaya bilmir və kahinlərindən həmin yuxunu yozmasını istəyir, yoza bilməyənləri isə edam elətdirir. Bu mümkünsüz tapşırığın öhdəsindən Daniel peyğəmbər gələ bilir. Matrix filmində Morpheusun gəmisi Nebuchadnezzar və ya qısaca olaraq the Neb adlanır. -Müəllif: Ayxan Məmmədli - -Səhifə -> 133 | Sual Sayı -> 8 - -Sual: Paylama materialıRekvizitdə sizdən 1811-ci ildə doğulan hansı şəxsin heykəli gizlədilib? -Cavab: Harriyet Biçer-Stou -Şərh: Sualın mətni məşhur sitata işarə edirdi. Rekvizitə diqqətlə baxsanız Linkoln şapkasını çıxarıb əlində tutub – bu həmin dövrdə qadınlarla danışarkən edilən ənənəvi hərəkətdir, digər tərəfdən şəkli gizlədilmiş şəxsin boyca Linkolndan çox kiçik olduğu sezilir və Linkoln məlum olduğu kimi yazıçı ilə görüşərkən “Kitab yazaraq bu böyük müharibəni başladan kiçik xanım deməli sizsiniz” sözlərini demişdi. -Müəllif: Emin Məsimli - -Sual: 2. Çarlz Darvin gənc yaşlarında iki dəfə insan əməliyyatını canlı izlədikdən sonra əməliyyat otağına girmirdi. Vadim Safonov yazır ki, əməliyyat olunanların ALFAları sonralar Darvini illər boyu təqib etmişdi. ALFA şimal ölkələrindən birinin muzeyində saxlanılır. ALFA ilə əvəz etdiyimiz sözü deyin. -Cavab: Qışqırıq -Şərh: 19-cu əsrin əvvəllərində müasir dövrdə istifadə olunan keyidici vasitələr yox idi, əməliyyat olunan insanların qışqırıqları Darvinə pis təsir göstərmişdi. “Qışqırıq” Norveçdə “Milli İncəsənət Muzeyi”ndə saxlanılır. -Müəllif: Emin Məsimli - -Sual: 3. Sual müəllifinin fikrincə, KUBRİKİN PARILTISI Los-Angeles şəhərinə ən azı 4 dəfə düşüb. -KUBRİKİN PARILTISI həm də 1957-ci ildə Los-Angelesdə qalib elan olunub. KUBRİKİN PARILTISI ilə əvəz etdiyimiz iki sözü tapın. -Cavab: Fellininin yolu -Şərh: Kubrikin parıltısı deyilərkən söhbət rejissor Stenli Kubrikin “Parıltı” filmindən gedirdi. Digər rejissor Federiko Fellini isə 4 dəfə xarici dil nominasiyasında oskar aldığından onun yolu ən azı 4 dəfə oskar mükafatının təqdim olunduğu Los-Angeles şəhərinə düşüb. Həmin oskarlardan birini 1957-ci ildə məhz “Yol” filminə görə alıb. Kubrikin “Parıltısı” ilə Fellinin “Yol”unu əvəz olunmuşdu. -Müəllif: Sultan Zahidov - -Sual: 4. Bernar Verber bəşəriyyətin istifadəsi üçün nəzərdə tutulan dörd ülgüclü üzqırxannı İKS adlandırır. İKSi yunan mənşəli sözlə deyin. -Cavab: Apokalipsis -Şərh: Sualda üzqırxanın dörd ülgüclü olması əbəs yerə deyilməmişdi. Bernar Verber obrazlı şəkildə ülgücləri çaparlara, üzqırxanı isə Apokalipsisə bənzədirdi. Apokalipsis yunan dilindən tərcümədə vəhy, ifşa olunma mənasını verir. -Müəllif: Sultan Zahidov - -Sual: 5. “Pioner 10” ulduzlararası kosmik aparatında planetimizin yeri, təbiəti və s. haqqında məlumatlar yerləşdirilib. Karl Saqan kosmik aparatı BUNUNla müqayisə edir. Nadina və Palan adalarının sakinləri hələ də BUNDAN istifadə edirlər. BUNU iki sözlə deyin. -Cavab: Butulka poçtu -Şərh: Aparata yerləşdirilmiş məlumat yadelli canlıların başa düşə bilməsi üçün nəzərdə tutulub. Kosmosla bağlı ən çox istifadə edilən analogiyalardan biri “okean”dır. Sagan “Pioner 10”u bu “okean”a atılmış butulka poçtuna bənzədir. İndoneziya adalarının əhalisi də bir-birləri ilə xəbərləşmək üçün butulka poçtundan istifadə edirlər. -Müəllif: Emin Məsimli - -Sual: 6. Paylama materialıQarşınızda 1950-ci ildə doğulan həmyerlimizi görürsünüz. O nəhayət ki, BUNU ETMƏYİ öyrənib. Bəs ondan bunu etmək hansı mənbədə tələb olunurdu? -Cavab: “Sehirli Xalat” filmi -Şərh: Rekvizitdə də gördüyünüz kimi həmyerlimiz şəkil çəkdirərkən gülümsəyir. 1950-ci ildə doğulan Azər Qurbanovun 1964-cü ildə canlandırdığı obraza şəkil çəkən şagirdin: ”gülginən, dişlərini göstər” deməsinə baxmayaraq kadrlardan onun bunu etmədiyi aydın olur. -Müəllif: Emin Məsimli - -Sual: 7. Perinaldoda doğulan bu astronom 1680-ci ildə günəş ləkəsini müşahidə etmişdi. Həmin astronomun soyadını deyin. -Cavab: Kassini -Şərh: XIV Lüdoviklə bağlı işlədilən “hətta Günəşdə də ləkələr var” ifadəsini xatırlamaq lazım idi. XIV Lüdovikə astronom kimi xidmət etmiş Kassini 1671-ci ildə Paris Observatoriyasının açılışına kömək etmiş və ömrünün axırına kimi onun rəhbəri olaraq qalmışdı. -Müəllif: Emin Məsimli - -Sual: 8. Şerdən bir beytə qulaq asın:    -Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola   -Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.    - Şerin eşitdiyiniz beytini X adlandırmaq olar. Afrikada aids, aclıq və ebola virusundan bəhs edən məqalələrdən biri də X adlanır. X-i üçüncü növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Qitənin sonu -Şərh: Rekvizitdə sizə Füzulinin məşhur Padişahi-mülk qitəsinin sonuncu beyti verilmişdi. Afrikadakı öldürücü problemlərdən bəhs edən məqalənin adı da Qitənin sonudur. Qitə həm də ərəb dilindən parça, hissə mənasını verir. Bu sual həm də birinci hissənin son sualı idi. -Müəllif: Sultan Zahidov - -Səhifə -> 134 | Sual Sayı -> 12 - -Sual: 1. Ketrin Uilkinson öz qeydlərində ibtidai insanlar üçün sığınacaq rolunu oynayan mağaraların sanki X-i simvolizə etdiyini qeyd edir. Ötən əsrin birinci yarısına aid olan bir əsərdə isə müəllif ailəsinə olan bağlılığını bildirmək üçün özünü X-də təsvir etmişdir. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Ana bətni -Şərh: 1936-cı ildə rəssam Frida Kalo tərəfindən çəkilən “Ailə ağacı” rəsmində rəssam özünün ailəsinə bağlılığını bildirmək üçün özünü anasının bətnində təsvir etmişdir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. Vaxtilə Nyu-York sakinləri “kimisə çayın üstü ilə göndərmək” (to send somebody up the river) ifadəsini bura ilə əlaqədar işlədirdilər. Maraqlıdır ki, “Prodüserlər” filminin qəhrəmanlarının “Sevgi dustaqları”adlı müziklinin nümayişi burada baş tutmuşdur. Bura ilə əvəz olunanı cavab kartınıza yazın. -Cavab: Sinq-Sinq həbsxanası -Şərh: Sinq-Sinq həbsxanası Nyu-York şəhərindən şimalda təxminən 48 km uzaqlıqda Hudzon çayı sahilində yerləşir. Dustaqları həbsxanaya aparılarkən Hudzon çayı vasitəsilə daşındığından əhali arasında bu ifadə həmin şəxsin həbsxanaya aparılmasını bildirirdi. Sualın ikinci hissəsindəki müziklin adındakı “dustaq” sözü, həmçinin həbsxananın adının ingiliscədən “mahnı oxumaq” kimi tərcümə olunması sualı tapmaqda sizə kömək ola bilərdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 3. Xuey-çzunun “İpək hazırlayan qadınlar” rəsminin səhnələrindən birində kömür qızaran sobanın yanında oturan qadın təsvirinə və qış peyzajına rast gələ bilərik. Rəssamın qış peyzajını nəyin üzərində təsvir etdiyini cavab kartınıza yazın. -Cavab: yelpik -Şərh: Rəssam sobanın ətrafında kömürü alovlandıran qadına isti olmaması üçün onu əlində yelpik tutan görkəmdə təsvir etmişdir. O qadına sərin olmasını bildirmək üçün yelpiyin üzərində qış peyzajını təsvir etmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: Bir mənbədə qədim dünya xalqlarının təsəvvürlərində çayların (pauza) həyatın doğumdan ölümə qədər axınını simvolizə etməsi bildirilir. Bu səbəbdən Alfanın insanlar üçün həyatın sonu anlamına gəldiyi qeyd olunur. Alfa ilə əvəz ediləni cavab kartlarınıza yazın. -Cavab: Delta -Şərh: Çayın mənsəbi həyatın sonu mənasına gəlirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 5. 1974-cü ildə qısa müddətlik həyat yoldaşı ilə birgə Stenli otelində qalan bu şəxs bir müddət sonra oteldəki yeganə müştərilər olduğunun fərqinə varmışdır. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Stiven Kinq -Şərh: “Shining” filmində də hadisələr oteldə tək qalan ailənin ətrafinda cərəyan edir. Maraqlıdır ki, yazıçıya ilham verən mehmanxana filmin rejissoru olan Stenli Kubrikin adını daşıyırdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 6. Bir əsərdə gecə vaxtı ətrafı minarələrlə əhatələnən Qızıl buynuz (Haliç) boğazı böyük Alfa ilə müqayisə olunur. Alfanı latın mənşəli sözlə deyin. -Cavab: kandelyabr -Şərh: Əsərdə gecə vaxtı yanan minarələr uzaqdan yanan şamları bənzəyir. Qızıl buynuz ətrafında olanları birlikdə nəhəng kandelyabr adlandırır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Bir kitabda qeyd edilir ki, böyük şirkətlərin innovasiya mərkəzləri müstəqil fəaliyyət göstərməməli, eyni şirkətin digər innovasiya mərkəzləri ilə vəhdətdə çalışmalıdır. Bu zaman XVII əsrə aid ifadədən məşhur bir hissə xatırlanır. Həmin hissəni cavab kartlarınıza yazın. -Cavab: No man is an island -Şərh: “Özü özlüyündə ada olan heç bir insan yoxdur. Hər bir insan Materikin, Qurunun bir hissəsidir....” Bu ifadə XVII əsrdə yaşamış ingilis şairi və din xadimi Con Donn tərəfindən söylənilmişdir. İfadə öz məşhurluğunu Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında verməsindən sonra məşhurlaşmışdır. Roman özü də öz adını bu ifadədən almışdır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. XVII əsrdə Amerikaya səfər edən Jan de Brebyof irokez tayfalarının bir oyunda istifadə etdikləri çubuqları xristian rahiblərinin daşıdığı əsalara bənzətmişdir. Sözügedən oyunun hazırda hansı adla tanındığını deyin. -Cavab: Lakross -Şərh: Sözügedən əsalar üzərlərindəki xaçın şərəfinə fransız dilində krosye adlandırılır. Jan de Brebyofun “la krosye” adlandırdığı oyun sonradan müasir adını almışdır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. “Shining” filmində personalın və müştərilərin oteli tərk etdiyini öyrənən qəhrəman otelin sanki X-ə çevrildiyini bildirir. X adlı Vikipediya məqaləsindən “Üçbucaq” adlı filmə keçid etmək mümkündür. X-i qarşılıqlı hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Kabus gəmisi. -Şərh: Sualın ikinci hissəsində sözügedən filmdə hadisələr Bermud üçbucağı ətrafında cərəyan edir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 10. Qəribə olsa da, vaxtilə Leypsiqdə yaşamış İohan Teçelin ticarəti onun cəzasız qalan döyülməsilə nəticələnmişdir. Əvvəlki cümlədə buraxılmış sözü cavab kartlarınıza yazın. -Cavab: indulgensiya -Şərh: Bildiyimiz kimi, indulgensiyalar gələcəkdə işlədiləcək günahların bağışlanması üçün də satılırdı. Bir şəhər sakini gələcəkdə edəcəyi günaha görə bunu almış və İohan Teçeli şəhəri tərk edərkən döymüşdür. :) -Müəllif: Toğrul Qurbanov - -Sual: 11. İdman lənətlərindən danışılan məqalədə bunun komandalar üçün uzunillik paranoyaya çevrildiyini və oyunçuları qələbədən ayırdığı bildirilir. Bu zaman idman lənəti Alfa ilə müqayisə olunur. Alfa ilk dəfə 1843-cü ildə Drezdendə nümayiş olunmuşdur. Alfa ilə əvəz olunanı deyin. İdman lənətlərindən danışılan məqalədə bunun komandalar üçün uzunillik paranoyaya çevrildiyini və oyunçuları qələbədən ayırdığı bildirilir. Bu zaman idman lənəti Alfa ilə müqayisə olunur. Alfa ilk dəfə 1843-cü ildə Drezdendə nümayiş olunmuşdur. Alfa ilə əvəz olunanı deyin. -Cavab: Uçan hollandiyalı -Şərh: Əfsanəvi "Uçan Hollandiyalı" kabus gəmisi heç vaxt quruya çata bilmədiyi kimi idmançılar da heç vaxt qələbəni əldə edə bilmirdilər. Məqalədə bir lənət digərilə müqayisə olunmuşdur. İkinci hissədə isə Vaqnerin "Uçan hollandiyalı" operasından gedirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Nataliya Basovskaya bu şəxsin ancaq 33 yaşında təhsil almağa və öz həyatını yenidən qurmağa başladığını bildirmişdir. Baskoniyada anadan olmuş bu şəxsin kim olduğunu tapın. -Cavab: İqnatiy Loyola -Şərh: Cəngavər olduğu zaman döyüşlərdən birində ayağını sındıran İqnatiy Loyola 33 yaşında dini təhsil almağa başlamış, tez bir zamanda sağala bilmişdir. Sonradan İsanın cəngavərləri cəmiyyəti olan “yezuitlər ordeni”nin əsasını qoymuşdur. -Müəllif: Toğrul Qurbanov - -Səhifə -> 135 | Sual Sayı -> 12 - -Sual: 1. “The grand seduction” filmində qəhrəmanın bir idman növünə olan sevgisini müzakirə edən iki nəfər arasında belə bir dialoq baş tutur:    - -O, X oynamağı sevir.    - -Piromandır?    - -Sizsə, qəhrəmanın hansı idman növü ilə məşğul olduğunu deyin. -Cavab: Kriket -Şərh: Piromaniya ilə maraqlanan insanların alova olan həvəsindən xəbərdarsınız. Dialoqa girən ikinci şəxs həmin idman növünün adını çəkdikdə oyun ləvazimatlarının Kriket alışqanları olduğunu düşünür. Bildiyimiz kimi, dünyaca məşhur Cricket brendi alışqan istehsalı ilə məşğuldur. -Müəllif: Türyan Məmmədov - -Sual: 2. 2010-cu ilin “Znatokiada” turnirindəki X adlı fərdi oyun mövzusunun suallarının mətnlərindən çıxarış: “O, hələ ailənin müflis olmasına qədər azadlıq əldə etmişdi”, “Bəyaz kostyum ona çox yaraşırdı”, “O, parlayan dişləri olan afro saç stilli biri idi.”   - -X-lər haqqında məqalədə Lavkraft, Klensi, Azimov kimi yazıçılar xatırlanır. X-I iki sözlə yazın. -Cavab: Ədəbi zənci -Şərh: Fərdi oyun mövzusunda haqqında danışılanların xüsusiyyətlərinə fikir verdinizsə, onların hamısının qaradərili qul olduğu aydın sezilir. Mövzu sözün əsl mənasında müxtəlif əsər qəhrəmanları olan ədəbi zəncilərə həsr olunmuşdu. Lavkraft, Düma ata, Azimov, Klensi kimi bol ədəbi irsə malik yazıçıların da ədəbi zəncilərdən istifadə etdiyi güman edilir. -Müəllif: Türyan Məmmədov - -Sual: 3. Bu yaxınlarda dünyada ən böyük ailələrdən hesab olunan çinli Rem ailəsinin 500 nəfərə yaxın sağ qalan üzvlərinin birgə fotoşəklini çəkmək üçün çinli fotoqraflar ONLARDAN istifadə etməli olmuşdular. Cümlədə bir sözdə 2 hərf buraxılıb. Həmin sözü orijinalda yazın. -Cavab: Dron -Şərh: Ailə şəcərəsi o qədər geniş olan bir ailənin fotoşəkli, təbii ki, kamera obyektivinə yerləşmədiyindən ailənin fotoları aerofotoşəkil vasitəsilə dronlardan istifadə etməklə çəkilmişdi. -Müəllif: Türyan Məmmədov - -Sual: 4. Noa Bombax və Ceyk Peltrou tərəfindən çəkilmiş 2015-ci ilin bioqrafik sənədli filminin premyerası maraqlıdır ki, Kann deyil, Venesiya kinofestivalında baş tutmuşdur. Sizsə, filmin hansı rejissorun həyatından bəhs etdiyini deyin. -Cavab: De Palma -Şərh: Kann kinofestivalının qalibinə verilən əsas atributun palma budağı olmasına baxmayaraq, Brayan De Palma haqqında çəkilmiş “De Palma” filmi məhz Venesiya kino festivalında ilk dəfə nümayiş edilmişdir. Maralıdır ki, məşhur rejissor De Palma heç bir zaman Kann kino festivalının qalibi də ola bilməmişdir. -Müəllif: Türyan Məmmədov - -Sual: 5. Selena Qomezin həyatının sosial mediada çox açıqlanmadığı haqqında “ELLE” jurnalının məqaləsində qeyd olunur ki, Selena sosial medianın X-indədir. X-i iki sözlə deyin. -Cavab: Görünməyən tərəfi -Şərh: Selenanın qədim Romada ay ilahəsinin adını daşıdığını bir çoxlarınız bilirsiniz. “Ayın görünməyən tərəfi” isə intellektual oyunlarda dəfələrlə səslənmiş məşhur albomun adıdır. -Müəllif: Türyan Məmmədov - -Sual: 6. Asuan bəndini nəhəng ölçülərinə görə bəzən XX əsrin X-i adlandırırlar. Moskva X-inin atributlarından biri də “Svoyak” adlanır. X-lə əvəz etdiyimiz sözü yazın. -Cavab: Piramida -Şərh: Asuan bəndi Nil çayı üzərində Misir ərazisində yerləşir. Bəndin tikintisində bir neçə dövlət iştirak etmişdir və Xeops piramidasından 16 dəfə daha çox daş istifadə olunduğundan bəzən onu pidamida ilə müqayisə edirlər. Bilyard oyununun növlərindən biri olan Moskva piramidası və ya bir çoxlarımıza “Sibiryaçka” kimi məlum olan növdə isə, digər şarları luzaya salmaq üçün istifadə etdiyimiz oyunçunun öz şarı(Türkün məsəli) – “Svoyak” adlanır. -Müəllif: Türyan Məmmədov - -Sual: 7. Afrika millətlət kubokuna həsr olunmuş memdə yaşıl şirin üzərində oturan sevincli Kamerunlu futbolçuların arxa fonunda, üzünü turşutmuş İKS-sin təsvirinə rast gələ bilərik. Cümlədə bir sözdə bir neçə hərf buraxmışıq. Həmin sözü bərpa etməklə cavab kartlarınıza yazın. -Cavab: Sfinks -Şərh: Millətlər kubokunun finalında məğlub tərəfin Misir Ərəb Respublikası olduğunu yadınıza salmaq kifayət edir -Müəllif: Türyan Məmmədov - -Sual: 8. Bil Maer çıxışlarından birində Trampın Rusiya ilə gizli əlaqələrini və onun xarici görünüşünü məhzəkəyə tutaraq prezidenti X adlandırır. X-in kimyəvi quruluşuna iki fərqli toksin daxildir. X-i iki ingilisdilli sözlə yazın. -Cavab: Agent Orange -Şərh: Trampın narıncı rəngli saçlarını və Rusiyayla ilişgilərini ələ salan ABC kanalının aparıcısı onu Rusiyanın Agent Orange-ı adlandırır. İkinci cümlədə haqqında danışılan Agent Orange isə, bir çoxlarınıza məlum olan Vyetnam müharibəsi zamanı amerikan ordusu tərəfindən istifadə olunan zəhərli herbisiddir. -Müəllif: None - -Sual: 9. Əslində ilkin olaraq X-in istifadəsi dilçilər tərəfindən “And by itself and�� kimi təklif olunurdu. Lakin dil istifadəçiləri tərəfindən ortadakı iki söz latınlaşdırıldı və beləliklə də X sadələşdirildi. Maraqlıdır ki, Kanadada yerləşən 27 X adlı restoranın menyusunda bütün yeməklər qarnirlə təqdim olunur. X-i bir sözlə deyin. -Cavab: Ampersand -Şərh: İlk yarandığı dövrdə “And by itself and” kimi təqdim olunan ingilis dilinin 27-ci hərfi Apmersand sonradan latınlaşdırılaraq, əvvəlcə “And per se And” formasına, sonradan bizim tanıdığımız formaya düşdü. 27 Ampersand restoranının menyusunda yeməklərin hamısı X və Y formasında qeyd edilmişdir ki, menyuda dəfələrlə Ampersand işarəsindən istifadə olunsun. -Müəllif: Türyan Məmmədov - -Sual: 10. Bizə Simsonlar teleserialından məlum olan Sprinqfild şəhərinin beysbol komandası toplar adlanır. Cümləki sözlərdən birində bir neçə hərf buraxılmışdır. Hərfləri bərpa etməklə sözü yazın. -Cavab: İzotop -Şərh: Sprinqfild şəhərində ən məşhur iaşə obyektinin Atom Elektrik Stansiyası olduğundan seriala bir neçə seriya baxan insanlar artıq xəbərdar olur. -Müəllif: Türyan Məmmədov - -Sual: Kanadada yerləşən 27 X adlı restoranın menyusunda bütün yeməklər qarnirlə təqdim olunur. - -Noa Bombax və Ceyk Peltrou tərəfindən çəkilmiş 2015-ci ilin bioqrafik sənədli filminin premyerası maraqlıdır ki, Kann deyil, Venesiya kinofestivalında baş tutmuşdur. - -Bu yaxınlarda dünyada ən böyük ailələrdən hesab olunan çinli Rem ailəsinin 500 nəfərə yaxın sağ qalan üzvlərinin birgə fotoşəklini çəkmək üçün çinli fotoqraflar ONLARDAN istifadə etməli olmuşdular. - - - -Diqqət sual! - -Müasir televiziya seriallarından bunu ilk tətbiq edən “24” hesab olunur. Bu adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilir. Söhbətin nədən getdiyini bir neçə sözlə deyin. -Cavab: Recap ardıcıllığı -Şərh: Anladığınız kimi biz öncəki suallardan bəzi vacib anları nəzərinizə çatdırmaqla “Recap effekti” yaratdıq. -Müəllif: Türyan Məmmədov - -Sual: 12. Paylama materialıX-i eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Amsterdam adası -Şərh: Sizə sualda üç dəfə X verilməsi sizə Amsterdam şəhərinin simvolu olan üç X-i (XXX) xatırlatmalı idi. Qeyd edək ki, Amsterdamın gerbində də XXX təsvirinə rast gələ bilərik. Maraqlıdır ki, Hind okeanında yerləşən və Fransaya məxsus Amsterdam adası ispan əsilli El Kano tərəfindən kəşf edilmişdir. -Müəllif: Türyan Məmmədov - -Səhifə -> 136 | Sual Sayı -> 12 - -Sual: 1. 1962-ci ildə elektrik dirəyinin telləri üzərində yeriyən Horst sonda yıxılıb sınıq xəsarəti alsada sevinc içində idi. Siz isə bu zaman onun yaxınlığında olan obyekti dəqiqliklə deyin. -Cavab: Berlin divarı -Şərh: Elektrik dirəyi üzərində yeriyib sonda yıxılan və sınıq xəsarəti alan Horst Kleyn sevinc içində idi çünki o Berlin divarını tellər üzərindən keçərək Qərbi Almaniya tərəfinə keçə bilmişdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 2. Bir əsərin personajı hər dəfə yelləncəyə oturanda öz keçmiş günlərini xatırlayır. Bu zaman müəllif yelləncəyi İKSlə müqayisə edir. İstidə ağac metaldan daha az genişləndiyinə görə, keçmişdə xətanı azaltmaq üçün İKSləri metaldan yox ağacdan düzəldirdilər. İKSi iki sözlə deyin. -Cavab: Saatın kəfkiri -Şərh: Bu zaman yelləncəkdə yellənən qəhrəman öz keçmiş vaxtlarını xatırlayır bu zaman müəllif yelləncəyin formasını saatın kəfkirinə bənzədir. Saatın kəfkiri isti yay günlərində genişlədikcə mexanizm yavaşlayır və vaxt ölçümündə xətalar yaranırdı. -Müəllif: Farid Nəsirulla - -Sual: 3. “12 əsəbi adam” filminin qəhrəmanı gah hə deyən tərəfə, gah da yox deyən tərəfə dəstək olan qəhrəmanı BUNA bənzədir. BUNU eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Tennis topu -Şərh: Filmdə bildiyimiz kimi hadisələr bir masanın ətrafınsa cərəyan edir. Bu zaman gah bir dəfə hə, gah bir dəfə yox deyən tərəfi dəstəkləyən qəhrəmanı digər qəhrəman tennis topu ilə müqayisə edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 4. Ted Chiangin fantastik əsərində uzun illər işləyəndən sonra insanlar nəhayət bunu edə bilir və cənnətə ayaq basırlar. Siz isə 1563-cü ildə bunu etmiş şəxsin kim olduğunu deyin. -Cavab: Piter Bregel ata -Şərh: Dünyanın yeddi möcüzəsindən biri hesab edilən Babil qülləsinin tikilmə məqsədi tanrının yanına çatmaq idi. Ted Chiangin əsərində isə nəhayətki Babil qülləsini tamamlayan insanlar sonda cənnətə çatırlar. Piter Bregel Ata da 1563cü ildə Babil qülləsini tamamlamışdır. -Müəllif: Farid Nəsirulla - -Sual: 5. Yapon nağılında meduza kralın tapşırığını düzgün yerinə yetirmir və nəticədə Kralın əmri ilə qəddarlıqla cəzalandırılır. Eşitdiyiniz yapon nağılı meduzaların müasir dövrdə nə üçün BELƏ olduğunu izah edir. Tarixçilər BELƏ ləqəbini almış şəxs haqqında danışarkən həmin şəxsin elastik oynaqlara sahib ola biləcəyini güman edirlər. BELƏ ilə əvəz edilmiş saitləri eyni olan sözü tapın. -Cavab: Sümüksüz -Şərh: “Meduza və meymun” nağılında meduza öz axmaqlığı ucbatından tapşırılmış işin öhdəsindən gələ bilmir. Kralın əmri ilə Meduzanın bütün sümüklərini çıxardıb onu döyəcləyirlər. Tarixçilər İvarın belə ləqəb almasını onun rahat bükülə bilən elastik oynaqlara sahib olması ilə əlaqəli ola biləcəyini istisna etmirlər. -Müəllif: Emin Məsimli - -Sual: Fedor Pronkov - Fedor istedatlı gənc oyunçu olsa da yetirməsi olduğu klubda forma tapmayandan sonra klubdan ayrılıb və klubsuzdur. -Yevgeni Malkov - Yevgeni yetirməsi olduğu klubda çox az oyun keçirdikdən sonra klubdan ayrılaraq gənc yaşında kariyerasını sonlandırmalı olmuşdu. -Mixail Shevyakov – yetirməsi olduğu klubda forma şansı almadığı üçün klubdan ayrılmış, 23 yaşında futbol karyerasına son qoymuşdu. -Arthem Perishin - ilk dəfə professional futbola başladığı klubdan müxtəlif klublara kirayələnmiş, sonrasında isə 23 yaşında karyerasını bitirməyə məcbur olub. -Bir dəqiqə ərzində sözü gedən futbolçuların hansı klubda forma gedindiyini cavab kartınıza yazın. -Cavab: Saturn -Şərh: Futbolçuların slavyan mənşəli olduqları soyad və adlarından aydın hiss olunur. Gənc yaşlarında Rusiyanınn məşhur Saturn klubunda futbol həyatına başlayan futbolçular, yetirmələsi olduğu klub tərəfindan kariyeraları məhv edilmişdi. Məşhur sujetdə ki kimi Saturn klubu da öz yetirmələrinin futbol həyatlarını məhv edirdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 7. 1969-cu ildə vəfat etmiş bu aktyor vəsiyyətnaməsində ailə üzvlərindən öldükdən sonra cəsədinin yandırılmasını xahiş etmişdi. Kim? -Cavab: Boris Karlof -Şərh: Meri Şellinin məşhur "Frankeşteyn və ya Müasir Promotey" əsərinin qəhrəmanı öldükdən sonra cəsədlərin həkim Viktor Frankeşteynin birləşfirilməsindən yaranmışdı. Nə qədər qəribə olsada, bu obrazla dünyada məşhurlaşan Boris Karlof isə öldükdən sonra yandırılmasını xahiş etmişdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 8. SPQR adlı kitabda müəllif yazır ki, ONLAR ərləri ilə ataları arasındakı döyüşün qarşısını almışdılar. ONLARı iki sözlə deyin. -Cavab: Sabin qadınları -Şərh: SPQR sizi Qədim Romaya aparmalıdır. Əfsanəyə görə, iki xalq arasında münasibətlərin pisləşib müharibə səviyyəsinə çatmasına səbəb festival zamanı Romalıların Sabin qadınlarını zorla qaçırıb özlərinə həyat yoldaşı etməsi olmuşdu. Bu isə öz növbəsində Sabinlərlə Romalılar arasında münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu. -Müəllif: Emin Məsimli - -Sual: 9. Avtobioqrafik əsərdə müəllif İKS İQRİKİ zindanin tək pəncərəsi ilə müqayisə edir. 1572-ci ildə baş tutmuş Brille döyüşündə İQRİKLƏRİN İKSİNƏ kapitan Vilhelm van Treslonq başçılıq edırdi. İKS VƏ İQRİKİ dodaqlalan saitli sözlərlə cavab kartınıza yazın. -Cavab: Sol göz -Şərh: Jan Dominik Bobi Skafandr və Kəpənək kitabında həyatla tək bağı olan sol gözünü hər tərəfi qapalı olan zindanın işiq gələn pəncərəsi ilə müqayisə edirdi. 1572ci ildəki Brille döyüşündə isə hücüm edən gözlərin soluna kapitan Vilhelm van Treslonq başçılıq edirdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 10. Paylama materialıRekvizitdə bəstəkar Alfred Cortonu görürsünüz. O məşhur əsərə İKS üçün notlar əlavə etmişdir. Pianist Jean Bavouzet isə ifa zamanı İKSDƏN istifadə etməmək üçün pianonun kənarından bərk yapışdığını qeyd edir. Alfanı iki sözlə deyin. -Cavab: Sağ əl -Şərh: Məşhur Sol əl üçün konçertosun yazan Moris Ravelin əsərinə Alfred Corto əsərə sağ əl üçün notlar əlavə etmiş və bu bəstəkarın hiddətinə səbəb olmuşdu. Pianist Jean Bavouzet isə ifa zamanı unutqanlıq edib sağ əldən istifadə etməmək üçün pianonun kənarından bərk yapışdığını qeyd edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 11. 20-ci əsrin ortalarında alim Trofim Lisenkonun "Sovet ittifaqi qısa zaman ərzində yeni və daha yaxşı insan yaradacaq" fikri komunnist ideologiyalı dövlətlərdə dəstəklənmişdi. Tezliklə bu fikri dəstəkləyənlərin tələbi ilə Müqəddəs Tomas Abbatlığı bağladılaraq fəaliyyətini dayandırdı. Siz isə abbatlığın hazırda nə kimi fəaliyyət göstərdiyini eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Mendel muzeyi -Şərh: Genetika elminin banisi olan Qreqor Mendelin fikrincə bir nəslin xüsusiyyətləri o biri nəslə mütləq keçir. Bu ideya sovet ideologiyasına tam əks olduğundan sovet höküməti ənənəvi təqiblərinə davam edərək Brnoda yerləşən və Mendelin ömrünün bir çox ilini keçirdiyi Müqəddəs Tomas abbatlığını bağladılmışdı. İndi hal hazırda həmin abbatlıq Mendelin Muzeyi olaraq fəaliyyət göstərir. -Müəllif: Farid Nəsirulla - -Sual: 12. 20-ci əsrə aid kitabda müəllif qonaq olduğu ingilis malikanəsi haqda yazarkən bildirir ki, getdiyi yolları qırdığı budaqlarla işarələyirdi. Siz isə bu vaxt yazıçının nəyin içində olduğunu iki sözlə yazın. -Cavab: Bitki labirinti -Şərh: Əsasən varlı zadəgan təbəqəyə aid malikənlərin həyətində Bitki labirintlərinə tez-tez rast gəlinir. Bitki labirintinin içində olan yazıçı isə azmamaq üçün bitkilərin budaqlarını qıraraq yolları işarələyirdi. -Müəllif: Farid Nəsirulla - -Səhifə -> 137 | Sual Sayı -> 12 - -Sual: 1. Hərbi pilot Rick Rahim kiçik oğluna kömək etmək üçün helikopterdən istifadə etmişdi. Bunun üçün qapıdan da istifadə edirlər. Söhbətin nədən getdiyini deyin. -Cavab: Laxlayan dişin çıxarılması -Şərhlər: None -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 2. Paylama materialı“Hey man, Henry, don't be unkind, go away -Hey man, I can't take you this time, no way -Hey man, droogie don't crash here -There's only room for one and here she comes, here she comes”Qarşınızda Devid Bouinin “Suffragette City” mahnısından bir hissədir. Bu mahnını yazan dövrdə müəllif kimin yaradıcılığı ilə maraqlanırdı? -Cavab: Entoni Börcis -Şərh: Gördüyünüz mətndə DROOGİE sözü ingilis dilində mövcud olmayan və Entoni Börcisin yaratdığı “Nadsat” dilindədir. Drug = dost mənasına gəlir. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 3. ABŞ-ın Seksual İstismara qarşı Milli Mərkəzi pornoqrafiya və seksual zorakılığın təbliğ edildiyini əsas gətirərək məşhur serialın yayımının dayandırılması ilə bağlı HBO kanalına GAME OF THRONES adlı petisiya ünvanlayıb. Əvvəlki cümlədə bir sözdə 2 hərfi bir hərflə əvəz etmişik. Həmin sözü orijinalda yazın. -Cavab: SHAME -Şərh: Bu sualı tapmayanlara SHAME! SHAME! SHAME! -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 4. Çəhrayi fillər - ABŞ-da keçmiş modellərdən ibarət marixuana alveriçisi dəstəsinin adıdır. Əvvəlki cümlədə əvəz etdiyimiz sözləri yazın. -Cavab: Yaşıl pərilər -Şərh: Çəhrayi fillər və yaşıl pərilər məşhur alkoqol hallüsinasiya hallarıdır -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 5. Qədim tarix haqda kitabların yazılması zamanı yaranan çətinliklər haqda yazan Vladimir Quriyev bildirir ki, müəlliflər tarixi hadisələri düzgün göstərilməsi və həqiqətin öyrənilməsi üçün hərdən bir-birinə zidd məlumatlar verən mənbələrdən istifadə etməli olur. Daha sonra o X-in yaradıcılığını xatırlayır. 19-cu əsrin sonralında doğulmuş X-in adı və soyadını yazın. -Cavab: Runoske Akutaqava -Şərh: Məşhur “Kolluqda” əsərindəki kimi (“Rasyomon” filmi) hər bir tərəfin bir hadisə üzrə fərqli baxışı var. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 6. 1428-ci ildə ticarətçilər şəhəri Dubrovnikdə sakinlər cəngavər Rolandın heykəlini quraşdırırlar. Heykəlin hazırlanmasına qoyulan xərclərin çıxarılması üçün şəhər hökuməti Rolandın 51 smlik qolunu şəhərin rəsmi X-i müəyyən edir. X-i iki sözlə deyin. -Cavab: Uzunluq vahidi -Şərh: Ticarətçilər Rolandın qolundan istifadəyə görə rüsum ödəməli idilər. Uzunluq vahidi lakat və ya dirsək adlanırdı. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 7. Diqqət. Sualda X əvəzetmədi.   -Hansı məşhur ifadəni publisist Mark Blau belə şərh etmişdi: “Yada düşəndə ki, hər kəsdə X ola bilər, insan istər-istəməz özünü daha mədəni və qarşındakına münasibətdə daha təmkinli davranmağa başlayır”. -Cavab: Kolt insanları bərabər etdi. -Şərh: Hər kəsin silahı olması, özünü yuxarıdan aşağı aparmağa mane olurdu -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 8. 1591-ci ildə yekunlaşan hansı layihənin müəllifi Antonio de Ponte idi? -Cavab: Rialto körpüsü -Şərh: Adından göründüyü kimi Antonio de Ponte italyan idi, Ponte sözü isə tərcümədə Körpü deməkdi -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 9. Sualda ELƏ və BELƏ əks mənalı sözləri əvəz edir. 1566-cı ildə Pialə Paşanın donanması xioslular tərəfindən xəracın gecikməsi bəhanəsi ilə adanı zəbt etdi. Təəcüblənmiş ada rəhbərləri xəracın bir neçə günə ödəniləcəyini, yaranan anlaşılmazlığın isə türklərin ELƏ İKSDƏN, Xiosluların isə BELƏ İKSDƏN istifadə etdiyini səbəb gətirirlər. ELƏ İKS VƏ BELƏ İKS ilə əvəz etdiyimiz sözləri yazın. -Cavab: Ay təqvimi, Günəş təqvimi -Şərhlər: None -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 10. Ernst Yungerin qəhrəmanına BUNU təqdim edərkən zarafatla tez-tez aldığı yaraların üstünə tibbi yapışqan kimi istifadə edə biləcəyini bildirirlər. BUNU 2 sözlə yazın -Cavab: Dəmir xaç -Şərh: Əsər müharibə dövründə cərayən edir. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 11. Kurtsio Malaparte seçimini izah edərkən qeyd edirdi ki, “Onun sonu pis olub, amma mənim taleyim daha yaxşı olacaq”. Onun adını və soyadını yazın. -Cavab: Napoleon Bonapart -Şərh: Malaparte psevdonimi tərcümədə PİS TALE deməkdir. Niyə bu psevdonimi seçmisiz” sualına “Napoleon Bonapartın soyadı YAXŞI TALE olsa da, sonu elə də yaxşı olmamışdı, mənim isə yaxşı olacaq” cavab vermişdi. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 12. Ona həsr olunmuş məqalədə Doroti Karyu, Tom Deniyel və Müqəddəs Piter kilsəsi xatırlanır. Onu eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Mendelson marşı -Şərh: İlk dəfə Mendelson marşı Müqəddəs Piter kilsəsində Tom və Dorotinin toyunda ifa olunmuşdu. -Müəllif: Ülvi Mehrəliyev - -Səhifə -> 141 | Sual Sayı -> 15 - -Sual: 1. Qadınların iş həyatındakı mövqeyinin artmasında kovörkinq mərkəzlərinin xüsusi rolunun olmasını iddia edən bir məqalədə İKİNCİ CİNS xatırlanır. Əvvəlki cümlədə əvəz olunmuş sözləri yazın. -Cavab: Özünə aid bir otaq -Şərh: Kovörkinq mərkəzlərinin geniş yayılması ilə daimi iş yeri olmayan qadınlar, belə demək olarsa, özlərinə aid bir otağa sahib oldular. Sualda feminizm cərəyanına aid edilən bir əsərlə (Simona de Bovuar — “İkinci Cins”) digəri (Virciniya Vulf — “Özünə aid bir Otaq”) əvəz edilmişdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. Əziz Nesin yaradıcılığının əvvəlində satirik jurnalda yazılar çap etdirib. Karikaturaçı Oğuz Aral sadə xalq dilində yazılar yazan Nesinin BUNLARdan ilhamlandığını qeyd edir. BUNLARı sonor samitlərlə başlayan üç sözlə cavab kartınıza yazın. -Cavab: Molla Nəsrəddin lətifələri -Şərh: Sualın mətnində olan “satirik jurnal” və “sadə xalq dili” ifadələri birbaşa cavaba işarə edirdi. Maraqlıdır ki, sadə dil ilə satirik hekayələr dərc edən “Molla Nəsrəddin” jurnalının da qayəsi Əziz Nesin ilə oxşar idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 3. Con Barlou şəxsi məlumatları qorumaq işini hakimiyyətə tapşırmağı BUNU quraşdırmağı Toma tapşırmaqla müqayisə edir. BUNU fransız mənşəli sözlə yazın. -Cavab: Jalüz -Şərh: Əfsanəyə görə,xəlvətcə baxan Tom,Ledi Qodivanı izlədikdən sonra kor olmuşdu. Maraqlı təsadüfdür ki, jalüz ingilis dilində “window blind” adlanır. -Müəllif: Emin Məsimli - -Sual: O, bağında işləyənlərdən evə qayıtmadan öncə bütün ciblərini boşaltmalarını tələb edirdi. Sadəcə əmin olmaq istəyirdi ki, işçilərin cibində BURAXILMIŞ SÖZLƏR. 70-ci illərə aid filmin personajı əvvəlcə inanmamışdı ki, BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRİ tapdınızsa, ONUN soyadını yazın. -Cavab: Börbank -Şərh: Dünyanın məşhur seleksiyaçılarından olan Lüter Börbank, Kaliforniyada yerləşən nəhəng bağında 800-dən çox yeni bitki növü yetişdirmişdi və bu toxumların oğurlanmamasına həssaslıqla yanaşırdı. Bağda çalışan işçilər isə hər axşam evə getməzdən öncə ciblərini boşaltmalı idilər. Sadəcə Börbank əmin olmalı idi ki, onların ciblərində toxumlar yoxdur. “Alma almaya bənzər” filmində isə Aişə müəllimə öncə inanmamışdı ki, almada toxumları yoxdur. Sadəcə olaraq, onları Kərimovun yediyini düşünmüşdü -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Stefan Zveyq, Vaterloda uzunmüddətli yağışın kəsilməsinin Napoleonu sevincə qərq etdiyi haqqında danışarkən bildirir ki, hətta çıxan günəş BUNUda dağıtmışdı. -BUNU üç və ya daha çox sözlə cavab kartlarınıza yazın. -Cavab: Başının üzərindəki qara buludlar -Şərh: Zveyq yazır ki, Vaterlo döyüşündə bütün döyüş planını yağışsız havaya planlamış Napoleon yağış yağdığı ərəfədə çox əsəbi, dərdli və fikirli görünürdü. Günəşin çıxıb, yağışın kəsməsi isə təkcə səmadakı qara buludları yox, onun başı üzərindəki qara buludları da dağıtmışdı. -Müəllif: Farid Nəsirulla - -Sual: 6. Alfred Hirş, Auşvitz düşərgəsinin 31 nömrəli blokunda öyrənməyə möhtac uşaqlara gizlicə dərs keçərək onları yetişdirir və bacardığı qədər kitablarla təmin edərdi. Buna görə də, Hirş, 31 nömrəli bloku ALFA adlandırırdı. ALFANI Misir mənşəli bir sözlə yazın. -Cavab: vahə -Şərh: Düşərgənin 31 nömrəli blokunda saxlanılan uşaqlar, ehtiyacı olduqları təhsili müəyyən qədər alır və həyata daha ümidlə baxırdılar. Bu səbəbdən, müəllim oranı Auşvitzdəki vahə adlandırmışdı. Vahə — səhrada su və yaşıllığın mövcud olduğu ərazilərə deyilir. Sualdakı “yetişdirmək” sözü də kömək ola bilərdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. 1754-cü ildə doğulmuş Abraham Boldvin, 1755-ci ildə doğulmuş Nikolas Gilman, 1740-cı ildə doğulmuş Aleksandr Martin heç vaxt evlənməmişdilər. Maraqlıdır ki, yuxarıda adı çəkilənlər ONLARDAN bir neçəsidir. Onları ən azı iki sözlə yazın. -Cavab: Amerikanın qurucu ataları -Şərh: İstiqlal bəyannaməsini imzalamış və Amerika Birləşmiş Ştatlarının yaradılmasında mühüm rol oynayan bir qrup siyasətçi Amerikanın qurucu ataları olaraq adlandırılır. Maraqlıdır ki, Amerikanın qurucu atalarından hesab edilən Boldvin, Gilman, Martin özləri heç vaxt ailə qurmamış və uşaq sahibi olmamışdılar. -Müəllif: Farid Nəsirulla - -Sual: 8. Uzun illərdən sonra Berlinə qayıtmış Mixail Hemburder haqqında danışan Vilfred Sebald qeyd edir ki, Mixail uzaq düşdüyü məhəlləsini, küçəsini, evini gəzinti məqsədi ilə gəzmirdi, sanki o BURAXILMIŞ SÖZLƏR idi. BURAXILMIŞ SÖZLƏR bir siyahıda ikincidir. BURAXILMIŞ SÖZLƏRİ yazın. -Cavab: İtirilmiş zamanın axtarışında -Şərh: Mixailin uzun illər boyu ayrı düşdüyü Berlinə qayıtmağını, öz xatirələri ilə keçən məhəlləsinə, küçələrinə, evlərinə baş çəkməsini təsvir edən Sebald qeyd edir ki, onu maraqlandıran gəzinti deyildi, sanki o itirilmiş zamanın axtarışında idi. “Le Monde” qəzeti tərəfindən tərtib edilmiş “XX əsrin 100 kitabı” siyahısında da Marsel Prustun bu əsəri Kamyunun “Yad”ından sonra ikinci yerdə qərarlaşıb. -Müəllif: Farid Nəsirulla - -Sual: 9. 1983-cü ildə ABŞ-dan SSRİ-yə gələn Samanta Smit mənbələrdən birində İKS adlandırılır. Adı İKSDƏN bir hərflə fərqlənən mənbənin posterində Rasim Balayevin fonunda çıxmaqda olan günəşi görmək olar. İKSİ iki sözlə cavab kartınıza yazın. -Cavab: Sülhün səfiri -Şərh: Mirzə Fətəli Axundzadədən bəhs edən “Sübhün səfiri” filminin posterində baş rolu ifa edən Rasim Balayevin arxa fonunda sübh çağı yenicə çıxan günəş təsvir edilib. Soyuq müharibə dövründə SSRİ-yə gələn Samantaya verilən ləqəb isə “Sülhün səfiri” adlanır. Samanta Smitə qoyulmuş abidədə də onun əlində göyərçin görmək olar. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Bir romanda reallaşdırılması çətin görünən inşaat çertyojlarına baxan personaj düşünür: “Görəsən, bu çertyojlar nə vaxtsa ALFAYA keçə biləcəkmi?” ALFA ilə hansı iki sözü əvəz etdiyimizi bildinizsə, haranın sakininin ALFANI bidətçilik adlandırdığını tapın. -Cavab: Müstəvi Dünya -Şərh: Kağız üzərində çəkilmiş ikiölçülü tikinti çertyojlarının reallaşdırılması personaja asan görünmür və o, bu çertyojların nə vaxtsa üçüncü ölçüyə keçib-keçməyəcəyini sorğulayır. Edvin Ebbott tərəfindən yazılmış “Müstəvi Dünya” elmi-fantastik kitabında ikiölçülü dünyanın sakini olan personaj Kvadrat, üçüncü ölçünü bidətçilik hesab edir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Qeyvin Frensis "Arktik Avropada səyahətlər" və "İnsan bədəninə səyahət" kitablarının müəllifidir. Yazıçı bir kitabında qeyd edir: "Uşaqlıqda coğrafiyaya marağım çox idi, lakin sonralar coğrafi xəritələr öz yerini İKSƏ verdi". İKSİ eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Anatomik atlas -Şərh: Qeyvin Frensis həkim kimi tibbi mövzulu, yazıçı kimi isə adətən səyahət mövzulu kitablar yazır və qeyd edir ki, uşaqlıqda Yer səthi xəritələrinə olan marağım daxili xəritəmizlə yerini dəyişdi, coğrafiya atlası isə öz yerini anatomik atlasa verdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Meksikalı yazıçı Valeria Luiselli, ürəkdən gülən personajı haqda deyir: “Sanki yaralı ALFADIR”. Məqalələrin birində valideynlər övladlarında heyvanlara qarşı nifrət yaratmamaq üçün ALFANI başqa üsulla açdıqlarını yazır. ALFANI bir sözlə yazın. -Cavab: pinyata -Şərh: Gülərkən bütün bədəni ilə irəliyə-geriyə hərəkət edən qəhrəmanı barədə danışarkən meksikalı yazıçı onu “yaralı” pinyataya bənzədir. Adətən, pinyata heyvan təsvirində hazırlandığı üçün valideynlər pinyataya zərbə vurmağın uşaqları üçün yaxşı olmayacağını düşünürlər. Buna görə də pinyatanın qatlarını əlləri ilə soyaraq içindəki konfetləri çıxarırlar. -Müəllif: Tərlan Əsədli - -Sual: 13. Artur Danto yazır: Vaşinqton səmaya doğru ucalıb, atəşfəşanlıq kimi bayram ab-havasındadır. Linkoln isə sanki aşağı əyilib və kədəri xatırladır. Əvvəlki iki cümlənin hərəsində bir söz buraxılıb. Latın mənşəli və eyni hərflə başlayan hər iki sözü yazın. -Cavab: monumenti, memorialı -Şərh: Danto qeyd edir ki, monumentlər əksər hallarda tarixin əlamətdar hadisələrini xatırlamaq üçün qoyulur. Memoriallar isə daha çox baş vermiş hüznlü olayları heç vaxt unutmamaq məqsədilə inşa edilir. Sualda söhbət Vaşinqton monumenti və Linkoln memorialından gedirdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 14. 600 at gücünə malik Mersedes SLS-in reklam sloqanında onun BİRİNCİ və İKİNCİYƏ rəqibləri kimi hörmət etdiyi deyilir. BİRİNCİ və İKİNCİNİ Beynəlxalq Büro müəyyənləşdirir. BİRİNCİ və İKİNCİNİN hər birini iki sözlə yazın. -Cavab: İşıq sürəti, səs sürəti -Şərh: Mühərriki 600 at gücünə malik olan modelinin yüksək sürətini göstərmək üçün Mersedes, reklam sloqanında məhz ən yüksək sürətləri özlərinə rəqib kimi gördüklərini demişdi. İşıq və səs sürətini ölçü üzrə Beynəlxalq Büro müəyyən edir. -Müəllif: Fazil Babayev - -Sual: 15. Benito Mussoloni hakimiyyətə gəldikdə özünün Roma imperatorlarının varisi olduğunu bildirmək üçün Romada İtaliya Sivilizasiyası Sarayı tikdirmişdi. Siz isə sarayın formasına görə xalq arasında aldığı ləqəbi eyni hərflə başlayan və iki qısa olmayan sözlə yazın. -Cavab: Kvadrat Kolizey -Şərh: Mussolini Qədim Roma mədəniyyətini diriltmək istədiyini və özünü imperatorlara bənzətdiyini göstərmək üçün 54 arkası olan kvadrat şəklində saray tikdirmişdi. Saray isə sonralar formasına görə xalq arasında məhz belə tanınmağa başladı. -Müəllif: Fazil Babayev - -Səhifə -> 145 | Sual Sayı -> 15 - -Sual: 1. Corc Martin sübh çağı düzənlik ərazidə BUNU təsvir edərkən yazır: sanki, Tanrı həmin ərazidən keçəndə əlində almaz dolu kisəni yerə boşaldıb. BU ilə əvəz edilən bir qısa sözü cavab kartlarınıza yazın. -Cavab: Şeh -Şərh: Səhər tezdən otların üzərindəki şeh damlaları Günəş şüalarını əks etdirərək almaz kimi parlayır. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. Qohumlarının bir çoxunun payız ayında vəfat etdiyi haqda danışan Nazim Hikmət BUNUN da yarpaqlarının payızda töküldüyünü qeyd edir. BUNU iki sözlə deyin. -Cavab: Nəsil ağacı -Şərh: Nazim Hikmət qohumlarının bir çoxunun payızda öldüyü haqqında danışarkən, özünün nəsil ağacının da yarpaqlarını payızda tökdüyünü qeyd edir. -Müəllif: Farid Nəsirulla - -Sual: 3. “Mən olmayan şəhər” adlı manqanın 6-cı cildində süjet xəttindəki mühüm gizli hadisələrə aydınlıq gətirilir. Müəllif qeyd edir ki, mündəricat olan səhifənin üzərinə qan damcıları düşmüş formada dizayn olunması, həm də oxucunun İKS-dən yayınmasına kömək etməli idi. İKSi əcnəbi sözlə deyin. -Cavab: Spoyler -Şərh: Manqa müxtəlif zaman kəsimlərini əhatə edir və mündəricatda həmin zaman kəsimləri qeyd olunurdu. Sadəcə mündəricatdakı tarixlərə baxaraq hadisələri oxucu asanlıqla təxmin edə bilməsin deyə mündəricat olan səhifədə qan damcıları bəzi mühüm tarixləri gizlədir. Qan damcıları həm də manqanın süjet xəttinə uyğun gəlir. -Müəllif: Emin Məsimli - -Sual: 4. Həsən Seyidbəyli Mostar şəhəri ilə bağlı xatirələrində İKS-ləri göyə sancılmış nazik millərə bənzədir. İKS-i sonor samitli sözlə cavab kartınıza yazın. -Cavab: Minarə -Şərh: Bosniya və Hersoqovinada yerləşən Mostar şəhərinin əhalisi əsasən müsəlmanlardan ibarətdir. Rejissor şəhərdəki məscidlərin minarələrini göyə sancılmış millərə bənzətmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 5. 1995-ci ildə İKS Diskoveri kosmik gəmisinin müəyyən hissəsinə xətər yetirmiş və nəticədə uçuş təxirə salınmışdı. Bir filmimizdə hər gün saatlarla çap maşınında yazan yazıçı da İKS-ə bənzədilir. İKS-i yazın. -Cavab: Ağacdələn -Şərh: 1995-ci ildə bir ağacdələn hətta Diskoveri kosmik gəmisinin bakını dəlmiş və uçuşun təxirə salınmasına səbəb olmuşdu. "Bayquş gələndə" filminin çap maşını ilə yazan personajı çıxardığı səslərə görə "ağacdələn" adlandırılmışdı -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Tom Stendeyc “Bəşəriyyətin qida tarixi” kitabında qidanın bəşər tarixinin gedişatına təsir göstərən vasitə olduğunu qeyd edir və bildirir ki, tarixin kritik dövrlərində insanların qarnını doyuran, bəzən də onları ac saxlayan “görünməz əl” mövcuddur. Cümlədə buraxılmış hərfləri cavab kartınıza yazın. -Cavab: Ç, ə, n, g -Şərh: Müəllif qidanın tarixin gedişatına təsir göstərən qüvvə olduğunu yazır. Bu haqda danışarkən isə Adam Smitin məşhur nəzəriyyəsinə bənzər şəkildə insanları bəzən tox, bəzən də ac saxlayan “görünməz çəngəl” anlayışından bəhs edir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. “Professor Douelin başı” əsərində baş, canlı insana xas olan hər şeydən məhrum olduğunu və yalnız BUNU ETMƏK imkanına malik olmaqla yaşadığını bildirir. BUNU ETMƏK-lə əvəz olunmuş sözü tapdınızsa, əsərin növbəti cümləsində XVII əsrdə vəfat etmiş hansı şəxsin xatırlandığını tapın. -Cavab: Rene Dekart -Şərh: Professor Douelin başı canlı adama məxsus olan hər şeydən məhrum olduğunu və yalnız düşünmək imkanına malik olmaqla yaşadığını bildirir. Bu zaman əsərin növbəti cümləsində Dekart və onun məşhur sitatı xatırlanır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 8. Stivensonun personajı cinayət törətdiyi otaqda olarkən divarların birdən-birə şəffaflaşacağını, döşəmənin bataqlığa çevriləcəyini və ya evin üzərinə çökəcəyini düşünür. Personaj güman edir ki, bu hadisələrdə İKS olacaq. İKS haqqında məqalədə "Gəlin və məni qucaqlayın, yoxsa hakim saymayacaq" sözlərini də oxumaq olar. İKS-i iki sözlə yazın. -Cavab: Tanrının əli -Şərh: Stivensonun personajı cinayət işlədiyi otaqda anidən hansısa ilahi qüvvənin köməyi ilə başına iş gələcəyini və günahının tanrı tərəfindən cəzalanacağını gözləyir. Ona görə də, bu gözlənilməz hadisələrdə tanrının əli olacağını güman edir. Maradona "Tanrının əli" adlandırılan qolu vurduqdan sonra komanda yoldaşlarına "Gəlin və məni qucaqlayın, yoxsa hakim saymayacaq" sözlərini söyləmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Əsərlərin birində personaj səhradakı istini təsvir edərkən, sanki, Günəşin altında olduqlarını deyir. Əvvəlki cümlədə əvəz edilmiş bir sözü yazın. -Cavab: Üstündə -Şərh: Səhranın qumları o qədər qaynar idi ki, personajlar özlərini Günəşin altında yox, sanki, Günəşin lap üzərində olduqlarını hiss edirdilər. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Keçən əsrin birinci yarısında Pavel Blonski məktubunda kəndlərinin küçələrində artıq it və pişiklərin belə görünmədiyini deyirdi. Bunun səbəbini bütün saitləri eyni olan dördhecalı sözlə yazın. -Cavab: Qolodomor -Şərh: Blonskiy Moskvaya məktub yazaraq kəndlərində aclığın maksimum səviyyədə olduğunu və insanların artıq hər bir canlını yediklərini çatdırmaq istəyirdi. -Müəllif: Fazil Babayev - -Sual: 11. II Dünya Müharibəsi zamanı Çörçill Koventrinin bombalanacağından əvvəlcədən xəbər tutsa da, şifrələri açdıqları bilinməsin deyə heç bir tədbir görməmişdi. Bu səbəbdən Koventri bəzən alfa da adlandırılır. Alfanı dilimizdə eyni 3 hərflə başlayan 2 sözlə yazın. -Cavab: Şəhid şəhər -Şərh: Çörçill Koventri şəhərini qələbə qazanmaq üçün qurban vermişdi və şəhər bombalar altında məhv olmuşdu. Buna görə də Koventrini tez-tez "şəhid şəhər" də aldlandırırlar. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Dini risalələrdən birinə görə, Allah Adəmi yaratmazdan əvvəl Şeytan Adəmin torpaqdan olan heykəlinə tüpürmüş, Allah isə həmin tüpürcəyin dəydiyi yeri qazıyıb atmağı əmr etmişdi. Siz isə həmin yeri bizim necə adlandırdığımızı incə saitli sözlə cavab kartınıza yazın. -Cavab: Göbək -Şərh: Şeytanın tüpürcəyi Adəmin qarnının üstünə dəymişdi. Allah tüpürcəyin toxunduğu yeri qazıyıb çıxarmağı əmr etmiş və nəticədə həmin yerdə isə kiçik boşluq yaranmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 13. Startalk [: Startok] verilişinin bir seriyasında Nil Tayson insanın BUNDAN keçmə prosesini diş məcununun məcun qabının ağzından sıxılaraq keçməsinə bənzədir. BUNU birinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Qara dəlik -Şərh: Verilişin adı səmadakı ulduzlara işarə edir, Nil Tayson isə məşhur astrofizikdir. Məcun necə ki, məcun qabından sıxılaraq nazik bir xətt formasında çıxır, əgər insan qara dəliyə yaxınlaşsa, çox güclü qravitasiyanın nəticəsində kiçik hissəciklərə (atomlara) parçalanaraq oxşar şəkildə qara dəlikdən keçəcəkdir. -Müəllif: Emin Məsimli - -Sual: 14. Mirzə Ələkbər Sabirin nəvəsi xatirələrində atasının Sabirin ata evinin maketini tanışına sifariş etdirdiyini deyir. Buna səbəb olan hadisəni biri xüsusi isim olan iki sözlə cavab kartınıza yazın. -Cavab: Şamaxı zəlzələsi -Şərh: Mirzə Ələkbər Sabir şamaxılıdır və şairin ata evi Şamaxı şəhərində yerləşir. 1902-ci ildə baş verən zəlzələdən sonra ev dağılmışdı. Buna görə də Sabirin oğlu öz yaddaşında qalanlar əsasında tanışına evin maketini hazırlatdırmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 15. Kurt Vonnequtun II Dünya Müharibəsinə getməzdən qısa müddət əvvəl anası vəfat edir. Mənbələrin birində qeyd edilir ki, Kurt müharibəyə qəlbi-qırıq şəkildə getsə də, bununla qayıtmışdı. Bunu bir neçə sözlə deyin. -Cavab: Purpur ürək medalı -Şərh: II Dünya Müharibəsindən bir neçə gün əvvəl anası vəfat edən Kurt Müharibəyə qəlbi-qırıq şəkildə getmiş, müharibədəki fəaliyyətinə görə isə "Purpur Ürək" medalı ilə qayıtmışdı. -Müəllif: Farid Nəsirulla - -Səhifə -> 154 | Sual Sayı -> 12 - -Sual: Game of thrones serialının epizodlarının birində heç kimlə düşmənçiliyi olmayan personajın sui-qəsd nəticəsində öldürürməsinin səbəbi kimi onun Bunu Etməsi göstərilir. Bizdə indi bunu etməyə başladıq. Bunu Etməklə hansı 2 söz əvəz olunub? -Cavab: Sual vermək -Şərh: Personaj lazım olmayan suallar verərək öz başına iş açmışdı. Bu bizim bu günə olan ilk sualımızdır. -Müəllif: None - -Sual: 2. “Artstexnika” portalında yeni oyun konsolu Playstation Vitanın tezliklə oyun bazarında öz yerini tutması haqqında olan məqalə bir ifadənin bir az dəyişilmiş formasıdır.Məqalənin adını eyni hərflə başlayan 3 sözlə deyin. -Cavab: Veni Vedi Vici -Şərh: Məqalədə məşhur “Veni Vidi Vici” ifadəsi xatırlanıb. -Müəllif: None - -Sual: 3. XX əsrin 20-ci illərində Adolf Dasllerin hazırladığı məhsul sonradan bu firmanın əsasını qoydu. Hansı firmanın? -Cavab: Adidas -Şərh: Şirkətin adı yaradıcısın adı və soyadının ilk hərflərindən əmələ gəlib. -Müəllif: None - -Sual: 4. 2011-ci il istehsalı bir filmdə baş qəhrəman özünü “Odinson” kimi təqdim edir.Söhbət kimdən gedir? -Cavab: Tor -Şərh: Məşhur mifiloji personaj özünü Odinin oğlu kimi təqdim edir. -Müəllif: None - -Sual: 5. Mixail Qasparov xatırlayır ki, anası hansısa ucqar bölgələrin birində dincələrkən yerli kitabxanadakı kitabları ancaq kəlləmayallaq formada oxuyurdu.Bunun səbəbi nədir? -Cavab: Oxu sürətini azaltmaq üçün -Şərh: Kitabxanada kitab saylarının azlığı bütün istirahət boyu oxuya bilmək üçün belə yollara əl atmağa məcbur edirdi -Müəllif: None - -Sual: 6. Şairə Lyubov Kozlova təəsüfnən qeyd edir ki, “240”-a çatmaq çox çətindi.”240” ilə əvəz etdiyimizi tapın. -Cavab: 90-60-90 -Şərh: Xanım şairə ideal bədən fiqurunun neçə əlçatmaz olduğundan danışır. Onları toplasaq 240 edər -Müəllif: None - -Sual: 7. Hörmət əlaməti olaraq romalılar Kapitoliy məbədində dişi canavara heykəl qoymuşdular.Bir neçə əsr o orda tək dayandı, lakin 15-ci əsrdə ona daha 2 element əlavə edildi. Həmin elementləri tapın. -Cavab: Rem və Romul -Şərh: Romanın əsasını qoyan qardaşlar canavar südü ilə qidalanıblar -Müəllif: None - -Sual: 8. Superqəhrəmanları Qış Olimpiya oyunlarında təsvir edən şəkillər seriyasında Kapitan Amerika qalxanından xizək kimi istifadə edir və Batman isə tramplindən tullanır.Onlar isə bobun(bobsley üçün xizəklər) içində gedirlər. Onları tapın -Cavab: Fantastic Four -Şərh: Bobsleydə 4 nəfərdən ibarət komanda olur. -Müəllif: None - -Sual: 9. Bu trilogiyalı filmin minimalistik posterində balaca sarı çevrəni görmək olar.Həmin filmi tapın. -Cavab: Lord of the rings -Şərh: Trilogiyada əsas süjet xətti xobbitin üzüyü tapmasından sonra cərəyan edir. -Müəllif: None - -Sual: 10. Ramon Qomes de la Serna nəyi içindən rəqəmlər çıxan yumurta adlandırıb? -Cavab: Sıfır -Şərh: ”0” yumurtaya bənzəyir və bütün rəqəmlər ondan sonar gəlir. -Müəllif: None - -Sual: 11. Bir dəfə Abdulla Şaiq Mirzə Ələkbər Sabirin dükanında qonaq olarkən Sabir insanların daxilini təmizləyə bilmədiyindən Bunu Etməklə heç olmasa onların zahirini təmiz saxlamağa çalışdığını demişdir.Sizsə 20-ci əsrin 60-cı illərində hansı mənbədə Bunu Etməkdən imtina olunduğunu tapın -Cavab: Bizim Cəbiş müəllim -Şərh: Sabir dükanında sabun bişirib satır ailəsini dolandırırdı.Məşhur filmdə Cəbiş müəllim “Mən sabun bişirməyəcəm” ifadəsini tez-tez təkrarlayırdı. -Müəllif: None - -Sual: 12. Oskar Uayldın sözlərinə görə bu dünyada daha yaxından tanımaq istədiyi yeganə şəxsin adını tapın. -Cavab: Oskar Uayld -Şərh: Dahi yazıçı insanın necə dəyişkən olduğunu bilərək belə bir fikir irəli sürmüşdü. -Müəllif: None - -Səhifə -> 155 | Sual Sayı -> 12 - -Sual: 1. Qədim tarixə malik bir Avropa şəhərinin ekoloji problemlərindən bəhs edən məqalədə məşhur bir ifadə xatırlanır:   -- ...... bütün bəlalar da elə bundadır. Buraxılmış sözləri bərpa edin. -Cavab: Bütün yollar Romaya aparır -Şərh: Romanın əhalisinin artması belə problemlərə gətirib çıxarırdı. -Müəllif: None - -Sual: 2. Bu və ya digər səbəblərə görə inhisar birliklərinə daxil olmayıb kənarda qalan kapitalist müəssisə və şirkətlərə verilən bu ad daha çox futbol və digər yarışmaların həvəskarlarına tanışdır. Bu adı tapın. -Cavab: Autsayder -Şərh: Bir çox idman növlərində mübarizədən kənar qalanları belə adlandırırlar. -Müəllif: None - -Sual: 3. Apollon LİKEYskinin ehramı yaxınlığında yerləşib Aristotel və Sokratın öz tələbələri ilə dərs keçdiyi məkan necə adlanırdı? -Cavab: Lisey -Şərh: Həmin yer öz adını yanındakı ehramın dəyişilmiş formasından almışdır. -Müəllif: None - -Sual: 4. Karikaturaların birində çox isti havada çölən çıxan X evə qayıdır və əsəbindən “partlayır”. X-in nə olduğunu tapın. -Cavab: Qarğıdalı -Şərh: Çox isti havada qarğıdalı partlayaraq popcorna çevrilir. -Müəllif: None - -Sual: 5. 1928-ci ildə aktyor Emili Fernandez çılpaq poza verməyə qərar verdi.Nəticədə nəyin yarandığını tapın. -Cavab: Oskar heykəlciyi -Şərh: Heykəlciyi həmin aktyorun bədən formasına uyğun düzəldiblər. -Müəllif: None - -Sual: 6. Öz karyerasını o, 1940-cı ildə Spartakın uşaq komandasında başlayır.Müasirlərinin dediyinə görə ondan o qədər də güclü oyunçu alınmadı və daha çox mübahisələri qərarları ilə yadda qalırdı.Söhbət kimdən gedir? -Cavab: Tofiq Bəhramov -Şərh: Oyunçu karyerası alınmadığından o hakimliyə keçdi. 1966-cı ilin finalında öz mübahisəli qərarı ilə bütün dünyada məşhurluq qazandı. -Müəllif: None - -Sual: 7. Kembric qrafları Uilyam və Ketrin Middltonların varisinin dünyaya gəlməsi haqda xəbəri anonslaşdırmaq üçün bir britaniya qəzeti bir günlük adında bir hərf dəyişiklik etdi. Həmin qəzeti tapın. -Cavab: The Sun -Şərh: Taxt-tac varisinin doğulması haqda xəbəri çatdırmaq üçün qəzet The Son adı ilə çıxmışdır. -Müəllif: None - -Sual: 8. 1949-cu ilə aid bir film bir evli cütlüyün boşanmasından bəhs edir.Məhkəmədə ər həyat yoldaşının ondan necə asılı olduğunu, onun hesabına “dünyaya göz açdığını” bildirir.Bu filmin adını 2 sözlə deyin -Cavab: Adəmin qabırğası -Şərh: Personajın adı Adam idi. Məhkəmədə o həyat yoldaşının Həvva kimi onun hesabına əmələ gəldiyini iddia edir. -Müəllif: None - -Sual: 9. Omar Momaninin bu yaxınlarda buraxılmış karikaturasında o, yerə yıxıldı. Söhbət kimdən gedir? -Cavab: Robin Van Persi -Şərh: Uçan hollandiyalı Şərh:DÇ-da İspaniya vurduğu qoldan sonra Momani onu uçan formada çəkmişdir. -Müəllif: None - -Sual: 10. Paylama materialıİngiltərə kralı 8-ci Henrix dövlət büdcəsini artırmaq üçün 1535-ci ildə Bunu etdi ancaq təbii ki, özü üçün istisna etdi.Bunu etmək ilə əvəz etdiyimiz sözləri tapın -Cavab: Saqqala vergi qoymaq -Şərh: O, saqqala vergi təyin etdi lakin özü üçün istina etdi. -Müəllif: None - -Sual: 11. O,1897-ci ildə Çilinin Santyaqo şəhərindəki Mərkəzi dəmir yol vağzalının,1877-ci ildə Budapeştdə Qərbi dəmir yol vağzalının, 1877-ci ildə Portu şəhərində Mariya Pia körpüsünün və 1906-ci ildə Latviyanın Liepeya şəhərində Səma körpüsünün baş memarı olub. Siz isə onun dünya tanıdan işinin adını deyin. -Cavab: Eyfel qülləsi -Şərh: Memarın bir çox ciddi işləri olsa da dünyada öz adını almış Eyfel qülləsinə görə tanınır. -Müəllif: None - -Sual: 12. Frenk Boyl zarafatca deyirdi ki, Səudiyyə Ərəbistanın paraolimpiadı yığması onlardan ibarətdir. Onlardan kim olduğunu bir sözlə deyin. -Cavab: Oğrulardan -Şərh: Səudiyyə Ərəbistanda oğurluğa görə insanların əllərini kəsirlər. -Müəllif: None - -Səhifə -> 156 | Sual Sayı -> 12 - -Sual: 1. ”Polundra” tele oyununda belə zarafat səslənmişdi:Piratlar onu sevmir, çünki orada qışqırmaq və səs salmaq olmaz.Onu 2 sözlə deyin. -Cavab: Sakit okean -Şərh: Magellanın oradan keçən zaman sakit havanın hökm sürdüyünü görüb onu Sakit okean adlandırmaq qərarına gəldi. -Müəllif: None - -Sual: 2. 31 mart 1900-cu ildə Otto Sverdrupun başçılığı ilə 4 illik Qrenlandiya ekspedisiyasında səyahətçilərin birində konyak butulkası tapıldı.Təbii ki, konyakı elə həmin gün istifadə etdilər, amma içmək üçün deyil.Dəqiqliklə deyin ondan necə istifadə edin. -Cavab: Yedilər -Şərh: Şaxta -42 dərəcəyə çatmışdı konyak dibinə qədər donmuşdu. -Müəllif: None - -Sual: 3. Yəqin ki, çoxlarınız rok-n-rollun birinci qaydası olan Live fast, die young(Tez yaşa,cavan öl) sloqanını eşitmisiniz.Bu sloqanda birinci feli dəyişən bir qalmaqallı jurnal onun altında hansı şəbəkənin loqotipini yerləşdirmişdi? -Cavab: McDonalds -Şərh: Sloqan dəyişdilirək Eat fast, die young formasına düşmüşdü. -Müəllif: None - -Sual: 4. 1792-ci ildə bir kral ona təqdim olunmuş proyektdə bir detalı öz əlləri ilə dəyişdirərək yarımçevrənin əvəzinə çəpərək bir xətt çəkdi.Bir ildən az müddətdə o bu dəyişikliyi öz üzərində hiss elədi.Söhbətin hansı detaldan getdiyini 2 sözlə tapın. -Cavab: Gilyotin ülgücü -Şərh: Lyudovik 16-cı özü gilyotinin ülgücünün forması təklif etmişdi və özü də onu sınaqdan keçirtdi. -Müəllif: None - -Sual: 5. Deyilənə görə, Lyudovik 16-cının eşefota çıxarkən son sözləri “Dostum, Laperuzdan xəbər yoxdumu?” olmuşdur.Jan Fransua de Laperuz fransız hərbi dəniz donanmasının ofiseri və səyahətçi idi.O,1785-ci ildə səyahətə çıxmış bir çox yerləri ziyarət etmiş lakin 1788-ci ildən sonra itkin düşmüş, ondan və komandasından heç kim bir daha görülməmişdi.Bəs ona aid məqalədə Marton doğumlu hansı şəxsə keçid var? -Cavab: Ceyms Kuk -Şərh: Laperuzun səyahətinin əsas məqsədi Kukun kəşflərinin nizamlanması və təkmilləşdilirməsi idi. Kuk kimi də o da gedib və bir daha qayıtmayıb. -Müəllif: None - -Sual: 6. Yapon dilində bu 2 heroqlifdən ibarətdir və tendzi adlanır.”Ten”-nöqtə “dzi” isə hərf,simvol deməkdir.Bunu biri xüsusi isim olmaqla 2 sözlə deyin. -Cavab: Brayl əlifbası -Şərh: Brayl əlifbası görmə ilə problemləri olan şəxslər üçün nəzərdə tutulub. -Müəllif: None - -Sual: Asteklərin dövlətində günahkar şagirdlər üçün ən çox yayılmış cəza növlərindən biri yanan X-lərin üstündə əyilmək idi.X-ləri deyin -Cavab: Çili bibəri -Şərh: Söhbət məşhur Red Hot Chili Peppers qrupundan gedirdi. -Müəllif: None - -Sual: 8. ”Geo” jurnalında başlığı “Barıt çəlləyi yanında Dolce Vita” olan məqalə hansı şəhər haqda bəhs edir? -Cavab: Neapol -Şərh: Bu şəhər Vezuvi vulkanın yanında yerləşir -Müəllif: None - -Sual: 9. Emin Məsimlinin “Baton 2.0” hekayəsində neçənci dəfədir ki, görüşə gecikən fizikdən dostları “Deyəsən, onun hələ də Bunu ixtira etmədiyini” bildirirlər.Bu 1895-ci ildə çap edilib. Bunu 2 sözlə deyin. -Cavab: Zaman maşını -Şərh: Fizikin görüşə vaxtında yalnız zaman maşının köməyi gələ biləcəyi qeyd olunur.”Zaman maşını” Herbert Uelsin məşhur əsəridir. -Müəllif: None - -Sual: 10. “Spirited Away” çizgi filmində personaja yolu tullanan fənər tərəfindən göstərilməsi epizodu var.Deyirlər ki,Miyadzaki bu yolla öz kolleqalarına işarə edib.Həmin kolleqaların harada işlədiyini tapın. -Cavab: Pixar studiyası -Şərh: Pixar studiyasının başlanğıc fraqmentində tullanan fənər Luxo Jr.-nı görə bilərik. -Müəllif: None - -Sual: 11. Rusiyada bir bərbərxananın adındakı “x” hərfi nə formasında stilizə olunub? -Cavab: Qayçı -Şərh: Bərbərxanada ən çox istifadə olunan əşya olan qayçı x hərfini bir az xatırladır. -Müəllif: None - -Sual: 12. Müsahibələrin birində ingilis musiqiçisi Mick Jagger qeyd edir ki, pis tərbiyə olunub və Bunu saat 3də edir.Bunu etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Çay içir -Şərh: Five o`clock tea adətinə görə ingilislər çayı saat 5də içirlər Five o`clock tea -Müəllif: None - -Səhifə -> 158 | Sual Sayı -> 12 - -Sual: 1. Harri Potter və Alov Kuboku romanında qadağan olunmuş sehrlərdən danışan Professor Moody (və ya Qrum) onları yəni sehrləri Azkabana X adlandırır. X həm də Ağaclar dənizi filmində hər şeyini itirən personajın Tokioya səyahət turunun adıdır. X-i bir neçə sözlə deyin. -Cavab: Bir tərəflik bilet -Şərh: Qrum avadakedavra kimi sehrləri Azkabana bir tərəfli bilet adlandırdı. Yaponcadan tərcümədə ağaclar meşəsi kimi tərcümə olunur. Dzukay meşəsinin digər adı Aokiqaxaradır. Personaj özünü öldürmək Tokionun yaxınlığında yerləşən sui-qəsdçilər meşəsinə yollanmaq istəyir. -Müəllif: Urfan Orucov - -Sual: 2. Bir ingilis idiomasında şlyapa və arı xatırlanır. Bizə məlum olan idiomda hansı canlının xatırlandığını tapın. -Cavab: tarakanlar -Şərh: İngilis dilində kiminsə qəribəliklərini, ağlında pozuntuları bildirmək üçün onun şlyapasında arılar var ifadəsi işlənir. Bizə məlum olan idioma rus dilindən gəlir ki, burada başında tarakanlar ifadəsi işlənir. -Müəllif: Emil İsmayıl - -Sual: 3. Banqladeşin bayrağı hazırlanarkən qərara alınmışdı ki, aypara və ulduzdan istifadə edilməsin. Siz isə bunun səbəbkarını biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Pakistan bayrağı -Şərh: Banqladeş Pakistandan çox pis ayrılmışdı. -Müəllif: Fuad Eminov - -Sual: 4. EURO-2016 turniri çərçivəsində keçirilən qarşılaşmaların birində Rusiya telekanalında bir oyunçunun oyununu şərh edərkən idman şərhçisi belə bir ifadə işlətdi: “Baxırsan ki, X-dir, amma necə də hərəkətlidir”. X-i latın mənşəli bir sözlə deyin. -Cavab: İmmobile -Şərh: Şərh: Söhbət Belçika-İtaliya oyununda meydana əvəzetmə kimi çıxan Ciro Immobile-dən gedirdi. Latınca immobile hərəkətsiz deməkdir. -Original sitat: “Вроде бы иммобиле, но такой подвижник” -Müəllif: Nadir Ağazadə - -Sual: 5. 2010-cu il futbol üzrə DÇ finalındakı qolundan danışarkən İnyesta bildirmişdi ki, top havada olan zaman sakitliyi dinləyərək ONU gözləməli olduğunu bilirdi. Bir oyunda Onun qarabasması adlanan mərhələdə personaj divarlarda və tavanda hərəkət etməyə başlayır. Sualda bir neçə dəfə buraxılmış eyni hərfləri cavab kartlarınıza yazın. -Cavab: NYUT -Şərh: İnyesta deyirdi ki, top havada olan zaman sadəcə Nyutonu gözləməli olduğumu bilirdim. Nyutonun qarabasması, təbii ki, cazibə qüvvəsinə qarşı çıxaraq divar və tavanda hərəkət edən bir şey ola bilərdi. -Müəllif: Urfan Orucov - -Sual: 6. Ağacdan quraşdırılan qayığın gövdəsinə örtük düzəltmək üçün eskimoslar balinanın X-indən istifadə edirdilər. Ginnesin dünya rekordlarında 4 mart 2010-ci il tarixinə olan məlumata görə dünyada ən uzun X-ə malik şəxs Hindistanlı Ram Sinqh Çauhan-dır (Ram Singh Chahuhan). X-ə əvəz edilmiş qısa sözü yazın. -Cavab: Bığ -Şərh: Ram Sinqh Çauhanın bığının uzunluğu 4,29 metrdir. -Müəllif: Anar Qasımov - -Sual: 7. Çarlz Goodyear uzun müddət ABŞda patent ala bilməməsi səbəbindən, ideyasını satmaq üçün Böyük Britaniyaya öz nümayəndəsini göndərir. Nümayəndə ilk olaraq kimin şirkətinə müraciət edir? -Cavab: Makintoş -Şərh: Çarlz Qudyir kauçukdan rezin alınmasına çalışmış çoxsaylı şəxslərdən biri olmaqla yanaşı uğur qazanmağı bacarmış ilk şəxs idi. Böyük Britaniyada isə təbii ki, 19-cu əsrdə məşhur rezin məmulatları ilə məşhur olan Makintoş bu patenti almaqda maraqlı ola bilərdi. -Müəllif: Babək Zakirzadə - -Sual: 8. Kastilyo yazır ki, 1520-ci ilin 28 may gecəsində Kortesin qoşunu ilə ondan sayca dəfələrlə üstün olan Narvaesin ordusu arasında baş vermiş döyüşdə Alfalar Kortesin düşmənlərinə çoxsaylı yanan muşket fitilini xatırlatmış, nəticədə azsaylı ordunun xilasına səbəb olmuşdur. Alfaların Asiya və Afrikada geniş yayılanı Luciola adlanır. Alfanı deyin. -Cavab: Atəşböcəyi və ya işıldaquş -Şərh: Gecə baş vermiş döyüşdə çoxlu sayda atəşböcəklərinin Kortesin tutdugu mövqe tərəfdə peyda olması düşmənlərinə Kortesin çoxsaylı yanan muşket zapalına malik olması təsəvvürünü yaratmış və nəticədə onlar hücuma keçməkdən imtina etmişdilər. "Luciola" sözünün kökü isə "işıq" mənasını verən "lucio"dur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 9. Nitsşe kitablarından birində Senekanı mərhəmət toreadoru adlandırır, Şilleri Zekingenli mənəviyyat carçısı, Jorj Sandı sağmal inək adlandırır. Bəs Nitsşe hansı avropalını qəbirlərdə şeir yazan giyena adlandırır? -Cavab: Dante (Aligyeri) -Şərh: Nitsşenin açıqlamasından da göründüyü kimi şair qəbirlərdə şeir yazır. Dantenin İlahi Komediyasını xatırlamaq kifayət edərdi ki, düzgün cavaba çıxılsın. Avropalının soruşulması cavabda Edqar Allah Ponun istisna edilməsi üçün idi. -Müəllif: Emil İsmayıl - -Sual: 10. Uşaqlar zarafatla bir-birini iynə ilə bizləyirdilər. Lakin şahzadə Balduin buna heç cür reaksiya vermirdi. Siz isə onun tarixdə hansı ləqəblə qaldığını deyin. -Cavab: Cüzamlı -Şərh: Xəstəlik özünü yeniyetməlik dövründən büruzə vermişdi. Ridli Skotun “Kingdom of Heaven” filminə baxmısınızsa, deyə bilərəm ki, bu həmin Yerusəlim kralı Balduindir. -Müəllif: Fuad Eminov - -Sual: 11. XX əsrin II yarısında televiziyanın sürətli inkişafı nəticəsində yüzlərlə yeni kanal meydana çıxdı. Kanalların və kommersiya reklamların da sayı artdıqca izləyicilər reklamdan qaçmaq üçün bir kanaldan digərinə daimi keçid edir və bu artıq məşğuliyyət halını alır. Distansion pult ilə kanalları belə sürətlə dəyişdirmə praktikasına zappinq deyildiyini bilərək Viktor Pelevinin bu insanları məşhur söz birləşməsindən 1 hərflə fərqlənən hansı ifadə ilə adlandırdığını deyin. -Cavab: Homo zapiens -Şərhlər: None -Müəllif: Nadir Ağazadə - -Sual: 12. Maraqlıdır ki, bu şəhər bir neçə tədqiqatlar nəticəsində adambaşına düşən kilsələrin sayına görə ilk yerlərdə olub. Bir internet resurs isə şəhərdə 500-dən çox kilsənin olduğunu iddia edir. Söhbət hansı şəhərdən gedir? -Cavab: Las Veqas -Şərh: Adambaşına düşən kilsələrin sayının çoxluğu təəccüblü deyil ki, şəhərdə həm evliliyin, həm də boşanmaların sayının zirvədə olmasına səbəb olur. -Müəllif: Emil İsmayıl - -Səhifə -> 160 | Sual Sayı -> 12 - -Sual: 1. Riçard Feynman xatırlayır ki, Albert Eynşteyn onun seminarına gələndə ilk dediyi şey:”Çay haradadır?” olmuşdur.Feynman “Bax, burada” deyib özü-özündə sevindi ki,heç olmasa Bunu Edə bildi. Ümid edirik ki, siz də Bunu edəcəksiniz.Bunu Etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Birinci suala düzgün cavab vermək -Şərh: Feynman sevindi ki,heç olmasa Eynşteyinin ilk sualının öhdəsində gəldi. -Müəllif: None - -Sual: 2. Məşhur fizik Stiven Hoking öz xəstəliyi barəsində danışarkən qeyd edir ki,onun xəstəliyi ailəsində böyük boşluq yaradırdı və demək olarsa ailəsi üçün X idi.X-ı 2 sözlə cavab kartlarınıza yazın. -Cavab: Qara dəlik -Şərh: Məşhur fizik qara dəliklərin öyrənilməsində böyük pay sahibidir. -Müəllif: None - -Sual: 3. Google şirkətinin doodlelarının birində belə başlıqlı bir interaktiv forum var idi:”Burada gördüyünüzü təsvir edin”.Həmin doodle-ın kimə həsr olduğunu tapın. -Cavab: Herman Rorşax -Şərh: Öz məşhur ləkələri ilə tanınan psixoloq da testində pasientlərdən eyni xahişi edir. -Müəllif: None - -Sual: 4. İslandiyanın ləqəblərindən biri BİRİNCİNİN və İKİNCİNİN ölkəsidi.Birinci və ikincinin nə olduğunu bildinizsə 2011-2012-ci illərdə orada nəyin çəkilişlərinin getdiyini tapın -Cavab: Game of thrones -Şərh: İslandiyanı Buz və Atəşin ölkəsi adlandırırlar.Məşhur Game of thrones Corc Martinin Buz və Atəşin rəqsi əsəri əsasında çəkilib. -Müəllif: None - -Sual: 5. Game of thronesın müəllifi olan amerikalı yazıçı Corc Martin dostu ilə futbol mərcini uduzduqdan sonra kitabında bu personajı yaradır.Bu 1956-cı il filmində təyyarəni qəzaya uğradan səbəbdir.Bunu bir sözlə deyin -Cavab: Dağ -Şərh: Amerikan futbolunda oyunçular çox yekəpər olurlar.Gregor Clegane daha çox bizə dağ ləqəbi ilə tanışdır. -Müəllif: None - -Sual: 6. Amerikan futbolunda oyunçular çox yekəpər olurlar.Gregor Clegane daha çox bizə dağ ləqəbi ilə tanışdır. -Cavab: Eyfel qülləsi -Şərh: Amerikan futbolunda oyunçular çox yekəpər olurlar.Gregor Clegane daha çox bizə dağ ləqəbi ilə tanışdır. -Müəllif: None - -Sual: 7. Onların məşhurlaşması Konfutsinin təlimləri ilə əlaqələndirirlər,çünki o deyirdi ki,silahlardan heç sülh məqsədlərində də istifadə etmək olmaz.Onların nə olduğunu tapın. -Cavab: Yemək üçün çubuqlar -Şərh: Konfutsi məşhur çinli filosofdur.O deyirdi ki, bıçaqdan heç yemək vaxtı da istifadə etmək olmaz. -Müəllif: None - -Sual: 8. Bukovskinin sözlərinə görə onlar Afrikaya yardım göndərəndə dərmanların üzərində nə qədər gülməli olsa da,bu sözlər yazılmışdı.Bu sözləri cavab kartlarınıza yazın. -Cavab: Tox qarnına -Şərh: Nə qədər gülməli olmasa da dərmanları yeməkdən sonra istifadə etmək lazım idi. -Müəllif: None - -Sual: 9. Kristianiya şəhəri haqqında olan mənbədə Nobel Sülh Mükafatından danışılır.Həmin məqaləyə aid keçiddə isə Lenanın adına rast gəlmək olar.Əvəz edilmiş sözü tapın. -Cavab: Oslo -Şərh: Oslo şəhəri 1624-1925-ci illər ərzində Kristianiya adlanıb.Nobel Sülh Mükafatı da hər il Osloda təqdim olunur.2010-cu ildə isə Lena Mayer Osloda keçirilən Eurovision Mahnı müsabiqəsində qalib olmuşdur. -Müəllif: None - -Sual: 10. 2014-cü ildə Stephen Havkingin demişdi ki, statistikaya inansaq bunu uğurla etmək üçün ən azı 3 addım geri çəkilmək lazımdı.Həmin il bunu etmək onun həmyerlilərinə lazım olmamışdı.Bunu etməklə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Penalti vurmaq -Şərh: 2014-cü ildə Futbol üzrə DÇ keçirilmişdi. -Müəllif: None - -Sual: 11. Veteranların oyununda o, zədə səbəbindən başqa üsul fikirləşmişdi-Karoşa ötürmə vermək.Onun kim olduğunu tapın. -Cavab: Antonio Panenka -Şərh: Məşhur penalti vurma stilini yaradan Panenka bu dəfə ötürmə ilə penaltini yerinə yetirdi.Qəribə deyil ki,penalti sualından sonra Panenka sualı gəldi. -Müəllif: None - -Sual: 12. Bir stata diqqət.Hazırladığımız yeni Astronavt geyimləri ilə astranavtlar rahat yemək yeyə,gəzə,tualetə də gedə bilər Hətta astronavtlar geyimlərini çıxartmadan bunu da edə bilər.nəyi? -Cavab: Burnunu qaşıma -Şərh: Yeni astronavt geyimlərində xususi olaraq burun qaşımaq üçün deşik vardır. -Müəllif: None - -Səhifə -> 161 | Sual Sayı -> 12 - -Sual: 1. X-lər Yanuş Vişnevskinin personajı üçün onun alman dilini yaxşı səviyyədə bildiyinin göstəricisi oldu.Hadisələrinin əsas hissəsinin X-də keçən 2010-cu il istehsalı fimi deyin -Cavab: İnception -Şərh: Personaj artıq almanca yuxular görməyə başalayır və əmin olur ki, alman dilini yaxşı öyrənib. Kristofer Nolanın məşhur filmində hadisələr əsasən yuxuda cərəyan edir. -Müəllif: None - -Sual: 2. 1988-ci ildə Nike şirkətinin işçiləri reklam agenti Den Veyden ilə görüşdü.İşçilərin ustalığı və enerjikliyindən heyrətlənən Den demişdi: You Nike guys, you ... Sitatı tamamlayın. -Cavab: Just do it -Şərh: Bu sitat sonradan elə şirkətin sloqanına çevrildi. -Müəllif: None - -Sual: 3. 1494-cü ildə İsabel koloniyasının qubernatoru Bartalameo adlı bir şəxs olmuşdu. Bəs onu bu vəzifəyə kim təyin etmişdi? -Cavab: Xristofor Kolumb -Şərh: İsabel koloniyası ispan kraliçası İzabellanın şərəfinə adlandırırmışdı.Bartalemeo Kolumb Xristoforun qardaşı idi. -Müəllif: None - -Sual: 4. Barselonanın bir rayonunda xeyli sayda oğru fəaliyyət göstərir.Ona görə hakimiyyət orqanları orada oğruları xəbərdar edəcək plakat asıb. Bəs bu plakat hansı ingilis yazıçısının şərəfinə adlandırılıb? -Cavab: Corc Oruel -Şərh: Plakat insanlara “Big brother is watching you” deyir. -Müəllif: None - -Sual: 5. Onlar sağa, sola, aşağı, yuxarı uça bilə və hətta yerində dayana bilərlər.Onlar həm də hörümçəklərin ovlarını oğurlayırlar. Onları tapın. -Cavab: Kolibri -Şərh: Kolibri arxa-arxaya uça bilən yeganə quşlardı. -Müəllif: None - -Sual: 6. O, 5 yaşından aktyor olmaq istəyirdi, onun kinoda ilk rolu isə 1999-cu ildə Devid Koperfild olub. Onun gəlirləri Britaniyanın şahzadəsi Harrinin gəlirlərini üstələyir. Onun kim olduğunu tapın. -Cavab: Deniel Redkliff -Şərh: Onun ən məşhur rolu isə digər sehrbaz Harri Potter rolu olmuşdu. -Müəllif: None - -Sual: 7. Bir zarafatcıl reklamda bir qaradərili kişi Birinci yeyən İkincini sağır və nəticədə meyvəli draje(konfet) alınır.Birinci və İkinci tapın. -Cavab: Göy qurşağı,zürafə -Şərh: Skittles-ın reklamında göy qurşağını dişləyən zürafəni sağandan sonra rəngarəng konfetlər alınır. -Müəllif: None - -Sual: 8. Jan-Pol Ru danışır ki, Tamerlanın əsirliyinə düşən bir radja islamı qəbul etməklə həyatını xilas etdi. Bəs bunu sübut etmək üçün o nə yeməli oldu? -Cavab: İnək əti -Şərh: Hindlərdə inək müqəddəs heyvandı və onu yemək olmaz. Artıq islamı qəbul etmiş hindli radja inək əti yeməli idi. -Müəllif: None - -Sual: 9. Sual işarəsini ərəblərin etdiyi kimi cavab kartlarınıza yazın. -Cavab: ؟ -Şərh: Ərəblər bildiyiniz kimi sağdan sola yazır. -Müəllif: None - -Sual: 10. Uğursuzcasına bir sirri açmağa çalışan Mo Yanın personajı özünü balıqla, onu narahat edən X-ləri isə qarmaqlarla müqayisə edir.X-i tapın -Cavab: Sual -Şərh: Personaj suallara cavab tapa bilməyərək özünü qarmaqdan çıxa bilməyən balıqla müqayisə edir. Qarmaq özü də sual işarəsinə oxşayır. -Müəllif: None - -Sual: 11. 1999-cu ildə İstanbulda su idman növləri üzrə Avropa çempionatı keçirilirdi.Çempionatın loqosunda İstanBUL yazılmışdı. Əvvəlki cümlədə 3 hərf 2 hərflə əvəz olunmuşdu. Həmin 3 hərfi tapın. -Cavab: Poo -Şərh: Loqoda İstanPOOL yazılmışdı. Pool ingiliscə hovuz deməkdi. -Müəllif: None - -Sual: 12. Albert Vin Ştaus düz 32 il Amerikan kino assosasiyasında senzor işləmişdi. Siz isə onun Qinnessin Rekordlar kitabına hansı göstəriciyə görə düşdüyünü tapın. -Cavab: Ən çox kinoya baxmış adam -Şərh: Karyera ərzində o düz 16955 filmə baxmışdı. -Müəllif: None - -Səhifə -> 162 | Sual Sayı -> 12 - -Sual: 1. Evgeniy Zamyatin hesab edir ki, xoşbəxt insanın qrammatikasında BU yoxdur. Bu sualda da biz BUNDAN istifadə etmədik. BUNU 2 sözlə tapın. -Cavab: Sual işarəsi -Şərh: Xoşbəxt insanlar sual verməzlər. Oyunumuza da sualla başladıq. -Müəllif: None - -Sual: 2. 1852-ci ildə ixtiraçı Elişa Otis Nyu-Yorka köçdü və burada bir göydələnin tikintisində bir problemlə uzlaşdı. O, Kabelin və iplərin şaxtada qırılması zamanı yükün düşməsinin qarşını alan sistemi tətbiq etdi. Bəs Elişa nəyin yaradıcısı hesan olunur? -Cavab: Lift -Şərh: Əsas problem ağır yükləri yuxarı mərtəbələrə qaldırmaq idi. Beləliklə, 1854-cü ildə ilk təhlükəsiz liftlər istifadəyə verildi. -Müəllif: None - -Sual: 3. BUna ilk dəfə 1687-ci ilə aid əsərdə rast gəlmək olar. Bir satirik-fantastik povestin qəhrəmanı Bunun həyatdakı problemlərlə mübarizədə insanın necə aciz olduğunu göstərdiyini qeyd edir. Bunun adını dəqiqliklə yazın. -Cavab: Nyutonun 3-cü qanunu -Şərh: Təsir əks-təsirə bərabərdirsə, nə isə etməyin mənasız olduğunu düşünən qəhrəman bunu inkar edir. 1687-ci ildə Nyutonun Təbiət fəlsəfəsinin riyazi prinsipləri" əsəri çap olunur -Müəllif: None - -Sual: 4. 1938-ci ildə Vaşinqton ştatının bir şəhərində gözlənmədən bir elektrostansiya sıradan çıxanda sakinlər bunu X-lərin günahı zənn etdilər. 2011-ci ilə aid X əsərinin müəllifi Endi Uir uşaqlıqdan elmi fantastika ilə maraqlandığını qeyd edib. X-ı tapın. -Cavab: Marslı -Şərh: Hadisələr Orson Uellsın Dünyalar savaşı radiosəhnəsi zamanı baş verdiyindən insanlar belə düşündülər. 2015-ci ildə Marslı filmi böyük məşhurluq qazanmışdı. -Müəllif: None - -Sual: 5. Mixail Lomonosov tələbəlik illərində Bunu əldə etmək üçün tez-tez göllərin yanına gələrdi. Məşhur yazıçı Höte dahi rus şairi Puşkinə ad günündə hədiyyə kimi Bunu göndərmişdi. Bunu tapın. -Cavab: Qaz lələyi -Şərh: Lomonosov tələbə idi və ona yazmaq üçün lələk çox lazım idi. O vaxtlar lələk böyük qiymətə sahib idi və qiymətli hədiyyə hesab olunurduş -Müəllif: None - -Sual: 6. Paylama materialıGördüyünüz şəkil 21-ci əsrə aid bir əsərin üz qabığıdır. Həmin əsərin müəllifini tapın. -Cavab: Xalid Hüseyni -Şərh: Söhbət onun məşhur Çərpələng uçuran əsərindən gedirdi. -Müəllif: None - -Sual: 7. Frank Sinatranın son konsertlərinin birindən danışan Piter Hemill onu Bunla müqayisə edir: Qismən dağıdılıb, lakin yenə də valeh edir. ”Nero” proqramının loqosunda da yanan Bunu görə bilərik. Bunu tapın. -Cavab: Kolizey -Şərh: ”Nero Burning Rome” proqramı adını imperator Neronun Romanın yandırmasından alıb.Kolizey də qismən dağıldısa da nə qədər turist hər il onu ziyarət edir. -Müəllif: None - -Sual: 8. ”Goodnight, Mister Bin” filminin epizodlarının birində yuxusuzluqdan əziyyət çəkən Mister Bin əlində kalkulyator bir rəsmin qabağında oturub. Həmin rəsmdə nə təsvir olunub? -Cavab: Qoyun -Şərh: Yata bilməyən Mister Bin qoyunları sayaraq yuxuya getməyə çalışırdı. -Müəllif: None - -Sual: 9. Xayao Miyadzadkinin Ruhlarla sovrulanlar animesində balaca qızın üstünə Bundan hazırlanmış bir dəstə quş hücum edir. Bu quşları yapon mənşəli bir sözlə adlandırın. -Cavab: Origami -Şərh: Məşhur yapon sənəti origami kağızdan bəzi heyvanları düzəltməkdən ibarətdir. -Müəllif: None - -Sual: 1995-ci ildə İron Maiden qrupu “The X Factor” adlı albom buraxdı. Bu onların sayca neçənci albolmları idi? -Cavab: 10 -Şərh: Albomun adındakı X sözü həm də rum rəqəmi ilə 10 bildirir. -Müəllif: None - -Sual: 11. Skandinav miflərinin personajı İmir zamanın əvvəlində Bunu içində saxlamışdı. 15-ci əsrə aid mənbəmizdə müəllif Bunu edə biləcəyini vurğulayır. Müəllifi tapın. -Cavab: Nəsimi -Şərh: İmir dünyanı öz içində saxlamışdı. Nəsiminin məşhur Sığmazam qəzəlində müəllif cahanın onda sığa biləcəyini vurğulayır. -Müəllif: None - -Sual: 12. Umberto Ekonun personajı onun üçün tam naməlum olan heyvan və bitkilərlə dolu bir otağa daxil olur. Bəs bu zaman Eko öz personajına hansı 4 hərfli adı verir? -Cavab: Adəm -Şərh: Naməlum yerə düşən qəhrəman ilk insan Adəmlə müqayisə olunur. -Müəllif: None - -Səhifə -> 163 | Sual Sayı -> 12 - -Sual: 1. Estonlar Bunu Mis?Kus?Milal?, ukraynalılar isə Şo?De?Koli? adlandırırlar. Bəs biz bunu necə adlandırırıq? -Cavab: Nə?Harada?Nə zaman? -Şərh: Şo?De?Koli? rusca daha çox tanış olan Что?Где?Когда?-ya oxşayırdı. NHN oyunumuza NHN sualı ilə başladıq. -Müəllif: None - -Sual: 2. ”Star Wars” filmlərində personajların danışdıqları uydurma dildə “aurebeş” sözü də var. ”Aurebeş” sözünün ərəb, yunan və ya ingilis dillərinə necə tərcümə olunduğunu tapın. -Cavab: Əlifba, Alfabit, ABC -Şərh: Aura və beş ilk 2 hərfdir. Əlifba, alfabit və ABC sözləri də ilk hərflərin birləşməsindən əmələ gəlib. -Müəllif: None - -Sual: 3. Mark Antolskiy 1-ci Pyotrun heykəlini düzəldərkən bir neçə dəfə dərin fikrə gedirdi və sonra təzədən düzəldirdi. Əvvəlki cümlədə əvəz etdiyimiz 2 sözü tapın. -Cavab: Başını sındırmaq -Şərh: Heykəltəraş Pyotrun başını bəyənmirdi və sındırıb təzədən düzəldirdi. Başını sındırmaq və fikrə getmək yaxın mənalı sözlərdi. -Müəllif: None - -Sual: 4. İlk X-lər tapılarkən, onların sayı o qədər çox idi ki, onlardan torpaq üçün gübrə kimi də istifadə edirdilər. 1999-cu ilə aid X-in baş rolunda Brenden Freyzer çıxış etmişdi. X-ı 1 sözlə tapın. -Cavab: Mumiya -Şərh: Mumiyalar torpaq üçün yaxşı gübrə rolunu oynayırdı. Məşhur filmdə də baş rolu Brenden Freyzer canlandırmışdı. -Müəllif: None - -Sual: 5. Amerikada heyvanlar haqda əsəri satmaq mümkün deyil”. Belə bir resenziyanı 1945-ci ildə kim almışdı? -Cavab: Corc Oruel -Şərh: Söhbət onun məşhur Heyvanıstan əsərindən gedirdi. -Müəllif: None - -Sual: 6. Mormot günü filminin qəhrəmanı BU haqda suala belə cavab verir: PBəyəm sən bu haqda mənə sual verməmisən? Bunu bir fransız sözü ilə deyin. -Cavab: Dejavu -Şərh: Mormot günü filmində qəhrəman hər gün eyni hadisələri yaşayır. Ona dejavu barədə sual verilməsi qəribə deyil. -Müəllif: None - -Sual: 7. Eksentrik Joze Mourinyonun sözlərini tamamlayın:  Mən ağıllı adamın nitqinə qulaq asmaq istəyəndə ... -Cavab: Danışmağa başlayıram -Şərh: Joze Mourinyonun belə sitatları məşhurdu. -Müəllif: None - -Sual: 8. 300 il ərzində indi ilk dəfə onlara qadın-Mutavi Mataxaş başçılıq edir. Lakin 1826-cı ilə aid ədəbi mənbəyə inansaq, onlardan heç kəs qalmamalı idi. Onları deyin. -Cavab: Mogikanlar -Şərh: Ceyms Fenimor Kuperin “Sonuncu mogikan” əsərində onlardan cəmi bir dənə qalmışdı. Amma mogikanlar hələ də yaşayırlar. -Müəllif: None - -Sual: 9. Gülləsinin ona dəydiyini başa düşəndə “Günəş” artıq qarda uzanaraq tapançanı göyə atdı və özü-özünə “Bravo” deyə qışqırdı. Sualda Günəş ilə kimi əvəz etdiyimizi tapın. -Cavab: Puşkin -Şərh: Sualdan başa düşmək olardı ki, hadisələr dueldə baş verib. Aleksandr Puşkin Jorj Dantes ilə dueldə ölümcül xəsarət alır lakin, bir güllə rəqibinə vura bilir. Puşkinə “Rus poeziyasının günəşi” də deyirlər. -Müəllif: None - -Sual: 10. İngilis yazıçı Toni Houksın əsərində qəhrəman paba daxil olarkən bütün müştərilərin eyni anda ona tərəf çevrilib baxmasından danışır. Növbəti cümlədə o hansı toponimi xatırlayır? -Cavab: Uimbldon -Şərh: Eyni anda ona çevrilən müştəriləri ingilis yazıçı Uimbldon turnirində topun ardınca baxan tamaşıçılara bənzədir. Uimbldon London şəhərinin rayonlarından biridir. -Müəllif: None - -Sual: Fransızlar deyirlər: Kral kimi səhər yeməyi yə, ALFA kimi nahar elə və BETA kimi şam yeməyi. ALFA və BETA ilə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Şahzadə və dilənçi -Şərh: Dilimizdə də eyni mənalı ifadə var. Şahzadə və dilənçi Mark Tvenin məşhur əsəridir. -Müəllif: None - -Sual: 12. 1896-cı ildə həmkəndliləri marafon qaçışı üzrə gələcək Olimpiya çempionu Luis Spiridon üçün atışıb Bunu aldılar. Bunu tapın. -Cavab: Ayaqqabı -Şərh: Luis o qədər kasıb idi ki, hətta ayaqyalın gəzirdi. -Müəllif: None - -Səhifə -> 164 | Sual Sayı -> 12 - -Sual: 1. Məşhur Pakistanlı Nobel mükafatçısı Malala Yusufzayın Nobel Nitqi bu sözlərlə başlayır. Bu sözləri deyin. -Cavab: Bismillah Rahmanir Rahim -Şərh: Malala Yusufzay müsəlmandı və qəribə deyil ki, o öz nitqinə belə başlayıb. -Müəllif: None - -Sual: 2. Ghostbusters serialının epizodlarının birində şəhəri ruhlar zəbt edir. Bundan sonra onların köməyinə qərib bir adam gəlir. Epizodun adında Manhetten Onu əvəz edir. Onu tapın. -Cavab: Hammeln -Şərh: Məşhur əfsanədə Hammeln şəhərini siçanlar zəbt etmişdi və yad bir tütəkçi onların köməyinə gəlmişdi -Müəllif: None - -Sual: 3. Çexovun məşhur ifadəsinə görə "Əgər pyesin əvvəlində divardan tüfəng asılıbsa, pyesin sonunda ondan atəş açılacaq". Siz isə bir saytın fikrincə hansı aktyorun pyesin sonunu gözləməyib onun ən gülməli anında atəş açdığını tapın. -Cavab: Con But -Şərh: Mənim amerikalı kuzenim pyesinin ən gülməli anında aktyor Con But o vaxtki prezident Abraham Linkolna atəş açıb qətlə yetirmişdi. -Müəllif: None - -Sual: 4. 1596-cı ildə Onun öldüyü günü ispanlar bayram kimi qeyd edirdilər. Odlu Torpaq və Antarktida arasında olan boğaz da onun adını daşıyır. Onun kim olduğunu tapın. -Cavab: Frensis Dreyk -Şərh: Dreyk “Məğlubedilməz Armada” üzərində qalibiyyətin əsas pay sahiblərindəndir. -Müəllif: None - -Sual: 5. Bir aforizmə görə cavanlığında insan Birincini xərcləyir və İkincini artırmağa çalışır. Qocalıqda isə İkinci xərcləyir ki, Birincini artıra bilsin. Birinci və İkincini düzgün ardıcıllıqda deyin. -Cavab: Vaxt, pul -Şərh: Franklinin məşhur ifadəsində də Vaxt puldur. -Müəllif: None - -Sual: 6. Yerli sakinlər gecələr sahillərdə tonqal qaladığından oradan keçən Magellan Buranın adını Belə qoymuşdu. Necə? -Cavab: Odlu Torpaq -Şərh: Magellan hesab etmişdi ki, bu vulkanik mənşəli odlardır. -Müəllif: None - -Sual: 7. Duqlas Adamsın bir əsərinin personajı danışırdı ki, qonşu boyutda qalaktikalar arası bilyard üçün top düzəldiblər. Bəs bu top üçün luza rolunu nə oynacaqdı? -Cavab: Qara dəlik -Şərh: O böyüklüyündə top üçün luza ancaq qara dəlik ola bilərdi. -Müəllif: None - -Sual: 8. Ən müxtəlif musiqi janrlarında ifa edə bilən Devid Boui “rok musiqinin X-ı” ləqəbini alıb. Bir əsərdə X işıqfor kimi işləməyə başlayır. X- tapın. -Cavab: Buqələmun -Şərh: Bir çox janrlarda ifa edə bilən və imicini tez-tez dəyişən Boui rok musiqinin buqələmunu idi. Bir əsərdə buqələmun işıqfor kimi işləməyə başlayır. -Müəllif: None - -Sual: Düma yazırdı ki, Ekaterina Mediçinin qulluğunda işləyən florensiyalı Rene 2 vəzifəni icra edirdi: Qatil və zəhərləyici. Əvəz edilmiş sözü tapın. -Cavab: Ətriyyatçı -Şərh: Züskind məşhur əsəri də Ətriyyatçı: Bir qatilin tarixçisi adını daşıyırdı. -Müəllif: None - -Sual: 10. Uruqvaylı Xose Pedro Varella jurnalist idi lakin, onun qazetinin tirajları çox az idi. Bunun səbəblərini düşünərkən o, başa düşdü ki, insanlara BU lazımdı. Nəticədə Latın Amerikasında Bu haqda ilk qanun qəbul edildi. Bunu tapın. -Cavab: Təhsil -Şərh: İnsanlar cahil idi və oxuya bilmirdi. Bundan sonra isə hamın��n pulsuz təhsil ala biləcəyi haqda qərar qəbul edildi. -Müəllif: None - -Sual: 11. Artur Xeylinin romanında aeroport işçiləri öz aeroportlarının ən uzun-2 mildən artıq olan enmə-uçuş zolaqları haqda danışanda qeyd edirlər ki, onun bir ucundan digəri görünmür. Bəs onlar bunu hansı çoxdan hamıya məlum olan faktla izah edirlər? -Cavab: Yer yumrudur -Şərh: Hələ Magellan o vaxt bunu isbat etmişdi. -Müəllif: None - -Sual: 12. 2012-ci ildə Rolling Stones qrupu 50 illikləri şərəfinə bir albom buraxacağı və ən azı bir konset verəcəkləri qərarına gəldilər. Əvvəlki cümlədə buraxılmış 4 hərfi tapın. -Cavab: Foto -Şərh: Rolling Stones yeni fotoalbom buraxağını söz vermişdi. -Müəllif: None - -Səhifə -> 165 | Sual Sayı -> 12 - -Sual: 1. Yerdə həyatın yaranması barədə danışan bir geoloq bildirib ki, ”Buraxılmış söz” hidrogen var idi. Buraxılmş sözü tapın. -Cavab: Əvvəldə -Şərh: İohanın evanqeliyasında ilk cümləsində deyilir ki, əvvəldə söz var idi, söz Allahla idi, və o söz Allah idi. Hidrogen də kimyəvi cədvəlin ilk elementidir. -Müəllif: None - -Sual: 2. Miss Deyzinin sürücüsü filminin afişasında baş qəhrəmanların sifətlərini Onda görmək olar. Onu bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: Arxa görüntü güzgüsü -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Maykl Faradey elektrik üçün geniş praktiki tətbiqlər tapan ilk alim kimi tanınır. Bu haqda danışarkən alimi bir mifoloji personajla bənzədirlər. -Cavab: Prometey -Şərh: Prometey də insanlara ilk od gətirən personaj idi. Faradey də öz kəşfləri ilə insanlara işığı bəxş etdi. -Müəllif: None - -Sual: 4. ”İngiltərinin qısa tarixi” kitabının müəllifi Bostonda atılmış çayları bir meyvə ilə bənzədir. Bu meyvəni tapın. -Cavab: Alma -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Ələddin cizgi filmində sultan öz qızı Jasmini sarayda heç kimin köməyi olmadan böyüdür. Vokrug Sveta jurnalı qeyd edir ki, bu saray X-ın prototipidir. X-ı tapın. -Cavab: Tac-Mahal -Şərh: 1631-cı ildə arvadı Mumtaz xanımın vəfatından sonra Cahan şah onun xatirəsinə saray tikdirir. Elə görünüşdən saraylar çox bənzəyir. -Müəllif: None - -Sual: 6. Yeni Zellandiyanın hava qüvvələrinin gerbində hər nə qədər qəribə olsa da , o təsvir olunub. -Cavab: Kivi Quşu -Şərh: Kivi quşları hər nə qədər Yeni Zellandiyanın əsas simvollarından biri olsa da , qanadları olmayan bir quşun hava qüvvələrinin gerbində olması olduqca qəribədir. -Müəllif: None - -Sual: 7. 2 dostunun söz güləşdirməsini izləyən İen Makyuenin personajı deyir ki, özünü onda hiss edir. Versiyalardan birinə görə, onun hesab ilk vaxtlar saat ilə aparılırdı. Onu tapın. -Cavab: Tennis oyunu -Şərh: Personaj gah bu, gah da digər dostuna baxmalı olurdu. Əvvəllər hesabın saat ilə aparılması onun qəribliyini izah edir. -Müəllif: None - -Sual: 8. Vudi Allen bir müsahibəsində etiraf edib ki, buna sahib olmaqdan qorxur. Bunu yunan mənşəli sözlə deyin. -Cavab: Fobiya -Şərh: Rejissorun fobiyaya fobiyası var. -Müəllif: None - -Sual: 9. Robert Penn Uorrenin bir əsərində hadisələr 20-ci əsrin 30-cu illərində Ameriakda cərəyan edir. Koka-kola almaq istəyən personajlar ora gedirlər. Oranı yunan mənşəli sözlə deyin. -Cavab: Aptek -Şərh: Bildiniyiniz kimi, əvvəllər kola içkisi dərman kimi istifadə olunurdu və məntiqlidir ki, apteklərdə satılırdı. -Müəllif: None - -Sual: 10. Biz cizgi filmində Gözəgörünməz adam avtomobil sürərkən deyir ki, o hələ dinozavrların vaxtında avtomobil sürüb və bu X idi. X-ı 2 sözlə deyin. -Cavab: Zaman Maşını -Şərh: Gözəgörünməz adam və zaman maşını Herbert Uellsin əsərləridir. -Müəllif: None - -Sual: 11. İslandiyada rütubətli hava şəraiti bəzən yarım ilə qədər davam edə bilər.Ona görə Xaldorr Laknessin romanındakı island uşaqlar inanmırdılar ki, X belə kiçik səbəblərdən baş verib. X-ı bir xüsusi isim olmaqla 2 sözlə deyin. -Cavab: Nuh tufanı -Şərh: İncilə görə Nuh tufanı 40 gün və 40 gecə davam edən yağışdan sonra baş verib. Uşaqlar üçün bu rəqəm təsir edici olmadı. -Müəllif: None - -Sual: 12. 2005-ci ildə Mega Blocks şirkəti saxtakarlıqda ittiham olunaraq məhkəməyə verildi. Onu məhkəməyə verən digər şirkəti tapın. -Cavab: Leqo -Şərh: Leqo öz produksiyasının oğurlanmasından şikayətləndi lakim məhkəmədə uduzan tərəf oldu. -Müəllif: None - -Səhifə -> 166 | Sual Sayı -> 12 - -Sual: 1. Qədim Romalılarda nahar meyvələrlə bitirdi. Bəs o nə ilə başlayırdı? -Cavab: Yumurta -Şərh: Məşhur ifadə “Ab ovo” da buradan yaranıb -Müəllif: None - -Sual: Amerikan-türkmən danışıqlarının birinci mərhələsi uğursuz alındı.Ayrılmış vaxt ərzində prezident Buş... Buraxılmış sözləri bərpa edin -Cavab: Türkmənistan prezidentinin adını deyə bilmədi -Şərh: Türkmənistan prezidentini adı Qurbanqulu Berdımuhammedov idi -Müəllif: None - -Sual: 3. Bu müəllif elektron kitablar haqda demişdi ki, onlar yanmış yanacaq iyi verir. Söhbətin kimdən getdiyini cavab kartınıza yazın -Cavab: Rey Bredberi -Şərh: Onun məşhur əsərində personajla kitabaları yandırırdılar -Müəllif: None - -Sual: 4. Bir fantastik hekayədə indiki zamanla məmnun və yəqin ki, gələcəyə ümidlə baxan insanlar keçmişdən olan Ona abidə qoyurlar. Onu tapın -Cavab: Kəpənək -Şərh: Rey Bredberinin “Və ildırım çaxdı” əsərində kəpənək gələcəkdə pis nəticələrə gətirmişdi. Bu əsərdə isə əksinə -Müəllif: None - -Sual: 5. Bir tarixçinin fikrinə görə İkinci əsas funksiyasından əlavə qocalmış döyüşçülər üçün öz elastikliyini saxlamaq üçün fiziki məşğuliyət idi. İkinci tapın -Cavab: Namaz -Şərh: Hər gün 5 dəfə qılınan namaz döyüşçüləri formada saxlayırdı. Namaz islamın ikinci əsas şərtidi -Müəllif: None - -Sual: 6. Frederik Beqbederin əsərindən sitata qulaq asın:Lurdes uşaqların mübahisəsinə baxırdı, başını gah ora, gah da bura çevirirdi. Bundan sonrakı cümlədə hansı 2 yaxın qohumun adı çəkilir? -Cavab: Uilyams bacıları -Şərh: Personaj özünü tennis matçında təsəvvür edir -Müəllif: None - -Sual: 7. Londonda çap olunmuş “Məşhur piratların oğurluq, qatillik tarixi və onların həyat və qaydaları” əsərinin müəllifini tapın -Cavab: Daniel Defo -Şərh: Onun Robinzon Kruzo əsərini yada salmaq kifayət idi -Müəllif: None - -Sual: 8. Onun böyüdüyü uşaq evinin işçisi hesab edirdi ki, o divarın içindən görə bilir.Bir dəfə o, pulla dolu gizli qabı tapa bildi. Onun baş qəhrəman olan əsəri tapın -Cavab: Ətriyyatçı -Şərh: İfadəyə görə pullar iy vermir, lakin o pulu qoxusuna görə tapa bilmişdi. -Patrik Züskindin-də bildiyimiz kimi eyni adlı əsəri var -Müəllif: None - -Sual: 9. 1890-cı ildə “Bookman” jurnalı öz reytinqini yayımlayanda hansı termin yarandı? -Cavab: Bestseller -Şərh: Jurnal ən yaxşı satılan kitablar reytinqini buraxıldı -Müəllif: None - -Sual: 10. Şekspirin Venesiyalı tacir əsərində mərakəşli personaj yerli gözəlçiyə deyir ki, sevgisinə görə hətta bunu da edərdi. 20-ci əsrin ikinci yarısında Bunu edən ən məşhur şəxsi tapın -Cavab: Michael Jackson -Şərh: Mərakəşli qaradərili gənc deyir ki, hətta dərisini də ağardardı. Maykl Cekson da rəngini qaradan ağa keçirib -Müəllif: None - -Sual: 11. 1967-cı ildə doğulan Pol Jon Qaskoyn öz adını heç də atasının şərəfinə almayıb. Onun öz adlarını kimin şərəfinə aldığını tapın -Cavab: Pol Makkartni və Con Lennon -Şərh: Beatlesin əsas məşhurluq dövrü də həmin vaxta düşür. Hətta o vaxt Lennon deyirdi ki, Biz İsadan daha məşhuruq -Müəllif: None - -Sual: 12. Bir amerikan cizgi filmində bu qəhrəman az qala həmsöhbətlərinin gözünü deşəcəkdi. Həmin personajı tapın -Cavab: Pinokio -Şərh: Söhbət yalan danışan Pinokionun burnu uzanmış və az qala başqalarının gözünə girmişdi -Müəllif: None - -Səhifə -> 167 | Sual Sayı -> 12 - -Sual: 1. Anotaliy Blaqix bir cümlədəki sözlərin yerini elə dəyişməyi təklif edir ki,cümlədə 3 dəfə rast gəlinən bu söz həmişə birinci gəlsin. Bu sözü tapın. -Cavab: Söz -Şərh: İohannın Evanqeliyası daha məntiqli olması üçün Əvvəldə söz var idi,o söz Allahla idi və o söz Allah idi cümləsində “söz” sözü birinci gəlsin.Sualda da dəfə “söz” sözünü görmək olar. -Müəllif: None - -Sual: 2. Bart Ertmanın fikrinə görə Evanqeliya müəllifləri Fələstin uzaqda yaşayırdılar və Evanqeliyalar İsanın ölümündən bir neçə on illik sonra yazılıb. Bundan sonra Erman Onu xatırlayır. Ondan psixotreninq vasitəsi kimi də istifadə edirlər. Onu 2 sözlə tapın. -Cavab: Sınıq telefon -Şərh: Evanqeliyalar gec yazıldığından güman olunur ki, onlar ağızdan-ağıza keçib və başqaları tərəfindən yazılıb. Məşhur oyunda olduğu kimi -Müəllif: None - -Sual: 3. Fotoqraf Stiven Mayzel tez-tez həmkarlarını ideyalarını təkrarlayırdı.Ona görə də o, bir korporasiyanın adını ləqəb kimi almışdır.Həmin ləqəbi tapın. -Cavab: Xerox -Şərh: Eyni şeyləri elədikdən ona kseroks deyirdilər -Müəllif: None - -Sual: 4. Vudi Allenin bir filminin yaşlı personajı oğlu ilə dalaşdıqdan sonra pozan və X-ı gətirməyi xahiş edir.X-ı tapın -Cavab: Vəsiyyətnamə -Şərh: Oğlunun adını oradan pozacaqdı -Müəllif: None - -Sual: 5. Elə də məşhur əsərlərin birindən bilmək olar ki, Onun daha talantlı Axill adlı qardaşı vardı. Onun yaradıcısı tapın. -Cavab: Aqata Kristi -Şərh: Əslində bu personajlar Maykroft-Şerlokdan yaradılmışdır. Erkül Puaronun Axill adlı qardaşı olması qəribə deyil. -Müəllif: None - -Sual: 6. Çirk filminin personajı iddia edir ki, həyatda elədiyin hər şey sənə qayıdır. Bu zaman o həyatı X-ə bənzədir.X əvvəllər ovda istifadə olunurdu. X-ı tapın. -Cavab: Bumeranq -Şərh: Bumeranq da atıldığında sənə qayıdır -Müəllif: None - -Sual: 7. Bir romanın personajı X-ı görüb həddindən çox içki içdiyini zənn etdi. Aleksandr Puşkin və Albrext Dürer X-lərdən olublar.X-ı tapın. -Cavab: Əkizlər -Şərh: Personaj elə bilir ki, gözləri 2 görür. Puşkin və Dürer Əkizlər bürcündə doğulublar. -Müəllif: None - -Sual: 8. Mandori books şirkətinin reklam plakatlarında belə üz qapaqlı nəşrləri görmək olar: 2.1 müşketor, 70 il tənhalıqda və 1388.8. Siz isə dəqiqliklə deyin, bu plakatlar nəyi bildirir? -Cavab: 30 faizlik endirim kompaniyası -Şərh: Əsərlərin adları da 30 faiz azalıb. -Müəllif: None - -Sual: 9. Ekoloji təmiz sintetik kağızların üzərində tez-tez bir-birindən 1 hərf fərqlənən 2 ingilis sözünü görmə olar. Həmin 2 sözü tapın. -Cavab: Tree,free -Şərh: Bu kağızlar ağacdan hazırlanmır və təbiətə qorumaq üçün buraxılır. -Müəllif: None - -Sual: 10. Madaqaskarlı Pinqvinlərin bir epizodunda Private X kimi maskalanır və öz seçimini belə izah edir ki, X-lər hər yerdədir.X haqqında teoriyanın banisinin hansı qədim yunanın olduğunu tapın. -Cavab: Demokrit -Şərh: Private atom kimi maskalanır çünki hər tərəf atomdur.Atomizmin yaradıcısı da Demokritdir. -Müəllif: None - -Sual: 11. İvan Myasoyedov məhşur rus köçəri-rəssamının oğlu olub. Emiqrasiya vaxtı çörək PULU tapmaq üçün ONLARI çəkirdi daha sonralar isə buna görə ümumi hesabda 6 il qazamatda keçirtməli oldu. Onları 2 sözlə deyin. -Cavab: Saxta pul -Şərh: O, çörək pulu tapmaq üçün öz məharətindən istifadə edib saxta pullar düzəldirdi və buna görə də həbs olunmuşdu. -Müəllif: None - -Sual: 12. Terri Pratçetin romanında ifritə qızı istənilməyən nigahdan azad etmək istəyir.Dəqiqliklə deyin,qızı ərinə aparacaq nəqliyyat vasitəsi ilə ifritə nə etdi? -Cavab: Balqabağa çevirdi -Şərh: Sindirella haqda nağılın tərsinə kimi -Müəllif: None - -Səhifə -> 168 | Sual Sayı -> 12 - -Sual: 1. Bunun yaranması ilə bağlı qeyri-rəsmi mənbələrdə fizik,bibliya süjeti və Alan Türinqin adı çəkilir. Bəs Rob Yanov 1976-cı ildə nəyi yaratmışdı? -Cavab: Apple-ın loqosu -Şərh: Nyuton, Adəm və Həvva və zəhərlənmiş alma Apple-ın loqosundakı dişlənmiş almanın yaranma səbəblərindəndir. -Müəllif: None - -Sual: 2. 1969-cu ildə Chemical Bank qəzetdə belə bir elan vermişdir:Long-Aylenddəki filial öz qapılarını 3 sentyabrda açacaq və bir də bağlamayacaq.Bu nəyin elanı idi? -Cavab: Bankomat -Şərh: Bu quraşdırılmış ilk bankomat idi. -Müəllif: None - -Sual: 3. 35-ci ABŞ prezidentinin atası Cozef Patrik Kennedi cavanlığında Bunu gizlədildi və ona görə də tanımadığı insana özünü təqdim edəndə qısa olurdu.Banşi və leprekon sözləri də buna malikdir. Bunu 2 sözlə tapın. -Cavab: İrland mənşə -Şərh: O, özünü təqdim edərkən ikinci adını demirdi. Banşi və leprekon irland folklorunun personajlarıdır. -Müəllif: None - -Sual: 4. BBC kanalının dediyinə görə bir su stəkanında olan atomların sayı bütün dünya okeanlarında olan Bunların sayından çoxdur. Bunları tapın. -Cavab: Su stəkanı -Şərh: Bir stəkan suda olan atamlar təsəvvür olunmaz qədər çoxdur. -Müəllif: None - -Sual: 5. Boris Krutierin sözlərinə görə X ora düşənlərin qanı ilə yazılır. X-ı 2 sözlə tapın. -Cavab: Qırmızı kitab -Şərh: Nəsli kəsilməkdə olan növlər öz adlarını ora qanları ilə yazırlar. -Müəllif: None - -Sual: 6. Binn adlı İsveçrə şəhərində Onların klubu açılıb. Bu klubun üzvləri arasında ovçular və balıqçılar çoxluq təşkil edirlər. Bəs hansı italyalı Onların ölkəsi barədə əsər yazıb? -Cavab: Canni Rodari -Şərh: Ovçular və balıqçılar tez-tez öz ovları haqda yalan söyləyirlər. Celsomino Yalanlar ölkəsində əsərinin müəllifi Canni Radaridir. -Müəllif: None - -Sual: 7. 1964-ci ilə aid filmdə baş qəhrəman güc-bəla ilə partlayacaq bombada geriyə sayımı dayandıra bilir. Bəs bombanın partlamasına neçə saniyə qalmışdır? -Cavab: 7 -Şərh: Siferblatda 0:07 rəqəmlərini görmək olardı. Bu film Ceyms Bonda həsr olunmuşdu. -Müəllif: None - -Sual: 8. ”Alisa güzgülər arxasında” çizgi filmində baş qəhrəman öz başında tac əmələ gəlməmişdən öncə üzərində 2 simvol olan bir xanadan keçir. Həmin 2 simvoldan ən azından birini yazın. -Cavab: 8 -Şərh: Bütün şahmat lövhəsini keçərək Alisa son xanaya gəlib çıxır və vəzirə çevrilir. -Müəllif: None - -Sual: 9. ”Qaranlıqda gülüş” adlı filmin bir qəhrəmanı görmə qabiliyyətini itirir.Bəs o, gündəlik həyatını rahatlaşdırmaq üçün nəyin şüşəsini sındırır? -Cavab: Saat -Şərh: O artıq saatına baxa bilməyəcək ona görə də saatı yalnız toxunaraq öyrənə biləcək. -Müəllif: None - -Sual: 10. Nabokovun Lujino müdafiəsi əsərinin ekranizasiyasında anası balaca oğlu üçün başa salır ki, O öz əzəmətini yükü altında qalıb və ona görə də çox uzağa gedə bilmir. Onu tapın. -Cavab: Şah -Şərh: Anası gələcək şahmatçı oğluna öyrədir ki, şah nə qədər əzəmətli olsa da yalnız bir xana gedə bilir. -Müəllif: None - -Sual: 11. Bəstəkar Aygün Səmədzadənin 1974-1985 il bü dövrü əhatələyir. -Cavab: Məktəb illəri. -Şərh: Məşhur mahnını da elə o bəstələyib. -Müəllif: None - -Sual: 12. Trento universitetinin alimləri Onlara öyrətdilər ki, yemək həmişə 4 və 6-cı qablarda olur. Bundan sonra müəyyən olundu ki, Onlar Bunu edə bilir. Hansı atalar sözündə bu onlar üzərində edilir? -Cavab: Cücəni payızda sayarlar -Şərh: Müəyyən olundu ki, cücələr say bilirlər. -Müəllif: None - -Səhifə -> 169 | Sual Sayı -> 12 - -Sual: 1. Barri Qrinstayn pokerdə böyük uduşlu oyunlarda yaxşı oyun göstərir.Onun öz qazancının bir hissəsini xeyriyəyə xərclədəyini bilərək onun ləqəbini tapın. -Cavab: Robin Qud -Şərh: Barri varlı rəqiblərini məğub edərək qazandığı pulu kasıblara paylayır. -Müəllif: None - -Sual: 2. İlk X Kolumbiya mahalından Marqaret Korman olub. Marvel dünyasında X Kapitanın partnyoru idi. X-ı 2 sözlə tapın. -Cavab: Miss America -Şərh: Amerikada ilk gözəllik yarışmasının qalibi Marqaret olmuşdur.Kapitan Amerikanın Miss Amerika adlı həmkarı var idi. -Müəllif: None - -Sual: 3. Marslı əsərinin qəhrəmanı Yerdən uzaqda qəzəya uğrayır.Buna baxmayaraq marsoxodu çevirmək istəyəndə o yenə də Onun köməyini hiss edir.Onun kim olduğunu tapın. -Cavab: Arximed -Şərh: Məşhur ifadəsinə görə Yeri döndərmək üçün ona cəmi dayaq nöqtəsi bəs edərdi. Qəhrəman da Arximed lingindən istifadə edir. -Müəllif: None - -Sual: 4. Kerlinq oyunu zamanı qəliz vəziyyəti izah edən şərhçi qeyd edir ki, vəziyyəti bir rakursdan qiymətləndirmək çətindi.Bundan sonra o, Bunu xatırlayır. Bunu 2 sözlə deyin. -Cavab: Ryöndzi bağı -Şərh: Kerlinq oyunundakı daşlar elə düzülmüşdü ki, bir rakursdan hamısını görmək olmurdu. Eynilə Daşlar bağındakı kimi. -Müəllif: None - -Sual: 5. İspan qapışı Rikarda Zamora bacarıqlarına görə X ləqəbini almışdır. Futbolla əlaqəli digər X 2010-cu ildə vəfat etmişdir.Onun adını tapın. -Cavab: Paul -Şərh: Qapıda gözəl oyununa görə Rikarda osminoq ləqəbini almışdır. Osminoq Paul 2010-cu il DÇ-da proqnozları ilə məşhurlaşmışdı. -Müəllif: None - -Sual: 6. Çarli Çaplin xatırlayırdı ki, onun atası çox eqoist adam olub.Hətta o, həyat yoldaşı ilə mübahisə edərək deyirdi ki, ailədə daha bir BU ona mane olacaq. Bunu tapın. -Cavab: Çarli adı -Şərh: Çarli Çaplinin atasının adı da Çarli idi. O hətta öz adının oğluna verilməsinə qarşı idi. -Müəllif: None - -Sual: 7. Bir ingilis səhər gəzintisi zamanı fikir verdi ki, evlərin çoxunun pərdələri örtülüdü. Onun səyləri və 1916-cı ilin mayında kömür defisitinə görə britaniyalılar ilk dəfə Bunu etdilər. Azərbaycan bu il Bunu etmədi. Bunu etməklə əvəz edilmiş sözü tapın. -Cavab: Yay vaxtına keçmək -Şərh: Adətən yay vaxtına keçid enerji ehtiyatlarını qorumaq həyata keçirilir. Bu il ölkəmizdə saatlar qabağa çəkilmədi. -Müəllif: None - -Sual: 8. Brodskiy Bunları ayrılmazdan öncə qısa görüş vaxtı qucaqlaşan sevgililərə bənzədir.Bunları 2 sözlə deyin. -Cavab: Saat əqrəbləri -Şərh: Deyirlər ki, xoşbəxt insanlar saata baxmır.Brodskiy tez-tez görüşüb tez də ayrılan əqrəbləri 2 sevigiliyə bənzədir. -Müəllif: None - -Sual: 9. Uğurlu filmin sujetinin birdən partlaması barədə danışan kinokritik Cim Hoberman X-ı da xatırlayır. X- tapın. -Cavab: Popcorn -Şərh: Popcorn istənilən film sənayesinin ayrılmaz hissəsidir.Sujet qarğıdalı kimi partlayıb popkorna çevrilməlidi. -Müəllif: None - -Sual: 10. Yoji Zaurenin “Paradoks” adlı karikaturasında qara pişik ağzında bu bitkini tutub. Bu bitkini tapın. -Cavab: Yonca -Şərh: 4 yarpaqlı yonca uğur simvolu qara pişik isə uğursuzluq simvolu sayılır. -Müəllif: None - -Sual: 11. Mayn Ridin əsərindəki bir atlı Bunları görəndə azdığını başa düşdü. Bunları tapın. -Cavab: Öz izlərini -Şərh: Öz izlərini görəndə anladı ki, o çevrə boyunca gedir və buradan artıq keçib. -Müəllif: None - -Sual: 12. Qədim Misirdə infeksiyon xəstəlikləri Belə çörək ilə müalicə edirdilər. Belə ilə əvəz edilmişi tapın. -Cavab: Kiflənmiş -Şərh: Müasir dövrdə istifadə olunan antibiotiklər elə kif göbələklərinin alınır. -Müəllif: None - -Səhifə -> 170 | Sual Sayı -> 12 - -Sual: 1. Versiyalardan birinə görə bu inglis felinin mənalarının yaranmasında biri istənilməyən insanların qovulması və sonra mülklərinin məhv edilməsi durur. Bu feli tapın. -Cavab: To fire -Şərh: Onların mülkləri yandırılırdı. İndi isə işlənilən “to get fired” birləşməsi işdən qovulmaq anlamına gəlir. -Müəllif: None - -Sual: 2. Qustav Mayrinkin qəhrəmanı bir qız yaxınlaşarkən artan Bunu zəlzələ ilə müqayisə edir. Bunu bir qısa sözlə deyin. -Cavab: Nəbz -Şərh: Qəhrəman qızı görəndə həyəcanlanır və onun nəbzi ona zəlzələ kimi gəlir. -Müəllif: None - -Sual: 3. Hovard Haqqard yazır ki, Filadelfiyada baş alan sarılıq xəstəliyi zamanı qollarında X olan insanlardan yan keçməyə çalışırdılar.X-ı iki sözlə deyin. -Cavab: Qara sarğı -Şərh: Əgər yaxınlarından kimlərsə ölüblər, deməli onlar da potensial xəstəlik daşıyıcılarıdı. -Müəllif: None - -Sual: Çin atalar sözündə deyilir:Müdrik ayı göstərdikdə, axmaq yalnız Bunu görür. Nəyi? -Cavab: Barmağı -Şərh: Ümid edirik, bir çox komanda bu suala “barmaq qoydu” -Müəllif: None - -Sual: 5. Con Lennonun Remember mahnısını “the fifth of November” sözləri və Bunun səsinin sədaları altında bitir. Bunu tapın. -Cavab: Partlayış -Şərh: Mahnının motivi Barıt sui-qəsdi adlanan Qay Foksun kral 1-ci Yakova hazırladığı uğursuz parlament binasının partlayışına həsr olunub. -Müəllif: None - -Sual: 6. Venesiyada binaların birinin üstündə qızıl qlobusun üstündə balanslaşan X formasında olan Y quraşdılırıb. X və Y-ın eyni hərflə başladığını bilərək hər ikisini deyin. -Cavab: X-Fortuna, Y-Flüger -Şərh: Dəniz ölkəsi küləyin istiqaməti vacib məlumatdır. Çərxi fələk ifadəsi kömək ola bilərdi -Müəllif: None - -Sual: 7. Bu şəxsin karyera zirvəsi kimi Filadelfiyanın qorunması və Raçraviça döyüşünü misal gətirmək olar.Onun soyadını tapın. -Cavab: Kostyuşko -Şərh: Tadeuş Kostyuşko Polşanın, Amerikanın milli qəhrəmanıdır.Amerika azadlıq müharibəsində və Reç Pospolitayanın azadlıq inqilabında iştirak edib. Avstraliyanın ən hündür zirvəsi onun şərəfinə adlandırılıb. -Müəllif: None - -Sual: 8. İosif Brodskiy yazır ki, bu şəhərdə hər şey iki dəfə çox görünür. Bu şəhəri tapın. -Cavab: Venesiya -Şərh: Hər şey suda əks olunduğundan ikiqat görünür. -Müəllif: None - -Sual: 9. Family guy cizgi serialının epizodlarının birində qəhrəman yolunu davam etdirə bilmir,çünki O əlində karandaş yatıb qalıb.Onun peşəsini tapın. -Cavab: Multiplikator -Şərh: Multiplikator yatıb qaldığından yolun davamını çəkib qurtarmamışdı. -Müəllif: None - -Sual: 10. Sevilyalı dovşan cizgi filmində Bags Banni pianinoda ifanı imitasiya edir. Bu zaman onda X əmələ gəlir. X-ı eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Beşinci barmaq -Şərh: Bu onun ifasını rahatlaşdıracaqdı. Adətən cizgi film qəhrəmanlarını 4 barmaqlı təsvir edirlər -Müəllif: None - -Sual: 11. Bir vaxtlar Papua-Yeni Qvineya aborigenləri üçün X öz bədənlərində tatu çəkmək üçün kömək olurdu. Özünü yalnız X maraqlandıran mifogiya personajını tapın. -Cavab: Narçiss -Şərh: Suda əkslərinə baxan aborigenlərə tatu çəkmək daha asan olurdu.Narçiss(Nərgiz) suda öz əksini görmüşdü və ondan sonra onu başqa heç nə maraqlandırmırdı. -Müəllif: None - -Sual: 12. Koreyalılar yerli fast-foodu palli-palli adlandırır.Palli-palli sözünü havay dilinə tərcümə edin. -Cavab: Viki-viki -Şərh: Fast-foodlar tez-tez adlandırılır. Viki sözü də tez mənasına gəlir və vikipediyanın sayəsində məlumatlara necə sürətlə yiyələnə biləciyinizi vurğulayır. -Müəllif: None - -Səhifə -> 171 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialıDəqiqliklə deyin,Lenki Sripaçın bu klipi nəyin reklamında istifadə edilmişdir? -Cavab: Cavab:Microsoft Vindovs 8 -Şərh: Gördüyünüz Everything at once klipi Microsoft tərəfindən yeni əməliyyat sisteminin reklamı istifadə edilmişdir. Arxan fonda gördüyünüz 8 pəncərə elə təzə sisteminin loqotipinə bənzəyir. -Müəllif: None - -Sual: 2. Teyn Zonneveld Hollandiyada süni ALFA düzəltməyi planlaşdırır.O,hesab edir ki, bu zaman yerli velosipedçilərinin işləri daha yaxşı gedəcək.Siz isə Avstraliyanın ən məşhur Alfasının kimin adını daşıdığını tapın. -Cavab: Tadeus Kostyuşko -Şərh: Hollandiyada dağ olmadığından velosipedçilər real yarışa uyğun şəraitlərdə məşq edə bilmirlər. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko adlanır. -Müəllif: None - -Sual: 3. Ramiz Rövşənin bir şeirində belə misralara rast gəlinir:   -Sevgimiz bəri başdan   -daşa toxunub, daşa.   -İkimiz –   -bir yataqda qoşa yata bilmərik,   -İkimiz –   -bir çəməndə otlamarıq baş-başa.   -Şeirin adını yunan mənşəli sözlə deyin. -Cavab: Kentavr -Şərh: Siz məni uzaqdan sevdiniz, xanım,oxşatdınız -at belində çapıb gələn igidə. -Mən kentavram, xanım, – -nə adamam, nə atam; -Adamlar içində – at, -Atlar içində – adam. -Müəllif: None - -Sual: 4. Bir elmi-populyar kitabda yazılır ki,Makedoniyalı İsgəndərin əsgərləri rəqiblərinə daha zəif görünmək Bundan istifadə edirdilər.Bir bloqda məşhur rejissor Tarantinonun “Hateful Eight” filmində Bunlardan vedrələrlə istifadə olunduğu qeyd edilir.Bunu 2 sözlə tapın. -Cavab: Qırmızı boya -Şərh: Əsgərlər qırmızı boya ilə bədənlərinə vurub qan ləkələrinə imitasiya edirdilər və rəqiblər onları yaralı hesab edirdi. Tarantinonun filmlərində qanla dolu səhnələr çoxdu. -Müəllif: None - -Sual: 5. Boşboğazlığa qarşı olan bir sovet karikaturasında yazılmışdı:Budur, 2 qular. X girir, Y isə çıxır. X və Y-ı tapın -Cavab: Milçək,Fil -Şərh: İnsanlar bəzən boşboğazlıq edib milçəkdən fil düzəldə bilirlər. -Müəllif: None - -Sual: 6. Bir amerikan əsərinin qəhrəmanı Betti Orbis adlı personajdan danışarkən deyir ki, bu qız elə X-ı kimi yumrudur.X-ı 2 sözlə tapın. -Cavab: Orbis soyadı -Şərh: Orbis latıncadan tərcümədə çevrə deməkdir. -Müəllif: None - -Sual: 7. Qotik və hard rok janrlarında ifa edən Merlin Menson öz adına Menset adlı absent buraxmağa başladı. Həmin içkinin alkolluğunun neçə faiz olduğunu dəqiqliklə tapın. -Cavab: 66,6 -Şərh: Əsl şeytani rəqəm qəribə deyil ki,Merlin Mensona aid olsun -Müəllif: None - -Sual: 8. 1974-ci ilə aid bir filmin final səhnəsində Aleksey Leonov peyda olur. Öz monoloqunda o,orada keçirdiyi 12 dəqiqəsindən danışır. Dəqiqliklə deyin, harada? -Cavab: Açıq Kosmosda -Şərh: Böyük kosmik səyahət filminin sonunda məşhur kosmanavt Aleksey Leonov gəlir və tarixdə ilk dəfə açıq kosmosda olmağından danışır. -Müəllif: None - -Sual: 9. Antuan Ekzüperi demişdir:Mən yanımdan X-lər kimi keçən ideyaları tuta bilmirəm.Ekzüprinin həmkarının və həmyerlisinin adını daşıdığı turnirdə iştirakçılar X-dən istifadə edirlər.X-ı eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Tennis topları -Şərh: Rollan Qarrosun adını daşıyan France Open tennis turnirində toplardan istifadə olunur. -Müəllif: None - -Sual: 10. Villi Xeyerin sözlərinə görə onlar üçün düşmənləri tapmağa o vaxt geniş yayılan epidemiya kömək eləmişdi.Bir məzəli rəsmdə onlar Stounhecin dağılmasına səbəb kimi göstərilir.Onları 2 sözlə deyin. -Cavab: Angry Birds -Şərh: Donuz qripi oyun yaradılarkən geniş vüsət almışdı. Zarafata görə quşlar hətta Stounheci belə dağıtdılar -Müəllif: None - -Sual: 11. Kütləvi fotoqrafiyanın yayılmağa başlaması dövründə kiçik yaşlı uşaqların şəklini yaxşı çəkə bilmək üçün fotoqraf balaca bir əşyadan istifadə edirdi. Həmin əşya nə formasında idi? -Cavab: Quş -Şərh: ”Bax,indi oradan quş çıxacaq” ifadəsi də elə yaranıb. -Müəllif: None - -Sual: 12. Bir sosial reklamda plakatında iki demək olar ki, eyni ölçülü əşya təsvir olunub.Onlardan biri-patronun altında “Tez” sözünü görmək olar.Bunun altında isə “Yavaş” sözünü. Bunu tapın. -Cavab: Siqaret -Şərh: Plakat siqaret ələyhinə idi. Güllələr insanı nə qədər tez öldürsə də, siqaret də o qədər yavaş öldürür. -Müəllif: None - -Səhifə -> 172 | Sual Sayı -> 12 - -Sual: 1. Boris Akuninin bir əsərində qəhrəman zamanda səyahət edir.Fəsillərin birində qəhrəman mürəkkəb bir vəziyyətə düşür.O, nəyin baş verdiyini, harada olduğunu və hansı dövrə düşdüyünü tapmağa çalışır.Həmin fəsilin adını 3 sözlə deyin. -Cavab: Nə?Harada?Nə zaman? -Şərh: Personaj özünə təxminən eyni sualları verir. -Müəllif: None - -Sual: 2. 1853-cü ildən 1860-cı ilə qədər Frederik və Uliss qardaşlarını X adlandırmaq olardı.X 1868-ci ildə çap edilmiş fransız əsəridir.X-ı tapın. -Cavab: Kapitan Qrantın uşaqları -Şərh: Onlar məşhur Amerika prezidenti o vaxt isə kapitan olan Uliss Qrantın uşaqları idi. -Müəllif: None - -Sual: 3. Bir filmdə meksikan ordusunun bir qalanı mühasirə etməsi təsvir olunub.Gecə vaxtı casuslar qalaya məlumat göndərmək istədikdə Birincidən İkinci kimi istifadə edirlər.Birinci və İkinci əcnəbi mənşəli sözlərlə deyin. -Cavab: Sombrero, frisbi -Şərh: Məktuba sombreronun içinə qoyub qalaya frizbi kimi atırdılar. -Müəllif: None - -Sual: 4. Petr Kapulinskiy birinin İnternetdə tanış olmayan bir məlumat gördükdə etdiyi hərəkətlər haqda danı��arkən bir məşhur ifadəni bir hərf dəyişməklə işlədir. Həmin ifadəni dəyişilmiş şəkildə yazın. -Cavab: Veni,Vidi,Wiki -Şərh: Qəribə deyil ki, yeni məlumatı çoxu Vikipediyadan oxuyur. -Müəllif: None - -Sual: Alfa-Qammanın əşyalarına hələ 1500 il toxunmaq təhlükəlidir.Alfa-Qammanın -kim olduğunu tapın. -Cavab: Maria Skladovskya-Küri -Şərh: Radioaktiv elementlə zəngin olan əşyalar təhlükəli hesab olunurlar. Əvəzləmə onun ikili soyadına işarə idi. -Müəllif: None - -Sual: 6. Güləşçi Aleksandr Karelin demək olar ki, məğlubiyyət üzü görməyib.O xatırlayır ki, bir dəfə oğlu təəccüblə soruşur:Ata, o niyə ağdı? Onu bir sözlə yazın. -Cavab: Medal -Şərh: Buna qədər uşaq yalnız sarı medallar görüb. -Müəllif: None - -Sual: 7. Fransız yazıçı Mari Ndayın qəhrəmanı X-dən Y-ə bilet almaq istəyir. X və Y-birləşdirən yarış isə 1978-ci ildən keçirilir. X və Y-ı tapın. -Cavab: Dakar, Paris -Şərh: Yazıçının soyadından bilmək olar ki, o afrikan köklüdür.Məşhur Paris-Dakar rallisi hər il keçirilən böyük avtomarafondur. -Müəllif: None - -Sual: 8. Rumıniyalı yarımmüdafiəçi Dorinelu Muntyanunun 39 yaşı var lakin, o hələ də professional karyerasını davam etdirir.Buna görə də azarkeşlər ona formasındakı X-ı 90 dərəcə çevirməyi məsləhət görür.X-ı tapın. -Cavab: 8 rəqəmini -Şərh: Beləliklə, sonsuzluq işarəsi alınacaq. -Müəllif: None - -Sual: 9. Bir məşhur şirkətinin yaradıcılarından biri demişdi ki, onların loqotipləri söz oyunundan yaranıb.Belə ki, “bite” feli həm də dişləmək mənasına gəlir.Həmin şirkəti tapın. -Cavab: Apple -Şərh: Bayt həm də informasiya vahididir. Loqotipdəki dişlənmiş alma əbəs yerə deyil. -Müəllif: None - -Sual: 10. Marsel Marsonun pantomimlərindən biri Küləyə qarşı getmək adlanır.Kim keçən əsrin 80-ci illərində bu pantomimin texnikasını mənimsəmişdir? -Cavab: Maykl Cekson -Şərh: Onun məşhur “Ay yerişi” həmin pantomimdən ilhanlanaraq yaradılmışdır. -Müəllif: None - -Sual: 11. Cerom Klapka Ceromun əsərində bir ailənin evinin divarındakı rəsmdə Adəm torpağı qazır və Həvva isə onu sulayır.Bu rəsmdə mərkəzi hissəni nə tutur? -Cavab: Geneloji ağac -Şərh: Böyük ailənin bütün nəsilləni göstərən ağacda onların Adəmlə qohumluqları olduğu göstərilir. -Müəllif: None - -Sual: 12. Bilbao şəhərində funiklyorda standart qadağan edici işarənin yanında üzərində + və - olan əlavə işarə də var. Dəqiqliklə deyin,həmin işarə nəyi qadağan edir? -Cavab: Elektron siqaretləri çəkmək -Şərh: Orada hətta elektron siqaretləri çəkmək qadağandır. -Müəllif: None - -Səhifə -> 176 | Sual Sayı -> 12 - -Sual: 1. Bu yaxınlarda Suriya kəndlərində uşaqlar Onlarla şəkil çəkdirib “bizi tapıb xilas edin” başlığı ilə sosial şəbəkələrdə paylaşdılar.Onlar ilk dəfə 1997-cı ildə ekranlarda görünüb. Onları eyni hərflə başlayan 2 sözlə tapın. -Cavab: Pokemon personajları -Şərh: Pokemon Go oyunun məşhurluq qazanmasından sonra Suriya uşaqlar onların vasitəsilə diqqət cəlb edib xilas olunmaq istədilər.İlk Pokemon seriyası da 1997-ci ildə yayımlanıb -Müəllif: None - -Sual: 2. Bir elmi sayta inansaq bu şəxs çox diqqətli idi və yalnız bir ayağını qaldırmışdır. Onun kim olduğunu tapın. -Cavab: Arximed -Şərh: Versiyaya görə, o öz qanununu çimərkən kəşf edib və yalnız bir ayağını çıxardığı suyun həcminə fikir verib. -Müəllif: None - -Sual: 3. II Elizavetanın bəzi portleri şahzadə Diana üçün məzəli gəlirdi. Diana onları çəhrayı kraliça, mavi kraliça, boz kraliça adlandırırdı. Bəs biz bu portleri harada görə bilərik? -Cavab: Funt sterlinqlərdə -Şərh: Britaniyanın pul vahidlərinin üzərində qəribə deyil ki, kraliçanın şəkli var. -Müəllif: None - -Sual: 4. Onların dayanıqlığını saxlamaq üçün 100 qul dayanmadan qaldırıcı çarxı fırladırdı. Avropada onun adında şəhər görmək olar. Bəs biz onun adında hansı xüsusi isimdən istifadə edirik? -Cavab: Semiramida -Şərh: Asma bağlar 4 mərtəbədən ibarət piramidavari tikilidir. Avropada ona Babilin asma bağları deyirlər. -Müəllif: None - -Sual: 5. Qobi səhrasında yaşayan dəvələr ilboyu bir neçə ay ərzində öz su ehtiyatlarını doldurmaq üçün X-ı yeyirlər. X adlı əsər 2002-ci ildə yazılıb. Həmin əsərin müəllifini tapın. -Cavab: Orxan Pamuk -Şərh: Dəvələr qışda qarla qidalanaraq yaya su ehtiyatı doldururlar. -Müəllif: None - -Sual: 6. Kioto metrosunun çıxışında pilləkənlərin üzərində mənfi ədədlər qeyd olunub. Hər pillədəki ədəd X-ın onda birini simvolizə edir. X-ı mürəkkəb əcnəbi sözlə deyin. -Cavab: Kilokalori -Şərh: Ədədlər hər pilləkəni qalxdıqda itirilən kilokaloriyanı bildirir. -Müəllif: None - -Sual: 7. Bir çizgi filmində İKS ölümün ev heyvanı olur çünki, ölüm onunla heç nə edə bilmir. Əvvəlki cümlədə buraxılmış hərfləri tapın. -Cavab: Fen -Şərh: Məşhur əfsanəvi quş öz külündən doğulur. Ona görə də hətta ölüm belə ona düşmən deyil. -Müəllif: None - -Sual: 8. Keçən əsrin 60-ci illərində o, ilk dəfə İtaliyaya gələndə milanlılar onu Mikele adlandırmağı üstün tutdular çünki, onun əsl adı italyanlılar üçün çətin diktatura dövrü ilə assosiya olunurdu. Onun kim olduğunu tapın. -Cavab: Müslim Maqomayev -Şərh: Müslim adı italyanlılara Mussolini soyadını xatırladırdı. Maqomayev bir neçə dəfə İtaliyada qastrolda olub. -Müəllif: None - -Sual: 9. Qətl yerinə yetirdikdən sonra Stiven Kinqin bu yaxınlarda çıxmış əsərinin personajı dəhşətlə onu fikirləşir. Demək olar ki, onun rolunu filmdə Mensfild oynayıb. Onu tapın -Cavab: Şouşenk -Şərh: Kinq yeni əsərində köhnə şedevrinə allüziya edir. Məşhur filmdə çəkilişlər Mensfild həbsxanasında aparılmışdır. -Müəllif: None - -Sual: 10. FİFA-nın Konfederasiyalar Kubokunun bir matçında Taiti yığmasının bir oyunçusu qapının qarşısında olarkən zərbə yerinə topu yavaşca qabağa ötürdü. Bu epizoda olan şərhdə X xatırlandı. X adətən digərlərdən aşağıda olur. Bəs harada? -Cavab: Joystick -Şərh: Oyunçu qapıya zərbə endirmək yerinə pas ötürdü. Məşhur futbol simulyatorlarında X düyməsi ötürmə vermək üçün istifadə olunur. -Müəllif: None - -Sual: 11. ONUN sahəsi o qədər böyük olmasa da, daxilində OKEAN-a da yer var. ONDAN hər il yüz minlərlə avro xeyir götürürlər. Biz ONA neçə yolun apardığını soruşmuruq, ONU iki sözlə ifadə etməyinizi istəyirik. -Cavab: “Trevi” fontanı -Şərh: Qədim inanca əsasən əgər Trevi fontanına qəpik atsanız, mütləq Romaya qayıdacaqsınız. Şəhər icra hakimiyyəti də bundan istifadə edərək illik gəlir götürür və xeyriyyəçilik edir. Fontanın ortasında Okeanın heykəli var, Trevi sözü isə “Üç yol” deməkdir. -Müəllif: None - -Sual: 12. 1940-ci ilin qışında havanın temperaturu -40 C-yə çatanda Onlar ağızlarını qar ilə doldururdular. Onları tapın. -Cavab: Snayperlər -Şərh: Belə soyuq havada insan nəfəs alarkən buxar çıxacaq və bu snayperin yerləşməsi ilə bağlı məlumatı yaya bilər. -Müəllif: None - -Səhifə -> 177 | Sual Sayı -> 12 - -Sual: 1. Bir fotokollajda 3 şəxs təsvir olunub və müfaviq olaraq dünyanın yaranması, 1687-ci il və 1976-ci il yazıları görünür. Bu şəxslərin yanında təsvir olunan ortaq əşyanı tapın. -Cavab: Alma -Şərh: Adəm, Nyuton və Stiv Cobs öz “alma”ları ilə məşhurdur. -Müəllif: None - -Sual: 2. Bir versiyaya görə Uilyam Uillet qolf oynamağı çox sevirdi lakin işini gec qurtardığından axşam bir partiya oynamağı çatdırmırdı. Buna görə də o, aprelin hər bazar günü 20 dəqiqəlik bunu etməyi təklif etdi. Bunu etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Saatları qabağa çəkmək -Şərh: Uillet işi gec qurtardığından axşam qaranlıqda oynaya bilmirdi. -Müəllif: None - -Sual: 3. Kilsədə oturan müasir serialın qəhrəmanı darıxır. O, təəssüflə qeyd edir ki, səxavətə aid bütün söz-söhbətlərə baxmayaraq BU yenə də var. Yanında əyləşənlər isə ona “İsus” və “Opus dei” kimi variantlar təklif edir. Bunu 2 sözlə deyin. -Cavab: Wi-Fi-ın şifrəsi -Şərh: Qəhrəman internetə qoşulmaq istəyir lakin görür ki, Wi-Fi şifrələnib. -Müəllif: None - -Sual: 4. Loqorama adlı multfilmdə Kaliforniya vadisindəki kaktuslar Bunun emblemi formasında təsvir olunub. Bunu 3 simvolla yazın. -Cavab: USB -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Paylama materialıSüni dil klingonda mon və gogh kimi sözlər var. Bəs onların mənası nədir? -Cavab: Təbəssüm, qulaq -Şərh: Mona Lizanın təbəssümü və Van Gogun qulağı. -Müəllif: None - -Sual: 6. XIX əsrin əvvəlində misirli bəy Fransaya qeyri-adi hədiyyə göndərdi. Onu çatdırmaq üçün gəminin göyərtisində xüsusi deşik açılmalı oldu. BU hədiyyəni tapın. -Cavab: Zürafə -Şərh: Başqa cür zürafə gəmiyə yerləşmirdi. -Müəllif: None - -Sual: 7. Luis Kerrolun çox da savadlı olmayan qəhrəmanı hesab edir ki, onların sayı 40-dır. Mixail Etelzon təbiətin virtuozluğundan danışarkən zebranı onlarla müqayisə edir. Onları 2 sözlə tapın. -Cavab: Fortepianun klavişləri -Şərh: Qəhrəman elə bilir ki, fortepiano sözündə forty sözü var. -Müəllif: None - -Sual: 8. Bir vaxtlar Yaponiyada onlardan təkcə əyləncə məqsədi ilə istifadə olunmurdu. Onlardan reklam vermək məqsədi ilə istifadə olunurdu həmçinin bir dəfə böyük ölçüdə olan Onlardan hündür binanı təmirində istifadə olunub. Onları 1 sözlə yazın. -Cavab: Çərpələng -Şərh: Səmada tam rahat göründüyündən çərpələngdən reklam üçün istifadə olunurdu. Təmir zamanı böyük çərpələnglər həm də müvəqqəti dayaq rolunu oynaya bilərdi. -Müəllif: None - -Sual: 9. Simpsonlar serialının başlanğıcında Bart adətən məktəb lövhəsində hansısa bir frazanı yazır. Amma bir epizodda o, təkcə lövhə ilə kifayətlənmir. Bundan sonra güman ki, Bristolda doğulan bir şəxs xatırlanır. Onun kim olduğunu tapın. -Cavab: Benksi -Şərh: Bart həm də divarda yazılar aparmışdı. Benksi dünyaca məşhur qraffiti ustasıdır. -Müəllif: None - -Sual: 10. Maraqlıdır ki, Qızılqum səhrası üçün işlənilən bu söz adətən daha münbit ərazini adlandırmaq üçün istifadə olunur. Həmin ərazinin adını yunan mənşəli sözlə yazın. -Cavab: Mesopotamiya -Şərh: Qızılqum səhrası Amudərya və Sırdərya çaylarının arasında yerləşir. -Müəllif: None - -Sual: 11. İki insanın görüşən zamanı əllərini baş səviyyəsində bir-birinə çırpması High Five adlanır. Siz isə onun defislə yazılan bir sözdən ibarət və fiziki kontaktın olmayan növünün adını deyin. -Cavab: Wi-five -Şərh: Wi-Fi simsiz şəbəkə yaratmaq üçündür. Bu cür salamlaşma da toxunuşsuz olduğundan belə ad alıb. -Müəllif: None - -Sual: 12. Nümunəvi tələbə və hüquqlara hörmətlə yanaşan vətəndaş olan Ross Ulbrixt özünə ləqəb götürdü, qeyri-leqal biznez açdı və hətta öz partnyorlarını öldürməyi belə planlayırdı. Maraqlıdır ki, Ulbrixt Onun efirə getməsində bir neçə gün sonra həbs olunub. Onun Fe-li-na-dır. Onu tam dəqiqliklə tapın. -Cavab: Breaking Bad serialının son epizodu -Şərh: Ulbrixtin hekayəsi Valter Vitın hekayəsinə çox bənzəyir. Felina adında 3 kimyəvi elementin işarələnməsi görünür. Felina həm də finale sözü ilə anaqrammdır. -Müəllif: None - -Səhifə -> 178 | Sual Sayı -> 12 - -Sual: 1. Tısbağa çanağının qıraqlarında buynuzvari maddələr var. Ona görə deyirlər ki, tısbağa çanaqlarının X-ı var. X-ı 2 sözlə tapın. -Cavab: İllik halqalar -Şərh: Yaşa dolduqca çanaqdakı maddələr artır və tısbağanın yaşını müəyyən etmək olur. -Müəllif: None - -Sual: 2. Yazıçı-publisist Mehriban Vəzir bir məqalədə özünün 90-cı illərə qədər yazdığı bir hekayədən danışarkən, hekayədə X-ə bənzəyən incə, gözəl, lakin boynu bir az bükük qadın təsvir etmişdir. X-in nə olduğunu tapın. -Cavab: Qərənfil -Şərh: 1990-cı il 20 yanvar faciəsi haqqında yazılmış hekayədən söhbət gedirdi. O dövrə kimi isə qərənfil matəm gülü hesab olunmurdu. -Müəllif: None - -Sual: 3. Bir çin nağılının qəhrəmanı nəhənəg qartalın yumurtasını sındırdı. Nəticədə 2 obyekt yarandı- Çinxay və Bu. Bunu tapın. -Cavab: Xuanxe çayı -Şərh: Yumurtanın ağı və sarısı dağıldı. Nəticədə Çinxay gölü və sarı çay mənasına gələn Xuanxe çayı yarandı. -Müəllif: None - -Sual: 4. XX əsrin I yarısında Nyu-Yorkun Ellis adasının sahəsi Buna görə təxminən 8 dəfə artdı. BU təxminən 100 il əvvəl başlayıb və indiyə qədər davam edir. Bunu tapın. -Cavab: Nyu-York metrosunun tikintisi -Şərh: Qazıntı nəticəsində qalan torpağı Ellis adasına göndərirdilər. -Müəllif: None - -Sual: 5. Müvafiq olaraq bir neçə krala qulluq etmiş Corc Martinin bir personajına öz gerbinə Bunu əlavə etməyi təklif edirlər. Onun esperanto dilində adlarının biri ventokoko adlanır. Onu bir əcnəbi mənşəli sözlə yazın. -Cavab: Flüqer -Şərh: Personaj hər dəfə bir tərəfə istiqamətini dəyişir. Ventilatio və koko sözləri müvafiq olaraq havalandırma və xoruz deməkdir. -Müəllif: None - -Sual: 6. Denis Smolyanovun fikrincə əgər Birinci Dünya müharibəsi olmasa idi Ferdinand balaca bacı- Mayanı da məşhur edəcəkdi. Siz isə böyük bacının adını tapın. -Cavab: Mersedez -Şərh: Maya adlı maşının layihəsi hazır idi lakin müharibə onu gerçəkləşdirməyə imkan vermədi. Ferdinand Porşe, Maya və Mersedes isə Emil Ellinekin qızları idi. -Müəllif: None - -Sual: 7. X Derbi komandası yalnız 1881-ci ildən 1891-ci ilə qədər mövcud olub sonra isə başqa klubla birləşdi və X-də x olmadı. X ilə əvəz etdiyimiz sözü tapın. -Cavab: Derbi -Şərh: Əvvəl Derbi şəhərində 2 klub var idi və Derbi derbisi görmək olardı. -Müəllif: None - -Sual: 8. Versiyalardan birinə görə Onun adı qədim yunan sözü olan ayges yəni dalğa sözündən yaranıb. Bəs daha populyar versiyaya görə o kimin şərəfinə adlandırılıb? -Cavab: Egey -Şərh: Əfsanəyə görə, Egey öz oğlu Teseydən xahiş edir ki, sağ qalsa yelkənlərin rəngini dəyişsin. Lakin Tesey bunu yadından çıxarır və Egey bunu görüb özünü suya atır. -Müəllif: None - -Sual: 9. Egey dənizindəki bir adada bir abidə var. Abidədə insan fiquru və təxminən 53 dərəcə əyilən bir metal hissə var. Həmin hissənin nəyi simvolizə etdiyini bir yunan mənşəli sözlə yazın. -Cavab: Hipotenuz -Şərh: Söhbət Samos adasındakı Pifaqora qoyulan abidədən gedirdi. -Müəllif: None - -Sual: 10. X formasında hazırlanmış bir dizayner işarəsi döşəmənin yaş olduğunu bildirir. X-ı 2 sözlə yazın -Cavab: Banan qabığı -Şərh: Banan qabığı üstündə sürüşmək filmlərdə olan tipik səhnədir. -Müəllif: None - -Sual: 11. Henrix Mxitaryanın Qəbələ ilə oyunu buraxması haqda olan məqalədə X xatırlanır. Digər X-ın loqotipində olan rənglər Kaliforniyanın mavi səması və qızılı təpələrini simvolizə edir. X-ı tapın. -Cavab: Viza -Şərh: Futbolçuya ölkəyə giriş üçün viza verilmirdi. İkinci hissədə isə ödəmə sistemindən söhbət gedirdi. -Müəllif: None - -Sual: 12. Buna olan sevgisinə bəraət qazandıran Oskar Uayld deyirdi ki, Tanrı insanlara buludların arxasından görünür. Bunu tapın. -Cavab: Siqaret -Şərh: Həmçinin Oskar da insanlara siqaret dumanın arxasından görünürdü. -Müəllif: None - -Səhifə -> 179 | Sual Sayı -> 12 - -Sual: 1. Corc Martinin əsərlərinin birində bir X-ə öz qəribə xüsusiyyətinə görə "sərxoş" adının vermişdilər. Bu xüsusiyyəti daşıyan ən məşhur X-ı tapın. -Cavab: Piza qülləsi -Şərh: Qüllə əyildiyindən onu sərxoş adlandırıblar. Piza qülləsi dünyada ən məşhur əyilmiş tikilidir. -Müəllif: None - -Sual: 2. Dovşan kürd dilində “karquşk” deməkdir. Bu söz “kar” və “qu” sözlərindən əmələ gəlib. Birinci söz eşşək deməkdir. Siz isə ikinci sözün mənasını tapın. -Cavab: Qulaq -Şərh: Dovşan sözü kürdlərdə “eşşək qulaqlı” deməkdir. -Müəllif: None - -Sual: 3. İrland Neyl Şini Xartford xokkey klubunda çıxış edərkən öz sviterinin köməyilə ilə original olaraq öz etnik köklərini vurğulaya bilmişdir. O bunu necə etmişdir? -Cavab: 0 rəqəmini götürdü -Şərh: Adətən irlandların soyadında 'O' hissəciyi olur. -Müəllif: None - -Sual: 4. Zulu dilində “səs-küy çıxarmaq” necə tərcümə olunur? -Cavab: Vuvuzela -Şərh: 2010-cu il dünya çempionatında məşhurlaşan vuvuzelalar çoxlu səs-küy salaraq hamının baş-beyinini aparmışdır. -Müəllif: None - -Sual: 5. Coloretto adlı oyundakı kartların hər birinin üzərində hansı canlı təsvir olunub? -Cavab: Xameleon, buqələmun -Şərh: Oyunun adından da bilmək olar ki,müxtəlif rənglər onun böyük hissəsini təşkil edir. -Müəllif: None - -Sual: 6. Rey Bredberinin bir hekayəsində imperator BUnu çöllərin arasından keçən nəhəng ilana bənzədib. Bunu 3 sözlə tapın -Cavab: Böyük Çin səddi -Şərh: İmperator və ilan sözləri söhbətindən Çin haqda olduğunu sizə çatdırmalı idi. -Müəllif: None - -Sual: 7. Kung Fu Panda 2 filmində baş qəhrəman ilə atası arasında bir probem yaranır. Bunu şərh edən personajlardan biri deyir ki, "Mənim isə heç vaxt atamla problemim olmayıb". Həmin personajı tapın. -Cavab: Dəvədəlləyi -Şərh: Dişi dəvədəlləyi erkək ilə cütləşdikdən sonra onun başını dişləyib öldürür. -Müəllif: None - -Sual: 8. Paylama materialı"X took our x"Finlandiyanın baş naziri Alexander Stubb keçən il Finlandiyada işsizliyin artması ilə bağlı rekvizitdəki ifadəni işlətmişdir. Siz isə X-ı tapın. -Cavab: Jobs -Şərh: Finlandiyanın ən böyük şirkəti olan Nokia ölkənin iqtisadiyyatında ciddi yer tutur. Apple-ın marketdə Nokianı üstələməsi Nokianın bir çox işçilərini ixtisara salmasına səbəb olur. Alexander Stubb isə buna görə Apple-ın yaradıcısını günahlandırır. -Müəllif: None - -Sual: 9. Petrarka yazırdı ki, söz insan ruhunun ilk İKS-idir. Silviya Plattın şerində İKS düzbucaqlı kiçik ilahın gözüdür, nəyi görürsə, dərhal udur. İKS-lə əvəz edilmiş sözü tapın. -Cavab: Güzgü -Şərhlər: None -Müəllif: None - -Sual: 10. CAR-da yerləşən restoranlardan birində küncüt dənələrinin köməyi ilə hamburgerlərin tərkibini onun üzərinə yazırlar. Bu barədə məlumatda 1809-cu ildə anadan olmuş bir avropalı da xatırlanır. Həmin şəxsin soyadını tapın. -Cavab: Brayl -Şərh: Brayl şrifti ilə yazılmışdı. -Müəllif: None - -Sual: 11. 2006-cı ilin Avroviziya Mahnı Müsabiqəsində “Lordi” qrupu qalib gəldi. Bəs həmin vaxt yaranan bir internet zarafatında 2007-ci ildə yarışmanın keçiriləcəyi şəhərin adına hansı hərfi əlavə etmişdilər? -Cavab: L -Şərh: HeLLsinki (“hell” sözü ingilis dilində “cəhənnəm” deməkdir). Qaydalara görə Eurovision-ın finalı ötən il qalib gəlmiş ölkədə keçirilir. -Müəllif: None - -Sual: 12. Onore de Balzak demişdir: vəkillər, həkimlər və ONLAR bir qədər abırsız olurlar. Çünki, onlar həmişə insanların səhvləri və günahları haqda başqalarından daha çox bilirlər. Onlar kimdir? -Cavab: Keşişlər -Şərh: Bir çox insanlar günahlarını keşişlərə danışır və belə yolla öz günahlarını yumağa çalışırlar. -Müəllif: None - -Səhifə -> 183 | Sual Sayı -> 10 - -Sual: 1. Paylama materialıJanitorRekvizitdə gördüyünüz sözlə qədimdə məhz bu peşə nümayəndələrini adlandırırdılar. Hansı? -Cavab: Qapıçı -Şərh: Janitor sözü yanvar sözü ilə eyniköklüdür və qapı mənasını verir. Biz də turnirimizin ilk sual olaraq otellərin girişindəki qapıçılar - qapıaçanlar ilə başladıq. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Avropanı turist kimi gəzən Robin Esrok burada bir gecə keçirməli olub. Esrok zarafatla deyir ki, gecə mutanta çevrilməkdən qorxurdum. Tələbatı nəzərə alan turizm şirkətləri fotoqraflar üçün buraya xüsusi turlar təşkil edir. Söhbətin haradan getdiyini tapın. -Cavab: Çernobıl -Şərh: Esrok yüksək radiasiyaya işarə edirdi. Qəzadan sonra Çernobıl tərk edilmiş ərazi olsa da turistlərin daim maraq dairəsindədir və bu səbəbdən ora turist səfərlərinin təşkil olunması ilə məşğul olan şirkətlər də mövcuddur. İnternetdə yəqin siz də Çernobılda çəkilmiş fotolara rast gəlmisiniz. -Müəllif: Emin Məsimli - -Sual: 3. XIX əsrdə BUNUN patentini alan Pris Consa rus ordusuna BUNDAN 60.000 ədəd hazırlaması üçün sifariş gəlmişdi. 1966-cı ilə aid filmdə baş qəhrəmanı BUNUN içərisində qaçırdırlar. BUNU cavab kartınıza yazın. -Cavab: Yataq torbası -Şərh: Pris Cons müasir dövrdə səyahətin (camping, hiking və s.) ayrılmaz elementlərindən olan yataq torbalarının ilkin variantlarından birinin yaradıcısıdır. Daim hərəkət halında olan ordu üçün bu torbalar çox əlverişli idi. “Qafqaz əsiri” filmində Ninanı yataq torbasındaca oğurlayırlar. s -Müəllif: Emin Məsimli - -Sual: 4. Culian Portis “İKSLƏR aşağı” adlı araşdırma-məqaləsində film və ədəbiyyatda təsvir olunan qatil sürücü obrazlarının ABŞ cəmiyyətində qorxuya səbəb olduğunu yazır. İKSİ iki eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Baş barmaq -Şərhlər: None -Müəllif: Emin Məsimli - -Sual: 5. Türkiyədə və başqa ölkələrdə bir xidmətin adı ALFALARIN təbəssüm yaratması ilə əlaqələndirilib. Ölkəmizdə keçən il istifadəyə verilən xidmətin adı isə bir yerə gətirəcəyiniz ALFALAR anlamını daşıyır. Sonuncunu yazın. -Cavab: UniMiles -Şərh: Türkiyədəki oxşar xidmət Miles & Smiles adlanır. UniMiles kartları ilə də siz milləri toplayaraq istədiyiniz ölkəyə səyahət edə bilərsiniz. -Müəllif: Babək Qasımzadə - -Sual: 6. Paylama materialıQarşınızda Beach Boys qrupunun mahnılarından birinin posteridir. Versiyaya görə, ilk dəfə 2003-cü ildə istifadəyə verilən bu proqram təminatının adı həmin mahnıdan təsirlənərək seçilib. Söhbətin nədən getdiyini tapın. -Cavab: Safari -Şərh: Beach Boys qrupunun mahnısı "Surfin` Safari" adını daşıyırdı. Posterdə də sörfinqə hazırlaşan qrup üzvlərini görürsünüz. Apple-ın məşhur Safari brauzerinin öz adını veb-sörfinqə uyğun olaraq bu mahnıdan götürdüyü iddia edilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Norveç, İsveç, Hollandiya kral ailələrinin Danimarka kraliçası II Marqretenin 70-ci ad günü üçün planlaşdırlan Kopenhagen səfərinin uzanması; -Vişvanatan Anandın Veselin Topalovla baş tutacaq DÇ-yə gecikməsi; -Devid Attenboronun Svalbardda məcburi gecələməsi və s.   Eşitdiyiniz məlumatlara ALFA məqaləsində rast gəlmək olar. ALFA adını daşıyan filmin əvvəlində filmin adı hecalara bölünərək göstərilir. ALFANI yazın. -Cavab: Eyyafyadlayokudl -Şərh: Eşitdiyiniz bütün hadisələr 2010-cu ildə Eyyafyadlayokudl vulkanın püskürməsi ilə Avropada planlaşdırlan təyyarə səyahətlərinin təxirə getməsi ilə bağlı idi. Eyni adı daşıyan fransız komediya filmində vulkanın adını tələffüz etmək çətin olduğundan filmin adı hecalara bölünərək göstərilmişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. Açıq səma altında yalnız yatağın təklif olunduğu müəssisələrin ümumi adında bu sözə də rast gəlmək olar. 2010-cu illərə aid mənbədə adında bu söz olan personaj işə yeni başlamışdı. Həmin personajı tapın. -Cavab: Zero Mustafa -Şərh: Açıq havada yerləşən və xüsusi, özəl bir heç bir xidməti özündə ehtiva etməyən müssələr sıfır ulduzlu otellər – “zero star hotel” adlanır. Ves Andersonun "Grand Budapest Hotel" filmində isə təcrübəsiz və işə yeni başlayan personaj Zero Mustafa idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 9. Bir mahnının sözlərini dinləyin: -  "Daimi fasilələrə inanıram, -  Roma tətilləri kimi. -  Nəfəs almaq üçün tez-tez dayanıram, -  ALFAYA qalxan kimi". - -  Eşitdiyiniz mətndə ALFA ilə iki söz əvəz edilib. Rik Riordanın ALFANI görmək istədiyini söyləyən personajına digər personaj "Meksikan yeməyi yemək üçün Çinə getmək" sözləri ilə reaksiya vermişdi. ALFANI yazın. -Cavab: İspan pilləkənləri -Şərh: İtaliyanın ən məşhur yerlərindən biri "Roma tətilləri" filmindən də tanışan olan İspan pilləkənləridir. Mahnıda da həm filmə, həm də pilləkənlərə alluziya var. -Rik Riordanın hekayəsində isə İspan pilləkənlərini görmək üçün İtaliyaya getmək istəyən personaja digər personaj sualda qeyd edildiyi tərzdə cavab vermişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Perudakı Naska xətlərinin yerləşdiyi əraziyə gələn turistlər üçün nəzərdə tutulan xidmətdən danışarkən Lois Fridlander, XVIII əsrdə doğulan fransızların soyadını çəkir. Həmin soyadı cavab kartına yazın. -Cavab: Monqolfye -Şərh: Naska xətlərini və ətraf əraziləri daha aydın görmək üçün siz hava şarından istifadə edə bilərsiniz. Bir versiyaya görə, Naska xəttlərinin yaradılmasında hava şarından istifadə edilib. Səyahət haqda olan kitabın bir bölməsi müxtəlif ölkələrdə turistlərin hava şarından istifadə etmə imkanı haqdadır. Monqolfye qardaşları hava şarının ixtiraçıları sayılırlar. -Müəllif: Emin Məsimli - -Səhifə -> 186 | Sual Sayı -> 8 - -Sual: 1. Yer planeti ilə yadplanetlilər arasında baş verən müharibədən bəhs edən romanlardan birində UNO-dan düşən yadplanetli əsərin ilk cümləsi kimi bu sözü işlədir. Bu söz keçən əsrin II yarısında işlənmiş sözün əksidir. Həmin sözü yazın. -Cavab: Gəldik -Şərh: Romanda hadisələr yer ilə yadplanetlilər arasında baş verir. Yer sakinləri lazimi texnoloji səviyyəyə gələ bilmədiklərindən onları qorxu hissi bürüyüb. Yerə düşən yadplanetli UNO-dan çıxaraq "Gəldik" sözünü işlədir. Maraqlıdır ki, romanda hadisələr 2061-ci ildə cərəyan edir. 1961-ci ildə isə Yuri Qaqarin "Getdik" sözünü deyərək kosmos səyahətimizə belə demək olarsa start vermişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. XV əsrdən başlayaraq yağlı boya rəssamlığının çiçəklənməyə başlaması tempera texnikasından istifadənin tədricən yoxa çıxması ilə nəticələnmişdir. Bu zaman Maksim Kantor temperanı “rəssamlığın ALFA”sı adlandırmışdır. ALFAnı iki sözlə cavab kartınıza yazın. -Cavab: Latın dili -Şərh: Adətən XV əsrə qədər tempera texnikasından əsasən kilsə divarlarındakı ikonalarda müqəddəslərin, İncil personajlarının təsvir edilməsində istifadə olunurdu. Bu zaman Maksim Kantor temperanı həmin dövr rəssamlığının latın dilisi olmasını və zaman keçdikcə artıq “öldüyünü” bildirmişdir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 3. Paylama materialıQarşınızdakı şəkil ötən əsrin sonlarına aid bir mərasimdəndir. Bir dəqiqədən sonra həmin şəxsin kim olduğunu tapın. -Cavab: Entoni Hopkins -Şərh: 1991-ci ildə "Quzuların səssizliyi" filmində canlandırdığı Hannibal Lekter roluna görə Oskar qazanmış Entoni Hopkins mükafatı qazandıqdan sonra, sanki oskar heykəlciyini də yeyəcəkmiş kimi poza verərək şəkil çəkdirmişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 4. Animelərin birində uzaqda olan sevgilisinin səsini eşitməyi nigaran halda gözləyən qəhrəman “Sənə verdiyim sevgini geri qaytarmalısan” cümləsini işlətdikdən sonra ALFAnı xatırlayır. 1962-ci ildə keçirilmiş “XXI əsr” adlı dünya sərgisində “Touch Tone” [Taç Toun] ticari brendinin sərgilənməsindən sonra ALFAya maraq azalmışdı. ALFAnı bir neçə sözlə deyin. -Cavab: Fırlanan tuşlu telefon -Şərh: Bildiyimiz kimi, fırlanan tuşlu telefonların nömrələrin çevirdikdən sonra o yenidən geri qayıdır. Öz sevgilisinin yolunu gözləyən və sevgilisinin səsini eşitmək üçün ardıcıl zənglər edən qəhrəman “Sənə verdiyim sevgini geri qaytarmalısan” sözlərini danışarkən fırlanan tuşlu telefon xatırlanır. -Müəllif: Farid Nəsirulla - -Sual: 5. Mikroneziyada yerləşən Yap adasının sakinlərinin inancına görə, adanın -ilk sakinləri İKSdən peyda olmuşdur. Maraqlıdır ki, Müqəddəs Məryəmin erkən Renessans dövrünə dair bir sıra təsvirlərində onun başı üzərində İKS formasında olan memarlıq elementlərinə də rast gəlmək olardı. İKSi tapın. -Cavab: Balıqqulağı -Şərh: Ətrafdan ocean suları ilə əhatələnən yerlilər özlərinin balıqqulağı vasitəsilə bu dünyaya gəldiklərinə inanırlar. Rəssamlıqda balıqqulağı adətən yeni həyata gəlməni, həyatın mənşəyini simvolizə edir. Bildiyimiz kimi, Müqəddəs Məryəmin təsvir olunduğu rəsmlərdə o adətən İsa Məsihlə birgə təsvir olunurdu və onun üzərində balıqulağı formasında olan "konxa" adlanan memarlıq elementinə rast gəlmək olardı. "Konxa" sözü də yunancadan elə "balıqqulağı" deməkdir. Sualın ikinci hissəsində həmin dövrdə güclü dəniz dövləti Hollandiya ilə bağlı olması da cavabı tapmaqda kömək ola bilərdi. Belə ki həmin dövrüm natürmortlarında açılmış balıqqulağı dünyanı tərk etməyə hazırlaşan ruhu simvolizə edirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. Misirin Roma imperiyası tərəfindən işğalından sonra 16 yaşdan 60 yaşa qədər olan hər bir kişi vergi ödəməli idi. Yalnız xüsusi kateqoriyalı vətəndaşlar bu vergilərdən azad edilmişdi. Müəlliflərdən biri qurulan sistemi ALFA adlandırmışdır. ALFANI eyni hərflə başlayan və hər ikisi əcnəbi mənşəli olmaqla iki sözlə yazın. -Cavab: antik aparteid -Şərh: Müəllif məsələn adları məbəd reyestrinə salınan keşişlərin vergilərdən azad edildiyini qeyd etmiş və romalılar tərəfindən qurulan sistemi "antik aparteid" adlandırmışdır. Aparteid sözü afrikaans dilindən "ayrı yaşamaq" kimi tərcümə olunur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Edo dövründə ağac tikililərin üstünlük təşkil etdiyi Tokioda tez-tez böyük yanğınlar baş verirdi. Bu səbəbdən yerli camaat tərəfindən yanğınlar ONLARLA müqayisə edilirdi. Ötən əsrin əvvəllərinə aid bir hekayənin baş qəhrəmanının ONLARI azalan sıra ilə sayması ölümünün yaxınlaşdığını bildirirdi. ONLARLA əvəz olunan iki sözü yazın. -Cavab: xəzan yarpaqları -Şərh: Tez-tez yanğınlar baş verməsi nəticəsində şəhərin sanki hər dəfə "xəzan yarpaq"ları ilə örtüldüyünü qeyd olunurdu. O.Henrinin "Sonuncu yarpaq" hekayəsində hadisələr payızın son günlərində cərəyan edir. Hekayənin ölümcül olan baş qəhrəmanı hər dəfə yerə düşən payız yarpaqlarını geriyə sayaraq ölümünün yaxınlaşdığını bildirirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 8. O.C. Simpson haqda olan "American Crime Story" serialının sonuncu epizodu İKS adını daşıyır. Məşhur oyunun qaydalarına əsasən İKSi açıqlamaq məcburi deyil. İKSi sonu iki samitlə bitən mürəkkəb latın mənşəli sözlə deyin. -Cavab: Verdikt -Şərh: Serialın adından da görürlür ki, epizodlar "Crime" - "Cinayət" mövzusundadır. Məşhur ABŞ-lı idmançı O.C.Simpson öz həyat yoldaşını öldürməkdə təqsirli bilinərək cinayət işi açılmış və məkhəmə prosesi başladılmışdır. Sonuncu epizodda isə artıq hakimin verdikti açıqlanır. Məşhur "Nə? Harada? Nə zaman?" oyununun qaydalarına əsasən apellyasiya jürisi öz verdiktlərini açıqlamağa məcbur deyil. Sonu 2 samitlə bitən söz sizi apellyasiya versiyasından yayındırmalı idi. Verdikt sözü tərcümədə “həqiqətən söylənilmiş” mənasını verən “vere dictum” latın sözlərinin birləşməsindən əmələ gəlmişdir. -Müəllif: Babək Qasımzadə - -Səhifə -> 190 | Sual Sayı -> 12 - -Sual: 1. Qədim yunan əsatirlərinə həsr edilən kitabın ilk bölməsində BU izah edilərkən yeniyetmənin yataq otağı xatırlanır. BUNU bir qısa sözlə cavab kartlarınıza yazın. -Cavab: xaos -Şərh: Kitabın ilk fəslində qədim yunan mifologiyasına görə kainatın yaranmasından söz açılır və bu zaman xaosun bir yeniyetmənin yataq otağı kimi qarma-qarışıqlıqdan ibarət olduğu vurğulanır. Biz də sual paketimizə xaosla başlamağa qərar verdik. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. “1 yaşım olanda atamı, 25 yaşım olanda anamı itirdim, 50 yaşı olanda həyat yoldaşım vəfat etdi. Həyatın hər pilləsində qurbanlar verərək gəlib bu yaşa çatmışam”. 1931-ci ildə doğulmuş hansı həmvətənimizin sözlərini eşitdiniz. -Cavab: Nəriman Həsənzadə -Şərh: İlk addımı atan vaxtdan itkilər verərək ömür nərdivanın pillələri ilə qalxdığını deyən Nəriman Həsənzadə hər yaşın öz çətinliyindən danışır. Nəriman Həsənzadənin ən məşhur şeirlərindən biri də “Nərdivan” adını daşıyır. Birinci sualın “xaos” olması da sizə əlavə kömək edə bilərdi. Məşhur ifadədə də deyildiyi kimi, “Chaos is a ladder”. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Martin Rize, uşaq olarkən səyahət etdiyi bütün şəhərlərdə ilk olaraq mətbəxə qaçaraq, krana doğru cumurdu. Siz isə Martinin qeyri-ənənəvi peşəsini eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: su somelyesi -Şərh: Martin uşaqlıqda ailəsi ilə səfərə çıxanda qalacaqları yerə çatan kimi kranı açaraq suyun dadına baxar və həmin əraziyə məxsus suyun dadını təsnifatlaşdırardı. Onun suya qarşı marağı da elə o vaxtdan yaranıb. Dünyada nadir su somelyelərindən olan Martin Rize, Los-Anceles restoranlarının biri üçün 44 səhifəlik su menyusunun müəllifidir. -Müəllif: Tərlan Əsədli - -Sual: 4. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"-ni Bakıda rus, ərəb və latın əlifbası ilə nəşr etdirmişdi. Maraqlıdır ki, 1943-c�� ildə vəfat etmiş Şıxlinskinin dəfn mərasimini o, təşkil etmişdi. Kim? -Cavab: Heydər Hüseynov -Şərh: XX əsrin 30-cu illərində qarışıq siyasi vəziyyətdə dildə yaranan çoxşaxəliyin qarşısını almaq üçün Şıxlinski hər 3 əlifbanı istifadə edən insanların başa düşməsi üçün hərbi lüğəti çap etdirir. Maraqlıdır ki, 1940-cı illərdə daha genişmiqyaslı lüğət üzərində işləyən Heydər Hüseynov bu sahədəki ilk qığılcımın müəllifini unutmamışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Sosial medianın xeyli effektiv olduğu müasir dövrdə hər kəsin asanlıqla tanına biləcəyini düşünən CoEri van den Berq, bir ifadədəki sözlərdən birini meqabayt sözü ilə dəyişir. Sizsə həmin ifadəni orijinalda yazın. -Cavab: 15 dəqiqəlik məşhurluq -Şərh: Yazıçı hesab edir ki, son texnologiyalar dönəmində paylaşılan foto və ya videolarla bir anda diqqəti özünə çəkməyi bacara bilən şəxslər 15 meqabaytlıq şöhrətin qurbanı olur. İfadənin müəllifi isə amerikalı rəssam Endi Uorhol hesab edilir. -Müəllif: Tərlan Əsədli - -Sual: 6. Hər birinin fərqli rəngdə geyimləri olan Marvel superqəhrəman dəstəsi, axşamlar bara yığışaraq sevimli fəaliyyətləri ilə məşğul olurlar. Siz isə onların əsas silahını bir qısa sözlə cavab kartlarınıza yazın. -Cavab: kiy -Şərh: 6, 9, 11 və dəstənin başçısı 8 Nömrəli Şar adlı superqəhrəmanlar barda görüşüb bilyard oynayaraq əylənirdilər. Obyektləri olduqca sürətlə uzağa diyirlətməyi bacaran bu personajların ən önəmli silahı isə əsas bilyard atributlarından olan kiydir. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. İngilis rəssam Con Tennielin XIX əsrin 70-ci illərində bir əsər üçün çəkdiyi illüstrasiyada hadisənin gedişatı bir vərəqin iki üzünə paylaşdırılıb. İllüstrasiyada hansı personajın təsvir edildiyini cavab kartlarınıza yazın. -Cavab: Alisa -Şərh: "Alisa güzgü arxasında" əsəri üçün çəkilən bu illüstrasiyada vərəqin bir üzündə Alisanın güzgünün içinə girdiyini, digər üzündə isə güzgünün o biri tərəfindən çıxdığını görmək olar. Beləcə kitabı oxuyarkən, həmin vərəq sanki əsərdəki güzgünün funksiyasını yerinə yetirir. Con Tenniel həm də "Alisa möcüzələr ölkəsində" kitabının nəşrində də Lüis Kerrolla əməkdaşlıq edib. -Müəllif: Tərlan Əsədli - -Sual: 8. Feminist yazıçı Merlin Stoun “Tanrı qadınkən” əsərində yazır ki, Həvvanın qadağan olunmuş meyvəni yeməkdə günahlandırılması, qadının sonrakı inanclarda da ikinci plana düşməsi ilə nəticələnib. Bir müəllif bu fikri ən qədim X adlandırır. X-lərin çox hissəsi UNO və İllumanitilərə həsr olunub. X-i iki sözlə yazın -Cavab: Konspirologiya teoriyası -Şərh: Hər kəs tərəfindən qəbul edilən anlayışlarda əslində gizli detallar axtaran şəxslərə “komplo teorist”-ləri deyilir. Həvva haqqında olan fikri bir müəllif ən qədim “komplo teori” adlandırır. Onların ən sevimli mövzuları isə UNO, İllumaniti mövzularıdır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 9. Devid Oqilvi İDM zamanı Uilyam Stefensonla olan görüşü haqqında yazır ki, “But cini, sərt və quru, kiçik ölçüdə vermut, spiralvarı limon qabığı və buraxılmış iki söz”. Buraxılmış iki söz ilk dəfə 1956-cı ildəki əsərdə işlənib. Həmin sözləri yazın. -Cavab: Çalxalanmış, qarışdırmadan -Şərh: İDM vaxtı ABŞ-da olan Uilyam gizli əməliyyatları həyata keçirən agent idi. O, bu qarışıqdan martinisini hazırlayırdı, məşhur personajının sonradan işlətməyə başlayacağı ifadədə də deyildiyi kimi “çalxalanmış, qarışdırmadan”. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. Endi Ueyrin "Artemida" romanında qaçaqmalçılıqla məşğul olan personaj ehtiyatlanır ki, X onu ələ verəcək. Siz isə ilk X-in Ohayo doğumlu kimə aid olduğunu tapın. -Cavab: Nil Armstronq -Şərh: Elmi-fantiastik janrda yazan Endi Ueyrin bu kitabında personaj Aydakı ayaq izinin onun yaxalanmasına kömək edəcəyindən qorxur. Aydakı ilk ayaq izi isə Nil Armstronqa məxsusdur. Artemida yunan mifologiyasında həm də Ay tanrısı kimi çıxış edir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. 1950-ci illərdə doğulan bir türk serial personajı 9 yaşı olarkən ən böyük arzusunun kosmosa uçmaq olduğunu xatırlayır və bir gün rus səfirliyindən onun arxasınca gələcəklərinə inanır. Gəlişə hazırlıq məqsədilə isə bunlardan birini əzbərləyir. Bunları 3 sözlə yazın. -Cavab: Nazim Hikmətin şeirləri -Şərh: Həmin ildə o Moskvada son illərini yaşayırdı. Yuri Qaqarinin səfərə onunla gedəcəyinə inanan Agah bəy onlardan yəni Nazim Hikmətin şeirlərindən birini əzbərləyir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Onun 2012-ci ildə çap edilən romanı "Oğlumla Feysbukda" adlanır. Kimin? -Cavab: Yanuş Leon Vişnevski -Şərh: Görünür, Yanuş Vişnevski beləcə "Şəbəkədə tənhalığına" son qoymağı bacarıb. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 191 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialıRekvizitdə gizlətdiyimiz sözü tapın. -Cavab: Latte -Şərh: Rekvizitdə siz kofe dolu stəkanlar görürsünüz. Gecikən latte onlardan üzr istəyir. Ümid edirik, bizim oyunumuza heç kəs gecikməyib -Müəllif: None - -Sual: 2. Bir dəfə o, öz doktoruna bəyan etdi ki, o gözəl bərbərdi.Lakin qorxmuş həkim onun xidmətərindən imtina etdi.Over şəhərində bir küçədə Onun şərəfinə adlandırılıb.Onu deyin -Cavab: Vinsent Van Qoq -Şərh: Van Qoqun öz qulağını kəsdiyini bilən həkimi Doktor Qaşe onun xidmətlərindən imtina etdi.Rəssamın bir müddət yaşadığı Over şəhərində qəribə deyil ki, onun adına küçə var. -Müəllif: None - -Sual: 3. Bir məbəddə tapılmış Tanrı İmakaxanın şir dərisində olan heykəlciyi arxeoloqlar tərəfindən bəzən Cənubi “Puaro” adlandırılır.Əvvəlki cümlədə əvəz etdiyimiz sözü tapın. -Cavab: Herakl -Şərh: Heraklın ilk qoçaqlığı Nemey şirini boğub öldürmək idi.Məşhur xəfiyyə Puaronun adı Erkül (Hercules) idi. -Müəllif: None - -Sual: 4. Disneyin çizgi filmində Herakl görüş zamanı hansı personajın əlini sıxmamışdı? -Cavab: Midas -Şərh: Məşhur mifoloji personaj toxunduğu hər şeyi qızıla çevirirdi. -Müəllif: None - -Sual: 5. Hesab edilir ki, bu hidronim qədim türk dillərində “tez özündən çıxan, əsəbi” mənasını verən sözdən yaranıb. Buna görə də azərbaycanlı ədibin məşhur romanının adını tavtologiya hesab etmək olar.Həmin ədibi tapın tapın. -Cavab: İsmayıl Şıxlı -Şərh: Versiyaya görə Kür sözünün mənası dəli deməkdi.Ona görə məşhur “Dəli Kür” romanının adı mənasızdı. -Müəllif: None - -Sual: 6. Bir komiksdə müəllim 1865-ci ilin əsərinin baş personajından soruşur: ”Necə yəni kitabı evdə qoymusan?” “Buraxılmış sözlər”.Həmin əsəri tapın. -Cavab: Başsız atlı -Şərh: Bundan sonra müəllim “Bəs başını evdə qoymamısan?” deyir. -Müəllif: None - -Sual: 7. Birinci Dünya müharibəsi zamanı almanlar bir neçə polka “cəhənnəmdən gələn xanımlar” adını vermişdi.Bunun səbəbini bir qısa əcnəbi sözlə deyin. -Cavab: Kilt -Şərh: Bu şotland polklar idi. -Müəllif: None - -Sual: 8. Dikkensin bir romanında qadın kənddən olan bir oğlanla evlənir.Mərasim zamanı həyat yoldaşını biabır etmək istəməyən qız da Bunu Edir baxmayaraq ki, məktəbdə qabaqcıl şagirdlərdən idi.Bunu Etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: İmzanın yerinə X qoydu -Şərh: İmzasını çəkə bilməyən təhsilsiz həyat yoldaşını pərt etməmək üçün qız da onun kimi imzası yerinə X hərfini yazdı. -Müəllif: None - -Sual: 9. Bu yaxınlarda bloqlardan birində bu adlı məqalə çıxmışdı. Bu məqalə Muammar Qəddafinin kömək və dəstək istəyi ilə bir sıra yerlərə muraciet etməsi lakin onlardan heç bir cavab almamasına həsr olunmuşdu. Sual: Məqalənin adını cavab kartlarınıza qeyd edin. -Cavab: Polkovnikə heç kim yazmır -Şərh: Qəddafi polkovnik rütbəsinə malikdir -Müəllif: None - -Sual: 10. Fiziklərin şəhəri kimi tanınan Dubnada ötən əsrin 70-ci illərində tikilən üzgüçülük hovuzu hansı alimin adını daşıyırdı. -Cavab: Arximed -Şərh: Arximed öz məşhur kəşfini hamamda olarkən etmişdir. -Müəllif: None - -Sual: 11. Kembric Universitetinin riyaziyyat kafedrasının müdiri zarafatla belə deyir: Bu kresloya Nyuton və Dirak da yiyələnmişdi, lakin onların dövründə o belə avtomatlaşdırılmamışdı. Bu zarafatı edən alimin soyadını deyin. -Cavab: Xokinq -Şərh: O, öz invalid kreslosu ilə məzələnir -Müəllif: None - -Sual: 12. 1915-1977-ci illərdə bir koloniyanın bayrağında belə bir deviz yerləşdirilmişdi:“Ölkəni bölür,dünyanı birləşdirir”. İndi biz bu ölkəni necə adlandırırıq? -Cavab: Panama -Şərh: Panama kanalını ölkəni yarıya bölsə də gəmilər üçün əsas marşrutdur -Müəllif: None - -Səhifə -> 192 | Sual Sayı -> 12 - -Sual: 1. Bu insanın "Ölümdən sonra həyat" (Life after death) adlı nitqi nəinki Böyük Britaniya vətəndaşlarını II dünya müharibəsinə səsləyib, hətta Amerikada Billboard 200 adlanan mahnı xit-paradında 19-cu yerə çıxıb. Bu insan kimdi? -Cavab: Uinston Çörçill -Şərhlər: None -Müəllif: Musa Vəliyev - -Sual: 2. Paylama materialıAlmaniyada eyvanlarda Bunu yerləşdirmək olmaz. Bu ümumi görünüşə xələl yetirir. Elə buna görə də almanlar şəkildə gördüyünüz stullardan Bu kimi istifadə edirlər. Bu hiyləgər davranışı ilə onlar cərimələrdən azad olunurlar. Siz isə şəkildə olan stulun hansı funksiyanı yerinə yetirdiyini dəqiq olaraq cavab kartlarınıza yazın. - -Cavab: Peyk anteni -Şərh: Sualda Bu ilə əvəz etdiyimiz söz peyk antennasıdır. Şəkildə gördüyünüz stul isə əslində stul yox peyk antennasıdır. Bu stulu eyvana qoyan almanlar əsl peyk antennası qoyaraq cərimələnməkdən özlərini sığortalayırlar. Çünki eyvada stul qoymağa görə cərimə yoxdur -Müəllif: Gursel Abbas - -Sual: 3. Alkimedont öz arvad və uşaqlarını dağda atıb getdikdə Herakl onları masqaraçı quşunun köməyi ilə tapdı.Bəs masqaraçının Herakla kömək edən xüsusiyyəti əsasən hansı quşa xasdır? -Cavab: Tutuquşu -Şərh: Masqaraçı quşları eşitdiklərini təkrar edə bilirlər. Bizə isə daha çox danışan tutuquşular tanışdır -Müəllif: None - -Sual: 4. Slovakiyanın 2009-cu ildə maliyyə sahəsindəki bir dəyişikliyi Google şirkətinin loqotipində bir hərfin digər bir simvolla ilə əvəz olunmasına gətirib çıxardı. Əvəz edilən simvolu tapın. -Cavab: € -Şərh: Slovakiya avrozonaya daxil olmuşdu və pul vahidi də dəyişdi. -Müəllif: None - -Sual: 5. Nəhəng 3 maçtalı “Sirakuziya” gəmisinin ilk dəfə suyu endirilməsi zamanı hansı ifadənin işləndiyini tapın -Cavab: Mənə Yerin dayaq nöqtəsini verin, onu döndərim -Şərh: Məşhur Sirakuzlı Arximed öz çətin bloklar düzəldil gəmisi haqda belə söyləmişdi -Müəllif: None - -Sual: 6. II Ekaterinanın bütün ölkə boyu səyahət edib hansı problemlə mübarizə apardığını tapın. -Cavab: Pis yollar -Şərh: Məşhur “Potyomkin kəndi”ndə olduğu kraliçanın getdiyi bütün yerlər onun gəlişi üçün düzəldirilrdi -Müəllif: None - -Sual: 7. Bu meyvə Qədim məhsuldarlıq simvoludur. Bu mənada həmçinin, uzun müddət sevgi və nikah simvolu da hesab olunmuşdu. Onu avropalılar Çin alması adlandırırlar.1982-ci ildə İspaniyada keçirilən DÇ-nın maskotu olan Naranxito da Bu idi. Bu meyvənin adını tapın -Cavab: Portağal -Şərhlər: None -Müəllif: Gursel Abbas - -Sual: 8. 1989-cu ildə McDonald’s X də satırdı. Daha sonradan X-in menyudan çıxarılmasına səbəb onun hazırlanmasına tələb olunan vaxt idi. Orta hədlə Xin hazırlamağına 11 dəqiqə tələb olunurdu, McDonald’s isə sürətli xidmət reputasiyasını qorumaq niyyətində idi. X-i tapın -Cavab: Pizza -Şərhlər: None -Müəllif: Mirzəmehdi Kərimov - -Sual: 9. Fransanın Dole şəhərində doğulmuş bu şəxs bakteriyaların var olduğunu və onların müxtəlif xəstəliklər yaratdığını deyirdi. Lakin bioloq olduğundan həkimlər bu fikirlə razılaşmırdılar. O isə bunu südü 63° qızdıraraq sübut etdi. Bu şəxsi tapın. -Cavab: Lyu Paster -Şərhlər: None -Müəllif: Təbriz Nəbizadə - -Sual: 10. O, Juice,Poetic Justice,Bullet və digər filmlərdə oynadı və bir ildə 2 album çıxaran ilk reper olmuşdur. Məşhur brend olan Makaveli Branded Clothing onun adına yaradılıb.O öz ləqəbini məşhur hindi tayfasının liderindən almışdır. Haqqında danışdığımız amerikan reper kimdir? -Cavab: Tupac Shakur -Şərhlər: None -Müəllif: Musa Vəliyev - -Sual: 11. İlk dəfə 1178-ci ilə məxsus şərq əlyazmalarında adı çəkilən meyvənin adı həm də, bir şərq dövlətində zadəgan tituludur.Bu həm də Çin dilinin növlərindən birinin adıdır. Bu meyvənin adı bizim dildə nədir? -Cavab: Naringi -Şərh: Vəzifənin və dilin adı isə “mandarin” idi. -Müəllif: Gursel Abbas - -Sual: 12. Fransiz riyaziyyatcisi olan bu sexs elementar cebrin atasi adlandirilir.Siz isə asanlaşdırılmış yoldan istifadə edərək Bu sexsin adi deyil onun meshur ixtirasinin adini cavab kartlarinaza yazin. -Cavab: Viyet teoremi yaxud Viyet formulu -Şərh: None -Müəllif: Mirzəmehdi Kərimov - -Səhifə -> 193 | Sual Sayı -> 12 - -Sual: 1. Djerald Darrelin anası bildirir ki,Djeraldın X-i “zoo” yəni zoopark idi.Bizim paketimizin X-i isə “Xəzər”-dir.X ilə əvəz etdiyimiz sözləri tapın. -Cavab: İlk söz -Şərh: Djerald Darrel sonradan heyvan aləmi haqda məşhur əsərlər yazmışdı və qəribə deyil ki, ilk sözü zoo idi. -Müəllif: None - -Sual: 2. Orjinal adı “lexiko” (leksiko) olan bu oyun 2008-ci ildə öz 60 illiyini qeyd etdi. Nabokov bu oyunun analoqu kimi “flavita” adlı oyun haqqında yazmışdı. Sözü gedən oyunu tapın. -Cavab: Scrabble -Şərh: İlk dəfə lexiko, daha sonra criss-cross adlanan oyun 1948-ci ildə Scrabble markası ilə krossvord brendinə çevrilmişdi. Flavita sözü də “alfavit”(əlifba) sözünün anaqramıdır. -Müəllif: None - -Sual: 3. 19-cu əsrdə yaşamış rəssamlardan biri olan Vinsent Van Qoq öz papağının üstünə yanan şamlar qoyurdu. Bəs məşhur rəssamın bunu etməyinə səbəb nə idi? -Cavab: Gecə şəkil çəkə bilmək -Şərh: Vinsent Van Qoq Starry Night (ulduzlu gecə) adlı məşhur əsərini gecə çəkmişdi və şəkli bitirmək üçün kifayət qədər işıq olsun deyə papağının üstünə yanan şamlar qoymuşdu. -Müəllif: None - -Sual: 4. 2-ci dünya müharibəsi zamanı kokoanın azlığı dövründə Pietro Ferrero şirkəti fındıq istehsalı ilə məşhur olan İtalyanın Alba şəhərində hazırda çox məşhur olan bu məhsulu istehsal etməyə başladılar. Söhbət hansı məhsuldan gedir? -Cavab: Nutella -Şərh: Kokoanın azlığı insanların şokoladla az təchizata gətirib çıxarırdı. Pietro Ferrero şokolada fındıq qataraq şokoladın miqdarını artırmış, bununla da məhşur Nutella markasını yaratmışdı. -Müəllif: None - -Sual: 5. Deyilənə görə, Bernard Şou-nun yaddaşı heç də yaxşı deyilmiş. Hətta bir dəfə o özü bunu etiraf edərək demişdi ki, mən həyatda 3 şeyi yadda saxlaya bilmirəm. 1. Adları, 2. Üzləri, bəs 3-cü nə idi? -Cavab: Bernard Şou demişdi: Mən 3 şeyi yadda saxlaya bilmirəm: 1-cisi adları, 2-cisi üzləri, 3-cüsü.. 3-cünün nə olduğunu unutmuşam. -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Ritç restoranın qeyd kitabçasında Kassir Meybl Elvira Martinin işdən qovulması haqqında yazı qeyd olunub. “Qovulma yeri” bölməsində bu sözlər yazılıb: 41 dərəcə 15 dəqiqə şimal eni, 50 dərəcə 14 dəqiqə qərb uzunluğu. Qovulma tarixi – aprel. Qovulma ilini isə siz deyin. -Cavab: 1912 -Şərh: Hadisələr batan Titanikdə baş verib. -Müəllif: None - -Sual: 7. Vikipediya qeyd edir ki, bəzi şəhərlilər onu götürmək niyyətində idilər lakin suda çox olduğundan o istifadəyə yararsız vəziyyətə düşmüşdü.Sözü gedən şəhəri tapın. -Cavab: Boston -Şərh: Söhbət inglis gəmilərindən suya atılan çaydan gedirdi. -Müəllif: None - -Sual: 8. Bir əsərin əsas qəhrəmanı ölümündən bir qədər əvvəl öz bacısının skripkada necə ifa etdiyini dinləyir. Devid Melounun sözlərinə əsasən, həmin nöqtədə obraz həyatında ilk və son dəfə özünü insan kimi hiss edir. Həmin əsərin adını cavab kartlarınıza yazın. -Cavab: Çevrilmə -Şərh: Kafkanın məşhur əsərinin qəhrəmanı Qreqor Zamza özünü yalnızca bir dəfə həşərat obrazında insan kimi hiss etmişdi. -Müəllif: None - -Sual: 9. 2004-cü ilin yayında İsraildə qeyri-adi bir qaçış keçirildi-distansiyaya X-lər çıxdılar.Hədiyyə əvəzinə də bir səbət meyvə və tərəvəz idi.Başqa bir X-in məşhur rəqibi antik dövrdən məlumdur.Həmin rəqibi tapın. -Cavab: Axilles -Şərh: Tısbağalar arasında qaçış yarışı keçirilmişdi. Zenonun məşhur paradoksunda tısbağanın ona çata bilməyən rəqibi Axilles idi. -Müəllif: None - -Sual: 10. ”Le Express” qəzeti onları “kosmik kanniballar” adlandırır.Onları təyini bir söz birləşməsi ilə deyin. -Cavab: Qara dəlik -Şərh: Qara dəlik həqiqətəndə qarşılarına çıxan hər şeyi yeyirlər -Müəllif: None - -Sual: 11. Paylama materialıŞəkildə gördüyünüz bu əşyadan 1880-ci illərdə yanğınsöndürənlər tüstüdən qorunmaq üçün istifadə edirdi. Siz isə bu maska əsasında hazırlanan 2010-cu il Amerikan filminin adını cavab kartınıza qeyd edin. -Cavab: Despicable me -Şərh: Despicable me Şərh: Minionslar bu maskanın görünüşünə əsasən hazırlanıb -Müəllif: None - -Sual: 12. Bu idman növü ilə məşğul olan Corc Perret bir qağayını öldürdü.1934-cü ildə İngiltərədə Marqaret-et Kliff klubunda isə professiomal oyunçu bir inəyi “nokauta göndərmişdi”.Söhbətin hansı idman növündən getdiyini tapın. -Cavab: Qolf -Şərh: Qolf topuna elə bərk zərbə endirilmişdi ki, belə nəticələrə gətirib çıxartmışdı. -Müəllif: None - -Səhifə -> 194 | Sual Sayı -> 12 - -Sual: 1. Sual müəllifi düşünür ki,bu suala sizlərdən ən yaxşı nəticə göstərənlər cavab verəcək -Bu 1888-ci ildə Vaşinqtonda yaradılıb.Buna aid məqaladə “İspan qaraçısı” adlı fotonu da görmək olar. Bu ilə əvəz etdiyimizi tapın. -Cavab: National Geographic -Şərh: Jurnalı məşhurlaşdıran “Əfqan Mona Lizası” adı ilə tanınan Şərbət Qulanın fotosu olmuşdur. Sizlərdən ən yaxşı nəticə göstərmişlərə isə Natinal Geographic Azerbaijan jurnalı verilir. -Müəllif: None - -Sual: 2. Rusca çar, almanca kayzer ve Türkiyənin Kayseri şəhərinin adı məhz diktator olmuş bu insanın adından gəlir.Əgər onun kim olduğunu bildinizsə onun məşhur qatilini cavab kartlarınıza yazın -Cavab: Brut -Şərh: Qay Yulis Sezarın adı Kayseri şəhərinə də ad verib.Brut isə Sezara xəyanət edib onu öldürmüşdü. -Müəllif: None - -Sual: 3. Roma mifologiyasında Spes ümid tanrıçasıdır. Onu bəzən "son tanrıça" da adlandırırlar. Bunun səbəbi isə “Dum spira spero”-dur.”Dum spira spero” ilə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Sonda ölən ümidlərdir -Şərh: İfadə də versiyalara görə ordan yaranıb -Müəllif: None - -Sual: 4. Bu çizgi filmin personajı yemə alışqanlıqlarına olan müsbət qatqısına görə 1937-ci ildə Amerikada heykəli qoyulan ilk qehrəmandır.Onun daha çox tandığımız adını tapın. -Cavab: Temel Reis -Şərh: Məşhur personaj ispanaq yeyirdi və öz gücünü ordan alırdı -Müəllif: None - -Sual: 5. 1888-ci ildə M.O.Volf həmişəki kimi kitab buraxdı.Kitabın adı"Günlük Yaddaş kitabçası"idi.Kitab neçə səhifədən ibarətdir? -Cavab: 366 -Şərh: İlin hər gününə bir səhifə -Müəllif: None - -Sual: 6. Tarzan kinosunun çəkilişləri Afrikada aparılanda bəzi rolları grimlənmiş şəkildə onlar oynayırdı.Onlar hansı rolu ifa edirdilər? -Cavab: Fillər -Şərh: Onlar fillərin qulaqlarını formalarını dəyişirdilər və bununla Afrika fillərinə bənzəyirdilər -Müəllif: None - -Sual: 7. Hindistanda dəmir pul emal edən yer 5 payslıq sikkələri romb şəklində,10 payslıq sikkələr isə yumru şəklində emal edirdi.Hansı problem emal edəni buna vadar etdi? -Cavab: Əhalinin savadsızlığı -Şərh: Rəqəmləri bilməyən insanlar yalnız pulları formalarına görə fərqləndirə bilirlər. -Müəllif: None - -Sual: 8. Əsasən,payıza xas olan bu əlaməti eşitdikdə ilk ağıla gələn bir şimal-qərbi Avropa dövlətinin paytaxt şəhəri olur.XX əsr Azərbaycan ədəbiyyatına məxsus olan bir romanın adında həmin xüsusiyyət bir şəhərə aid edilir. Sual:Sizdən romanın adını yox,müəllifini soruşuruq. -Cavab: Məmməd Səid Ordubadi -Şərh: Şimal-qərbi Avropa ölkəsi dedikdə İngiltərə,şəhər dedikdə isə London nəzərdə tutulur. "Dumanlı Təbriz" ədəbiyyatımızın şedevrlərindən biridir və XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. -Müəllif: None - -Sual: 9. Geya qədim yunan mifologiyasında yerin şəxsləşdirilmiş adı və ilk tanrılardan biridir. Əfsanəyə görə Geya qarma-qarışıqlıqdan sonra doğulmuş və ya yaranmış yer ilahəsi, digər bir əfsanəyə görə Hemera və Efirin qızıdır.Siz isə yunanca qarma-qarışıqlığın necə tərcümə olunduğunu deyin. -Cavab: Xaos -Şərh: Geya Xaosdan sonra doğulmuşdu və Xaos kainatın əvvəlinin şəxsləndirilmiş adıdır.Günümüzdədə xaos düşmək ifadəsi qarma-qarışıqlığın düşməsi ilə eyni mənanı daşıyır. -Müəllif: None - -Sual: 10. Paylama materialıRekvizitdə gördüyünüz Oksford doğumlu şəxsin kim olduğunu tapın. -Cavab: Birinci Riçard -Şərh: Rekvizitdə məşhur inglis kralı şirin ürəyini sinəsindən çıxardır. -Müəllif: None - -Sual: 11. Zlatan Ibrahimovic karyerası ərzində vurduğu bütün qolları yayımladığı http://zhowtime.com/ vebsaytını qurub. Maraqlısı isə budur ki, qollara mobil cihazlardan baxmaq olmur, sayta mobil cihazlardan giriş etdikdə belə bir yazı ilə qarşılaşırsınız, "Zlatan Sizin mobil cihazınızda görünmək üçün həddən artıq Belədir.Necə? -Cavab: Böyükdür -Şərh: This is ZLATAN -Müəllif: None - -Sual: 12. Bir əsərdə baş qəhrəman öz adını izah etmək üçün söyləyir: ”Bunun ardınca böyük bir çevrə çəkib, eynilə həndəsə dərsindəki kimi onun diametrini işarələdim.Söhbətin hansı əsərdən getdiynini tapın. -Cavab: Pinin həyatı -Şərh: Söhbət Yann Martelin müəllifi olduğu və ona 2002-ci ildə Buker mükafatı gətirdiyi “Pinin həyatı” əsərindən gedir.Sualdakı “diametr” ipucu idi, qəhrəmanın adı isə “Pi”dir.Bildiyimiz kimi çevrə ilə bağlı bəzi düsturlar “Pi” sayəsində tapılır. -Müəllif: None - -Səhifə -> 198 | Sual Sayı -> 12 - -Sual: 1. İddialara görə, Jül Vern yalnız “20 min lye su altında” əsəri çap olunduqdan sonra O barədə eşitmiş və bundan sonra öz əsərinin bütün nüsxələrini geri almağa cəhd etmişdir. Mətndə buraxılmış hərfləri bərpa edin. -Cavab: Torped -Şərh: Bildiyiniz kimi “Nautilus” gəmisi çox güclü texnika ilə təchiz edilmişdir. Yalnız bu gəmi düşmənlə döyüşdükdə birbaşa zərbə endirmək məcburiyyətində qalırdı. Çünki əsər yazılan vaxtda Jül Vernin torpedo barədə xəbəri yox idi. Jül Vern bu səbəbdən əsərlərini geri yığaraq gəmiyə torpedo əlavə etmək istəyirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Hakan Başın əsərində triyeradakı əsgərlərdən birinin vəzifəsi bunu etməkdən ibarətdir. Belə ki yalnız bunu edən əsgərin işarəsindən sonra donanma hərəkətə başlayır. Hollandiyada insanlar arasında kobud təxminlər (rough estimation) həyata keçirərkən bunu etmək adəti vardır. Bunu etməklə əvəz etdiyimiz bir neçə sözü cavab kartınıza yazın. -Cavab: Şəhadət barmağını isladaraq havaya qaldırmaq. -Şərh: Bildiyimiz kimi triyera keçmiş yelkənli gəmi növüdür və hərəkət etməsi üçün külək lazımdır. Triyerada küləyin istiqamətini müəyyənləşdirmək üçün bir şəxs daimi olaraq şəhadət barmağını isladaraq havaya qaldırırdı. -Hollandiya analoji hal kobud təxminlər üçün istifadə edilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Amerikan istehsalı “Ev heyvanlarının gizli həyatı” adlı filmdə əhliləşdirilməyə qarşı vuruşan heyvan dəstəsi insanlardan gizlənir. Filmin həmin dəstəyə aid səhnələrində görünür ki, doğrudan da BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏR iddiasını izah edərkən ailələrin artıq böyümüşlərdən tualetə atmaqla qurtulduqları deyilir. BURAXILMIŞ SÖZLƏRi yazın. -Cavab: Nyu York kanalizasiyasında timsahlar yaşayır. -Şərh: Əhliləşdirilməyə qarşı vuruşan heyvanlar insanlardan qaçmaq üçün yeraltına sığınmışdılar. Səhnələrdə görünür ki, doğrudan da Nyu York kanalizasiyalarında timsahlar yaşayır. Bu mifin yaranmasında danışarkən insanların saxladıqları evcil timsahları tualetə ataraq onlardan qurtulmağa cəhd etməsi iddiası irəli sürülür. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. Devid Serninin 2012-ci il London Olimpiya oyunları üçün hazırladığı maskot BURAXILMIŞ SÖZLƏR. Tənqidçilər bildirirlər ki, bu maskot oyunların idman tərəfini təbliğ etməklə yanaşı, həmçinin olimpiyanın cəmiyyət üçün cəza xarakteri daşıdığını da bildirir. BURAXILMIŞ sözləri cavab kartınıza yazın. -Cavab: Jim eləyir. -Şərh: Sənətkar David Serni modern incəsənət nümunələri yaradır və həmçinin müasir cəmiyyəti müxtəlif yollarla tənqid edir. Məsələn onun Asılan insan əsərində Freyd və cəmiyyət, Quo Vadis əsərində Trabant maşınlar və immiqrasiya tənqid edilmişdir. Bildiyimiz kimi idman etmək vasitələrindən biri olan jim vurmaq həmçinin əsgərlikdə və bir çox yerlərdə cəza vasitəsi kimi də tətbiq edilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. X-in tarixi barədə fakta qulaq asın: Keyalı Simonid ziyafətlərdən birində binanı tərk edir, daha sonra uçqun olur və bina dağılır. Geri qayıdan Simonid hər kəsin uçqun altında qalaraq öldüyünü görür və X-dan istifadə edərək ölən şəxsləri müəyyənləşdirir. Məşhur televiziya seriyasında X-də Qırmızısaqqalı görə bilərik. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Yaddaş sarayı -Şərh: Mind palace Yadda saxlamaq texnikalarından birinə verilən addır. Simonid uçqunun altında qalan insanları gördükdə Binada onların oturduqları yerləri yadına salaraq kimliklərini müəyyənləşdirir. Bu ilk “Mind palace” texnikasından istifadə edilir. Sherlock’s Mind Palace-da onun balaca iti Qırmızısaqqalı görmək olardı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. O, 1930-34-cü illərdə Cənubi Derbişirdə məktəbdə oxuyarkən öz sinif yoldaşları ilə birgə Cadbury (Kedböri) şirkətinin müxtəlif məhsullarının testeri kimi fəaliyyət göstərmişdi. Kim? -Cavab: Roald Dahl -Şərh: Kedböri şokolad firmasının testeri olan o, daha sonra “Çarlinin şokolad fabriki əsərini” yazmışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. 2007-ci ildə Çikaqoda Bunu görən şəxslər xilasedicilər və polisləri yardıma çağırmışdı. 2009-cu ildə Seulda bəzi muzey işçiləri Bunu gördükdən sonra dərhal kömək üçün mühafizəyə müraciət etmişdi. Sizsə BU-nu yox, BU-nda təsvir ediləni cavab kartınıza yazın. -Cavab: Zigmund Freud -Şərh: Devid Serninin Asılan insan əsəri bina başından əli ilə borudan tutmuş intihar etmək istəyən adam təsvir edilmişdir. Odur ki, bu əsər bəzi göstərildiyi yerlərdə çaşqınlığa səbəb olmuş, insanlar intihara cəhd olduğunu düşünmüşdür. Həmin əsərdə isə çoxlarınızın bildiyi, bayaq kommentdə də dediyimiz kimi Zigmund Freud təsvir edilmişdir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. “Köpəkbalığı adası” filmində qəhrəman müxtəlif insanlarla dolu sahilin köpəkbalığı üçün X olduğunu bildirir. X-i ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: İsveç masası -Şərh: Dəniz xəttində müxtəlif insanlar var idi və köpəkbalığı kimi istəsə yeyə bilirdi. İsveç masası kimi seçim edə bilirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. 19-cu əsrin əvvəllərində ölkənin bəzi yerlərində artıq silahla ölüm cəzaları tətbiq edilməsinə baxmayaraq, 1812-ci ildə Parlament onlardan 14-ünün məhz asılaraq öldürülməsinə qərar vermişdi. Onları deyin. -Cavab: Ludditlər -Şərh: Həmin dövrdə bu şəxslər kapitalizm sisteminə qarşı çıxır, elmin nailiyyətləri insansızlığa gətirdiyini bildirir, öz sahiblərinə qarşı döyüşərək onları öldürürdülər. Odur ki, Luddistlərin ölümündə texnikadan istifadə edilmir, onlara daha çox əzab verilirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Lev Trotski öz qeydlərində yazıçı Viktor Marqeriti tənqid edərək bildirir ki, onun yazısı bayağıdır, romanlarındakı erotika təsviri X-ə bənzəyir. İnzibati Xətalar məcəlləsinin 100-cu maddəsi X-i tənzimləyir. X-i eyni hərflə başlayan 2 sözlə cavab kartınıza yazın. -Cavab: Polis protokolu -Şərh: Trotski bildirir ki, Viktoru əsərlərində heç bir ədəbilik yoxdur, sanki polis baş verən hadisələri təsvir edir. Bu zaman o həmin hissələri polis protokoluna bənzədir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. ABŞ-dakı qadağa dövründə X əvəzinə meyvəli saqqız dispenserlərindən istifadə olunurdu. X üçün istehsal edilmiş xüsusi stul növlərinə tualet quraşdırılmışdır. X-i deyin. -Cavab: Slot maşını -Şərh: ABŞ-da qumar qadağası dövründə Slot machine-lar əvəzinə meyvəli saqqız dispenserlərindən istifadə olunur. Hal-hazırda da bu aparatlarda uğur qazanmaq üçün meyvələr bir sıraya düzülməlidir. Bir şirkət Slot maşınlar üçün xüsusi stul növləri hazırlamışdır, bu stulda oturaraq maşının yanından ayrılmadan ayaqyoluna getmək mümkündür. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Sarkastik saytlardan birində qeyd edilir ki, Trampın tez-tez öz işçilərində etdikləri dəyişikliklərə görə Ağ Evin Linkoln dövrünə məxsus üslubunda dəyişiklik edilərək X quraşdırılmışdır. İddialara görə X-in ixtiraçısı olan Tomas Van Kenneli xanımı gentilmenlik qaydaları ilə boğaza yığmışdı. X-i iki sözlə deyin. -Cavab: Dönər qapı. -Şərh: Tramp kadrlarda o qədər dəyişikliklər edirdi ki, işdən çıxan və girənlər arasında tıxac yaranmasın deyə Linkoln dövründə qoşulmuş qapı çıxardılmış, yerinə dönər qapı gətirilmişdi. İddiayə görə öz qapısına qapı açmaqdan bezən Kennel dönər qapını ixtira etmişdi. -Müəllif: Səbuhi Göyüşov - -Səhifə -> 200 | Sual Sayı -> 18 - -Sual: 1. Ktulxu miflərinin qəhrəmanlarına əsərlərində tez-tez yer verən Brian Lumly özünü 1937-ci ilin martında vəfat etmiş Hovard Lovekraftın reankarnasiyası olduğunu iddia edirdi. Buna səbəb kimi Brian Lumly Hovard Loverkraftın vəfatından sonra doğuldunu səbəb gətirirdi. Əvvəlki cümlədə buraxılmış iki sözü cavab kartlarınıza yazın. -Cavab: 9 ay -Şərh: Maraqlıdır ki, Brian Lovecraftın vəfatından 9 ay sonra doğulmuşdu və buna görə özünü onun reinkarnasiyası olduğunu iddia edirdi. -Müəllif: Farid Nəsirulla - -Sual: Paylama materialıBir filmin qəhrəmanı müəyyən yaşa çatmış övladların ailələri ilə birdəfəlik bitmiş münasibətlərini …. …. ilə müqayisə edirRekvzitdə biz bunu etdik. Bunu etməklə əvəz olunmuş 3 sözü yazın. -Cavab: Göbək lifini kəsmək -Şərh: Bir filmin qəhrəmanı müəyyən yaşa çatdıqdan sonra birdəfəlik əlaqələri bitən ailə və övladlarının arasındakı münasibəti göbək lifi ilə müqayisə edir. Bir sual əvvəl sualın qəhrəmanı 9 ay əvvəl doğulmuşdu, indi isə göbək lifin kəsdik. -Müəllif: Farid Nəsirulla - -Sual: 3. Qara qırğının düşməsi filmində döyüşə getməyə hazırlaşan əsgər ayağına üzərində BU yazılmış kağızı yapışdırır. Siz isə 1900-cu ildə BUNLARI ilk dəfə təklif etmiş alimin kim olduğunu deyin. -Cavab: Karl Landşteyner -Şərh: Söhbət qan qrupundan gedirdi. Əsgər yaralanacağı və huşunda olmayacağı təqdirdə həkimlərin ona qan köçürə bilmələri üçün bu addımı atmışdı. -Müəllif: Sultan Zahidov - -Sual: 4. Yazı sənəti” kitabında S. Kinq yazır ki, bir əsərinin qaralamasında personaja uğur gətirən köynək ilk dəfə otuzuncu səhifədə peyda olurdu. Vacib elementi təqdim etmək üçün otuzuncu səhifə gec olduğundan o sonradan qaralamada dəyişilik etdiyini deyir. Bəs bu zaman köynəyi nə ilə müqayisə edir? -Cavab: Tüfəng -Şərh: Vacib element əvvəldə verilməlidir və əgər birinci aktda divardan silah asılıbsa üçüncü aktda ondan atəş açılır – ifadəsinin əksi də doğrudur. Kinq köynəyi Çexovun tüfəngi ilə müqayisə edir. -Müəllif: Emin Məsimli - -Sual: 5. Detenator dəmiryol reyslərinə quraşdırılan və qatarın gəlişi zamanı səs çıxararaq ətrafdakıları xəbərdar edən xüsusi səs gücləndiricilərdir. XX əsrin ortalarında qəzaların və baş verə biləcək ölümlərin qarşısının alınması üçün BU şəhərdə reyslərə çoxlu detenatorlar quraşdırılmışdı. Hansı? -Cavab: London -Şərh: 1952ci ilin 5 və 9 dekabrları arasında Londonda baş tutmuş Böyük duman vaxtı 12 min insan vəfat etmişdi. İnsanlar və maşınlar qatarın gəldiyini görə bilmir və reyslərə çıxaraq qəza vəziyyəti yaradırdılar. Buna görədə reyslərə xüsusi səs gücləndiricilər quraşdırılmışdı. -Müəllif: Farid Nəsirulla - -Sual: 6. Bernar Verberin “Metr Kino” əsərində müharibələr nəticəsində əksər insanların öldüyü bir dünyadan bəhs olunur. Əsərdə gələcəkdə bu cür müharibələrin qarşısını almaq üçün ölkə rəhbərləri yığışaraq müxtəlif qanunlar qəbul etməli olurlar. Bu qanunlardan biri insanların keçmişlə əlaqəsini yox etmək üçün tarixin silinməsini nəzərdə tutur. Digər qanuna görə isə insanlar BUNUN yerinə nömrələrdən istifadə etməyə başlayırlar. BUNU qalın saitli bir sözlə deyin. -Cavab: Soyad -Şərh: Gələcəkdə bu cür müharibələrin qarşısını almaq üçün insanların yaddaşını və tarixi silmək zəruri hala gəlir. Məhz bu səbəbdən artıq tarix dərsləri məktəblərdə keçilmir, keçmişlə bağlı hər şeyin yaddaşlardan silinməsinə səy göstərilir. Digər bir qanuna görə insanın keçmiş nəsli ilə bağlılığını ifadə edən soyadlardan imtina olunur və onların yerinə nömrələrdən istifadə edilməyə başlanılır. -Müəllif: Sultan Zahidov - -Sual: 7. Konni Uillisin “Əgər iti saymasaq” adlı elmi-fantastik əsərində personaj yunan mənşəli sözü xatırlayır və qol saatını çıxardaraq əvəzində cib saatını götürür. Həmin sözü cavab kartına yazın. -Cavab: Anoxronizm -Şərh: Predmetin saat olması cavaba birbaşa işarə edirdir. Elmi-fantastik əsərin adı Cerom Ceromun əsərinə alluziya etməklə yanaşı əsərdə personajlar həmin dövrə zamanda səyahət edirlər. Personaj bildirir ki, XIX əsrdə qol saatından yox cib saatından istifadə edirdilər, ona görə anoxronizm olmasın deyə saatı dəyişdirir. -Müəllif: Emin Məsimli - -Sual: 8. Narkos serialının epizodlarından birində narkomafiyanı sıxışdırmağa başlayan məmurlardan birinin həyatını qurtarmaq üçün ona X vəzifəsi verirlər. Qədim Yunanıstanda x-lərə vəzifələrini başlamazdan əvvəl ikiyə qatlanmış sənəd verərdilər. X-ı incə saitli sözlə deyin. -Cavab: Səfir -Şərh: Filmdə Rodrigo Laranın həyatını xilas etmək üçün ona səfir vəzifəsi verilsə də, bu mümkün olmur. Qədim Yunanıstanda səfirlərə diploma adlandırılan ikiyə qatlanmış sənəd verərdilər. Bu sənəd bir növ indiki etimadnamənin ekvivalenti idi. -Müəllif: Sultan Zahidov - -Sual: 9. “Hər şey yaxşı olacaq.” Eşitdiyiniz sitat 1759-cu ildə ilk dəfə nəşr olunmuş əsərdə baş qəhrəman tərəfindən deyilir. Həmin əsərin adını cavab kartına yazın. -Cavab: Kandid -Şərh: Əsərin tam adı belədir “Kandid, və ya Optimizm.” -Müəllif: Emin Məsimli - -Sual: 10. Fransuaza Saqanın həkimdən öləcəyini öyrənən qəhrəmanı, ALFAya baxdıqdan sonra bu qərara şüphə ilə yanaşdığını qeyd edir. Alfanın "Şövq yolunun" yaxınlığında yerləşdiyini bilərək cavab kartlarınıza yazın. -Cavab: Həyat xətti -Şərh: Həkimdən öləcəyini öyrənən qəhrəman əlinin içindəki həyat xıttinin uzun olduğunu qeyd edərək bu qərara şüphə ilə yanaşdığını qeyd edir. Həyat xətti, ovucun içində olan şövq yolunun yaxınlığında yerləşir. -Müəllif: Farid Nəsirulla - -Sual: 11. Oliver Neil sənədli filmdə Britaniyadakı daş dövrünə aid Orkni yaşayış məskənini araşdırır. Britaniyanın digər yaşayış məskənlərinə evlərin dizaynı və məişət əşyalarının quruluşunun buradan yayıldığını deyərkən Orknini 1943-cü ildə yaradılmış şirkətlə müqayisə edir. Həmin şirkətin adını cavab kartına yazın. -Cavab: İKEA -Şərh: Buradakı daş yataq, daş stollar və s. sonradan digər yaşayış məskənlərinə də yayılıb. Sanki hər kəs öz evinə mebelləri İKEAdan alıb. -Müəllif: Emin Məsimli - -Sual: 12. Ben-Hur filmində roma sərkərdəsi qalerada kürək çəkən qullara gəminin onların bədəni, X-ın isə ürəyi olduğunu deyir. Maraqlıdır ki, memarlıqda X binanın silindirvari hissəsinə deyilir. X-ı saitləri eyni olan bir sözlə deyin. -Cavab: Baraban -Şərh: O vaxtı qullar gəmilərin aşağısında kürək çəkərdilər və onların eyni anda hərəkətini təmin etmək üçün ortada bir nəfər barabana vurardı. Qullar barabanın ritminə qulaq asaraq kürəyi çəkərdilər. Məhz bu səbəbdən sərkərdə obrazlı şəkildə ürəyi barabana bənzətmişdi. Memarlıqda binanın silindirvari hissəsinə baraban deyilir. -Müəllif: Sultan Zahidov - -Sual: Londondakı “İmperiya Hərbi Muzeyində” saxlanılan “Tamzine” balıqçı qayığı X-lar arasında ən kiçiyidir. Bir dəqiqədən sonra X-ın adındakı toponimi cavab kartına yazın. -Cavab: Dünkerk -Şərh: Məlumdur ki, Dünkerkdəki qoşunları xilas etməyə xeyli mülki gəmilər də gəlmişdi. Bu gəmilər kiçik olduğundan onlara “Dünkerkin balaca gəmiləri” adı verilmişdi. -Müəllif: Sultan Zahidov - -Sual: 14. Dunkirk filminin qəhrəmanı bunun baş verəcəyini ölülərinin yaxınlaşması ilə müəyyən edirdi. Bunu saitləri eyni olan bir sözlə deyin. -Cavab: Qabarma -Şərh: Dunkrik filmində bildiyimiz kimi hadisələr sahildə cərəyan edirdi . Bildiyiniz kimi Dunkirik əməliyyatı zamanı dənizdə alman təyyarəçiləri və sualtı gəmiçələri çoxlu sayda ingilis gəmilərini batıraraq ölümlərə səbəb olmuşdu. Dunkirik filminin sahildə olan qəhrəmanı isə qabarmanı ölülərin sahilə yaxınlaşması ilə müəyyən edirdi. -Müəllif: Farid Nəsirulla - -Sual: 15. 2014-cü ildə çəkilmiş yunan mifologiyasından bəhs edən filmin başlanğıcında baş qəhrəman hələ körpə ikən çətinliyin öhdəsindən gəlir. Filmin sonunda isə o düşmənlərinin üstünə BUNU aşırdır. BUNU eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Heranın heykəli -Şərh: Sualdakı qəhrəman və çətinlik sözləri ipucu idi. Filmin əvvəlində Herakl hələ körpə ikən Heranın göndərdiyi ilanı boğması təsvir olunub. Filmin sonunda isə o Heranın heykəlini düşmənlərin üzərinə aşırdır. -Müəllif: Emin Məsimli - -Sual: 16. Paylama materialımauschelnBir əsərin vikipediya səhifəsində rekvizitdə gördüyünüz sözün alman dilində “BURAXILMIŞ SÖZ kimi danışmaq” mənasına gəldiyi yazılıb. BURAXILMIŞ SÖZü cavab kartına yazın. -Cavab: Yəhudi -Şərh: Söhbət Maus qrafik romanından gedir. Romanda ikinci dünya müharibəsində yəhudilərin sağ qalma mübarizəsindən danışılır. Şərqi Avropalı yəhudilər alman dilində danışanda bu sözdən istifadə edirdilər. Maus – siçan mənasını verir, həmçinin əsərdə almanlar pişik, yəhudilər isə siçan formasında təsvir edilib. -Müəllif: Emin Məsimli - -Sual: 17. Alim Stiv Cons bir dəfə Avstraliyada olarkən T-shirt-də “ORANI yeniden birləşdirin” cümləsi həkk olunmuş bir nəfərlə rastlaşır. Oranı qalın saitli əcnəbi mənşəli sözlə deyin. -Cavab: Qondvana -Şərh: : Avstraliyanın ən təcrid olunmuş materik hesab olunması hər kəsə məlumdur. Elmi nəzəriyyələrə görə Avstraliya təxminən 200 milyon il öncə Cənubi Amerika, Antarktida, Afrika ilə birgə Qondvana adlı supermateriki təşkil etmişdi. Yerli sakinin t-shirtündə isə Avstraliyanın bu qədər uzaqda yerləşməsinə zarafatyana bir etiraz əlaməti olaraq REUNİTE Gondwanaland yəni Qondvananı yenidən birləşdirin yazısı həkk olunmuşdu -Müəllif: Sultan Zahidov - -Sual: 18. Orxan Pamuk valideynləri arasında mübahisə olanda , anasının qardaşı ilə onu qaranlıq otaqlarına salıb , şəffaf olmayan şüşə qapılarını örtdükdən sonra atası ilə mübahisəyə qaldığı yerdən davam etdiklərini qeyd edir. Bu zaman müəllif sanki ALFAda olduğunu qeyd edir. Alfanı deyin. -Cavab: Kölgə teatrı -Şərh: Qaranlıq otağa salınandan sonra valideynləri arasındakı mübahisəni izləyən Orxan Pamuk, qapının şəffaf şüşədən olmadığından yalnız onların kölgələrinin bir biri ilə mübahisə etdiyini görürdü. Bu zaman müəllif sanki kölgə teatrında olduğunu qeyd edir. -Müəllif: Farid Nəsirulla - -Səhifə -> 202 | Sual Sayı -> 18 - -Sual: 1. Beşiktaş - Leypsiq futbol qarşılaşması zamanı Leypsiqin 21 yaşlı oyunçusu Timo Verner stadiondakı səs-küydən təsirlənərək oyundan çıxmalı olmuşdu. Bu hadisə ilə bağlı məqalə məşhur əsərin adından bir hərflə fərqlənir. Məqalənin adını bir neçə sözlə yazın. -Cavab: Gənc Vernerin iztirabları -Şərh: Alman komandası, 21 yaşlı oyunçu və səs-küydən əziyyət çəkmək - Hötenin "Gənc Verterin iztirabları" əsərinin adı gənc alman oyunçunun adına uyğunlaşdırılmışdı -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Betmobillə səyahət zamanı Betmen Robinə həyatın insana x vermədiyini söyləyir. X haqqındakı vikipediya məqaləsində “0,2 saniyəyə baş verən faciə” adlı başlıq var. X-ı II növ təyini söz birləşməsilə yazın. -Cavab: Təhlükəsizlik kəməri -Şərh: “Leqo film: Betmen” kinosunda Betmen oğulluğa götürdüyü Robinə həyatın ona təhlükəsizlik kəmirə vermədiyini deyir. Təhlükəsizlik kəməri haqqında olan vikipedia məqaləsi isə 0,2 saniyəyə baş verən faciə adlanır. Ortalam olaraq avtomobil qəzaları məhz bu zaman kəsiyində baş verir. -Müəllif: None - -Sual: 3. 1930-cu ilə aid bir filmin sloqanı “ Qarbo bunu edir” adlanır. XXI əsrə aid filmin adının dilimizə tərcüməsində bunu etmək sözü qeyd olunub. Filmin adını yazın. -Cavab: "Kral Danışır" -Şərh: Filmin sloqanı “Qarbo danışır” adlanırdı. Həmişə səssiz filmlərə çəkilən aktrisanın bu filmi sözün əsl mənasında çox səs-küy yaratmışdı. 2010-cu ilə aid "Kral danışır" filmi isə, yəqin ki, hamınıza tanışdır. -Müəllif: Nəriman Əliyev - -Sual: 4. Ştefan Svayq Böyük Fransa İnqilabı zamanından 1820-ci ilədək keçən qarışıq dövrdə sağ qalmağı bacarmış siyasi xadim Yozef Fuşe haqqında danışarkən x və y-i xatırlayır. XV əsrdə anadan olan kimin əsərində x və y qeyd edilib? -Cavab: Nikola Makiavelliİ -Şərh: XVI Lüdöviqin dövründə, gilyotinlər dövründə, Napoleon hakimiyyəti dövründə hər zaman yüksək siyasi mövqelər tutan Fuşe haqqında danışan Svayq qeyd edir ki, demək olar, b��tün siyasətçilərin öldürüldüyü bu qarışıq dövrdə Svayq həm aslan həm də tülkü kimi davranaraq sağ qalmağı bacardı. Bu ifadə, güman ki, Nikola Makiavellinin "Hökmdar" əsərindəki aslan və tülkü bənzətməsinə ithafən qeyd edilib. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Nodame Kantabile Avropaya getmək istəsə də, bu istəyini alfa və betta səbəbindən reallaşdırmağı bacarmayan manqa personajıdır. Alfa və betta hər ikisi eyni hərflə başlayır bitir. Alfa və bettanı mürəkkəb əcnəbi sözlərlə yazın. -Cavab: Aerofobiya və akvafobiya -Şərh: Manqa qəhrəmanı və ad iştirakçıları personajın yapon olmasına çıxarmalı idi. Yapon personaj Avropaya getməlidir, lakin bunu heç cürə bacarmır. Ya hava yolu ilə getməlidir, ya da su nəqliyyatı. Lakin personajın həm aerofobiyası, həm də akvafobiyası olduğundan istəyini reallaşdırma bilmir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Hadisələri orta əsrlərdə cərəyan edən filmin səhnələrinin birində personaj otaqda bunu tapdıqdan sonra digər personajın ölüm səbəbini deyir. Bunun haqqında məqalədən “çadra” və “balaklava” məqalələrinə keçid var. X-ı yazın. -Cavab: Maska -Şərh: Bədheybət Parisdəki evdə maska tapdıqdan sonra Bellə anasının vəbadan öldüyünü deyir. Maska da çadra və balaklava kimi üzü gizlədir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 7. Amos Elon "Alman yəhudilərinin tarixi" adlı kitabında ilk köçən yəhudilərdən olan Mozes Mendelsonun orta əsr gettolarından inkişaf etmiş Berlinə gəlməsi haqqında danışarkən Mendelsonun, sanki, buna sahib olduğunu söyləyir. Böyük Partlayış nəzəriyyəsini tədqiq etmək üçün hazırlanmış Ceyms Veb kosmik teleskopu "bu" ləqəbi daşıyır. "Bu"-nu yazın. -Cavab: Zaman maşını -Şərhlər: None -Müəllif: None - -Sual: 8. Paylama materialıŞahmat terminologiyasında atın rekvizitdəki kimi mərkəzi xanalarda olması situasiyası Alfa adını daşıyır. Ayn Rand bir əsərində naqillər çıxan elektrik generatorunu Alfa adlandırır. Alfanı yazın. -Cavab: Osminoq -Şərh: Mərkəzi xanalarda rekvizitdə görünən formada dayanmış atın səkkiz xanaya çıxışı var - atın L şəkilli gedişini təsəvvür etdikdə bu bir növ qolları xatırladır. Bu isə baş hissəsi at olan və 8 qolu uzanan fiqur kimi osminoqa (səkkizayağa) bənzəyir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. X-da insan tələfatının normadan çox olmasına səbəb kimi İmperator Avqustun ölüm ildönümü və Vinalia bayramı göstərilir. X-ı yazın. -Cavab: Pompey -Şərhlər: None -Müəllif: Nəriman Əliyev - -Sual: 10. "Zombi ekspresi" filminin axırlarında sağ qalmış hamilə qadın bunun fonunda görünür. Bunu üç sözlə yazın. -Cavab: tunelin sonundakı işıq -Şərh: Filmin sonunda sanki rejisorlar tamaşçıya tunelin sonundakı işığı göstərmək istəyiblər Filmin adıda sizə cavaba çıxmağa kömək edə bilərdi. -Müəllif: Nəriman Əliyev - -Sual: 11. Aralıq dənizinin şərqində yerləşən qədim və böyük sütunlardan ibarət abidə "Pakistanın Petrası" ləqəbini daşıyır. Əvvəlki mətndə əvəz etdiyimiz sözləri cavab kartlarınıza yazın. -Cavab: Suriyanın Stonheci -Şərhlər: None -Müəllif: Nəriman Əliyev - -Sual: Truba ifaçısı Şaxtner Andreas xatirələrində qeyd edir ki, bir dəfə dostu Şaxtneri öz evinə qonaq aparır. Şaxtnerin dostu evə gəldikdə üst-başı mürəkkəbə batmış Tomaşın qarşısındakı kağızı götürür və sevincindən ağlayır. Əvvəlki mətndə bir sözlə iki söz əvəz edilib. Əvəz edilmiş sözləri yazın. -Cavab: kiçik Motsart -Şərh: Sualda mətnlə uyğunlaşmayan hissə "Tomaş" sözüdür. Burada biz məşhur futbolçu Tomaş Rosiskinin ləqəbini mətnə uyğunlaşdırmışdıq. Truba ifaçısı Şaxtner dostu Leopold Motsartla evə gəlir ata Motsart azyaşlı oğlunun - kiçik Motsartın mürəkkəblə oynadığını gördükdə sevincdən ağlamışdı. -Müəllif: Cavidan Hacıyev - -Sual: 13. Şekspirin "Yuli Sezar" əsərində Sezar senatdakı çıxışı zamanı verdiyi qərarlarda fikrinin dəyişməz olduğunu, ətrafındakıların isə sözlərində durmadığını söyləyərkən özünü alfa adlandırır. Sonetalardan birində isə Şekspir sev+gini əvvəlcə mayaka, daha sonra alfaya bənzədir. Alfanı 2 sözlə cavab kartlarınıza yazın. -Cavab: Qütb ulduzu -Şərh: Sezar senatda digər senatları nəzərdə tutaraq nitqində deyir ki, o, öz qərarında sabitdir, digər senatlar isə yox, eynilə böyük səmada qütb ulduzunun sabit olduğu halda digər ulduzların hərəkət etməsi kimi. İkinci hissə də gəmiçilərə təbbi kompas funksiyası daşıyan və yol göstərən qütb ulduzu, yaxınfunksiyalı mayakla bir xatırlanır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 14. İmre Kertesin əsərinin yəhudi qəhrəmanı müharibənin sonlarında almanların düşmən bombardmançıların qorxusundan bunların fəaliyyətini axşam olmamış dayandırdığını qeyd edir. Stiven Kinq "Henzel və Qretel" nağılının sonluğundan danışarkən bunu xatırlayır. Bunun nə olduğunu tapın. -Cavab: Krematoriya -Şərh: Bütün müharibə boyu işləmiş krematoriyalar haqqında danışan əsir yəhudi qeyd edir ki, bombardımançılar axşamlar çıxan tüstünü rahatlıqla görüb düşərgələrin yerini tapa bilirdilər. Bundan çəkinən almanlar artıq krematoriyaların fəaliyyətini axşam olan kimi dayandırırdılar. "Henzel və Qretel" nağılının sonunda uşaqların qarını öz çörək sobasında yandırmasına işarə edən qorxulu əsərlər ustası Kinq uşaqlara kiçik yaşlarından bu nağıl vasitəsilə krematoriyalar haqqında məlumat çatdırıldığını demişdi. -Müəllif: Fazil Babayev - -Sual: 15. Nitşe yazır ki, təkliyi seçən şəxs müqəddəs sadəliyi nəzərində saxlamalıdır. Ona görə də x-ə çevrilmədən yeniləşmə barədə düşünülməməlidir. X-i təkhecalı sözlə yazın. -Cavab: Kül -Şərh: Nitşe deyir ki, təklik seçilibsə, Yan Qus kimi müqəddəs sadəliyi nəzərə almalısınız. Ona görə də, külə çevrilmədən yenidən yaranma - yenilikçilik gözlənilməməlidir. Paketimizi "krematoriya" cavabı ilə başlayıb "kül" cavabı ilə bitirdik. Növbəti paketlərdə yenidən görüşənədək. -Müəllif: Cavidan Hacıyev - -Sual: 16. Ötən əsrdə qələmə alınmış əsərin xanım personajı daima gözəl formada qalmasının səbəbini kəmərinə borclu olduğunu söyləyir. Əvvəlki mətndə onun adı sizdən gizlədilib. Corc Martinin hekayəsində aclıqla üzləşən insanlardan ibarət SUTLAM planeti onun şərəfinə adlandırılıb. Onun kim olduğunu tapın. -Cavab: Tomas Maltus -Şərhlər: None -Müəllif: Cavidan Hacıyev - -Sual: 17. . Fərziyələrdən birinə görə, X üsulu ilə ölümün simvolik mənası - güclü və yuxarı vəzifə sahibi olan bir insanın yuxarıdan aşağıya salınması, etibarını itirməsi, gözdən düşməsi kimi ifadə oluna bilər. X-ı latın mənşəli mürəkkəb sözlə yazın. -Cavab: defenestrasiya -Şərh: : Öz adını XVII əsrdə Praqada dövlət nüfuzlularının pəncərədən atılmasından (de-, -ferenestrasiya) alan tarixi termin məzmunca da, güc və hakimiyyət nümayəndələrinin gözdən düşməsi və bir növ yuxarıdan endirilməsi xarakteri daşıyır. Bu ölüm üsuluna nümunə kimi Jezebelin ölümü, "Falling man" rəsmindəki intihar edən amerikalını və "Game of thrones" silsiləsindəki kral Tommeni misal göstərmək olar. -Müəllif: Nəriman Əliyev - -Sual: 18. İlk 3D film hesab olunan "Sevginin gücü" adlı filmin 2 alfası var idi. Alfanı dodaqlanan saitli sözlə cavab kartlarınıza yazın. -Cavab: Sonluq -Şərh: 1920-ci illərdə ekranlaşdırılan və ilk 3D film sayılan "Sevginin gücü" hər göz üçün bir sonluğa malik idi - xoşbəxt və bədbəxt. İzləyici özü hansı sonluğu istəyirsə, onu da seçirdi. Biz də bu sualla ilk turumuzu yekunlaşdırdıq. -Müəllif: Nəriman Əliyev - -Səhifə -> 203 | Sual Sayı -> 18 - -Sual: Bir jurnalist öz reportajında tamaşalara getdiyi ilk günləri xatırlayaraq bildirir ki, tamaşa zamanı çoxlu səs saldığı üçün ailəsi bir müddət sonra onu tamaşa zalına aparmayaraq vestibüldəki işçinin yanına qoyurdu. Daha sonra o bildirir: Mənim üçün doğrudan da BURAXILMIŞ SÖZLƏR. Buraxılmış sözləri cavab kartınıza yazın. -Cavab: Teatr asılqandan başladı -Şərh: Tamaşa zalında çox səs saldığı üçün onu zala aparmayan ailəsi uşağı vestibüldə, qarderobdakı işçinin xanımın yanına qoyurdu. Xanım üçün teatr doğrudan da qarderobdan başlamışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Stalin Bakıda həbsxanada olarkən ona gizli yolla mesajlar bir vasitə ilə çatdırılırdı. Biz sizdən vasitənin necə olduğunu soruşmuruq, Stalinin ən sevdiyi folklor nümunəmizi cavab kartınıza yazın. -Cavab: “Pəncərədən daş gəlir” xalq mahnısı -Şərh: Stalin həbsxanada olarkən ona gizli mesajları kağıza yazıb, kağızı daşa bükərək pəncərədən atırmışlar. Məhz buna görə Stalin “Pəncərədən daş gəlir” mahnımızı çox sevir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Yason və Medeya haqqında olan yunan əsatirində Medeya gecə qızıl qoyun dərsini oğurlamaq üçün yola çıxanda dərini qoruyan əjdahanı zərərsizləşdirmək istərkən o köməyə gəlir. Eşitdiyiniz mətndə buraxılmış hərfləri yazın. -Cavab: H,i,p,n,s -Şərh: Qızıl qoyun dərisini götürmək üçün gecə yola çıxan Medeya dərinin qoruyucusu olan əjdahanı zərərsizləşdirmək üçün Yuxu tanrısı Hipnosu köməyə çağırır. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: Rodos adasının bir çox yerində rast gəlinən və adanın himayədarının şərəfinə olan BUnlardan birinin başının çevrəsi boyunca kiçik qızılı rəngli dəmir ��ubuqların taxılması üçün dəliklər mövcuddur. BUnu eyni iki hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Heliosun heykəli -Şərh: Başının çevrəsi boyunca olan dəliklərə taxılan kiçik çubuqlar başının ətrafında günəş şüalarının saçmasını bildirmək üçün idi. Rodos adasının himayədarı günəş allahı Helios hesab olunurdu. Buna görə də adanın bir çox yerində Heliosun heykəllərinə rast gəlmək olardı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: Yunanıstanda yerləşən Aynoroz yarımadası ortodoks gənclərin rahib kimi yetişdirilməsi üçün fəaliyyət göstərir və buna görə də yarımadada qadın cinsinə aid heç nə yoxdur. Bu yarımadada X zamanı idxal ən yüksək həddə çatır. X-I deyin. -Cavab: Pasxa bayramı -Şərh: Yarımadada qadın cinsinə aid heç nə yoxdur. O cümlədən toyuqlar da. Buna görə də Pasxa bayramı zamanı yumurtalar adaya idxal edilmək məcburiyyətində qalır. Ortodokslar təbii ki pasxanı qeyd etməlidir )) -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. Bir serialın qəhrəmanı sevgilisinə gecə də gizlindən onun görüşünə gələ biləcəyini deyir və daha sonra bu şərq mənşəli sözü xatırlayır. -Cavab: Nindza. -Şərh: Qəhrəman sevgilisinə gecə heç kimin xəbəri olmadan onların evinə girib görüşə biləcəklərini deyir və daha sonra özünü nindzalara bənzədir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 1912-1936-cı illərdə Bakı şəhərində olan O, Rusiyada təhsili aldıqdan sonra 1940-cı İldə yenidən Bakı şəhərinə qayıtmışdır. Onun cəsədini tapdıqda saçının sarı boyasının rəngini yağış damcıları artıq aparmışdı. Əvvəlki cümlələrdə 2 yerdə hərflər buraxılmışdır. Buraxılmış hərfləri bərpa edin. -Cavab: Mixayl -Şərh: Partizan kimi fəaliyyət göstərən Mehdi yalnız alman kimi geyinmir, saçını da almanlar kimi sarı rəngə boyayırdı. Biz sizə Mixaylonun şəhərdə olduğu vaxtları dedik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. 20-ci əsrin əvvəllərində Türkan kəndini mühasirəyə alan kazaklar kənddən qaçan insanları Buna görə öldürürdülər. Əvvəlki cümlədə iki hərf bir hərflə əvəz edilmişdir. Əvəz edilmiş hərfləri deyin. -Cavab: Ta -Şərh: Kənddən qaçan insanlar xəstəlik yaymasın deyə onlar kazaklar tərəfindən öldürülürdü. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 1858-ci ildə öz məşhur ixtirasını edən Avqustonun bioqrafiyasında onun İKS kimi çalışdığı qeyd olunub. XVI əsrə aid mənbədə İKSin adı Aldemaro idi. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Rəqs müəllimi -Şərh: Sualın birinci hissəsində söhbət Avqusto Myöbiusdan gedirdi. Lent rəqslər zamanı istifadə olunan elementlərdən biridir. Myöbius lentinin ixtiraçısının peşəsi də rəqs müəllimi idi. İkinci hissədə isə söhbət Lope de Veqanın 1594-cü ilə aid “Rəqs müəllimi” əsərindən gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: Martin İden” əsərində qəhrəmanın gələcəyinin ölümlə bitdiyi, hazırkı dövrdə isə BUnun onu yandırıb yaxdığı qeyd olunur. BUnu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Həyat eşqi -Şərh: Cek London tərəfindən yazılmış əsərdə müəllif gələcəyi ölümlə bitəcək qəhrəmanın hazırda həyat eşqi ilə alışıb-yandığını yazır. “Həyat eşqi” yazıçının digər məşhur əsərinin adıdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: www.ancestry.com saytı axtarış üçün nəzərdə tutulmuşdur. Saytın devizi belədir “Məşhur kimsə sizə məxsus BUNU EDİRMİ. Bunu etməklə ölümdən xilas olan şəxsin adını deyin. -Cavab: I İsmayıl şah Xətayi -Şərh: Saytın adından da göründüyü kimi nəsil axtarışı nəzərdə tutulur. Bu saytla siz nəsil ağacınızda gizlənən məşhurları tapa bilərsiniz. Ağacda gizlənməklə isə Xətayi xilas olmuşdu. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Eko Milan şəhərində tutulan serial qatilin başının kəsildildikdən sonra anatomik labaratoriya verilməsi haqqında danışarkən 1835-ci ildə doğulmuş bu şəxsi xatırlayır. Kim? -Cavab: Çezare Lambroso. -Şərh: 1835-ci ildə doğulmuş məşhur kriminoloq alime Çezare Lambroso üz cigziləri və kəllə sümükləri vasitəsi ilə şəxsin irsi cinayətə meyilliyini araşdırırdı. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 13. Şərq ziyalıları haqqında olan bir məqalədə onların inkişaf etmiş sivilizasiya olan qərbə yaxınlaşmağa cəhd etməsi, lakin qərbdə qəbul edilmədikdən sonra ortalıqda qalması haqqında danışılır. Bəs bu zaman hansı ədəbi qəhrəmanın adını daşıyan sindrom xatırlanır. -Cavab: Mauqli. -Şərh: Meşədə böyüyən Mauqli bir müddət sonra insan olduğu üçün insan cəmiyyətinə inteqrasiya etmək istəyir, lakin insanlar onu yaxına buraxmır. Nəticədə insan cəmiyyəti ilə meşə arasında qalır. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 14. Məlik Dadaşovun filmoqrafiyasından çıxarış: -1) “Fətəli Xan” filmi – Əmir Həmzə -2) “İstintaq” filmi – Rus alim -3) “Ulduz” filmi – Möhsün -Maraqlıdır ki, yuxarıdakı siyahıya 1962-ci ilə aid olan bu obraz da daxildir. Həmin obrazı yazın. -Cavab: Lal Hüseyn -Şərh: Bildiyimiz kimi adıçəkilən filmlərdə Məlik Dadaşov aktyor kimi çıxış etməmişdir. Ulduz filmində Möhsün obrazını Hacıbaba Bağırov canlandırıb məsələn. Burda aktyorun səsləndirdiyi filmlərin filmoqrafiyası verilmişdi. Maraqlıdır ki, o 1962-ci ildə Böyük Dayaq-da Lal Hüseyn obrazını səsləndirib. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. Yusif İsmayılov məqalələrindən birində Əhməd Cavadın arxivinin olmadığını yazır. Daha sonra qeyd edir ki, mümkün deyil ki, şairin haradasa və kimdəsə məktubu, işıq üzü görməyən əsərləri, qeydləri olmasın. Çünki, BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏR'in bizə hansı mənbədən tanış olduğunu deyin. -Cavab: Master və Marqarita -Şərh: Yusif İsmayılov geriyə heç nəyi qalmayan Əhməd Cavad haqqında danışarkən qeyd edir ki, onun arxivi yoxdur. Lakin onun hardasa, kimdəsə öz xətti ilə yazdığı yazıların, işıq üzü görməyən əsərlərinin, kağızları mütləq var. Çünki, əlyazmalar yanmır. Sözügedən ifadə Mixail Bulqakovun "Master və Marqarita" əsərində işlədilib. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 16. Onların ləqəblərindən biri “Yeriyən kaleydoskoplar”dır. Belə ki, keçən əsrin əvvəllərində onların bəziləri hətta özləri ilə tısbağa gəzdirirdilər. Onların alınma mənşəli sözlə deyin. -Cavab: Flanyor -Şərh: Flanyorlar 20-ci əsrin əvvəllərində Parisdə küçələrdə yavaş-yavaş gəzərək insanları müşahidə edən sakinlərə deyilirdi. Belə ki, o qədər yavaş yeriyirdilər ki, hətta özləri ilə tısbağa gəzdirirdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 17. SSRİ dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması təşəbbüsünü irəli sürən Şıxəli Qurbanov haqqındakı sənədli filmlərdən biri bu adı daşıyır. Bu adı daşıyan mənbənin məşhur ədibə həsr edildiyini bilərək, onun müəllifini tapın. -Cavab: Seyfəddin Dağlı -Şərh: Novruz bayramının keçirilməsi təşəbbüsü Şıxəli Qurbanova məxsus olduğundan sənədli film “Bahar oğlu” adlanır. Seyfəddin Dağlının eyni adı daşıyan əsəri Cəfər Cabbarlıya həsr edilib. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 18. Maraqlıdır ki, bəstəkar Ferd Qrof XIX əsrə aid əsərdən ilhamlanaraq yazmağa başladığı bir simfonik poema üzərində dəyişikliklər aparmaqla 20 il çalışıb. Sözügedən musiqi əsərinin baş qəhrəmanının kim olduğunu tapın. -Cavab: Rip Van Vinkl -Şərh: Sualda sözügedən qəhrəman əsərdə 20 ilə yaxın yatmış və oyanarkən bir çox şeylərin dəyişdiyini görmüşdü. Maraqlıdır ki, ona həsr olunan musiqi əsərinin də üzərində bəstəkar müxtəlif dəyişikliklər aparmaqla 20 ilə yaxın işləmişdir. -Müəllif: Rahib Məhərrəmzadə - -Səhifə -> 204 | Sual Sayı -> 12 - -Sual: 1. Fikrət Əmirov "Azərbaycan xalq musiqiçiləri" kitabına yazdığı ön sözdə qeyd edir ki bu kitabdan öncə mövzu barədə mənbə tapmaq mümkün deyildi, kitab böyük dəyişikliklərin xəbərçisidir və yeni bir mərhələ açacaq. Bu sözlərindən sonra Əmirov kitabı 2 sözlə adlandırır. Həmin 2 sözü yazın. -Cavab: İlk qaranquş -Şərh: Əmirov kitabı yaz fəslinin gəlməsini bildirən qaranquşa bənzətmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Keçmiş deputat Nazim İmanov qeyd edir ki MMin nümayəndə heyətinin London səfəri zamanı deputatlar bazarlıq etmək qərarına gəlirlər. Londonla öncədən tanışlığı olan Nazim bəy onları buraya aparmaq istədikdə cavabları belə olur: "Bazar iqtisadiyyatı qurduğumuz şəraitdə orda nə gəzirik?" -Cavab: Marx and Spencer -Şərh: Bəzi deputatlar mağazanı Karl Marksla əlaqələndirmiş, bu səbəbdən belə reaksiya göstərmişdilər. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 3. Surakarta stolüstü oyununun lövhəsində sağ, sol, aşağı, yuxarı hissələrin harda olması bilinmir. Oyun barədə olan məqalədə 1898-ci ildə doğulmuş kimin əsəri illüstrasiya kimi verilib? -Cavab: (Morius Kornelius) Eşer -Şərhlər: None -Müəllif: Elmidar Süleymansoy - -Sual: 4. Türk telekanallarında yayımlanan sosial reklamlardan birində “Anne”, “Baba”, “Abi” və “Oğul” sözlərini eşidə bilərik. Reklamı sifariş etmiş qurumun adını yazın. -Cavab: Türk Kızılayı -Şərh: Söhbət qan vermə aksiyasından gedirdi. Eşitdiyiniz sözlərin baş hərfləri müvafiq olaraq A, B, AB və O qan qruplarını simvolizə edirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Paylama materialıQarşınızda Rammstein-nin “Mein Teil” sinqlının üz qabığını görürsünüz. Singlın həsr olunduğu şəxs, qəribə də olsa cəzaçəkmə müəssisəsində vegetariana çevrilmiş və yaşıllar partiyasına sədrlik etməyə başlamışdır. Həmin şəxsi tapın -Cavab: Armin Mayves -Şərh: Sizə paylanan rekvizitlərdə, çəngəl və bıçaq görürsünüz bu sizə şəxsin çox böyük "yemək" ehtirasına aparmalı idi. Belə ki kannibalizm xarakterli bu insan cəzaçəkmə müəssisəndə birdən birə vegetariana çevrilir. Həmçinin alman dili bilikləri də, mein teil - "mənim bir hissəm, mənə çatacaq hissə" sualı tapmaqda sizə kömək ola bilərdi. -Müəllif: Çingiz Məmmədov - -Sual: “Kontakt” filmində NÖVBƏTİni yada sala bilməyən 8 yaşlı qızına kömək etmək məqsədilə ata ona "hulahop" sözünü deyir. Söhbətin nədən getdiyini bildinizsə NÖVBƏTİni yazın. -Cavab: Saturn -Şərh: Filmdə söhbət kosmik hadisələrlə birbaşa bağlıdır. Kiçik qız planetləri sayarkən Saturnu unutmuşdu, atası da ona Saturnun halqalarını hulahopa bənzədərək kömək edir. Saturn da məhz 6-cı planetdir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. “Qorio Ata” əsərindən çıxarış: “Ejen, Votrenin onun qəlbini oxuduğunu, ehtiraslarını duyduğunu zənn edirdi, halbuki Votren qapalı idi, sanki hər şeyi görən, bilən lakin heç bir şey danışmayan iksin sarsılmaz nüfuzuna malik idi”. -Mətndə buraxılmış hərfləri yazın. -Cavab: Sfn -Şərh: Sualda sizə verilən hər şeyi görən, hər şeyi bilən, lakin heç bir şey danışmayan sözləri ipucu ola bilərdi. Məşhur sfinks tapmacaları və cavabsız qalan suallar haqqında yəqinki hər biriniz məlumatlısınız. -Müəllif: Çingiz Məmmədov - -Sual: 8. Balzak bütün əsərlərinin toplusu olan "Bəşəri məzhəkəni" üç-dörd min iştirakçısı olan dram adlandırmış və əsəri bütöv halında oxuyan şəxsləri isə X-ə düşmüş Y kimi qələmə vermişdir. Y-in X-ə düşməsinə Adventure səbəb olub. X və Y-i yazın. -Cavab: Nəhənglər ölkəsi, Quliver -Şərh: Balzak burada obrazlı olaraq özünün əsərlər toplusunu oxuyarkən, heç bir personajı tanımayan oxuyucunu Qulliverə, xeyli sayda personajları olan əsərlər toplusunu isə Nəhənglər ölkəsinə bənzədir. Qulliverin Nəhənglər ölkəsinə düşməsinə isə Adventure adlı gəmi səbəb olub. Gəminin adı da sizə sualı tapmaqda kömək ola bilərdi. -Müəllif: Çingiz Məmmədov - -Sual: 9. Nəyi 1904-cü ildə La-Plata tibb universitetinin bir qrup tələbəsi yaradıb? -Cavab: Estudiantes futbol klubunu -Şərh: La-Plata Argentianın yerləşdiyi ovalıqdır bu sizə Universidad de Chile klubunu cavab kimi yazmamağa kömək edə bilərdi. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 10. Bir şəkilin yuxarı tərəfində yetkin yaşlarında, aşağı tərəfində isə uşaq yaşlarında Maykl Ceksonu görə bilərik. Şəkildə nəyin təsvir olunduğunu tapın. -Cavab: İn-Yan -Şərh: Bildiyimiz kimi Cekson dərisinin rəngini qaradan ağa dəyişmişdi. Yuxarı tərəfdəki qara hissənin mərkəzində 50 yaşlı, ağdərili, aşağı tərəfdəki ağ hissənin mərkəzində isə 5 yaşlı, qaradərili Ceksondur. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Maraqlıdır ki, bir kitabın annotasiyasında bu mövzuda yazılan ən yaxşı kimi Stiven Vaynberqin "İlk üç dəqiqə" kitabı göstərilir. Həmin kitabın adını yazın. -Cavab: “Zamanın qısa tarixi” -Şərh: Maraqlıdır ki, zamanın qısa tarixi əsərinin annotasiyasında ən yaxşı kitab kimi "İlk üç dəqiqə" kitabı verilmişdir. Yazıçının adı da, sizə ipucu ola bilərdi. -Müəllif: Çingiz Məmmədov - -Sual: 12. “Zamanın qısa tarixi”ni yazarkən, Stiven Hokinq qeyd edir ki, kitaba daxil edilən hər bir X oxucuların sayını iki dəfə azaldır. X-i qalın saitləri olan bir sözlə yazın. -Cavab: Formul -Şərh: İlk kitabını yazarkən oxucuların xeyli azlığından şikayətlənən Hokinq sonradan kitab yazmaq sahəsində məsləhət almış və oxuyucunun sayının az olmasının səbəbi kimi onda FORMUL-ların çoxluğunu söyləmişdir. -Müəllif: Çingiz Məmmədov - -Səhifə -> 210 | Sual Sayı -> 18 - -Sual: “İmitasiya oyunu” filmində nasistlərin hər yazışmasında təkrarlanan sözləri tapmalı olduğunu anlayan Alan Türinq almanca yalnız bu sözləri bilməyin Enigmanı qırmağa kifayət edəcəyini deyir. Hansı? -Cavab: Heil Hitler! -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 2. Bleyd filmində insanlara kömək edən yarı-vampir qəhrəmana özünü X-ə bənzətməmək məsləhət görülür. Küçə jarqonunda X frazeologizmi ağların xoşuna gəlməyə çalışan zənci mənası verir. X-i iki sözlə deyin. -Cavab: Tom dayı -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 3. Rey Bredberinin Parlaq Alfa hekayəsində kitabların məhv ediləcəklərini bilən insanlar kitabları əzbərləməyə çalışır. God of War III kompyuter oynunun sonunda qan içində yerdə uzanan Kratosun titrlərdən sonra artıq orda olmadığını, qanının isə ALFA formasını aldığını görmək olar. Alfanı deyin. -Cavab: Feniks -Şərh: Kitabların yandırılıcağını bilən narazı insanlar onları sonradan bərpa edə bilmək üçün əzbərləyib yadında saxlamağa çalışır. Sonradan bu hekayə Faranheyt 451 romanının əsasını təşkil elədi. Kratosun qanının yerdə Feniks formasını alması God of War IV olacığına işarə idi. -Müəllif: Urfan Orucov - -Sual: 4. Robert Uilsonun səhnələşdirdiyi tamaşa haqqında danışılan məqalədə qeyd olunur ki, rejissor tamaşaçılara bunun əsl tamaşa olduğunu göstərir . Növbəti cümlədə Uilsonun bunu etdiyi qeyd olunur. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Böyük İrod bunu etməmişdir. Bunu 3 sözlə deyin. -Cavab: Dördüncü divarı tikmək -Şərh: Şərh – Qüsdəki Məbəd dağında yerləşən qədim yahudi məbədi eramızdan əvvəl Romalılar tərəfindən dağıldımışdır. Arxeoloji qazıntılardan sonra məlum olmuşdur ki, Böyük İrod bu məbədin yalnız 3 divarını bərpa etmiş, Dördüncünü və ən məhşurunu isə - Ağlama divarını tikdirməmişdir. -Müəllif: Urfan Orucov - -Sual: 5. Paylama materialıBir mənbədə deyilir ki, Kral Gözəl Sənətlər Akamdeyisanı bitirən Jorjetta Berger rəssam olmağı X-ə dəyişmişdir. Rekvizitdə də X-i görə bilərik. X-i 2 sözlə deyin. -Cavab: Maqrittin kölgəsi -Şərh: Brüssel KGSA bitirən Jorjetta Berger Rene Magrittin həyat yoldaşı idi. -Müəllif: Urfan Orucov - -Sual: 6. Simpsonlar cizgi serialının epizodlarının birində bunu görən Bart deyir ki, “ədalətdən hot-dog iyi gəlir”. Bir romanda bu, zarafatla “Dadlı Tikə” adlandırılır. Söhbətin nədən getdiyini deyin. -Cavab: Elektrik stolu -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 7. Əjdaha tatulu qız romanın jurnalist qəhrəmanı araşdırma nəticəsində məlum etmişdir ki, bir ailənin Bunlardan ibarət böyük qəbirstanlığı var. Stiven Kinqin Cəsəd adlı povestində Bu adlı başlıqda 4 dostun birbirlərinə etirafları yer alır. Bunu 2 sözlə deyin. -Cavab: Şkafda Sklet -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 8. Auşvits konslagerindən sağ çıxmış Martin Feldli danışırdı ki düşərgədə ailəsini itirdikdən sonra qızının X-ninin mayak kimi onları tapmağa kömək edəcəyini düşünürdü. X-i 2 sözlə deyin. -Cavab: Qırmızı Palto -Şərh: Bu həmin ağ-qara Şindlerin siyahısı filmindəki qırmızı paltolu qızdır. -Müəllif: None - -Sual: 9. Paylama materialıRekvizitdə gördüyünüz şəhərin adını cavab kartlarınıza yazın -Cavab: Split -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 10. Möhtəşəm Afrodita filmində Vudi Allenin canlandırdığı personaj bütün bədəninin X-lərdən təşkil olduğunu deyərək dalaşmaqdan boyun qaçırdır. . Bir mənbədə İren Adler və Doktor Vatson Şerlok Xolmsun X-ləri adlandırılır. X-i deyin. -Cavab: Axilles dabanı -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 11. “Quzuların səssizliyi” romanında camaşırxanada olan Klarissa Starlinq rəfiqəsinə körpələrə paltaryuyan maşının səsi X-i xatırlatdığını deyir. İsidanın X-də olarkən Osirisdən hamilə olduğu bildirilir. X-i 2 sözlə deyin. -Cavab: Ana bətni -Şərh: Psixoloqlar müəyyən ediblər ki Paltaryuyan maşının səsi körpə uşaqlara anasının bətnində olan zamanı xatırladır. İsida əkiz qardaşı Osirislə ana bətnindən birbirilərini sevirlərmiş. -Müəllif: Urfan Orucov - -Sual: 12. “Mişar 6” filmində öz ətini kəsərək tərəzinin üzərinə qoyduqda, ağır olanın sağ qalacağı tələ İKS adlanır. “Qatilin Kredosu” oynunda Konstantinopol Sudak və Xanbalıkda Assasin ordenini yaradan Nikolo da X hesab olunur. İKS-i 2 sözlə deyin. -Cavab: Venesiyalı Tacir -Şərh: Venesiya Taciri pyesində borcunu ödəyənə bilməyən Antonio müqaviləyə əsasən Şayloka həmin məbləğdə ətindən verməlidi. Nikolo Polo Marko Polonun atasıdı. -Müəllif: Urfan Orucov - -Sual: 13. Bəşirlə Vals filmində baş qəhrəman cəsədlərin üzərindən qalxan helikopter işıqlarını buna bənzədir. Bəzi mənbələrdə bu “səmaya pəncərə” adlanır. Bunu deyin. -Cavab: Nimb -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 14. Robertin ölümündən sonra Klaranın evlənməməsinə səbəb kimi Klaranın VULFDAN QORXMAMASI göstərilir. Sualda əvəz edilmiş 2 sözü yazın. -Cavab: Bramsı sevməmək -Şərh: Sualda əvəzləmə iki məşhur sual “Bramsı sevirsinizmi?”, “Kim Virciniya Vulfdan qorxmur?” ətrafında cərəyan edir. Söhbət isə Klara Şuman və İohannes Brams arasında naməlum münasibətlərdən gedir. -Müəllif: Urfan Orucov - -Sual: 15. Whatcmen komiksində Doktor Manxetten bunu suda boğulan adama göstərilən oksigen şəkli ilə müqayisə edir. BUNUN haqqında sonuncu maqələlərdə Donald Trampın adı çəkilir. -Bunu deyin. -Cavab: Qiyamət günü saatı -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 16. Böyük Coğrafi Kəşflərə həsr olunmuş kompyuter oyunu Alfa adlanır. Alfa adlı vikipediya məqaləsində Plutona keçid var. Alfanı 2 sözlə deyin. -Cavab: Yeni üfüqlər -Şərhlər: None -Müəllif: Elçin Şabanov - -Sual: 17. Alimlərin hesablamalarına görə, 600 milyon ildən sonra bu qeyri-mümkün olacaq. 1868-ci ilin 18 avqustunda bu, Pyer Jansenə yeni kimyəvi elementin spektrini əldə etməyə imkan vermişdi. Söhbətin hansı elementdən getdiyini deyin? -Cavab: Helium -Şərh: Söhbət günəş tutulmasından gedirdi. Qabarmanın sürətləndirilməsi effekti nəticəsində 600 milyon ildən sonra Ay Günəşdən tamamilə uzaqlaşacaq və günəş tutulması olmayacaq. Xromosferanı tədqiq edən Pyer Jansen günəş tutulması zamanı tədqiq etdiyi elementi Heliosun şərəfinə adlandırır. -Müəllif: Orxan Cəlilov - -Sual: Babil inancına görə günəş tutulması pis əlamət hesab olunurdu, və bu səbəbdən günəş tutulması zamanı BELƏ EDİRDİLƏR. XIX əsrin ortalarına aid HANSI mənbədə BELƏ EDİLDİYİNİ deyin? -Cavab: Aldanmış Kəvakib -Şərh: Bunu etmək sözləri ilə “Şahı müvəqqəti olaraq əvəzləmək” sözəri əvəz olunmuşdu. Əsərdə münəccimlərin təkidi ilə Yusif Sərrac Şah Abbası müvəqqəti olaraq əvəz etmişdi. -Mənbə: -Müəllif: Orxan Cəlilov - -Səhifə -> 212 | Sual Sayı -> 18 - -Sual: 1. Mendelsonun bəstələdiyi Andante maestoso əsərinə bəstəkarın ölümündən sonra verilən adı eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Matəm marşı -Şərh: almanca Trauermarsch -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 2. Meri Sun Linin yazdığı hokkulardan birinə qulaq asın.  Başlansın Kainat.   Üç dəqiqə sonra çıx səhnəyə.   Soyuqqanlı ol. Reaksiya vermə. -Cavab: Helium -Şərh: Helium Böyük Partlayışdan 3 dəqiqə sonra yaranan ikinci elementdir (birincisi hidrogen). "Reaksiya vermə" sözləri isə onun təsirsiz qazlara aid olmasına işarə edir -Müəllif: Vüsal Həsənov - -Sual: 3. Bir serialda cadugər başqa personaja cadu edərək onu evin divarına yapışdırır, yerdən güzgü qırıntılarını götürərək hərəkətsiz vəziyyətdə olan qurbana atır və bu zaman onu xatırlayır. Onu qısa sözlə cavab kartlarınıza yazın. -Cavab: Darts -Şərh: Cadügər iti uclu güzgü qırıqlarını Ravennaya atarkən sanki darts oynadığını bildirir. -Müəllif: Vüqar Məmmədov - -Sual: 4. Jorj Simenonun əsərinin personajı haqqında danışılarkən, onun işlədiyi qəzetdə dərc edilməmiş məqalələrin dərc edilmiş məqalələrdən daha çox gəlir gətirdiyi vurğulanır. Siz isə, növbəti cümlədə işlədilmiş əcnəbi mənşəli sözü yazın. -Cavab: Şantaj -Şərh: Personaj varlı adamları şantaj edərək öz qəzetində onlar haqqında məqalələr yazacağı ilə hədələyir və pul müqabilində həmin məqalələri dərc etmirdi -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 5. Bir nağılda pəri dəcəl uşağa dəqiqliyi öyrətmək üçün onu bu əşyaya çevirir və uşaq günün yarısını başıaşağı dayanmalı olur. Həmin əşyanı iki sözlə yazın. -Cavab: Qum saatı -Şərh: Pəri, adi divar saatının daim eyni vəziyyətdə qalmasının maraqsız olduğunu bildirərək onu gündə 2 dəfə hərəkət etməsinə şərait yaradır. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 6. “Fantastik canlılar və onların məkanı” filmində fikirləri oxumağı bacaran personaj, BU səbəbdən Nyut Skamendrın fikirlərini oxumaqda çətinlik çəkdiyini bildirir. BUNU bir əcnəbi sözlə yazın. -Cavab: Aksent -Şərh: Filmdə hadisələr Nyu-Yorkda cərəyan edir. Nyut Skamendr isə ingilisdir. Mənbə: müvafiq film. -Müəllif: Vüqar Məmmədov - -Sual: 7. Cek Louzma danışırdı ki, bir dəfə evdə üzünü qırxarkən təsadüfən losyon olan qabı sındırmışdı. Belə ki, o losyonu götürdüyü yerə qoymaq əvəzinə onu əlindən buraxmışdı. Siz isə bundan bir neçə gün əvvəl Louzmanın harada olduğunu yazın. -Cavab: kosmosda -Şərh: astronavt çəkisizlik şəraitinə elə öyrəşmişdi ki, losyon qabını əlindən buraxdığı halda onun uçacağını güman etmişdi -Müəllif: Fuad Eminov - -Sual: 8. 1930-cu illərdə Almaniyada ilk vertolyotlar işlənib hazırlanarkən iki alim saniyədə 1500 kadr çəkə bilən kamera ilə Berlin zooparkına göndərilmişdi. Siz isə onların nəyi çəkməyə çalışdıqlarını əcnəbi sözlə yazın. -Cavab: kolibri -Şərh: Kolibrilər elə sürətlə qanad çalırlar ki, adi kamera ilə bunu çəkmək mümkün deyil, habelə kolibrilər havada donub qala bilirlər. Vertolyot istehsalçıları üçün bu məsələ çox vacib idi -Müəllif: Fuad Eminov - -Sual: 9. Onun layihəsini hazırlamış sovet memarı qədim misirli memar İmhotepin ideyalarını da nəzərə almışdı. Onu biri yunan mənşəli iki sözlə yazın. -Cavab: Leninin mavzoleyi -Şərh: Qədim Misirin xatırlanması sizi masştaba qəbirlərə, piramidalara və mumiyalara çıxarmalı idi -Müəllif: Fuad Eminov - -Sual: 10. Tom Klensinin əsərində əfqan terrorçular və meksikalı kartel üzvlərinin eyni evdə gizlənməsi təsvir edilir. Əfqanları sağ tutmaq göstərişi alan baş personaj əfqanları meksikalılardan BUNLARA əsasən ayırd etmək qərarına gəlir. BUNU qalın saitli əcnəbi mənşəli sözlə yazın. -Cavab: Tatu -Şərh: Müsəlman əfqanların tatu vurmayacağını bilən personaj onları məhz buna əsasən ayırd etmişdi. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 11. 1997-ci ilə aid bu filmdə baş rola 16 yaşlı Natali Portmanı çəkmək istəsələr də, aktrisa inanclı olması səbəbindən roldan imtina etmişdi. Söhbət hansı filmdən getdiyini yazın. -Cavab: Lolita -Şərh: Həddi-buluğa çatmamış -inanclı qız, belə süjetli filmdə -çəkilmək istəməmişdi -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 12. XX əsrin əvvəllərində anadan olmuş bu ədəbiyyatşünasın əsl soyadı Hacıyev olsa da, o əslən İrəvanlı Həsən XANIN SOYUNDAN olduğunu göstərmək üçün də özünə bu təxəllüsü götürmüşdür. Həmin təxəllüsü yazın. -Cavab: (Cəfər) Xəndan -Şərh: "Xəndan" sözü "gülümsəyən" mənasını verməklə yanaşı, həm də Cəfər Hcıyevin xan nəslindən olduğunu vurğulamaq məqsədi güdürdü -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 13. “Qaynar nöqtələr” adlanan bir reytinqdə “Paroxod”a rast gəlmək olar. Siz isə “Paroxod”un nə olduğunu şimal mənşəli əcnəbi sözlə deyin. -Cavab: geyzer -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 14. Ryunöske Akutaqava bir məktubda yazır ki, “ONA kömək etmək” qanunu hərfən tətbiq edilsə, əczaçılar, silah alverçiləri, bıçaq satanlar da cinayətkar sayılacaq. Kimə kömək etməkdən söhbət getdiyini yazın. -Cavab: İntihar edən şəxs -Şərh: 37 yaşında intihar edən məşhur yapon yazıçısı Ryunöske Akutaqava dostuna yazmış olduğu “Vəsiyyət” məktubunda qeyd edir ki, əgər “İntihar edən şəxsə kömək etmək” maddəsinə dəqiq şəkildə riayət edilərsə, şəxsin intihar edəcəyindən xəbəri belə olmayan və ona hansısa dərmanı satan əczaçını, silah satan satıcını və eyni şəkildə bıçaq satan satıcını da həbs etmək lazım gələr. -Müəllif: Vüqar Məmmədov - -Sual: 15. Yazıçı Elis Manro Nobel Komitəsi tərəfindən "Müasir QISA HEKAYƏ janrındakı ustalığına görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Siz isə yazıçının iki xüsusi isimdən ibarət olan ləqəbini deyin. -Cavab: Kanadanın Çexovu -Şərhlər: None -Müəllif: Vüqar Məmmədov - -Sual: 16. Danışırlar ki, IV Henrixin dövründə Fransaya gəlmiş İsveçrə nümayəndə heyətinə yeyib-içmək verilən zaman yerli tacirlərin nümayəndəsi kraldan xahiş edir ki xərclənən pulu çıxarmaq üçün fontanlardan istifadəyə rüsum tətbiq etsin. Kral təkliflə razılaşmır və bildirir ki, ancaq Allah bunu edə bilər. Nə edə bilər? -Cavab: suyu şəraba çevirmək -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 17. 1980-ci illərinə əvvəllərində dərc olunmuş əsərin personajı deyir ki, opera zamanı o iki litr maye itirir. Əsərin adını cavab kartlarınıza yazın -Cavab: Kontrabas -Şərh: kontrabas ağır alətdir. -Müəllif: Fuad Eminov - -Sual: 18. Xəlil Rzanın ona həsr edilmiş şerində şair əvvəlcə Qudyalçayın bahar daşqınlarını dinləyir, daha sonra isə iddia edir ki, qızlar bu adamı Qızbənövşə yolunda çox görüblər. Siz isə həmin adamın adını və soyadını yazın. -Cavab: Səttar Bəhlulzadə -Şərh: "Qudyalçay vadisi" və "Qızılbənövşəyə gedən yol" Səttar Bəhlulzadənin tablolarının adlarıdır. -Müəllif: Fuad Eminov - -Səhifə -> 214 | Sual Sayı -> 18 - -Sual: 1. Cəlal Şəngör vəbanın Avropada çox insanı öldürsədə Osmanlıda yayılmadığından danışarkən hansı dodaqlanan saitli sözü xatırlayır? -Cavab: Qüsl -Şərh: Müsəlmanlar qüslu namazdan öncə və quranı ələ götürməzdən əvvəl yəni çox tez-tez etdiklərindən daima su ilə təmasda olur və təmiz qalırdılar. Vəba isə gigiyena olmayan yerlərdə yayıldığından Osmanlıda ona görə yayıla bilmirdi. -Müəllif: Emil Yusublu - -Sual: 2. Bir əsərdə baş verənlərdən bezən maliyyəçi personaj hər şeyi atıb bunu etmək istəyir. Saytlardan biri bunu edən insanlara tatu etdirməyi də məsləhət görür. Bunu etməklə əvəz olunmuş iki sözü cavab kartınıza yazın. -Cavab: Taitiyə getmək -Şərh: Həmin dövrdə məşhur yazar Pyer Lotinin səyahətlərindən bəhs edən əsərləri Fransada çox məşhurla��mış və insanlar eynilə maliyyəçi Qogen kimi Taitiyə səyahət etməyə başlamışdılar. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 3. Komiks seriyalarının birində Joker silah olaraq bundan istifadə edir. Bunu 3 simvolla cavab kartlarınıza yazın. -Cavab: N20 -Şərh: Joker rəqiblərinə güldürərək ziyan vermək istəyirdi. -Müəllif: Emil Yusublu - -Sual: 4. Yavuz Sultan Səlim burada olarkən burulğan gördükdə yanındakı alimdən bunun səbəbini soruşur. Alimin cavabı isə belə olur: Əlahəzrət, bura onun şəhəri olduğundan hər şey ona uyğun hərəkət edir. Bəs bu zaman Yavuz Sultan Səlim hansı şəhərdə idi? -Cavab: Konya -Şərh: Alimin cavabı daha dəqiq belə olmuşdu: Əlahəzrət, bura Mövlananın şəhəri olduğundan hər şey də ona uyğun, fırlanaraq hərəkət edir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Xalq artisti Tariyel Qasımov teatra gəlişi haqqında danışarkən İdman İnstutunda tələbə olduğunu və bir dəfə “Romeo və Culyetta” tamaşasına hazırlıq zamanı aktyorlar üçün X-ə ehtiyyac duyulduğundan teatra gəldiyini deyir. X-i yazarkən müəllif “Birinci Aleksandrın tarixi” və “Birinci Pavelin ölümü” əsərlərindən bəhrələnib. X-i cavab kartlarınıza yazın. -Cavab: Qılıncoynatma müəllimi -Şərh: Aleksandr Dümanın “Qılıncoynatma müəllimi” Rusiya qiyamına həsr olunub. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bakı xanı Mirzə Məhəmməd xanı yerli əhali "atmaral" adlandırırdı.Siz isə onun xanlıq üçün nə yaratmaq istədiyini eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Dəniz donanması -Şərh: Yerli əhali xana "admiral" sözünü öz dillərinə uyğunlaşdıraraq belə deyirdi. -Müəllif: None - -Sual: 7. 20-ci əsrin 30-cu illərində Abdulla Şaiq evində içərisində zəruri əşyalar olan boxça saxlayırdı. Ondan nə üçün belə etdiyi soruşulanda, çünki hər an BU gələ bilər deyərdi. “BU” cinayətlərin, oğurluq hallarının artmasına təkan verdiyi bəhanəsi ilə SSRİ-də qadağan olunub. BUNU cavab kartlarınıza yazın. -Cavab: Qara Volqa -Şərh: Repressiya dövründə repressiyaya məruz qalanların çoxunu qara Volqa ilə anidən və hazırlıqsız aparırdılar. Dedektiv əsər olan “Qara Volqa”da isə oğruların əsas qəhrəmanlar olması sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 8. 1939-cu il doğumlu bu şəxs haqqında məqalədə “Babək”, “Dədə Qorqud” və “Nəsimi” filmlərinin adlarına rast gəlmək olar. Söhbətin kimdən getdiyini cavab kartlarınıza yazın. -Cavab: Tariyel Qasımov -Şərh: Filmlərə fikir versəniz bu filmlərin hamısında döyüş səhnəsi var. İki sual öncə sizə bu şəxsin İdman İnstutunda qılıncoynatma üzrə təhsil aldığı deyilmişdi. -Müəllif: Emil Yusublu - -Sual: 9. Paylama materialıQarşınızda Qloriya Stüartın 20-ci əsrin birinci yarısına aid fotosessiyasından bir şəkildir. Onun ötən əsrin sonlarında canlandırdığı personajın adını cavab kartlarınıza yazın. -Cavab: Rouz -Şərh: Maraqlıdır ki, “Titanik” filmindəki Rouzun qocalığını oynayan Qloriya Stüartın da “Titanik”dəki səhnəyə oxşar şəkli var. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 10. “Family Guy” serialında personaj digərinin çox kök olduğunu vurğulamaq üçün onun hətta Buna sahib olduğunu deyir. Bu 2011-ci ildə Amerika Dental Assosiyasiyanın uyğunluq sertifikatına layiq görülüb. Bunu cavab kartlarınıza yazın. -Cavab: Orbit -Şərh: : Serialda xanımı Peterə deyir ki, o o qədər kökdür ki, hətta özünə aid orbiti də var. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Bir kitabda əvvəllər insanlarda diz qapağı problemləri, qasıq yırtığı və varikoz kimi xəstəliklərin olmadığı və bütün bu xəstəliklərin insanlara X olduğu deyilir. X-i biri xüsusi isim olmaqla əlifbada qonşu olan hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Lusinin mirası -Şərh: Bütün bu xəstəliklər insanın dik yeriməsindən sonra yaranmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 12. Bir filmdə James J. Braddock tərəfindən nakauta uğradılmış boksçunu hakim Ona bənzədir. Onu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Yatmış gözəl -Şərh: Boksçu Braddock "Cinderella man" kimi tanınır və bu zaman onun yerdə uzanmış rəqibini hakim "Yatmış gözəl"ə bənzədir -Müəllif: Emil Yusublu - -Sual: 13. Riçard Nikson bir xanımla şəkil çəkdirdikdən sonra fotonu xanıma verir və deyir: “Buyur, bunu öz mənzilinə qoyarsan və bütün demokrat dostların bundan ALFA kimi istifadə edərlər”. ALFAnı qarşılıqlı hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Darts taxtası -Şərh: Respublikaçı Nikson deyirdi ki demokratlar bu fotodan darts taxtası kimi istifadə edib öz əsəblərini tökə bilərlər. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 14. Professor Ümran İnan qeyd edir ki, kosmos ilə bağlı araşdırmalarını Antarktikada həyata keçirməsi ona ciddi üstünlüklər təmin edir. Belə demək olarsa Antartika dünyada bir ALFA rolu oynayır. ALFAnın “Cülyetta” adlanan növünün də olduğunu bilərək onu bir əcnəbi sözü ilə yazın. -Cavab: Balkon -Şərh: Professor qeyd edir ki Antarktikanın atmosferinin toxunulmamış vəziyyəti onu kosmosun müşahidəsi üçün ideal hala gətirir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 15. 2017-ci ildə baş verən bir hadisədən sonra hazırlanan rəsmdə BU Azadlıq heykəlindəki məşəlin alovunu əvəz edir. Bunu biri xüsusi isim olmaqla iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Trampın saçı -Şərh: 2017-ci ilin yanvarında baş tutan andiçmədən sonra artıq Tramp rəsmi olaraq Amerika prezidenti oldu. Azadlıq abidəsinin məşəlindəki alovun qızılı olması və tarix sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 16. Bir sənədli filmdə səhrəlarda doğulan uşaqların çoxunun tezliklə ölməsindən danışılarkən bunun heçdə təəccüblü olmadığı deyilir, axı uşaqlar bura X-dən gəlib. X adlı filmin baş qəhrəmanının ayaqbarmaqları arasında pərdə var idi. X-i iki sözlə cavab kartlarıza yazın. -Cavab: Su dünyası -Şərh: Sənədli filmdə körpələrin su ilə dolu ana bətnindən gəlməsi qeyd olunur və ana bətni "Su dünyası"na bənzədilir . "Su dünyası" filmində isə baş qəhrəmanın qəlsəmələri yaranır. -Müəllif: Emil Yusublu - -Sual: 17. Paylama materialıQarşınızdakı şəkildə ötən əsrin ikinci yarısında Samarada tikilmiş binanı görürsünüz. Siz isə binanın adını bir sözlə cavab kartınıza yazın. -Cavab: Qarğıdalı -Şərh: Ötən əsrin ikinci yarısında SSRİ-də hakimiyyətdə olan Nikita Xruşşov öz qarğıdalı sevgisi ilə fərqlənirdi və bu SSRİ-nin memarlığına da yansıyıb. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 18. Salman Rüşdi özünün “Şərq, Qərb” əsəri barədə deyir: “Əsəri adlandırarkən ən əsas məsələ X idi. Çünki mən özüm də X kimiyəm. X ilə eyniköklü sözün latın dilində çəlik mənasına gəldiyini bilərək X-i 1 sözlə cavab kartlarınıza yazın. -Cavab: Vergül -Şərh: Ürəyinin şərqdə özünün isə qərbdə olduğunu deyən Rüşdi özünü əsərin adındakı vergülə bənzədir. Latın dilində çəlik-əsa mənasına gələn virga sözü də virgula ilə eyni koklüdür. -Müəllif: Qorxmaz Aydınlı - -Səhifə -> 217 | Sual Sayı -> 12 - -Sual: 1. Universal dilində mega-böyük, gema isə kiçik deməkdir. Siz isə nifo sözünü dilimizə tərcümə edin. -Cavab: Başlanğıc -Şərh: Universal XX əsrin əvvəllərndə yaradılmış süni dildir. Fino başa düşdüyünüz kimi, son deməkdir. -Müəllif: Fuad Eminov - -Sual: 2. Bir məqalədə 2010-cu, 2014-cü və 2018-ci illərdə Oskar təltifetmə mərasiminin adi vaxtdan daha gec keçirilməsindən danışılarkən səbəb kimi o qeyd edilir. Onu eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Olimpiya oyunları -Şərh: Təşkilatçılar çalışır ki mərasimin media reytinqinə heç bir iri tədbir xələl gətirməsin. -Müəllif: Fuad Eminov - -Sual: 3. 2012-ci ildə "Kosta Konkordia" gəmisinin qəzasından sonra sağ qalanlardan bəzilərinin dediyinə görə, gəmi qayalarla toqquşduğu vaxt, restoranda 1990-cı illərə aid bu mahnı səslənirdi. Mahnının adını yazın. -Cavab: My heart will go on -Şərh: "Titanik" filminin məşhur soundtreki. Maraqlıdır ki, hadisə də Titanikdən 100 il sonra-2012-ci ildə baş vermişdir. -Müəllif: Nail Qasımzadə - -Sual: 4. Yoxsulluqdan bezən Mark Tven 18 yaşında hansı ştatı tərk etmişdi? -Cavab: Missuri -Şərh: “Yoxsulluq” sözü ingilis dilində “misery” kimi səslənir. Tven deyirdi ki, əgər siz Missuridə doğulmusunuzsa və bütün həyatınızı burada keçirmisinizsə siz ştatın adını Mizeri kimi tələffüz edirsiniz. -Müəllif: Fuad Eminov - -Sual: 5. Tippi Hedren 1969-cu ildən başlayaraq heyvan haqları aktivisti olmuşdur. Siz isə onun 1963-cü ildə hansı filmdə çəkildiyini tapın. -Cavab: Quşlar -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 6. Avstraliyalı botanik nəyi şotlandiyalı kimyaçı dostunun şərəfinə adlandırmışdı? -Cavab: Makadamiya qozu -Şərh: Dostunun şotlandiyalı olması sizi mak hissəciyinə aparmalı idi, onun adı Con Makadam idi, Makadamiya bitkisini də avstraliyalı botanik Ferdinand fon Müller Makadamın şərəfinə adlandırmışdı. -Müəllif: Çingiz Məmmədov - -Sual: 7. Valideynlərinin həyat ssenarisini təkrarlayaraq yaşayan insanları ingilis dilində Generation İKS adlandırırlar. Əvvəlki cümlədə bir sözdə hərflər buraxılmışdır. Həmin hərfləri tapıb sözü bərpa edin. -Cavab: Xerok -Şərhlər: None -Müəllif: Fuad Eminov - -Sual: 8. 7UP içkisinin Böyük depressiya illərində ABŞ-da populyar olmasında qeyri-adi heç nə yoxdur, çünki o dövrdə içkinin tərkibində NƏ var idi?. -Cavab: Litium -Şərh: İndi də depressiya dərmanlarında litiumdan istifadə edilir -Müəllif: Fuad Eminov - -Sual: 9. Salem ifritələri üzərində proses bitdikdən sonra barəsində edam hökmü çıxarılmış ifritələrdən biri olan Meri Bredberi qaçıb canını qurtara bilir. Bu barədə məlumat verilən bir bloq yazısı ilk dəfə 1952-ci ildə dərc edilmiş hansı hekayənin adı ilə adlandırılmışdı? -Cavab: Şimşəyin səsi -Şərh: Yazıçı Rey Bredberi, astronavt Alan Şepard, şair və yazıçı Ralf Emerson, aktrisa Linda Hamilton bu qadının nəslindən idi. Adı çəkilən hekayədə zaman səyahətçilərinin kəpənəyi tapdalaması qarşısıalınmaz dəyişikliklərə gətirib çıxarır. Qadın edam edilsə idi, bu şəxslər də dünyaya gəlməyəcəkdi -Müəllif: Fuad Eminov - -Sual: 10. Bir yumoristik şerdə teatrda tamaşaya baxan şəhər meri narahat olur ki, Marsio ikincini hardan bilir. Marsio ilə əvəz ediləni yazın. -Cavab: Merkutsio -Şərh: чума на оба ваши дома -кричит меркуцио в партер -мэр напрягается откуда -поганец знает про второй -Müəllif: Fuad Eminov - -Sual: 11. Son illərdə Müqəddəs Yekaterina monastırının kitabxanasında olan 74 əlyazmada 6800 səhifə mətn aşkar edilmişdir. Eşitdiyiniz cümlədə buraxılmış bütün saitləri eyni olan sözü yazın. -Cavab: Silinmiş -Şərh: Söhbət palimpsest əlyazmalardan gedir. Stilusla yazılan mətnin mürəkkəbini silmək mümkün olsa da, perqamentdə stilusun izi qalır və müasir texnologiyaların köməyi ilə mətni bərpa etmək mümkündür. -Müəllif: Fuad Eminov - -Sual: 12. Lyu Sısinin hekayəsində gələcəkdən gələn qonağın ona hədiyyə etdiyi təksimli skripkada ifa zamanı ayrılan səs enerjisi kütləyə çevrilərək simi daha qalın edirdi. Siz isə onun kim olduğunu yazın. -Cavab: Eynşteyn -Şərh: Eynşteynin də köməkliyi ilə bəşəriyyət kütləni enerjiyə çevirə bildi. Gələcəkdə isə enerjinin kütləyə çevrilməsinin mümkünlüyü iddia olunur. -Müəllif: Fuad Eminov - -Səhifə -> 221 | Sual Sayı -> 15 - -Sual: 1. Böyük Vətən Müharibəsindən qayıdan İbrahim, döyüşdə itirdiyi qardaşının həsrətinə dözməyib, hədsiz içkiyə qurşandı. Siz isə onun nəylə məşhurlaşdığını deyin. -Cavab: Butulka evi. -Şərh: İbrahim Cəfərov Böyük Vətən Müharibəsində itirdiyi qardaşı Yusif Cəfərovun həsrətinə dözməyib o qədər içmişdi ki, həmin içkilərin butulkalarından sonralar məşhur butulka evini tikmişdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Onun tanınmaz hala düşmüş bədəninin rəsmini çəkmək üçün rəssam DOSTU canlı modeldən istifadə etməli olmuşdu. Bədəninin balzamlanmasına baxmayaraq, onun tabutunun arxasıyca gül gətirən uşaqların halı pisləşmişdi. Onun kim olduğunu deyin. -Cavab: Jan Pol Marat -Şərh: Ekzema xəstəliyindən əziyyət çəkən Maratın ölümündən sonra bədəni balzamlansa da xoşagəlməz qoxunun qarşısını tam almaq mümkün olmamışdı. Xalqın dostu olan Maratın Jak Lui David ilə şəxsi dostluğu var idi. Ekzema xəstəliyi Maratın bədənini tanınmaz hala saldığından, David dostunun portretini çəkmək üçün canlı modeldən (yəni naturşikdən) istifadə etmək məcburiyyətində qalmışdı. -Müəllif: Elvin İbrahimov - -Sual: 3. Paylama materialıGördüyünüz minimalistik posterin nəyə həsr olunduğunu bir sözlə deyin. -Cavab: Klaustrofobiya. -Şərh: Klaustrofobiya – qapalı yerlərdən qorxma xəstəliyidir. Gördüyünüz şəkildəki ağlayan insan açar dəliyinə oxşayır. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 4. Türk seriallarından birində varlı Trabzonlu iş adamından danışılır. Onun nə dərəcədə imkanlı olduğunu qeyd eləmək üçün filmdə yarızarafat, yarıciddi belə bir cümlə işlədilir. “Adam o qədər varlıdı ki, baxmayaraq ki, ötən il ... ... ... ... o heç ehvalını da pozmadı. Buraxılmış 4 sözü tapın. -Cavab: Qara dənizdə gəmiləri batdı. -Şərh: Geniş yayılmış məsələ görə “Qara dənizdə gəmilərin(in) batması” əhvalın pozulmasını ifadə edir. Filmdə isə qəhrəmanın həqiqətən də Qara dənizdə gəmiləri batır. “Trabzon” sözü də cavabı tapmağa kömək etməli idi. -Müəllif: Elşən Quliyev - -Sual: 5. Paylama materialı“Amerikan rejissor Qor Verbinskinin filmi yapon rejissor Xideo Nakatanın çəkdiyi "Zəng" filminin remeykidir.”Qarşınızdakı mətndə X var. X 2008ci ildə ABŞ`da çəkilmiş bir filmin adı ilə eyni səslənir. Üç sözlə cavab verin, hansı filmin? -Cavab: Bir buraxılmış zəng. -Şərh: Eşitdiyiniz mətndə sual müəllifi Verbinskinin çəkdiyi "Zəng" filminin adını buraxıb, digər "Zəng" sözünü isə saxlayıb. “Bir buraxılmış zəng” filmi özü də eyniadlı yapon filminin remeykidir."Cavab verin" də ipucu idi. -Müəllif: Asim İbrahimli - -Sual: 6. Britaniya donanmasında rəhbərlikdən gizlin şəkildə spirtli içki qəbulu prosesini bildirmək üçün “X-ə əl uzatmaq” ifadəsi işlədilir. X-lə əvəz olunan sözü yox, 1805 ildə vəfat etmiş şəxsi deyin. -Cavab: Horatsio Nelson. -Şərh: X-lə “Admiral” sözü əvəz olunmuşdur. Rəvayətə görə, Nelsonun cəsədi gəmidə aparılarkən,dənizçilər rəhbərlikdən gizlin şəkildə cəsədin içində olduğu çəlləydən brendini içirdilər. Məhz 1805 ildə vəfat etmiş şəxsi soruşmağımız, az da olsa kömək edə bilərdi. -Müəllif: Ruslan Məmmədov - -Sual: 7. Paylama materialıSoldakı 1812-ci ildə Onun dünyasını “QARALTSA DA” , sağdakı dünyaları “İŞIQLANDIRACAQDI”. Bir dəqiqədən sonra Onun kim olduğunu deyin. -Cavab: Brayl. -Şərh: Solda təsvir olunan biz Braylın kor olma səbəbinə , sağdakı ,sonradan Brayl stilusu adlanan əşya isə korlar üçün yaratdığı əlifbaya işarə idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. 1news.az saytının məlumatına görə, 2013 ilin ilk 4 ayı ərzində baş verən müəyyən hadisələrin 40 faizi BUNUNLA bağlıdır. Bir idman növündə isə bir qarşılaşma ərzində BU maksimum 16 dəfə baş verə bilər. BUnu 2 sözlə ifadə edin. -Cavab: Piyadanın vurulması. -Şərh: Məlumata görə yol qəzalarının əsas hissəsi piyadanın vurulması ilə bağlıdır. Bir şaxmat partiyasında isə piyadaları maksimum 16 dəfə vurmaq mümkündü. -Müəllif: Asim İbrahimli - -Sual: 9. Paylama materialı1944-cü il - Four walls; 1945-ci il - Three dances; 1936-cı il - Trio; 1952 - ?Sizə paylanmış rekvizitdə vikipediyanın bir məşhur şəxsin yaradıcılığına həsr edilmiş məqaləsindən çıxarışdı. 1952-ci ilə aid olan əsəri tapın. -Cavab: 4.33 -Şərh: Birinci əsər 4,ikinci və üçüncü isə 3 ilə bağlı idi. Bu çıxarış Con Keycin yaradıcılığı haqda məqalədəndi. -Müəllif: Elşən Quliyev - -Sual: 10. 20-ci əsrin əvvəllərində Londonlu sahibkar Şolom Bogerman bir məişət əşyasını təkmilləşdirərək onu satışa buraxmışdır. Qəribədə olsa, bu ixtira vasitəsi ilə o tez bir zamanda varlana bilmişdir. Söhbət hansı ixtiradan gedir ? -Cavab: Fitli çaydan -Şərh: Bogerman adi çaydanı təkmilləşdirərək fitli çaydan icad etmişdi. İnanclara görə isə, fit çalmaq kasıblığa səbəb olur. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 11. Paylama materialıTennisdə püşkatma zamanı güclü oyunçular səbətlərdə elə paylaşdırılır ki,ilk mərhələlərdə qarşılaşmasınlar. Bu hesablama sistemini 1885-ci ildə məhz o təklif etmişdi. Kim? -Cavab: Luis Kerrol. -Şərh: Rekvizitdəki cümlənin belə yazılması güzgü effektinə işarə idi.Luis Kerrolun riyaziyyatçı olması kifayət qədər məşhur faktdı.Tennisin Vətəni İngiltərə sayılır. -Müəllif: Elşən Quliyev - -Sual: 12. Hadisələri 19-cu əsrin əvvəllərində cərəyan edən Frederik Darın əsərinin qəhrəmanı uzaq səfərdən gətirdiyi BUNU dostuna hədiyyə verərək qeyd edir ki, BU onun bığlarının yanmasının qarşısını alacaq. Sual müəllifi axtarsa da onun göyərçin lələkləri ilə bəzədilməsinə dair heç bir məlumat tapa bilmədi. BUnu iki sözlə deyin. -Cavab: Sülh çubuğu. -Şərh: Personaj dostuna uzaq səfərdən sülh çubuğu gətirmişdi. Çubuq uzun olduğundan onu çəkən şəxsin bığlarını yanmaqdan qoruyacaqdı. Sülh çubuğu adətən qartal lələkləri ilə bəzədilir. Sual müəllifi çubuğun sülh rəmzi olan göyərçin lələklərindən hazırlanmasına dair fakt axtarsa da onu tapa bilməmişdi. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 13. Paylama materialıGördüyünüz geomap-də rənglər maqnit sahəsinin gücünü göstərir. Ən güclü maqnit sahəsi Teslanın işlədiyi laboratoriyanın ətrafındadı. Diqqət! Sual: Teslanın işlədiyi ştatı tapın. -Cavab: Kolorado. -Şərh: Şəkildə müxtəlif rəngləri görürsüz,mətndə də rəng sözü işlədilmişdi.Teslanın işlədiyi Kolorado ştatının adının mənası da rəngarəng deməkdir. -Müəllif: Elşən Quliyev - -Sual: 14. “1850-ci ildə çap olunan “etik prinsiplər” adlı esselər kitabında ədəbi nəzəriyyələrdən bəhs edilir.”    - -Eşitdiyiniz cümlədə buraxılmış hərflərin olduğunu bilərək, bir dəqiqə ərzində kitabın müəllifini tapın. -Cavab: Edqar Allan Po. -Şərh: Əslində kitabın adı “Poetik prinsiplər”di. Kitab müəllifin ölümündən bir il sonra çap edilib. -Müəllif: Elşən Quliyev - -Sual: 15. Uilyam Uaylerin “Roma tətilləri” filmində onu da görmək olar. Sonralar Federiko Fellini də bu mövzuya qayıdaraq onu “Şirin həyat” filmində 3-cü dərəcəli aktyor kimi təsvir etmişdir. Onu tapın. -Cavab: Trevi fontanı. -Şərh: Sualda söhbətin İtaliya ilə bağlı olduğunu tapmaq çətin deyildi.Əsas açar söz “qayıtmaq” idi. İnanca görə Trevi fontanına qəpik atan,mütləq Romaya geri qayıdır. -Müəllif: Elşən Quliyev - -Səhifə -> 222 | Sual Sayı -> 65 - -Sual: 1. Parisdə ilk kababxananı o açıb. Kim? -Cavab: Aleksandr Düma (Ata) -Şərhlər: None -Müəllif: Ruslan Məmmədov - -Sual: 2. Turistik bir ingilis dilli reklamda deyilir.Əgər Marseldə olsaz,buranı mütləq ziyarət edin.Haranı? -Cavab: İf qalası -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 3. İngiltərədə MERə “Mister Mer” deyə müraciət edirlər.Bəs əgər Mer qadın olsa,necə müraciət edilməlidi? -Cavab: Mister Mer -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 4. Avstraliyada Golf oyunlarında anlaşılmaz bir qayda var.Top ona dəysə, heç nə olmamış kimi oyuna davam eləmək lazımdı.Onu tapın -Cavab: Kenquru -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 5. Bu kvartetin atalarının ləqəbi “Pomidordu”-du. Bəs biz bacıları necə tanıyırıq? -Cavab: Las Ketchup -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 6. Bu heyvan günün 15 saatını yatır, çox nadır hallarda hərəkət eləyir.Hətta qidanı da çox gec həzm edir.Hansı heyvan? -Cavab: Ərincək -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 7. Şaxmatda dünya çempionu olmaq üçün titul uğrunda mübarizədə cari dünya çempionuna qalib gəlmək lazımdır.İki dünya çempionu var ki buna əməl edilməyib.Biri Karpovdu,o birini siz deyin.Vaxt? -Cavab: Vilhelm Steynits -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 8. Avstraliyada bir qrup aktivist gecə klublarından çox gec saatlarda içkili halda çıxan ziyarətçilərin öz səs-küyləri ilə ictimai asayişi pozmasının qarşısını almaq üçün onlara çıxışda bunu paylamağı təklif edir. Bunu eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Çupa-çups -Şərhlər: None -Müəllif: Elvin İbrahimov - -Sual: 9. Karakal Arava səhrasında yaşayan, ilk baxışdan erkəyi və dişisi fərqlənməyən yırtıcı heyvandır. Bəs sizcə, İsrail Müdafiə Ordusunun («ЦАХАЛ») “Karakal” adlanan əlahiddə bölməsinin özünəməxsus xüsusiyyəti nədən ibarətdir? -Cavab: Orada qadınlar və kişilər birgə xidmət edir. -Şərhlər: None -Müəllif: Elvin İbrahimov - -Sual: 10. Maraqlıdır ki, ABŞ-da ingilis və ispan dillərindən sonra yayılmasına görə üçüncü yerdə bu dildir. Hansı dil? -Cavab: Jestlər dili -Şərh: Lalların dili -Müəllif: Azər Abasəliyev - -Sual: 11. Amerikanın İraqı bombardman etməsi başlayarkən, Kolin Pouelin BMT-nin zallarından birində çıxışı planlaşdırılır. Çıxışdan öncə BMT işçiləri zalda asılmış bir əsərin reproduksiyasını örtürlər.Hansı əsərin? -Cavab: Gernika -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 12. Nə qədər qəribə səslənsə bu xanımın şərəfinə adlandırılmış geyim mağazaları var. Kimin? -Cavab: Leydi Qodiva -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 13. Yunan miflərinin ən qədim və ilkin versiyalarında bu ilahə dəniz ilahəsi idi. Kim? -Cavab: Afrodita -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 14. Vyetnamın ən geniş (enli) sahəsi şimalda təxminən 520 km, cənubda təxminən 380 km, ən dar (nazik) hissəsi isə ortada təxminən 55 km-dir. Ayzek Əzimov Vyetnamı nəyə bənzətmişdi? -Cavab: qum saatıa -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 15. "Bəli, bu Oreqondakıdır" deyə bu yaxınlarda o etiraf elədi. Bununla da İllinois, Ohayo, Missui, Massaçusets və başqa ştat sakinlərini məyus etdi. Bu bəyanatı edən şəxsi deyin. -Cavab: Met Qroninq -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 16. Az yaşlı uşaqların həftəiçi səhər tezdən duraraq məktəbə getmək rejiminin həftəsonu dərs olmayarkən pozulmaması və uşaqları tezdən durmağa öyrəşdirmək üçün TV işçiləri bu qərara gəliblər. Hansı qərara? -Cavab: Cizgi filmləri səhər göstərilsin -Şərhlər: None -Müəllif: Azər Abasəliyev - -Sual: 17. Onun rəsmi və qeyri-rəsmi istehsal və satış hüququ yalnız Hasbro kompaniyasına aiddir. Nəyin ? -Cavab: Monopoliya oyunu -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 18. O.Henrinin qəhramanı Mellinjer özünü ölkənin yeganə vicdanlı sakini adlandırır. Mellinjer qeyd edir ki,əgər O bizim ölkəyə gəlsəydi, ona mənim evimi göstərərdilər. Onu tapın -Cavab: Dioegen -Şərh: Diogen əlində lampa ilə gəlib desə ki insan axtarıram, ona mənim evimi göstərərlər -Müəllif: Elşən Quliyev - -Sual: 19. 19-cu əsrin ortalarında onun ixracı Rusiyanın ticarətdən qazandığı gəlirin 40%-ni təşkil edirdi. Onu tapın. -Cavab: Alkaqollu içkilər -Şərh: Sualda açar sözlər Rusiya və 40% idi -Müəllif: Elşən Quliyev - -Sual: 20. Paolo Koelyonun qəhramanı Livanlı qadının yaşıl gözlərini təsvir edərkən onu xatırlayır.Onu qısa sözlə deyin -Cavab: Sidr -Şərh: Kedr -Müəllif: Elşən Quliyev - -Sual: 21. İtaliyanın Çerretto şəhərciyinin sakinləri musiqili tamaşalar təşkil eləməklə əhalinin diqqətini cəlb eləyir,tamaşaçılara saxta dərman və digər məmulatlar satırdılar. Eşitdiyiniz cümlənin yer aldığı məqalənin adını fransız mənşəli sözlə deyin. -Cavab: Şarlatan -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 22. Amerikada Beynəlxalq Canavar mərkəzi fəaliyyət göstərir.Bu mərkəzdə insanlar canavarların yaşadığı ərazilərə səyahət eləmək imkanı qazanırlar.Bəs bu mərkəzdə işləyən və səyahətə rəhbərlik edən qızların özəlliyi nədi? -Cavab: onların hamısı qırmızı papaq taxırlar -Şərhlər: None -Müəllif: Elşən Quliyev - -Sual: 23. İş yerində onu “başqa Stiv” adlandırırdılar. Söhbət kimdən gedir? -Cavab: Stiv Voznyak -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 24. Rəssamın sözlərinə görə onun inşasının uğursuzluğa düçar olmasının səbəbi məhşur bir mənbədə göstərilən lingvistik əngəllər deyil, tikinti prosesində yol verilmiş xətalardır. Söhbət nədən gedir. -Cavab: Babil qülləsi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 25. Qranada Universitetinin alimləri apardıqları təcrübələrdən belə nəticəyə gəliblər ki, müəyyən hallarda insanın burnunun temperaturu artır.Alimlər bu effekti onun adıyla adlandırıblar -Cavab: Pinokkio -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 26. Bir abidədə onlar fotoapparat, qulaqlıq və telefonla təsvir olunublar. Onları 1ci növ təyini söz birləşməsi ilə ifadə edin. -Cavab: Üç meymun -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 27. Proqram təminatı məhsulları istehsalçısı olan PC Piststop kompaniyası 2005ci ildə istifadəçilərinə pul mukafatı verməyə razı olduğunu yazılı şəkildə elan etmişdi. Təxminən 3000 satışdan sonra bir istifadəçi axir ki, bu məbləği qazandı. Bəs həmin istifadəçi nə etmişdi? -Cavab: Proqram məhsulunun son istehlakçı ilə lisenziyon-razılaşmasını (EULA) oxumuşdu. -Şərh: "Razılaşmanı oxumuşdu" tipli və mənaca uyğun cavablar. -Müəllif: Asim İbrahimli - -Sual: 28. Siqaret çəkməyin sağlamlığa ziyan olması barədə hər kəs eşidib. Dizaynerlər bu ismarıcın siqaret çəkənlər üçün daha da aydın çatdırılması məqsədi ilə siqaret qutularını qeyri-adi formada hazırlayıb. Necə? -Cavab: Tabut -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 29. Buenos-Ayresdə yerləşən bəzi obyeklərin ətrafı dərin xəndəklər (ров) və tikanlı məftilli uzun hasarla əhatə olunub. Bəs bu tədbirlər kimlərə qarşı görülüb? -Cavab: Futbol fanatları -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 30. Bir məşhur internet portalının istifadəçisi logo seçimini belə əsaslandırır ki, saytda yerləşdirilən materialların həcmi yeni istifadəçini ilk baxışdan az görünə bilər, lakin saytda yerləşdirilən materialların həcmi göründüyndən qat-qat artıqdır. Bəs Logoda nə təsvir olunub? -Cavab: Aysberq -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 31. Bernar Verberin qəhrəmanı olan oyuncaq satıcısı, boşanmış Barbi kuklasını adi Barbidən daha baha satmasını necə izah eləyir? -Cavab: Boşanmış Barbinin ərinin mirası da ona qalıb -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 32. Bir filmin qəhramanı olan plastik cərrah öz pasientinə vurularaq özünü onunla müqayisə edir. kiminlə? -Cavab: Piqmalion -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 33. 2004-cü ildə baş vermiş sunami qurbanlarına kömək etmək üçün "Fender Stratocaster" qitarası auksionda 2 800 000 Dollara satılıb. Qitaranın belə baha qiymətə satılmasının səbəbi kimi gitarada 19 bunun olması göstərilir.Nə? -Cavab: Avtoqraf -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 34. Mark Tven uşaqları heç sevmirdi.Deyilənə görə hətta o dərəcədəki, yazıçı,bir monarxa abidə qoyulmasını istəyirdi.Kimə? -Cavab: Çar Herod -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 35. 1986cı ildə o növbəti şirkətini yaratdı. O kimdi ? -Cavab: Stiv Cobs -Şərh: Apple-dan uzaqlaşdırıldıqdan sonra o NeXT şirkətini yaratdı -Müəllif: Asim İbrahimli - -Sual: 36. Livejournal`dakı bir məqaləyə inansaq, yazıçı Uilyam Folkner`in yaradıcılığında 49 səhifəlik buna rast gəlmək olar. Nə? -Cavab: Cümlə -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 37. Karikaturalardan birində osminoq (oktopus) ağ əlcəklərdə və başında tacla təsvir olunub. Bununla onun hansı xüsusiyyeti önə çəkilib? -Cavab: Qanının mavi olması. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 38. 2013cü ilin martında Andreas adlı operator telefonda ona “Doğrudan? Mən isə Napoleonam” deyə cavab vermişdi.Siz Onu yox, doğulduğu ölkəni deyin. -Cavab: Argentina -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 39. Onların tərkibi 72%-ə qədər yağ turşularından ibarət olur. Söhbət nədən gedir? -Cavab: Təsərrüfat sabunu -Şərh: Marsel sabunu -Müəllif: Asim İbrahimli - -Sual: 40. Ueyn Olvayn və həyat yoldaşı Russi Teylor 2008ci ildə “Disneyin əfsanələri” adını qazandılar.Siz onları məşhur edənləri tapın. -Cavab: Mikki ve Minni Maus. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 41. 8fact səhifəsinə inansaq hər il 7000dən çox pasientin ölümünün səbəbi məhz bu olur. Nə? -Cavab: Həkimlərin səliqəsiz xətti. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 42. Yaradıcıları əslində onu “awesome” adlandırmaq istəyirdilər. Daha sonar isə başqa adı bəyəndilər.Bəs biz onu hansı adla tanıyırıq? -Cavab: Like düyməsi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 43. 8fact səhifəsinə inansaq bunun baş verməyi üçün minimum 8,2 saniyəlik göz kontaktı lazımdır. -Cavab: İlk baxışdan məhəbbət. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 44. Twitter’də bu yaxınlarda işə düşən bir proqram istifadəçinin ən çox işlətdiyi sözləri və mövzuları analiz edərək,onun köhnə yazıları əsasında tvitlər paylaşacaq və ən çox izlədiyi səhifələrdən retvitlər edəcək. Bəs bu proqramın fəaliyyəti nə zaman başlayır? -Cavab: İstifadəçi dünyasını dəyişdikdən sonra. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 45. Qırmızı şərabın müalicəvi xüsusiyyətləri qədimdən məlumdur. İtalyan dizaynerləri bu fakta əsaslanaraq qeyri-adi formaya sahib şərab qrafinləri hazırlayıblar.Sizcə, bu qrafinlərin forması nəyi xatırladır? -Cavab: Ürəyi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 46. Məşhur Amerikan şirkətinin loqosunu yaradan Alan Oldric daha əvvəl The Beatles, The Rolling Stones və Elton Conun musiqi albomlarının illüstratoru olmuşdur.Söhbət hansı şirkətdən gedir? -Cavab: Hard Rock -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 47. 1938-ci ildə yaranmış hansı logotip köynəklərdə təsvir olunan ilk logotip hesab olunur? -Cavab: Supermenin loqotipi -Şərhlər: None -Müəllif: None - -Sual: 48. Düymə, damcı, armud, oval, yarımdairə, dairə, sfera və qeyri-düzgün. Sadaladıqlarım nəyin təbiətdə rast gəlinən formalarıdır? -Cavab: Mirvari -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 49. Maraqlıdır ki, bu tikilinin tarixi boyu ondan 250 nəfər insan yıxılıb. Söhbət hansı tikilidən gedir? -Cavab: Piza qülləsi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 50. Onu düzəltmək üçün 7 million ABŞ dolları, ekranlaşdırmaq üçün isə 200 million ABŞ dolları xərclənmişdir. Söhbət nədən gedir? -Cavab: Titanik gəmisi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 51. Nəyi məşhur fransız şairi Giyom Apoliner böyük qəbirsanlıq adlandıraraq onu yandırmağa çağırırdı? -Cavab: Luvr -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 52. Iqtisadiyyat da gəlirlərin bölüşdürülməsi nəticəsində əhaliarasında sosial bərabərsizliyin aradan qaldırılması effekti onunadını daşıyır. Kimin ? -Cavab: Robin Hud -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 53. Bir çox tikili və binalar vaxt keçdikcə yerləşdiyi ərazidə hökm sürən dini quruluşa uyğun olaraq müəyyən dəyişikliklərə məruz qalırdı. Misal üçün Aya-Sofiya.Bəs hansı tikili 609-cu ildən etibarən Xristian məbədinə çevirilərək "Bütün müqəddəs əzabkeşlərin kilsəsi" adlandırılmağa başlamışdı? -Cavab: Panteon -Şərh: Panteon yunan dilindən tərcümədə “Bütün Allahların məbədi” adlanırdı. -Müəllif: Asim İbrahimli - -Sual: 54. Karikaturalardan birində siçan tələsində məşq edən siçan təsvir olunub. Bəs həmin karikaturada hansı məşhur ifadə yazılmışdı? -Cavab: Nə ki bizi öldürmür, bizi güclü edir. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 55. Balzakın evinin təmiri ilə məşğul olan usta ondan pul tələb etdikdə, yazıçı indi onun heç bir qəpiyinin də olmadığını deyir. “Mən hər dəfə pul üçün gələndə siz ya evde olmursuz, ya da pulunuz olmur!” deyə usta qəzəblənir.Bəs hazırcavab Balzak ona nə cavab verir? -Cavab: Bu ki təbiidir, əgər mənim pulum olsa, indi evdə olmazdım. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 56. Hitmonlee ve Hitmonchan adlı pokemonlar onların şərəfinə adlandırılıb. Kimlərin? -Cavab: Bruce Lee və Jackie Chan -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 57. 8fact səhifəsinə inansaq Yer kürəsindəki bütün qarışqaların çəkisi təxminən onların ümumi çəkisinə bərabərdir. Onları deyin. -Cavab: İnsanlar -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 58. İngilislərdə və bizdə dörd bu xüsusiyyətə malik yeganə ədəddir. Hansı? -Cavab: Hərflərin sayı özü qədərdir. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 59. Sutkanın 18 və daha çox saatını yatmaqla müşaiət olunan psixoloji sindrom belə adlanır.Necə? -Cavab: Yatmış gözəl sindromu. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 60. Ceyli Lindqo`nun artıq 27 yaşı var. Lakin o 2 yaşlı körpə qədər inkişaf edib, çəkisi 11kq, boyu isə 84 sm-dir. Bəs zahirən onun yaşını biruzə verən yeganə şey nədir? -Cavab: Dişləri -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 61. Saytlardan birində Google Məzarlığı adlı bir məqalədə çoxlu sayda baş daşı şəkillərinə rast gəlmək olar. Bəs baş daşları üzərində nələr yazılmışdı? -Cavab: Google`un bağladığı layihələrin adları. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 62. Yaradıcıları onu hazırlayarkən donuz qripi geniş vüsət almışdı. O nədi ? -Cavab: Angry Birds oyunu -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 63. 8fact səhifəsinə inansaq onlar həftələri və fəsilləri ifadə edirlər.Onları deyin. -Cavab: Oyun kartları -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 64. Makropulos deyir ki, həkimlərdən daimi gəncliyin reseptini istəməyin, onsuz da onlar...tamamlayın. -Cavab: bunu aydın olmayan (səliqəsiz) xəttlə yazacaqlar. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 65. Hamet Xomeili adlı İran vətəndaşının hazırladığı qalstukun uzərində Məhəmməd peyğəmbərin hədisləri yer almışdı. Bəs həmin qalstukun dizaynı hansı formada idi ? -Cavab: İmam Əlinin qılıncı (Zülfüqar) formasında. -Şərh: None -Müəllif: Asim İbrahimli - -Səhifə -> 223 | Sual Sayı -> 18 - -Sual: 1. Maplewood.worldwebs.com saytı ABŞ-da bu həftəsonu hava vəziyyətinin pisləşməsi, qar yağmaq ehtimalının olmasını bildirdiyi xəbərinə «1 aprel zarafatı» başlığı seçmişdir. Mətndə buraxılan bir sözü bərpa edin. -Cavab: Deyil -Şərh: 1 aprel barədə hava proqnozu verilən saytda insanların buna inanmayacağı, 1 aprel zarafatı kimi qəbul edəcəyi təxmin edilir. Buna görə də «1 aprel zarafatı deyil» ifadəsindən istifadə olunur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. "Burnt" filmində restorana gəlmiş X gizlincə çəngəli döşəməyə qoyur. X-i biri xüsusi isim olmaqla eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Mişlen müfəttişi -Şərh: Restorandakı xidməti personalın səviyyəsini yoxlamaq istəyən müfəttişlər bu üsuldan istifadə edirlər. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 3. 1940-cı ildə Şimali Karolinanın Rich Square rayonunda anadan olmuş Çarlz Robert Cenkins 1965-ci ildə Şimali Koreya tərəfindən əsir götürülmüşdü. Daha sonra Robert Pxenyan Universitetində koreyalı casuslar üçün dərslər deməyə başlayır, lakin bir müddət sonra o Universitetdən çıxarılır. Bunun səbəbini bir sözlə deyin. -Cavab: Aksent -Şərh: Robert ABŞ-ın rayonunda anadan olmuşdu, hələ gənc yaşlarında orduya getdiyi üçün təhsilsiz idi, o ABŞ dilində rayon aksenti ilə danışırdı. Belə ki Robertin ingilis dili öyrətdiyi casuslar aksentlə danışdıqları üçün xaricdə tez yaxalanırdılar. Buna görə Robert Universitetdən qovlanılır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. Alfred Levinin şirkəti yaxınlığındakı naqildə boşalma yaranır, açılan naqil polad kirişə toxunur. Yaranan sistem anten funksiyasını yerinə yetirir və həmin fabrikanın yaxınlığında yerləşən radiodan dalğalar qəbul edir. Bir müddət sonra Alfred müştərilərdən təqdir sorğuları almağa başlayır. Siz isə bir dəqiqədən sonra Alfredin 1966-cı ildə nəyi patentləşdirdiyini cavab kartlarınıza yazın. -Cavab: Gözləmə musiqisi -Şərh: Dalğa alan anten qurğusu naqil vasitəsilə radiodan mahnıları qəbul etməyə başlayır. Normalda telefonda səssizdə gözləyən müştərilər radio mahnılarına qulaq asmağa başlayır. Bundan sonra Alfred “Gözləmə mahnıları”nı (Music on hold) patentləşdirir. Hal-hazırda əlaqə mərkəzlərində, işlətdiyimiz iş telefonları olan Ciscolarda və s. bu mahnıları eşidə bilirik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. Elif Şafak, çıxışlarından birində, bir ayağının İstanbulda, digər ayağının isə dünyanın dörd bir yanında olduğunu deyərkən özünü X-ə bənzədir. X-i 1 sözlə yazın. -Cavab: Pərgar -Şərh: Yazıçı həm İstanbulda sabit qaldığını, həm də dünyanın dörd bir yanını dolaşdığını deyərək özünü pərgara bənzədir. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 6. William, yalan detektorunun ilkin prototipinin ixtiraçısıdır. Sizsə Williamın 1941-ci ildə hansı personajın yaradıcılarından biri olduğunu yazın. -Cavab: Wonder Woman -Şərh: Wonder Womanın silahlarından biri Həqiqət kəməridir. Həqiqət kəməri də Yalan detektoru kimi insanlari insanların həqiqəti deməyini təmin edir. 2017ci ildə çəkilmiş filmin adında da Marston soyadını görmək olar. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 7. X 778-ci ildə Frank imperiyasının İspaniyaya hücumu zamanı basklarla döyüşlərin birində baş - -vermişdir. Bir versiyaya görə X-ə 1918-ci ildə pilot Herman Habiç səbəb olmuşdur. X-i 2 sözlə yazın. -Cavab: Rolandın ölümü -Şərh: Böyük Karlın ən yaxşı döyüşçülərindən və yaxınlarından biri olan Roland İspaniyada bask tayfaları ilə döyüş zamanı öldürülmüşdü. 2ci hissədə isə söhbət Roland Qarros-dan gedirdi. Məşhur təyyarəçini Herman Habiç adlı alman pilotu vurmuşdu. -Müəllif: Nəriman Vəliyev - -Sual: 8. Derrik Dil “Opus Number One” əsəri ilə bir çox illərdə Billboard 100-ə daxil ola bilmişdir. Siz isə onun harda işlədiyini deyin. -Cavab: Cisco -Şərh: “Opus Number One” dünyada ən məşhur gözləmə musiqisi hesab edilir. Bu mahnı Derrik Dil - -və Tim Karleton tərəfindən Cisco telefonları üçün bəstələnmişdir. Bildiyimiz kimi, bir çox iş yerlərində Cisco telefonlarını görə bilərik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. 1980-ci illərdə onun yenidən peyda olması ilə əlaqədar hidrobioloq Lev Aleksandroviç Zenkeviç müxtəlif jurnallarda yazılar dərc etdirmişdi. Dəqiqliklə deyin. Nəyin? -Cavab: Loxness Monsteri -Şərh: 1985-ci ildə çəkilən “Bəyin oğurlanması” filmində o əjdahanın yenidən peyda olmasından danışılırdı. Sualda allüziya budur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Vokruq Sveta jurnalındakı məqalələrdən birində dyümün pyedən vahidcə kiçik olduğu deyilir və İKS xatırlanır. İKS termini ilk dəfə psixoloq Alfred Adlerin əsərində işlədilib. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Napaleon sindromu -Şərh: İngilis düymü fransız pyesindən kiçikdir. Məhz bunun səbəbindən Napaleonun boyu səhvən -olduğundan az bilinirdi. Napaleon kompleksi balaca boylu insanların yüksək yerlərə can atmasıdı və - -ilk dəfə psixoloq Alfred Adlerin əsərində işlənib. -Müəllif: Nəriman Vəliyev - -Sual: 11. Mehdixan Vəkilov yazır ki, repressiya illərində bir çox şairin,yazıçının həyatı M.C.Bağırovun otağında həll olunurdu. Kimin dar ağacına göndərilməsi,kimin xalq şairi olması Bağırovun otağında dəqiqləşdirilirdi. Bu zaman M.Vəkilov Bağırovun otağını BUna bənzədir. BUnu eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Hökmdarın hüzuru. -Şərh: M. Vəkilov Bağırovun otağından sonra şairlərin ya qızıla tutulduğunu ya da ölümə - -göndərildiyini bildirərək hökmdarın hüzurunu xatırlayır. M.Vəkilov “Vaqif” pyesindəki səhnənin də məhz belə görüşlərdən birinin nəticəsi olduğunu bildirir. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 12. Paylama materialıQarşınızdakı Lionda yerləşən bir tikilinin eskizləridir. Tikilinin kimin şərəfinə adlandırıldığını cavab kartınıza yazın. -Cavab: Antuan de-Sent Ekzüperi -Şərh: Eskizlər Lyonda yerləşən aeroportundur. Göründüyü kimi bu eskizlər Ekzüperinin məşhur əsəri - -«Balaca şahzadə»dəki şəkillərə bənzəyir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 13. Bir rus şair öz şeirində yazır ki, Səməd Vurğun Londonda olarkən qurultayda kapitalizm quruluşunu sərt tənqid edir, bütün tənqid zamanı isə bir neçə dəfə X-a müraciət edir. Səməd Vurğun özü də X-dir. X-i cavab kartınıza yazın. -Cavab: Tərcüməçi -Şərh: Hərarətlə tənqid edən Səməd Vurğun öz çıxışının dəqiqliklə çatdırıldığını yoxlamaq üçün tərcüməçiyə müraciət edir, ondan dəqiq olmağı xahiş edirdi. Səməd Vurğun özü də tərcüməçidir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 14. Bir serialda personaj stol arxasındakı qardaş və bacısının qeyri-mədəni davranışlarını görüb özünü Ona bənzədir. Maraqlıdır ki, müsahibələrindən birində O, zarafatla, Tarzanın səhv seçim etdiyini deyir. Onun kim olduğunu yazın. -Cavab: Ceyn Qudal -Şərh: Personaj özünü sanki meymunlarla bir yaşadığını deyir və Ceyn Qudallı xatırlayır. Ceyn Qudall zarafatla Tarzanın səhv Ceyni seçdiyini bildirir. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 15. Tərcüməçi Ümid Qurbanov bir leksiya barədə videonu əvvəlcə izlədiyini, sonra altyazı yazdığını, daha sonra isə altyazını tərcümə etdiyini vurğulayır və bir əsəri xatırlayaraq qeyd edir ki, distopiya zamanı bu leksiya üçün məsuliyyət daşıya bilər. Hansı əsər? -Cavab: Fahrenheit 451 -Şərh: Tərcümə prosesində videonu bütün əzbərlədiyini bildirən tərcüməçi yaşanacaq bir distopya zamanı təqdimat videosu məhv olarsa təqdimatın əzbərinin onun hafizəsində olduğunu bildirir. Bildiyimiz kimi “Fahrenheit 451” əsərində də yandırılan kitabları öz yaddaşında saxlayan insanlar var idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 16. 24 may tarixində dünyasını dəyişən bu şəxsin öldüyü günün axşamı Onun (həmin şəxsin) X əsərinin premyerası baş tutmuşdu. Qızı Gülnarə qeyd edir ki, bundan sonra həmişə ürəyində arzusu olmuşdur ki, atasına “X-a X baxmalı oldum” sözlərini desin. X-i cavab kartınıza qeyd edin. -Cavab: “Sənsiz” -Şərh: Azərbaycana Novruzu gətirən Şıxəli Qurbanov elə Bahar fəslində də dünyadan getmişdir. Onun ən məşhur əsəri olan “Sənsiz” pyesinə ailəsi elə onsuz baxmışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 17. Sunay Akın, çıxışlarından birində hinduların türk kimi görünməsinə baxmayaraq, bu iddianın gerçəyi əks etdirmədiyini bildirir və iddianı BUna bənzədir. BUnun yaranmasından danışalarkən Fransa İnqilabındakı edamlar da xatırlanır. - -BUnu bir əcnəbi mənşəli sözlə yazın. -Cavab: tantamareska -Şərh: Sunay Akın iddianın tam gerçəyi əks etdirmədiyini deyib sanki tantamareska kimi bir illüziya olduğunu vurğulayır. Edam zamanı insanların başları kəsilərkən yerdə qalan cansız bədənləri tantamareskanın ilham mənbələrindən olmuşdur. -Müəlliflər: Nurlan Abdurahmanov, Səbuhi Göyüşov - -Sual: 18. Avropalı alimlər, Tambora vulkanının atmosferə vurduğu təsiri araşdırmaq üçün bunlardan da istifadə etmişdir. Bunu biri xüsusi olmaqla 2 sözlə yazın. -Cavab: Törnerin rəsmləri -Şərh: 1815-ci ildə püskürən və atmosferə ciddi təsir göstərən Tambora vulkanının nəticələrinin araşdırılmasında, günəşin çoxlu rəsmlərini çəkən rəssamın əsərlərindən istifadə edilir. -Müəllif: Nurlan Abdurahmanov - -Səhifə -> 224 | Sual Sayı -> 18 - -Sual: İkinci dünya müharibəsi dövründə ingilis-amerikan hərbi birləşməsində xidmət edən zabitlər təhlükəsizlik məqsədiylə adi əsgər forması geyinir, onlara xas silahlarla silahlanırdılar. Sıravilərə isə zabitləri görəndə hərbi salam verməmələri tapşırılsa da, alman snayperləri tez-tez onları müəyyən edib zərərsizləşdirə bilirdilər. Buna səbəb onların İKSi idi. İKS 1973-cü ilə aid əsərin adıdır. Əsərin müəllifi olan həmyerlimizi tapın. -Cavab: Salam Qədirzadə -Şərh: Adi əsgərlərdən fərqli olaraq zabitlərə bığ saxlamağa icazə verilirdi. Beləliklə bığ onların ölümünə səbəb olurdu. “Bığ” Salam Qədirzadənin məşhur hekayəsidi. Sualın birinci verilməsi də cavabı tapmağa kömək ola bilərdi -Müəllif: Elşən Quliyev - -Sual: 2. Sen-Lui adası müasir Parisin keçmişini xatırladan yeganə yer hesab olunur.Bu barədə danışan bir müəllif buranın sanki İKSdə olduğunu qeyd etmişdir. Ötən əsrin ortalarında Misir ehramlarının ictimaiyyətə açıqlanması İKSin yaradılması üçün ilham mənbəyi olmuşdur. İKSİ iki sözlə deyin. -Cavab: Zaman kapsulu -Şərh: Müəllif müasir Parisin Sen-Lui adasının keçmişdə necə vardısa elə də qalmasından danışarkən adanın sanki bir neçə əsri "zaman kapsulunda" keçirməsini qeyd etmişdir.Ötən əsrin 40-cı illərində Oqltorp Universiteti nəzdində olan əlyazmaları gələcək nəsillərə çatdırmaq üçün rektor Tornuel Ceykops zaman kapsulu qismində hermetik otaq yaratmışdır. Misir ehramlarının ictimaiyyətə açıqlanması onu bu ideyaya sövq etmişdir. Bildiyimiz kimi, Misir ehramlarının funksiyası da sivilizasiya haqqında məlumatların gələcək nəsillərə çatdırılmasını özündə birləşdirirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 3. “11.22.63” filmində qəhrəman bir neçə dəfə zamanda səyahət edərək keçmişə gedib onu dəyişməyə çalışır. O hər dəfə geri qayıtdıqda gələcəyi və bilavəsitə özünü daha da məhv edir. Bu filmin açılış səhnələrində onun da təsvirini görə bilərik. Onu dodaqlanan saitli sözlə yazın. -Cavab: Uroboros -Şərh: Keçmişə geri dönməklə özünü daha da məhv edən qəhrəman, geriyə çevrilib özünü yeyən ilan Uroborosa bənzədilir. -Müəllif: Elşən Quliyev - -Sual: 4. Ömrünün sonlarına yaxın bu şəxs avro adlı kriptovalyutanın da ideya müəllifi idi. Əvvəlki cümlədə buraxdığımız simvolu bildinizsə, sözügedən şəxsin soyadını cavab kartınıza yazın -Cavab: Mavrodi -Şərh: kriptovalyuta mavro adlanırdı. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 5. VII əsrdə İslamın sürətlə yayılmasının səbəbi kimi İKS-lərin təbliğat vasitəsi kimi geniş istifadəsi göstərilir. Buna cavab olaraq Konstantinopol imperiyanın ilahi sığınacaq yeri olmasını vurğulamaq üçün İKSlərdə kiçik bir dəyişiklik etməli olmuşdur. İKSlə əvəz olunmuş qoşasammitli sözü tapın. -Cavab: sikkə -Şərh: Xəlifə İslamın insanlar arasında geniş yayılması üçün "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur" şüarı altında sikkələr zərb etdirməyi əmr vermişdir. Buna cavab olaraq Konstantinopol sikkələrin aversində imperatorun təsvirini İsa Məsihin təsvirilə əvəzləmişdir. Beləcə bununla xristianlığın mövqelərinin gücləndirilməsini və imperiyanın ilahi sığınacağı olmasını insanlara çatdırmaq istəmişdir. Bu hadisəni müasir tədqiqatçılar "sikkə müharibəsi" adlandırırlar. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. Amerikalı yazar Toni Morrison ötən əsrin sonlarına aid məqaləsində çətin həyat sürmüş və bir bacarığa malik Uilyamı BELƏ adlandırmışdır. BELƏ ilə əvəz olunmuş 3 sözü cavab kartınıza yazın. -Cavab: İlk qaradərili prezident -Şərh: Nobel mükafatını qazanmış ilk qaradərili qadın olan Toni Bill Klintonu çətin həyat tərzinə və saksafon ifa etməyi sevdiyinə görə ilk qaradərili prezident adlandırır. Obama ABŞ-ın ilk qaradərili prezidentidir. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 7. XIX əsrin sonlarında Stokholmda dərs deyən Mittaq Leffler inadcıl və təkkübbürlü xasiyyəti ilə seçilirdi. Bəs o hansı fəndən dərs deyirdi? -Cavab: Riyaziyyat -Şərh: Belə xarakterə malik insan çoxları tərəfindən sevilmirdi. Lefflerdən xoşu gəlməyən insanlardan biri də Alfred Nobel idi.Versiyalardan birinə görə Riyaziyyat üzrə Nobel mükafatının verilməmə səbəblərindən biri də budu -Müəllif: Elşən Quliyev - -Sual: 8. Stratford-apon-Eyvon şəhərinin hansı Şərqi Avropa şəhəri ilə qardaşlaşdığını yazın. -Cavab: Puşkin -Şərh: Müasir ədəbi ingilis dilinin yaradıcısı olan ingilis şairi və drammaturqu Şekspirin doğulduğu şəhər maraqlıdır ki, rus poeziyasının günəşi adlanan Puşkinin adı ilə adlanmış eyni adlı şəhərlə qardaşlamlışdır. Həmçinin sualda əlavə faktın verilməməsi, NHN-də məşhur olan "Cavabı bilmirsənsə Puşkin yaz" prinsipini işə salır. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 9. Haelan" sözü qədim ingilis dilindən tərcümədə "sağaltmaq" mənasına gəlir. Siz isə ingilis dilində hansı sözün mənşəyini bu sözdən aldığını tapın. -Cavab: holy [holi] -Şərh: Qədimdə hər hansısa bir ağrı, xəstəlik tanrıların qisası olaraq zənn edilirdi. Bu səbəbdən insanlar tanrıların, müqəddəslərin onları xilas edəcəyinə ümid edib dua edirdilər. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. Avqusto Konstansio Koelyo və Karlos Hartlinqin müəllifləri olduqları X-də “5 ulduz” mənasını verən “cinco estrellas” kəlməsinə də rast gələ bilərik. X-i eyni hərflə başlayan 2 sözlə cavab kartlarınıza yazın. -Cavab: Hondurasın himni -Şərh: Bayraqlarındakı 5 ulduz və müəlliflərin adları kömək olmalı idi. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 11. Ötən əsrin 60-cı illərində Avropadan Pakistana çoxlu sayda işlənmiş avtobuslar gətirilmişdir. Siz isə bu haqda olan məqalənin adında hansı simvolun xatırlandığını yazın. -Cavab: H -Şərh: 1967-ci ilin 3 sentyabrında İsveçdə sol tərəfli hərəkətdən, sağ tərəfli hərəkətə keçildi. Bu hadisə H day adı ilə tanınır. Pakistanda sol tərəfli hərəkət qüvvədə olduğundan köhnə avtobuslar bu ölkəyə satılmışdı -Müəllif: Elşən Quliyev - -Sual: 12. Maraqlıdır ki, bu şəxsin sümükləri 400 ildən çox müddətdən sonra Porto-Erkoledə yerləşən zirzəmidən işığlığa çıxdı.Həmin şəxsin kim olduğunu deyin. -Cavab: Mikelancelo Karavaco -Şərh: İlk dəfə rəssamlıqda hərfi tərcümədə "işıq və kögə" mənasını "kyaroskuro" texnikasından istifadə edən rəssam haqda deyilir ki, işıq ustasının sümükləri qaranlıqdan aşkar olundu. Sonradan bu texnikadan Rembrandt öz rəsmlərində daha çox istifadə etməyə başlamışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 13. Bir filmdə ölmüş əsgərin gündəliyini oxuyan qəhrəmanlar buradakı sonuncu qeydlərin təqibdə olarkən yazıldığını və təhlükəli düşməndən qaçış ehtimalının olmadığını anlayırlar. Siz isə qəhrəmanların bu qənaətə gəlməsinin səbəbini bir neçə sözlə yazın. -Cavab: Feillər keçmiş zamanda idi -Şərh: Əsgərin bu hissədəki bütün cümlələri keçmiş zamanla bitir. Mənim adım belə idi, mən filan hissədə qulluq edirdim. -Müəllif: Elşən Quliyev - -Sual: 14. XIX əsrin sonlarında Fransua Kler adlı bağban birdən birə məşhurlaşdı. Siz isə onun yaşadığı şəhəri tapın. -Cavab: La Siota -Şərh: Adından göründüyü kimi bağban fransız idi. Fransua Kler Lyumer qardaşlarının bağbanı idi və ilk filmlərdən hesab olunan “İslanmış suçu” filmində bağbanı oynamışdı. -Müəllif: Elşən Quliyev - -Sual: 15. Dmitri Medvedyev 2008-ci ildə ölkəyə kiril qrafikalı üst səviyyə domenin lazım olduğunu tapşırandan sonra ortaya qeydiyyat problemi çıxdı. Domen adları və IP ünvanların idarəedilməsi korporasiyası (ICANN) xəbərdarlıq etdi ki, Rusiya üçün kiril qrafikalı domen aça bilməyəcəklər. Buna səbəb olan Latın Amerikası ölkəsini deyin. -Cavab: Paraqvay -Şərh: Rusiya artıq mövcud .ru domeninin kiril qrafikası ilə uyğun forması - .py domenini almaq istəyirdi. Ancaq, Paraqvay həmin domenin latın qrafikalı versiyasının sahibi idi və maksimal bənzərlik səbəbindən qeydiyyat mümkün olmadı. Əvəzində ruslar .рф domenini götürdülər -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 16. 1959-cu ilə aid bir romanın mənfi qəhrəmanının əsas planı Fort-Noksu qarət etməkdir. Həmin romanın müəllifini tapın. -Cavab: Yan Fleminq -Şərh: Söhbət Goldfinger əsərindən gedirdi. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 17. Kral II Henrixin cəngavər yarışında aldığı göz yarasından dünyasını dəyişməsindən sonra Yekaterina Mediçinin emblemində BELƏ İKSə rast gəlmək olardı. Migel Portillanın ispanların Astek imperiyasını işğalından bəhs edən kitabının adında da “BELƏ İKSlərə rast gəlmək olar.BELƏ İKS ilə əvəz olunmuş sözləri yazın. -Cavab: Sınmış nizə -Şərh: Kral II Henrix sınmış nizəsinin qalığından gözündən aldığı yara nəticəsində dünyasını dəyişmişdir. Kralın ölümündən sonra Yekaterina Mediçi emblemindəki göy qurşağını sınmış nizəyə dəyişmiş, "Bu mənim kədərim və göz yaşlarımdır" devizini yazdırmışdır: İspanlar Astek imperiyasına işğal etdiyi zaman asteklərin döyüşdə istifadə etdikləri əsas silah nizələr idi. Migel Portillanıb ispanlar tərəfindən məhv olmuş Astek imperiyasından bəhs edən kitabının adı "İspanların Astek imperiyasını fəth etməsi. Sınmış nizələr" adlanır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 18. 1993-cü ildə ağır zədələnən Marko Van Basten iki il ərzində müxtəlif əməliyyatlar keçirsə də sağalmır və bu müddətdə heç bir oyuna çıxmadan 1995-ci ildə karyerasına son qoyur. Məqalələrdən birində qeyd edilir ki, əslində 1993-cü ilin çempionlar liqası finalı X idi. X-i ən azı 4 sözlə deyin. -Cavab: Utrextli qu quşunun nəğməsi -Şərh: Ləqəbi “Utrext qu quşusu” olan Van Bastenin futbolçu karyerası əslində 1993-cü ildə bitmişdi. Qu quşu nəğməsi sonluqla asossasiya olunur. -Müəllif: Elşən Quliyev - -Səhifə -> 230 | Sual Sayı -> 15 - -Sual: 1. Rauf Zeyninin 12 yaşında olarkən, Ağdam toylarından birində eşitdiyi onun çox diqqətini çəkir. Sonradan o yazır: “İlkin araşdırılmalardan belə məlum oldu ki, 1801-ci ildə Şəki, 1804-cü ildə Şirvan və 1805-ci ildə də Qarabağ xanlıqları zorla Rus imperiyasının tərkibinə qatılmışlar.” Bir dəqiqə sonra, onun uşaq ikən eşitdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Qarabağ şikəstəsi. -Şərh: Sitat: “ “Şəki,Şirvan,Qarabağ”- məntiqi və tarixi ardıcıllığa diqqət yetirin, Şirvan, Şəki, Qarabağ-da deyə bilərdilər. Bəs niyə deməyiblər? Çünki məlum xanlıqların işğal tarixlərinə uyğun ardıcıllıqla yaradıblar bayatını. Bu məntiqlə belə bir fikir deyə bilərik ki, bu təsadüfən emosional vəziyyətdə çağırılan bayatı deyil, daha doğrusu, hisslərin yox, düşüncənin məhsuludur.” Sözü gedən bayatını isə o “Qarabağ şikəstəsi”nə qulaq asarkən eşitmişdi. Sualda səslənən bölgə adları və “toy” sözü ən əsas ipucular idi. -Müəllif: Asim İbrahimli - -Sual: 2. Qəhrəmanlıqla döyüşən Spartak ordusunun həlak olmuş minlərlə əsgərini toplayarkən məlum olur ki, onlardan yalnız üç-dörd nəfəri BUnunla öldürülüb. BU həm də 1977-ci ildə ekranlara çıxmış filmin adıdır. BUnu 3 sözlə cavab kartınıza yazın. -Cavab: Arxadan vurulan zərbə. -Şərh: Döyüş meydanında arxadan vurulan zərbə ilə öldürülmək qorxaqlıq və döyüş meydanından qaçmaq mənasına gəlirdi. Müəllif R.Covanyoli minlərlə əsgərdən üç-dördünün arxadan vurulan zərbə ilə öldürülməsini qeyd etməklə, Spartak ordusunun qəhrəmanlığını, cəsarətini göstərmək isəmişdi. Sualın ikinci hissəsində 1977-ci ildə ekranlara çıxmış “Arxadan vurulan zərbə” filmindən söhbət gedir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 3. “Total eclipse” (“Tam tutulma”) filmində Pol Verlen şair dostu Artür Rembo ilə absent içərkən deyir: “Yaradıcı insanlar absent içməlidir. Çünki absent BUNU EDİR.” -Biz “BUNU ETMƏK”lə ÜÇ sözü əvəz etmişik. Bir dəqiqə sonra bu ÜÇ sözü cavab kartınıza yazın. -Cavab: Üçüncü gözü açır. -Şərh: Üçüncü göz adətən ilham qaynağı və bəsirət gözü hesab edilir. O dövrdə absent içkisini yaşıl ilham pərisi adlandırır və hesab edirdilər ki, o insana ilham verir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 4. Sergey Eyzenşteynin filmində meksikalı üsyançı kəndlilərin edamı təsvir olunur: Edam icraçıları sürətlə at çapan mülkədarlardır. Kəndlilərə edam öncəsi edilən isə sizə bir sovet filmi personajını xatırladacaq. Bu personajın kim olduğunu tapın. -Cavab: Səid. -Şərh: Kəndliləri “Səhranın bəyaz günəşi” filminin məşhur obrazı Səid kimi boğaza qədər torpağa basdırırdılar, torpaq sahibləri isə at çaparaq onların başlarını əzirdi. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 5. Paylama materialıQarşınızdakı şəkildə BU təsvir olunmuşdur. BU 1789-cu ildə Erlanqen şəhərində doğulmuş şəxsin şərəfinə adlandırılmışdır. BUnu ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Om qanunu. -Şərh: Gördüyünüz kimi, şəkildə təsvir olunan şəxslərdən biri “şiddətli” şəkildə nazik yerdən keçməyə cəhd edir, digəri “gərgin” şəkildə ona kömək edir, əlində kəndirlə təsvir olunan isə ona müqavimət göstərir. “Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir.” – bir başqa sözlə, şəkildə fizikanın əsas qanunlarından olan “Om qanunu” təsvir olunmuşdur. -Müəllif: Asim İbrahimli - -Sual: Broker Endrü Barber satıcı və alıcı arasındakı fərq haqqında zarafatca deyir: Əgər sən satırsansa və əgər sənin danışdığın adamdan xoşun gəlmirsə, ona “cəhənnəm ol!” deməmişdəm öncə BUNU EDİRSƏN. Əgər sən alırsansa, əvvəlcə “cəhənnəm ol!” deyirsən, daha sonra isə BUNU EDİRSƏN. Diqqət! Sual: BUNU ETMƏK sözləri ilə biz hansı iki sözü əvəz etmişik? -Cavab: Dəstəyi asmaq -Şərh: Brokerlər iş vaxtlarının çox hissəsini müştərilərlə telefon danışıqlarına sərf edirlər. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 7. Qardaşlardan birinin yazdığı mahnıdan bir misranın müəllif tərcüməsinə qulaq asın: “Mənə icazə ver, burada bir az dincəlim”. -Diqqət! Sual: Mançesterdən olan bu qardaşlar 1991-ci ildə nəyi yaratdılar? -Cavab: “Oasis” qrupu -Şərh: Bildiyiniz kimi böyük səhralarda kiçik su hövzələri ətrafında yaranan yaşıllıq sahələrə vahə, yəni “oasis” deyilir. Verilən misra da buna allüziya idi. Liam və Noel Qallaxer qardaşlarının 1991-ci ildə yaratdığı qrup da belə adlanır. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 8. Umberto Ekonun “Praqa məzarlığı” əsərində istehza ilə deyilir: “Yəhudilərə bel, cəhrə və kürək verin. Çünki...” Bir dəqiqədən sonra fikri tamamlayın. -Cavab: Əmək azad edir. -Şərh: Yuxarıda sayılanlar əmək alətləridir. Yəhudilərin əmək düşərgələrində bu sözlər yazılırdı. Əsərdə onlara nifrət edildiyi və əmək düşərgələrinə layiq olduqlarını bildirməkçün belə deyilirdi. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 9. “Lüter” filminin baş qəhrəmanı istehza ilə qeyd edir ki, Romada BUNLARın sayı o qədərdi ki, Saksoniyanın bütün atlarını nallamaq olar. BUNLARı dəqiqliklə cavab kartınıza yazın. -Cavab: Müqəddəs xaçın mismarları. -Şərh: Protestant Lüter katolik kilsəsinin adətlərini tənqid edirdi. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 10. Yerə dağılmış külli miqdarda kağız içərisindən lazım olan kağızı axtaran tələbəsinə baxan müəllim, gülümsəyərək BUNU xatırlayır. Siz də BUNU yadınıza salıb, bir-neçə sözlə cavab kartınıza yazın. -Cavab: Yerə dağılmış külli miqdarda kağız içərisindən lazım olan kağızı axtaran tələbəsinə baxan müəllim, gülümsəyərək BUNU xatırlayır. Siz də BUNU yadınıza salıb, bir-neçə sözlə cavab kartınıza yazın. -Şərh: Sonsuz meymun teoreminə görə meymun çap maşınında sonsuz sayda hərf yığmaqla, nə vaxtsa Şeksprin əsərini yaza bilər. Burada da, müəllim tələbənin çoxlu sayda kağız arasından doğru kağızı tapmaq ehtimalıyla meymunun Şekspirin əsərini yazmaq ehtimalı müqayisə edir. “xatırlayır” və “yadınıza salın” sözləri isə “meymunu xatırlama” ifadəsinə işarədir. -Müəllif: Əlvan Əbdüləzimov - -Sual: 11. Qrenel vadisi eramızın 52-ci ilində baş tutmuş “Lütesiya uğrunda döyüş”ə meydan olmuşdur. Hal-hazırda bura başqa cür adlanır. Bir dəqiqə sonra bu adı iki sözlə cavab kartınıza yazın. -Cavab: Mars çölü. -Şərh: Bildiyiniz kimi Lütesiya Parisin köhnə adıdır. Mars isə müharibə tanrısıdır. Champ de Mars, yəni Mars düzü isə Parisin ən məşhur yerlərindən biridir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 12. Hələ 16 yaşlı OĞLAN ikən İngiltərədən Argentinanın Rosario şəhərinə gələn İsaak, 1907-ci ildə burada heç də QOCA olmayan yaşında vəfat etmişdir. Bir dəqiqə sonra onun soy adını cavab kartınıza yazın. -Cavab: Nyuell. -Şərh: 16 yaşında Argentinaya gələn Nyuell, sonradan, 1884-cü ildə Rosario şəhərində inglis ali məktəbinin əsasını qoyur. O, həm də Argentinaya futbolu və onun qaydalarını gətirən ilk şəxslərdən biri hesab olunur. Sonradan bu məktəbin özlərinə “old boys”, yəni “qoca oğlanlar” ləqəbini seçmiş məzunları futbol klubu yaradaraq, onun adını Nyuellin şərəfinə “Nyuellz old boyz” (Newell’s old boys) adlandırırlar. Bu hal-hazırda Argentinanın ən güclü klublarından biridir. Sualda “oğlan” və “qoca” sözləri əbəs yerə işlənməmişdi. -Müəllif: Sultan Zahidov - -Sual: 13. Paylama materialıQarşınızdakı şəkildə təsvir olunan X – onurğa sütunun aşağı hissəsində yerləşən və sinirlərdən ibarət anatomik strukturdur. 1969-cu ilə aid mənbədə X-in elm yolunda istifadə olunacağı vurğulanır. X-i iki sözlə deyin. -Cavab: At quyruğu. -Şərh: Onurğa sütununun aşağı hissəsində yerləşən və sinirlərdən ibarət olan bu struktur, həqiqətən da at quyruğuna bənzədiyindən, ona bu ad verilmişdir. “Bizim Cəbiş müəllim” filmində uşaqlar atın quyruğunu oğurlayıb Cəbiş müəllimə gətirdikdən sonra, o, bu quyruğun hər bir tükünü elmə töhvə verəcəyini vurğulayır. -Müəllif: Sultan Zahidov - -Sual: 14. Xarici filmlərdən birinin çəkilişləri zamanı, roluna hazırlaşan aktyor, bir nidanın tələffüzünü məşq edərkən, tez-tez “big smile” (biq smayl) ifadəsini işlədir. Bu aktyorun kim olduğunu deyin. -Cavab: (Çarli) Çaplin. -Şərh: “Big smile” ifadəsi tələffüz zamanı nasistlərin məşhur “Sieg Heil” (ziq xayl) ifadəsinə bənzəyir. Söhbət Çarli Çaplinin “Böyük diktator” filminə hazırlığından gedir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Sual: 15. “Aşiq Şekspir” filmi 1999-cu ildə “Ən yaxşı komediya və ya müzikl” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Diqqət! Sual: Hansı mükafata? -Cavab: Qızıl Qlobus Mükafatı -Şərh: Şekspir Londondakı məşhur “Qlobus” teatrının yaradıcılarından biridir. -Müəllif: Konstantin Naumenko (Kiyev) - -Səhifə -> 231 | Sual Sayı -> 110 - -Sual: 1. Rus internet istifadəçilərindən biri Onun əslində birinci yox, birinci qayıdan olduğunu qeyd edir. Kimin? -Cavab: Qaqarin -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 2. Barnaul şəhəri yaxınlığında yerləşən Polkovnikovo kənd məktəbinin birinci mərtəbəsi kosmonavtika tarixinə həsr olunub. Bəs ikinci mərtəbə? -Cavab: German Titov -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 3. Onların hər birinin ləqəbində “ədva” (ədviyyat) sözünü görmək olardı. Kimlərin? -Cavab: Spice Girls -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 4. 65 il ömür sürmüş German Titov son ad günündə dostlarından birinə deyir: Birinci və ikinci arasında fərq bundadı ki, ikincidə sən özün haqqında deyilən xoş sözləri eşitmirsən. Birinci və ikincini dəqiqliklə deyin. -Cavab: Yubiley və yas (dəfn) mərasimi. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 5. Deyilənə görə Leonardo DaVinçi bunları düz 12 ilə çəkib. Dəqiqliklə deyin, nələri? -Cavab: Mona Lizanın dodaqlarını. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 6. Alabama ştatının qanunlarına görə, gülüş yaradacaq bığların saxlanması qadağandır. Harada gülüş yaradacaq? -Cavab: Kilsədə -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 7. Onun kapsulları Londonun 32 rayonunu simvolizə edir. Söhbət nədən gedir? -Cavab: London Eye -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 8. Xüsusi dietaya oturmuş aktyor Eşton Katçer bu səbəbdən bir ara mədəaltı vəzin iltihabından müalicə olundu. Bəs bu dietaya görə o yalnız nə ilə qidalanırdı? -Cavab: Alma -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 9. Bu il bir qrup britaniyalı 1939-cu ilə aid “Ding-dong! the witch is died” mahnısını ölkə musiqi çartlarında birinci yerə qaldırmaq üçün fəaliyyətə keçdi. Onlar bunu nə münasibətilə edirdilər ? -Cavab: Marqaret Tetçer vəfat etmişdi. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 10. MXL-in yeni qaydasına görə dava zamanı xokkey papaqlarını çıxarmaq qadağandır. Lakin, bəzi xokkeyçilər bu qaydadan yan keçməyi bacarırlar və yenə də papaqsız dalaşırlar. Bəs, onlar bunu necə edirlər? -Cavab: Bir-birilərinin dəbilqəsini çıxarırlar. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 11. Bir dəfə Faina Ranevskayadan soruşurlar: “Sarışınlar daha vəfalıdır yoxsa qaraşınlar?” Bəs o düşünmədən nə cavab verir? -Cavab: Ağsaçlılar -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 12. Bu ay İsveçrədə keçirilən Bazel-Şalke qarşılaşması zamanı Greenpeace təşkilatından olan bir neçə nəfər Şalkenin sponsoru olan Gazproma qarşı boyük bir banner açaraq oyunun bir neçə dəqiqəlik dayanmasına səbəb olmuşdu. Bəs banner oyunun neçənci dəqiqəsində açılmışdı? -Cavab: 04-cü dəqiqəsində. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 13. Hollivud aktrisası Minni Drayver məhz bu aktyorun sevgilisi idi. Kimin? -Cavab: Harrison Ford -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 14. O öz adını yunan dilində “dairə” anlamına gələn “periferiya” və ya “perimetr” sözlərindən götürür. Söhbət nədən gedir? -Cavab: Pi ədədi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 15. Bəzən Arximed çevrənin daxilinə və xaricinə çoxbucaqlılar çəkirdi. O bunu nə məqsədlə edirdi? -Cavab: Pi ədədini hesablamaq -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 16. İngilislər onların hündür dəstələrini “tower”, yəni qala adlandırırlar. Nələrin? -Cavab: Zürafə -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 17. Bir zarafata görə ayın 13-ü cümə günündən pis yalnız bu ola bilər. Dəqiqliklə deyin – nə? -Cavab: ayın 16-sı bazar ertəsi günü. -Şərh: yeni iş həftəsi -Müəllif: Asim İbrahimli - -Sual: 18. “Mənim futbol oynadığımı zənn etməyin. Mənim etdiyim şey sevgilimlə 90 dəqiqəlik dilimlər şəklində vaxt keçirməkdir.” Bu sitat hansı braziliyalıya məxsusdur? -Cavab: Vaqner Love -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 19. 1968-ci ildə ixtisasca pilot olan German Titova hər hansı bir təyyarədə uçuş həyata keçirmək qadağan olundu. Niyə? -Cavab: Həmin il Qaqarin sınaq zamanı aviaqəzada həlak olmuşdu. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 20. Sanskrit dilində kosmos “antarikşyatri” kimi tərcümə olunur. Siqnal səsindən sonra təxminən də olsa bu dildə “səma” sözünü tələffüz etməyə çalışın. -Cavab: Qaqan -Şərh: sayılma meyarı: qaqa. Qaqanavt sözünü yada salın. -Müəllif: Asim İbrahimli - -Sual: 21. Sual müəllifinin tanışının sosial şəbəkədə paylaşdığı fotokollajda 4 ağac rəsmini görmək olar. Bəs o bu fotokollajı hansı əsərin adı ilə adlandırmışdı? -Cavab: 4 fəsil -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 22. Sual müəllifinin fikrincə Bakı metrosunun C.Cabbarlı-Xətai və ya əksinə (Xətai-C.Cabbarlı) istiqamətdə yola sərf olunan müddət 4 dəqiqə 33 saniyə olması məntiqəuyğun olardı. Bəs sual müəllifinin belə fikirləşməsinə səbəb bu stansiyaların hansı xüsusiyyətidir? -Cavab: Bu stansiyaların digərlərindən fərqli olaraq (Bakmil istisnadır) spesifik melodiyası yoxdur. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 23. Ötən əsrin 80-ci illərində SSRİ-nin ABŞ-dakı səfirliyinin yerləşdiyi meydanın adı dəyişdirilərək onun adı ilə adlandırıldı. Kimin? -Cavab: Andrey Saxarov -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 24. 1975-ci il, mart ayının 27-də Kaliforniyada yaşayan Ferqusonlar ailəsində bir qız uşağı dünyaya gəldi. Bəs biz onu hansı adla tanıyırıq? -Cavab: Ferqi -Şərh: Fergie -Müəllif: Asim İbrahimli - -Sual: 25. Bu şəhər 1308-1466 və 1793-1945-ci illər aralığında Dantsiq adlanırdı. Hansı şəhər? -Cavab: Qdansk -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 26. O öz müsahibələrindən birində qeyd edir ki, Napoli ilə Milan arasında bu il sentyabr ayında baş tutmuş oyundan sonra, Balotellinin maykasında yatır. Söhbət kimdən gedir? -Cavab: Xose Reyna -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 27. Maraqlıdır ki, 2012ci ilin dekabrında kütləvi güllələnmə halının baş verdiyi Sandy-Hook məktəbininin adını bu filmin kadrlarından birində, xəritədə görmək olar. Söhbət hansı filmdən gedir? -Cavab: Batman. The Dark Knight Rises -Şərh: sayılma meyarı: Batman ; 2012ci ilin iyulunda bu filmin premyerasında da oxşar hal baş vermişdi.a -Müəllif: Asim İbrahimli - -Sual: 28. Yumoristik xəbər saytlarından biri məlumat verirdi ki, 2013-cü ilin əvvəllərində bu məşhur rus əllərində böyük çamodanlarla Hitrou hava limanında görülüb. Söhbət kimdən gedir? -Cavab: Qriqoriy Leps. -Şərh: “Ya uyedu jit v London” mahnısına ilişiblər -Müəllif: Asim İbrahimli - -Sual: 29. Ötən əsrin 80-ci illərində Toru İvatani yapon dilindən “ağız” anlamına gələn “kuti” heroqlifini yumrulaşdırıb yemək simvoluna çevirdi və onu formaca ağıza bənzətdi. Bəz İvatani bizə məlum olan nəyin yaradıcısıdır? -Cavab: Pacman -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 30. 1999-cu il, 3 iyul tarixində Billi Mitçel adlı amerikalı bütün nöqtələri, enercayzerləri, meyvələri və ruhları “yedi”. Bəs Billi həmin gün 6 saat ərzində nə ilə məşğul idi? -Cavab: Pacman oynayırdı -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 31. 2002-ci ildə fransız Le Jantil Qarson gipsdən onun diametri 30 sm olan skeletini hazırladı. Söhbət hansı asiyalı personajdan gedir? -Cavab: Pacman -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 32. Bir alman mütəfəkkirin məşhur sitatının davamı belədir: “...indi biz istəyirik ki, fövqalinsan yaşasın”. Söhbət kimdən və onun hansı sitatından gedir? -Cavab: Nitşe, “Allah ölüb”. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 33. Bernard Şoudan sitata qulaq asın: “Əgər mənim qonşum həyat yoldaşını hər gün döyürsə, mən isə heç vaxt döymürəmsə, BUnun gözündə biz hər ikimiz həyat yoldaşlarımızı bir gündən bir döyürük.” Nəyin gözündə? -Cavab: Statistika -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 34. Bir dəfə “Qarin və hiperbloidlər” qrupunun üzvləri bir kinoteatrın üzərindəki işıqlı yazını gördükdən sonra qərara gəldilər ki, qrupun adını qısaltmaq lazımdı. Bəs qrupun sonrakı adı nə oldu? -Cavab: Kino -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 35. Hər il Roma şəhəri meriyası ehtiyacı olanlar üçün nəzərdə tutulmuş pulsuz supermarkete 1.1 milyon avro pul köçürür. Bəs əsasən turistlərdən əldə olunan bu məbləğin mənbəyi haradır? -Cavab: Trevi fəvvarəsi. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 36. ABŞ istehsalı olan filmlərdən birində “Azadlıq şəhəri” adlanan lagerdə qrin-kartsız immiqrantlar saxlanılırdı. Bəs bu immiqrantlar hansı ölkədən idilər? -Cavab: Kuba -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 37. Dizayn şirkətlərindən birinin hazırladığı tünd rəngli qlobusun quruluşunda çoxlu sayda xırda lampalardan istifadə olunub. Bəs bu qlobusun xüsusi cəhəti nədir? -Cavab: Yer kürəsinin gecə görünüşünü və şəhərlərin işıqlandırılmasını göstərir. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 38. Karikaturalardan birində ququ quşu normaldakı səs əvəzinə “uq uq uq” səsini çıxarır. Bəs bu quşla yanaşı həmin karikaturada hansı personaj təsvir olunmuşdu? -Cavab: Benjamin Batton. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 39. Fotolardan birində bir neçə ABŞ və Meksika vətəndaşının voleybol meydanında voleybol oynadığını görmək olar. Meydandakı torun əsas idman funksiya ilə yanaşı, hansı praktiki əhəmiyyət daşıdığını deyin. -Cavab: ABŞ və Meksika arasında sərhədin bir hissəsini təşkil edir. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 40. Oyunlardan birində italyan qolkiper Qrosso hakimə eynək almağı məsləhət gördüyünə görə qırmızı kart alır. Araşdırmalardan sonra isə dissiplinar komissiya Qrossonu bağışlayır. Hansı iki səbəbdən? -Cavab: Qrossonun həqiqətən də optik mağazası var idi, hakiminsə gözü həqiqətən zəif görürdü. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 41. Bu kiçik ekzotik əşyalarının hazırlanmasında Çin, Yaponiya, Hindistan kimi ölkələrin təkrar emal olunmuş qəzetlərindən istifadə olunur. Onlar kifayət qədər kölgə salmasalar da, gözəl görünüş yaradırlar. -Cavab: Kokteyl çətirləri -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 42. 2001-ci ildə Niki Salapu adlı bir şəxs Play Stationun “FİFA” oyununda öz rəqibini 50:0 məğlub edir və yalnız bundan sonra sakitləşir. Bir dəqiqədən sonra Niki Salapunun hansı ölkənin vətəndaşı olduğunu tapın. -Cavab: O Amerikan Samoası yığmasının qapıçısı idi. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 43. Oktyabrın əvvəllərində çəkilmiş karikaturalardan birində əfsanələr – Lampard və Cerrardı görmək olar. Lampard əliylə 3 , Cerard isə 2 ədədini göstərir. Bu ədədlər nəyə işarə idi? -Cavab: Komandaların turnir cədvəlində tutduğu pilləni. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 44. Fotolardan birində qayanı yararaq bitən böyük bir ağac şəkli görmək olar. Həmin fotoya olan şərhlərdən biri belədir: “Üçüncü birinciyə belə qalib gəlir”. Siqnal səsindən sonra 3-cü və 1-cini deyin. -Cavab: Kağız və daş -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 45. Saytlardan birinin dediyinə görə, yüksək radiasiya səbəbindən ABŞ bayraqlarının rəngi hal-hazırda ağ olmalıdır. Hansı ABŞ bayraqlarının? -Cavab: Ayda yerləşdirilən bayraqlar. -Şərh: (Günəş radiasiyası) -Müəllif: Asim İbrahimli - -Sual: 46. Əfsanəyə görə Cek adlı bir nəfər şeytanı iki dəfə aldadaraq sağ qala bilmişdi. Lakin günahlarla dolu həyatına görə o cənnətə buraxılmır və qiyamət gününə qədər Yer üzündə gəzir. Cek yolunu bir parça kömür ilə işıqlandırır. Bəs o bu kömür parçasını yağışdan necə qoruyur? -Cavab: Balqabağın (boranı) içində. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 47. İnternet istifadəçilərindən birinin “Elə bir rus aktyoru varmı ki, Cek Nikolson və ya Leonardo DiKaprio miqyasında olsun?” sualına cavab olaraq, digər istifadəçi Onun adını çəkir. Kimin? -Cavab: Jerar Depardye -Şərh: Rusiya vətəndaşlığı söhbətlərini yada salaq -Müəllif: Asim İbrahimli - -Sual: 48. Perm şəhərindəki qraffitilərdən birində güzgü ilə yanaşı bu əfsanəvi yunanı və bu ABŞ-lı personajı görmək olar. Onları deyin. -Cavab: Homer və Homer Simpson. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 49. Ayaqlarından biri protez olan və güclü yumor hissinə malik bir nəfər digər, yəni sağlam ayağına bir ifadə döydürüb. Həmin ifadəni dilimizə tərcümə etməyə çalışın. -Cavab: Bir ayağım burda, bir ayağım gorda. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 50. Saytlardan birində məlumat kimi qeyd olunur ki, müasir təyyarələr olan Boinq-747-lərin qanadları bundan daha uzundur. Nədən? -Cavab: Rayt qardaşlarının tarixdə ilk uçuş məsafəsindən. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 51. Cem Yılmazın Twitterdə 5 milyondan çox izləyicisi var. İzləyicilərinin sayının bundan da çox olan məşhurların olmasına baxmayaraq, Cem Yılmaz bu göstəricilə rekordun sahibir. Bəs hansı səbəbdən bu göstərici rekord sayılır. -Cavab: Onun 0 tiviti var -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 52. Özünün dediyinə görə bu italyana tez-tez saçları tökülən uşaqların anaları məktub yazır, mənəvi dəstək istəyirlər. Söhbət kimdən gedir? -Cavab: P.Kollina -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 53. Kollina xatırlayır: Onlar qol sevinci yaşayana qədər mən meydanın mərkəzinə qaçırdım və öz-özümə düşünürdüm: Bircə bu çatışmırdı, indi əlavə vaxt (30 dəqiqəlik) olmalıdı, işə düşdük... -Lakin əlavə vaxta ehtiyac qalmadı. Siz söhbətin hansı matçdan getdiyini deyin. -Cavab: Mançester Yunayted – Bavariya finalı (ÇL) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 54. Belorusiya prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarında, dəstək üçün əl çalanların həbs olunmağı göstərişinə əsasən həbs olunanlardan biri də Konstantin Kaplin idi. Bəs bu həbsin qeyri-adiliyi nədə idi? -Cavab: Həbs olunan etirazçının bir əli yox idi (əlləri yox idi cavabı qəbul olunur) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 55. Adi ağdərili ingilis qızı olan Samanta Lyutueyt 17 yaşı olarkən əslən Yamaykadan olan Cermeyn Lindsi ilə tanış olur və evlənir. Cermeyn 2005-ci ildə Londonda baş vermiş terror aktlarından birini törədir və özü də həlak olur. Hal-hazırda dünyanın bir nömrəli qadın terrorçusu hesab olunan Samantanın ləqəbi sizə buğumayaqlıların bir nümayəndəsini xatırladacaq. Ləqəbi deyin. -Cavab: Ağ dul -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 56. Böyük Britaniya polisləri qış fəsli zamanı damında qar olmayan evlərdə axtarış keçirirdilər. Siqnal səsindən sonra evlərin damında niyə qarın olmamasını izah edin. -Cavab: Bu evlərdə narkotik bitkilər əkmək üçün xüsusi istixanalar mövcud olurdu. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 57. 2005-ci ildə Ottavada Kanada Təbii Sərvətlər Nazirliyi nəzdində yerləşən Geomaqnit laboratoriyasının idarə başçısı Larri Nyuit öz çıxışında söyləyib ki,"400 ildən artıq Kanadaya məxsus olan BU ölkəni tərk edib". Söhbət nədən gedir? -Cavab: Şimal maqnit qütbü. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 58. 2002, 1991, 1985, 1974, 1963, 1957, 1946, 1935, 1929 və 1918. 2013-cü ilin sadaladığım illərlə oxşar cəhəti nədir? -Cavab: Kalendarları eynidir. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 59. Bir posterdə təsvir olunan qadın, yandırılmış siqareti tərsinə çəkir. Bu poster nəyə qarşı mübarizəyə həsr olunub? -Cavab: Passiv siqaretçəkməyə. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 60. Bu xanım müğənninin afro-amerikan mənşəli adının mənası “başqalarından uzaqda” və ya “başqalarından məsafədə” kimi tərcümə olunur. Söhbət kimdən gedir? -Cavab: Beyonce -Şərh: beyond others -Müəllif: Asim İbrahimli - -Sual: 61. 14-cü əsrin əvvəlindən etibarən hazırlanma qaydası məlum olan nəyi Venesiyada “oxuma daşı” adlandırırdılar ? -Cavab: Linza (monokl) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 62. Bir dəfə Bizans imperatoru Vasiliy qızını Venesiya dojunun oğluna ərə verir. Qızın cehizindəki bu əşyanı görən əri təəccüblənir, vaiz (propovednik) Pyotr Damiani isə onu şeytan əşyası adlandırır. Söhbət hansı məişət əşyasından gedir? -Cavab: Çəngəl -Şərh: əsasən qərbdə şeytan yaba və ya üçdiş ilə təsvir olunur, çəngəl də onlara bənzəyir. -Müəllif: Asim İbrahimli - -Sual: 63. Şərqdə uzun müddət məlum olmalarına baxmayaraq, Avropada yalnız XII əsrdə , çox soyuq keçən qış fəsilləri zamanı çayların uzun müddət donulu qalması, bunların kəşfinə səbəb oldu. Söhbət nələrdən gedir? -Cavab: Külək dəyirmanları. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 64. 19-cu əsrə aid bir kəşfə həsr olunmuş məqalədən sitata qulaq asın: “İngiltərədə C vitamini çatışmamazlığı səbəbindən sinqa xəstəliyinə yaxalanmış dənizçilər çox idi. Əsas məsələ budur ki, qalay da çox idi.” Sizcə məqalə hansı kəşfə həsr olunub? -Cavab: Konserv -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 65. Orta əsr cəngavərləri hücuma keçərkən sol əlindəki qalxanla qorunurdular, bu zaman onların sol çiyinləri öndə olurdu. Bəs sizcə, cəngavərlərin təhlükəsizliyini təmin etmək üçün zirehli geyimləri ilə bağlı görülən tədbir, hansı prinsipin əsasının qoyulmasına səbəb olmuşdu. -Cavab: Kişilərdə köynəyin düymələnməsi zamanı sağ tərəfin sol tərəfin altına keçməsi qaydası -Şərh: əsasən sol tərəfdən vurulan qılınc zərbəsi zireh parçalarının altına keçə bilməsin deyə -Müəllif: Asim İbrahimli - -Sual: 66. Sual müəllifi nə qədər axtardısa da, Azərbaycanda 1950-ci ildə təsis edilmiş bu qurumun binasında baş vermiş yanğınlar haqqında məlumat əldə edə bilmədi. Söhbət hansı qurumdan gedir? -Cavab: Əlyazmalar İnstitutu. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 67. Qərbi Berlinin küçələrində hələ də təxminən 42500-ə yaxın qaz lampası var. Bir məqalədə buna səbəb kimi rəsmi olaraq ilk dəfə prezident Trumenin məsləhətçisi tərəfindən işlədilən bir termin göstərilir. Hansı termin? -Cavab: Soyuq müharibə. -Şərh: Elektriklər uzun müddət kəsilmə təhlükəsi səbəbindən qaz lapmaları quraşdırılmışdı. -Müəllif: Asim İbrahimli - -Sual: 68. 8 yaşlı autist Sonya Şatalova onları gecə kəşfiyyatı üçün ən yaxşı kəşfiyyatçı adlandırırdı. Kimləri? -Cavab: Afrikalıları -Şərh: Zənciləri -Müəllif: Asim İbrahimli - -Sual: 69. Bir dəfə birisi allahlıq iddiası edir. Onu tutub padşahın hüzuruna gətirirlər. Padşah deyir: -- Keçən il birisi də peyğəmbərlik iddiası edirdi, onu öldürdüm. -- Yaxşı elədin, çünki... fikri tamamlayın. -Cavab: onu mən göndərməmişdim. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 70. Taksidermist Endryu Lankaster müxtəlif heyvanların müxtəlif hissələrini birləşdirərək müqevvalar düzəldir. Bəs bloqqerlərdən biri onu kiminlə müqayisə edir? -Cavab: Frankenşteyn`lə. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 71. Avropanın təsvir olunduğu və sarı rəngin müxtəlif çalarları ilə rənglənmiş infoqrafik xəritənin ən sarı hissəsi Skandinaviyanın mərkəzinə düşür. Bu xəritə nəyi göstərir? -Cavab: Sarışınların (blondinlərin) daha sıx yaşadığı regionları. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 72. Səhifələrdən biri qeyd edir ki, əgər siz televizor pultunu itirmisinizsə, o 50% ehtimalla divanın altındadır. Bəs 4% ehtimalla pult nəyin içindədir ? -Cavab: Soyuducu -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 73. Dünya parfümeriyasının mərkəzi sayılan Qras əyalətində “Santifoliya” adlanan qızılgül növü yetişdirilir. Santifoliyanın əsas xüsusiyyəti nədir? -Cavab: 100 ləçəyi var -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 74. Osmanlı sultanlarının təhlükəsizliyini təmin etmək üçün hüzuruna gələn xarici qonaqlara xüsusi kürk geyindirilir və yanında sultanın adamları olurdu. Bəs bu kürkün xüsusiyyəti nə idi? -Cavab: Qolları uzun idi -Şərh: yanındakı adamlar qollarından tuturdular -Müəllif: Asim İbrahimli - -Sual: 75. Avropada yerləşən mağaralardan birini slovaklar Domitsa, macarlar isə Baradla adlandırırlar. Bəs bu mağaranı dünyada yeganə edən xüsusiyyəti nədir? -Cavab: İki ölkədən girişi (və ya çıxışı) olan yeganə mağaradır. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 76. Braziliyanın ərazisinə aid olan Bananal adası dünyanın ən böyük...fikri tamamlayın. -Cavab: Çay adasıdır -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 77. 18-19cu əslərdə, İspaniya tavernalarında şirin ispan şərabı olan xereslə birlikdə dəniz məhsullarından hazırlanmış “tapas” adlı assorti verilirdi. Hal hazırda çox dadlı və çox bahalı zakuska sayılan “tapas” həmin dövrlərdə stola başqa məqsədlə qoyulurdu. Hansı məqsədlə? -Cavab: Milçəkləri cəlb etmək üçün. (ki onlar şərab stakanlarına qonmasın.) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 78. Antarktika hövzəsinə xas olan bir durnabalığı növünün qanında tamamilə hemoqlabin olmadığından onun qanı rəngsizdir. Bəs bu balıq növü necə adlanır? -Cavab: Qansız durnabalığı. (Qansız cavabı qəbul olunur.) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 79. 19-cu əsr ingilis alimi Reley deyirdi: göy şüalar qırmızı şüalardan 16 dəfə çox sürətlə yayılır. Bəs bununla o hansı iki hadisəni izah edirdi? -Cavab: Səmanın göy və qürub edən Günəşin qırmızı rəngdə olmasını. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 80. 17-ci əsrin sonunda bu nəsildən olan üç qardaş Rusiya çarına müraciət edərək, öz nəsillərindən olmayan, lakin onlarla eyni soy adı daşıyan şəxslərdən fərqlənmək üçün soy adlarına dəyişiklik etmək istədiklərini qeyd edirlər. Onların iddiasına görə, ulu babaları Siqizmund Rusiyaya Müqəddəs Roma imperiyasından gəlmişdi. Söhbət hansı məşhur nəsildən gedir? -Cavab: Rimskiy-Korsakov. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 81. Sovet dövründə konyakların maraqlı təsnifatı var idi. Bəs sizcə, 5 illik konyaklar necə işarələnirdi? -Cavab: 5 ulduzla -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 82. Kağız istehsalı ilə məşğul olan kompaniyanın işçisi Fey Osborn onları təkmilləşdirərək müasir formaya gətirmişdi. Bir dəfə fikirləşib onların nə olduğunu deyin. -Cavab: Birdəfəlik çay paketləri. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 83. Taylandlılar Banqkoku Krunqxten Maxanakxon adlandırırlar ki, bunun da tay dilindən tərcüməsi bir neçə sözdən ibarətdir. Onlardan ikisini deyin. -Cavab: Şəhrə və paytaxt -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 84. 1992-ci ildə Fransanın universitetlərindən birində laboratoriyada baş vermiş yanğında Janna Lenua adlı tələbə həlak olur. Bəs sizcə, bir gün əvvəl o rəssam Rene Şarbonnonun hansı rəsm əsəri üçün poza verirdi? -Cavab: Janna Dark tonqalda (yandırılması) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 85. Aleksandr Düma kağızdan insan fiqurları kəsirdi və müəyyən bir müddətdən sonra onları atırdı. Onun bunu nə üçün etdiyini izah edin. -Cavab: O öz əsərlərinin qəhrəmanlarını qarışdırmamaqçun kağızdan fiqurunu kəsirdi, qəhrəman öldükdə isə, o fiquru atırdı. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 86. Bu 1880-ci illərdə yüksək ingilis elitasının əyləncəsi idi. Bu zaman bir sıra düzülmüş kitabdan, şampan şərabı tıxaclarından və portsiqarlardan istifadə olunurdu. Söhbət nədən gedir? -Cavab: Stolüstü tennis -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 87. Ötən əsrin 50-ci illərində Yel universitetinin tələbələri bir şirniyyat şirkətinin hazırladığı piroqların altlıqları ilə əylənirdi. Bu şirkətin adını deyin. -Cavab: Frizbi -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 88. Qonşuları onunla danışmırdılar, dükanlar ona xidmət göstərməydən imtina etmişdilər, kilsə də isə heç kim onun yanında oturmurdu. Onun soy adını deyin. -Cavab: Boykot -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 89. Qədim Romada 29 fevralı “ikinci altıncı gün” , yəni “bis sextus” adlandırırdılar. Bəs sizcə, bu məlumatın yer aldığı rus məqaləsində hansı sözün etimologiyası izah olunurdu? -Cavab: Visokosnıy (rus dilində 366 günlük illər belə adlanır.) -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 90. Portuqal səyyah Pedro Kampos ilk dəfə burda olarkən, çoxlu sayda əncir ağacı və onların üzərindən sıx şəkildə sallanan epifitləri (bitkilərin üzərində bitən bitkilər) görmüşdü. Söhbət haradan gedir? -Cavab: Barbados -Şərh: O epifitləri saqqala bənzətmişdi -Müəllif: Asim İbrahimli - -Sual: 91. Qədim Yunanıstanın Akvileya şəhəri bir dəfə uzun müddətli mühasirəyə məruz qalır. Şəhərin döyüşçüləri müdafiəyə qalxır, onlardan geri qalmayan qadınlarsa döyüşçülərə hər bir işdə, xüsusilə yay və katapultaların hazırlanmasında kömək edirlər. Qələbədən sonra, şəhərdə qadınların şərəfinə məbəd tikilir və içərisində Veneraya heykəl qoyulur. Bəs bu Veneranın unikallığı nədə idi? -Cavab: Keçəl idi -Şərh: Yay və katapultaların hazırlanmasında qadınlar saçlarını qurban vermişdi. -Müəllif: Asim İbrahimli - -Sual: 92. ABŞ-dakı bir qəsəbənin təməlini qoyan şəxs, ona Zzyzx adını verir. O bunu nə məqsədlə edir? -Cavab: ABŞ coğrafi adlar siyahısında sonuncu olsun deyə -Şərh: İngilis lüğətində sonuncu olsun deyə -Müəllif: Asim İbrahimli - -Sual: 93. 1815-ci ildə Sumbava adasında Tambora vulkanı püskürdü. Bəs sizcə Avropa və Şimali Amerikada 1816-cı il “nəsiz il” kimi tarixə düşdü? -Cavab: Yaysız -Şərh: atmosferə küllü miqdarda kül atılmışdı -Müəllif: Asim İbrahimli - -Sual: 94. Lektotiplər – bioloji növlərin tipik nümayəndələrinə verilən addır. 1959-cu ildə ingilis botanik Uilyam Stirn Homo Sapiens növünün lektotipi kimi onu təsvir etmişdi. Kimi? -Cavab: Karl Linney -Şərh: heyvan və bitki aləminin vahid təsnifat sisteminin yaradıcısı. -Müəllif: Asim İbrahimli - -Sual: 95. 1924-cü ildə irlandiyalı Cek Batler Yets təsviri incəsənət sahəsində gümüş medal qazanır. Siz isə bu hadisənin İrlandiya tarixinə düşmə səbəbini deyin. -Cavab: Bu ölkə tarixində ilk olimpiya medalı idi. -Şərh: 1912-1948-ci illərdə Olimpiya oyunlarında təsviri incəsənət də yer alırdı -Müəllif: Asim İbrahimli - -Sual: 96. Qar mələkləri - qarın uzərində uzanaraq əllərin və ayaqların hərəkəti nəticəsində əmələ gələn fiqurlara verilən addır. Qar mələklərinə həsr olunmuş bir karikaturada Onu da görmək olar. Kimi? -Cavab: Vitruvian adamıa -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 97. Maraqlıdır ki, bəzən bakteriyalar da virusa yoluxa bilirlər. Hətta... fikri tamamlayın. -Cavab: Viruslar da virusa yoluxa bilərlər. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 98. 1976-cı ildə ABŞ-da donuz qripindən bir nəfər, bundan isə 25 nəfər həlak olmuşdu. Nədən? -Cavab: Donuz qripinə qarşı vaksinadan. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 99. 1988-ci ildə diqqətsizlik səbəbindən, onlardan bir neçəsi alovda yandı. Söhbət nələrdən gedir? -Cavab: Göyərçinlər -Şərh: Seul Olimpiadasının açılışında, Olimpiya məşəlində -Müəllif: Asim İbrahimli - -Sual: 100. Bunun fransız dilindəki adı “ata saqqalı”, ivrit dilindəki adı “nənə saçları” , afrikaans dilindəki adı isə “ruhun nəfəsi” kimi tərcümə olunur. Söhbət hansı ərzaqdan gedir? -Cavab: Şəkər pambığı -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 101. Alman slenqindəki sözlərdən biri hərfi olaraq “qartopu oynayarkən əlcək geyinən adam” mənasına gəlir. Bəs bu söz necə tərcümə olunur? -Cavab: Qorxaq -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 102. Uşaq ikən onun adı “tullanan porsuq” idi. Söhbət kimdən gedir? -Cavab: Oturan buğa -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 103. “Exocet” fransız dilindən tərcümədə “qanadlı balıq” deməkdir. Tam dəqiqliklə fransızların nəyi bu adla adlandırdıqlarını deyin. -Cavab: Qanadlı gəmi əleyhinə raket. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 104. Böyük Britaniyada hər həftə ən azı bir nəfər ikinci adını (yəni middle name) dəyişmək üçün aidiyyatı orqanlara müraciət edir. Bəs onlar hansı adı götümək istəyirlər? -Cavab: Danger -Şərh: Təhlükə mənim ikinci adımdı -Müəllif: Asim İbrahimli - -Sual: 105. Sumatra dovşanı həddindən çox nadir görünən və qorxaqdır. Bəs yerli əhali onu necə adlandırır? -Cavab: Onun yerli əhali arasında adı yoxdur. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 106. Eksimoslar ərzaqların donmasının qarşısını almaqçun bundan istifadə edirlər. Nədən? -Cavab: Soyuduculardan -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 107. Ötən əsrin 30-cu illərində Britaniyada, bu işə qəbul olmaq istəyən xanımlarçun əsas şərt boyun 5 fut 3 düym hündürlükdən az olmaması idi. Söhbət hansı peşədən gedir? -Cavab: Telefonçu -Şərh: boyları kommunikasiya panelinin ən yuxarılarına rahat çatsın deyə -Müəllif: Asim İbrahimli - -Sual: 108. Nigeriya donanması cəmi dörd hərbi gəmidən ibarətdir. Onların hər birinin adı ayrı-ayrı yerli dillərdən tərcümədə eyni sözdür. Bu sözü deyin. -Cavab: Hippopotam -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 109. Son 60 ilin statistikasına görə Şimali Koreyada bu göstərici 23000 nəfərə, Cənubi Koreyada isə 2 nəfərə bərabərdir. Hansı göstərici? -Cavab: Şimali Koreyadan Cənubi Koreyaya və əksinə qaçanlar. -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 110. 20ci əsrin əvvəllərində dərc olunan "Tuti" jurnalının məqalələrindən birində, kökləri "ehram", "corab" və "ağdivar" olan üç xüsusi ismə rast gəlmək olar. Bu məqalədə kimlər istehza ilə tənqid olunurdu? -Cavab: Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski və Əhməd Ağdamski. -Şərh: None -Müəllif: Asim İbrahimli - -Səhifə -> 234 | Sual Sayı -> 30 - -Sual: 1. Odessadan olan bir təşəbbüskar həkim Bosniyaya yerli əhalini yeni cox effektiv “vakuum metodu” ilə müalicə etməyə gedir. Əslində metod olduqca asdədir. Söhbət nədən gedir? -Cavab: Banka qoymaq -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Qədim yunanlar bu bayrami 21 iyunda, romalilar (Yuli Sezara qədər) 1 martda, orta əsrlərdə avropa ölkələrinin çoxu 25 martda qeyd edirdilər. Bəs biz bu bayramı nə vaxt qeyd edirik? -Cavab: 1 Yanvar, Yeni il -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Dilimizdəki bu ifadənin yaranma tarixi Lerikdə məşhur olan “laqquti” zərb aləti ilə bağlıdır. -Cavab: Laqqırtı vurmaq -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Məşhur velosipedçi Lens Armstoronq velosipeddən yıxılmaqdan qorxanlara nəyi məsləhət görür? -Cavab: Velosipedə minməməyi -Şərhlər: None -Müəllif: None - -Sual: 5. 1992-ci ildə ekranlara çıxmış Riddli Skotun “Cənnətin fəthi:1492” filmi hansı şəxsiyyətə həsr olunub? -Cavab: Xristafor Kolumb -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Ruslar bu avropa dövlətini Çernoqoriya adlandırırlar. Bəs biz necə adlandırırıq? -Cavab: Qaradağ -Şərhlər: None -Müəllif: None - -Sual: 7. J.J.Russo “Emil” fəlsəfi romanında öz qəhrəmanına insanın təbiətlə qovuşmasını göstərən yeganə kitabı oxumağı təklif edir. Bu hansı kitabdır? -Cavab: Robinzon Kruzo -Şərhlər: None -Müəllif: None - -Sual: 8. Eksimoslar ərzaqların donmasının qarşısını almaq üçün bundan istifadə edirlər. Nədən? -Cavab: Soyuducudan -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Absurdopediyaya inansaq, artıq neçə nəsildi ki çinli pinq-ponçular məşqlər üçün partnyor kimi ondan istifadə edir.Onu 3 sözlə deyin -Cavab: Böyük Çin səddi -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Ramon Qomes de la Sernanın fikrinə görə hansı heyvana heç rentgen lazım deyil? -Cavab: Zebra -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Məşhur ispan şair Federiko Qarsia Lorka deyirdi ki, Bu peşə xoşbəxtliklər içində ən kədərlisidir.Hansı? -Cavab: Şairlik -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Kanadalı rəssam Oliver Lefebr 3750 dənə Bundan istifadə edərək Stiv Cobsun portretini çəkmişdir. Nələrdən? -Cavab: Alma -Şərhlər: None -Müəllif: None - -Sual: 13. Pablo Pikassonun sözlərinə görə onun əsərlərinin ən böyük vurğunu kim idi? -Cavab: Pablo Pikasso -Şərhlər: None -Müəllif: None - -Sual: 14. Komik Con Klizin əsl soyadı özü artıq insanda təbəssüm yaradır. Onun əsl soyadını tapın. -Cavab: Cheese -Şərhlər: None -Müəllif: None - -Sual: 15. Mark Tven hesab edir ki, bu gün bizə başqa günlərdə necə insan olduğumuzu bizə xatırlayır. Hansı? -Cavab: 1 aprel -Şərhlər: None -Müəllif: None - -Sual: 16. Aktyor Benedikt Kamberbetç(aparıcı üçün: oxuyarkən səhvə yol verin) zarafatla qeyd edir ki, bunu səhvsiz tələffüz edə bilmir. Nəyi? -Cavab: Soyadını -Şərhlər: None -Müəllif: None - -Sual: 17. Viktor Hüqonun fikrincə yoxsulluq inqilaba gətirir, inqilab isə ona. Nəyə? -Cavab: Yoxsulluğa -Şərhlər: None -Müəllif: None - -Sual: 18. İspaniyada belə deyirlər:Fit çalaraq su içmək olmaz.Biz bu vəziyyətdə nə deyirik? -Cavab: Bir əldə 2 qarpız tutmaq olmaz -Şərhlər: None -Müəllif: None - -Sual: 19. Alman yazıçısı Bertold Anerbax hesab edirdi ki, pulların əldə edilməsi qəhrəmanlıq, saxlanması ağıl tələb edir. Bəs Amerbaxın fikrincə nə incəsənət tələb edir? -Cavab: Onların xərclənməsi -Şərhlər: None -Müəllif: None - -Sual: 20. Əslində ONLARIN ən sevimli qidası termitlərdir. ONLARI deyin? -Cavab: Qarışqayeyən -Şərhlər: None -Müəllif: None - -Sual: 21. İmmanuel Kantın fikrinə görə 2 yanılma mövcuddur:Birinci hər şeyə inanmaq. Bəs ikinci? -Cavab: Heç nəyə inanmamaq -Şərhlər: None -Müəllif: None - -Sual: 22. Bu ölkədə 1983-cü ildə bir dənə də uşaq həyata gəlməmişdi. Bu dövlətin adını tapın. -Cavab: Vatikan -Şərh: Vatikanın əsas sakinləri kilsə insanlarıdır və onlar ailə həyatı qura bilmirlər -Müəllif: None - -Sual: 23. 1835-ci ildə «Nyu-York San» qəzeti 2 məşhur alim - Herşel və Bryusun birgə əməkləri sayəsində Ayda və Marsda insanları görmək imkanı verən teleskop icad ettiklərini xəbər verdi. Bəs qəzetin bu nömrəsi nə vaxt dərc edilmişdi? -Cavab: 1 aprel -Şərhlər: None -Müəllif: None - -Sual: 24. 19.əsrdə Kembric yataqxanasındakı hər otaqda 11 çarpayı vardı.Siz isə kembricdə hansı oyunun yarandığını tapın? -Cavab: Futbol -Şərh: Məşhur ingilis universitetində olan bu tarixi fakt futbolda niyə 11 nəfərin olduğunu izah edir -Müəllif: None - -Sual: 25. Türk mifologiyasında adı çəkilən bu əfsanəvi övliya bir rəvayətə görə yer üzündə ilk alma ağacını əkib. Bəs hansı şəhər onun adından yaranıb? -Cavab: Almatı -Şərh: Qazaxıstanın paytaxtı olan Almatı adını Alma ata adlı mifoloji övliyadan alıb -Müəllif: None - -Sual: 26. Lana Ternerin sözlərinə görə uğur qazanmış kişi onun xərcləyə biləcəyindən daha çox pul qazanan kişidir. Kimin? -Cavab: Arvadının -Şərhlər: None -Müəllif: None - -Sual: 27. “Vokrug Sveta” jurnalı nə qədər paradoksal səslənsə də Luvrda olarkən Onunla hətta təsadüfi belə görüşməməyi məsləhət görür. Kimlə? -Cavab: Mona Liza -Şərh: Mona Lizadan başqa Luvrda nə qədər gözəl eksponat olmasını görmək üçün -Mü��llif: None - -Sual: 28. Barış Manço sevənlər Onun kölgə sənətindən rəsmini düzəltmişdilər və məhz bu üç tərəvəzdən istifadə eləmişdilər.Hansı? -Cavab: Pomidor,bibər,badımcan -Şərh: Məşhur mahnıya allüziya olaraq -Müəllif: None - -Sual: 29. Rəvayətlərdən birinə görə BU hindistanlı bir brahman tərəfindən padşahın xalqsız necə zəif olduğunu göstərmək üçün yaradılmışdı.Nə? -Cavab: Şahmat -Şərhlər: None -Müəllif: None - -Sual: 30. Yaponlarda belə atalar sözü var:Gələcək haqqında danışanda çardaqdakı siçanlar gülür.Bəs bizim dilimizdəki atalar sözündə hansı fauna nümayəndəsi xatırlanır? -Cavab: Cücə -Şərh: None -Müəllif: None - -Səhifə -> 235 | Sual Sayı -> 30 - -Sual: 1. 2011-ci il istehsalı bir filmdə baş qəhrəman özünü “Odinson” kimi təqdim -edir.Söhbət kimdən gedir? -Cavab: Tor -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Xüsusilə qatı duman zamanı, bu strukturların əsas avadanlığı yararsız hala gəlir və onun əvəzində güclü sirenlərdən istifadə olunur. Söhbət hansı strukturlardan gedir? -Cavab: Mayaklar -Şərh: Duman olan zaman mayakın işığı dumandan keçə bilmir,buna görə də səs ilə xəbərdarlıq etmək -Müəllif: None - -Sual: 3. “Coan Lui” filmində rəngarəng geyimdə bir “geosiyasi qız” təsvir olunur. Onun donunun sol yuxarı hissəsində onlarla eyni simvol var. Bəs, onun donunun aşağı hissəsindəki zolaqlar hansı rənglərdədir? -Cavab: Ağ və qırmızı -Şərh: Yuxarıdakı 50 ulduz, aşağı hissədə isə ağ və qırmızı zolaqlar ABŞ bayrağının təsviri idi. -Müəllif: None - -Sual: 4. 1963-cü ildə səmada yanacaq dolduran iki reaktiv təyyarə heç bir zahiri amil olmadan partlamışdılar. Siz isə deyin bu hadisə nəyin üzərindən uçuş vaxtı baş vermişdi? -Cavab: Bermud üçbucağı -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Elə məhz Bermud üçbucağı barədə olan məqalədə bəzi tədqiqatçılar bu hadisələri suyun altında olan Misir piramidaları ilə əlaqələndirsələr də, bəziləri isə səbəbi mifik obyektdən gələn şüalar ilə əlaqələndirirlər. Hansı mifik obyekt? -Cavab: Atlantida şəhəri -Şərh: platon tərəfindən qeyd olunan əfsanəvi sualtı ada və ya qitə -Müəllif: None - -Sual: 6. Coco Chanel nə haqqda belə demişdi: “ O gözə görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır”? -Cavab: Ətir -Şərhlər: None -Müəllif: None - -Sual: 7. Sokrat tez-tez deyərdi: «Gör nə qədər onlarsız da yaşamaq mümkün olan əşyalar var». Bəs o, bu sözləri harada deyirdi? -Cavab: Bazarda -Şərhlər: None -Müəllif: None - -Sual: 8. Amerikan kafelər şəbəkəsi olan Starbaks yeni yay içkisini – buzlu çayı reklam eən bir poster hazırlamışdı. Posterdə bir-birinə bitişik iki hündür fincan, bir milçək və “Sərində məhv ol!” yazısı təsvri olunmuşdu. Siz isə, posterin geri çağırılmasına səbəb olan hadisənin baş verdiyi tarixi deyin. -Cavab: 11 sentyabr 2011 -Şərh: Siyasi müşahidəçilər posterin əkiz qüllələrin dağıdılmasını təsvir etdiyini bildirmişdi.onların fikrincə, milçək təyyarəyə işarə idi. -Müəllif: None - -Sual: 9. Çinlilər buna pişiyin izləri kimi aydın olmayan sözündən istifadə edirlər. Bəs biz bunu görəndə hansı 2 heyvanın adını çəkirik? -Cavab: İlan qurbağa -Şərhlər: None -Müəllif: None - -Sual: 10. İnsan yaddaşının bütov itməsində, axırda yalnız öz ana dilindəki söyüşlər yadda qalır. Bes həkimlər buna görə neyi müəyyənləşdirirlər? -Cavab: Xəstənin milliyətini -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Onlarin rəngi əslində boz deyil qızılı-torpaq rəngidir. Boz görünmələrinin səbəbi palçıqlı suların üzərilərində qurumasıdıir. -Cavab: Fil -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Bir filosofa görə qadına azadlıq vermək istəyirsənsə bunu geniş eləməlisən. Nəyi? -Cavab: Mətbəx -Şərhlər: None -Müəllif: None - -Sual: 13. Müsahibəsində Putin bu ölkeleri bir birinden küsmüş iki qardas adlandırıb? -Cavab: Şimali və Cənubi Koreya -Şərhlər: None -Müəllif: None - -Sual: 14. Ce Gevaranin fikrince kim basqasina vurulan silleni oz uzune vurulan kimi qebul edir? -Cavab: İnqlabçı -Şərhlər: None -Müəllif: None - -Sual: 15. Alman jurnalist və teleaparıcı Robert Lembke deyir ki "Hər bir qadının həyatında iki əsas kişi olur: biri ərə getdiyi, bes digeri? -Cavab: Ərə getmədiyi -Şərhlər: None -Müəllif: None - -Sual: 16. Niyə görə şimal marallari dava edəndən sonra bəzən ac qalib olurlər? -Cavab: Çünki buynuzlari bir-birinə ilişib qalır. -Şərhlər: None -Müəllif: None - -Sual: 17. Latviyalılar nəyi Vintara yura - yəni, Kəhrəba dəniz adlandırırlar? -Cavab: Baltik dənizi -Şərhlər: None -Müəllif: None - -Sual: 18. Bir çox ölkələrdə gözəl və simvolik telefon nömrələri böyük məbləğə satılır. Bu yaxında İstanbulda içərsində 1903, 1905, 1907 olan nomrələr baha qiymətə satıldı. Bəs bu nömrələri kimlər alırdı? -Cavab: Futbol klublarının fanatları -Şərhlər: None -Müəllif: None - -Sual: 19. Yəhudi məsəlinə görə hansı problem - problem deyil? -Cavab: Pulla həll olunan problem -Şərhlər: None -Müəllif: None - -Sual: 20. Deyirlər ki Dünya'nın ortaq dili İngiliscə deyil səssizlikdir və bu dilin yeganə ustası odu. Kim? -Cavab: Çarli Çaplin -Şərhlər: None -Müəllif: None - -Sual: 21. Beqbeder cümlələri kitab kimi toplaya bildiyini bacararkən onları parçalayıb tanımadığı adamlarla paylaşmağı BU-na bənzədir. BU-nun haqqında məqalə 140 sözünə də rast gəlmək olar, bunn nə olduğunu deyin. -Cavab: Tvit -Şərhlər: None -Müəllif: None - -Sual: 22. Komediya filmi olan " Harold və Kumar : ölümcül yeni il"-in epizodlarının birində, insanların diqqətini cəlb etmək istəyən Harold, göyə atəş açır və təsadüfən ONU vurur. ONU deyin. -Cavab: Santa Klaus -Şərhlər: None -Müəllif: None - -Sual: 23. 23. Professor Vladimir Zubkovu " çəkməsiz çəkməçi" adlandırmaq olar, siz isə onun niyə heç vaxt müəllifi olduğu kitabları oxumadığının səbəbini deyin. -Cavab: Kor idi -Şərhlər: None -Müəllif: None - -Sual: 24. Qədim Yunanıstanda ONLARI ifadə etmək üçün "andrapodon" yəni "insanayaqlı" və ya "soma" yəni "bədən" sözlərini istifadə edirdilər. Kimləri? -Cavab: Qul -Şərhlər: None -Müəllif: None - -Sual: 25. Cənubi Amerikanın Chiquito qəbiləsinin üzvləri düşünür ki, bu, daim onu dişləyən nəhəng itləri təqib edir.Nə? -Cavab: Ay -Şərhlər: None -Müəllif: None - -Sual: 26. Uşaq bezləri bildiyimiz kimi uşaqlar üçündür. Bəs ABŞda hansı peşənin sahibləri də uşaq bezlərindən istifadə edirlər? -Cavab: Astronavt -Şərhlər: None -Müəllif: None - -Sual: 27. 1867-ci ildə Oranj çayı sahilində 21.75 karatlıq almaz TAPILDI. Bəs onu hansı yunan sözü ilə adlandırdılar? -Cavab: Evrika -Şərhlər: None -Müəllif: None - -Sual: 28. Elbert Hubbertə görə həyatda edilən ən böyük səhv bundan qorxmaqdır. Nədən? -Cavab: Səhv etməkdən -Şərhlər: None -Müəllif: None - -Sual: 29. Uilyam Folknerin qəhrəmanı öz düşməni haqqda deyirdi ki, BİRİNCİNİ ETMƏYƏ tələsib, İKİNCİNİ ETMƏYƏ isə gecikir. Birinci etmək və ikincini etməklə əvəz etdiklərimizi düzgün ardıcılıqla deyin. -Cavab: Doğulmaq və ölmək -Şərhlər: None -Müəllif: None - -Sual: 30. Memfis Depayın atası, o uşaq olarkən ailəsini atıb. Memfis bir çox futbol azərkeşinə məlum olan qərarı, məhz belə izah edir. Hansı qərarı ? -Cavab: Futbol köynəyində, soyadını yox adını yazmaq -Şərh: None -Müəllif: None - -Səhifə -> 236 | Sual Sayı -> 30 - -Sual: 1. Suşi restoranlarının birinə aid reklam sloqanında “Barmaqlarınızı yalayacaqsınız” misalı təhrif olunub. Bu məsəlin təhrif olunmuş versiyasını deyin. -Cavab: Çubuqlarınızı yalayacaqsınız(Çin çubuqları) -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Krım tatarlarının mərasim ənənələrinə görə, bunu etmək üçün istifadə edilən iplər xüsusi qazılmış çuxura basdırılmalıdır. Sual müəllifi bunun hazırlanması haqda “Ответы@mail.ru” saytında soruşanda cavab olaraq ona uzun ömür yaşamasını arzu etdilər. Söhbət nədən gedir? -Cavab: Kəfən tikmək -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Bir nağıl personajında bu o qədər böyüdülmüş şəkildədiki hətta bığa bənzədilir və elə təəssürat oyadır ki, elə bil personajın burnu tərsinə durub. Söhbət nədən gedir? -Cavab: Kiprik -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Məndə heç bir dəyişiklik yoxdu: Uzaq aləmin şəfəqində də eyniydim. Mən bütün başlanğıcların təməlini görmüşəm. Əsrlər məndə dönür, dolanır... " Şekspir bu sözləri kimin və ya nəyin dilindən deyir? -Cavab: Zaman -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Marko Polonun sözlərinə görə Zanzibar əsgərləri fillərlə döyüşə başlamazdan əvvəl daha cəsur və qürurlu olmaq üçün bunu edirdilər. Nəyi? -Cavab: Spirtli içki içirdilər. -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Bu yaxınlarda bir jurnalın "Kimlərə oyuncaq hədiyyə edirik?" Adlı araşdırmasına əsasən sorğu iştirakçılarının 40%-i övladlarına, 25%-i sevdikləri insana, 10%-i iş yoldaşlarına, 5%-i isə valideynlərinə oyuncaq alır. Bəs yerdə qalan 20% oyuncaqları kimə alır? -Cavab: Özlərinə -Şərhlər: None -Müəllif: None - -Sual: 7. San Diegoda yerləşən heyvanat bağçalarından birinin rəhbərliyi meymunlara baxmaq üçün gələn ziyarətçilərə dəfələrlə ayaqqabılarını çıxarmaq barədə xəbərdarlıqlar etsə də heç bir xeyri olmamışdı. Bundan sonra rəhbərlik "Vigilant"(gözüaçıq) adlı qarğadan istifadə etməyə başlayıb. Bəs həmin qarğa nə edirdi? -Cavab: Ziyarətçilərin ayaqqabılarının ipini açırdı. -Şərhlər: None -Müəllif: None - -Sual: 8. İrina Danilova yazır ki, bunu əldə etmək üçün Çiçəklər kəsilməli, meyvələr parçalanmalı, heyvanlar və quşlar öldürülməlidir. Söhbət nədər gedir? -Cavab: Natürmort -Şərh: Natürmort sözünün tərcüməsi "ölü təbiət" deməkdir -Müəllif: None - -Sual: 9. "Mr.Cutts" adlı mağazanın loqosunda bir əşya eynəklər və bığ vasitəsilə təsvir edilib. Həmin əşyanı deyin. -Cavab: Qayçı (Bir bərbər dükanına aid olan logoda açıq qayçı bu cür təsvir olunub.) -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Yeni ilə aid olan bir reklamda Milad ağacını təsvir etmək üçün bir cüt ayaqqabıdan istifadə olunub. Reklamın hansı şirkətə aid olduğunu deyin. -Cavab: Adidas -Şərh: Şirkətin loqosundakı 3 zolaq hər iki tərəfdən yolka ağacını əmələ gətirir -Müəllif: None - -Sual: 11. Bu personaj ilk dəfə 1377ci ildə yazılan, hadisələrin Barnsdeyl adlı meşədə cərəyan etdiyi "Kəndli Peter" adlı poemada mövcud olub. Bu personaj kimdir? -Cavab: Robin Hood -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Müəmmar Qəddafiyə aid olan "Yaşıl kitab"ı tənqidçilər çox vaxt bu giləmeyvə ilə müqayisə edirlər. Hansı? -Cavab: Qarpız -Şərh: Belə ki, kitabın üz qabığı qarpız yaşılı, içi isə qırmızı rəngdə tərtib edilib. -Müəllif: None - -Sual: 13. Qədim əsatirlərdə insanın yaradılışında istifadə olunan materiallar haqda müxtəlif versiyalara rast gəlmək mümkündür. Bunlardan ən çox yayılanı gil olsa da fərqli versiyalar da var. Məsələn, Algonkinlərdə bu heyvan sümükləri, Keçuva xalqı üçün isə fındıqdır. Ketlərin okeanla bağlı qədim əfsanələrində isə insan başqa bir məşhur materialdan yaradılıb. Ketlərin əfsanəsi ilə səsləşən 19-cu əsrə aid ədəbi personajın adını deyin. -Cavab: Pinokyo -Şərh: 19-cu əsrə aid personaj soruşulduğu üçün pinokyo cavabı qəbul olunmur. -Müəllif: None - -Sual: 14. Titianik filmində Cek Rozanın adını 76 dəfə çəksə də, bu cümləni işlətməyib. Roza isə, Cek sözünü 80 dəfə , bu cümləni isə 1 dəfə işlədib. Hansı cümlə? -Cavab: Səni sevirəm -Şərhlər: None -Müəllif: None - -Sual: 15. Nikolay Kopernik, Kərim Abdul Cabbar, Freddi Merkuri. Bu şəxsləri birləşdirən nədir? -Cavab: Bu adlar heç birinin əsl adı deyil -Şərhlər: None -Müəllif: None - -Sual: 16. Bu hər kəsin bilməli olduğu amma ən pis bildiyi şeydir. Balzak bu fikri nə haqda deyib? -Cavab: Qanunlar -Şərhlər: None -Müəllif: None - -Sual: 17. Bir çox alət və materialların adının tarixi şəxsiyyətlər və yaxud coğrafi adlardan götürüldüyünü bilirik. Məsələn,"drezina" adlı nəqliyyat Fon Drezinin şərəfinə bu cür adlandırılıb. Bəs nəyi qədim Roma şəhəri Brindzium-a uyğun adlandırılıblar? -Cavab: Bürüncü -Şərhlər: None -Müəllif: None - -Sual: 18. Bu məşhur qadının dostları və işçiləri deyir ki, əgər onun saçları dağılıbsa, həmin gün üçün yaxşı heç nə gözlənilmir. Söhbət kimdən gedir? -Cavab: Yuliya Timaşenko -Şərhlər: None -Müəllif: None - -Sual: 19. 1896cı ildə ilk Olimpiya yarışları zamanı velosipeçilər Afinadab bura və burdan Afinaya qədər olan 87 km.lik marşrut üzrə yarışdılar. Haradan? -Cavab: Marafon -Şərhlər: None -Müəllif: None - -Sual: 20. Skandinavlar nəyi ağızın bıçağı və yaxud ağızın avarı adlandırırlar? -Cavab: Dil -Şərhlər: None -Müəllif: None - -Sual: 21. Bu şirin və şirəli armud növünü fransızlar zadəganlar üçün işlədilən sözlə adlandırıblar. Bəs biz onun necə adlandırırıq? -Cavab: Düşes -Şərh: Fransızcadan tərcümədə "Duchesse"(Dük) hersoqinya mənasına gəlir -Müəllif: None - -Sual: 22. İspaniyalı alimlər Terez və Vin bu iki yerdə tempraturun uyğun olaraq +455 və -232 dərəcə olduğunu nəzəri cəhətdən müəyyən ediblər. Söhbət hansı iki yerdən gedir? -Cavab: Cənnət və cəhənnəm -Şərhlər: None -Müəllif: None - -Sual: 23. İngiltərədə statistikaya görə nə qədər paradoksal səslənsə də, bu ayın əvvəlində qeydə alınan boşanma sayı digər aylarla müqayisədə dəfələrlə çox olur və bu iki həftə davam edir. Həmin iki həftədən sonra isə artıq bu göstərici azalmağa başlayır. Bu hansı aydır? -Cavab: Fevral(14 fevral) -Şərhlər: None -Müəllif: None - -Sual: 24. Amerikada aparılan araşdırmalar onu göstərir ki, əgər hansısa namizəddə bunun nəticəsi 30-dan aşağıdırsa onda həmin namizədin seçilmə şansı yoxdur. Nəyin? -Cavab: İQ testi -Şərhlər: None -Müəllif: None - -Sual: 25. Filosof Volter bir dəfə yarı zarafat yarı ciddi buna belə bir tərif verir. "Dinləyicinin danışanı, danışanın da öz dediyini başa düşməməsi belə adlanır". Söhbət nədən gedir? -Cavab: Fəlsəfə -Şərhlər: None -Müəllif: None - -Sual: 26. Ardıcıllığa qulaq asın: Marqaret Tetçer-165; Vladimir Putin—169; Donald Tramp-188; Fidel Kastro- 190. Dinlədiyiniz ədədi qiymətlərin vahidini deyin. -Cavab: Santimetr -Şərh: Hər birinin boy ölçüsü -Müəllif: None - -Sual: 27. Hansı dildə paytaxt sözü “Soul” şəklində səslənir? -Cavab: Koreya. -Şərh: Cənubi Koreyanın paytaxtı Seul şəhərinin yerli dildə tələffüzü belədir. -Müəllif: None - -Sual: 28. Eric Fromun fikrincə dünyadakı ən qəribə məxluq odur. -Cavab: İnsan -Şərhlər: None -Müəllif: None - -Sual: 29. Ultrasəs sensorları ilə təchiz edilmiş gözdən əlillər üçün nəzərdə tutulan əsalara aid bir şəkildə iki qara eynəkli təsvir olunub. Bunlardan biri təbii ki, kor adamdır. Bəs ikinci? -Cavab: Yarasa -Şərh: Ultrasəsə olan həssaslığına görə -Müəllif: None - -Sual: 30. “Biri var idi, biri yox idi, bir zamanlar bir parça taxta var idi” bu sözlərlə başlayan kitabın adını deyin. -Cavab: Pinokyo -Şərh: Buratino cavabı sayilmir -Müəllif: None - -Səhifə -> 237 | Sual Sayı -> 40 - -Sual: 1. Aşağı qan təzyiqi olanlara bibəriyə və adaçayı; yuxarı təzyiqlilər limon və sarımsaq; ürək ağrısı olanlara isə sərv ağacı və lavanda bitkisi ilə bunu etmək tövsiyə olunur. Nəyi? -Cavab: bitkiləri iyləmək -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Las Veqasda yerləşən “Sezar Sarayı” adlı dünyaca məşhur kazino həm də peşəkar boksçuların döyüşləri ilə də tanınır. Bundan əlavə burda yerləşən “Sezar üçün” və “Kleopatra üçün” yazılı iki kabinet də kazinoya qonaq olanların diqqətini çəkib. Bu kabinetlərin nə olduğunu deyin -Cavab: Tualet -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Rəsmi versiyaya əsasən, Çad respublikasının bayrağında mavi rəng ölkənin cənub hissəsini və həmin hissəyə xas olan mavi səmanı, təsərrüfatı təmsil edir. Bayraqdakı sarı hissə isə ölkənin şimalına xas olan günəşi və hamıımıza tanış olan BU YERİ təmsil edir. Həmin yerin adını deyin -Cavab: Saxara Səhrası -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Əsgərlik haqda məsəli tamamlayın:”Əsgərə bir dayaq verin, o bunu edəcək.” Nəyi? -Cavab: Yuxuya gedəcək -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Blez Paskalın fikrincə bir müəllif hansısa əsərə başlamalı olduğunu nə vaxt başa düşür? -Cavab: Həmin əsəri tamamlayanda -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Latıncadan tərcüməsi “orta” və “gün” mənasına gələn iki sözün birləşməsindən əmələ gələn coğrafi termini deyin. -Cavab: Meridian -Şərhlər: None -Müəllif: None - -Sual: 7. Dark Shadows yəni, Qara Kölgələr adlı filmdə Barnabas adlı vampir qəhrəman 1972-ci ildə oyanır və qarşısına çıxan bu işarəni Şeytanın simvolu zənn edir. Bəs əslində onun gördüyü işarə nə idi? -Cavab: Mc.Donalds dakı M hərfi -Şərh: Barnabas M hərfini görüb onun Mefistofelə aid olduğunu düşünüb. -Müəllif: None - -Sual: 8. Komi dilində “sin” sözü göz, “lıs” sözü isə iynə deməkdir. Bəs bu dildə işlənən “sinlıs” sözü nə mənaya gəlir? -Cavab: Kiprik -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Kambocada keçirilən rituala əsasən qadın kişiyə siqaret verir. Kişi siqarəti yandırırsa bunu elan etmiş olur. Nəyi? -Cavab: Onlar ər və arvad elan olunur -Şərhlər: None -Müəllif: None - -Sual: 10. İsveçrəli tennis oyunçusu Roger Federer BUnu ölkəsinin ən böyük müsbət detalı adlandırır. Söhbətin nədən getdiyini deyin. -Cavab: İsveçrə Bayrağı -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Yazıçı David Bodanis yazır ki, 1920-ci ilədək öz iş saatını masada oturaraq, müxtəlif mexanizmlər və ya qələm,dəftərlə aritmetik əməliyyatlar apararaq keçirən insanları BU cür adlandırmaq olardı. O belə insanlara nə ad vermişdi? -Cavab: Kompüter -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Türk şəhərlərindən biri haqqında sənədli filmdə ingilis jurnalist bu memarlıq abidəsini “orta əsrlərin moteli” adlandırır. Söhbət hansı qədim tikilidən gedir -Cavab: Karvansaray -Şərhlər: None -Müəllif: None - -Sual: 13. Triskaidekaphobia – 13 rəqəminə qarşı qorxu belə adlanır. Bəs dünyada təxminən 20 mln. insanln əziyyət çəkdiyi friggatriskaidekaphobia nədən qorxudur? -Cavab: Rəqəminini cümə gününə düşməsindən qorxu -Şərhlər: None -Müəllif: Gülcahan Quluzadə - -Sual: 14. Afinalı sərkərdə Femistokl farslarla müharibəyə haşırlaşan orduda xidmət edəcək döyüşçülərə keçirilən təlimlərdə xüsusilə bu cür döyüşün nümayiş etdirilməsinə diqqət yetirirdi. Sözü gedən döyüş növünü izləmək döyüşçülərə dözüm və cəsarəti öyrədirmiş. Söhbət hansı növ döyüşdən gedir -Cavab: Xoruz döyüşü -Şərhlər: None -Müəllif: None - -Sual: 15. 20-ci əsrin Əfsanəvi idmançısının həyatı haqqda bir məqalədə deyilir ki, Onun həyatından bəhs edən filmdə baş rol oynamaq Will Smithi o qədər təsirləndirmişdi ki, idmançının da bir vaxtlar verdiyi qərarı verməsinə təkan olmuşdu. Günümüzdə nadir hallarda təsadüf olunan sözü gedən qərarı deyin -Cavab: İslamı qəbul etmək -Şərhlər: None -Müəllif: None - -Sual: 16. Kolibri quşununun bədəninin hansı iki hissəsi onun kütləsinini 50%-i təşkil edir? -Cavab: Dimdik və quyruq -Şərhlər: None -Müəllif: None - -Sual: 17. Snqapurda 4 rəsmi dövlət dili mövcuddur: malay dili, çin dili, tayvan dili, … bəs 4-cü ? -Cavab: İngilis dili -Şərhlər: None -Müəllif: None - -Sual: 18. Alex Dreyerinə aid deyimi tamamlayın: “Diplomat o adamdır ki, bunu etməzdən əvvəl iki dəfə düşünür”. Nəyi? -Cavab: Söz deməzdən -Şərhlər: None -Müəllif: None - -Sual: 1896-ci il Olimpiadasında Fransız idmançı Alexandre Tufferi 12 metr 70 sm məsafəyə tullansa da 1-ci yer ola bilməmişdi. Buna baxmayaraq o başqa bir ilkə imza atdı. Tufferinin hansı ilkə imza atdığını deyin -Cavab: Olimpiadada 2-ci yer olan ilk şəxs -Şərhlər: None -Müəllif: None - -Sual: 20. Belə bir inanc var ki, 4 yarpaqlı yonca insana xoşbəxtlik gətirir. Hər yarpaq bir rəmzdir: İlk yarpaq - şərəf; ikincisi - varlıq; üçüncüsü -sevgi. Bəs 4-cü yarpaq nəyin rəmzidir? -Cavab: Sağlamlığın -Şərhlər: None -Müəllif: None - -Sual: 21. Bir İnsanın bir işi bitirməli olduğu ən son ana saxlaması halını ifadə edən sindrom belə adlanır -Cavab: Tələbə Sindromu -Şərhlər: None -Müəllif: Gülcahan Quluzadə - -Sual: 22. Italiyanın Vakone şəhərində yerləşən “Solo Per Due” (iki nəfərlik solo) adlı restoranda qonaq olmaq istəyənlər 4-5 ay əvvəldən rezerv etməlidilər. Bəs bunun səbəbi nədir? -Cavab: Restoranda cəmi iki nəfərlik yer var -Şərhlər: None -Müəllif: None - -Sual: 23. Amerikalı komediya ustası Bob Hope deyir ki, əgər kinolardan söyüşləri yığışdırmalı olsaq onda gərək qayıdak X-ə. X-lə əvəz etdiyimiz İ növ söz birləşməsini deyin -Cavab: Səssiz film -Şərhlər: None -Müəllif: None - -Sual: 24. Orta əsrlərdə zinət əşyalarının hazırlanması zamanı dəb-dəbəli mineral daşlardan və metallardan əlavə keratoniya bitkisinin toxumlarından da istifadə olunurdu. Bəs bu toxumlar nədə istifadə olunurdu? -Cavab: Çəkisini ölçmək üçün, hər toxum bir karat idi -Şərhlər: None -Müəllif: None - -Sual: 25. Rəssamlar hər biri ixtisaslaşdığı istiqamət üzrə adlanır: məsələn dəniz mənzərəsi çəkən rəssamlar - marinist; heyvan şəkli çəkənlər animalistlər adlanır. Bəs Teddistlər nə şəkli çəkirlər? -Cavab: Teddy bear -Şərhlər: None -Müəllif: None - -Sual: 26. Höte deyirdi ki, “səmanın mavi olduğunu isbatlamaq üçün, bunu etməyə ehtiyac yoxdur.” 1519-cu ildə bunu edən şəxs 2 il sonra ölmüş və məqsədinə nail ola bilməmişdi. Bunu etməklə əvəz etdiyimiz sözü deyin -Cavab: Dünya səyahətinə çıxmaq -Şərhlər: None -Müəllif: None - -Sual: 27. Bildiyiniz kimi Səudiyyə Ərəbistanı dünyanın ən qabaqcıl neft ixrac edən ölkələrindən biridir. Bundan başqa taxıl istehsalı sahəsində də öndə gedir. Və bundan əlavə isə, ölkədə ən çox tapılan məhsul qum olsa da, buraya Hollandiyadan qum idxal edilir. Bəs bu qum nədə istifadə olunur? -Cavab: Neft filteri üçün, ölkədəki qum buna yaramır -Şərhlər: None -Müəllif: None - -Sual: 28. İvrit dilində “miqdal” sözü qüllə, “or” sözü isə işıq mənasına gəlir. Bəs bu dildə istifadə olunan “miqdalor” sözü nə deməkdir? -Cavab: Mayak -Şərhlər: None -Müəllif: None - -Sual: 29. Qadınlara aid “Sağlamlıq” jurnalı sorğu bölməsinə il ərzində göndərilən 3 ən məşhur sualı elan edib. Birinci sual “Dəridəki qırışlardan necə xilas olmalı?; 2-ci Varikoz damarları necə müalicə etməli? Bəs 3-cü ən çox verilən sual necə idi? -Cavab: Necə arıqlamaq olar? -Şərhlər: None -Müəllif: None - -Sual: 30. Saşa Çernov öz şeirində bunu divarda dəlik açan qayçıya bənzədir. Cavabı dəqiqliklə deyin? -Cavab: Saatın əqrəblərini -Şərhlər: None -Müəllif: None - -Sual: 31. Skandinavlar nəyi döyüş yarasının buynuzu adlandırır? -Cavab: Qılıncı -Şərhlər: None -Müəllif: None - -Sual: 32. “Bir zamanlar böyük bir çayın sahilindəki köhnə daxmada qoca bir kişi və qadın yaşayırdı” bu sözlərlə başlayan məşhur hind nağılının adını deyin. -Cavab: Qızıl balıq -Şərhlər: None -Müəllif: None - -Sual: 33. 1777-ci il dekabrın 25-də Ceyms Kuk böyük bir ada kəşf etdi. Həmin adanın adını deyin -Cavab: Milad adaları -Şərhlər: None -Müəllif: None - -Sual: 34. Yol polisi bir qadın sürücünü saxlayıb sənədlərini təqdim etməsini tələb etdikdə qadın dünən başqa sandalet geydiyini və buna görə də sənədlərini ORDA qoyduğunu deyir. Sürücü qadın sənədlərini harda qoymuşdu? -Cavab: Başqa çantada, dəbdə adətən sandaletlər çantayla dəst istifadə olunur -Şərhlər: None -Müəllif: None - -Sual: 35. Statistikaya görə ABŞda şirniyyat ustaları illik gəlirilərinin yarısını məhz bu əlamətdar gündə qazanır. -Cavab: Sevgililər günü -Şərhlər: None -Müəllif: None - -Sual: 36. İvrit dilində “manak” hesab etmək, ərəbcədə isə “mana” vaxt hesabıdır. Bəs ərəb dilində müəyyən vaxtda görülən iş necə adlanır -Cavab: Almanax -Şərhlər: None -Müəllif: None - -Sual: 37. Məşhur rəssam Rembrandtı ətrafdakılardan fərqləndirən bir xüsusiyyəti də gecələr gəzintiyə çıxması idi. Əlbəttə bu vərdişi sevən adamlar az deyil. Bəs şair Vondel Remprandta bu aludəçiliyinə görə hansı ləqəbi vermişdi? -Cavab: Bayquş -Şərhlər: None -Müəllif: None - -Sual: 38. Roger və Deborah Fauts tərəfindən təlim görmüş lal və kar şimpanzelər onlar üçün tərtib edilən “AÇ, YE,BAĞLA” yazılarından ibarət kombinasiyalarla nəyin dilini öyrənmişdilər -Cavab: Soyuducu -Şərhlər: None -Müəllif: None - -Sual: 39. İtalyanların sevərək işlətdikləri ifadələrdən biri də budur ki, Claudia Cardinale İtalyanın X-dan sonra dünyaya bəxş etdiyi ən yaxşı töhvədir. X-in nə olduğunu deyin -Cavab: Spagetti -Şərhlər: None -Müəllif: None - -Sual: 40. Beynəlxalq Miqrasiya Xidməti məsləhət görür ki, xaricə işləməyə yollanan şəxslər problem yaşamaq istəmirlərsə gərək belə bilet almaqdan çəkinsinlər -Cavab: Bir istiqamətli bilet -Şərh: None -Müəllif: None - -Səhifə -> 238 | Sual Sayı -> 15 - -Sual: 1. 1926-cı il, 6 noyabrda paytaxtın müxtəlif yerlərinə qoşulmuş reproduktorlardan bunu eşidə bilərdik. Bunu üç və ya dörd sözlə cavab kartınıza yazın. -Cavab: DİQQƏT! Danışır Bakı! -Şərh: Bildiyimiz kimi 6 noyabr Azərbaycan radio günü kimi qeyd olunur. İlk dəfə həmin gün biz məşhur ifadəni eşidə bilərdik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Əsədulla Əliyev "Müvəffəqiyətə gedən yol" kitabında insanların istəklərinin eyni istiqamətdə olmalı olduğunu , bir istəyin reallaşdırılmasının digərlərinə mane olmaması haqqında danışır, siz isə növbəti cümlədə xatırlanan 1814-cü ilə aid əsərin adını cavab kartlarınıza yazın. -Cavab: Qu Quşu, Durna balığı, Xərçəng -Şərh: İvan Krılovun təmsilində yüklərini araba ilə daşımaq qərarına gələn qu quşu, durna balığı və xərçəngdən Qu quşu dərhal uçaraq arabanı havaya, durna balığı üzərək suyun dibinə, xərçəng isə geriyə gedərək özünə çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də arabanı bir yerə yönləndirə bilmirlər. Gördüyünüz kimi insanlarda bu tip hərəkətlər insana irəliləməyə mane olur. -Müəllif: Farid Nəsirulla - -Sual: 3. 1725-ci ildə anadan olmuş bu şəxs qumarda dövrünün pulu ilə 2 milyon dollara yaxın məbləğ uduzmuşdu. Onun kim olduğunu cavab kartınıza yazın. -Cavab: Giakomo Kazanova -Şərh: “Qumarda uduzan eşqdə qalib gələr”. Bildiyimiz kimi Kazanova Avropanın ən məşhur eşqbazlarındandır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. “Xarabalıqdan çıxmış milyonçu” filmində intellektual yarışmadakı hər bir sualın cavabı filmin irəliləyən hissəsindəki epizodlarda izah olunur. Bu X-ə nümunələrdən biridir. X-i qonşu hərflərlə başlayan iki sözlə deyin. -Cavab: Çexovun cəbbəxanası -Şərh: Gördüyünüz kimi əsərdəki hissələr gələcəkdə izah edilir. Bu Çexovun silahına nümunədir. Amma belə səhnələrin sayı çox olduğu üçün bu başqa bir film termini olan “Çexovun cəbbəxanası” kimi adlandırılır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. Lüteri “Kənd təsərrüfatının Tomas Edisonu, güllərin Henri Ford”u adlandırırlar. Siz Lüterin soyadının 1970-ci illərə aid bir mənbədə xatırlandığını bilərək həmin soyadı cavab kartlarınıza yazın. -Cavab: Berbank -Şərh: Kənd təsərrüfatı və güllər sahəsində məşhur yenilikçilər Edison və Forda bənzədilən bu şəxsin soyadına biz “Alma almaya bənzər” filmində rast gələ bilərik. Filmdə deyilən məşhur “Görüm o Berbankı albuxara üzünə həsrət qalsın” sitatında seleksiyaçı alim Lüter Berbankdan söhbət gedir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. "Friends" (Oxunuşu: Frends) serialının epizodlarından birində dostlar Rossun sevgilisinə etdiyi xəyanətin gec-tez aşkara çıxacağını qeyd edirlər. Bu epizodun yer aldığı mənbədə Stenli Milqremin də xatırlandığını bilərək məqalənin adını cavab kartlarınıza yazın. -Cavab: 6 əl qaydası. -Şərh: Dostlar Rossun əlaqələrindən danışaraq iş yoldaşlarını sayır və artıq 6-cı şəxsdə onun xəyanətinin ortaya çıxacağını qeyd edirlər. 6 əl qaydasının yaradıcılarından biri isə Stenli Milqremdir. -Müəllif: Səid Canıyev - -Sual: 7. Paylama materialıBu tərs hərəkət fələyin hiyləsidi -Vəzir oldu şahın üzünə ağ -Altı tərəf elə alt-üst oldu ki -Böyüklərə qaldı acizlik ancaqGördüyünüz şeir Ağa Məhəmməd Şah Qacarın ölümünə həsr edilmişdir. Sual müəllifi qarşınızdakı şeirdə bunu etmişdir. Vatslav Novi bir oyun ərzində 4 dəfə bunu edərək rekord göstəriciyə sahibdir. Bunu etməklə əvəz etdiyimiz 3 sözü cavab kartınıza yazın. -Cavab: Piyadanı vəzir etmişdir -Şərh: Çexiyalı şahmat ustası Novi bir oyun ərzində 4 dəfə öz piyadasını vəzirə dəyişərək bu sahədə rekord göstəriciyə malikdir. Sual müəllifi də mətndə Piyada sözü ilə Vəziri əvəz etmişdir. Bildiyimiz kimi, Qacar öz vəzirləri yox, elə qulluqçuları tərəfindən öldürülmüşdü. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. 1988-ci ildə Uesli ata ilə İngilis ananın övladı olaraq Londonda doğuldu. Uşaq yaşlarından musiqiyə böyük sevgisi var. Müsahibələrinin birində musiqiyə yönlənməsinə "Spice girls" (OXUNUŞU: SPAYS QÖLS) qrupunun təkan verdiyini bildirmişdi. -Siz BUndan hissələr eşitdiniz . BU həmçinin 2013-cü ilə aid mənbənin adıdır. BUnu iki sözlə cavab kartınıza yazın. -Cavab: Adelin həyatı -Şərh: Siz birinci hissədə ingilis müğənni Adelin həyatından hissələr eşitdiniz. Adelin həyatı həmçinin 2013-cü ildə ekranlaşdırılmış filmin adıdır. -Müəllif: Farid Nəsirulla - -Sual: 9. 1577-ci ildə anadan olan bu şəxs kilsənin apardığı “Aclıq insanı arındırır” siyasətinə qarşı çıxırdı. Onun kim olduğunu deyin. -Cavab: Peter Paul Rubens -Şərh: Həmişə öz əsərlərində kök qadınları təsvir edən Rubens göründüyü kimi aclıq siyasətinə də qarşı çıxırdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Paylama materialıQarşınızda gördüyünüz 19-cu əsrdə zərb olunan ABŞ dollarıdır. Bu dollar bir xüsusiyyətinə görə X ləqəbini almışdır. 20-ci əsrin birinci yarısında dövlət bir təsisatın adını X olaraq dəyişmək istəyirdi. Həmin təsisatın adını cavab kartınıza yazın. -Cavab: Molla Nəsrəddin -Şərh: Diqqətlə fikir versəniz dolların heç bir tərəfində “In God We Trust” sözləri yoxdur. Bu cür dollarlar “Allahsız” ləqəbini almışdı. 20-ci əsrin 20-ci illərində Dövlətin “Molla Nəsrəddin”in adını dəyişib “Allahsız” etmək planı var idi. -Müəllif: Səid Canıyev - -Sual: 11. Viçita şəhərindən şimala doğru hərəkət edərək 143 mildən sonra Jankton şəhərinə çatırıq, 370 mil sonra isə sərhəd şəhər olan Bellevilə çatıb burdan Pouni şəhərinə keçirik və BURAXILMIŞ SÖZLƏR. -“Buraxılmış sözlər” 2005-ci ildə tərtib edilmiş bir siyahıda 4-cü yerdədir. Buraxılmış sözləri bərpa edin. -Cavab: Biz artıq Kanzasda deyilik. -Şərh: Əgər fikir verdinizsə sual birinci şəxsin cəmində oxundu. Viçita şəhəri Kanzas ştatının paytaxtıdır, ordan dediyimiz kimi hərəkət etsək, Biz artıq Kanzasda olmarıq. “Biz artıq Kanzas”da deyilik “Oz ölkəsinin sehrbazı” filmində personaj Doroti tərəfindən öz balaca iti Totoya müraciətlə deyilir və bu ifadə AFİ-nin tərtib etdiyi ən məşhur film sitatları arasında 4-cü yerdədir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. 1 filmin qəhrəmanı BUnu işlətməyin ağılsızlıq olduğunu bildirir və deyir: Oğrulara evdə olmadığını daha rahat formada bildirmək olmaz. Başqa bir filmin demokrat düşüncəli baş qəhrəmanı isə BUnu bəyənmir. 18 uşaqlı ailəyə 30 saniyə kifayət deyil. Bunu bir mürəkkəb sözlə cavab kartınıza yazın. -Cavab: avtoqəbuledici -Şərh: Biz evdə yoxuq mesajınızı buraxın cümləsinin oğruların işini çox rahatlaşdırdığını qeyd edən qəhrəman avtoqəbuledicini işlətməyi ağılsızlıq adlandırır. İkinci hissədə isə demokrat ailə başçısı evdəki 18 uşağın hamısının səsinin avtoqəbuledicidə olmalı olduğunu düşünür,amma 30 saniyəyə də bunun mümkün olmadığını bildirir. -Müəllif: Rüfət Hüseynzadə - -Sual: 13. Alimlər tərəfindən aparılan araşdırmalar göstərir ki, insan 10 saatdan çox +65 dərəcə hava tempraturunda qalsa "əsəbləri tarıma çəkilər". Əvvəlki cümlədə əvəz edilmiş 3 sözü cavab kartınıza yazın. -Cavab: Başından tüstü çıxar. -Şərh: Araşdırmalar göstərirki müəyyən olunmuş bu hava tempraturunda çox qaldıqda insanın saçı yanmağa başlayır, belə demək olarsa "Başından tüstü çıxır". -Müəllif: Farid Nəsirulla - -Sual: 14. Ludcer Silibarisin 7 may 1902-ci il axşamını Sen Pyer şəhərindəki həbsxananın qalın divarlarla örtülmüş və pəncərəsi olmayan otağında keçirməsi onun həyatını xilas etmişdi. Siz isə Sent Pyer şəhərinin hansı coğrafi obyektin yaxınlığında yerləşdiyini deyin. -Cavab: Pele dağı -Şərh: 1902-ci ildə Pele dağının püskürməsi səbəbilə yaydığı zəhərli qazlar nəticəsində Fransaya məxsus Martinika adasının ən böyük şəhəri olan Sen Pyer şəhəri məhv olmuş şəhərin 30 mindən çox əhalisi boğularaq ölmüşdür. Bütün əhalisi ölmüş şəhərdə yeganə yaşayan insan isə həbsxananın pəncərəsiz və ən alt otağına salınmış Lucer Silbaris idi. Pele dağı bir çox mənbələrdə 20ci əsrin Vezuvisi, Sen Pyer şəhəri isə Pombeyi hesab edilir. -Müəllif: Farid Nəsirulla - -Sual: 15. Vikipediyada 1895-ci ildə Biskayya vilayətində doğulmuş bir şəxs haqqında oxuyan sual müəllifi, daha çox məlumat əldə etmək istəsə də başqa bir məqaləyə link tapa bilmədi. Həmin şəxsin kim olduğunu cavab kartınıza yazın. -Cavab: Dolores İbauri -Şərh: Adından göründüyü kimi Biskayya vilayəti İspaniyada yerləşir. Sual müəllfinin vikipediyada heç bir link tapa bilməməsinin səbəbi həmin məqalədən keçid olmaması idi. Məlumdur ki, məşhur “NO PASARAN” – “Keçid yoxdur” ifadəsi Dolores İbauriyə məxsusdur. İbauri İspan Vətəndaş müharibəsinin əsas simalarındandır. -Müəllif: Səid Canıyev - -Səhifə -> 239 | Sual Sayı -> 18 - -Sual: 1. Fransız qulduru Surkufu həbs edilib, kral məhkəməsində çıxarıldıqda, ondan soruşmuşdular: “Xəzinəni harada gizlətmisən?” Surkuf isə sadə cavab verdi: “Gəmidə”. Axtarışlar aparıldıqda xəzinə tapılmadı daha sonra isə məlum oldu ki xəzinəni əridərək X-ı hazırlayıblar . X haqqındakı digər məqalədə İsa Məsih və onun istirabları xatırlanır . X-ı incə saitli sözlə yazın. -Cavab: Lövbər -Şərh: Xəzinəni gizlətmək üçün əridərək lövbər hazırlanmışdı. Versiyalardan birinə görə isə lövbər öz formasını Xaçdan almışdı . -Müəllif: Nəriman Əliyev - -Sual: 2. Rick and Morty serialının epizodlarından birində Mortiyə qan köçürüldükdən sonra Mortyi özündən asılı olmadan qanı köçürülmüş şəxsin intiqamını almağa çalışır. Siz isə bu seriyada hansı sindorma allüziyalar olduğunu tapın. -Cavab: Yad əl sindromu -Şərh: gördüyünüz kimi sanki Mortyinin bir qolu başqa bir şəxsə məxsusdur və Morty özündən asılı olmayaraq hərəkətlər edir. -Müəllif: Nəriman Əliyev - -Sual: 3. Mifologiyaya görə Aresin qızı Alkippə təcavüz edən Poseydonun oğlu Halirrhotiosu Ares qətlə yetirir . Bundan qəzəblənən Poseydon məhkəmə yaradır ancaq Ares özünü çox yaxşı müdafiə edə bilir . Sİz bir coğrafi obyektin adının yaranma etimologiyasını eşitdiniz . Həmin adı cavab kartlarınıza yazın. -Cavab: Areopaq -Şərh: ÖZünü çox yaxşı müdafiə etməyi bacaran Aresin şərəfinə bura da Ares təpəsi adını almışdır . Həmçinin daha sonralar burada Yunanıstanın əsas məhkəməsi yerləşirdi . Roma İmperatorluğu dövründə də öz fəaliyyətini davam etdirmişdi . Bu məhkəmə tarixdəki ilk ağır cinayətlər məhkəməsi funksiyasını yerinə yetirirdi -Müəllif: Nəriman Əliyev - -Sual: 4. Əsərlərin birində öz X-ını dəyişən personajı izləyən digər personaj qeyd edir ki, bunu heç hindular da onun qədər məharətlə edə bilməzdi X-ı bir fransız mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Parik -Şərh: Parikini dəyişən personajı izləyərkən digər personaj qeyd edirdi ki düşmənini görən hindular da başının dərisini belə məharətlə çıxara bilməzdi . -Müəllif: Nəriman Əliyev - -Sual: 5. Əsərlərin birində yazıçı Lasko mağarasında tapılan qəribə rəsmlər haqda çoxlu fərziyələrin olduğunu .Lakin bu fərziyyələrdən hansının düz olduğunu bilmək imkanımızın olmadığını qeyd edir . Bu zaman yazıçı rəsmləri müasir alimlər üçün yeni X adlandırır . X-ı II növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Rorşax testi -Şərhlər: None -Müəllif: Nəriman Əliyev - -Sual: 6. Alamo 13 əsərinin rəsm saxtakarlığı ilə məşğul olan personajı qeyd edir ki , bir çox özündən razı saxtakar rəssamlar çox tez ələ keçirlər .Buna səbəb kimi isə hətta X danda istifadə etmələrini göstərir .X -ı cavab kartlarınıza yazın . -Cavab: İmza -Şərh: Personaj qeyd edir ki , özündən çox razı rəssamlar hətta çəkdikləri saxta rəsmlərdə də imzadan istifadə edirlər -Müəllif: Nəriman Əliyev - -Sual: 7. “Arsızlıq tanrısı” əsərinin personajı Hermes tüstü və yanıq qoxularını hiss etdikdən sonra Hefestin lazanya`da yaşamağa başladığını fikirləşir. Lazanya ilə əvəz edilmiş latın sözünü yazın. -Cavab: Kaldera -Şərh: Vulkanın zirvəsinin və ya müəyyən hissəsinin çökməsi nəticəsində yaranan çuxura kalder və kaldera deyilir. Kaldera latın dilindən tərcümədə, lazanya isə italyan dilindən tərcümədə “qazan” mənasını verir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. Hadisələri XX əsrin ortalarında cərəyan edən bir serialda personaj uşaqlıq illərini xatırlayan zaman üzülərək qeyd edir ki, ailəsi bir gün çox sevdiyi alman dayəsini işdən qovmuşdu. Buna səbəb olmuş hadisəni yazın. -Cavab: Lindberqlərin uşağının qaçırılması. -Şərh: 1934-cu ildə ABŞ-da və dünya ən məşhur olan ailələrdən Çarlz Lindberq və Anna Morrou Lindberq`in uşağı oğurlanmışdı. Günahkar Riçard Hauptman`ın alman olması isə personajın da dayəsi ilə vidalaşmasına gətirib çıxarmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 9. Con Keyc tərəfindən Bethoven və Şostakoviçin məşhur əsərlərinə öz çılğın ideyalarını əlavə edib yeni əsərlər yaratmasından danışan müəllif analogiya apararaq bunu musiqi üçün X adlandırır. X XX əsrin 1-ci yarısında tamamlanıb. X-in müəllifini yazın. -Cavab: Marsel Düşamp -Şərh: Keyc artıq hər kəsin olduğu kimi qəbul edib və sevdiyi məşhur əsərlərə öz kiçik əlavələrini etməsi eyni ilə rəssamlıqda hər kəsin qəbul etdiyi lakin sonradan Marsel Düşamp tərəfindən kiçik əlavə edilmiş “L.H.O.O.Q.” və ya “Bığlı Mona Liza” əsərinə bənzədilir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. Bir məqalədə qeyd olunur ki, Metropolitan muzeyində nümayiş olunan “Yatsuhaşi süsənləri” və “Səhər sarmaşığı” əsərlərinə daha az izləyicinin tamaşa etməsindən danışarkən qeyd edir ki, sanki bu rəsmlər buraxılmış sözlər qalıb. Buraxılmış 3 sözü yazın. -Cavab: Kanaqavanın dalğası altında -Şərhlər: None -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Bir Portland Treyl Bleyzers azarkeşi oyunboyu yalnız dunk (yüksəkə hoppanıb topu səbətə çırpma) ilə yaddan Deandre Cordan komandalarına gəlməsini istəmədiyini və heç kimin meydanda bir X ilə oynamaq istəyəcəyini düşünmədiyini yazmışdı. Müasir X Pohlinq və Qoşell tərəfindən patentləşdirilib. X-i qalın saitli iki sözlə yazın -Cavab: Poqo cubuğu -Şərh: Əsas yaz-yay aylarında parklarda insanların əylənmək və idman etmək üçün istifadə etdiyi poqo çubuğu ilə təkan verib müəyyən hündürlüyə qalxırlar. Oyundan yalnız yüksək hündürlüyə hoppanıb topu səbətə atan Deandreni poqo çubuğuna bənzədirlər. Yaradıcıları soyadlarının ilk iki hərfindən elə adlandırma zamanı istifadə etmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Uşaq yaşlarında qardaşı ilə rəqabət aparmağa başlayan Devid Ogilvi qardaşının X-i seçərək uğurlu olmasının ailədə hamını sevindirdiyini görərək öz seçimini Y-dən yana edir. X və Y arasında hesab hal-hazırda 83-80`dir. X və Y`i yazın. -Cavab: Kembric və Oksford -Şərh: Uşaq yaşlarından başlanan rəqabət yeniyetməlik dövrünə keçir böyük qardaşın Kembricə daxil olması Devidi qıcıqlandırır və O Oksforda daxil olur. İki universitet arasında keçirilən məşhur reqatada hesab hal-hazırda 83-80`dir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 13. 1899-cu ildə Saksoniyada doğulmuş onun ləqəblərindən biri “Əsrin cəhdi”, digəri isə “Dünyanın ən çox nifrət olunan insanı”dır. Kimin? -Cavab: Riçard Hauptman -Şərhlər: None -Müəllif: Elgün Abdurahmanov - -Sual: 14. 2013-cü ildə baş vermiş Misir hərbi çevrilişindən sonra iqtisadi vəziyyətin ağır olması barədə danışılan bir məqalədə deyilir ki: “Ölkəni bu vəziyyətdən 1-ci BURAXILMIŞ SÖZ əs-Sisinin 2-ci BURAXILMIŞ SÖZ xilas edə bilər.” Buraxılmış sözləri tapın -Cavab: Feldmarşal planı -Şərh: İnqilabdan sonra marşal Əl-Sisi feldmarşal rütbəsi qazanmışdı. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 15. “Mançester Yunayted”ə transfer olandan sonra Fabyen Yap Stamın BUNU ETMƏSİnə qarşı çıxmışdı. Yuxuda BUNUN ETMƏK uğur gətirməyə yozulur. BUNUN ETMƏKlə əvəz edilmiş sözləri tapın -Cavab: Keçəli öpmək -Şərh: Fransa yığmasında Loran Blanla başlayan ənənəyə xələl gətirməmək üçün Fabyen Bartez buna yol verməmişdi -Müəllif: Elmidar Süleymansoy - -Sual: 16. Kazuo İsiquronun “Ailənin şam yeməyi” hekayəsində ananın süfrə arxasında dünyasını dəyişmə səbəbini tapın -Cavab: Fuqu balığı -Şərh: Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare zəhərli maddəsiinsanınbir neçə dəqiqə ərzində dünyasını dəyişməsinə səbəb olur. İsiquronun yapon mənşəli yazıçı olmasını da unutmaq olmaz. -Müəllif: Elmidar Süleymansoy - -Sual: 17. 1865-ci ilin aprelində Avraam Linkoln teatr tamaşası zamanı sui-qəsd nəticəsində öldürülmüşdü. Bir sənəfli filmdə deyilir ki, təsadüfi deyil ABŞ-da yaranan siyasi hərc-mərclik zamanı bu romanın işıq üzü görməsi heç də təsadüfi deyildi. Həmin romanı deyin -Cavab: Başsız atlı -Şərh: Filoloqun fikrincə Linkoln sui-qəsdindən sonra amerikan siyasəti sanki başsız qalmış atlıya bənzəyirdi -Müəllif: Elmidar Süleymansoy - -Sual: 18. Karikaturaçı Herluf Bidstrup hansı Şərqi Avropa şəhərinin fəxri sakini olub? -Cavab: Qabrovo -Şərh: Əsasən satirik karikaturaları ilə məşhur olan Bidstrup sosialist cəmiyyətlərində xeyli məşhur idi və “gülüş şəhəri” hesab edilən Qabrovonun “fəxri sakini” adına layiq görülüb -Müəllif: Elmidar Süleymansoy - -Səhifə -> 241 | Sual Sayı -> 12 - -Sual: Süleyman Rüstəm xatirələrində qeyd edir ki, "20-30-cu illərdə baş repertuar komitəsinin yeni təyin olunmuş sədri klassiklərimizin “belə” əsər və əlyazmalarının yandırılması haqqında qərar vermişdi”. Siz isə “belə” fəaliyyəti ilə tariximizə keçən şəxsin kim olduğunu tapın. -Cavab: Abbas Mirzə Şərifzadə -Şərh: Klassiklərimizin əsərləri və əlyazmaları "bismillahi rəhmani rəhim" kəlamı ilə başlayırdı. Yeni təyin olunmuş sədr "bismillahla başlayan" bütün əl yazmaların yandırılmasını istəmişdi. Abbas Mirzə Şərifzadənin "Bismillahla başlayan" rejissorluq fəaliyyəti tariximizdə ilkə səbəb olub. Belə ki, o, ilk milli rejissorumuzdur. -Müəllif: Ayxan Məmmədli - -Sual: 2. “O, uzun müddətdən sonra qaldığı otelə qayıtdıqda Böyük Britaniya kralı III Georqun portretinin yerinə Corc Vaşinqtonun şəklinin asıldığını gördü.”  Eşitdikləriniz XIX əsrin əvvəllərinə aid hansı əsərdəndir. -Cavab: Rip Van Vinkl -Şərh: 20 il yatdıqdan sonra geri dönmüş Rip van Vinkl bu zaman Amerikanın müstəqilliyini qazandığını öyrənir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Locked-In sindromundan əziyyət çəkən insanlar bütün bədənin iflic olması ilə üzləşir. Bu sindromdan əziyyət çəkən Jan Dominik Bobi özünü 1844-cü ildə yazılmış bir əsərin personajı ilə müqayisə edir. Siz isə həmin əsərin müəllifini tapın. -Cavab: Aleksandr Düma ata -Şərh: Jan Dominik Bobi qəzadan öncə “Qrafinya Monte Kristo” adlı əsər yazmağı düşünürdü. Qəzadan sonra bütün bədəni iflic olmuşdu. Bu zaman “Qraf Monte Kristo” əsərində iflic olduqdan sonra gözünü qırpmaqla lüğətdən istifadə edərək fikirlərini çatdıran Nortier kimi olduğunu bildirir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Bektaşilikdə təriqətə üzv olmaq istəyən şəxs qaydalarla razılaşdığını və bunları heç vaxt unutmayacağını bildirmək üçün “Menguş”la mükafatlandırılır. Eşitdikləriniz hansı ifadənin yaranmasına səbəb olmuşdur. -Cavab: Qulağında sırğa etmək -Şərh: Qaydaları unutmayacaqları ilə bağlı söz verən şagird bunları sözün hər iki mənasında qulağında sırğa edirdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. O, qızmar yay günlərinin birində Sovetskidən evinə gedən zaman limonad satandan su almaq üçün dayanır. O, satıcının çox böyük boyu, bədən quruluşuna nəzərən satıcının əslində zavodda və ya fabrikdə işləyə biləcəyini düşünür. Siz isə bundan onra onun nəyi yazdığını deyin. -Cavab: Səhv düşəndə yerimiz şeirini -Şərh: Oğlu Mahir atasının bu hadisədən sonra çox təsirləndiyini bildirir, limonad satmağın qadın işi olmasını bu adamın isə daha ağır işdə işləyə biləcəyini düşünür, yəni bu adamın yeri səhv düşmüşdü. Şair Qabil bundan sonra “Səhv düşəndə yerimiz” şeirini yazmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. 1975-ci ildə Kolumbiya Universitetində keçirilən konfransın qonaqları arasında olan o, çıxışı zamanı mikrofondan imtina etmişdi. İnsanlar isə onu eşitməkdən ötrü səssiz qalmağa məcbur olmuşdular. Onun kim olduğunu tapın. -Cavab: Con Keyc -Şərhlər: None -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. Eşitdiyiniz misralar “X”dən götürülüb:  Mən Hələbə  nə Kərəm kimi  Əsli sevdası ilə,  nə Qərib kimi Sənəm eşqiylə  gəlmişəm.  Nə başımda sərgərdanlıq havası,  nə didərgin,  nə qaçqın kimi gəlmişəm.  Nə hərb əsiriyəm,  nə qərib.  Məni bura  görmək, götürmək həvəsi gətirib.  X-in 31 mart 1981-i il tarixinə təsadüf etdiyini bilərək onu 4 sözlə ifadə edin. -Cavab: Rəsul Rzanın Son gecəsi -Şərh: Bildiyiniz Nəsimi Hələb şəhərində edam olunmuşdur.Bu misralar Rəsul Rzanın Nəsimiyə həsr etdiyi “Son gecə” poemasındandır. Rəsul Rzanın “son gecəsi” 31 martda olmuşdu. -Müəllif: Ayxan Məmmədli - -Sual: 8. Rəsul Rza şeirlərindən birində Xeops ehramının daş üstə daş yığılaraq yaradılmış bir zülm abidəsi olduğunu qeyd edir və onu “X”a bənzədir. “X”-in XIX əsrin ikinci yarısına aid olduğunu bilərək onun müəllifini deyin. -Cavab: Vasili Vereşşaqin -Şərh: Daşı daş üstə yığıblar; -eləbil ki, -Vereşşaginin tablosudur, -Başı baş üstə yığıblar. -Fərqi budur ki, -bu daşlar adi daşdır -Fərqi budur ki, -o başlar kəsilmiş başdır. -Birinin adı"Apofeoz"dur, -birininki "Xeops" -Müəllif: Ayxan Məmmədli - -Sual: 9. Frank Williams-pilot   -Robert Conrad-həkim   -Robert Black-hüquqşünas   -Frank Adams-sosiologiya məsləhətçisi   -Maraqlıdır ki, cəmi bir neçə il həbsdə yatdıqdan sonra o, FBI təhlükəsizlik xidmətində işə dəvət olunmuş, məsləhətçi və mühazirəçi kimi də fəaliyyət göstərməyə başlamışdı. Sizsə, XXI əsrin əvvəllərində onun yazdığı avtobioqrafiyasının adını tapın. -Cavab: “Catch me, if you can" -Şərh: 1966-1971-ci illərdə saxta sənəd çapı ilə 2.5 milyon dollar qazanan Frank William Abagnale (Ebiqneyl) bir çox işdə öz adını azca dəyişərək və ya saxta əlavələr edərək (Conrad) işləmişdir. 2000-ci ildə isə öz avtobioqrafiyasını yazdığı "Catch me if you can" kitabı çıxmış, 2002-də Stivin Spilberq tərəfindən ekranlaşdırılmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. 1887-ci ildə Nikola Tesla öz ixtiralarına dəstəkçi tapmaq üçün "Nyuton alması" adlı yeni təəccüb doğuracaq layihəsini ortaya atır. O, xüsusi mis məftillərlə əhatələnərək maqnit induksiya təsiri göstərən aparat hazırlayır. Belə ki, aparatın daxilinə qoyulan mis obyektlər öz ətrafında maqnit sahəsi yaradaraq tarazlığını saxlayır. 1 dəqiqədən sonra əvəz edilmiş 2 sözü cavab kartlarınıza yazın. -Cavab: Kolumb yumurtası -Şərh: Həmin dövrdə özünə sponsorları cəlb etmək üçün maraqlı ideya axtaran Tesla məşhur tarixi hadisəni xatırlamışdı. Belə ki, Xristofor Kolumbdan yumurtanı dik qoymasını istəyən zadəganlara onu sındıraraq tarazlığını saxlayan Kolumbun əksinə Tesla maqnit induksiyası sayəsində bunu yumurtanı sındırmadan etməyi bacarmışdı. Belə ki, edilən təsir zamanı yumurta tarazlığını saxlamışdı. Rəvayətə görə həmin hadisdədən sonra Kraliça İzabella Kolumba səfərə çıxması üçün maddi dəstək vermişdi. Tesla da eyni dəstəyi qazanmaq üçün bu təcrübəni ortaya atmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: Əslində onun uzunluğu 2.4 metrdən çox olmur. Nəyin? -Cavab: Acı bağırsaq -Şərh: Dilimizdə bir işə çox vaxt sərf edilməsi ilə bağlı “acı bağırsaq kimi uzatmaq” ifadəsi işlənir, lakin acı bağırsaq çox da uzun deyil, maksimum 2.4 metrə bərabər olur. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. 1978-ci ildə ekranlaşdırılmış "Od içində" filmində məhz bu aktyorumuz "Tomar bəy" rolunu canlandırmışdı. Bu aktyorun adını cavab kartlarınıza yazın. -Cavab: Səməndər -Şərh: Avropa dillərində od içində yaşayan Salamandra sözü dilimizə Səməndər formasında keçmişdir. Maraqlıdır ki, 1978-ci ildə çəkilmiş "Od içində" filmində məşhur aktyorumuz Səməndər Rzayev baş rollardan birini canlandırmışdı. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 242 | Sual Sayı -> 12 - -Sual: 1. Qeyri-rəsmi olsa da Ella Fitceraldı “musiqinin x-i “ adlandırırlar. Barbara, Laura və başqalarını da x adlandırmaq olar. X ilə əvəz olunmuş iki sözü tapın. -Cavab: First Lady -Şərh: Ella Ficeraldın ən məşhur ləqəblərindən biri "First Lady of Song" adlanır. Barbara və Laura Buşlar müxtəlif vaxtlarda ABŞ`ın "first lady"si olmuşdurlar. Sualın birinci verilməsi də cavabı tapmaqda kömək olmalı idi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 2. “15 yaşımda ikən bir gün Allah, Şeytan, Cənnət və Cəhənnəm birdən yox oldular və mən inancımı itirdim. Mən o anı çox yaxşı xatırlayıram. İngiltərədə məktəbdə dərs zamanı mən də qəfil oyanış baş verdi və sonrasında yeni aşkar etdiyim ateizmimi sübut etmək üçün qadağan olunmuş donuz ətindən hazırlanmış sendviçlərin dadına baxdım”. Sitatın müəllifinin kim olduğunu tapın. -Cavab: Salman Rüşdi -Şərh: Hindistanda doğulan Rüşdi təhsilini Böyük Britaniyada davam etdirmişdi. “Şeytan ayələri” əsərində əksini tapan Cibreelin birdən-birə inancını itirməsi epizodunu qələmə alarkən yazıçı öz yaşadığı təcrübədən ilhamlanmışdı. -Müəllif: Elvin Abbaslı - -Sual: 3. Sosiologiyada tanınmış alimlərin fikirlərinə daha çox inanılması və gənc,eləcə də məşhur olmayanların fikirlərinə etimad göstərilməməsi effekti bu Bibliya personajının adı ilə adlandırılıb. -Cavab: Matfey -Şərh: Bibliyada Matfey varlıların daha da varlanacağını,kasıbların isə daha da kasıblayacağını qeyd edirdi.Sosiologiyada isə bu sitata müəyyən qədər fərqli formada işlədilir. -Müəllif: Xəyal Məmmədov - -Sual: 4. Uorren Bittinin filminin qəhrəmanı kommunistlərin iclasına nə qədər qəribə olsa da bu olmadan daxil ola bilməzdi.Kenə X-i yaratmaq haqqında ideya tıxacda olarkən gəlmişdi. -X-i 2 sözlə deyin. -Cavab: Qırmızı kart -Şərh: Hakim Ken Aston qırmızı kartı yaratmaq ideyası tıxacda olarkən gəlmişdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 5. Paylama materialıresonare mira famuli solve labiiQarşınızdakı bir himnin sözləridir. Siz isə bu sözlərin Qvidoya nələrin ilk variantını yaratmaqda ilham verdiyini tapın. -Cavab: Musiqi notları -Şərh: XI əsrdə yaşamış italyan musiqiçisi Qvido de Aretso, müqəddəs İonnaya həsr olunmuş məşhur latın himninin birinci altı sətrinin başlanğıc hecalarından ilk musiqi notlarını yaratmışdı. -Müəllif: Xəyal Məmmədov - -Sual: 6. ”Fight club” filminin qəhrəmanı filmin sonunda Taylır Dördın`ı axtararkən nə etsə də onu tapa bilmədiyini və sadəcə ondan izlər qaldığını qeyd edir. Növbəti cümlədə 19-cu əsrin 2-ci yarısına aid bir əsər xatırlanır. Əsərin müəllifini deyin. -Cavab: Herbert Uels -Şərh: Filmdə Tyler Durdeni tapa bilməyən personaj onu “Görünməz adam”a bənzədir.Eyni adlı əsərdə də baş qəhrəman izlərinə görə tapılırdı. -Müəllif: Xəyal Məmmədov - -Sual: 7. Bu rəqsin adının yaranma tarixçəsinə aid versiyalardan birində qeyd edilir ki ,qədim dövrdə odun yığmağa gedən gənclər geri qayıdanda yüklərini çiyinlərindən yerə ataraq rəqs etməyə başlayarmış.Söhbətin hansı rəqsdən getdiyini tapın. -Cavab: Şalaxo -Şərh: Şalaxo sözü versiyalardan birinə görə “Şələ qoy” sözlərinin illər keçdikcə dəyişməsindən yaranmışdı.Belə ki yüklərini yəni şələlərini yerə qoyub rəqs edən gənclər bu sözün yaranmasına səbəb olmuşdu. -Müəllif: Xəyal Məmmədov - -Sual: 8. Onun ən sevimli ədəbi personajı Piter Pen idi.Ona görə də Uilyam Bon adlı sahibkardan 1988-ci ildə təxminən 16 milyon dollara aldığı 1214 hektarlıq ərazini belə adlandırmışdı.Onun kim olduğunu deyin. -Cavab: Maykl Cekson -Şərh: Maykl Ceksonun imarətinin adının "Neverland" olması çox məşhur faktdır. Sualda işlənən Piter Pen isə sizə kömək etməli idi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 9. Şizofreniyanın katatoniya tipinin 3 növündə xəstələr qarşısındakı insanın ona göstərdiyi mimikanı, hərəkəti, söylədiyi söz və ya cümləni təkrar edir. Bəs bu növlərin adında hansı mifoloji personajın adını görə bilərik ? -Cavab: Exo -Şərh: Siz həmin xəstələrə nə isə deyirsiniz və dediyinizi təkrarlayır və səsiniz sanki exo verir. -Müəllif: Emil Yusublu - -Sual: 10. Russel Krounun ekranlaşdırdığı personaj deyir: “Bu kimin yüksəlib kimin enəcəyinə qərar verir,yenidən başlatmaq üçün hər şeyi yox edir”. Cümlədə əvəz olunmuş 1 hərfi tapın. -Cavab: S -Şərh: Söhbət “Nuh” filmindən gedirdi.Filmdə fırtınanın baş verəcəyini anlayan Nuh peyğəmbər hər şeyin dəyişməsini su ilə əlaqələndirirdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 11. 1935-ci ildə Gəncədə anadan olan bu şəxsin atasının ən sevimli əsəri “Ovod” idi. Bu şəxsin kim olduğunu deyin. -Cavab: Artur Rasizadə -Şərh: Şərh:Artur Rasizadənin atası Tahir Rasizadə ədəbiyyatı sevirdi və Etel Lilian Voyniçin məşhur “Ovod” əsərindən Artur Berton personajının adını öz oğluna vermişdi. -Müəllif: Xəyal Məmmədov - -Sual: 12. Nornlar Skandinav mifologiyasında gələcək haqqında məlumat verən cadugərlərdir. 17-ci əsrin əvvəlinə aid hansı mənbə haqqında olan məqalədə norn adının keçdiyini cavab kartınıza yazın. -Cavab: Makbet -Şərh: Şekspirin Makbet pyesində gələcəkdən xəbər verən 3 cadugər pyesdəki sonrakı hadisələrə təsir edirdi.Skandinav mifologiyasındakı nornlar da eyni xüsusiyyətə malik idi. -Müəllif: Xəyal Məmmədov - -Səhifə -> 245 | Sual Sayı -> 15 - -Sual: 1. 1947-ci ildə bu şəxsə Cənubi Amerikadan əsən küləklərin və cərəyanların istiqamətini bilməsi də kömək etmişdi. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Tur Heyerdal -Şərh: Polineziyalıların amerikan-hindu mənşəli olmalarına dair əsər yazsa da Tur Heyerdal heç kimi buna inandıra bilməmişdi. Belə ki, heç kim primitiv üzmə vasitələrindən istifadə edərək hinduların okeanı keçməsinə inana bilmirdi. Heyerdal isə hindularınkına bənzəyən sal düzəldərək ekspedisiyaya başlayır. Heç bir texniki qurğu olmadan salın hansı istiqamətdə üzəcəyini müəyyən etmək üçün o, küləklərin və okean cərəyanlarının istiqamətini öyrənmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. ALFAda düymələrin olmaması başqalarından asılı olmamanı, cibin olmaması isə rüşvət alınmadığını bildirir və ədaləti simvolizə edir. ALFAnı bir sözlə cavab kartınıza yazın. -Cavab: Mantiya -Şərh: Geyimdə düymələrin olmamasının səbəbi onu geyinənlərin kiminsə qarşısında düyməsini bağlayan asılı adamlara bənzəməməsi üçündür. Sualda işlənən “ədalət” sözü sizi məhkəməyə yönləndirməli idi. Söhbət hakimlərin məhkəmə proseslərində geydikləri geyim olan mantiyadan gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 3. Paylama materialıŞəkildə qılınc və qalxanla təsvir olunanın adını bildinizsə, şəkilin hansı şəhər haqqında məqalədən götürüldüyünü tapın. -Cavab: Arxangelsk -Şərh: Şəkildəki şəxsin qanadlı təsvir olunması sizə kömək edə bilərdi. O, dini mənbələrdə Arxangel adı ilə də tanınan Mixail idi. Qanadlar sizi mələyə çıxarmalı idi. Şəkildə onun iblislə mübarizəsi əksini tapıb. Şəkil isə Arxangelsk şəhərinin gerbidir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Bir əsərdə Con adlı jurnalist ilk dəfə atom bombası atılan gün insanların nə ilə məşğul olması haqqında kitab yazmaq istəyir. Sözügedən əsərin müəllifini tapın. -Cavab: Kurt Vonnequt -Şərh: Söhbət Kurt Vonnequtun “Pişik beşiyi” əsərindən gedirdi. Əsərin qəhrəmanı atom bombasının atıldığı günə dair “Dünyanın sona çatdığı gün” adlı kitab yazmaq istəyir. Yazıçının “Sallaqxana №5” əsərinin qəhrəmanı Billi Pilqrim də Drezdenin bombalanması barədə kitab yazmaq fikrində idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 5. Sadalananlara qulaq asın:  219.“Türk” – 1775-ci il;  297.“Paris” – 1778-ci il;  384.“Saraydan qız qaçırma” – 1782-ci il;   Sadalananlar Lüdviqin yaratdığı ondan götürülüb. Onu eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Köxel kataloqu -Şərh: Sualda sizə Motsartın əsərlərindən bir neçəsi və onların yazıldığı illər siyahıdakı sıra nömrələri ilə sadalandı. Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı siyahı onu tərtib edən Lüdviqin soyadı ilə Köxel kataloqu adlandırılmışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. 1978-ci ildə çəkilmiş “Qan içində” filmində Muğan ərazisinin Çar Rusiyası və Denikinçilərin əhatəsində qalmasından, onun çətin günlərindən danışılır. Əvvəlki cümlədə əvəz olunmuş bir sözü tapın. -Cavab: Od -Şərh: Sualdan məlum olduğu kimi, Muğan ərazisi hər iki tərəfdən təhlükə ilə üzləşir. Söhbət 1978-ci ilə aid “Od içində” filmindən gedirdi. Maraqlıdır ki, “İki od arasında” əsərində də analoji süjet xətti mövcuddur. Əvəzetmə də əbəs deyildi. Belə ki, əsərin digər adı “Qan içində”dir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. Versiyalardan birinə görə, bir dəfə o, Londonda olarkən zooparka aparılan meymunların bir-birindən bərk tutaraq necə halqa yaratdıqlarının şahidi olmuşdu. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Fridrix Avqust Kekule -Şərh: Versiyaya görə, bu mənzərəni gördükdən sonra o, meymunları karbon atomları, onların bir-birini tutan əllərini valentliklər, quyruqlarını isə hidrogenlə doymuş sərbəst valentliklər adlandırmışdı. Sonradan bu hadisə ona benzolun kimyəvi formulunu tapmaqda yardımçı olmuşdu. Söhbət Kekuledən gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 8. Paylama materialı“Futurama” cizgi filminin bir seriyasında Fray Lilaya evlənmə təklifi etmək üçün şəhərdə ən hündür binanı tutduğunu və qaranlıq düşmədən o binanın başında olmasını deyir. Siz isə paylanmış şəkildə bir hərflə əvəz olunan iki hərfi tapın. -Cavab: V a -Şərh: Allüziyalarla zəngin olan cizgi filmində hadisələr Nyu-York şəhərində cərəyan edir. Vampirlər gecə peyda olduğundan binaya gecə getmək qorxulu idi. Buna görə Fray Lilaya gün batmamışdan əvvəl binaya getməyi tapşırır. Bina isə “Vampire State Building” adlanırdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 9. Onun adı qədim şumer dilindən “torpağın sahibi” kimi tərcümə olunur. Bir çox başqa dillərdə isə bu ad “qısqanc”, “xəyanət edən” mənasına gəlir. Onun kim olduğunu tapın. -Cavab: Qabil -Şərh: “Torpağın sahibi” ifadəsi onun əkinçiliklə məşğul olmasına işarə idi. Allah, maldar qardaşı Habilin qurbanını qəbul etdikdən sonra qardaşını qısqanan Qabil xəyanət edərək onu öldürür. Dilimizdə işlənən “xain” sözünün məhz “Cain” adından yarandığı ehtimal edilir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Maraqlıdır ki, 2001-ci ilə aid X-də hadisələr əsasən BURAXILMIŞ İKİ SÖZ cərəyan edir. X-in sözlərinə inansaq, BURAXILMIŞ İKİ SÖZ sarı torpaq, sarı qum və dərələr var. X-i və BURAXILMIŞ İKİ SÖZü cavab kartlarınıza yazın. -Cavab: Yuxu, Xəzərin sahilində -Şərh: 2001-ci ilə aid “Yuxu” adlı Azərbaycan filmində hadisələr Xəzərin sahilindəki qəsəbədə-Nardaranda baş verir. Sualın ikinci hissəsində isə “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısının sözlərindən söhbət gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. “Roma” serialında BUNU ETDİKDƏN sonra hər bir əsgərin vətəndaşa çevrildiyi qeyd olunur. BUNU ETMƏKlə əvəz olunmuş sözləri tapın. -Cavab: Rubikonu keçmək -Şərh: Romada hərc-mərcliyin artmasından xəbər tutan Qay Yuli Sezar müttəfiqi Pompeyə qarşı mübarizəyə başlayır. Sezarın Qalliyadan Romaya qayıdarkən Rubikon çayını keçməsi ölkədə vətəndaş müharibəsinin başlanacağından xəbər verir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. Maraqlıdır ki, o, 1987-ci ildə qazandığı "Qızıl top" mükafatını Nelson Mandelaya həsr etmişdi. Kim? -Cavab: Rud Qullit -Şərh: Bildiyimiz kimi, Cənubi Afrika Respublikası əvvəllər Hollandiya müstəmləkəsi olub. Bununla belə ləqəbi "Qara zanbaq" olan qaradərili holland futbolçu Rud Qullit aparteidə qarşı mübarizə aparanlardan biri olmuş və mükafatı məhz Mandelaya həsr etmişdir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 13. Nikolay Pavlenkonun “Birinci Pyotr” kitabının fəsillərindən birində Pyotrun hərbi əməliyyatlara rəhbərlik etməsi, nizami ordu və donanma yaratması, qanunvericilik və mülki sahələrdə işlər gördüyü qeyd olunur. Kitabın bu fəslinin adı XX əsrin 40-cı illərinə aid əsərin adı ilə eynidir. Həmin əsəri tapın. -Cavab: “Qılınc və qələm” -Şərh: Pyotr hərbi iş və müharibələrlə yanaşı dövlət quruculuğu ilə də məşğul olmuş və bir sıra qanunlar, sərancamlar, məktublar, əmrlər və diplomatik sənədlər yazmışdır. “Qılınc və qələm” romanı Məmməd Səid Ordubadi tərəfindən 1946-1948-ci illərdə yazılmışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 14. Paylama materialıQarşınızdakı şəkil 1999-cu ildə çəkilmiş filmdən götürülüb. Filmin adını bir yunan sözü ilə cavab kartınıza yazın. -Cavab: “Stiqmata” -Şərh: Gördüyünüz şəxs İsa peyğəmbərin çarmıxa çəkildiyi zaman dayandığı vəziyyətdə dayanıb. Bu kadr məşhur “Stiqmata” filmindən götürülüb. Bildiyimiz kimi, İsanın çarmıxa çəkilməsi zamanı onun bədənindəki ağrıların, yaraların yeri stiqmata adlanır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 15. Bu şəxs uşaqlıqda ailəsi kasıb olduğuna görə qohumları ilə yaşamış və öz dolanışığını təmin etmək üçün müxtəlif işlərdə çalışmışdır. Əsl soyadı Pederson olan XIX əsrdə doğulmuş həmin şəxsin kim olduğunu tapın. -Cavab: Knut Hamsun -Şərh: Şəxsin soyadından onun Şimali Avropadan olmasına çıxmaq olardı. Uşaq vaxtı səfalət içərisində böyüyən Hamsun bəzən ac qalmalı olurdu. Sonradan “Aclıq” adlı əsərini yazan yazıçı Nobel mükafatına layiq görülür. -Müəllif: Rahib Məhərrəmzadə - -Səhifə -> 246 | Sual Sayı -> 18 - -Sual: 1. Paylama materialıRekvizitlər arasındakı müddətdə bitəni cavab kartınıza yazın. -Cavab: Salam -Şərh: Məşhur xalq deyimində də deyildiyi kimi: Bağda ərik var idi. -Salam əleyk var idi. -Bağda ərik qutardı. -Salam əleyk qutardı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. DİQQƏT! Sualda 2 hərf buraxılıb:  Onun öz sahəsində XÜSUSİ BİRİ olduğu 2002-ci ildəki uğurlarından sonra bəlli oldu. -Mətndə buraxdığımız iki hərfi bərpa edin. -Cavab: Mu -Şərh: Bildiyiniz kimi hal-hazırda Çelsi futbol klubunun baş məşqçisi olan Jose Mourinho-nun ləqəblərindən biri Mou, digəri isə “Special one”, yəni “Xüsusi biri”dir. Sualda Onun sözündə iki hərfi buraxmışdıq. Mətndə Mou-nun olmalı idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Paylama materialıMou noMövzunu davam etdirək:2013-ci ilə aid olan və Argentinada yayımlanan reklam posterlərinin birində qarşınızda gördüyünüz sözlər yazılıb. Reklam olunan məhsulu tapın. -Cavab: Pepsi -Şərh: Reklam Pep Quardiolanın Argentinaya səfəri ilə əlaqədar olaraq hazırlanıb. İspan dilində Si “Bəli” deməkdir. Reklamda Mou-ya yox, Pep-ə hə demək nəzərdə tutulurdu. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. 1906-cı ildə anadan olan onu hələ uşaq yaşlarından ailəsi qorumağa başlayır. Gözünü açandan anası və bacılarını hana qarşısında görməsi onun gələcək peşə seçiminə təsir edir. Onun kim olduğunu cavab kartınıza yazın. -Cavab: Lətif Kərimov -Şərh: Hana xalçaçılıqda istifadə olunan dəzgahın adıdır. Uşaq yaşlarından bunları görməsi onu gələcəyin dahi xalçaçı-rəssamı edir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Keçən əsrin otuzuncu illərində Lətif Kərimov xüsusi bir sifariş alır. SSRİ-də hazırlanan tədbirlərlə əlaqədar olaraq aldığı sifarişi yerinə yetirmək üçün o, Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli Şirinov, Əmir Hacıyev ilə bir yerdə işləməyə başlayır. Siz isə bu sifarişlərin hansı əlamətdar hadisə üçün hazırlandığını dəqiqliklə cavab kartınızda qeyd edin. -Cavab: Nizaminin 800 illik yubileyi -Şərh: Bildiyiniz kimi Nizaminin 800 illik yubileyi SSRİ tərəfindən xüsusi qeyd ediləcəkdi. Lakin müharibənin başlaması ilə əlaqədar olaraq bu tədbirlər təxirə salındı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. 1945-ci ildə Potsdamda müttəfiq dövlətlərin görüşü zamanı, tərəflər arasında yarana biləcək münaqişənin qarşısını almaq üçün bundan istifadə olunmuşdu. Bu, həmçinin, ilk dəfə Normandlı Vas tərəfindən 1155-ci ildə təsvir edilmişdir. Bunu cavab kartınıza qeyd edin. -Cavab: Dəyirmi masa -Şərh: Müttəfiqlər arasında kim başda oturacaq problemi yaranmasın deyə dəyirmi masadan istifadə edilmişdi. Vas ilk dəfə “Dəyirmi masa cəngəvərləri”ni təsvir edən şairdir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. Paylama materialıRekvizit eynisoyadlı 3 şəxs haqqındadır. Sizdən gizlədilən hər 3 şəxsin də ad və soyadını cavab kartınıza yazın. -Cavab: Nil Armstronq, Lui Armstronq, Lans Armstronq. -Şərh: Nilin ayaq izi, Luinin saksofonu göstərilmişdir, Lans isə bu yaxınlarda dopinqlə məşhurlaşmışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Rəşid bəy kəndə gələrək Qori seminariyası üçün uşaqlar seçmək istəyir. Kənd müəllimindən seminariyanı qutarmış tələbəsinin yerini soruşur. Rəşid bəy onu görəndə o meşədə yaşayır, İÇKİLİ halda öz komasından çıxır. Onun kim olduğunu deyin. -Cavab: Kefli İskəndər -Şərh: Sualda içkili sözü ipucu idi -Müəllif: Elgün Abdurahmanov - -Sual: 9. Kurt Vonnequtun “Sallaqxana №5” əsərində yazıçı bombardmandan sonrakı Drezdeni X-ə bənzədir. Bir Azərbaycan filminin qəhrəmanları X-də 1959-cu ilə aid beşguşəli ulduz tapırlar. Həmin filmi deyin. -Cavab: Sehrli xalat -Şərh: Bombardmandan sonra dağınıq vəziyyətdə olan Drezden ayın səthini xatırladırdı. “Sehrli xalat” filminin qəhrəmanları Rəşid və Zərifə ayın səthində olarkən orada SSRİ-yə aid 5 guşəli ulduz tapırlar. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Çağan İrmakın “Ulak” kinosunda kənd-kənd gəzən dərviş uşaqlara nağıl danışır. Nağıla qulaq asmaq üçün uşaqlar evlərini tərk edib dərvişin yanına gedirlər. Sual müəllifi dərvişi məhz onunla müqayisə edir. Onun adı keçən şəhərdəki uşaqların sayı 20 minə yaxındır. Onu tapmağa çalışın. -Cavab: Hamelin Tütəkçisi -Şərh: Məşhur nağılda isə uşaqlar tütəkçinin musiqisinin ardıyca düşüb evlərini tərk edirdilər. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. 1879-cu ildə Bakıda doğulmuş o, XX əsrin əvvəllərində şəhərin xüsusi yerlərində dəliləri izlədiyini, onların hərəkətlərini öyrəndiyini qeyd edirdi. Onun kim olduğunu deyin. -Cavab: Hüseynqulu Sarabski -Şərh: Bildiyiniz kimi Məcnun dəli deməkdir. Ona ilk dəfə bu rolu təklif edilərkən o dəliləri izlədiyini demişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Anjelina Coli, Tom Kruz, Britni Spirs, Tom Xenks, Paris Hilton, Keti Perri, Leonardi Dikaprio və s. -Bunu etmək “bir respublikaya” 2013-cü ildə 10 milyon dollardan çox gəlir gətirdi. Eşitdiyiniz sualda mən də bunu etdim. Bunu etməklə əvəz etdiyimiz iki sözü cavab kartınıza yazın. -Cavab: Ulduzları saymaq -Şərh: Sadaladığım şəxslər çox məşhur insanlardır. Gördüyünüz kimi mən onların adını saydım. MUSİQİ qoyulur. Bir respublika “One Republic” qrupu və “Counting stars” mahnısı nəzərdə tutulurdu. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 13. Mirzə Əliməmməd 18-ci əsrdə Qarabağ xanlığında Molla Pənah Vaqiflə birgə ən yüksək vəzifələrdən birini tutmuş, daha sonra isə Türkiyəyə təyinat almışdır. Ağa Məhəmməd şah Qacar Qarabağa gəldikdə onu edam etdirmişdi. Siz isə Mirzə Əliməmmədin nəslindən olub, 1887-ci ildə anadan olan şəxsi cavab kartınıza yazın. -Cavab: Yusif Vəzir Çəmənzəminli -Şərh: Sualda Vaqifin adı boş yerə çəkilməmişdir. Vaqif vəzir vəzifəsində olduğu kimi Mirzə Əliməmməd də vəzir vəzifəsində çalışırdı. Yusif Vəzirin özü də Türkiyəyə səfir təyin olunmuşdur. Qacarın deyilməsinə səbəb isə Çəmənzəminlinin o dövrə aid əsəri olmasıdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 14. 1955-56-cı illər ərzində Montqomeri-də olan nəqliyyat şirkətlərindən birinin gəliri 80 faizə qədər azalmışdı. Siz isə buna səbəb olan şəxsi deyin. -Cavab: Roza Parks -Şərh: Roza Parks 1955-ci ildə, Montqomeridə bir avtobusa mindikdən sonra ağlar üçün ayrılmış yerdə oturduğundan avtobus şoferi tərəfindən məcburi şəkildə avtobusdan endirilmişdir və bundan sonra bölgənin qaradərililəri arasında avtobuslara qarşı boykot başlamışdı və onlar bir il ərzində avtobusa minməmişdilər. Bu isə gəlirdə 80 faiz itirmək demək idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. Paylama materialıGördüyünüz rekvizitdəki şəkillər bir firma tərəfindən hazırlanmış oboy formalarıdır. Belə ki, bu oboylarla ədəbi əsərlər təsvir edilmişdir. Hər üç əsərin 19-cu əsrə aid olduğunu bilərək, onları uyğun sıra ilə cavab kartınıza qeyd edin. -Cavab: “Hərb və sülh”, “Cinayət və cəza”, “Alisa güzgülərin arxasında”. -Şərh: Birinci şəkildə səmada uçan göyərçinlər sülhü təmsil edir, aşağıda isə müharibə gedir. İkinci şəkildə bir tərəfdə balta göstərilmişdir, Rodion qoca qadını balta ilə öldürmüşdü, ikincisi isə cəzanı bildirir. Üçüncü şəkildə isə güzgünün arxasına keçən Alisa təsvir edilmişdir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 16. Bioqrafiyadan bir hissəyə qulaq asın.   -“Evdəki sənət ab-havası ona güclü təsir göstərmiş, gerçəkliyin məhz bədii prizmadan dərk edilməsinə səbəb olmuşdur. Nəticədə o gələcəkdə seçdiyi sənətə maraq göstərməyə başlayır, vaxtının çox hissəsini bu işə həsr edir. Onun həvəsini görən atası onu hər vəchlə dəstəkləyir.”  Diqqət sual: Bu hissə kimin bioqrafiyasındandır. -Cavab: Vəcihə Səmədova -Şərhlər: None -Müəllif: None - -Sual: 17. Siyahıya qulaq asın:   -- 5 nəfərlik yer.   -- 1000 markdan aşağı qiymət.   -- 100 kilometr məsafə üçün 6 litr benzin.   -Eşitdiyiniz siyahı əsasında 1934-cü ildə nəyin yaradıldığını deyin. -Cavab: Volkswagen maşını -Şərh: Bildiyiniz kimi Volkswagen maşını alman dilindən tərcümədə “xalq maşını” deməkdir. Burdakı siyahıda da maşının xalq düşünülərək yaradıldığını görürsünüz. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 18. Masallının Ərkivan kəndində yaşayan... 1272ci ildə... Mirzə Mehdi xan... -Eşitdikləriniz onun haqqında ola məqalədəndir. Onun nə olduğunu tapdınızsa, onu özünə fəxr hesab edəni tapın. -Cavab: Məşədi İbad -Şərh: Sualda söhbət “Tarixi-Nadir” dən gedirdi.Masallının Ərkivan kəndində yaşayan Məşədi Həmid kitabın hal-hazır ki,sahibidir.1272ci ildə Şaban ayının 9da çapdan çıxıb.Mirzə Mehdi xan tərəfindən yazılmışdır. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 255 | Sual Sayı -> 0 - -Səhifə -> 258 | Sual Sayı -> 15 - -Sual: 1. Bir kitabda qeyd olunub ki, 18-ci əsrdə X-in hazırlanması üçün az miqdarda yağ və yumurta istifadə edildiyinə görə o dadı ilə Y-dən çox da fərqlənmirdi. X və Y-i yapın. -Cavab: Brioş və çörək -Şərh: Oxford yemək arayışı kitabında qeyd olunub ki, 18-ci əsrdə brioş dadına görə çörəkdən fərqlənmirdi. Belə qənaətə gəlmək olar ki, məşhur "Çörək tapmırlarsa brioş yesinlər " ifadəsi xoş niyyətlə deyilmiş ola bilər. -Müəllif: Ülvi Ağamalıyev - -Sual: 2. "Panem et Circenses" ifadəsi latın dilindən tərcümədə “Çörək və Tamaşa” deməkdir. Hansı trilogiya haqqında məqalədə bu ifadəyə rast gəlmək olar? -Cavab: Aclıq oyunları -Şərh: Roma imperatorları tərəfindən yemək və əyləncələri təmin etməklə kütlələri idarə etmək üçün istifadə olunan strategiya “Çörək və Tamaşa” adlanırdı. Maraqlıdır ki, həm çörək həm də tamaşa elementlərinə malik olan “Aclıq oyunları” trilogiyasında mövcud olan dövlət Panem adlanır. Bu əsərdə Roma imperaiyasına bir çox göndərmələr var. -Müəllif: Elşad Mehdiyev - -Sual: 3. Şimali Koreyadan qaçmağa çalışan insanlar haqqında danışılan mənbədə, həmin qaçqınların bir çoxunun ölkəni tərk etdikdən sonra hərfi mənada CƏZASIZ QALMAYACAQLARI deyilir. Əvvəlki cümlədə 3 söz iki söz ilə əvəz edilib. Həmin 3 sözü cavab kartınıza yazın. -Cavab: Sudan quru çıxmayacaqları -Şərh: Bildiyimiz kimi Şimali Koreya qapalı ölkədir və yerli hökumət əhalinin qaçmaması üçün sərhədləri çox yaxşı qoruyur. Qaçqınların yeganə çıxış yolu daha pis qorunan dəniz və ya çay vasitəsilə ilə ölkədən qaçmaqdır. Buna görə də, mənbədə deyilir ki qaçqınlar ölkəni tərk etdikdən sonra hərfi mənada sudan quru çıxmayacaqlar. -Müəllif: Samid Hacıyev - -Sual: 4. 2013-cü ildə Fransa təhlükəsizlik orqanlarının təzyiqi ilə fransız vikipediyasında gizli məlumatları əks etdirən bir məqalə silinmişdi. Bundan sonra yazı yenidən bərpa edilmiş və həmin müddət ərzində ən çox oxunulan məqaləyə çevrilmişdi. Bu barada danışılıan bir mənbədə X xatırlanır. X-i biri xüsusi isim olmaqla 2 sözlə yazın. -Cavab: Streyzand effekti -Şərh: Fransa təhlükəsizlik orqanları gizli məlumatlar olan məqaləni təzyiq göstərərək silib onun aradan qalxmasını istəsələr də, nəticədə bu əks effekt vermiş, məqalə yenidən bərpa olunaraq fransız vikipediyasında həmin müddətdə ən çox oxunulan məqaləyə çevrilmişdi. Bu sosial fenomen Streyzand effekti adlanır. Hər hansısa bir məlumatı gizlətmək məqsədi ilə onu ictimaiyyətə çatdıran mənbədən aradan qaldırmaq (silmək) nəticədə həmin məlumatın daha da məşhurlaşmasına və daha çox şəxsin həmin məlumatla tanış olmasına səbəb olur. Amerikalı sənətçi Barbra Streyzand 2003-cü ildə öz evinin şəklini bir saytdan sildirmək üçün məhkəməyə müraciət etmişdi və nəticədə onun gizli saxlamaq istədiyi bu şəkil daha da məşhurlaşmışdı. -Müəllif: Seymur Mütəllimzadə - -Sual: 5. Paylama materialıQarşınızdakı hadisələrin kimin həyatından götürüldüyünü yazın. -Cavab: Kurt Vonnequt -Şərh: Göründüyü kimi hadisələr ardıcıl olaraq sadalanmamışdır. Bütün bunlar müəllifin əsas əsərlərindən olan “Sallaqxana № 5, yaxud Uşaqların xaç yürüşü” kitabının baş qəhrəmanı Billi Pilqrimin müxtəlif zamanlara səyahət etməsinə işarə idi. Əsəri oxumayanlara sualın 5-ci olması, 5 faktın təqdim edilməsi kömək ola bilərdi -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 6. Bir əsərdə göy üzünü sanki zolaqlara bölmüş buludlar X-ə bənzədilir. X-i bir fransız mənşəli sözlə deyin -Cavab: Jalüzi -Şərh: Əsərdə buludlar uzunsov formalı olduğundan jalüziyə bənzədilirdi. -Müəllif: İlqar Rəhimli - -Sual: 7. Paylama materialıSual müəllifinin sizə təqdim edilmiş rekvizitdə hansı ifadəni gizlətdiyini yazın. -Cavab: Görmürəm, Eşitmirəm, Danışmıram -Şərh: Sizə təqdim olunmuş əşyalardan iynənin gözü var, amma görmür, papağın qulağı var eşitmir, ayaqqabının isə, dili var amma danışmır. Bununla sual müəllifi "pisliklərdən uzaq olmaqla" bağlı qədim buddist ideyasını, yaxud "3 meymun" kimi də tanıdığımız "Görmürəm, Eşitmirəm, Danışmıram" ifadəsini gizlədib. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 8. Rəqqas Yordanisin çıxışını müzakirə edən jüri, maraqlıdır ki, onun məhz bu ifasında qadın həmkarının gözlərinin içinə rahatca baxdığını bildirir. Siz isə, rəqqasın bu zaman kimi canlandırdığını yazın. -Cavab: Persey -Şərh: Maraqlıdır ki, Meduza Qorqonanı canlandıran Yekaterina Qonçarova ilə rahat rəqs edən Yordanis bütün rəqs boyu onun gözlərinə baxırdı. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 9. Frenk Herbertin “Düna” (digər tələffüz forması Dyun) əsərində səhrada baş verən dəhşətli qasırğa ONUNLA müqayisə edilir. ONUN haqqındakı Vikipediya məqaləsində Norveç dənizindəki Ferö və Moskenesey adalarının da adları çəkilir. ONU bir xarici mənşəli sözlə deyin. -Cavab: Malström -Şərh: Malström – adı ilk dəfə XVI əsrdə Merkatorun xəritələrində çəkilən su burulğanıdır. Bu burulğan Norveç sahillərindən şimal-qərbdə, sualdakı sözügedən adaların arasında yerləşir. -Müəllif: İlqar Rəhimli - -Sual: 10. Diqqət sualda, “O” əvəzetmədir. -Fərqli bir versiyada O evlənir və 10 övladı dünyaya gəlir və hər şey yenidən başlamış olur. ONU dəqiqliklə 3 sözlə yazın. -Cavab: Onuncu zənci balası -Şərh: Söhbət əsər yox, “sçitalka”dan gedirdi. Sual da 10-cu idi. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Sual: 11. Poroşenko ilə Zelenskinin baş tutmayan ilk qeyri-rəsmi debatı barədə xəbərdə deyilir ki, Poroşenko X əvəzinə Y ilə kifayətlənməli oldu. Debatın niyə baş tutmadığını bildinizsə, X və Y-i yunan mənşəli mürəkkəb sözlərlə yazın. -Cavab: Dialoq və Monoloq -Şərh: Poroşenko Zelenski ilə dialoqa girmək istəsə də rəqibi debatda iştirak etmədiyinə görə nəticədə monoloq ilə kifayətlənməli oldu. -Müəllif: Seymur Mütəllimzadə - -Sual: 12. DİQQƏT! Sualda “BİRİNCİNİ ETMƏK” və “İKİNCİNİ ETMƏK” əvəzetmədir. - -Bir internet istifadəçisi qeyd edir ki, yeni seçilmiş Ukrayna prezidenti Vladimir Zelenski qonşu ölkələrə düşmən yox, dost gözü ilə baxmalıdır. Sonra isə həmin istifadəçi Donald Trampa atmaca məqsədi ilə yazır ki, BİRİNCİNİ ETMƏK İKİNCİNİ ETMƏKDƏN daha yaxşıdır. BİRİNCİ və İKİNCİni cavab kartınıza yazın. -Cavab: Körpü və divar -Şərh: Bildiyimiz kimi, Donald Tramp Meksika ilə sərhəddə divar tikməkdə israr edir. Bu hərəkəti qınayan internet istifadəçisi, Zelenskiyə məsləhət görür ki qonşular ilə DİVAR yox, KÖRPÜ TİKSİN. BİRİNCİNİ ETMƏK birləşməsi ilə KÖRPÜ TİKMƏK, İKİNCİNİ ETMƏK birləşməsi ilə DİVAR TİKMƏK sözləri əvəz olunub. Sualda isə BİRİNCİ və İKİNCİNİ tapmaq lazım idi. -Müəllif: Samid Hacıyev - -Sual: 13. Bir elmi-fantastik filmin kiborq olan personajı ölüm ayağında olan sevgilisinə sözün əsl mənasında BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRİ tapın. -Cavab: ürəyini verir -Şərh: Yarı insan yarı robot olan kiborq personaj sevdiyi insan yaşasın deyə ürəyini ona verir. -Müəllif: Seymur Mütəllimzadə - -Sual: 14. Kart oyunlarında "4" və "3" kartlarının birləşməsi ONUN adını daşıyır. Maraqlıdır ki, ONA “soyuq silahla” hücum edən şəxs həbsdən 2009-cu ilin sentyabrında azadlığa buraxılmışdı. ONUN kim olduğunu dəqiqliklə deyin. -Cavab: Corc Buş-oğul -Şərh: Corc Buş-oğul ABŞ-ın 43-cü prezidentidir. Maraqlıdır ki, Corc Buşa ayaqqabı atan jurnalist 12 yanvar 2009-cu il tarixində 3 illik həbs almasına baxmayaraq, 9/11 hadisələrinin 8 illiyində, 11 sentyabr 2009-cu ildə azadlığa buraxılmışdı. -Müəllif: Samid Hacıyev - -Sual: 15. “Dinamo”da çıxış edərkən Andrey Şevçenko məşq zamanı alnından butsla zərbə alır. Bundan sonra onu X adlandırmağa başlayırlar. Belə demək olar ki, uzun illər “Dinamo”da çıxış etdikdən sonra 1999-cu ildə “Milan” keçərək “Dinamo”ya bir neçə milyon dollar qazandıran Şevçenko öz ləqəbini doğrultmuşdu. X-i saitləri qalın olan 1, yaxud 2 sözlə yazın. -Cavab: Daxıl -Şərh: Aldığı zərbədən sonra onun alnında sıyırtı işarəsi qalır. 1999-cu ildə Şeva 25 milyon dollara “Milan”a transfer olunmuşdu. -Müəllif: Cavid Məmmədov (İnyun) - -Səhifə -> 261 | Sual Sayı -> 15 - -Sual: 1. Bəxtiyar Vahabzadə məqalələrindən birində yazırdı: “Koroğlu” uvertürasını dərindən başa düşmək üçün X lazımdır. Elə bil, Üzeyir Hacıbəyov “Koroğlu”nu X üçün yaradıb.X üçüncü növ təyini söz birləşməsidir.X-i görmək üçün Bülbül prospekti 21/24 ünvanındakı muzeyə gedə bilərsiniz.X-i yazın. -Cavab: Niyazinin çubuğu -Şərh: Həmin ünvanda maestro Niyazinin ev muzeyi yerləşir. -Müəllif: Tural Dadaşov - -Sual: 2. "Doxsan üçüncü il” romanında Qraf De Brienn və Hersoq Vilruanın qorxaqlığı təsvir olunur.Onlar hətta piket oynamaqdan imtina etmişdilər.Səbəb isə onlara bunun paylanması idi.Bunu dəqiqliklə deyin. -Cavab: Kral təsviri olan kart -Şərh: Piket kart oyunudur.1793-cü il – inqilabi terror ili idi.Monarxist və Royalistlər hətta kiçik günahlarına görə edam edilirdi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 3. O zaman 11 yaşı olan Stoşa Sreçko xatırlayır ki, bu şəxsin köməkçiləri tez-tez Opçina şəhərindəki daş karxanalarının anbarlarından oğurluq edirdilər.Bu şəxsin kim olduğunu tapın. -Cavab: Mehdi Hüseynzadə -Şərh: Daş karxanalarında süxurları dağıtmaq üçün istifadə olunan çoxlu dinamit olurdu.Opçina Triest yaxınlığında kiçik şəhərdir.Mehdi Hüseynzadə Opçinadakı kinoteatrı partlatmaqla 100-dən artıq faşisti öldürmüşdü. -Müəllif: Tural Dadaşov - -Sual: 4. 2010-cu ilin yayında Xose Luis Sapatero onun həyatını qorumaq üçün cangüdənlər komandası göndərməyə hazır olduğunu bildirmişdi.Onu deyin. -Cavab: Ahtapot Paul -Şərh: Dünya çempionatında Almaniya- İspaniya yarımfinal oyunundan öncə seçimini ispanların xeyrinə edən Paulu almanlar xəyanətkar adlandırırdılar.Pauldan salat düzəltmək təklif edilirdi.İspaniyanın baş naziri Sapatero isə onun həyatını qorumağa hazır olduğunu bəyan etmişdi. -Müəllif: Tural Dadaşov - -Sual: 5. Acgöz molla öz yaşadığı kənddə bir nəfərin qonaqlıq etdiyini,həm də qonşu kənddə ehsan verildiyini eşidir.Əvvəlcə o biri kənddəki ehsana getmək qərarına gəlir.Qonşu kəndə çatdıqda ehsandakıların artıq dağılışdığını görür.Tələsik geri qayıdan molla buradakı qonaqlığa da gecikir.Onun qonaqlıq verən həmkəndlisinin adını deyin. -Cavab: Vəli -Şərh: Qonşu kənddə ehsan aşı – Əli aşı verilirdi.Öz həmkəndlisi Vəli isə qonaqlıq verirdi.Bu Əli aşından da olmaq,Vəli aşından da olmaq zərb məsəlinin yaranma tarixçəsi idi. -Müəllif: Tural Dadaşov - -Sual: 6. Eduard Konfessorun ölümündən sonra Harold kral seçildi.Mixail Vellerin sözlərinə görə, Harold ingiltərə taxt-tacına və torpağına iddia edən digər namizədi DOQQUZ QRAMMla mükafatlandıracağını bildirmişdi.DOQQUZ QRAMMla əvəz olunanı cavab kartınıza yazın. -Cavab: Altı fut -Şərh: Ordumun gücü istənilən namizədi altı futla mükafatlandırmağa imkan verir. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 7. Bencamin Franklinin bunu etməklə həyata keçirdiyi eksperiment ildırımötürücünün kəşfi ilə nəticələnmişdi.Popov antenaları lazımi yerlərdə yerləşdirmək üçün bunu edirdi.Talibanın hakimiyyətə gəlməsindən 2 həftə sonra bunu etmək qadağan olunmuşdu.Nə etmək? -Cavab: Çərpələng uçurmaq -Şərhlər: None -Müəllif: Tural Dadaşov - -Sual: 8. “Çərpələng ucuran” əsərinin baş qəhrəmanı Əmir uzun illərdən sonra yaşadığı evə qayıdır. Həyətdə dayanmış avtomobildən yerə süzülən yağ onun diqqətini cəlb edir.Cümlənin davamında 1884 -cü ildə anadan olmuş şəxsin soyadı çəkilir.Həmin həkimin kim olduğunu tapın. -Cavab: German Rorşax -Şərh: “Jeep” in altına süzülmüş maşın yağının ləkəsi Rorşax testini xatırladırdı. -Müəllif: Tural Dadaşov - -Sual: 9. Ötən əsrin 60-ci illərin sonunda Rəsul Rza xüsusi missiya ilə getdiyi xarici səfərdən türk,fars və ərəb dilində olan divanlar gətirmişdi.Bu materiallar 2 dostun diqqət mərkəzinə düşdü.Hər ikisinin kim olduğunu tapın -Cavab: İsa Hüseynov və Həsən Seyidbəyli -Şərh: 1969-cu ildə Nəsiminin 600 illiyi qeyd olunurdu.Rəsul Rza bu divanları Hələbdən gətirmişdi. Rejissor dostunun məsləhəti ilə bu materialları oxuyan yazıçı İsa Hüseynov Nəsimiyə həsr olunmuş “Məhşər” romanı və ssenari üzərində işləməyə başlayır.Onun yazdıqları əsasında isə dostu- Həsən Seyidbəyli “Nəsimi” filmini çəkir. -Müəllif: Tural Dadaşov - -Sual: 10. Paylama materialıSizə verilmiş fotoda ağacların kölgəsində qalan X növündən olan quş təsvir olunub.X –i iki sözlə deyin. -Cavab: qırmızı kardinal -Şərh: Növ öz adını görkəminin katolik kardinallarının geyiminə bənzərliyinə görə alıb.Boz kardinal – kölgədə qalmaqla mühüm qərarların qəbul edilməsinə təsir göstərən personadır. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 11. Heredot “Tarix” əsərində Massaget çarı Tomrisin Kirin ordularının öz ərazisinə girməsi üçün şərait yaratdığını yazır.Sabir Rüstəmxanlı “Ömür kitabında bunu Tomrisin hərbi taktikanı yüksək bilməsi ilə əlaqələndirir.Belə ki, Tomris düşməni “Xan”ın köməkliyi ilə mühasirəyə aldı və əl-qol açmağa imkan vermədi.Son cümlədə əvəz ediləni tapın. -Cavab: Araz çayı -Şərh: Kir odusu Araz çayına sıxışdırılaraq mühasirəyə alınmış və dağıdılmışdı. Arazın isə Xan Araz adlandırılması bizə məlumdur. -Müəllif: Tural Dadaşov - -Sual: 12. Ümülbanu “Qafqaz günləri” əsərində öz ərlərinin təzyiqi ilə bibilərinin atası Mirzə Əsadullayevlə miras davasına çıxmasını təsvir edir.Onun sözlərinə görə qonşuda yaşayan bibisinin həyətinə açılan qapı tərəflərin əsəb dalğasına reaksiya verməli olurdu.Qapının açıq olması münasibətlərin normal olması,kilidli olması isə əksinə gərgin olması anlamına gəlirdi.Yazıçı qapını X-ə bənzədirdi.X XVII əsrdə İtaliyada icad edilib.X-i deyin. -Cavab: Barometr -Şərh: Qapı tərəflərin təzyiqini öz üzərində hiss edirdi :) -Müəllif: Tural Dadaşov - -Sual: 13. 2010-cu ilə kimi Aşqabadda Türkmənbaşının qızılı rəngli, fırlanan heykəlini görmək olardı. Xalq arasında bu heykəlin hansı ləqəbi aldığını yazın. -Cavab: Günəbaxan -Şərh: Heykəl günəşin hərəkətinə sinxron olaraq fırlanırdı və daim Türkmənbaşı günəşə baxırdı. -Müəllif: Aleksandr Buçatski (Samara) - -Sual: 14. Paylama materialıAdrian Van Ostade “ Dad” adlı tablosunda mifoloji personajları təsvir edib.Məsələn,sağda yemək yeyən Zevsdir.Ortadakı qadın Heradır.Ayaq üstdə onları seyr edənin kim olduğunu isə siz tapmalısınız. -Cavab: Tantal -Şərh: Tantal əbədi aclığa və susuzluğa məhkum edilmişdi.Şəkildə də o əzablı baxışlarla su içən və yemək yeyənləri seyr edir. -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 15. 2012-ci ilin martında olduqca vacib informasiyalara malik olan Liviya kəşfiyyatının keçmiş rəhbəri Abdulla Senussi Mavritaniyada tutularaq Liviyaya ekstradisiya olundu.O, Qəddafinin “x”-i ləqəbi ilə tanınırdı.Biz “x”-in Ceyms Lastın orkestinin müşaiyəti ilə “hərəkət”inə alışmışıq.X-i deyin. -Cavab: Qara qutu -Şərh: Vacib informasiyalara malik olan Abdulla Senussi Qəddafinin “qara qutusu” ləqəbi ilə tanınırdı.Nə? Harada? Nə zaman? teleoyununda qara qutu Ceyms Lastın orkestrinin müşaiyəti ilə gətirilir. -Müəllif: Tural Dadaşov - -Səhifə -> 262 | Sual Sayı -> 15 - -Sual: 1. “Azərsuvenir” şirkəti tərəfindən istehsal ediləcək X-lərin tərtibatı “Adamas” şirkəti ilə rəssam Nərgiz Hüseynovaya məxsusdur. X-ləri üçüncü növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Avropa Oyunlarının medalları -Şərhlər: None -Müəllif: Oktay Məhərrəmov - -Sual: 2. Paylama materialıRafael Hüseynov gördüyünüz tikiş maşınının müəyən bir dövrdə Cavid ailəsi üçün Artocarpus altilis olduğunu yazır. Sualın mətnində əvəz olunmuş ifadəni tapın. -Cavab: Çörək ağacı -Şərh: Cavid tutulduqdan sonra həyat yoldaşı Mişkinaz xanım dərzilik edərək ailəni dolandırmağa çalışırdı. Artocarpus altilis Çörək ağacının latınca adıdır. -Müəllif: Tural Dadaşov - -Sual: 3. ONLARIN özəyinin qorunması və inkişaf etdirilməsinin elmi əsaslarla aparılması məqsədi ilə ölkə başçısının 19 noyabr 2014-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə xeyli vəsait ayrılmışdır. Eyni səmtə baxan ONLAR birliyin göstəricisi eyni zamanda nizam-intizama bir işarədir. Söhbətin nələrdən getdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Qarabağ atı -Şərh: Qarabağın rəmzi olan atlar Qarabağ FK-nin emblemində yerləşdirilib. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 4. İnsan duruxdu bir az,    - -Sanki gözünə inanmadı.    - -Bəlkə bu gün bir qat daha   - -şərəfli oldu insan adı.    - -İnsan gah basdı ayağını   - -yer üzünə    - -gah qaldırdı.    - - - -Siz Rəsul Rzanın şeirindən bir parcanı eşitdiniz. Bu hissədə əvəz olunmuş sözü cavab kartlarınıza yazın. -Cavab: Ay -Şərh: Şeir insanın ilk dəfə Aya enməsinə həsr olunmuşdu. Sualda “ay” sözü “ yer” sözü ilə əvəz olunmuşdu. -Müəllif: Tural Dadaşov - -Sual: Bu söz Roçester şəhərindən Smit soyadlı şəxs tərəfindən təklif edilmişdir. [nöqtə] 6 aprel 1852-ci ildə "Albany Evening" qəzeti bu barədə belə yazırdı: “Dostlarımızdan biri xahiş edir ki, [vergül] onun leksikonumuza yeni bir söz daxil etməsi barədə elan verək. [nöqtə] Təklif edilmiş yeniliyin məqsədi iki söz əvəzinə bir sözdən istifadə edilməsidir. [nöqtə] Bu sözü yunan mənşəli sözlə cavab kartlarınıza yazın. [nöqtə] -Cavab: teleqram -Şərh: Əvvəllər teleqrammanı “teleqrafik depeş” adlandırırdılar. İki söz əvəzinə bir söz işlədilməsi teleqrammaların adətən qısa yazılmasına işarədir. Cümlənin sonunda nöqtənin də fərqləndirilməsi teleqramma işarə idi. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 6. “The” artiklindən sonra sistem ona “universe” sözünü, “black” sözündən sonra “hole” sözünü təklif edir. Onun kim olduğunu tapın. -Cavab: Stiven Hokinq -Şərh: Məlum olduğu kimi, Hokinq ancaq üz əzələlərini hərəkətə gətirə bilir. Bu hərəkətlərlə o monitordakı kursoru idarə edir, hərfləri seçir. Onun nitqini sürətləndirmək üçün hazırlanmış yeni sistem isə Hokinqin maraq dairəsinə uyğun sözləri təklif edərək prosesi sürətləndirir. İntelin mütəxəssisləri tərəfindən hazırlanmış sistem Hokinqin nitqini 2 dəfə sürətləndirib. -Müəllif: Tural Dadaşov - -Sual: 7. 4-3-3, mülayim iqlim, 500 metrdən çox olmayan hündürlük, qırmızı rəng. Qeyd edilənlər, Stiven Hokinqin fikrincə, bu hadisənin ehtimalını artırırdı. Daha əvvəl bu hadisədə müəyyən dərəcədə “əməyi” keçmiş həmyerlimizi cavab kartlarınıza yazın. -Cavab: Tofiq Bəhramov -Şərh: Britaniyalı fizik Hokinq 2014-cü il dünya çempionatından əvvəl İngiltərə yığmasına qələbə qazandıra biləcək faktorları sadalamışdı. -Müəllif: Fədai Məmmədov - -Sual: 8. Aktyor Omar Sy filmlərin birində cinayətkərlıqla mübarizədə qanuni metodlara bəzən dırnaqarası baxan və karyerası barədə narahat olmayan Osman Dyakate adlı polisi canlandırıb. Osmanın mobil telefonunda rinqton kimi istifadə etdiyi musiqi parçasının adı başqa bir personajın adı ilə bağlıdır. Həmin personajın və ya onu canlandırmış aktyorun adını cavab kartlarınıza yazın. -Cavab: Aksel Fouli (Edi Mörfi) -Şərh: Qaradərili aktyor Omar Sy sərbəst və özbaşına başqa bir qaradərili polisi Edi Mörfinin canlandırdığı “Beverli Hillz polisi” Aksel Foulinin fanatıdır. İlk öncə bananların maşının səsboğucusuna doldurulması səhnəsi üçün nəzərdə tutulmuş “Axel F” melodiyası 1984-cü ildə çəkilmiş filmdən sonra çox populyarlaşmışdı. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 9. Paylama materialıBu şəkildəki hadisələrin harada baş verdiyini səmavi sakitlik qapıları kimi tərcümə olunan yer adı ilə cavab kartlarınıza yazın. -Cavab: Tyananmen -Şərh: Şəkildə siz 1989-cu ildə Tyananmen meydanında baş vermiş kütləvi etiraz aksiyaları zamanı çəkilmiş və dünya KİV-lərində “naməlum etirazçı” və “Tank adam” kimi məşhur olan şəxsin digər rakursdan olan şəklidir. Daha məşhur fotoda onun tankların qabağını kəsərək onları dayandırması əks olunub. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 10. Hansı “müharibə” 30 oktyabr 1938-ci ildə bir neçə amerikan şəhərinin çıxışında miqyaslı, 100 km-dən çox tıxaclara səbəb olmuşdu? -Cavab: Dünyaların müharibəsi” -Şərh: Orson Uelsin realistik radioqurluşu bir çox amerikalını marslıların hücumundan xilas olmağa məcbur etmişdi. -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 11. 1924-cü ildə anadan olan bu şəxs haqqında məqalələrdən birində onun DƏNİZƏ olan hədsiz sevgisi, dəniz ətrindən xoşlanması qeyd olunur. Onun kim olduğunu tapın. -Cavab: Nəbi Xəzri -Şərh: Dənizə olan hədsiz sevgisi, xəzri küləyinin insanlara dəniz ətri bəxş etdiyinə görə 1958-ci ilə Nəbi Babayev Xəzri təxəllüsünü götürmüşdü. Xəzri dənizdən əsən güclü şimal küləyidir. -Müəllif: Tural Dadaşov - -Sual: 12. Paylama materialıSizin önünüzdə Nikolay Genin müəllifi olduğu rəsm əsəridir. Rəsmdə I Pyotr öz oğlu şahzadə Alekseylə BU HƏRƏKƏTİ edir. BU HƏRƏKƏT 1979-cu ildə çəkilmiş filmin rusca adıdır. Filmin adını orijinalda cavab kartlarınıza yazın. -Cavab: “İstintaq” -Şərh: Şəkil “Пётр I допрашивает царевича Алексея в Петергофе” adlanır və I Pyotrun İsveçlilərin xeyrinə xəyanətdə günahlandırlan Alkeseyi dindirməsi səhnəsini təsvir edir. 1979-cu ildə çəkilmiş “İstintaq” filminin rusca adı isə “Допрос”dur. Dindirmə istintaq hərəkətidir. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 13. 1974-cü ildə doğulmuş Klara və Altaqrasiya ilə, 1993-cü ildə doğulmuş Angela və Emi ilə, 1997-cü ildə doğulmuş Cozef və Luka ilə bu uğurla həyata keçirilmişdi. Onların valideynləri haqqında danışan Arman Lerua bunu edənləri kiminlə müqayisə edir? -Cavab: Süleyman peyğəmbər -Şərh: Sadalananlar bitişik əkiz kimi dünyaya gəlmişdilər. Süleyman peyğəmbər iki qadının mübahisəsini həll edərkən körpəni iki yerə bölməyi təklif etmişdi. -Müəllif: Fədai Məmmədov - -Sual: 14. Qədim dövrün böyük hökmdarları kiçik hakimlərin ərazilərini ələ keçirərkən bir qayda olaraq onların övladlarını apararaq ömürlərinin sonuna qədər öz saraylarında KÖMƏKSİZ vəziyyətdə əsir saxlayırdılar. Digər bir qaydaya görə səfirləri əsir götürmək qadağan idi. Siz isə qədim dilimizdə “əsir” sözünün necə səsləndiyini tapın -Cavab: Zaval -Şərh: «Elçiyə zaval yoxdu”, zavallı-köməksiz -Müəllif: Aqşin Atalızadə - -Sual: 15. Paylama materialıBigpicture.ru saytının fikrinə görə ONLARIN obrazlarının inandırıcı alınmasının səbəbi aktyor bacarığı, qrimçilər və kompyuter modelləşdirməsidir. ONLAR kimdir? -Cavab: qnomlar -Şərh: Sizin önünüzdə “Xobbit” seriyasına daxil olan filmlərdə 13 qnomdan 7-ni canlandırmış aktyorların şəklidir. Onların sayının 7 olmağı sizə əlavə ip ucu idi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Səhifə -> 264 | Sual Sayı -> 15 - -Sual: 1. 45 000 işçisi olan biznesmen Ceyms Patisson müsahibələrinin birində demişdi ki, “Şirkəti kadrların yüksək dövriyyəsi üzərində tikmək X-in üzərində tikməklə eyni şeydir”. Alim Daniel Bonnun X üzərində eksperimentlərdən sonra 1%-dən kiçik mexaniki gərginliklərin X-i sükunət vəziyyətindən çıxarması müəyyən olunmuşdu. X-i iki sözlə deyin -Cavab: Qum bataqlığı -Şərh: “Jim Patisson Group” şirkətinin yaradıcısı Patisson işçilərə güvəndən danışan tez-tez dəyişən işçilərin şirkətə loyal olmadığını və şirkətin bünövrəsini onlarla qurmağı əlverişsiz hesab edir, çünki bu halda şirkət də tikilən binalar kimi çox tez dağıla bilər. Amsterdam universitetinin alimi Daniell Bonn belə qumların özlülüyünü araşdıran zaman müəyyən etmişdi ki, adi halda sükunətdə olan qum bataqlıqlarında insan hərəkətləri ilə aktivliyi artıra bilər. -Müəllif: Fazil Babayev - -Sual: 2. Bill Simmons bir əsərində karyerası boyu cəmi 2 pley-off seriyasında qalib gələn Uolt Bellamini 20 min xal yığmış oyunçular klubunun X-i adlanırır. Lui Armstronqun X adlı mahnısında isə, X-dən başqa qoblinlər və banşilərin də adı çəkilir. X-i qonşu hərflərlə -Cavab: Şkafda skelet -Şərh: Bellaminin karyerası boyu yığdığı 20 mindən çox xalın heç bir əhəmiyyətinin olmadığını vurğulayan Simmons onun “20000 club” üçün utancverici ad olduğunu göstərir. Armstronqun eyniadlı mahnısında lənətli evə girən oğlanın rəqs edən şkafdakı skeletlər, gülən qoblinlər və qışqıran banşilərlə qarşılaşmasından danışılır. -Müəllif: Fazil Babayev - -Sual: 3. “Starbucks” kafelərinin eyni zamanda həm ev atmosferinə sahib olması, həm də işləmək üçün ideal məkan olmasından danışılan bir videoda bu kafelər X adlandırılır. 1896-cı ildə 19 nəfərdən ibarət Almaniya heyəti X-in sahibi kimi tarixə düşmüşdü. X-i birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Üçüncü yer -Şərh: Starbaks kafelərinin rahatlığı və iş üçün əlverişli olması müəllifə bu kafeləri iş və evdən sonra insan üçün vacib üçüncü yer adlandırmağa imkan vermişdi. 1896-cı ildə keçirilmiş ilk Olimpiya oyunlarının ümumi medal hesabında da 19 nəfərdən ibarət heyətlə Almaniya komandası üçüncü yerə sahib olmuşdu. -Müəllif: Fazil Babayev - -Sual: 4. Müsahibələrinin birində Stiven Spilberq “Şindlerin siyahısı” filmini alman və polyak dillərində çıxarmaq istəyindən daşınmasını "Mən insanların görüntülərə baxmasını istəyirəm, X-lərə yox" sözləri ilə əsaslandırmışdı. XX əsrin sonlarında X-ləri hazırlamağın əsas üsulları master-pozitiv və ya jelatin emulsiyalı kopiyalardan istifadəyə əsaslanırdı. X-i cavab kartlarınıza yazın. -Cavab: Subtitr -Şərh: Spilberq subtitrlərin filmin mahiyyətini aşağı saldığını bu yolla demək istəyirdi. Belə olduqda izləyici filmin çox hissəsini yazıları oxumaqla keçirir. XX əsrin sonlarında istehsalçılar sözləri ya master-pozitivə optiki çap ilə ya da film lentlərinin jelatin kopyalarıana mexaniki çap ilə həkk edirdilər. -Müəllif: Əhməd Əliyev - -Sual: 5. Bir əsərdə sevgilisi tərəfindən “Vyana-1900”-ə dəvət alan qadın orada bir neçə dəqiqə gəzintidən sonra təmiz havaya çıxmaq istəyir. Onlar Yelisey çöllərinə çatanda kişi qadının vəziyyəti ilə maraqlanır və növbəti cümlədə bir xüsusi ismi xatırlayır. Həmin ismin 1783-cü ildə Qrenoblda doğulmuş şəxsə aid olduğunu bilərək onu yazın. -Cavab: Stendal -Şərh: Vyana sesessionu rəssamlarına – Klimtə, Şileyə, Mozerə, Kokoşkaya həsr olunmuş “Vyana-1900” sərgisində gəzərkən özünü pis hiss edən qadın küçəyə çıxmaq istəyir. Bunu görən psixoloq personaj isə dərhal qadının Stendal sindromu haqqında bilib-bilməməsi ilə maraqlanır. Stendalın adı ilə adlandırılmış bu sindrom incəsənət əsəri fövqəladə gözəl olduqda insanın ürək döyüntülərinin sürətlənməsi və başgicəllənməsi kimi simptomlar yarana bilir. -Müəllif: Fazil Babayev - -Sual: 6. Bir məqalədə ailələrdə ən çox işlədilən “Niyə onu dostluğuna salmısan?” və “Niyə onun şəklini bəyənmisən?” kimi cümlələrinin X-in simptomları olduğu yazılır. X-in prototipi haqqında məqalədə “moro” sözünü görə bilərik. X-i biri xüsusi olmaqla ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Otello sindromu -Şərh: Bu tip cümlələr qısqanclığın səbəb olduğu cümlələrdir. Çintionun "Un Capitano Moro" adlı əsərinin əsasında yazılan Otello əsərində də baş personaj qısqanc idi. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. “X” əsəri əsasında çəkilmiş filmin son səhnəsində perronda baş qəhrəmana yaxınlaşıb “Y”-in baş verdiyi deyilir və onun təcili çağırıldığı vurğulanır. “X” və “Y”-in müəlliflərinin eyni olduğunu bilərək, həmin əsərlərin müəllifinin kim olduğunu yazın. -Cavab: Aqata Kristi -Şərh: 2017-ci ilə aid “Şərq ekspressində qətl” filminin son səhnəsində perronda Puaroya yaxınlaşan işçi Nildə ölümün baş verdiyini və təcili olaraq Puaronu Misirə çatdırmalı olduğunu deyir. “Nildə ölüm” əsəri əsasında çəkilən filmin növbəti seriyası 2020-ci ildə tamaşaçılara təqdim ediləcək. -Mənbə: “Şərq ekspressində qətl” filmi -Müəllif: Fazil Babayev - -Sual: 8. Adının mənası “klapan, ventil” mənasına gələn “Valve” şirkəti 2000-ci illərin əvvəllərində “World Oponnent Network” məhsulunu əvəz etmək qərarına gəldikdə “Amazon”, “Yahoo” və “Cisco” kimi şirkətlərə müraciət etmiş, lakin hamısından rədd cavabı almışdı. Bəs “Valve”-nin bu məhsulu indi hansı adla məşhurdur? -Cavab: Steam -Şərh: WON dar fəaliyyət sahəsi olan onlayn servis idi. Oyunların istifadəçilərin sayının durmadan artdığını görən şirkət bu sistemin dözməyəcəyini və daha məhsuldar məhsul yaratmalı olduğunu başa düşür. Həmçinin, bu xidmət vasitəsilə oyunların satılmasını da nəzərdə tutur. Lakin böyük şirkətlərin heç biri kömək etmək istəmir. “Valve” proqramı özü yaradır və ona “buxar” adını qoyur. “Boruçuluq” şirkətin bütün məhsullarında öz əksini tapır. (Steamworks, Steam Cloud və Source.) -Müəllif: Fazil Babayev - -Sual: 9. Səyahət saytlarının birində bu şəhər haqqında olan rəylərdən birində şəhərin müsbət cəhətləri kimi Süleyman katakombalarına və Frank vannalarına ekskursiyalar göstərildiyi halda heç bir mənfi halın adı çəkilmir. Söhbətin hansı şəhərdən getdiyini qalın saitli sözlə deyin. -Cavab: Pafos -Şərh: Pafos şəhəri haqqında belə pafoslu rəylərin birində şəhərin bütün müsbət cəhətləri belə şişirdilir, mənfi xüsusiyyətlər isə istifadəçilərdən gizlədilir. Şəhərin adını aldığı mifoloji qəhrəman həmçinin ədəbiyyat və natiqlikdə təmtəraq, şişirdilmə, coşqunluqla oxuyucu və dinləyicinin hisslərinin cəmləndirilməsinə yönələn termininə də öz adını verib. -Müəllif: Fazil Babayev - -Sual: 10. “Dəstə” (Detachement), “Jurnalist” (Manhattan Night) və “Qrand Budape��t oteli” filmlərinin premyeralarında BURAXILMIŞ SÖZLƏR kameralara tuş gəlib. 2005-ci ildə BURAXILMIŞ SÖZLƏR Kira Naytli, Daniel Kreyq və Con Meyberi ilə birlikdə işləyib. BURAXILMIŞ SÖZLƏRİ kapitalizasiyanı nəzərə almadan iki və ya üç sözlə yazın. -Cavab: (Edrien) Broudi Pencəkdə -Şərh: Birinci hissədə rol aldığı filmlərin premyerasına pencəkdə gələn Broudinin fotoşəkillərindən bəhs edilir. İkinci hissədə isə aktyorun 2005-ci ildə Kira Naytli və Daniel Kreyq ilə rol aldığı Con Meyberinin “Pencək” adlı filmindən danışılırdı. -Müəllif: Fazil Babayev - -Sual: 11. Xulio Kortazarın bir əsərində romanlar arxasında daha ciddi mətləblər gizlənən və bizim anlaya bilmədiyimiz yuxulara bənzədilir və ardı ilə X də xatırlanır. Ötən əsrin birinci yarısına aid olan X-i cavab kartlarınıza yazın. -Cavab: Uliss -Şərh: Xulio Kortazar Ceyms Coysun məşhur "Uliss" əsərini bu şəkildə təqdim etmişdir. Maraqlıdır ki, əsəri oxuyanların da bir qismi onu başa düşmədiklərini qeyd edirlər. -Müəllif: Əhməd Əliyev - -Sual: 12. Paylama materialı1971-ci ildə “Time” jurnalı üz qabığına “Tamamilə yeni oyun” yazaraq qarşınızda gördüyünüz fotonu yerləşdirdi. Şəkilədkilər arasında BMT-də daimi təmsilçi Maykl Nyulin, Yaponiya səfirliyində işçi Uilliam Kanningem və başqalarını görə bilərsiniz. Siz isə onların sonradan tarixə hansı termini daxil etdiyini yazmağa çalışın. -Cavab: Ping-pong diplomatiyası -Şərh: Niksonun Çinə səfərini hazırlamaq üçün ölkəyə ping-pong komandası ilə birlikdə daxil olan siyasətçilərin şəkli sonradan jurnalın üz qabığına da yerləşdirilmişdi. Çindəki oyunlardan sonra ölkə ilə olan münasibətlərin dəyişdirilməsi jurnalın belə başlıq seçməsinə əsas yaratmışdı. Adı çəkilən şəxslər isə həmin görüş üçün çalışan siyasi xadimlərdən bir neçəsidir. -Müəllif: Fazil Babayev - -Sual: 13. "Cisimlər var olduqları mövqelərini qorumaq istəyirlər, əvvəl etmək istədikləri şeyləri etmək istəyirlər. Bunun üçün isə bir toxunuş kifayətdir". Bu sözlər X haqqında deyilib. Maraqlıdır ki, X-in prinsipi ilk dəfə fransız fizik Mariott tərəfindən XVII əsrdə nümayiş etdirilib. X-i iki sözlə yazın. -Cavab: Nyuton beşiyi -Şərh: Sualda eşitdiyiniz cümlələr Nyuton beşiyi haqqında deyilmişdir. Nyuton beşiyi üçün də bir toxunuş kifayətdir ki, o hərəkət etsin və ya dayansın. -Müəllif: Əhməd Əliyev - -Sual: 14. 1898-ci ildə əsərini Parisə göndərərkən O, məktubunda yazırdı: “Mənim məqsədim sirrini tapmalı olduğumuz alleqoriyalar zənciri yaratmaq deyildi, əksinə, alleqorik tərkibi sadə və mənası qoyulmuş suallara verilən cavabda yox, elə həmin sualların qoyuluşunda olan əsər yaratmaqda idi”. Söhbətin hansı əsərdən getdiyini yazın. -Cavab: “Hardan gəlmişik? Biz kimik? Hara gedirik?” -Şərh: Pol Qogen XIX əsrində yenilikcə yaratdığı rəsmini tənqidçi Fontenə göndərərkən bu sözləri yazmış və əsərin mənasının sualların cavabında, cavabların alleqoriyalarda axtarılmasında olmadığını və bu sualların insan şüuru üçün açılmaz sirr olduğunu deyirdi. -Müəllif: Fazil Babayev - -Sual: 15. 1842-ci ildə Asunsionda qəbul olunanın üzərində "Sülh və Ədalət" sözləri ilə yanaşı bunu da görmək olar. “Le Soir” və “Spirou” kimi qəzetlərdə işləmiş Pyer Kullifordun yaradıcısı olduğu bir mənbə də bunu görə bilərik. Bu ilə əvəz ediləni ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Frigiya papağı -Şərh: Birinci hissədə söhbət Paraqvayın bayrağından gedirdi ki, onun arxa hissəsində Frigiya papağının təsviri var. İkinci hissədə isə "Şirinlər" cizgifilminin yaradıcısı olan və adı çəkilən qəzetlərdə rəssam işləyən Peyodan və onun personajlarının Frigiya papağından danışılır. -Müəllif: Əhməd Əliyev - -Səhifə -> 267 | Sual Sayı -> 18 - -Sual: 1. CERN kollayderində edilən təcrübələrdən danışılan sənədli film yeni BU adlanır. -Bunu qarşılıqlı samitlərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Böyük partlayış -Şərh: Kollayderdə kiçik hissələri toqquşduraraq kosmosun başlanğıcını tapmağa çalışırlar, bildiyiniz kimi bu hadisə “Böyük partlayış” adlandırılır. -Müəllif: Emil Yusublu - -Sual: 2. “Dəmir adam 2” filmində Toni Stark fəaliyyətləri nəticəsində dünyanın sülhə qovuşduğuna görə X-in artıq öz kreslosuna oturaraq sərin çaydan həzz almalı olduğunu deyir. Uilyam Lustiqin “X” adlı filmində patriotizm tənqid olunur. X-lə əvəz olunmuş sözləri cavab kartlarınıza yazın. -Cavab: Sem dayı -Şərhlər: None -Müəllif: Şahmurad Məmmədov - -Sual: 3. İkinci Dünya Müharibəsi illərində Amerika cəngəlliklərdə və rütubətli ərazil��rdə döyüşən əsgərlər üçün kiçik, zəhərli aerozol buludu yaradan X-lər istehsal etmişdi. X-i eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Böcək Bombası -Şərh: Əsgərlərin bir çoxu ətrafdakı böcəklərin sancması ilə yaranan xəstəliklərdən ölürdü, ona görə də, əsgərlər üçün xüsusi bomba hazırlanmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 4. 1983-cü ildə açılan və hazırda fəaliyyətdə olmayan BU müəssisənin yaxınlığında “Sünbül” kafesi yerləşirdi. BU müəssisəni biri xüsusi isim olmaqla üç sözlə cavab kartlarınıza yazın. -Cavab: Ağdam çörək muzeyi -Şərh: Sünbül, müəssisə sözləri və hazırda fəaliyyətdə olmaması sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 5. Puaro serialının epizodlarının birində Erkül Puaro parlament barədə danışır. Daha sonra həmin gün heç kəsin xəbəri olmadan silahdan atəş açılaraq adam öldürüldüyü məlum olur. Siz isə cinayətin hansı ay və gündə baş verdiyini cavab kartlarınıza yazın. -Cavab: 5 Noyabr -Şərh: Cinayət Gay Fox günü baş verdiyindən silahın səsi atəş-fəşanlıq səsinə qarışdığından heç kimin cinayətdən xəbəri olmur. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bir filmdə telepat uşağa televizorda kanalı dəyişməyə ani vaxt bəs edir. Əvvəlki cümlədə əvəz olunmuş 3 sözü cavab kartlarınıza yazın. -Cavab: Bir göz qırpımı -Şərh: Bildiyiniz kimi telepatlar həmçinin əşyaları uzaqdan idarə edə bilir. Filmdə divanda oturmuş uşaq bir göz qırpımı ilə kanalı dəyişə bilir. -Müəllif: Emil Yusublu - -Sual: 7. Roma papalarının vəfat etmələrində daha çox payın artıq çəkidən yaranan xəstəliklər olması barədə danışılan kitabda nə qədər qəribə olsa da BU xatırlanır. Bunu 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: Yeddi ölümcül günah -Şərh: Müəllif maraqlıdır ki, xristianlıqda Yeddi ölümcül günahdan biri olan acgözlüyə Roma papalarının özlərinin düçar olduğunu yazır. -Müəllif: Emil Yusublu - -Sual: 8. “Cinderella Man” filmində boksçu baş qəhrəmanın sağ əli qırıldıqdan sonra sol əli ilə işləməyə məcbur olur. Sağaldıqdan sonra döyüşlərə qayıdan qəhrəman əvvəlkindən daha da yaxşı döyüşür və özündə bunun olduğunu deyir. Bunu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: İrland şansı -Şərh: Film irland boksçu Ceyms Breddok haqqındadır. Sağ əli qırıldıqdan sonra sol əlini çox işlətməyə məcbur olan qəhrəman sağaldıqdan sonra hər iki əli qüvvətli zərbələr vura bilir. -Müəllif: Emil Yusublu - -Sual: 9. Texnoloji investisiyalardan danışılan bir məqalədə qeyd edilir ki, İrlandiyada sərfəli vergi siyasəti olduğundan ölkəyə çox sayda investisiyalar yatırılır. Bu zaman müəllif İrlandiyanı X-in sonuna bənzədir. X-i Sibir xalqları “Günəşin dili” adlandırır. X-i cavab kartlarınıza yazın. -Cavab: Göy qurşağı -Şərh: İrlandiya folklorunda leprikon adlı varlıqlar var. Onlar öz qızıl küpələrini göyqurşağının sonunda gizlədirlər.Ona görə də məqalə müəllifi buna allüziya edərək, texnoloji investisiyaları qızıla, İrlandiyanı da göy qurşağının sonuna bənzətmişdi. -Müəllif: Nail Qasımzadə - -Sual: 10. Paylama materialıSizə verilmiş rekvizitdə Norveçə məxsus qaz yatağındakı platformanı görürsünüz. Platformanın nəyin şərəfinə adlandırıldığını cavab kartlarınıza dəqiqliklə yazın. -Cavab: Sleypnir -Şərh: Qaz yatağının adı Sleypnerdir. Rekvizitdə gördüyünüz kimi onun aşağı ətraf hissəsi Skandinav mifologiyasında Odinin atı Sleypnirin ayaqlarını xatırladır. -Müəllif: Nail Qasımzadə - -Sual: 11. Türk, ərəb, fars dillərini yaxşı bilən “Səhra qızı” ləqəbli Gertruda Bell ingilislər üçün ərəb qəbilələri haqqında məlumatlar toplayırdı. Məqalələrdən birin də Bellin bir müddət X olduğu qeyd olunur. X-i əlifbada qonşu hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Lourensin müəlliməsi -Şərh: Ərəblərin dil və adət-ənənələrinə yaxşı bələd olan Gertruda Bell Osmanlıya nifrət etdiyindən Osmanlıya qarşı təbliğat aparır, cəsus kimi fəaliyyət göstərir. Hətta Lourensə ərəb dili və mədəniyyəti barədə məlumatlar verir. -Müəllif: Emil Yusublu - -Sual: 12. Həkim Yohan von Mikuliz 1880-ci ildə icad etdiyi BU aləti sınaqdan keçirmək üçün sirkdən qılınc udan dəvət etmişdi. Həmin aləti cavab kartlarınıza yazın. -Cavab: Qastroskopiya -Şərh: Bildiyiniz kimi, qastroskopiya aləti əsasən mədənin incələnməsi üçün istifadə olunur və bu zaman həmin aləti udmaq lazım gəlir. Həkim bunun üçün sirkdən qılınc udan adam çağırmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 13. 1924-cü ildə Alvin Kelli adlı bir şəxs bayraq dirəyinə çıxaraq 13 saat 13 dəqiqə burada qalır. Kelli ondan ilhamlandığını deyir. Əvvəlki cümlədəki bir sözdə buraxılmış hərfləri cavab kartlarınıza yazın. -Cavab: S, i, m, e -Şərh: Sütunçu Simeon 37 il sütunun başında yaşamışdı və ondan ilhamlanaraq Kelli hündür bir yerdə yaşamaq qərarına gəlir. -Müəllif: Nail Qasımzadə - -Sual: 14. 1915-ci ildə Çanaqqala döyüşündə öldürülən mayor Dik Villi kimin həyat yoldaşı idi? -Cavab: Gertruda Bell -Şərh: Bu ölümdən sonra Gertruda Bellin türklərə qarşı nifrəti yaranır və cəsus kimi fəaliyyəti başlayır. -Müəllif: Emil Yusublu - -Sual: 15. 2018-ci ilin may ayında çıxan karikaturada bir şəxsin işıq qılıncını digərinə verməsi təsvirini və “uzaq, uzaq galaktikadan Dünyanın ən güclü qəhrəmanlarına...” yazısını görmək olar. Karikaturada işıq qılıncı X rolunu oynayır. X-i iki sözlə yazın. -Cavab: Estafet çubuğu -Şərh: Mayın əvvəlində çıxan bu şəkildə Lukasfilm, Star Wars: The force aüakens filmini geridə qoymaqla tarixdə ən böyük həftəsonu açılış məbləği yığmış Avengers: İnfinity War filmini bu münasibətlə təbrik edir və birincilik estafetini ötürür. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 16. Paylama materialıSizə rekvizitdə verilən şəxsin həyatının müəyyən hissəsində hansı işlə məşğul olduğunu iki və ya üç sözlə cavab kartlarınıza yazın. -Cavab: Stalinin dublyoru -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 17. Stalinin ölümündən bəhs edən bir sənədli filmdə qeyd edilir ki, Stalin iflic olduqdan sonra həkimlər müalicə üçün X-lərdən də istifadə edirdi. Filmin növbəti epizodlarından birində isə tarixçilərdən biri zarafatla X-lərin öz fəaliyyətində qəddar Stalindən geri qaldığını deyir. X-i bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Zəli -Şərh: Sənədli filmdə iflicdən sonra qan əmən zəlilərdən müalicə metodu kimi istifadə edildiyi qeyd olunur. Tarixçi isə zəlilərin qan əmməkdə Stalindən geridə qaldıqlarını zarafatla deyir. -Müəllif: Nail Qasımzadə - -Sual: 18. ABŞ-da qadın haqqları uğrunda mübarizə zamanı qadınların kişilərlə bərabərliyin simvolu olduğundan siqaret Buraxılmış sözlər adlandırılırdı. Abidənin tamamlanmasına qalan məbləğ yığılsın deyə istəyənlərin ödənişlə üzərinə qalxması üçün Buraxılmış sözlər 1876-cı ildən bir müddət Filadelfiyada quraşdırılmışdı. Buraxılmış sözləri cavab kartlarınıza yazın. -Cavab: Azadlıq məşəli -Şərh: None -Müəllif: Emil Yusublu - -Səhifə -> 268 | Sual Sayı -> 18 - -Sual: 1. Hadisələri ötən əsrin 60-cı illərində cərəyan edən bir mənbədə həyat yoldaşının uzunmüddətli səfərə hazırlaşdığını və qayıtmama ehtimalının olduğunu bilən personaj ondan övladları ilə vidalaşmağını istəyir. O isə uşaqlarla danışdıqda sanki mətbuat konfransında imiş kimi “Başqa sualınız var?” deyə soruşur. 2018-ci ilə aid bu mənbənin adını cavab kartınıza yazın. -Cavab: Ayda ilk insan -Şərh: Film NASA-nın ötən əsrin 60-cı illərində həyata keçirdiyi kosmosa uçuş layihələrindən bəhs edirdi. Öncəki bir neçə uçuşun uğursuz olduğunu və astronavtların sağ qayıtmadığını görən həyat yoldaşı Neil Armstrongdan uçuşdan öncə uşaqları ilə vidalaşmağı tələb edir. -Müəllif: Leyla Bağırlı - -Sual: 2. Bir əsərdə qadın yaylığının kimin cibindən düşməsi barədə mübahisə başlayır. Bu zaman mübahisənin həll olunması üçün bir üsul təklif edilir. Təklifi eşidən digər iki şəxs e.ə. X əsrdə yaşamış bir şəxsi xatırlayır. Həmin şəxsi deyin. -Cavab: Süleyman peyğəmbər -Şərh: Qvardiyaçı və Aramis arasında mübahisə qızışanda Aramis yaylığı ortadan ikiyə bölməyi təklif edir. Bu zaman digər qvardiyaçılar onu idrak sahibi hesab edilən Süleyman peyğəmbərə bənzədirlər. -Müəllif: Gülanə Muradzadə - -Sual: 3. Bir əsərdə qeyd olunur ki, muzey bağlı olarkən baş vermiş cinayətə görə X sorğu-sual edilir. -X-dən danışılan məqalədə onun binaya yerləşməsini mümkün etmək üçün belə demək olarsa, 28 insandan 2-ni qurban verməli olduqları qeyd edilir. X-i eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Gecə gözətçisi -Şərh: “Da Vinçi şifrəsi” əsərində muzey bağlı olarkən, yəni gecə baş vermis cinayətə görə Luvrun gecə gözətçiləri sorğu-sual edilir. 1642-ci ildə Rembrandt van Rijn tərəfindən çəkilmiş “Gecə gözətçisi” tablosu sərgilənəcəyi divara yerləşmədiyindən 3 tərəfindən kəsilməli olmuşdur. -Müəllif: Leyla Bağırlı - -Sual: Paylama materialıŞəkildə siz Freydin divanını görürsünüz. Freydin divanı ilə əvəz etdiyimiz sözləri bildinizsə Freyd ilə əvəzlədiyimiz 1828-ci il doğumlu şəxsi tapın. -Cavab: Lev Tolstoy -Şərh: Şəkildə siz Tolstoyun velosipedini görürsünüz. Tolstoy velosiped sürməyi 67 yaşında öyrənmişdi. “Tolstoy velosipedi” anlayışı “Heç bir şey üçün heç vaxt gec deyildir” mənasına gəlir. Sual mətnində “Tolstoyun velosipedi” ifadəsi “Freydin divanı” ilə əvəz olunmuşdu. -Müəllif: Gülanə Muradzadə - -Sual: 5. Stanislav Lem “Təyinatını dəyişən xəstəxana” əsərində hasarın iki divarının yaratdığı baxımsız və sanki başlı-başına buraxılmış, söyüd çubuqlarının dırmaşdığı küncdə yerləşən xəstəxana korpusunu X adlandırır. -X-ı ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Avgi tövləsi -Şərh: “Avgi tövləsi” hələ qədimlərdən bəri həddən artıq çirklənmiş, dağınıq, səliqəsiz bir yeri bildirmək üçün istifadə edilir. -Müəllif: Nərminə Murğuzova - -Sual: 6. Gənc yaşda ölən onun haqqındakı məqalələrdən birində müəllif onun ölmədiyinə, hələ də bir vağın mədəsində bütün gücü ilə mübarizə apardığına inandığını yazır. Bir çox mənbələr isə onun ölümünün bədbəxt hadisə olmadığını, üsyankarlığına görə şah rejimi tərəfindən öldürüldüyünü hesab edirlər. Onun kim olduğunu deyin. -Cavab: Səməd Behrəngi -Şərh: Məqalənin müəllifi Səməd Behrənginin öz mübarizəsini elə özünün qələminin məhsulu olan balaca qara balıq kimi davam etdirdiyinə ümid etdiyini bildirmişdir. “Balaca qara balıq” bir çox ölkələrin mədəniyyətində üsyankar ruhlu personaj kimi xatırlanır. -Müəllif: Gülanə Muradzadə - -Sual: 7. Lev Tolstoy bir şəxs haqqında yazırdı: "Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə onun əsərləri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi". -Həmin şəxsin gənc yaşlarında atasının baba yurdunu satmağa məcbur olduğunu bilərək onun 1904-cü ildə qələmə aldığı əsərin adını tapın. -Cavab: Albalı bağı -Şərh: Lev Tolstoy bu sözləri pyes və hekayələrində Rusiyanın həmin dövrdəki reallıqlarını əks etdirən Anton Çexov barədə deyirdi. O, sonralar gəncliyində yaşadığı hadisəni “Albalı bağı” pyesində təsvir edir. -Müəllif: Leyla Bağırlı - -Sual: 8. Maraqlıdır ki, bu aktrisamız 1930-cu ildə çəkilmiş “Lətif” filmində özü ögey ana rolunu canlandırmışdı. Söhbət hansı aktrisamızdan gedir? -Cavab: Həqiqət Rzayeva -Şərh: "Ögey Ana" filmində Qəmər xala obrazını oyayan və filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı ilə yaddaşlara həkk olunmuş aktrisamız “Lətif” adlanan filmində ögey ana rolunda çıxış etmişdir. -Müəllif: Nərminə Murğuzova - -Sual: 9. “Qorio ata” əsərində Madam De Bosean kübar cəmiyyətə daxil olmaq istəyən Ejen De Rastinyaka yaşadığı mühitdən qurtulmaq və tilsimli dünyaya daxil olmaq üçün X-in əvəzində öz adını verməyə hazır olduğunu bildirir. X həm də axtarış alqoritmlərindən birinin adıdır. X ilə əvəz olunanı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Ariadnanın ipi -Şərh: Bildiyiniz kimi, Tesey Minotavr labirintindən Ariadnanın ipi vasitəsilə xilas olmağı bacarır. Bu zaman yaşadığı mühitdən qurtulmağına və kübar cəmiyyətə daxil olmağına onun adının lazım olduğunu bildirir. -Müəllif: Nərminə Murğuzova - -Sual: 10. İngilisdilli əsərlərin birində üzünü heç kimin görmədiyi şəxsin soyadını eşitdikdən sonra onu tapmaq istəyən personaj: “əgər o, X-dirsə, mən də Y olacağam”, - deyə düşünür. X-i yox, əsərin müəllifini cavab kartınıza yazın. -Cavab: Robert Lui Stevenson -Şərh: Özünü hamıdan gizlədən şəxsi axtaran personaj “ əgər o, Mr. Hyde-dırsa, mən də Mr. Seek olacağam”, - deyir. Bildiyimiz kimi, “Doktor Cekill və Mister Haydın qəribə əhvalatı” əsərinin müəllifi Robert Lui Stevensondur. -Müəllif: Leyla Bağırlı - -Sual: 11. “Bir brendin hekayəsi” kitabında brendinqin əhəmiyyəti haqqında danışılarkən orta əsr döyüşlərindən söz açılır və brendinq BU ELMLƏ müqayisə olunur. Elmin adını bir əcnəbi sözlə yazın. -Cavab: Heraldika -Şərh: Müəllif brendinqin tanınmaq üçün mübarizə olduğunu bildirir və qeyd edir ki, orta əsr döyüşlərində bu, qalxanların üzərində öz gerblərnii təsvir etmək vasitəsilə həyata keçirilirdi. -Müəllif: Leyla Bağırlı - -Sual: 12. Queen qrupunun “Don’t Stop Me Now” mahnısında Fredi Merkuri özünü onun kimi yoldan keçən yarış maşınına bənzədir. “Warhammer Online” video oyununda oyunçunun heç bir zireh geyinmədən şəhərdə atını çağırması ilə bağlı başlıq da onun adını daşıyır. Onun kim olduğunu deyin. -Cavab: Ledi Qodiva -Şərh: Ledi Qodiva əfsanəyə g��rə ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. Queen qrupunun “Don’t Stop Me Now” mahnısında Fredi Merkuri bildirir ki, I'm a racing car passing by like Lady Godiva. Video oyunda isə oyunçunun heç bir zirehi olmadan atını çağırması ilə bağlı başlıq da Ledi Qodiva adlanır. -Müəllif: Nərminə Murğuzova - -Sual: 13. Bir filmdə həbsxana nəzarətçisinin bunu etməməsi libasını dəyişən məhbusun həbsdən qaça bilməsinə səbəb olmuşdur. Nəqşibəndilik təriqətinin prinsiplərindən biri olan “Nəzər bər qədəm” bunu etmək mənasını verir. Bunu etməklə əvəz olunmuş 2 sözü yazın. -Cavab: ayağa baxmaq -Cavab: ayağa baxmaq -Şərh: “Şouşenkdən qaçış” filmində həbsxanadan qaçma planı quran Endi Dyufreyn öz köhnə ayaqqabılarını həbsxana müdirinin yeni ayaqqabılarına dəyişir və nəzarətçi buna diqqət etmir. -Müəllif: Leyla Bağırlı - -Sual: 14. Bu şəxs XIX əsrin 40-cı illərində Bostona qayıdır və artıq dəniz səfərlərinə getməməyi üstün tutur. Şəxsin adını cavab kartınıza yazın. -Cavab: Herman Melville -Şərh: Sözügedən şəxs ömrünün ilk illərini gəmiçi olaraq keçirmiş, sonralar isə yazıçı kimi məşhurlaşmışdır. Onun “Katib Bartleby” əsərində baş qəhrəman, yəni Bartleby qəfil yazmağı dayandırır və ona verilən bütün tapşırıqlara “etməməyi üstün tuturam” cavabını verir. -Müəllif: Leyla Bağırlı - -Sual: 15. Əsərlərdən birində o, sülh rəmzi hesab edilir. Çünki onun quruluşu işgəncə zamanı istifadə edilməsini mümkünsüz edir. Maraqlıdır ki, məqalələrdən birində onun həm də türkdilli xalqlara məxsus xalçaların üzərində də göründüyü və 4 ünsürü bildirdiyi vurğulanır. Onu biri mürəkkəb olan 2 sözlə yazın. -Cavab: Bərabərtərəfli xaç -Şərh: “Da Vinçi şifrəsi” əsərində bərabərtərəfli xaçın kvadrat konfiqurasiyasının işgəncə üçün yaramadığı qeyd olunur. Bərabərtərəfli xaç ornamentini eyni zamanda, xalçalarımızın üzərində də görmək olar. -Müəllif: Leyla Bağırlı - -Sual: 16. Bir əsərdə müəllif bir tərəfdən xalq ruhunun əzəmət və səmimiyyətinə məftun olan, digər tərəfdən onun ibtidai davamsızlığına nifrət edən obrazı hansı mifoloji qəhrəmana bənzədir? -Cavab: Yanus -Şərh: Müəllif obrazın eyni zamanda həm xalq hakimiyyətini dəstəkləyən, həm də ona nifrət edən obrazın ikiüzlü, riyakar olduğunu göstərmək üçün onu Yanusa bənzədir. -Müəllif: Nərminə Murğuzova - -Sual: 17. Katolik olan kral XIII Lüdovik La-Roşel şəhərinin alınması üçün 3-4 min qugenotun qanının tökülməsini məqbul hesab edirdi. Lakin daim tədbirliliyi ilə seçilən kardinal Rişelye hər iki tərəfdə fransızların vuruşacağına görə, şəhərin bu üsulla tutulmasının əleyhinə idi. Onun fikrincə, bu, xalq üçün ikinci X olacaqdı. X-i ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Varfolomey gecəsi -Şərh: Katolik, qugenot (katoliklərin həqarətlə protestantlara verdikləri ad), fransız sözləri cavabı tapmağa kömək edirdi. -Müəllif: Gülanə Muradzadə - -Sual: 18. Bir məqalədə Cerom Selincerin 1965-ci ildən etibarən ömrünün sonunadək ədəbiyyatdan tamamilə uzaqlaşması haqqında danışılır və Selincer bu personaja bənzədilir. Personajın adını cavab kartınıza yazın. -Cavab: Bartlebi -Şərh: Selincer ömrünün son 45 ilində ədəbiyyatdan uzaqlaşır və belə demək olarsa, yazmağı dayandırır. Bir neçə sual əvvəl yazmağı dayandıran personaj Bartlebi haqqında danışmışdıq. -Müəllif: Leyla Bağırlı - -Səhifə -> 269 | Sual Sayı -> 18 - -Sual: 1. Bekonun “Yeni Atlantida” utopiyasında adanın sakinləri ziyafətlərdən sonra həm də ONUN şərəfinə himnlər oxuyurdular. 2014-cü ilə aid bir mənbədə o vegeterian kimi verilib. Kim? -Cavab: Nuh peyğəmbər -Şərh: Ziyafətlərdə insanların törəməsinə görə Adəm peyğəmbərin, Böyük seldən sonra insanlar yenidən törəməsinə görə Nuh peyğəmbərin, insanları monoteizmlə tanış etdiyi üçün İbrahim peyğəmbırin şərəfinə himnlər oxunurdu. 2014-cü ilə aid filmdə Nuh peyğəmbər heyvan əti yemir və bunu pis qarşılayır ki, bu da sonda sel zamanı heyvanların da qorunması Tanrı tərəfindən ona tapşırılır. -Müəllif: Cavidan Hacıyev - -Sual: 2. Sual: Milton “İtirilmiş cənnət” əsərində bunu ilana bənzədir. Siz isə bunun hansı coğrafi obyektə ad verdiyini deyin. -Cavab: Xartum -Şərh: Bunlardan birinə görə "xartum" sözü fil xortumunun adından yaranmışdır və Mavi və Ağ Nil çayları arasındakı dar, uzun quru sahəsini ifadə etmək üçün işlənmişdir. -Müəllif: Orxan Cəlilov - -Sual: 3. Sual: Bir sənətşünas yazır ki, cənubi İspaniya dramaturgiyasında qadınların dikdabanlarının səsi və əllərindəki yelpik əsl İKS idi. İKS-ı biri xüsusi isim olmaqla, iki sözlə yazın. -Cavab: Morze əlifbası -Şərh: Qadınların sözlərindən əlavə onların dikdabanlarının taqqıltısı və yelpiyi oynatması tərzi də özləri haqqında çox söz deyirdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 4. Diqqət! Sualda əvəzetmə var.   -Orta əsrlərdə belə bir stereotip var idi ki, varlı qadın günəşin altında işləmir, və buna görə də bir çox varlı qadınlar “bağırsaq” alırdı. Əvəz edilmiş sözü yazın. -Cavab: Zəli -Şərh: Günəşin altında işləməyən qadının dərisi ağ rəngdə olmalı idi. Lakin təbii dəri heç də ideal ağ rəngdə olmur. Bu səbəbdən qadınlar çox pudra vurmaqda əlavə, həm də zəli alırdılar ki, bədənlərindən qan çıxarsınlar. Çünki qan azalanda da dəri ağarmağa başlayırdı. Latın dilində Zəlilər sinfi “Hirudinea” adlanır və hira sözü latıncadan tərcümədə “bağırsaq” anlamına gəlir. -Müəlliflər: Cavidan Hacıyev, Orxan Cəlilov - -Sual: 5. Modelyer bu personajın paltarını yaradarkən Frida Kalonun “Sınmış sütun” şəklindən ilhamlanıb. Belə ki, Frida kimi bu personaj da demək olar ki, hissə-hissə yığılıb. Personajı canlandıran şəxsi deyin. -Cavab: Mila Yovoviç -Şərh: Lilu da elementlərdən yaranmışdı. Jan Pol Qotye. Frida dəhşətli qəzadan sonra çoxlu əməliyyat etdirmişdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 6. Onların ümumdünya bayramının lozunqlarından biri – “Bir yerdə işləyək”dir. U. Eko “Digər adı olan qızılgül” məqaləsi də onların fəaliyyəti barədədir. Kimlərin? -Cavab: Tərcüməçilər -Şərh: Dünyada insanlar müxtəlif dillərdə danışdığından, müxtəlif dilli insanlar birgə işləyəndə tərcüməçi lazım olur. “Qızılgülün adı”-nın məşhur olmasının səbəblərindən ən əsası onun digər dillərə çoxsaylı tərcümə olunması idi. Yazıçı bu məqalədə tərcüməçilərin əsəri tərcümə edərkən, əsas əsərin ideyasını saxlamaları barədə, əsərin orijinal gözəlliyini itirməmələri barədə yazmışdır. -Müəllif: Cavidan Hacıyev - -Sual: 7. Keçən əsrin ortalarında onun tapdığı naməlum heyvan kəlləsinin fraqmenti ilkin olaraq Yetiyə məxsus olduğu güman edilirdi. Kimin? -Cavab: Hilari -Şərh: Everesti fəth edən tədqiqatçı Edmunt Hilarinin özü ilə gətirdiyi naməlum skalp əvvəlcə elə güman edilirdi ki, Himalay əfsanələrindəki qar adam olan Yetiyə məxsusdur. Tensinq Norqey isə adi şerp idi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 8. Bir sənədli filmdə deyilir ki, meşənin aşağı yaruslarında bitmiş bitkilərə günəş işıq çatmadığı üçün həyat çox çətindir. Bu zaman bir məhşur ifadənin dəyişdirilmiş formasından istifadə edilir. Sizsə orjinal ifadədə olan şəxsin adını cavab kartınıza yazın. -Cavab: Məhəmməd -Şərh: Aparıcı qeyd edir ki: Bitkilər üçün həyat çox çətindi onlara günəş işığı çatmır. Əgər günəş işığı olara çatmırsa onlar günəş işığına doğru gedirlər. Analoji olaraq Məhəmməd dağa getməsə , dağ Məhəmmədə gələr. -Müəllif: Elşən Almaslı - -Sual: 9. Serqey Lavrovdan Britaniyalı həmkarı Devid Milibend Rusiya aqressiv siyasətini dayandırılmasını deməsindən sonra bəzi Rus KİV-lərində “Milibendə X” adlı məqalələr çıxdı. X-i yazın. -Cavab: Cavab (Bizim cavabımız) -Şərh: Oxşar tələbləri 1927-ci ildə digər Britaniya xarici işlər naziri Ostin Çemberlen SSRİ-yə qarşı sürmüşdür. O zaman qəzetlərdə çıxan “Çemberlenə bizim cavabmız” başlığı sonradan qanadlı ifadəyə çevrildi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 10. Şahidlərin dediyinə görə o, 1827-ci ilin martında iki gün komada olmuş, lakin güclü ildırım çaxan zaman gözlərini açmış, lakin sonra qısa zaman içərisində vəfat etmişdi. Kim? -Cavab: Lüdviq van Bethoven -Şərh: Tamailə kar olmuş ildırımın səsindən yox, şimşək nəticəsində otağın işıqlanması zamanı gözlərini açmışdı. -Müəllif: Orxan Cəlilov - -Sual: 11. Kevin Istman bu personajı yaradarkən ilkin olaraq mətbəx sürtkəcindən (тёрка) ilhamlanmışdı, lakin sonradan bu ideyanı beynində məhv edir. Söhbət hansı personajdan gedir? -Cavab: Şredder -Şərh: Ninca Tısbağalar cizgi filmindəki Şredder obrazının üzərindəki zirehi ilkin olaraq pendir sürtkəci formasında düzəltmək istəmiş və adını “Sürtkəc adam” qoymaq istəmişdi. Lakin sonra sürtkəci şredderlə əvəzləmək qərarına gəlinir. -Müəllif: Orxan Cəlilov - -Sual: 12. Trotskinin ölümü ilə bağlı məqaləni oxuyan sual müəllifi Roman Merkaderi ALFA-ya, SSRİ-ni isə BETA-ya bənzədir. 2014-cü ilə aid filmdə ALFA rolunu Dueyn Conson canlandırıb. ALFA-nı cavab kartınıza yazın. -Cavab: Herakl -Şərh: Belə demək mümkünsə Merkader`ə SSRİ tərəfindən şiri öldürmək tapşırığı verilmişdir analoji olaraq Herakla da Yevrisfey tərəfindən Nemey şirini öldürmək tapşırığı verilmişdir. -Müəllif: Elşən Almaslı - -Sual: 13. Paylama materialıRekvizitdə şeytan cildində olan varlıq Krampusu görürsünüz. Krampusdan danışılan məqalədə hansı Likiya doğumlu şəxsin adını da görmək olar? -Cavab: Müqəddəs Nikolay -Şərh: Santa Klaus yaxşı uşaqlara hədiyyələr gətirirsə, Krampus əksinə pis uşaqları cəzalandırır. Krampus Santa Klausun antipodudur. -Müəllif: Orxan Cəlilov - -Sual: 14. Avropada yaradılmış İKS-ə qarşı mübarizə assosiasiyası bildirir ki, İKS qurğuları televiziya dalğalarının korlanmasına, canlıların ölümünə səbəb olur və yaydığı infrasəslər isə insanlarda depressiya yaradır. İKS-ə tələbat əsasən 1973-cü ildən sonra artmışdı. İKS-i ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Külək enerjisi -Şərh: 1973-cü il 17 oktyabrda OAPEC üzvləri və o cümlədən Misir və Suriya bildirir ki, Məşhər günü müharibəsi zamanı İsraili dəstəkləyən Böyük Britaniya, Kanada, Niderland, ABŞ və Yaponiyaya neft satmayacaq və buna görə də neft böhranı yaranır. Bundan sonra alternativ elektrik enerji mənbələrinə ehtiyac yaranır. -Müəllif: Orxan Cəlilov - -Sual: 15. Ədəbiyyatşünas Srcan Smaciçin sözlərinə görə viktorian dövründə bağlı IKS-lərlə olan təlaşın və marağın əsas səbəbi optika elminin inkişafı ilə bağlıdır. İbrani dilində IKS külək və ya üfürmək mənasını verir. İKSı qısa sözlə deyin. -Cavab: Ruh -Şərhlər: None -Müəllif: Orxan Cəlilov - -Sual: 16. Bir filmdə qara dəlik ona bənzədilir və belə izah olunur ki, onun vasitəsilə digər qalaktikalar haqqında məlumat əldə etmək mümkündür. Onun yaradılması barədə ideya, 2013-cü ildə Taksimdəki iğtişaşlarından sonra yaranmışdı. Onu cavab kartınıza yazın. -Cavab: Periskop -Şərh: Əsasən dəniz və quru döyüşlərində istifadə olunan və düşmənə görünmədən onun haqqında informasiya toplamağa köməy edən cihaz periskopdur. İkinci hissə də isə söhbət Periskop mobil tədbiqindən gedir. Taksim ixtişaşlarını yaxından izləyə bilməyən şəxslər Periskop proqramını yaradır. -Müəllif: Elşən Almaslı - -Sual: 17. Paylama materialıDiqqət sual: gördüyünüz rekvizitdə əvəzetmələri düzgün ardıcıllıqla yazın. -Cavab: Saray, Qala -Şərh: Seneka deyirdi ki, sarayda insan həyatdan həzz almağa uyur və müdafiyə yaddan çıxır. Ayıq olan Sezar isə heç vaxt təhlükəsizliyi unutmurdu. Buna görə də Sezar əslində hər yerdə özünə saray əvəzinə qala tikdirirdi. Biz isə rekvizitdə Saray və Qala qəsəbələrinin gerblərini vermişdik. -Müəllif: Cavidan Hacıyev - -Sual: 18. Sosial reklam tematikalı bir şəkil “Ölümə QARA baxış” adlanır. Eşitdiyiniz cümlədə bir sözdə bir neçə hərf buraxılıb. Həmin sözün ilkin variantını yazın. -Cavab: Barmaqarası -Şərh: Siqaretin verdiyi ziyana həsr edilmiş şəkil “Ölümə barmaqarası baxış” adlanırdı. -Müəlliflər: Cavidan Hacıyev, Orxan Cəlilov - -Səhifə -> 272 | Sual Sayı -> 18 - -Sual: 1. Mattel korporasiyası tərəfindən 2018-ci ilin əvvəllərində satışa buraxılmış “Dos” bunun davamı sayılır. Bunu bir sözlə yazın. -Cavab: UNO -Şərh: Dos ispancadan tərcümədə 2 mənasını verir. Digər bir ispan adına malik Uno oyunun sahibi olan və həm də oyuncaq istehsalı ilə də məşğul olan Mattel korporasiyası 2018-ci ilin əvvəllərindən Dos oyununu satışa buraxmışdır. -Müəllif: Hikmət Əliyev - -Sual: 2. Ənənəvi dənizçilik şənliklərinin keçirilməsi səbəbindən bataqlığa çevrilmiş bu ərazidə XVII əsrdə sultanın əmri ilə abadlıq işləri görülməyə başlanılmşdı. Söhbətin hansı ərazidən getdiyini yazın. -Cavab: Dolmabahçe -Şərh: Dəniz mənzərəli ərazi bataqlıq olduğundan yeni bağ salınması üçün torpaqla doldurulmalı olur. Sonradan ərazinin adı Dolmabağça kimi qalır. -Müəllif: Vüqar Ağayev - -Sual: 3. Hazırda güləş üzrə 97 kq çəkidə mübarizə aparan Abdulrəşid Sadulayevin ləqəbi X-dir. XX əsrin birinci yarısına aid olan ilk X-i Moskva Silahlı Qüvvələr Muzeyində görmək olar. X-i 2 sözlə yazın. -Cavab: rus tankı, Rusiya tankı -Şərh: Ağır çəkidə mübarizə aparan Abdulrəşidə azarkeşləri tərəfindən “rus tankı” ləqəbi verilib. 1928-ci ildə istehsal olunmuş ilk rus tankı T-18-i hazırda Moskva muzeyində görmək olar. -Müəllif: Hikmət Əliyev - -Sual: 4. O, truba alətində mükəmməl ifa etməsinə baxmayaraq, həkimlərin təkidi ilə 14 yaşı olarkən Leopold Rostropoviçin violonçel sinfinə keçməli olmuşdu. Kim? -Cavab: Asəf Zeynallı -Şərh: 23 yaşında dünyasını dəyişən Asəf Zeynallının səhhətində problemlər erkən yaşından özünü büruzə verirdi. Həkimlər ona nəfəsli alətdə ifanı qadağan etdiyindən Üzeyir bəyin təkidi ilə bəstəkar sinifini dəyişməli olmuşdu. -Müəllif: Hikmət Əliyev - -Sual: 5. 1945-ci ildə Kaliforniyada yerləşən El-Segundo şəhərində Harold Matson və Eliot Handler tərəfindən bunun əsası qoyulmuşdur. Nəyin? -Cavab: Mattel, Mattel korporasiyası -Şərh: Matson və Eliot-un əsasını qoyduğu və oyuncaq istehsalı ilə məşğul olan şirkətin adı təsisçilərinin adlarının portmantusu idi. Maraqlıdır ki, şirkətin əsasının qoyulduğu şəhər ispancadır və bir neçə sual əvvəl şərhdə deyildiyi kimi Uno və Dos kimi ispandilli oyunların istehsalçısıdr. -Müəllif: Hikmət Əliyev - -Sual: 6. Qədim hərb sənətinə dair traktat yazmış Elian öz əsərində ordu düzülüşü, hücum planı, döyüşlərin gedişatı barədə məlumatlar vermişdir. Cüzi hərf səhvi ilə olsa da Elianın soyadını yazın. -Cavab: Taktik -Şərhlər: None -Müəllif: Vüqar Ağayev - -Sual: 7. Deyilənə görə ötən əsrin 70-ci illərində ada dövlətə baş tutacaq səfəri zamanı O gəmi səyahətində ABŞ dəniz piyadalarının onu qorumasını xahiş etmişdi. Kim? -Cavab: Fişer -Şərh: Uçacaqları təyyarənin ruslar tərəfindən partladılacağını əsas gətirərək gəmi ilə səfər etmək istəyən Fişer gəminin dəniz piyadaları ilə qorunmasını xahiş etmişdi. Maraqlıdır ki, Spasski ilə aralarında baş tutmuş görüş sonda 'piyadanı qurban verərək' qalib gəlməsi ilə nəticələnmişdi. Daha sonra bu hadisəyə həsr olunmuş 'piyadanı qurban verərək' filmi də çəkilmişdi. -Müəllif: Hikmət Əliyev - -Sual: 8. Yazıçı Anar əsərlərində birində sarı yarpaqların üzərinə yağan yağışı X-ə bənzədir. Maraqlıdır ki, bir əsərdə orta əsrlərdə İranda baş vermiş taun zamanı yeganə sağ qalanın X olduğu qeyd olunur. X-i saitləri incə olan sözlə yazın. -Cavab: Mürdəşir -Şərh: Sarı yarpaq incəsənətdə ölümü simvolizə edir, sarı sarpağı yuyan yağışı mürdəşirə bənzədir. İran islam ölkəsi olduğundan ölən kəsləri yumaq lazım olurdu. Maraqlı idi ki, mürdəşir tauna yoluxmamışdı. Sarı–sarı yarpaqlar -budaqlarda titrəşir -Onları yavaş–yavaş -Yuyur yağış–mürdəşir. -Müəllif: Vüqar Ağayev - -Sual: 9. Jurnalist Mürtəza Hüseyn 2017-ci ilə aid məqaləsində Onun miqrant işçilərdən daha çox hüquqlara malik olduğunu qeyd etmişdi. Onun adını yazın. -Cavab: Sofiya -Şərh: 2017-ci ildə Sofiya robotuna Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq hüququ verilmişdi, miqrant işçilər isə bu hüququ əldə edə bilmirdilər. Jurnalistin adından söhbətin müsəlman ölkəsindən getdiyi anlaşılır. -Müəllif: Hikmət Əliyev - -Sual: 10. Versiyalardan birinə görə orta əsrlərdə ispan alimlərinin ərəb əlifbasındakı şin hərfindən istifadə etməyə başlaması nəticəsində elmi ədəbiyyatlarda alfadan istifadə olunmağa başladı. Alfanı tapın. -Cavab: X, məchul işarəsi -Şərh: İspan alimlər məchul mənanı bildirmək üçün ərəb alimlərinin istfadə etdiyi şin hərfini götürmüş, lakin ispan dilində ş səsi olmadığına görə bunu “xin” kimi istifadə etməyə başlamışdılar. Bir müddət sonra isə xin-də qısaltma aparılmış və məchulu ifadə etmək üçün x-dan istifadə olunmağa başlanmışdı. -Müəllif: Hikmət Əliyev - -Sual: 11. "Şəhərli biçinçilər” filmində O, özünün digər bir filmindəki epizoduna tamaşa edir. Maraqlıdır ki, Onun teatr rəhbəri olduğu dövrdə “Toy” tamaşası da səhnələşdirilib. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Həsən Turabov -Şərh: “Şəhərli biçinçilər” filmində Həsən Turabov “Qanlı Zəmi” filmindən epizoda tamaşa edir. “Bəyin oğurlanması” filmində Toy səhnəsini çəkməyə çalışan Əsəd obrazını yaratmışdır. -Müəllif: Vüqar Ağayev - -Sual: 12. Bir neçə il əvvəl tapılmış yeni arı növünə qurbanının sinir sistemini iflic edərək hərəkətlərini idarəedilməz hala gətirməsinə görə X adı verilmişdi. X haqqında olan məqalədə depressiya sözü də xatırlanır. X-ı yazın. -Cavab: dementor -Şərh: Arı qurbanının sinir sistemini iflic edərək onu hərəkətsiz hala gətirir. Harri Poter romanlarından bizə tanış olan dementorlar “öpüş”ləri ilə qurbanlarının ruhunu oğurlayır. Rouling dementor personajlarını yaradərkən özünün depressiyada olduğunu bildirmişdi. -Müəllif: Hikmət Əliyev - -Sual: 'Ocağı sönmək' ifadəsinin izahında ifadənin süfrə arxasında xoşagəlməz hadisənin baş verməsindən yarandığı qeyd olunur. 1896-cı ilə aid 'Sönən ocaq' əsəri mülkədarlığın iflasından təsirlənərək yazılmışdır. Sualda əvəz olunmuş sözləri yox, əsərin müəllifini tapın. -Cavab: Əbdürrəhim bəy Haqverdiyev -Şərh: Mətndə ocağı sönmək sözləri ilə tifaqı dağılmaq əvəz olunmuşdu. Tifaq sözü qədəh sözü ilə eyni mənanı ifadə edir ki, tifaqın süfrədə dağılması uğursuzluq sayılırdı. Haqverdiyev “Dağılan tifaq” əsərini feodal münasibətlərinin dağılmasından təsirlənərək yazmışdı -Müəllif: Hikmət Əliyev - -Sual: 14. “Aramızdakı Kosmos” (“The Space between us”) filmində Marsda doğulan qəhrəman internet vasitəsilə tanış olduğu qıza aşiq olur. Münasibətlərin irəliləməsi fonunda personaj qızın yaşadığı ştata enməyi qərara alır. Siz isə filmdə personajın bir neçə dəfə 1987-ci il istehsalı hansı filmə baxdığını yazın. -Cavab: "Berlin üzərində səma” (Wings of Desire) -Şərh: Mələk Damiel sirk aktrisası Mariona aşiq olur və ona görə ölümsüzlüyündən imtina edərək yerə enir. Mətndə qeyd edildiyi kimi Qardner öz sevgisi naminə Tulza üçün Mars planetindən Yer planetinə enir. -Müəllif: Vüqar Ağayev - -Sual: 15. Paylama materialıİnternet memlərdən birində qarşınızda gördüyünüz it X-ı əvəz edir. X-la əvəz etdiyimizi cavab kartlarınıza yazın . -Cavab: İ hərfini və ya Luxo JR. u -Şərh: Memdə gördüyünüz it məşhur PİXAR şirkətininloqosundakı lapmaya bənzədilmişdi və o loqoda İ ni əvəz edirdi . -Müəllif: Nəriman Əliyev - -Sual: 16. 1942-ci ilin avqust ayında baş tutmuş Leninqrad simfoniyasının təqdimatı zamanı ifaçılar X-dən titrədiklərinə görə qalın geyimlər və əlcək geymişdilər. X XIX (1890) əsrin sonlarında yazılmış əsərin adıdır. X-i bir sözlə yazın. -Cavab: Aclıq -Şərh: 1941-43-cü illərdə blokadada olmuş Leninqrad əhalisindən yığılmış orkestr ifaçılarının titrəməsinə səbəb soyuq yox, aclıq idi. Aclıq əsəri 1890-cı ildə Knut Hamsun qələmə almışdır. -Müəllif: Hikmət Əliyev - -Sual: 1923-cü ildə anadan olmuş Werner Franz 14 yaşında burda olarkən olarkən təsadüfən su çəlləyinin içinə yıxılmaqla xilas olmuşdu. Əvvəlki cümlədə buraxılmış hərfləri bərpa edərək sözü cavab kartlarınıza yazın. -Cavab: Hindenburqda -Şərh: Onun doğulduğu il və onun yaşı əbəs yerə deyilməmişdi . Belə ki, 1937-ci ildə Hindenburq drijablında baş vermiş yanğın zamanı drijablı yanarkən Franz su çəlləyinin içinə yıxılaraq yanmaqdan xilas ola bilmişdi . -Müəllif: Nəriman Əliyev - -Sual: 18. Lars Norenin “Müharibə” pyesinin qəhrəmanı kazarmada kitabların tez-tez yox olmasını xatırlayır. Sizsə bunun səbəbini əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: siqaret -Şərh: Müharibə zamanı kağızın tapılmaması səbəbindən əsgərlər kitabları oğurlayaraq tütünü vərəqlərin arasına doldurmaqla siqaret hazırlayırdılar. -Müəllif: Nəriman Əliyev - -Səhifə -> 273 | Sual Sayı -> 18 - -Sual: 1. Corc Martinin əsərinin personajı olan Eyqon kral ailəsinin üzvüdür. Uşaq vaxtı cəmiyyət içində tanınmayaraq rahat hərəkət edə bilsin deyə o saçını dibindən kəsdirmişdi. Bir ingilis sözü ilə deyin: Onu tanıyanlar Eyqonu hansı ləqəblə çağırmağa başlamışdılar? -Cavab: Egg -Şərh: Söz həm Eyqon adının qısaltması idi, həm də onun saçsız başı yumurtanı xatırladırdı. -Müəllif: Emin Məsimli - -Sual: 2. “Etməli olduğun”... “Etməli olduğun yeganə şey öldürməkdir” romanının... “Etməli olduğun yeganə şey öldürməkdir” romanın baş qəhrəmanı... “Etməli olduğun yeganə şey öldürməkdir” romanının baş qəhrəmanı Keiji adlı əsgərdir. Hansı ABŞ istehsallı film bu əsər əsasında çəkilib? -Cavab: Edge of Tomorrow -Şərh: Sual mətni filmin sujet xəttinə işarədir. Keiji obrazı amerikan adaptasiyasında Cage kimi verilib. Filmdə personaj öldükdən sonra həmin günü yenidən yaşamağa başlayırdı. -Müəllif: Emin Məsimli - -Sual: 3. Kraliça I Elizavetanın hakimiyyətinin başlanğıcında onun taxta iddiası ilə bağlı çoxlu şübhələr vardı. Bu şübhələrlə razılaşmayan şair Spenser yazırdı ki, ONLAR kraliçanın yanaqlarında bir-birinə qarışıb. ONLARın hər ikisini cavab kartına yazın. -Cavab: Al qızılgül və ağ qızılgül -Şərh: Anna Boleynlə 8-ci Henrinin evliliyinin sonradan qüvvədən düşdüyünün elan edilməsi daha sonra I Yelizavetanın hakimiyyətinə də kölgə salmışdı. Bununla belə insanların tezliklə kraliçanı qəbullanmasını şerində təsvir edən şair Spenser iki kral nəslinin simvollarına işarə edir. Yelizavetanın rəsmlərinin əksəriyyətinin üz makyajında ağ və qırmızı rənglərin dominant olduğunu görə bilərsiniz. -Müəllif: Emin Məsimli - -Sual: 4. Tasmaniyada yaşayan Marqaret Sonneman BUNU adanın hər yerində görməyin mümkün olduğunu qeyd etsə də, şəhər işıqları və havanın kirlənməsinin BUNU görməyə mane olduğunu əlavə edir. BUNU eyni iki hərflə başlayan latın mənşəli iki sözlə deyin. -Cavab: Avrora Avstralis -Şərh: O bunu qütb partıltısı haqqında demişdi. Şimaldakı parıltının elmi adı Avrora Borealis, cənubdakının isə Avrora Avstralisdir. -Müəllif: Sultan Zahidov - -Sual: 5. Paylama materialı“Koe no katachi” animesinin rekvizitdə gördüyünüz personajının ləqəbi İKSdir. İKS adlı vikipediya məqaləsindən “yemək portalı” səhifəsinə keçid var. IKSi italyan mənşəli sözlə deyin. -Cavab: Brokkoli -Şərh: Personajın yaşıl saçları brokkoliyə bənzədiyi üçün o bu ləqəbi almışdı. Brokkolidən müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir. -Müəllif: Emin Məsimli - -Sual: 6. “Arrival” elmi-fantastik filminin sujetində zaman bir xətt üzrə hərəkət etmir. Adaptasiya olunduğu əsərdən fərqli olaraq filmdə obrazlardan birinin adı Hannah’dır. Bəs Hannah valideynindən adının mənasını soruşanda cavab olaraq hansı yunan mənşəli sözü eşidir? -Cavab: Palindrom -Şərh: Obrazın adı filmin sujet xəttinə işarə edir. Filmin əvvəli və sonunda bir neçə eyni kadrları görmək olar. -Müəllif: Emin Məsimli - -Sual: 7. Bir siyahıya qulaq asın:   -Paolo Rossi, Oranlı Vilhelm, İqnas Gelb, Cüzeppe Verdi, Madam Seleste, Devid Blu. Sual müəllifinin fikrincə bu siyahıya 1884-cü ildə Tambov quberniyasında doğulan şəxsi də əlavə etmək olar. Həmin şəxsin soyadını deyin. -Cavab: Fioletov -Şərh: Qeyd olunan şəxslərin soyadlarına fikir versək hər bir soyadın müxtəlif dillərdə rəng adlarından törədiyini görərik. Rossi italyancadan qırmızı anlamını verən rosso sözündən, Oran fransızcadan narıncı mənasını verən oranj sözündən, gelb almancadan sarı, Verdi italyancadan yaşıl, Seleste latıncadan mavi mənasını verən sözlərdən törəyib. Blu isə ingiliscədən göy mənasını verir. Qeyd olunan rənglərin hamısı göy qurşağını əhatə edən rənglərin ardıcıllığıdır. Bu siyahıda yalnız sonuncu rəng olan bənövşəyi rəng çatmır. Sual müəllifinin fikrincə bu siyahıya Kənd təsərrüfatı üzrə xalq kommissarı çalışmış İvan Fioletovu əlavə etməklə siyahını tamamlamış olarıq. -Müəllif: Sultan Zahidov - -Sual: 8. Elmi-sənədli filmdə Günəş sistemimizdə hələ kəşf edilməmiş lakin mövcudluğuna şübhə olan doqquzuncu planetdən danışılır. Alimlər bildirirlər ki, bu planet ola bilsin ki, keçmişdə başqa ulduzun ətrafında dövr edirmiş, lakin Günəşin qravitasiyası nəticəsində orbitini dəyişərək bizim sistemə keçib. Kevin Volş planetin həqiqətən başlanğıcda bizim ulduz sistemimizdə olub-olmadığını müəyyən etmək üçün ora kosmik aparat göndərmək lazım olduğunu deyir. O, sonrakı prosesi İKSə bənzədir. Bir sıra ölkələrin məhkəmə praktikasında məhkəmənin tələbi ilə İKSdən istifadə edilə bilər. İKSi deyin. -Cavab: DNT testi -Şərh: Həmin planetdən alınan nümunə planetin hansı Günəş sisteminə məxsus olduğunu müəyyənləşdirəcək. Bir sıra ölkələrin məhkəmələrində məhkəmənin tələbi ilə DNT testinə müraciət edilir. -Müəllif: Emin Məsimli - -Sual: Paylama materialıHow He Lies Because Boys Can Not Open FlowersBir dəqiqədən sonra Böyük Britaniyada yerləşən bəzi məktəblərdə nəyi öyrətmək məqsədi ilə rekvizitdə verilmiş mnemonistik metoddan istifadə edildiyini maksimal dəqiqliklə deyin -Cavab: Dövrü sistemin ilk 9 elementini. -Şərh: Fikir verdinizsə cümlədə bütün sözlər böyük hərflərlə başlayır. Xüsusilə He sözü sizə bu cümlədə əsas ipucu rolunu oynaya bilər. He bilirik ki, həm də Heliumu ifadə edir. Eyni ilə digər sözlərin də ilk və ya ilk 2 hərifləri periodik cədvəlin ilk 9 elementini ifadə edir. Hidrogen, Helium Litium, Berillium, Bor, Carbon, Nitrogen (Azot), Oxygen və Ftor. Sual həm də 9-cu sual idi. -Müəllif: Sultan Zahidov - -Sual: 10. Onun şəxsi tərcüməçisi olmuş Viktor Suxodrev öz xatirələrində ONUN sanki çınqılları çıxartmaq istədiyini qeyd etmişdi. ONUN kim olduğunu deyin. -Cavab: Nikita Xruşov -Şərh: Şəxsi tərcüməçisi ona BMT-də çıxış etmək üçün lazım idi. Söhbət 1960-ci ildə Xruşovun BMT-in tribunasına ABŞ imperializminə etiraz olaraq ayaqqabısını çırpması hadisəsindən gedirdi. Tərcüməçi bunu ilk dəfə görərkən Xruşovun sanki bu yolla ayaqqabısındakı çınqıllar çıxartmaq istədiyini düşünmüşdü. -Müəllif: Sultan Zahidov - -Sual: 11. Biri qalın digəri isə incə saitli iki sözlə deyin: “Sənin aprel yalanın” animesində personaj qışda düşən qar dənələrini nə ilə müqayisə edir? -Cavab: Sakura ləçəkləri -Şərh: Sakura əsasən martın ortası-sonları çiçəkləyir və ləçəkləri daha çox apreldə tökülür. Animenin adı sualı tapmaq üçün ipucu idi. -Müəllif: Emin Məsimli - -Sual: 12. Bir fərziyyəyə görə, bu rəssamın özündən nisbətən gombul olan böyük qardaşı “çəllək” ləqəbi ilə tanınırdı. Söhbətin hansı rəssamdan getdiyini tapın. -Cavab: Boticelli -Şərh: Balaca qardaş cüssəcə nisbətən balaca olduğundan ona “balaca çəllək” deyirdilər, bu isə italyan dilindən “Boticello” deməkdir. “Butulka”, “bottle” sözləri də eyni kökdən gəlir. -Müəllif: Emin Məsimli - -Sual: 13. Biz Stone twitter`də insan fikrini 140 simvola sığışdırmağı məhdud ləvazimatlarla müəyyən problemi həll etməyə bənzədir, məhdudiyyətlər olanda insan yaradıcı olmağa məcbur olur. Bəs o bu zaman real hadisələr əsasında çəkilmiş 1995-ci ilə aid hansı filmi xatırlayır? -Cavab: Apollo-13 -Şərh: Problem sözü– Hyuston bizim problemimiz var ifadəsinə işarə edir. Apollo-13 kosmik gəmisində baş vermiş texniki nasazlığı astronavtlar əllərində olan məhdud ləvazimatlarla həll etməyə məcbur olmuşdular. -Müəllif: Emin Məsimli - -Sual: 14. Civə zəhərlənməsi insanın əsasən sinir sisteminə mənfi təsir göstərir. Bir ədəbi personaj haqqında danışan H. Ualdron qeyd edir ki, 19-cu əsrdə sənayenin inkişafı ilə əlaqədar bu peşə sahibləri civə ilə daha çox işləməyə başlamışdı. Söhbətin hansı peşədən getdiyini deyin. -Cavab: Papaqçı -Şərh: Civə zəhərlənməsi sinir sisteminə pis təsir göstərir və nevroloji-mental problemlərə səbəb olur. Bəzi ekspertlər Lyuis Kerrolun əsərlərindəki “dəli (və ya ağılsız) papaqçı” obrazını məhz bununla əlaqələndirirlər. -Müəllif: Emin Məsimli - -Sual: 15. Bernar Verberin qadın qəhrəmanı bir vaxtlar ayrıldığı ərini unutmamaq üçün qızına x adını verir. Vaxt itirmədən x-ı cavab kartına yazın. -Cavab: Madlen -Şərh: Əsərin fransız əsəri olması və sualda işlənən “vaxt itirmədən” ifadəsi sizi Marsel Prustun “İtirilmiş vaxtın axtarışında” əsərinə aparmalı idi. Həmin əsərdə qəhrəman Madlen peçenyesini çaya batırıb dişlədikdən sonra peçenye onu keçmişə, şən uşaqlıq illərinə qaytarmışdı. Bu əsərdən sonra Madlen peçenyesi həm də xoşbəxt xatirələrlə assossiasiya olunur -Müəllif: Sultan Zahidov - -Sual: 16. Deyilənə görə, 14-сü əsrdə Bolonyada dərs demiş Novella d’Andrea dərs deyərkən tələbələrin diqqətini yayındırmamaq üçün BUNDAN istifadə edirdi. Qədim Romalılar müəyyən mərasimlər haqda danışarkən BUNU buluda bənzədirdilər. BUNU bir sözlə deyin. -Cavab: Vual -Şərh: Deyilənə görə, professor Novella d’Andrea o qədər gözəl idi, dərs deyərkən tələbələrin diqqəti dağılmasın deyə vualdan istifadə edirdi. Qədim Romada toy zamanı gəlinin vualını buluda bənzədirdilər -Müəllif: Emin Məsimli - -Sual: 17. Karavacconun karyerasının əvvəlində çəkdiyi rəsmlər arasında tez-tez avtoportretlərə rast gəlmək olar. Letizia Treves bunu Karavacconun həmin dövrdə BELƏ olması ilə əlaqələndirir. M.Ə. Sabir satirik şerlərindən birində insanlığın nə olduğunu BELƏ adamın başa düşə biləcəyinə şübhə etdiyini deyir. BELƏ ilə əvəz olunmuş sözü deyin. -Cavab: Pulsuz -Şərh: Treves bildirir ki, karyerasının əvvəllərində Karavacconun sadəcə model üçün pulu yox idi deyə məcbur qalıb model kimi özünü çəkirdi. Sabir şerində yazırdı “Pulsuz kişi, insanlığı asanmı sanırsan?!”. -Müəllif: Emin Məsimli - -Sual: 18. 21-ci əsrdə nəşr olunmuş fentezi romanının nəşrlərindən birinin ön sözü müəllifin “mən 1992-ci ildə Amerikaya köçdüm” sözləri ilə başlayır. Həmin britaniyalı müəllifi tapın. -Cavab: Nil Qeyman -Şərh: Romanda Amerikaya köçən insanlar özləri ilə tanrıları da bura gətirirdilər. Söhbət “Amerikan Tanrıları” romanının müəllifi Nil Qeymandan gedirdi. -Müəllif: Emin Məsimli - -Səhifə -> 274 | Sual Sayı -> 18 - -Sual: 1. “La casa de papel” serialının ilk bölümündə dəstə üzvlərini bir yerə toplayıb onları parta arxasında əyləşdirən qəhrəman yazı lövhəsinə tərcümədə “BURAXILMIŞ SÖZLƏR” mənasına gələn sözü yazır. “Bilik günü”nə həsr olunmuş məqalələrin əksəriyyətində “BURAXILMIŞ SÖZLƏR”lə qarşılaşmaq olar. BURAXILMIŞ SÖZLƏRi cavab kartlarınıza yazın. -Cavab: Xoş gəlmisiniz -Şərh: Bildiyimiz kimi, əksər orta məktəblərin girişində şagirdlərin ilk qarşılaşdığı cümlə “Xoş gəlmisiniz” sözləridir. Maraqlıdır ki, serialın ilk bölümündə “Professor” ləqəbli şəxs dəstə üvzlərini parta arxasında əyləşdirir və lövhəyə təbaşirlə “xoş gəlmisiniz” mənasını verən “bienvenidos” sözünü yazır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Dövrünün sirk tamaşalarında da çıxış etmiş, BELƏ insan olan Edvard Mordreyk gecələr öz səsinə oyandığını deyirdi. Atributlarından biri BELƏ olan cənub yarımkürəsindəki dövləti tapın. -Cavab: Paraqvay -Şərh: Tarixdəki ən qəribə şəxslərdən biri olan Edvard Mordreyk başının arxasında ikinci üzünün olması ilə məşhurlaşdığı üçün dövrün sirk tamaşalarında çıxış edirdi. Onun ikinci üzü bəzi gecələr oyaq olurdu və o, ikinci üzünün səslərini eşidirdi. Unikal bayraqlardan biri olan Paraqvay bayrağının ikiüzlü olması da məşhur faktdır. -Müəllif: Bəhram Nəcəfquluzadə - -Sual: 3. “Bir nazirin həyatı” sənədli filmində 1881-ci ildə Gəncədə anadan olmuş onun qismətinə ölkənin müqəddəratı naminə çarpışan bir ömür yazıldığı qeyd olunur. -Cavab: Nəsib bəy Yusifbəyli -Şərh: Sənədli filmin adından onun AXC dövründə nazir işlədiyini anlamaq olardı. Cavad xanın vəziri Usub bəyin nəticəsi Yusib bəyin nəslindən olan bu şəxsin adına görə onun nəsibinə belə bir ömürün yazıldığı qeyd olunur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. “Pulun tarixi” adlı sənədli filmdə pulun çox olmasının xoşbəxtliklər gətirsə də, sonunun yaxşı nəticələnmədiyi qeyd olunur və O xatırlanır. Onun haqqında məqalədə yaxşı musiqinin ayırd edilə bilməməsi də qeyd edilib. Onu tapın. -Cavab: Midas -Şərh: Pulun çoxluğu xoşbəxtlik gətirsə də, sonda acgözlük bəxbəxtlik gətirir. Bu zaman sənədli filmdə Midas xatırlanır. Yunan mifologiyasında Apollon və Pan arasındakı musiqi yarışmasında hakimlik edən Midasın qulaqları Apollonun musiqisini bəyənmədiyi üçün uzunqulaq qulağına çevrilmişdi. -Müəllif: Bəhram Nəcəfquluzadə - -Sual: 5. Paylama materialıMənbələrdən birində Frida Kahlonun 2011-ci ildə BUnun yaranmasına ilham verdiyi qeyd edilir. BUnu əcnəbi mənşəli sözlə cavab kartlarınıza yazın -Cavab: Snapchat -Şərh: Paylama materialında Frida Kahlonun çəkdiyi avtoportretlərin hər birində rəssamın başında gül çələngi görmək olar. Son dövrlərdə əsasən qızlar arasında populyarlıq qazanmış “Snapchat” tətbiqetməsində qızlar öz fotolarına müxtəlif gül çələngləri əlavə etməklə paylaşa bilirlər. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Roma papasının rəsmi protokol qaydalarına görə, ziyarət zamanı katoliklərdən BUNU ETMƏLƏRİ istənilir. BUNU ETMƏK`lə əvəz olunmuş sözləri bildinizsə, hər sevincində bunu etmiş 1977-ci il doğumlu cənubi avropalını tapın. -Cavab: Raul Qonzalez -Şərh: Papanın protokol qaydalarına görə onunla, yaxud ondan daha alt səviyyədəki yüksək rütbəli din adamı ilə bir araya gələn katoliklər din adamının əlindəki üzüyü öpürlər. İspan futbolçu Raul da qol vurandan sonra həyat yoldaşına olan sevgisini üzüyünü öpərək göstərirdi -Müəllif: Elşən Əliyev - -Sual: 7. Maraqlıdır ki, 1979-cu ildə Moskvada rejissorluq fakültəsini yenicə bitirən Cahangir Mehdiyev elə həmin ildə Karlovi-Vari festivalında mükafat qazanmış bu Azərbaycan filmini çəkmişdi. Filmin adını iki sözlə cavab kartınıza yazın. -Cavab: Diplom işi -Şərh: Rejissor diplom işini müdafiə etdikdən sonra elə həmin il "Diplom işi" filmini çəkmişdi. Uğurlu alınan film festivalda diploma layiq görülmüşdü -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 8. Hadisələri XIX əsrin ortalarında cərəyan edən “Nyu-York qanqsterləri” filmində imiqrantlar eyhamla İKS adlandırılır. “İKS”in müəllifi məktublarından birində torpaq qazan əllərin halal zəhməti simvolizə etdiyini bildirmişdi. İKSi tapın. -Cavab: Kartofyeyənlər -Şərh: XIX əsrin ortalarında irlandların Amerikaya əsas köçmə səbəblərindən biri də doğma ölkələrində baş vermiş “Kartof aclığı” idi. Maraqlıdır ki, filmdə buna işarə edilərək irlandlar “kartofyeyənlər” adlandırılır. Van Qoq qardaşı Teoya yazdığı məktublardan birində torpağı əlləri ilə qazmaqla kartof əkən ailənin halal zəhməti simvolizə etdiyini bildirmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 9. Nikah diplomatiyası sayəsində Qazıqumuq hakimi Məhəmməd xanla qohum olan Şəki xanı Ağakişi bəy BURAXILMIŞ SÖZLƏR. Sonradan Ağakişi bəy qayınatası tərəfindən Ərəşdə öldürülmüş və BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRi cavab kartınıza yazın. -Cavab: Sultanlığı itirmişdi -Şərh: Hacı Çələbi xan xanlıqlar dövründə geniş yayılmış nikah diplomatiyasından istifadə etmiş və oğlu Ağakişi bəyi Məhəmməd xanın qızı ilə evləndirmişdi. Dilimizdə mövcud olan deyimə görə, subaylıq sultanlıqdır. Ağakişi bəy də evlənərək sultanlığı itirmişdi. O dövrdə Ərəş ərazisi sultanlıq şəklində mövcud idi. Ağakişi bəy sonradan qayınatası tərəfindən Ərəşdə öldürülmüş və bu dəfə sözün əsl mənasında sultanlığı itirmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Paylama materialıQarşınızda Pol Sezann tərəfindən 1882-1906-cı illər aralığında çəkilmiş şəkillərdən bir neçəsidir. Bu şəklin götürüldüyü məqalədə xatırlanan 1760-cı il doğumlu şəxsi tapın. -Cavab: Katsuşika Hokusay -Şərh: Rəsmlərin ortaq cəhəti onların hamısında dağ təsvirinin olmasıdır. Pol Sezann qeyd olunan illərdə Sent-Viktuar dağının müxtəlif rakurslardan 80-ə yaxın rəsmini çəkib. Bundan danışılan məqalədə “Fudziyamanın 36 görünüşü”nü çəkən yapon rəssam Hokusay xatırlanır -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. “Death Note” animesində dünyanı daha yaxşı məkana çevirmək istəyən qəhrəman dünyanı cinayətkarlardan təmizləyərək BUNU EDƏCƏYİNİ bildirir. XVI əsrin birinci yarısında BUNU EDƏN ingilisin kim olduğunu cavab kartınıza yazın. -Cavab: Tomas Mor -Şərh: Sualda qeyd olunan “daha yaxşı məkan” ifadəsi cavabı tapmaqda kömək etməli idi. Belə ki, utopiya mövcud olmayan mükəmməl məkan anlayışını ifadə edir. Animenin qəhrəmanı da dünyanı cinayətkarlardan təmizləyərək utopiya yaradacağını bildirir. Tomas Mor da 1516-cı ildə özünün “Utopiya” adlı ən məşhur əsərini yaratmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. Bloqlardan birində İtaliyanın 2018-ci il Dünya Çempionatına yollana bilməməsinin səbəblərindən biri kimi italyanların BUnunla rastlaşması göstərilir. BU, XIX əsrdə gimnastika müəllimi Per Henrik Linq tərəfindən ixtira edilib. BUnu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: İsveç divarı -Şərh: 2018-ci ildə Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatına qatılmaq üçün İtaliya pley-off mərhələsində qalib gəlməli idi. Bloq yazısında İsveçə məğlub olan İtaliyanın İsveç divarı ilə rastlaşdığı vurğulanır. “İsveç divarı” adlandırılan idman qurğusu gimnastika müəllimi tərəfindən ixtira edilib -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 13. Məqalələrdən birində Yan Vermeyerin bir çox əsərlərində işığın mənbəyinin BU olduğu qeyd olunur. BU, balaca Əhsənin yeganə çıxış yolu idi. BUnu bir sözlə cavab kartınıza yazın. -Cavab: Pəncərə -Şərh: Rəssamın bir çox əsərlərinə diqqətlə baxdıqda əsərin sol tərəfində pəncərə təsvirini görmək olar. Buna görə də Vermeyerin əsərlərində əsas işıq mənbəyinin pəncərə olduğu qeyd olunur. Sualın ikinci hissəsində isə “Pəncərə” filmindən söhbət gedirdi. Belə ki, internatda hər şeydən bezən Əhsən yeganə çıxış yolu kimi özünü pəncərədən ataraq intihar etmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 14. Onun oğullarından biri olan Hans 1950-ci ildə atasının əməllərindən utanc duyaraq intihar etmişdi. Qəribədir ki, o, 1963-cü ildə ölkəsində edam cəzasının bərpasına qarşı çıxmışdı. Onun kim olduğunu tapın. -Cavab: Yohann Reyxhart -Şərh: Oğlunun adından onun alman olduğunu anlamaq olardı. Maraqlıdır ki, öz gilyotini ilə insanları ölümə məhkum etdiyi üçün oğlu onun əməllərinə görə utanc duymuş və intihar etmişdi. Qəribədir ki, o müharibə dövründə insanları ölümə göndərsə də, 1963-cü ildə Qərbi Almaniyada edam cəzasının bərpa edilməsinə qarşı çıxmışdı. Sualda söhbət “Hitlerin cəlladı” ləqəbi ilə tanınan Yohann Reyxhartdan gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 15. Paylama materialıQarşınızda Jan Brok tərəfindən çəkilmiş “Hiakinfin ölümü” rəsm əsəridir. Əsərdə Apollon huşunu itirən Hiakinfi qucaqlayır. Əsərdə yer alan üçüncü mifoloji personajın adını tapın. -Cavab: Zefir -Şərh: Əsərə baxdıqda, fiziki olaraq yalnız iki personajın təsvir olunduğunu görmək olar. Bundan başqa rəsmin sağ tərəfində Apollonun geyiminin şərqə doğu uçduğu aydın görünür. Yunan mifologiyasındakı qərb küləyi allahı olan Zefir də təsvir edilib. -Müəllif: Bəhram Nəcəfquluzadə - -Sual: 16. Sənədli filmlərdən birində İkinci Dünya Müharibəsi zamanı uçan paraşütçü rahibələrin olmasına dair sübut tapmağın İKSlərə dair sübut tapmaqdan daha çətin olduğu vurğulanır. “İKS”in posterində xokkey çubuğu təsvir olunub. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Diş pərisi -Şərh: İkinci Dünya Müharibəsi dövründə uçan paraşütçü rahibələrin olmasına dair əfsanələr olsa da, onlar haqqında sübutlar mövcud deyildi. Sənədli filmdə də belə uçan rahibələr haqqında sübut tapmağın uçan diş pərilərinin mövcudluğuna dair sübut tapmaqdan daha çətin olduğu vurğulanır. Duayn Consonun baş rolda çəkildiyi “Diş pərisi” filminin baş qəhrəmanı xokkeyçi idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 17. Hadisələri İkinci Dünya Müharibəsi dövründə cərəyan edən bir əsərdə mağazada çalışan personajın bütün günü əlində qayç�� ilə işləməsinin səbəbi BUnlar idi. 1969-cu ilə aid mənbədə BUnları axtaran personajı tapın. -Cavab: Vaqif -Şərh: Müharibə dövründə insanlar mağazalardan çörək və digər ərzağı talonlarla alırdılar. Talonların artıq istifadə edildiyini onların müəyyən hissəsini kəsməklə bildirirdilər. Əsərin personajı mağazada bütün günü dərzi kimi əlində qayçı ilə talon kəsməsindən gileylənir. “Şərikli çörək” filminin qəhrəmanı olan Vaqif də film boyunca öz çörək talonlarını axtarırdı. -Müəllif: Bəhram Nəcəfquluzadə - -Sual: 18. Məşhur şəxs işində istifadə etmək üçün sifariş etdiyi müxtəlif rəngli materialların olduğu qutunu açarkən onların qırıq vəziyyətdə olduğunu görsə də, onları atmamışdı. Siz isə həmin materialları 1914-cü ildə tamamlanmış harada görə biləcəyimizi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Park Quel -Şərh: Sözügedən materiallar qırıq vəziyyətdə olan müxtəlif rəngli seramikalar idi. Onları sifariş edən Antoni Qaudi qırılan seramikaları atmağa heyifslənərək, onlardan müxtəlif mozaikalar yaratmağa qərar verir və həmin seramika qırıqlarını Park Quelin tikintisində istifadə edir. Hazırda da parkda başdan-başa həmin seramikaları görmək olar. Bundan başqa sualdakı “tamamlanmış” sözü ipucu idi. Belə ki, memarın digər məşhur əsəri “Saqrada Familiya” yarımçıq qalsa da, parkın tikintisi tamamlanmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Səhifə -> 275 | Sual Sayı -> 18 - -Sual: 1. 1994-cü ilin may ayının 15-də Monakoda məhz burda Braziliya bayrağının şəkli çəkilmişdi. İki ingilis sözü ilə deyin. Harda? -Cavab: Pole position -Şərh: 1994-cü ilin may ayında Braziliyalı formula 1 pilotu Ayrton Senna və Avstriyalı Roland Ratzenberger qəza nəticəsində öz dünyasını dəyişmişdi. Bu qəzaya görə ikinci yer hissəsində Avstriyanın, pole position-da isə Braziliyanın bayrağı vardı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. "B. exchange" mağazasına gələn adamlar üçün həmin mağazanın sahibi, ABŞ-da bir çox mükafatlara layiq görülmüş, hökumət dairələrində məşhur olan Kerstin Blok, belə demək mümkündürsə, X kimi çıxış edə bilir. "B. Exchange" mağazası ABŞ-da X sənayesinin öncüllərindəndir. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: İkinci əl -Şərh: Bu qadın bir çox insan üçün "6 əl qaydası"na əsasən ABŞ prezidenti ilə əlaqə üçün "İkinci əl" funksiyasını daşıya bilir. Adından da (Exchange) göründüyü kimi şirkət də “Second hand” biznesində məşhurdur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Aktyor Ənvər Həsənovla müsahibədən bir hissəyə qulaq asın.   - -Jurnalist: Heç olub ki, həyata qışqırasız: BURAXILMIŞ SÖZLƏR.   -Aktyor: Bəli. Açıq deyirəm və çəkinmirəm. Mən yaşamaq istəmirəm. - -Diqqət sual! BURAXILMIŞ SÖZLƏRi 1970-ci ilə aid mənbədə eşidə bilərik. 1 dəqiqədən sonra cavab kartınıza buraxılmış sözləri yazın. -Cavab: Ürəyimi nişan al, ağrıdır axı -Şərh: Jurnalist müsahibədə Ənvər Həsənovun “Yeddi oğul istərəm” filmindəki məşhur səhnədə “Ürəyimi nişan al, Kələntər dayı ağrıdır axı” sitatında dəyişiklik edərək ona sual verir. -Müəllif: Rəşad Şahverənov - -Sual: 4. “FIA” prezidenti Max Mosley öz çıxışında Salzburqa gəlmə səbəbi kimi qeyd edirdi ki, kiminsə bura gəlməsi lazım idi. Max Mosleyin Salzburqa gəlmə səbəbini bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Roland Ratzenbergerin yas mərasimi -Şərh: Hər kəs Ayrton Sennanın yas yerinə getdiyi üçün, o Salzburqa da kiminsə gəlməsi lazımdı deyərək Roland Ratzenbergerin yas mərasiminə gəlmişdi. Birinci sualın şərhində Rolandın da həmin günlərdə öldüyünü bildirmişdik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. Trotskinin həyatından bəhs edən sənədli filmdə, dezertir əsgərləri cəzalandırmağa gələn Trotskinin əsgərlərdən “bunu etməyi” istəməsi hamını qorxu və həyəcana salır. Biz bu gün bir neçə dəfə “bunu etmişik”. Biz sizdən “bunu etməyi” soruşmuruq, Trotskinin istəyindən sonra, filmdə latın dilində olan hansı sözün işlədildiyini cavab kartınıza yazın. -Cavab: Desimasiya -Şərh: Dezertir əsgərləri cəzalandırmağa gələn Trotski onlardan 10-a qədər saymağı istəyir. Belə ki, 10-a qədər saydıqdan sonra o hər 10-cu əsgəri cəzalandıracaqdı. Bu cür cəzalandırma üsulu Desimasiya adlandırılır. Biz də bu gün bir neçə dəfə artıq 10-a qədər saymışıq. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. Bir jurnalist oyunçuların öz iradələrindən kənar düşdüyü situasiyada etdikləri hərəkətə görə mükafat verildiyi üçün BUnu Stemford Türmə Eksperimenti ilə müqayisə edir. BU ilk 3 gündə öz yaradıcılarına 11 milyon dollar qazandıra bilmişdi. BUnu abbreviatura ilə cavab kartınıza yazın. -Cavab: PUBG -Şərh: PUBG-də oyunçuları daim ərazisi daralan adaya atırlar və rəqiblərinə etirdikləri xəsarətə görə oyunun sonunda oyundaxili valyuta qazanırlar. Ərsəyə çıxdığı ilk 3 gündə PUBG Brendan Qrin və onun komandasına 11 milyon dollar qazandırmışdı. Yalnız 2017-ci ildə PUBG 714 milyon dollar vəsait qazanmışdı. -Müəllif: Murad Axundov - -Sual: 7. XIX əsrdə yaşamış Şimali İtaliyalı dənizçi Andrea Dorea gəmi səfərləri zamanı daim çalışanların hüquqlarını qoruyur, işçiləri birləşdirmək üçün gəmidə tez-tez inqilab etməyə cəhd edirdi. Buna görə də gəmi ekipajı tərəfindən ona X ləqəbi verilmişdi. X-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Genuyalı Qaribaldi -Şərh: XIX əsrdə daim gəmidə insanların hüquqlarını qoruyan Andrea Dorea o dövrdə İtaliyanı birləşdirməyə çalışan Qaribaldiya bənzədilmişdi. O, Şimali İtaliyada məşhur dənizçilik şəhəri olan Genuyadan idi. -Müəllif: Rəşad Şahverənov - -Sual: 8. Bir vestern filmində qəhrəman yerdə qazdığı quyuları sevinclə "X" deyə adlandırır. Səhiyyə sistemindəki problemlərdən danışılan bir çəkilişdə yeni təyin edilmiş rəhbərin X-inin olmaması hamıda təəccüb doğurur. X-i qısa sözlə cavab kartınıza yazın. -Cavab: Cib -Şərh: Vestern filmində hadisələr “Qızıl qızdırması” dövründə baş verir və torpaqdan qızıl çıxdığına görə qəhrəman həmin quyunu “Cib” deyə adlandırır. Mozalanın bir bölmündə baş həkimin xalatında cibin olmaması digər həkimlərdə təəccüb doğurur ki, bu cür necə rüşvət alacaq. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. "Vikinqlər" teleserialında baş qəhrəman yeni torpaqlar işğal etmək niyyətindədir. Bu zaman O, yanındakı keşişdən ona xristianlığı öyrətməyi, yeni bölgələrə ondan (yəni qəhrəmandan) daha qabaq gedərək orada Vikinqləri təbliğ etməsini istəyir. Bəs baş qəhrəman bu zaman keşişi kimə bənzədir? -Cavab: Vəftizçi İohann -Şərh: İsa peyğəmbərin xristianlığı Vəftizçi İohanndan öyrəndiyi, onun tərəfindən vəftiz edildiyi kimi Vikinq qəhrəmanı da xristianlığı keşişdən öyrənirdi. Həmçinin Vəftizçi İohann bildiyimiz kimi müjdəçidir, İsanın xristianlığı gətirəcəyini müjdələyirdi. Eynilə Keşiş də vikinqliyi təbliğ edib yeni torpaqlarda vikinqliyi müjdələməli idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. “Tiger Electronics” şirkətinin 1992-ci ildə satışa buraxdığı “Talkboy” cihazı monofonik dinamikdən və tutacaqdan ibarət idi. Cihazın əsas üstünlükləri səs yazmaq, səsi dəyişə bilmək qabiliyyəti və yazılan səsi irəli-geri oxutdurmaq idi. Siz isə 1 dəqiqədən sonra qutuda 1980-ci il doğumlu kimin şəklinin olduğunu deyin. -Cavab: Makoley Kalkin -Şərh: Talkboy cihazı “Evdə tək 2” filmində Kevin Makalister tərəfindən istifadə olunan cihazıdır. Kevin atasının səsini imitasiya etmək üçün məhz cihazın bu üstünlüklərindən yararlanmışdır. Tiger Electronics şirkəti film ərsəyə gələndən sonra cihazı satışa buraxmış və xeyli gəlir əldə etmişdi. Qutunun üzərinə isə Makoley Kalkini şəklini buraxıb, gəlirləri bir qədər də artırmağa müvəffəq olmuşdu. -Müəllif: Murad Axundov - -Sual: 11. Paylama materialıQarşınızdakı Rekvizitdə siz “Rayan”ı “Trayan” obrazında görürsünüz. Bəzi mənbələrə görə, “Rayan” “Trayan”ı özünə ideal hesab edirdi. Biz mətndə iki sözü başqa iki sözlə əvəz etmişik. Əvəz edilən iki sözü cavab kartınıza yazın. -Cavab: But və Brut -Şərh: Rekvizitə diqqətlə fikir versəniz qədim Roma geyimləri görə bilərsiniz. Belə ki Trayan da qədim Roma imperatorudur. Abraham Linkolnun suiqəsdçisi olan But özünə ideal kimi başqa bir suiqəsdçi olan Brutu seçmişdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Brut və tərəfdarları Sezarı səfərə çıxmamış öldürmək istəyirdilər, çünki səfərlər zamanı Sezarın həmişə X-i olurdu. X 1992-ci ildə 7 Qızıl moruq mükafatına layiq görülmüşdü. X-i bir sözlə deyin. -Cavab: Cangüdən -Şərh: Romada normal vaxtı cangüdənsiz gəzən Sezar səfərlər zamanı həmişə cangüdənə sahib olurdu. 1992-ci ilə aid olan “Cangüdən” filmi çox pul qazansa da, tənqidçilər tərəfindən heç bəyənilməmişdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 13. Məhəmməd Əsəd bəy Səmərqənd haqqında danışarkən qeyd edir ki, küçələrdə çox vaxt dilənçilər, dərvişlər, mədrəsədən çıxmış tələbələri görmək olar. Bu zaman O, bu şəxsləri X-lərə bənzədir. X-lərə Əli Babanı, Dünyazadı misal göstərmək olar. X-i bir neçə sözlə cavab kartınıza qeyd edin. -Cavab: 1001 gecə personajları -Şərh: Küçələrdə olan fərqli insanlar ona özünü 1001 gecə nağılında hiss elətdirir. İkinci hissədə adlarını çəkdiyimiz şəxslər isə 1001 gecə nağıllarının personajlarıdır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 14. Viktor Xaranın ölümü ilə təqsirləndirilən və hər kəsin qınaq obyektinə məruz qalan Pedro Barrientos müğənni (yəni Viktor Xara) üçün çəkilən sənədli filmdə yalnız bir şərtlə çəkilməyə razı olmuşdu. Biz sizdən həmin şərti soruşmuruq, sənədli filmdə kimin Pedronun dərindən nəfəs almasından şikayətləndiyini bir mürəkkəb yunan mənşəli sözlə deyin. -Cavab: Poliqrafist -Şərh: Pedro Barrientos bütün dünyaya günahsız olduğunu isbat etmək istəyirdi. Buna görə də o yalan detektorundan istifadə edərək öz günahsızlığını bildirəcəkdi. Lakin dərindən nəfəs alması detektorun düzgün işləməsinə mane olmuşdu, və poliqraf ona irad tutmuşdu. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. Kraliça I Yelizaveta dönəmindən bəhs edən filmdə, qəhrəman qadınların X və Y-dən daha böyük problem olduğunu bildirir. X 1890-cı ildə Şimali Avropa dillərindən birində, Y isə 1947-ci ildə Qərbi Avropa dillərindən birində yazılan əsərin adıdır. X və Y-i müvafiq ardıcıllıqla cavab kartınıza qeyd edin. -Cavab: X – Aclıq, Y – Taun. -Şərh: Həmin dövrün ən böyük problemləri bilindiyi kimi Aclıq və Taun idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 16. “Broadwalk Empire” serialında hadisələr 1920-ci il Amerikasında cərəyan edir. Serial qəhrəmanların biri Kanadadan gələn viski ilə dolu gəmini boşaldarkən viskini BUnunla müqayisə edir. BUnun haqqında vikipediyada axtarış verən sual müəllifi 1064 qradus Selsi rəqəminə rast gəldi. Bunun nə olduğunu iki sözlə deyin. -Cavab: Maye qızıl -Şərh: 1920-ci ildə ABŞ-da Quru qanun qəbul olundu və speakeasy-lər və s. vasitəsilə butlegerlərin gəlir mənbələri bir qədər də çoxaldı. Qanun qəbul olunandan sonra Kanadadan gələn gəmini boşaldarkən serial qəhrəmanı viskini “Maye qızıl” ilə müqayisə etmişdi. Qızıl maye formasını 1064 dərəcə istilikdə alır. -Müəllif: Murad Axundov - -Sual: 17. Aleksandr Dümanın romanında qəhrəman getdiyi mehmanxananın girişindəki lövhədə gördüyü şəkillərə məna verməyərək qeyd edir ki, burada həkim şəklinin vurulması daha doğru olardı. Siz lövhədə şəkili olan şəxslərin hansı ailədən olduğunu cavab kartınıza qeyd edin. -Cavab: Mediçi -Şərh: Mehmanxananın girişində əslində Yekatarina və Mariya Mediçinin şəkili var idi. Qəhrəman Mediçi sözünü görərək həkim şəkili olması lazım gəldiyini iddia edirdi. Bildiyiniz kimi, Mediçi bir çox roman dilində həkim deməkdir. -Müəllif: Rəşad Şahverənov - -Sual: 18. "Aquaman" filminin kasıb qəhrəmanı insanları xilas edən zaman tələsərək buna gecikdiyini bildirir. Bunun məşhurlaşmasının səbəblərindən biri şam yeməyindən qabaq insanların spikizi-ləri ziyarət etməsi idi. (speakeasy). Bunu iki sözlə deyin. -Cavab: Happy hour -Şərh: Bir çox restoranlarda günün müəyyən saatlarında, xüsusilə axşam yeməyindən qabaq içkilərə xüsusi endirimlər edilir. Bu “Happy hour” və ya “Xoşbəxt saat” deyə adlandırılır. Kasıb qəhrəman da “Happy hour”-a tələsirdi. Spikizilər ABŞ-da Quru qanun zamanı məşhurlaşmışdı. İnsanlar restoranlarda içki içə bilmir deyə, yəni şam yeməyindən qabaq spikiziləri ziyarət edirdi, buna görə də indi “happy hour” adətən şam yeməyindən qabaq olur. -Müəllif: Səbuhi Göyüşov - -Səhifə -> 276 | Sual Sayı -> 18 - -Sual: 1. Miçio Kaku insanlığın yeni bir növ sivilizasiyanın yaranmasına doğru getdiyini yazır və bu zaman yayımlanan hər bir yeniliyin bir növ bu sivilizasiyanın X-ini yansıtdığını deyir. X-i azaltmaq üçün ən effektiv yollar kimi davamlı fiziki hazırlıq, meditasiya, hətta hipnoz da göstərilir. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: doğum sancısı -Şərh: Müəllif yenin sivilizasiyanın gəlişinin yaxın olduğunu və texnoloji yeniliyin bir növ onun doğum sancısını yansıtdığını qeyd edir. Kidshealth saytı analara doğum sancısını azaltmaq üçün müxtəlif yollar təklif edir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Əli Nəzminin bir əsərində uşaq personaj atəş və insanların hay-küy səsinə yuxudan oyanır. Bu zaman, anası "Qorxma qızım, bu müharibə deyil, sadəcə Buraxılmış 3 söz belə təşkil edilir" deyir. 20-ci əsrin əvvələrinə aid Buraxılmış 3 sözün müəllifini yazın. -Cavab: Əzim Əzimzadə -Şərh: Valideyn atəş səslərində qorxan qızına deyir ki “varlı evində toy belə təşkil olunur”. “Varlı evində toy” məşhur rəssamımız Əzim Əzimzadənin işlərindən biridir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 3. Sivilizasiyadan uzaq, aclıq və səfalət içində yaşayan bir filmin qəhrəmanı bu həyat tərzinə keçdikdən bir müddət sonra üzləşdiyi problemi X-lərin sayını artırmaqla həll edir. Standart bir X-in diametri təqribən 7 millimetr olur. X-i iki sözlə yazın. -Cavab: Kəmər dəliyi -Şərh: “Into the Wild” filmində şalvarın öz ölçüsünə artıq uyğun gəlmədiyini görən Alexis şalvarın kəmərində yeni dəliklər açır. Standart bir kəmər dəliyi 7 millimetr diametrində olur. -Müəllif: İslam Məmmədov - -Sual: 4. Alberto Manguel yazır ki, bir çox yazıçı və şair eyni lənətə düçar olub. Belə ki, onlar nə qədər yazsalar, desələr də, oxucular dinləməyə, oxumağa istəksizdirlər. Bu zaman yazıçı onu xatırlayır. Onun kim olduğunu tapın. -Cavab: Kassandra -Şərh: Yazıçı deyir ki, bəzi yazıçılar lənətləniblər. Başqa sözlə, Kassandra kimi yazıçılar da nə qədər desələr də qarşısındakının dinləməməsi lənətinə düçar olublar. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Vudi Allenin bir əsərində təlaş və qorxu içərisində olan personaj detektivlə görüş zamanı hətta viskini belə süzə bilmir və onu yerə dağıdır. Növbəti cümlədə müəllif personajı ALFA-ya bəzədir. 30-cu illərə aid bir səhnə işində George Raft Kubalı ALFA rolunu canlandırır. ALFA-nı eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Rumba rəqqası -Şərh: Qorxu içərisində olan personajın əsməsi haqqında yazan Vudi Allen onu rumba rəqqasına bənzədir. Bir müziklda Kubadan olan George Raft məhz rumba rəqqası rolunu oynamışdı. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 6. Bir kitabda “Hər şeyin nəzəriyyəsi”ni tapmağa çalışan alimlər shaqqında yazan müəllif onların bir növ Bunu etməyin Tanrının üzərində tətbiqini arzuladıqlarını qeyd edir. Məşhur bir komiks personajı bunu edərək hətta yeni dillər də öyrənə bilirdi. Bunu etməklə əvəz etdiyimiz sözləri tapın. -Cavab: Ağıl oxumaq -Şərh: Hər şeyin nəzəriyyəsini taparaq bir növ kainatın təməlini öyrənməyə çalışan alimlər müəllifin fikrincə tanrının zehnini oxumağa çalışırdılar. Professor X zehin oxuyaraq hətta yeni dillər də öyrənə bilirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Şimali Kaliforniya universitetinin professoru Vey-min Şen gələcəkdə yaradılacaq kiçik robotların birləşərək müxtəlif formalar əmələ gətirə və yenidən forma dəyişərək müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini qeyd edərkən bu robotları X-ə bənzədir. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Leqo daşı -Şərh: Kiçik robotların istənilən şəkildə birləşərək istənilən funksiya üçün istifadə olunacağını qeyd edən professor onları hər cür birləşdirmək mümkün olan leqo daşlarına bənzədir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Çarlz Dikkens öz əsərində yazır kı, 18-ci əsr Fransasındakı aclıq və səfalətin insanları necə taqətdən salması onların söhbət zamanı BUndan istifadə etməməsindən aydın idi. BUnu saitləri eyni olan bir sözlə yazın. -Cavab: Vurğu -Şərh: İnsanların aclıq və səfalətin nəticəsində heç halının qalmamasını bildirmək istəyən müəllif onların hətta sözlərdə vurğulardan belə istifadə etmədiyini qeyd edir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 9. Bir müsahibəsində qəbzlər haqqında danışan o gülərək deyir: "Qəbzin sadəcə ön tərəfi sizin adınızı, bank addresinizi, imzanızı və hesab nömrənizi verir. Marketlər bəzən sizin sürücülük vəsiqəsi nömrənizi və hətta ev addresinizi də yazırlar!" Həmin müsahibədə BBC müxbiri onu hər iki tərəfi görmüş adam adlandırmışdı. Onun kim olduğunu cavab kartınıza yazın. -Cavab: Frank Abignale Jr -Şərh: O, deyir ki, qəbzlərdən istifadə etməyin, onların üstündə sizin kimliyinizi oğurlamaq üçün hər cür lazımi məlumat var. Məşhur cinayətkar həbsdən çıxdıqdan sonra hüquq mühafizə orqanlarına kömək edə biləcəyi bir neçə vəzifədə də çalışmışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Paul Kriwaczek Assuriya imperiyası haqda danışarkən qeyd edir: “Tezliklə Assuriya anladı ki, imperiyalar X kimidir, dağılmamaq üçün böyüməyə davam etməlidilər”. X’in 20-ci əsrin 20-ci illərində məşhurluq qazandığını bilərək onu 2 sözlə deyin. -Cavab: Ponzi sxemi -Şərh: Yazıçı imperiyanın davamı üçün gərəkən daha çox torpağın işğalını gəlirin daha da çoxalması üçün daha çox investorun cəlb edilməsi üzərinə qurulmuş ən məhşur saxtakarlıq sistemlərindən olan maliyyə piramidasına bənzədir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 11. Bir filmdə cinayətlə günahlandırılan müştərisinin jurnalistlər qarşısında edəcəyi hər hərəkəti və verəcəyi hər cavabı ona diktə edən vəkil növbəti səhnədə ALFAda təsvir edilir. Vikipediyada yazılır ki, hərəkət edən heykəllər formasında təsvir edilən bəzi Misir heroqlifləri ALFAnın ilk versiyalarını əks etdirir. ALFAnı iki sözlə yazın. -Cavab: Kukla teatrı -Şərh: Çikaqo filmində müştərisini öz istədiyi cür hərəkət etdirən vəkil müştərisi ilə birlikdə kukla teatrında təsvir edilir. Qədim Misir heroqliflərindəki hərəkət edən heykəllərin tarixdəki məlum olan ilk kukla teatrını əks etdirdiyi güman edilir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Black Mirror serialının epizodlarından birində tura çıxmış personaj yeni tanış olduğu qız dostuna Burada olduğunu bildirmək üçün qolundakı yaranı göstərir. Hər il 6-14 iyul aralığından bir milyondan artıq insan Buraya səfər edir. Buranı cavab kartınıza yazın. -Cavab: Pamplona -Şərh: Hər il 6-14 iyul aralığında 1 milyondan artıq adamın yığışdığı San Fermin festivalına qatılan personaja bu festivalda öküzlərdən biri tərəfindən xəsarət yetirilmişdi. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 13. Paylama materialıFamily Guy serialında gördüyünüz səhnədə bu adı eşidən Styuvi ifşa olunacağından qorxaraq uzaqlaşmağa çalışır. Bu ad haqqında məqalədə eramızdan əvvəl 3-cü əsrdə yaradılmış bir təsisat da xatırlanır. Bu adı cavab kartınıza yazın. -Cavab: Alexa -Şərh: Rekvizitə diqqətlə baxsanız Styuvinin başındakı geyimi məşhur Alexa cihazına bənzədə bilərsiz. Adıyla çağırıldığı zaman cavab verən və ilk öncə kitab satışı xidməti kimi işə başlayan Amazon şirkətinin məhsulu olan Alexanın öz adını məşhur İskəndəriyyə kitabxanasından götürmüşdü. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 14. Bir müəllif öz əsərində yazır ki, müasir dövrdə insan təbiətin qanunlarını artıq öz istəyinə uyğunlaşdıra, istədiyi kimi hərəkət etdirə bilir və belə demək olarsa insan təbiətin ALFAsıdır. ALFA termini ilk dəfə 1936-cı ildə, "Ayaq barmaqlarının üzərində" üçün istifadə edilmişdi. ALFA ilə əvəz etidiymiz yunan mənşəli sözü tapın. -Cavab: Xoreoqraf -Şərh: İnsanların təbiət qanunlarını öz istəyinə uyğunlaşdıra və onları istədiyi cür hərəkət etdirə bildiyini deyən müəllif insanları təbiətin xoreoqrafı adlandırır. İlk dəfə xoreoqraf vəzifəsi “ayaq barmaqlarının üstündə” müziklı üçün təsis edilmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 15. 2018-ci ildə Çinin Xubai şəhərində aşkar edilmiş əsrarəngiz gözəlliyə malik bir mağara haqqında məqalənin başlığı ALFA adlanır. 1990-cı illərə aid bir bioqrafik filmin adında da ALFA-nı görə bilərik. ALFA-nı 3-cü növ təyini söz birləşməsilə yazın. -Cavab: Cənnətin fəthi -Şərh: İlahi gözəlliyə və yaşıllığa malik mağaranın aşkar edilməsi haqqında məqalə "Cənnətin fəthi" adlanırdı. 1992-ci ildə Amerikanın Kəşfini 500 illiyi ilə bağlı Gerard Depardieu'nun baş rolda oynadığı "1492. Cənnətin fəthi" filmi çəkilmişdir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 16. Siemens şirkətinin bir bina üstü reklamında binadakı BUnlar bir mətbəx avadanlığının hissələrini əvəz edir. BUnlar binalarda təbii hava ventilyasının təmin olunmasında ciddi rol oynayırlar. Bunları 2 sözlə yazın. -Cavab: fırlanan qapı -Şərh: Siemens şirkətinin mixer reklamlarından birində cihazın aşağı hissəsini fırlanan qapılar əvəz edir. Bu qapıların hərəkəti asan olduğundan onlar havanın daimi ventilyasını da təmin edə bilirlər. -Müəllif: Əhməd Əliyev - -Sual: 17. Bir serialda partnyorunun düşmənləri haqqında danışığına qulaq asan personaj BUndan istifadənin çoxluğundan müharibənin başlayacağını başa düşür. Bir internet istifadəçisinə görə, BU müəllifin mövzunu şəxsən təcrübə etdiyini və mövzuya hakim olduğunu bildirir. Bunu 2 sözlə yazın. -Cavab: Keçmiş zaman -Şərh: Düşmənləri haqqında danışan partnyorunu dinləyən personaj onun düşmənlərindən birini öldürdüyünü həmin şəxs haqqında keçmiş zamanda danışmasından anlayır. Bir quora istifadəçisi kitabda keçmiş zaman istifadəsinin oxucunu daha çox cəlb etdiyini qeyd edir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 18. Akif Nağı Qarabağ problemi haqqında yazıdığı bir məqaləsində bildirir ki, milli siyasətimiz ALFA kimi gah sağa, gah da sola meyl edir. Ona görə, hələ də hədəfimizə çata bilməmişik. Ötən əsrin 70-ci illərinə aid ALFA haqqında məqalədə Oradur faciəsi də xatırlanır. ALFAnı 1-ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Köhnə tüfəng -Şərh: Oradur faciəsini mövzu kimi götürən “Köhnə tüfəng” filmi 1975-ci ildə yayımlanmışdı. Akif Nağı milli siyasətimizin meyl etdiyini qeyd edərkən onu köhnə tüfəngə bənzədir. -Müəllif: Bəxtiyar Nəzərli - -Səhifə -> 277 | Sual Sayı -> 18 - -Sual: 1. Nə qədər qəribə olsa da, Deyvid Oqilvi yazır ki: “Bir məhsulun əgər çatı��mayan cəhəti varsa, bu haqda buraxılmış bir söz lazım deyil”. Buraxılmış bir sözü yazın. -Cavab: Qışqırmaq -Şərh: Məşhur reklam yazarı Deyvid Oqilvi bildirir ki, məhsulun çatışmayan cəhəti haqqında qışqırmaq lazım deyil. Maraqlıdır ki, reklam sözü də latın dilindən tərcümədə qışqırmaq mənasına gəlir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. “Şerlok” serialının epizodlarından birində insanların zəif nöqtələrini taparaq şantaj edən Çarlz Avqust Maqnussen seriyanın əsas antoqanist obrazıdır. Şerlok özünün ən böyük düşmənlərindən biri kimi gördüyü Çarlz`ı “Şantajın alfası” adlandırır. Alfanı yazın. -Cavab: Napaleon -Şərh: Ş. Holms əsas düşməni Moriartini “Cinayətin Napaleonu” adlandırırdı. Eyni analogiya ilə bir digər düşməni üçün də bu bənzətmədən istifadə etmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Paylama materialı... Tomas Butçeyə ...Bir qəzetdə şəhərdə işlətdiyi məkanın əxlaqsızlığı təbliğ etməsi məqsədi ilə sakinlərin Tomas Butçeni məhkəməyə verməkləri haqqında xəbərin başlığı rekvizitdə gördüyünüz kimidir. Sizdən gizlədilmiş iki sözü cavab kartlarınıza yazın. -Cavab: Xalq, qarşı -Şərh: 1996-cı ildə çəkilmiş və “Hustler” jurnalı ətrafında yaranan təzyiqlərdən, Larri Flintin məhkəməyə verilməsindən bəhs edən film “Xalq Larri Flintə qarşı” adlanır. Oxşar hadisə ilə üzləşən Tomas Butçeyə də qəzetlər həmin filmdən təsirlənərək manşet açmışdılar. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. “Dogs of Berlin” serialı “Alfadan” bir gün öncə öldürülən Orkan Erdem cinayəti ilə başlayır. 2010-cu ilin 8 oktyabr tarixində keçirilən hələ ki, sonuncu “Alfa” da Berlində baş tutub. “Alfa” ilə əvəz olunanı bir neçə sözlə yazın. -Cavab: Almaniya - Türkiyə futbol matçı -Şərh: 2018-ci il Dünya Çempionatındakı fiaskodan sonra bir anda qızışan Məsut Özil qalmaqalından təsirlənərək çəkilən serial türkəsilli alman futbolçu Orkan Erdemin Almaniya-Türkiyə futbol matçından bir gün öncə öldürülməsi ilə başlayır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Müsahibədən bir hissəyə qulaq asın:   -“Üç dəfə həyatına qəsd olundu. Mart ayından sonra bir dəfə maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb...”. Xavər xanımın sözlərini dinlədiyinizi bilərək, müsahibənin kimin haqqında olduğunu tapın. -Cavab: Şıxəli Qurbanov -Şərh: Onun həyatına qəsdlərin Mart ayından sonra olması təsadüfi deyildi. O, uzun illər davam edən senzuranı qıraraq Novruz bayramının keçirilməsinə nail olmuşdu. 1967-ci ilin May ayında müəmmalı şəkildə vəfat edən Şıxəli Qurbanov həmin zamana kimi 3 dəfə sui-qəsdə məruz qalmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. "İtmiş şəhər Zet" filmində saldakıların atdığı tora balığın düşməsinə nəyin mane olduğunu bir portuqal sözü ilə yazın. -Cavab: Piranya -Şərh: Filmdə hadisələr Amazon çayı ətrafında cərəyan edir. Personajlar çayın ən dərin yerinə tor atıb balıq tutacaqlarına ümid etsələr də, yırtıcı piranyaların bütün balığı yeməsi səbəbiylə bir dənə də olsun balıq tuta bilmirlər. "Piranya" Portuqal sözü olub "iri dişli balıq" anlamına gəlir. -Müəllif: Vüqar Məmmədov - -Sual: 7. Amerikalı caz müğənnisi Net Kinq Koul Meksikadan bəhs edən mahnısı Alfa adlanır. Alfa XX əsrin sonlarında yazılmış bir əsərin adına daxildir. Əsərin müəllifini yazın. -Cavab: Haruki Murakami -Şərh: Amerikalı müğənninin Meksika haqqında mahnısı “Sərhəddən cənubda” adlanır. 1992-ci ildə çap olunmuş “Sərhəddən cənubda, günəşdən qərbdə” əsərinin müəllifi Murakamidir. Maraqlıdır ki, Murakaminin bir digər məşhur əsəri Bitlz qrupunun “Norveç meşəsi” albomunun adını daşıyır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. “Penny Dreadful” serialının epizodlarının birində Qarındeşən Cek, Anni Çapman, Frankşteyni bir məkanda görə bilərik. Növbəti kadrlarda XVIII əsrdə əsası qoyulmuş hansı təsisatın xatırlandığını tapın. -Cavab: Madam Tüsso müzeyi -Şərh: Serialda “Putney Family Waxworks” adlı müzeydə Qarındeşən Cek, Anni Çapman, Frankşteynin mumdan heykəlləri yerləşdirilib. Müzeyin təsisatçısı isə bir müddət sonra Madam Tusso Müzeyinə rəqib olmaq istəyir. -Müəllif: Elşən Almaslı - -Sual: 9. Freddi Merkuri dostuna yazdığı bir məktubda “qadınları anlamağa çalışsan, zövq ala bilməzsən” sözlərinə yer verir və qadınları Alfaya bənzədir. Bir tənqidçi Alfanın bacarıqsız insanların təsəvvürü nəticəsində yarandığını iddia edir. Alfanı birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Müasir incəsənət -Şərh: Tənqidçinin fikrinə görə bacarıqlı insanlar təsəvvüründə canlananı olduğu kimi yarada bilir və bu incəsənətdir. Bacarıqsız insan isə təsəvvüründəkini olduğu kimi canlandıra bilmir və nəticədə yaranana müasir incəsənət deyirlər. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. “Polar” filmində şirkət sifarişlə insanları öldürən peşəkar qatillərlə çalışır və qəti şəkildə 50 yaşına çatdıqdan sonra işçilərini təqaüdə yollayır. Bir şirkət nümayəndəsi bu qərarı izah edərkən Marktbrayt-Mayn doğumlu hansı şəxsi xatırlayır? -Cavab: Alois Alzheymer -Şərh: Personaj maksimum dəqiqlik tələb edən işdə heç bir risk ala bilməyəcəklərini bildirir və adətən insanlarda 50 yaşdan sonra rast gəlinən yaddaşını itirmə hallarına qarşı şirkəti bu yolla sığortalayır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. “Dilbert” karikatura seriyasında personaj Dilbertin yazdığı şeirə münasibətdə deyir ki, Alfa bu şeiri 10 dəqiqəyə yaza bilər. Alfa 2008-ci ildə Kannda nümayiş olunub. Alfanı iki sözlə yazın. -Cavab: Üç meymun -Şərh: Sonsuz meymun teoreminə əsasən sonsuz sayda meymun sonsuz sayda cəhd etməklə Şekspirin Hamlet əsərini yaza bilər. Karikatura da Dilbertin yazdığı şeirin çox asan olmasını personaj, hətta 3 meymun bu şeiri 10 dəqiqəyə yaza bilər deyərək çatdırır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Q.Q.Markes bir essesində qeyd edir ki, Karlos Fuentes və Xulio Kortasarla birgə Parisdən Praqaya getmək üçün qatardan istifadə etməli olmuşdular. Bunun səbəbini bildinizsə, 20-ci əsrin sonlarında bu səbəbdən dünyasını dəyişən şəxsin kim olduğunu tapın. -Cavab: Kemal Sunal -Şərh: "Axırıncı dəfə Praqaya 15 il bundan qabaq, Karlos Fuentes və Xulio Kortasarla birgə getmişdim. Parisdən qatara minmişdik, çünki üçümüzün də təyyarə qorxusu var idi." 3 iyul 2000-ci ildə məşhur türkiyəli aktyor Kamal Sunal təyyarə qorxusu olmasına baxmayaraq, "Balalayka" filminin çəkilişlərinin baş tutacağı Trabzona uçan təyyarəyə minmiş və nəticədə infarkt keçirməsi səbəbiylə dünyasını dəyişmişdi. 21-ci əsr 1 yanvar 2001-ci ildə başlayır. -Müəllif: Vüqar Məmmədov - -Sual: 13. “Xoşbəxtlik qayğıları” filminin sonunda hansı səhnəciklə rejissor tamaşaçıya simvolik olaraq göstərmək istəyib ki, insan qurduğu bəndləri qırıb keçməyi bacarmalı, azad olmağa cəhd etməlidir? -Cavab: Bənövşə oyunu -Şərh: Rejissor Həsən Seyidbəyli keçmiş nəsil ilə indiki nəsil arasındakı fərqləri, cəsarətsizliyi və qəlibləşmiş düşüncələri qırmağın gərəkli olduğunu filmin sonunda “Bənövşə oyunu” səhnəsini göstərməklə çatdırır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 14. Təxminən 35 illik tərcüməçilik fəaliyyəti ərzində Tehran Vəliyev nadir hallarda mətbuatda yazı ilə çıxış etmişdi. Onun sevimli yazıçısının kim olduğunu tapın. -Cavab: Cerom D. Selincer -Şərh: Məşhur əsərləri olan "Çovdarlıqda uçurumdan qoruyan" romanı, "Dülgərlər, qaldırın taxtabəndləri!" povesti və "Doqquz hekayə" adlı hekayələr toplusunu dilimizə çevirdiyi sevimli yazıçısı Selincer kimi özü də mətbuatdan qaçırdı. -Müəllif: Vüqar Məmmədov - -Sual: 15. "Hook" filmində göydən onun başına oğlunun bir neçə dəqiqə öncə sopa ilə vurduğu top düşür. Siz isə onun 1997-ci ildə hansı filmdə baş rolu oynadığını tapın. -Cavab: Flabber -Şərh: Söhbət Robin Uilyamsdan gedirdi. 1997-ci ildə çəkilmiş məşhur "Flabber" filmində Robin Uilyamsın canlandırdığı professor, ixtira etdiyi məhlulu sınaqdan keçirərkən qolf və boulinq topları müəyyən fasilələrlə bir neçə dəfə onun işinə mane olmağa çalışan oğruların başına düşür. -Müəllif: Vüqar Məmmədov - -Sual: 16. Yazıçı Etgar Keret Baliyə səyahəti zamanı xatırlayır ki, bir zamanlar İndoneziyada yerli əhali səfirliyimiz qarşısında bunu edirdi. Səfirliyimiz bağlandıqdan sonra isə ABŞ səfirliyi qarşısında. Bunu etməyi 3 sözlə yazın. -Cavab: İsrail bayrağını yandırmaq -Şərh: İndoneziyanın yerli əhalisi müsəlmanlardır və onlar adətən Fələstin və digər müsəlman dövlətlərinə dəstək olmaq məqsədilə etirazlar zamanı İsrail bayrağını yandırırdılar. İsrailli yazıçı Etgar Keret isə İndoneziyadakı səfirlikləri bağlanandan sonra bu hadisənin artıq ABŞ səfirliyi qarşısında baş tutduğunu yazır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 17. 1944-cü ildə Ervin Şrödinger yazdığı “Həyat nədir?” kitabında məlumatların saxlandığı aperiodik kristal nəzəriyyəsindən bəhs edir. Frensis “Həyat nədir?” əsərini hansı kəşfə qədərki ən yaxşı izahedici mənbə hesab edir? -Cavab: DNT molekulunun fiziki quruluşu -Şərh: Şrödingerin aperiodik kristal dediyi və genetik məlumatları saxlayan biopolimer - sonradan Ceyms Uatson, Mauris Uilkins və elə Frensis Krik tərəfindən kəşf olunan DNT molekulunun fiziki quruluşundan söhbət gedirdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 18. Paylama materialıQarşınızdakı rekvizitdə X gizlədilib. Roman dillərindən birində nə X ilə başlayır? -Cavab: Sual işarəsi -Şərh: Müəyyənsizlik prinsipinin müəllifi Heyzenberqin adındakı “b” və “q” hərfləri sual işarələri kimi yazılıb. Müvafiq olaraq b hərfini bildirən tərsinə çevrilmiş sual işarəsi rekvizitdə gizlədilmişdi. İspan dilində isə sual cümləsi tərsinə çevrilmiş sual işarəsi ilə başlayır. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 278 | Sual Sayı -> 18 - -Sual: 1. Bir məqalədə onun olduqca cəsur və rəğbət bəslənməli biri olduğunu və buna səbəbin ailəsindən fərqli olaraq vətənini tərk etmək yerinə onunla birgə ölməyi seçməsi göstərilir. Onun kim olduğunu bir sözlə və ya üçüncü növ təyini söz birləşməsindən ibarət iki sözlə deyin. -Cavab: Lutun arvadı -Şərh: Məlum əfsanədə Lut ailəsi ilə Sodomdan qaçmağa çalışır. Bu zaman onun arvadı geriyə dönüb baxır. -Müəllif: Nihad Məmmədli - -Sual: 2. Levenhukun uzun müddət elm dünyasına öz adını eşitdirə bilməməsinin və Herbert Uelsin gənc yaşlarında satıcı kimi götürüldüyü Aptekdən 1 gün sonra çıxarılmasına səbəbi “Buraxılmış sözlər”dir. “Buraxılmış sözlər”lə əvəz etdiyimizi bir neçə sözü cavab kartınıza yazın. -Cavab: Latın dilini bilməmək -Şərhlər: None -Müəllif: Anar Məmmədov - -Sual: 3. Bir məqalədə,bu ifadənin fərqli siyasi görüşlərin hakim olduğu 60-cı illərin ABŞ-ında yarandığı qeyd olunur. Başqa bir mənbədə isə bunun yaranma tarixinin siyasi evliliklərlə ilə öz torpaqlarını genişləndirən orta əsr dövlətlərinə gedib çıxdığı deyilir. Həmin ifadəni 1 dəqiqə ərzində cavab kartınıza yazın. -Cavab: Savaşmayın sevişin -Şərh: 60-сı illərdə ABŞ-da hippi cərəyanı tüğyan edirdi. -Müəllif: Urfan Orucov - -Sual: 4. Maraqlıdır ki,onun haqqındakı məqalələrdən birinin başlığı qədim ingiliscədə kirpi mənasına gələn bir sözlə ifadə olunub. Karikaturaların imperator Diokletian onunla danışarkən kürklərini asmağa yer olmadığından şikayətlənir. Onun kim olduğunu cavab kartınıza yazın. -Cavab: Müqəddəs Sebastian -Şərhlər: None -Müəllif: Anar Məmmədov - -Sual: 5. Orta əsrlər avropasında keçən bir mənbədə, şəhərə gələn personaj yerlilərin birindən şəhərdə karnaval olub olmadığını soruşur. Siz isə onun bu sualı verməsinə səbəb olanların kim olduğunu cavab kartınıza yazın. -Cavab: Həkimlər və ya vəba həkimləri -Şərhlər: None -Müəllif: Anar Məmmədov - -Sual: 6. Son dövrlərdə qərb dövlətlərinin imperialist siyasətinin yaxın şərqə yayılmasını və milyonlarla insanın ölümünə səbəb olmasını pisləyən bir məqalədə kinayə ilə “Deyəsən x həqiqətən də 1960cı ildə öldü” deyilir. X-i 2ci növ təyini söz birləşməsiylə cavab kartınıza yazın. -Cavab: Qərbin vicdanı -Şərhlər: None -Müəllif: Anar Məmmədov - -Sual: 7. Yefimovun “Qan və Biznes” adlı karikaturasında X-in yerində kəllə sümüklərini görmək olar. Herodotun qeydlərinə əsasən Misirdə X yunanların əksinə sağdan sola doğru yerləşdirilirdi. X-i bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Abakın daşı -Şərhlər: None -Müəllif: Nihad Məmmədli - -Sual: 8. Bir nağılda Argent adlı ovçu nəhəng canavarı X sayəsində öldürür. Məqalələrin birində isə penisilinin bir çox qarşısı alınmaz xəstəlik üçün X olduğu qeyd edilir. X-i eyni 2 hərflə başlayan Ici növ təyini söz birləşməsilə deyin -Cavab: Gümüş güllə -Şərhlər: None -Müəllif: Nihad Məmmədli - -Sual: 9. Məktəb vaxtı proqramlaşdırmaya xüsusi marağı olan John Hankenin sevimli hobbisi küçələri dolaşaraq kəpənəkləri ovlamaq idi. Siz isə onun şirkətinin 2016cı ildə nəyi yaratdığını deyin. -Cavab: Pokemon Go -Şərhlər: None -Müəllif: Nihad Məmmədli - -Sual: 10. I dünya müharibəsinə aid yumoristik posterdə qlobus üzərində almaniyaya istiqamətlənən rus əsgərini, Almaniyanın üzərində isə təlaş içində, bir növ, BURAXILMIŞ SÖZLƏRi görə bilərik. Filmlərdə tez-tez öldüyü barədə zarafatla danışan Sheb Wooley BURAXILMIŞ SÖZLƏRin sahibi hesab olunur. BURAXILMIŞ SÖZLƏRi 2 sözlə cavab kartınıza yazın. -Cavab: Vilhelm qışqırığı -Şərh: Posterdə əsgəri görərək təlaşa düşən Kayzer Vilhelmin qışqırığını görə bilərik. Vilhem qışqırığının sahibi hesab olunan Sheb'in öldüyü bir çox səhn��də həmin səs effektindən istifadə olunmuşdur. -Müəllif: Yusifəli Sadıqov - -Sual: 11. Bir məqalədə David Bowie'nin qeyri-adi səhnə performansına dair lentin uzun müddət sonra tapılması barədə danışılır və lentin fanatlar üçün sanki X olduğu vurğulanır. X'lə bağlı məqalədə Aramatiyalı Yusifin də adı çəkilir. X'i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Müqəddəs qədəh -Şərh: İsa çarmıxa çəkildikdən sonra yoxa çıxan qədəh, neçə əsrlər boyu axtarılmışdır. Həmçinin, İsa çarmıxa çəkilərkən orada olan Aramatiyalı Yusifin İsanın damlayan qanını həmin qədəhə doldurduğuna inanılır -Müəllif: Yusifəli Sadıqov - -Sual: 12. Zamanda səyahət haqqında danışılan bir mənbədə keçmişi dəyişdirməyimizin ya həyatımıza heç bir təsir göstərməyəcəyi, ya da onu tamamilə məhv edəcəyi qeyd olunur və X xatırlanır. X-in “Yıkule” aldı türk alternativi mövcuddur. X-i 1 sözlə cavab kartınıza yazın. -Cavab: Cenga -Şərh: Cenganın türk alternativi sayılan yıkule "yık" və "kule" sözlərinin birləşməsindən əmələ gəlmişdir -Müəllif: Yusifəli Sadıqov - -Sual: 13. Bir mənbədə Polşanın uzun müddət işğal altında olduğu, digər ölkələr tərəfindən alçaldığı, lakin artıq əzablardan qurtulduğu qeyd olunur və bildirilir ki, Polşa öz “X”indən xilas olub. Elmi adı “Paliurus spina-chirsti” olan bitkinin digər adlarından biri də “X”dir. “X”i eyni hərflə başlayan 2 sözlə cavab kartınıza yazın. -Cavab: Tikanlı tac -Şərh: İsanı alçaltmaq məqsədi ilə başına taxılan tikanlı tac, onun əzablarının simvollarından biri sayılır. “Paliurus spina christi” bitkisinin digər adı eyni adı daşıyır və tacın həmin bitkinin budağından hazırlandığından inanılır. -Müəllif: Yusifəli Sadıqov - -Sual: 14. Noam Xomski bir məqaləsində ABŞ-dakı iqtisadi və demokratik qeyri-bərabərliyi X adlandırmışdır. “X” 2000-ci ildə çəkilmiş filmdən bir söz artıqdır. X-i deyin. -Cavab: Amerikan arzusunun rekviyemi -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 15. Amerikan tanrıları romanında personaj qəhrəmanın neçə gün ac olmasını X-lə müəyyən etmişdi. Maliyyə böhranından bəhs edən məqalənin adında X-in artması sözlərini görmək olar. X-i 2 sözlə deyin. -Cavab: Kəmərdəki dəliklər -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 16. Bir hekayədə bu hakimiyyət taxtının ilk pilləsi və inqilabların dağıda bilmədiyi tək şey adlandırılır. Bunu fransız sözü ilə deyin. -Cavab: Eşafot -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 17. Stiven Fray Prometeyin insanlara odu verməsindən sonra alovun sürətlə çoxaldığını deyərək bu prossesi X-ə bənzədir. X-i biri yunan mənşəli olmaqla 2 sözlə deyin. -Cavab: Mitoz bölünmə -Şərhlər: None -Müəllif: Urfan Orucov - -Sual: 18. Faina Ranevskaya bir sitatında BU sualı verən hər kəs BUNU edə bilməyəcəyini deyir. BU adlı filmin sloqanı “Həqiqətləri gizlətmə, onları sadəcə filtrlə” kimi səslənir. BUNU bir neçə sözlə deyin. -Cavab: Burada siqarət çəkmək olar -Şərh: None -Müəllif: Urfan Orucov - -Səhifə -> 279 | Sual Sayı -> 18 - -Sual: 1. Əsərlərdən birində dostu tərəfindən çağırılan personaj kiçik ölçülü pəncərədən çöləçətinliklə çıxmasını İKS hadisəsinə bənzətmişdir. İKSİ dodaqlanan saitli sözlə cavab kartınıza yazın. -Cavab: Doğum -Şərh: Kiçik ölçülü pəncərədən, əziyyət çəkə-çəkə çıxması personaja doğum hadisəsini xatırlatmışdır, ilk sual olmasıda kömək olmalı idi. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 2. “Vikinqlər” serialında Əlcəzairə yürüş edən vikinqlər qürub zamanı ilk çatdıqları ərazini çox rahatlıqla ələ keçirə bilirlər. BUNUN səbəbini saitləri eyni olan sözlə cavab kartlarınıza yazın. -Cavab: Namaz -Şərh: İlk dəfə müsəlman ölkəsinə yelkən açan vikinqlər namaz vaxtı şəhərə çatıb və rahatlıqla ələ keçirə bilmişdilər. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 3. Karikaturaların birində üzərinə çoxlu sayda top gələn və onları dəf edən David De Gea ya təsvir olunub. Siz isə həmin karikaturada hansı personaja allüziya olduğunu tapın. -Cavab: Neo -Şərh: Matrix filmində üzərinə çoxlu sayda güllə gələn Neo məharətlə onların qarşısını kəsə bilmişdir. Analoji olaraq karikaturada De Gea topların önünü kəsir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 4. Bir filmin personajı küçəyə çıxır, qarşısına gələnə hücum edir, yolu maşınlara fikir vermədən keçir, kafedə qəribə hərəkətlər edir və hətta bir neçə insana ciddi xəsarət yetirir və yenidən evə qayıdır. Siz isə bunların nəticəsində onun polis tərəfindən tutula bilməməsinə səbəb olanı bir neçə sözlə yazın. -Cavab: Virtual reallıq eynəyi -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: Virtual reallıqda olan personaj simulyasiyada iki ədəd qılıncla hücum edir. Bu zaman onun kafedə qılınc kimi nədən istifadə etdiyini fransız mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Baget -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 6. 2016-cı ildə Leyla müsahibələrinin birində BURAXILMIŞ SÖZLƏR haqqında danışarkən, hər bir kəsin hospitalda olduğunu və çox kədərləndiyini bildirir və haqqında danışdığı şəxsin daha xəstəlikdən əziyyət çəkmədiyini bildirərək özünü bir az rahat hiss elədiyini də vurğulayır, Aaron isə BURAXILMIŞ SÖZLƏR haqqında danışarkən bunun ona əngəl olmadığını və hələdə macəralarına davam edəcəyini bildirir. BURAXILMIŞ SÖZLƏR kapitalizasiyanı nəzərə almadan cavab kartınıza yazın. -Cavab: Əlini itirmək -Şərh: Birinci sualda Leila Əli Atası Məhəmməd Əlini itirməkdən, ikinci sualda isə məşhur macərapərəst Aaron Ralstonun öz əlini itirməsindən danışılır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 7. Uoll-striti ən yaxşı təsvir edən kitablardan biri hesab olunan “Yalançının pokeri” əsərinin ingilis dilində olan nəşrlərindən birinin üz qapağında əsərin adı “Liar’s poker” kimi qeyd olunub. Sizə verilmiş mətndə bir simvol digəri ilə əvəz olunub, əvəz olunmuş simvolu cavab kartlarınıza yazın. -Cavab: $ -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 8. Paylama materialıİnternet səhifələrindən biri zarafatca bu şəkili paylaşaraq, hamınız gecikmisiniz, mən bu filmi 80-cı illərdə görmüşəm artıq deyərək, son zamanlara aid bu filmi xatırlayır . Hansı? -Cavab: Bird box -Şərhlər: None -Müəllif: Şahmurad Məmmədov - -Sual: 9. 9) Hər hansısa kiçik bir kompaniyanın digər böyük kompaniya tərəfindən udulmaq istəməsi lakin əks həmlə edərək kiçik kompaniyanın böyük kompaniyanın udması İKS müdafiəsi adlanır. Maraqlıdır ki, İKSin personajlarından ikisinin adının mənası müvafiq olaraq “təqibçi” və “pusquda duran” anlamına gəlir. -Cavab: Pac-Man -Şərh: Pac-Man oyununa allüziya olaraq. Pac-Man oyununun 2 personajının adı Blinki (orijinalda Oikake) və Pinki (orijinalda Matibuse) hansılar ki, müvafiq olaraq “təqibçi” və “pusquda duran” mənaları verirlər. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 10. “Revenant” filminin Kanadada olan çəkilişinin bir az gec başlanmasına görə bütün set(kadro) məhz Buraxılmlş sözlrə səbəbindən Cənubi Argentinaya köçürülmüşdür. Buraxılmış sözlərin hətta meşə yanğınlarının artmasına da səbəb ola biləcəyini bildinizsə buraxılmış sözləri cavab kartınıza yazın. -Cavab: Qarların əriməsi -Şərh: Qoyulmuş vaxtda gecikən set qarların əriməsi səbəbi ilə Argentinaya köçürülmüşdür, Revenant filmi də Hyu Qlassın qarlı ərazilərdə çəkdiyi əziyyətlərdən də ibarətdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 11. Məqalələrdən birində Marian çökəkliyindəki plastik tullantıların insan səhhətilə dolayı yolla əlaqəsindən danışılır. Səbəb olaraq BU əsas gətirilir. Bir yumoristik illüstrasiyada BU ağzı kip kilidlənmiş soyuducunun aşağısında təsvir edilmişdir. BUNU iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Qida zənciri -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 12. Seriyalardan birində personaj İKSİ həyatında ilk dəfə gördüyü üçün düşmənin yerini dəqiq müəyyən etməməklə yanaşı, onu öldürə bilmir. X-in Kann kinofestivalında nümayişinə 1975-ci ildə Qoskino icazə verməmişdi. X-i cavab kartlarınıza yazın. -Cavab: Güzgü -Şərh: Personaj güzgünü həyatında ilk dəfə gördüyü üçün düşmənin təsvirini canlı hesab edir və səhvən güzgünü sındırır. İkinci hissədə isə Tarkovskinin şahəsəri “Güzgü” filmindən bəhs olunurdu. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 13. ”Doolhouse” [Dulhaus] serialinda baş rolda “kukla” adlandırılan insanlar yer alır. Serialda müştərilər üçün müxtəlif şəxsiyyətlər yaradılması məqsədilə hər dəfə buraxılmış sözlər. BURAXILMIŞ SÖZlərin nə olduğunu bildinizsə serialda bu prosedurun necə adlandırıldığını latın ifadəsilə cavab kartınıza yazın. -Cavab: Tabula rasa -Şərh: Buraxılmış iki söz-yaddaşları silinir idi və onların yaddaşı ağ vərəq kimi tərtəmiz olurdu. Latın dilində olan Tabula rasa ifadəsi də tərcümədə boş lövhə mənası verir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 14. Bir rok musiqi qrupunun albom qapaqlarından birində "Adəmin yaradılışı" əsərinə allüziya edilib. Belə ki, musiqi qrupunun iki üzvü rəsmdə bir-birlərinə barmaqlarını uzadırlar. Siz isə onların barmaqları arasındakı boşluqda nəyin təsvir olunduğunu istənilən dildə bir sözlə yazın. -Cavab: Plektr (Plectrum, pena və s.) -Şərh: Rok qrupu kömək olmalı idi. Belə ki, müxtəlif musiqi alətlərinin ifa edilməsində istifadə edilən mizrab qrupun üzvlərinin barmaqları arasında təsvir edilmişdi. -Müəllif: Nail Qasımzadə - -Sual: 15. Ağıllı evlər haqqında olan bir video çarxda personaj psixoloqun yanından qayıtdıqdan sonra içəriyə daxil ola bilmir. Əvvəlki cümlədə bir sözdə bəzi hərflərin dəyişildiyini bilərək sözü bərpa edib cavab kartınıza yazın. -Cavab: Stomatoloq -Şərh: Ağıllı evlərin ən əsas özəlliyi səs ilə işləmək, insan səsinə reakdiya verməkdir. Stomotoloq yanına gedib gəldikdən sonra isə personaj “Qapını aç” ifadəsini belə deyə bilmir, fərqli tələffüs eləyir ki bunun nəticəsində də qapıda qalır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 16. “Hangover 2”, “Muzeydə Gecə”, “Biz zoopark aldıq”, “Heyvan təlimçisi” kimi kino və seriallarda oynayan Kristala 2015-ci ildə Oskar təqdim edilmişdir. Əvvəlki cümlədə bir sözdə bəzi dəyişikliklər etdiyimizi bilərək sözü orijinaldakı kimi yazın. -Cavab: Pouskar -Şərh: Filmlərdən göründüyü kimi bu filmlər o qədər də oscara laiq filmlər deyil, amma heyvanlar üçün təsis edilən pawscar mükafatı 2015 ci ildə sadalanan filmlərda oynayan, Anjelina Joli ləqəbli meymun Cristala verilmişdir. Ən məşhur rolu isə Hangover’dəki bariga (nəşə daşıyan) roludur. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 17. Maraqlıdır ki, ondan abortla bağlı müsahibədə sual soruşulanda, o "Tibbi bir məsələ olsa da, mənim görüşüm ondan ibarətdir ki, əgər hamilə qadının həyatı üçün böyük təhlükə varsa, onda uşaq mütləq götürülməlidir." sözlərini işlətmişdi. 1925-ci il Qrentem doğumlu bu siyasətçinin kim olduğunu tapın. -Cavab: Marqaret Tetçer -Şərh: Sualda hamilə qadınların himayədarı Marqaretə göndərmə edilmişdir. Xanımın fikirləri də özü kimi sərt və qətiyyətli olub. -Müəllif: Nail Qasımzadə - -Sual: 18. Paylama materialıBir filmdə ad günündə verilən hədiyyəni görən personaj burjuasiyadan asılı olmamasını BUNU ETMƏMƏKLƏ əlaqələndirir. Sizə paylanılmış rekvzitdə də sual müəllifi bir neçə yerdə bunu edib. BUNU ETMƏKLƏ əvəz olunmuş iki sözü yazın. -Cavab: Qalstuk bağlamaq -Şərh: Bildiyimiz kimi, bir çox hallarda qalstuk burjuasiya və kapitalizm simvolu hesab edilir. Rekvizitdə də islami qalstukun yaradıcısı Hümmət Komeylinin fikirləri idi. O, qalstuku yaradarkən Zülfüqar qılıncından ilham almışdır. -Müəllif: Nail Qasımzadə - -Səhifə -> 280 | Sual Sayı -> 18 - -Sual: 1. Piqmalion əsərində sərbəst halda kobud ifadələrdən istifadə edən personajın nitqi BURADAKI çıxışlara bənzədilir. Maraqlıdır ki, VIII Henrixin dövründə BURA kralın ov-əyləncə yeri kimi istifadə olunduğundan əhali üçün qapalı elan edilmişdi. BURA ilə əvəz olunmuş iki sözü yazın. -Cavab: Hayd Park -Şərh: Əsərdə professor Hiqqinzin nitqini digər personaj Hayd Parkda çıxış edən etirazçı natiqlərin çıxışına bənzədirdi. Maraqlıdır ki, hazırda sərbəst toplaşmaq simvolu olan bura VIII Henrixin dövründə əhali üçün bağlı idi. -Müəllif: None - -Sual: 2. Bir çox ingilisdilli kommersiya müqavilələrində “Act of God” ifadəsini görmək olar. Bu ifadənin istifadə edildiyi müqavilə maddəsinin adını iki xarici mənşəli sözü ilə cavab kartınıza yazın. -Cavab: Force majeure -Şərh: Act of God, yəni Tanrının əməlləri,- insandan asılı olmayan hadisələri (sel, zəlzələ, tufan və s.) bildirmək üçün istifadə olunan ifadədir. Bu hadisələri isə bir çox müqavilələrdə Faurce Majeure maddəsi tənzimləyir. -Müəllif: Samid Hacıyev - -Sual: 3. Herman Hessenin mənəvi rahatlıq axtaran “Yalquzaq” əsərinin qəhrəmanı buranı xatırlayır. Buranın təsvir olunduğu səcdəgahda “İudanın öpüşünü” də görmək olar. Buranı yazın. -Cavab: Hefsiman bağları. -Şərh: İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl, İudanın xəyanəti ərəfəsində Hefsiman bağına çəkilmiş, bir müddət mənəvi rahatlıq tapmaq üçün tək qalmış tanrı ilə danışmışdı. Yalquzaq əsərinin personajı Harri Haller mənəvi tənhalıqdan xilas olmağa çalışırdı. -Müəllif: Vüqar Ağayev - -Sual: 4. Aralarında 8000 fut yüksəklik fərqi olan Kito və Şell şəhərləri arasındakı mənzərədən danışan bir yazar yol boyunca sanki İKSİ müşahidə etməyin mümkünlüyünü qeyd edir. Təbriz məktəbinə aid edilən X-lərdən birini Azərbaycan Milli İncəsənət Muzeyində görə bilərik. İKSİ birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Dörd fəsil -Şərh: And dağlarında müxtəlif yüksəklikdə yerləşən iki şəhər arasındakı yollardan danışan yazar yol boyunca müxtəlif təbiət kompozisiyaları ilə qarşılaca��ınızı qeyd edərək dörd fəsilin hamısını burada görə biləcəyimizi qeyd edir. XIX əsrə aid Təbriz Xalçaçılıq məktəbinin nümunəsi olan Dörd Fəsil Xalçasının məşhur işlərindən biri də Azərbaycan Milli İncəsənət Muzeyində yerləşir. -Müəllif: None - -Sual: 5. Bir rep-battl iştrakçısı öz rəqibinə deyir ki, ona qalib gəlməyə çalışmaq Amerikalıya münasibətdə BUNU ETMƏK kimi mənasızdır. Bir məqaləyə əsasən BUNU ETMƏYİN ən rahat yolu Freyd düzəlişidir. BUNU ETMƏK ilə əvəz etdiyimiz bir neçə sözü cavab kartınıza yazın. -Cavab: “Sənə keçmək”, “Sən” xitabına keçmək Sayılma meyarı: Mənaca uyğun cavablar. “Sizə” keçmək SAYILMIR. Hansı ağılsız “Sizə” keçmək istəsin. -Şərh: İngilis dilində ikinci şəxsin təki və cəmi eyni söz ilə ifadə edilir – YOU. Buna görə də məğlub olmayacağına əmin olan battl iştrakçısı Palmdropov deyir ki, Amerikalı ilə “Siz” xitabından “Sən” xitabına keçmək, Palmdropova qalib gəlməyə çalışmaq kimi mənasızdı. Freyd səhvi isə səhvən ağlında fikirləşdiyini fikri şifahi deməkdir. Məqalədə deyilir ki, əgər bir insan Freyd düzəlişi ilə səhvən “Sən” ilə xitab eləsə, qarşı tərəf bu səhvdən sonra buna etiraz etməyəcək. -Müəllif: Samid Hacıyev - -Sual: 6. Bir əsərdə xəyalpərəst Motsart obrazı Bramsı darıxdırıcı hesab edir və onu izləyən on minlərlə qara geyimli adamları X-lərə bənzədir. X-lərin yaranması haqqındakı məqalədə dəmirçinin müxtəlif alətlərdən istifadəsindən danışılır. İKSi cavab kartınıza yazın. -Cavab: Partitüradakı notlar -Şərh: Bramsı cansıxıcı, uzun yazdığını düşünən Motsart onu izləyən qara geyimli adamları notlara bənzədir. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifaqorun marağını çəkmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüşdü. -Müəllif: Vüqar Ağayev - -Sual: 7. Təqribən 300 ildən çox yaşamış bu şəxs əlifbanı ixtira etmiş, yazıb-oxumağın əsasını qoymuş, insanlara dərs demişdir. Onun adını yazın. -Cavab: İdris peyğəmbər -Şərh: 300 ildən çox yaşaması şəxsin peyğəmbər olmasına işarə idi, “dərs” sözü İdris adından yaranıb. Ərəb dilində yeni yaranan söz, köhnə sözün samitlərindən yaranır. -Müəllif: Vüqar Ağayev - -Sual: 8. “X-men 2” filmində Maqnetonun həbsxanadan qaçmasına nəzarətçinin İKSində həddən çox İQREKin olması yardımçı olur. Vikipediyada İKS və İQREK adlı məqalədə 1815-ci ildə doğulmuş bir avropalı xatırlanır. İKS və İQREKİ deyil, həmin şəxsin kim olduğunu tapın. -Cavab: Otto fon Bismark. -Şərh: X-men 2 filmində metal əşyaları idarə etmək gücə malik Maqnetonun saxlanıldığı həbsxandan qaçmağına nəzarətçinin qanında həddindən çox dəmirin olması kömək etmişdir. Vikipediyada "Qan və Dəmir" adlı məqalə isə Bismarkın sonu qan və dəmir sözləri ilə bitən məşhur nitqində həsr edilmişdi. -Müəllif: None - -Sual: 9. Paylama materialıIt was not part of their blood, -It came to them very late -With long arrears to make good, -When the Saxon began to hate.Rekvizitdə Redyard Kiplinqin “Başlanğıclar” şeirinin dəyişilmiş versiyasından bir hissəni görə bilərsiniz. Bu dəyişilmiş versiyanın götürüldüyü mənbənin adını üç sözlə cavab kartınıza yazın. -Cavab: Böyük yerdəyişmə manifesti -Şərh: 15 mart 2019-cu ildə Yeni Zelandiyada iki məsçiddə terror etməmişdən bir gün əvvəl Brenton Tarrant tvitter hesabında öz düşüncə və nifrətini əks etdirdiyi “Böyük Yerdəyişmə” manifestini paylaşmışdı. Kiplingin rekvizitdə gördüyünüz şeirini də əslən avtraliyalı olan Brenton həmin manifestdə istifadə etmişdi. Şeirdə əsas ipucu son sətrdir – Saksonlar nifrət etməyə başlayanda. -Müəllif: Samid Hacıyev - -Sual: 10. Hələ uşaq yaşında ikən “Albalı bağı” pyesinə tamaşa etdikdən sonra teatra həvəsi yaranır. Rejissor Boris Stepançev freken Bok obrazının onun səsləndirməsini təkidlə istəmişdi. Söhbət kimdən gedir? -Cavab: Faina Ranevskaya -Şərh: “Albalı bağı” pyesində Lyubov Andreyevna Ranevskaya obrazı o qədər təsir edir ki, aktrisa olmaq qərarına gəlir və onun soyadını təxəllüs kimi götürür. Astrid Linqrenin “Damda yaşayan Karlson” povesti əsasında çəkilmiş “Karlson geri döndü” cizgi filmində kəskin xarakterinə uyğun gəldiyinə görə Faina Ranevskayanın bu obrazı səsləndirməsini istəmişdi. -Müəllif: Vüqar Ağayev - -Sual: 11. Hadisələri Nyu-Yorkda cərəyan edən filmdə obraz, çətin vəziyyətdə qətiyyətli qərar qəbul etməyindən danışır. Səhər toranlığında əkin sahəsi təsvir edilərkən bu ayparaya bənzədilir. Söhbətin nədən getdiyini saitləri dodaqlanan olmaqla iki sözlə deyin. -Cavab: Öküzün buynuzu -Şərh: Amerikan ifadələrində çətin vəziyyət qətiyyətli qərar vermək “to take bull by horns” kimi səslənir. Səhər alatoranlığında Ay artıq ayparaya çevrilməyə başlayır. Əkin sahəsi ətrafında Öküzün buynuzu Ayparaya bənzədilib. -Müəllif: Vüqar Ağayev - -Sual: 12. Bir qadın internet istifadəçisi bayramda həyat yoldaşına BUNU hədiyyə etdikdən sonra ərinin ona xəyanət etdiyini bildirmişdir. Buna verilən şərhlərdən birində kişilər 2002-ci ilə aid filmin personajı ilə müqayisə edilmişdir. Personajın adını cavab kartınıza yazın. -Cavab: Dobbi -Şərh: Məhşur stereotipə əsasən, qadınlar bayramlarda kişilərə ancaq CORAB alır. Həyat yoldaşına corab aldığdan sonra xəyanətə məruz qalan internet istifadəçisinə olan şərhdə deyilir ki, kişilər Dobbi kimidi – corab versən, özlərin azad hiss edərlər. 2002-ci il istehsalı film “Harri Potter və sirli otaq” filmində kitabın arasından corabı götürən Dobbi indi özünü azad hiss etdiyini bildirmişdir. -Müəllif: Samid Hacıyev - -Sual: Cek Londonun “Günəşin oğlu” əsərində kapitan tufan vaxtı heç bir işə yaramayan kölələri QARANLIQDA QARA PİŞİKLƏRƏ bənzədir. Eramızdan əvvəl V əsrdə doğulmuş KONFUTSİ haqqında olan məqalədə də QARANLIQDA QARA PİŞİKLƏ sözlərini görə bilərik. QARANLIQDA QARA PİŞİK sözləri ilə hansı sözləri əvəz etdiyimizi bildinizsə, KONFUTSİ ilə əvəz etdiyimiz şəxsi tapın. -Cavab: Diogen -Şərh: Əsərdə gəmi kapitanı heç bir işə yaramayan kölə xidmətçiləri qaranlıqda qara pişiklər yox gündüz fənərləri adlandırır. E.ə 5-ci əsrdə doğulmuş Diogen haqqında olan məqalədə onun gündüz fənərlə vicdanlı insan axtardığı deyilir. Ümid edirik ki, əvəz etmələrimiz xoşunuza gəldi. Bu arada Konfutsi e.ə 6-ci əsrdə doğulub. -Müəllif: None - -Sual: 14. 1933-cü ildə biznesmen Rassel Qraymveyd 18-ci əsrin ortalarında tikilmiş kotteci alaraq Viktoriyaya hədiyyə etmək qərarına gəlmişdir. Bunun üçün o kotteci kərpiclərə söküb yeşiklərə yığdırmışdı. Siz isə bu kottecin kimə məxsus olduğunu deyin. -Cavab: Ceyms Kuk -Şərh: Avstraliyadan olan biznesmen 1755-ci ildə Kuk ailəsinin tərəfindən tikilmiş kotteci almışdı və Avstraliyanın Viktoriya ştatına hədiyyə etmək üçün kotteci Melburn şəhərinə köçürmüşdü. Viktoriya sualda qadın adı yox ştatın adını bildirirdi. -Müəllif: Samid Hacıyev - -Sual: 15. XIX əsrə aid əsərdə təsvir edilən oyunun qaydalarında quş başı ilə BUNU ETMƏK lazım idi. 1958-ci ilə aid mənbəmizdə isə JEK (MİS) rəisinin əməllərindən narazı qalan əhali BUNU ETMƏK lazım olduğunu dilə gətirir. Kapitalizasiyanı nəzərə almadan BUNU ETMƏK ilə əvəz olunmuş iki sözü yazın. -Cavab: Kirpiyə vurmaq -Şərh: Şərh: Luis Kreollun “Alisa möcüzələr ölkəsində” əsərində kritet oyununda flaminqo quşunun başı ilə kirpiyə vurmaq lazım idi. 1958-ci ildə çəkilmiş “Kazbek qutusu” filmimizdə isə narazı əhali şikayət olaraq “Kirpi” jurnalına mürciət etməyi bildirən Kirpiyə vurmaq ifadəsin işlətmişdilər. -Müəllif: None - -Sual: 16. Qalatasarayın uzun müddət “Guançjou Evegrande” klubundan Alanı transfer edə bilməməsi haqqında qəzet məqaləsinin başlığı X adlanır. Yezuit missionerlərinin Pekinə gələrkən Avropa ölkələrinə nəzərən aşağı cinayət nisbətinin səbəbi də bu göstərilmişdi. Bunu ikinci növ təyini söz birləşməsilə yazın. -Cavab: Çin işgəncəsi -Şərh: Çin klubundan transfer edə bilmirlər, başlıq Çin işgəncəsi adlanır. Yezuit missionerlər Çin qanunlarına Çin işgəncəsinin qəddarlığı səbəbindən insanların qanuna tabe olduqlarını yazırlar. -Müəllif: Vüqar Ağayev - -Sual: 17. Azərbaycan-ermənistan münasibətləri, Azərbaycanlıların soyqırımlarından bəhs edən sayt “Dönüş.az” adını daşıyır. Öncəki cümlədə 4 simvol 5 simvol ilə əvəz olunub. Həmin 4 simvolu cavab kartınıza yazın. -Cavab: 1905 -Şərh: Azərbaycanlı və ermənilər arasında olan ilk müharibələrdən biri və Azərbaycanlıların ermənilər tərəfindən ilk qətliamlarında biri 1905-ci ildə baş vermişdir. Cəfər Cabarlının “1905-ci ildə” pyesi də məhz bur müharibə haqqındadır. Sualda isə biz Cabbarlının bir əsərini o biri məhşur əsəri ilə əvəz etmişik. -Müəllif: Samid Hacıyev - -Sual: 18. Versal sarayı zadəganlar üçün düşünüldüyündən, tikilərkən bunlar nəzərdə tutulmamışdı. Qədim Romada bir növ qullar bunların isidilməsi funksiyasını yerinə yetirirdi. Söhbətin nədən getdiyini yazın. -Cavab: Tualet -Şərh: Orta əsrlər Fransasında əsillik kodeksində zadəganlar istədikləri yerdə öz ehtiyaclarını ödəyə bilirdilər. Buna görə də Versal sarayı qoxusuna görə “Avropadakı digər saraylardan bənzərsiz” kimi ifadə yaranmışdı. Qədim Romada daşlardan hazırlanan tualetlər soyuq olduğuna görə qullar əvvəl oturub isidir, daha sonra varlı romalılar öz ehtiyaclarını ödəyirdilər. -Müəllif: Vüqar Ağayev - -Səhifə -> 281 | Sual Sayı -> 18 - -Sual: 1. 1930-cu illərdə ABŞ-da rəqs marafonlarının məşhurlaşmasını şərh edən bir məqalədə deyilir ki, insanlar yenə tamaşaya maraq göstərməyə başlamışdılar. Sualda buraxılmış 2 sözü yazın. -Cavab: Çörək və -Şərh: Böyük depressiya zamanı aclıq çəkən insanlar çox zaman ölümcül hallarla nəticələnən rəqs marafonlarında iştirak edirdilər ki, burada iştirakçılara yemək pulsuz verilirdi. İştirakçılar marafona əslində pulsuz çörək yeməyə, digərləri isə iştirakçıların necə rəqs edərək çox vaxt əzab çəkməsinə baxaraq əylənməyə gəlirdilər. Məqalədə deyilir ki, həmişə çətin zamanlar gələndə insanların çörək və tamaşaya maraqları artır. -Müəllif: Cavidan Hacıyev - -Sual: 2. Maraqlıdır ki , heyvanların əhliləşdirilməsi barədə yazılan bir mənbədə belə deyilir ki, Yeni Qvineyada icmaların çoxunda insanların zənginliyini onların sayı ilə ölçürlər. Bəzi fermerlər isə onların qaçmaması üçün burunlarının bir hissəsini kəsirlər. Sualda 2 yerdə eyni hərflər buraxılıb. Buraxılmış hərfləri yazın. -Cavab: D u z -Şərh: Maraqlıdır ki, Yeni Qvineyada daim palçıq və çirkli həyat tərzi keçirən və İslamda da mundar heyvan kimi təsvir olunan donuzlardan zənginliyin ölçülməsində istifadə olunub. Zəngin görünmək istəyən bəzi fermerlər donuzların burnunu kəsirki onların iyləmə qabiliyyəti itsin onlar öz yemini və gedəcəyi yeri tapa bilməyib sahibindən asılı olsun. -Müəllif: Səyyar Qurbanov - -Sual: 3. Yazıçı Mark Şmidt onların sosialzmin kontinental Avropa mədəniyyətinə təsiri nəticəsində yarandığını, obrazlar arasında isə Karl Marks və Trotskinin prototiplərinin olduğunu deyir. O, hətta onlara antoqonist olan obrazın isə kapitalizmi təcəssüm etdiyini iddia edir. Söhbət kimlərdən gedir? -Cavab: Smurflar -Şərhlər: None -Müəllif: Orxan Cəlilov - -Sual: 4. Paylama materialı1915-ci ildə Nyu-York mason lojasında böyük nümayəndə rütbəsinə çatmış bu şəxsin 1927-1941-ci illərdə nəyin üzərində işlədiyini tapın. -Cavab: Raşmor (dağı və ya abidəsi) -Şərh: Şəkildə Raşmor dağında 4 ABŞ prezidentini həkk etmiş heykəltəraş Qutzon Borqlumu görürsünüz. -Müəllif: Orxan Cəlilov - -Sual: 5. Gənc cütlüyü falçının qəbulunda təsvir edən bir rəsmin şərhində deyilir ki, falçı bəydən öncədən o qədər çox pul alıb ki, qızın heç pulunu götürmür. Əvəz edilmiş sözləri yazın. -Cavab: Əlinə baxmır -Şərh: Bəydən çox pul alan falçı, qızın əlinə baxmadan bəyi tərifləyirdi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. Andersenin bir nağılının sonunda, yeni alınmış Alfanın "ac olduğu" və buna görə də səs çıxartmadığı deyilir. Bir məqalədə isə onun orta əsrlərdə daha çox Çində istehsal edildiyi bildirilir. Söhbət nədən gedir. -Cavab: Pul daxılı -Şərh: Orta əsrlərdə İngiltərədə "pygg" sözü ilə gilin növü adlanırdı, hansından ki, ev avadanlığını edirdilər. Belə gildən hazırlanmış küpələrdə insanlar tez-tez qənaətləri saxlayırdılar və onları "Pygg Jar" adlandırırdılar. Zamanla termin "Pig Bank"-a çevrildi. Və bu sözün sayəsində pul yığmaq üçün istifadə olunan əşyalar donuz formasında düzəldildi. -Müəllif: Orxan Cəlilov - -Sual: 7. Ömrünün böyük hissəsini Niksic şəhərində keçirən Lyubo Kupiç Komunist dirəniş hərəkatına başçılıq etmişdir. Siz isə onun ləqəbini 2 eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Çernoqoriyalı Çe -Şərh: Həyatını Podqoritça şəhərində keçirən və Komunist hərəkatına başçılığı ilə seçilən Lyubo Kupiçi Çe Gevara ilə çox bənzərlikləri olduğu üçün Çernaqoriyalı Çe adlandırırdılar. -Müəllif: Səyyar Qurbanov - -Sual: 8. Playstore-dakı şərq stolüstü oyunlarının birində oyunçu bir neçə oyunda aşkar üstünlüklə qalib gələrsə, X titulu qazanır. X adlı filmin bir hissəsi İordaniyada çəkilib. X-lə əvəz edilmiş sözü yazın. -Cavab: Marslı -Şərh: Nərd oyununda rəqibin bütün daşları son rübdə olsa da, oyundan heç bir daşı çıxara bilməməsi “ev marsı” adlanır. Oyunda bir neçə dəfə “ev marsı” ilə qalib gələn oyunçuya “Marslı” titulu verilir. Marslı filminin bir hissəsi Vadi-Ram səhrasında çəkilmişdir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 9. Bu şəxs Nyu-Yorklu rəssamlarla söhbətlərində İsaak Levitanın əsərlərindən ilhamlandığını desə də, o dövrlər üçün məşhur olan "sosialist realizmi" barədə müzakirələrə qoşulmurdu. Söhbət kimdən gedir? -Cavab: Rudolf Abel -Şərh: Bruklində yaşamış sovet cəsusu rəssamlıq qabiliyyəti ilə məşhurlarşmışdı. Bunu “Cəsus körpüsü” filmində də görə bilərik. -Müəllif: Orxan Cəlilov - -Sual: 10. Mark Tveynin “o yaşayır yoxsa öldü” adlı əsərində yoxsulluqdan tükənmiş bir qrup sənətçidən bəhs edilir və qurban kimi Jan Fransua Millet seçilir. Əsərin bölümlərin birində Millet öz X-ni daşıyır. Əgər sualı tapmaq istəyirsinizsə onda bunun nə məqsədlə edildiyini tapın. -Cavab: Əsərlərin daha baha satılması üçün -Şərh: Əsərin adı boşuna verilməmişdi burada yoxsul sənətçilər bir nəfərin uzun və ağrılı xəstəlikdən sonra ölməsini planlaşdırmışdı və buda həmən şəxsin ölümündən sonra əsərlərinin qiymətini artıracaqdı. Öləcək olan şəxs Millet seçilir və o bir epizodda öz tabutunu daşıyır. Ümid edirik ki, sual tabuta düşmədi. -Müəllif: Səyyar Qurbanov - -Sual: 11. Lesli yoldaşı Julia ilə birlikdə 1881-ci ildə Alpda yerləşəsən Jungfrau dağına səyahətə getdilər. Siz isə bir il sonra Julianın dünyaya gətirdiyi qız övladının kim olduğunu deyin. -Cavab: Vircinya Vulf -Şərh: Bildiyiniz kimi, Jungfrau Alp dağlarında yerləşən və tərcümədə "Bakirə" mənasını verən məşhur istirahət zonasıdır. Maraqlıdır ki, Lesli və Julia bura etdikləri səyahətdən 1 il sonra övladları Vircinya Vulf dünyaya gəlmişdi. -Müəllif: Kamil Həsənov - -Sual: 12. Hadisələri 1916-cı ildə Alp dağlarında baş verən bir əsərdə personaj özünün oksyumoron olduğunu deyir. Siz isə onun peşəsini ilk 2 hərfi eyni olan 2 sözlə deyin. -Cavab: Hərbi həkim -Şərh: I DM-də hərbi həkim işləyən personaj özünü oksyumoron olduğunu deyirdi, çünki o sağaltdığı insanlar digərlərini öldürəcəkdi və ya özləri öləcəkdir tezliklə. -Müəllif: Cavidan Hacıyev - -Sual: 13. Paylama materialı1890-cı illərdə Yaponiyada çalışmış ingilis Edvard Barton-Raytın nəyin yaradıcısı olduğunu deyin. -Cavab: Baritsu -Şərh: Artur Konan Doyl "Boş ev" detektiv hekayəsində Şerlok Holmsun baritsu ilə məşğul olduğunu yazmışdı. -Müəllif: Orxan Cəlilov - -Sual: 14. Edqar Po-nun "Amontilyado çəlləyi" əsərində təhqirə məruz qalmış baş qəhrəman "Mənə toxunan heç kim cəzasız qalmır" sözlərinin özünün ailə devizi olduğunu deyir. Bəs devizin şərhində hansı bitki xatırlanır? -Cavab: Qanqal -Şərh: Əfsanəyə görə Danimarkalılar Şotlandiyaya gecə gizlincə hücum edərkən, onlardan biri qanqala ilişir və qışqırır ki, bu da şotlandlıların tez oyanmalarına səbəb olur. Bu hadisədən sonra qanqal Şotlandiyanın simvoluna çevrilir və Nemo me impune lacessit isə Şotlandiyanın devizinə. Əsərdə baş qəhrəman da qanqal kimi heç kimi cəzasız qoymayacağını deyir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 15. Bob Keyn və Bill Finqer hansı personajı yaradarkən Leonardo Da Vinçinin çəkdiyi ornitopter adlı cihazın dizaynından ilhamlanmışdı? -Cavab: Betmen -Şərh: Ornitopter “quş” və “qanad” sözlərindən yaranıb. Da Vinçinin çəkdiyi cihazın uçuş mexanizmi yarasa ilə eynidir. -Müəllif: Orxan Cəlilov - -Sual: 16. Toro deyir ”Öz quyruğunu tələdə itirən tülkü xoşbəxtdir”. Yəni X hər kəsdən qurban tələb edir. Siz isə qəfəslə örtülmüş, X deyə qışqıran heykəlin kimə həsr olunduğunu deyin. -Cavab: Uiliam Uollos -Şərh: Toro Azadlığın hər kəsdən qurban tələb etdiyini deyirdi, məşhur filmdəki səhnəyə uyğun hazırlanmış heykəl insanlar tərəfindən dağıdıldığı üçün qəfəslə örtülmüşdür. -Müəllif: Səyyar Qurbanov - -Sual: 17. Adidas şirkətinin təkamülünü nəzərdən keçirən sual müəllifi, böyük qardaşın getdikcə X-ə çevrildiyini dedi. X-i latın mənşəli terminlə deyin. -Cavab: Rudiment -Şərh: Firmanın bünövrəsində Adi və Rudi Dasslerlər dururdu. Təkamülə uğradıqca, Adi adını firmaya verir, Rudi isə tədricən rudimentə çevrilir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 18. Hansı hadisədən sonra qəzetlər kayzer II Vilhelmi günahlandıraraq yazmışdı ki, bununla kayzer Fransanın zəifliyini göstərməyə çalışır? -Cavab: Mona Lizanın oğurlanması -Şərh: None -Müəllif: Orxan Cəlilov - -Səhifə -> 293 | Sual Sayı -> 15 - -Sual: 1. “Huqo” filmində Montparnasda baş tutan səhnədə Buraxılmış sözlər zamanı çaxnaşma baş tutur və hər kəs qaçıb canını qurtarmağa çalışır. Buraxılmış sözləri yazın. -Cavab: Qatarın gəlişi -Şərh: Bildiyimiz kimi Montparnas Parisin ən məşhur Qatar vağzallarından biridir. Həmin epizodda Qatar gələn zaman çaxnaşma düşür. Sual 1-ci sual kimi verilmişdi. Bildiyimiz kimi Lyümler qardaşları tərəfindən çəkilən Qatarın gəlişi filmi ilk kino hesab olunur. -Müəllif: Orxan Səfərov - -Sual: 2. "La vie en rose" filminin səhnələrinin birində "Belə böyük sənətçi olmağınıza səbəb nədir?" sualına Edit Piaf zarafatla BUNU ETMƏK cavabını verir. Statistikaya görə, BUNU ETMƏK üçün ayaqlarına plomb qoyanların sayı hər il 2 dəfə artır. X-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Dikdaban geyinmək -Şərhlər: None -Müəllif: Lətif Məmmədov - -Sual: 3. Bir məqalədə linqvist müsahib dilimizdə bəzi sözlərin qarşılığının olmamasının Buna gətirib çıxardığını deyir. Bu haqda məqalədə Karaoke sözünə də rast gəlmək olar. Bu 2 sözlə deyin. -Cavab: Tərcümənin çətinliyi -Şərh: Məqalədə xarici dildə olan bəzi sözlərin Azərbaycan dilində qarşılığının olmaması Tərcümənin çətinliyinə səbəb olduğu qeyd olunur. Yaponiyada cərəyan edən Eyni adlı filmin epizodların birində baş qəhrəmanların Karaokedə oxuduğunu görmək olar. -Müəllif: Orxan Səfərov - -Sual: 4. Hadisələri 2-ci dünya müharibəsi dövründə baş verən bir filmin baş qəhrəmanı uzun yol qət etməsinə baxmayaraq heç bir güllə yarası almadan düşərgəyə sağ salamat çatır. Bunu bilən digər personaj qeyd edir ki,o yəqin ki,özü ilə həm at nalı,həm də 4 yarpaq yonca gəzdirir. Sizsə baş rolu canlandıran aktyorun 1976-cı ildə hansı şəhərdə doğurduğunu deyin. -Cavab: Dublin -Şərh: Sadalananlar hər biri uğur simvolu olduğu məlumdur. Bu da sizi başqa uğur,şans üçün istifadə olunan İrland şansı ifadəsinə aparmalı idi. Maraqlıdır ki, filmdə baş rolu canlandıran aktyor Kolin Farel də Dublində gözünü açıb. -Müəllif: Namiq Quluzadə - -Sual: 5. Sayca az qalmış yəhudilərin sağ qalmaq mübarizəsindən bəhs edən bir filmdə qəhrəmanlardan biri onların özlərini qorumaq və düşməni öldürmək üçün istifadə etdiklərini Buna bənzədir. Bunu 3-ci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Davidin sapandı -Şərh: Qəhrəman öz güclərinin və mübarizə apardıqları Almaniyanın gücünü müqayisə edərkən David və Qoliafı xatırlayır və istifadə etdikləri silahı Davidin sapandına bənzədir. -Müəllif: Namiq Quluzadə - -Sual: 6. "Sent Etyen" klubunda çıxdığı 149 oyunda 125 qol vurmağı bacarmış futbolçu Salif Keytaya azarkeşlər “Malinin X-ı” adını vermişdilər. X ilk dəfə ekranlarda 2003-cü ildə görülüb. X-ı 2 sözlə yazın. -Cavab: Qara Mirvari -Şərh: Qaradərili oyunçunu Malinin Qara Mirvarisi adlandırırlar. Sualın 2-ci hissəsində söhbət 2003-cü ildə ekranlara çıxmış “Karib dənizinin quldurları” filmindən gedir. -Müəllif: Lətif Məmmədov - -Sual: 7. "Ayna" filmi haqqında danışan bir məqalə müəllifi keçmişinin və uşaqlığının Andrey Tarkovskini çıxılmaz bir yerə sürüklədiyini və bu vəziyyətdən çıxmaq üçün Andreyin Alfaya-a ehtiyacının olduğunu deyir. Alfa-nı 2 sözlə yazın. -Cavab: Ariadnanın ipi -Şərh: Çıxılmaz bir yer labirintə işarə idi. Məqalə müəllifi bu labirintdən çıxmaq üçün mifologiyadakı kimi Ariadna ipini ehtiyac olduğunu qeyd edir. -Müəllif: Orxan Səfərov - -Sual: 8. Eon sözü yəhudilikdə seçilmiş şəxslər üçün istifadə olunan sözdür.Hansı film haqqındakı məqalədə Eon sözünə bir neçə dəfə rast gəlinir. -Cavab: Matrix -Şərh: Filmin baş personajı Neo və ona aid olaraq işlədilən The One-da Eon sözünün anaqramlarıdır. -Müəllif: Namiq Quluzadə - -Sual: 9. Paylama materialıŞəkildə gördüyünüz xanımın ötən il çəkilmiş bir filmdə hansı personajı səsləndirdiyini tapın. -Cavab: Moana -Şərh: Şəkildə gördüyünüz gənc xanım əslən havaylı olan Auli Kravalyodur. O, 2016-cı ildə çəkilmiş “Moana” animasiya filmində eyniadlı personajı canlandırmışdır. Filmdə hadisələr Havay adalarının birində baş tutur. -Müəllif: Lətif Məmmədov - -Sual: 10. "Arrival \ Gəliş" filmində polkovnik Weberin otaqdakılara “Bütün bunların qısa açıqlamasını necə verə bilərsiniz?” sualına cavab olaraq çıxılmaz vəziyyətdə qalan linqvist alim Luiza Benks X cavabını verir. X-in elmi adı Makropus Qiqantus-dur. X-i tapın. -Cavab: Kenquru -Şərh: Çıxılmaz vəziyyətdə qalan Luiza Benks polkovnikə “Bilmirəm” mənasına gələn kenquru cavabını verir və ona bu sözün hamımıza məlum olan yaranma tarixindən bəhs edir. -Müəllif: Lətif Məmmədov - -Sual: 11. Rejissor Andrzej Vajdanin avtobioqrafiyasindan bir hissəyə qulaq asin: "Otağımın pəncərəsində oturub,çöldəki uşaqların oynamasına tamaşa edirdim, mən həyata atılmaq istəyirdim,xəstəlik isə buna mane törədirdi. Yəqin məhz buna görə məndə X-a meyllilik yaranıb”. X adlı filmin posteri hazırlanarkən 19-cu əsrə aid hansı əsərdən ilhamlandığını deyin. -Cavab: Ofelia -Şərh: Sualda rejissorun evdə qalmasından, təkliyə qapılmasından danışılır. Bu sizi melanxolia sözünə çıxarmalı idi. Trierin “Melanxolia” filminin posteri hazırlanarkən Con Everet Millenin Ofielia rəsmindən təsirlənmişdilər. -Müəllif: Orxan Səfərov - -Sual: 12. Bir animasiyanın qəhrəmanları epizodların birində “Buraxılmış sözlər” buzu sındırmalı və bunun sayəsində körpü yaratmalıdırlar. Qeyd edilən epizodda Hot Space albomuna daxil olan "buraxılmış sözlər" mahnısı səslənir.Buraxılmış sözləri yazın. -Cavab: Təzyiq altında(under pressure) -Şərh: Həmin epizodda personajlar bir yerdə hərəkət etməli və təzyiq altında buzu sındıraraq körpü yaratmalıdırlar.Bu zaman isə Queen qrupunun Under pressure mahnısını eşitmək olar. -Müəllif: Namiq Quluzadə - -Sual: 13. 1980-lərdə çəkilmiş bir filmdə müqəddəs qədəsi tapmalı olan personaj sağdakı qədəhi qaldıraraq deyir: "Bu X-in qədəhidir". Maraqldır ki, həmin personajı canlandıran aktyor Corcun dəvətini qəbul edənə qədər X olub. X-ı 1 sözlə yazın. -Cavab: Dülgər -Şərh: Müqəddəs qədəhin hansı olduğunu tapmalı olan İndiana Cons sağdakını qaldıraraq bunun İsaya məxsus olduğunu bildirmək üçün “Bu dülgərin qədəhidir” deyir. İsa Məsihin eynilə atası kimi bir müddət dülgərlik etdiyi də məlumdur. İlk Star Wars filminə çəkilmək üçün Corc Lukas tərəfindən kastinqlərə dəvət edildiyi zaman Harrison Ford da dülgər kimi çalışırdı. -Müəllif: Lətif Məmmədov - -Sual: 14. 21-ci əsrə aid bu filmdə personaj atasının onun istədiyi işlə məşğul olmasına qarşı çıxdıqdan sonra İsveçrəyə gedəcəyini deyir. Film haqqında məqalədə Cırtdan sözünə də rast gəlmək olar. Həmin filmi deyin. -Cavab: Çarlinin şokolad fabriki -Şərh: Bildiyimiz kimi İsveçrə dünyada öz şokoladları ilə məşhurdur. Villi Vonka atasına etiraz olaraq dünyanın şokolad mərkəzinə gedəcəyini deyir. Cırtdan sözü də sizi filmdəki Umpa-Lumpalara çıxartmalı idi. -Müəllif: Orxan Səfərov - -Sual: 15. Bir məqalədə “Döyüşçü klubu” filmindəki köhnə,içərisində köhnəlmiş əşyalar olan və bir hissəsi su basmış ev X-ə bənzədilir. Sizsə bir müddət X-da yaşamış dini personajı deyin. -Cavab: Yunus -Şərh: Bu zaman məqalədə həmin ev balinanın qarnına bənzədilir.Bildiyimiz kimi Yunus da 3 gün balina qarnında qalmışdı. -Müəllif: Namiq Quluzadə - -Səhifə -> 300 | Sual Sayı -> 18 - -Sual: 1. Onu ən çox qazananlar siyahısında ilk üçlüyə nəzər yetirsək onlardan ikisinin faciəvi qəza keçirdiyini görə bilərik. Siyahıya liderlik edən Britaniyalının isə bunu qazanan ilk qaradərili olduğunu bilmək sizə kömək ola bilər. Söhbətin nədən getdiyini əcnəbi mənşəli sözlərlə cavab kartlarınıza yazın. -Cavab: Pole Position -Şərh: Pole Position F1də ilk sıradan başlayanı bildirmək üçün istifadə olunan ifadədir. Bunu ən çox qazananlar siyahısında ilk üçlükdə Luis Hamilton, Mixail Şumaxer və Ayrton Senna qərarlaşıb. Sonuncu iki şəxslərin faciəvi qəza keçirdikləri yəqin ki hamıya məlumdur. Luis Hemilton isə F1də çıxış edən ilk qaradərili pilot olduğu üçün Pole Positionu qazanan ilk qaradərili şəxs olaraq da tarixə keçib. Sualın ilk sual olması da sizi cavaba çıxara bilərdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 2. Alp dağlarında donmuş şəkildə tapılan Ötzini X adlandırırlar. X adında bir komiks personajı da var. Əgər X-ın nə olduğunu bildinizsə ləqəbi belə olan idmançının kim olduğunu deyin. -Cavab: Kimi Raykönen -Şərh: Donmuş şəkildə tapılan Ötzini Buz adam adlandırdılar. Buz adam həmdə bir komiks personajıdır Yarışlardakı soyuqqanlığina görə Kimiyə buz adam ləqəbi verilmişdir. Bundan əvvəlki sualın da F1-dən gəlməsi sizi idmançının F1-dən olmasını tapmağa kömək ola bilərdi. -Müəllif: Səyyar Qurbanov - -Sual: 3. Maykl Hart tərəfindən əsası qoyulan "X" dünyada çap olunmuş müxtəlif əsərlərinin rəqəmsallaşdırılması nəzərdə tutur. X-i biri xüsusi olmaqla iki sözlə cavab kartınıza yazın. -Cavab: Qutenberq layihəsi -Şərh: Bildiyiniz kimi İohann Qutenberq də ilk kitab çapını həyata keçirmişdir. -Müəllif: Səməd Səmədov - -Sual: 4. Shape of Water filmindəki cümlələrin birində Alfanın sadəcə keçmişdən axan bir çay olduğu deyilir . Yunanca qurğu, avadanlıq mənasına gələn və insan əməyini əvəz etmək üçün tətbiq olunan bunu isə betta adlandıra bilərik . Biz sizdən Alfa və Bettanı deyil Alfa Betta adlı əsərin müəllifini soruşuruq. -Cavab: Herbert Uells -Şərh: Filmdə Zamanın sadəcə keçmişdən axan bir çay olduğu deyilir. Maşın sözü isə yunanca mechane sözündən yaranıb və qurğu, avadanlıq mənasına gəlir. Zaman Maşını adlı əsəri isə Herbert Uells yazmışdır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 5. Nə qədər qəribə olsa da, 1897-ci ildə yaradılmış onu, müxtəlif illərdə ABŞ, ��taliya, Böyük Britaniya kimi ölkələrdə mümkündür. Onu iki sözlə yazın. -Cavab: Görünməz Adam -Şərh: Görünməz adam əsəri Herbert Uells tərəfindən yazılıb. ABŞ, İtaliya, Böyük Britaniyada isə "Görünməz Adam” adlı ekran işlərinə rast gəlmək olar. -Müəllif: Səməd Səmədov - -Sual: 6. 1938-ci ildə Almanlar Yəhudilərə qarşı qanlı hücumlar təşkil etmişdilər. Hücumlardan sonra, küçələr şüşə qırıntıları ilə örtülmüşdü. Məhz onların işıltısı səbəbindən hadisəyə BU ad verilir. BUnu iki sözlə yazın. -Cavab: Kristal gecə -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 7. Gamble, Gillian B. Loeb, Janet Surillon və Laudan sonra biz ona X edən Y deyə bilərik.X-in ən məşhur növü Texas Hold'em-dir. Əgər söhbətin nədən getdiyini bildinizsə X və Y-i aralarında bir hərf fərq olduğunu nəzərə alaraq 1 dəqiqə ərzində cavab kartlarınıza yazın. -Cavab: X - Poker ; Y – Joker -Şərh: Sualda adı çəkilən şəxslər “The Dark Knight” filmində Jokerin öldürdüyü şəxslərdir. 4 nəfərin adının verilməsi sizi futbol termini olan pokerə aparmalı idi və belə olduqda da biz ona Poker edən Joker deyə bilərik. Texan Holdem isə Poker oyununun ən məşhur növüdür. -Müəllif: Əhməd Əliyev - -Sual: 8. Paylama materialıŞəkildə gördüyünüz damar "vena amoris " adlanır və bu X adının haradan gəldiyini izah edir . X -ın digər adının isə adı yoxdur. X -ı ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Üzük barmağı -Şərh: "Vena amoris"-sevgi damarı deməkdir və şəkildə ürəkdən Üzük və ya Adsız barmağa qədər olan məsafə göstərilmişdir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 9. Buranın qapıları dünya gözəllərinə,səhra tülkülərinə AÇIQdır.Görüş yerində isə VALSın olub-olmadığını dəqiq deyə bilmərik.Söhbətin nədən getdiyini tapmaqda sizə ilk cümlədəki bir sözün ingiliscə tərcüməsində bir hərfi əvəz etmək kömək edə bilər.1 dəqiqə ərzində buranın adını cavab kartlarınıza yazın. -Cavab: OPEC -Şərh: OPECə üzv olan ölkələrə Venezuela,Əlcəzair kimi ölkələri nümunə göstərə bilərik.Ən çox dünya gözəllərinin Venezueladan çıxdığı hər kəsə məlumdur.Əlcəzair yığmasının ləqəbi isə səhra tülküləridir.Qurumun baş qərargahı Vyanada yerləşir ki,Vals da buna işarə idi.Tərcümə olunan söz isə AÇIQ sözü idi ki,OPEN sözündə N-i C ilə əvəz etsək elə OPEC sözünün yarandığı görə bilərik. -Müəllif: Əhməd Əliyev - -Sual: 10. Stiv tərəfindən çəkilmiş "Mona Liza" illər boyu öz sirrini saxlamışdır. 1990-cı ildə Stiv "Mona Liza"nın axtarışına çıxmış və 2002-ci ildə "Mona Liza" tapılmışdır. "Mona Liza" ilə əvəz olunmuş ad və soyadı cavab katlarınıza yazın -Cavab: Şərbət Güla -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 11. Westworld serialının ilk bölümündə barı soyduqdan sonra Hektorun adamları qarşısına çıxan hamını güllələməyə başlayır və maraqlıdır ki qapının qarşısında duran adamı vurduqda arxada fonda bu mahnı eşitmək olar. Mahnının 1966 cı ildə bir rok qrupu tərəfindən hazırlandığını bilərək mahnının adını deyin. -Cavab: Paint it , Black -Şərh: Filmdə qapı qarşısındakı şəxsi vurduqda qapı qırmızı rəngə boyanır və The rolling stonesun Paint it , Black mahnısında ilk cümlədə "Qırmızı bir qapı gördüyüm zaman qaraya boyalı olmasını istəyərəm " sözlərini görmək olar. -Müəllif: Səyyar Qurbanov - -Sual: 12. İlk dəfə Vahabzadənin adına yazılmış bunun yaradıcısı Sadıqov sayılır.Bunun qurbanlarından biri kimi Dəmirəli nümumə göstərə bilərik.Bunun nə olduğu bildinizsə Sadıqovun DƏRSİnin haqqında olan məqalənin yerli vikipediyada necə adlandığını cavab kartlarınıza yazın. -Cavab: Ev tapşırığı -Şərh: Söhbət “Azərbaycansayağı küncdən zərbə”dən gedir.Belə ki ilk dəfə bunun komandasına tətbiq edən 1994-cü ildə Neftçiyə başçılıq edən Vaqif Sadıqov sayılır,ilk belə qolu isə Yaşar Vahabzadə vurub.Volkan Dəmirəl isə Türkiyə millisinin heyətində millimizdən belə bir qol yeyib.Məqalənin adı isə tez-tez şərhçilərimiz işlətdiyi “Ev tapşırığı” sözü ilə adlanıb,”Dərs” sözü sizə kömək edə bilərdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 13. 15 oktyabr 2016-cı il tarixində keçirilən “Arsenal”-“Suonsi” matçının ilk hissəsi 2-1 hesabı ilə Londonluların xeyrinə başa çatmışdı.Fasilədən öncə olanlar bir həmyerlimizin dediyi ilə üst-üstə düşür.Söhbətin nədən getdiyini bildinizsə həmin həmyerlimizin kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: Xpert -Şərh: Azərbaycan repinin təmsilçilərindən olan Xpertin Pasterlə dueti olan “Ağır metal” trekindəki “Volkott kimiyəm 45 dəqiqəyə 2 qol sonra da fasilə” hissəsi bu matçda reallaşmışdı.Belə ki,matçın fasilədən öncəki 45 dəqiqəsi ərzində Arsenalın vurduğu hər 2 qolun müəllifi Teo Volkott olmuşdur. -Müəllif: Əhməd Əliyev - -Sual: 14. 1945-ci ildən gördüyümüz bunun bayrağında yaşıl rəngin üzərində dırnaq və buyunuza rast gələ bilərik. -Cavab: Heyvanıstan -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 15. Andy Warhol bir dəfə açıqlamasında "Gələcəkdə hər kəs X qazanacaq " demişdir. Günümüzdə əhəmiyyətsiz bir şey məşhurlaşdıqda X ifadəsi işlənir. X-in nə olduğunu cavab kartlarınıza yazın. -Cavab: 15 dəqiqəlik şöhrət -Şərhlər: None -Müəllif: Səyyar Qurbanov - -Sual: 16. Üç kantonun birləşməsindən yaranan İsveçrənin simvolu xaç işarəsidir. Maraqlıdır ki,İsveçrənin şüarı da məhz belədir. Biz sizdən bu şüarı latın dilində deyil,öz dilimizdə yazmağınızı istəyirik. -Cavab: Bir nəfər hamı,hamı bir nəfər üçün -Şərh: Nə qədər maraqlı olsa da elə 3lü birləşmədən yaranan İsveçrənin həm simvolu,həm də şüarı 3 muşketyorlarla eynilik təşkil edir. Bu şüarın orjinal versiyası "Unus pro omnibus omnes pro uno" isə latın dilində idi ki,sualdakı ipucu da məhz buna idi. -Müəllif: Əhməd Əliyev - -Sual: "Arka Sokaklar"ın epizodlarının birində cinayətkar dəstə saxta post terminallardan istifadə edib müştərilərin bank hesabından oğurluq edir. Bunun üçün müştərilərdən kodun TƏKRAR DEYİLMƏSİ tələb olunur. Sistemə isə X adı verilir. X-i mürəkkəb sözlə cavab kartlarınıza yazın. -Cavab: Tutuquşu -Şərh: Sualın da elə serialdakı kimi 2 dəfə təkrar edilməsi sizə tutuquşunun təkrar edərək danışmasını yada salmalı idi. -Müəllif: Səməd Səmədov - -Sual: 18. The Darkest Hour filminin epizodlarından birində U. Çörçill hiyləgər siyasətçi Halifax-ı belə X adlandırır. Belə X ilə əvəz olunmuş iki sözü tapın. -Cavab: Müqəddəs Tülkü -Şərh: Çörçill Halifax-ın hiyləgərliyini bildirmək üçün bu sözü işlətmişdir. Tələffüz cəhətdən də Halifax adı çox bənzəyir. -Müəllif: Səyyar Qurbanov - -Səhifə -> 301 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə bir neçə şəxs baş personajın qarşısını kəsir və pul verməyəcəyi təqdirdə onu buraxmayacaqlarını bildirirlər. Bu zaman baş personaj onları x-ə bənzədir. X-i fransız mənşəli sözlə yazın. -Cavab: Turniket -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 2. Heyvanların arasında doğulan və 4 yaşına qədər onlarla yaşayan uşaq haqqında məqalədə deyilirki, O artıq 10 yaşında ingilis dilində rahat danışa bilirdi bunun səbəbi onda buraxılmış sözlər idi.Buraxılmış sözlər 1999 cu ildə Adrian Sina və Ramoba Bartanın birləşməsi ilə baş verdi. Buraxımış sözləri kapitalizasiyanı nəzərə almadan 2 sözlə yazın. -Cavab: aksentin yaranması -Şərh: Uşaq insanların arasına düşdükdə hələdə danışa bilmirdi , o yavaş yavaş danışığa başladıqda heyvanlar kimi səs çıxardığından heçkim onu başa düşmürdü. Onda aksentin yaranması onun danışığını rahatlaşdırdı.Aksent qrupu isə 1999 da Adrian Sina tərəfindən yaradılmışdır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 3. ”Qar”romanında qəhrəman şeir yazmaq haqqında düşünərkən başqa adamlarla söhbət edir. Bundan sonra qəhrəmanın şeir yazacağı deyilərək bir ifadə təkzib edilir. Siz isə ifadədəki xüsusi ismi yazın. -Cavab: Porlok -Şərh: Hekayəçi tezliklə Porlokdan heçkim gəlməyəcəyini və qəhrəmanın şeir yazacağını deyir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 4. Bir məqalədə qeyd olunur ki, Las Vegasda buraxılmış sözlər üçün gündüzlər 1 milyon dollar gecələr isə 5 milyon dollar xərcləndiyi qeyd olunur. 1931-ci ildə buraxılmış sözlər adlı mənbə üçün isə 1.5 milyon dollar pul xərclənmişdir. Buraxılmış sözləri bir neçə sözlə yazın. -Cavab: Böyük şəhərin işıqları -Şərh: Las Vegasın gecə şəhəri olduğu hər birinizə məlumdur. 1931-ci ildə isə Çarli Çaplinin çəkdiyi "Böyük şəhərin işıqları filmi üçün isə 1.5 milyon dollar pul xərclənmişdir. -Müəllif: Səməd Səmədov - -Sual: 5. Paylama materialı48°52.6′C 123°23.6′ŞBloqların birində cəmiyyətdən uzaq yaşayan və heç kəslə əlaqəsi olmayan Henri Toronun, sanki, X-də yaşadığı qeyd olunur.X haqqında məqalədə orada 100-lərlə kosmik obyektin batırıldığı qeyd olunur. X-i eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Nemo nöqtəsi -Şərh: Toronun hər kəsdən uzaq qaldığından danışılarkən onun qaldığı yer Sakit Okeanın ortasında və ən yaxın sahilindən 2688 km məsafədəki Nemo nöqtəsinə bənzədilmişdi. Nemo nöqtəsində NASA tərəfindən kosmik aparatların məhv edilməsi prosesi baş tutur. -Müəllif: Emin Qasımov - -Sual: 6. Duqlas Adamsın sitatına qulaq asın: “Orijinal materialları yalnız keçmişin xatirələri kimi düşünsək inşa edilən şeyi görə bilmərik”. Sözlərin nə haqqında olduğunu biri xüsusi isim olan III növ təyini söz birləşməsi ilə yazın . -Cavab: Teseyin gəmisi -Şərhlər: None -Müəllif: Səyyar Qurbanov - -Sual: 7. Bir məqalədə hakimiyyətə gəldikdən sonra Paşinyanın adi məsələlərə belə gec reaksiya verməsi xalqın hiddətinə səbəb olduğu və Paşinyanın çox vaxtının qalmadığı vurğulanır. Bundan sonra hansı alman mənşəli sözün işləndiyi cavab kartlarınıza yazın. -Cavab: Seytnot -Şərh: şahmatda debüt zamanı çox vaxt itirən şahmatçı digər mühüm gedişlər üçün vaxtı qalmır və Seytnota düşür. -Müəllif: Səməd Səmədov - -Sual: 8. Məqalədə Paşinyanın Qərb siyasəti yeritmək istəyindən, lakin Rusiya təsirindən çıxmağın mümkünsüz olduğu deyilir və xalqı çətin vəziyyətə saldığı deyilir. Bundan sonra 1937-ci ilə aid hansı mənbənin xatırlandığını yazın. -Cavab: iki od arasında -Şərhlər: None -Müəllif: Səməd Səmədov - -Sual: 9. Umberto Eko bir əsərində deyir kainat bir soğan kimi soyulur, soğan isə özü qabıqdan ibarətdir. Mərkəzi hər yerdə kənarları isə heç bir yerdə olmayan soğanı isə X adlandırmaq olar.X –ı qonşu hərflərlə başlayan 2 sözlə yazın . -Cavab: Mobius lenti -Şərh: Mobius Lentinin başlanğıcı və sonu eyni yerdir . -Müəllif: Səyyar Qurbanov - -Sual: 10. Bölümlərdən birində insanlar Homer Simpsona əsəbləşirlər və onun tavernaya girişi qadağan edilir .Bundan sonra bilinməyən bir oğlan tavernaya girdikdə onu döyüb , tavernadan çölə atırlar .Bu zaman xatırlanan mürəkkəb avropa mənşəli sözü yazın . -Cavab: Doppelqanqer -Şərh: biolojik cəhətdən heç bir qohumluğu olmayan lakin bir-birinə çox bənzəyən insanlar haqqında alman dilindən "yad əkizlər" mənasına gələn Doppelqanqer ifadəsi işlənilir. Tavernadakılar elə bilirki içəri girən Homerdir və onu döyüllər bu zaman Homer doppelqanqerini tapdığını söyləyir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 11. Bir məqalədə Rusiyanın digər qonşu dövlətlərin siyasətlərini tənzimləməsi və öz maraqlarına uyğunlaşdırması haqqında danışılır. Bu zaman hansı personajın xatırlandığını deyin. -Cavab: Prokrust -Şərh: Rusiyanın bu addımını Prokrustun insanları öz çarpayısına uyğunlaşdırmalı ilə müqayisə edirlər. -Müəllif: Səməd Səmədov - -Sual: 12. Sosioloq Erich Fromm X-ləri cəmiyyət üçün gəlmiş-keçmiş ən sarsıdıcı hərəkət edənlər adlandırır. X həm də hadisələri keçən əsrin 70-ci illərindəki həyat tərzindən bəhs edən kitabının adıdır. X-i bir sözlə yazın -Cavab: Hippi -Şərh: Gətirdikləri həyat tərziylə tabuları sındıran hippilər haqqında Erich Fromm bu cür danışmışdı. Paulo Koelyonun yeni nəşr olunan kitabı isə onun keçən əsrin 70-ci illərindəki hippilik dövründən bəhs edir və bu adı daşıyır. -Müəllif: Emin Qasımov - -Səhifə -> 306 | Sual Sayı -> 12 - -Sual: 1. 1973-cü ildə Maykl və Brayn Makkormak qardaşları Ərəb-İsrail müharibəsi zamanı beynəlxalq gərginliyin artmasına etiraz əlaməti olaraq dünyanın dörd bir yanına məktublar göndərmişdilər. Onlar bu yolla müharibəyə son qoyulmasını istəyir və sülhə tərəfdar çıxırdılar. Bu tarixdən dünyada hər il 21 noyabr Beynəlxalq X Günü kimi qeyd olunur. X-i bir sözlə cavab kartınıza yazın. -Cavab: Salam -Şərh: Sualda “sülh” sözü xüsusi vurğulanmışdı. Salam sözü də ərəb dilindəki “silm”, yəni “sülh” sözündən əmələ gəlmişdir. Hər il dünyada 21 noyabr tarixi “Beynəlxalq Salam Günü” kimi qeyd edilir. Bu sualla hamınızı bir daha salamlayır və uğurlu tur arzu edirik. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Ceyms Hoban həyatının əksər hissəsini qırmızı kərpicdən tikilmiş bir mənzildə öz xanımı və uşaqları ilə birlikdə keçirmişdir. Siz isə onun mənzilinin yaxınlığında yerləşən ən məşhur tikilinin adını tapın. -Cavab: Ağ Ev -Şərh: İrlandiyalı Ceyms Hoban “Ağ Ev”in binasının memarıdır. Maraqlıdır ki, memar özü isə “Ağ Ev”in həyətində ondan bir qədər kənarda yerləşən qırmızı rəngli və sadə bir evdə yaşayırdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 3. Orta əsrlərdə şəhəri xəstəliklərdən qorumaq üçün Venesiyaya gələn gəmiləri 40 gün limanda saxlayırdılar. İtalyan dilindəki “quarantine” sözü də buradan yaranmışdır. Siz isə bu sözün yerinə müasir dövrümüzdə hansı sözün işlədildiyini tapın. -Cavab: Karantin -Şərh: “Karantin” sözü italyan dilindəki “quarantine” sözündən yaranmışdır və tərcümədə “qırx gün” deməkdir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 4. Paylama materialıBadnessBlacknessMadnessSadnessBir spesifik sayta görə, buna misal olaraq rekvizitdəki sözləri göstərmək olar. Bu ilə hansı sözlərin əvəz edildiyini bildiyinizsə, bunu heç cür tapa bilməyəni cavab kartlarınıza yazın. -Cavab: Moşu Göyəzənli -Şərh: “rhymezone.com” saytı sözlərə qafiyələr tapmaq üçün nəzərdə tutulmuşdur. Rekvizitdəki sözlər isə “happyness” yəni “xoşbəxtlik” sözünə qafiyələrdir. Nə qədər çalışsa da, xoşbəxtliyə qafiyə tapa bilməyən isə Moşudur. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Sual müəllifinin dostu zarafatca qeyd edir ki , bunu oxumağa vaxtı yoxdur . Bu həm də istehsalı və verimliliyi artırmaq məqsədilə müəyyən fəaliyyətlər üzərində nəzarət üsuludur. Söhbətin nədən getdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Time Management (Taym Menecment) -Şərh: “Taym menecment” vaxtın idarəedilmə texnologiyasıdır. -Müəllif: Elmar Zöhrabov - -Sual: 6. İlk vaxtlar o, onun böyüklüyünü görənləri çox təəccübləndirirdi. Versiyalardan birinə görə isə o, məşhur ağırçəkili boksçu Bencamin Kauntun şərəfinə adlandırılmışdır. Söhbətin nədən getdiyini tapın. -Cavab: Big Ben -Şərh: Sualın mətnindəki “böyük” sözü açar sözlərdən biri idi. ”Bencamin” adının qısa forması kimi isə ingilislər çox vaxt sadəcə “Ben” hissəciyini işlədirlər. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. Dünyada ən kiçik qorxulu hekayə seçilmiş hekayəyə qulaq asın: -“Dünyadakı sonuncu adam otaqda oturmuşdu və birdən (buraxılmış sözlər).” -Buraxılmış sözlər`i cavab kartınıza yazın. -Cavab: Qapı döyüldü -Şərh: Frederik Braun tərəfindən yazılmış bu qorxulu hekayə dünyanın ən kiçik qorxulu hekayəsidir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 8. Paylama materialıQarşınızdakı şəkilin nişanların hansı ölkənin küçələrində yerləşdirildiyini tapın. -Cavab: Avstriya -Şərh: Bu nişanlar Avstriya və Avstraliyanı səhv salan turistlər üçün nəzərdə tutulub. Nişanda Avstraliyadan fərqli olaraq məhz Avstriyada kenquruların olmadığı bildirilir. -Müəllif: Elmar Zöhrabov - -Sual: 9. Bu filmdə olan məhərrəmlik günü kadrları xronikal görüntülərdir, yəni Aşura günündə Bakıda çəkilmişdir. Həmçinin filmdəki şaxsey-vaxsey səhnələri də öz dolğunluğu ilə diqqət çəkir. Söhbətin hansı filmdən getdiyini tapın. -Cavab: Bismillah -Şərh: Söhbət 1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə tərəfindən çəkilmiş “Bismillah” filmindən gedirdi. Filmin adının isə əvvəlcə “Şaxsey-vaxsey” olması nəzərdə tutulmuşdu. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. “Xəzər Lənkəran” futbol klubunun prezidenti Mübariz Mənsimov müsahibələrinin birində komandaya 20 milyon dollar xərclədiyini və bunun qarşılığında utancverici şəkildə məğlub olduğunu bildirmişdi. Məqalənin adının XX əsrin 80-ci illərinə aid bir mənbədən ilhamlanaraq verildiyini bilərək, həmin məqalənin necə adlandırıldığını cavab kartlarınıza yazın. -Cavab: 20 milyon ayırmışam, oynamaqlarına bax -Şərh: Söhbət “Bəyin Oğurlanması” filmindəki məşhur ifadədən gedirdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Deyilənlərə görə, baş vermiş hadisədən sonra Efes şəhərinin başçısı onu cəzalandırmaq üçün öz xalqına onu unutmağı əmr etmişdi. Onun kim olduğunu tapın. -Cavab: Herostrat -Şərh: Efesli alverçi Herostrat məşhurlaşaraq tarixdə qalmaq istəyirdi. Bunun üçün o, Efes şəhərində yerləşən Artemida məbədini yandırmışdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində başladı balaca Faiqənin ilk uzun gecəsi. Günü-gündən böyüyən bu qızcığaz o qədər gözəl idi ki, qonşuluqda yaşayanlar ona bir quşun adı ilə müraciət edirdilər. Bir dəfə kafedə əylənən fransızlar da onun balaca Faiqənin səsinə heyran qalıb onu bu quşa bənzətmişdilər. Hansı quşa? -Cavab: Qu quşu -Şərh: Milliyyətcə azərbaycanlı olan iranlı müğənni Faiqə Atəşin “Ququş” ləqəbi ilə daha məşhurdur.Bu ləqəbi o uşaqlıqda səsinin görə qu quşunun səsinə bənzəldiyi üçün almışdır. Onun çəkildiyi ən məşhur filmlərdən biri isə “Uzun gecə” filmidir. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 308 | Sual Sayı -> 9 - -Sual: 1. Paylama materialıBu film 1 rəqəmlə ifadə oluna bilər. Hansı film? -Cavab: 142 -Şərh: Into the willd -Müəllif: None - -Sual: 2. Bu şəxs 2008-ci ildə vəfat etsə də, artıq 1992ci ildən etibarən onun təsvirini 5 dollarlıq əskinasda görmək mümkün idi. Belə bir şərəfə layiq görülməsinə səbəb 39 il öncə etdiyi olub. Söhbətin hansı şəxsdən getdiyini başa düşdünüzsə, uğuruna imza atdığı ölkəni tapın. -Cavab: Nepal -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Memfisdə tapılmış 2500 yaşlı daşın üzərində yazılıb: “Mən Krit adasından olan Rino, tanrıların icazəsi ilə yuxuları yozuram.” -Bu nəyin bizə məlum olan ən qədim nümunəsidir? -Cavab: Reklam -Şərhlər: None -Müəllif: None - -Sual: 4. "İks" sözü Çin dilində birincisi "nişan, işarə", ikincisi isə "şəhadətnamə" mənasını verən 2 heroqliflə təsvir olunur. 7 iyun 2015-ci il tarixindən fəaliyyət göstərən xidmətin adında da "iks"lə əvəz etdiyimiz sözə rast gəlmək olar. Bu xidmətin adını cavab kartınızda qeyd edin. -Cavab: VIZAM.AZ -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Paylama materialıŞəkil 1951-ci il Oskar Laureatlı sənədli filmdəndir. Şəkildə ABŞ, İsveç, Norveç, Birləşmiş Krallıq, Fransa və “New York Expedition Club”ın bayraqları əks olunub. Bəs ağ dairə ilə gizlədilmiş sonuncu bayraq -hansı ölkəyə məxsusdur? -Cavab: Peru -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Mavriki adası XVI əsrdə portuqallar tərəfindən -kəşf olunmuşdur. 1715-ci ildə ada Fransız -mülkünə çevrilir və adaya fransızlar “İKS” adı -verirlər. Fransanın mərkəzində yerləşən İKS 8 -departamentdən ibarətdir - Paris, Sena və Marna, -İvelin, Eson, O de Sen, Sen-Sen Deni, Val de -Marn, Val d`Uaz. -“İKS”-i tapın. -Cavab: İl-de-Frans -Şərhlər: None -Müəllif: None - -Sual: 7. Stenli Kubrikin ən məşhur filmlərindən olan və -fenomenal səyahət hekayəsi sayılan "2001: Space -Odyssey" (Космическая одиссея 2001 года) filmində -əsas cani kimi HAL 9000 adlı psixatik bir kompüter -təsvir edilir. O sonda astronavtlara qarşı çıxır və insan -ölümlərinə səbəb olur. Baxmayaraq ki, Kubrik bunu -həmişə inkar etmişdir, ancaq cəmiyyətdə geniş yayılmış -fikrə və məntiqi əsasa görə cani məhz bu şirkəti təmsil -edirdi. -Bu hansı şirkətdir? -Cavab: IBM -Şərhlər: None -Müəllif: None - -Sual: 8. O   -- 1997-ci ildə NyuYorka çata bilmədi.   -- 2002-ci ildə artıq Nyu-Yorkda Qanqster idi.   -- 2013-də isə Nyu-Yorkda pullarla oynayırdı.   -Söhbət kimdən gedir? -Cavab: Leonardo Di Kaprio -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Süni yaradılmış esperanto dilində "mal-" önqoşması -əks məna verir, məsələn "amiko" "dost", "malamiko" isə -"düşmən", "dekstre" "sağda", "maldekstre" isə -"solda" -deməkdir. Məşhur bir paytaxt sakininin etdiyi hərəkət -isə esperantoda "maltrinki" feli ilə ifadə olunur. Söhbət -hansı paytaxtdan gedir? -Cavab: Brussel -Şərh: None -Müəllif: None - -Səhifə -> 309 | Sual Sayı -> 15 - -Sual: 1. Valdemar Yanuzak Renessans dövründə əhəmiyyətli rol oynamış şəhərlərdən birində olarkən deyir: “O qarlı dağları görürsünüzmü? Onlar qar deyil.” Bəs bu zaman o hansı şəhərdə idi? -Cavab: Karrara -Şərh: Adətən renessans deyəndə ağıla ilk rəssamlıq, daha sonra heykəltaraşlıq gəlir. Renessans İtaliyasında heykəltaraşların istifadə etdiyi mərmərlər əsasən Karraradan gəlirdi. -Müəllif: Emin Məsimli - -Sual: 2. Törnerin 1844-cü ilə aid “Yağış, buxar və sürət” adlı əsərindən danışarkən Kristina Bredstrit tamaşaçıların əsəri ilk dəfə görəndə necə reaksiya verdikləri haqda fikir yürüdür. Kristina bu zaman bir franız soyadını çəkərək təxminən 50 il sonra analoji vəziyyətdə tamaşıçıların verdiyi reaksiyanı xatırlayır. Həmin soyadı cavab kartına yazın. -Cavab: Lümyer -Şərh: Törnerin ən məşhur rəmslərindən biri olan bu əsəri görməyənlər il və “buxar”, “sürət” sözlərindən söhbətin nədən getdiyini başa düşə bilərdilər. Rəsm əsərində sanki qatar rəsmə tamaşa edən şəxsə doğru irəliləyir. Bu zaman Kristina təxminən 50 il sonra Lumyer qardaşlarının çəkdiyi “qatarın gəlişi” filmini xatırlayır. -Müəllif: Emin Məsimli - -Sual: 3. “Sevgi, ölüm və robotlar” animasiyasında uzaq gələcəkdə Yer kürəsini robotlar ziyarət edir. Epizodlardan birində ətrafı müşahidə edən robot deyir ki, “insalara yalnız özlərini düşündükləri uzun vecsiz payız kifayət etdi, İKSə ehtiyac qalmadı.” İKSi iki sözlə deyin. -Cavab: Nüvə qışı -Şərh: Hadisələr postapokaliptik Yer kürəsində baş verir. Robot insanların vecsizliyinin və özünü düşünmələrinin sonda torpağın, suyun və havanın korlanması nəticəsində insanlığın məhvinə gətirdiyini deyir. Nüvə qışı ifadəsi – növə mharibəsindən sonra stratosferə daxil olan küllərin Günəş işığının qarşısını alması və nəticədə Yer kürəsində temperaturun kəskin düşməsi ideyasına əsaslanır. -Müəllif: Emin Məsimli - -Sual: 4. Paylama materialıQarşınızdakı səhnə 2018-ci ildə ekranlara çıxmış elmi-fantastik filmdəndir. Gördüyünüz kadrın hansı personajın baxış bucağından olduğunu tapın. -Cavab: Bumble-bee -Şərh: Kadr personajın gözü ilə verilib, kadrda həmçinin siz çoxlu arı pətəyini xatırladan altıbucaq fiqurları görə bilərsiniz. -Müəllif: Emin Məsimli - -Sual: 5. Tokio Ghoul [Quul] manqasında quullar insanlarla qidalanırlar. Lakin bir qrup quul nisbətən passifist mövqe tutur və insanları qətlə yetirərək yeməkdən imtina edir. İki sözlə deyin: Bəs onlar qida tapmaq üçün hara gedirlər? -Cavab: Aokigahara meşəsi -Şərh: Ken Kanekinin başçılıq etdiyi qrup insanları ovlayaraq qətlə yetirməkdən imtina edir. Lakin, yenə də insanlarla qidalanmalı olduqlarından insanların ən çox intihar etdiyi Aokiqahara meşəsinə gedərək oradan cəsədləri yığırlar. -Müəllif: Emin Məsimli - -Sual: 6. Paylama materialıJack The RipperPaylama materialında “Qarındeşən Cek” sözlərini görürsünüz. Sənədli filmlərdən birində aparıcı bir rəssam haqda danışarkən ripper sözünə bir hərf əlavə edib ləqəbi rəssama uyğunlaşdırmışdı. Həmin hərfi cavab kartına yazın. -Cavab: D -Şərh: Söhbət Cekson Pollokdan gedirdi. Aparıcı ripperi – damcıladan mənasına gələn “dripper” formasında deyərək rəssamın texnikasına işarə vururdu. -Müəllif: Emin Məsimli - -Sual: 7. “Evrim ağacı” kanalında qonaq olan Cem Say BUNU keçmək üçün istifadə olunan metodlara misal kimi, “Bağışlayın, mən ingilis dilini yaxşı bilmirəm”, “Alo? Səsiniz gəlmir” kimi cümlələrdən bəzən istifadə olunduğunu deyir. BUNU eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Turinq testi -Şərh: Suallar çətinləşəndə proqramlardan bəzən belə cavablar gəlir. Cem Say deyir ki, indiyə kimi turinq testini keçməyə ən yaxın olan proqramlar da bəzən bu metdolara əl atıb. -Müəllif: Emin Məsimli - -Sual: 8. . “Əgər taxta gəmilər yenidən istifadəyə yararlı olmasaydı, bu gün ABŞ mövcud olmazdı.” Eşitdiyiniz cümlə “Mars” sənədli serialında onun müsahibəsindəndir. Əvvəlki cümlədə buraxılmış iki hərfi tapın. -Cavab: İl -Şərh: Onun fikrincə Marsa gedə bilmək üçün uçuş xərclərini azaltmaq lazımdır. Xərcləri azaltmağın başlıca yolu isə kosmik nəqliyyatda istifadə olunan qurğuların və gəmilərin təkrar istifadəyə yararlı ola bilməsindən keçir. Müsahibələrindən birində insanları Marsa göndərmək hədəfi ilə qurduğunu bildirdiyi SpaceX məhz bu işlə məşğuldur. -Müəllif: Emin Məsimli - -Sual: 9. Bir sözlə deyin: Lucina [Luçina] Bembartinin təsvir olunduğu portretdə rəssam nəyin üzərində C [Ç] və İ hərflərini qeyd edib. -Cavab: Ay -Şərh: Rəssam Lorenzo Lotto belə söz oyunlarını sevirdi. Belə ki rəsmdə təsvir olunanın Luçina olduğuna o bu cür işarə etmişdi. İtalyan dilində Luna Ay mənasına gəlir. -Müəllif: Emin Məsimli - -Sual: 10. Bir hokkunun heca bölgüsü nəzərə alınmadan edilmiş tərcüməsinə qulaq asın: Soyuq getdikcə kəskinləşsə də yarpaqsız ağacda BUNLAR çiçəkləyib. BUNU saitləri eyni olan sözlə deyin. -Cavab: Ulduz -Şərh: Hokkuda qış vaxtı gecənin düşməsi təsvir olunub, gecəyə doğru hava soyuqlaşmağa başlayır, lakin yarpaqları tökülmüş ağacın fonundakı gecə səmasındakı ulduzlar ağacın çiçəkləri kimi görünür. Tez-tez bu səhnəyə Yapon manqalarında da rast gələ bilərsiniz. -Müəllif: Emin Məsimli - -Sual: 11. Şon Kaminqs deyir ki, bir dəfə Yeni-Orleanda olarkən bir rəsm əsərinin kimə aid olduğunu müəyyən edəndən sonra əsəri restavrasiya etməyə aparmaq üçün yükdaşıyan traktor çağırmışdılar. Əsərin müəllifini tapın. -Cavab: Benksi -Şərh: Müəllifin öncədən bilinməməsi bir növ ipucu idi. Üslub və çəkmə metodundan əsərin müəllifi bilinəndən sonra əsəri restavrasiya etmək üçün yükdaşıyan traktor çağırmışdılar, çünki rəsm əsəri divara çəkilmişdi. Benksinin divarda çəkdiyi qraffitilər son dövrlər yüksək qiymətə satılmağa başlanıb. -Müəllif: Emin Məsimli - -Sual: 12. Tarixçilər onun boyunun təxminən iki metr olduğunu desələr də, filmdə onun obrazını boyu 1,77sm olan aktyor calandırmışdı. Söhbətin hansı filmdən getdiyini deyin. -Cavab: Cəsur Ürək -Şərh: Filmin məşhur səhnələrindən birində Şotlandların qarşısına çıxıb boyu nisbətən qısa olan personaj Uillyam Uolles mənəm deyəndə ordudan bir nəfər cavab olaraq, “Uollesin boyu 2 metrdən çoxdur” deyir. -Müəllif: Emin Məsimli - -Sual: 13. “Kapitan Tsubasa” animesində Yaponiyanın şimal ərazisindən olan futbol komandasının bütün komanda ilə hücuma keçmə taktikası İKS adlanır. İKSi bir və ya iki sözlə deyin. -Cavab: Avalanj -Şərh: Onlar sanki avalanş kimi rəqib komandanın qapısına doğru irəliləyirlər. -Müəllif: Emin Məsimli - -Sual: 14. Paylama materialıQarşınızda Şon Skallinin rəsm əsərlərini görürsünüz. Rəssama əsərləri yaratmaq üçün ilham mənbəyi İKS olmuşdu. İKSin formula-1-ə həsr olunmuş seriyasının reklam çarxında pit-stop səhnəsi təsvir edilib. İKSi bir sözlə deyin. -Cavab: LEGO -Şərh: Rəsmlərə fikir versəniz sanki bir-birlərinin içərisinə keçib. Oyuncaqlarda daim detalları dəyişdirib quraşdırmağın göstərildiyi reklamda pit-stop səhnəsində maşının təkərlərini və bir neçə detalını dəyişdirirlər. -Müəllif: Emin Məsimli - -Sual: 15. 17-ci əsrin ortaları ONLARIN qarşısını almaq üçün ONLARIN nəinki evlərini, həmçinin məhsullarını və əmək alətlərini də məhv etmək əmri verilmişdi. ONLARI qoşasamitli sözlə deyin. -Cavab: Diggerlər -Şərh: Diggerlər hərəkatı şəxsi mülkiyyətə qarşı idi. Onlar icma torpaqlarını belləyirdilər və hamını bu hərəkata qoşulmağa çağırırdılar. -Müəllif: Emin Məsimli - -Səhifə -> 310 | Sual Sayı -> 12 - -Sual: 1. Elladalı aşpaz Koreb tarixə bu statusu qazanmış şəxs kimi düşmüşdür. XIX əsrin sonlarında isə yunan Yannik Persakis və çarkisli Zumis bu statusu qazanmaq üçün mübarizə aparsalar da, sonda amerikalı Ceyms Konnoli qalib gəldi. Söhbətin hansı statusdan getdiyini dəqiqliklə cavab kartınıza yazın. -Cavab: İlk (Birinci) Olimpiya çempionu -Şərh: Aşpaz Koreb Qədim Yunanıstanda keçirilmiş Olimpiya oyunlarının ilk çempionu kimi tarixə düşmüşdür. Adları çəkilən şəxslər isə 1503 il fasilədən sonra - 1896-cı ildə müasir Olimpiya Oyunlarının ilk qalibi olmaq uğrunda mübarizə aparsalar da, sonra amerikalı Ceyms Konnoliyə məğlub olmuşdular. Həmçinin, sualda “elladalı”, “yunan” kimi sözlər və dövrün verilməsi də cavaba çıxmaqda açar rolunu oynayırdı. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. XX əsrin əvvəllərində buranın sakinləri öz mal-qarasını ağıllarda saxlayırdı ki, onların arasında dərində yerləşəni daha məşhur idi. Söhbətin haradan getdiyini tapın. -Cavab: Dərnəgül -Şərh: “Dərnəgül” sözünün etimologiyasını izah edərkən, onun “dərin” və “ağıl” sözlərindən əmələ gəldiyi qeyd edilir. -Müəllif: Tərlan Əsədli - -Sual: 3. İsmayıl Şıxlı Mehdi Hüseynin ölümünə həsr etdiyi hekayəsində yazıçının dəfni barədə danışarkən, Fəxri Xiyabanda cənazə ilə qəbirlərdən birinin önündən keçmə səhnəsini belə təsvir edir:”O, sanki baxışları ilə dostunu danlayırdı. Axı mən tələsdim, əlli yaşımda dünyadan köçdüm, bəs sən nə tez gəldin?” -İsmayıl Şıxlı hekayədə kimin qəbrinin önündən keçmə səhnəsini belə təsvir etmişdi? -Cavab: Səməd Vurğun -Şərh: Bildiyimiz kimi şair Səməd Vurğun (1906-1956) əlli yaşında vəfat edib. Hekayədə yazıçı Səməd Vurğunun “Mən tələsmirəm” şeirinə eyham vurmuşdu. Şairin yazıçı Mehdi Hüseynlə arasında yaxın dostluq münasibətləri mövcud olmuşdur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Somerset Moem incəsənət üçün ağır məhrumiyyətlərə qatlanan qəhrəmanı Çarlz Striklənd haqqında danışarkan, onun haqqında bacardığı hər şeyi oxucuya çatdıracağını deyir. Eyni zamanda müəllif qeyd edir ki, bütün dediklərinin bir X-ə dəyməyəcəyi qorxusu var. X-i eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Qara qəpik -Şərh: Çarlz Striklənd məhşur rəssam Pol Qoqenin prototipi idi. Bildiyimiz kimi Moemin Qoqenin həyatından bəhs edən əsəri “Ay və qara qəpik” adlanır. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 5. Əsərdən bir hissəyə qulaq asın: -“Tezliklə əriyib yoxa çıxacaqsınız. İndi siz nəsiniz? Bir kisə sür-sümük, həlməşik. Haydı, bir də güzgüyə tərəf çevrilin. Bəli, bu, sonuncu insandır. O biri tərəfdən isə üzünüzə kimin baxdığını görürsünüz? Əgər siz insansınızsa, deməli, insanlıq çox miskin vəziyyətdədir.” -Bu hissənin hansı əsərdən olduğunu tapın. -Cavab: 1984 -Şərh: Sualda “sonuncu insan” sözlərinin xüsusi vurğu ilə deyilməsi əbəs deyildi. Belə ki, Corc Oruell əsərin ilkin adını “Avropada sonuncu insan” qoymaq istəsə də, sonradan onu “1984” adlandırmışdır. “Üzünüzə kimin baxdığını” sözlərinin vurğulanması isə “Böyük qardaş”a işarə idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Rəvayətə görə, VIII əsrdə Harun Ər-Rəşidin təqibindən qaçan Hökumə indiki Şıx kəndində gizlənirmiş. Onun Heybət adında şəxsi köməkçisi varmış. Köməkçinin Hökuməni necə çağırdığını cavab kartlarınıza yazın. -Cavab: Bibi -Şərh: Hökümə və Heybət öləndən sonra onlar elə burada da dəfn edildi . Bir müddət sonra Şirvanşah Axsitanın oğlu Fərruxzad burada Bibiheybət məscidi ucaltdı. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. Ərazini təşkil edən səth suxurlarının çatlı, məsaməli olması nəticəsində suyun alt qata asanlıqla süzülüb keçməsini qeyd edən müəllif bunun nəticəsində, buraxılmış sözlərin yarandığını yazır. Adında buraxılmış sözlər olan əsərin 1965-ci ilə aid olduğunu bilərək, həmin əsərin müəllifini tapın. -Cavab: Mehdi Hüseyn -Şərh: Sualda sadalanan hadisələr nəticəsində “yeraltı çaylar” əmələ gəlir. Bildiyimiz kimi, “Yeraltı çaylar dənizə axır” romanı bildiyimiz kimi Mehdi Hüseynin qələminin məhsuludur. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 8. Paylama materialıQarşınızdakı şəkli sual müəllifi X adlandırmışdır. Cavab kartınıza X-i bir sözlə yazın. -Cavab: Matryoşka -Şərh: Maşınlar məşhur matryoşka oyuncağı kimi get-gedə kiçilir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 9. “Demək olar, hər gün gecə saatlarında yayımlanan bu mahnını dinləmədən yatmazdıq” sözlərini İraqlı müğənni Seyfəddin Çıraqçının hansı mahnı haqda dediyini tapın. -Cavab: "Evlərinin önü yonca" -Şərh: Söhbət kərkük diktoru Sinan Səid və müğənni Nərminə Məmmədovanın keçən əsrin 60-cı illərində ifa etdiyi “Evlərinin önü yonca” mahnısından gedir. Mahnının mətnində “ninnə yarim, ninnə, əsmər yarim, ninnə” misraları olduğundan laylaya bənzədilir. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Bir çox mənbələr buranın adının “xəstəlik yayan sarı su” mənasını verdiyini bildirir. Nikolay Zeydlis isə öz kitabında bildirir ki, ilin quraqlıq vaxtında buranın gölməçələrində toplanan su əhali üçün qızıl qədər əhəmiyyətli idi. Söhbətin haradan getdiyini tapın. -Cavab: Zərdab -Şərh: Bəzi versiyalara görə, ərazi fars dilindəki “sarı” (zərd) və “su” (ab) sözlərinin birləşməsindən yaranıb. Zeydlis isə “Bakı quberniyası” adlı kitabında yazır ki, bu ərazidə qalan “su” əkinçilər üçün qızıl, “zər” qədər qiymətli olduğundan “Zərdab” sözü də məhz buradan yaranmışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. “Döyüşçü klubu” filmi haqqında danışan aktyor Edvard Norton, filmin ən sevdiyi cəhətlərindən biri olaraq onu da qeyd edir ki: “Bizim canlandırdığımız obrazlar nə qədər qəribə olsa da iyirmili yaşlarda bunu yaşamışdılar.” Psixologiyada bu, ilk dəfə 1965-ci ildə Eliot Yakues tərəfindən irəli sürülmüşdür. Bunun nə olduğunu üç sözlə ifadə edin. -Cavab: Orta yaş sindromu -Şərhlər: None -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 12. “Mal yan, əl yan, can yan!” Əbdürrəhman bəy Haqverdiyevin bir əsərinin qəhrəmanı onun ziyanı haqqında danışarkən bu düsturdan istifadə edir. Onun nə olduğunu cavab kartlarınıza yazın. -Cavab: Qəlyan -Şərh: None -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 313 | Sual Sayı -> 12 - -Sual: 1. Qəhrəmanın oxlarının nəhəng aslana təsir etmədiyini yazan məqalənin nə haqqında olduğunu üç sözlə deyin. -Cavab: Heraklın birinci qəhrəmanlığı -Şərh: Heraklın on iki qəhrəmanlığından ilki Nemey şirini öldürmək idi. Herakl bu tapşırığı yerinə yetirmək üçün əvvəl oxlardan istifadə etmək istəsə də sonradan oxların işə yaramadığının şahidi olmuşdu. Sualın birinci verilməsi də sizə kömək olmalı idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 2. 2. Yunan mifoloji qəhrəmanı olan Briseida şəhərin Axilles tərəfindən yağmalanmasından sonra əsir alınır və sonralar Axillesə aşiq olur. Siz isə bu haqda danışan internet məqaləsində nəyin xatırlandığını eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Stokholm sindromu -Şərh: Bildiyimiz kimi, əsir alınan şəxsin əsir alan şəxsə olan sevgi münasibəti “Stokholm sindromu” adlanır. Bu hadisə 1973-cü ildə Stokholmdakı bir soyğun cəhdindən sonra öz adını almışdır -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 3. Onore de Balzak ölüm ayağında olarkən onu xatırlayaraq demişdi: ”o məni xilas edə bilərdi.” -Eşitdiyiniz cümlədə buraxılmış hərfləri ardıcıllıqla cavab kartınıza yazın. -Cavab: B y a n ş -Şərh: Doktor Byanşo Onore de Balzakın məşhur personajıdır -Müəllif: Elmar Zöhrabov - -Sual: 4. 2013-cü ildə Hannah Smit adlı qız intihar etmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Hannah Smitin intihar etməsinə səbəb bir internet saytında aldığı anonim məlumatlar olmuşdur. Biz isə sizdən Hannah Smitin hansı saytın istifadəçisi olduğunu soruşuruq. -Cavab: Ask.fm -Şərh: Ask.fm`də gələn anonim sual və məlumatlar nəticəsində qız intihar etmişdir. Sualın sonunda cavabı sizdən soruşmağımız da cavaba çıxmaqda köməklik etməli idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 5. Sual müəllifi bu sualı dünən yazmışdır! -Ötən əsrin 90-cı illərində çəkilən bir animasiya seriyalarında Sukro adlı adada yaşayan aborigenlərə yeddi müxtəlif ad verilir. Siz isə bu məlumatın hansı personajın Vikipediya məqaləsindən götürüldüyünü deyin. -Cavab: Cümə -Şərh: Roninzon Kruzo öz sadiq dostu Cüməni adada yaşayarkən onu buraya yemək üçün gətirən digər ada sakinlərinin əlindən almışdı və ilk dəfə onunla qarşılaşdığı günə uyğun olaraq ona “Cümə” adını vermişdir. Sualda xatırlanan animasiya seriyaları da Robinzon və dostundan ilhamlanaraq çəkilmişdi və adada yaşayan aborigen xalqlara yeddi müxtəlif ad,yəni həftənin bütün günlərinin adları verilmişdi. Eyni zamanda sual oxunamamışdan qabaq vurğulanan sözlər də sizə kömək olmalı idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 6. Bu şəxs ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunan və Baltimordan Vaşinqtona qədər uzanan 60 kilometrlik bir teleqraf xətti quraşdırmış və bu xətti kodlaşdırmışdı. Bu şəxsin kim olduğunu tapın. -Cavab: Samuel Morze -Şərh: Maraqlıdır ki, onun tərəfindən yaradılmış və yalnız nöqtə və tirelərdən ibarət olan Morze əlifbası ilkin teleqraflarda istifadə olunmuşdur və teleqrafların ilkin “dili” də məhz bu əlifba ilə yazılırmış. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. 7. 2008-ci il Pekin Olimpiya Oyunlarının açılış mərasimində bunu etmək üçün sənaye tüstüsündən istifadə edərək vizual effektlər yaradırdılar. 1999-cu ildə Kaan Tangöz, Batuhan Mutlugil və dostlarının bunu etdiyini bilərək bunu etməklə əvəz etdiyimiz iki sözü cavab kartlarınıza yazın. -Cavab: Duman”ı yaratmaq -Şərh: Olimpiya Oyunlarının açılışında sənaye tüstüsündən duman yaratmaq üçün istifadə etmişdilər. Sualın ikinci hissəsində adı çəkilən şəxslər isə türk musiqi qrupu olan “Duman”ı yaradan şəxslər idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 8. Mövzunu davam etdiririk! -Səttar xan, Bağır xan, Əmir Heşmət Nisari, Hacı Əli Davafuruş. Siz “Gizli Bakı”nın sakinlərindən bir neçəsinin adlarını eşitdiniz. Bir dəqiqədən sonra bizim “Gizli Bakının sakinləri” ilə əvəz etdiyimiz üç sözü cavab kartlarınıza yazın. -Cavab: Dumanlı Təbriz”in personarıjlar -Şərh: Cənubi Azərbaycan inqilab hərakatını təsvir edən “Dumanlı Təbriz” əsərinin personajları da dövrün real şəxslərinin əsasında yaradılmışdı. Sualda biz sizinlə Məmməd Səid Ordubadinin bir əsəri ilə digər əsərini əvəz etmişdik. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. Paylama materialıQarşınızdakı XX əsrin əvvəllərinə aid şəkildə rus və yapon rəsmilərinin görüşü təsvir olunub. Siz isə şəkilin hansı ABŞ şəhərində çəkildiyini tapın. -Cavab: Portsmut -Şərh: Şəkildəki şəxslərin rus və yapon nümayəndələri olması əbəs yerə qeyd olunmamışdı. Tarixdən bizə məlum olduğu kimi, 1905-ci ildə Rus-Yapon müharibəsinin başa çatması haqqında saziş ABŞ-ın vasitəsilə Portsmut şəhərində imzalanmışdır. -Müəllif: Elmar Zöhrabov - -Sual: 10. Yazıçı Anar Sabirin yazdığı “Baxmış bu müsəlmanlara oradan...” misrasını Mirzə Cəlilə aid edilmiş ifadə kimi qavradığını yazır. Oranı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Qəm pəncərəsi -Şərh: Cəlil Məmmədquluzadənin müxtəlif əsərlərinin motivləri əsasında 1986-cı ildə çəkilmiş “Qəm pəncərəsi” filmi görkəmli ədibin özünə həsr olunmuşdur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Futurama” cizgi filminin seriyalarından birində Bender adlı personaj kosmik gəminin uc hissəsini digər bir kosmik gəminin uc hissəsinə ilişdirdikdən sonra hətta ondan da möhkəm bağlandıqlarını deyir. Onu ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Qordi düyünü -Şərh: Əfsanəyə görə, Friqiya çarı Qordion öz arabasını möhkəm kəndirlər vasitəsilə elə bağlayır ki, heç kəs onu aça bilməsin. Bir kahin tərəfindən isə həmin düyünü açanın bütün cahana sahib olacağı söylənilirdi. Makedoniyalı İsgəndərə bu düyün göstərilən zaman onu aça bilməmiş və qılıncı ilə onu söküb atmışdı. O dövrlərdən siyasi leksikona düyünə düşmüş məsələlərin qılınc gücünə açılması fikri daxil olmuşdu. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. “Aberdin” futbol klubu - “Pittordi” stadionu - 22199 nəfər - “Verder Bremen” - “Vezershatidon” stadionu - 42500 nəfər - “Beşiktaş” - “Atatürk Olimpiyat” stadionu - 80500 nəfər -Sadalananlar futbol klubları, onların stadionları və stadionların azərkeş tutumu idi. Siz isə həmin futbol klublarında hansı nömrəli formanın əbədiləşdirildiyini tapın. -Cavab: 12 -Şərh: Sualda sizə futbol klubları və onların stadionlarından əlavə stadionlarının azarkeş tutumu da sadalanmışdı. Bildiyimiz kimi futbolda bəzən azarkeşləri “on ikinci oyunçu” ifadəsi ilə adlandırırlar. Sadalanan klublarda da 12 nömrəli forma həmişəlik əbədiləşdirilib. Bu isə paketin 12-ci sualı idi  -Müəllif: Elmar Zöhrabov - -Səhifə -> 314 | Sual Sayı -> 12 - -Sual: 1. Bəzi orta əsr tarixçilərinin fikrincə, bu söz qədim pəhləvi dilindəki yer bildirən “qan” şəkilçisi, “qoruyucu” mənasını verən “pat” və ”od” mənasını verən “atr” sözlərindən yaranmışdır və “odun qorunduğu yer” anlamına gəlir. Hansı söz? -Cavab: Azərbaycan -Şərh: Bəzi mənbələrə görə “Azərbaycan” sözü sərkərdə Atropatın adından yaranmış, sonralar dildə baş verən fonetik dəyişikliklər nəticəsində “Aturbatqan”, “Adurbaqdan”, ”Adərbaqdan” formalarına düşərək müasir şəklini almışdır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Paylama materialıQarşınızda gördüyünüz şəxsin hansı ştatda vəfat etdiyini tapın -Cavab: Kentukki -Şərh: Şəkildə gördüyünüz şəxs hamımıza yaxşı tanış olan “KFC” şirkətinin əsasını qoyan Harland Sanders`dir. Bu abbreviaturanın açılışı isə “Kentukki Fried Chicken” kimi səslənir -Müəllif: Elmar Zöhrabov - -Sual: 3. 14 oktyabr 1843-cü ildə Potsdam sarayında tamaşaçılar Eşşəklə Titaniyanın nigahına şahid oldular. Siz isə onların ilk dəfə nəyi eşitdiyini cavab kartlarınıza yazın. -Cavab: Mendelson marşı -Şərh: Mendelsonun nikah marşı Şekspirin “Yay gecəsində yuxu” suitası üçün bəstələnmişdir. Həmin tarixdə baş tutan tamaşada isə Eşşəklə Titaniyanın evlənməsini tamaşaçılar bu musiqi sədaları altında eşitmişdilər. -Müəllif: Nəriman Knyazlı - -Sual: DNT sözünə ilk dəfə Riçard Dokinzin “Eqoistik gen” əsərində rast gəlmək olar. O, DNT-ni sosial gen adlandıraraq, nəsillər arasında mədəniyyətin yalnız DNT vasitəsilə ötürülə biləcəyini deyirdi. Ən məşhur DNT-lərdə Yao Minq, Şon Bin və Barak Obamanı görə bilərik. DNT ilə əvəz edilmiş sözü cavab kartlarınıza yazın -Cavab: Mem -Şərh: Mem sözü ilk dəfə Riçard Dokinz tərəfindən işlədilmişdir. O, memi DNT ilə müqayisə edirdi. DNT vasitəsilə genetik xüsusiyyətlər ötürüldüyü kimi mem vasitəsilə də mədəniyyət nəsildən nəslə ötürülür. Sualın ikinci hissəsində isə internet-memlərdən söhbət gedir. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Sual müəllifi qeyd edir ki, yaxın dostu ilə söhbət edərkən dostu Pretoriya, Santyaqo, Adelayda, Sidneydə səyahətdə olduğu zamanlarda 1969-cu ildə çəkilmiş sevdiyi bir filmin adını çəkir. Həmin filmi tapın. -Cavab: Bir cənub şəhərində -Şərh: Sual müəllifinin dostu söhbət zamanı bu şəhərləri gəzərkən nədənsə həmişə bu filmin adını xatırladığını qeyd edirdi. Adları çəkilən şəhərlərin hamısı cənub yarımkürəsində yerləşirlər. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Bir romandan çıxarış: - -- İsa peyğəməri kim satmışdı yadındadı? - -- Əlbəttə. İuda - -- Neçə gümüşə? - -- Otuz - -- Afərin, amma yarımçıq bilirsən. İuda 30 gümüşə İsanı satmağı söz verəndən sonra İsanın dostu Levitin yanına gedib demişdir ki, “İsanı təhlükə gözləyir, onu bu gecə tutacaqlar, səndə varsa, mənə otuz gümüş ver, əsgərlərə verim, onu tutmasınlar.” - -Bu söhbətdən sonra söhbət edənlər İudanın əlində satqın yox, X olduğu qərarına gəldilər. X-i bir neologizmlə cavab kartınıza yazın. -Cavab: Biznesmen -Şərhlər: None -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 7. Azərbaycan atalar sözünə görə, ağıllı fikirləşincə, X Y-dən keçər. “X Y”-i oxuyub bitirən Mehdi Hüseyn müəllifə “Son on ildə bizim ədəbiyyatımızda oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı.” sözləri yazılmış zərf göndərir. “X Y”-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Dəli Kür -Şərh: Azərbaycan atalar sözünə görə, ağıllı fikirləşincə, Dəli Kürdən keçər. “Dəli Kür”ü oxuyub bitirən Mehdi Hüseyn isə əsərin müəllifi İsmayıl Şıxlıya içərisində sual mətnində qeyd olunan sözlər yazılmış zərf göndərmişdi. -Müəllif: Tərlan Əsədli - -Sual: Onun dostluğu 1924-cü ildə başlamışdır. Daha sonra onun öz dostuna olan sədaqəti onu məşhurlaşdırdı. Dostu ilə tanışlıqdan səkkiz il sonra qəzetlərdə onun haqqında məqalə də yer almışdır. Hətta sağlığında ona Şibuya stansiyası qarşısında abidə də qoyulmuşdur. Lakin o, təəssüf ki, 1935-ci ildə martın səkkizində ölmüşdür. Onu tapın. -Cavab: Hatiko -Şərh: Sualdakı “sədaqət” və “səkkiz” sözləri sizə kömək etməliydi. Söhbət öz sahibinə sədaqəti ilə bütün dünyada məşhur olan Hatiko adlı itdən gedirdi. ”Hatiko” sözü yapon dilindən “səkkizinci” mənasını verir. Sualın əvvəlində adı çəkilən şəxs isə onun sahibiydi. Bu isə paketin səkkizinci sualı idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 9. 1937-ci ildə ortaya çıxan qida məhsullarından biri həddindən artıq reklam kampaniyası səbəbindən insanları bezdirməyə başladı. İstənilən yerdə tapılmasını və qaçınılmazlığını göstərən bir səhnəcikdən sonra isə bu məhsulun adı başqa bir sahədə də istifadə olunmağa başladı. Söhbətin nədən getdiyini cavab kartlarınıza yazın -Cavab: Spam -Şərh: Məhsulun adı spam idi, səhnəcikdən sonra isə internet sahəsində bu sözdən istifadə olunmağa başladı. “Bezdirmək” və “istənilən yerdə tapılması” sözlərinin vurğulanması cavaba çıxmaqda köməklik edə bilərdi -Müəllif: Nəriman Knyazlı - -Sual: 10. Paylama materialıGünəş ..., zərrə ...Qarşınızda İmadəddin Nəsiminin “Sığmazam” qəzəlindən bir hissədir. Sual müəllifinin fikrincə, şair, belə demək mümkünsə, bu qəzəlində lovğalanır. Sualda üç söz bir sözlə əvəz edilmişdir. Həmin üç sözü cavab kartınıza yazın. -Cavab: Mənəm, mənəm demək -Şərh: Misrada buraxılmış sözlər “mənəm” sözləri idi. Belə demək mümkünsə, şair bu beytdə lovğalanır, yəni “mənəm, mənəm” deyir. “Mənəm, mənəm demək” frazeoloji birləşməsinin mənası “lovğalanmaq, qürrələnmək” deməkdir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. XIX əsrin sonlarında bu şəxsə aid olan laboratoriyada elastik sellüloid plyonkaya çəkilmiş hərəkət edən təsvirlərə baxmaq, onları izləmək üçün bir aparat icad edilir. Bu icaddan bir neçə il sonra yaranmış şirkətə laboratoriya sahibinin soyadının verilməsi də bundan irəli gəlirdi. Həmin soyadı tapın. -Cavab: Edison -Şərh: Plyonkaya çəkilmiş hərəkət edən təsvirlərə baxmaq üçün icad olunan bu aparatın adı kineskop idi. Kineskop isə Tomas Edisonun laboratoriyasında icad olunmuşdur. 1894-cü ildə yaranmış “Edison” kino şirkəti isə o dövrdə “Qatarın qarət edilməsi”, ”Öpüş”, ”Yanğınsöndürənlər” kimi 1200-ə yaxın filmi ərsəyə gətirmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 12. Bu kəndin adının yaranması ilə bağlı etimologiyalardan birinə görə qədim zamanlarda bu kəndin yaxınlığında zindan, insanlara əzab verilən yer yerləşirdi. Deyilənə görə, kəndin adı da məhz buradan yaranmışdır. Həmin kəndin adını tapın. -Cavab: Azaflı -Şərh: Söhbət Tovuz rayonunun Azaflı kəndindən gedirdi. Qədimdə burada zindan-əzabxana yerləşmiş, kəndin adı isə sonradan əzablı-azablı-azaflı olaraq dəyişikliyə uğramışdır. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 322 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialı“ ... .... .... ...., all others pay cash”XIX əsrdə ABŞ-da tacirlər ticarət zamanı müştərilərə nisyə əmtəə verilməməsini müştəriyə qarşı olan inamsızlıqla da izah edirdilər. Çünki müştəri əmtəəni əldə etdikdən sonra pul ödəməyə də bilərdi. Ona görə də, ticarətdə sizə paylanılan materialda olan devizdən istifadə edirdilər. Siz isə bu devizin başlığını yazın. -Cavab: İn God we trust. -Şərh: Rekvizitdən göründüyü kimi ifadədə 4 söz buraxılmışdır. Sualda inam barəsində və ABŞ ticarət-pul dövriyyəsindən danışılması, bilicilərə ABŞ dollarında olan ABŞ-nın devizini xatırlamağa kömək edə bilərdi. -Müəllif: None - -Sual: 2. Fəridəddin Əttarın bir əsərində Simurq quşunun axtarışına getmək istəyən quşlar onu özlərinə rəhbər seçirlər . Onu cavab kartınıza yazın. -Cavab: Şanapipik -Şərh: İnanclara görə şanapipik Süleyman ordusunun bələdçisi olmuşdur və dini səpkidə olan bu əsərdə də quşlar rəhbər və bələdçi kimi özlərinə şanapipiyi seçmişdilər. -Müəllif: None - -Sual: 3. Səfillər romanında Jeboran adlı zəngin bir alverçi böyük kilsədə din xadiminin moizəsinə qulaq asdıqdan sonra hər bazar günü kilsənin qapısında duran bir neçə qoca dilənçi qadına X verirdi. Bunu görən yepiskop gülümsəyərək bacısına "Bax cənab Jeboran X qiymətinə cənnəti satın alır" dedi. X-i 1 dəqiqə ərzində tapmağa çalışın. -Cavab: Su -Şərh: Jeboran dini moizələrə qulaq asdıqdan sonra sanki xeyriyyə işləri görərək dilənçilərə Su (vaxtilə Fransada pul vahidi) ilə sədəqə verirdi. -Müəllif: None - -Sual: 4. 1988-ci ilin 23 aprelində yunan velosipedçi Kanellopulos Krit adasından Yunanıstanın qitə hissəsinə muskulolyot (əzələlərin gücünə işləyən uçaq növü) vasitəsi ilə uça bildi. Siz isə onun uçduğu muskulolyotun adını deyin. -Cavab: Dedal -Şərh: Əzələlərin gücü ilə işləyən uçağı süni qanadlarla müqayisə edirlər. Yunan əsatirlərində oxşar marşrutla Dedal və oğlu İkar da Kritdən qaçmışdılar. Ancaq İkar günəşə çox yaxınlaşdığından qanadları ərimiş və ölmüşdür. Dedalsa marşrutu sonacan gedə bilmişdir. Yunan idmançı da risk etmək istəmədiyindən və marşrutu sonacan getmək istədiyindən öz uçağını “Dedal” adlandırmışdır. Qeyd edək ki, yunan idmançı bu uçuşu ilə həm də Qinnes rekordu da qırmışdır. -Müəllif: None - -Sual: 5. Yazıçıların səyahətlərindən bəhs edən bir saytda Oscarın Şimali Amerikaya gələrək quldur dəstəsinin başçılarından Jessi Jeyms ilə görüşməsindən danışılır. Bu zaman Oscarın getdiyi yerlər orijinal adından bir hərflə fərqləndirilərək qeyd olunur. Orijinal addan fərqlənən eyni hərflə başlayan iki sözü ingilis dilində cavab kartınıza yazın. -Cavab: Wilde West. -Şərh: Yazıçı Oskar Uayldın Şimalı Amerikaya səfəri və Vəhşi qərbin ən qəddar quldurlarından olan Jessi Jeymslə görüşməsindən sonra Oskar Uayldsayağı Amerikaya Wild West əvəzinə Wilde West deyilməyə başlanmışdı. -Müəllif: None - -Sual: 6. Ötən əsrin əvvəllərində çəkilmiş fotoların birində uşaqların pullardan düzəltdikləri evciklər əks olunub. Bəs deyə bilərsinizmi foto nəyə həsr olunub? -Cavab: Hiperinfilyasiya -Şərh: Hiperinflyasiya pul tədavülünün tam sıradan çıxması, tez-tez qiymətlərin aşağı düşməsi deməkdir. -Müəllif: None - -Sual: 7. Məqalələrinin birində Bəxtiyar Vahabzadə vaxtın nisbiliyi barədə yazır: “İl var bir günə dəyməz, gün var min aya dəyər. İnsan yaratdığı zaman vaxt onun gözünə görünmür, intizar dəqiqələrində isə bir saat bir il qədər uzanır”. Siz isə bu məqalədə növbəti cümlədə adı çəkilən şəxsin kim olduğunu deyin -Cavab: Çingiz Aytmatov -Şərh: Vaxtın nisbiliyi haqqda yazan B. Vahabzadə yazırdı: İl var bir günə dəyməz, gün var min aya dəyər. İnsan yaratdığı zaman vaxt onun gözünə görünmür, intizar dəqiqələrində isə bir saat bir il qədər uzanır. Ç. Aytmatov demişkən “И день длится дольше века”. Qırğız yazıçısı Ç. Aytmatova uğur gətirən əsərlərindən biri də “Gün var əsrə bərabər” romanıdır. Qeyd edək ki, Bəxtiyar Vahabzadə və Çingiz Aytmatov bir-birilərinin yaradıcılığı ilə yaxından maraqlanırdılar. Ona görə də B. Vahabzadənin belə müqayisəsi gözlənilən idi. -Müəllif: None - -Sual: 8. Bir romanda Hans qalib gələ bilməyəcəyi bir döyüşə gedərkən “Bir çuval həqiqətin olsa da, bir ovuc gücün olsun” misalını xatırlayır, lakin bu misalı mənasız sayır. Siz isə onun özünü hansı ədəbi personaja bənzətdiyin deyin. -Cavab: Don Kixot. -Şərh: Hans Don Kixot kimi gücsüz idi, lakin qələbə qazanacağına inanırdı. -Müəllif: None - -Sual: 9. Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” dramında Qacar qardaşı Cəfərqulu xanın köməkliyi ilə taxta çıxdı. Hamkimiyyətə gəlməsindən bir müddət sonra isə qəribə də olsa Qacar BUNU ETDİ. Biz sizdən BUNU etməklə əvəz olunmuş sözü soruşmuruq. Siz BUNU ilk dəfə etmiş şəxsin adını cavab kartlarınıza yazın. -Cavab: Qabil -Şərh: Dramda Qacar hakimiyyətini “möhkəmləndirmək”dən ötrü qardaşı Cəfərqulu xanı öldürtdürür. Tarixdə ilk qardaş qatili isə bildiyimiz kimi qardaşı Habili qətlə yetirmiş Qabildir. -Müəllif: None - -Sual: 10. Truba ifaçısı Sven Reqener, bəstəkar Stefan Bodzin, bəstəkar Ceyms Last və violonçelist Vilfrid Bether almandırlar və sözün əsl mənasında X-dirlər. X həm də 1922-ci il “Uolt Disney” istehsalı cizgi filminin adıdır. X-lə əvəz etdiyimiz 2-ci növ təyini söz birləşməsini yazın. -Cavab: Bremen musiqiçiləri. -Şərh: Adı çəkilən musiqiçilər hamısı Almaniyanın Bremen şəhərində doğulublar və ona görə də, Bremen musiqiçiləri sayılırlar. Qrim qardaşlarının nağılı əsasında isə 1922-ci ildə Disney “Bremen musiqiçiləri” cizgi filmini çəkmişdir. -Müəllif: None - -Sual: 11. Matta öz İncilində yazır ki, zəlzələ baş verdikdən sonra parıltılı bir işıq peyda oldu və İsa on iki həvarisinə göründü. Cümlədə əvəz olunmuş bir sözü cavab kartınıza yazın. -Cavab: Bir -Şərh: Mattanın yazdığı bu hadisələr İsanın dirilişi haqqında idi və məlumdur ki isanın çarmıxa çəkilməsindən sonra 12-ci həvari İuda İskariot özünü asmış və geridə on bir həvari qalmışdı. -Müəllif: None - -Sual: 12. 1953-cü ildə müəllif yazdığı bu əsərə görə anafemaya məruz qalmışdı 1988-ci ildə çəkilən eyniadlı filmin posterində isə qırmızı fonda tikanlar təsvir olunmuşdu. Söhbətin hansı filmdən getdiyini tapın. -Cavab: İsanın sonuncu iztirabı -Şərh: 1953-cü ildə Nikolas Kazançakis din aləmində mübahisələrə səbəb olan “İsanın sonuncu iztirabı” əsərini yazmış və əsərdəki motivlərə görə kilsə onu lənətləmişdi. Qırmızı fonda verilmiş tikanlar İsa Məsihin tikandan olan tacına çıxmağa yardımçı olmalı idi. -Müəllif: None - -Səhifə -> 323 | Sual Sayı -> 12 - -Sual: 1. Bir siyahıda 9 bənd və onların izahı verilib. Onlardan 4-ü “termosepsiya”, “ekvibriosepsiya”, “nosiosepsiya” və “propriosepsiya”-dır. Siz isə qalan bəndlərin adlarını Azərbaycanca yazın. -Cavab: “görmə”, “eşitmə”, “duyma”, “iybilmə”, “dadbilmə” -Şərh: İnsanın əslində 5 yox, ən azı 9 hissi var. Istilik bilmə - termosepsiya, tarazlıq hissi – ekvibriosepsiya, ağrı bilmə - nosiosepsiya, bədənin varlığını dərk etmə - propriosepsiya-dır. Qalan 5 hiss isə bizə məlum olan məşhur 5-likdir. -Müəllif: None - -Sual: 2. E.ə V əsrdə baş vermiş döyüşlərdən birindən sonra Filippidin ölməsinin səbəbi kimi Filippidin 6 saat sürən döyüşdə yaralanması, lakin döyüş bitən kimi yarasını tez sarıyıb yola düşməsi idi. Ona görə də təyin olunmuş yerə çatan kimi Filippid öldü. Siz isə hansı döyüşdə bu hadisənin baş verdiyini deyin. -Cavab: Marafon. -Şərh: Yaralı və yorğun Filippid dayanmadan 38 km qaçıb afinalılara qələbə xəbərini deyən kimi ölmüşdür. 1896-cı il I müasir Olimpiya Oyunlarında da Marafon qaçısı yarışları məhs Filippidin qaçdığı marşrutla keçirilmişdir. -Müəllif: None - -Sual: 3. Avro-2016 seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna qrup lideri kimi gəlsə də, İtaliya yığmasının üzərində müəyyən qədər mətbuatın təzyiqi var idi. Baş məşqçi Antonio Konte bu oyunda da qalib gəlməklə, mətbuatı SUSDURMAĞI düşünürdü. Siz isə bu oyuna İtaliya yığmasının hansı taktiki sxemlə çıxmasını planlaşdırdığını deyin. -Cavab: 4-3-3. -Şərh: Sualda "susdurmaq" sözünün vurğu ilə deyilməsi və sizlərdən rəqəmli cavabın istənilməsi sizə "4-33"-ü xatərlamaqda kömək ola bilərdi. -Müəllif: None - -Sual: 4. 1909-cu ildə ONUN loqotipi yaradılarkən, konserndə həm də gəmi və avio mühərriklərinin də düzəldilməsi nəzərə alındı. Söhbətin nədən getdiyini deyin. -Cavab: Mersedes-Benz. -Şərh: Mersedes-Benz markasının loqosundakı ulduzun torpaq-hava-su niyə mənasını verməsinin izahı idi. Markanın sahibi isə Daimler AG konsernidi. -Müəllif: None - -Sual: 5. Paylama materialıGördüyünüz şəkil 19-cu əsrə aid bir əsərin Azərbaycanca tərcümə olunmuş adı ilə adlandırılıb.Siz isə həmən əsərin müəllifini deyin. -Cavab: İvan Turqenev. -Şərh: Arxa fonda İran-İraq müharibəsindəki Ərdəbil şəhidləridir. Öndəkilər isə onların övladlarıdır. İvan Turqenevin yazdığı "Отцы и дети" romanı Azərbaycancaya "Atalar və oğullar" adı ilə tərcümə edilib. -Müəllif: None - -Sual: 6. XVII əsrdə Yaponiyada syoqun olan Tokuqava Tsunayosi qeyri adi fərmanları ilə tarixə düşmüşdür. Siz isə onun “Yaşayan varlıqların həyatlarından məhrum edilməyə qadağa qoyulması” haqqda fərmanının qeyri-adiliyinin nədə olduğunu deyin. -Cavab: Bu fərmanı pozanları öldürürdülər. -Şərh: Tarixə “İt syoqunu” kimi düşən Sinayesinin 1687-ci ilə aid bu fərmanında itlərin öldürülməsinə qəti qadağa qoyulmuşdur. Bu qadağanı pozan şəxsləri isə ölüm cəzası gözləyirdi. Ancaq fərmanın adında tək itlərin yox, ümumiyyətlə bütün yaşayanların öldürülməsindən söhbət gedir. Bu isə paradoks yaradırdı: çünki fərmanı pozduğuna görə öldürülən insanı öldürən cəllad özü də hüquqi cəhətdən fərmanı pozmuş sayılırdı. -Müəllif: None - -Sual: 7. “Qədim zamanlarda insanlar tonqalın ətrafında yığışıb, rəqs edib, mahnı oxuyurdular. Avroviziya da məhz elə yerdir ki, orada insanlar bir yerə mahnı oxuyub, rəqs etmək üçün toplaşırlar.” Eşitdiyiniz mətnin hansı Avroviziya müsahibəsi haqqında olan məqalələrdə yazıldığını deyin. -Cavab: 2012-ci il Bakı Avroviziyası. -Şərh: “Qədim zamanlarda insanlar tonqalın ətrafında yığışıb, rəqs edib, mahnı oxuyurdular. Avroviziya da məhz elə yerdi ki, orada insanlar bir yerə mahnı oxuyub, rəqs etmək üçün toplaşırlar, qədimdə tonqal ətrafında olduğu kimi. Elə isə, ÖZ MƏŞƏLİNİ ALOVLANDIR.” “Light your fire” Bakı Avroviziyasının devizi olmaqla yanaşı, bu Avroviziyanın dizaynında da alovun təsiri hiss olunurdu. -Müəllif: None - -Sual: 8. Yumoristik posterlərin birində deyilir ki, hər kişinin həyatında 3 dövr olur: 1. O, Şaxta Babaya inanır, 2. O, Şaxta Babaya İnanır. Siz isə 3-cü dövrü deyin. -Cavab: O özü Şaxta Baba olur. -Şərh: Posterdə kişilərin uşaqlıq, gənclik və qocalığından danışılırdı. -Müəllif: None - -Sual: 9. Orta əsrlərdə cəngavərlər öz silahlarını, dəbilqələrini öz senyorlarının ailə qerbinə uyğun boyayırdılar. Bu cəngavərin hansı senyora məxsus olmasına işarə idi. Həm də r��nglənmiş dəbilqə daha gec paslanırdı. Siz isə senyorları olmayan cəngavərlərin öz dəbilqələrini hansı rəngə boyadığını deyin. -Cavab: Qara. -Şərh: Cəngavər heç bir senyordan vassallıq qəbul etmədiyinə görə dəbilqəsinin heç bir qerbə uyğun rəngləmirdi. Ancaq digər tərəfdən dəbilqənin paslanmaması üçün mütləq dəbilqələrini rəngləməli idilər. Onunçün də onları dəbilqələrini ancaq qara rəngə boyayırdılar. Və beləcə orta əsr Avropa feodalları üçün əsl təhlükə mənbəyi sayılan “Qara cəngavərlər” yaranmışdır. “Qara cəngavər”lər haqqda olan ən məşhur əsər isə V. Skotun “Ayvenqo” romanıdır. -Müəllif: None - -Sual: 10. “Вокруг света” jurnalının hesablamalarına görə, sözügedən vaxt işçinin günlük gəliri ¼ sikl idi. Müasir dövrdə isə həmən ərazilərdə minimum günlük gəliri valyutaya çevirəndə 50 dollar edir. Siz isə bu məqalədə sözü gedən dövrdə kimin sonradan tarixdə pis xatırlanacaq əməlinə görə müasir ekvivalentlə 6000 dollar aldığını deyin. -Cavab: İuda İskariot. -Şərh: Bu ekvivalentlə hesablasaq, onda 1 sikl 200 dollar edir. 6000 dollar isə onda 30 sikl edəcəkdi. Sikl gümüş pul olduğuna görə, “30 gümüş pul” ifadəsi də satqınlığı bildirir. Bu isə İuda İskariotun satqınlığının qarşılığında aldığı pul idi. -Müəllif: None - -Sual: 11. Bir məqalədən sitatlara qulaq asın: "1991-ci ildə parlamentdə hökümət üzvləri təsdiq olunanda onun adı çəkilən kimi yerdən kimsə “yenə Qarabağdadır, “Xarı bülbül” festivali keçirir” deyibmiş. ..... Sonra səfir də oldu, amma məmur olmadı, diplomat da olmadı, əsl elçi oldu. Ölkəmizi, mədəniyyətimizi soyuqqanlı diplomat müdrikliyi ilə yox, işıqlı mədəniyyət adamı kimi təmsil etdi". Məqalənin kimə həsr olunduğunu bildinizsə, məqalənin adını 1932-ci ildə yazılmış əsərin adı ilə deyin. -Cavab: Polad necə bərkidi. -Şərh: Məqalədə gələcək səfir, hökümət üzvü musiqi festivalını kecirməsindən danışılır, Hökümət üzvü, səfir - musiqiçilərdən ən məşhuru Polad Bülbüloğludur ki, məqalədə də ondan danışılırdı. Polad Bülbüloğlunun çətinliklərə qalib gəlməsini, vətən sevgisini sonacan qorumasını söyləyən müəllif, bu səbəbdən məqaləni Nikolay Ostrovskinin romanının adı ilə adlandırıb. -Müəllif: None - -Sual: 12. Keçən əsrin 90-cı illərində Eldar Mikayılzadə bir layihə üçün 7 nəfərin portretini çəksə də, onlardan 2-si seçildi. Siz isə kimlərin portretlərinin seçildiyini deyin. -Cavab: Nizami Gəncəvəi və Məmməd Əmin Rəsulzadə. -Şərh: 1992-ci ildə buraxılmış Azərbaycan manatlarının eskizlərinin müəllifi Eldar Mikayılzadə idi. Eskizlərdə o, 7 nəfərin portretini çəksə də, yalnız 2 nəfərin portreti saxlanılmışdır. -Müəllif: None - -Səhifə -> 324 | Sual Sayı -> 12 - -Sual: 1. Diqqət turun 1-ci sualı. Dünya Iqtisadi Forumunun 40-cı yubley toplantısında -Fransa prezdenti Nikola Sarkozi toplantıya gələr-gəlməz BUNU deməyə başlayıb və -niqtinin davamı kimi bildirib ki, artıq Amerika dollarına BUNU deməyin vaxtı çatıb. -BUNUN nə olduğunu bildinizsə 2009-cu ildə BUNU bir neçə dəfə işlətmiş şəxsin adını -cavab kartlarınıza yazın. -Cavab: Recep Tayyip Erdoğan -Şərh: Sarkozi bildirmişdir ki, artıq Amerika dollarına “one minute” deməyin vaxtı çatıb. -2009-cu ildə Davos Zirvəsində isə Recep Tayyip Erdoğan özünün məşhur “one minute” -ifadəsi ilə yadda qalmışdır. -Müəllif: None - -Sual: 2. 18-ci əsrdə yazılmış bir romanda alman reallığının fonunda qəhrəmanın faciəli -həyatı əks olunub. Söhbətin hansı romandan getdiyini bildinizsə bu romanın -yazılmasından sonra Avropada nəyin artdığını cavab kartlarınıza yazın. -Cavab: İntihar edənlərin sayı -Şərh: Söhbət Hötenin “Gənc Verterin iztirabları” romanından gedirdi gedirdi. Əsərin -sonunda isə Verter intihar edir. Romanın yayılması insanların intihar etməsinə “Verter -effekti” adını vermişdilər. -Müəllif: None - -Sual: 3. 20-ci əsrin sonlarında Venesiyada insanlardan X adlı vergi alınırdı. Verginin -şərtlərinə əsasən, küçələrdə X salan istənilən şəxs vergi ödəməli idi. Təbii ki, X-in -qarşısını almaq qeyri-mümkün olduğundan, bu vergi zamanında Venesiya -xəzinəsinə xeyli gəlir gəldi. X-in nə olduğunu tapın. -Cavab: Kölgə -Şərh: Hökümət gəlirin çox olması üçün bu cür vergi üsullarına əl atırdı. -Müəllif: None - -Sual: 4. 1930-cu ildə ABŞ-da doğulmuş Casper Cons 1954-55-ci illərdə “Bayraq” adlı rəsm əsəri çəkdi. Rəsmdə nəyin təsvir olunduğunu dəqiqliklə deyin. -Cavab: ABŞ bayrağı -Şərh: Sualda ABŞ-da doğulması əbəs yerə işlədilməmişdir. -Müəllif: None - -Sual: 5. İtalyan səyyahı Marko Polo buranı səhvən indiki Somalinin paytaxtı Moqadişu adlandırmışdır. Söhbətin nədən getdiyini tapın. -Cavab: Madaqaskar adası -Şərh: Səyyah Moqadişu şəhərinin adını bir qədər fərqli Madaqskar (Madageiscar) adı ilə Avropaya tanıtmışdır. -Müəllif: None - -Sual: 6. Üç cilddən ibarət olan BUNUN birinci cildi Azərbaycan Səfəvi dövlətinin yaranmasından başlamış I Şah Abbasın hakimiyyətə gəlməsi ilə bitir. BUNU 1 dəqiqə ərzində tapmağa çalışın. -Cavab: “Tarixi aləmarayi Abbasi” -Şərh: Kitabın müəllifi İsgəndər bəy Münşidir və kitabda Səfəvilər dövlətinin tarixindən ,I Şah Abbasın hakimiyyəti dövründən bəhs edir. -Müəllif: None - -Sual: 7. Qay Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci hərb möcüzəsi sayılır. Siz isə Sezarın yürüşlər zamanı özü ilə bərabər həm də nəyi apardığını cavab kartlarınıza yazın. -Cavab: İsgəndərin kiçik büstü -Şərh: Sualda İsgəndərdən sonra ikinci hərb möcüzəsi sayılması sizə ipucu idi. -Müəllif: None - -Sual: 8. Paylama materialı1994-cü il dünya çempionatından bir şəkli görürsünüz. Siz isə şəklin çəkilməsindən 10 gün sonra nəyin baş verdiyini cavab kartlarınıza yazın. -Cavab: Andres Eskobar güllələndi. -Şərh: ABŞ-Kolumbiya oyunu zamanı topu öz qapısından kçeirdiyinə görə Eskobarı güllələmişdilər. Rekviziftdə də həmin epizodu görürsünüz. -Müəllif: None - -Sual: 9. C.Məmmədquluzadənin felyetonlarının birindən bir ifadəyə qulaq asın: "Bəziləri elə bir yaranmışdan ibarətdir ki, onların gecə-gündüz fikri BUNU mollalardan yalvarıb istəməkdir". Bu həm də 1913-cü ildə Yusif Vəzir Çəmənzəminli tərəfindən yazılmış bir hekayənin adından 2 hərflə fərqlənir. Söhbətin nədən getdiyini tapın. -Cavab: Cənnət qəbzi -Şərh: 16-cı əsrdə yaranmış indulgensiyalar yəni cənnət qəbzlərini Roma papası günahı olan insanlardan pul qarşılığında satırdılar. Kim alardısa cənnətə düşə bilərdi. Mirzə Cəlil də özünün felyetonunda cəhaləti göstərmək üçün yalançı mollaları bu cür ifşa edirdi. Hekayənin adı isə “Cənnətin qəbzi” adlanır. -Müəllif: None - -Sual: 10. O şahzadə limonun ayağını tapdaladığına görə ömürlük, hətta ölümündən sonra üçün də həbs cəzası almışdır. Onun nə olduğunu bildinizsə 1972-ci ildə çəkilmiş cizgi filminin kimin hekayəsi əsasında ərsəyə gəldiyini cavab kartlarınıza yazın. -Cavab: Canni Rodari -Şərh: Çippolinonun atası Çippolone şahzadə limonun ayağını tapdaladığı üçün həbs cəzası alır. Yazarın eyni adlı hekayəsi əsasında isə Sovet istehsalı “Çippolino” cizgi filmi çəkilmişdir. -Müəllif: None - -Sual: 11. BU bəzi versiyalara görə Musanın Sina dağında gördüyü yanan koldan ilhamlanaraq yaradılmışdır. Başqa fərziyyələrə görə isə BUNUN tanrının kainatı yaratdığı 6 günü və istirahət etdiyi yeddinci günü təmsil etdiyi bilinir. Bunun nə olduğunu tapın. -Cavab: Menora -Şərh: Menora Qüdsdə və Çadır məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. İsrail dövlət gerbində də Menoranı görə bilərik. -Müəllif: None - -Sual: 12. Ələkbər Məmmədov xatirələrində dünya çempionatların birində ən çox bu iki şəxsin adının xatırlandığını və onlardan birinin Eysebyo olduğunu qeyd edirdi. Siz isə xatırlanan növbəti şəxsin adını cavab kartlarınıza yazın. -Cavab: Tofiq Bəhramov. -Şərh: 1966-cı ildə baş tutmuş dünya çempionatında 3-cülük uğrundakı görüşdə Portuqalliya və SSRİ milliləri üz-üzə gəlirdi və həmin oyunda Eysebyo 2 top vuraraq komandasının qələbəsində mühüm rol oynadı. Həmçinin Eysebyo 9 qolla bombardir olaraq yaddaşlarda qalmışdır.Bildiyimiz kimi həm çempionatın final görüşündə İngiltərə və Almaniya milliləri üz-üzə gəlirdi həmyerlimiz Tofiq Bəhramov mübahisəli lakin haqlı qolu saymaqla futbol tarixində iz qoymuşdur. Onu da qeyd edək ki, bu hadisədən sonra İngiltərə kraliçası həmyerlimizə “qızıl fit” hədiyyə etmişdir. -Müəllif: None - -Səhifə -> 325 | Sual Sayı -> 12 - -Sual: Tənqidçilərdən birinin yüngül fantastika sevənlər üçün əvəzsiz adlandırdığı “Once upon a time” serialının adının dilimizə tərcüməsində bu ifadədən istifadə olunmuşdu. Əsas hadisələrin “Sehirli Meşə” adlı yerdə baş verdiyini bilərək serialın dilimizdəki adını bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Biri var idi, biri yox idi -Şərh: Once upon a time serialı nağıl serial idi və ona görə də serialın adı dilimizə “Bir var idi, biri yox idi” kimi tərcümə olunmuşdu. Sualda yüngül fantastika, “Sehirli meşə” sözləri sizin nağıla çıxmağınıza kömək edə bilərdi. Sual da paketin birinci sualı idi və biz nağıllarda olan başlanğıcla başladıq. -Müəllif: None - -Sual: 2. İstanbulda Bəyoğlunda bir evin yıxılmasından danışan məqalədə evin də artıq dünya üzərində mövcudiyyətini qoruya bilməyəcəyi qeyd olunur. Siz isə bu evin sahibinin adını cavab kartlarınıza yazın. -Cavab: Oğuz Atay -Şərh: Məqalədə evin yıxılacağı, dünyaya tutunamayacağı qeyd olunurdu və bu evin sahibi də məşhur Tutunamayanlar romanının yazarı Oğuz Atay idi. -Müəllif: None - -Sual: 3. Bir məqalədə görkəmli yazarların dostluğundan bəhs olunur. Bəs bu zaman abidəyə çevrilmiş dostluq adı altında hansı iki şəxs xatırlanır? -Cavab: Şiller və Höte -Şərh: Bir çox yazarların dostluğundan danışılan məqalədə öz dostluqları ilə məşhurlaşmış Höte və Şiller də xatırlanır. Höte və Şillerin dostluq abidəsinin müəllifi isə Avqust Ritşeldir. -Müəllif: None - -Sual: 4. 1900-cü illərdə Oxfordda təhsil alan bu şəxs Henri Devid Toronun “Sivil İtaətsizlik” əsərini oxuyub əsərə heyran heyran olmuşdu. Söhbətin kimdən getdiyini tapın -Cavab: Qandi -Şərh: Henri Devid Toro məşhur sivi itaətsizlik əsərinin müəllifidir və onun əsərləri ilə tanış olduqdan sonra Qandi də öz ölkəsində sivil itaətsizliyə məşhurlaşmışdı. -Müəllif: None - -Sual: 5. Bir kitabda deyilir ki, Yaşlı və qocalmaqda olan insanlar üçün yuxuda Bağlı qapı görmək onlar üçün məyusluq və dilxorçuluqdur. Cümlədə əvəz olunmuş iki sözü cavab kartınıza yazın. -Cavab: Ad günü -Şərh: Yaşlı və qocalmaqda olan insanları real həyatda olduğu kimi yuxularda da ən çox narahat edən şey onların yaşlanmağının göstəricisi olan Ad günləridir. Sualda Rasim Ocaqovun bir filmi digəri ilə əvəz olunmuşdu. -Müəllif: None - -Sual: 6. Borxesin bu sözlə başlayan şeiri “Amma, 85 yaşındayam və bilirəm” misrası ilə bitir. Bu sözün 1895-ci ildə Kiplinqə uğur gətirdiyini bilərək həmin sözü cavab kartınıza yazın. -Cavab: Əgər -Şərh: Borxes özünün “Anlar şeirində hər şeyə yenidə qayıtmaq və hər şeyi yenidən başlamaq istəyir və deyir “Əgər yenidən başlasaydım yaşamağa”. İf şeiri isə Kiplingin ən məşhur şeirlərindən hesab olunur. -Müəllif: None - -Sual: 7. Romalıların Kartacanı işğal etməsi, Ərəblərin Misiri işğal etməsi, XII əsrdə Çin imperatorunun pisliklərdən uzaqlaşmaq bəhanəsilə verdiyi əmrdən sonra tarix bunun ən dəhşətli nümunələrinə şahid oldu. Bundan danışan 1953-cü ilə aid əsərin adını cavab kartınıza yazın -Cavab: Faranheyt 451 -Şərh: Kartacanı işğal edən romalılar Kartaca kitabxanası, Misiri işğal edən ərəblər isə İsgəndəriyyə kitabxanasını yandırmışdılar. 1109-cu ildə isə Çin imperatorunun əmri ilə ölkədə bütün kitablar yandırılmağa başlanmışdı. Kitabların yandırılmasından bəhs edən əsər isə Rey Bredberinin məşhur Faranheyt 451 əsəridir. -Müəllif: None - -Sual: 8. Kappadokiyadakı əsrarəngiz formada olan “Pəri bacalarını”, Qərbi Avstraliyada yerləşən qəribə gözəlliyi ilə seçilən “Çəhrayı gölü”, sürətlə inkişaf etmiş Dubayı bəzən X adlandırırlar. X-i üçüncü növ təyini söz birləşməsi ilə yazın -Cavab: Dünyanın 8-ci möcüzəsi -Şərh: Sadalananlar hamısı öz spesifik xüsuiyyətlərinə görə bəzən dünyanın 8-ci möcüzələri adlanır. Sualın 8-ci verilməsi də cavaba çıxmağa kömək ola bilərdi. -Müəllif: None - -Sual: 9. Den Braunun “Cəhənnəm” romanında dünyanı idarə edən güclərin yaydığı virusdan danışılaraq deyilir ki, immuniteti güclü olanlar bu virusa qalib gəlirlər, zəiflər isə virusa məğlub olaraq öz çoxalma qabiliyyətlərini itirirlər. Bəs bu romandan danışılan bir məqalədə 1766-cı il doğumlu hansı şəxs xatırlanır? -Cavab: Tomas Maltus -Şərh: Məqalədə deyilir ki, virus zəif insanların artmağına əngəl olur və beləliklə Tomas Maltusun dediyi kimi kəskin demoqrafik inkişafın qarşısı alınır. -Müəllif: None - -Sual: 10. “Andrey Rublev” əsərində Kiril adlı bir nəqqaşın Andrey Rublevə olan həsədindən danışılan məqalədə 1832-ci ildə yazılmış bu əsər də xatırlanır. Söhbətin hansı əsərdən getdiyini tapın. -Cavab: Motsart və Salyeri -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Rəvayət olunur ki, bir qadın oğlunun ölümünə dözməyərək kədərdən kömür kimi qaralaraq canını tapşırmışdı. Bəs bu hansı indiki ərazidə baş vermişdi? -Cavab: Siyəzən -Şərh: Siyəzən sözünün: Siyah zənən sözündən törədiyi ehtimal olunur ki, bu da qara qadın deməkdir. Ana da oğlunun ölümünə dözməyərək kömür kimi qaralaraq ölmüşdü. -Müəllif: None - -Sual: 12. Bu yaxınlarda onun məzarının İşidin hədəf olacağındn qorxan İtaliya höküməti məzarın qorunmasını gücləndirmişdi. Onun kim olduğunu tapın -Cavab: Dante -Şərh: O öz əsərində Məhəmməd peygəmbəri cəhənnəmdə göstərmişdi və ekstremist təşkilar bu yaxınlarda olan bəyənatında onun məzarını partladacaqları barədə bəyanat yaymışdı. -Müəllif: None - -Səhifə -> 326 | Sual Sayı -> 12 - -Sual: 1. 1935-ci ildə dünyada ilk dəfə ümumi uzunluğu 1200 metr olan dəmir yolu inşa edildi. Cümlədə buraxılmış bir sözü cavab kartlarınıza yazın. -Cavab: Uşaq -Şərh: İlk dəfə SSRİ-i vaxtında Tiblisidə uşaq dəmir yolu inşa edildi. Həmçinin dəmir yolunun ümumi uzunluğunun az olması da sizə cavabı tapmaqda köməkçi vasitə idi. -Müəllif: None - -Sual: 2. Qlobal istiləşmədən danışan və fonda zürafələrin yer aldığı bir rəsmin daxil olduğu məqalədə deyilir ki, X təxminən 20 ilə yoxa çıxacaq. 1936-cı ilə aid X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Klimancaronun qarları -Şərh: Məqalədə yer alan rəsmdə dağın ətəyində otlayan bir neçə zürafə təsvir olunmuşdu və buradan aydın olmalıydı ki, söhbət Afrikadan gedir və qlobal istiləşmə Afrikanın yeganə soyuq yeri olan Kilimancaronun zirvəsinə öz təsirini göstərdiyindən məqalədə deyilir ki, Kilimancaronun qarları 20 ildən sonra yoxa çıxacaq. Kilimancaronun qarları həm də Ernest Heminqueyin 1936-cı ilə aid əsəridir. -Müəllif: None - -Sual: 3. Sualı Racej Kxanna verir. Bir fəsləfi dini məqalədə deyilir ki, insan özünü idarə etməyi, nəfsinə qalib gəlməyi bacarmalıdır. Ona görə də insan qırmızı qızıl gülə qane olmağı bacarmalıdır. Diqqət sual: Öncəki cümlədə 3 söz başqa 3 sözlə əvəz edilib. Əvəz edilən sözləri deyin. -Cavab: Bir parça çörək -Şərh: Məqalədə deyilir ki, insan nəfsinə qalib gəlməyi bacarmalı, bir parça çörəyə qane olmağı bacarmalıdır. Sualda isə Racej Kxannanın bir filminin adı (Bir parça çörək) digər filminin (Qırmızı qızıl gül) adlı ilə əvəz edilmişdir. -Müəllif: None - -Sual: 4. Tarixi faktlara inansaq 17-ci əsrdə Şimali Azərbaycanda X-lər yaranmağa başladı. Bir xalq məsələində isə insanın BU həyat dövrü X-lə eyni tutulur. X-in nə olduğunu bildinizsə BUNU bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Subaylıq -Şərh: Bu dövrdə Qazax, Qəbələ,Ərəş,İlisu, Şəmşədil kimi sultanlıqlar yaranmışdı. Xalq məsəli isə “subaylıq sultanlıq” kimi səslənir. -Müəllif: None - -Sual: 5. Balzak 1830-cu ilə aid pisliyə pisliklə cavab verməkdən bəhs edən romanını bu latın mənşəli sözlə adlandırmışdı. Hansı sözlə? -Cavab: Vendetta -Şərh: Bu söz latınca vindicta sözündən törəyib və italyan dilində Vendetta adlanır ki, vendetta italyanlarda qan qisası anlamına gəlir. Balzak da qan qisasından bəhs edən qətlə qətllə cavab verən romanını da elə Vendetta adlandırmışdı. Sualın beşinci verilməsi sizi V for Vendettadan cavaba çıxmağınıza kömək edə bilərdi -Müəllif: None - -Sual: 6. Bir orta əsr təriqəti üçün paltarın ruhu gizlətdiyindən danışılan bir məqalədə kəpənəyin üstünlüyündən söz açılır. Çünki paltardan (baramadan) çıxan qurd kəpənək olur, ruhu paltardan azad olur. Kəpənək insanın o biri dünya ilə əlaqələndiricisidir, ötürücüdür, iki dünyanın rəmzi modelidir. Siz isə bu məqalədə adı çəkilən Əlinin bizə tanış olan adını deyin. -Cavab: İmaməddin Nəsimi -Şərh: Hürufilikdə deyilir ki, kəpənəyin paltarı baramasıdır, lakin insanın paltarı dərisi. İnsan ruhunu azad etməyi bacarmalıdır. Nəsiminin bir çox şeirlərində, şair öz ölmünün dərisinin soyulması ilə gələcəyini deyir. Onun həyatını tədqiq edən alimlər deyirlər ki, o buna da nail oldu. Çünki hürufi üçün dərisi soyularaq ölmək növbəti mərhələdi yaşamda, kəpəyin qurd bədənindən çıxması kimi. Kəpənək 2 cahanın simvoludur. Əsl adı Seyid Əli Seyid Məhəmməd oğlu olan Nəsimi şeirlərdə özünə “Kəpənəkpuş” deyirdi, və kəpənək kimi onda da 2 cahan sığırdı (“Məndə sığar 2 cahan”). -Müəllif: None - -Sual: 7. 1953-cü ildə çəkilən və okeanın dərinliyində yaşayan nəhəngdən bəhs edən “20000 fathomdan (1 fatom təxminən 2 metrə bərabərdir) gələn nəhəng filmi çoxlarının ironiyasına səbəb olmuşdu. Siz isə filmdən bir neçə il əvvəl hansı faktın dəqiqləşdiyini deyin. -Cavab: Marianın dünyanın okeanın ən dərin yeri olması. -Şərh: Sualda da bildirildiyi kimi 1 fatom təxminən 2 metrə bərabər idi ki, bu halda okean dibində yaşayan nəhəngin 40000 metr dərinlikdə yaşaması tələb olunurdu. Lakin 1951-ci ildə Çelencer gəmisi dünyanın ən dərin yerinin 11022 metrlə Marian çökəkliyi olduğunu sübut etmiş və filmin heyətinin bu faktdan bixəbərliyi o dövrün bir çox izləyicisinin ironiyasına səbəb olmuşdu. -Müəllif: None - -Sual: 8. 1980-ci ildə ABŞ-da bir polis əməkdaşı tapança qabını sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır. Əslində polis bunu qanunlara zidd getmək üçün deyil, BU səbəbdən edirdi. İşdən çıxarıldıqdan sonra bu ABŞ-da böyük əks-səda doğurmuş və hətta onu yenidən işə bərpa olması üçün mitinqlər belə keçirilmiş və polisin işi yenidən bərpa olunmuşdur. Siz isə bu hadisədən sonra beynəlxalq günün təsis olunduğunu tapın.. -Cavab: Ümumdünya solaxaylar günü -Şərh: Polis solaxay olduğundan tapança qabınıda məhz kəmərinin sol tərəfinə taxırdı. Sözü gedən hadisədən sonra isə hər il avqust ayının 13-ü ümumdünya solaxaylar günü kimi qeyd edilməyə başlanıldı. -Müəllif: None - -Sual: Paylama materialıSizə təqdim edilən rekvizit orta əsr Linkolnşir doğumlu alim-siyasətçiyə həsr edilmiş sənədli filmdən fraqmentdir. Həmin film kimə həsr edilib? -Cavab: İsaak Nyuton -Şərh: Şəkildə uşaq sahildə durub okeana baxır. Bu Nyutonun sahildə daş tapan uşağın qarşısında okean olması barədə dediyinə işarə idi. -Müəllif: None - -Sual: 10. 1687-ci ildə İ. Nyuton “Natural fəlsəfədə riyazi başlanğıclar” elmi işini çap etdirəndə, R. Quk bəyan etdi ki, bu əsərdə, əslində Nyuton Qukun ideyalarını oğurlayıb. Çünki bu ideyanı Quk illər əvvəl demişdir. Nyuton isə bəyan etdi ki, həqiqətən də bu əsəri digər alimlərin əsərlərini oxuyaraq, nəticə çıxarıb yazmışdır. Ancaq o alimlər arasında Quk yox idi. Siz isə Nyutonun Quka yazdığı məktubda xüsusi vurğuladığı təyini söz birləşməsini deyin. -Cavab: Nəhənglərin çiyni -Şərh: Nyuton Quka etriaf edirdi ki, həqiqətən də digər alimlərin əsərlərindən bəhrələnib, ancaq Qukun əsərlərindən deyin. O Quka məktubunda yazırdı: “Əgər mən digərləri gördüklərindən uzağı görmüşəmsə, bu mənim nəhənglərin çiynində durmağımdandı.” Bu cümlə əslində çox ironik yazılmışdır. Çünki Quk qısaboy biri idi və Nyutonun yazdığı ilk elmi işə də mənfi resenziya yazmışdı. Bu cümlə ilə Nyuton Quka “kiçik insan” sözünü bir neçə mənada demişdir. -Müəllif: None - -Sual: 11. UEFA Avropa liqasında play-off mərhələsində üz-üzə gələn “Qarabağ” və “Young boyz” futbol komandaları və Qarabağın futbolçusu 30 metrlik məsafədən qüvvətli zərbə ilə vurduğu qoldan bəhs edən bir məqalədə həm də 12-ci əsr doğumlu bu şəxsin adı çəkilir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: I Riçard -Şərh: Buna səbəb Qarabağın futbolçusu Almeydanın adının da Riçard olmasıdır. -Müəllif: None - -Sual: 12. Hadisələrin İngiltərədə keçdiyi Minionlar filmində yeraltına düşmüş Minionlar orada yerləşən kanalizasiya qapağını açaraq azadlığa çıxmağa cəhd etsələr də dörd dəfə tapdalanırlar. Oranı dəqiqlə deyin. -Cavab: Abbey Road -Şərh: Bir çox alluziyalarla bol olan filmdə yeraltından azadlığa çıxmaq üçün Abbey Roadı seçən Minionlar həmin yoldan keçən Beatles üzvləri tərəfindən tapdalanırlar. Hadisələrin İngiltərədə keçməsi sizi İngiltərə ilə bağlı bir fakta aparmalıydı. -Müəllif: None - -Səhifə -> 327 | Sual Sayı -> 12 - -Sual: Bir əsərdən sitata qulaq asın: “Tanış olmayan, hiyləgər, həsrətlə məni addımbaşı izləyən hiss... Ona gözəl və əzəmətli qüssənin adını verməyə ürəyim gəlmir.” Eşitdikləriniz ötən əsrin ikinci yarısında çapdan çıxmış bir əsərdən idi. Əsərin adını tapmağa çalışın. -Cavab: Salam Kədər. -Şərh: Əsər 1954-cü ildə Fransuaza Saqan tərəfindən yazılmış və əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən cavan qızdan danışılır -Müəllif: None - -Sual: 2. 2. Osamu Dazainin bir əsərində qarla örtürmüş yola qan tüpürən obraz X-ı xatırlayır. X-dən danışılan məqalədə Günəş də xatırlanır. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Yaponiyanın bayrağı -Şərh: Osamu Dazai yapon yazıçı idi və cavab da Yaponiya ilə bağlı bir şey olmalıydı. Əsərdə isə qarla örtülmüş yola qan tüpürərək ağ zəmində qırmızı ləkə yaradan obraz Yaponiya bayrağını xatırlamışdı. Bir məqalədə isə Yaponiya bayrağındakı qırmızının Günəşlə assosiasiya olunduğu deyilirdi. -Müəllif: None - -Sual: 3. 3. 2009-ci ildə çəkilmiş bir filmdə bir oğru RUS mafiyasına olan borcuna görə Bunlardan oğrulamışdır. Bunların nə olduğunu tapın. -Cavab: Faberje yumurtaları -Şərh: Faberje yumurtaları 1885-1917-ci illər arası Rus çarları üçün hazırlanmış zərgərlik məmulatıdır. Sualda rus mafiyası sizə ipucu idi. -Müəllif: None - -Sual: 4. 4. Bir rolikdə Neymar BUNU EDƏNDƏ corab, portağal, hətta kağız rulonundan da istifadə edirdi. Bəs normalda BUNU ETMƏK üçün nədən istifadə edirlər? -Cavab: Futbol topu -Şərhlər: None -Müəllif: None - -Sual: 5. 5. Bir paradoksal qanunauyğunluğa əsaslanan siyasi zarafatda I Nikolaydan tutmuş Vladimir Putinə kimi rus hökümət başçılarının adları çəkilir. Siz isə sözügedən zarafatı tapmağa çalışın. -Cavab: Keçəl-saçlı -Şərh: 1825-ci ildən çar I Nikolayın hakimiyyətindən yaranmış bu zarafatda hökümət başçılarını sanki növbə ilə saçlarının olub-olmaması müşahidə edilirdi. -Müəllif: None - -Sual: 6. Paylama materialıGündüz Ağayevin çəkdiyi və ölkələrdə haqq-ədalət anlayışının qətlə yetirilməsini anladan bu karikatura Femida adlanır. Cümlədə buraxılmış 2 hərfi cavab kartlarınıza yazın. -Cavab: e,d -Şərh: Karikaturadan göründüyü kimi ölkələrin birində haqq ədalət çarçısı olan Femidanı asıblar və bunu şərh edən Gündüz Ağayev karikaturaya ölü Femida mənasına gələn “FEMİDAED” adı vermişdi. -Müəllif: None - -Sual: 7. Siyahı : - -Həsən Məmmədov -Elçin Məmmədov -Əbdül Mahmudov -Şahmar Ələkbərov -Rafiq Əzimov -Ələsgər İbrahimov - -Siyahıda X çatışmır. Ənvər Həsənova həsr olunmuş film də X adlanırdı. X-i üç sözlə cavab kartınıza yazın. -Cavab: 7 oğuldan biri -Şərh: Həsən Məmmədov Bəxtiyar. Elçin Məmmədov Mirpaşa. Əbdül Qasımov Qasım. Şahmar Ələkbərov Qəzənfər. Rafiq Əzimov Şahsuvar. Ələsgər İbrahimov Zalımoğlu. Ənvər Həsənov isə filmdə Cəlal rolunu oynayırdı. Siyahıda Yeddi oğuldan biri çatışmırdı. Ənvər Həsənova həsr olunmuş film isə Yeddi oğuldan biri adlanırdı. -Müəllif: None - -Sual: 8. Bu ideyanın təşəbbüskarı BUNU ən hündür təpələrin birində yerləşdirmiş və əvvəl qardaşından, daha sonra bir neçə dilə çevirmək üçün yaxınlarından kömək istəmişdir. Hətta korlar üçün Brayl şriftləri ilə də eyni məzmunlu sözlər yazdılar. Biz sizdən BUNUN nə olduğunu soruşmuruq. Siz 1 dəqiqə ərzində Burada nəyin yazıldığını tapın. -Cavab: “Mən səni sevirəm" -Şərh: Söhbət Parisdə Monmartr təpəsində yerləşən “Sevgi divarı”ndan gedirdi. Belə ki burada 311 dildə “mən səni sevirəm” məzmunlu sözlər həkk olunmuşdur. -Müəllif: None - -Sual: 9. Rejissor Məhərrəm Bədirzadə tərəfindən çəkilmiş BU filmdə Dilarə Murtuzəliyeva, Xuraman Əlizadə, Mələk Həsrətova rol almışdır. Sözügedən filmin adını tapın. -Cavab: Gəlinlər -Şərh: Qaynana problemindən bəhs edən filmdə məhz bu üç gəlin tərəfindən qaynanaları Şərəf xanımı qəbul edilmir. -Müəllif: None - -Sual: 10. Paylama materialıSualı qeyd etsəniz yaxşıdır. Riçard 1972ci ildə burada olmuş və demişdir: "Bu Böyük Çin Səddidir. Yalnız böyük şəxsiyyətlər buradan keçə bilər". Burada həmçinin Uilson və Uoker də olmuşdular. -Qarşınızdakı şəkildə isə O təsvir olunub. Siz isə sonuncu cümlədə buraxılmış dörd hərfi cavab kartlarınıza yazın. -Cavab: b a m a -Şərh: 1972-ci ildə Riçard Nikson Çin Səddində olandan sonra, Ronal Uilson Reyqan və Corc Uoker Buş da burda olmuşlar. Gördüyünüz 18 noyabr 2009-cu ildə çəkilmiş şəkildə isə Barak Obamadır. -Müəllif: None - -Sual: 11. Alan Mayerin “Bəxtsizlik” əsərində bir şəxs özünə gəlib, gördü ki, xəstəxanadadır. Tibb bacısı ona, 2 gün əvvəl güclü bormbardmandan sağ çıxıb, təhlükəsiz şəhərə gətirildiyini bildirdi. Bəs bu şəxs hansı şəhərdə xəstəxanada idi? -Cavab: Naqasaki -Şərh: Xirosima bormbardman ediləndən sonra sağ qalmış şəxsi Naqasakiyə xəstəxanaya gətirmişdir. “Bəxtsizlik” əsəri dünyanın ən təsirli qısa hekayələrindən biridir. -Müəllif: None - -Sual: 12. Bir məqalədə göstərilir ki, “bəzi azarkeşlər Zlatan İbrahimoviçi Tanrı hesab edir. İndi onların istədikləri sualı kumirə verib cavab almaq imkanları var.” Çünki Zlatanın X-i var. X-i 1 dəqiqə ərzində tapmağa çalışın. -Cavab: Axtarış sistemi -Şərh: Zlatan İbrahimoviç hər zaman diqqət mərkəzində olduğundan o bu dəfə özünə öz adı ilə axtarış sistemi yaratmışdır. Belə ki, sistem “Google”-a bənzəsə də burada yalnız özü haqqında məlumat tapmaq olardı. -Müəllif: None - -Səhifə -> 328 | Sual Sayı -> 12 - -Sual: 1. XIX əsrin 2-ci yarsına aid bir əsərdən sitata qulaq asın: “Sən ağrı hiss edəndə də, döyüləndə də gülümsəyirsən, sanki olanlar vecinə deyil. Sanki sən burdasan, ancaq sən heç harda yoxsan.” Eşitdiyiniz sitatı hansı personaj özü haqqda demişdir? -Cavab: Çeşir pişiyi -Şərh: 1865-ci ildə L. Kerolun yazdığı “Alisanın Möcüzələr ölkəsində macəraları” nağılında Çeşir pişiyinin getdikçə gözdən itə bilmə xüsusiyyəti var idi. Sitatda da pişik bu xüsusiyyətindən də danışırdı. -Müəllif: None - -Sual: 2. Paylama materialıGördüyünüz ��əkil Sena çayı üzərində yerləşən hansı adada çəkilmişdir? -Cavab: Qrand Jatt -Şərh: Sualda Fransız adası soruşulurdu və şəkilə diqqətlə baxsaydınız, insanların şəkildə təsadüfi pozada deyil, əvvəlcədən planlaşdırılmış pozada durduqlarını görərdiniz. Fransız puantilist rəssamı Jorj Syöra-nın 1886-cı ildə tamamladığı “Qrand Jatt adasında bazar günü” şəkli puantilizmin ən məşhur şəkillərindəndir. Sizin gördüyünüz foto isə həmən şəklə alyüzuya olaraq çəkilib. -Müəllif: None - -Sual: 3. Milandakı Santa-Mariya-Delle-Qrasiye kilsəsinin yeməkxanası 17-ci əsrdə at tövləsi oldu. Otağın divarları at peyininə bulaşmışdı. Çünki fransızlar peyinləri divardakı hədəflərə vururdular. Bəs onlar divarda hədəf kimi nələri seçirdilər? -Cavab: “Sonuncu şam yeməyi”nin personajlarını -Şərh: “Milan”, “kilsə”, “yeməkxana” və “divar” sözləri sizi L. Da Vinçinin məşhur “Sonuncu şam yeməyi” rəsminə aparmalı idi. Bir çox sirrlərlə dolu bu şəkildə masadakı balğın “renqa” (siyənək balığının italyanca adıdır, tərcümədə “dini inkar edən” deməkdir həm də) olması da, şəkilə münasibətin birmənalı olmamasına gətirib çıxarmıışdır. Bu səbəbə görə də rəsmə qarşı aqressiya var idi. -Müəllif: None - -Sual: 4. Frank deyir ki, Marsda suyun tapılması, Avropada buz qatı altında okeanın mövcud olma ehtimalı və sair nailiyyətlər astrologiyanın inkişafında önəmli hadisələrdəndir. Eşitdiyiniz cümlədə 1 sözdə buraxılmış hərflər var. Buraxılmış hərfləri yazın. -Cavab: Bio -Şərh: Elmdə “Dreyk tənliyi” ilə məşhur olan Frank Dreyk Yerdən kənar Sivilizasiya Axtarışı sahəsində dünyaşöhrətli mütəxəsislərdən biridir. Dreyk vurğulayır ki, həmin səma cismlərində suyun aşkarlanması onlarda həyatın mövcud olması haqqda fikirlər yaradır. Bu isə astrobiologiyanın inkişafında önəmli hadisədir. -Müəllif: None - -Sual: “La persistencia de la memoria” rəsmini tədqiq edən sənətşünaslar qeyd edirlər ki, rəsmin özündə də Pubolun portreti var. Sualda əvəz edilmiş 2 sözü deyin. -Cavab: Salvadorun silueti -Şərh: Şəklin adına fikir verdinizsə, ispanca idi. Şəklin adında isə “memoria” sözü sizə “Yaddaşın əbədiliyi” şəklini xatırlamaqda kömək ola bilərdi. Markiz de Pubol olan Salvador Daliyə bu şəkil kifayət qədər uğur gətirmişdir. Həmin şəkildə yerdə təsvir edilən saat Salvador Dalinin siluetinin üstündə çəkilmişdir. -Müəllif: None - -Sual: 6. Marsı tədqiq edən alimlər Marsda tapdıqları 3300 km diametri olan düzənlik haqqda qeyd edirlər ki, bu düzənlik o biri məlum düzənliklərdən fərqlənir. Buranı tədqiq edən alimlər vurğulayırdılar ki, bura sanki, reallıqda MÖVCUD OLMAYAN, YAXŞI YERdir. Bəlkə də bu səbəbdən bu düzənliyi adlandırarkən, alimlər XVI əsrə aid mənbənin adını xatırlayıblar. Siz isə bu düzənliyin adını deyin. -Cavab: Utopiya -Şərh: Utopiya düzənliyi Marsda məlum olan digər düzənliklərdən mürəkkəb quruluşu ilə fərqlənir. Yer planetinə isə Utopiyanın panorama şəklini göndərmək mümkün olmuşdur. Buranı bir xəyalı məkana bənzədərək, Covanni Skiaparelli buranı 16-cı əsrə aid olan "Faydalı olduğu qədər məzəli olan ən yaxşı dövlət quruluşu və yeni ada Utopiya haqqda qızıl kitabça" əsərinin adından istifadə edib. Sualda isə "Utopiya" sözünün tərcümələri olan "Mövcud olmayan yer" və "Yaxşı yer" sözləri xüsusi vurğulanmışdır. -Müəllif: None - -Sual: 7. Bir şeirə qulaq asın.   -“Balaca bir oğlan pulemyot tapdı -    -Qonşuda bir canlı heç kəs qalmadı.”   -Dinlədiyiniz parça X şeirləri janrında yazılmışdır. Siz isə X-lər haqqda məqalələrdə XVIII – XIX əsrlərdə yaşamış hansı fransız yazıçısının da adının çəkildiyini deyin. -Cavab: Markiz de Sad -Şərh: Müasir rus yumoristik janrı sayılan Sadist şeirlərindən misala qulaq asdınız. Sadistlər haqqda məqalələrdə isə öz əməlləri ilə Sadizmin adlandırılmasına səbəb olan Markiz de Sadın da adı çəkilir. -Müəllif: None - -Sual: 8. Amerikalı iqtisadçı E. Levis tərəfindən təklif olunan istehlakçının davranış modeli haqqda olan bir vikipediya məqaləsində deyilir ki, müştərinin əmtəə alması üçün müştəridə “Diqqət – maraq – arzu – hərəkət” ardıcılığında reaksiya yaratmaq lazımdır. Siz isə bu məlumatın olduğu vikipediya kateqoriyasında adı çəkilən bəstəkarı deyin. -Cavab: Cuzeppe Verdi -Şərh: Modelin bir amerikalı tərəfindən təklif olunması, sizə ardıcılıq sözlərini ingiliscə düşünməyə kömək ola bilərdi. Bu modelə əsasən müştərinin əmtəə alması üçün müştəridə Diqqət (Attention), Maraq (İnterest), Arzu (Desare) və Hərəkət (Action) yaratmaq lazımdı. Bu sözlərdən akronim yaradanda isə “AİDA” sözü yaranır. “AİDA” adlı vikipediya kateqoriyasında isə bəslədiyi operaya görə Cuzeppe Verdi məqaləsinə də keçid var. -Müəllif: None - -Sual: 9. Sualı taparkən, sevincinizi çox emosional qeyd etməyin. Yunan əsatirlərindən birində deyilir ki, ONU geri gətirmək üçün Orfey ölülərin yeraltı şahlığına getmişdir. Lakin ölülərin yeraltı şahlığından geri dönərkən, Orfey dözməyib geri baxdı, və beləcə di əbədi olaraq ölülər şahlığında qaldı. Eşitdiyiniz mətndə bir sözdə bir neçə hərflər buraxılıb. Buraxılmış hərfləri yazın. -Cavab: Evrika -Şərh: Orfey Evridikanın ölümü ilə barışa bilmirdi, buna görə də ölülər şəhlığına getmişdir. Sualda sizdən cavabı taparkən, sevinicinizi emosianal qeyd etməmək istənilmişdir. Bu sizə Arximedin məşhur “Evrika” qışqırması faktını xatırlamaqda kömək ola bilərdi. -Müəllif: None - -Sual: 10. Rossini Vyanaya gələndə uzun səylərdən sonra O, Rossini ilə görüşməyə razı olmuşdur. Görüşdə O, demişdir: “Mən “Sevilya bərbərinin” partiturasını görmüşəm. Çoxlu belə əsərlər bəstələyin.” Siz isə onun kim olduğunu deyin. -Cavab: Lüdviq van Bethoven -Şərh: Suala fikir verdinizsə, o, Rossiniyə məsləhət verirdi. Rossini onu özünə kumir sayırdı. Və o, operanı eşitməyib, yalnız partituranı görüb, ancaq opera haqqda öz fikrini deyirdi. Bethovenin eşitmə problemi olması isə kifayət qədər məşhur faktdır. -Müəllif: None - -Sual: 11. Alimlərin tədqiqatı göstərdi ki, milçəklərin dişləməsi bəzən ölümcül sonuclar verə bilər. Milçəkləri qara rəng cəlb edirsə, ağ rəngə milçəklər nifrət edirlər. Siz isə məqalədə nədən danışıldığını eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Zebra(nın) zolaqları -Şərh: İzah edilə bilinməyən faktlar içərisində olan “Zebra niyə zolaqlıdır?” sualına alimlər 2015-ci ildə cavab tapdılar. Zebra zolaqlı olduğundan onları Sese milçəyi və digər milçəklər dişləmirlər. Zebra bədəni milçək dişləməsinə qarşı çox dözümsüzdür, lakin zebralar milçək dişləməsi təhlükəsi ilə zolaqlarına görə qarşılaşmırlar. -Müəllif: None - -Sual: 12. İngilis yazıçısı O. Hakslinin yazdığı “Cəsur yeni Dünya” antiutopiyasında fraqmentlərdən birində İngiltərədən Malpaisa gələn Bernard, Malpaisdə yaşayan Vəhşiyə İngiltərədəki həyatdan danışır. Bunları eşidən Vəhşi BUNU ETMƏK QƏRARINA gəlir. Siz isə BUNU ETMƏK QƏRARINA gələn Rusiya ifaçılarından heç olmasa birini tapın. -Cavab: Qriqoriy Leps və ya Timati -Şərh: Məşhur antiutopiyaların əksəriyyətində hadisələr Londonda cərəyan edir. İngiltərədən gələn Bernardın sözlərini eşidən Vəhşi yaşamaq üçün Londona getməyə qərara gəldi. Leps və Timatinin ifasında olan “London” mahnısında isə ifaçılar “Yaşamaqçün Londona gedəcəm” (Я уеду жить в Лондон) söyləyirdilər. -Müəllif: None - -Səhifə -> 329 | Sual Sayı -> 12 - -Sual: 1. Cəlil Məmmədquluzadə uşaq olarkən hər səhər yuxudan eyni vaxtlarda oyandığını xatırlayır. Siz isə onların evinin yaxınlığında nəyin yerləşdiyini cavab kartlarınıza yazın. -Cavab: Məscid -Şərh: Cəlil Məmmədquluzadəni yuxudan hər səhər azan səsi oyandırırdı. -Müəllif: Emil Yusublu - -Sual: 2. Leonhard Rauvulf 1582-ci ildə yazdığı "Şərq diyarına səyahət" əsərində Şərqdə qəhvə içikisini ilk dəfə yazır. Yazar qəhvə içkisini Buna bənzədir. Bunu 1 sözlə cavab kartlarınıza yazın. -Cavab: Mürəkkəb -Şərh: Yazıçının əsərini yazdığını deməsi sizə kömək ola bilərdi -Müəllif: Emil Yusublu - -Sual: 3. "Şahnamə" əsərində deyilir ki, Huşəng bir dəfə ilan öldürmək üçün daş atır və daş qayaya dəyir. Bəs əsərə inansaq Huşəng nəyi kəşf etmiş ilk insan olur? -Cavab: Alov -Şərh: Daş qayaya möhkəm dəyəndən sonra qığılcım yaranır və bu alova çevrilir. -Müəllif: Emil Yusublu - -Sual: 4. Bu aktyorumuz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyah rolunu mahir ifa etməsi Üzeyir Hacıbəyovun diqqətini cəlb etmişdi. Söhbət hansı aktyorumuzdan gedir? -Cavab: Hüseynqulu Sarabski -Şərh: Daha sonra Üzeyir Hacıbəyov ona digər bir ərəbi "Leyli və Məcnun" əsərində Məcnunu canlandırmağı tapşırdı və səhnəmizin ilk Sarabski səhnəmizin ilk Məcnunu oldu. -Müəllif: Emil Yusublu - -Sual: 5. 20-ci əsrin əvvəllərində Bakıda aktyorların çoxu həvəskar olduğundan və hər birinin öz işi olması səbəbindən bu çox gec-gec olurdu. Bunu əcnəbi mənşəli bir sözlə deyin. -Cavab: Qastrol -Şərh: Bütün həvəskar aktyorların öz işi olduğundan, işlərini qoyub uzun səfərlərə çıxmırdılar -Müəllif: None - -Sual: 6. Paylama materialıGörd��yünüz tablonun 1985-ci ildə nəşr edilmiş hansı romanın baş qəhrəmanına həsr olunduğunu cavab kartlarınıza yazın. -Cavab: Ətriyyatçı -Şərh: Siz tablodakı şəxsin ağız,göz və qulaqlarının yerinə burun təsvir olunduğunu görə bilərsiniz. Bildiyiniz kimi baş qəhrəman Jan-Batist Qrenuyun güclü iy bilmə qabiliyyəti var idi. -Müəllif: Emil Yusublu - -Sual: 7. Rəsul Rza səhralardan danışarkən nələri qumun üzərinə sıra ilə tökülmüş yarpaqlara bənzədir? -Cavab: Dəvə ləpirləri -Şərh: Dəvələrin ayaq izləri yarpağı xatırladır -Müəllif: Emil Yusublu - -Sual: 8. Bir türk ifadəsinin izadında deyilir ki, qədimdə türklər yeni evlənən gəlin və bəyin başlarına bərəkət və xoşbəxtlik gətirsin deyə bu dənli bitkini tökərmişlər . Hansı? -Cavab: Darı -Şərh: Türk dilində olan “Darısı başına” ifadəsidə bu adətdən yaranıb. -Müəllif: Emil Yusublu - -Sual: 9. Alman rəssam Hans Baldunq bir tablosunda ölümün insanı istənilən vaxt və istənilən yerdə yaxalaya biləcəyini təsvir etmək üçün ölümün əlində hansı iki əşyanı təsvir edib? -Cavab: saat və kompas -Şərh: İstənilən vaxt-saat, istənilən yerdə-kompas -Müəllif: Emil Yusublu - -Sual: 10. Tədqiqatçı Əjdər Fərzəli “Dədə Qorqud yolu” kitabında nəyi Axilles dabanı ilə müqayisə edir? -Cavab: Təpəgözün gözü -Şərh: “Axilles dabanı” ifadəsi “zəif nöqtə”, “zəif yer” mənasında işlənir və Təğəgözündə gözü zəif yeri olduğu üçün Basat onu gözünü kor etdikdən sonra öldürmüşdü. -Müəllif: Emil Yusublu - -Sual: 11. Paylama materialıGördüyünüz mətnin hansı şəxsə aid olduğunu cavab kartlarınıza yazın. -Cavab: Kazimir Maleviç -Şərh: Yazının kvadrat formalı yazılması və şəxsin rəssam olması sizə kömək ola bilərdi. Söhbət “Qara kvadrat” əsərinin müəllifindən gedirdi -Müəllif: Emil Yusublu - -Sual: 12. Alxan Bayramoğlu “ Mirzə Ələkbər Sabir” kitabında Mirzə Ələkbər Sabirin babası Hacı Tahirin sünni, nənəsi Məşədi Cəfərin şiə məhsəbinə mənsub olduğunu qeyd edərək onun sanki Burada böyüdüyünü deyir. Burada belə demək olarsa həm də Fairmont Baku yerləşir. Buranı 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: İki od arasında -Şərh: Qatı dindar olannənəsi və babası fərqli məhzəblərdə olan Sabirin yazıçı iki od arasında böyüdüyünü deyir. Lamborgini Azərbaycanın satış mərkəzi “Alov Qüllələrindən ikisinin arasında belə demək mümkündürsə iki od arasında yerləşir. -Müəllif: Emil Yusublu - -Səhifə -> 331 | Sual Sayı -> 12 - -Sual: 1. Almanca X-lər Yanuş Vişnevskinin personajı üçün onun alman dilini yaxşısəviyyədə bildiyinin göstəricisi oldu.Hadisələrinin əsas hissəsinin X-də keçən 2010-cu il istehsal -fimi deyin. -Cavab: İnception -Şərh: Personaj artıq almanac yuxular görməyə başalayır və əmin olur ki, alman dilini yaxşı öyrənib. Kristofer Nolanın məşhur filmində hadisələr əsasən yuxuda cərəyan edir. -Müəllif: None - -Sual: 2. Diqqət, sualı ingilis dilində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan Nəriman Vəliyev verir: Latınca deyin: Birləşdirmək, yapışdırmaq. -Cavab: Concretus -Şərh: Beton da inşaatda elementləri birləşdirmək üçün istifadə olunur. -Müəllif: None - -Sual: 3. Qunduzların quyruğu periodik olaraq qalınlaşır.Buna görə də qunduz quyruğunu X-lə müqayisə edirlər. X-ı 2 sözlə tapın. -Cavab: Dəvə hürgücü -Şərh: Qunduzlar öz quyruqlarını qida yığıb saxlayırlar və çətin anlarda ondan istifadə edirlər. Dəvələr də bunu hürgücləri vasitəsilə ilə edir. -Müəllif: None - -Sual: 4. Ekonun personajı onun üçün tam naməlum olan heyvan və bitkilərlə dolu bir otağa daxil olur. Bəs bu zaman Eko öz personajına hansı 4 hərfli adı verir? -Cavab: Adəm -Şərh: Naməlum yerə düşən qəhrəman ilk insan Adəmlə müqayisə olunur. -Müəllif: None - -Sual: 5. Mikrofonla təchiz edilmiş bəzi Barbi kuklaları uşağın bütün danışdıqlarını qeyd edə bilir. Ona görə də bir jurnalist o kuklaları X adlandırır. X-ı eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Böyük Bacı -Şərh: Oruellin əsərində Böyük qardaş obrazı sizə kömək olmalı idi. -Müəllif: None - -Sual: 6. Vladimir Nabokov insan qəlbini mağaza ilə,Onları isə vitrinlərlə müqayisə edir. Onları bir sözlə tapın. -Cavab: Gözlər -Şərh: Gözləri adətən qəlbin aynası adlandırırlar. -Müəllif: None - -Sual: 7. Marsel Prustun 7 cildlik İtirilmiş vaxtın axtarışında əsəri 3000-dən çox səhifədən və 2 minə yaxın personajdan ibarətdir.7-ci cildin sonunda hekayətçi özünü Onunla müqayisə edir.Onun kim olduğunu tapın. -Cavab: Şəhrizad -Şərh: Şəhrizad da 1001 gecə nağılında Şəhriyara çoxlu sayda hekayələr danışırdı. -Müəllif: None - -Sual: 8. Əfsanəyə görə bir dəfə Pol Banyan marala atəş açdı və qurbanına baxmaq üçün yanına qaçdı lakin BUNU ETDİ və belində kiçik ağrı hiss etdi. Bunu etməklə əvəz edilmiş sözləri tapın. -Cavab: Gülləni qabaqladı -Şərh: Pol əfsanəvi insan idi və hətta güllədən daha sürətli qaçmağı bacarırdı -Müəllif: None - -Sual: 9. İslamda hesab edilir ki,yalnız Allah ideal şeylər yarada bilər ona görə əl işi olan X-lərdə adətən bilərəkdən xırda demək olar ki,görünməyən defektlər buraxılırdı. X-i 1 sözlə tapın. -Cavab: Xalça -Şərh: Adətən əl işi ilə toxuna xalçalar çox ideal hesab olunur və gözəl görünür. Lakin toxucular orada da bilərəkdən kiçik səhvlər edirlər. -Müəllif: None - -Sual: 10. Təkmilləşdirilmiş təhlükəsizlik sisteminə malik yeni Audi R8 avtomobili “Buraxılmış sözlər”-2.78 saniyəyə sloqanı ilə reklam olunurdu. Buraxılmış sözləri tapın. -Cavab: 100-dən 0-a -Şərh: Bu maşının tormoz sistemi təkmilləşdirilmişdi.Adətən isə sloqanlarda əksinə 0-dan 100-ə neçə saniyəyə sürətlənəcəyini göstərirlər. -Müəllif: None - -Sual: 11. Taleyran deyirdi ki,əsl şöhrətpərəst insan hətta X-i də pyedestalın maketi kimi görür.X-I bir fransız sözü ilə deyin. -Cavab: Eşafot -Şərh: Gilyotinlə edam keçirilən taxta meydança olan eşafota da qalxmaq lazımdır. -Müəllif: None - -Sual: 12. Brodskiy yazırdı ki, kişi və qadın arasındakı münasibət baxışlarla başlayır və ağır söhbətlərlə sonlanır. Onun sözlərinə görə sevgi ALFA ilə gəlir, ayrılıq isə BETA ilə. ALFA və BETA-nı hər ikisini 2 sözlə deyin. -Cavab: İşığın sürəti, səsin sürəti -Şərh: Brodskiy qeyd edir ki, sevgi çox tez başlayır və tez də bitir. -Müəllif: None - -Səhifə -> 332 | Sual Sayı -> 12 - -Sual: 1. Kleopatranın çirkinliyindən danışılan bir məqalədə hətta alfa da xatırlanır. Alfanın yer aldığı bir məqalədə isə qadağan olunmuş meyvə və adam sözlərinə də rast gəlmək olar. Alfanı sözləri eyni hərflə başlayan ikinci növ təyini söz birləşməsi ilə cavab kartızına yazın. -Cavab: Adəm alması -Şərh: Bir məqalədə deyilir ki, Kleopatra qədər çirkin idi ki, onda hətta onda qırtlaq çıxıntısı olan Adəm alması da var idi ki, Adəm alması adətən kişilərdə olur. Adəm alması hissəsinin etimalogiyasında isə deyilir ki, guya Adəm qadağan olunmuş meyvəni yedikdən sonra meyvənin boğazında qalan hissəsi bu çıxıntının yaranmasına səbəb olmuşdu. Sualda işlənən adam sözü sizi Adəmə qadağan olunmuş sözü isə almaya aparmalı idi. -Müəllif: None - -Sual: 2. Özünün bir kitab çapı haqqında danışan müəllif, ONUN 800-cü il dönümü münasibətilə kitab ərsəyə gətirsə də, “Böyük Vətən müharibəsi”nin doğurduğu çətinliklər çapı gecikdirmişdir. Siz isə kitabın kimin şərəfinə yazıldığını tapın. -Cavab: Nizami Gəncəvi -Şərh: Bildiyimiz kimi Nizami Gəncəvi 1141-ci ildə anadan olmuşdur. Sualda “Böyük Vətən müharibəsi” sözü də əbəs yerə işlədilməmişdir. 1941-ci ildə başlamış müharibənin fəsadları buna işarə idi. -Müəllif: None - -Sual: 3. Davinçinin yaradıcılığına aid olan “Xanım sincab ilə” rəsmi haqqında olan məqalələrdə deyilir ki, rəssamın yaradıcılığının tədqiqatı üçün bu rəsm ondan daha dəyərlidir. Eşitdiyiniz cümlədə 1 sözdə buraxılmış hərflər var. Siz isə bu sözü orijinalda yazın. -Cavab: Cakondadan (Cakonda) -Şərh: XV əsrə aid olan “Xanım sincab ilə” rəsmi haqqında olan məqalələrdə deyilir ki, rəssamın yaradıcılığının tədqiqatı üçün bu rəsm Cakondadan daha dəyərlidir. Hər 2 rəsm Da Vinçiyə uğur gətirən əsərlərdəndir. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə 19-cu əsr doğumlu şəxsin məzarını görürsünüz. Şəxsin ad və soyadını cavab kartlarınıza yazın. -Cavab: Edqar Allan Po -Şərh: 1809-cu ildə ABŞ-da doğulmuş yazar, özünün “Quzğun” əsəri ilə məşhurdur. Məzarında da bunu bunu görə bilərik. -Müəllif: None - -Sual: 5. Nəqliyyatda tıxaclardakı səs-küydən bəhs edən bir karikatura SVETAFOR mədəniyyəti adlanır. Siz isə cümlədə əvəz olunmuş hərfi cavab kartınza yazın. -Cavab: X -Şərh: Təsəvvür edin ki, nəqliyyatda tıxaca düşmüşünüz və bütün avtomobillər eyni anda siqnal verirlər, sanki Xordadırlar. Belə halı şərh edən karikatura müəllifi isə öz karikturasına SVETAXOR adı vermişdi. -Müəllif: None - -Sual: 6. 1966-cı il Kolumbiya doğumlu bu futbolçu karyerasına hücumçu kimi başlamışdır. Lakin bir dəfə oyun zamanı onun oynadığı komandanın qapıçısı zədələnir. Siz isə söhbətin hansı futbolçudan getdiyini deyin. -Cavab: Rene İqita -Şərh: Qapçı zədələnəndən sonra oyun gedə-gedə hücumçü İqita ilk dəfə qapıçı dayandı. Sonradan isə o, məşhur qol vuran – qapıcı İqita oldu -Müəllif: None - -Sual: 7. Müasir dövrümüzdəki narsisizm və yalançılıqdan bəhs edən bir karikaturada X uzun burun şəklində təsvir olunmuşdu. 2014-cü ildə Time dərgisinin X-i ilin ən yaxşı kəşflərində biri hesab etdiyini bilərək X-i ikinci növ təyini söz birləşməsi ilə yazın -Cavab: Selfie Çubuğu -Şərh: Bildiyiniz kimi narsisizm insanın özünə vurğunluğunu ifadə edən bir termindir ki, müasir dövrümüzdə çox selfie çəkdirmək narsizmin bir əlaməti hesab olunur. Narsizm və yalançılığın qabardıldığı karikaturada isə uzun bir burun selfie çubuğu şəklində təsvir olunmuşdu. Times ərgisi isə Selfie çubuğunun 2014-ün ən yaxşı kəşflərindən hesab etmişdi. -Müəllif: None - -Sual: 8. Yazıçı-publisist Mehriban Vəzir bir məqalədə özünün 90-cı illərə qədər yazdığı bir hekayədən danışarkən, hekayədə X-ə bənzəyən incə, gözəl, lakin boynu bir az bükük qadın təsvir etmişdir. X-in nə olduğunu tapın. -Cavab: Qərənfil -Şərh: 1990-cı il 20 yanvar faciəsi haqqında yazılmış hekayədən söhbət gedirdi. O dövrə kimi isə qərənfil matəm gülü hesab olunmurdu. -Müəllif: None - -Sual: 9. Yaşılımtıl tüklü, qanadlarının üst qismində tünd xallar olan BUnlar daha çox meşələrdə və kolluqlarda müşahidə edilir, həmçinin barmaqları budaqlara yapışacaq şəkildə inkişaf etdiyindən budaqdan budağa rahat keçmək qabiliyyəti vardır. Siz isə BUnun nə olduğunu bildinizsə BU adla 1922-ci ildə nəşr olunmuş romanın müəllifini tapın. -Cavab: Rəşad Nuri Güntəkin -Şərh: Sualda çalıquşularından söhbət gedirdi. Rəşad Nuri Güntəkin tərəfindən yazılmış “Çalıkuşu” romanının baş qəhrəmanı olan Fəridə dəcəl və ağaclara çıxmağı xoşladığından onu çalıkuşu deyə çağırırdılar. -Müəllif: None - -Sual: 10. 1776-cı ilə aid bir kitabda Nil və bu kimi tranzit əhəmiyyətli çayların həmin ərazilərdə yaşayan əhalinin həyat şəraitinə yaxşı təsir etməsindən danışılaraq deyilir ki, çayların belə mövqeyi buraxılmış iki sözdür. Buraxılmış iki sözü cavab kartınıza yazın. -Cavab: Xalqların sərvəti -Şərh: Adam Smitin məşhur Xalqların sərvəti əsərində deyilirdi ki, Nil və onun kimi çayların əlverişli mövqeyi həmin ərazidə yaşayan xalqların varlanmasına səbəb olur ki, bu da xalqların sərvətidir. -Müəllif: None - -Sual: 11. Paylama materialıSizdən gizlədilmiş hissədə yazılan qısa sözü tapın -Cavab: Oz -Şərh: Hal-hazırda Arsenalın şərəfinə qoruyan Türk əsilli Alman futbolçu Mesut Özil Real Madriddə oynadığı müddətdə ona “Oz ölkəsinin sehirbazı” ləqəbini vermişdilər. “El mago de Oz” ispancadan eyni mənanı verir. Onu da qeyd edək ki, “Oz ölkəsinin sehirbazı” Laymen Frenk Baumun yazmış olduğu əsərdi -Müəllif: None - -Sual: 12. “Blekbern Rovers” komandasının ən güclü futbolçularından olan Henli komandada çox mühüm rol oynayır. Sual müəllifi düşünür ki, əgər Henlinin övladları olsa, onda Henlinin övladlarını XIX əsrin ikinci yarısına aid əsərin adı ilə adlandırmaq olardı. Siz isə Şotlandiyalı olan Henlinin adını deyin. -Cavab: Qrant -Şərh: Qrant Henli komandası üçün önəmli futbolçudur. O, “Blekbern Rovers”-in kapitanıdır. Onun övladları isə Kapitan Qrantın uşaqları olur. Sualda Qrantın Şotlandiyadan olması deyilməsi, uşaqlar haqqda danışılması və danışılan dövr də sizi “Kapitan Qrantın uşaqları” əsərinə çıxara bilərdi. -Müəllif: None - -Səhifə -> 333 | Sual Sayı -> 12 - -Sual: 1. Bir məqalədə deyilir ki, Rəsul Çunayev 2014-cü ildə Dünya Çempionatında bürünc medal uğrunda görüşdə erməni güləşçisini məğlub edib, qələbəni X və hərbi salamla qeyd etdi. Siz isə musiqisi Cavanşir Quliyevin olduğu X adlı mahnının ilk sətrini yazın. -Cavab: Vətən məni yetişdirib, bu ellərə yolladı -Şərh: R. Çunayev döşəyi əsgər marşı ilə tərk etmişdir. Sizdən isə C. Quliyevin “Əsgər Marşı” mahnısının ilk sətrini yazmağınız istənmişdir -Müəllif: None - -Sual: 2. Paylama materialıÜmid edirik ki, sualı tapmaqda sizə çox vaxt lazım olmayacaq. Diqqət sual: Rekvizitin nəyə həsr olunduğunu tapın -Cavab: 5 saniyə qaydası -Şərh: Bu qaydaya görə yerə düşmüş hər hansı qidanı 5 saniyə ərzində yerdən götürülüb yeyilərsə onda heç bir mikrob olmur -Müəllif: None - -Sual: 3. 12 Qəzəbli adam filmində qərarsız qalaraq gah o tərəfə, gah bu tərəfə gedən obrazı digər obraz X ilə müqayisə edir. Standart bir X-in təxminən 60 qrama və əsasən sarı rəngli olduğunu bilərək X-i eyni hərflə başlayan iki sözlə cavab kartınıza yazın -Cavab: Tennis topu -Şərh: Filmdə gah o tərəf gah bu tərəfə gedən obrazı digər obraz Tennis topu ilə müqayisə edir. Tennis toplarının əsasən sarı rəngli olduğu isə hər bir Tennis azərkeşinə məlum faktdır -Müəllif: None - -Sual: 4. Bir əsərdə bir oğlan ingilis ədəbiyyatı müəlliməsi ilə "Romeo və Culyetta" əsəri barədə söhbət edirdi. Söhbət zamanı oğlan dedi ki, əsər çox maraqlıdır, əsərdə ONLARDAN başqa bütün personajlar maraqlıdır. Siz isə oğlanın hansı personajlardan xoşu gəlmədiyini deyin. -Cavab: Romeo və Culyetta -Şərh: Oğlan bu əsərdə elə Romeo və Culyettanı bəyənmirdi -Müəllif: None - -Sual: 5. Mary and Max animasiyasında Mary bir dəfə anası ilə alış-verişə gələrkən diqqətini cəlb edən telefon kitabçasının üzərində bir rəsm görür və rəsmi “gölün yanında əli yanan qadın” olduğunu zənn edir. Siz isə kitabın üzərində nəyin təsvir olunduğunu 1 dəqiqə ərzində tapmağa çalışın. -Cavab: Azadlıq heykəli -Şərh: Qəhrəman kitabçada qəribə amerikalı adlara rast gəlir və onları fikrində canlandırır. -Müəllif: None - -Sual: 6. Hey , Sən! Biz indi sənin olduğun yeri və haraya gedəcəyini bilirik. -Eşitdiyiniz sözlərin yazıldığı bir yol lövhəsində həm də “Göz” işarəsinin olduğunu bilərək, bu yazıya həsr olunmuş məqalədə 1949-cu ildə çap olunmuş hansı əsərin xatırlandığını tapın. -Cavab: 1984 -Şərh: Biz indi sənin olduğun yeri və haraya gedəcəyini bilirik, Biz səni böyük qardaş kimi izləyirik. Eşitdiyiniz sözlər 1984 əsərindən idi ki, sitat böyük qardaşın insanları izləməsinə aparmalı idi. Göz işarəsi də təsadüfi deyildi. Belə ki, kitabın demək olar ki,əksər üz qabığında göz işarəsini görmək mümkündür -Müəllif: None - -Sual: 7. XIX əsrin 60-cı illərində Moskvada "Ermitaj" restoranında Lüsyen adında aşpaz "Vəhşi quş ‘tindən mayonez" adlı yemək bişirib qonaqlara təqdim etdi. Qonaqlar yeməkdəki inqrediyentləri qarışdırıb yeməkləri, aşpazın xətrinə dəydi. Növbəti gün isə aşpaz özü bu salatdakı inqrediyentləri qarışdırıb təqdim etdi. Siz isə aşpaz Lüsyenin soyadını deyin. -Cavab: Olivye -Şərh: Rusiyanın paytaxtı Moskvada düzəldilən salata "paytaxt salatı" deyirlər. Ruslar özləri isə bu salata aşpazın soyadını verərək, "Olivye salatı" kimi tanıyırlar -Müəllif: None - -Sual: 8. Nataliya Bolşakova   -Vera Nekrasova   -Tamilla Məmmədova   -Valentina Zeynalova   -Svetlana Antoniçeva   -İrina Yelizarova   -Lidiya Brodova  Siyahıda adı verilənləri birlikdə X adlandırmaq olar. -X adlı bir filmimizin titrlərində Nizami Gəncəvi və Qara Qarayevin də adı xatırlanır. Filmin adını birinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın -Cavab: Yeddi gözəl -Şərh: Sizə siyahıda 7 qadın adı verilmişdi və həmin 7 qadın “Yeddi gözəl” adlı filmimizdə 7 Gözəli canlandırırdı. Filmin titrlərində Nizami Gəncəvinin adının verilməsi Nizami Gəncəvinin 7 gözəl poemasına, Qara Qarayevin adı verilməsi isə bəstəkarın 7 Gözəl baletinə aparmalı idi -Müəllif: None - -Sual: 9. Hindenburq qəzası haqqında danışılan bir məqalədə deyilir ki, 245 metr uzunluğu olan Hindenburq 24 metr də uzun olsa idi, tank uzunluğunda olardı. Öncəki cümlədə 1 sözdə buraxılmış hərflər var. Buraxılmış hərfləri bərpa edin. -Cavab: t, i, i, (ixtiyarı ardıcıllıqla) -Şərh: 24 metr daha uzun olsaydı, Hindenburq digər məşhur qəzaya uğramış Titanik uzunluqda olardı -Müəllif: None - -Sual: 10. Bir filmin qəhrəmanı şöbədə polis rəisinin üzərinə atdığı dəsmalı polis rəisi X-ə dəvət kimi başa düşdü. Siz isə X adlı vikipediya məqaləsində adıçəkilən XVIII əsrin sonunda Moskvada doğulmuş rus ədibini deyin. -Cavab: A. S. Puşkin -Şərh: "Bəxt üzüyü" filmində Polis rəisi Moşunun bu hərəkətini duelə çağırış kimi başa düşür. Duel haqqında vikipediya məqaləsində isə Aleksandr Puşkinin adı vurğulanır. -Müəllif: None - -Sual: 11. Bir əsərində Nabokov əl ağacına söykənərək əyri durmuş bir qadını X-ə bənzədir. X haqqında olan məqalədə deyilir ki, 1992-ci ildə X-in şimalına 600 ton qurğuşun tökülmüşdür. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Piza qülləsi -Şərh: Nabokov əl ağacına söykənərək “ƏYRİ” dayanmış qadını Piza qülləsinə bənzətmişdi. 1992-ci ildə isə əyilməkdə olan qüllənin şimal hissəsinə 600 ton qurğuşun tökməklə əyilmənin qarşısının alınmasına cəhd göstərilmişdi. -Müəllif: None - -Sual: 12. Meri və Maks cizgi filminin personajı bir dəfə tanımadığı birinə uşaqların hardan gəldiyini bilmək üçün məktub yazarkən, Avstraliyada uşaqların pivə şüşəsinin içindən gəldiklərini qeyd edir və daha sonra amerikalıların X-ə olan marağını düşünərkən bu zaman Amerikadakı uşaqların X-dan gəldiklərini zənn edir. X-i tapmağa çalışın. -Cavab: Koka-kola butulkası -Şərh: Meri uşaq olduğundan babası ona uşaqların pivə şüşəsinin içindən gəldiklərini uydurur. -Müəllif: None - -Səhifə -> 334 | Sual Sayı -> 12 - -Sual: 1. Dekabrın əvvəllərində baş tutan Xəzər-Lənkəran Qəbələ oyununda futbolçular meydana Neftçi dəbi ilə çıxmışdılar. Cümlədə buraxılmış 4 hərfi bərpa edin. -Cavab: l,q,ə,s -Şərh: Bildiyimiz kimi dekabrın əvvəllərində Günəşli yatağında baş verən yanğın ölkəmizdə matəm elan olunmasına səbəb olmuş və oyundan əvvəl komandalar meydana Neftçi dəbi yox neftçi dəbilqəsi ilə çıxmışdılar -Müəllif: None - -Sual: 2. Hakimiyyəti dövründə güclü siyasi “kraliça”lardan olan İzabella Kastilla haqqında tarixçilər qeyd edir ki, o bu zaman ən güclü fiqurlardan olub. Cümlədə buraxılmış sözü tapmağa çalışın. -Cavab: Şahmat -Şərh: 15-ci əsrdə şahmat oyununun qaydalarında dəyişikliyə görə, “vəzir” fiquru adını dəyişərək, kraliça olmuş və çox güclü əhəmiyyətə malik imiş. -Müəllif: None - -Sual: 3. 1809-cu ildə doğulan Lui atasının iş otağındakı iynə ilə ehtiyatsız davranaraq özünə ziyan vurmuşdu ki, bu ziyan onda sonralar simpatetik oftalmiyaya səbəb olmuşdu. Siz isə Luinin soyadını tapın. -Cavab: Brayl -Şərh: Hələ uşaq ikən atasının iş otağındakı iynə ilə sol gözünə xəsarət yetirən Lui Braylda sonradan baş qaldıran simpatetik oftalmiya sağ gözünün də korluğuna səbəb olmuşdu. Lui Bayl korlar üçün əlifbanın yaradıcısıdır. Sualda oftalmiya sizə gözə çıxarmalı idi -Müəllif: None - -Sual: 4. Latın kvadratı ixtiyari N elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. Siz isə Latın kvadratının analoqunu bir yapon mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Sudoku -Şərh: Yapon dilindən tərcümədə “saylar tək olmalıdır” mənasını verən Sudoku oyununun qaydası yalnız hər sütun və sətirlərdə hər bir elementdən bir dəfə istifadə olunur -Müəllif: None - -Sual: 5. Bir qrup koreyalı alimin hazırladığı üzəri qabarıq elektron oxumaq üçün vəsaitdən danışılan bir məqalənin adında 2-ci növ təyini söz birləşməsi xüsusi vurğulanır. Siz isə bu söz birləşməsini 1 sözü xüsusi isim olmaqla deyin. -Cavab: Brayl əlifbası (Brayl şrifti) -Şərh: Belə ki, görmə əngəllilər üzəri qabarıq ekran sayəsində Brayl əlifbası ilə elektron kitablar oxuya biləcəkdilər. 2 sual öncə Braylın özü haqqda sual olması da sizə əlavə ipucularını tapmaqda kömək ola bilərdi -Müəllif: None - -Sual: 6. Benjamin Franklinə həsr olunmuş məqalədə ildırımla bağlı təcrübə zamanı Bunu edən bir şəxsi də görmək mümkündür. 2003-cü ilə aid bunu edənin müəllifini cavab kartınıza yazın. -Cavab: Xalid Hüseyni -Şərh: Bildiyiniz kimi Benjamin Franklin ildırımla bağlı təcrübələrində çərpələngdən istifadə edirdi və bu təcrübələrə həsr olunmuş rəsmlərin birində Çərpələng uçuranı görmək mümkündür. 2003-cü ilə aid Çərpələng uçuran romanının müəllifi isə Xalid Hüseynidir -Müəllif: None - -Sual: 7. Yarasa filminin ssenari müəlliflərindən olan Ramiz Fətəliyev öz müsahibəsində deyirdi ki, bizim hər birimizin içində bir Yarasa yaşayır və bəzilərində bu Yarasa-lar yaxşılardan güclü çıxır. Yarasa ilə əvəz edilmiş sözü tapın -Cavab: Yaramaz -Şərh: Ramiz Fətəliyev Yarasa yox Yaramaz filmi barəsində müsahibəsində deyirdi : “Bizim hər birimizin içində bir Yaramaz yaşayır və bəzilərində bu Yaramazlar yaxşılara qalib gəlir -Müəllif: None - -Sual: 8. X-dən danışılan vikipediya məqaləsində Azərbaycanda XIX – XX əsrlərdə X varlı ailələrdə 7 gün, kasıb ailələrdə isə 3 gün davam etdiyi göstərilir. Söhbətin nədən getdiyini bildinizsə, 1931 və 1935- -ci ildə bir həmyerlimiz tərəfindən çəkilmiş rəsm əsərlərinin adını tapmağa çalışın. -Cavab: “Yoxsulların toyu”, “Varlıların toyu” -Şərh: Sualda X “toy” idi və məlumdur ki, varlı ailələrin dəbdəbəli və daha uzun müddət toy keçirtməyə imkanları olduğundan, yoxsul ailələrdə bu heçdə belə deyildi. Rəsm əsərləri isə Azərbaycanın Xalq Rəssamı olan Əzim Əzimzadəyə məxsusdur. -Müəllif: None - -Sual: 9. Yazdığı şeirlərə görə ayda 10-12 manat alan bir satirik şairimizə bu pul yaşamaq üçün kifayət etmirdi. Bu haldan şikayətlənən şair heç bir iş tapmadığını, hətta yerli tacirlərin ona cızdaq və pataş da satmadığını qeyd edir. Söhbətin hansı şairdən getdiyini tapdınızsa, cızdaq və pataşın şairə nə üçün lazım olduğun cavab kartlarınıza yaz��n. -Cavab: Sabun bişirmək -Şərh: Mirzə Ələkbər şair ömrünün son illərinin yoxsulluqla keçirir və şeirlərindən aldığı məvacib ona yalnız bir neçə günlük kifayət edirdi. Pulsuzluqdan yaxa qurtarmaq şair özünə heç bir iş tapa bilməyən şair üstəlik sabun bişirmək üçün lazım olan cızdaq və pataşı da ona nifrət edən tacirlərdən ala bilmirdi. Sualda satirik sözü sizi Sabirə aparmalı idi -Müəllif: None - -Sual: 10. Kristof Kieslovskinin çəkdiyi “Decaloq” çoxseriyalı filmindən bəhs edən məqalədə Hammurapi qanunları da xatırlanır. Siz isə Decaloq filminin nəyə həsr olunduğunun iki sözlə cavab kartınıza yazın. -Cavab: On əmir (On qayda) -Şərh: film Decaloq adlanırdı ki, deka çoxlarımıza məlum olduğu kimi 10 mənasına gəlir və Musaya göndərilən 10 Əmirdən bəhs edirdi. 10 əmirdən bəhs edən mənbədən Hamurapi qaydalarına keçid olması təsadüfi deyildi. Belə ki, Musanın dedidyi 10 əmir Yəhudilər üçün əsas qayda-qanun xarakteri daşıyırdı -Müəllif: None - -Sual: 11. Bu şəxs bir neçə il əvvəl Baham adalarından torpaq sahəsi alır və qızının onun peşəsi haqqında soruşduqda o, “mən piratam” deyə cavab verir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Conni Dep -Şərh: Conni Dep məşhur “Karib dəniininin quldurları” filmindəki “Cek sərçə” rolunun canladırmış aktyordur. Baham adalarının Karib dənizinin sahilində yerləşməsi də sizə ipucu idi. -Müəllif: None - -Sual: 12. Paylama materialıŞəkildə gördüyünüz bir sürət qatarının loqosudur. Bir sayt istifadəçisi isə loqonun bir tərəfdən ürət qatarına, bir qədər qəribə səslənsədə X-ə bənzədiyini demişdir. X-i tapmağa çalışın. -Cavab: İlbiz -Şərh: Loqonu tərsinə çeivirib baxsanız onun ilbizə bənzədiyinin şahidi ola bilərsiniz. -Müəllif: None - -Səhifə -> 336 | Sual Sayı -> 12 - -Sual: Stefan Zveyq  əsərində  bir vidalaşmanı təsvir edərək deyir : -51 nəfər Trinidad gəmisində qalaraq yola çıxmağa hazırlaşan  digər 47 nəfəri uğurlayırdı. -Diqqət sual : Həmin 47 nəfər hansı gəmiylə yola çıxırdı? -Cavab: Viktoriya -Şərh: Söhbət Zveyqin Magellan əsərindən gedirdi və Magellanın yola çıxdığı dünya səyahətini yalnız Viktoriya gəmisi bitirə bilmişdi ki, həmin 47 nəfər də Viktoriya gəmisinə minənlər idi -Müəllif: None - -Sual: 2. Bir serialda keçmiş sevgilisini atıb getmiş, lakin yenidən qovuşmaq istəyən bir  hüquqşünas keçmiş sevgilisinə yaxın olmaq üçün qızın işlədiyi şirkətə işə düzəlir. Şirkət sahibinin oğlu isə onun bu işindən xəbər tutur və onu X adlandırır. -X həm də 1997-ci ildə çəkilmiş bir filmin adıdır. X-i tapmağa çalışın -Cavab: Şeytanın vəkili -Şərh: Şirkət sahibinin oğlu vəkilin şirkətdə işləyən qızla aralarından məsələdən xəbərdar olduğu üçün onu şirkətdə işləməsini istəmir və ona şeytanın vəkili deyir -Müəllif: None - -Sual: 3. Həmid Herisçi əsərində  bir-birləri ilə yaxınlığı olan Ömər Xəyyam, Nizam -əl mülk və Həsən Səbbahı Qədim Şərqin “Zəfər Tağı” adlandırırdı. Cümlədə əvəz olunmuş 2 sözü tapın -Cavab: 3 dost -Şərh: Adı çəkilən üçlüyü Həmid Herisçi Şərqin 3 dostu adlandırırdı. Zəfər tağı və 3 yoldaş əsərləri isə Erix Mariya Remarkın əsərləri idi və bir əsər digəri ilə əvəz olunmuşdu -Müəllif: None - -Sual: 4. Qəmər surəsində bəhs edilən bu hadisə haqqında danışan islamşünaslar hissələrdən birinin Məkkədə bir dağın arxasında, digərinin isə önündə olduğunu qeyd edirlər. Söhbətin hansı hadisədən getdiyini tapın -Cavab: Məhəmməd peyğəmbərin ayı iki hissəyə bölməsi -Şərh: Bəzi rəvayətlərdə deyilir ki, ayın bir hissəsi Məkkədə bir dağın arxasında, digər hissəsi də önündə olmuş və sonradan hissələr birləşərək bütöv ay yaratmışdır. Qəmər surəsində isə deyilir ki, Məhəmməd peyğəmbər bir əl işarəsi ilə ayı iki hissəyə bölmüşdür. Qəmər həm də ay deməkdir -Müəllif: None - -Sual: 5. 1979-cu ildə çəkilmiş bu filmdən bəhs edən bir məqalədə  Çernobıl , Tunquska,  Qulaq və s. izolyasiya edilmiş ərazilərdən bəhs edilir. Söhbətin hansı filmdən getdiyini tapın -Cavab: Stalker -Şərh: Stalker filmində girişi bağlı olan ərazi kimi adı çəkilən ərazilərin də girişi məhdudlaşdırılmışdı -Müəllif: None - -Sual: 6. Rakşikimilər dəstəsindən olan upupa quşu deyilənə görə insanları öz səsi ilə yuxudan oyandıra bilir. Siz isə bu quşun adını özünə təxəllüs kimi götürmüş şəxsin adını tapın. -Cavab: Mirzə Ələkbər Sabir -Şərh: Upupa quşuna Azərbaycanda hophop deyirlər. Hophop insanları qəflət yuxusandan oyatmağa çalışmış Sabirin təxəllüsüdür -Müəllif: None - -Sual: 7. “7 oğul istərəm” filmindən bəhs edən bir məqalədə 1960-ci ildə çəkilmiş, hadisələrin Meksikada cərəyan etdiyi  bu film də xatırlanır. Söhbətin hansı filmdən getdiyini tapın -Cavab: Möhtəşəm yeddilik -Şərh: Con Starkesin 1960-cı ildə çəkdiyi Möhtəşəm yeddilik filmində də 7 oğul istərəm filmində olduğu kimi kəndə gələrək quldurlara mübarizə aparan dəstədən bəhs edilir. Hadisələrin Meksikada cərəyan etməsi sizi vestern janrına aparmalı idi. -Deyilənə görə bir çox yerlərdə 7 oğul istərəm filmi Möhtəşəm yeddilik filmini təkrarlayır. -Müəllif: None - -Sual: 8. Paylama materialıSaytların birində yerləşdirilən gülməli və bənzətməli şəkili görürsünüz. Siz isə gizlədilmiş sözü tapmağa çalışın -Cavab: Smurf -Şərh: 1958-ci ildə Pier Kulliford tərəfindən yazılmış bu cizgi romanda baş obraz Şirin baba, onun 99 oğlu, bir qızı və şirinlərin düşməni Qarqamel, köməkçi pişiyi Azmandır. -Müəllif: None - -Sual: 9. Bunun baş verməsi çox qısa , saniyənin beşdə biri qədər çəkir.  Bir dini şəxs isə insanın zamanını bununla müqayisə edir. Söhbətin hansı hərəkətdən getdiyini tapın -Cavab: Gözün qırpılması -Şərh: Dini şəxs ömrün çox qısa olduğunu deyərək insanın zamanın göz qırpmasına sərf olunan  vaxtla müqayisə edirdi. Bir göz qırpması isə saniyənin beşdə biri çəkir. Dilimizdə qısa və ani baş verən hərəkətləri bildirmək üçün də bir göz qırpımında ifadəsi işlədilir. -Müəllif: None - -Sual: 10. Di Kaprio futbol üzrə dünya çempionatının açılışında Braziliya və Xorvatiya oyununa baxmaq üçün Braziliyaya gəlmişdi. Bu gəlişi onun haqqında zarafatyana deyilmiş bir sözə səbəb oldu. Deyirdilər ki, o Braziliyaya X üçün gəlib. X-i tapmağa çalışın. -Cavab: Oskar -Şərh: Amerikalı aktyor Leonardo Di kaprio 5 dəfə oscar mükafatına namizəd görülsə də bir dəfədə olsun ala bilmədiyi üçün, belə bir zarafatyana deyim yaranmışdır. -Müəllif: None - -Sual: 11. Paylama materialıAlmaniyanın Qissen şəhərində quraşdırılan heykəli görürsünüz. Siz isə bu heykəlin nəyə həsr olunduğunu tapın -Cavab: Rentgen şüaları -Şərh: Vaxtı ilə Rentgen bu şəhərdə müəllimlik edib. Həmçinin Qissen şəhəri çoxlu universitetləri olan şəhər kimi tanınır -Müəllif: None - -Sual: 12. Bir dəfə quşlar fəsiləsindən olan onlardan birinə cəngavər titulu verildi. Amma onlar daha çox daha yüksək bir titulla tanınırlar. Söhbətin nədən getdiyini tapın. -Cavab: Pinqvinlər -Şərh: İmperator pinqvinləri onların ən məşhur növü sayılır -Müəllif: None - -Səhifə -> 337 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə ətrafı görmək üçün işığı yandırmaq istəyən obrazı məzəmmət edən digər obraz otaqdakı hər kəsin gecə növbəsindən çıxıb yorğun halda yatdığını xatırladır. İşığı yandırmaqla əvəz etdiyimiz iki sözü tapın. -Cavab: Pərdəni açmaq -Şərh: Obraz ətrafı görmək üçün pərdəni çəkmiş və bu digər obrazın narazılığına səbəb olmuş və o demişdi ki, içəridə hamı gecə növbəsindən çıxıb yorğun halda yatıb və pərdəni açıb otağa gün işığı doldurmaqla onları narahat etmək olmaz. Paketin birinci sualı olmağı sizi bu cavaba çıxara bilərdi. -Müəllif: None - -Sual: 2. Paylama materialıSual müəllifi 1912-ci ildə doğulmuş bir musiqiçi haqqında axtarış verəndə gördüyünüz şəklə rast gəlmişdi. Söhbətin hansı bəstəkardan getdiyini tapın. -Cavab: Con Keyc -Şərh: Con Keyc özünün 4:33 adlı əsəri ilə məşhurlaşmışdı ki, bu əsər tamamilə sükutdan ibarət idi. Qarşınızda boş kağız sizi Con Keycə aparmalı idi. -Müəllif: None - -Sual: 3. Ölkələr arası keçirilən Antalya kubokunun qalibi olmuş U-21 yığmamız Kosovalı yaşıdları ilə oynamaq üçün meydana çıxmamış və buna görə texniki məğlubiyyət almışdılar. Bəs millimiz bu oyunda niyə meydana çıxmamışdı? -Cavab: Kosovanın müstəqilliyini tanımırıq. -Şərh: Yarış ölkələr arası statusla keçirilirdi. Lakin Azərbaycan Kosovanı Serbiyanın tərkibi kimi tanıyır. Bu səbəbdən Millimiz meydana çıxmamışdır. -Müəllif: None - -Sual: 4. Bu içkinin pomidor şirəsi istifadə olunmadan hazırlanan versiyasının adında “sız” hissəciyini görmək olar. Siz isə içkinin kimin şərəfinə adlandırıldığını deyin. -Cavab: I Meri -Şərh: Pomidor şirəsi ona qırmızılıq verdiyindən bu içkini Qanlı Meri adlandırırlar ki, pomidor şirəsi istifadə olunmayanda isə ona sadəcə Qansız Meri deyirlər. İçkini hazırlayan şəxs isə onu Kraliça Merinin şərəfinə adlandırmışdı. -Müəllif: None - -Sual: 5. Paylama materialıŞəkildə gördüyünüz Savva Mamontovun qızı 1875-ci il təvəllüdlü Vera Mamontovadır. Siz isə Savvanın ailə dostu olan 2 rəssamdan hər hansı birini deyin. -Cavab: Valentin Serov. Viktor Vasnecov. -Şərh: Vera Mamontova Serovun “ Şaftalılarlı qız” və Vasneçovun “Ağcaqayın budaqlı qız” rəsmlərində təsvir olunan qızdır. -Müəllif: None - -Sual: 6. “Rokki” filmlərindən birinin əsas personajlarından biri haqqda vikipediya məqaləsində bu personajın bütün film boyunca dediyi cümlələr yazılıb. Nəticədə cəmi 5 cümlə verilmişdir. Siz isə söhbətin hansı personajdan getdiyini deyin. -Cavab: İvan Drago. -Şərh: İvan Drago Rokkinin ən güclü rəqibi idi. Bundan əlavə isə Drago bu filmdə ən lakonik personajdır. -Müəllif: None - -Sual: 7. Bu Disney şahzadəsi haqqında olan film “Dolaşıq” (Tangled) adlanır. Söhbət hansı şahzadədən gedir? -Cavab: Rapunzel -Şərh: Film adı ilə qəhrəmanın uzun saçlarına işarə verir. -Müəllif: None - -Sual: 8. Dədə Qorqud dastanındakı matriarxist münasibətlərdən bəhs edən bir mətndə dastanda baş verən bu qarşılaşmanın təsadüf sayılmasını müəllif islam redaktəsi adlandırır. Siz isə həmin qarşılaşmada adları çəkilən iki şəxsi eyni hərflə başlayan sözlə deyin. -Cavab: Banuçiçək və Beyrək -Şərh: Qədim türk ənənəsində matriarxist münasibətlər daha güclü idi və evləndiriləcək qızlar adətə görə evlənəcəkləri adamı döyüşlə yoxlayardılar. Banuçiçəyin Beyrəklə görüşməsini də müəllif bu adətin tərkib hissəsi adlandırır və deyir ki, dastanda bu görüşün təsadüf kimi verilməsi dastanın İslam ənənəsinə uyğun təhrif olunmuş versiyasıdır. -Müəllif: None - -Sual: Bir məqalədə xarici qastrol zamanı rəqqaslarımızın geyimlərinin digər insanlar tərəfindən xüsusilə bəyənildiyi deyilərək bu ifadə xatırlanır. İfadəni cavab kartınıza yazın -Cavab: Gözəllik ondur, doqquzu dondur -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Paylama materialıŞəkildə gördüyünüz qız məşhur sovet fotoqrafı Aleksandr Qerinasın qızıdır. Siz isə bu qızın adını deyin. -Cavab: Yelena -Şərh: Yelenanın məhz bu şəkli məşhur rus şokoladı “Alyonka”nın kağızında təsvir edilir. İş orasındadır ki, bir dəfə konkursa Aleksandr öz qızının şəklini yollamışdır. Sonradan bu şəkil çox məşhurluq qazandı. -Müəllif: None - -Sual: 11. Bizansda kilsə və dövlət hakimiyyətinin bir bədəndə fəaliyyətini təsvir edərkən bu simvol xatırlanır. Bu simvoldan danışılan məqalədə Albaniya da var. Söhbətin hansı simvoldan getdiyini birinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: İkibaşlı qartal -Şərh: Deyilir ki, Bizansda dövlət və kilsə bir bədəndə vahid fəaliyyət göstərərək birlikdə ikibaşlı qartal obrazı yaradırlar. Albaniyanın bayrağında da ikibaşlı qartal rəsmini görmək olar. -Müəllif: None - -Sual: 12. Doménikos Theotokópoulos 1541-ci ildə doğulmuş bir rəssamın əsl adıdır. Bəs biz onu hansı adla tanıyırıq? -Cavab: El Greko -Şərh: Sualda sizə verilən addan onun yunan mənşəli olduğunu bilmək olardı və bu ad çox uzun olduğundan rəssama sadəcə yunan anlamına gələn EL Greko deyirdilər. -Müəllif: None - -Səhifə -> 338 | Sual Sayı -> 12 - -Sual: 1. Room filminin özünü Ona oxşadan qəhrəmanı xəstəxanada yatan anası güclü olsun deyə anasına saçlarını göndərir. Cümlədə buraxılan 4 (dörd) hərfi cavab kartınıza yazın -Cavab: Sams -Şərh: Əfsanəvi qəhrəman Samson saçlarından güc alırdı və filmin qəhrəmanı Jek də özünü -Samsona bənzədərək anası güc alsın deyə saçlarını kəsdirərək anasına göndərmişdi. -Müəllif: None - -Sual: 2. 50-60-cı illər Sovet markalarında bunun təsvirini görə bilərik. Bunun vətəninin Meksika olduğunu bilərək bunu cavab kartlarınıza yazın. -Cavab: Qarğıdalı -Şərh: Nikita Xruşşovun dövründə “qarğıdalı siyasəti” geniş vüsət aldığından markalarda qarğıdalı təsvirlərini görə bilərik. -Müəllif: None - -Sual: 3. Paylama materialıEx Caelis OblatusHansı italyanın babası rekvizitdəki yazıdan özünə soyad düzəltmişdi? -Cavab: Umberto Eco -Şərh: Sözlərin baş hərfi sizi Eko soyadına çıxarmalı idi. -Müəllif: None - -Sual: 4. Bəzi versiyalara görə bu Zulu dilindəki “Vuvu” sözündən və Afrikalıların Kudu adını verdiyi antilop növündən yaranmışdır. Bunun nə olduğunu tapın. -Cavab: Vuvuzela -Şərh: Vuvuzela cənubi afrikalıların sevdiyi musiqi alətlərindən biridir. 2010-ci il futbol üzrə dünya çempionatında daha da məşhurlaşmışdır. -Müəllif: None - -Sual: 5. Məşhur rəssam Mikelancelonun xidmətçiləri rəssamın bazarlıq siyahısında alınacaq şeyləri qarışdırmasınlar deyə yanına şəkillərini çəkirdilər. Siz isə buna bənzər yazılmış hekayə müəllifinin ad və soyadını cavab kartlarınıza yazın. -Cavab: Cəlil Məmmədquluzadə -Şərh: Cəlil Məmmədqulzuadənin “Saqqalı uşaq” hekayəsində Kəblə Əzim ona olan borclarını şəkil çəkməklə bildirirdi. -Müəllif: None - -Sual: 6. Amerikanın Konfederativ Ştatlarının generalı olmuş Nataniel Betford, Forte Pillou döyüşündə silahsız qaradərili insanları öldürdüyü üçün hərbi cinayətlərdə ittiham olunmuşdur. Siz isə 1994-cü ilə aid bir filmdə Natanielin qohumu olduğunu iddia edən personajı deyin. -Cavab: Forest Qamp -Şərh: Nataniel Betord Forest qaradərililərə qarşı xüsusi antipatiyası ilə seçilir və ku-klus-klanın yaradıcısı sayılır. Forest Qamp isə filmdə adının qohumu Forestin şərəfinə verildiyini deyir. -Müəllif: None - -Sual: 7. Şair Qabil haqqında olan bir müsahibədə bir dəfə şairin balaca budkada limonad satan hündürboylu , azman bir kişiylə rastlaşdığı və həmin raslantıdan yazdığı misralar xatırlanır. Bəs sonralar şair həmin misralarda işlətdiyi limonad sözünü hansı sözlə əvəz etmişdi? -Cavab: Qızılgül -Şərh: Bildiyimiz kimi Qabil “Səhv düşəndə yerimiz” şeirinin müəllifidir ki, həmin şeirdə - işlənən - “Ağ biləklər, gül əllər - Tarlada qabar. - Bir qeyrətsiz yekəpər - Limonad satar. - Qeyrətsiz oluruq biz, - Səhv düşəndə yerimiz “ bəndində şair ilk öncə limonad sözünü işlətsə də sonralar bu - sözü qızılgül sözü ilə əvəz etmişdi -Müəllif: None - -Sual: 8. Paylama materialıQarşınızda 1573-cü ildə çəkilmiş “Qış” rəsmini görürsünüz. Rəsmin müəllifini tapmağa çalışın. -Cavab: Cüzeppe Arçimboldo -Şərh: İtalyan rəssam Cüzeppe Arçimboldo meyvə, tərəvəz, kitab kimi bir çox inqridentlərdən insan portləri çəkməklə məşhurdur. -Müəllif: None - -Sual: 9. 1769-cu ildə doğulmuş bu rusun Sankt Peterburqdakı heykəlinin ətrafında ayı, keçi, şir, donuz kimi heyvanların təmsil olunduğunu görə bilərik. Söhbətin hansı şəxsdən getdiyini tapın. -Cavab: İvan Krılov -Şərh: Şair İvan Krılov özünün təmsilləri ilə məşhurdur ki, bu təmsillərdə O müxtəlif heyvanlardan istifadə edirdi. Təsadüfi deyil ki, onun abidəsinin ətrafında da elə onun yaratdığı heyvan obrazlarının heykəli var. Sualda təmsil olunmaq sözü də ən məşhur təmsil ustası olan İvan Krılova çıxmağa yardımçı ola bilərdi. -Müəllif: None - -Sual: 10. Fast and the Furious filminin çəkilişlərindən əvvəl aktrisa Michelle Rodriguez və Jordana Brewsterdə BU olmayıb. Dünyada ilk Buna sahib olan şəxsin Karl Benz olduğunu bilərək BUnu tapmağa çalışın. -Cavab: Sürücülük vəsiqəsi -Şərh: Film avtomobil yarışlarından bəhs etsə də hər iki aktrisanın sürücülük vəsiqəsi olmayıb. İlk sürücülük vəsiqəsi isə Alman maşın mühəndisi olan Karl Benzə məxsusdur. -Müəllif: None - -Sual: 11. Mahnının yazılışı zamanı Freddi özünü həddindən artıq pis hiss edirdi. Buna görə də Brayan Mey Freddidən soruşdu ki, Freddi oxuya biləcək bu mahnını? Freddi isə cavab olaraq 1 qədəh araq içib, "Hə, əzizim, mən bunu edəcəm" dedi. Söhbət hansı mahnıdan gedir? -Cavab: The Show Must Go On -Şərh: Freddi Merkuri öləcəyini bilirdi. Ancaq Freddi ağır xəstə olsa da mahnını sonacan ifa etdi. Hətda Freddi ölsə də, mahnını şöhrəti artırdı. Freddi isə deyirdi, o ölsə də, tamaşa davam etməlidir. -Müəllif: None - -Sual: 12. Bir hekayədə Linuks üzərindən animasiya yaradan obraz iflic keçirən arvadı Şarlottanın intihar etməsinin qarşısını almaq üçün Linuksla X-i də canlandırır. Hekayənin sonunda Şarlotta X-i qucaqlamaq istəyir, onun necə də cavan ruha sahib olduğunu deyərək etməyə hazırlaşdığı şeyi etməməsi üçün yalvarır. X kimdir? -Cavab: Kurt Kobeyn -Şərh: Yuxarıda qeyd edilənlər Adam Consonun Nirvana hekayəsindən götürülmüşdür. Xəstəliyi səbəbi ilə intihar etmək istəyən Şarlotta ərinin proqramı sayəsində həyatda tək tutunduğu insan- Kurt Kobeyni görür, onun necə cavan bir ruha sahib olmasına təəccüb edir ( smells like teen spirit), yalvararaq intihar etməməsini xahiş edir. -Müəllif: None - -Səhifə -> 339 | Sual Sayı -> 12 - -Sual: “Stalker. Bölgənin döyüşçüləri” əsəri 3 hissədən ibarətdir. 2-ci hissə “Mittelşpil” adlanır. Siz isə birinci hissənin adını deyin. -Cavab: Debüt -Şərh: Şahmat partiyası 3 hissədən ibarət olur: debüt, mittelşpil və endşpil. Əsər də öz hissələrinin adlarını şahmat partiyasının hissələrindən götürür. Biz debüt sualımızla bütün debütant komandalara uğurlar arzulayırıq -Müəllif: None - -Sual: 2. Deyilәnә görә,Marqaret Tetçer Bakıda sәfәri zamanı bu hәmyerlimizlә görüşmәk istәdiyini demişdi vә qeyd etmişdi ki onunla görüşmәsә sәfәri natamam olar. Onun 100 illiyinә hәsr olunmuş tәdbirdә, Jeff Herst vә Hans Tilkovski kimi şәxslәr iştrak etmişdi. Bu hәmyerlimizin adını vә soyadını cavab kartınıza yazın -Cavab: Tofiq Bəhramov -Şərh: Tofiq Bəhramov 1966-ci ildə keçirilmiş futbol üzrə dünya çempionatının finalında İngilislərin lehinə haqlı verdiyi qərarı ilə futbol tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Jeff Herst və Hans Tilkovski isə həmin çempionatın finalında oynamış futbolçulardır -Müəllif: None - -Sual: 3. 1. Əgər bir soxulcan bir almanın üzərində səyahət edərsə almanın bütün səthini dolaşmaq əvəzinə onun içindən keçərək kəsmə yol tapmış olar. Eşitdiyiniz fikrin götürüldüyü məqalədə Natan Rosen və onun adı xatırlanır. Onun kim olduğunu deyin -Cavab: Albert Eynşteyn -Şərh: Eşitdiyiniz cümlə Soxulcandəliyi, Yaxud Eynşteyn –Rosen körpüsü adlı məqalədən götürülmüşdür ki, həmin məqalədə zamanda səyahətdən danışılaraq deyilir ki, qara və ağ dəliklər arasında əlaqə soxulcan dəlikləri adlanır və bu dəliklər vasitəsilə zamanda daha qısa zamanda səyahət etmək olar, eynilə soxulcanın almada etdiyi səyahət kimi -Müəllif: None - -Sual: 4. Paylama materialıSiz Tomas İkinsin müəllifi olduğu “Qrossun Klinikası” şəklini sual müəllifinin etdiyi dəyişikliklərlə görürsünüz. Diqqət sual: Şəkildə sual müəllifinin işarələdiyi şəxsin heç olmasa soyadını deyin. -Cavab: (Tomas) İkins -Şərh: Tomas İkins özü də doktor Qrossun klinikasında bu əməliyyat aparılarkən iştirak edirdi. Buna görə də rəssam şəkildə öz avtoportretini də çəkmişdir -Müəllif: None - -Sual: Ceki, Tito, Jermen, Marion.. -Sizə verilən siyahıda bir musiqi qrupunun üzvlərinin adı verilərək bir ad buraxılıb. -Həmin adı cavab kartınıza yazın. Nəzərə alın ki, sual müəllifi bu sualı ilk öncə yarısı ağ, yarısı qara rekvizit formasında vermək istəyirdi -Cavab: Maykl -Şərh: Sizə adı verilən şəxslər “Jekson 5” musiqi qrupunun üzvləri idi. Qrupun ən məşhur üzvü isə Maykl Cekson idi. Sualın 5-ci olması sizi Jekson 5 qrupuna çıxara bilərdi. Yarısı ağ, yarısı qara rekvizit ipucu da sizi ömrünün yarısını qara, yarısını ağ dəridə keçirdən Maykl Ceksona apara bilərdi. -Müəllif: None - -Sual: 6. 1. Şairlərin siqaretdən demək olar ki fasiləsiz istifadə etdiyini göstərən bir bloqqer siqareti şair üçün X adlandırmışdı. X-dan danışılan məqalədə polidaktili sözünə də rast gəlinir. X-i maksimal dəqiqliklə birinci növ təyini söz birləşməsində deyin. -Cavab: : Altıncı barmaq -Şərh: Şairlər daima siqaret çəkirlər və siqaretləri həmişə əllərindədir və siqaretləri artıq onların Altıncı barmaqlarına çevrilib. Polidaktili isə çox barmaq kimi tərcümə olunur və insanlarda normadan çox barmaq sayını göstərmək üçün istifadə olunur. -Müəllif: None - -Sual: 7. Paraşütçü Joan Murray 4400 m yüksəklikdən düşərkən paraşütü açılmamış və yerə çırpılmışdı. Həkimlərin fikrincə isə onu həyatda saxlayan üzərinə düşdüyü X-lər olmuşdu. Həmçinin 1998-ci ildə Woody Alle, J. Lopez, Sharon Stone kimi məşhurları da X-in birləşdirdiyini bilərək X-i deyin. -Cavab: Qarışqa -Şərh: 4400 m yüksəklikdən düşən Joan Murrayin sağ qalmasına qarışqalar səbəb olmuşdur. Adları çəkilən məşhur şəxslər 1998-ci ildə çəkilmiş “Qarışqa Zed” adlı cizgi filminin personajlarıdır. -Müəllif: None - -Sual: 8. 1. 1917-ci ildə Pasxada bacısını görmək üçün Torontoya gələn Ameliya, küçədə I Dünya Müharibəsində yaralanmış əsgərləri görüb, tibb bacısı olmaq üçün hospitala müraciət etdi. Ancaq hospitalın yaxınlığında olan xüsusi bir sahə Ameliyanı tibb bacısı olmaq fikrindən daşındırdı. Bəs bu nə sahə idi? -Cavab: Aerodrom -Şərh: Aerodromda aviaşoular görən Ameliya Eyxart özü də sonradan pilot olmaq istədi. Söhbət Atlantik Okeanı ilk keçən pilot-xanım Ameliya Eyxartdan gedirdi -Müəllif: None - -Sual: 9. Həmid Herisçi Koroğlu haqqında danışaraq deyir ki, anası Koroğlunu İrana dini bir ziyarət əsnasında dünyaya gətirmişdi. Koroğlu ilə əvəz etdiyimiz iki sözü cavab kartınıza yazın. -Cavab: Məşədi Əzizbəyov -Şərh: Məşhəd İranda dini ziyarətgah yerləşən şəhərdir və həmin şəhərə ziyarət əsnasında oğlunu dünyaya gətirən qadın oğluna Məşədi adını vermişdi. Koroğlu əvəzetməsi isə təsadüfi deyildi. Belə ki, Əzizbəyov metrostansiyasının adı da Koroğlu adı ilə əvəz olunmuşdu -Müəllif: None - -Sual: 10. Bir yapon məsəlində deyilir ki, BU gecə yolçusunu yolundan saxlaya bilməz. 1872-ci ildə Bunun əksi ilə bağlı olan isə yeni cərəyana ad verdi. Siz isə həmin cərəyanın adını deyin -Cavab: İmpressionizm -Şərh: Yapon məsəlinə görə gecə yolçusunu günəşin batmağı saxlaya bilməz. Günəşin doğuşunu təsəvvür edən Monenin “Impression, soleil levant” əsəri isə impressionizm cərəyanına ad verib. -Müəllif: None - -Sual: 11. 1. Skandinav miflərində yer alan və alovlu qılıncı olan Surt bəzən buzlaqların əhatəsində təsvir olunur. Siz isə Surtrun şərəfinə adlandırılmış Surtsey adasının hansı ölkəyə aid olduğunu deyin. -Cavab: İslandiya -Şərh: Surtrun alovlu qılıncı ilə buzlaqların arasında danışılarkən deyilir ki, o buz ilə alovun vəhdətini yaradır. Buz ilə alovun vəhdəti ləqəbli ölkə isə İslandiyadır ki, 60-ci illərdə İslandiyada buzlaqlar arasında meydana çıxan volkanik mənşəli ada elə Surtrun şərəfinə adlandırılmışdı -Müəllif: None - -Sual: 12. Bir şəkildə 2 qutu yanbayan verilib və qutuda olanlar bir-biri ilə danışır. Birinci qutuda olan ikinci qutuda olana deyir : “Pişik, orda sağsan?” Bu zaman ikinci qutudan cavab gəlir : “Quzu, get burdan, gülməli deyil”. Bu şəklə şərhdə deyilən hər 2 soyadı deyin. -Cavab: Sent - Ekzüperi, Şrödinqer. -Şərh: Sualda Sent-Ekzüperinin “Balaca şahzadə”sindəki quzu və Şrödinqer pişiyindən danışılırdı -Müəllif: None - -Səhifə -> 340 | Sual Sayı -> 12 - -Sual: 1. 2016-cı ilin qış transfer hadisələri barədə fikirlərini bildirən La Liqanın prezidenti Xavyer Tebas, Ronaldonun və Messinin BUNU etməyəcəyinə ümid etdiyini bildirmişdir. Bir Azərbaycan ifadəsinin izahında isə deyilir ki, aşiq olmuş gənc oğlanlar öz yarlarına sevgilərini sübut etmək üçün BUNU EDib, yarlarına ipək yaylıq gətirirdilər. BUNU Etməklə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Çinə getmək. -Şərh: Bir çox dünya ulduzlarının transfer pəncərəsi zamanı Çinə getməsi haqqda danışan Tebas, Messi və Ronaldonun hələ İspanyada oynayacaqlarına, Çinə getməyəcəklərinə inandığını bildirmişdir. Bir ifadəmizin şərhində isə deyilir ki, sevgilərini sübut etmək üçün gənc oğlanlar öz aşiq olduqları xanımlara Çinə gedib ipək yaylıq gətirirdilər. Çünki Çinə səfər insanlara çox vaxt həyat bahasına başa gələ bilərdi. Aşiq olmağı bildirən “Sino getmək” ifadəsi bəzi şərhlərdə bu cür izah olunur. -Müəllif: None - -Sual: 2. Led Zeppelin qrupunun “Stairway to Heaven” mahnısından keçid olan bir məqalədə o yatmış halda təsvir olunur. Onun kim olduğunu tapın. -Cavab: Yaqub peyğəmbər -Şərh: Stairway to heaven “Cənnətə pilləkən”, “Cənnətə Nərdivan” kimi tərcümə olunur ki, -yatıb yuxusunda analoji halı görən Yaqub peyğəmbər olmuşdur. Yaqubun Nərdivanı cənnətə -gedən yolu xarakterizə edir. -Müəllif: None - -Sual: 3. Bir məqalədə Turritopsis nutricola adlı meduza növünün təkamül nəticəsində bioloji X qazandığı qeyd olunur. X həm də Vitalogy adlı alboma daxil məşhur mahnının adıdır. X-i bir sözlə yazın. -Cavab: Ölümsüzlük -Şərh: Məqalədə deyilir ki, Turritopsis nutricola meduzası təkamül nəticəsində ölümsüzlük qazanıb. Ölümsüzlük adlı mahnı isə Pearl Jam qrupunun Vitalogy albomuna daxildir. -Müəllif: None - -Sual: Esperanto dilində nə “stultula mato” adlanır? -Cavab: Uşaq matı -Şərh: Şahmatda ən asan matlardan olan Uşaq matı dörd gedişə reallaşan matdır, sualın dördüncü verilməsi və həll edici əhəmiyyətli olmağı sizi cavaba apara bilərdi. Eyni zamanda esperanto dilində işlədilən mato sözü də sizi Mat sözünə çıxarmalıydı. -Müəllif: None - -Sual: 5. Amerikanın X-i adlanan bir posterdə dörd ağ və bir qara sütun təsvir olunmuşdu. Sizin X ilə əvəz etdiyimiz iki sözü birinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Beşinci kolon -Şərh: Posterdə dörd ağ və bir qara sütun , deməli 5 sütun var idi, qara olan bəyazlarla zidlik təşkil edirdi. Ölkələrdə yıxıcı və çirkli funksiya daşıyan beşinci kolonlar da analoji işi görürlər. Sual həm də beşinci idi. -Müəllif: None - -Sual: 6. 1906-cı ilin iyunun 6-da Çar Rusiyasının Dövlət Dumasının deputatları ölüm hökmünün ləğvi barədə qanun veriblər: imperiyanın çöküşü və bolşevik inqilabında bu qanun müstəsna rol oynadı. Bu mətn vikipediyanın EEE adlanan məqaləsindəndir. Əvəz olunmuş 3 simvolu cavab kartınıza yazın. -Cavab: 666 -Şərh: Sualda işlənən 1906-cı ildə bir 6 rəqəmi, iyunun altıncı ay olması və hadisənin ayın 6 – - da baş verməsi sizi 666 rəqəminə aparmalı idi. Məqalə isə 666 rəqəminə mifoloji - yanaşılmadan bəhs edirdi. Sualda əvəzetmə kimi 3 E verilməsi də təsadüfi deyildi. E hərfi - əlifbamızda altıncı hərfdir. Sual həm də altıncı idi. -Müəllif: None - -Sual: 7. Tibbdə istifadə olunan X haqqında olan məqalədə deyilir ki, bunun ilkin variantında Çində bian adlanan iti uclu kiçik daşlardan istifadə olunurdu. Bunu latın mənşəli mürəkkəb sözlə cavab kartınıza yazın. -Cavab: Akupunktura -Şərh: Akupunktura müalicəsindən danışılan məqalədə deyilir ki, çində əvvəllər iynənin yerinə iti uclu daşlardan istifadə olunurdu. Latıncadan keçən akupunktura sözü isə mürəkkəb söz olub iynə sancmaq anlamına gəlir. -Müəllif: None - -Sual: 8. İsveçdə 28 yanvar tarixində bütün Karllar X münasibətilə bayram edirlər. X həm də 1977-ci ilə aid filmimizin adıdır. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Ad günü -Şərh: İsveçdə 28 yanvarda adları Karl olan bütün şəxslər Ad günü (Name day) münasibəti ilə bayram edirlər. Ad günü isə 1977-ci ildə çəkilmiş filmimizin adıdır. -Müəllif: None - -Sual: 9. Bir filmdən sitata qulaq asın:    -- Heç öldürmək istəmədiyin bir cadugərə rast gəldinmi?    -+ Xeyr, əsla. Ən yaxşı cadugər X-dir.    -X həm də 1909-cu ildə yazılmış bir əsərin adıdır. X-i tapmağa çalışın. -Cavab: Ölülər -Şərh: “Hanzel və Qratel” filmində Hanzel cadugərlərə nifrət edirdi ona görədə onların ovuna çıxırdı. Ən yaxşı cadugərləri isə ölülər olduğunu deyirdi. 1909-cu ildə Cəlil Məmmədquluzadə “Ölülər” pyesini yazmışdır. -Müəllif: None - -Sual: 10. Bu film ekranlara çıxdığı vaxtda Amerika heyvanları müdafiə cəmiyyəti filmi kəskin şəkildə tənqid edir. Buna səbəb isə filmdə obrazlardan birinin öz quşuna soxulcan yedizdirməsi idi. Lakin onlar tələb edirdilər ki, quşa öz əcəli ilə ölmüş soxulcan yedizdirilsin. Söhbətin hansı filmdən getdiyini tapın. -Cavab: Şouşenkdən qaçış -Şərh: Filmdə Bruks rolunu ifa edən aktyor Ceyms Vaytmor film boyu yeganə kadrda pencəyinin cibində saxladığı qarğa balasına soxulcan yedizdirməsi idi. -Müəllif: None - -Sual: 11. Bir filmdə kart oynayan personaj əlindəki siqaretin nə olduğunu soruşduqda, cavabında -10 sent eşidir. Daha sonra oyuna qoşulmaq istəyən personaj oyuna 5 sent qoyacağını deyir. Siz isə onun 5 senti oyuna necə qoymaq istədiyini tapın. -Cavab: Siqareti ikiyə bölür -Şərh: Filmdə hadisələr psixiatrik xəstəxanada cərəyan edir və xəstələrdən bir siqareti ikiyə bölüb kart oyununa 5 sent qoyacağını deyir. -Müəllif: None - -Sual: 12. “Döyüş klubu” filmində Tayler bir şəxsi silahla hədələyərək onun qaçmasını tələb edir və bu vaxt Tayler ONUN adını çəkir. Taylerin kimin adını çəkdiyini cavab kartlarınıza yazın. -Cavab: Forrest -Şərh: Forrest Gump filmindən məşhurlaşan “qaç Forrest qaç!” ifadəsi bu filmdə də işlənmişdir. -Müəllif: None - -Səhifə -> 341 | Sual Sayı -> 12 - -Sual: Bu filmin çəkilişi zamanı mahnıların ifa etməsi üçün ilk kastinqdən keçən Müslim Maqomayev idi. Tatyana Lioznova Maqomayevin ifasını bəyənmədi. Ancaq ondan sonra daha 15 ifaçı da Lioznovanın xoşuna gəlmədi. Və ifa etmək yenidən Maqomayevə təklif olundu. Söhbət hansı filmin çəkilişlərindən gedir. -Cavab: Baharın 17-ci anı -Şərh: Tatyana Lioznovanın ən məşhur işi olan filmin kastinqində də 17 dəfə ifaçı seçilmişdir. Müslim Maqomayevin ifasında olan “Haradasa uzaqlarda” mahnısı o dövrün ən güclü musiqi işlərindən sayılırdı. Bu sualla isə biz 17-ci tura başladıq. -Müəllif: None - -Sual: 2. Jason Levis 13 ilə dünyanı tam dövr etmiş ilk insan kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Cümlədə buraxılmış sözləri tapın. -Cavab: İnsan gücü ilə -Şərh: O, səyahətini üzərək, yeriyərək, pedal çevirərək, konki sürərək və s. mühərriyi olmayan vasitələrdən istifadə edərək buna nail olmuşdur -Müəllif: None - -Sual: 3. İrlandiyalı yazarlar Conatan Svift, Oskar Uayld, Villiam Butler Yetsi həm də X adlandırmaq olar. X həm də 1914-cü ildə yazılmış bir kitabın adıdır. Söhbətin hansı kitabdan getdiyini tapın. -Cavab: Dublinlilər -Şərh: Sadalanan irland yazarlar elə İrlandiyanın paytaxtı olan Dublin şəhərində doğulduqlarından onları elə Dublinlilər də adlandırmaq olar. -Müəllif: None - -Sual: 4. Uşaqların heyvanlar tərəfindən vəhşi mühitdə böyüdülməsi “Mauqli sindromu” adlanır. Siz isə bu faktın olduğu məqalədə ilk adı çəkilən qardaşlardan hər hansının adını deyin. -Cavab: Rem, Romul -Şərh: Onları da canavar böyütmüşdür. Bu tarixdə ehtimal edilən ilk “Mauqli sindromu” faktıdır. -Müəllif: None - -Sual: 5. Məşhur kolumbiyalı narkobaron Pablo Eskobar narkotikdən o qədər pul qazanırdı ki, hər ay bunlara 2500 dollar pul xərcləyirdi. Bəs o 2500 dolları nəyə xərcləyirdi? -Cavab: Rezin -Şərh: Eskobar narkotik alverindən o qədər gəlir əldə edirdi ki pulları bir araya gətirmək üçün hər ay 2500 dollarlıq dəyərində rezin alırdı. -Müəllif: None - -Sual: 6. Nigeriyalı rejissor Obi Emolenyenin çəkdiyi “Abujaya son uçuş” adlı filmindən danışılan məqalədə deyilir ki, bu film Hollivudun ən uğurlu filmlərindəndir. Cümlədə əvəz olunmuş hərfi cavab kartınıza yazın. -Cavab: N -Şərh: Dünyada kino sənayesinin inkişaf etdiyi bölgələr arasında Hollivud , Bollivud və Nollivud fərqləndirilir ki, Nollivud Nigeriyada yaradılmış ən güclü kino bölgələrindən hesab olunur və Obi Emolenyenin filmi də Hollivudda deyil , Nollivudda çəkilmişdi. Sualda Abuja sözü də sizi Nollivuda çıxara bilərdi. Düzgün cavab isə “N” hərfidir. -Müəllif: None - -Sual: 7. Paylama materialı1996-cı ildə Nyu-York Tayms qəzeti bir krosvord çap etdirir. Suallardan birinə cavab vermək üçün belə desək gələcəyi görmək lazım idi. Siz isə bir qədər keçmişə gedərək rekvizitdə gizlədiləni cavab kartlarınıza yazın. -Cavab: Klinton -Şərh: 1996-cı ildə ABŞ-da prezident seçkiləri uğrunda Bob Dole və Bil Klinton mübarizə aparırdı. Rekvizitə diqqətlə fikir versəniz ingiliscə elected, yəni seçildi sözü yazılmışdı. Bil Klinton həmin ildə prezident seçildi. -Müəllif: None - -Sual: 8. Bu yazıçımızın anım günlərindən birində Yaşar Qarayev onun daim ermənilərin ifşasından danışdığını, Qarabağ tarixini, Qarabağın baş verən hadisələrə daima işıqlandırdığını demişdi. Söhbətin hansı yazıçıdan getdiyini tapın. -Cavab: İlyas Əfəndiyev -Şərh: Məşhur faktdır ki, İlyas Əfəndiyevin əsərlərini çox vaxt 8-ci Qarabağnamə adlandırırlar. -Müəllif: None - -Sual: 9. 1997-ci ildə 17 yaşlı İsveçli tələbə Daniel Malmedal öz səsi ilə işə düşən mopedin səsini yamsılamaq cəhdlərini internetə yüklədi. Siz isə bu faktın olduğu məqalənin hansı personaja həsr edildiyini deyin -Cavab: Crazy Frog -Şərh: Danielin bu yazısı MP3 şəklində böyük əks-səda doğurdu. İsveç Dizayenri Erik Vernkvist isə 2002-2003-cü illərdə bu animasiyanı yaradarkən, ona Danielin səsini vermişdir. -Müəllif: None - -Sual: 10. Mir Cəfər Bağırov “Bakının işıqları” filmindən şikayətlənərək deyirdi ki, bu filmdə özünü canlandıran aktyor onu (MirCəfər Bağırovu) yaltaq bir obraz kimi təqdim edib. Siz isə bu filmdə milli kinomuzda ilk dəfə 1878-ci ildə doğulmuş hansı şəxsin obrazının yaradıldığını deyin. -Cavab: Stalin -Şərh: Bakının işıqları filmində obrazı yaradılan Mir Cəfər Bağırov deyirdi ki, bu filmdə Rza Təhmasıb məni həddən artıq yaltaq kimi təqdim edib. MirCəfər Bağırovsa yalnız Stalinə yaltaqlana bilərdi. Qeyd edək ki, həmin filmdə ilk dəfə kinomuzda Stalin və MirCəfər Bağırov obrazları yaradılıb. -Müəllif: None - -Sual: 11. 1943-cü ildə doğulan bu aktyorun əsl adı Krişna Pandit Bhanjidir. Siz isə həmin aktyorun 1982-ci ildə çəkiləcək hansı rol üçün xeyli arıqladığını tapın. -Cavab: Qandi -Şərh: Əsl adı Krişna Bhanji olan Ben Kinqsli 1982-ci ildə çəkilən Qandi filmindəki Qandi roluna görə xeyli arıqlamışdı. Sualda sizə verilən hind adları sizi Hindistana aparmalı idi. Arıqlamaq sözü isə Qandiyə. Qandinin mübarizə üsulu yəqin çoxlarınıza məlumdur. -Müəllif: None - -Sual: 12. Modelləşdirmə elə bir elmi üsuldur ki, onun vasitəsilə bir prosesi öyrənməklə tədqiqi bilavasitə çətin olan digər bir analoji prossesin xarakteri haqqında mülahizə yürüdülür. Hippokrat hələ 2500 il bundan əvvəl insanın görmək bacarığını öyrənmək üçün HƏDƏFİN MƏRKƏZİNİ bir model kimi istifadə etmişdir. Eşitdiyiniz faktda 2 sözü digər 2 sözlər əvəz edilib. Əvəz edilmiş sözləri deyin -Cavab: Öküz gözü -Şərh: İnsan gözünü öyrənmək üçün Hippokrat öküz gözünü model kimi götürmüşdür. Oxatma tipli yarışlarda olan hədəfin mərkəzinə öküz gözü deyildiyinə görə bu sözlər əvəz edilmişdir. -Müəllif: None - -Səhifə -> 342 | Sual Sayı -> 12 - -Sual: 1. Əli Kərim bir şeirində onu çopur sifətli gözəl adlandırır. Onlardan danışan bir məqalə isə Van Qoqa həsr olunmuşdu. Onun nə olduğunu cavab kartınıza yazın. -Cavab: Günəbaxan -Şərh: Əli Kərim şeirində poetik təsvir yaradarq günəbaxanı çopur sifətli gözəlçə adlandırır. Məşhur Günəbaxanlar rəsminin müəllifi də Van Qoq idi. -Müəllif: None - -Sual: 2. 1949-cu ildə ilk dəfə ekranlara çıxan “Kayot və Road Runner” cizgi filminin ilk seriyası ilk dəfə 2001-ci ildə ekranlara çıxmış filmin seriya adından 2 hərflə fərqlənir. Söhbətin hansı filmdən getdiyini bildinizsə cizgi filmin seriya adını cavab kartlarınıza yazın. -Cavab: Fast and furryous -Şərh: Filmin adı isə “Fast and furious” dur. -Müəllif: None - -Sual: 3. “Şəklül-qita” əsəri Avropada XIX əsrin sonunda fransız dilinə tərcümə olunmaqla məşhurlaşdı. Lakin tədqiqat��ı-alimlər qeyd edir ki, XIX əsrdə Avropada bu əsərin çap variantı nəşr edilib. Lakin əsərin əlyazma tərcüməsi Qərbi Avropaya XIII əsrdən məlumdur. Xüsusilə əsər İspaniyada məlum idi. Bəs bu faktı tədqiqatçılar necə izah edirlər? -Cavab: Marağa rəsədxanasında İspan astronom işləyirdi -Şərh: Marağa rəsədxanasının elmi heyyəri geniş və çox millətli olması mə.hur faktdır. Burada işləyənlərdən biri də İspan astronom olub ki, o da əsərin nüsxəsini öz vətəninə aparıb. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə sizdən bir qab şampunu markasının adı gizlədilmişdir. Markanın adını cavab kartlarınıza yazın. -Cavab: Ajax (Francis) -Şərh: Marvel Comics personajı olan Dedpulun baş düşməni Ayaksdır. -Müəllif: None - -Sual: 5. Bu ərazinin adı haqqında versiyalardan birində kəndin əhalisinin maldarlıqla məşğul olduğu qeyd olunur. Digər bir versiyada isə Bozok tayfalarının adı xatırlanır. Ərazinin adını cavab kartınıza yazın. -Cavab: Buzovna -Şərh: Bəziləri kəndin adının maldarlıqla bağlı olan buzov sözündən törədiyini desələr də bəzi versiyalarda Buzovna sözünün Bozok sözündən törədiyi qeyd olunur -Müəllif: None - -Sual: 6. O, Maqda Sabonun "Qapı" romanını, Ferens Molnarın "Pal küçəsinin oğlanları" povestini magyarcadan Azərbaycan dilinə tərcümə etmişdir. Söhbətin kimdən getdiyini deyin. -Cavab: Ramil Səfərov -Şərh: Macarlar magyar dilində danışırlar. Adı çəkilən yazıçıları Macarıstan ədəbiyyatının görkəmli nümayəndələrindəndirlər. Macarıstanda həbsdə olduğu müddətdə Ramil Səfərov macar dilini öyrənmişdir. Bu əsərləri tərcümə edərək isə, Ramil Səfərov orijinal macar dilindən Azərbaycancaya tərcümə edən ilk şəxs olaraq da tarixə düşdü. -Müəllif: None - -Sual: 7. Bağdad radiosunda işləyən əslən türk olan bu şəxs keçən əsrin 50-ci illərində Bakıya dəvət olunmuşdu. Həmin şəxsin kim olduğunu bildinizsə onun ən məşhur duet ortağının adını cavab kartınıza yazın. -Cavab: Nərminə Məmmədova -Şərh: Söhbət Sinan Səiddən gedirdi ki, 50-ci illərdə İraqdan Bakya dəvət olunan Sinan Səid Nərminə Məmmədova ilə birgə məşhur “ Evlərinin önü yonca” mahnısını oxumuşdu. Məlum olduğu kimi adı çəkilən mahnı da ən məşhur Kərkük mahnısıdır. İraq türkləri dedikdə isə ağla Kərküklər gəlməlidir. -Müəllif: None - -Sual: 8. Fəlsəfə haqqında məqalədə deyilir ki, Qartal qaranlıqda yaxşı görmək, iti, həm də səssiz və manesiz uçmaq qabiliyyəti ilə seçilir. Buna görə də Qartal fəlsəfənin rəmzidir. Qara Qartala ilk sahib olan şəxs isə Nurali Latıpovdur. Sualda Qara Qartalla əvəz etdiyimiz sözləri deyin. -Cavab: Büllur Bayquş -Şərh: Sadalanan xüsusiyyətlərə görə bayquş fəlsəfənin rəmzi sayılır. NHN-də ilk Büllur bayquş mükafatçısı isə 1984-cü Nurali Latıpov olmuşdur. -Müəllif: None - -Sual: 9. 1932-ci il ABŞ-da doğulmuş bu şəxs bir dəfə asta qaçış zamanı ürək tutmasından vəfat edir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Cim Fiks -Şərh: Cim Fiks “ Qaçış haqqında tam kitab” əsərinin müəllifidir və o 1970-ci illərdə asta qaçışı ən çox istənilən qaçış növü edir. -Müəllif: None - -Sual: 10. Sitat “Gecə-gündüz döyüşə girmək insanın psixikasına təsir göstərir. Ona görə hər uçuşdan sonra bizə 150-200 qram spirt verirdilər ki, içək, bir az sakitləşək. ... Mən spirt içəcəkdim? Onları yığırdım. ... deyirdim spirti sabunla dəyişək. Cəbhədən bir çamadan sabunla qayıtdım” Eşitdiyiniz sitat hansı II Dünya Müharibəsi iştirakçımızın xatirələrindəndir? -Cavab: Züleyxa Seyidməmmədova -Şərh: Sitat tam belə səslənirdi: “Gecə-gündüz döyüşə girmək insanın psixikasına təsir göstərir. Ona görə hər uçuşdan sonra bizə 150-200 qram spirt verirdilər ki, içək, bir az sakitləşək. Qadın xeylağı, həm də seyid. Mən spirt içəcəkdim? Onları yığırdım. Kişi aviasiyasına deyirdim spirti sabunla dəyişək. Cəbhədən bir çamadan sabunla qayıtdım”. -Müəllif: None - -Sual: 11. ABŞ-ın Alyaska əyalətində yerləşən Maun-Mak-Kinli milli parkında Ölkənin ən hündür zirvəsi yerləşir. Siz isə atabask hindularının dilində “nəhəng” sözünü deyin. -Cavab: Denali -Şərh: Sualda Mak-Kinli sözü vurğulanmışdır. Mak-Kinli dağının 2015-ci ildə adı dəyişdirilərək hindu dilindəki adı qaytarılmışdır -Müəllif: None - -Sual: 12. 2002-ci ildə çəkilmiş Xurşudbanu Natavan, Şeyx Şamilin də xatırlandığı bir film“Düha ömrünün qırx günü” adlanır. Cümlədə əvəz edilmiş hərfi cavab kartınıza yazın. -Cavab: M -Şərh: Məlum olduğu kimi Aleksandr Düma qırx günlük Qafqaz səfəri zamanı Natavan və Şeyx Şamillə görüşmüşdü. -M��əllif: None - -Səhifə -> 343 | Sual Sayı -> 12 - -Sual: 1. Əfsanəyə görə üç min il əvvəl Yuy adlı bir şəxs qaynayan qazandan əti çıxartmaq üçün bunu edir. Siz isə onun nə etdiyini bildinizsə bu hadisədən sonra nəyin yarandığını deyin. -Cavab: Yemək çubuqları -Şərh: Yuy ağacdan iki çubuq qırır və əti qazandan çıxardır. -Müəllif: None - -Sual: 2. 2. Bir rəssamın (Luigo Qrosio) X adlanan əsərində uşağın böyük bir adamın şapkasının içinə çay tökdüyü təsvir olunmuşdu. X adlanan başqa bir roman isə 1 aprel günü nəşr olunmuşdu. X-i ərəb mənşəli sözlə deyin. -Cavab: Zarafat -Şərh: Rəssam zarafat anlayışını təsvr etmək üçün uşağın böyük birinin şapkasının içinə çay tökməsini göstərmişdi. Milan Kunderanın “Zarafat” əsəri isə 1 aprel günü nəşr olunmuşdu -Müəllif: None - -Sual: 3. İntellektual zarafatlar silsiləsindən bir zarafatda deyilir ki, bir dəfə Heqel, Nitsşe və Marks bara gəlirlər. Bu zaman barmen düşünməyi dayandırır və artıq mövcud olmur. Bəs barmen kim idi? -Cavab: Rene Dekart -Şərh: Burada Dekartın “Düşünürəmsə, demək mövcudan” sözlərinə işarə var idi. -Müəllif: None - -Sual: 4. Asfalt döşəməklə məşğul olan fəhlələrin həyat şəraitindən danışılan bir məqalədə deyilir ki, əgər temperatur bir olarsa onlar işi dayandırmaq hüququna malikdirlər. Cümlədə buraxılan dörd söz bir filmin adıdır. Filmin adını cavab kartınıza yazın -Cavab: Kölgədə qırx dərəcə isti -Şərh: Asfalt döşəmək ən ağır işlərdən hesab olunur və xüsusən yay vaxtında bu işi görmək asfaltdan yayılan isti səbəbilə dözülməz çətinliklərə səbəb olur və məqalədə bu cür işlə məşğul olan fəhlələrin qanunvericiliklə “Kölgədə qırx bir dərəcə isti” olduğu halda işi dayandırmaq hüquqlarından danışılır. Kölgədə qırx dərəcə isti filmi isə 1988-ci ildə çəkilmiş filmdir. -Müəllif: None - -Sual: 5. Şair Ahmet Arif bir şeirində sevdiyi qadının yoxluğundan şikayətlənərək onun yoxluğunu X adlandırır. X-lar adlı bir məqalədə alovun müxtəlif növləri ilə fərqləndirilən Nar, Cahim, haviyə kimi adlar xatırlanır. X- bir neçə sözlə deyin. -Cavab: Cəhənnəmin başqa (digər) adları -Şərh: Şair sevgilisinin yoxluğunu “Cəhənnəmin digər adı” adlandırır. Cəhənnəmin digər adlarına isə sadalanan adlar da aiddir. Sualda işlədilən alovun dərəcələri də sizi cəhənnəm cavabına çıxarmalı idi. -Müəllif: None - -Sual: 6. Ötən əsrin 90-cı illərində baş tutmuş bir futbol qarşılaşması haqqında danışılan məqalə Mançester Yunaytedin səfəri başlığı altında verilmişdir. Siz isə öncəki cümlədə buraxılmış sözü tapdınızsa Mançester Yunaytedin həmin vaxt hansı komanda ilə qarşılaşdığını deyin. -Cavab: Galatasaray -Şərh: Galatasarayla qarşılaşan “qırmızı şeytanlar” yerli azarkeşləri tərəfindən “welcome to hell”(cəhənnəmə xoş gəldiniz) şüarları altında meydana daxil olmuşdular -Müəllif: None - -Sual: 7. 2016-cı il başlayandan Malavinin Nkole rayonunda baş vermiş 6 qətl hadisəsi mühafizə orqanlarını təlaşa salmışdır. Ona görə də bu qurumların əməkdaşlarına gördükləri təcavüz hallarında cinayətkarları xəbərdar etmədən atəş açmağa icazə verilib. Qətllərin səbəbi kimi yerli insanların fikrincə qətlə yetirilənlərin qanlarının sehirli xüsusiyyətlərinin olmasıdır. Siz isə qətlə yetirilənləri eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Afrika albinosları -Şərh: Afrikalılar albinosların özlərindən olub ancaq özlərinə oxşamadıqlarına görə, xüsusi biriləri olduqlarına inanırlar. Ona görə də şamanlar albinosları öldürənlərə yüksək mükafat verirlər və albinosların qanlarını, sümüklərini amulet kimi saxlayırlar. Ancaq son zamanlar polis tərəfindən təqibdən qorxaraq, albinosları az öldürürlər, daha çox diri-diri əl-ayaqlarını kəsirlər -Müəllif: None - -Sual: 8. Bir rəssam Ukraynanın Donbas bölgəsindən və Donetsk aeroportu yaxınlığından topladığı çoxlu güllə gilizləri ilə bu şəxsin protretini yaratmışdır. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Vladimir Putin -Şərh: 2014-cü ilin aprel ayında Rusiya və Ukraniya arasında “Donbas müharibəsi” başlamışdır. Portretin adı isə “Müharibənin siması” adlanır -Müəllif: None - -Sual: 9. XII əsr filosofu Əbühəfs Sührəvərdi iddia edirdi ki, Əbuyazid Bistami “Sübhanallah!” (Allaha şükür) əvəzinə “Sübhani!” (Mənə şükür) və Həllac, “Ənə əl həqq” (Mən haqqam) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutmuşlar. Siz isə Əbülhəfs Sührəvərdinin hansı fəlsəfi cəryanın üzvü olduğunu deyin. -Cavab: Sufi -Şərh: Sufilərin təqib olunmalarının əsas səbəbl��rindən də biri “Ən əl Həqq” olmuşdur. Bu ifadə Nəsiminin və Nəiminin də şeirlərində tez-tez işlədilir. Özü də sufi olan Əbühəfs isə sufilərin düzgün başa düşülmədiklərini deyərək, onların Allaha inandıqlarını və yalnız Allaha inandıqlarını deyirdi -Müəllif: None - -Sual: 10. Kinorejissor Malik Kayumov xatirələrində bunun haqqında danışarkən qeyd edirdi ki, özü və ekspedisiya üzvləri əvvəlcə Seyid Bərəkənin və digər məzarları açır. Daha sonraki məzarı açmaq istəyərkən ətraf qaranlığa qərq olur və projektorlar sönür. Siz isə Kayumovun nə haqqında danışdığını bildinizsə hadisədən 21 gün sonra nəyin başladığını dəqiqliklə tapın. -Cavab: Barbarossa əməliyyatı -Şərh: Ekspedisiya üzvləri Əmir Teymurun məzarını açmaq istəyirdilər. Məzarın üstündə isə qeyd olunmuşdu ki, kimsə məzarıma toxunmasın əks halda müharibə başlayacaq. Seyid Bərəkə isə Teymurun müəllimi olmuşdur -Müəllif: None - -Sual: 11. Paylama materialıYaşasın dediyim pəri! -Yaşasın ! – O yaz səhəri! -Yaşasın anamız müqəddəs ! -Oyansın səhərlər səsindən!Sizə Səməd Vurğunun bir şeirindən verilmiş misralarda X gizlədilib. X həm də şeirin adıdır. X-i iki sözlə yazın. -Cavab: Dörd söz -Şərh: Yaşasın MƏHƏBBƏT dediyim pəri! -Yaşasın SƏADƏT ! – O yaz səhəri! -Yaşasın anamız müqəddəs VƏTƏN! -Oyansın səhərlər ZƏFƏR səsindən! -Dörd söz şeirindən verilmiş misrada sizdən dörd söz gizlədilmişdi. -Müəllif: İsmayıl Məmmədov - -Sual: 12. Bir hind filmində gənc oğlan bir qoşunla tək başına savaşaraq, eyni vaxtda olan bütün həmlələrə cavab verə bilirdi. Bəs bu zaman arxa fonda hansı tanrının heykəli görünürdi? -Cavab: Şiva -Şərh: Döyüşçü eyni vaxtda olan bütün həmlələrə cavab verə bilirdi, sanki bir neçə əli var imiş. Bu zaman isə arxa fonda Şiva görünür. Bununla döyüşçünü Şivaya bənzədirlər -Müəllif: None - -Səhifə -> 344 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialı“Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, ortadan vücudları qaldırıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən bir əsər qalmasın! Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli - Avropa qiyafətli fədai!”Diqqət sual: Gördüyünz sitatın müəllifini yazın. -Cavab: Əli bəy Hüseynzadə -Şərh: Bu fikiri ilə o, Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq konspesiyasının əsasını qoymuşdur. Qeyd edək ki, Azərbaycan bayrağı da rəng mənalarına görə özündə bu konsepsiyanı əks etdirir. -Müəllif: None - -Sual: 2. Akademik S.İ. Vavilov obrazlı şəkildə "bütün müasir X mövcud fərziyyələr meşəsində yaranmışdır" demişdir. Siz isə Vavilovun söz oyunu etdiyini bilərək, onun hansı elmdən danışdığını deyin. -Cavab: Fizika -Şərh: Fizika sözü yunanca “təbiət” mənasını verən “φύσις” (fyuzis) sözündən yaranmışdır. Vavilov isə bu baxımdan fizikanı fərziyələr meşəsi adlandırmışdır. -Müəllif: None - -Sual: 3. Fəlsəfədə skeptiklər deyirlər ki, şərab həm sağlam insan üçün şirin, xəstə insan üçün isə acı ola bilər, şərabı az miqdarda içəndə sağlamlığa xeyir verir, əks təqdirdə isə sağlamlığa zərər verir. Siz isə XII əsrin sonuna aid hansı mənbəyimizdə skeptizmin müşahidə edildiyini deyin. -Cavab: “Leyli və Məcnun” poeması -Şərh: Yuxarıda qeyd edilən misalda çox içilən şərabın ziyanından danışılırdı. Nizaminin “Leyli və Məcnun” poemasında isə məşhur “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da.” sözləri isə hamımıza tanışdır. -Müəllif: None - -Sual: 4. Eramızın II əsrində yaşamış bir romalı haqqda məqalədə deyilir ki, Platonun “Filosoflar idarə edəndə, hökmdarlar isə fəlsəfə ilə məşğul olanda dövlət çiçəklənər” ifadəsi onun ən sevimli fikri idi. Siz isə söhbətin kimdən getdiyini deyin. -Cavab: Mark Avreliy -Şərh: Stoik filosof olan Avreliy 161 – 180-ci illərdə Roma imperatoru olmuşdur. -Müəllif: None - -Sual: 5. Bir feysbuk idman səhifəsinin paylaşdığı Şayan Toratanın bir repində “Bəsdir. Qıraqda durma, qazla” sözləri dəfələrlə vurğulanır. Siz isə bu repin hansı futbol klubuna həsr edildiyini deyin. -Cavab: TRACTOR F.C. -Şərh: Repdə “Bəsdir. Qıraqda durma, qazla. Gəl, Traktor, oyna, çağla” sözlə nəqarət kimidir. Traktor F.C. 2016-cı ildə Çempionlar liqasında qrup m��rhələsini keçən ilk Azərbaycan klubu kimi tarixə düşdü. -Müəllif: None - -Sual: 6. Məhəmməd Məhərrəmov Transqafqaz Seyminin üzvü olmuş, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlar içərisində yer almışdı. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edirdi. Siz isə onun harada dəfn edildiyini eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Monparnas məzarlığı -Şərh: Məmməd Məhərrəmov 1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan sonuncu üzvü idi. Geriyə vətənə qayıda bilmədiyi üçün ömrü boyu Parisdə yaşamış və 1982-ci ildə Monparnasda dəfn edilmişdir. -Müəllif: None - -Sual: 7. BBC-nin DJ-i Kris Evans xatırlayır ki, Yelizaveta Aleksandra Mariya rəqs etməyi çox xoşladığını vurğulamışdır. Siz isə bu faktın olduğu məqalənin hansı qrupa həsr edildiyini deyin. -Cavab: ABBA -Şərh: Sualda II Yelizavetın rəqs etməyi xoşladığı vurğulanırdı. Və bu baxımdan II Yelizaveta deyirdi ki, o həm şahzadə olduğu, həm də rəqs etməyi xoşladığı üçün ABBA-nın Dancing Queen mahnısını bəyənir. -Müəllif: None - -Sual: Paylama materialıDari Cəlal – ağ nurdan -Dari Qərar – qırmızı yaquttan -Salam - yaşıl peridotdan -Huld - mərcandan -Meva – gümüş -Adn - Qızıl -Firdevs – Həm qızıldan həm gümüşdən -Naim - qırmızı yaqutDiqqət sual : Sizə verilən siyahını üç sözlə adlandırın. -Cavab: Cənnətin səkkiz qapısı -Şərh: Sizə sayılan adlar öz dəbdəbəsi ilə diqqəti çəkir ki, cənnət qapılarından danışılan bir məqalədə cənnət qapıları belə təsvir olunur. Sualda işlənən Dar sözü sizi darvaza kəlməsinə, həmçinin sualın 8-ci olması, 8 qapının verilməsi də cavaba çıxara bilərdi. Onu da əlavə edək ki, sualda işlənən adlar cənnət qapılarının məşhur olmayan adlarıdır. -Müəllif: None - -Sual: 9. Paylama materialı“Qırat, Dürat” -İndi nədir? -Ekzotika, eksponat! -Dövrümüzdə nə deməkdir -Kral, ya da kraliça? -Öz əvvəlki hökmündəmi - -bu gün yenə - -Britaniyada kraliça?Siz Bəxtiyar Vahabzadənin şeirlərinin birindən bir hissəyə qulaq asdınız. - -Şeirin nəyə həsr olunduğunu tapın. -Cavab: Qarabağ atı -Şərh: 1956-cı ildə İngiltərə kraliçası Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edilmişdir. -Müəllif: None - -Sual: 10. Con Steinbekin “Adamlar və siçanlar” əsərinə həsr olunmuş bir karikaturada siçanların kitabın səhifələrini yedikləri göstərilir. Bu karikaturanın nəyə etiraz olaraq çəkildiyini latın mənşəli bir sözlə yazın -Cavab: Senzura -Şərh: “Adamlar və siçanlar” əsəri bir çox ölkədə qadağan olunmuşlar arasındadır. Karikatura müəllifi isə kitabdakı senzorların fəaliyyətini siçanların səhifələri yeməsi ilə müqayisə etmişdi. -Müəllif: None - -Sual: 11. 2008-ci il yay olimpiya oyunları zamanı mütəxəssislər “Qırmızı Qalxan” təhlükəsizlik proqramının işləməsinə bir sıra dəyişikliklər etmişdilər. Bəs “Qırmızı Qalxan” təhlükəsizlik sisteminin ən məşhur ləqəbi nədir? -Cavab: Böyük Çin səddi -Şərh: Qırmızı qalxan təhlükəsizlik sistemi Çinin internet təhlükəsizliyini qorumaq üçün yaradılıb. 2008-ci il yay olimpiya oyunları da Pekində keçirilmişdir ki, bu fakt sizi Çinə aparmalı idi. Çin və təhlükəsizlik dedikdə isə ağla gələn ilk fakt Böyük Çin səddidir. -Müəllif: None - -Sual: 12. 1940-ci illərdə ekranlara çıxan bu cizgi filmi qəhrəmanı gözlərinin zəif görməsi ilə əlaqədar ətraf aləmdə baş verən hadisələri bir-birinə qarışdırır və nəticədə aldığı onca informasiyanı düzgün qavraya bilmirdi. Söhbətin hansı personajdan getdiyini tapın. -Cavab: Mr. Magoo -Şərh: Hazırkı dövrdə insanların informasiya bolluğuna düşmələri və aldıqları informasiyaların həddindən artıq çox olması ilə onların bu informasiyaları qarışdıraraq düzgün nəticəyə gələ bilməmələrini əks etdirən vəziyyət Mister Maqoo sindromu adlanır və müasir dövrdə insanların ətraf aləmə qarşı korlaşmasıını əks etdirir. Simptom isə 1949-cu ildə ekranlara çıxan Mister Maqoonun adıyla adlandırılıb. -Müəllif: None - -Səhifə -> 345 | Sual Sayı -> 12 - -Sual: 1. 1936-cı il Yay Olimpiya oyunlarının açılışı zamanı qəribə səslənsə də Türkiyə, İtaliya, Fransa, Yunanıstanı təmsil edən idmançılar bunu edirdilər. Üçüncü Reyxin süquta uğramasından sonra bunu etmək qadağan edilmişdir. Bunu etməklə əvəz etdiyimiz sözləri cavab kartlarınıza yazın -Cavab: Hitler salamı -Şərh: 1936-cı ildə Yay Olimpiya oyunları Berlində keçirilirdi və alman idmançılarla yanaşı digər ölkələrin idmançıları da Hitlerin əyləşdiyi tribunanın qarşısından keçən zaman “Hitler salamı” verirdilər -Müəllif: None - -Sual: 2. .... .......... ........ -     Gitti demeden gitmez -     Şampıyonuz inşallah -     Bizde bu ateş sönmez. -  -Serdar Ortaçın bir mahnısının sözlərini eşitdiniz. Siz isə bəndin birinci misrasında buraxılmış sözləri tapın -Cavab: Bitti demeden bitmez -Şərh: 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatında Türkiyə milli komandasının rəsmi sloqanı belə adlanır. Həmçinin mahnının adı da belə səslənir -Müəllif: None - -Sual: 3. Ötən əsrin əvvəllərində çəkilmiş bir filmin epizodlarının birində nazik buludların ayın ortasını kəsib keçdiyini və bir şəxsin əlinin içindən qarışqaların çıxdığını görmək olar. Söhbətin hansı filmdən getdiyini bildinizsə filmin 1904-cü il doğumlu ssenari müəllifinin adını cavab kartlarınıza yazın -Cavab: Salvador Dali -Şərh: Rejissor Luis Bunyuelin çəkdiyi “Əndəlüs köpəyi” filmində bir çox sürrelist səhnələr vardır. Bildiyimiz kimi sürrealizmin ən məşhur nümayəndələrindən biri də Salvador Dalidir -Müəllif: None - -Sual: 4. 15 aprel 2014-cü il tarixində İngiltərə Premyer liqasında Liverpul və Mançester Siti komandaları qarşılaşırdı. Oyunun bir özəl cəhəti də o idi ki, stadionda boş oturacaqlar var idi. Siz isə boş oturacaqların sayını deyil, buna səbəb olanı cavab kartlarınıza yazın -Cavab: Hillsboro faciəsi -Şərh: 15 aprel 1989-cu ildə Hillsboro stadionunda 96 Liverpul azarkeşi kütlə arasında əzilərək faciəli şəkildə vəfat etmişdilər. 2014-cü ilin eyni tarixində isə Liverpul ölən azarkeşlərin xatirəsinə 96 oturacağı boş saxlamışdır -Müəllif: None - -Sual: 5. Bir filmdə alman mayor əsir aldığı şəxsin adını soruşduqda əsir adının Ogüst olduğunu deyir. Daha sonra mayor şəxsin soyadının Renuar olduğunu zənn edir. Siz isə söhbətin kimdən getdiyini tapın -Cavab: Mehdi Hüseynzadə -Şərh: “Uzaq sahillərdə” filmində Mehdi özünü fransız rəssam kimi təqdim edir və mayronun portretini ustalıqla çəkir. Həmçinin Mehdi Hüseynzadə Azərbaycan Dövlət Rəssamlıq məktəbini də oxumuşdur -Müəllif: None - -Sual: 6. Paylama materialıBəstəkar Covanni Paçininin ən məşhur operalarının birində hadisələr 24 avqust 79-cu ildə baş verir. Siz gördüyünüz şəkildə isə Qrafinya Samoylova ilə Paçinin qızı Amalisiyanın təsviri verilib. Siz isə bu rəsmin müəllifini deyin -Cavab: Karl Brülyov -Şərh: Opera qədim dövrdə baş verən hadisələrdən, daha dəqiq 79-cu ilin 24 avqustu baş verən hadisədən bəhs etdiyi sualda vurğulandı. 24 avqust 79-cu ildə Vezuvi vulkanı püskürmüşdür. Bu vulkanın püskürməsi isə Qerkulanum, Stabiya şəhərləri ilə yanaşı Pompey şəhərini də dağıtmışdır. 24 avqust 79-cu ildə Pompeyin sonuncu günü idi. Paçinin ən məşhur operalarından biri də “Pompeyin son günü” adlanır. 1823 – 1835-ci illərdə İtaliyada yaşamış Karl Bryullov da Paççini musiqisinin vurğunu idi. Və bu operadan təsirlənib, məşhur “Pompeyin sonuncu günü” rəsmini çəkmişdir. Sualda sizə görsədilən şəkildə bir rus xanımının olması sizə rəssamın rus olmasını tapmaqda kömək edə bilərdi -Müəllif: None - -Sual: 7. Opera tarixində ən böyük intriqalardan biri Mariya Kallas və Renata Tebaldi arasında olmuşdur. Hər iki primadonna ecazkar səsə malik idilər və mahir ifaçı idilər. Ancaq Kallasın qatı fanatları Tebaldinin operalarına bilet alırdılar. Niyə? -Cavab: Tebaldinin çıxışlarını fitə basmaq üçün -Şərh: Operada da müəyyən pul qarşılığında fanatlıq edən adamlar var ki, bunlara “lodjanistlər” deyirlər. Və Kallasın lodjanistləri Tebaldinin operalarına gələrək, Tebaldi ifa edən zaman fitə basırdılar. Nəticə də təzyiqə dözməyən Tebaldi Kallas oxuduğu teatrlarda oxumurdu. Lakin lodjanistlərin belə hərəkətləri Tebaldinin şöhrətini əksinə artırmışdır. Kallas isə “La Skalanın” əfsanəsi sayılır -Müəllif: None - -Sual: 8. Nazirlər Şurasının (Milli Şura – bəzi mənbələrdə) qəbul etdiyi qərar əsasında 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Siz isə həmin qərarın qəbul edilmə tarixini deyin -Cavab: 26 iyun 1918-ci il -Şərh: 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir -Müəllif: None - -Sual: 9. Aralarında 40 il fərq olan bu 2 poemanın birincisi Səttar xan, Xiyabani və Pişəvəriyə, ikincisi isə Məhəmməd Çöhrəqanlıya həsr edilib. Söhbətin hansı poemalardan getdiyini deyin -Cavab: “Gülüstan” və “İstiqlal” -Şərh: “Zərurət görmədim təsadüf qədər...Məqsədə yönəlir bu başsız axın...Məndən rica etdi bir vətənsevər...Yazım davamını mən "Gülüstan"ın” 1999-cu ildə yazılmış “İstiqlal” poeması bu sözlərlə başlayır. Bəxtiyar Vahabzadə bu poemanı 1959-cu ildə yazdığı “Gülüstan” poemasının davamı kimi yazmışdır. Sualda adı çəkilən şəxslərə isə poemaları həsr etmişdir -Müəllif: None - -Sual: 10. Filosof Nəsirəddin Tusi deyirdi ki, dövlətin əhalisi 4 təbəqəyə bölünür: “Qələm əhli” (aristokratlar), “Qılınc əhli” (döyüşçülər), “Müamilə əhli” (tacirlər və sənətkarlar) və “Ziyarət əhli” (kəndlilər). Ancaq birgə hərəkət edərək onlar sülh, əmin-amanlıq və harmoniya yarada bilərlər. Bəs o, təbəqələri nə ilə müqayisə edirdi? -Cavab: Həyat ünsürləri -Şərh: Ancaq birgə olanda təbəqələr harmoniya yarada bilər, su, od, hava və torpaq kimi. Həyat ünsürləri Azərbaycan fəlsəfəsində də naturfəlsəfədə olduğu kimi mühüm yer tutur -Müəllif: None - -Sual: 11. Liverpul F.C. 2004-2005-ci il Çempionlar Liqasının qalibi oldu. Lakin növbəti mövsümdə İngiltərə Premyer liqasında 5-ci yeri tutduğuna görə Çempionlar Liqasına vəsiqə qazana bilməmişdir. İngiltərə PL-nin təşkilatçıları Liverpula güzəştə getmək istəyirdilər, lakin 4-cü yerə çıxan komandaya görə bu güzəştə getmək bir qədər çətin idi. Bəs 4-cü yerə hansı komanda çıxmışdı? -Cavab: Everton -Şərh: Mersisaydı İngiltərə PL-in 2 komandası: Liverpul və Everton təmsil edir. Everton artıq vəsiqə aldığına görə Mersisayd bölgəsinə güzəştə getmək bir qədər çətin idi -Müəllif: None - -Sual: 12. X haqqında danışılan məqalədə -Tanrıça Reya-nın da adı çəkilir. Azərbaycanda 8 Mart həm də X hesab olunur. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın -Cavab: Analar günü -Şərh: Tanrıça Reya Olimp Tanrılarının anası olduğundan analar günü haqqında məqalədə onun da adı  xatırlanır. Azərbaycanda 8 mart həm də Analar günü hesab olunur -Müəllif: None - -Səhifə -> 346 | Sual Sayı -> 12 - -Sual: 1. Bir əsərdə Fransız xalq cəbhəsi partiyasının üzvü olan personaj xalq cəbhəsi adı çəkildiyi zaman onahər yerdə kömək edildiyini, üzünə bütün qapıların açıldığını deyir və bu ifadəni xatırlayır. İfadə ilə bağlı məqalədə Abracadabranın xatırlandığını bilərək həmini fadəni cavab kartınıza yazın. -Cavab: Açıl, susam, açıl -Şərh: Üzünə bütün qapılar açılan personaj xalq cəbhəsi adının Açılsusam kimi sehrli olduğunu deyir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 2. 1948-ci ildəməşhur alman ailə arasındakı münaqişəyə görə öz şirkətinin adını ilk əvvəl RUDA SCHUHFABRİK (ŞUHFABRİK) qoymuşdu. Bəs onun şirkəti indi bizə hansı adla tanışdır? -Cavab: Puma -Şərh: Qardaşı Adolf Dasslerin qısaltmasından təsirlənib o da Rudolf da öz şirkətinə RUDA adını qoymuş, daha sonra isə bu adı PUMA ilə əvəz etmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 3. Qədim skandinav mifologiyasına görə öz bədən hissələrindən bütün aləmi yaradan Ymir beyninin parçalarından bunları yaratmışdı. Bunların latın dilindəki adında yüksək və buruq sözlərinə rast gəlmək olar. Bunlari bir sözlə yazın. -Cavab: Bulud -Şərh: Beynin forması, həmçinin yüksək və buruq sözləri sizə cavaba çıxmaqda kömək olmalı idi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 4. Romeo və Culyetta əsərində Romeo Veronadan sürgün olunarkən sevgilisinin bu şəhərdə yaşadığını, onun üçün bütün həyatın bu şəhərdə olduğunu, Veronadan kənarda yalnız Alfa və Bettanın yerləşdiyini deyir. Sizisə orta əsrlərə aid bir şəxsində öz əsərin Alfa və Bettaya getdiyini bilərək onları yazın. -Cavab: Cəhənnəm və əraf -Şərh: Romeo sevgilisindən uzaq hər yerin onun üçün ya cəhənnəm, ya da əraf olacağını demişdi. Dante Aliqyeri özəsərində cənnət, cəhənnəm və ərafa səyahət etmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 5. Paylama materialıFamily Guy serialının səhnələrinin birində evdə təmizlikçi işləyən personaj çoxçalışdıqdan sonra hətta olimpiya oyunlarına qatılır. Bəs o hansı komanda oyunu üzrə olimpiya çempionu olur? -Cavab: Körlinq -Şərh: Zarafata görə evdə bütün ləkələri təmizləyən personaj daha sonra qış olimpiya oyunlarına qatılır və orada buzu da yaxşı təmizləyərək olimpiya çempionu olur. Şəkildəki digər ölkələrdən hadisələrin məhz qış olimpiya oyunlarında başverdiyini anlaya bilərdiniz. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 6. Həsənəli ağa Qaradağlı uşaqlığı ilə bağlı danışarkən məktəbdən qayıdarkən dərsdə bunu etdiyinə görə qatı dindar nənəsinin əlindən əvvəl ağzını yuduğunu deyir. Bunu etməklə əvəz olunmuş iki sözü cavab kartınıza yazın. -Cavab: Rusca danışmaq -Şərh: Dindar olan nənəsi rusca danışmağı da belə desək kafirin əməli sayırdı, buna görə də uşağın birinci ağzını yuyurdu. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 7. İspan dilindən tərcüməsi X olan esposas sözünün mənalarından biri də həyat yoldaşıdır. Hari Hudinin öz şoularında eyni anda bir neçə X-dən istifadə etdiyini bilərək X-I cavab kartınıza yazın. -Cavab: Qandal -Şərh: Kişilərin artıq qadınlara bağlı olduğu deyilir. Hudini eyni anda bir neçə qandalı açaraq qaçırdı. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. Kubizmin yaradıcısı olan Fernan Lejer özəsərlərində müxtəlif əşyaları dairəvi şəkildə və boru formasında təsvir etməyə çalışırdı. Əvvəlki cümlədə əvəz edilmiş hərfi cavab kartınıza yazın. -Cavab: T -Şərh: Məşhur rəssam kubizm yox Tubizmin,yəni boru formasında çəkməyin əsasını qoymuşdu. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. Latın dilində olan“Sumus exiles, vivendi quamauditores"ifadəsi Onlar kimi yaşamaq üçün sürgündə olmağı seçdim deməkdir. Keçən əsrin 30-cu illərində hansı həmyerlimizin onlarla bağlı əsər yazdığını cavab kartınıza yazın. -Cavab: Yusif Vəzir Çəmənzəminli -Şərh: İfadədə onlar tələbələr idi. Yazıçımız da “Studentlər” əsərinin müəllifidir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 10. Bir əsərdə sərbəst ticarətinən möhtəşəm yenilik olduğunu deyən yazar bunun Bethovenin 10-cu simfoniyası, Tanrının 11-ci əmrivə X olduğunu deyir. X-I bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Dünyanın 8-ci möcüzəsi -Şərh: Bethovenin 9 simfoniyası, Tanrının 10 əmri olduğu kimi dünyanın da 7 möcüzəsi var. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 11. Fanatik müsəlmanlardan olan bir şəxs gün ərzində həddən çox namaz qıldığından alnında iz əmələ gəlmişdi və ona Montana ləqəbi verilmişdi. Əvvəlki cümlədə Montana ilə əvəz etdiyimizi cavab kartınıza yazın. -Cavab: Yaralıüz -Şərh: Al Paçinonun baş rolu, Tony Montananı canlandırdığı “Scarface” filmi çoxlarımıza tanışdır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 12. Qədim dövrlərdə Germanlar özlərinə yararlı meşə ərazisini ölçmək üçün həmin ərazidəki yararlı ağacların neçə donuzu yedirtməyə bəs edəcəyini hesablayırdılar. Sizisə buradan yaranmış latın mənşəli sözü cavab kartınıza yazın. -Cavab: porsiya -Şərh: İngliscə donuz əti bildiyimiz kimi “pork”dur, donuz isə “pig”. Hesab edilir ki porsiya sözü zamanla müxtəlif dəyişikliklər nəticəsində yaranıb. -Müəllif: Qorxmaz Aydınlı - -Səhifə -> 347 | Sual Sayı -> 12 - -Sual: 1. Capslardan birində bir personaj alt paltarının harada olduğunu soruşanda, xanımı onlardan artıq yemək üçün istifadə etdiyini deyir. Bu personajlardan heç olmasa 1-i yazın -Cavab: Adəm -Şərh: Bildiyiniz kimi qədimlərdə insanlar paltar əvəzinə əncir yarpağından istifadə edirdilər, beləki Adəm sual verən zaman Həvva artıq əncir yarpağından dolma bişirdiyini deyir. Biz də ilk sualımızda ilk insanın adından istifadə etdik -Müəllif: Güldənə Hidayətli - -Sual: 2. Rus filmlərindən biri “Çempionlar x, y, z”adlanır. X, Y, Z adlı məqalədə Pyerin də adına rast gələ bilərik. X, Y, Z-i istənilən dildə yazın -Cavab: Citius, altius, fortus -Şərh: İkinci hissədən söhbət Pyer de Kubertendən gedirdi, müasir olimpiya oyunlarının yaradıcısı.Olimpiya oyunlarının devizi eşitdiyiniz 3 sözdür -Müəllif: Güldənə Hidayətli - -Sual: 3. Cəlil Məmmədquluzadə yazdığı məqalədə, redaksiyaya gələn məktublardakı imzalardan şikayətlənir. Redaksiyaya gələn məktublardakı imzaları balaca quş qanadına, milçəyə, qarışqaya və s. bənzətdiyindən danışır və bunu imza yox ələ salınma kimi qiymətləndirir. Bəs siz deyə bilərsinizmi, məqalənin adında hansı iki heyvanı görə bilərik? -Cavab: İlan və qurbağa -Şərh: Cəlil Məmmədquluzadə redaksiyaya gələn məktublar da öz soyadından istifadə etməyib, hansısa şəkillər çəkməkdən danışır və bunun ələsalınma yoxsa həqiqi imza olduğunu ayırd edə bilmir. Dilimizdə adətən başa düşülməyən hər hansı yazıya ilan-qurbağa deyilir -Müəllif: Güldənə Hidayətli - -Sual: 4. Suykavaribir Yapon oyunudur. Oyunçunun məqsədi qarpızı BURAXILMIŞ SÖZLƏR qırmaqdır. Buraxılmış sözləri asanlıqla tapıb, oyunun bizə tanış ekvivalentini  bir əcnəbi sözü ilə cavab kartlarınıza yazın -Cavab: Pinyata -Şərh: Oyunda oyunçu qarpızı gözü bağlı sındırmalıdır. Eynən pinyatada tavandan asılmış oyuncağı qıran kimi. “Buraxılmış sözlər”i asanlıqla, gözübağlı tapa bilməli idiniz -Müəllif: Çingiz Məmmədov - -Sual: 5. Rus filmlərinin birində qız qardaşına sual verir ki, bu, sənin babandır? Oğlan isə deyir, xeyr bu, O-dur. O-nun ideyalarını özündə əks etdirən isə, həcminə görə düşünürdülər ki, heç kim pul verib almayacaq və oxumayacaq. Onun adını və soyadını yazın -Cavab: Karl Marks -Şərh: Yaşlı görünüş, saçının ağ olması və saqqalının gurluğu film personajına bu saylı verməyə səbəb olmuşdur. “Kapital” əsəriylə bağlı isə ilk vaxtlar düşünürdülər ki, həcmcə çox böyükdür, ona görədə heç kəs oxumayacaq -Müəllif: Çingiz Məmmədov - -Sual: 6. Bir video prikolda Dəvə şirniyyat dükanına yaxınlaşıb, satıcıya tütünlərin qoruyucusu deyə müraciət edir, qarşılığında isə satıcı onu otlu X adlandırır. X ilk dəfə 1913də ABŞ-da istehsal olunub. X-i xarici mənşəli sözlə yazın -Cavab: Camel -Şərh: Sualın birinci hissəsində Dəvəni görən satıcı ona Camel deyə müraciət edir. İkinci hissədə isə söhbət məşhur Camel siqaretlərindən gedirdi -Müəllif: Çingiz Məmmədov - -Sual: 7. Bir mağaza onları "səhv etmək insana məxsusdur” adı altında satır. Əvvəlki mətndə bir sözdə buraxılmış hərflər var, həmin sözü yazın -Cavab: Pozan -Şərh: İnsanın səhv etməsinə obrazlı don geyindirən bu şirkət, POZAN-ları məhz bu ad altında satışa çıxarıb -Müəllif: Çingiz Məmmədov - -Sual: 8. Paylama materialıSiz qarşınızda donmuş Vismut görürsünüz (kimyəvi element). Bir müəllif öz yazılarının birində Vismutu ONUN rənglənmiş əsərlərinə bənzətmişdi. Onun kim oldugunu cavab kartlarınıza yazın -Cavab: Moris Eşer -Şərh: Donmuş vismut qarışıq pilləkənləri xatırladır. Moris Eşer isə bizə əvvəli və sonu qarışıq olan pilləkənləri ilə məşhurdur -Müəllif: Güldənə Hidayətli - -Sual: 9. 1940-cı ildə alimlər bu elementi ilk dəfə sintez etdikdə bir adəti davam etdirərək və elementin Mendeleyev cədvəlində sonuncu olacağını düşünərək məhz belə adlandırdılar. Həmin adı cavab kartınıza yazın -Cavab: Plutonium -Şərh: Həmin vaxtlar yeni tapılmış elementləri Günəş sistemindəki obyeklərin şərəfinə adlandırırdılar. 2006-cı ilə kimi Pluton 9-cu və sonuncu planet hesab olunurdu. Buna görədə alimlər Plutonun sonuncu element olduğunu düşünərək elementə bu adı vermişdilər. Mendeleyev cədvəlində Plutoniumdan əvvəl Uran və Neptunium gəlir -Müəllif: Çingiz Məmmədov - -Sual: 10. “Biz impressionizmi hiperrealizmə çeviririk”. Bu reklam sloqanı bir mağazaya aiddir. Siz isə cavab kartınıza mağazanın hansı məhsulların satışı ilə məşğul olduqlarını yazın -Cavab: Eynək, optik linza və s. -Şərh: Bildiyimiz kimi hiperrealizmə aid şəkillər maksimal dərəcədə aydın və reala yaxın olur. Optik magaza da müştəriləri sürrealizmden hiperrealizme keçəcəklərini vəd etmişdir -Müəllif: Güldənə Hidayətli - -Sual: 11. Paylama materialıSual müəllifi onun haqqında uzun çəkən axtarışdan sonra qarşınızdakı şəkilə rast gəlib. Əvvəlki mətndə buraxılmış hərfləri yazın -Cavab: x,r,s -Şərh: Bildiyiniz kimi Xronos zaman tanrısıdır. Zaman isə ən qəddar müəllimdir, öz övladlarını  yeyir. Qarşınızda isə Fransisko Qoyanın “Saturn öz övladlarını yeyir” rəsmidir -Müəllif: Çingiz Məmmədov - -Sual: 12. Paylama materialıGördüyünüz fotonun götürüldüyü məqalənin başlığında Shrewburry’də doğulmuş onun adını görə bilərik. Onun kim olduğunu yazın -Cavab: Darvin -Şərh: Siz fotoda telefonların təkamülünü görürsünüz -Müəllif: Güldənə Hidayətli - -Səhifə -> 348 | Sual Sayı -> 12 - -Sual: 1551-ci ildə Amerikadan qızıl gətirən ispan gəmiləri geri qayıdarkən İspaniya kral bayrağı taxmış fransız gəmisi tərəfindən müdafiəsiz qaldıqları üçün talanmışdılar. Siz isə bunun səbəbini fransız mənşəli sözlə deyin -Cavab: Salyut -Şərh: İspan imperatorunun bayrağını görən gəmilər salyut ediblər. Bu səbəbdən də onların toplarında mərmilər boşalıb. İspanlar gəminin fransızların olduğunu başa düşüb top mərmilərini yeniləyincəyə qədər fransızlar gəmiləri talan ediblər -Müəllif: Cavidan Hacıyev - -Sual: 2. “Döyüşçü klubu” filminin səhnələrinin birində baş qəhrəman tapanca ilə bir nəfəri hədələsə də, onu öldürməyərək və digər bir oskarlı filmdən sitat gətirir və evə getməsini tapşırır. Sitat gətirilən filmin adını yazın -Cavab: Forrest Gump -Şərh: Baş qəhrəman personaja evə tez getməsini söyləyərək, “Qaç, Forest, qaç” demişdi -Müəllif: Cavidan Hacıyev - -Sual: 3. Kamyunun “Vəba” əsərində epidemiya çökmü�� şəhərin keşişi bunun ümumi dərd olmasını qeyd etmək üçün əvvəlki xütbələrindən fərqli olaraq, indi öz xütbəsində Y sözünü daha çox işlədirdi. Y-i bir qısa sözlə yazın -Cavab: Biz -Şərh: Keşiş özü də tibbi personala kömək etməyə başlayandan sonra dedi ki, vəba ümumi dərddi və insanlara xitabən əvvəlki kimi “Siz” yox, “Biz” deyirdi. Sualın 2-ci hissəsində söhbət Yevgeni Zamyatinin “Biz” əsərindən gedirdi -Müəllif: Cavidan Hacıyev - -Sual: 4. Da Vinçinin “Sonuncu şam yeməyi” rəsminin analizində məlum olub ki, masanın üstündəki kökələr əslində QEYDlərdir. Diqqət sual: öncəki cümlədə əvəz edilmiş sözü yazın -Cavab: Notlar -Şərh: Universal insan olan Da Vinçi rəsmində kökələrlə notları şifrələmişdir ki, həmin -notları ifa edən zaman 40 saniyəlik rekviyem alınır -Müəllif: Cavidan Hacıyev - -Sual: 5. 1797-ci ildə rus hərbçisi Suvorov I Pavellə mübahisə etdiyindən, Belarusiyaya gedəndə artıq əvvəlki GÜCDƏ deyildi. Öncəki cümlədə əvəz edilmiş sözü yazın -Cavab: Formada -Şərh: Suvorov Belarusa gedəndə I Pavel ona hərbi forma geyinməyə qadağa etmişdir deyə indi Suvorov daha əvvəlki formada deyildi və nüfuzu səlahiyyəti çox zəifləmişdir. İdmançı da zəif olanda formada olmur -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. Bir məqalədə deyilir ki, Kolumb Avropadan Yeni Dünyaya ancaq faydalı şeylər gətirməmişdir. Belə ki, səyyahın ekipajı özləri ilə şəkər qamışı, arpa, buğda, üzüm ilə birlikdə həmçinin gül də gətirmişdirlər. Öncəki cümlədə əvəz edilmiş sözü deyin -Cavab: Çiçək -Şərh: Kolumbun ekipajı yeni dünyada yaşayanları həm də özlərində olan çiçək xəstəliyinə yoluxdurmuşdular -Müəllif: Cavidan Hacıyev - -Sual: 7. Yeddinci haqqında məqalədə biz Şekspirin əsərlərinin baş qəhrəmanlarının adlarını görə bilərik. Yeddinci adıyla tanınan İbrahim 1983-cü ildə Xaçmazda doğulub. Yeddinci ilə əvəz etdiyimiz sözü yazın -Cavab: Uran -Şərh: Uranın 27 peyki var və bunlardan 24 ü Şekspirin əsərlərinin qəhrəmanlarının adını daşıyır -Müəllif: Rauf İsmayılov - -Sual: 8. Kritli Alkon uzaqda olan oğlu Falerin üzərinə ilan düşdüyünü görür və xilas etməyi bacarır. Onun haqqında məqalədə orta əsrlərdə yaşamış bir avropalı xatırlanır. Həmin avropalının ad və soyadını yazın -Cavab: Vilhelm Tell -Şərh: Oğlunu xilas etmək üçün onun üzərindəki obyektə Alkon da uzaqdan ox atmışdır -Müəllif: Cavidan Hacıyev - -Sual: 9. F. Rəşidəddinin “Oğuznamə”-sində deyilir ki, Tək Tanrı ideyasını yayan Oğuz, dünyanı fəth etməyə başlamışdır. Bu zaman bir neçə təyfalar Oğuzun dediklərinə əməl edərək, Oğuzun dəstəsinə qoşulur, ona öz köməkliklərini edir və onun dediyi kimi hərəkət etməyə çalışırdılar. Bəs həmin tayfalara Oğuz hansı adı verdi? -Cavab: Uyğur -Şərh: Türk mənşəli sözlə desək, bu tayfalar Oğuzun sözlərinə uyaraq, ona qoşulmuşdurlar ki, bu səbəbdən tayfalara “birləşən, ardınca gedən” mənasını verən “Uyğur” adı verilmişdir -Müəllif: Cavidan Hacıyev - -Sual: 10. İnternet səhifələrinin birində paylaşılan bir şəkildə kiçik və böyük 2 KOLun arasında duran o gülümsəyirdi. Kol sözünün əvəzetmə olduğunu bilərək onun ad və soyadını yazın -Cavab: Bill Klinton -Şərh: Bill Klinton ata Buşdan sonra oğlu Buşdan əvvəl prezident olmuşdur. Şərkildə Bill Buşlar arasında durub gülümsəyirdi. Buş – kol deməkdir, Bill isə qanun kimi normativ hüquqi aktdır -Müəllif: Cavidan Hacıyev - -Sual: 11. Bir hekayədə bir quldar o birisinə öz qulunun gündə bir dil öyrəndiyini və bundannarahat olduğunu bildirir. Bəs həmin hekayədə hadisələr hansı ölkədə baş verir? -Cavab: Babilistan -Şərh: Quldar öz qulundan dillərin qarışmasından qorxur -Müəllif: Cavidan Hacıyev - -Sual: 12. Hindistan cəngəlliklərində bu yaxınlıqda pələng nəriltisindən qorxaraq ölmüş BURAXILMIŞ SÖZLƏR tapılıb. BURAXILMIŞ SÖZLƏR adlı filmdə Bred Pitin canlandırdığı qəhrəman virusoloq olsa və heyvanları çox sevsə də, ruhi xəstədir. BURAXILMIŞ SÖZLƏRi yazın -Cavab: 12 meymun -Şərh: Hindistanda qorxudan 12 meymun ölmüşdür. Sualın 2-ci hissəsi “12 meymun” kinosundan idi -Müəllif: Cavidan Hacıyev - -Səhifə -> 350 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə personaj Zero sevgilisi Aqataya hədiyyə aldığı kitabın ilk səhifəsinə yazdığı ürək sözlərinin sonunda qeyd edir: "AlfadanBettaya". Məşhur bir onlayn satış şəbəkəsi haqqında məqalədə “Bettadan Alfaya” yazısına da rast gələ bilərik. Alfa və Bettanı istənilən ardıcıllıqla yazın. -Cavab: Z, A -Şərh: Personaj adlara uyğun olaraq "Z-dən A-ya" yazmışdı.Eləcə də çoxumuzun bildiyi kimi, Amazon şirkətinin loqosunda A-dan Z-ə çəkilmiş ox var. -Müəllif: Nail Qasımzadə - -Sual: 2. Sual müəllifi "Pink Floyd" musiqi qrupunun 1972-ci ildə dağ ətəyindəki Pompeydə verdiyi konsertin videosunu izləyərkən belə yəqin edir ki,musiqi sədaları orada BUNU EDİRmiş.Həmçinin Amazon şirkətinin də öz müştərilərinə 2014-cü ildən BUNU ETdiyini bilərək,BUNU ETMƏKlə əvəz olunmuş sözləri tapın. -Cavab: Exo vermək -Şərh: Sualda "Pink Floyd" qrupunun deyilməsi əbəs deyildi.Belə ki,1972-ci ildə baş tutan Pompey konsertində qrup "Echoes" adlı mahnılarını ilk dəfə ifa etmişdi.Konsertin Pompeydə olması sizdə təəssürat oyatmalı idi ki,daş-qayanın arasında musiqi səsi əks-səda verir. Eləcə də ikinci tərəfdə qeyd edilmiş 2014-cü ildə Amazonun etdiyi də exo vermək idi.Belə ki,Amazon həmin tarixdən özünün "Amazon echo" adlı ağıllı spikerlərini marketə buraxmışdı.Biz bunu da exo vermək adlandıra bilərik. -Müəllif: Nail Qasımzadə - -Sual: 3. Lost teleserialında halüsinasiya görərək meşəyə doğru gedən Cek, Lok ilə qarşılaşır. Lok Cekdən niyə burada olduğunu soruşduqda, Cek atasının qarabasmasını gördüyünü və qarabasmanın onu meşəyə cəlb etdiyini söyləyir.Daha sonra Lok Cekin atasının qarabasmasını BUna bənzədir.BUnun haqqında məqalədə Luisin də adına rast gələcəyimizi bilərək BUnu biirinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Ağ dovşan -Şərh: Bildiyimiz kimi, “Alisa möcüzələr ölkəsində” əsərində “Ağ dovşan” obrazı gec qaldığını və tələsdiyini söyləyərək, Alisanın marağını cəlb edir.Bunun nəticəsində Alisa, ağ dovşanı izləyərək meşəyə gedir,burada ağ dovşanın yuvasına girir və möcüzələr ölkəsinə düşür.Serialda Lok obrazı Ceklə söhbət edəndə Ceki meşəyə cəlb edən atasının qarabasmasını “Ağ dovşan”-la müqayisə edir. -Müəllif: Nail Qasımzadə - -Sual: 4. Paylama materialı“Arrival” filmində yadplanetlilər müxtəlif dairəvi simvollardan – məsələn, rekvizitdəkinə bənzər simvollardan istifadə edərək, baş obrazla əlaqə yaradırlar.Onlar bu yolla baş obraza zamanı xətti yox, çevrəsəl şəkildə dərk etməyin yolunu öyrətməyə çalışırlar.Yəni keçmis, indiki, gələcək zaman yoxdur.Zamanlar paralel olaraq baş verir və gələcək zaman başlanğıca yəni – keçmiş zamana qayıdır.Bir məqalədə həmin dairəvi simvollar ALFAya bənzədilir. ALFA-nı qalın saitli bir sözlə yazın. -Cavab: Oroboros -Şərh: Bir çox mifologiyada quyruğunu yeyən Oroboros ilanı zamanın təkrarlandığını simvolizə edir. Rekvizitdəki simvol da quyruğunu yeyən Oroboros ilanına xeyli bənzəyir. -Müəllif: Nail Qasımzadə - -Sual: 5. Bəstəkar Franz List haqqında bir kitabda yazılmışdır ki, List 1824-cü ildə Parisə gəldiyi vaxt, Onun skripkada ifasından o qədər təsirlənmişdi ki, Onun tərzində ifa edə bilmək üçün 2 il özünü evə bağlayır və ALFA olmağa böyük səy göstərir.Onun Genuyada doğulduğunu bilərək, ALFAnı tərəfləri eyni hərflə başlayan üçüncü növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Pianonun Paganinisi -Şərh: Məlumdur ki,Paganini həmin dövrdə Parisdə məşhurlaşmağa başlamışdı.İstedadlı List də həmin dövrdə Parisə köçür.Paqanininin ifalarına qulaq asır və ona heyran olur.Beləliklə,həmin vaxtdan o, "Pianonun Paqaninisi" olmaq üçün məşq etməyə başlayır.Sualda Genuyanın qeyd olunması sizi italyan skripka ifaçısına aparmalı idi. -Müəllif: Nail Qasımzadə - -Sual: 6. Paylama materialıVittorio Emmanuelle,Rey d'ItaliaItalyanın müstəqillikmübarizəsi dövründə vandallar ictimai yerlərdə İtaliyanın ilk kralı Vittorio Emmanuel'in şərəfinə Viva "Vittorio Emmanuelle,Rey d'Italia"-yəni "İtaliya kralı Vittoriyo Emmanuel, çox yaşa!" şüarını yazmağa başlamışdılar.Bundan bəhs olunan məqalədə qeyd olunur ki,bu şüar həm də 1813-cü ildə Bussetoda doğulmuş onun adına həsr olunmuşdu. Onun kim olduğunu yazın. -Cavab: Cüzeppe Verdi -Şərh: Diqqət yetirdinizsə,şüarın abreviaturası VERDİ kimi səslənir.Bu da hədər yerə deyildi.Belə ki, Verdi kralın və azad İtaliyanın ən böyük dəstəkçilərindən olmuşdur. -Müəllif: Nail Qasımzadə - -Sual: 7. Məşhur Pantera rok qrupu bir vaxtlar öz ustalaşdığı janrını dəyişərək “Glam metal” janrında 4 albom çıxarmışdı. Bunun son dərəcə gülünc və dəhşətli bir fakt olduğu qeyd edilən bir məqalədə qrupun adına biraz dəyişklik edilmişdi. Dəyişdirilmiş adı yazın. -Cavab: Panterrible -Şərh: Qrupun daha məşhur mahnıları Heavy metal janrındadır.Amma qrupun həm də 4 albomluq uzun bir glam metal keçmişi var.Həm qrupun özü tərəfindən vebsaytında,həm də musiqi dünyasında qrupun glam metal keçmişini təsvir etmək üçün, qrupun adı ingiliscədən dəhşətli kimi tərcümə olunan “Terrible” sözü ilə birləşdirərək belə təsvir edilir. -Müəllif: Nail Qasımzadə - -Sual: 8. Harari yazır ki,Kortes və ordusu 1519-cu ildə Aztek imperiyasına gələndə, ispanlara getdikləri hər yerdə onları müşayiət edəcək tütsü, büxur daşıyan nümayəndələr verilmişdi.Maraqlıdır ki, buna səbəb kimi Harari BUnu göstərmişdi.BUnu tərəfləri eyni hərflə başlayan üçüncü növ təyini söz birləşməsi ilə yazın. -Cavab: İspanların iylənməsi -Şərh: Harari yazırdı ki,maraqlıdır ki, yerlilər mədəni ispanlardan hijyen cəhətdən çox irəli idilər.Onların gündəliklərindən bizə məlumdur ki,ispanların pis iy verməsi-belə desək ispanların iylənməsi ucbatından yerlilər onlara xoş iyli büxur daşıyan nümayəndələr verməyə məcbur olmuşdular. -Müəllif: Nail Qasımzadə - -Sual: 9. Hararidən davam edək. -Harari qeyd edir ki,bir çox akademikin fikrincə,çinli səyyah Çjen Xenin etdiyi səfərlər avropalıların kəşflərini kölgədə qoymuşdu.Belə ki, Çjen Xenin ekipajı 30 min insandan və 300 gəmidən ibarət olduğu halda,Kolumbun ekipajı isə 120 nəfərdən və 3 gəmidən ibarət idi.Sonrakı cümlədə Harari, Kolumbun dəstəsini Çjen Xenin X-lərinə nisbətdə 3 ədəd Y-ə bənzədirdi. -Biz X-i bir isveçlinin,Y-i isə bir inglisin əsərinin adında görə bilərik. -X və Y-i yazın. -Cavab: Əjdaha və milçək. -Şərh: Harari aradakı fərqi bildirmək üçün yazırdı ki,sanki Kolumbun ekipajı Çjen Xenin böyük əjdahalarına nisbətdə 3 ədəd milçək idi.Çoxumuza məlumdur ki,ikinci hissədə səsləndirilən Stiq Larson "Əjdaha tatulu qız" trilogiyasının və Uilyam Qoldinq isə "Milçəklərin tanrısı" əsərinin müəllifidir. -Müəllif: Nail Qasımzadə - -Sual: 10. 1954-cü ilin qışında İstanbuldakı çox soyuq hava şəraitindən danışılan bir məqalədə yazılmışdır ki, havanın belə soyuq olması və suyun donması sözün əsl mənasında əhalini bezdirmişdi. Biz bunu,həmçinin,o vaxta aid sənədli şəkillərdən də görə bilərik. -Əvvəlki mətndə bir sözlə iki söz əvəz edilib. Həmin iki sözü yazın. -Cavab: Boğaza yığmaq -Şərh: Sualda boğaza yığmaq frazeloji birləşməsi ilə bezdirmək feili əvəz olunmuşdu.Məlumdur ki,boğaza yığmaq birləşməsinin mənası bezdirməkdir.Lakin məqalədə bu həqiqi mənada işlənmişdi. Belə ki, boğazın donması kimi maraqlı bir hadisə insanların diqqətini cəlb etmiş və insanlar boğaza yığılmışdılar. -Müəllif: Nail Qasımzadə - -Sual: 11. Bir videoda bəhs olunur ki, Cənubi Koreyada bir qaydaya əsasən 16 yaşa qədər olan şəxləri elektronikanın, texnologiyanın sehrli dünyasından ayıra bilmək üçün saat 12-dən sonra bu tipli məşğuliyyətlər qadağandır. Həmin qayda ALFA adını daşıyır. ALFA həmçinin 2015-ci il Disney istehsalı filmin adıdır. ALFAnı yazın. -Cavab: Sinderella -Şərh: Eyniliklə, Sindirellaya da saat 12 vaxt limiti kimi verilmişdi. Saat 12-ə kimi Sindirella öz sehrli dünyasının ləzzətini çıxara bilərdi. -Müəllif: None - -Sual: 12. 1979-cu ildə İranın İrandakı amerikan səfirliyindən Amerika vətəndaşlarını girov götürməsi ilə bağlı olan bir məqalədə qeyd olunur ki, bu hadisələrdən sonra konflikt daha da ciddiləşir və bunun nəticəsi kimi Amerika 1980-ci ildə öz tərəfdaşları ilə danışıqlar aparır.Sonrakı cümlədə biz bu sözə rast gələ bilərik.İspan mənşəli olan bu sözün mənası həbs qoymaq, qadağan etməkdir. Bu sözü yazın. -Cavab: Embarqo -Şərh: Məqalədə deyilirdi ki,İran-ABŞ konflikti daha çox böyüyür.ABŞ isə girov amerikalıların azad edilmədiyini görüb İrana gözdağı vermək üçün tərəfdaş ölkələrlə birlikdə İrana qarşı embarqo siyasətinin təməlini atır. -Müəllif: Nail Qasımzadə - -Səhifə -> 351 | Sual Sayı -> 12 - -Sual: 1. Qafqaz mifologiyasının personajlarından Amiran haqda hekayəyə qulaq asın: “çoxlu günahlar işləyən Amiran tanrılar tərəfindən bir dirəyə bağlanılır. İlin müəyyən dövründə onun bağlandığı dirəyin üstünə bir quş qonurmuş. Hər il dirəyi biraz yerindən oynatmağı bacarsa da quşu qovmaq üçün çabaladıqdao dirəyin yenidən bərkiməsinə səbəb olurmuş.” Bu hekayənin ardıyca Amiran Qafqazlı O adlandırılır. Onun adını yazın. -Cavab: Prometey -Şərh: Eynilə yunan mifologiyasında Prometey tanrılar tərəfindən Qafqaz dağlarının ətəklərində zəncirə vurulmuşdu. Müntəzəm olaraq gələn yırtıcı quş isə onun qaraciyəri ilə bəslənirdi. Biz də Prometey İntellektual Klubunun ilk dövrəsinin son turuna başladıq! -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 2. Bir serialda ailə yeni, böyük bir malikanəyə köçür. Ev barədə narazıçılıq edən qızını sakitləşdirməyə çalışan ata ən azından evdə hamının şəxsi sahəsi olacağını, bir-birindən xəbərsiz də vaxt keçirə biləcəklərini deyir və dərhal ardıyca onu eşidir. Cümlədə buraxılmış hərfləri yazın. -Cavab: e,x -Şərh: Personaj bu dediklərinin arxasıyca dərhal öz səsinin əks-sədasını eşitmişdi, bununla da onun dediklərinin gerçəklikdən uzaq olduğu göz önünə sərilmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: Bir mənbədə qəddar personaj onları ələ keçirmək üçün ilk öncə tozsoran, daha sonra isə baltadan istifadə edir. Növbətidə isə onun əlindən bir şey gəlmir. Onları 3 sözlə yazın. -Cavab: 3 donuz balası -Şərh: Məşhur nağılda 3 donuz balasından birincisi evini qamışdan, ikinci taxtadan, üçüncü isə kərpicdən hörmüşdü. Bizim personaj da birincini tozsoranla, ikincini balta ilə keçə bilsə də üçüncü evdə əlindən bir şey gəlməmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 4. Mr.Robot serialında ölkə iqtisadiyyatını darmadağın etmiş personaj BUnun onu heç cür rahat buraxmadığını, onun qarnına ardıcıl zərbələr endirən bir yumruğa çevrildiyini deyir. BUnu 2 və ya daha artıq sözlə yazın. -Cavab: gözəgörünməz əl -Şərh: İqtisadiyyat terminləri ilə tanış olanlar “gözəgörünməz əl” terminini eşitmiş olmalıdırlar. Personaj əlin artıq bir yumruğa çevrildiyini deyirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Musiqiçi Rambo Amadeus iqtisadi krizis və müharibə ilə üzbəüz olan Yuqoslaviyadakı optimist davranışları tənqid etmək məqsədilə bu mahnıya müraciət etmişdi. Qəribədir ki bəzi iddialara görə mahnının yaradıcısı Robert sözügedən mahnı ötən əsrin 80-ci illərində məşhurlaşdıqdan dərhal sonra intihara cəhd etmişdi. Söhbətin hansı mahnıdan getdiyini yazın. -Cavab: Don’t worry, be happy -Şərh: Rambo Amadeus mahnının adını “Don’t happy, be worry”ə dəyişərək öz tənqidi yanaşmasını göstərmişdi. Qəribədir ki, mahnının yaradıcısı heç də xoşbəxt deyilmiş. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Bir komik serialda uşaq personaj anası ona yemək yedirtməyə çalışdıqda yeməkdən imtina edir, anasına, yeməyə və onlara nifrət etdiyini deyir. 20-ci əsrin birinci yarısında Ohioda vəfat etmiş onların soyadını yazın. -Cavab: Wright -Şərh: Bilirik ki valideynlər uşaqlarına yemək yedirtməyə çalışarkən “təyyarə gəlir” cümləsindən tez-tez istifadə edirlər. Təyyarənin yaradıcıları isə Rayt qardaşları idi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. 21-ci əsrin əvvəllərindən ABŞ həbsxanalarında tətbiq edilən bir yeniliyə əsasən məhbusların saxlanıldığı blokların mərkəzində, bütün məhbus otaqlarından baxdıqda görünə biləcək şəkildə yerdə ox çəkilir. Siz isə bu oxun üstündə yazılan şərq mənşəli sözü yazın. -Cavab: Qiblə -Şərh: 21-ci əsrin əvvəllərindən ABŞ həbsxanalarında müsəlmanların sayı artmağa başlamışdı və bu müsəlmanlar ibadətlərini düzgün edə bilsinlər deyə belə bir tətbiqetmə var idi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Jo Nesbonun qəhrəmanı prezident haqqında danışarkən onun xalq qarşısında bir cür, geridə isə tamam başqa cür danışdığını deyir. Daha sonra personaj 19-cu əsrin ikinci yarısına aid bir mənbəni xatırlayır. Həmin mənbənin adını yazın. -Cavab: Dr. Jeykll və Mr. Hyde’ın qəribə hekayəsi -Şərh: Personaj prezidentin belə demək olarsa 2 şəxsiyyəti olduğunu deyirdi. Robert Luis Stivensonun məşhur əsərinin baş personajı da çoxşəxsiyyətlilikdən əziyyət çəkirdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 9. Stranger Things serialında tanımadığı, qarışıq əraziyə daxil olan personaj bu məqsədlə siqaret kötüklərindən istifadə edirdi. 19-cu əsrdə Vestfaliyada çap olunmuş bir mənbədə bu məqsədlə nədən istifadə olunduğunu yazın. -Cavab: çörək qırıntıları -Şərh: Serialda personaj tanımadığı əraziyə daxil olurdu və geri qayıtmaq, ya da kı gələnlərin onu tapması üçün arxada iz qoymalı idi. “Hansel və Qretel” adlı alman nağılında baş personajlar meşəyə girərkən çörək qırıntıları ilə iz qoymağı seçmişdilər. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Paylama materialıRekvizitdə 2-ci Dünya Müharibəsi dövründə almanlara qarşı mübarizə aparan bir dəstənin hekayəsindən bəhs edən Inglorious Basterds filmindən bir səhnəni görürsünüz. Deyilənlərə görə, rejissor səhnəyə bir detalı bilərəkdən, ALFAnı simvolizə etməsi üçün əlavə etmişdi. Həmin detalı bildinizsə ALFAnı 2-ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: David ulduzu -Şərh: Rekvizitdə diqqəti cəlb edən əsas xırdalıq əsgərin silahının üstündəki yarpaq idi. Bilirik ki, 2-ci dünya müharibəsində yəhudilər yəhudi olduqlarını daha rahat anlamaq üçün sol qollarında üstündə Davud ulduzu olan parça ilə gəzməli idilər. Rejissor Tarantino da yarpağı əsgərin sol qoluna yerlə��dirərək bunu xatırlamışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. "La la la" mahnısının video klipində evindən ayrılan uşaq həyətdəki iti öz yanına qoşaraq yola düşür. Daha sonra idman salonundakı xanımlardan qorxan personajı özünə qoşulmağa razı salan uşaq, sonda yolda bələdçilik edən personajı da öz yanına alaraq yola davam edir. Bu klip haqqında məqalədən 1856-cı ildə Nyu Yorkda doğulmuş onun haqqında olan məqaləyə də keçid var. Onun kim olduğunu yazın. -Cavab: Frenk Baum -Şərh: 1900-cü ilə aid məşhur əsərdə Doroti öz iti Totonu yanına alaraq yol üstündə ilk öncə qorxaq aslanı, daha sonra odunçunu, sonra da isə “qorxuluq”u ona qoşulmağa razı salır.Klipin rejissoru da bu əsərdən ilham almışdı. Sizdən əsərin müəllifi, Frenk Baumun adını istəyirdik. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Versiyalardan birinə görə bu məhsulun adı yaradıcılardan Yozefin xanımı ilə bağlıdır. Belə ki, “Kappa Alfa Teta” adlı qızlar qrupunun üzvü olan xanım öz yoldaşlarını “Əlaqədə qalın, Kappa Alfa Teta” deyə çağırırmış. Söhbətin hansı məhsuldan getdiyini yazın. -Cavab: Kit-kat -Şərh: Biz fasiləyə gedirik, “əlaqədə qalın” ifadəsinin tərcümə variantlarından biri də bildiyimiz kimi “keep in touch” ifadəsidir. “Keep in touch, Kappa Alfa Teta” ifadəsinin baş hərfləri isə Kit-Kat sözünü əmələ gətirir. -Müəllif: Bəhruz Aydınlı - -Səhifə -> 356 | Sual Sayı -> 12 - -Sual: 1. Sualı həvari İoan verir. Çarlz Morrisin fikrincə linqvistikanın aksioması sayılan X-in praqmatik, semantik və sintaktik komponentləri var. X-lə əvəz etdiyimiz qısa sözü deyin -Cavab: Söz -Şərh: Həvari İoan daha çox Allah sözlü İoan (Boqoslov) kimi tanınır. İoanın Yevanqeliyasında “Başlanğıcda söz (logos) var idi...” fikri dində və fəlsəfədə əsas fikirlərdən biri olmuşdur. -Müəllif: None - -Sual: 2. “Hudini” filminin səhnələrinin birində Hudini həyat yoldaşına söz verdi ki, bir daha həyatı üçün riskli olan şoular göstərməyəcək. Ona görə də növbəti şousunu Nyu York hippodromunda təşkil etdi. O, şoudan əvvəl dedi ki, “Mən sehrbazlar kimi dovşan itirmək fokusunu göstərmək istəmirəm. Ona görə də indi mənim assistentim onun qızı Cenni olacaq. Mən Cennini itirəcəm”. Hudininin nitqində 1 sözdən bir neçə hərf sildiyimizi bilərək, həmin sözü tam yazın. -Cavab: Cambonun -Şərh: Hippodrom – atlar üçün meydandır. Hudini isə hippodromda ilk sirk heyvanı sayılan Cambonun qızı fil Cennini itirmişdir. Filin itirilməsi illyuziyası ondan sonra çox məşhurluq qazandı. -Müəllif: None - -Sual: 3. Arbaletlərin döyüşlərdə istifadəsinə qədər metal dəbilqələr geyinən cəngavərləri yaralamaq olduqca çətin idi. Lakin, demək olar ki bütün cəngavərlər döyüşlərdə bir-birinə oxşar zədələr alırdı. Siz isə onların necə zədələnməsini deyin. -Cavab: Kar olmaq -Şərh: Dəbilqə metaldan idi deyə cəngavərə qılıncla zədə yetirmək çətin olurdu. Ancaq dəbilqəyə dəyən qılıncın səsi küy yaradaraq cəngavəri kar edirdi. -Müəllif: None - -Sual: 4. Kurt Vonnequtun həyatda artıq heç bir xəstəlik və qocalığın olmadığını və planetin əhalisinin stabil olaraq 40 milyon insan qaldığını deyən əsərinin son səhnəsində rəssam özündə bir qərar qəbul edib telefonu götürərək “2BR02B” nömrəsinə zəng vurdu. Bəs o, hansı qərarı qəbul etmişdi? -Cavab: Ölmək -Şərh: Əsərdə insanlar xəstələnmirlər və qocalmırlar, demək təbii ölümlə ölmürlər. Ancaq Yerin əhalisi stabil qalırdı. Çünki hər doğulan olanda, kimsə könüllü ölüm kamerasına getməli idi. Rəssam da “2BR02B” nömrəsini yığaraq ölmək istədiyini bildirdi. Qeyd edək ki, 2BR02B [tuː biː ɑː nɪl tuː biː] özü də məşhur “To be or not to be” sitatına allyuziya idi. -Müəllif: None - -Sual: 5. Paylama materialıSiz 1913-cü ildə doğulmuş Benni Bensonun 1927-cı ildə çəkilmiş şəklini görürsünüz. Benninin anasının rus əsilli olduğunu bilərək, şəkildə nəyi gizlətdiyimizi ardıcıl hərflərlə başlayan 2 sözlə deyin -Cavab: Alyaskanın bayrağı -Şərh: Alyaskanın bayrağının 13 yaşlı uşaq tərəfindən düzəldiyi məşhur faktdır. Alyaska ABŞa verilsə də, rus əhali Alyaskada qalmaqda davam etmişdir. -Müəllif: None - -Sual: 6. “Qorxma mən səninləyəm” filmində Polad Bülbüloğlu Sumuqda “Kak jili mı boryas” mahnısını oxuyarkən aşağıda tonqal yandırılırdı. Sumuq özü müdafiə qülləsi olaraq X-lər arasında önəmli yer tutur. X-lə əvəz etdiyimiz ilk 2 hərfi eyni olan 2 sözü yazın. -Cavab: Qaxın qalası. -Şərh: Filmin özü Qaxda və İçərişəhərdə çəkilmişdir. -Müəllif: None - -Sual: 7. Bir əsərdə fraqmentlərinin birində Siciliyadakı avtomobil yarışması zamanı, personajlardn biri yüksək sürət və səsi olan avtomobillərdə gedən sürücüləri X-in uşaqları adlandıraraq, qeyd edir ki, avtomobilçiləri hər yerdə sanki şimşək və ildırımlar müşaiyət edir. Başqa mənada X bir sistemdə müxtəlif meyarlarda 1-ci və 5-vi yerləri tutur. X-i deyin . -Cavab: Yupiter -Şərh: İldırım tanrısı Yupiterin şərəfinə adlandırılan planet Günəş sistemində böyüklüyünə görə 1-ci, Günəşdən uzaqlığına görə 5-ci yerdədir. Əsərdə İtaliyada olan yarışda personaj avtomobilçiləri sanki şimşək və ildırımın müşayidə etdiyini deyərək, avtomobilçiləri tanrılara, yəni Yupiterin oğullarına bənzətmişdir. Roma əsatirlərinə görə ildırım tanrısı Yupiter bütün tanrıların atasıdır. -Müəllif: None - -Sual: 8. Matoaka (ağ lələk) adlı bir hindu qız 1613-cü ildə Con Rolfa ərə gedərək, xristianlığı qəbul edir, adını Rebekka Rolf götürür və İngiltərəyə gedir. Siz isə Matoakanın ləqəbini yazın -Cavab: Pokaxontas -Şərh: Con Smitin həyatını xilas etməsi barədə çəkilən animasiya filmiylə Povaten tayfasından olan Pokaxontas “Disney şahzadəsinə” çevrilir. -Müəllif: None - -Sual: 9. “İradənin gücü” filminin səhnələrinin birində Cessi Ouensin məşqçisi 1936-cı ildə yenicə gəldiyi bir şəhərdə tanımadığı bir yerə getmək istəyirdi. Bunun üçün o, əlində bir kağız tutub insanlardan yolu göstərmələrini xahiş edirdi. Bəs onun əlindəki kağızda hansı soyad yazılmışdır? -Cavab: Dassler -Şərh: C. Ouens 1936 Berlin Olimpiadasının qalibidir. Məşqçi tələbəsinə kömək məqsədi ilə ona ən yaxşı idman ayaqqabısını vermək istəyirdi. Bu isə əlbəttə ki, məşhur Dasslerlərin fabrikindən olmalı idi. Baxmayaraq ki, onda hələ “Adidas” və “Puma” fabrikləri ayrılmamışdı. -Müəllif: None - -Sual: 10. Şarl Ojye de Bats de Kastelmor 1635-ci ildə vəfat etmiş atasından miras olaraq 3 arkebuz, 7 muşket və 2 şpaqa almışdır. Siz isə de Kastelmorun tarixə hansı adla düşdüyünü deyin -Cavab: Qraf Dartanyan -Şərh: Şarl de Kastelmor Dümanın “Dartanyan”ının real prototipidir. Miras kimi muşket alması sizə onun muşketyor olmasını tapmaqda kömək edə bilərdi. Şarl özünün zadəgan ailəsində olduğunu bildirmək üçün Dartanyan adını işlədirdi -Müəllif: None - -Sual: 11. “Meymunlar planeti” romanında Meru soyadlı personaj Sorora planetinə gedib, orda uzun müddət əzablar çəkəndən sonra geriyə Yer planetinə gəlir, lakin o, görür ki, yer planeti çox dəyişib və yeri tanımır. Siz isə Merunun yunan mifologiyasının personajının latın qarşılığı ilə adlandırıldığını bilərək, Merunun adını deyin -Cavab: Ulis -Şərh: Uzun səyahətdən qayıdandan sonra Odisseyi demək olar ki, heç kim tanımır. Odisseyin latın qarşılığı Ulisdir. -Müəllif: None - -Sual: 12. Remarkın “Cənnətin seçilmişləri yoxdur” əsərinin fraqmentlərinin birində sanatoriyadan İtaliyaya gələn Lilian sanki ölümdən sonra yenidən doğulmuşdu. Bəs səhnələrin birində Lilian İtaliyada hansı teatra gedir? -Cavab: La Feniçe -Şərh: Qəhraman sanki feniks quşu kimi ölüb yenidən dirilmişdir. Növbəti səhnədə Feniks teatrı da buna işarə idi. La Feniçe dünya şöhrətli opera teatrlarından biridir. -Müəllif: None - -Səhifə -> 357 | Sual Sayı -> 12 - -Sual: 1. Alfredin riyaziyyat sahəsində mükafat verməyəcəyini eşidən norveçli riyaziyyatçı Sofus Li Nobel mükafatını təsis etməyi təklif etdi. Sualda 1 hərf 2 hərflə əvəz edilib. Əvəz edilmiş hərfi yazın. -Cavab: A -Şərh: Sofus Linin təklifi həyata keçsə idi, onda Abel mükafatı 1902-ci ildə təsis ediləcəkdi, lakin bu mükafat 2002-ci ildə təsis edildi. -Müəllif: None - -Sual: 2. 2016-cı il futbol üzrə Avropa çempionatında baş tutmuş Fransa – İslandiya oyununun şərhçisi Pol Poqbanın tullanaraq başla qüvvətli zərbəsini BU IFADƏ ilə eyniləşdirmişdir. Kassiusun BU İFADƏNİ 1964-cü ildə bir müsahibəsində dediyini bilərək, həmin ifadəni yazın. -Cavab: Kəpənək kimi uçmaq, arı kimi sancmaq -Şərh: Kəpənək kimi uçmaq, arı kimi sancmaq ifadəsi bildiyimiz kimi məşhur boksçu Məhəmməd Əlinin işlətdiyi ən məşhur ifadəsidi. -Müəllif: None - -Sual: 3. Bir əsərdə Böyük Vətən Müharibəsi zamanı sovet kəndlərinin birində kolxoz sədri fəhlələrə və kəndlilərə iclas edərkən özünün “Dövlət üçün biz kimik?” sualına elə özü də “Biz X və Y-ik” cavabını vermişdir. Y haqqında vikipediya dəqiqləşdirməsində köpək balığının bir növünə keçid var. X və Y-lə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Oraq və çəkic -Şərh: Kolxozçü fəhlə və kəndliləri SSRİ-nin rəmzlərinə bənzətmişdir. Vikipediyada isə çəkiç balığına keçid var. Mənbə: Nodar Dumbadze “Mən günəşi görürəm” -Müəllif: None - -Sual: 4. Paylama materialıİrvinq Stoun 1930-cu ildə Arl şəhərinə gedərək doktor Rey Felikslə görüşür. Siz isə Feliksin Stouna bu şəkli verərək, hansı xəstəsi barədə danışdığını deyin. -Cavab: Vinsent van Qoq -Şərh: van Qoqun qulağını kəsməsi barədə daha ətraflı öyrənmək üçün, Stoun rəssamın həkimi ilə görüşür. -Müəllif: None - -Sual: 5. Yazıçı Cəlil Məmmədquluzadə bir müddət Naxçıvan mahalının Baş Noraşen kəndində müəllimlik etmişdir. Siz isə həmin kəndin hal-hazırki adını cavab kartlarınıza yazın. -Cavab: Cəlilkənd -Şərh: 1961-ci ildə Cəlil Məmmədquluzadənin şərəfinə kəndin adını dəyişərək Cəlilkənd adı verilmişdir. -Müəllif: None - -Sual: 6. Paylama materialı1948-ci ildə baş vermiş bir hadisəyə həsr edilmiş bu memorialın Mərkəzi Asiyanın hansı şəhərində olduğunu deyin. -Cavab: Aşqabad -Şərh: Heykəldə öküz dünyanın sirkələyir, bu isə əsatirlərdə əlzələdir. Söhbət isə Aşqabad zəlzələsindən gedir. -Müəllif: None - -Sual: 7. “Luvr muzeyindəki ən möhtəşəm eksponatlara həsr edilmiş bir məqalədə qanadları sındırılmış “Samofrakiyalı Nika”-dan danışılır. Siz isə bu məqalədə barəsində danışılan e.ə II – I əsrlərə aid olan eksponatı deyin. -Cavab: Miloslu Venera -Şərh: Samofrakiyalı Nika zədələnmiş heykləldir. Luvrda saxlanan ən məşhur zədələnmiş heykəl isə Miloslu Veneranın heykəlidir. -Müəllif: None - -Sual: 8. Fyodor, İvan, Aleksey, Dmitri. Siz 19-cu əsrdə yazılmış bir romandan olan personajların adını eşitdiniz. Diqqət sual: Personajların soyadını cavab kartlarınıza yazın. -Cavab: Karamazov -Şərh: Eşitdiyiniz personajlar Fyodor Dostayevskinin “Karamazov qardaşları” romanındandır. -Müəllif: None - -Sual: 9. Esh gecə yuxuda olarkən, şar formalı saatını sındırdığına görə səhər görüşə gecikmişdir. Ona görə də Bulbazavr, Çarmander və ya Skvirtl-dan heç birinə sahib çıxa bilmədi. Siz is Eşin əldə etdiyini eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Pikaçu pokemonu -Şərh: Poketbol formalı saatını gecə sındırdığına görə Eş səhər yatıb qalır. Bu səhnə ilə məşhur “Pokemon” serialı başlayır. Son zamanlar yayılan “Pokemon go”-dan sonra biz də bu mövzudan yan keçmədik. -Müəllif: None - -Sual: 10. O ingilis dilində danışa bilir, xarici görünüşünə görə meksikalıya bənzəsə də italyandır və yapon Shigero Miyamoto tərəfindən yaradılıb. Cümlədə buraxılan dörd hərfi bərpa edin. -Cavab: Mari -Şərh: Söhbət məşhur oyun qəhrəmanı Mariodan gedirdi. -Müəllif: None - -Sual: 11. Amerikanın Arizona ştatında bunları kəsmək qanun pozuntusu sayılır və əgər kimsə buna ziyan verərsə həmin şəxsi 25 illik həbs gözləyir. Haqqında olan vikipediya məqaləsində Saquaronun da adının çəkildiyini bilərək bunu cavab kartlarınıza yazın. -Cavab: Kaktus -Şərh: Kaktuslar Arizonada yayılmış ən çox bitki növlərindəndir. Saquaro kaktusu Arizonanın rəsmi simvolu hesab edilir. -Müəllif: None - -Sual: 12. Paylama materialıQarşınızda “Saatlar öz əlimizlə” adlı silsilədən 1 kompozisiya verilib. Əgər bu kompozisiyanın necə adlandığını bildinizsə, bu kompozisiyanın öz adını aldığı əsərin adında çəkilən qadın adını deyin. -Cavab: Alisa -Şərh: Bu kompozisiya “Çılğın çay dəstgahı” adlanırdı ki, bu da “Alisanın möcüzələr ölkəsində macəraları” əsərinin 7-ci hissəsinin adıdır. -Müəllif: None - -Səhifə -> 358 | Sual Sayı -> 12 - -Sual: 1. Hind tanrısı Şani Saturn planetinin himayədarı idi. Bəs hindistanlılar şanivar deyəndə nəyi nəzərdə tuturdular? -Cavab: Şənbə günü. -Şərh: Bir çox mədəniyyətlərdə Saturn şənbə günü ilə eyniləşir. -Müəllif: None - -Sual: 2. Məşhur arxeoloq Heyerdalın ailə üzvlərinin adlarının Azərbaycan tələffüzünə nəzər salsaq, deyə bilərik ki, arxeoloq ailədə, belə demək olarsa, (buraxılmış 2 söz) idi. Sinxron çempionatda (buraxılmış 2 söz) 8 oktyabrda olmuşdur. Buraxılmış sözləri kapitalizasiyanı nəzərə almadan yazın. -Cavab: İkinci Tur -Şərh: Məşhur arxeoloq Tur Heyerdalın atasının da adı Tur idi. Tur ailədə bu adda olan 2-ci şəxs idi, ailədə 2-ci Tur idi. Keçən həfdə isə sinxron çempionatda 2-ci tur olmuşdur. -Müəllif: None - -Sual: 3. Ekzoplanetlərdən danışılan bir məqalədən belə nəticəyə gəlmək olar ki, Günəş sistemindən xaricdə də BALACA ŞAHZADƏnin olması mümkündür. Sualda 2 söz digər 2 sözlə əvəz edilib. Əvəz edilmiş sözləri tapın. -Cavab: İnsanlar planeti. -Şərh: Ekzoplanetlərdə həyatın mümkünlüyü onu göstərir ki, Yerdən başqa da İnsanlar Planeti var. Biz isə sualda Sent-Ekzütpernin bir əsərinin adını digəri ilə əvəz etmişdik. -Müəllif: None - -Sual: 4. Paylama materialıM. Tetçer Britaniyanın yeganə baş naziridir ki, həyatı ərzində ona parlamentdə heykəl qoyulmuşdur. Siz isə Tetçerin heykəlinin kimin heykəli ilə üz-üzə olduğunu deyin. -Cavab: U. Çerçill. -Şərh: Tetçerin “V” işarəsini tutması sizə Çerçillə çıxmaqda kömək olmalı idi. -Müəllif: None - -Sual: 5. Professor Devit Blok deyir ki, əgər BU 5 % çox olsaydı, onda bütün canlılar bifşteks olardı, əgər 1 % az olsaydı, onda hər yer buz olardı. Söhbətin nədən getdiyini deyin. -Cavab: Yerdən Günəşə olan məsafə. -Şərh: Alim qeyd edir ki, Günəşin ideal istilik verməsi Günəşlə aramızda olan məsafədən asılıdır. -Müəllif: None - -Sual: 6. 6. XIX əsrin sonlarında Fransada uşaq evlərinin birində böyüyən Qabrieli bütün uşaqlarda eyni cür paltar olması məyus edirdi. Siz isə onun soyadını yazın. -Cavab: Şanel -Şərh: Qabriyel Şanel uşaqlıqdan dəb tərəfdarı olmuşdur. -Müəllif: None - -Sual: 7. 7. “Meymunlar planeti” əsərinin səhnələrinin birində meymunlar fit çalıb sonra insanlara banan göstərirlər. Siz isə bu səhnəni görən baş qəhrəmanın XIX əsrdə yaşamış hansı rusiyalını xatırladığını deyin. -Cavab: Ivan Pavlov -Şərh: Baş qəhrəman meymunların bu hərəkətini görüb, insanları Pavlov iti ilə müqayisə edir. -Müəllif: None - -Sual: 8. 8. Opra Uinfrinin özünün sahibi olduğu kabel telekanalı 1 yanvar 2011-ci ildə efirə başladı. Siz isə kanalın adını qısa ingilis sözü ilə deyin. -Cavab: OWN -Şərh: Kanal Opranın özünün idi ki, bunu da ingiliscə own sözü ilə bildirmək olar. Ən əsas isə kanala OWN adı Oprah Winfrey Network ifadəsinin abbreviaturası kimi təklif edilmişdir. -Müəllif: None - -Sual: 9. U. Çerçill atası ilə soyuq münasibətlərdə idi. Bəs Çerçillin atası ona hansı zərərli vərdişə qurşanmamasını məsləhət görmüşdü? -Cavab: Siqar(et) çəkmək. -Şərh: Atası ilə soyuq münasibətdə olduğu üçün atası çəkməməsini deyəndən sonra Uinston siqar çəkməyə başladı. Ümumiyyətlə Uinstona valideyinləri uşaqlıqda çox az diqqət yetirirdilər. -Müəllif: None - -Sual: 10. 10. Bitlz ilk dəfə qadın səsini “Bəyaz Albom”-da onun ifasında yazdırdı. Sualda buraxılmış 2 hərfi yazın. -Cavab: On -Şərh: Bu albomda Ononun səsindən istifadə edilmişdir. Yoko Ono Lennonun yaradıcılığında özünəməxsus iz qoymuşdur. -Müəllif: None - -Sual: 11. Paylama materialıQanada yerləşən Mettra şəhərinin sahəsi 45715 metrdir.Qanada yerləşən Mettra şəhərinin sahəsi 45715 metrdir. Sualda əvəz edilmiş 2 sözü deyin. -Cavab: Akkra -Şərh: Rekvizit Qananın paytaxtı Akkradan idi. Akr isə sahə ölçü vahididi. -Müəllif: None - -Sual: 12. “Turin atı” filmində yoxsul bir otaqda buğlu masa ətrafında X-lərii görmək olar. Siz isə 1885-ci ildə X-lər adlı rəsmi çəkmiş rəssamın tapın. -Cavab: Van Qoq -Şərh: rəssamın tapın. – Cavab: V. v Qoq. Şərh: Filmdə narah vaxtı kartofyeyənləri görmək olar. “Kartofyeyənlər” isə Van Qoqun məşhur əsəridir. -Müəllif: None - -Səhifə -> 359 | Sual Sayı -> 12 - -Sual: 1. Oyuna başlayırıq. Ispaniyanın İbiza adasında Xristofor Kolumbun şərəfinə qoyulmuş abidə də onun səyahət etdiyi gəmini və bunu görə bilərik. Bunu cavab kartlarınıza yazın. -Cavab: Yumurta -Şərh: Məşhur “Kolumb yumurtası” ifadəsi asan ancaq, heç kəsin bilmədiyini düşünmək mənasına  gəlir. -Müəllif: None - -Sual: 2. İspaniyanın Barselona şəhərində “Müqəddəs ailə kilsəsi”nin tikintisi zamanı layihəyə əsasən 18 qüllə nəzərdə tutulmuşdur. Siz isə layihədə nəzərdə tutulmuş 12 qüllənin kimlərə həsr olunduğunu deyin -Cavab: Həvarilərə -Şərh: 12 qüllə İsa peyğəmbərin 12 həvarisinə həsr olunmuşdur. -Müəllif: None - -Sual: 3. Natali Portmanın gülümsədiyi foto haqqında yazıda X və Y sözlərinə rast gəlmək olar. X-in Y-ı haqqında məqalədə isə Nəsibə Zeynalova xatırlanır. X-n Y-ı ilə əvəz olunmuş sözləri cavab kartınıza yazın. -Cavab: Aktrisanın təbəssümü -Şərh: Məşhur aktrisa Natali Portmanın gülümsəməsi haqqında olan fotoda aktrisa və təbəssüm sözləri işlənmişdi Aktrisanın Təbəssümü isə Nəsibə Zeynalova haqqında  filmdir -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə özlərinin dəhşətli yaradıcılıqları ilə dövrlərində diqqət mərkəzi olan Atillio Bertulucci,  Yevgenio Montale, Salvatore Kvazimodo və Cuzeppe Ungaretti təsvir olunub. Bəs bu şəkli kritiklər Dürerə də məşhurluq gətirən hansı üç sözlə adlandırıblar. -Cavab: Məhşərin dörd atlısı -Şərh: Şəkildə dörd adamın adı çəkilir və sualda dəhşət sözü də sizi cavaba çıxara bilərdi. Kritiklər bu şəkli Məhşərin dörd atlısı ilə müqayisə edirdilər. Albert dürer məşhur Məhşərin dörd atlısı qravürasının müəllifidir. -Müəllif: None - -Sual: 5. Rəssam Eldar Mikayılzadə verdiyi müsahibələrin birində Mirzə Fətəlinin və Üzeyir Hacıbəyovun portretlərini hazırladığını qeyd edirdi. Siz isə onun bu portretləri niyə hazırladığını bildinizsə sonda hansı iki şəxsin portretini hazırladığını deyin -Cavab: Nizami gəncəvi və Məmməd Əmin Rəsulzadə -Şərh: Eldar Mikayılzadə keçmiş Azərbaycan manatının eskizlərini hazırlamışdır. 500 manatın üzərində Nizami Gəncəvini, 1000 manatın üzərində isə Məmməd Əmin Rəsulzadənin şəklini həkk etmişdir. -Müəllif: None - -Sual: 6. Yaponiyalı Akiko Futabadan danışılan məqalədə onun bəxtinin gətirdiyi, bir hadisə zamanı qatarla səyahət etdiyi və qatarın tuneldən keçdiyi xatırlanır. Siz isə Akikonun keçən əsrin  hansı ilində bəxtinin gətirdiyini tapın -Cavab: 1945. -Şərh: Akikonun bəxti gətirmişdi, çünki o qatarla səyahət edirdi və hadisə zamanı (Xirosimaya bomba atılan zaman) onu daşıyan qatar tuneldən keçirdi ki, məhz bunun nəticəsində Akiko sağ qala bilmişdi. Atom bombası isə 1945-ci ildə atılmışdı -Müəllif: None - -Sual: 7. Rio 2016 Yay Olimpia oyunları zamanı saytların birində boks yarışlarında iki Kubalı idmançının mübarizəsi haqqında məqalənin başlığı “Kubalı Kubalı ilə vuruşur və BURAXILMIŞ SÖZLƏR “ Siz isə buraxılmış sözləri deyil buraxılmış sözdəki toponimi yazın -Cavab: Azərbaycan. -Şərh: Əslən Kubalı olan boksçu Kollazo Sotomayor olimpiada da Azərbayçanı təmsil edirdi. Rəqibi Kuba təmsilçisinə qalib gəldikdən sonra saytda “Kubalı Kubalı ilə vuruşur və Azərbaycan qalib gəlir” başlığı altında məqalə yayımlanmışdır -Müəllif: None - -Sual: 8. Qobustan qayaüstlü təsvirlərindən danışılan məqalədə deyilir ki, təsvir olunmuş adamların qollarını uzun göstərməklə müəllif həmin adamların sürətlə hərəkət etdikləri göstərməyə çalışmışdır ki, bu incəsənətdə ilkin X nümunəsidir. X-dən danışılan məqalədə impressionizm sözünə də rast gəlmək olar. X-i fransız mənşəli sözlə yazın -Cavab: Ekspressionizm -Şərh: Məqalədə deyilir ki, müəllif insanların qollarını uzun çəkməklə həmin adamların sürətli hərəkət etdiklərini izləyiciyə çatdırmaq istəmişdir ki, bu da ekspressionizmin əlamətlərindəndir. Belə ki, ekpressionist üslubda da müəllifin dedikləri, yazdıqları, göstərdiklərinin izləyicinin beynində yaratdığı alqılama, bir sözlə onun subyektiv idealizminin realizəsi nəzərdə tutulur. Ekspressionizm cərəyanından danışılan başqa məqalədə isə cərəyanın həm də impressionizmə qarşı münasibəti də xatırlanır. -Müəllif: None - -Sual: 9. Haqqında olan vikipediya məqaləsinə əsasən rəssam bu əsəri 1883-cü ildə olmuş vulkan partlaması zamanı səmanın rəngindən ilham alaraq çəkmişdir. Söhbətin hansı rəsm əsrindən getdiyini tapın. -Cavab: The scream -Şərh: Rəsmin müəllifi Munk vulkan püskürməsindən sonra səmanın qırmızı rəngdə olmasını görmüş və sanki təbiəin qışqırığını eşitmişdi -Müəllif: None - -Sual: 10. İtalyan liri (lira de braccio) müasir skripkanın əcdadı hesab olunur. Bəs birinci əsrdə doğulan hansı şəxs haqqında olan məqalədə bu fakt xatırlanır? -Cavab: Neron. -Şərh: İmperator neron haqqında olan ən məşhur və yalan faktlardan biri onun roma yanğını zamanı skripka çalmasıdır. Amma reallıq odur ki, birinci əsrdə skripkanın icadına çox var idi və Neronun da ifa etdiyi ancaq müasir skripkanın əcdadı olan italyan liri ola bilərdi. -Müəllif: None - -Sual: 11. Bir fotoda Bill Qeytsin minlərlər kağızın üstündə oturduğunu görə bilərik. Siz isə onun əlində nə olduğunu deyin. -Cavab: CD -Şərh: Bill Qeyts əlindəki CD-nin üstündə oturduğu kağızlardan daha çox məlumat saxladığını bildirirdi -Müəllif: None - -Sual: 12. 1990-cı ildə çəkilmiş filmimizdə  Davud Davudov X rolunu, kamikadze obrazını canlandıran  Eduard Pak isə Y rolunu oynamışdı. X və Y-i cavab kartlarınıza yazın -Cavab: Yapon və Yaponiyalı. -Şərh: Sualdakı Kamikadze sözü sizə cavaba çıxmağa kömək edə bilərdi. Söhbət isə Yapon və Yaponiyal filmindən gedirdi.  Filmə baxmayanlar üçün onu əlavə edək ki, film yaponiyalı kamikadzenin Nardaran qəsəbəsinə düşməsi və qəsəbənin yapon ləqəbli sakini ilə tanış olmasından danışır. -Müəllif: None - -Səhifə -> 360 | Sual Sayı -> 12 - -Sual: 1. Sualda 1 sözdə hərflər buraxılıb. Karl Yunq beynimizdəki fikir ilə baş verən hadisənin təsadüfən eyni vaxtda həyata keçməsini ironiya adlandırmışdır. Sonuncu cümlədə 1 sözdə 3 samit hərfin buraxıldığını bilərək, həmin sözü tam yazın -Cavab: Sinxroniya -Şərh: İnsan nəsə haqqında fikirləşir və elə bu zaman da onun fikri təsadüfən reallaşmasında (məsəlçün kiminsə barədə düşünürük və o, bizə zəng edir təsadüfən) Yunq sinxron əlaqə görürdü və bu səbəbdən də onu sinxroniya adlandırırdı. -Müəllif: None - -Sual: 2. 16.09.1920-ci ildə Uolt-strit bankının yanında at arabasında olan bombanın partlaması sayəsində Nyu-York ştatında ən ölümcül katastrofa baş verdi. Eşitdiyiniz cümlədə bir sözü gizlətmişik. Siz isə cümlənin götürüldüyü məqalədəki növbəti cümlədə olan tarixi deyin -Cavab: 11.09.2001 -Şərh: Uolt-strit faciyəsi ən ölümlü ikinci katastrofa idi, birincisi isə 11 sentyabr hadisələri idi. -Müəllif: None - -Sual: 3. 1931-ci ildə çəkilmiş bir fotoda Uolt Disney pişiyinə bunu göstərir. Bunun nə olduğunu tapın. -Cavab: Mikki Maus -Şərh: Uolt Disney Mikki Maus personajının yaradıcısıdır. Mikki Maus isə siçan olduğundan pişiyi ilə bu cür zarafat etmişdir. -Müəllif: None - -Sual: 4. “On əmr” adlı filmdə Çarlton Hestona Musa rolunu oynamaqla yanaşı bunu da etmək tapşırılmışdı ki, bunu etdiyi halda onun filmoqrafiyasına X rolu düşəcəkdi. X ləqəbli insanlar arasında Morqan Friman və qərəzsizliyi ilə məşhurlaşan bir neçə telerepotyor var. X-i üçüncü növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Tanrının səsi -Şərh: 10 əmir adndan göründüyü kimi Musanın həyatından bəhs edirdi. Musann həyatı ilə bağlı ən məşhur əfsanə onun Tanrı ilə danışmasıdr. Aktyor Çarlton Heston isə bu filmdə Musa rolunu oynamaqla yanaşı həm də Tanrının səsi rolunu da canlandırmalı yəni Musa tanrıyla danışarkən Tanrını səsləndirməliydi. Morqan Frimana məşhur Qüdrətli Brüs filmindən sonra Tanrının səsi ləqəbi verilmişdi. Qərəzsiz, düzgün informasiya verən telereportyorları da adətən Tanrının səsi adlandırırlar. -Müəllif: None - -Sual: 5. Futbolçu Zlatan İbrahimoviç özünün instaqram hesabında paylaşdığı bir fotoya “kraliça və kral” başlıqlı şərh verib. Siz isə fotoda kraliçanı deyil kralın soyadını cavab kartlarınıza yazın. -Cavab: İbrahimovic -Şərh: Zlatan İbrahimoviç hər zaman qalmaqallı hərəkətləri və sözləri ilə gündəmdə qalanda futbolçulardan olduğu üçün fotoda İsveç kraliçası və özünə bu cür şərh vermişdir. -Müəllif: None - -Sual: 6. Adında bu fransız mənşəli söz işlənən Türkiyə qurumlarının birinin bayrağında silahlı əsgər təsvir olunmuşdu. Lui de Fünesin filmoqrafiyasında da bir neçə yerdə bu sözə rast gəlmək olar. Bu fransız mənşəli sözü cavab kartınıza yazın. -Cavab: Jandarma -Şərh: Soruşulan söz Jandarma sözü idi ki, Türkiyə silahlı qüvvələrində Jandarma sözündən geniş istifadə olunur və silahlı əsgər sözü sizi Silahlı qüvvələr. Jandarm seriyası filmləri isə Lüi De Fünese dünyaca məşhurluq gətirmişdi. -Müəllif: None - -Sual: 7. Paylama materialıSiz qədim insanlara aid incəsənət nümünəsi görürsünüz. Bəs tədqiqatçılar bu rəsmlərə əsasən həmin insanların hansı xüsusiyyətini təxmin edirdilər? -Cavab: Solaxay olub olmamasını. -Şərh: Bu tip rəsmlər çəkilərkən insan işlək olmayan əlini qayaya söykəyib, işlək əli ilə rəngləyirdi. -Müəllif: None - -Sual: 8. Rejissor Ceyms Kameron bir filmini ərsəyə gətirməkdən ötrü Amerikalı dilçi Paul Frommeri dəvət etmişdi. Siz isə söhbətin hansı filmdən getdiyini bildinizsə Paul Frommerin nəyi yaratdığını deyin. -Cavab: Navi dili -Şərh: Avatar filmində Navi dilini Paul Frommer hazırlamışdır. -Müəllif: None - -Sual: 9. Mahnıdan sətirlərə qulaq asın.    - -Gəlib Yaponiyadan uzaq yollarla,    -Dostum pay gətirdi kağızdan durna.   -Onunla bağlıdır qəmli əhvalat:    -Balaca qız ilə atomlu həyat.  Diqqət sual: Sitatın götürüldüyü məqalə kimə həsr edilib? -Cavab: Sadako Sasaki. -Şərh: 1945-ci ildə Hirosimaya bomba atılarkən zədə alan Sasaki barədə mahnıdan sitat idi -Müəllif: None - -Sual: 10. Xəttat Molla Əli Qarabağinin hansısa fiziki qüsura malik olması yaxud  şəhərinin insanlarına qarşı qəddar davranması haqqında heç bir fakt yoxdur. Siz isə Qarabağinin əhali arasında necə adlandığını birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Kor xəlifə -Şərh: Xəttatlıq haqqında bir çox mənbələrdə deyilir ki, güclü xəttat ömrünün sonunda mütləq kor olmalıdır ki, bu onun işinə yanaşmasındakı diqqətini göstərir. Molla  Əli Qarabaği kor olmasa da ona Kor xəlifə ayaması verilmişdi. Sualda işlədilən “ şəhərin insanlarına qarşı qəddar olmaması” “Burada mənəm, Bağdadda kor xəlifə” məsəlinə gətirib çıxarda bilərdi -Müəllif: None - -Sual: 11. Paylama materialıRekvizitdə 1856-cı ildə Almaniyada tapılmış qədim insanın kəllə sümüyünü görürsünüz. Siz isə kəllənin Almaniyanın hansı bölgəsində tapıldığını deyin -Cavab: Neandertal -Şərh: Şəkildə neandertal insanın kəllə sümüyü təsvir olunmuşdur. Almaniyanın Neandertal bölgəsindən tapıldığına görə bu adı vermişdilər. -Müəllif: None - -Sual: 12. Ləqəblərindən biri Kar Xəlifə olan Molla Əli Qarabağı Şuşada yeni X-lərin əsasını qoymuşdu. X-lərdən danışılan bir siyahıda Rəşid Behbudov, Fikrət Əmirov, Cövdət Hacıyevin də ad xatırlanır. X-lə əvəz etdiyimiz eyni hərflə başlayan iki sözü cavab kartınıza yazın -Cavab: Musiqi məktəbi -Şərh: Əvvəlki sualda xəttatlıqla məşğuliyyətin korluq olmasından danışıldı ki, musiqiylə də yaxınlıq karlığa səbəb olmalıydı. Kar Xəlifə ləqəbli Molla Əli isə Şuşada yeni musiqi məktəblərinin əsasını qoymuşdu. Bakıdakı musiqi məktəblərinin siyahısında isə Rəşid Behbudov adına, Fikrət Əmirov adına, Cövdət Hacıyev adına musiqi məktəblərinə rast gəlmək olar -Müəllif: None - -Səhifə -> 361 | Sual Sayı -> 12 - -Sual: 1. Gələcəyin kitabxanası adlı layihəni həyata keçirmək üçün bir fond hər il 1000 ədəd bunu edir. Saatda 800 dənə bunu edən drondan danışılan məqalədə deyilir ki, o bir saatlıq batareya ilə 1 akrlıq ərazidə işləyə bilər. Bunu etməklə əvəz etdiyimiz iki sözü cavab kartınıza yazın -Cavab: Ağac əkir -Şərh: Gələcəyin kitabxanası layihəsi üçün fond bir ərazi götürüb ki, hər il kitab seçərək həmin kitabın gələcəkdə çapı üçün min ədəd ağac əkir. Saatda 800 ağac əkmək qabiliyyitinə malik drondan danışılan maqəladə deyilir ki, o bir saata bir akrlıq əraziyə ağac əkə bilər. -Müəllif: None - -Sual: 2. Yurqen Klop bir dəfə mətbuat konfransına gələrkən köynəyi mətbuatın diqqətini cəlb etdi. Siz isə köynəyin üstündə hansı qrupun adının yazıldığını deyin. -Cavab: The Beatles -Şərh: The Beatles qrupunun əsası Liverpul şəhərində qurulmuşdur. Yurqen Klopda Liverpulun məşqçisi olduğu üçün belə bir addım atmışdı. -Müəllif: None - -Sual: 3. Sitata qulaq asın: “X alıb-satan təhlükə saçar, Y alıb-satan elmə yol açar”. Diqqət sual: 20-ci əsr ədəbiyyatımızda hansı yazıçının bir əsərinin adında X və Y var? -Cavab: M. S. Ordubadi -Şərh: “Qılınc alıb-satan təhlükə saçar, Qələm alıb-satan elmə yol açar” -Müəllif: None - -Sual: 4. Keçən ay (2016 oktyabr) bir şəxsin telefonlara cavab verməməsi dünya mətbuatında böyük səs-küy yaratmış, onun hətta Las-Veqasdakı konsertdən sonra jurnalistləri cavabsız qoyması qəribə qarşılanmışdı. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Bod Dilan -Şərh: Bod Dilana Nobelə verildikdə o bu xəbərə etinasız yanaşmış, hətta ona gələn zənglərə cavab verməməklə dünya mətbuatını təəccübləndirmişdi. -Müəllif: None - -Sual: 5. Bir dəfə qədim yunan filosofu Xrissip öz uzunqulağına çaxır içizdirdikdən sonra, onun necə əncir yeməsinə baxarkən, sözün əsl mənasında bunu edib. Bunu etməklə əvəz etdiyimiz sözləri cavab kartlarınıza yazın. -Cavab: Gülməkdən ölüb -Şərh: Xrissip uzunqulağını kefli halda görərək gülməkdən ölmüşdür. -Müəllif: None - -Sual: 6. Sualda 1 sözdə buraxılmış hərflər var. Aqata Kristi itkin düşəndə polislər heç bir nəticə əldə etmədikdə, ekstrasens xidməti göstərmək üçün ona müraciət etdilər. Diqqət sual: buraxılmış hərfləri bərpa edin. -Cavab: K, N, A (ixtiyari ardıcıllıqla). -Şərh: Detektiv yazarı Aqata Kristi itkin düşəndə polislər ekstrasens köməyi göstərmək üçün spiritist kimi tanınan digər detektiv yazar Konan Doyla müraciət etmişdilər. -Müəllif: None - -Sual: 7. 1968-ci ildə ölən bu şəxs bir neçə əlyazmanı Esther Hoffeyə verib həmin əlyazmaların hansısa kitabxanaya bağışlanmasını vəsiyyət etsə də Hoffe onun vəsiyyətini yerinə yetirməmişdi. 1968-ci ildə ölən bu şəxsin kim olduğunu deyin -Cavab: Maks Brod -Şərh: Kafka haqqında deyilir ki, o öz əlyazmalarını yandırmaq üçün Maks Broda bağışlasa da Maks Bord onun vəsiyyətinə əməl etməmiş və həmin əlyazmaları çap etdirmişdi. Necə ki, Maks Brod Kafkanın vəsiyyətini yerinə yetirməmişdi, elə də Esther Hoffet Brodun vəsiyyətinə əməl etməmiş, həmin əlyazmaları özündə saxlayaraq qızlarına miras buraxmışdı. -Müəllif: None - -Sual: 8. Paylama materialıSiz Anastasios Karayiannisin İlinoisda açdığı restoranın logosunu görürsünüz. Diqqət sual: Sizdən gizlətdiyimiz hissədəki yazını bərpa edin. -Cavab: Greco (Qreko). -Şərh: Yunanıstanlı şəxs ABŞ-da açdığı restorana ad verərkən, 16-17-ci əsrlərdə yaşamış xaricdə (İspaniyada) uğur qazanan digər yerlisi Domenikos Teotokopulos kimi etmiş və yunan olduğunu vurğulamaq üçün “Greco” hissəsindən istifadə edir və restoranı rəssamın ləğəbi kimi “El Greco” adlandırır. -Müəllif: None - -Sual: 9. Sitata qulaq asın: “Xərcləsən, tükənər xəznənin yüzü, Xəzinə gətirər (2 buraxılmış söz). Dinlədiyiniz sitatın götürüldüyü fəsildə şair öz övladına nəsihət verir. Buraxılmış sözləri bərkimiş ifadə ilə bərpa edin. -Cavab: Atalar sözü. -Şərh: Şair öz övladına məsləhətlər verir və deyir ki, ataların məsləhətləri, onların sözü çox dəyərli olur. -Müəllif: None - -Sual: 10. Maks Veber ondan danışılan kitabında onun təktanrılı dinlərlə əlaqəsini vurğulamışdı. Ondan danışan başqa məqalədə Victor Hüqo, Volter, Leon Fukonun da adı xatırlanır. Cümlədə bir neçə yerdə beş hərf buraxılmışdır. Buraxılmış beş hərfi cavab kartınıza yazın. -Cavab: pante -Şərh: Maks Veber panteondan danışılan kitabında panteonun təktanrılı dinlərlə əlaqəsinndə danışırdı. Belə ki, panteon (yunan pan- bütün, teos –tanrılar olub, hansısa mif yaxud dinə aid tanrılar çoxluğunu bildirir) Paris Panteonundan danışılan məqalədə orada basdırılan Viktor Hüqo və Volter, həmçinin məşhur Fuko kəfkiri də xatırlanır. -Müəllif: None - -Sual: 11. Fransanın şərqindən yerləşən bu şəhər Monblan dağının ətəyində yerləşir. Söhbətin hansı şəhərdən getdiyini tapın. -Cavab: Şamoni-Mon-Blan. -Şərh: Şəhərin dağın ətəyində yerləşməsi sizi ilk qış olimpiya oyunlarının keçirilməsinə aparmalı idi. Belə ki, 1924-cü ildə ilk dəfə qış olimpiya oyunları Fransanın Şamoni şəhərində keçirilmişdir -Müəllif: None - -Sual: 12. 12. XX əsrin ortalarına aid bir amerikan romanında Duqlas öz qardaşına qışda qar dənəsini götürüb soyuducuda saxlaması və yayda həmin qara baxıb qışı xatırlaması barədə deyir. Siz isə həmin ailənin qışda yayı xatırlaması üçün yayda nə hazırladıqlarını deyin. -Cavab: Zəncirotu şərabı. -Şərh: Əsl adı Duqlas olan Rey Bredberinin avtobioqrafik triloqiyasına daxil olan ən məşhur əsəri “Zəncirotu şərabı”-dır. Digər əsərlər isə “Əlvida yay” povesti və “Yay səhəri, yay gecəsi” hekayələr toplusudur -Müəllif: None - -Səhifə -> 362 | Sual Sayı -> 12 - -Sual: 1. Bir şirkət kitab, su, saat, çarpayı, velosiped və s. əşya yaxud digər şeylərin şəkillərini istehsal etdiyi köynəklərin üzərinə yapışdırır. Bunun nə məqsədlə edildiyini bir neçə sözlə deyin. -Cavab: Səyahət zamanı dilini bilmədiyiniz insanlarla ünsiyyət qurmaq üçün -Şərh: Əsasən xarici ölkələrə səfər edən turistlər üçün nəzərdə tutulub. -Müəllif: None - -Sual: 2. Almaniyanın Suurhuzen kəndində bir kilsə 5.1939 dərəcə ilə Ginnesin rekordlar kitabına düşüb. Bəs bu kilsə 1.22 dərəcə ilə hansı tikilini qabaqlayır. -Cavab: Piza qülləsi -Şərh: Həmin dərəcələr əyilməni göstərmək üçün idi -Müəllif: None - -Sual: 3. Paylama materialıGördüyünüz təsvir Zəfər tağı abidəsindəndir. Siz isə bu təsvirdən təsirləndiyi iddia olunan heykəlin hansı ölkənin simvollarından olduğunu cavab kartınıza yazın -Cavab: Rusiya. -Şərh: Şəklə diqqətlə baxsaz onun Rusiyadakı “Ana vətən çağırır” heykəlinə bənzədiyini görə bilərsiz. -Müəllif: None - -Sual: 4. Doan Robinsonun sözlərinə görə orada hindu qəbilələrinin lider olan “Qırmızı bulud”un da təsviri əks olunmalı idi. Oranı cavab kartlarınıza yazın. -Cavab: Raşmor dağı -Şərh: Doan Robinson Raşmor dağının ideyasını vermiş şəxsdir. -Müəllif: None - -Sual: 5. İngiltərədə doğulmuş bu şəxs, I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş və əczaçılığı öyrənmişdir. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Aqata Kristi -Şərh: Aqata Kristi hospitalda zəhərlər haqqında öyrəndiyi bir çox məlumatları özünün əsərlərində istifadə etmişdir. -Müəllif: None - -Sual: 6. Mövzumuza davam edək: Aqata Kristinin 1920-ci ildə “Staylzda sirli cinayət” adlı ilk detektiv romanı nəşr olunur. Siz isə bu əsərin nəşri ilə bərabər kimin doğulduğunu deyin. -Cavab: Erkül Puaro -Şərh: Erkül Puaro Aqata Kristinin məşhurluq qazanmış və 25 romanının qəhrəmanıdır. -Müəllif: None - -Sual: 7. Bir əsərin personajlarından biri BUNU kişinin günahkar axtaran barmağının həmişə bir qadına tuşlamasına bənzətmişdi. BUNUN haqqında ilkin təsəvvürlərin e.ə III-II əsrlərə aid olmasını bilərək BUNU cavab kartlarınıza yazın. -Cavab: Kompas -Şərhlər: None -Müəllif: None - -Sual: 8. Bir məqalədə deyilir ki, dövrümüz elə dövrdür ki, bir həftə əvvəlin əsas gündəm mövzusu bir həftədən sonra heç arxivin tozlu rəflərində də xatırlanmır. Bu zaman bir məşhur amerikalının sitatı xatırlanır. Amerikalının adını cavab kartınıza yazın -Cavab: Endi Vorxol -Şərh: Məqalədə deyilir ki, dövrümüz elə dövrdür ki, insanlar və hadisələr tez məşhur olub tez də unudulur. Məqalədə Endi Vorxolun hamı 15 dəqiqəliyinə məşhur olacaq sitatı xatırlanır. Sualdakı məşhur sözü də cavaba apara bilərdi. -Müəllif: None - -Sual: 9. Endi Uorxolun çəkdiyi Sleep (Yuxu) filmi 6 saat davam edir və bir adamın yatmaq prosesi göstərilir. Onun Empaye (Empire) filmində isə 8 saat ərzində kameranın Empaye Steyt (Empire State) binasının qarşısında çəkdikləri göstərilmişdir. Cümlədə buraxılan sözü cavab kartınıza yazın. -Cavab: Hərəkətsiz. -Şərh: Sleep filmində kamera hərəkətsiz dayanaraq adamın yatmağını çəkirdi. Empire filmində isə kamera hərəkətsiz quraşdırılaraq binanın qarşısından keçənləri çəkmişdi. -Müəllif: None - -Sual: 10. Gerhard Ricther tərəfindən çəkilən Domplatz, Mailand rəsmi 37 milyon dollara satılaraq ən bahalı rəsm rekordunu qırıb. Cümlədə buraxılan 3 yaxud 4 sözü cavab kartınıza yazın. -Cavab: yaşayan rəssam tərəfindən çəkilmiş -Şərh: Məlumdur ki, müasir dünyada 37 milyon dollara ən bahalı rəsm olmaq mümkün deyil. Ən bahalı rəsmlər daha yüksək qiymətə satılıb. Gerard Rictherin əsərinin ən bahalı sayılmağının səbəbi odur ki, onun rəsmi müəllifi sağ ikən satılmış ən bahalı rəsm olmasıdır -Müəllif: None - -Sual: 11. Paylama materialıŞəkildə Hollandiya istehsalı 2 nəfərlik yelkənli idman qayığını görürsünüz. Sizdən gizlədilmiş olan hissədə isə bir abreviatura yerləşir. Abreviaturanın açılışının 1826-cı ilə aid əsər olduğunu bilərək əsərin adını cavab kartlarınıza yazın. -Cavab: Flying Dutchman -Şərh: Bu qayıqlar Flying Dutchman, yəni “Uçan Hollandiyalı” adı ilə tanınır. Abreviaturada isə F və D hərfləri var. Uçan Hollandiyalı əsərinin müəllifi isə ingilis yazıçısı Edvard Fitsbolldur. -Müəllif: None - -Sual: 12. Tebai kralı Edipin oğullarının taxt-taca sahiblənmək uğrunda savaşaraq hər ikisinin ölməsindən danışılan məqalədən eradan əvvəl 3-cü əsrdə yaşamış şəxs haqqında məqaləyə keçid var. Söhbətin hansı şəxsdən getdiyini tapın -Cavab: Pir -Şərh: Edipin oğulları atalarının ölümündən sonra taxt-tac üçün müharibəyə başlamış və hər ikisi öldürülmüşdü. Tebainin ilk kralı Kadmosun adından götürülən Kadmos qələbəsinin məğzi isə ondan ibarətdir ki, döyüşən hər iki tərəf məhvolma həddinə çatır. Kadmos qələbəsindən isə keçid olan məqalə Pir qələbəsi haqqındakı məqalə idi -Müəllif: None - -Səhifə -> 363 | Sual Sayı -> 12 - -Sual: 1. Süleyman Qanuni hərbi səfərdə olanda soyuq havada azuqə tapmağın çətinliyinə görə hava soyuyan kimi səfəri bitirib geri qayıdırdı. Bir internet istifadəçisinin fikrincə, hökmdar öz ordusuna belə anda: “X, biz gedirik” deyə bilərdi. X 2011-ci ildən yayımlanan serialın ilk seriyasının adıdır. X-lə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Qış gəlir -Şərh: Sultan ordusunun qışda səfərdə olmasını istəmirdi. Ona görə qışın gəlməsi ilə səfəri bitirirdi. “Qış gəlir” “Taxtlar oyunu” serialının ilk seriyası olub. -Müəllif: None - -Sual: 2. XX əsrin 30-cu illərində yazılmış bir fransız müəllifinin romanında qəhrəman kafedə qayğanaq yumurtanın üstündə qan ləkəsi görür və halı pisləşir. Əsərin müəllifini deyin. -Cavab: J.P. Sartr -Şərh: Bu cür səhnəni görən qəhrəmanın halı pisləşərək, ürəyi bulanmağa başlayır. 1938-ci ildə yazılmış “Ürəkbulanma” romanı Sartrtın ən uğurlu romanı sayılır. -Müəllif: None - -Sual: 3. Məzdəkin həyat yoldaşı 2 nəfərlə Reyə gedərək, Məzdəkin ideyalarını təbliğ edirdi. Siz isə Məzdəkin həyat yoldaşının hərəkatına qoşulanların necə adlandırıldığını deyin. -Cavab: Xürrəmdin -Şərh: Məzdəkin həyat yoldaşı Xürrame ərinin ideyalarını təbliğ edərək, hərəkatı gücləndirirdi. Xürrameyə qoşulan insanlar isə xürrəmi sayılırdı. -Müəllif: None - -Sual: 4. Sosial şəbəkələrdə yayılan bir fotoda Sovet istehsalı olan “Qorki Avtomobil Zavodu”nun minik maşınlarının birinin üstünə bir neçə muzdlu işçi rəsmi çəkilmişdir və fotoya 1873-cü ilə aid bir rəsm əsərinin adı verilmişdir. Siz isə həmin əsərin müəllifini deyin. -Cavab: İ. Repin -Şərh: QAZ-ın istehsalı olan minik avtomobillərə “Volqa” deyilir. Muzdlu işçilərə isə “burlak” deyilir. “Volqa”ya “burlak” çəkərək, internet istifadəçisi fotonu “Burlaklar Volqada” adı ilə paylaşmşdır. Eyni adlı rəsm əsəri isə İlya Repinə məxsusdur. -Müəllif: None - -Sual: 5. 2016-cı ildə Toskanada aparılmış qazıntıda tapılmış 2500 illik bir daş üzərində X-də nümunələr aşkar edilmişdir. Lingua Mortua -lar arasında X Avropaya ən çox təsir edən sayılır. X-i ardıcıl hərflərlə başlayan 2 sözlə deyin. -Cavab: Etrusk dili -Şərh: İtaliyada Etrusk dilində nümunələr tapılmışdır. Etrusk dili ölü dil (Lingua Mortua – latınca) olsa da, Avropaya ən çox təsir göstərəndir, çünki əksər Avropa dillərində bu dilin izləri var. -Müəllif: None - -Sual: 6. Paylama materialıGördüyünüz heykəl hansı Avropa şəhərindədir? -Cavab: Notinqem -Şərh: Kapüşonlu hərbi geyimdə olmayan silahlanmış insan ox atır. Heykəl Robin Hud-a yüksəldilmişdir. -Müəllif: None - -Sual: 7. Kalininqrad vilayətində baş tutmuş Şən və Hazırcavablılar Klubunun turnirlərinin birində komandaların birinin nömrəsinə qulaq asın. Alman turist rusdilli şəxsin dalınca düşərək öz fotoaparatını geri istəyir. Bu zaman rusdilli şəxs öz dostundan xahiş edir ki, almana desin ki “Sizin idi, oldu bizim”. Siz isə bu zaman tərcüməçilik edən şəxsin hansı alman mənşəli sözü dediyini cavab kartlarınıza yazın. -Cavab: Keniqsberq -Şərh: 1945-ci ilə qədər Keniqsberq Almaniyaya məxsus idi. Lakin müharibədən sonra Rusiya Almaniyadan oranı alaraq, adını Kalininqrad qoydu. -Müəllif: None - -Sual: 8. İ. Kantın fəlsəfəsinə əsasən insan dünyanı olduğu kimi yox, təcrübəsi vasitəsi ilə dərk etdiyi kimi, xüsusi rəngdə görür. Bu zaman təcrübə ƏJDAHA DÖYMƏSİNƏ bənzədilir. ƏJDAHA DÖYMƏLİ QIZ 1987-ci ildə efirə çıxmış teletamaşamızın adıdır. ƏJDAHA DÖYMƏSİ ilə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Yaşıl eynək -Şərh: Kant deyirdi ki, insan dünyanın öz təcrübəsindən gördüyündən dünyanı olduğu kimi yox, dərk etdiyi kimi görür. Sanki insan yaşıl eynək taxır və ətrafı yaşıl rəng prizmasından görür. “Yaşıl eynəkli adam” teletamaşası 1987-ci ildə efirə çıxmışdır. -Müəllif: None - -Sual: 9. XIX əsrdə Alfred Veyd teleqraf aparatını kəşf etdi və teleqraf kodunu təkmilləşdirdi. Siz isə Veydin dostu Samuelin soyadını deyin. -Cavab: Morze -Şərh: Bu kəşflər Morze əlifbasının yazlmasına gətirib çıxartdı. -Müəllif: None - -Sual: 10. Məşhur rəsm olan “Troyka” (Üçlük”) barədə məqalədə deyilir ki, rəsm o qədər uğurlu çıxmışdır ki, dərhal Pavel Mixayloviç rəsmi almışdır. Siz isə Pavel Mixayloviçin soyadını deyin. -Cavab: Tretyakov -Şərh: Vasili Perovun bu rəsmi o qədər uğurlu alınmışdır ki, dərhal Tretyakov sərgisinin eksponatına çevrildi. -Müəllif: None - -Sual: 11. Google Earth proqramı vasitəsi ilə Qazaxstanın Tuqay rayonunun çöllərində hansısa fiqurları xatırladan qəribə xətlər aşkarlanıb. Siz isə bu barədə yazılan məqalədə başqa hansı ölkənin adının çəkildiyini deyin. -Cavab: Peru -Şərh: Analoji xətlər Peruda Naska platformasında da var. Google Earth vasitəsi ilə tapılması xətdin səmadan daha aydın görünməsini bildirirdi. Aartıq Naska xətləri dünyada yeganə o tipdə obyekt sayılmır. -Müəllif: None - -Sual: 12. Qəhvə İsveçə ilk dəfə gətirilərkən, isveçlilər onu zəhərli hesab edib istifadə etmirdilər. Bu şübhəni kral III Qustav aradan qaldırdı. Belə ki, kral bir məhbusa gündə 3 fincan qəhvə içməsini əmr etdi. Siz isə həmin məhbus barəsində daha öncə olan məhkəmə qərarını deyin. -Cavab: Edam edilsin -Şərh: Kral barəsində ölüm hökmü çıxarılmış bir şəxs üzərində bu cür təcrübə apardı. Əgər qəhvə həqiqətən zəhərli olsaydı, məhbus öləcəkdi ki, bu da məhkəmə qərarının icrası demək idi, qəhvə zəhərli olmasaydı məhbus həbsdə yaşayacaqdı ki, bu da ona qarşı kral mərhəməti sayılacaqdı. Kralın qərarına əsasən gündə 3 fincan qəhvə içən məhbusun ən azı 83 il yaşadığı barədə məlumatlar var. -Müəllif: None - -Səhifə -> 364 | Sual Sayı -> 12 - -Sual: 1. “Köçəri” filmində xan müdrikdən öz sonunun necə olacağını soruşanda, müdrik deyir ki, vaxtı çatanda hər X sönür. Bu zaman xan həyəcanlanıb YX-in kim olduğunu soruşur. YX 2004-cü ildə ilk dəfə Azərbaycan teleməkanında yayımlanan layihənin də adıdır. YX-lə əvəz etdiyimiz 2 sözü deyin. -Cavab: Yeni ulduz -Şərh: Müdrik şəxs xana hər ulduzun sönəcəyini deyir. Müdriki başa düşən xan hərəcanla yeni ulduzun kim olacağını soruşur. Yeni ulduz müsabiqəsi 2004-cü ildən efirdədi. -Müəllif: None - -Sual: 2. Ramiz Rövşən bir şeirində ağacları X-a malik olmalarına görə Məcnuna bənzədir. X haqqında danışılan başqa məqalədə olimpiya oyunları da xatırlanır. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Quş yuvası -Şərh: Şair şeirində deyir ki, ağaclar da Məcnun olub başında quş yuvası. Məcnunun başında quş yuvası ilə gəzməsi yəqin ki, çoxlarına məlumdu. Pekindəki Quş yuvası stadionundan danışılan məqalədə də olimpiya oyunlarının xatırlanması təsadüfi deyildi. -Müəllif: None - -Sual: 3. II Dünya müharibəsi dövrünə aid çəkilmiş bir fotoda pilotların sake içdiyini görə bilərik. Siz isə pilotların hara getdiyini deyin. -Cavab: Pörl Harbor -Şərh: Sake yaponların ənənəvi spirtli içkisidir. Belə ki, yapon kamikadzelərə hücum etməmişdən qabaq bu spirtli içkiləri içkiləri içirdirdilər ki, döyüşdən qaçmasınlar və hətta özlərini belə qurban versinlər. 1941-ci il 7 dekabr tarixində isə gözlənilmədən yapon kamikadzeləri ABŞ-ın Pörl Harbor hərbi-dəniz bazasına hücum etdilər. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə Krım vilayətində yerləşən “Gözyaşları fəvvarəsi” təsvir edilib. Siz isə şəkildə nəyi gizlətdiyimizi qarşılıqlı samitlərlə başlayan 2 sözlə deyin. -Cavab: Puşkinin büstü -Şərh: “Gözyaşları fəvvarəsi” Krımın Baxçasaray şəhərinin məşhur abidələrindən biridir. Abidəyə daha məşhurluğu isə Puşkinin yazdığı “Baxçasaray fəvvarəsi” poeması gətirmişdir. Bu səbəbdən fəvvarənin yanında şairə büst ucaldılmışdır. -Müəllif: None - -Sual: 5. Roterdamlı Erazmın 1511-ci ildə nəşr etdirdiyi əsərinin adı “X-ə tərif” adlanır. Koroğlu dastanında Koroğlunun igidlərə həsr olunmuş sözlərində X-lərə tərif görmək mümkündür. X-lə əvəz etdiyimiz sözü deyin. -Cavab: Dəli -Şərh: Bildiyiniz kimi Koroğlu dastanında igidlər dəli adlanırdı və Koroğlunun onlara həsr olunmuş sözlərində “Dəliliyə tərifə” rast gəlmək olar. Dəliliyə tərif əsəri isə Roterdamlı Erazmın məşhur əsəridir. -Müəllif: None - -Sual: 6. Bəzi tarixi məlumatlara görə 414-cü ildə vestqotlar buranı ələ keçirərək, Qotaloniya adını verirlər. Söhbətin hansı vilayətin yaranmasından getdiyini bildinizsə vilayətin yerləşdiyi ölkənin adını cavab kartlarınıza yazın. -Cavab: İspaniya -Şərh: Qotaloniya daha sonralar Kataloniya adına çevrilmişdir. Kataloniya muxtar vilayəti İspaniyanın şimal şərqində yerləşir. -Müəllif: None - -Sual: 7. Azərbaycan rəvayətlərindən (pritça) birində haramlıq edərək pul qazanan bir kişi gəmi ilə səfərdə olarkən, meymun kişinin pul kisəsini oğurlayıb pulların birini gəmiyə digərini suya atırdı. Siz isə həmin kişinin hansı üsulla pul qazandığını deyin. -Cavab: Süd satmaqla -Şərh: Həmin kişi südə su qatıb satırdı və sonda meymun, belə demək olarsa suyun pulunu suya qaytardı. Südə su qatmaq ifadəsi özü də haramlıq etmək mənasını verir. -Müəllif: None - -Sual: 8. Əsasən soyuq ölkələrdə yayılan X sənət növü haqqında məqalədə deyilir ki, X sənət növüylə məşğul sənətçilərin əsas düşmənləri zamandır. X adlı hekayə 41-ci ilin qışı cümləsi ilə başlayır. Hekayənin müəllifini cavab kartınıza yazın. -Cavab: Ənvər Məmmədxanlı -Şərh: Buz heykəl sənət növündən danışılan məqalədə deyilir ki, bu sənət növü əsasən soyuq ölkələrdə yayılıb və müəllifləri ən çox narahat edən şey zamandır, yəni zamanda asılı olaraq buzların əriməsi. Buz heykəl hekayəsinin müəllifi isə Ənvər Məmmədxanlıdır. -Müəllif: None - -Sual: 9. Paylama materialıRekvizitdə Rene Maqritə məxsus bir rəsm əsərini görürsünüz. Belə hesab olunur ki, şəkildə üzü çevrilmiş rəssamın özü, gözü bağlı olansa X-dir. X həm də 1871-ci ildə çəkilmiş rəsmin adında da var. X-lə əvəz etdiyimiz sözləri deyin. -Cavab: Rəssamın anası -Şərh: Rene Maqritin anası özünü Samber çayına ataraq intihar etmişdir. Bu hadisəni Magrit anasına bağışlamamışdır, lakin bu hadisə Magritin rəssam olmasına, rəssamlıq üslubuna təsir etmişdir. 1871-ci ildə isə digər məşhur rəsm “..... Rəssamın anası” rəsmi çəkilib. -Müəllif: None - -Sual: 10. 1673-cü ildə Hollandiyalılar ingilislərdən şəhəri geri alaraq, adını Yeni Oranc qoydular. Siz isə bu zaman gələcək ingilis kralı II Yakovun hansı hersoq titulunu daşıdığını deyin. -Cavab: York -Şərh: Hollandlar hindulardan buranı pulla alıb adını Yeni Amsterdam qoymuşdular. 1664-cü ildə ingilislər buranı işğal edib, adını gələcək kral York hersoqu II Yakovun şərəfinə Nyu York qoymuşdular, 1673-cü isə hollandlar bir müddətlik şəhəri özlərinə qaytarmağı bacarmışdılar. II Yakovsa hakimiyyətə 1685-ci ildə gəldi. -Müəllif: None - -Sual: 11. Sualda əvəzetmələr var. 1990-cı ilin əvvəllərində Orion şirkəti Güclü və Zəif adlı iki filmi eyni vaxtda nümayiş etdirib bu iki filmi oskar nominasiyasında rəqib kimi görməyi planlaşdırsa da maliyyə problemləri ucbatından güclüyə üstünlük verildi və zəif ikinci plana atıldı. Güclü və zəiflə əvəz etdiyimiz hər iki filmin adını cavab kartınıza yazın. -Cavab: Canavarla rəqs, quzuların səssizliyi -Şərh: Orion şirkəti təxmini eyni vaxta hazır olan Canavarlarla rəqs və Quzuların səssizliyi filmlərini eyni vaxtda nümayişə buraxıb daha ciddi ajiotaj yaratmaq istəsə də maliyyə problemləri ucbatından birini seçməli olmuş və Canavarlarlarla rəqsə üstünlük vermişdi, necə deyərlər qurd quzuya, güclü zəifə qalib gəlmişdi. -Müəllif: None - -Sual: 12. Rəvayətə görə dərzi qadın Betsi Ross 1776-cı ildə Corc Vaşinqtonla görüşmüşdür. Siz isə həmin görüşdən sonra nəyin yarandığını cavab kartlarınıza yazın. -Cavab: ABŞ bayrağı -Şərh: Rəvayətə görə dərzi Betsi Ros ilk ABŞ bayrağını hazırlayan şəxsdir. -Müəllif: None - -Səhifə -> 367 | Sual Sayı -> 12 - -Sual: 1. O, əslən Efeslidir, aqressiv, üsyankar biri hesab olunurdu, alovu və şöhrəti çox sevirdi. Eradan əvvəl yaşayıb. Biz onunla bağlı məlumat versək də məhkəmənin çıxardığı qərara sadiq qalaraq BUNU ETMƏDİK. BUNU ETMƏDİK ilə əvəz etdiyimiz sözləri cavab kartınıza yazın -Cavab: Adını işlətmədik -Şərh: Sualdan aydın olurdu ki, söhbət məşhur Herostratdan gedirdi, sualda alov sözü onun Artemida məbədini yandırmasına, şöhrət sözü isə bunu öz adı üçün etdiyinə ipucu idi. Herostrat Artemida məbədini yandırdıqdan sonra məhkəmə onunla bağlı onun adının heç harda işlədilməməsi qərarını çıxarmışdı ki, biz də sualda onunla bağlı danışsaq da onun adını işlətmədik -Müəllif: None - -Sual: 2. Hegeli tədqiq edən fəlsəfə tarixçilərinin qənaətincə Aristotel kimi Hegel də onun dediklərinə qarşı çıxaraq, ailəni cəmiyyətin əsası kimi görürdü. Diqqət sual: öncəki cümlədə buraxılmış hərfləri yazın -Cavab: p,l,a,t -Şərh: Tədqiqat fəlsəfə tarixçilərinin olduğu üçün fəlsəfəni tarixi aspektdən nəzərə keçiriblər. Bu zaman Hegelin də Aristotel kimi Platonun dedikləri ilə razılaşmadığı aşkar olunub. Aristotelin Platonla çox zaman mübahisə etməsi “Platon dostumdur – həqiqətsə daha üstündür” ifadəsində biruzə verilib -Müəllif: None - -Sual: 3. Cümlədə bir neçə söz bir sözlə əvəz olunub. Xədicə Qayıbovanın həbs olunub dindirilməsindən danışlan məqalədə Xədicə Qayıbova onu dindirənlərə deyir : Mən vətən xaini deyiləm, mən latın dilində sevgiyəm. Əvəz etdiyimiz sözləri cavab kartınıza yazın -Cavab: Piano müəlliməsi -Şərh: Bilindiyi kimi Xədicə Qayıbova məşhur pianoçu idi və o, vətən xaini adıyla həbs olunmuş, onu dindirənlərə isə demişdi, Mən vətən Xaini deyiləm, mən piano müəlliməsiyəm. Əvəzetmə isə təsadüfi deyildi. Piano müəlliməsi və Amur (Sevgi - latın dilində) filmləri rejissor Maykl Hanekenenin ən məşhur filmlərindəndi -Müəllif: None - -Sual: 4. Paylama materialıhold on a coal fieldBir vikipediya məqaləsində “hold on a coal field” sözləri xüsusilə vurğulanır. Siz isə bu məqalədə adı çəkilən 2010-cu ildə Nyu-Hempşirdə vəfat etmiş şəxsi yazın -Cavab: Cerom Selincer -Şərh: “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin baş qəhrəmanının niyə Holden Kolfild adlandırılması haqqda danışılan məqalədə bu sözlər gətirilərək, qəhrəmanın rolu vurğulanır -Müəllif: None - -Sual: 5. Bu sözün mənşəyindən danışılan məqalədə deyilir ki, söz ilahi güc ilə yaddaşın birləşməsindən yaranıb. Bu sözdən danışılan məqalədə ruhun qidası sözü də xatırlanır -Cavab: Musiqi -Şərh: Musiqi sözünün etimalogiyasından danışılan məqalədə deyilir ki, bu sözün mənşəyi muzalarla əlaqəlidir ki, mifologiyada da muzalar ilahi güc yəni Zevsin və yaddaş tanrıçası Mnemosinanın övladları hesab olunurlar -Müəllif: None - -Sual: 6. Bu şəxs haqqında danışılan məqalədə onun Məhəmməd peyğəmbərə qohumluğu çatdığı bildirilir və deyilir ki, o, Həllac Mənsurun təliminə yaxınlığı ilə seçilirdi. Söhbətin hansı şəxsdən getdiyini tapın -Cavab: İmadəddin Nəsimi -Şərh: Peyğəmbərə qohumluğu çatdığı iddia olunduğundan ona bəzi yerlərdə Seyid Nəsimi deyirlər. Həllac Mənsur isə öz əqidəsi uğrundan edam olunmuş görkəmli şəxslərdəndir -Müəllif: None - -Sual: 7. Fall Grün planına əsasən Almaniya 1938-ci ilin 28 sentyabrında Çexiyaya hücum etməsi gözlənsə də, Fransa və Britaniyanın ciddi xəbərdarlığından sonra hücumdan çəkindi. Bu səbəbdən hətta Almaniya hökümətinin təhlükəsizlik strukturları hücum əmri olsa BUNU EDƏCƏKLƏRİNİ bildirmişdilər. BUNU ETMƏKlə əvəz etdiyimiz sözləri yazın -Cavab: Hitleri həbs etmək -Şərh: Britaniya və Fransanın xəbərdarlığından sonra Almaniya höküməti 1938-ci ildə Çexiyaya hücum etməkdən çəkindi. Hətta Hitlerin təkbaşına hücum barədə əmr verəcəyi təqdirdə Hitlerin həbs ediləcəyi gözlənilirdi. Bu səbəbdən Çexiyaya h��cum 1 il ləngimişdir -Müəllif: None - -Sual: 8. Ey parıltını sübh çağı yayan, -Nur Aton! Həyat verən -Hər gün şərqdən peyda olursan, -Hər yerə işıq saçırsan - -Siz onun yazdığı şeirdən parçaya qulaq asdınız. Öncəki cümlədə buraxılmış beş hərfi cavab kartınıza yazın -Cavab: Exnat -Şərh: Sizə verilmiş misranın müəllifi firon Exnaton idi. Bilindiyi kimi Exnaton Misirdə tanrı Atonu müqəddəsləşdirmiş və buna görə Atona həsr olunmuş Exnaton adı almışdı -Müəllif: None - -Sual: 9. Rusiyada verlişlərin birində bir azarkeşin jestləri ilə tamaşaçılar qonaqların sözlərinə müxtəlif reaksiyalar göstərirdilər. Bu barədə olan məqalədə deyilir ki, azarkeş X kimi tamaşacıların emosiyasını idarə edir. X-lə əvəz etdiyimiz fransız mənşəli sözü yazın -Cavab: Dirijor -Şərh: Fransızcadan tərcümədə “idarə etmək” mənasını verən dirijor sözü verlişin öz təşkilatçılarının auditoriyanın arasında oturdduqları öz adamlarına qarşı işlədilmişdir ki, o da zalın emosiyasını idarə edirdi -Müəllif: None - -Sual: 10. Bir məqalədə Mişel Uelbekin işığı qoyub emosiyalarının qaranlığında eşələnən qəhrəmanlarını müəllif X-ə bənzədir. Martin Skorsezenin polis və mafiyanın içində olan xəyanətdən bəhs edən filminin adı türkcəyə X adıyla tərcümə olunub. X-i bir sözlə cavab kartınıza yazın -Cavab: Köstəbək -Şərh: Qəhrəmanlar işıqda deyil, emosiyaların qaranlığında yaşayırlar, onlar köstəbəklərdir. The Departed filmi isə türkcədə “Köstəbək” adıyla göstərilmişdi ki, bu da təsadüfi deyil, bir çox məxfi xidmət orqanlarında satqınlar məhz belə adlandırılır -Müəllif: None - -Sual: 11. Amerikalı bir gəncin timsahlarla dolu olan gölün üzərində kəndirbazlıq etməsindən danışılan məqalədə onun hərəkətlərinin sanki X olduğu xatırlanır. X adlı bir tamaşada çoxlu skelet görmək olar. X- ilə əvəz etdiyimizi ikinci növ təyini söz birləşməsi ilə yazın -Cavab: Ölüm rəqsi -Şərh: Həmin gəncin hərəkətləri məqalədə “Ölüm rəqsi” adlanır. Ölüm rəqsi adlanan tamaşada isə rəqs edən skeletləri görmək mümkündür -Müəllif: None - -Sual: 12. İnsana aid seleksiyanı bildirən “Yevqenika” termininin müəllifi XIX - XX əsrlər ingilis antropoloqu Frensis Qalton olmuşdur. Siz isə Frensisin babası Erazmın soyadını yazın -Cavab: Darvin -Şərh: Erazmın qızından Frensiz Qalton, oğlundan isə Çarlz Darvin doğulmuşdur. Hər 2 alim antropologiyada bir biri ilə haradasa əlaqəli olan nəzəriyyələr yaratmışdılar -Müəllif: None - -Səhifə -> 368 | Sual Sayı -> 12 - -Sual: 1. Şekspirin eyniadlı əsəri əsasında opera səhnələşdirərkən Marina Timoşeva demişdi ki, yeni teatr mövsümü vaxtından əvvəl “START” götürüb. Söhbətin hansı əsərdən getdiyini yazın -Cavab: Falstaff -Şərh: “Falstaff” operasını səhnələşdirən Marina yeni teatr mövsümünün falSTART etdiyini demişdi -Müəllif: None - -Sual: 2. Bioqraf yazır ki, gənc Şarl Perronun həyatında baş vermiş faciəli hadisədən sonra yazıçı özünü sanki bir ayağı,bir əli və bir gözünü itirmiş kimi hiss edirdi. Hadisənin nədən ibarət olduğunu yazın -Cavab: Əkiz qardaşını itirmişdi -Şərh: Şarl Perro əkiz qardaşının ölümü səbəbi ilə sanki bədəninin yarısını itirdiyini deyirdi -Müəllif: None - -Sual: 3. Bir rəvayətə görə, Onun davamçısı Xerefont Apollonun müqəddəs -ziyarətgahına gələrək, Tanrıya belə bir sual verir: “Dünyada Ondan müdrik adam varmı?” Həmin vaxt belə paradoksal cavab eşitmişdi: “Ondan müdriki yoxdur”. Onun kim olduğunu yazın -Cavab: Sokrat -Şərh: “Mən bilirəm ki, heç nə bilmirəm” deyən Sokrat əslində çox şey bilirdi. Sualda işlənən qədim yunan adları da sizə cavaba çıxmaqda kömək edə bilərdi -Müəllif: None - -Sual: 4. Deyilənə görə Persey ALFAnı Atlanta göstərdikdən sonra, Atlant Atlas dağına çevrilib. ALFAnı əsası 1978-ci ildə qoyulmuş şirkətin loqosunda da görə bilərik. ALFAnın nə olduğunu bildinizsə, şirkətin adını yazın -Cavab: Versace -Şərh: ALFA ilə Meduza Qorqonanın başı əvəz olunmuşdu. Adı çəkilən şirkətin loqosunda da Meduzanın başını görə bilərik -Müəllif: None - -Sual: 5. Diqqət sualda əvəzetmə var!!! -Yemliha adlı şəxs Catskill dağında dünyaya gözlərini yumdu və 20 il sonra oyananda çox şeyin dəyişdiyini gördü. Əvəz olunmuş sözü tapdınızsa, holland mənşəli personajın adını yadınıza salaraq, əsərin müəllifini yazın -Cavab: Vaşinqton İrvinq -Şərh: Sualda Rip van Vinkl əvəz edilmişdi. Beləki,o Catskill dağında gözlərini yumur və 20 il yatdıqdan sonra oyanır. Əshabi-kəhf əfsanəsində də Yemliha 309 illik yuxudan sonra şəhərə gəlir və çox şeyin dəyişdiyini gör��r. Həmçinin, sizdən holland mənşəli personajın soruşulması “van” hissəciyini xatırlamağınıza kömək etməliydi -Müəllif: None - -Sual: 6. Digər qitələrin sərvətini ələ keçirməkdə maraqlı olan fransız kralı II Henrix deyirdi ki, sehirli “Peru” sözü ən sakit adamda belə BUNU oyadır. BUNU 1925-ci ilə aid mənbənin adı ilə cavab kartlarınıza yazın -Cavab: Qızıl hərisliyi -Şərh: Peru sizi Cənubi Amerikaya yəni,qızıl materikinə aparmalıydı. “Qızıl hərisliyi” aktyor Çarli Çaplinin məşhur filmidir -Müəllif: None - -Sual: Paylama materialıGördüyünüz büstün(heykəl) hansı mifoloji hökmdara qoyulduğunu yazın -Cavab: Midas -Şərh: Yunan mifologiyasına görə Apollon və Pan arasındakı mübarizədə üstünlüyü Pana verməsi ilə Apollon qəzəblənir və çar Midasın qulaqlarını uzunqulağın qulaqlarına çevirir. Əvvəlki sualın cavabı da köməklik edə bilərdi. Bildiyimiz kimi Midas əli dəyən hər şeyi qızıla çevirirdi -Müəllif: None - -Sual: 8. Sualda əvəzetmə var! - -1992-ci ildə İspaniya Olimpiya Komitəsinin prezidenti Alfredo Koyeneçe özünə bəraət qazandırmaq üçün yarı zarafatla demişdir: ”Bu əla ispan şərabı idi. Deməli bunu 311-Cİ MADDƏ adlandırmaq olmaz”. 311-ci MADDƏyə 1835-ci ildə doğulmuş ədibimizin şeirinin adında rast gələ bilərik. Sualda 311-ci MADDƏ ilə əvəz edilmiş sözü bildinizsə,həmin ədibimizin adını yazın -Cavab: Seyid Əzim Şirvani -Şərh: Koneyeçe rüşvət qalmaqalına belə cavab vermişdi. “Allaha rüşvət” şeiriisə S.Ə.Şirvaninin qələminin məhsuludur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi rüşvətxorluq haqqındadır -Müəllif: None - -Sual: 9. Rejissor Mustafa Akkad Liviya prezidenti Müəmmar Qəddafi ilə görüşdükdən sonra onun dəstəyi ilə məşhur filmini çəkir. Aktyor Entoni Kuin müsahibələrinin birində bildirib ki, bu filmin çəkilişləri zamanı “ərəb dili və mədəniyyəti” ilə maraqlanıb və hətta,dinini dəyişməyi də düşünmüşdü. Bir çox qadağalara rəğmən 1976-cı ildə çəkilmiş bu filmin adını yazın -Cavab: “Çağırış” filmi -Şərh: M.Qəddafi “Peyğəmbərin üzünü göstərməmək” şərti ilə rejissora maliyyə dəstəyi verir. Həmçinin,müsahiblərində Həmzə rolunu canlandıran Entoni Kuin filmdən təsirləndiyini və islam dinini qəbul etmək istədiyini bildirib -Müəllif: None - -Sual: 10. Sual müəllifi onun adını axtarışa verdikdə, əlindəki qabda 1 cüt göz olan ikonalara rast gəldi. Maraqlıdır ki, adını latın dilindən tərcümədə “işıq” mənasını verən sözdən götürüb. Söhbətin kimdən getdiyini 1-ci növ təyini söz birləşməsi ilə yazın -Cavab: Müqəddəs Lusi -Şərh: İkonalar sizi müqəddəs bir şəxsin olduğuna kömək edirdi. Maraqlıdır ki, adını latın dilindən tərcümədə “işıq” mənasını verən “lux” sözündən alan Müqəddəs Lusi`nin edamdan az öncə gözləri çıxarılmışdır. Lusi həm də korların himayəçisi sayılır -Müəllif: None - -Sual: 11. Sual müəllifi ümid edir ki, oyunun sonunda X olmayacaq. Amerika filosofu Finli Dan X-i belə təsvir edir: “BU o deməkdir ki, siz bir məhkəmədən başqa bir məhkəməyə qarşı hörmətsizlik etməyi xahiş edirsiniz”. X-i 1 sözlə yazın -Cavab: Apellyasiya -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Sual müəllifi sualın tapılmamasına görə CAVABDEHLİK DAŞIMIR! -Xarici ölkələrdə bəzi vağzalların gözləmə salonlarında muzeylər təşkil olunmuşdur. Bu muzeylərin eksponatlarının nədən ibarət olduğunu bir neçə sözlə yazın -Cavab: Sərnişinlərin itirdiyi əşyalar -Şərh: None -Müəllif: None - -Səhifə -> 369 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmin qəhrəmanı özü kimi başqa bir canlı axtarır, lakin heç cür tapa bilmir. O, hətta yuxuda görür ki, onunla vidalaşırlar və bu zaman bir şəxs ona çətir hədiyyə edərək deyir: “Götür,sənə lazım olacaq”. Diqqət sual. Həmin hədiyyəni kimin verdiyini yazın -Cavab: Nuh -Şərh: Bildiyimiz kimi,Nuhun gəmisinə hər canlıdan 1 cüt götürülürdü. Filmin personajı nə qədər axtarsa da,özünə tay tapmır və Nuhun gəmisinə daxil ola bilmir. Sualda çətir isə tufan zamanı yağan güclü yağışa işarə idi -Müəllif: None - -Sual: 2. Etdiyi işlərə görə ailəsi və qohumları tərəfindən daim təqiblərə məruz qalan bu şəxsin 1919-cu ildə dayısı oğlu Əbdülxalıq tərəfindən qətlə yetirilməsinin səbəbinin son həddi kimi BIĞLARINI QIRXMASI da göstərilir. Söhbətin kimdən getdiyini yazın -Cavab: Hüseyn Ərəblinski -Şərh: Bildiyiniz kimi bir çox qadın rollarının mahir ifaçısı olan Huseyn Ərəblinskinin bu hərəkətləri qohumları tərəfindən narazılıqla qarşılanırdı. Onun bığlarını qırxması isə onun ölümünə səbəb olur -Müəllif: None - -Sual: 3. Qədim misirlilər uşağa ad verərkən bir qayda olaraq, onu hər hansı allahla əlaqələndirirdilər. Yetim,atılmış uşaqlara isə Allahın adını əlavə etmədən tərcümədə “doğulmuş” mənasını verən ad verilirdi. Bu atılmışların ən məşhurunu yazın -Cavab: Musa peyğəmbər -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Deyilənə görə, Bakıya haradansa cavan bir oğlan gəlir. Hamını incidər, sözü tərs gələn adamı döyərmiş. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə adamlara X deyiblər. Senzuradan gileylənən Hüseynqulu Sarabski deyirdi: “Üstümüzdə 3 senzura vardı: hökumət,mollalar və X-lər”. X- i 1 sözlə cavab kartlarınıza yazın -Cavab: Qoçu -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Dizayner Yanko Tsvetkov hazırladığı “Avropa-Bolqarıstanın gözü ilə” adlı xəritəsində Avropa ölkələrinə müəyyən adlar vermiş və Şərqi Avropa ölkərini daim NƏZARƏTDƏ SAXLAYAN Rusiyanı isə BELƏ adlandırmışdı. BELƏ ilə əvəz edilmiş personajı yazın -Cavab: Böyük Qardaş -Şərh: Sualda vurğulanan “nəzarətdə saxlamaq” sözləri ipucu idi. Rusiyanın Avropada ən böyük dövlət olduğunu və digər ölkələri izlədiyini bildirən dizayner onu “Böyük Qardaş” adlandırıb -Müəllif: None - -Sual: 6. Paylama materialıRekvizitin ötən il baş vermiş hansı hadisə ilə bağlı olduğunu bildinizsə,sizdən gizlədilmiş hissədə nəyin yazıldığını cavab kartlarınıza qeyd edin -Cavab: Brexit -Şərh: Karikatura 2016-ci ildə baş vermiş Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı idi. Bu hadisə isə Brexit terminini gündəmə gətirib -Müəllif: None - -Sual: 7. 1947-ci ildə Sovet  nümayəndə heyəti Londonda olarkən, bir şairə qadın ona yaxınlaşaraq təvəllüdünü soruşur. Qadın sualına cavab aldıqdan sonra onun saçlarının çox tez ağardığını qeyd eləyir. Bir dəqiqədən sonra söhbətin kimdən getdiyini yazın -Cavab: Səməd Vurğun -Şərh: Sualda şair və saçın ağarması sözləri vaxtından tez qocalmağa eyham vurulması ipucu idi: -Saç ağardı,ancaq nə qəm,/ -Əlimdədir hələ qələm/ -Bilirəmki,deməyəcək/ -Bir sevgilim, bir də Vətən/ -Şair,nə tez qocaldın sən/ -Müəllif: None - -Sual: 8. Covanni Bokaççonun “Dekameron” əsərində günün kralı və ya kraliçası seçilmiş gənc həmin gün danışılacaq hekayələrin mövzusunu seçir və 10 gün ərzində ümumilikdə 100 müxtəlif hekayə danışılır. Məqalələrin birində bu əsərin ərəb mənbələrinin təsiri ilə yazıldığı qeyd olunur və X-ə bənzədilir. X-i bir neçə sözlə yazın -Cavab: Min bir gecə -Şərh: “Min bir gecə” nağıllarında olduğu kimi, “Dekameron”da da təxmini eyni süjetdir. Şəhrizad hər gecə Şəhriyara müxtəlif hekayələr danışırdı -Müəllif: None - -Sual: 9. İbn Tüfeylin “Hayy ibn Yokzan” adlı fəlsəfi hekayəsində Hayy adlı oğlan adada doğulan,”ceyran tərəfindən böyüdülən və cəmiyyətlə heç bir əlaqəsi olmayan” insandır. Məlumatın götürüldüyü məqalədən hansı personaja keçid olduğunu cavab kartlarınıza yazın -Cavab: Mauqli -Şərh: Mauqli(Tarzan) də heyvanlar tərəfindən böyüdülmüş və cəmiyyətlə heç bir əlaqəsi olmayan personaj idi. Sualda verilən ipucular sizə cavaba çıxmaqda kömək etməliydi -Müəllif: None - -Sual: 10. “ Sənin hicrin odu, ABBAS, dəxi, çıxmaz ki, canımdan, -Səməndər tək yanar daim ANAn nari-fəraqında.” -Eşitdiyiniz şeirin müəllifini deyin -Cavab: Xurşudbanu Natəvan -Şərh: Natəvanın 1885-ci ildə oğlu Mir Abbas vəfat edir. Bundan sonra Natəvan bu şeiri yazır. Şeirdə Abbas və Ana sözlərinin deyilməsi sizə kömək ola bilərdi -Müəllif: None - -Sual: 11. Əsgərlik həyatına alışdığını qeyd edən yazıçı Süleyman Vəliyev cəbhədə olduğu günlər barədə yazır: "Bizə həmişə soyuqqanlı olmağı tapşırmışdılar. Ona görə də özümüzü gərgin tutmurduq və hər təsadüfə qarşı hazır vəziyyətdə idik". Bəs bu zaman yazıçı rus ədəbiyyatına aid olan hansı əsəri xatırlayır? -Cavab: Polad necə bərkidi -Şərh: Yazıçı əsgərlik həyatına alışmış, çətinliklər görmüş, bərkə-boşa düşərək bir çox şeylərə hazır olmağı öyrənmişdi. Nikolay Ostrovskinin əsərində də oxşar süjet xətti var -Müəllif: None - -Sual: 12. Serialların birində otel müdiri qorxur ki,yoxlamadan sonra otel BUNU EDƏCƏK. Sovet məktəbi haqqında olan hekayənin personajı da şuluqluq etdiyinə görə BUNU ETMƏKDƏN çox qorxurdu. BUNU ETMƏK ilə əvəz olunmuş 2 sözü yazın -Cavab: Ulduzunu itirmək -Şərh: None -Müəllif: None - -Səhifə -> 370 | Sual Sayı -> 12 - -Sual: Bir romanın qəhrəmanı tabutun içinə uzanan dostundan X-in olub olmadığını soruşur. X həmçinin 1992-ci ilə aid filmimizin adıdır. Filmin hans�� əsər əsasında çəkildiyini bildinizsə, X-i 3 sözlə cavab kağızınıza yazın. -Cavab: O dünyadan salamlar -Şərh: Söhbət Mirzə Cəlilin “Ölülər” əsəri əsasında çəkilmiş filmdən gedirdi. Sualın birinci verilməsi də ipucu idi. -Müəllif: None - -Sual: 2. İstanbulun köhnə bölgələrinin birində atlı tramvayların yeni yarandığı vaxtlarda yorulmuş atların istirahət üçün saxlandığı yerlərdən biri sərxoş adama verilir və o çox vaxt özündə olmadığından istəyən hər kəs haqq ödəmədən atı burada pulsuz saxlaya bilirdi. Siz isə bir ifadəni xatırlayaraq həmin şəxsin ləqəbini yazın. -Cavab: Dinqo -Şərh: Eşitikləriniz “Dinqonun ahırı(tövləsi)” ifadəsinin yaranması ilə bağlı versiyadır. Bu ifadə daha çox hərc-mərcliyin hökm sürdüyü yerləri bildirir. -Müəllif: None - -Sual: 3. Tahir Əmiraslanov yazılarından birində insan orqanizmində karbonun əsas rol oynadığını və orqanizmin torpaq maddələrdən ibarət məhlul olduğunu qeyd edir. Sözügedən yazının Y haqda olduğunu bilərək,Y-in XVI əsrdə kimə məşhurluq gətirdiyini yazın. -Cavab: Mikelancelo Buonarroti -Şərh: Adəm torpaqdan yaradılıb, torpağa qara rəng verən isə karbondur.T.Əmiraslanov “Adəmin yaradılışı”nı belə izah edirdi. Bildiyimiz kimi, “Adəmin yaradılışı” Mikelancelonun ən məşhur əsəridir. -Müəllif: None - -Sual: 4. Stolüstü tennisçilərin adətən bir işlək əli olur. “Şarların qəzəbi” komediyasında hər iki əli ilə eyni səviyyədə olan personajların hansı Asiya ölkəsinin nümayəndəsi olduğunu bildinizsə,məşhur qardaşlardan heç olmasa birinin adını yazın. -Cavab: Çanq -Şərh: Həmin Asiya ölkəsi Siam (Tailand) idi. Məşhur Siam əkizləri isə Çanq və Enqdir. -Müəllif: None - -Sual: 5. Paylama materialıŞəkildə əllərin bir-birinə dəymədiyi salamlaşma növünün simvolunu görürsünüz. Bir dəqiqə ərzində həmin salamlaşma növünün adını cavab kartlarınıza yazın. -Cavab: Wi-Five -Şərh: Bir birini salamlamaq üçün başı hündürlükdə əllərini qaldıraraq bir-birilə salamlaşma növü High-Five adlanır. Şəkildə əlin içində Wi-Fi işarəsini görə bilərsiniz ki, bu da əllərin bir birinə dəymədiyi salamlaşma növünün simvoludur. -Müəllif: None - -Sual: 6. Eynşteyn kitabında yazırdı: “Necə olduğu tam yadımda deyil. Amma dostlarım deyir ki, yediyim gilasların tumlarını pilləkənlərin üst hissəsindəki Rişelye heykəlindən aşağıya atdıqda birdən təəccüblənib qalmışam.O zaman sanki,insanların pilləkənlərdən təlaş içində qaçdığını görmüş kimi oldum. Qadınlar,uşaqlar və yaralılar...Səhnə yaranmışdı. Birinci cümlədə buraxılmış hərfləri bildinizsə,1925-ci ildə çəkilmiş filmin adını yazın. -Cavab: Potyomkin zirehlisi -Şərh: Sualda z,e hərfləri buraxılmışdı. Eşitdikləriniz rejissor Sergey Eyzenşteynin məşhur “Potyomkin zirehlisi” filminin kulminasiya nöqtəsi sayılan “Odessa pilləkənləri” səhnəsinin yaranma tarixçəsi idi. -Müəllif: None - -Sual: 7. Cüzeppe Qaribaldinin Uruqvayda başlatdığı azadlıq hərəkatının bayrağı həmin dövrdə İtaliyanın ağır vəziyyətini əks etdirdiyindən qara rəngdə idi,bayrağın mərkəzində isə hələ də tam üsyana hazır olmayan xalqı təmsil edən “Yatmış Hefest” təsvir olunmuşdu. Əvvəlki cümlədə əvəz edilmiş 2 sözü cavab kartlarınıza yazın. -Cavab: Sönmüş vulkan -Şərh: Sualda “Yatmış Hefest” sözləri əvəzetmə idi. C.Haribaldi üsyana hazır olmayan xalqı püskürməyə hazır olmayan sönmüş vulkanlara bənzədirdi. Bildiyimiz kimi yunan mifologiyasında tanrı Hefestin Roma mifologiyasındakı ekvivalenti Vulkandır. Sualdakı Yatmış Hefest də Sönmüş Vulkana işarə idi. -Müəllif: None - -Sual: 8. “Səsini ucaltma,amma BURAXILMIŞ 2 SÖZÜ həmişə hazır saxla.Yalnız beləcə hər şeyə nail olmaq olar”. Eşitdikləriniz 1901-ci ildə Teodor Ruzveltin nitqindən bir parça idi. Buraxılmış 2 sözü yazın. -Cavab: Böyük dəyənək -Şərh: Teodor Ruzveltin bu nitqi onun “Böyük dəyənək” siyasətinə həsr edilmişdi. -Müəllif: None - -Sual: 9. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Həmçinin Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Azərbaycan folklorunda da məşhur olan bu şəxsin kim olduğunu yazın. -Cavab: Bəhlul Danəndə -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Uinston Çörçill deyib: “Əgər sənə vulkanın zirvəsi olmaq nəsib olubsa, sən ən azından BUNU ETMƏLİSƏN”. Deyilənə görə, Çe Qevara Kubada ağcaqanadlardan yaxa qurtarmaq üçün bunu etməyə başlamışdı. BUNU ETMƏK ilə əvəz edilmiş 2 sözü yazın. -Cavab: Siqaret çəkmək -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Paylama materialıŞəkildə gördüyünüz obyektin adını dini biliklərinizə əsaslanaraq 2 sözlə yazın. -Cavab: Musa körpüsü -Şərh: Gördüyünüz kimi insanlar bu körpü vasitəsilə gölün ortasından digər tərəfə keçir. Eynilə Musa peyğəmbərin Qırmızı dənizin ortasından keçdiyi kimi. -Müəllif: None - -Sual: 12. Keniyalıların sürətli və çevik bədən quruluşu ilə bağlı məqalədə zarafatla deyilir ki, onların ailələrində X nəsildən nəsillərə ötürülür. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Estafet çubuğu -Şərh: Məqalə yüngül atletika sahəsində,xüsusən də marafon qaçışlarında yüksək nəticələr əldə etmiş Keniyalılar barədə idi. Bu sual ilə biz də estafeti növbəti tura veririk. -Müəllif: None - -Səhifə -> 371 | Sual Sayı -> 12 - -Sual: 1. Monika Levinski qalmaqalı ilə bağlı bir internet məqaləsinin adı “Prezidentin sevgilisi və ya BURAXILMIŞ SÖZLƏR” adlanır. BURAXILMIŞ SÖZLƏRİN 1977-ci ildə Eldara uğur gətirdiyini bilərək, onu 3 sözlə cavab kartınıza yazın. -Cavab: İşdə məhəbbət macərası -Şərh: Bill Klintonla prezidentin yanında işləyən Monika Levinski arasındakı münasibətlərin aşkara çıxması böyük qalmaqala səbəb olmuşdu. Məqalə də bu haqda idi. Bildiyimiz kimi, “İşdə məhəbbət macərası” rejissor Eldar Ryazanovun ən məşhur filmlərindən biridir. -Müəllif: None - -Sual: 2. Sual müəllifi ümid edir ki, vaxtı düzgün hesablayacaqsınız. Yelena Qriqoryevanın fikrincə, X öz uşaqlarını yeyərək bir növ öz-özünü boğazından keçirən Kronosun alleqoriyasıdır. X-i 2 sözlə yazın. -Cavab: Qum saatı -Şərh: Bildiyimiz kimi, Kronos vaxt tanrısıdır. Sualda “boğazından keçirən” sözləri sizə qum saatının quruluşunu xatırlatmalıydı. -Müəllif: None - -Sual: Umberto Eko yazır: “Orta əsrlər estetikasının bir dövrünü Sevilyalı İsidor xeyli genişləndirdi. O isə yeni nəzəriyyəsi ilə bu genişliyin sərhədlərini kəsdi.” Eşitdiyiniz cümlədə buraxılmış hərfləri yazın. -Cavab: kkam -Şərh: Eko deyir ki, “Okkam öz nəzəriyyəsi ilə genişliyin sərhədlərini kəsdi.” Prinsip ehtiyac olmadan müddəaların artırılmasının əleyhinədir -Müəllif: None - -Sual: 4. X-dən didceridu adlı nəfəsli musiqi alətində ifa etməyi öyrənməklə yaxa qurtarmaq olar. Kosmik agentliyin bir əməkdaşı deyir ki, X hətta, namizədin astronavtlar dəstəsindən xaric olunmasına səbəb ola bilər. X-i qalın saitli 1 sözlə yazın. -Cavab: Xorultu -Şərhlər: None -Müəllif: None - -Sual: 5. “Əlifba sırası ilə qətl” filmində Qastinqs adlı personaj BUNU EDƏRKƏN növbəti cinayət haqqında düşünür. BUNU ETMƏYİN kimə uğur gətirdiyini yazın. -Cavab: Aqata Kristi -Şərh: Film adından göründüyü kimi A.Kristinin əsəri əsasında çəkilmişdir. BUNU ETMƏKLƏ “qab yumaq” sözləri əvəz edilmişdi. Bildiyimiz kimi, Aqata Kristi öz əsərlərinin süjetini qab yuyarkən fikirləşirdi. -Müəllif: None - -Sual: 6. İsgərdəriyyə kitabxanası haqqında sənədli filmlərin birində Makedoniyalı İsgəndərin hər dəfə şəhərə girəndə hər bir tacirdən 1 kitab almaq əmrindən danışılır. Filmin aparıcısı bu hadisənin müasir dövrümüzdə X-də öz əksini tapdığını qeyd edir. X ilə əvəz edilmiş sözü yazın. -Cavab: Wikipedia -Şərh: Bildiyimiz kimi, İsgəndər hər dəfə şəhərə daxil olan hər bir tacirdən 1 kitab alırdı. Belə demək olarsa, o dünyadakı bütün biliyi bir yerə toplamaq istəyirdi.Sənədli filmin aparıcısının fikrincə, bu ideya Vikipediyada öz əksini tapmışdır. -Müəllif: None - -Sual: 7. Paylama materialıAdrian Van Ostade “ Dad” adlı tablosunda mifoloji personajları təsvir edib.Məsələn,sağda yemək yeyən Zevsdir.Ortadakı qadın Heradır.Ayaq üstdə onları seyr edənin kim olduğunu isə siz tapmalısınız. -Cavab: Tantal -Şərh: Tantal əbədi aclığa və susuzluğa məhkum edilmişdi.Şəkildə də o əzablı baxışlarla su içən və yemək yeyənləri seyr edir. -Müəllif: None - -Sual: 8. Bir əsərin Tom adlı qəhrəmanı keçmişə səyahət edərək tarixi personajlarla zarafat etməyi xoşlayır. Səyahətlərinin birində O, qayçı ilə xanımın saçını kəsmək istəyəndə , xanım müqavimət göstərərək qəhrəmanın gözlərini çıxarır. Xanımın kim olduğunu tapın. -Cavab: Ledi Qodiva -Şərh: Hekayədə Tomun gözlərinin kor olmasının alternativ variantı təsvir edilmişdi. Əfsanəyə görə Qodivanın uzun saçları var idi. -Müəllif: None - -Sual: 9. Əzizxan Tanrıverdi öz kitabında kəndli hərəkatına rəhbərlik etmiş Yemelyan Puqaçov haqqında danışarkən bu şifahi xalq ədəbiyyatı personajını xat��rlayır. Söhbətin hansı personajdan getdiyini yazın. -Cavab: Buğac -Şərh: O ehtimal edir ki, Puqaçov soyadı Buğac adından yaranmışdır. -Müəllif: None - -Sual: 10. İxtiraçı Luis Uotermen, belə demək olarsa , BUNU avtomat qələmlə EDİB. Herodotun kitabını oxuyan sual müəllifi, Herodotun ilk növbədə BUNU ETDİYİNİ vurğulayır. BUNU ETMƏK sözləri ilə əvəz olunmuş dörd sözü tapın. -Cavab: Tarixə öz adını yazmaq -Şərh: Luis Uotermen avtomat qələmin patentli ixtiraçısıdır, “qələm” sözü həm də “yazmaq” felinə ipucu idi. Çox maraqlıdır ki, “Tarix”in birinci kitabında birinci söz məhz Herodotun öz adıdır. -Müəllif: None - -Sual: 11. Dünyaca məşhur olan yazıçı Klayv Luis 1963cü il noyabrın 22-də vəfat etdi. Lakin qəribə görünsə də,onun ölümü ajiotaj doğurmadı və yazıçının dəfn mərasimi sakit və az saylı qonaqlarla müşaiyət olundu.Bunun səbəbini bir neçə sözlə yazın. -Cavab: Con Kennedinin qətlə yetirilməsi -Şərh: Con Kennedi de məhz 22 noyabr 1963cü ildə qətlə yetirilmişdir.Buna görə də bütün dünyanın diqqəti Amerikada idi. -Müəllif: None - -Sual: 12. Paylama materialıRekvizitin 1889-cu ildə çap olunmuş hansı əsərə aid olduğunu bildinizsə, əsərin müəllifini yazın. -Cavab: Mark Tven -Şərh: Rəsmdə zirehli orta əsr cəngavərindən qaçan müasir geyimli şəxsin ağaca çıxdığını görmək olar. Əsərin adı isə “Konnektikutdan olan yanki kral Arturun sarayında”. -Müəllif: None - -Səhifə -> 372 | Sual Sayı -> 12 - -Sual: 1. Struqatski qardaşlarının hekayəsində qeyri-müəyyən müddətə qədər istifadə olunan əşyalar X-in adı ilə adlanır. 1941-ci ildə çap olunan və adında X olan əsərin əsas ideyası insan ömrünü uzatmaq üzərində qurulub. Əsərin müəllifini cavab kartına yazın -Cavab: Robert Xaynlayn -Şərh: Bibliyaya görə, Mafusail 969 il yaşayıb.Sualın 2ci hissəsində söhbət Xaynlaynın ən məşhur əsərlərindən biri olan “Mafusailin uşaqları” əsərindən gedirdi. -Müəllif: None - -Sual: 2. Lukian və başqaları Samson adasının məhsuldarlığını təsvir edərkən deyirdilər: “Samson adasında hər şey var,hətta X-də”. X-i 2 sözlə yazın. -Cavab: Quş südü -Şərh: Hər şey var,quş südündən başqa ifadəsini xatırlamaq lazım idi. Samson adasında hətta quş südü də vardı. -Müəllif: None - -Sual: 3. “Aleksandr” filmində baş qəhrəman deyir ki, BU elə bizik, daha sonra isə BUNU günəş ilahı Apollonun zarafatı adlandırır. BUNUN nə olduğunu tapın. -Cavab: Kölgə -Şərh: Kölgə işığın düşməsi nəticəsində yaranır. Filmin qəhrəmanının fikrincə, işıq və günəş ilahı Apollon kölgə işinə də baxırdı -Müəllif: None - -Sual: 4. Seneka BUNU təmsilə bənzədir və deyir ki, bu uzunluğuna görə yox mənalılığına görə qiymətləndirilir. Söhbət nədən gedir? -Cavab: İnsan həyatı -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Rəşid bəy Əfəndiyevin yazdığına görə, Nuxa qəzasından olan bu real şəxs,XIX əsrin ortalarında gümüşü qumlu torpağa qatıb Peterburqa yollamış və bu hiylə ilə çar hökumətindən 4000 manat pul da ala bilmişdi.Həmin şəxsin adını bildinizsə,1850-ci ildə yazılmış əsərin müəllifini yazın. -Cavab: Mirzə Fətəli Axundov -Şərh: Sualda Molla İbrahimxəlildən bəhs edilirdi. Bildiyimiz kimi, “Molla İbrahimxəlil Kimyagər” Axundovun məşhur əsəridir. -Müəllif: None - -Sual: 6. Martin Haydeggerin sözlərinə görə, bizim enerji əsrimizdə təbiət nəhəng ONU xatırladır. Vislox şəhərində yerləşən və Berta Benzin baş çəkdiyi apteki ilk O hesab etmək olar. ONU ikinci növ təyini söz birləşməsi ilə ifadə edin. -Cavab: Yanacaq doldurma məntəqəsi -Şərh: 1888-ci ildə avtomobillə səyahətə çıxmazdan əvvəl Berta Benz (avtomobilin ixtiraçılarında biri Karl Bensin həyat yoldaşı) Vislox şəhərində aptekdən benzin almışdı. -Müəllif: None - -Sual: 7. Paylama materialıGördüyünüz karikatura 2002-ci ilə aid filmə allüziya olaraq yaradılıb. Həmin filmin adını yazın. -Cavab: Catch me if you can -Şərhlər: None -Müəllif: None - -Sual: 8. “Krak de Şevolye” qala divarının çöl tərəfində düşməndən qorunmaq üçün yarıqlar mövcud idi. Bu yarıqlardan nə zaman və kim tərəfindən atəş açılacağını düşmən heç vaxt bilməzdi. Den Snou bunu orta əsrlərin X-i adlandırmışdı. X-i eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Rus ruleti -Şərh: Nə zaman və kim tərəfindən atəş açılacağını düşmən heç vaxt bilməzdi – cavaba aparan əsas ipucu idi. -Müəllif: None - -Sual: 9. “Alisa Möcüzələr Diyarında” əsərinin epizodlarının birində Alisanın İKS-i onun boğulmasına səbəb ola bilərdi. XIX əsrin birinci yarısında “İKS yolu” 5 hindu tayfası üçün aclıq, xəstəlik və ölüm gətirdi. İKS-i iki sözlə cavab kartına yazın. -Cavab: Göz yaşı -Şərh: “Alisa Möcüzələr Diyarında” əsərinin epizodlarının birində Alisa həddən artıq böyüyür və ağlayanda otaq onun göz yaşı ilə dolur , kiçildikdə isə o öz göz yaşında boğulmağa başlayır.Sualın ikinci hissəsində söhbət “Göz Yaşı Yolu” adlanan hinduların ABŞ daxilində zorla köçürülməsindən gedirdi. -Müəllif: None - -Sual: 10. 1879-cu ildə Bakıda doğulmuş bu şəxs XX əsrin əvvəllərində şəhərin xüsusi yerlərində dəliləri izlədiyini,onların hərəkətlərini öyrəndiyi qeyd edirdi.Bu şəxsin kim olduğunu deyin. -Cavab: Hüseynqulu Sarabski -Şərh: Bildiyiniz kimi Məcnun dəli deməkdir.Ona ilk dəfə bu rolu təklif edilərkən o dəliləri izlədiyini demişdi -Müəllif: None - -Sual: 11. Bu insan Fransada şərab butulkaları istehsal edən fabrikantın ailəsində dünyaya gəlib. Atasından miras qalan bu işi o, davam etdirir. Lakin İsveç alimi Anders Selsi ilə tanışlığı onun həyatında böyük rol oynadı. O, dünyada ilk dəfə laboratoriya qabqacağı buraxmağa başladı, ilk dəfə ölçülü şüşə silindrlər yaratdı, mayenin həcminin ölçülməsi metodikası ilə məşğul oldu. Onun soyadını deyin. -Cavab: Litr -Şərh: Sualda 2 dəfə ölçmək sözü işlənmişdi. Bildiyimiz kimi,mayenin həcmini litrlə ifadə edirlər. -Müəllif: None - -Sual: 12. Vudi Allen “Enni Holl” filmi haqqında deyir: “Hiss edirdim ki, tamaşaçının da eyni problemləri var və mən tamaşaçılarla danışmaq üçün BUNU ETMƏLİ idim. BUNU ETMƏKLƏ əvəz edilmiş eyni hərflə başlayan 3 sözü yazın. -Cavab: Dördüncü divarı dağıtmaq -Şərh: None -Müəllif: None - -Səhifə -> 374 | Sual Sayı -> 12 - -Sual: 1. Gitarist Rasim Qasım tərəfindən qurulmuş və 1988-ci ildə öz fəaliyyətinə başlamış bu rok qrupu 1991-ci ildə dağılmışdır. "Sumqayıt", "Kədərini unutmaq" kimi mahnılar qrupun ilk mahnılarından idi. Həmin qrupun adını əcnəbi mənşəli 1 sözlə yazın. -Cavab: Debüt -Şərh: Sualda “başlamış” və “ilk” sözləri ipucu idi. -Müəllif: None - -Sual: 2. Bir sənədli filmdə qeyd edilir ki, 1870-ci illərdə onun cavab tapmaq istədiyi başlıca sual insan səsinin tellərdən keçirilməsi ilə bağlı idi. Həmçinin o, səslə bağlı təcrübə aparmaq üçün həkim dostundan ölü bir adamın qulaq sümüklərini ona verməsini xahiş etmişdi. Onun kim olduğunu yazın. -Cavab: Aleksandr Qraham Bell -Şərh: Nəticədə o, 1874-cü ildə telefonu ixtira etdi. -Müəllif: None - -Sual: 3. 1901-ci ildə Əmircan əhalisinin tikintini başa çatdırmaq üçün vəsaiti tükənsə də bir şəxsin yardım etməsi nəticəsində binanın tikintisi başa çatdırılır. Tikinti başa çatandan sonra sözügedən şəxs binaya "Qurani-Kərim" kitabını hədiyyə edir. Həmin binanın indi necə adlandığını eyni hərflə başlayan 3 sözlə yazın. -Cavab: Murtuza Muxtar Məscidi -Şərh: Sualda maddi yardım milyonçu olan xeyriyyəçiyə və Qurani-Kərim sözü isə məscidə aparmalıydı. -Müəllif: None - -Sual: 4. Futurama seriyalarının birində parçadan hazırlanan bayrağı yeyən doktor Zoidberq 1578-ci ildən Müqəddəs Batista Covanni kafedralında mühafizə edilən bunun da dadına baxmaq istədiyini bildirir. Siz isə bu kafedralın hansı şəhərdə yerləşdiyini deyin. -Cavab: Turin -Şərh: Söhbət İsanın çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən və şəhərin adı ilə adlanan Turin kəfənindən gedirdi. -Müəllif: None - -Sual: 5. Bir məqalədə M.F. Axundzadə, Sabir, Mirzə Cəlil kimi ədiblərimizin öz əsərləri ilə cəmiyyətdəki nöqsanları və bunun gələcək fəsadlarını xalqa çatdırmaq istədiyi, lakin xalqın bu fikirlərə əhəmiyyət vermədiyi qeyd olunur və yunan mifologiyasındakı bu personaj xatırlanır. Söhbətin hansı personajdan getdiyini yazın. -Cavab: Kassandra -Şərh: Kassandra da gələcəkdə baş verəcək fəlakətləri əvvəlcədən xəbər vermiş, lakin heç kimi buna inandıra bilməmişdi. -Müəllif: None - -Sual: 6. Paylama materialıŞəkildə təsvir olunan personajı cavab kartlarınıza yazın. -Cavab: Mavi saqqal -Şərh: Mavi saqqal Şarl Perro tərəfindən yazılmış nağıldır. -Müəllif: None - -Sual: 7. Bir filmdə ona gətirilən pizzanı yere atan personaj BUNU xatırlayır və digər şəxsə gecikmədən pizzanı götürməyi məsləhət görür. 2014-cü ildə xalça, parket, laminant və s. kimi müxtəlif səthlər üstündə tədqiqat aparan mikrobioloqlar BUNUN doğru ola biləcəyini bildirirdilər.BUNU bir neçə sözlə yazın. -Cavab: Beş saniyə qaydası -Şərh: Tədqiqat nəticəsində qidanın mikroblarla zəhərlənməsinin zamanla əlaqəsi müəyyən olundu. -Müəllif: None - -Sual: 8. Bir müddət XVI Lüdoviqin bacısı Yelizavetaya incəsənət müəllimliyi edən və inqilab illərindəki əsas fəaliyyəti meyitlərlə bağlı olan o, əmisi heykəltəraş Filipp Kurtisin ölümündən sonra əmisinin iki kolleksiyasına da sahib olmuşdu.Əvvəlki cümlədə buraxılmış hərfləri yazın. -Cavab: Tüss -Şərh: Əmisindən mum fiqurlar düzəltməyi öyrənmiş Tüsso Fransada inqilab illərində ölmüş şəxslər üzlərində işləyir və onların üz maskalarını hazırlayırdı. -Müəllif: None - -Sual: 9. Bir versiyaya görə, bu əsər ixtisasca həkim olan şəxs tərəfindən dayısı - məşhur həkim Pokrovskinin mənzilində yaşadıqdan sonra buradakı şəraitdən ilhamlanaraq yaradılıb. Əsər haqqında vikipediya məqaləsində Kristofer Marlounun "Doktor Faustus" və Meri Şellinin "Frankenşteyn" əsərlərinə keçid var. Əsərin adını bildinizsə, onun müəllifini yazın. -Cavab: Mixail Bulqakov -Şərh: Güman edilir ki, ixtisasca həkim olan Bulqakovun dayısı Pokrovski onun “İt ürəyi” əsərindəki həkim Preobrajenskinin prototipidir. Əsərdə Şarik adlı itin ürəyinin insana nəql edilərək yeni bir məxluqun yaradılmasından danışılır. Adları çəkilən əsərlərdə də analoji süjet xətti var. -Müəllif: None - -Sual: 2011-ci ildə Seulda qurulan və tərkibi çinlilər və koreyalılardan ibarət olan bu musiqi qrupunun səsi 2012-ci ildəki "Mama" və 2013-cü ildəki "XOXO" adlı albomları sayəsində çox-çox uzaqlarda da eşidildi... -Cavab: Exo -Şərh: Sualın 2 dəfə oxunması və musiqi albomlarının adı ipucu idi. -Müəllif: None - -Sual: 11. Bir rəsm əsəri haqqındakı sənədli filmdə müəllifin Parisdə Monmartr bağında bitki toplaması, daha sonra isə bitkilərin açması üçün daha bol günəş işığı alan Cənubi Fransaya getməsi və XIX əsrdə yeni flüor sarısının yaranmasından danışılır. Siz isə sənədli filmin 1888-ci ildə çəkilmiş hansı əsər haqqında olduğunu yazın. -Cavab: Günəbaxanlar -Şərh: Van Qoq Fransanın cənubundakı Arla gəlmiş və yeni sarı rəngdən istifadə edərək məşhur əsərini yaratmışdı. -Müəllif: None - -Sual: 12. Paylama materialıRekvizitdə kimin təsvir olunduğunu tapın. -Cavab: Harriet Tubman -Şərh: Verilmiş qərara əsasən 2020-ci ildən sonra 20 dolların üzərində Prezident Endrü Ceksonun əvəzinə Harriet Tubmanın təsviri olacaq. -Müəllif: None - -Səhifə -> 375 | Sual Sayı -> 12 - -Sual: 1. Əsası 7 iyun 1905-ci ildə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən qoyulmuş X-in ömrü qısa olmuş və 1906-cı il 3 sentyabrda bağlanmışdır. 1936-cı ildə ilk dəfə buraxılan X adlı jurnalın ilk sayının üz qabığında yeni doğulmuş körpə təsvirini görmək olardı. X-i bir sözlə yazın. -Cavab: Həyat -Şərh: 1905-ci ildə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən “Həyat” qəzetinin əsası qoyulmuşdu. Sualın 2-ci hissəsində söhbət məşhur “LİFE” jurnalından gedirdi. 1936-cı ildə jurnalın ilk tirajı “Life begins”(Həyat başlayır) şüarı ilə nəşrə olunmuşdu. -Müəllif: None - -Sual: 2. Napoleon müharibələri dövründə 17 dəfə yaralanmasına baxmayaraq döyüşlərdə iştirakını davam etdirən və ölkəsinə hədsiz dərəcədə bağlı olan Nikolas Fransa ordusunun tərkibindəki "Old Qard" birləşməsində Vaterloo döyüşündə iştirak etmişdi. Siz isə Nikolasın soyadını cavab kartına yazın. -Cavab: Şovin -Şərh: Sualda “ölkəsinə hədsiz dərəcədə bağlı olması” vurğulandı. Belə ki, geniş mənada həddindən çox millətçiliyi və vətənpərvərliyi ifadə edən şovinizm anlayışı onun soyadından yaranmışdır. -Müəllif: None - -Sual: 3. Dünyada FİFA-dan daha üstün futbol qurumunun olmadığını yazan Eduardo Qaleano FİFA-nın qanunsuz işlərindən və hüquq qaydalarını pozmasından danışır və qurumun öz ədalətinin olduğunu deyir. Qaleanonun bu zaman XIX əsrdə yazılmış hansı əsəri xatırladığını cavab kartınıza yazın. -Cavab: Alisa möcüzələr ölkəsində -Şərh: Bütün gücün FİFA-nın əlində olduğunu və qurumun öz ədalətinin olmasını deyən Qaleano bunu ədalətsiz ədalət adlandırır və bu haqsızlığı əsərdəki əvvəl hökm verib sonra ittiham edən məhkəməyə bənzədir -Müəllif: None - -Sual: 4. Sosial-demokrat siyasətçi Oskar Lafontenin onları neonasizmdə günahlandırmasına cavab olaraq "Links 2 3 4" mahnısını yazan bu qrup mahnıda siyasətçiyə göndərmələr etmişdilər. Qrupun adını cavab kartına yazın. -Cavab: Rammstein -Şərh: Neonasizm sizi Almaniyaya aparmalıydı. -Müəllif: None - -Sual: 5. İKSin loqosu qum saatı formasında tərtib olunmuşdur. Qum saatının hər iki tərəfi yer kürəsindən ibarətdir. Saatın dar hissəsindən isə su damcılarının sızdığını görmək olar. Sualda buraxılmış hərfləri yazın. -Cavab: Vikil -Şərh: Sızdırılmış məxfi məlumat və sənədləri dərc edir -Müəllif: None - -Sual: 6. İnternet istifadəçilərindən biri X-i ilahə Veneranın şərabına bənzədərək, Erosun ən böyük icadı olduğunu iddia edir. X-də Al Paçinonu da görmək olar. X-in nə olduğunu 2 sözlə yazın. -Cavab: Qadın ətri -Şərh: Sualın 2-ci hissəsində “Qadın ətri” filmindən danışılırdı. -Müəllif: None - -Sual: 7. Paylama materialıRekvizitdə bir Cənubi Amerika şəhərinin gerbi təsvir olunub. Gördüyünüzü cavab kartına yazın. -Cavab: Montevideo -Şərh: Şəkildə dağ görürsünüz.Uruqvayın paytaxtı Montevideonun ispancadan tərcüməsi “görünən dağ” deməkdir. -Müəllif: None - -Sual: 8. Eduardo Qaleano “Kölgədə və günəşdə futbol” əsərində 1930-cu ildə Uruqvay və Argentina komandalarının oyunu öz topları ilə oynamaq istədiklərini qeyd edir. Eduardo Qaleano birinci hissəni Argentinanın, ikinci hissəni isə Uruqvayın topu ilə oynadan hakimi ONA bənzədir. Onun kim olduğunu yazın. -Cavab: Süleyman peyğəmbər -Şərh: Qaleano hər iki tərəfi razı salan hakimin Süleyman peyğəmbər qədər ağıllı olduğunu yazaraq məşhur Süleyman məhkəməsinə işarə edir -Müəllif: None - -Sual: 9. Dəmir Daban əsərinin qəhrəmanı sinfi mübarizənin qanunlarını öyrəndiklərini və bir-birinə zidd mənafelərin toqquşduqları zaman sinfi mübarizə ilə nəticələndiyini deyir. Bəs bu zaman o, hansı şəxsi xatırlayır? -Cavab: İsaak Nyuton -Şərh: Sinfi mübarizənin qanunlarını Nyuton qanunları ilə müqayisə edən qəhrəman burada da təsirin əks-təsir yaratdığını söyləyir -Müəllif: None - -Sual: 10. O, iş fəaliyyətinin ilk illərində Deutzdakı evinin üzərinə bir ulduz təsviri yerləşdirmiş və həyat yoldaşına yolladığı məktublarda bir gün bu ulduzun uğur və gücü təmsil edəcəyini və quracağı fabrikin üzərində dalğalanacağını söyləmişdi. Onun kim olduğunu yazın. -Cavab: Karl Benz -Şərh: Sonradan bu ulduz markanın simvoluna ilham qaynağı olmuşdur -Müəllif: None - -Sual: 11. 1945-47-ci illər arasında sırf bir nəticəni əldə etmək üçün ABŞ-da xeyli sayda ev quşları kəsilmiş,lakin nəticə əldə edilməmişdi.Sizsə,bu kəsilməyə səbəb olanın adını cavab kartınıza yazın. -Cavab: Başsız xoruz Mayk -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Deyilənə görə, BUNUn aparılmasında əsas məqsəd XVII əsrdə Florensiyada Toskana hersoqunun bağı üçün lazım olan suyu təzyiqlə 10 metrdən yuxarı qaldırmaqla bağlı yaranan problemi həll etmək olmuşdu. BUNU eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Torriçelli təcrübəsi -Şərh: Sualda "təzyiq" sözü ipucu idi. Mayenin yüksək təzyiqlə qalxması üçün o, civə üzərində təcrübələr apararaq sonradan atmosfer təzyiqini kəşf etmişdi -Müəllif: None - -Səhifə -> 376 | Sual Sayı -> 12 - -Sual: 1. Öz məruzəsində dövlət katibi Con Dalles qeyd edirdi ki, Asiya ölkələri Sovetlər İttifaqının təsiri altında bir-birinin ardınca kommunist rejiminə keçəcəklər. Dallesin bu ölkələri nə ilə müqayisə etdiyini eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Domino daşları -Şərh: Dalles ehtiyat edirdi ki, 1 ölkə kommunizmə keçsə digərləri də onun ardınca domino effektində olduğu kimi buna əməl edəcəklər. -Müəllif: None - -Sual: 2. Məqalələrin birində Missuri və Missisipi çayları arasında yerləşən Ayova ştatına X adı verilib. X-i yunan mənşəli bir sözlə yazın. -Cavab: Mesopotamiya -Şərh: İki çay arasında yerləşən ştata elə tərcümədə "iki çayarası" mənasını verən Mesopatamiya adı verilib -Müəllif: None - -Sual: 3. Bernard Şounun vəsiyyətnaməsinə qulaq asın. “Mən istəyirəm ki, mənim tabutumu dəfn arabası yox, öküzlər, qoçlar, donuzlar, ev quşları, canlı balıq olan hərəkətli hovuz dartıb aparsın və ölüm ayağında belə öz dostlarını yeməkdən imtina edən insanın xatirəsinə HƏR BİR canlıya ağ bantlar bağlansın. Bu X-ə daxil olmadan sonra dünyada ikinci belə bir möhtəşəm mərasim olacaqdır”. X-i iki sözlə yazın. -Cavab: Nuhun gəmisi -Şərh: Fikir verdinizsə, Bernard Şou burda Nuhun gəmisindəki kimi hər bir canlını görmək istəyirdi. -Müəllif: None - -Sual: 4. Paylama materialıŞəkildəki şəxsin kim olduğunu yazın. -Cavab: Sully (Salli) -Şərh: 2009-cu ilin yanvarında Kapitan Çesli Sullenbergerin Hudzon çayına təcili eniş etməsi ilə 155 nəfər sərnişin və təyyarə heyəti xilas edildi. 2016-cı ildə baş rolda Tom Hanksin iştirak etdiyi “Sully” filminin süjeti bu hadisəyə əsaslanır. -Müəllif: None - -Sual: 5. Diqqət, sualda əvəzetmə var. İrqlər arasında heç bir fərq görmədiyini söyləyən Hanter Tompson özünü Platonik adlandırır. Platon da platonik olmuşdur. Platon və platonik sözləri ilə əvəz etdiyiklərimizi tapın. -Cavab: Dalton, Daltonik -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Bir dəfə Cabbar Qaryağdıoğlu toy məclislərinin birində gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşdu. Siz isə toyun hansı şəhərdə baş tutduğunu deyin. -Cavab: İrəvan -Şərh: Xanəndə gəlinin üzündə qoşa xal olduğunu öyrənir və bədahətən “İrəvanda xal qalmadı” mahnısını ifa edir. -Müəllif: None - -Sual: 7. Böyük ziyafətlər təşkil etməyi xoşlayan ABŞ yazıçısı Frensis Skott Fitzcerald və həyat yoldaşı Zelda Fitzcerald 1924-30-cu illər aralığının çox hissəsini Parisdə keçirməli olmuşdular. 1 dəqiqə ərzində bunun səbəbini cavab kağızınıza yazın. -Cavab: Quru qanunun tətbiqi -Şərh: Ziyafətlər zamanı çox zaman içkilər içilir. Həmin dövrdə ABŞda alkoqollu içkilərə qoyulmuş qadağa səbəbi ilə cütlük Parisə gedirdi. -Müəllif: None - -Sual: 8. Təxminən iki min il əvvəl Perqam kralı Attal Kiçik Asiya yarımadasında bir şəhərin əsasını qoydu. Həmin şəhərin indi necə adlandığını tapın. -Cavab: Antalya -Şərhlər: None -Müəllif: None - -Sual: 9. ABŞ-da nəhəng Oreon parkına gələn hər bir şəxsin üzərinə qoxulu, zərərsiz aerozol vurulur və sonra onlar rahat şəkildə ekskursiyaya göndərilirlər. Bu proses nə üçündür? -Cavab: İtməmək üçün -Şərh: Park çox böyük olduğundan ekskursiyaya gələnlər yollarını aza bilərlər. Bu prosesdən sonra onları itlər vasitəsilə tapmaq mümkün olurdu. -Müəllif: None - -Sual: 10. Onun nəvəsi vaxtilə Lenin mavzoleyini partlatmağa cəhd etdiyinə görə Maqadana sürgün edilmişdi. Bəs onun özü 1918-ci ilin 30 avqustunda Zamoskvorets rayonunda yerləşən Mixelson zavodunda fəhlələrin mitinqi zamanı nə etmişdi? -Cavab: Leninə atəş açmışdı -Şərh: Söhbət Lenini öldürməyə çalışan Fanni Kaplandan gedirdi. -Müəllif: None - -Sual: 11. Texas universitetində tələbə ikən Maykl İBM-PC{AY BI EM-PI SI} limited şirkətində işlədiyi zaman düşünürdü ki, satıcılarla alıcılar arasında yaxşı əlaqə qura biləcək kompyuterlər lazımdır. Mayklın soyadını yazın. -Cavab: Dell -Şərh: Dell şirkətinin kompyuter sahəsində məşhurluğu çoxumuza məlumdur. -Müəllif: None - -Sual: 12. Motsartdan soruşanda ki, onun musiqisində ən vacib olan nədir, o bu sözlə cavab verirdi. Gündəlik həyatda bu sözlə bağlı əsasən iki məhsulun tanıtımında rast gəlmək olar. Hansı söz? -Cavab: Fasilə -Şərh: Kit-kat və Tviks şokoladlarının reklamında fasilə etmək tövsiyə olunur. 12 sualdan sonra fasilə -Müəllif: None - -Səhifə -> 377 | Sual Sayı -> 12 - -Sual: 1. "12 qəzəbli adam" filmində jürilərdən biri gah "günahkardır" deyən qrupla, gah da "günahkar deyil" deyən qrupla birlikdə səs verir. Bu zaman digər jüri onu İKSə bənzədir.İKSi eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Tennis topu -Şərh: Gah bu tərəfdə,gah da digər tərəfdə olan jüri tennis topu ilə müqayisə olunur. -Müəllif: None - -Sual: 2. Böyük Depressiyadan sonra Atlantik şəhərinin meri Tomas Teqqert 1939-41-ci illərdə məşhur bayramın orijinal yazılışında ilk 2 hərfi dəyişmişdi. Bu dövr ərzində bayramın necə adlandığını dəqiqliklə yazın. -Cavab: Franksgiving -Şərh: Ölkəni Böyük depressiyadan çıxardıb Thanksgiving (şükran) bayramlarını geri qaytarma imkanı yaratdığından 2 il bayram bu adla anılmışdı. -Müəllif: None - -Sual: 3. O, həyat “sərgüzəştini” 2 aprel 1910-cu ildə Konnektikut ştatında yerləşən Reddinq şəhərində başa vurmalı olmuşdu. Onun kim olduğunu yazın. -Cavab: Mark Tven -Şərh: Ən məşhur 2 əsərini xatırlamaq kifayət idi. Tom Soyerin sərgüzəştləri və Konnektikutdan olan Yanki kral Arturun sarayında. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdəki şəxs 1653-cü ildə teatrda Apollon rolunda çıxış etmişdir. Söhbət kimdən gedir? -Cavab: XIV Lüdovik -Şərh: Şəkildəki şəxsin geyimində olan günəş simvolları və tanrı Apollon 14-cü Lüdoviqə işarə idi. Onun məşhur ləqəbi “Günəş Kral” idi. -Müəllif: None - -Sual: 5. 1887-ci ildə Hindistanda anadan olan və 1920-ci ildə vəfat etməsinə baxmayaraq riyaziyyat elminə xeyli fayda verən Srinivasa Ramanuyan "riyaziyyatın X-i" ləqəbini daşıyır. X-lə əvəz edilmiş soyadı yazın. -Cavab: Matsart (Mozart) -Şərh: Cəmi 33 il yaşayan Ramanuyan "riyaziyyatın Motsartı" adlandırılır -Müəllif: None - -Sual: 6. Bu kinorejissor 1999-cu ildə dünyasını dəyişən zaman baş rolda Cek Nikolsonun “parlayacağı” Napoleon filmi yarımçıq qaldı. Rejissorun kim olduğunu yazın. -Cavab: Stenli Kubrik -Şərh: Rejissorun digər filmi “Shining”-də də Jack Nicholson var idi -Müəllif: None - -Sual: 7. 1919-cu ildə Barselonada öz şirkətini yaradan İsaak öz balaca oğlu Danielin həyatında tək dəyərli insan olduğunu hesab edirdi. İsaakın hansı şirkətin əsasını qoyduğunu yazın. -Cavab: Danone -Şərh: Həyatının yeganə dəyərli insanı olan Danielə olan sevgisi nəticəsində şirkətinə bu adı verdi. Belə ki, Daniel və One sözlərinin birləşməsindən DanONE adı yarandı. -Müəllif: None - -Sual: 8. 1948-ci ildə Filip Halsmenin sürrealist üslubda çəkdiyi fotoda O, 3 pişik, bir oturacaq və həmçinin müəyyən miqdarda su ilə havadan asılı şəkildə görünür. Onun adını yazın. -Cavab: Salvador Dali -Şərh: Sürrealizm dedikdə,ilk olaraq Salvador Dali yada düşür. -Müəllif: None - -Sual: 9. “Öz tənqidi yazıları ilə seçilən Marta Gelhorn, Eleanoranın diqqətini cəlb etmiş və O, Martaya ilk kitabını evdə yazmaq kimi qeyri-adi təklif etmişdi.” Eşitdiyiniz cümlədə buraxılmış qısa sözü cavab kartlarınıza yazın. -Cavab: Ağ -Şərh: ABŞ prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşı Eleanora Ruzvelt yazıçıya Ağ Evdə kitabını yazmağı təklif etmişdi. -Müəllif: None - -Sual: 10. Rafael Hüseynovun “Min ikinci gecə” əsərində bu musiqiçimizə həsr olunmuş hissə “Qoşa qanad” başlığı altında təqdim olunur. Onun kim olduğunu yazın. -Cavab: Bülbül -Şərhlər: None -Müəllif: None - -Sual: 11. Qədim dövrdə Layiqli hökmdarların adını əbədiləşdirmək üçün onların şərəfinə kedr və ya sidr ağacı əkildiyi faktları məlumdur. Siz isə cavab kartınıza bu barədə el arasında geniş yayılmış deyimi üç sözlə yazın. -Cavab: Qədir ağacı əkmək -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Diqqət!!! Çox qısa sual...   -Hansı tarixi vilayət şimaldan Arkadiya, qərbdən Messeniya ilə həmsərhəd idi? -Cavab: Lakonika -Şərh: Lakonik suala lakonik cavab -Müəllif: None - -Səhifə -> 378 | Sual Sayı -> 12 - -Sual: “Şərq”dən - dünya səyahətindən gəlmiş bu şəxsin 40218 saylı hərbi divizionun ərazisində eşitdiyi ilk söz “Sənədlərinizi təqdim edin” olmuşdu. O kimdir? -Cavab: Yuri Qaqarin -Şərh: “Vostok” gəmisi. Yuriy Qaqarin göydən bu divizionun yerləşdiyi yerə enmişdi. -1961-ci ildə kosmosa yollanmazdan əvvəl Yuri Qaqarin də “getdik” – “poexali” sözünü işlətmişdi. -Müəllif: None - -Sual: 2. XIX əsrin ortalarında O, bir müddət Akuşnet adlı balina ovu ilə məşğul olan gəmidə fəhlə olaraq işləmişdi. Onun ən məşhur əsərinin adını yazın. -Cavab: Mobi Dik -Şərh: Maraqlıdır ki, yazıçı Herman Melvillin "Mobi Dik" əsərinin əsas qəhrəmanı da Balinadır. -Müəllif: None - -Sual: 3. Paylama materialıSual müəllifi bir ifadəni araşdırarkən qarşısına gördüyünüz rəsm çıxmışdır. Həmin ifadə 17-ci əsrdə iki ingilis arasında baş tutmuş danışıqlarda da qeyd olunur. Diqqət sual: Həmin ingilislərdən heç olmasa birinin adını yazın. -Cavab: İsaak Nyuton -Şərh: Sual müəllifi “Nəhənglərin çiynində dayanmaq” ifadəsini araşdırırdı.17-ci əsrdə İsaak Nyuton Robert Huka yazdığı məktubda qeyd edirdi ki, onun digərlərindən daha çox uzaqgörənliyinin səbəbi nəhənglərin çiyinlərində durmağıdır. -Müəllif: None - -Sual: 4. Blokadada olan Leninqradda keçirilən futbol matçları haqqında bir mənbədə deyilir ki, kimin daha çox İKS-i vardısa, o da qalib gəlirdi. 1969-cu ilə aid mənbədə İKS-in nəyin içindən çıxdığını dəqiqliklə yazın. -Cavab: Dəfinələr adası -Şərh: Çörək kartoçkasından söhbət gedirdi. “Şərikli çörək” filmində Vaqifin kartoçkaları bu kitabın içindən tapıldı. -Müəllif: None - -Sual: 5. 1915-1977-ci illərdə bir müstəmləkənin bayrağında belə bir deviz yerləşdirilmişdi:“Ölkəni bölür, dünyanı birləşdirir”. Bu hansı ölkədir? -Cavab: Panama -Şərhlər: None -Müəllif: None - -Sual: 6. İngilis dilində reklam posterlərindən birində “Əylən” sözündəki hərflərdən biri bir neçə dəfə təkrarlanaraq bununla əyləncənin daha uzun davam etdiyinə işarə edir. Bu posterdə hansı alman şirkətinin reklam olunduğunu tapın. -Cavab: Audi -Şərh: Audi Şirkətinin logotipindəki kimi “EnJoy” sözü 4 “o” hərfi ilə EnJooooy yazılmışdı. -Müəllif: None - -Sual: 7. Görüşlərin birində Antoni Van Levenhuk dostuna, öz ixtirası olan mikroskopu göstərir və onun iş prinsipini izah eləyir.Bu görüş onun dostuna elə güclü təsir edir ki, o yeni kitab yazmaq üçün ilhamlanır. Bir dəqiqədən sonra onun dostunun kim olduğunu yazın. -Cavab: Conatan Svit -Şərh: O, Qulliverin liliputlar ölkəsinə səyahəti haqda kitab yazir. -Müəllif: None - -Sual: 8. Skott Adamsın karikaturasının personajı stend atıcılığı ilə məşğul olur. O, heç evdən ayrılmadan məşq edir. Bu zaman onun köməyinə hansı məişət əşyası gəlir? -Cavab: Toster -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Hərb tarixində Lesnaya döyüşünü Poltava döyüşünün anası adlandırırlar. Buna səbəb isə hərbi baximdan başqa, həm də budur. Diqqət sual-nə? -Cavab: Döyüşlər arasinda 9 ay fərq olub -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Pyotr Vayl öz əsərində yapon yazıçı Ryunoskenin şikayətini qeyd edir: Hətta havanın açıq olduğu bir dövrdə, günəşin dənizi və sahili işıqlandırdığı bir vaxtda da o həmişə buludların arxasında gizlənir. O nədir? -Cavab: Fudziyama -Şərhlər: None -Müəllif: None - -Sual: 11. 1997-98-ci illərdə Glasgow Rangers klubunda oynayan Gennaro Gattuso soyuqqanlı oyunu və əzmli mübarizəsi görə azarkeşlər tərəfindən bu ləqəblə çağırılırdı. Hansı ləqəb? -Cavab: Cəsur Ürək -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Bu replikanın martın 15-də bir fateh tərəfindən işlədildiyi məlumdur. Lakin bizə məlum olan versiya ancaq həmin hadisədən təxminən 1600 il sonra U.Şekspir tərəfindən yazılmışdır. Replikanı cavab kartınıza yazın. -Cavab: “Sən də, Brut?” -Şərh: Martın 15i sizi Mart İdlərinə və dolayısıyla Yuli Sezara aparmalıydı.Sezar eramizdan evvel 44cu ilde oldurulerken “sen de, menim oglum?” deyerek Brutdan soruşmuşdu. 16ci esrde yaşamiş Shekspirin “Yuli Sezar” eserinde bu replika indiki hala salinmishdi. -Müəllif: None - -Səhifə -> 379 | Sual Sayı -> 12 - -Sual: 1. Oyuna başlayırıq. Ispaniyanın İbiza adasında Xristofor Kolumbun şərəfinə qoyulmuş abidə də onun səyahət etdiyi gəmini və bunu görə bilərik. Bunu cavab kartlarınıza yazın. -Cavab: Yumurta -Şərh: Məşhur “Kolumb yumurtası” ifadəsi asan ancaq, heç kəsin bilmədiyini düşünmək mənasına gəlir. -Müəllif: None - -Sual: 2. İspaniyanın Barselona şəhərində “Müqəddəs ailə kilsəsi”nin tikintisi zamanı layihəyə əsasən 18 qüllə nəzərdə tutulmuşdur. Siz isə layihədə nəzərdə tutulmuş 12 qüllənin kimlərə həsr olunduğunu deyin -Cavab: Həvarilərə -Şərh: 12 qüllə İsa peyğəmbərin 12 həvarisinə həsr olunmuşdur. -Müəllif: None - -Sual: 3. Natali Portmanın gülümsədiyi foto haqqında yazıda X və Y sözlərinə rast gəlmək olar. X-in Y-ı haqqında məqalədə isə Nəsibə Zeynalova xatırlanır. X-n Y-ı ilə əvəz olunmuş sözləri cavab kartınıza yazın -Cavab: Aktrisanın təbəssümü -Şərh: Məşhur aktrisa Natali Portmanın gülümsəməsi haqqında olan fotoda aktrisa və təbəssüm sözləri işlənmişdi Aktrisanın Təbəssümü isə Nəsibə Zeynalova haqqında filmdir. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə özlərinin dəhşətli yaradıcılıqları ilə dövrlərində diqqət mərkəzi olan Atillio Bertulucci, Yevgenio Montale, Salvatore Kvazimodo və Cuzeppe Ungaretti təsvir olunub. Bəs bu şəkli kritiklər Dürerə də məşhurluq gətirən hansı üç sözlə adlandırıblar. -Cavab: Məhşərin dörd atlısı -Şərh: Şəkildə dörd adamın adı çəkilir və sualda dəhşət sözü də sizi cavaba çıxara bilərdi. Kritiklər bu şəkli Məhşərin dörd atlısı ilə müqayisə edirdilər. Albert dürer məşhur Məhşərin dörd atlısı qravürasının müəllifidir. -Müəllif: None - -Sual: 5. Rəssam Eldar Mikayılzadə verdiyi müsahibələrin birində Mirzə Fətəlinin və Üzeyir Hacıbəyovun portretlərini hazırladığını qeyd edirdi. Siz isə onun bu portretləri niyə hazırladığını bildinizsə sonda hansı iki şəxsin portretini hazırladığını deyin. -Cavab: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadə -Şərh: Eldar Mikayılzadə keçmiş Azərbaycan manatının eskizlərini hazırlamışdır. 500 manatın üzərində Nizami Gəncəvini, 1000 manatın üzərində isə Məmməd Əmin Rəsulzadənin şəklini həkk etmişdir. -Müəllif: None - -Sual: 6. Yaponiyalı Akiko Futabadan danışılan məqalədə onun bəxtinin gətirdiyi, bir hadisə zamanı qatarla səyahət etdiyi və qatarın tuneldən keçdiyi xatırlanır. Siz isə Akikonun keçən əsrin hansı ilində bəxtinin gətirdiyini tapın -Cavab: 1945 -Şərh: Akikonun bəxti gətirmişdi, çünki o qatarla səyahət edirdi və hadisə zamanı (Xirosimaya bomba atılan zaman) onu daşıyan qatar tuneldən keçirdi ki, məhz bunun nəticəsində Akiko sağ qala bilmişdi. Atom bombası isə 1945-ci ildə atılmışdı. -Müəllif: None - -Sual: 7. Rio 2016 Yay Olimpia oyunları zamanı saytların birində boks yarışlarında iki Kubalı idmançının mübarizəsi haqqında məqalənin başlığı “Kubalı Kubalı ilə vuruşur və BURAXILMIŞ SÖZLƏR “ Siz isə buraxılmış sözləri deyil buraxılmış sözdəki toponimi yazın. -Cavab: Azərbaycan -Şərh: Əslən Kubalı olan boksçu Kollazo Sotomayor olimpiada da Azərbayçanı təmsil edirdi. Rəqibi Kuba təmsilçisinə qalib gəldikdən sonra saytda “Kubalı Kubalı ilə vuruşur və Azərbaycan qalib gəlir” başlığı altında məqalə yayımlanmışdır. -Müəllif: None - -Sual: 8. Qobustan qayaüstlü təsvirlərindən danışılan məqalədə deyilir ki, təsvir olunmuş adamların qollarını uzun göstərməklə müəllif həmin adamların sürətlə hərəkət etdikləri göstərməyə çalışmışdır ki, bu incəsənətdə ilkin X nümunəsidir. X-dən danışılan məqalədə impressionizm sözünə də rast gəlmək olar. X-i fransız mənşəli sözlə yazın. -Cavab: Ekspressionizm -Şərh: Məqalədə deyilir ki, müəllif insanların qollarını uzun çəkməklə həmin adamların sürətli hərəkət etdiklərini izləyiciyə çatdırmaq istəmişdir ki, bu da ekspressionizmin əlamətlərindəndir. Belə ki, ekpressionist üslubda da müəllifin dedikləri, yazdıqları, göstərdiklərinin izləyicinin beynində yaratdığı alqılama, bir sözlə onun subyektiv idealizminin realizəsi nəzərdə tutulur. Ekspressionizm cərəyanından danışılan başqa məqalədə isə cərəyanın həm də impressionizmə qarşı münasibəti də xatırlanır -Müəllif: None - -Sual: 9. Haqqında olan vikipediya məqaləsinə əsasən rəssam bu əsəri 1883-cü ildə olmuş vulkan partlaması zamanı səmanın rəngindən ilham alaraq çəkmişdir. Söhbətin hansı rəsm əsrindən getdiyini tapın. -Cavab: The scream -Şərh: Rəsmin müəllifi Munk vulkan püskürməsindən sonra səmanın qırmızı rəngdə olmasını görmüş və sanki təbiəin qışqırığını eşitmişdi. -Müəllif: None - -Sual: 10. İtalyan liri (lira de braccio) müasir skripkanın əcdadı hesab olunur. Bəs birinci əsrdə doğulan hansı şəxs haqqında olan məqalədə bu fakt xatırlanır? -Cavab: Neron -Şərh: İmperator neron haqqında olan ən məşhur və yalan faktlardan biri onun roma yanğını zamanı skripka çalmasıdır. Amma reallıq odur ki, birinci əsrdə skripkanın icadına çox var idi və Neronun da ifa etdiyi ancaq müasir skripkanın əcdadı olan italyan liri ola bilərdi. -Müəllif: None - -Sual: 11. Bir fotoda Bill Qeytsin minlərlər kağızın üstündə oturduğunu görə bilərik. Siz isə onun əlində nə olduğunu deyin. -Cavab: CD -Şərh: Şərh: Bill Qeyts əlindəki CD-nin üstündə oturduğu kağızlardan daha çox məlumat saxladığını bildirirdi. -Müəllif: None - -Sual: 12. 1990-cı ildə çəkilmiş filmimizdə Davud Davudov X rolunu, kamikadze obrazını canlandıran Eduard Pak isə Y rolunu oynamışdı. X və Y-i cavab kartlarınıza yazın. -Cavab: Yapon və yaponiyalı -Şərh: Sualdakı Kamikadze sözü sizə cavaba çıxmağa kömək edə bilərdi. Söhbət isə Yapon və Yaponiyal filmindən gedirdi. Filmə baxmayanlar üçün onu əlavə edək ki, film yaponiyalı kamikadzenin Nardaran qəsəbəsinə düşməsi və qəsəbənin yapon ləqəbli sakini ilə tanış olmasından danışır. -Müəllif: None - -Səhifə -> 380 | Sual Sayı -> 12 - -Sual: 1. Bir fin əfsanəsinə qulaq asın: -Bir dəfə bir fin kəndlisinin evinin damı uçur. O sobanı yandırır və bu zaman yağış yağmağa başlayır. Bəs bundan sonra kəndli nəyi kəşf edir? -Cavab: Sauna -Şərh: Finlandiya öz göllərindən əlavə, saunaları ilə məşhurdur -Müəllif: None - -Sual: 2. Maraqlıdır ki, Azərbaycan kinosunun 79 illiyinə həsr edilən bu film Əmir Pəhləvanın “Əhlikef” povesti əsasında çəkilib. Hansı film? -Cavab: Fransız -Şərh: “Fransız xalqı kef eləyir” ifadəsi çoxumuza məlumdur. Maraqlıdır ki, filmin adı ilə əsərin adı arasında belə əlaqə var. -Müəllif: None - -Sual: 3. Davam edirik...    - “Amfibiya adam” bədii filmi çəkilərkən filmin rejissoru məhz onun filmin məsləhətçisi olmasını istəyirdi. Kimin? -Cavab: Jak İv Kusto -Şərh: Filmin bir hissəsi suyun altında çəkilmişdi. -Müəllif: None - -Sual: 4. İspaniyada olan bir zarafata görə bu meyvəni İspaniyaya vəkillər gətiriblər. Hansı meyvəni? -Cavab: Avokado -Şərh: İspanca Vəkil sözü, Avokado kimi səslənir. -Müəllif: None - -Sual: 5. 18 noyabr 1933-cü ildə “Flaminqo” Venesuelada yerləşən Auyantepui dağının üzərindən uçurdu. Bəs onu kim idarə edirdi? -Cavab: Cimmi Anhel -Şərh: Flaminqo təyyarəsində uçan Cimmi Anhel məşhur şəlaləni kəşf etdi -Müəllif: None - -Sual: 6. Memar Con Tiqret 1991-ci ildə Missisipi sahilindəki bu şəhərin simvolu hesab edilən “Böyük Amerika piramidası”nı inşa etdi. Həmin şəhərin adını yazın. -Cavab: Memfis -Şərh: Qədim Misir şəhəri Memfisdə olduğu kimi müasir amerikan şəhəri Memfisdə də piramida qoyuldu -Müəllif: None - -Sual: 7. Gecələr xəstələrini yoxlamaq üçün tez-tez BUNU EDƏN Florens Naytinqeyl məşhur ləqəbini almışdı. Siz isə, BUNU EDƏN digər bir şəxsin məqsədini cavab kartınıza 2 sözlə yazın. -Cavab: İnsan axtarmaq -Şərh: Florens Naytingeyl gecələr xəstələrini yoxlamaq üçün əlində fənərlə xəstəxanada dolaşdığından, “Fənərli dolaşan qadın” ləqəbini almışdı. Bunu günortalar edən kinik və mütəfəkkir Diogen isə insan axtarırdı. -Müəllif: None - -Sual: 8. Paylama materialıRekvizitdəki finlandiyalı proqram təminatçısının kim olduğunu yazın. -Cavab: Linus Torvalds -Şərh: Linus Torvalds Linux əməliyyat sisteminin yaradıcısıdır. Rekvizitdə onun əlində Linux`un maskotu olan Tuks adlı pinqvini görə bilərsiniz. -Müəllif: None - -Sual: 9. Artıq mövcud olmayan Çinça xalqı Perunun qədim yerli sakinləri idi. Bəs bu xalqın nümayəndələrinin üstünlük verdiyi geyimlər nədən hazırlanırdı? -Cavab: Şinşilla xəzindən -Şərh: Şinşilla sözü ispanca “kiçik Çinça” deməkdir və bu xalqın şərəfinə adlandırılıb. -Müəllif: None - -Sual: 10. Bir gün yazıçı Boris Pasternak bir şəxsdən teleqram alır və ona bu məzmunda cavab teleqramı göndərir: “Təşəkkür edirəm, şadam, qürur duyuram, həyəcanlıyam”. Bəs teleqram hansı ölkədən gəlmişdi? -Cavab: İsveç -Şərh: Boris Pasternak Nobel mükafatına layiq görülmüşdü. Nobel Komitəsi İsveçdə yerləşir. Teleqram vuran şəxs Nobel komitəsinin katibi Andres Esterlinq idi. -Müəllif: None - -Sual: 11. Tesla haqqında olan sənədli filmdə onun alternativ axın sistemi ilə Niaqara şəlaləsindən bütün Amerikaya və dünyaya elektirik daşınmasını mümkün etməsindən danışılır. Bu zaman şərhçinin Teslanı hansı mifolji obraza bənzətdiyini yazın. -Cavab: Prometey -Şərh: Dünyaya elektirik daşınmasını mümkün edən Tesla, insanlara odu gətirən Prometeyə bənzədilir -Müəllif: None - -Sual: 12. Bu personajın real prototipi Mauritsio adlı italyan olub. O Venesiyanın Şərqi Aralıqdakı qoşunlarına rəhbərlik etmişdir. Versiyalardan birinə görə müəllifin səhvi nəticəsində onun adı təhrif olunmuş və personajın bizim tanıdığımız şəklə gəlib çıxmasına səbəb olmuşdur. Personajın adını cavab kartlarınıza qeyd edin. -Cavab: Otello -Şərh: Mauritsionun qısa forması olan Mauro həm də italyanca mavr anlamına gəlir. -Müəllif: None - -Səhifə -> 381 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialıO bətndən gəlməyən öz tamahı ucundan -Özünə vurdu ziyan, qazanıb bollu lənət, -Bununla da hamıyçün lənət qazandı əlan.Eşitdiyiniz misralarda söhbətin kimlərdən getdiyini tapın. -Cavab: Adəm və Həvva -Şərh: Adəm və Həvva anadan olmadıqlarına görə bətndə olmamışdılar. Qadağan olunmuş meyvəni yedikdən sonra cənnətdən qovulan Adəm və Həvva əbədi lənət qazanmışdılar. -Müəllif: None - -Sual: 2. 1770-ci ildə doğulmuş bu şəxsin həyatından bəhs edən bir filmdə Onun alt qonşularının tez-tez tavandan su sızması ilə bağlı şikayətləndiklərini görmək olar. Onun kim olduğunu tapın. -Cavab: Lüdviq Van Bethoven -Şərh: Bethoven adətən yeni əsər yazmazdan əvvəl başına su tökdüyü çoxumuza məlumdur,çox vaxt o bunu evin ortasında edirdi və suyun yarısı aşağı mərtəbəyə süzülürdü. -Müəllif: None - -Sual: 3. Bir coğrafi nağıla qulaq asın: “Bir-birindən xəbərsiz eyni ölkədən gündoğan tərəfə səfərə çıxan Dəli və Yaralı başqa bir ölkənin ərazisində rastlaşırlar. Bir muüddət yollarına birlikdə davam etdikdən sonra onlar Maviyə rast gəlir ve həmişəlik onun əsirinə çevrilirlər” Bu nağılın qəhrəmanları olan Dəli, Yaralı ve Mavinin nələrə işarə oldugunu tapın. -Cavab: Kür, Araz, Xəzər -Şərh: Şərh: Dəli Kür, Yaralı Araz, Mavi Xəzər -Müəllif: None - -Sual: 4. Dostoyevskinin bir hekayəsində Yelena Alekseyə sual verir: “İKS nədir? “ Aleksey isə cavabında deyir: “İKS həbsxanadan qaçan İQREKdir”. Söhbətin nədən getdiyini bildinizsə İKS və İQREK-i düzgün ardıcıllıqla cavab kartlarınıza yazın. -Cavab: Zebra və at -Şərh: Əsərin qəhrəmanları zooparkda gəzərkən Yelena Alekseydən soruşur: “Zebra nədir?” O isə cavabında zebranın həbsxanadan qaçan at olduğunu zarafatla bildirir. -Müəllif: None - -Sual: 5. Mafiya başçısı Bernardo Provenzanonun gizli mesajları polis tərəfindən oxunmuş və nəticədə o, 2006-cı ildə həbs edilmişdir. Siz isə Bernardonun mesajlaşarkən nədən istifadə etdiyini tapın. -Cavab: Sezar şifrəsi -Şərh: Adından italyan olduğunu anlamaq olar. Oktavian Avqustun dövründə də gizli yazışmalar Sezar şifrəsi ilə yzılırdı. -Müəllif: None - -Sual: 6. “Səhnə mənim üçün elə bil səhra idi” sözlərini 1908-ci ildə məhz bu həmyerlimiz söyləmişdir. Kim? -Cavab: Hüseynqulu Sarabski -Şərh: Məcnun rolunun ilk ifaçısı olan aktyor -Müəllif: None - -Sual: 7. 1912-ci ildə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti ONUN adını daşıyan medalı təsis etmişdir. Bir filmdə tibb bacılarının qətlə yetirilməsi haqqında olan işdə O xatırlanır. Onun kim olduğunu yazın. -Cavab: Florens Nightingale -Şərh: Məşhur tibb bacısı -Müəllif: None - -Sual: 8. Bir bloqda küləkli havada siqaret çəkərkən blef etməyin insanın başına gələ biləcəyindən danışılır. "Blef etmək"lə əvəz olunmuş üç sözü deyin. -Cavab: Gözə kül səpmək -Şərh: Azərbaycanın İzahlı lüğətində "Blef etmək" sözünün izahı kimi "Gözə kül səpmək" ifadəsinə yer verilmişdir. İnsan küləkli havada gəzərkən onun gözlərinə siqaretin külü tökülə bilər. -Müəllif: None - -Sual: 9. Keçən əsrdə Kemikalbank qəzetdə belə bir elan verdi: “Bankın Rod-Aylenddəki filialı 3 sentyabr 1969-cu ildə öz qapılarını açacaq və bir daha bağlamayacaq”. Bu elanın nəyi reklam etdiyini əcnəbi mənşəli sözlə yazın. -Cavab: Bankomat -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Bu Nobel mükafatı laureatının qəbir daşının üstündə “O haradasa burda uzanıb" cümləsi yazılıb. Bir dəqiqədən sonra həmin insanın kim olduğunu deyin. -Cavab: Heyzenberq -Şərh: Heyzenberg qeyri-muəyyənlik nəzəriyyəsinin banisi sayilir.Qəbir daşında olan yazıda qeyri-muəyyənliyi bildirir. -Müəllif: None - -Sual: 11. Sual müəllifinin yaxın adamı öz uşaqlıq xatirələrini yada salaraq deyirdi ki, o balaca olanda onun böyük qardaşı həmişə arxasında düşüb baxardı ki, o hansısa uşaqvari pis hərəkət etməsin. Bu xatirələrin aid olduğu ili deyin. -Cavab: 1984 -Şərh: Sualda “1984” əsərindəki məşhur ifadəyə allüziya var idi. Əsərdən “Böyük Qardaş səni izləyir” ifadəsi yəqin ki çoxunuza məlumdur. -Müəllif: None - -Sual: 12. Siri Ceymsin əsərinin qəhrəmanı olan qadın öz rəqibi xanımla uzun fasilədən sonra görüşür. Onun rəqibinin əllərində uzun əlcək olduğundan qəhraman onu maraqlandıran bir suala cavab tapa bilmir. Hansı suala? -Cavab: onun ərə gedib-getməməsi barədə -Şərh: None -Müəllif: None - -Səhifə -> 383 | Sual Sayı -> 12 - -Sual: 1. Məşhur alman şairi Henrix Hayne xəstə olarkən onun dostu Moris Qartman ona baş çəkir. Söhbət zamanı Hayne ona deyir: “bu gün mənə bir qadın baş çəkib” Qartman soruşur: “səni kim narahat edib?” Hayne cavab verir: “o qadın, hansı ki, sənə baş çəkməyəcək”. Haynenin nəzərdə tutduğu qadını cavab kartlarınıza yazın. -Cavab: İlham pərisi -Şərh: Bununla, Hayne digər şairin qabilliyyətsizliyini göstərməyə çalışırdı. -Müəllif: None - -Sual: 2. Paraqvay meşələrində yaşayan aborigen Açe xalqında belə bir ənənə mövcuddur: Uşağın atası öldükdə, ögey ata həmin uşağı allahlara qurban verməlidir. Bu haqda danışılan məqalədə hansı effektin xatırlandığını tapın. -Cavab: Sinderella -Şərh: Sinderella effekti – ögey valideynin övlada bioloji valideyndən daha pis rəftar etməsi, hətta ölümlə nəticələnməsidir. Eyniadlı nağılda da Sinderella ögey anası tərəfindən təzyiqlərə məruz qalır. -Müəllif: None - -Sual: 3. Maraqlıdır ki,məhz bu şəxs özünün qətlin motivlərini izah edən “Fransızlara, qanunun və sülhün dostlarına” adlı yazısını yazmışdır. Kim? -Cavab: Şarlotta Korde -Şərh: Bundan sonra Ş.Korde “xalqın dostu” Jan Pol Maratı qətlə yetirmişdi -Müəllif: None - -Sual: 4. Bu aktyor 1990-cı illərin əvvəllərində 6 ay korlar məktəbində yaşamış davamlı olaraq bir nöqtəyə baxdığı üçün gözləri zərər görmüş və eynək taxmağa başlamışdır. -Cavab: Al Paçino -Şərh: Söhbət onun Qadın ətri filmində canlandırdığı kor Frank Sleid obrazı üçün hazırlıqlarından gedirdi -Müəllif: None - -Sual: 5. Bu rəsm haqqında olan fərziyyələrdən birinə görə rəssam qonşuluğunda yaşayan gənc Helena Lindgreni yaşadığı Lindsey malikanəsinə çağırmışdır. Səbəb isə onu yorulmuş Annanın yerində oturtmaq idi. Rəssamı yazın. -Cavab: Ceyms Uistler -Şərh: Söhbət “Rəssamın anası” əsərindən gedirdi. Çoxumuza Mr. Bean filmindən tanışdır. -Müəllif: None - -Sual: 6. İlk dəfə 1417-ci ildə London meri Henri Barton şəhər sakinlərinə onları öz pəncərələrinin yanında yerləşdirməyi əmr edir. H.X.Andersenin nağılında işıldaböcək onlardan birinin yerinə iddia edir. Müharibədən əziyyət çəkən Liberiyada məktəblilər ev tapşırıqlarını yazmaq üçün onlardan istifadə edirlər. Onları iki sözlə deyin -Cavab: Küçə fənərləri -Şərh: London meri küçələri işıqlandırmaq üçün sakinlərə pəncərələrin çöl tərəfindən fənər asmağa əmr etmişdi. Andersenin “Köhnə küçə fənəri” nağılında işıldaböcək fənərin yerinə iddia edir. Liberiyada elektrik enerjisi xətləri olmadığı üçün, şagirdlər küçədə fənərin altında ev tapşırıqlarını yerinə yetirirlər. -Müəllif: None - -Sual: 7. "Kral danışır" filmində baş qəhrəmana sterilizə olunmuş predmetlər təklif olunur və ONUN adı çəkilir. Kimin? -Cavab: Demosfen. -Şərhlər: None -Müəllif: None - -Sual: 8. Mark Çempen deyir: “Nəticə o olacaqdı ki, mənim həyatım dəyişəcəkdi, nəticə o olacaqdı ki, mən ağlasığmaz dərəcədə diqqət cəlb edəcəkdim. Və nəticə o olacaqdı ki, mən məşhur olacaqdım”. Bu cümlələrin hansı idiomun izahından olduğunu bildinizsə, idiomda işlənən xüsusi ismi yazın. -Cavab: Herostrat -Şərh: Nəyin bahasına olur olsun məşhurlaşmaq “Herostrat şöhrəti” idiomu ilə ifadə edilir. Con Lennonun qatili Mark Çempen də Herosrat şöhrətinə sahib olanlardan biri hesab edilir. -Müəllif: None - -Sual: 9. Miçio Kaku, kitabında bunu Troya Atına bənzədir: Kənardan səmanın hədiyyəsinə oxşayır, lakin içərisində hər cürə şeytani nəsnələr gizlənib. Bunu iki sözlə deyin. -Cavab: Qara dəliklər -Şərh: Şeytani nəsnələr deyərkən qara dəliyin içərisində güman edilən “dəhşətli” qravitasiya,yüksək temperatur və s. eyham edir. -Müəllif: None - -Sual: 10. O, ABŞ`dan köçdükdən bir müddət sonra “Davranış”,”Fransız dili” və “Qrimaldilərin tarixi” dərslərini almağa başlamışdı. Kim? -Cavab: Qreys Kelli -Şərh: Davranış kraliça üçün olan xüsusi qaydalar, fransız dili Monakonun rəsmi dili, Qrimaldi isə Monakoda hakimiyyətdə olan sülalədir. -Müəllif: None - -Sual: 11. Filipp Halsman`ın fotosunda Mona Lizanın simasında bərəlmiş gözləri, həm də gözlərə tərəf yönələn bunları görmək olar. İki sözlə deyin -Cavab: Dalinin bığları -Şərh: F.Halsman fotoqrafiyada sürrealizmin əsasını qoyub. "Bərəlmiş gözlər" də adət etdiyimiz, Dalinin ənənəvi pozası idi. Ikisi birlikdə “Dalinin bığları” avtobioqrafiq əsəri ilə məşhurdur. -Müəllif: None - -Sual: 12. XVIII əsr Fransasında yaşayan Şodrük Düklo, Napoleona qarşı mübarizə aparmış lakin Burbonlar tərəfindən düzgün qiymətləndirilmədiyini düşünərək köhnə geyimlər içində yaşamaqla onlara etiraz etmiş və Paris küçələrində "müasir o" adını almışdı. Əvvəlki cümlədə buraxılmış hərfləri yazın. -Cavab: D,i,g,e,n -Şərh: Diogen kinik fəlsəfəsinə əsasən, ömrü boyu səfil həyat sürmüş və çəlləyin içində yaşamışdır. -Müəllif: None - -Səhifə -> 384 | Sual Sayı -> 12 - -Sual: 1. Ev pişikləri üçün cənazə servisi təqdim edən reklam kompaniyasının maraqlı posterində bu cizgi film qəhrəmanının şəkli üzərində onun adı ilə yanaşı "Goodbye" sözünü oxumaq olar. Söhbətin hansı cizgi film qəhrəmanından getdiyini iki sözlə yazın. -Cavab: Hello Kitty -Şərh: Hello Kitty təsviri olan posterdə onun cənazəsinə allüziya edilərək, “Goodbye Kitty” sözləri yazılmışdı. Sualın birinci olması da, ipucu idi. Bu sualla bütün komandaları salamlayırıq. -Müəllif: None - -Sual: 2. Məşhur fotoya parodiya edilən reklamda bu şəxs şirniyyatı çox sevdiyindən masaya dağılan şokoladlı kremi yalamağa çalışır. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Albert Eynşteyn -Şərh: Buna görə də dilini çıxarır və məhz beləcə məşhur foto çəkilir. -Müəllif: None - -Sual: 3. “Robin Hood” filmində bu kralın yuxudan nərə çəkərək oyandığının şahidi ola bilərik. Hansı kralın? -Cavab: Şirürəkli Riçard -Şərh: Kralın yuxudan oyananda şir nəriltisi çəkməsi onun ləqəbinə işarə idi. I Riçarda cəsarətinə görə Şirürəkli ləqəbi verilmişdi. Həmçinin,Robin Hud Riçardın dövründə fəaliyyət göstərib. -Müəllif: None - -Sual: 4. Pink Floydun cəmiyyətdə sosial nərdivanın üst pilləsini tutan, var-dövlət və güc sahiblərini ifadə edən “Donuzlar” (Pigs) adlı mahnısı hansı kitaba əsaslandığını deyin. -Cavab: Heyvanıstan -Şərh: Kitabdakı Napoleon adlı donuzdan ilhamlanaraq Pink Floyd bu mahnısını yazıb -Müəllif: None - -Sual: 5. ABŞ və Kanadanın ən nəhəng universitetlərinin 268 kitabxanasını dolaşmış 200 mindən artıq nadir kitab və 11 mindən artıq qədim əlyazmaya sahib Stiven Blumberq dünyada ən mahir X hesab olunur. X adlı kitabın üz qapaqlarının birində personajın paltosunun altından çıxan tüstünü görə bilərik. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Kitab oğrusu -Şərh: Bu qədər kitabı qeyri-leqal yollarla əldə edən Stiven ən mahir “Kitab oğrusu”dur. Eyniadlı filmdə kitabların yandırılması zamanı personaj odun içindən götürdüyü bir kitabı paltosunda gizlədir. -Müəllif: None - -Sual: 6. Kitab oğrusu filminin qəhrəmanı Rudi üzünü kömürlə boyayır və 100 metrə qaçışda qalib gəlir. Növbəti hissədə Rudi bu şəxsin adını çəkir. Həmin şəxsi yazın. -Cavab: Cessi Ouens -Şərh: Film DM zamanı Almaniyası haqqındadı,Rudini1936-ci il Berlin olimpiadasının qalibi olmuş qaradərili Cessi Ouensə bənzədirdilər -Müəllif: None - -Sual: 7. Qədim zamanlardan yunanca keration adlanan keçibuynuzu toxumlarından qiymətli daşları ölçmək üçün istifadə olunurdu.Siz isə hansı ağırlıq ölçü vahidinin bu sözdən yarandığını deyin. -Cavab: Karat -Şərh: Qızıl kimi qiymətli metalları ölçməkdə karat istifadə edilir. Karat sözü Keration sözünün təhrif olunmuş versiyasıdır. -Müəllif: None - -Sual: 8. XV əsrdə Avropa katolik kilsələrində verilən hər ianə müqabilində ciddi blankda tərtib edilən uzun qəbzlər verilirdi. Tədqiqatçı Lloyd Braunun fikrincə, bu amil məşhur bir şəxsin kommersiya uğurunu izah edir. Söhbət hansı məşhur adamdan gedir? -Cavab: İohan Qutenberq -Şərh: İanələr uzun olduğu üçün əllə yazmaq çox vaxt aparırdı, Qutenberqin çap maşını ixtirasından sonra hər şey daha rahat oldu -Müəllif: None - -Sual: 9. Bir beytində Nəsimi gözlərinin daim BELƏ olmasının səbəbi kimi sevgilisinin “nun” hərfinə bənzəyən qaşlarını və “mim” hərfinə bənzəyən dodaqlarını göstərir. BELƏ ilə əvəz etdiyimiz qısa sözü yazın. -Cavab: nəm -Şərh: “Nun” və “mim” hərfləri “nəm” sözünü əmələ gətirir. -Müəllif: None - -Sual: 10. Paylama materialıRekvizitdə gördüyünüz Haydnın 47 nömrəli simfoniyasından bir parçanın notlarıdır. Bu simfoniyanın digər adını cavab kartınıza yazın. -Cavab: Palindrom -Şərh: Sizə verilmiş şəkildə notlara fikir versəniz aşağıdakı notlar yuxarıdakıların tam əksidir. Arxadan qabağa təkrarlanır. Bu əsərin digər adı Palindromdur. -Müəllif: None - -Sual: 11. “Parisdə Gecəyarısı” filmində keçmişə tez-tez səyahət edən personaj Heminqveyi axtararkən bəlli olur ki, Heminqvey ceyran ovlamaq üçün məhz bu dağa gedib. Hansı dağa? -Cavab: Klimancaro -Şərh: Yazıçının “Kilimancaro qarları” əsərini xatırlayın. -Müəllif: None - -Sual: 12. X əsrin ortalarına qədər Britaniya və Fransa heç cür bu arxipelaqı bölə bilmədiklərindən orada kondominium elan etmişdirlər. Söhbətin haradan getdiyini yazın. -Cavab: Solomon adaları -Şərh: Süleyman məhkəməsində olduğu kimi, razılığa gələ bilməyən tərəflər ədalətli yolla bu məsələni həll edirlər. Belə ki, Süleyman məhkəməsində uşağın gerçək anasının kim olduğunu bilmək üçün uşağın yarıya bölünməsi əmr edilmişdi. Bu sualla turun yarı hissəsini başa vurduq. -Müəllif: None - -Səhifə -> 385 | Sual Sayı -> 12 - -Sual: 1. 1985-ci ildə anadan olmuş bu futbolçu 2014-cü ildə Hondurasın “Platense” futbol klubundan Banqkok şəhərinin “BEC Tero Sasana” klubuna keçdi. Görünür, bu futbolçunun oyunu Tailand klubunun rəhbərliyinə xoş gəldiyindən onu komandada saxladılar. Siz isə bu futbolçunun yalnız soyadını cavab kartınıza yazsanız kifayət edər. -Cavab: WELCOME -Şərh: “Welcome” sözü ingilis dilindən XOŞ GƏLMİŞSİNİZ kimi tərcümə olunduğundan biz də bu sualı turnirin açılışında verməklə sizlərə xoş gəlmişsiniz demiş olduq. -Müəllif: None - -Sual: 2. “49 saniyə” adlı bir əsərdə qeyd olunur ki, bir ibtidai insan öz həmtayfalarını elə təəccübləndirmişdi ki, onlar qorxub əllərinə silah almışdılar. Bu zaman həmin əsərdə 19-cu əsrin sonlarından məhşurlaşmış hansı toponimin xatırlandığını yazın. -Cavab: La-Siota. -Şərh: İlk dəfə 1895-ci ildə təqdim olunmuş “Qatarın La-Siota vağzalına gəlməsi” adlı film də tamaşaçıları qorxutmuşdu. -Müəllif: None - -Sual: 3. “Fines və Ferb” animasiya serialında Amerikan Qorkası (Roller Coaster) Cənubi Dakotada yerləşən məşhur abidədə onun eynəyinin kənarlarında hərəkət edir. Kimin? -Cavab: Teodor Ruzvelt -Şərh: Cənubi Dakota ştatının məşhur abidəsi olan Raşmor dağında yeganə eynəkli prezident T. Ruzveltdir. -Müəllif: None - -Sual: 4. Futuramanın seriyalarından birində Varion-6 planetinin partladılacağı və canlı həyatın məhv ediləcəyi bildirilir. Bu zaman ora gedən “Planet Express” nəqliyyat vasitəsini məhz BUNUnla müqayisə edirlər. BUNU üçüncü növ təyini söz birləşməsi ilə yazın -Cavab: Nuhun gəmisi -Şərh: Məhv olacaq planetə gedən gəmi orada olan canlıları qurtarmaq funksiyasını yerinə yetirir, eynilə Nuhun gəmisi kimi. -Müəllif: None - -Sual: 5. II Dünya müharibəsi zamanı alman ordusu geri çəkilərkən, vaxtilə bütün ölkələrdə topladığı incəsənət əsərlərini, Hitlerin əmri ilə yandırmalı idi. Həmin əməliyyatın kod adı Hitler kumiri saydığı bu şəxs idi. Söhbət kimdən gedir? -Cavab: Neron -Şərh: İmperator Neronun Romanı yandırması çoxumuza məlumdur. Bu şəxsdən ilhamlanan Hitler belə addım atmışdı. Bu tarixi hadisə "Monuments Man" filmində də geniş şəkildə göstərilib. -Müəllif: None - -Sual: 6. Bir şəhər haqqında oxuyan sual müəllifi gizliliyi qorumaq məqsədi ilə yaradılmış və mərkəzə istiqamətlənmiş çoxlu X-in də mövcud olduğunu öyrənmişdir. X-i eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Yeraltı yollar -Şərh: Söhbət Roma şəhərindən gedirdi. Bütün yollar Romaya aparır, hətta yeraltı yollar belə. -Müəllif: None - -Sual: 7. 23-28 avqust 1973-cü ildə bir Avropa şəhərində baş vermiş hadisələrdən sonra Yan Erik Ullson uzun müddət xanımlardan xoş məzmunlu məktublar almağa başladı. Siz isə mənə bu məlumatın Wikipedia-nın hansı məqaləsindən götürüldüyünü 2 eyni hərflə başlayan sözlə deyin. -Cavab: Stokholm sindromu -Şərh: Stokholm sindromu girov götürülən şəxslərin cinayətkara simpatiyası və ona bəraət qazandırmasıdır. Həbsxanada cəzasını çəkən Yan Erik Uilson minlərlə xanımdan məktub almışdı. -Müəllif: None - -Sual: 8. Tolstoyun dövrünün digər ədiblərindən fərqli olaraq torpağa bağlı personajlar yaratdığını bildirən Sveyq yazıçının gücünün də elə buradan qaynaqlandığını bildirir. Bəs bu zaman Sveyq Tolstoyu kiminlə müqayisə edir? -Cavab: Antey -Şərh: Yunan mifologiyasında Antey torpaqdan güc alan qəhrəman idi. Sveyq də torpağa bağlı personajlar yaradan Tolstoyu ona bənzədir. -Müəllif: None - -Sual: 9. Bu şəhərin gerbinə diqqət yetirsək, qarşı qarşıya gələn iki maralı görmək olar. Söhbət hansı şəhərdən gedir? -Cavab: Derbi -Şərh: Deer-maral. Şəhərin adının mənası – maral dərəsi. Qarşı qarşıya gəlmək-derbi. -Müəllif: None - -Sual: 10. Bu şəxs müsahibələrində hələ də bəzi insanların ona yaxınlaşıb döyüşmək üçün ən yaxın məkanın hara olması haqqında suallar verdiyini deyirdi. O isə təkidlə bu cür həqiqi təşkilatın olmadığını vurğulayırdı. Onun ad və soyadını yazın. -Cavab: Çak Palanik -Şərh: Yazıçı Çak Palanikdən tez-tez “Döyüş klubu” haqda soruşurdular. O isə “Döyüş klubu”nun 1-ci qaydasına uyğun olaraq bu haqda heç nə demirdi. -Müəllif: None - -Sual: 11. “LOST" serialının epizodlarından birində, paralel həyatında çox varlı bir qatil olan Səyid adlı personaj, özü kimi imkanlı olan Mr.Avelino`nu məhz "burada" qətlə yetirir. "Bura" , 1923-cü ilə aid mənbənin adında var. Buranı ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Qolf meydançası -Şərh: Sualda iki dəfə xatırlanan varlı, imkanlı sözləri, zənginlərin hobbisi qolfa işarə idi. Adətən qolf meydanlarında çox az adam olduğundan cinayət üçün əlverişli yerlər hesab olunurlar. “Qolf meydançasında qətl” əsərinin müəllifi Aqata Kristidir. -Müəllif: None - -Sual: 12. İkinci Dünya Müharibəsi zamanı bu şəxsin katibəsi - yəni makinisti əmrləri yazarkən hər cümlədən əvvəl 2-3 saniyə gözləməli olurdu. Kimin? -Cavab: Uinston Çörçill -Şərh: Çörçillin günün bütün hissəsini siqar çəkərək keçirirdi və hər cümlədən əvvəl siqarını çəkdiyinə görə vaxt itirirdi. -Müəllif: None - -Səhifə -> 386 | Sual Sayı -> 12 - -Sual: 1. Sallaqxana No. 5 əsərində Billy Pilgrimin oxuduğu kitabın qəhrəmanı keçmişə qayıdaraq çarmıxa çəkilərkən İsanın həqiqətən ölüb-ölmədiyini yoxlayır. Bu zaman o, özü ilə keçmişə ALFA da aparır. ALFAnı Yunan mənşəli mürəkkəb sözlə cavab kartlarınıza yazın. -Cavab: Stetoskop -Şərh: O, steteskopla İsanın ürək döyüntülərini yoxlamaq istəyirdi. -Müəllif: Rahib İsmayılov - -Sual: 2. Paylama materialıSiz qarşınızda Jean-Leon Jeromun rəsm əsərini görürsünüz. Rəsmdəki şəxsin kim olduğunu cavab kartlariniza yazın. -Cavab: Diogen -Şərh: Şəxsin əlindəki çıraq və içərisində oturduğu çəllək sizə cavabı tapmaqda kömək ola bilərdi. -Müəllif: Rahib İsmayılov - -Sual: 3. Heyvanların sirkdə nümayiş etdirilməsinə qarşı olan bir sosial reklamda bu cümləni görə bilərik. Sözügedən cümlə 1991-ci ilə aid mənbənin adından bir qədər fərqlənir . Həmin cümləni cavab kartlariniza yazın. -Cavab: The show mustn't go on -Şərh: 1991-ci ilə aid mənbə Queen qrupunun Show must go on mahnısı idi. -Müəllif: Rahib İsmayılov - -Sual: 4. Avstriyalı rok ifaçısı Falco bir çox müharibədə öz həyatını təhlükəyə ataraq fotoşəkillər çəkən Robert Capa'ya həsr etdiyi mahnının adında onu ALFA adlandırıb. Bir məqalədə Matome Ugaki sonuncu ALFA kimi təqdim olunur. ALFAnı əcnəbi mənşəli mürəkkəb sözlə cavab kartlariniza yazın. -Cavab: Kamikadze -Şərh: Sözügedən mahnı "Kamikaze Capa" adlanır. Yapon admiralı Matome Ugaki isə İkinci Dünya Müharibəsi zamanı uçuş edən sonuncu kamikadzedir. -Müəllif: Rahib İsmayılov - -Sual: 5. Suicide Guy oyununun epizodlarindan birini başa vurmaq üçün oyunçu radio, paltaryuyan maşın, zəngli saat taparaq BUNU ETMƏYƏ çalışır. Bir xəyali təhsisat isə devizində BUNU ETMƏMƏYİ məsləhət görür. Söhbətin hansı təhsisatdan getdiyini cavab kartlariniza yazın. -Cavab: Hogwarts -Şərh: Suicide Guy oyununun hissələrini tamamlamaq üçün oyunçu ölməlidir. Oyunun "Don't wake the sleeping dragon" adlı hissəsində isə ölmək üçün yatan əjdahanı oyatmaq lazımdır. Hogwarts'ın devizi isə " Yatan əjdahanı oyatmayın"dır. -Müəllif: Rahib İsmayılov - -Sual: 6. Bir karikaturada canavar öz məqsədinə nail olmaq üçün sapanddan istifadə edir. Onun yanında isə Chuck, Bomb və Matildanı görə bilərik. Siz isə bu karikaturada hansı nağıla alluziya olduğunu cavab kartlarınıza yazın. -Cavab: üç donuz balası -Şərh: Sualda danışılan karikaturada canavar sapanddan və Angry birds personajlarından istifadə edərək donuz balalarının evini dağıtmaq istəyir. -Müəllif: Rahib İsmayılov - -Sual: 7. Bir kitabda deyilir ki, orta əsr yazarlarina görə hələ də ALFAnın yerləşdiyi ərazidən keçənlər bildikləri hər şeyi unudurlar. Bir versiyaya görə ALFAnın yerləşdiyi ərazinin adı qarışdırmaq, yanılmaq kimi mənaları olan sözdən əmələ gəlib. ALFAnı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Babil qülləsi -Şərh: Babil qülləsi haqqında əfsanəyə görə qüllənin tikintisində iştirak edənlər özləri haqqında bildikləri hər şeyi unutdular və dünyanın dörd bir yanına səpələndilər. Orta əsr yazarlarina görə isə qüllənin bir vaxtlar yerləşdiyi ərazidən keçənlər də bildikləri hər şeyi unudurlar. Versiyalardan birinə görə isə Babil sözü İvrit dilindəki " balal" sözündən əmələ gəlib və sözügedən əfsanə ilə əlaqədar olaraq qarışdırmaq, yanilmaq mənasını verir. -Müəllif: Rahib İsmayılov - -Sual: 8. İnsan bədəninin kicik orqanizmlərden- bakteriyalardan təşkil olundugu deyilən bir senedli filmde bir məşhur ifadə təkzib olunur. Caz ve rok təbilşisi Stiv Smitin hazırladığı və özündən öncəki təbilçilik nəsli ilə müqayisədə inkişafı göstərən video toplusunun adında da bu ifadəni görmək olar. Həmin ifadəni bir neçə sözlə yazın. -Cavab: Nəhənglərin çiynində dayanmaq -Şərh: Sənədli filmdə deyilir ki biz əslində nəhənglərin deyil kiçik orqanizmlərin çiynində dayanmışıq. Ikinci hissədə isə Stiv Smitin albomu "Drum legacy: Standing on the shoulders of giants" adlanır. Nəhənglərin çiynində dayanmaq ifadəsi də əvvəlki təcrübələrdən daha yaxşı nəticə çıxartmaq mənasında işlənir. -Müəllif: Rahib İsmayılov - -Sual: 9. Bir əsərdə aynaya baxan personaj bədənindəki qaralmış yaranın qartal qanadına bənzədiyini deyir və daha sonra 19-cu əsrin ikinci yarısında Zürixdə doğulmuş onu xatırlayır. Siz isə həmin şəxsin soyadını cavab kartınıza yazın. -Cavab: Rorşax -Şərh: Rorşax testi mürəkkəb ləkələri ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. -Müəllif: Rahib İsmayılov - -Sual: 10. 19-cu əsrin sonlarında bir Avropa ölkəsində yaradılmış Şmidt-Ruben tüfəngi qarışıq mexanizmaya sahib olduğundan onu açıb silmək və bağlamaq uzun müddət çəkirdi və çoxlu əşya lazım olurdu. Siz isə silahın hazırlanmasının daha qısa çəkməsi üçün həmin dövrdə hansı məşhur əşyanın yaradıldığını 2 sözlə cavab kartınıza yazın. -Cavab: İsveçrə bıçağı -Şərh: Sualda haqqında danışılan bu tüfəngə qulluq etmək üçün əsgərin üzərində yivaçan olmalı idi. Orduda yivaçandan başqa zəruri alətlər konserv açmaq üçün bıçaq, dəri geyimlərin təmiri üçün biz və s. əlavə etmək qərara alındı və bununla dünyada alətlər dəstinə malik ilk “İsveçrə bıçağı” yarandı. -Müəllif: Abdurrahman Vaqifli - -Sual: 11. Seçki kompaniyasının keçirilməsinə qeyri-qanuni ianələr qəbul edən siyasətçilər sübutları etibarlı yerlərdə saxlayırlar ki şantajdan qoruna bilsinlər. X zəmanəti adlanan bu taktikada əgər ianə verən həddən artıq tələbkar olurdusa namizəd sadəcə ona ifşa edici sənədləri göstərir və qanunu hər iki tərəfin pozduğunu, buna görə də məsələ ictimailəşdikdə hər ikisinin həbs olunacağını bildirir. X-i ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Siam əkizləri -Şərh: Siam əkizləri bir birinə bitişik olduğundan birinə dəyən zərər avtomatik olaraq digərinə də dəymiş hesab olunur. -Müəllif: Abdurrahman Vaqifli - -Sual: 12. Bir əsərin geriyə qayıtmağa çalışan personajı istifadə etdiyi siqnal raketlərini yüksək texnologiyalı X adlandırır. X haqqında məqalələrin birində Ariadna ipinin də xatırlandığını bilərək X-i 2-ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Çörək qırıntıları -Şərh: Qrimm qardaşlarının nağılında geriyə yolu tapmaq üçün Hanzel və Qretel öz arxalarında çörək qırıntıları qoyurdular. Ariadna da öz ipiylə Teseyə labirintdən çıxmağa kömək etmişdi. -Müəllif: Abdurrahman Vaqifli - -Səhifə -> 387 | Sual Sayı -> 12 - -Sual: 1. Parodiya məqsədilə çəkilmiş bir videoda biz Amerikan Tv şou aparıcısının Lionel və Adele ilə telefon danışığını görürük. Videonun 2015-ci ilə aid mənbədən ilhamlandığını bilərək, videonun adını 1 əcnəbi sözlə yazın. -Cavab: Hello -Şərh: Adele-Hello, Lionel Richie - Hello. Sualdakı ipucular və sualın birinci olması sizi cavaba çıxara bilərdi. -Müəllif: Könül Hacıyeva - -Sual: 2. Paylama materialıRekvizitdə göstərilən stiker 2012-ci ildə seçkilər zamanı Mit Romni tərəfindən hazırlatdırılmışdır. Rekvizitdə sizdən gizlədilən hissəni yazın. -Cavab: Obama -Şərh: Sticker 2012ci ildə Amerikada prezident seçkiləri zamanı Prezidentliyə namizəd olan Mitt Romney tərəfindən hazırlatdırılmışdır.Sualdakı 2012ci il və rekvizitdəki www.gop.com (Grand Old Party-Republican Party) sizə kömək ola bilərdi. -Müəllif: Könül Hacıyeva - -Sual: 3. Buğanı körpəliyindən böyüdən şəxs, onu pul qarşılığında buğa döyüşü üçün arenaya satır. Bir gün arenada döyüşdə yaralanmış buğa kütlə içində öz dostunu görür və kömək üçün ona qaçır. Hasarın arxasında olan keçmiş sahibi isə bunu etdikdən sonra buğanı öldürürlər. İspan mətbuatında bu hadisə Giotto di Bondonenin 14cü əsrin birinci yarısına aid bir əsərinin adı ilə adlandırılmışdır. Əsərin adını tapın. -Cavab: İudanın öpüşü -Şərh: Buğanın sahibi onu öpür, sonra isə yaralı buğanı öldürürlər. Bildiyimiz kimi,İsanın həvarilərindən olan İuda İsanı 30 gümüş pul qarşılığında satmış, düşmənlərinə onun kimliyi onu öpərək bildirmişdir. Giotto Bondonenin 1304cü ildə çəkdiyi İudanın öpüşü(Kiss of Judas) rəsm əsəri. -Müəllif: Könül Hacıyeva - -Sual: 4. Təxminən 32 santimetrə yaxın hündürlüyə tullana bilən birəni 30 santimetrlik bir qabın içərisinə qoyub qapağını örtsəniz o qabdan çıxmaq üçün 30 santimetrə qədər hündürlüyə tullanacaq, lakin qapaq bağlı olduğundan çıxa bilməyəcək. Bir müddət sonra qabın qapağını açsanız görəcəksiniz ki, o artıq maximum 29 santimetrə qədər tullanır. Belə ki, başı bir neçə dəfə qapağa dəyən birə artıq daha az hündürlüyə tullanmağa başlamışdır.Bu hadisəyə öyrənilmiş çarəsizlik və ya həşəratların X sindromu deyilir. X-in ilk dəfə qadın aktivist Merilin Loden tərəfindən işlədildiyini bilərək X-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Şüşə tavan -Şərh: “Şüşə tavan” ifadəsi müxtəlif sahələrdə idari və digər cəhətlərdən yüksəlməyin qarşısını alan maneələri ifadə etmək üçün istifadə edilir. -Müəllif: Könül Hacıyeva - -Sual: 5. Bir filmdən dialoqa qulaq asın:   -- Bəs o, tam tərsini etsəydi.Düşünmədən sənət etmək əvəzinə “Bunu tam olaraq nə üçün etdiyimi bilməyincə, heç nə çəkməyəcəm”,- desəydi, onda nə olardı?   -- Onda o, tək bircə iz belə buraxmazdı.   -Onun kim olduğunu bildinizsə, filmdəki bu səhnənin, dəqiqliklə, nəyin qarşısında cərəyan etdiyini yazın. -Cavab: “№5” rəsm əsəri -Şərh: Dialoqda avtomatik incəsənətin ən məşhur siması Cekson Pollokdan söhbət gedirdi. Dialoqdan başa düşmək olardı ki, haqqında danışılan rəssam məqsədli nəsə çəkmir.Daha çox qeyri-şüuuri rəsmlər çəkir.Dialoq isə dəqiq olaraq, Pollokun ən baha satılmış əsərlərindən olan “№5” əsərinin qarşısında cərəyan edirdi.Sualın 5-ci verilməsi kömək idi. -Müəllif: Nail Qasımzadə - -Sual: 6. Bir serialda personajlardan biri digərinə çox sirli olduğunu deyir və onu İKS-ə bənzədir.Orta əsrlərə aid bir mənbədə İKS "dəhşət atası" adlandırılır. Hər iki cümlədə işlənən bir sözdə buraxılmış hərfləri yazın. -Cavab: S F N -Şərh: Genuis serialında A.Enşteyn köməkçisi Helen'ə belə demişdi. Ərəb mənbələrindəki "Min bir gecə" adlı mətndə Sfinks "dəhşət atası" adlandırılmışdır. -Müəllif: Könül Hacıyeva - -Sual: 7. 1918-ci ildə BUNUN nəticəsində fevral ayının 1-dən 13-ə qədər Rusiyada heç bir ölüm və doğum aktı qeydə alınmamışdır. Həmçinin BU bir tarixi inqilabın da adının qeyd olunduğu tarixdən fərqlənməsinə səbəb olmuşdur. BUnu 2 və ya daha artıq sözlə yazın. -Cavab: Təqvimin dəyişməsi -Şərh: Sovet Rusiyası 1918-ci ildə Qriqori təqviminə keçmişdir. Böyük Oktyabr İnqilabı Rusiyada hər il noyabrın 7də qeyd edilir. -Müəllif: Könül Hacıyeva - -Sual: 8. Dünyanın öz oxu ətrafında fırlanmasını sübut etmək üçün 1851-ci ildə hazırlanmış bundan istifadə olunmuşdur. Uzunluğu 67metr olan bu cihaz haqqındakı Wikipedia məqaləsində 84 yaşında vəfat etmiş İtaliyan yazıçısı haqqında məqaləyə də keçid var. Cihazın adını biri xususi isim olmaqla iki sözlə yazın. -Cavab: Fuko rəqqası -Şərh: Fransız alim Fuko tərəfindən hazırlanmışdır. Umberto Eko "Fuko rəqqası" əsəri vardır. -Müəllif: Könül Hacıyeva - -Sual: 9. Bir serialda personajlar təzə maşınlarını açıq sahəyə qoymaqda tərəddüd edirlər. Onlardan biri "Bir azdan Edvard öz işini görər, kimsə maşının üstünü cızar" deyir. Edvardın soyadını cavab kartınıza yazın. -Cavab: Murphy -Şərh: Murphy qanunlarına görə personaj belə demişdi. -Müəllif: Könül Hacıyeva - -Sual: 10. Özü 1 dənə olsa da tərkibində 1000 cür vitamin olan Xin adı Qurani-Kərimdə 3 yerdə çəkilir. Həmçinin biz Xin adına Yunan Mifologiyasında Persefonanın qaçırılması əfsanəsində də rast gəlirik. Persefonanın 4 ay ərinin yanında qalması səbəbi olan Xin mifologiyada işlənən formasını 2ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Nar dənəsi -Şərh: Persefonanı qaçırdan yeraltı aləmin tanrısı Pluton onu anası Demetrananın yanına göndərərkən ona yemək üçün Nar dənəsi verir, bu isə onun ərinə mütləq qayıtması deməkdir(Əfsanə haqqında daha ətraflı məlumat klubun Facebook səhifəsində). Sualın ilk cümləsindəki özü 1 dənə içində 1000 dənə sözləri cavabı tapmağa kömək ola bilərdi. -Müəllif: Könül Hacıyeva - -Sual: 11. Bir əsərdə personaj "Yay deyəndə ağlına nə gəlir?" sualına "Sinifimizdəki Reid adlı bir uşaq" cavabını verir. Səbəbini soruşanda isə Reidin ona BUNU xatırlatdığını deyir. BUNU iki sözlə cavab kartınıza yazın. -Cavab: Ağcaqanad dərmanı -Şərh: Personaj Reidin adının ona Raid, ağcaqanad dərmanını xatırlatdığını deyir. -Müəllif: Könül Hacıyeva - -Sual: 12. Paylama materialıRekvizitdə gördüyünüz sözlər "Sunday" adlı kompyuter virusunun yoluxduğu faylları silməzdən əvvəl ekrana çıxartdığı sözlərdir. Rekvizitdə X-lə bir cümlə əvəz olunub. Siz isə həmin cümlənin ötən əsrin ikinci yarısına aid hansı filmə aid olduğunu cavab kartınıza yazın. -Cavab: The Shining -Şərh: Rekvizitdə buraxılmış sözlər "All works and no plays make you a dull boy". Filmin baş personajı ağlını itirmiş və yalnız eyni cümlədən(All works and no plays makes Jack a dull boy) ibarət kitab yazmışdır. -Müəllif: Könül Hacıyeva - -Səhifə -> 388 | Sual Sayı -> 12 - -Sual: Somerset Moemin personajı insanları daha yaxşı tanımaq üçün onlarla bunu etmək lazım -olduğunu qeyd edir. Bunu etməklə əvəz etdiyimiz eyni hərflə başlayan 2 sözü cavab -kartınıza yazın -Cavab: Oyun oynamaq -Şərh: Moem insanların oyun zamanı özlərini necə aparmalarını, qələbəyə gedən yolda hansı xüsusiyətlərin ortaya çıxması psixologiyasında yola çıxaraq bu sözlərli qeyd etmişdir. Sualın I olmasıda sizə kömək edə bilərdi -Müəllif: Elşən Almaslı - -Sual: 2. The Baby boss filçinin qəhrəmanı qardaşına kitab oxuyarkən balaca qardaşı ondan bu -kitabı nə üçün ona oxuduğunu soruşur və qeyd edir ki , bu kitab -hannibalizmi təbliğ edir. Söhbətin hansi kitabdan getdiyini cavab kartlarınıza yazın. -Cavab: Hansel və Qratel -Şərh: Hannibalizm sözü əsas açar söz idi. Belə ki, bu nağıl orta əsrlərdə insanların bir-birini yeməsi ilə bağlı yaranmışdır. Nağıl özündə də ifritə bacı və qardaşı yemək istəyirdi. -Müəllif: Elşən Almaslı - -Sual: 3. Bir ispan serialının soyğunçu qəhrəmanına polislər təslim olub ağ bayraq sallamasını -tövsiyə edirlər. Qarşılığında personaj belə bir cavab verir.  -Mən ancaq ağ bayrağı X zamanı sallayıram.  X-i bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: Real Madrid qalib gələndə -Şərh: Personajın ispan olduğu sualda vurğulanmışdır. Real Madrid klubunun əsas rəngi ağdır bu səbəbdən azərkeşlər adətən ağ bayraq sallayırlar. -Müəllif: Rauf İsmayılov - -Sual: 4. Bir əsərin aktrisa personajı evə televizor əvəzinə bunu almağı planlaşdırır. Bunu eyni -hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: dördüncü divar -Şərh: Sual da aktrisa sözü xüsusilə qeyd olunmuşdur. Bildiyimiz kimi aktyor və aktrisalar oynadıqları rolların tamaşaçılara daha inandırıcı olduqda “dördüncü divarı dağıtmaq” ifadəsi istifadə olunur. -Müəllif: Elşən Almaslı - -Sual: 5. Filippində Luzon adında ada var, adanın daxilində Taal adında göl var, gölün daxilində -Volcano adında ada var, adanın daxilində Main Crater adinda göl var və gölün daxilində -Vulcan Point adında daha bir ada mövcuddur. Bu məlumatı oxuyan sual müəllifi X-i xatırlayır. X-ı tapın. -Cavab: MATRUŞKA -Şərh: Hər adanın içində daha bir ada olması eynən matruşka kuklalarındaki kimi hər kuklanın içindən başqa bir kukla çıxmasına bənzəyir. -Müəllif: Rauf İsmayılov - -Sual: 6. Kiçik qəsəbədə ata öz oğlunu öldürür və sonra özünü asır. Bu hadisələri normal qarşılayan personaja digər personaj hirslənir və kinayə ilə belə deyir: - Yaşadığımız həyat əsər deyil! Bəlkə gedək onu çağıraq!?!? Əvvəlki cümlədə bir sözdə bir neçə hərf buraxılıb həmin sözdə buraxılmış hərfləri yazın. -Cavab: Puar -Şərh: Agatha Christie bildiyimiz kimi məhşur dedektif yazardır. Onun baş personajı məhşur dedektif Erkül Puarodur. Bu qədər ölüm hadisəsini normal qarşılayan personaja digər personaj kinayəylə gedək Puaronu çağıraq deyir. -Müəllif: Rauf İsmayılov - -Sual: 7. E.M.Remark X-ı yarğana bənzədir ,insanları isə özlərini qədim allahlara qurban verirmiş -kimi ora daxil olduqlarını qeyd edir. X-ı 1 sözlə cavab kartlarınıza yazın. -Cavab: metro -Şərh: Remark metronun düzəldərkən yerin qazılması prosesini analogiyasını yarğan bənzədir. -Müəllif: Elşən Almaslı - -Sual: 8. Möhtəşəm Qəhrəmanlar (The League of Extraordinary Gentlemen) filminin -qəhrəmanlarından biri Londona çatarkən zarafatla qeyd edir ki:”Hətta ondan belə tez çatıb”. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Filias Foq -Şərh: Bildiyimiz kimi Filias Foq 80 gün ərzində dünya dövr Londona çatmalı idi. Personaj da zarafat edərək ondan tez çatdığını qeyd edir. -Müəllif: Elşən Almaslı - -Sual: 9. ”O, aktyorluq üçün iş axtarır, lakin çirkin xarici görünüşünə görə heç kim onu aktyorluğa -qəbul etmir. Ümümiyyətlə uşaqlıqdan çirkinliyinə görə təhqirlər eşitməyə vərdiş etmişdi, onu ələ salırdılar, əlbəttə bu onun psixikasına təsir etməyə bilməzdi” eşitdikləriniz Odense -doğumlu onun bioqrafiyasından bir hissədi. Onun kim olduğunu cavab kartınıza yazın. -Cavab: Hans Xristian Andersen -Şərh: Sonradan bu özünü yaradıcılığında da yer verilir, o “Çirkin Ördək Balası”nağılını yazır. -Müəllif: Elşən Almaslı - -Sual: 10. Paladins oyununda oyunçuya edəcəyi həmlələrin gözləmə vaxtını azaldan X adlı kart -təklif edilir. Belə ki kartı istifadə etdikdən sonra döyüş zamanı həmlələrin gözləmə vaxtı azalır və oyunçu daha çox həmlə edir. 2017-ci ildə özündən balaca ulduzları yeyən bir ulduza da X adı verilmişdir. X-i cavab kartlarınıza yazın. -Cavab: KRONOS -Şərh: Yunan mifalogiyasında Kronos zamanın tanrısıdır. Belə desək oyunçular gözləmə -vaxtını azaldaraq zamanı idarə edirlər. -Müəllif: Rauf İsmayılov - -Sual: 11. X kərtənkələsi düşmənlərdən qurtulmaq üçün fərqli üsul seçir belə ki, o düşmənlərdən -uzaqlaşmaq üçün suyun üzərilə hərəkət etməyə başlayır. X-ı cavab kartınıza yazın. -Cavab: Həzrəti İsa -Şərh: Bildiyimiz kimi İsa suyun üzərində gəzə bilirdi. -Müəllif: Elşən Almaslı - -Sual: 12. Sherlock teleserialın epizodlarının birində Vaterlo vağzalı ilə Temza çayı arasında olan -ərazidə qətl hadisəsi baş verir. Siz isə cəsədin tapılmasına səbəb olanı incə sailti sözlə -cavab kartınıza yazın. -Cavab: Çəkilmə -Şərh: Sualda Temza çayı xüsusilə vurğulanmışdır. Temza çayında qabarma və çəkilmə hadisələri daimi olur. İncə saitli sözü də kömək ola bilərdi. -Müəllif: Elşən Almaslı - -Səhifə -> 390 | Sual Sayı -> 12 - -Sual: 1. Ujiyamada şəhərində doğulan O,9 yaşı olarkən ABŞ ordusunun hava hücumundan sağ çıxmışdır. Siz isə onun 1988-ci ildə çəkdiyi filmi tapın. -Cavab: Atəşböcəklərin məzarı -Şərh: İsao Takaxatanın məhşur animesində də uşaqlar bombalanmada analarını itirirlər və özləri sağ qalmağa məcbur olurlar. -Müəllif: Xəzər Əhmədov - -Sual: 2. Bir kreativ X tulladığı şüşə topu yerinə qaytarmayana kimi işini dayandırmır. X-ı tapın. -Cavab: Zəngli saat -Şərh: Musiqinin səsini kəsmək üçün siz mütləq durub topu götürüb yerinə qoymalısız. -Müəllif: Xəzər Əhmədov - -Sual: 3. Piter Akroydun əsərinin su çiçəyi xəstəliyi keçirmiş qəhrəmanı sifətini X-ə bənzədir. X-də biz dağlara və dənizlərə də rast gələ bilərik. X-ı 2 sözlə yazın. -Cavab: Ayın səthi -Şərh: Xəstəlikdən sifətində çoxlu çapıqlar əmələ gəlmiş qəhrəman üzünü kraterlərlə zəngin ayın səthinə bənzədir. -Müəllif: Xəzər Əhmədov - -Sual: 4. Hər il keçirilən X-də yazıçının asan anlaşılan dildə yazmasına lağ edici tərzlə yanaşan yüzlərlə namizəd olur. Son illərdə X-i qazananlar arasında "Qoca və bit(birə)" və "Pullar kimin üçün axır" kitablarını göstərmək olar. X-i biri xüsusi olmaqla bir neçə sözlə yazın. -Cavab: Hemenquey parodiya yarışı -Şərh: "Qoca və bit" "Qoca və dəniz"ə, "Pullar kimin üçün axır" isə "Zənglər kimin üçün -çalınır" əsərlərinə alluziya idi. -Müəllif: Xəzər Əhmədov - -Sual: 5. Maraqlıdır ki, Emil 2013-cü ildə Lone Survivor adlı filmdə rol alıb. Siz isə onu məşhurlaşdıran filmi tapın. -Cavab: İnto the wild. -Şərh: Aktyor Emil Xirş elə məşhur filmində də tək sağ qalmağa çalışırdı. -Müəllif: Xəzər Əhmədov - -Sual: 6. ABŞ prezidenti Adams Tomas Peyn haqqında demişdir: "Onun Y-i olmasaydı, Vaşinqton-un X-i boşuna sallanmış olardı". Siz isə 20-ci əsrə aid X və Y əsərinin müəllifini deyin. -Cavab: Məhəmməd Səid Ordubadi -Şərh: Tomas Peyn üsyana təşviq edən əsərləri ilə məşhurdu. Adams Peynin qələmi olmadan Corc Vaşinqtonun qılıncı boşuna sallanardı demişdi. -Müəllif: Xəzər Əhmədov - -Sual: 7. İstehsalçının fikrinə görə Red Bull bankaları X-ı xatırlatmalıdı. X-ın yaradıcısı Alessandro hesab olunur. X-ı 1 sözlə tapın. -Cavab: Batareya -Şərh: Enerji içkisi formasından insanlara enerji verməlidir. Volta batareyanın yaradıcısı hesab olunur. -Müəllif: Xəzər Əhmədov - -Sual: 8. O, Fransa üsyanında da yer almış və 16cı Ludoviqin taxtdan salınmasında yaxından iştirak etmişdir. Onun kim olduğunu tapın. -Cavab: Tomas Peyn -Şərh: O təkcə Amerikada deyil, Fransada da baş verən inqilabda iştirak edib. -Müəllif: Xəzər Əhmədov - -Sual: 9. Prison Break serialının epizodlarının birində Sara təzə tanış olduğu Kellermana "Kim olduğumdan xəbərin var?" sualını verir. Kellerman isə "Hə dünən xəbərlərdə gördüm amma narahat olma mənim də X-lərim var hətta biri paltar geyinir" deyir. X-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Şkafda skelet -Şərh: Şkafda skelet ifadəsi bir şəxsin hər hansı bir sirrinin, eyibinin olmasını bildirir. Sara da məhbuslara qaçmağa kömək etdiyi üçün tutulmuşdu. -Müəllif: Xəzər Əhmədov - -Sual: 10. Dubayda bunu bir gün ərzində bir dəfədən artıq etmək olar. Bunu gün ərzində dəfələrlə edən 20-ci əsr personajını tapın. -Cavab: Balaca şahzadə -Şərh: Dubayda sürətli liftlərin sayəsində siz Günün batmasını 2 dəfə izləyə bilərsiz.Balaca şahzadə 43 dəfə dalbadal günün batmasını izləmişdir. -Müəllif: Xəzər Əhmədov - -Sual: 11. Müharibəyə aid Life is beautiful filminin bir epizodunda Quido digər personajdan siyasi görüşünün necə olduğunu soruşur. Bu zaman həmin personaj oğlanlarına sakit olmağı söyləyir və sualı yenidən təkrarlamağı istədikdə Quido söhbəti dəyişir. Siz isə həmin personajın oğlanlarının adlarını dəqiqliklə yazın. -Cavab: Benito və Adolfo -Şərh: Bildiyiniz kimi filmdə faşizmin insanlara verdiyi ziyanlardan danışılır və tənqid edilir. Oğlanlarının adını dedikdən sonra Benini qarşındakı insanın faşizm yönümlü olmasını anlayır və əlavə söhbətə ehtiyac duymur. Belə ki, Benito Benito Mussoliniyə, Adolfo isə Adolf Hitlerə göndərmə idi. -Müəllif: Xəzər Əhmədov - -Sual: 12. Bir sosial reklam posterində gənc seriyalı qatil Niko təsvir olunub. Siz isə İ hərfinin posterdə nə kimi təsvir olunduğunu tapın. -Cavab: Siqaret -Şərh: Posterdə də Nicco teen yazılmışdı. -Müəllif: Xəzər Əhmədov - -Səhifə -> 391 | Sual Sayı -> 12 - -Sual: 1. Kristofer Nolanın məşhur "Başlanğıc" ("İnception") filmində xəyali labirintdə azan Cebbə -kömək edən və onu buradan çıxarmağı bacaran qız obrazı məhz bu adı daşıyır. Bu adda olan Vikipedia məqaləsindən Tesey məqaləsinə keçid var. -Cavab: Ariadna -Şərh: Tesey Minotavrı öldürərkən Ariadnanın köməyindən istifadə etmişdir. Minotavr yolu tapa bilməsin deyə kral mahir usta Dedala labirint düzəltməyi əmr etmişdi və Minotavrı bu labirintə həbs etmişdi. Tesey isə xalqı bu qorxulu varlıqdan xilas etmək üçün labirintə girdiyi zaman Ariadna ona ip verir. Beləliklə, Tesey labirintə girir və nəhəng Minotavrı öldürür və Ariadnanın ipi vasitəsilə ordan xilas olmağı bacarır. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 2. Öz əsərinin premyerasında o nə qədər də qəribə olsa bunları demişdir. “ 1 ci hissədə siz çöldə şiddətli şəkildə əsən küləyin səsini eşidə bilərsiniz. 2 ci hissədə tavana düşən yağış -damlalarının səsini. 3 cü hissədə isə insanların özlərinin yaratdıqları maraqlı danışıqlarının və yeriş səslərini eşidə bilərsiniz.” 1952 ci ilə aid olan əsərin adını cavab kartınıza yazın. -Cavab: 4’33 -Şərh: 4 dəqiqə 33 saniyə səssiz şəkildə davan edən əsəri haqqında John Cage nə qədər -qəribə olsa da bu sözləri demişdir. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 3. Bir sitatdan çıxarışa qulaq asın: “ atam sağ ikən həmişə deyirdi ki, bir gün Miki Mausun yaradıcısından daha məşhur olacaqsan”. Sitatın yəhudi əsilli Pulitzer mükafatlı müəllifini yazın. Asanlaşdırma üçün Qeyd : O ilk müəllifdirki Qrafik Novel (komiks şəklində olan roman) şəklində yazdığı əsəri Pulitzerə laiq görülüb. -Cavab: Art Spiegelman -Şərh: Məşhur amerikalı karikaturist sonradan almanlarin yahudilerə etdiyi eziyyetləri özündə əks etdirən qrafiki əsərini yayımlamışdır. Əsərin adı təsadufi deyilki “Maus”dur. Yazıçı əsərde Almanları pişik formasında, yəhudiləri isə siçan formasında təsvir etmişdir. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 4. Bir hekayədə xəzinə ovçuları ətrafı heyvan fiqurları ilə əhatələnmiş bulağın gizli məbədin keçidi olduğunu öyrənir, daha sonra isə bunu edərək gizli qapını açırlar. Bunu etməklə əvəzlədiyimiz sözləri bildizsə, məşhur tv programda bunu etməsi ilə bilinən şəxslərdən ən azı birinin adını yazın. -Cavab: Monika, Felindra -Şərh: Adətən hər hansı gizli qapıları açmaq üçün müəyyən daşlar tərpədilir ve Georgi -Gaspadinovun hekayəsində personajlar pələng fiqurunun başını çevirərək qapını açmağı -bacarırlar, ikinci hissədə isə söhbət fort boyartdan məşhurlaşan “monika pələngin başını çevir” ifadəsindən gedirdi. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 5. İsveç riyaziyyatçılarının hesablamalarına görə isini vaxtında başa çatdırmaq üçün ona -saniyədə 2060 km sürət və təxminən 2 mln ton yük lazımdır. Onun adına olan məqalədə -Joulupukki məqaləsinə də keçid var. -Cavab: Santa Klaus -Şərh: Joulupukki Fin ənənəsində Santa Klausun eqvavalentidir. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 6. Ikinci dünya muharibəsi dövründən bəhs edən bir əsərin, almanlarin yəhudiləri toplama -kamplarına yerləşdirməsindən bəhs edən bölməsi “Ausvitz” adlanır. Eşitdiyiniz cümlədə bir hərf buraxılıb. Buraxılmış hərfi yazın. -Cavab: M -Şərh: Bir neçə sual öncə Art Spiegelmanin Maus əsərindən bəhs etmişdik, və şərhdə yəhudilərin sıçan formasında təsvir olunduğunu qeyd etmişdik. Yəhudilərin toplandığı kamp isə söz oyunu edilərək “mausvitz” adlandırılmışdır. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 7. Bir filmdə Diana ilə danışan personaj yalan danışmadığını göstərmək üçün X dən istifadə edir. X in yaradıcısı “ X in yalan detektorundan geri qalmadığını söyləyir”. X i cavab kartınıza yazın. -Cavab: Həqiqət kəməndi -Şərh: Yalan danışmadığını sübut etmək üçün Personaj əlini Şahzadə Diananın yəni Ecazkar -Qadının (Wonder Woman) silahı olan Sehirli Kəməndlə bağlayaraq ona yalan danışmadığını sübut edir. Villiam Moulton Ecazkar Qadınla yanaşı onun silahı olan Sehirli Kəməndin də yaradıcısıdır. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 8. II DMdə almanlar Fransanı işğal edərkən Hitlerin arzusu Parisin hər -yanını görmək idi, amma buraxılmış sözlər onun bu arzusunun reallaşmasına mane oldu. Bir hekayədə, qəribədir ki, buraxılmış sözlərdən ən çox şikayət edənlər binanın 1-ci mərtəbəsinin sakinləri olur. Buraxılmış sözləri yazın. -Cavab: liftin işləməməsi -Şərhlər: None -Müəllif: Fərid Məmmədzadə - -Sual: 9. Bir tarixşünasın (Morris Buavye-Ajanın) sözünə görə, hunlar öz düşmənlərini qorxudmaq üçün öz üzlərini X-lərlə bəzəyirdilər. 1983-cü ilə aid mənbənin adında da X in olduğunu bilərək X-i qalın saitli bir sözlə cavab kartınıza yazın. -Cavab: Çapıqlar. -Şərh: 1983 –cü ildəki mənbə dedikdə Scarface filmi nəzərdə tutulur -Müəllif: Fərid Məmmədzadə - -Sual: 10. Əfsanəyə görə, qot tayfası iki yerə bölünmüşdü - vestqotlat və ostqotlar. Çünkü bu lazımi qədər möhkəm olmadı. Bunu saitləri incə olan bir sözlə cavab kartınıza yazın. -Cavab: Körpü -Şərhlər: None -Müəllif: Fərid Məmmədzadə - -Sual: 11. Bir məqalədə qeyd edilir ki, 1912-ci ildə bəzi amerikan qazetləri O’nu cadugərliklə ittiham etdi, bir sıra dövlət nümayəndələri isə dövlətdən onun məsuliyətə cəlb edilməsini tələb etdi. 1861-ci il doğumlu bu şəxsin kim olduğunu və ya bütün bunlara səbəb olanı cavab kartınıza yazın. -Cavab: Morgan Robertson və ya Titanın batması -Şərhlər: None -Müəllif: Fərid Məmmədzadə - -Sual: 12. Barselonanın Minanı transfer etməsindən bəhs edən bir internet saytı, artıq oyun şansı -qazanmaq üçün Vermalenle Minanın amansız mübarizə aparacağını qeyd edir. Məqalənin adı 1940-ci ilde yayıma başlayan bir mənbənin adından bir hərflə fərqlənir. Məqalənin adını dəqiqliklə cavab kartınıza yazın. -Cavab: Tom(as) and Yerry -Şərh: None -Müəllif: Fərid Məmmədzadə - -Səhifə -> 392 | Sual Sayı -> 12 - -Sual: 1. 1976-сı ilə aid bu mahnı Belçika siyahılarında 12, Fransada isə ilk pillədə qərarlaşmışdı. Söhbətin hansı mahnıdan getdiyini yazın. -Cavab: Salut -Şərh: Sualda söhbət Joe Dassinin “Salut” mahnısından gedirdi. Biz də hər birinizi salamlayırıq! -Müəllif: Namiq Quluzadə - -Sual: 2. “Thor: Raqnarok” filminin epizodlarından birində hücrəyə atılmış Toru görən Kroq adlı personaj onun heç nədən qorxmamalı olduğunu deyir. Amma əgər Tor X-dirsə o zaman qorxmalıdır və məşhur oyunu xatırlayır. X-i deyin. -Cavab: Qayçı -Şərh: Tamamilə daşdan olan Kroq adlı personaj daş, qayçı, kağız oyununa alluziya edərək qeyd edir ki, əgər Thor qayçıdırsa,o zaman qorxmalıdır. -Müəllif: Namiq Quluzadə - -Sual: 3. Hobbit əsərində yazılır: “Bilbo Bagins’in babası yaşıl tarlalar müharibəsində taxta dəyənəklə qoblinlərin kralı oimbul’un başını uçurmuş, bu baş havada yüzlərlə mil uçaraq bir tarla siçanının yuvasına girmiş, müharibə udulmuş, eyni zamanda o yaranmışdı.” -Əvvəlki cümlələrdə iki yerdə 3 hərf buraxılmışdır. Həmin hərfləri yazın. -Cavab: q l f -Şərh: Con Tolkinin təsvir etdiyi bu səhnə qolf oyununu xatırladır. O, hətta zarafatla iddia edir ki, oyunun adı goblinlırin kralı Qolfimbul’dan gəlir. -Müəllif: Namiq Quluzadə - -Sual: 4. Bir kitabın qəhrəmanı bir dialoqu xatırlayır və qeyd edir ki,söhbət zamanı sadəcə özü danışıb, həmsöhəti isə hərəkətsiz vəziyyətdə ona qulaq asıb.Növbəti cümlədə onun hansı mifoloji personajı xatırladığını deyin. -Cavab: Meduza Qorqona -Şərh: Personaj bu zaman onun həmsöhbətinin sanki Meduza Qarqonanın gözünə baxdığını və daşa döndüyünü qeyd edir. -Müəllif: Namiq Quluzadə - -Sual: 5. National Geographic jurnalının 2018-ci il aprel buraxılışının üz qabığında ‘belə’ adlı şəkil və “Bu əkiz bacılar irq haqqında yenidən düşünməyimizə səbəb olacaq” yazısı var. 1993-cü ilə aid bir filmdə yeganə ‘belə’ görünməyən qızı oynayan aktrisa Oliviya Dabrovska müsahibəsində deyir ki, o, Stivenə verdiyi sözü tutmayaraq filmi 11 yaşında izləyib və dəhşətə gəlib. ‘Belə’ni bir neçə sözlə yazın. -Cavab: Qara və ağ -Şərh: National Geographics jurnalının üz qabığında ağdərili və qaradərili əkiz qızların fotosu dərc olunub. 1993-cü il istehsalı olan Şindlerin siyahısı filmi tamamilə ağ-qara kadrlardan ibarət olsa da Oliviya’nın canlandırdığı məşhur qırmızı paltolu balaca qız bu monotonluğu pozur. -Müəllif: Namiq Quluzadə - -Sual: 6. Bir hekayədə divardan asılmış çətir X-ə bənzədilir.X detektorları adətən 120-125000 Hertz arasında tezlikli səslər yaya bilən qurğulardı və alimlər tərəfindən istifadə edilir.X-i saitləri eyni olan sözlə deyin. -Cavab: Yarasa -Şərh: Çətir qapalı formada tutacağından divardan asılmış olur və bu zaman o yarasaya bənzəyir. Yarasa detektorları isə yarasaların daha yaxşı öyrənilməsi üçün yaradılmış və səs siqnalları yaya və tuta bilə qurğulardır. -Müəllif: Namiq Quluzadə - -Sual: 7. Silicon Valley serialının personajı nadir quş növlərindən birinin yumurtadan çıxmasını canlı yayımdan seyr edərkən yayım kəsilir. Yumurta barədə yayımı aparan şəxslərdən zəng edib öyrənmək istəyən personajı dostları dayandırır və zarafatla zəng elədiyi anda yumurtadakı quşu öldürə bilmə ehtimalının olduğunu deyirlər. Bu zaman serialda xatırlanan Vyana doğumlu şəxsin soyadını yazın. -Cavab: Şrödinger -Şərh: Personajların fikrincə quş hal-hazırda həm ölü, həm də diridir, zəng edib öyrəndikdə isə ya ölü, ya da diri olacaq. Onlar bu vəziyyəti Ervin Şrödinger’in pişiklə olan eksperimentinə bənzədirlər. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. LA Galaxy ilə oyunda vurduğu qol barədə müsahibə verən Zlatan İbrahimoviçin yaşın ona təsiri olmadığını, əksinə,getdikcə cavanlaşdığını hiss etdiyini qeyd edir və 20-ci əsrin əvvəlinə aid bu ədəbi personajı xatırlayır.Söhbətin hansı personajdan getdiyini deyin. -Cavab: Benjamin Button -Şərh: Zlatan müsahibəsində qeyd edir ki,o qoca doğulub və getdikcə cavanlaşır.Bu zaman o qoca doğulu getdikcə cavanlaşan Benjamin Buttonu xatırlayır. -Müəllif: Namiq Quluzadə - -Sual: 9. Paylama materialıProfessor Robert Rosenblum bir şəxsin həyatını araşdırarkən onun 1889-cü ildə Paris Universal sərgisində görmüş ola biləcəyi “Peru mumiyasına” aid qeydlər tapır. Professorun araşdırdığı şəxsin kim olduğunu tapın. -Cavab: Eduard Munk -Şərh: Şəklə diqqətlə baxdıqda onun “Qışqırıq” əsərinə bənzədiyini görmək olar. -Müəllif: Namiq Quluzadə - -Sual: 10. Maraqlıdır ki, bu ABŞ ştatı 16-cı əsrin əvvəllərində Pasxa bayramı ərəfəsində kəşf olunub. -Cavab: Florida -Şərh: Pasxa bayramı mart ayına düşür və bu zaman əraziyə gəlmiş ispanlar gül-çiçəyə görə ştata Florida adını verirlər. -Müəllif: Namiq Quluzadə - -Sual: 11. İçlərində Şuhei Miyaşita və Şuquanq Li’nin də olduğu alimlər qrupu bir neçə millimetr qalınlığında metal lövhədən ibarət və istənilən forma ala bilən robotların inkişaf etdirilməsi ilə məşğuldur. Alimlərin robotları yaradarkən nədən ilhamlandığını yazın. -Cavab: Oriqami -Şərh: Adlarından da göründüyü kimi şərqi Asiyalı olan alimlərin düzəltdikləri nazik lövhələrdən ibarət robotlar kağız qatlama sənəti oriqamidə olduğu kimi qatlanaraq istənilən formanı ala bilirlər. -Müəllif: Namiq Quluzadə - -Sual: 12. 2000-ci ilə aid bir filmin rejissoru Çak’ın açmadığı sonuncu FedEx qutusunun içində nə olduğu ilə bağlı verilən suala zarafatla “günəş enerjisi ilə işləyən peyk telefonu” cavabını verir. Çak-ı canlandıran aktyorun eyni rejissorun digər filmində açdığı qutunun içində nə olduğunu tapın. -Cavab: Şokolad -Şərh: Sualda söhbət Tom Hanks filmlərindən gedirdi. Birinci hissədə Cast Away, ikinci hissədə Forrest Gump filmini xatırlamalı idiz. -Müəllif: Namiq Quluzadə - -Səhifə -> 393 | Sual Sayı -> 12 - -Sual: 1. Hippokratın sözlərinə görə bir insanın ilk dişləri ondan formalaşır. Siz isə onu yox XI-XII əsirlərə aid mənbədə onunla yanaşı adı hallananı 2 sözlə deyin. -Cavab: Dağ çiçəyi -Şərh: Hippokratın sözlərinə görə insanın ilk dişləri olan süd düşləri ana südündən yaranır. Kitabi-Dədə Qorqud dastanında isə döyüşdə yaralanmış Qan Turalın yarasına məlhəm kimi Ana südü və dağ çiçəyindən istifadə edilir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 2. Ədalət Məmmədov öz xatirələrində qeyd edir ki, 1926-cı il Bakı doğumlu bu şəxs 1966-ci ildə aldığı teatr bletində 4-cü sıra 7-ci yer əvəzinə yalnışlıqla 7-ci sıra 4-cü yerdə əyləşmiş lakin, sonradan bu anlaşılmazlıq bərpa edilmişdir. Həmin şəxsi yazın. -Cavab: Qabil İmamverdiyev -Şərh: Ədalət Məmmədovun "Qabilnamə" adlı kitabının ön sözündə qeyd edilir ki, O, aldığı teatr bletində 4-cü sıra 7-ci yer əvəzinə yalnışlıqla 7-ci sıra 4-cü yerdə əyləşmişdi. Şair Qabilin biletdəki sıra və yeri səhv salması nəticəsində belə demək olarsa, yeri səhv düşmüşdü. Bundan üç il sonra, yəni 1969-cu ildə isə şairin "Səhv düşəndə yerimiz" şeiri çapdan çıxmışdır. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 3. 1973-cü ildə Çilidə prezident Salvador Alyendeyə qarşı qiyam zamanı prezidentin tərəfdarları və onu qoruyan şəxsi dəstə tarixçilər tərəfindən "X" adlanırdı. "X" 1988-ci il Sent Michel doğumlu şəxsə 2007-ci ildə uğur gətirmişdir. X-i istənilən dildə yazın. -Cavab: Umbrella, зонтик və ya Çətir -Şərh: 1973-cü ildə Çili sosialist prezidenti Salvador Alyendeyə qarşı qiyamın başlanması üçün şifrə kimi radiostansiyaların birində "Santyaqoda yağış yağır" cümləsi işlədilmişdir. Tarixçilər isə prezidenti bu qiyamdan qoruyanları Unbrella adlandırırdılar. 2007-ci ildə isə Rihannanın " Umbrella" mahnısı ona böyük uğur gətirmişdir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 4. 1953-cü ildə Koqo Nodanın eyniadlı əsəri əsasında ekranlaşdırılmış "Toy Story" filminin başlanğıcında ləqəblərindən biri " qızıl dağ "olan 3777 metrlik hündürlüyə malik dağı görə bilərik. Əvvəlki cümlədə buraxılmış hərfləri yazın. -Cavab: K və O -Şərh: 1953-cü ildə çəkilmiş "Tokyo Story" filminin ilk səhnələrində arxa fonda ləqəbi Qızıl Dağ olan 3777 metrlik Fudzi dağını görə bilərik. Ssenari müəllifinin adı da filmin Yaponiya istehsalı olmasını tapmaqda kömək ola bilərdi. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 5. Avropasayağı tarixi piyes, mənzum dram və romantik şeir yazma xüsusiyyətinə görə Hüseyn Cavidə bu ləqəb verilmişdir. Siz isə həmin həqəbi biri xüsusi isim olmaqla eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Şərqin Şekspiri -Şərh: Göründüyü kimi Cavidin belə şeir üslubu Şekspirinkiylə oxşarlıq təşkil edir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 6. 2017-ci ildə Atiker Konyaspor və Beşiktaş klubları arasında keçirilmiş Super Kubok finalında 90+1-ci dəqiqədə Skubic tərəfindən vurulan penalti qolu buna səbəb olmuşdur. 21-ci əsrə aid bunda hadisələr Qərbi Afrikada cərəyan edir. Bunu 3 sözlə deyin. -Cavab: Günəşin göz yaşları -Şərh: Skubicin 90+1-ci dəqiqədə vurduğu qol Şənol Günəşi ağlatmış və Və belə demək olarsa Günəşin göz yaşlarına səbəb olmuşdur. 2003-ci ildə Monicca Bellucci və Bruce Willisin baş rolda oynadığı film də Günəşin göz yaşları adlanır. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 7. Diqqət, sualda əvəzetmə var. Keçmişdə fırıldaqçı zərgərlər almazların arxa tərəfinə "BOYA" sürtərək qiymətini qaldırırdılar və bu maddə işığı daha çox əks etdirirdi. Ancaq zamanla bu maddə ortaya çıxmış və zərgərlərin hiylələri bilinmişdir. Mətndə bir hərf əvəz edilib. Əvəz edilmiş hərfi cavab kartınıza yazın. -Cavab: F -Şərh: Onlar boya yox,foya sürtürdülər.Bundan sonra məşhur "Foyası Meydana Çıkmak" ifadəsi yaranmışdır. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 8. 2003-cü ildə Cennifer Hoes adlı Amsterdamlı bir qadın şəhərin bir çox tikililərinin memarı olan sevgilisi dünyasını dəyişdikdən sonra BUNU ETMİŞDİ. Figeras doğumlu bir ispan da 1934-cü ildə qeyri-rəsmi, 1958-cü ildə isə rəsmi olaraq BUNU ETMİŞDİR. Bunu etməklə əvəz olunanı kapitalizasiyanı nəzərə almadan yazın. -Cavab: Qalayla evlənmək -Şərh: Sevgilisinin ölümündən sonra onun memarı olduğu qalaların biriylə evlənən Cenifer Hoes bununla öz sevgilisinə xəyanət etməmiş olacağını bildirir. Figeras doğumlu Salvador Dali də Qala Daliylə 1934-cü ildə qeyri-rəsmi, 1958-ci ildə isə rəsmi olaraq nigaha girir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 9. Nicolas Flamel elm qurumlarıma böyük miqdarda pul bağışlayan bir professor idi. Sərvətinin hardan gəldiyi bilinmədiyi üçün onun əlkimya ilə məşğul olduğu və X-i tapdığı düşünülürdü. X 1997-ci ilə aid mənbənin də adına daxildir. X-i deyin. -Cavab: Fəlsəfə daşı -Şərh: Əlkimya deyilmişdi sualda. Alimlər düşünürdü ki, o fəlsəfə daşını tapıb və bu yolla pul qazanır. 1997-ci ildə isə Harry Potter seriyasının ilk kitabı nəşr olunur. -Müəllif: Nazim Nəbiyev - -Sual: 10. Bir filmdə poçt ekspressinə 3 nəfər hücum edir və onlardan biri ölür, Tidbola adlı quldurun atı yaralı olduğu üçün o, öz atını öldürmək qərarına gəlir və Akula Dodsona əldə olunanları Dodsonun atının üzərinə qoyub qaçmağı təklif edir. Bundan sonra Dodson bir ifadəni işlədərək Tidbolanı öldürür. Həmin ifadəni yazın. -Cavab: Bolivar ikisinə də dözməz -Şərh: Dodsonun atının adı Bolivar idi və atın hə iki quldura dözə bilməyəcəyini deyən Dodson digər qulduru öldürür. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 11. Paylama materialıMüqəddəs Ambrozo eramızın 256-cı ilində Narbon şəhərində anadan olmuş hansı şəxsi Rekvizitdəki canlıya bənzətmişdir. -Cavab: Saint Sebastian -Şərh: Müqəddəs Sebastian ağaca bağlanmış və oxlanaraq öldürülmüşdü. Qarşınızda gördüyünüz canlının adı da ona bənzədilir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 12. Bir serialın personajı özünün yemək qabiliyyətindən danışarkən özünün sadəcə əvvəlldən mövcud olan reseptlər əsasında yemək hazırladığını deyd edir.Bu zaman onun hansı şərq mənşəli sözü xatırladığını deyin. -Cavab: Karaoke -Şərh: Mövcud reseptlər əsasında yeməklər birşirən personaj bu zaman karaokeni xatırlayır. -Müəllif: Namiq Quluzadə - -Səhifə -> 398 | Sual Sayı -> 12 - -Sual: 1. Keçən əsrə aid “Kirayəçi” filminin çəkilişləri zamanı çəkiliş meydançasında bir aktyor çatışmırdı. Nəticədə X baş tutdu. X-i üç sözlə cavab kartlarınıza yazın. -Cavab: Hiçkokun birinci kameosu -Şərh: Aktyorun əvəzinə Hiçkok özü rolu ifa etmişdi. Bununla da Hiçkokun kameo ənənəsi başlamışdı. -Müəllif: Nəriman Vəliyev - -Sual: 2. Bir neçə gün əvvəl baş verən müsahibədə qeyd edilib ki, onun adı dəyişən məchul, süni intellekt və amerikan kəşfiyyat təyyarəsinin şərəfinə qoyulub. Onun soyadını tapın. -Cavab: Mask -Şərh: İlon Mask yeni doğulmuş oğluna “X Æ A-12” adını vermişdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 3. Bir serialın qəzet üçün krossvordlar hazırlayan personajı özünə X ləqəbini götürmüşdü. Məqalələrdən birində qeyd olunub ki, “kosmetik prosedurlardan” sonra X-i daha yaxından izləməyə icazə verilir. X-i cavab kartlarınıza yazın. -Cavab: Sfinks -Şərh: Krossvordlar düzəldən personaj özünü tapmacalar verən Sfinkslə müqayisə edir.Məşhur abidəni restavrasiya etdikdən sonra turistlərə artıq onu daha yaxından izləməyə imkan verirlər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 4. Bir videooyunda personajların meşədə gizlənmiş düşmənlərini termovizorla axtardıqları missiya X adlanır. X-in hayqırtısı daha vahiməli alınsın deyə, yaradıcı heyət şir, yaquar və ayı səslərini qarışdırmışdılar. X ilə əvəz olunan sözü tapın. -Cavab: Predator -Şərh: Eyniadlı filmdə yadplanetli məxluq da qurbanlarını termal kamerayla izləyirdi. "Predator"un səsləndirilməsində məhz yırtıcı heyvanların səslərindən istifadə olunmuşdu. -Müəllif: Məzahir Səmədov - -Sual: 5. Bunun haqqında danışılan bir mənbədə qeyd edilir ki, arvadlar sərxoş halda evə qayıdan ərlərinin səhv mənzilə girməsinin qarşısını almışdılar. Əvvəlki cümlədə buraxılmış hərfləri cavab kartlarınıza yazın. -Cavab: r,a,n,o -Şərh: Burano adası müxtəlif rənglərə boyanmış evlərilə məşhurdur. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. Paylama materialı... Night ...-AliensRekvizitdə Rik və Morti serialının epizodlarından birinin başlığıdır. Bu seriyada baş qəhrəmanlar özlərindən başqa hamının yadplanetlilər tərəfindən yaradılan simulyasiya olduğu reallığa düşürlər. Epizodun sonunda Rik gözlənilmədən Mortinin də əslində simulyasiya olduğunu öyrənir. Yaradıcıların başlığı seçərkən söz oyunu etdiklərini bilərək, sizdən gizlədilmişləri tapın. -Cavab: M.Shyam -Şərh: Seriyanın məzmunu M. Night Shyamalanın “Altıncı hiss” filmini xatırladır. -Müəllif: Məzahir Səmədov - -Sual: 7. Bir əsərin personajı insanların yalnız faciə baş verdikdə keçmişlərinə nəzər yetirdiklərini bildirir. Personaj bu zaman keçmişi ALFA`ya bənzədir. ALFA`nı eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Qara qutu -Şərh: İşlər yaxşı getdiyi zaman təyyyarələrdəki qara qutu da heç kimin yadına düşmür. Ancaq qəza baş verdiyi və problem ortaya çıxdığı zaman qara qutuya müraciət olunur. Personaj bu zaman insan keçmişini qara qutuya bənzədir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 8. Bir mənbədə personaj qəti sevmədiyi, getmək istəmədiyi şəhəri X adlandırır. X-ə yazılan resenziyalardan biri "Qeyri-sağlam düşüncənin başlanğıcı" sözləriylə başlayır. X-i bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: The end of the fucking world -Şərh: Sualın ikinci hissəsində söhbət məşhur serialdan gedir. -Müəllif: Məzahir Səmədov - -Sual: 9. Müdafiədə oyunçuların bir səhv addımı nəticəsində bütün komandanın məhv ola biləcəyi haqqında danışan Atiba Hatçinson cərimə meydançasını X-ə bənzədir. X-lə əvəz olunmuş iki sözü tapın. -Cavab: Minalanmış ərazi -Şərh: Sualın mətnindəki səhv addım sözləri sizə cavaba çıxmaqda köməklik edirdi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 10. Türkiyədə X-in əvvəlində oxunan şeirlərə pərdə qəzəli adı verilir. Şərq dillərindən birində X-i ifadə etmək üçün görünməz sözü istifadə olunur. X-i iki sözlə tapın. -Cavab: Kölgə teatrı -Şərhlər: None -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 11. “1917” filminin personajı müharibədəki qəhrəmanlığına görə ona verilmiş medalı bir şüşə şəraba dəyişməsinin səbəbi kimi BUNU ETMƏK ehtimalının çox az olduğunu göstərir. 2018-ci il DÇ-nın yarımfinalındakı qələbədən sonra xorvatiyalı müdafiəçi Vedran Çorluka britaniyalı jurnalistin sualına “Biz hələ ki, BUNU ETMİRİK” cavabını vermişdi. BUNU ETMƏKlə əvəz etdiyimiz iki sözü yazın. -Cavab: Evə qayıtmaq -Şərh: Qəhrəmanlığa görə verilmiş medallar sizə evə qayıtdıqdan sonra, gələcək həyatınızda xatirə saxlamaq üçün yaxşıdır. Dünya müharibəsində iştirak edən əsgərlərin isə evə qayıtmaq ehtimalımı çox aşağıdır – filmin qəhrəmanı belə deyirdi. DÇ 2018-in yarımfinalında İngiltərə milli komanasına qalib gəldikdən sonra xorvatiyalı müdafiəçi biz hələ evə qayıtmırıq demişdi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 12. 1967-ci ildə hazırlanmışda onu görə bilməməyimizə səbəb bir il öncəki insident olmuşdur. Söhbətin hansı məşhurdan getdiyini tapın. -Cavab: İsa Məsih -Şərh: 1967-ci ilə aid Beatles qrupunun məşhur “Sgt. Pepper’s Lonely Hearts Club Band” albomunun üz qapağında 70-ə yaxın şəxs görə bilərik. İlk öncə İsa Məsihin də şəklinin orada olacağı planlaşdırılsa da, Con Lennonun “Biz İsadan daha məşhuruq” çıxışından sonrakı insident bu qərardan imtina edilməsinə səbəb olmuşdur. -Müəllif: Nəriman Vəliyev - -Səhifə -> 399 | Sual Sayı -> 12 - -Sual: 1. Sait Faik Abasıyanık bir əsərində BUnu "səhərin səadətini istehsal edən zavod" adlandırır. Bunu rus mənşəli sözlə yazın. -Cavab: Samovar -Şərh: Personaj hər səhər ailəsi üçün çay hazırlayan anasından danışarkən samovarı bu cür təsvir etmişdi. Samovarın da eynilə zavodlar kimi daim tüstü istehsal etdiyini xatırlamaq kömək ola bilərdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Kapitan Con Smit 1616-cı ildə "İngiltərənin təsviri" adlı kitabını yayımlamışdır. Mətndə buraxılmış sözü bildinizsə, harada ən dəyərli kitablar arasında İncil ilə bərabər bu kitabın da yer aldığını yazın. -Cavab: Meyflouer gəmisi -Şərh: Con Smitin əsəri "Yeni İngiltərənin təsviri" adlanırdı. Bir neçə il sonra Pilqrimləri "Yeni Dünya"ya daşıyan Meyflouer gəmisində hələ xəritəsi böyük ölçüdə çıxarılmayan ölkəyə getdikləri üçün bu kitab da ən az İncil qədər dəyərli idi. -Müəllif: Əhməd Əliyev - -Sual: 3. Filmlərin birində xanımının evə X aldığını görən personaj artıq özünü evdə Qulliver kimi hiss etdiyini deyir. X-i şərq mənşəli sözlə cavab kartınıza yazın. -Cavab: bonzai -Şərh: Bonzai şərqi Asiyaya aid, çox kiçik ağacları yetişdirmə sənətidir. Kiçik ağacı görən personaj özünü Qulliverə bənzədir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 4. Bir serialda paralel dünyadakı əkizi ilə ünsiyyətdə olan personaj bu vəziyyətin orqanizmlər üçün yeni kəşflərə yol aça biləcəyini deyir və bu dünyaları X ilə müqayisə edir. X terrarium dizaynında yuvanın əsasını təşkil edir. X-i tapın. -Cavab: Petri boşqabı -Şərh: Petri boşqabı mikrobologiyada mikroorqanizm koloniyalarının kultivasiyası üçün nəzərdə tutulub. Eləcə də, “Counterpart” serialının personajı dünyaların arasında yaranan bu bağ ilə yeniliklərin qaçınılmaz olduğunu qeyd edərkən petri boşqabı xatırlanır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 5. Bir serialda paralel dünyadakı əkizi ilə ünsiyyətdə olan personaj öz əkizini bu sözlə adlandırır. Həmin yunan mənşəli sözü cavab kartınıza yazın. -Cavab: Exo -Şərh: Paralel dünyalarda yaşayan eyni iki şəxs bir-birinin etdiklərini təkrarlayır və bir-birini “exo” sözü ilə çağırırlar. Sualın ilk yarısının öncəki sualla eyni olması da sizə kömək ola bilərdi. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 6. Artıq insanların dünyaya övlad gətirə bilmədiyi bir distopik filmdə dünyanın ən gənc insanı bunu etmədiyinə görə öldürülür. Siz isə bunu etməsinə rəğmən qətlə yetirilən şəxsi tapın. -Cavab: John Lennon -Şərh: “Children of Men” filmində ən gənc insan hər kəs tərəfindən tanınır və avtoqraf istəyən fanatlardan biri rədd cavabı aldıqda onu öldürür. John Lennon öldürülmədən bir neçə gün öncə öz qatili Mark Çepmenə avtoqraf vermişdi. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 7. Bir filmdə partlayışda qulaq hüceyrələrinin öldüyünü deyən personaj bu zaman qulağında yaranan incə səsi hüceyrələrin ALFAsı adlandırır. Qəribədir ki, ALFA adlı əsər 20dən çox kitab yazan bir yazıçının 7-ci əsəridir. ALFAnı tapın. -Cavab: qu nəğməsi -Şərh: “Qu nəğməsi” ifadəsi əsasən sonuncu performans anlamında istifadə olunur. Robert Makqammon isə bu adı sonuncu yox, 7-ci əsərinə vermişdi. -Müəllif: Rahib İsmayılov - -Sual: 8. Bir məqalədə Yaponların müharibədən sonra işğal etdikləri ərazilərdə statuslarnı möhkəmləndirmək üçün BUNU ETDİKLƏRİ qeyd olunub. “Necə etməli” başlıqlı bir mənbədə qeyd olunur ki, BUNU ETMƏK üçün ən ideal vaxt ilin ən son şaxtasından dərhal sonradır. BUNU ETMƏKlə əvəz olunanı yazın. -Cavab: Sakura əkmək -Şərh: Yaponlar işğal etdikləri ərazilərdə öz statuslarnı möhkəmləndirmək üçün hər yerdə özlərindən bir iz qoymaq üçün sakura əkirdilər. Sakura əkmək üçün isə ən uyğun donmuş torpağın açılmasından dərhal sonra olduğu qeyd olunur. -Müəllif: Gülnur Əkbərova - -Sual: 9. Bir mənbədə silahdan qorxmadığını iddia edən personaj Beyrutda böyüdüyünü və partlayan bombaların onun üçün ALFA olduğunu qeyd edir. Bir bəstəkarımızın Üzeyir və Məleykə Hacıbəyli ailəsinə həsr etdiyi əsəri “Oxunmamış ALFA” adlanır. ALFAnı bir sözlə yazın. -Cavab: Layla -Şərh: Personaj qeyd edir ki, Beyrutda hər axşam partlayan bombaların səsiylə yuxuya gedirdi. Üzeyir və Məleykə Hacıbəyli ailəsinin övladı olmamışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Hələ 7-ci əsrdə Venesiyada ağır cinayətlər işləmiş şəxslər bir neçə sıra avardan ibarət gəmiyə, yəni oraya göndərilirdilər. Mətndə bir sözdə hərflər buraxılıb. Həmin hərfləri bərpa edərək cavab kartınıza yazın. -Cavab: Katorqa -Şərh: Katorqa Rusiya İmperiyası və SSRİ dövründə məhbusların ağır işlərə cəlb edildiyi sistemə verilən addır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 11. Kitablarım birində aclıqla mübarizə aparan personaj X adam kimi işləmək istəyirdi. İşgəncə müzeyini reklam edən X adamlardan birində baş və əllər üçün qoyulan xüsusi yerlər gilyotinə işarə idi. X ilə əvəz olunmuş sözü cavab kartınıza yazın. -Cavab: Sendviç -Şərh: Küçələrdə iaşə obyektlərinin qarşısına qoyulan üçbucaq şəkilli reklam panolarını geyib gəzən şəxslərə görünüşlərinə görə və daha çox fast food reklam etdiklərinə görə sendviç adam deyilir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 12. Bir mənbədə su altında yaşayan böcəklərin gözlərini istifadə etmədikləri deyilir və onların antenaları ALFAya bənzədilir. Müasir növ ALFAda ultrasəs texnologiyası tətbiq edilir. ALFAnı tapın. -Cavab: Kor əsası -Şərh: Avtomobil qəzasında gözlərini itirən James Biggs bundan sonra kor əsalarını ağa boyamaq qərarı vermişdi. İngilis dilində bu əsalar “White cane” adlandırılır. -Müəllif: Rahib İsmayılov - -Səhifə -> 400 | Sual Sayı -> 12 - -Sual: 1. Bu pakistanlı nobel mükafatçısı Qreta Tunberqlə olan şəklini "Məktəbi ötürməyimə səbəb olacaq yeganə qız" kimi şərh etmişdi. Söhbətin KİMDƏN getdiyini deyin. -Cavab: Malala -Şərh: Qadınların təhsil almaları problemini qaldıran Malala 2014-cü il nobel mükafatçısıdır. Qreta Tunberinqin etirazı isə bir gün məktəbə getməməkdən ibarət idi. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 2. Kris Helfild xatırlayır ki, bir dəfə yoldaşları ilə şəhər ətrafına yürüşə çıxıb, sivilizasiyadan uzaqlaşdıqdan sonra danışmağa mövzu qalmır. Darıxmamağa çalışan dostlar zarafatla gətirdikləri ananasa bu adı verib onunla danışmağa başlayırlar. Hansı adı? -Cavab: Uilson -Şərh: Tom Henksin baş rol aldığı “Cast away” filmində qəhrəman kimsəsiz adaya düşdükdən sonra tapdığı Uilson şirkətinə məxsus voleybol topu ilə danışmağa başlayır. Bənzərlik də var ananasla. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 3. Ötən əsrin 60-cı illərində Çinlə yaxınlıqdan sonra İndoneziyada kütləvi qətliamlar baş verir. Bir əsərdə bu qırğından sonra ölkəyə gələn turistlərə şəhərdə gəzərkən qorxmamağı tapşırırlar. Çünki, şəhərdə onlar dolaşır. Turistlər isə gülərək, Karlın avropalıları artıq məlumatlandırdığını deyir. ONLARI eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Kommunizm kabusları -Şərh: İndoneziya qonşu Çinlə əlaqələrini gücləndirməyə çalışırdı, ölkədə komunistlərin sayı artırdı. 1965-ci ildə başda komunistlər olmaqla bütün ölkəyə divan tutulmuşdu. Karl Marksın “Manifesti”- “Avropada kommunizm kabusu dolaşır” sözləri ilə başlayır. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 4. Nəsli kəsilmiş quya quşları bir-birlərinə çox bağlı olurdular. Erkəklərin qısa, möhkəm dimdiyi ağacları deşməyə, dişilərin nazik əyri dimdiyi isə bu dəliklərdən həşəratları toplamağa kömək olurdu. Quşların xoşbəxt olmasını alimlər bununla izah edirdilər. Əvvəlki cümlədə ÜÇ SÖZ iki sözlə əvəz edilib. Hansı? -Cavab: Eyni gündə ölmək -Şərh: Bir-biri ilə bağlı olan cütlükdə biri vəfat etdikdə digəri də ölür. Alimlər bunun səbəbini dimdiklərin forması və aclıq ilə izah edirlər. Xoşbəxt yaşayıb, eyni gündə ölmək adətən nağıllarda istifadə olunan sinonimlərdir. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 5. 1918-ci ilin sentyabrında vəba əleyhinə keçirilmiş etiraz aksiyası zamanı orator, xalqı sakitləşdirmək üçün onlara bu şəxsi nümunə götürməyi və fürsət düşdükcə əl yumağı məsləhət görürdü. Həmin ŞƏXSİ tapın. -Cavab: Ponti Pilat -Şərh: Ponti Pilat öhdəlik götürmədiyi mənasında əllərini yuduğunu desə də, xalqın sağlamlığı üçün bunun pratik yolunu məsləhət görürdülər. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 6. Paylama materialıNOS_A_“Milad adası” qorxu romanında uşaqları öz rols-roysunda qaçırdaraq, onların ruhlarını ələ keçirən, gənclik və güclərini sovuran manyakdan bəhs edilir. Paylama materialında biz onun maşın nömrəsindəki iki simvolu gizlətmişik. ONLARI düzgün ardıcıllıqla yazın. -Cavab: 4, 2 -Şərh: Beləcə digər məşhur vampir Nosferatonun adına alluziya yaranır. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 7. Məqalələrin birində ölüm hökmünün icrasından danışan məhbuslar, öldürülmüş şəxsin dəhlizdə sürüdülərək həbsxanadan çıxarıldığını və məhbusların X-lərin sayını dəqiq öyrəndiklərini qeyd edir. X-ı incə saitli 1 sözlə yazın. -Cavab: Pillələrin -Şərh: Ölmüş məhbusu sürüdükdən sonra pillələrə başı deyərək səs çıxarırdı bununla da məhbuslar pillərin sayını dəqiq bildiklərini deyirdilər. -Müəllif: Nəriman Əliyev - -Sual: 8. Bizanslılarla uzun müddət döyüşən xilafət onların xarici görünüşlərini xoşagəlməz epitetlərdə istifadə edirdi. Quranda yazılmış “Məhşər günü bütün kafirlər tanrının hüzuruna belə gələcək” sözləri isə fikirlərini təsdiqlədirdi. 1935-ci yazılmış mənbəmizdə mənfi obrazın belə təsvirini heç də təsadüf saya bilmərik. Söhbətin KİMDƏN getdiyini deyin. -Cavab: Göygöz kosa -Şərh: Qarabuğdayı ərəblər, ağ dərili, mavi gözlü yunanlara nifrət edirdi. Mavi göz qəddarlıq və hiyləgərlik simvolu idi. Göygöz kosa M. Təhmasibin “Çiçəkli dağ” əsərinin mənfi qəhrəmanıdır. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 9. 2018-ci ildə Stiven Fray İngiltərə barədə 19-cu əsrin ortalarından sonlarına qədər olan dövrü əhatə edən bir neçə hissəli podkast hazırlamışdı. Bu tarixi dövrün real hadisələrini, qaranlıq məqamlarını üzə çıxaran PODKASTIN ADI 1977-ci ildə ABŞ-da yaradılan şirkətin adından cüzi fərqlənir. Bu ADI deyin. -Cavab: Victorian secrets -Şərh: 19-cu əsr İngiltərəsi həmin dövr hakimiyyətdə olan kraliça Viktorianın adı ilə Viktorian dövrü adlandırılır. Həmin dövrün gizlinlərini üzə çıxaran Stiven Fray podkasta Viktorian secrets adını verib. “Victoria’s secret” məşhur qadın alt paltarı istehsal edən şirkətin adıdır. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 10. 2020-ci ilin yanvar ayının sonlarında çəkilmiş bir karikaturada buludların üzərində dayanmış bir şəxsin başının üzərində X-ı Y əvəz edir. X və Y-i cavab kartlarınıza yazın. -Cavab: Nimb, Səbət -Şərh: Karikaturadakı şəxs Kobe Braynt idi . Yanvar ayının sonu sizi Brayntın ölümünə aparmalı idi. Kobenin başının üzərində isə Nimb əvəzinə Basketbol səbəti təsvir edilmişdi. -Müəllif: Nəriman Əliyev - -Sual: 11. 1976-сı ildə Bambu kəndinin ebolanın ocağına çevrilməsi kəndi ayağa qaldırır. Sakinlər ospa zamanı babalarının etdiyini təkrarlayır, kəndin giriş və çıxışını ağaclarla bağlayır, qonşu ərazilərə xəbəri isə onlarla yayırlar. Madriddə narkotik alveri ilə məşğul olan musiqiçilərin polisin gəlişini xəbər vermək üçün onların dilindən istifadə etdiyi məlumdur. Onu deyin. -Cavab: Tamtam -Şərh: Kəndə giriş-çıxış bağlandığından epidemiya xəbəri digər ərazilərə tamtamlar vasitəsi ilə çatdırılmışdı. Həmin dövrdə bu dili bilənlərin sayı hələ çox idi. Nigeriyadan olan musiqiçilər polis gələn zaman ritmi dəyişdirərək bir-birlərini xəbərdar edirdilər. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 12. Hollivud slenqində “Logline” filmin və ya əsərin ən qısa annotasiyasıdır. Blek Snayder yazır ki, uğurlu logline dərhal sizin gözləriniz önündə səhnələri canlandırmalıdır. O, bunu “Alfa effekti” adlandırır. Fransız dilində “Alfa effekti” anlayışı, “Uşaqlıq dadı” mənasına gələn metaforaya çevrilib. Alfanı ikinci növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Madlen peçenyesi -Şərh: Yaxşı logline Prustun əsərindəki kimi dərhal gözləriniz önündə səhnələr canlandırmalıdır. Prustun əsərində peçenyeni dişləyən qəhrəmanın gözləri önündə uşaqlıq xatirələri canlanır. İfadənin özü artıq fransız dilində başqa məna alıb. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Səhifə -> 401 | Sual Sayı -> 12 - -Sual: 1. Qədim ingilis dilində Teacher yəni müəllim sözü nəyisə göstərən insan mənasına gəlirdi. Maraqlıdır ki, qədim ingilis dilində X də teacher adlanırdı. X-ı 2-ci növ təyini söz birləşməsilə deyin. -Cavab: Şəhadət barmağı -Şərhlər: None -Müəllif: Raqib İsmayılov - -Sual: 2. Maraqlıdır ki, Thor Ragnarock filmində Hela rolunu oynayan Cate Blanchett maraqlıdırki Borderlands filmində Həvva obrazını canlandıracaq. Əvvəlki cümlədə 1 söz başqa bir sözlə əvəz olunub. Əvəz olunan sözü yazın. -Cavab: Lilit -Şərh: Thor Ragnarokda Cəhənnəm tanrıçası Hela rolun canlandıran Cate Blanchet maqraqlıdırki Borderlands filmində Şeytanın qadını lilit obrazın canlandıracaq. Tövrata görə isə Adəmin 1ci arvadı Həvva yox Lilit olmuşdur. -Müəllif: Nihad Hacızadə - -Sual: 3. Paylama materialıAviasiyanın vətəni sayılan Ohayo ştanın bayrağı sekundantlardan ilhamlanaraq yaradılıb. Əvəz edilmiş sözü yazın. -Cavab: Qaranquşlardan -Şərh: Aviasiya vətəni sayılan ştatın bayrağı formaca qaranquşa bənzədilib. NHN-də sekundantlara qaranquş deyilir. -Müəllif: Nihad Hacızadə - -Sual: 4. Fanatları tərəfindən yaradılmış jeopardy oyunu haqqında bir bloqda oyuna hazırlıq üçün bir üsuldan bəhs edilir. Bu üsulda deyilir ki, əgər sualda Avstriyalı psixoloq sözləri varsa Ziqmund Freyd, macar bəstəkar sözləri varsa Ferens List ilk ağla gələn olmalıdır. Bəs bu üsulun adında 1849-cu il doğumlu kim xatırlanır. -Cavab: İ. Pavlov -Şərhlər: None -Müəllif: Raqib İsmayılov - -Sual: 5. Filmlərin birində problemlərindən şikayətlənən personaj problemlərinin başlanğıcı olub amma sonsuza qədər davam etdiklərini deyərək, problemlərini X-ə bənzədir. X-in 21-ci əsrin əvvəllərinə aid bir mənbədə Hindistandan Kanadaya getdiyini bilərək X-i yazın. -Cavab: Pi -Şərh: Birinci hissədə söhbət pi ədədindən 2ci hissədə isə Yan Martelin 2001-ci ildə yazdığı Pinin həyatı (Life of Pi) romanından gedirdi. -Müəllif: Nihad Hacızadə - -Sual: 6. Paylama materialıBir fəlsəfi dilemmada deyilir ki, cəmiyyət daxilində olan insanlar həyatda qalmaq üçün bir-birinə yaxın olmalı, lakin bir birinə zərər verə biləcəklərinə görə də məsafə saxlamalıdır. Bu zaman insanlar soyuq meşədə gəzən X sürüsünə bənzədilir. Rekvizitdə başqa bir X görürsünüz. X-i 1 sözlə deyin. -Cavab: Kirpi -Şərh: Sualın birinci hissəsində kirpi dilemmasından danışılırdı. Rekvizitdi tank əlehinə olan kirpiləri görürdünüz. -Müəllif: Raqib İsmayılov - -Sual: 7. Artfavit adlı bir layihədə rəssamların məşhur əsərlərinə allyuzilar olaraq əlifba verilir. “B” hərfinin fonunda BUNU əlindən buraxmış qız təsvir edilib. BUNU ONUN posterlərində də görmək olar. Nəyin posterlərində? -Cavab: Onun -Şərh: B hərfində Benksinin “Şarı olan qız” rəsmi verilib ki, burada da qızın əlindən qırmızı şarın uçduğu çəkilib. “O” filminin demək olar ki bütün posterlərində klounla bərabər qırmızı şar da təsvir edilir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 8. Bir serialda personaj çıxmış dişinin əvəzinə Diş pərisindən pul aldıqdan sonra bilərəkdən sağlam dişlərini də çıxardıb diş pərisinə verir. Dostu ona bu barədə xəbərdarlıq edərkən, personajın sanki bunu etdiyini deyir. Siz isə 1962-ci ilə aid mənbədə bunu edən personajı deyin. -Cavab: Tim Taler -Şərh: Pul əvəzində bütün dişlərini verən personajın sanki gülüşünü satdığı deyilir. -Müəllif: Raqib İsmayılov - -Sual: 9. Paylama materialıStachybotrys atra göbələyi çəyirtkələrdən dənli bitkilərə keçmişdi. -X barədə bir məqalədə yazılır ki, qədimdə ailədə yemək ilk olaraq böyük oğullara verilirdi.Rekvizitdə buraxılmış söz və ya sözləri yazın. -Cavab: Misir bəlası -Şərh: Zəhərlənmiş bitkiləri yeyən ailənin böyük oğulları ölmüşdür ki, bu da X (Onuncu) Misir bəlasının həyata keçməsi idi. Çəyirtkələrin hücumu da digər Misir bəlası idi. Sualda X hərf yox, sıra sayı idi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 10. Lingivistik nisbilik hipotezi barədə danışılan məqalədən “... üçün 50 söz” adlı mənbəyə keçid var. Buraxılmış qısa sözü yazın. -Cavab: Qar -Şərh: Eskimos dillər qrupunda qar sözünü 3 müxtəlif kök və bir çox söz bildirir. Bu fakta istinad edən Keyt Buş öz albomunu “Qar üçün 50 söz” adlandırıb. -Müəllif: Nihad Hacızadə - -Sual: 11. Paylama materialıM.Hogan -T.Wogan -G.McDonnell -P.O’Connell -E.CreganSual müəllifi bu şəhərdə doğulan şəxslər arasında yuxarıdakı şəxslərin adına rast gəlib. Həmin şəhəri tapın. -Cavab: Limerik -Şərh: Soyadların aabba şəklində qafiyələnməsi sizə kömək edə bilərdi. -Müəllif: Raqib İsmayılov - -Sual: 12. 175 dəqiqə uzunluğu olan “Xaç atası” filminin yaradıcıları seyr zamanı filmin abu-havasını pozmamaq üçün filmin BELƏ olmasını istədilər. Ağabala istəməsə də, başqa bir tədbir də BELƏ olmuşdur. Necə? -Cavab: Antraktsız -Şərh: Film Hollivud meyyarlarına görə çox uzun idi və filmin nümayişi zamanı antrakt düşünülsə də, yaradıcı heyyət dedi ki, antrakt olsa, o zaman filmin yaratdığı abu-hava itəcək. “Bəxtiyar” filmində də “Bəlkə balaca bir antrakt elan edək?” təklifi rədd edilmişdir. P.S. biz də antrakt elan etmirik. -Müəllif: Cavidan Hacıyev - -Səhifə -> 403 | Sual Sayı -> 12 - -Sual: 1. Bir əsərin azyaşlı personajı ilk dəfə gördüyü İKSi təngnəfəs olan dəmir əjdahaya bənzətmişdi. İKSi rus mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Parovoz -Şərh: Hərəkət edərkən tez-tez tüstü çıxaran parovoz onu ilk dəfə görən azyaşlı personajda sözügedən təəssüratı oyatmışdı. -Müəllif: Nəriman Knyazlı - -Sual: 2. Kolxikum – zərif və tibbi cəhətdən yararlı olması ilə yanaşı, düzgün istifadə edilmədikdə ölümcül dərəcədə zəhərli olan gül növüdür. Məşhur mifoloji süjeti xatırlayaraq bu gülün kimin simvolu olduğunu tapın. -Cavab: Medeya -Şərh: Yasonun döyüşlərdə yaralandığı zaman Medeyanın hazırladığı dərmanlardan istifadə edərək sağalmış, sonradan verdiyi sözü tutmayaraq başqa birinə aşiq olmuşdu. Hiddətlənən Medeya isə həmin dərmanlar vasitəsilə toy günü hər kəsi zəhərləyərək öldürmüş və Yason tanrılar tərəfindən lənətlənmişdi. Gülün adı Kolxidaya çıxmaq üçün ipucu idi. -Müəllif: Asəf Əsədli - -Sual: 3. Linda Rocersin şəxsiyyəti dəyişdirildikdən sonra yaşadığı problemlərə həsr olunmuş kitabın adında “BURAXILMIŞ SÖZLƏR”i görə bilərik. Məşhur serialın qəhrəmanı “BURAXILMIŞ SÖZLƏR”i tələb etməzdən əvvəl aşpaz olduğunu qeyd etmişdi. BURAXILMIŞ SÖZLƏRi orijinalda cavab kartlarınıza yazın. -Cavab: Say my name -Şərh: Uşaq yaşlarından şəxsiyyətləri dəyişdirilmiş şəxslər öz ailə və qohumlarını tapmaqda çətinlik çəkir və öz adlarını tapmağa çalışırlar. Sualın ikinci hissəsində isə söhbət “Breaking bad” serialının qəhrəmanı Heyzenberqdən gedirdi. -Müəllif: Elmar Yusifov - -Sual: 4. İsrafil Aşurlu qeyd edir ki, Everestdən aşağı endikdən sonra oftalmoloq ona İKS diaqnozu qoymuşdu. İKSi qonşu hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Qar korluğu -Şərh: İsrafil Aşurlu Everestdə olduğu zaman uzun müddət ətrafda ağ rəng görmüşdü. Bu səbəbdən gördüyü cisimlərin ağ olduğunu zənn edən alpinistə “Qar korluğu” diaqnozu qoyulmuşdu. -Müəllif: Saday Cəfərov - -Sual: 5. Paylama materialıMy grandfather had _____ -And one day we were...Bo Bernemin “İronik” mahnısı paylama materialında gördüyünüz misralarla bitir. Paylama materialında xatırlanan buraxılmış xüsusi ismi tapın. -Cavab: Altsheymer -Şərh: Gördüyünüz kimi, cümlə bitmiş bir fikri ifadə etmir və sanki ortada dayanır. Mahnının adına xitab edərək Bo özündə də babasındakı kimi Altsheymer xəstəliyinin simptonları olduğunu bildirmək istəyirdi. Sualdakı “xatırlanır” sözü də kiçik ipucu idi. -Müəllif: Nəriman Knyazlı - -Sual: 6. “Tarixdəki qəribə hadisələr” adlı mənbədə yazılır ki, İKSin səbəbi günahsız olduqları üçün irəliləyərkən tanrının qoruyacağı fikrinə inanılması idi. Stinqin “İKS” adlı mahnısının klipində bombalanmış şəhər kadrlarına yer verilib. İKSi üç sözlə cavab kartınıza yazın. -Cavab: Uşaqların səlib yürüşü -Şərh: O dövrdə günaha batmış yetkin insanların iştirakı səlib yürüşlərinin uğursuzluğunun səbəblərindən biri hesab edilirdi. Buna görə də yürüşlərdən birində günahsız uşaqların iştirak etməsi təklif edildi və onların müqəddəs torpaqlara yürüş zamanı Tanrı tərəfindən qorunacağına inanıldı. Kurt Vonnequtun məşhur əsərində müharibə dövründə şəhərlərin bombalanmasından bəhs edilir. Maraqlıdır ki, Stinqin eyni adlı mahnısının klipində bombalanmış şəhər kadrları görünür. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. Kelt qəhrəman Konall Kernaxın döyüşdən dərhal sonra bayrağa toxunması İKSin yaranması ilə bağlı versiyalardan biridir. Uşaqların hərbi məqsədlərlə istismarına “dur demək” məqsədilə təsis edilmiş beynəlxalq günün adı da “İKS”dir. İKSi birinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Qırmızı əl -Şərh: Sualda söhbət İrlandiyanın Olster vilayətini təmsil edən məşhur “Olsterin qırmızı əli” simvolikasından gedirdi. Belə ki, versiyalardan birinə görə, Konall döyüşdən sonra öz qanlı əlləri ilə bayrağa toxunmuş və nəticədə bayraqda qırmızı əl əks olunmuşdur. Uşaqların hərbi məqsədlərlə istifadəsinə qarşı “Beynəlxalq qırmızı əl günü” təsis edilib. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 8. Tarixçi Boris Rıbakov kitablarından birində XIII əsrə aid olan hansı hadisəyə münasibətdə “Ən uğurlu addım qələbəyə doğru atılan addım idi” sözlərini demişdi? -Cavab: Buz döyüşü -Şərh: Rus tarixçi 1242-ci ildə baş tutmuş döyüş buzun üzərində baş verdiyindən atılan doğru addımları qələbəyə doğru atılan addımlar hesab edirdi. -Müəllif: Saday Cəfərov - -Sual: 9. Kamal Abdulla uzun illər ədəbiyyatımızda standart mətnlərin yazıldığını, lakin son dövrlərdə yazılmış bəzi əsərlərin üfüqi sıçramalarla canlanma yaratdığını qeyd edir. Bu zaman müəllif ədəbi mətn tariximizi hansı mürəkkəb əcnəbi sözlə adlandırır? -Cavab: Kardioqram -Şərh: Sual mətnindəki “üfüqi sıçramalar” və “canlanma” kimi açar sözlər idi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 10. Paylama materialı1968-ci ildə Fransada çəkilmiş qarşınızdakı fotoya “ALFA” adı verilib. Müqəddəs Xaç Kilsəsinin yerləşdiyi Şəhəryanı Krakov küçəsi 3 ünvanınadək olan hərəkət marşrutunu da “ALFA” adlandırmaq olar. ALFAnı üç sözlə cavab kartınıza yazın -Cavab: Ürəyə gedən yol -Şərh: Fotoya diqqətlə baxdıqda ağaclara doğru gedən torpaq cığırı və ağacların formasına görə insan ürəyinə bənzədiyini görmək olar. Bu səbəbdən fotoya “Ürəyə gedən yol” adı verilib. Sualın ikinci hissəsində isə kilsənin Polşada yerləşdiyini anlamaq çətin deyildi. Bəstəkar Frederik Şopenin ürəyi adı çəkilən kilsədə saxlanıldığından hərəkət marşrutunu “Ürəyə gedən yol” adlandırmaq olar. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Cerd Daymond öz əsərində tarixin bir neçə qatdan ibarət olduğunu deyərkən onu İKSə bənzədir. XX əsrin ortalarına aid mənbədə hansı personajın adının tərcüməsində İKSi görə biləcəyimizi deyin. -Cavab: Çipollino -Şərh: Keçmişdən müasir dövrə kimi bir neçə qatdan ibarət olan dünya tarixini Cerd Daymond soğana bənzətmişd. Canni Rodarinin 1951-ci ilə aid məşhur “Çipollinonun nağılı” əsərinin əsas qəhrəmanının adı da italyancadan tərcümədə “balaca soğan” mənasını verir. -Müəllif: Nəriman Knyazlı - -Sual: 12. Bir serialda silahlı şəxs xəstəxanaya daxil olaraq həkimi əməliyyat etməsi üçün məcburi şəkildə aparır və həkim əməliyyata başlayır. Siz isə bu zaman fonda 1981-ci ilə aid hansı mahnının səsləndiyini tapın. -Cavab: Təzyiq altında -Şərh: Həkim məcburi şəkildə əməliyyata başlayır və silahlı şəxsin təzyiqi ilə əməliyyat həyata keçirir. Bu zaman situasiyaya uyğun olaraq fonda “Queen” qrupunun Devid Boui ilə birlikdə ifa etdiyi mahnı səslənir. -Müəllif: Saday Cəfərov - -Səhifə -> 404 | Sual Sayı -> 12 - -Sual: 1. SSRİ filmlərinin birinin başlanğıcında gənc cütlük səmada durnaların uçmasına tamaşa edir. Növbəti səhnələrin birində səhər yeməyi zamanı qəfil məyus olan ailənin eşitdiklərini ilk ikisi eyni olan dörd sözlə yazın. -Cavab: Diqqət! Diqqət! Danışır Moskva -Şərh: “Letyat juravli” filmi müharibə vaxtı müharibəyə gedən şəxslərin ailələrini göstərir. Rusdilli mənbələrdə durnaları İkinci Dünya Müharibəsininb simvolu kimi tanıdan Rəsul Həmzətovun şeiri olsa da, durnalar daha əvvəl də müharibənin simvolu idi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 2. Bir aktual zarafata inansaq, Britaniya alimləri aşkar ediblər ki, onun yayılmasının ən əsas yolu internetdir. Əvvəlki cümlədə buraxılmış hərfləri yazın. -Cavab: K, o, r, a, v, i, r, u, s -Şərh: Zarafatda Koronavirusun əsas yayılma səbəbi kimi internet göstərilir. -Müəllif: Rüstəm Babayev - -Sual: 3. “Dic, duc, fac, fer!” ifadəsi latıncadan tərcümədə “Həqiqəti söylə, işi düzgün apar, lazım olanı et, çətinliklərə sinə gər!” anlamını verir. Bu ifadə haqqında olan bir məqalədə onu “Vəkilin İKSi” adlandırırlar. İKSi biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Hippokrat andı -Şərh: Həkimlər Hippokrat andına riayət etməli olduğu kimi, hüquqşünaslar, o cümlədən insanların hüquqlarını məhkəmə qarşısında müdafiə edən vəkillər də bu 4 prinsipi öz fəaliyyətlərində rəhbət tutmalıdırlar. Odur ki, bu ifadə obrazlı olaraq “Vəkilin Hippokrat andı” adlandırılmışdır. -Müəllif: Aygül Mustafazadə - -Sual: Paylama materialıHansı paytaxt futbol klubu öz ev oyunlarını şəkildə gördüyünüz stadionda keçirir? -Cavab: Westham United -Şərh: "The New Stadium” və “Westham United” birləşmələri anaqram təşkil edir. Klub öz oyunlarını 2016-cı ildən etibarən “London Stadium”da keçirir. -Müəllif: Rüstəm Babayev - -Sual: 5. Bir serialın epizodlarının birində qəhrəmanların bir çox məsələləri və yalanları üzə çıxır. Maraqlıdır ki, hadisələr İKSdə cərəyan edir. İKSi bir sözlə yazın. -Cavab: Şkaf -Şərh: Serialın bu hissəsində personajların sirləri məlum olur və belə demək olarsa, şkafdakı skeletləri üzə çıxır. Hadisələr də elə şkafda cərəyan edir. -Müəllif: Nəriman Əliyev - -Sual: 6. “Baytarlıq təbabəti haqqında Azərbaycan Respublikası Qanunu”nda zooparkla yanaşı akvarium da xatırlanır. Səmadakı buludların eyni formada olduğu Yonder də akvariumdur. Sualın mətnində əvəz olunmuş simvolları yazın. -Cavab: V,İ -Şərh: Zooparkla yanaşı, bəzi canlıların yaşadığı xüsusi məkan vivariumdur. “Vivarium” filmində Yonder rayonunda nəinki evlər tamamilə identik idi, hətta səmadakı buludlar da eyni idi. Bura gələn cütlük gedə bilmir. Sualın nömrəsi də kiçik ipucu idi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 7. Paylama materialıQarşınızdakı foto XX əsrin əvvəllərində bir hadisədən sonra çəkilib. Fotoşəkilin hansı şəhərimizdə çəkildiyini tapın. -Cavab: Şamaxı -Şərh: Şəkildə zəlzələdən zərərçəkmiş şamaxılılara 4 fevral 1902-ci ildə yardıma getmiş Bakı Komitəsinin üzvləri təsvir edilib. Komitənin sədri isə Həsən bəy Zərdabi idi. -Müəllif: Xəyalə Əziz - -Sual: 8. Seriallardan birində bənövşəyi geyimli qızla qarşılaşan personaj onun geyiminin rənginə istehza etmək üçün bir dəfə BURADA yıxıldıqdan sonra bütün bədəninin həmin rəngdə olduğunu deyir. BURA hazırlanarkən insan bədənində rentgen şüaları altında görünə bilən barium-sulfat maddəsindən də istifadə olunub. BURAnı bir sözlə cavab kartınıza yazın. -Cavab: Leqolənd -Şərh: Personaj məhz kiçik ehtiyatsızlıqdan sonra leqoların üzərinə yıxılması ilə bütün bədəninin göyərməsinə işarə etmişdi. Leqoləndin hazırlanması zamanı uşaqların leqoları udduğu halda rentgen şüaları altında bədənlərində görünə bilməsi üçün barium-sulfat maddəsindən istifadə edilmişdi. -Müəllif: Yeganə Məmmədova - -Sual: 9. “Time” jurnalının bu yaxınlarda baş vermiş hadisə ilə bağlı üz qapağında BU, Trampın başının silueti formasında təsvir olunmuşdur. Bunu qonşu hərflə başlayan iki sözlə yazın. -Cavab: Adolfun bı��ı -Şərh: Üz qapağında Adolf Hitlerin saçı və Trampın silueti formasında bığı təsvir olunub. -Müəllif: Kamil Abbas - -Sual: 10. Paylama materialıSənədli filmlərdən birində şərhçi freskanı şərh edərkən bildirir ki, rəsmin bəzi hissələrində alma ağacının olmadığını görə bilərik. Əvvəlki cümlədə əvəz olunmuş iki sözü yazın. -Cavab: Qravitasiya qüvvəsi -Şərh: Rəsmin kənar hissələrinə diqqət etsəz, burada insanların göyə yüksəldiyini rahatlıqla görə bilərsiniz. Şərhçi freskanın həmin hissələrində qravitasiya qüvvəsinin yoxa çıxdığına diqqəti çəkmişdi. Qravitasiya qüvvəsi alma ağacının altında kəşf olunmaqla yanaşı, həm də onun kimi eyni hərflə başlayan iki sözdən ibarətdir. -Müəllif: Yeganə Məmmədova - -Sual: 11. Skot Kelli öz xatirələrində yazır ki, BUNU ETDİKDƏN 48 saat sonra belə su içib bitirdikdə stəkana, yemək yeyəndən sonra çəngəl-bıçağa yapışdırmaq üçün yapışqan lent axtarırdı. BUNU ETMƏKlə əvəz etdiyimiz iki sözü cavab kartlarınıza yazın. -Cavab: Yerə enmək -Şərh: Skot Kelli astronavtdır. Yerin qravitasiyasına hələ öyrəşə bilməyən astronavt vərdişlərinə uyğun olaraq yapışqan lent axtarırdı. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Sual: 12. “Doroti ölməlidir” seriyası Ozu tutmuş apokaliptik dövrdən bəhs edir. Qanadsızlar ölkəsində tutulan baş qəhrəman əsl İKSdə mühakimə olunur. İKS ötən əsrin iyirminci illərində Tennesidə baş tutmuşdu. İKSi eyni hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Meymun məhkəməsi -Şərh: Qovulduqdan sonra qanadları kəsilən meymunların təşkil etdiyi məhkəmə sözün əsl mənasında meymun məhkəməsi idi. -Müəlliflər: Lacivərd Məmmədova, Rəşad Əliyev - -Səhifə -> 405 | Sual Sayı -> 12 - -Sual: 1. Marvel filmlərindən birinin rejissoru X haqqında danışarkən sərdabədəki fironları xatırlayır. Amerika işarə dilində X-dən qucaqlaşmağı bildirmək üçün istifadə edilir. X-i 1-i xüsusi olmaqla 2 və ya 3 sözlə yazın. -Cavab: Vakanda salamı -Şərh: "Qara pantera" filminin rejissoru Rayan Kuqler məşhur salamlaşma üçün Misir fironlarının mumyalarından ilhamlandığını qeyd etmişdi. -Müəllif: Serkan Şentürk - -Sual: 2. Y. Hoşinonun şərq mənbələrindən və Artur Klarkın əsərlərindən ilhamlanaraq yaratdığı manqasının adını yazın. -Cavab: 2001 gecə -Şərh: “Min bir gecə” nağılları və Artur Klarkın "2001:Kosmik Odissey" əsərindən ilhamlanan Yukinobu Hoşino manqasını “2001 gecə” adlandırmışdır. -Müəllif: Serkan Şentürk - -Sual: 3. “Riverhead Books”un vaxtın idarə edilməsinin sirləri barəsindəki kitabı "Üçüncü" adını daşıyır. Əvvəlki cümlədə əvəz ediləni orijinalda və ya tərcümədə yazın. -Cavab: When? -Şərh: “Nə? Harada? Nə zaman?” oyununun üçüncü sualı elə üçüncü sual haqqında idi :) -Müəllif: Elnur Qasımzadə - -Sual: 4. İngilis alim Stiven Hokinq avtobioqrafiyasında qeyd edir ki, universitet həyatının əvvəllərində daha çox dost qazanmaq üçün X-a üzv olmuşdu. Avstraliyadakı X-lərdən biri "Murrey" adını daşıyır. X-i 2 sözlə yazın. -Cavab: Avarçəkmə klubu -Şərh: Bildiyiniz kimi, Hokinq Oksfordda anadan olub və ilk universitet təhsilini də orada alıb. Oksfordda ən məşhur fəaliyyətlərdən biri avarçəkmə yarışlarıdır. Avstraliyada yaranan avarçəkmə klubu da məhz qitənin ən böyük çayı Murreyin adı ilə bağlı idi. -Müəllif: Orxan Səfərov - -Sual: 5. “Dolmuş” jurnalının sıralarına sonradan qoşulan Rıfat Ilgaz BU təxəllüslə məqalələr yazmağa başlamışdır. "Narcos" serialında tranzit zamanı çox hərəkətdə olmasın deyə narkotiki BUnda gizlədirlər. BUNU yazın -Cavab: Beşinci təkər -Şərh: Dolmuş marşrut kimi fəaliyyət göstərən avtobuslardır. “Dolmuş” adlı jurnala sonradan qatılan Ilgaz da özünü artıq təkər kimi. Rezinə qənaət məqsədilə ABŞ höküməti ehtiyat təkərləri qoymağı avtomobil istehsalçılarına qadağan etmişdi. Sualın nömrəsi də ipucu ola bilərdi. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 6. Bir elmi-fantastik cizgi serialında aramsız telefon zənglərindən təngə gələn qəhrəman X hazırlamağa başlayır. Özünə “Doctor MegaVolt” səhnə adı götürən Ostin Riçards X-in köməkliyi ilə təhlükəli nömrələr göstərir. X-i II növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Faradey qəfəsi -Şərh: Qəhrəman telefona gələn zənglərdən əsəbləşərək Faradey qəfəsi düzəltməyə başlayır ki, siqnal telefona çatmasın. Tesla transformatoru ilə milyon voltadək elektrik ötürərək şoular göstərən Ostin Riçards özünə Dr. MegaVolt səhnə adı götürmüşdür. -Müəllif: Serkan Şentürk - -Sual: 7. Bir əsərdə 16 yaşlı Kleopatra ağılsız, dünyagörüşü olmayan qız kimi, yaşlı Sezar isə dövləti necə idarə etmək, özünü necə aparmaq yollarını öyrədən müəllim kimi təsvir edilir. Bu əsərin XIX əsrdə doğulmuş kimə məxsus olduğunu yazın. -Cavab: Bernard Şou -Şərh: B. Şounun digər əsəri “Piqmalion”la süjet oxşarlıqları var. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. “New Statesman” jurnalının üz qabığındakı aktual karikaturada X alov dilləri formasında təsvir edilmişdir. Şəxs adından istifadə edərək X-i III növ təyini söz birləşməsi ilə yazın. -Cavab: (Donald) Trampın saçları -Şərh: ABŞ-ın bir sıra şəhərində baş vermiş etiraz aksiyaları yanğınlarla müşayiət edilmişdi. -Müəllif: Elnur Qasımzadə - -Sual: 9. Paylama materialı"My nerdy friend got a Ph.D on the History of X. He’s now Dr.Awkward"Bəstəkar Paul Hindemitin "Ora və geriyə" əsərinin librettosu da özünəməxsus X-dir. X ilə əvəz edilmiş yunan mənşəli sözü yazın. -Cavab: Palindrom -Şərh: Dr.Awkward adı palindromdur. Hindemitin əsərinin adı da sizə kömək ola bilərdi. Palindrom yunancadan tərcümədə “geriyə qaçan” deməkdir. -Müəllif: Elnur Qasımzadə - -Sual: 10. İştirak etdiyi konfransda müzakirə edilən cəfəngiyyata Riçard Feynman o qədər əsəbiləşmişdi ki, konfransın nəticələri toplusunda adının istifadə olunmasına icazə verməmiş və Riçardı “Y” kimi qeyd etmişdilər. 90-cı illərdə məşhurlaşmış teleserialda FBI-ya məlumat sızdıran personajın da adı Y-dir. Y ilə əvəz edilmişi yazın. -Cavab: Mr. X -Şərhlər: None -Müəllif: Orxan Səfərov - -Sual: 11. Bir sənədli filmdə qeyd olunur ki, Versal müqaviləsinin alçaldıcı şərtləri I dünya müharibəsində məğlub olan məğrur alman xalqının BURAXILMIŞ SÖZLƏR. Hansı nağıl qəhrəmanı BURAXILMIŞ SÖZLƏR? -Cavab: Məlikməmməd -Şərh: Filmdə deyilir ki, müqavilənin alçaldıcı şərtləri sanki almanların yarasına duz səpirdi. Məlikməmməd nağlında baş qəhrəman yuxuya getməmək üçün bu üsuldan istifadə etmişdi. -Müəllif: Orxan Səfərov - -Sual: 12. "Hava övladı" animesinin fövqəltəbii güclərə sahib qəhrəmanı Hinaya X ləqəbi verilib. Yaponiya imperatriçası Suykonu da X adlandıra bilərik. X-i III növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Günəşin qızı -Şərh: Hina buludları idarə edərək havanı işıqlandırdığından onu “Günəşin qızı” ayaması ilə çağırırlar. Məlum olduğu kimi yapon imperatorlar “Günəşin oğlu” hesab edilir, elə isə, imperatriçanı da “Günəşin qızı” adlandıra bilərik. -Müəllif: Serkan Şentürk - -Səhifə -> 406 | Sual Sayı -> 12 - -Sual: 1. Maraqlıdır ki, Nəbi Xəzri ABŞ-ın bu şəhərinə səfəri zamanı Səməd Vurğunun 1948-ci ildə yazdığı əsəri xatırlayır. Öz xatirələrində Nəbi Xəzri habelə şəhərdəki çoxlu ağcaqanadlardan şikayətlənir. Hansı şəhər? -Cavab: Minneapolis -Şərh: Sualda söhbət “Zəncinin arzuları” poemasından gedir. Maraqlıdır ki, N.Xəzrinin səfəri zamanı Minneapolisdə qaradərililərinin hüquqlarının tapdalandığını demişdi. Çoxlu gölləri ilə tanınan Minneapolisə “10 min göl şəhəri” deyirlər. Bu qədər çox gölü olduğu üçün şəhərdə nəmişlik çoxdur və ağcaqanadlar “şəhərin qeyri-rəsmi quşları” hesab edilir. #blacklivesmatter -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Kalon minarəsi barədə yazan Justin Marozzi edam məhkumlarının minarəyə çıxmasından və insanların məhkumları seyr etməsindən danışarkən ALFA-nı xatırlayır. ALFADAKI skripka solosu "diabolus in musica" adlanır. ALFANI iki sözlə yazın. -Cavab: Ölüm rəqsi -Şərh: Edama gedən insanlar sanki ölüm rəqsi edərək minarəyə çıxır və öldürülürdü. Orta əsrlərdə məşhurlaşmış “danse macabre” (“ölüm rəqsi”) termini də ölümün canlandırılmasından ibarətdir. Kamil Sen-Sansın "Danse Macabre" və ya "Ölüm rəqsi" simfonik poemasında skripkaya həsr olunmuş solo "diabolus in musica", yəni "musiqidə şeytan" adını daşıyır. -Müəlliflər: Xəyal Məmmədov, Tərlan Əsədli - -Sual: 3. Kraliça Viktoriya 1858-ci ildə Sent Ceyms sarayında öz qızına toy edərkən rahatlıq məqsədilə qadınlara BUNU ETMƏYİ qadağan etmişdi. Hal-hazırda təbliğ edilən bir tendensiyanın dəb tarixindəki yerindən danışılan məqalədə BUNU ETMƏYİN XIX əsrdə vəba, suçiçəyi kimi xəstəliklərin azalmasına kömək etdiyi yazılır. BUNU ETMƏYİ biri əcnəbi mənşəli olan iki sözlə yazın. -Cavab: Krinolin geyinmək -Şərh: Kraliça Viktoriya sarayda qonaqların az yer tutması və rahat hərəkət üçün qadınlara krinolin geyinməyi qadağan etmişdi. Sosial məsafənin təbliği ilə əlaqədar bir məqalədə krinolin geyinməyin qadınlar arasında bəzi xəstəliklərin daha az yayılmasına gətirib çıxartdığı qeyd edilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. İtalyan dilli operalarda çıxış edən Fridrix Şröderin arvadı XVIII əsrdə “Orleanlı qız” oldu. Əvvəlki cümlədə əvəz edilmiş iki sözü tapın. -Cavab: Messinalı gəlin -Şərh: Bildiyimiz kimi, Messina İtaliya şəhəridir, sualda italyan dilli deyilməsi əsas ipuculardan biri idi və Fridrix Şröder isə alman adıdır. “Orleanlı qız” və “Messinalı gəlin” ikisi də Fridrix Şillerin yaradıcılığındandır. Sofi, Şröderlə evləndikdən sonra “Messinalı gəlin” tamaşasında rol almağa başlamışdı. -Müəllif: Səyyar Qurbanov - -Sual: 5. Paylama materialıBir internet istifadəçisi Şri-Lankaya səfəri zamanı yemək üçün qaşıq qoyulsa da, hamının yeməyi əllə yediyini görüb, özü də eyni cür hərəkət edir və bir ifadəni xatırlayır. Rekvizitdəki mim də bu ifadəyə həsr olunub. Həmin ifadəni yazın. -Cavab: Romada romalı kimi davranmaq -Şərh: Səyahətçi hər kəsin bu cür yediyini görüb özü də bu cür yeməyə başlayır. Eynən Romada romalı kimi hərəkət edir. Rekvizitdəki mimdə Ronaldonun da İtaliyaya gəldikdən sonra İtalyan futbolçular kimi jestlərlə danışması ilə əlaqədar “Romada romalı kimi davranır” deyə qeyd edilmişdi. -Müəlliflər: Səməd Səmədov, Səbuhi Göyüşov - -Sual: 6. Keçən əsrə aid cizgi filmlərdən birində gəmisi batmağa başlayan O, gəmini tərk etmir və gəmini idarə etməyə çalışır. Siz isə Robertə məxsus bir əşyada ONUN əllərinin nələri əvəz etdiyini iki sözlə yazın. -Cavab: Saatın əqrəbləri -Şərh: Bu cizgi filmində bilinənin əksinə, siçan, yəni Mikki Maus heç də gəmini tərk etmir. Sualın ikinci hissəsində isə söhbət Mikki Maus saatı taxan Robert Lenqdondan gedirdi. Bu saatda Mikkinin əlləri saat əqrəblərini əvəz edirdi. -Müəlliflər: Səyyar Qurbanov, Səbuhi Göyüşov - -Sual: 7. Bir əsərdə personaj ONUN divarda asılmış şəklini gördükdə "Yenə də çılpaq çəkiblər” deyərək təəssüflənir. Jan-Leon Jeromun əsərində isə ONUN Ares təpəsində mühakimə olunduğunu görə bilərik. ONUN kim olduğunu cavab kartınıza yazın. -Cavab: Frina -Şərh: Frina, Demetra üçün təşkil olunmuş bayramda soyunub bütün diqqətləri üstünə çəkdiyi kimi mənasız bir səbəbl’ mühakimə olunur. Məhkəmənin sonunda yenə də soyunaraq diqqəti özünə cəlb edə bilir. Bu zaman anlaşılır ki, onun mühakiməsi yersizdir və nəticədə Frina azadlığa buraxılır. -Müəllif: Elşən Almaslı - -Sual: 8. Pörl-Harbora hücumdan sonra Yaponiyanı məğlub etmək üçün qoşun çıxarılmasının mütləqliyinə inanan ABŞ, 1,5 milyon ALFA hazırlatmışdı. ALFA sahiblərini birləşdirən klublardan biri “Gizlənməyi unudanlar” adlanır. ALFANI bir neçə sözlə yazın. -Cavab: Bənövşəyi ürək medalı -Şərh: Pörl-Harbora hücumdan sonra Yaponiyanı məğlub etməyin yeganə yolunun quruda döyüşmək olduğuna inanan ABŞ tərəfi itki və yaralı sayını nəzərə alaraq öncədən 1,5 milyon Bənövşəyi ürək medalı hazırlamışdı. -Müəlliflər: Elgün Abdurahmanov, Səbuhi Göyüşov - -Sual: 9. XIX əsrə aid, oturma yeri nisbətən batıq olan, çox yumşaq və rahat kreslo növü ALFA adını daşıyır. ALFANIN audio-versiyasını Boris Karloff səsləndirib. ALFANI iki sözlə yazın. -Cavab: Yuxulu dərə -Şərh: O vaxtın geniş yayılan “Yuxulu dərə” kresloları rahatlığına və çökək oturacaq hissəsinə görə məhz belə adlanırdı. Amerikan qotik ədəbiyyatına aid olan “Yuxulu dərə” hekayəsinin audiokitab versiyasını isə, təsadüfi deyil ki, dəhşət janrındakı filmlərin vazkeçilməz aktyoru Boris Karloff səsləndirib. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Bir şeirdə diabetli qəhrəman hipoqlikemiya və ya hiperqlikemiya zamanı özünün İQREKƏ çevrildiyini deyir. İQREKİ canlandırdıqda çıxartdığı vahiməli səsə görə tamaşaçılar aktyor Riçard Mensfildi müasiri Qarındeşən Cek olmaqda günahlandırırdı. İQREKİ yazın. -Cavab: Mister Hayd -Şərh: Şəkərin düşməsi və ya qalxması nəticəsində bildiyiniz kimi diabetli şəxslərin hərəkətlərində, davranışlarında müəyyən dəyişikliklər baş verir. Ona görə qəhrəman içində bir canavarla yaşadığını, bunun hipoqlikemiya və ya hiperqlikemiya vaxtı üzə çıxdığını deyir. Bir centlmenin bir anda canavara çevrilməsini görən insanlar onu gecələr qadınları qətlə yetirən Qarındeşən Cekə bənzətmişdilər. İQREK ilə əvəzetmə də Cekli yox, Mister Hayd yazmaq üçün sizə kömək olmalı idi. -Müəlliflər: Səməd Səmədov, Səbuhi Göyüşov - -Sual: 11. Paylama materialıQarşınızda Con Ceyms Odübonun təsvir olunduğu və Yokohama üslubunda olan incəsənət nümunəsidir. Əvvəlki cümlədə buraxılmış iki simvolu tapın. -Cavab: -e -Şərh: XIX əsrə qədər digər millətlərin Yaponiyaya girişi qadağan idi. Limanlarını xaricilər üçün açan ilk şəhər olan Yokohamada taxta blok üzərində çap ilə məşğul olanlar xariciləri də təsvir etməyə başlamışdı. Ukiyo-e-nin bu qolu isə Yokohama-e adlanır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Bir romanda personaj səhər həyat yoldaşının yataqda olmadığını görür və həmişəlik tərk edildiyini anlayır. Bu zaman personaj, ALFANI xatırlayır. XIX əsrdə sürəti ilə ad çıxarmış Robert Liston ALFA zamanı ehtiyatsızlıqdan tamaşaçının paltosuna zərər yetirmişdi. ALFANI latın mənşəli bir sözlə yazın. -Cavab: amputasiya -Şərh: Ərini bir daha görməyəcəyini anlayan qadın personaj özünü sanki qolu kəsilmiş kimi hiss edirdi. Cəmi 30 saniyəyə amputasiya etməyi bacaran cərrah Robert Liston anatomik teatrda sərgilədiyi amputasiya zamanı sürətli bıçaq hərəkəti ilə ehtiyatsızlıqdan tamaşaçılardan birinin paltosunu da üzüb keçmişdi. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 407 | Sual Sayı -> 13 - -Sual: 1. Zəhərlənməkdən ehtiyat edən Erkül Puaro qaldığı oteldə yeni günə buraxılmış sözlər. Buraxılmış sözləri cavab kartlarınıza yazın. -Cavab: Yumurta ilə başlayırdı -Şərh: Ənənəvi olaraq, biz də bugünki paketimizə Yumurta ilə başladıq. -Müəllif: Elşən Quliyev - -Sual: 2. İlk nümunəsi b.e.ə. (bizim eradan əvvəl) 8-ci əsrə aid olan X ölüm cəzasının müvəqqəti ləğvini də nəzərdə tuturdu. X-i bir və ya bir neçə sözlə tapın. -Cavab: Ekexeyriya -Şərh: Olimpiya oyunları zamanı yaradılan müvəqqəti sülh zamanı yalnız müharibələr dayandırılmır, həmçinin ölüm cəzası da müvəqqəti olaraq ləğv edilirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. Bir əsərdən çıxarışa nəzər yetirin: “ofisantlar bığ saxlaya bilmirdilər və öz köməkçilərinə də bığ saxlamağa icazə vermirdilər, aşpazlar isə ofisantlardan fərqlənmək üçün bığ saxlayırdılar.” Əsərin növbəti cümləsində işlənən əcnəbi mənşəli sözü tapın. -Cavab: Kasta -Şərhlər: None -Müəllif: Şahmurad Məmmədov - -Sual: 4. Bir verilişdə bütün ömrünü piştaxtanın arxasında keçirməsindən şikayətlənən personaj qarşıdan baxanlar üçün artıq X-dən fərqlənmədiyini deyir. X-lər ilk vaxtlar sadəcə "Sem və dostları" adlı şounun bir parçası idilər. X-i qoşasamitli sözlə yazın. -Cavab: Mappet -Şərh: Personaj bədəninin yarıdan yuxarısının görünməsi səbəbilə özünü mappetə bənzədir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. İsrailin qonşu ölkələrdən müdafiə olunmaq üçün nüvə silahlarından istifadə edərək kütləvi qırğın törətməsi strategiyasına onun adı verilib. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Samson -Şərh: Samson fələstinlilərin məbədindəki sütunları dağıdaraq onların ölümünə səbəb olsa da, özü də dağıntılar altında qalmış və həlak olmuşdu. İsrailin kiçik əraziyə malik qonşu ölkələrə qarşı istifadə edəcəyi nüvə silahı onları məhv edəcəyi kimi, öz insanlarının da həyatına təhlükə yarada bilər. -Müəllif: Rusif Hüseynov - -Sual: 6. Bir serialda paralel dünya üçün agent kimi yetişdirilən xüsusi uşaqlar ALFA adlı məktəbdə təhsil alırlar. ALFA həmçinin ilk uçuşunu Quvahati aeroportuna keçirmiş aviaşirkətin adıdır. ALFA ilə əvəz olunmuş sözü tapın. -Cavab: İndiqo -Şərh: İndiqo uşaqları anlayışı xüsusi istedada malik uşaqları bildirir. Hindistana məxsus olan aviaşirkətlərdən biri də “Indigo” adını daşıyır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 7. Eduardo Galeano "Günəşin altında və kölgədə" adlı futbol kitabında bunu 2 əsnəyən ağızla müqayisə edir. Söhbətin nədən getdiyini tapın. -Cavab: 0-0 hesabı -Şərh: 0-0 hesabıyla bitən oyunların darıxdırıcı keçdiyi haqqında bəhz edərkən müəllif tablodaki sıfırları əsnəyən ağızlara bənzədir. -Müəllif: Cavid Bədəlbəyli - -Sual: 8. Apple şirkətinin hər yeni Iphone modelində kameralar barədə etdiyi yenilikləri şərh edən bir istifadəçi bu prosesi X ilə müqayisə edir. X telofaza ilə başa çatır. X-i yazın. -Cavab: Mitoz bölünmə -Şərhlər: None -Müəllif: Çingiz Məmmədov - -Sual: 9. Hind mifologiyasında alov tanrısı olan Aqni bəzi hallarda nəqliyyat vasitəsi qismində X-lərdən istifadə edir. XX əsrin əvvəllərinə aid mənbənin adında X-ə rast gəlmək olar. X-i birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Qırmızı at -Şərh: Alov tanrısı Aqni bəzi hallarda alov rəngli qırmızı atdan istifadə edir. Sualın ikinci hissəsində söhbət Kuzma Petrov-Vodkinin məşhur “Qırmızı atın çimməsi” tablosundan gedir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 10. Danimarkalılar arasındakı yaxın sosial əlaqələrdən danışan bir müəllif qeyd edir ki, söhbət danimarkalılardan getdikdə Alfadakı rəqəmi iki dəfə azaltmaq lazımdı. Alfanı üç sözlə yazın. -Cavab: Altı əl qaydası -Şərh: Müəllifin fikrincə, Danimarka cəmiyyətində Altı əl qaydasını Üç əl qaydası ilə əvəz etmək olar. -Müəllif: Çingiz Məmmədov - -Sual: 11. “Taksi” filmində əvvəllər motosikletlə kuryerlik edən Daniel taksi fəaliyyətinə başlamasını X adlandırır. X-i eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Tərsinə təkamül -Şərh: Daniel ikitəkərli motosikletdən dördtəkərli taksiyə keçməsini zarafatla tərsinə təkamül adlandırır. -Müəllif: Elşən Quliyev - -Sual: 12. XVIII əsrdə Moskvanın Peterburqdan fərqli olaraq Şərq yönümlü köhnə ideyalardan tam əl çəkməməsindən danışan bir müəllif şəhəri "Buraxılmış sözlər" adlandırır. Ardınca isə moskvalıların siyasi soyuqdəyməyə məruz qaldığını qeyd edir. Buraxılmış sözləri ikisi eyni həflə başlayan 3 sözlə yazın. -Cavab: Avropaya açılan nəfəslik -Şərh: I Pyotrun sayəsində Sankt-Peterburq tam avropalaşmış şəhər olduğundan ona "Avropaya açılan pəncərə" ləqəbi verilmişdir. Moskvanı isə ona münasibətdə tam da köhnə fikirlərdən əl çəkmədiyini bildirən müəllif "Avropaya açılan nəfəslik" adlandırmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 13. Maraqlıdır ki “Nildə ölüm” əsərində qəhrəman bunu səbəb göstərərək dəvəyə minməkdən imtina edir. Bunu ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Dəniz xəstəliyi -Şərh: Nildə hərəkət zamanı dəniz xəstəliyindən əziyyət çəkən qəhrəman dəvənin də yellənə yellənə hərəkətini qayıq hərəkətinə bənzədib ona minmir. Maraqlıdır ki, dəvələrə səhra gəmiləri deyilir. -Müəllif: Elşən Quliyev - -Səhifə -> 408 | Sual Sayı -> 12 - -Sual: 1. Ölkədəki anormal istidən danışarkən, amerikan yazıçı Flanneri O’Konnor qeyd edir ki, hətta İKSin qurultaylarında işıqlanma lampaları istifadə edilirdi. İKS-i deyin. -Cavab: Ku Kluks Klan -Şərh: Adətən Ku Kluks Klan qurultaylarında yanan xaçlardan istifadə edilir, lakin dəhşətli istidə bu mümkün deyildi. #blacklivesmatter -Müəllif: Malik Ramazanzadə - -Sual: 2. Xyu Oldersi Uilyamsın sözlərinə görə, təsadüfi deyil ki, 19-cu əsrdə yaşamış bəstəkar məşhur operalar seriyasını İKS vaxtında yazmağa başlayıb. İKSi iki sözlə yazın. -Cavab: Qızıl hərisliyi -Şərh: Söhbət Rixard Vaqnerin “Nibelungların üzüyü” operalar seriyasından gedirdi. Bu seriyanın birinci hissəsi “Reyn qızılı” adlanır. Bu opera üçün libretto birinci qızıl hərisliyi vaxtında yazılmağa başlanılıb. -Müəllif: Rəsul Babazadə - -Sual: 3. Tim Urban İKSi qəzaya uğrayan təyyarədən işləməyən paraşütlə məlum olmayan landşafta tullanmaq ilə müqayisə edir. İKSi yunan mənşəli söz ilə deyin. -Cavab: Krionika -Şərh: Krionikaya əl atan insanlar adətən sağalmayan xəstəliklərdən əziyyət çəkir və gələcəkdə belə xəstəliyə çarə tapılması ümidi ilə özlərini krio-kameraya (buz otağına) yerləşdirirlər. Lakin bu prosedurun uğurlu olub olmaması məlum deyil. -Müəllif: Malik Ramazanzadə - -Sual: 4. Paylama materialıDead can danceQarşınızda Şarl Bodlerın əsəri ilə eyniadlı albom yaradan qrupun adıdır. Hesab olunur ki, qrupun adı bu sözə allüziyadır. Həmin sözü yazın. -Cavab: Dekadans -Şərh: Qrupun adı tələffüzdə Dekadans sözünə oxşayır, bildiyiniz kimi Şarl Bodler də dekadansın nümayəndəsi hesab olunur. -Müəllif: Malik Ramazanzadə - -Sual: 5. Mett Braun yazır ki, Uolt Disney krionika ilə çox maraqlanırdı. Maraqlıdır ki, “Disney” şirkətinə də elə ən böyük mənfəəti məhz bu film gətirib. Hansı film? -Cavab: Frozen -Şərhlər: None -Müəllif: Rəsul Babazadə - -Sual: 6. Reddit.com-da bir bloqqer zarafatla qeyd edir ki, John-un antroponiminə (Personal name, Полное имя) BU ölümündən sonra hörmət əlaməti olaraq əlavə edilmişdir. Böyük Britaniyadakı bir gamer tələbə birliyi insanların geniş şəkildə qiymətləndirilməyi haqq etdiyini bildirərək BU-nun işlədilməsinə qarşı etiraz etmişdi. Bunu deyin. -Cavab: F -Şərh: Şəxsin ad və soyadı birlikdə antroponim adlanır. Redditdəki bloqqer məşhur meme (Press F to pay respects) və kompyuter oyunlarına işarə edərək bildirir ki, John Kennedy-nin adına F hərfi ölümündən sonra hörmət əlaməti olaraq əlavə edilmişdir. Gamer birliyi "Press F to pay respects"-ə qarşı çıxırdı. Belə ki, hal-hazırda bir çox internet saytında şəxslərə hörmət və ya onların təqdir edilməsi üçün istifadəçilər yalnız F hərfini komment kimi yazır. Birlik isə deyir ki, insanların hərəkətləri daha geniş qiymətləndirilməlidir. -Müəlliflər: Kamil Bayramov, Səbuhi Göyüşov - -Sual: 7. Bir mənbədə Almaniyada daim xəfiyyələr tərəfindən t��qib edilən Rixard Zorgenin Moskvaya gəldikdən sonra BUNU ETMƏDƏN gəzə bildiyi vurğulanır. Tənqidçilər bildirir ki, keçən əsrin əvvəllərində doğulmuş həmyerlimiz əsrin sonlarına yaxın yazdığı əsərində BUNU ETMƏMƏYİ əslində elə özünə məsləhət görür. Həmin həmyerlimizi deyin. -Cavab: İlyas Əfəndiyev -Şərh: Kitabda qeyd edilir ki, Zorge Almaniyada küçələrdə gəzərkən xəfiyyələrin daim onu izləyib izləmədiyini müəyyənləşdirmək üçün geriyə baxmalı idi, Moskvada isə belə problemi yox idi. 1914-cü ildə anadan olmuş İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" (1980) əsərini yazarkən 66 yaşı var idi. Avtobioqrafik xüsusiyyətlərə malik əsərdə yazıçı özünə münasibətdə keçmişdə olanlara baxmamağı məsləhət görürdü. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Paylama materialıBir serialda personaj gördüyünüz evi İKS İQREKi adlandırır. İKS sözünün etimologiyası barədə bir mənbə ingilis dilində eskiz mənasına gələn sözdən yarandığını ehtimal edir. İKSin qısa söz olduğunu bilərək, İKS İQREKİ ilə əvəz etdiyimizi iki sözlə cavab kartınıza yazın. -Cavab: Kitç muzeyi -Şərh: Evin dizaynına baxıldıqda görünür ki, bütün dekorlar ikinci dərəcəli, feyk məhsuldur. Buna görə də zarafatla ev "Kitç muzeyi" adlandırılır. İngilis dilində eskiz elə tələffüzdə də ona oxşayan "Sketch" sözüdür. Mənbədə Kitç-in "Sketch" sözündən yarandığı ehtimal olunur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Robert Qoberin antimilitarist instalyasiyasında BELƏ tüfənqi görmək olar. 1934-cü ilə aid hansı əsərdə BELƏ əşyalar təsvir edilmişdir? -Cavab: Yaddaşın davamlılığı -Şərh: İnstalyasiyanın müharibəyə qarşı tematikası var idi və Qober əridilmiş tüfəngi təsvir edib. 1934 ildə çəkilmiş Salvador Dalinin “Yaddaşın davamlılığı” əsərində əridilmiş saatlar təsvir olunub. -Müəllif: Rəsul Babazadə - -Sual: 10. Paylama materialıThe Alias menBir sosial şəbəkə istifadəçisi texniki məğlubiyyət verilən oyunlardakı qolların ONUN hesabına yazılmalı olduğunu bildirir. Rekvizitdə verilən ifadə ONUN anaqramıdır. Onu dəqiqliklə yazın. -Cavab: Alan Smithee -Şərh: Alan Smithee adlı bir şəxs realda yoxdur. Bu psevdonim rejissorlar tərəfindən öz adlarını gizlətmək üçün istifadə edilir. İstifadəçi də bildirir ki, bu cür qollar Alan Smithee-nin hesabına yazılmalıdır. Maraqlıdır ki, Alan Smith adlı da oyunçu var. Rekvizitdəki ifadə də "Ləqəbli şəxslər" deməkdir ki, bu da Alan Smithee-nin anaqramıdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Rahib, yepiskop, pastor kimi vəzifələrə qadınların təyin edilməsinin qadağan olunmasını tənqid edən sosial fenomen belə adlanır. Belə ilə əvəz etdiyimizi birincisi fransız mənşəli olmaqla iki sözlə cavab kartınıza yazın. -Cavab: Vitraj tavan -Şərh: Kilsələrdə tavanlar adətən vitrajlar şəkilində olduğundan bu fenomen "Şüşə tavan" yox, "Vitraj tavan" adlandırılır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Bu yazıçının buddizmə marağından danışan Boris Falikov qeyd edir ki, əsərdəki sual buddist keşişin soruşduğu "Vəhşi qazlar haraya uçur?" sualına allüziyadır. Bir araşdırmaya görə əsərdə verilən sualın cavabı belədir: “Bəziləri cənuba uçur, bəziləri isə parkda qalır”. Yazıçını deyin. -Cavab: C. Selincer -Şərh: “Çovdarlıqda uçurumdan qoruyan” əsərində Holden Kolfild Mərkəzi Parkda yaşayan ördəklərin qışda haraya getmələri ilə maraqlanırdı. -Müəllif: Malik Ramazanzadə - -Səhifə -> 411 | Sual Sayı -> 12 - -Sual: 1. Onlayn internet dövrü mövzusundakı karikaturalardan birində qapılar arxasında qalan şəxs ətrafı izləmək üçün periskopdan istifadə edir. Periskopun dizaynına görə hansı hərfi xatırlatdığını tapın. -Cavab: F -Şərh: Müasir dövrdə insanlar yenilikləri sosial şəbəkələr vasitəsilə izləyirlər. Karikaturada da periskop “Facebook”a işarə olaraq “f” hərfi formasında dizayn edilib. -Müəllif: Yusif Ağayev - -Sual: 2. Jan Leon Ceromun bir rəsmində rəqibinə qalib gəlmiş qladiator tribunalara baxır. Bir videoda bu hal qədim zamandakı insanların müasir insanlarınkından fərqli “İKS” və “İQREK”i adlandırılır. İQREKin İKSdən üç hərf uzun olduğunu bilərək, hər ikisini ingilis sözü ilə cavab kartına yazın. -Cavab: Like, dislike -Şərh: Qədim Romada qladiatorlar rəqibi ilə bağlı qərarı tamaşaçıların baş barmaqlarını aşağı və ya yuxarı tutmalarına görə verirdilər. Müasir insanlar həyatlarını daha çox sosial şəbəkələrdə keçirirlər. Buna görə də tamaşaçıların həmin hərəkətləri müasir dövrdəki “like” və “dislike” ilə müqayisə olunur. -Müəllif: Yusif Ağayev - -Sual: 3. Paylama materialıGördüyünüz rəsmin müəllifinin kim olduğunu tapın. -Cavab: Qrant Vud -Şərh: Rəsmdəki evə diqqətlə baxdıqda onun “Amerikan qotikası” əsərindəki həmin ev olduğunu görmək olar. Qrant Vud “Əyalət evi” adını verdiyi rəsmində evi ayrıca olaraq çəkmişdir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 4. Bir əsərdə “Qoçaq” ləqəbi verilən qəhrəman çidarı açdıqdan sonra BURAXILMIŞ SÖZLƏR evə qayıdır. Maraqlıdır ki, “BURAXILMIŞ SÖZLƏR”in müəllifi Qubadlı rayonunda anadan olmuşdur. BURAXILMIŞ SÖZLƏRi eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Bozatın belində -Şərh: Çidar – atın ön ayaqlarının bağlanması üsuludur. Əsərdə atın adının “Bozat” olduğunu bilən qəhrəman atın sahibi olan Nəbiyə “Qoçaq” ləqəbini də verir. “Bozatın belində” əsərinin müəllifi olan Cəlal Bərgüşadın özü də Qaçaq Nəbi kimi Qubadlı rayonunda anadan olub. -Müəllif: Səyyar Qurbanov - -Sual: 5. Yaponiya teatrı barədə danışılan bir məqalədə deyilir ki, qəribə paltarlar geyinən və ağlasığmaz hərəkətlər edən şəxslərə “kimono” deyirdilər. Əvvəlki cümlədə buraxılmış hərfləri ardıcıllıqla cavab kartınıza yazın. -Cavab: K, a, b, u -Şərh: Bildiyimiz kimi, yapon teatrı “kabuki” adlanır. Qeyd olunan şəxslərə isə “kabukimono” deyilirdi. Bu isə teatrının adının formalaşmasına gətirib çıxardı. -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. XX əsrin 60-cı illərində ABŞ-da işləyən qadınların sayının artması ilə “Açar ilə böyüyən nəsil” anlayışı yarandı. Anlayışın yaranma səbəbi həm də İKSlərin artması idi. Ruhlar haqqında danışılan bir filmin süjeti İKSin təsviri ilə başlayır. İKSi iki qısa sözlə cavab kartınıza yazın. -Cavab: Boş ev -Şərh: Ailələrdə artıq həm qadın, həm də kişi işlədiyindən, o dövrün uşaqlarına evin açarı verilirdi ki, məktəbdən boş evə qayıda bilsinlər. 2006-cı ilə aid “The Abandoned” filmi baş qəhrəmanın miras qalan boş evin təsviri və həmin evə köçməsi ilə başlayır. -Müəllif: Səmid Hacıyev - -Sual: 7. Anıtqəbirdə dəfn edilən Atatürkün məqbərədəki büstü elə yerləşdirilib ki, büst qarşısındakı pəncərə sayəsində sanki daim BUNU EDİR. 1918-ci ilə aid mənbədə BUNU EDƏN coğrafi obyekti tapın. -Cavab: Qara dəniz -Şərh: Atatürkün büstünün qarşısına pəncərə xüsusi olaraq elə qoyulub ki, Atatürk sanki daim Ankara qalası üzərində dalğalanan türk bayrağına baxa bilsin. 1918-ci ilə aid məhşur mahnıda isə deyilir: “Çırpınırdı qara dəniz, baxıb türkün bayrağına”. -Müəllif: Səmid Hacıyev - -Sual: 8. 1961-ci ildə Kurt Consun hələ geniş kütləyə məlum olmayan kollektivin “My Bonni” [May Boni] plastinkasını hər gün musiqi dükanlarından maraqlanması Kurtu ALFAya çevirmiş oldu. ALFAnı biri əcnəbi mənşəli olmaqla eyni iki hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Birinci bitloman -Şərh: XX əsrin 60-cı illərinin əvvəlləri musiqi dünyasında artıq “Beatles” qrupunun və bitlomaniyanın yayılmağa başladığı dövr idi. Qrupun plastinkasını hər gün mağazalardan maraqlanan Kurt Cons isə bu hərəkəti ilə özünü birinci bitlomana çevirmişdi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 9. Bir əsərdə qeyd olunur ki, kiçik muzey otağında hər bir şəxsin ayrıca bələdçisinin olması və onlara ayrı-ayrı məlumat verilməsi ALFAya səbəb olacaq. Qəribədir ki, “ALFA” adını daşıyan qrupun yaradıcılarından biri olan Marti Fridmen solo albomlar buraxıb. ALFAnı əcnəbi mənşəli mürəkkəb sözlə cavab kartınıza yazın. -Cavab: Kakofoniya -Şərh: Kiçik otaqdakı hər kəsin bələdçisi danışacağı halda onların heç biri digərini eşitməyəcək və səs qarışıqlığı yaranacaqdı. Qəribədir ki, “Kakofoniya” adlı musiqi qrupunun yaradıcılarından biri solo albomlar buraxmışdı. -Müəllif: Səyyar Qurbanov - -Sual: 10. İkinci Dünya Müharibəsi dövründə ABŞ-da aktyorların sanki izlənilirlərmiş kimi “yalançı həyat” görünümü yaradan butaforik şəhərin adı Berbankdır. Maraqlıdır ki, ötən əsrin sonlarına aid mənbədə baş qəhrəmanın soyadı Berbank idi. Həmin qəhrəmanın adını tapın. -Cavab: Truman -Şərh: Pörl-Harbora hücumdan sonra ABŞ strateji obyektlərin olduğu Berbank şəhərində butaforik evlər tikərək, aktyorları şəhər sakinləri kimi qələmə verirdi ki, şəhərin əsl təyinatı başa düşülməsin. “Trumanın şousu” filmində də butaforik şəhərdə yaşayan Trumanın soyadı Berbank idi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 11. Ronald Reyqana etdiyi səhvlər və nöqsanları daim deyilsə də, səhvlərin yenə də davam etməsi ona “elo” ləqəbinin verilməsinə gətirib çıxarmışdı. Əvvəlki cümlədə buraxılmış hərfləri yazın. -Cavab: T, f, n -Şərh: Teflon üzərinə heç bir şey yapışmayan maddədən ibarət olduğu üçün adətən siyasətdə tənqid edilsə də, bu tənqidə məhəl qoymayan şəxsləri “Teflon siyasətçi” adlandırırlar. Reyqana isə “Teflon prezident” ləqəbi verilmişdi. -Müəllif: Səyyar Qurbanov - -Sual: 12. Bir reklam posterində deyilir ki, “Əgər sən oyananda yanında yatan adamın adını xatırlamırsansa, həmin adamı ORA apar”. ORAnın hansı əsərdən ilhamlanaraq adlandırıldığını tapın. -Cavab: Mobi-Dik -Şərh: Bildiyimiz kimi,“Starbuks” [Starbaks] kafelərində sifariş zamanı müştərinin adı fincanın üzərinə yazılır. “Starbucks” [Starbaks] öz adını “Mobi-Dik” əsərindəki kapitan köməkçisinin adından alıb. -Müəllif: Səmid Hacıyev - -Səhifə -> 415 | Sual Sayı -> 12 - -Sual: 1. 2018-ci ilin əvvəllərində ulduzu parlayan Badou Ndiaye-nin transfer ardıcıllığına qulaq asın: Osmanlispor - 350 min avro -Galatasaray - 7.5 milyon avro -Stoke City - 16 milyon avro -Onun bu statistikası haqqında yazan bir müəllif maraqlı müqayisə edərək oyunçunun adında bir hərfdə dəyişikliyə getmişdi. Söhbətin hansı dəyişiklikdən getdiyini cavab kartınıza yazın -Cavab: Adının ilk hərfini Bitkoin işarəsinə bənzətmişdilər -Şərh: Bilirik ki son dönəmlərdə bitkoin də öz dəyərində ciddi yüksəliş yaşamışdı. Badou Ndiaye də ilk transferindəki qiymətini birinci cəhddə 20 dəfə artırmış və sonra da artırmağa davam etmişdi -Müəllif: Nizami Xudatov - -Sual: 2. Bir mənbədə Qədim Şumerlərin "Gilqameş” dastanında təsvir olunan, tanrıların yaratdığı ümumdünya daşqınından ailəsini və mal qarasını xilas edən Utnapiştim ALFA adlandırılır. ALFAnı qonşu hərflərlə başlayan iki sözlə cavab kartlariniza yazın -Cavab: Mesopotamiyalı Nuh -Şərh: Qədim Şumerlər Mesopotamiyada yaşayırdı və kitabda daşqından gəmi düzəldərək xilas olan Utnapiştim Nuha bənzədilir və Mesopotamiyalı Nuh adlandırılır -Müəllif: Rahib İsmayılov - -Sual: 3. Gələcəkdə yaranacaq yeni dinin nə tanrılara, nə də insanlara hörmət edəcəyi, yalnız informasiyaya ibadət edəcəyi deyilən kitabda bu din Dadaizm adlandırılır. Əvvəlki cümlədə bir sözdə 1 hərf əvəz olunmuşdur. Həmin sözü orijinalda yazın -Cavab: Dataizm -Şərh: Bildiyimiz kimi data sözü məlumat mənasını verir. Mənbədə qeyd olunur ki insanlar məlumata, data-ya ibadət edəcəklər və dataizm yaranacaq -Müəllif: Rahib İsmayılov - -Sual: 4. Paylama materialıGördüyünüz bu heykəlin kimə həsr edildiyini tapın -Cavab: Arximed -Şərh: Rekvizitdə vannadan sevincək halda çıxan şəxsi görürsünüz. Arximedin hekayəsini xatırlamaq sizə kömək ola bilərdi -Müəllif: Abdurrahman Vaqifli - -Sual: 5. Məmməd Səid Ordubadinin bir əsərində ziyafət üçün şərab istəyən çar ALFA-nın səhlənkarlığı nəticəsində qarşısına gələn baqqalları görür və qəzəblənir. ALFAnın istifadəsi haqqında məqalədə qeyd edilir ki, telefon ağıza yaxın tutulmalı və internet bağlantısı olmalıdır. ALFA-nı bir sözlə yazın -Cavab: Dilmanc -Şərh: Ordubadinin adı çəkilən əsərində dilmancdan ziyafət üçün 40 bakal istəyən çar onun 40 dənə baqqal, dükançı gətirdiyini görür və qəzəblənir. 2003-cü ildən yaradılan Dilmanc tərcümə proqramı haqqında isə onun işləməsi üçün telefonun və ya kompyuterin internetə bağlı olması, səsli axtarış üçün telefonun ağıza yaxın tutulması tələbləri irəli sürülür -Müəllif: Nizami Xudatov - -Sual: 6. Bir mənbədə təklif edilən səyahət planında deyilir ki, siz narkotik, əyləncə və istədiyiniz bütün bahalı məhsullarla təmin olunacaqsız, lakin səyahətdən qayıtmazdan qabaq sizin yaddaşınızdan həmin dövr silinəcək. Söhbətin nədən getdiyini bildinizsə növbəti cümlədə işlədilən toponimi cavab kartlarınıza yazın -Cavab: Veqas -Şərh: Kitabda ikinci seçimi etsəniz, bu tətildən heç bir xatirə saxlaya bilməyəcəyiniz deyilir və növbəti cümlədə "Veqasda olan Veqasda qalmalıdır" ifadəsi qeyd olunur -Müəllif: Rahib İsmayılov - -Sual: 7. "Əhliləşdirilə bilən heyvanlar oxşardırlar, bilməyənlər isə hər biri fərqli səbəbə görə əhliləşmir". Eşitdikləriniz bir kitabın bəzi məməli heyvanların əhliləşdirilməmə səbəblərinin izah olunduğu fəslindəndir. Siz isə bu fəslin adında görə biləcəyimiz ədəbi personajı tapın -Cavab: Anna Karenina -Şərh: Eşitdikləriniz Anna Karenina əsərinin başlığında olan " Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir" cümləsinə bənzətmə idi. -Fəslin adı isə " Zebralar, xoşbəxt olmayan evliliklər və Anna Karenina prinsipi" adlanır -Müəllif: Rahib İsmayılov - -Sual: 8. Bir məqalədə qeyd olunur ki, ötən əsrdə narkobiznesin, cinayətkarlığın hökmran olduğu Kolumbiyada ALFAlar öz ənənəvi geyimlərinə qara maska da əlavə etmişdilər. 2014-cü ilə aid ALFAnın baş rolunda Roberti görə bilərik. ALFAnı dəqiqliklə yazın -Cavab: Məhkəmə hakimi -Şərh: Cinayətkarlığın hökm sürdüyü ölkədə tez-tez cinayətkarlar məhkəməyə cəlb edilirdilər və öz həyatlarını təhlükəyə atmaq istəməyən hakimlər qara maskadan istifadəni vacib bilirdilər. 2014-cü ilin “The Judge” filmində baş rolu Robert Downey Jr. oynamışdı -Müəllif: Nizami Xudatov - -Sual: 9. Erik Bleyr haqqında məqalədə onun BBC radiosunda diktor vəzifəsində işlədiyi zamanlarda tez-tez bir otaqda, çox uzun çəkən və insana əziyyət verən iclaslarda iştirak etməyə məcbur olduğu qeyd olunur. Erikin bizə hansı ad və soyadla tanış olduğunu tapın -Cavab: Corc Oruell -Şərh: Erik Bleyr tez-tez bir otaqda əziyyətli iclaslarda iştirak edirdi və daha sonra bunu öz işgəncə otağında, “101-ci otaq”da yansıtmağa çalışmışdı -Müəllif: Abdurrahman Vaqifli - -Sual: 10. Paylama materialıQarşınızda Con Knottun çəkdiyi karikaturanı görürsünüz. Bir dəqiqədən sonar hansı hind mənşəli söz haqqında olan məqalədə bu karikaturaya rast gələ biləcəyimizi cavab kartınıza yazın -Cavab: Karma -Şərh: Rekvizitdə Con Knottun " it shoots further than he dreams" adlı karikaturasını görürsünüz. Göründüyü kimi hərbçinin atdığı top mərmisi ən sonda özünə qayıdır. Hinduizm, Buddizm və s. dinlərdə mövcud olan Karma anlayışı isə bir şəxsin gördüyü pis və ya yaxşı işin bu və ya digər həyatında ona qayıdacağını bildirir -Müəllif: Rahib İsmayılov - -Sual: 11. Den Braunun “Rəqəmsal Qala” əsərində müəllif yanan nəhəng komputerin əriyən hissələrini ALFAyla müqayisə edir. Littlealchemy saytında ALFA-nı əldə etmək üçün torpaq və alovdan istifadə etməlisiz. Alfa-nı bir sözlə cavab kartınıza yazın -Cavab: Lava -Şərh: Den Braun əriyən, axan hissələrin eynilə lava kimi hərəkət etdiyini qeyd edirdi. Kimyayla bağlı olan saytda torpaq və alovu bir araya gətirdikdə lava yaranır -Müəllif: Abdurrahman Vaqifli - -Sual: Türkiyəli nitq üzrə mütəxəssis Melike Karakartal BUNU ETMƏYin bəzən həyəcandan, bəzən nəzakətsizlikdən qaynaqlandığını deyir. Ayn Randın bir əsərində ictimai bərabərliyin tam hökm sürdüyü bir cəmiyyətdə BUNU EDƏN personaj cəmiyyətdən qovulur. BUNU ETMƏK ilə əvəz etdiyimiz sözləri cavab kartlarınıza yazın -Cavab: “Siz” yerinə “sən” demək -Şərh: Ayn Randın əsərində hər kəsin bərabər olduğu cəmiyyətdə yalnızca cəm şəxs əvəzliklərindən istifadə etmək olardı, məsələn biz, siz və ya onlar. Tək şəxs əvəzliklərindən istifadə isə qadağan idi ki bunu edən personaj cəmiyyətdən qovulmuşdu -Müəlliflər: Bəhruz Aydınlı, Nizami Xudatov - -Səhifə -> 419 | Sual Sayı -> 12 - -Sual: 1. Rusiya səhiyyə nazirliyin baş ftiziatoru bildirib ki,Bunu sadəcə mexaniki zədələmək olmaz.Bunu tətbiq edən Şarlın soyadını tapın -Cavab: Mantu -Şərh: Məktəb vaxtından hamımıza tanış olan Mantunu islatmaq olarmış -Müəllif: Nəriman Vəliyev - -Sual: 2. Bir animasiya filmində, kriminal personajlardan biri həyatını maşın xarabalarıqlarında keçirir. Bu personajın adı 20-ci əsrin ikinci yarısına aid olan bir mənbənin adından bir hərf əksikdir. Həmin mənbədə  Palmanın da adına rast gələ bilərik. Personajın adını cavab kartınıza yazın -Cavab: Carface -Şərh: Film tarixinin ən məşhur kriminal personajlarından biri də“Scarface” kimi tanınan Tony Montanadır. 1983-cü ildə ekranlaşdırılmış “Scarface” filminin rejissoru isə Brian De Palmadır -Müəllif: Ziya Yusifov - -Sual: 3. “Iron Man” filmində Toni Starka sual verən müxbir ona müraciətində “sizə günümüzün “O”su deyirlər” deyir. Toni isə cavabında “qəti şəkildə mənasız fikirdir, mən şəkil çəkmirəm” deyə cavab verir. Müxbirin sualında “O” ilə əvəz edilənin kim olduğunu cavab kartınıza yazın -Cavab: Da Vinçi -Şərh: Məşhur rəssam da bir çox texnoloji kəşflərin təsvirini çəkmişdir -Müəllif: Əhməd Əliyev - -Sual: 4. Pi filminin qəhrəmanı “Go” oyunu haqda danışarkən qeyd edir ki, bu oyunda partiyanın bitməsi üçün sonsuz sayda variant var və hamısı bir birindən fərqlənir. Bundan sonra qəhrəman X-i xatırlayır. X ilə əvəz etdiyimiz 2-ci növ təyini söz birləşməsini tapın -Cavab: Qar dənəcikləri -Şərh: Qar dənəciklərinin hər birinin forması da unikal və təkrarolunmazdır -Müəllif: Nəriman Vəliyev - -Sual: 5. Paylama materialıFriends serialının bir bölümündə Monika belə bir görüntü ilə səhnəyə çıxır. Bir dəqiqədən sonra bu epizoda hansı ölkənin səfirliyinin etiraz etdiyini tapın -Cavab: Türkiyə -Şərh: Personajın ba��ında hind toyuğunun olduğunu görürük ki, bu daingiliscə "turkey" deyə yazılır. Hind toyuğunun üzərində isə fəs formasında əşya yer alır -Müəllif: Əhməd Əliyev - -Sual: 6. Məşhur basketbolçu DeMarcus Cousins-in Sacramentoda parlaq oyun göstərdiyi vaxtlardakı ləqəblərindən biri ALFA idi. 1965-ci ilə aid ALFA adlı filmdə baş rolda Metin-i görə bilərik. Alfanı iki sözlə cavab kartınıza yazın -Cavab: Tacsız kral -Şərh: Yaxşı statistikalarına görə Cousins, həmin məqalədə tacsız kral adlandırılmışdı. “Tacsız kral” kimi şəcərəsi olan Metin Oktay futboldan başqa filmlərdə də rol almışdır. Öz həyatı haqqında olan “Tacsız kral” filmində baş rolda elə özü oynamışdır -Müəllif: Ziya Yusifov - -Sual: 7. “Wheaties” adlı markanın qutusunun üzərində müəyyən vaxtlarda Andre Agassi, Məhəmməd Əli, Maykl Cordan kimi simaları görmək mümkün idi. Markanın sloqanı isə 1973-cü ilə aid bir əsərin adı ilə eynidir. Həmin əsərin müəllifini tapın -Cavab: Kurt Vonnequt -Şərh: “Wheaties” sözündəki wheat buğda deməkdir və bu tip yeməklər səhər vaxtı yeyilir. Qutuların üzərindəki insanlar isə bir vaxtlar çempion olduqlarından qutunun üzərində yer alıblar. “Çempionların səhər yeməyi” əsəri isə 1973-cü ildə Kurt Vonnegut tərəfindən yazılıb -Müəllif: Ziya Yusifov - -Sual: 8. Bir neçə ay öncə yayılan məlumata görə 2019-cu ildə çəkilişləri olacaq bir filmdə Lebron James də çəkiləcək. Siz isə bu filmin 20-ci əsrə aid hansı filmin davamı olduğunu tapın -Cavab: Space jam -Şərh: 1996-cı ilə aid məşhur Space Jam filmində baş rolda məşhur basketbolçu Maykl Cordan çıxış etmişdi. Space Jam 2 filmində isə Cordanın əsas taxtına namizəd sayılan Lebron James-i görəcəyik -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. İlk başlarda soyadı Kent kimi nəzərdə tutulan o uşaq olarkən keçirdiyi psixoloji xəstəliyə görə cüt tərəfli təbiətə sahib birinə çevrilmişdir. Onun bizə məlum olan adını cavab kartlarınıza yazın -Cavab: Two-face -Şərh: Əslində soyadı Kent olmalı olan personajın DC'nin digər qəhrəmanı Supermenin əsl adı olan Klark Kentlə qarışdırılmaması üçün 1 hərf əvəzedilərək Dent'ə dəyişildi. Cüt tərəf isə onun iki üzünəi şarə olmalı idi. -Müəllif: Əhməd Əliyev - -Sual: 10. 18 sentyabrdə baş vermiş bir beyzbol oyununda komandalar Brayl şrifti ilə yazılmış formalarla meydana çıxmışdılar. Bİr dəqiqədən sonra bu oyunda maskotun nə olduğunu dəqiqliklə tapın. -Cavab: Bələdçi it -Şərh: Görmə problemli şəxlərə kömək edən bələdçilər it qəribə deyil ki,həmin oyunun maskotu idi -Müəllif: Nəriman Vəliyev - -Sual: 11. Bu suala cavab axtaran bir qrup onların hürdüyünü və qışqırdığını müəyyən etmişdir. 2013-cü ildə Ylvisin bu sualla bütün dünyada məşhurluq qazandığını bilərək həmin sualı tapın -Cavab: What Does the Fox Say? -Şərh: Tülkülərin nə dediyin araşdıranlar onun hürdüyü və qışqırdığı nəticəsinə gəlib. Ylvis isə 2013-də “What Does the Fox Say” mahnısı ilə məşhurluq qazanıb -Müəllif: Ziya Yusifov - -Sual: 12. 2008-ci ilə aid bir sənədli filmdə O müsahibəsində qeyd edir ki, cəmi 10 işçisi var və bu işindən heç bir qazanc əldə etmir. Elə həmin il “Maarifləndirmə missiyası” nominasiyasında Quadriga mükafatını əldə etmişdi. 1 dəqiqədən sonra onun nəyi yaratdığını tapın -Cavab: Vikipediya -Şərh: Cimmi Uels deyir ki,cəmi 10 işçi var və məqalələrin əksəriyəti könüllülər tərəfindən yazılır.Vikipediya dünyanın ən böyük, pulsuz ensiklopediyasıdır -Müəllif: Nəriman Vəliyev - -Səhifə -> 420 | Sual Sayı -> 12 - -Sual: 1. 2017-ci ildə futbol üzrə U17 qadınlar arasında Avropa Çempionatının yarımfinal matçında BU baş verdi. Başqa bir BU isə 1972-ci ildə, Stokholm-da olmuşdu. BU ilə əvəz etdiyimiz 2 sözü yazın -Cavab: ABBAnın debütü -Şərh: ABBA son vaxtlarda yaradılan yeni penalti sistemidir və bu sistemlə penalti atışlarındakı ardıcıllıq idarə edilik. 2-ci hissədə isə söhbət məşhur musiqi qrupu ABBA-dan gedirdi -Müəllif: Xəzər Əhmədov - -Sual: 2. Narcos serialının epizodlarından birində Pablo Eskobar haqqında danışan polis nəfəri onun hakim, serjant, işçi, hamını öldürdüyünü və ona yaxınlaşmağın qorxulu olduğunu qeyd edir. Bu cümlənin ardıyca isə həmin polis Eskobarı Delta-ya bənzədir. Delta-nın iki nöqtəsi Puerto Riko və Florida sayılır. Deltanı iki sözlə yazın -Cavab: Bermud üçbucağı -Şərh: Məşhur fenomenə görə Bermud üçbucağına daxil olan hər hansı gəmi və ya onun üzərində keçən hər hansı təyyarə yoxa çıxmaq təhlükəsi ilə qarşı qarşıyadır. Serialda polis nəfəri Eskobarı məhz Bermud uçbucağına bənzətmişdi -Müəllif: Xəz��r Əhmədov - -Sual: 3. NaN3 (natrium azid) kiçik təsirə böyük reaksiya göstərən və saatda 21 kilometr sürətilə genişlənə bilən maddədir. Statistikaya əsasən bu maddə sadəcə 2006-cı ildə 18 mindən çox şəxsin həyatını xilas etmişdi. Siz isə onun harada istifadə olunduğunu iki və ya üç sözlə yazın -Cavab: Hava yastıqları -Şərh: Hava yastıqlarının hazırlanmasında bu maddədən istifadə olunur. Belə ki, maddə çox kiçik təsirdə sgenişlənərək insanların həyatını xilas etməkdə kömək olur. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: Paylama materialıBu komiks personajının alter ego-larından biri Hartley RAThawaydir. Personajın adını ən azı 2 sözlə cavab kartlarınıza yazın -Cavab: Hameln tütəkçisi -Şərh: Personajın kəmərində olan musiqi notu işarəsi və alter ego-larında olan Hamlin və Rat sözləri sizi cavaba çıxarmalı idi. Bildiyiniz kimi Hameln tütəkçisinə bəzən Hameln siçantutanı da deyirlər. -Müəllif: Xəzər Əhmədov - -Sual: 5. Edqar Alan Po bir hekayəsində yazır ki, qəsəbədə evləri kənarları qara olan ağ kərpicdən tikirdilər. Belə ki, divarlar uzaqdan X-ə bənzəyirdilər. Dünyanın ən məşhur X istehsalçılarından biri Hindistanın Amritsar şəhərində fəaliyyət göstərir. X-i 2 sözlə yazın -Cavab: Şahmat taxtası -Şərh: Məşhur yazıçı kənarları qara olan kərpiclərə uzaqdan baxılan zaman şahmat taxtasına bənzədiyini qeyd edirdi. Şahmat taxtasının ən məşhur istehsalçılarından biri şahmatın vətəni olan Hindistanda yerləşir. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 6. Leon Afrikalı əsərində Granada Müsəlman əmrliyində yaşayan Leo Romaya getdikdən sonra BUnun olmamasından mənəvi əziyyət çəkir. Başqa bir əsərdə BU mayakın işığına bənzədilir. Bunu iki sözlə yazın -Cavab: Azan səsi -Şərh: Müsəlman şəhərindən Romaya gələn personaj azanın yoxluğunu qəribə hesab edirdi. Amin Malouf başqa bir əsərində azanın insanlara yol göstərdiyini deyib onu mayakın işığına bənzədir. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 7. “Nürenberqli kiçik adam” ləqəbli, 73 sm boya malik Mateou Birçinqer 4 musiqi aləti ifadə etməyi bacarır, mükəmməl şəkildə xəttatlıq bacarır və çoxlu sehrbazlıq tryukları icra edirmiş. Bu haqda məqalədə 1982-ci ildə doğulmuş O da xatırlanır. Onun adını yazın. -Cavab: Nik Vuyiçiç -Şərh: Cəmi 73 santimetr boyu olmasına rəğmən Birçinqer bir çox bacarığa sahib idi. Onun boyunun 73 santimetr olmasının səbəbi isə qol və ayaqlarının olmamasıdır. Eynilə bir çoxumuza tanış olan Nick Vujicic də qol və ayaqları olmamasına rəğmən bir çox bacarığa sahibdir. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 8. Master və Marqarita əsərində Nikanor İvanoviç tez-tez bu ifadələri işlədir. “Bəs mənzil pulunu O verəcək?”, “Pilləkəndəki lampanı, yəqin, O çıxarıb”. Onun kim olduğunu yazın -Cavab: Puşkin -Şərh: İpucu yoxdursa cavab Puşkin. 8-ci sual -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 9. Bir mənbədə qeyd edilir ki yəhudi əsilli bir qadınla münasibətdə olan misirli Ömər Şərif münasibəti gizli saxlamaq istəsə də bu münasibət onun ölkədən qovulmasına gətirib çıxarmışdı. Siz isə həmin qadının ad və soyadını yazın -Cavab: Barbara Streyzend -Şərh: Maraqlıdır ki, eynilə Barbra Streisand effektində olduğu kimi Ömər Şərif də münasibətini gizli saxlamağa çalışsa da bu hamı tərəfindən öyrənilmiş və onun ölkədən qovulmasına qədər gətirib çıxarmışdı. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 10. 1979-cu ildə Hans və Günter öz yaratdıqları hava şarı ilə BUNU ETMİŞdi. 2006-cı il dünya çempionatının yarımfinalında Almanların İtalyanlara məğlub olmasından danışan br məqalə almanların məğlub olma səbəbi kimi onların heç cür BUNU EDƏ BİLməmələrini göstərirdi. BUNU ETMƏKlə əvəz etdiyimiz 3 sözü yazın -Cavab: Berlin divarını keçmək -Şərh: Adlarından göründüyü kimi Hans və Günter alman idi və onlar qərbi berlinə keçmək üçün hava şarı düzəltmişdilər. Yarımfinal oyununda isə almanlar heç cür “Berlin divarı” ləqəbli Cannavaronu keçə bilməmişdilər. -Müəllif: Fərid Məmmədzadə - -Sual: 11. Siddhartha Mujkherjee özünün “Gen” kitabında dünyada əhalinin sayı pik həddə çatanda xəstəliklər, epidemiyaların yayılacağını və insanların sayının azalacağını deyərkən bu prosesin müəyyən dövrdən bir təkrarlanmalı olduğunu qeyd edir və prosesi Ona bənzədir. Onun kim olduğunu tapın -Cavab: Sizif -Şərh: Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Müəllif qaya parçasını əhalinin sayına bənzədirdi. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 12. 1980-ci illərin sonuna aid statistikalarda bu oyun 73%lik pay sahibidir. Söhbət hansı oyundan gedir? -Cavab: pac-man -Şərh: Pay qrafiki üzərində 73%lik hissəni qeyd etsək pac-manın təsviri yaranacaq. -Müəllif: Fərid Məmmədzadə - -Səhifə -> 421 | Sual Sayı -> 12 - -Sual: 1. Peder Pedersen “İndiana Cons, itirilmiş kərpicin axtarışında” cizgi filminin rejissorudur. Siz isə filmə sponsorlug edən şirkəti tapın -Cavab: Leqo -Şərh: İtirilmiş kərpicin axtarışında filminin rejissoru Danimarkalı Peder Pedersen idi, maraqlıdır ki sponsor da Danimarka şirkəti Lego idi -Müəllif: Heydər Həmzəyev - -Sual: 2. İngilis dilində baş verməsi mümkünsüz görünən bir hadisəni təsvir etmək üçün işlədilən ifadədə X-lər xatırlanır. “Pink Floyd” qrupu 1977-ci ildə albumlarını reklam etmək məqsədi ile havaya şardan hazırlanmış Xlər buraxmışdı. X-i tapın -Cavab: Donuz -Şərh: Qrup içlərində “Donuzlar” adlı mahnının da olduğu “Heyvanlar” albomunu reklam etmək üçün belə bir addım atmışdılar -Müəllif: Əlişiram Ələkpərov - -Sual: 3. Maraqlıdır ki, iqtisadiyyat üzrə Nobel mükafatının lauretlarının 60% faizdən çoxu hal hazırda həbsxanalardadırlar. Sualda buraxılmış iki hərfi yazın -Cavab: i,q -Şərh: Bildiyimiz kimi iqnobel mükafatı normal yox, gərəksiz, mənasız kəşflərə, təkliflərə görə verilir. Maraqlıdır ki belə təklifləri verən şəxslərin böyük bir hissəsi isə həyatlarında problemlərlə qarşılaşmışdılar -Müəllif: Heydər Həmzəyev - -Sual: 4. Paylama materialıQarşınızdakı foto “Kolların arasında O” başlığı ilə paylaşılıb. Onun kim olduğunu tapın -Cavab: Bill Klinton -Şərh: Şəkildə Klinton ata və oğul Buşların heykəlləri arasında gizlənib. Dilimizə isə bush kol olaraq tərcümə olunur -Müəllif: Əlişiram Ələkpərov - -Sual: 5. Bir proqramlaşdırma dilinin fərqli versiyalarının müxtəlif brauzerlər tərəfindən anlaşılması üçün hazırlanmış vasitə nə qədər ironik olsa da X adlanır. X haqda olan məqalədə biz “Colosseum” və “Böyük Samarra Məscidi” haqda məqalələrə keçid də görə bilərik. Sizdən X-i istəyirik -Cavab: Babil -Şərh: İronik olsa da, Babil qülləsinin tikilməsi vahid dildə danışan insanların qəfildən Tanrının qəzəbinə tuş gələrək müxtəlif dillərdə danışmasına səbəb olmuşdur. Sözü gedən tikililər isə Tövrat və Quranda təsvir olunmuş Babil qülləsinə bənzərliyi ilə seçilir -Müəllif: Əlişiram Ələkpərov - -Sual: 6. “Disney”-in faşizm əleyhinə çəkdiyi bir filmdə yuxuda nasist sisteminin qəzəbinə tuş gələn Donald Dak elə bu an yuxudan oyanır. Bu zaman o, divarda Hitler salamı veren insan silueti görür. Lakin sonradan bunun X-in kölgəsinin olduğunu anlayıb sevinir. “Iron Sky” filmində dünyaya hücum etməyə hazırlaşan nasistlər ilk olaraq X-i hədəf alırlar. X-i iki sözlə yazın -Cavab: Azadlıq heykəli -Şərh: New-Yorkda yaşayan Donald, oyandığı zaman əlindəki mənşəli göyə ucaldan qadının siluetini görür. Sonradan siluetin faşizmə tamamilə əks olan  “Azadlıq Heykəli”-nə məxsus olduğunu öyrənir -Müəlliflər: Əlişiram Ələkpərov, Bəhruz Aydınlı - -Sual: 7. David Gilmourun çıxış etdiyi bir videonun altında istifadəçi onun gitar simlərinə hakim kəsildiyinə işarə edərək onu ALFA adlandırır. ALFA məşhur franşizanın adından 2 hərf artıqdır. X-i orijinalda yazın -Cavab: Lord of the strings -Şərh: String sözü dilimizə sim olaraq olaraq tərcümə olunur. Bu səbəbdən istifadəçi Davidin “simlərin tanrısı” olduğunu vurğulamışdı -Müəllif: Əlişiram Ələkpərov - -Sual: 8. Bəstəkar Ari Pullkinen çayda qayıq ilə üzərkən önünə zəhlətökən quş dəstəsi çıxandan sonra X üçün musiqi bəstələmək fikrinə gəlmişdi. X Rovio şirkəti tərəfinən yaradılıb. X ilə əvəz olunan sözləri yazın -Cavab: Angry birds -Şərh: Qarşısına zəhlətökən quşlar çıxan bəstəkar bundan ilhamlanaraq quşların öz əsəblərini donuzların üzərinə tökdüyü oyun üçün musiqi bəstələmişdi -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Paylama materialıAnd suddenly it's day again. -The sun is in the east -Even though the day is done. -Two suns in the sunsetRekvizitdə “Pink Floyd”-un siyasi motivdə yazılmış və müharibə meyilliliyini qınayan albomunda yer alan bir mahnının sözləridir: -Mahnı haqqında məqalədə hansı iki toponimin xatırlandığını tapın -Cavab: Xirosima və Naqasaki -Şərh: Mahnıda günün batdığına rəğmən şərqdə hələ də üfüqdə iki günəşin olduğu vurğulanır. Burada günəşlər atom bombası partlaması zamanı yaranan işıq kütləsinə işarədir -Müəllif: Əlişiram Ələkpərov - -Sual: 10. ”Persimfans” orkestri azadlıg ve bərabərlik prinsiplerinin üzərində quruldugunan orkestrdə X yoxdu. X ilə əvəz olunan əcnəbi mənşəli sözü yazın -Cavab: Dirijor -Şərh: Orkestr üzvləri tam bərabərlik olmalı olduğuna inanırlar və ona görə də dirijorun xidmətindən imtina etmişdilər -Müəllif: Heydər Həmzəyev - -Sual: 11. Zülfü Livaneli bir əsərində qeyd edir ki zaman keçdikcə insan ağaca, ağac da insana bənzəməyə başlayır, BU heç kimə aman vermir. BU 2013-cü ildə Alfonsoya oskarı gətirmişdi. BU-nu yazın -Cavab: Qravitasiya -Şərh: Livaneli qeyd edir ki zaman keçdikcə ağac da, insan da belini bükməyə, aşağı əyilməyə başlayır və bunun səbəbi qravitasiyadır. Qravitasiya filmi 2013-cü ildə oskara layiq görülmüşdü -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Bir əsərdə müəlliməsi personaja BUNU öyrədərkən əgər BUNU düzgün istifadə etməsə bankda çoxlu pul itirəcəyini deyir. Bir məqalədə Bu “cümlənin nəfəsi” adlandırılır. Bunu bir sözlə cavab kartlarınıza yazın -Cavab: Vergül -Şərh: Müəlliməsi personaja çek yazarkən əgər vergülü səhv qoyarsa pul itirməsinə səbəb ola biləcəyini deyir. Vergül qoyularkən adətən cümləni oxuyan şəxs biraz fasilə verdiyindən vergül “cümlənin nəfəsi” adlandırılır -Müəllif: Emil Yusublu - -Səhifə -> 422 | Sual Sayı -> 12 - -Sual: 1. Diqqət, 1-ci sual! -”Hop” cizgi filmində Universal Picture`in loqosu X formasındadır. X-ı qalın saitli sözlə cavab kartınıza yazın -Cavab: Yumurta -Şərh: Cizgi filmin adı sizə dovşanları tapmağa kömək etməli idi. Hop cizgi filmi pasxa dovşanları haqqında idi. Buna görə də Universal Picturesin loqosundakı Yer yumurta formasında verilmişdir. Belə demək olarsa biz oynumuza Yumurta ilə başladıq -Müəllif: Elşən Almaslı - -Sual: 2. Doctor House serialında Hausun köməkçisi şişirtmə bir fikir irəli sürür. Cavabında isə Haus, XIX əsrin sonunda vəfat etmiş şəxsin soyadını çəkərək deyir: ”Mən onun qanlı pullarını götürməyəcəm”.Onun kim olduğunu bildinizsə, Hausun bu zaman hansı ixtiranı xatırladığını yazın -Cavab: Dinamit -Şərh: Köməkçisi Hausa Nobel veriləcəyini güman edir. Haus isə cavabında deyir:”O dinamiti ixtira edib. Mən onun qanlı pullarını götürməyəcəm” -Müəllif: Aslan Bəkirov - -Sual: 3. Ərzaq sənayesinin şok sirləri videosunun başlanğıcında biz bu personajın əlindəki meyvəni yerə salaraq yıxıldığını görə bilərik.  Personaj haqqında olan məqalədə  biz Yakob və Vilhelm qardaşlarının adına da rast gələ bilərik.Söhbətin hansı personajdan getdiyini tapın -Cavab: Ağbəniz -Şərh: Yakob və Vilhelm Qrim qardaşlarının adlarıdır.Video isə Ağbənizin almanı dişləyəndən sonra yıxılması ilə başlayır -Müəllif: Şahmurad Məmmədov - -Sual: 4. 16-cı əsrin 80-ci illərində Kraliça Elizaveta tərəfindən maliyyələşdirilən səyyah Walter Ralegh’in 1584 cü ildə tapdığı əraziyə hansı adı verdiyini cavab kartınıza yazın -Cavab: Virginiya -Şərh: Walter ,Ömrü boyu evlənməyən və bakirə qalan kraliça Elizabetanın (Virgin Queen) şərəfinə buranı Virginiya (Virgin) adlandırmışdır. Siqareti o gətirib ingiltərəyə -Müəllif: Şahmurad Məmmədov - -Sual: 5. Constantine filmində bu adlı personajı canlandıran Peter Stormare filmin sonlarında əsasən tünd rənglərə daha çox üstünlük verildiyi səhnələrdə ağ kostyum ilə rolunu ifa etmişdir. Sübh çağı görünən Venera planeti də bu adla adladırılır.Söhbətin hansı addan getdiyini tapın -Cavab: Lüsifer -Şərh: Şeytanları, Cinləri cəhənnəmə göndərən Constantin,filmin sonlarında Lüsiferi(Şeytanı)  dırnaq arası desək yer üzünə çağırır və personaj ağ kostyumda peydə olur qısacası ortama işıq parlaqlıq gətirir.  Mənası İsıq gətirən olan bu söz həmdə sübh çağı görünən Veneraya da Lüsifer deyilir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 6. Şəxsiyyət serialının epizodlarının birində səbir kəsası dolan,qəzəblənmiş və önünə keçəcək hər bir kəsi öldürməyə hazırlaşan Agah bəyin yanında 1922-ci ilə aid bir əsəri görə bilərik.Əsərin müəllifini cavab kartınıza yazın. -Cavab: Stefan Sveyq -Şərh: Əsasən Polineziya və İndoneziyada və kişilərdə rast gəlinən cinnət keçirərək önünə gələni öldürməy istəyi Amok sindromu adlandırılır.  Serialda da qəzəblənmiş şəxs hər kəsi öldürəcəyini qeyd edəndən sonra Şveyqin Amok kitabını görmək olar. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 7. Bir mənbədə 19-cu əsrin sonlarında 100-ə yaxın zavod,ticarət mərkəzi və yaşayış yerlərinin burada tikilməsi yerin öz adını almasına əsas səbəb kimi göstərilir. Urban dictionary saytında isə həmin ad ilə eynilik təşkil edən birləşmənin köləlik və rasizm ilə bağlı olduğu bildirilir. Buranın adını cavab kartınıza yazın -Cavab: Qara şəhər -Şərh: 1873-cü ildə Zavod və müəssisələrin Bakı şəhərindən kənara köçürülməsi haqqında verilən sərəncamdan sonra bu ərazidə çoxlu zavod və fabriklər tikilmişdir. Həmin müəssələrdən çıxan tüstü isə buranın adının belə qalmasına səbəb olmuşdur.  Amerikada işlənən Black City sözü isə, ağların qaralara əmr edəndən sonra qaraların köləliyi bildirmək üçün işlətdiyi məşhur cavabdır.  Onlar Black City deyərək köləliyi bildirirdilər -Müəllif: Şahmurad Məmmədov - -Sual: 8. Əfsanəyə görə Kralın göndərdiyi vəzir Ruan şəhərindəki əjdahaya bənzər ,yarasa qanadlı,uzun boğazlı ,od püskürən bədheybəti yandırdıqdan sonra bədheybətin başı və boyun hissəsi od püskürdüyünə görə yanmır.Sonra bu hissələri hündürə qaldırıb , pis ruhları qovmaq üçün ətrafına kilsə tikillər.Siz isə bundan sonra hansı memarlıq növünün yarandığını mürəkkəb fransız sözü ilə deyin -Cavab: Qarqoyl -Şərh: Fransız dilində Qar boğaz Goyl (Gohul) isə bədheybət mənasına gəlir . Əsasan kilsələrin və qədim tikililərin üzərində yağış suyunu tənzimləmək üçün uzun boğaz və baş hisssjndən ibarət olan ağzından yağan yağış suyunu püskürən memarlıq nümunəsi Qarqoyl adlanır. Daha çox qorxulu, heyvan hibridləri, it, pələng, şir təsvirlərinə oxşayan bu memarlıq növünün yaranmasını bu əfsanə ilə də əlaqələndirirlər -Müəllif: Aslan Bəkirov - -Sual: 9. Diego Riveria’nın rəsmlərindəki personajlar arasında  bunun da  olduğu haqqında yayılan şaiələrin, sponsor Nelson Rockfellerə çatandan sonra bilet satışı durduruldu, xalqın görməməyi üçün rəsmlərin üzəri örtüldü .Diego sərgini 1 Maya qədər qurtarmaq istədiyini bildirmişdir . Digər bir mənbədə isə bunun yalnız ölümündən 30 il sonra rublun üzərində peydə olduğu bildirilir Bunu 3 cü növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın -Cavab: Leninin təsviri -Şərh: Rivera və Kalonun Komunist idealogiyasına sahib olduğu əksəriyyətimizə məlumdu . Riverianın rəsmlərində xalqın arasında Leninin təsvirləri olduğu öyrəniləndən sonra sərgi ləğv edilmişdir. 1 Maya qədər qurtarmaq isə rus İnqilabına görə idi.Leninin təsviri Leninin ölümündən yalnız 30 il sonra Rublun üzərində peydə olmuşdur -Müəllif: Şahmurad Məmmədov - -Sual: 10. Onun üz ifadəsi heç də günahları deyil , acgözlüyü simvolizə edir. Onu tapmaqda sizə XIX əsrin sonlarında doğulmuş şəxs kömək edecək. Onu ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın -Cavab: Bəşər övladı -Şərh: Rene Maqrit müsahibələrinin birində Bəşər övladı timsalında müasir biznesmenlərin acgözlüyünü göstərməyə çalışdığını qeyd etmişdir -Müəllif: Elşən Almaslı - -Sual: 11. Növbəti rebrendinqdən sonra demək olar ki, “MasterCard” şirkəti alimin işinə müəlliflik hüquqlarını almağa yaxınlaşır.Cavaba həm alman, həm də ingilis alimin uyğun olduğunu nəzərə alaraq onun adını yazın -Cavab: Eyler -Şərh: Brendin loqosuna dəyişiklik edildikdən sonra Eyler-Venn diaqramı daha da gözəçarpan oldu. Kəsişən çevrələr kimi sadə fiqurlara müəlliflik hüquqlarının alınması qəliz səslənsə də şirkət artıq buna qeyri-formal olaraq yaxınlaşır. Bütün ingilis və bütün almanların kəsişməsindən yalnız Eyler və Venn cavaba uyğun gəlir -Müəllif: Elşən Almaslı - -Sual: 12. Çarlz Dikkenz bir əsərində yaşlı personajının parikini X-a bənzədir. Bir aforizmə görə, seçki qabağı tez-tez verilən vədlər sadəcə su üzərində X-dır. X-i ikinci növ təyinin söz birləşməsi ilə cavab kartınıza yazın -Cavab: Pivə köpüyü -Şərh: Bildiyimiz kimi pivə köpüyü bir müddət sonra yoxa çıxır. Aforizmdə deyilir ki seçki qabağı vədlər də tezliklə yoxa çıxacaqlar və bu zaman pivə köpüyü xatırlanır -Müəllif: Aslan Bəkirov - -Səhifə -> 423 | Sual Sayı -> 12 - -Sual: 1. Bir türk deyiminin etimologiyası haqqında danışılan məqalədə İstanbulun bir səmtində sultanın gözünə girmək, onun diqqətini cəlb etmək üçün səhər azanının digərlərinə nisbətən daha tez oxunması deyilir. Məqalə hansı deyim haqqındadır? -Cavab: Üsküdarda sabah oldu -Şərh: Üsküdarda hər səhər əzanın tez oxunması xalqın da diqqətini cəlb edərmiş və bu müvafiq deyimin yaranmasına yol açıbmış. -Müəllif: Yusifəli Sadıqov - -Sual: 2. Ötən əsrin 20-ci illərinə aid məqalədə Eyfel qülləsinin xərclərinin olduqca böyük olmasının ONA ilham mənbəyi olmasından danışılır. Bohemiya doğumlu olan onun kim olduğunu tapın. -Cavab: Viktor Lustiq -Şərh: Bildiyiniz kimi, Viktor Lustiq fırıldaqçılığı və Eyfel qülləsini satmasıyla məşhur idi. Qəzetdəki məqaləni oxuyan Viktor, Eyfel qülləsinin xərclərinin külli miqdarda olmasının satış bəhanəsi ola biləcəyini düşünmüşdür. -Müəllif: Anar Məmmədov - -Sual: 3. Filmlərin birində "İKS" adlı binada yaşayan baş personaj həyatındakı bütün şəxsləri oynaması üçün aktyorlarla danışaraq, həyatını filmə çəkməyə çalışır. "Oxşar" hekayəsi haqqında yazılan məqalədə də "İKS" xatırlanır. "İKS"-i tapın. -Cavab: Kapqras -Şərh: Kapqras sindromundan əziyyət çəkən şəxs iddia edir ki, onun ətrafında olan yaxınlarını və ya onun özünü hansısa oxşarı əvəz edib. Filmdə isə personaj həyatındakı bütün şəxsləri bir növ onları oynayan aktyorlarla əvəz edirdi. “Oxşar” əsərində isə baş personajı özünün oxşarı əvəz edirdi. -Müəllif: Elşən Cəbrayılzadə - -Sual: 4. Hadisələri yay günündə bəhs edən filmdə hərbi əsirlərin saxlandığı həbsxanada məhbuslar ALFAnın BETAsını qeyd edir. BU zaman ingilislər ALFAnın, amerikanlar isə BETAnın şərəfinə badə qaldırır. ALFA və BETAnı tapın. -Cavab: Müstəmləkə və azadlıq -Şərh: Filmdəki məhbuslar 4 iyul Azadlıq gününü qeyd edir və bu zaman amerikan məhbuslar azadlıq, məğrur ingilis məhbuslar isə koloniyaların azad olunduğu müharibədə məğlub tərəf olduğu üçün sadəcə olaraq koloniyaların şərəfinə badələrini qaldırır. -Müəllif: Anar Məmmədov - -Sual: 5. Bu ilin fevralında Royal Alber Hall-da keçirilən tədbir zamanı aparıcı üzünə İKS-i tutaraq zarafatla koronavirusdan qorunduğunu deyir. İKS-i tapın. -Cavab: Bafta heykəlciyi -Şərh: Tədbirin tarixi və keçirildiyi yerin adı sizi Britaniyada keçirilən məşhur tədbir olmasına çıxara bilərdi. Və ən əsası, bafta heykəlciyi maska formasındadır. -Müəllif: Yusifəli Sadıqov - -Sual: 6. “Covid-19” virusu ilə mübarizə bitdikdən sonra artıq insanlığın pandemiyalara qarşı daha güclü olacağı qeyd edilən bir məqalədə O xatırlanır. ONUN sayəsində dövrünün sikkələrində həm yunan, həm də fars motivlərinə rast gəlinir. O ilə əvəz etdiyimizi bir dəqiqə ərzində cavab kartlarınıza yazın. -Cavab: VI Mitridat -Şərh: Pontus Kralı Mitridatın daimi zəhərli sui-qəsdlərdən qorunmaq üçün həyatı boyu zəhər içib buna immunitet qazanması məşhur faktdır. Məqalədə də virus bitdikdən sonra artıq insanlığın belə viruslara qarşı daha güclü olacağı, bir növ immunitet əldə edəcəyi qeyd olunurdu. Həmçinin, Pontus hökmdarı olsa da, onun adı fars tanrısı Mitradan (Mehr) gəlir və o özünü həm yunan, həm də fars əsilli hesab edirdi. -Müəllif: Məsud Alısoy - -Sual: 7. Paylama materialıQarşınızdakı kollajda hər fotonun sol aşağı küncündə qeyd edilən rəqəmlər fotoların neçə pikseldən ibarət olduğunu göstərir. Siz isə onların, həmçinin, başqa nə məna daşıdığını cavab kartlarınıza yazın. -Cavab: Həmin canlıların sayı -Şərh: Kollajın yaradılma məqsədi canlı növlərinin sayının da eynilə fotodakı piksellərin sayına oxşadığını göstərərək bir növ ekoloji mesaj vermək idi. Belə ki, fotolarda piksellərin sayı azaldıqca foto məhv olmağa doğru gedir və bu təbiətdə də beləd -Müəllif: Məsud Alısoy - -Sual: 8. Artıq çəkidən əziyyət çəkmənin qədimdən bəri mövcud olması barədə danışılarkən İKS xatırlanır. Bir şeirdə İKS-in kişi yumruğu boyda olması deyilir. İKS-i eyni hərflə başlayan sözlərlə tapın. -Cavab: Villendorflu Venera -Şərh: Məşhur heykəlcikdəki qadın fiquru sizi cavaba çıxara bilərdi. -Müəllif: Nihad Məmmədli - -Sual: 9. Bir məqalədə qeyd olunur ki, 1973-ci ildə yayımlanmış “The Conversation” filminin məşhurluğunu BU artırmışdı. Hadisələri paralel kainatda keçən bir komiksdə Bob və Karlın öldürülməsi BUnun baş verməsinin qarşısını almışdı. BU ilə əvəz etdiyimizi biri xüsusi isim olmaqla 2 sözlə cavab kartınıza yazın. -Cavab: Votergeyt qalmaqalı -Şərh: Cin Hekmenin gizli söhbətləri dinləmək üzrə mütəxəssi canlandırdığı “The Conversation” filminin aktuallığı Votergeyt skandalına görə daha da artmışdı. Hadisələri başqa kainatda keçən “Watchmen” komiksində isə Votergeyt skandalının jurnalistləri Bob Udvard və Carl Bernstein əvvəlcədən öldürülür və skandal baş vermir. Həmçinin, sualın birinci hissəsində qeyd edilən 1973-cü il və filmin adının “The Conversation” olması cavabı tapmaqda kömək olmalıdır. -Müəllif: Məsud Alısoy - -Sual: 10. Bosniya müharibəsinə həsr edilmiş filmdə tərəfsiz bölgədə əsir düşmüş personaj smörflərin köməyə gəldiyini deyir. Smörflər ilə əvəz ediləni tapın. -Cavab: BMT Sülhməramlı Qüvvələri -Şərh: Müharibə zamanı əsir düşən əsgərlərə kömək edən UN Peacekeeperləri mavi başlıqlarına görə smörf adlandırırdılar. -Müəllif: Nihad Məmmədli - -Sual: 11. Braziliya prezidentinin İrana səfəri zamanı diplomatik oyunundan bəhs edən bir məqalədə Xomeyninin biraz gözləyib, fikrini dəyişərək hərəkət etməsinin rəqiblər üçün çaşdırıcı olacağından danışılır. Növbəti cümlədə bu İran İKS-i adlanır. İKS-i yazın. -Cavab: Paradinya -Şərh: Paradinya penaltisi və ya Braziliya Paradinyası oyunçunun topa vurmazdan qabaq dayanıb sonra vurmasını bildirir. Belə hallarda adətən rəqib əks tərəfə hərəkət etməsindən məqalədə bu siyasi manevr Paradinyaya bənzədilib. -Müəllif: Nihad Məmmədli - -Sual: 12. Devid Linç uşaq vaxtı ona BUNLARIN alınmadığını və, beləliklə, göstərilən kimi yox, öz istədiyi kimi etməyi öyrəndiyini qeyd edir. Digər bir mənbədə isə BUNLARIN göz-əl koordinasiyası problemi yaşayan insanlara tövsiyə olunmağından danışılır. BU ilə əvəz etdiyimizi ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Boyama kitabı -Şərh: Devid Linç boyama kitablarındakı səhifələrin necə rənglənməli olduğunun əvvəlcədən müəyyən edildiyini, buna görə də, uşaqların fantaziyasını qoruyub saxlamasına mane olduğunu qeyd edirdi. Digər bir mənbədə isə boyama kitablarının göz və əl koordinasiyası problemi yaşayan insanlara yaxşı təsir göstərdiyindən danışılır. -Müəllif: Məsud Alısoy - -Səhifə -> 426 | Sual Sayı -> 12 - -Sual: 1. Allen Ayversonun NBA-ə yenidən krossover və driblinqi qaytarması haqqında olan məqalələrdən biri “Allen Ayverson və ya BURAXILMIŞ İKİ SÖZ” adlanır. 19-cu əsrin ilk yarısına aid BURAXILMIŞ İKİ SÖZÜN yaranması haqqında bir versiyada İsveçrədəki Diodati qalası da xatırlanır. BURAXILMIŞ İKİ SÖZÜ yazın. -Cavab: Müasir Prometey -Şərh: NBA azərkeşləri artıq illərdir ki, görmədiyi driblinq səviyyəsini yenidən görərkən buna həqiqətən sevindilər. Məqalədə də, bir növ alovu insanlara bəxş edən Prometeyə bənzədilən Ayverson Şellinin personajı kimi adlandırılır. Frankeinstein və ya Müasir Prometey Meri Şellinin məşhur əsəridir. -Müəllif: Fazil Babayev - -Sual: 2. Paylama materialıRekvizitdə gördüyünüz Xosrov bəy Sultanovdur. Onun fotonu niyə belə çəkdirməsi haqqında yazılır ki, bir dəfə Odessada olan bəy bir rus zabitinin qıza sataşdığını görür. Növbəti cümlədə xatırlanan əcnəbi mənşəli sözü tapın. -Cavab: duel -Şərh: Qızı müdafiə etdikdən sonra Xosrov bəy rus zabiti ilə duelə girir və gözündən yaralanır. Bundan sonra o fotolarda profildən təsvir olunur. Duel sözü “bellum” və “duo” sözlərindən yaranıb. -Müəllif: Səməd Səmədov - -Sual: 3. Forumlardan birində bu film üçün korset geyinməkdən imtina edən Emma haqqında yazan istifadəçi onun korsetsiz də çox gözəl olduğunu vurğulayır. Bu film haqqında məqalədə bir skandinaviya paytaxtı da xatırlanır. Söhbətin hansı filmdən getdiyini cavab kartınıza yazın. -Cavab: Gözəl və Bədheybət -Şərh: Emma Watson ən sevdiyi animasiyalardan olan Gözəl və Bədheybətin rimeykində rol almağı sevinərək qəbul etmiş, lakin bəzi səhnələrdə çətinlik yaşadığını söyləmişdi. Həmçinin animasiyanın ssenarisi Stokholm Sindromuna uyğun gəlir. -Müəllif: Sənan Həsənov - -Sual: 4. Çıxdım iydə koluna,  Baxdım onun yoluna,  Xalan qurban boyuna,  Buraxılmış üç söz.  Şərur ərazisində axan bir çaydan danışılan bir məqalədə yerli kənd sakinlərinin dilində məşhur olan bu bayatı vurğulanır. Bayatıda buraxılmış üç sözü yazın. -Cavab: Apardı sellər Saranı -Şərh: Arpaçayı boyunca yerləşən Muğanlı və Muğancıq kəndlərinin yaşlı sakinlərinin dediyinə görə, Arpaçayı bəzən elə aşıb-daşarmış ki, sellər öz caynağına insanları da alıb apararmış. Onlar bu zaman hətta mahnıda deyilməyən, amma şərurluların dilinin əzbəri olan bu bayatını da xatırlayırlar. -Müəllif: Fazil Babayev - -Sual: 5. Standart internet servislərində dövlət orqanlarının tələbi ilə istifadəsinə qadağan qoyulmuş SƏHİFƏLƏRƏ giriş edildiyi zaman bu nömrəli səhv kodu göstərilir. Həmin nömrə ötən əsrin ortalarına aid bir əsərin adında da yer alır. Həmin nömrəni yazın. -Cavab: 451 -Şərh: HTTP 451 protokolu Rey Bredberinin “Faranheyt üzrə 451 dərəcə” əsərinin şərəfinə adlandırılıb. Eynilə əsərdəki kimi virtual aləmdə də dövlətin qoyduğu qadağalar səbəbindən hər hansı bir səhifələr istifadə edilə bilməyəndə istifadəçi bu üç rəqəmi görür. -Müəllif: Fazil Babayev - -Sual: 6. Bir əsərdən hissəyə qulaq asın: “Gülünün yanında bir maşın ayaq saxladı. ONLAR idi, yayxanıb oturmuşdular. Biri başını çıxarıb sual vedi. Gülü cavab verməyəndə ONLAR çaşıb qaldılar”. ONLAR adlarını XVIII əsr Fransasında fərqlənməyə çalışan, həyatdan zövq almaq istəyən və çoxlu pul israf edən varlı meşşan uşaqlarına borcludurlar. Mətndə bir neçə yerdə eyni sözdə buraxılmış hərflər var. Buraxılmış hərfləri bildinizsə sözü original formada cavab kartınıza yazın. -Cavab: Qızıloğlan -Şərh: Sualda söhbət hər istəyi yerinə yetdiyi üçün Gülünün onlara cavab verməməsini görəndə təəccüblənən şəhərin “qızıl oğlanlarından” gedirdi. “Qızıl oğlan” ifadəsinin mənşəyi 1795-ci ildə Freronun çox pul xərcləyən və avara həyat tərzi keçirən Paris gənclərini belə adlandırmasına gedib çıxır. -Müəllif: Fazil Babayev - -Sual: 7. Yeni ilə həsr edilmiş karikaturalardan birində liftdə Şaxta Babalarla birgə narahat şəkildə təsvir edilmiş kişinin BUNDAN əziyyət çəkdiyi deyilir. BUNUN haqqında vikipediya məqaləsindən panika hücumu və diri basdırılma məqalələrinə də keçid var. BUNU yunan sözü ilə yazın. -Cavab: Klaustrofobiya -Şərh: Karikaturada söz oyunu edilərək personajın həm qapalı məkanlardan, həm də Santa Klauslardan qorxduğunu bildirmək üçün kişidə klaustrafobiyanın olduğu yazılır. -Müəllif: Fazil Babayev - -Sual: 8. Bir əsərdə personaj hər şeyə təəccüblənən digər personajın sanki küçədən yaş gəlib əlli əsr ərzində hərarətin saxlanılması baxımından təkminləşən mühitə düşdüyünü qeyd edir və növbəti cümlədə Onu xatırlayır. Onu ilk dəfə 19-cu əsrdə tanıdığımızı bilərək O ilə əvəz etdiyimizi yazın. -Cavab: Rip Van Vinkl -Şərh: Personaj hər şeyə yad imiş kimi özünə aparan digər personajı 1819-cu ildə Vaşinqton İrvinq tərəfindən yaradılmış və 20 il boyunca yatan Rip Van Vinkla bənzədir. -Müəllif: Əhməd Əliyev - -Sual: 9. Bir mənbədə yazılır ki, Toni haqlı idi, belə ki, araşdırmalara görə psixoloji testlər Bunlar diqqətə alınaraq aparıldıqda daha gerçəkçi nəticələr əldə edilir. Meduzaların bəzi növlərində Bundan 24 ədəd olur. Bunu cavablar kartınıza yazın. -Cavab: Göz -Şərh: “Scarface” filminin əsas personajı Toni Montana sevdiyi xanımın da ondan xoşlandığını necə bildiyini soruşanda “Gözlər, onlar heç vaxt yalan danışmır” cavabını verir. Aparılan araşdırmalara görə isə səs və gözlər 2 əsas elementdir ki onlar vasitəsilə fərdin yalan danışıb danışmadığı dəqiqliklə müəyyən olunur. -Müəllif: Sənan Həsənov - -Sual: 10. Lester Sitinin ötən mövsümdəki çıxışına həsr edilmiş karikaturalardan birində Klaudio Ranyeri yerdə, oyunçular isə onun ətrafında dairələnmiş şəkildə təsvir edilmişdir. Karikaturada Ranyeri Alfanı, Riyad Mahrez isə Betta-nı əvəz edir. Alfa və Betta ilə əvəz etdiyimiz, eramızdan əvvəl I əsrdə yaşamış 2 şəxsin kim olduğunu tapın. -Cavab: Qay Yuli Sezar, Brut -Şərh: Uğurlu sezondan sonra oyunçuların komanda rəhbərindən üz döndərməsinə həsr edilən Omar Momaninin bu karikaturasında Ranyeri Sezar, oyunçular senatorlar, Mahrez isə Brut formasında təsvir edilmişdi. -Müəllif: Fazil Babayev - -Sual: 11. 1 yanvar 2007-ci ildə öz vəzifəsinə başlayan BMT Baş katibi bu hadisəni 1934-cü ilə aid bir mənbənin adında dəyişiklik edərək qeyd edir. Mənbənin nə olduğunu bildinizsə, dəyişdirilmiş versiyanı yazın. -Cavab: Pan Gi Mun is coming to town -Şərh: "1 yanvar" sizə Yeni ilə "2007-ci il" isə Pan Gi Muna çıxara bilərdi. 1934-cü ilə aid mənbə isə "Santa klaus is coming to town" idi. Bir neçə sual öncə də Santa Klausu sizə xatırlatmışdıq. -Müəllif: Səməd Səmədov - -Sual: 12. “Utah Jazz” komandasının mövsüm başlanğıcındakı çıxışına həsr edilmiş bir məqalədə komandanın ümumi 20 qələbə - 20 məğlubiyyət, evdə 8 qələbə - 8 məğlubiyyət, səfərdə 12 qələbə - 12 məğlubiyyət kimi göstəriciləri misal gətirilərək komanda ONUN komandası adlandırılır. O həm də “War of the Gems” video-oyununda əsas rəhbərdir. ONUN kim olduğunu yazın. -Cavab: Tanos -Şərh: Yuta komandasının belə ideal balansa sahib olması müəllifləri əhalinin yarısını məhv edən Tanosu xatırlatmağa imkan vermişdi. Tanos “Qiymətli daşların müharibəsi” adlı Marvel video-oyun seriyasında əsas rəqiblərdən biridir. Biz də yarışımızı yarıladıq. -Müəllif: Fazil Babayev - -Səhifə -> 427 | Sual Sayı -> 12 - -Sual: 1. Instagramın məşhur simalarından Kylie Jenner ötən aylarda paylaşdığı bir videoda Bunu sındırır. Bunu bir sözlə cavab kartınıza yazın. -Cavab: Yumurta -Şərh: Məlumdur ki, yanvarın 4'də yaradılmış hesabdan bir yumurta şəkli paylaşılır və bu şəkil Kayli Cennerə məxsus bəyənmə rekordunu alt-üst edir. Bundan 10 gün sonra da Cenner belə yumoristik tərzdə cavab verir. -Müəllif: Nail Qasımzadə - -Sual: 2. Bir filmdə personaj detektiv dostu ilə söhbət edərkən dostundan fərqli olaraq Bunlardan sadəcə “Sezar salatı” hazırlamaq ��çün istifadə edə biləcəyini deyir. Bunları 2 sözlə yazın. -Cavab: Çörək qırıntıları -Şərh: Çörək qırıntıları bir çox mətndə qəlib söz kimi işlədilir və nəticəyə varmaq üçün yoldakı köməkləri bildirir. Personaj da çörək qırıntılarının önəmsiz olduğunu qeyd edərək detektivə onları Sezar salatı üçün istifadə etməsini məsləhət görür. -Müəllif: Nail Qasımzadə - -Sual: 3. Tanrı – Dominus   -Materiya – Rerum   -Möcüzə - Miraclum   -Planetlər ailəsi – Familias planeturium   -Günəş – solis   -Süd yolu – Latea Via   -Səma – Sidarea   -Eşitdikləriniz Müqəddəs İoannaya həsr olunmuş bir şeirdəndir. Bir dəqiqədən sonra Qvido de Aretsonun bu şeirdən təsirlənərək nələri yaratdığını cavab kartınıza yazın. -Cavab: Not -Şərh: Qvido de Aretso Müqəddəs İoannaya ünvanlanan bir şeirin ilk sözlərindən notları yaratmışdır. Sadəcə Latın sözlərinin ilk hərflərinə baxmaq bəs edərdi -Müəllif: Şahmurad Məmmədov - -Sual: 4. Bir məqalədə yazılır ki, axşam vaxtı keçirilən bir futbol matçı zamanı radioda Bunu edən şərhçi xəbəri olmadan sürücülərdən birinin həyatını xilas etmişdi. Bunu etməklə əvəzlənmiş olan eyni hərflə başlayan 2 sözü cavab kartınıza yazın. -Cavab: Qol qışqırmaq -Şərh: Gecə vaxtı radioda oyunu dinləyərkən yuxulayan və 71-ci dəqiqədə qol zamanı şərhçinin qol qışqırması ilə ayılan sürücü beləcə yoluna davam etmişdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 5. Mafia ilə bağlı olan Çin filmlərindən birində, mafia başçısı Jackie Chan’ı qorxutmaq üçün “at ürəyindən” istifadə edir. Əvvəlki cümlədə əvəz olunmuş 2 sözü cavab kartınıza yazın. -Cavab: İt başı -Şərh: Xaç atası filmində olan məşhur səhnədə personaj at başı ilə qorxudulmuşdu. Filmin bir növ Çin versiyasında at yox, it başından istifadə olunmuşdu. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 6. Vur onu, vur onu, vur onu. Öz məqsədini itirmə   -Çünki, əgər itirsən (məqsədini) Yolunu itirərsən   -1 dəqiqə sonra bu mahnı sözlərinin götürüldüyü məqalədə adı çəkilən xarici mənşəli sozü tapın. -Cavab: Pinyata -Şərh: Yazılanlar oyunda iştirakçının etməli olduqların əks etdirir. Öncəki sual da sizə kömək ola bilərdi, belə ki pinyatada bir çox hallarda məhz at başından istifadə olunur. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 7. SSRİ dövründə qadağan olunan bu mahnı haqqında yazılır ki, sovet rəhbərliyi mahnının insanlarda keçmiş ruhu oyatdığını və onları kommunizmdən əvvəlki rejimə qayıtmağa səslədiyinə inanırdı. Söhbətin hansı mahnıdan getdiyini bildinizsə mahnını səsləndirəni cavab kartınıza yazın. -Cavab: Akif İslamzadə -Şərh: Elza İbrahimovanın bəstələdiyi mahnı sözlərinin uyğun olmadığı düşünülərək Sovet dövründə qadağan olunmuşdur. Akif İslamzadə “Ötən günlərimi qaytaraydılar” mahnısının ən məşhur ifaçısıdır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 8. Paylama materialıQarşınızda gördüyünüz personajın adını cavab kartlarınıza yazın. -Cavab: Jesus -Şərh: Personajın verdiyi poza sizə kömək ola bilərdi. Məşhur “The Walking Dead” serialında eyni pozanı bir çox hallarda verən personajın adı məhz İsa idi. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 9. Irena Sedletska Britaniya Kral Memarlar cemiyyetinin uzvudur. İrena, 1996-cı ildə İsveçrədə Ona qoyulan heykəlin müəllifidir. Məşhur filmdə Onu canlandıracaq aktyoru seçərkən prodüserlər aktyorun çənə quruluşuna xüsusi diqqət yetirmişdilər. Onun kim olduğunu tapın. -Cavab: Freddie Mercury -Şərh: Hər il caz festivalı keçirilən məşhur İsveçrə şəhəri Montrö sizə cavaba çıxmağa kömək ola bilərdi. Freddinin üz quruluşu da bir çox fərqli xüsusiyyətə sahibdir, belə ki Rami Maleki seçən prodüserlər onun çənə quruluşunun uyğun olmasına xüsusi diqqət yetirmişdilər. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 10. Animasiya şəkillərinin birində, brakaniyerin ağ fonda nəhəng balinanın üzərində duraraq əlindəki nizəni ona batırdığını görə bilərik, siz isə bu zaman arxada nəyin əmələ gəldiyini 2 sözlə cavab kartınıza yazın. -Cavab: Yaponiya bayrağı -Şərh: Nizə zərbəsi almış balinanın qırmızı qanı ağ fona yayılır və dairə əmələ gətirir. Beləcə ağ fonun üzərindəki qırmızı dairə də yaponiyanın bayrağını formalaşdırır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 11. “Daredevil" serialının epizodlarının birində baş qəhrəman çoxlu dua etdiyini lakin tanrıdan cavab gəlmədiyini deyir. Bu zaman keşiş qeyd edir ki, gərək daha diqqətli olasan, çünki tanrı X ilə danışır. X ilə əvəz etdiyimiz saitləri eyni olan sözü tapın. -Cavab: Pıçıltı -Şərh: Metyu Merdok(kor) tanrıya əsəbləşir lakin keşiş ona deyir ki, dua et o cavabında qeyd edir ki, çoxlu dua edir lakin tanrı onu eşitmir. Bu zaman keşiş cavab olaraq deyir ki, gərək daha diqqətlə qulaq asasan çünki tanrı pıçıltı ilə danışı -Müəllif: Kənan Dadaşzadə - -Sual: 12. Əsərlərin birində meşədə , sarmaşıqların altından keçən personaj havadan başına yavaşca düşən toz dənəciklərini X-ə bənzədir. X ilk dəfə 14-cü əsr İtaliyasında, paradlar zamanı istifadə olunmuşdu. X-i əcnəbi mənşəli bir sözlə cavab kartınıza yazın . -Cavab: Konfetti -Şərh: Personaj havada uçuşaraq saçının arasına girən tozları havaya səpilən konfettilərə bənzətmişdi. Konfettilər ilk dəfə 14-cü əsrdə, İtaliyada istifadə olunub. -Müəllif: Şahmurad Məmmədov - -Səhifə -> 428 | Sual Sayı -> 12 - -Sual: 1. Bir internet memində BU nəzəriyyənin tərəfdarlarının paradoksal şəkildə “We have supporters all around the globe” yazdıqlarını görə bilərik. BU nəzəriyyə haqqında bir məqalədə boğazına kimi suya girib teleskopla uzaqlaşan gəmini izləyən adam da xatırlanır. Söhbətin hansı nəzəriyyədən getdiyini tapın. -Cavab: Müstəvi dünya -Şərh: Nəzəriyyəyə əsasən dünya müstəvidir və dənizdə uzaqlaşan gəmi çox uzun müddət sonra da görünməlidir. Paradoksal olsa da, bu nəzəriyyənin dəstəkçiləri “globe”, yəni dairə dünyanın hər tərəfində dəstəkçiləri olduğunu yazırdılar. -Müəllif: Heydər Həmzəyev - -Sual: 2. Çarlz Dikkens bir əsərində məhkəmə zalındakı güzgünün müttəhimin üzərinə işıq salıb onu digərlərinin arasında bir növ üzə çıxartdığını yazır. Bu zaman məhkəmə zalını okeana bənzədən şair həmin güzgünü isə ALFAya bənzədir. ALFA-nı cavab kartınıza yazın. -Cavab: Qabarma və çəkilmə -Şərh: Məhkəmədə müttəhimlərin başları üzərində güzgü qoyurmuşlar ki, işığı əks etdirib onun üzərinə salsın. Məhkəmə zalını okeana bənzədən müəllif bu güzgünü də okeanın dibindəkiləri üzə çıxaran qabarma və çəkilmələrə bənzədir. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 3. “Öpüş insanın həyatını məhv edə bilər”. Eşitdiyiniz sitatın müəllifi 19-cu əsrdə yaşamış Britaniyalıdır. Maraqlıdır ki, onun qəbirüstü abidəsi artıq korlanmaq üzrədir. Bir dəqiqədən sonra abidənin nə ilə korlandığını ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Dodaq boyası -Şərh: Söhbət Oskar Uayldın Parisdəki qəbirüstü abidəsindən gedir. Qəbirüstü abidə çox öpüldüyündən abidə dodaq boyası ilə korlanmış vəziyyətdədir. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 4. Paylama materialıŞəkildə gördüyünüz xanımın bir müddət hansı Hollivud şirkətində çalışdığını tapın. -Cavab: Columbia Pictures -Şərh: Məşhur kinokompaniyanın loqosunda da biz əlini yuxarı qaldırmış xanımı görə bilərik. Maraqlıdır ki, rekvizitdə gördüyünüz xanımda həmin şirkətin loqosu üçün model rolunu oynamışdı. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 5. “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,   -Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam”   -Beyt İmaməddin Nəsiminin “Mən bu cahanə sığmazam” qəzəlindəndir. Birinci misrada “pəncü” deyərkən şair Bunları nəzərdə tutmuşdu. Son dövrlərdə yayılan məlumatlara görə insanda bunlar əslində 9 ədəddir. Söhbətin nədən getdiyini tapın. -Cavab: görmə, eşitmə, dadbilmə, toxunma, iybilmə -Şərh: Bildiyimiz kimi “pənc” farscadan tərcümədə 5 deməkdir. -Beytin açıqlaması isə belədir: -“Zərrə mənəm, günəş mənəm, dörd ilə beş, altı mənəm” - -Dörd: torpaq, su, hava, od; Beş: beş duyğu; Altı: altı tərəf “səmt”. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 6. The Times jurnalının Donald Trump-ın Amerikada insan hüquqlarını heçə saydığını qeyd etdiyi bir məqaləsinin fotosunda Trumpın əlində bir bıçaq və Bunun başını görə bilərik. Bunun hündürlüyü 46 metrdir. Bunu eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Azadlıq abidəsi -Şərh: Donald Trumpın ABŞda insan hüquq və azadlıqlarını məhv etdiyi vurğulanan məqalədə Trump bir əlində bıçaq, digər əlində isə Azadlıq abidəsinin kəsilmiş başı ilə dayanıb. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. İsgəndəriyyəli Kirill “çox çətin bir işin öhdəsindən gəlmək” mənası verən bu ifadədəki sözün əslində yunan dilində “kamilos”, yəni kəndir mənasını verdiyini deyir. Siz isə ifadəni tapın. -Cavab: Dəvənin iynə gözündən keçməyi -Şərh: “Dəvəni iynənin gözündən keçirmək” ifadəsi çox çətin bir işin öhdəsindən gəlmək mənasında işlədilir. Kirill bu ifadənin orijinalında əslində “camel” yox, kəndir mənasına gələn “kamilos” sözündən istifadə olunduğunu deyir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. “Mənim başım humanist problemlərinin həlli üçün işə yaramır”. Eşitdiklərinizi bir təklifdən imtina etdikdən sonra o demişdi. Bir reklamda Onun əslində tökülmüş tutku kremini yalamağa çalışdığı göstərilir. Onun kim olduğunu tapın. -Cavab: Albert Eynşteyn. -Şərh: Albert Eynşteynə İsrailin prezidentliyinin təklif olunduğu bir çoxlarına məlumdur. Belə ki, bu təklifi rədd edən alim “mənim başım humanist problemlərin həlli üçün işə yaramır” demişdi. Tutku şirkətinin bir reklamında alimin bu şirniyyatın şokoladını yalamaq üçün dilini çıxardığı və bu zaman məşhur fotonun çəkildiyi göstərilir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Bir ingilis dilli internet memində, tapşırığı müxtəlif ölkələrin bayraqlarını qaldırmaq olan personaj bu ölkənin bayrağının əvəzinə səhvən bitiş bayrağını qaldırır. Bir dəqiqədən sonra onun əslində hansı bayrağı qaldırmalı olduğunu tapın. -Cavab: Finlandiya -Şərh: Mimlərdə adətən çox şey zarafata salınır. Tapşırıqda “Danish flag”, "Swedish flag” və “Finnish flag” çəkmək tələb olunmuşdu, lakin “Finnish flag” əvəzinə “finish flag” çəkilmişdi. -Müəllif: Əbdül Bağırov - -Sual: 10. 81 yaşlı milyoner Francsis Tovey internetdən araşdırma edərək məşhur fantastın qaydasını pozan robot dizayn edib proqramlaşdırdı. Bir saytda bu haqda olan mətndə işlənmiş yunan mənşəli sözü yazın. -Cavab: Evtanaziya -Şərh: Evtanaziya — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi(vikipediya). Robot onu düzəldəni öldürməsi üçün proqramlaşdırılmışdı. Bu da robotikanın birinci qaydasının pozulması deməkdir. -Müəllif: Şıxəmməd Əyyubov - -Sual: 11. Əjdahanın yolu filmində kolizeydə baş tutan son döyüşdə Çak Norrisin personajı öz ALFAsını aşağı tutaraq Brüs Linin personajını əsəbləşdirir. ALFA aşağı Jan-Leon Jeromun məşhur əsərinin adıdır. ALFAnı eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Baş barmaq -Şərh: Döyüş kolizeydə idi və Çak Norris də baş barmağını aşağı endirərək Brüsü əsəbləşdirir. Jan Leonun da əsəri Thumbs Down yəni baş barmaq aşağı adlanırdı. -Müəllif: Heydər Həmzəyev - -Sual: 12. Bir kitabda müəllif, Sovet kənd təsərrufatının, aksiya kurslarının, iqtisadi statistikaların ölkədən kənar mənbələr üçün gizli olması, lakin Sovet hakimiyyətinin digər ölkələr barəsində məlumatları əldə edə bilməsi haqqında danışarkən Bunun yalnız bir tərəfinin şəffaf olmasını qeyd edir. Söhbətin nədən getdiyini iki sözlə yazın. -Cavab: Dəmir Pərdə -Şərh: Kommunism və kapitalizm arasındakı görünməz sərhəd bəzən dəmir pərdə də adlandırılır. SSRİnin daxili məlumatlarının ölkədən kənara çıxmamasının, lakin SSRİ hakimiyyətinin digər ölkələrin məlumatlarına əlinin çatması barədə yazan müəllif pərdənin bir tərəfindən digər tərəfin göründüyünü, lakin digər tərəfdən eyni şeyin olmadığını yazır. -Müəllif: Heydər Həmzəyev - -Səhifə -> 429 | Sual Sayı -> 12 - -Sual: 1. Verlişlərdən birində Amaliya Pənahova Mirzə Fətəli Axundov və onun məşhur əsərini xatırlayır və bunun ardınca məşhur deyimdəki sözü “komediya” sözünə dəyişir. Siz isə həmin deyimi cavab kartınıza yazın. -Cavab: Teatr asılqandan başlayır -Şərh: 1873-cü ildə martda ilk səhnəyə qoyulmuş tamaşa Axundovun komediyası olan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri janr olaraq komediya idi. Bunu şərh edən aktrisa teatrımızın komediyadan başladığını dedi. -Müəllif: Cavidan Hacıyev - -Sual: 2. “O zaman əsgərlər ağ geyimli qadınlara qarşı xüsusi təşəkkür hissi duyurdular”. Eşitdiyiniz cümləni deyən Rita Petri xatırlayırdı ki, həmin hadisə baş verəndə adaxlısı, Corc Mendosanı qətiyyən qısqanmadı. Bu barədə məqalədə haranın xatırlandığını dəqiqliklə cavab kartınıza yazın. -Cavab: Tayms-skver -Şərh: Alfred Eyzenştadı həmin məşhur fotosundakı hadisə- tibb bacısı əslində əsgərin adaxlısı deyildi, əsgərin əsl adaxlısı bu səhnəni görüb, sadəcə gülümsəmişdir. -Müəllif: Cavidan Hacıyev - -Sual: 3. Porfiriya adlı qan xəstəliyindən əziyyət çəkən insanların damaqları qurumağa başlayır ki, bu zaman onların dişləri daha qabarıq forma alır və onlar sarımsağa qarşı dözümsüz olurlar. Bu haqda məqalədə hansı əcnəbi mənşəli sözün xatırlandığını tapın. -Cavab: Vampir -Şərh: Porfiriya xəstəliyi vampirlər haqqında əfsanələrin yaranmasına səbəb olub. Vampirlərin sarımsağa dözümsüz olma faktını da bu xəstəliklə bağlayırlar. -Müəllif: Cavidan Hacıyev - -Sual: 4. Bir məqalədə yazılır ki, toylarda müxtəlif səhnəciklər və oyunlar göstərərək insanları güldürən Cabbar Vahabovun ən məhşur səhnəciyi "Papaq oyunu" adlanırdı və bu səhnəcikdə Bakı ilə Şamaxının da adı çəkilirdi. Bu məqalədə digər hansı həmyerlimizin adının çəkildiyini tapın. -Cavab: Üzeyir Hacıbəyli -Şərh: Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” adlı məşhur komediyasında Məşədi İbadın papağı başına necə qoyması epizodu Cabbarın papaq oyunundan alınmışdı: “Papağı belə qoysam, Bakı qoçusuna, belə qoysam, Şamaxı lotusuna oxşayaram”. -Müəllif: None - -Sual: 5. Bir məqalədə eyni anda UNO-ları gördüyünü iddia edən müxtəlif şəxslərin gördüklərini müxtəlif formada təsvir etməsi ALFAya nümunə kimi göstərilir. ALFAnı biri şərq yaradıcılığına aid xüsusi isim olmaqla 2 sözlə yazın. -Cavab: Raşomon effekti -Şərh: Psixologiyada Raşomon effekti eyni bir hadisəni görən insanların hadisəni bir birindən tamam fərqli şərh etməsinə verilən addır. Belə ki, Akira Kurosavanın “Raşomon” filmində qətl -hadisəsi 4 şahid tərəfindən bir birindən tam fərqli şəkildə nəql edilir. -Müəllif: Xaqan Kərimov - -Sual: 6. Azərbaycan əfsanələrinin birində deyilir ki, bir kişinin qızları xanın qorxusundan nura çevrilib göyə qalxır və ancaq çimib gözəlləşəndən sonra görünürdülər. Bəs əfsanəyə inansaq, bu kişinin neçə qızı var idi? -Cavab: Yeddi -Şərh: Qızların nura çevrilməsi və gözəlləşmələrindən sonra görünməsi sizi yağışdan sonra çıxan göyqurşağına apara bilərdi. Əfsanədə deyilir ki, qızlar yağış suyu ilə çimib gözəlləşdiyindən indi də hər dəfə üzə çıxırlar. -Müəllif: None - -Sual: 7. Ötən illərdə Vladimir Putinin Krımın işğalı ilə bağlı dünya dövlətlərinə media vasitəsilə verdiyi cavablardan birinin başlığı Buraxılmış sözlər idi. Buraxılmış sözlər məşhur kinofranşizanın bir hissəsinə öz adını verib. Buraxılmış sözləri yazın. -Cavab: Rusiyadan sevgilərlə -Şərh: Putin Krıma Rusiyadan sevgilərlə deməklə bu ərazinin artıq onlara məxsus olduğunu bildirir. Sualın nömrəsindən də aydın olduğu kimi James Bond seriyasının 1963-cü il filmi də “Rusiyadan Sevgilərlə” adlanır. Sualın 7-ci olması da sizi Agent 007-yə apara bilərdi. -Müəllif: Yadulla Məlikov - -Sual: 8. Məşhur aktrisa Gina Lollobrigida qeyd edir ki, həyatında verdiyi saysız, götürdüyü isə cəmi bir avtoqraf var və o avtoqrafı verən şəxs belə bir qeyd etmişdi: “Mən həyatımda çoxlu ulduz görmüşəm, lakin ən parlağı Gina idi”. Söhbətin 1934-cü ildə Kluşinoda doğulmuş kimdən getdiyini tapın. -Cavab: Yuri Qaqarin -Şərh: Məşhur kosmonavt zarafatca həyatında çoxlu ulduz gördüyünü, Ginanın isə ən parlağı olduğunu yazmışdı. Yuri Qaqarin 1934-cü ildə Kluşinoda doğulub. -Müəllif: None - -Sual: 9. John Scot Holdenun "Oksigen terapiyasının atası" olaraq adlandırılmasının səbəbi, mədən işçilərinin həyatını xilas etməsi üçün işçilərə bir növ BUNU ETMƏYİ təklif etməsi olub. Siz isə BUNU ETMƏK başlıqlı məqalədə bir neçə il öncə dünyadan köçən kimin xatırlandığını tapın. -Cavab: Harper Li -Şərh: Ötən əsrdə xüsusilə kömür mədənlərində işçilər CO təyin etmək üçün özləri ilə mədənlərə bülbüllər aparırmışlar. Əgər bülbül ölərsə, CO nun olduğunu bilib oranı tərk edirmişlər. Şaxta bülbülləri ifadəsi günümüzdə də nəyəsə əmin olmaq üçün qurban verilən insanlara deyilir. Bu üsulu kəşf edən Skot Holden isə işçilərə bir növ Bülbülü öldürməklərini təklif edir. "Bülbülü öldürmək" əsərinin müəllifi isə Harper Lidir. -Müəllif: Xaqan Kərimov - -Sual: 10. 1-ci gün - əllərin sənin nəyinə lazımdır.   -10-cu gün - ayaqların olmasa da, sən mükəmməlsən.   -20-ci gün - ailəndən daha dəyərli şeylər var.   -50-ci gün - Öl! Yenidən dünyaya gələcəksən.   -Eşitdiyiniz siyahı vikipediyanın Buraxılmış sözlər adlı məqaləsindən götürülüb. Vikipediyada yazılır ki, 1947-ci ildə cənub yarımkürəsində 173 tonluq Buraxılmış sözlərə rast gəlinmişdi. Buraxılmış sözləri cavab kartınıza yazın. -Cavab: Mavi balina -Şərh: “İntihar” oyunu ləqəbini qazanmış “Mavi balina” oyunu bir müddət oyunda qalan oyunçuların özlərinə zərər vermə, hətta bir yerdən sonra özlərini öldürməsinə görə məşhurlaşmışdı. Rast gəlinmiş ən nəhəng canlı 1947-ci ildə, cənub yarımkürəsində rast gəlinmiş 173 tonluq mavi balina idi. -Müəllif: Yadulla Məlikov - -Sual: 11. Andrey Kozlov yazır ki, şotlandiyalı Çarlz Maklinin kitabı çəlləklərdə saxlanma ilə bağlı bir çox məsələlərin izahı üçün etibarlı mənbə sayılır. Bu kitabın adı digər 2001-ci ildən istifadəmizdə olan məşhur bir mənbənin adında dəyişiklik etməklə yaradılıb. Kitabın adını ingiliscə yazın. -Cavab: Whiskypedia -Şərh: Sualda da qeyd olunduğu kimi Çarlz Maklin şotlandiyalı idi. Şotlandiyanın bütün dünyaya məşhur milli içkisi Whisky isə bildiyimiz kimi çəlləklərdə saxlanılır. -Müəllif: Xaqan Kərimov - -Sual: 12. Bir dəqiqədən sonra “Ev heyvanlarının gizli həyatı” animasiyasında Snowball (Qartopu) adlı dovşanın keçmiş sahibinin peşəsini cavab kartlarınıza yazın. -Cavab: Sehrbaz -Şərh: Qartopu adlı dovşanın adındanda görünür ki, o ağ rənglidir. Bildiyiniz kimi, illuziyanistlərdə ən məşhur səhnələrindən biri papaqdan ağ dovşan çıxarmaqdır. -Müəllif: None - -Səhifə -> 430 | Sual Sayı -> 12 - -Sual: 1. 1903-cü ildə doğulan o, sonralar Henri Forda təşəkkür məktubu yazaraq, Ford avtomobillərini çox bəyəndiyini demiş və bu avtomobillər sayəsində qaçıb gizlənə bildiyini qeyd etmişdir. Bir dəqiqənə sonra söhbətin kimdən getdiyini tapın. -Cavab: Con Dilincer -Şərh: 20-ci əsrin ən məhşur qarətçilərindən olanvə “public enemy number one” adlandırılan Con Dillencer, deyilənə görə 20 dən çox bankı, 4 dəfə polis bölməsini qarət edə bilmişdir, 2 dəfə isə həbsdən qaça bilmişdir. O öz növbəsində polislərdən qaça bilməsinə səbəb kimi Ford avtomobillərin qeyd etmişdir buna görə isə Henri Forda təşəkkür məktubu yazmışdır. Sualın birinci olması sizə kömək olmalı idi. -Müəllif: Namiq Quluzadə - -Sual: 2. 1999-cu ilə aid bir filmdə bu aktrisanın canlandırdığı, uzun müddətdir xəstəxanada qalan personaj həkimdən taleyinin necə olacağını - yəni xəstəxanada qalacağını, yoxsa gedəcəyini soruşur. Bir dəqiqədən sonra aktrisanı deyil, onun son dövrlərdə hansı serialda çəkildiyini deyin. -Cavab: Stranger things -Şərh: Aktrisa Vinona Ryder idi və o, həkimə “Should I stay or Should I go” sualını vermişdi. Onun baş rollardan birini canlandırdığı serialda qeyd edilən sualı çox eşidə bilərik. Belə ki, “The Clash” qrupunun “Should I stay or should I go?” mahnısı serialın soundtreklərindən biridir. -Müəllif: Namiq Quluzadə - -Sual: 3. Bir müddət əvvəl bu məşqçi Sunday League-də olan komandalardan birinə cəsarət tapmaları və özlərini daha güclü hiss etməsi üçün bir günlük məşqçilik etmiş və nitqlər söyləmişdi. Söhbətin hansı məşqçidən getdiyini tapın. -Cavab: Pep Quardiola -Şərh: İngilis dilində hər hansı kimisə cəsarətləndirmək üçün verilən nitqə Pep talk deyirlər. Burda da söhbət Pep Quardioladan gedirdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 4. Bir kitabın qadın qəhrəmanı olan Maurisiya gah atasının, gah anasının, gah da qohumlarının sözlərinə uyğun hərəkət etdiyini deyir və qeyd edir ki, o sanki Buraxılmış sözləri yaşayır. Buraxılmış sözlər 2006-cı ilə aiddir. Buraxılmış sözləri üçüncü növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Başqalarının həyatı -Şərh: Maurisiya gah atasının, gah da başqalarının sözü ilə hərəkət etdiyini deyərək sanki özünün yox, başqalarının həyatını yaşadığını deyir. Məşhur “The lives of others” filmi 2006-cı ildə yayımlanmışdı. -Müəllif: Namiq Quluzadə - -Sual: 5. Bir zarafatyana mənbədə qeyd edilir ki, Nuhun gəmisində olarkən bu canlılar Nuhun xarici görünüşündən çox qorxmuş və onun nəzərinə çarpmamaq üçün müxtəlif yollar axtarmışdılar. Söhbətin hansı canlılardan getdiyini tapın. -Cavab: Buqələmun -Şərh: Zarafatda yazılır ki, onlar Nuhdan gizlənmək üçün getdikləri yerlərin rənginə girirmişlər və beləcə öz xüsusiyyətlərini elə o zaman qazanıbmışlar. -Müəllif: Namiq Quluzadə - -Sual: 6. Venesuelanın eks-prezidenti Uqo Çaves dəstəkçiləri ilə görüşlərinin birində stulu ONUN üçün boş qoymuşdu. Maraqlıdır ki, ONUN təsvir edildiyi bir çox şəkillərdə xronoloji cəhətdən səhv edilmişdir, çünki ONUN yaşadığı dövrdə stullar çox da yayılmamışdı. Söhbətin kimdən getdiyini tapın. -Cavab: İsa Məsih -Şərh: Dindar despot Uqo Çaves öz xalqının rəğbətini qazanmaq üçün bu cür addımlar atırdı. İsanın təsvir edildiyi bir çox süjetlərdə o və həvariləri stullarda əyləşirdi, lakin həmin dövrün Fələstinində stullar çox məşhur deyil idi. -Müəllif: Namiq Quluzadə - -Sual: 7. Sovet dörünün plakatlarının birində kosmosda uçuş edən kosmonavt və BURAXILMIŞ SÖZLƏR yazılmışdı. Maraqlıdır ki, malaziyalı Şeyx Müzəffər Şükür, BURAXILMIŞ SÖZLƏR fikri ilərazı deyil idi və hətta kosmosda Azanı belə eşitdiyini iddia etmişdi. Buraxılmış sözləri cavab kartınıza yazın. -Cavab: Tanrı yoxdur -Şərh: Sovet dövrünün əsas doktrinalarından biri olan elmi ateizm tanrının mövcudluğunu inkar edirdi. Lakin, dini mənsubiyyətcə müsəlman Şeyx Müzəffər Şükür kosmosda Azanı eşitdiyini iddia edirdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. Amerikan futbolundakı paslardan birinin təsvirinə qulaq asın: top kvoterbek tərəfindən münkün qədər irəli vurulur, lakin pasın komanda yoldaşına düşmə ehtimalı çox azdır və oyunçu sadəcə qeyri-adi gücün köməyi ilə topun öz oyunçusuna düşəcəyinə ümid edir. Təsvir edilən pasın adını eyni hərflə başlayan və ikincisi xüsusi ism olan 2 sözlə yazın. -Cavab: Müqəddən Məryəm -Şərh: Top atıldıqdan sonar adətən oyunçular dua edir ki,top öz oyunçularına düşsün.Bu səbəbdən pas Müqəddəs Məryəm adını almışdır. Belə ki, bakirə olan Məryəm də İsaya həyat vermişdi və xristianlıqda bu bir möcüzə sayılır. 2 sual öncəki “İsa Məsih” cavabı da sizə kömək ola bilərdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 9. Kris Ennsin "Vaxtla oynayanlar" kitabında Feliks Olston tərəfindən yaradılmış bir komandadan və onlar üçün hər oyunun sanki son oyun, ölüm-qalım məsələsi olduğundan danışılır. Bir dəqiqədən sonra üzvləri deyil, onlar haqqında məqalədə 19-cu əsrdə yaşamış hansı fransızın xatırlandığını tapın. -Cavab: Viktor Hüqo -Şərh: Feliks Olston penitensiar sistemin böyük islahatçılarından biri sayılır. Məhkumların reabilitasiyası üçün onları idmana şövq edirdi. Bu yolla onların cəmiyyətə inteqrasiyasını tezləşdirmək istəyirdi. Tamaşaçıların təkidinə baxmayaraq, məhkumların elektrik stulda edam cəzası yerinə yetirilimişdi. “Edam məhkumunun son günü” əsəri Viktor Hüqoya aiddir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 10. Bir məqalədə yazılır ki, son vaxtlarda Fransada populyarlaşan X çox əlverişli idi, belə ki, onsuz da qanunvericiliyə görə hər bir sürücü Xdən istifadə etməlidir. X-i birinci növ təyini söz birləşməsi ilə ifadə edin. -Cavab: Sarı jilet -Şərh: Fransada karbon qazına olan verginin faizinin artırılması bütün ölkə miqyasında olan çıxışlara və iğtişaşlara səbəb oldu. Verginin artırılması isə ən çox sürücülərə təsir etmişdi. Bu hərəkatın nümayəndələri uniforma olaraq isə bütün sürücülər üçün məcburi olan sarı jiletlərdən istifadə edirdilər. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 11. Tarixin ən amansız qatillərindən olan Con List 1971-ci ildə öncə öz həyat yoldaşını sonra anasını, daha sonra isə üç uşağını başlarından güllələyərək öldürür. Bir dəqiqədən sonra 90-cı illərə aid hansı film personajının ondan ilhamlanaraq yaradıldığını tapın. -Cavab: Kayzer Söze -Şərh: Məşhur “Usual suspects” filminin baş personajı da oxşar ssenari ilə yaddaşlarda qalmışdı. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 12. İBM mühəndisi Ryan Andersonun yaratdlğı bir proqram qarşı tərəfdəki insanı analiz edir, onun xasiyyətini araşdırır və ümumi informasiya verir. Bir müsahibəsində Ryan qeyd edir ki, o, məhz bunun real həyatdakı versiyasını yaratmaq istədiyirdi. Bunu iki sözlə deyin. -Cavab: Sorting hat -Şərh: Mühəndis Ryan insanları fərqləndirməyi, onlar haqqında məlumat verməyi bacaran bir sistem yaratdığını və bu zaman Harry Potter seriyasındakı “Ayırıcı papaq”dan ilhamlandığını qeyd edir. -Müəllif: Kənan Dadaşzadə - -Səhifə -> 431 | Sual Sayı -> 12 - -Sual: 1. Uber şirkətinin uçan taksi texnologiyasını yaratmaq üzərində işləməsi barədə qeyd olunan bir məqalədə deyilir ki, 2020-ci ildə Dallas və Los-Anceles Belə şəhərlər olacaqlar. Belə ilə əvəz edilmiş sözü tapın. -Cavab: Pilot -Şərh: Bu şəhərlər hər iki mənada pilot şəhərlər olacaqlar. Pilot sözü bir çox hallarda ilkin, başlanğıc nümunələri bildirmək üçün istifadə olunur. -Müəllif: Nəriman Vəliyev - -Sual: 2. “The walking dead" serialı haqqında olan videoların birində personajlarından birinin son sezona qədər sağ qalmasının səbəbi kimi, ölülərlə yaxın döyüşə girməməsi və BUndan istifadə etməsi göstərilir. Bu latıncadan qövs və atıram sözlərindən yaranıb. Bu ilə əvəz edilmişi tapın. -Cavab: Arbalet -Şərh: Adıçəkilən serialda Daryl adında personaj arbaletdən istfadə etdiyi üçün zombiləri uzaq məsafədən öldürürdü. -Müəllif: Nəriman Vəliyev - -Sual: 3. Versiyaya görə bu nağıl qəhrəmanının bir məşhur özəlliyi həqiqi əsaslara dayanır, belə ki, onun prototipi sirkdə çıxış edərkən müxtəlif ölçülü protezlərdən istifadə edirdi. Həmin qəhrəmanı tapın. -Cavab: Pinokkio -Şərh: Sançes Pinokkionun protez burnu var idi və bəzən onun ölçülərini dəyişə bilirdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 4. Barış Özcan videoların birində Tesla avtomobillərindən danışır və onlara ad qoymağın da mümkün olduğunu bildirir. O qeyd edir ki, avtomobilə X adı verdikdə ad avtomatik olaraq "Həyat, kainat və hər şey" olaraq dəyişilir. X-i yazın. -Cavab: 42 -Şərh: Duqlas Adamsın məşhur əsəri olan "Qalaktika üzrə avtostopla" əsərində həyatın, kainatın və hər şeyin cavabının 42 olduğu bildirilir -Müəllif: Nəriman Vəliyev - -Sual: 5. Paylama materialı1 dəqiqədən sonra qarşınızda olan fotonun götürüldüyü məqalənin hansı almana aid olduğunu cavab kartınıza yazın. -Cavab: Fridrix Şiller -Şərh: Fridrix Şillerin şeir yazarkən ilham alması üçün çox qəribə şeylərdən istfadə etdiyi deyilir. Onun şeir yazması üçün daim masada ən az bir çürük alma olması haqqında ən yaxın dostu Iohan Volfgang Höte də danışırdı. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. 2018-ci ildə onun miqdarı 10 trilyon zimbabve dolları olaraq təyin olunmuşdu. Onu dəqiqliklə, 4 sözlə cavab kartınıza yazın. -Cavab: İqtisadiyyat üzrə İqnobel mükafatı -Şərh: Görülən işlərin ciddi olmadığını nəzərə alsaq mükafat da ona uyğundur. -Müəllif: Nəriman Vəliyev - -Sual: 7. Şair Əliağa Kürçaylı ona həsr etdiyi şeirində "sən ölmək istədin bəlkə də bir az. beş saat.. bir saat..bir qədər ölmək" ifadələrini işlədir. ONUN adı çəkilən mənbədə Veronada yerləşən Via Capello küçəsindəki muzeydən də bəhs olunur. Söhbətin kimdən getdiyini deyin -Cavab: Cülyetta -Şərh: Əliağa Kürçaylı cavan Romeonun gözəl qadını adlandırdığı Cülyettaya həsr etdiyi eyniadlı şeirdə yuxarıdakı misraları deyir. Turistlərin hər il Veronada ziyarət etdiyi Romeo və Juliettanin muzeyi sayılan Capello küçəsindəki balkonlu ev də sizə sualı tapmağa kömək edə bilərdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 8. Öz personajının çoxsaylı zəif nöqtələrindən danışan Frensis Skott Fitzcerald bir onurğasızı xatırlayır. Həmin onurğasızı tapın. -Cavab: Qırxayaq -Şərh: Qəhrəmanın çoxlu zəif nöqtəsi, yəni axilles dabanları vardı. Qırxayağın ayaqları çoxdur, yəni dabanları da. -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. Bir çıxışı zamanı Vladimir Putin bazarda işləyənlər tərəfindən hücuma məruz qalan polislərə dəstək olmayan polis həmkarları haqqında danışarkən “deyəsən onlar bu davranışları qarşısında bazar işçilərindən X alırlar” deyir. Karl Bloxun rəsmində də adı X ilə hallanan şəxsin Sonuncu Şam yeməyini tərk edərkən görə bilərik. X 2 sözlə yazın. -Cavab: 30 gümüş -Şərh: Rəsmdə şam yeməyini tərk edən İsa Məsihə xəyanət edən həvarisi İuda idi. O İsanı öpərək onun kimliyini bildirmək üçün rahiblərdən 30 gümüş almışdı. -Müəllif: Xəzər Əhmədov - -Sual: 10. Əvvəlcə düşünülmüş ideyaya görə o, gözləri ilə yolu işıqlandırmalı idi. Lakin sonra bu fikir dəyişdilirdi. Onun adını yazın. -Cavab: Rudolf -Şərh: Rudolfun burnu qırmızı işıq saçır və bu ona yolu görməyə kömək edir. Elə bu xüsusiyyəti də onu digərlərindən fərqləndirərək irəli aparmışdı. -Müəllif: Xəzər Əhmədov - -Sual: 11. Bir əsərdə qeyd edilir ki, Martin Skorseze və Frensis Ford Koppola Nyu-Yorkun yalnız italyan tərəfini göstərir, Vudi Allen isə ümumiyyətlə bir neçə kvartal ilə kifayətlənir. Əsərdə rejissorlar X-lər, Nyu-York isə Y ilə müqayisə olunur. X və Y-i tapın. -Cavab: Korlar və Fil -Şərh: Məşhur pritçada korlar filin yalnız toxunduğu hissəsi ilə bağlı mühakimə apara bilirdilər və ona görə də heş kəs tam dəqiq təsvir edə bilməmişdi. -Müəllif: Xəzər Əhmədov - -Sual: 12. İsveç brendi olan İKEA şirkətinin Türkiyə filialı bu ilin ortalarinda “Növbəti X də daha rəngli görüntülər sərgiləmək istəyənlərə” adı altında altinda öz məhsulunu reklam etdi. X həmçinin çəkildikdən bir il sonra “Zirvə” Milli Mükafatına layiq görülən, hərbi movzuda çəkilən filmimizin adıdır. X-i qalın saitli sözlə deyin. -Cavab: Dolu -Şərh: Bu ilin iyun ayında Türkiyədə dolu yağmasından sonra insanların maşınlarını mühafizə etmək üçün xalçalardan istifadə etməsi ortaya rəngli görüntülər çıxarmışdı. İKEA-da bundan öz məhsulunu reklam etmək üçün məharətlə istifadə edərək yeni modelləri maşınların üzərinə örtmüş şəkildə nümayiş etdirdi.2012ci ildə yayimlanan Dolu filmi bəyənilərək Mədənniyət və Turizm Nazirliyi tərəfindən verilən Zirvə mukafatını 2013cü ildə qazandı. -Müəllif: Xəzər Əhmədov - -Səhifə -> 432 | Sual Sayı -> 12 - -Sual: Rokun repdən üstün göstərildiyi bir internet memdə rep Buna bənzədilir. Bir batil inancda deyilir ki, Bunun ağzı açıq qaldıqda uğursuzluq baş verə bilər. Bunun nə olduğunu cavab kartına yazın. -Cavab: qayçı -Şərh: Bildiyimiz kimi "daş, kağız, qayçı" oyununda daş həmişə qayçını məğlub edir. İngilis dilində "rock" daş mənasına gəlir. Batil inanclardan birində qayçının ağzının açıq qoyulması uğursuzluq səbəbi sayılır. Yarışımızı da qayçı sualı ilə açıq elan edirik. -Müəllif: Ziya Yusifov - -Sual: 2. Futurama animasiyasının epizodlarından birində Aya uçan uşaqların ilk getdikləri yer BURA olur. İlk BURA 1903-cü ildə Coney adasında təsis edilmişdi. BURA ilə əvəz etdiyimiz sözü cavab kartınıza yazın. -Cavab: Lunapark -Şərh: Ay ilahəsi Lunanı xatırlamaq da sizə kömək edə bilərdi, belə ki, aya gedən uşaqlar ilk olaraq məhz Lunaparka, əylənməyə gedirdilər. Dünyadakı ilk lunapark Coney adasında təsis edilmişdi. -Müəllif: Nazim Nəbiyev - -Sual: 3. Bir serialda missiya həyata keçirməli olan personajlardan biri özlərini robota bənzətməli, robot kimi gəzməli, danışmalı olduqlarını bildirir, digər personaj isə cavabında sadəcə Bunu edə biləcəyini deyir. Söhbətin nədən getdiyini bildinizsə sevinci zamanı Bunu edən ingilisi cavab kartlarınıza yazın. -Cavab: Piter Krauç -Şərh: Personaj robot kimi davrana bilməyəcəyini, lakin robot rəqsi edəcəyini deyir. Piter Krauç həm vurduğu qollar, həm də vurduğu hər qoldan sonra robot rəqsi etməyi ilə xatirələrdə qalıb. -Müəllif: Nazim Nəbiyev - -Sual: 4. “Vanda adlı balıq” filminin epizodlarından birində burnuna fri kartofları tıxanmış personajı izləyən Ole Bentzen üçün bu filmdəki son epizod olur. Bu haqda yazılan bir məqalədə, Bentzen müasir O adlandırılır. Onun kim olduğunu tapın. -Cavab: Xrissip -Şərh: Ole Bentzen təsvir edilmiş səhnəni gördükdə həddindən artıq çox gülmüş və ölmüşdü. Oxşar vəziyyət filosof Xrissip ilə də yaşanmışdı. Belə ki, bir çox mənbələrdə uzunqulağın əncir yeməyinə baxan Xrissipin buna gülməkdən öldüyü qeyd edilir. -Müəllif: Ziya Yusifov - -Sual: 5. Ötən günlərdə bir matç zamanı Ngolo Kantenin fəallığını görən şərhçi onu X-ə bənzədir. Əsasən göy rəngdə və mərkəzində şimşək olan kostyumlar geyinən Piter Maksimovu da biz X kimi tanıyırıq. X-i cavab kartlarınıza yazın. -Cavab: Civə -Şərh: Piter Maksimovu, Marvelin personajını biz daha çox Quicksilver, yəni Civə adı ilə tanıyırıq, Kantenin canfəşanlığını görən aparıcı da onu civəyə bənzətmişdi. -Müəllif: Nazim Nəbiyev - -Sual: 6. Bir mənbədə, ana gizlənqaç oyunu zamanı tapa bilmədiyi oğlunu Ona bənzədir. Onun xüsusi dizaynlı və əlavə qola sahib kostyumu bir auksiyonda 3000 dollara satılmışdı. Onun kim olduğunu tapın. -Cavab: Harri Houdini -Şərh: Məşhur illuzyonist bir çox itmə nömrələriylə 20-ci əsrdə öz adından çox söz etdirmişdi. Onun əlavə qola sahib kostyumu bir hərracda yüksək qiymətə satılmışdı. -Müəllif: Rauf İsmayılov - -Sual: 7. Stefan Sveyqin bir personajı şam yeməyi ərzində xoşbəxt olduğunu, lakin masadan qalxarkən artıq hər şey bitdiyi üçün dərin kədər hiss etdiyini bildirir və bu hissəni yaradılışın X-inə bənzədir. Musa peyğəmbər öz qövmünə X-də çalışmamaq, ov etməmək, öldürməmək kimi əmrlər vermişdi. X-i birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Yeddinci gün -Şərh: Musa peyğəmbər insanlara sadalananların heç birini etməməyi, istirahət etməyi tapşırmışdı. Sveyq isə Dünyanı yeddi gündə yaradan Tanrının yeddinci gündə duyduğu hissləri sonsuz kədərə bənzətmişdi. -Müəllif: Nazim Nəbiyev - -Sual: 8. Samsung yeni çıxartdığı, uzunömürlü batereyaya malik smartfon haqqındakı məqalə “Oh My God” adlandırılır. Öncəki cümlədə 2 hərf 1 hərflə əvəz olunub. Əvəz edilmiş hərfləri cavab kartınıza yazın. -Cavab: a,h -Şərh: Sualda sizə əsasən enerji detalı kömək ola bilərdi. Belə ki, mobil cihazlarda enerjinin ölçü vahidi “Mah” adlanır və məqalədə “Oh Mah God” adlanırdı. -Müəllif: Rauf İsmayılov - -Sual: 9. Bir mənbədə musiqinin səsinin yüksəkliyindən şikayətlənən personaj bu səsin hətta Onları belə qaldıra biləcəyini deyir. Meksikada, hər ilin aprel ayında Onlar xatırlanır. Onlar ilə əvəz etdiyimizi yazın. -Cavab: Ölülər -Şərh: Ölülər günü hər il 5 apreldə Meksikada qeyd edilən bayramdır. Musiqinin səsinin çox yüksək olduğunu deyən personaj bu səsin hətta ölüləri də dirildə biləcəyini deyir. -Müəllif: Nazim Nəbiyev - -Sual: 10. Bir mənbədə dostunu pəncərədən itələyib öldürən personaj zarafat ilə onu özünün yox, X-in öldürdüyünü deyir. Vikipediyada yazılır ki, əgər X olmasaydı insan bədəni hazırkı formasında olmazdı. X-i 1 və ya 2 sözlə cavab kartınıza yazın. -Cavab: Yer çəkimi -Şərh: Personaj dostunu itələdiyini, lakin onu öldürənin özü yox, yer çəkimi olduğunu deyir. Vikipediyada yazılır ki, insanların fiziki göstəricilərinə yer çəkimi də müəyyən təsir göstərir. -Müəllif: Rauf İsmayılov - -Sual: 11. Bir serialda öz silah�� haqqında danışan personaj nişangahın son dərəcə dəqiq qurulduğunu, hətta Onun belə hədəfi vura biləcəyini deyir. Onun haqqında olan videoçarxa “qaranlığın işığı, səssizliyin səsi” adı verilmişdi. Onun kim olduğunu tapın. -Cavab: Helen Keller -Şərh: Söhbət görmə, eşitmə və danışma əngəlli olan Helen Kellerdən gedirdi. Bütün bunlara baxmayaraq Helen kitab və məqalələr yazmış, sosial cəhətdən aktiv olmuşdur. Personaj da hətta görməyən, eşitməyən Helenin belə bu silahdan asanlıqla istifadə edə biləcəyini deyir. -Müəllif: Nazim Nəbiyev - -Sual: 12. Bir məqalədə, yeməyin yaxşısı və ya pisi olmadığını iddia edən müəllif X-i də xatırlayır. Oxuma və yazma faizi aşağı olan bəzi ölkələrdə X-lərin hazırlanması zamanı əsasən səs və görüntüyə diqqət yetirilir. X ilə əvəz etdiyimiz sözü yazın. -Cavab: Reklam -Şərh: Məqalədə, yeməyin insanı doydurduğu təqdirdə yaxşı və ya pis, dadlı və ya dadsız olmasının əhəmiyyəti olmadığı yazılır və bu zaman reklamın pis və ya yaxşı olmasının vacib olmadığı, insalara yenə də məlumatı çatdırdığı xatırlanır. Bəzi ölkələrdə insanların bir hissəsi oxumağı bilmədiyinə görə reklamlarda yazıya az yer verilir. Fasiləyə çıxmağımız da sizə kömək ola bilərdi. -Müəllif: Rauf İsmayılov - -Səhifə -> 433 | Sual Sayı -> 0 - -Səhifə -> 434 | Sual Sayı -> 12 - -Sual: 1. Avronun sürətlə dəyərdən düşə biləcəyi və bunun bir çox şeyin sonunu gətirə biləcəyi qeyd olunan bir yazıda 1 avroluq qəpik ALFA kimi təsvir olunub. Ən məşhur ALFAlardan biri 1908-ci ildə 6000 kvadrat kilometr meşə sahəsini məhv etmişdi. ALFA ilə əvəz etdiyimiz yunan mənşəli sözü yazın. -Cavab: Meteorit -Şərh: Economist jurnalında avronun sürətlə dəyər itirə biləcəyi və sanki yerə çırpılan bir meteorit kimi bir çox şeyi məhv edə biləcəyi yazılır. 1908-ci ildə Tunquska bölgəsinə düşən meteorit çox böyük meşə sahəsini məhv etmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Joanna Kemlanın kitabında qeyri-adi göl canavarı gölə gəlib burada BUnu edən insanlardan qisas alır. ABŞın bəzi yerlərində BUnu etmək fillərin öhdəliyidir. Bunu etməklə əvəz edilmiş sözü yazın. -Cavab: Maşın yumaq -Şərh: Kitabda öz yaşadığı gölün suyundan bu cür məqsədlər üçün istifadə edilməsini bəyənməyən canavar maşınları udaraq insanlardan intiqam alırdı. ABŞda bəzi məntəqələrdə maşınları fillərin köməyi ilə yuyurlar. -Müəllif: None - -Sual: 3. Bir kitabda Nyutonun ata, oğul, müqəddəs ruh haqqında olan yazılara inanmaması haqqında danışan müəllif bunu ironik hesab edir. Siz isə müəllifin növbəti cümləsində hansı təsisatin adını çəkdiyini tapın. -Cavab: Trinity kolleci -Şərh: Bill Bryson Nyuton haqqında danışarkən onun müqəddəs üçlüyün mövcudluğuna inanmayan Arianizm sektasina mənsub olduğunu qeyd edir və Nyutonun Trinity kollecinin məzunu olduğunu nəzərə alsaq bunun ironik olduğunu deyir. Trinity kollecinin adı da müqəddəs üçlüyə görə verilib. -Müəllif: Rahib İsmayılov - -Sual: 4. Corc Mendozanın bir neçə ay öncə ölməsində sonra bir tarixi fotoya həsr olunmuş abidənin üzərinə naməlum şəxslər tərəfindən “#me too” hashtagi yazılaraq zərər verilmişdi. Siz isə bu fotonun müəllifini cavab kartlarınıza yazın. -Cavab: Alfred Eisenstaedt -Şərh: Me too hastagi qadınların cinsi istismarına qarşı yaradılmış bir herakatdi. 1945-ci ilin avqustunda Yaponiyanın təslim olması ilə Times meydanında çoxlu adam bunu bayram edirdi. Və bu zaman Alfred Eyzenstaedt bir əsgərin tibb bacısını opduyunu görür və V-J day in times Square adlı məşhur fotosunu çəkir. Sonradan verdiyi müsahibədə tibb bacısı əsgərin onu opməsini istəmədiyini deyib. Corc Mendozanın isə həmin şəkildəki əsgər idi. -Müəllif: Rahib İsmayılov - -Sual: 5. Vikipediyada qeyd olunur ki, Amber məbədi gün ərzində sadəcə 1 şam istifadə edilərək tamamilə işıqlandırılır və bunun səbəbi məbəddə mindən artıq X olmasıdır. X ilə əvəz etdiyimiz, saitləri eyni olan sözü yazın. -Cavab: Güzgü -Şərh: Məbəddə quraşdırılan güzgülər şamdan düşən işığı yansıdaraq bütün məbədin günü işıqlı keçirməsinə kömək olurlar. -Müəllif: None - -Sual: 6. “American gods” serialının epizodlarindan birində baş personajların toplaşdığı kafeyə hücum baş tutur və kafeyə yağdırılan güllələrin üzərində latınca bir ifadəyə yer verilir. Siz isə həmin ifadə haqqında olan məqalədə 19-cu əsr doğumlu hansı almanın xatırlandığını tapın. -Cavab: Frederik Nitşe -Şərh: Serialda tanrıların toplandığı kafeyə hücum olunaraq onları öldürməyə çalışırlar və güllələrin üzərində “deus mortuorum”, yəni “tanrı öldü” yazısını görə bilərik. Tanrı öldü ifadəsi isə Frederik Nitşenin məşhur sitatıdır. -Müəllif: Rahib İsmayılov - -Sual: 7. Paylama materialıVikipediyada qeyd edilir ki, təbiətdə X-ə heç vaxt rast gəlinməyib. Rekvizitdə də görə biləcəyiniz X adətən qışqırıqlar və vokalizasiya ilə müşayiət olunur. X-i 3-cü növ birləşmə ilə cavab kartınıza yazın. -Cavab: Sərçənin göz yaşları -Şərh: Xalq arasında sərçənin duyğusal göz yaşları axıdması mifi geniş yayılmışdır. Təbiət bu hala heç vaxt rast gəlinməyib . Sizə təqdim olunmuş rekvizitdə də Sərçənin – Edit Piafın göz yaşlarını görə bilərsiz. -Müəllif: Elşən Almaslı - -Sual: 8. Bir serialda yenicə nişanlanan personaj artıq digər adamların ona əvvəlki diqqəti göstərmədiyini deyəndə dostlarından biri onu bu personajla müqayisə edir. Personaj haqqında olan məqalədə Martin Freeman ve Ian Holmun da xatirlandigini bilərək həmin personajı cavab kartlarınıza yazın. -Cavab: Bilbo Baggins -Şərh: Personaj nişanlandıqdan sonra barmağında üzüyü gördükləri üçün heç kəsin onunla maraqlanmadığını və sanki gözəgörünməz olduğunu deyir. Digər personaj isə onu Bilbo Bagginslə müqayisə edir. Martın Freeman Hobbit, Ian Holm isə Lord of the rings filmlər seriyasında The one ringi taxaraq gözəgörünməz olan Bilbo Bagginsi canladırıblar. -Müəllif: Rahib İsmayılov - -Sual: 9. Bir mənbədə o, özünü hər dəfə məşuqə dəyişən varlı qadına bənzədir və qeyd edir ki, bütün məşuqələrinin həkim olmasından bezib. Söhbətin 1907-ci ildə Coyoacanda doğulmuş kimdən getdiyini tapın. -Cavab: Frida Kahlo -Şərh: Ağır qəza keçirtdikdən sonra uzun müddət yataq xəstəsi olan Frida filmdə öz atasına belə şikayətlənir. Sualın ikinci hissəsindəki toponim də sizi cavaba yaxınlaşdıra bilərdi. -Müəllif: Elşən Almaslı - -Sual: 10. Bir əsərin həkim personajı Bunu öz beyni üçün məşq adlandırır. Bunu eşidən digər personaj isə zarafat edərək “Qoy ölülər ölülüyündə qalsın” deyir. X ilə əvəz etdiyimiz 2 sözü tapın. -Cavab: Latın dili -Şərh: Bildiyimiz kimi Latın dili ölü dil hesab edilir. Həkim personaj da tez-tez istifadə etməli olduğu dili öz beyni üçün məşq hesab edirdi. -Müəllif: None - -Sual: 11. Bir məqalədə “13 reasons why" serialının ekranlara çıxmasından sonra internetdə 'necə intihar etmək olar?', 'intihar etmək', ' özünü necə öldürmək olar' tipli axtarışların çoxalmasından bəhs edilərkən 18-ci əsrə aid O da xatırlanır. Onun adını cavab kartınıza yazın. -Cavab: Verter -Şərh: Hotenin " Gənc Verterin əzabları" əsərinin çap olunmasından sonra personajla eyni yaşda olan gənclər intihar etməyə başlamışdılar. Bundan sonra “Verter effekti” adlı ifadə yaranmışdı. Məqalədə "13 reasons why" serialı da gənclər arasında intihar fikirləri yaratdığı üçün Verter effektinə misal göstərilir. -Müəllif: Rahib İsmayılov - -Sual: 12. Bəstəkar Stravinski yaradıcılığı boyu üslubunu dəfələrə kəskin surətdə dəyişdiyinə görə ona X ləqəbi verilmişdir. X-i ilə hansı canlının adını əvəz etdiyimizi tapın. -Cavab: Buqələmun -Şərh: Öz rəng dəyişmə xüsusiyyətləri buqələmunları digər canlılardan ayırır. Tez-tez öz üslubunu dəyişən Stravinski də buqələmun ləqəbi almışdı. -Müəllif: Elşən Almaslı - -Səhifə -> 435 | Sual Sayı -> 12 - -Sual: 1. “Taxtlar oyunu” kitabında Winterfell-də şənlik zamanı heç bir emosiyası olmayan Sersi haqqında danışılarkən o, X-ə bənzədilir. X adlı pyesin müəllifi 1913-cü ildə, Göyçayda anadan olmuşdu. X-i iki sözlə yazın. -Cavab: Buz heykəl -Şərh: Winterfell daha çox qış və qarla assosasiya olunan bir yer idi və bu zaman Sersi buz heykələ bənzədilirdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 2. Filosof Endrü Veyn qeyd edir ki, fəlsəfəyə yeni başlayanlarda X adətən yaxşı və pis arasındakı fərqi müəyyənləşdirmək üçün olur. Siz də az əvvəl X-i eşitdiniz. X-i iki sözlə yazın. -Cavab: Birinci sual -Şərh: Filosof deyir ki, fəlsəfədə yeni olanlar üçün ilk sual adətən “yaxşı və pisin fərqi nədir?” olur. Siz də az əvvəl bu turda ilk sualı eşitdiniz. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 3. Həkim professor Jozef Bell Şerlok Holmsun prototipi kimi tanınır. Bir dəqiqədən sonra onun “Cərrahi əməliyyatlar üzrə təlimçi” adlı kitabının hansı personaja hədiyyə edildiyini tapın. -Cavab: Doktor Haus -Şərh: Jozef Bell Şerlok Holmsun prototipi sayılır. Doktor Gregori Hausun Şerlok Holmsdan ilhamlandığı isə məlumdur. Epizodların birində dostu ona adıçəkilən kitabı hədiyyə edir. -Müəllif: Aslan Bəkirov - -Sual: 4. Məşhur basketbolçu Yao Ming öz iri cüssəsinə görə müdafiədə inamlı təsir göstərirdi. Bir dəqiqədən sonra azarkeşlər tərəfindən ona qoyulan ləqəbi cavab kartınıza yazın. -Cavab: Böyük Çin Səddi -Şərh: Öz böyük cüssəsi ilə heç kimə keçid verməyən Çin vətəndaşı Yao Minq böyük Çin səddinə bənzədilirdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 5. Dr. House serialında ata qızını xərçəngdən azad etmək üçün Tanrı ilə razılığa gəldiyini iddia edir. Bir neçə həftədən sonra xərçəng yox olur, ata isə öz vədinə sadiq qalaraq hər il özünü cəzalandırır. Bunu bilən Dr. House sözü yanlış anlaşılmış həkimi Onunla müqayisə edir. Onun kim olduğunu tapın. -Cavab: Ponti Pilat -Şərh: Onkoloqun diaqnozu atanın hər il çarmıxa çəkilməsinə gətirib çıxarmışdı. Ponti Pilatın sözünün İsanı çarmıxa çəkdirdiyi kimi. -Müəllif: Aslan Bəkirov - -Sual: 6. Snatch filmində Boris adlı personaj haqqında danışılarkən onun Alfa kimi əyri və Betta kimi sərt olduğu vurğulanır. Batman-in düşmənlərindən olan Abramoviç əkizlərinin ləqəbi də Alfa və Betta idi. Alfa və Bettanı müvafiq ardıcıllıqla cavab kartınıza yazın. -Cavab: Oraq və Çəkic -Şərh: Sualın hər iki hissəsində verilmiş rus adları sizə kömək ola bilərdi. Belə ki, filmdə Boris adlı personaj haqqında danışarkən onun oraq kimi əyri, çəkic kimi sərt olduğu deyilir. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 7. Mourinyo'nun futbolçuluq kariyerasının uğursuz, lakin məşqçilik kariyerasın uğurlu olmasından danışılan bir mənbədə məşhur ifadəni oxuya bilərik. Bu ifadəni bildinizsə, onun hansi italyan məşqçiyə aid olduğunu cavab kartınıza yazın. -Cavab: Arrigo Sacchi -Şərh: Mourinyo haqda yazıda “Jokey olmaq üçün ilk öncə at olmalı olduğunuzu bilmirdim” ifadəsi xatırlanır. İfadənin müəllifi də Arriqo Saçi idi. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 8. The Departed filminin hekayəsi polis idarəsində işləyən cinayətkar və kriminal dəstədə cəsusluq edən polis haqqındadır. Saytların birində filmin ALFAdan ilhamlanaraq yaradılmış posterini görə bilərik. “I Ching” kitabında ALFAdan danışılarkən sualın cavabı, sevginin nifrəti və hərəkətsizliyin hərəkəti xatırlanır. ALFAnı cavab kartınıza yazın. -Cavab: Yin və Yang (İn və Yan) -Şərh: Sevginin nifrəti, hərəkətsizliyin hərəkəti sizə cavaba çıxmağa kömək edə bilərdi. Həmçinin kitabın adı da sizə söhbətin şərq dünyasından getdiyini bildirməli idi. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 9. Uşaqların 12 yaşına qədər yetişdirilib sonrasında qurban kimi öldürülməsindən bəhs edən anime “Vəd edilmiş ORA” adlanır. 2009-cu ildə vəfat etmiş məşhurun dəfn mərasiminin də öz adını Oradan almış məkanda keçirilməsi planlaşdırılırdı. Orayla əvəz etdiyimizi cavab kartınıza yazın. -Cavab: Neverland -Şərh: Uşaqların yalnız 12 yaşına qədər yaşayıb daha sonra böyümədiyi üçün anime Ceyms Barrinin əsərindəki xəyali məkan olan Neverlanddan ilhamlanaraq yaradılmışdır. “2009-cu ildə dünyasını dəyişmiş Maykl Ceksonun da dəfn mərasiminin müğənninin məşhur Neverland rançosunda keçirilməsi planlaşdırılırdı. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 10. Bir məqalədə yazılır ki, 14-cü Lüdovik X-i gizli baxışların ünsiyyət vasitəsi adlandırmışdı. Şərq nağıllarında bəzən sehrli çubuğu əvəz edən X-dən orta əsr səyahətçiləri xəritə kimi də istifadə edirdilər. X-i tapın. -Cavab: Yelpik -Şərh: Lüdovik yelpik arxasından baxışları vurğulamaq istəmişdi. Şərq nağıllarında bəzən yelpikdən sehrli çubuq kimi də istifadə edirdilər. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 11. Hadisələri Şimali Amerikada cərəyan edən bir serialın bir bölümünün sonunda baş obrazın gəldiyi qəsəbənin bütün sakinləri səbəbi bilinməz şəkildə yoxa çıxır. Bir dəqiqədən sonra həmin seriyada bir taxta dirəyin üzərində cızılmış xarici mənşəli sözü 1 dəqiqə ərzində cavab kartınıza yazın. -Cavab: Croatoan -Şərh: 16-cı əsrdə Amerikadakı ilk ingilis koloniyası olan Roanoke koloniyası da səbəbi bəlli olmayan şəkildə yoxa çıxmışdı və koloniyadan geriyə yalnız ağac üzərinə cızılmış “Croatoan” sözü qalmışdı. -Müəllif: Bəxtiyar Nəzərli - -Sual: 12. İngilis komiki Rob Brayton qeyd edir ki, Alfa haqqında aldığı kitab gözlənilən nəticəni verməsə də, o yenə də bir qədər Betta itirmişdi. Alfa və Betta ilə əvəz etdiyimiz əcnəbi mənşəli sözləri yazın. -Cavab: Diet, funt -Şərh: Brayton deyir ki, çəkisini azaltmaq üçün aldığı diet kitabı bir fayda verməsə də, o yenə də bir neçə funt, amma maddi cəhətdən itirdi. -Müəllif: Aslan Bəkirov - -Səhifə -> 436 | Sual Sayı -> 12 - -Sual: 1. Fərziyyələrin birinə görə Taxt-tac oyunları əsərinin personajlarından biri olan Euron Qreycoy Valeriya xarabalıqlarına ALFA tapmaq ümidi ilə getmişdi. ALFAnı biz həm də Professor Krovellin hədiyyəsi kimi tanıyırıq. ALFA ilə əvəz edilmiş iki sözü cavab kartınıza yazın. -Cavab: Əjdaha yumurtası -Şərh: Euron Greyjoy Valeriya xarabalıqlarına əjdaha yumurtası taparaq westerosda güc əldə etmək məqsədilə getmişdi. Və son sezondan öncə onun gəlişini serialda həddindən artıq əhəmiyyətli bir hadisə kimi göstərmələri bunun doğruluğu nəzəriyyəsinin ortaya atılmasına səbəb olmuşdur. Harry Potter seriyasında Professor Krovell Floppinin sirrini öyrənmək üçün Haqritdə əjdaha yumurtası hədiyyə etmişdi. -Müəllif: Məhəbbət Məcnunov - -Sual: 2. Bir məqalədə futbolçu Deyan Stankoviçin mundiallarda 1998-ci ildə Yuqoslaviyada, 2006-cı il Serbiya və Çernoqoriyada, 2010-cu il mundialında Serbiya yığmasında oynamasını belə adlandırılıb. Necə adlandırıldığını 1 əcnəbi sözlə deyin. -Cavab: Matryoşka -Şərh: Adı çəkilən ölkələr, demək olar ki matryoşka oyuncağı kimi bir birinin içindən çıxırdı. -Müəllif: Günay Vəliyeva - -Sual: 3. Aqata Kristinin əsərində Puarodan bir qızın axtarılması istənilir. Bir neçə ölkə gəzən Puaro sonda həmən qadını xəstə halda isveçrədə tapır. Bəhs olunan hekayənin necə adlandığını tapın. -Cavab: Keriney maralı -Şərh: “Erkülün qoçaqlıqları” əsərində hadisələrdə Heraklın qəhrəmanlıqlarına allüziyalar var. Herakl Keriney maralının arxasınca nə qədər gəzsə də onu tuta bilmir ancaq yaralı olandan sonra onu ələ keçirə bilir. “Keriney maralı” Heraklın 3-cü qəhrəmanlığı idi. -Müəllif: Emin Məmmədov - -Sual: 4. Birincinin ilk dəfə istifadə edilməsi Annone kəndində baş tutmuşdu. İkincinin isə ölkəmizdə ilk istifadəçisi Əli bəy Hacinski olduğunu deyilir. Siz isə birinci və ikincinin istifadəsini öz əsərində qarşılaşdıran şairin kim olduğunu deyin. -Cavab: Mirzə Ələkbər Sabir -Şərh: İlk hava şarını fransız Monqolfye qardaşları kəşf etmişdi. Azərbaycands ilk avtomobilin istifadəsi üçün isə bundan sonra 1 əsrdən çox zaman keçməli oldu. Dahi şair Sabir öz şeirində qeyd edərək " Əcnəbi seyrə balonlara çıxır, biz hələ avtomobil minməyiriz" deyirdi. -Müəllif: Günay Vəliyeva - -Sual: 5. 1912-ci ildə qütb səyahətçisi Skot və onun yoldaşlarının məhvinin səbəbinin X olduğu güman edilir. Belə ki, onların yanacaq saxladıqları qablar X nəticəsində deşilmiş və yanacaq axıb tökülmüşdü. X-i ikinci növ təyini söz birləşməsi ilə tapın. -Cavab: Qalay taunu -Şərh: Güclü şaxta zamanı ağ qalayın boz qalaya çevrilməsi sürətlənir və beləliklə baklar deşilmiş yanacaq axıb tökülmüşdür.Ağ qalayla boz qalayın qarışması isə Qalay taunu adlanır. -Müəllif: Günay Vəliyeva - -Sual: 6. Oğul istəyirdi Şah Məlikədən,   -Oğlunu itirdi sonunda vətən,   -Bir qadın eşqiylə qurulan dövlət,   -Bir qadın məkriylə çökdü nəhayət   -Gördüyünüz hissə 1984-cü ildə yazılmış hansı əsərimizdəndir? -Cavab: Atabəylər -Şərh: 1- ci qadın Möminə Xatundur. Atabəy Şəmsəddin Eldənizin onunla evlənməsi nəticəsində Atabəylər dövləti yaranır.2ci qadın isə Qutluq İnancdı hansı ki Qızıl Arslan onunla evlənmək məcburiyyətində qalır Dövlətin çöküşü də Qutluq inancın Qızıl Arslanl öldürtməsi ilə başlanır. -Müəllif: Sənəm Fərhadlı - -Sual: 7. Məxfi xidmət agentlərinin çətin vəziyyətlərdə istifadə etdiyi bunlar, xüsusi boyalardan istifadə edilərək, ipək parçalardan hazırlanırdı. Bunu qadın casuslar yaylıq kimi, kişi casuslar şərf şəklində istifadə edirmişlər. Bunu tapın. -Cavab: Xəritə -Şərh: Xəritə Məxfi xidmət agentlərinin qaçış məqsədilə çətin zamanlarda yolu tapa bilmələri üçün hazırlanmışdı. -Müəllif: Günay Vəliyeva - -Sual: 8. ALFA adlı bir məqalədə deyilir ki, insanların tetraxromat olması üçün gözdə 4 kanal və 4 növ konus hüceyrə olmalıdır. Emilia Lavreananın uşaqlar üçün boyama kitabı da ALFA adlanır. ALFAnı üç sözlə deyin. -Cavab: Göyqurşağının 8-ci rəngi -Şərh: Tetroxromat canlılarda rəng məkanı 4 ölçülü olduğu üçün adi gözlə görülə bilməyən rəngləri görmək mümkündür. -Müəlliflər: Bəhruz Şabılı, Orxan Cəlilov - -Sual: 9. BETA'da Ejen Boş və Pol-Ejen Millenin portretlərini də görə bilərik. Booking.com saytında, təqribən 70 avro ödəməklə BETA-da gecələyə bilərsiniz. BETA-nın müəllifini deyin. -Cavab: Vinsent Van Qoq -Şərh: Şərh: Arlda yataq otağı rəsmində divardan qeyd olunan rəssamların portreti asılıb. Məktub isə əsərin müəllifi Van Gogh'un qardaşına rəsm barədə məktubundan bir hissə idi. Arlda yataq otağında gecələməyən orta qiyməti 70 euro-dur. -Müəlliflər: Bəhruz Şabılı, Orxan Cəlilov - -Sual: 10. Ömər Eldarov 1960-cı ildə ALFA-da qüssə və dərin duyğuları əks etdirmişdir. Son aylarda bir çox məqalələrin başlığında ALFA ilə yanaşı vandalizm sözünə də rast gəlmək olar. ALFA-nı biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Natəvanın heykəli -Şərh: Heykəltəraş Ömər Eldarovun 1960-cı ilə aid Xurşidbanu Natəvanın heykəlində Natəvanın kədəri əks etdirilib. Brüsseldə açılmış Natəvan heykəli isə 2020-ci ilin mart ayında vandalizmə uğrayıb. -Müəllif: Sənəm Fərhadlı - -Sual: 11. 1912 ci ildə Titanikdəki qəzadan sağ çıxanları qurtarmağa gələn Karpatya gəmisi sonralar "ALFAlar gəmisi" kimi adlandırılmağa başlanıldı. ALFA ilə əvəz olunmuşu qısa sözlə yazın. -Cavab: Dul -Şərh: Titanikdə ilk öncə qadın və uşaqların xilas olunduğuna görə gəmiylə qurtulmağa çalışan qadınların bir çoxu dul qalmışdı. Buna görə də sonradan gəmi dullar gəmisi kimi adlandırdılar. -Müəllif: Məhəbbət Məcnunov - -Sual: 16-cı əsrin sonuna aid əsərdə, San-Servando qəsri dəqiqliklə öz yerində təsvir olunsa da, digər tikililərin yerinin dəyişilməsi İQREK-də fərqlilik yaratmışdır. İQREK-i üçüncü növ təyini söz birləşməsi ilə deyin. -Cavab: Toledonun görünüşü -Şərh: İQREK sözündə rəsmin müəllifi El-Qrekonun adındakı 4 hərfə də rast gələ bilərik. -Müəllif: Günay Vəliyeva - -Səhifə -> 437 | Sual Sayı -> 12 - -Sual: 1. Bir karikaturada satılan məhsulun adında dəyişiklik edildikdən sonra ALFA, satışların artmasına səbəb olur. Professor Devid Mayersin sözlərinə görə, müəyyən bir xalqın qəmgin və xoşagəlməz üz ifadəsi ALFA ilə əlaqəlidir. ALFAnı əcnəbi sözlə cavab kartınıza yazın. -Cavab: Umlaut -Şərh: Karikaturada məhsulun adına umlaut əlavə edildikdən sonra satışların artdığı qeyd edilir. Sualın ikinci hissəsində isə alman xalqının üz ifadəsinin umlautlarla bağlı olduğu söylənilir. -Müəllif: Asəf Əsədli - -Sual: 2. Roma mifologiyası ilə bağlı videolardan birində İKSlər arxa fonda birləşərək ürək formasını alır. İKSi qonşu hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Kupidonun qanadları -Şərh: Roma mifologiyasında sevgi tanrısı olan Kupidonun qanadları ürək formasını yaratmışdı. -Müəllif: Nəriman Knyazlı - -Sual: 3. Bir əsərin müharibədən sağ çıxmış uşaq personajı müəyyən zaman keçdikdən sonra öz İKSini dəyişirdi. 1958-ci il doğumlu şəxs sitatlarından birində demişdi: “Ümid edirəm, İKS mənə kömək olacaq”. İKSi bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Protez -Şərh: Müharibə zamanı bir ayağını itirmiş uşaq hər il digər ayağı uzandığı üçün protezini dəyişdirməli olurdu. Sualın ikinci hissəsində isə söhbət “Ümid marafonu”nun qalibi Terri Foksdan gedirdi. -Müəllif: Səyyar Qurbanov - -Sual: 4. Ehtimal olunur ki, ALFAnın hazırkı versiyası XVIII əsrdə Şeffilddə hazırlanıb. Ötən əsrin birinci yarısına aid mənbədə ALFAdan istifadə edilməsi üçün inək gözü sifariş edilmişdi. ALFAnı saitləri eyni olan sözlə cavab kartınıza yazın. -Cavab: Ülgüc -Şərh: Şeffild “İngiltərənin polad paytaxtı” kimi tanınır. Ülgücün hazırkı versiyası da məhz həmin şəhərdə hazırlanıb. Həmçinin, şəhəri təmsil edən eyniadlı komandanın da ləqəbi “ülgüclər”dir. “Əndəlüs köpəyi” filminin məşhur səhnəsində inək gözündən istifadə edilib. -Müəllif: Asəf Əsədli - -Sual: 5. “Death note” [Des` not] animesində oxşar formada reallaşan qətlləri araşdıran detektiv qatilin ilk qurbanının İKS olduğunu deyir. İKSin adının mənşəyindən danışılan ingilisdilli mənbədə tranzit olaraq Qərbi Afrika yolundan istifadə edilməsi faktı göstərilir. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Qvineya donuzu -Şərh: Bir neçə əsr təcrübə məqsədləri ilə istifadə edilən Qvineya donuzları ingilis metaforlarında “təcrübə obyekti” sözləri ilə assosiasiya edilir. Vətəni əslində Cənubi Amerika olan heyvanların ingilisdilli adı olan “Qvineya donuzu”nun etimologiyasının izahında da sualda vurğulanmış versiya göstərilir. -Müəllif: Nəriman Knyazlı - -Sual: 6. Paylama materialıO, gəncliyində Uilyam Dozerin yaratdığı seriallardan birində Uzaq Şərq əsilli qəhrəmanın obrazını yaradıb. Onun sadəcə adını cavab kartınıza yazın. -Cavab: Brüs -Şərh: Şəkildəki şəxsin Uzaq Şərq əsilli olması və maskası əsas ipucular idi. Belə ki, maskaya diqqətlə fikir verdikdə onun Brüs Veynin maskasına bənzədiyini görmək olar. Prodüser Uilyam Dozer bu cür maskası olan obrazı Brüs Liyə həvalə etmişdi. Maraqlıdır ki, Dozer sözügedən serialdan başqa həm də 1960-cı illərdə “Betmen” televiziya serialını yaradıb. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 7. Bir əsərin çox ya��ı olan personajının zəif və nazik saçları BUna bənzədilir. Maraqlıdır ki, BUnun kökündən pivə hazırlamaq da mümkündür. BUnu mürəkkəb sözlə cavab kartlarınıza yazın. -Cavab: Zəncirotu -Şərh: Qoca personajın ağ saçları çox nazik və zəif olduğundan zəncirotuya bənzədilmişdi. Məşhur romanın adından bildiyimiz kimi, zəncirotundan şərab hazırlamaq dan başqa, ondan pivə istehsalında da istifadə edilir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 8. Koronavirus səbəbindən ölümlərin kəskin artmasından danışan bloq müəllifi bu halın artıq BİRİNCİ deyil, İKİNCİ olduğunu qeyd edir. Məhşur britaniyalının İKİNCİni nəyə bənzətdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Mini yubka -Şərh: Məhşur ifadədə deyildiyi kimi, bir nəfərin ölümü faciə, min nəfərin ölümü isə statistikadır. Blogger də həmin ifadəyə göndərmə edərək ölümlərin sayının artmasının mövcud vəziyyəti statistikaya çevirdiyini qeyd edir. Aleks Fergüson statistikanı mini yubkaya bənzətmişdi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. Bir məqalədə qoyulan investisiyalarla daha da böyüyən, eyni zamanda iqtisadi əlaqələri zəifləyərək birdən-birə iflas edən şirkətlər İKSə bənzədilir. XX əsrin ikinci yarısına aid əsər əsasında çəkilmiş filmin bir posterində baş qəhrəmanın İKS formasındakı başı üzərində qırmızı nöqtə var. İKSi təkhecalı sözlə cavab kartınıza yazın. -Cavab: Şar -Şərh: Sözügedən şirkətlər çox sürətlə böyüyür, böyüdükcə əlaqələri sanki şar kimi nazikləşir və yetərincə böyüdükdə birdən-birə partlayır. Stiven Kinqin “O” əsəri əsasında çəkilmiş filmin posterlərindən birində şar üzərindəki qırmızı nöqtə klounun burnunu xatırladır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 10. Paylama materialı“Lənətli nəsillər” sənədli filmində Jaklin ilə evlilikdən sonra Onassis nəslinin yox olmaq təhlükəsi ilə qarşılaşdığı vurğulanır. Aristotelin evliliyinə qarşı olan övladları Jaklini “İKS” adlandırmışdılar. İKSi iki sözlə cavab kartınıza yazın. -Cavab: Qara dul -Şərh: Con Kennedinin ölümündən sonra Aristotel Onassis dul qalmış Jaklin Kennedi ilə münasibət qurmuşdu. Lakin atalarının prezidentin arvadı ilə evlənməsinə narazı olan sövladlar Jaklini “Qara dul” adlandırmışdılar. Qara dul hörümçəklərinin dişiləri də seksual kannibalizm yolu ilə erkəkləri yeyib yox edirlər. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. “The Mentalist” [de Mentalist] serialının bədən dili ilə qatili tapmağa çalışan detektiv ilə bağlı epizodunda İKS xatırlanır. İKS haqqında olan məqalədə keçi Calinin də adı çəkilir. İKSdəki xüsusi ismi cavab kartınıza yazın. -Cavab: Hans -Şərh: Psixoloqların qənaətinə görə, Hans adlı at heç də deyildiyi kimi ağıllı deyildi. Onun cavabları tapa bilməsinin səbəbi isə bədən dilini yaxşı anlaması ilə əlaqəli idi. Viktor Hüqonun məşhur əsərindən tanış olan keçi də hərfləri düzərək söz düzəldə bilirdi. -Müəllif: Şamxal Cəbiyev - -Sual: 12. “Formula 1” yarışlarının keçirildiyi Nürburqrinq halqasında bədbəxt hadisələrin baş vermə səbəbi çoxsaylı ALFAlardır. Ötən əsrin 90-cı illərinə aid mənbədə qəhrəman ALFAnın sevgilisini ondan gizlətdiyini deyir. ALFAnı bir söz ilə yazın. -Cavab: Döngə -Şərh: Ən təhlükəli halqalardan biri hesab olunan Nürburqrinq halqası sıx yaşıllıq ərazidə yerləşir və əksəriyyəti sərt olmaqla 170 döngəyə malikdir. Buna görə də yarışlar zamanı çoxsaylı qəzalar və ölümlər baş verir. “Yuxu” qrupunun məhşur mahnısında qəhrəman döngənin sevgilisini ondan gizlətdiyini deyir. -Müəllif: Aytəkin Əsədzadə - -Səhifə -> 439 | Sual Sayı -> 12 - -Sual: 1. BURAXILMIŞ SÖZLƏR 1932-ci ildə “MGM” şirkətinin "Rasputin və imperatriça" filminə görə məhkəməyə verilməsindən sonra qeyd kimi verilməyə başladı. Səbəb kimi baş rolların knyaz və onun xanımının protatipi olması, həmçinin onların şəxsiyyətinə yönələn böhtan fikirlər idi. BURAXILMIŞ SÖZLƏRİ yazın. -Cavab: Bütün personajlar uydurmadır. -Şərh: İrina və Felisk Yusubov böhtan səbəbi ilə MGM şirkətini məhkəməyə vermiş və qalib gəlmişdi. Bundan sonra məsuliyyət daşımamaq üçün bir çox kinokompaniyalar bu sözləri filmin əvvəlində istifadə edir. -Müəllif: Nuranə Məmmədova - -Sual: 2. Karikaturalardan birində Kosmik mühəndislər yeni hazırladıqları raketin illərlə sınaqdan keçdiyini və yerə qayıdacağına əmin olduqlarını bildirirlər. Bəs onlar hansı ölkəni təmsil edirdilər? -Cavab: Avstraliya -Şərh: Raket bumeranq formasında idi. -Müəllif: None - -Sual: 3. Tarixçi Barux Halper qədim ordularda sapandçı, süvari və atlı döyüşçüləri müqayisə edərkən, süvarilərin sürət hesabına sapandçılara qalib gəlsə də piyadaların uzun nizələrinə məğlub olduqlarını, piyadaların isə öz növbəsindən uzaq məsafədən hücum edən sapandçılar üçün asan hədəf olduqlarını vurğulayır. Bu zaman məqalədə adı çəkilən 3 sözü yazın. -Cavab: Daş, qayçı, kağız -Şərh: Piyada, süvari və oxçuların hər biri digər növlərin birinə qalib gəlsə də digərinə məğlub olur. Eynilə daş, qayçı və kağız oyununda olduğu kimi. -Müəllif: Qoşqar Qafarov - -Sual: 4. Bir absurd komediya serialında peşəsi santexnik olan personaj Mario obrazında təqdim olunur. Təmir işləri gördüyü evdə döşəmədə gəzən heyvanları görən personaj əsəbiləşərək deyir: “Mən X-əm yoxsa santexnik ? ” X haqqında vikipediya məqaləsində İstanbuldakı Pera muzeyi xatırlanır. X-i eyni hərflə başlayan 2 sözlə yazın -Cavab: Tısbağa təlimçisi -Şərh: Mario oyununda personajın qarşısına maneə kimi tısbağalar çıxır. Serialın personajı isə tısbağaları görəndə əsəbiləşir və tısbağa təlimçisi olmadığını bildirir. Osman Hamdi bəyin məşhur “Tısbağa təlimçisi” tablosu İstanbulda Pera muzeyində saxlanılır -Müəllif: Qoşqar Qafarov - -Sual: 5. The Economist jurnalının II Yekaterinanın təqibləri və 19-cu əsrin sonlarında rusiyalı immiqrantlardan söhbət açılan video-materialı sonuncu mogikanlar adlanır.Əvvəlki cümlədəki bir sözdə bəzi dəyişikliklərin olduğunu nəzərə alaraq, sözü düzgün formada yazın. -Cavab: Molokan -Şərh: Video-material İsmayıllı rayonunun İvanovka kəndi ərazisində çəkilib və xalqın gündəlik həyatı və s. qeydə alınıb. -Müəllif: Asəf Əsədli - -Sual: 6. “Tim Taler və ya satılmış gülüş” əsərinin azərbaycancaya tərcüməsində, əsas antoqonistin soyadı rus dilindən tərcümədə olduğu kimi Treç-dir. Amma sual müəllifinin fikrincə soyadı Silbi kimi də tərcümə etmək olardı. Əsərin orijinalında personajın adının Lefuet olduğunu bilərək,alman dilində Teufel sözünün hansı mənaya gəldiyini yazın. -Cavab: İblis -Şərh: Silbi sözü əksinə oxunduqda iblis kimi oxunur. Buna görə də originalda personajın adı alman dilində iblis sözünün əksinə yazılışdan əmələ gəlib. -Müəllif: Akif Məhərrəmov - -Sual: 7. Tarixçi Sinan Meydan yazır ki, “Bandırma” bərəsi ilə Anadoluya gələrək qurtuluş savaşına liderlik edən Atatürkün gizli sənədlərdə kod adı X idi. X-ə həsr olunmuş bir uşaq mahnısında “cüt-cüt minirdilər” sözlərinə rast gəlmək olar. X-i bir sözlə yazın. -Cavab: Nuh -Şərh: Sinan Meydan yazır ki, Atatürk Anadoluya üzüb gələndə sanki tufanla qarşılaşmışdı və xalqı xilas etmək üçün mübarizəyə başlamışdı. Ona görə də ona Nuh kod adı verilmişdi. Sualın ikinci hissəsində isə “cüt-cüt minirdilər” sözləri Nuhun heyvanların hərəsindən bir cüt gəmiyə mindirməsinə işarə idi. -Müəllif: Qoşqar Qafarov - -Sual: 8. “Mimino” filmində, baş qəhrəman hava limanında pulsuz qalaraq evə qayıtmağa yollar axtardığı səhnələrin birində Qeorqi Daneliya BURAXILMIŞ SÖZLƏR kameo edib. 2013-cü ilə aid filmdə Daniel Brül və Kris Hemsvort BURAXILMIŞ SÖZLƏR çıxış etsələr də real F1 bolidini idarə etməyə icazələri yox idi. BURAXILMIŞ SÖZLƏR ilə əvəz olunan əlifbamızın qonşu hərfləri ilə başlayan iki sözü yazın. -Cavab: Pilot rolunda -Şərh: Sualın birinci hissəsində hadisələr hava limanında cərəyan etdiyi filmdə aktyor pilot rolunda kameo etmişdi. Daniel Brül və Kris Hemsvort pilot rolunda olsalar da ikinci pilot olduqları üçün F1 bolidi idarə edə bilməzdilər. -Müəlliflər: Akif Məhərrəmov, Qoşqar Qafarov - -Sual: 9. Yazıçı Anar bir müsahibəsində müasir ədəbiyyatın vəziyyətini bəyənmədiyini bildirir və deyir ki, 60-cı illərlə müqayisədə ədəbiyyatımız özünün qızıl dövrünü yaşayır. Əvvəlki cümlədə bir sözdə bir neçə hərf buraxılmışdır. Həmin sözü bərpa edərək yazın. -Cavab: qızılca -Şərh: Anar müasir ədəbiyyatın sanki xəstələndiyini, qızılca keçirdiyini bildirmişdi. -Müəllif: Qoşqar Qafarov - -Sual: 10. Paylama materialı"Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var" -Aldanma ki, şair sözü, əlbəttə, yalandır."Yazıçı İlqar Fəhmi bir məqaləsində Füzulinin bu beytindən danışarkən bir coğrafi obyekti xatırlayır. Həmin coğrafi obyektin adını yazın. -Cavab: Krit -Şərh: Yalnız dəqiq cavablar Kritli Epimenidin məşhur paradoksunda deyilir ki, “Bütün Kritlilər yalançıdır”. Bu şeirdə isə şair deyir ki, şairlərin sözü yalandır. -Müəllif: Qoşqar Qafarov - -Sual: 11. İsveçin Malmo şəhərində evsiz qalmış uşaqları himayəsinə götürən və onlara yeni həyat bəxş edən milyonçu Stefan Perssonu bir mənbədə uşaqlar üçün Alfa adlandırırlar. Digər bir mənbədə qeyd olunur ki, alfa özündə 9 dünyanı birləşdirir. ALFA ilə əvəz olunanı biri xüsusi isim olmaqla 2 sözlə yazın. -Cavab: İqdrassil ağacı -Şərh: Skandinav mifologiyasında həyat mənbəyi və 9 dünyanı birləşdirən İqdrassil ağacıdır. Həyatdan ümidlərini üzmüş yetimlərə və kasıb insanlara əl tutan Persson da onlar üçün iqdrassil ağacını əvəz edirdi -Müəllif: Toğrul Qurbanov (Maqnat) - -Sual: 12. Paylama materialı“The blood of companero Presidente is stronger than bombs -Is stronger than machine guns -Oh you song, you come out so badly when I must sing - the terror!”Siz Estadio Chile şeirini görürsüz. Şeirin müəllifini yazın. -Cavab: Viktor Xara -Şərh: Viktor Xara Çili stadionunda Pinoçet inqilabı zamanı işgəncələrə məruz qalmış və oradaca amansızlıqla qətlə yetirilmişdi. Sualda ingilis dilindən əlavə ispanca sözlərin olması sizi cavaba aparmağa kömək ola bilərdi. -Müəllif: Asəf Əsədli - -Səhifə -> 440 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə məşhur sualla qarşılaşan personaj cavab kimi “Hər şey səhər, yoxsa günorta yeməyi yeməyimdən asılıdır” deyir. Həmin sualı yazın. -Cavab: Toyuq yoxsa yumurta (birinci gəlir)? -Şərh: Zarafatcıl personaj qeyd edir ki, onun üçün səhər yeməyi olsa yumurta, günorta yeməyi olsa isə toyuq birinci gəlir. Ənənəvi olaraq, qismən də olsa, oyuna yumurta ilə başladıq. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. “Dekameron” əsərində yemək stolu açan keşişin gecikdiyini görən, aclıqla arası yaxşı olmayan Primas gətirdiklərini yeməyə qərar verir. İlk azuqəsini yeyib bitirdikdən bir qədər sonra, keşişin hələ də gəlmədiyini görən Primas özü ilə gətirdiyi kartofu da yeməyə başlayır. Sual mətnində əvəzlənən sözləri cavab kartınıza yazın. -Cavab: İkinci çörək -Şərh: Primas aclığa dözümlü deyildi və özü ilə çörəklər gətirmişdi. Birinci çörəyi yedikdən sonra keşişin hələ də gəlmədiyini görən Primas ikinci çörəyi yeməyə başlayır. Sual mətnində “ikinci çörək” sözləri ilə kartof sözü əvəzlənmişdi. Kartofun ikinci çörək aldandırılması kifayət qədər məşhur faktdır. -Müəllif: Əhməd Əliyev - -Sual: 3. Bir serialda yarışmanın əsas hədəf obyektini hündür tavandan asan personaj yarışmaçıları Atlanta bənzədir. Bir əsərin müəllifi tamamlanmamış kitabları oxuyan insanları Atlantla müqayisə edir. Sualda dəyişdirilmiş sözü tapın. -Cavab: Tantal -Şərh: Hündür tavandan asılmış obyekt yarışanlar üçün əlçatmaz idi. Həmçinin, Culian Barnsın sözlərinə görə tamamlanmamış kitabları oxuyan insanlar özlərinə Tantal əzabı yaşadırlar. Yunan mifologiyasında Tantal ətrafdakı nemətləri görsə də heç cür onlara çata bilmirdi. Atlant və Tantal – anaqramdır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 4. Bir şərhçi qeyd edir ki, basketbolçu Hakeem Olajuwon növbəti həmləsini rəqibin həmləsinə əsasən seçirdi və hər dəfə tamaşaçılara tam yeni bir hərəkət nümayiş etdirməyi bacarırdı. Bu zaman o, Hakeemin hər bir hərəkətinin sanki bir X olduğunu deyir. Stilizə edilmiş X həmçinin 1998 və 2002-ci il Olimpiya oyunlarının simvolu kimi istifadə olunub. X-i iki sözlə yazın. -Cavab: Qar dənəciyi -Şərh: Kaan Kural qeyd edir ki, Hakeem hər bir hərəkətini rəqibi çaşdırmaq üçün tamam fərqli edirdi və hər hərəkəti qar dənəciyi kimi özünəməxsus idi. 2-ci hissədə komandalar söhbətin qış olimpiya oyunlarından getdiyini başa düşməli idilər. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Bərbər Makaka meymunları Böyük Sәhradan şimalda vә Asiyadan kәnarda yaşayan yeganә primatlardır. Əvvəlki cümlədə buraxılmış bir neçə sözü cavab kartlarınıza yazın. -Cavab: İnsanları nəzərə almasaq -Şərh: İnsanlar da primatlara aiddirlər. Və sualda bəhs edilən ərazilərdə təbii ki, insanlar da yaşayırlar. -Müəllif: Seymur Əsədzadə - -Sual: 6. Serialların birində, valideynləri boşanmış personajın bir müddət anasının, sonra isə atasının yanında yaşamasına fikir bildirən digər personaj onu X-lə müqayisə edir. İngiltərədə ənənəvi bir tədbirdən sonra isə X-lərdən, nəsli kəsilməkdə olan bala siçanlar üçün sığınacaq hazırlanır. X ilə əvəz edilən eyni hərflə başlayan iki sözü tapın. -Cavab: Tennis topu -Şərh: Serialda sevilməyən personajın valideynləri tərəfindən bir-birinin üzərinə atılmasına digər personaj belə münasibət göstərir. İkinci hissədə isə söhbət Wimbledon turnirindən sonra artıq topların istifadəsindən gedirdi. -Müəllif: Səməd Səmədov - -Sual: 7. Bir serialda həbsdən qaçan məhbuslardan daha çoxunu tutmaq üzərinə yarışan polislər yarışın taleyinə birdəfəlik aydınlıq gətirəcək məhbusu X adlandırırlar. X-in vəzifəsini ilk vaxtlar kiçik quş yerinə yetirirdi. X-i bir sözlə yazın. -Cavab: Snitch -Şərh: “Harry Potter” kitablar seriyasında “Quiddich” oyunu zamanı snitç adlanan topun tutulması tutan komandaya avtomatik olaraq qələbə gətirir. Oyunda top istifadə edilməzdən öncə kiçik quşu tutmaq uğrunda yarış gedirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Bir sənədli filmdə Josef Pulitser və Nyu York jurnalının sahibi Vilyam Herst arasında olan mübarizə “Titan müharibəsi” adlandırılır. Əvvəlki cümlədə sözlərdən birində dəyişikliklər edilmişdir. Həmin sözü bərpa edərək yazın. -Cavab: Tiraj -Şərh: Məlum olduğu kimi, Pulitser və Herst qəzet naşiri idilər və qəzetlərinin daha çox satılması onların üstünlüyü sayılırdı. -Müəllif: Səməd Səmədov - -Sual: 9. “Bir X” kosmosa yollanmaq arzusunda olan qız haqqında cizgi filminin adıdır. 1930-cu il doğumlu bir şəxsin məşhur ifadəsində X də yer alır. X-i iki sözlə yazın. -Cavab: Kiçik addım -Şərh: 1930 doğumlu şəxs N.Armstronqdur. -Müəllif: Rüstəm Babayev - -Sual: 10. İdarə edilməsi çətin olduğundan bir çox imperiyaların çöküşünə səbəb olan bir ölkənin ləqəbi “İmperiyaların ALFAsı”dır. Edmund Davisin kitabında cadugərlər ləvazimatlar üçün tez-tez ALFAya baş çəkirlər. ALFAnı yazın. -Cavab: qəbiristanlıq -Şərh: Əfqanıstan bir çox imperiyanın ölümünə yol açdığın imperiyaların qəbirstanlığı adlandırılır. Edmund Davisin kitabında cadugərlər tez-tez kəllə sümüyü axtarışına qəbirstanlıqda çıxırdılar. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Bir prodüser BUNUN yaranması barədə danışarkən deyir ki, Paul məndən söylədiyi hər şeyin əksini deməyimi istədi. Siz isə 1985-ci ilə aid mənbəmizdə HANSI PERSONAJIN dilindən, belə demək olarsa, bir neçə dəfə BUNU eşidə biləcəyimizi deyin. -Cavab: Miriş -Şərh: Birinci hissədə söhbət Beatles'ın "Hello, Goodbye" mahnısından gedirdi. “Bəyin oğurlanması” filmindən Miriş yalnız "Salam, sağ ol" deməsi ilə bilinir. -Müəllif: Səməd Səmədov - -Sual: 12. Qədim Şərqdə ağır xəstələnmiş uşağı ölüm mələyindən qorumaq üçün BUNU EDİRDİLƏR. Bu yaxınlarda, “Washington Redskins” komandası da BUNU EDƏCƏYİNİ bildirmişdi. Bir dəqiqə sonra cavabınızı komandanız üçün BUNU ETMƏDƏN yazın. -Cavab: [Hər komandanın öz adı] (Məs., “Vendetta” komandasının cavabı “Vendetta” olmalıdır) -Şərh: Qədim Şərqdə ağır xəstələnmiş uşağı ölüm mələyindən qorumaq üçün ADINI DƏYİŞİRDİLƏR. Biz də hər hansı işin öhdəsindən gələ bilməyəcəyimiz halda ADIMIZI DƏYİŞƏCƏYİMİZİ deyirik (məsələn, bu sualı tapmasam, adımı dəyişərəm). -Müəllif: Seymur Əsədzadə - -Səhifə -> 447 | Sual Sayı -> 12 - -Sual: 1. 2012-ci ildə baş tutan Mançester Siti - QPR matçında oyun 2-2 hesabıyla davam edərkən şərhçi Siti’nin daha bir qol vurub çempion olması təqdirində bunun futbolun ironiyası olacağını qeyd edir və bir şəxsin soyadını çəkir. Söhbətin kimdən getdiyini yazın -Cavab: Aleks Ferqyuson -Şərh: Şərhçi Sitinin “Fergie time”da qələbə qazanmasını futbolun ironiyası adlandırmışdı. Ferqyuson 27 il Mançester şəhərinin digər təmsilçisinin məşqçisi olub -Müəllif: Emin Qasımov - -Sual: 2. Narcos serialında deyilir ki, Pablo Escobar dinlənildiyinə görə şifrəli danışırdı. O kimisə öldürməyi əmr etdikdə X deyirdi. Onun məşhur həmyerlisini qətlə yetirdikdən sonra qatil də X deyərək qışqırmışdı. X-i bir xarici mənşəli sözlə tapın -Cavab: Goal -Şərh: Narcos serialında Pablo Escobar kimisə öldürməyi əmr etdikdə "Goal" deyirdi. Futbolçu Andres Escobarın qatili onu 7 dəfə güllələdikdən sonra "Goal" qışqırması da məşhur bir faktdır -Müəllif: Kamil Bayramov - -Sual: 3. Bir kitabda müharibədən danışan müəllif sadəcə X-ə görə yüzlərlə insanın öldüyünü qeyd edir. Kiberoyunlar haqqında mənbədə yazılıb ki, yaxşı oyunçular üçün X-in olması fərq etməməlidir. -X-i eyni hərflə başlayan 2 xarici sözlə yazın -Cavab: Friendly fire -Şərh: 1-ci hissədə müəllif yanlışlıqla əsgərlərin bir-birini vurmasından danışır. -2-ci hissədə isə yaxşı oyunçuların öz komanda yoldaşını vurmayacağına görə bu funksiyanın olub olmamasının fərq etmədiyindən bəhs olunur -Müəllif: Emin Qasımov - -Sual: 4. Məşhur rok qrupu olan Rammstein qrupunun Deutschland mahnısına çəkilmiş klipində Almaniya tarixinin müxtəlif epizodlarına rast gəlmək olar. Səhnələrin birində arxa fonda görsənən çəməndə yanğın baş verdiyini görmək olar. Bir dəqiqə sonra nəyin yandığını yazın -Cavab: Hindenburq dirijablı -Şərh: Led Zeppelin qrupu da albomunun üz qapağına Hinderburq dirijablının şəklini qoymuşdur -Müəllif: Malik Ramazanzadə - -Sual: 5. ALFA-nın "rəfiqəsi" rolunu ifa edən aktrisa Fey Reya deyilmişdir ki onun tərəf müqabili Holivudun ən qara və ən böyük aktyoru olacaq.  ALFA-nı yazın -Cavab: Kinq Konq -Şərhlər: None -Müəllif: Malik Ramazanzadə - -Sual: 6. Proqramist Mixail Kulaqin qeyd edir ki,X çox neqativ motivasiyalıdır, siz heç vaxt düzgün etdiklərinizi görmürsünüz.Siz isə X-i yox, onun kimin dostu olduğunu cavab kartlarınıza yazın -Cavab: Aleksey Pajitnov -Şərh: Tetris haqqında danışan Mixail Kulaqin deyir ki,tetris oynayarkən siz ancaq səhv hərəkətlərinizi görürsünüz,çünki düzlər artıq itib gedir.Tetrisin yaradıcısı da Aleksey Pajitnovdur -Müəllif: Nəriman Vəliyev - -Sual: 7. Bir serialın bölümlərinin birində üsyançılara əsir düşən oğlunu axtarmağa çalışan başçıya yaxın adamlarından biri artıq axtarışları bitirib BUNU ETMƏYİ söyləmişdir. BUNU ETMƏK anlamını verən SÖZÜN Osmanlı türkcəsində də rast gəlindiyini bilərək, o SÖZLƏ daha da məşhurlaşan türkün kim olduğunu tapın -Cavab: Haluk Levent -Şərh: Başçıya oğlunu gözdən çıxarması söylənilir. Elfida sözü isə Osmanlı türkcəsində gözdən çıxarma,fəda etmək anlamını verir. Haluk Leventin isə "Elfida" adlı mahnısı məşhurdur -Müəllif: Kamil Bayramov - -Sual: 8. “The Godfather" filmində personajlar Carleone əyalətinə gəldikdə orda kişilərin sayının az olduğunu görürlər.Bir personaj digərindən bunun səbəbini soruşduqda ona X-ı səbəb kimi göstərirlər.Bəzi mülahizələrə görə X adlı məqalədə diş və göz sözləri də xatırlanır. X-ı 2-ci növ təyini birləşməylə cavab kartlarınıza yazın -Cavab: Qan davası -Şərh: Filmdə səbəb kimi qan davası göstərilir. Məşhur dişə diş, gözə göz prinsipi də xatırlanır -Müəllif: Kamil Bayramov - -Sual: 9. Hadisələri XIX əsrdə keçən bir filmdə kişilər ikinci dəfə səs verməmişdən qabaq X-in yanına gəlirlər. X-i saitləri eyni olan bir sözlə yazın -Cavab: Bərbər -Şərh: Sualda XIX əsrin qeyd edilməsi bu cür saxtakarlıqların mümkünlüyünə işarə edə bilərdi -Müəllif: Emin Qasımov - -Sual: 10. Bilyard oyunçusu Ceyson Şou dəqiq zərbələrinə görə ALFA ləqəbini alıb.Bir məqalədə Nardaran kəndi haqqında danışılarkən ALFA xatırlanır.ALFA-nı 2 sözlə cavab kartlarınıza yazın -Cavab: Qartal gözü -Şərh: Dəqiq zərbələr vuran Ceysona buna görə qartal gözü ləqəbini veriblər.Xəritəyə baxsaq Nardaran kəndi düz qartalın gözündədir -Müəllif: Nəriman Vəliyev - -Sual: 11. Polis detektivə bir qadın cinayətkarın oğurluğa meyilli olduğunu deyir,amma detektiv bununla razılaşır, o qadının sadəcə X kompleksindən əziyyət çəkdiyini və yalnız parlaq daşqaşlar və zinət əşyalarına maraq göstərdiyini deyir. X-in elmi adlarından biri pika pikadır.X i saitləri eyni olan bir sözlə yazın -Cavab: Sağsağan -Şərh: Bildiyimiz kimi sağsağan quşları parıldayan əşyalara meyillidir. Və onlar bir çox xalqın mədəniyyətində oğurluq simvolu sayılır -Müəllif: Emin Məmmədov - -Sual: 12. Erkül Puaronun yanına həyat yoldaşı ölmüş bir şəxs gəlir. Həmin şəxs bildirir ki,kənddəkilər həyat yoldaşının ölümündə onu günahlandırırlar və bu haqqda şaiyələr və qeybətlər get gedə artmağa başlayır. Bu zaman Puaro şayiələri X-ə bənzədir.X-ı 2-ci növ təyini söz birləməsi ilə yazın -Cavab: Lerney hidrası -Şərh: Herakl haqqındakı məşhur əfsanadəki kimi Lerney hidrasının başını kəsdikdə yerinə ikisi çıxır və getdikcə də artır -Müəllif: Emin Məmmədov - -Səhifə -> 451 | Sual Sayı -> 12 - -Sual: 1. Polineziya mifologiyasında digər miflərdən fərqli olaraq yaradılış zamanı tanrı İKSdən çıxıb. Bir məqalədə düşən İKS-in sizi öldürmə riskinin köpək balığının öldürmə riskindən daha böyük olduğu qeyd olunur. İKSi bir və ya iki sözlə cavab kartınıza yazın. -Cavab: Hind qozu -Şərh: Yunan və Misir mifologiyasından fərqli olaraq Polineziyadakı süjetdə yumurtadan yox kokosdan istifadə olunub. Kokos qabığı bərk olması səbəbindən ağacdan düşdükdə ciddi zədə əmələ gətirə bilər. -Müəlliflər: Qorxmaz Aydınlı, Səməd Səmədov - -Sual: 2. . Bir serialda ana öz qızının təmizliyi yarıda qoyduğunu İKS vasitəsilə müəyyən edir. Qəribə də olsa, İKS adlı parça Yutubda dinləyicilərin yuxuya getməsi üçün yerləşdirilib.İKS-i iki sözlə yazın. -Cavab: Tozsoranın səsi -Şərh: Tozsoranın səsinin kəsilməsini bilən ana qızının işi dayandırdığını başa düşür. Qəribə də olsa, bəzi uşaqlarda tozsoran səsi yuxu gətirir. -Müəllif: Səməd Səmədov - -Sual: 3. Bir əsərdə uşaqların evdə günün əksər hissəsini televizorun qarşısında keçirdiyini, bunun onların dünyagörüşü, tərbiyəsi və davranışlarına təsir etdiyini bildirən müəllif, televizoru İKS adlandırır. İKSi qonşu hərflərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Üçüncü valideyn -Şərh: Valideynlərin əvəzinə televizorun uşaqları böyütdüyünü qeyd edən müəllif onu Üçüncü valideyn adlandırır. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 4. ABŞ-da müsəlman tələbələrin öldürülməsindən hiddətlənən Ərdoğan Obamaya müraciətində “BURAXILMIŞ SÖZLƏR” demişdi. Bir məqalədə, ötən əsrin 60-cı illərində BURAXILMIŞ SÖZLƏRdən sonra kinematoqrafiyada sakitliyə son qoyulduğu deyilir. BURAXILMIŞ SÖZLƏRİ cavab kartınıza yazın. -Cavab: Sən niyə susursan? -Şərh: Ərdoğan müsəlman nəsildən olan Obamanın susmasına belə reaksiya vermişdi. 2-ci hissədə danışılan məqalədə qeyd edilir ki, bu filmdən sonra kinematoqrafiyamız susqunluq sona çatdı. -Müəllif: Emin Qasımov - -Sual: 5. Bir serialda evdə münasibətləri soyuqlaşan cütlüyə vəziyyəti mülayimləşdirmək üçün məsləhətlər verən personaj özünü evin İKSinə bənzədir. İKSi mürəkkəb yunan mənşəli sözlə yazın. -Cavab: Termostat -Şərh: Termostat yerləşdirildiyi tikilinin daxili temperaturunu sabitlənmiş dərəcəyə uyğunlaşdırmaq üçün istifadə olunan qurğudur. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Bir müəllif kütləvi istifadəyə açılan Ayasofya haqqında yazısında buradakı freskaların qorunmasının çox çətin olduğunu və İKSin onların ən böyük düşməni olduğunu deyir. Əmircan doğumlu həmyerlimiz haqqında məqalədə də İKS xatırlanır. İKSi saitləri eyni olan bir sözlə cavab kartınıza yazın. -Cavab: Nəfəs -Şərh: İlbər Ortaylı gün ərzində on minlərlə insan tərəfindən ziyarət edilən Ayasofyada insan nəfəsinin artıq freskalara pis təsir edəcəyini bildirir. Bildiyimiz kimi, 2009-cu ildə Ramiz Rövşənin Nəfəs toplusu işıq üzü görüb. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Ərtuğrul serialında baş verən qəbilələlərarası qarşıdurmalar, sevgi və müharibələri qeyd edən bir müəllif serialı Müsəlman İKSi adlandırır. İKSi iki sözlə cavab kartınıza yazın. -Cavab: Taxt oyunları -Şərh: Məqalə müəllifi son zamanlar məşhurlaşan serialın süjet xəttinin intriqalarla bol olduğunu, Taxt-tac oyunlarından sadəcə dini hissələrə görə fərqləndiyini bildirir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. Dünya çempionatı başa çatdıqdan sonra Messinin məyus fotosu paylaşılmış bir məqalə “BURAXILMIŞ SÖZLƏR” adını daşıyır. Bir internet istifadəçisi BURAXILMIŞ SÖZLƏRi vəsiyyət marşı adlandırır. BURAXILMIŞ SÖZLƏRİ cavab kartınıza yazın. -Cavab: Mənim üçün ağlama, Argentina! -Şərh: Məşhur filmdə mahnı Eva Peron ölərkən səsləndirilir. Messi ilə birgə uğursuzluq səbəbindən bütün Argentina da yasa bürünmüşdü. -Müəllif: Səməd Səmədov - -Sual: 9. Bir məqalədə insanların digərləriylə bir məqsədinin olmasından, eyni istiqamətə baxmaqlarından danışılarkən onlar İKSlərə bənzədilir. İKSlərə verilən təlimatlar sırasında yüksək səslə danışmamaq da var. İKSi bir sözlə cavab kartınıza yazın. -Cavab: Alpinist -Şərh: Təlimatçılar bəzən qar uçqunu təhlükəsinə qarşı ucadan danışmamağı tapşırırlar -Müəllif: Emin Qasımov - -Sual: 10. İstedadlı gənc türk futbolçuların sonradan gözlənilən nəticələr vermədiyindən bəhs edən bir internet verilişi İKS adını daşıyır. İKS adlı mənbədə hadisələr intihar etmiş dostu haqqında məlumat toplayan personajın ətrafında cərəyan edir. İKSi cavab kartınıza yazın. -Cavab: Tutunamayanlar -Şərh: Proqnozlaşdırılan səviyyədə qala bilməyən futbolçular haqqında olan proqram tutunamayanlar adını daşıyır. İkinci hissədə söhbət Oğuz Atayın məşhur əsərindən gedirdi. -Müəllif: Səməd Səmədov - -Sual: 11. serialın personajı az büdcəsi olan işlərin İKS qədər uzağa gedə bildiyini qeyd edir. Daha peşəkar İKSlərin hazırlanmasında istifadə olunan əsas material daha sürüşkən olan balsa ağacından olur. -Cavab: Kağız təyyarə -Şərh: Personaj az maliyyə ilə işlərin kağız təyyarə kimi çox da uzağa gedə bilməyəcəyini bildirir. -Müəllif: Səməd Səmədov - -Sual: Bəstəkar Benjamin Britten haqqında məqalədə yazılıb ki, anasının arzusu onu ALFA, BETTA və QAMMAdan sonra “4-cü İQRİK” olaraq görmək idi. ALFA, BETTA və QAMMAnın həmyerli olduğunu bilərək onlarla əvəz olunanlardan heç olmasa ikisini yazın. -Cavab: Bax, Bethoven, Brams -Şərh: Anası Brittenin çox məşhurlaşmasını və onu “4-cü B” olaraq görmək istəyirdi. Sualda İQRİK əvəzetməsi də təsadüfi deyildi. -Müəllif: Emin Qasımov - -Səhifə -> 454 | Sual Sayı -> 12 - -Sual: 1. Bir məqalədə ABŞ sitkom serialını altyazı ilə izləyən və səsi bağlamış şəxs çox az hallarda emosiya yaşadığını bildirib. Bu testi aparmağın səbəbi olan ALFA Çarlz tərəfindən yaradılmışdır. ALFAnı minimum iki sözlə deyin. -Cavab: Gülüş effekti -Şərh: Əsasən sitcom janrlı seriallarda arxafonda səslənən gülüş effektinin nə dərəcədə təsirli olduğunu yoxlamaq istəyən jurnalist bu metoda əl atmışdı. Bu sistem Çarlz Duqlas tərəfindən yaradılmışdır. -Müəllif: None - -Sual: 2. Bir ənənəvi yarışda İKSin həmişə ilk olaraq gəlməsinin səbəbi tarixi statusla bağlıdır. İKS haqqında məqalədə "Elefteriya i Tanatos" ifadəsinin hecalarından bəhs olunur. İKSi iki sözlə yazın. -Cavab: Yunanıstan bayrağı -Şərh: Bildiyimiz kimi Olimpiya Oyunlarının açılış mərasimində ilk olaraq Yunanıstan bayrağı gətirilir. Buna səbəb olaraq isə Olimpiya Oyunlarının tarixi olaraq Yunanıstan ilə bağlılığıdır. İkinci cümlədəki sözlərin yunan mənşəli olduğu kömək ola bilərdi. Yunanıstanın bayrağındakı 9 zolaq bu ifadədəki hecalar ilə əlaqələndirilir. -Müəllif: None - -Sual: 3. Ən paranormal hadisələrdən olan "Enfild hadisə"sində Canet adlı bir qızın içinə şeytanın girdiyi iddia edilirdi. Bu barədə reportajda qızın danışmadığı halda şeytanın səsi məndə alınmışdı. Bu haqda danışaraq paranormallıq olduğuna inanmadığını deyən Reyin peşəsini deyin. -Cavab: Ventriloq -Şərh: Ventriloq qarnından danışan mənasına gələn sözdür. Ventriloqlar ağızlarını açmasalar belə danışmağı bacarırlar. Ventriloq olan Rey Alan da Canetin ventriloqlara aid xüsusiyyəti bacardığını qeyd edərək, paranormallıq olmadığını deyib. -Müəllif: None - -Sual: 4. Maraqlıdır ki, onun həyat yoldaşı Şeron koronavirus xəstəliyinə tutulmuşdu. Buraxılmış hərfləri bərpa edərək yazın. -Cavab: Ozzi Ozborn -Şərh: Konsertlərinin birində yarasa başını dinləmiş Ozzi Ozbornun həyat yoldaşı Şeron Ozborn illər sonra yarasadan qaynaqlandığı iddia edilən koronavirusa yoluxmuşdu. -Müəllif: None - -Sual: 5. Vern Qosdin, Uitni Hyuston, Frenk Sinatra kimi müğənnilərin ləqəbi sadəcə ALFA-dır. ALFA-nın yaradıcılarından biri Roel van Helzendir. ALFA-nı deyin. -Cavab: Səs -Şərh: Dünyaca məşhur televiziya proqramı ilk dəfə Niderlandda yayımlanmışdır. Roel van Helzenin adından onun niderlandlı olduğu məlum olur. -Müəllif: None - -Sual: 6. Bir jurnalda "Klod Lapontin nə yeyib, nə içir?" başlıqlı məqalə ilə yanaşı, digər məqalədə "Niyə? Necə? Harada? Nə zaman?" suallarına rast gəlmək olar. Həmin jurnalın 4 simvoldan ibarət adını yazın. -Cavab: 221B -Şərh: Suallardan jurnalın araşdırma ilə bağlı olduğu görünür. Bu tip sualları adətən detektivlər verilir. Jurnal isə ən məşhur detektiv personaj hesab olunan Şerlok Holmsun yaşadığı evin ünvanı olan 221B-nin adı ilə adlandırılıb. -Müəllif: None - -Sual: 7. Çzin sülaləsinin üzvü olan imperator Hyui əhalinin niyə ət yemədiklərini soruşması tarixdə öz yerini alan sitatlardan biri olmuşdur. Bu dövrdə əhalidə düyü çatışmazlığı diqqət çəkirdi. Bu barədə XVIII-ə əsrdə yaşamış kim haqqında məqalədə bəhs olunur? -Cavab: Mariya Antuanetta -Şərh: Mariya Antuanettanın məşhur "Çörək yoxdursa, brioş yeyin" ifadəsi ilə bağlı danışılarkən bu hadisə də xatırlanıb. -Müəllif: None - -Sual: 8. Reyf Fayns "Şindlerin siyahısı" filminə kastinqə seçildikdən sonra özü üçün rekord sayıla biləcək 13 kiloqram çəki artırmışdı. Siz isə aktyora bunun üçün kömək olanı deyin. -Cavab: "Ginnes" pivəsi -Şərh: Reyf Fayns özü üçün rekord olan çəkini Rekordlar Kitabının sponsoru olan "Ginnes" vasitəsi ilə əldə etmişdi. -Müəllif: None - -Sual: 9. Karyerasında 7-ci Dünya Çempionluğu qazanan Luis Hemilton 2020-ci ilin son günlərində ölkəsində keçirilən tədbirdə BUNU ETDİ. Maraqlıdır ki, Malayziyada bir xanım BUNU ETMİŞDİ. BUNU ETMƏKLƏ əvəz edilən sözləri yazın. -Cavab: Ser titulu almaq -Şərh: Ser titulu Böyük Britaniyada şərəf siyahısına daxil edilən şəxslərə verilir. Hemiltonun bu uğurundan sonra ona Ser titulu verilmişdi. Maraqlıdır ki, adətən kişilərə verilən Ser titulu Malayziyada həmyerlimiz Nərgiz Səfərovaya da verilmişdi. -Müəllif: None - -Sual: 10. Bir restoran işçisi əlindəki mətbəx əşyasını masanın üzərinə qoyduqdan sonra etdiyi diqqətsizlik səbəbindən əşya uçaraq onun üzərinə gəldi. O vaxtında refleks göstərməsi səbəbindən zərərsiz qurtuldu. Bu barədə xəbərin başlığında BURAXILMIŞ 3 SÖZ-ə rast gəlmək olar. BURAXILMIŞ 3 SÖZ əsasında ötən əsrin 70-ci illərində film çəkilib. Həmin 3 sözü yazın. -Cavab: Ox kimi bıçaq -Şərh: Bıçaq sanki bir ox kimi uçaraq onun üzərinə gəlirdi. "Arxadan vurulan zərbə" filmi Elçinin "Ox kimi bıçaq" kitabının əsasında ekranlaşdırılıb. -Müəllif: None - -Sual: 11. İlk dəfə bu termindən KQB-nin qara propoqandası şöbəsi tərəfindən istifadə olunmuşdur. Bu terminlə bağlı məqalədə ABŞ-a qarşı başladılan "İnfeksiya əməliyyatı" adlı kampaniyasından bəhs olunur. Bu termini yazın. -Cavab: Dezinformasiya -Şərh: Qara propoqanda saxta məlumatlar yayaraq insanları ona inandırmağa çalışan şöbə idi. -Müəllif: None - -Sual: 12. Müsəlman ölkələrində bunun səbəbi Məhəmməd peyğəmbərin yaşılı sevməsidir. Maraqlıdır ki, bunun qara versiyasına əsasən Afrika ölkələrində rast gəlinir. Bunu qonşu hərflərlə başlayan iki sözlə deyin. -Cavab: Pasport rəngi -Şərh: Müsəlman ölkələrində pasportun rəngi yaşıl rəngdə olur. Maraqlıdır ki, irqçilik əleyhinə olsalar belə Afrika ölkələrində pasportun rəngi qaradır. -Müəllif: None - -Səhifə -> 473 | Sual Sayı -> 24 - -Sual: 1. Yaponların ilk görüş zamanı bir-birlərinə vizit kart verməsinin səbəblərindən biri də X-i müəyyənləşdirməkdir. Üzrxahlıq anlamına gələn şazaidə X 70-ə bərabərdir. X-i tapın. -Cavab: Əyilmə dərəcəsi -Şərh: Yaponlar ilk görüş zamanı qarşıdakı şəxsin statusunu öyrənmək üçün vizit kartına baxır və əyilmə dərəcəsini buna uyğun tənzimləyirlər. “Üzrxahlıq” aktı olan şazai zamanı şəxs normaldan daha artıq - 70 dərəcəli bucaqla əyilir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. “Çəhrayı pantera” cizgi filminin adında qızıl, gümüş və bürünc sözləri yer alan seriyasında personaj öz yeməyini BUNUN vasitəsilə qızardır. BUNU tapın. -Cavab: Olimpiya məşəli -Şərh: Seriyanın adından hadisələrin hər hansı idman tədbirində baş verdiyini anlamaq olardı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Paylama materialı**JA ***LEBir psixoloq müəyyən bir elmi araşdırma məqsədilə ümumən oxşar, lakin xırda detallar ilə fərqlənən virtual məkan yaratmışdır. Həmin virtual məkanın adında gizlədilmiş beş hərfi tapın. -Cavab: D, E, V, I, L -Şərh: Deja Ville adlı virtual məkan, DejaVu fenomenini araşdırmaq məqsədilə yaradılmışdır. Sualdakı detal və gizlədilmiş sözləri də sizi “Devil” cavabına apara bilərdi. -Müəllif: Rüstəm Babayev - -Sual: 4. Bir ingilisdilli mənbədə yer alan "Splitsvil" adlı kafedə hər masanın üzərində X görmək olar. X-in ilk ifaçısı Hənifəyev soyadlı şəxs olmuşdur. X-i iki sözlə yazın. -Cavab: Sarı güllər -Şərh: Kafenin adındakı split sözü ingilis dilindən ayrılmaq kimi tərcümə olunur. Kafedə hər masanın üzərində ayrılıq rəmzi hesab olunan sarı güllər qoyulub. Eyyub Ziyaya inansaq, İlqar Xəyalın əsl soyadı Hənifəyevdir -Müəlliflər: Əşrəf Paşabəyli, Eyyub Ziya - -Sual: 5. Bir araşdırmaçı əsərində yazır ki, qışda yunan əsgərləri kürklər geyinir, ayaqlarına qalın örtüklər taxırdılar və qətiyyən X-lərdəki əsgərlərə bənzəmirdilər. X-lə əvəz olunmuş saitləri eyni olan əcnəbi mənşəli sözü tapın. -Cavab: Vaza -Şərh: Əsgərlər qalın geyinmiş olurdular və antik vazalarda gördüyümüz qamətli gənclərə oxşamırdılar. Güllərdən sonra biz sizə vaza haqqında sual verdik. -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. Eynşteynin İmmanuel Kantın əsərləri ilə maraqlanması və tez-tez zarafatlar etməsi barəsində danışan Mitio Kaku alimi X adlandırır. Ləqəbi X olan şəxsi tapın. -Cavab: Demokrit -Şərh: Fəlsəfə ilə maraqlanması və zarafatcıl olmasına görə Kaku Eynşteyni “Gülən filosof” adlandırırdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. XIX əsrin son rübündə yazılmış bu əsərdə baş personaj xatırlayır ki, onun özü üçün təklif edilən adlar arasında Eboni də var idi. Söhbətin hansı əsərdən getdiyini tapın. -Cavab: “Qara gözəl” -Şərh: Körpə uşaq adqoyma mərasimini xatırlaya bilməz. Ona görə də bir qədər fərqli üslubda düşünmək lazım idi. Atın dilindən yazılmış “Qara gözəl” adlı əsərdə baş personaj olan qara rəngli at xatırlayır ki, onun üçün Eboni adı da təklif edilmişdi. Eboni həm də qaradərili insanları ifadə etmək üçün istifadə edilən sözdür -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Yarımadada yerləşən Yunanıstanın bayrağında yer alan ağ rəngin X-i simvolizə etdiyi güman olunur. X-dən doğulduğu iddia ediləni cavab kartlarınıza yazın. -Cavab: Afrodita -Şərh: Sualın əvvəlində yarımada sözünün verilməsi Yunanıstanın dənizlərlə əhatə olunmasına işarə idi. Bayraqdakı ağ rəngin dəniz köpüyünü simvolizə etdiyi güman olunur. Yunan mifologiyasına görə Afrodita dəniz köpüyündən doğulmuşdu. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. Paylama materialıQarşınızda ən yaxşı poker oyunçularından sayılan şəxsin şəklini görürsünüz. Ona verilən ləqəbi saitləri eyni olan ikihecalı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Gümüş tülkü -Şərh: Ağlı və hiyləgərliyi ilə rəqiblərinə qalib gələn ağsaçlı Piter Kostaya "gümüş tülkü" ləqəbi verilmişdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 10. Seriallardan birində qəhrəman həyacanlı dostunun ürəyini X-ə bənzədir. Körpələr və yaşlıları narahat etdiyi üçün Türkiyənin bəzi yerlərində X qadağan edilib. X-i iki sözlə yazın. -Cavab: Sahur nağarası -Şərh: Serial personajı dostunun tez-tez döyünən ürəyini sahur nağaraslna bənzədir. -Müəllif: Elşən Quliyev - -Sual: 11. Bir şəxs öz avtobioqrafiyasının son fəsilində ərəb ölkələrində keçirdiyi günlərdən danışır və artıq qocaldığını bildirir. Fəsilin adında “Qatilin etiqadı” sözləri yer alır. Sualın mətnində əvəz olunmuş iki sözü cavab kartlarınıza yazın. -Cavab: “Zamanın qumları” -Şərh: Sualın mətnində bir məşhur videooyunun adı digəri ilə əvəz olunmuşdur. Zaman personajın artıq qocaldığını, qum isə ərəb ölkələrini simvolizə edirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 12. Bir serialda kompyuterdə cədvəl qurmaq əvəzinə kağız və qələmdən istifadə etmək istəyən personajı dostu zarafatla X adlandırır. 18 yaşında vəftiz olunduqlarına və uşaqları bundan sonra qeydiyyata aldıqlarına görə X-lərin sayı dəqiq bilinmir. X-i bir sözlə tapın. -Cavab: Amiş -Şərh: Amişlər elektrik cihazlarından istifadədən imtina etmələri ilə məşhurdurlar. Sualın ikinci hissəsində vəftiz olunma ilə fakt söhbətin hər hansı dini cəmiyyətdən getdiyini anlamağa kömək ola bilərdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 13. Məqalələrdən birində qeyd olunur ki, istehlak asılılığı insanları təsir altına alır və olduqlarının eybəcər surətinə çevirir. Məqalə müəllifi bu prosesi X effekti adlandırır. X ilk dəfə keçən əsrin 30-cu illərində çap edilmiş əsərdə yer almışdır. X-i bir sözlə yazın. -Cavab: Qollum -Şərh: Qeyd olunan proses, üzüyün təsiri altına düşən Gollumun başına gələnlərlə oxşardır. Personaj ilk dəfə 1937-ci ildə çap edilmiş "Hobbit” əsərində təqdim olunub. -Müəllif: Azər Abasəliyev - -Sual: 14. Kitablardan birində qeyd olunur ki, yaponların mənəvi və intellektual zənginliyi ilə tanışlıq insanda X yaradır. X-i ikinci növ təyini söz birləşməsi ilə cavab kartl... -Cavab: Natamamlıq kompleksi -Şərh: Sualın mətninin də natamam olması sizə cavaba çıxmaqda kömək ola bilərdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 15. Tədqiqatçı Leo Qrasset canlıların təkamülünü idarə edən qanunlar arasında təbii seçmənin X-ə sahib olduğunu qeyd edir. X-i iki sözlə yazın. -Cavab: Aslan payı -Şərh: Leo Qrasset kitabında təbii seçmənin canlıların təkamülündə əsas pay sahibi olduğunu bildirmək üçün elə canlılardan nümunə çəkir və "aslan payı" ifadəsini işlədir. Maraqlıdır ki, tədqiqatçının öz adı da "leo", yəni "aslan" mənasına gəlir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 16. Maraqlıdır ki, yelkənqanadlı kəpənəklər sinfinə aid olan növlərdən biri X adını daşıyır. X ötən əsrin birinci rübünə aiddir. X-i bir sözlə yazın. -Cavab: Uliss -Şərh: “Uliss” əsərində hadisələr bir gün ərzində cərəyan edir. Kəpənəklər haqqında geniş yayılmış fərziyyədə onların bir gün yaşadığı iddia edilir. Sualdakı yelkən sözü də sizə kömək ola bilərdi. -Müəllif: Elşən Quliyev - -Sual: 17. Paylama materialıQarşınızdakı şəkilə forumların birində verilən şərhdə bir sənət sahibləri və XIX əsrin 70-ci illərində Rusiyada doğulmuş şəxs xatırlanır. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Sergey Raxmaninov -Şərh: Məlumdur ki, Raxmaninov çox iri əllərə malik idi və bu “üstünlüyünü” öz bəstələrinə də yansıtmışdır. Sirr deyil ki, pianistlər üçün bu əsərləri ifa etmək olduqca ağırdır. -Müəllif: Rüstəm Babayev - -Sual: 18. Nadar burada apardığı çəkilişlərdə süni işıqlandırmadan istifadə etməli olmuşdu. Fotoqrafın sözlərinə görə, burada Roma imperiyasının, Merovinqlərin və yakobin terrorunun qalıqlarını görmək olar. Buranı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Paris katakombaları -Şərh: Çəkilişlər Yer altında aparıldığından fotoqraf süni işıqlandırmadan istifadə etmişdi. Paris katakombalarında müxtəlif dövrlərdə yaşamış şəxslərin sümükləri yer alır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 19. Sultan Çağrı Səmərqəndi işğal etsə də, şəhəri yağmalamaq üçün ayın bitməsini gözləyəcəyinə söz vermişdi. Bu haqda danışan Amin Maaluf bütün şəhərin, sanki, nəhəng X-ə çevrildiyini yazırdı. X-i eyni 2 hərflə başlayan 2 sözlə yazın. -Cavab: Qurbanlıq quzu -Şərh: Amin Maaluf şəhəri kəsilmə vaxtını gözləyən qurbanlıq quzuya bənzətmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 20. Qədim Yunanıstanda xoş əməllər nəticəsində qazanılan müsbət reputasiyanı ifadə etmək üçün X sözündən istifadə olunurdu. X-lə əvəz olunmuş dodaqlanan saitli sözü tapın. -Cavab: Kudos -Şərh: Hal-hazırda ingilis dilində də geniş istifadə olunan və bizlərə daha çox “LinkedIn” platformasından tanış olan bu söz kolleqalar tərəfindən bir-birlərinin işlərini müsbət qiymətləndirdikdə istifadə olunur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 21. Günəş sistemi planetlərinin müxtəlif xüsusiyyətlərinin formalaşması haqqında danışılan sənədli filmdə qeyd olunur ki, planetlərdən birinin peyki onun cazibə qüvvəsinin gücünə tab gətirə bilməyəcək qədər ona yaxın idi və belə demək olarsa, Zaman işini görürdü. Sualda əvəz edilən sözləri yazın. -Cavab: Saturn övladını yeyirdi -Şərh: Saturnun məşhur halqaları məhz həmin məhv olmuş peykin qalıqları hesab olunur. -Müəllif: Türyan Məmmədov - -Sual: 22. Saturnun peykləri haqqında danışan aparıcı qeyd edir ki, bütün peyklər arasında yeganə maye su olanı Enseladdır və bu səbəbdən onu Plasebo adlandırır. Sualda əvəz olunan sözü yazın. -Cavab: Oazis -Şərh: Bütün digər Saturnətrafı göy cismləri quraqdır. Sualda bir ingilis qrupunu digər ingilis qrupu ilə əvəz etmişdik. -Müəllif: Türyan Məmmədov - -Sual: 23. XIX əsrin sonuna aid X-in yaradılmasına öz həyat yoldaşını öldürməkdə təqsirli sayılan məhbus ilham vermişdir. X-i üç sözlə yazın. -Cavab: “Ridinq həbsxanası balladası” -Şərh: Məhz bu əsərdə “Hər kəs öldürür sevdiyini” adlı məşhur hissə yer alır. Sualın mətnindəki məhbus sözü də sizi həbsxana ilə əlaqəli əsərə çıxara bilərdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 24. Erix Maria Remarque bunu dəyişməsini milli sərhədləri aradan qaldırmaq istəyi ilə əlaqələndirmişdi. Bunu eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Soyad sonluğu -Şərh: Əvvəllər Remark kimi yazılan soyadını yazıçı alman kimliyindən qurtulmaq üçün Remarque formasına gətirmişdir. Sualın mətnində də biz yazıçının soyadını dəyişilmiş formada yazmışdıq. -Müəllif: Əşrəf Paşabəyli - -Səhifə -> 474 | Sual Sayı -> 24 - -Sual: 1. Maraqlıdır ki, 1973-cü ildə “BU”nun yeni versiyada səsyazması “Dan ulduzu”nun müşayiəti ilə aparılmışdı. “BU”nu xüsusi isimdən istifadə edərək cavab kartlarınıza yazın. -Cavab: Bakı, sabahın xeyir! -Şərh: Dilimizdə səhərin açılmasını bildirən “dan yerinin sökülməsi” ifadəsi var. Dan ulduzunun digər adlarından biri “Səhər ulduzu”dur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Səhralı Misir ərazisindəki hava şəraiti son dərəcə quru və isti olduğundan həqiqəti gizlətmək effektiv hesab edilirdi. Həqiqəti gizlətmək, həmçinin, Ranın təsvirini yaratmaq üçün istifadə olunurdu. Sualın mətnində əvəz edilmiş sözləri cavab kartınıza yazın. -Cavab: Gözü boyamaq -Şərh: Həmin dövrdə tibbi vasitə hesab edilən qalena ilə boyanan gözlər mikroblardan dezinfeksiya edilirdilər. Gözləri boyamaqla Ranın təsvirini yaratmaq da Qədim Misirdə məşhur idi. Sualın mətnində yaxınmənalı ifadələrdən biri digəri ilə əvəzlənmişdi. -Müəllif: Asəf Əsədli - -Sual: 3. Matilda Urrutia unuda bilmədiyi əzablı illərin xatirələrini İKSlərə bənzədir. XI Lüdovikin sarayındakı xanımlar İKSlərdən yayınmaq üçün əsasən şorba ilə qidalanırdılar. İKSi cavab kartlarınıza yazın. -Cavab: Üzdəki qırışlar -Şərh: Matilda əzablı keçən illərin xatirələrini həmin əzab-əziyyətlərin nəticəsində yaranmış üzdəki qırışlara bənzədir. Saraydakı xanımlar üzdə erkən qırışların yaranmaması üçün yeməkləri çeynəməsin deyə, əsasən şorba ilə qidalanırdılar. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 4. BUnun qəsdən və qeyri-ixtiyari formasına insanın dil və dodağının ölü hüceyrələrini dişləməsi aid edilir. BUnun haqqında məqalədə qidaların tükəndiyi adada sağ qalmağa çalışan insandan bəhs edən roman da xatırlanır. BUnu mürəkkəb əcnəbi sözlə cavab kartlarınıza yazın. -Cavab: Avtokannibalizm -Şərh: Uzun müddət adada tənha qalmağa məcbur olmuş şəxs aclıqdan ölməmək üçün öz bədən üzvləri ilə qidalanmağa məcbur olur. İnsanların dil və dodağın ölü hüceyrələrini dişləyərək yeməsi də avtokannibalizm hesab olunur. -Müəllif: Elmar Yusifov - -Sual: 5. “Məğlubedilməzlər 3” filmində dövlətə xəyanət etmiş agent dövlətinə layiqincə xidmət edtiyini, lakin sonda dövlətin BUNU ETDİYİNİ deyir. Ev siçanlarının erkəkləri qısqanclıq səbəbindən BUNU EDƏ bilir. BUNU ETMƏKlə əvəz edilmiş sözləri tapdınızsa, məşhur mənbədə bunu edəni cavab kartınıza yazın. -Cavab: Saturn -Şərh: Filmdə dövlətinə qarşı satqınlıq edən şəxs əslində dövlətin onu satdığını bildirir və “Dövlət öz balalarını yeyir” ifadəsini işlədir. Ev siçanları bəzi hallarda balalarının bir qisminə süd çatdırmaq üçün digər balalarını yeyir. -Müəllif: Çingiz Səlimov - -Sual: 6. Paylama materialıŞəkildə gördüyünüz uşağın əlindən tutan aktyorun kim olduğunu tapın. -Cavab: Robert Dauni Jr. -Şərh: Paylama materialındakı uşağın köynəyinin üzərində Hörümçək adamın şəkli təsvir olunub. “Qisasçılar” seriyasından olan filmlərdə valideynlərini itirmiş Piter Parkerə Robert Dauninin məşhur personajı olan Toni Stark atalıq edir. -Müəllif: Çingiz Səlimov - -Sual: 7. 2020-ci ilə aid məqalədə yazılır ki, “Atalanta” klubunun oyunçusu İliçiçin depressiya səbəbi şəhərdəki BURAXILMIŞ SÖZLƏRin ona uşaqlığını xatırlatmasıdır. İkinci Dünya Müharibəsindən bəhs edən sənədli filmdə qeyd olunur ki, düşmənlərdə qorxu yaratmaq üçün Stukalarda istifadə edilən BURAXILMIŞ SÖZLƏR banşiləri xatırladır. BURAXILMIŞ SÖZLƏRi eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Siren səsi -Şərh: Berqamo şəhəri pandemiya dövründə İtaliyada ən çox ölümlərin qeydə alındığı şəhərlərdən biri idi. Şəhərdən keçən tibbi yardım avtomobillərinin siren səsləri Yuqoslaviya əsilli futbolçuya uşaqlığında yaşadığı ölkədəki müharibə zamanı yaralı və ölüləri daşıyan maşınların səsini xatırladırdı. İrland mifologiyasında banşilərin ulamasının eşidilməsi ölümlə assosiasiya olunur. Müharibə dövründə məşhur Stuka təyyarələri vasitəsilə düşmənlərdə qorxu yaratmaq üçün vahiməli siren səslərindən istifadə olunurdu. -Müəllif: Asəf Əsədli - -Sual: 8. Rus şair Sergey Yeseninin Bakıda keçirdiyi bir neçə aylıq dövrün çox məhsuldar olmasından bəhs edilən məqalədə BU da xatırlanır. BUnu qarşılıqlı samitlərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Boldino payızı -Şərh: Yeseninin Bakıda keçirdiyi məhsuldar dövr başqa bir rus şair Puşkinin məhşur “Boldino payızı” dövrü ilə müqayisə olunur. 1830-cu ildə Boldino kəndinə gedən Puşkin tətbiq edilən karantin rejimi nəticəsində 3 ay kənddən çıxa bilməmişdi. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 9. “İkinci Sabir” ləqəbini alan Əli Nəzmi yoxsul kütlənin dözülməz yaşayışını təsvir etməsinə baxmayaraq, özünü “BELƏ şair” adlandırırdı. Siz isə Abdera doğumlu hansı şəxsin ləqəbinin “BELƏ” olduğunu cavab kartlarınıza yazın. -Cavab: Demokrit -Şərh: Mirzə Ələkbər Sabirin özünə götürdüyü ləqəblərdən biri “Ağlar-güləyən” idi. “İkinci Sabir” ləqəbi almış Əli Nəzmi yoxsulluğu təsvir etsə də, bunu satirik dil ilə çatdırdığı üçün özünü “mühitin güləyən şairi” adlandırırdı. Demokritin ləqəbi də “Güləyən filosof”dur. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 10. Paylama materialıPaylama materialında formulu verilən maddənin təkrar emal simvolunu dizayn edən Geri Anderson sonlu bir qurum daxilində sonsuzluğu bildirmək məqsədi güddüyünü və BUndan ilhamlandığını bildirmişdi. BUnu sonor samitlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Myöbius lenti -Şərh: Bildiyimiz kimi, Myöbius lenti təksəthli fəza fiqurudur və onun səthi üzərində hərəkət edərkən həmişə başladığımız nöqtəyə qayıdırıq. -Müəllif: Mircavad Mirbabayev - -Sual: 11. Bir mənbədə istintaqın sonlarına yaxın gəlib cinayətkarın tapılmasını öz adına çıxaran personajın ləqəbi “İKS”dir. Karikaturalardan birində İKS özü ilə stetoskop gəzdirir. İKSi incəsaitli bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Leşyeyən -Şərh: Bütün istintaq prosesində iştirak etmədən artıq nəticəyə çatmış işlərin sonlarına yaxın peyda olan personaja “leşyeyən” və ya “kərkəs” ləqəbi verilmişdi. Bildiyimiz kimi, leşyeyən də qurbanının ətrafında dolanaraq onların ölməsini gözləyir. Karikaturada vurğulanmış stetoskop da qurbanın ölüb-ölmədiyini yoxlamaq üçün idi. -Müəllif: Nəriman Knyazlı - -Sual: 12. Yaratdığı alboma “ALFA” adını verən musiqiçi insanlığı bir müddətlik dayanmağa və nəfəsini dərməyə çağırır. Yumoristik fotolardan birində ALFA ilə yanaşı Hitler də xatırlanır. ALFAnı italyan mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Fermata -Şərh: Fermata – musiqidə notlar üzərində pauza vermək üçün qeyd edilir. Əksər hallarda fermatadan sonra musiqiçilər uzun fasilələr verərək dərindən nəfəs alırlar. Cenk Ərdoğan da musiqi albomuna ad seçərkən məhz bundan ilhamlanmışdı. Fermata simvolu nöqt�� və üzərindəki qövsdən ibarətdir. -Müəllif: Asəf Əsədli - -Sual: 13. Müasir dövrdə insanların yazı anlayışının 4000 il əvvəlkinə bənzəyəcəyinin qeyd edildiyi bir mənbədə təqribən 2050-ci ildə dünya əhalisinin çoxunun BUndan istifadə edəcəyi deyilir. BUnu əlifbada qonşu hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Emoji əlifbası -Şərh: Mənbədə qeyd edilir ki, insanlar 4000 il əvvəl olduğu kimi getdikcə daha çox piktoqrafik yazıdan istifadə etməyə başlayırlar. Buna görə də 2050-ci ildə əhalinin çoxunun emoji əlifbasından istifadə edəcəyi vurğulanır. -Müəllif: Nihad Məmmədli - -Sual: 14. Vitriol kimi kaustik və aşındırıcı maddə qarışımları saçın yanmasına və tökülməsinə gətirib çıxarır. Bəs XVI əsrdə qadınların bu üsuldan istifadə etməsinə səbəb olan şəxs kim olmuşdu? -Cavab: I Yelizaveta -Şərh: Orta əsrlərdə qadınların saçlarını açıq şəkildə nümayiş etdirməsi katolik kilsəsi tərəfindən qadağan edilmişdi. I Yelizavetanın bu qaydanı pozması qadınlar üçün yeni moda mənbəyi olmuşdu. Kürən saçlara malik I Yelizavetaya bənzəmək üçün saç rənglərini dəyişməyə çalışan qadınlar əksər hallarda problem yaşayırdılar. -Müəllif: Asəf Əsədli - -Sual: 15. Maraqlıdır ki, İKSdə şaquli cavablar ingilis dilində, üfüqi cavablar isə fransız dilində qeyd edilir. İKSi eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Kanada krossvordu -Şərh: Ölkənin rəsmi dövlət dilləri ingilis və fransız dilləridir. Həmçinin, cavabların yazılma istiqamətləri krossvorda çıxmaq üçün ipucu idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 16. XIX əsrin 70-ci illərində onun əsas problemi saniyənin 1/500-i qədər sürətlə hərəkət edəcək mexaniki obyektiv qapağı tapmaq idi. Kimin? -Cavab: Edvard Meybric -Şərh: Göründüyü kimi, fotoaparatın obyektivi çox sürətlə hərəkət etməli idi. Belə bir aparat mövcud olacağı halda Meybric qaçan bir atın fotolarını rahat şəkildə çəkə biləcəkdi. Sonradan Con Ayzeks tərəfindən ixtira edilən belə bir qapaq bu problemi həll etdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 17. Qafqazdakı neft-qaz yataqlarında görülmüş işlərinə və Amerika qazma texnikalarının tətbiqindəki xidmətlərinə görə Aleksandra “ALFA” ləqəbi verilmişdi. ALFAnı əlifbada qonşu hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Sovet Rokfelleri -Şərh: http://www.whoispopulartoday.com/Alexander-Serebrovsky/ca -Müəllif: Asəf Əsədli - -Sual: 18. Paylama materialıQarşınızda Cüzeppe Arçimboldonun onu təsvir etdiyi rəsm əsəridir. Süjetlərdən birində o, üç Bibliya maqına özünün də hədiyyə aparmaq istədiyini deyir. Onu tapın. -Cavab: İrod -Şərh: Məlumdur ki, yeni bir uşağın doğulub hakimiyyətini əlindən alacağından duyuq düşən İrod İsanın tapılması üçün bütün uşaqların öldürülməsini əmr etmişdi. Süjetlərdən birində hökmdar yeni doğulmuş İsa üçün hədiyyələr aparan üç maqa özünün hədiyyə aparmaq istədiyini deməklə İsanın yerini öyrənmək istəyirdi. Arçimboldonun İrodu təsvir etdiyi rəsm əsərində onun üzü uşaq bədənlərinin təsvirlərindən yaradılmışdı. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 19. Coni Dep müsahibələrin birində tez-tez xəstəxanalarda uşaqlara baş çəkməsindən danışarkən özü ilə hər yerə apardığı içərisində kostyum olan əşyanı BURAXILMIŞ SÖZLƏR adlandırır. BURAXILMIŞ SÖZLƏRdən biri “kapitan”dır. Digər sözləri cavab kartlarınıza yazın. -Cavab: Qutuda Cek -Şərh: Cek Sərçə rolunu canlandırmış Coni Dep lazım olan kimi əldə edə biləcəyi üçün özü ilə hər yerə apardığı kostyumu olan əşyanı məşhur oyuncağın adına allüziya edərək “Qutuda kapitan Cek” adlandırıb. -Müəllif: Nəriman Knyazlı - -Sual: 20. Robert Meyin təklifi 1930-cu illərin pop-mədəniyyətində xroniki alkoqolizm ilə asossiasiya olunduğundan bir neçə dəfə geri çevrilmişdi. Təklif yalnız Robertin illüstrator dostunun uşaqlar üçün yaratdığı rəsmlərdən sonra qəbul edildi. Robertin nəyin yaradıcısı olduğunu tapın. -Cavab: Maral Rudolf -Şərh: Robert Mey qırmızı burunu olan personajı yaradarkən nəşriyyatlar “Quru qanun” dövründə insanların qırmızı burunu alkoqolizm ilə asossiasiya edəcəyini deyirdilər. Lakin illüstratorun Rudolf üçün yaratdığı rəsmləri görəndən sonra əsər çap edilmişdi. -Müəllif: Fazil Babayev - -Sual: 21. Bir amerikan serialında məkana ən tez çatmaq vasitələri barədə mərcləşən personajlardan biri piyada getməyi seçir və özünü ONUNLA müqayisə edir. ONUNLA bağlı olan işçi mahnıları yavaş tempdə və müəyyən ritmlə oxunur. ONU cavab kartlarınıza yazın. -Cavab: Con Henri -Şərh: Məşhur amerikan folklor qəhrəman�� olan Con Henri tunel inşası zamanı polad çəkic ilə qaya deşməkdə buxar işləyən maşınla yarışaraq qalib gəlmiş, lakin sonradan yaşadığı stress səbəbi ilə ürəyi dayanaraq ölmüşdü. Onunla bağlı olan ballada sürətli tempoda hadisələri təsvir etsə də, işçi mahnıları yavaş tempoda və çəkic zərbələrini izləyən ritmdə oxunaraq daha təhlükəsiz işləməyə çağırır. -Müəllif: Nəriman Knyazlı - -Sual: 22. XIV əsrdə serb hökmdarı Stefan Duşanın xanımı taundan qorunmaq üçün Afon dağına gətirilmiş və onun hər istəyini yerinə yetirmişdilər. Sualın mətnində əvəz edilmiş sözləri tapın. -Cavab: Əl üstündə tutmuşdular -Şərh: Bildiyimiz kimi, Afon dağına qadınların gəlməsi qadağandır. Serb hökmdarı Stefan Duşanın xanımını Afon dağına gətirmiş, ancaq ayağının bir dəfə də olsun torpağa dəyməməsi üçün onu daim əl üstündə tutmuş və gəzdirmişdilər. -Müəllif: Şamil Əlicanov - -Sual: 23. Yerin və Veneranın Günəş ətrafında hərəkətindən formalaşan trayektoriyalar müəyyən naxışlı fiqurlar yaradır və bu haqda olan məqalədə İKS xatırlanır. İKS, həmçinin, Şiva və Saktinin kosmik rəqsini də təmsil edir. İKSi eynisaitli bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Mandala -Şərh: Günəşin mərkəzdə sabit dayanması və Venera ilə Yerin ətrafında hərəkətindən yaranan naxışlı fiqurlar, sanskrit dilindən çevrə mənasını verən mandalanı yaradır. Mandala, həmçinin, hinduizmdə kainatı təmsil edən dini simvoldur. -Müəllif: Asəf Əsədli - -Sual: 24. Stiven Fray Katrina qasırğasının gücündən danışarkən hətta nəhəng qayıqların həmin anda BUna bənzədiyini yazır. 1928-ci il doğumlu cənubi amerikalı haqqındakı məqalədə BUndan danışılarkən ağır zədədən sağalmış olması faktı göstərilir. BUnu birinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Quru yarpaq -Şərh: Güclü Katrina qasırğası nəticəsində nəhəng qayıqlar belə quru yarpaq kimi havada uçuşurdu. Futbolda məşhur “quru yarpaq” cərimə zərbəsinin yaradıcısı sayılan braziliyalı Didi aldığı ağır zədədən sonra əvvəlki sərtlikdə topa zərbə endirə bilmədiyindən cərimə zərbələrinin effektini hələ də yüksək səviyyədə saxlamaq üçün zərbə taktikasını dəyişmişdi. -Müəllif: Nəriman Knyazlı - -Səhifə -> 475 | Sual Sayı -> 12 - -Sual: 1. O, teatr və səhnə sənətini izləyir, insan hərəkətini diqqətlə müşahidə edirək not dəftərində qeydlər aparırdı. O həmçinin Meybricin eksperimentinə öz təəssüratını bildirərək müxtəlif təsvirlər yaratmışdı. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Edqar Deqa -Şərh: Təəssürat sözü İmpressionizmə işarə idi. Teatrda səhnə sənətini anlamaq üçün balerinaları izləyən Deqanın Meybricin ekperimentindən sonra at yarışlarına marağı artmış və öz təsvirlərində atlara da yer vermişdi. -Müəllif: Muxtar Səfərov - -Sual: 2. Alman basketbolçu Dirk Novitzki haqqında bir məqalədə onun gənc, perspektivli basketbolçu kimi başladığı karyerasını digər basketboçulardan daha üstün bitirdiyi deyilirək Novitzkinin X-dən Y-ə çevrildiyi deyilir. X və Y-i yazın. -Cavab: vunderkind və ubermenş -Şərh: Sualda Novitzkinin alman olduğu vurğulanmışdı.Almancada vunderkind möcüzə uşaq, ubermenş üstün insan deməkdir. -Müəllif: Rza Dadaşzadə - -Sual: 3. Tam qrammatikası çap olunmadığından və flektiv dil hesab olunduğundan Mandarin dilinin vahid morfoloji qaydalarını tamamlamaq mümkün olmamışdır. Əvvəlki cümlədə 2 hərf başqa 2 hərflə əvəz olunub. Əvəzlənmiş hərfləri tapıb sözü orijinalda yazın. -Cavab: Sindarin -Şərh: Material azlığı və Tolkin tərəfindən qaydaların tam çap edilməməsi Sindarin dilində vahid qaydaların olmaması ilə nəticələnmişdir. Qeyd olunduğu kimi, Sindarin flektiv dil, Mandarin dili isə amorf dil hesab edilir -Müəllif: Əli Əliyev - -Sual: 4. Emmi, övladlarını "kiçik sevimli qızlar" kimi geyindirmir, qızlarının da sevdiyi üstdən boş aşağıdan isə kip olan "Blumer" şalvarlarına üstünlük verirdi. Siz isə Emminin soyadını deyin. -Cavab: Erhart -Şərh: Blumer təsvir edildiyi kimi boş aşağıdan isə sıx şalvar olub "tipik" pilot şalvarlarına bənzəyir. Ameli Erhart da uşaqlıqdan məhz bu pilot şalvarlarına üstünlük verirdi. -Müəllif: Əli Əliyev - -Sual: 5. O, hələ tələbə olarkən öz eksperimentini ilk dəfə raxit xəstəliyi olan qardaşının ayağını sındıraraq qardaşının üzərində aparmışdı. 1921-ci il Belovej doğumlu həmin şəxsin heç olmasa soyadını yazın. -Cavab: İlizarov -Şərh: Raxit xəstəsi olan qardaşının ayağını sındırır və dəmir konstruksiyaya iynələr taxaraq onun ayağının bərkiyərək düzləşməsini gözləyir. Ortopedik elmdə İlizarov aparatı və ya ilizarov qurğusu da Qavril İlizarov adı ilə bağlıdır. -Müəllif: Toğrul Qurbanov (Maqnat) - -Sual: 6. Rəssamlıqla yanaşı qrafik dizaynerliklə məşğul olduğu üçün bu şəxsin rəsmlərindəki reklam bilbordları dövrün tipoqrafiyasına tam uyğun təsvir edilmişdir. Bir bloqqer bu şəxsin rəsmlərinin karantini xatırlatdığını qeyd edir. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Edvard Hopper -Şərh: Huperin bir çox rəsmlərində o cümlədən “Gecə quşları” əsərində reklam bilbordları təsvir olunub. Onun əsərlərindəki tənha qəhrəmanlar sanki sosial izolyasiya tədbirlərinə riayət edirlər. -Müəlliflər: Rza Dadaşzadə, Səbuhi Göyüşov - -Sual: 7. Drezden bombalanmasından sonra Göbbelsə verilən məlumatda təqribən 20 000 insanın bombardman nəticəsində öldüyü bildirilir. Göbbels bu məlumatı paylaşılması üçün qəzetlərə verərkən bunu edir. Koka-Kolanın “Bunu et” reklam çarxında sağlam həyatdan danışılır. Bunu etməyi bir neçə sözlə deyin. -Cavab: Sıfır əlavə etmək -Şərh: Göbbels 20 000 insanın dünyada təsirinin az olacağını düşünür və bunu 200 000 olaraq qəzetlərə verir. Bununla da müttəfiq ordusunun qəddarlığını insanlara çatdırır. Koka Kola 0 şəkərli “Koka Kola Zero” məhsulunun reklamında sağlamlığın önəmli olması qeyd edilərək “Just add Zero” deyilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Tiflisdə böyümüş bu həmyerlimiz ailəsi ilə hər il daha sərin Muxran vilayətinə gedirdi. Kim? -Cavab: Abdulla Şaiq -Şərh: Daha sonra bu səfərləri barədə "Köç" hekayəsini yazmışdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. A.Şaiq qeyd edir ki, Tiflisin müsəlman əhalisi arasında şəbihlər zamanı X rolunu ermənilər oynayırdı. Dilimizdə X-dən yaranmış sözlərdən birinin mənası tünd qırmızı deməkdir. X-i deyin. -Cavab: Yezid -Şərh: Yezid Tiflisin şiə müsəlman əhalisi arasında o qədər nifrət edilirdi ki, heç bir müsəlman bu rolu oynamağa razı olmurdu. Ona görə də xristian olan ermənilərdən istifadə edirdilər. Yezidi sözünün mənası tünd qırmızı deməkdir. Məhərrəmlikdə tökülən qanlarla bu sözün əlaqəsi olduğu güman edilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. II Bəyazidin hakimiyyətə gəldikdən sonra atasından kəskin fərqlənən siyasi xətt izləməsi və onun bir çox qərarlarını ləğv etməsi dövrü tarixçilər tərəfindən "mediasiya" adlanır. Əvvəlki cümlədə bir neçə simvol buraxılmışdır. Sözü orijinalda yazın. -Cavab: de-mehmedizasiya -Şərh: Nikita Xruşovun hakimiyyətə gəldikdən sonra siyasi xətti tamamilə dəyişdirməsi Destalinizasiya adlandırıldığı kimi, II Bəyazidin də atasından kəskin fərqlənməsi “de-mehmedizasiya” adlandırılmışdı. -Müəllif: Ayxan Məmmədli - -Sual: 11. Paylama materialıOlympic ... , American ...1936-cı il Berlin olimpiyadasında iştirak edən afro-amerikan idmançılara olimpiya tarixində və ABŞ-da verilən dəyərdən bəhs edən filmin adını ingilis dilində eyni iki hərflə başlayan iki sözlə tamamlayın. -Cavab: Pride və prejudice -Şərh: ABŞ-dakı rasizmə görə həmin idmançılar layiq olduqları dəyəri qazana bilməsə də, olimpiya tarixində silinməz izlər qoymuşdular. Onlardan bəhs edən film isə Ceyn Ostinin məşhur əsərinin adından ilhamlanaraq seçilmişdi: Olympic Pride, American Prejudice -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. Disney filmlərində irqçilik adlı bir məqalədə "Dambo" animasiyasında bu canlıların qaradərili aksentində danışması barədə danışılarkən, 19-cu əsrin sonu 20-ci əsrin əvvələrinə aid irqçi mənbə xatırlanır. Hansı canlılardan söhbət gedir? -Cavab: Qarğa -Şərh: Adı ingiliscə crow olan qarğaların qaradərili aksenti ilə danışmasının Jim Crow qanunlarına göndərmə ola biləcəyi qeyd olunur. -Müəllif: Raqib İsmayılov - -Səhifə -> 476 | Sual Sayı -> 12 - -Sual: 1. 1903-cü ildə qatarın gəlişi Şıx kəndində yaşayan camaat arasında panika yaratmışdı. Sualın mətnində dörd söz iki sözlə əvəz olunub. Əvəz olunmuş dörd sözü tapın. -Cavab: Bibiheybətdə neft fontanı yanğını -Şərh: Bibiheybətdə neft fontanı nəticəsində baş vermiş yanğın qonşu Şıx kəndində də panika yaratmışdı. Sualın mətnində Lümyer qardaşlarının ilk filminin adı ilk milli filmlərimizdən birinin adı ilə əvəz olunmuşdu. P.S. Balaxanı kəndi Şıx kəndindən xeyli uzaqda yerləşir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. Konspiroloji mövzulu sənədli filmdə qeyd edilir ki, ötən əsrin üçüncü rübündə Verner fon Braun "X" tapmaq üçün Antarktidaya səyahət edib. XIX-cu əsrin 60-cı illərinə aid X-də Skotland Yard sözlərinə də rast gəlmək olar. X-lə əvəz olunanı tapın. -Cavab: Ay daşı -Şərh: Verner fon Braun raket, kosmik uçuş mütəxəssisidi. Kosmik sahədə ən böyük konspiroloji nəzəriyyə “Apollon 11” missiyasının aya uçub-uçmaması ilə bağlıdı. Sənədli filmdə qeyd edilir ki, Verner fon Braun Antarktidaya səyahət edib insanlara yad olan mineral tapıb onu “Ay daşı” kimi qələmə verib. Uilki Kollinzin “Ay daşı” romanı ingilis dilində ilk dedektiv roman hesab olunur. Skotland Yard sözləri də cavabı tapmağa kömək etməli idi. -Müəllif: Elşən Quliyev - -Sual: 3. Bir filmin öz qızını xilas etmək naminə həyatını qurban verən alpinist personajı digər personajdan BUNU ETMƏYİ xahiş edir. BUNU EDƏN başqa bir personaj haqqında olan məqalədə "qaçılmaz ölüm" sözlərinə rast gəlmək olar. BUNU ETMƏKLƏ əvəz etdiyimiz sözləri yazın. -Cavab: İpi kəsmək -Şərh: Bir-birinə bağlı olan ipdən asılı qalan ata ipin ağırlığa tab gətirməyəcəyini düşünərək digər personajdan ipi kəsməsini xahiş edir. İkinci hissədə isə söhbət Atropadan gedirdi. -Müəllif: Səməd Səmədov - -Sual: 4. Monika Levinski çıxışlarından birində hələ sosial şəbəkələrin mövcud olmadığı vaxtlarda ona yollanan onlayn məktublarda təhqirlərə məruz qaldığını etiraf etmişdi. Bu zaman Levinski özünü O adlandırmışdı. Hadisələrin əvvəli Zair meşələrində cərəyan edən bir filmdə ONUN axtarışından bəhs edilir. Onu 2 sözlə deyin. -Cavab: sıfırıncı pasient -Şərh: Levinski ilk dəfə olaraq o dövr üçün hələ sosial şəbəkələrin olmadığı vaxtda ilk dıfə olaraq onlayn təhqirlərə məruz qaldığını bildirmiş və ondan sonra bunun bütün dünyaya yayıldığını bildirmişdir Bu zaman özünü sıfırıncı pasient adlandırmışdır. Hadisələri Zair meşələrində cərəyan edən filmdə yeni virusun peyda olması və ABŞ-a gəlib çıxmasından danşılır. Hərbi komandanlıq isə daşıyıcının axtarışına çıxır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Enrike Simonet haqqında bir məqalədə Çikaqo, Roma, Paris kimi şəhərlərdə rəsmlərini yaratdığı dövr haqqında bölmə BURAXILMIŞ ÜÇ SÖZ adlanır. BURAXILMIŞ ÜÇ SÖZ-ə həsr olunmuş bir internet-memdə orta əsrlərdə Afrikadan gətirilən qullar təsvir edilmişdir. BURAXILMIŞ ÜÇ SÖZ-ü orijinalda yazın. -Cavab: Work and travel -Şərh: Rəssamın müxtəlif şəhərlərdə yaradıcılıqla məşğul olduğu bildirilmişdi və bir növ həm səyahət edir, həm də işini görürdü. -Müəllif: Səməd Səmədov - -Sual: 6. O, Modest Musorqski ilə görüşdən sonra yazırdı: “Yeni musiqi elementləri ilə tanış oldum və bu mənim xoşuma gəldi.” Kim? -Cavab: Aleksandr Borodin -Şərh: Borodin kimya təhsili aldığı dövrdə bəstəkar Musorqski ilə görüşür və onda musiqiyə həvəs daha da dərinləşir. Sualda element sözü də cavabı tapmağa kömək etməli idi. -Müəllif: Elşən Quliyev - -Sual: 7. “Queen’s Gambit” serialının yetimxanada böyümüş personajı himayəyə götürüldüyü evdə BURAXILMIŞ SÖZLƏR olduğunu gördükdə təəccüblənmişdi. BURAXILMIŞ SÖZLƏR keçən əsrin 20-ci illərində qadın kollecində deyilən mühazirələr əsasında çap edilmişdi. BURAXILMIŞ SÖZLƏRİ tapın. -Cavab: Özünə aid bir otaq -Şərh: Yetimxanada bir neçə uşaqla eyni otaqda qalan personaj yeni evində ayrıca otağı olduğunu gördükdə təəccüblənmişdi. Feminizmin əsas kitablarından sayılan “Özünə aid bir otaq” Virciniya Vulfun qadın kollecində dediyi mühazirələr əsasında formalaşmışdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Böyük fəlakətdən sonra üzüm əkməyə başlayan Yaqubun korluğu artdığından günün çox saatları yatır, öz uşaqları və həyat yoldaşıyla isə demək olar ki danışmırdı. Yaqubun korluğu adlı rəsmdə gülən oğul atası tərəfindən qovularkən əks olunub. Yaqubun korluğu ilə əvəz olunmuş 2 sözü yazın. -Cavab: Nuhun sərxoşluğu -Şərh: Nuhun böyük daşqından sonra üzüm əkərək hər gün sərxoş olması ona ailəsi ilə münasibətin pozulmasına gətirib çıxarırdı. Covanni Bellininin eyni adlı əsərində ortancıl oğulun atasını sərxoş və paltarsız gördükdən sonra otaqdan qovulmasına həsr olunub. -Müəllif: Şamxal Cəbiyev - -Sual: 9. “Asteriks Olimpiya oyunlarında” filmində Sezar Brutun hədiyyə etdiyi zeytunu qəbul etməkdən imtina edir və bildirir ki “Daha X-im qalmayıb. Sənin hədiyyələrinə görə təkcə bu il 46 X itirmişəm.” X-lə əvəz olunan latın mənşəli sözü yazın. -Cavab: Dequstator -Şərh: Sezarı öldürmək istəyən Brutun gətirdiyi zəhərli qidalara görə Sezarın sarayında sağ dequstator qalmamışdı. -Müəllif: Elşən Quliyev - -Sual: 10. Paylama materialıX Y or Y X? -It’s your decision.Qarşınızda fitness mərkəzinin reklam sloqanını görürsünüz. “X Y” həmçinin hadisələri hər il 15 iyulda baş verən amerikan melodrama filminin adıdır. X və Y ilə əvəz olunanları orijinalda yazın. -Cavab: One Day -Şərh: İdman kompleksi beləcə sizi bir gün yox, elə həmin gün idmana başlamağa çağırır. Hadisələri hər il eyni gündə baş verən film də "One day" adlanır. -Müəllif: Türyan Məmmədov - -Sual: 11. O, 1939-cu ildə bir essesində yazırdı: “Babam bir günəş idi, yüksəldi, parladı...” Söhbətin kimdən getdiyini tapın. -Cavab: Ərtoğrul Cavid -Şərh: Hüseyn Cavidin ləqəbi “səma şairi”dir. -Müəllif: Emin Qasımov - -Sual: 12. Bir sıra mütəxəssislərin fikrinə görə, keçən ilin noyabr ayının sonlarında baş verən hadisə zamanı əsas xilasedici vasitə X olmuşdur. X 2009-cu ildə MTV mükafatını qazanmışdır. X-i bir ingilis sözü ilə deyin. -Cavab: Halo -Şərh: Sualın birinci hissəsində Formula1 iştirakçısı Qrojanın qəzası zamanı köməyə çatan Halo texnologiyasından söhbət gedir. İkinci hissə isə Beyonceun “Halo” mahnısından söhbət açılır. -Müəllif: Azər Abasəliyev - -Səhifə -> 477 | Sual Sayı -> 12 - -Sual: 1. "Hindenburq" drijablı haqqında bir filmdə uçuş nəzarətçisi döşəmədə oyuncaq maşınla oynayan uşağa xəbərdarlıq edir ki, alfa təhlükəli sonluqla nəticələnə bilər. Alfanı eyni saitli sözlə yazın. -Cavab: Qığılcım -Şərh: Drijabl hidrogenlə işlədiyindən qığılcım böyük yanğına səbəb olardı. -Müəllif: Orxan Səfərov - -Sual: 2. Kolumbiyadakı X hippopotamları haqqında bir məqalədə onların həddən çox yayıldığı və artıq yerli ekologiyaya ziyan vurduqları üçün öldürülmələri təklif edilir. Bir sosial posterdə X-dən ibarət zolaqlar həbsxana barmaqlıqları formasını alır. X-i bir sözlə yazın. -Cavab: Kokain -Şərh: Cənubi Amerikada əvvəllər hippopotamlar yox idi. Pablo Eskobar qitəyə 4 ədəd hippopatam gətirmiş və onun ölümündən sonra başsız qalan canlılar sürətlə yayılmağa başlayırlar. Canlıları Eskobar gətirtdiyi üçün “Kokain hippopotamları” adlanır. -Müəllif: Əlibala Dünyamalıyev - -Sual: 3. Paylama materialı"Femme Fatale" adlı rəsmdə divarda BUNUN siluetini görmək olar. Başqa bir rəsmdə BU yarpaqları qurumuş budağa bənzədilir. Bunu eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Dişi dəvədəlləyi -Şərh: Bildiyimiz kimi “Femme fatale” “öldürən qadın” deməkdir. Rəsmə baxdıqda isə cütləşməyə hazırlaşan qadını görürük. Dişi dəvədəlləklərinin cütləşmədən sonra partnyorlarını öldürməkləri məşhur faktdır. -Müəllif: Emil Yusublu - -Sual: 4. "Guardian"ın ötən il dərc etdiyi bir məqalədə herontokratiya və onların 1980-ci illərdə nüvə başlıqları müzakirələrindəki görüşü barədə danışılır. Onların eyni hərflə başlayan soyadlarını yazın. -Cavab: Bayden, Brejnev -Şərh: Herontokratiya yaşlıların idarəedici mövqedə olmasıdır. Ötən il seçilən prezident Co Bayden ABŞ tarixinin ən yaşlı prezidenti oldu. Maraqlıdır ki, 1980-ci illərdəki nüvə görüşündə Bayden SSRİ-nin yaşlı rəhbəri Brejnev ilə də görüşmüşdür. -Müəllif: Elnur Qasımzadə - -Sual: 5. Bir serialda potensialından istifadə edilməməsindən şikayətlənən yol polisi özünü X-ə bənzədir. X-i birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Beşinci təkər -Şərh: Yol polisi potensialından istifadə edilmədiyindən danışarkən beşinci təkəri xatırlayır. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 6. Kristi Braun avtobioqrafiyasında sıra ilə dayanmış çoxsaylı bacı və qardaşlarının sanki X-ləri xatırlatdığını qeyd edir. Bir dini süjetə həsr olunmuş abidədə X-lərdə şaquli istiqamətdə hərəkət edən mələkləri görmək olar. X-ləri yazın. -Cavab: Nərdivanın pillələri -Şərh: Sualın ikinci hissəsində söhbət Yaqubun yuxusu ilə bağlı qoyulmuş abidədə Yaqubun nərdivani ilə yuxarı qalxan mələkləri görmək olardı. -Müəllif: Orxan Səfərov - -Sual: 7. Metyu illər sonra ona verilmiş cəzadan danışarkən öz taleyinin daha ağır olduğunu etiraf edir. Fanatların qəzəbi, işdən qovulma ilə yanaşı, bəzi pablar da Metyuya xidmət göstərməkdən imtina edirmiş. Sualda buraxılmış 6 hərfi bərpa edib, sözü orijinalda yazın. -Cavab: Kantonaya -Şərh: Mettyu Simmons Kantonanın hücum etdiyi azarkeşdir. İllər sonra Metyu cəzasının Kantona ilə müqayisədə daha ağır olduğunu bildirmişdir. -Müəllif: Elnur Qasımzadə - -Sual: 8. Paylama materialı“Pantech” bu texnologiyanı ilk tətbiq edən şirkətdir. Söhbətin nədən getdiyini bildinizsə, şəkildə sizdən gizlədiləni 2 sözlə yazın. -Cavab: Barmaq izi -Şərh: Pantech barmaq izi ilə telefonlarda kilidin açılması texnologiyasını tətbiq edən ilk şirkətdir. Dizayner C. Birbauer (Joey Bearbower) müəllifi olduğu şəkildə”Özün ol” ifadəsidə fərdin individuallığını daha aydın ifadə etmək üçün “o” hərfini barmaq iziylə çəkib. -Müəllif: Məzahir Səmədov - -Sual: 9. Bir əsərdə detektivlərin hər şeyi sona qədər dərinliklə araşdırdığını qeyd edən personaj detektivləri X-ə bənzədir. X haqqında ilk yazılı məlumata qastronom B. Platinanın XV əsrə aid yazılarında rast gəlmək olar. X-i ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Trüfel donuzları -Şərh: Hər şeyi dərinliklə axtaran detektivləri personaj trüfel göbələklərini axtaran donuzlara bənzədir. -Müəllif: Orxan Səfərov - -Sual: 10. Cavab X-dir.  Bir sənədli filmdə cəngəlliklərdə meyvələri toxumlarıyla birlikdə yeyən heyvanlara meşənin Xləri deyilir. X ilə əvəz edilmiş düzəltmə sözü yazın. -Cavab: Bağban -Şərh: Meyvələri toxumlarıyla yeyən heyvanlar meyvə ağaclarının artmasında fəal iştirak edirlər. Cavabın öncədən deyilməsi də, məşhur “Qatil bağbandır” klişesinə işarədir. -Müəllif: Məzahir Səmədov - -Sual: 11. Bir bədii əsərdə təşviş içindəki xanım personajın göz qapaqları alfaya bənzədilir. Alfanı qonşu hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Kəpənək qanadları -Şərh: Qorxduğu zaman tez-tez gözlərini qırpan personajın göz qapaqları kəpənək qanadlarını xatırladır. -Müəllif: Nurlan Abdurahmanov - -Sual: 12. Müsəlman ölkələrindən birində istehsal edilən PUA modeli X adlanır. X-ə aid bir məqalədə Yəmən hökmdarı Əbrəhənin adını da görmək olar. X-i tapın. -Cavab: Əbabil -Şərh: İranın istehsal etdiyi PUA modeli Məkkəyə hücum edən Yəmən hökmdarının ordusunu göydən atılan daşlarla məhv edən Əbabil quşlarının adını daşıyır. -Müəllif: Əlibala Dünyamalıyev - -Səhifə -> 478 | Sual Sayı -> 12 - -Sual: 1. Paylama materialı𐌷𐌰𐌹𐌻𐍃Rekvizitdə siz müasir alman dilinin əcdadı sayılan qot dilində yazılmış İKS sözünü görürsünüz. Roma İmperiyası dövrünə aid epiqramda qeyd edilir ki, İKS deyilən yerdə gözəl şeirlər eşitmək mümkün deyil. İKSi bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Heils, hayl -Şərh: Alman dilində işlədilən “Heil” sözü qot dilindən keçib və paylama materialında siz həmin sözün qot dilindəki yazılışını görürsünüz. Biz də bu sualla hamınızı salamlayırıq! -Müəllif: Malik Ramazanzadə - -Sual: 2. ABŞ-ın qadınların Aya göndərilməsi ilə bağlı kosmik proqramı ONUN şərəfinə adlandırılıb. ONUN haqda məqalədə yüksək otluqda sakit və rahat hərəkət etmək üçün qısa tunika geyindiyi qeyd edilir. ONU yazın. -Cavab: Artemida -Şərh: ABŞ Ay proqramı Apollonun adını daşıyır. Artemida isə Apollonun əkiz bacısıdır. Ov tanrısı olan Artemida ov zamanı rahat və sakit hərəkət etmək üçün qısa tunika geyinirdi. Selena yazanlar isə üzülməsin, inşallah başqa vaxt. -Müəllif: Ülvi Mehrəliyev - -Sual: 3. 2018-ci ildə “İsanın başı” rəsmi hərracda rekord qiymətə satıldıqdan sonra əsərin müəllifi Rembrandt belə demək olarsa, BUNU ETDİ. Uzun fasilədən sonra, nəhayət 2019-cu ildə Qabriel də BUNU ETDİ. Sualda BUNU ETMƏK sözləri ilə əvəz olunmuş 3 sözü cavab kartlarınıza yazın. -Cavab: Van Deyki keçmək -Şərh: Rembrandt əsərinin rekord qiymətə satılmasından sonra digər həmyerlisi Van Deyki əsərinin qiymətinə görə keçdi. Onların digər həmyerlisi futbolçu Van Deyki isə nəhayət uzun fasilədən sonra hücumçu Qabriel Jesus keçə bildi. -Müəllif: İlkin Xəlilov - -Sual: 4. Bir serialda Vezuvi dağında mühasirədə olan qoşunun ərzağının getdikcə tükəndiyini bildirən personaj dağın İKS olmadığını vurğulayır. Paks Romana dövründə özünün ən zəngin periodunu yaşayan imperiya İKSdən propaqanda məqsədilə geniş şəkildə istifadə edirdi. İKSi cavab kartlarınıza yazın. -Cavab: Bolluq buynuzu -Şərh: Spartak serialında personaj mühasirə zamanı dağdakıların ərzağının bitəcəyini, Vezuvinin sonsuz nemət bəxş edən bərəkət buynuzu olmadığını bildirir. Özünün çiçəklənən dövrünü keçirən Roma imperiyasında bolluq olduğunu bildirmək üçün kornukopiya simvolundan geniş şəkildə istifadə edilirdi. -Müəllif: Ramazan İbrahimli - -Sual: 5. Avroliqa çərçivəsində keçirilən İnter Milan - Bayer Leverkuzen oyunu zamanı Leverkuzen təmsilçisinin məğlub olduğunu görən şərhçi oyunun sonunda qeyd edir ki, Bayer rəqibə çətinlik yarada bilmədi. Əvvəlki cümlədəki 3 sözün 2 sözlə əvəz edildiyini bilərək, həmin 3 sözü cavab kartlarınıza yazın. -Cavab: Baş ağrısı ola -Şərh: Bayer Leverkuzen klubunun ləqəbinin aspirinlər olduğu çoxuna məlumdur, hətta oyunun şərhçisinə də. Sualda “baş ağrısı ola” sözləri ilə “çətinlik yarada” sözləri əvəz olunmuşdu. -Müəllif: Rüfət Abdullayev - -Sual: 6. Turizmə aid bir saytda Kamçatka Rusiyanın İKSi adlandırılıb. Digər bir rus saytında isə quldurluq, adam oğurluğu, qətl kimi kriminal xəbərlərə həsr olunmuş bölmənin adı İKSdir. İKSi birinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Vəhşi şərq -Şərh: Uzaq Şərqdə yerləşən Kamçatka bir turizm saytında diqqəti cəlb etmək məqsədilə Rusiyanın Vəhşi Şərqi adlandırılmışdı. Başqa bir rus saytında isə kriminal xəbərlərin aid olduğu bölmənin adı Vəhşi qərbə analogiya olaraq “Vəhşi şərq” kimi seçilmişdi. -Müəllif: Nicat Ramazanov - -Sual: 7. Bir romanda əsasına söykənmiş belibükük qadını görən personaj onu İKSə bənzədir. Astronavt Skotun özü ilə lələk və çəkic apardığı Ay da bir məqalədə İKSlə müqayisə edilmişdi. İKSi cavab kartlarınıza yazın. -Cavab: Piza qülləsi -Şərh: Əsərdə qadınların əsalarına söykənərək maili şəkildə durduğuna görən personaj onları Piza qülləsinə bənzədir. Astonavt Devid Skott 1971-ci ildə Aya lələk və çəkic apararaq onların yerədüşmə sürətini müqayisə etmişdi. Qalileo Qaliley də məşhur Piza qülləsi eksperimentində qüllədən iki müxtəlif kütləli predmeti ataraq müəyyən etmişdir ki, əşyaların düşmə sürətlərinin onların kütləsi ilə düz mütənasib olması fikri yanlışdır. Məqalədə astronavtın bu eksperimenti Qalileyin eksperimenti ilə, Ay isə Piza qülləsi ilə müqayisə edilmişdi. -Müəllif: Ramazan İbrahimli - -Sual: 8. İnsanlığın məhvi təhlükəsindən bəhs edən “Children of Men” filminin epizodlarının birində divardakı rəsmdə BUNUN vurulduğunu görə bilərik. Paradoksal olsa da, 1936-cı ildə Fiat şirkəti istehsal etdiyi bombardmançı təyyarəyə BUNUN adını vermişdi. BUNUN nə olduğunu cavab kartınıza yazın. -Cavab: Leylək -Şərh: İnsanlığın məhvi təhlükəsindən və doğuş sayının kəskin azalması böhranından bəhs edən “Children of Men” filmində hacıleylək yerdən raketlərlə vurulan qırıcılar şəklində təsvir olunmuşdu. Paradoksal olsa da, Fiat şirkəti bombardmançı təyyarəyə həyat rəmzi olan hacıleyləyin adını vermişdi. -Müəllif: Cavid Bədəlbəyli - -Sual: 9. Bir serialda ulduz aktyor Vensan Kasselin canlandırdığı Serak adlı varlı personaj barəsində heç yerdə məlumata rast gəlinmədiyi və onu heç kimin görmədiyi bildirilir. Yalnız iqtisadiyyata baxanda edilən trilyon dollarlıq əməliyyatlardan Serakın mövcud olduğunu müşahidə etmək mümkündür. Birinci növ təyini söz birləşməsi ilə deyin: Bu zaman personajlardan biri Serakı nə ilə müqayisə edir? -Cavab: Qara dəlik -Şərh: Sual mətnində “ulduz aktyor”, “müşahidə etmək” astronomiyaya ipucudur. Qara dəlik ulduzlar kimi işıq saçmadığı üçün onu müşahidə etmək mümkün deyil. Lakin nəhəng qravitasiyaya malik olduqlarından yaxınlığındakı böyük səma cisimlərinə olan təsirindən onun mövcud olduğunu bilmək mümkündür. -Müəllif: Emin Məsimli - -Sual: 10. 20-ci əsrin əvvəlində anadan olmuş bu şəxs qeyd edirdi ki, şorbanın duzluluğunu müəyyən etmək üçün heç də şorbanın hamısını yeməyə ehtiyac yoxdur, onu sadəcə yaxşıca qarışdırıb bir qaşıq şorbanın dadına baxmaq kifayətdir. Bu şəxsin soyadını yazın. -Cavab: Gellap -Şərh: Söhbət məşhur statistik və ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi Corc Gellapdan gedirdi. -Müəllif: Ruslan Məmmədov - -Sual: 11. Maşınlar animasiyasında Şimşək Makkuin rəqibinin özündən daha yavaş olduğunu və bitiş xəttinə daha gec çatdığını bildirmək üçün rəqibini İKS adlandırır. İKSi eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Göy gurultusu -Şərh: Ləqəbi şimşək olan Makkuin rəqibinin ondan daha yavaş olduğunu bildirmək üçün ona göy gurultusu kimi müraciət edir. Göy gurultusu da şimşək çaxdıqdan bir müddət sonra eşidilir. -Müəllif: Ramazan İbrahimli - -Sual: 12. Teslanın modellərini müəyyən bir ideya əsasında adlandırmaq istəyən İlon Mask bildirmişdi ki, Model S-dən sonra çıxacaq modelin buraxılışı adlandırma ilə bağlı yaranan çətinlik səbəbindən ləngidi və Model X vaxtından əvvəl buraxılmalı oldu. Ləngiyən model üçün seçilən ilk adın Ford tərəfindən patenləşdirildiyi müəyyən olunduqdan sonra Mask çıxış yolu kimi modelin adının yazılışındakı şaquli xətti yığışdırmağı təklif etdi. Lakin bu fikir də, digər bir şirkətin etirazına səbəb oldu. Həmin şirkətin adını yazın. -Cavab: Adidas -Şərh: Mask avtomobil modellərinin adlarının “SEX” sözünü yaratmasını istəyirdi. “E” Ford tərəfindən patentləşdirildiyinə görə, şaquli xətti yığışdırıb modeli ☰ adlandırmağı təklif etdi, ancaq bu da Adidasın narazılığına səbəb oldu. N��ticədə avtomobil Model 3 adlandırıldı. -Müəllif: Ülvi Mehrəliyev - -Səhifə -> 479 | Sual Sayı -> 12 - -Sual: 1. Diqqət birinci sual: - XX əsrin ortalarında məşhur ixtiraçılar Con Vinsent Atanosov və Klifford Edvard Berry tarixdə ilk elektronik kompyuterin prototipini yaratmışdılar. Diqqət sual: Bu qurğu hansı üç simvoldan ibarət ad almışdı. -Cavab: ABC -Şərh: Adətən ixtiralar bir neçə şəxs tərəfindən yaradıldıqda onlara şəxslərin soyadlarının inisiallarından ibarət ad verilir. Atanasov və Berri soyadlı bu iki ixtiraçı yaratdıqları kompyuterin ilk olduğunu simvolizə etmək üçün ixtiralarına "Atanasov-Berry Computer" adını vermişlər. Sualın birinci olması əlifbanın ilk üç simvolunu yazmaq üçün ipucu ola bilərdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Aparıcı üçün: Bu sualın şərhi oxunarkən sakitliyin yaradılsın və şərhin iştirakçılar tərəfindən aydın eşidilməsi təmin edilsin. - Yazıçı Anarın "Şəhərin yay günləri" əsərinin qəssab personajı parlaq karyerası olan müəllimə rüşvət məqsədilə BUNU yollamışdı. BUNU eyni hərflə başlayan 2 sözlə cavab kartınıza yazın. -Cavab: Qara qoç -Şərh: Yazıçı Anar "Şəhərin yay günləri" adlı əsərində rüşvət almayan parlaq karyeraya malik müəllim qəhrəmanı rüşvətlə, sanki, qaranlıq dünyaya salınacağına işarə edir. Varlı qəssab qəhrəman övladının imtahandan keçməsinə şərait yaratması üçün müəllimə qara qoç göndərir. Məşhur Məlikməmməd nağılında qara qoç qaranlıq dünyanın simvolu kimi çıxış edir. Maraqlıdır ki, Anarın ən məşhur yaradıcılıq məhsullarından biri də "Ağ qoç, qara qoç" toplusudur. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. "Truman şou" filmində hadisələr həyatı televiziya proqramına çevrilmiş və demək olar ki, bütün dünya tərəfindən izlənilən baş obrazın ətrafında cərəyan edir. Filmin səhnələrindən birində süjetə uyğun olaraq arxa fonda latın dilində ifadə görünür. Eyni ifadənin XIX əsrin ortalarına aid mənbədə xatırlandığını bilərək bu mənbəni cavab kartlarınıza yazın. -Cavab: "Üç muşketyor" -Şərh: "Birimiz hamımız, hamımız birimiz üçün" -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Salvador Dali 1919-cu ildə anadan olan akrobat Rassel Sanderslə 1952-ci ildə görüşür və onun ip üzərində hərəkət etməsini izləyir. Diqqət sual bəs bu hadisədən sonra Dalinin rəsmində o kimi canlandırmışdı. -Cavab: İsa Məsih -Şərh: "Çarmıxa gərilən İsa" əsəri üçün model axtaran Dali, maraqlıdır ki, 33 yaşı tamam olan model tapır və onun ip üzərində qollarını kənara açma səhnəsini, xüsusilə, izləyir ki, çarmıxa gərilmə səhnəsinin təsviri daha real alınsın. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Yazıçı Anar müsahibəsində əsərlərindən birinin davamı kimi qələmə almaq istədiyi yeni romanından danışır və qeyd edir ki, yeni yazılacaq romanda hadisələr Bakıda, 1990-cı ilin 19-20 yanvar faciəsi zamanı cərəyan edir. Dəqiqliklə deyin yazıçı bu əsərə hansı üç sözdən ibarət ad verməyi düşünürdü. -Cavab: "Şəhərin qış gecələri" -Şərh: Bir neçə sual bundan əvvəl sizə "Şəhərin yay günləri" adlı əsəri haqqında qısa məlumat verdik. Yazıçı Anar əsərin ardı kimi yazdığı əsərdə hadisələrin Bakı şəhərində, 19-20 yanvar gecələri zamanı baş verəcəyini qeyd edir və belə bir ad seçdiyini vurğulayır: -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. “Dominion” serialının qəhrəmanları olan Cəbrayıl və Mikayıl adlı mələklər Veqa və Nyu-Delfi şəhərlərini cəzalandırmağa gedən zaman digər iki şəhəri xatırlayırlar. Həmin iki şəhəri tapın. -Cavab: Sodom və Qomorra -Şərhlər: None -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. Edqar Ponun qəhrəmanlarından biri hazırladığı hava şarında ölkəsindən qaçır, şarla Atlantik okeanını keçir, Şimal qütbünü yuxarıdan izləyir, Ayın yaxınlığına kimi uçmağı bacarır və oradan öz gündəliyini ölkəsinə yollayaraq başına gələnləri həmvətənlərinə çatdırır. Qəhrəmanın gündəliyində səyahətinin başlandığı tarix kimi hansı ay və günü qeyd etdiyini cavab kartlarınıza yazın. -Cavab: 1 aprel -Şərh: XIX əsrdə ixtira və kəşflərin sayının artması ilə əlaqədar mətbuatda tez-tez inanılmaz hadisələr, kəşflər barədə yazılar dərc edilirdi. Bu məqalələri tənqid etmək üçün Po hava şarı ilə ağlasığmaz və gülünc hadisələr yaşayan qəhrəman barədə hekayə yazır və onu qəzetdə real hadisə adı ilə dərc etdirir. Hekayədə hadisələrin saxta və zarafat xatirinə yazıldığını göstərmək üçün yazıçı səyahəti 1 apreldən başlatmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Ədəbi qəhrəmanlar Madam Lespana və qızının cəsədləri BURADA yerləşən mənzildən tapılmışdı. BURA adını daşıyan qısametrajlı film təcili yardım sirenasının səsi ilə başlayır. BURA ilə əvəz edilmiş iki sözü cavab kartlarınıza yazın. -Cavab: Morq küçəsi -Şərh: Cəsədlər və təcili yardım oyunçuları tibb-ölüm birləşməsinə çıxarmalı idi. Tibbdə isə ölümlə bağlı məkan morqdur. Sualda söhbət Edqar Ponun "Morq küçəsində cinayət" adlı əsərindən gedir. Əvvəlki sualın Edqar Po haqqında olması isə təsadüf deyil. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Qədim Çində qadınlara yazmaq və oxumaq qadağan edildiyindən onlar gizli şəkildə "Nyüşü" adlı qarışıq işarələrdən ibarət yeni əlifba yaratmışdılar. Qoyulan qadağaya baxmayaraq yeni əlifba bir predmet vasitəsilə xanımlar arasında tezliklə məşhurlaşır və öyrənilir. Söhbətin hansı predmetdən getdiyini tapın. -Cavab: Yelpik -Şərh: Yeni əlifba mürəkkəb simvollardan ibarət idi və qadınların daima gözünün önündə olmalı idi ki, asanlıqla öyrənə bilsinlər. Bir çox qədim təsvirlərdə çinli qadınların əksərityyətinin əlində yelpik görmək olar. Simvollar bu yelpiklərin üzərinə çəkilər və bu minvalla digər xanımlar arasında da yayılardı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Leykoplastr istehsalı ilə məşğul olan kompaniyalardan birinin reklam posterində "Dünyanın ən elastik sarğısı" sözləri yazılıb və mərkəzdə O görünür. İdmanla məşğul olmağı təbliğ edən maraqlı posterlədən birində isə animasiya qəhrəmanı Şrek xeyli məşqdən sonra Ona çevrilir. Onun kim olduğunu tapmağa çalışın. -Cavab: Halk -Şərh: Özünə dünyanın ən elastik sarğısı devizini seçən kompaniya Halkın birdən birə kiçik ölçülü insandan nəhəng varlığa çevrilmə qabiliyyətindən öz reklamında istifadə edir. İdman etməyi təbliğ edən posterdə isə yaşıl rəngli Şrek xeyli məşqlər etdikdən sonra atletik bədən quruluşu olan Halka çevrilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. Primo Levi İkinci Dünya Müharibəsi zamanı konslager həyatından bəhs edən avtobioqrafik kitabında qeyd edir ki, müxtəlif ölkələrdən gələn əsirlərin əksəriyyəti həm bir-birini başa düşmür, həm də almanca bilmirdilər. Müəllif bu zaman əsirlər tərəfindən tikilən hündür gözətçi məntəqəsini Alfa ilə müqayisə edir. Alfanı iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Babil qülləsi -Şərhlər: None -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Herman Melvilin "Mobi Dik" əsərinin qəhrəmanı okeana düşən digər personajlara müraciət edərkən onlara kinayə ilə kömək üçün indicə bu canlıların gələcəyini söyləyir və bir müqəddəsin adını çəkir. Bir dəqiqədən sonra cavab kartlarınıza bu canlıları və müqəddəsin adını yazın. -Cavab: Köpəkbalıqları və Sen Bernar -Şərh: Alp dağlarında itib qalan insanları xilas etmək üçün X əsrdə Müqəddəs Bernard yeni it sortu yetişdirməyə başlamışdı. Əsərdə suda boğalmaq üzrə olan personaj köpəkbalıqlarının indi köməyə gələcəyini söyləyir və zaman onları Sen Bernar itləri ilə müqayisə edir. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 480 | Sual Sayı -> 12 - -Sual: 1. 2012-ci ildə keçirilmiş auksionda silah həvəskarı Belçika kralı III Leopoldun kolleksiyasından olan X çox yüksək qiymətə satılmışdır satılmışdır.X həm də Sezar mükafatı qazanmış məşhur filmin adıdır.X-i Birinci növ təyini söz birləşməsi ilə cavab kartlarınıza yazın. -Cavab: Köhnə tüfəng -Şərh: Silah həvəskarı olan kralın kolleksiyasına daxil olan köhnə tüfənglərdən biri çox yüksək qiymətə satılmışdır,filmin Sezar mükafatı qazanması onun fransız filmi olmasına çıxmaq olardı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. Viktor Hüqonun uşaq yaşlarında fikirlərini ifadə etmək üçün şeir yazmağa başlayan zaman əsas çətinliyinin bu olduğu qeyd edilir.1991-ci ildə çəkilmiş filmimizdə hansı personaj bu çətinliklə üzləşir. -Cavab: Moşu Göyəzənli -Şərh: Uşaq yaşları olması və yeni-yeni şeir yazan Viktor Hüqo qafiyə tapmaqda çətinlik çəkirdi, 1991-ci ildə çəkilmiş “Bəxt üzüyü” filmində də şair Moşu qafiyə tapmaqda çətinlik çəkirdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. Florensiyaya səfərə gələn turist bir müddət sonra huşunu itirərək yıxılır,tibbi yardımdan sonra isə qaldığı otelə qayıdır.Oteldə olan zaman yenidən halı pisləşən qız yataq örtüyünü divardan asır.Siz qızın nədən əziyyət çəkdiyini eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Stendal sindromu -Şərh: Florensiyada səfərdə olan zaman qız Uffuci qalereyasına gedir və rəsmlərə baxan zaman halı pisləşir.Oteldə isə o divardan asılmış rəsm əsərlərini görərək eyni vəziyyətə düşür. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Sergey Lavrov Türkiyədə yerləşdirilən Patriot mərmiləri ilə bağlı Rusiyanın mövqeyini açıqlarkən “Burada niyyət deyil hərəkət əhəmiyyətlidir,Potensial güc olanda risk də artır” sözləri ilə yanaşı “Okkam ülgücü” ifadəsindən də istifadə etmişdir.Okkam ülgücü ilə əvəz edilmiş iki sözü yazın. -Cavab: Çexovun tüfəngi -Şərh: Patriot silahlarının atəş gücündən narahat olan Lavrov onların bir gün atəş açacağından qorxduğunu bildirir.”Əgər əsərin əvvəlində silah varsa,ondan mütləq atəş açılır” mənasına gələn Çexovun tüfəngi ifadəsindən istifadə edir.Biz də sual paketinin əvvəlində “Köhnə tüfəng”lə bağlı sual vermişdik,indi isə atəş açdıq  -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. XVII əsrin əvvəllərində anadan olan Con Milton ədəbi yaradıcılığa "İn quintum novembris" [in kvintum novembriz] adlı şeirlə başlamışdır. Şeirin baş qəhrəmanı müasir tarixə müdaxilə edən Şeytandır. Şairin şeytan obrazını yaradarkən ilhamlandığı şəxsin ad və soyadını yazın. -Cavab: Qay Foks -Şərh: Barıt çevrilişini etməyə çalışan məşhur xain personaj Qay Foks 1605-ci il 5 noyabrda buna cəhd etmişdi. Həmin ərəfədə dünyaya gələn şair bir neçə ildən sonra yazdığı şeirdə tarixə müdaxilə edən şeytani qüvvə kimi Qay Foksu göstərmişdi. Şeirin adı isə latınca elə "5 noyabrda" kimi tərcümə edilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Nikolo Paqanini uzun müddət sevgisini gizli saxladığı xanıma ifa zamanı onunçün "Eşq səhnəsi" yaradacağını və burada sanki onunla olan dialoqunu əks etdirəcəyini deyir. Siz isə dəqiqliklə deyin: Paqanini səhnədə hansı yeniliyi etmişdi. -Cavab: Skripkanı 2 simlə çalmışdı. -Şərh: Paqanini özü və sevdiyi qadınla dialoqunu göstərmək üçün skripkasında xanımı əks etdirən 1 və özünü əks etdirən 1 sim saxlamış , digər 2 simi kəsmişdi. İfa zamanı özünü əks etdirən sağ simi onun eşq etirafını , sol simi isə xanımın etirafını əks etdirirdi. Musiqiçi qeyd edir ki , bu yolla mən skripkaya bir növ bizim eşqimizi hamıya çatdırmasını təmin etdim. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. XV əsrin sonlarında Xristiyan ordusu Əndəlus müsəlmanlarının qalasını uzun müddət mühasirədə saxlasa da qalanı ala bilmir.Xristiyan ordularının başçısı qalanın qarşısına gəlib bir əlində Quran, bir əlində İncil bu iki kitaba əl basıb and içir ki, əgər qala təslim olsa bu axşam müsəlmanlara əl dəyməyəcək. Həmin gecə qala təslim olsa da səhərisi gün müsəlmanlar öldürülür. Diqqət sual:Müsəlmanların öldürüldüyü ayı və tarixi cavab kartlarına yazın. -Cavab: 1 aprel -Şərh: Müsəlmanlar onları öldürənlərdən soruşanda ki, bizi niyə qırırsınız axı, söz vermişdiniz. Xristian ordusunun başçısı da deyir ki, mən sizə dünən axşam üçün söz vermişdim, bu gün isə başqa gündür. Çox təəssüflər olsun ki, bu hadisəylə aldatma gününün əsası qoyulur, yəni 1 aprelin. -Müəllif: Şəhriyar Əliyev - -Sual: 8. Versiyalardan birinə görə , "qopuz" sözü "qopub düşmək" sözündən törəmişdir. Bəs , Əlihüseyn Dağlı əsərlərindən birində hansı coğrafi obyektin adının "qopuz" sözündən törədiyi fikrini irəli sürür. -Cavab: Kəpəz dağı -Şərh: Məlumdur ki , hələ Dədə Qorqud dövründən tanış olan Qopuzun adı "qopmaq , qopub düşmək" sözləri ilə əlaqələndirilir. 1139-cu ildə Kəpəz dağının bir hissəsi zəlzələ nəticəsində qopub düşmüş və Göy Göl yaranmışdı. Dağın bir hissəsinin qoparaq düşməsini əsas gətirən musiqişünas dağa əhalinin qopuz sözündən ilhamlanaraq eyni adı verdiyini və sözün zamanla formasını dəyişərək Kəpəz halını aldığını iddia etmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. ABŞ siyasi jarqonunda rüşvət alan şəxsin sponsorun dediklərini etmədikdə hər iki tərəfin əlində olan ifşaedici materialları nəzərə alaraq sona kimi birgə işləməyə razı olmasını bildirən zaman tərəfləri X-lar adlandırırlar.Maraqlıdır ki,X-lar 1843-cü ildə Adelaida və Sara Yets bacıları ilə evlənmişdilər. -Cavab: Siam əkizləri -Şərh: Bir-birindən asılı olan qəhrəmanlar bundan sonra sanki birləşik hərəkət etməyə başlayırlar.Bunker qardaşları yəni Siam əkizləri də maraqlıdır ki,bacılarla evlənmişdilər. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. "Da Vinçinin şeytanları" serialının epizodlarının birində Leonardo yaralı halda olan və çoxlu qan itirən Lorenzoya qan köçürmək istəyir. Bunun necə baş verdiyini izah edərkən qanın ürəkdən dövr edərək damarları qanla təchiz etdiyini izah edir. Bu zaman hansı şəhərin xatırlandığını tapın. -Cavab: Venesiya -Şərh: Bu zaman ürək evlərə,damarlar isə su kanallarına bənzədilir. Venesiyada bütün ticarət işləri və insana lazım olanı ərzaqları su yolu ilə evə aparırlar. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Konstantin Pleşakov Tur Heyerdala həsr etdiyi məqaləsində onun cəsarətindən danışarkən qeyd edir ki, Heyerdalın dəniz səyahətləri insanları ruhlandırır və onlarda ümid yaradırdı. Pleşakov onu X-ə qarşı çıxmış Y-ə bənzədirdi. Diqqət sual: X və Y-i istənilən ardıcıllıqla yazın. -Cavab: Qoliaf və David -Şərh: Tur Heyardal öz cəsarəti və səyahətləriylə insanlarda ümid yaradırdı. David də xalqı üçün nəhəng Qoliafa qarşı çıxmış və onu məğlub etməklə xalqını ruhlandırmışdı. -Müəllif: Şəhriyar Əliyev - -Sual: 12. (Aparıcı üçün qeyd: Birinci turun son sualı)  Mütəxəssilər bunu beyindəki elektrik dalğalarının anidən tezləşməsindən yarana biləcəyi ilə izah edirlər. "Revolution"(İnqilab) serialının yerin altı ilə şəhərdən qaçan qəhrəmanları xilas olduqlarını bildirmək üçün bunu gördüklərini deyirlər. Bunu bir neçə sözlə yazın. -Cavab: Tunelin sonunda işıq görmək -Şərh: İnsanın ölümdən əvvəl yaşadığı hər şeyin gözünün önündən keçməsini və sonda tunelin sonunda işıq görməsini alimlər izah etməyə çalışmışlar. Tunelin sonunda işıq görmək həm də xilas olmaq mənasında işlədilir. Sualın sonuncu olması da əlavə ipucu olmalı idi. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 481 | Sual Sayı -> 15 - -Sual: Bir əsərin alnına güclü zərbə alan qəhrəmanının başı silkələnir. Bu zaman yazıçı hansı təkhecalı sözü xatırlayır. -Cavab: Qonq -Şərh: Başına zərbə alan qəhrəman başının silkələndiyini anlayaraq qonqa vurulan zərbədə yaranan təsiri xatırlayır. -Müəllif: Xəyal Məmmədov - -Sual: 2. Əsərlərdən birinin qəhrəmanı mübahisə etdiyi şəxslə söhbətinin daha da qızışmasının qarşısını almaq üçün BELƏ sözlərdən istifadə edir. BELƏ ilə əvəz etdiyimiz bir sözü tapın. -Cavab: Təkhecalı -Şərh: Personaj söhbətin daha da qızışmasının qarşısını almaq məqsədi ilə təkhecalı sözlərdən istifadə edir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 3. "Spontex" şirkətinin istehsal etdiyi sorucu süngərlərin reklamlar posterində səmadan çıxan iki əlin süngərləri sıxmasından sonra BU baş verir. Posterin adında bir peyğəmbər adının olduğunu bilərək BUNU cavab kartlarınıza yazın. -Cavab: Ümumdünya su tufanı -Şərh: "Spontex" firmasının maraqlı posterində su sorucu süngərlərin həddən çox su topladığı göstərmək üçün guya, Tanrının bu süngərləri sıxdğı və Tufan baş verdiyi göstərilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Stefan Svayq Moreno kəndi haqqında danışarkən təpələrin başında görünən çəhrayı buludu, kilsənin damına düşən günəş şüalarını və getdikcə uzanan evlərin kölgələrini xatırlayır. Daha sonra Stefan Svayq həmin kəndin sakinlərinin xoşbəxt olduqlarını günəşin bu mistik gücü ilə əlaqələndirir. Eşitdiyiniz mətndə əvəz etdiyimiz sözləri yazın. -Cavab: Saata baxmamaqlarını -Şərh: Alp dağlarının ətəyində yerləşən Moreno kəndinin sakinləri üçün günəş böyük əhəmiyyətə sahibdir. Belə ki, Svayqa görə bütün bu əlamətlər günün hansısa vaxtından xəbər verir. Buna görə də, həmin kəndin sakinləri saata baxmaq ehtiyacı hiss etmirlər. Məşhur ifadə “xoşbəxt insanlar saata baxmır” kimi səslənir. -Müəllif: Aytəkin Əsədzadə - -Sual: 5. Bir məqalədə, seriyalı qatil Endryü, Perseyə bənzədilir. Siz isə,onun 15 İyul 1997-ci ildə kimi qətlə yetirdiyini tapın. -Cavab: Canni Versaçe -Şərh: Mifologiyadan bildiyiniz kimi,Persey Meduzanın başını kəsmişdir.Seriyalı qatil Endryü Kunanan 1997-ci ildə loqosunda Meduzanın təsviri olan Versace brendinin yaradıcısı Canni Versaceni başına atəş açaraq öldürmüşdür. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. Diqqət! Sualının mətnində əvəzetmə var. - -Anna Mayersin “Qatil” əsərində Con, Ağ Evdə işləyən qadın qəhrəmanın uşaqlıq arzularını reallaşdıraraq onu Kraysler binasına dəvət edir. Sualın mətnində əvəz olunan iki sözü cavab kartlarınıza yazın. -Cavab: Ford teatrı -Şərh: “Qatil” əsərində hadisələr Linkolnun qatili Con Uilks Butun ətrafında cərəyan edir. Öz planını həyata keçirməsi üçün Con Ağ evdə işləyən qadın qəhrəmandan istifadə edir. Bunun üçünsə onu ilk növbədə Ford teatrına dəvət edir. Sualın mətnində bir avtomobil brendi ilə eyni adı daşıyan obyekt digəri ilə əvəz olunmuşdur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 7. Bir kitabda, Adolf Hitlerin uzun müddət evlənməmə qərarını kifayət qədər ALFA əldə etmək üçün effektiv strategiya adlandırır. İddia edilir ki, “Apple” şirkətinin təklif etdiyi xidmətdə ALFAya üstünlük verilməsinə səbəb, “Kosmik Odisseya: 2001” filminin personajlarından biridir. ALFAnı iki sözlə cavab kartınıza yazın. -Cavab: qadın səsi -Şərh: Adolf Hitler, partiya seçkilərində çoxlu sayda qadın seçicilərin səslərini qazanmaq üçün, uzun müddət tənha yaşamağı seçmişdi. “Apple”ın “Siri” adlı rəqəmsal assistenti qadın səsindən ibarətdir. Güman edilir ki, “kişi” HAL9000-in tükürpədici səsi və mənfi personaj olması, şirkətin məhz qadın səsindən istifadə etməsinə gətirib çıxarmışdır. -Müəllif: Tərlan Əsədli - -Sual: 8. Əfsanəyə görə, Eros tanrı olduğundan sevgilisi Psixo onun üzünü görməməli idi və buna görə sevgililər daima qaranlıq otaqda görüşərdilər. Marağına məğlub olan Psixo bir gün Erosun üzünü görmək istəyir və bu cəhdi zamanı yatmış Eros bunun təsiri ilə yuxudan oyanaraq oradan qaçır. "Cekson Pollokun doğum günü" adlı karikaturada divarda bunun köməyilə rəsm çəkilir. Bunu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Şam damlası -Şərh: Daima qaranlıq otaqda görüşdüklərindən bir gecə Eros yuxuya getdikdən sonra Psixo əlində şamla Erosa baxmaq istəyir və ona heyran olur. Bu zaman şamdan tökülən damla Erosun çiyninə düşür və onu oyadır. "Cekson Pollokun doğum günü" adlı karikaturada rəssam üzərində şamlar olan tortu elə bərkdən üfürür ki, divarda şam damlalarından ibarət rəsm əsəri yaranır. Məlumdur ki, Pollok damcılatma texnikası ilə rəsm əsərləri çəkmişdir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Paylama materialı"Böyük tanrı həmişə həndəsəni kainata tətbiq edir" kimi tərcümə edilən qarşınızdakı ifadə Platon tərəfindən qeyd edilir. Bu mnemonik birləşmədən nəyi yadda saxlamaq üçün istifadə edilir. -Cavab: pi ədədi -Şərh: Rekvizitdən göründüyü kimi mətnə sözlər olduğu kimi yunan dilində verilib və rekvizitin sonunda üç nöqtə qeyd edilib. Yunan dilində yazılmış sözlərdəki hərflərin sayı müvafiq olaraq 31415926 şəklindədir və bu rəqəmlərin ardınca sonsuzluğu bildirən üç nöqtə qeyd edilib. Platon yadda saxlanılması bir qədər çətin olan Pi ədədini yadda saxlamaq üçün qarşınızdakı mnemonik ifadəni yaratmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Maraqlıdır ki, bir müddət öncə Vezel şəhərində suriyalı immiqrantlar bir neçə mil üzərək buradakıları təhqir etmişdilər. Burada əllərin ilə gözünü yummaq hörmətsizlik hesab olunur. Buranı iki sözlə deyin. -Cavab: Nudist çimərliyi -Şərh: İslam dininə görə çılpaq gəzmənin günah olduğunu düşünən immiqrantlar nudist çimərliyindəki yerliləri təhqir eləmişdilər. Nudist çimərliklərində hamı çılpaq olduğundan əllərinizi gözlərinizlə yummaq başqalarına qarşı hörmətsizlik hesab olunur. -Müəllif: Xəyal Məmmədov - -Sual: 11. "Pinin həyatı" filmində Pinin atasının mülkü bu şəhərdə yerləşdiyindən Riçard Parkeri belə adlandırmaq olar. Bəs kimin ləqəbi belədir? -Cavab: Vişvanatan Anand -Şərh: "Pinin həyatı" filmində hadisələr pələng Riçard Parkerlə Pi arasında cərəyan edir. Pinin atasının mülkü Mədrəs şəhərində yerləşir. Riçard Parkeri də Mədrəs pələngi adlandırmaq olar. Hindistanlı dünya çempionu V.Anandın da ləqəbi Mədrəs pələngidir. -Müəllif: Babək Qasımzadə - -Sual: 12. Bir əsərin qəhrəmanı qütbyanı ərazilərdə suya düşüb boğulan insanlardan danışır. Bu zaman insanın içində donub qaldığı buz parçası buna bənzədilir. Məqalələrdən birində bu "Günəşin göz yaşı" adlandırlır. Söhbətin nədən getdiyini tapın. -Cavab: Kəhrəba -Şərh: Kəhrəbanın yaranması çox uzun yüzilliklər ərzində ağac şirələrinin qalıb daşlaşması ilə əlaqədardır. Bu şirələrdə çox zaman qarışqalar, arılar və digər kiçik canlılar qalır. Və onlar daşın içində aydın görünürlər. Əsərdə içinə ölü insan olan buz içində kiçik ölü canlılar olan kəhrəba ilə müqayisə edilir. Qiymətli daşlar haqqında məqalədə rənginə görə kəhrəba "Günəşin göz yaşı" adlandırılır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 13. Dieqo Armando Maradona 1985-89-cu illərdə baş məşqçisi olmuş, özündən tez çıxan, əsəbi Ottavio Byankini x-lə müqayisə edirdi. X-i eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Vezuvi vulkanı -Şərh: Dieqo Maradona 1984-1991-ci illər arasında öz karyerasını Neapol şəhərinin Napoli klubunda davam etdirmişdir. Məşqçisi olmuş, özündən tez çıxan Ottavionu isə ətəklərində yaşadıqları Vezuvi vulkanı ilə müqayisə edirdi. -Müəllif: Babək Qasımzadə - -Sual: 14. Bir əsərin personajı qızmar yay günlərinin birində, ustasını su quyusunun içərisində ölümünə tərk edən zaman quruya düşmüş balığı xatırlayır. Quruya düşmüş balıq məşhur kitab seriyasının alternativ posterində də görmək olar. Əvəz edilmiş sözləri yazın. -Cavab: Tərsinə çevrilmiş tısbağa -Şərh: Quyuda köməksiz vəziyyətdə, günəş şüalarının altında qoyub getdiyi ustasını xatırlayan personaj bu zaman tərsinə çevrilmiş tısbağanı xatırlayır.Tərsinə çevrilmiş tısbağa da heç yerə hərəkət edə bilmir və bir neçə gündən sonra ölür. Terri Praçetin “Disk dünya” seriyasının alternativ posterlərinin birində isə tərsinə çevrilmiş tısbağanı görmək olar. -Müəllif: None - -Sual: Yazıçı Vladimir Nabokovun qəhrəmanı bir qıvrımsaç personaja baxarkən, sanki minlərlə X görür. X-in fransız mənşəli söz olduğunu bilərək, yazın. -Cavab: Vergül -Şərh: Qıvrım saçlar personaja çoxlu vergül işarələri kimi gəlmişdi. Hələki oynumuza vergül qoyub, fasilədən sonar davam edəcəyik. -Müəllif: Ruslan Məmmədov - -Səhifə -> 487 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialıRekvizitdə gördükləriniz bir franşizanın seriyalarına həsr edilib. Həmin franşizanı yazın. -Cavab: Harri Potter -Şərh: Təsvirlər “Harri Potter və Alov Qədəhi”, “Harri Potter və Mələz Şəhzadə”, “Harri Potter və Feniks Ordeni” və “Harri Potter və Azkaban Məhbusu” filmlərinin minimalist posterləridir. -Müəllif: None - -Sual: 2. Bir fotoda qızın əlində qara pişik tutaraq sınmış güzgülərin yanında durduğunu və başında 13 rəqəmi yazılmış papaq olduğunu görmək olar. Siz isə onun nəyin altında dayandığını bir sözlə yazın. -Cavab: Nərdivan -Şərh: Foto batil inanclara həsr edilib. Bildiyiniz kimi, nərdivanın altında dayanmaq, onun aşağısından keçmək uğursuzluq əlaməti hesab edilir. Sualın mətnində sadalanan digər elementlər də eynilə uğursuzluq əlamətləri kimi qəbul olunur. -Müəllif: None - -Sual: 3. “Qalatasaray” klubunun baş məşqçisi olan “imperator” ləqəbli Fatih Terim əzəli rəqibləri “Fənərbağça”ya səfərdə qalib gəldikdən sonra verdiyi müsahibəyə bu üç sözlə başlamışdı. Eyni hərflə başlayan hər üç sözü yazın. -Cavab: Veni, Vidi, Vici -Şərh: “İmperator” qələbədən sonra Roma imperatoru Qay Yuli Sezarın məşhur ifadəsini səsləndirmişdi. İfadənin mənası “Gəldik, Gördük, Qələbə qazandıq” deməkdir. -Müəllif: None - -Sual: 4. Paylama materialıRekvizitdə sağ tərəfdə gördüyünüz loqo 2020-ci ildə Tokyo şəhərində keçirilməsi nəzərdə tutulmuş Yay Olimpiya Oyunlarının loqosudur. Sol tərəfdə sizdən gizlədilmiş hissə yazılan 8 simvolu deyin. -Cavab: COVID-19 -Şərh: 2020-ci ildə Tokyo şəhərində keçirilməsi nəzərdə tutulmuş Yay Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınmışdı. Sağ tərəfdə isə koronavirusun illustrasiyasının oyunların loqosuna bənzədilmiş versiyasını görə bilərik. -Müəllif: None - -Sual: 5. Sual 5! Məşhur tennisçi Andre Aqassi bunun tennislə heç bir əlaqəsinin olmadığını deyir. Bunu iki sözlə deyin. -Cavab: Beşinci set -Şərh: Əlavə set hesab edilən beşinci setdə artıq oyunçular yorulur. Andre Aqassi bu seti şans adlandırır. Sualın nömrəsi də sizə kömək ola bilərdi. -Müəllif: None - -Sual: 6. Dünyada ən bahalı ALFA-nın üzərində "F1" simvollarını oxumaq olar. Ölkəmizdə ALFA-lar əlifba sırasına uyğun sıralanıb. ALFA-nı sonor samitlərlə başlayan iki sözlə yazın. -Cavab: Maşın nömrəsi -Şərh: F1 - Formula 1-i bildirdiyi üçün söhbətin maşınlarla bağlı hansısa bir detaldan getdiyi başa düşə bilərdiniz. Ölkəmizdə maşın nömrələri əlifba sırasına uyğun olaraq sıralanıb. -Müəllif: None - -Sual: 7. 1930-cü illərə aid bir film eyni məkanlarda, eyni səhnələrlə amma fərqli aktyorlarla çəkilmişdi. Bunun səbəbi həmin dövrlərdə İKS təcrübəsinin geniş yayılmaması idi. İKSi ahəng qanununa tabe olan sözlə yazın. -Cavab: Dublyaj -Şərh: Həmin illərdə dublyaj olmadığı üçün filmin alman və fransız aktyorlardan ibarət iki versiyası çəkilmiş, sözügedən ölkələrdə öz dillərində bu şəkildə yayımlanmışdı. -Müəllif: None - -Sual: 8. Tamar Kvesitadze tərəfindən Batumidə azərbaycanlı oğlanla gürcü qızın eşq hekayəsini simvolizə edən heykəl yaradılmışdır. Həmin heykəlin yaradılmasına ilham verən əsəri deyin. -Cavab: Əli və Nino -Şərh: Məşhur əsərdə azərbaycanlı Əli və gürcü Ninodan söhbət gedir. -Müəllif: None - -Sual: 9. 2015-ci ildə “İctimai Televiziya” tərəfindən istehsal edilmiş “Altmış dörd xananın sirri” adlı sənədli filmin hansı oyuna həsr edildiyini deyin. -Cavab: Şahmat -Şərh: Bildiyimiz kimi şahmatda 64 xana olur. -Müəllif: None - -Sual: 10. Bir rusiyalı müəllim birinci sinif şagirdlərinə "Meşədəki heyvanlar ən çox kimdən qorxur?" sualını verir. Şagirdlərin cavab olaraq səsləndirdiyi adın saitlərinin eyni olduğu bilərək, yazın. -Cavab: Maşa -Şərh: "Maşa və ayı" cizgi filmində Maşa heyvanları tez-tez çətin vəziyyətə salır. -Müəllif: None - -Sual: 11. Manuel Linares tərəfindən hazırlanmış BU adı daşıyan dondurma havanın temperaturuna görə dəyişiklik nümayiş etdirir. Əvvəlki cümlədə bir sözdə 7 hərf buraxılıb. Həmin sözü bərpa edərək yazın. -Cavab: Buqələmun -Şərh: Həmin dondurma buqələmun kimi ətraf aləmə reaksiya verə bilir. -Müəllif: None - -Sual: 12. Bir fotoda bir şirkətə məxsus ardıcıl dayanmış motosikletlərin bir-birinin üzərinə düşdüyünü görə bilərik. Həmin motosikletlərin hansı şirkətə məxsus olduğunu iki sözlə yazın. -Cavab: Domino's Pizza -Şərh: Foto domino effektinə həsr edilib. Sıra ilə düzülmüş domino daşlarından birinə toxunduqda digərləri də ardıcıl olaraq yıxılır. -Müəllif: None - -Sual: 13. Dörd yerqazan və bir evsiz şəxs kanalizasiya kanalları vasitəsilə Kremlə girməyə cəhd ediblər. Bu barədə danışılan məqalədə onların fotosu yerləşdirilib. Onları iki sözlə deyin. -Cavab: Ninja tısbağalar -Şərh: Ninja tısbağaların da kanalizasiyada yaşadığını bilirik. -Müəllif: None - -Sual: 14. Ötən aylarda baş tutmuş Rəcəbov-Aronyan görüşündə Berlin müdafiəsini oynayan Aronyanın məğlub olmasını ifadə etmək üçün şərhçi BUNUN EDİLDİYİNİ deyir. 1990-cı ildə BU EDİLİB. BUNU ETMƏKLƏ əvəz edilən üç sözü yazın. -Cavab: Berlin divarını dağıtmaq -Şərh: Şərhçi Teymurun sanki Berlin divarını dağıtdığını bildirmişdi. -Müəllif: None - -Sual: 15. Narutosevərlərin bir çoxu onun əslində tülküyə çevrilmə bacarığının da olduğunu bilirlər. Siz isə həmin tülkünün 9 ədəd nəyə sahib olduğunu tapın. -Cavab: Quyruq -Şərh: None -Müəllif: None - -Səhifə -> 491 | Sual Sayı -> 12 - -Sual: 1. Hindistanın Mumbay şəhərində yerləşən qüllənin iki hissəsi bir-birinə yapışmış iki əl formasında dizayn olunub. Qüllənin adını ahəng qanuna tabe olmayan sözlə yazın. -Cavab: Namaste -Şərh: Qüllənin bu cür quruluşu hindlilərin ənənəvi salamlaşması – Namasteyə işarə idi. Bu sualla bütün komandaları salamlayırıq! -Müəllif: Həsən Abbaslı - -Sual: 2. Amit Dubeyin fikrincə, insanlara mümkünsüz olduğuna görə ALFA barədə sual vermək mənasızdır.Nil Armstronq və Valentina Tereşkovaya da ALFA qismət olub. ALFA ilə əvəz olunanı 4 sözlə cavab kartlarınıza yazın. -Cavab: İkinci dəfə dünyaya gəlmək -Şərh: Hindistanlı kibertəhlükəsizlik eksperti Amit Dubeyə görə siz 2-ci dəfə dünyaya gəlsəydiniz yenə bu peşə ilə məşğul olardınız sualına heç kəs 2-ci dəfə dünyaya gəlmir cavabını vermişdi.Yer planetindən bir qədər uzağa gedən astronovtlar geri qayıtdıqda necə deyərlər 2-ci dəfə dünyaya qayıtmış oldular. -Müəllif: Nəsirağa Bəşirov - -Sual: 3. Uolter İsakson Stiv Cobs barədə yazır ki, onun ögey atası işlədiyi yerə girəndə daima Stiv də onun ardınca gedərdi. Hətta, bir dəfəsində atası Stiv üçün orada masa da ayırmışdı. Siz isə Stivin atasının işləmək üçün getdiyi yeri fransız mənşəli sözlə yazın. -Cavab: Qaraj -Şərh: Maraqlıdır ki, Stiv Cobs özü də öz şirkətini qarajda yaratmışdır. -Müəllif: Əhməd Əliyev - -Sual: 4. O, I DM zamanı Nyu-York hippodromunda ABŞ əsgərlərinə batmış gəmidə və almanlara əsir düşmələri kimi situasiyalarda nə etmələri barədə təlim keçmişdi. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Harri Hudini -Şərh: Macarəsilli olmasına baxmayaraq, qatı ABŞ-lı vətənpərvər olan Hudini özünü məşhurlaşdıran suyun altından və qandaldan qurtulma kimi nömrələrini analoji situasiyalar üçün Hudini ABŞ əsgərlərinə öyrətmişdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 5. “Peaky Blinders” serialının səhnələrinin birində "kişilər müharibədə olanda ailəni biz qadınlar idarə edirdik indi dəyişən nədir?" sualına Tomas BURAXILMIŞ SÖZLƏR cavabını verir. Siz isə 1930-cu il doğumlu hansı ABŞ-lının BURAXILMIŞ SÖZLƏR cavabı verdiyini tapın. -Cavab: Nil Armstronq -Şərh: Tomas öz cavabında “Biz geri qayıtdıq” deyir. 1969-cu ildə Nil Armstronq Bazz Oldrin ilə aydan qayıtdığdan sonra “Biz geri qayıtdıq” sözlərini işlətmişdir. Biz də bir neçə sual sonra Armstronqla bağlı bir fakta geri qayıtdıq -Müəllif: Ramal Ağazadə - -Sual: 6. Avropada əhalinin nə dərəcədə savadlı olmasını nümayiş etdirməyə çalışan blogger sadə suallardan ibarət videosorğu keçirir. Bir satıcıya verdiyi “7-nin üzərinə 6 gəldikdə neçə edər?” sualına “Təbii ki, 1” cavabını alır.Satıcının hansı ölkədən olduğunu cavab kartlarınıza qeyd edin. -Cavab: İsveçrə -Şərh: 7-dən 6 saat sonra saat 1 olur. Satıcının nəzərdə tutduğu da bu idi. Avropada saatların vətəni isə İsveçrə hesab olunur. -Müəllif: Nəsirağa Bəşirov - -Sual: 7. Fantastik əsərlərin birində personaja inyeksiya vurulduqdan sonra damarında qanının dövretməsinin görünməyə başlaması X-ə bənzədilir. Başqa bir mənbədə beyinin müxtəlif bölgələrinin sırayla fəaliyyətə başlaması X adlandırılmışdı. X-i biri xüsusi isim olan iki sözlə deyin. -Cavab: Meksika dalğası -Şərh: Sualda dövrə vurmaq, sırayla fəaliyyətə başlamaq sözləri sizi Meksika dalğasına apara bilərdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 8. 1502-ci ildə Leonardo da Vinçi Haliç (Qızıl Buynuz) boğazı üzərində körpü inşası barədə icazə almaq üçün BUNU ETMİŞDİ. XIX əsrin sonlarına aid mənbədə BUNU EDƏNLƏRİ yazın. -Cavab: Zaporojya qazaxları -Şərh: Hal hazırda Türkiyə ərazisində olan Qızıl Buynuz boğazı o zamanlar Osmanlı ərazisində idi. Da Vinçi körpü tikmək icazəsi üçün Osmanlı sultanı II Bəyazıda məktub yazmışdı. İlya Repinin 1881-ci ilə aid məşhur tablosu “Türk sultanına məktub yazan Zaparojya qaxaxları” adını daşıyır. -Müəllif: Həsən Abbaslı - -Sual: 9. ALFA adlı məqalədə qeyd edilir ki, bir filmdə, şübhəlini yaxalamaq üçün milislər, şübhəli ilə eyni görünüşə sahib olan yad birinin köməyindən faydalanırlar. ALFA ilə əvəz etdiyimizi mürəkkəb Avropa mənşəli sözlə yazın. -Cavab: Doppelqanqer -Şərh: Biolojik cəhətdən heç bir qohumluğu olmayan lakin bir-birinə çox bənzəyən insanlar haqqında alman dilindən "yad əkizlər" mənasına gələn "Doppelqanqer" ifadəsi işlənilir. 1971-ci il Sovet istehsalı olan "Uğur centlmenləri" filmində də milis işçiləri cinayətkarı yaxalamaq üçün onun belə desək "Doppelqanqerindən" istifadə etmişdilər. -Müəllif: Nəsirağa Bəşirov - -Sual: 10. 1905-ci ildə Rusiyadan olan bir şəxs soyadını Katznelsondan Nelsona dəyişmək məcburiyyətində qaldı. Onun harada bu addımı atdığını 2 sözlə yazın. -Cavab: Ellis adası -Şərh: Adları çətin və dilə yatmayan insanlarla işçilərin məşğul olmaması səbəbi ilə Ellis adasında bir çox immiqrant öz ad və soyadlarını ABŞ-da məşhur olan ekvivalentlərinə dəyişirdilər. -Müəllif: Həsən Abbaslı - -Sual: 11. 2011-ci ildə baş tutmuş və izləyicilərin rekorda imza atdığı Fənərbaxça ilə Manisaspor arasında keçirilən oyundan əvvəl futbolçular izləyicilərə gül paylamışdı. Sualda 2 yerdə eyni söz buraxılmşdı. Buraxılmış sözü yazın. -Cavab: Qadın -Şərh: 1 oyun əvvəl tribunada yaşananlara görə kişilərin oyuna gəlməsi qadağası tətbiq edilmişdi. Bu oyunda ilk dəfə yeni bir rekorda imza atılmışdı. Tribunanı qadınlar və kiçik uşağlar doldurmuşdu.Futbolçularda oyundan əvvəl dişi kanaryalılara gül paylamışdı. -Müəllif: Ramal Ağazadə - -Sual: 12. Peterburqlu bir jurnalist, məqalə hazırlamaq üçün axtarış edərkən X-i "N" ilə qarışdırır və yolu səhvən Afrikadan keçir. Oliver Norzun ABŞ xalqı tərəfindən qəhrəman olaraq adlandırıldığı dövrdə X götürülmüşdü. X-i bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: "Hollivud" yazısındakı "H" hərfi -Şərh: Rus dilində "H" hərfi "N" kimi oxunduğu üçün jurnalist səhvə yol vermişdi. Qarşısına isə Hollivud yox, Nigeriya film sənayesi olan Nollivud çıxmışdı. İran-Kontras skandalı dövründə siyasətçi Oliver Norzun şərəfinə Hollivud yazısı Ollivud formasına dəyişdirilmişdir. -Müəllif: Nəsirağa Bəşirov - -Səhifə -> 492 | Sual Sayı -> 12 - -Sual: 1. Ötən ilin aprel ayına adi bir xəbər başlığında “BU ŞƏHƏRİN yaşlı zərif xanımı xilas edilməyi gözləyir” sözləri yazılmışdı. Hansı şəhərdən söhbət gedir? -Cavab: Paris -Şərh: Söhbət 15 aprel 2019-cu ildə baş verən Paris Notr-Damm kilsəsi yanğınından gedirdi. Kilsənin adı “Parisin xanımı” mənasını verir. -Müəllif: Həsən Abbaslı - -Sual: 2. Amerikada XIX əsrdə quldarlıqdan qaçan qullara yardım edən bəyazların da ağır şəkildə cəzalandırılması ilə bağlı qanun qəbul edilmişdi. Həmin qanuna etiraz edən amerikalı yazıçının kim olduğunu tapın. -Cavab: Biçer Stou -Şərh: o öz yazdığı “Tom dayının daxması” əsəri ilə həmin dövrdə məşhurluğ qazanmışdı. Əsərdə Amerikada köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına təsirindən bəhs edilir. -Müəllif: Ramal Ağazadə - -Sual: 3. “Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcəkdir” sözləri ONUN kitabında yer almışdır. Onun nəzəriyyəsinin əsas prinsipi "Zəifsənsə, ölməlisən" şəklində idi. Onun kim olduğunu tapın. -Cavab: Tomas Maltus -Şərh: O, əhali artığlığı nəzəriyyəsi ilə məşhurdur. Onun nəzəriyyəsi insanların sayının azalmasına yönəlmişdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 4. Uilyam Ould yazır ki, o bir dəfə beynəlxalq konfransda ayağa qalxaraq “biz insanlıq tarixində ilk dəfə fərqli xalqların nümayəndələri olaraq bir-birimizi anlayan insanlar olaraq yan-yanayıq” sözlərini də demişdi. Sualda buraxılmış hərfləri bərpa edib sözü orijinalda yazın. -Cavab: Zamenhof -Şərh: Nitq birbaşa süni dilə işarə edirdi. Dr. Lüdviq Zamenhof bu sözləri 1-ci Esperanto Beynəlxalq Konfransında demişdi. Uilyam Ould da esperanist yazıçılardan biridir. -Müəllif: Həsən Abbaslı - -Sual: 5. Diana Şu adlı amerikalının sözlərinə görə, Qrin-Benk kəndinə köçənə qədər o, baş ağrıları, dəri qaşınması, görmə zəyifliyi və sinə sahəsində olan ağrılardan əziyyət çəkib. Hətta özünü qorunmaq üçün həyat yoldaşının X-i hazırladığını qeyd edib. X-i biri xüsusi isim olan 2 sözlə yazın. -Cavab: Faradey qəfəsi -Şərh: Maraqlıdır ki, Qrin-Benk kəndində elektromaqnit sahəsi yaradan istənilən qurğu qadağan edilib. Diana Şu qeyd edir ki bu ağrılarının səbəbi Telefon və elektron cihazlardan gələn şüalardır -Müəllif: Ramal Ağazadə - -Sual: 6. Bir məqalədə Covid-19 pandemiyası dönəmində sinefillərin yenidən X-ləri aktuallaşdırdığı deyilir. Ən populyar X adları arasında “sky-wiew”a da rast gəlmək olar. X-i mürəkkəb əcnəbi sözlə yazın. -Cavab: Avtokinoteatr -Şərh: Koronavirus səbəbilə kinoteatrlar bağlı olduğundan film həvəskarları avtokinoteatrlara üstünlük verirlər. “Sky-wiew” adı da sizi cavaba apara bilərdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 7. “Keçən il baş verən qasırğa Yaponiyada dağıntılara və insan itkisinə səbəb olmuşdur. Amma bu iztirablar millətdə möhkəmlik və dözümlülük kimi mədəni keyfiyyətlərin əmələ gəlməsinə səbəb oldu” sözlərini deyən Joshua Walker Yapon xalqını BUNA bənzədib. BUNU iki sözlə yazın. -Cavab: Daruma kuklası -Şərh: O Yapon xalqı haqqında "Daruma kuklası kimi yıxılanda həmişə qalxır” sözlərini işlətmişdi. Daruma kuklalarının xoşbəxtlik gətirməsi ilə yanaşı dözümlülüyün rəmzi kimidə simvolizə edilir. Yaponların məşhur "yeddi dəfə aşağı, səkkiz dəfə yuxarı" atalar sözüdə Daruma kuklalarının izahı kimi verilib -Müəllif: Ramal Ağazadə - -Sual: 8. Bir serialın türkiyəli personajları axşam vaxtı ətrafda onları izləyə biləcək insanların ola biləcəyini deyir və işığı yandırmamağı məsləhət görür. Sonrakı cümlədə xatırlanan xüsusi isimlərdən hər hansı birini deyin. -Cavab: Karagöz -Şərh: Personaj işığı yandıracaqları təqdirdə kölgələrinin pəncərədən görünə biləcəyini deyir və özlərini Türkiyə folklorunun 2 məşhur kölgə oyunu obrazları Karagöz və Hacivatla müqayisə edir. -Müəllif: Həsən Abbaslı - -Sual: 9. Bir mənbədə “qəzetlərin süqutunun səbəbindən biridə reklam bazarında olan kiçilmələrdir” sözləri yer alıb və reklam bazarı İKSə bənzədilib. İKSin müəllifinin hansı fransız olduğunu tapın. -Cavab: Onero de Balzak -Şərh: İKS ilə əvəzlədiyimiz Şaqren dərisi idi. Reklam bazarı getdikçə kiçilməsinə görə Şaqren dərisinə bənzədilib. Şaqren dərisi isə Onero De Balzakın məşhur əsəridir. -Müəllif: Ramal Ağazadə - -Sual: 10. Fidel Kastro bir ölkəyə etdiyi səyahətlər zamanı təyyarədən ağzında siqarla düşməyə üstünlük verirdi. Buna kimin səbəb olduğunu yazın. -Cavab: Leonid Brejnev -Şərh: Brejnevin özünəməxsus öpüşmə tərzindən boyun qaçırmaq üçün bu addımı atırdı. -Müəllif: Həsən Abbaslı - -Sual: 11. Bir mənbədə küçələrdə sahibsiz itlərin çoxalmasının Bakıda itlər üçün İKSə səbəb olacağı bildirilib. İKSin XVI əsrdə baş verdiyini bilərək iki sözlə yazın. -Cavab: Varfolomey gecəsi -Şərh: Sahibsiz itlərin çoxalması kütləvi qətillərə gətirib çıxaracağdı. Varfolomey gecəsi isə 1572-ci ildə Parisdə baş verib. -Müəllif: Ramal Ağazadə - -Sual: 12. Paylama materialıRekvizitdə gördüyünüz heykəlin adında İKS xatırlanır. 1957-ci ilə aid əsərdə İKS yayın simvolu olaraq göstərilir. Həmin əsərin müəllifini yazın. -Cavab: Rey Bredberi -Şərh: Heykəl “Zəncirotu” və ya “hava öpüşü” adlanır və skuluptrdakı fiqur zəncirotunu üfləmək təəssüratı yaradır. Sualın ikinci hissəsində söhbət “Zəncirotu şərabı” əsərindən gedirdi. -Müəllif: Həsən Abbaslı - -Səhifə -> 494 | Sual Sayı -> 0 - -Səhifə -> 495 | Sual Sayı -> 15 - -Sual: 1. Əsərdən bir hissəyə qulaq asın: -"Olduqca yaxın olduğu adamın solub yox olması ona qəribə gəlirdi. Bəlkə də bu ona görə belədir ki, roman sona çatır, onun bütün macəraları X kimi görünməyə başlayır". İmmanuel Kant deyir ki, həyatın çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdi: ümid, gülüş və X. X-i saitləri eyni olan bir sözlə yazın. -Cavab: Yuxu -Şərhlər: None -Müəllif: Yusif Ağayev - -Sual: 2. Manaf Süleymanov əsərlərindən birində yazırdı: "Bakıda hələ 1857-ci ildə tikilən Nikolay kilsəsi ruslara kifayət etmirdi. Xeyli provaslav kilsəsi tikilmişdi. ALFA bura köç edən müsəlmanları öz caynağına almışdı." Eşitdiyiniz hissədə ALFA ilə əvəz olunanı iki sözlə deyin. -Cavab: İkibaşlı qartal -Şərh: Həmin vaxtlarda Rusiya imperiya olaraq qalır, axın edən müsəlmanlar isə burada ilk olaraq kilsələrin yaxınlığındaki İkibaşlı qartalı görürdülər. -Müəllif: Rəşid Allahverənov - -Sual: 3. İngilis dilinin slang [slənq] lüğətində daha çox "köhnə dost" mənasında işlənən X, qəribə də olsa, gənclər arasında daha aktualdır. Vikipediadının X adlı məqaləsindən 1958-ci il London doğumlu bir şəxsə də keçid var. X-i cavab kartınıza yazın. -Cavab: Oldman -Şərh: Bu slang gənclər arasında populyar olsa da, hərfi mənada "qoca adam" mənasına gəlir. 1958-ci il London doğumlu şəxs isə Gary Oldman [Qeri Oldmen] idi. -Müəllif: Rəşid Allahverənov - -Sual: 4. Afrikada ov safarilərinin fəxri qəniməti hesab olunan 5 heyvanın daxil olduğu “böyük beşlik” adlı termin mövcuddur. Həmin beşliyə fil, kərgədan, Afrika camışı, şir və bəbir daxildir. Bu beşliyə daxil olan heyvanların hamısını ovlayan ovçu baradə deyilir ki, ovçu X-ın müəllifidir. X termin kimi bric kart oyunundan gəlir. X-i iki sözlə yazın. -Cavab: Böyük dəbilqə -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Yuval Noah Harari yazır ki, bu zamana qədər robotexnikada "başqa zehinlər" probleminin həllini tapmaq mümkün olmamış, bunun üçün ən yaxşı kəşf X olmuşdur. X-in 1950-ci ildəki kəşfində önəmli olan başqalarının sənin haqqında nə düşünməsini anlamaqdır. X-in nə olduğunu yazın. -Cavab: Turinq testi -Şərh: Robotexnikada istifadə olunan bu testi Alan Turinq kəşf edərkən qeyd edib ki, öz təcrübələrindən özünün kim olduğunu bilirsən, amma başqalarının sənin haqqında nə düşündüyünü bilmirsən. -Müəllif: Əhməd Əliyev - -Sual: 6. “Macdecals.com” saytının Macbook komputerləri üçün satışa çıxardığı stikerlərdən birində X ardıcıl düzülmüş 4 apple loqosu və onlara dəyməkdə olan bir başqa apple loqosu formasında təsvir olunmuşdu. Diqqət, sualda X ilə əvəzolunan sözləri tapın. -Cavab: Nyutonun beşiyi -Şərh: Stikerin təsviri sizə “Nyutonun beşiyi”ni xatırlatmalı idi. Həmçinin “Apple”ın alma loqoları da sizi Nyutona çıxara bilərdi. -Müəllif: Pərvin Hüseynov - -Sual: 7. Animasiya filmlərinin birində personajlar bu bitkiyə od vurduqdan sonra səmada atəşfəşanlıq görürlər. Bu bitkinin 1600-cü illərdə İstanbula Qahirədən gətirildiyi düşünülür.Söhbətin hansı bitkidən cavab kartlarınıza yazın. -Cavab: Qarğıdalı -Şərh: Qarğıdalı dənəcikləri yüksək temperaturda olduqda partlayır. Animasiya filmində də bunu uyğun olaraq atəşfəşanlıq görünür. Qarğıdalı bitkisi türkçə mısır deyə səslənir. Qarğıdalının belə səslənməsini onun Misirdən gətirilməsi ilə bağlayırlar. -Müəllif: Yusif Ağayev - -Sual: 8. 1976-cı ildə Monrealda keçirilən Olimpiya oyunlarında britaniyalı rəqibi Cim Foksa hiylə ilə qalib gələn atlet Boris Onişenko sonda rüsvayçılıqla evə yollanır. Onun haqqında Britaniya mətbuatında çıxan məqalələrin biri “Onischenko” adlanır. Əvvəli cümlədə bir sözdə bir neçə hərf buraxılıb. Həmin hərfləri cavab kartlarınıza yazn. -Cavab: Dish -Şərh: Məqalə Borisin rüsvayçılığını ifadə etmək üçün “Dishonischenko” adlandırılmışdı -Müəllif: Adil Nəhmətli - -Sual: 9. Bir kitabda qeyd olunur ki, əgər qara dəliyin içinə düşsəz ayaq və baş tərəfdən dartılacaq, çox uzun bir formaya düşəcək və bununla da sonda atomlarınız parçalanacaq və siz X effektinə məruz qalacaqsınız. “Ye, dua et, sev” romanında X-in italyan Lukanın ailəsinin yaratdığı yazılıb. X-i yazın. -Cavab: Spagetti -Şərhlər: None -Müəllif: Yusif Ağayev - -Sual: 10. M.İbrahimov "Yeni işıqlar” adlı yol qeydlərində Yəmən ölkəsindən danışarkən yazır ki"…Bizdə insanın ümidsiz vəziyyətini ifadə edən ALFA misalının dərin mənasını bu səhralarda daha yaxşı duyursan. Burada ALFA ən bədbəxt adamdır.”Diqqət, 3 sözdən ibarət olan ALFA-nı tapın. -Cavab: Dəvəsi ölmüş ərəb -Şərh: Dəvəsi ölmüş ərəb dilimizdə biganə həyatdan soyumuş insanları bildirir. Burada isə həqiqətən də dəvəsiz səhrada ərəbin gününü keçirə bilməyəcəyi iddia edilir. -Müəllif: Pərvin Hüseynov - -Sual: 11. . XIX əsrdə Osmanlıda tramvaylar atlara qoşulur, atlar yorulduğduqda istirahət üçün tövləyə göndərilirdi. Tövlənin sahibi içkini sevən bir şəxs olduğundan tövləyə davamlı nəzarət edə bilmirdi. Bu səbəbdən, hansı atın gəlib getdiyi, hansının istirahət etdiyindən xəbəri olmurdu. Söhbətin hansı şəxsdən getdiyini yazın. -Cavab: Dinqo -Şərh: Günümüzdə Türkiyədə hər hansı bir məkana kimin girdiyini, kimin çıxdığını bilinməyəndə "Dinqonun ahırı" ifadəsi işlədilir. Bu ifadənin tarixinin buradan gəldiyi düşünülür. -Müəllif: Yusif Ağayev - -Sual: 12. Alessandro del Piero etiraf edir ki, futbolçuları seyr edərkən iki dəfə BUNU edib. Birincinin səbəbkarı Diyeqo Maradonna, ikincinin səbəbkarı isə Rayan Qiqqz olub. 1986-cı ildə isə ABŞ-ın məşhur jurnal və qəzetləri üzrə araşdırmalar aparan bir psixoloq müəyyənləşdirib ki, BUNU etmək haqqında olan məqalələrin 94%-i insanlarda psixoloji gərginliyin azalmasına kömək olur. BUNU etməklə əvəz etdiyimiz sözü cavab kartlarınıza yazın. -Cavab: Ağlamaq -Şərhlər: None -Müəllif: Samir Məmmədov - -Sual: 13. Bir mənbədə biz BURAXILMIŞ SÖZLƏR Marta ilə tanış oluruq və bizi heyran edir, ardı ilə Mariyaya baxaraq gülümsəyir. BURAXILMIŞ SÖZLƏR ilk dəfə 2002-ci ildə ekranlara çıxmışdır. BURAXILMIŞ SÖZLƏRİ yazın. -Cavab: İudanın arvadı -Şərhlər: None -Müəllif: Əhməd Əliyev - -Sual: 14. . Rus filosof Nikolay Berdyayevin “Yeni orta əsrlər” adı altında işıq üzü görmüş məqalələr məcmuəsində yer alan “...utopiyanı həyata keçirmək daha asan oldu...” çıxarışı məhz bu bədii əsərdə istifadə edilib. Hansı? -Cavab: Cəsur yeni dünya -Şərhlər: None -Müəllif: Adil Nəhmətli - -Sual: 15. Saramaqonun kilsəni ikili oynamaqda ittiham edən personajı bir ifadəni xatırladır və deyir ki, bu olduqca mənasızdır. Çünki təbiət etibarilə hər ikisi sürətlidir və məqsəd sadəcə onları birbirinə düşmən etməkdir. Siz isə ifadədə hansı 2 canlının xatırlandığını deyin. -Cavab: Tazı və dovşan -Şərh: Adətən ikili oynayan insanlar üçün "Dovşana qaç deyir, tazıya tut" ifadəsi işlədilir. Bu ifadəyə münasibət bildirən personaj deyir ki, dovşan olduqca sürətli heyvandır, eləcə də tazı olduqca sürətlidir. Onlara bu əmri verməklə sadəcə bir-birini qovalayıb düşmən olmalarına nail olmaq olar. -Müəllif: Rəşid Allahverənov - -Səhifə -> 500 | Sual Sayı -> 12 - -Sual: 1. Mirvarid Dilbazi bir şeirində BUNU çox axtardığını, nəhayət Gülablı yaylağında tapdığını yazır. Milli Xalça Muzeyində saxlanılan "Bağçadagüllər" kompozisiyasına aid bir xalçanın mərkəzində BU təsvir olunub. BU ilə əvəz etdiyimiz sözü cavab kartlarınıza yazın. -Cavab: Xarıbülbül -Şərh: Mirvarid Dilbazi sözügedən şeirini Ağdamın Şuşa yaxınlığında yerləşən Gülablı kəndinə səfəri zamanı yazmışdı. Şuşa yaxınlığında yerləşən bu kəndin yaylaqlarında da xarıbülbül yetişir. Şairəyə kənddə qızlar xarıbülbül vermiş, Mirvarid xanım da bu hadisəyə şeir həsr etmişdi. Sualın ikinci hissəsində isə söhbət Qarabağ xalçalılıq məktəbinin "Bağçadagüllər" kompozisiyasından gedirdi. Maraqlıdır ki, bu kompozisiyaya aid bir xalçada məhz xarıbülbüllər təsvir olunub. -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Nəbi Xəzri xatirələrində BUNU obrazlı olaraq “Yerin qəzəbi” adlandırmışdı. BUNU island dilində eynisaitli bir sözlə deyin. -Cavab: Qeyzer -Şərh: Qəzəb sözünün sinonimlərindən biri qeyz sözüdür. Sözlər arasındakı bu bənzərliyə diqqət çəkən Nəbi Xəzri qaynar fəvvarələr şəklində üzə çıxan qeyzerləri “Yerin qəzəbi” adlandırmışdı. İsland dili sizə əlavə ipucu ola bilərdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 3. Diqqət sualda ALFA əvəzetmədir.   -Əvvəllər Azərbaycanda elçilik üçün gedilərkən qız evində razılıq olarsa, gətirilən ALFA kəsilər, razılıq olmasa, ALFA geri qaytarılardı. Bu adətdən yaranan ifadəni deyin. -Cavab: Xoruzunu qoltuğuna vermək -Şərh: ALFA ilə xoruz sözü əvəz olunmuşdu. Razılıq olmasa, gətirilən xoruz oğlan evinin qoltuğuna verilirdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 4. Elayca Uold yazır ki, klassik bəstəkarların əksəriyyətinin əsas gəlir mənbəyi İKS satışı olduğundan, onlar öz əsərlərini elə bəstələyirdilər ki, əsər istənilən həvəskar musiqiçi tərəfindən ev şəraitində ifa edilə bilsin. İKS-lə əvəz edilmiş birhecalı sözü yazın. -Cavab: not -Şərh: əgər bəstəkarın varlı hamisi yox idisə, onun əsas gəliri not satışından gəlirdi. Ona görə də, çətin ifa edilə bilən əsərlər bəstələmirdilər. Hətta “dörd əllə ifa edilən fortepiano konsertləri”ni elə bəstələyirdilər ki, əsəri bir fortepianoda iki nəfər ifa edə bilsin. Qəliz əsərlər bəstələyən bəstəkarların isə ya hamisi olurdu (Bethoven kimi), ya da onların başqa vəzifəsi olurdu (Bax kimi). -Müəllif: Fuad Eminov - -Sual: 5. Bəzi ekspertlər iddia edirlər ki, Sakitlik dənizindəki bu ölkəyə məxsus bayraq günəş işığı və radiasiya səbəbindən hazırda tamamilə ağ rəngdədir. Söhbət hansı ölkənin bayrağından gedir? -Cavab: ABŞ -Şərh: Sakitlik dənizi Ayda yerləşir. Çətin ki, Aya sancılmış bayraqlar kosmosun çətin şəraitində uzun müddət öz rənglərini saxlaya bilsinlər. Ay səthinə eniş edərək bayraq sancmış yeganə ölkə ABŞ-dır. -Müəllif: Emin Məsimli - -Sual: 6. Əziz Mirəhmədov yazır ki, Abdulla Şaiq “Məktub yetişmədi” hekayəsini yazmaqla Onun realist yolunu bəyəndiyini ədəbi şəkildə ifadə etmişdi. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Cəlil Məmmədquluzadə -Şərh: “Poçt qutusu” hekayəsi Cəlil Məmmədquluzadənin ilk mətbu əsəridir. Bildiyiniz kimi, hekayədə Novruzəli məktubu poçt qutusuna sala bilmir və belə demək olarsa, məktub ünvanına yetişmir. Akademik Əziz Mirəhmədov isə bu hekayədən bir neçə il sonra qələmə alınmış “Məktub yetişmədi” hekayəsinin Şaiqin Mirzə Cəlilə dəstək olaraq yazdığını iddia edir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Qlobal istiləşməyə diqqət çəkmək istəyən bir qrup küçə aktivisti boyunlarından asılı vəziyyətdə İKS-in üzərində dayanıb. İKS sizə tanış müəllifin hekayəsidir. İKS-i təkhecalı sözlə tapın. -Cavab: Buz -Şərh: Qlobal istiləşməyə diqqət çəkmək istəyən aktivistlər məhz buzun üstündə boyunlarından asılı vəziyyətdə dayanmışdılar. Bir sual öncə Cəlil Məmmədquluzadənin adını eşitdiniz. “Buz” müəllifin məşhur hekayələrindən biridir. -Müəllif: Babək Qasımzadə - -Sual: 8. Dubay ruhanilərinin tövsiyəsinə əsasən, ilin müəyyən vaxtında Bürc Xəlifə binasının 80-ci mərtəbəsində olan şəxs, bunu etmək üçün daha 2 dəqiqə gözləməlidir. Bunu etmək son vaxtlar aktual idi. Nəyi etmək? -Cavab: iftar açmaq -Şərh: 0,8 km kimi inanılmaz yüksək hündürlüyə malik Bürc Xəlifənin yuxarı mərtəbələrində Günəş Yer səthində olduğundan daha uzun müddət görünür. Bu səbəbdən tövsiyə olunur ki, əgər 80-ci mərtəbədən yuxarıdasansa, iftar açmağa tələsmə — Günəşin tam görünməməsi üçün daha 2 dəqiqə gözləməlisən. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. Jül Vernin qorxu janrında qələmə aldığı “Karpatlardakı Qəsr” romanında hadisələr məhz bu vilayətdə cərəyan edir. Hansı? -Cavab: Transilvaniya -Şərh: Qorxu janrı əsas ipucu idi. Karpatlar oyunçuları Rumıniyaya və məntiqlə Drakulanın qəsrinin yerləşdiyi Transilvaniyaya aparmalı idi. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. “11/22/63” serialında baş qəhrəman SSRİ-dən yenicə qayıdan Li Harvi Osvaldın evinə dinləmə cihazları yerləşdirsə də, danışıqları başa düşməkdə çətinlik çəkir. Bunun səbəbini deyin. -Cavab: Danışıqların rus dilində aparılması -Şərh: Müharicətdən yenicə qayıtmış Osvald əsasən rus dilində danışırdı. Bu səbəbdən evində dinləmə cihazları yerləşdirilsə də, rus dilini bilməyən qəhrəman onları başa düşə bilmirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Sarıyerdə doğulmuş bu şəxs 2021-ci ildə “Qarabağ” ordeni ilə təltif olunmuşdu. Onun bütün saitləri eyni olan soyadını tapın. -Cavab: Bayraktar -Şərh: Sarıyer sizi birbaşa Türkiyəyə aparmalı idi. II Qarabağ müharibəsinin qazanılmasında əvəzedilməz rolu olan Selçuk Bayraktar 2021-ci ildə “Qarabağ” ordeni ilə təltif olunmuşdu. -Müəllif: Babək Qasımzadə - -Sual: 12. 7 epizoddan ibarət olan “Vəzir Qambiti” serialının 4-cü seriyası İKS adlanır. İKS-i alman mənşəli sözlə deyin. -Cavab: Mittelşpil -Şərh: Gördüyünüz kimi serial 7 epizoddan ibarətdir və 4-cü seriya tən ortaya düşür. Serial şahmatla bağlıdır. Maraqlıdır ki, bu epizod “Middle Game”, yəni “Mittelşpil” adlanır. Yeri gəlmişkən, bu sual da paketin 12-ci sualıdır. -Müəllif: Babək Qasımzadə - -Səhifə -> 501 | Sual Sayı -> 15 - -Sual: 1. Versiyalardan birinə görə, İKS obrazlı olaraq yeni doğulmuş körpənin göbəkbağı ilə eynilik təşkil edir. Bir şirniyyat evi İKS əvəzinə çörəkdən istifadə etmişdi. İKSİ iki sözlə deyin. -Cavab: Qırmızı lent -Şərh: Versiyalardan birinə görə, qırmızı lent kəsmə mərasimi obrazlı olaraq dünyaya gəlmiş körpənin göbəkbağının kəsilməsilə əlaqələndirilir. Hər ikisində yeni həyatın başlanğıcı kimi nəzərə alınır. Vaşinqtonda fəaliyyətə başlayan bir şirniyyat evi ofisinin açılış mərasimində qırmızı lent əvəzinə çörəkdən istifafə etməli olmuşdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 2. Romada məmurların evinin qapısı heç vaxt qıfıllana bilməzdi. Çünki xalq, məmurun nə etdiyini bilməli idi. Bu səbəbdən hətta bir məmurun evinin ətrafındakı divar belə BUNDAN idi. Fikrət Sadıq bir neçə il əvvəl yazdığı şeirində bir şəhərimizi xatırlayanda qəlbinin BUNUN kimi sındığını bildirir. BUNU deyin. -Cavab: Şüşə -Şərh: Evin ətrafında şüşə divarlar olduğu üçün xalq məmurun nə etdiyini görürdü. Şuşa şəhəri şüşəyə bənzədildiyindən öz adını almışdır. Fikrət Sadıq Şuşanı xatırladıqda qəlbinin şüşə kimi sındığını bildirirdi. Çox şükür ki, artıq biz öz Şuşamıza qovuşmuşuq! -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Paylama materialıGördüyünüz şəkilin ötən əsrin 60-cı illərində hansı şəhərdə çəkildiyini cavab kartınıza yazın. -Cavab: Berlin -Şərh: 1961-ci ildə Berlində şəhəri iki hissəyə ayıran divar ucaldılmışdır. Rekvizitdə gördüyünüz şəkildə Qərbi Berlin sakinləri şərqdə yaşayan tanışlarına əl etmək üçün avtomobilin üzərinə çıxıblar. -Müəllif: Adil Bəkirov - -Sual: 4. Edvardı kəskin tənqid edənlərdən biri olan həkim Mozli yazırdı: "Doğrudanmı bizdən minotavr, kentavr kimi bədheybətlər törətmək istəyirlər?" Siz isə Edvardın nəyi ixtira etdiyini deyin. -Cavab: Vaksin -Şərh: Dünyada ilk dəfə çiçək xəstəliyinə qarşı vaksini məhz Edvard Cenner ixtira etmişdir. Həmin kəşfə qədər o dövrdə çiçək xəstəliyi epidemiyası geniş yayılmışdı.Cenner aşkar etmişdi ki, inək sağan qadınlar bu epidemiyaya yoluxmurlar. İnəklərdə də çiçək xəstəliyi olduğunu aşkar edən Cenner bunun təbii çiçək xəstəliyindən yüngül keçdiyini müəyyən etmişdi.. Nəticədə hazırladığı peyvəndə latıncadan tərcümədə "inək mənşəli" mənasını verən vakka sözündən "vaksin" adını vermişdi. Həmin dövrdə məhz vaksin nəticəsində insanların inək, öküzə çevriləcəyinə qorxub tənqid edirdilər. Minotavr isə yunan mifologiyasında insan bədənli öküz başlı varlıq hesab olunurdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Cizgi filmin epizodlarından birində Tom Cerrini tutmaq üçün yerə un səpir. Bu epizodun adı 1897-ci ildə ingilis yazıçı tərəfindən yazılmış əsərin adına allüziyadır. Həmin əsəri deyin. -Cavab: Görünməz adam -Şərh: Seriyada Cerri görünməz mürəkkəbdən istifadə edərək gözəgörünməz olur. Tom onun yerini təyin edib tutmaq üçün yerə un səpir ki, izlərini görsün. Seriyanın adı “Görünməz siçan” adlanır, “Görünməz adam” əsəri isə 1897-ci ildə H. Uelss tərəfindən yazılıb -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 6. Nasist Almaniyası Böyük Britaniya ilə müharibədə hər yoldan istifadə etməyə cəhd edirdi. Belə ki, 1939-cu ildə Nasist Almaniyası tərəfindən 132 milyon funt-sterlinq çap edilmişdi. Bunun nə məqsədlə edildiyini latın mənşəli bir sözlə deyin. -Cavab: Hiperinflyasiya -Şərh: Almanlar bu vasitə ilə Böyük Britaniyada hiperinflyasiya yaratmaq istəyirdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. Nobellər Bakıya gəldikdən sonra neft yataqlarının aşkarlanmasında xüsusi İTLƏRDƏN istifadə edilməyə başladı. Əvvəlki cümlədə 5 hərf buraxılıb. Həmin hərfləri bərpa edərək sözü orijinalda yazın -Cavab: Dinamit -Şərh: Bildiyiniz kimi dinamitin kəşfi Alfred Nobelə aiddir. Nobellər Bakıya gəldikdən sonra təsadüfi deyil ki, neft axtarışları üçün də dinamitdən istifadə edilirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Conatan Silvertaun “Darvinlə axşam yeməyi" əsərində bildirir ki, ilk insanlar aqressiv şəkildə ovçuluqla məşğul olduğu üçün bir müddət sonra heyvan saylarında azalma başladı. Bu zaman müəllif bildirir ki, ilk insanlar həm də ilk İKSLƏR olmuşdur. İKSİ latın mənşəli sözlə deyin. -Cavab: Vegetariyan -Şərh: Heyvan saylarında xeyli azalma olduğundan insanlar bitkilərlə qidalanmaq məcburiyyətində qalmışdı. Bununla da məcburi şəkildə ət yeyə bilmirdilər, beləliklə vegetariyana çevrilmişdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Paylama materialıQarşınızda Maykl Riçardsın "Qətran müqəvva Müqəddəs Sebastyana qarşı" heykəlidir. Heykəltəraş burada İkinci Dünya Müharibəsi zamanı həlak olmuş amerikan pilotun təsvirini yaratmışdır. Siz isə heykəltəraşın özünün ölüm tarixini dəqiqliklə deyin. -Cavab: 11 sentyabr 2001 -Şərh: Heykəldə afroamerikan pilot xristianların müdafiəsi üçün bədəninə sancılan oxlar nəticəsində həlak olmuş xristian əzabkeşi Müqəddəs Sebastyan obrazında təsvir edilmişdir. Kompozisiyada oxları təyyarələr əvəz etmişdir.Maraqlıdır ki, heykəltəraş özü məhz 2001-ci il 11 sentyabr tarixində Ümumdünya Ticarət Mərkəzinə olan terror aktı nəticəsində həlak olmuşdur. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. Bir mahnıda okeanın ortasında yerləşən məxmər təpə İKSLə müqayisə olunur. Başqasında qüsur axtarmaqdan bəhs edən ərəb məsəlində İKS xatırlanır. İKSi iki və ya daha çox sözlə deyin. -Cavab: Dəvə hürgücü -Şərh: Mahnıda okeandakı məxmər təpə görünüşünə görə dəvə hürgücünü xatırladır. Dəvənin təkəbbürlü görsənməsi haqda bir bədəvi əfsanəsində deyilir ki, Məhəmməd peyğəmbər Allahın 99 adını ucadan səsləndirmiş,100-cü adı isə təkcə dəvənin qulağına pıçıldamışdı. Başqasında səhv axtarmaq anlamında ərəblər "Dəvə hürgücünü görmür, yalnız qardaşının hürgücünü görür " məsəlindən istifadə edirlər. Analoji halda dilimizdə "Öz gözündə tiri görmür,özgə gözündə tük axtarır" misalı çəkilir. -Müəllif: Toğrul Qurbanov - -Sual: 11. Bir əsərdə ingilis aristokratının İKSi təriflənərkən bildirilir ki, nə yunan filosoflarınkına, nə də adaya düşmüş şəxslərinkinə bənzəyir. İKSi saitləri eyni olan bir sözlə deyin. -Cavab: Saqqal -Şərh: Yunan filosofları adətən uzun saqqalları ilə xatırlanır. Eynilə adaya düşmüş adamlarda saqqallar böyük olur. İngilis aristokratının saqqalı isə əksinə çox səliqəli idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. “Psixo” filminin premyerasından öncə Alfred Hiçkok Robert Bloxun kitabının bütün nüsxələrini almışdı. Bunun səbəbini bir ingilis mənşəli sözlə deyin. -Cavab: Spoyler -Şərh: Hiçkok eyniadlı kitabın bütün nüsxələrini satın almışdı ki, insanlarda filmə qarşı maraq itməsin. Yəni spoiler olmasın. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 13. Bir filmdə jandarmlardan biri onlarla, yəni jandarmlarla eyni geyinən yadplanetlilərdən fərqlənmək üçün BUNU ETMƏYİ təklif edir. Bir Azərbaycan filmində xanıma xoş görünmək üçün personaj BUNU ETMƏYİ bir neçə versiyada yoxlayır. BUNU ETMƏYİN nə olduğunu bildinizsə həmin personajı deyin. -Cavab: Məşədi İbad -Şərh: Jandarmlardan biri onlarla eyni geyinən yadplanetlilərdən fərqlənmək üçün baş geyimlərini (furaşka) fərqli formada qoymağı təklif edirlər. “O olmasın, bu olsun” filmində Məşədi İbad güzgü qarşısında papağı necə qoymağı məşq edir, sonda papaqsız xanımın qarşısına çıxır. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 14. Paylama materialıRekvizitdə Yusif Vəzir Çəmənzəminlini görürsünüz. Keçən əsrin 10-cu 20-ci illərində Çəmənzəminli şlyapa taxar, yaşına görə çəlikdən istifadə edərdi. Siz isə bəzi şəhər sakinlərinin Çəmənzəminlini müasiri olan hansı əcnəbiyə bənzətdiyini deyin. -Cavab: Çarli Çaplin -Şərh: Rekvizitdə Çəmənzəminlinin qara kostyumda olduğunu, habelə bığ saxladığını görürsünüz. Belə ki, Çəmənzəminli qeydlərində yazır ki, şlyapa taxdıqda və çəliklə gəzdikdə onu həmin dövrdə məşhurlaşan Çarli Çaplinə bənzədirdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. Osamu Dazayın “İnsanlığımı itirərkən” adlı əsərindəki qəhrəman sərxoş halda qarlı havada gəzərkən anidən qan qusduğunu xatırlayır. Daha sonra o, bunun nəticəsində nəyin yarandığını bildirir? -Cavab: Yaponiya bayrağı -Şərh: Bəyaz qarın üzərinə qusduqdan sonra yaranan qan qırmızısı rəngi personaja yapon bayrağını xatırladır. Müəllifin yapon olması da sizə kömək etməli idi. -Müəllif: Şəhriyar Məmmədli - -Səhifə -> 503 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialı:   ADIEU, SNORT, WEIRD, BEAST.  Əgər siz rekvizitdəki sözlərdən istifadə etsəniz İKSdə daha tez uğur qazana bilərsiniz. İKSİN ötən ilin sonlarında Lingo televiziya oyunundan ilhamlanaraq yaradıldığını bilərək İKSi altı hərfli ingilis sözü ilə yazın. -Cavab: Wordle [Uordl] -Şərh: Ötən ilin oktyabrında proqramçı Con Uordl söz oyunlarını oynamağı sevən xanım dostu üçün “Wordle” [Uordl] söz oyununu yaratmışdı. Oyunun qaydalarına əsasən, oyunçu 6 cəhdən istifadə edərək 5 hərfli sözü tapmalıdır. Oyun qısa zamanda bütün dünyada populyarlaşmış və müxtəlif dillərə adaptasiya olunmuşdur. Sualda səslənən Lingo və “6 hərfli” qeyd edilməsi bir növ oyunun prinsipinə aparmalı idi. Müqəddəs kitablar adətən “Başlanğıcda söz vardı” ifadəsilə başlayır. Bizdə bugünkü paketimizə bir növ “söz”lə başlamaq qərarına gəldik. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Dünya tarixinin keçmişi ilə əlaqəli bir çox məlumatların əslində Antarktidada buzlaqların içində saxlanıldığı, elmi araşdırmaların köməyi ilə bir çox sirlərin aşkarlanacağından danışılan sənədli filmdə Antarktida obrazlı olaraq İKSƏ bənzədilir. İKSİ eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Qara qutu -Şərh: Göründüyü kimi Antarktida qitəsi sanki qara qutu kimi bütün məlumatları özündə saxlayır. -Müəllif: Hikmət Əliyev - -Sual: 3. Hannibal Lekter rolunu ifa edən aktyor Entoni Hopkins öz personajına insanları qorxudacaq elementlər əlavə edirdi. Belə ki, film ərzində Hopkinsin personajı demək olar ki, BUNU ETMİR. Araşdırmaçılar debatların birində Corc Buşun tez-tez BUNU ETMƏSİNİN debatı uduzmasına gətirib-çıxardığını qeyd edirlər. BUNU ETMƏK-lə əvəz olunmuş iki sözü deyin. -Cavab: göz qırpmaq -Şərh: Entoni Hopkins personajının daim kameraya baxmasını və göz qırpmamasını izləyicilərdə qorxu effekti yaratdığını, sanki Lekterin onlar haqqında nəsə bildiyinə işarə etdiyini bildirilir. Araşdırmaçı Con Sternin 2004-cü ildə Corc Buşun Con Kerri ilə ilk prezidentlik debatı zamanı tez-tez gözünü qırpması onun çaşqınlıq içərisində olmasına işarə idi və nəticədə Kerri ilk debatı qazanmışdı. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 4. Qrenlandiya şpitsləri güc, dözümlülük və orientasiyaya duyumlu olması ilə digər it cinslərindən fərqlənirlər. Jurnalist Roland Handfort qeyd edir ki, bu şəxsin bilərəkdən gizlincə çoxlu sayda sözügedən it cinslərini alması sonradan defisitə səbəb olmuşdur. Söhbətin Skandinaviya doğumlu hansı şəxsdən getdiyini deyin. -Cavab: Rual Amundsen -Şərh: Handfort qeyd edir ki, Rual Amundsen ekspediyaya başlamamışdan qabaq gizlincə 100 ədəd bu şpitslərdən alır. Nəticədə bu itlərin defisiti yaranır. Məhz bu it cinslərinin sayəsində Amundsen Cənub Qütbünə çatmaqda ingilis səyyah Robert Skottu qabaqlamışdı. Jurnalist bununla həmyerlisi Skottun ədalətsizliklə üzləşdiyini bildirmişdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Ötən əsrin ortalarına aid bir komiksin üz qapağında personaj küçədə "Dəniz hekayələri" kitabını oxumaq üçün işıq dirəyini əyir. Siz isə personajın əsasən nə ilə qidalandığını deyin. -Cavab: ispanaq -Şərh: XX əsrin sonlarına kimi çap edilən Popeye (Popay) – Temel Reis haqqında komiks kitabların üz qapaqlarında adətən Popeye öz gücünü nümayiş etdirən formada çəkilirdi. Sualda Dəniz hekayələri deyilməsi sizi personajın dənizçi olmasına, işıq dirəyini əyməsi isə güclü olmasına aparmalı idi. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 6. Azarkeşlər çətin anlarda komandanı xilas etdiyi üçün basketbolçu Erl Monronu “BELƏ O” adlandırırdılar. ONUN BELƏ olması irəli sürülən bir nəzəriyyədə uşaqlıq illərini Misirdə keçirməsi əsas götürülür. BELƏ O ilə əvəz olunmuş iki sözü yazın. -Cavab: Qara İsa -Şərh: Erl Monroya azarkeşləri hər zaman istənilən an oyunu dəyişə biləcəyindən xilaskar kimi baxırdılar. Bu səbəbdən ona "Qara İsa" ləqəbi verilmişdir. İsa Məsihin qaradərili olması barədə olan nəzəriyyələrdən birində onun uşaqlığının məhz Misirdə keçməsi və adi insanlardan rənginə görə fərqlənmədiyi vurğulanır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 7. "Simpsonlar" cizgi filmində polis tutduğu cinayətkara bölməyə yolun uzun olduğunu bildirir və özünün (yəni polisin) sıxılmaması üçün cinayətkarın İKSDƏN istifadə etməyəcəyinə ümid etdiyini deyir. İKSİ iki sözlə cavab kartınıza yazın. -Cavab: susmaq hüququ -Şərh: ABŞ qanunvericiliyinə əsasən ittiham olunan şəxsə susmaq və özünə qarşı ifadə verməmək hüququ barədə bildirilməlidir. Bu həmçinin, Miranda qanunu adlanır. İlk dəfə bu hüquqdan Ernesto Miranda istifadə etdiyi üçün qanun belə adlanmışdı. Simpsonlar serialında polis personaj bu hüquq barədə məlumat verdikdən sonra yolda darıxmamaq və -cinayətkarla söhbət etmək məqsədilə onun bu hüquqdan istifadə etməyəcəyinə ümid edir. -Müəllif: Adil Bəkirov - -Sual: 8. Paylama materialıQarşınızda gördüyünüz 1958-ci ildə Feliks Kandela tərəfindən dizayn edilmiş restorandır. Siz isə bu obyektdən ilhamlanaraq yaradılanı tapın. -Cavab: Mirvari kafesi -Şərh: "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 9. İkinci Dünya Müharibəsi dövründə bir şəhərdə gecələr əlində fanar tutmaqla yerli əhaliyə yardım edən gənc qızlar alman qırıcı təyyarələrinin hədəfinə tuş gəlirdi. Yerli əhali bu gənc qızları “Ağ mələklər” adlandırırdı. Siz həmin gənc qızların hansı hidronimin yaxınlığında çalışdığını deyin. -Cavab: Ladoqa gölü -Şərh: İkinci dünya müharibəsi zamanı Leninqradın almanlar tərəfindən blokadaya alınmasından sonra şəhərin ərzaq təchizatı yalnız Ladoqa gölündən keçən "Həyat yolu" magistralı vasitəsilə mümkün olmuşdu. Şəhərə təchizatın baş tutması üçün könüllü olaraq minlərlə könüllüdən kimlərsə buzun durumunu öyrənir, kimlərsə yeni yollar axtarır, kimlərsə yollarda yaranmış çuxurları yamayırdılar. Məhz onlar arasında həmin dövrdə gecələr ağ geyimdə olan və əlində fonar tutaraq sürücülərə suda batmamaq üçün haradan keçməyi göstərən qızları görmək olardı. Məhz buna görə sürücülər onları "ağ mələklər" adlandırırdılar. Onların gecələr nəzərə çarpması qırıcı və snayperlər tərəfindən məhv edilməsinə səbəb olmuşdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. Bu nağıl qəhrəmanı yalnız bütün evin sakinləri yatdıqdan sonra sönməkdə olan ocağın yanına gəlib uzanaraq qızına bilirdi. Həmin nağıl qəhrəmanını deyin. -Cavab: Küllücə -Şərh: Sindirella bizim dilimizdə “Küllücə”, türk versiyasında "Kül kedisi" adlanır. Buna səbəb onun bütün ev yatdıqdan sonra ocaq küllərinin yanında pişik kimi uzanmasına görə alıb. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin nadanlıqla mübarizədə özündən sonra gələnlərə kömək olduğunu, yol göstərdiyini bildirərək onu İKSƏ bənzədir. Azərbaycandakı ən qədim İKS Pirallahı rayonundakı Gürgan qəsəbəsində yerləşir. İKSi deyin. -Cavab: Mayak -Şərh: Topçubaşov Zərdabinin Mayak kimi özündən sonrakılara işıq tutduğunu bildirirdi. Pirallahı rayonunda ilk mayak inşa edilmişdir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. 2017-ci ildə iki polis nəfəri hadisə yerində olmalarına baxmayaraq soyğunçunu deyil, məhz İKSİ tutmağa çalışdıqları üçün işdən azad edilmişdilər. Araşdırmalara əsasən, İKS ilə bağlı tətbiqetmənin məşhurlaşması sayəsində insanların sağlamlığında ciddi inkişaf müşahidə olunmuşdu. İKSİ deyin. -Cavab: Pokemon -Şərh: 2017-ci ildə məhşurlaşan Pokemon Qo oyununu oynayan polis zabitləri ərazidə pokemon tutmağa çalışdıqları üçün soyğuna müdaxilə etməmişdilər. Nəticədə bu onların işdən azad edilməsilə nəticələnmişdi. Pokemonları axtarmaq üçün daha çox gəzməyə başlayan insanlar haqqında araşdırmalar göstərib ki, oyun insanların sağlamlığında ciddi inkişafa səbəb olur. -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 13. Bir filmdə həyat yoldaşına karyera qurmaqda dəstək olmadığına görə özünü qınayan personaj onu – yəni həyat yoldaşını dostlarına təqdim edərkən İKSDƏN istifadə edir. Həyatdan İKSLƏ ayrılmaq istəməyən Yeva istəyinə 29 aprel 1945-ci ildə çatmışdı. İKSİ iki sözlə yazın. -Cavab: qızlıq soyad -Şərh: Karyera qurmağı hədəfləyən həyat yoldaşına heç bir dəstəyi olmadığına görə qəhrəman dostu ilə tanış edərkən onu qızlıq soyadı ilə təqdim etməli olur.Sualın ikinci hissəsində söhbət Yeva Braundan gedirdi. Belə ki Hitler Yeva Braunu hər kəsə öz şəxsi köməkçisi kimi təqdim edirdi. Lakin həyatdan Braun soyadı ilə yox, Hitlerin yoldaşı kimi köçmək istəyən xanım Yeva 29 aprel 1945-ci ildə Adolfla evlənərək Hitler soyadını götürməli olur. Bir gün sonra isə hər ikisi özünə qəsd etmişdilər. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 14. Paylama materialıQarşınızda ALFANIN hazırlanmasında istifadə olunan dəzgahdır. Filmlərdən birində idman jurnalının üz qapağında Yerə yaxınlaşan asteroidin ALFA formasında olduğunu görə bilərik. ALFANI bir neçə sözlə deyin. -Cavab: Amerikan futbol topu -Şərh: Qarşınızda amerikan futbolu və ya reqbi topunun üzərinə tikiş qoyulmasında istifadə olunan “tikiş atı” dəzgahıdır. Dəzgahın məhz topun lazımi formasının alınmasında istifadə olunur. Filmdə jurnalın üz qapağında Amerikan futbol topunun asteroid şəkilində təsvir olunduğunu görə bilərik. Görünüşcə hər ikisi bir-birinə bənzəyir. Fərq yalnız ölçü və çəkisindədir. -Müəlliflər: Toğrul Qurbanov, Kənan Dadaşzadə - -Sual: 15. XVII əsrdə Vyana ətrafında döyüşdə uğursuzluğa düçar olan Osmanlı ordusunun qənimətlərini ələ keçirən vyanalılar İKSİ əvvəlcə barıta bənzətmişdilər. Bir türk məsəlində İKSin cəhənnəm qədər qara, ölüm qədər möhkəm, sevgi qədər şirin olması vurğulanır. İKSİ deyin. -Cavab: Qəhvə -Şərh: 17-ci əsrdə qəhvə Osmanlıda geniş yayılsa da Avropanın bundan xəbəri yox idi. Vyana döyüşündə geri çəkilən Osmanlı ordusu kisələrdə gətirdikləri xeyli qəhvəni ağır olmasın deyə özləri ilə aparmamışdılar. Qəhvəni ilk dəfə görən vyanalılar onu barıta bənzətmiş, sonradan qəhvə olduğunu başa düşmüş, dəmləmiş və həmin qəhvəni olara kömək etmiş kapuçin rahibinin şərəfinə kapuçino adlandırmışdılar. Bir türk məsəlində əsl qəhvənin cəhənnəm qədər qara, ölüm qədər möhkəm, sevgi qədər şirin olması vurğulanır. -Müəlliflər: Hikmət Əliyev, Toğrul Qurbanov - -Səhifə -> 504 | Sual Sayı -> 15 - -Sual: 1. Keçən əsrin 70-ci illərində ilin müəyyən dövründə fəxri xiyabanda yerləşən bir məzara İKS qoyan tələbələr milislər tərəfindən cəzalandırılmışdı. Maraqlıdır ki, bir neçə il əvvəl keçirilən silsilə sərgilərdən biri Küknar, digəri isə İKS adını daşıyırdı. İKSi deyin. -Cavab: səməni -Şərh: Bildiyiniz kimi, hal-hazırda da Azərbaycanda çərşənbələr zamanı qəbirlərə ziyarət edilməsi yayılmış haldır. Keçən əsrin 70-ci illərində yenicə vəfat etmiş, əvvəllər Azərbaycan Kommunist Partiyasının I Katibi kimi çalışmış Şıxəli Qurbanov Azərbaycanda uzun müddətdən sonra Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına nail olmuşdu. Bildiyiniz kimi, indi də Novruzda qəbirlərə səməni qoyurlar. Ş.Qurbanovun da qəbrinə buna görə səməni aparılmışdı. Heydər Əliyev Fondu tərəfindən keçirilən sərgidə “Küknar” yeni ilin gəlməsi ilə əlaqədar olan sərgiyə ad kimi seçilmişdi. Milli yeni ilimiz olan Novruz üçün isə “Səməni” adı uyğun görülmüşdü. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Bir əsərdə uzun müddətdir toxunulmayan quyunun vinti (ворот) hərəkət etdiyi zaman ciyiltili səs çıxarmağa başlayır. Bu zaman vint paslanmış İKS ilə müqayisə olunur. Sovetlər dağılana qədər kommunist olub, daha sonra kapitalizm yolunu tutan şəxslər bir məqalədə İKS adlandırılır. İKS-i deyin. -Cavab: Flüger -Şərh: Söhbət "Balaca şahzadə" əsərindən gedirdi. Flügerlərdən də adətən sözügedən ciyiltiliyi səs gəlir. Dilimizdə tez-tez öz mövqeyini dəyişən adamlara münasibətdə yelqovan – flüger deyirlər. Yəni külək əsən tərəfə doğru gedir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 3. Paylama materialıQarşınızdakı paylama materialına 2009-cu ildə Oskar mükafatına əsas namizəd sayılan rejissor Ketrin Biqelou haqda tez-tez xatırlanan sualda rast gəlmək olardı. Paylama materialında buraxılmış sözləri yazın. -Cavab: tavanı sındırmaq -Şərh: Qadınların karyera həyatında irəliləməsini əngəlləyən görünməz baryerlərə “şüşə tavan” deyilir. Hollivud kino sənayesinde ekran arxasında çalışan əksər qadınlar uğur qazana ve karyeralarında irəliləyə bilmirlər. Həmin baryer kinolentlərin əsas hazırlandığı material olan sellüloidin şərəfinə "sellüloid tavan" adlanmışdır. Məqalələrdə Biqelou "sellüloid tavanı sındıra biləcəkmi? sualına tez-tez rast gəlinirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 4. XIX əsrdə Ceyms Simpson adlı tibb işçisinin doğuş zamanı ağrıları azaltmaq üçün xloroformdan istifadə etməsi bir çoxlarının etirazına səbəb olmuşdur. Sem Kin qeyd edir ki, kraliça Viktoriyanın oğlunun bu cür üsulla dünyaya gəlməsi ilə bütün kontr-arqumentlərə son qoyulmuşdu. Maraqlıdır ki, Viktoriyanın oğlunun adı İKS idi. Son dövrlər baş verən hadisələrlə əlaqədar olaraq, rusdilli saytlarda tez-tez İKS-in örnək götürülməli olması ilə bağlı məsləhətlər görə bilərik. İKS-i deyin. -Cavab: Leopold -Şərh: Məşhur cizgi filmində pişik Leopold da hamını mehriban, düşmənçilik etməməyə çağırırdı. Leopoldun xloroformla dünyaya gəlməsindən sonra bu etirazlar kəsilmişdir. Ukrayna və Rusiya arasındakı müharibə ilə əlaqədar da bir çoxları Leopoldun örnək götürülməli olduğunu bildirirdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Paylama materialıRekvizitdə bir toponim sizdən gizlədlib. 17-18-ci əsrlərdə yaşamış Şair Zülali rekvizitdə gördüyünüz şeiri bir hadisədən təsirlənərək yazmışdır. Biz sizdən şeirdə gizlədilmiş toponimi soruşmuruq.Həmin hadisəni biri xüsusi isim olan iki sözlə deyin. -Cavab: Şamaxı zəlzələsi -Şərh: Misra belədir: -Qürbətdə deyərdin ki, Zülali, vətənin var. -Ensin gözünə qarə su, Ağsu Vətən oldu. -Şair Zülali Şamaxı zəlzələsindən sonra məcbur qalaraq Ağsuya köçmüşdü. -Müəllif: Hikmət Əliyev - -Sual: 6. Bir əsərdə liberal Roma papasının xristianlara “Tanrının əmrlərindən yalnız seçdiklərinizə əməl edə bilərsiniz” deməsindən danışılarkən BU xatırlanır. İsraf və əlavə sərfiyyatı təbliğ etdiyi üçün Səudi Ərəbistanda BU haram elan edilmişdir. BUNU iki sözlə cavab kartlarnıza yazın. -Cavab: İsveç masası -Şərh: Den Braunun əsərində liberal Roma Papasının xristianlara istədiyi Tanrı əmrinə əməl etməsi, bəyənmədiyi Tanrı əmrinə isə riayət etməməsini isveç masasında müştərilərin istədiyi yeməyi götürüb, bəyənmədiyini seçməməsi ilə müqayisə edir. İsveç masasında bir çox yeməklər istifadə edilmədən atıldığından Səudi Ərəbistanda haram elan edilmişdi. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 7. Şair Edip Cansever nakam məhəbbətindən danışarkən sevgisi üçün yalniz bir İKSin yetmədiyini bildirir. Əgər külək, həşəratlar kimi kənar fiziki təsirlər olmazsa, İKS adətən təkrəqəmli olmalıdır. İKSi iki sözlə deyin. -Cavab: Çobanyastığı ləçəyi -Şərh: Bir çox sevgilinin oynadığı məşhur oyunlardan biri çobanyastığı oyunudur. Belə ki, şəxslər çobanyastığının ləçəklərini bir-bir qopararaq “Sevir-sevmir” edir, sonda buna əsasən sevgilisinin onu sevib sevmədiyini müəyyənləşdirir. Edip Cansevər deyirdi ki, bir artıq çobanyastığı ləçəyi olsa idi, sevgilisi onu sevəcəkdi. Əslində külək, həşəratlar kimi kənar fiziki təsir olmasa, çobanyastığıda bir qayda olaraq təkrəqəmli ləçək sayı olmalıdır, yəni adətən “Sevir” çıxmalıdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. 19-cu əsrdə Parisdə üsyanlar zamanı xalq jandarmlara qarşı mübarizə üçün İKS-lərdən istifadə edirdi. Bunun qarşısını almaq üçün Fransız höküməti İKS-ləri İQREK ilə əvəz etdi. Bir neçə il qabaq Əziz Əliyev və Niyazi küçələrində də İKS-lər İQREK ilə əvəz edildi. Biz sizdən İKS və İQREK-i soruşmuruq, buna nəyin səbəb olduğunu deyin. -Cavab: Formula 1 -Şərh: Üsyanlar zamanı xalq yollara düzülmüş qənbər daşlarını (Arnavut kaldırımı, Булыжник) qoparır və polislərə atırdılar. Bunun qarşısını almaq üçün hökumət qənbər daşlarını asfaltla əvəz etməyə başladı. Bakıda da Formula 1 yarışları ilə əlaqədar da qənbər daşlı küçələr asfaltla əvəz edilmişdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. İKS-dən bəhs edən nəğmələrdən birində "havanın Sakatada günəşli, Dojimada buludlu, Kuramaidə yağışlı" olması xatırlanır.Uoll Strit jurnalında İKS-ə həsr olunmuş məqalələrdən birinin başlığında "yolu işıqlandırır" sözlərinə rast gəlmək olar. İKS-i 2 sözlə deyin. -Cavab: Yapon şamları -Şərh: Yapon şamları birja aksiyalarında baş verən dəyişikliyi göstərən qrafik indikatordur. XVII əsrdə Yaponiyada düyü taciri Homma Munehis tərəfindən düyünün hansı zaman periodunda ən yüksək və ən aşağı qiymətə malik olmasını müəyyənləşdirmək üçün yaradılmışdı.Bu şamlar o qədər məşhurlaşır ki, ona həsr olunmuş nəğmədə günəşli hava düyünün bol olmasını, buludlu hava qiymətlərin düşməsini, yağışlı isə qiymətlərin tamamilə düşdüyünü bildirirdi. Sonradan şamlardan birjalarda geniş istifadə olunmağa başlanmışdı. Uoll Strit jurnalında buna həsr olunmuş məqalənin başlığı "Yapon şamları treyderlərin yolunu işıqlandırır" adını daşıyırdı. -Müəllif: Toğrul Qurbanov - -Sual: 10. Aleksis de Tokvil 19-cu əsrin ortalarında Fransada inqilabın yetişdiyindən danışarkən, xalq olaraq sanki İKS-in üzərində yatdıqlarını qeyd edir. Bir şeirdə simurq quşuna bənzədilən qəhrəmanların İKS-dən doğulduğu yazılır. İKS-i bir sözlə yazın. -Cavab: Vulkan -Şərh: Müəllif təhlükənin yaxında oıduğunu bildirmək üçün sanki vulkan üzərində yatdıqlarını qeyd etmişdi. Simurq quşları bildiyiniz kimi alovdan yaranan quşlardı və şair bu bənzətmədən istifadə etmişdi. -Müəllif: Hikmət Əliyev - -Sual: 11. Paylama materialıQarşınızda Kapadokiyada yerləşən qayalıqlardan (pəribaca) biridir. Məqalələrdən birində qayalıqların vizual görünüşcə sanki İKSLəri xatırlatması qeyd olunur. İKS-in bəzi xüsusi növlərini "kor" adlandırırlar. İKS-i biri xüsusi isim olmaqla iki sözlə deyin. -Cavab: İsveçrə pendiri -Şərh: Kappadokiyada yerləşən pəribacalar (qayalıqlar) çoxlu oyuq bacalara malikdirlər. Bu səbəbdən məqalələrdən birində görünüşcə həmin qayalıqların İsveçrə pendirini xatırlatması qeyd edilir. İsveçrə pendirinə xas cəhət onun dəlikləridir. Həmin dəlikləri obrazlı olaraq "gözlər" adlandırılır. Lakin bəzi dəlikləri olmayan İsveçrə pendir növlərini "kor" adlandırırlar. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Keçən əsrin 70-ci illərinə aid bir animasiya filminin personajı dostu ilə dialoqda tutqun payız havasını çox sevdiyini deyir. Sözügedən animasiya filmi hazırlanarkən lazımi effekti almaq üçün lentin üzərinə xüsusi toz tökülmüşdü. Söhbətin hansı personajdan getdiyini deyin. -Cavab: Kirpi -Şərh: Bildiyiniz kimi tutqun payız havalarında tez-tez duman olur. 'Kirpi dumanda' nağılının qəhrəmanı da səyahətlərini dumanda etdiyindən dostuna bucür havanı sevdiyini deyir. Animasiya çəkilərkən duman effektini almaq üçün lentə toz tökürdülər. -Müəllif: Hikmət Əliyev - -Sual: 13. Tabasko çayında - suyun səthinə yaxın sürü halında yaşayan “sulphur molly” (Sulfur moli) balıqlar�� quş hücumlarından qorunmaq üçün quyruqlarını suya vurmağa başlayır və eyni hərəkət ardıcıl qaydada sürüdə olan digər balıqlar tərəfindən təkrarlanır. Bu balıqlar hansı ölkə üçün endemik sayılır? -Cavab: Meksika -Şərh: Balıqların quyruqlarını suya vurması və eyni hərəkətin sürüdəki digər balıqlar tərəfindən ardıcıl təkrarlanması su səthində sanki Meksika dalğası effekti yaradır. Maraqlıdır ki, sözügedən balıqlara məhz Meksikada rast gəlinir -Müəllif: Adil Bəkirov - -Sual: 14. Ucqar dağ kəndində müəllimə işləyən Leyla Qarazadə haqqında reportaj 21-ci əsrin İKS-i adlanır. Maraqlıdır ki, bir mənbədə Mikayıl Rzaquluzadənin İKS-i Azərbaycan dilinə rus dilindən tərcümə etməsi qeyd edilib. İKS-i deyin. -Cavab: Çalıquşu -Şərh: Sanki Rəşad Nuri Güntəkinin personajı kimi Leyla xanım da ucqar kənddə müəllimə işləyir. Bu səbəbdən onun haqqındakı reportaj XXI əsrin Çalıquşusu adlanır. Maraqlıdır ki, Mikayıl Rzaquluzadə əsəri türk dilindən yox rus dilindən azərbaycan dilinə tərcümə etmişdir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 15. 1770-ci ildə Benqalda olan qıtlıq Ost-Hind şirkətinin gəlirlərini xeyli azaltdı. Bunun nəticəsində Şirkət müəyyən bir məhsul üzərində tarifləri artırmaq məcburiyyətində qaldı. Biz sizdən həmin məhsulu soruşmuruq. Bunun nəticəsində 3 il sonra baş verəni 3 sözlə cavab kartınıza yazın. -Cavab: Boston çay qonaqlığı -Şərh: Benqalda yaranan qıtlıqdan sonra Ost-Hind şirkəti gəlirlərini artırmaq məqsədilə çay üzərinə qoyulan rüsumları artırdı ki, bu hadisə 3 il sonra Amerikada Boston çay qonaqlığının baş tutmasına gətirib çıxardı. -Müəllif: Səbuhi Göyüşov - -Səhifə -> 505 | Sual Sayı -> 15 - -Sual: 1. Azərbaycanda doğulan uşaqlara adın verilmə proseduru 3 kateqoriyaya bölünür və "ALFA prinsipi" adlanır: icazə olan, qoyulmağı məsləhət görülməyən və qadağan olunmuş adlar. "Marşal ALFA"-ları Formula 1-ə bu sinifdə ilk gecə yarışları olan Sinqapur Qran Prisi ilə daxil olub. ALFA-nı yazın. -Cavab: İşıqfor -Şərh: Azərbaycanda yeni doğulan uşaqlara verilən adlar İşıqfor prinsipi ilə aparılır və 3 kateqoriyaya bölünür: icazə verilən, qoyulmağı məsləhət görülməyən və qadağan olunmuş adlar. Marşal işıqforları əsasən oval yollarda olur və marşalların bayraqlarla verdiyi eyni əmrləri verir (qırmızı - yarışı dayandırmaq, sarı - təhlükəli bölmə və s.) Marşal işıqforları Formula 1-ə bu sinifdə ilk gecə yarışı olan Sinqapur Qran Prisi ilə daxil olub. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 2. Bir hokkuda ALFA "qulağın göz yaşı" adlandırılır. Rembrandtın "Gənc Saskiyanın portreti" adlı tablosunda da bir ALFA görmək olar. ALFA-nı iki sözlə yazın. -Cavab: Mirvari tana -Şərh: Eynilə Yan Vermeerin məşhur "Mirvari tanalı qız" tablosunda olduğu kimi həmyerlisi Rembrandt da bir tablosunda gənc xanımı profildən və qulağında bir tana ilə təsvir etmişdi. Sualda "Rembrandtın tablosunda da" sözləri məhz başqa bir tabloya işarədir. Gözəl təsvirlərlə seçilən hokkulardan birində isə mirvari tanalar qulaqların göz yaşlarına bənzədilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Paylama materialıGördüyünüz şəkil Oktyabr inqilabının 100 illiyi ərəfəsində Putinə həsr edilmiş “A star is born” adlı ingilis dilli məqalədən götürülüb. Əvvəlki cümlədə bir sözdə 2 hərf əvəz edilmişdi. Həmin 2 hərfi düzgün ardıcıllıqla yazın. -Cavab: t,s -Şərh: Rekvizitdə Putinin çara bənzədildiyini görmək olar. Məqalənin adı “A star is born”[Ə star iz born]adlı müziklin adına cüzi dəyişiklik etməklə “A tsar is born” [Ə zar iz born] adını almışdı. -Müəllif: Hikmət Əliyev - -Sual: 4. Rusiyada keçirilən qısametrajlı film müsabiqəsində iştirakçılara ssenarinin bir İKS həcmində olması tələbi qoyulmuşdu. İKS haqqında məqalədə “B” və “C” seriyaları xatırlanır. İKSi dəqiqliklə cavab kartınıza yazın. -Cavab: A4 kağızı -Şərh: Adətən ssenarilər səhifələrlə A4-dən ibarət olur. Sözügedən müsabiqə “A4 qısametrajlı film müsabiqəsi” adını daşıyırdı və iştirakçılara başlıca tələb ssenarinin həcminin bir A4 formatlı kağızdan çox olmaması idi. Hamımıza daha çox A formatlı kağız ölçüləri tanış olsa da, maraqlıdır ki, beynəlxalq standartlarda B və C formatları da istifadə edilir. Sualın 4-cü olması da cavaba çıxmağa kömək ola bilərdi. -Müəllif: Adil Bəkirov - -Sual: 5. Bir komiksdə qəhrəmanların İKSLƏRİNİN soyuq havalarda çatladığını görmək olar. Hələ uşaq yaşlarından yazıçılığa başladığını qeyd edən İen Rankin İKSLƏRİ yaradıcılığının ilk əsərləri adlandırmışdır. İKSi bir və ya iki sözlə deyin. -Cavab: fikir buludları -Şərh: Komikslərdə qəhrəmanların düşüncələri fikir buludları vasitəsilə çatıdırılır. Bir italyan komiksində qəhrəmanların fikir buludlarının soyuq havalarda donaraq çatlaması qeyd olunur. Yazıçı İen Rankin hələ 7-8 yaşlarında ikən fikir buludları çəkərək ora mətnlər yazarmış. Yazar həmin fikir buludlarını yaradıcılığının ilk əsərləri adlandırmışdır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 6. İKS adlı diyetə daxil edilən inqrediyentlər arasında pomidor, portağal, limon, ispanaq, qarağat, badımcan və çuğunduru görmək olar. Diyetin adını yazın. -Cavab: göyqurşağı -Şərh: Diqqət etdinizsə, sualda sadalanan ərzaqların sayı 7-dir. Fərqli rənglərə malik ərzaqlar göyqurşağının rənglərinin sıralanmasına müvafiq olaraq qırmızı, narıncı, sarı, yaşıl, mavi (və ya su yaşılı), indiqo (və ya göy), və bənövşəyi ardıcıllığı ilə düzülmüşdür. -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 7. Yazıçı Arnold Bennet ALFADA ara sıra gələn səsləri xəzan xışıltısı ilə müqayisə edir. Viktorian dövründə ALFADA səssizlik üçün xüsusi materialdan istifadə edilirdi. ALFANI bir sözlə deyin. -Cavab: kitabxana -Şərh: Yazıçı ara sıra vərəqlənən kitab səhifələrini kitabxana səssizliyini pozan xəzan xışıltısı ilə müqayisə etmişdi. Viktorian dövründə kitabxanada addımlayarkən səsin gəlməməsi üçün döşəmələrə linoleuma bənzər xüsusi material vurulurdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 8. Bir məqalədə Avropa şəhərlərinin urbanizasiya nəticəsində mərkəzlərdə sıxlaşmasından, Amerikada isə eyni prosesin bölgələrə genişlənməsindən danışılarkən Avropa ALFA-ya, Amerika isə BETA-ya bənzədilir. ALFA və BETA-nı eyni hərflə başlayan fransız mənşəli sözlərlə deyin. -Cavab: Korset və Krinolin -Şərh: Qadın geyimlərində istifadə edilən korsetlər bədəni sıxır, krinolin isə əksinə geniş ölçülərinə görə tanınır. Buna görə mərkəzdə sıxlaşan Avropa şəhərləri korsetə, ətrafa genişləyən Amerika şəhərləri isə krinolinə bənzədilirdi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Döyüş sənətlərini öyrənən iranlı xanımlardan bəhs edən bir süjetdə xanımlar ONLARLA müqayisə edilmişdi. Gözlərinin qaranlığa öyrəşməsi üçün ONLARI uşaq yaşlarından bir müddət zəif işıqlı mağaralarda saxlayırdılar. ONLARI əcnəbi mənşəli sözlə deyin. -Cavab: Nindza -Şərh: Döyüş sənətlərini öyərənən niqab geyinmiş iranlı xanımlardan danışan əcnəbi jurnalist onları nindzalarla müqayisə edir. Əsasən gecələr ortalığa çıxan nindzaların gecələr yaxşı görməsi üçün onları uşaqlıqda çox zəif işığı olan mağarada bir neçə gün saxlayırdılar. Nindza sözü yapon dilindən tərcümədə “gizlənən” mənasını verir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 10. Paylama materialıQarşınızda Filippində İKS zamanı istifadə edilən mahmızdır. “Flandriyada İKS” adlı rəsmində əks mövqelərdə dayanmış və qəpik tullayan bir neçə şəxsi, xırda qan damcıları sıçranmış döşəməni görmək olar. İKSİ iki sözlə deyin. -Cavab: xoruz döyüşləri -Şərh: Şəkilə diqqətlə baxdıqda təkülgüclü mahmızın xoruz caynağı formasında olduğunu görə bilərik. Həmçinin, mahmızın kiçik dairəvi hissəsi xırda bir şeyə taxılmasına kömək ola bilərdi. Məhz bu mahmızlar döyüş xoruzların ayaqlarına rəqibinə ölümcül zərbə endirmək üçün taxılır. Xoruz döyüşləri Filippində geniş yayılmış və əhalinin qazanc mənbələrindən biridir. Sualın ikinci hissəsində isə belçikalı rəssam Remi Koqenin “Flandriyada xoruz döyüşləri” rəsmindən gedirdi. Burada xoruz döyüşündə mərcə girərək döyüşü izləyən əks mövqelərədə dayanan kütləni görmək olar. -Müəllif: Toğrul Qurbanov - -Sual: 11. Bir məqalədə batmaqda olan SolarCity enerji şirkətini almaq istəyən Elon Mask amibisiyalarına yenik düşməkdə ittiham edilir və bunun Maskı məhv edəcəyi qeyd olunur. Məqalədə Elon Mask ONUNLA müqayisə edilir. ONU yazın. -Cavab: İkar -Şərh: Şirkət adındakı “Solar” yəni “günəş” sözü sizə kömək olmalı idi. Məqalədə Elon Maskın batmaqda olan SolarCity-ni almaqla özünün məhv edəcəyi bildirilir.Bu zaman Mask yunan mifologiyasında atası Dedalın sözünə qulaq asmayıb Günəşə çox yaxın uçaraq məhv olan İkara bənzədilir -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 12. “Yağışdan çıxdıq, yağmura düşdük” əsərinin qəhrəmanı barama ticarətçisi Hacı Qəmbər BUNUN BAŞ VERMƏSİNDƏN sonra xəstələnir, hətta dəli olmaq həddinə çatır. Söhbətin nədən getdiyini dörd sözlə yazın. -Cavab: Qara dənizdə gəmiləri batır -Şərh: "Qara dənizdə gəmisi batmaq" ifadəsi "halı çox pərişan olmaq", "məyus görünmək" mənalarında işlənir. Maraqlıdır ki, "Yağışdan çıxdıq, yağmura düşdük" əsərini qəhrəmanının həqiqətən də Qara dənizdə gəmiləri batır və o, buna görə pərişan olur, xəstələnərək dəli olmaq həddinə çatır. Əsərin adı da bir növ fırtınaya düşən gəmilərə ipucu ola bilərdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 13. Bir filmdə ABŞ səfirliyinə daxil olan iranlı nümayişçilər Ayətullah Xomeyninin fotosunun İKS kimi istifadə edildiyinin şahidi olurlar. Peşəkarlar üçün İKSLƏR əsasən, aqava bitkisinin liflərinin presslənməsindən hazırlanır. İKSİ iki və ya üç sözlə yazın. -Cavab: darts löhvəsi -Şərh: Həmin film “Argo” filmi idi. Filmin epizodlarından birində Ayətullah Xomeyninin divardan asılan fotosunun ABŞ səfirliyinin işçiləri tərəfindən darts taxtası qismində iynələrlə sancılmış vəziyyətdə olduğunu görmək olar. Darts taxtaları aqava bitkisinin liflərinin presslənməsindən əldə edilir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 14. Conatan Drori öz kitabında oxucuları bitkilər aləminə səyahətə dəvət edir. Kitabın adının 19-cu əsrə aid əsərin adından bir sözlə fərqləndiyini bilərək, kitabda neçə bitki barədə məlumatın öz əksini tapdığını yazın. -Cavab: 80 -Şərh: Conatan Drorinin kitabı dünya ətrafında səyahət barədə Jül Vernin əsərinə allüziya olaraq “Dünya ətrafında 80 bitki” (Around the World in 80 Plants) adlanır və dünyanın fərqli yerlərində olan bitkilərdən bəhs edir. -Müəllif: Adil Bəkirov - -Sual: ALFANIN etimologiyasında bildirilir ki, Şekspir dövründə teatrda bura ilk əvvəl səhnəyə qoyulacaq kol bitkilərinin saxlanıldığı yer olmuşdur. Maraqlıdır ki, Ağ evin hissələrindən biri ALFA adını daşıyır. ALFANI iki sözlə cavab kartınıza yazın. -Cavab: Green room -Şərh: Hazırda səhnəyə çıxmazdan əvvəl sənət adamlarının öz çıxışlarını gözlədikləri yer green room, yəni yaşıl otaq adlanır. Lakin Versiyalardan birinə görə, qrin rum əvvəllər teatrlarda səhnəciklərdə istifadə ediləcək kol bitkilərinin saxlanıldığı yer olmuşdur. Bu yaşıllığın saxlanılmasına görə həmin yeri "yaşıl otaq" adlandırırdılar. Maraqlıdır ki, Ağ evin hissələrindən biri "Yaşıl otaq" adlanır.Sualdan öncə məhz ehtiyatda olan oyunçuların kənarda gözləməsini vurğulamışdıq. Bu da sizə cavaba çıxmaqda kömək ola bilərdi. -Müəllif: Toğrul Qurbanov - -Səhifə -> 506 | Sual Sayı -> 12 - -Sual: 1. Fizik Əli Cavan ixtira etdiyi qaz lazeri cihazlarının ilk modellərindən birinə ONUN adını verib. Ogüst Roden “Cəhənnəm qapıları” ilə təxminən eyni anda ONUN heykəli üzərində işləməyə başlamışdı. -Cavab: Adəm -Şərh: Simvolikdir ki, Amerikada yaşayan əslən azərbaycanlı fizik Əli Cavan ilk qaz lazeri cihazlarından birinə Yaradılış əfsanəsinə görə ilk insan hesab edilən Adəmin adını vermişdi. Ogüst Roden “Cəhənnəm qapıları” monumenti üzərində işləyərəkən Adəm heykəlini də bitirmişdi. Sualın ilk sual kimi verilməsi də əlavə ipucu idi. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. Bir elmi məqalədə bildirilir ki, Şimali Amerikadakı berqut və ağbaş qartalların təxminən yarısı xroniki qurğuşun zəhərlənməsindən əziyyət çəkir. Zəhərlənmənin səbəbi isə qidalandıqları ölü heyvan cəsədlərindəki İKSlərdir. Bəzi ölkələrdə yüksək-sürətli qatarları bildirərkən İKS sözündən də istifadə olunur. İKSi bir sözlə cavab kartına yazın. -Cavab: Güllə -Şərh: Məqalədə bildirilir ki, ovçuların ovladıqları heyvanların bir çoxu ölü şəkildə təbiətdə qalır və qurğuşundan olan güllələr heyvan cəsədində fraqmentlərə bölündüyündən onunla qidalanan adı çəkilən quşlarda qurğuşun zəhərlənməsinə səbəb olur. Bəzi ölkələrdə yüksək sürət qatarlarını bullet [bulit] train “güllə qatarı” da adlandırırlar. -Müəllif: Emin Məsimli - -Sual: 3. O, bir dəfə yaxın dostu Ernest Rezerfordla opera izləyərkən anidən huşunu itirmişdi. Söhbətin Varşavada anadan olmuş kimdən gedir? -Cavab: Mariya Skladovskaya Küri -Şərh: Radioaktiv elementlərlə təcrübələr Mariya Küriyə mənfi təsir edirdi. Bu isə artıq onun gündəlik həyatında da yavaş-yavaş özünü göstərməyə başlamışdı. Mariya Skladovskaya Küri Polşada dünyaya gəlmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Qış tranfer pəncərəsinin son günü ən tez transfer xəbərlərini çatdıran Fabrizio Romano twitch kanalında 12 saatlıq canlı yayım etmişdi. Yayım boyu aparcılır tez-tez pivə içirdilər. Əvvəlki cümlədə hansı söz və ya sözlər buraxılıb? -Cavab: alkoqolsuz -Şərh: Alkoqollu içki ilə yəqin ki, 12 saat yayımı ayıq başla aparmaq çətin olardı. -Müəllif: Emin Məsimli - -Sual: 5. 1725-ci ilə aid bu əsərdə yarpaqların titrəyişinin, quşların cəh-cəh vurmasının və yağış səsinin imitasiyasını eşidə bilərik. Əsərin müəllifini deyin. -Cavab: Vivaldi -Şərh: Vivaldi “İlin fəsilləri” əsərinin bəstəkarıdır. -Müəllif: Orxan Cəlilov - -Sual: 6. Yonca oladyisi, bağayarpağı kotleti, atpıtrağı qızartması, dəvədabanı püresi, gicitkən salatı, əvəlik kompotu, soya südü, dəniz kələmi dolması. 1940-cı illərdə hansı şəhərdə belə yeməklər bişirirdilər? -Cavab: Leninqrad -Şərh: Müharibə zamanı blokadada olan Leninqradda ərzaq defisiti yarandığından yabanı şəraitdə bitən bitkilərdən yemək hazırlanmasında aktiv istifadə edilirdi. -Müəllif: Fuad Eminov - -Sual: 7. Bir filmdə cəmiyyət tərəfindən təcrid olmuş tənha personaj insan içində olarkən çox vaxt BUNU EDİR. Atalar sözümüzə görə BUNU ETMƏK düşmənə xas xüsusiyyətdir. BUNU ETMƏKlə əvəz olunan iki sözlə deyin. -Cavab: Ayağa baxmaq -Şərh: Personaj başqalarının üzünə baxa bilmir və filmdə bu kadrlarda o çox vaxt gözlərini aşağı dikib insanların ayaqlarına baxır. Sualın ikinci hissəsində “dost başa baxar, düşmən ayağa” atalar sözündən gedirdi. -Müəllif: Emin Məsimli - -Sual: 8. Bir romanda Enri adlı personaj heç vaxt görmədiyi işləri eləməyə məcbur olur. Böyük təzyiq altında olmasına baxmayaraq Enri işi öyrənir və məharətlə öhdəsindən gəlməyi bacarır. Yazıçı bu zaman personajın təkmilləşməsini BUNLARIN formalaşmasına bənzədir. BU 20-ci əsrin birinci yarısında azərbaycanlı dramaturqun qələmə aldığı pyesin adıdır. BUNU saitləri eyni olan bir sözlə cavab kartına yazın. -Cavab: Almaz -Şərh: Yazıçı Enrinin mükəməlləşməsinə işarə edir. Bu təbii halda Yerin mantiya qatında yüksək təzyiq altında karbon atomlarından yaranır. Müəllif personajın böyük təzyiqə tab gətirib formalaşmasını almazın formalaşmasına bənzədirdi. Sualın ikinci hissəsində isə söhbət Cəfər Cabbarlıdan gedirdi. -Müəllif: Emin Məsimli - -Sual: 9. Keçən əsrin 70-ci illərində nyuyorklular arasında belə bir ironik deyim var idi: “Nyu-York çoxlu gözəl binaların və qutuların olduğu şəhərdir”. Siz isə “qutular” dedikdə nəzərdə tutulanı tapın. -Cavab: Əkiz Qüllələr -Şərh: Yenicə istifadəyə verilən Dünya Ticarət Mərkəzinin ikonik Şimal və Cənub binası, yəni Əkiz Qüllələr şəhər əhalisi arasında sevilmir və eybəcər görüntüsünə görə zarafat obyektinə çevrilmişdi. Həmin göydələrinin düzbucaqlı dizaynına görə onlara digər binaların içində gəldiyi qutular deyilirdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. Maraqlıdır ki, 1944-cü ildə yazılmış “Adria sahillərində” şeirinin müəllifi məhz odur. Kim? -Cavab: Mehdi Hüseynzadə -Şərh: Mehdi Hüseynzadə Adriatik dənizinin sahillərində vuruşmuşdu. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Yapon şairi Masaoka Siki deyirdi ki, İKS özünə bütün dünyanı sığdırır: fırtınalı okeanı, zəlzələləri, tayfunları, səma və ulduzları, hündür zirvələri və dərin çökəkliklərlə birlikdə bütün Yeri. İKS-lə əvəz edilmiş əcnəbi sözü yazın. -Cavab: hokku -Şərh: Üç misradır deyib keçməyin, hayku özünə iki cahanı sığdırır. -Müəllif: Fuad Eminov - -Sual: 12. Ərinin xəstəliyi ucbatından yalnız səyahət edən Kanadalı Enn Karter hokkusunda Tokiodakı restoranlardan birində yalnız oturduğuna işarə edir. Və deyir ki, burada hətta ONLAR belə cütdürlər. Nələr? -Cavab: Yemək çubuqları -Şərh: Hokkudan anlamaq olur ki, müəllif hokkunu yazmağa yalnız yemək masası arxasında əyləşərkən ilhamlanıb. -Müəllif: Emin Məsimli - -Səhifə -> 508 | Sual Sayı -> 12 - -Sual: 1. Bir nağılda işlənən sözün mənşəyi haqqında bir versiyada deyilir ki, bu söz “darvaza” mənası verən qədim ərəb sözündən törəmişdir, digər versiyaya görə isə, bu söz “şifrə” mənasını verən qədim yunan sözünün təhrif olunmuş formasıdır. Siz isə nağılda işlənən həmin sözü yazın. -Cavab: simsim -Şərh: Söhbət “Əlibaba və 40 quldur” nağılından gedir. -Müəllif: Fuad Eminov - -Sual: 2. İKİNCİ sözü əvəzetmədir.   -“Böyük Partlayış Nəzəriyyəsi” serialının epizodlarından birində Şeldona İKİNCİni verməkdən imtina edən həmkarı bildirir ki, İKİNCİnin əslində az bir qismi eksperiment üçün lazımdır, ancaq əgər eksperiment uğurlu olsa İKİNCİnin qalan hissəsini şənlik verəndə istifadə edəcəyik. İKİNCİ sözü ilə hansı kimyəvi element əvəz olunub. -Cavab: Helium -Şərh: Əgər eksperiment uğurlu olsa eksperimentdən sonra party verəcəyik və qalan heliumla da şarları dolduracayıq. Mendeleyev cədvəlində Helium ikinci elementdir. -Müəllif: Emin Məsimli - -Sual: 3. Sualda bir sözdə bəzi hərflər buraxılıb:   -XX əsrin əvvəllərində Ku Kluks Klan təşkilatı Amerika vətəndaş müharibəsində Konfederasiya tərəfindən döyüşüb ölənlərin şərəfinə memorial tikmək fikrində idi. Maraqlıdır ki, memorialın planı onun şərəfinə tikilmiş memoriala çox bənzəyirdi. Əvvəlki cümlədə bir sözdə hərflər buraxılıb. Buraxılmış hərfləri yox, həmin soyadı bərpa edin. -Cavab: Linkoln -Şərh: Vətəndaş müharibəsindən sonra quldarlıq ləğv edildi və Linkolnun başçılıq etdiyi tərəf qalib gəldi. Ku Kluk Klanın tikintisini planlaşdırdığı memorialın Linkolnun Memorialına həddən artıq bənzəməsi yəqin ki təsadüf deyildi. -Müəllif: Emin Məsimli - -Sual: 4. “Novanight” dərmanın kreativ reklam çarxlarından birində onlar yataq otağında otlayırlar. Söhbət hansı heyvanlardan gedir? -Cavab: Qoyunlar -Şərh: Reklam çarxı gecə yuxuya gedə bilməyənlərin qoyun saymasına işarə edir. -Müəllif: Babək Qasımzadə - -Sual: 5. Vaqif Səmədoğlunun fikrinə görə, şairin təqaüd yaşı BURAXILMIŞ SÖZLƏR başlayır. İkinci Dünya Müharibəsində iştirak etmiş 3051 nəfər BURAXILMIŞ SÖZLƏR “Sovet İttifaqı Qəhrəmanı” adını alıb. BURAXILMIŞ SÖZLƏRi cavab kartınıza yazın. -Cavab: Ölümündən sonra -Şərh: Şairin ölənədək yaşayıb-yaratmalı olduğunu bildirən Vaqif Səmədoğlu təqaüd yaşının yalnız ölümündən sonra başladığını qeyd edir. Sualın ikinci hissəsində söhbət ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilmiş şəxslərdən gedirdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Eduard Taranın hokkusunda qürub vaxtı əsən küləyin sanki ONLAR-ın boyunlarını bükdüyü deyilir. Mürəkkəb isimlə deyin: Söhbət hansı bitkidən gedir? -Cavab: Günəbaxan -Şərh: Gün batdıqca küləyin də təsiri ilə günəbaxanların boyunlarını bükməyini şair belə təsvir edir. -Müəllif: Emin Məsimli - -Sual: 7. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 3 tar saxlanılır. Onlardan ikisi Mirzə Fətəli Axundov və Cəfər Cabbarlıya məxsus olub. Siz isə muzeydəki üçüncü tarın kimə məxsus olduğunu tapın. -Cavab: Mikayıl Müşfiq -Şərh: Ən məşhur şeirlərindən biri “Oxu, tar” şeiri olan şairin öz tarı muzeydə saxlanılır və beləcə, unudulmasına yol verilmir. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 8. 1902-ci ildə Villis Kerrier Bruklində yerləşən bir nəşriyyatda istinin kağızların genişlənməsinə və büzüşməsinə səbəb olduğunu görür. Siz isə Villisin hansı məişət avadanlığının ilk versiyasını yaratdığını yazın. -Cavab: Kondisioner -Şərh: Maraqlıdır ki, ilk kondisioner Villis Kerrier tərəfində Bruklində yerləşən nəşriyyatda otaqların temperaturunu tənzimləyərək kağızların keyfiyyətinin qorunması üçün nəzərdə tutulmuşdur. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 9. Sualın mətnində “bunu etmək” və “onu etmək” sözləri ilə bir-birinə əks mənalı iki fel əvəz edilmişdir.   -İnsan bədəninin hərarəti səhər saat 3-5 arasında xeyli düşür, saat 13-15 arasında da bir az azalır. Fransız fizioloqu Jan Lui Vala iddia edir ki, insan gündə iki dəfə bunu etməlidir. 1906-cı ildə dərc edilmiş satirada şair bunu edənlərlə onu etməyə razı deyil. Bunu etməklə əvəz edilmiş sözü yazın. -Cavab: yatmaq -Şərh: Bədən temperature aşağı düşəndə adama yuxu gəlir. Sabir yatmışları oyatmağa razı deyildi. -Müəllif: Fuad Eminov - -Sual: 10. ABŞ-da Respublikaçılar partiyasının rəngi qırmızı, Demokratlar partiyasının rəngi isə göydür. Hər iki partiyaya səs verən seçicilərin olduğu ştatlar isə BELƏ rəngli ştatlar adlanır. BELƏ sözü ilə əvəz olunan incə saitli bir sözü yazın. -Cavab: bənövşəyi -Şərh: Ştatlardan bəzilərində heç bir partiya xüsusi üstünlüyə malik deyil. Belə ştatlarda hər iki partiyanın təxminən eyni dərəcədə təsir gücü var. Odur ki, həmin ştatlara müraciətdə qırmızı və göy rənglərin qarışığı olan bənövşəyi sözü işlədilir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Bu yaxınlarda Türkiyədə açılışı olan tikilinin bir hissəsi armudu stəkan formasındadır. Siz isə bu tikilinin hansı şəhərdə olduğunu tapın. -Cavab: Rizə -Şərh: Söhbət bu yaxınlarda açılışı olan Rizə-Artvin hava limandan gedirdi.Tikili armudu stəkanı xatırladır. Rizə öz çayı ilə məhşurdur. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 12. “Mediçi” serialında Kozimo Mediçi Florensiya Katedralının irimiqyaslı təmir işlərinə başlamağın üstünlüklərindən danışarkən əhalinin ac olduğunu və təmir işlərinin BUNLARIN yaranmasına səbəb olacağını bildirir. “Taxtlar oyunu” serialı efirə getməyə başlayandan serialın çəkildiyi Şimali İrlandiyada 6000-dən çox BUNLARIN yaranmasına səbəb olub. Söhbətin nədən getdiyini ü�� sözlə deyin. -Cavab: Yeni iş yerləri -Şərh: Kozimo bildirir ki, təmir işi fərqli iş sahələrinin açılmağına kömək olacaq bu isə öz növbəsində əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq. “Taxtlar oyunu” serialı çəkilişlər gedən ölkələrə təkcə turizmdən deyil həm də serialın çəkilişi zamanı yaranan ehtiyacla bağlı yeni iş yerlərinin açılması ilə də ölkə iqtisadiyyatına kömək etmişdi. -Müəllif: Emin Məsimli - -Səhifə -> 509 | Sual Sayı -> 12 - -Sual: 1. Skandinav mifologiyasında adı “erkən oyanan” mənasına gələn “Arvaker” adlı at içərisində ONUN olduğu döyüş arabasını çəkir. ONU beşhərfli sözlə cavab kartınıza yazın. -Cavab: Günəş -Şərh: Sualın mətnindəki ifadə Günəşin doğmasına işarə idi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 2. Hirasava Sadamiçi BUNUN icrasını 32 il gözləsə də, maraqlıdır ki, sonda 95 yaşında təbii səbəblərdən vəfat etmişdi. BU 1998-ci ilin fevral ayında Azərbaycanda ləğv olunub. Söhbətin nədən getdiyini tapın. -Cavab: ölüm hökmü -Şərh: Bəzən ölüm hökmü alan dustaqlar illərlə edamın icra olunmasını gözləməli olur. Sadamiçi isə 30 ildən çox gözləsə də 95 yaşında təbii səbəblərdən ölümü onun edam cəzası yerinə yetirilmədən vəfat etməsi ilə nəticələnmişdi. Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv olunub. -Müəllif: Emin Məsimli - -Sual: 3. Əliağa Kürçaylı 1954-cü ildə “Muğan axşamları” adlı poema yazmışdı. Bəs Əliağa Kürçaylı həmin poemanı rəy bildirmək üçün hansı şairə vermişdi? -Cavab: Səməd Vurğun -Şərh: Maraqlıdır ki, poemaya məhz ən məşhur əsərlərindən biri “Muğan” adlanan Səməd Vurğun rəy bildirmişdi. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 4. Kanadanın şimalında yerləşən Çörçill şəhərində yerli sakinlərdən bəziləri öz avtomobilini kilidləmir. Beləcə təhlükə ilə qarşılaşan sakinlər asanlıqla özlərini avtomobilə verib gizlənə bilər. Söhbətin hansı təhlükədən getdiyini tapın. -Cavab: qütb ayısı hücumu -Şərh: Sualda şəhərin harada yerləşdiyi faktı əbəs yerə verilməmişdi. Şəhərə tez-tez hücum çəkən ağ ayılar sakinlər üçün təhlükə törətməsin deyə, əhali maşınlarının qapısını açarlamır və beləcə maşınlar insanlar üçün potensial sığınacaq rolu oynayır. -Müəllif: Tərlan Əsədli - -Sual: 5. Patrik Rofussun əsərində personaj vəziyyətin ağırlığını təsvir edərkən deyir, analar o qədər ümidsiz idi ki, öz uşaqlarına İKS belə vermirdilər. Bir filmimizdə təklif edilən İKS-lərdən biri dilimizə “soyğunçu” kimi tərcümə olunur. İKS-i bir sözlə deyin. -Cavab: Ad -Şərh: Aclıq və xəstəlik hər tərəfi bürümüşdü və analar uşaqlarının çox uzun yaşamayacağını bilirdilər deyə uşaqlara ad verməkdən çəkinirdilər. Yol əhvalatı filmində isə məşhur sitatda deyilir, “belələrinə nə ad vermək olar? Qrabitel, tüfeyli.” Qrabitel sözü rus dilindən tərcümədə “soyğunçu, qarətçi” mənasını verir. -Müəllif: Emin Məsimli - -Sual: 6. İrqçilik mövzusunun qabardıldığı “Withcer” (Ведьмак) serialında elflərin öldürülmə səbəblərindən danışılanda deyilir: İnsanlara səbəb kimi BUNUN forması kifayət edir. BUNUN hansı orqan olduğunu tapın. -Cavab: Qulaq -Şərh: Elf personaj elflərin irq olaraq əsas zahiri fərqləndirici xüsusiyyətinə diqqət çəkir. -Müəllif: Emin Məsimli - -Sual: 7. Darmadağın eylə dalğalannla   -Bizi dar divara alan qalanı.   -Eşitdiyiniz parça, Ümmügülsüm Sadıqovanın 1937-ci ildə Bayıl həbsxanasında olarkən qələmə aldığı “Maralgölə müraciət” adlı şeirdəndir. “Maralgölə müraciət” ilə əvəz etdiyimiz 2 sözü tapın. -Cavab: Xəzərə xitab -Şərh: Repressiya qurbanlarından biri olan şairə Ümmügülsüm Sadıqova bir neçə ay Bayıl həbsxanasında saxlanılıb. Həbsxananın dəniz sahilində yerləşməsi və şeirin Xəzər dənizinə müraciətlə yazılması sizə cavabı tapmaqda kömək ola bilərdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 8. 1918-ci ildə Atlantada keçirilən yarmarkanın açılmasının lehinə olan dəlillər gün işığı və təmiz hava idi. Lakin insanlar yarmarkaya ALFA-sız buraxılmırdılar. Ölkəmizdə 1 mayda verilmiş ləğv qərarı da ALFA ilə bağlıdır. ALFA ilə əvəz edilmiş saitləri eyni olan sözü yazın. -Cavab: Maska -Şərh: 1918-ci ildə ispan qripi pandemiyası başlamışdı. Polis yarmarkaya gələnlərin sosial məsafə saxlamasına və maska taxmasına nəzarət edirdi. -Müəllif: Fuad Eminov - -Sual: 9. Orta əsr Avropasında birincini əldə etmək üçün vasitə ağ şir, ikincini əldə etmək üçün vasitə qırmızı şir adlanırdı. Yapon şahmatında birinci ikinciyə çevrilə bilir. Birinci və ikincinin hansı kimyəvi elementlər olduğunu tapın. -Cavab: gümüş, qızıl -Şərh: Əlkimyaçılar qeyri-nəcib metalları gümüşə çevirən vasitəyə ağ şir, qızıla çevirən vasitəyə qırmızı şir deyirdilər. Yapon şahmatında gümüş general və qızıl general, qısa adları gümüş və qızıl olan fiqurlar var və oyun ərzində gümüş qızıla çevrilə bilir. -Müəllif: Fuad Eminov - -Sual: 10. Siyasətçi və yazıçı Makbule Atadan “Böyük Qardaşım O” kitabının müəllifidir. Onun kim olduğunu tapın! -Cavab: Atatürk -Şərh: 1934-cü il soyad qanunu ilə bərabər Türkiyədə "Atatürk" soyadını götürmək qadağan edilmişdi. Bu səbəblə onun ailə üzvləri belə fərqli soyadlar götürmüşdülər. Bacısı Makbule "Atadan" soyadını almışdı. -Müəllif: Babək Qasımzadə - -Sual: 11. İtalyan fotoqraf Fabritsio Kontinin sərgisi Ağdam şəhərinin düşmən tərəfindən dağıdılmış abidələrinə diqqət çəkir. Sərginin adı isə eramızdan əvvəl II əsrə aid ifadədən götürülmüşdür. Bu ifadədə yer alan antik şəhəri yazın. -Cavab: Karfagen -Şərh: Üçüncü Pun Müharibəsindən öncə Romalı siyasətçi Böyük Katonun söylədiyi “Karfagen dağıdılmalıdır” çağırışı italyan fotoqrafa ilham vermişdir. Onun sözlərinə görə, işğal altında qalan Ağdam şəhərinin taleyi də eynən Karfagen kimi olmuşdur. -Müəllif: Tərlan Əsədli - -Sual: 12. Bir şeirdə bu peşə sahiblərinin sanki tarlaların bəyaz və yumşaq saçını sığalladığı deyilir. 1992-ci ildə Neftçalada yaradılan bir futbol klubu da bu peşə sahiblərinin şərəfinə adlandırılıb. Söhbət hansı peşədən gedir? -Cavab: pambıqçı -Şərh: Sualın birinci hissəsində söhbət pambıqçılardan gedirdi. Neftçalada əsası qoyulan “Pambıqçı” futbol klubu isə 1997-ci ilədək fəaliyyət göstərirdi. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 512 | Sual Sayı -> 12 - -Sual: 1. Yaponiya, Nepal, Andorra, Monako, Lüksemburq və dünyanın bəzi başqa ölkələrində BURAXILMIŞ SÖZLƏR yoxdur. Bəs Azərbaycanda 15 oktyabr 2021-ci il qərarı ilə BURAXILMIŞ SÖZLƏR hansı tarixdə qeyd olunur? -Cavab: 28 May -Şərh: Sualda söhbət Müstəqillik Günündən gedirdi. Hər kəsi 28 May Müstəqillik Günü münasibətilə təbrik edirik. -Müəllif: Babək Qasımzadə - -Sual: 2. Bir səyahət bloqunda şəhərin gəzməli yerlərinin göstərildiyi məqalənin adında "Quba isə heç yerə" sözlərini də görmək olar. Məqalənin adında keçən digər üç söz 1975-ci ildə çıxan filmimiz ilə eynilik təşkil edir. Həmin üç sözü yazın. -Cavab: Alma almaya bənzər -Şərh: Bloq Quba şəhərinin gəzməli yerləri barədə idi və “Alma almaya bənzər Quba isə heç yerə bənzəməz” adlanırdı. Quba öz alması ilə məhşurdur. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 3. Deniel Everett yazır ki, Homo Erectus BUNA nəzarət etməyi öyrənəndən sonra insanların həzmetmə sistemi sadələşdi və daha az kalori tələb etdiyi üçün artıq qalan kalorilər beyinin həcminin artmasına kömək etdi. Habelə BU nəhəng çənə əzələlərini lazımsız etdi və çənənin formasını dəyişdi və böyüyən beyinin kəlləyə olan təzyiqini azaltdı və sagittal pipiyi lazımsız etdi. BU, dördlükdən biridir. BUNU 2 hərfli sözlə yazın. -Cavab: od -Şərh: Oda nəzarət etməyi öyrənənə qədər əcdadlarımız əsasən bitki mənşəli qida ilə qidalanırdılar. Çiy bitki sellüloza ilə zəngindir və sellüloza həm güclü çənə əzələlərinin, həm də onu həzm edə biləcək güclü həzmetmə sisteminin mövcudluğunu zəruri edirdi. Əldə edilən kalori də minimal olduğundan onun böyük hissəsi həzmetmə sisteminin özünün fəaliyyətinin dəstəklənməsinə xərclənirdi. Lakin insan oddan istifadəni öyrənəndən sonra, həm bişmiş bitki qidası, həm də daha kalorili ət qidasını yeməyə başlayanda həzmetmə sistemi daha asan həzm edilən bişmiş qidaya uyğunlaşıb sadələşdi, daha kalorili ətdən alınan kalorilər isə beyinin güclənməsinə xərcləndi. Güclü çənə əzələlərinə ehtiyacın olmaması sagittal pipiyi lazımsız etdi və kəllə qutusu böyüyən beyinin ehtiyaclarına uyğun forma aldı. Məlum olduğu kimi, müasir insanın da əldə etdiyi enerjinin əsas hissəsi məhz beyin fəaliyyətinə xərclənir. Od həm də 4 ünsürdən, 4 çərşənbədən biridir. -Müəllif: Fuad Eminov - -Sual: 4. “Roma imperiyası” sənədli serialının ikinci mövsümü Yuli Sezardan bəhs edir. Mövsümün epizodlarından ikisinin adında çay adı var. Həmin çayları tapın. -Cavab: Rubikon, Nil -Şərh: Sezarın Rubikon çayını keçməsi Vətəndaş mühasibəsinin başlamasına səbəb olmuşdu. Həmçinin Sezarın Kleopatra ilə münasibətlərinin olması sirr deyil. Serialın bu hadisələrdən bəhs edən epizodları “Rubikonu keçmək” və “Nilin şahzadəsi” adını daşıyır. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 5. ALFALARIN standart ölçüdə olmaması İngiltərədə çaşqınlığa və problemlərə səbəb olurdu. Fateh Vilyam çaşqınlığı aradan qaldırmaq üçün ALFA əvəzinə, uc-uca qoyulmuş 3 arpa dənəsini əsas götürməyi əmr etmişdi. ALFA həmçinin qədim dövrlərdə sağ buraxmağı və ya öldürməyi simvolizə edirdi. ALFA-nı eyni 2 hərflə başlayan 2 sözlə yazın. -Cavab: Baş barmaq -Şərh: İngilislərin inç ölçü vahidi eynilə düym kimi baş barmaq uzunluğuna bərabərdir. Lakin baş barmağın uzunluğu hər kəsdə fərqli olduğundan ölçmə zamanı anlaşmazlıqların yaranmasına gətirib çıxarırdı. Məhz buna görə də Fateh Vilyam təqribən həmin ölçüyə yaxın – 3 arpa uzunluğunu – təklif etmişdi. Sualın ikinci hissəsi isə qladiator döyüşlərinə işarə edirdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Amrita - hind mifologiyasında əbədi həyat bəxş edən nektardır. Əfsanəyə görə, amrita tanrıların X-dən ibarət okeanı çalxalaması ilə yaranmışdı. X-i təkhecalı sözlə yazın. -Cavab: Süd -Şərh: Xatırlayırsınızsa, ötən turlardan birində “Mahabharata”ya görə dünyada yaradılan ilk canlının inək olması faktından danışmışdıq. Maraqlıdır ki, hindlilər inəkdən əldə olunan südü də müqəddəs hesab edirdilər. Hətta inanırdılar ki, ölümsüzlük bəxş edən nektar da məhz südün çalxalanmasından sonra yaranıb. “Çalxalanma” ifadəsi “süd” cavabına çıxmağı rahatlaşdırır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Mövsüm sonunda bir çox üzvü ilə vidalaşacağı gözlənilən “Mançester Yunayted” haqda olan məqalənin adı “Mançester Yunayteddə BURAXILMIŞ 2 SÖZ” adlanır. BURAXILMIŞ 2 SÖZ 1930-cu ildə Rəşad Nuri Güntəkin tərəfindən yazılmış romanın adıdır. BURAXILMIŞ 2 SÖZ-ü yazın. -Cavab: Yarpaq tökümü -Şərh: Sezon sonunda Mançester Yunayted klubunu bir çox oyunçu tərk edəcəyindən məqalənin adı obrazlı olaraq “Mançester Yunayteddə yarpaq tökümü” adlanır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 8. 1660-cı illərdə London küçələrində içi sirkə ilə doldurulmuş vəba daşlarına rast gəlmək olardı. Şəhər əhalisi bu sirkədən müəyyən bir məqsəd üçün istifadə edirdi. Analoji məqsəd son illərdə bütün dünyada məcburi oldu. Həmin məqsədi bir neçə sözlə deyin. -Cavab: əllərini dezinfeksiya edirdilər -Şərh: Sözügedən dövrdə Londonda vəba tüğyan edirdi. Koronavirus pandemiyasının yayılması ilə gündəlik həyatımıza daxil olan əl dezinfeksiyası prosesi o dönəmdə də mövcud idi. Əhali şəhərin müəyyən nöqtələrində yerləşən vəba daşlarındakı sirkədən əl sanitayzeri kimi istifadə edirdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. Nə qədər qəribə olsa da, Mərkəzi Cinayət Məhkəməsinin yerləşdiyi "Old Bailey" binasının damında biz ONU gözüaçıq görə bilərik. ONU yazın. -Cavab: Femida -Şərh: Femida belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Olda Bailey binasının damında olan Femidanın heykəli gözüaçıqdır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 10. Bəhruz Kəngərlinin hələ uşaqlığından istedadını görən atası onun üçün Tiflisdən kağız, karandaş və rəng gətirtmişdi. Bioqrafı yazır ki, XX əsrin ilk onilliyində baş vermiş BU HADİSƏ isə rəssamın yaradıcılığını yeni mərhələyə daşımış, gördükləri həvəsini daha da artırmışdı. Söhbətin hansı hadisədən getdiyini tapın. -Cavab: "Molla Nəsrəddin" jurnalının nəşri -Şərh: İlk cümlədə Bəhruz Kəngərlinin atasının Tiflisdən rəsm ləvazimatları gətirməsi təsadüfi vurğulanmamışdı. Belə ki, rəssamın atası həmçinin ilk dəfə 1906-cı ildə ilk dəfə Tiflisdə çapdan çıxmış "Molla Nəsrəddin" jurnalının da birinci abunəçilərindən idi. Güman ki, Tiflisdən mütəmadi olaraq bu jurnalı da gətirdirdi. Həmyerlisi Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnalda illüstrasiyalar olduqca çox idi. Bəhruz Kəngərli məhz bu jurnalda peşəkar rəssamların əl işlərini gördükdən sonra rəsmə marağı xüsusilə artmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. 1880-ci illərdə korseti tənqid edən bir məqalədə yazılırdı: Ziyafətlərin kraliçası olan madmazellər ALFADA heç də gözəl deyillər. XX əsrin əvvəllərində Almaniyada ALFAYA fotoaparatla gəlmək qadağan idi. ALFANI incəsaitli bir sözlə yazın. -Cavab: Çimərlik -Şərh: 1880-ci illərdə qadınların bir çoxu korsetdən istifadə etdiyindən çox gözəl bədən quruluşuna malik imiş kimi görünürdülər. Həmin dövrə aid bir jurnalda madmazellərin çimərlikdə ziyafətdəki qədər gözəl olmadıqları qeyd olunurdu. XX əsrin əvvəllərinədək mühafizəkar Almaniyada çimərliklərə fotoaparatla gəlməyə icazə yox idi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Maksimal dəqiqlik tələb olunur!   -Monqolustan çöllərində yaşayan gəmirici tarbağanların xəzi çox qiymətli olduğundan qədimdən onu ovlayırlar. Siz isə maksimal dəqiqliklə yazın, ovçu ilə nə baş verdikdə onun həmkarları, tanışları və qonşuları onunla ünsiyyətdə olmaq üçün ucuna məktub taxılmış ox atırdılar? -Cavab: taunla xəstələndikdə -Şərh: Tarbağanlar taun çöplərinin təbii daşıyıcısıdır. Təxminən 20 min il əvvəl ilk insan gəmiricidən tauna yoluxmuşdu. Xəstə heyvanın ətini yeyən yoluxa bilər. Monqol və buryat ovçulardan kimsə yoluxanda onu tanıyanlar onunla əlaqəni kəsirdilər. Hətta qışqırıb danışanda elə dayanırdılar ki külək istiqamətində olmasın. -Müəllif: Fuad Eminov - -Səhifə -> 514 | Sual Sayı -> 15 - -Sual: 1. Terri Pratçetin romanlarından birində BUNU “oxumağa başla” sözləri əvəz edir. BUNU hər ikis saiti də eyni olan yunan mənşəli sözlə cavab kartına yazın. -Cavab: Proloq -Şərh: Terri Pratçett isə öz üslubuna sadiq qalaraq zarafatyana əsərin əvvəlində belə bir başlıq əlavə etmişdi. Adətən əsərlər proloqla başlayır. Bəzi yazıçılar əsərlərdə proloqu lazımsız hesab edir. -Müəllif: Emin Məsimli - -Sual: 2. Murtuz Sadıqov yazır ki, Onu Azərbaycan xalqına doğmalaşdırmaq üçün haqqında yazılan məqalələrdə, danışılan hekayələrdə çox zaman “gürcü Yusif” birləşməsindən istifadə edilirdi. Söhbətin kimdən getdiyini tapın. -Cavab: İosif Stalin -Şərh: “İosif” adını “Yusif” adının formalarından biridir. Stalinin Bakıda olarkən onunla birlikdə inqilabi mübarizə apardığını iddia edənlər çox zaman insanlara doğma gəlsin deyə Kobanı “gürcü Yusif” adlandırırdılar. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Yuliya Yakovlevanın repressiya dövrünə hər edilmiş nağılında repressiya qurbanlarının qohumları otaqda söhbət edəndə divardan yekə bir İKS çıxıb açılır. Həmin İKSi zərərsizləşdirmək üçün personajlardan biri onun qarşısına radio qoyub musiqi qoşur. İKS-lə əvəz olunan sözü yazın. -Cavab: qulaq -Şərh: nağılda “divarın da qulağı var” ifadəsi hərfi mənada təsvir edilir. KQB-nin belə dinləyən qulaqları divarlardan çıxıb söhbətləri dinləyirdi -Müəllif: Fuad Eminov - -Sual: 4. Hadisələri İkinci dünya müharibəsi zamanında cərəyan edən “Jojo Rabbit” filminin baş qəhrəmanı yemək yeyərkən müharibə haqqında danışmaq istəmədiyini deyir. O, zarafatla yemək masasını neytral bölgə adlandırır və bir ölkənin adını çəkir. Hansı? -Cavab: İsveçrə -Şərh: İkinci dünya müharibəsi zamanı neytrallığını qoruyan İsveçrə müharibəyə qoşulmamışdı. Filmin baş qəhrəmanı da ən azından yemək yeyərkən müharibədən uzaq qalmaq üçün masanı İsveçrə adlandırır və müharibə haqqında söhbətləri qadağan edir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Manhettenin üzərində durduğu geoloji strukturu Con Makfi, uzununa kəsilmiş köklə müqayisə edir. Bu səbəbdən Makfi, İKSİN yerinə yeni adlandırmanın daha məntiqli olacağını iddia edir. İKSİ iki sözlə yazın. -Cavab: Böyük alma -Şərh: Con Makfi yazır ki, geoloji struktur eynilə kökə bənzəyir və odur ki, Nyu-Yorku Böyük Alma deyil, Böyük Kök adlandırmaq daha yaxşı olardı. -Müəllif: Tərlan Əsədli - -Sual: 6. 2001-ci ilin 1 oktyabrında oğlunun günlərdir itkin olduğunu bildirən Kiril Kendall bu itkisinə görə ABŞ Qırmızı Xaç Cəmiyyətindən 160 000 dollar təzminat almışdı. Kiril Kendall oğlunun məhz BURADA fəaliyyət göstərən şirkətlərindən biri ilə iş müsahibəsinə getdiyini iddia edirdi. Söhbətin haradan getdiyini tapın. -Cavab: Əkiz qüllələr -Şərh: 11 sentyabr hadisəsindən az sonra sözügedən şəxs saxta iddia qaldırmış və yaranmış ajiotajdan istifadə edərək saxta qazanc əldə etmişdi. O, iddia edirdi ki, Əkiz qüllələrə hücum zamanı oğlu orada olmuş və hücum nəticəsində vəfat etmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. XVII əsrdə İngiltərədə təəbələr gəlir vergisi ideyasını qəbul etmirdilər və belə hesab edirdilər ki, verginin məbləği onların var-dövlətinin həcmini açıqlayır. Bu isə şəxsi həyata müdaxilədir. Buna cavab olaraq, 1696-cı ildən dövlət gəlir vergisinin elə formasını tətbiq etdi ki, vergi məbləğini hesablamaq üçün inspektorun heç evə daxil olması lazım olmasın. Siz isə gəlir vergisinin tətbiq edilən formasının necə adlandığını yazın. -Cavab: pəncərə vergisi -Şərh: Pəncərə vergisi vergi ödəyicisinin evindəki pəncərə sayına görə tətbiq edilirdi. Bu vergi ancaq 1851-ci ildə, Cristal Palace sarayının tikintisi ilə əlaqədar ləğv edilmişdi. Yeri gəlmişkən, bu vergini ingilislər daylight robbery, yəni gün işığının oğurlanması adlandırırdılar. -Müəllif: Fuad Eminov - -Sual: 8. Sualda İKS əvəzetmədir. Erriko Malatesta 19-cu əsrin sonlarında yazdığı əsərində insanların diktatorun İKSi altında əzilməyini qeyd edir. Adında İKS sözündən də istifadə olunan 20-ci əsrdəki siyasi romanda isə maraqlıdır ki, mis, gümüş, bürünc və qızıl kimi metalların da adına rast gəlmək olar. İKSi eynisaitli sözlə tapın. -Cavab: Daban -Şərh: Malatesta əsərində insanların diktatorların dabanı altında əzilməyindən danışır. Digər bir məşhur əsər isə Cek Londonun “Dəmir daban” əsəridir. Maraqlıdır ki, əsərin fərqli hissələrində fərqli metalların adına rast gəlmək olar. -Müəllif: Emin Məsimli - -Sual: 9. Makedoniyanın Yunanıstanı məğlub edərək işğal etməsindən bəhs edən sənədli filmdə aparıcı əsas mənbələrdən birinin qədim yunan mütəfəkkiri Demosfen olduğunu deyir. Üç sözlə deyin: Bəs bu zaman aparıcı eşitdiyiniz faktın hansı məşhur ifadəni təkzib etdiyini bildirir? -Cavab: Tarixi qaliblər yazır -Şərh: Demosfenin yazıya alınmış nitqləri Makedoniya – Yunanıstan qarşıdurmasında çox vacib mənbələrdən biridir. Bu zaman sənədli filmdə Demosfenin məğlub olan tərəfdən olmasına diqqət çəkilir. -Müəllif: Emin Məsimli - -Sual: 10. Ed Körri hər il laboratoriyasında yetişdirdiyi dünyanın ən acı bibərlərini yeməklə bağlı yarış keçirir. Ed-in ləqəblərindən biri “Acının ALFA-sıdır”. Maraqlıdır ki, Conni Depp ALFA rolunu ifa etdikdən bir müddət sonra Dəlisov Papaqçı personajını da canlandırmışdı. ALFA-nı tapın. -Cavab: Villi Vonka -Şərh: Ed bu laboratoriyada hər il ən acı bibərləri yetişdirir, ona verilən ləqəb isə məşhur şokolad fabrikini sahibinin şərəfinə “Acının Villi Vonkası”dır. Maraqlıdır ki, Conni Depp oxşar xarakterə və aksesuarlara sahib həm Villi Vonkanı, həm də “Alisa möcüzələr ölkəsində” əsərindəki Dəlisov Papaqçı obrazlarını canlandırıb. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Bir mənbədə Roma Papası şimaldan gələn qoşunlara qarşı İtaliya dövlətlərinin əsgərlərindən ibarət ordu yığmağa çalışır. Papa Venesiyalı kardinala tapşırır ki, təmsil etdiyi dövlətin başçısını əsgər göndərməyə razı salmasa tezliklə ONLARIN əvəzində ruderbutlardan istifadə olunacaq. ONLAR dedikdə söhbətin nədən getdiyini bir sözlə tapın. -Cavab: Qondola -Şərh: but – ingilis dilindəki qayıq (boat) sözünün alman qarşılığıdır. Həmin dövrün güclü dövlətlərindən biri də Venesiya idi. Roma Papası Venesiya dojunun onlara qoşulmaqdan imtina etdiyi təqdirdə böyük ehtimal məğlub olacağını və Venesiya kanallarında ənənəvi qondola yerinə germanların ruderbutlarının üzəcəyini bildirir. -Müəllif: Emin Məsimli - -Sual: 12. Bir animasiyada kosmosda hava gəmisində olan körpənin əmziyi ALFA rolunu oynayır. Təhlükəsizlik baxımından ALFA-ları öncə böyüklərə sonra isə uşaqlara taxmaq məsləhət görülür. ALFA-nı 2 sözlə yazın. -Cavab: Oksigen maskası -Şərh: Megamind animasiyasında Metro Man adlı personaj hələ körpə olarkən kosmosda hava gəmisində olduğu anda onun əmziyi oksigen maskası rolunu oynayır. Təyyarədə qəza anında böyüklərə məsləhət görülür ki, maskanı ilk öncə özləri taxsın daha sonra uşaqlara taxmağa köməklik göstərsinlər. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 13. Game of Thrones” serialından tanıdığımız Kit Harrinqton bir dəfə sürət limitini aşdığı üçün polis tərəfindən saxlanıldığı etiraf edir. Polisin cərimə yazmamaq üçün aktyordan nə tələb etdiyini bir ingilis sözü ilə tapın. -Cavab: Spoyler -Şərh: Hamımıza məşhur serialdakı Con Snou obrazı ilə tanış olan aktyor final epizodlarından birində ölmüş və bir də növbəti mövsüm geri döndürülmüşdü. Polis isə yeni mövsümü gözləmədən sualın cavab almaq üçün aktyordan spoiler istəmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 14. 1795-ci ilin 23 yanvarında baş tutmuş Den Helder döyüşündə fransız süvariləri holland gəmilərini ələ keçirmişdi. Süvarilərin uğurlu hücumuna səbəb döyüşün ALFA-da keçirilməsi idi. Siz isə XIII əsrdə kimin ALFA-da qələbə qazandığını tapın. -Cavab: Aleksandr Nevski -Şərh: Döyüş yanvar ayında baş tutmuşdu və soyuq qış günlərində gəmilərin yer aldığı su hövzəsi donmuşdu. Bu isə fransız süvarilərinin tarixdə qeyri-adi uğurla yadda qalması ilə nəticələnmişdi. Orta məktəbdən də xatırladığımız kimi Aleksey Nevskinin başçılığı etdiyi rus qoşunları ilə səlibçilər arasında döyüş də donmuş Çud gölü üzərində getmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 15. Rene Dekartın “Metod haqqında mühakimə” əsəri fərdlərə və individuallığa fokuslanır. Maraqlıdır ki, əsər özü İKSDƏ yazılıb. İKSİ tapın. -Cavab: birinci şəxsin təki -Şərh: Fəlsəfədə fərdiyyətçilik mövzusunda ilk əsərlərdən olan “Metod haqqında mühakimə” traktatı tamamilə Dekartın dilindən, yəni birinci şəxsin təkində yazılıb. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 515 | Sual Sayı -> 15 - -Sual: Əhməd-Cabir Əhmədovun 2019-cu ildə dərc edilmiş “Qida məhsullarının tarixi mənşəyi, rəvayətlər və həqiqətlər” kitabının 1-ci fəsli bu qida məhsuluna həsr edilmişdi. Hansı qida məhsulu? -Cavab: yumurta -Şərh: Romalılar kimi, Əhməd-Cabir Əhmədov da yumurtadan başlamışdır. -Müəllif: Fuad Eminov - -Sual: 2. Bir köhnə irland lətifəsində bir nəfər gölün sahilində oturmuş balıqçıdan göldə yaxşı balıq olub olmadığını soruşur. Balıqçı deyir ki, bir dəfə bu göldə elə yekə balıq tutmuşdu ki, onu sahilə çıxarandan sonra göllə bu baş vermişdi. Nə? -Cavab: suyun səviyyəsi azalmışdı -Şərh: Balıq o qədər böyük idi ki, balığı sudan çıxardıqdan sonra göldə su azalmışdı. -Müəllif: Fuad Eminov - -Sual: 3. Orta əsr yazıçısı Con Heynvud bu qədim məşhur ifadəni belə tamamlamışdı: ...ancaq hər keçən saatda kərpic qoyurdular. Söhbətin hansı ifadədən getdiyini yox, həmin ifadədə adı çəkilən Avropa şəhərini tapın. -Cavab: Roma -Şərh: Roma bir günə tikilməyib, ancaq hər keçən saatda kərpic qoyurdular. -Müəllif: Emin Məsimli - -Sual: 4. SSRİ-yə səfər etmiş modernist memar Le Korbuzye ilə görüşlərin təəssüratı altında olan memar Georgi Qradov 1954-cü ildə bu rəhbərə yazdığı məktubda memarlıqdakı izafi elementlərin aradan qaldırılmasına təklif etmişdi. Həmin SSRİ rəhbərinin soyadını yazın. -Cavab: Xruşov -Şərh: Xruşovun zamanında tikilmiş sadə panel xruşovkalarda Stalinin dövrünə xas olan neoklassik memarlıq elementləri artıq yox idi -Müəllif: Fuad Eminov - -Sual: 5. Firudin bəy Köçərli 1918-ci ilin yayında Qori Seminariyasının Azərbaycan şöbəsinin bütün əmlakını vaqona yüklətdirməklə sərhədi keçib ölkəyə qayıtmışdı. Siz isə həmin əmlakın hansı rayonumuzda istifadə edildiyini tapın. -Cavab: Qazax -Şərh: Firudin bəy seminariyanın mebeli, kitabxanası, tədris ləvazimatlarını vaqona yüklətdirməklə Azərbaycana gətirmiş, sonradan şöbənin bazasında Qazax Müəllimlər Seminariyasının əsası qoyulmuşdu. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 6. Hər il İngiltərənin Kumbriya şəhərində “Dünyanın ən böyük yalançıları” adlı yarışma keçirilir. Təşkilatçılar professional olduqları üçün iki peşə sahibinə yarışmaya qatılmağa icazə vermir. Həmin peşələrdən heç olmasa birini cavab kartlarınıza yazın. -Cavab: vəkil, adkovat, hüquqşünas və s. -Şərh: Onların iş həyatlarında tez-tez yalan danışdıqları üçün professionallaşdıqlarına inanan təşkilatçılar vəkil və siyasətçilərin yarışmaya qatılmasına icazə vermir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. 1925-ci ildə çəkilmiş “Bismillah” filminin rejissoru Abbas Mirzə Şərifzadədir. 1937-ci ildən sonra kinonun orijinal lentinə bir dəyişiklik edildi. Həmin dəyişikliyi izah etməyə çalışın. -Cavab: Abbas Mirzə Şərifzadənin adını lentdən çıxarmışdılar -Şərh: Mənaca oxşar bütün cavablar - - -1937-ci il repressiyasının qurbanlarından olan rejissorun adı da gördüyü işlərdən silinirdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. 1872-ci ildə keçirilən ilk milli futbol matçı İngiltərə və Şotlandiya arasında baş tutmuşdu. Komandalar müvafiq olaraq 8 və 6 hücumçu ilə meydana çıxsa da, matç _____. - -Cümləni iki eyni rəqəmdən istifadə edərək tamamlayın. -Cavab: 0-0 hesabı ilə bitmişdi -Şərh: düzülüşə inansaq, komandalar hücum futbolu oynamalı idilər. Lakin matç qolsuz bərabərliklə yekunlaşmışdı. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. Qədim Yunanıstanda hər şəhər-dövlətin öz təqvimi olduğundan BUNLAR tarixləri və ötən müddəti daha dəqiq hesablamaqda xüsusi rol oynamışdı. Bəzi dairələr BUNLARLA bağlı aralıq müddəti “kvadrennium” kimi də adlandırır. BUNLAR-la əvəzlədiyimiz eyni hərflə başlayan 2 sözü tapın. -Cavab: Olimpiya oyunları -Şərh: Hər şəhər-dövlətin öz təqvimi olduğundan tarixləri dəqiq hesablamaq çətin olurdu. Lakin Olimpiya oyunları hər dəfə 4 ildən bir keçirildiyi üçün keçən müddəti və illəri daha rahat hesablamaq imkanı verirdi. Bəzi olimpiya komitələri Olimpiya oyunları arasındakı 4 illik zaman periodunu “kvadrennium” kimi adlandırır. “Quadro” latınca “dörd” deməkdir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Pompey və Sezarı qabaqlayaraq Romadakı birinci şəxs olmaq istəyən Krass Parfiyaya hücum etmiş, lakin əsir düşmüşdü. Maraqlıdır ki, Krass acgözlüyünə və hərisliyinə görə BUNUN əridilərək bədəninə tökülməsi ilə öldürülmüşdü. BUNU hər iki saiti eyni olan 1 sözlə cavab kartınıza yazın. -Cavab: Qızıl -Şərh: Krassın birinci olmaq istəyi əbəs yerə vurğulanmamışdı. Acgöz Krass əsir götürüldükdən sonra boğazına əridilmiş qızıl tökülərək öldürülmüşdü. -Müəllif: Rahib Məhərrəmzadə - -Sual: 11. Raj Bouzun hokkusunda şaxtalı bir səhərdə uşaq iki şərflə təsvir olunub. Siz isə ikinci şərfin kim və ya nə üçün lazım olduğunu tapın. -Cavab: Qar adamı -Şərh: Bir şərf öz boynunda digəri isə qardan düzəldəcəyi qar adamı üçün. -Müəllif: Emin Məsimli - -Sual: 12. Maraqlıdır ki, oradakı təpələrdən biri “Yazılı” adını daşıyır. Rafael Hüseynov oranın qədim insanlar üçün molbert rolunu oynadığını qeyd edir. Oranı cavab kartınıza yazın. -Cavab: Qobustan -Şərh: Tez-tez qədim insanların cızmaqaralarına rast gələ biləcəyimiz Qobustandakı təpələrdən birinin adı Yazılıdır. İlk rəssamlarımızın öz sənət əsərləri üçün qayaları seçməsini əsas gətirən müəllif Qobustan qayalarını molbertlə müqayisə edir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 13. “Səkkizminliklər” adlı hekayədə insanlarla qidalanan personaj insanları özü öldürməkdən imtina edir. Bəs hansı zirvə onun qidalanma ərazisidir? -Cavab: Everest -Şərh: “Səkkizminliklər” hündürlüyü səkkiz mindən artıq olan 14 zirvəyə verilən addır. Dünyanın ən hündür zirvəsi hər il onu fəth etmə arzusunda olanların diqqətini çəkir. Lakin Everestə qalxanlar arasında ölüm faizi kifayət qədər yuxarı - 15%-ə yaxındır. Bu isə personaja imkan verirdi ki, qidasını təbiətdə təbii şəkildə tapsın. -Müəllif: Emin Məsimli - -Sual: 14. 1690-cı ilin yayı Boyn döyüşü və 1691-ci ilin yayı baş vermiş Okrum döyüşünün hər ikisi katoliklərin məğlubiyyəti ilə yekunlaşmışdı. O vaxtdan bəri hər il 12 iyulda İrlandiyada protestantlar tərəfindən Okrum döyüşünün ildönümü qeyd olunurdu. 19-cu əsrin əvvəllərindən isə İrlandlar 12 iyulda Okrum döyüşünün əvəzinə Boyn döyüşünün ildönümünü qeyd etməyə başladılar. Siz isə bu dəyişikliyə nəyin səbəb olduğunu tapın. -Cavab: Təqvim dəyişikliyi -Şərh: Hər iki döyüş iyul ayında baş verib. Təqvim dəyişikliyindən sonra 12 iyul tarixinə Boyn döyüşü daha yaxın düşürdü və baxmayaraq ki, döyüşlər arasında bir il fərq var, hər iki döyüşdə katoliklərin məğlub olduğunu nəzərə alan irlandlar uzun illər davam etmiş ənənəni dəyişmişdilər. -Müəllif: Emin Məsimli - -Sual: 15. Antarktida haqqında çəkilmiş “Planetin qara qitəsi” sənədli filmində buranın Yer kürəsinin keçmişini özündə saxladığı bildirilir. Əvvəlki cümlədə eyni hərf üç yerdə əvəzlənib. Əvəzlənmiş hərflərin olduğu sözü bərpa edərək cavab kartınıza yazın. -Cavab: Qutusu -Şərh: Sənədli filmdə Antarktidanın planetin bütün keçmişini özündə saxladığı vurğulanır. Maraqlıdır ki, sənədli film “Planetin qara qutusu” adlandırılıb. -Müəllif: Rahib Məhərrəmzadə - -Səhifə -> 516 | Sual Sayı -> 15 - -Sual: Başlanğıcda yalnız qırmızı rəngdə istehsal edilən bunlardan ilki 1903-cü ildə bir çikaqolu tərəfindən satın almışdı. Söhbətin nədən getdiyini dəqiqliklə yazın. -Cavab: Ford Model A -Şərh: Geniş yayılmış mifə görə, məşhur Ford Model T yalnız qara rəngdə istehsal olunurdu. Sual mətni də məhz bu mifə əsasən yazılıb. Belə ki, əslində 1908-ci ildə istehsal edilən "T" modelinə qədər Fordda bir çox fərqli avtomobil satışa buraxılmışdı. Biz məhz əlifba sırası ilə seriyanın ilk istehsal olunmuş modelini - Ford Model A - soruşurduq. Bu avtomobil "Ford Model Company" tərəfindən istehsal olunan ilk model idi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Maraqlı təsadüfdür ki, onun atası İsrayıl bəy metallurgiya mühəndisi olub. Söhbətin 1975-ci ildə anadan olmuş hansı şəxsdən getdiyini tapın. -Cavab: Polad Həşimov -Şərh: Milli Qəhrəmanımız general-mayor Polad Həşimovun atası İsrayıl bəy polad materialların geniş istifadə olunduğu metallurgiya sahəsində çalışırdı. Sözsüz ki, bu maraqlı bir təsadüf idi. Çünki generalımızın anası Səmayə xanım xatırlayır ki, "Polad doğulanda çox fikirləşdik ki, adını nə qoyaq. Axırda babası dedi ki, onun adını Polad qoyuram". -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Paylama materialıRekvizitdəki gerbin haraya aid olduğunu eyni hərflə başlayan 2 sözlə deyin. -Cavab: Qırmızı Qəsəbə -Şərh: Gerbin mərkəzində alma görürsünüz. Alma ilə assosiasiya olunan rayonumuz bildiyiniz kimi Qubadır. Alma isə qırmızı rəngdədir. Bu gerb Qubada yerləşən və əsasən yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə m��xsusdur. -Müəllif: Babək Qasımzadə - -Sual: 4. Hadisələri orta əsrlərdə cərəyan bir Bollivud filminin qəhrəmanı sevgilisinin adını eşitdikdə üzünün sevincdən necə işıldadığından danışırkən ONU xatırlayır. Bir məktubunda hətta kraliça Viktoriya da ONU çox sevmədiyini bildirirdi. Söhbətin nədən getdiyini tapın. -Cavab: Kuhinur -Şərh: Şərh: Sualda haqqında danışılan Bollivud filmində hadisələr elə orta əsrlər Hindistanında cərəyan edir. Filmin qəhrəmanı üzün sevincdən işıq saçmasından danışarkən bu işığı həmin dövrdə Hindistanda saxlanılan Kuhinur almazının parıltısı ilə müqayisə edir. Kuhinurun kişilərə uğursuzluq gətirməsi inancına görə Britaniya Kral Ailəsində onu yalnız xanımların tacında görmək olar. Lakin daş-qaş həvəskarı kraliça Viktoriya belə bu uğursuz almazı taxmağı sevmədiyini yazırdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. 1968-ci ildə ekranlaşdırılmış qısametrajlı "Divlər sarayı" sənədli filminin ssenari müəlliflərindən biri Fəraməz Səfiyev idi. Bir dəqiqədən sonra digər ssenaristin kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: Məmmədəli Hüseynov -Şərh: : "Divlər sarayı" televiziya filmi Azıx mağarasına həsr edilib. Film öz adını nəhəng mağaraları divlərin ucaltması barədə əfsanədən alıb. Filmin ssenaristlərindən biri də ekranizasiyadan bir neçə il öncə mağaranı aşkar etmiş arxeoloq Məmmədəli Hüseynov idi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Nitrosellüloz kəşf edildikdən az sonra müharibələrdə barıtı əvəz etdi. Əsas səbəb isə nitrosellülozun adi barıtın əksinə olaraq, X ilə müşayiət olunması idi. X nəyin başa çatdığını bildirir? -Cavab: Konklav -Şərh: Şərh: Nitrosellüloz adından göründüyü kimi nitratların pambıqla qarışığından alınırdı və ona "pambıq barıtı" deyilirdi. Adi barıt müharibə meydanlarında partladıqdan sonra qara tüstü yaradırdı, bu isə döyüş meydanında görməyə çətinlik törədirdi. Nitrosellüloz isə barıtın əksinə olaraq ağ tüstü ilə müşayiət olunurdu və bu səbəbdən geniş istifadə edildi. Ağ tüstü isə papalıq seçimlərinin, yəni konklavın başa çatmasını, yeni papanın seçilməsini bildirir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Cəfər Cabbarlı "Gülər" hekayəsində qəhrəmanının göz yaşı damlasını X-ə bənzətmişdi. X-i saitləri eyni olan sözlə yazın. -Cavab: Almaz -Şərh: : Cəfər Cabbarlı ölkəmizdə bir çox qadın adının yaradıcısıdır. "Almaz" adı kimi "Gülər" adı da məhz belələrindəndir. Maraqlıdır ki, dramaturq "Gülər" hekayəsində göz yaşı damlasını almaza bənzətmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Psixoloq-tədqiqatçı Temerlin cütlüyü şimpanze Lüsini doğulduğu gündən himayəsinə götürmüş və 9 yaşınadək böyütmüşdü. Cütlük tədqiqat xatirinə bu illər ərzində ehtiyac olduqda X-ə yox, Y-ə müraciət etmişdi. X və Y-in qarşılıqlı samitlərlə başladığını bilərək onları yazın. -Cavab: baytar, pediatr -Şərh: Temerlin cütlüyünün şimpanzeni doğulduğu gündən himayəsinə götürməsi və 9 yaşınadək böyütməsi xüsusi məqsəd üçün idi. Psixoloq-tədqiqatçı cütlük şimpanzeyə doğulduğu anda insan kimi davranaraq onu insan kimi böyütməyin mümkün olub-olmadığını öyrənmək istəyirdi. Bu məqsədlə onu illərlə özlərində saxlamış, daim insan kimi münasibət göstərmişdilər. Hətta bu illər ərzində onu öz uşaqları kimi qəbul edərək ehtiyac olduqda baytara yox, pediatra müraciət edirdilər. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Paylama materialıRekvizitdəkilərin hansı əyalətdə anadan olduğunu tapın. -Cavab: Dalmasiya -Şərh: Rekvizitdə sizə 101 şəxsin adı qeyd olunmuşdu. Bu şəxslər müxtəlif şəhərlərdə, amma eyni vilayətdə anadan olublar. Rekvizitdə 101 dalmasiyalı yer alırdı. Düzgün cavab Dalmasiya. -Müəllif: Babək Qasımzadə - -Sual: 10. “Bənna Bob” cizgi serialı, Yaponiyada yayımlanarkən personajların görünüşündə kiçik dəyişikliyə əl atılmışdı. Dəyişikliyi anladınızsa, səbəbi bir yapon sözü ilə deyin. -Cavab: yubitsume -Şərh: Bir çox cizgi filmində personajların 4 barmağı olur (məs. “Simpsonlar”). Lakin Yaponiyada Yakudza üzvləri arasında tez-tez tətbiq edilən yubitsumenin nəticəsində çeçelə barmaq kəsilir və beləcə insanın 4 barmağı olur. Sözügedən cizgi filminin personajları Yakudza ilə assosiasiya edilməsin deyə, personajları 5 barmaqlı etmişdilər. Sualdakı “əl atılmışdı” sözləri isə ipucu ola bilərdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Televiziyanın inkişafı barədə olan kitabda Erik Barnou, İKSİN amansız toqquşmaları incə baletə çevirdiyini yazır. Almanlar İKSƏ “zeitlupe” [tsaytlup], yəni “zamanın böyüdücü şüşəsi” deyir. İKSİ iki ingilis sözüylə yazın. -Cavab: slow motion [slou mo:şn] -Şərh: : Amerikada idman yayımının inkişafı ilə ortaya çıxan “”slow motion” təkrarlarını Erik Barnou məhz bu cür izah etmişdi. Böyüdücü şüşənin predmeti detallı göstərmə özəlliyindən yola çıxaraq, almanlar “slow motion”a belə ad qoyublar. -Müəllif: Tərlan Əsədli - -Sual: 12. Myelinasiya ən uzaq neyronların belə bir-biri ilə əlaqə qurmasını təmin edən prosesdir. Robert Sapolski bu prosesdən danışarkən XVII əsrdə yazılanı xatırlayaraq deyir: Heç bir beyin zonası BURAXILMIŞ İKİ SÖZ. ABŞ Ali Məhkəməsinin 1985-ci il qərarı ilə Lonq Aylend BURAXILMIŞ İKİ SÖZ. BURAXILMIŞ İKİ SÖZÜ yazın. -Cavab: ada deyil -Şərh: Neyronları keçirici qatlarla örtən myelinasiya prosesi onlar arasında kommunikasiyanı təmin edir. Bu zaman Sapolski, Con Donnun məşhur “heç bir insan ada deyil” ifadəsinə əsasən “heç bir beyin zonası ada deyil” sözlərini işlədir. Adında “ada” sözü olmasına baxmayaraq, Lonq Aylend faktiki olaraq ada yox, yarımadadır. -Müəllif: Tərlan Əsədli - -Sual: 13. Paylama materialıCavabı iki sözlə yazın. -Cavab: qaçış zolağı -Şərh: Bəzi futbol stadionları həm də yüngül atletika üçün nəzərdə tutulduğundan meydança boyunca qaçış zolağını da görmək olar. Bundesliqanı araşdıran Tomas Domen iddia edir ki, stadionda qaçış zolağının varlığı azarkeşlərlə oyunçular arasında süni maneə yaradır cə nəticədə azarkeşlərin oyunun gedişatına təsirini azaldır. Sual mətninin tərtibatı isə qaçış zolaqlarının hissələrinin növbəli yerləşməsinə işarə idi. -Müəllif: Tərlan Əsədli - -Sual: 14. Sultan Süleyman Qanuni özü üçün qiymətli daşlarla bəzədilmiş dördqatlı tac hazırlatmışdı. Tarixçilər iddia edir ki, Qanuni ALFANI məhz həmin tac sayəsində əldə etmişdi. ALFANI sonor samitlə başlayan sözlərlə yazın. -Cavab: “Möhtəşəm” ləqəbi -Şərh: Sultan Süleyman Avropada “möhtəşəm” (ing. magnificient) ləqəbi ilə tanınır. Hökmdara həsr olunmuş məşhur serialın adında da bu sözü görmək olar. Sözügedən tac avropalı elçilərlə görüş zamanı sərgilənərdi. Sonralar tacın qravürləri də Avropada yayılmağa başladı. İddiaya görə, böyük ölçüdə bu tacın sayəsində Süleyman Avropada “möhtəşəm” ləqəbini almışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 15. Məşhur animasiyada “WALL-E” robotu qarşısına çıxan plastik tullantıları müvafiq kompartmentlərə yığır. Lakin ALFA ilə qarşılaşdıqda dilemmaya düşür. ALFANI birhecalı sözlə yazın. -Cavab: spork -Şərh: İngiliscədəki “spoon” və “fork” sözlərinin portmentusu olan spork həm qaşıq, həm də çəngəlin xüsusiyyətlərini yerinə yetirən hibrid mətbəx əşyasıdır. Tapdığı sporku qaşıq, yoxsa çəngəl üçün ayırdığı qaba yerləşdirməli olduğuna qərar verə bilməyən robot, sonda onu hər ikisinin ortasında bir yerə qoyur. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 517 | Sual Sayı -> 17 - -Sual: 1. Alan Watts mühazirələrdən birinin əvvəlində nəyi izah etmək üçün mürəkkəb dolu butulkanı divara çırpmaqdan və alınan ləkədən danışır? -Cavab: Böyük Partlayış -Şərh: Mühazirənin əvvəli, divara zərblə çırpılan mürəkkəb butulkası, divara düşmüş mərkəzdəki ləkə daha tünd uzaq hissələrə sıçrayanlar isə daha nazik alınacaq – eynilə böyük partlayış prosesindəki kimi. -Müəllif: Emin Məsimli - -Sual: 2. Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən hansı şəhər dünyanın ən çox kömür ixrac edən limanıdır? -Cavab: Nyukasl -Şərh: Köhnə idiomlardan bilirik ki, kömür Nyukasldır, Nyukasl da kömür, düzdür köhnə idiomlarda İngiltərədə yerləşən Nyukasl nəzərdə tutulurdu, amma nə edək, zəmanə dəyişib. -Müəllif: Fuad Eminov - -Sual: 3. Dəqiqliklə deyin. “Crayola” və bir kosmetika şirkətinin ortaq layihəsi çərçivəsində istehsal edilən pastel karandaş dəsti uşaqlara müxtəlifliyi aşılamağı hədəfləyir. Bu dəstə daxil olan karandaşların əsas özəlliyini tapın. -Cavab: hər biri fərqli dəri rəngindədir -Şərh: Fərqli irqlərdən olan insanlara diqqət çəkmək üçün təqdim edilən “Dünyanın Rəngləri” adlı xüsusi dəstdəki 24 karandaşın hər biri müxtəlif dəri rənglərinə əsasən hazırlanıb. Bu rənglərin seçilməsində isə “Crayola” şirkəti başqa bir kosmetika şirkəti ilə məsləhətləşib. -Müəllif: Tərlan Əsədli - -Sual: 4. Maksimal dəqiqliklə deyin. “Bocek Horsman” animasiya serialının baş qəhrəmanı məşhur aktyordur. Dayen adlı qızın diqqətini çəkmək üçün Bocek nəyi oğurlayır? -Cavab: Hollivud sözündəki D hərfini -Şərh: Məşhur aktyor təbii ki, Hollivudda yaşayır. O, qızın diqqətini çəkmək üçün çox da kiçik olmayan sürpriz düşünmüşdü. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Amerikanlar BU geyim növünə “soba bacası” deyir. Siz isə bizim BUNU saitləri eyni olan hansı sözlə adlandırdığımızı tapın? -Cavab: silindr -Şərh: Uzun dairəvi formada olan şlyapalara biz həndəsi oxşarlığına görə silindr deyirik. İngilis dilində isə bu baş geyimi “stovepipe” [stouvpayp] yəni “soba bacası” adlanır. -Müəllif: Tərlan Əsədli - -Sual: 6. Karl Linney XVIII əsrdə iddia edirdi ki, insan irqi dörd yerə ayrılır: Dahi ağ avropalılar, melanxolik sarı asiyalılar, tənbəl qara afrikalılar və vecsiz amerikalı hindular. Diqqət sual: Bəs hansı hadisə Linneyin bu teoriyasına böyük zərbə endirmişdi? -Cavab: Avstraliyanın kəşfi -Şərh: Avstraliya XVII əsrdən hissə-hissə kəşf edilsə də, Linneyin dövründə Kuk materikin mövcudluğunu xəritələrlə göstərmişdi. Məhz Avstraliyanın materik kimi kəşfi dəqiqləşdikdən sonra Linneyin materiklərə əsaslanan irq bölgüsü də əhəmiyyətini itirmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Tokio metrosunda davranış qaydaları barədə olan bir poster qatar gözləyərkən platformadakı təhlükəsizlik xəttini keçməmək barədədir. Bəs posterdə KİMLƏRİ görmək olar? -Cavab: sumotori -Şərh: Sumo qaydasına görə, rinqi əhatələyən dairəvi xətti keçən sumotori oyunu məğlub olmuş sayılır. Posterdə tutaşan sumotorilər rəqibini platforma xəttini keçdirməyə çalışır. Eyni metaforadan istifadə edən poster müəllifi də, sərnişinlərə təhlükəsizlik xəttini keçməyi məsləhət görmür. -Müəllif: Tərlan Əsədli - -Sual: 8. 20 milyon ABŞ dolları dəyərindəki rəsm kolleksiyasına malik şirkətlərdən biri dilemma qarşısında idi. Odur ki, sonda qərar vermək məqsədilə “daş, qayçı, kağız” oyununa əl atdı. Siz isə oyundakı rəqibləri tapın. -Cavab: Kristis və Sotbis -Şərh: Yüksək dəyərə malik kolleksiyaya sahib olan Maspro Denkoh Korporasiyasının prezidenti hansı hərrac evini seçəcəyi barədə qərar verə bilmirdi. Həm Kristis, həm də Sotbisin eyni səviyyədə olduğunu düşündüyü üçün o, sonda “daş, qayçı, kağız” kimi absurd görünən üsula əl atdı. Hər iki hərrac evinin nümayəndələrini ofisə çağıran prezident, nəhayət dilemmadan çıxa bildi. Qalib Kristis oldu — qayçı kağızı kəsdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. İsveçdə sürət həddini aşma problemini azaltmaq üçün lotereya təşkil olunub. Yollardan birində quraşdırılan xüsusi radarın qarşısından keçərkən sürət həddini aşmırsansa, avtomatik olaraq lotereyaya qoşulmuş olarsan. Siz isə bu lotereyanın mükafat fondunun necə formalaşdığını tapın. -Cavab: həddini aşmağa görə yazılan cərimələrdən -Şərh: Məntiqlidir ki, qaydanı pozmayanlar qaydanı pozanların cəriməsindən yığılan mükafat uğrunda lotereyada iştirak edirlər. Bu ideya isə işə yaraıb: ölkədə sözügedən qayda pozuntusu halları 22%-dək azalıb. -Müəllif: Tərlan Əsədli - -Sual: 10. İngilis dilində otağın əsas hissəsindən irəliyə çıxan pəncərəyə “bay window” [bey uindou], hərfi tərcümədə “körfəzə açılan pəncərə” deyirlər. Siz isə bu sözün başqa hansı mənada işləndiyini və bizə tanış olan analoqunu deyin. -Cavab: qarın; balkon -Şərh: İlk dəfə San-Fransiskoda ortaya çıxan və dəniz mənzərəsini müşahidə etmək üçün nəzərdə tutulmuş körfəz pəncərəsi sonradan formasına görə başqa mənada, “qarınlı” şəxsləri təsvir etmək məqsədilə işlənməyə başlandı. Maraqlıdır ki, bizə tanış olan “balkon” bənzətməsi də təxmini eyni funksiyaya malikdir. -Müəllif: Tərlan Əsədli - -Sual: 11. Molyerin yaşlı personajı Harpaqon gənc Marianna ilə evlənmək istəyir. Harpaqon Mariannanın gözəlliyindən danışarkən nəyə bəraət qazandırmaq üçün: “Ulduzlara belə durbinlə baxarlar” ifadəsini işlədir? -Cavab: Eynək taxmasına -Şərh: Harpaqon olduqca yaşlı idi və gözləri zəif gördüyü üçün eynək taxırdı. Lakin bununla belə gənc Marianna ilə evlənmək istəyir və onun gözəlliyinə eynəklə tamaşa etməsinə sualdakı metodla bəraət qazandırırdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 12. Fazanov adası 1659-cu ildən Fransa və İspaniya tərəfindən birlikdə idarə olunur. Ada haqqında məqalədə 1 fevral-31 iyul və 1 avqust-31 yanvar qədər tarixlərinə rast gəlmək olar. Bu tarixlərin nəyi bildirdiyini izah edin. -Cavab: Ada 6 ay Fransanın idarəsində olur, 6 ay İspaniyanın -Şərh: 1659-cu ildə müqavilə imzalayan tərəflər iki ölkənin sərhədindən axan çayda yerləşən kiçik adanı 6 aylıq periodlarla idarə etməyi qəbul ediblər. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 13. Nil Armstronqun həyat sığortası cəmi 50 000 dollar idi. O, geri qayıtmayacağı halda ailəsinin daha çox qazanc əldə edə bilməsi üçün uçuşdan öncə yüzlərlə nə hazırlamışdı? -Cavab: Avtoqraf -Şərh: Həmin dövrdə Nil Armstronq böyük məşhurluq qazanmışdı. O, sağ qayıtmayacağı halda ailəsinin yüksək qiymətə satıb varlanması üçün yüzlərlə avtoqraf qoyub getmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 14. Ziyanın tələbələrinə verdiyi məsləhətə qulaq asın: “Vestibulyar aparatınıza qətiyyən güvənməyin. Yalnız başınızın üzərindən çıxan xəyali oxa fokuslanın". Siz isə Ziyanın məşğuliyyətini deyin. -Cavab: səmazən -Şərh: Vestibulyar aparat, daxili qulaqda yerləşir və insan bədəninin müvazinətinə cavabdehdir. Dünya şöhrətli sufi rəqqas Ziya Azazi tələbələrinə öyrədir ki, əgər işi vestibulyar aparata buraxsanız, təbii olaraq, bir neçə dövrədən sonra başınız gicəllənəcək. Odur ki, başınızın üstündən çıxan xəyali oxun ətrafında dövr etməyə çalışın. -Müəllif: Tərlan Əsədli - -Sual: 15. Sin Şi Xuandinin qərarı ilə kitabların yandırılmasından sonra qadağan olunmuş kitabları saxlayanlar 2 üsulla cəzalandırılırdılar: Ya onların üzü damğalanırdı, ya da buraya işçi kimi göndərilirdilər. Haraya? -Cavab: Böyük Çin səddinin tikintisinə -Şərh: Qadağan olunmuş kitabları saxlayanlar ağır şəkildə cəzalandırılırdılar. Belə ki, Çin səddinin tikintisi çox uzun çəkdiyindən bura göndərilmək elə üzə damğa vurulması qədər qorxunc idi. Çin səddi Sin Şi Xuandinin dövründə tikilib. -Müəllif: Eşqin İbrahimov - -Sual: 16. Terri Praçet-in sözlərini tamamlayın: - -“Bütün göbələkləri yemək olar. Bəzi göbələkləri yalnız ... “ -Cavab: Bir dəfə yemək olar. -Şərh: Zəhərli göbələkləri yemək üçün ikinci şansınız olmaya bilər ;) -Müəllif: Elgün Abdurahmanov - -Sual: 17. 1480-ci ildə Seylonun qurtaracağında yerləşən körpü güclü siklon nəticəsində tamamilə dağılmışdı. Bəs 1480-ci il Seylon tarixində hansı dəyişikliklə tarixə düşdü? -Cavab: Seylon yarımadası adaya çevrildi -Şərh: O zamanadək Seylonu materikə məhz bu körpü birləşdirirdi deyə, Seylon yarımada idi. Lakin sözügedən hadisədən sonra yeganə bağ da qopmuş oldu və Seylon adası yarandı. -Müəllif: Tərlan Əsədli - -Səhifə -> 519 | Sual Sayı -> 0 - -Səhifə -> 520 | Sual Sayı -> 15 - -Sual: 1. Bir videoda Futbolçu Oleksandr Zinçenko xanımı ilə birgə stadiona daxil olur, qapıda olan hədəfə zərbə endirərək BUNU öyrənir. Qədim Çində BU öyrəniləndə "şimal" və ya "cənub" qışqırırdılar. BUNU yazın. -Cavab: Uşağın cinsi -Şərh: Zinçenko dəqiq zərbə endirərək qapıdan asılmış hədəfi partladır və içindən çıxan çəhrayı rəngi gördükdə uşağın cinsinin qız olduğunu anlayır. Çində uşağın cinsi bilinəndən sonra qız və ya oğlan olmasına uyğun olaraq şimal və ya cənub qışqırırdılar. -Müəllif: Kənan Dadaşzadə - -Sual: Amerikan yazıçı Corc Sandersin "Xaçlar" əsərinin baş personajı həyətindəki metal xaça kürk, xəz paltar geyindirir, kölgə yaratmaq üçün projektordan istifadə edir. Siz isə onun bunu hansı gündə etdiyini deyin. -Cavab: 2 fevral -Şərh: Fikir verdidinizsə biz sizə sualı təkrar-təkrar oxuduq. Bunun özü əsas ipuculardan idi. Belə ki 2 fevral tarixində, yəni Marmot günündə marmot öz yuvasını tərk edir, əgər o kölgəsindən qorxub yuvasına qayıdırsa qışın bitəcəyi ehtimal edilir. Eyniadlı filmdə aktyor Bill Murray həmin günü dəfələrlə təkrar yaşamaq məcburiyyətində qalır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Corc Sandersin eyni hekayəsində personaj İKS günündə xaça futbol maykası geyindirir, başına isə dəbilqə taxırdı. İKS-i 2 ingilis sözü ilə deyin. -Cavab: Super Bowl -Şərh: Əvvəlki sualda biz Corc Sandersin amerikan olduğunu demişdik. Belə ki, amerikan futbolunun ən əsas oyunu olan Super Bowl zamanı personaj metal xaça amerikan futbolu maykası və təbii ki, amerikan futbolu üçün xas olan dəbilqə geyindirir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. Paylama materialıRekvizitdə aşağıdan yuxarıya doğru, bir erkək arının soy ağacını görürsünüz. Göründüyü kimi erkək arılar yalnız bir valideynə, dişi arılar isə iki valideynə sahibdirlər. Siz isə bu reproduktiv şəbəkənin adında xatırlanan soyadı cavab kartınıza yazın. -Cavab: Fibonaççi -Şərh: Sualda da qeyd edildiyi kimi, erkək arıların yalnız bir valideynə, dişi arıların isə iki valideynə sahib olması soy ağacında kvadratik artışa deyil, özünəməxsus artışa səbəb olur. Belə ki, soy ağacının hər səviyyəsində olan arıların sayı əvvəlki iki səviyyənin cəminə bərabər olur. Yəni aşağıdan yuxarı doğru, səviyyələrdə arıların sayı sırası ilə 1, 1, 2, 3, 5, 8, 13... kimi davam edir. Buna görə də bu şəbəkə Fibonaççi ardıcılıığı ilə eyniləşdirilir. -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 5. Avropadan vəd edilmiş torpaqlara ömürlük gələn səlibçilər buradakı çadır xəstəxanaları ALFA-lardan istifadə edərək yaratmışdılar. 16-19cu əsrləri əhatə edən ALFA dövrü buxar mühərriklərinin ortaya çıxması ilə başa çatmışdı. ALFANI tapın. -Cavab: Yelkən -Şərh: Səlibçilər vəd edilmiş torpaqlara ömürlük gəldiklərindən geriyə qayıtmaq barədə düşünmürdülər. Buna görə də sahə xəstəxanalarını hazırlayarkən çadır olaraq Aralıq dənizini keçdikləri gəmilərin yelkənlərindən istifadə etmişdilər. Yelkənli gəmilərin hökmranlıq etdiyi Yelkən dövrü XIX əsrin ortalarında buxarlı gəmilərin ortaya çıxması ilə öz yerini Buxar dövrünə vermişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Valeri Stil qeyd edir ki, Fransa tarixində baş vermiş mühüm hadisələr dəbə təsirsiz ötüşmürdü. O bildirir ki, müəyyən dövrdə xanımlar arasında üzərində "Liberte" yazısı olan brilyant qaşlı kulonlar populyar idi. Siz isə həmin aksesuarın nədən hazırlandığını biri xüsusi isim olmaqla üç sözlə deyin. -Cavab: Bastiliya qalasının daşları -Şərh: Böyük Fransa İnqilabından bir müddət sonra Bastiliya qalası sakinlər tərəfindən tamamilə dağıdılmışdı. Məhz qalanın daşlarından Parisdə Konkordiya (Razılıq) körpüsü salınmışdı. Qalanın müəyyən qism daşları isə emal edilib parıldadılaraq kulon kimi hazırlanmışdı. Həmin aksessuarlara "la bastille" adı verilmişdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 7. Qədim Yunan şairi Meleaqrın şeirində sevgilisi ilə gecəyarı görüşən qəhrəman BURAXILMIŞ İKİ SÖZÜ "eşq düşməni" adlandırır. 20-ci əsrdə yaşayıb-yaratmış musiqiçi Gülarə Əliyevaya həsr olunmuş bir məqalə "BURAXILMIŞ İKİ SÖZ" kimi parlayan ömür" adını daşıyır. BURAXILMIŞ İKİ SÖZÜ yazın. -Cavab: Dan ulduzu -Şərh: Meleaqr sevgilisi ilə gecəyarı gizlicə görüşür və səhərin açılmasını heç istəmir. Elə buna görə dan ulduzunu "eşq düşməni" adlandırır. Musiqiçi Gülarə Əliyeva XX əsrdə aktiv fəaliyyət göstərmiş məşhur “Dan ulduzu” ansamblının qurucusudur. Onun haqqında yazılmış məqalə elə buna görə “Dan ulduzu tək parlayan ömür” adlandırılmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 8. Bir müəllif Tepla çayı sahilində yerləşən bu şəhər barədə xatirələrində yazır ki, burada hər kəs əlində stəkanla gəzirdi. Maraqlıdır ki, bu şəhərdə keçirilən film festivalının mükafatı “Büllur qlobus”dur. Şəhəri deyin. -Cavab: Karlovı Varı -Şərh: Atatürk özünün bu şəhərə səyahətindən danışarkən qeyd edirdi ki, şəhərdə mineral sular çox olduğu üçün hər kəs əlində stəkanla gəzir, mineral sulardan dolduraraq içirdi. Əslində Tepla çayı da elə adını bu isti mineral sulara görə almışdı. Söhbət Çexiyada yerləşən “Karlovı Varı” şəhərindən gedir. Bildiyiniz kimi, şəhər Çexiyanın Bohemiya vilayətində yerləşir. Bohemiya da elə büllurları ilə məşhurdur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. “Texas İKS-i” adlı suvenirin içində suda üzən papaq, bir tərəvəz və bir neçə qara əşya görmək mümkündür. İKSİ cavab kartınıza yazın. -Cavab: qar adamı -Şərh: Hamımıza tanış olan “Snow globe” suvenirlərində şarı silkələyərkən sanki qar adamının üzərinə qarın yağmasını görmək olur. Texasın isti iqlimini simvolizə etmək üçün “Texas qar adamı” suvenirində qar adamının əriməsi nəticəsində qalan su, papaq, yer kökü və gözlər kimi istifadə edilən qara əşyaları görmək olar. -Müəllif: Adil Bəkirov - -Sual: 10. Sovetlərin İkinci Dünya Müharibəsində ölkələri işğalını göstərən bir karikaturada İosif Çuqaşvili, yəni Stalin BUNU EDƏRƏK xəritədəki ölkələrə bıçaq atır. BUNU EDƏRKƏN qadınların hərəkətləri havada süzən turacı, kişilərin hərəkətləri isə onu ovlamağa çalışan qartalı simvolizə edir. Bunu etməyi dəqiqliklə deyin. -Cavab: Qafqaz rəqsi etmək -Şərh: Gördüyünüz kimi sual mətnində Stalinin soyadı da verilmişdi. Buna səbəb onun Gürcüstanlı – yəni Qafqazlı olduğunu bildirmək idi. Belə ki, bildiyiniz kimi qafqaz rəqslərində rəqqaslar bıçaqlar atırlar. Karikaturada da Stalin qafqaz rəqsi edərək ölkələrə bıçaq atırdı. Qafqaz rəqslərində qadınların incə hərəkətləri havada süzən turacı, kişilərin çılğınlığı isə onu ovlamaq istəyən qartalı simvolizə edir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Bir futbol oyunun gedişatında cərimə zəribəsi zamanı fərqli funksiyanı yerinə yetirən futbolçunu görən şərhçi İKSi xatırlayır. İlk İKSlər mal-qaranın təhlükəsizliyindən narahat olan ferma sahiblərinin tələbi ilə meydana gəlmişdir. İKSi deyin. -Cavab: Yatmış polis -Şərh: Şərhçi cərimə zərbəsi zamanı canlı səddin arxasında yerə uzanan futbolçunu yatmış polislə müqayisə edir, ABŞ-da fermerlərin mal-qarasının yola çıxanda sürətlə gələn avtomobillər tərəfindən vurulması, yatmış polislərin meydana gəlməsi ilə yekunlaşmışdı. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 12. Paylama materialıQarşınızda 19-cu əsrdə Arkanzas ştatında duel zamanı istifadə edilən bıçaqdır. Bıçaq başqa məqsəd üçün də istifadə edilə bilindiyindən ALFA ləqəbini almışdı. Bir şəkildə yük maşınında daşınan şalbanlar nəhəng Pol Banyanın ALFAsı kimi təsvir edilmişdi. ALFANI yazın. -Cavab: diş çöpü -Şərh: Bıçaqların nazik iti uclu olması səbəbindən onlar yeməkdən sonra dişləri təmizləməsində diş çöpü kimi istifadə olunurdu. Ötən əsrə aid bir açıqcada şalbanlar nəhəng Pol Banyanin diş çöpü adlandırırlır. -Müəllif: Toğrul Qurbanov - -Sual: 13. Alimlərin araşdırmalarına görə Marsdakı bazalt qayalar zaman keçdikcə oradakı suyu canına çəkmiş və nəticədə planetin səthi quru əraziyə çevrilmişdi. Bu zaman bazalt qayalar İKSlə müqayisə olunur. Maraqlıdır ki, istedadına inamsız yanaşan satirik şair Marsial himayədarına göndərdiyi bağlamaların içərisinə əsərləri ilə yanaşı, İKS də qoyurdu. İKSİ incə saitli bir sözlə deyin. -Cavab: süngər -Şərh: Alimlər araşdırmışdılar ki, Marsda olan bazalt qayalar oradakı suyu canına çəkmişdi. Bu zaman qayalar suyu özünə çəkən süngərlə müqayisə edilir. İstedadına inamsız yanaşan şair Marsial isə himayədarına göndərdiyi satirik şeirləri olan bağlamaya süngər qoyurdu. Belə ki əgər hansısa söz himayədarın xoşuna gəlməzdisə onu süngərlə silsin. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. Tibbi maskaların ölkəmizdə ləğv olunması ilə bağlı hazırlanmış bir posterdə tibbi maska İKS kimi stilizə edilib. Maraqlıdır ki, Zalsburqda İKS yarışlarının keçirildiyi məkanda iştirakçılar üçün nəzərdə tutulmuş restoran "İkar" adını daşıyır. İKSi iki sözlə deyin. -Cavab: kağız təyyarə -Şərh: Məhz tibbi maskaların ləğv edilməsini nəzərdə tutan posterdə maska kağız təyyarə kimi stilizə edilmişdi. 2006-cı ildən etibarən Zalsburq şəhərində Red Bullun sponsorluğu ilə kağız təyyarə yarışları keçirilir. Bu yarışların həyata keçirildiyi "Anqar - 7" adlı binada iştirakçılar üçün nəzərdə tutulmuş restoran yunan mifologiyasında atasından uçmağı öyrənmək istəyən İkarın adını daşıyır. -Müəlliflər: Kənan Dadaşzadə, Toğrul Qurbanov - -Sual: Paylama materialıƏli Kərim bir şeirində səyahətsevər Heminqueyin alın qırışlarını İKSLƏRƏ bənzədir. İKSİ latın mənşəli sözlə yazın. -Cavab: Meridian -Şərh: Əli Kərim tez-tez səyahətə çıxan, dünyanı başdan-başa gəzən Heminqueyin alın qırışlarını meridianlara bənzətmişdi. Rekvizitin tutulma formasının xüsusilə göstərilməsi də məhz bununla bağlı idi. Belə ki, bu formada Heminqueyin alın qırışları xəritədə şimal və cənub nöqtələrini birləşdirən meridian xətlərinə bənzəyirdi və iştirakçıları “paralel” versiyasından yayındırmaq üçün verilmişdi. Həmçinin “meridian” latıncadan tərcümədə “günorta xətti” mənasına gəlir, “paralel” sözü isə yunan mənşəlidir. Biz bu sualla ilk turumuza bitiririk. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 521 | Sual Sayı -> 12 - -Sual: 1. Müharibə ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrının 1992-ci ildə Bakıya köçməsi və 30 ildən sonra geriyə qayıtması ilə bağlı sənədli film "Ən uzun İKS adlanır". Əcnəbi mənşəli İKS sözünün tərcüməsində "qonaq" sözünü də görə bilərik. İKSİ yazın. -Cavab: Qastrol -Şərh: Bir az tərcümə işləri ilə də cavaba çıxmaq olardı. Belə ki, hamımız bilirik ki, guest sözü ingilis dilindən qonaq məasını verir. Digər oxşar dillərdən alman dilində də bu söz qast sözü kimi ifadə olunur. Teatr, sirk truppalarının səfərləri adətən alam sözü olan qastrol sözü ilə ifadə olunur. Bu səbəbdən də Şuşa Dövlət Musiqili Dram Teatrının əslində ən uzun qastrolda olması ifadə edilir.Biz də qonaqlarımızı salamlayırıq. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 2. Mirzə Sadıqcan 1-ci və 9-cu zamanı məşq üçün Şuşanın qeyri-müsəlmanlar yaşayan hissəsinə gedirdi. 1-ci və 9-cu ilə əvəz etdiyimiz hər iki sözü cavab kartınıza yazın. -Cavab: Məhərrəm və Ramazan -Şərh: Məşhur tarzən Mirzə Sadıqcan Məhərrəm və Ramazan ayları zamanı musiqi ilə insanları narahat etməmək üçün qeyri-müsəlmanlar yaşayan yerə gedirdi. Belə ki, Hicri təqvimə əsasən Məhərrəm 1-ci, Ramazan isə 9-cu aydır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Paylama materialıx ilk dəfə XVII əsrdə Vilyam Otred tərəfindən istifadə edilib. x botanikada -hibrid növlərin adlandırılmasında da istifadə olunur.Bu, ilk dəfə XVII əsrdə Vilyam Otred tərəfindən istifadə edilib. Bu, botanikada hibrid növlərin adlandırımasında da istifadə olunur. Söhbətin nədən getdiyini 2 sözlə yazın. -Cavab: Vurma işarəsi -Şərh: Rekvizitə diqqətlə fikir versəniz, cümlənin əvvəlində gələn hərf böyük yox, kiçiklə yazılıb. Bunun səbəbi isə orada qeyd edilənin iks hərfi deyil, vurma işarəsi olmasına görədir. Belə ki, vurma işarəsi əslində latın əlifbasındakı "x" hərfinə bənzəyən simmetrik fiqurdur. Sual mətnində də "iks" əvəzində "bu" sözünün işlənməsi də həmin səbəbdəndir. -Vurma zamanı bir neçə elementin vuruqları bir-birinə qarışır. Maraqlıdır ki, biologiyada 2 və daha artıq canlının birləşməsindən yaranan hibrid növlərin adlandırılması zamanı arada vurma işarəsi qoyulur. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. “Uşaqlığın son gecəsi” filmində ət kombinatında mal-qara olan yerdə işləyən Rüstəm lağa qoyulur və axırda "O" olacağını bildirilir. Aktyor Klint İstvud haqqında bioqrafik əsər “Sonuncu O” adlanır. Əvvəlki cümlələrdə 1 sözdə hərflərin buraxıldığını bilərək sözü tam formada cavab kartınıza yazın. -Cavab: Kovboy -Şərh: Filmdə qardaşı Rüstəmin mal-qara yerdə işləməsini lağa qoyan Murad onun axırda kovboya çevriləcəyini bildirir. Əsasən vestern filmlərində çəkilmiş Klint İstvud haqda bioqrafik əsər “Sonuncu kovboy” adlanır. -Müəllif: Adil Bəkirov - -Sual: 5. Dursun Ali Yaz pulun tarixi barədə danışarkən bildirir ki, pulun barter, mal, tərəzi, filiz, kağız və virtual kimi növləri olmuşdur və daha sonra bir suala cavab olaraq qeyd edir ki, səkkizinc növ isə buğda və arpa olacaqdır. Bu zaman hansı almanın xatırlandığını tapın. -Cavab: Albert Eynşteyn -Şərh: Dursun Ali Yaz indiyə qədər pulun mövcud olmuş 6 forması barədə danışaraq bildirir ki, əgər siz soruşsanız ki, 7-ci forma nə olacaq, deyə bilmərəm, amma 8-ci forma dəqiq ilkin forma olan buğda və arpa olacaq. Albert Eynşteyn də oxşar suala cavabda demişdi ki, 3-cü dünya müharibəsi nə ilə olacaq deyə bilmərəm, amma 4-cü top və dəyənəklərlə olacaq. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. Albert Eynşteyn uzun müddət işsiz qaldığı dövrdə vəziyyəti düzəltmək üçün hətta ALFA kimi işləmək barəsində də düşünmüşdü. ALFAlardan biri müsahibəsində avtomobil siqnallarından şikayətlənir. ALFAnı 2 sözlə yazın. -Cavab: Küçə skripkaçısı -Şərh: Albert Eynşteyn gəncliyində uzun müddət işsiz qalmışdı. Bu dövrlərində heç olmasa gündəlik xərclərini qarşılamaq və bir qədər pul toplamaq üçün bir müddətlik də olsa küçə skripkaçısı kimi işləməyi düşünmüşdü. 20 il ərzində küçə skripkaçısı kimi çalışaraq 5000 dollar toplayan Ceyms Qrasek küçədə olarkən avtomobillərin siqnalının, metrolarda olarkən isə qatarlarının səsinə qarşı mübarizə aparmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Paylama materialıQarşınızda bir sənədli filmdən fraqmentdir. Filmdə hər bir insanın özünə məxsus DNT-yə sahib olmasından danışılarkən ALFA xatırlanır. Bir ticarət mərkəzinin nazik formalı pəncərələri ALFA kimi dizayn edilmişdi. ALFAnı deyin. -Cavab: Ştrix-kod -Şərh: Hər bir insanın DNT-sinin özünəməxsus olduğu üçün bu zaman o malın ştrix-koduna bənzədilir. Rekvizitdə də məhz DNT quruluşunun ştrix-kodu xatırlatdığını görmək olar. Moskvada "Ştrix-kod" adlı ticarət mərkəzinin pəncərələri məhz ştrix-kod kimi dizayn edilmişdi. -Müəlliflər: Kənan Dadaşzadə, Toğrul Qurbanov - -Sual: 8. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, gün ərzində ABŞ və Britaniyada orfoqrafik səhvlər barədə 50-ə yaxın tvit yazılır. Qeyd edilir ki, buna səbəb işçilərin savadsızlığı yox, yaxşı düşünülmüş PR-dır. Siz isə məqalədə 1971-ci ildə yaradılan hansı şirkətin xatırlandığını yazın. -Cavab: Starbaks -Şərh: Məqalədə qeyd edilir ki, Starbaks əməkdaşlarının bəzi müştərilərin adlarını səhv yazması heç də əməkdaşı savadsızlığı ilə bağlı deyil. Bu səhvlər qəsdən edilir ki, bu barədə şəxs özü internetdə paylaşımlar etsin. Bunun incə düşünülmüş PR gediş olduğu ehtimal edilir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 9. Anri-Klemen kartda uduzandan sonra borc əvəzində iş baltasını verməli olur. Nəticədə işdən çıxarılır və ailə peşəsini davam etdirə bilmir. Anri-Klemenin soyadını yazın. -Cavab: Sanson -Şərh: Kart uduzaraq çoxlu borcu yaranan Anri-Klemen nəsillərdir istifadə edilən gilyotini borc pul əvəzinə dəyişir. İşini davam etmək üçün isə növbəti edama balta ilə yollanır. Bundan xəbər tutulduqda isə onu işdən azad edirlər. Və illərdir cəllad olan Sansonlar nəslinin işi burada yarımçıq qalır. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 10. Bir romanda əvvəlki yaxın dostluq əlaqəsinin zaman keçdikcə tədricən zəifləyərək gözdən itməsindən danışılarkən İKS xatırlanır. Bu yaxınlarda baş tutmuş tədbirdə ulduz, ürək, aypara formasında olan İKSlər görə bilərdik. İKSi bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Təyyarənin arxasında buraxdığı tüstü -Şərh: Müəllif dostluqları səmada getdikdə yox olan təyyarə tüstüsünə bənzədir. 2022-ci il 26-29 may tarixlərində keçirilən "Texnofest Azərbaycan" texnologiya festivalında 28 may Respublika günü səmada ulduz, ürək, aypara formasında olan təyyarə arxasından buraxılan tüstünü görmək olardı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Amerikalı diplomat Henri Kissincer BURANI Antarktidanın ürəyinə istiqamətlənən qılıncla müqayisə etmişdi. BURANI deyin. -Cavab: Çili -Şərh: Amerikalı diplomat Kissincer Çilini "Antarktidanın ürəyinə istiqamətlənən qılınc" adlandırmışdı. Çilinin xəritəsi formasına görə məhz qılıncı xatırladır. Maraqlıdır ki, çilili şair Pablo Neruda ölkəsini “Amerikanın qayışına taxılan şpaqa ilə“ müqayisə etmişdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Osmanlı tarixindən bəhs edən bir kitabda Köşəm Sultanın dövlət idarəçiliyi ilə bağlı görüşlərdə daima İKSdə olduğu və müzakirələrə aktiv qoşulduğu qeyd olunur. Bir rejisorumuzun gördüyü işlər haqqında olan məqalə "səhnə və ekran həyatının İKSİ" adlanır. İKSİ 2 sözlə yazın. -Cavab: pərdə arxası -Şərh: Sarayda qadınlarla kişilər birlikdə otura bilmədiklərinə görə, Köşəm Sultan müzakirələrdə sözün əsl mənasında “pərdə arxasında” oturaraq iştirak edirdi. Rejisor Məhərrəm Haşımovun həyatından bəhs edən məqalə “Səhnə və ekran həyatının pərdə arxası” adlanırdı. -Müəllif: Hikmət Əliyev - -Səhifə -> 531 | Sual Sayı -> 15 - -Sual: 1. Müharibə dövründə imza.az saytı tərəfindən təqdim olunan bir xidmətin adı "BURAXILMIŞ SÖZ əsgər" adlanır. Buraxılmış söz ərəb dilindən tərcümədə sülh və əminamanlıq mənasına gəlir. Bıraxılmış sözü yazın. -Cavab: Salam -Şərh: İlk sualımıza "Salam"la başladıq. -Müəllif: None - -Sual: 2. 1975-ci ildə çəkilmiş və ssenari müəllifi İmran Qasımov olan “Şanlı Partizan” filmi bu qəhrəmana həsr olunub. Söhbətin 1918-ci ildə doğulmuş kimdən getdiyini yazın. -Cavab: Mehdi Hüseynzadə -Şərh: İmran Qasımov həmçini Uzaq sahillərdə filminin də ssenari müəllifidir. -Müəllif: None - -Sual: 3. Özünə heyranlığı ilə tanınan Roma imperatoru Neron beş min əsgərlik bir qrup yaratmışdı. Həmin əsgərlər Neronun çıxışları zamanı arenaya toplaşır və bunu edirdilər. Onların nə etdiklərini deyin. -Cavab: Alqış -Şərh: Sonradan bir çox teatrların istifadə etdiyi klakerlərin yaranma tarixçəsinin Nerondan gəldiyi bildirilir. -Müəllif: None - -Sual: 4. 1889-cu ildə bir balıqçı azarkeşi olduğu Evertonun oyununa baxmaq üçün stadiona gəlir. Oyun zamanı Everton bir qol vursa da, top tribunalara getdiyindən hakim qol olub-olmadığını müəyyən edə bilmir. Bundan sonra Brudinin nəyi yaratdığını qalın saitli iki sözlə deyin. -Cavab: Qapı toru -Şərh: Qapı toru yarandıqdan sonra top qapıya daxil olduqda tor silkələnirdi və qol olub olmadığı bilinirdi. -Müəllif: None - -Sual: 5. 1992-ci ildə çoxlu azarkeşləri olan iki klub, Estudiantes və Himnasiya arasında baş tutan futbol derbisində əlavə vaxta vurulan qol oyunun taleyini həll etmişdi. Bəs bundan sonra qurğular hansı təbii fəlakətə bənzər qeydlər almışdı? -Cavab: Zəlzələ -Şərh: Qoldan sonra sevinən klubun azarkeşləri istəmədən süni zəlzələ effekti yaratmağı bacarmışdılar. -Müəllif: None - -Sual: 6. Yaponiyaya həsr edilmiş "Günəş imperiyası" filminin qəhrəmanı İKS-i böyük fotoaparatın işığı ilə müqayisə edir.İKS haqda bir məqalədə Yaponiyaya məxsus iki  şəhərin adı da çəkilir. İKS-i bir neçə sözlə yazın. -Cavab: Atom bombası partlayışı -Şərh: Baş qəhrəman bombanın yayılan işığının anidən yanan fotoaparat işığı ilə müqayisə edirdi. -Müəllif: None - -Sual: 7. Sabir bir şeirində deyir: "məndə hər kəs öz qaş-gözünü görür". Eyni saitli sözlə deyin: şair özünü əsrinin nəyi adlandırır? -Cavab: Güzgü -Şərh: Mirzə Ələkbər Sabir deyir ki, mən əsrimizin güzgüsüyəm mənə baxan hər kəs öz qaş-gözünü görür. -Müəllif: None - -Sual: 8. Sual nömrə 8! Nazirlər Kabinetinin 29 may 2021-ci il tarixli bir qərarında Ali Baş Komandan sözləri var. Həmin qərar ilə BU öz adını almışdır. Nə? -Cavab: 8 Noyabr metro stansiyası -Şərh: Qərarda “Ali Baş Komandan” sözləri bu qərarın Prezidentin hərbi fəaliyyətindən ilhamlandığını göstərirdi. -Müəllif: None - -Sual: 9. Bir əsərdə qeyd edilir ki, Mak-Duqal mağarası əyri-üyrü, biri-birini kəsən, çıxış yolu olmayan İKS idi. İKSi sonor samitlə başlayan bir xarici mənşəli sözlə deyin. -Cavab: Labirint -Şərh: Labirintlərdə də yollar məhz bu cür olur. -Müəllif: None - -Sual: 10. Qədim zamanlardan şimal bölgələrində yaşayan insanlar buradan ziyarət üçün keçib gedər, geri qayıdarkən gölün kənarında Şah Abbas tərəfindən tikilən karvansarayda qarşılanarmışlar. İndi həmin ərazidə yerləşən yaşayış məntəqəsinin adını tapın. -Cavab: Hacıqabul -Şərh: Həcc ziyarətinə gedən və qayıdan müsəlmanlar burada qəbul edilirdilər. Beləliklə də, "Hacıqabul" adı yaranmşdır. -Müəllif: None - -Sual: 11. Versiyalardan birinə görə , "qopuz" sözü "qopub düşmək" sözündən törəmişdir. Bəs Əlihüseyn Dağlı əsərlərindən birində hansı coğrafi obyektin adının "qopuz" sözündən törədiyi fikrini irəli sürür? -Cavab: Kəpəz dağı -Şərh: Məlumdur ki , hələ Dədə Qorqud dövründən tanış olan Qopuzun adı "qopmaq, qopub düşmək" sözləri ilə əlaqələndirilir. 1139-cu ildə Kəpəz dağının bir hissəsi zəlzələ nəticəsində qopub düşmüş və Göy Göl yaranmışdı. Dağın bir hissəsinin qoparaq düşməsini əsas gətirən musiqişünas dağa əhalinin qopuz sözündən ilhamlanaraq eyni adı verdiyini və sözün zamanla formasını dəyişərək Kəpəz halını aldığını iddia etmişdi. -Müəllif: None - -Sual: 12. Gənc oğlan bir gün aşağıya baxır və qıza aşiq olur. Lakin qızın etinasız yanaşmasını görən oğlan qəzəblənir və onun qarşısını kəsərək sevgisini etiraf edir. Diqqət sual: bəs rəvayətə görə, bu ikilinin sevgisindən hansı hidronim yaranır? -Cavab: Göygöl -Şərh: Hündürboylu oğlan aşağıdakı qızı görür. Əsəbləşir və onun qarşısını kəsir. Necə ki, Kəpəz dağı bir gün uçaraq Ağsu çayının qarşısını kəsir və beləliklə, dağlar gözəli olan Göygöl əmələ gəlir. Rəvayətdə Kəpəz oğlanın, Ağsu isə qızın adıdır. Onların övladları isə Göygöl adını daşıyır. Kəpəz sualından sonra "Göygöl" ilə davam etdik. -Müəllif: None - -Sual: 13. Fransada antiterror əməliyyatları zamanı saxlanılan 4 terroristin məqsədi BUNU ETMƏK idi. Siz isə “BUNU EDƏN” personajımızı  cavab kartınıza yazın. -Cavab: Dərviş Məstəli şah -Şərh: Terroristlərin məqsədi “Parisi partlatmaq” idi. Axundzadənin məşhur əsərində Dərviş Məstəli şah “Parisi partlatmışdı”. -Müəllif: None - -Sual: 14. Məşhur basketbolçu Yao Ming öz iri cüssəsinə görə müdafiədə inamlı təsir göstərirdi. Siz isə azarkeşlər tərəfindən ona qoyulan ləqəbi deyin. -Cavab: Böyük Çin Səddi -Şərh: Yao Ming hündür boya malik olduğu üçün və müdafiədə inamlı oyun göstərdiyi üçün ona Böyük Çin Səddi ləqəbi verilmişdi. -Müəllif: None - -Sual: 15. Rusiya çempionatında oynayan bir futbol komandası real tarixi şəxsiyyətin adını daşıyır.Həmin şəxs eramızdan əvvəl 73-71 ci illərdə İtaliyada baş verən üsyana başçılıq etmişdir.Həmin şəxsi deyin. -Cavab: Spartak -Şərh: Söhbət Moskva şəhərini təmsil edən Spartak klubundan gedirdi. Spartak əvvəl qul daha sonra isə qladiator olmuşdur. -Müəllif: None - -Səhifə -> 532 | Sual Sayı -> 10 - -Sual: 1. Amerika istehsalı olan bir filmdə personaj dəqiq tibbi biliklərindən istifadə etməklə yuxu arteriyasından tutaraq rəqibini boğmağa çalışır. Bəs filmin bu epizodunda hansı ştatın adını bir neçə dəfə eşidə bilərik? -Cavab: Missisipi -Şərh: Araşdırmalara əsasən “Missisipi” sözünü deməyə sərf edilən vaxt 1 saniyəyə ən yaxın vaxt kəsiyidir, buna görə də ABŞ və bir sıra ingilisdilli ölkələrdə sıra sayları arasında 1 saniyəni bildirmək üçün məhz Missisipi sözündən istifadə edilir. Personaj da yuxu arteriyasını neçə saniyə tutub saxlamalı olduğunu bilir və saymaq üçün eyni metoddan istifadə edir. -Müəllif: Sadiq Yusifi - -Sual: 2. Bir fantastik serial personajı dostunun hündürlükdən düşdüyü otağa girdikdə otağın boş olduğunu görüb onun niyə zədələnmədiyini soruşur. Dostu isə cavab olaraq X-i göstərir. X-lərin satışı ilə məşğul olan bir şirkət “spring into spring” adlı kampaniya keçirir. X-i biri xüsusi isim olmaqla iki sözlə deyin. -Cavab: Pulman yatağı -Şərh: Zaman səyahətçisi olan personaj Pulman çarpayısının üzərinə düşdüyündən zədələnməmişdi, lakin dostu otağa girdikdə otağı boş görmüşdü. Çarpayının işləmə mexanizminin əsasında elastik yayın hərəkəti yer alır. İngilis dilində spring h��m də “elastik yay” anlamına gəlir. -Müəllif: Sadiq Yusifi - -Sual: 3. Paylama materialıYuxunun faydaları haqqındakı kitabında müəllif Mettyu Valker insan yuxuda olan zaman göz bəbəklərinin sinxron hərəkətindən danışarkən bu sözü xatırlayır. Qarşınızda gördüyünüz şirniyyat növü də eyni sözlə adlandırılır. Söhbətin hansı fransız mənşəli sözdən getdiyini yazın. -Cavab: Piruet -Şərh: Müəllif göz bəbəklərinin sinxron dairəvi hərəkətini balet hərəkəti olan piruetə bənzədir. Gördüyünüz şirniyyat da öz dairəvi formasına görə bu adı almışdır. -Müəllif: Sadiq Yusifi - -Sual: 4. 4. Kler Nort`un romanında azyaşlı uşağın həyati və fəlsəfi şablon cümlələr söylədiyini görən personaj uşaqdan X-ləri haradan aldığını soruşur. Maraqlıdır ki ABŞ-da X-lər satan ilk dükanlardan biri Golden Gate körpüsünün yanındakı Asiya mağazası olmuşdur. X-I 2 sözlə deyin . -Cavab: Tale peçenyeləri -Şərh: Personaj uşağın bu həyati fikirləri tale peçenyelərinin içindəki yazılardan əzbərlədiyini güman edir. İntihar körpüsünün yaxınlığında həyatla bağlı pozitiv sitatları olan peçenyelərin satılması da yəqin ki təsadüfi deyil. -Müəllif: Sadiq Yusifi - -Sual: 5. 1990-cı illər Neapol doğumlu bu şəxsi “futbol dünyasının keşişi” adlandırırlar. Onun haqqında olan məqalələrdən birində “ağ tüstü” sözləri işlədilir. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Fabrizio Romano -Şərh: Bir sıra futbolçular transfer olunmaq istəklərini ilk olaraq transfer dünyasında ən etibarlı və peşəkar mənbə olan Fabrizio Romanoya etiraf etdiklərindən onu keşişə bənzədirlər. Bilirik ki, Fabrizio tvit atırsa deməli bu artıq transferin baş tutması deməkdir, buna görə də onun tvitlərini papa seçimlərindəki “ağ tüstü” ilə müqayisə edirlər. -Müəllif: Sadiq Yusifi - -Sual: 6. Kitabına yazdığı ön sözdə bu neyroalim müəyyən müddətdən bir əsərin oxucular üçün darıxdırıcı olacağına ümid edir və bundan heç də inciməyəcəyini vurğulayır. Söhbətin kimdən getdiyini yazın. -Cavab: Metyu Valker -Şərh: Neyro-professor Metyu Valker yuxunun faydaları haqda yazdığı “Biz niyə yatırıq” adlı kitabının girişində əsərinin darıxdırıcı olacağı təqdirdə oxucuların yuxulamasına ancaq sevinəcəyini qeyd edir. Bir neçə sual öncə müəllifin kitabından digər bir sual verilmişdi. -Müəllif: Sadiq Yusifi - -Sual: 7. Bir əsərdə içkili vəziyyətdə yellənərək birtəhər yerində dayana bilən personaj X-ə bənzədilir. Amerikan slenqində isə dostlar arasında içkiyə qarşı ən yaxşı dözümü olanları sonuncu X adlandırırlar. X-i alman mənşəli sözlə deyin. -Cavab: Keql -Şərh: Personaj boulinqdəki keql kimi yellənərək stabil dayana bilir. Slenqdə isə içki məclislərində dostlarına nisbətən axıra qədər ayaq üstə dayana bilənlərə isə sonuncu keql deyirlər. -Müəllif: Sadiq Yusifi - -Sual: 8. Bir serialda yanğından sonra ancaq divarları qalmış evə gələn detektiv X-ləri gördükdən sonra evdə uşaqların da yaşadığını başa düşür. Bir karikaturada X-lər uçub gedən quşlara çevrilir. X-i bir neçə sözlə deyin. -Cavab: Boy ölçmək üçün xətlər -Şərh: Divarlarda boy ölçmək üçün xətləri görən detektiv evdə uşaqların da yaşadığını anlayır. Karikaturada isə uşaqların böyüdükdən sonra evi tərk etməsi təsvir edilmişdi. -Müəllif: Sadiq Yusifi - -Sual: 9. Paylama materialıKofeinin təsiri nəticəsində layihələrin daha effektiv həll edilməsindən danışan Maykl Pollan, avropalı mühəndislərin İKİNCİ-ni istifadəyə vermələri ilə qəhvənin Avropaya gəlişinin eyni vaxta düşməsinin təsadüf olmadığını qeyd edir. Versiyalardan birinə görə Watchmen komiks personajı olan Komediantın simvolunun üzərindəki qan ləkəsi də İKİNCİ -yə işarədir. Söhbətin nədən getdiyini 2 və ya 3 sözlə yazın. -Cavab: dəqiqə əqrəbi -Şərh: Kofeinin təsirindən sonra insanlar effektivliyi artırmaq məqsədilə artıq yalnız saatları deyil, dəqiqələri də saymağa başlamışdılar. Maraqlıdır ki Avropada saatlara dəqiqə əqrəblərinin əlavə olunması da eyni vaxta təsadüf edir. Komediantın simvolundakı qan ləkəsi isə məhşər saatının dəqiqə əqrəbinə işarədir. Komiksin adı da ipucu ola bilərdi. -Müəllif: Sadiq Yusifi - -Sual: 10. Bir əsərdə dağın ətəyindən yıxılaraq dünyasını dəyişmiş dostunun ölümünə inanmaq istəməyən personaj hələ əsərin bitmədiyini düşünür və hər an dostunun geri qayıdacağına ümid edir. Bu zaman personajın hansı hidronimi xatırladığını tapın. -Cavab: Reyxenbax şəlaləsi -Şərh: “Holms`ın son işi” əsərində hündür dağın ətəyindən Reyxenbax şəlaləsinə yıxılaraq öldüyü düşünülən Şerlok sonradan geri qayıdır, ��sərdə də personaj bunu xatırlamış olur. -Müəllif: Sadiq Yusifi - -Səhifə -> 533 | Sual Sayı -> 18 - -Sual: 1. Baytların kompüterin yaddaşında sıralanmasının KİÇİKDƏN BÖYÜYƏ, yoxsa BÖYÜKDƏN KİÇİYƏ doğru olmasının kompüter mütəxəssiləri arasında absurd mübahisə məsələsi olduğu qeyd olunan məqalədə 18-ci əsrə aid bir əsər xatırlanır. Sözügedən əsərdə anoloji olaraq mübahisə məsələsi olanı yazın -Cavab: Yumurta -Şərh: "Qulliverin səyahəti" əsərində Lilliput və Blefuscu xalqları yumurtanı sivri yoxsa oval ucdan sındırmaq barədə mübahisə edirdilər. Little-Endian və Big-Endian terminləri də ordan qaynaqlanır. Ənənəvi olaraq "Yumurta" cavabı ilə başladıq -Müəllif: Əli Əliyev - -Sual: 2. Məqalələrdən birində Beriyanın dövründə represiyya qurbanlarının kütləvi şəkildə həbsxanalara axınından söz açılır. Qəribədir ki, qeyd olunan cümlədən əvvəlki cümlədə bu yunan mənşəli sözə rast gəlinir. Həmin sözü yazın -Cavab: Amnistiya -Şərh: İlk əvvəl Beriyanın təşəbbüsü ilə kütləvi əfvlərdən söhbət açılır. Daha sonra isə həbsxanalarda yer açıldığı üçün repressiya qurbanlarının beləcə daha rahat həbs edildiyi qeyd olunur -Müəllif: Əli Əliyev - -Sual: 3. Animelərin birində Tanrılarla insanların təklikdə böyük bir meydanda döyüşü baş tutur. Bu zaman bir insan tərəfdarın bunu etməsi Valkiryalardan biri tərəfindən mənasız hesab edilir. Bunu etməyin xəstələri sağaldacağı üzərinə eksperimentə əsas maliyyə dəstəyi Templton fondu tərəfindən həyata keçirilmişdir. Bunu etməklə əvəz ediləni yazın. -Cavab: Dua etmək -Şərh: Tanrıların insanlara rəqib olduğunu deyən Valkiryalardan biri, dua etməyi mənasız sayır. Din və elm arasında əlaqə ilə bağlı hər hansı təcrübə və elmi iş aparan şəxslərə "Templton mükafatı" verilir. -Müəllif: Əli Əliyev - -Sual: 4. Bir əsərdə XIX əsrdə ən məşhur alimlərin beyni buna bənzədilirdi. Digər bir əsərdə İngilis kömür mədənlərinin ətrafında eşidilən, Sənayə inqilabı müjdəçisi olan və başlanğıcda zəif eşidilən, 10 illər sonra güclənən uğultunun mənbəyi kimi bunlar göstərilir. Bunu II növ təyini söz birləşməsi ilə yazın -Cavab: Buxar mühərriki -Şərh: Sözügedən dövrdə ən inkişaf etmiş texnologiya buxar mühərriki idi. İkinci hissədə buxar mühərriklərindən sonra baş verən inkişaf öz əksini tapıb -Müəllif: Əli Əliyev - -Sual: Ab Ayvarks'ın köməyi ilə yaradılan RİKKİ-nin tək qalmaması üçün sonradan Fanny adının da olduğu siyahıdan RİNNİ seçilərək yaradılır. Həyatda evli olan Wayne Allwine və Russi Taylor isə onları səsləndirmişdilər. -Cavab: Mikki və Minni Mouse -Şərh: Ayvarks Walt Disney'lə birgə həmin personajları yaradıb. Maraqlıdır ki, həyatda da evli olan Wayne Allwine və Russi Taylor Mikki və Minni Mouse'ları səsləndiriblər -Müəllif: Fərid Hacıyev - -Sual: 6. Hər bir baş daşının üzərində BURAXILMIŞ SÖZLƏR Cimitirul Vesel dünyanın ən GÜLMƏLİ qəbiristanlığı sayılır. SSRİ Kinemotoqrafçılar İttifaqının Baş mühasibi Poqosova tərəfindən borcların qaytarılması ilə bağlı BURAXILMIŞ SÖZLƏR məktub rejissorun xəstəliyi ilə bərabər onu faciəli intiharına sürükləyən amil olmuşdu. BURAXILMIŞ SÖZLƏRİ kapitalizasiyanı nəzərə almadan yazın -Cavab: Lətifə yazılan -Şərh: İkinci hissədə söhbət faciəvi şəkildə intihar edən rejissor Lətif Səfərovdan gedirdi -Müəllif: Əli Əliyev - -Sual: 7. Paylama materialıQarşınızdakı rekvizitdə Qalliyanın harvern tayfasının rəhbəri olan və Sezara qarşı mübarizə aparmış şəxsin heykəlini görürsünüz. Sözügedən şəxsin iksin yaradılmasına ilham mənbəyi olduğu deyilir. Əvvəlki cümlədə buraxılmış 5 hərfi yazın -Cavab: A, s, t, e, r -Şərh: Məşhur komiks personajı Asteriksin görünüşünü xatırlamaq kifayət idi. Həmçinin məşhur film "Asteriks və Obeliks Sezara qarşı" adını daşıyır və sualın mətnində "Sezara qarşı" sözləri xüsusi vurğulanmışdı -Müəllif: Əli Əliyev - -Sual: 8. "Jurnalistlərin Beynəlxalq İstintaq Konsorsiumu" tərəfindən 2021-ci ilin oktyabrında yeni ofşor sənədləri aşkarlandı. Konsorsiumun direktoru Gerard Ryle bununla "Bir çox şey haqqında qutunu açdıqlarını" qeyd etmişdir. Sözügedən hadisənin necə adlandırıldığını birincisi əcnəbi mənşəli, ikincisi əcnəbi olmaqla eyni iki hərflə başlayan iki sözlə yazın -Cavab: "Pandorra papers" -Şərh: "Panama papers"-dən sonra oxşar hadisə yenidən gündəmə gəlmişdi. Bu cür adlandırmanı direktor elə izah etmişdir -Müəllif: Əli Əliyev - -Sual: 9. "Homo sapiens" əsərində buğda becərməyə başladıqdan sonra cəmiyyətin artıq oturaq həyata keçməsindən danışılır və buğdanın bunu etdiyi qeyd olunur. Bir fantastik əsərin personajı inkişaf etmiş sivilizasiya olan yadplanetlilərin Yer kürəsini işğal edəcəyi halda bunu edəcəklərini deyir. Bunu etməklə əvəz edilən sözləri yazın -Cavab: İnsanı əhliləşdirmək -Şərh: İnsanın oturaq həyata keçməsi onun əhliləşdirilməsi kimi qeyd olunur. Əsərin adının verilməsi insanla bağlı cavaba ipucu ola bilərdi. -Müəllif: Əli Əliyev - -Sual: 10. Rekvizit. Əsərlərdən birində özlərini biruzə vermək istəməyən hinduların meşədə isinməkdən ötrü X əldə etmək üçün kömürdən istifadə etdikləri qeyd olunur. X ilə birinci növ təyini söz birləşməsinin əvəz edildiyini bilərək Müqəddəs kitabda X-lə əlaqələndirilənləri yazın. -Cavab: Cin -Şərh: X ilə "tüstüsüz od" birləşməsi əvəz edilmişdi. Əsərdə isinmək, lakin yerini biruzə vermək istəməyən hinduların hazır kömürlərdən istifadə etdiyi qeyd olunur. Həmçinin sual sizə rekvizit kimi verildi və bir növ "cin"lərə aid sual belə dildə deyilmədi. "Benjamin Franklin Avtobioqrafiya" səh. 236 -Müəllif: İlya Şapiro ( Yerusəlim) - -Sual: 11. “Dexter” serialının epizodlarının birində Dexter bacısı ilə sevgilisi arasındakı mübahisəyə qarışmayaraq özünü “X”-ə bənzədir. Bir əsərdə uzun müddət sonra aşkarlanan perqamentin görünüşü təsvir edilərkən xatırlanan söz birləşməsində də “X” sözünə rast gəlinir. X-i bir xüsusi isimlə yazın -Cavab: İsveçrə -Şərh: Birinci hissədə mübahisəli mövzuda neytral olduğunu bildirmək üçün personaj belə bənzətmə edir. İkinci hissədə köhnə və üzərində dəliklərlər olan perqament “İsveçrə pendiri”nə bənzədilir. -Müəlliflər: Əli Əliyev, Fərid Hacıyev - -Sual: 12. Paylama materialıSizə təqdim olunan rekvizitlərə əsasən sözügedən filmləri yazın. -Cavab: 1. 12 angry men; 2. 12 monkeys; 3. 12 years a slave. -Şərh: 12-ci sual olması əlavə ipucu olmalı idi. Rekvizitlərdən də aydınca filmlərə çıxmaq olurdu. -Müəllif: Kamal Bəylərov - -Sual: 13. Ahəng qanununa tabe olmayan bir sözlə yazın. Hadisələri 16-cı əsrdə cərəyan edən bir əsərimizdə personajlardan biri gecə yarısı anidən şeir yazmaq qərarına gəlir. Şeir yazmağa davam edən personaj bir müddət sonra masanın boş hissələrinin üzərində nələrin sayının artdığını müşahidə edir -Cavab: Pərvanə -Şərh: əsərin tarixi o dövrdə işıq mənbəyi kimi şamdan istifadə edilməsinə çıxara bilərdi. Şam işığına gələn pərvanələr yanaraq masanın üzərinə düşür və boş masada pərvanələr gözə çarpır -Müəllif: Əli Əliyev - -Sual: 14. Əsərlərdən birində Şah İsmayılla diaoloqu zamanı o, "Vətən üçün mənim sazım da, canım da fədadır" deyir. Söhbətin kimdən getdiyini bildinizsə, əvvəlki cümlədə əvəz edilmiş sözü yazın -Cavab: Qurbandır -Şərh: Sözügedən dialoq Şah İsmayılla Dirili Qurban arasında keçir. Qurbanın saray aşığı olması məlumdur. Sualın mətnində də qurban sözü, fəda sözü ilə əvəz edilmişdi -Müəllif: Əli Əliyev - -Sual: 15. Kim Çen İn xalqı qarşısında bir çıxışında əsəbi olduğu üçün cuzi səs edəni edam edəcəyini deyir. Yoldaşına deyəcəyinin mütləq olduğunu düşünən 1 nəfər YUXARI baxaraq yavaş-yavaş artan X-in sayəsində məqsədinə çatır. Tomas Münzel etdiyi təcrübədə 75 nəfəri 3 ayrı otağa salaraq 1-cidə sakitlik, 2-cidə çox az X, 3-cüdə isə yüksək X-in olması səbəbindən 3-cü otaqda olanlarda yüksək təzyiq və infarkt riski olduğunu sübut etmişdir. X-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Təyyarə(nin) səsi -Şərh: Təyyarə səsinə görə eksperimentdə olan insanlarda təyyarədə olmasalar belə, yüksək təzyiq yaranmağa başlamışdır. -Müəllif: Fərid Hacıyev - -Sual: 16. Dennis Sullivan "Geometrik topologiya" və "Dinamik sistemlər" haqqında çalışmaları ilə tanınan ABŞ-lı alimdir. O, topologiya üzərində araşdırmalarına görə 2022-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Əvvəlki cümlələrdəki sözlərdən birinin bir neçə hərfi dəyişdirilib. Həmin sözü orjinalda yazın -Cavab: Abel -Şərh: Topologiya və Dinamik sistemlər riyaziyatın bölmələri sayılır. Sullivan riyaziyyat üçün Nobel sayılan Abeli qazanmışdır. -Müəllif: Fərid Hacıyev - -Sual: 17. Frank Barnes tərəfindən yaradılan "Compressorhead" qrupu robotlardan ibarətdir və robotlar həqiqi elektrikli və akustik musiqi alətləri ilə məşhur mahnıları ifa etməyi bacarırlar. Hətta qrupun ifasının insanlar qədər yaxşı bir səviyyəyə yüksəldiyi yazılan bir mənbədə "Compressorhead" qrupunun "Queeni ötdüyü" yazılıb. Əvvəlki cümlədə əvəz olunan iki sözü yazın -Cavab: Nirvanaya çatmaq -Şərh: Nirvananın “Smells Like Teen Spirit“ adlı mahnısını da səhvsiz ifa edən qrupun Nirvanaya çatdığı deyilir. Həmçinin Nirvanaya çatmaq ifadəsi kuliminasiya nöqtəsinə, zirvəyə çatmaq mənasında işlədilən bir ifadədir. -Müəllif: Əli Əliyev - -Sual: 18. Əsərlərdən birində ruhun bədəndən xaricdə həyatını təsdiq etməyə çalışmağın, bunu buraxıb illər sonra onu harada isə tapmağa ümid bəsləmək kimi bir şey olduğu deyilir. BUNUN vasitəsilə həyat əlamətləri ortaya çıxan ispanın kim olduğunu yazın -Cavab: Pablo Pikasso -Şərh: Sualda söhbət "Siqaret tüstüsü"dən gedir. Deyilənə görə Pikassonun həyatını üzünə üfürülən siqaret tüstüsü xilas edib, yəni ölmədiyi aşkar olunub. -Müəllif: Əli Əliyev - -Səhifə -> 534 | Sual Sayı -> 15 - -Sual: 1. Türklərin islamı qəbul etdiyi ilk illərdə indi dində istifadə etdiyimiz sözlər yerinə türk mənşəli sözlərindən istifadə olunub. - -Əvvəllər türklər BUNA Yunup deyirdi. Xüsusi hallarda BU narın torpaq və ya qumla da ola bilər. BUNU bir sözlə yazın. -Cavab: Dəstəmaz -Şərh: Yunub sözü "Yuyunmaq" sözündəndir. Su olmadıqda dəstəmazı sadaladığım kimi torpaq və ya qumla da almaq olar. -Müəllif: Emil Yusublu - -Sual: 2. Qədim türk inancına görə, Aran Ata adlı tanrı insanlara istiqamət göstərərək onları hündür dağa toplamış, daha sonra sal düzəltməyə kömək etmişdi. - -Aran Ata “türk O” adlandırılır. Onu yazın. -Cavab: Nuh peyğəmbər -Şərh: Eynilə türklərdə də böyük daşqın hekayəsi var.emil -Müəllif: Emil Yusublu - -Sual: 3. Bir uşaq şeirində "C" hərfi X-ə bənzədilir. 1099-cu ildə səlibçilər Qüdsü işğal etdikdə məscidlərdən X-ləri sökmüşdülər. X-i saitləri eyni bir sözlə yazın. -Cavab: Aypara -Şərh: C hərfi vizual cəhətdən də ayparaya bənzəyir. Məscidlərin qübbələrinin üzərində də adətən aypara olur. -Müəllif: Emil Yusublu - -Sual: 4. Bir nağılda personaj süd, yonca və arpadan istifadə etməklə BUNU müəyyənləşdirməyə çalışır. BUNU dişlərinə baxaraq da müəyyən etmək olar. Bunu iki sözlə yazın. -Cavab: Atın yaşı -Şərh: Dərzi şagirdi Əhməd nağılında Əhməd üç atın yaşlarını qidalarına görə tapır. Cavan at süd içir, orta yaşlı yonca yeyir, qoca at isə arpa yeyir. -Müəllif: Emil Yusublu - -Sual: 5. Hacı İsmayılov bir müsahibəsində BUNU Rasim Ocaqovdan öyrəndiyini qeyd edir. Bir məqalədə şəhərə turist axınının BUNA mənfi təsir etməsindən danışılır. Bunu biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Şəki ləhcəsi -Şərh: “Həm ziyarət, həm ticarət” filmində Hacı İsmayılov şəkili Mustafa müəllim obrazını canlandırıb. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bir rejissora həsr olunmuş rəsmdə Bunu iki O hərfi əvəz edir. Bir hekayədə Bu qoşa lupaya bənzədilir. Bunu bir və ya iki sözlə yazın. -Cavab: Optik eynək -Şərh: Woody Allenə həsr olunmuş rəsmdə Woody adındakı O hərfləri eynəyi əvəzləyir. -Müəllif: Emil Yusublu - -Sual: 7. Sergey Dovlatov şəhərin yuxarıdan görünüşünü təsvir edərkən X-lərdən ibarət cəngəllik olduğunu yazır. X-i eyni hərflə başlayıb bitən bir sözlə yazın. -Cavab: Antena -Şərh: Binaların başındakı çox sayda antenaları yazıçı cəngəllikdəki ağac və hündür otlara bənzədir. -Müəllif: Emil Yusublu - -Sual: 8. Bir şirkət hazırladığı yaşıl rəngli 4 telefon örtüyünün kameraya uyğun gələn hissəsində müvafiq olaraq mavi, qırmızı, narıncı və bənövşəyi rəngli zolaqlara yer verib. Sözügedən telefon örtüklərini onların şərəfinə adlandırılıb. Onlardan heç olmasa birinin adını cavab kartınıza yazın. -Cavab: Leonardo -Şərh: Yaşıl rəngli telefon örtüyünün yuxarı hissəsindəki zolaqlar müvafiq olaraq ninza tısbağalarını və onların bandanalarını xatırladırdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. Əli Kərimin şeirinə qulaq asın:   - -“Şirvan, Qarabağ kanalı mənim iki güclü qolum,   - - Qucaqladım ana yurdu, əbədiyyət oldu yolum.”    - -Eşitdiyiniz şeir X-ə həsr olunub. - -X-də yaranan problemin səbəbi kimi Türkiyənin “Koroğlu” və “Qayabəyi” anbarları da göstərilir. X-i yazın. -Cavab: Kür çayı -Şərh: Kanallar öz mənbəyini Kür çayından götürür. Kürdə suyun səviyyəsinin enməsində üzərində tikilən anbarların da təsiri var. -Müəllif: Emil Yusublu - -Sual: 10. Minnesota-Memfis qarşılaşmasında basketbolçuların sərtliyinə eyham edən şərhçi NBA yerinə BUNU işlədir. BUNDA çıxış edən yeganə azərbaycanlı Rəfael Fiziyevdir. BUNU abreviatura ilə yazın. -Cavab: UFC -Şərh: Oyunun sərtliyinə eyham vuran şərhçi sanki NBA matçını deyil də, UFC döyüşünü şərh etdiyini vurğulamışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. Tarixi abidələrin bərpası ilə məşğul olmuş memar Əbdülvahab Salamzadə hansı şəhərimizdə dünyaya gəlib? -Cavab: Şamaxı -Şərh: Maraqlıdır ki, onun vətəni zəlzələlər səbəbi ilə ən çox abidələrin dağıldığı şəhərlərimizdəndir. -Müəllif: Ayaz İlyasov - -Sual: 12. “Yaşıl mil” əsərində səhər tezdən otların arası ilə qaçan cinayətkarın getdiyi istiqaməti tapmağa BU kömək edir. BUNU bir qısa sözlə yazın -Cavab: Şeh -Şərh: Bildiyiniz kimi sübh tezdən otların üstündə kiçik damcılar olur. Qatili axtaranlar damcıları dağılmış otları izləyərək istiqaməti tapırlar. -Müəllif: Emil Yusublu - -Sual: 13. Paylama materialıBunu 2 sözlə yazın. -Cavab: Piza qülləsi -Şərh: Mətnin sizə italik formada verilməsi əbəs yerə deyildi. -Müəllif: Emil Yusublu - -Sual: 14. “Gav” fars dilində “Öküz” mənasını verir. Versiyalardan birinə görə, hansı ərazimizin adı “Öküz diyarı” mənasına gəlir? -Cavab: Qobustan -Şərh: Qobustan qayalarında öküz təsvirlərinin çox olması, bu versiyanı da qüvvətləndirir. -Müəllif: Emil Yusublu - -Sual: 15. Bir animasiyada Birdman adlı superqəhrəman ölümcül yaralandıqdan sonra sağalır və adının artıq X olduğunu deyir. Maraqlıdır ki, Çilidə 69 gün yerində altında qalan mədənçiləri xilas edən qurğuya da X adı verilmişdi. - -X-i bir və ya iki sözlə yazın. -Cavab: Feniks -Şərh: Əfsanəyə görə bu quş da ölüb küllərindən doğulur. Çilidə insanları işıqlı yer üzünə çıxardığı kimi Məlikməmməd nağılında Məlikməmmədi işıqlı dünyaya bu quş çıxarır. -Müəllif: Emil Yusublu - -Səhifə -> 535 | Sual Sayı -> 15 - -Sual: 1. Əfsanəyə görə, əjdaha ilə döyüşə gedən oğlanın sevgilisi onu axtararaq geri dönməsi üçün çağırdığı yer hazırda yaşayış məntəqəsidir. Həmin oğlanın ADI nə idi? -Cavab: Sum -Şərh: əfsanəyə əsasən həmin qız Sum qayıt deyərək sevgilisini səsləyirdi.Hadisə isə hazırkı Sumqayıt şəhərinin yerində baş vermişdir. -Müəllif: Elnur Qasımzadə - -Sual: 2. Vyetnam inancına görə qapıdan asılan ONU görən əjdaha evə daxil ola bilməyəcək. Bill Geytsin 24 milyon dollara aldığı Leonardo da Vinçinin «Su, yer və hava haqqında» traktatını ONU vasitəsilə oxumaq olar. ONU eyni saitli sözlə yazın. -Cavab: Güzgü -Şərh: İnanca görə öz əksini güzgüdə görən əjdaha qorxaraq evə daxil ola bilməyəcək. L.Da Vinçinin əksər əsərləri «güzgü effekti» deyilən effektlə yazıldığından onları yalnız güzgü vasitəsilə oxumaq olar. -Müəllif: None - -Sual: 3. 1880-ci ildə doğma kəndinə qayıdan bu azərbaycanlı kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verməklə məhsuldarlığın artmasına səbəb olmuşdur. Kim? -Cavab: Həsən bəy Zərdabi -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Əfsanəyə görə, peyğəmbər Avraamın hininə oğurluğa girən şəxs BU SƏBƏBDƏN yaxalanmışdı. HANSI şəhər haqqında əfsanədə də bu səbəb xatırlanır? -Cavab: Roma -Şərh: Hinə oğurluğa girən şəxs qazların səs-küyü nəticəsində ələ keçmişdi. Məşhur əfsanəyə görə qazlar Romanı xilas etmişdilər -Müəllif: None - -Sual: 5. Məlumata görə, Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu şeirin sözləri yaranır. Sonra şeirə mahnı bəstələnir. Bu mahnı son iki ildə Bərdə doğumlu ONUN sayəsində məhşurlaşmışdır.Kimin? -Cavab: Xudayar Yusifzadə -Şərh: “Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin Vətən yaxşıdır şeirinə bəstələdiyi təsnif. -Müəllif: None - -Sual: 6. Yəhudi atalar sözlərinin birində yaza bilməməyin səbəbi kimi lələyin pis olması bəhanə gətirilir. Analoji versiyada biz daha çox hansı canlını misal göstəririk. -Cavab: Pişik -Şərh: Yəhudi atalar sözü “Yaza bilməyəndə, deyir, lələk pisdir” kimi səslənir. Digəri isə Pişiyin əli ətə çatmayanda,deyir, ət iylənib. -Müəllif: None - -Sual: 7. 1995-ci ildə Beynəlxalq Olimpiya Komitəsi BU ŞİRKƏTİ loqonun oxşarlığına görə Ticarət Markası Məhkəməsinə vermişdi. BU hansı şirkətdir? -Cavab: Audi -Şərh: Olimpiya bayrağında beş, Audi şirkətinin loqosunda dörd halqa var. -Müəllif: None - -Sual: 8. Hind dilindən tərcümədə buraya verilmiş ad “sarayların tacı” mənasını verir.Statistikaya əsasən hər il buranı 250 minə yaxın turist ziyarət edir. Buranın adını orjinalda yazın. -Cavab: Tac Mahal -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Əsərlərin birində müəllimin çətin sualı baş personajı çıxılmaz vəziyyətə salır. Bu zaman yazıçı müəllimin sualını İKS ilə müqasiyə edir. İKS-ə aid olan mənbədə həmçinin 1-dən 10-a kimi saymaq da xatırlanır.İKS-i bir idman termini ilə yazın. -Cavab: Nokaut -Şərh: Boksda yıxılan idmançının qalxması üçün hakim 1-dən 10-a kimi sayır. -Müəllif: None - -Sual: 10. Çin dilində BU söz «təzə yarpaq» mənasını verən heroqliflə yazılır. BU Azərbaycan dilində qısa sözdür. Bu sözü tapın. -Cavab: Çay -Şərh: Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay formalarına qədər inkişaf etmişdir. -Müəllif: None - -Sual: 11. Qədim Yunanıstanda keçirilən olimpiadaların birində Milo adlı idmançı bütün yarışlara çiynində balacaq quzu ilə çıxırdı. Bəs bir məqalədə Milo hansı ədəbi qəhrəmanla eyniləşdirilir? -Cavab: Fitnə -Şərh: Fitnə N.Gəncəvinin «Yeddi gözəl» poemasında olan kəniz obrazıdır. -Müəllif: None - -Sual: 12. Yaponiyada "Fukusima" stansiyasında baş vermiş qəzadan sonra isti keçən yay fəsli ərzində şirkətlər elektrik enerjisinə qənaət etməyə başlandığından işçilər tərəfindən İKS-lərdən istifadə yenidən artmışdı.Bir məqalədə isə İKS yapon xanımlarının maskası adlandırılır.İKSi bir sözlə yazın. -Cavab: Yelpik -Şərh: Yelpik Yaponiya mədəniyyətində geniş yayılmışdır. -Müəllif: None - -Sual: 13. Bir jurnalda məşhurlarla edilən İKS «müasir avtoqraf» adlandırılır. İKS-ə aid çubuqların uzunluğu adətən 125 santimetrdən çox olmur. İKS-i xarici mənşəli bir sözlə yazın. -Cavab: Selfi -Şərh: İnsanlar əvvəllər məşhur şəxslərdən avtoqraf alırdılar indi isə daha çox selfi çəkdirirlər. -Müəllif: None - -Sual: 14. Bəxtiyar Vahabzadə hansı şəxsin vaxtilə şeir yazmaqla insanların daxilini, öz peşəsiylə isə insanların xaricini təmizlədiyini yazırdı? -Cavab: Mirzə Ələkbər Sabir -Şərh: Şeir yazmaqla pul qazanmaq mümkün olmadığından, Sabir sabun bişirib satırdı. -Müəllif: None - -Sual: 15. Müsəlman ölkələrinin birində keçirilən "Formula 1" yarışları zamanı qalib gələn pilotlara sonda İKS-dən istifadə etmək qadağan edilmişdi.İKS öz adını Fransda yerləşən bir ərazidən alıb.İKS-i eyni saitli sözlə yazın. -Cavab: Şampan -Şərh: Formula 1 qalibləri adətən öz qələbələrini şampan açaraq qeyd edirlər.Lakin Abu Dabidə keçirilən qran pridə onlara bu qadağan edilmişdi.Şampan içkisi öz adınə Fransada yerləşən eyniadlı ərazidən alıb -Müəllif: None - -Səhifə -> 536 | Sual Sayı -> 15 - -Sual: 1. Məşhur şərq nağılının teatrda səhnələşdirilməsi zamanı bu iki söz səsləndikdən sonra,səhnədəki iki böyük daş parçasını xatırladan maketlər bir birindən aralanır.Həmin sözləri yazın. -Cavab: Sezam açıl -Şərh: Sualda şərq nağılı olan Əlibaba və qırx quldurdan söhbət gedirdi.İçərisi qızılla dolu mağaranı açmaqdan ötrü bu sözlərdən istifadə olunurdu. -Müəllif: None - -Sual: 2. İKS-lər haqqında qeydlərin olduğu ilk yazılı mənbə Şotlandiyanın şimal hissələrinə getmiş Pifeyə məxsus olduğu güman edilir.Rus alim Yuri Şeqolov bildirirki İKS-lər adlı əsərdə bir dəfə də olsun çıraq sözü xatırlanmır.İKS-i iki sözlə yazın. -Cavab: Bəyaz Gecələr -Şərh: Əsərin hadisələri bəyaz gecələr zamanı baş verdiyindən heç bir çırağa ehtiyac yox idi. -Müəllif: None - -Sual: 3. İndiki zamanda insanların izlənildiyini deyən müasir romanın qəhrəmanı bu cür axtarış sistemlərinin çoxdan tətbiq edildiyini bildirir və bu ili xatırlayır.Bu il həm  də Corca məxsus əsərin adıdır.Həmin ili yazın. -Cavab: 1984 -Şərh: Sualda 1984 əsərindəki Böyük qardaş haqda bəhs olunurdu. -Müəllif: None - -Sual: 4. Diletant jurnalının bir buraxılışında bir çox ölkənin kraliçası olan ll Elizavetanın həyatı bir neçə İKS-in üzərində olan rəsmlərlə göstərilmişdi.İlk İKS 910-cu ildə Çində ticarəti asanlaşdırmaq üçün işlənməyə başlanmışdı.İKS-i iki sözlə yazın. -Cavab: Kağız pul -Şərh: Kağız pulların üzərindəki şəkillər vasitəsi ilə kraliçanın həyatını öyrənmişdilər. -Müəllif: None - -Sual: 5. Robert Şeklinin sözlərinə görə informasiya müharibəsində BUNU edən tərəfin qalib gəlmə ehtimalı çox olur.BUNU tez-tez edən personajın adı isə italyancadan "şam ağacı toxumu" mənasını verir.Bunu etməklə əvəz olunmuş sözləri yazın. -Cavab: Yalan danışmaq -Şərh: Pinokkio italyancadan "şam ağacı toxumu" kimi tərcümə olunur. -Müəllif: None - -Sual: 6. Paleontoloqların milçək və arı kimi həşəratları tapdığı kəhrəba hissəciyində ən qədim İKSlərdən biri də qorunub günümüzə çatmışdı. Maraqlıdır ki, İKSdən ilhamlanan Tim dünyanı əhatə edən şəbəkə sözlərini də işlətmişdi.İKSi iki sözlə yazın . -Cavab: Hörümçək toru -Şərh: Tim Berns Li bu sözləri WWW (world wide web) haqda demişdir. -Müəllif: None - -Sual: 7. "The 100 " serialının personajı Belamy Bleyk başqa bir personaja “Məsələ döyüşü qazanmaq deyil, heç ümid yoxkən insanlara ümid verdin” sözlərini işlətmiş və bir mifoloji personajın adını çəkmişdi. Hansı? -Cavab: Prometey -Şərh: Odu tanrılardan oğurlayıb insanlara gətirən prometeyə bənzətmişdi onu -Müəllif: None - -Sual: 8. Bir yumoristik elanda "Çernobıldakı iki otaqlı mənzili başqa şəhərdəki bir otaqlı mənzillə dəyişirəm" sözləri qeyd edilib. Bəs elanın müəllifi hansı iki şəhərin təklif edilməməsini xahiş edib? -Cavab: Xirosima və Naqasaki -Şərh: Çernoblda AES partladıqdan sonra radiasiya yayılmağa başlamdı,necə ki Xirosima və Naqasaki şəhərlərinə atılan atim bombasından sonra. -Müəllif: None - -Sual: 9. Moskvada uzun müddətdir ki "kenquru" adlı ixtisaslaşmış mağazalar şəbəkəsi fəaliyyət göstərir. Dəqiqliklə deyin, onlar hansı kateqoriya insanlar  üçün geyim satır. -Cavab: Hamilə qadınlar -Şərh: Bildiyimiz kimi kenqurular yeni doğulmuş körpələrini öz kisələrində gəzdirirlər. -Müəllif: None - -Sual: 10. Pələng və zebranın zolaqları, itin burnu üzərindəki naxışların  xüsusiyyətlərindən danışılarkən adətən İKS-lər xatırlanır. İKS-lərin hər insanda fərqli olduğunu bilərək onları iki sözlə yazın . -Cavab: Barmaq izləri -Şərh: Sadaladırlarımız da barmaq izləri kimi unikaldır  hər heyvanda özünəməxsus olur. -Müəllif: None - -Sual: 11. Bir internet istifadəçisi "Terek" və "Volqa" komandalarının oynunu İKS derbisi adlanırır. İKS-i sonor samitlə başlayan, qədim yunan mənşəli sözlə yazın. -Cavab: Mesopotamiya -Şərh: Mesopotamiya iki çay arasında deməkdir. Terek və Volqa həm də çaydırlar. -Müəllif: None - -Sual: 12. Bir məktəbli qız qeyd edir ki onun etdikləri Yunanıstan faunasına böyük zərər vurub.Söhbətin hansı mifoloji qəhrəmandan getdiyini yazın. -Cavab: Herakl -Şərh: Sualın 12ci olması cavaba çıxmağa kömək ola bilərdi.Herakl öz qəhrəmanlıqlarında madir rast gəlinən heyvanları öldürməyə məcbur qalırdı. -Müəllif: None - -Sual: 13. Yazıçı Dadzayu Osamu təəcüblə qeyd edir ki heç bir rəssamı onu olduğu kimi təsvir etməyib.Onun hündürlüyü 3776 metrdi.Onu yazın. -Cavab: Fudzi dağı -Şərhlər: None -Müəllif: None - -Sual: 14. Mark  Tvenin bir əsərində məşhur bir syujet öz əksini tapıb.Əsərdə gənəmi düzəldən bir neçə usta,sifarişi verən şəxsin hoqqabaz və yalançı olduğunu deyirlər.Siz isə gəminin tikintisini sifariş verən şəxsi deyin. -Cavab: Nuh -Şərh: Sel barəsində Nuh peyğəmbərin xəbər verməsinə baxmayaraq heç kim ona inanmamışdır.Elə gəmino düzəldən şəxslər də. -Müəllif: None - -Sual: 15. Bir şirkət tərəfindən keçirilən xeyriyə kompaniyasında qaçqınlar üçün evlər demək olar bir neçə saat ərzində tikilir.Maraqlıdır hər bir qaçqın özü öz evini tikir.Kompaniyanı keçirən şirkətin adını yazın. -Cavab: İKEA -Şərh: Əlbətdəki bu vaxt kəsiyində normal ev tikmək olmazdı,bunlar İKEA tərəfindən təqdim olunan müvəqqəti taxta evlər idi.İKEAnın sloqanı iaə öz əllərinlə düzəlt kimo səslənir -Müəllif: None - -Səhifə -> 538 | Sual Sayı -> 15 - -Sual: 1. Endrü Cekson çox vaxt öz emosiyalarına sahib ola bilmir və vulqar ifadələr işlədirdi.Buna görə də Endrüya vida mərasimində İKS-i otaqdan çıxarmağa məcbur olmuşdular.Başqa bir mənbədə isə Jako adlı İKS-in isə 400-ə yaxın sözü yadda saxlaması qeyd edilir. İKS-i bir sözlə yazın. -Cavab: Tutuquşu -Şərh: Endrü Ceksonun vida mərasimində tutuquşu vulqar ifadələri təkrar etdiyinə görə onu otaqdan çıxarmışdılar. Jako adlı tutuquşu isə 400-ə yaxın sözü yaddaşında saxladığına görə Ginnesin rekordlar kitabına düşüb. -Müəllif: None - -Sual: 2. Gi de Mopassan, Alexander Duma, Şarl Quno, Lekont de Lil kimi incəsənət xadimləri məhşur protestə imza atmışdılar. Onlar ,nəyin Parisin görünüşünü korladığını düşünürdülər? -Cavab: Eyfel qülləsi -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Yaponiyada arıqlamaq istəyənlər üçün təklif olunmuş əşyalar arasında yarıya bölünmüş boşqab və İKS var idi. Luis Kerrola məxsus bir əsərdə isə İKS baş personaja xəyali dünyaya keçməyə kömək edirdi. İKS-i saitləri eyni olan bir sözlə yazın. -Cavab: Güzgü -Şərh: Arıqlamaq istəyənlər üçün istehsal olunan yarıya bölünmüş qablar güzgüyə bitişik şəkildə satılır.Bu da güzgü vasitəsilə qabın tam şəkildə görünməyinə səbəb olurdu.İkinci hissədə isə Alisa güzgü vasitəsilə xəyali dünyaya keçid etmişdi. -Müəllif: None - -Sual: 4. Bir yumoristik yazıda İKS-in tamamilə itirilmiş kosmik aviabaqajdan ibarət olduğu v�� fırlanaraq öz sahiblərini gözlədikləri bildirilir..Coldplay qrupuna məxsus bir klipdə isə maşınlar bunun üzərində dövr edərək hərəkət edirlər. İKS-i iki sözlə yazın. -Cavab: Saturnun halqaları -Şərh: Saturnun ətrafında fırlanan kosmik kütlə bir növ havalimanında yığılan itmiş aviabaqajları xatırladırdı. Coldplaya məxsus klipdə isə Saturnun halqaları yarış maşınlarının hərəkət etməsi üçün yol rolunu oynayırdı. -Müəllif: None - -Sual: 5. Aktrisa Emma Vatson dizayner paltarını almadığını, lazım olanda isə vaxtla icarəyə götürdüyünü bildirərək bu personajı xatırlayır.Söhbətin hansı nağıl qəhrəmanından getdiyini yazın. -Cavab: Küllücə -Şərh: Aktrisa özünü Sindrellaya bənzədərək onun kimi paltarlarını vaxtla aldığını, müəyyən zamandan sonra isə onları geri qaytardığını bildirirdi.Şarl Peroya məxsus nağılda pəri Küllücəyə müəyyən zamana kimi salam sehrli don verir. -Müəllif: None - -Sual: 6. Müharibə və köç vaxtlarında ərzaq qıtlığı ilə üzləşən kazaklar duz əvəzinə İKS-dən istifadə edirdilər.Vll əsrdə İKS sayəsində Bizanslılar "Yunan odu"nu kəşf etmişdilər.İKS-i saitləri qalın olan bir sözlə yazın. -Cavab: Barıt -Şərh: Barıtın tərkibinə daxil olan Selitra maddəsi onun duz dadı verməsinə gətirib çıxarırdı. "Yunan odu" Çindən barıtın gətirilməsindən sonra kəşf olunmuşdu. -Müəllif: None - -Sual: 7. Azteklərdə Kauşolotl vulkanik odun və İKS-in ilahəsi idi.Maraqlıdır ki, azteklər İKS-i qidadan əlavə həm də küləkli havalarda düşmənlərə qarşı silah kimi istifadə edirdilər.Siz isə İKS-in adında xatırlanan ölkəni cavab kartına yazın. -Cavab: Çili -Şərh: Azteklər düşmən istiqamətində əsən külək gözləyir və düşmənə kəskin tüstü yönəltmək üçün yanan kömürlərə bibər səpirdilər. -Müəllif: None - -Sual: 8. Asterix və Obeliks haqqında olan filmdə İKS Teleqrafiks adını daşıyır.Ən məşhur İKS-lərdən sayılan Şer Ami 1918-ci ildə mühasirədə olan 194 şəxsin həyatını xilas etmişdi.İKS-i iki sözlə yazın. -Cavab: Poçt göyərçini -Şərh: Teleqraf kimi sürətli mesaj çatdırmağı ona bu adı vermişdi.1918ci ildə isə Cher Ami adlı göyərçin gözünü və ayağını itirməsinə baxmayaraq 25 mil yolu qət edərək əsgərlərin həyatını xilas edə bilmişdi. -Müəllif: None - -Sual: 9. Bazara təsir göstərməyən və kiçik müqavilələrlə məşğul olan treyderləri "Birja İKS-i"adlandırırlar. Başqa bir mənbədə isə İKS adlı personaj Süngər Bob ilə Bikini Bottomda yaşayır.İKS-i saitləri qalın olan bir sözlə yazın -Cavab: Plankton -Şərh: Birja Planktonları kiçik müqavilələrlə xırda pullarla qazanc əldə edirlər.Bikini Bottomda yaşayan Plankton isə məşhur Süngər Bob cizgi seriyasından bizə tanışdır. -Müəllif: None - -Sual: 10. Bir serialın epizodların birində qəhramanlardan biri problemlərini BETTA ilə müqayisə edir və onların da BETTA kimi sonsuza qədər davam etdiyini deyir.BETTA ilə bağlı bir siyahıda 67890 göstəricisinə sahib riyaziyyatçı Lu Chao'nu da görmək olar.BETTAnı tapın. -Cavab: Pi ədədi -Şərh: Big bang theory serialında Şeldon bu müqayisəni etmişdir.La Chao isə Pinin 67890 rəqəmini əzbərləyərək Rekordlar kitabına düşüb. -Müəllif: None - -Sual: 11. Mixail Kotsyubinski yazırdı: "X, mən sənə minnətdaram. Sən mənim ruhuma qızıl toxum səpirsən. X həm də 5 sentyabr 1638-ci ildə Saint-Germain-en-Laye şəhərində anadan olan bir insanın ləqəbi idi. X-i tapın. -Cavab: Günəş -Şərh: Fransa kralı XIV Lüdovik "Günəş Kralı" adlanırdı. -Müəllif: None - -Sual: Cinayət başçılarının öldürülməsi onlarla mübarizənin asan üsulu kimi görülsədə, bunun onların daha da çoxalmasına səbəb olmağından danışan bir yazıçı İKS-i xatırlayır. İKS yunancadan tərcümədə "su ilanı" mənasını verir. İKS-in nə olduğunu bildinizsə onu zərərsizləşdirənin kim olduğunu deyin. -Cavab: Herakl -Şərh: Başsız qalan cinayət başçılarının yerinə yeniləri meydana çıxırdı.Bu bir növ Hidranın bir başını kəsən zaman yerinə yenilərinim çıxmasına bənzədilirdi. Bildiyiniz kimi Çar Evrisfeyin əmri ilə Herakl Lerney hidrasını öldürmüşdü. -Müəllif: None - -Sual: 13. Mixail Uspenskinin bir personajı məşhur bir atalar sözünə inanaraq möcüzəvi şəkildə fiziki qüsurundan xilas oldu. Düzdür, bunun üçün o, bütün həftə yatmalı idi... Harada? -Cavab: Qəbirdə -Şərh: Qozbeli qəbir düzəldər -Müəllif: None - -Sual: 14. Sanskritdə indiqo bitkisi "nila" adlanır. Buna görə də bu şəhərin adı tərcümədə "indiqonun böyüdüyü yer" deməkdir. Bu şəhər hansı ölkənin paytaxtıdır? -Cavab: Filippin -Şərh: Söhbət Manila şəhərindən gedirdi. -Müəllif: None - -Sual: 15. Vladimir Borisovun fikrincə, kazino elə yerdir ki, həm sadə adam, həm də milyarder təsadüfən asanlıqla ONA çevrilə bilər. O, bir televiziya şousunun adında da iştirak edir. ONU tapın. -Cavab: Milyoner -Şərh: Transfer - "Kim milyonçu olmaq istəyir?"; kazinoda adi insan varlana, milyarder isə müflis ola bilər. -Müəllif: None - -Səhifə -> 539 | Sual Sayı -> 12 - -Sual: 1. Koronavirus pandemiyası zamanı bir mənbə virusun yayılmasının qarşısının alınması üçün İKSdən istifadə təklif edirdi. “Hotel Mumbai” serialında İKS qonaqları qarşılayan personalın ilk işlətdiyi sözdür. İKS-i bir əcnəbi sözü ilə yazın. -Cavab: Namaste -Şərh: Namaste Hinduların təmassız salamlaşma üsuludur. Hindistan şəhərinin adının çəkilməsi, başlanğıc səhnələri sözlərinin vurğulanması və turun ilk sualı olması sizə əlavə kömək ola bilərdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 2. Asılılıqlar haqqında yazan bir müəllif qeyd edir ki, fitnes-saat taxan insanlar hər gün müəyyən qədər məsafəni qət etməyi özlərinə borc bilirlər. Bundan sonra o, X-i də xatırlayır. 2012-ci ildə yaradılmış X-in spin-off-larının adında jele və soda sözlərini görmək olar. X-i cavab kartlarınıza yazın. -Cavab: Candy Crush Saga -Şərh: Hər gün fitnes-saat taxan insan özünə müəyyən məsafəni getməyi məcbur bildiyi kimi Candy Crush oynamağa başlayan insan da rekordunu təzələməyi, yeni levelə keçməyi arzulayır. -Müəllif: Nəriman Vəliyev - -Sual: 3. Bir saytda öz otel otaqlarındakı mənzərənin gözəlliyindən yazan şəxs “BUNU ETMƏK üçün heç yerə getməli deyilsiniz” sözlərini işlədir. Başqa bir mənbədə personaj BUNU son dəfə Paris muzeylərinin birində etdiyini deyir. BUNU ETMƏKlə əvəzlənəni bir neçə sözlə yazın. -Cavab: Günəşin doğuşunu izləmək -Şərh: Otel nömrəsinin əsrarəngiz mənzərəyə sahib olduğunu deyən şəxs günəşin doğuşunu otaqdan da izləməyin mümkün olduğunu deyir. İkinci hissədə isə söhbət Klod Monenin günəşin doğuşu əsərindən gedirdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 4. Sualda X ilə eyni hərflə başlayan iki söz əvəzlənib. -Mingəçevir şəhərində baş tutan üzgüçülük yarışının adı X-dir. XVIII əsrdə baş tutmuş hansı hadisə haqda yazılarda tez-tez X sözlərini görə bilərik? -Cavab: Qızılqaya xəyanəti -Şərh: X ilə “Kürü keçək” sözləri əvəz olunmuşdu. 1752-ci ildə Hacı Çələbi xan “Siz Hansı qərarı alırsız alın, kürü keçmək söhbəti orda mütləq olsun” sözlərini söyləmişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 5. Bir əsərdə ideyaları barədə danışan qəhrəman öz cəmiyyəti və kommunistlər arasındakı əsas fərqdən barədə danışarkən “BURAXILMIŞ 3 SÖZ” deyir. BURAXILMIŞ 3 SÖZ 1956-cı ildə X-də “Çoxluqdan birlik” ifadəsini əvəzləmişdi. BURAXILMIŞ 3 SÖZü yox, X-i cavab kartınıza yazın. -Cavab: ABŞ dolları əskinazı -Şərh: Kommunistlərdən fərqimiz ondadır ki, Biz Allaha güvənirik. In God we Trust ifadəsi 1956-cı ildə Konqresin qərarı ilə dollar üzərində öz yerini almışdı. -Müəllif: Cavidan Hacıyev - -Sual: 6. Bizə anatomiya dərslərindən tanış olan “ileosekal klapanı”nın adında çox vaxt onu ilk dəfə təsvir edən cərrah Nikolasın soyadı da xatırlanır. Nikolasın soyadını bildinizsə, həkimin ailə gerbində hansı bitkinin təsvirinin yer aldıqını yazın. -Cavab: Zanbaq -Şərh: Söhbət Doktor Tulpdan gedirdi. Sualda işlədilən “anatomiya dərsləri” sözləri sizə kömək ola bilərdi. Rembrantın məşhur “Doktor Tulpun anatomiya dərsi” tablosunda həkimin təsviri yer alır. Tulp isə müəyyən dillərdə zanbaq sözünün kökünü təşkil edir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 7. “Matrix: Dirilmə” filmində Neo reallıqla fantaziyanı ayırd edə bilmirdi. Səhnələrin birində personaj Neoya onun izləməsini deyir və öz çiynindəki X-i göstərir. X-i ya eyni, ya da qarşılıqlı samitlərlə başlayan 2 sözlə yazın. -Cavab: Dovşan tatusu -Şərh: Alisa Möcüzələr ölkəsində əsərində də dovşan dəliyi personajı başqa bir aləmə aparırdı. -Müəllif: Cavidan Hacıyev - -Sual: 8. Makbetin çox yaxşı hökmdar olduğu yazılan bir mənbədə Hektor Boysun onu qəddar kimi qələmə verməsi və Hektorun yazdıqlarına əsaslanan Şekspirin onu daha da qəddar təsvir etməsi qeyd olunur. Həmin mənbədə ALFA xatırlanır. ALFA haqqında bir məqalədə qüllədən qülləyə şifahi xəbərləşmədən bəhs edilir. ALFA-nı iki və ya üç sözlə yazın. -Cavab: Çin pıçıltıları oyunu -Şərh: Şekspir təhrif olunmuş məlumatı biraz da təhrif etdiyindən onun Makbeti əsl Makbetdən fərqlənir. Məqalədə Şekspirin sanki sınıq telefon və ya çin pıçıltıları oyununu oynadığı deyilir. Çin səddində qüllələr arası məlumatlar şifahi öt��rüldüyündən məlumatlar tamamilə təhrif olunurdu. -Müəllif: Cavidan Hacıyev - -Sual: 9. İki sözü yapon dilində “nii” kimi səslənir. Yaponiyada bir peşə sahibləri adətən uşaqlardan “Bir üstəgəl bir neçə edər” deyə soruşurlar. Söhbətin hansı peşə sahiblərindən getdiyini tapın. -Cavab: Fotoqraflar -Şərh: Əsasən ABŞda bir çox insan da gülümsəmək üçün şəkil çəkdirərkən “cheese” sözünü deyir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 10. Uzun müddətdən sonra bir neçə ay öncə güləş üzrə U-23 dünya çempionatında hakimlər yenidən görüşün nəticəsi elan olunan zaman idmançıların köməyinə çatırdı. Diqqət, sual: öncəki cümlədə iki söz digər iki sözlə əvəz olunub. Əvəz edilmiş sözləri yazın. -Cavab: Əllərindən tuturdu -Şərh: Covid pandemiyasına görə uzun müddət qalibin əlinin havaya qaldırılması qaydası tətbiq olunmurdu, ötən aylarda isə bu qayda yenidən bərpa olundu. -Müəllif: Cavidan Hacıyev - -Sual: 11. XX əsrin birinci yarısına aid filmdə personaj 15 milyon marka məbləğində sığorta təzminatı qazanmağına baxmayaraq bu məbləğdən qat-qat az məbləğ almış olur. BUNA səbəb olanı latın mənşəli sözlə yazın. -Cavab: İnflyasiya -Şərh: Marka Almaniya istifadə olunan pul vahidi idi. Almaniyada 1920-ci illərdə inflyasiya olmuşdu və bu səbəbdən personajın uduşu nəğdləşdirmə zamanı 3000 marka etmişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 12. Avropa birliyinin baş qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir. Maraqlıdır ki, Belçikanın ləqəbi “Avropanın X-i"dir. 2001-ci ilin sonundan etibarən X-lərin qapılarında gülləkeçirməz kilidlərdən istifadə olunmağa başladı. X-i bir sözlə yazın. -Cavab: Kokpit -Şərh: 11 sentyabr hadisələrindən sonra təyyarə qaçırılmasının qarşısını almaq məqsədilə kokpitlərdə əlavə təhlükəsizlik tədbirləri alınmağa başlanıldı. Avropanın kapitanları Brüsseldə olduğundan Belçikanın ləqəbi də Avropanın kokpitidir. -Müəllif: Bəhruz Aydınlı - -Səhifə -> 541 | Sual Sayı -> 15 - -Sual: 1. Maraqlıdır ki, baş vermiş hadisədə təqsirləndirilən bəzi xristianlar ağaca bağlanaraq məşəl kimi yandırılmışdı. Siz isə bu qərarı Antium doğumlu kimin verdiyini deyin. -Cavab: Neron -Şərh: Roma yanğınından sonra bu hadisəyə səbəb olmuş şəxslərin geniş axtarışı olmuş, hələ yeni-yeni yayılan xristianlar günahkar kimi seçilmişdi. Romanı yandıran şəxs kimi də tanınan Neron işdə özünü yox, həmin xristianları günahkar görərək maraqlıdır ki, onları da yandıraraq cəzalandırmışdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Rəvayətə görə, Valentin Haüy dilənçiyə yüksək nominallı qəpik verərkən dilənçi Valentindən həqiqətən bu qədər pulu dilənçiyə vermək niyyətində olub olmadığını soruşur. Bu hadisə Valentinin gələcək fəaliyyətinə böyük təsir edir. Qeyd olunan hadisədən danışılarkən, 1809-cu il doğumlu bu şəxsin Valentin Haüydən təsirləndiyi bildirilir. Hansı şəxs? -Cavab: Luis Brayl -Şərh: Valentin Haüy dilənçinin qəpiyin kənarlarına toxunaraq qəpiyin nominalını təxmin etməsindən təsirlənir, bundan sonra korlar üçün əlifbanı yaradır. Maraqlıdır ki, Valentin Haüy Braylın sələfi hesab olunur. -Müəllif: Malik Ramazanzadə - -Sual: 3. Yaşar Bədirxanın din haqqında olan kitabında deyilir ki, döyüşlərin birinin başlanğıcında ONUN qılıncı sınsa da, qılıncı olmadan döyüşmüş və fərqlənmişdi. Onun kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: Abbas İbn Əli -Şərh: Qılıncı sınsa da o yalın əllə döyüşmüş və döyüşdə fərqlənmişdi. Onun adı ilə bağlı dilimizdə "Həzrəti Abbas şilləsi" ifadəsindən istifadə olunur. -Müəllif: Saday Cəfərov - -Sual: 4. Bir romanda mövcud olan superdövlətin gerbində, qartalın əlində ağcaqayın yarpağını tutduğunu görmək olar. Həmin gerbdə İKSi də görmək mümkündür. Xuan Rulfonun romanında qeyd edilir ki, personajlar əlləri ilə İKSlərinə toxunaraq tapşırığı başa düşdüyünü bildirdilər. İKS-i deyin. -Cavab: Sombrero -Şərh: Belə ki, romandakı dövlət bütün Şimali Amerika ərazini əhatə edirdi. Gerbdə qartal ABŞ-ı, ağcaqayın yarpağı isə Kanadanı simvolizə edirdi. Meksika üçün isə sombreronu görmək mümkün idi. Meksikalı yazıçı Xuan Rulfonun “Pedro Palamo” romanında personajlar əlləri ilə öz sombrerolarına toxunaraq tapşırığı anladığını bildirir. -Müəlliflər: Malik Ramazanzadə, Səbuhi Göyüşov - -Sual: 5. Tamami Katada tərəfindən yazılan bir araşdırma məqaləsi "BUNU ETMƏK və depressiya" adını daşıyır. İohan Tişbeyn tərəfindən çəkilən və Troya müharibəsinə həsr olunmuş bir rəsmin sağ tərəfində BUNU EDƏ BİLƏRSİNİZ. BUNU ETMƏK ilə əvəz olunan iki sözü cavab kartınıza yazın. -Cavab: Parisi görmək -Şərh: Sualın birinci hissəsində müəllifin adından yapon olduğunu anlamaq çətin deyildi, onu araşdırma məqaləsi Paris sindromuna həsr olunmuşdu və "Parisi görmək və depressiya" adını daşıyırdı. Qeyd edilən rəssam tərəfindən çəkilən və Troya müharibəsinə həsr olunmuş rəsmin sağ tərəfində Parisi görmək olar. -Müəllif: Saday Cəfərov - -Sual: 6. Paylama materialıOrta əsrlərdə Britaniya krallığında kralların bir-bir devrilməsindən danışarkən bir tarixçi kralları İKS-ə bənzədir. İKS-i dodaqlanmayan saitli iki sözlə deyin. -Cavab: Skitlz Keqlisi -Şərh: Orta əsrlərdə Britaniyada boulinqin ata idmanı sayılan skitlz məşhur idi. Tarixçi devrilən kralları skitlz keqlilərinə bənzədirdi. Rekvizitin göyqurşağı rəngində verilməsi isə sizə Skitlzi tapmaqda kömək olmalı idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. Maraqlıdır ki, bu şəxs öz həkiminin konsultasiyasına qulaq asmamış, nəticədə pnevmaniyadan ölmüşdü. Onun soyadı Kennet adının şotland versiyasından yaranmışdır. Həmin soyadı deyin. -Cavab: McKinsey -Şərh: Maraqlıdır ki, konsultant olan Mckinsey özü həkimin məsləhətlərinə qulaq asmayaraq siqaret çəkməyə davam etmiş və nəticədə bundan vəfat etmişdi. Mckinsey soyadı Kenned adının holland versiyasından yaranmışdır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Vudi Allenin filmləri daha çox söz oyunları üzərində qurulub, fiziki ünsürlərdən o qədər də istifadə edilmir. Bir məqalədə bu filmlər uzun İKS adlandırılır. İKS-in ingilis dilində olduğunu bilərək, cavab kartınıza yazın. -Cavab: Stand-up -Şərh: Vudi Allenin bir çox filmləri komediya janrında çəkilib. Filmlərdə fiziki ünsürlərdən yox, söz oyunlarına əsaslanan yumordan istifadə edilməsindən danışılarkən bu filmlər stand-up ilə müqayisə edilir. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 9. Linqvistika elmində morfologiyaya aid məsələlər gah qonşu sahə olan fonologiyaya, gah da digər qonşu sahə sintaksisə aid edilir. Sözügedən məsələ barədə danışan Endryu Spenser BUNU xatırlayır. BUNU birincisi xüsusi isim olmaqla, qarşılıqlı hərflərlə başlayan iki sözlə deyin. -Cavab: Polşanın bölünməsi -Şərh: Endryu Spenser qeyd edir ki, morfologiya daim sintaksis və fonologiya arasında bölgüyə məruz qalır, qonşuları onun müəyyən hissələrini götürür. Bu zaman müəllif Polşanın daimi qonşuları arasında bölünməsini xatırlayır. Polşanın 5 dəfə qonşuları arasında bölünməsi məşhur tarixi memə çevrilmişdir. -Müəllif: Malik Ramazanzadə - -Sual: 10. Buğda üzərinə qoyulan dövlət nəzarəti bir müddət sonra ölkədə "Un müharibələri"nin başlamasına səbəb olmuşdu. Siz isə bu hadisələrin kimin hakimiyyəti illərində olduğunu deyin. -Cavab: XVI Lüdovik -Şərh: “Un müharibələri”ndən sonra isə ölkədə çörək qıtlığı başlamışdı. Bir versiyada deyilir ki, Mariya Antuanetta – 16-cı Lüdovikin yoldaşı demişdi ki, çörək tapmırlarsa, bryoj yesinlər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Paylama materialıPaylama materialında gördüyünüz canlı öz hərəkət xüsusiyyətinə görə ALFAYA bənzədilir. Bir karikaturada ALFANI şəbəkəli (reşotkalı) kanalizasiya qapağının üzərində görmək olar. ALFANI deyin. -Cavab: Səmazən -Şərh: Rekvizitdə gördüyünüz canlı hərəkət edərkən öz ətrafında dönərək hərəkət edir ki, bu zaman onun hərəkəti bir növ səmazəni xatırladır. Bir karikaturada kanalizasiya qapağının üzərində dayanan səmazən məşhur şəkildə Merlin Monro kimi öz donunu tutmağa çalışır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Kafkanın personajları barədə yazan bir müəllif qeyd edir ki, bu personajlar suallara cavab tapmağa çalışdıqca cavabdan daha da uzaqlaşırlar. Bu zaman müəllif ONU xatırlayır. Əvvəlki cümlədə bir neçə hərf buraxılıb. Hərfləri bərpa edərək sözü orijinalda yazın. -Cavab: Zenon -Şərh: Zenonun məşhur aporiasında Axilles tısbağaya yaxınlaşdıqca, tısbağa ondan uzaqlaşmaqda davam edir. Məhz bu səbəbdən müəllif Zenonu xatırlayır və bildirir ki, Zenonun aporialarının personajları kimi Kafkanın da personajları cavaba yaxınlaşdıqca, cavablar əksinə onlardan uzaqlaşır. -Müəllif: Malik Ramazanzadə - -Sual: 13. Orta əsrlər Avropasında hökmdarın vergi qoymaq üçün əvvəlcə buraxdığı parlamentə yenidən üz tutmasından danışılarkən hökmdar ALFA ilə müqayisə edilir. 17-ci əsrin 2-ci yarısına aid əsərdə də ALFA-nı görə bilərik. ALFAnı 2 sözlə deyin. -Cavab: İtmiş oğul -Şərh: Orta əsrlərdə hökmdarlar parlamentlə olan müttəfiqliyindən sonra onu buraxır, lakin daha sonra yeni vergilər təyin edilməsi ehtiyacı yarandıqda, yenidən parlamentə üz tuturdu. Bu hadisə bir məqalədə məşhur bibliya süjeti olan “İtmiş oğulun geri qayıtması” ilə müqayisə edilir. Belə ki, sanki müstəqillik arzusunda olan hökmdar yenidən parlamentə geri qayıdır. Rembrandtın 1669-cu ildə çəkdiyi məşhur rəsm də “İtmiş oğulun geri qayıtması”dır. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 14. Boris Conson könüllü şəkildə baş nazir postunu tərk etdiyi sonuncu çıxışında ONU xatırlamışdı. ONUN bir çox təsvirlərində kotanı da görmək mümkündür. Eramızdan əvvəl yaşamış bu şəxsin kim olduğunu deyin. -Cavab: Sinsinnat -Şərh: Eramızdan əvvəl Qədim Romada əvvəl konsul, daha sonra diktator olmuş Sinsinnat iki dəfə hakimiyyətə gəlməsinə baxmayaraq hər ikisində də özü könüllü şəkildə hakimiyyətdən getmişdi. Bu səbəbdən hal-hazırda bir çox rəhbərlər könüllü şəkildə hakimiyyətdən getdiyi zaman Sinsinnatı yad edirlər. Məşhur rəvayətə əsasən, Roma senatı Sinsinnatı hakimiyyətə dəvət edərkən o tarlada kotan sürürdü. Buna görə, bir çox rəsmlərdə Sinsinnatı tarlada kotanla görmək olar. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. İKS ilə bağlı bir kitabda qeyd edilir ki, Henri Hindistan meşələrində gedən müharibə zamanı əvvəlcə general rütbəsini almış, sonra da hərbi ənənələri pozduğuna görə Britaniya ordusundan kənarlaşdırılmışdır. İKS ilə bağlı başqa bir məqalədə “Tutqun zeytun” sözlərini də görə bilərik. İKS-i əcnəbi mənşəli sözlə yazın. -Cavab: Xaki -Şərh: Henri Lourens ilk əvvəl Britaniya ordusunda xaki rəngini tətbiq etdiyi üçün general rütbəsinə qədər yüksəlmiş, lakin daha sonra hərbi ənənələri pozması səbəbi ilə ordudan tərxis edilmişdi. İngilisdilli ölkələrdə xaki həm də “Tutqun zeytun” rəngi mənasında istifadə edilir. -Müəlliflər: Malik Ramazanzadə, Səbuhi Göyüşov - -Səhifə -> 542 | Sual Sayı -> 15 - -Sual: Paylama materialıQarşınızda gördüyünüz rekvizitdə siz Niaqara şəlaləsinin X adını daşıyan hissəsini görürsünüz. “Western Production” adını daşıyan kinostudiyanın loqosunda da X yer alır. X-i yazın -Cavab: Nal -Şərh: Rekvizitdəki şəlalə görünüşcə sizə nalı bənzətməli idi.Vestern filmlərində də atlar əsas iştirakçılardı. Biz də bu sual ilə oyunumuza başlayırıq və bütün komandalara uğurlar arzu edirik! -Müəllif: Kənan Dadaşzadə - -Sual: 2. Nə qədər təəcüblü olsa da orta əsr Çin kartlarında X-ın təsviri yer aldığı kart xoşbəxt gələcək vəd edirdi. 1980-ci ilərdə isə məşhur Britaniyalı X-in dadının çox duzlu olduğunu bildirmişdi. X-i saitləri eyni olan bir sözlə yazın. -Cavab: Yarasa -Şərh: 2020-ci ildə deyilənə Uhan bazarlarının birində satılan yarasa şorbası koronavirusun başlamğına səbəb olmuşdur.1982-ci ildə isə Ozzi Ozborn konsertlərin birində səhnəyə atılan yarasanı oyuncaq bilərək onun başını dişləmişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 3. Bir serialda əvvəllər FBİ agenti olmuş, daha sonra isə müraciət əsasında qara işlərlə məşğul olmağa başlayan personaj özünü və onun kimiləri X adlandırır. X-lərin artmağı barədə bir məqalədə 1972-ci ildə Los-Anceles şəhər hakimiyyətinin ciddi nəqliyyat probremlərini də həll etmək istədiyi qeyd olunub. X ilə əvəz olunmuş əcnəbi mənşəli bir sözü cavab kartlarınıza yazın. -Cavab: Frilanser -Şərh: Frilanser termini adətən Volter Skott-a aid edilir və Ayvenqo romanında orta əsr muzdlu döyüşçüsü təsvir etmək üçün istifadə olunur. Maraqlıdır ki, serialda da qara işlərlə məşğul olan keçmiş FBİ işçisi özünü freelancer adlandırır. Los-Anceles hakimiyyəti freelance işi yayaraq nəqliyyat və tıxaclarla bağlı problemi də həll etmək istəyirdi. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 4. ”Şantaram” serialının personajı getdiyi yerə ölüm və bədbəxtliklər gətirir. Maraqlıdır ki, səhnələrin birində personajın Bunu oxuduğunu görmək olar. Siz isə 1930-cu illərdə BUNU orijinaldan oxuyan Prinston doğumlu şəxsi cavab kartlarınıza yazın -Cavab: Robert Oppenheymer -Şərh: Şantaram serialının baş personajı Avstraliyadan Hindistana qaçaraq orada yaşamağa başlayır.Hind ədəbiyyatının məşhur əsəri olan “Bxaqavad Qita” Kurukşetra döyüşündən öncə Krişna və Arcuna arasındakı fəlsəfi dialoqlardan ibarətdir. Atom bombasının ilk sınaqlarından sonra məşhur alim Robert Oppenheymer də originaldan oxuduğu bu əsərdən məşhur sitat gətirmişdir: "İndi mən ölüm oldum, dünyaları məhv edən" -Müəllif: Nəriman Vəliyev - -Sual: 5. Paylama materialırojigualda19-cu əsrin sonuna qədər qaranlıq Havananı təsvir edən kolorist rəssamlar tablolarına parlaq rəngli çalarlar qatmaq üçün tez-tez əsərlərdə ALFA-nın təsvirindən istifadə edirdilər. Rekvizitdə ALFA-ya verilmiş qeyri-rəsmi addır. ALFA ilə əvəz edilmiş biri xüsusi isim olan iki sözü yazın. -Cavab: İspaniya bayrağı -Şərh: 1898-ci ilə qədər Kuba İspaniyanın hökmranlığı altında idi. Paylama materialındakı rojigualda sözü tərcümədə “qırmızı” və “qızılı” deməkdir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 6. Bir mənbədə qeyd olunur ki, 1877-ci ilə qədər bir ölkədə qadınların X-lərdə işləməyi qadağan idi və bu fakt bir mifi inkar edir. Mifin yaranması haqqında danışılarkən isə Prosper Merimenin bir xanımla keçirdiyi erotik gecəni qələmə alması göstərilir.X iki sözlə yazın -Cavab: Siqar Fabriki -Şərh: Prosper Merime xanım ilə keçirdiyi gecə zamanı xanım yazıçı üçün siqarları özü bükmüşdü və bu məşhur siqarları qadınların büküldüyü mifinin yaranmasına səbəb olmuşdu.Yazıçın məşhur personajı Karmen də siqar fabrikində çalışırdı. -Müəllif: Heydər Həmzəyev - -Sual: 7. Dişlərimiz kökləri ilə sümük çənəsindəki kiçik çuxurlara bitişik vəziyyətdədir.Elastikliyi təmin etmək üçün köklərin sümüklə arasındakı çox kiçik boşluq X adını daşıyır. X-ı qısa alman sözü ilə yazın. -Cavab: Lüft -Şərh: Lüft almancadan hava deməkdir. Digər məşhur oyunda da iştirakçılar düymə ilə barmaqları arasındakı saxladıqları kiçik məsafəyə lüft deyirlər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 8. 1928-ci ildə Mədəniyyət Nazirliyinin binasında işlədiyi dövrdə Dieqo, ilk görüş zamanı BUNLARI “qaratoyuq qanadları”na bənzətmişdi.BUNLARı bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: (Frida) Kalonun qaşları -Şərh: Sualda söhbət məşhur rəssam Dieqo Riveyranın gələcək həyat yoldaşı Frida kalo ilə görüşündən gedirdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Paylama materialı** ******Bir jurnalist “İnstagram”-ın yaranması və satılmasının görünməyən tərəflərinin tam aydın təsvir etdiyi kitabına bu adı verib. Bu adı yazın. -Cavab: No filter -Şərh: Bütün çılpaqlığı ilə “İnstagram”-ın qaranlıq tərəflərini təsvir edən kitab maraqlıdır ki, elə “No filter” adını daşıyır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 10. Parisdə yaşadığı dövrdə Robert Kapanın acınacaqlı həyatından bəhs edən bir məqalədə qeyd edilir ki, tez-tez X-ə getməli olduğundan O,hətta bir müddətlik fotoqraflıq karyerasını da dayandırmalı olurdu. X haqqında məqalədə səlibçilərin hərbi qənimətlərini Venesiya şəhərinə də gətirməklərindən danışılır.X ilə əvəz olunmuş saitləri qalın olan bir sözü deyin. -Cavab: Lombard -Şərh: Maddi durumu çox pis olan Kapa yeganə çörək ağacı olan Leica fotoaparatını məcburiyyətdən lombard-a qoymalı olurdu. Konstantinopolun fəthindən sonra səlibçilər hərbi qənimətlərini İtaliyaya-Lombardiya və Venesiya gətirirdilər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 11. ” Maraqlıdır ki, "The Crafty Cockney" ləqəbli 5 qat dünya çempionu Erik Bristou 1979-cu ildə "Arrows" adlı filmdə çəkilmişdir. Erikin karyerası artritdən əziyyət çəkməyə başladıqdan sonra enişə doğru getdi. Əvvəlki cümlədə bir sözdə dəyişiklik edilmişdir. Həmin sözü bərpa edin. -Cavab: Dartrit -Şərh: Erik Bristou məşhur darts oyunçusudur.Dartrit professional darts oyunçularının müəyyən müddətdən sonra yaşadığı və performansların birdən-birə zəifləməsini bildirən sözdür. -Müəllif: Nəriman Vəliyev - -Sual: 12. Paylama materialıBir animasiya serialının personajı aquapark-da olarkən nəfsinə tab gətirə bilmədiyini vurğulayır. Bu zaman personaj Nemonu xatırlayır. Sualın mətnində əvəz edilmiş sözü yazın. -Cavab: Odissey -Şərh: Aquapark-da sirenaların səsini eşidən personaj nəfsinə tab gətirə bilmədiyini deyir və özünü Odissey kimi taxtaya bağlanmağını xahiş edir.Nemo latıncadan heç kim deməkdir, Odissey isə özünü Polifemə heç kim kimi təqdim etmişdir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 13. Bir filmin personajı mütəmadi dördüncü divarı qıraraq izləyicilərə mürəkkəb iqtisadi terminləri izah edir. Maraqlıdır ki,səhnələrin birində personaj Onunla müqayisə edilir. Onun adı ispan dilində tədqiqatçı sözünün feminitivindən yaranıb. Onu cavab kartlarınıza yazın. -Cavab: Dora -Şərh: Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş məhur “Dora the Explorer” animayisa serialında latın amerikalı qız Dora izləyicilərə primitiv şeyləri izah edir. Dora personajının adı da ispan dilindəki “exploradora” sözündən yaranıb. -Müəllif: Nəriman Vəliyev - -Sual: 14. Bu il 2 tammetrajlı filmdə baş rolu oynayan və Medison-square-Garden-də banneri asılan Harri Stayls haqda məqalədə onun sanki X ilə yığıldığı deyilir. Kimliyi naməlum qalan D.B Kuper təxəllüslü cinayətkarın törətdiyi məşhur oğurluq haqqında olan məqalədə də onun yalnız X-ını görmək olar. X ilə əvəz etdiyimiz eynisaitli sözü yazın. -Cavab: Fotorobot -Şərh: Çox uğurlu və yaraşıqlı olan müğənni Harri Stalys haqda onun sanki fotorobotda yığıldığı deyilir. Çox genişmiqyaslı cinayət törətməsinə baxmayaraq D.B. Kuperin əsl kimliyi və görünüşü hələ də naməlumdur və məqalədə yalnız FBİ-in hazırladığı fotorobotu görmək mümkündür. -Müəllif: Nəriman Vəliyev - -Sual: 15. Sinesteziya insanlarda adətən bir-biri ilə əlaqəli olmayan hislərin birləşdiyi bir fenomendir. Məqalələrin birində BUNUN sinesteziyanın bir variantı olduğu güman edilir. BU haqda bir məqalədə Bob Rossun “Joy of Painting” verilişi də xatırlanır. BUNU cavab kartlarınıza yazın. -Cavab: ASMR -Şərh: ASMR insanlara müxtəlif səslərdən,pıçıltılardan və s. yüngül eyforiya gətirən fenomendir. Bob Rossun məşhur verilişində də öz sakit danışıq tərzi,rəsmi çəkərkən fırçanın səsi və s. ilə sanki ASMR video çəkdiyi qeyd olunur. -Müəllif: Nəriman Vəliyev - -Səhifə -> 543 | Sual Sayı -> 12 - -Sual: 1. Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi Masallı tarixini ÖZÜNDƏ ƏKS ETDİRDİYİNƏ görə Masallı tarixinin İKSi adlanırdı. İKSi eyni saitli bir sözlə yazın. -Cavab: Güzgü -Şərh: Sualda əsas ipucu əks etdirmək sözləri idi ki, bu sözlər də xüsusi vurğu ilə səslənmişdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 2. Bir kitabda insanları və şəhərləri bir-birinə bağlayan ipək yolu dünyanın ALFAsı adlandırılır. ALFA xəstəliklərinə bəzi mənbələrdə “Motor” xəstəlikləri də deyilir. ALFA ilə əvəz olunan, eyni 2 hərflə başlayan 2 sözü yazın. -Cavab: Sinir sistemi -Şərh: Dünyanı insan orqanizminə bənzədən yazıçı şəhərlər və insanlar arasındakı əlaqələri bir-birinə bağlayan ipək yolunu sinir sisteminə bənzədir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 3. Bir bloqda böyük tədbirlər zamanı stadion önündə dayanan könüllülər BUna bənzədilir. BU həmçinin şirkətlərə düzgün yatırım istiqamətləri tövsiyyə edən məsləhətçi şirkətin adıdır. BUnu qalın saitli bir sözlə yazın. -Cavab: Kompas -Şərh: Kompas şirkəti istiqamət seçimində digər kompaniyalara yardım edən konsultant şirkətdir. Stadion önündə dayanan könüllülər adətən istiqamət tapmaqda insanlara yardımçı olurlar. -Müəlliflər: Ramal Ağazadə, Bəhruz Aydınlı - -Sual: 4. İstanbulda yerləşən, Türkiyənin tarixi abidə və obyektlərinin kiçik maketlərinin sərgiləndiyi muzey kompleksi türk adlanır. Öncəki cümlədə bir sözdə 5 hərf buraxılıb. Həmin sözü tam formada cavab kartınıza yazın. -Cavab: Miniatürk -Şərh: Miniatürk kompleksi ölkənin əsas tarixi obyektlərinin miniatür variantlarını qonaqlara təqdim edir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. 1915-ci ilə aid “Vampirlər” serialında bir cinayət dəstəsi gecələr şəhərdə peyda olur. Bu məlumatın götürüldüyü məqalədə ilk dəfə 1939-cu ildə işıq üzü görən hansı komiks personajının xatırlandığını deyin. -Cavab: Batman -Şərh: Özlərini vampirlər adlandıran cinayət dəstəsi gecələr fəaliyyət göstərir və yarasa kostyumu geyinirlər. Batman yarasa kostyumlu komiks personajıdır. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. Maraqlıdır ki, bu aktyor 2011-ci ildə başlayan film seriyalarından öncə də “çəkic” ləqəbini daşıyırdı. Söhbətin 1983-cü ildə Melbörndə doğulmuş kimdən getdiyini tapın. -Cavab: Kris Hemsvörth -Şərh: Marvelin məşhur kino işlərində Tor obrazını canlandıran aktyor bu obrazdan öncə də artıq çəkic ləqəbi ilə məşhur idi. -Müəllif: Səyyar Qurbanov - -Sual: 7. Kosmik fəzada cazibə qüvvəsinin təsiri ilə cisimlərin şaquli və üfüqi istiqamətdə dartılması prosesi vizual oxşarlığa görə qettifikasiya adını alıb. Öncəki cümlədə bir sözdə buraxılmış hərflərin olduğunu bilərək, həmin sözü tam formada yazın. -Cavab: spaqettifikasiya -Şərh: Kosmik fəzada müxtəlif istiqamətdə darılan cisimlər alimlərə spaqettini xatırlatmışdı. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. Paradoksal olsa da, GTA: San Andreas video oyununda çətinliklə heç kimin diqqət etmədiyi bir körpünün ən hündür və çatılmaz nöqtəsinə dırmandıqdan sonra orada ALFA olmadığı barədə yazını görmək olar. ALFAnı iki sözlə yazın. -Cavab: Pasxa yumurtası -Şərh: Bir çox mənbələrdə müəllifin sonradan tapılması üçün əlçatmaz yerlərdə gizlətdiyi nəsnələr pasxa yumurtası adlandırılır. Paradoksal olsa da, “Burada pasxa yumurtası yoxdur” yazısının özü elə pasxa yumurtasıdır. -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. İstanbul aeroportunda çek-in köşkünün üzərində BUnun görünməsi köşkün boş olduğu və növbəti sərnişini gözlədiyi mənasına gəlir. BU həmçinin sürücülük kurslarından birinin adıdır. BUnu iki sözlə yazın. -Cavab: Yaşıl işıq -Şərh: “Yaşıl işığın verilməsi” ifadəsi layihənin reallaşdırılması ilə bağlı təsdiqedici anlam daşıyır. Yaşıl işıq həmçinin Türkiyədəki sürücülük kurslarından birinin adıdır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Aktrisa Bonni Rayt xatırlayır kı, ilk dəfə filmin BURAda olan səhnəsində çəkilərkən onun 10 yaşının tamam olmasına 3 ay qalırdı. BURAda şəkil çəkdirmək istəyən fanatlara 4 müxtəlif şarfdan birini istifadə etmək təklif olunur. Söhbətin haradan getdiyini tapın. -Cavab: 9 ¾ platforması -Şərh: Harri Potter franşizasından məşhur olan bu platforma “King’s cross” vağzalında yerləşir. Burada şəkil çəkdirmək istəyənlərə Hoqvartsın 4 fakültəsinə uyğun gələn şarflar təklif edilir. Gənc aktrisanın filmin bu səhnələrində çəkilərkən sözün əsl mənasında 9 ¾ yaşı var idi. -Müəllif: Urfan Orucov - -Sual: 11. “Qızıl top” mükafatının son qalibi Aleksis Putelyasın qazandığı mükafatlar sırasına İspaniya Kral kuboku da daxildir. Öncəki cümlədə bir sözdə buraxılmış hərflər var. Həmin hərfləri bərpa edərək sözü tam formada yazın. -Cavab: Kraliça -Şərh: Aleksis Putelyas qadınlar arasında qızıl topun qalibidir. Onun qalib olduğu kubok da Kral yox, Kraliça kuboku adlanır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 12. “Arşın mal alan” operettasının 90 illiyinə həsr olunmuş poçt markasında Əli bəyin əlində 3 top parça görmək olar. Siz isə həmin parçaların hansı rənglərdə olduğunu tapın. -Cavab: Göy, qırmızı, yaşıl -Şərh: Milli operettamızın 90 illiyi qeyd olunarkən bayrağımızın rənglərinə yer verilmişdi. Bu sual 3sual.az komandasından gecikmiş Bayraq günü təbrikidir! -Müəllif: Urfan Orucov - -Səhifə -> 544 | Sual Sayı -> 15 - -Sual: 1. Afinada fəaliyyət göstərən hansı təəssisatların bəzilərində tarixin fərqli qatlarını özündə əks etdirən arxeoloji eksponatlar da nümayiş etdirilir? -Cavab: Metro -Şərh: Həmin eksponatlar metro qazıntıları zamanı tapılıb. -Müəllif: None - -Sual: 2. Andrey Belyaninin komediya janrındakı əsəri xəyali aforizmlərdən ibarətdir və müəllif bu aforizmləri hansısa şəxslərə ithaf edir. Belə aforizmlərdən olan “yalnız boğulmaq sıxıcıdır” cümləsi hansı hollivud ulduzuna həsr edilib? -Cavab: Leonardo Di Kaprio -Şərh: Sualda “Titanik” filminə göndərmə var idi. Di Kaprio Titanik filmində baş rolu canlandırmışdır. Filmdə oxşar səhnələri görmək mümkündür. -Müəllif: None - -Sual: 3. 1930-cu illərdən etibarən ABŞ-da İKS-ləri “şaquli küçələr” adlandırırdılar. Eyni iki İKS-ə həsr edilmiş məqalədə hansı tarixə rast gəlmək olar? -Cavab: 11 sentyabr 2001 -Şərh: İKS-lər dedikdə göydələnlər nəzərdə tutulurdu. ABŞ-da əkiz qüllələrdə məşhur terror aktı isə məhz bu tarixə təsadüf edir. -Müəllif: None - -Sual: 4. İlk dəfə 1916-cı ilin sentyabrında Fler kəndi yaxınlığında istifadə edilən ONLAR “torpaq armadillaları” adlandırılmışdır. ONLARı tək hecalı sözlə deyin. - - -Cavab: Tank -Şərh: Tanklardan ilk dəfə I DM zamanı istifadə olunub -Müəllif: None - -Sual: 5. 1849-cu ildə Kaliforniya valisi olan Riçard Meyson San-Fransiskoya gəldikdə liman ərazisinində 200-dən çox boş gəmi görür. Bunun səbəbini 2 sözlə yazın. -Cavab: Qızıl hərisliyi -Şərh: Həmin insanlar qızıl axtarmağa gəlmiş şəxslər idi. -Müəllif: None - -Sual: 6. Hadisələri ilin sonunda cərəyan edən filmlərin birində şəhər əhalisinin 95 faizi "biz inanırıq" şüarı ilə çıxış edərək ONU məhkəmədə müdafiə etmişdilər. Kimi? -Cavab: Santa Klaus -Şərh: İlin sonu deyərkən yeni ildən bəhs edən filmlərdən söhbət gedirdi. Santa Klausun varlığına inanıb-inanmamaq isə şəhər əhalisi tərəfindən çoxlu müzakirələrə səbəb olmuşdu -Müəllif: None - -Sual: 7. Albert Eynşteyn 5 yaşında olarkən atası onu elmə və öyrənməyə yönəltmək üçün ona İKS hədiyyə etmişdi. İKSi qalın saitli sözlə yazın. -Cavab: Kompas -Şərh: Sualda əsas ipucu yönəltmək sözü idi -Müəllif: None - -Sual: 8. Game of Thrones serialında digər insanların cildinə girən personaja İKS-i olmayan deyə adlanır. Fransada İKS-i olmayan oyuncaqların satışı qadağan olunmuşdur.Söhbətin nədən getdiyini bildinizsə cavabı yazın. -Cavab: Sİma -Şərh: Ariya Starka xitab edərkən digər personaj ona üzü və ya siması olmayan deyə səslənir.Fransada isə siması olmayan oyuncaqların satışı qadağandır. -Müəllif: None - -Sual: 9. Bir mənbədə 1868-ci ildə İlk İKS-in quraşdırılmasından sonra İngiltərədə tıxacların azaldığı qeyd olunur.İKS sözünün ikinci hissəsinin “foros” sözündən yarandığını bilərək cavabı yazın. -Cavab: İşıqfor -Şərh: İşıqfor sözünün ikinci hissəsi “foros” sözündən götürülüb ,yəni işığın daşıyıcısı mənasını verir. -Müəllif: None - -Sual: 10. Bir yazıçının romanında zolaqlar şəklində əkilmiş ağaclar İKS-ə bənzədilir. Təsadüfi deyil ki, adında İKS olan əsərin baş qəhrəmanı vəhşi xarakterə malikdir. İKS-i iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Pələng dərisi -Şərh: Səliqəli formada düzülən ağaclar zolaq şəklində yetişdirilib və pələng dərisinə bənzəyir. Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"ı baş qəhrəmanı da öz vəhşi təbiətinə görə pələngə bənzədilir. -Müəllif: None - -Sual: 11. Xüsusi olaraq protezlər üçün Lakalut Dent təmizləmə tabletləri istehsal olunur ki, onlar suda həll edildikdə protezi dezinfeksiya edir. Bir paketindəki tabletlərin sayının nə qədər olduğunu tapın -Cavab: 32 -Şərh: İnsanın 32 dişi var və buna görə də hər paketdə bu saya eyham vurmaq üçün 32 tablet olur. -Müəllif: None - -Sual: 12. Orbit saqqızının reklam posterlərindən birində saqqız X formasında təsvir edilib.X həm də Cek tərəfindən 1906-cı ildə yazılan əsərin adıdır.X-i iki sözlə yazın. -Cavab: Ağ diş -Şərh: Orbitin dişləri ağartması bir çoxlarımıza məşhurdur -Müəllif: None - -Sual: 13. Kelt mifologiyası ensiklopediyasını tərtib edənlərin fikrincə, britaniyalılar haqqında ilk məlumatlardan birini bizim eramızdan əvvəl Britaniyaya "GƏLƏN" Dumanlı Albionu "GÖRƏN" , hətta buranı "FƏTH EDƏN" bir sərkərdə haqqında oxuyarkən əldə edilib. Bu sərkərdəni tapın. -Cavab: Sezar -Şərh: Sualda Sezar - gəldi, gördü,qazandı ifadəsinə göndərmə var idi -Müəllif: None - -Sual: 14. Qədim Çində hansı peşə sahibləri möhkəm mıxlanmış taxta lövhələrin köməyi ilə uzun müddət öz işlərinə hazırlaşırdılar? -Cavab: Dİş həkimləri -Şərh: Təlimə öz əllərinizlə taxta lövhələrdən möhkəm bərkidilmiş mismarları çıxarmaq daxil idi. -Müəllif: None - -Sual: 15. Çin əfsanəsinə görə Yu qaynar qazandan ət almaq istəyəndə X ağlına gəlib. Bəs “Aristokrat pişiklər” cizgi filminin Şun Qonq adlı personajı hansı alətdə ifa edərkən ondan istifadə edib? -Cavab: Nağara -Şərh: X yemək çubuqlarıdır. O nağaranın çubuqlarını yemək çubuqlarına bənzədib. Çin əfsanəsi olması isə sizi cavaba daha da yaxınlaşdıra bilərdi -Müəllif: None - -Səhifə -> 546 | Sual Sayı -> 15 - -Sual: 1. Hadisələri bərbərlər şəhərində cərəyan edən bir nağılda qala divarında yerləşən saat əqrəbləri İKS-i xatırladır. Bir mənbədə İKS ilə qazanılan qələbənin rəmzi xarakter daşıdığı və oyunçunun bir hərəkətlə iki jesti göstərdiyi bildirilir. İKS-i bir sözlə yazın. -Cavab: Qayçı -Şərh: Nağılda bərbərlər şəhərində yerləşən saatın əqrəbləri qayçını xatırladırdı. İkinci hissədə isə söhbət daş, kağız və qayçı oyunundan gedirdi. -Müəllif: None - -Sual: 2. Bir romanda uzun və qövsvari Afrika musiqi aləti xatırlanır. Maraqlıdır ki, insanlar aləti düzəltmək üçün əsas material olaraq İKS -dən istifadə edirdilər. İKS həmçinin 1985-ci ildə dəyişiklik edilən bir ölkənin adında da xatırlanır. İKS-i saitləri eyni olan ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Fil dişi -Şərh: Yerli sakinlər musiqi alətlərini fil dişlərindən hazırlayırdılar. İkinci hissədə isə söhbət Fil dişi sahilinin adının Kot-divuara dəyişməsindən gedirdi. -Müəllif: None - -Sual: 3. Bir bosmanın fikrinə görə dənizçi o halda evlənməlidir ki, bir də heç vaxt dənizə çıxmasın. Bu zaman isə bosman dənizçinin həyat yoldaşını İKS-lə müqayisə edir. Bəzən İKS-in çəkisi 30 tona çatır. İKS-i incə saitli bir sözlə yazın. -Cavab: Lövbər -Şərh: Bosmanın fikrinə görə dənizçinin həyat yoldaşı onu lövbər kimi saxlayır. Təyyarə daşıyan gəmilərin lövbərinin ağırlığı 30 tona çata bilir. -Müəllif: None - -Sual: 4. ABŞ-ın İkinci dünya müharibəsinə qoşulmasına səbəb kimi yaponların Perl- Harbora hücumunu göstərən bir roman qəhrəmanı bunu XXl əsrdə baş verən İKS ilə müqayisə edir. İKS haqda məqalədə biz qoşa və əkiz sözlərinə rast gələ bilərik. -Cavab: 11 sentyabr -Şərh: Yaponiyanın hücumundan sonra ABŞ-ın ll dünya müharibəsinə qoşulmasını baş personaj 2001-ci ildən sonra ABŞ-ın terrorizmlə mübarizə aparmasına bənzətmişdi. Məqalələrdə Dünya Biznes Mərkəzini “qoşa qüllələr” və “əkiz qüllələr” kimi adlandırmışdılar. -Müəllif: None - -Sual: 5. Bir versiyaya görə İKS Obadi Kelli adlı şəxsin yüklərin daşınması zamanı problem olmadığını bildirmək üçün istifadə etməsindən sonra yaranm��şdı. İKS-i yazın. -Cavab: OK -Şərh: OK sözü hər şeyin yolunda getdiyi mənasında işlədilən sözdür. Maraqlıdır ki, insialları OK olan Obadi Kelli yüklərin daşınması zamanı problem olmadığını bildirmək üçün bu şəkildə imza atırdı. -Müəllif: None - -Sual: 6. XVlll əsr Britaniyasında bütün torpaqları tutan və sonradan həmin torpaqları müəyyən şərtlərlə yenidən fermerlərə icarəyə verən Lendlord sözü İKS-in ilk versiyası hesab edilir. Qutunun üzərində təsvir edilən İKS-in talismanı silindr papaq taxmış varlı mister Pennibeqzdir. İKS-in hansı stolüstü oyun olduğunu deyin. -Cavab: Monopoliya -Şərhlər: None -Müəllif: None - -Sual: 7. İsveçrənin dağ-xizək kurortu haqqında olan reklam kampaniyası "İsveçrənin İKS"-i adını daşıyır. İKS-in faydaları haqqında olan bir məqalədə isə tibbdə geniş istifadə edildiyi bildirilir. İKS-in nə olduğunu bildinizsə söhbətin nədən getdiyini bir sözlə yazın. -Cavab: Pambıq -Şərh: Ağ qızıl pambıq adlanır. -Müəllif: None - -Sual: 8. Balear adalarında yaşayan londonlu Robert Qreyz "vətəniniz üçün darıxırsınız mı?" sualına "İKS çox uzaq olmadığına görə xeyr" cavabını verir. İKS haqqında mənbədə "Dünyanı Qərb və Şərqə bölür" sözləri də xatırlanır.İKS-i biri xüsusi olan ikinci növ təyini söz birləşməsi ilə cavab kartınıza yazın. -Cavab: Qrinviç meridianı -Şərhlər: None -Müəllif: None - -Sual: 9. XVll əsrdə ticarət limanlarıilə məşhur olan Haaqada yaranan rəsm növünə görə rəssamlar günün çoxunu şəhərdə fəaliyyət göstərən İKS-də keçirirdi. İKS haqqında məqalədə 660 min ton dəniz məhsulu satışı sözləri də yer alır. İKS-i eyni iki hərflə başlayan iki sözlə deyin. -Cavab: Balıq bazarı -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Yırtıcı görən zaman marallar yeni doğulmuş körpələrində İKS olmadığından onları sakit və əminliklə tərk edə bilirlər. Başqa məşhur bir əsərdə isə İKS qabiliyyəti yüksək olan personaj silsilə qətllər törədir. Söhbətin hansı personajdan getdiyini bildinizsə onun peşəsini deyin. -Cavab: Ətriyyatçı -Şərh: Yeni doğulan maralların qoxusu olmadığından yırtıcılar onların qoxularını hiss etmədiyindən ovlamırlar. Yüksək qoxu qabiliyyəti olan eyni adlı əsərin personajı Jan Baptist Qrenuy isə silsilə qətllər törədir. -Müəllif: None - -Sual: 11. Aristotel deyir ki, İKS ölümlə həyat arasındakı vəziyyətdir. İKS-in əsası Sumqayıt şəhərində qurulsa da, onların fəaliyyəti əsasən Türkiyədə olub. İKS-i saitləri eyni olan bir sözlə yazın. -Cavab: Yuxu -Şərh: İkinci hissədə söhbət Yuxu qrupundan gedirdi. -Müəllif: None - -Sual: 12. 26 sentyabr 1988-ci ildə fransız Boivin Everesti fəth etdi. Maraqlıdır ki onun enməsi çox qısa müddətdə,cəmi 12 dəqiqəyə baş tutdu. Buna səbəb olanı əcnəbi mənşəli sözlə deyin. -Cavab: Paraşüt -Şərh: O özüylə paraşütlə Everestə çıxmışdı. -Müəllif: None - -Sual: 13. Bir mənbədə deyilir ki, Quantanamo bazasındakı amerikalı əsgərlər az qala çənələrini açmadan danışırlar ki, daim yaxınlıqda olan kubalılara BUNU ETMƏYƏ imkan verməsinlər. BUNU ETMƏKlə əvəzlənənləri bir neçə sözlə yazın. -Cavab: Sözlərimizi dodağlarımızdan oxumaq -Şərhlər: None -Müəllif: None - -Sual: 14. 2002-ci ildə Cənubi Afrika və Botsvanadan dəniz yolu ilə Kissama Milli Parkı üçün Anqolaya 200 fil, zürafə, vəhşi heyvan, zebra, dəvəquşu və başqa heyvanların gətirilməsi əməliyyatı İKS adlanır. İKSi biri xüsusi isim olan iki sözlə yazın. -Cavab: Nuhun gəmisi -Şərh: Məhz onun gəmisində də çoxlu sayda heyvanlara yer verilmişdi. -Müəllif: None - -Sual: 15. İtaliyada Peroni adlı pivə markası var. Zarafatla deyilir ki, İtaliyada bunu etsəniz pivə əvəzinə pizza sifariş vermiş olacaqsınız. Nə etsəniz? -Cavab: Kəkələmək -Şərh: Zarafatda deyilir ki, kəkələsəniz Peroni əvəzinə Pepperoni sifariş vermiş olacaqsınız. -Müəllif: None - -Səhifə -> 549 | Sual Sayı -> 12 - -Sual: 1. Xalq artisti Əlibala Məmmədov ona ünvanlanan təklifə razı olduqdan sonra bunu demişdi: “O adam qanı və canı ilə bizə qulluq edib.” Bunun nəticəsində nəyin adının dəyişdiyini biri xüsusi isim olan 2 sözlə yazın. -Cavab: Xudayar Təsnifi -Şərh: Xanəndə və bəstəkar olan Əlibala Məmmədov 44 günlük müharibə zamanı şəhid olmuş Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq “Vətən yaxşıdır” mahnısının adının dəyişdirilməsinə sözsüz razı olduğunu bu sözlərlə bildirmişdi. Bir daha bütün şəhidlərimizə rəhmət diləyirik. -Müəllif: Urfan Orucov - -Sual: 2. Azərbaycan musiqi tarixində ilk İKS Şövkət Ələkbərova və Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” mahnısıdır. İKSi qısa sözlə deyin. -Cavab: Duet -Şərh: Sualda 2 nəfərin adının qeyd olunması sizə kömək olmalı idi. Həmçinin, sual da paketimizin 2-ci sualı idi. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 3. Bir mənbədə ötən əsrin 80-ci illərinin türk futbol azarkeşləri haqqında yazan müəllif qeyd edir ki, bəzi azarkeşlər o qədər yaxşı idilər ki, rəqibdən İKS də alırdılar. İKSi eyni hərflə başlayan 2 sözlə cavab kartınıza yazın. -Cavab: Transfer təklifi -Şərh: Türk futbolunda bəzən azarkeşlərin komandasına bağlılığı çox yüksək səviyyəyə çıxa bilir. Maraqlıdır ki, bu tərs effekt verərək bəzi rəqib komandaların bəzi azarkeşlərə transfer təklifi aparmasına da səbəb ola bilirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 4. Jimmy Fallon bir zarafatında deyir: “Direktor BUnlardan istifadə edərək heç kimin işdən qovulmayacağını deyəndə əlbəttə hamı işdən qovulacağını düşünər”. BUnlar haqqında məqalədə səssiz kino oyunu da xatırlanır. BUnlar ilə əvəz etdiyimiz, qalın saitli söz və ya sözləri yazın. -Cavab: Dırnaqlar işarəsi -Şərh: Nitq zamanı dırnaqlar işarəsindən istifadə etmək deyilən sözün əslində gerçəyi əks etdirmədiyini bildirir. Səssiz sinema oyununda jestlərdən istifadə edərək hansısa filmi təsvir etmək oyunçulardan tələb olunur. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Uzun məsafə qaçışları zaman özünəxas stili olan, tez-tez yüksək tonlu və gurultulu səslər çıxaran Emil Zatopekin ləqəbi “Çex İKSi" idi. İKS ötən aylarda avropa kuboklarında iştirakına qadağa qoyulan klublardan sadəcə biri idi. İKSi yazın. -Cavab: Lokomativ -Şərh: Qaçış zamanı yüksək tonlu səslər çıxaran Zatopek bu xüsusiyyətinə görə Lokomotiv adlandırılırdı. Lokomotiv Moskva digər Rusiya klubları kimi avropa kuboklarında iştirakdan kənarlaşdırılmışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Firudin Ağasıoğlu kitabında Qarabağın işğalından sonra Azərbaycanı İKSə bənzətmişdi. Bir neçə il öncə portuqaliyalı futbolçunun zədə səbəbilə oyunu buraxmasından yazılan bir məqalədə məşhur türk klubu da İKS adlandırılmışdı. İKSi eyni hərflə başlayan üç sözlə cavab kartınıza yazın. -Cavab: Qanadı qırıq qartal -Şərh: Azərbaycan xəritəsi qartala Qarabağ isə qartalın qanadına uyğun gəlir, buna görə də Firudin Ağasıoğlu Qarabağın işğalından sonrakı Azərbaycanı qanadı qırılmış qartala bənzətmişdi. İllər öncə qanad oyunçusu olan Rikardo Quarejmanın zədə səbəbi ilə oyunu buraxmasından danışılan məqalədə də ləqəbi Qara qartal olan Beşiktaş qanadı qırıq qartal adlandırılmışdı. -Müəllif: Saday Cəfərov - -Sual: 7. Economist jurnalının ABŞda son dövrlərdə xalqın düşünmə tərzindəki parçalanma barədə məqaləsinin başlığı “United States of America” adlanır. Öncəki cümlədə bir sözdə üç hərf buraxılıb. Həmin hərfləri cavab kartınıza yazın. -Cavab: d,i,s -Şərh: Amerikan ştatları arasında yaranan düşüncə tərzi ayrılığı səbəbi ilə jurnal öz üz qapağında bu sözlərdən istifadə etmişdi. Sualın sonunda sizdən buraxılmış hərflər istənilmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Bir serialda personaj əli sarğılı dostundan ona nə olduğunu soruşur, dostu isə heç bir cavab vermir. Bu zaman personajın 1999-cu ilə aid hansı filmi xatırladığını tapın. -Cavab: Döyüş klubu -Şərh: Məşhur kitab və eyniadlı filmdə deyildiyi kimi “Döyüş klubu”nun birinci qaydası həmin klub barədə kiməsə danışmaq olmazdır. -Müəllif: Əhməd Əliyev - -Sual: 9. II Dünya Müharibəsini təsvir edən bir kitabda yazılır ki, Avropa İKS kimidir, yurdlarından didərgin düşmüş insanlar geri qayıtmaq üçün çalışırlar. Başqa bir hissədə dindar personaj az öncə İKSdən çıxmış kimi bir kilsədən digərinə keçdiyini deyir. İKSi iki sözlə cavab kartınıza yazın. -Cavab: arı pətəyi -Şərh: Müharibə dövrünü təsvir edən müəllif insanların arı kimi işlədiklərini qeyd edir və Avropanı arı pətəyinə bənzədirdi. İkinci hissədə isə arının çiçəkdən çiçəyə qonduğu kimi, kilsədən kilsəyə keçən dindar personajdan söhbət açılır. -Mənbə: Edebiyat ve Patates turtası derneği -Müəllif: Adil Nəhmətli - -Sual: 10. Moon knight serialında personaj gecə üzərinə bir varlığın hücum etdiyini qeyd etdiyini bildirsə də, nəzarətçi ona inanmır və növbəti cümləsində 1902-ci ilə aid mənbəni xatırlayır. Həmin mənbəni cavab kartınıza yazın. -Cavab: Baskervillərin iti -Şərh: Personaj özünün üzərinə qəribə varlığın hücum etdiyini dedikdə nəzarətçi ona inanmır, onun halisünasiyada olduğunu düşünür. Eynilə Baskervillərin iti qeyri-mövcud varlıq insanların üzərinə guya hücum çəkirdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 11. Ötən aylarda İspaniya futbol federasiyası prezidenti uzun illər uğursuz olan milli komandaları haqqında “illərdir çöllərdə sürünürdük” demişdi. Bu barədə danışan bir şərhçi 2020 avropa çempionatındakı yarımfinalın əslində bir İKS ola biləcəyini deyir. İKS öz adını fransızca “heyranlıqla baxmaq” mənasına gələn sözdən götürür. X-i bir sözlə yazın. -Cavab: İlğım -Şərh: Şərhçi federasiya prezidentinin ifadəsi barədə 2020 avropa çempionatındakı nəticənin yanıldıcı ola biləcəyini deyir və çöllərdə sürünən komandanın miraj görmüş ola biləcəyini deyir. Miraj sözü fransız dilindəki mirar sözündən yaranıb. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Karl Saqan riyaziyyat dərslikləri haqda qeyd edir ki, dərsliklər müəyyən nəticə almaq üçün hamı tərəfindən istifadə edilə biləcək düsturlarla doludur. Bu zaman Saqan dərslikləri İKSə bənzədir. İlk İKSin 5-ci əsrdə yaşamış bir qurman tərəfindən hazırlandığı güman olunur. X-i eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Kulinariya kitabı -Şərh: Karl Saqan riyaziyyat dərsliklərindəki düsturları yemək reseptləri ilə müqayisə edir. İlk kulinariya kitabı 5-ci əsrdə bir qurman tərəfindən hazırlanmışdı. Qurman yemək mədəniyyəti haqqında dərin biliklərə sahib şəxslərə verilən addır. -Müəllif: Namiq Quluzadə - -Səhifə -> 550 | Sual Sayı -> 12 - -Sual: 1. Cüzi maaşa işləyən yazıçı Çarlz Bukovski haqqında bir yazılır ki, o aldığı pulları içkiyə və qumara sərf etmiş, hər dəfə qalan kiçik miqdarı isə toplayaraq İKS almışdı. İKSi cavab kartlarınıza yazın. -Cavab: Daktiloqraf -Şərh: Yazıçı Çarlz Bukovski topladığı pulla daktiloqraf almış, bundan sonra elə həmin daktiloqraf ilə əsərlər yazmağa başlamışdır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 2. Onun oğlu olan İsfəndiyar öz xatirələrində qeyd edir ki, bir gün İranda olarkən qəribə hadisə ilə üzləşir. Ona Sədi Şirazinin yazmış olduğu "Gülüstan" əsəri hədiyyə edilir və bu əsərin atasına məxsus olduğunu vurğulanır. Siz isə İsfəndiyarın kimin oğlu olduğunu tapın. -Cavab: Bəxtiyar Vahabzadə -Şərh: Bəxtiyar Vahabzadənin də “Gülüstan” poeması olduqca məşhurdur. İsfəndiyar Vahabzadənin başına gələn bu hadisədən aydın olur ki, iranlılar bu əsərləri səhv salıblar. -Müəllif: Ramal Ağazadə - -Sual: 3. 12-ci əsrin sonlarında tez-tez Parisə səyahət etmiş ingilis alim Aleksandr Nekam yazılarında bildirmişdi ki, yaşadığı dövrdə BUndan yalnız dumanlı havada istifadə edilirdi. Söhbətin nədən getdiyin tapın. -Cavab: Kompas -Şərh: Orta əsrlərdə üfüqün cəhətlərini müəyyən etmək üçün gecələr ulduzlara, gündüzlər isə günəşə baxırdılar. Nekam Parisə getmək üçün La-Manş boğazından keçməli olurdu və buludlu havalarda kompasdan istifadə edirdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 4. Bir mənbədə rus donanmasında BUNUN baş verməsinə güclü qasırğanın səbəb olduğu deyilir. Məşhur türk deyimləri lüğətində BUNUN mənası olaraq “dərin dərin nə düşünürsən?” sualı qeyd edilib. Bununla əvəz etdiyimizi bir neçə sözlə yazın. -Cavab: Qara dənizdə gəmilərin batması -Şərh: Qara dəniz vasitəsilə səfər edən rus texnikaları güclü qasırğa səbəbindən idarəetməni itirmiş və batmışdı. Sualın ikinci hissəsində isə hamımıza məşhur olan "qara dənizdə gəmiləri batıb" deyiminə işarə var idi. -Müəllif: Ramal Ağazadə - -Sual: 5. Hadisələri ABŞda rasizmin yüksək səviyyədə olduğu dövrdə baş verən bir serialda ofisiant müştərilərdən BUNU ETMƏYİ tələb edir. Bir bloqqer BUNU ETMƏKdən danışarkən şirkətlərin müştərilərə güvənməməsindən şikayətlənir. BUNU ETMƏK ilə əvəzlənən bir neçə sözü yazın. -Cavab: Pulu qabaqcadan ödəmək -Şərh: ABŞ-da rasizmin yüksək həddə olduğu dönəmdə ofisiant “sizin kimilər öncədən ödəməlidir” deyərək irqçilik edir. Bloqer isə Fast Food şirkətlərinin pulu əvvəldən istəməsinin güvənsizlikdən irəli gəldiyini düşünürdü. -Müəllif: Emin Qasımov - -Sual: 6. Cavid Hüseynovun son mövsüm region liqasındakı çempionluğundan sonra Cəbrayıldan "Neftçi U-19"-a baş məşqçi kimi təyinat alması haqqında məqalədə onun Cəbrayıldan İKS kimi istifadə etdiyi deyilib. İKSi ahəng qanuna tabe olmayan bir sözlə yazın. -Cavab: Tramplin -Şərh: Aşağı liqada məşqçi kimi fəaliyyətə başlayan Cavid Hüseynov elə ilk ilində region liqasında Cəbrayıl komandası ilə çempion olur və bunun ardından komandadan ayrılaraq Neftçinin azyaşlılardan ibarət komandasına gedir. Tramplin tullanmaq üçün istifadə olunan əşyadır. -Müəllif: Ramal Ağazadə - -Sual: 7. 18-ci əsrdə bir əkinçi Şuşada keçilməz meşələri yardıqdan sonra hündürlükdən axan hidro obyekti tapır. Həmin əkinçinin adını cavab kartlarınıza yazın. -Cavab: İsa -Şərh: Şuşada yerləşən, hər birimizə tanış olan İsa bulağının adının yaranma tarixçəsi haqqında mənbədə bu hekayə qeyd olunub. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 8. 1725-ci ilə aid bir əsərdə yarpaqların titrəyişinin, quşların cəh-cəh vurmasının, qar yağması səsinin və həmçinin yağış səsinin imitasiyasını eşidə bilərik. Əsəri yox, onun müəllifini tapın. -Cavab: Antonio Vivaldi -Şərh: “İlin fəsilləri” əsəri Antonio Vivaldinin ən məşhur əsəridir. Sualda qeyd olunan səslər müxtəlif fəsilləri simvolizə edir. -Müəllif: Orxan Cəlilov - -Sual: 9. 1970-ci ilə aid məşhur filmimizə həsr olunmuş posterlərin birində Q hərfi lupa kimi təsvir edilib. Söhbət hansı filmimizdən getdiyini tapın. -Cavab: O qızı tapın -Şərh: Filmin hekayəsi axtarış ətrafında cərəyan edir. Lupa bəzən axtarış üçün də istifadə oluna bilən alətdir. -Müəllif: Ramal Ağazadə - -Sual: 10. XVII əsr Səfəvi ordusunda ən güclü dəstə süvarilər hesab olunurdu. Buna səbəb süvarilərin istifadə etdiyi İKS və üzəngi sayəsində atın üzərində rahat qalması idi. Tədqiqatlar göstərir ki, İKSdən çox istifadə disbalans yaratdığı üçün bel ağrılarına səbəb olur. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Dikdaban ayaqqabı -Şərh: Dikdaban ayaqqabı vasitəsilə süvarilər at üzərində rahat hərəkət edə və yıxılmaya bilirdilər. Müasir dikdaban ayaqqabılardan istifadə onurğa sütununda əlavə problemlərə səbəb ola bilər. -Müəllif: Səyyar Qurbanov - -Sual: 11. Paylama materialıRekvizitdə gördüyünüz jaketə BU ad verilib. Maraqlıdır ki, Vyananı təmsil edən bir reqbi komandasının adında da BUnu görə bilərik. BUnu deyin. -Cavab: Kenquru -Şərh: Jaketin önündə olan cib kenqurunun kisəsini xatırladır. Avstraliya və Avstriyanı tez-tez qarışdıran turistlər olduğu üçün avstriyalıların hazırladığı "Burada kenquru yoxdur" yazılan posterləri yəqin ki, görmüsünüz. Maraqlıdır ki, Vyananı təmsil edən reqbi komandalarından biri "Vyana Kenquruları" adını daşıyır. -Müəllif: Əhməd Əliyev - -Sual: 2014-cü ildə qeydə alınmış sarı rəngli yarasa növü ALFA adlandırılıb. ALFA asanlıqla qurulan çox -uğurlu biznesi bildirən idiomdur. ALFA-nı biri xüsusi isim olmaqla 2 sözlə deyin. -Cavab: Midas toxunuşu -Şərh: Sarı rəngə sahib yarasa toxunuşuyla hər şeyi qızıla çevirən Midasın şərəfinə adlandırılmışdı. Midas toxunuşu çox asanlıqla qazandırdığından asanlıqla uğur qazanan bizneslərə də bu ifadə ilə xitab edilir. -Müəllif: Orxan Cəlilov - -Səhifə -> 551 | Sual Sayı -> 15 - -Sual: 1. Hadisələrin əsas hissəsinin Spitsberqen adasında baş verdiyi bir sənədli film “İKS döyüşləri” adlanır. İKS həmçinin ötən illərdə istifadəyə verilən milli kraudfandinq platformamızın adıdır. İKSi bir sözlə yazın. -Cavab: Toxum -Şərh: Spitsberqen adasında dünya toxum anbarı yerləşir və sənədli filmin mövzusu bu anbar ətrafında baş verən hadisələri əks etdirir. Toxum.org milli kraudfandinq platformamızdır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Bir maya əfsanəsində deyilir ki, insanların yatmağa ehtiyacı olduğunu görən tanrı Hakayüm İKSin gücünü əlindən almış və onu sonsuzadək həbs etmişdi. Stadionlarda ot örtüyünün bütün hava şəraitlərində təzə saxlanılması üçün istifadə olunan texnoloji sistemin adı da İKSdir. İKSi iki sözlə cavab kartınıza yazın yazın. -Cavab: İkinci günəş -Şərh: Maya əfsanəsində qədimdə dünyada iki günəş olduğu və bu səbəbdən gecə ilə gündüzün olmadığı qeyd olunur. Daha sonra ikinci günəşin göydən endirilməsi ilə insanlar artıq yatmaq üçün gecəyə sahib idilər. Günəşin ot örtüyünün təbii inkişafındakı vacib rolu səbəbilə süni isitmə sistemləri təklif edən bir şirkətin adı da ikinci günəşdir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 3. [Sual mətndəki xəta səbəbilə paketdən çıxarılıb və bazaya xəta aradan qaldırılaraq əlavə edilib] Amerikan slenqində eyni gündə bütün böyük idman liqalarında oyunların olması idmanda İKS adlandırılır. İKS adlı model haqqında məqalədə dizayn və texnologiya arasındakı mükəmməl balansdan bəhs edilir. Mətndə iki yerdə eyni hərflər buraxılıb, həmin hərfləri bərpa edərək sözü cavab kartınıza yazın. -Cavab: Ekvinoks -Şərh: “Sports Equinox” əsas peşəkar idman liqaların hər birində eyni gün bir oyunun olmasına deyilir. Şevrolet Ekvinoksun əsas sloqanı “Dizayn və texnologiya arasındakı balans” kimi səslənir. Ekvinoks gecə-gündüz bərabərliyi anlamına gəlir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 4. Miller şirkətinin öz pivəsini reklam etmək üç��n seçdiyi sloqan "Bir pivədə axtardığınız hər şey və daha azı" kimi səslənir. Mətndə bir söz buraxılıb, həmin sözü cavab kartınıza yazın. -Cavab: Lite -Şərh: Lite içkilər bəzi inqredientlərin az istifadə olunması ilə əldə olunur. Miller də öz lite pivəsini “daha azı” deyərək reklam edirdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 5. Bir yapon sənətçisinin dioramasında İKSin içində əlindəki çətiri açmış adamı görə bilərik. Fərziyyəyə görə İKSi Adolf Ehinqer nazilərin evini axtarma planından xəbər tutduqdan sonra makaron düzəldən maşın əsasında yaratmışdı. İKSi bir sözlə yazın. -Cavab: Şreder -Şərh: Makaron düzəldən maşınının işləmə prinsipi şrederin hazırlanmasında rol oynamışdı. Ehinqer anti-nazi materiallarını tez bir şəkildə yox etmək üçün Almaniyada ilk şredderi hazırlamışdı. Diorama miniatur səhnəciklərdir. Şrederin içindəki adam əlindəki çətirlə tökülən kağızlardan qorunmağa çalışır. -Müəlliflər: Nail Qasımzadə, Bəhruz Aydınlı - -Sual: 6. Bir basketbolçunun tez-tez komanda dəyişdirməsini şərh edən bir tvitter istifadəçisi onun sanki İKSdə yaşadığını deyir. Ən məşhur İKS istehsalçıları arasında “Away” və “Roam” kimi brendlər də var. -İKS-i bir sözlə yazın. -Cavab: Çamadan -Şərh: Oyunçunun tez-tez köç etməsini istifadəçi bu cür şərh etmişdi. “Away” və “Roam” sözlərinin tərcümələri sizə səfərlərdə tez-tez istifadə olunan çamadanlara çıxmağa kömək ola bilərdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Bir hesabatda göstərilir ki, sadəcə 2022-ci ildə yaşıl çəmənlə qidalanmağı sevən nene ördəkləri 40 dəfə İKS səbəbilə yaralanmışdılar. Bir animasiyada Qaret Beyli futbol aləmindən aparan kosmik gəmi İKS formasındadır. -İKSi iki sözlə yazın. -Cavab: Qolf topu -Şərh: Yaşıl çəmənlə qidalanan ördəklər qolf meydançalarına tez-tez daxil olduqlarından qolf toplarının hədəfi ola bilirdilər. Qaret Beylin futboldan nisbətən uzaqlaşma səbəbi kimi bəzən qolfa olan marağı göstərilir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Qətərdə inşaat işçilərinin ölkəni tərk edə bilməməklərini əsas götürən bir illüstrasiyada işçilər İKSin elementləri kimi təsvir edilib. Bir fərziyyəyə görə ispan vətəndaş müharibəsində yaralanmış Aleksandr Finester İKSin yaradıcısıdır. İKSi istənilən dildə cavab kartınıza yazın. -Cavab: Kiker -Şərh: Bildiyimiz kimi Qətər futbol üzrə bu ilki Dünya kubokunun ev sahibi kimi illərdir bir-birindən gözəl stadionlar tikdirir. Əslində isə bu sektorda işçilərin işdən çıxa bilməməklərindən bəhs edilən məqalədə işçilər kiker oyununun elementləri kimi təsvir ediliblər. Ayağından yaralanmış Finester isə hospitalda olarkən oyunun fikri ağlına gəlmiş və oyun üçün masa hazırlatmışdı. Franko dövründə oyun üçün alınan patent itdiyi üçün hələ də oyunu onun kəşf edib etmədiyi məlum deyil. -Müəllif: Nail Qasımzadə - -Sual: 9. 1863 yazısının stilizə olunmuş bir versiyasında yazının bir hissəsi İKS kimi təsvir olunub. 19-cu əsrin sonlarında iki ölkə arasında təzyiq yaranmaması üçün memar İKSi əldə yox, daha az görünən ayaqda yerləşdirməyi seçmişdi. İKSi eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Qırıq qandallar -Şərh: 1863-cü il ABŞda quldarlığın ləğvi ilə yadda qalmışdı. 19-cu əsrin sonlarında Fransadan ABŞa hədiyyə olaraq göndərilən azadlıq heykəlinin ayaqlarında qırıq qandalları görməyimiz mümkündür. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 10. Post-apokaliptik dünyada sonuncu körpənin zombilərdən qorunaraq təyinat məntəqəsinə aparılmasından danışılan film İKS adlanır. Kasıb Vanuatu adasına çoxlu ərzaq gətirən Con Fram ilk İKS kultlarından birinin yaradıcısı sayılır. İKSi bir sözlə cavab kartınıza yazın. -Cavab: Karqo -Şərh: Filmdə körpəni qoruyaraq daşımağa çalışırlar. Eynilə karqo daşımalarında olduğu kimi. Təyinat məntəqəsi də yardımçı ola bilərdi. İkinci hissədə isə ən məşhur karqo kultlarından biri olan Con Fram kultundan bəhs edilirdi. Karqo kultu inananları tərəfindən daha çox mal gətirməsi üçün sitayiş edilən yerli kultdur. -Müəllif: Nail Qasımzadə - -Sual: 11. Bir verilişdə şərhçi bir neçə il sonra NBAdə daha yüksək maaş sisteminin tətbiq ediləcəyini xatırladır və indi müqavilə imzalayanlarda ALFA olduğunu deyir. ALFAnın həll yollarından biri “fotorefraktiv keratektomiya” adlanır. ALFAnı bir sözlə yazın. -Cavab: Miopiya -Şərh: Kaan Kural bir neçə il sonra qazanacaqlarını görə bilmədən müqavilə imzalayan oyunçuların miopiyadan əziyyət çəkdiklərini deyir. Fotorefraktiv sözü sizə cavaba çıxmağa kömək olmalı idi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Bir filmin aktyor olaraq varlanmaq istəyən qəhrəmanına Los Ancelesə getməsi məsləhət görülür və bu şəhər BURAXILMIŞ SÖZLƏR adlandırılır. Amerikanın qitədə yerləşməyən ştatında doğulmuş Barak Obamanın qələmə aldığı memuar BURAXILMIŞ SÖZLƏR adını daşıyır. Buraxılmış sözləri cavab kartlarınıza yazın. -Cavab: Vəd edilmiş torpaq -Şərh: Los Ancelesdə onu çoxlu pul və şöhrətin göstərdiyini bildirən dostu Los Ancelesi vəd edilmiş torpaq adlandırır. Havay ştatlarında anadan olan Obama öz kitabına belə bir ikonik ad seçmişdi. Dini mətnlərdən bizə tanış olan bu ifadə gündəlik jarqonda daha çox insanlara nəsə qazandıra biləcək fürsətləri və yerləri bildirir. -Müəllif: Nail Qasımzadə - -Sual: 13. Çanaqqala müharibəsində Xaintəpə və Yüksəktəpə arasındakı keçidin çox dar olması və burada xeyli qan tökülməsindən danışarkən keçid İKSin kənarı ilə müqayisə edilir. İKS formasında stilizə olunmuş bir kreativ bilbordun altında ölü quş maketlərini görə bilərik. İKSi bir sözlə yazın. -Cavab: Ülgüc -Şərh: Nazik dar keçiddə xeyli qan tökülməsindən danışılarkən bu zona ülgücün kənarı ilə müqayisə edilir. Quşlar adətən bilbordların üzərinə qonmağı sevirlər, bunu əsas götürən reklam kampaniyasında maketlər vasitəsilə ülgüc kimi forma verilmiş bilbordun üzərinə qonmuş quşların kəsilərək öldüyü və ülgücün çox iti olduğu vurğulanmaq istəyir. -Müəlliflər: Nail Qasımzadə, Bəhruz Aydınlı - -Sual: 14. Karqo filminin personajı zombilərlə dolu olan meşəlik əraziyə gəldikdə əlacsız qalaraq bunu edir. Siz isə Çingiz Mehbalıyevin rəsmində bunu etməyin obyekti olan şəxsi tapın. -Cavab: Şah İsmayıl Xətai -Şərh: Bir neçə sual öncə qeyd etmişdik ki, Karqo filmində baş personaj sağlam körpəni zombilərdən qorumağa çalışır. Bu zaman personaj meşəlik ərazidə çağanı ağacdan asır. "Şah İsmayılın xilası" adlı rəsmdə isə biz Şah İsmayılın Mirzə Əli tərəfindən ağacdan asıldığını görə bilərik. -Müəllif: Nail Qasımzadə - -Sual: 15. Bir tarixçi qeyd edir ki, Qədim Misir yüz illər boyu inkişafda olmuş və inkişafını tamamladıqdan sonra İKS kimi birdən-birə düşərək süqut etmişdi. Bir İsrail şirkətinin yaratdığı yeni növ dronlar bir neçə metr yüksəkliyə qalxa və rəng tanıma sistemi vasitəsilə İKSləri seçə bilirlər. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Yetişmiş meyvə -Şərh: Müəllif Misirin tam inkişafını tamamladıqdan sonra birdən-birə süqut etməsini meyvənin yetişdikdən sonra tökülməsinə bənzədir. -Müəllif: Səyyar Qurbanov - -Səhifə -> 554 | Sual Sayı -> 12 - -Sual: 1. Aktyor Will Smith fiziki hazırlığın vacibliyini bildirmək üçün BUnun ən yüksək nöqtəsinə piyada çıxmışdı. Emirates hava yollarının “Sizi dünyanın zirvəsinə qaldırırıq” sloqanına sahib bir reklam videosunda BUnu görə bilərik. Söhbətin nədən getdiyini tapın. -Cavab: Bürc Xəlifə -Şərh: Will Smith dünyanın ən hündür binasının ən yüksək nöqtəsinə qalxmaq üçün liftin köməyindən imtina etmişdi. Emirates Birləşmiş Ərəb Əmirliklərinin havayolu şirkətidir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Bir oyunda İKS adlı aksesuardan istifadə etdikdə qarşınıza daha çox xal qazanmaq üçün yeni fürsətlər çıxır. İKS adlı filmimizdə Afaq Bəşirqızının övladı Səmral da çəkilmişdi. İKSi iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Bəxt üzüyü -Şərh: Oyunda xal qazanmaq şansını artırmaq üçün “Bəxt üzüyü” adlanan aksesuarı taxmaq lazımdır. Afaq Bəşirqızı “Bəxt Üzüyü” adlı filmimizdə Söylü rolunu oynayıb və filmdəki uşaqlardan biri də onun öz övladıdır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 3. Mərakeş millisinin uzun müddət sonra Dünya Çempionatı çərçivəsində Belçika millisini məğlub etməsi haqqında bir qəzet başlığı “Mərakeş qırmızı BURAXILMIŞ 3 SÖZ” kimi səslənir. BURAXILMIŞ 3 SÖZÜ yazın. -Cavab: Şeytanın ayağını qırdı -Şərh: Belçika millisinində ləqəbi “Qırmızı şeytanlar”dır. Uzun müddət alınmayan bir şeyin sonradan alınması halında dilimizdə şeytanın qıçını qırmaq ifadəsi işlənir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 4. Bir məqalədə yazılır ki, Əmir Teymurun ordusu torpaqları işğal edərək irəliləsə də, get-gedə daha az İKSə ehtiyac duyurdu. Bir kitabda ABŞda Böyük Depressiya illərində insanların kasıblaşıb evlərini itirdikləri və küçələrdə İKSlərin sayının artdığı yazılıb. İKSi qalın saitli bir sözlə yazın. -Cavab: Çadır -Şərh: Maraqlıdır ki, ordu uğurlar əldə etdikcə itkiləri də artır, əsgərlərin sayı azalır və beləcə çadıra ehtiyac da azalırdı. Böyük depressiya illərində insanların kasıblaşması ilə onlar çadırlarda gecələyirdilər. -Müəllif: Emin Qasımov - -Sual: 5. XX əsrin əvvəlində özlərini müdafiə və məişət zorakılığından yayınmaq məqsədilə yapon döyüş sənətləri öyrənməyə başlayan qadınlara Suffrajist ləqəbi verilmişdi. Öncəki cümlədə bir sözdə dəyişiklik edilib. Həmin sözü orijinal formada yazın. -Cavab: Sufrajitsu -Şərh: Həmin sufrajist qadınlar jiu-jitsu ilə məşğul olduğundan onlara Suffrajist və Jiu-jitsu sözlərindən əmələ gələn sufrajitsu adı verilirdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 6. 6 qollu insanların olduğu dünya haqqında bir kitabda yazılır ki, bu dünyada tanrının oğlu xaçdan yox, ALFAdan asılacaqdı. 1970-ci ildə Bakıda ALFAnın istismara verilməsi ilə qırmızı 1,5 kilometr uzandı. ALFANI bir sözlə yazın. -Cavab: Ulduz -Şərh: 6 qollu insanların dünyasında İsa çarmıxa çəkən zaman xaç yox, ulduza ehtiyac olacağı deyilir. Bakıda Ulduz metro stansiyasının istifadəyə verilməsi ilə metronun qırmızı xətri 1.5 kilometr daha uzanmışdı. -Müəllif: Səyyar Qurbanov - -Sual: 7. Bir kitabda yazılıb ki, qara buludları izləyən tanrı Baldur az sonra BUndan istifadə edərək yerə enir. Maraqlıdır ki, bəzən böyük şəlalələr də BUnun yaranmasına səbəb ola bilirlər. BUnu cavab kartınıza yazın. -Cavab: Göyqurşağı -Şərh: Skandinav mifologiyasında Bifröst göyqurşağından körpüdür. Qara buludlardan yağış yağdıqdan dərhal sonra Baldur göyqurşağı ilə yerə enir. Bəzən böyük şəlalələr də göyqurşağı yarada bilirlər. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. Kanadanın Dünya Çempionatında bərbad oyunundan sonra yerli bir nəşr millinin məşqçisini üz qapağında çılpaq təsvir etmişdi. Siz isə bu üz qapağında məşqçinin açıq hissələrinin nə ilə gizlədildiyini tapın. -Cavab: Ağcaqayın yarpağı -Şərh: Adətən rəsmlərdə bu məqsəd ilə əncir yarpağından istifadə olunduğu bilinir. Maraqlıdır ki, Kanada nəşri isə üz qapaqında bu məqsədnən ağcaqayın yarpağından istifadə etmişdir. Kanadanın bayrağında da ağcaqayın yarpağı görə bilərik. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Bu yaxınlarda bəzi məşhur yarım qalmış tikililərin vizual olaraq tamamlanması üçün ONLARdan istifadə edilmişdi. ONLARdan çatdırılma məqsədilə istifadə edən bəzi şirkətlər məhsullarının qabına kiçik paraşüt də əlavə edirlər. Əvvəlki cümlələrdə bir sözdə buraxılmış hərflərin olduğunu bilərək sözü bərpa edin. -Cavab: Dron -Şərh: Memarlar yarımçıq olan Kolizey, Sagrada Familia və digər memarlıq abidələrini dronlardan istifadə edərək vizual olaraq tam formada göstərmişdilər. Amazon və Alibaba kimi bir çox çatdırılma şirkətləri öz məhsullarının qablaşdırılmasına kiçik paraşüt də əlavə edirlər. -Müəllif: Şamxal Cəbiyev - -Sual: 10. Poçt xidməti şirkəti “Pony Express”-in son fəaliyyət günləri ilə bağlı illustrasiyada arxa fonda BUNLARI yerə basdıran insanları görə bilərik. Bir əsərin yol boyu səyahət edən qəhrəmanı BUNLARI paraddakı əsgərlərə bənzədir. BUNLARI qarşılıqlı samitlərlə başlayan iki sözlə yazın. -Cavab: Teleqraf dirəkləri -Şərh: O dövrdə artıq teleqrafın kütləvi hal alması poçt xidmətlərinin işini əlindən almağa başlamışdı. Əsərdə personaj teleqraf dirəklərini vizual olaraq sıra ilə dayanmış əsgərlərə bənzədir. -Müəllif: Həsən Abbaslı - -Sual: 11. ABŞda çox populyar olan personaj Ayı Smoki haqqında yazılır ki, onun populyarlığı o qədər artmışdı ki, hətta onun üçün xüsusi İKS yaradılmışdı. Eşitdiyiniz cümlədə bir söz və bir neçə hərf buraxılıb. Həmin söz və hərfləri bərpa edərək cavab kartınıza 2 söz yazın. -Cavab: Poçt indeksi -Şərh: Poplyarlığı artan Ayı Smokiyə ölkənin hər tərəfindən fanat məktubları gəlirdi. Bu səbəbdən onun üçün xüsusi poçt indeksi yaradılmışdı. Bir öncəki sualda poçt xidmətindən danışmağımız da sizə kömək ola bilərdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 12. Bir məqalədə yazılır ki, FBI-ın ən çox axtarılanlar siyahısında yer alan Ceyms Rinqrose bir gün polisə tutulacağını bildiyi üçün zarafat məqsədilə cibində İKS gəzdirmişdi. Siz isə, İKSi yox, onun bizə hansı stolüstü oyundan tanış olduğunu tapın. -Cavab: Monopoliya -Şərh: Gec-tez polisə tutulacağını bilən Rinqrose cibində həbsdən sərbəst çıxış kartı gəzdirirdi. Həbsdən sərbəst çıxış kartı monopoliya oyununun bir hissəsidir. -Müəllif: Bəhruz Aydınlı - -Səhifə -> 555 | Sual Sayı -> 15 - -Sual: 1. Bir verilişin aparıcıları müzakirədə nəticəyə gələ bilmədikləri üçün yemək bişirib insanların festivalda hansını bəyənəcəklərini yoxlamağa qərar verdilər. Hər iki aparıcı fərqli məhsuldan yemək bişirdi. Həmin məhsulları deyin. -Cavab: Toyuq və yumurta -Şərh: Məşhur dilemmaya uyğun olaraq aparıcılar bu mərci keçirmişdilər. -Müəllif: None - -Sual: 2. İngilis dilli ölkədə buraxılmış bir kolleksiyaya daxil olan qəpiyin üzərində ALFA təsviri yer alır. Bir elmi fantastika filmində ALFA kalsiumla qidalanır. ALFA-nı iki sözlə yazın. -Cavab: Diş pərisi -Şərh: Ənənəyə görə, bir çox ölkələrdə süd dişinin müqabilində valideynlər yastığın altına bir sikkə qoyurlar ki, bu pulu guya pəri gətirib. -Müəllif: None - -Sual: 3. Bu oyunun ilkin variantında iki əsas istiqamət var idi. Onlardan biri torpaq və digər sərvətlərin dövlətə məxsus olmasının faydalarını insanlara nümayiş etdirmək idi. Oyunun bizə məlum olan variantının adını yazın. -Cavab: Monopoliya -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Nyu Yorkdakı "Grand Central Station"ın tavanında ulduzlu səma təsviri var. Buranın tavanı uzun illər tütün tüstüsünə məruz qaldığı üçün qaralmışdı. Tavan təmizləndikdən sonra qəsdən kiçik bir ləkə saxlamışdılar. Bəs bu ləkə hansı zodiak bürcünün yanında yer alırdı? -Cavab: Xərçəng -Şərh: Tütündən istifadənin xərçəng xəstəliyinə səbəb ola biləcəyini vurğulamaq üçün bu addımı atmışdılar. -Müəllif: None - -Sual: 5. Anna Smirnova-Enrikes yazır ki, Braziliyada o, iti çənəyə malik gülər üzünü sağa-sola göstərmək əvəzinə, arxası üstə uzanır və ya aşağı baxır. Onu tapın. -Cavab: Aypara -Şərh: Braziliya enliklərində aypara Avropadan fərqli olaraq istiqamətləndirilir. -Müəllif: None - -Sual: 6. Boda boda Keniyalılar və Uqandalılar arasında məşhur olan velosiped taksisidir. Taksinin adını hansı sözdən aldığını istənilən dildə yazın. -Cavab: Sərhəd -Şərh: Busia bölgəsindəki Keniya və Uqanda sərhədində insanları sərhəd zolağından keçirmək üçün taksilər fəaliyyət göstərir. "Boda" adı da sizə ingilis dilindəki "Border" sözünə çıxara bilərdi. -Müəllif: None - -Sual: 7. Don Riçi Tasman dənizinin sahilində, sıldırım qayalıqda yaşayır. O, bəzən insanları evə çay içməyə dəvət edir. Don Riçi bugünədək ən azı 160 nəfəri xilas edib. Onun insanları nədən xilas etdiyini yazın. -Cavab: İntihar -Şərh: Potensial intiharı görən Riçi həmin şəxsə “Sənə kömək edə bilərəmmi?” sualı ilə yaxınlaşıb, evinə bir stəkan çaya dəvət edir. Təkcə rəsmi rəqəmlərə görə, Riçi 160-a yaxın insanı intihardan xilas edib. -Müəllif: None - -Sual: 8. Ötən illərin birində 8 mart ərəfəsində fast food şirkətlərindən biri öz loqosundakı hərfi tərsinə çevirmək qərarına gəlmişdi. Bu şirkətin adını cavab kartlarınıza yazın. -Cavab: McDonald's -Şərh: Qadınları "M" hərfini "W" hərfinə çevirərək təbrik etmişdilər. -Müəllif: None - -Sual: 9. "Crab" dostlarınızla birlikdə və ya yalnız oynayaraq həyatda qalmağa çalışdığınız oyundur. Siz bu oyunun hansı mənbədən təsirlənərək yaradıldığını yazın. -Cavab: Squid game -Şərh: "Crab" sözü ingilis dilindən tərcümədə "xərçəng" mənasını verir. Oyunun süjeti də sizi birbaşa cavaba aparır. -Müəllif: None - -Sual: 10. 2014-cü ildə futbol üzrə dünya çempionatına hansı ölkənin komandası "tarixə tullanırıq" şüarı ilə getmişdi? -Cavab: Avstraliya -Şərh: Ölkənin və qitənin əsas simvollarından biri daha çox tullanaraq hərəkət edən kenqurudur. -Müəllif: None - -Sual: 11. "Bütün zamanların ən bahalı avtomobili" hesab olunan avtomobil "Boeing" aviasiya şirkəti tərəfindən istehsal edilib. Və yalnız iki səfərdə istifadə edilib. Bu səfərlərin hara təşkil olunduğunu yazın. -Cavab: Aya -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Bir mənbədə qeyd edilib ki, Sədərək bölgəsində əgər elçilik zamanı ailə qızı vermək istəmirsə, bir uşaq qonaqlara aid olan onları yola tərəf çevirir. Nəyi ? -Cavab: Ayaqqabı -Şərh: Mənbəyə görə bu gəldiyiniz kimi gedin mənasına gəlir -Müəllif: None - -Sual: 13. Tamar Kvesitadze tərəfindən Batumidə azərbaycanlı oğlanla gürcü qızın eşq hekayəsini simvolizə edən heykəl yaradılmışdır. Həmin heykəlin yaradılmasına ilham verən əsəri deyin. -Cavab: Əli və Nino -Şərh: Əsərdə də azərbaycanlı oğlan və gürcü qızın eşq hekayəsi yer alıb. -Müəllif: None - -Sual: 14. Bir mənbədə bəzi məməlilərdə bu xüsusiyyətin təqribi olaraq 180° yə bərabər olduğu bildirilir.Biz isə sizdən bu xüsusiyyəti yox , sözügedən məməlilərin bu xüsusiyyətə görə hansı canlılara uduzduğunu soruşuruq. -Cavab: Bayquş -Şərh: Söhbət başı döndürmə dərəcəsindən gedir -Müəllif: None - -Sual: 15. Bir karikaturada argentinalı Dieqo Maradonanın parlaq karyerasına eyham vurularaq, bir simvolun yerinə onun təsviri yerləşdirilmişdi. Həmin simvolu bir neçə sözlə yazın. -Cavab: Argentina bayrağındakı günəş -Şərh: Parlaq sözü sizə ipucu ola bilərdi. -Müəllif: None - -Səhifə -> 556 | Sual Sayı -> 15 - -Sual: 1. "Riddik” filmində personajlardan biri partlayıcılarla minalanmış seyfi açmağa çalışır. Açarı altı dəfə düzgün istiqamətə çevirmək lazım idi və hər çevirmədə xarakterik səslər eşidilirdi. Bu səhnə İKS haqqında məqalədə qeyd olunur. İKS-i eyni iki hərflə başlayan iki sözlə yazın. -Cavab: Rus ruleti -Şərh: Kliklər revolverə bənzəyir. -Müəllif: None - -Sual: 2. Qədim xalqlar ölümdən sonra ruhun səmaya qalxdığına və göydə qaldığına inanırdılar.Onlar ruhun bunu rahat etməsi üçün sarqofaqları İKS-lə bəzəyirdilər. Müasir qələmlərin ixtirasından sonra İKS-dən istifadə kütləvi şəkildə azalmışdı. İKS-i iki sözlə yazın. -Cavab: Quş lələyi -Şərh: Quş lələyi yüngül olduğundan qədim xalqlar bu inancda olmuşdular. Müasir qələmlərin kəşfindən əvvəl quş lələklərindən istifadə olunurdu. -Müəllif: None - -Sual: 3. Matçların birində “Bavariya”-nın keçmiş futbolçuları Toni Kroos və Frank Riberi onlardan hansının cərimə zərbəsini yerinə yetirəcəyini müəyyən etdilər. Onların bunu nə ilə müəyyən etdiyini deyin. -Cavab: Daş., kağız, qayçı -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Mərkəzi Afrikada yerləşən Qabonun keçmiş bayrağında nazik sarı zolaq yer alırdı. Həmin zolaq bunu simvolizə edirdi. Cənubi Amerikada yerləşən bir ölkənin adı da bundan yaranıb. Bunu bir sözlə deyin. -Cavab: Ekvator -Şərh: Bayrağın dizaynı ekvatorda yerləşən Qabonun coğrafi mövqeyini əks etdirirdi. Ekvadorun adı ekvatordan yaranıb. -Müəllif: None - -Sual: 5. Nostradamus haqqında filmdə baş qəhrəman qəfildən meyvəni kəsir və 1793-cü ilin yanvarında baş vermiş hadisədən danışır. Onun söhbət zamanı qeyd etdiyi qurğunu tapın. -Cavab: Gilyotin -Şərh: Kral XVI Lüdovikin gələcək edamını belə proqnozlaşdırır. -Müəllif: None - -Sual: 6. Bir şirkət təzə təmizlənmiş döşəmələr barədə xəbərdarlıq etmək üçün BU formada olan sarı plastik lövhələr istehsalı ilə məşğuldur. Bunu qalın saitli iki sözlə deyin. -Cavab: Banan qabığı -Şərh: Bu işarələr sürüşmənin asan olduğu yerləri göstərir. Banan qabığında sürüşmək məşhur komediya stereotipidir. -Müəllif: None - -Sual: 7. Bir avtomobil istehsalçısının saytında bunu "Çıxışı olmayan küçə" yazısı olan yol nişanının təsviri əvəz edir. Bunu rəqəmlərdən istifadə edərək yazın. -Cavab: 404 -Şərh: Bu xəta server tələb olunan məlumatları tapa bilmədikdə atılır. Yəni istifadəçi özünü bir növ çıxılmaz vəziyyətdə tapır. -Müəllif: None - -Sual: 8. 2010-cu ilin yayında verdiyi müsahibədə “Rubin” futbol klubunun qapıçısı altıaylıq iki qızını nəzərdə tutaraq evdə X-lərin ona yatmağa imkan vermədiyini deyir. X-in nə olduğunu yazın. -Cavab: Vuvuzela -Şərhlər: None -Müəllif: None - -Sual: 9. "Rochdale" futbol Klubu 36 ildir ki, nə qədər çalışsa da dördüncü diviziondan üçüncü diviziona yüksələ bilmir. “football.ua” nəşrinin bu klub haqqında yazdığı məqalədə hansı personaja keçid olduğunu yazın. -Cavab: Sizif -Şərhlər: None -Müəllif: None - -Sual: 10. "Sapper şamı” yumoristik qəzetinin ilk nömrəsi 1980-ci ildə, 11-ci nömrəsi isə 2020-ci ildə işıq üzü görüb. Bu qəzetin nəşr tarixini qeyd edin. -Cavab: 29 fevral -Şərh: Qəzet dörd ildən bir nəşr olunur. -Müəllif: None - -Sual: 11. Köhnə Meksika taksilərinin görünüşü çox maraqlıdır. Onlar yaşıl rəngdədir və ön hissələrində dama əvəzinə ağ üçbucaqlar var. Bəlkə də buna görə onlara "kokodrillos" deyirlər. Bu sözün dilimizə necə tərcümə olunduğunu yazın. -Cavab: Timsah -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Bir absurd komediyada digərlərindən fərqli olaraq, ORADA olan unicorn qaçmaq qərarı alır. Ora ilə əvəz ediləni birinci tərəfi xüsusi isim olan 2 sözlə deyin. -Cavab: Nuhun gəmisi -Şərh: Epizodda niyə təkbuynuzların indi mövcud olmadığı izah edilir. -Müəllif: None - -Sual: 13. Bir televiziya şousunda Nikolay Valuev hədiyyə olaraq Kliçko qardaşlarının təsviri olan tort alır. Nikolay bıçaqla tortdan bir dilim kəsir və belə demək olarsa BUNU EDİR. Sizsə 1997-ci ilin iyununda bunu kimin etdiyini tapın. -Cavab: Mayk Tayson -Şərh: "Bunu etmək"-lə "qulağını qoparmaq" əvəz edilmişdi. Tortu kəsən Valuyev qeyri-ixtiyari olaraq tortun üzərində təsvir olunan Vladimirin qulağını kəsərək dedi: “Bağışla, qardaş, qulağını qopardım. -Müəllif: None - -Sual: 14. "The Economist" jurnalı yazır ki, marketoloqlar müəyyən məhsulu yeniyetmələrin üsyanının simvolu və rok ulduzlar��nın atributuna çeviriblər. İndi isə balon partlayıb və tələb nəzərə çarpacaq dərəcədə azalıb. Bu məhsulun adını deyin. -Cavab: Saqqız -Şərh: Məqalə müəllifi hesab edirdi ki, gənclərin kumirlərinin böyük ekranlarda saqqız çeynəmələri onlar arasında saqqızın populyarlığını artırıb. -Müəllif: None - -Sual: 15. Məşhur bir şəxsin uğursuzluqlarına görə məktəbdən qovulması haqqında mif var. Zarafatla deyilir ki, əslində o, yetkinlik çağında da istifadə etdiyi jestinə görə qovulub. Bu şəxsin kim olduğunu cavab kağızına yazın. -Cavab: Albert Eynşteyn -Şərh: Yumoristik mənbədə deyilir ki, o, dəfələrlə direktor və müəllimlərə də dilini çıxarıb. Eynşteynin dilini çıxardığı məşhur foto hamımıza tanışdır. -Müəllif: None - -Səhifə -> 557 | Sual Sayı -> 15 - -Sual: 1. Maraqlıdır ki, Hondanın bu ştatda açdığı zavod, sonralar digər yapon avtomobil şirkətlərinin Amerikada istehsala başlamasının ilk müjdəçisi olmuşdu. Söhbətin hansı ştatdan getdiyini tapın. -Cavab: Ohayo -Şərh: Belə desək, Hondanın Ohayodakı zavodu ABŞ-dakı yapon avtomobil sənayesini ilk salamlayan olmuşdu. Təsadüfi deyil ki, Pol İnqrassianın kitabında bu hadisədən danışılan fəsil məhz “ohayo qozaimasu” adlanır. Bu ifadə yaponcadan tərcümədə “sabahınız xeyir” mənasına gəlir. -Müəllif: Tərlan Əsədli - -Sual: 2. 2-ci Dünya Müharibəsi bitdikdən sonra Gestapo başçısı Henrix Müllerin izinə düşmək istəyən orqanlar axtarış nəticəsində bir neçə gestapo işçisinin sənədləri ilə qarşılaşmışdılar. Güman edilir ki, çaşqınlıq yaradan əsas məqam həmin şəxslərin İks-ə sahib olmaması idi. Ostin Pauers filmlərinin birində lovğalanmaq istəyən personaj İks-inin təhlükə olduğunu deyir. İks-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Orta ad -Şərh: Henrix Müller adı Almaniyada elə geniş yayılmışdı ki, hətta eyni rütbədə olan bir neçə Henrix Müller var idi. Məqalə müəllifi qeyd edir ki, orta adları olmadığından onları ayırd etmək olmamışdı. İngilis dilində yumoristik məqsədlə işlədilən “Danger is my middle name” ifadəsi isə ilk dəfə Ostin Pauers komediya franşizasında işlədilmişdi. -Müəllif: Sadiq Yusifi - -Sual: 3. Formula 1-in minlərlə işçisi ilə birlikdə Dünyanın bir çox ölkəsində qran-pri şouları təşkil etdiyini bildirən müəllif onu İks adlandırır. Maraqlıdır ki, Fineasın yaratdığı məşhur İks ötən əsrdə Mattel şirkətinə satılmışdı. İksi eyni hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: səyyar sirk -Şərh: Böyük truppalarla Dünyanın müxtəlif hissələrində şoular göstərən səyyar sirklər kimi Formula 1 hər sezon Dünyanın müxtəlif şəhərlərinə səyahət edir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 4. Bir müddət əvvəl Çində baş verən mitinqlərdə istifadə edilən bütün posterlər qadağan olunduğundan iştirakçılar qanunu pozmamağa çalışırdılar. Bu səbəbdən növbəti mitinqlər boş İks inqilabi adını almışdı. İksi 2 simvol ilə cavab kartınıza yazın. -Cavab: A4 -Şərh: Mitinqlərdə bütün posterlərin polislər tərəfindən dağıdılması səbəbindən etirazçılar növbəti mitinqlərə artıq boş A4 vərəqləri ilə gəlməyə başlamış və bu protestlər A4 inqilabı adını almışdı. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 5. Bir məqalədə kriptovalyutaların yayğınlaşmasıyla birlikdə qlobal iqtisadiyyatın maraqlı səyahətə başlayacağı və İks-ə düşəcəyi bildirilir. Vikipediyada araşdırma zamanı məqalədən məqaləyə keçid edib, araşdırılan mövzudan uzaqlaşmaq fenomeni Viki İks adlanır. İksi eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: dovşan dəliyi -Şərh: Eynilə dovşan dəliyinə düşən Alisa kimi dünya iqtisadiyyatı yeni məcralara yelkən açır. -Müəllif: Rza Dadaşzadə - -Sual: 6. Adətən 40 yaşlarına çatan bəzi şəxslər həm qocalan valideynlərinə baxmaq, həm də uşaqlarının qeydinə qalmaq məsuliyyətlərini özlərində daşıyırlar. Bu cür şəxsləri bildirmək üçün işlədilən ifadədə hansı eponimə rast gələ bilərik. -Cavab: Sendviç -Şərh: Aşağıdan övladları, yuxarıdan valideynləri tərəfindən sıxılan şəxslər haqqında ifadədə Sendviç eponimindən istifadə olunur. -Müəllif: Namiq Quluzadə - -Sual: 7. Bir stendapda aparıcı Yaponiyanın İkinci Dünya Müharibəsində Çində çoxlu cinayətlər işlədiyini lakin heçbirimizin bunu bilmədiyini çünki İksin Çin versiyasının olmadığını qeyd edir. İkslərdən ikisi hal hazırda Yad Vaşemdə muzeydə saxlanılır. İksi qonşu hərflərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Şindlerin siyahısı -Şərh: Kinematoqrafın tarixi hadisələri işıqlandırmasının vacibliyini qeyd etmək üçün Şindlerin siyahısı filminin Çin versiyalarının olmadığını bildirir. Maraqlıdır ki, məşhur siyahıdan 7 ədəd hazırlanıb. Siyahıların 4-ü hal hazırda müxtəlif muzeylərdə saxlanılır, qeyd edilən iki nüsxə isə İsraildədir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 8. 1987-ci ildə Şpandau həbsxanası tamamilə uçuruldu. Sonradan yerində tikilən supermarket kompleksi isə sakinlər arasında Tesco adlanırdı. Öncəki cümlədə bir sözdə azca dəyişiklik etdiyimizi bilərək, sözü orijinalda yazın. -Cavab: Hessco -Şərh: 1966-cı ildən ta ölənədək, yəni 1987-ci ilə qədər Şpandau həbsxanasında yalnız bir məhbus vardı — Rudolf Hess. O isə intihar etdikdən sonra həbsxana öz fəaliyyətini dayandırmış və yerini britaniyalı hərbçilərin ailələri üçün nəzərdə tutulmuş supermarketə vermişdi. Təsadüfi deyil ki, ərazidə yaşayan britaniyalılar buraya məşhur ingilis supermarket zənciri olan “Tesco”nun adına uyğun olaraq, Hessco deyirmişlər. -Müəllif: Tərlan Əsədli - -Sual: 9. İngiltərədə Dünya kuboku ərzində qadınlara qarşı ailə daxili şiddət hallarının artmasını nümayiş etdirən bir posterdə məşhur ingilisdilli ifadədə bir əvəzlik digəri ilə əvəz olunub. İfadəni dəyişilmiş versiyada cavab kartlarınıza yazın. -Cavab: He is coming home -Şərh: Qış aylarında keçirilən dünya çempionatı səbəbilə kişilər daha çox oyunu evdə izləyir və spirtli içki qəbulundan sonra daha çox ailə daxili şiddət halları baş tutur. Bu səbəbdən ingilislərin məşhur futbol deyimi “ İt is coming home “-da cüzi dəyişiklik edilmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 10. Trampın hakimiyyəti illərinde çəkilm bir mənbədə Ağ evin əslində İks olduğu qeyd olunur. Amerikada yerləşən əsl İks Ağ evdən cəmi 5 km məsafədədir. İksi qonşu hərflərlə başlayan sözlərlə cavab kartınıza yazın. -Cavab: Rusiya səfirliyi -Şərh: Donald Trampın president seçilməsindən sonra onun Rusiya ilə yaxın əlaqələri səbəbindən ruspərəst olması bildirilir və Ağ evin Rus səfirliyindən fərqlənmədiyi bildirilir. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 11. 17-ci əsrdə Venesiyada xristian orucluğu başlamazdan əvvəl həmin müddətdə ət yeyə bilməyəcək insanlar öncəki günləri daha çox ət yeyərək qeyd etməyə çalışırdı. Siz isə buradan əmələ gəldiyi ehtimal olunan latın mənşəli eynisaitli sözü cavab kartınıza yazın. -Cavab: karnaval -Şərh: Orucluqdan öncə daha çox ət yeyən insanlar bir növ “ətə əlvida” – “carne vale” deyirdi. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 12. Bəzi hallarda şirkətlər işdən çıxmağa hazırlaşan əməkdaşlarına İKS strategiyasıyla daha yüksək əməkhaqqı və ya bonus təklif edərək həmin əməkdaşı bir müddət daha özlərində saxlayırlar. İks-i eyni hərflə başlayan iki qalınsaitli sözlə deyin. -Cavab: qızıl qandal -Şərh: Öz işçilərini daha çox xərc çəkərək şirkətə bağlamağa çalışdıqlarından bu strategiya qızıl qandal adlandırılır. -Müəllif: Namiq Quluzadə - -Sual: 13. Aktivistlərin iqlim dəyişikliyinin fəsadları ilə bağlı dünyanı xəbərdar etməyə çalışdığını lakin nəticədə özlərinin sıxışdırıldığını bildirən bir qrup Vatikanda özlərini bu əsərə yapışdıraraq etirazlarını bildirmişdi. Siz isə əsərin adında xatırlanan personajı cavab kartınıza yazın. -Cavab: Laokon -Şərh: Əfsanəyə görə Troya atı ilə bağlı əhalini xəbərdar etməyə çalışsa da, Laokona heç kim inanmamış və ona qəzəblənən tanrılar cəzalandırmaq üçün Laokon və oğullarını öldürtmüşdü. -Müəllif: Qorxmaz Aydınlı - -Sual: 14. Athanor – əlkimyada fəlsəfə daşını hazırlamaq üçün istifadə olunan sobanın adıdır. Sobaya verilən ləqəblərdən biri də ALFAdır. Hind inanclarında etika və dəyərlərin insana ötürülməsini ifadə edən "qarb-sanskar" anlayışındakı "qarb" sözü də ALFA mənasına gəlir. ALFAnı qonşu hərflərlə başlayan 2 sözlə yazın. -Cavab: Ana bətni -Şərh: Fəlsəfə daşı müxtəlif maddələrin athanorda birləşməsindən və yetişməsindən yaranır. Elə bu xüsusiyyətinə görə, sobaya "ana bətni" də deyirmişlər. Hind inanclarına görə, etika və dəyərlər insana hələ doğulmamış, elə ana bətnindəcə ötürülməlidir. "Garbh-sanskar" anlayışı da "ana bətni" və "dəyərlər" sözlərinin birləşməsindən törəyib. -Müəllif: Eşqin İbrahimov - -Sual: 15. Bir jurnala müsahibəsində məşqçisi Teddi, Mayk Taysonu çempion ola bilsin deyə uzun müddət bütün ətraf təsirlərdən kənar zaman kapsulunda saxladıqlarını qeyd etmişdi. Siz isə bu müddətdə onların yaşadığı qəsəbənin adını 1 sözlə cavab kartınıza yazın. -Cavab: Catskill -Şərh: Teddi məşhur boksyoru uzun müddət hər şeydən təcrid etdiklərini bildirir və zaman kapsulunu xatırlayır, maraqlıdır ki onlar həmin periodu Rip Van Vinklın yuxuya getdiyi Catskill dağlarıyla eyni adı daşıyan qəsəbədə keçirmişdi. -Müəllif: Qorxmaz Aydınlı - -Səhifə -> 558 | Sual Sayı -> 12 - -Sual: 1. Kosta Rikada yaşayan bir kəpənək növü hərəkətləri və qanadlarının quruluşu ilə bəzən özünü -hörümçəyə bənzədə bilir və bu hadisə elmdə mimikriya adlanır. Mimikriya öz növbəsində İKSin -növlərindən biridir. İKSi fransız mənşəli bir sözlə yazın. -Cavab: Kamuflyaj -Şərh: "Brenthia hexaselena" adlı kəpənək növü görünüşünü dəyişərək özünü hörümçək kimi -apara bilir və bununla bir növ özünü kamuflyaj edir. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 2. Mandala coğrafi fiqurların kombinasiyasından rəsmlər yaradılan incəsənət növüdür. Mandala -buddizmdə kainatı təmsil edir və onu bəzən ALFA adlandırırlar. Bir müddət öncə NASAnın -astronomlar heyəti 3D versiyada ən böyük ALFAnı yaratmışdılar. ALFAnı 2 sözlə yazın. -Cavab: Kosmik xəritə -Şərh: Demək olar ki, mandala mürəkkəb quruluşun həndəsi simvoludur və Kainatın modeli, -“kosmosun xəritəsi” kimi interpretasiya olunur. Julien Qayın başçılıq etdiyi astronomlar qrupu -2021-ci ilin mayında başladılan səma tədqiqatının ilk aralıq nəticəsini təqdim edib. DESI -spektroqrafik alətindən istifadə etməklə ən böyük 3D kosmik xəritəni yaradıblar. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 3. Merlin Monro barədə onun tanışlarının müsahibələrinin toplandığı bir sənədli film “İKSdəki -həqiqətlər” adlanır. Keçən əsrdə İKSlər adətən üzərində romantik yazılar yazılması üçün boş -kartlarla satılırdı. Öncəki mətndə 2 yerdə eyni hərflər buraxılıb. Həmin hərfləri taparaq sözü tam -formada cavab kartlarınıza yazın. -Cavab: Miksteyp -Şərh: Müxtəlif şəxslərdən alınan müsahibələrin toplandığı mənbə “Miksteypdəki həqiqətlər” -adlanır. Miksteyplər romantik jestlər kimi ötən əsrin sonlarında Amerika və Avropada çox -yayılmışdı. -Müəllif: Həsən Abbaslı - -Sual: 4. ABŞın Vietnam müharibəsi zamanı buranı yeni müharibə planları üçün təcrübə qazanacağı -ərazilər halına gətirdiyini şərh edən bir müəllif, ABŞın Vietnamdan İKS kimi istifadə etdiyini -deyir. Parisdə yerləşən və əvvəllər İKS kimi fəaliyyət göstərən muzey yalnız 1981-ci ildə -təhlükəsiz hala gələrək ziyarətçi qəbul etməyə başlamışdı. İKS-i bir sözlə yazın. -Cavab: Laboratoriya -Şərh: Con Prado qeyd edirdi ki, ABŞ Vietnamdan sanki öz planlarını yaradıb test edə biləcəyi bir -laboratoriya kimi istifadə edirdi. Sualın 2-ci hissəsində söhbət Mariya Kürinin laboratoriyasından -gedirdi. 1981-ci ilə qədər radioaktiv təhlükə olduğundan muzey bağlı saxlanılırdı, 1981-ci ildəki -deqadasiyadan sonra isə muzey radiasiyadan tam təmizlənib. -Müəllif: Həsən Abbaslı - -Sual: 5. Bir komik zarafatında deyilir ki, müasir dövrdə almanlar yol kənarında taksi saxlamaqda çox -əziyyət çəkirlər. Siz isə tapın, bu zaman o almanlara edilən ən böyük pisliklərdən birini kimin -etdiyini deyir? -Cavab: Adolf Hitler -Şərh: Nasist salamı əlin havaya qaldırıldığı salam növüdür. Komik zarafatında deyir ki, almanlar -nasist salamına oxşamasın deyə əllərini havaya qaldırıb taksi saxlaya bilmirlər. -Müəllif: Saday Cəfərov - -Sual: 6. Həsən Seyidbəyli Yaponiyada olarkən qədim evlərin yanından keçdiyi zaman bu evləri ALFAya -bənzədir. Əslində əlli minə yaxın ALFA mövcud olsa da, insanlar onların yalnız üç minindən -istifadə edilir. ALFAnı yunan mənşəli bir sözlə deyin -Cavab: Heroqlif -Şərh: Həsən Seyidbəyli köhnə üslubda tikilmiş və özünəməxsus arxitekturası olan yapon evlərini -elə yapon heroqliflərinə bənzədib. Aktiv olaraq yalnızca üç min heroqlif istifadə olunur -Müəllif: Əhməd Əliyev - -Sual: 7. "Tom və Cerri" animasiyasında balaca Cerri BUndan səsucaldan kimi istifadə edir. 2016-cı ildə BUnun haqqında məqalədə "kəsilmiş simlər" ifadəsini də görmək olar. Bunu mürəkkəb ingilis sözü ilə deyin. -Cavab: Airpods -Şərh: Balaca Cerri Airpods-dan dinamik kimi istifadə edə bilir. 2016-cı ildə simli qulaqlıqların -əvəzinə simsiz işləyə bilən airpodslar gəlmişdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 8. Məşhur brendin “Təbiət idmanı sevir” başlıqlı bir reklam posterində BUnun orta hissəsi su ilə -doldurulub və orada balıqlar üzür. BUnu sonor samitlərlə başlayan 2 sözlə yazın. -Cavab: Nike loqosu -Şərh: Məşhur Nike brendi kreativ reklam posterləri ilə seçilir və bu posterlərdən birində Nikeın -loqosunun orta hissəsi balıqların üzdüyü bir su hövzəsi kimi təsvir olunub. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 9. Gürcüstan adət-ənənələrində olan "supra" mədəniyyəti mərasim zamanı yaxınların və -qohumların bir yerdə yığışaraq yemək yeməsini bildirir. Saitləri eyni sözlə deyin, bəs gürcülər -"supra"nı idarə edən şəxsi necə adlandırırlar? -Cavab: Tamada -Şərh: Azərbaycan toylarında məclis idarəçiləri də “tamada” adlanır. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 10. Bir məqalədə üz tanıma proqramının çox yaxşı işlədiyi, hətta BUNU ETMƏYİ bacardığı deyilir. -Harry Potter filmində bir qulağını itirən Corcun bacısı anası üçün artıq BUNU ETMƏYİN asan -olacağını deyir. BUNU ETMƏYİ iki və ya daha artıq sözlə yazın. -Cavab: Əkizləri ayırmaq -Şərh: Məqalədə qeyd olunur ki face id əkizləri ayıra bilir. Corc Vizli və Fred Vizli əkiz qardaşlardı. -Corc qulağını itirəndən sonra bacısı anasına deyir ki, artıq əkizləri rahat ayıra biləcəksən. -Müəllif: Elvin Əliyev - -Sual: 11. internetdə yer alan, 10 dəqiqəlik səssizlikdən ibarət mahnı bir mənbədə İKS ilə müqayisə -edilir. Vladimir Potanin İKSi bir milyon dollara alaraq muzeyə hədiyyə etmişdi. İKSi qarşılıqlı -samitlərlə başlayan iki sözlə yazın. -Cavab: Qara kvadrat -Şərh: Kazimir Maleviçin "Qara kvadrat" rəsm əsəri sadəcə qara rəngdən ibarət tablodur. -Vladimir Potanin bu tablonu 1 milyon dollara almışdı. -Müəllif: Əhməd Əliyev - -Sual: 12. 1-ci hissənin son sualı. İşğaldan azad olunmuş torpaqlarımızda minaların təmizlənməsi -prosesindən bəhs edən filmimiz ALFA adlanır. ALFA həmçinin Ernest Heminqveyin məşhur -əsərinin adıdır. ALFAnı iki sözlə yazın. -Cavab: Əlvida. silah -Şərh: Minalardan təmizlənməsi haqqında olan film əlvida silah adını daşıyır. Bu həmçinin -Heminqveyin məşhur əsərinin adıdır. -Müəllif: Ramal Ağazadə - -Səhifə -> 559 | Sual Sayı -> 12 - -Sual: 1. Pianoçu Etibar Əsədlinin albomlarından birinin ilk musiqisi BU adı daşıyır. Rəssam Rolana Kekaustaytenin BU adlı rəsmində 19-cu əsr geyimli kişi şlyapasını çıxarır. BUNU saitləri eyni bir sözlə yazın. -Cavab: Salam -Şərh: Etibar Əsədlinin albomunda birinci musiqi idi və bir növ dinləyicilərini salamlayırdı. İkinci hissədə isə filmlərdən də görmüsünüz, salamlaşan insan bir əli ilə papağını çıxarırdı. -Müəllif: Emil Yusublu - -Sual: 2. Rejissor Tofiq Tağızadənin “Matteo Falkone” filminin büdcəsi olmadığından aktyorlar filmə pulsuz çəkilmişdi. - -Filmdə qaçaq Canetto Sanpyero rolunu canlandıran şəxsin ad və soyadını yazın -Cavab: Tofiq Tağızadə -Şərh: Filmə aktyorlar ödənişsiz çəkilmişdi. Özü də rollardan birini ifa etməli olmuşdu. -Müəllif: Emil Yusublu - -Sual: 3. Brem Stokerin bir hekayəsində kənd evində uzun müddət işləyən adam BUNUN səsini eşidib yatmağa qərar verir. BUNUN adı barədə məqalədə Misir tanrısı Hor xatırlanır. BUNU bir sözlə yazın. -Cavab: Xoruz -Şərh: Bütün gecə işləyən personaj xoruz səsi eşidib səhərin açıldığını başa düşür. Hor şahinbaşlı tanrı idi. Xoruz adının “Horus” adından yaranması versiyası da var. -Müəllif: Emil Yusublu - -Sual: 4. Bir şeirdə quşun qanadı BUNA bənzədilir. “Mortal Kombat” oyununda Kitana BUNUN kənarları iti olanından soyuq silah kimi istifadə edir. - -BUNU bir sözlə yazın. -Cavab: Yelpik -Şərhlər: None -Müəllif: Emil Yusublu - -Sual: 5. Paylama materialıRekvizitdə Estoniyanın ilk filmini çəkən azərbaycanlı rejissor Əlisəttar Atakişiyevin başdaşıdır. Əvvəlki cümlədə buraxılmış bir sözü yazın. -Cavab: Rəngli -Şərh: O, Estoniyanın ilk rəngli filmini çəkib və qəbrində də palitra var. -Müəllif: Emil Yusublu - -Sual: 6. Virtual tanışlığa həsr olunmuş sənədli filmdə bir xanım toyunda çıxış edərkən həyat yoldaşına deyir ki, səni ilk dəfə görəndə BUNU sağ tərəfə tərpətmişdim. BUNU eyni iki hərflə başlayan iki sözlə yazın. -Cavab: Baş barmaq -Şərh: Xanım əri ilə “Tinder”də tanış olmuşdu və “Tinder”də şəklini bəyəndiyin adamın sağa, bəyənmədiyini isə sola sürüşdürürsən. -Müəllif: Emil Yusublu - -Sual: Bir rəssam müharibədə yara almış şəxsləri təsvir edərkən qara qutudakından boya kimi istifadə edib. - -Qara qutudakını bir qısa sözlə yazın. -Cavab: Yod -Şərh: Yara almış sözləri sizə kömək ola bilərdi və rəngli maye olmalı idi. -Müəllif: Emil Yusublu - -Sual: 8. Görkəmli dermatoloq İbrahim İsmayılzadə BUNUN faydalarını araşdırmışdı. Maraqlıdır ki, BUNUNLA birlikdə çıxan su yodla zəngindir. BUNU eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Naftalan nefti -Şərh: Maraqlıdır ki, dəridəki müxtəlif yaraları sağaldan neft yaralara vurulan yodla birlikdə çıxır. Naftalan nefti oynaq xəstəlikləri ilə yanaşı dəri xəstəliklərində də istifadə olunur. Ona görə də dermatoloq İbrahim İsmayılzad�� nefti araşdırmışdı. Təəssüf ki, alim sonradan repressiya olunmuşdu. -Müəllif: Emil Yusublu - -Sual: 9. FİFA-nın keçmiş prezidenti Yozef Blatter bütün şəkillərdə özünün hamıdan balaca düşdüyündən danışarkən özünü X-ə bənzədir. - -Omar Momaninin bir təsvirində X 1000 hissəli pazlı yığıb bitirir. -Cavab: Lionel Messi -Şərh: FİFA-nın keçmiş prezidenti olması və balacaboy sizə kömək ola bilərdi. Argentina millisi ilə Avstraliya oyununda karyerasının mininci oyununa çıxdı. -Müəllif: Emil Yusublu - -Sual: 10. Bir mahnıda BU özünü yanağında qara xalı olan bahar qızına bənzədir. 500 manatlıq əskinasımızda BUNUN təsviri vətən uğrunda tökülən qanı bildirir. BUNU bir sözlə yazın. -Cavab: Lalə -Şərh: Qan sizi qırmızıya aparmalı idi və xalının olması ondan qara rəngin də olduğuna işarə idi. Baharda çəmənləri bəzəyir deyə özünü baharın qızı adlandırırdı. -Müəllif: Emil Yusublu - -Sual: 11. Keçən əsrin 30-cu illərində Mircəfər Bağırovda ekzema olduğu məlum olandan sonra Bağırov kömək üçün Sibirdən onu yanına çağırtdırmışdı. Onun ad və soyadını yazın. -Cavab: İbrahim İsmayılzadə -Şərh: Ekzema dəri xəstəliyidir. Bir neçə sual öncə dermatoloq İbrahim bəy barədə eşitmişdiniz və o repressiyadan sonra Sibirə sürgün olunmuşdu. -Müəllif: Emil Yusublu - -Sual: 12. Rəssam Rolana Kekaustaytenin BU adlı rəsmində 19-cu əsr geyimdə xanım əlində ağ dəsmal yelləyir. BUNU yazın. -Cavab: Sağ ol -Şərh: Birinci sualda bu rəssamın “Salam” rəsmi ilə başlamışdıq. -Müəllif: Emil Yusublu - -Səhifə -> 560 | Sual Sayı -> 12 - -Sual: 1. Kelloq şirkətinin səhər yeməyi üçün nəzərdə tutulan məhsulu ALFA adlanırdı. ALFA həm də ən yaxşı debüt əsərinin müəlliflərinə təqdim edilən mükafatın adıdır. ALFA-nı təkhecalı ingilis sözü ilə cavab kartlarınıza yazın. -Cavab: Start -Şərh: Şirkətin məhsulu ilə günə dadlı yeməyi ilə start verilirdi. Fantast yazıçılar arasında ən yaxşı debüt əsərə görə verilən mükafat da “Start” adlanır. Biz də oyunumuza başlayırıq. Hər birinizə uğurlar! -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 2. Bir məqalədə yazılır ki, o, öncə xoşbəxt anları təsvir etdəcəyi və adında "5" olan əsərini yaratmaq istəsə də, müəllimliyə başladığı ilk vaxtlarda fərqli sujet yaratmağı qərarlaşdırmışdı. Söhbətin kimdən getdiyini tapın. -Cavab: Fyodr Reşetnikov -Şərh: Məşhur “Yenə də 2” rəsm əsərində dərsdən evə gələn və məyus dayanan şagird təsvir olunub. Rəssam Fyodr Reşetnikov bu sujeti yaratmağa müəllimliyə başladıqdan sonra qərar vermişdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 3. Uilyam Dikinson yazır ki, Yeni Qvineyadakı bəzi sakinlərin tək gəlir mənbəyi meşəlik ərazidə saldıqları kiçik restoranlardır. Müəllif növbəti cümləsində bu restoranların tikintisində istifadə olunanlar arasında bunun da adını çəkir. Bunu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Çörək ağacı -Şərh: Dilimizdə "gəlir mənbəyi", "qazanc yeri" mənasında "çörək ağacı" ifadəsindən istifadə olunur. Müəllif də belə demək olarsa Yeni Qvineyadakı bəzi sakinlərin çörək ağacının, əsas materialı çörək ağacı olan kiçik restoranlar olduğunu qeyd etmişdi. -Müəllif: Saday Cəfərov - -Sual: 4. Yaponiya millisin baş məşqçisinin oyun zamanı apardığı qeydlərin oyunun taleyini həll etməsi haqda danışılarkən ilk dəfə Nippon kanalında yayımlanan İKS xatırlanır. İKS ilə əvəz 2 sözü cavab kartlarınıza yazın. -Cavab: Death Note -Şərh: Məşqçilər qeydləri adətən oyun vaxtı bloknotlarında aparırlar. Mətbuatda bu bloknota məşhur yapon manqası olan Death Note ləqəbi verilmişdi. Sualın dördüncü olmasıda təsadüfi deyil, belə ki 4 rəqəmi yaponlarda ölümü bildirir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 5. Çarlz Pinkus bir müsahibəsində qeyd edir ki, Cudi Qarlend, Şirli Templ, Elizabet Teylor, Barbara Stenvik, Fred Aster kimi ulduzlara "Hollivud gülüşü"nü məhz o bəxş edib. Çarlzın peşəsini cavab kartınıza yazın. -Cavab: Stomatoloq -Şərh: Stomatoloq olan Çarlz bütün bu ulduzların parlaq gülüşə sahib olmasına kömək etmişdi. -Müəllif: Ramal Ağazadə - -Sual: 6. İspanların Amerikada təbiəti, sərvəti və görünüşü yaxşı olan yerləri ələ keçirdiyini eşidib qorxan Araukanalılar BURAXILMIŞ SÖZLƏRdən istifadə etmişdilər. BURAXILMIŞ SÖZLƏR haqqında məqalədə Şah Abbasın da adı çəkilir. BURAXILMIŞ bir neçə SÖZü yazın. -Cavab: Yandırılmış torpaq taktikası -Şərh: İspanların gözəl təbiətli yerləri işğal etdiyini eşidən Araukanalılar təbiəti məhv etmək üçün yandırılmış torpaq taktikasından istifadə etmişdilər. -Müəllif: Səyyar Qurbanov - -Sual: 7. “Zarafat�� sözünün etimologiyası barədə danışılan bir məqalədə deyilir ki, qədim dövrlərdə insanlar gülərkən onların içindən ruh çıxdığına inanılırdı. Əvvəlki cümlədə “zarafat” ilə əvəz etdiyimiz incə saitli sözü tapın. -Cavab: Espiri -Şərh: Türk dilində işlənən bu söz latın dilində ruh mənasına gələn spiritus sözündən yaranmışdır. -Müəllif: Səyyar Qurbanov - -Sual: 8. Qana, Mali, Qvineya, Efiopiya kimi dövlətlər daxil olmaqla 54 suveren ölkənin birləşməsini təklif edən konsepsiya Afrika termini ilə adlandırılıb. Əvvəlki mətndə buraxılmış iki sözü yazın. -Cavab: Birləşmiş ştatları -Şərh: Eynilə Amerika Birləşmiş Ştatlarında olduğu kimi Afrikadakı dövlətlərin də birləşərək birlik qurması ilə bağlı konsepsiya irəli sürülmüşdü. -Müəllif: Əhməd Əliyev - -Sual: 9. İdmançı Pavel Bure Vinnipeq Jets komandasına qarşı oyunda rəqiblərini sürətli şəkildə geridə qoyduğu üçün rus ruleti ləqəbini almışdır. Əvvəlki cümlədə bir sözdə 2 hərf əvəz olunub. Əvəz olunmuş 2 hərfi yazın. -Cavab: o,k -Şərh: Komandanın adı Vinnipeq Jets idi və jet bildiyimiz kimi, təyyarənin bir növüdür. Bu komandanın oyunçularından daha sürətli şəkildə hərəkət edən Pavelə “Rus Roketi” ləqəbi verilmişdir. -Müəllif: Səyyar Qurbanov - -Sual: 10. 1961-ci ildə Qana, Qvineya və Malinin daxil olduğu Afrika Birləşmiş Ştatlarının bayrağı bunların sayı 3-ə bərabər idi. Bunu 1 sözlə yazın. -Cavab: Ulduz -Şərh: Hazırda Qananın bayrağında 1 ulduz yer alır. 3 dövlətin olduğu zaman isə orada hər dövləti simvolizə edən bir ulduz var idi. Afrika Birləşmiş Ştatlarının da bayrağında Amerika Birləşmiş Ştatlarının bayrağında olduğu kimi ulduzlar təsvir olunmuşdu. -Müəllif: Əhməd Əliyev - -Sual: 11. Aygün Aslanlı Fuad Poladov haqqında yazdığı kitabda qeyd edir ki, məşhur aktyor daim ətrafındakılarla arasında bir hədd qoymağa çalışır, sanki İKSin içində gəzirdi. Tarixdəki ilk İKSlərdən biri Vostok proqramı üçün xüsusi ölçülərdə hazırlanmışdı. İKSi saitləri eyni olan bir sözlə yazın. -Cavab: Skafandr -Şərh: Vostok proqramı çərçivəsində Yuri Qaqarinin bədən ölçülərinə uyğun xüsusi skafandr istehsal edilmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 12. Çinin iqtisadi yüksəlişi barədə danışılan bir sənədli filmdə Çinin kütləvi pirat disklər istehsal etməsi yalnız BURAXILMIŞ SÖZLƏR olduğu deyilir. Qəribədir ki, BURAXILMIŞ SÖZLƏR ifadə olaraq yalnız 20-ci əsrin ortalarından istifadə edilməyə başlayıb. BURAXILMIŞ SÖZLƏRi yazın. -Cavab: Aysberqin üst hissəsi -Şərh: Sənədli filmdə pirat disklərin istehsalı yalnız problemin kiçik tərəfi olduğu deyilərək Aysberqin görünən hissəsi ilə müqayisə edilir. Titanikin 1912-ci ildə Aysberqlə toqquşaraq batmasına baxmayaraq, “Aysberqin görünən hissəsi” ifadəsi yalnız 20-ci əsrin ortalarından istifadə edilməyə başlayıb. -Müəllif: Kənan Dadaşzadə - -Səhifə -> 562 | Sual Sayı -> 15 - -Sual: 1. Yunan sevgi tanrısı Eros münasibətlərin uzunmüddətli və şirin olması üçün atışdan əvvəl eşq oxunu BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRi eyni 2 hərflə başlayan 2 sözlə yazın. -Cavab: Bala batırmaq -Şərh: Qədim zamanlardan bəridir ki, bal müxtəlif qidaların uzunmüddətli saxlanılması üçün istifadə edilir. Balın bu faydalarından qədim Yunanıstanda da məlumatlı idilər. Məhz bu səbəbdən Eros oxunu atmazdan əvvəl bala batırırdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 2. Paylama materialıSavanna avtomobili sayılan "Land Rover Defender" haqqında məqalədə avtomobilin rekvizitdə gördüyünüz nazik və uzunsov pəncərəsi "İKS üçün pəncərə" adlandırılır. Misirdə incəsənətində baş hissəsi ilan, bədəni leopard kimi təsvir edilən serpopardlar X-dən təsirlənərək yaradılmışdı. İKSi tapın. -Cavab: Zürafə -Şərh: Avtomobilin tavanında yerləşən pəncərə savanna səfəri zamanı nazik və uzun boyuna malik zürafələri izləmək üçün əla variant hesab olunur. Ərəb dili flektiv dildir. Belə bir versiya var ki, "zürafə" sözü ərəbcədəki "zərif" (nazikin sinonimi) sözündən yaranıb. Boyunun nazik olmasına görə. Sualda da pəncərə barəsində "nazik" və "uzunsov" deyirik. -Müəlliflər: Adil Bəkirov, Eşqin İbrahimov - -Sual: 3. Uğursuz filmlərdə yer almış Mişel Pfayferin buna baxmayaraq tənqidlərdən yayınmasından danışılan videoda Mişelin sanki şəxsi İKSinin olduğu vurğulanır. Çoxsaylı yeni elmi kəşflərin ortaya çıxdığı XVIII əsr Avropasında İKSi olan şlyapalar dəb düşmüşdü. İKSi mürəkkəb sözlə yazın. -Cavab: İldırımötürən -Şərh: Çəkildiyi uğursuz filmlərdə ondan başqa bütün aktyor və çəkiliş heyətinin tənqid edilməsindən danışan şərhçi qeyd edir ki, sanki Pfayferin şəxsi ildırımötürəni var idi. XVIII əsrin sonların ildırımötürənin kəşfi ilə Avropada böyük marağa səbəb olmuş, hətta dəbdə də istifadə edilirdi. Belə ki, xanımlar üçün şlayapaları ildırımötürənli edirdilər. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 4. Adolf Hitler çıxışlarından birində ənənəvi salamlaşmadan sonra işğal etdiyi ölkələri sadaladıqca əlini masaya çırpırdı. Bu haqda danışan bir müəllif Hitlerin əlini BUNUNLA müqayisə edir. Sənətşünas Aurel Baks karantin zamanı BUNUN əvəzinə evdə qaşıqla məşq edirdi. BUNU 2 sözlə deyin. -Cavab: Auksion çəkici -Şərh: Hitler Reyxstaqda çıxışı zamanı hər dəfə işğal etdikləri ölkələrin adlarını sadaladıqca əlini masaya çırpırdı. Bu zaman müəllif Hitlerin əlini auksionda hər hansı sənət əsəri alınarkən vurulan auksion çəkici ilə müqayisə edir. Aurel Baks tanınmış auksion aparıcılarından biridir. O etiraf etmişdi ki, 2020-ci ildə COVİD-19 əlaqədar sərt karantin zamanı auksion çəkicinin əvəzinə evdə qaşıqla məşqlər edirmiş. -Müəllif: Toğrul Qurbanov - -Sual: 5. Dursun Ali Yaz yazır ki, dünya tarixindəki ən önəmli ixtiralardan biri İKSdir. Çünki yalnız İKS ilə insan təbiətə istiqamət verib onu idarə etməyi öyrənə bildi. Kanoe idman növündə ən sonda oturan idmançılara da İKS deyilir. İKSİ deyin -Cavab: Sükan -Şərh: Dursun Ali Yaz bildirirdi ki, dünya tarixində ən önəm kəsb edən məsələlərdən biri yelkənli qayıqların ixtirası oldu ki, bununla da insanlar istədiklərə yerə gedə bildilər. Bu yelkənli qayıqları idarə etmək, küləyə istiqamət vermək üçün isə sükan önəmli idi. Kanoe idman növündə arxada dayanan şəxs sanki sükan rolu oynadığı üçün onun ləqəbi də belə olmuşdur. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 6. Ötən ay start götürən İngiltərə Premyer Liqasında bir klub azarkeşlərinə stadiona özləri ilə İKS gətirməyə icazə vermişdi. İlk İKSLƏRİN 1938-ci ildə əslində alpinistlər üçün istehsal edildiyi iddia olunur. İKSİ fərqli samit hərflə başlayan 2 sözlə yazın. -Cavab: Günəş kremi -Şərh: Premyer Liqanın oyunları digər böyük çempionatlar kimi avqust ayında başlayır. Belə olan halda stadiona gələn azarkeşlər özləri ilə günəş kremləri götürmək üçün tvitterdə sual vermiş lakin mənfi cavab aldıqları üçün etiraz etmişdilər. Maraqlıdır ki, ilk günəş kremləri alpinistlər üçün nəzərdə tutulan "Buz kremi" adlı kremlər olmuşdu. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 7. Paylama materialıBir filmdə hərbi hava qüvvələrində təhsil almış, lakin fiziki xüsusiyyətlərinə görə pilot olmağa icazə verilməmiş personaj özünü İKS ilə müqayisə edir. Paylama materialında gördüyünüz termoslar da İKS termoslar adlanır. İKSi deyin. -Cavab: Pinqvin -Şərh: Hərbi hava qüvvələrində təhsil alan, lakin uça bilməyən pilot özünü qanadı olmasına baxmayaraq uçmaq qabiliyyəti olmayan pinqvinlə müqayisə edir. Paylama materialına diqqətlə baxsanız, termosun görünüşcə pinqvinə oxşadığını görə bilərsiniz. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 8. Şirkətinin 20 illiyi ilə əlaqədar 2017-ci ildə çıxan reklam çarxında Yevgeni hind toyuğu, haski, bayquş və digər heyvanları dinlədikdən sonra seçimini donuzun üzərində saxlayır. Yevgeninin soyadını tapın. -Cavab: Kasperski -Şərh: Yevgeni sözügedən səsləri dinləyərək öz şirkəti üçün xəbərdaredici siqnal səsi seçmək istəyirdi. Söhbət dünyaca məşhur "Kaspersky" antivirus proqramının yaradıcısından gedirdi. Belə ki, proqramda eşidilən virus xəbərdarlığı səsi donuz qripi səbəbilə elə donuz səsidir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 9. 1918-ci ildə bir qrup siqaret aludəçisi İKS əleyhinə cəmiyyət yaratmışdı. Həmin ərəfədə "Levi`s" şirkəti İKS çatışmazlığını aradan qaldırmaq üçün istehsala dəstək olmaq barədə təklif vermişdi. İKSİ yazın. -Cavab: Maska -Şərh: Fikir verdinizsə, sualın hər iki tərəfi eyni tarixi dövrə təsadüf edir. 1918-ci ildə bütün dünyanı bürün ispan qripi pandemiyası San-Fransiskoya qədər gəlib çıxmışdı. Həmin dövrdə demokratik Amerikada azadlıq tərəfdaşları maskanın insanları məhdudlaşdırdığını iddia edirdilər. Siqaret aludəçiləri isə eynilə COVID zamanı olduğu kimi maskaya qarşı etiraz edirdilər, çünki maska taxdıqda rahat siqaret çəkmək olmurdu. Öz etibarlı parça məhsulları ilə məşhur olan "Levi`s" şirkəti isə həm tələb çox olduğundan, həm də etibarlı olması səbəbilə maska istehsalına dəstək ola biləcəyini bildirmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Yapon miflərində yoxsulluq tanrısı olan Bimboqami sərvət tanrısı Fukunokaminin köləsidir. Elə buna görə də Bimboqami həmişə qaradərili kimi təsvir olunur. Sual mətninin ilk cümləsində bir hərf buraxılıb. Buraxılmış hərfi yazın. -Cavab: g -Şərh: Ən sevilməyən tanrılardan olan yoxsulluq tanrısının özünə məxsus bədəni belə yoxdur. Belə ki, mifologiyada o, sərvət tanrısının köləsi deyil, kölgəsidir. Məhz bu səbəbdən Bimboqami təsvirlərdə qaradərili kimi göstərilir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 11. Paylama materialıRekvizitdə gördüyünüz şəkil İKSin yaradılmasından əvvəlki dövrü təsvir edir. Təqribən 175 sm boya malik basketbolçu Kelvin Mörfinin ləqəbində də İKS sözünü görə bilərik. İKSi təkhecalı sözlə deyin. -Cavab: Cib -Şərh: Paylama materialına diqqətlə baxsanız xanımın geyimində heç bir detal olmadığını, əlində isə xüsusi torba tutduğunu görəcəksiniz. Belə ki, paltarlarda ciblər tikilməyə başlamamışdan əvvəl qadınlar cib əvəzinə belə xüsusi torbalar gəzdirirdilər. 6 fit hündürlük təqribi 175 sm edir ki, bu da basketbolçu üçün qısa olmaq deməkdir. Bildiyiniz kimi, qısa idmançılara adədən Cib ləqəbi qoyurlar. Məsələn Naim Süleymanoğluya da Cib Herkülü deyirdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 12. Skandiumdan hazırlanan beyzbol bitalarına dəyən topların əlavə sürət qazanmasına "İKS effekti" deyilir. Daim aksiyon, hərəkətli filmlərinə çəkilən aktyor Cüneyt Arkın evində məşq üçün İKSdən istifadə edirdi. İKSi bir sözlə deyin. -Cavab: Tramplin -Şərh: Beysbol bitalarına dəyən topun geri qayıdaraq əlavə sürət qazanması zamanı yaranan hal sanki trampolinə hoppanan insanın daha da yuxarı qalxmasına bənzədiyi üçün bu effektə trampolin adı verilmişdir. Cüneyt Arkının filmlərini xatırlasanız, orada da hoppanmalı səhnələrin çox olduğu yadınıza düşəcək. Buna görə aktyor evinə xüsusi trampolin də qoymuşdu. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 13. Məşhur restoran şəbəkəsi keçirdiyi marketinq kampaniyasında bir özəlliyə malik şəkilləri çəkərək paylaşmaq şərti qoymuşdu. Uyğun şəkilləri paylaşanlar şəbəkənin məhsulunu pulsuz əldə edirdilər. Həmin şəkillərdə piyada keçidi zolaqları, banan, yemək çubuqlarını görmək olardı. Siz isə hansı məhsulun hədiyyə edildiyini cavab kartınıza yazın. -Cavab: Kartof Fri -Şərh: Sadalanan əşyaları birləşdirən ortaq cəhət onların sarı rəngli, uzun və nazik olmalarıdır. McDonalds’s restoranlar şəbəkəsinin elan etdiyi kampaniyada gündəlik həyatda rastlaşdığımız fri kartofunu xatırladan əşyaların fotolarını paylaşaraq məhsulu pulsuz əldə etmək təklif olunurdu. -Müəllif: Adil Bəkirov - -Sual: 14. Repressiya dövründə bəzi ədəbiyyatçılar Mikayıl Müşfiqi, belə demək olarsa, ALFALARA rəğbət bəsləməkdə günahlandırır və onu "türkçü", "dindar agent" adlandırırdılar. ALFA qoxusunun xoşagəlimliliyi liflərin, yapışqanın və başqa tərkiblərin zamanla çürüməsi nəticəsində ortaya çıxan turşularla bağlıdır. ALFANI eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Köhnə kitablar -Şərh: Klassiklərimizin əsərlərini, qədim əlyazmaları oxuyan Mikayıl Müşfiqi, Stalin tərəfdarı yazıçılar və şairlər xain adlandırırdılar. Onlar belə kitablara köhnə kitablar deyirdilər. Köhnə kitablardan gələn sevimli ətrin səbəbi olaraq kağız, mürəkkəb, dəri, liflər və yapışqanın zamanla çürüməsindən kəskinləşən asidlər göstərilir. Bu asidlər eyni zamanda kitabların vərəqlərinin zamanla saralmasına gətirib çıxaran tərkiblərdir. Eyni zamanda qeyd olunur ki, yeni kitablar fərqli prosedurlar ilə hazırlandığından köhnə kitablarda olan ətirlər bu kitablarda olmayacaq. -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 15. Rəssam Mark Şaqal maddi sıxıntılar çəkdiyi dövrdə yaratdığı əsərlərdə İKS əvəzinə İQREKDƏN istifadə edirdi. Soyadı latınca "bağlamaq", "düyünləmək" mənasına gələn Da Vinçi məşhur tablosunda öz imzasının əvəzinə İQREKİN kənarını düyünlənmiş formada çəkmişdi. İQREKLƏ əvəz olunmuş sözü yazın. -Cavab: süfrə -Şərh: Rəssam Mark Şaqal Parisdə yaşadığı dövrdə o qədər kasıb idi ki rəsmləri üçün kətan parça ala bilmirdi. Məhz bu səbəbdən rəssam rəsmi süfrə üzərində çəkmişdi. Rəsmin bəzi yerlərində süfrənin naxışlarını görmək olar. Leonardo Da Vinçinin “Sirli şam yeməyi” rəsmindən bəhs edən tarixi əsərdə rəssamın süfrənin kənarına düyün vurmaqla öz imzasını atmaq istəməsi bildirilir. Belə ki "Vinçi" soyadı latın dilində “bağlamaq” anlamına gələn "vincoli" sözündən yaranmışdı. -Müəllif: Toğrul Qurbanov - -Səhifə -> 563 | Sual Sayı -> 15 - -Sual: 1. Plutarxın bir əsərində İKSİN niyə birinci olduğu barədə müzakirə hissəsi mövcuddur. "Ulduz yolu" seriyasına həsr olunmuş onlayn ensiklopediyanın adında da İKS sözünü görmək olar. İKSİ saitləri eyni olan bir sözlə yazın. -Cavab: Alfa -Şərh: Qədim Yunan filosofu Plutarx "Əxlaq" (yun. Moralia) əsərində yunan əlifbasından da söz açır və bütün hərflər arasında iksin deyil, alfanın niyə birinci olduğunu sorğulayır. Alfa hərfi ulduzların adlandırılmasında da istifadə olunur. Maraqlıdır ki, "Ulduz yolu" seriyasına həsr olunmuş ensiklopediyanın da adında bu söz var. Belə ki, ensiklopediya "Memory Alpha" adını daşıyır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 2. Dövrün məşhur türk dəniz komandanı Oruç Reisi öldürən ispan sərkərdəsi bu hadisəni öz ALFAsında təsvir etmişdi. Evlilikdən sonra dəyişdirilmiş bir ALFAda it başlı pələngi görmək olar. ALFAnı iki sözlə deyin. -Cavab: Ailə gerbi -Şərh: Orta əsrlərdə şəxslər öz məşhur xüsusiyyətlərini adətən ailə gerbinə təsvir edirdi. Buna görə də Oruç Reisi öldürən ispan sərkərdəsi hadisəini ailə gerbində əks etdirmişdi. Evlilikdən sonra ailələr də öz ailə gerblərini birləşdirmişdilər. Belə ki, bir ailənin gerbində it, birində isə şir var idisə, evlilikdən sonra artıq it başlı şir təsviri yaranmışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 3. Maraqlıdır ki, XV-XVI əsrlərdə yaşamış tacir Riçard Amerikenin ailə gerbində İKS və İQREKLƏR var. İKS və İQREKİ qalın saitli sözlərlə yazın. -Cavab: Ulduz və zolaq -Şərh: Məşhur bir versiyaya görə, Amerika qitəsi öz adını Riçard ap Merik və ya digər adı ilə Riçard Amerikenin adından götürüb. Belə ki, bristollu tacir Riçardın səyyah Con Kabbotun gəmilərini maliyyələşirməsi faktı var. Digər bir fakt isə tacirin ailə gerbi ilə bağlıdır. Belə ki, Riçard ap Merikin ailə gerbi eynilə Amerika Birləşmiş Ştatlarının bayrağında olduğu kimi ulduzlar və zolaqlardan ibarətdir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Qarşınızda PSJ (PeSeJe) klubunda oynayan üç futbolçunun bir-birilərinə məhsuldar ötürmə sayları haqqında məlumatdır. İstifadəçilərdən biri Mbappe-ni (Embappe) İKS ilə müqayisə edir. İKS ilə bağlı -Cavab: dördüncü qan qrupu -Şərh: Gördüyümüz kimi Mbappe digər iki nəfərdən ötürmələr alsa da, özü onlara ötürmələr vermir. Bu zaman istifadəçilərdən biri Mbappe-ni 4-cü qan qrupu ilə müqayisə edir. Məktəb proqramından da bildiyimiz kimi qan qrupları arasında 4-cü qan qrupunun xüsusiyyətlərindən biri digər istənilən qan qrupundan qanı qəbul edə bilməsidir, buna baxmayaraq özü digər qan qruplarına qan ötürə bilmir. 4-cü qan qrupu nadir qan qrupları arasında yer alır. Bir mənbədə bu qana malik dünyada cəmisi 3% insan olduğu qeye edilir. -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 5. 1987-ci ildə Venesiyada "16-20-ci əsrlər Üzün transformasiyası" adlı sərgidə onun əsərləri nümayiş etdirilmişdi. Bu haqda məqalədə həmçinin ötən əsrin ortalarında başlamış “Food Art” [Fud art] cərəyanına da yer verilir. Onun soyadını cavab kartlarınıza yazın. -Cavab: Cüzeppe Arçimboldo -Şərh: Sualda qeyd edilən üzün transformasiya ifadəsi rəssamın fərqli cür rəsm əsərləri yaratdığına işarə idi. İkinci hissədə ötən əsrin 60-cı illərində Parisdəki bəzi restoranlarda yeməklərdən müxtəlif rəsm əsərlərinin yaradılmasından danışılır. Bu performanslar Food Art adını almışdır. Məqalədə qeyd edilir ki, buna ilham verən isə XVI əsr rəssamı Cüzeppe Arçimboldonun yaratdığı əsərlər idi -Müəllif: Vüqar Viqo Məmmədov - -Sual: 6. Paylama materialıKatalanlar ALFA-nı adlandırarkən şəkildə gördüyünüz şirniyyatdan ilhamlanıb. ALFA-nın ilk istifadəsini araşdıran tədqiqatçılar qeyd edir ki, 18-ci əsrdə ALFA ingilis dilli kommersiya mənbələrində “qiymətinDƏ” mənasını ifadə edirdi. ALFA-nı deyin. -Cavab: @ işarəsi -Şərh: Fiziki quruluşuna görə müxtəlif dillərdə meymun quyruğu, fil xortumu, ilbiz qabığı və sairə kimi adlar alan, @ işarəsi, Katalanlar tərəfindən sevimli Ensaïmada şirniyyatlarının adını almışdı. @ işarəsi 20-ci əsrin sonlarında email-lərin ortaya çıxması ilə populyarlaşmasına baxmayaraq, ilk istifadəsi 15-16-cı əsrlərə qədər gedir. 18-ci əsrə aid ingilis dilli kommersiya mənbələrini araşdıran elm adamları ortaya çıxarıb ki, ‘@’, ingilis dilindəki adı ilə ‘at[ət]’ da, də mənasını verdiyi üçün. 12 products @ 1$, yəni 12 məhsul 1 dollara, 1 dollar qiymətində mənasını daşıyırdı. -Müəllif: Şəhriyar Məmmədli - -Sual: 7. ALFADAN danışılan bir məqalədə qeyd olunur ki, XVIII əsrin ortalarında artilleriyaçı Danilov ardıcıl olaraq bir neçə il eyni gündə palma kimi ağaclara üstünlük vermişdi. Maraqlıdır ki həmin dövrdə çar ailəsi üçün ALFANIN ardıcıllığı və anlamını bildirən xüsusi bülletenlər çap edilirdi. ALFANI cavab kartlarınıza yazın. -Cavab: atəşfəşanlıq -Şərh: Artilleriyaçı Mixail Danilov 1750-ci illərdə ardıcıl olaraq bir neçə il Yeni il günləri atəşfəşanlığın təşkilatçısı idi. Həmin dövrdə "yaşıl maddə" ixtira edildikdən sonra bitki formalı atəşfəşanlığa üstünlük verilirdi. Belə ki atəşfəşanlıq zamanı səmada palma və aloe formasında qığılcımlar yaranırdı. İmperiya dövründə belə atəşfəşanlıqlarda sadə əhali nə nümayiş olunacağı gözləsə də çar ailəsinin əlində ardıcıllığın siyahısı vardı. Burada həmçinin ailə gerbi, adların venzelləri və s nümayiş olunurdu. -Müəllif: Toğrul Qurbanov - -Sual: 1511-ci ilin əvvəllərində Brüsseldə təşkil edilən bir festivalda Frizlandiyanın sonuncu kralı əhaliyə ALFA kimi nümayiş olunurdu. Maraqlıdır ki, 2010-cu ildə Almaniyada qlobal istiləşməyə etiraz aksiyasında 750-yə yaxın ALFA iştirak etmişdi. ALFANI deyin. -Cavab: qar adamı -Şərh: Sualda 1511-ci ilin əvvəlləri qeyd olunmuşdu. Yanvar-fevral aylarında keçirilən festivalda Frizlandiyanın sonuncu kralı qar adamı kimi insanlara təqdim olunmuşdu. Bölgənin adı söz oyunu edilərək həm frizlərin torpağı, həm də şaxtalı torpaq anlamına gəlir. İkinci hissədə isə qlobal istiləşməyə qar adamları aksiyada var idi. -Müəllif: Toğrul Qurbanov - -Sual: Videoda, Amerikan idman arenalarına xas olan, gördüyünüz hərəkət TOM zərbəsi adlandırılır. Marlon Brando əvəzinə Oskar səhnəsinə çıxıb mükafatdan imtina edən “Saşen Balacatük”ə qarşı bəzi etirazçılar da TOM zərbəsi göstərmişdi. Mətndə iki yerdə hərflər buraxılıb. Hərfləri bərpa edərək sözü orijinalda yazın -Cavab: Tomahavk -Şərh: Videodakı azarkeşlərin əl hərəkətlərinə fikir versəniz onlar sanki balta zərbəsi endirirlər. Belə ki, bu hərəkət yerli hinduların əmək aləti olan Tomahavk baltası şərəfində adlandırılmışdır. İkinci hissədə ada fikir versəniz “Balacatük” sözlərini görərsiniz. Adətən belə ləqəblər də hindular tərəfindən seçilir. Hindu qıza etiraz edən şəxslər də ona tomahavk zərbəsi göstərirdilər. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 10. Otto Fon Bismark Almaniyanı birləşdirən, öz xalqını sevən millətçi lider kimi tarixə düşüb. O, 1859-cu ildə çap edilən bir kitabı oxuduqdan sonra demişdi ki, zəncirdə onlardan əvvəl avstriyalılarla bavariyalılar dayanır. Biz sizdən onları soruşmuruq, həmin kitabın müəllifini deyin. -Cavab: Çarlz Darvin -Şərh: Bismark Almaniyanı birləşdirən bir şəxs kimi avstriyalıları heç sevmirdi. Bavariyalılar da eynilə onun xoşuna gəlmirdi. Bismark “Növlərin mənşəyi” adlı kitabı oxuduqdan sonra demişdi ki, təkamüldə insan yaranana qədər, insandan əvvəl avstriyalılar və bavariyalılar gəlib. Həmin kitabın müəllifi isə Çarlz Darvin idi. Burada zəncir deyilərkən nəzərdə tutulan isə təkamül zənciri idi. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 11. Ötən əsrin 70-ci illərində spagetti vestern janrında çəkilən Bollivud istehsalı "Qisas və qanun" filmi inspektorun quldur dəstəsi başçısı ilə mübarizəsindən bəhs edir. Əvvəlki cümlədə əvəz olunmuş eynicinsli qoşasamitli sözü cavab kartınıza yazın. -Cavab: karri -Şərh: "Spagetti vestern" janrında çəkilən filmlər adətən həmin regiona uyğun məşhur yeməyin ad altında tanınır. Məsələn, SSRİ- də "borş vestern", Yaponiyada " ramen vestern" və s. Bollivud istehsalı filminin süjeti bu tipli filmlər üçün xarakterikdir. Maraqlıdır ki janr Hindistan və qonşu ölkələrdə geniş yayılmış karri şorbasının şərəfinə "karri vestern" adlandırılmışdı. -Müəllif: Toğrul Qurbanov - -Sual: 12. Rəvayətə görə, 1142-ci ildə döyüşçülər kralları 2 yaşlı lord Qodfrini cəsarət almaq üçün onu (yəni Qodfrini) döyüş meydanına gətirtmiş və xüsusi bir yolla döyüş boyu meydanda olmasını təmin etmişdilər. Bəs kim XV əsrdə eyni yolla ələ keçməkdən xilas olunmuşdu? -Cavab: Şah İsmayıl Xətai -Şərh: Bu rəvayət Brüsseldəki məşhur "Maneken pis" heykəli ilə bağlıdır. Deyilənə görə, kralı meydanda hiss edib cəsarət almaq istəyən döyüşçülər körpə lordu meydana gətirmiş və onu bir səbətə qoyaraq meydandakı nəhəng palıddan asmışdılar. Körpə döyüşün gedişatı zamanı qalxmış və "Maneken pis"də görünən təsvir ortaya çıxmışdı. Digər bir rəvayətə görə isə, körpə İsmayıl onu axtaran Ağqoyunlu döyüşçülərindən bir səbətə qoyulub ağaca asılmaqla gizlədilmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 13. Paylama materialıQarşınızda XVIII əsrin ikinci yarısında ingilis rəssam Con Mortimer tərəfindən çəkilmiş rəsmdən bir fraqmentdir. Həmin fraqmentdə qraf Sendviçin gənc qız heykəlinə söykəndiyi görürsünüz. Sözügedən rəsmdə başqa ekspedisiyaçıları da görmək olar. Sizə verilmiş fraqmentdə qraf Sendviçin gənc qız heykəlinə söykənməsindən danışan müəllif bunun simvolik məna daşıdığını qeyd edir. Gənc qızın adını eyni hərflə başlayıb bitən sözlə yazın. -Cavab: Avstraliya -Şərh: 1771-ci ildə yaradılan rəsmdə qraf Sendviçlə yanaşı Ceyms Kuk, Cozef Benks kimi görkəmli şəxslər yer almışdı. İmperiyanın genişlənməsi mövzusunda çəkilən rəsmdə gənc qız heykəli hələ ayaq basılmamış bakir torpaq sayılan Avstraliyanı bildirirdi. Bu haqda danışan müəllif qraf Sedviçin gənc qıza söykənməsini Britaniyanın Avstraliyanı tərkibinəqatmasını simvolizə etdiyini bildirir. Xatırlanan dövr, ingilis və rekvizitdəki təbiət təsvirləri sualı tapmaqda kömək ola bilərdi. -Müəllif: Toğrul Qurbanov - -Sual: 14. Kolumella yazırdı ki, Aralıq dənizində yaşayan alausalar insanlardan çox, İKSLƏR üçün əsas qida mənbəyidir. Bir sosial posterdə İKSİN düz arxasında ağzı açılmış sellofan paket görmək olar. İKSİ eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Böyük balıq -Şərh: Alausalar Aralıq dənizində yaşayan kiçikölçülü balıqlardır. Antik müəllif Kolumella bu balıqlardan insanlardan daha çox, böyük balıqların faydalandığını yazırdı. Böyük balıq kiçik balığı yeyir, sellofan paket də böyük balığı, hətta digərlərini də. -Müəllif: Eşqin İbrahimov - -Sual: 15. ALFA XIX əsrdə Avropa əhalisinin böyük bir qisminin ölümünə səbəb olmuşdu. Məhz bu səbəbdən mikrobioloq Rene Dyobo ALFA barədə kitabına “Ağ BETTA” adını vermişdi. ALFA və BETTANIN ilk 2 hərfinin eyni olduğunu bilərək onları yazın. -Cavab: Vərəm, vəba -Şərh: Eynilə XIV əsrdə olduğu kimi bir neçə əsr sonra da Avropa başqa bir güclü bir xəstəliklə - vərəmlə üzləşmişdi. Rene Dyobo həmin tarixi hadisələrə səbəb olmuş və “qara vəba” adlanan xəstəliyə ithafən kitabına “Ağ vəba” adını vermişdi. Belə ki, vərəm bədənə yayıldıqda toxumalarda ağ ləkələrlə müşahidə olunur. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 568 | Sual Sayı -> 14 - -Sual: 1. Sibir şamanları Günəşin dilinin səmaya qalxmaq üçün körpü olduğunu düşünürdülər. Şamanlar nəyi Günəşin dili adlandırırdı? -Cavab: Göy qurşağı -Şərh: Yağışdan sonra çıxan Günəş bunu yaradırdı. Ona görə “Günəşin dili” adlandırılırdı. Səmaya çıxmaq üçün körpü də sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 2. Bir məqalədə tovuzquşunun açılmış quyruğu təbii BU adlandırılır. Orta əsrlərdə bahalı BU tovuzquşu lələklərindən hazırlanırdı. Bunu bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Yelpik -Şərh: Açılmış tovuzquşu quyruğu buna bənzəyir. Orta əsrlərdə varlı ailələrin xanımları tovuzquşu lələklərindən hazırlanmış yelpik istifadə edirdi. -Müəllif: Emil Yusublu - -Sual: 3. Ağrı dağının ətəklərində tapılan üzərində böyük dəlik olan qayaları yerli türklər “Bunun lövbərləri” hesab edir. Bunu biri xüsusi isim olmaqla iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Nuhun gəmisi -Şərh: Lövbər sözü sizi gəmiyə apara bilərdi. Versiyalardan birinə görə, gəmi məhz Ağrı dağında dayanmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 4. Maraqlıdır ki, Nuh peyğəmbərin gəmisi su keçirməsin deyə inşası zamanı bundan da istifadə olunmuşdu. İsti bu 1969-cu ilə mənbədə ölümə səbəb olur. Bunu tək hecalı sözlə yazın. -Cavab: Qır -Şərh: Bildiyiniz kimi evlərin damları su keçirməsin deyə də bundan istifadə olunur. “Şərikli çörək” filmində bu Qırçı Məhəmmədin ölümünə səbəb olur. -Müəllif: Emil Yusublu - -Sual: 5. Türk mifologiyasında Ağlıs ilk dəmirçi hesab edilir. Rəvayətə görə BUNU ilk dəfə Ağlıs düzəldib. “Kavallo” şirkəti BUNUN ağrısız taxılıb-çıxarıla bilən polimer alternativini yaradıb. BUNU bir sözlə yazın. -Cavab: Nal -Şərh: Türklər üçün atın önəmli olduğunu bilirsiniz. Ona görə də, atla bağlı digər şeylər də mifologiyada özünə yer tapıb. “Kavallo” şirkəti isə nalın vurulması və ya dəyişdirilməsi prosesində heyvan əziyyət çəkməsin deyə yeni məhsul yaradıb. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bir maraqlı rəsmdə BUNLAR balerinanın ayaqlarını əvəz edir. Bir şeirdə isə BUNLAR zamanı kəsən qayçıya bənzədilir. Söhbətin nədən getdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: Saatın əqrəbləri -Şərhlər: None -Müəllif: Emil Yusublu - -Sual: 7. Mehdi Hüseynin "Kərəm əfsanəsi" əsərində personajlardan biri keşikdə daim ayıq qalmaq üçün bunu edir. Bunu edən ən məşhur personajı yazın. -Cavab: Məlikməmməd -Şərh: Personaj da Məlikməmməd kimi yatmamaq üçün barmağını kəsib yaraya duz tökür. -Müəllif: Emil Yusublu - -Sual: 8. “Tağıyev teatrı”nda xüsusi loja var idi. Bu lojanın yanları qalın pərdələrlə bağlanmışdı. Səhnəyə baxan hissədən isə tül asılmışdı. Bir sözlə yazın. Bu loja kimlər üçün nəzərdə tutulmuşdu? -Cavab: Qadınlar -Şərh: Həmin dövrdə qadınların teatra rahat gəlib-getmələri üçün belə edilmişdi. Bildiyiniz kimi həmin dövrdə səhnədə də qadınlar yox idi. -Müəllif: Emil Yusublu - -Sual: 9. 1924-cü ildə xeyriyyəçi Tağıyevin vəfatı zamanı “Bakinski raboçi” qəzetində çıxan nekroloqda hansı söz məqalədən çıxarılmışdı? -Cavab: Hacı -Şərh: Qəzet sovet dövründə çap olunurdu və ölkə dinə qarşı idi. -Müəllif: Emil Yusublu - -Sual: 10. 20-ci əsrin əvvəllərində Bakı qubernatoru Pavel Lileyev çadır, brezent, isti adyal, paltara ehtiyac olduğu barədə teleqram göndərir. Sadalananlar hansı şəhərə göndəriləcəkdi? -Cavab: Şamaxı -Şərh: 1902-ci ildə Şamaxıda dağıdıcı zəlzələ olmuş, evlərin bir çoxunu dağıtmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 11. “Molla Nəsrəddin” jurnalının insanlardan gələn şikayət və təkliflərinin əks olunduğu hissəsi X adlanırdı. XX əsrin əvvəllərinə aid X adlı əsərdə Vəli xan İrəvandakı dostu Cəfər ağanı qonaq gələcəyi barədə məlumatlandırmaq istəyir. X ilə əvəz olunan iki sözü yazın. -Cavab: Poçt qutusu -Şərh: İnsanlar həmin dövrdə şikayət və təkliflərini məktubla göndərirdi. İkinci hissədə isə söhbət Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərindən gedirdi. -Müəllif: Emil Yusublu - -Sual: 12. Bir şeirdə X-in gələcək nəsillərə çatması üçün duza qoyulduğu deyilir. Ərəblər X-ə “Əl bəhr əl Meyyit” deyir. X-i 2 sözlə yazın. -Cavab: Ölü dəniz -Şərh: Şair oranın niyə çox duzlu olmasını belə izah edirdi, Meyyit sözü isə Meyid sözünə oxşayırdı. -Müəllif: Emil Yusublu - -Sual: 13. Bir cizgi filmində həddən artıq şirin qazlı içki içmiş şəxs Bunu udaraq özünü parladacağını deyir. Bunun sloqanlarından biri “Stay Fresh” adlanır. Bunu bir sözlə yazın. -Cavab: Mentos -Şərh: Yəqin ki, koka-kola ilə mentosun qarışdırılması zamanı yaranan köpüklənməni görmüsünüz. Həmçinin sloqan sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 14. Buna həsr olunmuş məqalələrdən biri “Kaleydoskop” adlanır. Şəkili usta Hüseyn Mustafazadə 2002-2004-cü illərdə BUNLARI restavrasiya etmişdir. Söhbətin nədən getdiyini saitləri eyni bir sözlə yazın. -Cavab: Şəbəkə -Şərh: Kaleydoskop içərisində rəngli naxışlar yaranan oyuncaqdır. Şəkili usta deyilməsi sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Səhifə -> 571 | Sual Sayı -> 12 - -Sual: 1. Bir serialın personajı Hellouin şənliyinə özü ilə hər dəfə əlavə kostyum götürür. Personaj deyir ki, bir qızla tanış olarkən uğursuz olsam, əlavə kostyum ALFA üçün ikinci şans yaradır. ALFAnı iki sözlə deyin. -Cavab: İlk təəssürat -Şərh: Barni bu yolla ilk görünüşdə qızın ondan xoşa gəlməsə, başqa kostyumla yaxınlaşacağını və ilk təəssürat üçün ikinci şans qazanacağını deyir. -Müəllif: Əhməd Əliyev - -Sual: 2. Pyer Dinöv Fransada baş verən inqilabın tarixdə böyük iz buraxdığını deyərək, inqilabı İKS-ə bənzədir. Disney studiyasının məşhur antoqonistinin də adı ingilis dilindən İKS kimi tərcümə olumur.İKS-i yazın -Cavab: Çapıq -Şərh: Sualın ikinci hissəsində söhbət Scar-dan gedirdi. -Müəllif: Elvin Əliyev - -Sual: 3. Jak Fresko bir müsahibəsində qeyd edir ki, tarix boyu daha böyük fəlakətlərdən qaçmaq üçün xırda qurbanlar vermək çox normal bir prosessdir. Növbəti cümlədə onun hansı canlını xatırlatdığını yazın. -Cavab: Kərtənkələ -Şərhlər: None -Müəllif: Elvin Əliyev - -Sual: 4. Boş yuva sindromu - Ailənin son uşağının da evdən getməsiylə valideynlərin yaşadığı psixoloji sarsıntıdır. 2000-ci illərdən başlayaraq ailələri ilə yaşamaq üçün geri qayıdan gənclər boş yuva sindromunun müəyyən qarşısını almışdılar. Həmin gənclər Karma nəsli adlanır. Əvvəlki cümlədə bir söz başqa bir sözlə əvəz edilib. Əvəz edilmiş sözü yazın. -Cavab: Bumeranq -Şərh: Bumeranq karma ilə əvəz edilmişdi. "Bumeranq nəsli" - 21-ci əsrdə lisey və universitetdən məzun olan gənclərin, evlərindən ayrılıb tək yaşadıqdan sonra valideynlərinin yanına qayıtmasını bildirir."Karma" sanskrit sözü olub Hinduizmdə bir insanın etdiyi bir şeyin (yaxşı və ya pis) gec-tez dolanıb həmin insanın başına gələcəyi barədə bir anlayış olub bumeranqa oxşarlıq təşkil edir. Sualın mətnində istifadə olunmuş "getmək" və "geri qayıtmaq" sözləri birbaşa ipucu idi. -Müəllif: Şükran İbrahimli - -Sual: 5. Antarktidada yaşayan elm adamları arasında əyləncələrdən biri soyuq suda üzməkdir. Əgər bir qrup şəxs suya girəcəksə, onlardan biri kənarda qalmalı və BUnu istifadəyə hazır saxlamalıdır. Bir karikaturada Frankşteynə həyat vermək üçün BUndan istifadə olunduğu təsvir edilib. BUnu əcnəbi mənşəli bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Defibrilyator -Şərh: Həddən artıq soyuq su ürəyi dayandıra bilərdi. Bildiyiniz kimi Frankşteynə həyat elektriklə verilmişdi. Bu da sizi yüksək elektrikli alətə aparmalı idi. -Müəlliflər: Emil Yusublu, Emil Yusublu - -Sual: 6. İddialara görə, bir zamanlar Nintendonun ofisində rəqib şirkət “Sega”nın CEO-su Tom Kalinskenin fotosunu məhz İKSİN üzərində yerləşdirmişdilər. XX əsrin 30-cu illərində bir ingilis kimyaçı və bir pab sahibi, İKSİN aqava lifindən olan versiyasını məşhurlaşdırmışdı. İKSİ bir və ya iki sözlə yazın. -Cavab: Darts lövhəsi -Şərh: “Sega”nın CEO-su Tom Kalinskenin fotosunu bir növ hədəf kimi dart lövhəsindən asmışdılar. Əvvəllər sadəcə qarağac oduncağından hazırlanan dart lövhələrində dart oxları çətin bərpa olunan deşiklər açırdı. Sonradan aqava lifləri daha davamlı alternativ kimi bazarda öz mövqeyini möhkəmlətdi. -Müəllif: Tərlan Əsədli - -Sual: 7. Bir elmi-fantastik filmdə yaşamaq istəməyən baş qəhrəman zamanda səyahət edir və ən başa qayıdaraq özünü ALFAya dolayıb intihar edir. 44 günlük Vətən Müharibəsində Azərbaycanın heç bir kömək olmadan torpaqlarını özünün işğaldan xilas etdiyini vurğulayan Rəcəp Tayyip Erdoğanın işlətdiyi ifadədə ALFA xatırlanır. ALFAnı 2 sözlə yazın. -Cavab: Göbək bağı -Şərh: "Kəpənək effekti" filmində baş personaj filmin sonunda ən başa, yəni anasının bətninə qayıdaraq hələ doğulmadan ölür. Türk dilində istifadə edilən "Kendi göbek bağımızı, kendimiz keseriz" ifadəsi başqasına möhtac olmadan bir işi özü görən şəxs barəsində işlədilir. -Müəllif: Şükran İbrahimli - -Sual: 8. ALFA ifadəsi haqqında məqalədə birinci zaman kəsiyindən fərqli olaraq ikinci zaman kəsiyinin adında acı yovşan sözlərini görə bilərik. Bir mənbədə ALFA müasir turizmin inkişafının əsas səbəbkarlarından biri kimi göstərilir. ALFA ilə əvəz olunmuş qonşu hərflərlə başlayan 2 sözü yazın. -Cavab: Bal ayı -Şərh: Evliliyin ilk ayını adətən bal ayı adlandırırlar. Adətən yeni evlənən cütlüklər bal ayına xaricə ölkərə turist kimi səfər edirlər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. 19-cu əsrin sonlarında yaradılan məşhur təşkiların ilk emblemi İsveçrə bayrağının inversiyası formasında idi.Lakin səlibçilərlə bağlı neqativ assosiasiyalar yaratdığından, Osmanlı imperiyası emblemdə dəyişiklik edərək X-dən istifadə etməyə başladılar. X ilə əvəz olunmuş 1-ci növ təyini söz birləşməsini deyin. -Cavab: Qızıl aypara -Şərh: Söhbət məşhur humanitar hərəkat “Qızıl Xaç və ya Qızıl Aypara” hərəkatından gedirdi. İlk emblem İsveçrə bayrağının (qırmızı fonda ağ xaç) əksi formasında idi,lakin Osmanlıda xaç yürüşləri ilə assosiasiyalar yaratdığından qırmızı xaç qırmızı aypara ilə əvəz olunmuşdur. -Müəllif: Nəriman Vəliyev - -Sual: 10. Bir filmdə BUNLARDAN istifadə edərək jonqlyorluq edən personajın fanatları onun ölüm təhlükəsini olduqunu düşünürlər. Bir rəngin çalarları da öz adını BUNA borcludur. BUNU yazın. -Cavab: Portağal -Şərh: Portağalın görsənməsi personaja “Xaç atası” filmini xatırladır və o düşünür ki, jonqlyoru təhlükə gözləyir. Narıncı rəngin çalarlarından biridə “orange” adını daşıyır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 11. İsti hava, idman, stres, həyəcan, acılı ədviyyatlardan istifadə etmə İKSə səbəb olan əsas amillərdəndir. Cek London'un uşaq yaşından bəri fabrikdə işləyərək hər cür əziyyətə qatlanaraq ailəsinə baxan bir gəncin üsyanınından bəhs edən kitabı da İKS adlanır. İKSi 2 sözlə yazın. -Cavab: Alın təri -Şərh: Sadaladıqlarımız Alnın tərləməsinə səbəb olan əsas amillərdir. Həmçinin "Alın təri" - dolanışığını əzab-əziyyətlə, çox çətinliklə, halallıqla təmin etmək mənasında işlənən ifadədir. -Müəllif: Şükran İbrahimli - -Sual: 12. Yazıçı Romen Qarinin anası, oğlunu Qriboyedov, Puşkin, Qumilyov kimi ədəbiyyat dahiləri ilə müqayisə edirdi və ondan İKS-lərdə iştirak etməməsini xahiş edirdi. İKS-i fransız mənşəli sözlə yazın. -Cavab: Duel -Şərh: Sualda adı çəkilən yazarların hamısı dueldə həyatını itirib. -Müəllif: None - -Səhifə -> 573 | Sual Sayı -> 3 - -Sual: Paylama materialı- Madam - -- Oh, who? - -- Madam, I’m ... - -- Name of a foeman? - -- O stone me! Not so - -- Mad! A maid I am, ... - -- Pure, eh? Called Ella? Cheer up!Hər iki halda eyni x��susi isim buraxılmışdır. Onu cavab kartınıza yazın. -Cavab: Adam -Şərh: Mətnin bütün sətirləri ayrı-ayrılıqda palindromdur. Bu, C. Lindon`un, adı da palindrom olan və hadisələrinin cənnətdə cərəyan etdiyi “In Eden I” pyesindən çıxarışdır. Dialoq Adəm və Həvva arasındadır. -Müəllif: Fədai Məmmədov - -Sual: 2. Əfsanəyə görə, Xorvatiyanın gerbi X əsrdə baş vermiş döyüşdə kral Svyatoslav Surinya Venesiya doju II Pyetronu məğlub etdikdən sonra meydana gəlmişdi. Döyüş səhnəsini iki sözlə ifadə edin. -Cavab: Şahmat lövhəsi -Şərh: Əfsanə Xorvatiya gerbində kvadrat xanaların olmasını belə izah edir. Yeri gəlmişkən, belə xanaları Xorvatiya bayrağında da görmək olar. (gerbi görmədiyini iddia edənlər üçün) -Müəllif: Fədai Məmmədov - -Sual: 3. 1903-cü ildə Monte-Karloda təşkil edilən şahmat turnirindən sonra yarış iştirakçısı polkovnik Moro aldığı hədiyyələrin sayına görə rekorda imza atmış oldu. Tamaşaçılar polkovnikə hər birindən 26 ədəd olmaqla yumurta, alma, kartof, pomidor və muncuqlar göndərmişdilər. Ümid edirəm ki, III Çağırış Kubokunun nəticəsi olaraq heç bir komandanın üzvləri belə hədiyyələrə layiq görülməyəcəklər. Diqqət, sual: hansı səbəbdən polkovnik yuxarıda sadalanan hədiyyələri almışdı? -Cavab: Turnirdə 0 xal yığmışdı -Şərh: Son anda Monte-Karlo turnirə qatılan polkovnik keçirdiyi 26 görüşün hər birini uduzmuşdu. Göndərilən hədiyyələr görünüşü etibarilə sıfırı xatırladır. -Müəllif: Fədai Məmmədov - -Səhifə -> 574 | Sual Sayı -> 12 - -Sual: 1. Hücumçu Li Todd X-in səsinə etiraz etdiyi üçün ikinci saniyədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı. II Yelizaveta bir həmyerlimizə qızıl X hədiyyə etmişdi. X-i yazın. -Cavab: Hakim fiti -Şərh: Mərkəzdə yer alan Li Todd hakimin start fitinin səsini bəyənməmiş və kəskin etirazını dilə gətirdiyi üçün birbaşa qırmızı vərəqə görmüşdü. 1966-cı il Futbol üzrə Dünya Çempionatının final oyununda verdiyi qətiyyətli qərarla İngiltərənin çempionluğunda böyük rol oynayan Tofiq Bəhramov da II Yelizaveta tərəfindən qızıl fitlə mükafatlandırılmışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 2. Məşhur aktrisa Amerika Ferrera “Aquafresh” brendinin səfirlərindən biridir. Şirkət aktrisanın İKSLƏRİNİ sığortalamaq üçün 10.000.000 dollarlıq müqavilə imzalamışdı. İKSİ qısa sözlə yazın. -Cavab: Diş -Şərh: Bildiyiniz kimi, “Aquafresh” diş pastalarının istehsalı ilə məşğuldur. Şirkət gözəl təbəssümü ilə seçilən aktrisanın dişlərini 10 milyon dollara sığortalamışdı. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. İmmanuel 1840-cı illərdə Rusiyaya köçdükdən sonra sualtı minanın sınağına çar II Nikolayı dəvət etmiş və uğurlu sınaqdan sonra öz zavodunu açmışdı. Siz isə İmmanuelin soyadını yazın. -Cavab: Nobel -Şərh: Sonradan isə onun oğlu daha da irəli gedərək başqa bir partlayıcı qurğunun patentini aldı. Sualda bəhs etdiyimiz İmmanuel – dinamitin ixtiraçısı Alfred Nobelin atasıdır. Sonradan onun digər oğulları Azərbaycana səfər etmiş və “Nobel qardaşları” neft şirkətinin əsasını qoymuşdular. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 4. Kuk şam ağacı harada əkilməsindən asılı olmayaraq ekvatora meyilli boy atır. Alimlər bu xüsusiyyətinə görə ağacları bir tikiliyə bənzədirlər. Hansı tikiliyə? -Cavab: Piza qülləsi -Şərh: Adıçəkilən şam ağacları şimalda əkiləndə cənuba, cənubda əkilən isə şimala doğru əyilir. Alimlər bu xüsusiyyətinə görə ağacları təbiətin Piza qülləsi adlandırır. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 5. Qarşınızda rekvizit bir şəxs üçün dizayn edilmiş loqodan bir hissədir. Sizdən gizlətdiyimiz 4 hərfi cavab kartınıza yazın. -Cavab: N,y,u,n -Şərh: Diqqətlə fikir verdikdə, rekvizitdəki ağacın “t” hərfini, yerdəki almanın isə “o” hərfini simvolizə etdiyini görmək mümkündür. Bu loqo İ. Nyutona həsr olunmuşdu. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 6. 1808-ci ildə Fransada baş tutan qeyri-adi dueldə iştirakçılar bir-birlərinə deyil, ALFAYA atəş açırdılar. “Türkiyədə ediləcək 10 fəaliyyət” məqaləsində turistlərə ALFA turu tövsiyə edilir. ALFANI iki sözlə yazın. -Cavab: Hava şarı -Şərh: Bu qeyri-adi duelin iştirakçıları hava balonları ilə müəyyən hündürlüyə qalxdıqdan sonra bir-birilərinin balonlarını partlatmağa cəhd edirdi. Türkiyənin Kapadokya bölgəsindəki məşhur hava şarı turları ölkəyə gələn turistlər üçün ilk tövsiyə olunan fəaliyyətlərdən biridir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 7. Ərdəbildə doğulub boya-başa çatmış Rübabə Muradova Bakıya gəldikdən sonra təhsil almaq üçün musiqi və xor məktəbinə yazılmışdı. Musiqi məktəbində bütün işləri qaydasında gedirdi, lakin xorda yox. Müğənninin xorda çətinlik çəkməsinin səbəbini saitləri eyni olan bir sözlə yazın. -Cavab: Ləhcə -Şərh: Rübabə xanım Ərdəbildə doğulmuşdu və cənubi azərbaycanlılara məxsus şirin ləhcəsi var idi. Xorda isə bir hərfin belə fərqli səslənməsi bütün ahəngi pozurdu. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. “Gümüşgöl əfsanəsi” filmində gölün möcüzəvi xüsusiyyətlərindən danışan Leyli günahsız insanın, hətta bunu edə biləcəyini söyləyir. Bunu etmək hansı peyğəmbərlə asossiasiya edilir? -Cavab: İsa peyğəmbər -Şərh: Gölün əfsanəvi və möcüzəvi xüsusiyyətləri olduğunu söyləyən Leyli gölə gələn günahsız insanın suyun üzəri ilə yeriyə biləcəyini xatırlayır. İsa peyğəmbərin möcüzələrdən biri isə suyun üzəri ilə yeriməkdir. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 9. 1477-ci ildə Uppsala şəhərinin arxiyepiskopu və Skandinaviyanın ilk universitetinin yaradıcı Ceyms Ulfsson Papa IV Sikstdən icazə alaraq bir şəhərə səfər etmişdi. Hansı? -Cavab: Bolonya -Şərh: Ceyms Ulfsson Uppsala şəhərində universitet açmadan öncə məşhur Bolonya universitetini görmək üçün İtaliyaya səfər etmişdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 10. İkinci Dünya Müharibəsindən sonra Almaniyada doğum sayı xeyli azalmışdı. Maraqlıdır ki, həmin dövrdə ölkə ərazisində bu canlıların sayında da kəskin azalma müşahidə edilirdi. Hansı? -Cavab: Leylək -Şərh: Bir çox xalqların məişətində uşaqların leyləklər tərəfindən gətirildiyi yalanı var. Stanford universitetinin araşdırmasına görə, müharibədən sonra Almaniyada leyləklər də azalmışdı, uşaq doğumu da. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 11. “Xudayar bəy və Xəfiyyə” hekayəsinin personajı Balaxanıya səfəri zamanı İKSİ qaniçən, nataraz ağcaqanadlara bənzədir. Sabir Çopuroğlunun yaradıcılığına aid bir çox rəsmdə də İKSİ görmək mümkündür. X-i yazın. -Cavab: Neft buruqları -Şərh: Qədim neft məskənlərindən biri sayılan Balaxanıda günboyu hərəkət edən buruqlar yerin altından, yəni torpağın damarlarından qara qızılı, yəni qanı üzə çıxarır. Sabir Çopuroğlu neftdən istifadə edərək maraqlı kompozisiyalar ərsəyə gətirən istedadlı rəssamımızdır və rəsmlərində bir neçə dəfə neft buruğu ilə qarşılaşırıq. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 12. 1930-cu illərdə alman rəssamlığının pionerlərindən sayılan Albrext Dürerin yaradıcılığına böyük qiymət verilməyə başlandı. Bu haqda məqaləni müəllif Dürer sözü ilə qafiyələnən sözdən istifadə edərək adlandırır. Həmin sözü yazın. -Cavab: Fürer -Şərh: Həmin illərdə Almaniyada nasist rejim hakimiyyətə gəlmişdi. Alman rəssamlığının öncüllərindən biri olan Dürerin populyarlığı haqqında yazan müəllif məqaləsini “Fürer Dürer” adlandırır. Fürer sözü almancadan tərcümədə “rəhbər” deməkdir və həmin dövrdə Hitlerin titullarından biri idi. -Müəllif: Elgün Abdurahmanov - -Səhifə -> 575 | Sual Sayı -> 15 - -Sual: 1. Avstriya doğumlu Hedi Lamar barədə yazılır ki, aktrisa çox istedadlı olmasına baxmayaraq Hollivuddakı ilk rollarında öz İKSinə görə replikalarının sayı az idi. İKS ilə əvəz etdiyimiz 1 sözü cavab kartlarınıza yazın. -Cavab: Aksent -Şərh: Hedi Lamar ABŞ-a köçəndən sonra ingilis dilini öyrənməyə başlamışdı və ilk zamanlarda onun nitqində aksent hiss olunurdu. -Müəllif: None - -Sual: 2. Bir mənbədə qeyd olunur ki, bəzi motosiklet dəbilqələrinin istehsalçıları İKSlərin baş quruluşlarını analiz edirlər. Məşhur uydurulmuş İKS 1940-cı ildə multiplikator Ben Hardavay tərəfindən yaradılıb. İKS ilə əvəz etdiyimiz 1 sözü cavab kartlarınıza yazın. -Cavab: Ağacdələn -Şərh: Ağacdələnlərin kəllə sümükləri çox böyük təzyiqə tab gətirə bilir. Ağacdələn Vudi məşhur amerikan animasiya personajıdır. -Müəllif: None - -Sual: 3. ”Tur de Frans” yarışının iştirakçılarından biri deyir ki, tamaşaçılar arxalarını çevirdiklərini görəndə onlar üçün çox məyus olur. Siz isə, həmin tamaşaçıların niyə bunu etdiyini bir ingilis mənşəli sözlə yazın. -Cavab: Selfi -Şərh: Tamaçılar velosipedçilərə yaxınlaşaraq selfi çəkməyə başlayırlar. Lakin onlar velosipedçilərin nə qədər sürətli olduğunu anlamırlar. -Müəllif: None - -Sual: 4. Amerikalı heykəltaraş və rəssam Den Çudzinki uşaq olarkən valideynlərindən ONLARın niyə belə qəribə adlara sahib olmasını soruşmuşdu. Onların kimlər olduğunu bildinizsə, həmin dörd addan hər hansı birini cavab kartlarınıza yazın. -Cavab: Leonardo -Şərh: Bir çox uşaq kimi Den Çudiznki də ilk dəfə intibah dövrünün məşhur heykəltaraşları və rəssamları haqda Ninja tısbağalar sayəsində eşitmişdir. -Müəllif: None - -Sual: 5. Atomlar haqqında ideya filosof Demokritin ağlına əlində İKS tutarkən gəlmişdir. Demokrit bir İKSin 1000 dəfə iki hissəyə bölünərək kəsildiyi təqdirdə nə olacağını təsəvvür edirdi. Siz isə deyin, əfsanəyə görə İKS hansı ingilisə öz kəşfini etməyə kömək etmişdi? -Cavab: İsaak Nyuton -Şərh: Demokrit bu zaman əlində alma tutumuşdu. Məşhur əfsanayə görə İsaak Nyutonun başına düşən alma onu öz məşhur kəşfini etməyə sövq etmişdir. -Müəllif: None - -Sual: 6. Bir müasir serialın personajı çox uzaq ezamiyyətə göndərilir. Personaj həyat yoldaşı ilə danışarkən ALFA üçün darıxdığını və yoldaşında nəyisə əlindən salmağını xahiş edir. ALFA ilə əvəz etdiyimizi cavab kartlarınıza yazın. -Cavab: Qravitasiya -Şərh: Personaj ezamiyyətə kosmosa göndərilmişdir. Bundan əvvəlki sualın da İsaak Nyuton haqda olması sizə kömək edə bilərdi. -Müəllif: None - -Sual: 7. “Mahabharata” eposunda şahzadə Damayanti öz nişanlısını nişanlısının birəbir kopyası olan ruhlardan ayırd etməlidir. Bu zaman şahzadə aşağı baxır və nişanlısının digərlərindən fərqli olaraq BUNA sahib olduğunun fərqinə varır. BUNU incəsaitli bir sözlə yazın. -Cavab: Kölgə -Şərh: Ölümsüz və cisimsiz tanrıların sadə insanlardan fərqli olaraq kölgələri olmur. -Müəllif: None - -Sual: 8. Bir məqalədə deyilir ki, gənclik illərində uğur qazanan bəzi memarlar yetkinliyə qədər öz üslubunu dəyişməz saxlayırlar. Məqalə müəllifi bu memarları bir əsərin baş personajı ilə müqayisə edir. İnisialları eyni olan həmin personajın kim olduğunu tapın. -Cavab: Piter Pen -Şərh: Memarlar uzun müddət cavanlıqlarındakı üslubları saxlayırlar və belə demək olarsa, böyümürlər. Piter Pen də həmişə uşaq qalaraq böyümək istəməyən məşhur personajdır. -Müəllif: None - -Sual: 9. Ştix sözü alman dilindən sancma kimi tərcümə olunur. Bir şeirində Boris Pasternak ortaq dostlarının ətrafında bezdirici şəkildə fırlanan Aleksandr Ştixi ALFA ilə müqayisə etmişdir. ALFA ilə əvəz etdiyimiz saitləri eyni olan sözü cavab kartlarınıza yazın. -Cavab: Ağcaqanad -Şərh: Pasternak bezdirici şəkildə dostlarının yanında fırlanan Aleksandrı soyadına göndərmə edərək ağcaqanada bənzətmişdir. -Müəllif: None - -Sual: 10. Bir serialın şahmatçı personajından bir tədbir zamanı “queen” [kuin] sözünü deməsi xahiş olunur. Siz isə deyin, bəs queen sözü hansı sözü əvəz edirdi? -Cavab: Cheese -Şərh: Tədbir zamanı fotoşəkil çəkilərkən adətən istifadə olunan “cheese” sözünün əvəzinə şahmatçı personaj “queen” sözünü deyir. -Müəllif: None - -Sual: 11. Mədəni İnqilab zamanı rəssam Van Quodonqu Maonu portretlərdə BELƏ göstərməkdə ittiham olunurdu. Prokurorların fikrincə, bu, Maonun yalnız bir tərəfin fikrinə diqqət yetirdiyini, xalqın fikrinə isə məhəl qoymadığını simvolizə edirdi. BELƏ ilə əvəz olunan sözləri cavab kartlarınıza yazın. -Cavab: Tək qulaqlı -Şərh: Bu yolla rəssam Maonun yalnız bir tərəfin fikirlərinə qulaq asdığını bildirmək istəyirdi. Rəssamın adı da sizə digər məşhur tək qulaqlı Vinsent Van Qoqu xatırlada bilərdi. -Müəllif: None - -Sual: 12. Biz cizgi filminin personajları panda balasını tayqadan çıxarıb Çinə aparırlar və onun səhv etdiyini deyərək şikayətlənirlər. ONU incəsaitli sözlə cavab kartlarınıza yazın. -Cavab: Leylək -Şərh: Məşhur əfsanayə görə leylək uşaqları gətirən canlıdır. Cizgi filmində leyləyin səhvi ucbatından panda balası Çində deyil, tayqa meşələrinə düşmüşdür. -Müəllif: None - -Sual: 13. Yazıçı Din Kunç bir kitabında BUNLARI həyatımızı parça-parça kəsən qayçılar ilə müqayisə edir. BUNLARI iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Saatın əqrəbləri -Şərh: Saatın əqrəbləri hərəkət edərək sanki həyatımızı parça-parça kəsirlər. -Müəllif: None - -Sual: 14. 2014-cü ildə Malayziya Hava Yollarına məxsus "Boeing” təyyarəsi Cənubi Çin dənizi üzərində izsiz itib və onunla bağlı heç bir məlumat tapılmayıb. Bəzi media orqanları istehza ilə bunu təyyarənin bu nömrəli seriya altında istehsal olunması ilə əlaqələndirirlər. Siz isə həmin təyyarə modelinin sayca neçənci seriya olduğunu tapın. -Cavab: 404-cü -Şərh: 404-heç bir məlumat tapılmadı xətası İnternetdə ən çox yayılmış xəta kodudur, yəni server tələb olunan məlumatı tapa bilmədi. Bu modelin 404-cü Boeingini də tapmaq mümkün olmamışdır. -Müəllif: None - -Sual: 15. “Amt” sözü qədim skandinav dilində torpaq mənasını verirdi. Bir qeyri-adi versiyaya görə İKS məşhur vikinqin şərəfinə adlandırılmış torpaqdır. İKSi cavab kartlarınıza yazın. -Cavab: Amerika -Şərh: Bu versiyaya görə Amerika əvvəl “Amterika” adını daşıyırdı. Bu da əfsanəyə görə Amerikaya ilk gəlmiş vikinq Kürən Erikin şərəfinə adlandırılmışdır. -Müəllif: None - -Səhifə -> 576 | Sual Sayı -> 12 - -Sual: 1. Abbas Mirzə Şərifzadənin rejisor kimi ilk işi olan bu filmdə. MOLLALAR onu xalq düşməni elan etdikdən sonra adı lentdən vəhşicəsinı götürülmüşdü. Filmi cavab kartlarınıza yazın. -Cavab: Bismillah -Şərh: Molla və Abbas Mirzə Şərifzadənin ilk işi olması sizi cavaba çıxartmalı idi. Yarışa da bismillah ilə başladıq. -Müəllif: Fuad Əmrəliyev - -Sual: 2. Bir çox şirkətlərdə xüsusi müştəriləri digərlərindən daha üstün göstərmək üçün X kartdan istifadə olunur. X həmçinin 1998-ci il Dünya Çempionatı finalında qalib gələn komandaya verilən mükafatlardan biridir. X-i 1 dəqiqə ərzində cavab kartlarınıza yazın. -Cavab: Platin -Şərh: Banklarda və s. iaşə obyektlərində ən əsas kart platin kart sayılır həmçinin 1998-ci il Dünya Çempionatında qalib gələn komandaya platin medal ikinci yerə isə qızıl medal verilmişdi. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 3. Məşhur geoloq Celal Şengör Atatürk haqqında liberal görüşə sahib olan biri desə də, Atatürk haqqında olan kitabın adı X'dir. X həm də saytların birində Hitler, Mussolini kimi başçıların ləqəbidir. X'i eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Dahi Diktator -Şərhlər: None -Müəllif: Fuad Əmrəliyev - -Sual: 4. Paylama materialıAşağıdaki plakatın ABŞ-da yerləşən ticarət mərkəzlərinin ayaqyolularında istifadə edildiyini bilərək, boşluqları məşhur bir ifadə ilə doldurun -Cavab: Are always right -Şərhlər: None -Müəllif: Fuad Əmrəliyev - -Sual: 5. Lao Tsu tərəfindən yazılmış Tao Te Ching qədim əlyazmasında kainatın təsviri BU ədəddə olan hissədə yer alır. Həmçinin mətbəə vasitəsilə ilə çap olunan ilk kitablardan biri olan “Qutenberq incili”-də bu sayda sətrin olduğunu bilərək, söhbətin neçədən getdiyini tapın -Cavab: 42 -Şərh: Avtostopçunun Qalaktika Bələdçisi kitabında olduğu kimi cavab 42dir. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 6. The Walking Dead haqda teoriyalarının birində insanların zombiləşmə səbəbi kimi X göstərilir. X'in tanınması təxmini 2008dən sonra baş vermişdi. X'in hazırlanması üçün ən əsas vasitə metilamindir. X-i eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Mavi Metanfetamin -Şərh: Teoriyaya görə zombiləşmə səbəbi mavi metamfetamindir. Mavi metamfetamin də 2008 -də başlayan Breaking bad serialından sonra tanınıb. Metilamin də sizi metamfetaminə çıxara bilərdi. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 7. Paylama materialıQarşınızda gördüyünüz təşkilatın əsas məqsədi müharibələr zamanı abidələrin qorunmasıdır. Loqonun da köməyi ilə bu təşkilatın 2 sözlə olan adını tapın -Cavab: Mavi Qalxan -Şərh: Forma cəhətdən qalxan olması, mavi rəngdə olması və qorunması sözü sizi cavaba çıxara bilərdi. Bundan əvvəlki sualda da mavi rəngi deyilmişdi. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 8. Bir əsərdə 16 yaşlı xarakter anası öldüyü gün yatarkən bu günün həm də X olduğunu anlayır. X həmçinin 1968-ci ilə aid bir mənbənin adıdır. X-i 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: Uşaqlığın Son Gecəsi -Şərhlər: None -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 9. Çingiz Abdullayevin 2013-cü ildə nəşr edilmiş kitabının adı həmçinin Linkoln və Kennedi haqqında olan bir məqalənin adıyla eynilik təşkil edir. Kitabın adını ikinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Prezident ovu -Şərh: Kennedi və Linkoln sui-qəsdlə öldürülüb. -Müəllif: Fuad Əmrəliyev - -Sual: 10. "İstanbul depremi" haqda yazan BU şəxs 1955-ci ildə doğulmuşdur. Akademik karyerasında Tetis Okeanın araşdırılması və Alp-Kimmeridc dağlarının araşdırılması ən əsas məsələlərdən biridir. BU şəxsi tapın. -Cavab: Celal Şengör -Şərh: Araşdırma mövzuları sizi geologiya sahəsinə aparmalı idi. Bir neçə sual əvvəl də məşhur türk geoloq Celal Şengördən bəhs etmişdik. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 11. Azərbaycanda yerləşən bu kəndin daimi sakinləri yoxdur. Bu Kəndin ən çox adam toplaşdığı illər 2015 və 2017dir kəndin adını cavab kartlarınıza yazın. -Cavab: Atletlər kəndi -Şərh: Sualda göstərilən illər sizi İslam həmrəylik və 1 Avropa oyunlarına yonləndirməli idi -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 12. Bir futbol oyununda oyunçu 36-cı dəqiqədə rəqib futbolçuya sərt müdaxilə edib sarı vərəqə alır. 67-cı dəqiqədə isə ikinci sarı vərəqə alsa da komanda hələ də 11 nəfər davam edir. Bunun səbəbini cavab kartınıza yazın. -Cavab: Oyunçu əvəzedilmişdi -Şərh: None -Müəllif: Fuad Əmrəliyev - -Səhifə -> 577 | Sual Sayı -> 30 - -Sual: 1. Məşhur siyasətçi Yeçek Palkevic yanonami tayfalarının yanına gedəndə, hindularda ən böyük marağa onun «tax-tax»-ı səbəb oldu. Bir dəfə o, həmin tayfalar yaşayan ərazini sutkalıq tərk etməli olur, geri qayıdanda kədərli hindular səyahətçiyə onun «tax-tax»-ının öldüyünü dedilər. Bəs biz «tax-tax»-ı necə adlandırırıq? -Cavab: saat -Şərhlər: None -Müəllif: None - -Sual: 2. 12 may 1588-ci ildə katolik Liqasının tərəfdarları Fransa tarixində ilk dəfə Paris küçələrində sonralar müxtəlif səbəblərlə dəfələrlə qurulan bunu tikdilər. Bu nə idi? -Cavab: barrikada -Şərhlər: None -Müəllif: None - -Sual: 3. Saçlara qulluq üçün avadanlıq ideyası ilk dəfə “Pnevmatik” adlı məhsulun elanlarında meydana gəlmişdi: Bəs “Pnevmatik” nə idi? -Cavab: tozsoran -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Volvonun reklam posterlərinin birində nağıl qəhrəmanı Ağbəniz avtostopçu qismində təsvir edilib. Bu poster avtomobilin hansı xüsusiyyətini reklam edir? -Cavab: 7 nəfərlik tutum -Şərhlər: None -Müəllif: None - -Sual: 5. Bu ölkənin gerbində dənizdən-dənizə sözünü görə bilərik. Ölkənin bayrağındakı 2 qırmızı zolaq da bu dənizləri simvolizə edir. Söhbət hansı ölkədən gedir -Cavab: Kanada -Şərhlər: None -Müəllif: None - -Sual: 6. 1784-cü ildə Valentin Haüy bir əlil dilənçiyə verilən pulu dilənçinin tanıya bilməsinə təəccüblənmişdi. Sizsə Haüyün ən məşhur şagirdinin kim olduğunu deyin. -Cavab: Lui Brayl -Şərhlər: None -Müəllif: None - -Sual: 7. Hansı ölkənin bayrağına populyar mədəniyyətdə tez-tez “ulduzlu-zolaqlı bayraq” deyə müraciət edilir? -Cavab: ABŞ -Şərhlər: None -Müəllif: None - -Sual: 8. İspaniyada olan bir zarafata görə bu meyvəni İspaniyaya vəkillər gətiriblər. Hansı meyvəni? -Cavab: Avokado -Şərhlər: None -Müəllif: None - -Sual: 9. 20-ci əsrin əvvəllərində bunun yaranması ilə kinoteatrlarda çalışan musiqiçilər işlərini itirməyə başladı. Söhbətin nə haqda getdiyini deyin. -Cavab: səsli film -Şərhlər: None -Müəllif: None - -Sual: 10. Miçiqandakı 11 min göl, eləcə də meşə və parkların daxil olduğu siyahıya 1985-ci ildə müğənni Areta Franklinin səsi də daxil edilmişdi. Bu, nəyin siyahısı idi. -Cavab: təbii sərvətlər -Şərhlər: None -Müəllif: None - -Sual: 11. İsveçrə qanunlarına görə, dəniz donuzcuğunu yalnız halda saxlamaq qadağan olunub. Bəs bunun səbəbi nədir? -Cavab: yalnız qalmasınlar deyə -Şərhlər: None -Müəllif: None - -Sual: 12. “30 Rock” komediya serialı çox yüksək sürətli ssenari nümunəsi idi. 2014-cü ildə bir jurnalistin verdiyi məlumata görə, serialın hər dəqiqəsində orta hesabla 7.44 ədəd bundan görmək olar? Nədən? -Cavab: Zarafat -Şərhlər: None -Müəllif: None - -Sual: 13. Jay (Cey) ingilis slenqində “axmaq adam” anlamına gəlirdi. Siz isə anlamı “yolu qadağan -olunmuş yerdən keçən” olan hansı sözün bu sözdən yarandığını deyin. -Cavab: jaywalker -Şərhlər: None -Müəllif: None - -Sual: 14. Maraqlıdır ki, Elvis Preslinin meneceri “Mən Elvisi sevirəm” yazılan döş nişanları ilə -yanaşı, “Mən Elvisə nifrət edirəm” yazılan döş nişanlarını da satışa buraxmışdı. Bəs bunun -səbəbi nə idi? -Cavab: Elvisdən nifrət edənlərdən də pul qazanmaq -Şərhlər: None -Müəllif: None - -Sual: 15. Bu restoranlar şəbəkəsinin loqosundakı hər bir nöqtə ilk açılan restoranları simvolizə edir – belə ki, şəbəkənin yaradıcısı Tom Monaqan hər yeni restoran üçün yeni bir nöqtə əlavə eləməyi planlaşdırırdı. Söhbət hansı restoran şəbəkəsindən gedir? -Cavab: Domino’s -Şərhlər: None -Müəllif: None - -Sual: 16. Dişi sikadalar nələrin səsini erkəklərinin səsi ilə qarışdırdıqları üçün tez-tez insanların üzərinə toplaşırlar. -Cavab: elektrik alətləri (otbiçən vs.) -Şərhlər: None -Müəllif: None - -Sual: 17. 2011-ci ildə keçirilən onlayn səsvermədən sonra bu adın cəm formasının “Prii” olması qərarı alındı. -Cavab: Prius -Şərhlər: None -Müəllif: None - -Sual: 18. Stiven Spilberq 2002-ci ildə təhsilini tamamlamaq üçün Kaliforniya Dövlət Universitetinə qayıdarkən hansı filminə görə ona paleontologiya fənnindən 3 kredit verilmişdi -Cavab: Jurassic Park -Şərhlər: None -Müəllif: None - -Sual: 19. Çin dünyadakı bütün bunların sahibi sayılır – digər ölkələrə isə onları ilinə 1 milyon dollar olmaqla icarəyə verir. -Cavab: Panda -Şərhlər: None -Müəllif: None - -Sual: 20. Onun qeyd dəftərləri radiaktiv olması səbəbilə hələ də Fransada polad qutularda saxlanılır. Radiumun 16 əsrdən çox ömrünün olduğunu nəzərə alsaq, dəftərlər hələ uzun illər polad qutulardan çıxarılmayacaq. Kimin? -Cavab: Mariya Küri -Şərhlər: None -Müəllif: None - -Sual: 21. Pirat Riçard Uorley ilk gəmisini ələ keçirərkən ona “Nyu Yorkun Qisası” adını vermişdi. Siz isə onun ikinci gəmisinin necə adlandığını tapın -Cavab: Nyu Yorkun Qisasının Qisası -Şərhlər: None -Müəllif: None - -Sual: 22. Ruanda ənənəsinə görə, qadınlar keçi əti yeməkdən çəkinməlidirlər. İnanca görə, əgər keçi əti yesəydilər, onlarda bu meydana gələcək və gözəllikləri pozulacaqdı. Söhbət nədən gedir? -Cavab: onlar düşünürdülər ki, keçi əti yemək onlarda saqqal çıxaracaq. -Şərhlər: None -Müəllif: None - -Sual: 23. Əsl həyatda bunun peyda olması canavar-adamları üzə çıxarmasa da, hücum və oğurluq kimi cinayətlərin sayının kəskin artması ilə üst-üstə düşür. Nəyin? -Cavab: Tam ay -Şərhlər: None -Müəllif: Xalid İsmayıllı - -Sual: 24. ABŞ-da vətəndaş müharibəsinin sonunda bu nisbət 40%ə bərabər idi. Hazırda isə mərkəzləşmiş sistem və yeni texnologiyanın istifadəsi səbəbilə hazırda bu nisbət sadəcə 0.1% qədərdir. Hansı nisbət? -Cavab: Saxta pulların ümumi pullara nisbəti -Şərhlər: None -Müəllif: Xalid İsmayıllı - -Sual: 25. Okesutora - yapon dilindən tərcümədə “orkestr” anlamına gəlir. Siz isə “boş orkestr” ifadəsinin yapon dilində tərcüməsini deyin. -Cavab: Karaoke -Şərhlər: None -Müəllif: None - -Sual: 26. İkinci dünya müharibəsinin yeni başladığı dövrlərdə Nasist Almaniyası Britaniya iqtisadiyyatını çökdürmək üçün Bernhardt əməliyyatının planını qurmuşdular. Belə ki, bir neçə bombardmançı təyyarə Londonun küçələrini bombalamalıydı. Bəs bu bombalamanın xüsusi cəhəti nədən ibarət idi? -Cavab: Bombardman təyyarələrindən səpələnənlər əslində saxta funt-sterlinqlər olmalı idi -Şərhlər: None -Müəllif: Xalid İsmayıllı - -Sual: 27. Warner Chappel Music” şirkəti nəinki bu musiqinin qanuni sahibi sayılır, eyni zamanda onun kommersiya istifadəsindən hər ildə 1 milyon dollardan çox xeyir götürürlər. Söhbət hansı musiqidən gedir -Cavab: Happy Birthday -Şərhlər: None -Müəllif: None - -Sual: 28. “Peppa Pig” cizgi filminin bir bölümü uşaqlara hörümçəklərdən qorxmamağı öyrədir. Siz isə bu bölümün hansı ölkədə qadağan olunduğunu tapın. -Cavab: Avstraliya -Şərhlər: None -Müəllif: None - -Sual: 29. İlk “Super Bowl”da ikinci hissənin start fiti 2 dəfə səslənməli olmuşdu, belə ki fitin ilk dəfə səslənməsi canlı efirə düşməmişdi. Bunun səbəbi nə idi? -Cavab: Reklam fasiləsi -Şərhlər: None -Müəllif: None - -Sual: 30. Blink-182 qrupunun bir albomunun örtük şəklində həkim paltarı geyinmiş model təsvir olunub. Siz isə bu albomun bir müddət sonra Cenevrə konvensiyasını pozması səbəbilə şəkildə etdiyi dəyişikliyin nə olduğunu tapın -Cavab: Qırmızı xaçın formadan silinməsi. -Şərh: None -Müəllif: None - -Səhifə -> 578 | Sual Sayı -> 12 - -Sual: 1. Arvidas Sabonis 1988-ci ildə keçirilən "Miss Litva"nın qalibi olan İnqrid Mikelyonitlə ailə həyatı qurub. Sual mətnində buraxılmış bir qısa sözü yazın. -Cavab: İlk -Şərh: Ötən əsrin 80-ci illərinin sonunda artıq SSRİ dağılmaq üzrə idi. İttifaqdan ilk ayrılan ölkələrdən biri də Litva olub. Maraqlıdır ki, ilk ölkədaxili gözəllik yarışması da elə bu ərəfədə baş tutub. -Müəllif: Əhməd Əliyev - -Sual: 2. Cənubi Avstraliya Koloniyası 1836-cı ildə elan edilib. Cənubi Avstraliyanı təmsil edən Adelayde basketbol komandasının hansı adı daşıdığını orijinalda 5 simvolla yazın. -Cavab: 36ers -Şərh: ABŞ müstəqilliyini 1776-cı ildə qazanıb. Buna görə də Milli Basketbol Assosiasiyasında çıxış edən Filadelfiya komandasının adı 76ers'dir. Eyni üsuldan Avstraliya çempionatının komandası da istifadə edib. 1836-cı ildə koloniyanın elan edilməsi səbəbilə komandanın adı Adelaide 36ers olaraq seçilib. -Müəllif: Əhməd Əliyev - -Sual: 3. Kordiseps göbələyinin qarışqanı ələ keçirərək istədiyi kimi hərəkət etdirə bildiyini deyən serial personajı növbəti cümlədə BUNU xatırlayır. BUNU fransız mənşəli sözlə deyin. -Cavab: Marionet -Şərh: Marionet kuklaları da bir şəxs tərəfindən idarə olunur və onu istənilən kimi hərəkət etdirmək mümkündür. -Müəllif: Əhməd Əliyev - -Sual: 4. İsraildə Kislev ayında işıq dirəyinin sol və sağ hissəsindən yeni 4 qolun əlavə edildiyi mənbədə İKS xatırlanır. İKS-i qoşa samitli sözlə yazın. -Cavab: Hanukka -Şərh: Yəhudilərdə Kislev ayında keçirilən bayramdır. Bu bayramın adətinə görə biri mərkəzdə olmağla 9 şam yandırılır. İvritlər bu bayramı işıq festivalı da adlandırırlar -Müəllif: Ramal Ağazadə - -Sual: 5. 1907-11-ci illərdə yayımlanmış "Mr. Skygack from Mars" seriyası ilk elmi-fantastik komiks seriyası sayılır. Seriya insanlar arasında o qədər populyarlıq qazanmışdı ki, komiks başqa ilklə tarixə keçdi. Həmin ilkin nə ilə bağlı olduğunu ingilis sözü ilə deyin. -Cavab: Kospley -Şərh: 1908-ci ildə maskaradda bir şəxs baş qəhrəmanın kostyumu geyinərək ilk kospleyi etmiş oldu. -Müəllif: Həsən Abbaslı - -Sual: 6. Paylama materialıQarşısında “ChatGPT” platformasından istifadənin mümkün olmadığı zaman ekrana çıxan yazıdır. Siz isə həmin səhifədə yer alan yunan mənşəli sözü deyin. -Cavab: Akrostix -Şərh: Sözlərdə olan böyük hərfləri birləşdirdikdə ChatGPT adı yaranır. Akrostix hər misranın baş hərflərini söz və ya ifadə əmələ gətirən şeir növüdür. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. "Milyonçu" verilişinin xüsusi formatında 6 nəfər iştirakçı eyni vaxtda yarışır və sonda cəmi 1-i qalib olur. Eyni hərflə başlayan iki sözlə deyin: İlkin versiyada bu formata hansı adın verilməsi nəzərdə tutulmuşdu? -Cavab: Rus ruleti -Şərh: Rus ruletində 6 cəhddən yalnız birində güllə olur. Bu oyunda isə 6 müxtəlif insan sıra ilə sualları oynayır və son sualda masada olan cəmi 1 nəfər qalib olur. -Müəllif: Əhməd Əliyev - -Sual: 8. Bir kreativ vebsaytda bəzən elektrik yuvasından ayrılmış naqili görmək olar. Siz isə bu zaman ekranda olan palindromu deyin. -Cavab: 404 -Şərh: 404 xətası tapılmayan səhifələri bildirir. -Müəllif: Əhməd Əliyev - -Sual: 9. 1947-ci ildə öz müstəqilliyini xarici dövlətlərə çatdırmaq üçün İKS-lərdə Hindistan bayrağının təsvirindən geniş istifadə edilirdi. Bir müddət Fransada limon, nanə, vanil dadlı unikal İKS-lər istehsal edilirdi. İKS-i iki sözlə yazın. -Cavab: Poçt markası -Şərh: Xarici yazışmalarda məktubların üzərindəki poçt markaları bir növ göndərildikləri ölkələrdə yeni müstəqllik qazanan ölkənin təbliğatını edirdi. Xüsusi aromalı poçt markalarında isə məşhur ənənə olan markanı yalayan zaman xoş dad verməsi üçün yapışdırıcı hissəyə əlavə olunurdu. -Müəllif: Həsən Abbaslı - -Sual: 10. "Buskar el levante par el poniente" ifadəsi dilimizə "Şərqə tərəf gedərkən qərbə çatmaq" kimi tərcümə olunur. Bu ifadənin kimin haqqında danışılarkən işlədildiyini deyin. -Cavab: Xristofor Kolumb -Şərh: Xristofor Kolumb Hindistana getmək istəyərkən, əslində səhv istiqamətdə getmiş - qərbə Amerikaya gedib çıxmışdı. -Müəllif: Əhməd Əliyev - -Sual: 11. Landsknextlər – XV-XVI əsrlərdə fəaliyyət göstərmiş və bir müddət Müqəddəs Roma İmperiyası alayının əsas hissəsini təşkil edən əsgər dəstəsi idi. Landsknextlərin ön xəttini formalaşdıran əsgərlər isə Doppelsöldner adlanırdı. Sizsə onların bu adı almasına nəyin səbəb olduğunu izah edin. -Cavab: Adi əsgərlərdən iki dəfə çox pul qazanırdılar -Şərh: Digər əsgərlərdən daha çox təhlükədə olduqlarından onlar ikiqat məvacib alırdı. Doppelsöldnerlərin adındakı “doppel” – “double” sözü sizə kömək ola bilərdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 12. Bir film personajı yerə dağılmış şüşə qırıntılarından qorunmaq üçün sanki BUNU etdiyini deyir. Edqar Deqanın rəsm əsərlərindən biri “BUNA hazırlıq” adını daşıyır. BUNU müxtəlifcinsli qoşasaitli bir sözlə yazın. -Cavab: Piruet -Şərh: Baletdə balerinanın bir ayaq üzərində dönərək rəqsinə verilən addır. Personaj şüşə qırıntılardan qorunmaq üçün barmaq uclarında yeridiyini və sanki piruet etdiyini deyir. Edqar Deqa balet rəsmləri çəkməklə məşhur olan fransız rəssamdır. -Müəllif: Ramal Ağazadə - -Səhifə -> 579 | Sual Sayı -> 0 - -Səhifə -> 582 | Sual Sayı -> 12 - -Sual: 1. Bir kitabda qeyd olunur ki, Yukio Misima milliyətçi olsa da, X-i üçün Y seçərkən yapon yazıçısına yox, Dostoyevskiyə müraciət etmişdi. X və Y ilə əvəz olunmuş saitlə başlayan əcnəbi mənşəli mürəkkəb sözləri cavab kartlarınıza yazın. -Cavab: Avtobioqrafiya, epiqraf -Şərh: Bir çox tənqidçilər Misimanın “Maskanın etirafları” əsərini avtobioqrafik hesab edirlər. Yazıçı bu əsərinin epiqrafı kimi Dostoyevskinin fikirlərinə istinad etmişdi. Paketimizə epiqraf barədə sualla başladıq. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. Pyer Kürinin ölümündən bir neçə il sonra Mariya Kürinin adı eşq söhbətlərinə qarışmışdı. Bu söhbətlərin yayılmasından sonra Mariya X-dən daha çox istifadə etməyə başlamışdı. X-i eyni hərflə başlayan 2 sözlə yazın. -Cavab: Sklodovskaya soyadı -Şərh: Adı eşq söhbətlərində hallanan Mariya az sonra vəfat etmiş həyat yoldaşının “Küri” soyadını daşımaqdan çəkinirdi. Məhz bu səbəbdən yenidən qızlıq soyadı olan “Sklodovskaya” soyadını işlətməyə başlamışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. Bir kitabda qeyd olunur ki, standart dillər arasındakı aşkar fərqləri müəyyən etmək X-lərdəki rəngləri fərqləndirmək qədər asandır. X-lərin böyük hissəsi Amsterdamda saxlanılır. X ilə əvəz olunmuş sözləri tapın. -Cavab: Mondrianın tabloları -Şərh: Kitabda standart dillər arasında fərqlərin kəskin xətlərlə bir-birindən ayrıldığından danışılır və bu zaman Mondrianın tablolarındakı rənglər xatırlanır. Hollandiyalı rəssamın əsərlərinin böyük qisminin Amsterdamda saxlanması məntiqəuyğundur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 4. Bir həmyerlimizin tablosunda dağıdılmış evlərin üzərində Y-i olan X-lər görmək olar. Uzunqulaq və buynuzun xatırlandığı alman məsəlinin dilimizə məzmunca tərcüməsində müvafiq olaraq X və Y xatırlanır. X və Y-i yazın. -Cavab: Dəvə, qanad -Şərh: Çingiz Mehbalıyev "Allah dəvəyə qanad versəydi, uçurmadığı dam qalmazdı" məsəlimizdən ilhamlanaraq yaratdığı rəsm əsərində qanadı olan dəvələri dağıdılmış evlərin üzərində təsvir etmişdi. Sözügedən ifadə ilə eyni məzmunlu alman atalar sözündə uzunqulağın buynuzunun olması ehtimalından danışılır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Bir kitabda yazılır ki, sloveniyalılar hazırda yaşadıqları yerlərə köçəndə həmin ərazilər o qədər dağlı-təpəli idi ki, çox vaxt bir dərədən digərinə keçmək mümkün olmurdu. Müəllif Sloveniyada qırxdan çox ALFA olmasının səbəbini belə izah edir. ALFA-nı bir sözlə yazın. -Cavab: Dialekt -Şərh: Hər bir dərədə yaşayan insanların digər dərəyə keçməsi problem yaratdığından onlar demək olar ki, ünsiyyətdə olmur və hər birinin ləhcəsi özlərinə uyğun dəyişir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. Jül Vernin 1890-cı illərdə yazdığı əsərində baş qəhrəman BURAXILMIŞ İKİ SÖZ adlı qəzetdə çalışır. Adında BURAXILMIŞ İKİ SÖZ olan şirkət bir neçə il öncə “Disney” tərəfindən satın alınıb. BURAXILMIŞ İKİ SÖZÜ tapın. -Cavab: İyirminci əsr -Şərh: XIX əsrin sonunda yazılmış fantastik əsərdə Kladius Bombarnak “XX əsr” adlı qəzetdə çalışır. Sualın ikinci hissəsində söhbət “20th Century Fox” film studiyasından gedir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 7. X-in ixtiraçısı atasının tifdən ölməsindən sonra öz ixtirası üzərində işləməyə başlamışdı. Roliklərin birində iki ofis işçisi X-in qarşısında həftəsonunu necə keçirəcəklərini müzakirə edirlər. X ilə əvəz olunmuşu yazın. -Cavab: Dispenser -Şərh: İxtiraçının atasının tifə tutulma səbəbi çirkli su içməsi olmuşdu. Adətən ofislərdə işçilərin su içməsi üçün qoyulan kulerin yanında insanlar işdən kənar söhbətlər edir. Bu söhbətləri ifadə etmək üçün “cooler talk” söz birləşməsindən istifadə olunur. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. Bir komediya ustası aparıcıya irad olaraq bildirir ki, aparıcı təqdimat zamanı ALFAdan istifadə etdiyinə görə tamaşaçıların komikdən gözləntiləri artıb. Kitabların birində deyilir ki, cəngavərlər haqda olan mahnılar lakonik olsa da, ALFAdan istifadə cəngavərin hünərini tam aydın çatdırmağa imkan verir. ALFA ilə əvəz olunan üç sözü tapın. -Cavab: Sifətin çoxaltma dərəcəsi -Şərh: Aparıcı komiki təqdim edərkən onu ən yaxşı adlandırdığından tamaşaçılar ondan ən yaxşı zarafatları gözləyirdilər. Cəngavərlər haqda mahnılarda çoxaltma dərəcəsindən istifadə etməklə cəngavərləri lakonik formada tərifləyirdilər. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Bir müəllif orta əsrlər Yaponiyasında əhalinin şərq döyüş növlərinə böyük maraq göstərdiyi zaman kəsiyindən danışır. Müəllif bir hərfi ixtisar edərək həmin zaman kəsiyini X adlandırır. X-i eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Do dövrü -Şərh: Müəllif Yaponiya tarixində böyük əhəmiyyətə malik olan Edo dövrünə allüziya olaraq söhbət açdığı zaman kəsiyini “Do dövrü”adlandırır. “Do” hissəciyi bir çox şərq döyüş növlərinin adında yer alan hissəcikdir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 10. Bir neçə il öncə Tisianın Santa-Mariya-della-Salüte kilsəsində yerləşən rəsm əsəri zərər görmüşdü. Səbəb isə ONLARIN səhvən kanal suyu istifadə etmələri idi. ONLARI qonşu hərflərlə başlayan iki sözlə yazın. -Cavab: Venesiya yanğınsöndürənləri -Şərh: 2010-cu ildə Venesiyada yerləşən kilsələrdən birində güclü yanğın baş vermiş və şəhərin yanğınsöndürənləri yanğının qarşısını almaq üçün kanallardakı sudan istifadə etmişdilər. Nəticədə isə Tisianın kilsədə saxlanılan tablosu zərər görmüşdü. Tisian Venesiyanın görkəmli rəssamlarındandır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 11. Bir tənqidçi “Dəli Kür” filmi ilə oxşar mövzuda olan “Axınla aşağı” filmindən danışarkən Azərbaycan rejissorlarının BUNU ETDİYİNİ bildirir. BUNU ETMƏYİN mümkün olmadığını bildirmiş şəxsin adını cavab kartlarınıza yazın. -Cavab: Heraklit -Şərh: “Dəli Kür” filmində olduğu kimi “Axınla aşağı” filmində də hadisələr Kür çayı ətrafında baş verir. Tənqidçi bildirir ki, Azərbaycan filmi eyni çaya ikinci dəfə girib. Filosof Heraklitin məşhur deyiminə görə, eyni çaya ikinci dəfə girmək mümkün deyil. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 12. Bir müəllif Qrimm qardaşlarının daim dolu olan arzu masası və ağzından qızıl tökülən uzunqulaq haqqındakı nağılının marksistlərin X və Y barədə mənfi düşüncələrini ifadə etdiyini qeyd edir. X və Y-in eyni 5 hərflə bitdiyini bilərək onları yazın. -Cavab: feodalizm, kapitalizm -Şərh: Nağılda arzu masası daim yeməklə dolu olur, uzunqulaq isə insanlara qızıl bəxş edir. Marksistlər ironik olaraq bu nağıl vasitəsilə iki rəqib yanaşmanı ifadə edə bilirdilər. -Müəllif: Eşqin İbrahimov - -Səhifə -> 583 | Sual Sayı -> 12 - -Sual: 1. Fransız fotoqraf Nadarın X-i çəkmək üçün ilk cəhdi uğursuz alınmışdı. Belə ki, çəkiliş üçün lazım olan materiallar qazın təsirilə sıradan çıxmışdı. X-i eyni 2 hərflə başlayan 2 sözlə yazın. -Cavab: Parisin panoraması -Şərh: Çəkiliş üçün lazımi maddələr hava şarındakı qazın təsirilə xarab olmuşdu. Nadar hava şarından istifadə edərək Parisin panoramasını çəkməyə çalışmışdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. Bir yazıçı zarafatla südlü qəhvəni ALFA-ların içkisi adlandırır. ALFA sözünün ingilis dilində ilk istifadəsi Frensis Dreykin adı ilə əlaqələndirilir. ALFA-nı qalın saitli sözlə yazın. -Cavab: Mulat -Şərh: Süd və kofenin qarışığından ibarət olan südlü qəhvə zarafatla avropoid və neqroid irqlərinin qarışığından yaranan mulatların içkisi adlandırılır. "Mulat" sözü ingilis dilində ilk dəfə məşhur səyahətçi Frensis Dreykin səyahətləri ilə bağlı mənbədə istifadə olunub. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. Paylama materialıGördüyünüz qızıl eksponatı tapan şəxslər onu öz aralarında bölmüşdülər. Sonradan bərpa edilmiş eksponat bir məqalədə X-ə bənzədilir. X satışı ilə məşğul olan markalardan biri "əyləncəni yeni səviyyəyə daşımaq" mesajından istifadə edir. X-i iki sözlə yazın. -Cavab: 3D pazl -Şərh: XIX əsrdə tapılmış eksponat qızıl olduğundan tapanlar tərəfindən parçalara ayrılmış və aralarında bölüşdürülmüşdü. Onun hissələri 2 əsr ərzində pazl kimi birləşdirilərək ilkin formasına qaytarılıb. Rekvizitdən göründüyü kimi onun arxa tərəfi də mövcuddur və üzərində parçalara ayrıldığının izləri qalıb. Məhz bu xüsusiyyətlərinə görə eksponat məqalədə üçölçülü pazla bənzədilir. "Əyləncəni yeni səviyyəyə daşımaq" mesajı isə həm üçüncü ölçünü, həm də pazlın daha da çətinləşdiyini özündə ifadə edir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 4. Yaxınlıqda təhlükə olub-olmadığını yoxlamaq üçün ceyran yeməyi dayandırır, başını qaldırıb ətrafa baxır və yenidən yeməyə davam edir. Bunu görən yaxınlıqdakı ceyran da dərhal yeməyi saxlayır, başını qaldırıb ətrafı gözdən keçirir və yenidən yeməyə qayıdır. Bir müəllif bütün sürü üzrə davam edən bu prosesi "ceyranların X-i" adlandırır. X-i biri xüsusi isim olan 2 sözlə yazın. -Cavab: Meksika dalğası -Şərh: Ceyranlar bir-birinin ardınca başını qaldırır, sonra aşağı salaraq yeməyə davam edir. Eynilə Meksika dalğası zamanı azarkeşlərin bir-birinin ardınca ayağa qalxması və əyləşməsi kimi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Bir personaj serial boyunca hadisələrin gedişinə qərar vermir və yalnız son seriyada öz tale yolunu müəyyənləşdirir. Simvolik olaraq personajı son seriyaya qədər olan səhnələrdə X, son seriyada isə Y qismində görmək olar. X və Y-in eyni hərflə başladığını bilərək hər iki sözü tapın. -Cavab: Sərnişin, sürücü -Şərh: "Tale yolunu müəyyənləşdirmək" ifadəsi oyunçuları sürücü cavabına çıxarmaq üçün xüsusi seçilmişdi. Söhbət “Breaking Bad” serialının personajı Pinkmandən gedir. Serial boyu sərnişin olan Pinkman həyatı ilə bağlı önəmli səhnədə sürücü kimi çıxış edir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 6. Robert Frost uşaqlıqda kitabları qayışla belinə bağlayıb məktəbə getdiyini və addımlayarkən kürəyindəki kitabların tərpənməsi sayəsində sözlərin harmoniyasını tuta bildiyini qeyd edir. Frostun bu zaman nəyi xatırladığını eyni hərflə başlayıb bitən sözlə yazın. -Cavab: Metronom -Şərh: Robert Frost məktəb yolunda addımlayarkən kürəyindəki kitabların irəliyə-geriyə hərəkət etdiyini və bu sayədə sözlərin harmoniyasını hiss edə bildiyini yazırdı. Şair özünü bu zaman metronoma bənzətmişdi -Müəllif: Eşqin İbrahimov - -Sual: 7. Bethovenin evinə gələn qonaq X-i gördükdən sonra bəstəkarın eşitməsində zəifliklər olduğuna əmin olmuşdu. X keçən əsrin 80-ci illərinə aid ekran işinin adıdır. X-i 3 sözləcavab kartlarınıza yazın. -Cavab: Kökdən düşmüş piano -Şərh: Eşitmə problemləri olan Bethoven pianonun kökdən düşdüyünü hiss etməmişdi. Evə gələn qonaq isə bunu sezərək bəstəkarın eşitməsində problemlər olduğunu anlamışdı. "Kökdən düşmüş piano" 1982-ci ildə ekranlaşdırılmış və Yaşar Nurinin baş rolda oynadığı televiziya tamaşasıdır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Fizik Yozef Henrinin ətrafında, demək olar ki, elmi müzakirələr apara biləcəyi heç kim yox idi. Bioqrafı fizikin sonralar Prinstona gələrək bir növ intellektual X-dən xilas olduğunu qeyd edirdi. X-i latın mənşəli sözlə yazın. -Cavab: Vakuum -Şərh: Yozef Henri ABŞ-da öz dövrünün azsaylı fiziklərindən idi və ətrafında böyük bir intellektual boşluq var idi. Müəllif həmin boşluğu fizik jarqonuna uyğun olaraq “vakuum” sözü ilə ifadə etmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 9. Bir rəssamın 1889-cu ildə təşkil olunmuş sərgilərdən birinə təqdim etdiyi tablosu "Meymunlar ALFA-lar qismində" adını daşıyır. Depressiyada olan digər rəssam isə bir ALFA ilə görüşdükdən sonra intihar etmişdi. ALFA-nı yazın. -Cavab: İncəsənət tənqidçisi -Şərh: Qabriel fon Maks rəsm əsərlərini tənqid edərək sərgilərə girişə qadağa qoyan incəsənət tənqidçilərini öz tablosunda meymun kimi təsvir etmiş və tablonu elə onların özünə göndərmişdi. Rəssam Nikola de Stal isə depressiyada olarkən bir incəsənət tənqidçisi ilə söhbətləşmiş, daha da bədbinliyə qapılmış və az sonra özünü elə görüşdükləri binadan aşağı atmışdı. -Müəllif: Eşqin İbrahimov - -Sual: 10. Bir filmdə zarafatla deyilir ki, bir neçə qaradərilini təcavüzdən yayındırmaq üçün onlara tərəf X atmaq lazımdır. Məşhur şəxsin istifadə etdiyi X keçən ilin əvvəllərində 2 milyon dollardan artıq qiymətə satışa çıxarılmışdı. X ilə əvəz olunmuş 2sözü tapın. -Cavab: Basketbol topu -Şərh: Basketbol qaradərili amerikalıların ən sevimli idman növü hesab olunur. Kobe Brayantın ölümündən sonra onun aksesuarları yuxarı qiymətlərlə satışa çıxarılmışdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 11. Hər hansı bir ulduz oyunçunun ətrafında formalaşmış basketbol komandalarına müraciətdə X terminindən istifadə olunur. X-lə əvəz olunmuş mürəkkəb yunan sözünü tapın. -Cavab: Heliosentrizm -Şərh: Ulduz oyunçular Günəşlə, onun ətrafındakı digər oyunçular isə planetlərlə müqayisə olunur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 12. "Şvays" sözü tarixən Danimarka dilində maral qanını ifadə etmişdir. Bu söz sonralar həm də bir X-in adlandırılması üçün istifadə olunmağa başlamışdı. X-i saitləri eyni olan iki sözlətapın. -Cavab: İt cinsi -Şərh: Ov zamanı köməkçi qismində olan it cinsi maral qanını uzaq məsafədən iyləyə bilir və maralın yerini müəyyən edirdi. Bu səbəbdən həmin it cinsinə Şvays yəni “maral qanı” adı verilmişdi. -Müəllif: Əşrəf Paşabəyli - -Səhifə -> 584 | Sual Sayı -> 12 - -Sual: 1. 17-ci əsr İngiltərəsində insanlar adətən cərrahiya masasından sağ çıxmırdılar. Səhər erkəndən Samuel Pipsin böyrəyindən daş çıxarılması əməliyyatının uğurla nəticələnməsini bir müəllifPipsin həmin gün BURAXILMIŞ İKİ SÖZ olması ilə əlaqələndirir. BURAXILMIŞ İKİ SÖZü birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: birinci pasiyent -Şərh: : Mətndə “səhər erkəndən” sözlərinə diqqət etmək lazım idi və “birinci növ” söz birləşməsi birbaşa cavaba işarədir. Həmin dövrdə həkimlər hər əməliyyatdan sonra əməliyyat alətlərini və əllərini yumurdular. Pipsin bəxti gətirmişdi ki, o həmin gün xəstələrin siyahısında ilk xəstə idi və alətlər gecədən yuyulmuşdu, həkimin əli təmiz idi, otaq isə səhər tezdən təmizlənmiş idi. -Müəllif: Emin Məsimli - -Sual: 2. Paylama materialıQarşınızda gördüyünüz ABŞ vətəndaş müharibəsindən sonra çəkilmiş rəsmdə Nyu-York limanıdır. Rəsmdə qara hissədə çəlləklərdə daşınan X, ağ hissədə isə topa şəklində daşınılan Ygizlədilib. Bir məqalədə rəsmdəki bu təsvirlərin ABŞ-dan ixrac olunan məhsulların tezliklə Y-dən X-ə dəyişəcəyinə işarə vurduğu deyilir. X və Y-i cavab kartına yazın. -Cavab: Neft, pambıq -Şərh: Şərh: ABŞ vətəndaş müharibəsindən sonra köləliyin ləğv olunması artıq plantasiyadakı ucuz işçi qüvvəsindən məhrum olmaq anlamına gəlirdi. Ağ hissədə “ağ qızıl” - plantasiyalardan kölələrin əməyi ilə toplanan pambıq, qara hissədə isə artıq sənayədə istifadə olunmağa başlayan və balina yağını əvəz edən “qara qızıl” - neft gizlədilmişdi. -Müəllif: Emin Məsimli - -Sual: 3. Bir romanda onlayn oyundakı klasslardan biri oyunçuya müxtəlif vəhşi heyvanları döyüşə çağırmaq və onları idarə etmək bacarığı verir. Bu klass ilə oynamağa təzə başlamış Luo Ji’dən danışılan zaman bildirilir ki, onun döyüşə çağırdığı heyvanlar X-dəndir. X-i bir sözlə deyin. -Cavab: Kağız -Şərh: Summoner klassı ilə təzə oynamağa başlamış personajın döyüşə çağırdığı heyvanları idarə etmək təcrübəsi olmadığından bu heyvanlar rəqibə ciddi təhlükə yarada bilmirdi -Müəllif: Emin Məsimli - -Sual: 4. Sözügedən romandakı onlayn oyunda ORANIN əhalisini türmədən qaçan personajlar təşkil edir. ORA adlı komiksdə qəhrəmanın mələk adlandırdığı personajı əsərin əvvəlindəcə öldürürlər. ORA ilə əvəz olunmuş iki sözü cavab kartına yazın. -Cavab: Sin City -Şərh: Glory” online oyunundakı “Sin City” şəhərindəki NPC-lər türmədən qaçan personajlardır. “Sin City” komiksinin başlanğıcında mələyə bənzədilən personajın öldürülməsi sujet baxımından simvolikdir. -Müəllif: Emin Məsimli - -Sual: 5. Ana pələng və 3 balasını təsvir edildiyi rəsm haqqında danışan bir müəllif bala pələnglərdən birinin dəcəl olduğunu və anası yanında olmasa, digər iki bala pələngə hücum edə biləcəyini deyir. Bu dörd pələngdən ibarət ailənin rəsmdə nə etdiklərini tapın. -Cavab: Çayı keçirlər -Şərh: Rəsmdə ana pələng balalarını ağzında tutaraq bir-bir çayı keçirdir. Dəcəl bala pələng məşhur keçi, kələm və canavar misalındakı keçinin analoqudur. Ana pələng balaları keçirdəndə birinci dəcəli keçirdir, ikinci sakit balanı keçirəndə dəcəli geri qaytarır özü ilə, sonra ikinci balanı keçirdəndən sonra geri qayıdaraq dəcəl bala pələngi keçirdəcək. Beləliklə dəcəl bala pələng heç bir halda digər bala pələnglərlə yalnız qalmır. -Müəllif: Emin Məsimli - -Sual: 6. Bir manqada tanrılar yapon tanrısı Ebisunun videosuna baxırlar. Ebisu videoda deyir: əgər bu kadrlara baxırsınızsa, deməli, mən artıq … Cümləni biri Avropa mənşəli olan iki sözlə tamamlayın. -Cavab: Reinkarnasiya eləmişəm -Şərh: Yapon tanrıları ölmür, reinkarnasiya edirlər. Kadrlara baxan Tanrılar arasında reinkarnasiya eləmiş Ebisunun özü də var idi. -Müəllif: Emin Məsimli - -Sual: 7. Bir müəllif Rio-de-Janeyro və Buenos-Ayres şəhərlərinin həyat ritmi haqqında danışarkən Rionun X kimi yüngül və rahat, Buenos-Ayresin isə Y kimi disiplinli və şüurlu olduğunu bildirir. X və Y-lə əvəz olunmuş beşhərfli sözləri yazın. -Cavab: Samba və tanqo -Şərh: Müəllif şəhərlərin həyat ritmindən danışarkən onlar üçün məşhur olan rəqsləri xatırlamışdı. -Müəllif: Cavid Bədəlbəyli - -Sual: 8. Bir serialda Marsa hücum nəticəsində Deymos peyki məhv edilir. Epizodlardan birində personajın Marsın bayrağına BUNLARI əlavə etdiyini görmək olar. BUNLAR bir həmyerlimizin hekayəsində qida məhsuluna işarə idi. Bir sözlə tapın: Hansı qida məhsulu? -Cavab: Yumurta -Şərh: BMT-nin hücumu nəticəsində Marsın peyki Deymos məhv edilir onun qalıntıları isə Mars ətrafında dövr edir. Bunu nəzərə alan personaj peyki bayraqdan silərək əvəzində Marsın ətrafına yumru dairələr çəkir. “Saqqallı uşaq” hekayəsində Kəblə Əzimin çəkdiyi yumrular yumurtadan qalan borca işarə idi. -Müəllif: Emin Məsimli - -Sual: 9. “Sonuncu krallıq” romanında orta əsrlərdə saksonlarla vikinqlər arasında baş vermiş döyüşdən bəhs edilir. Vikinqlərinilk hücumu zamanı sakson döyüşçüləri kənardan müşahidə edən Utred sakson döyüşçülərin BUNA bənzədiklərini deyir. BUNU saitləri eyni olan sözlə deyin. -Cavab: Kirpi -Şərh: Orta əsrlərdə döyüşlər zamanı adətən döyüşün əvvəllərində oxlardan istifadə olunurdu. Yavaş-yavaş irəli gedən saksonları deynlər ox və nizə yağışına tuturlar. Saksonlar isə qalxanları qaldıraraq bu hücumdan qorunsa da qalxanlarında çoxlu ox və nizə ilişib qalmışdı. Əsərdə bu səhnəni müşahidə edən Utred isə onları kirpiyə oxşadır. -Müəllif: Emin Məsimli - -Sual: 10. Paylama materialıQarşınızda Rogir Van der Veydenin bir tablosunu görürsünüz. Bu tablo haqqında məqalələrdən birində müəllifin X-i sevdiyi zarafatla qeyd olunur. X-i ingilis mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: Spoiler -Şərh: Tabloda İsanın körpə vaxtları təsvir olunsa da, arxa fonda onun xaça çəkilmə səhnəsi də göstərilib. Məqalə müəllifi bununla rəssamın sanki spoiler verdiyini deyir. -Müəllif: Cavid Bədəlbəyli - -Sual: 11. 20-ci əsrin sonlarında çəkilmiş filmdə bu aktyorun canlandırdığı obraz ifanı yarıda saxlayaraq deyir: “Qəlb genişliyi hiss olunmur”. Söhbətin hansı aktyordan getdiyini tapın. -Cavab: Eldəniz Zeynalov -Şərh: Sualda söhbət “Hər şey yaxşılığa doğru” filmindən gedirdi. “Bəyin oğurlanması” filmində isə onun canlandırdığı obraz məşhur səhnədə oxşar vəziyyətdə “emosiya çatmır” ifadəsini işlədir. -Müəllif: Emin Məsimli - -Sual: 12. Bir əsərdə bərk döyülən personajı səhərisi gün BUNA bənzədirlər. BUNDAN bəhs olunan bir məqalədə varlı və cəmiyyətdə böyük nüfuza sahib insanlar üçün ölçünün bəzən 375 kvadrat metrə çatdığı qeyd olunub. BUNU bir sözlə yazın. -Cavab: Mumiya -Şərh: Personaj o qədər döyülmüşdü ki, səhərisi gün başdan-ayağa sarğı içərisində idi. Varlı və vacib şəxslərin mumiyalanmasında həddən artıq çox sarğıdan istifadə olunurdu. -Müəllif: Emin Məsimli - -Səhifə -> 585 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmin personajı həmişə İKSdən sonra yeni həftəyə sıfırdan başladığını qeyd edir. “The Rosary Murders” filmində baş personaj cinayətkarı İKS vasitəsilə müəyyənləşdirsə də, polisə şikayət edə bilmir. İKSi cavab kartlarınıza yazın. -Cavab: Günah çıxarma -Şərh: Hər bazar günü kilsəyə gedərək günahlarını etiraf edən personaj artıq yeni həftəyə sıfırdan başladığını qeyd edir. “The Rosary Murders” filminin adındakı rosary isə katolik keşişlərin istifadə etdiyi təsbehlərə verilən addır. Filmin adından da göründüyü kimi, baş personaj keşişdir və cinayətkarı günah çıxarma ritualı zamanı müəyyənləşdirir, ancaq içdiyi anda görə həmin şəxsi polisə şikayət edə bilmir. -Müəllif: Ramazan İbrahimli - -Sual: 2. "Mahabharata" personajlarından olan Bima 10 000 ALFA-ya sahib qəhrəman kimi təqdim olunur. Bir hekayənin personajı səyyar sirk vaqonu haqqında danışarkən ALFA ifadəsindən istifadə etməyi tövsiyə edir. ALFA-nı 2 sözlə yazın. -Cavab: Fil gücü -Şərh: Məşhur hind dastanında qəhrəmanın qüdrətini göstərmək üçün 10 000 fildə olan qədər güc olduğu yazılıb. Bir hekayədə isə içində fillər olan səyyar sirk vaqonu haqda danışan personaj vaqon barədə danışarkən"at gücü" yox, "fil gücü" ifadəsindən istifadəni tövsiyə edir. -Müəllif: Eşqin İbrahimov - -Sual: 3. “Luxor” şirkəti bir posterində 1000 samanlıq sözü və 1 iynə sözü yazılı kağız təsvir edib. Posterdə nəyin reklam edildiyini əcnəbi mənşəli sözlə tapın. -Cavab: Tekstmarker -Şərh: Şirkət 1000 samanlıq sözü arasında iynə sözü üzərindən rəng çəkilsə rahat tapılar mesajını verir -Müəllif: Fazil Babayev - -Sual: 4. Ailəsindən uzaqda yaşayan Haydnın masasında X-ləri görən qonağı bəstəkarın həyat yoldaşı ilə münasibətlərinin soyuq olduğuna əmin olmuşdu. Yuxuda X-i görmək hisslərin bəyan edilmədiyini ifadə edir. X-i 2 sözlə yazın. -Cavab: Açılmamış məktublar -Şərh: Haydnın həyat yoldaşı ilə münasibətləri o qədər soyuq idi ki, heç məktubları açmağa da ehtiyac duymurdu -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 5. Harriet Tabmen 1849-cu ildə quldarlıqdan xilas olmaq üçünqaçmış və 145 km yolu 26 gündə qət edərək məqsədinə çatmışdı. Bu səyahətdə Harriet X-in köməyindən faydalanmışdı. X-i iki sözlə yazın. -Cavab: Şimal ulduzu -Şərh: Harriet Tabmen 1849-cu ildə quldarlığın hökmran olduğu Cənub ştatlardan gizlicə Şimal ştatlara qaçmaq üçün yola düşmüşdü. 145 km yolu 26 gündə qət etməsinin səbəbi isə təhlükələrdən uzaq olmaq üçün yalnız gecə səyahət etməsi idi. Harriet gecə boyu məhz Şimal ulduzunun bələdçiliyi ilə Şimal ştatlara gedib çata bilmişdi. -Müəllif: Eşqin İbrahimov - -Sual: 6. Kanada ordusunda xidmət edən Uilyam Folkner həmin dövrdə özünü daha aristokrat göstərmək üçün BUNDAN istifadə etməyə başlamışdı. BUNU yanaşı hərflərlə başlayan iki sözlə tapın. -Cavab: Britaniya aksenti -Şərh: Britaniya aksenti Amerikan aksenti ilə müqayisədə daha zərif hesab edilir. Kanada “Commonwealth” ölkələrdən biridir. -Müəllif: Ramazan İbrahimli - -Sual: 7. Əslində onlar rejissorların təklifini qəbul etmək istəmirdilər. Lakin hər gün ət almalı olduqlarından, xərclərini qarşılamaq üçün razı oldular. Onların soyadını cavab kartlarınıza yazın. -Cavab: Berberovlar -Şərh: Evdə saxladıqları şir Berberovlar ailəsinə çox başa gəldiyindən rejissorların təklifini qəbul etməli olmuşdular. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Apelles bir çox mənbələrdə qədim Yunanıstanın ən istedadlı rəssamı hesab edilir. Bəzi tədqiqatçıların fikrincə, XVI əsrə aid mənbədə bu, Apellesi simvolizə edir. Bunu iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Rafaelin avtoportreti -Şərh: Sualda söhbət “Afina məktəbi”ndən gedir. Bildiyimiz kimi, Rafael bu əsərdə qədim dövr şəxslərini təsvir etməklə yanaşı öz avtoportretinə də yer vermişdi. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 9. Sualda söhbət “Afina məktəbi”ndən gedir. Bildiyimiz kimi, Rafael bu əsərdə qədim dövr şəxslərini təsvir etməklə yanaşı öz avtoportretinə də yer vermişdi. -Cavab: Soyad/Soyadını -Şərh: İngilis musiqi qrupu olan “Duran Duran”ın sözügedən mahnısı Ceyms Bond franşizasının eyniadlı filminə saundtrek olaraq yazılmışdı. Maraqlıdır ki, klipin sonunda qrupun solisti özünü “Le Bon. Saymon Le Bon.” olaraq təqdim edir. Fikir verdinizsə, sualı oxuyarkən Saymonun soyadını qəsdən qeyd etməmişdik. -Müəllif: Vüqar Məmmədov - -Sual: 10. “Çəkməli pişik” filmində baş personajın qeyri-adi bacarıqlarının olduğunu bildirmək üçün insanlar onun altıncı barmağa sahib olduğunu deyirlər. Sual mətnində iki söz başqa iki sözlə əvəz olunmuşdur. Həmin iki sözü yazın. -Cavab: Onuncu can -Şərh: Deyilənə görə, pişiklər doqquz cana sahibdirlər. Bu pişiyin qeyri-adiliyi isə onun onuncu cana sahib olması ilə izah olunurdu. Altıncı barmaq onuncu canla əvəz olunmuşdu. -Müəllif: Ramazan İbrahimli - -Sual: 11. IKEA bir posterində erqonomik yastıqlarını BUNLAR formasında təsvir edib. 4 saatlıq film haqqında olan resenziyada da BUNLAR xatırlanır. BUNLARI iki sözlə yazın. -Cavab: Yuxu həbləri -Şərh: Erqonomik yastıqlar yuxuya getməyi rahatlaşdırdığından yuxu həbləri kimi təsvir ediliblər. -Müəllif: Fazil Babayev - -Sual: 12. Mifik personaj vendiqonu yalnız yandıraraq öldürmək mümkündür, çünki vendiqonun BURAXILMIŞ SÖZLƏR. İlk dəfə 21 dekabr tarixində çap olunmuş əsərin personajının da BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRİ tapın. -Cavab: Ürəyi buzdan idi. -Şərh: Vendiqoya qarşı heç bir silahın işləmədiyi və yeganə məhv edilmə yolunun yandırılması olmasına səbəbin onun ürəyinin buzdan ibarət olması və yandırıldıqda ürəyinin əriməsi göstərilir. Maraqlıdır ki, Hans Kristian Andersenin “Qar kraliçası” nağılı ilk dəfə 1844-cü ilin bir qış günü çap edilmişdi. -Müəllif: Vüqar Məmmədov - -Səhifə -> 587 | Sual Sayı -> 12 - -Sual: 1. Hadisələri Asiyada cərəyan edən bir əsərdə Virata adlı personajın nüfuzu sürətlə böyüyür. Bu zaman müəllif Viratanı buna bənzədir. -Bunu bir sözlə yazın. -Cavab: Bambuk -Şərh: Sujetin Asiyada cərəyan etməsi və sürətlə böyümə sözləri sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 2. Çar Rusiyası dövründə Azərbaycanda qatı dindar kəndlərdə bunların salınmasına yerli əhali icazə verməyib. Mixail Qorbaçovun apardığı mübarizə nəticəsində Azərbaycanda bunların çoxu qısa müddət ərzində məhv edilmişdi. Bunu iki sözlə yazın. -Cavab: Üzüm bağı -Şərh: Üzümdən şərab hazırlanırdı deyə hətta yerli əhali üzüm sahəsi salmağa da icazə vermirdi. Mixail Qorbaçovun tapşırığı ilə Azərbaycanda 130 min hektar üzüm bağı məhv edilmişdi. -Müəllif: Manisa Rəhimli - -Sual: 3. 1932-ci ildə Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarında həddən artıq suvarılma nəticəsində Bu yayılmışdı. Bunu əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Malyariya -Şərh: Həddən artıq suvarılma gölməçələr yaradırdı və bu gölməçələrdə ağcaqanadlar çoxala bilirdi. -Müəllif: Emil Yusublu - -Sual: 4. “Türkiyə-Yunanıstan” Survivor televiziya yarışmasına iki ölkədən iştirakçılar qatılmışdı. Amma veriliş Türkiyədə gözlənilən reytinqləri yığmadı. Araşdırma zamanı məlum oldu ki, əsas səbəb Bunların çoxluğu və sürətli olmasıdır. Bunu əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Subtitr -Şərh: İnsanlar çox sayda subtitr oxumaqdan bezmiş və verilişə baxmamışdı. -Müəllif: Emil Yusublu - -Sual: 5. Aktyor Məmməd Verdiyev xatırlayır ki, bu obraz üçün seçimlərə qatılanda onun üzünü Rasim Balayev və Amaliya Pənahovanın rəsmləri ilə tutuşdurmuşdular. Həmin obrazın adını yazın. -Cavab: Buğday -Şərh: “Babək” filmində Babək və xanımının rollarını Rasim Balayev və Amaliya Pənahova canlandırmışdı. Filmdə onların uşağını canlandıracaq aktyor onlara bənzəməli idi. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bir sənədli filmdə deyilir ki, İkinci Dünya müharibəsində Asiya sahillərində gəmilərin üzərində təsvir edilmiş nəhəng Bu Amerikan təyyarəçilərin gəmiləri nişan almasını asanlaşdırırdı. Bunu biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Yaponiya bayrağı -Şərh: İkinci Dünya Müharibəsi illərində istifadə olunan bayrağın da ortasında qırmızı dairə var idi və bu nişan almağı rahatlaşdırırdı. -Müəllif: Emil Yusublu - -Sual: 7. Əhməd bəy Cavanşir Puşkinin əsərlərini dilimizə tərcümə etmiş ilk şəxslərdən hesab olunur. Maraqlıdır ki, Əhməd bəyin orduda fəaliyyətini dayandırmasına səbəb BUNDA aldığı yara olub. BUNU əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Duel -Şərh: Puşkin də dəfələrlə duelə çıxmış və son çıxdığı dueldə ölümcül yaralanmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 8. Səyyah Vasili Baranşikov yazdığı əsərində Osmanlıda gördüyü bunları izahı edərkən kilsə zəngi çalanları nümunə gətirir. Bunu qoşasamitli bir sözlə yazın. -Cavab: Müəzzin -Şərh: Səyyah yerli oxucusuna müəzzinin nə etdiyini izah etmək üçün kilsə zəngi çalanla bənzətmə edir. Çünki hər ikisinin məqsədi öz dini ibadət yerinə dəvət etmək idi. -Müəllif: Emil Yusublu - -Sual: 9. Alein Kentigernanın kitabının polis qəhrəmanı istintaq zamanı cavabını tapdığı hər sualdan yeni suallar yarandığını bildirir və özünü bir qəhrəmana bənzədərək bunu xatırlayır. Bunu bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Hidra -Şərh: Yunan mifologiyasında başı kəsildikdən sonra yerinə iki baş çıxan varlıq Hidra kimi, istintaq zamanı da qəhrəmanın qarşısına bir suala cavab tapmağa çalışarkən daha çox cavabsız sual çıxır. -Müəllif: Seymur Əsədzadə - -Sual: 10. ) Hasan Keselin Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş rəsmində dağılmış bunu görə bilərik. Bu adlı mənbə siyasi triller janrındadır. Bunu iki sözlə cavab kartınıza yazın. -Cavab: Kartdan ev -Şərh: Rəssam evlərin keyfiyyətsiz və tez dağılan tikilməsinə göndərmə olaraq kartdan evdən istifadə etmişdi. "Kartdan ev" siyasətdən bəhs edən serialdır. -Müəllif: Seymur Əsədzadə - -Sual: 11. Eramızdan əvvəl 500-cü ilə aid uşaq məzarında fil sümüyü və gildən hazırlanmış X tapılıb. Bakı X teatrının loqosunda ağ xəttlər var. X-i əcnəbi mənşəli sözlə yazın. -Cavab: Marionet -Şərh: Bakı Marionet Teatrının loqosunda ipləri xatırladan ağ xəttlər var. -Müəllif: Emil Yusublu - -Sual: 12. Edqar Allan Ponun əsərində köklü Uşer ailəsinin son təmsilçisi tək qalmış dağa bənzədilir. Əvvəlki cümlədə buraxılmış hərfləri bərpa edib sözü yazın. -Cavab: Budağa -Şərh: Köklü sözü sizi ağaca apara bilərdi və yazıçı nəsil ağacına eyham vuraraq belə bənzətmə etmişdi. -Müəllif: Emil Yusublu - -Səhifə -> 588 | Sual Sayı -> 15 - -Sual: Döyuşdən qabaq baş tutan çəki ölçmə mərasimindən sonra baş verən prosesi şərh edən bir idman şərhçisi BUNU xatırlayır. Ekranlarda BU ilk dəfə hadisələri Kanadanın şimalında baş tutan 1920-ci illərə aid filmdə nümayiş etdirilib.BUNU cavab kartlarınıza yazın. -Cavab: Eskimos salamlaşması, eskimos öpüşü -Şərh: Çəki ölçmədən sonra döyüşçülər qabaq qabaqa duraraq “baxışların mübarizəsi” (битва взглядов) adlı mərasim baş tutur.Çox yaxın məsafədə duran döyüşçüləri görən şərhçi hətta onların burunlarının artıq biri-birinə dəydiyini gördükdə kuniki xatırlamışdı. 1922-ci ildə Robert Flaerti “Şimaldan olan Nanuk” sənədli filmində ekrankarda bu adəti nümayiş etdirərək məşhurlaşdırmışdı. -Müəllif: Heydər Həmzəyev - -Sual: 2. ”Fürerin sözü hər bir təsisatda, hər bir evdə” devizi ilə nasistlər İKS-in kütləvi istehsalına başlamışdılar. Sankt-Peterburqda yerləşən ev muzeyində tarixdəki ilk İKSlərdən birinin üzərinə A.P. inisialları həkk olunub.İKS-i cavab kartlarınıza yazın. -Cavab: Radio -Şərh: Nasist Almaniyasında radio satışını sualda eşitdiyiniz deviz ilə həyata keçirirdilər.Sankt-Peterburqda radio pionerlərindən sayılan Aleksandr Popovun ev muzeyində ixtira etdiyi radionun üzərinə inisialları həkk olunub. -Müəllif: Heydər Həmzəyev - -Sual: 3. Nasist Almaniyasında radioda yayımlanan təlim xarakterli çıxışlar BURAXILMIŞ 3 SÖZ davam edirdi.Maraqlıdır ki, “Матч“ adını daşıyan serialın birinci epizodu da BURAXILMIŞ 3 SÖZ davam edir.BURAXILMIŞ 3 SÖZÜ cavab kartlarınıza yazın. -Cavab: Qırx beş dəqiqə -Şərh: Sualın birinci hissəsində propaqandist təlimlər məktəbdə davam edən dərsin müddətinə uyqun olaraq 45 dəqiqə davam edirdi. “Матч“ serialı futbol mövzuludur və birinci epizodu futbolda birinci hissə olduqu kimi Qırx beş dəqiqə davam edir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 4. Ötən əsrin birinci hissəsində “Paramount Pictures” studiyası ONU Samoaya göndərərək polineziyalıların adət ənənələri haqda film çəkməyi sifariş etmişdi. Kimi? -Cavab: Robert Flaerti -Şərh: Bir neçə sual bundan öncə bildiyiniz kimi sənədli film janrının yaradıcılarında hesab olunan Robert debüt işində eskimosların həyatı haqda film çəkmişdi bundan sonra kinostudiya ona polineziyalılar haqda filmin sifarişini vermişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 5. İspandili ölkələrdə müəyyən təhsil müəssisələrində tələbələrə “Makarena”nın ritmi ilə BUNU necə düzgün etmələri öyrədilir.BUNU cavab kartlarınıza yazın. -Cavab: Ürək masajı -Şərh: Daha çox bilinən versiyada eyni məqsəd ilə Bee Gees qrupunun “Stayin’ Alive” mahnısından məsləhət görülür.Patriotik ispanlar isə bu məqsədlə öz xitlərini seçiblər.Sualda sözü gedən təhsil müəssisəsi isə tibb universitetləridir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 6. Fransua Peti de la Kruanın şərq nağılları haqda çap etdirdiyi antologiyasının adına daxil olan palindromu cavab kartlarınıza yazın. -Cavab: 1001 -Şərh: Ədədlər də palindrom olur.Müəllif antoloqiyasına “1001 gün” adını vermişdi bu ad “1001 gecə”yə göndərmə olaraq seçilmişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 7. Adətə görə İKS zamanı toyda geyinilmiş İQREKdən istifadə olunmalıdır. Rammoran Ray bacısının ölümündən sonra İKS-ə qarşı mübarizəyə başlamışdır. İKS və İQREK-in bir hərf fərqləndiyini bilərək hər ikisini cavab kartlarınıza yazın. -Cavab: sati və sari -Şərh: Sati hinduizmdə qadının öz əri ilə yandırılma adətidir. Adətə görə xanım sati zamanı toyda istifadə etdiyi sarisini geyinməlidir. Rammoranın bacısı əri öldükdən sonra ənənəyə sadiq qaldıqında qardaşı bu ritualın ləğvi üçün mübarizəyə başlamışdır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. 2009-cu ildə Corciya Boskolo şəhərin coğrafiyası və dəniz hüququ üzrə keçirilən imtahanları uğurla başa vurduqdan sonra tarixdə lisenziyalı ilk O oldu. Onu eyni hərflə başlayan iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Qadın qondolyer -Şərh: Sualda adı çəkilən xanım məşhur qondolyerlər nəslindən idi.2009-cu ilə qədər bu peşənin nümayəndələri yalnız kişilər idi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Paylama materialıPaylama materialında gördüyünüz hərflərdən siz bunu etməlisiniz . BUNU etməyin nə olduğunu bildinizsə XIX əsrə aid mənbədə kimin bunu etməyə çalışdığını yazın. -Cavab: Kay -Şərh: Qarşınızda gördüyünüz hərflərdən “eternity” (əbədiyyət) sözünü yığmalı idiz. XIX əsrə aid “Qar kraliçası” nağlında kraliça Kaya qar üzərində əbədiyyət sözünü yığmaqı əmr edir. -Müəllif: None - -Sual: 10. XIX əsrin ikinci yarısında məşhur fransızın tablosunda BUNU bağlayan gənc qızı görə bilərik. -Cavab: Puant -Şərh: Sualda söhbət Edgar Deganın “Puantı bağlayan balerina” əsərindən gedirdi.Adətən NHN suallarının son cümləsinədə puant deyilir biz isə bu sualı sizə puantsız təqdim etdik. -Müəllif: Heydər Həmzəyev - -Sual: Kinovar – tərcümədə “Əjdaha qanı” mənasına gələn mineraldır. Bir ifadənin tarixi barədə danışılan məqalədə əvvəllər İKS-lərin fərqləndirilməsi üçün kinovardan istifadə edildiyi qeyd olunur. İKS-i bir əcnəbi mənşəli sözlə yazın. -Cavab: Abzas -Şərh: Adından göründüyü kimi qırmızı rəngdə olan bu mineraldan kitablarda hər yeni abzasın ilk hərfini qırmızı rəngə boyamaq üçün istifadə edilirdi. Rus dilində işlənən “с красной строки” ifadəsi yeni abzasın başlanğıcını bildirir. -Müəllif: Həsən Abbaslı - -Sual: 12. Bir əsərdə qadın qəhrəmanın incə səsi qarşısındakı obraza köhnə xatirələri yada salmasına səbəb olur və bu zaman qadının səsi BUNUNla müqayisə olunur. Slenqdə “BU ilə peyvənd olunmuş” ifadəsi çox danışan insanlara münasibətdə işlənir. BUNU iki sözlə yazın. -Cavab: Qrammofon iynəsi -Şərh: Qadının səsinin sanki personajın ürəyinə qrammofon iynəsi kimi toxunub onun köhnə fikirlərini yenidən oxudur. “İncə” sözü də iynəyə işarə idi. “Qrammofon iynəsi ilə peyvənd olunmuş” frazası isə çox danışmağı bildirir. -Müəllif: Həsən Abbaslı - -Sual: 13. Yazıçı və illüstrator olan Filipp Duparkyenin müəllifi olduğu “Məşğul yerlər” adlı seriyaya “Dəmiryolu stansiyası”, “Tikinti sahəsi”, “Hava limanı”, “Dəniz portu” adlı təsviri xarakterli kitablar daxil idi. Sizsə bir neçə il sonra bu seriyadan ilhamlanaraq nəyin yaradıldığını tapın. -Cavab: Ualdo haradadır? -Şərh: Sualda adıçəkilən yerləri Duparkye “Məğul yerlər” adlanan kitablar seriyasında insan sıxlığının qeydə alındığı yerlər olaraq təsvir etmişdi. 1986-cı ildə Martin Hendford bu mənbələrin əsasında “Where is Waldo?” oyununu yaratmışdı. “Tapın” sözü də gizli ipucu ola bilərdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 14. Edo dövründə yaranan Kabuki teatrının izləyiciləri günlərinin böyük hissələrini teatrda tamaşa izləməklə keçirirdilər. Təsadüfi deyil ki, BUNLARIN istifadəsinin məşhurluq qazanması Edo dövrünə təsadüf edir. Yapon dizayner Kondo BUNLARDAN ilhamlanaraq xüsusi növ səyahət çantaları hazırlayır. BUNU bir sözlə tapın. -Cavab: Bento -Şərh: Bütün gün ərzində tamaşaya baxan insanlar yemək fasiləsi verməmək üçün özləri ilə teatra Bento qutuları gətirirdi. Yaponiyalı dizaynerin səyahət çantaları dolu vəziyyətdə bento lançbokslarını xatırladır. -Müəllif: Həsən Abbaslı - -Sual: 15. Bir əsərdə üzərində insan siması təsvir olunan divar saatına baxan personaj saatın rəqəmlərini ONA bənzədir. Boyalar təklif edən bir saytda O “sitrus” və “xardalın” arasındadır. ONU qısa sözlə yazın. -Cavab: Halə -Şərh: İnsan siması ətrafında dairəvi saatı bildirən rəqəmlər personaja haləni xatırladır. Sarı rəngin tonlarından biri olan halə sarısı öz adını dini ikondan alıb. Sualdakı sadalanan rənglər də sarının çalarları idi. -Müəllif: Həsən Abbaslı - -Səhifə -> 589 | Sual Sayı -> 12 - -Sual: 1. 1723-cü ildə rusların Bakıya hücum etməsindən danışan Qılman İlkin, şəhərdə hücumun gözlənilən olmasından danışarkən şəhərin kimsəsiz göründüyünü və təkcə ONUN səsinin gəldiyini qeyd edir. Onu qoşasamitli sözlə cavab kartlarınıza yazın. -Cavab: Müəzzin -Şərhlər: None -Müəllif: Nail Qasımzadə - -Sual: 2. Diqqət sual mətnində əvəz olunmuş hərf var. -Böyük Pyotrun mart ayının əvvələrində Fin körfəzi üzərindən keçərək Viborq şəhərinə yollanması tarixə “Duz yürüşü” adı ilə düşmüşdür. Sual mətnində bir sözdə bir hərf digəri ilə əvəz olunub. Həmin sözü bərpa edin. -Cavab: Buz -Şərh: Fin körfəzinin üzəri soyuq qışdan sonra buz ilə örtülmüşdü. Tarixdə bu hadisəyə “Buz yürüşü” adı verilib. -Müəllif: Heydər Həmzəyev - -Sual: 3. Bir müəllif qeyd edir ki, Anton Çexovun "6 nömrəli palata" əsərinin qaralama versiyasını oxuyarkən heçnə başa düşməmişdi. Növbəti cümlədə müəllif əsas səbəb olaraq məhz BUNU göstərir. BUNU iki sözlə cavab kartlarınıza yazın. -Cavab: Həkim xətti -Şərh: Anton Çexovun yazıçılıqla yanaşı tibb sahəsində çalışmağı məşhur faktdır. -Müəllif: Heydər Həmzəyev - -Sual: 4. Sual mətnində Delta ilə digər söz əvəz olunub. - -“Həyat heç vaxt çətinləşmir, sadəcə, getdikcə sürətlənir” sitatını söyləyən şəxs, həyatı DELTA ilə müqayisə etmişdi. Ötən əsrin sonlarında Qərbdə bəzi mağazalarda DELTA “Bricks” adı ilə satışa çıxarılmışdır. DELTA ilə əvəz olunanı cavab kartlarınıza yazın. -Cavab: Tetris -Şərh: Tetris XX əsrin ikinci yarısında Aleksey Pajitnov tərəfindən yaradılan oyundur və adı “tetra” + “tennis” sözlərinin birləşməsindən yaranıb. Tetra yunan dilindən tərcümədə “dörd” mənasına gəlir. Delta isə yunan əlifbasının dördüncü hərfidir bu səbəbdən əvəzetmə məhz bu söz ilə olunmuşdur. -Müəllif: Heydər Həmzəyev - -Sual: 5. Sual nömrə beş! -Britaniyalı müğəni Mik Cagger istehza ilə ifadələrinin birində “Məni çox pis tərbiyə ediblər. Belə ki, mən BUNU saat üçdə edirəm” sözlərini demişdi. BUNU ETMƏKLƏ əvəz olunan iki sözü yazın. -Cavab: Çay içmək -Şərh: Britaniyalıların “5 o’clock tea” adəti kifayət qədər məşhurdur. Sualda müğənninin britaniyalı olduğu faktının qeyd edilməsi cavabı tapmaqda kömək ola bilərdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 6. “İndiqo uşaqlar” qeyri-adi, supernatural və ya xüsusi bacarıqları ilə öz həmyaşıdlarından fərqlənən azyaşlıları bildirən termindir. Siz isə “indiqo uşaqlar” üçün nəzərdə tutulmuş bir təhsil obyektinin qapısında hansı rəqəmin olduğunu tapın. -Cavab: 6 -Şərh: “İndiqo uşaqlar” adətən parapsixologiyada istifadə olunur və xüsusi istedadı və ya qeyri-adi, supernatural bacarıqları olan uşaqları bildirir. Buna görə də, bu uşaqların “6-cı hiss”i normal uşaqlara nisbətdə daha çox inkişaf edir. Praqada yerləşən və indiqo uşaqlar üçün nəzərdə tutulmuş məktəbin qapısında da bu səbəbdən “6” rəqəmini görmək olar. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 7. Bir misrasında şair BUNU “göy üzündən tokülür qar” metaforasından istifadə edərək təsvir etmişdi. Leonard Eylerdə BU erkən yaşlarda baş verdiyi üçün alim, əksər portletlərdə öz xahişi ilə baş geyimində təsvir olunurdu. BUNU cavab kartlarınıza yazın. -Cavab: Saçlarının ağarması -Ş��rh: Saçların ağarmasını şair göydən yağan qar ilə müqayisə etmişdi.Saçları cavan yaşlarda ağardıqından kompleksi olan alim əksər portretlərində baş geyimi ilə təsvir olunub. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. Uzaq məsafədən istifadə üçün nəzərdə tutulmuş televizor pultlarına ilkin vaxtlarda zarafatla İKS ləqəbi verilmişdi. İKS-lər gündəlik 20 saat yatırlar. Sualda İKS ilə əvəzlənən sözü cavab kartlarınıza yazın. -Cavab: Ərincək -Şərh: Əvvələr televizorda hər hansısa bir əmri yerinə yetirmək üçün insanlar monitora yaxınlaşaraq bunu etməli idilər. Lakin pultun ixtirası insanları oturacaqa daha çox bağladı və buna görə də, ilk vaxtlar pulta ərincək ləqəbi verilmişdi. Ərincəklər günün 20 saatını yuxuda keçirirlər. -Müəllif: Heydər Həmzəyev - -Sual: 9. Aparıcı üçün qeyd: Növbəti sualın (yəni 10-cu) sualın cavabı ingilis mənşəli sözdür. -İşğaldan azad olunmuş torpaqlar haqda olan bir xəbərdaredici rolikdə hər İKS-ə nəzər yetirməyiniz qeyd olunur. İKS ötən əsrin ikinci yarısında məşhur amerikalının sitatında da yer alır. İKS ilə əvəz olunmuş qoşasamitli sözü deyin. -Cavab: Addım -Şərh: Rolikdə minalanmış ərazilər haqda danışılarkən hər bir addıma nəzə yetirməyiniz xahiş olunur. Aydan qayıtdıqdan sonra isə Nil Armstronq “Bu mənim üçün kiçik, insanlıq üçün isə böyük addımdır” demişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 10. Pandemiya vaxtı “Neftlix” şirkəti insanların evdən çıxmaması üçün ictimai nəqliyat dayanacaqlarında X-lər yerləşdirməyi təklif etmişdi. X-i bir sözlə yazın. -Cavab: Spoyler -Şərh: Netflix şirkəti beləcə insanların evdə qalmaqa səsləyirdi.Bizdə sizə bir sual öncə növbəti sualın cavabının ingilis mənşəli söz olacaqı haqda spoyler verdik. -Müəllif: Heydər Həmzəyev - -Sual: 11. Nensi Tepp 20-ci əsrin 70-ci illərində azyaşlıları öyrənməklə məşhurluq qazanmış Amerikalı ekstrasens və parapsixoloqdur. Nensinin hansı termini ilk dəfə istifadə etdiyini iki sözlə cavab kartınıza yazın. -Cavab: İndiqo uşaqlar -Şərh: Bir neçə sual öncə siz indiqo uşaq termini haqda sual eşitdiniz. 6-cı hissləri çox güclü olan bu uşaqlar ilk dəfə elə parapsixoloq və ekstrasens olan Nensi tərəfindən araşdırılmışdı. -Müəllif: Səbuhi Baxşıyev - -Sual: 12. Paylama materialıQarşınızda gördüyünüz fəvvarəyə oxşarlıqına görə İKS adı verilib. İKS 1957-ci ildə nəşr olunmuş əsərin adına daxildir. İKS ilə əvəz olunmuş sözü cavab kartlarınıza yazın. -Cavab: Zəncirotu -Şərh: Fəvvarə xarici görünüşünə görə adı çəkilən bitkiyə oxşadığı üçün bu adı alıb. 1957-ci ildə Rey Bredberi “Zəncirotu şərabı” povestini nəşr etdirmişdi. -Müəllif: Heydər Həmzəyev - -Səhifə -> 590 | Sual Sayı -> 15 - -Sual: 1. Frans Kafkanın hekayəsində personaj deyir ki, mən uçurumun üzərində uzandım. Əllərimi bir tərəfə qoydum, ayaqlarımı digər tərəfə. Həmin hekayədə personaj Budur. Bunun kanatlı, tağ, asma növləri var. -Bunu bir sözlə yazın. -Cavab: Körpü -Şərh: Körpü uçurumun üzərinə uzanır, əl və ayaqlarını müxtəlif tərəflərə qoyur. -Müəllif: Emil Yusublu - -Sual: 2. 1954-cü il martın 1-də Bikini Atolunda təcrübə məqsədilə partlayış baş tutdu. Təəssüf ki, yaxınlıqda bütün ekipajı ciddi radiasiya xəsarətləri alan balıqçı gəmisi olub. Həmin gəmi hansı ölkəyə məxsus idi? -Cavab: Yaponiya -Şərh: Partladılan atom bombası idi. Yaponların atom bombaları ilə bəxti gətirmir. Bildiyiniz kimi 1945-ci ildə ölkəyə iki atom bombası atılmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 3. İngilis şairi Samuel Conson deyirdi ki, bundan əvvəl yazıçını ən pis kitabları, bundan sonra isə ən yaxşı kitabları ilə qiymətləndirirlər. -Bunu bir sözlə yazın. -Cavab: Ölüm -Şərh: Fikir versəniz ingilis şairi də insanlara sağlığında qiymət verilmədiyindən şikayətlənir. -Müəllif: Emil Yusublu - -Sual: 4. Jan Kokto göydələni termometrə bənzədir. Göydələndəki bunu isə civə adlandırır. Bunu bir sözlə yazın. -Cavab: Lift -Şərh: Göydələnin içərisində sabit xəttlə qalxıb-enən bir şey axtarmalıydınız. -Müəllif: Emil Yusublu - -Sual: 5. Yunan məbədlərində kahinlər əllərində müxtəlif əşyalar daşıyırdı. Qızıl səbət daşıyan kahin – Kanefor, kubok daşıyan – Aflofor, tac daşıyan – Stefanfor adlanırdı. Məşəl daşıyan kahinin adı nə idi? -Cavab: Fosfor -Şərh: Başa düşdüyünüz kimi sonu “for” hissəciyi ilə bitməli idi və işıqsaçan bir şey axtarmalıydınız. Fosfor adının mənşəyi həmin məşəl daşıyan kahinlərlə bağlıdır. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bir əsərdə çox kök kişinin taxdığı kəmər buna bənzədilir. Bunu latın mənşəli bir sözlə yazın. -Cavab: Ekvator -Şərh: Kök kişi düşünün və qarnını əhatələyən kəmər taxıb və bu kəmər Yerin mərkəzindən keçən ekvatora bənzədilir. -Müəllif: Emil Yusublu - -Sual: 7. Qədim Yunanıstanda Demetra əkinçilik və bərəkət tanrıçası hesab edilirdi. Yunanlar hansı həşəratları Demetranın köməkçiləri adlandırırdı? -Cavab: Arılar -Şərh: Məhsuldarlıqda arıların rolu böyükdür. -Müəllif: Emil Yusublu - -Sual: 8. Müsahibələrinin birində aktyor Xoakin Feniks demişdi ki, bunlara nifrət edirəm. Çünki bunlar məni olduğum kimi göstərirlər. Bunu bir sözlə yazın. -Cavab: Müsahibə -Şərh: “Müsahibələrinin birində” deyilməsi sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 9. Çin dilində hansı canlının adını yazmaq üçün “Biznes” və “Ördək” heroqliflərindən istifadə olunur? -Cavab: Pinqvin -Şərh: Pinqvini biznesmen geyimində ördəyə bənzətmişdilər. -Müəllif: Emil Yusublu - -Sual: 10. Bir əsərdə evlərə teleqramlar paylayan balaca oğlan BUNA bənzədilir. Maraqlıdır ki, Pol Röyter də Almaniya və Belçika arasında 40-dan çox BUNUN xidmətindən istifadə edib. BUNU bir sözlə yazın. -Cavab: Göyərçin -Şərh: Sual vaxtilə məlumatların və məktubların daşınmasında geniş istifadə olunan göyərçinlər barədə idi. "Röyters" xəbər agentliyinin sahibi də xəbərlərin daşınmasında bu quşlardan faydalanıb. -Müəllif: Emil Yusublu - -Sual: 11. Bir əsərdə deyilir ki, istənilən imza nə vaxtsa BUNA çevrilmək istəyir. Bir məqalədə selfinin BUNU üstələdiyi və önəmini azaltdığı qeyd olunur. BUNU əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Avtoqraf -Şərh: Əsərdə "hər bir imza məşhurlaşıb avtoqraf olmaq istəyir" deyirlir. Selfidən sonra insanlar avtoqraf istəmək yerinə şəkilə üstünlük verir. -Müəllif: Emil Yusublu - -Sual: 12. Yeni illə bağlı bir cizgi filmdə İKS-lərin bəzək işıqlarına ilişməsi sıranın pozulmasına və yekunda qəzaya səbəb olur. Bir tapmacada İKS yarpaqsız ağaca bənzədilir. İKS ilə əvəz olunmuş iki sözü yazın. -Cavab: Maralın buynuzu -Şərh: Santa Klausun marallarından birinin buynuzu yeni il bəzək işıqlarına ilişir və Santa qəzaya uğrayır. İkinci hissədə isə maral buynuzu yarpaqsız ağaca bənzədilmişdi. -Müəllif: Emil Yusublu - -Sual: 13. Şair Məmməd İbrahimov çox sayda vətən həsrətli şeirlər yazmasından danışarkən özünü qələmə, İKS-i isə mürəkkəbə bənzədir. -İKS-i iki sözlə yazın. -Cavab: Araz çayı -Şərh: Məmməd İbrahimovu biz "Araz" təxəllüsü ilə tanıyırıq. Şairin yaradıcılığında Araz çayı xüsusi yer tutur. -Müəllif: Emil Yusublu - -Sual: 14. 21-ci əsrdə dünyanın yeni möcüzələri hansı gün, ay və ildə açıqlanıb? -Cavab: 7.07.2007 -Şərh: Dünyanın 7 möcüzəsi üçün simvolik tarix seçilmişdi. -Müəllif: Emil Yusublu - -Sual: 15. Bir animasiyada dağın zirvəsində hava elə soyuq olur ki, dağda yaşayan yetilər, yəni qar adamları danışanda bəzən hətta BUNU da görmək olur. Bunu bir qısa sözlə yazın. -Cavab: Söz -Şərh: https://m.imdb.com/title/tt6182908/ -Müəllif: Emil Yusublu - -Səhifə -> 591 | Sual Sayı -> 12 - -Sual: 1. İnsanlara internet üzərindən hədiyyə vəd verib sonradan şəxsi məlumatların oğurlanması, fişinqin bir növüdür. Bu fişinq növü baradə danışılarkən bir ifadə xatırlanır. Həmin ifadədə xatırlanan eyni hərflə başlayan iki sözü yazın. -Cavab: Pulsuz pendir -Şərh: Söhbət pulsuz pendir, yalnız siçan tələsində olur ifadəsindən gedir. Vəd olunan hədiyyələr eyni ilə tələdəki pendir kimi cəzb edir, tələyə düşəndən sonra hər şeyi anlasanda artıq qaçmaq üçün çox gec olur. -Müəllif: None - -Sual: 2. Miroslav Kloze və İvan Klasniç Bremenin Verder klubunda çıxış etdiyi müddətdə komanda bir çox zirvələri fəth etməyə nail olmuşdu. Siz isə jurnalistlərin bu tandemə iki simvoldan ibarət hansı ləqəbi verdiklərini cavab kartlarınıza yazın -Cavab: K2 -Şərh: Kloze və Klasniç tandemini jurnalistlər belə adlandırmışdılar. K2 həm də dünyanın 2-ci ən hündür zirvəsidir. -Müəllif: None - -Sual: 3. Diqqət! Sitata qulaq asın: - -"Mən Qorbaçevun yaxud başqa birinin populyarlığına qətiyyən həsəd aparmıram. Ona qalsa vaxtilə mən özüm Errol Flinn ilə bir filmə çəkilmişəm". Sitatın müəllifini deyin -Cavab: Ronald Reyqan -Şərh: Prezidentlikdən əvvəl aktyor karyerasına sahib olan şəxsdən söhbət gedirdi. -Müəllif: None - -Sual: 4. Bir şirkətin reklamında rəqib şirkətlərə göndərmə olaraq, "bir maşında nə istəyirsiniz? Dizayn?, Rahatlıq?, Təhlükəsizlik?, Sportcar?" Və sualların cavabı olaraq növbə ilə, Alfa-Romeo, Mercedes,Volvo və BMW maşınlarının loqosu olan açarlar asılır. Və sonda "hamıs�� sadəcə bir maşında?" Yazısını görürük. Reklamın hansı şirkətə aid olduğunu olduğunu tapın. -Cavab: Audi -Şərh: Digər şirkətlərin açarları asılarkən yuxarıda Audinin loqosu formasında 4 halqa alınır. Həmçinin 1932-ci ildə Audi və 3 digər şirkətin birləşərək Audi Unionu yaratması və loqodakı hər bir halqanın 1 şirkəti təmsil etməsi faktı da sizə kömək ola bilərdi. -Müəllif: None - -Sual: 5. 1989-cu ildə İtaliyanın Paviya şəhərində 4 nəfər dağıntılar altında qalaraq həlak oldu. 2 sözlə yazın bundan sonra yaradılan xüsusi qrup NƏYİ 1838-ci ildəki vəziyyətinə qaytarmaq üzərində çalışmağa başladı? -Cavab: Piza Qülləsi -Şərh: Paviyada da maili qüllə var idi və aşmışdı. -Müəllif: None - -Sual: 6. Bir əsərin qəhrəmanı avtomobil qəzası keçirəndən sonra mənəvi ruhunun ölməməsi üçün televizorda yayımlanan X-ə baxır. Növbəti X Parisdə keçiriləcək. X-i 2 sözlə cavab kartınıza yazın. -Cavab: Paralimpiya oyunları -Şərh: Qəzaya düşməsinə baxmayaraq qəhrəman paralimpiya oyunlarında uğur qazanmaq niyyətindədir. -Müəllif: None - -Sual: 7. Bir serialda şagirdin öz oyuncağı ilə oynayaraq müəllimini əsəbləşdiyi göstərilir. Növbəti epizodda uşaqların yatdığı, həmin şagirdin oyanaraq yanında İKSi görüb qışqırır. İKS filmlərlə bağlı bir siyahıda portağalla yanaşı yer alıb. İKSi qonşu hərflərlə başlayan iki sözü deyin. -Cavab: At başı -Şərh: Şagird at oyuncağı ilə oynayır. Müəllim isə onun sakit dayanmadığını görüb atın başını kəsib onun yatağının yanına qoyur. “Xaç atası” filmində də personaj səhər oyandıqda at başını görüb qışqırır. Mafiya filmlərində belə bir klişe var ki, səhnədə portağal göründüsə, qətl olacaq. -Müəllif: Əhməd Əliyev - -Sual: 8. Ayzek Azimovun robot qəhramanı yaşadığı dövr ərzində bütün hissələrinin yavaş-yavaş dəyişdirildiyini deyir. Qəhrəmanın növbəti cümlədə hansı mifoloji personajı xatırladığını tapın. -Cavab: Tesey -Şərh: Əsərdə qəhrəman özünü bütün hissələri dəyişdirilmiş Teseyin gəmisi ilə müqayisə edir. -Müəllif: Ruhid Cavadlı - -Sual: 9. Benzemanın het trik edərək PSJ-nin mərhələni keçə bilməməsinə səbəb olmasından danışan şərhçi Benzemanın BUNU ETDİYİNİ deyir. Fransada rəhbərlik enerjiyə qənaət məqsədilə hər gün gecə saat 23:45-dən sonra BUNU EDİR. BUNU ETMƏKLƏ əvəz olunan üç sözü yazın -Cavab: Eyfelin işıqlarını söndürmək -Şərhlər: None -Müəllif: Ruhid Cavadlı - -Sual: 10. Kitab çapının ixtirasından sonra da Osmanlıda savadlılıq dərəcəsinin aşağı olmasından danışılan mənbədə müsəlmanların uzun müddət mətbəənin həsrətində qaldıqları vurğulanır. Mənbənin bu hissəsi "Onun mətbəəsi" başlığı ilə verilib. Əvvəlki cümlədə bir sözdə buraxılmış hərflər var, həmin hərfləri cavab kartlarınıza yazın. -Cavab: Q, o, d -Şərh: Osmanlıların kitab oxumaq və maariflənmək üçün mətbəəni hələ çox gözlədikləri vurğulanan hissənin başlığı "Qodonun mətbəəsi" şəklindədir. -Müəllif: Adil Nəhmətli - -Sual: 11. Bir serialda personajların söhbətindən bir neçə dəqiqə sonra onlar öldürülür. Siz isə həmin səhnədə personajlardan birinin əlində nəyin olduğunu qalın saitli bir sözlə yazın. -Cavab: Portağal -Şərh: Bir neçə sual bundan əvvəl sizə demişdik ki, filmlərdə portağal göründüsə, qətl olacağı ilə bağlı klişe mövcuddur. -Müəllif: Əhməd Əliyev - -Sual: 12. Rəsul Rza xatırlayır ki, bir dəfə Nazim Hikmətə belə bir məktub gəlmişdi: "Əziz Nazim, sən bilirsən ki, biz ilk nüvə silahının dəhşətinə hədəf olmuş ölkənin uşaqlarıyıq." Bəs bu məktubda hansı iki şəhərin adı çəkilirdi? -Cavab: Xirosima, Naqasaki -Şərh: 1945-ci ildə Yaponiyanın iki şəhəri Xirosima və Naqasakiyə atom bombası atılmışdı. -Müəllif: None - -Səhifə -> 592 | Sual Sayı -> 12 - -Sual: 1. İlk çap maşınları bir çox özəlliyilə seçilirdi. Düymələrin sayını azaltmaq məqsədilə müxtəlif üsullardan istifadə olunurdu. Elə bu səbəbdən iki rəqəm ixtisara salınmışdı. Diqqət sual ilk çap makinalarında hansı iki rəqəm yox idi? -Cavab: 0 və1 -Şərh: Onları I və O hərfləri əvəz edirdi. -Müəllif: None - -Sual: 2. Azərbaycan İnformasiya Agentliyinə uzun illər Efim Qriqoryeviç Qurviç adlı şəxs başçılıq edib. Bu şəxs düz 40 il “Azərinform”un direktoru vəzifəsində çalışıb. Və yalnız 1987-ci ildə ölüm onun fəaliyyətini davam etdirməsinə mane olub. Onun haqqında qəzetlərdən birində dərc olunan məqalənin başlığında isə eyni soyada iki dəfə rast gəlmək olardı. Hansı soyada? -Cavab: Bağırov -Şərh: Məqalənin adı “Bağırovdan Bağırova qədər” idi. Efim Qurviç Mircəfər Bağırovun dövründən Kamran Bağırovun dövrünə qədər vəzifədə olub. -Müəllif: None - -Sual: 3. İtaliyanın Milan klubu qazandığı çoxsaylı titullarla yanaşı ləqəbləri ilə də məhşurdur. Ötən əsrin 80-ci illərinin əvvəllərində Milan tarixində 2-ci dəfə bu kədərli aqibətlə üzləşəndə onların barışmaz rəqibləri olan İnter azarkeşləri ləqəblər kolleksiyasını bir qədər də zənginləşdirdilər. Eyni ləqəbi kluba heç bir aidiyyəti olmayan dünya şöhrətli Fransalı müdafiəçi də daşıyır. Mən sizdən ləqəbin necə səsləndiyini soruşmuram. Fransalı müdafiəçinin kim olduğunu tapmağa çalışın. -Cavab: Bricit Bardo -Şərh: Ləqəb BB. Milan ikinci dəfə B seriyasına düşmüşdü. -Müəllif: None - -Sual: 4. O, 22 yaşında olarkən neft sənayesi sahiblərinin təhriki ilə qətlə yetirildi. Onun dəfni iki günlük izdihamlı siyasi tətilə çevrildi. Təşkil olunan matəm mitinqi isə İosif Stalinin alovlu nitqi ilə də yadda qalmışdı. 1939-cu ildə Səməd Vurğun onun fəaliyyətinə həsr olunan pyes yazır. 1938-ci ildə isə Azərbaycan rayonlarından birinin adı onun şərəfinə adlandırılır. Bəs buna kimi həmin rayon necə adlanırdı? -Cavab: Nərimanov -Şərh: Söhbət inqilabçı Xanlar Səfərəliyevdən gedirdi.Xanlar rayonu 1938-ci ilədək Nərimanov adlanırdı. -Müəllif: None - -Sual: 5. Patrik Züskindin “Ətriyyatçı” əsərində Baldininin dükanının təsviri verilir. Parisin məhşur ətriyyatçılarından olan bu şəxs təkcə ətirlər və kosmetik məmulatların satışı ilə k Bu dükandan çaxır, qəhvə və çay da daxil olmaqla, müxtəlif içkilər, qurumuş meyvələr, ədviyyat, şokolad və konfetlər də almaq olardı. Burada həmçinin qızılgül ətri verən mürəkkəb də satılırdı. Siz isə son dərəcə dəqiqliklə bu məhsulun nə üçün nəzərdə tutulduğunu cavab kartlarınıza yazın. -Cavab: Sevgi məktublarının yazılması üçün. -Şərhlər: None -Müəllif: None - -Sual: 6. Sualda yapon samurayları ifadəsi əvəzetmədir. Tarkan, Türkan Şoray və Hakan Şükürü yapon samurayı adlandırmaq olar. 2001-ci ilin yayında isə yapon samurayları yüz minlərlə Bakı sakininin marağına səbəb olmuşdu. Siz isə yapon samurayları ifadəsi ilə əvəz olunan 2-ci növ təyini söz birləşməsini cavab kartlarınıza yazın. -Cavab: Türk ulduzları -Şərh: Türkiyə Hərbi Hava Qüvvələrinin ali pilotaj eskadrilyası türk ulduzları adı ilə məhşurdur. -Müəllif: None - -Sual: 7. 1998-ci ildə Kaliforniyanın Aydelab (İDEALAB) kompaniyası Okeaniyada yerləşən bir ölkə ilə müqavilə bağlayır.Şərtlərə əsasən kompaniya ödədiyi 50 milyon dolların müqabilində həmin ölkəyə məxsus olan bir şeydən 10 il müddətinə istaifadə etmək hüququnu qazanır. Kompaniya əldə ediyini bütün dünyada fəaliyyət göstərən televiziya şirkətlərinə satmaqla gəlir əldə etməyi planlaşdırırdı. Mən isə sizdən nəyin satıldığını və ya alındığını deyil, Həmin ölkənin adını soruşuram. -Cavab: Tuvalu -Şərh: Kompaniya tv adlı internet domenə eksklüziv hüquqları əldə etmişdi. Bu müqavilənin sayəsində Tuvalu BMT yə üzv ola bildi. İllik 20 min dollarlıq üzvülük haqqını ödəyə bilmirdilər. -Müəllif: None - -Sual: 8. Bu şəxsin 2007-ci ilə aid müsahibəsinə qulaq asın. Mən sonluğu dəyişməyi qərara aldım. Ancaq əsas ideya saxlanıldı. Gülməli odur ki, mən onu özüm redaktə etməli oldum. Sitatın sonu. Söhbətin nədən getdiyini tapmaq tələb olunmur. Siz müsahibənin müəllifi olan “redaktor”un kim olduğunu tapın. -Cavab: Brayan De Palma -Şərh: “Redaktə edilib” filmi ilə Venesiya kinofestivalının gümüş şir mükafatını qazanıb. -Müəllif: None - -Sual: 9. 15 il öncə yaz günlərindən birində əsası qoyulan bu qrup musiqi dünyasında heç bir ajiotaj doğurmadı. 1997-i ildə qrupun təklif etdiyi paket isə uzunmüddətli müzakirələrə səbəb oldu.Qrupun adında paytaxt şəhərlərdən birinə rast gəlmək olar. Söhbətin hansı qrupdan getdiyini tapdınızsa, hazırda ona rəhbərlik edən şəxslərdən heç olmasa birinin soyadını cavab kartlarınıza yazın. -Cavab: Yuri Merzlyakov, Bernar Fasye və Metyu Brayze. -Şərh: Söhbət ATƏT-in Minsk qrupundan gedir. -Müəllif: None - -Sual: 10. Deyilənə görə, o, ölümündən bir neçə gün öncə sonradan dəfn olunacağı qəbiristanlığa gəlmiş və burada hər şeyin gözoxşayan və sakit olduğunu bildirmişdi. Onun ölümü isə yaşadığı əsrin ən böyük sirrlərindən birinə çevrildi. Aristotel onu heç vaxt düzəlməyəcək idealist adlandırmışdı. Siz onun həyat yoldaşının adını cavab kartlarınıza yazın. -Cavab: Jaklin -Şərh: Söhbət Con Kennedidən gedirdi. Aristotel Onasis bu sözlərin müəllifidir. -Müəllif: None - -Sual: 11. Heydər Əliyev ötən əsrin 80-ci illərində SSRİ nazirlər sovetində yüksək vəzifədə çalışarkən ilk dəfə olaraq buna cəhd göstərdi. Məhz Əliyevin göstərişi ilə SSRİ yazıçılar ittifaqının katibi alim Keşokovun rəhbərliyi ilə nümayəndə heyəti yaradılaraq Dəməşqə göndərildi. Ancaq Suriya hökuməti ilə aparılan danışıqlar səmərəsiz qaldı. Bir müddət sonra yenidən Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin Suriyadakı səfiri Aleksandr Zasoxov bu mövzuya yenidən qayıtdı. Ancaq səfirin də uzunmüddətli səyləri nəticə vermədi və hər şey olduğu kimi qaldı. Siz isə Heydər Əliyevin bu sahədə uğurlarını yada salaraq bütün bu cəhdlərin nə üçün edildiyini tapın. -Cavab: Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi üçün. -Şərhlər: None -Müəllif: None - -Sual: 12. Aleksandr Dümanın əsərlərindən birindəki təsvirə qulaq asın: Onlar həmişə var-dövlətlərini gizlədir .Sanki doğru sözü deməyin ölümə gətirib çıxaracağına əmin olublar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən və etibardan düşəndə öz boyunlarının vurulacağından qorxub ona yaxın belə getmirlər. Məhşur yazıçı bu sözləri kimlərin haqqqında demişdi? -Cavab: Ermənilər. -Şərh: None -Müəllif: None - -Səhifə -> 594 | Sual Sayı -> 12 - -Sual: 1. Bir filmdə Çingiz xan oğluna deyir ki, İKS-lər dar olmalıdır, geniş olarsa pis ruhlar içəri daxil ola bilər. 1949-cu ildə çap olunmuş antiütopik əsərin üz qabığında da İKS-i görə bilərik. İKSi nə olduğunu bildinizsə, əsərin adını cavab kartınıza yazın. -Cavab: 1984 -Şərh: Sualda söhbət gözlərin dar olmasından gedirdi. 1984 əsərində “Böyük qardaş səni izləyir” ifadəsinin işlənməyi də məşhurdur -Müəllif: Muxtar Cəfərov - -Sual: 2. Babil əfsanəsinə görə bədheybət Tiamatın kəlləsindən dağlar, gözlərindən isə X və Y yaranmışdı. Alimlərin son araşdırmalarına görə indiki ekoloji tendensiya davam edərsə, 2040-cı ilə qədər X və Y tamamilə yoxa çıxa bilər. X və Y-ı cavab kartlarınıza yazın. -Cavab: Dəclə və Fərat -Şərhlər: None -Müəllif: Orxan Cəlilov - -Sual: 3. Avstraliyada bura “zibil və xəzinə”, Hindistanda isə “gətir və al” adlandırılır. Buranı eyni hərflə başlayan iki sözlə deyin. -Cavab: Bit bazarı -Şərhlər: None -Müəllif: Orxan Cəlilov - -Sual: 4. 4. Bəzi qərb filmlərində bunun səsini çıxarmaq üçün çox zaman kokosların toqquşdurulmasından istifadə olunur. Bir sənədli filmdə “God of War Ragnarök” oyununda bunun səsini çıxarmaq üçün vantuzlardan istifadə olunduğu göstərilir. Bunu tapın. -Cavab: Atların qaçışı -Şərh: Kokosları bir-birinə vurmaqla, vantuzları yerə vurmaqla at qaçışının səsini çıxardırlar. Qərb sözü sizi vestern janrına, atlara çıxarmalı idi. -Müəllif: Orxan Cəlilov - -Sual: 5. Paylama materialı“Saving me” animasiya serialindan danışılan bir məqalədə serial digər bir mənbənin söyüşsüz versiyası adlandırılır. Həmin mənbəni cavab kartlarınıza yazın. -Cavab: Rick and Morty -Şərhlər: None -Müəllif: Raqib İsmayılov - -Sual: 6. Tamur sözü qədim türk dilində həm damar, həm də divarların təkanvari rəqsini bildirir. Bəs həmin rəqsi biz hansı təkhecalı sözlə adlandırırıq? -Cavab: Nəbz -Şərh: Damardan axan qanın hərəkəti nəbzin vurmasına gətirib çıxarır. -Müəllif: Nahid Məmmədov - -Sual: 7. Televiziya verilişlərinin birində qonaqlardan biri məşhur poker oyunçusu Daniel Neqreanunun yaxşı siyasətçi olduğunu deyir və onun gələcəkdə X ola biləcəyini bildirir.2011-ci ildən Karolin Qudman X-ın vəzifələrini icra edir. X-i sonor samitlərlə başlayan 2 sözlə yazın. -Cavab: Las-Vegasın meri -Şərhlər: None -Müəllif: Raqib İsmayılov - -Sual: 8. Bir serialın personajı saqqızın çənəni idman etdirib gücləndirdiyini deyərək onu “çənə üçün İKS” adlandırır. Nə qədər qəribə olsa da, Hollandiya İKS istehsalına görə Avropada sadəcə 5-ci yerdədir. İKSi bir sözlə yazın. -Cavab: Velosiped -Şərh: Maraqlıdır kı, Hollandiya ən çox velosiped istifadə edilən ölkə olsa da istehsal cəhətdən geri qalır. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 9. Paylama materialıRekizitdə “Pişik Feliks” cizgi filminin X haqqında olan seriyasından kadrdır. Seriallardan birində dostunun gördüyü işlər hesabına varlanan personaj dialoqlarının birində dostunu X adlandırır. X-i eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Qızıl qaz -Şərh: : Rekvizitdə sizdən gizlədilmiş hissədə qızıl qaz yumurtaları təsvir olunub. Feliks yumurtaları ətçəkən maşından keçirərək onları qızıl pullara çevirir. -Müəllif: Raqib İsmayılov - -Sual: 10. Bir kitabda otluq ��razidə səpələnmiş və gəzən səfil insanlara çörək atıldığını və səfillərin çörəkləri götürməsini təsvir edərkən müəllif onları X-lərə bənzədir. Neon tetra, Zebra danio, Panda Corydora X-lərin növlərindən bir neçəsidir. X-i qonşu hərflərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Akvarium balıqları -Şərh: Müəllif parkı akvariuma bənzədərək, onun içində gəzən səfilləri balıqlarla müqayisə edir, hansı ki, bu hissə balıqların yemlənməsini xatırladır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 11. Yan Jijka ölümündən sonra bundan istifadə edib, baraban düzəltməyi və bununla da düşmənlərdə qorxu yaratmağı vəsiyyət etmişdi. Hansı amerikan yazıçısının personajının ləqəbində bunu görmək olar? -Cavab: Fenimor Kuper -Şərh: Kuperin əsərlərinin qəhrəmanı Nataniel Bamponun ləqəbi “Dəri corab” idi. Yan Jijka dərisindən baraban düzəltdirməyi vəsiyyət etmişdi. -Müəllif: Orxan Cəlilov - -Sual: 12. Bir sənədli serialın epizodlarının birində Antarktidaya səyahət edən çəkiliş üzvlərindən biri yolda olarkən paltaryuyan maşını xatırlayır. Siz isə bunun səbəbini 2 sözlə deyin. -Cavab: Dəniz xəstəliyi -Şərh: Üzvlərdən biri dəniz xəstəliyindən əziyyət çəkirdi, Antarktika istiqamətində isə çoxlu sayda güclü dalğalar olur və o özünü paltar yuyan maşında hiss etdiyini qeyd edir. -Müəllif: Kənan Dadaşzadə - -Səhifə -> 595 | Sual Sayı -> 15 - -Sual: Qonşuluqda yaşayan Krivenko ailəsi şikayət edirdi ki, ALFA evdə qab-qacaqlarının cingildəməsinə səbəb olur. Siz isə ALFA-nın nə olduğunu bildinizsə, 1924-cü yaradılmış şirkətin adını cavab kartlarınıza yazın. -Cavab: Metro-Goldwyn-Mayer -Şərh: Sualda söhbət Berberovlar ailəsinin qonşuluğunda yaşayan Krivenko ailəsindən gedirdi. Berberovların evində saxladıqları King adlı şirin nəriltisi qonşularının evindəki qab-qacağı belə cingildədirdi. Məşhur kino şirkəti olan Metro-Goldwyn-Mayer filmlərinin başlanğıcında şir nəriltisini eşitmək olar. -Müəllif: Nəriman Vəliyev - -Sual: 2. Rusiya-Ukrayna müharibəsində artilleriya silahlarının qeyri-dəqiqliyindən danışılan bir məqalədə döyüş meydanının belə demək olarsa, ALFA-ya bənzəməsi qeyd olunub. Nə qədər qəribə olsa da 2009-cu ildən “Google Earth” proqramında ALFA-nı da görmək mümkündür. ALFA-nı iki sözlə deyin. -Cavab: Ayın səthi -Şərh: Qeyri-dəqiq olan artilleriya qurğuları dəqiq atəş aça bilmədiyi üçün məcburən daha çoxtopdan istifadə edir və düşən toplar çoxsaylı kraterlər yaradır. 2009-cu ildən Google Earth proqramında yerin üzündən başqa ayın da səthinə baxmaq olar. -Müəllif: Camal Məmmədov - -Sual: 3. Bir dövlət xadimi bir neçə il öncə keçirilən ictimai səhiyyə paradına ALFA kimi geyinərək gəlmişdi. 2016-cı ildə “Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi” ALFALAR ilə bağlı göstəricinin yaxşılaşaraq "həssas" səviyyəsinə yüksəldiyini açıqlayıb. ALFA-nı cavab kartlarınıza yazın. -Cavab: Panda -Şərh: Koronavirus pandemiyası dövründə meksikalı dövlət xadimi Mariano Torres parada Pandemio adı verilən panda formalı maskot kimi geyinərək gəlmişdi. Pandalar xüsusi diqqətin ayrılması ilə birlikdə onların göstəricisi "nəsli kəsilməkdə olan" səviyyəsindən "həssas" qrupuna qədər yüksəlib. -Müəllif: Əhməd Əliyev - -Sual: 4. Bir kitabda XIX əsr yapon aristokratiyasının yalnız ətraflarında baş verənlərə məhəl qoyduğunu, çevrələrində olmayan insanların həyatı ilə maraqlanmadıqları yazılır. Bu zaman müəllif aristokratlarda sanki BUNUN olduğunu bildirir. Bunu yunan mənşəli sözlə deyin. -Cavab: Miopiya -Şərh: Müəllif yazır ki, aristokratlar yalnız öz yaxınlarındakl hadisələri görüb, digərləri ilə maraqlanmırlar. Artıq onların görmə qabiliyyəti miopiyaya çevrilib. -Müəllif: Əhməd Əliyev - -Sual: 5. “Çəkməli pişik: Son arzu” animasiyasının baş personajı BUNU EDƏRKƏN kələk gəlməyə çalışır və nəticədə canlarından birini itirir. BUNU ETMƏYİN nə olduğunu tapdınızsa, eşitdiyiniz məlumatın qeyd edildiyi mənbədə inisialları eyni olan kimin xatırlandığını cavab kartlarınıza yazın. -Cavab: Kassius Kulic -Şərh: Pişik olan personaj 9 canından birini itlərlə kart oynayarkən kələk gəldiyi üçün itirmişdir. Kassius Kulic itlərin kart oynadığı məşhur rəsmlər seriyasının müəllifidir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 6. Bir əsərin qəhrəmanı həm Britaniya İmperiyasının, həm də Roma Katolik Kilsəsinin qaydalarına uyğun davranmalı olduğundan danışarkən özünü İKS adlandırır. XVIII əsrin ortalarına aid hansı personajın İKS olduğunu deyin. -Cavab: Truffaldino -Şərh: "Uliss" əsərində Stiven deyir ki, mən hər ikisinə tabeyəm, sanki iki ağanın n��kəriyəm. Karlo Qoldoninin 1749-cu ildə yazdığı "İki ağanın bir nökəri" əsərinin baş qəhrəmanı Truffaldinodur. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. Paylama materialıBir amerikan serialının cahil personajından həmsöhbəti ONLARIN fəaliyyəti ilə maraqlandığını soruşanda personaj bir toponimi xatırlayır. Saitləri eyni olan həmin toponimi cavab kartlarınıza yazın. -Cavab: Vakanda -Şərh: Personaj geyindiyi köynəyin üzərində Hyui P. Nyutonun şəkli var. Hyui P. Nyuton keçən əsrdə ABŞ-da məşhurlaşmış Qara panteralar partiyasının yaradıcılarından biridir. Personajdan Qara panteralar barədə soruşulanda isə o, söhbətin məşhur filmdən getdiyini zənn edərək cavabında “Wakanda Forever” deyir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 8. ABŞ-lı Mark Kurlanski süd haqqında kitabında X-lərin individualizm göstərmədiyini qeyd edir. Bundan sonra isə o, bir istisnanın təsadüfi olmadığını vurğulayır. X-ı cavab kartlarınıza yazın. -Cavab: Qoyun -Şərh: İngillis dilli yazıçı süd haqqında yazarkən qoyunların adətən sürü kimi hərəkət etdiyini bildirir. İngilis dilində cəmdə işlənərkən dəyişməyən sözlərin istisnalarına “sheep” sözünün daxil olmasını da müəllif bu cür izah edir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. Paylama materialıSaymon Şamanın yazdığına görə Bernini üçün heykəltaraşlığın məğzi X-ə qalib gəlməkdən ibarətdir. Adında X olan romanın başlanğıcı Londona hava hücümundan bəhs edir. X-ı bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Qravitasiya -Şərh: Rekvizitdən göründüyü kimi heykəlin personajları sanki yerin səthindən yuxarıdadılar və ümumi kompozisya çəkisizlik təəsüratını yaradır. Tomas Pinçonun “Cazibənin göy qurşağı” ("Gravity's rainbow") romanı İkinci Dünya Müharibəsi zamanı “Fau-2” raketlərini təqdiq edən bir qrupdan bəhs edir və roman Londona hava hücümundan başlayır. -Müəllif: Malik Ramazanzadə - -Sual: 10. Bu şəxs uşaq olarkən ona Teddi olaraq müraciət edirdilər. Bu şəxs haqqında məqalədə “Worst Case Scenario” adlı veriliş də xatırlanır. Söhbətin kimdən getdiyini cavab kartlarınıza yazın. -Cavab: Bear Qrills -Şərh: Ən pis vəziyyətlərdə və ən dəhşətli məkanlarda necə sağ qalmaq barədə verilişlərinin aparıcısı olan Bear Qrillsi maraqlıdır ki, uşaq vaxtı Teddi adı ilə çağırırdılar. -Müəllif: Əhməd Əliyev - -Sual: 11. Bir mənbədə tanrı kimi qəbul edilən personaj bunu edə bildiyini deyir. Tədqiqatçılar bunu etməyin mümkün olduğunu iddia etdikləri stəkan hazırlayıblar. Bunu ikisi qonşu hərflərlə başlayan 3 sözlə yazın. -Cavab: Suyu şəraba çevirmək -Şərh: İsa suyu şəraba çevirməklə öz peyğəmbərliyini göstərmişdi. Sinqapurlu alimlər suyu şəraba çevirən stəkan hazırlayıb. -Müəllif: Əhməd Əliyev - -Sual: 12. Alfred Hiçkok filmlərinin birində kadrı iki hissəyə bölərək çarpayıda uzanan qadın və kişini çəkmişdi. Həmin epizodu şərh edən bir məqalə qeyd edir ki, Hiçkok bu yol ilə X-dən yayınmağa çalışırdı. X-ı biri xüsusi isim olan iki sözlə deyin. -Cavab: Heys kodeksi -Şərh: Heys kodeksi kinoda müəyyən mövzuları, o cümlədən kişi – qadın münasibətlərinin nümayişini qadağan edirdi. Bu qadağaların tətbiqindən qaçan Hiçkok "splitscreen" edərək çarpayıda uzanan və bir-biri ilə telefonla danışan qadın və kişini lentə almışdı. -Müəllif: Malik Ramazanzadə - -Sual: Bir avanqardist bəstəkar musiqi ilə bərabər memarlıqla da maraqlanır. İntervyuların birində o, musiqi əsərlərində qəfil sükütu və sonra musiqinin davam etməsini İKS-ə bənzədir. Bir şəhər inancına küləkli havada İKS-dən gələn səslər ölmüş canların səsləridir. İKS-i cavab kartlarınıza yazın. -Cavab: Qızıl qapı körpüsü -Şərh: Musiqidə qəfil sükütü səs dalğaları formasında təsəvvür etsək yaranmış şəkil formaca qızıl qapı körpüsünü xatırladacaq. San-Fransiskodakı Qızıl Qapı körpüsündən çıxan qəribə səslər bir versiyaya görə körpünün tikintisində vəfat edən və sonralar orada həyatına qəsd etmiş insanların səsləridir. -Müəllif: Malik Ramazanzadə - -Sual: 14. Ornitoloq Nika Zubranın videosu pəncərə qarşısında başlayır və İKS-in mövcudluğu barədə təəssürat yaradır. Sehr Nazirliyi İKS-ə senzura ilə bağlı bir neçə qanun qəbul edib. İKS-i qarşılıqlı samitlərlə başlayan iki sözlə deyin. -Cavab: Bayquş poçtu -Şərh: Ornitoloq quşları öyrənən şəxslərə verilən addır. Videoda sanki bayquş Yoll məktubu gətirib və pəncərə önündə sahibini gözləyir. Sehr Nazirliyi Harri Potter seriyalarında yer alır. Orada da bayquşların məktub daşınmasının şahidi olmaq olar. -Müəllif: Əhməd Əliyev - -Sual: 15. Yaponiyanın qərb ilə ticarət əlaqəlarinə 19-cu əsrin ortalarında başlamasını vurğulayan bir məqalə samuray şəkillərindən ibarət fotoalboma həsr olunub. Bu məqalə “Yaponiya X və Y arasında” adlanır. X və Y-in eyni hərflə başladığını bilərək, onları istənilən ardıcıllıqla cavab kartlarınıza yazın. -Cavab: Kolt, Katana -Şərh: 19-cu əsrdə qərb ilə ticarətə başlayan Yaponiya ilk olaraq qabaqcıl hərbi texnologiyaları almağa başlamışdı. Fotoalbomda samurayların ənənəvi katana qılınclarının yeni kolt silahları ilə əvəzlədiyini görmək olar. -Müəllif: Camal Məmmədov - -Səhifə -> 596 | Sual Sayı -> 15 - -Sual: 1. Bütün komandaları adbaad çağırıb yoxladıqdan sonra turnirimizin ilk sualını dinləyin! -Çukot dənizində qəzaya uğramış əfsanəvi “Çelyuskin” paraxodunun bufetçisi gəminin son dəqiqələrini təsvir edərkən qəzadan sağ şıxanların buzlarda ilk olaraq gördükləri işin bu olduğunu yazmışdır. Sağ qalmış Çelyuskinçilər ilk olaraq nə etmişdilər? -Cavab: adbaad çağırıb yoxlama -Şərhlər: None -Müəllif: None - -Sual: 2. Məşhur rejissor və aktyorun sözlərinə qulaq asın: “İyirmi illik müştərək həyatdan sonra mən bunu başa düşməyə başlamışam. Sualın cavabı dialoqla şokolad arasındadır”. Bu sözlər hansı rejisyor və aktyora aiddir? -Cavab: Mel Gibson -Şərh: Qadın nə istəyir? -Müəllif: None - -Sual: 3. Diqqət sualda əvəzetmə var! -XX əsrin əvvəllərində Yaponiyada siyasət və iqtisadiyyatda rəhbər mövqe ailə klanlarına məxsus idi. Bununla bağlı Yapon liberallarından biri parlamentdə demişdi: “Əgər təsəvvür etsək ki, Yaponiya respublika idarəetmə quruluşuna keçib, onda PARMA və PARMALAT həmin dəqiqə prezidentliyə namizəd olacaqlar”. PARMA və PARMALAT sözləri ilə hansı sözlər əvəz edilmişdi? -Cavab: Mitsui və Mitsubişi -Şərhlər: None -Müəllif: None - -Sual: 4. Lotar Ştayn yazır: “Hər hansı pis rəftara o müqavimət göstərmir, lakin həm də bu rəftarı heç bir zaman unutmur. O, məqam gözləyir. Onunla bir daha pis davrandıqda yenə dözür və intiqam üçün məqam gözləyir. Bu gözləmə o qədər çəkir ki, yaxınlıqda başqa şəxslər olmasın. Budur siz onunla təkbətək qalanda o sizə hücum edir”. Lotar Ştaynın bu yazısında söhbət kimdən gedir? -Cavab: dəvə -Şərhlər: None -Müəllif: None - -Sual: 5. İri siçan ölçülərinə malik kisəli Avstraliya heyvancığı - qalınquyruqlu kuskus 367 gün yatmaqla qış yuxusunun davamiyyəti üzrə rekord sahibidir. Bu eksperimentin Avstraliyada məişət şəraitində reallaşmasında mühüm rolun nəyin oynadığını deyin? -Cavab: soyuducu -Şərhlər: None -Müəllif: None - -Sual: 6. ABŞ-da belə bir əfsanə var ki, cavanlıqda dənizçi olmuş bu şəxs məşhur mexanizmi gəmi sükanına və ya dairəvi formalı ağırlıq qaldıran mexanizmə baxarkən ixtira edib. Söbət kimdən gedir? -Cavab: Kolt -Şərhlər: None -Müəllif: None - -Sual: 7. Rəvayətə görə edam edilən zaman İmaddəddin Nəsimi məşhur “Günəş də batanda rəngi saralar” ifadəsini işlətmişdir. 1938-ci illdən bəri biz həmin ifadəni başqa bir məşhur şəxsin dilindən eşidə bilərik. Kimin? -Cavab: Vaqif -Şərh: 1938-ci ildə geniş tamaşaçı önünə şıxan S.Vurğunun “Vaqif” dramının obrazı boynu vurulmağa gətirilmiş Vaqif də bu ifadəni işlədir. -Müəllif: None - -Sual: 8. 1938-ci ilin iyun ayının 15-də Səməd Vurğunun həyatında əlamətdar hadisə - onun məşhur “Vaqif” dramı səhnəyə qoyulmuşdu. Düz bir il sonra 1939-cu ilin iyun ayının 15-də şairin həyatında başqa bir əlamətdar hadisə baş verdi. 1939-cu ilin iyun ayının 15-də şairin həyatında hansı hadisə baş vermişdi? -Cavab: oğlu Vaqif dünyaya göz açmışdı -Şərhlər: None -Müəllif: None - -Sual: 9. Bu dağ Yeni Cənubi Uelsdə Vinqen yaşayış məntəqəsinin yaxınlığında yerləşir və öz adına görə qumdaşından keçməklə kömür təbəqəsində torpağın altında baş verən təbii prosesə borcludur. Aborigenlərin yaşayış məskəni olan bu dağın ərazisi qoruq elan edilmişdir. Eyni adlı qoruğun yerləşdiyi Azərbaycan rayonunun adını deyin? -Cavab: Abşeron -Şərh: bu Yanar Dağdır (Burning Mountain). Proses kömürün yanmasıdır. Abşeron rayonunun Məmmədli kəndindəki «Yanar dağ» təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. -Müəllif: None - -Sual: 10. Diqqət ONuncu sual! -[Aparıcıya: ON sözlərini vurğu ilə oxumaq gərklidir] -ONun haqqında çox yazılıb, ONun haqqında çox danışılıb. ONun özü isə özü haqqında deyib: “Qəlbimin dərinliklərində mən qanunlara tabe olan birisiyəm. Lakin qanunlar çoxdur – hamısını izləmək də olmur, onları isə elə dərc edirlər ki, edirlər, mən isə təkəm”. Dağlıq ərazi şəraitinə adaptasiya üzrə mütəxəssis professor Del Monte isə ONun haqqında demişdir ki, alçaq ağırlıq mərkəzi və məhkəm ayaqlar ONu pəhləvana cevirirdi. Fiziki cəhətdən ONu Apallonla müqayisə etmək olar. Söhbət kimdən gedir? -Cavab: Maradona -Şərh: Dağlıq Meksikada keçirilən çempionatda “allahın əli” ilə qol vurmuş ON nömrəli oyunçu Maradona futbolun qaydalarını pozmaqla yanaşı sonradan kokain və efedrinlə bağlı bir sıra qalmaqalların mərkəzində olmuşdur. -Müəllif: None - -Sual: 11. Diqqət sualda əvəzetmə var! -Mirzə İbrahimov romanlarının birində yazır: “Semyon Sidoroviç çar qaydalarının sərtliyindən yox, yumşaqlığından narazı idi. Rusiya tarixində hər hansı inqilabi düşüncəyə heyvani nifrət bəsləmiş, onlara qarşı qırğınlar və talanlar təşkil edərək qatı şovinizm yaymış qaraguruhçular məhz bu cür adamlardan təşkil olunmuşdur. Bu qaydalar bütün ölkəni ALBALI BAĞINA çevirmişdi”. Sualın mətnində bizim Albalı bağı sözləri ilə əvəz etdiyimiz səzləri tapın? -Cavab: Altıncı palata -Şərh: Altıncı palata məcazi mənada zorakılıq, qanunsuzluq, hərc-mərclik, özbaşınalıq, natəmizlik və riyakarlıq hökm sürən yer deməkdir. “Albalı bağı” və “Altıncı palata” A.P.Çexovun əsərlərinin adlarıdır. -Müəllif: None - -Sual: 12. Altıncı palata məcazi mənada zorakılıq, qanunsuzluq, hərc-mərclik, özbaşınalıq, natəmizlik və riyakarlıq hökm sürən yer deməkdir. “Albalı bağı” və “Altıncı palata” A.P.Çexovun əsərlərinin adlarıdır. -Cavab: Panama -Şərhlər: None -Müəllif: None - -Sual: 13. XIV əsrdə yazılmış beş min beytlik məsnəvisi haqqında müəllif demişdir ki, “bu əsər oxuculara bütün dünyanı, onun işlərini göstərəcək və onlara tükənməz zövq, səfa verəcək”. Bu əsərin müəllifinin döğulduğu şəhərin adını yazın? -Cavab: Marağa -Şərh: Söhbət Marağalı Əhvədinin “Cami Cəm” əsərindən gedir. Şərqdə Cəşmşidin camı və ya cami cəm dünyada baş verən bütün hadisələri əks etdirən, insanı maraqlandıran bütün həyati zəruri məsələlərin izahını, həllini verən bir əfsanəvi cam, piyalədir. -Müəllif: None - -Sual: 14. Dramaturq Tennesi Uilyams aktrisa Anna Manyani üçün “Tatuajlı qızıl gül” pyesini yazmışdı. Lakin aktrisa bunu bəhanə gətirərək Brodveydə həmin tamaşada oynamaqdan imtina etmişdi. Lakin sonradan aktrisa pyesin kinoversiyasında çəkilmiş və “Oskar”a layiq görülmüşdü. Nə qədər qəribə olsa da ingilis kralları Ricard I, Eduard III və Henrix II də buna istinad edə bilərdilər. Anna Manyani nə üçün pyesdə oynamaqdan imtina etmişdi? -Cavab: ingilis dilini bilmirdi -Şərhlər: None -Müəllif: None - -Sual: 15. ABŞ-ın Sosial Təminat Administrasiyası 2005-ci ildə amerikalıların öz övladlarına qoyduğu ən populyar adların siyahısını açıqlayıb. Bu siyahını təhlilindən sonra ABŞ-da adlara olan dəbin dəyişməsi müəyyən edilib. Valideyinlərin əsas ilham qaynağı isə dəyişməz olaraq qalır. Söhbət hansı qaynaqdan gedir? -Cavab: Bibliya -Şərh: None -Müəllif: None - -Səhifə -> 598 | Sual Sayı -> 15 - -Sual: 1. Paylama materialıBu film haqqında wikipediya məqaləsində filmin bir neçə alternativ sonluğu barədə bəhs edən yarımbaşlıq var. Filmin orijinal treylerinin sonunda isə sizə paylanmış kombinasiyanı görə bilərsiniz. Söhbət hansı filmdən gedir? -Cavab: Cavab:“Kəpənək effekti” -Şərh: Şərh: Filmin bir neçə finalının olması “Kəpənək effekti”nə işarədir. Bu termin baş vermiş cüzi dəyişikliyin, başqa bir məkanda və zamanda böyük dəyişikliklərə səbəb ola biləcəyini ifadə edir. Filmin treylerinin sonunda filmin adındakı iki ingilis f hərflərindən birincisi istiqamətini dəyişir və formaca kəpənəyə bənzəyir. Heç şübhəsiz bu sual da yarışın nəticələrinə təsir göstərəcək! -Müəllif: Oktay Məhərrəmov - -Sual: 2. Yazıçı İlham Rəhimli BUNUN haqqında danışarkən, musiqinin “əl boyda taxta parçasına çəkilmiş iki simdən qopduğunu” deyirdi. Söhbətin nədən getdiyini tapın? -Cavab: Qopuz -Şərhlər: None -Müəllif: Asim İbrahimli - -Sual: 3. Mendeleyev qeyd edirdi ki, kimyaəlinə BUNU alandan sonra dəqiq elmə çevrildi. Azərbaycan atalar sözündə BUNUNLA eyniləşdirilən 3-cü növ təyini birləşməsini tapın. -Cavab: Xalqın gözü -Şərh: Şərh: Əvvəllər kimyada çəkiyə elə də əhəmiyyət verilmirdi. Sonralar alimlər elementlərin, qazların çəkilərini müəyyən eləməyə başladılar. Mendeleyev bu dövr haqda danışarkən qeyd etmişdir ki, kimya əlinə tərəzi alandan sonra dəqiq elm oldu. -Müəllif: Elşən Quliyev - -Sual: 4. Sergey Dovlatovun hekayələrindən birində emiqrant ailə başçısının məşğulluq sahəsindəki uğuru şəxsi ev, Avropaya səfərlər və BUNUN haqqında söhbətlər�� səbəb olmuşdu. Sovet cizgi filmində isə BUNUN yeni növünun yaranması şəhər sakinlərinin daha az nəfəs almasına səbəb olmuşdu. Söhbət nədən gedir? -Cavab: Vergi -Şərh: Şərh:gəlirlərin artması məntiqi olaraq vergilər barədə söhbətlər ilə nəticələnmişdir. “Çippolino” cizgi filmində isə havaya vergi tədbiq edilmişdi. -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 5. Xalçaçı-rəssam Eldar Mikayılzadə müsahibəsində qeyd edir ki, həqiqi niyyəti barədə yalnız bir nəfərə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə dedikdən sonar sonuncu ona məsələni ictimailəşdirməməyi məsləhət görmüşdü. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. Siz isə 19 yanvar 1993-cü ildə hansı vacib qərarın qəbul edildiyini tapın. -Cavab: Dövlət gerbinin təsviri təsvir edilmişdir -Şərh: Şərh:həmin tarixdə Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Konstitusiya Qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilmişdir. Eldar Mikayılzadə isə köhnə ADR gerbini yenidən işləmiş və mərkəzdəki alovu allah sözünə bəznətmişdir. -Müəllif: Oktay Məhərrəmov - -Sual: 6. Petroni Arbitrin “Satirikon” romanının personajı olan Trimalxion azadlığa buraxılmış quldur. O, varlandıqdan sonra dəbdəbəli, lakin zövqsüz qonaqlıqlar təşkil edir. Siz isə 1924-cü ildə hansı yazıçının öz romanının ilkin versiyasını “Trimalxion” adlandırdığını tapın. -Cavab: Cavab: Frensis Skott Ficerald -Şərh: Şərh: “Möhtəşəm Getsby” romanı nəzərdə tutulur -Müəllif: Fuad Eminov - -Sual: 7. Paylama materialıŞəkildə gördüyünüz silah X adlanır. Karikaturalardan birində, X ləqəbli Hanzo Hakaşi noyabrda doğulduğunu bildirir. X-i bir əcnəbi sözlə cavab kartınıza yazın. -Cavab: Cavab: Skorpion. -Şərh: Şərh: Şəklə diqqət yetirsəz silahın yuxarıya doğru əyilmiş uzun quyruğa bənzəyən arxa detalını görə bilərsiniz. Bu isə onu vizual cəhətdən həqiqətən də əqrəbə bənzədir. Skorpion adlı nindza personaj bizə Mortal Kombat oyunlar seriyasından məlumdur. -Müəllif: None - -Sual: 8. Paylama materialıSizin önünüzdə “Time” jurnalının 22 dekabr 1980-ci il tarixli sayının üz qabığıdır. Sizdən gizlədilən ifadədənsadəcə feilin zaman formasına görə fərqlənən başqa bir ifadə həmyerlimizə bu yaxınlarda məşhurluq gətirmişdir. Söhbət kimdən gedir? -Cavab: Səbinə Babayeva -Şərh: Şərh: 1980-ci il 8 dekabrda Con Lennon öldürülmüşdür. “Time” jurnalının bu hadisəyə həsr olunmuş sayında “When the music died” yazılmışdı.Həmyerlimiz Səbinə Babayeva isə 2012-ci il Avroviziya mahnı müsabiqəsində “When the music dies” mahnısını ifa etmişdir. -Müəllif: Elşən Quliyev - -Sual: 9. İlham Qəhrəman öz əsərində qeyd edir ki, ONU vəsiyyətinə uyğun olaraq üzü sevdiyi qızın qəbrinə sarı basdırırlar. Onun kim olduğunu deyin. -Cavab: sarı aşıq -Şərh: : Mən Aşıq, tərsinə qoy, Tər təni tərsinə qoy, Yaxşını qibləsinə, Aşığı tərsinə qoy -Bütün müsəlmanlar kimi Sarı aşığın sevgilisi Yaxşını da üzü qibləyə basdırırlar. Sarı Aşıq isə öz şerində qəbrini üzü sevdiyi qıza tərəf yəni qiblənin əksinə qoyulmasını istəmişdi. Yeri gəlmişkən sualda sarı sözü də işlənib -Müəllif: Sultan Zahidov - -Sual: 10. Paylama materialıSizin önünüzdə olan bu şəklin nəyi reklam etdiyini iki sözlə cavab kartlarınıza yazın? -Cavab: iynəsiz tatu -Şərhlər: None -Müəllif: Timur Barski (Tel-Əviv) - -Sual: 11. Ombasındakı zədəyə baxmayaraq veteranların oyununda o başqa bir orijinal fənd tapdı – ötürməni Karoşa verdi. Söhbət kimdən gedir? -Cavab: Antonin Panenka -Şərh: Şərh: bu dəfə də o penalti zərbəsini orijinal icra etdi -Müəllif: Andrey Pundor (Lvov) - -Sual: 12. İardim Botanico rayonunda keçirilən karnavallardan biri ONUN qoltuğu adlanır. Kimin? -Cavab: isa -Şərh: Bu rayon İsanın məşhur heykəlinin sağ qoltuğunun altında yerləşir  -Müəllif: Fuad Eminov - -Sual: 13. Şaiyələr gəzirdi ki, Kreditbankenin qarətindən sonra Kristin Ehnmark Yan Erik Olssonla nişanlanmışdı. Siz isə qarətdən altı gün sonra kriminoloq Nils Bicerot tərəfindən təklif edilmiş iki sözdən ibarət anlayışı cavab kartlarınıza yazın. -Cavab: Stokholm sendromu -Şərh: Yan Erik Olsson bankı qarət edəndə Kristin girovlardan biri idi. Girov götürülən şəxsin ona zor tətbiq edən şəxsə olan simpatiyası “Stokholm sindromu” adlanır. -Müəllif: Fuad Eminov - -Sual: 14. 1870-ci ildə amerika alimi Evan Volfun araşdırmasından sonra BUNUN faydası barədə məlumat dərc olundu. 1937-ci ildə aparılmış yeni araşdırmaralardan sonra əvvəlki nəticələrin şişirdilmiş olduğu meydana çıxır. Belə ki, rəqəm səhvi ucbatından BUNUN tərkibindəki dəmirin miqdarı 10 dəfə artıq göstərildiyi bildirildi. BUNU məşhurlaşdıran personajın adını deyin. -Cavab: Popay -Şərh: Söhbət ispanaqdan və ispanağı yeyəndə qollarına güc gələn və qolları şişən Popaydan gedir. -Müəllif: Orxan Cəlilov - -Sual: 15. Paylama materialıSofi Lorenin “İtalyansayağı nikah” filmidən olan bu açıq-saçıq şəkli “Layf”ın üz qabığını bəzədikdən sonra, bir çoxları jurnalı “pornoqrafiya səviyyəsinə endiyinə” görə tənqid edirdi. Oxuculardan biri isə yazmışdı: “Tanrıya şükür ki, o günorta, uşaqlar evdə olmayanda gəlir”. Bu sualda bir sözün bir neçə hərfi bilərəkdən buraxılmışdır. Həmin sözü cavab kartlarınıza yazın. -Cavab: Poçtalyon -Şərh: None -Müəllif: Oktay Məhərrəmov - -Səhifə -> 599 | Sual Sayı -> 12 - -Sual: 1. Aktyor Henri Cavill Amerikan futbolu həvəskarı olduğunu və Chiefs komandasının azarkeşi olduğunu bildirmişdi. Sizsə, Chiefs komandasının hansı şəhəri təmsil etdiyini tapın. -Cavab: Kanzas -Şərh: Aktyor son dövrlərdə Superman rolunu canlandırması ilə məşhurdur. Superman isə komikslərdə və filmlərdə olduğu kimi Kanzasda böyüyür. -Müəllif: Namiq Quluzadə - -Sual: 2. Adelaida xanım kitabında kimin haqqında "O qanadsız dahi idi." sözlərini demişdi? -Cavab: Bülbül -Şərh: Söhbət Polad Bülbüloğlunun anası və Bülbülün həyat yoldaşı olmuş Adelaida Məmmədovadan gedirdi. -Müəllif: Saday Cəfərov - -Sual: 3. Alış-veriş, əyləncə mərkəzləri və xidmət sektorunda işləyən robot işçiləri adlandırmaq üçün bəzən İKS sözündən istifadə olunur. Siz isə tapın: Hansı fransız mənşəli söz dilimizə İKS kimi tərcümə olunur? -Cavab: Dekolte -Şərh: Fiziki əmək tələb edən işlərdə çalışan işçiləri mavi yaxalıqlılar, idarəetmə, ofis işlərində çalışanları ağ yaxalıqlılar adlandırırlar. Robot işçilər də müvafiq olaraq yaxasız adlandırılır, dekolte sözü də fransızcadan dilimizə yaxasız kimi tərcümə olunur. -Müəllif: Saday Cəfərov - -Sual: 4. Con Sina qeyd edir ki, şou üçün yeni ideyalarını ilk növbədə qardaşı üzərində test edir və qardaşının reaksiyası yaxşı olarsa, ideyanı reallışdırarmış. Bu zaman O, qardaşını ideyaları üçün X adlandırır. X-i iki sözlə cavab kartınıza yazın. -Cavab: Lakmus kağızı -Şərh: O bu zaman turşu və qələvinin təsiri ilə rəngini dəyişən lakmus kağızına bənzədir. -Müəllif: Namiq Quluzadə - -Sual: 5. Türkiyədə baş vermiş zəlzələdən sonra dezinformasiyaların yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər görülmüşdü. Bu mövzuda hazırlanmış karikaturada bir şəxsin BUNU öldürdüyünü görə bilərik. Son günlərdə bunun əvəzinə Siba-İnu cinsinə aid iti görə bilərik. BUNUN nə olduğunu cavab kartlarınıza yazın. -Cavab: Twitterin loqosu -Şərh: Dezinformasiya adətən social şəbəkələrlə yayılır. Son günlərdə isə İlon Mask twitter-in loqosunu haqqında bir neçə dəfə tvit yazdığı Dogecoin ilə əvəzləyib. -Müəllif: Yusif Hüseynzadə - -Sual: 6. "Vikinqlər" serialının qış aylarında cərəyan edən bir epizodunda Raqnar və adamları İngiltərənin Vessex qraflığına getmək üç aralarının yumuşalmasını gözləyirdilər. Sualın mətnində əvəz edilmiş iki sözü cavab kartınıza yazın. -Cavab: Buzların əriməsini -Şərh: Epizodun qış aylarında cərəyan etdiyi deyilmişdi. Raqnar və adamları da İngiltərəyə getmək üçün aranın yumuşalmasını yox buzların əriməsini gözləyirdilər. Aranı yumuşaltmaq mənasında işlədilən buzları əritmək ifadəsi də çoxumuza məlumdur. -Müəllif: Saday Cəfərov - -Sual: 7. X-i qucaqlamaq insanların onlara zərər verməsinə rəğmən hələ də bəzi şeylərdən əl çəkə bilməməsi mənasına gələn ingilis ifadəsidir. X arizonada yerləşən bir futbol liqasının adına da daxildir. X-i tapın. -Cavab: Kaktus -Şərh: İfadə zərərli şeylərdən əl çəkə bilməyən insanları bildirmək üçün istifadə edilir. Arizonanın verilməsi də sizinçün kömək ola bilərdi. Belə ki, Arizona daha çox səhralıq olması ilə məşhurdur və liqanın adı da kaktus liqasıdır. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. "Xeyirlə şərin rəqsi" filmi "Quba kapriççiosu" romanının əsasında çəkilib film detektiv Dronqoya qəsəbədən gələn zənglə başlayır. Əvvəlki cümlədə buraxılmış sözü cavab kartınıza yazın. -Cavab: Qırmızı -Şərh: Sualın mətnində Qubanın adı çəkilmişdir. Qeyd edilən film də Dronqoya Qırmızı qəsəbədə gələn zənglə başlayır. -Müəllif: Saday Cəfərov - -Sual: 9. Mərkəzi Bankın keçirdiyi yarışmada qalib olan TÜLAY LALƏ jurnalistlərin tənqidinə qarşı fikir bildirərkən demişdir: "BUNUN dizaynını nə digərlərindən oğurlamışam, nə də ki, öz adımı və soyadımı kodlaşdırmağa çalışmışam". Tülay Lalənin nəyi dizayn etdiyini yazın. -Cavab: Türk lirəsinin simvolu -Şərh: Türkiyə Cümhuriyyət Mərkəzi Bankı türk lirəsinin simvolu üçün yarışma keçirmişdir və birinci yerə Tülay Lalənin dizaynı layiq görülmüşdür. Hazırladığı simvolun digər simvollara bənzəməsi və simvolda öz inisiallarından istifadə etməsi ittihamları ilə bir çox şəxsin tənqidinə məruz qalmışdır. -Müəllif: Yusif Hüseynzadə - -Sual: 10. Hadisələri Londonda cərəyan edən Kinqsman filminin müxtəlif növ nəqliyyat vasitələri göstərilən epizodunda X-i də görmək olar. Məşhur klub haqqında məqalədə deyilir ki, X-in yarandığı dövrdə klub daha aşağı liqada üst liqaya yüksəlmişd. X-i cavab kartınıza yazın. -Cavab: Sarı sualtı qayıt -Şərh: Məşhur klub dedikdə Villareal klubu nəzərdə tutmuşdu. Klub öz ləqəbini məhz mahnının çıxdığı dövrdə aşağı liqalardan üst liqalara çıxmasına və formasına görə almışdı. -Müəllif: Namiq Quluzadə - -Sual: Rossio dəmiryolu vağzalının girişi İKS formasında hazırlanması haqqında olan məqalədə qeyd edilir ki, forma Portuqaliyanın sanki bir süvarinin sürəti ilə genişlənməsini simvolizə edir. BoCek Horsmen cizgi serialının loqosunda bir hərfin İKS ilə əvəzləndiyini görə bilərik. İKS-i tapın. -Cavab: At nalı -Şərh: Sualdan öncə komandalara uğurlar dilənmişdi və sualda süvarilərin qeyd edilməsi, eləcə də serialın adı komandalar üçün kömək ola bilərdi. -Müəllif: Yusif Hüseynzadə - -Sual: 12. Uzun müddət "Tetris" oynamış bir oyunçu qeyd etmişdir: "Oyunu o qədər uzun müddət oynadım ki, artıq fiqurları hara yerləşdirəcəyimi düşünmürdüm, bunu etməkdə mənə sadəcə yaddaşım köməklik edirdi". Əvvəlki cümlədə saitləri eyni olan buraxılmış bir söz var. Həmin sözü cavab kartlarınıza yazın. -Cavab: Əzələ -Şərh: Oyunçu artıq fiqurları hara yerləşdirəcəyini düşünmürdü və sadəcə əzələ yaddaşının (barmaq yaddaşının) köməyi ilə bu işi gördüyünü bildirmişdi. -Müəllif: Yusif Hüseynzadə - -Səhifə -> 601 | Sual Sayı -> 15 - -Sual: 1. Orta əsrlərdə bəzi ölkələrdə yandırılaraq edamana məhkum edilmiş şəxsin edam günü Bu baş verirdisə, şəxs əfv olunurdu. -Bir qrup alimin iddiasına görə, Marsda da Bu baş verir, sadəcə torpağa gəlib çatmır. -Söhbətin nədən getdiyini iki sözlə yazın. -Cavab: Yağış yağmaq -Şərh: Orta əsrlərdə düşünürdülər ki, əgər edam günü yağış yağdısa deməli yandırılmanı tanrı istəmir və şəxsi əfv edib. Marsda suyun olub olmadığı çox müzakirə olunur. Bəzi versiyalara görə, orada yağış yağsa da atmosferdən torpağa çatmamış buxarlanır. -Müəllif: Emil Yusublu - -Sual: 2. Həsən Seyidbəyli SSRİ-dən Amerikaya səfər etməsi barədə qeydlərində “Amerikada televizora rahat baxmaq olmur” deyir və Bunun çoxluğundan şikayətlənir. -Bunu əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Reklam -Şərh: Bildiyiniz kimi kommunist ölkə olan SSRİ-də bazar iqtisadiyyatı olmadığından reklamlara çox nadir hallarda rast gəlinirdi. Kapitalist Amerikada isə reklamlara çox yer verilirdi. Həsən Seyidbəyli də bu qədər çox reklama öyrəşmədiyindən şikəyətlənmişdi. -Müəllif: Emil Yusublu - -Sual: 3. Aktyor Hacı İsmayılovun teatr həmkarları çəkildiyi məşhur filmin xatirəsi olaraq aktyora ad günündə Bunu bağışlamışdılar. -Bir karikaturada gələcəkdə bütün dünyanı idarə etmək istəyən uşağa atası Bunu hədiyyə edir. -Bunu bir sözlə yazın. -Cavab: Qlobus -Şərh: “Həm ziyarət, həm ticarət” filmində Hacı İsmayılovun canlandırdığı Mustafa müəllim obrazının Türkiyədən qlobus alması səhnəsi məşhurdur. Digər hissədə isə atası uşağının məqsədinə çatması üçün əvvəlcə bütün dünyanı yaxşı tanımalı olduğunu deyir və oğluna qlobus alır. -Müəllif: Emil Yusublu - -Sual: 4. Xao Lam adlı Tayland yeməyi Bunun oduncağı içərisində bişirilir. -Orta əsrlərdə Çin ordusu çox tapılan və dözümlü olması səbəbindən oxlarını Bundan hazırlayırdı. -Bunu yazın. -Cavab: Bambuk -Şərh: Bambukun içərisi boş olur və ona görə də, ora düyü doldurub Xao Lam adlı yeməyi bişirirlər. Çində isə indidə bambuka çox rast gəlmək olar və bitki sürətlə böyüdüyündən ox üçün xammal tapmaq çətin olmurdu. -Müəllif: Emil Yusublu - -Sual: 5. “Kirpi” satirik jurnalının baş rəssamı olmuş Nəcəfqulu İsmayılov maraqlıdır ki, Bu kitabın nəşrlərindən biri üçün də karikaturalar çəkib. Bu kitab ilk dəfə 1912-ci ildə nəşr olunub. -Kitabın adını yazın. -Cavab: Hophopnamə -Şərh: Maraqlıdır ki, satirik jurnalın baş rəssamı ən məşhur satirik şairimiz Mirzə Ələkbər Sabirin satirik şeirlər dolu kitabı üçün də karikaturalar çəkmişdi. -Müəllif: Emil Yusublu - -Sual: 6. Bakıda Bunun tikintisinə başlanılmamışdan əvvəl yeraltı çayların xəritəsi çıxarılmış və tikinti həmin xəritə nəzərə alınaraq aparılmışdı. İkinci Dünya Müharibəsi zamanı bəzi Avropa şəhərlərində Bu sığınacaq rolunu oynamışdı. -Bunu əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Metro -Şərh: Hər hansı uçqun və yuyulma halları olmasın deyə Bakı metrosu tikilərkən yeraltı çayların yerləri nəzərə alınmışdı. Metro yeraltı bunkerlərə bənzədiyindən bombalanma zamanı sığınacaq kimi istifadəyə yararlı idi. -Müəllif: Emil Yusublu - -Sual: 7. Hadisələri buzlaşma dövründə baş verən "Qar kürəyici" serialında iki qrup aradında yaranan narazılıqdan sonra personajlardan biri yeni Bunun başlayacağını deyir. -Tarixdə Bu SSRİ-nin dağılması ilə başa çatdı. -Bunu iki sözlə yazın. -Cavab: Soyuq müharibə -Şərh: Serialda hadisələrin buzlaşmış dünyada baş verməsi sizə kömək ola bilərdi. ABŞ və SSRİ arasında uzun müddət davam edən soyuq müharibə SSRİ-nin dağılması ilə başa çatmışdı. -Müəllif: Emil Yusublu - -Sual: 8. Hansı həmyerlimizi dəfn edənlər arasında 100 yaşlı nəvəsi də var idi? -Cavab: Şirəli Müslümov -Şərh: Sual 168 il ömür yaşamış Şirəli Müslümov haqqında idi. O, vəfat edəndə nəvəsinin artıq 100 yaşı var idi. -Müəllif: Emil Yusublu - -Sual: 9. “Dəli Kür” filmindəki at çapma və atdan tullanma kimi səhnələrin çəkilişləri zamanı 55 yaşlı aktyor Muxtar Avşarov “Mən kənd uşağıyam” deyərək Bundan imtina etmişdi. -Bunu bir sözlə yazın. -Cavab: Kaskadyor -Şərh: Aktyorun yaşının nisbətən çox olması çəkiliş heyətini narahat etmişdi. Amma o, uşaqlığının at belində keçdiyini, bütün səhnələrdə özünün çəkiləcəyini deyir. -Müəllif: Emil Yusublu - -Sual: 10. Hadisələri orta əsrlərdə cərəyan edən bir serialda zəhərlənmiş adamı Bunlarla müalicə edirlər. -Bunların təbiətdən toplanması zamanı yeni kəsilmiş qoyunun dərisindən istifadə olunur. -Bunu bir sözlə yazın. -Cavab: Zəli -Şərh: Zəlinin qanı təmizləməsi ənənəsi orta əsrlərdən var idi. Ona görə də, zəhərlənmiş adamın qanında zəhəri zəlilərlə çıxarmağa çalışırlar. Yeni kəsilmiş qoyunun dərisi qanlı və yumuşaq olduğundan göllərdəki zəlilər həmin dəriyə yığılır. -Müəllif: Emil Yusublu - -Sual: Döyüşlərin birində ağır yaralanan Həzi Aslanovun həyatını nəyinin mayor Georgi Beqişvili ilə eyni olması xilas edir? -Cavab: Qan qrupu -Şərh: Ağır yaralanan Həzi Aslanov çox qan itirdiyindən Beqişvili ona donorluq edir. -Müəllif: Emil Yusublu - -Sual: 12. Bir şeirdə Gürcüstanın Gelati monastırında saxlanılan Bu 8 əsrlik poladlaşan göz yaşı adlandırılır. -Bu Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə hazırlanmışdı. -Bunu 3 sözlə yazın. -Cavab: Gəncə qala qapısı -Şərh: Gəncə qala qapısı 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır. -Müəllif: Emil Yusublu - -Sual: 13. Aktyor Andrey Fayt “Ələddinin sehirli çırağı” filmində Məğrib cadugəri rolunu oynayıb. -Bəs o bizə daha çox hansı obrazı ilə tanışdır? -Cavab: Göy göz kosa -Şərh: Aktyor “Bir qalanın sirri” filmində də cadugər rolunu oynayıb. -Müəllif: Emil Yusublu - -Sual: 14. Həsən Seyidbəyli Amerikada bunlarda musiqi səsləndirilməsinin hərəkəti daha da maraqlı etdiyini qeyd edir. -İlk təhlükəsiz bunu Elişa Otis ixtira edib. -Bunu bir qısa sözlə yazın. -Cavab: Lift -Şərh: Hal-hazırda ölkəmizdə əksər liftlərdə musiqilər verilsə də, 1970-ci illərdə bu hələ yox idi. Amerikada liftlərdə musiqinin verilməsini ilk dəfə görən Həsən Seyidbəyli dar liflərdə hərəkəti daha da maraqlı etdiyini və insanın ürəyinin sıxılmadığını qeyd edir. İlk təhlükəsiz lifti ixtira edən Otisin hal-hazırda soyadını daşıyan məşhur “Otis” lift brendi var. -Müəllif: Emil Yusublu - -Sual: 15. Henri Svinbörn 1686-cı ildə yazdığı evliliklə bağlı əsərində “vena amoris” adlı damarın İKS-də başlayıb ürəkdə bitdiyini qeyd edir. -İKS-i dəqiqliklə, iki sözlə yazın. -Cavab: Adsız barmaq -Şərh: Əsərin adı və damarın “vena amoris” yəni “sevgi venası” adlanması sizə kömək ola bilərdi. Söhbət evlilik üzüyünün taxıldığı barmaqdan gedirdi. Yazıçı üzüyün niyə məhz o barmağa taxılmasını həmin damarla izah edirdi. -Müəllif: Emil Yusublu - -Səhifə -> 605 | Sual Sayı -> 12 - -Sual: 1. “Brooklyn 99” serialında Cek kompüterin bir elementinə ONUN adını verir. Başqa bir serialın epizodlarından birinin adında ONUN əvəzinə Çarlidən istifadə edilib. Mətndə buraxılmış hərfləri bərpa edib sözü orijinalda yazın. -Cavab: Elcernon -Şərh: Cek kompüter siçanına Elcernon adını verir. “It's Always Sunny in Philadelphia” serialında isə bir epizoda "Çarli üçün güllər" adı verilib. Çarli Qordon “Elcernon üçün güllər” əsərinin personajıdır. -Müəllif: Əhməd Əliyev - -Sual: 2. Məşhur teleaparıcı Bear Qrills nəyin bahasına olursa-olsun həyatda qalmağı bacardığından danışdığı kitabına “Palçıq, BETTA və QAMMA” adını verib. Əvvəlki cümlədə əvəzlənənləri yazın. -Cavab: Tər, göz yaşı -Şərh: Məşhur sitatdan fərqli olaraq “Man vs. Wild” verilişinin aparıcısı olan Bear Qrills qan yox, palçıq sözündən istifadə edərək öz kitabına ad verib. Məşhur ifadədə tər və göz yaşı ikinci və üçüncü olaraq səsləndirilir. Betta və qamma isə yunan əlifbasının ikinci və üçüncü hərfləridir. -Müəllif: Əhməd Əliyev - -Sual: 3. 2008-ci ildə olmuş Siçuan zəlzələsindən sonra 60-a yaxın ALFA uran ticarəti ilə bağlı razılaşmanın olduğu Avstraliyada məskunlaşdırılıb. Biz sizdən ALFA-nı soruşmuruq, bu məlumatın yer aldığı məqalənin adını iki sözlə yazın. -Cavab: Panda diplomatiyası -Şərh: Siçuan Çində yerləşən əyalətdir. Çin digər ölkələrlə arasındakı münasibəti yaxşılaşdırmaq, yeni razılaşmalar yaratmaq üçün həmin ölkələrə panda göndərir. Bu da Panda diplomatiyası adını alıb. -Müəllif: Əhməd Əliyev - -Sual: 4. “Fleabag” serialında baş personaj tez-tez bunu etsə də, digər personajlar onu görmür. Yalnız bir epizodda ona "kiminlə danışırdın?" sualı verilir. Bunu etməklə əvəzlənəni deyin. -Cavab: Dördüncü divarı dağıtmaq -Şərh: Baş verən hadisələrə qarşı personaj tez-tez dördüncü divarı dağıdaraq izləyicilərə öz şərhini bildirən personajı serialın gedişatına uyğun digər personajlar bunu edərkən görmürlər. Yalnız bir dəfə qəhrəmanlardan biri onun başını çevirib bir fikir söylədiyini ona bildirib. Sualın dördüncü olması da əlavə ipucu ola bilərdi. -Müəllif: Əhməd Əliyev - -Sual: 5. “Fleabag” serialında personaj keşişə aşiq olsa da bunu ona bildirmir. Lakin onun aşiq olduğu İKS-də məlum olur. İKS realiti şouların elementlərindən birinə verilən addır. İKS-i iki sözlə deyin. -Cavab: Etiraf otağı -Şərh: Personaj keşişə aşiq olsa da, onların heç kimlə birlikdə ola bilməyəcəyinə görə etiraf edə bilmir. Lakin etiraf otağında keşişlə söhbət zamanı onun danışıqlarından aşiq olduğu məlum olur. Realiti şoularda yarışmaçıların kameraya qarşı hadisələrlə bağlı şərh verməsi etiraf otağı adlandırılır. -Müəllif: Əhməd Əliyev - -Sual: 6. Olen Lisiçkanın dəniz canlıları ilə bağlı maarifləndirici kitabının haqqında yazılıb: “Əsəri oxuyanlar soyuq havaların başlanmasından sonra bunu öyrənə bilərlər”. Nəyi? -Cavab: Xərçənglər harada qışlayır -Şərh: Olen Lisiçkanın “Xərçənglər harada qışlayır” adlı kitabı rus dilində məşhur olan “Sənə öyrədərəm xərçənglər harada qışlayır” idiomuna allüziya olaraq seçilmişdi. Bu idiom kimisə cəzalandırmaq, dərs vermək anlamında işlənir. Xərçəngləri tutmağın çətin olmasına görə bilərik bir ifadə yaradılıb. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. Paylama materialıVersiyalardan birinə görə onun əlində tutduğu kəllə sümüyü əslində bir əntərə məxsusdur. Maraqlıdır ki, rekvizitdə gördüyünüz Çivetel Eciofor bir neçə il əvvəl onu səsləndirib. Onun adını yazın. -Cavab: Çapıq -Şərh: Söhbət “Kral Şir” cizgi filminin mənfi personajı Çapıqdan gedir. Bildiyimiz kimi cizgi film Uilyam Şekspirin “Hamlet” əsərindən ilhamlanaraq hazırlanıb. Animasiyada məşhur səhnələrdən biri Çapığın əlində kəllə tutduğu epizoddur. Bu epizod Yorikin kəlləsinə allüziyadır. Yayılmış düşüncəyə görə Çapıq əlində qardaşı Mufasanın kəlləsini tutub. Lakin daha sonra bu kəllənin bir əntərin kəlləsinə uyğun gəldiyi qeyd olunub. Filmin məşhur personajlarından biri də əntər Rafikidir. Maraqlıdır ki, 2019-cu ildə Çapıq rolunu səsləndirmiş Çivetel Ecioforun da personajda olduğu kimi üzünün sol hissəsində çapığı var. -Müəllif: Əhməd Əliyev - -Sual: 8. Britaniyada ən məşhur mərc sistemlərindən biri 15 ikili, 20 üçlü, 15 dördlü, 6 beşli və 1 altılı sistemlə yazılma üsuludur. Britaniya mərc terminologiyasında bu sistem XIX əsrin ortalarında Pensilvaniyada dünyaya gələn şəxsin soyadı ilə adlandırılıb. Həmin soyadı deyin. -Cavab: Heinz -Şərh: Bu üsulla birlikdə 57 müxtəlif mərc etmək olur. Henri Heinz öz məşhur ketçup markasına özünün və həyat yoldaşının sevimli nömrələrindən görə müvafiq olaraq “5” və “7” rəqəmlərindən istifadə edərək “57 çeşid” sloqanını seçib. -Müəllif: Əhməd Əliyev - -Sual: 9. Bizans dönəminə aid incəsənət nümunələrində tez-tez tanrı və ilahi işığın dəbdəbəli təsviri formasına rast gəlmək olar. Siz isə 1862-ci il doğumlu kimin gəncliyində Bizans bazilikalarını ziyarət etdiyini tapın. -Cavab: Qustav Klimt -Şərh: Klimt əsərlərini əsasən qızılı tonlarda çəkib. -Müəllif: Həsən Abbaslı - -Sual: 10. Bir mənbədə Tarkovsi insanın doğulması, həyatı və sonunu BUNA bənzədir. BUNUN haqqında mənbədə bir İtaliya şəhərinin də adı keçir. BUNU iki sözlə yazın. -Cavab: Borromeo halqaları -Şərh: Borromeo halqaları bir-birinə bağlı 3 simvolu xarakterizə edir və bunlardan birinin çıxarılması digərlərinin də dağılmasına səbəb olur. Tarkovski də sualda sadalananların Borromeo halqaları kimi bir-birindən aslı olduğunu deyirdi. Bəzi versilara görə bu nəslinin nümayəndəsinin Roma şəhərinə getməsindən sonra bu ad yaranmışdır. -Müəllif: Ramal Ağazadə - -Sual: 11. Bir serialda satqın personajın hər kəsə xəyanət edə biləcəyindən danışılarkən üzərində sanki İKS ilə gəzdiyi qeyd edilir. İKS-in populyarlıq qazandığı ilk yerlərdən biri "Piggly Wiggly" özünə qulluq (self service) supermarketi idi. İKS-i yazın. -Cavab: Qiymət etiketi -Şərh: Personajın nə qədər satqın olduğunu göstərmək üçün belə bənzətmə edilmişdi. Özünə qulluq supermarketində əsasən, satıcılar olmadığından müştəri qiymətlə üstündəki etiketlə tanış ola bilirdi. -Müəllif: Həsən Abbaslı - -Sual: 12. Bir mənbədə Harold Makmillan BUNU düzgün zamanda və məkanda edən insanların uğur qazandığını bildirir. Siz isə BUNU ETMƏYİ yox, mənbədə hansı içkinin adının keçdiyini tapın. -Cavab: Şampan -Şərh: Söhbət risk etməkdən gedirdi. -Müəllif: Ramal Ağazadə - -Səhifə -> 606 | Sual Sayı -> 12 - -Sual: 1. Britaniya şahzadələrinin bir çoxunun qonşu ölkələrin əsilzadələri ilə nikahından danışılan məqalədə kraliça Viktoriya İKS adlandırılır. Yunan mifologiyasında xanım Liviyanı da İKS adlandırmaq olar. İKSi bir tərəfi xüsusi isim olan III növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Avropanın nənəsi -Şərh: Şahzadə Viktoriyanın nəvələri bir çox ölkə başçıları ilə ailə qurub hakimiyyətdə olduğundan ona Avropanın nənəsi ləqəbi verilmişdir. Mifologiyada isə Liviya finikiyalı şahzadə Avropanın nənəsi sayılırdı. -Müəllif: Dilarə Rəfi - -Sual: 2. Yazıçı Rey Bredberi öz ziddiyyətli xasiyyətindən danışarkən bir hissəsinin optimist X, digər hissəsinin isə gələcəyə görə narahat olan Y olduğunu qeyd edir. X və Y-in qadın personajlar olduğunu bilərək, hər ikisini yazın. -Cavab: Polyanna, Kassandra -Şərh: Bredberi özünün həm həyata pozitiv baxan Eleanor Porterin personajı Polyanna, həm də gələcəyə görə narahatlıq keçirən mifoloji personaj Kassandra olaraq təsvir edirdi. -Müəllif: Dilarə Rəfi - -Sual: 3. Harri Potter filmində müəllim dərs zamanı tilsim öyrətmək bəhanəsiylə Harriyə lənət göndərməyə çalışır. Bu zaman Harri özünü İKSə bənzədir. İsveçrə qanunlarına görə, sosiallığı sevdiklərindən İKSlər evdə cüt sayda saxlanılmalıdır. İKSi biri xüsusi isim olan 2 sözlə yazın. -Cavab: Qvineya donuzu -Şərh: Harri özünü adətən təcrübə məqsədilə istifadə edilən Qvineya donuzuna bənzətmişdi. Heyvanların müdafiəsi ilə məşğul olan şirkət isə bunu düzgün addım hesab etməmişdi. -Müəllif: Dilbər Rəfibəyli - -Sual: 4. Paylama materialıBir mənbə Cisco şirkətinin loqosundakı zolaqların elektromaqnit dalğaları ilə yanaşı BUnu da bildirdiyi qeyd olunur. BU adından fərqli olaraq əslində qırmızı-narıncı rənglərdədir. BUnu yazın. -Cavab: Golden Gate körpüsü -Şərh: Adı San-Fransisko şəhərinin son 5 hərfindən alınan Cisco şirkətinin loqosundakı zolaqlar həmin şəhərdə yerləşən Golden Gate körpüsünü bildirir. Körpünün adı tərcümədə “Qızıl qapı” mənasını versə də, əslində qırmızı-narıncı rənglərdə olduğu qeyd olunur. -Müəllif: Dilbər Rəfibəyli - -Sual: 5. Bir filmdə həkimin yanına gələn personaja həkim ağzına şüşə şarlar yerləşdirməsini təklif edir. Siz isə, növbəti epizodda hansı qədim yunanın xatırlandığını tapın. -Cavab: Demosfen -Şərh: King’s Speech filmində kəkələməkdən yaxa qurtarmağa çalışan krala eyni halı yaşayan Demosfenin metodu məsləhət görülmüşdü. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 6. Təbiətin 4 əsas elementinin simvolizə edildiyi bir memdə havanı simvolizə etmək üçün İKS istifadə edilib. İKS haqqında məqalədə pendir, göbələk, barbekü kimi sözlərə rast gələ bilərik. İKS ilə əvəz etdiyimiz təkhecalı brend adını yazın. -Cavab: Lay’s -Şərh: Lay’s paketlərində həddindən artıq hava olduğu hamımıza məlumdur. Bu çips brendinin növləri arasında pendir, göbələk, eləcə də barbeküyə də rast gələ bilərik. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Bir məqalədə Adana bölgəsində cinayət hallarının çoxluğu və buranın necə təhlükəli olduğundan danışan müəllif Adananı İKS adlandırır. İKSi eyni hərflə başlayan iki xüsusi isimlə yazın. -Cavab: Türkiyənin Texası -Şərh: Adananın təhlükəli olmağından danışan istifadəçi analogiya quraraq ərazini Texas ştatı ilə müqayisə edir və buranı Türkiyənin Texası adlandırır. -Müəllif: Dilarə Rəfi - -Sual: 8. Bir əsərin 20 ilə yaxın həbsxanada qalan personajı ONUN adını daşıyır. “Doctor Who” serialında bir gecəlik yuxunu bir neçə dəqiqədə ötürən maşından istifadə etməyənlərə də ONUN adı verilirdi. Söhbətin kimdən getdiyini cavab kartınıza yazın. -Cavab: Rip van Vinkl -Şərh: “Günorta zamanı qaranlıq” əsərindəki personaj 20 il yatıb fərqli zamanda oyanan əfsanəvi Rip van Winkle-dan ilhamlanaraq yaradılmışdır. “Doctor Who” serialının yuxuya qənaət etməkdən imtina edən şəxslərə də Rip-lər adı verilirdi. -Müəllif: Dilarə Rəfi - -Sual: Bir serialda məişət zorakılığına məruz qalan xanım açdığı kulinariya kanalında sousa ehtiyacı olduğunu deyir. Öncəki cümlədə bir sözə bir hərf əlavə edilib. Əlavə edilmiş hərfi bildiyinizsə, sözü orijinalda yazın. -Cavab: sos -Şərh: Xanımı steykə sous əlavə etməyi nəzərdə tutsa da, SOS mesajını ötürməyə çalışmışdı. -Müəllif: Dilbər Rəfibəyli - -Sual: 10. Türkiyə Oxçuluq İnstitutunun koordinatoru Hasan Şahintürkün fikrincə, BUNU ETMƏK üçün gündə ən azı 500 ox atmaq lazımdır. Bunu etməyi 3 sözlə cavab kartınıza yazın. -Cavab: Durnanı gözündən vurmaq -Şərh: Həsən Şahintürkün fikrincə durnanı gözündən vurmaq üçün gündə 500 ox atmaq lazımdır. -Müəllif: Dilbər Rəfibəyli - -Sual: 11. Paylama materialıWhy work for a clown, when you can work for a king?Qarşınızda bir brendin reklam billbordunu görürsünüz. Bir dəqiqədən sonra, həmin brendi və bu brendin gördüyünüz bilbordla hansı digər brendi hədəfə aldığını cavab kartınıza yazın. -Cavab: Burger King, McDonalds -Şərh: Məşhur fast food zəncirləri bir-birinə tez tez atmacalar göndərir. -Müəllif: Dilarə Rəfi - -Sual: 12. Bu sualdan sonra fasilə verəcəyik. Bir mahnıda müəllif özünü köhnə sevgilisi üçün İKS adlandırır. Ən qısa İKS ötən həftələrdə Bəhreyndə 2.22 saniyə ilə qeydə alındı. İKSi cavab kartınıza yazın. -Cavab: pit stop -Şərh: Müəllif köhnə sevgilisinin ondan müvəqqəti istifadə etdiyini deyərək özünü pit-stop adlandırır. Ən qısa pit-stop ötən həftələrdə Bəhreyndə yaşandı. -Müəllif: Bəhruz Aydınlı - -Səhifə -> 613 | Sual Sayı -> 15 - -Sual: 1. Astrofizik Jorj Lemert bunu "kosmik yumurtanın çatlaması" adlandırmışdı. Bunun 13.7 milyard il əvvəl baş verdiyi güman olunur. Bunu Azərbaycan dilində qarşılıqlı samitlərlə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Böyük partlayış -Şərh: Böyük partlayış baş verdikdən sonra kainat yaranmışdı və bu hadisə kainatın başlanğıcı sayılır. Sual da Final mərhələsinin başlanğıc sualı idi. Kainat yaranmazdan əvvəl hər şeyin içində olduğu yer isə elmdə "kosmik yumurta" adlanır. -Müəllif: Emil Yusublu - -Sual: 2. “Yura dövrünün parkı” filmində dinozavr DNT-si üçün dinozavr qanı bunun içində donub qalmış ağcaqanaddan götürülür. Bunun “Alov” adlanan növündən Türkiyədə əsasən təsbeh düzəldilməsində istifadə edilir. -Bunu bir sözlə cavab kartınıza yazın. -Cavab: Kəhrəba -Şərh: Kəhrəba ağac şirəsinin uzun illər donub bərkiməsindən yaranır. Ağac şirəsinin tərkibində donub qalan qədim həşəratlar və bitkilər müasir dövrümüzə qədər gəlib çatıb. -Müəllif: Emil Yusublu - -Sual: 3. Nizaminin qəhrəmanlarından olan Fərhadın öz təhsili Xətada aldığı qeyd olunub. Bəs biz Xətanı necə adlandırırıq? -Cavab: Çin -Şərh: Bəzi əsərlərdə Çin "Xəta" olaraq adlandırılır. Çox güman ki, "Kitay" adı da bu addan yaranıb. -Müəllif: Emil Yusublu - -Sual: 4. İlbər Ortaylı Tacikistanın müxtəlif təbii sərvətləri, bir çox nadir elementləri olması səbəbindən ölkəni nəhəng buna bənzədir. Kimyaçı alim Lotar Meyer 1886-cı ildə bunun bənzərini yaratmışdı. Bunu bir neçə sözlə cavab kartınıza yazın. -Cavab: Mendeleyev cədvəli -Şərh: Müxtəlif elementlərlə zəngin ölkə müxtəlif elementlərin toplandığı cədvələ bənzədilir. -Müəllif: Emil Yusublu - -Sual: 5. ”DC Comics”-in personajlarından biri olan Kapitan Bumeranq ingiliscə danışsa da, danışığında bu hiss olunur. Bunu eyni hərflə başlayan iki sözlə cavab kartınıza yazın. -Cavab: Avstraliya aksenti -Şərh: Personajın adı sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 6. Yazıçı Erik Osenna bunu "hekayələrimi belində daşıyan", "bitki liflərinin əziz xatirəsi" adlandırır. Bunu bir sözlə yazın. -Cavab: Kağız -Şərh: Yazıçı əsərlərini kağıza yazdığından kağızı "60 ildir hekayələrimi belində daşıyan" adlandırır. Bildiyiniz kimi kağız ağac selluozundan hazırlanır və bitki mənşəlidi. -Müəllif: Emil Yusublu - -Sual: 7. Erik Osenna Çinə səyahətində yazır: "Bu hələ də var, amma dəvə karvanlarını yük maşınları əvəz edib." Erik Osenna hara boyunca səyahətə çıxmışdı? -Cavab: Böyük İpək Yolu -Şərh: Tarix boyu ticarət yolu olan burada əsas daşıyıcı qüvvə dəvə karvanları idi. -Müəllif: Emil Yusublu - -Sual: 8. Bir dəfə Əbdürrəhim bəy Haqverdiyev Murtuzanı Üzeyir bəylə tanış edir və onun "Kərəm" rolunda cəh-cəh vurduğunu bildirir. Diqqət sual: Biz Murtuzanı hansı adla tanıyırıq? -Cavab: Bülbül -Şərh: Haqverdiyev Murtuza Məmmədovun bülbül kimi cəh-cəh vurduğunu deyirdi. Bundan sonra onu hamı “Bülbül” kimi tanımağa başladı. -Müəllif: Emil Yusublu - -Sual: 9. Xan Şuşinski uşaq olanda Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin və başqa məşhur musiqiçilərin çox kiçik olduğunu düşünürmüş. Xan Şuşinski uşaq olarkən onların nəyin içərisində yaşadığına inandığını yunan mənşəli bir sözlə cavab kartınıza yazın. -Cavab: Qrammofon -Şərh: Həmin dövrdə evdəkiləe qrammofonda vallara qulaq asanda Xan Şuşinski bütün səsi gələnlərin alətin içərisində yaşadığına inanırmış. -Müəllif: Emil Yusublu - -Sual: 10. Min illərdi bu şəhərdə dolanır, -Şuluqluğun səbəbini bilən yox. -Ağa kimi küçələrdə dolanır, -Ərköyündü öhdəsindən gələn yox" - -Fikrət Qoca Bakını təsvir edərkən eşitdiyiniz şeiri nəyə həsr edib? -Cavab: Külək -Şərh: Bildiyiniz kimi Bakı "küləklər şəhəri" adlanır -Müəllif: Emil Yusublu - -Sual: 11. Bir müasir karikaturada iki şerif duel edir. Onlar silah əvəzinə veypdən istifadə edirlər, bu isə şerif ulduzunu əvəz edir. Bunu əcnəbi mənşəli bir sözlə yazın. -Cavab: Spinner -Şərh: Karikaturanın müasir olduğu deyilmişdi, görünüşünə görə də nisbətən elə şerif ulduzunu xatırladır. -Müəllif: Emil Yusublu - -Sual: 12. Köhnə Bakıda Cabbar Vahabov adlı şəxs şirin, məzəli söhbətləri, zarafatları ilə Bakı toylarının sevimlisinə çevrilmişdi. -Diqqət sual: Cabbar Vahabov Nikitin qardaşlarının müəssisəsində nə işləyirdi? -Cavab: Kloun -Şərh: Nikitin qardaşlarının sirki var idi. Cabbar Vahabov insanları güldürməyi yaxşı bacardığından toylardan əlavə sirkdə klounluqda edirdi. -Müəllif: Emil Yusublu - -Sual: 13. Bu aktyorumuza həsr olunmuş məqalələrdən biri "O olmasın, bu olsun"dakı "-Balam, bu gəlini gətirəndə baxmazlar ki, arvaddır ya kişidir?" cümləsi ilə başlayır. Deyilənə görə aktyor adi həyatda qadın paltarı görəndə əsəbləşərmiş. Söhbətin kimdən getdiyini cavab kartlarınıza yazın. -Cavab: Əhməd bəy Ağdamski -Şərh: Söhbət teatrımızın ilk illərində səhnəmizin mahir qadın rolları ifaçısından gedirdi. -Müəllif: Emil Yusublu - -Sual: 14. Bəxtiyar Vahabzadə öz şeirində bunu "elmlərin təməli" adlandırır. Bu haqda məqalədə Vatikan da xatırlanır. Bunu 2 sözlə yazın. -Cavab: Latın dili -Şərh: Bəxtiyar Vahabzadə məşhur "Latın dili" şeirinin müəllifidir. Bildiyiniz kimi latın dili elmdə geniş istifadə olunur. Vatikanda isə hələ də latın dili dövlət dilidir. -Müəllif: Emil Yusublu - -Sual: 15. Morze əlifbasında tək BU “E” hərfini bildirir. Əli Kərimin bir şeirində qıza deməyə sözü qalmayan şəxs üç dəfə BU sözü işlədir. Bunu bir sözlə yazın. -Cavab: Nöqtə -Şərh: Seçim oyunun son sualı vergül idi, artıq isə Finalın son sualında nöqtə qoymağın vaxtıdır. -Müəllif: Emil Yusublu - -Səhifə -> 614 | Sual Sayı -> 12 - -Sual: 1. Tarixçilərin yazdıqlarına görə BU Fransada hələ məşhur hökmdardan qabaq belə kral hakimiyyətinin simvolu sayılırdı.BUNU bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Günəş -Şərh: Tarixçilərin qeyd etdiyinə görə solyarik simvolika Fransada hakimiyyət simvolu idi və bir versiyaya görə bu səbəbdən kral XIV Lüdoviq özünə günəş ləqəbiniseçmişdi. -Müəllif: Heydər Həmzəyev - -Sual: 2. 1990-cı illərdə “Mattel” şirkəti Keyptaun antropoloqiya universetinin əməkdaşları ilə birlikdə tarixdə ilk Barbi kuklasını dizayn etdi.Sual mətnində buraxılmış mürəkkəb sözü cavab kartlarınıza yazın. -Cavab: Qaradərili -Şərh: Keyptaun Afrikada yerləşir və 90-cı illərə qədər Barbi kuklaları artıq məşhurluq qazanmışdı.Sualda qeyd olunan tarixdə isə ilk qaradərili kukla dizayn edilmişdir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 3. Ayaqqabı iplərinin gəzərkən heç bir fiziki təsir olmadan açılması haqında danışılan bir mənbədə bağların ironiya ilə İKS tərəfindən açıldığı bildirilir. İKS haqda illisturasiyaların birində marionetka ipləri də xatırlanır. İKS-i birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Görünməz əl -Şərh: İplərin öz özünə açılmasını qeyd edən Barış Özcan görünməz əlin təsir etdiyini bildirir və bundan sonra iplərin açıldığını qeyd edir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 4. Yaşadığı dövrdə, yoxsullaşdığını, faşizmi, bolşevizmi, Ikinci Dünya müharibəsini gördüyünü bildirən Stefan Zvayq sanki həyatından İKS-in keçdiyini bildirir. İKS-i cavab kartınıza yazın. -Cavab: Məhşərin dörd atlısı -Şərh: Müəllif həyatından gəlib keçən dörd faciəvi hadisəni belə təsvir etmişdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 5. Alman immiqrant Adolf Kursun şirkəti İKS zamanı süd satmaqla məşğul olmağa başladı və bunun sayəsində müflis olmaqdan qurtula bildi.Sual mətnində İKS ilə əvəz olunmuş eyni hərflə başlayan iki sözü yazın. -Cavab: Quru Qanun -Şərh: Amerikada olan alman immiqrant Kurs quru qanun zamanı boş qalan pivə butulkalarını südlə dolduraraq biznesinə davam etmişdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 6. Tom və Cerri cizgi filmində yanlışlıqla Spaykın yanına daxil olan Tom çox sürətli şəkildə bunu edir. Məşhur yazıçı Mark Tven bunu edərkən Samuel Klemens adından istifadə etmişdir. Bunu etməklə əvəz olunmuş sözləri cavab kartınıza yazın. -Cavab: Vəsiətnamə yazmaq -Şərh: Vəsiətnamə oxunan zaman yazanın qeyd elədiyi məlumatlar xüsusilə yoxlanılır. Buna görə də Mark Tven Samuel Klemens adından istifadə etmişdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 7. Zappa in Zoeloeland” komiksi məşhur musiqiçi Frenk Zappaya həsr olunub. Komiksin yaradıcıları bilərəkdən İKSLƏR-i musiqiçinin özünün doldurması üçün boş saxlamışdılar. Sual mətnində İKS ilə əvəz olunan sözləri istənilən dildə yazın. -Cavab: Speech bubble -Şərh: Komiksin yaradıcıları adətən bu janrda danışıq üçün istifadə olunan buludları musiqiçinin özünün doldurmasını istəmişdilər. -Müəllif: Heydər Həmzəyev - -Sual: 8. Bir mənbədə qoroskopda (ulduz falı) insanların eşitmək istədiyi şeylərin yazıldığını və bunun insanların inamını daha da artırdığı qeyd olunarkən latın mənşəli BU söz xatırlanır.Həmən sözü cavab kartlarınıza yazın. -Cavab: Plasebo -Şərh: Plasebo effektində də insanlara təsirsiz dərman verərək onların xəstəliyə qalib gəlmə inamını artırıllar. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 9. XX əsrin əvvələrinə aid “Hello Central, give me Heaven” mahnısında anası vəfat edən uşaq ALFA-dan bir xahiş edir. ALFA 1962-ci ilə aid filmimizin adına da daxildir. ALFA ilə əvəz olunmuş sözü yazın. -Cavab: Telefonçu -Şərh: ommunikasiyanın ilk yarandıqı dövrlərdə uşaq telefonçudan onu cənnət ilə calamasını istəyir.1962-ci ilə aid filmimiz isə “Telefonçu qız”. -Müəllif: Heydər Həmzəyev - -Sual: 10. Serialların birində yanıb məhv olan evində bunları görən personaj nostalji yaşayır. Bir mənbədə ailəsi haqqında danışan müəllif illər keçdikcə artıq bunları əlavə edərkən əyilmədiyini bildirir. Bunları cavab kartınıza yazın. -Cavab: Divardakı boy xəttləri -Şərh: Uşaqlarının boy xəttlərini görən personaj keçmiş xatirələri, yanmış evdə baş verən hadisələri düşünərək üzülür. Uşaqlarının böyüdüyünü bildirmək üçün bir məqalədə müəllf artıq boy xətlərini və tarixi qeyd edərkən diz çökmədiyini bildirir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 2014-cü ildə Cenevrə hava limanında Aida Alik adlı fransız qadının ABŞ-a uçuşuna icazə verilməmişdir. Siz isə məlumatın qeyd olunduğu məqalədə 1988-ci ildə Pişəvərdə əsası qoyulmuş nəyin xatırlandığını cavab kartınıza yazın. -Cavab: Əl-Qaeda -Şərh: Terrorla mübarizəyə görə xüsusi adlar var ki, onların ABŞ-a uçuşuna icazələrdə çətinlik yaradılır. Alik Aida adı dayilişdə Al-Qaeda-nı xatırlatdığına görə bu qadının uçuşuna icazə verilməmişdir. -Müəllif: Şahmurad Məmmədov - -Sual: The Dreamseller filmində arzu satan personaj intihar etməyə çalışan personaja həyat hekayəsini davam edəbilsin deyə X-sata biləcəyini deyir. X-i cavab kartınıza yazın. -Cavab: Vergül -Şərh: Personaj intihar edənə son nöqtəni qoymamaqı təklif edir.Bizdə bu sualnan turumuzda vergül qoyuruq, fasilədən sonra göraşərik. -Müəllif: Şahmurad Məmmədov - -Səhifə -> 616 | Sual Sayı -> 12 - -Sual: 1. 1968-ci ildə çap edilən məqalədə İKS Çörçillin qələbə işarəsinin iki barmaqlı versiyası adlandırılıb. İKSƏ aid bir məqalədə “həyat”, “rifah” və “sağlamlıq” sözlərinə də rast gələ bilərik. X-i bir dəqiqə ərzində cavab kartlarınıza yazın. -Cavab: Vulkan -Şərh: Sualda söhbət “Ulduz Yolu” (Star Trek) franşizasından bizə tanış olan Vulkan Salamından gedirdi. Sualın ikinci hissəsində isə fraza ilə birgə işlənən “Live Long and Prosper” cümləsində eyham olunurdu. Oyunumuza Vulkan Salamı ilə start verdik. -Müəllif: Fatimə Kərimli - -Sual: 2. Spirallar haqqında olan bir manqada məktəbdə hər yerdən çıxıb insanları qorxudan personaja İKS ləqəbi verilir. İKS bir fast-food şirkətinin maskotu olaraq seçilib. İKSİ cavab kartlarınıza yazın. -Cavab: Jack in the box -Şərh: “Qutudakı Cek” oyuncağı bir anda aktivləşərək qutudan kənara çıxa və insanları qorxuda bilirdi. Qutudakı Cek ilə eyni adı daşıyan fast-food şirkətinin maskotu kloundur. Maraqlıdır ki, məşhur fast-food şirkətlər zənciri olan “McDonald’s”ın maskotu da məhz kloundur. -Müəllif: Səbinə Kərimli - -Sual: 3. Şimal maralı saxlayan köçəri nen tayfası X səbəbindən hər il daha da şimala köç edir. X-ə həsr olunmuş bir posterdə Yer kürəsi əriyən dondurmaya bənzədilib. X-i iki sözlə yazın. -Cavab: Qlobal istiləşmə -Şərh: Şimal marallar soyuğu sevir və istidə tələf olur. -Müəllif: Emil Yusublu - -Sual: 4. Paylama materialı“Spaceballs” filmindən olan paylama materialındakı kadrda personajlar sanki BUNU EDİRLƏR. Başqa bir filmdə adaya düşən personaj dostunun suallarından bezir və BUNU edir. BUNU ETMƏK ilə əvəz olunanı eyni hərflə başlayan üç sözlə cavab kartlarınıza yazın. -Cavab: Dordüncü divarı dağıtmaq -Şərh: Rekvizitdə personajların ekranda özlərinin yansımasına baxdığını görə bilərsiniz. Tom Kruzun “Knight and Day” filmindəki personaj isə adaya düşəndən sonra sarışın dostunun suallarından bezir və sanki dördüncü divarı dağıtmaq istəyir. Dördüncü divar filmlərdə və səhnələrdə istifadə edilən, izləyici və reallıq arasındakı əlaqəni yaradan termindir. -Müəllif: Fatimə Kərimli - -Sual: 5. Tomrisin oğlu Əhəmənilərlə sərhəddə yerləşən çayın yaxınlığına gəlir və Bunun enli olmasından hücuma gələcək düşmənin sayının çox olacağını təxmin edir. Gürcüstan və Azərbaycan şairlərinin birlikdə çıxardığı kitablardan biri Qırmızı bu adlanır. Bunu bir sözlə yazın. -Cavab: Körpü -Şərh: Çay üzərində körpü enli idi deyə, çox əsgərin gələcəyini anlamışdılar. İkinci hissədə isə söhbət Gürcüstanla sərhəddimizdə yerləşən “Qırmızı körpü”dən gedirdi. -Müəllif: Emil İsmayıl - -Sual: 6. Bir yumoristik fotoda ibtidai insanların mamonta bir neçə ox ataraq ovladığı və bundan sonra heyvanların bel ağrısının keçdiyi təsvir olunur. Bu fotonun başlığı "Erkən illərdə ALFA”dır. ALFANI xarici mənşəli bir sözlə yazın. -Cavab: Akupunktur -Şərh: Akupunktur bədənin strateji nöqtələrinə nazik iynələr vurularaq tətbiq edilən dünyanın ən qədim müalicəsidir. -Müəllif: Səbinə Kərimli - -Sual: 7. “Luck” cizgi filmində yaxşı və pis uğur dünyaları arasında yaşayan və onlara nəzarət edən personaj ONUN adını daşıyır. ONUN haqqında məqalədə danimarkalı Frolixin qələminin məhsulu olan rəsm əsərinə rast gələ bilərik. ONUN kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: Heymdal -Şərh: Skandinav mifologiyasında da Asqardiyanı qoruyan və 9 dünyaya nəzarət edən personaj Heymdal adını daşıyırdı. Personajın bəyaz saçlı olması isə Heymdalın “Bəyaz Allah” olaraq çağırılmasına işarə idi. Frolix soyadı isə sizi Skandinaviyaya apara bilərdi. -Müəllif: Fatimə Kərimli - -Sual: 8. Qarğıdalıya Azərbaycanın bəzi bölgələrində “Peyğəmbəri” və “Məkə” deyilməsi barədə məqalədə toxumların ilk dəfə bu ölkəyə getmiş həmyerlilərimiz tərəfindən Azərbaycana gətirildiyi düşünülür. Söhbətin hansı ölkədən getdiyini cavab kartınıza yazın. -Cavab: Səudiyyə Ərəbistanı -Şərh: Həcc ziyarəti zamanı zəvvarlar ölkəmizdən Səudiyyə Ərbistanına gedib, sonra geri qayıdırdı. Məkə sözü də “Məkkə” sözünə bənzəyir. -Müəllif: Emil Yusublu - -Sual: 9. “Dəmir adam’’ filmində Toni Starkın hazırladığı mexanizmi göstərən Steyn dünyaya yeni növ silah gətirsə də Toninin həmin silahı görə bilməyəcəyini deyir. Bu zaman Steyn bu cihazı Toni üçün İKS adlandırır. İKSİ deyin -Cavab: 9-cu simfoniya -Şərh: Doqquzuncu simfoniyanın lənəti belə bir xurafatdır ki, Bethovendən başlayaraq 9-cu simfoniyanı yazan hər bir bəstəkar qısa müddət sonra ölür və onun səhnələşdirilməsini görmür. Burada da Steyn Toni Starkın hazırladığı mexanizmi ona göstərib bunun onun doqquzuncu simfoniyası olduğunu deyir, bu da “Avengers: Endgame’’ filminə göndərmədir. Sualın 9-cu olması da sizə kömək ola bilərdi. -Müəllif: Səbinə Kərimli - -Sual: 10. “Maşa və ayı” cizgi filminin epizodlarının birində ayı pazl yığır. Maraqlıdır ki, pazlda ALFA-nın təsvirini görə bilərik. Bəzi mənbələrə əsasən, ALFA İvanın Qorodomlya adasını ziyarət etməsindən sonra ortaya çıxmışdır. ALFA-nı yazın. -Cavab: “Şam meşəsində səhər” rəsm əsəri -Şərh: Maraqlıdır ki, cizgi filmin baş personajı olan ayı da ayıların təsvir edildiyi bir digər məşhur rəsm əsərinin təsviri olan pazl yığırdı. Sualda söhbət isə məşhur rəsmin müəllifi olmuşdur İvan Şişkindən gedirdi. -Müəllif: Fatimə Kərimli - -Sual: 11. Bəzi Dağıstan xalqları Bunu “Hacı-buğda” adlandırır. Bunu bir sözlə yazın. -Cavab: Qarğıdalı -Şərh: Bir neçə sual əvvəl də bu bitkinin adının Məkkə ilə bağlı olduğunu qeyd etmişdik. -Müəllif: Emil Yusublu - -Sual: 12. Fərqli tərzdə hazırlanmış bir qələmyonanda karandaşı salmaq üçün olan hissəni tabutda olan personajın ürək qismində görə bilərik. Söhbətin XIX əsrin sonlarına aid hansı personajdan getdiyini deyin. -Cavab: Drakula -Şərh: Bildiyimiz kimi ucu iti olan çubuğu vampirin ürəyinə sancaraq öldürmək olur. Tabut isə vampirlərin məşhur atributlarından biridir. -Müəllif: Səbinə Kərimli - -Səhifə -> 617 | Sual Sayı -> 15 - -Sual: 1. 80-ci illər Yaponiya üçün olduqca uğurlu keçsə də, 90-cı illərdə durğunluq müşahidə olunmuşdu. Bu barədə danışan bir videobloqqer qeyd edir ki, Yaponiya 90-cı illərə X-lə başlamışdı. Araşdırmalar onu göstərir ki, X-in iş fəaliyyətinə təsiri hər il dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurur. X-i bir sözlə yazın. -Cavab: Xumarlıq -Şərh: 80-ci illər Yaponiyada bir növ uğur sərxoşluğu yaratmışdı ki, bunun da nəticəsi olaraq ölkə 90-cı illərə xumarlıqla başladı. Xumarlığın işçilərin məhsuldarlığını aşağı salması iqtisadiyyata külli miqdarda ziyan vurur. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 2. İslamə Abdullayevanın “1109” adlı albomuna “Yaşa, ürəyim” və “Sənə qurban” mahnıları da daxildir. Albomun adındakı "1109"un nə olduğunu bir neçə sözlə cavab kartlarınıza yazın. -Cavab: Mikayıl Müşfiqin həbsxana nömrəsi -Şərh: Albomda Mikayıl Müşfiqin şeirlərinə yazılmış mahnılar yer alır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 3. 1970-ci ildə iki tərəf arasında Pele paktı imzalanmışdı. Tərəflər üçün ortaq olan soyadı cavab kartlarınıza yazın. -Cavab: Dassler -Şərh: "Adidas" və "Puma" şirkətləri arasında bağlanmış Pele paktı dövrünün ən məşhur futbolçusu ilə Dünya Çempionatı öncəsi müqavilə imzalamamaq barədə razılıq idi. Tərəflər düşünürdü ki, daha yaxşı təklif vermək uğrunda mübarizə nəticəsində qiymət çox şişəcək, bu isə qalib şirkətə xeyirdən çox ziyan verəcəkdi. Pakt iki şirkətin yaradısı olan Adolf və Rudolf Dasslerin oğulları arasında imzalanmışdı. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 4. Paylama materialı"Kapuçino" sözü hərfi tərcümədə "kiçik kapusin" deməkdir. Bir versiyaya görə, içki öz adını geyimdən, yəni kapüşondan almayıb, İKSƏ bənzədiyi üçün alıb. İKSİ qalın saitli sözlə deyin. -Cavab: Tonzura -Şərh: Başqa bir versiyaya görə, içki adını kapusin ordeninə aid olan rahiblərə görə alıb. Belə ki, rekvizitdə gördüyünüz kimi kapuçinonun üst hissəsi rahiblərin saç düzümü olan tonzuranı xatırladır. -Müəllif: Eşqin İbrahimov - -Sual: 5. Devid Çoe qeyd edir ki, təbiətlə yaxın əlaqədə olan Afrika qəbilələrinin üzvləri sanki BUNU EDƏRƏK bal pətəklərinin yerlərini tapırlar. “God of War Ragnarok” oyununun əsas personajlarından biri də tez-tez BUNU EDİR. Bunu etməklə əvəz olunmuş iki sözü cavab kartınıza yazın. -Cavab: Quşlarla danışmaq -Şərh: Qəbilənin insanları o qədər flora və fauna ilə ahəngdar yaşayırlarki, səs çıxardaraq quşlarla əlaqə qurub bal pətəklərinin yerlərini öyrənirlər. Qeyd olunan oyunun adından göründüyü kimi əsas antoqonist Odindir. Odin bəzi səhnələrdə gözləri sayılan qartallar Hugin və Munin ilə danışır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 6. "Sapiens" kitabında deyilir ki, bütün sahələrə əhəmiyyətli təsir göstərmiş Neolit inqilabı BURAXILMIŞ SÖZLƏR idi. BURAXILMIŞ SÖZLƏR bizə keçən əsrin 60-cı illərindən tanışdır. Buraxılmış 4 sözü tapın. -Cavab: Bəşəriyyət üçün böyük sıçrayış -Şərh: Ayda atılan addımın bəşər tarixində yeni səhifə açdığı kimi Əkinçilik inqlabının da bəşər tarixində yeni səhifə açacağını bildirən tədqiqatçılar bunu insanlıq üçün böyük addım adlandırmışdılar. Sapiens əsərinin tam adı “Brief History of Humankind”dır ki, Armstronqda Giant leap for Mankind olaraq cümləsini bitirmişdir -Müəllif: Şahmurad Məmmədov - -Sual: 7. İmperator tərəfindən saraydan sürgün edilmiş yapon siyasi xadim Suqavaranın ölümündən sonra sarayı tez-tez ildırım vururdu. Bəziləri inanırdı ki, Suqavara BURAXILMIŞ İKİ SÖZ etmişdir. Buraxılmış eyni hərflə başlayan iki sözü tapın. -Cavab: Reydenə reinkarnasiya -Şərh: Mortal Combat oyunundan da bildiyiniz kimi, Reyden yapon mifologiyasında ildırım tanrısıdır. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 8. Bayern Münxen komandasının liqadakı ardıcıl çempionluqlarından bəhs edən bir karikaturada masa ətrafındakı futbolçular İKSİ İQREK kimi istifadə edir. İKS və İQREKi yazın. -Cavab: Bundesliqa kuboku və birdekel -Şərh: Digər Liqalardan fərqli olaraq Bundesliga kuboku dairəvi yastı formadadı. Pivə adət -ənənəsi ilə məşhur olan klubun karikaturasında Kubok Birdekel olaraq təsvir olunmuşdur. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 9. “Forrest Gump” filminin stol üstü tennis səhnələrində əslində top yox idi, və kompyuter qrafikasından istifadə edilmişdi. Həmin səhnələr çəkilərkən setdə yavaş-yavaş sürətlənən nəyin olduğun cavab kartınıza yazın. -Cavab: Metronom -Şərh: Həmin səhnələrdə heç bir ping-pong topu yox idi və iştirakçılar metronomun səsinə uyğun olaraq raketka ilə süni zərbə vururdular. Bu da səhnələrin sinxron olmasına gətirib çıxarmışdır. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 10. Elizabet dövrü İngiltərəsinin sərt etiket qaydalarına əsasən, nahar zamanı hər hansı yanlış addım insanların cəmiyyətdəki nüfuzuna böyük zərbə yetirirdi. Bu barədə danışan müəllif həmin dövrdəki nahar süfrələrini X-ə bənzədir. Dünyada ən böyük X Ukraynadadır. X-i iki sözlə tapın. -Cavab: Mina sahəsi -Şərh: Hər hansı yanlış addım nüfuza böyük zərbə yetirirdi. Necə ki, mina sahəsində yanlış addım ciddi xəsarətlərə gətirib çıxara bilər. Davam edən müharibə nəticəsində Ukraynada dünyanın ən böyük mina sahəsi yaranmışdır -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 11. Bir Şərqi Asiya nağılında kəndli təhlükəli düşməni zərərsizləşdirmək üçün kəndirlə ağaca bağlayır və ağacı yandırır. Sözügedən nağıl X-in necə yarandığını izah edir. X cəngəllik ərazilərdəki döyüşlərdə istifadə olunan kamuflyaj formasına verilən addır. X-i təyini söz birləşməsi ilə yazın. -Cavab: Pələngin zolaqları -Şərh: Nağıla əsasən, pələngin dərisindəki narıncı rəng alovu simvolizə edir. Qara rəng isə kəndirin altında qalan hissəni bildirir. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 12. Estremadura vilayətindəki quru iqlim şəraiti həm yaşayışı çətinləşdirir, həm də əhalinin rifahına mane olurdu. Təsadüfi deyil ki, ONLARIN əksəriyyəti məhz Estremadurada doğulmuşdu. Əvvəlki cümlədə bir sözdə çoxlu hərf buraxılıb. Buraxılmış hərfləri bərpa edərək sözü orijinalda yazın. -Cavab: Konkistador -Şərh: Çətin iqlim şərtləri vilayətdə doğulan şəxsləri avantüralara istiqamətləndirmişdi. Hernan Kortes, Fransisko Pizarro, Pedro de Alvarado, Vasko Nunyez de Balboa və daha bir neçə məşhur konkistador məhz bu vilayətdə doğulub -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 13. Sloqanı "Başlanğıc heç vaxt sona bu qədər yaxın olmamışdı." olan qısa film festivalının posterində poçt qutusu təsviri yer alır. Sualın mətnində əvəz olunmuş iki sözü tapın. -Cavab: Saqqallı uşaq -Şərh: Uşaq sloqandakı başlanğıcı, saqqal isə sonu ifadə edir. Başlanğıc və sonun yaxınlığını bildirmək üçün posterdə uşaq saqqallı təsvir edilib. Sualın mətnində Cəlil Məmmədquluzadənin bir əsəri digəri ilə əvəz olunmuşdu. -Müəllif: Əşrəf Paşabəyli - -Sual: 14. Paylama materialı"....ring in the White House "Pyer de Kubertenə yazmış olduğu məktubda o, keçmiş məşğuliyyətinə az vaxt ayırmasını izah edərkən bir siyasətçinin burnunun şişməsinin, gözünün qaralmasının və dodağının partlamasının absurd olduğunu bildirmişdir. Onun kim olduğunu bildinizsə, rekvizitdəki məqalə başlığının ilk sözünü bərpa edib cavabı yazın. -Cavab: Sparring -Şərh: Amerikan prezidenti Teador Ruzvelt prezidentliyindən əvvəl boksla məşğul olmuşdur. Seçiləndən sonra Ağ Evdə rinq qurdurmuş olan Ruzvelt boksdan uzaqlaşsa da döyüş idmanlarında xüsusi qaydaları olan, zədələnmə risklərini azaldan sparring adlanan məşqlərə çıxırdı. Rekvizitdə ring sözü sizə kömək ola bilərdi. -Müəllif: Şahmurad Məmmədov - -Sual: 15. Döyüşlərdə bir qolunu, bir ayağın�� və bir gözünü itirən admiral Blas de Lezoya X ləqəbi verilmişdi. Bizə 2003-cü ildən tanış olan mənbənin adında da X var. X-lə əvəz olunan sözləri tapın. -Cavab: Yarım adam -Şərh: Admiral hər ətrafından birini itirməklə yarım adama dönmüşdü. İkinci hissədə amerikan serialı “Two and a half man”dən söhbət gedirdi. -Müəllif: Əşrəf Paşabəyli - -Səhifə -> 623 | Sual Sayı -> 12 - -Sual: 1. Sual nömrə 1! Bir serialda təqaüdə ayrılmağa hazırlaşan biznesmen ata övladları arasında böyük oğlunun BURAXILMIŞ 2 SÖZdə dayandığını deyir. Buraxılmış eyni 2 hərflə başlayan 2 sözü tapın. -Cavab: Pol pozisiyası -Şərh: Pol pozisiyası F1də yarışa başlamaq üçün ən əlverişli mövqedir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Tibbə məlumdur ki, dünyaya göz açan körpələr hər şeyi BELƏ görürlər. Rejissor Teymur Nəcəfzadənin 2006-cı ilə aid filminin adında da BELƏ sözünə rast gəlinir. Siz isə BELƏ ilə əvəz etdiyimizi yox, filmin kimə həsr olunduğunu yazın. -Cavab: Çingiz Mustafayev -Şərh: Dünyaya yenicə göz açan körpələr hər şeyi ağ-qara formada görürlər. Haqqında danışılan film isə Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmiş və Çingiz Mustafayevə həsr olunmuş "Ağ-qara reportaj" filmidir. -Müəllif: İsmayıl Məmmədquliyev - -Sual: 3. Qanun Naminə filmində personajdan qeyrətinin harda olduğu soruşulan zaman o dərhal BUNU EDİR və qeyrətinin yerində olduğunu deyir. Dermatoloqlar həddindən artıq çox BUNU ETMƏYİN ziyanlı olduğunu qeyd edirlər. BUNU ETMƏK ilə əvəzlədiyimiz sözləri tapın. -Cavab: Papaq taxmaq -Şərh: Filmdə personaj qeyrətinin yerində olduğunu bildirir və papağını taxırdı. Dermatoloqlar isə həddindən artıq çox müddət papaq taxmağın ziyanlı olduğunu deyir. -Müəllif: Muhamməd Əlizadə - -Sual: 4. Çayna Mevilin kitabında tək ayaq üzərində tam dövrə vuran balerina İKSə bənzədilir. İKSin əvəzinə bəzən karandaşa bağlanan sapdan da istifadə olunur. İKSi istənilən dildə cavab kartınıza yazın. -Cavab: Pərgar -Şərh: Tək ayaq üzrə tam dövrə vuran balerinə pərgara bənzədilir. Pərgərın əvəzinə bəzən karandaşa bağlanan sapdan istifadə olunur, düzgün dairə çəkmək üçün. -Müəllif: Saday Cəfərov - -Sual: 5. Led Zeppelin qrupu albomlarından birində həm folk, həm bluz-rok, həm də utopian stilindən mahnılar salaraq rəngarəng albom ortaya çıxarmışdı. Siz isə Robert Plantın bir müsahibəsində musiqini nəyə bənzətdiyini yunan mənşəli bir sözlə yazın. -Cavab: kaleydoskop -Şərh: Kaleydoskop rəngarəng simvollar ortaya çıxaran optik alətdir. Sualda müxtəlif növ janrlar və rəngarənglik sizə ipucu ola bilərdi. Robert Plant da elə qeyd edilən albom haqqındakı müsahibəsində musiqini kaleydoskopa bənzədir. -Müəllif: Namiq Quluzadə - -Sual: 6. Bir məqalədə Makedoniyalı İsgəndərin cəsədinin 6 gün ərzində çürümə əlaməti göstərmədiyi qeyd olunur və deyilir ki, Makedoniyalı İsgəndər əslində BUNU EDİB. BUNU ETMİŞ adlı filmin əksər hissələrində baş qəhrəman Zippo alışqanından istifadə edir. BUNU ETMƏKlə əvəzlədiyimiz sözləri tapın. -Cavab: Diri-diri basdırılmaq -Şərh: Tədqiqatçılar deyirlər ki Makedoniyalı İsgəndər ölməmişdi, sadəcə iflic olmuşdu və onu diri-diri basdırmışdılar. “Diri-Diri basdırılmış” filmində isə qəhramanımız işıq mənbəyi kimi Zippo alışqanından istifadə edirdi. -Müəllif: Muhamməd Əlizadə - -Sual: 7. Almaniya qanunlarına görə tikintiyə başlamazdan əvvəl İKSləri aşkar etmək üçün torpaq sahəsi yoxlanılmalıdır. 2011-ci ildə quraqlıq nəticəsində Reyn çayının yatağında İKS aşkar edilmiş və 45 min insan təxliyyə edilmişdi. İKSi qarşılıqlı samitlərlə başlayan 2 sözlə yazın. -Cavab: Partlamamış bomba -Şərh: Almaniyada tikintiyə başlamazdan əvvəl torpaq bir çox araşdırmalardan keçir, çünki ikinci dünya müharibəsində Avropaya təxminən 2.7 milyon ton bomba atılmış və təxminən yarısı Almaniyaya düşmüşdü. Reyn çayına düşən bir partlamamış bomba isə quraqlıq nəticəsində aşkar edildiyi üçün 45.000 insan təxliyyə edilmişdir. -Müəllif: Muhamməd Əlizadə - -Sual: 8. Deyilənə görə Çe Qevara Kubada ağcaqanadlardan yaxa qurtarmaq üçün BUNU ETMƏYƏ başlamışdı. Amerika hinduları BUNU EDƏN ilk insanlar hesab olunurlar. BUNU ETMƏK ilə əvəz olunmuş sözləri yazın. -Cavab: Siqaret çəkmək -Şərh: Çe Qevara ağcaqanadlardan yaxa qurtarmaq üçün siqaret çəkirdi. Çünki siqaretdən çıxan tüstü ağcaqanadların ona yaxınlaşmasının qarşısını alırdı. Siqareti ilk dəfə hazırlayan xalq kimi Amerika hinduları qəbul olunur. -Müəllif: İsmayıl Məmmədquliyev - -Sual: 9. "Dənizin sirri" adlı detektiv hekayə dalğaların İKSin üzərindəki İQREKi yumasının təsviri ilə başlayır. Adında İKS və İQREKi görə biləcəyimiz serialda Spartakdan bəhs olunur. İKS və İQREKin hər birini qısa sözlə cavab kartınıza yazın. -Cavab: Qum və qan -Şərh: Hekayənin başlanğıcında sahilə vuran dalğaların qumun üzərindəki qanı yuyub aparır. Söhbətin döyüşçü Spartakdan getməsi də sizə kömək ola bilərdi. -Müəllif: Saday Cəfərov - -Sual: 10. Ağzına qədər doldurulmuş qədəhdən içkinin bilərəkdən daşırılaraq servis edildiyi bir kokteyl İKS adını daşıyır. Ötən əsrin birinci yarısında kim öz çıxışında İKSi də xatırlamışdı? -Cavab: Uinston Çörçill -Şərh: Söhbət göz yaşından gedirdi. Göz yaşı simvolikası yaratmaq üçün qədəh ağzına qədər doldurularaq daşırılırdı. -Müəllif: Saday Cəfərov - -Sual: 11. Bir məqalədə qeyd edilir ki, basketbol yeni yaranan zaman oyunçular tez-tez İKSə ehtiyacı olurdu. 1971-ci ilə aid məşhur bir mahnının posterində səmaya doğru gedən İKSi görə bilərik. İKSi tapın. -Cavab: Nərdivan -Şərh: Basketbol yeni yaranan zamanlar basketbol səbəti yox idi və oyunçular topu şaftalı səbətlərinə atırdılar. Top hər səbətə düşdükdən sonra onu səbətdən götürmək üçün nərdivandan istifadə edirdilər. Sualın ikinci hissəsində isə Led Zepellin qrupunun məşhur “Cənnətə aparan nərdivan” mahnısından söz gedirdi. -Müəllif: Muhamməd Əlizadə - -Sual: 12. “Brüggedə” filmində baş qəhrəmanın nə etdiyi əmələ görə cəza çəkməməsindən, nə də rahat həyatına davam edə bilməməsindən danışılarkən Brügge İKSə bənzədilir. İngilis dilində İKS latın dilindəki "təmizləmək" sözündən yaranıb. X-i cavab kartınıza yazın. -Cavab: araf -Şərh: Sualda sizə qəhrəmanın nə cəzasını çəkdiyi, nə də rahat yaşamına davam edə bildiyi deyilmişdi. Belə ki, rejissor bu zaman bruggenin cənnət və cəhənnəm arasında olan Arafa bənzədir. Dini inanclara görə arafda bir qədər günahı olanlar günahlarından təmizlənəcəklər və daha sonra cənnətə keçəcəklər. -Müəllif: Namiq Quluzadə - -Səhifə -> 624 | Sual Sayı -> 12 - -Sual: 1. Hadisələri İkinci Dünya müharibəsi dövründə cərəyan edən bir filmdə ofisiant alman hərbçilərə alo deyir və bununla da özünü ələ vermiş olur. Əvvəlki cümlədə buraxılmış hərflər olduğunu bilərək sözü originalda yazın. -Cavab: Şalom -Şərh: İkinci dünya müharibəsində Almanların yəhudi siyasəti hamımıza məlumdur. Şalom isə Yəhudilərin salamıdır. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 2. 15-ci əsrdə Bartolomeo Sanki tərəfindən yaradılmış "Əsl zövq və sağlamlıq haqqında" əsəri ilk çap olunmuş ALFA hesab edilir. ALFA-nı eyni hərflə başlayan iki sözlə cavab kartınıza yazın -Cavab: Kulinariya kitabı -Şərhlər: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 3. Köln yaxınlığında yaşayan Rolf təxminən yarım əsr əvvəl oğlunun istəyini reallaşdırmaq üçün qazonbiçəni sökməli olmuşdu. Rolfun soyadını yazın -Cavab: Şumaxer -Şərhlər: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 4. İnsanların supermarketlərdə boş yerlər gördükdə hər-hansısa qutuları və ya arabanı ora yerləşdirmək istəməsi, ofislərdə mətbəx ləvazimatlarını yerləşdirməsi və s. DELTA effekti adlanır. 2023-cü ildə ekranlara çıxan DELTA adlı film barədə bir saytda qeyd edilmişdi ki, "tempi sürətli deyil və asılılıq yaratmır". DELTA-nı yazın. -Cavab: Tetris -Şərhlər: None -Müəllif: Kənan Dadaşzadə - -Sual: 5. Heineken pivəsinin reklam posterlərindən birində tıxacaçan bu şəhərdə yerləşən abidə kimi stilizə edilib. Həmin şəhəri cavab kartınıza yazın -Cavab: Rio de Janeyro -Şərhlər: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 6. 2017-ci ildə Ankarada Andrey Karlov öldürülərkən "elçiyə zaval yoxdur" adlı məqalə dərc olunmuşdu. Həmin məqalədə Putinin teatr tamaşasına baxması Ankarada baş verən hadisənin əslində konspiralogiya nəzəriyyəsinə uyğun gəlməsi iddia edilirdi. Buna səbəb isə həmin tamaşanın müəllifinin BU ŞƏXS olması idi. Həmin şəxsi cavab kartlarınıza yazın. -Cavab: Aleksandr Qriboyedov -Şərh: Konspirasiya nəzəriyyəsinə görə səfir Putinin sifarişi ilə öldürülmüşdü. Rusiyanın 19-cu əsrdə İrandakı səfiri Karlov kimi səfir işləyərkən öldürülən yazıçı Qriboyedov idi -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 7. 7) 2005-ci ildə Florida Polk dairəsinin polis məmuru Tommi Rey cinayətlərin üstünün açılması üçün yeni üsul təklif etdi. İdeya bundan ibarət idi ki, X-lərin üzərinə açılmamış cinayətlərin qurbanlarının fotoları yerləşdirilərək əyalət boyunca bütün həbsxanalara paylanılsın. X-i 2 sözlə yazın. -Cavab: Oyun kartları -Şərh: 2005-ci ildə Florida Polk dairəsinin polis məmuru Tommi Rey cinayətlərin açılması üçün yeni üsul təklif edir. O, İraqdakı Amerika əsgərlərinə asanlıqla tanınması üçün İraqdakı rejimin yüksək vəzifəli məmurları, hərbçiləri və partiya funksionerlərinin əks olunduğu oyun kartları verildiyini eşitmişdi. Məsələn, İraq prezidenti Səddam Hüseyn qaratoxmaq tuz, oğulları Udey və Qusay isə xaç və ürək tuz idilər. 2010-cu ildə kartlarda Süzan Şvartsın adı… -Müəllif: Kənan Dadaşzadə - -Sual: 8. Qədimdə bahalı olduğundan yalnız bir qisim insan üzgüçülüklə məşğul ola bilirdi. Buna görə də qəribə deyil ki, əgər gəmi batardısa suyun səthində yalnız ONLAR qalırdı. ONLARI frazeologizm olan iki söz ilə cavab kartınıza yazın -Cavab: Cəmiyyətin qaymaqları -Şərhlər: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 9. Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir çöküşə gedən siyasətini və dini yolla idarəetməsini tənqid edən bir mahnı Yorğun demokrat adlanır. Əvvəlki cümlədə bir sözdə bir neçə hərf dəyişdirilib həmin sözü originalda yazın. -Cavab: Teokrat -Şərh: Dini üsulla idarə olunan dövlətlərə teokratiya deyilir. Türkiyənin son illərdə demək olar ki, dinlə idarəedilməsini qınayan müəllif də mahnı adını Yorğun Demokrat yox Yorğun Teokrat adlandırıb. -Müəllif: İsmayıl Adıgözəlov - -Sual: 10. 1967-ildə ilk ürək transplantasiyasın edəndən sonra Kristian Barnard çoxlu səyahət edir, prezidentlər, şəhzadələr və digər məhşur şəxslərlə görüşür. Bir məqalədə Kristian Barnardın Cərrahiyənin ALFA-sı olduğu deyilir. Vayn-Strit-də yerləşən və Apollon 11 missiyasına həsr olunan digər ALFA istisna olduğu üçün dairəvi formadadır. ALFA-nı 2 sözlə yazın. -Cavab: Hollivud ulduzu -Şərh: İlk ürək transplantasiyasından sonra bütün düynada çox məhşurlaşan Kristian Barnardı cərrahiyənin “Hollivud ulduzu” adlandırırdılar. Vayn-Stritdə Şöhrət Alleyasında olan Hollivud ulduzlarından biri Apollon-11 missiyasına həsr olunub və istisna olaraq ənənəvi ulduz formasında yox ayı xatırladan dairəvi formadadır. -Müəllif: Kənan Dadaşzadə - -Sual: 11. Bir filmdə ölmüş qadının çanaq sümüklərində olan izlər barədə danışan personaj, qadında ölüm anında təcili BUNUN olduğunu qeyd edir. 2000-ci ildə meksikalı İnes Ramires mətbəx bıçağı ilə BUNU özünə edən ilk şəxs kimi tarixə düşüb. BUNU 2 sözlə yazın. -Cavab: Qeysəriyyə əməliyyatı -Şərhlər: None -Müəllif: Kənan Dadaşzadə - -Sual: 12. Bu simvolin yaranması ilə bağlı ehtimallardan biri kimi musiqidə işlədilən və "kəsmək" mənasını verən sezura xatırlanır. Həmin simvolu cavab kartınıza yazın və ya çəkin -Cavab: Pauza və ya || -Şərh: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Səhifə -> 625 | Sual Sayı -> 15 - -Sual: 1. Bir əsərdə filə atəş açılandan bir müddət sonra BUNUN yarandığı qeyd olunur. Troyadan qayıdan Aqamemnonu həyat yoldaşı BUNUNLA qarşılamışdı. BUNU birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Qırmızı xalça -Şərh: Fildən çox qan axmışdı və yerdəki qırmızı qan xalçaya bənzədilmişdi. Aqamemnon qələbə ilə qayıtdığı üçün həyat yoldaşı təntənəli qarşılama mərasimi təşkil etmiş və onu qırmızı xalça ilə qarşılamışdı. -Müəllif: Emil Yusublu - -Sual: 2. Stefan Zveyq "Səs" hekayəsində BUNU mumiyaya bənzədir. "Caz Kafe" adlı obyektin loqosunda BU boşqabı əvəz edib. BUNU bir sözlə yazın. -Cavab: Val -Şərh: Hekayənin adı və bənzətmə sizə kömək ola bilərdi. Yazıçı səslərin yazıldığı valda səslərin qorunduğunu ifaçılar ölsə belə səslərin gələcək nəsillərə çatdığını qeyd edir. İkinci hissədən onun dairəvi olmasına çıxa bilərdiniz. -Müəllif: Emil Yusublu - -Sual: 3. Yazıçı Patrik Dennis əvvəllər uğursuzluğa düçar olsa da, Vanquar Press vasitəsilə çap etdiyi əsərləri uğurlu hesab edilir. Yazıçı öz əsərini bütün mətbəələrə çap üçün göndərmişdi. Əvvəlki cümlədə BURAXILMIŞ SÖZLƏR var. Həmin sözləri yazın. -Cavab: Əlifba sırası ilə -Şərh: Bütün mətbəələrə göndərmiş, yalnız Vanquarda müsbət geridönüş almışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 4. Bir romanda özünü tanrı hesab edən qatil nəfəsli musiqi aləti ifaçısını xüsusi qəddarlıqla öldürür. Bu zaman zərərçəkmiş ONUNLA müqayisə edilir. O qədim Romada plebeylərin və azad fikrin simvolu hesab olunurdu. Onu yazın. -Cavab: Marsiy -Şərh: Fleyta yarışında Apollonu udan Marsiy dərisi soyularaq qətl edilmişdi. Marsiy insan olaraq Tanrıları məğlub etdiyi üçün Plebeylərin də simvolu hesab olunur -Müəllif: Səbuhi Göyüşov - -Sual: 5. Qəribədir ki, BUNUN üzərində təsvir olunan 3 qaya sabitliyi, möhkəmliyi və sarsılmazlığı bildirir. BUNA həsr olunmuş karikaturada balaca uşaq böyük ədədləri öyrənir. BUNU biri xüsusi isim olmaqla iki sözlə yazın. -Cavab: Zimbabve dolları -Şərh: Təəssüf ki, hiperinflaysiya onların ümidlərini puça çıxardı. -Müəllif: Emil Yusublu - -Sual: 6. İtkin düşmüş Malayziya təyyarəsini geniş bir ərazidə axtaran qrupun rəhbəri bildirmişdi ki, onlar ALFADAN əvvəl, BETA-nı tapmalıdır. ALFA-nı incə, BETA-nı qalın saitli sözlə yazın. -Cavab: İynə, Samanlıq. -Şərh: Ərazi çox böyük olduğu üçün deyirdi ki, biz samanlıqda iynə yox, samanlığı axtarırıq. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 7. “Avtostopçunun qalaktika rəhbəri” əsərinin robot personajına aid laylada BU xatırlanır. Bunu birinci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Elektrik qoyun -Şərh: Robot personaj Marvin idi. Maraqlıdır ki, yazıçı digər məşhur əsərə alluziya olaraq laylada robotun elektrik qoyunları saydığını qeyd edib. -Müəllif: Namiq Quluzadə - -Sual: 8. Norm Makdonald yazdığı kitabın əvvəlində qeyd edir ki, bir hekayəni sözbəsöz xatırlamaq mümkün deyil, çünki beyin İKS deyil ki, hər şeyi olduğu kimi qeyd etsin. Video və audio texnologiyasının tətbiqi son dövrlərdə İKS-lərin sayının azalmasına səbəb olmuşdur. İKS-i mürəkkəb yunan sözü ilə cavab kartınıza yazın -Cavab: Stenoqraf -Şərh: Norm qeyd edir ki, bütün hadisələri, hekayələri olduğu kimi xatırlamaq mümkün deyil, çünki beyin stenoqraf deyil ki, dediyiniz hər şeyi harasa qeyd etsin. Son dövrlərdə audio və video yazıcıların tətbiqi nəticəsində stenoqrafların sayı azalıb. -Müəllif: Namiq Quluzadə - -Sual: 9. Paylama materialıGördüyünüz Djed heroqlifi gücün simvollarındandır və qədim Misirdə adətən mumiya tabutlarının arxa hissəsində təsvir edilirdi. Djedin digər adını eyni hərflə başlayan iki sözlə yazın. -Cavab: Osirisin onurğası -Şərh: Təsvirə fikir versəniz onurğaya bənzəyir. Güc simvolu olması sizi tanrılardan birinə apara bilərdi. Tabutun arxa hissəsində təsvir edilməsi də sizə kömək ola bilərdi. -Müəllif: Emil Yusublu - -Sual: 10. Rodni Dencerfildin məzar daşında öz şoularından birində istifadə etdiyi cümlə yazılmışdı. Həmin cümlə o qədər məşhur olmuşdu ki, hətta New York Times ifadəni İKS-də istifadə etmişdi. İKS-i bir sözlə yazın. -Cavab: Krossvord -Şərh: İfadə o qədər məşhurlaşmışdı ki, New York Times ifadəni öz krossvordunda istifadə etmişdi. -Müəllif: Namiq Quluzadə - -Sual: 11. Mavi qısqac xərçəngin təbii arealı Atlantik okeanının qərb sahilləri olsa da hal-hazırda Aralıq dənizində çox sürətlə artır. Mavi qısqac xərçəngin Aralıq dənizinə gəmilərin altında gəldiyi ehtimalı var. Əvvəlki cümlədə bir sözdə buraxılmış hərfləri bərpa edib sözü orjinalda yazın. f -Cavab: Ballast -Şərh: Nəhəng gəmilər tarazlıq üçün ballast sularından istifadə edir və çatdığı nöqtədə bu suları dənizə boşaldır. Gəminin suyu götürdüyü yerlə boşaltdığı yer arasında uzun məsafələr olur və su ilə gələn canlılar yeni yerdə problemlər yarada bilir. -Müəllif: Emil Yusublu - -Sual: 12. Stefan Zveyqin bir hekayəsində pianolaya baxan personaj BUNU xatırlayır. -Bir rəsmdə BU marionet iplərinə bağlanmış yapon şamlarını oynadır. BUNU iki sözlə yazın. -Cavab: Görünməz əl -Şərh: Pianola avtomat çalışan pianonudur və dilləri öz-özünə qalxıb düşür. İkinci hissədə isə bazarın görünməz əlinə işarə var idi -Müəllif: Emil Yusublu - -Sual: 13. Luis Bunuel əmin idi ki, yeni filmi tamaşaçılar tərəfindən müsbət qarşılanmayacaq və buna görə də, kinoteatra daxil olmazdan əvvəl bunu etmişdi. Ötən əsrin ortalarında hansı yazıçı bunu etmişdi? -Cavab: Vircinia Vulf -Şərh: Luis Bunuel insanların ona hücum çəkəcəyi şəraitdə onlara atmaq üçün cibinə daş yığmışdı. Vircinia Vulf da ölümündən əvvəl cibinə daş yığmışdı. -Müəllif: Namiq Quluzadə - -Sual: 14. Bir məqalədə geoloq BUNU ərimiş şama bənzədir. I Şapurun 7 metr hündürlüyündəki qədim heykəli də BUNDAN yonulmuşdu. BUNU bir sözlə yazın. -Cavab: Stalaqmit -Şərh: Yerdən tavana uzanan stalaqmitləri mağaraya girən arxeoloq şama bənzədirdi. Maraqlıdır ki, Şapurun heykəli stalaqmit yonularaq hazırlanmışdı. -Müəllif: Səbuhi Göyüşov - -Sual: 15. Qədimdə ölkəmizdə yağış yağdırmaq üçün keçirilən "müsəlləh" mərasimində X-də olurdu. Yorkşir yanğınsöndürmə idarəsinin rəisi Mik Riley X-in möcüzəsinin yüksək sıxlıqlı taxtada olduğunu qeyd edir. X-i iki sözlə yazın. -Cavab: Ağlayan oğlan -Şərh: Birinci hissədə yağış istənməsi sizə kömək ola bilərdi və göz yaşı yağışa işarə idi. İkinci hissədə isə lənətli olduğundan yanğınlar törədən "Ağlayan oğlan" tablosundan söhbət gedirdi. O asılan evlərdə yanğın törətsə də özü yanmırdı. Səbəb kimi isə onun yüksək sıxlıqlı taxtada təsvir edilməsindən dolayı taxtanın yanmaması göstərilir. -Müəllif: Emil Yusublu - -Səhifə -> 631 | Sual Sayı -> 12 - -Sual: 1. Matt Normanın 2008-ci ilə aid filmi əmisinin 1968-ci il olimpiadasından sonra ölkəsində qarşılaşdığı problemlər, məruz qaldığı təzyiqlərdən bəhs edir. Siz isə bu filmin fransız mənşəli adını tapın. -Cavab: Salute -Şərh: 1968-ci il Olimpiya Oyunları "Black Power" salamı ilə yadda qalmışdı. Peter Norman məşhur anlarda qaradərili dostlarına dəstək olan Avstraliyalı idi. Maraqlıdır ki, o ölkəsinə qayıtdıqdan sonra ciddi problemlərlə üzləşmişdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. İtalo Kalvinonun “Kosmokomik hekayələr” əsərinin personajı qeyd edir ki, əvvəllər Ay Yerə çox yaxın idi, hətta Aya İKS ilə qalxmaq da mümkün idi. İKSi eyni samitlə başlayıb bitən bir sözlə yazın. -Cavab: Nərdivan -Şərh: Həm kosmik, həm də komik hekayədə qeyd olunur ki, bir zamanlar Ay və Yer çox yaxın idi, hətta Yerdən Aya çıxmaq üçün sadəcə nərdivan bəs edirdi. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 3. ABŞ-da Böyük Depressiya illəri zamanı insanlar hətta İKS-lərini boynundan asaraq küçədə gəzirdilər. Bilinən ilk İKS Da Vinçi tərəfindən hersoq Lüdoviko Sforzaya müraciətlə ünvanlanıb. İKS-i yazın. -Cavab: CV -Şərh: İş axtaran insanlar sayı o qədər çox idi ki, küçədə öz CV-lərini boyunlarından asıb gəzirdilər. Da Vinçinin Milan hersoqu Sforzaya iş üçün öz ixtiraları yer alan məktubu göndərməsi bilinən ilk CV nümunəsi hesab edilir. -Müəllif: Həsən Abbaslı - -Sual: 4. Soljenitsının heç nəyin düzəlməyəcəyini anlayan və taleyə küsən personajının xəyalına bethovenin pianoya zərbə endirməsi gəlir. Öncəki cümlədə buraxılmış eyni hərflə başlayan iki sözü yazın. -Cavab: dörd dəfə -Şərh: Həyatı ilə bağlı ümid olmadığını anladığı an personajın beynində fon musiqisi kimi Bethovenin məhşur 5ci simfoniyasının girirşi səslənir. Sualdakı tale sözü də sizə kömək ola bilərdi. Belə ki, bu giriş eyni zamanda "tale teması" da adlanır. -Müəllif: Mircavad Mirbabayev - -Sual: 5. Bir mənbədə Osama Bin Ladenin ölümündən bəhs edən məqalənin başlığı “Rot in peace” şəklində göstərilir. Öncəki cümlədə bir söz bir qədər dəyişdirilib. Həmin sözü orijinalda yazın. -Cavab: pieces -Şərh: Osama Bin Ladenin ölümü haqqında məqalə "parçalar içində çürü" mənasına gələn "Rot in pieces" ifadəsi ilə adlandırılmışdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Bir serialda pilotsuz uçuş aparatları vasitəsilə çəkilmiş kadrlar arasından lazımi kadrı seçməyə çalışan personaja BUNU ETDİYİ deyilir. BUNU ETMƏK adlı karikaturada yaba təsvirini də görmək olar. BUNU ETMƏYİ bir neçə sözü yazın. -Cavab: Samanlıqda iynə axtarmaq -Şərh: Personaj dronlar vasitəsilə yuxarıdan çəkilmiş kadrdan kiçik görünən özünə lazım olanı tapmaqda çətinlik çəkdiyini görən digər qəhrəman bu ifadəni xatırlayır. -Müəllif: Əhməd Əliyev - -Sual: 7. Maraqlıdır ki, bir animasiya serialında aktyor personajın villası İKSin yanında yerləşir. İKSin sifarişçisi “Los-Anceles Tayms” qəzetinin naşiri Harri Çendler idi. İKSi iki sözlə yazın. -Cavab: Hollivud yazısı -Şərh: “Bojack Horseman” animasiyasının personajı məşhur aktyordur və evi Hollivud yazısının yaxınlığında yerləşir. Hollivud yazısı ilk olaraq bölgənin reklamı üçün Los Ancelesli Harri Çendler tərəfindən sifariş olunub. -Müəllif: Elgün Abdurahmanov - -Sual: 8. Nikola Tesla deyir: "Bir şeyi pul üçün etdikdə fikirlərim kiçik-kiçik damlayarkən, məni məcbur edən bir şey olmadıqda isə fikirlərim gurlaşır”. Bu zaman o həmin andakı fikirlərini BUna bənzədir. BU ABŞ və Kanada arasındakı sərhəddə yerləşir. Bunu yazın. -Cavab: Niaqara şəlaləsi -Şərh: Tesla Niaqara şəlaləsindən daim enerji almağa cəhd etmişdir və bu fikrində də onu xatırlamışdır. -Müəllif: Əli Əliyev - -Sual: 9. Kreativ İKS-lərin birində sizə təqdim olunmuş orqanları üzə düzgün yerləşdirmək tələb olunur. Bu yaxınlarda Chat GPT İKSi uğurla adlamışdı. İKS ilə əvəz olunmuş saitləri eyni bir sözü yazın. -Cavab: Captcha -Şərh: Captcha adətən hansısa sayta girişdən öncə istifadəçinin insan və ya bot olmasını müəyyən etmək üçün istifadə olunan testdir. -Müəllif: Heydər Həmzəyev - -Sual: 10. Bir serialda yüksək həyəcanını gizlədə bilməyən personaj BUnun səsinin digər hər şeyi eşidilməz etdiyini deyir. BUnu qısa bir sözlə yazın. -Cavab: nəbz -Şərh: Personaj ürəyinin çox sürətli döyündüyünü, nəbzinin səsinin tək eşitdiyi şey olduğunu deyir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Bir kitabda hərəkət edərkən quyruğu növbəli şəkildə bir tərəfdən başqa tərəfə yellənən pişik haqqında danışarkən müəllif onu xatırlayır. Əvvəlki cümlədə buraxılmış hərflər var. Hərfləri bərpa edərək sözü tam şəkildə cavab kartınıza yazın. -Cavab: metronom -Şərh: Metronom nəbzin ölçülməsi, eləcə də musiqinin ritminin tutulması üçün istifadə olunan alətdir. -Müəllif: Namiq Quluzadə - -Sual: 12. Basketbolçu Pau Gasol haqqında bir məqalədə yazılıb kı, xəstə uşaqları ziyarət edən Pau onları qorxutmamaq üçün BUnu edirdi. BUnu etməyi qonşu hərflə başlayan 2 sözlə yazın. -Cavab: diz çökmək -Şərh: Pau Gasol çox hündürboylu olduğundan uşaqları qorxuda bilərdi. Bu səbəbdən o otaqlara diz çökərək daxil olurdu. -Müəllif: Bəhruz Aydınlı - -Səhifə -> 632 | Sual Sayı -> 15 - -Sual: 1. Bir ingilisdilli serialda yığıncaqda danışdığı hər adama eyni sualı verən personaj bu sualın sadəcə önəmsiz bir İKS olduğunu deyir. “Sibir”, “Solar Star” və “Sovetsky soyuz” ən böyük İKS-lərdən bir neçəsidir. İKSi cavab kartınıza yazın. -Cavab: buzqıran -Şərh: İngilis dilində söhbətə başlamaq üçün istifadə edilən fəaliyyətlər və ya mövzular “ice breaker”, yəni buzqıran adlandırılır. Sadalananlar ən böyük buzqıran gəmilərdən bəziləridir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 2. Abstrakt ekspressionist rəssam Lee Krasnerin 1959-61-ci illər aralığında palitrasının parlaq, canlı çalarlardan tutqun, monoxrom rənglərə keçməsinə səbəb rəssamın X-dan əziyyət çəkməsi idi. İrlandiyada yerləşən kofe şirkətlərindən biri də X adını daşıyır. X-i cavab kartlarıza yazın. -Cavab: İnsomnia -Şərh: Cekson Pollokun həyat yoldaşı olan Krasner həyat yoldaşının ölümündən sonra qeyd olunan illərdə insomnia səbəbilə əsasən gecələr işlədiyi üçün gün işığından çox süni işıq altında rəsmlərini çəkirdi və bu da onun rəsmlərindəki rənglərin daha tutqun, monoxrom olmasına səbəb olmuşdur. -Müəllif: Orxan Səfərov - -Sual: 3. 16-cı Lüdovikin sarayında maliyyə naziri kimi çalışmış Jak Neker 1780-ci illərdə 70 milyon livr dəyərində X-in alışını təsdiq etsə də, Qəribədir ki görülən tədbir ölkədəki bir problemin qarşısını almamışdı. X-i qalın saitli bir sözlə cavab kartlarınıza yazın. -Cavab: Buğda -Şərh: 1780-ci illərdə Fransada aclıq, qida problemi yaranmışdır. Jak Neker bu problemi aradan qaldırmaq üçün 70 milyon livr dəyərində buğda alışını təsdiqləsə də bu tədbir ölkədə çörək qıtlığını aradan qaldırmamışdır. Çörək qıtlığı sonradan 16-cı Lüdovikin həyat yoldaşı Maria Antuanettanın məşhur "Çörək yoxdursa pirojna yeyin" ifadəsinin yaranması ilə nəticələnmişdir. -Müəllif: Orxan Səfərov - -Sual: 4. ABŞ vətəndaş müharibəsi zamanı Birləşmiş ordu tərəfindən hava şarlarından da istifadə olunurdu. Konfederasiya qüvvələrinin mövqeləri haqqında məlumatların ötürülməsi üçün hava şarlarında 5 nəfərlik heyətin biri X olmalı idi. 1840-ci illərdə bir müddət qəzet redaktoru kimi də fəaliyyət göstərmiş Sara Baqley tarixdə ilk qadın X hesab edilir. X-i bir ya 2 sözlə cavab kartlarınıza yazın. -Cavab: Teleqraf operatoru -Şərhlər: None -Müəllif: Orxan Səfərov - -Sual: 5. "Əlbəttə, on metrlərlə məsafə qət edəcəyi halda dadın əvvəlki kimi qalması mümkünsüz olardı. Bütün bunlar çox gözəl bir uydurmadı, əlsində ona şüşə, çəllək və bağlama variantları təklif edilmişdi". Eşitdiyiniz sitatın müəllifi olan Kristian hansı şəxsin arxiv araşdırmaları mərkəzinin direktorudur? -Cavab: Nils Bor -Şərh: Arxivin direktoru guya Carlsberg şirkətinin alimin evinə xüsusi boru ilə daimi pivə göndərməsi faktını şəhər əfsanəsi adlandırmışdı. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 6. Nasist partiya üzvlərinin vacib görüşlər üçün Kehlstein zirvəsində inşa etdikləri tikili İKS adlanırdı. Son statistikaya görə İKSin 21-i İstanbulda olmaqla ümumidə 65 filialı fəaliyyət göstərir. İKSi 2-ci növ təyini söz birləşməsi ilə yazın. -Cavab: Qartal yuvası -Şərh: Nasist partiyanın simvollarından biri qartaldır. Hündürlükdə tikilən tikili bunu da əsas götürərək qartal yuvası adlandırılmışdı. “Qartal yuvası” Beşiktaş klubunun məhsullarını satan mağaza zənciridir. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 7. Ötən mövsüm Boston Celtics və Milwaukee Bucks arasında hesabı 3-3ə gətirən oyunun ardından Jaylen Brown BURAXILMIŞ 2 SÖZ-ü basketboldakı ən yaxşı iki söz adlandırmışdı. BURAXILMIŞ 2 SÖZü yazın. -Cavab: yeddinci oyun -Şərh: NBA playofflarında növbəti mərhələyə adlayan komanda yeddi oyunluq seriya ilə müəyyənləşdirilir. Bir çox basketbol izləyicisi kimi Jaylen Brown üçün də yeddinci oyun basketbolun ən maraqlı olduğu, ən çox həzz verdiyi oyun idi və o bunu bu şəkildə vurğulamışdı. Bizim oyunumuz da mövsümün yeddinci oyunudur. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 8. Meksikadakı pame xalqı lazımi situasiyalarda yumruq sıxılmış əlin oynaqlarını əsas götürürdülər. Buna görə də pame dilində X-dən istifadə edilirdi. X-i eyni hərflə başlayan 3 sözlə cavab kartlarınıza yazın. -Cavab: səkkizlik say sistemi -Şərh: Bu xalqın nümayəndələri əşyaları saymaq üçün barmaqdan yox, yumruq sıxılandan sonra qabaran 4 oynaqdan istifadə edirdilər. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 9. Kosmetoloqların son araşdırmalarına görə dizaynı və quruluşu qolf topunu əzələ gərginliyini, oynaqlardakı ağrını azaltmaq üçün ideal bir vasitəyə çevirir. Buna görə də dünyada ən bahalı və ekzotik ALFA növlərinin siyahısında qolf topu ilə olana da rast gəlmək olar. Alfanı fransız mənşəli sözlə cavab kartlarınıza yazın. -Cavab: massaj -Şərh: Topun səthinin özünəməxsus dizaynı onun köməyi ilə masaj olunanlara xüsusi rahatlıq gətirir ki, bu səbəbdən bəzi bahalı qolf klubların nəzdində fəaliyyət göstərən masaj salonlarında bahalı və qeyri adi xidmət kimi qolf topu ilə masaj da təklif edilir. -Müəllif: Cavid Məmmədov (Revolver) - -Sual: 10. Family Guy serialında əli çatan əşyalarla müharibə şəraitini yamsılamaq istəyən personaj atışma səsləri çıxarmaq üçün İKSdən istifadə edir. İKSin növlərindən biri aeroplast adlanır. İKSi yazın. -Cavab: bubble wrap -Şərh: Müharibədəki atışma səsləri ardıcıl partlayışlarla yamsılana bilir. Bunun üçün də personaj qabarcıqlı paketləri sıxmaq yolunu seçmişdi. Aero və plast sözləri sizə kömək olmalı idi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 11. Paylama materialıQarşınızda Arnold Böklin "Skripkada ifa edən ölümlə avtoportret" rəsmidir. Rəsmdə ölümün ifa etdiyi skripkanın yeganə siminin rəssamı reallığa bağlayan tək şey olduğu və ölümün rəssam üçün yaxın olduğu bildirilir. Rəsmi şərh edən bir izləyici X-in həqiqətən Y-dan daha uzun olduğunu qeyd edir. X və Y-i düzgün ardıcıllıqla yazın. -Cavab: Sənət və Həyat -Şərh: Rəsmdə son sim qopduğunda rəssamın həyatının sona çatacağını qeyd edən sənətşünas məşhur latın ifadəsi "Ars longa, vita brevis" ifadəsini xatırlayır və sənətin rəssamın həyatından daha uzun olduğunu qeyd edir. -Müəllif: Orxan Səfərov - -Sual: 12. 1904-cü ildə Sent Luisdə baş tutmuş dünya sərgisinin Elektrik Sarayı zonasında ilk dəfə BU təqdim olunarkən insanlar ilk olaraq bunun yeməli olması barədə tərəddüd etmişdirlər. Bəzi ölkələrində BUnu "qız saçı" adlandırırlar. Bu ilə əvəz olunmuş 2 sözü cavab kartlarınıza yazın. -Cavab: Pambıq şəkər -Şərh: 1904-cü ilin dünya sərgisində ilk dəfə dəqiqədə 2200 dəfə fırlanan qabda kiçik deşiklərdən maye şəkəri sıxaraq yapışqan şirniyyat liflər yaradan elektrik maşını təqdim olunmuşdu. Maraqlıdır ki insanlar ilk olaraq məhsulun əsl pambıq olmasından ehtiyat edərək yeməyə tərəddüd etmişdilər. Bəzi ərəb ölkələrində pambıq şəkərini "qız saçı" adlandırırlar. -Müəllif: Orxan Səfərov - -Sual: Ötən günlərdə baş tutan bir tamaşa interaktiv, hər bir tamaşaçının rol aldığı və söz əldə etdiyi formatda keçirilib. Tamaşanın adında İKS xatırlanır. Dublində səhnəyə çıxan bir aparıcı isə öz şousunu qatıldığı ən böyük İKS görüşü adlandırıb. İKS ilə əvəz olunmuş eyni hərflə başlayan iki sözü yazın. -Cavab: anonim alkoqoliklər -Şərh: Tamaşada iştirakçılar hər biri söz alaraq baş verənlərdə aktiv iştirak etmək imkanı əldə edirlər. Anonim alkoqoliklər görüşlərində hər bir iştirakçı özünü təqdim edərək sözə başlayır, bizim aparıcı da belə etdi. Həmçinin, söhbətin Dublindən getməsi də sizə kömək ola bilərdi. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 14. 1967-ci ilin yaz günlərindən birində Azərbaycan Dram Teatrında "Sənsiz" dramının tamaşası baş tutmuşdur. Əsərdə haqsızlığa düçar olmuş bir alimin faciəli taleyindən bəhs olunur. Maraqlıdır ki, əsərin səhnəyə qoyulmasından bir gün öncə əsərin İctimai baxışına dəvət olunanlardan biri də o idi. Onun kim olduğunu cavab kartlarınıza yazın. -Cavab: Şıxəli Qurbanov -Şərh: Maraqlı və acınacaqlıdır ki, bu şəxs növbəti gün stomatoloqda olarkən sui-qəsd nəticəsində öldürülmüşdür. Söhbət ölkədə ilk dəfə Novruz bayramının dövlət səviyyəsində keçirilməsinə müvəffəq olan Şıxəli Qurbanovdan gedir. -Müəllif: Orxan Səfərov - -Sual: 15. Qısa videolara çoxlu baxış toplayaraq popularlıq qazanan istifadəçilərlə bağlı bir deyimdə həmin istifadəçilərin belə videoların hesabına X-i qazanması qeyd edilir. X-i ikisi eyni hərflə başlayan 3 və ya 4 sözlə cavab kartınıza yazın. -Cavab: 15 meqabaytlıq məşhurluq -Şərh: None -Müəllif: Cavid Məmmədov (Revolver) - -Səhifə -> 639 | Sual Sayı -> 12 - -Sual: 1. Vaşinqton ştatının məşhur serial qatili Qeri Ridcveyin arvadı onun haqqında danışarkən, ilk dəfə onun evinə getdiyində heç bir dənə də BUnun olmaması barəsində bildirmişdi. 2023-cü il Oskar mükafatlandırma mərasimindəki BUnun rəngi müzakirəyə səbəb olmuşdur. Bunu cavab kartlarınıza yazın. -Cavab: xalça -Şərh: Polisin spekulyasiyası sonralar düz çıxmışdır ki, Ridcvey xalçaları cəsədləri gizlətmək üçün istifadə edirdi. Həm də 62 ildən sonra bu il Oscar-da ənənə pozularaq qırmızı rəngli xalçadan istifadə edilməmişdir. -Müəllif: Qurban Quliyev - -Sual: 2. 1443-cü ildə Koreya Kralı Böyük Sejonqun balıq toruna baxarkən ağlına yeni bir ideya gəldiyi və Hanqılı yaratdığı deyilir. Siz isə YUNESKO-nun Kral Sejonq Mükafatının nə ilə mübarizədə töhfələrə görə verildiyini cavab kartlarınıza yazın. -Cavab: Savadsızlıqla -Şərh: Balıq toruna baxan Sejong Koreya əlifbası olan Hangulu yaratdı. Bu əlifba sadə həndəsi komponentlərdən ibarətdir. Həmin dövrə qədər Koreyada Çin yazı sistemi istifadə olunurdu və bir çox insan yazıb-oxumanı bilmirdi. -Müəllif: Turxan Nəbiyev - -Sual: 3. X-lərdən birinin dəhlizində “1+1=3” yazıldığını görmək olar. Bir qanuna görə də xaricilər tərəfindən ən çox üstünlük verilən X-lər məhz Amerika Birləşmiş Ştatlarındadır. X-i iki sözlə yazın. -Cavab: Doğum evi və ya doğum xəstəxanaları -Şərh: ABŞ konstitusiyasının məşhur 14-cü düzəlişinə əsasən, ABŞ ərazisində doğulan hər bir şəxs etnik mənsubiyyətindən asılı olmayaraq birbaşa ABŞ vətəndaşlığı alır, və bu da bəzi xarici valideynlərin öz uşaqlarının vətəndaşlıq alması üçün ABŞ-yə getmələrinə gətirib çıxarırdı. Zarafat isə 2 nəfərin uşaqlarının dünyaya gəlməsinin onların 3 nəfər olması ilə nəticələndiyini deyirdi. -Müəllif: Qurban Quliyev - -Sual: 4. İsveç və Finlandiyanın NATO-ya uzun çəkən qəbul prosesini təsvir edən bir siyasi karikaturada R. T. Ərdoğan X kimi təsvir olunmuşdur. X-ı toponimdən istifadə edərək deyin. -Cavab: Maraş dondurmaçısı -Şərh: Türkiyənin Finlandiya və İsveçin üzvlüyünə heç cürə razılıq verməməsi və prosesi uzatması türk dondurmaçılarının müştəriyə dondurmanı verərkən onu aldatmasına oxşadılmış, Ərdoğan dondurmaçı, Finlandiya və İsveç rəhbərləri isə müştərilər olaraq təsvir olunmuşdurlar. -Müəllif: Qurban Quliyev - -Sual: 5. Foto və videolar üzərində dəyişiklik üçün texnologiyaların inkişafının Donald Trumpın nüfuzuna təsiri haqqında bir məqalə "All the president's man" adlan;r. Öncəki cümlədə bir söz bir qədər dəyişdirilib. Həmin sözü orijinalda yazın. -Cavab: memes -Şərh: Donald Trump son illərdə xeyli memlərin yaradılmasına səbəb olub. Məqalə də “All the president's memes” adlanırdı. -Müəllif: Bəhruz Aydınlı - -Sual: 6. Bir kitabda yazılıb ki, 18-ci əsrdə yaşayan və 254 santimetr boya sahib olan Çarlz Bern öz tənbəkilərini bundan yandırırdı. 17-ci əsrdə Amsterdamda quraşdırılmış ilk bunlar insanların kanallara yıxılması və cinayətkarlıqla mübarizə aparırdı. Bunu cavab kartlarınıza yazın. -Cavab: Küçə fənəri -Şərh: Çarlz Bernin çox hündür boylu olduğunu qeyd edən müəllif onun qazla işləyən küçə fənərindən istifadə edərək tənbəkilərini yandırdığını bildirir. Amsterdamda quraşdırılmış küçə fənərləri gecə vaxtı insanların kanallara düşməsini və cinayətkarlığın qarşısını alırdı. -Müəllif: Nəriman Vəliyev - -Sual: 7. 2022-ci ildə DÇ-da İngiltərə-Fransa oyununun tamaşaçıları arasında Lukası görən şərhçi keçən əsrin ortalarına aid mənbəyə göndərmə edərək bu ifadəni işlədir. Söhbətin hansı mənbədən getdiyini cavab kartlarınıza yazın. -Cavab: 1984 -Şərh: Lukas Hernandez zədələndikdən sonra yerinə qardaşı Theoya verməli olur. Buna görə də şərhçi məşhur kitabdakı “Böyük qardaş səni izləyir” ifadəsini xatırlamışdı. -Müəllif: Turxan Nəbiyev - -Sual: 8. Paylama materialıTokyo 8.02009-cu ildə insanların yaxınlarını itirmək qorxusunun realistik təsvirlərinə görə paylama materialında gördüyünüz anime mükafat qazanmışdır. Bu animenin adında buraxılanı cavab kartlarınıza yazın. -Cavab: Maqnituda -Şərh: Yaponiya seysmik zonadır və orada tez-tez güclü zəlzələlər baş verir. Bu anime də Tokioda baş verən 8 ballıq zəlzələdən sonrakı dəhşətli hadisələrdən bəhs edir. -Müəllif: Nəriman Vəliyev - -Sual: 9. Frenk Harrisin bir filmi fəlakətli 3-cü Dünya müharibəsindən sonra Yerdə kiçik qruplaşmalar arasında gedən döyüşlərdən bəhs edir. Bu filmin adını mürəkkəb ingilis sözü ilə cavab kartlarınıza yazın. -Cavab: Aftershock -Şərh: Aftershock əsas zəlzələ baş verəndən sonra daha kiçik seysmik təkanlardır.Bu sualın da zəlzələ ilə bağlı sualdan dərhal sonra gəlməsi sizə kömək ola bilərdi. -Müəllif: Nəriman Vəliyev - -Sual: 10. X adlı filmin personajları dərin bir quyuda oyanırlar və dəhşətli eksperimentin qurbanı olduqlarını anlayırlar. Bir kitabda X dünyanın ən yaxşı sousu adlandırılır. X ilə əvəz edilmiş sözü deyin. -Cavab: Aclıq -Şərh: Filmin personajları bu quyuda günlərlə aclıq içərisində qalmalı olduqlarını başa düşürlər. -Müəllif: Nəriman Vəliyev - -Sual: 11. Yan Stenin 17-ci əsrə aid bir rəsmində çiynində ördək oturmuş kişini,saat ilə oynayan meymunu, tövlədən qaçmış donuzları və s. kimi müxtəlif təsvirləri görmək olar. Bu rəsm haqda danışılan bir məqalədə əsərdə X-lərin təsvir olunduğu deyilir. X ilə əvəz olunmuş sözləri yazın. -Cavab: Flamand atalar sözləri -Şərh: Yan Sten holland rəssamdır və həmkarı Piter Breyqel ata kimi onun da flamand atalar sözlərinə həsr olunmuş əsəri var. -Müəllif: Nəriman Vəliyev - -Sual: 12. Məşhur kanadalı yazıçı Alberto Mangel Cənubi Amerikada anadan olub. O bildirib ki, gəncliyində ona yüksək səslə kitab oxuma xidməti göstərdiyi üçün yazıçı olub. Onun kim olduğunu deyin. -Cavab: Xorxe Luis Borxes -Şərh: Mangel 16 yaşında Buenos-Ayresdə məktəbdən sonra kitab mağazasında işləyirdi və elə buradaca Xorxe Luis Borxeslə tanış olub. Borxes bu zaman xəstəlikdən və yaşlılıqdan görmə qabiliyyətini itirdiyi üçün başqalarından ona ucadan oxumalarını xahiş edirdi. -Müəllif: Turxan Nəbiyev -