|
{"Question": " 10. 1887-ci ildə Nikola Tesla öz ixtiralarına dəstəkçi tapmaq üçün \"Nyuton alması\" adlı yeni təəccüb doğuracaq layihəsini ortaya atır. O, xüsusi mis məftillərlə əhatələnərək maqnit induksiya təsiri göstərən aparat hazırlayır. Belə ki, aparatın daxilinə qoyulan mis obyektlər öz ətrafında maqnit sahəsi yaradaraq tarazlığını saxlayır. 1 dəqiqədən sonra əvəz edilmiş 2 sözü cavab kartlarınıza yazın. ", "Answer": " Kolumb yumurtası ", "Explanation": " Həmin dövrdə özünə sponsorları cəlb etmək üçün maraqlı ideya axtaran Tesla məşhur tarixi hadisəni xatırlamışdı. Belə ki, Xristofor Kolumbdan yumurtanı dik qoymasını istəyən zadəganlara onu sındıraraq tarazlığını saxlayan Kolumbun əksinə Tesla maqnit induksiyası sayəsində bunu yumurtanı sındırmadan etməyi bacarmışdı. Belə ki, edilən təsir zamanı yumurta tarazlığını saxlamışdı. Rəvayətə görə həmin hadisdədən sonra Kraliça İzabella Kolumba səfərə çıxması üçün maddi dəstək vermişdi. Tesla da eyni dəstəyi qazanmaq üçün bu təcrübəni ortaya atmışdı. ", "Author": " Eşqin İbrahimov"} |