File size: 787 Bytes
34c116c
1
{"Question": " 1. 1947-ci ildə bu şəxsə Cənubi Amerikadan əsən küləklərin və cərəyanların istiqamətini bilməsi də kömək etmişdi. Söhbətin kimdən getdiyini tapın. ", "Answer": " Tur Heyerdal ", "Explanation": " Polineziyalıların amerikan-hindu mənşəli olmalarına dair əsər yazsa da Tur Heyerdal heç kimi buna inandıra bilməmişdi. Belə ki, heç kim primitiv üzmə vasitələrindən istifadə edərək hinduların okeanı keçməsinə inana bilmirdi. Heyerdal isə hindularınkına bənzəyən sal düzəldərək ekspedisiyaya başlayır. Heç bir texniki qurğu olmadan salın hansı istiqamətdə üzəcəyini müəyyən etmək üçün o, küləklərin və okean cərəyanlarının istiqamətini öyrənmişdi. ", "Author": " Rahib Məhərrəmzadə"}