Datasets:
File size: 633 Bytes
34c116c |
1 |
{"Question": " 4. Bir əsərdə Con adlı jurnalist ilk dəfə atom bombası atılan gün insanların nə ilə məşğul olması haqqında kitab yazmaq istəyir. Sözügedən əsərin müəllifini tapın. ", "Answer": " Kurt Vonnequt ", "Explanation": " Söhbət Kurt Vonnequtun “Pişik beşiyi” əsərindən gedirdi. Əsərin qəhrəmanı atom bombasının atıldığı günə dair “Dünyanın sona çatdığı gün” adlı kitab yazmaq istəyir. Yazıçının “Sallaqxana №5” əsərinin qəhrəmanı Billi Pilqrim də Drezdenin bombalanması barədə kitab yazmaq fikrində idi. ", "Author": " Rahib Məhərrəmzadə"} |